The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-13 02:00:14

Mənəvi dəyərlərin təbliği-SALEH

Mənəvi dəyərlərin təbliği-SALEH

151

Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşən ölkədir
və bu səbəbdən mədəniyyətimiz, əsasən, iki güclü qüvvənin təsiri
altında formalaşmışdır: Şərqdən gələn təməl və Qərbin təsirləri.
Məlumdurki,xalqınictimai-tarixiinkişafınınbaşlıcaistiqamətlərini,
onun xarakterini, dünya siyasi meydanında davranışını ən çox
coğrafi determinizm amili müəyyən edir. Mütəfəkkirlərin bir çoxu
coğrafi mühiti siyasi həyat, dövlət quruluşu formalarının və milli
varlığın digər formalarının determinantı kimi qiymətləndirir.

Hər bir xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün
zəruri olan milli ideologiya da böyük siyasi liderlərin dövlətçilik
konsepsiyasında real əsaslarını tapır. Şübhəsiz ki, milli ideologiya
milli-mənəvi dəyərlər sisteminin əsas potensiyasının real siyasi
məqsədlər naminə səfərbər edilməsidir. Milli ideologiyanın
tələbləri sırasında dövlətçiliyin, milli mənafenin müdafiə edilməsi,
milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşın haqlarının
ümumbəşəri tələblər səviyyəsində qorunması, milli azlıqların
və etnik qrupların dilinin, mədəniyyətinin, adət-ənənələrinin
inkişafına şərait yaradılması, dövlət idarəçiliyi orqanlarında onların
düzgün təmsil olunması və s. məsələlər əhəmiyyətli yer tutur.

Ümumiyyətlə, ideologiya cəmiyyətdə birliyi və ümumxalq
münasibətlərini qorumaq, xalqın və onun dövlətinin mövqeyini izah
və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının
ilkin əlamətlərindəndir; xalqın kimliyini əks etdirən təfəkkür, adət
və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın,
millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır.

Milli-mənəvi dəyərlər sistemimizi özündə cəmləşdirərək onu

152 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

müasir dövrün tələbləri ilə çulğalaşdıran azərbaycançılıq milli,
ümumbəşəri və multikultural xüsusiyyətləri özündə əks etdirərək
xalqımızın həyat tərzindən, insanların birgəyaşayışından yaranan
baxışlar sistemidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının
tarix boyu qazandığı milli-mənəvi dəyərlərin azərbaycançılıq
ideyasının yaranmasında əvəzsiz roluna xüsusi əhəmiyyət verərək,
bu dəyərlərin millililiyin, ümumbəşəriliyin və multikulturallığın
vəhdətindən ibarət olduğunu diqqətə çatdırırdı: “Ümumbəşəri
dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli
ideologiyamızın bu günü və gələcəyidir. Məqsədimiz xalqımızın
mənəviyyatını qorumaq və zənginləşdirməkdir”.

Milli ideologiya və milli şüurun formalaşması

Azərbaycan milli siyasi şüuru əksər xalqlarda olduğu kimi,
tarixən yadellilərin əsarətinə qarşı və dövlətçilik uğrunda mübarizə
zəminində formalaşmış və inkişaf etmişdir. Təbii ki, bu proses
birdən-birə baş verməmiş, əsrlərlə davam edərək təkamül yolu
keçmişdir. 

Bu sahənin tədqiqatçıları hesab edirlər ki, Azərbaycanda
siyasi şüurun təşəkkülü və inkişafı tarixini şərti olaraq aşağıdakı 7
mərhələyə ayırmaq mümkündür:

I mərhələ – Babəkdən Nizamiyə qədərki təşəkkül dövrü;
II mərhələ – Nizamidən Xətaiyə qədərki siyasi-ideoloji, tarixi,
mədəni əsasların hazırlandığı inkişaf dövrü;
III mərhələ – Xətaidən Nadir şahın ölümünə qədərki Səfəvilər
– Azərbaycan amilinin dominantlıq etdiyi imperiya dövrü;

153

IV mərhələ – Nadir şahın ölümündən Azərbaycan maarifçilik
hərəkatına qədərki durğunluq dövrü;

V mərhələ – Azərbaycan maarifçilik hərəkatından Azərbaycan
Xalq Cümhuriyyətinin süqutuna qədərki millət, milli dövlət
quruculuğu dövrü;

VI mərhələ –  Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
Azərbaycan Respublikasının yaranmasına qədərki SSRİ tərəfindən
boğulma və buna müqavimət dövrü;

VII mərhələ – müstəqil Azərbaycan Respublikasının
yaranmasından sonrakı yeni inkişaf, çiçəklənmə dövrü.

Hesab edilir ki, Azərbaycan dövlətçiliyinin və müasir
Azərbaycan xalqının formalaşması prosesi milli siyasi şüurun
inkişafının V mərhələsində baş vermişdir. Lakin yuxarıda da qeyd
etdiyimiz kimi, bu proses birdən-birə baş verməmişdir:   o, qeyd
olunan mərhələlərdə davam edən zəncirvari prosesin tarixi şəraitdə
tam yetişməsi və öz konkret nəticələrini verməsi idi.

İlk dəfə Nizami Gəncəvi əsərlərində islamaqədərki Azərbaycan
tarixinin qədim səhifələrini, ayrılıqda “Azərbaycan” mövzusunu
gündəmə gətirmişdir. Bununla da, o göstərmişdir ki, Azərbaycan
İslam bu torpaqlarda təşəkkül tapana qədər də inkişaf etmiş,
zəngin dövlətçilik tarixinə və coğrafiyasına malik olmuşdur. O,
eyni zamanda   öz xalqının milli şüurunun formalaşmasına çox
əhəmiyyətli töhfələr vermişdir. Nizami irsinin Azərbaycan etnik
siyasi şüuruna təsirləri dedikdə alimlərimiz aşağıdakı məsələləri
nəzərdə tuturlar:

*   Nizami fars milli təfəkkür tərzinin daşıyıcısı olmadığını

154 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

əsərləri ilə sübut edərək Azərbaycan ictimai-siyasi təfəkkürünün
müstəqil inkişafı üçün cığır açmışdır;

* Nizami “türk” anlayışını yüksəklərə qaldırmış, o qədər
böyük nüfuz sahibi olmuşdur ki, ondan sonra uzun əsrlər boyu fars
ədəbiyyatında türklüyə qarşı kütləvi tendensiya şəklində hücumlar
baş verməmişdir;

* Nizami ifrat irqçiliyi, ifrat millətçiliyi, məzhəbçiliyi yaxın
buraxmayaraq, Azərbaycan ictimai-siyasi fikrinin, ədəbiyyatının
mənfi təmayyüllərinin profilaktikasını aparmışdır. Onun fikirləri
daim təqlid olunmuşdur;

*  Nizami öz əsərlərində işarə etmişdir ki, Azərbaycan
mədəniyyəti İslamdan başlamır, ondan öncə də mövcud olmuşdur;

* Nizami Şərq yazılı ədəbiyyatında ilk dəfə “qadın hüquqları”,
“qadın hökmdar” mövzularını işləmiş şəxsiyyət kimi cəmiyyətdə
Azərbaycan qadınının rolunun yüksəlməsinə xidmət göstərmişdir.
Digər tərəfdən, o, yadellilərin vətənimizdə ağalıq etməsinə, əsarətə
qarşı çıxmış, Nüşabə bədii obrazını yaradaraq öz ana yurduna
sahiblik hissini tərənnüm etmişdir.

Azərbaycan siyasi şüurunun formalaşmasının şərti olaraq I
mərhələsi adlandırdığımız dövrü azadlıq müharibələri, işğalçılara
müqavimət və milli özünüdərkin formalaşması, ictimai şüurun
təşəkkülü ilə xarakterizə olunursa, Nizamidən başlayan II
mərhələnin əsas xüsusiyyəti ictimai-siyasi şüurun ideoloji
əsaslarının hazırlanması olmuşdur. Bu dövrdə ictimai şüurun
tarixi, mədəni əsasları işlənmişdir.

İntibah dövründə Azərbaycan dövlətçiliyi xeyli inkişaf

155

etmiş, onun siyasi əsasları meydana gəlmişdir. Çünki bu
coğrafiyada çoxsaylı türk dövlətləri yaranmış və hər dəfə
etnik, dini, siyasi identiklik məsələsi aktuallaşmışdır.
Azərbaycanda siyasi şüurun inkişafının şərti olaraq III mərhələsi
Şah İsmayıl Səfəvidən başlamış Nadir şahın ölümünə qədər davam
edən  Səfəvilər dövrünü əhatə etmişdir.

Səfəvilər dövrünün görkəmli tədqiqatçısı akademik Ramiz
Mehdiyev müəllifi olduğu “Şah İsmayıl Səfəvi ali məramlı tarixi
şəxsiyyət kimi” məqaləsində qeyd edir ki, Şah İsmayılın səyləri
nəticəsində Azərbaycan amili orta əsrlərdə siyasi elitanın və
müsəlman Şərqində Azərbaycanın ziyalı təbəqəsinin simasında öz
siyasi təşəkkülünü tapmışdır: “Artıq o vaxt bu amil müasir dövrdə
bizim “azərbaycançılıq” ideyası kimi qavradığımız fenomeni
formalaşdırdı”.

XVI-XVII əsrlərdə Səfəvilər sülaləsindən olan ilk şahların
hakimiyyəti dövrü Azərbaycan xalqının formalaşması baxımından
mühüm mərhələlərdən biri kimi qəbul olunmaqdadır. Akademik
Ramiz Mehdiyev hesab edir ki, həmin dövrdə qədim Azərbaycan
etnosu onu digər qohum türk xalqlarından fərqləndirən yeni
özünəməxsus milli xüsusiyyətlər qazanmışdır: “Şah İsmayıl
fəlsəfəsində Azərbaycan amili xüsusi ideoloji konstruksiya kimi
xalqın daxili tələbatının ödənilməsinə, onun spesifik maraqlarının
təmin edilməsinə yönəlmişdi. Əgər o dövr üçün işlədilə bilərsə,
“azərbaycançılıq”, bir növ, milli identifikasiya forması kimi çıxış
etməyə başlamışdı”.

Araşdırmaçılar bu mərhələnin xarakterik xüsusiyyətləri barədə

156 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

akademik Ramiz Mehdiyevin tədqiqatları əsasında aşağıdakı
nəticələri hasil etməyin mümkün olduğu qənaətinə gəlmişlər:

* Xalq kütlələrini vahid mərkəz halında birləşdirmək üçün
birləşdirici ideya tapıldı;

* Tarixdə ilk dəfə mərkəzləşdirilmiş Azərbaycan dövləti
yarandı;

* Azərbaycan etnosunun etnik mənsubiyyəti məsələsi heç vaxt
olmadığı qədər qabardı, Azərbaycan türklərinin müstəqil etnik
element kimi ümumi Oğuz massivindən ayrılması prosesi  başlandı
və Şah İsmayılın şəxsi nümunəsi ilə dəstəkləndi;

* Azərbaycan və azərbaycanlılar orta əsrlərdə ən güclü
etnosiyasi amil kimi tarix səhnəsinə çıxdı; 

* Azərbaycanda türk tayfaları vahid bayraq altında birləşdi;
* Türk dili saray dili elan olundu, Azərbaycanda fars dili
getdikcə üstünlüyünü itirməyə başladı;
* Azərbaycan türklərinin baxış, təsəvvür, dəyər, bilik sistemi,
maraq prioritetləri formalaşmağa başladı;
* Vahid dövlət yaratmaq üçün ardıcıl cəhdlər edildi.

Səfəvilər dövründə Azərbaycan adı coğrafi anlayış sərhədlərini
aşaraq xüsusi statusu olan anlayışa çevrilmiş və beləliklə,
siyasiləşmə prosesi başlamışdır. Məsələn, Şah Abbasın əmrinə
əsasən, Azərbaycan şah mülkü elan olunmuşdu. Şah mülkü isə
dövləti quran sülalənin mənsub olduğu məkanın xüsusi statusla
digər məkanlardan fərqləndirilməsidir. Bu isə həm də o deməkdir
ki, Şah İsmayıldan sonra da siyasi şüurun inkişafı dayanmamışdır.

157

Əksinə, Şah Abbas göstərmişdir ki, imperiyanın özəyi
Azərbaycandır. Bununla da, o, Azərbaycan xalqının dominant titulu
tanımış və tanıtmışdır. Akademik Ramiz Mehdiyev bununla bağlı
yazır: “XVIII əsrin 20-ci illərində Azərbaycan Səfəvilər dövlətinin
süquta uğradığı, ölkə torpaqlarının bir qisminin Çar Rusiyası,
digər qisminin isə Osmanlı dövləti və əfqan tayfaları tərəfindən
istila edildiyi ağır, ümidsiz dövrdə siyasi səhnəyə çıxan və yaranmış
faciəli mənzərəni cəmi 10 il ərzində aradan qaldıraraq, dövrünün
ən qüdrətli imperiyasını qurmağa müvəffəq olan Nadir şaf Əfşar
tariximizin bu qəbildən parlaq simaları sırasındadır”.

“Şərqin Napoleonu” adlandırılan, məzhəblərarası münasibətləri
qaydaya salmağa çalışan Nadir şahın ölümü Azərbaycan ictimai
və siyasi şüurunun inkişafında durğunluq dövrünün başlanğıcı
kimi qəbul olunur. Akademik Ramiz Mehdiyev də bu qənaətə
gəlmişdir ki, vətən torpaqlarımızın bölünməsi, mərkəzləşdirilmiş
dövlətçiliyimizin dağılması, eyni zamanda tarixi vilayətlərimizin
bir-birinin ardınca yadellilər tərəfindən işğalı 1747-ci il iyunun
21-dən - Nadir şah Əfşarın sui-qəsd nəticəsində qətlə yetirildiyi
gündən başlamışdır.

Nadir şahın qətlindən sonra başlayan xanlıqlar dövrü
tarixə Azərbaycan dövlətçiliyinin dağılması, onun ayrı-ayrı
feodal hakimlərin qurbanına çevrilməsi, siyasi pərakəndəlik və
hakimiyyətsizlik dövrü kimi düşmüşdür. Doğrudur, Şəki xanı
Hacı Çələbi, Quba xanı Fətəli xan, Qarabağ xanı İbrahim xan
ölkənin parçalanmış torpaqlarını birləşdirməyə cəhdlər etmişdilər.
Lakin xanlar arasındakı kəskin siyasi və şəxsi intriqalar, həmçinin

158 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

tam müstəqil xarici siyasət yürüdə bilməmələri son nəticədə
birləşdiricilik təşəbbüslərinin iflası ilə nəticələnmişdir. “...Nadir
şahın qətlindən sonra tarix səhnəsinə çıxan feodal hakimlərinin
heç biri mövcud şərtlər daxilində xalqımızın və dövlətçiliyimizin
ümumi maraqları uğrunda mübarizə aparmaq iqtidarında deyildi”
– akademik Ramiz Mehdiyev bu fikirdədir.

Araşdırmaçıların yekdil rəyi bundan ibarətdir ki, Azərbaycanda
müasir siyasi şüurun formalaşması XIX əsrdən başlamışdır və
maarifçilərimizin adı ilə bağlıdır. Bu baxımdan, hesab edilir ki,
1918-ci ildə milli dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin
ortaya çıxması təsadüfi hadisə sayılmamalıdır. Bu əlahəzrət
fakt ölkəmizdə Mirzə Fətəli Axundov ilə başlayan maarifçilik
hərəkatının məntiqi siyasi nəticəsi idi. XX əsrin əvvəllərində
Azərbaycanın görkəmli şəxsiyyətləri yaxşı başa düşürdülər ki,
elm və təhsil sahsində inkişafa nail olmadan milli-siyasi kimliyi
formalaşdırmaq mümkün olmayacaqdır. Həsən bəy Zərdabi “Açıq
məktub” adlı məqaləsində yazırdı: “Damcı-damcı ilə yaramız
sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki,
hər istəyən ondan içib doya bilsin”.

Görkəmli maarifçimiz Məhəmməd ağa  Şahtaxtinski isə hələ
1897-ci ildə yazırdı ki, Qafqaz müsəlmanlarını “azərbaycanlı”
adlandırmaq lazımdır. Məhəmməd Əmin Rəsulzadə bundan 18 il
sonra 1915-ci ildə “Açıq söz” qəzetində Azərbaycan ideyasının
artıq coğrafi məna ilə yanaşı, siyasi və milli-mənəvi sahələri də əhatə
etdiyini yazmışdır. “Azərbaycan”, “azərbaycançılıq”, “Azərbaycan
və onun sərhədləri”, “türkçülük” kimi problemlər Yusif Vəzir

159

Çəmənzəminlini də daim düşündürən məsələlərdən olmuşdur.
“Biz kimik” məqaləsində o, Azərbaycan tarixinin yazılması
tələbini irəli sürmüşdür. Hələ Kiyev İmperator Universitetində
oxuyarkən Azərbaycan dilində kitablar buraxmağa başlamış, ana
dilini bilməyənlər üçün kurs təşkil etməklə mühazirələr oxuyan
bu azadlıq aşiqi məruzələrinin birində yazırdı: “Bir Azərbaycan
xəritəsi cızdıq. O zamandan Azərbaycan haqqında onun tarixi,
ədəbiyyatı, mədəniyyəti, ticarət və iqtisadiyyatı barəsində bir
çox məsələlər yazdıq. Yavaş-yavaş Azərbaycan şöhrət tapmağa
başladı”. Y.V.Çəmənzəminli 1917-1919-cu illərdə Azərbaycanı
öyrənib onu tanıtmaq haqqında geniş ictimai rəy doğurmaq
sahəsində xeyli əmək sərf etmişdir. Onun Bakıda çap olunan
“Azərbaycan muxtariyyəti”, “Biz kimik və istədiyimiz nədir?”
kitabları, 1918-ci ildə “Millət” qəzetində çıxan “Azərbaycan və
azərbaycanlılar” və sair silsilə məqalələri də məhz ali məqsədə -
müstəqilliyə qovuşmaq missiyasının tərkib hissəsi idi.

Burada bir faktı da vurğulamaq yerinə düşər. XX əsrin
əvvəllərində etnik identikliyin - türkçülük motivləri Azərbaycan
siyasi fikrinə güclü hakim kəsilmişdi. Ancaq istər Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması ərəfəsində, istərsə də Cümhuriyyətin
mövcud olduğu 23 ay ərzində türk etnik kimlik şüuru anlayışı
Azərbaycan milli mənlik şüuru anlayışı ilə əvəzlənmişdi. Məsələn,
1915-ci ilə qədər yazdığı əksər yazılarında etnik identikliyi önə
çıxaran Məhəmməd Əmin Rəsulzadə 1915-ci il oktyabrın 21-də
“Açıq söz” qəzetinin 16-cı sayında “Milliyyət və bəşəriyyət” adlı
məqaləsində, əslində, siyasi millətçiliyi Azərbaycanın gələcəyi

160 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

üçün faydalı hesab edərək Petroqrad mətbuatında (“P.Vedomosti”
qəzetində) Dövlət Dumasının üzvü Aleksandrovun milli dirilik
mövzusunda işıq üzü görmüş məqaləsini eynilə çap etmişdi. Onun
nümunə gətirdiyi həmin məqalədə siyasi millətçiliyin mahiyyəti
izah olunurdu: “İngilis, Amerika və İsveçrə “dövlətxanə”ləri
göstərir ki, orada bir çox millətlər azadlıqda yaşaya bilərlər və bir
qorxu olduğu zaman yan-yana olaraq dövləti müdafiə də edirlər.
Fəqət bu, ancaq o zaman mümkün olur ki, hər bir millət dövlət
daxilində özünü öz evindəki kimi hiss etsin və o zaman mümkün
olur ki, dövlətin əsası digər millətləri bir millətin xatiri üçün
sıxmaq deyil, bütün millətlərin bərabərliyi ilə hürriyyəti üzərinə
qurulmuş olsun. Bərabərliklə hürriyyət müxtəlif millətləri siyasi
bir millət şəklində birləşdirə bilər”.

“Azərbaycan” qəzetinin 29 noyabr 1918-ci il tarixli 52-
ci sayında “Bütün Azərbaycan əhalisinə!” adlı məqaləsində
isə Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Bütün Azərbaycan
vətəndaşları bilafərq millət və məzhəb bir vətənin övladlarıdır.
Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə
kəndi səadətlərini hazırlamaq üçün onlar yekdigərinə əl uzatmalı
və yardım etməlidirlər”.

Azərbaycan milli-siyasi şüurunun inkişafının VI mərhələsi
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan Azərbaycan
Respublikasının müstəqilliyini bərpa etməsinə qədərki dövrü əhatə
edir. Başqa sözlə, Azərbaycanda Sovet hakimiyyəti dövrünü əhatə
edən bu mərhələ milli ideya, milli ideologiya uğrunda mübarizə
dövrüdür. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, XIX əsrin

161

sonlarından başlayan Azərbaycan maarifçilik hərəkatının təsiri o
qədər güclü idi ki, bu dövrdə də həmin ideyalar ölməmişdi. Bu
mənada təkcə repressiya dövrünü xatırlamağımız kifayət edər. Bu
mərhələnin son nəticəsi milli azadlıq mübarizəsi və Azərbaycanın
dövlət müstəqilliyinin bərpasıdır. Məlumdur ki, Sovet dövründə
“azərbaycanlı” anlayışından geniş istifadə olunurdu - təbii ki,
məqsədli şəkildə. Məqsəd isə xalqımızın türk milli kimliyinin
unutdurulması idi. Ancaq xalq olaraq qürur duyulacaq
xüsusiyyətimiz və xoşbəxtliyimiz ondadır ki, 70 il ərzində ölkədə
sovet rejimi tərəfindən hər cür dini və etnik-tarixi mənsubiyyəti
inkar edən “sosialist millət” ideyası təbliğ və təlqin olunsa da,
xalqımızın milli hisslərini yox etmək mümkün olmadı. Çünki
xalqın Heydər Əliyev kimi ən çətin məqamlarda imdadına çatan,
böyük və mübariz oğlu vardı…

Azərbaycançılığın dövlət siyasətinə çevrilməsi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyev müəllifi olduğu “Milli
məfkurə, dövlətçilik, müstəqillik yolu ilə” kitabında qeyd edir ki,
“ideologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə
zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan
zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi
quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə
hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə
və inkişafına yönəldilmişdir. “Azərbaycançılıq” xalqımızın çox
əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə

162 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və
möhkəmləndirmək üçün vasitədir. Bu gün “azərbaycançılıq”
milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi,
ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı,
qarşılıqlı əlaqəsi və təsirinin tarixi, onların ümumi taleyi və
müstəqil Azərbaycan Respublikasının bütövlüyü uğrunda birgə
mübarizəsinin tarixi təcrübəsidir. ...Azərbaycançılığın mahiyyəti
müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların
vəhdətidir. O, ənənəvi mifləri və rəmzləri özündə birləşdirir, lakin
bunlardan milli dövlətin simasında yeni fenomenlərin qorunması
və əsaslandırılması üçün istifadə edir. Azərbaycançılığın gücü
ondadır ki, o, xalqın milli-mədəni eyniyyətini həm müdafiə etməyi
və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi
sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə qadirdir.
Şübhəsiz ki, öz birliyinə mənsubiyyət hissi həyatın özünə də
məna və əhəmiyyət verir, qarşılıqlı məsuliyyət və qarşılıqlı əlaqə
hissini möhkəmləndirir və beləliklə, tənhalıq və qəriblik hissini
azaldır. Bu ideologiya Azərbaycanda vahid birlik, vahid sosium
formalaşdırır”.

Azərbaycançılıq ideologiyasının dərk olunmasının əsasında
xalqımızın tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində
birlik ideyasının durduğunu vurğulayan akademik bildirir ki, bu,
nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox,
bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət
tezliklə həmin nəsillər üçün həyatı, azadlığı dərk etməyin ayrılmaz
atributlarına çevriləcəkdir: “Azərbaycançılığın milli ideologiya

163

kimi qəbul edilməsi ölkəmizin sivilizasiyalı dövlətlər sırasına daxil
edilməsi, ümumdünya oriyentləri və meyilləri kontekstində daha
uğurlu inkişaf üçün möhkəm zəmin yaradır”. Göründüyü kimi,
müəllif azərbaycançılığı təkcə milli deyil, həm də dünya çapında
əhəmiyyəti olan dəyər kimi ifadə etmişdir.

Ümumiyyətlə, milli ideologiyamız olan azərbaycançılıq
milliliyin, ümumbəşəriliyin və multikulturallığın sintezindən
ibarətdir. Bunu Dünya Azərbaycanlılarının 2001-ci il noyabr
ayının 9-10-da keçirilmiş I Qurultayında Ümummilli Lider Heydər
Əliyevin çıxışı bir daha sübut edir. Ulu Öndər demişdir: “Bizim
hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır,
azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən
sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm
də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur.
Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz
milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların
ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək
və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Eyni zamanda, azərbaycançılıq ideologiyası dünya azərbay-
canlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-
siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın
hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan
dövlətinin qarşısında duran vəzifələri, habelə onların Azərbaycan
Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri,
azərbaycanlıanlayışınınsosial-fəlsəfiməzmununumüəyyənləşdirən
konsepsiyadır. O, milli inkişafın mədəni-tarixi təbəqəsi olmaqla,

164 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

strateji inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir,
milli dilimizin sarsılmazlığında, milli mədəniyyətin üstün rolunda
və milli dəyərlərin qorunmasında təcəssüm olunur.

Milli ideya və milli-mənəvi dəyərləri xalq, cəmiyyət yaradır,
şəxsiyyət isə onu mənimsəyərək formalaşır. Milli ideya və milli-
mənəvi dəyərləri mənimsəyən insan onu özününküləşdirir. İnsan
mənimsədiyi dəyərləri tərəddüd etmədən həqiqi dəyərlər kimi
qəbul edir. Nəticədə xalqın milli-mədəni həyatının daxili ruhunu
özündə cəmləşdirən milli-mənəvi dəyərlər yaranır ki, xalqın həyat
tərzi, dünyagörüşü, dünyanı dərketmə tərzi də bu əsasda formalaşır.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə
müəllifi olduğu “Azərbaycançılıq” kitabında milli ideologiyamızın
təşəkkül tapmasını coğrafı məkan kimi yalnız ölkəmizin ərazisi ilə
məhdudlaşdırmır. Müəllif onu Şərq dünyası, qədim türk təfəkkürü,
farsdilli mədəni-tarixi region və ümummüsəlman elmi-nəzəri
konteksti ilə əlaqələndirir. N.Şəmsizadə yazır ki, Şərq ən qədim
zamanlardan üzü bəri Avropaya və bütün dünyaya klassik təfəkkür
nümunələri vermiş, antik yunan elm və mədəniyyətini öz qoynunda
bəsləyərək müdrikcəsinə orta əsrlər Avropasına təqdim etmişdir.
Şərqdə və təbii ki,Azərbaycanda milli mənlik şüuru ailədən başlayır.
Bu səbəbdəndir ki, bizdə ailə kultu cəmiyyətin əsasını təşkil edir.
Müəllif azərbaycançılığın qayəsini ailə təməli ilə yanaşı, ilk tarixi
mənbələr, orijinal ədəbi nümunələr, kitabələr əsasında yazır ki,
azərbaycançılıq Azərbaycan ərazisində xalqın təşəkkülündə iştirak
etmiş tayfaların tarixi həyatının ictimai təkamülü haqqında təbii
inamlara söykənən fikir kimi meydana çıxmışdır.

165

İdeologiya kimi azərbaycançılıq mühüm funksional
elementlərlə zəngindir. Bunların mahiyyətində isə ölkəni mənəvi
və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaq məqsədi
dayanır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi
quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət
kimiAzərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilmişdir.

Azərbaycançılıq müstəqil və bənzərsiz Azərbaycanı
sivilizasiyalı dövlətlər sırasına çıxaracaq bir yoldur. Onun sinonimi
kimi vətənçilik də Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində
mühüm yer tutmuşdur. Ulu Öndərin vətənçiliyin formalaşmasında
üç aspektə nəzər yetirməyin vacibliyi haqqında söylədiyi fikirlər
aşağıdakı kimi xarakterizə edilir:

- Ölkəmizdə yaşayan bütün millətlərin birliyi;
- Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün
azərbaycanlıların birliyi;
- Dünyanın müxtəlif ölkələrində məskunlaşmış keçmiş
Azərbaycan vətəndaşlarının azərbaycanlılarla birliyi.

Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində
qeyd edilir ki, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi
və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs
Azərbaycan Respublikasının vətəndaşıdır”. İdeoloji baxımdan
fərdin cəmiyyətə münasibəti və bu münasibətdə mövqeyi maraq
kəsb edir. Vətəndaşlıq azərbaycançılıq kontekstində fərdin öz
hüquq və vəzifələrini dərk edərək ölkədə yaranan ictimai-siyasi
münasibətlərə mövqeyi kimi başa düşülür. Azərbaycançılığın tərkib

166 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq
kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli
zəmin yaradır.

Vətəndaşlıq mövqeyindən çıxış edərək hər bir şəxs vətənpər-
vərlik ruhunda tərbiyə olunmalıdır. Gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunması milli təhlükəsizlik baxımından
əhəmiyyətlidir. Vətənpərvərlik mövqeyi dövlət quruculuğu
prosesində olduqca vacib elementdir. Bu baxımdan Azərbaycanın
bir nömrəli problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz
qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni
zamanda dünya azərbaycanlılarının ortaq məsələsi və ortaq hədəfi
kimi milli ideologiyamızın da təməl sütunlarından birini təşkil
edir. Təsadüfi deyil ki, Qarabağ savaşında Azərbaycanda yaşayan
milli azlıqların hamısı şəhidliyi özlərinə şərəf bildi. Ulu Öndər
Heydər Əliyev bu haqda deyirdi: “Azərbaycan, onun ərazisində
yaşayan hər bir xalqın vətənidir, azərbaycanlı məfhumu çox
genişdir. Ərazimizdə yaşayan türk də, ləzgi də, avar da, kürd də,
talış da, tat da. udin də, kumık də, başqaları da bütünlükdə hamısı
azərbaycanlıdır. Bu azərbaycanlı sözü bizi həmişə birləşdirir”. Bu
gün də siyasi baxışından, harada yaşamasından asılı olmayaraq
bütün azərbaycanlılar Dağlıq Qarabağ məsələsində həmrəydir.

Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir
fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik
dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq mövqeyindən
əzəli məfhumdur. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətini

167

təcəssüm etdirirsə, vətənpərvərlik insanın öz ailəsinə, Vətəninə,
torpağına hərtərəfli bağlığının göstəricisidir.

Azərbaycançılıq kontekstindən yanaşsaq, vətənpərvərlik
vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik
isə loyallığı və tolerantlığı inkar etmir. O, hər kəsin öz ölkəsini
müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik
etmək istəyidir. Buna görə vətənpərvərlik Azərbaycan xalqının hər
bir üzvünü ucaldan və ona şərəf verən keyfiyyət hesab edilir.

Azərbaycançılıq ideologiyasında vahid polietnik xalqın
Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının
ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat
şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini
tapmışdır. İdeologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın
fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik-geosiyasi
cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq
və bərabərliyin mühüm əsasını təşkil edir.

Akademik Ramiz Mehdiyev bildirir ki, bu deyilənlər ideya-
nəzəri və siyasi baxımdan azərbaycançılıq və neokonservatizmin
bir-biri ilə sıx bağlı olduğunu göstərir. Onun fikrincə,
azərbaycançılıq coğrafi məkan baxımından neokonservatizmin
milli variantı, onun prinsip və ideyalarının Azərbaycanın konkret
şəraitində təcəssümüdür: “Dövlət siyasətinin strategiyası olan
azərbaycançılıq dolğun ideologiyanın bütün keyfiyyətlərini
qazanır, Azərbaycan xalqının bu günü və gələcəyinin qavranılması
və qiymətləndirilməsini müəyyən edir. Xalqın həyatının təşkilinin
ali forması, fundamental antropoloji təsisat dövlətdir. Məhz buna

168 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

görə də dövlətçilikdən məhrum olmuş xalqlar dünya tarixinin
səhnəsindən silinmişlər. Xalqın öz dövlətçiliyinə münasibəti
barədə rəylərin dairəsi kifayət qədər genişdir və öz dövlətçiliyinə
görə qürur hissindən və dövlət atributlarına çox böyük hörmətdən
tutmuş, “xalqın öz hökumətlərini tənqid etməsindən xoşu gəlir” kimi
bizim günlərədək mənasını itirməyən qədim Roma deyiminədək
ən müxtəlif variantlarda özünü göstərir. Bəzi tədqiqatçılar milli
dövlət ideyasını beynəlxalq münasibətlərin hakim konsepsiyasına
qurban verərək bu ideyanı tarixin arxivinə göndərməyə nə
qədər tələssələr də, əslində, biz milli dövlət modelinin müəyyən
modifikasiyası ilə qarşılaşırıq. Hər bir dövlətin hər bir vətəndaşına
aydın olmalıdır ki, beynəlxalq münasibətlərin təşəkkül tapmış
müasir sisteminin əsasını suveren dövlətlər təşkil edir. Milli dövlət
öz suverenliyini qorumağa, milli rifahın maksimum səviyyəyə
çatmasına nail olmağa çalışır və s. Məhz belə qavrama prizmasından
yanaşaraq vurğulamaq lazımdır ki, müasir Azərbaycan dövləti öz
vətəndaşlarının təhlükəsizliyini təmin etməyə və onların sosial
rifahına təminat verməyə qadirdir.

Azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların,
mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti
təşkil edir. Azərbaycançılıq keçmiş tarixi dövrlərin mifologiyasını,
mədəni kodlarını və rəmzlərini mənimsəyərək onlardan yeni
ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu
müəyyənləşdirmək üçün istifadə edir. İndi o, cəmiyyətimizdə
ən qurucu və dinamik qüvvədir. Azərbaycançılığın gücü həm
də bundadır ki, o, fərdi maraqları və meyilləri dövlətin siyasəti

169

ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub
saxlamağa qadirdir. Təbii ki, milli birliyə mənsubluq hissi həyatın
özünə də məna verir və onun əhəmiyyətini müəyyən edir, qarşılıqlı
məsuliyyət və ümumi işə bağlılıq hissini gücləndirir, tənhalıq və
qəriblik hissini aradan qaldırmağa kömək göstərir. Bu ideologiya
Azərbaycanda vahid cəmiyyət, vahid xalq formalaşdırır,
Azərbaycan xalqının tarixi kökləri, özünəməxsusluğunu ifadə
etməklə yanaşı, onun həyatında bəşəriyyətin ayrılmaz hissəsi kimi
ümumbəşəri, multikultural dəyərlərin - azadlığın, bərabərliyin,
qardaşlığın, dostluğun vəhdəti kimi çıxış edir. “Mən - sivilizasiya»
anlayışının inikası kimi azərbaycançılıq hər kəsin hüquq və
azadlıqlarının təmin olunduğu siyasi və dövlət quruluşunun milli
mahiyyətinə, inkişaf strategiyasına, formasına etno-siyasi baxış
kimi çıxış edir. Azərbaycançılıq cəmiyyətin normativ dəyərlərinin
vəhdətinə - dövlət hüquq düşüncəsinin, əmək və işgüzar etika
tərbiyəsinə, mənəvi dəyərlərə qovuşmağa səmtlənir və beləliklə
də növbəti dəfə neokonservatizmlə çuğlaşır. Azərbaycançılıq
güclü dövlət hakimiyyətinin və möhkəm milli intizamın, milli
maraqların və milli özünüdərkin olmasını istəyir. O, ən müxtəlif
sosial təbəqələrdə həmrəylik axtarır, daimi, lakin mötədil, millətin
və dövlətin real imkanlarından irəli gələn reformizmi təbliğ edir”.

Beləliklə, azərbaycançılıq ölkəmizin suverenliyinin əsas
atributudur. Xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərinə,
dini və əxlaqi ənənələrinə söykənən bu ideologiya soy-kökə
qayıdışı, istiqlalçılığı təmin etməkdədir. Ulu Öndər Heydər Əlyev
demokratik dövlət və cəmiyyət quruculuğunun hüquqi bazasını

170 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

yaratmaqla yanaşı, onun ideoloji mənəvi-əxlaqi tərbiyə sistemini
də formalaşdırmışdır. Bu sistemə aşağıdakı prinsiplər daxildir:

* Xalqa inam və xalqın inamını qazanmaq prinsipi;
* Millətlərarası etimad, ehtiram, qarşılıqlı inam prinsipi.

Azərbaycançılıq təkcə hamının Azərbaycanı sevməsi, ona
səcdə etməsi, onu təhlükələrdən qoruması, şərəfini yüksəltməsi
və bu kimi vətənpərvərlik göstəricilərindən ibarət deyildir. Bu
anlayışın altında dərin mənəvi qatlar vardır.

Azərbaycançılıq ideologiyası dövlət quruculuğu prosesində
vətəndaşın siyasi loyallıq mövqeyini təbliğ edir. Bu ideologiya
çərçivəsində siyasi loyallıq cəmiyyətin hakimiyyətlə
münasibətlərinin keyfiyyətcə yüksək mərhələsidir. Bu münasibətlər
cəmiyyətin və dövlətin sabit inkişafına xidmət edir. Loyallıq
prinsipi əsasında yaranan vətəndaş-dövlət münasibətlərinin
təməlində isə hörmət və inam durur. Azərbaycançılıq kontekstində
vətəndaşlıq, vətənpərvərlik və loyallıq fərdin cəmiyyətə və dövlətə
vahid yanaşma sistemidir. Bu üçlüyün vəhdətində birlik və sabit
dövlət quruluşu mümkündür.

Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası
kontekstində geniş anlayışdır. O, özündə hüquqi və mənəvi
məsuliyyəti cəmləşdirir. Lakin vətəndaşlıq məsuliyyəti, əsasən,
mənəvi məsuliyyətlə əlaqəlidir. Bu baxımdan azərbaycançılıq
ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət
edir. O, hər bir azərbaycanlıya cəmiyyət qarşısında cavabdehlik
hissini aşılayır. Söhbət təkcə qanunlara riayət etməkdən deyil,

171

həm də aktiv vətəndaşlıq mövqeyindən gedir. Çünki cəmiyyətin və
dövlətin inkişafı, eyni zamanda güclənməsi onun hər bir fərdinin
fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən
asılıdır. 

Azərbaycançılıq ideologiyası çoxdinlilik mühitində
dözümlülüyün, tolerantlığın bərpasına, inkişafına şərait
yaratmışdır. Dinlər və onların ardıcılları, icmalar, millətlər arasında
qarşılıqlı hörmət, ehtiram, inam, əməkdaşlıq, yardımlaşma
ənənəsi məhz milli ideologiyamız sayəsində yenidən dirçəlməyə,
möhkəmlənməyə başlamışdır.

Bir sözlə, ictimai həyatımızın bütün sahələrində – milli
mədəniyyətimizdə, milli əxlaqımızda, mənəviyyatımızda və
siyasətimizdə dövlətçilik ideologiyası kimi təzahür edən milli
ideologiya – azərbaycançılıq istiqamətləndirici məfkurə kimi
tarixi keçmişimizin məhsulu olan milli-mənəvi, ümumbəşəri və
multikultural dəyərlərin varlığını qoruyub saxlayır. O, dövlətçilik
ideologiyası kimi müxtəlif milli, etnik ideyaların məcmusudur.

Bu gün ölkəmizdə mədəni müxtəliflik, mədəni özünüifadə,
mədəniyyətlərarası hörmət, tarazlı mədəni mübadilə, mədəni
özünüifadə azadlığına hörmət, xalqlar arasında mənəvi körpülərin
qurulması ruhunda mədəniyyətlərin qarşılıqlı əlaqələrini inkişaf
etdirmək kimi çox zəruri məsələlər, aktual problemlər dövlət
səviyyəsində öz həllini tapmaqdadır. Bu baxımdan, birmənalı şəkildə
deyə bilərik ki, müasir dövrdə azərbaycançılığın multikultural
dəyər kimi inkişaf etdirilməsində Prezident İlham Əliyevin
çoxcəhətli fəaliyyəti və müstəsna xidmətləri vardır. Dövlətimizin

172 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

başçısı qlobal arenada multikultural dəyərlərin azərbaycançılığın
tərkib hissəsi kimi inkişafına xüsusi diqqət yetirir, ölkəmizin
həm türk-müsəlman, həm də Qərb dünyası ilə mədəni, iqtisadi,
siyasi əlaqələrini daha da möhkəmləndirir, dünyamızın gələcəyi
naminə multikultural və tolerant mühit formalaşdırmaqdan başqa
yolun olmadığını ölkəmizin timsalında qətiyyətlə sübuta yetirir,
multimədəni ahəngdarlığın təminatçısı və himayədarı kimi çıxış
edir, bir sözlə, Azərbaycanı multikultural dəyərlərin mərkəzi kimi
bütün dünyaya tanıdır.

Müasir dövr və azərbaycançılıq

Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının,
konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün
etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik
ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın
bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin
ümumi tarixi təcrübəsidir.

Müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli
mənsubluğa da təsir göstərir. Çağdaş zamanda milli ideologiya ilə
ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə
öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm
daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara tam şəkildə cavab
verir. Çünki o, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri
dəyərləri də özündə birləşdirir.

Biz bu ideologiya ilə özümüzü dünyaya tanıdır, onu
mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə

173

birləşdirən məfkurə kimi təbliğ edirik. Bu gün Azərbaycanın
əsas məqsədlərindən biri, ilk növbədə, milli adət-ənənələrimizin
qorunaraq, inkişaf etdirilməsi və gələcək nəsillərimizə ötürülməsi,
daha sonra isə dünya birliyində öz yerini tapmaqdır, inteqrasiyadır.
Heç şübhəsiz, bu inteqrasiyada milli kimliyin itirilməməsi müstəsna
şərtdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan
xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə
başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli
xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki,
öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız
inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər
bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.

Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal
dəyərlərin qorunmasını önəmli hesab edir və ölkəmizin müasir
milli modernləşmə yolunu bu dəyərlərin bərqərar olduğu Avropa
məkanına inteqrasiyada görür. Azərbaycançılıq ideyası universal
dəyər olan insan hüquqlarının qorunması, vahid Avropa məkanında
beynəlxalq təhlükəsizliyin təmin edilməsi, eyni zamanda ölkələrin
ərazi bütövlüyü prinsipi və digər vacib dəyərləri nəzərdə tutaraq
qloballaşmanı müasir dünyanın təbii inkişaf prosesi hesab edir.

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham
Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə bu ideologiyanı
zənginləşməkdə,milliictimaişüurunəsaslarınımüəyyənləşdirməkdə
və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla
yüksəltməkdədir. Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin
inkişafının ideya təməlini təşkil edir. Prezident İlham Əliyev

174 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi
xarakterizə edərək demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq
kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə
çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən
dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil
edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır.
Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.

Azərbaycançılıq ideologiyasının çağdaş təkamül mərhələsi
özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun
əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya
birliyindəki mövqelərini inamla yüksəltməkdədir.

175

MƏNƏVİ İRSİMİZ

Azərbaycanın tarix boyu dinlərin, mədəniyyətlərin qovşağı
olması gəlişigözəl ifadə deyil. Onun ən bariz sübutu özünü
əsrlərin sınağından keçərək günümüzədək gəlib çıxan tarixi-dini
abidələrdir. Bu abidələr bizə ata-babalarımızdan miras qalmış
böyük mənəvi irsdir və bizdən sonrakı nəsillərə ötürüləcəkdir.
Aşağıda onların bir neçəsi haqqında bəhs edəcəyik.

Atəşgah məbədi

Atəşgah Abşeron yarımadasında, Bakı şəhərindən 30 km
aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığındadır.
Bura müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər
tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII-
XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa
edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” mənalarına da
gəlir.

Tarixi mənbələrdə Bakıətrafı ərazilər sönməz alovlar məkanı
kimi qeyd edilir. Sara Aşurbəyli bildirir ki, bu fenomen haqqında ən
erkən məlumat Bizans tarixçisi Panili Prisk tərəfindən verilmişdir.
Skifiyadan Midiyayadək yolu sonralar “ittifaq bağlamaq üçün
Romaya gəlmiş” hun başçılarının dilindən təsvir edən Panili
Prisk nəql edir ki, farslar tərəfındən təqib olunan hun qoşunları
ölkəni qarət edərək Midiyadan Skifiyaya “... sualtı qayalarından

176 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

alov qalxan...” başqa yolla qayıtdılar. Rusiyalı şərqşünas Nikolay
Xanıkovun fikrincə, “bu məlumat, şəksiz, əbədi Bakı odlarına
aiddir”.

Cənubi Qafqazda Zərdüştiliyə ibadət ənənələri burada
alov məbədləri inşa etdirmiş Sasanilərin hakimiyyəti dövründə
yayılmağa başlamışdır. Kəbeyi-Zərdüştdə mobed Kartirin (III əsr)
kitabəsindən məlum olur ki, o, Cənubi Qafqazda müqəddəs alovlar
üçün məbəd inşasına göstəriş vermiş və həmin məbədlərdə ibadət
üçün kahinlər təyin etmişdir: “bütün ölkə ərazisinə ... Albaniya
və Balasakanda Alban qaplarına kimi ... olan maqlar və odları
qaydaya saldım, onların incidilməsi və talan edilməsinə imkan
vermədim və onlardan alınan nə var idisə özlərinə qaytardım;
onların bəzilərini öz ölkəmizə gətirdim və burda məzdəki imanına
gətirdim, yaxşı maqları əla və hörmətli maqlara çevirdim”.

Ərəb coğrafiyaçısı və səyyahı Əbu İshaq İbrahim ibn
Məhəmməd əl-Farisi əl-İstəxri “Əl-məsalik va-l-məmalik”
(“Yollar və məmləkətlər”) adlı əsərində yazır ki, Bakı yaxınlığında
sakinləri zərdüştiliyə sitayiş edən kəndlər vardır. Sonradan həmin
məlumatı digər ərəb coğrafiyaşünası Əbülfəda təkrar etmişdir.

1683-cü ildə Bakı şəhərində olmuş alman səyyahı Engelbert
Kempfer də Suraxanı kəndində yeddi müqəddəs alov quyusu
olmasını qeyd edir: “...qədim fars tayfası nəslindən olan iki nəfər,
gəlmə atəşpərəst hindlilər tikdikləri divarın ətrafında hərəkətsiz
halda oturaraq, əbədi tanrıya dua oxuyur, yerdən çıxan alova
baxaraq ona səcdə edirdilər”. Daha sonra isə bildirir ki, “...
əvvəllər buradan beş yüz metr kənarda aralarında bir vaxtlar

177

bu alovun yandığı yan-yana yeddi oyuq görünürdü. Həmin alov
sönəndən sonra od mənim təsvir etdiyim yerdən üzə çıxmışdır”.

Təxminən XV-XVI əsrlərdən etibarən Şirvan ilə Hindistan
arasında diplomatik və ticarət əlaqələri xeyli genişlənmişdi. Həmin
dövrdə Şimali Hindistandan olan parça və ədviyyat tacirləri,
həmçinin şivaizm və siqh monnas sektası mənsublarının hesabına
Suraxanı atəşgahı bərpa edilərək hinduist və siqh ibadətgahı kimi
istifadə edilməyə başlanmışdır. XVII əsr mənbələrində Bakıdakı
oda səcdə etmək üçün səfərə çıxmış hindli zəvvarlar haqqında
məlumat verilir.

Məbəd ərazisindəki ən qədim tikili 1713-cü ilə aiddir. Ən yeni
tikili isə 1810-cu ildə tacir Kançanaqaranın hesabına inşa edilmiş
mərkəzi altardır. Alov altarı Azərbaycan ərazisində hələ Midiya
dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir.
Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla
dəstəklənən, günbəzlə örtülmüş və dörd tərəfi açıq forması da
burdan qaynaqlanır.

Bir sıra mənbələrdə məbədin hinduistlər və siqhlərlə yanaşı,
zərdüştilər (parslar və gebrlər) tərəfindən də istifadə edilməsi
haqqında məlumatlar vardır. 1683-cü ildə Suraxanıda olmuş
Engelbert Kempfer yazır ki, oda ibadət edən şəxslər arasında
iki nəfər Hindistana köçmüş parsların varisləridir. 1689-cu ildə
Azərbaycanda yaşamış fransız yezuit Villot isə bildirir ki, Atəşgah
hinduistlər və qədim parsların varisləri olan gebrlər tərəfindən
ziyarət edilir. 1733-cü ildə məbədi ziyart etmiş alman səyyah Lerx
də burada “12 gebr və ya odu sevən qədim pars”ın yaşadığını yazır.

178 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

1747-ci ildə Bakıya səfər etmiş C.Hanvey də Atəşgah haqqında
məlumatında burada xidmət edən kahinləri hinduslar, parslar və
gebrlər adlandırır. 1770-ci ildə Atəşgahı ziyarət etmiş S.Qmelin
yazır ki, məbəddə hinduslar və qədim gebrlərin varisləri yaşayırlar.

Məbəd əsasən hinduslar tərəfindən istifadə edilsə də, onun
memarlığı ənənəvi hinduizm məbədlərinin memarlığından
əsaslı şəkildə fərqlənir. O, hər biri dünyanın müxtəlif səmtlərinə
istiqamətlənən yarımdairəvi “cahartağ” formasındadır. “Cahartağ”
formalı od məbədlərinin inşası Sasanilər dövrünün məbəd
memarlığına aid idi və əsasən imperiyanın qərb tərəflərində
yayılmışdı. Bu tipli alov məbədləri Anidə (hazırda Türkiyənin
Qars bölgəsi), Niasarda (İranın İsfahan ostanı) və başqa ərazilərdə
də inşa edilmişdi. C.Rasselin fikrincə, ola bilsin ki, Bakı atəşgahı
hazırda mövcud olan məbədin inşasından əvvəl Cənubi Qafqazda
zərdüştiliyin mərkəzi olmuşdur.

XVIII əsr ərzində ibadətgahın ətrafında bir-birinə bitişik ibadət
zalları, hücrələr və karvansaray inşa edilmişdir. Hücrələrdə davanaqari
və qumruki hind əlifbaları ilə yazılmış müxtəlif məzmunlu kitabələr
dövrümüzədək gəlib çatmışdır. Qeyd etdiyimiz kimi, yerli memarlıq
ənənələri əsasında inşa edilmiş Atəşgah özündə həm də qədim alov
altarlarının xüsusiyyətini birləşdirir. Memarlıq kompleksi planda
beşguşəli çıxıntılı və iri giriş portalına malik müdafiə divarları və
ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən
ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün
xarakterik olan qonaq otaqları – balaxana inşa edilmişdir.

Məbəd yaxınlığındakı dərin dördbucaqlı quyuda əvvəllər vəfat

179

etmiş dindarların meyitləri yandırılırmış. İbadətgah ərazisində
yaşamış onlarla dindar rahib cəmiyyətdən uzaq həyat sürərək
müqəddəs alov vasitəsilə bədənlərini və ruhlarını təmizlədiklərinə
inanırmışlar. Onlar boyunlarından ağırlığı 30 kiloqrama çatan
zəncirlər asar, bədənlərinin müxtəif yerləri yanana kimi kalsium
oksid üzərində uzanırmışlar. Məbəd kahinləri heç bir işlə məşğul
olmaz və zəvvarların ianələri hesabına yaşayarmışlar. Onlar
inanırmışlar ki, ölümdən sonra insanın ruhu dirilir və yenidən
yerə qayıdır. Ruhun hörmətli adam və ya hansısa heyvan cildində
qayıtması isə insanın sağ ikən topladığı müsbət karmaların
çoxluğundan asılıdır.

Neft-qaz sənayesinin inkişafa başladığı dövrdə - 1855-ci ildə
Atəşgah yaxınlığında zavod inşa edilmiş və məbədin təbii alovları
tədricən zəifləməyə başlamış, 6 yanvar 1902-ci ildə isə təbii alov
tamamilə sönmüşdür. XX əsrin əvvəllərində tədqiqatçı M.S.Sayapin
Suraxanıdan 11 km aralıda yerləşən Hövsan sakinindən aldığı
məlumata əsasən yazmışdır ki, XIX əsrin ikinci yarısında məbəd
ətrafında hələ də oda ibadət edən yaşlılar yaşayırmışlar, onların
övladları isə artıq müsəlman idilər. 1925-ci ildə “Azərbaycanın
tədqiqi və öyrənilməsi cəmiyyəti”nin dəvəti ilə Bakıya gəlmiş
pars professor C.C.Modi respublikanın o dövrdəki rəhbəri Səməd
ağa Ağamalıoğlu ilə görüşündə bildirmişdir ki, pars ənənəsində
Azərbaycan hər zaman əbədi alovlar ölkəsi kimi xatırlanır, buna
görə də o bu səfərini Vourukaş dənizi və əbədi alov məbədinə ziyarət
kimi qəbul edir. Alim demişdir ki, pars əlyazmalarında “Xəzər
dənizinin qərb sahilindəki alov məbədləri” haqqında məlumat

180 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

verilir. Modi Xəzər sahilində ayin həyata keçirmiş, bundan sonra
qədim atəşgədə hesab olunan Qız qalasını və o zaman artıq tərk
edilmiş Suraxanı Atəşgahını ziyarət etmişdir.

1975-ci ilədək tərk edilmiş vəziyyətdə qalan məbəd həmin
ildə ətraflı restavrasiya edilmiş və yenidən ziyarət üçün açılmışdır.
Sahəsi 1368 kvadratmetr, olan “Atəşgah” 1972-ci ildən muzey
kimi fəaliyyət göstərsə də, 1975-ci ildə bərpa edildikdən sonra
Dövlət Tarix-Arxitektura Muzey-Qoruğunun (“Şirvanşahlar Sarayı
Kompleksi”) filialına çevrilmişdir.

Əvvəllər olduğu kimi, buraya yenə də hər il yüzlərlə turist
gəlir. Onların arasında müxtəlif dinlərin nümayəndələri olur. Bu
insanların əksəriyyətini Atəşgaha gətirən heç də turist marağı
deyildir. Onlar bu müqəddəs məkana - Od Məbədinə öz ulu əcdadları
kimi həm də ziyarətə gəlir, oda, atəşə, xeyirxah ruhlara dualar
oxuyurlar. Novruz bayramlarında isə bura gələn müsəlmanlar həm
də qurbanlar kəsirlər. Suraxanı Atəşgahı unikal şedevr və milli
maddi sərvət kimi bu gün də qədim din olan zərdüştiliyin ardıcılları
haqqında ən müfəssəl məlumat verən, bütün yer üzündəki iki nadir
atəşgahdan birincisi olaraq qalmaqdadır.

Təsadüfi deyil ki, dünyanın unikal turizm guşələrindən olan
Abşeron yarımadası və bu məkandakı qədim tarixə malik maddi-
mədəniyyət abidələri Azərbaycana gələn hər bir əcnəbi qonaqda
xalqımızın zəngin keçmişi və təkrarsız mədəniyyəti barədə güclü
təəssürat yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin Suraxanıdakı Atəşgah
ərazisinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu

181

elan edilməsi ilə bağlı imzaladığı 19 dekabr 2007-ci il tarixli
Sərəncama uyğun olaraq, Atəşgah məbədi hazırda “Şirvanşahlar
Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinin
filialı kimi fəaliyyət göstərir. Dövlətimizin səyi nəticəsində
Atəşgah məbədinə 30 sentyabr 1998-ci ildən mədəni irs nümunəsi
kimi “gücləndirilmiş mühafizə” statusu verilmiş və o, UNESCO-
nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi- Mədəni İrsin İlkin
siyahısına daxil edilmişdir.

Kiş məbədi

Məlum olduğu kimi, Azərbaycan tarixinin müəyyən dövrü
Xristianlıqla bağlıdır. Yarandığı dövrdən Azərbaycan ərazisində
özünə tərəfdarlar tapmış Xristianlıq İslam dini bu torpaqlarda
yayıldıqdan sonra da varlığını, nüfuzunu qoruyub saxlamışdır.
Bunun bariz nümunəsi hazırda ölkəmizdə Xristianlığa məxsus olan
yüzlərlə tarixi abidənin varlığıdır. Bu abidələr təkcə Azərbaycan
deyil, bütün xristian dünyası üçün böyük tarixi əhəmiyyətə
malikdir. Onlardan biri, daha doğrusu, birincisi Şəki rayonunun Kiş
kəndindəki Kiş (digər adı Yeliseydir) məbədidir. Eramızın birinci
əsrində Müqəddəs Yelisey tərəfindən tikildiyi ehtimal olunan bu
məbəd əsrlər boyu Alban kilsəsi kimi fəaliyyət göstərmişdir.

Əslində, Kiş məbədi Qafqazda, eləcə də bütün xristian
dünyasında ən qədim kilsələrdən sayılan Alban Apostol Kilsəsinin
dini maarif mərkəzi olmuşdur. Görkəmli alban tarixçisi Musa
Kalankatuklu yazır ki, Albaniyada erkən xristian cəmiyyətinin
yaranması apostollar Faddey, Yelisey, Varfolomeyin adları

182 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

ilə bağlıdır: “... bu yer Şərqin bütün kilsələri və şəhərlərinin
başlanğıcıdır və biz şərqlilərə Xristianlığın qəbul edilməsinin
mənbəyidir”.

Qədim mənbələrdə ilk kilsənin Kiş kəndində (Gis) tikilməsi
haqqında məlumatlar vardır. Maraqlıdır ki, məbədin yerləşdiyi
kənd iki min ildən artıqdır ki, “din”, “etiqad”, “pərəstiş” mənalarını
verən “Kiş” adlanır.

Rəvayətə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov
Xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Azərbaycana -
Albaniyaya göndərmişdir. Çola vilayətində missionerlik etdikdən
sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs
Yelisey orada kilsə tikdirmişdir. Tədqiqatçı-memar Gülçöhrə
Məmmədovanın fikrincə, Yelisey həmin yerdə ibadətgah
qurmuş, yaxud bütpərəstlərin ibadətgahı olan tikilini kilsə üçün
uyğunlaşdırmışdır. Bu, yalnız Azərbaycan Albaniyası ərazisində
deyil, ümumiyyətlə, Qafqazda tikilmiş ilk xristian kilsəsidir. Kiş
məbədi “Alban tarixi”əsərində “Şərq kilsələrinin anası” adlandırılır.

Kiş məbədinin memarlıq xüsusiyyətləriAzərbaycanAlbaniyası
memarlığının ilkin xristian mərhələsinə aiddir. Məbədin ən aşağı
qatlarının arxeoloji tədqiqi mübahisələrə səbəb olan onun ilkin
tikinti tarixini təyin etməyə imkan yaratmışdır. Abidə dövrümüzə
yenilənmiş formada gəlib çatmışdır. Onun divarları həm içəridən,
həm də çöl hissədən qismən suvanmışdır. Kilsə özündə ilkin inşaat
və sonrakı bərpa işlərin detallarını qoruyub saxlamışdır.

Ehtimal olunur ki, Kiş məbədi Qafqaz Albaniyasında geniş
yayılanAy məbədinin özülü üzərində qurulmuşdur. Əhəng daşından

183

tikilən bu abidə həm də erkən orta əsrlərdə Qafqazda inşa olunmuş
ilk günbəzli, zal tipli məbəddir. Kəndin Maflar məhəlləsində
yerləşən bu unikal tarixi nümunənin ərazisini əhatə edən divarların
qalıqları bəzi yerlərdə indi də qalmaqdadır. Bu divar qalıqları
məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə
malik olduğunu göstərir. III-V əsrlərdə abidənin yerində kiçik,
təkzallı bazilika tipli kilsə tikilsə də, VI-VII əsrlərdə həmin kilsə
memarlıq formasını dəyişmişdir. Vaxtilə məbədin üzərində onun
müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə Alban
Kilsəsinin arxiadiakonu Serafim tərəfindən yenidən qurulduğunu
bildirən kitabə olmuşdur. XIX əsrin 30-cu illərində Alban Kilsəsi
Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban
məbədləri kimi, bu məbədin də kitabəsi tamamilə pozulmuşdur.
Bundan istifadə edən ermənilər 1864-cü və 1930-cu illərdə məbədi
öz adlarına çıxmaq üçün məqsədyönlü şəkildə “təmir” işəri
aparmışlar. Arxeoloq Nəsib Muxtarovun verdiyi məlumata görə,
təmir zamanı məbədin görünüşü əsaslı şəkildə dəyişdirilmişdir.
Tədqiqatçılar yazır ki, A.S.Xaxanova Qafqaza səfərləri haqqında
məlumat verərkən pravoslav Kiş məbədinə qriqoryan ermənilərin
iddia etdiyini və məbədin gürcü-erməni memarlığında tez-tez
rast gəlinən günbəzinin olduğunu qeyd etmişdir. O bildirir ki, “...
məbədin mehrabı yarımdairə formasındadır və görünür ki, elə
də uzaq olmayan dövrdə erməni mehrabına oxşadılaraq məbədin
quruluşunun qəsdən dəyişdirilməsinə cəhd edilmişdir”.

1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix
İnstitutu tərəfindən aparılan arxeoloji qazıntı məbədin bünövrəsinin

184 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

kasa şəklində olduğunu sübut etmişdir. Maraqlıdır ki, Misirdəki
ehramlar da məhz bu cür bünövrə üzərində inşa olunmuşdur.

Abidənin tarixinin daha dərindən tədqiq olunması və bərpa
işlərinin aparılması məqsədi ilə 2000-ci ilin fevral ayında “Kiş”
layihəsi üzrə işə başlanılmışdır. Dörd mərhələdə həyata keçirilən
layihənin birinci mərhələsi (2000-ci il iyun-2001-ci il) abidənin
memarlıq-arxeoloji cəhətdən öyrənilməsinə həsr olunmuşdur.
Məbədin içərisində və həyətində bir sıra maraqlı arxeoloji tapıntı,
o cümlədən, onun əsrlər boyu mədəni mərkəz olduğunu sübuta
yetirən qəbirlər, keramika qalıqları, qızıl və tunc bəzək əşyaları
aşkarlanmışdır. Məbədin qərb hissəsinin alt tərəfindən tapılmış
qəbir sərdabə diqqəti cəlb edir. Dərinliyi 5 metr, eni 3 metr olan
katakomba tipli sərdabənin içərisində 20-25 nəfər insanın dəfn
edildiyi bildirilir. Bu insanların boyları 2 metr-2,20 metrdir. Qəbrin
örtüyü 3 qatdan ibarətdir. Birinci qat gil, kömür, kül və torpaq,
ikinci qat gil, üçüncü qat isə eynilə birinci qata oxşar qarışıqdan
ibarətdir. Gilli torpaqda oval şəkilli 90x60 sm ölçüsündə olan
torpaq qəbir şərq-qərb istiqamətində olmuşdur. Qəbir məbədin
şərq divarının təməlinin içərisinə daxil olmuşdur ki, buranın da
döşəməsi hamarlanmış və küncləri basılmışdır. Küllü döşəmənin
üzərində iki kiçik öküz başı dəfn olunmuşdur. Onlar qırmızı dulus
bardağın iri qırıqları üzərinə qoyulmuş vəziyyətdə olmuşdur və
onların üzləri şərqə istiqamətləndirilmişdir. Kəllələrin üzərində
və ətrafında müxtəlif tipli dulus qabların qırıqları, buynuz qırığı,
yumru daş, heyvanların digər sümükləri arasında isə sümük
ox aşkar olunmuşdur. Qəbrin dulus avadanlığı iri qabların

185

hissələrindən ibarətdir ki, onlar da Kür-Araz mədəniyyətinə
aid edilir. Məməşəkilli əltutanlar, bardağın yumurtaya bənzər
gövdəsi, daraqşəkilli bəzək və s. Son Eneolit dulusçuluğuna xas
olan cəhətlərdir. Dulus məmulatı yerli xarakterlidir. İki öküz başlı
torpaq qəbir, sözsüz ki, ayin xarakterlidir. Azərbaycanda arxeoloji
tədqiqatlar aparılmış Əliköməktəpəsi və Babadərviş abidələrində
də bu cür ayin xarakterli dəfn adətləri qeydə alınmışdır.

Torpaq qəbir e.ə. IV – III minilliyin qovşağına aiddir. Məbəd
tikilərkən ustaların qəbrin mövcudluğu haqda məlumatları
olmuşdur. Belə hesab edilir ki, bu ərazi köhnə müqəddəs yer hesab
edilmişdir ki, burada da qəbiristan və ya yaşayış yeri ola bilərdi.

2000-2001-ci illərdə Kiş məbədində aparılan arxeoloji
qazıntılara rəhbərlik etmiş memarlıq doktoru Vilayət Kərimov
arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq bu abidənin sadə
təknefli bazilikadan günbəzli memarlığadək 5 tikinti mərhələsini
müəyyənləşdirmişdir. V.Kərimov qeyd etmişdir ki, Kiş məbədinin
memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin
xristian mərhələsinə aiddir.

Arxeoloji tədqiqatlardan sonra belə qərara gəlinmişdir ki,
Şəki bölgəsinin Kiş kəndi ərazisində yerləşən məbəd, həqiqətən
də, Müqəddəs Yelisey tərəfindən tikilmiş, şərq kilsələrinin anası
və mitropoliya olmuş, Kişdə hələ Xristianlıqdan da öncə Qafqaz
Albaniyasında xüsusilə rəğbət bəslənilən Selena ilahəsinə
həsr edilmiş məbəd mövcud olmuş və burada Gis – Kürmük
arxiyekiskopluğu, sonra isə Yelisey, Çuketi və Şəki yekiskoplarının
mərkəzi yerləşmişdir.

186 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Qazıntılar və abidənin bünövrələrinin arxeoloji tədqiqi müasir
kilsənin divarlarının tikilmə tarixini müəyyən etməyə imkan verir,
həmçinin, onların daha qədim, altında bizim eranın birinci əsrinə aid
olan məbədin divar və bünövrələrinin qalıqları yerləşən çoxtəbəqəli
bünövrənin üstündə tikilməsi haqqında ehtimalları təsdiqləyir.
Bünövrə böyük olmayan qaya və çay daşlarından hörülmüşdür.
O, düzbucaqlı planda tikilmiş və divarın qərb hissəsində nəzərə
çarpan ovalşəkilli forma əmələ gətirmişdir. Bünövrənin dərinliyi
110 sm-dir.

Kilsənin ən maraqlı xüsusiyyətlərindən biri ibadət zalının
düzbucaqlı həcminə birləşən yarımsilindrik altar apsidasıdır. Digər
mühüm cəhət isə yan divarların günbəzaltı hissəsində yerləşən
və xaç-günbəz formalı kilsələrin transeptini xatırladan divar
tağları əmələ gətirən üçbucaqlı formaya malik hissələrdir. Bu cür
psevdotransept nəinki Qafqaz Albaniyası memarlığı, eyni zamanda
Qafqaz ölkələri memarlığında unikal haldır.

Layihənin ikinci mərhələsinin icrasına 2001-ci ilin iyun
ayında başlanılmışdır. 2002-ci ilin sonuna qədər davam edən bərpa
layihəsi Azərbaycan Mədəniyyət Nazirliyinin Şəki Bərpa İdarəsi
tərəfindən həyata keçirilmişdir. Restavrasiya nəticəsində məbədin
simasını pozan XIX əsrə aid əlavələr ləğv olunmuş, binanın bütün
parametri üzrə bünövrələr möhkəmləndirilmiş, şimal divarında
və digər üç divarda bəzi sahələrdə üzlük daşları alınmış, yenidən
bərkidilmişdir.

İcrasına 2003-cü ildə başlanılan layihənin dördüncü mərhələsi
isə abidənin muzeyləşdirilməsinə həsr olunmuşdur. Həmin ilin

187

sentyabr ayında bu tarixi abidənin açılışı olmuşdur. Qeyd edək
ki, layihə məşhur norveçli alim və səyyah Tur Heyerdalın dəstəyi
ilə həyata keçirilmişdir. Alimin xatirəsinin əbədiləşdirilməsi üçün
məbədin qarşısında onun büstü də qoyulmuşdur.

Təbii ki, tarixilik baxımından Kiş məbədinin xüsusi
əhəmiyyəti vardır. Lakin məbədi bizim üçün daha da qiymətli
edən onun ölkəmizdə tarixən formalaşmış tolerantlıq mühitinin
əyani nümunəsi olmasıdır. İslam Azərbaycanda yayıldıqdan sonra
bu bölgənin əhalisi sürətli müsəlmanlaşmış, Şəkidə və onun
ətrafında, demək olar ki, xristian əhalinin kompakt halda yaşaması
faktına rast gəlinməmişdir. 1824-cü ildə Şəki əyalətində əhalinin
ilk siyahıyaalınması zamanı Kiş kəndində 1 nəfər də olsun xristian,
o cümlədən xristian din xadimi qeydə alınmamışdır.  Görkəmli
Azərbaycan dramaturqu və pedaqoqu, əslən şəkili olan Rəşid bəy
Əfəndiyev yazır ki, XX əsrin əvvəllərində Kiş kəndində 1 nəfər
də olsun xristian yaşamırdı. Amma o qeyd edir ki, Nuxa (Şəki)
şəhərində məskən salmış Zuğ erməniləri kilsəni “... mənimsəmişlər
və divarının üzünə suvaq vurub üstünə dəmir çəkmişlər. Bu minvalı
zahirisini asarü-ətiqəlik (tarixi abidə) halından çıxarmışlar”. Rəşid
bəy bu kilsənin həvarilərin dövründən qalma olduğunu
vurğulamaqla yanaşı, bildirmişdir ki, “abidənin ətrafında qazıntılar
aparılarsa, gözəl nəticələr verəcəyi şübhəsizdir”. Kiş kəndində bir
nəfər də xristianın yaşamamasına baxmayaraq, Azərbaycan xalqı
bu məbədi tarixinin və keçmiş dini inancının bir hissəsi kimi
qoruyub saxlamışdır. Bu isə xalqımızın ən ali dəyər hesab olunan
tolerant keyfiyyətə sahib olmasının ən bariz sübutlarındandır.

188 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Ümumiyyətlə, qədim alban məbədlərinin qorunması
Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet məsələlərdən
biridir. Son illər bu tarixi-mədəni irsin bütün dünyada tanıdılması
üçün çox işlər görülmüşdür. Qeyd etdiyimiz kimi, ermənilər zaman-
zaman digər alban abidələri kimi, Kiş məbədini də öz adlarına
çıxmağa çalışmışlar və bu istiqamətdə “fəaliyyətlərini” bu gün
də davam etdirirlər. Lakin dövlətimizin beynəlxalq ictimaiyyəti
də cəlb etməklə həyata keçirdiyi tədbirlər nəticəsində ermənilərin
alban tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısı alınmaqdadır.
Aparılan işlərin nəticəsidir ki, artıq dünya ictimaiyyəti alban
məbədlərinin məhz Azərbaycana məxsus olması barədə kifayət
qədər məlumatlıdır.

Kiş alban məbədi Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə dünya
əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. 

Şamaxı Cümə məscidi

Şamaxı şəhərindəki bu ibadət ocağı Azərbaycan ərazisindəki ən
qədim məsciddir. 743-744-ci illərdə inşa edilmişdir. Şamaxı Cümə
məscidi Cənubi Qafqazda Dərbənd Cümə məscidindən (734-cü
ildə inşa edilmişdir) sonra ən qədim məsciddir. Memarlıq elmləri
doktoru, professoru, AMEA-nın həqiqi üzvü Şamil Fətullayev-
Fiqarov qeyd edirdi ki, “Azərbaycan memarlıq tarixində Şamaxı
Cümə məscidinin əhəmiyyəti o qədər böyükdür ki, onun memarlıq,
arxeoloji və elmi-tədqiqat baxımından diqqətlə öyrənilməsi bu
qədim abidənin tarixi haqqında dolğun təsəvvür yaratmağa imkan

189

verir, həmçinin Şirvan-Abşeron memarlıq məktəbinin bir çox
aspektlərini işıqlandırır”.

XIX əsrə qədər Şamaxı Cümə məscidinin tikilmə mərhələləri
haqqında, demək olar ki, heç bir məlumat olmamışdır - Şamaxı
və Dərbəndin tarixini araşdıran tədqiqatçılar bu məscidin adını
çəkməmişlər.

Məscid xəlifə Validin qardaşı, VIII əsrdə Şirvan və Dağıstanı
fəth edərək bu ərazilərdə İslamı yaymış Əbu Müslümün hakimiyyəti
dövründə inşa olunmuşdur. Ehtimal olunur ki, Şamaxı Cümə məscidinin
planlaşdırma strukturunun formalaşması orta əsr Azərbaycanında
(XII-XIII əsrlər) mədəniyyət və incəsənətin çiçəklənməsi dövründə
tamamlanmışdır. Zalların hər biri ayrıca təyinat üzrə istifadə edilmişdir.
Ehtimal etmək olar ki, həmin vaxtdan etibarən yenidənqurma, bərpa
və əsaslı təmir işləri ilə əlaqədar memarlıq-quruculuq üsulları istisna
olunmaqla, Cümə məscidinin planlaşdırılma sistemində əhəmiyyətli
dəyişikliklər baş verməmişdir. Şamil Fətullayev-Fiqarovun sözlərinə
görə, 1918-ci ildə məscidin ermənilər tərəfindən yandırılarkən bina
üzərindəki qədim yazılı kitabə daşları məhv olduğundan, tikilinin
tarixinin müəyyənləşdirilməsi böyük çətinliklər yaradır.

1902-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra şəhərə ezam
olunan xüsusi komissiyanın üzvü olmuş geoloq Şalkuli Cümə
məscidinin müsəlman tarixi ilə 123-cı ildə miladi təqvimlə 743-cü
inşa olunduğunu müəyyənləşdirmişdir.

Səlcuqluların dövründə yaşamış tarixçi İmadəddin İsfahaninin
məlumatına görə, Şirvanşahlar 1123-cü ildən başlayaraq, gürcülərin
talançı basqınlarından müdafiə olunmaq üçün yardım məqsədilə

190 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

səlcuqlu Sultan Mahmuda (1118-1131) müraciət etmişlər. Tarixçi
yazır ki, o vaxt gürcülər Şamaxı şəhərinə hücum edərək məscidi
dağıtmışlar, minarəni uçurmuşlar və şəhərdə quldurluq etmişlər.

Məsciddə ilk rekonstruksiya işləri XII əsrin sonunda, ikincisi isə
XVII əsrdə - Səfəvilərin dövründə aparılmışdır. Növbəti yenidənqurma
işlərinə 1859-cu il zəlzələsi vaxtı məscidə toxunan böyük zədələrdən
sonra başlanılmış və 1860-cı ildə quberniya memarı Qasım bəy
Hacıbababəyov tərəfindən həyata keçirilmişdir. Bu rekonstruksiya
rus rəssamı Qriqori Qaqarinin eskizləri əsasında həyata keçirilmişdir.

1902-ci ildə yenidən baş vermiş güclü zəlzələ nəticəsində
şəhərin, demək olar ki, bütün yaşayış, dini və mülki tikililəri tamamilə
dağılmış, o cümlədən Cümə məscidinə böyük ziyan dəymişdi.
Həmin il “Kaspi” qəzetinin 215-ci sayında çap edilmiş “Şamaxı”
adlı məqalədə qeyd edilirdi ki, “Məscidin hətta dağıntıları da özünə
hörmət hissi oyadırdı. Ayrılmış divarlar başqa tikililərdə olduğu kimi
parçalanmamışdır, onlar yıxılaraq bütöv bir daş kimi dururlar”. 1903-
cü ilin oktyabr ayında məscidin bərpası üçün ianə toplamaq üzrə
Komitə təşkil olunmuşdu.

Komitə Cümə məscidinin yeni binası üçün layihə hazırlamağı
Şamaxıda doğulmuş mühəndis Zivər bəy Əhmədbəyova tapşırmışdı.
Zivər bəy inşaat işlərinə başlayır, kürsülük daşı qoyulur, mərkəzi
mehrabın arxa divarı qismən tikilir və yan divarların inşası davam
edərkən memar ilə Komitə arasında baş vermiş narazılıq tikintinin
dayandırılması və Əhmədbəyovun işi tərk etməsi ilə nəticələnir.
Daha sonra məscidin layihələndirilməsi İosif Ploşkoya tapşılrılır.
Ploşko Zivər bəy Əhmədbəyovun plan quruluşunu saxlayaraq

191

memarlıq həlli üçün öz variantını təklif edir. İşə başlamazdan əvvəl
o, Bakı və Şamaxıdakı tikililər, xüsusilə də Şirvanşahlar saray
kompleksi və Bakı qalasının minarələri ilə yaxından tanış olur.
Nəhayət, 1909-cu ildə məscidin inşası üçün tamamladığı layihəni
Komitəyə təqdim edir.

Böyük maliyyə vəsaitinin olmaması ucbatından məscidin
tikintisi ləng gedirdi, lakin minarələr və mərkəzi günbəzdən
başqa qurğunun ümumi həcmi tamamlanmışdı. Günbəzlərin
konstruksiyası – metal karkas Varşavada sifariş olunmuşdu və
çox gözəl hazırlandığından, məscidin daxili məkanının yaraşığı
hesab edilir. Lakin həmin dövrdə məscidin inşasını tamamlamaq
mümkün olmamışdı. 1918-ci ildə Stepan Lalayevin rəhbərliyi
ilə Şamaxıda “Daşnaksütyun” partiyasının nümayəndələri dinc
müsəlman əhaliyə qarşı qırğına başlamış və bu hadisələr zamanı
törədilmiş yanğında tikintisi hələ tamamlanmamış məscid ciddi
zədələnmişdi. Yanğın zamanı 1800 dinc sakin, o cümlədən qadınlar,
uşaqlar və yaşlılar məsciddə həbs edilərək daşnaklar tərəfindən
yandırılmışdı. Həmçinin, çoxsaylı nadir əlyazmalar və kitablar da
məhv edilmişdi. Ermənilər tərəfindən törədilmiş bu vandalizmin
izlərini bu gün də məscidin bəzi divarlarında görmək mümkündür.

Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə
edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdir.
Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli-mənəvi
dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu
Öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu
tarixi abidə təmir olunmuşdur.

192 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
“Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı
Cümə məscidində əsaslı bərpa və yenidənqurma işləri aparılmış
və dövlətimizin başçısı görülən işləri daim diqqətdə saxlamışdır.
Prezident İlham Əliyevin 24 dekabr 2009-cu ildə imzaladığı
müvafiq Sərəncama əsasən, Cümə məscidi Dövlət tarix-memarlıq
abidəsinin bərpası üçün Prezidentin ehtiyat fondundan 4 milyon
manat vəsait ayrılmışdır. Beləliklə, dövlətimizin başçısı milli-
mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin
bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun
təşəbbüsünə dəstək olmuş, Azərbaycan-Şərq memarlığının incisi
olan bu abidəyə ikinci həyat bəxş etmiş, xalqımızın əsrlərlə
formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək
nəsillərə ötürülməsinə töhfə vermişdir.

Bərpa zamanı İosif Ploşkonun 1909-cu ildə işlədiyi
restavrasiya layihəsi əsas götürülmüşdür. 1918-ci ildə törədilmiş
yanğından sonra məscidin qorunmuş bütün hissələri saxlanılmış və
orqanik şəkildə kompleksə əlavə edilmişdir. Yenidənqurma işləri
aparılarkən ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin
görkəminə qaytarılmasına xüsusi diqqət yetirilmişdir. Ötən əsrin
70-80-ci illərində burada təmir işləri yerinə yetirilərkən aparılan
qazıntı işləri zamanı məscidin həyətində aşkarlanan mədrəsə,
hücrə və qəbirlər olduğu kimi saxlanılmışdır.

Bərpa və yenidənqurma işləri zamanı məscidin əvvəlki

193

görkəmi və Şirvan memarlıq məktəbinin ənənələri maksimum
diqqətdə saxlanılmışdır. Şamaxı seysmik zonada yerləşdiyindən
məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə əsaslı şəkildə
möhkəmləndirilmişdir. Minarələrinin hündürlüyü 36,4 metr olan
məscidin giriş, orta böyük, həmçinin sağ və sol günbəzləri nəfis
şəkildə bərpa olunmuşdur. Günbəzlər qədim memarlıq üslubunda
ornamentlərlə bəzədilmişdir.

Məscidin dəhlizi təkrarolunmaz tərtibatı ilə diqqəti çəkir. Orta
salon milli memarlıq üslubunda yenidən qurulmuşdur. Burada
eyni vaxtda 1500 nəfər ibadət edə bilər. Nəfis işlənmiş şəbəkələr
və digər naxışlar insanı xoş ovqata və milli mənəvi dəyərlərə
kökləyir. Böyük günbəz yenidənqurmadan sonra xüsusi görkəm
almışdır. Sağ və sol günbəzlər də bənzərsiz tərtibatı ilə diqqəti
çəkir. Minbərlər də yüksək keyfiyyətlə və ənənəvi üsluba uyğun
bərpa olunmuşdur.

Məscidin həyətində əsaslı abadlıq işi görülmüş, iki hovuz
inşa edilmiş, 6 qalereya yaradılmışdır. İkimərtəbəli inzibati
binanın sahəsi 804 kvadratmetrdir. Məsciddə konfrans salonu və
digər yardımçı otaqlar yaradılmışdır. 520 kvadratmetrlik məişət
binasında 250 nəfərlik mərasim salonu və müasir avadanlıqla
təchiz edilən mətbəx yerləşir. Burada yaradılmış zəngin kitabxana
dindarların istifadəsinə verilmişdir. Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli
tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmış Şamaxı Cümə
məscidi müstəqilliyin verdiyi imkanlardan maksimum bəhrələnən
xalqımızın və Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə,

194 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

dini etiqad və vicdan azadlığına həssas münasibətinin bariz
nümunəsidir.

17 may 2013-cü ildə əsaslı bərpadan sonra Şamaxı Cümə
məscidinin açılışı baş tutmuşdur. Açılış mərasimində Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev, bütün Qafqazın müftisi,
müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və Azərbaycandakı
digər dinlərin nümayəndələri iştirak etmişlər.

Qırmızı qəsəbə – Qafqazın Yerusəlimi

Yəhudilərin Azərbaycan torpaqlarında məskunlaşması ilə
haqqında mülahizələr fərqlidir. Ancaq onların bu əraziyə köçmə
tarixinin ən azı 2600 il əvvələ gedib çıxdığını hər kəs qəbul edir.
Araşdırmaçılar bildirirlər ki, yəhudilər Azərbaycana indiki İran
ərazisindən keçməklə gəlmiş, Dərbəndə qədər getmiş, ölkəmizin
əsasən şimal və şimal-qərb hissəsində məskunlaşmışlar. Onlar
Dərbənd və onun ətrafında, eləcə də Quba, Qusar, Şamaxı,
İsmayıllı, Şəki və Oğuzda kompakt şəkildə yaşamışlar.

Bu gün Azərbaycanın müxtəlif şəhər və rayonlarında, o
cümlədən Bakı, Sumqayıt və Gəncədə, eləcə də Cəlilabad, Quba
və Oğuzda onlarla yəhudi ailəsinə rast gəlmək mümkündür. Ancaq
Quba rayonudakı Qırmızı qəsəbə bu mənada xüsusilə fərqlənir.
Belə ki, bu qəsəbə İsraildən sonra yəhudilərin kompakt halda
yaşadığı ən böyük tarixi yaşayış məntəqəsidir. Elə buna görə də
Qırmızı qəsəbə bütün dünyada həm də “Qafqazın Yerusəlimi”
adlandırılır.

Yəhudilərin burada məskunlaşmasının tarixinə gəlincə,

195

Nadir şah Əfşarın Şimali Azərbaycan ərazilərinə yürüşləri
(1741-1744) ərəfəsində yəhudilər artıq Şimali Azərbaycanın Hil
(Qusar), Çıraqqala, Kürdəvan, Şamaxı və bir çox digər yaşayış
məntəqələrində yaşasalar da, yürüşlər zamanı onlar sığınacaq
məqsədilə dağlıq yerlərə çəkilmişdilər. Nadir şahın vəfatından
(1747), yəni bu ərazilərdə hakimiyyət Quba xanı Hüseynəli xana
(1747-1758) keçdikdən sonra, o, yəhudilərə Qudyalçayın Quba
şəhəri ilə üzbəüz sahilində məskunlaşmağa razılıq vermiş və orada
geniş yəhudi qəsəbəsi salınmışdır. Hüseynəli xanın oğlu Fətəli
xanın (1758-1789) dövründə qəsəbə daha da genişləndirilmiş,
Sovet hakimiyyəti illərində isə (1926-cı ildən) bura “Qırmızı
qəsəbə” adlandırılmışdır. Əvvəlcə burada yaxın kəndlərdən olan
yəhudilər məskunlaşmışlar, sonralar Dağıstandan və Gilandan
köçən yəhudilər də onlara qoşularaq – “Gərcəi” və “Giləki” adlı
məhəllələr salmışlar.

XVIII əsrdə “Giləki”lərin Şərqi Qafqaza köçürülməsi İran
yəhudilərinin Şimali Azərbaycana və Dağıstana miqrasiyasının
üçüncü dalğası olmuşdur. “Giləki”, yəni “Gilandan köçənlər” adını
da onlara elə Dağ yəhudiləri vermişlər. Bu ad sonralar qəsəbədə
məhəllənin adına çevrilmişdir.

Hazırda qəsəbədə 4 minə yaxın yəhudi və az sayda
azərbaycanlılar yaşayır. Amma onlarla yəhudilər arasında
indiyədək dini zəmində heç bir insident olmamışdır, əksinə, bir-
birinə daim mehriban qonşu, dost, qardaş münasibəti göstərmişlər.

Hazırda qəsəbədə 3 sinaqoq və bir yəhudi dini məktəbi
vardır. Sinaqoqlardan biri əvvəllər Qusardan gələn dağ yəhudiləri

196 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

tərəfindən tikildiyindən Qusar sinaqoqu adlanırdı. Hazırda
isə “Ümumdünya Dağ Yəhudiləri Tarix Etnoqrafiya Muzeyi”
adlandırılır və muzey kimi fəaliyyət göstərir.

Fəaliyyətdə olan Altı günbəzli sinaqoq 1888-ci ildə memar
Gilen ben Xaim tərəfindən inşa edilmişdir. Altı günbəz (sinaqoq
həm də 6 guşəlidir) qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin
Qələduz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6
gün ərzində buraya köçüb gəlmələrinin rəmzidir.

Məbədin 14 əsas pəncərəsi vardır. Böyük ibadət zalı olan
sinaqoq Şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir.
İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O,
hündürlüyünə görə Avropada təkrarı olmayan və Yerusəlimə baxan
qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda
yerləşən dolabda saxlanılır. Pəncərələri altıguşəli ulduz şəklində
palıd ağacından hazırlanmışdır. Sinaqoqun bərpasına 1995-ci
ildə başlanmış və 2000-ci ilin oktyabr ayında başa çatdırılmışdır.
Hazırda dindarların istifadəsində olan məbədin zirzəmisində dini
mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı və mətbəx
vardır.

Qəsəbədəki “Giləki” adlı sinaqoq Cənubi Azərbaycanın Gilan
vilayətindən gəlmiş mühacirlər tərəfindən inşa edilmişdir. Bu
məbədin də memarı Gilen ben Xaimdir. Onun adı sinaqoqun kərpic
fasadında həkk olunmuşdur. Özül daşının üzərindəki yazıdan
məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş
qapısının üzərindəki başqa bir lövhədə isə fərqli tarix - 1857-ci il
yazılmışdır. Ola bilər ki, həmin lövhə gilanlı yəhudi mühacirlərin

197

daha əski məbədindən gətirilmiş və bu sinaqoqun giriş qapısı
üzərinə vurulmuşdur.

Dördsütunlu dam üzərində ucalan ensiz, altıguşəli günbəz
“Giləki” məbədinə xüsusi gözəllik verir. Sinaqoqun binasında
İsrail qolunun sayına uyğun olaraq 12 pəncərə vardır. Tarixi
qaynaqlardan məlum olur ki, əvvəllər sinaqoqun yanında bulaq
olmuşdur.

Ehtimala görə, Qubada XIX əsrin birinci yarısında tikilmiş
məscid Gilan məbədi üçün prototip olmuşdur, çünki altıguşəli
günbəz bir vaxtlar şüşədən idi və dua otağını işıqlandırırdı. Anoloji
dam örtüyü isə Quba məscidində də mövcuddur. Keçmişdə Giləki
sinaqoqunda dağ yəhudilərinin digər məbədlərindəki kimi, qadınlar
üçün ayrıca otaqlar yox idi. Qadınlar yalnız bayram vaxtı buraya
gəlir və sinaqoqun həyətində otururdular. Hazırda isə qadınlar
bayram vaxtı məbədə buraxılırlar.

198 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

MƏNƏVİ DƏYƏRLƏRƏ TƏHDİDLƏR

Mənəvi dəyərlərimizə ultradindarlıq istiqamətindən yönəlmiş
təhdidlər haqqında danışmazdan əvvəl, ilk növbədə, dindarlığın
tərifi verilməlidir ki, bu da kifayət qədər çətin və çoxşaxəli
yanaşmalara yol açan prosesdir. Lakin əksər alimlərin ümumiləşdirə
biləcəyimiz rəyinə əsasən, dindarlıq – dinə cəlb olunma və dini
ehkamlara əməl etməkdir.

Bəzi mütəxəssilərin fikrinə görə, dindarlıq – dini şüur, dini
davranış və dini münasibətləri özündə ehtiva edən qrup və ya fərdin
sosial keyfiyyətidir. Digərləri isə dindarlığı sosial vəziyyət və yeni
dini hərəkatların yaranması nöqteyi-nəzərindən dəyərlənmdirirlər.

Başqa bir qrup mütəxəssis dindarlıq fenomenini dünyagörüşü
və dindarlıq şüuru ilə əlaqəli olan, vicdan azadlığı və dəyişən
cəmiyyətin təsiri ilə formalaşan anlayış kimi səciyyələndirir.

Dindarlığın ölçülməsi zamanı ciddi problemlər yaşanır.
Məsələn, insanların məbədlərə hansı aralıqla (mütəmadi və ya ara-
sıra) baş çəkmələri göstəricisi çox vaxt fərqli alınır. Buna səbəb isə
istifadə olunan metodologiyadır.

Yuxarıda artıq mövzu ilə bağlı bəzi məqamlara nəzər salındı.
Eyni zamanda, istər dinimiz, istərsə də mədəniyyətimiz haqqında
məlumat verildi. Əlbəttə ki, hər nəslin üzərinə düşən vəzifə ona
miras qalan din və mədəniyyəti təhrif olunmadan gələcək nəsillərə
ötürməkdir. Bunun üçün isə İslamın da təbliğ etdiyi “orta yol”
tutulmalıdır. Təəssüf ki, bu gün də Azərbaycan cəmiyyətində

199

dinimizi ifratlara və təfritlərə çəkməyə cəhd edən qüvvələr
mövcuddur. Bu qüvvələr olub, var və olacaq. Məsələn, tarix boyu
peyğəmbərlər və övliyalar barəsində ifrata varanların olduğu
inkarolunmazdır.

Əslində, İslamda ultra münasibətlərə yer yoxdur, çünki Allah
Özü bunu bəyənmir. Amma hələ İslamın ilk çağlarından bu dinin
müxtəlif sahələrində həm ifrata, həm də təfritə yol verilmişdir. Bu
gün bütün dünyanı dəhşətə gətirən İŞİD, “Taliban”, “Əl-Qaidə”
terror təşkilatlarının təməli, əslində, hələ İmam Əlinin xilafətə
rəhbərlik etdiyi dönəmdə qoyulmuş, xaricilər cərəyanı meydana
gəlmişdir. Əsrlər boyu bu cərəyanın tərəfdarları qətllər törətmiş,
günahsız insanların qanını tökmüşlər. Onlar yollarını azan,
dindarlıqda ifrata varan insanlardır.

Amma ifrata istənilən İslam cərəyanında rast gəlmək
mümkündür. Azərbaycan əhalisinin böyük əksəriyyətinin şiə
olduğunu nəzərə alaraq, məhz şiə məzhəbinə xas olan bəzi ifratları
sadalamaq yerinə düşərdi. Bu ifratlar xüsusən də Hicri təqvimi
ilə Məhərrəm və Səfər aylarına, başqa dillə desək, Məhərrəmliyə
təsadüf edir. Bu zaman təşkil olunan əzadarlıq məclislərində baş
yarmaq, zəncir vurmaq ənənəsi mövcuddur. Onu da vurğulamaq
lazımdır ki, son illər Azərbaycanda bu kimi hallarla ideoloji
mübarizə aparılması, maarifləndirmənin arealının və təsir gücünün
artırılması ümumi mənzərəni müsbətə doğru xeyli dəyişmişdir.

Əlbəttə ki, “ifrat dindarlıq” şüarı altında ənənələrimizi, tarixi
irsimizi də baltalamaq olmaz. Çünki hər şey öz qədərində gözəl
olur.

200 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Azərbaycan demokratik və dünyəvi bir dövlətdir. Müstəqillik
qazandıqdan sonra ölkəmiz böyük inkişaf yolu keçib və bir çox
beynəlxalq təşkilatlara aparıcı rola malikdir. Bir sözlə, Azərbaycan
müasirliyin bir təcəssümüdür.

Müasir dövrün özəlliklərindən biri isə qloballaşmadır. Artıq
“uzaq məsafə” və “əlçatmaz diyar” anlayışları arxaizmə çevrilmişdir.
Dünyamız çox “kiçilmiş”, ölkələr arasındakı sərhədlər yayılmış,
xalqlar bir-birinə daha yaxınlaşmışlar. İndi bağdadlını Avstraliya
aborigeninin görüntüsü ilə, avropalını isə Şərq geyimləri və
təamları ilə təəccübləndirmək mümkün deyil. Necə deyərlər, dünya
çox sıxlaşmış, kiçilmişdir. Və təəssüf ki, hadisələrin belə gedişatı
bəzən, xüsusən də gənclər arasında səhv nəticələrə gətirib çıxarır.
Artıq milli-mənəvi dəyərlərimiz unudulur, hətta onlara ağız büzən
və adətlərimizi dünənin qalığı kimi qiymətləndirənlər də tapılır. Bu
tendensiya özünü, demək olar ki, həyatımızın bütün sahələrində
büruzə verir. Məsələn, yeni doğulmuş uşaqlara verilən adlara nəzər
salaq. Azərbaycan vətəndaşları dünyaya göz açan körpələrinə nə
tarixi, nə mədəni, nə də digər cəhətdən bizə doğmalıq bağları
olmayan Aylin, Nilay, Jasmin kimi adlar verirlər. Bu, hələ Ədliyyə
Nazirliyinin rəsmi açıqlamasına əsasən yeni doğulan uşaqlara ən
çox verilən adların sırasında yer alanlardır. Digərlərini sadalamaq
istəsək, siyahı çox böyük olar.

Yaxud başqa bir nümunə. Azərbaycan musiqisi və ifaçılıq
sənəti qədim köklərə malikdir. Neçə-neçə musiqi alətimiz
UNESCO tərəfindən bəşəriyyətin mədəni irsi kimi qeydə
alınmışdır. Amma təəssüf ki, ultramüasirlik xəstəliyinə tutulan


Click to View FlipBook Version