XALÇA MƏMULATLARI CARPET PRODUCTS Dəvə bəzəyi 51 CAMEL DECORATION Throughout the ages, camel breeding occupied a special place in the economy of Eastern countries situated in the hot climate zone. It is assumed that, initially, camels were brought to the territory of Azerbaijan through Central Asia. The history of camel breeding in Azerbaijan dates back to the late 2nd millennium – early 1st millennium BCE. A camel bone, found in ancient Mingechevir, and two camel skeletons, found in Fuzuli, are proof of this .1 Camel breeding was developed mostly in the plain regions of Azerbaijan being one of the main vehicles. Until recently, they fully decorated camels to make them look beautiful during holidays and celebrations. Women from rich families rode this decorated camels during holidays. This decoration was called jahaz. They placed a saddlecloth on the camel, pulled the cleft of a chul onto its hump, covered it with a felt kapan, and a shawl covered the whole camel’s body. A jahaz, and a shawl bandaged with an orkan finalized the dressing. The colourful pompons and bells were used to decorate camel headdress, that helped to establish some kind of connection between the beginning and end of the caravan. It also helped to distract camel’s attention from the ambient sounds. Camel decorations were woven mainly in Shirvan, Mughan, Mil and Karabakh regions of Azerbaijan. In Kalbajar, they called it ley. Camel headdresses from the various regions differed due to their artistic and technical features. Nine rare examples of camel head decorations are housed within the museum collection. Examples from Shirvan, belonging to the late 19th – early 20th centuries were woven with mainly coloured felt, fabric and the jejim, and decorated with shells, mirrors and horse tails. These decorations were used for protection against the evil forces. Rusiya Etnoqrafiya Muzeyinin arxivindən. 1880–1900 Archive of the Russian Museum of Ethnography. 1880–1900
XALÇA MƏMULATLARI 52CARPET PRODUCTS Dəvə baş bəzəyinin bədii quruluşu bir neçə hissədən ibarətdir. Bunlar əsas hissə, ona tikilmiş qulaqcıqlar, bağ, həmçinin torşəkilli qotazlı saçaqlardır. Rəngli muncuqlar vasitəsilə əsas hissənin haşiyə zolağında həndəsi naxışlar və ona tikilmiş qulaqcıqların üzərində köşək (dəvə balası) təsvirləri verilib. Əsrlərdən bəri belə məmulatların bəzədilməsində romb formalı “göz”, “ana” və “dua” adlı üçbucaq təsvirlərindən gözdəymə və ya bədnəzərə qarşı geniş istifadə olunmaqdadır. Burada üçbucaq və romb naxışları ilə yanaşı, köşəklə bəzədilmiş qulaqcıqların kənarlarına tikilmiş “siçandişi” adlı su zolaqları saflıq və təmizlik mənasını simvolizə edir. The artistic structure of this headdress for camel consists of the main part, ear parts sewn to it, rope, and the mesh fringe with tassels. The geometrical pattern on the main part and koshak (calf) ornament on the ear parts, sewn to the main part, were embroidered with coloured beads. From ancient times, they used the diamond-shaped goz (eye) and ana (mother), and triangular dua (prayer) ornaments in the ornamental design of these items, which aimed to protect from evil eye. Besides the diamondshaped, triangular patterns and koshak ornament, the edges of ear parts were decorated with thin su (water) stripe with sichandishi (mouse tooth) ornament symbolizing purity and freshness. DƏVƏ BAŞ BƏZƏYİ. ŞİRVAN, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ HEADDRESS FOR CAMEL. SHIRVAN, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: Saçaq: Fringe: İnventar nömrəsi: Inventory No.: Material: Материал: 37 x 80 sm / 37 x 80 cm yun, Z2, qəhvəyi / wool, Z2, coffee brown yun, Z2, qəhvəyi / wool, Z2, coffee brown keçirtmə, dolama, hörmə, bəndləmə plain weave, wrapping, braiding, fixing yun, Z2; qəhvəyi, oxra / wool, Z2; coffee brown, ochre 15.12.1978 20 x 20 10 sm-də / 20 x 20 yarns per 10 cm yun, Z2; qırmızı, oxra; qotazla bəzədilib wool, Z2; red, ochre; tasseled 3960 parça (pambıq), muncuq, at tükü, güzgü, metal, kauri balıqqulağı, dəri fabric (cotton), beads, horsehair, mirror, metal, cowrie shell, leather
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 53
XALÇA MƏMULATLARI 54CARPET PRODUCTS Dəvə bəzəyi bədii-texniki quruluşuna görə əsas və yuxarı hissəsi romb şəklində hörülmüş uzun saçaqlardan ibarətdir. Əsas hissənin enli zolağında el arasında “çəngəl”, “qoşa qarmaq”, “qoşabuynuz” adlandırılan qədim naxışla tərtib olunub. Oğuz damğalarından hesab olunan bu naxış ənənəvi olaraq xalça və xalça məmulatlarında geniş istifadə olunur və qoruyucu mahiyyət daşıyır. Bəzən “çəngəl” elementi ana başlanğıcını ifadə edən inanclarla da əlaqələndirilir. Məmulatın tərtibatında “burma” adlandırılan su zolağından da istifadə olunub. Bu zolaq saflıq, nur və digər mənaları əks etdirir. The artistic and technical design of this camel decoration has the main part and long fringe adorned with diamondshaped braiding in the upper part. The wide stripe of the main part is decorated with an old ornament popularly known as changal (butcher’s hook), gosha garmag (paired hook) or goshabuynuz (paired horns). Traditionally, this pattern considered to be Oghuz tamga and is widely used in carpets and carpet products serving as an amulet. In some cases, it is associated with beliefs about the motherly principle. The border stripe su (water) with burma (curl) ornament symbolizing purity, light, etc. was also used in the design. DƏVƏ BƏZƏYİ. ŞİRVAN, AZƏRBAYCAN. XIX ƏSRİN SONU CAMEL DECORATION. SHIRVAN, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kolleksiyaya daxilolma tarix: Accession date: İnventar nömrəsi: Inventory No.: Naxış ipi: Patterning yarn: 41 x 53 sm / 41 x 53 cm yun, Z2S; qəhvəyi / wool, Z2S; coffee brown yun, Z2S; qəhvəyi, qırmızı / wool, Z2S; coffee brown, red keçirtmə (arğac üzlü), dolama, hörmə, qurama weft-faced plain weave, wrapping, braiding, patchwork 13.03.1983 1991 yun, Z2; qırmızı, sarı, narıncı, ağ wool, Z2; red, yellow, orange, white Kənarə: / Selvage: Sıxlıq: / Density: Saçaq: / Fringe: yun, Z2; qırmızı, qəhvəyi / wool, Z2; red, coffee brown 30 х 60 10 sm-də / 30 х 60 yarns per 10 cm qotazla tamamlanıb / tasseled
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 55
XALÇA MƏMULATLARI 56CARPET PRODUCTS Khurjun (saddlebag) is a household item consisting of two sacks with a connecting intermediary part. Khurjuns are mostly woven using a flat-woven technique, less often – in pile-, with various colours of sheep or goat wool and cotton yarn, and decorated with pompons. The top part has an opening, and when the pompon cord is pulled, the khurjun is closed. This cord is called khurjunbaghi (lace of khurjun). Xurcun məişət əşyası olub, əsasən müxtəlif rəngli yundan, boyanmış keci, pambıq iplikdən, xovsuz və bəzən də xovlu xalça texnikası ilə toxunur, qotazlarla bəzədilir. İki gözdən və onları birləşdirən ara hissədən ibarət olub, zəngin naxışlarla tərtib olunur. Etnoqraf H.Quliyevin arxivindən. Kəlbəcər. 1962 Ethnographer H.Guliyev’s archive. Kalbajar. 1962
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 57 Xurcun KHURJUN Ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazlı bağ dartılarkən xurcunun ağzı bağlanır. Bu bağ xurcunbağı adlanır. Xurcun müxtəlif ölçülərdə olurdu. Çiyin xurcunu adından da məlum olduğu kimi, çiyinə salınan orta ölçülü xurcunlara deyilir. İri ölçülü xurcunlar adətən yük və ya minik heyvanlarının belindən aşırılan, əsasən kənd təsərrüfatı məhsulları və s. daşımaq üçün istifadə olunur. Keçmişdə yaxın və uzaq səfər zamanı xurcun və heybədə azuqə daşınardı. Hətta xurcunla bağlı bir neçə adət-ənənə var idi. Keçmişdə Novruz bayramı ərəfəsində oğlanlar istədikləri qızların qapısına xurcun atırdılar. Oğlan qızın xoşuna gəlirdisə xurcuna şirniyyat qoyulur, əks halda isə xurcun boş qaytarılırdı. Muzeyin kolleksiyasında ümumilikdə 255 ədəd xurcun qorunub saxlanılır. Onların ən qədim nümunəsi 1796-cı ildə hazırlanıb, ilk nüsxəsi isə XX əsrin əvvəlində Qarabağda toxunulub. Eksponatların əksəriyyəti Şirvan və Qarabağ bölgələrində hazırlanıb. Bununla yanaşı, “Azərxalça” EYİB və müəllif işi olan nümunələr də vardır. Khurjuns came in different sizes. A chiyin khurjunu is a medium-sized bag carried on a shoulder. A large khurjun was usually loaded onto pack animals and used to transport agricultural products and other items. Medium-sized and small khurjuns called heyba were used to transport food supply for short and long trips. Khurjun was also a part of tradition. On the eve of Novruz holiday young men placed their khurjuns by the doors of the girls they loved. If love was mutual, the girl put some candies in the khurjun, if not, she would leave the khurjun empty. The museum collection numbers 255 khurjuns. The most ancient exhibit dates back to 1796. The first sample of the collection, purchased by the museum, was woven in Karabakh and dates back to the early 20th century. The collection also houses the items produced by Azerkhalcha Scientific and Creative Production Union and the artist works.
XALÇA MƏMULATLARI 58CARPET PRODUCTS Xurcunun hər iki cibinin bədii tərtibatı müxtəlif mənalar daşıyan doldurucu naxışlarla bəzədilmişdir. Bu naxışlar Qubanın müxtəlif xalçalarına aiddir. Ciblərin üzərində əsasən “Herat-Pirəbədil” xalçasından götürülmüş və el arasında “çaynik-nişan” və “balıq” elementlərinin simmetrik təsvirləri əks olunub. Doldurucu elementlər arasında “aşıq”, “düymə”, “göz”, romb formalı “fır-fır” və digər naxışları da görmək mümkündür. Xurcunun ara sahəsini “dolama” adlı haşiyə qurşağı əhatələyir. Orta hissəni isə yer və su rəmzini ifadə edən müxtəlif rəngli zolaqlar təşkil edir. The artistic design of both sacks of the khurjun consists of the filling patterns with different meanings typical for Guba carpets. In addition, the both parts of khurjun have the symmetrical depiction of elements popularly known as chaynik-nishan and balig (fish) inherent to the Herat-Pirabadil carpets. Ashig (shagai), duyma (button), goz (eye), diamondshaped fir-fir (fan toy), and other patterns can be seen among the filling elements. The central field of khurjun is framed by dolama (curl) border. The intermediary part of the item is decorated with coloured stripes symbolizing earth and water. XURCUN. QUBA, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ KHURJUN. GUBA, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi (naxış ipi): Face (patterning) yarn: 46 х 125 sm / 46 х 125 cm yun, Z3S / wool, Z3S yun, Z2; qırmızı, yaşıl, qəhvəyi, göy / wool, Z2; red, green, coffee brown, blue keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z3S; göy / wool, Z3S; blue 29.03.1988 40 x 88 10 sm-də / 40 x 88 yarns per 10 cm 7272 yun, Z3S; sürməyi, ağ, qırmızı, göy, yaşıl, oxra wool, Z3S; dark blue, white, red, blue, green, ochre
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 59
XALÇA MƏMULATLARI 60CARPET PRODUCTS Xurcunun bədii quruluşu “Bəndi-rumi” kompozisiyası əsasında tərtib olunub. Hər iki cibin ara sahəsində el arasında “qıvrım” və ya “oxbaşı” adlı damğa elementinin rapportlu təsviri verilib. İçərisində “pəncərə” və “qoşabuynuz” elementləri verilən və el arasında “yel dəyirmanı” və ya “oğuz nişanı” adlanan naxışlarla bəzədilmiş haşiyə qurşaqları hər iki cibdə ara sahəni əhatələyir. Xurcunun orta hissəsinin bədii quruluşu kilim elementlərinə əsaslanır. Burada ara sahə “Açma-yumma” quruluşundadır, haşiyə qurşaqları isə “kilim damğası” və “pitik” elementləri ilə tərtib olunub. The artistic structure of this khurjun is based on BandiRumi composition. Tamga elements popularly known as givrim (curl) or okhbashi (arrowhead) are repeatedly placed in the central fields of both sacks of it. There are panjara (window) and goshabuynuz (paired horns) inside of them. The border framing the central field of both parts of the item is adorned with elements popularly known as yel dayirmani (windmill) or Oghuz nishani (Oghuz sign). The artistic design of intermediary part of this khurjun is typical for kilims. It is based on Achma-Yumma composition. The border stripes are adorned with kilim damghasi (kilim tamga) and pitik (amulet) elements. XURCUN. ŞİRVAN, AZƏRBAYCAN. 1211-Cİ İL HİCRİ (1796-CI İL) KHURJUN. SHIRVAN, AZERBAIJAN. 1211 AH / 1796 Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 47 x 119 sm / 47 х 119 cm yun, Z3S / wool, Z3S yun, Z2; qırmızı, yaşıl, qəhvəyi, göy / wool, Z2; red, green, coffee brown, blue keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z3S; göy / wool, Z3S; blue 06.11.1974 40 x 88 10 sm-də / 40 х 88 yarns per 10 cm 2683 yun, Z3S; sürməyi, ağ, qırmızı, göy, yaşıl, oxra wool, Z3S; dark blue, white, red, blue, green, ochre
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 61
XALÇA MƏMULATLARI 62CARPET PRODUCTS Xurcunun hər iki cibinin bədii quruluşu ara sahə və haşiyə qurşağından ibarətdir. Hər iki ara sahənin açıq-qəhvəyi rəngli yerliyində rapportlar əsasında düzülmüş “budaq” və ya “yovşan” adlanan həndəsi elementlər təsvir olunmuşdur. Bu təsvirlər çevrilmiş vəziyyətdə qoruyucu element kimi “sırğa”, budaq halında isə yazın gəlişini və ya bolluğun rəmzi kimi çıxış edir. Ara sahənin fonunda doldurucu element qismində istifadə olunan “çadır” və ya “alaçıq” təsvirləri isə yurd-yuva, həm də ocaq rəmzini ifadə edir. Bəzi hallarda bu cür üçbucaqlar digər semantikaya da malik ola bilər. Ara sahəni əhatə edən haşiyədə təsvir olunan romb elementləri xalça ustaları tərəfindən “göz” adlandırılır və bədnəzərdən qoruyur. Ümumilikdə, xurcunun kompozisiya quruluşunda orta hissəni palaz zolaqları tamamlayır ki, bu da yer-su kultunu ifadə edir. The artistic structure of both sacks of the khurjun includes the central field and border. The geometrical elements called budag (branch of tree) or yovshan (wormwood) are repeatedly placed on light brown background of both of the central fields. Those elements depicted upside down are called sirgha (earring) and act as an amulet; the upright position in the form of budag symbolizes the arrival of spring or abundance. The filling elements of central field called chadir or alachig (tent) represent family nest and home. In some cases, these triangles have different semantic meaning. The diamond-shaped elements of the border framing the central field are called goz (eye) by the carpet weavers, it is believed that this ornament protects against evil eye. The palas stripes, reflecting the cult of earth and water in the intermediary part, complete the compositional structure of the khurjun. XURCUN. ŞİRVAN, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ KHURJUN. SHIRVAN, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 38 x 108 sm / 38 x 108 cm yun, Z3S; açıq-qəhvəyi / wool, Z3S; light brown yun, Z2; açıq-qəhvəyi, çəhrayı / wool, Z2; light brown, pink keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z2 / wool, Z2 17.10.1973 26 x 46 10 sm-də / 26 х 46 yarns per 10 cm 2254 yun, Z2; qara, çəhrayı, narıncı, şəkəri wool, Z2; black, pink, orange, ivory
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 63
XALÇA MƏMULATLARI 64CARPET PRODUCTS Xurcunun hər iki cibinin bədii quruluşu ara sahə və haşiyədən ibarətdir. Tünd-qəhvəyi rəngli ara sahədə dərin semantikaya malik “oxbaşı” adlı elementlə tərtib olunmuş və simmetrik olaraq üçşaxəli budağabənzər naxış təsvirləri verilib. Hər iki ara sahənin fonunda isə kiçik ölçülü, həmçinin el arasında “baca”, “torpaq” və s. adlanan rombvari elementlər verilib. Bu elementlər bolluq, məhsuldarlıq rəmzlərini əks etdirir. Ara sahəni əhatə edən haşiyə qurşağında içində romb elementi verilmiş düzbucaqlı həndəsi naxışlar təsvir olunub. Bu naxışlar ümumilikdə məhsuldarlıq, bolluq, əkinçilik mədəniyyətini özündə ehtiva edir. Ümumilikdə, xurcunun kompozisiya quruluşunda orta hissənin palaz zolaqları yer-su kultunu ifadə etməklə Azərbaycan naxış sənətinin semantik mənalarını özündə əks etdirir. The artistic structure of both sacks of khurjun includes the central field and border stripe. The dark brown central field is decorated with okhbashi (arrowhead) elements, bearing deep semantics and symmetrically placed triangular ornament, resembling tree branches. Small diamondshaped elements popularly known as baja (chimney) and torpag (earth) symbolizing abundance and fertility are placed in the background of the central fields of both parts. The border stripe, framing the central field, has square geometrical patterns with diamond-shaped elements inside. Those elements symbolize fertility, abundance, and agriculture in general. Palas stripes, reflecting the cult of earth and water, which occupy a special place in overall compositional structure of intermediary part of the khurjun, clearly illustrate deep semantic meaning of Azerbaijani ornamental art. XURCUN. ŞİRVAN, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ KHURJUN. SHIRVAN, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 40 x 110 sm / 40 x 110 cm yun, Z2S; qəhvəyi / wool, Z2S; coffee brown yun, Z2; sürməyi, şəkəri, qırmızı, yaşıl, qara wool, Z2; dark blue, ivory, red, green, black keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z2 / wool, Z2 13.03.1973 40 x 52 10 sm-də / 40 х 52 yarns per 10 cm 1932 yun, Z2; qırmızı, ağ, yaşıl, sarı, mavi, çəhrayı; pambıq, Z3S; ağ wool, Z2; red, white, green, yellow, blue, pink; cotton, Z3S; white
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 65
XALÇA MƏMULATLARI 66CARPET PRODUCTS Xurcunun bədii tərtibatı qədim inancları əks etdirən və müxtəlif mənalar daşıyan doldurucu elementlərlə bəzədilib. Məna baxımından bir-birindən fərqlənən “qoşaquş”, “tovuz” və ya “daraqlı şanapipik” təsvirləri ara sahənin “kaşı” adlı iri damğalı gölün aşağı və yuxarı hissəsində təsvir olunub. Suyu, nuru və himayəni simvolizə edən quş təsvirlərinin ətrafında müxtəlif mənaları əks etdirən damğa və naxışlar qədim inanclarla səsləşir. Xalçanın ara sahəsini əhatələyən “şarlama” adlı haşiyə qurşağı isə işığın və ya nurun mənasını əks etdirir. The artistic design of this khurjun is based on filling elements carrying various meanings and reflecting ancient beliefs. Tovuz (peacock) or daragli shanapipik (hoopoe with crest) and goshagush (pair of birds) ornaments, reflecting different meanings, are placed on the central field from above and below the tamga shaped large kashi (tile) medallion. The ornaments and tamgas, surrounding the images of the mentioned birds symbolizing water, light and protection, bear different meanings and echo with ancient beliefs. Sharlama (flow) border, framing the central field, symbolizes light or glow. XURCUN. BAKI, AZƏRBAYCAN. XIX ƏSRİN SONU KHURJUN. BAKU, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 42 х 133 sm / 42 х 133 cm yun, Z3S; qəhvəyi, ağ / wool, Z3S; coffee brown, white yun, Z2; qəhvəyi, qırmızı / wool, Z2; coffee brown, red keçirtmə (arğac üzlü), dolama (sumax-zili) weft-faced plain weave, sumakh-zili wrapping yun, Z2 / wool, Z2 21.01.1969 24 x 50 10 sm-də / 24 х 50 yarns per 10 cm 515 pambıq, Z3S; yun, Z2; göy, qəhvəyi, innabı, sarı, ağ, yaşıl cotton, Z3S; wool, Z2; blue, coffee brown, red-brown, yellow, white, green
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 67
XALÇA MƏMULATLARI 68CARPET PRODUCTS Xurcunun bədii quruluşu Bakı zililərində tez-tez təsadüf olunan və yaşlı toxucuların “şanapipik” və ya “ağac” adlandırdıqları elementlə tərtib olunub. Bu element “baş” adlı naxışla birlikdə zamanın və himayənin simvolu kimi təcəssüm olunur. Bundan başqa, baharın gəlişini simvolizə etməklə Novruz ənənələrini də özündə əks etdirir. Ara sahədə səpələnmiş “kaşı” və ya “almagülü” adlanan elementlərin bəziləri sıra ilə tərtib olunaraq müəyyən sahələr yaratmışdır. Burada suyun və məhsuldarlığın rəmzi kimi istifadə olunan “meandr”, “qarmaq” və ya “qıynaq” adlanan S-vari naxışlar da verilmişdir. Belə bir naxış zənginliyinə malik olan ara sahəni “mollabaşı” adlanan haşiyə zolağı tamamlayır. The artistic structure of this khurjun is based on the element often seen on flat-woven zili carpets of Baku. Elder carpet weavers call it shanapipik (hoopoe) or aghaj (tree). In combination with bash (head) element it symbolizes time and patronage. It also reflects the arrival of spring and symbolizes Novruz holiday traditions. Some of central field’s filling elements such as kashi (tile) or almagulu (apple tree flower) are grouped into stripes forming certain sections. S-shaped meander type pattern popularly known as garmag (hook) or giynag (claw) symbolizing water and fertility is also placed in the central field. The border stripe consisting of mollabashi (head of Mullah) ornament frames the elegant central field adorned with a variety of elements. XURCUN. BAKI, AZƏRBAYCAN. 1930-CU İLLƏR KHURJUN. BAKU, AZERBAIJAN. 1930S Ölçü: / Size: Əriş: / Warp: Arğac: Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 46 х 107 sm / 46 х 107 cm pambıq, Z15; ağ, boz / wool, Z15; white, gray pambıq, Z6, ağ; yun, Z2, ağ, qəhvəyi, xardalı cotton, Z6, white; wool, Z2, white, coffee brown, mustard xovlu (simmetrik), keçirtmə (arğac üzlü) knotted pile (symmetric knot), weft-faced plain weave yun, Z3S / wool, Z3S 25.09.1998 42 x 42 10 sm-də / 42 x 42 yarns per 10 cm 8580 yun, Z2; ağ, sürməyi, innabı, qəhvəyi wool, Z2; white, dark blue, red-brown, coffee brown
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 69
XALÇA MƏMULATLARI 70CARPET PRODUCTS Xurcunun ara sahəsi diaqonal istiqamətli enli və ensiz zolaqlardan təşkil olunub. Bu zolaqlarda axar suyu ifadə edən S-formalı “meandr”lar verilib. Xurcunun enli zolaqlarının elementləri suyu himayə edən əjdaha təsvirləridir. Ensiz zolaqların fonunda isə kiçik formalı “qarmaq” və ya “qıynaq” naxışları bu mənada geniş istifadə olunmuşdur. Məmulatın hər iki cibinin ara sahəsini “ocaq” və ya “çiçək” adlanan naxışla bərabər, həm də damğa formalı budaq elementləri bəzəyir. Orta hissənin ağ yerlikli ara sahəsinin hər iki tərəfində iri “axar su” zolağı verilib. The central field of the khurjun is filled with diagonal wide and narrow stripes adorned with S-shaped meander type ornament symbolizing running water. The wide stripes are decorated with elements symbolizing dragon, the lord of water; the narrow stripes – with small elements called garmag (hook) or giynag (claw) bearing the same meaning. The central fields of both sacks are filled with ojag (fireplace), chichak (flower) and tamga shaped budag (branch of tree) elements. Both sides of the intermediary part with white background have the wide stripes with akhar su (running water) ornament. XURCUN. GƏNCƏ, AZƏRBAYCAN. XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLİ KHURJUN. GANJA, AZERBAIJAN. LATE 19TH − EARLY 20TH CENTURIES Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: / Technique: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 33,5 х 104 sm / 33.5 х 104 cm yun, Z3S; şəkəri / wool, Z3S; ivory pambıq, Z2S; şəkəri / cotton, Z2S; ivory dolama, keçirtmə / wrapping, plain weave 26.11.1979 40 x 80 10 sm-də/ 40 x 80 yarns per 10 cm 4604 yun, Z2S; pambıq, Z3S; innabı, göy, qəhvəyi, narıncı, noxudu, yaşıl, ağ wool, Z2S; cotton, Z3S; red-brown, blue, coffee-brown, orange, beige, green, white
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 71
XALÇA MƏMULATLARI 72CARPET PRODUCTS Xurcunun bədii quruluşu içərisində “fəsil çarxı” elementi verilmiş kətəbə formalı səkkizbucaqlı “kaşı” adlı naxışın rapportlarından ibarətdir. Ara sahədə işlənən bu elementin ətrafında üçbucaq formalı “sünbüldaraq”, “quş” və “daraq” naxışları təsvir olunmuşdur. Ara sahəni əhatə edən haşiyə qurşağı el arasında “dua” və “göz” adlanan romb formalı naxışların tərtibatı ilə bəzədilib. Xurcunun orta hissəsi müxtəlif rənglərdən ibarət yer-su mənasında istifadə olunan palaz zolaqları ilə tamamlanır. The artistic structure of this khurjun consists of repeatedly arranged ketebe-shaped (cartouche) octagonal elements of kashi (tile) ornament with fasli charkhi (change of seasons) elements depicted inside. This ornament is surrounded by triangular sunbuldarag (top of the spike), gush (bird) and darag (comb) elements. The border stripe framing central part of the item is decorated with diamond-shaped dua (amulet) and goz (eye) elements. Coloured palas stripes of intermediary part, reflecting earth and water, complete the item’s design. XURCUN. QAZAX, AZƏRBAYCAN. XIX ƏSRİN SONU KHURJUN. GAZAKH, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: Weft: Texnika: Technique: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Naxış ipi: Patterning yarn: 44 х 113 sm / 44 х 113 cm yun, Z3S; şəkəri, qəhvəyi / wool, Z3S; ivory, coffee brown yun, Z2S; innabı, sarı, yaşıl, sürməyi, göy, qəhvəyi, şəkəri wool, Z2S; red-brown, yellow, green, dark blue, blue, coffee brown, ivory sadə keçirtmə, dolama (sumax-zili) plain weave, sumakh-zili wrapping 15.12.1978 40 х 80 10 sm-də / 40 х 80 yarns per 10 cm 3982 yun, Z2S; pambıq, Z14; zoğalı, yaşıl, narıncı, göy, qəhvəyi, ağ wool, Z2S; cotton, Z14; cornelian red, green, orange, blue, coffee brown, white
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 73
XALÇA MƏMULATLARI 74CARPET PRODUCTS Xurcunun hər iki cibləri tərəkəmə tayfalarının istifadə etdiyi rəmzi elementlərlə tərtib olunub. Ara sahəsi qədirqə kimi toxunmuş xurcunun elementləri qədim ənənələrin təcəssümüdür. Bu elementlər romb formasında olan və ətrafı saflığın rəmzini ifadə edən su zolağı ilə əhatlənmiş “göz” və ya “ocaq” adlı elementlərdir. Qədirqə toxunuşlu ara sahənin sağ və sol tərəflərindəki haşiyə qurşaqlarında da “göz” və “ocaq” elementlərinin təsvirləri verilib. Yuxarı hissədəki zolaqda isə el arasında “gərdəkbaşı” elementinin “qab-qabı” adlanan haşiyə kompozisiyasında verilməsi xurcuna xüsusi gözəllik gətirmişdir. Burada tərəkəmələrin həyat tərzini ifadə edən yurd-yuva rəmzi kimi “çadır” və “alaçıq” elementlərindən başqa, orta hissədə su rəmzini ifadə edən şəddə toxunuşlu zolaqlar da verilmişdir. Both sacks of the khurjun are decorated with elements typical for semi-nomadic tribes. The central field is woven in gadirga technique and adorned with the embodiment of the ancient traditions. This diamond-shaped element is called goz (eye) or ojag (fireplace) and surrounded by su (water) stripe symbolizing purity. Created in gadirga technique the same element is used in the design of the left and right borders of the central field. The upper part of the border stripe called gab-gabi (utensil inside utensil) designed using gerdekbashi (lambrequin of canopy) element adds especial beauty to the khurjun. The intermediary part of the item is decorated with chadir and alachig (tent) elements, symbolizing home among the nomadic peoples, and with water stripes, woven in shadda technique. XURCUN. QAZAX, AZƏRBAYCAN. XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLİ KHURJUN. GAZAKH, AZERBAIJAN. LATE 19TH – EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 57 х 129 sm / 57 х 129 cm yun, Z2; innabı, qara / wool, Z2; red-brown, black yun, Z2; innabı, qara, göy, oxra / wool, Z2; red-brown, black, blue, ochre keçirtmə (əriş-arğac üzlü), dolama (sumax) balanced plain weave, sumakh wrapping yun, Z2 / wool, Z2 04.11.1983 34 x 40 10 sm-də / 34 x 40 yarns per 10 cm 6033 yun, Z2, innabı, qara; yun, Z2, ağ, innabı, göy, oxra, yaşıl, qara wool, Z2, red-brown, black; wool, Z2, white, red-brown, blue, ochre, green, black
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 75
XALÇA MƏMULATLARI 76CARPET PRODUCTS
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 77
XALÇA MƏMULATLARI 78CARPET PRODUCTS Xurcun zəngin bədii tərtibata malikdir. “Qarmaqlı”, “qoşabuynuz”, “gərdəkbaşı”, “göz” və ya “kəpənək” adlı elementləri xurcunun kompozisiya quruluşunda görmək mümkündür. Hər iki cibin naxışları oxşar və simmetrik şəkildə toxunmuşdur. Ağ yerlikli fonda bu elementlər kosmoloji məzmunu ehtiva edir. Ciblərin ara sahələrində “qarmaqlı” elementlərlə yanaşı, içində üçbucaq formalı təsvirlər olan “göz” adlı motivlər və S-vari qarmaqlı doldurucu naxışlar verilmişdir. Haşiyə zolağında isə “qarmaqlı” ornamentlə yanaşı, yuxarı tərəfdə “gərdəkbaşı” naxışlarının “qab-qabı” üsulunda tərtibatını da görmək mümkündür. Orta hissənin naxışları isə ağ yerlik üzərində kosmoloji mənaları əks etdirir. This khurjun stands out due to its elegant artistic design. A variety of elements, such as garmagli (with hooks), goshabuynuz (paired horns), gerdekbashi (lambrequin for canopy), goz (eye), etc. can be seen in its compositional structure. All these elements, placed on the white background, have cosmological meaning. Both sacks of the item are decorated in the same way and symmetrically to each other. The central field is adorned with diamondshaped goz (eye) elements, and S-shaped garmagli filling patterns. Along with garmagli elements, the upper part of border stripe is decorated with gerdekbashi ornament, which is the element of gab-gabi (utensil inside utensil) style. The patterns of intermediary part echo with cosmological elements on the white background. XURCUN. QARABAĞ, AZƏRBAYCAN. XIX ƏSRİN SONU KHURJUN. KARABAKH, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: / Technique: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 46 х 113 sm / 46 х 113 cm yun-pambıq, Z3S; şəkəri / cotton-wool, Z3S; ivory pambıq, Z2S; şəkəri / cotton, Z3S; ivory keçirtmə (arğac üzlü), dolama / weft-faced plain weave, wrapping 04.11.1983 40 x 65 10 sm-də / 40 x 65 yarns per 10 cm 6031 yun, Z2S; innabı, qara wool, Z2S; red-brown, black Naxış ipi: Patterning yarn: yun, Z2S, Z3S; innabı, göy, qırmızı, qara, noxudu, firuzəyi wool, Z2S, Z3S; red-brown, blue, red, black, beige, turquoise
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 79
XALÇA MƏMULATLARI 80CARPET PRODUCTS Heyba is a carpet item woven in flat-woven technique that was used for everyday life in the villages and mountainous regions. It is almost half the size of a khurjun and was carried on the shoulder or loaded onto a horse. It was used to carry small things or food during short trips. These items are still in use in remote rural areas. Some types of heybas were made from jejim, others, less frequently – woven in pile technique. They were produced from wool, cotton and silk. Heyba’s front was decorated with embroidery, a gallon, etc. Heybas were designed with small-scale motifs that enabled straightforward interpretation from a distance. Some heybas feature S-shaped, hooked, and geometric patterns, while others have floral ornaments. Heybə kənd və dağlıq rayonların məişətində istifadə edilən, əsasən xovsuz xalça texnikasında toxunan xalça məmulatıdır. Çiyindən, bəzən də atın tərkindən aşırılan heybə formasına görə xurcuna bənzəyir. Lakin ondan təqribən iki dəfə kiçikdir. Heybə ilə yaxın səfərə çıxarkən xırda əşyalar, azuqə daşınır. Heybə bu gün də ucqar Yelizavetpol (Gəncə) şəhərində milli geyimdə bir qrup kişi. 1917. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi A group of national dressed men. Yelizavetpol (Ganja). 1917. National Archives of the Republic of Azerbaijan
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 81 Heybə HEYBA In total, the museum collection numbers 67 heyba samples, the oldest exhibit dates back to the 19th century. The first heyba, purchased by the museum, was woven in Karabakh in the early 20th century. kənd yerlərində geniş yayılmış daşıma vasitəsidir. Cecimdən tikilmiş növləri və nadir halda xovlu xalça texnikasında da toxunan heybələr də vardır. Onlar yun, pambıq və ipəkdən hazırlanır. Heybənin ağız hissəsi bədii tikmə, bafta və s. ilə bəzədilir, üzərində xalçaçılıqda işlədilən motivlərin kiçildilmiş, lakin uzaqdan seçilə bilən formaları işlənir. “S” şəkilli, qarmaqlı, həndəsi ornamentli heybələrlə yanaşı, nəbati ornamentliləri də vardır. Kolleksiyada ümumilikdə 67 ədəd heybə qorunub saxlanılır. Onların ən qədim nüsxəsi XIX əsrə aiddir. Muzeyə alınan ilk heybə isə XX əsrin əvvəlində Qarabağda toxunulub.
XALÇA MƏMULATLARI 82CARPET PRODUCTS Heybənin bədii tərtibatı xalq tətbiqi sənətində geniş istifadə olunan “quş” və Qubanın “Çiçi” xalçalarına xarakterik olan “qarmaqlı” və ya “köhnənaxış” adlı elementlərdən təşkil olunub. Bu elementlər kosmoloji məzmun daşıyır. Xalq sənətkarları bəzən “köhnənaxış” elementlərini günəş mənasında istifadə edirlər. Ara sahənin elementləri arasında “ulduz”, göyü və suyu ifadə edən “S”-formalı qarmaq və ya meandr elementlərini də görmək olar. Heybənin tərtibatında Quba xalçalarına xas olan “qeysibişax” adlı haşiyə zolağından istifadə olunmuşdur. Orta hissənin qırmızı yerlikli ara sahəsini isə romblardan ibarət “zəncir” adlı haşiyə qurşağı əhatə edir. The ornamental arrangement of this heyba is formed by the elements gush (bird) popular in the folk art, and garmagli (with hooks) also called kohnanakhish (old pattern) elements typical for Chichi carpets of Guba. Both of them bear cosmological meaning. Kohnanakhish is often considered as a symbol of sun by craftsmen. Ulduz (star) and S-shaped garmag (meander) elements reflecting the sky and water decorate the central field together with other elements. The border stripe with geysibishakh (apricot branch) ornament typical for Guba carpet weaving is used in the artistic design of heyba. Both sides of the intermediary part with red background are adorned with the border stripes called zanjir (chain) formed by rhombuses. HEYBƏ. QUBA, AZƏRBAYCAN. XIX ƏSRİN ORTALARI HEYBA. GUBA, AZERBAIJAN. MID.19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 36 x 102 sm / 36 x 102 cm yun, Z3S / wool, Z3S yun, Z2; qırmızı, yaşıl, qəhvəyi, göy / wool, Z2; red, green, coffee brown, blue keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z3S, göy / wool, Z3S, blue 16.06.1969 40 x 88 10 sm-də / 40 х 88 yarns per 10 cm 570 yun, Z3S; sürməyi, ağ, qırmızı, göy, yaşıl, oxra wool, Z3S; dark blue, white, red, blue, green, ochre
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 83
XALÇA MƏMULATLARI 84CARPET PRODUCTS Heybənin bədii quruluşu klassik Azərbaycan naxışlarından tərtib olunmuşdur. Hər iki cibin ara sahəsində xalq arasında geniş yayılmış, buynuz və quyruğunda budaq elementi verilmiş “günəş maralı” və “almagülü” naxışlarının təsvirləri əks olunmuşdur. Burada “almagülü” naxışlarının içərisində təsvir edilmiş xaç formalı çarx elementi yazın gəlişi və günəşin çıxmasını ifadə edir. Bu mənanı xurcunun haşiyə qurşaqlarında verilmiş “dilikli” və “qeysibişax” adlı haşiyə zolaqlarında da müşahidə edirik. Haşiyədə yaz çiçəklərinin təsvir olunması isə ara sahədəki elementlərlə səsləşir və dərin semantik mənanı əks etdirir. Xurcunun hər iki cibinin arasında “dilikli”, həmçinin “meandr” və ya “dolama” adlı su ünsürünü ifadə edən haşiyə zolaqları verilib. The artistic design of the heyba is based on the classical Azerbaijani patterns. The patterns called almagulu (apple tree flower) and gunash marali (sunny deer) with tree branch elements on horns and tails decorate the central fields of both sacks. Cross-shaped wheel inside almagulu patterns, as well as dilikli (toothed) and geysibishakh (apricot branch) elements of the borders symbolizes sunrise and arrival of spring. The spring flowers in the border echo with the elements of central field, carrying deep meaning. The intermediary part of the item is decorated with border stripes adorned with dilikli (toothed) element and dolama (curl) meander symbolizing water. HEYBƏ. QUBA, AZƏRBAYCAN. 1940-CI İL HEYBA. GUBA, AZERBAIJAN. 1940 Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 31 х 102 sm / 31 х 102 cm yun, Z2S; innabı, ağ / wool, Z2S; red-brown, white yun, Z2; qırmızı, qara, yaşıl, şəkəri / wool, Z2; red, black, green, ivory keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z2; qırmızı / wool, Z2; red noyabr 1968 / November 1968 40 x 32 10 sm-də / 40 x 32 yarns per 10 cm 406 yun, Z2, innabı, qəhvəyi, oxra, mavi, göy; pambıq, Z2S, ağ wool, Z2, red-brown, coffee brown, ochre, light blue, blue; cotton, Z2S, white
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 85
XALÇA MƏMULATLARI 86CARPET PRODUCTS Heybənin hər iki cibinə aid olan ara sahə kompozisiyası “Bəndi-rumi” quruluşuna əsaslanır. Rombların içərisində verilən element bədii tərtibatına görə “budaq”, “sırğa” və ya “tana” adlanır. Qoruyucu və artım mənasında istifadə olunan bu cür naxışlar “Qabıstan” xalçalarına xarakterikdir. Ara sahəni əhatə edən haşiyə qurşağı el arasında “qeysibişax” adlanır. Haşiyənin ətrafında isə saflıq rəmzini ifadə edən “alamuncuq” və ya “siçandişi” adlı su zolağı verilib. Bu cür tərtibata malik olan heybələr yazın rəmzini əks etdirir və bu cür nümunələrin Novruz mərasimlərində istifadə olunduğu tarixdən də məlumdur. Heybənin orta hissəsi açıq-şəkəri rəngdə toxunub. The composition of the central fields of both sacks of this heyba is based on Bandi-Rumi composition. The elements depicted inside the rhombuses are called budag (branch of tree), sirgha / tana (earring), depending on their artistic design. These patterns symbolizing amulet and growth are typical for Gabistan carpets. Geysibishakh (apricot branch) border stripe surrounds central field, which sides have thin su (water) stripes formed by alamunjug (bead) or sichandishi (mouse tooth) element symbolizing purity. From ancient times, items with such design symbolizing spring were used during Novruz ceremonies. The intermediary part of the item is of ivory colour. HEYBƏ. BAKI, AZƏRBAYCAN. XIX ƏSRİN ORTALARI HEYBA. BAKU, AZERBAIJAN. MID.19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: / Technique: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Naxış ipi: Patterning yarn: 32 x 100 sm / 32 x 100 cm pambıq, Z3S; şəkəri / cotton, Z3S; ivory pambıq, Z2S; şəkəri / cotton, Z2S; ivory sadə keçirtmə, mürəkkəb dolama / plain weave, complicated wrapping 31.03.1983 50 x 80 10 sm-də / 50 x 80 yarns per 10 cm 5598 yun, Z2S; pambıq, Z2S; sürməyi, qəhvəyi, innabı, sarı, narıncı, şəkəri wool, Z2S; cotton, Z2S; dark blue, coffee brown, red-brown, yellow, orange, ivory
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 87
XALÇA MƏMULATLARI 88CARPET PRODUCTS Heybənin hər iki cibinin bədii tərtibatı kosmoloji məna daşıyan “ulduz” naxışının ritmik rapportlarından ibarətdir. Bəzən belə “ulduz” təsvirləri ləçəkləri romb formalı olan həndəsi “çiçək” naxışlarını da xatırladır. Burada “ulduz” təsvirlərinin bədii məzmunu səma cismləri ilə bağlıdır. Ara sahəni əhatə edən haşiyə qurşağı isə üç zolaqdan ibarətdir. Ortada iri “şarlama” adlanan haşiyə qurşağını hər iki tərəfdən “axar su” zolağı əhatə edir. Bəzən “axar su” zolağına el arasında “siçandişi” adını da verirlər. Heybənin orta hissəsi saya, açıq-şəkəri rəngdə toxunub. The artistic design of this heyba consists of rhythmical repeating of ulduz (star) ornament bearing cosmological meaning. In some cases, these elements resemble the geometrical floral patterns with diamond-shaped petals. In the present case, the artistic meaning of these elements relates to celestial bodies. The border framing the central part consists of three stripes. The wide central stripe with sharlama (flow) ornament is framed on both sides by the stripes decorated with akhar su (running water) elements, sometimes called sichandishi (mouse tooth). The intermediary part of the item is plain and of ivory colour. HEYBƏ. BAKI, AZƏRBAYCAN. XIX ƏSRİN SONU HEYBA. BAKU, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: / Technique: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Naxış ipi: Patterning yarn: 28 x 82 sm / 28 x 82 cm pambıq, Z2S; ağ / cotton, Z2S; white pambıq, Z2S; ağ / cotton, Z2S; white sadə keçirtmə, mürəkkəb dolama / plain weave, complicated wrapping 19.06.1978 60 x 70 10 sm-də / 60 x 70 yarns per 10 cm 3807 yun, Z2S; pambıq, Z3S; göy, qəhvəyi, qırmızı, noxudu, yaşıl, innabı, bənövşəyi, ağ wool, Z2S; cotton, Z3S; blue, coffee brown, red, beige, green, red-brown, violet, white
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 89
XALÇA MƏMULATLARI 90CARPET PRODUCTS Hər iki cibinin bədii təsviri qədim oğuz damğaları ilə tərtib olunmuş heybə qonar-köçər (yaylaq-qışlaq) mədəniyyətinin nümunəsidir. Heybənin ara sahəsinin mərkəzi elementləri “ox-yay” damğası əsasında əmələ gəlmiş və el arasında “kilimgülü” kimi tanınan “qarmaqlı” naxışıdır. Bu naxışın semantikası dərin keçmişi ehtiva edən oğuz inanclarından qaynaqlanır. El arasında “qarmaqlı damğa” adlanan elementlərlə tərtib olunmuş iri haşiyə qurşağı heybəyə xüsusi gözəllik verir. Ensiz haşiyə qurşağında isə yaşlı toxucuların “meandr” və ya “dolama qıynaq” adlandırdığı elementi ilə bir yerdə “qoşa qıynaq” naxışı da verilmişdir. Decorated with ancient Oghuz tamgas, this heyba is a typical example of material culture of semi-nomadic tribes, which periodically moved from winter pastures to summer pastures and back. The middle of the central field is decorated with garmagli (with hooks) element popularly known as kilimgulu (kilim flower) based on okh-yay (arrow and bow) tamga. Semantics of this element derives from ancient Oghuz beliefs. The wide border with garmagli tamga elements adds exquisite beauty to the item. The narrow frame is decorated with dolama giynag (curved claw) or meander as per the elder carpet weavers, and goshagiynag (double claw) ornament. HEYBƏ. QAZAX, AZƏRBAYCAN. XIX ƏSRİN SONU HEYBA. GAZAKH, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 30 х 92 sm / 30 х 92 cm yun, Z2S; ağ / wool, Z2S; white yun, Z2, ağ; pambıq, Z2S, ağ, göy / wool, Z2, white; cotton, Z2S, white, blue keçirtmə (arğac üzlü), dolama (sumax) weft-faced plain weave, sumakh wrapping yun, Z2 / wool, Z2 13.03.1989 60 x 80 10 sm-də/ 60 х 80 yarns per 10 cm 7747 pambıq, Z2S, göy; yun, Z2, ağ, yaşıl, qara, qırmızı, narıncı, göy cotton, Z2S, blue; wool, Z2, white, green, black, red, orange, blue
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 91
XALÇA MƏMULATLARI 92CARPET PRODUCTS Heybənin əsas naxışı mifoloji xüsusiyyətlərlə səciyyələnir. Hər iki cibin ara sahəsində ox başlı Humay ana obrazının stilizə olunmuş qədim nümunəsinin təsviri verilmişdir. Doğuluş, himayə və tale mənasını ifadə edən bu cür təsvir ay kultuna söykənir. Bu elementin ətrafında “quş”, “göz”, “kərpic” və ya “çiçək”, eyni zamanda yağış-yağmur mənasını ifadə edən “daraq” naxışları da verilmişdir. Ara sahəni əhatə edən haşiyə qurşağı romb birləşmələrindən tərtib olunub. Bu cür haşiyələri el arasında “kəmər” və ya “kəmər bəzəyi” adlandırırlar ki, bu da qoruyucu mahiyyət daşıyır. Orta hissənin palaz zolaqları yer-su ünsürlərini ifadə edir. The main ornament of this heyba bears mythological meaning. Both central fields are decorated with arrowhead depiction of the stylized ancient image of Umay-Mother (the goddess of fertility in Turkic mythology) based on the cult of moon, symbolizing birth, protection and destiny. The image is surrounded by darag (comb) symbolizing rain, goz (eye), karpij (brick) or chichak (flower) elements. The border of central field’s is formed by interconnected rhombuses. These kind of borders popularly known as kemer (belt) or kemer bezeyi (belt decoration) serve as an amulet. Palas stripes of the intermediary part reflect earth and water. HEYBƏ. QARABAĞ, AZƏRBAYCAN. XIX ƏSRİN SONU HEYBA. KARABAKH, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: Face yarn: 30 x 86 sm / 30 x 86 cm yun, Z3S; şəkəri, qəhvəyi / wool, Z3S; ivory, coffee brown yun, Z2S; sürməyi, qara / wool, Z2S; dark blue, black keçirtmə (arğac üzlü), mürəkkəb dolama (sumax) weft-faced plain weave, sumakh complicated wrapping 03.12.1976 35 x 70 10 sm-də / 35 x 70 yarns per 10 cm 3370 yun, Z2S; sürməyi, sarı, qəhvəyi wool, Z2S; dark blue, yellow, coffee brown Naxış ipi: Patterning yarn: yun, pambıq, ipək, Z2S, Z4S; innabı, göy, yaşıl, sarı, qırmızı, qəhvəyi, ağ wool, cotton, silk, Z2S, Z4S; red-brown, blue, green, yellow, red, coffee brown, white
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 93
XALÇA MƏMULATLARI 94CARPET PRODUCTS
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 95
XALÇA MƏMULATLARI 96CARPET PRODUCTS A gashlig is a carpet product made of wool, cotton, and raw silk. It takes the same form as a heyba, but is smaller in size. It took its name from the front part of the saddle, called gash, from where it hung. Until recently, people carried food in these bags while travelling. Qaşlıq biçimi heybə ilə eyni, ölçüsünə görə isə ondan kiçik olan və əsasən xovsuz texnikada toxunan xalça məmulatıdır. Yun, pambıq və kecidən hazırlanan qaşlıq yəhərin qabaq hissəsinə, yəni qaşına taxıldığına görə belə adlanırdı. Son dövrlərə qədər səfərə çıxarkən yola götürülən yemək onun içinə qoyulurdu.
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 97 Qaşlıq GASHLIG The museum collection houses 19 gashligs. They are mostly made of silk and cotton, others – of wool using mainly interweaving (jejim) technique. The front of most of the items is decorated with galloon, gurama (patchwork) and artistic embroidery. The three most ancient exhibits date back to the 19th century. The first gashlig, purchased by the museum, was woven in Baku in early 20th century. Although the gashligs of the museum collection were made in Guba, Shirvan and Baku, the majority of them were woven in Karabakh, confirming the wide use of them there. Kolleksiyada ümumilikdə 19 ədəd qaşlıq qorunub saxlanılır. Onlar əsasən ipək və pambıqdan, bir neçəsi isə yundan, əsasən keçirtmə (cecim) texnikasında hazırlanıb. Əksər qaşlıqların ciblərinin üstü bafta, qurama və bədii tikmə ilə bəzədilib. Kolleksiyada ən qədim üç qaşlıq XIX əsrə aiddir. Muzeyimizdəki ilk qaşlıq isə XX əsrin əvvəlində Bakıda toxunub. Kolleksiyada təqdim olunan qaşlıqlar Quba, Şirvan və Bakıya aid edilsə də, say etibarilə ən çoxu Qarabağ bölgəsində toxunmuş və belə məmulatların bu regionda daha çox işlədilməsinə dəlalət edir.
XALÇA MƏMULATLARI 98CARPET PRODUCTS Qaşlığın kompozisiyası şaquli şəkildə iki təzadlı rəngin – ağ və qaranın növbələşməsindən qurulmuşdur. Onların üzərində müxtəlif rəngli ipək saplarla tikilmiş qədim oğuz damğalarına bənzər təsvirlər verilib. Bunlardan X-vari formalı təsvir afşar tayfalarına, çəpəki formalı üç parallel xətt ilə təsvir olunmuş işarə isə yazır boyuna aid edilə bilər. Qaşlığın hər iki cibinin yuxarısı xalq arasında “göz” və ya “gözmuncuğu” adlandırılan elementləri ilə tərtib edilən “dilikli” adlı zəncirə zolağı ilə bəzədilib. Məmulatın orta hissəsində isə qurama texnikasında hazırlanmış qoruyucu dua mənasını ifadə edən üçbucaq formalı naxışlar tikilmişdir. Composition of this gashlig is based on vertical repetition of two contrasting colours, black and white. Each of the vertical parts have the images of ancient Oghuz tamgas, woven using coloured silk threads, where X-shaped image refers to Afshar tribes. The three inclined parallel lines sign refers to Yazir tribe. The upper parts of both sides of the item are decorated with zanjira (chain) stripe called dilikli (toothed) with the ornament popularly known as goz (eye) or gozmunjughu (amulet against the evil eye). The intermediary part of the item is decorated with triangles made in gurama (patchwork) technique and considered as amulets. QAŞLIQ. QUBA, AZƏRBAYCAN. XIX ƏSRİN SONU GASHLIG. GUBA, AZERBAIJAN. LATE 19TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: / Technique: Kənarə: / Selvage: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Üz ipi: / Face yarn: 20 х 68 sm / 20 х 68 cm yun, Z2S; ağ, qara, zoğalı / wool, Z2S; white, black, cornelian red yun, Z1; qəhvəyi / wool, Z1; coffee brown keçirtmə (əriş üzlü) / warp-faced plain weave yun, Z1; qəhvəyi / wool, Z1; coffee brown 27.01.1971 180 х 100 10 sm-də / 180 х 100 yarns per 10 cm 1064 yun, Z2S; ağ, qara, zoğalı / wool, Z2S;white, black, cornelian red Naxış ipi: Patterning yarn: ipək, Z2; yaşıl, qırmızı, sarı, mavi, ağ silk, Z2; green, red, yellow, light blue, white
XALÇA MƏMULATLARI CARPET PRODUCTS 99
XALÇA MƏMULATLARI 100CARPET PRODUCTS Qaşlığın kompozisiya quruluşunu el arasında “damğa”, “qoşaqıynaq”, “toqqaqabağı”, “məhəccər” və digər adlarla tanınan naxışın ritmik rapportları təşkil edir. Onların təsvirləri məmulatın hər iki cibinin üzərində üfüqi zolaqların fonunda verilib. Rənglərinə görə bir-birindən fərqli şəkildə toxunmuş bu naxış qoruyucu ünsür mənasında tayfa damğasını simvolizə edir. Qaşlığın ciblərinin aşağısında “zəncir” adlı su zolağı, yuxarı hissəsindəki enli zolaqda isə “budaqbaşı” və ya “çölotu” adlı naxışın təsvirləri verilmişdir. The compositional structure of this gashlig is based on rhythmic repetition of the pattern popularly known as damgha (tamga), goshagiynag (double claw), toggagabaghi (belt buckle), mahajjar (balustrade) and so on. These images are placed on the background of the horizontal stripes on both sides of the item. This ornament, made in various colours, symbolizes the tribal tamga as an amulet. The bottom parts of both sides of the item are decorated with the narrow su (water) stripe called zanjir (chain). The wide stripe with pattern called budagbashi (top of a branch) or cholotu (meadow grass) adorns the upper parts. QAŞLIQ. ŞİRVAN, AZƏRBAYCAN. XX ƏSRİN ƏVVƏLİ GASHLIG. SHIRVAN, AZERBAIJAN. EARLY 20TH CENTURY Ölçü: / Size: Əriş: / Warp: Arğac: / Weft: Texnika: Technique: Kolleksiyaya daxilolma tarix: Accession date: Sıxlıq: / Density: İnventar nömrəsi: Inventory No.: Naxış ipi: Patterning yarn: 18 х 56 sm / 18 х 56 cm pambıq, Z2S; ağ / cotton, Z2S; white pambıq, Z2S; ağ / cotton, Z2S; white keçirtmə (əriş üzlü), sadə dolama warp-faced plain weave, simple wrapping 24.05.2019 110 х 80 10 sm-də / 110 х 80 yarns per 10 cm 9527 yun, Z2S; noxudu, qırmızı, sumaxı, göy, yaşıl, çəhrayı, narıncı wool, Z2S; beige, red, sumac red, blue, green, pink, orange