The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-13 02:00:14

Mənəvi dəyərlərin təbliği-SALEH

Mənəvi dəyərlərin təbliği-SALEH

201

soydaşlarımız, az qala, bütün milli musiqi irsimizin üstündən xətt
çəkməyə hazırdırlar. Əlbəttə, Azərbaycan muğamını gitara və
skripka vasitəsi ilə ifa etməyi heç kim qadağan edə bilməz. Bu,
bəlkə də, dünya miqyasında musiqimizin təbliği baxımından gözəl
təşəbbüsdür. Amma bu heç də o demək deyil ki, gitara və skripka
birdəfəlik tarla kamançanı əvəzləməli, bu qədim musiqi alətlərini
isə tarixin zibilliyinə atmalıyıq. Mənfur qonşularımız da elə bunu
gözləyir. Ermənilər dərhal həm tarı, həm kamançanı, hətta nağaranı
da özününküləşdirməyə cəhd edəcəklər.

Azərbaycanın daha bir deformasiyaya uğramış, ifrat dərəcədə
“müasirləşmiş” ənənələrindən biri də toy mərasimləridir. Avropaya
“inteqrasiya” bu sahədə də təsirsiz ötüşməmişdir. İndi təşkil edilən
toy mərasimlərimizlə digər ölkələrdə, hətta qitələrdə keçirilən
analoji şənliklər arasında faktiki olaraq heç bir fərq qalmamışdır.
Halbuki, xalqımızın qədim, hətta müəyyən mənada fəlsəfi əsası olan
gözəl adət-ənənələri mövcuddur. Əlbəttə ki, bütün bu sadalanan və
digər sahələrə ciddi diqqət yetirilməli, əsrlərin süzgəcindən keçərək
bizim nəslə yetişən mədəni və mənəvi sərvət itirilməməlidir.

202 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

AZƏRBAYCANDA MƏNƏVİ DƏYƏRLƏRƏ
DİQQƏT VƏ QAYĞI

Bu gün Azərbaycan dövləti mənəvi dəyərlərimizin qorunması,
gənc nəsillərin bu ruhda böyüməsi üçün özünün siyasi iradəsini
ortaya qoymaqdadır. Son illər tarixi mədəniyyət abidələrinin,
məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin
bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam
dini-mənəvi durumun göstəricisidir. İlham Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçildiyi 2003-cü ildən indiyədək
ölkədə dövlətin dəstəyi ilə 250-dək məscid tikilmiş və ya bərpa
edilmişdir. Bunların arasında Azərbaycan xalqı üçün böyük dəyər
kəsb edən və Cənubi Qafqazın ən böyük məscidi olan Heydər
məscidi, Bibiheybət, Təzəpir, Əjdərbəy, Gəncə “İmamzadə” dini
kompleksi də vardır.

İyirmi iki il sonra - 2016-cı ilin aprel ayının 2-də Azərbaycan
Ordusunun ermənilərin təxribatına layiqli cavab verməsi
nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq
Mərcanlının bərpası ilə bağlı Prezident İlham Əliyevin 24 yanvar
2017-ci il tarixli Sərəncamına əsasən kənddə Şuşadakı Gövhər
Ağa məscidinin bənzəri olan məscidin inşası dövlət başçısının
milli-mənəvi dəyərlərimizə diqqətinin və verdiyi önəmin bariz
göstəricilərindəndir.

Azərbaycanda mənəvi dəyərlərə münasibətin, bu dəyərlərin

203

qorunaraq gələcək nəsillərə ötürülməsi üçün həyata keçirilən
işlərdən danışarkən dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı
ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını xüsusi
vurğulamaq lazımdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı qeyd edir ki, dövlət səviyyəsində görülən
işlərin davamı kimi Prezidenti İlham Əliyev 2017-ci il oktyabrın
10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində
Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında
imzaladığı Fərmanla milli-mənəvi dəyərlərimizə və mütərəqqi
tarixi ənənələrimizə verdiyi yüksək qiyməti və dəstəyi bir daha
nümayiş etdirmişdir. Prezidentin bu addımı eyni zamanda zəngin
mənəvi irsimizin, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünya
miqyasında tanıdılmasına növbəti töhfəsidir. Nəzərə alınmalıdır
ki, Azərbaycanda dini proseslər camaat sisteminə dayanmır,
dini dünyagörüşü “köçürmə” mahiyyəti kəsb edir. Belə ki, bəzi
qüvvələr digər müsəlman dövlətlərinin özünəməxsus dövlət-din
modelinin ölkəmizə inteqrasiyasına çalışırlar. Bu amil özlüyündə
vətəndaşlarımızın milli-mənəvi dəyərlərdən uzaq düşməsinə
xidmət göstərir. Bu baxımdan belə bir fondun yaradılması böyük
əhəmiyyət kəsb edir. Onun Nizamnaməsindən də aydın olur
ki, fond xalqımızın tarix boyu formalaşdırdığı mənəvi irsini,
onun əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını,
milli kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək
düşüncəsini özündə ehtiva edir: “Mənəvi Dəyərlərin Təbliği
Fondunun təsis edilməsi dini mənsubiyyətindən asılı olmayaraq
ölkədə fəaliyyət göstərən konfessiyalara dəstəyi, mənəvi dəyərlərin

204 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

qorunması və inkişafını, habelə bu sahəyə dövlət qayğısını daha da
gücləndirəcəkdir. Belə ki, Fond mənəvi-dini dəyərləri araşdıracaq,
dini qurumların və vətəndaşların dini etiqad azadlığının təmin
olunması sahəsində fəaliyyətin həyata keçirilməsinə, “Dini etiqad
azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun
olaraq, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarda),
audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu
başqa məlumat materiallarının hazırlanmasına dəstək verəcəkdir.
Din sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması və tədris
proqramlarının tərtibi ilə bağlı təkliflər verəcək, dini təhsil
müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına,
məscidlərin və digər dini abidələrin tikintisinə, bərpasına yardım
göstərəcəkdir. Eləcə də dini radikalizmdən, alkoqolizmdən,
narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən
inteqrasiyasına, təhsilalanların sosial müdafiəsinin
gücləndirilməsinə, istedadlı şəxslərin təhsilini davam etdirməsinə,
sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına kömək
edəcəkdir. Həmçinin Fond vətəndaşlarla birbaşa münasibətdə
olaraq onların maddi-sosial problemlərinin həlli istiqamətində
müxtəlif layihələr həyata keçirəcək. Belə ki, aztəminatlı ailələrə
dəfn xərclərinin ödənilməsinə, Qarabağ müharibəsi və 20 Yanvar
şəhidlərinin ailələrinə, habelə müharibə əlillərinə, xəstəlik, əlillik
və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə,
valideynlərini itirdiyinə və ya valideyn himayəsindən məhrum
olduğuna görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin
həmin müəssisələri tərk etdikdən sonra yaşayış xərclərinin

205

ödənilməsi üçün maddi yardım göstərmək də Fondun vəzifələrinə
daxildir”.

Bir sözlə, milli-mənəvi dəyərlərimizin qorunmasına dövlət
qayğısının gündən-günə artması və beynəlxalq təcrübənin tətbiqi
istiqamətində görülən işlərin sistemli aparılması məqsədilə
Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması qeyri-maddi
mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Bu bir
daha Prezident İlham Əliyevin vətəndaşlara, milli-mənəvi dəyərlər
sahəsinə göstərdiyi diqqət və qayğını sübut edir.

Xalqımızın milli-mənəvi irsinin qorunması, təbliği, tədqiqi və
onun gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev
Fondunun gördüyü işlər də xüsusi vurğulanmalıdır. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə
milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısına və etibarlı
müdafiəçisinə, hamisinə çevrilmişdir.

Azərbaycanın birinci xanımının milli-mənəvi dəyərlərin
qorunması və dünyada təbliğ olunması üçün həyata keçirdiyi
layihələr onun əsl vətəndaşlıq mövqeyinin, yüksək mənəvi
keyfiyyətlərə malik olmasının bariz nümunələridir. Heydər
Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələrdən
olan “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində
istər ölkə daxilində, istərsə də ölkə xaricində bir çox dini, tarixi
abidələrin yenidən qurulması və bərpası Azərbaycanın birinci
xanımının milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi dini

206 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

ənənələrimizə mühüm töhfəsidir.
Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan

türbəsi yüksək səviyyədə bərpa edilmişdir. Daşkəsən şəhər Cümə
məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri,
Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı və Heydər Cümə məscidi,
Binə qəsəbəsində Möhsün Səlim və İmam Rza məscidləri, Buzovna
qəsəbəsi Cümə məscidi, Şamaxı Cümə məscidi əsaslı surətdə təmir
olunmuşdur. Qəbələ şəhərində Heydər Əliyev Fondunun sifarişi
ilə yeni məscid tikilmişdir.

Eyni zamanda, cəmiyyətimizin tolerantlıq ənənəsini fəal
təbliğ edən Fond digər dinlərə mənsub abidələrin də qorunmasına
və bərpasına böyük diqqət yetirmişdir. Belə ki, Fondun dəstəyi
ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində
təmir-bərpa işləri aparılmışdır. Fərəhləndirici haldır ki, Heydər
Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər respublikanın
hüdudlarını aşmışdır. Belə ki, Fondun Fransanın Luvr muzeyində
İslam mədəniyyəti bölməsinin təşkilində, Strasburq və bu
ölkənin digər regionlarındakı kilsələrin təmirində, eləcə də
Romadakı katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil
imkanlarının yaradılmasında yaxından iştirakı, Həştərxanda
Müqəddəs Knyaz Vladimirin şərəfinə abidənin ucaldılması da
məhz ayrı-ayrı xalqların, konfessiyaların qarşılıqlı hörmət və
dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.

207

İstifadə edilmiş ədəbiyyat:

Azərbaycan dilində

Azərbaycan diasporu: Tammətnli elektron materiallar
məcmuəsi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanası, Bakı, 2005.

Azərbaycan dili antologiyası. Filologiya elmləri doktoru,
professor Buludxan Xəlilovun tərtibat və təqdimatında. Bakı:
“Elm və təhsil” nəşriyyatı, 2012.

Azərbaycan tarixi. Yeddi cilddə. IV cild (XIX əsr). Bakı:
“Elm” nəşriyyatı. 2007.

Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Azərbaycan”
cildi. Bakı, 2007.

Bayramov Akif, Məhərrəmov Ziyəddin, İsgəndərzadə Mustafa.
Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəb tələbələri üçün
dərs vəsaiti). Bakı: “Ulu” nəşriyyatı, 2015.

Cəfərov Nizami. Azərbaycanşünaslığın əsasları. Bakı:
“Pedaqogika” nəşriyyatı, 2005.

Əliyev Tural, Azərbaycanda milli siyasi şüurun formalaşması və
inkişaf mərhələləri. “Strateji təhlil” jurnalı. http://www.stj.sam.az/
post/az%C9%99rbaycanda-milli-siyasi-%C5%9F%C3%BCurun-
formala%C5%9Fmas%C4%B1-v%C9%99-inki%C5%9Faf-
m%C9%99rh%C9%99l%C9%99l%C9%99ri

Əlizadə Anar. Azərbaycanda Xristianlıq: keçmişdən bu günə.
Bakı: «Elm və təhsil» nəşriyyatı, 2016.

Əsgər Əhməd. XII-XV əsrlərdə Аzərbaycanın mənəvi

208 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

mədəniyyəti. Bakı: “Elm”, 2012.
Hacıyev Tofiq. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı:

“Elm”, 2012.
Hüseynov Sakit. Azərbaycanda dini tolerantlıq mədəniyyəti:

tarix və müasirlik. Bakı: “Təknur”, 2012.
İbrahimov Əli. Azərbaycançılıq ideyasının konseptual

aspektləri, Bakı: “Avropa” nəşriyyatı, 2016.
İlqar Hüseynov, Nigar Əfəndiyeva. Qədim dünya mədəniyyəti

(dərslik). Bakı, 2009.
İsmayılov Gündüz. Azərbaycanda dini məsələ: təhdidlər və

hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində. Bakı:
“Nəşriyyat XXI”, 2016.

İsmayılov Gündüz. Tolerantlıq: bildiklərimiz və
bilmədiklərimiz. Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi,
2014.

İsmayılov Mehman. Din, cəmiyyət və sosial inteqrasiya.
“Dövlət və Din” - № 03 (50) May – İyun, 2017.

Kalankatuklu Musa. Albaniya tarixi. Tərcüməçi və şərh edən:
Ziya Bünyadov. Bakı: “Elm”, 1993.

Orucov Hidayət. Azərbaycanda din: ən qədim dövrdən bu
günədək. Bakı: “CBS” nəşriyyatı, 2012.

Ömərov Vahid. Azərbaycançılıq milli, ümumbəşəri və
multikultural dəyərlərin vəhdəti kimi. «Geostrategiya» jurnalı №
03 (33), may – iyun, 2016.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik
yubileyinə həsr olunmuş konfrans materialları əsasında xüsusi

209

buraxılış. Qərb Universiteti, Nəşriyyat-Poliqrafiya Mərkəzi. Bakı,
2013.

Pаşаzаdə Аllаhşükür. “Qаfqаzdа İslаm”. Bаkı: Аzərbаycаn
Dövlət nəşriyyаtı, 1991.

Qasımov Xeyirbəy. Orta əsrlərdə Azərbaycan mədəniyyəti.
Bakı, 2008.

Qəribli Aysel. “Azərbaycan dili” anlayışının tarixi. Bakı: “Elm
və təhsil” nəşriyyatı, 2017.

Qurbanlı Mübariz, İlham Əliyevdən zəngin milli-mənəvi
dəyərlərin və mütərəqqi tarixi ənənələrin qorunmasına böyük
töhfə, Dövlət və Din - № 06 (53) Noyabr – Dekabr, 2017.

Yaqubqızı Mətanət. Azərbaycan folklorunda tolerantlıq və
multikulturalizm (Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və
etnik qrupların folklor örnəkləri əsasında). Bakı: “Elm və təhsil”
nəşriyyatı, 2016.

Xəlilov Buludxan. Müasir Azərbaycan dili: fonetika, yazı,
əlifba, qrafika, orfoqrafiya, orfoepiya. II nəşr. Bakı: “Bakı çap evi”
nəşriyyatı, 2013.

Xəlilov Səlahəddin. Heydər Əliyev və Azərbaycançılıq
məfkurəsi. Bakı: “Azərbaycan Universiteti” nəşriyyatı, 2002.

Veysəlli Fəxrəddin. Seçilmiş əsərlər. 3-cü cild. Bakı:
“Mütərcim”, 2016.

Vəliyeva Sona. Azərbaycançılıq milli ideologiya və ədəbi-
estetik təlim kimi, Məsələnin qoyuluşuna dair. Bakı: “Azərbaycan
Universieti» nəşriyyatı, 2002.

210 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Türk dilində

Başçetinçelik Ayşe. Dil toplumun onurudur, http://www.
turkoloji.cu.edu.tr/DIL%20SORUNLARI/ayse_bascetincelik_
dil_toplumun_onurudur.pdf DİL TOPLUMUN ONURUDUR

Mehmet Ali Eroğlu, Toplumda manevi değerler dili, II.
Uluslararası Sosyal Bilimciler Kongresi. http://www.bilgesam.
org/incele/1663/-toplumda-manevi-degerler-dili/#.W_JeFIdLjIU

Mehmet Yazıcı. Değerler ve toplumsal yapıda sosyal değerlerin
yeri, Fırat Üniversitesi Sosyal Bilimler Dergisi, Cilt: 24, Sayı: 1,
Elazığ, 2014.

Özdemir İbrahim, 21. Yüzyıla Girerken Din ve Manevi
Değerler, Köprü 69, Kış, 2000.

Robbins Anthony. Sınırsız Güç, Çev: Mehmet Değirmenci,
İstanbul, İnkılap Kitapevi Yayını, 1993.

Rus dilində

Вавилин Е. А., Фофанов В. П. Исторический материализм
и категория культуры: Теоретико-методологический аспект.
Новосибирск, 1993.

Васильева Е. Н. Проблемы классифицирования религий
по конфессиональным различиям // European Journal of of
Science and Theology. — 2014-01-01. — Т. 10.Крамер Д.,
Олстед Д. Маски авторитарности: очерки о гуру. Монотеизм:
универсальная абстракция 408. Прогресс-Традиция (2002).
Архивировано 27 мая 2012 года.

Зенкин С. Культурный релятивизм: К истории идеи //

211

Зенкин С. Н. Французский романтизм и идея культуры. М.:
РГГУ, 2001.

Фуад Мамедов. Культура Управления. “Апостроф”, Баку,
2009.

Коротаев А. В., Малков А. С., Халтурина Д. А. Законы
истории. Математическое моделирование развития Мир-
Системы. Демография, экономика, культура. 2-е изд. М.:
УРСС, 2007.

Крывелёв И. А. Прамонотеизм // Большая советская
энциклопедия.

Маркс К., Энгельс Ф. “Религия — это вздох угнетённой
твари, сердце бессердечного мира, подобно тому как она —
дух бездушных порядков. Религия есть опиум народа” —
Сочинения, т. 1.

Пивоваров Д. В. Религия как связь с Богом. Философия
религии. Курс лекций. Часть первая. Лекция 3.

Смирнов М. Ю. Религиоведение как призвание и
профессия // Царскосельские чтения. — 2016.

İngilis dilində

Chryssides G. D. Exploring New Religions. — Continuum
International Publishing Group, 1999.

Sir James George Frazer // Encyclopædia Britannica Online.
Encyclopedia Britannica Inc., 2015.

Phillip Liberman. Uniquely Human. 1991.

212 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

İnternet resursları

https://president.az/
https://heydar-aliyev-foundation.org/
http://scwra.gov.az/
https://azertag.az
https://az.wikipedia.org
https://ru.wikipedia.org
https://en.wikipedia.org

MÜNDƏRİCAT

MƏNƏVİ DƏYƏRLƏR ….................................................................. 3
İnsanın dəyər ölçüsü …........................................................... 6
Psixologiya və sosiologiyada dəyərlər anlayışı ...................… 7
Dəyərlərin xüsusiyyətləri …..................................................... 9
Dəyərlərin funksiyaları …...................................................... 11
Qoruyucu çətir …................................................................... 12

DİN ….................................................................................................. 15
Zərdüştilik …...................................................................................... 20
İslаmın Azərbaycana gəlişi …........................................................... 22

Albaniyanın fəthinin birinci mərhələsi …............................. 23
Albaniyanın fəthinin ikinci mərhələsi ….............................. 24
Albaniyada İslam dininin yayılması …................................. 25

Аzərbаycаndа məzhəblər tаriх......................................................... 34
Аzərbаycаndа din və kоnfеssiyаlаr ................................................. 40

ƏNƏNƏVİ KONFESSİYALAR
Xristianlıq ….......................................................................... 43
Alban-udi konfessiyası .......................................................... 45
Pravoslav konfessiyası …...................................................... 49
Katolik konfessiyası …........................................................... 52
Protestantlıq cərəyanı …........................................................ 55
Yəhudilik …............................................................................ 57
Dağ yəhudiləri …................................................................... 61
Gürcü yəhudiləri …................................................................ 64
Avropa yəhudiləri (aşkenazilər) …........................................ 66

QEYRİ-ƏNƏNƏVİ DİNLƏR
Bəhailik …........................................................................................... 70
Krişnaçılıq …....................................................................................... 74
Аzərbаycаndа İslаm məzhəbləri bu gün …..................................... 78

MƏDƏNİYYƏT …............................................................................. 83
Mədəniyyətin funksiyaları …................................................. 85
Azərbaycan mədəniyyəti ….................................................... 86

DİL ….................................................................................................. 94
Ulu Öndər və Azərbaycan dili …..................................................... 111

TOLERANTLIQ …......................................................................... 130
Azərbaycanda tolerantlıq: dünən və bu gün …............................. 140

AZƏRBAYCANÇILIQ: vahid, bölünməz Azərbaycanın yeganə
düsturu …......................................................................................... 150
Milli ideologiya və milli şüurun formalaşması ….............. 152
Azərbaycançılığın dövlət siyasətinə çevrilməsi …............... 161
Müasir dövr və azərbaycançılıq …...................................... 172

MƏNƏVİ İRSİMİZ
Atəşgah məbədi …............................................................................ 175
Kiş məbədi ….................................................................................... 181
Şamaxı Cümə məscidi ….................................................................. 188
Qırmızı qəsəbə – Qafqazın Yerusəlimi …....................................... 194

Mənəvi dəyərlərə təhdidlər …......................................................... 198
Azərbaycanda mənəvi dəyərlərə diqqət və qayğı …..................... 202

Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version