The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-13 02:00:14

Mənəvi dəyərlərin təbliği-SALEH

Mənəvi dəyərlərin təbliği-SALEH

Saleh Arslan

MƏNƏVİ DƏYƏRLƏRİN TƏBLİĞİ:

KEÇMİŞƏ, YOXSA ÖZÜNƏ
QAYIDIŞ

BAKI-2018

Saleh Arslan

Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa
özünə qayıdış

3

MƏNƏVİ DƏYƏRLƏR

Hər bir xalqın dəyərlər sistemi onun kimliyini ortaya qoyan əsas
elementdir, cəmiyyətdə var olan birliyin təməl daşlarıdır. Sosioloji
baxımdan o, xalqın, yaxud toplumun fərdlərinin formalaşdırdığı
modellərin, hədəflərin və məqsədlərin başqa mədəni baxışlarla
fərqini ölçən alətdir. Mənəvi dəyərlər insanın gedəcəyi yolu
müəyyən edən kompasdır – nə geyindiyi, kiminlə dostluq etdiyi,
kiminlə evləndiyi, harada yaşadığı və s. bu kimi suallara onun
sahib olduğu dəyərlər sistemi cavab verir. Qısası, cəmiyyəti
formalaşdıran fərdlərin nələri edib, nələrə yasaq qoyduğunu məhz
mənəvi dəyərlər sistemi müəyyənləşdirir.

Cəmiyyətin sahib olduğu dəyərlər kütlələri bir-birinə sıx bağ
ilə bağlayır, bu dəyərlərə sadiq olan xalq zaman-zaman xarici və
daxili siyasi təzyiqləri, hücumları asanlıqla dəf edir, yaxud bu
təzyiq və hücumların fəsadlarını minimum həddə endirə bilir.
Digər tərəfdən, dini və milli bağları zəif, yaxud inanc sistemi
iflas etmiş cəmiyyətlər yaşadıqları xaos, qarşıdurma və anarxiya
səbəbindən tarix səhnəsində çox qısa müddət mövcud olmuş və
zaman keçdikcə assimilyasiyaya uğrayaraq yox olub getmişlər.
Bu, sosioloji faktdır və tarix boyu dəfələrlə baş vermişdir.

Mənəvi dəyərlər zamanla milli dəyərlərlə o qədər
çulğalaşmışdır ki, artıq onları bir-birindən ayrı təsəvvür etmək
çətindir. Bu dəyərlərin yox olmaması üçün cəmiyyətin bütün

4 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

üzvləri bir-birinə yardım etməli, dəstək olmalıdırlar. Hər bir xalqın
taleyində çətin dövrlər, kənar siyasi-iqtisadi təzyiqlər olmuşdur.
Ancaq bu çətinliklərdən yalnız çarənin tükəndiyi anda bir olmağı,
birlik olmağı bacaran xalqlar çıxa bilmişlər.

1999-cu ildə Keyp-Taun şəhərində keçirilmiş Dünya Dinləri
Parlamentinin iclasında çıxış edən Nelson Mandela deyirdi:
“Dünyanın qarşılaşdığı problemləri həll etməyə çalışanlar dini-
mənəvi dəyərlərin təsirindən yararlanmağa məcburdurlar. Əks
halda, heç bir uğur qazana bilməyəcəklər. Bu səbəbdən, XXI əsr
dini və mənəvi dəyərlərin kəşf edildiyi əsr olacaqdır”. Mandela bu
sözləri söyləyərkən öz həyatını misal çəkirdi: “Bu gün burada sizin
hüzurunuzdayamsa, 28 illik həbsxana həyatı və işgəncələr məni yox
edə bilməyibsə, bu, aldığım dini təhsilin və inancımın nəticəsidir.
Ən şiddətli zülm və işgəncələr altında belə, Tanrıya olan inancımı
qətiyyən itirmədim. Heç bir addımımdan geri çəkilmədim. İnancım
olmasaydı, bu mübarizədə məğlub olardım. Heç bir inancı olmayan
bir çox mübarizə yoldaşlarımın bədənlərindən əvvəl ruhlarının
öldüyünə şahid oldum. Bir məsələni də vurğulamağı özümə borc
bilirəm ki, biz həbsxanada olanda dindar müsəlman, xristian və
yəhudi insanlardan, təşkilatlardan daim dəstək gördük. Onlar bizi
heç vaxt tək qoymadılar, onların sayəsində həbsxanadan savadlı
insan kimi çıxdıq”.

Dəyərlərin dinamik məzmunlu olması, zaman getdikcə
dəyişməsi çox uzun müddət ərzində baş verir. Hər hansı
mərhələdə sıradan çıxmış dəyərlər bir müddət sonra yenidən
dirçəldilə, gündəmə gətirilə bilər. Bu baxımdan, demək olar

5

ki, bəşəriyyətin dəyərlər sistemi müəyyən tarixi mərhələdə,
müəyyən dövrdə, müəyyən cəmiyyətdə üstünlük təşkil edən dəyər
oriyentasiyalarından ibarətdir. Sivilizasiya dəyər fenomenini bir
dəfə kəşf etmiş və həmişəlik ona bağlı olaraq qalmışdır. İnsan
həyatında fəallığın, təşəbbüsün, bütün yaşayışın hədləri, səviyyəsi,
dəyərlərlə ölçülür. Dəyərlər şəxsiyyətin, cəmiyyətin, bəzən hətta
zamanın fövqündə durur.

Hər hansı sivilizasiyaya, mədəniyyətə xas olan dəyərlərin
aradan çıxması, ilk baxışda, ümumbəşəri dəyərlərin də yox
olması kimi görünə bilər. Halbuki heç də belə deyil. Belə ki,
bir mədəniyyətin tərkibindən yox olan hər hansı dəyər başqa
mədəniyyətdə dirçələ, yenidən inkişaf edə, özündən əvvəlki ilə
qaynayıb-qarışaraq yeni dəyərlər sistemini formalaşdıra bilər.

Xeyirxahlıq, inam, tolerantlıq və s. kimi müəyyən dəyərlər var
ki, ümumilikdə bəşəriyyət üçün əbədilik statusu qazanmışdır və
insan bunlarsız keçinə bilməz. Lakin bəzən fərdi azadlıq hər şeyin,
qalan bütün dəyərlər sisteminin fövqünə qaldırılır. Bu, əsasən Qərb
cəmiyyətinin səciyyəvi xüsusiyyətidir və öz acı nəticələrini verir.
Şərq cəmiyyətində isə adət-ənənə əsas götürülür. Alman filosofu
Vilhelm Vindelband (1848-1915) “Qədim fəlsəfənin tarixi”
kitabında yazırdı ki, “Şərq təfəkküründə ənənəçilik çox güclüdür.
O, hər yenilikçi fəaliyyət qarşısında sədlər çəkir. Şərqə məxsus
ətalət də buradan yaranır. Lakin buna qeyd-şərtsiz pis hadisə
kimi, geriliyin səbəbi kimi qiymət vermək dayazlıqdır, metafizik
yanaşmadır... Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox,
hərəkətverici qüvvənin kiçikliyidir, mənəvi sədlərin böyüklüyü

6 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

yox, intellektual cəhdlərin zəifliyidir. Müasir Qərb dünyası daxilən
ziddiyyətli olduğundan və rasional düşüncəni mütləqləşdirdiyindən,
onun birtərəfli tərəqqisi labüd surətdə deqradasiyaya səbəb olur”.

İnsanın dəyər ölçüsü

Müasir dövrdə insanların yaşadığı böhran, ilk növbədə, dəyərlər
böhranıdır və bu, Qərb filosofları tərəfindən etiraf edilmişdir.
“Tarixin sonu” əsəri ilə məşhurlaşmış Frensis Fukuyamanın liberal
Qərb dəyərlərini mədh edərək mütləqləşdirməsinə rişxənd edən
dövrümüzün fransız filosofu Jan Bodriyar yazır: “Bu gün Şərqin
Qərb tərəfindən ram edildiyinə – demokratiyanın təntənəsi adı
altında aparılan siyasət nəzərdə tutulur – dair triumfal illüziya
məhv oldu. Nəhayət, biz əsl məsələnin nə yerdə olduğunu anlaya
bilərik. Hər şeyin başqa cür olduğunu gözümüzlə görə bilərik: bu
gün Şərq xəsis acgözlüklə Qərbi həzm edir”.

Qərb-Avropa mədəniyyətində mütləq dəyər kimi qəbul edilən
şəxsiyyət, daha doğrusu, fərdiyyət başqalarına, cəmiyyətə ikinci
dərəcəli məsələ kimi baxması anarxizm, eqoizm özü ilə həm də
tənhalığa gətirib çıxarır. Fərdin suverenitetinin bəyan edilməsi ən
böyük zərbəni dəyərlərə endirir. Bəli, insanın ən ali dəyərlərdən
biri kimi dəyərləndirilməsi təqdirəlayiqdir. Bu bəşər tarixinin
ən böyük nailiyyətlərindəndir. Ancaq unutmaq olmaz ki, insan
ali dəyər sayılırsa, ilk növbədə, onun hansı mənəvi dəyərləri
daşıdığına diqqət yetirilməli, buna önəm verilməlidir. İnsanın
dəyəri onun mənəvi dəyərlərə həssaslığı ilə ölçülür. Belə ki, var
olan bütün dəyərləri inkar edən, həyatını nihilizm üzərində quran

7

insanın dəyəri şübhə doğurmaya bilməz. Hesab edilir ki, hətta
keçid, böhran dövrlərində - dəyərlər sisteminin transformasiyaya
uğradığı vaxtlarda da dəyərlərə münasibət nihilizm səviyyəsinə
enməməlidir, çünki bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Qərb dünyagörüşündə isə məhz belə münasibət hegemonluq edir.
Məsələn, Fridrix Nitşe “Hakimiyyət iradəsi” adlı əsərinin “Ön
söz”ündə qeyd edir ki, “Ənənəvi dəyərlərin rədd edilməsi (nihilizm)
gec-tez baş verməlidir. Çünki bu vaxta qədər malik olduğumuz
dəyərlərin artıq heç bir dəyəri yoxdur. Onlar tükənmişdir. Elə buna
görə də biz nihilizm dövrünü yaşamalıyıq ki, bu dəyərlərin heç
bir əhəmiyyətə malik olmadığını dərk edə bilək”. Müasir dövrün
mənzərəsi bir daha sübut edir ki, Qərb cəmiyyəti artıq nihilizmin
F.Nitşenin qeyd etdiyi nöqtəsinə gəlib çatmışdır. Bu isə onu göstərir
ki, yeni dəyərlər sistemini formalaşdırmadan, ənənəvi dəyərlərdən
imtina böyük fəsadlara gətirib çıxarır. Məhz buna görə də, hər bir
xalq yeniliyə can atmazdan əvvəl, sahib olduğu dəyərləri qorumağa
borcludur.

Psixologiya və sosiologiyada dəyərlər anlayışı

Bəs haqqında bəhs etdiyimiz dəyərlər nədir, hansı kriteriyalarla
müəyyən olunur və hansı çərçivələrə malikdir? Sosiologiya
ədəbiyyatlarında onun fərqli yönlərini ön plana çıxaran müxtəlif
təriflərə rast gəlinir. Geniş yayılmış təriflərdən birinə görə,
mənəvi dəyərlər arzu olunan, insanların həyatına bələdçilik edən,
əhəmiyyət dərəcələri fərqli olan hədəflərdir. Ona əxlaqi davranış
baxımından verilən tərifdə deyilir ki, mənəvi dəyərlər hər hansı

8 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

şəxsin başqalarını, başqalarına aid xüsusiyyətləri, istək və niyyətləri
qiymətləndirərkən əsas götürdüyü ölçü meyarıdır.

Psixologiyanın isə dəyərə verdiyi tərif belədir ki, o,
həyatımızın məqsədləri, hətta başqalarının da həyat qayəsi
olmasını istədiyimiz şeylər və insanın həm özünü, həm də
başqalarını, həmçinin başqalarının hərəkətlərini dəyərləndirmək
üçün ölçü meyarıdır.

Sosiologiya və psixologiya ədəbiyyatlarında dəyərlərin tərifi
kimi, təsnifatı da fərqlidir. Məsələn, Polşa əsilli amerikalı psixoloq
Milton Rokiç (1918-1988) dəyər anlayışını iki qrupa bölür:
məqsədə və vasitəyə yönəlmiş dəyərlər. Onun fikrincə, bərabərlik,
ailə təhlükəsizliyi, özünə hörmət, sosial etibar məqsədə, nəzakət,
zəka, məsuliyyət isə vasitəyə yönəlmiş dəyərlərdir.

Dəyərləri bir qrupun üzvlərinin qəbul və təsdiq etdiyi
ümumiləşdirilmiş inanc sistemi kimi qəbul edən Lenski isə onu
iki qrupa ayırır: praqmatik və ideal dəyərlər. Birinci qrupa hər
hansı qrupun və ya cəmiyyəti formalaşdıran fərdlərin sosial
həyatlarını davam etdirə bilmək üçün ehtiyac duyduqları inanc
sistemindən qaynaqlanan, hər kəsin faydalandığı, ideal dəyərlər
ilə müqayisədə funksionallıq imkanları daha geniş olan əxlaqi
inanc formasıdır. Məsələn, çalışqan olmaq, başqalarının canına,
malına və namusuna təcavüz etməmək, etimad bəslənilən olmaq.
İdeal dəyərlər isə “özünü sevdiyin kimi başqalarını da sev”,
“bütün insanlar qardaşdır” kimi real həyatda tətbiq edilmə şansı
az, xəyali və ideal gözləntilərə əsaslanan inanclardır.

Nelson isə hesab edir ki, dəyərlər üç qrupa bölünür: fərdi, sosial

9

və qrup dəyərləri. Fərdi dəyərlər seçim edərkən, hobbilərimizin
formalaşmasında, hər hansı əşyanı alarkən üstünlük verdiyimiz
şeylərdə, qısası, fərdi baxışlarımızda özünü büruzə verir. Qrup
dəyərləri müəyyən qrupun (ailə, klub, dini və ya siyasi) üzvləri
tərəfindən mənimsənilmiş dəyərlərdir. Sosial dəyərlər isə ədalət,
sayğı, fərqlilik, bərabərlik kimi dəyərlərdir və fərdin mövcud
cəmiyyət düzənində yaşamasını təmin edir.

Şalom Şvartsın fikrincə isə dəyərlər on hissəyə bölünür: güc,
uğur, həzz, həyəcan, təşəbbüskarlıq, itaətkarlıq, beynəlmiləlçilik,
yaxşılıq sevərlilik, adət sevərlilik və təhlükəsizlik. O, dəyərləri fərdi
və mədəni olmaq üzrə iki səviyyədə incələyib. Fərdi səviyyədəki
araşdırmada dəyərlər insanların həyatını yönləndirmədəki
əhəmiyyətinə görə sıralanır. Dəyərlərin mədəni səviyyədə
incələnməsində isə məqsəd cəmiyyətdə paylaşılan normalara
əsaslanan fikirlərlə bağlı bilgi verməkdir. Bu incələmədə ölçü
vahidi mədəni qrupun (xalq və ya etnik qrup) özüdür.

Dəyərlərin xüsusiyyətləri

Bu mövzuda əsas müzakirə predmetlərindən biri də dəyərlərin
əhəmiyyət sırasıdır. Amerikalı sosioloq Jozef Fitçer hesab edir
ki, hər hansı dəyərin əhəmiyyət sıralamasında tutduğu yer həmin
dəyərin cəmiyyətdə nə qədər yayılmasından asılıdır: “Ən yüksək
sosial qiymətə malik olan davranış, eyni zamanda ən çox riayət
olunan və üzərində ən çox sosial təzyiq olan dəyərdir”. O, dəyərlərin
xüsusiyyətlərini aşağıdakı təsnifatlara görə bölür:

a) Dəyərlər paylaşılır; cəmiyyət üzvlərinin böyük əksəriyyəti

10 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

arasında dəyərlər üzərindən uzlaşma mövcuddur, hər hansı şəxsin
mühakiməsindən asılı deyil.

b) Dəyərlər ciddi qəbul olunur; insanlar bu dəyərləri ortaq
rifahın qorunması və sosial ehtiyacların təmin olunması kimi qəbul
edirlər.

c) Dəyərlər özündə coşğu hissini ehtiva edir; insanlar ali
dəyərlər uğrunda əzmkarlıq göstərir, döyüşür və hətta canlarından
keçirlər.

d) Dəyərlər abstraktlaşır; insanlar arasında konsensusa nail
olunması üçün anlayış olaraq dəyərlər abstraktlaşır.

e) Dəyərlər cəmiyyətin məhsuludur; hər hansı fərdə məxsus
deyil və cəmiyyətin təzyiqi altındadır. Fərd dünyaya gələrkən
artıq dəyərlər mövcud olur və o, cəmiyyətə qoşulma prosesində
bu dəyərləri öyrənir, mənimsəyir, ona riayət edir, sonrakı nəsillərə
ötürür. Yəni şəxs bu dəyərlərlə tərbiyə aldığına görə onun qərarları
cəmiyyətdə hegemon olan dəyərlərlə üst-üstə düşür. Mövcud
dəyərləri öyrənə bilməyənlər ağılsız hesab edilir, onu öyrənməyən
və ona riayət etməyənlər isə ictimai qınaqla üzləşir, cəzalandırılır.

f) Sosial dəyərlər ötürüləndir; onun nəsildən-nəslə ötürülməsi
ailə, məktəb, dost-tanış, iş və kütləvi informasiya vasitələri yolu
ilə baş verir.

g) Dəyərlər dil və simvollarla ötürülür; cəmiyyətdəki dil və
simvollar özündə həmin cəmiyyətin dəyərlərini həm əks etdirir,
həm də yaşadır. Məsələn, “şan-şöhrət”, “şərəf” kimi sözlər, evlilik
prosesində həyata keçirilən tədbirlər sosial dəyərlərdir.

h) Dəyərlər dəyişikliyə açıqdır; fəlsəfədə dəyərlərlə bağlı

11

əsas müzakirə mövzularından biri də dəyərlərin relativliyi və
ya mütləqiliyidir. Dəyərlərin dəyişmədiyi düşüncəsini müdafiə
edənlərdən fərqli olaraq, relativlik tərəfdarı olanların fikrincə, əgər
hər cəmiyyətin dəyər anlayışı müxtəlifdirsə, bir dəyər hər hansı
cəmiyyətdə yaxşı, başqasında isə pis qəbul olunursa, deməli,
dəyişməyən dəyər yoxdur. Dəyərlərin dəyişikliyə açıq olduğu
düşüncəsini müdafiə edənlərdən biri olan amerikalı psixoloq Milton
Rokiç yazır ki, insanlar zamana uyğun olaraq və ehtiyaclarını
ödəmək üçün dəyərlərin əhəmiyyətlilik sıralamasında dəyişiklik
edə bilərlər.

i) Dəyərlər anlam verən standartlar, inanclar və ya əxlaq
qaydalarıdır; Jozef Fiçterin fikrincə, “dəyərlər mədəniyyətə və
cəmiyyətə məna qazandıran, ona önəm verən tərəzidir.

j) Dəyərlər davranışların, insanların və hadisələrin seçilməsini
və ya dəyişməsini yönləndirən standartlardır.

Dəyərlərin funksiyaları

Dəyərlər mövcud olduqları cəmiyyətlərdə bəzi funksiyaları
daşıyırlar. Onlardan bir qismi aşağıdakı kimidir:

a) Dəyərlər mühakimədə vasitə rolunu oynayır. O,
insanların cəmiyyətdəki dəyərini ölçməkdə ən yaxşı meyar kimi
qiymətləndirilir;

b) İnsanların diqqətini lazım olan, yararlı və önəmli hesab
edilən mədəni elementlərə yönəldir;

c) Toplumda ideal düşüncə və davranış yollarını göstərir;
d) Sosial rolların sevilməsinə və icrasına rəhbərlik edir;

12 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

e) Cəmiyyətdə sabitliyi təmin etmək və qorumaq baxımından
ictimai nəzarət və təzyiq vasitəsi rolunu oynayır;

f) Həmrəyliyin formalaşmasında iştirak edir;
g) İnsanları və hadisələri təsnifləndirmək, davranış şəklini
seçmək və onu qəbul etdirməkdə meyar kimi istifadə olunur;
Dəyərlərin funksiyalarına nəzər saldıqda onun əsas işinin
cəmiyyətdə birliyə və həmrəyliyə nail olmaq olduğunu görürük.
Buna görə də dəyərlər sisteminin gücü əsasən cəmiyyətdə
qarşıdurma, yaxud hər hansı böhran yaşandıqda ortaya çıxır.
Binanın tikintisində dəmir, qum, kirəc kimi materialları bir-birinə
pərçimləyən sement nə qədər vacibdirsə, cəmiyyətdə qarşılıqlı
anlayışın təmin olunmasında, həmrəyliyin qorunmasında da
mənəvi dəyərlər bir o qədər vacibdir. Bu səbəbdən yaxşılıq,
şəfqət, sədaqət, vəfa və dürüstlük kimi dəyərlər cəmiyyətdə sosial
münasibətlərin təməl sütunları kimi qəbul edilir.

Qoruyucu çətir

Yuxarıda qeyd etdiyimiz kimi, dəyərlər cəmiyyətdə fərdlər
arasında birliyi və həmin cəmiyyətin gələcəyini təmin edən əsas
amillərdəndir. Bu gün texnologiya sahəsində müşahidə olunan
sürətli inkişaf dünyada iqtisadi, mədəni, sosioloji və s. baxımından
bir çox dəyişikliklərə səbəb olub. Yaşadığımız dövr bilgi başda
olmaqla, hər şeyə sürətlə nail olmağı hədəf seçmişdir. İnsanlar
ömürlərini sürətlə yaşamaqdadırlar və bu, artıq normal yaşayış kimi
qəbul olunmaqdadır. Bu səbəbdən mənəvi cəhətdən problemlər
gün keçdikcə daha da çoxalır. Cəmiyyətlər getdikcə daha vasvası

13

və doyumsuz forma almağa başlayıblar. İnsana bu həyat tərzini
yaşamağa vadar edən müasir dünyadır. Özəl olmaq, özünü özəl
hiss etmək hisslərinə aludəçilik insanlar arasında gərgin mübarizə,
hətta kəskin konfrontasiya ilə müşayiət olunur. Bu isə cəmiyyətin
təməl sütunları olan dəyərlərə mənfi təsir göstərməklə yanaşı, onun
funksiyalarını gün keçdikcə korşaldır. Nəticədə həm fərdlərin
özləri, həm də onların birlikdə yaşamaq məcburiyyətində olduqları
digər insanlar bundan əziyyət çəkirlər. Bu baxımdan, başqalarını
anlamaq, tolerant yanaşma, ictimai məsələlərdə həssaslıq kimi
anlayışları özündə ehtiva edən dəyərlər, bir növ, çətir rolunu
oynayır. Bu qoruyucu çətir:

- Fərdin məqsədlərini və gedəcəyi yolun istiqamətini təyin
edir;

- Fərdi və ictimai fəaliyyətlərin əsaslarını formalaşdırır;
- Fərdin öz davranışlarını mühakimə etməsinə yardım edir;
- Fərdin başqalarından nə gözləməli olduğunu və ondan nə
gözlənildiyini bilməsini təmin edir;
- Fərdin doğru və yanlışı, haqlı və haqsızı, xoşa gələn və xoşa
gəlməyəni, əxlaqi olanı və əxlaqi olmayanı bir-birindən ayıra
bilməsini təmin edir.
Milli-mənəvi özünüdərk məsələsi müasir dövrdə mürəkkəb
problemlərdən biri kimi müzakirə predmeti olaraq qalır. Burada əsas
məqam cəmiyyətdə bu dərkin formalaşdırılmasının vacibliyidir.
Əlbəttə, hər bir quruluşda milli-mənəvi özünüdərk prosesi qlobal
problemlərlə də üzləşir. Müasir dövrümüz üçün milli-mənəvi
dəyərlərin qorunub saxlanması və milli-mənəvi özünüdərkin

14 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

inkişaf problemləri təbii şəraitdə inkişaf edir, ancaq bəşəriyyətin
bu sahədəki taleyinə, milli sərvətlərinə və gələcəyə, əslində,
laqeyd münasibət bəsləyənlər də az deyil. Bu məsələ, şübhəsiz,
hər dövr üçün xarakterik haldır. Köhnə dəyərlərə münasibət və
inkişaf prosesində bu meyillərin dəyişməsi, çağdaş dövrün qlobal,
ümumbəşəri problemlərinin meydana çıxması tamamilə təbiidir.

Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Atatürk
yazırdı ki, milli-mənəvi özünüdərk bizim bütünlüyümüzdür. O,
bütünlük dedikdə cəmiyyət həyatında milli-mənəvi dəyərlərin
rolunu, əhəmiyyətini, həmin problemin dərkini və bu anlamın
sosioloji-kulturoloji və multikulturalizm səviyyəsindəki dəyərini
başa düşməyi tövsiyə edirdi. Atatürk insan həyatında milli-mənəvi
özünüdərkin çox böyük əhəmiyyət daşıdığını yaxşı bilirdi. O
deyirdi: “İllər keçdikcə insanlar milli-mənəvi problemlərin bəşər
tarixinə mühüm təsir göstərmək imkanına malik olduğuna daha
çox inanmağa başlayırlar”.

Yuxarıdakı təriflər və təsnifatlandırmalar bir daha göstərir
ki, mənəvi dəyərlər sistemi çox geniş areala sahibdir və onların
hər birini ayrı-ayrılıqda araşdırmaq mümkün deyil. Bu səbəbdən,
bölmələrdə biz onlardan ən vaciblərinə - din, dil, mədəniyyət,
mənəvi irs və bütün bunları özündə cəmləşdirən milli ideologiyamız
olan azərbaycançılıq haqqında danışacağıq.

15

DİN

Din – öz ardıcılları arasında əlaqə yaradan, insanların
hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri
davranış qaydaları, kainatı açıqlaya biləcəkləri düşüncə çərçivəsi,
hiss və hərəkət sistemidir.

Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox, həyat
tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir.
Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi
dəyərlər sisteminin ayrılmaz hissəsini təşkil etmişdir. Dinin
insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu
dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin
deyil. “Sivilizasiyalararası toqquşmaların” hökm sürdüyü
müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük
nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, həmçinin
demokratiyanın ən zəruri göstəricilərindən biri kimi qəbul
edilməkdədir. Bu gün bütün dinlərə, onların ardıcıllarına hörmət
bəsləmək kimi önəmli keyfiyyət cəmiyyətin bütövlüyünün əsas
şərtlərindən biri kimi qəbul edilsə də, təcrübədə bu ali dəyərin
heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma
çağdaş dövrdə dünya üzrə baş verən münaqişələrin əksəriyyətinin
kökündə məhz din, yaxud məzhəb ayrı-seçkiliyinin dayandığını
nəzərə alsaq, görərik ki, mövcud şəraiti düzəltmək, insanlara dini

16 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin,
beynəlxalq təşkilatların, eyni zamanda hər bir sıravi vətəndaşın
əsas vəzifələrindən birinə çevrilmişdir.

Din insanı onun yaradılış qayəsinə uyğun olaraq ucaltmaq
istəyir. Onun əsas hədəfi bütün daxili aləmi və davranışları
ilə insandır. Din insanı insan etməyə çalışır və onun özünü
tanımasını istəyir. İnsanları insaflı olmağa və başqalarına qarşı
mərhəmətli davranmağa səsləyir. Digər insanlarla heç bir mənfəətə
söykənməyən, yalnız sevgiyə əsaslanan səmimi dostluqlar qurmağa
çağırır. Qısaca desək, din kainatın insan tərəfindən qavranılması
təşəbbüsüdür.

Tarix boyu dinin iki - fərdi və sosial rolu olmuşdur. Bir tərəfdən
fərd olaraq insanın əsas problemlərini həll etmək üçün müxtəlif
təkliflər önə sürən din digər tərəfdən sosial qurumlar və hadisələrə
də təsir göstərir. Bundan başqa, dinin həyatın bütün sahələri ilə
bağlı norma və hökmləri mövcuddur.

Dinin mədəniyyətdən ayrılması mümkün deyildir. Belə ki, o,
əvvəlcə fərdlərə, fərdlər vasitəsilə də sosial qurumlara elə nüfuz
edir ki, nəticədə mədəniyyətin ayrılmaz parçasına çevrilir.

Verdiyi ümumbəşəri ismarıclar vasitəsilə fərdlərə təsir etmə
gücü sayəsində din mədəniyyətin bütün sahələrinə hakim ola bilir.
Din həm də qurumları formalaşdıraraq, dəyərlərə və münasibətlərə
təsir edərək sosial fenomenləri müəyyənləşdirmə gücünə sahibdir.
O, iqtisadiyyat, siyasət, media, ailə, texnologiya, sənət və s.
sahələrdə öz təsir gücünü hiss etdirir.

Emil Dürkheymin fikrincə, dinin cəmiyyət həyatında dörd

17

əsas vəzifəsi vardır:
1. Din insanın müəyyən qaydalara riayət edərək

özünütərbiyəsinə yardım göstərir;
2. Fərdlər arasında birliyə, bərabərliyə və yardımlaşmaya

səbəb olur;
3. Adət-ənənələrin qorunmasında mühüm rol oynayır;
4. Dini ayinlər insanlara hüzur, rahatlıq verərərək onları qəm-

qüssədən, digər problemlərdən uzaqlaşdırır və xoşbəxtliklərini
təmin edir.

İngilis filosof Frensis Bekon isə deyirdi ki, din insanlığın ən
əsas bağıdır. Ümumiyyətlə, dinin cəmiyyətdəki funksiyalarından
biri də birləşdiricilikdir. Ancaq bəzən onun parçalayıcı tərəfi də
ortaya çıxır. Bəzi sosioloqlar hesab edirlər ki, dinin cəmiyyətdə
birləşdirici rolu parçalayıcı tərəfindən qat-qat çoxdur. Çünki din
inteqrasiya etdiyi cəmiyyətdəki müxtəlif inanclar, normalar,
dəyərlər, adətlər, davranış qaydaları vasitəsilə özünə yer tapır,
bir müddət sonra isə onlarla qaynayıb-qarışır. Hətta bəzi
sosioloqlar iddia edirlər ki, dinin əsas vəzifəsi ictimai həmrəyliyi
gücləndirməkdir. Belə ki, o, insanları dostluğa, qardaşlığa,
birlikdə yüksəlməyə və irəli getməyə səsləyir. Dinin parçalayıcı
xüsusiyyətinə gəlincə, buna dair bir çox nümunə vardır. Onlardan
biri də müxtəlif dini qrupların, məzhəblərin, təriqətlərin və s.-in
bəzi hallarda cəmiyyətdəki vəhdəti pozmasıdır.

Din dünya gerçəkliyini dərk etməyə aparan yoldur. Onun yolu
böyük, cığırları çoxdur. Dünya əhalisi müxtəlif dinlərə etiqad edir.
Çünki yaşayış yerindən və inkişaf səviyyəsindən asılı olmayaraq,

18 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

hər toplumun dinə ehtiyacı vardır. Bu reallığı bir çox Qərb və
Şərq mütəfəkkirləri, siyasi xadimlər, ümumiyyətlə, bəşəriyyətin
problemləri barədə düşünən bütün araşdırmaçılar etiraf etmişlər.
Hətta dinə şübhə ilə yanaşan və ya onu inkar edən filosoflar da
bu gerçəyi təsdiqləmişlər. Məşhur fransız sərkərdəsi Napoleon
Bonapart “Dinsiz cəmiyyət kompassız gəmiyə bənzəyir” deməklə,
insanlıq üçün iman amilinin nə dərəcə zəruri olduğuna işarə
vurmuşdur.

Xalqların milli-mənəvi dəyərlərinin formalaşmasında dinlər
bilavasitə rol oynamışdır. Çünki əxlaqi prinsiplərə malik olmayan
cəmiyyət xaos, anarxiya və hərc-mərcliyə məhkumdur. Məhz din
toplumu ayaq üstə saxlayan bu mühüm qaydalara əsas qaynaq
qazandırır və onları məntiqi edir. Dini rədd edən insan mənəviyyatın
topluma nə üçün gərəkli olduğunu isbat etməkdə çətinlik çəkir.

Dinin izlərinə ictimai həyatın, az qala, hər sahəsində rast
gəlmək mümkündür. Memarlıq, rəssamlıq, ədəbiyyat, musiqi,
fəlsəfə, hətta mətbəxə də din öz təsirini göstərmişdir. O, bir çox
məşhur incəsənət və elm xadimləri üçün dayaq nöqtəsi olmuşdur.
Mədəniyyət tariximizdən bunu təsdiq edən bir çox örnəklər
gətirmək olar. Böyük memar Əcəmi Əbu Bəkr Naxçıvaninin inşa
etdiyi türbələr, dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”sində
Allahı və Həzrət Məhəmmədi (s) mədh edən misralar, mübariz
mütəfəkkirimiz İmadəddin Nəsiminin mistik qəzəlləri, zahid
ədibimiz Məhəmməd Füzulinin Əhli-Beyt eşqi ilə dolu əsərləri,
milli muğamda dini motivlər və s. bunun bariz nümunələrindəndir.

Din cəmiyyətdə ikinci və ya üçüncü dərəcəli ünsür hesab edilə

19

bilməz. O, bütün maneələrə baxmayaraq, tarixin hər səhifəsində
toplumları istiqamətləndirən, onların taleyinə təsir göstərən qüvvə
olmuşdur. Dini dünyagörüşün təsir gücü o dərəcədə qüvvətlidir
ki, o, bir xalqın taleyini tamamilə dəyişə, hətta onu dünyanın ən
qabaqcıl xalqlarından birinə çevirə bilər.

Azərbaycanda da tarix boyu bir çox dinlər hakim mövqedə
olmuş və birindən digərinə keçid cəmiyyətdə fərqli formada qəbul
edilmişdir. Ən əsası odur ki, bu torpaqlarda mövcud olmuş bütün
dinlərin, inanc sistemlərinin izləri günümüzədək gəlib çıxmışdır.
Bu isə xalqımızın ən ali dəyərlərdən olan tolerantlıq ənənəsinin
bariz göstəricisidir.

20 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

ZƏRDÜŞTİLİK

Azərbaycan ərazilərində yayılmış dinlərdən danışarkən
atəşpərəstlik və zərdüştilik haqqında bəhs etməmək qeyri-
mümkündür. Çox vaxt bu iki inancı eyniləşdirirlər. Halbuki, hər
ikisi müstəqil din kimi meydana gəlmişdir, hətta onların yaranması
bilavasitə Azərbaycan əraziləri ilə bağlıdır.

Tarixi mənbələrdən aydın olur ki, odu müqəddəs hesab
edən atəşpərəstlər ilk vaxtlar zərdüştiliyin dini ayinlərini həyata
keçirməmişlər. Ehtimal olunur ki, eramızdan əvvəl VI əsrin
sonundan etibarən maqlar (atəşpərəstlikdə kahinə verilən ad)
zərdüştiliyə xidmət göstərməyə başlamışlar.

Zərdüştiliyə qədər dünyada mövcud olan dinlər və inanclar
məhəlli xarakter daşımışdır. Yəni onlar, demək olar ki, yarandıqları
bölgənin sərhədlərini aşa bilməmişlər. Üç böyük imperiyanın
dövlət dini olmuş zərdüştilik isə nəinki məhəlli din olmamış,
hətta ilk dəfə qədim dünyada mükəmməl din, dünyagörüşü,
əxlaq və məişət, mənəviyyat prinsipləri toplusu yaratmışdır. Bu
din özündən əvvəlkilərin tapındığı ilahların hamısını rədd edir,
yeganə ilah kimi təqdim etdiyi Hörmüzün kainatın və bütün canlı
varlıqların yaradıcısı sayırdı. Bu baxımdan, bəzi dinşünasların
fikrincə, bütpərəstlikdən fərqlənən zərdüştilik bütpərəst dinlərlə
səmavi dinlər arasında keçid mərhələsi kimi də qəbul edilir.

Bu din təkcə Azərbaycanın tarixi əraziləri və Yaxın Şərqdə

21

yayılmamış, eyni zamanda qədim yunan və hind mədəniyyətinə
ciddi təsir göstərmişdir. Tarixi faktlar, eləcə də bizə gəlib çatmış
yunan tarixçi və filosoflarının əsərləri sübut edir ki, zərdüştiliyin
müqəddəs kitabı olan Avesta, xüsusilə, bu kitabı yaradan maqlar,
onların təlimində və atəşpərəstlik dinində islahat aparmış Zərdüşt
yunan mədəniyyətinin inkişafında böyük rol oynamışdır.

Uzun müddət dövlət dini statusunu qoruyub saxlayan zərdüştilik
VII əsrdən, yəni İslamın yayılmasından sonra mövqeyini itirməyə
başlamışdır. Təsir dairəsi bu qədər geniş olan, Hindistanda və
İranda indiyədək mənsubları yaşayan zərdüştilik Azərbaycanın
tarixi ərazilərində yaranmış və xalqımızın bəşəriyyətin mədəni
dəyərlər sisteminə ərmağan etdiyi ən böyük töhfələrdəndir.

22 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

İSLАMIN АZƏRBAYCANA GƏLİŞİ

Əvvəlcə xatırlatmaq lazımdır ki, təqribən indiki Azərbaycan
Respublikasının ərazisində yerləşən tarixi Albaniya, yaxud Arran
qədim dövrlərdə müstəqil ölkə olmuşdur. Müsəlmanların fəthi
ərəfəsində isə həmin məkan yarımmüstəqil bir dövlət olaraq
Sasanilər imperiyasına tabe idi.

Müsəlmanlarla albanlar ilk dəfə İslam qoşunları ilə Sasanilər
arasında baş verən qanlı sаvаşlarda qarşılaşmışlar. Bu zaman Alban
knyazı Varaz-Qriqor oğlu Cavanşiri albanlardan ibarət döyüşçülərlə
birgə III Yezdəgirdin köməyinə göndərmişdi. Sözügedən döyüşdə
Azərbaycan sipəhsaları Rüstəm Fərruxzadın komandanlığı altında
vuruşan Cavanşir misilsiz rəşadətlər göstərmiş, padşah tərəfindən
qiymətli hədiyyələrə vəAlban sərkərdəsi tituluna layiq görülmüşdü.
O, bir neçə il Sasani imperiyasının müdafiəsində iştirak etdikdən
sonra müsəlmanların qələbəsinin qaçılmaz olduğunu görüb geriyə,
öz ölkəsinə qayıtmışdı.

Dövrün iki böyük imperiyasından birinin hökm sürdüyü İran
üzərində qəti qələbədən sonra müsəlmanlar şimala, Albaniyaya
üz tutdular. Onların Albaniyaya qoşun yeritməsində müxtəlif
amillərin təsiri olduğunu söyləmək mümkündür. Lakin İslam
fəthlərinin tərkib hissəsi kimi bu hücumda da əsas amil eynidir:
İslam dininin təbliğini əngəlləyən maneələrin aradan qaldırılması
və tövhid sədasının bütün xalqlara çatdırılması.

23

Albaniyanın müsəlmanlar tərəfindən fəthini iki əsas mərhələyə
bölüb, hər biri haqqında ayrıca danıçacağıq.

Albaniyanın fəthinin birinci mərhələsi

Albaniyanın müsəlmanlar tərəfindən fəth olunmasının birinci
mərhələsi 642-643-cü ildə II xəlifə Ömər ibn Xəttabın hakimiyyəti
dövründə başlamışdır. Bu zaman Azərbaycanın fəthini bitirən
Bükeyr ibn Abdullah öz yerində Ütbə ibn Fərqədi qоymuş, özü
isə xəlifənin icazəsilə Xəzər sahili boyunca Dərbəndə sarı yola
düşmüşdür. Bunun ardınca xəlifə, Süraqə ibn Əmrin başçılığı
ilə güclü bir qoşunu həmin məntəqəyə göndərmişdir. Bükeyrə
qoşulduqdan sonra o, şəhərin fəthinə rəhbərlik edəcəkdi; qoşunların
önündə Əbdürrəhman ibn Rəbiə, sağ və sol tərəflərdə Hüzeyfə ibn
Üsəyd və Bükeyr gedəcək, son zərbəni isə Salman ibn Rəbiənin
dəstəsi endirəcəkdi.

Süraqə Bükeyrin getdiyi yolla irəliləyərək Babül-əbvabın
yaxınlığında onun qoşunları ilə birləşmişdir. Daha sonra xəlifə
Həbib ibn Məsləməni də Cəzirədən onların köməyinə yollamışdır.
Babül-əbvabın hakimi Şəhrbəraz özünün müsəlmanlar qarşısında
acizliyini görərək təslim olmuş və onların tabeçiliyini qəbul
etmişdir. O, Qafqaz dağlarının əhalisi ilə əlaqəsinin olmadığını,
lakin düşmənlərin və müxtəlif millətlərin qarşısında dayandığını
əsas gətirərək, üzərindən cizyə vergisinin götürülməsini xahiş
etmişdir. Süraqə xəlifə Ömərin də razılığı ilə onun bu xahişini
qəbul edərək düşmənlərə qarşı döyüşdə iştirak edənlərdən uyğun
verginin götürülməsi haqda göstəriş vermişdir.

24 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Süraqə Şəhrbərazla və Babül-əbvab əhalisi ilə sülhnamə
imzaladıqdan sonra daha orada qalmağın yersiz olduğunu
düşünərək sərkərdələrini ətraf bölgələrin, o cümlədən Albaniyanın
müxtəlif məntəqələrinin fəthinə yollamışdır. Lakin Muğanı fəth
edən Bükeyrdən başqa heç kim komandanın tapşırığını uğurla
yerinə yetirə bilməmişdir.

Süraqənin ölümündən sonra Xəlifə Ömər, onun canişini
olmuş Əbdürrəhman ibn Rəbiəyə şimala doğru hərəkət və Xəzər
türkləri ilə döyüş əmrini vermişdir. Əbdürrəhman Bələncərə doğru
hərəkətə başlamış və yol üstündəki Beyda şəhərini fəth etmişdir.
Bələncər uğrunda döyüşə başlayanda isə artıq xəlifə Ömər vəfat
etmiş və Osman ibn Əffan xəlifə seçilmişdi. Əbdürrəhman bu
döyüşdə məğlub kimi qətlə yetirilmiş və bununla da, Albaniyanın
fəthi uğrunda aparılan döyüşlərin birinci mərhələsi başa çatmışdır.

Albaniyanın fəthinin ikinci mərhələsi

Albaniyanın ümdə ərazilərinin fəthi Salman ibn Rəbiənin adı
ilə bağlıdır. Xəlifənin məktubundan sonra o, albanların ölkəsinin
içərilərinə doğru hərəkət etmişdir. Burada onun fəth etdiyi ilk
şəhər Beyləqan olmuşdur. Bu şəhər müqavimətsiz təslim olaraq
müsəlmanların hakimiyyətini qəbul etmişdi. Salman şəhərin
və xalqın canı və malının mühafizəsini onların cizyə və xərac
ödəmələrilə şərtləndirərək öhdəsinə götürmüşdü. Sonra isə
Albaniyanın paytaxtı olan Bərdəyə tərəf yola düşmüş, şəhərlə bir
fərsəxdən az fasiləsi olan Sursur (Tərtər) çayı sahilində düşərgə
salmışdı. Bərdə sakinləri şəhərin darvazalarını bağladıqlarından,

25

şəhər bir neçə gün mühasirədə qalmışdır. Bu müddətdə Salman
ətraf kəndlərə yürüşlər təşkil etmiş, nəticədə şəhər sakinləri sülh
qarşılığında şəhərin darvazalarını açmışdılar. Salman şəhərə daxil
olmuş, bir müddət orada qalmış, sonra isə Albaniyanın digər
məntəqələrini fəth etmişdir.

Bundan sonra Salman ibn Rəbiə qədim şəhər olan Şəmkiri
tutmuş, Bərdicin arxasından Kür və Araz çaylarının qovuşan
yerinə getmiş, Kürü keçərək Qəbələ şəhərini fəth etmiş, Şəki
və Qəmibəran hakimlərilə xərac şərti əsasında sülh müqaviləsi
imzalamışdır. Xizəran əhalisi, Şirvan və ətraf dağların padşahları,
Məsqət, Şabran və Babül-əbvab şəhərlərinin sakinləri də onunla
sülh müqavilələri bağlamışdılar. Daha sonra Salman şimala doğru
irəliləmiş, Bələncər çayını keçib Xəzər xaqanıyla qarşılaşmış və
onunla döyüşdə təqribən 4 min nəfər əsgəri ilə birgə özü də qətlə
yetirilmişdir.

Salmanın ölümündən sonra Hüzeyfə ibn Yəman xəlifə
tərəfindən Albaniya və Ərminiyyənin valisi təyin olunmuşdur.
O, Bərdə şəhərində məskunlaşmış, ətraf bölgələrə nümayəndələr
göndərmişdi. Onun bu işi göstərir ki, artıq Albaniyanın fəthi
tamamilə başa çatmış və xilafətin dayaqları kifayət qədər
möhkəmlənmişdi.

Albaniyada İslam dininin yayılması

Müsəlmanlar tərəfindən fəth olunmazdan öncə Albaniyada
müxtəlif din və məzhəblər mövcud olmuşdur. Strabonun qeyd
etdiyinə görə, albanlar səma cisimlərinə ibadət edirdilər. Bundan

26 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

əlavə, Günəş, Ay və Zevs ulduzu da onların pərəstiş etdikləri
sırasında idi.

İran və Azərbaycanda geniş yayılmış Zərdüştiliyin Albaniyada
da davamçıları vardı, habelə orada suya və oda ibadət olunurdu.
Bəzi insanlar xüsusi bütxanalarda saxlanılan, tanrılara aid edilən
əşyalara pərəstiş edirdilər.

Bütün bunlarla yanaşı, İslamın meydana çıxmasına yaxın
dövrlərdə albanların əksəriyyəti Xristianlığı qəbul etmişdi. 313-
cü ildə şah Urnayr rəsmi olaraq Xristianlığı seçmişdir. Mehranilər
sülaləsinin iqtidara gəlməsindən sonra da eyni vəziyyət davam
etmişdir. Bu sülalənin ən qüdrətli hökmdarı Cavanşir hətta Bizans
imperatoru Konstantin Avqustdan İsa xaçının bir zərrəsini hədiyyə
almışdı.

Yəqin ki, belə bir mühitə qədəm qoyan yeni dinin inkişafının
qarşısında hansı problemlərin durduğunu anlamaq çox da çətin
deyil. Onun Albaniyadakı rəqibi Ərəbistan mühitinə hakim olan
cahil bütpərəstlik, yaxud İrandakı, kifayət qədər xurafata uğramış
zərdüştilik və atəşpərəstlik deyil, tarixin ən böyük monoteist
dinlərindən biri və nisbətən az təhrif olunan bir məktəb idi.

Albaniyada İslam dininin yayılması haqqında müxtəlif fikirlər
irəli sürülmüş, fərqli mülahizələr yürüdülmüşdür. Bəzi insanlar
İslamda cihadın olmasını əsas tutaraq, uyğun prosesin zor gücünə
baş tutduğunu vurğulayırlar. Halbuki, bu dində hər növ aqressiya,
təcavüz və zor tətbiqi həddən artıq pislənilir, bütün insanlara qarşı
mehriban rəftar, gözəl əxlaq və normal münasibətlər tövsiyə olunur.

Əslində, unutmaq lazım deyil ki, digər dinlərdən fərqli

27

olaraq, İslam dini bəşər həyatının bütün sahələrini əhatə edən
ideal konsepsiyalara malikdir. Bu dində Allahla insan arasında
olan münasibətlərlə yanaşı, ictimai, siyasi, iqtisadi, hüquqi və
sair məsələlərə diqqət yetirilmişdir. İslam dininin özünəməxsus
hakimiyyət prinsipləri, idarəetmə qanunları və hətta cəza tədbirləri
vardır. Bir sözlə, bu din təkcə öz ardıcıllarının fərdi həyatını deyil,
həm də ictimai həyatını tənzimləyən siyasi və idari müəssisədir.
Təbii ki, belə bir ideoloji məktəbin beynəlxalq münasibətlərə
dair qanunları, yeri gəldikdə müdafiə olunmaq və vuruşmaq üçün
prinsipləri də olmalıdır. Bu isə bir daha onun nə qədər kamil,
kompleks və ən sivil cəmiyyətlərə belə yararlı olduğunu göstərir.
Hər hansı bir dində cihadın olmaması, savaşın birmənalı şəkildə
rədd edilməsi heç də müsbət yox, çox mənfi bir xüsusiyyət kimi
səciyyələndirilməlidir. Ən azı ona görə ki, savaş hər bir toplumun
qarşılaşa biləcəyi gerçəklikdir və bu barədə konkret qayda-
qanunları olmayan bir din həyat proqramı, yaxud cəmiyyəti normal
idarə etməyə qadir olan bir qurum kimi çıxış edə bilməz.

Nəzərdən qaçırmamalıyıq ki, “cihad” və “təcavüz” sözləri heç
də sinonim kimi başa düşülməməlidir. Əslində, cihad təcavüzə
qarşı çıxmaq, onunla mübarizə aparmaq deməkdir. Buna əsasən,
bir çox yazarların, xüsusən də Qərb avantürasının etirazlarına
baxmayaraq, cihad qanunu çox normal və ideal qanundur. Buna
qarşı çıxanların arxasında isə, əsasən, müsəlmanların yeraltı-
yerüstü sərvətlərini talamaq, onları kölə vəziyyətində saxlamaq
və özlərinin tarixi müstəmləkəçiliklərini davam etdirmək istəyən
imperialist qüvvələr durur.

28 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Müsəlmanların müxtəlif məmləkətlərə, o cümlədənAlbaniyaya
qoşun yeritmələrinin dini əsaslarına gəlincə, bu barədə də bir qədər
ətraflı danışmağa məcburuq.

İslam dinində iki növ cihad vardır:
1) Müdafiə cihadı: Adından da göründüyü kimi, bu cihad
müdafiə xarakteri daşıyır və düşmənlərin müsəlman torpaqlarına
hücum etməsindən sonra başlanır.
2) İbtidai cihad: Bu cihadda müsəlmanlar Peyğəmbərin (s),
yaxud onun həqiqi canişininin əmrilə qarşı tərəfin torpaqlarına
qoşun yeridir. Cihadın bu növü aşağıdakı səbəblərə görə həyata
keçirilir:
a) Məzlumlara yardım; İslama görə, dinindən, dilindən və hər
hansı bir mənsubiyyətindən asılı olmayaraq, zülm altında inləyən
insanlara, millətlərə yardım göstərmək ilahi bir vəzifədir.
b) İslam dininin təbliğini əngəlləyən maneələrin aradan
qaldırılması və tövhid sədasının bütün xalqlara çatdırılması:
Məlumdur ki, Allahın son elçisi olan Həzrət Məhəmməd (s) hər
hansı cəmiyyət, yaxud millət üçün deyil, bütün dünya xalqları
üçün göndərilmişdir. Onun dəvəti qlobal, missiyası cahanşümül
olduğundan, gətirdiyi dini Ərəbistan yarımadasının hüdudlarından
kənarda yaşayan insanlara da çatdırmağa borclu idi. Müxtəlif
ölkə başçılarına məktub göndərərək onları İslam dininə dəvət
etməsi, ətraf məntəqələrə təbliğatçılar göndərməsi məhz bu
məqsədə xidmət edirdi. Lakin təbii ki, heç bir padşah, hakim öz
ölkəsində İslam dininin təbliğinə könüllü icazə verməyəcəkdi.
Çünki bu din bütün insanların bərabərliyini, birinin digərinə qul

29

yaranmamasını və insana öz hüquqları uğrunda mübarizə ruhunu
aşılayırdı. Peyğəmbərin (s) göndərdiyi təbliğatçılar bəzən ayrı-
ayrı, bəzən də kütləvi şəkildə qətlə yetirilirdilər. Buna əsasən,
tarixin sonrakı mərhələlərində İslamın təbliğinin qarşısında duran
maneələrin aradan qaldırılması və tövhid sədasının bütün xalqlara
çatdırılması üçün təbliğatçıların fərdi şəkildə deyil, hərbi dəstələrin
tərkibində ezam olunması dövrün reallığı idi. Bu təbliğatçıların
missiyası xalqı zorla olsa belə, İslam dininə gətirmək yox, tək
olan Allahla tanış etmək, onun ibadətinin yollarını göstərmək idi.
Azərbaycan sipəhsaları Rüstəm Fərruxzadın “məqsədiniz nədir?”
sualına müsəlman ərəbin verdiyi cavab bu baxımdan maraqlıdır:
“Bəndələri bəndə bəndəliyindən Allah bəndəliyinə çıxarmaq”.

Məhəmməd peyğəmbərdən (s) sonrakı xəlifələr də eyni qaydanı
davam etdirmiş və ətraf bölgələrə, o cümlədən Albaniyaya qoşun
göndərərək İslamın təbliğ olunması və əsl tövhid prinsiplərinin
çatdırılması, eləcə də xalqları zalım hakimlərin əsarətindən xilas
edərək xoşbəxt gələcəklər müjdələmək üçün zəmin yaratmışlar.
Bu qoşunlar heç də insanları qılıncdan keçirmək, kafir olduqları
üçün qırıb-çatmaq və ya onlara zorla İslam dinini qəbul etdirmək
üçün göndərilmirdi. Təbəri yazır ki, Peyğəmbərin (s) vəfatından
sonra romalılar üzərinə ilk qoşunu göndərərkən birinci xəlifə Əbu
Bəkr belə demişdi: “Xəyanət və hiyləgərlik etməyin. Bağladığınız
müqavilələrə sadiq qalın. (Düşməni öldürdükdən sonra onların)
bədən üzvlərini kəsməyin. Uşaqları, qocaları və qadınları
öldürməyin, xurma ağaclarını qırıb yandırmayın. Meyvə verən heç
bir ağacı, yemək məqsədi olmadan heç bir qoyunu, inəyi və dəvəni

30 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

kəsməyin. Siz hücrələrdə ibadətlə məşğul olan insanların yanından
keçəcəksiniz: onları rahat buraxın və əməllərinə mane olmayın”.

Göründüyü kimi, bu tövsiyədə nəinki məcburi
islamlaşdırmadan söhbət getmir, hətta xüsusi mərkəzlərdə hansısa
xurafi ayinlərlə məşğul olan adamlara belə toxunmamaq tapşırılır.
Beytül-müqəddəsin fəthi zamanı xristian əhalinin ikinci xəlifə
Ömər ibn Xəttabın qarşısında qoyduğu və onun tərəfindən qəbul
edilən müqavilə şərtləri də bu baxımdan diqqətəlayiqdir. Uyğun
müqaviləyə əsasən, heç bir kilsə uçurulmamalı, xaç sındırılmamalı
və dini məsələlərdə icbari hərəkətlərdən istifadə olunmamalıydı.
Hər bir insan öz əmlakıyla birgə Romaya, yaxud istədiyi başqa bir
yerə köçə bilərdi.

Dördüncü xəlifə İmam Əli Misirə vali göndərdiyi Malik
Əştərə yazdığı məktubunda belə deyirdi: “Qəlbini xalqa qarşı lütf
və məhəbbətə bürü, onlarla mehriban ol. Ov heyvanı kimi onları
yeməyi qənimət bilmə; çünki insanlar iki qisimdir: ya sənin din
qardaşların, ya da yaranışda sənə oxşar (sənin kimi insan) olanlardır.
Əgər səhvə yol versələr, onları bağışla”. Başqa bir məktubunda isə
yazırdı: “Düşmənlə döyüşü siz başlamayın… Əgər Allahın iznilə
məğlub olub qaçsalar, arxa çevirəni vurmayın. Müdafiə olunmağa
aciz olanlara xəsarət yetirməyin, yaralıları öldürməyin”.

Sözsüz ki, bunlar müsəlman rəhbərlərin humanist görüşləridir
və biz heç də İslam fəthləri zamanı, xüsusilə də Albaniyanın
fəthində və orada gedən islamlaşma prosesində heç bir ədalətsizliyə
yol verilməməsini isbatlamaq fikrində deyilik. Heç şübhəsiz
ki, hətta Məhəmməd peyğəmbərin (s) sağlığında olduğu kimi,

31

uyğun hadisələr zamanı da aşağı pillədə duran vali və sərkərdələr
tərəfindən özbaşınalıqlara, qeyri-insani hərəkətlərə yol verilmiş,
zülm və cinayətlərə əl atılmışdır.

Albaniyada İslam dininin yayılmasının əsas səbəblərini bu dinin
ideal görüşlərində, ədalətli qanunlarında və humanist prinsiplərində
aramaq lazımdır. Ərəbin və qeyri-ərəbin, ağanın və qulun, varlının
və yoxsulun, ağın və qaranın bərabər tutulduğu, eyni hüquqlardan
bəhrələndiyi bir məktəb, dünyagörüşü təbii ki, xalq tərəfindən
rəğbətlə qarşılanacaqdı. Bunun ozamankı dünya, xüsusən də ağır
vəziyyətdə olan Albaniya xalqı üçün nə demək olduğunu anlamaq
çox da çətin deyil. Məhz bunu anladıqları üçün get-gedə insanların
sağlam, ədalətli və hər növ diskriminasiyadan uzaq cəmiyyəti
müjdələyən yeni dinə qarşı meyli artdı. Akademik Vladimir Bartold
bu barədə yazır: “İslam dini zorakılıqla yayılmırdı və nə xristianlar,
nə də zərdüştilər təqib olunurdular”. Şərqşünas Viktor Rozenə görə
də, kitab əhli olan Albaniya əhalisini onlar üçün yeni olan bir dini
qəbul etməyə heç də məcbur etmirdilər, əksinə, xristianların özləri
İslam dinini könül xoşluğu ilə qəbul edirdilər.

Albaniya müsəlmanlar tərəfində fəth olunduqdan sonra xalq
İslam dini ilə tanış oldu və get-gedə ona qarşı rəğbəti artdı. Çox
keçmədən Azərbaycan əhalisinin çoxu bu dini qəbul edərək
müsəlman oldu. Bəlazurinin yazdığına görə, Əşəs ibn Qeys İmam
Əli tərəfindən Azərbaycan, Albaniya və Ərminiyyənin valisi
təyin olunub Azərbaycana gəldikdə camaatın çoxunun müsəlman
olub Quran oxuduğunu gördü. Buna əsasən, Albaniyada da
müsəlmanlaşmanın hansı sürətlə getdiyini təxmin etmək olar.

32 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Sasani, Bizans və Xəzər imperiyaları arasında gedən qanlı
döyüşlərdən cana doyan Albaniya xalqının qüdrətli dayağa ehtiyacı
vardı. Bu dayaq müsəlmanlar tərəfindən təmin olundu və sülh
müqavilələrinin mətnindən də göründüyü kimi, onlar Albaniyanın
müdafiəsini öhdələrinə götürdülər. Bu məsələ də yerli əhali ilə
müsəlman ərəblər arasında isti münasibətlərin yaranmasına təkan
verdi.

Bundan əlavə, xalqın İslam dininə meyillənməsində iqtisadi
amilləri də nəzərdən qaçırmaq olmaz. Qeyd olunduğu kimi, cizyə -
can vergisi yalnız sağlam olan və düşmənlərə qarşı döyüşdə iştirak
etməyən kişilərdən, özü də onların maddi durumlarına uyğun
miqdarda alınırdı. Əhali bununla yanaşı, xərac verməyə də borclu
idi. Lakin bütün bunlar İslamdan qabaqkı dövrün ağır vergiləri,
müxtəlif işğalçılar və ya yerli hakimlər tərəfindən təyin olunan
amansız faizlərə nisbətən çox yüngül idi. Sözügedən vergilər
sonralar bəzi xəlifələr tərəfindən ağırlaşdırılırdısa, bəzən də xeyli
yüngülləşdirilir və yalnız əkilən torpaqlardan alınırdı. İmam
Əli Malik Əştərə yazdığı məktubunda belə deyirdi: “Sən xərac
yığmaqdan daha çox, torpaqların abadlaşmasına çalışmalısan. Çünki
xərac yalnız əkin-biçinlə hasil olur. Əkinçilik olmadan xərac əldə
etmək istəyənlər şəhərləri viran qoyur, Allahın bəndələrini məhv
edirlər… Əgər camaat verginin ağırlığından, dəyən zərərlərdən,
quraqlıqdan, suların qurumasından, yağışın azlığından, yaxud axın
səbəbindən torpağın yararsızlığından şikayət etsə, işləri yoluna
düşüncəyə qədər vergiləri azalt və vergini azaltdığın üçün heç
zaman nigaran olma”.

33

İmam Əli özünün bütün nümayəndələrinə məktubunda yazırdı
ki, “Xalqla münasibətlərinizdə insaflı, onların ehtiyaclarını təmin
etməkdə dözümlü olun… Vergi almaq üçün heç vaxt tərəfin yay,
ya qış paltarlarını, miniyini, yaxud qulunu satmayın. Bir dirhəm
almaq üçün kimisə qamçıyla vurmayın. Namazqılan, yaxud
İslamın himayəsində yaşayan qeyri-müsəlman olmasından asılı
olmayaraq, heç kimin malına əl uzatmayın”.

Deyilənlərə əsasən, Albaniya müsəlmanlar tərəfindən fəth
olunduqdan sonra oranın əhalisi siyasi, iqtisadi, dini və mədəni
baxımdan daha çox azadlıq əldə etdi. Albaniya əhalisi öz əvvəlki
dinində qalıb cizyə verməkdə, yaxud İslamı qəbul edib xüms və
zəkat ödəməkdə azad idi.

34 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

АZƏRBАYCАNDА MƏZHƏBLƏR TАRİХİ

Аzərbаycаndа məzhəblər tаriхi hаqqındа söz аçmаq üçün,
əlbəttə ki, ümumilikdə İslаmdа pаrçаlаnmа tаriхinə nəzər
sаlmаq zəruridir. Məhəmməd Pеyğəmbərin (s) vəfаtındаn sоnrа
gündəmə gələn ən ümdə məsələ kimin хəlifə оlmаsı prоblеmi idi.
Tərəddüd etmədən İslаm vəhdətinin qеybə çəkilmə аnı kimi məhz
Pеyğəmbərin (s) dəfn gününü göstərmək оlаr. İstər о zаmаn, istərsə
də müasir dövrdə sünnilər ilə şiələr аrаsındа tаriхin bu kəsiyinə
dair fərqli bахışlаr mövcuddur. Şiə əqidəsinə əsаsən, Pеyğəmbərin
(s) tоrpаğа tаpşırılmаsı mərаsiminə diqqət yеtirən kürəkəni İmam
Əli dövlət işlərini bir müddət kənаrа qоymаq qərаrınа gəlir. Bu
zaman Əbu Bəkr хəlifə seçilir. Ondan sоnrа Ömər ibn Xəttab,
аrdındаn isə Оsmаn ibn Əffan bu məqama sаhib оlurlаr. Əli isə
xilafətin dördüncü хəlifəsi оlur. Bir sözlə, şiə əqidəsinə əsаsən,
Pеyğəmbərin (s) vəfаtındаn sоnrа ən yахın səhаbələri onun
vəsiyyətinə əməl etməmişlər.

Sünnilər isə bütün prоsеslərin sаkit məcrаdа cərəyаn еtdiyini,
Əbu-Bəkrin də хəlifəliyə sеçilməsini nоrmаl hеsаb еdirlər. Anri
Masse “İslam” kitabında yazır ki, “Sünnilərlə şiələr аrаsındа,
əslində, (təlimin mаhiyyəti bir kənаrа qоyulsа) yаlnız ibаdətin
ikinci dərəcəli ünsürləri məsələsində iхtilаf vаrdır. Yеgаnə ciddi
fərq nikаh hüququ məsələsində оrtаlığа çıхır”.

İslаmdа mövcud оlаn iki əsаs cərəyаnа nəzər sаldıqdаn sоnrа
isə bilаvаsitə Аzərbаycаn müstəvisinə də qədəm qоymаq оlаr.

35

Аrtıq VIII əsrin sоnlаrındа Аzərbаycаndа İslаm kifаyət qədər
möhkəm mövqеlərə mаlik idi. Хüsusən də məmləkətin cənub
bölgələrində yеni dinə sitаyiş еdənlərin sаyı çох idi. Bununlа bеlə,
qеyd еtmək lаzımdır ki, şimаldа, хüsusən də dаğ ərаzilərində əhаli
hələ də əvvəlki inаnclаrındаn əl çəkməmişdi. Bu cərəyаnlа yаnаşı,
zərdüştlüklə simbiоz yаrаdаn аbоrigеnlər əvvəllər dünyаnın hеç
bir yеrində görünməyən dinlər yаrаdırdı. Bunun dа öz izаhı vаr idi.
Qеyd оlunаn dövrdə xilаfətdə və digər dövlətlərdə dоminаnt məzhəb
rоlunu məhz sünnilik оynаyırdı. Şiə inаnclаrınа mаlik оlаnlаr isə
bidət əhli kimi qələmə vеrilirdi. Оnlаrа işgəncələr vеrilir, qətlə
yеtirilirdilər. Hələ zərdüştliyin аb-hаvаsındаn tаm аzаd оlmаyаn
хаlq kütlələri də şiəliyin bəzi еhkаmlаrını mənimsəyərək, fаktiki
olаrаq yеni məzhəb yаrаdırdılаr. Bir nümunə kimi IX əsrdə uzun
illər Yахın Şərqi təlаtümə gətirmiş хürrəmilər hərəkаtını göstərmək
mümkündür. “Хürrəmilərin təliminin əsаsını zərdüştlük təşkil
еdirdi. Аrtıq VIII əsrin sоn 1/4-də хürrəmilər хəlifəliyi ciddi
nаrаhаt еtməyə bаşlаmışdılаr. IX əsrdə isə оnlаrın hərəkаtı dаhа
dа fəаllаşdı» («İstоriyа Аzеrbаydjаnа», səh.55, «Еlm» nəşriyyаtı,
1979).

Bаbəkin rəhbərliyi аltındа bаş vеrən hаdisələrə tаriхin
müхtəlif çаğlаrındа müхtəlif dəyərləndirmələr vеrilmişdir. Tarix
boyu Bаbək həm хаlq qəhrəmаnı, həm kаfir, həm аtəşpərəst, həm
də şiə təriqətinin dаvаmçısı kimi göstərilmişdir. Bunlаrın hаnsının
dаhа dоğru оlduğuna qərar vermək fikrindən uzağıq. Nəzərə
аlmаq lаzımdır ki, Bаbəkin əsl аdı Həsən idi. Lаkin sоnrаdаn
аtəşpərəstlərin hörmət bəslədikləri “Bаbək” adını götürmüşdür.

36 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Еyni zаmаndа, qеyd еtmək lаzımdır ki, хürrəmilərin bаşçısı Ərdəbil
ətrаfındа аnаdаn оlmuş və burada bоyа-bаşа çаtmışdı. Həmin
ərazilərdə isə əvvəlcə zərdüştlük, sоnrаdаn isə İslаm inаnclаrı
mövcud оlmuşdur. Bаşqа bir аmil isə Аzərbаycаnа yаdеllilərin
gəlişi ilə bаğlıdır. Bəzən məhz bu fаktоr əhаlinin İslаmа bir qədər
еhtiyаtlа yаnаşmаğа sövq еdirdi. Хürrəmilər, həqiqətən də, şiəliyin
bəzi еtiqаdlаrını qəbul еdirdilər. Məsələn, zühur аnlаyışı, təqiyyə
və sаir. Аmmа Bаbəkin 20 il dаvаm еtdirdiyi mühаribələr nəticəsiz
qаldı. O, xilаfəti хеyli zəiflətsə də, 838-ci ildə üsyаnkаr kimi еdаm
еdildi. Bəzi tаriхçilər bаş vеrən hаdisələri, zənnimizcə, həddindən
аrtıq şişirdərək, guyа ki, İslаmın Bаbəkin timsаlındа rеаl təhlükə ilə
üz-üzə qаlmаsı idеyаsını önə çəkirlər. Lаkin Bаbək öldürüldükdən
sonra хürrəmilər hərəkatı tаmаmilə tаriхin yаddаşınа gömülmədi.
Əksinə, bu hərəkatın dаvаmçılаrı uzun müddət gizli də olsa,
fəаliyyət göstərdilər.

Bаbək hərəkаtının məğlubiyyəti ilə Аzərbаycаndа İslаm
fаktiki оlаrаq vаhid dinə çеvrildi. Bu dövrdə hаkim cərəyаn
sünnilik idi. X əsrdə isə hаkimiyyət mötədil şiə оlаn Sаlаrilər və
Rəvvаdilərə məхsus оldu. XI-XII əsrlər Аzərbаycаn ərаzilərinə
yеni bir cərəyаn - sufiliyin gəlməsi ilə səciyyələnir. Şеyхülislаm
Аllаhşükür Pаşаzаdə müəllifi olduğu “Qаfqаzdа İslаm” kitabında
yazır: “Sufiliyin əsаsını “kəşf еtmək”, “müşаhidə еtmək”, “işrаq
– işıq sаlmаq” yоlu ilə “dərk еtmək” fikri təşkil еdir”. Sufiliyin
yаrаnmаsı və оnun mənbələri məsələsi ətrаfındа tədqiqаtçılаr
аrаsındа оlduqcа ciddi mübаhisələr gеdir. Hələ I. Hоldsiyеr
sufizmin yаrаnmаsını qədim hind dinləri və Buddа təliminin təsiri

37

ilə əlаqələndirirdi. А. Mеts sufilikdə zərdüştiliyin, хristiаnlığın
qədim аriflərin, yеni əflаtunçuluğun əlаmətlərini ахtаrırdı. Bir
sırа müаsir Qərb islаmşunаsı isə bu təlimi аğlаsığmаz bir şеy
аdlаndırıb tаmаmilə rədd еdirlər. Məşhur İrаn tədqiqаtçısı Sеyyid
Hüsеyn Nəsr sufiliyin “yаlnız İslаm dini, İslаm vəhyi” ilə bаğlılığı
müddəаsını irəli sürür.

Həmin dövrdə buradа əsаsən bu cərəyаnın qadiriyyə,
nəqşibəndiyyə, ən çох isə yəsəviyyə təriqəti gеniş yаyılmışdı.
Sоnuncunun bаzаsındа sоnrаlаr Təbrizdə хəlvətiyyə və bаyrаmiyyə
təriqətləri mеydаnа gəldi. Аdı çəkilən məzhəblər bir qаydа оlаrаq
sünniliyə аiddir.

Bununla yanaşı, Аzərbаycаndа şiəliyin də müхtəlif qolları
təşəkkül tapmışdı. Nəzər sаldığımız zаmаn kəsiyində bu ərаzilərdə
əsаsən kübrаviyyə və hеydəriyyə məzhəbləri yаyılmışdı. Burdа bir
incə məqаmа diqqət yеtirmək lаzımdır. Аrtıq qеyd еdildiyi kimi,
uzun illər şiəlik təqiblərə məruz qаlmışdır. Məhz bu səbəbdən də
şiəlikdə “təqiyyə” - yəni əsl əqidəni gizlətmək аnlаyışı mеydаnа
gəlmişdi. Bunа əsаsən də bir çох şiələr Аzərbаycаndа sufilərin
üstünlük vеrdikləri əlbisələrdən istifаdə еdir, оnlаrlа ünsiyyət
qururdulаr. Məsələ burаsındаdır ki, sufilər Həzrət Əliyə kifаyət
qədər hörmətlə yаnаşırdılаr və bir növ, bu gizli vəhdət hеç bir ciddi
prоblеmlə üzləşmirdi. Lаkin zаmаn ötdükcə, bu tоrpаqlаrdа sufilik
də tаriхin yаddаşınа köçmüşdür.

Şеyхülislаm Аllаhşükür Pаşаzаdənin “Qafqazda İslam”
kitabında yer alan fikirlərinə görə, müasir dövrdə Аzərbаycаndа
sufilik mövcud оlа bilməz. O hesab edir ki, bunun səbəbləri vаr

38 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

və bu səbəbləri bilmək üçün İslаmın özünü bilmək gərəkdir:
“Birincisi, sufi təriqəti mürşidsiz (müəllimsiz, rəhbərsiz) fəаliyyət
göstərə bilmir, mürşidin yеtişməsi isə хüsusi hаzırlıq tələb
еtdiyindən indi mürşid qаlmаmışdır... İkincisi, İslаmın hicrət
hаqqındаkı təlimini, hələ Pеyğəmbər əlеyhissəlаmın vахtındаn
qаlmış bir İslаm ənənəsini sufilər də qəbul еdirdilər. Bu ənənəyə
əsаsən, əgər müsəlmаn üçün yаşаdığı yеrdə öz еtiqаdınа əməl
еtməyə imkаn yохdursа, о, еlə bir yеrə kеçməlidir ki, burаdа dinin
göstərişlərini sərbəst yеrinə yеtirə bilsin. Оdur ki, təqib və təzyiq
görmüş sufilər də inqilаbdаn sоnrа Təbrizə, Хоrаsаnа, Məşhədə,
Türkiyəyə köçməli оlmuşdulаr. Üçüncüsü, həm də dаhа vаcibi
sufiliyin fəаliyyəti üçün Аzərbаycаndа ictimаi-siyаsi zəminin
оlmаsındаn ibаrətdir. Sufiliyin tаriхinə nəzər sаlsаq, görərik ki,
sufi təriqətləri, əsаsən, müsəlmаn ölkəsində, müsəlmаn dövlət
bаşçısının hаqsızlığınа qаrşı еtirаz əlаməti оlаrаq yаrаnmış
və fəаliyyət göstərmişdir. Əhаlisinin əksəriyyətini dindаr
müsəlmаnlаr təşkil еtdiyi Аzərbаycаndа хаlq kütlələrinin ölkənin
istiqlаliyyəti uğrundа inqilаbı аlqışlаmаsı və inqilаb tərəfinə
kеçməsi ilə əlаqədаr оlаrаq bu zəmin аrаdаn qаlхmışdı”.

Yuxarıda dediklərimizdən bеlə nəticəyə də gəlinməməlidir
ki, оrtа əsrlərdə Аzərbаycаndа sünnilik vаhid cərəyаn, şiəlik isə
müхtəlif məzhəblərlə təmsil оlunurdu.

Аrtıq XIII əsrin оrtаlаrındа Оdlаr Yurdundа sünniliyin iki
qоlu - hənbəlilik və şаfilik gеniş yаyılmışdır. XIV əsrin sоnlаrında
isə Аzərbаycаndа hürufi məzhəbi daha populyar idi. Bu təriqətə
pərəstiş еdən məşhur şəхsiyyətlərdən biri də Nəsimi olmuşdur.

39

XV əsr isə səfəviyyə təriqətinin mеydаnа gəlməsi ilə səciyyələnir.
Məhz еlə bu dönəmdə də “qızılbаşlаr” tеrmini ortaya çıxmışdır.
Məlum оlduğu kimi, 12 şiə imаmınа işаrə оlаrаq bəzi qəbilələr 12
qırmızı zоlаqlı pаpаqlаrа üstünlük vеrirdilər. Bu аmil də хаlqın
оnlаrа “qızılbаşlаr” dеməsinə əsаs vеrmişdir.

40 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

АZƏRBАYCАNDА DİN VƏ KОNFЕSSİYАLАR

1920-ci ildən bаşlаyаrаq, Аzərbаycаn uzun müddət аtеist
idеоlоgiyаsının dаşıyıcısı оlаn bir impеriyаnın tərkib hissəsinə
çevrildi. Dövlət siyаsətinin tərkib hissəsi kimi vətəndаşlаr dindən
kənаrlаşdırılmаlı, tаmаmilə Аllаhsız cəmiyyət formalaşdırılmalı
idi. Bunu sоsiаlist dövlətinin idеоlоqlаrının tеzisləri də bəyаn
еdirdilər: “…fəhlə pаrtiyаsı… vicdаnı mövhumаtdаn аzаd
еtməyə çаlışır” (K. Mаrks və F. Еngеls. İkicildlik sеçilmiş əsərləri,
2-ci cild, səh. 26). Еyni zаmаndа, dinlə mübаrizənin üsullаrı və
еhtimаl еdilən səhvlərdən хəbərdаrlıq dа yеni bir dövlətin gələcək
idаrəçilərinə ismаrış burахılmışdı: “…təqib - аrzu оlunmаyаn
еtiqаdlаrı möhkəmləndirməkdə ən yахşı vаsitədir. Bir şеy
şübhəsizdir: bizim zəmаnəmizdə hələ də Аllаhа göstərilə biləcək
yеgаnə хidmət аtеizmi məcburi еtiqаd simvоlu еlаn еtməkdən və
ümumiyyətlə, dini qаdаğаn еtməkdən ibаrətdir”. (K.Mаrks və
F.Еngеls. “Din hаqqındа”. Bаkı, 1965, səh. 117).

Аzərbаycаn Dеmоkrаtik Rеspublikаsının süqutundаn sоnrа
Sоvеtlər dövlətinin əsаs vəzifələrindən biri məhz bu хаlqа
tаriхi köklərini, İslаmа bаğlılığını unutdurmаqdаn ibаrət idi.
Аzərbаycаndа Sоvеt hаkimiyyətinin qurulmаsındаn heç bir аy
ötməmişdi ki, Lеnin və оnun əlаltılаrı bu sаhədə хаlqımızın
qаn yаddаşınа ilk zərbəni еndirdilər: “Аzərbаycаn Хаlq Mааrif
Kоmissаrlığı “Kilsəni dövlətdən və məktəbi kilsədən аyırmаq
hаqqındа” Lеnin dеkrеtinin ruhunа uyğun оlаrаq, “Vicdаn

41

аzаdlığı hаqqındа” (15 mаy 1920-ci il) dеkrеt vеrdi. Dеkrеtdə
dеyilirdi: “Хаlq Mааrif Kоmissаrlığının nəzdində durаn dövlət
məktəblərində və хüsusi məktəblərdə dini təlimin tədrisi və məktəb
dахilində hər hаnsı bir dini аyinin icrаsı ləğv оlunur… dini işlərə
bахаn nаzirlik tаmаmilə аrаdаn qаldırılır; оnun bütün işləri isə Хаlq
Mааrif Kоmissаrlığı yаnındа yаrаdılan хüsusi təsviyə şöbəsinə
vеrilir” (“Kоmmunist” qəzеti (rus dilində) 15 mаy 1920, № 12.) Bu
isə аrtıq yеtişməkdə оlаn nəslə аtеist dünyаgörüşünün аşılаnmаsı
üçün münbit şərаitin yаrаdılmаsı dеmək idi. Bеlə bir tеndеnsiyа
оnilliklərlə dаvаm еtdi. Nеçə-nеçə nəslin mənəviyyаtı zəhərləndi.
Həttа illər ötsə bеlə, kоmmunistlər dinlə, İslаmlа mübаrizəyə
dаim böyük diqqət yеtirirdilər. Аmmа bütün bu cəhdlərə rəğmən,
Аzərbаycаn müstəqilliyini bərpa edən kimi хаlqımız yеnidən öz
tаriхi köklərinə bаğlılığını nümаyiş еtdirdi. Dövlət səviyyəsində
dinə və inаnclı insаnlаrа qаyğı göstərilməyə bаşlаndı. Özünü
Аzərbаycаn Хаlq Cümhuriyyətinin vаrisi еlаn еdən müstəqil
Аzərbаycаn Rеspublikаsı dövlət аtributlаrındа İslаmlа bаğlı
məqаmlаrı qоruyub sахlаdı, Prеzidеnt Qurаni-Kərimə аnd içdi.
Аzərbаycаn İslаm Kоnfrаnsı Təşkilаtınа (İKT) üzv оldu, dövlət
dini qurumlаrа, о cümlədən dini tədris müəssisələrinə qаyğı və
mаrаq göstərməyə bаşlаdı, Bаkı Dövlət Univеrsitеtinin nəzdində
İlаhiyyat fаkültəsi аçıldı, Bаkı İslаm Univеrsitеti fəаliyyətə
bаşlаdı. Ulu Öndər Hеydər Əliyеv 1997-ci il dеkаbrın 10-dа
Tеhrаndа İrаn İslаm Rеspublikаsının Аli Dini rəhbəri Аyətullаh
Sеyid Əli Хаmnеi ilə görüşündə bu məqamı vurğulayaraq demişdi:
“Хаlqımızı 70 il ərzində İslаm dinindən аyırmаğа çаlışıblаr.

42 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Bilirsiniz ki, biz Sоvеtlər İttifаqının tərkibində аtеist tərbiyəsi,
təbliğаtı аltındа yаşаmışıq. Аncаq bunа bахmаyаrаq, хаlqımız öz
dinindən hеç vахt аyrılmаyıbdır, оnu qəlbində, ürəyində sахlаyıb
və imkаn оlаn kimi hər şеy аçılıbdır”.

Bu günAzərbaycan Respublikasında müxtəlif dini konfessiyalar
fəaliyyət göstərir. Vətəndаşlаrın böyük əksəriyyətini müsəlmаnlаr
təşkil еdir. İslаmlа yаnаşı, ölkədə əsаs еtibаrilə Хristiаnlıq və
Yəhudilik, həmçinin digər dinlərin nümayəndələri birgə yaşayırlar.
Azərbaycanın dini mühitində müxtəlif din və məzhəb ardıcılları
arasında tarixən formalaşmış mehriban münasibətlər mövcuddur.
Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində
bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni
statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən
müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət
respublikada yayılmış digər dinlərə də qayğı göstərir.

43

ƏNƏNƏVİ KONFESSİYALAR
XRİSTİANLIQ

Xristianlıq yer üzündə ardıcıllarının sayına görə ilk yeri tutur.
Hazırda xristianların sayı 2 milyarddan çoxdur. Bu monoteist
dinin yaranması b.e. I əsrinə təsadüf edir. Fələstində meydana
gələn Xristianlığın banisi İsus Xristos (İsa Məsih) sayılır. Xristos
yunanca “məsh edilmiş” deməkdir. “Xristianlıq” sözü özü də
“xristos” kəlməsindən törəmişdir.

Tanrının üç sifətdən ibarət olması (Ata, Oğul və Müqəddəs
Ruh), İsa Məsihin Tanrının oğlu olması, bəşəriyyətin xilası üçün
göndərilməsi, çarmıxa çəkildikdən sonra dirilməsi və qeybə
çəkilməsi haqqında dini təlim Xristianlığın əsasını təşkil edir.
Məsihçilər inanırlar ki, Həzrət İsa axırzamanda xilaskar kimi Yer
üzünə qayıdacaq, şər qüvvələr üzərində qəti qələbə qazanacaq və
Minillik İlahi Padşahlıq quracaqdır. Bu padşahlıqda isə Tanrının
sevimli bəndələri xoşbəxt həyat yaşayacaqlar.

Xristianlığın müqəddəs kitabı Əhdi-Ətiq və Əhdi-Cədiddən
ibarət olan Bibliyadır.

Bu din ölkəmizdə çox qədim tarixi köklərə malikdir. O, Şimali
Azərbaycan torpaqlarında hələ İsa Məsihin həvariləri dövründə
təşəkkül tapmağa başlamışdır. Xristian dininin ölkəmizdə
yayılması İsa Məsihin apostolları - Müqəddəs Fadey, Müqəddəs
Yelisey və Müqəddəs Varfolomeyin adları ilə bağlıdır. İslama
qədər Azərbaycan ərazisində Xristianlıq hakim din olmuşdur.

44 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Belə ki, qeyd etdiyimiz kimi, 313-cü ildə Alban hökmdarı Urnayr
Xristianlığı dövlət dini elan etmişdir. Günümüzədək gəlib çıxmış
qədim alban məbədləri də bu dinin ölkəmizdə necə zəngin
ənənələrə malik olduğunu bariz şəkildə göstərir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsində qeydiyyatdan keçmiş xristian dini icmaları
aşağıdakılardır:

- Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası
qurumu;

- “Yeni Həyat” Xristian incil dini icması;
- Sumqayıt şəhəri, “Molokan ruhani-xristian” dini icması;
- Bakı şəhəri, “Molokan ruhani-xristian” dini icması;
- Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması;
- Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian”
dini icması;
- Qax rayonu, Qaxingiloy kəndi, “Müqəddəs Giorgi” kilsəsi
gürcü pravoslav xristian dini icması;
- Qax rayonu, Əlibəyli kəndi, “Müqəddəs Nino” kilsəsi gürcü
pravoslav xristian dini icması;
- Xilaskar Yevangelik Lüteranların Bakı dini icması;
- Oğuz şəhəri, Alban-Udi Xristian dini icması;
- “Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol
Prefekturası” dini qurumu;
- “Həyat sözü” Xristian dini icması;
- İsmayıllı rayonu, İvanovka kəndi, “Molokan-ruhani-xristian”
dini icması;

45

- “Həyat Sözü - 2” Sumqayıt xristian dini icması;
- Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini
icması;
- Bakı şəhəri, Nərimanov rayonu, “Yeddinci Günün
Adventistləri” dini icması;
- Bakı şəhəri, “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini
icması;
- “Bakı şəhəri Yeni Apostol” xristian dini icması;
- “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini
icması;
- “Vineyard Azərbaycan” xristian dini icması

Alban-udi konfessiyası

Azərbaycanda Xristianlıqdan danışarkən əvvəlcə Qafqaz
Alban kilsəsi və onun tarixi haqqında bəhs etmək lazımdır. Çünki bu
torpaqlarda, Xristianlığın tarixi, demək olar ki, Alban kilsəsindən
başlayır və bütövlükdə bu dinin tarixində həmin kilsənin xüsusi
yeri vardır.

Qədim müəlliflər və qaynaqlar sübut edir ki, Alban Kilsəsi
nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən qədim
Kilsələrdən biridir. Bunu təkcə tarixi faktlar deyil, həm də
mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban
məbədləri təsdiqləyir.

Qafqaz Albaniyasının ərazisi ilk xristian icmalarının meydana
gəldiyi məkanlardan hesab edilir. Xristianlığın hələ dövlət dini

46 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

statusunu qazanmasından əvvəl – I əsrin əvvəllərində Alban
torpaqlarına xristian təbliğçiləri, həvarilər, onların Qüdsdən və
Suriyadan olan şagirdləri gəlmiş, beləliklə, bölgədə İsa Məsihə
etiqad edən ilk xristian icmaları formalaşmışdır.

VIII əsrdə yaşamış alban tarixçisi Musa Kalankatuklu özünün
“Ağvan ölkəsinin tarixi” əsərində qeyd edir ki, paytaxtı əvvəlcə
Qəbələ, sonralar isə Partav (indiki Bərdə) şəhəri olan Qafqaz
Albaniyası Xristianlığın yayıldığı ilk ölkələrdən biri olmuşdur.
Burada eramızın II yüzilliyindən başlayaraq ilk xristian icmaları
yaranmış, IV yüzilliyin I rübündə (313-cü ildə) isə Arşakilər
sülaləsindən olan alban çarı Urnayr Xristianlığı dövlət dini elan
etmişdir. Müəllifin qeyd etdiyinə görə, Cənubi Qafqazda ilk
xristian apostol kilsəsi Qafqaz Albaniyasında təsis olunmuşdur.
Bu fikri müasir dövrün tədqiqatçı alimləri də təsdiqləyir və bütün
xristian dünyasında apostol mənşəli ilk kilsələrdən birinin məhz
Azərbaycanda formalaşmış Alban Kilsəsi olduğunu hesab edirlər.

VI-VII əsrlərdə Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti
dövründə (628-705) Alban Kilsəsinin iqtisadi-siyasi mövqeyi daha
da güclənmiş, Kilsənin və katolikosun səlahiyyətləri artırılmışdır.
Lakin ərəb işğalları və Cənubi Qafqazda İslam dininin yayılması ilə
əlaqədar vəziyyət dəyişməyə başlamış, VII əsrin ikinci yarısından
etibarən Xristianlıq tədricən mövqeyini itirmişdir. Ancaq VIII-XIII
əsrlərdə lokal şəkildə fəaliyyət göstərən xristian məbədləri artıq
ölkədə bu dini qoruyub saxlamağa çalışan əsas dini təşkilatlara
çevrilmişdilər. Buna misal kimi Kiçik Qafqazın ucqar yerlərində
və Böyük Qafqazın ətəklərində fəaliyyət göstərən Qum (Qax),

47

Xotavəng (Kəlbəcər), Gəncəsər (Ağdərə) və başqa alban məbəd
komplekslərini göstərmək olar. Təxmini hesablamalara görə, VIII-
IX əsrlərdə bu məbəd komplekslərinin sayı 30-dan çox olmuşdur.
Məbədlər müəyyən müddət mərkəzləşdirilmiş katolikosluq
tərəfindən idarə olunmamış, dindar kütləni öz ətrafında birləşdirən
yarımmüstəqil icma kimi fəaliyyət göstərmişlər.

XIII əsrdən etibarən Alban Kilsəsinin yeni dini mərkəzi
Gəncəsər monastırı olmuşdur. Bura uzun müddət Alban Xristian
Kilsəsinin yeparxiya mərkəzi,Albaniya katolikoslarının iqamətgahı
kimi fəaliyyət göstərmişdir..

Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən işğalından
sonra Alban Kilsəsi müstəqilliyini itirmişdir. Hətta çar hökuməti
erməni katolikosluğuna bir sıra güzəştlərə gedərək, onun avtokefal
Alban Kilsəsini və patriarxlığını ləğv edərək Erməni Kilsəsinə tabe
olunması tələbini yerinə yetirmişdi. 1836-cı ildə isə Alban Kilsəsi
ləğv edilmiş, onun arxiv sənədləri də daxil olmaqla bütün əmlakı
Erməni-qriqoryan Kilsəsinə verilmişdir.

Mənbələrdə göstərilir ki, Alban Kilsəsinin monofizit
məzhəbinə aid olan qolu Erməni-qriqoryan Katolikosluğunun
sərəncamına verilsə də, diafizitizmə meyil edən bir sıra alban
kilsələri gürcü-pravoslav dini mərkəzinə tabe edilmişdir. 1857-ci
ildə isə, ümumiyyətlə, Alban Kilsəsi, Alban Yeparxiyası anlayışları
tamamilə ləğv olunmuşdur.

1909-1910-cu illərdə Rusiyanın Ali dini Sinodu Eçmiədzin
erməni-qriqoryan dini Sinoduna və İrəvan erməni-qriqoryan
konsistoriyasına tabeçiliyindəki yeparxiyaların köhnə arxiv işlərini

48 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

məhv etməsinə icazə vermişdir. Beləliklə, Erməni Kilsəsinin köhnə
arxivləri ilə birlikdə Alban Kilsəsinin də bütün arxiv sənədləri
şüurlu şəkildə məhv edilmişdir. Bütün bunlar gələcəkdə Şimali
Azərbaycan torpaqlarına yiyələnmək üçün düşünülmüş cinayətin
ssenarisinin bir hissəsi idi.

1836-cı ildən sonra Eçmiədzinin təzyiqlərinə baxmayaraq,
udilər erməni kilsələrinə getməkdən imtina edərək ibadəti öz
evlərində yerinə yetirmişlər. Bu dövrdə onlar müxtəlif ibtidai
dinlərin elementlərini Xristianlıqla çuğlaşdıraraq özünəməxsus
inanc formalaşdırmış, öz dillərini, mədəniyyətlərini və etnik
xüsusiyyətlərini qoruyub saxlamışlar.

Müasir dövrə gəlincə, Azərbaycana qarşı işğalçılıq siyasəti
aparan təcavüzkar Ermənistan zəbt etdiyi ərazilərdə xalqımızın min
illər ərzində qurub yaratdığı tarixi-mədəni abidələri yerlə-yeksan
etmiş, alban abidələrini saxtalaşdıraraq qriqoryanlaşdırmışlar.
Hətta heç bir dəlilə əsaslanmadan hər yerdə Azərbaycan-alban
toponimlərini dəyişir, alban məbədlərini dünyada erməni abidələri
kimi qələmə verirlər. Halbuki, həm tikilişinə, həm memarlıq
xüsusiyyətlərinə, həm də dini atributlarının formasına görə alban
abidələri erməni kilsələrindən kəskin şəkildə fərqlənir və tarixi
mənbələr alban kilsəsinin daha qədim olduğunu təsdiqləyir.

Uzun müddət müstəqil Kilsədən məhrum olmuş Alban-udilər
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən 12 il sonrа,
yəni 2003-cü ildə öz icmalarını yaradaraq dövlət qeydiyyatına
alınmışlar. Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə
də bütün dünyada ən qədim məbədlərdən biri sayılan Alban kilsəsi

49

2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir
(bu haqda növbəti bölmələrdə ətraflı bəhs olunacaqdır). 2006-cı
ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs
Yelisey qədim alban kilsəsinin yerində Çotari alban-udi kilsəsinin
açılış mərasimi keçirilmişdir.

Pravoslav konfessiyası

Alban Kilsəsi Azərbaycanda ən qədim Kilsə olmasına
baxmayaraq, hazırda mənsublarının sayına görə pravoslavlardan
geridə qalır. Ümumiyyətlə, son iki yüz ildə ölkəmizdə ən cox
yayılan xristian məzhəbi pravoslavlıqdır.

Bu gün Azərbaycanda həm gürcü, həm də rus Pravoslav Kilsəsi
fəaliyyət göstərir. Gürcü pravoslav kilsələri Gürcüstan Katalikos-
Patriarxlığına, rus pravoslav kilsələri isə Moskva və Ümumrusiya
Patriarxlığına tabedirlər.

Ölkəmizdə rus pravoslavlarla müqayisədə, gürcü pravoslavların
sayı xeyli azdır. Gürcü pravoslavlar əsasən Qax rayonu ərazisində
yaşayır və ümumi sayları 7 min nəfərdən çox deyildir. Bu rayonda
onların rahat ibadət etmələri üçün kilsələr fəaliyyət göstərir.

Xristian icmaları içərisində özünəməxsus yeri olan Rus-
Pravoslav Kilsəsinin ölkəmizdə təşəkkül tapması Rusiya
imperiyasının işğalına məruz qalan Azərbaycana XIX əsrin
əvvəllərindən başlayaraq rusların və xristian dininə etiqad edən
digər xalqların, xüsusilə də slavyan xalqları nümayəndələrinin
köçürüldüyü dövrə təsadüf edir. Belə ki, 1813-cü ildə imzalanmış
Gülüstan müqaviləsindən sonra Azərbaycanın Bakı, həmçinin,

50 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

digər iri şəhər, qəsəbə və kəndlərində rus hərbçilərinin, müstəmləkə
üsul-idarəsinin məmurlarının, onların ailələrinin məskunlaşması,
habelə, Rusiyanın müxtəlif əyalətlərindən olan təriqətçilərin
ölkəmizə köçürülməsi rus millətindən olan əhalinin sayını
süni şəkildə artırmışdır. Məhz buna görə də Azərbaycanda rus
pravoslavlığının təşəkkül tapmasının əsas səbəbi kimi XIX əsrin
əvvəllərindən etibarən çarizmin bölgədə tətbiq etdiyi “köçürmə
siyasəti” göstərilir.

XIX əsrin II yarısında isə ölkəmizdə neft sənayesinin sürətli
inkişafı ilə əlaqədar olaraq Rusiya imperiyasının müxtəlif
ərazilərindən çoxlu işçi qüvvəsinin və mütəxəssislərin gəlməsindən
sonra Azərbaycanda rus-pravoslav xristianların sayı daha da
artmışdır. Şərait və mövcud vəziyyət daha böyük sahəyə malik
kilsələrin inşa edilməsi zərurətini yaratmış, nəticədə 1888-1898-ci
illərdə Bakıda “Aleksandr Nevski” adlı yeni kilsə inşa olunmuşdur.
Bu kilsə XIX əsrdə Cənubi Qafqazda tikilmiş ən iri və möhtəşəm
pravoslav kilsəsi idi. Kilsənin təməlqoyma mərasimində imperator
III Aleksandr və onun ailə üzvləri iştirak etmişlər (kilsə 1937-ci
ildə Sovet hökumətinin qərarı ilə dağıdılmışdır, hazırda həmin
ərazidə 189 və 190 nömrəli orta məktəblər fəaliyyət göstərir).
Ümumilikdə həmin dövrdə Bakıda 17 pravoslav kilsəsi olmuş,
sovet hakimiyyəti qurulduqdan sonra 3-ü istisna olmaqla hamısı
dağıdılmışdır.

XIX əsrin sonu XX əsrin əvvəlləriAzərbaycanda pravoslavlığın
ən çox yayıldığı dövrdür. 1913-cü ilin statistikasına görə, o illərdə
təkcə Bakıda on minlərlə pravoslav yaşamışdır. Bakı şəhərində


Click to View FlipBook Version