The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-13 02:00:14

Mənəvi dəyərlərin təbliği-SALEH

Mənəvi dəyərlərin təbliği-SALEH

51

bir sıra məhəllə kilsələri (prixodlar) və çasovnyalar (sovmələr)
da açılmışdır. Şamaxı şəhərində də Rusiya imperiya ordusunun
hərbi dairə komandanlığı yaradılandan sonra - 1820-ci ildə ilk rus-
pravoslav prixod kilsəsi fəaliyyətə başlamışdır. 1843-cü ildə isə
Şamaxı şəhər kilsəsi tikilmişdir. Bundan başqa, Bakı quberniyasının
Quba qəza mərkəzində və bu qəzanın ruslar yaşayan kəndlərində,
Cavad qəzasının on kəndində, Lənkəran şəhərində, həmçinin,
Göyçay qəzasının yeddi kəndində rus-pravoslav kilsələri fəaliyyət
göstərmişdir. XX əsrin əvvəllərində isə Bakı quberniyasında iki
minə yaxın şagirdi olan kilsə-prixod dini məktəbləri açılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dönəmində də vətəndaşların
bütün hüquqları, o cümlədən dini azadlıqları təmin edilmişdir.
Parlamentdə bütün dinlərdən olan deputatlar bərabərhüquqlu
nümayəndə səlahiyyətinə malik olmuşlar.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bütün
dini qurumlar kimi, rus-pravoslav kilsələrinin də sayı kəskin
azalmış, dini təsisatların qeydiyyatı ləğv edilmiş, ibadət evləri və
kilsələr bağlanmışdır. Ateizmin tüğyan etdiyi dönəmdə, xüsusilə
XX əsrin 20-30-cu illərində inzibati zorakılıq nəticəsində bir çox
kilsə binası dağıdılmış, minlərlə xristian ruhani və sıravi dindarlar
repressiyaya məruz qalmışdılar.

Tarixi mənbələrdə göstərilir ki, 1943-cü ildə Sovet dövləti
dinə müəyyən sərbəstlik verdikdən sonra Bakıda “Rojdestvo
Boqoroditsa” adlı rus-pravoslav kilsəsi və digər məhəllə kilsələri
açılmışdır. Həmin kilsələr Moskva və Ümumrusiya Patriarxlığının
Stavropol və Bakı yeparxiyasının tərkibinə daxil idi və bu təşkilat

52 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

tərəfindən idarə olunurdu.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Bakıdakı “Jen

Mironosets” kilsəsinin binası Rus Pravoslav Kilsəsinin tabeliyinə
verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan
bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə
statusu vermişdir. Açılış mərasimində Ulu Öndər Heydər Əliyev,
hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların
başçıları iştirak etmişlər. Qeyd etmək lazımdır ki, Allah evinin
bərpasını Moskvada yaşayan azərbaycanlı iş adamı, müsəlman
Aydın Qurbanov öz üzərinə götürmüşdür. Onun vəsaiti hesabına baş
kafedral kilsə qısa zamanda bərpa edilərək dindarların ixtiyarına
verilmişdir. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər
pravoslav məbədi – “Müqəddəs Məryəmin Miladı” baş kilsəsi
bərpa olunmuşdur.

Katolik konfessiyası

Pravoslavlıqla müqayisədə, Azərbaycanda katolikliyin tarixi
daha qədimdir. Burada katolisizm orta əsrlərdən yayılmağa
başlamışdır. Xüsusilə XIV əsrin əvvəllərindən missionerlərin
fəaliyyəti nəticəsində Xristianlığın bu qolu bölgədə inkişaf etmiş
və XVII-XVIII əsrlərdə Vatikan tərəfindən regiona missionerlər
göndərilmişdir. Bu dövrdə Azərbaycanın ən iri şəhərlərində katolik
monastırlar, missiya və məktəbləri fəaliyyət göstərmişdir. Ancaq
ölkəmizdə katolik icmalarının inkişaf dövrü XVII əsrə təsadüf
edir. Çünki bu dövrdə Bakıda, Şamaxıda, Gəncədə, Təbrizdə,
Naxçıvanda və başqa şəhərlərdə katolik kilsəsinə məxsus

53

karmelitlər (XII əsrdə yaranmış katolik-rahib ordeni), dominikanlar
(XIII əsrdə yaranmış katolik-rahib ordeni), avqustinlər (XIII əsrdə
yaranmış katolik-rahib ordeni), kapusinlər (XVI əsrdə yaranmış
katolik-rahib ordeni) və yezuitlər (XVI əsrdə yaranmış katolik-
rahib ordeni) ordeninin mənsubları məskunlaşaraq monastırlar,
kilsələr və tədris ocaqları yaratmışdılar. Katolik-rahiblərin əsas
fəaliyyəti dini təbliğat və tibb sahəsində xidmət göstərmək idi.

1828-ci ildə Azərbaycanın Rusiya imperiyası tərəfindən
işğalından sonra əvvəlki dövrün bütün katolik icmaları öz
fəaliyyətlərini dayandırsalar da, XIX əsrin ikinci yarısından XX
əsrin əvvəllərinə qədər olan müddət icmanın həyatında əhəmiyyətli
mərhələ kimi səciyyələndirilir. Çünki bu dövrdə Azərbaycanda
katolik Xristianlığına və digər qərb kilsələrinə mənsub əcnəbilərin
artımı baş vermişdir. Bunun əsas səbəbi isə ölkədə yaşanan “neft
bumu”, Polşa üsyanı iştirakçılarının və Rusiya imperiyasının
bütün bölgələrindən katoliklərin Qafqaza sürgün olunmasıdır.
Bakıda ilk katolik prixodu XIX əsrin 50-ci illərində elə rus ordusu
tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi nəticəsində
yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) katolik hərbi
prixoduna tabe idi.

XIX əsrin 80-ci illərində Bakıda katoliklərin sayı min nəfərdən
artıq olmuşdur. Bakı prixodu elə bu dövrdə müstəqilləşmişdir.
Sonralar isə Müqəddəs Məryəmin şərəfinə kilsə (1895-ci ildə)
tikilməyə başlanmış və onun fəaliyyəti 1900-cu ildə çar fərmanı
ilə təsdiqlənmişdir. Bundan başqa, 1903-cü ildə Bakıda Müqəddəs
Xaç kilsəsi inşa olunmuşdur. Müqəddəs Məryəmin Bakirə

54 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Hamiləliyi kilsəsi sovetlər dönəmində dağıdılmış, keşişi Stefan
Demiurov isə güllələnmişdir. İnzibati təzyiqlərin güclü olduğu
bu dönəmdə katolik icması fəaliyyətini, demək olar ki, tamamilə
dayandırmışdır. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən
sonra katolik icması yenidən formalaşmaq imkanı və hüququ əldə
etmişdir.

1999-cu ildə Azərbaycanda katolik icması qeydiyyatdan
keçmişdir. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu
icmaya xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. 2002-ci ilin
may ayında Roma Papası II İohann Pavel Bakıda səfərdə olmuş və
dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri ilə görüşmüşdür.

2003-cü ilin aprel ayında Rum patriarxı II Varfolomey
Azərbaycanda rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri,
müsəlman, xristian, yəhudi dini icmalarının rəhbərləri ilə görüşlər
keçirmiş, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
tərəfindən qəbul olunmuşdur.

2008-ci il mаrtın 7-də isə Bаkıdа “Müqəddəs Məryəm” katolik
kilsəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan
katolik kilsəsinin rəhbəri Yan Çapla ölkədə mövcud olan dini
tolerantlığa görə ölkəmizin rəhbərliyinə minnətdarlığını bildirmiş,
Prezident İlham Əliyev isə kilsənin açılışını çox əlamətdar və
unudulmaz gün adlandırmışdır. O, XIX əsrin sonu-XX əsrin
əvvəllərində Bakıda möhtəşəm katolik kilsənin tikildiyini, amma
SSRİ dövründə dağıdıldığını da xatırlatmışdır: “Kilsəsinin açılışı
həm Azərbaycan katolikləri üçün bayramdır, həm də tarixi ənənənin
bərpasıdır”. Prezident kilsənin açılışını Azərbaycanın gələcəyi və

55

Avropa ilə yüksək səviyyəli münasibətlərin davamı baxımından
da gözəl hadisə adlandırmışdır. Vatikanın dövlət katibi, kardinal
Tarçizio Bertoni Roma Papası 16-cı Benediktin adından Prezident
İlham Əliyevə minnətdarlıq edərək bildirmişdir ki, Azərbaycan,
həqiqətən də, tolerant ölkə olduğunu sübuta yetirmişdir. Qafqaz
Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə
də Azərbaycanda bütün dinlərə hörmət edildiyini, ölkədə hökm
sürən tolerantlıqdan fəxr duyduğunu söyləmişdir. Bakı Pravoslav
Kilsəsinin yepiskopu Aleksandr da Azərbaycan rəhbərliyinin
ölkədə bütün dinlərin sərbəst fəaliyyəti üçün hər cür şərait
yaratdığını vurğulamışdır. Azərbaycanda yaşayan 3 yəhudi icması
adından danışan dağ yəhudiləri icmasının rəhbəri Semeon İxiilov
isə Azərbaycanda heç vaxt antisemitizmin olmadığını demişdir.

Protestantlıq cərəyanı

Xristian dünyasında mənsublarının sayına görə katoliklikdən
sonra protestantlıq gəlir. Azərbaycanda isə mənsublarının sayına
görə birinci yerdə pravoslavlıq, ikinci yerdə protestantlıq, üçüncü
yerdə isə katoliklik dayanır. Ölkəmizdə pravoslavlıq kimi,
protestantlığın da yayılma tarixi təxminən XIX əsrin əvvəllərinə
təsadüf edir.

Məlum olduğu kimi, protestantlıq müəyyən qollara ayrılır və
lüteranlıq onların öndə gələnlərindəndir. Bu, həm də Azərbaycanda
ilk yayılan protestant təriqətidir. Belə ki, ölkəmizdə lüteranlıq
XIX əsrin I yarısında almanların və polyakların Cənubi Qafqaza
köçürülməsindən sonra yayılmağa başlamışdır. Əsasən Göy-

56 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

göl (Elenendorf) və Şəmkir (Anenfeld) rayonları ərazilərində
məskunlaşan almanlar burada yaşayış məntəqələri, icma və
məhəllələrini (koloniyalarını) yaratmış, mənsub olduqları dini,
milli adət-ənənələri qoruyub saxlamışlar. Bəzi mənbələrdə bildirilir
ki, 1819-cu ilin əvvəlində Azərbaycanda yaşayan almanların sayı
209 nəfər olmuşdur.

1832-ci ildə pastor Breytsn-Baxın rəhbərliyi ilə Elenendorfda
sitayiş evi tikilmiş və 1840-cı ilə qədər fəaliyyət göstərmişdir. 4
aprel 1854-cü ildə Elenendorfda qot üslubunda Müqəddəs İohann
lüteran kilsəsinin təməli qoyulmuş, 1868-ci ildə isə Gədəbəydə
“Simens və K” şirkətinin maliyyə dəstəyi ilə lüteran kilsəsi inşa
edilmişdir.

Yevangelist-lüteran kilsəsi ardıcıllarının Azərbaycana axınının
ikinci dalğası XIX əsrin II yarısına - neft yataqlarının istismar
olunmağa başladığı dövrə təsadüf edir. 1864-cü ildə Moskvadan
Exiler qardaşları, Debur, Otto Lend və başqaları Bakıya gəlmiş,
1870-ci ildə burada Yevangelist-lüteran icmasını yaratmışlar.

Tədqiqatçılar bildirirlər ki, XIX əsrin 70-ci illərində Bakı
quberniyasında lüteranlığa mənsub üç mindən çox alman və digər
millətlərin nümayəndələri yaşamışdır. Bunu nəzərə alaraq, 1877-
ci ildə şəhərin qubernatoru general-mayor Pozen lüteranlar üçün
kirxa (lüteran kilsəsi) və ibtidai məktəb açılması ilə əlaqədar kilsə
şurası üzvlərinin və sədrinin seçilməsinə razılıq vermiş, 1885-
ci ilin noyabrında isə Bakı şəhər Dumasının qərarı ilə icmaya
“Telefonnaya” küçəsində (indiki 28 May küçəsi) ərazi ayrılmışdır.
Növbəti il bu ərazidə tikilmiş məktəb binasından ibadət evi kimi

57

istifadə edilsə də, lüteranların sayı çoxaldığından, ayrıca kilsənin
tikilməsinə ehtiyac yaranmışdır. 1896-cı il mart ayının 21-də
məbədin rəsmi təməlqoyma mərasimi keçirilmiş, tədbirdə Bakının
ovaxtkı qubernatoru Lileyev və məşhur Emmanuel Nobel də iştirak
etmişlər. İcma üzvlərinin ianələri, “Nobel qardaşları” şirkətinin
maddi köməkliyi ilə inşa olunan kilsəyə (kirxa) “Xilaskar” adı
verilmişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra dini
icmalara qarşı aparılan təqiblər və göstərilən təzyiqlər nəticəsində
yevangelist-lüteranların icması 1937-ci ildə ləğv edilmiş, icmanın
pastoru Paul Qamberq, şura üzvləri və icmanın aktivləri həbs
edilərək güllələnmişlər.

Sovet İttifaqının süqutundan sonra Qərb dövlətlərindən çoxlu
sayda protestant missioner bölgə dövlətlərində, o cümlədən
Azərbaycanda fəaliyyət göstərmək üçün buraya gəlmişlər.

Hazırda protestantlıq əvvəlki dövrlərlə müqayisədə, daha
geniş yayılmışdır.

YƏHUDİLİK

Yəhudi xalqının etiqad bəslədiyi Yəhudilik e.ə. II minilliyin
sonunda yaranmışdır. Qərb dillərində “İudaizm” adlanan bu din ən
qədim monoteist (təktanrılıq) dini kimi tanınır. Dünya və həyatın
tək Tanrı tərəfindən idarə olunduğunu qəbul edən Yəhudiliyin
Buddizm, Xristianlıq və İslamdan başlıca fərqi ondan ibarətdir
ki, bu dinə başqa millət deyil, yalnız yəhudilər etiqad bəsləyirlər.

58 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Bu səbəbdən, Yəhudilik səmavi dinlər içərisində yeganə milli din
sayılır.

Əlverişli iqlimə, münbit torpaqlara və gözəl təbiətə malik
Azərbaycan bütün zamanlarda cəlbedici olmuşdur. Ancaq
bu, müxtəlif tarixi dövrlərdə çoxsaylı etnik və dini qrupların
məskunlaşmasının yeganə səbəbi deyil. Fikrimizcə, müxtəlif
xalqlara və dinlərə mənsub insanların Azərbaycana pənah
gətirməsinin əsas səbəbi bu ölkədə yaşayanların mədəniyyəti və
onların xarakterindəki tolerantlıq xüsusiyyətidir.

Yəhudilərin Azərbaycan ərazilərində məskunlaşması tarixi
qədim dövrlərə gedib çıxır. Mənbələrə görə, bu proses e.ə. II
minilliyin I yarısının sonundan başlamışdır. Belə ki, eradan əvvəl
586-cı ildə Yeni Babil Xaldey hökmdarı II Navuxodonosor qədim
yəhudi çarlığının paytaxtı Qüdsü zəbt etdikdən sonra şəhəri və
Süleyman məbədini dağıtmış, 40 min nəfəri əsir götürərək qula
çevirmişdir.

Yəhudilərin Azərbaycana gəlişindən əvvəl bu torpaqlarda
müxtəlif dinlər və inanclar mövcud olmuşdur. Bu baxımdan,
Azərbaycana kənardan gəlmiş ilk din olan İudaizm həm də bu
ərazilərdə təşəkkül tapan ilk səmavi dindir. Fəxr ediləcək məsələdir
ki, yəhudilərin bu böyük tarixi dövr ərzində azərbaycanlılar
tərəfindən dini ayrı-seçkiliyə məruz qalmalarına dair heç bir fakt
yoxdur. Əksinə, tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına
qarşı aparılmış soyqırımı siyasətinin qurbanları arasında yəhudilər
də olmuşdur.

Yəhudi dininin ardıcılları təkcə ölkəmizdə deyil, dünyanın əksər

59

ölkələrində də yaşayırlar və məlum məsələdir ki, onlara münasibət
hər yerdə eyni deyildir. Lakin ölkəmizdə bu dinin mənsublarına
bütün tarixi dövrlərdə münasibət birmənalı olmuş, heç bir yəhudi
nə zamansa özünü “ögey övlad” kimi hiss etməmişdir, əksinə,
böyük bir ailənin bərabərhüquqlu üzvü kimi həmişə onun rifahı və
inkişafı üçün şərait yaradılmışdır.

Tədqiqatçılar qeyd edirlər ki, yəhudilərin Azərbaycan
ərazilərində məskunlaşmaları haqqında məlumatlara XII əsrdə
yaşamış yəhudi səyyahı Tudelalı Binyamin qeydlərində də rast
gəlinir. Sonradan İslamı qəbul edən yəhudi həkim Şemuel ben
Yəhya əl-Məğribi də yəhudilərin Cənubi Azərbaycanın Xoy,
Salmas, Təbriz, Marağa və Urmiya kimi şəhərlərində yaşadıqlarını
yazmışdır. XIII əsrin ikinci yarısında Qafqazdan Fars körfəzinə və
Əfqanıstandan Suriya səhralarına kimi geniş ərazilərə sahib olan
Hülakilər dövləti Azərbaycanı öz imperiyasının siyasi mərkəzinə
çevirmişdi. Elxanilər (Hülakilər) dövlətinin ilk nümayəndələrinin
dini dözümlülüyü Azərbaycana xeyli sayda yəhudinin gəlməsinə
təsir göstərmişdi. Belə ki, yəhudilərin hətta dövlət vəzifələrində
işləmələrinə dair faktlar o dövrün siyasi-ictimai mühitində də
onlara xoş münasibət bəslənildiyinin nümunəsidir.

Müasir dövrdə yəhudilər öz milli-dini bayramlarını tam
sərbəst şəkildə qeyd edir, ibadətlərini həyata keçirirlər. 1995-
ci ildən etibarən hər il yəhudi xalqının yeni ili - “Roş-ha-Şana”
bayramı münasibəti ilə ölkə başçısı tərəfindən Azərbaycan
Respublikasındakı bütün yəhudi icmalarına təbrik ünvanlanır.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu

60 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

ənənə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən
davam etdirilir. Bundan başqa, Holokost günü, yəni yəhudilərin
II Dünya müharibəsi zamanı faşizm rejimi tərəfindən soyqırımına
məruz qalması günü də Azərbaycanda qeyd olunur. Bu faciə
Azərbaycan və yəhudi xalqlarını birləşdirən səbəblərdən biridir.
Çünki hər iki xalq XX əsrdə onlara qarşı törədilən soyqırımı
siyasətinin qurbanları olmuşlar.

Təqribi hesablamalara görə, hazırda Azərbaycanda 30 min
yəhudi yaşayır. Onların əksəriyyəti respublikanın siyasi, iqtisadi,
sosial, mədəni həyatında aktiv fəaliyyət göstərirlər. Yəhudi
icmaları Azərbaycan Respublikasının ən fəal dini icmalarından
sayılırlar. 1990-cı ildə “Azərbaycan-İsrail” mədəni əlaqələr
cəmiyyəti təsis edilmiş və bu cəmiyyət “Az-İz” adlı qəzet nəşr
etməyə başlamışdır. 1992-ci ildən isə Azərbaycan Respublikası
və İsrail dövləti arasında diplomatik əlaqələr qurulmuşdur və o
vaxtdan bu münasibətlər yüksək templə inkişaf etməkdədir.

Hazırda Аzərbаycаndа yaşayan yəhudilər 3 qrupa bölünür:
- Dağ yəhudiləri;
- Gürcü yəhudiləri;
- Avropa mənşəli yəhudiləri– aşkenazilər.

Dövlət qeydiyyatından keçmiş yəhudi dini icmaları isə
bunlardır:

- Bakı şəhəri, Dağ yəhudiləri dini icması;
- Azərbaycan yəhudiləri dini icması;
- “Sumqayıt yəhudiləri” dini icması;

61

- Quba rayonu, Qırmızı qəsəbə, Dağ yəhudiləri dini icması;
- Avropa yəhudilərinin Bakı dini icması;
- Gürcü yəhudilərinin Bakı dini icması;
- Gəncə şəhər Yəhudi dini icması;
- Oğuz şəhər Yəhudi dini icması.

Dağ yəhudiləri

Dağ yəhudilərinin mənşəyi və onlarınAzərbaycan torpaqlarında
məskunlaşmaları haqqında müxtəlif fikirlər və ehtimallar
mövcuddur. Bunlardan ən qədimi odur ki, dağ yəhudiləri e.ə.
721-ci ildə Assuriya çarı II Sarqon tərəfindən əsir götürülmüş və
digər tayfalarla qaynayıb-qarışaraq assimilyasiyaya məruz qalmış
on yəhudi qolunun nəslindəndirlər. Başqa bir ehtimal isə onların
karaimlərdən, xəzərlərdən və tatlardan törəmələridir. Ancaq onu da
vurğulamaq lazımdır ki, dağ yəhudiləri ilə türk Xəzər xaqanlığının
əsas əhalisi olan xəzərlər arasında etnik bağların olub-olmaması
məsələsi tədqiqatçılar arasında mübahisə və müzakirə predmeti
olaraq qalır.

Tədqiqatçıların elmi mülahizələrinə görə, dağ yəhudiləri icma
şəklində İrandakı yəhudilərin Qafqaz regionuna bir neçə miqrasiya
dalğasının nəticəsində formalaşmışlar. Birinci dalğa bizim eranın
VI əsrinə, ikinci dalğa isə XVI əsrin sonu – XVII əsrin birinci
yarısına, daha dəqiq desək, I Şah Abbasın dövrünə təsadüf edir. O
bu ərazilərdə öz mövqelərini möhkəmləndirmək məqsədilə İrandan
bir neçə min ailəni buraya köçürtmüşdü. Onların arasında yəhudi

62 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

ailələri də var idi. Yəhudilərin bir hissəsi Gürcüstanın şərqində,
bir hissəsi Dərbənd şəhərində, bir hissəsi isə onun cənubundakı
kəndlərdə yerləşdirilmişdi.

XVIII əsrdə “Giləki”lərin Şərqi Qafqaza köçürülməsi İran
yəhudilərinin Şimali Azərbaycana və Dağıstana miqrasiyasının
üçüncü dalğasını təşkil edir. “Giləki”, yəni “Gilandan köçənlər”
adını onlara elə dağ yəhudiləri özləri vermişdilər. Bu ad sonralar
qəsəbədə məhəllənin adı kimi tanınmağa başlamışdır. Giləki
yəhudilərinin bir hissəsi Şirvan (Şamaxı) xanlığı ərazisində
məskunlaşdıqdan sonra onlar “şirvani” adlandırılmışlar. Əslində,
Şirvan xanlığında yəhudilərin məskunlaşması XVIII əsrə təsadüf
edir. XIX əsrin əvvəllərində isə Şirvan yəhudilərinin müəyyən
qismi Şəki, Dərbənd və digər xanlıqların ərazilərinə köçmüşdülər.

Əvvəllər dağ yəhudilərinin əsas məşğuliyyəti kənd təsərrüfatı,
xüsusilə əkinçilik olmuşdur. Ancaq öz torpaqları olmadığından,
onlar qonşuluqdakı varlı müsəlmanlardan, xüsusilə xan və
bəylərdən torpaqları icarəyə götürürmüşlər. Əkdikləri isə əsasən
buğda, düyü və s. olmuşdur. Onların təsərrüfatında bağçılıq və
üzümçülük də əhəmiyyətli yer tutmuşdur. Rusiyada boyaq otuna
və tütünə olan tələbatın artdığını hiss etdikdə isə bu bitkilərin
becərilməsinə xüsusi diqqət yetirməyə başlamışlar. Yəhudilər
arasında heyvandarlıq geniş yayılmasa da, sonralar dəri aşılamaq
dağ yəhudilərinin əsas məşğuliyyətlərindən birinə çevrilmişdir.

Azərbaycanda dağ yəhudilərinin sıx məskunlaşdığı ərazilərdən
biri də Oğuz rayonudur. Gilan əyalətindən olan yəhudilər XVII
əsrdən burada məskunlaşmış və qonşu yəhudi kəndlərinin əhalisi

63

ilə qaynayıb-qarışmışlar. Onların əsas məşğuliyyəti kiçik ticarət,
tütünçülük və ipəkçilik olmuşdur.

XIX əsrin ikinci yarısında Abşeron yarımadasında neft
sənayesinin sürətli inkişafı nəticəsində Bakı şəhəri Rusiya
imperiyasınıncənubundaənböyüksənayemərkəzinəçevrildiyindən,
dağ yəhudiləri Azərbaycanın müxtəlif bölgələrindən buraya axın
etmişlər. Onlar XVIII əsrin sonlarında Bakı şəhərinin şimal ətraf
ərazilərində məskunlaşaraq yəhudi məhəlləsi yaratmışlar. Vaxtilə
“Çadrovaya” və “Bondarnaya” (indiki Mirzağa Əliyev və Şəmsi
Bədəlbəyli küçələri) adlanan küçələr həmin məhəllənin əsasını
təşkil etmişdir.

Sovet imperiyasının dağılmasından və müstəqilliyimizin
bərpasından sonra Azərbaycan Respublikasında yaşayan milli
azlıqların, o cümlədən dağ yəhudilərinin həyatında yeni mərhələ
başlamışdır. Milli azlıqların hüquq və azadlıqlarının, onların
mədəniyyətinin, dilinin inkişafına dövlət səviyyəsində dəstək
verilməsi dağ yəhudilərinin də qarşısında yeni imkanlar açmışdır.
Bu gün onlar yaratdıqları dini icmaları dövlət qeydiyyatından
keçirərək sərbəst fəaliyyət göstərir, yeni dini ibadət yerləri,
sinaqoqlar tikir, milli mərasim və bayramlarını qeyd edirlər.

Hazırda paytaxt Bakı daxil olmaqla, Quba və Oğuz
şəhərlərində sinaqoqlar fəaliyyət göstərir. Dağ yəhudiləri bu
sinaqoqlarda Pesax, Şavuot, Sukkot, Roş-ha-Şana, Yom Kippur
və s. bayram və əlamətdar günlərdə toplaşır, ibadətlər icra edirlər.
Qırmızı qəsəbədə yəhudi uşaqları üçün “Şmirat a-Şem” adlı kollec
açılmışdır. Burada yəhudi milli adət-ənənələrini tədris edən israilli

64 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

müəllimlər işləyirlər. 2010-cu ilin oktyabr ayında isə bu qəsəbədə
Dağ yəhudiləri dini icmasına məxsus olan 200 illik sinaqoq əsaslı
təmirdən sonra təntənəli surətdə istifadəyə verilmişdir. 2010-cu il
oktyabr ayının 27-də icma üçün BakıdaAzərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə inşası dövlət
büdcəsindən maliyyələşəcək yeni sinaqoqun təməli qoyulmuş
və 2011-ci ilin aprelin 5-də həmin sinaqoq yəhudi dindarların
istifadəsinə verilmişdir. Bütün bunlar ölkəmizdə həm siyasi və
sosial-iqtisadi, həm də dini sahədə təmsil olunan dağ yəhudilərinə
Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşları kimi
göstərilən qayğının bariz nümunəsidir.

Gürcü yəhudiləri

Dağ yəhudilərindən sonra Azərbaycan ərazisində məskunlaşan
ən qədim yəhudi icması gürcü yəhudiləridir. Bu icmanın mənsubları
qədim dövrlərdən Gürcüstan ərazisində məskunlaşan yəhudi
diasporunun nümayəndələridirlər. Gürcü yəhudiləri dedikdə, gürcü
dilində danışan gürcüstanlı yəhudilər nəzərdə tutulur.

Bəzi mülahizələrə görə, yəhudilərin Kartli və İberiya
ərazilərində məskunlaşmalarının tarixi e.ə. VII əsrin sonuna,
yəni Birinci Qüds Məbədinin dağıdıldığı, çoxsaylı yəhudinin əsir
götürülərək Yeni Babil Xaldey çarlığına aparıldığı dövrə gedib
çıxır. Gürcüstan yəhudilərinin Şimali Azərbaycana ilk dəfə köç
etmələrinin tarixi haqqında dəqiq məlumat yoxdur. Tədqiqatçıların
bu məsələdəki mövqeyi XVIII əsrdir. Çox güman ki, buraya ilk
köç Axalsıx, Oni və Kutaisi şəhərlərindən olmuşdur.

65

Ümumiyyətlə, XIX əsrin ikinci yarısından başlayaraq I Dünya
müharibəsinədək Gürcüstan yəhudilərinin Şimali Azərbaycana
köçməsi prosesi (xüsusən Bakı quberniyası ərazisinə) artan xətt
üzrə inkişaf etmişdir. Digər xalqların nümayəndələri kimi, onlar
da “neft bumu” yaşayan Bakıya axışaraq şəhərin mərkəzində
məskunlaşmağa üstünlük verirdilər.

XX əsrin əvvəllərində Bakıda yaşayan bir qrup gürcü yəhudisi
Rus-Qafqaz ticarət evlərinin, birjalarının, kommersiya banklarının
və səhmdar cəmiyyətlərinin payçıları idi. İri ticarətlə yanaşı,
xırda ticarətlə də məşğul olan gürcü yəhudilərinin İçərişəhərdə
neft, mazut, şam, sabun dükanları, ayaqqabı və dəri emal edən
emalatxanaları da olmuşdur.

1899-cu ildə Rusiya imperiyası Daxili İşlər Nazirliyi yəhudilərə
icma vergisi kimi ildə 25 rubl ödəmələrinə və oturaq yəhudilərin
icmaya üzv olmamaq şərti ilə Bakıda sinaqoq tikmələrinə razılıq
vermişdir. Sinaqoqun inşası üçün vəsait toplanmasında Dərbənd,
Quba, Şamaxı, Şəki, Gəncə şəhərlərindəki yəhudi icmaları da
köməklik göstərmiş, yığılan ianələr Bakıya göndərilmişdir.
Azərbaycanlı neft sənayeçiləri və mesenatlar da sinaqoqun
tikilməsi üçün maliyyə dəstəyi vermişlər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yəhudi uşaqlarının
təhsil səviyyəsinin yüksəldilməsi ilə bağlı məsələ qaldırılmışdı.
Sovet hakimiyyəti dövründə isə təhsil icbari olduğundan, yəhudi
gənclər elmi biliklərlə yiyələnməklə yanaşı, ateizm təbliğatının
da mənfi təsirlərinə məruz qalırdılar. Hətta tədqiqatçılar bildirirlər
ki, bəzi hallarda yaşlılar o dövrdə gəncləri öz dinlərini unutmaqda

66 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

qınayır, onları dədə-baba adətlərini qorumağa çağırırdılar.
İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Bakı şəhərində

yaşayan yəhudilər müharibədən əvvəl qapadılmış sinaqoqlarının
geri qaytarılmasına nail olmuşlar. 1945-1946-cı illərdə isə keçmiş
mərkəzi SSRİ hökumətinin icazəsi və Azərbaycanın dövlət
qurumlarının qərarı ilə şəhərin yəhudi icmalarına rəsmi şəkildə
sinaqoqlar üçün yer ayrılmış və bu amil gürcü yəhudi icmasının
fəaliyyətinin yenidən canlanmasına təkan vermişdir. 1980-1990-
cı illərdə Bakıdan və Azərbaycanın digər şəhərlərindən yüzlərlə
ailə İsrailə, Avropa ölkələrinə, ABŞ-a və digər ölkələrə köçərək
həyatlarını orada davam etdirmək qərarı vermişlər.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra
Gürcüstan yəhudi icmasının həyatında yeni mərhələ başlamışdır.
Bu dövrdə digər ölkələrə həmişəlik köçmək istəyən yəhudilərin
sayı əhəmiyyətli dərəcədə azalmışdır.

Azərbaycan xalqının uzun əsrlərdən bəri formalaşmış
tolerantlıq duyğusunu onlara qarşı münasibətlərində daim hiss edən
Gürcüstan yəhudiləri icması çoxkonfessiyalı ölkəmizin rəngarəng
palitrasının bir hissəsidir.

Avropa yəhudiləri (aşkenazilər)

Azərbaycanda yaşayan yəhudi icmalarından biri də
Avropa yəhudiləri, digər adı ilə aşkenazilərdir. Bu termin orta
əsrlərdə yəhudilərin Almaniyaya verdikləri addan törəmişdir.
Belə ki, yəhudi ənənəsində Yasəfin (Nuh peyğəmbərin oğlu)
nəvəsi, əfsanəvi Aşkenazanın nəslinin Almaniya torpaqlarında

67

məskunlaşdığı hesab edildiyindən, yəhudilər bu adı həmin ölkəyə
vermişlər. Zaman keçdikcə bu termin subetnik anlayış kimi təkcə
Almaniyadakı yəhudilərə deyil, onların nəslindən olan və digər
Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir.

Müasir anlamda “aşkenazi” termini yəhudi xalqının subetnik
anlamda məhz həmin mədəni və sosial kompleksə mənsub
olan hissəsini təqdim edir. Məsələn, müqayisə üçün demək olar
ki, İspaniya və Portuqaliyada yaşayan yəhudilərinin subetnik
mədəni mənsubluğunu ifadə etmək üçün “sefard” (yəhudi dilində
“İspaniya” toponimindən törəmişdir) və ya “sefard yəhudiləri”
sözündən istifadə olunduğu kimi, orta əsrlərdə Reyn və Visla
çayı ətrafı, Almaniya, Polşa, Fransa və digər Avropa ölkələri
ərazilərində məskunlaşaraq, özünəməxsus mədəni kimlik qazanan
yəhudiləri də “aşkenazi” adlandırırlar.

Aşkenazilər hazırda Avropa, Cənubi və Şimali Amerika
yəhudilərinin böyük bir hissəsini, İsraildəki yəhudilərin isə təqribən
yarısını təşkil edirlər. Onlar arasında əsas ünsiyyət vasitəsi idiş
dilidir (alman dilinin orta dialekti əsasında formalaşmış yəhudi
dili).

Alimlər linqvistik, genetik, antropoloji və tarixi tədqiqatlara
əsaslanaraq belə qənaətə gəlmişlər ki, aşkenazilər çoxəsrlik proses
zamanı müxtəlif yəhudi əsilli əhalinin qarışıq miqrasiya axınının
birləşməsi nəticəsində Polşa ərazisində, daha dəqiq desək, Visla
çayının yuxarı bölgələrində təxminən 700-800 il əvvəl təşəkkül
tapmışlar. Vaxtı ilə Böyük Kazimir onları məskən salaraq
yaşamaları üçün buraya dəvət etmişdir.

68 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Şimali Azərbaycanda Avropa yəhudilərinin məskunlaşmasının
öz tarixi vardır. Hələ 1826-1828-ci illərdə baş vermiş II Rusiya-
İran müharibəsinin Türkmənçay müqaviləsi ilə bitməsi nəticəsində
rus hakimiyyətinin Cənubi Qafqazda möhkəmlənməsi ilə əlaqədar
olaraq aşkenazi yəhudilərinin Şimali Azərbaycana köçü daha da
artmışdır.

XIX əsrin ikinci yarısında isə Bakıda neft sənayesinin
yüksək inkişafı, yeni iş yerlərinin açılması, istehsalat sahələrinin
çoxalması Avropa yəhudilərinin buraya axışmasına böyük
təsir göstərmişdir. Bakıya gələn ziyalı Avropa yəhudiləri
içərisində memarlar, müəllimlər, həkimlər, vəkillər də az
deyildi. Ümumiyyətlə, Avropa yəhudiləri sonrakı dövrlərdə
Şimali Azərbaycanda bütün yəhudi icmalarının sosial tərkibinin
müəyyənləşməsində, elmin, mədəniyyətin, səhiyyənin, incəsənətin
inkişafında xidmətlər göstərmişlər. Məsələn, geofizika elminin
inkişafında N.Şapirovskinin, L.Eppelbaumun, V.Listenqartenin,
musiqidə Y.Şefferlinqin, S.Kronqoldun, İ.Rozinin, teatr sənətində
Y.Fridmanın, M.Kaufmanın, K.İrmiçin və digərlərinin adlarını
çəkmək olar.

1897-cı ildə Bakıda təqribən 2500-ə yaxın yəhudi yaşayırdı
və onların əksəriyyəti Avropa yəhudiləri idilər. 1913-cü ildə isə bu
say təqribən 10.000-ə (on minə) çatırdı. Digər yəhudi icmalarında
olduğu kimi, 1910-cu ildə Bakıda da sinaqoq inşa edilmiş və bu
yer Avropa yəhudilərinin nəinki ibadət yerinə, eyni zamanda təlim-
tədris ocağına çevrilmişdi.

Sovet hakimiyyəti dövründə də Avropa yəhudiləri Azərbaycan

69

SSR-in ictimai-siyasi, elmi, mədəni mühitində kifayət qədər aktiv
fəaliyyət göstərmişlər. Bu dövrdə onlar siyasi təqiblərə məruz
qalsalar da, aralarında faşizmə qarşı mübarizədə xüsusi igidlik
göstərən, qəhrəman adına layiq görülənlər də olmuşdur.

Tarixən Azərbaycan xalqı burada yaşayan yəhudilərə müsbət
yanaşmış, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə də onlar
yad kimi qəbul olunmamışlar. Bu gün də aşkenazilər Azərbaycan
Respublikasında digər yəhudilərlə birgə, antisemitizmdən uzaq
mühitdə yaşayırlar.

Dini ibadətlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün
Avropa yəhudilərinə bütün lazımi şərait yaradılmışdır. 2003-cü
ilin mart ayının 9-da Azərbaycan Respublikasının paytaxtı Bakı
şəhərində açılmış sinaqoq öz möhtəşəmliyinə görə Avropada ən
böyük sinaqoqlardan sayılır. Bundan başqa, 2010-cu ilin oktyabr
ayının 4-də Bakının Əhmədli qəsəbəsində Avropa yəhudilərinin
də təhsil ala biləcəkləri yəhudi məktəbinin yeni binasının açılışı
olmuşdur. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, İsrailin sefard yəhudilərinin baş ravvini Şlomo Amar və
digər yüksək vəzifəli şəxslər iştirak etmişlər.

70 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

QEYRİ-ƏNƏNƏVİ DİNLƏR

Bəhailik

Bəhai dini XIX əsrin ikinci yarısında İranda yaranmışdır.
Bu dövrdə İranda ictimai-siyasi, iqtisadi vəziyyət çox ağır və
mürəkkəb idi. Xalq ehtiyac və səfalət içərisində yaşayırdı.
Əhalinin böyük qismi İslam dininin şiə məzhəbinə aid olsa da,
burada sünnilər, zərdüştilər, yəhudilər və bəzi xristian təriqətləri də
mövcud idi. Belə bir zamanda Şirazdan Seyid Əli Məhəmməd adlı
bir nəfər meydana çıxmış və özünü on ikinci imamın babı (qapı),
yəni nümayəndəsi adlandırmışdı. Bundan əvvəl molla Hüseyn
adlı bir şəxs qeybə çəkilən imamı tapmaq üçün İranın şəhər və
kəndlərini dolaşırmış. Səfər vaxtı o, bir gəncin qonağı olur və ona
öz məqsədlərindən danışır. Həmin gənc onu dinlədikdən sonra
bildirir ki, onda imamın əlamətləri var, ancaq o, imamın özü deyil,
babıdır. Molla Hüseyn buna inanır. Beləliklə, həmin gecə Seyid Əli
Məhəmməd öz missiyasını Mollaya elan edir və Bab adını götürür.
Bu hadisə 22 may 1844-cü ildə baş vermişdir. Bəhailər bu tarixi
bəşəriyyət tarixində yeni eranın başlanğıcı kimi qəbul edirlər.

Sonralar Seyid Əli Məhəmməd özünün Mehdi olduğunu iddia
etmiş və yazdığı “Bəyan” kitabında öz düşüncələrini bildirmişdir.
O deyirdi ki, Tanrı birdir və bütün dinlərin mənbəyi eynidir. Onun
fikrincə, ölkələr arasındakı sərhədlər ortadan qalxmalı, bəşəriyyət
birləşməli, qadınlar kişilərlə eyni hüquqa malik olmalı, insanlar
arasında sosial bərabərlik bərpa edilməlidir.

71

Ümumiyyətlə, Bəhai təlimində İslamın təsiri açıq-aşkar
hiss olunur. Bəhailərin ibadət formaları da müsəlman ayinlərini
xatırladır. Onlar dəstəmaz alır, qısa, orta və böyük adlı namaz qılır,
19 gün tutduqları oruc zamanı isə səhərdən axşama qədər yeyib-
içmirlər. Həmçinin, Bəhaullah (“Tanrı Şərəfi”) ləqəbini götürən
Seyid Əli Məhəmmədin “Kitabi-Əqdas” kitabının üslubu da
Qurani-Kərimə bənzəyir. Bu səbəbdən bəzi tədqiqatçılar Bəhailiyi
İslamdan ayrılmış təriqət hesab edirlər. Anri Masse “İslam”
kitabında yazır: “Bəhаilər təliminin zаhiri cəhətinə gəldikdə,
dеmək lаzımdır ki, оnlаrın аyrıcа аyinləri yохdur, çünki, оnlаrın
fikrincə, din mərаsimlərdə dеyil, insаnın bütün hərəkətlərinə
təzаhür еtməlidir. Оnlаr müqəddəslər təbəqəsinin оlduğunu əslа
qəbul еtmirlər... Bir sözlə, bu dindən dаhа çох nəsihət dеmək idi,
аmmа mistikliyə mеyil еdən nəsihət idi”.

Bəhailərin cəmiyyətdə sosial ədalətin bərqərar olmasının
zəruriliyi barədə ideyaları həyatlarından narazı olan insanları
özünə cəlb etmişdi və bu, İranın mühafizəkar dairələrini narahat
etmiş, nəticədə bəhailər təqib olunmağa başlamışdı. Öz ölkələrində
incidilən və sıxışdırılan Bəhai tərəfdarları inanclarını sərbəst
yaya biləcəkləri yer axtarmış, nəticədə yaxın məkan olan Şimali
Azərbaycana sığınmışlar. XIX əsrin ikinci yarısında bəhailər Bakı,
Salyan, Naxçıvan, Gəncə, Bərdə və Balaxanıda yerləşmişlər. Çar
Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Bəhailiyə
etiqad edənlər ölkənin müxtəlif yerlərində dua evləri açmış,
məskunlaşdıqları yerlərdə dünyagörüşlərini təbliğ etmişlər. Bunun
nəticəsində bəhailər yerli əhali arasında da özlərinə tərəfdar qazana

72 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

bilmiş və onların sayı bir neçə min nəfərə çatmışdır. Bu vəziyyət
Azərbaycanın 1920-ci il aprelin 20-də bolşeviklər tərəfindən işğal
olunmasına, ölkədə Sovet hakimiyyətinin qurulmasınadək davam
etmişdir.

Repressiya illərində bəhailərin dua evləri qapadılmış, özlərinin
isə açıq fəaliyyət göstərmələri qadağan olunmuşdur. Həmçinin, 38
nəfər Bəhai tərəfdarı, o cümlədən Bəhai Ruhani Şurasının üzvləri
güllələnmiş, bəziləri isə İrana və Qazaxıstana sürgün edilmişlər.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən
sonra bəhailər yenidən dinlərini azad surətdə yaşamaq imkanı
əldə etmişlər. Ölkədə yaranmış tolerant mühit sayəsində Bəhai
ardıcılları dua evlərini bərpa edərək, bir yerdə toplaşmağa,
ayinlərini icra etməyə, dini kitablarını oxumağa və Tanrıya dua
etməyə başlamışlar. “Dini etiqad azadlığı haqqında” Qanun
qəbul edildikdən sonra Bəhai dini icması 1993-cü ildə Ədliyyə
Nazirliyində, daha sonra isə Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmişdir.
Hazırda respublikamızda bəhailər, əsasən, icmalarının yerləşdiyi
Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərirlər.

Bəhailərin etiqadlarına görə, Tanrıya inanan hər kəs özünü
kamilləşdirməli, dünyagörüşünü artırmalıdır. Bu da çoxlu kitab
oxumaq, dünyada baş verən hadisələri yaxından izləmək, dünyəvi
elmlərə yiyələnməklə mümkündür. Bundan başqa, bəhailər öz dini
təlimlərində aşağıdakı bir neçə prinsipi əsas götürürlər:

Allahın vahidliyi. Allah – mütləq başlanğıc və mütləq ilkin
səbəbdir, əzəli varlıq, insan şüuruna sığışmayan, kainatın öz-özünə

73

var olan və özünə kifayət olan Yaradanı, bu dünyanın məkan və
zaman çərçivələrindən azad olan varlıqdır. Allah məkan və səbəb-
nəticə münasibətləri baxımından bizim dünyadan fərqlənən və
dünyamızı öz ölçülərində sonu olan bir şey kimi əhatə edən “Allahın
Ruhani aləmlərində” dövr edir. Allahı dərk etmək insan şüurunun
imkanı xaricindədir. İnsan Allahı dərk edə bilməsə də, ilahi
reallığın mövcudluğuna inana bilər. Allah kainatın qurucusudur,
bununla belə, O, hər bir adamın - vaxtilə yaşamış, yaşayan və nə
vaxtsa yaşayacaq hər kəsin ayrılıqda qayğıkeş Atasıdır. Allahda bu
iki cəhətin birləşməsi insanın dərketmə qabiliyyəti çərçivəsindən
kənara çıxır.

Dinlərin birliyi. Bu dünyanı yaradarkən Allah insan
nəzərində tam açıqlana bilməyən bir məqsəd qoymuşdur. Lakin
öz məqsədlərini həyata keçirmək üçün Allah vaxtaşırı elçiləri -
peyğəmbərləri – zühurları vasitəsi ilə bəşəriyyətə özünün idarəedici
prinsiplərini - vəhyini çatdırır ki, mədəni-tarixi xüsusiyyətlərlə
məhdudlaşan insan qavrama qabiliyyəti çərçivəsində Allahın
məqsədini azacıq anlaya bilsin. Əslində, bütün səmavi dinlər eyni
İlahi həqiqəti gətirmişlər, onların arasındakı fərq isə bəşəriyyətin
müxtəlif səviyyə hazırlığından və mədəniyyət ənənələrinin
müxtəlifliyindən irəli gəlir.

Bəşəriyyətin birliyi. Əvvəlcə göstərilən imkanları əldə etmək
üçün bəşəriyyətin indiki inkişaf mərhələsində onu vahid, harmonik
fəaliyyət göstərən orqanizm kimi birləşdirmək vaxtıdır. Bu
məqsədin həyata keçirilmə proqramı bəşəriyyətə guya Bəhaullahın
vəhyi vasitəsilə gətirilmişdır. Onun əli ilə yazılan, sonralar yazıların

74 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

yeganə səlahiyyətli şərhçisi olan Əbdülbəhanın şərh etdiyi bəhai
dininin müqəddəs yazılarında bu İlahi planın bir çox təfsilatı və
idarəedici prinsipi göstərilmişdir.

Bəhai qibləsi İsraildəki Əkka şəhərində yerləşir. Bəhailər
hər il mart ayının 2-dən 20-dək oruc tuturlar. Orucluq ayı Badi
təqvimində son aydır. Orucluq yeni ilin başlanğıcı Novruz bayramı
ilə (21 mart) tamamlanır. Bəhaullahın yazılarına əsasən, onun
dininin ruhani və inzibati mərkəzi müqəddəs torpaqda - Əkka
şəhərinin yaxınlığında və Hayfa şəhərində yerləşir.

Tərəfdarları bəhailiyi dünya səviyyəli müstəqil və ilahi
mahiyyətli din kimi təqdim etməyə çalışsalar da, ona qarşı münasibət
birmənalı deyildir. Bəziləri İslamdakı Cənnət, Cəhənnəm, qiyamət
və s. məfhumlara fərqli baxışlarına görə bəhailiyi İslama zidd
hərəkat, bəziləri qloballaşan dünyanın tələblərindən doğan təlim,
bəziləri isə müxtəlif dinlərin sintezindən əmələ gələn dünyagörüşü
kimi qəbul edirlər.

Krişnaçılıq

Dinşünasların əksəriyyəti krişnaizmi hinduizm dininin bir
qolu hesab edir. Bu dini cərəyanın doktrinası özündə Vişna
(Hinduizmdə ali Tanrılardan biri) haqqında qədim təlimi ehtiva
edir. Bu səbəbdən krişnaitlərə bəzən Vayşnavizm tərəfdarları da
deyirlər. Din tarixçiləri krişnaizmin yaranmasının e.ə. IV əsrə
gedib çıxdığını bildirirlər. Onun bir çox qolu mövcuddur.

Keçmiş SSRİ ölkələrinə krişnaçılar 1971-ci ildə Bxak-
tivedantanın səfərindən sonra ayaq açmışlar. Amerikada isə

75

Krişnaizm bir qədər tez - 1965-ci ildə Hindistandan ABŞ-a gələn
“Krişnanın tərəfdarları”ndan olan Abxau Şran De Bxaktivedant
Svami Prabxupadla birlikdə fəaliyyətə başlamışlar. Abxai Şaran
De özünü 32-ci “Quru” elan etmiş və 1977-ci ildən ömrünün
sonunadək bu hərəkatın başçısı olmuşdur. İndi bu hərəkata iki
müxtəlif qrup rəhbərlik edir. On bir nəfərdən ibarət birinci qrup
mənəvi, ikinci qrupu təşkil edən direktorlar şurası isə inzibati
məsələlərlə məşğuldur. Qərbdə yayılmasına baxmayaraq, hərəkat
Hindistanda, demək olar ki, tanınmır.

Krişnaçılar inanırlar ki, insan “nirvanaya” çatmaq üçün
başının üstündə olan karmadan, həyat və ölüm məntiqsizliyindən
qurtulmalı, eyni zamanda bir neçə ardıcıl həyat (reinkarnasiya)
keçməlidir.

Qeyd etdiyimiz kimi, krişnaizmin kütləyə hinduizm fəlsəfəsini
yeritmək üçün yaradıldığını da düşünürlər. Hinduizmə görə, Krişna
Tanrının simalarından biridir. Krişnaçılar isə inanırlar ki, Krişna
Tanrının özüdür.

Krişnaizm 5 min il bundan əvvəl Bhaqavad-Qita tərəfindən
yazılan “Müqəddəs Əhdi-Ətiqə” əsaslanır. Bu “Əhdi-Ətiq”
krişnaçılar üçün İncil kimidir. “Bhaqavad-Qita olduğu kimi”
tərəfdarlarına Krişnanın sözlərilə insanlar nə üçün yoxsulluq və
əziyyət içində yaşadıqlarını izah edir. Onların dediklərinə görə, bu
nəzəriyyənin məqsədi gələcək həyat üçün mənəvi mükəmməlliyə
nail olmaqdır.

Krişnaçılar inanırlar ki, Krişna məbəddəki metal bütlərdə
yaşayır. Onlar bütlərə gündə altı dəfə yemək təklif edirlər. Sonra

76 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

yeməkləri şagirdlər və tərəfdarlar yeyirlər. Bütləri yuduqları suyu
toplayıb tərəfdarlara içizdirirlər. Hər məbəddə “Tulasi Devi”
adlandırılan bitki olur. Bu bitki də sitayiş obyektidir.

Cəmiyyətin 38 ölkədə 120-yə qədər mərkəzi fəaliyyət göstərir.
Bəzən, hətta adi vegeterian restoran da bu mərkəzlərdən biri hesab
olunur.

Krişnaçıların 50 faizi deyir ki, onlar Tanrıları ilə şəxsi
əlaqədədirlər. Onlar müqəddəs yazıları dərindən öyrənir, həyatlarını
Tanrı ilə mistik qovuşmaya həsr edirlər. Krişnanı yerdə təmsil edən
“Quru” şagirdlərinə öz istədiyini təlqin edir, onları sekta uğrunda
pulsuz işlədir. Şagirdlər məbədyanı otaqlarda yaşayırlar. Onların
həyatı sərt rejimdə keçir. Bu səbəbdən, krişnaizm istər bizim
cəmiyyətdə, istərsə də digər ölkələrdə uğur qazana bilməmişdir.
Onlar ət, balıq, yumurta yeyə, Krişnaya aid olmayan söhbətlər
apara bilməzlər. Qəzet və jurnal oxumaq, televizora baxmaq da
qadağandır. Qohumlarla, dost tanışlarla əlaqələr çox nadir hallarda
baş verir. Krişnaçının şəxsi mülkü ola bilməz.

Kişilər peysərində bir dəstə tük saxlayaraq başlarını
qırxmalıdırlar. Prabxupadaya görə, qırxılmış başlar insani
şöhrətpərəstliyin və mənasızlığın yoxluğunu göstərir. Qadınlar
kişilərdən adətən bir neçə pillə aşağıda yer tuturlar. Onların yalnız
kişilərə qulluq etmək üçün mövcud olduğu iddia edilir. Krişnaçıların
fikrincə, bədən ruhun düşmənidir. Buna görə də onlar daim “Mən
bu bədən deyiləm” sözlərini təkrar edirlər.

Məbəd başçıları şagirdlərin şəxsi həyatına qarışaraq onların
evlilik məsələsini də özləri həll edir, hətta ailədə ər-arvad arasında

77

olan cinsi əlaqəyə yalnız nəslin davamı üçün icazə verirlər.
Onların razılığı ilə anadan olmuş uşaqları valideynlərin əlindən
alır, xüsusi məktəblərə yerləşdirirlər. İbtidai məktəb çox vacibdir,
çünki uşaqların xarici dünya ilə əlaqəsi kəsilir və beləliklə, uşaq
tamamilə bu sektanın təsiri altında böyüyür.

Krişnaçıların Azərbaycana gəlişi müstəqillik dövrünün
ilk illərinə təsadüf edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində
“Beynəlxalq Krişna şüuru cəmiyyəti”nin (Hare Krişna) ardıcılları
respublikamıza gələrək, icma evlərini açmış, dini inanclarını təbliğ
etmək üçün kitablarını dilimizə tərcümə etmişdir. Bu cəmiyyət
1966-cı ildə Bxaktivedanta Svami Prabxupada tərəfindən
yaradılmışdır. “Beynəlxalq Krişna şüuru cəmiyyəti” hinduizm
ənənələrinə uyğun Şərq kultudur. Cəmiyyət Bxak-tivedanta
tərəfindən yaradılmışdır. Bu hərəkat dünyanın bir çox ölkəsində,
eləcə də Amerika və Qərbi Avropada geniş yayılmışdır.

2009-cu ildə Azərbaycan Respublikasının Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən “Bakı Krişna
Şüuru” dini icmasının fəaliyyətində son illər zəifləmə və saylarında
azalma müşahidə olunur. Belə ki, ölkəmizdə müxtəlif dinlərin,
məzhəblərin və yeni dini cərəyanların rahat fəaliyyət göstərməsi
üçün bütün lazımi şəraitin, zəruri hüquqi bazanın yaradılmasına və
ən əsası, mentalitetimizdən qaynaqlanan tolerantlığa baxmayaraq,
Bəhailik və Krişnaizm kimi etiqadlar xalqımız arasında uğur
qazana bilməmişdir. Hesab edilir ki, bu, insanlarımızın milli-
mənəvi dəyərlərinə bağlı olması, İslama sadiqliyi və qeyri-ənənəvi
dini etiqadlara meyil göstərməməsi ilə əlaqədardır.

78 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

АZƏRBАYCАNDА İSLАM
MƏZHƏBLƏRİ BU GÜN

Аzərbаycаn 1991-ci ildə müstəqilliyinin bərpasını еlаn
еtdikdən sоnrа, digər sаhələrdə оlduğu kimi, dində də unudulmuş
ənənələrin sürətli bərpаsı prоsеsi vüsət аldı. Belə ki, əgər Sоvеt
dövründə insаnlаr İslаmdаn tədricən uzаqlаşırdılаrsа, müstəqilliyin
bərpasından sonra sürətlə dinimizə qаyıtmağa başladılar. O başqa
məsələdir ki, qаyıdışın sürəti kеçid dövrünün dоğurduğu sоsiаl
prоblеmlər zəminində islаmlаşmаdа ifrаtçılığа səbəb olmuşdu.
Əsas məsələ isə o idi ki, Sоvеt impеriyаsının din əleyhinə işləyən
“təbliğаt mаşını”nın 70 illik fəаliyyəti istənilən nəticəni vеrmədi
və Аzərbаycаn хаlqı İslаmа dахili bаğlılığını bu çətin, məşəqqətli
sınаqlаrdа qоrumаğı bаcаrdı.

Аzərbаycаn Rеspublikаsının müsəlmаn əhаlisinin əksəriyyətini
şiələr, müəyyən hissəsini isə sünnilər təşkil еdirlər. Müsəlmаn
əhаlinin 60-70 fаizə yахınının şiələrdən, 30-40 fаizə yахınının isə
sünnilərdən ibаrət оlduğu bildirilir. Ancaq dindаr əhаli üçün bu
nisbətin heç bir əhəmiyyəti yoxdur və dindаrlıq nöqtеyi-nəzərdən
sünnilərin burаdа məzhəbi аzlıq оlmаsı şərti хаrаktеr dаşıyır.

Ənənəvi оlаrаq Аzərbаycаn sünniləri аrаsındа şаfii və hənəfi
məzhəblərinin tərəfdarları çoxluq təşkil edir. Sünniliyin digər iki
ənənəvi qоlu – malikilik və hənbəlilik isə ölkəmizdə möhkəmlənə
bilməmişdir. Təşəkkül tаpmаsа dа, hər hаldа burdа оnlаrın

79

mаhiyyətinə ötəri də оlsа аydınlıq gətirməyi lаzım bilirik.
Əvvəlcə zаmаn bахımındаn bir qədər əvvəl mеydаnа gəlmiş

mаlikilik hаqdа. Mаliki sünni məzhəbinin bаnisi Mаlik ibn-Ənəsdir
(716-795). Malikilər Qurаnın mücərrəd surətdə təfsir оlunmаsını
pisləyir, hənəfilərə nisbətən hüquqi qiyаs (аnаlоgiyа) üsulunu
məhdudlаşdırmаğı üstün tuturlаr. Hənbəlilik isə sünni məzhəbləri
аrаsındа ən аz yаyılаndır. Оnun bаnisi Əhməd ibn Hənbəlidir
(780-855). Hənbəlilər ifrаt mühаfizəkаrdırlаr, Qurаnı və hədisləri
hər cür yоzmаq cəhdlərinin əlеyhinə çıхırlаr. Şəriətin dini mərаsim
və hüquq nоrmаlаrınа ciddi surətdə riаyət оlunmаsını tələb еdirlər.
Hənbəlilər dünyа müsəlmаnlаrı аrаsındа ən оrtоdоksаl və fаnаtik
mövqе tuturlаr.

Bunlarla yаnаşı, bir sırа sünni cərəyаnlаrı dа müхtəlif
vахtlаrdа müхtəlif müstəvidə Аzərbаycаn məkаnındа müşаhidə
оlunmuşlаr, lаkin оnlаr burаdа fəаliyyət üçün münbit şərаit
tаpа bilməmişlər. «İхvаn əl-muslimin», «Hizb ət-təhrir» və sаir
qruplаrın Аzərbаycаndа öz fəаl şəbəkələrini yаrаtmаq niyyətləri
оlmuşdursа dа, оbyеktiv və subyеktiv səbəblər bunа imkаn
vеrməmişdir. Rаdikаl yönümlü bu təşkilаtlаrın mübəlliğlərinin
burаdаkı fəаliyyətinin dövlət tərəfindən qаrşısı аlınmışdır.

Sоvеtlər dövründə Bаkıdа əsаs еtibаrilə iki məscid fəаliyyət
göstərirdi. Оnlаrdаn biri Təzəpir məscidi, digəri isə əhаli аrаsındа
Göy məscid kimi tаnınаn Əjdərbəy məscidi idi. Birinci məscid tаm
оlаrаq şiə müsəlmаnlаrınа məхsus idisə, ikincisində biri sünni, biri
də şiə оlmаq üzrə iki imаm-cаmааt fəаliyyət göstərirdi. Cаmааt
nаmаzlаrı qılındıqdа dа əvvəlcə sünnilər öz imаmlаrınа iqtidа

80 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

еdərək nаmаzlаrını qılır, dаhа sоnrа şiələrin cаmааt nаmаzlаrı
qılınırdı. Bаkıdа аyrıcа sünni məscidi yох idi.

Qеyd еdək ki, şiələrlə sünnilərin qаrışıq yаşаdığı bölgələrdə
bir sırа məscidlər еyni zаmаndа həm şiələrə, həm də sünnilərə
məхsusdur. Bеlə məscidlərdə əksər hаllаrdа iki аyrıcа cаmааt
nаmаzı qılınır. Lakin sünnilərlə şiələrin cümə günləri Heydər
məscidində birlikdə vəhdət namazı qılması kimi nümunələr də
vardır.

Pеyğəmbərin (s) vəfаtındаn sоnrа İslаm ümməti çохsаylı
qütblərə bölünmüşdü. Оnlаrın bəzilərinin yаrаnmа tаriхi VII əsrə,
bəzilərinin isə həttа XIX əsrə gedib çıxır. Аzərbаycаndа dа müхtəlif
İslаm məzhəblərinin tərəfdаrlаrı yаn-yаnа yаşаmаqdаdırlаr.
Оnlаrın iki əsаs qrupu - şiələr və sünnilərdən ibаrətdir. Аmmа
ölkəmizin İslаm məzhəblərinin qаrşılıqlı münаsibətlər bахımındаn
mənzərəsinə nəzər sаlmаzdаn öncə хüsusilə qеyd еtmək lаzımdır
ki, istənilən inаncа mаlik оlаn şəхs Аzərbаycаn vətəndаşıdır və
bu qruplаrdа yеr аlаnlаrın bu həqiqəti еtirаf еdib-еtməməsindən
аsılı оlmаyаrаq, hаmısı sоydаşdırlаr. Şеyхülislаm Аllаhşükür
Pаşаzаdə “Qаfqаzdа İslаm” kitabında yazır ki, “Еtiqаd, ələlхüsus
dini еtiqаd, оnа görə еtiqаd sаyılır ki, о, insаnı bаşqа cür dеyil,
məhz bu cür, nеcə vаrsа еlə qаnе еdir, insаn оnu bаşqa cür dеyil,
məhz bu cür bаşа düşür və оnа inаm gətirir. Еtiqаdın yахşılığı-
pisliyi оnun insаnpərvərlik dərəcəsi, insаnа nə kimi dəyər, yön
vеrməsi ilə ölçülür. Оdur ki, еtiqаd məsələlərinin izаhındа
оlduqcа еhtiyаtlı və dəqiq оlmаq gərəkdir, hər bir şəхsin
inаmınа, vicdаn аzаdlığı hüququnа hörmət еtmək lаzımdır”.

81

Qеyd еdildiyi kimi, ölkəmiz şiə və sünnilərin tаriх bоyu birgə
yаşаdığı nadir ölkələrdən biridir. Burаdа bu məzhəblərin аrdıcıllаrı
bir-biri ilə sıх şəkildə qаynаyıb qаrışmış, qаrışıq аilələr təşkil
еtmiş, ictimаi həyаtımızın istisnаsız, bütün sаhələrində birlik və
bərаbərlik nümаyiş еtdirmişlər. Çünki Azərbaycan cəmiyyətinin
düşüncəsinə görə, sünni ilə şiə аrаsındа rəy müхtəlifliyindən bаşqа
fərq yохdur, hər ikisi bir Аllаhа ibаdət еdir, üzlərini bir qibləyə
tutur, bir Kitаbа inаnır.

Şiə və sünnilərin dini təsisаtlаrının аyrı-аyrılıqdа dеyil,
mərkəzləşmiş dini qurum оlаrаq Qаfqаz Müsəlmаnlаrı İdаrəsinin
çətiri аltındа birləşmələri, əl-ələ vеrib birgə fəаliyyət göstərmələri
bunа gözəl nümunədir. Bu bахımdаn tаm yəqinliklə dеmək оlаr
ki, respublikamızdа sоsiаl sаhədə məzhəb baxımından prоblеm
yохdur. Lаkin bir faktı da unutmamalıyıq ki, tаriхən mеhribаn
və səmimi münаsibətdə yаşаyаn Аzərbаycаn müsəlmаnlаrının
fоrmаlаşdırdığı bu аb-hаvа müəyyən dаirələri nаrаhаt еtməkdə,
оnlаrın məkrli plаnlаrının həyаtа kеçməsinə mаnе оlmаqdаdır.
Sоvеtlər birliyinin süqutu ilə ölkəmizdə fəаliyyətə bаşlаmış bir sırа
хаrici dаirələrin еmissаrlаrı vаr gücləri ilə buradа məzhəblərаrаsı
münаsibətləri gərginləşdirmək, şiələrlə sünniləri bir-birinə qаrşı
qоymаq istiqаmətində iş аpаrmаqdаdırlаr. Vaxtilə bu yöndə
qаrşıdurmаyа yоl аçаn müхtəlif kitаb və brоşürlər ölkəmizdə
böyük tirаjlаrlа Аzərbаycаn dilində hаzırlаnıb çаp еtdirilir və əhаli
аrаsındа yаyılırdı. Həttа iş о yеrə gəlib çаtmışdı ki, qızışdırıcı
məqаlələr kütləvi infоrmаsiyа vаsitələrində, qəzеt səhifələrində də
yеr аlırdı. Doğrudur, dövlətimizin bu istiqamətdəki səyləri artıq

82 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

öz bəhrəsini verməkdədir. Ancaq bu bizi qətiyyən arxayınlaşdıra
bilməz. Həm dinimizə, həm də milli birliyimizə qаrşı yönəldilmiş
bütün bu kimi hаllаr sünnili-şiəli bütün sаğlаm düşüncəli
Аzərbаycаn dindаrlаrının daim diqqət mərkəzində olmalıdır..

83

MƏDƏNİYYƏT

Mədəniyyət – insanın və cəmiyyətin inkişafının müasir
səviyyəsi, insanın yaratdığı və nəsildən-nəslə ötürdüyü mənəvi
dəyərlərdəndir. “Mədəniyyət” sözünün etimalogiyasına gəlincə,
onun latın dilindən tərcüməsi “culture” – “becərmək”, “bəsləmək”,
“yaxşılaşdırmaq” deməkdir. Bu kəlmənin ilkin mənası – torpağın
becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların
fəaliyyət dairəsi genişləndi və “mədəniyyət” sözü daha geniş bir
məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə.

“Mədəniyyət” sözü, həmçinin, “Mədinə” sözündəndir və
“şəhərsalma” anlamına gəlir.

Məşhur rus dilşünası Vladimir Dal özünün “İzahlı lüğət”ində
yazır: “Mədəniyyət – işlədilmə, becərmə, üzərində çalışmadır, bu
əqli və əxlaqi savaddır”.

Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona “insan
tərəfindən yaradılmış ikinci təbiət” adını vermişdir: “Mədəniyyət –
təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən
yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə
edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır”.

Mədəniyyət – hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi
bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə,
yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya
insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər)
də daxildir.

84 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Mədəniyyət – insanların həyat fəaliyyəti formalarının
müxtəlifliyi, mücərrəd anlayışda həyatın becərilməsi, onun
insaniləşdirilməsi, xalqların tarixi yaddaşıdır. O, sivilizasiyaların
və etnosların ayrılmaz cəhətidir. Planetimizdə mədəniyyətlərin
müxtəlifliyi insan birliklərinin ən böyük dəyəridir; buna, bəzən,
inteqral mədəniyyət deyilir. İnsan mədəniyyət vasitəsi ilə özünün
müstəqil fərd, cəmiyyətin üzvü, bütövlülüyün bir cəhəti olduğunu
dərk edir.

Amerikalı yazıçı Ernest Heminquey “Zəng kimin üçün çalınır”
əsərində yazmışdır: “Elə bir insan olmamışdır ki, o, ada kimi,
özü-özlüyündə tənha qalsın; hər kəs… qitənin, torpağın bir
hissəsidir; əgər dalğa bu sahildəki daş qayasını çırpıb aparsa,
onda Avropa kiçiləcək. Hər bir ölən adam məni də kiçildir,
çünki mən bütün insan nəsli ilə birəm, bax buna görə, heç vaxt
soruşma ki, zəng kimin üçün çalınır: o sənin üçün çalınır”.

Mədəniyyətşünaslığın əsas məsələlərindən biri də
mədəniyyətlə təbiətin qarşılıqlı münasibətləridir. Müasir dövrdə bu
münasibətlərin əhəmiyyəti çox aktualdır. Hər ikisi insan həyatının
ayrılmaz hissəsidir. Mədəniyyət insanın fəaliyyəti nəticəsində
təbiətin bir qədər dəyişilməz formasıdır. Bu bir tərəfdən təbiəti
nizamlasa da, digər tərəfdən təbiətin nizamlanmış qaydasına
ciddi dəyişikliklərə aparıb çıxarır. Mədəniyyət “ikinci təbiət” də
adlandırıla bilər.

İnsanın təbiətlə əməkdaşlığı hər iki subyektə sərfəlidir. İnsan
təbiətdən maddi sərvət götürür, ideyalar alır, ondan öyrənir. Bu
düşünülmüş olduqda təbiəti daha da zənginlşdirir. Təbiətə ziyan

85

vuran hərəkətlər isə ilk növbədə insanın özünə ciddi problem
yaradır. Bu hərəkət mədəniyyət anlayışına zidd sayılır.

Mədəniyyətlə təbiət vahid təsəvvür edilməli, bir-birindən
yararlanmalıdır. Bu baxımdan şəhər mədəniyyətinin heç də hamısı
mədəniyyət hesab edilə bilməz. Bu fikir rus ziyalıları Nikolay
Berdyayev və Nikolay Rerixin əsərlərində öz əksini tapmışdır.

Mədəniyyətin funksiyaları

Mədəniyyətin əsas funksiyası - humanist insani funksiyadır.
İnsan mədəniyyət nümunələri yaradaraq bəşər tarixinə töhfələr
verir, sonda onun yaratdığı mədəniyyət yenə də insanın, cəmiyyətin
xidmətində durur.

İnformativ - kommunikativ (sosial təcrübənin ötürülməsi)
- heç bir mədəniyyət təcrid olunmuş halda mövcud deyildir və
mədəniyyətlər bir-birinə qarşılıqlı təsir göstərir, başqa adamların,
nəsillər və mədəniyyətlərin təcrübəsini mənimsəyir.

Mədəniyyətin mühüm funksiyalarından biri də idraki-
qnoseoloji funksiyadır. İdraki funksiya xalq, ölkə haqqında
bütöv bir təsəvvür verir. Onun sayəsində insanlar elm, incəsənət,
fəlsəfə, təlim, tərbiyə və b. sahələrdə öz mənafelərini dərk edir,
sosial təcrübənin ötürülməsi və digər xalqların mədəniyyətlərinin
mənimsənilməsinə güclü təsir göstərir.

Mədəniyyətin normativ-requlyativ (nizamlayıcı-tənzimləyici)
funksiyası. Bu funksiya insanların ictimai və şəxsi fəaliyyətinin
müxtəlif növ və cəhətlərinin, davranışının nizamlanması ilə
əlaqədardır. Mədəniyyət tənzimlənmiş davranış qaydaları, əxlaq

86 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

və hüquq kimi normativ sistemlərə dayanır.
Semmiotik, yaxud işarələr funksiyası. Müəyyən işarələr

sisteminin köməyi ilə mədəniyyət nümunələri öyrənilir, əxz edilir.
Məsələn, heroqliflərin qədim Misir mədəniyyətinin tədqiqində
müəyyən işarələr və simvolların, xalçaçılıq, rəssamlıq, qədim
kitabələrin oxunmasında və s. böyük köməyi dəyir. Ümumiyyətlə,
bu funksiya musiqi, rəssamlıq, heykəltəraşlıq, təbiət elmləri —
fizika, riyaziyyat, kimya, biologiya kimi sahələrdə öz əksini tapır.

Mədəniyyətin aksioloji dəyər funksiyası. Bu, dəyərlər
sisteminin müəyyən edilməsi və mühafizəsidir.

Dəyərlər ayrı-ayrı adamların, qrupların üstünlüklərini qoruyub
saxlamağa kömək edir.

Azərbaycan mədəniyyəti

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı
özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı,
incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Ölkənin
gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi birmənalı
olaraq xalqımızın bədii təfəkkür və yaradıcılığına da böyük təsir
göstərmişdir. Müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun
və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət
təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam
təsəvvür yaratmağa geniş imkan verir.

Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən
mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı
ilə bağlı olan xalq sənətkarlığı tutur. Təbii ki, xalqımızın məişət

87

xüsusiyyətləri, estetik zövqü, bir sözlə, milli siması, mənliyi bu
sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə vermişdir. Bu
baxımdan hazırda dünyanın ən zəngin muzeylərində Azərbaycan
xalq sənətkarlığının bir çox gözəl nümunəsinin saxlanılması heç də
təsadüfi deyildir. Londonun “Viktoriya və Albert”, Parisin “Luvr”,
Vaşinqtonun “Metropoliten”, Vyananın, Romanın, Berlinin,
İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyaları
arasında Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki,
Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət
nümunələrinin də yer alması qürur duyulacaq faktlardır.

Xalqımızın əməyi sayəsində yaradılan, onun həyat və
məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin
tarixi vardır. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə
və s. yerlərdən əldə edilmiş metal sənət əsərlərinin yaşı 5000
ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək
nümunələri təkcə tarixi fakt, tarixi tapıntı kimi dəyərləndirilmələli,
həm də onları yaradan ustaların yüksək sənətkarlıq qabiliyyətinin
göstəricisi hesab edilməlidir.

Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-
mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan
əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar,
kəmərlər və müxtəlif cür zinət əşyaları düzəldərək istifadə edə
bilirmişlər. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin
qədimliyindən xəbər verir. Metaldan düzəldilmiş sənət nümunələri
içərisində elələrinə də rast gəlinir ki, onların üzərindəki bəzək və
təsvirlər bizdə o dövrdəki insanların adət-ənənələri, dini görüşləri

88 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

və hətta geyimləri haqqında aydın təsəvvür yarada bilir.
Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri

öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı
geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və
toxuculuqda özünü büruzə verir.

Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı Tunc
dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan
hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki,
Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar.
Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış
gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə
aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən
təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan
Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan
tikilmiş geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid
qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən
ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların
hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik
olduqlarını sübut edən əsaslı dəlillərdəndir.

Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət
əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda
hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut
edir.

Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid
katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilmişdir.
Arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda

89

xalçaçılıqla hələTunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin
əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı
haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya
tarixçiləri məlumat vermişlər. Müxtəlif dövrlərdə Azərbaycanın
ayrı-ayrı xalçaçılıq məktəblərinin (Quba, Bakı, Şirvan, Gəncə,
Qazax, Qarabağ, Təbriz) ardıcılları tərəfindən toxunmuş xalçalar
bugünədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu
dünyanın məşhur muzeylərində mühafizə olunur.

Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V
əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun
Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc
dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid edilən rəsmlər,
Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü
təsvirlər xüsusi əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk
olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi,
məişəti, əməyi ilə əlaqədar təsvirlər də böyük maraq doğurur.
Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə
bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik
tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar
ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik,
uzun tarixi dövrü əhatə edir.

Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri
ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də
zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi,
memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatun və Yusif ibn
Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi,

90 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Şəki xanları sarayının divarındakı rəsmlər və s. nəinki ölkə, eləcə
də dünya memarlıq sənətinin nadir inciləri hesab edilməkdədir.

Zəngin mədəni irsə malik olan Azərbaycan eyni zamanda
ecazkar musiqi diyarı kimi də məşhurdur. Dünya musiqi
mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən
Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri
nəsildən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq
musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük
xidmətləri olmuşdur.

Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər,
aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Azərbaycan milli
musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir.
Təsadüfi deyildir ki, 2003-cü ildə BMT-nin ixtisaslaşmış olan
təşkilatı UNESCO Azərbaycan muğamını Bəşəriyyətin Mədəni
İrs Siyahısına daxil etmişdir. Qədim zamanlardan milli musiqimiz
ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası
ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr
Azərbaycan xalqının Nizami, Xaqani, Füzuli, Nəsimi kimi qüdrətli
şairlərinin qəzəllərini oxumuşlar. Milli poeziyanın janrları olan
qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik
formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli
formalarıdır.

Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər
dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur.
M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, Q.Zakirin,
M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.P.Vaqifin, M.V.Vidadinin

91

və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz
yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.

Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən
biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın
fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü
ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri
müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır.
Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə
bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu
kiçik tamaşalar təşkil etmişdir. Azərbaycanda peşəkar teatrın
təşəkkülündə məhz xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi
M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda
səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara”
tamaşalarından başlanır. Mürəkkəb inkişaf yolu keçmişAzərbaycan
teatrının repertuarı bu gün daha da genişlənmişdir. Tamaşaçıların
zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda
fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə
Teatrında, Pantomim Teatrında, Gənc tamaşaçılar Teatrında və
digər teatrlarda seyr etmək mümkündür.

Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü
hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz
hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan
kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini
və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə
zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks

92 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər
gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə
çevrilmişdir.

Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və
zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi
və xalq sənətinin müxtəlif növlərinin tədqiqi Azərbaycan xalqının
yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycanın
mədəniyyət və incəsənət xadimləri milli mədəniyyətimizin
dünyaya çatdırılması istiqamətində daim səy göstəriblər və qismən
də olsa buna nail olmuşlar. Yuxarıda da qeyd etdiyimiz kimi,
Azərbaycan muğamının UNESCO tərəfindən Bəşəriyyətin Mədəni
İrs Siyahısına daxil edilməsi və ümumiyyətlə, müxtəlif zamanlarda
el sənətkarlarının düzəltdiyi əl işlərinin, toxuduğu xalçaların
dünyanın məşhur muzeylərində mühafizə olunması buna əyani
sübutdur.

Azərbaycanda Qobustanda aşkar edilmiş ən qədim yaşayış
yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı,
meqalit memarlıq abidələri - kromlexlər, menhirlər (çoban daşı),
dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan
quraşdırılmış bu qurğular el arasında «qalaça», yaxud «hörükdaş»
adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc
dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala
(e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir.

Azərbaycan ərazisində e.ə. IX-VII əsrlərdə şəhərlər əmələ
gəlmiş, müdafiə tikililəri, əzəmətli qala divarları inşa olunmuşdur.
Həsənli rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki

93

qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, Azərbaycanda
VII əsrdən eyvanlı mənzil tipi təşəkkül tapmışdır. Həmin dövrün
digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları
bugünədək gəlib çatmışdır.

VII əsrdən Azərbaycanda İslam dininin yayılması ilə bağlı
memarlığın da inkişaf yönü dəyişmişdir. Belə ki, memarlıqda yeni
istiqamət yeni tipli binaların - məscid, mədrəsə, türbə, karvansara
və s. tikilməsi olmuşdur. Bu dövrdə İslam dininə məxsus
tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian
məbədləri, müdafiə istehkamları inşa edilmişdir. İsmayıllı rayonu
ərazisindəki Cavanşir qalası (təqribən VII əsr), Qazax rayonunun
Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII
əsrlər), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII
əsrlər) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər),
Dağlıq Qarabağın Xocavənd rayonunda alban kilsəsi (I əsr) və s.
bu qəbildəndir.

94 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

DİL

Dil insаnın həyаtdа qаzаndığı ən dəyərli mənəvi sərvətlərdəndir.
O, hər bir fərdi məхsus оlduğu cəmiyyətə, хаlqа, millətə bаğlаyаn
bütün bağların ən mühümüdür. Dil cəmiyyətin varlığı, onun
təşəkkülü və inkişafı üçün çox zəruri vasitədir. O, fikrin ifadə
vasitəsi kimi təzahür etdiyindən təfəkkürlə sıx əlaqədədir. Dil ilə
təfəkkür eyni vaxtda və eyni mənbədən yarandıqları üçün vəhdət
təşkil edir. Lakin çox oxşar cəhətlərin olmasına baxmayaraq, dil ilə
təfəkkür heç də eynilik yaratmır. Bunların hər birinin özünəməxsus
cəhətləri vardır. Bu fərqlərin ən başlıcası odur ki, dil lüğəvi və
qrammatik vasitələrdən istifadə edir. Lakin təfəkkür üçün istifadə
mənbəyi sözlər və cümlələr deyil, məfhumlar və hökmlərdir.

Təfəkkürün ifadə vasitəsi olan dil ictimai hadisədir. O, digər
ictimai hadisələrlə də əlaqədədir. Lakin dil heç də bütün cəhətləri ilə
başqa ictimai hadisələrə oxşamır. Onun özünəməxsus xüsusiyyətləri
vardır. Dilin əsas əlaməti ondan ibarətdir ki, o, bir neçə ilin, yaxud
müəyyən bir dövrün məhsulu deyil, əsrlər boyu yaranır və inkişaf
prosesi keçirərək get-gedə formalaşır, zənginləşir. Eyni zamanda,
dil yarandığı dövrdən xidmət etdiyi cəmiyyətin üzvləri arasında
heç bir fərq qoymamış, hamı üçün ünsiyyət vasitəsi olmuşdur.
Buna görə də o, ictimai xüsusiyyətə sahibdir.

Dil olmazsa, insan öz duyğu və düşüncəsini ifadə edə bilməz.
Biz rəsm və heykəltəraşlıq əsərlərinə baxarkən orada dilin köməyi
olmadan müəyyən məqamları duyuruq, hiss edirik. Ancaq insanın

95

düşüncəsini, duyğusunu dil qədər anlada bilən, hiss etdirən ikinci
vasitə yoxdur. Biz ən yaxşı musiqi əsərini də dil vasitəsilə anlayır,
sevir və onun təsiri altında ovqatımız dəyişir. Bir sözlə, dil anlatmaq
gücünə malikdir. Bu güc isə dilin zənginliklərindən, imkanlarından
çox asılıdır. Dil nə qədər zəngin və ifadə imkanlarına qadir olarsa,
bir o qədər insan öz duyğu və düşüncəsini asanlıqla ifadə edə, qarşı
tərəfə anlada bilər. Odur ki, dil olmazsa, hər hansı fikir, duyğu və
düşüncə heç kəsə çatdırıla bilməz.

Dil xalqın tarixi ilə də üzvi şəkildə əlaqəlidir, çünki o, cəmiyyət
daxilində təşəkkül tapır, onu yaradan xalqdır. Elə buna görə də
dilin taleyi onu yaradan xalqın taleyindən birbaşa asılıdır.

Bu gün dünya dilləri haqqında dilçilərin əlində olduqca zəngin
material vardır. Məsələn, hazırda dünyada 6500 dil mövcuddur.
Proqnozlara görə, XXI əsrin sonlarına bu dillərin 2000-i ölüb
gedəcək. Məsələn, ötən əsrin 90-cı illərində amerikalı antropoloq
Culyetta Blevins Avstraliyaya üçillik səfəri zamanı bu ölkədə
danışılan dillərdən birinin – nhanda dilinin sonuncu daşıyıcısı Lusi
Rayderin öz əcdadlarından eşitdikləri bitki, heyvan, dağ, dərə və s.
adlarından maraqlı əhvalatları qələmə almış, kassetlərə köçürərək
Leypsiqdəki Maks Plank İnstitutuna vermişdi. Ancaq indi
həmin dildə danışan bir nəfər də qalmamışdır. Yaxud bir vaxtlar
Qafqazda 82 samiti və 3 saiti olan kəraim dilində əvvəllər 50000
adam danışırdı. Lakin bu dildə danışan sonuncu şəxsin 1984-cü
ildə 82 yaşı var idi. Bəzi ölkələrdə 2-3 dil (Belçika), bəzilərində
isə (Kamerun, Papua, Yeni Qvineya və s.) 100-ə qədər dil vardır.
Hindistan 1600 dil və dialektlə, yəqin ki, dünyada liderdir.

96 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Xalqımızın tarixi kimi, dilimizin tarixi də çox qədimdir. Milli
mənəviyyatımız, milli varlığımız olan dilimizi xalqımız həmişə
müqəddəs bilmiş, bütün tarixi dönəmlərdə, həyatın ən ağır və çətin
günlərində, sərt repressiya zamanında, ciddi sovet rejiminin dəmir
məngənələrində sıxıldıqda da göz bəbəyi kimi qoruyub bugünədək
saxlamış və inkişaf etdirmişdir. Zəngin dil mədəniyyətinə sahib
olan xalq isə əyilməzdir, qüdrətlidir, ölməzdir! Təsadüfi deyil ki,
dilimizə “ana dili” deyirik. Buna görə də dilin qayda-qanununu
pozmaq həm onun ruhuna xələl gətirir, həm də özünəməxsusluğuna,
millətin mənəviyyatına, ədəb-ərkanına, əxlaqına, təlim və
tərbiyəsinə toxunur. Firidun bəy Köçərli bununla bağlı yazırdı: “Hər
millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana
dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir.
Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun
qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kmi, ana dilini də
sevir. Bu Allah-Təalanın gözəl nemətlərindən biridir, onu əziz və
möhtərəm tutmaq hər kəsə borcdur”.

Görkəmli alman dilçi Vilhelm fon Humboldt deyirdi: “Bir
millətin dili ruhudur, ruhu da dilidir”. Bu fikirləri milli mətbuatımızın
banisi Həsən bəy Zərdabinin yaradıcılığında daha geniş prizmada
görürük. O yazırdı: “Bizim zəmanəmiz elm zamanıdır və elm
təhsil etmək hər tayfaya vacibdir ki, zindəganlıq davasında
(həyat sürmək – red.) heç olmasa özünü saxlaya bilsin və belə
elm təhsil etmək ilə tərəqqi edib, irəli gedən vaxtda tayfa gərək
iki şeyi saxlasın ki, bu şeylər hər tayfanın dirəkləri hesab
olunurlar və onların tayfa olmağına səbəbdirlər. Bu şeylərin

97

birisi dil, birisi din və məzhəbdir. Elə ki, bunlardan birisi
əldən getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə qeyri-
tayfalara qarışır, mirur ilə (tədriclə - red.) yox olur. Çünki dil
və məzhəb tayfanın ruhu olan kimidir. Necə ki, ruh çıxanda
bədəndən bircə nəş, yəni cəmdək qalır və bu cəmdək mirur ilə
çürüyüb yox olur, habelə dilsiz və məzhəbsiz tayfa da gərək
mirur ilə yox olsun. Bəs, hər tayfa elm təhsil edən vaxtda gərək
öz dilində və öz din və məzhəbində tərəqqi eləsin ki, dünyada
qala bilsin. Onlarsız tayfa olmaz”.

Azərbaycan dilini XIX əsrdən 1920-ci ilə qədər Rusiyada və
onun vasitəsilə Avropada bu adlarla tanıyırdılar: tatar dili, türk-
tatar dili, Azərbaycan-tatar ləhcəsi, tatar dilinin Qafqaz ləhcəsi,
türk-Azərbaycan dili. “Azərbaycan dili” adı ilk dəfə XI əsrdə
Xətib Təbrizi ilə bağlı məlumatda çəkilir. O, məsciddə Əbul-Əla
Məəridən dərs alarkən təbrizli həmyerlisi ilə rastlaşır və müəlliminin
razılığı ilə dərsdən ayrılaraq onunla söhbət edir: “Ayağa qalxdım
və azəri dilində onunla xeyli söhbət edib məni maraqlandıran
hər şeyi ondan soruşdum. Elə ki, qayıdıb Əbul-Əlanın yanında
oturdum, məndən soruşdu: “Bu hansı dil idi?” Dedim: “Bu,
Azrəbican əhalisinin dilidir”. Məlumdur ki, VII əsrdən ərəblər
Azərbaycana “Azrəbican” demiş və sifət məqamında həmin sözü
azrəbi şəklində işlətmişlər. Beləliklə, Xətib Təbrizinin söylədiyi
“Azrəbican əhalisi” müasir mənada azərbaycanlılar, “azrəbi dili”
isə Azərbaycan dili deməkdir.

Ümumiyyətlə, dilçi alimlərin fikrincə, “Azərbaycan dili”
anlayışının tədqiqi bir sıra spesifik metodoloji nüansların əlaqəli

98 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

şəkildə nəzərə alınmasını tələb edir. Buraya isə, ilk növbədə,
aşağıdakılar daxildir:

- Azərbaycan xalqının (və dilinin) tarixinə bütün dövrlərdə
ümumtürk tarixi “kontekst”ində baxılması;

- “Azərbaycan dili” anlayışının ortaya çıxmasının təsadüfi
hadisə deyil, türk dillərinin təbii diferensiasiyası prosesində
formalaşan Azərbaycan türkcəsini bildirmək üçün tədricən,
qanunauyğun olaraq, təşəkkül tapması gerçəkliyinin qəbul
edilməsi;

- “Azərbaycan dili” linqvoniminin rəsmi işlədilməsinin milli
ictimai şüurun təkidi, elmi-intellektual mövqeyin təsdiqi və siyasi
iradənin təsbiti nəticəsində mümkünlüyünün prinsip olaraq nəzərə
alınması.

Göründüyü kimi, burada həm etnik, həm intellektual-mədəni,
həm də siyasi-ideoloji proseslərin qarşılıqlı əlaqəsinə istinad
olunur.

Araşdırmaçıların fikrincə, “Azərbaycan dili” anlayışının
təşəkkülü tarixinin sxematik ifadəsini aşağıdakı şəkildə göstərmək
mümkündür:

“T ürk dili” “Azərbaycan” “Azərbaycan
“türk dili” dili”


Bu isə o deməkdir ki, “Azəbaycan dili” anlayışının, eləcə

də linqvoniminin təşəkkülü tarixinin əsasını “türk dili”ndən

“Azərbaycan dili”nə keçid dövrü, başqa sözlə, həmin dövrdə

meydana çıxan problemlər təşkil edir.

99

Əlbəttə, “Azərbaycan dili” linqvonimi digər türk dillərinin
mütləq əksəriyyətinin adlarından fərqli üsulla yaranmışdır. Əgər
mənşələrinə getməsək, formal olaraq, məsələn, “türk dili”, “özbək
dili”, “qazax dili”, “qırğız dili”, “türkmən dili”, “tatar dili”, “uyğur
dili”, “başqırd dili” və s. linqvonimlərin kökündə etnonimlər
dayanır, “Azərbaycan dili” anlayışı isə toponim əsasında təşəkkül
tapmışdır. Lakin ümumi prinsip baxımından bir dilin və ya xalqın
adının bu üsulla formalaşması, qeyd etdiyimiz kimi, istisna hal
deyil. Hətta türk dillərinin öz daxilində də analoji faktlara rast
gəlmək mümkündür. Məsələn, Altay dili, Tuva dili və s.

Azərbaycan dili yüzilliklər boyunca mürəkkəb inkişaf yolu
keçmişdir. Dilimizin bugünkü inkişaf səviyyəsi, zənginliyi,
kamilliyi göstərir ki, xalqımız dünyanın zəngin mədəniyyətə malik
qədim xalqlarındandır. Çünki hər bir dil yüksək inkişaf səviyyəsinə
çatmaq üçün tarixin uzun keşməkeşlərindən, əsrlərin sınağından
keçir.

Azərbaycan dili genealoji təsnifata uyğun olaraq, türk
dillərindən biridir və Ural-Altay dilləri ailəsinin Oğuz dilləri
qrupunun oğuz-səlcuq yarımqrupuna daxildir. Başqa dil ailələrində
olduğu kimi, bu ailəyə daxil edilən dillər də bir-birinə leksik,
morfoloji və sintaktik cəhətdən çox yaxındır. Məsələn, Azərbaycan
dili müasir dillərdən, daha çox, türk (osmanlı), türkmən və qaqauz
dillərinə daha yaxındır. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat
baxımından isə dilimiz iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir.

Tariximizə nəzər salsaq, dilimizin hazırkı inkişaf səviyyəsinə
birdən-birə çatmadığını aydın şəkildə görə bilərik. Bugünkü inkişaf

100 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

əsrlər boyu çəkilən əziyyətlərin məhsuludur. Hesab edilir ki, ilk
dövrlərdə, başqa dillər kimi, Azərbaycan dilinin də lüğət tərkibi
kasıb, qrammatik quruluşu isə bəsit olmuşdur. Lakin xalqımız
tarixən inkişaf etdikcə dilimizin səs sistemi tədricən səlisləşmiş,
lüğət tərkibi zənginləşmiş və qrammatik quruluşu təkmilləşmişdir.

Tarixdə humanist, sülhsevər, mehriban və xeyirxah xalq kimi
tanınan, uzun əsrlər boyu həm qonşuları, həm də bütün digər
xalqlar ilə dostluq, qardaşlıq münasibətində yaşayan Azərbaycan
xalqı zaman-zaman işğallara məruz qalmışdır. Təbii ki, bütün
işğalçıların əsas məqsədlərindən biri də işğal etdiyi torpaqlarda
yaşayan xalqları soy-kökündən uzaqlaşdırmaq, dilini unutdurmaq
olur. Ancaq yadellilərin arzularının əksinə, işğal dövrlərində də
Azərbaycan dilində sənət əsərləri yaradılmış və dilimiz yavaş-
yavaş ədəbi zəmin əsasında formalaşaraq inkişaf etmişdir. Bu gün
dogma dilimizdə danışa, ünsiyyət qura biliriksə, deməli, xalqımız
işğalçılarla mübarizə apararaq öz varlığını qoruduğu kimi, dilini
də mühafizə etməyə, günümüzədək ötürməyə müvəffəq olmuşdur.

Xalqımızın etnik əsasını təşkil edən türklər indiki Azərbaycan
ərazisinə eramızdan əvvəl gəlməyə başlamış, birinci minilliyin
əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə
bu torpağın qədim sakinləri olmuşlar. Türk mənşəli Azərbaycan
dilinin və bu dildə danışan xalqın təşəkkül tapması, başqa sözlə,
bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə
əsr davam edən proses olmuşdur. Əhalinin etnik tərkibində türk
tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin
fəaliyyət dairəsi də genişlənmiş, beləliklə, bəzi etnik və antropoloji


Click to View FlipBook Version