Ayişə Nəbi
ƏNƏNƏ VƏ DİN
(məqalələr)
Kitaba müəllifin “Din və cəmiyyət” qəzetində çap olunmuş dini
publisistik məqalələri daxil edilmişdir.
Bakı – 2019
Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
DK-483d-09/15 saylı, 13 sentyabr 2019-ci il tarixli məktubu ilə
nəşrinə razılıq verilmişdir.
Ayişə Nəbi
ƏNƏNƏ VƏ DİN
(məqalələr)
Dizayner: Raman Dadaşov
(məqalələr)
ALIN YAZISI
Həyat öz üzünü bizə müxtəlif cür göstərir, bəzən xoş, bəzən sərt,
bəzən qəddar. Biz də öz növbəmizdə bu üzlərə müxtəlif səbəblərlə haqq
qazandırır və bunu Allahın adına bağlayırıq. Ən bədbəxt hadisədə,
həyatın ən sərt üzünü görəndə özümüzə təsəlli veririk ki, neyləyək,
Allah-Təala (cc) belə yazıb alnıma, bu mənim qədərim, taleyimdir. Bu
sözdən sonra sanki insanın bədbəxtliyi də, dərdi də bir az yüngülləşir.
İnsan bu, qədər, tale, bəxt, alın yazısını çarə bilib ovunur sanki. Başına
gələn ən xoş hadisələrdə insan özünü səbəb sayır, xoş olmayan işlərdə
isə özündən uzaqda bir səbəbkar axtarır, ən asan yolla səbəbi mücərrədə
bağlayır, Allahın üstünə yıxır. Ən asan tapılan, dil açıb məni niyə
günahkar, bədbəxtliyinə səbəb sayırsan deməyən mücərrəd bir səbəb. Bu
bəhanə insanın çıxış yolu olur, özünə bəraət qazandırır, məsuliyyətdən
qaçır.
Görəsən, doğrudanmı başımıza gələnləri Allah-Təala (cc) yazır
alnımıza, bəxtimizi, taleyimizi Allah təyin edir.
Allahın iradəsi mütləqdir. Bu aksiomadır. Onun bizim üzərimizdəki
hakimiyyəti, onun iradəsindən kənar varlığımızın mümkün ola
bilməməsi aksiomadır. Allah-Təalanın iradəsindən, qüdrətindən kənar
yarpaq qımıldamaz, nəfəs çəkilməz. Zaman irəliləməz, həyat dayanar.
Bu, o demək deyil ki, Allah-Təalanın (cc) öz külli iradəsindən bizə pay
verdiyi cüzi iradədən istifadə etməyək. O özünün bütün sifətlərindən
onun ölçüsünə görə zərrə miqdarında, bizim ölçümüzə görə varlığımız
qədər verərək demişdir ki, sərbəstsən. Ancaq biz bu sərbəstliyimizi
3
ƏNƏNƏ VƏ DİN
qədər, alın yazısı, tale anlayışları ilə məhdudlaşdırır, bizə verilən güc
və qabiliyyətlərdən lazımi qədər istifadə etmirik. Sonra deyirik ki, niyə
müsəlmanlar geridə qalıb. Çünki biz hədisdə deyildiyi kimi “tədbirini al
vəAllaha təvəkkül et” ifadəsinin yarısına əməl edirik, tədbirimizi almadan
Allaha təvəkkül deyirik, Allah özü bilən məsləhətdir, özü hər şeyi yoluna
qoyacaq deyərək yaxamızı kənara çəkirik. Nə gözəl işdir. Sən “papağını
yan qoyub gəz” sonra da de ki, Allah belə buyurub. Yox, Allah-Təala (cc)
elə demir, deyir, “sənə ağıl verdim, heç düşünməzsənmi?”
Həyat bir qanunauyğunluğa tabedir, bizdən asılı olmayaraq zaman
dəyişir, fəsillər, gecə gündüz bir-birini əvəz edir. Nə canlılar, nə də
cansızlar təbiət dəyişiminə etiraz etmir. İnsan təbiət qarşısında nə qədər
aciz olsa da, mövsümə, zamana qarşı çıxa bilməsə də, öz həyatını
tənzimləyə bilər. Sufilərə görə də Allahın külli iradəsinin qəbul olunması
insanın azadlığıdır. Cüzi iradə aldadıcıdır, deyirlər.
“İnsan azadlıq içində doğulur, sonra cəmiyyətin zəncirlərinə
bağlanaraq bu azadlığı itirir” (J.J.Russo).
Lövhi məhfuz deyilən əbədi yazıda-kitabda insanların taleyi, alın
yazısı yazılıb, bütün varlığın həyatı olumdan ölümə qədər bəllidir. Bu
insanın yaşadığı ömrün yükünü azaldır, başına gələn hər şeyin onun
fəaliyyəti olmadan baş verəcəyinə inandırır. İnsan qəflət anında, o qəflət
anı ki, bir göz qırpımı qədər də deyil, o bir an, o ani bir hiss məhvə
sürükləyər ən mömin insanı. Ən mömin insan da nəfsinin qəflət anına
yenilir, sonra bəzən aylarla, illərlə tövbə edir. Amma, o qəflət anındakı
istəyi artıq yazılmışdır onun alnına. Alnına yazılanlar, bəxt, qədər, tale,
qismət olub ömrünün gedişatını müəyyənləşdirir. Və unudur insan o
qəflət anını. Unudur ki, bir anın, bir göz qırpımının içində ürəyindən
4
(məqalələr)
keçən o hiss o qədər səmimi idi ki, birbaşa getdi çatdı Allaha, düşdü alın
yazısı kitabına. Zaman keçdikcə qəlbindən keçmiş olan o hisslər, bir bir
tale kimi gəlir başına, alnımın yazısı belədir deyir unutqan insan.
Bir də “dilin sümüyü yoxdur” deyərək, insan hər nə gəldi danışır. Elə
hesab edir ki, sözdür də dedim uçdu, yox oldu getdi. Amma söz də bir
varlıqdır, onun insan kimi, hər bir varlıq kimi öz ömrü, həyatı, yaşayışı
var. Bizimkindən fərqli ölçüdə baş verənləri bilmədiyimiz, görmədiyimiz
kimi sözün yaşayışını da təbii ki, görmürük. Ancaq görmədiyimiz bir
şeyin olmadığını iddia edə bilmərik.
Hə, mətləbə keçim. İnsan danışanda ağzından çıxan söz buxar kimi
yığılır başının üstünə. Eynilə su buxarının buluda çevrilib sonra yağış
şəklində yağdığı kimi, sözlər də fəzada buluda çevrilib bir zaman sonra
yağır insanın başına. Yaxşı sözlər yaxşı, xeyir işlər, pis sözlər də pis,
bəd işlər kimi yağır adamın başına. Sonra da yenə Allahı günahkar
edirlər ki, başıma niyə belə fəlakət gətirdi. Bilmirlər ki, bu fəlakət onun
özünün bir zaman əvvəl toxum kimi səpdiyi ya yaxşı, ya da pis sözlərinin
meyvəsidir. Burada da günahkar insan özüdür. Tale, qismət, alın yazısı nə
qədər doğru olsa da insanın öz rolu da danılmazdır. Doğrudur, “insan zəif
yaradılmışdır”, bəzmi-ələstdəki şahidliyi əsasında Lövh-i Məhfuzdakı
taleyini yaşamalıdır, yaradılışı baxımından “ya saki, ya şaki”- ya iman
sahibi, ya da şübhə edən olacaq, deyilsə də Allah-Təala (cc) öz kitabında
çox yerdə təkrar edərək insanı düşünməyə, öz ağlı ilə hərəkət etməyə
çağırır. Yəni insanın öz iradəsi var və bu iradəni istifadə etməlidir.
5
ƏNƏNƏ VƏ DİN
LƏZZƏTLƏRİN AXIRI
Mürid mürşidindən soruşur: “Deyirlər pis şeylər düşünmək, pis
şeylərə baxmaq ruhu qaraldır, qabalaşdırır, imanı zəiflədir, hər zaman
gözəl şeylər düşünmək, gözəlliklərə baxmaq lazımdır”? Mürşid təsdiq
edir, - “Bəli, gözəllik gözəllik yaradır, amma dünya, sadəcə gözəlliklərdən
ibarət deyil. Gözəlliklərin qarşılığında çirkinlikləri də görməmək olmur.
Gözəlliklər ruhumuzu incəldir, ancaq onları bütləşdirib həyatını ona həsr
etmək imanın zəifliyi sayılır”.
İnsan gecə-gündüz çalışır, vuruşur özünə xoş dövran qurur. Bununla
kifayətlənməyib daha üstün həyat istəyir, ona nail olur və ondan
da üstününü istəyir. Beləcə, bütün həyatını maddi sərvət, mal-mülk
qazanmağa sərf edir. “(Kafirlərin) bəzi zümrələrinə verdiyimizə (fani
dünya malına) rəğbət gözü ilə baxma (və ya gözünü dikmə, çünki
bunların arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir...” (“əl-
Hicr”, 88) deyən Yaradanın tövsiyəsini unudur. Bir gün maddi sərvəti
yox olanda bu yoxluq onun faciəsi olur. İnsan, həyatını həsr etdiyi bir
şeyi itirəndə əli boş qalıb ruhdan düşür, həyat onun üçün mənasızlaşır və
bu depressiya, hətta intihara gətirib çıxarır.
Bir qəlbdə iki sevda yerləşməz, ya dünyanı, dünya malını sevəcəksən,
ya Allahı, özünü. Bəli, Allahı sevmək elə özünü sevməkdir. Torpaqdan
yaranan, torpağa qarışacaq olan insan öz bədənini unudub nəfsini öldürə
bilirmi? Dünyanın gözqamaşdıran gözəllikləri, parıltıları, ləzzətləri,
həzzləri insana gəl-gəl deyir. Sabah nə baş verəcəyi bilinməyən, qara-
qara düşünərək, hələ heç kəsin geri gəlib orada nələr olduğunu demədiyi o
6
(məqalələr)
dünya, cənnət-cəhənnəm xülyasına qapılıb ömrümü niyə çürüdüm, özümü
niyə məhrum edim bu dünya nemətlərindən, deyə hayqırır insanın nəfsi.
Dünya malında elə bir cazibə, elə bir cəlbedicilik var ki, ondan
imtina etmək çox çətindir. Həm kim daha çox dünya malına sahibdirsə,
kim tamahkarlıq edib daha çox sərvət toplayıbsa cəmiyyət ona daha çox
hörmət edir. Bu da tamahkar olmağa güclü bir stimul verir. Təəssüf ki,
çox zaman unuduruq, “(Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən
qovmağı tələb edən təkəbbür sahiblərinə) bu dünyanı misal çək:
(Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər
onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu
quru çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa və
məhv etməyə) qadirdır!...” (“əl-Kəhf”, 45); “(Bəzi adamların fəxr
etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir”
(“əl-Kəhf”, 46) ayələrini.
Bu, o demək deyil ki, dünyada heç bir iş görmə, əl-ətəyini yığıb otur.
Xeyr, hədisdə deyildiyi kimi: “Heç ölməyəcəkmiş kimi bu dünya üçün,
sabah öləcəkmiş kimi axirət üçün çalış”.
Dünya fanidir, mənasızdır deyirik, bunu demək çox asandır, ancaq
bunu yaşamaq, dünyanın hər hansı bir nemətindən əl çəkmək nəfsi
incidir. Nəfsi incitməklə yanaşı həm də daha həris edir. Yediyin ləzzətli
bir yeməkdən heç bir səbəb olmadan imtina etmək istərsənmi? Əlbəttə,
yox. “Hər şey insan üçündür” deyib hər cür nemətdən dadmaq, hər
çeşid mala sahib olmaq istəyir insan. Yediyi hər yeməkdən ləzzət alır və
yedikcə insanın canını bir xoşbəxtlik hissi bürüyür. Bir an xoş daddan,
ləzzətdən insan özünü dünyanın yiyəsi sayır, bu ləzzətin əbədi olacağını
düşünür. Bax, bu insanın qəflət anlarından biridir.
7
ƏNƏNƏ VƏ DİN
Təəssüf ki, ləzzət, yeməkdən, rahatlıqdan alınan həzz tez keçib
yox olur. Bütün bu hisslərin zaman adlı qatı bir düşməni var. Zaman
bunların üstündən elə bir süpürgə çəkir ki, heç izi-tozu da qalmır. Allah
dostları tələbələrinə faniliyi çox vaxt belə bir yolla göstərirlər. Deyir,
get ayaqyoluna bax, gör nə qədər iyrəncdir və üfunət qoxuyur, bir an
belə orada durmaq istəməzsən. Halbuki, bir an əvvəl bu iyrənc və üfunət
sandığın şey səni cəzb edən, uğruna gecəni gündüzünə qatıb çalışdığın
dadlı və ləzzətli yemək idi, sən də onu son dərəcə həzz alaraq və özünü
xoşbəxt hiss edərək yeyirdin. Yedikcə də bunun heç tükənməməsini,
sonsuza qədər bu hissi yaşamağı istəyirdin şüurunun dərinliklərində.
Uğruna dünyaları fəda edəcəyin, uğruna həyatlar söndürülən, ölkələr
viran edilən, bir tikəsi üçün qardaş qardaşın qanını tökdüyü çörək.
Yoxluğun bir dərd, varlığın ayrı bir dərddir.
Rəvayətə görə Allah dostu İbrahim bin Ədhəm hər gecə bir noxud
yeyir və doyurmuş. Soruşurlar ki, bu məşəqqətdir, buna necə dözürsən?
Cavabını qısaldaraq deyim: Allah sevgisi və ibadətdən aldığım zövqlə.
İbrahim bin Ədhəm bir dostuna yazdığı məktubda deyir: “Göz bu
dünya sevgisini görüncə könlün bəsirəti bağlanır.... O ancaq Allah üçün
didinib çalışır. Bunun üçün Allah ona mükafat olaraq ağlını artırır,
qəlbinə qüvvət verir, ...Dünya tamahını rədd et və təpiklə, çünki tamah
adamın gözünü kor, qulağını kar, özünü əsir edir. Özünü nədim olmuş
bir insan olaraq və şübhədən azad bir niyyətlə Allaha həsr et”. Yoxsa,
əks təqdirdə “Gördükləri tədbirlər (möhkəm evlər, qalalar tikmək;
var-dövlət yığmaq) onlara heç bir fayda vermədi (Allahın əzabını
onlardan dəf edə bilmədi” (“əl-Hicr”, 84).
8
(məqalələr)
İSLAM BÜTPƏRƏSTLİYİ
İslamın ilk dövründə qəbir ziyarəti yasaqlanmışdı. Çünki insanlar
hər şeydə olduğu kimi burada da aşırı gedib qəbirləri bütləşdirir, hay-
həşirlə ağılar deyirdilər. Bəzən elə insanlar olurdu ki, diridən çox ölü ilə
maraqlanırdılar. Daha sonrakı illərdə yasaq ləğv olunaraq qəbir ziyarətinə
icazə verildi. Bu icazədə məqsəd ölümü xatırlamaq, hər kəsin gec-tez bu
qədərə məhkum olduğunu unutmamaqdır. Ölümü unutmayaraq dünyaya
beşəlli sarılmamaq, dünyaya mənim deyib, özünü əbədi sanaraq Allah
yolundan çıxmamaqdı.
Bu gün bizdə hər zaman olduğu kimi pir, türbə, ziyarətgah gəzmək
dəbdədir. Bir övliyanın, bir ruhani şəxsiyyətin qəbrini, türbəsini əsasını
bilərək, şüurlu şəkildə ziyarət etmək, onu xatırlayıb dualar etmək,
rəhmət diləyib mənəvi ruhaniyyatından feyz almaq gözəl bir işdir.
Ancaq çoxluq, bir işi müşkülə düşəndə, bir umacağı, yaxud nəziri
olanda gedir pirlərə. Pirə gedir orada yatan, öz zamanının tanınmışı
olan adamdan dilək diləyir, yalvarıb yaxarır, qəbri qucaqlayıb göz yaşı
tökür, amandı mənə kömək elə filan işim düzəlsin, filan xəstəlikdən
sağalım və s. deyirlər. Ya da bir ağacı müqəddəs sayaraq altında dualar
edir, ağaca nəzir qoyur, ən çox da ağacın budaqlarından əski parçaları
asırlar. Baxırsan, ağacın başı yolka kimi rəngbərəng əski cırıqları ilə
bəzədilib. Niyə deyə soruşursan, cavab verir ki, diləyim hasil olsun deyə
ağacın budağına əski bağlayıram. Düşünürəm, bir cavab tapa bilmirəm
ki, ağacın budağına bağlanan əski cırıqları ilə insanın diləyinin hasil
olmasının nə əlaqəsi var? Bilmirəm. Heç bir sağlam mənbədə belə bir
9
ƏNƏNƏ VƏ DİN
şey yoxdur. Yaxud gedirsən bir ziyarətgaha, baxırsan hətta həyətdə
olan bir qəbrin baş daşını birisi qucaqlayıb zülüm-zülüm ağlayır.
Amandı, kömək elə, məsələn, uşağım məktəbə girsin, birisi qəbirdə
yatan müqəddəsin qəbir daşını duz kimi yalayır, “qurban olum, mənə
bu xəstəlikdən şəfa ver, filan qədər nəzir verəcəm, filan işimi düzəlt
bu qədər nəzir verəcəm”, kimi sözlərlə sanki o qəbirdə yatanla alver
edirlər. Axı, o yatan övliyanın nə ehtiyacı var sənin nəzirinə. Ziyarət
əsnasında hamı bir nəfər kimi əlini qəbrə, yaxud ətrafındakı çərçivəyə
sürtərək daşları durmadan öpür, üzünü sürtür. Bunun özü elə xəstəlik
qaynağıdır. Daşı öpənlərin arasında yoluxucu xəstəliyi olanları, hər cür
xəstəsi var. Yaxınlaşıb desən ki, ziyarət belə olmur, sən səhv edirsən,
adamı kafirsən deyib daş-qalaq edərlər. O qədər inanırlar ki, Allah-
Təalaya (cc) inanmağın tərkib hissəsi kimi anlayırlar türbələrə, pirlərə
inanmağı. Əslində, bu da bir növ bütpərəstlikdir. İllər əvvəl ölmüş bir
insan sağalıb kimsəyə yardım edə bilməz. Yardım etmək, şəfa vermək,
dua və diləkləri qəbul etmək, sadəcə, Allaha məxsus bir işdir. Bunu
da Allah öz Kitabında təsdiqləmişdir: “Onlar Allahı qoyub özlərinə
nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və:
“Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər.
De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi
xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və
ucadır!” ( “Yunus”, 18).
Başqa yöndən baxsaq, bir fakt kimi övliyaların xüsusiyyəti olan
kəraməti danmaq olmaz. Ancaq kəramət, adi bütpərəstlik adətləri ilə
qarışdırılmamalıdır. Pir ziyarətlərində övliyalardan kəramət gözləmək
yanlış fikir olmaqla yanaşı övliyalığı və kəraməti anlamamaqdır.
10
(məqalələr)
Övliyaların öldükdən sonra da davam edən mənəvi hallarının olması o
demək deyil ki, qəbirdən qalxıb yardım etməlidir.
Böyük bir şəxsiyyətin kitabını oxuduğu zaman insan necə ondan
mənəvi qida alır, onun mənəviyyatı necə oxucunun qəlbinə köçürsə,
övliyaların qəbir ziyarəti də eləcə insana mənəvi yüksəklik duyğuları
bəxş edir. İnsanın inamı, imanı qədər mənəvi və ruhani duyğular, hisslər
dolur qəlbimizə. Bu da bir növ böyük bir şəxsiyyətin hüzuruna gedib
mənəvi inkişaf ummaq, onun həyat və yaşayışını örnək almaqdır.
Biz böyükləri, dəyərli insanları unutmuruq. Ancaq onları
bütləşdirmirik də.
11
ƏNƏNƏ VƏ DİN
ALLAH HARADADIR
Allahın varlığının əqli və nəqli dəlillərlə sübutu bəzən insanların
məntiqini təmin etmir. Onlar daha fərqli, daha inandırıcı dəlillər istəyir,
daha asan inanmaq üsulları arayırlar. Ən önəmlisi odur ki, insanlar
gözlə görünən, əllə tutulan dəlil-sübut istəyir. Bu dəlillər əslində var,
hər an gözlərimizin önündə, əlimizin altındadır. Ancaq onun yoxluğunu
iddia edirlər. Çünki heç kim öz ağlını, şüurunu yormaq, özü düşünmək
istəmir. Hər şeyin hazırı gözəldir, prinsipi daha rahatdır. “Mən sizə şah
damarınızdan daha yaxınam” deyən Allah-Təala (cc) özünü hər an hər
nəsnədə, hər feildə, hər zamanda göz qabağına qoyur. Amma bizim
gözlərimiz həyatın maddi illüziyası ilə elə örtülüb ki, bu illüziyadan
arınıb əsl həqiqəti görmək nəfsimizə ağır gəlir. Bu da bir gerçəkdir ki,
“Allah zahirində batindir” deyimi işimizi bir az da asanlaşdırır. Yəni O,
özü özünü izah edir: mən hər an sizin gözünüzün önündəyəm. Varlığın
hər zərrəsi, bütün mövcudiyyət Allahın varlığıdır, varlığının sübutudur.
“Onu gözlər idrak edə bilməz. Fəqət o gözləri idrak edər” (“əl-
Ənam”, 103); (“Fussilət”, 53).
Uzun zamandır davam edən Allah hardadır, onun varlığının sübutu
mövzusu bu gün də insanları düşündürür, sübut elə, göstər mən də
inanım, prinsipi hökm sürür. Bu sualın ən bəsit cavabı belə bir sualdır:
“Sənin vicdanın varmı, ağlın varmı, varsa hardadır”? Qarşındakı təhqir
olunduğunu düşünür bir an: “Əlbəttə var”, deyir. “Varsa o zaman göstər,
görmədiyim bir şeyə necə inanım”, deyirəm. O da vicdanının varlığına,
ağlının varlığına dəlalət edən sübutlar deməyə başlayır. Bəli, elə buradaca
12
(məqalələr)
özü sübut edir ki, bir şeyin görünməməsi onun yoxluğuna dəlalət etməz.
Hava rəngsizdir, ancaq onun varlığını heç kim inkar etmir. Çünki havayla
nəfəs alır və onun varlığını hər an hiss edirik. Beləcə də Allahın varlığını
gözlə görməsək də onu hər an hiss edirik, çünki yaşayırıq, bədənimizdə
can daşıyırıq, Allahın “ruhundan üfürdüyü nəfəsi” daşıyırıq.
İnsanın ağlı onu yaradanı dərk edəcək tutumda yaradılıbmı? Əgər
yaradılıbsa o zaman niyə hər kəs Allahı eyni səviyyədə dərk etmir, yox
yaradılmayıbsa o zaman dərk edənlər necə dərk edir? Sufilər Allahı dərk
etməyə çalışmırlar. Onların fikrincə Allahı sevərək, sevgiylə dərk etmək,
eşqlə anlamaq mümkündür. Ən əsası da odur ki, sufilər ağla və dərrakəyə
aldanmır, ağlı və dərrakəni ilahi eşqin, Allah eşqinin, sevgisinin yanında
çox cılız hesab edirlər. Sufilərə görə Allah varlıqların ən açıq-aşkar
olanıdır. Əslində, insanların, haqqında ən çox biliyə və məlumata sahib
olduqları da elə Allah-Təaladır. O varlığı izah etmək lazımdır ki, o
gizlidir, əlçatmazdır, bilinməzdir. Ancaq Allah-Təala (cc) deyir: “Mən
sizə şah damarınızdan daha yaxınam”, “Mənim evim mömin bəndəmin
qəlbidir,” “Mən yerə-göyə sığmadım, mömin qulumun qəlbinə sığdım”.
Son dövrlərdə Allahı dərk etmək, onun yerini təyin etmək üçün
texniki elmlərin gücünü ortaya qoyurlar. Allahı düstura salıb, elmi
əsaslarla izah etməyə cəhd edirlər. Elmi inkişafın əksinə deyiləm. Amma
bu, insanın mənəviyyatını dəyişəcəkmi? Allahı dərk etmə təsəvvüfdə
mənəvi, ruhi təmizlənmə ilə olur. Nəfs tərbiyəsi ilə qəlbin saflaşması,
mənəvi yüksəlişlə əldə edilən ilahi sezişlərin verdiyi məmnunluq, qəlb
rahatlığı, sonsuz zövq elmi texniki dərkdə də olacaqmı. Ən sonda Allahı
dərk etməklə, onun yerini təyin etməklə, yəni mənəvi ruhi olanı maddi
olana bağlamaqla, məhdud və dar çərçivədə gözümüzün görə biləcəyi
13
ƏNƏNƏ VƏ DİN
ölçüdəki izahlarla nəyə nail olunar. Mələkləri, şeytanı, ən sonda Allahı
izah etsinlər, amma bu bir mənəviyyat işi olmaqdan çıxa bilməz. Hələ
heç zaman dediyimiz anlayış sonuna qədər izah olunmayıb. Allah-
Təala (cc) Qurani-Kərimdə çox yerdə deyir, “heç düşünmürsənmi, heç
düşünməzsənmi”. Yəni O, insana ipucu verir və düşün deyir.
Düşünürük, balaca, dırnağın ucu boyda bir toxumda nəhəng bir ağacı
daşıyan, yaşıl ağacdan qırmızı odu çıxaran hikməti, “bir damla sudan
insanı yaradan” qüdrəti mühakimə etməklə onun nəyi əksiləcək. Kiçik bir
toxumu torpağa qoyur, toxum cücərir, yaşıllaşır, böyüyür, qollu budaqlı
bir ağac olur, yarpaqlayır, çiçəkləyir, meyvə gətirir, sonra o meyvədən
yenə toxum olur. “Öldürən və yenidən dirildən” demək deyilmi bu. Bir
toxumun içində o boyda ağacı gizlədən Allah öz varlığını da beləcə heç
ağlımıza gəlməyən, düşünmədiyimiz şəkildə kiçik varlıqlarda, hər an
gözümüzün önündə olan nəsnələrdə, canlılarda, hər şeydə şifrələmişdir.
Yetər ki, o toxumda ağacı görə bildiyimiz kimi, yaşıl ağacda qırmızı odu
gördüyümüz kimi bütün varlıqda da Allah-Təalanı (cc) görə bilək. Bu
gözlərimizin, qəlbimiz və idrakımızın ülviləşməsinin ardınca görəcək
hala gəlməsi ilə mümkündür. Buna hər kəsin yaradılış baxımdan imkanı
var.
14
(məqalələr)
HƏVVALIQ KÖLƏLİKMİ
Söz düşəndə həmişə İslamı günahlandırırlar ki, islam qadına dəyər
vermir, onun hüquqlarını məhdudulaşdırır, onu alçaldır, kölə halına salır.
Şərq deyəndə ağla ilk gələn şey köləlik, geri qalmışlıq, aclıq, səfalət, bir
də səviyyəsiz, kölə qadın olur. Doğrudan da, bunların səbəbi islamdırmı?
İslamın toxunmadığı, müsəlman olmayan ölkələrdə vəziyyət necədir.
Sadəcə islamdırmı qadını əsir edən? Bunu öyrənmək üçün bir az tarixə
baxaq.
Qədim Yunanıstanda qadın insanlığa artıq bir yük kimi, ən aşağı
səviyyədə, evdə heç bir hüququ olmayan bəsit bir xidmətçi olaraq
görülürdü. Bir əşya kimi alınıb satılırdı. Mirasdan pay ala bilmirdi, öz
malını belə istədiyi kimi işlətməyə, xərcləməyə ixtiyarı yox idi. Əflatun
“Qadın ortalıq malı olaraq əldən-ələ gəzməlidir”, deyir, Aristotel isə
“Qadın yarımçıq yaradılmış kişidir” deyirdi.
Qadın bir şeytandır və bütün pisliklərin, şərin səbəbidir, fikri
Yunanıstanda qəbul olunmuş tək fikir idi.
Romada qadın uşağı olan zaman onu atasının ayaqları altına atardı,
əgər ata uşağı yerdən qaldırarsa onu qəbul etmiş sayılar, etməzsə uşağı
ümumi yerlərə qoyardılar. Uşaq oğlansa onu birisi alıb aparır, qız isə qalıb
qurd-quşa yem olardı. 6-cı əsrə qədər Romada sadəcə, kişilər vətəndaş
sayılırdı və belə olanda ailə başçısı istərsə uşaqlarını satar, istərsə qadını
öldürə bilərdi.
Qədim Hindistanda da qadın kölə idi. Əri öldüyü zaman o yaxın
qohumlarından birinə verilir və ya əri ilə bərabər özünü yandırırdı.
15
ƏNƏNƏ VƏ DİN
Bu, 17-ci əsrə qədər davam etdi. Hindlilər qadını tanrılarına qurban
verirdilər, onlar özləri qurban kəsə, oruc tuta bilməzdilər. Budda isə uzun
zaman qadınları dininə qəbul etmədi, çünki. “Qadınları dinimə qəbul
etməsəydim buddizm çox uzun və təmiz şəkildə davam edərdi” deyirdi.
Qədim Misirdə firon dövründə bacı qardaşla evlənirdi ki, mal mülk
başqasına keçməsin. Bu Həzrət Musa (ə) zamanında ləğv olundu.
İranda da qadın ikinci dərəcəli insan idi. Zərdüştilərin dövründə ana,
bacı kimi qan qohumluğu sayılmırdı, onlarla evlənirdilər. Bu da Həzrət
İbrahim (ə) zamanına kimi oldu.
Rusiyada hüquqi baxımdan qadınla kişiyə fərqli münasibət vardı.
Qadına daha ağır cəza verilirdi.
Çində qadın insan sayılmırdı, uğursuzluq sayılırdı. Onlara ad
qoymazdılar, 1,2,3, deyə çağırırdılar ailədə.
Yəhudilikdə “qadın aldadıcı bütdür” deyərdilər. Yəhudilər Həzrət
Adəm və Həzrət Həvva əhvalatına görə qadının lənətləndiyini və
cəhənnəmlik olduğunu təsdiqləyirdilər. Qızı sadəcə bir xidmətçi sayar
və öz məşhur yəhudi dualarını edərdilər:” Tanrım, kainatın kralı, məni
qadın yaratmadığın üçün sənə şükürlər olsun”.
Xristianlıqda, yəhudilikdən daha da kəskin münasibət vardı: qadın
günahın anası, fitnə-fəsad qaynağı, utanılacaq bir varlıqdır. Qadın
şeytanın insan nəfsinə girmiş qapısıdır. Allahın əmrlərinə qarşı çıxan,
kişi üçün yaradılmış, köləlik simvolu bir məxluqdur, deyərdilər.
Xristianlıqdan əvvəl Avropada evlilik anlayışı yox idi. Uşağın soyu
ataya deyil, anaya görə təyin edilirdi. Qərbdə uşaq doğulması atanın
ruhunun qadın vücuduna girərək şəkillənməsi kimi izah olunurdu.
Avropa millətləri xristianlığı qəbul etdikdən sonra qadına olan
16
(məqalələr)
münasibətləri bir az dəyişməyə başladı və fransızlar miladi 586-cı ildə
“Qadın insandırmı, deyilmi” mövzusunda konfrans keçirib belə qərara
gəldilər ki, qadın, sadəcə olaraq kişiyə xidmət etmək üçün yaradılmışdır.
Xristian Avropada qadını kişinin zülmündən qoruyacaq heç bir qanun
yox idi. Kişi qadının özünə və sərvətinə, bütün haqlarına sahib idi. Qadın
heç bir işlə məşğul ola bilməzdi. Evlənməsi ticarət idi. Boşanma yox idi.
Zülüm olsa belə ömrünün sonuna qədər evliliyə məhkum idi.
İngiltərədə 1788-ci ildə qadın, sadəcə ərinin əmrlərini yerinə yetirirdi.
İncil oxuması belə yasaqdı. 1850-ci illərdə ingilis konstitusiyasına görə
qadın vətəndaş sayılmırdı.
Fransada da vəziyyət eyni idi, qadının evlənməsi ilə bütün haqları
ərinə keçir və o şəxsiyyət olaraq tanınmırdı. Bu hal Belçika, İsveçrə,
İspaniya, Danimarka, Portuqaliya və Almaniyada da belə idi. Qadın
məhkəmələrə çıxa bilməz, sadəcə yaxın qohumu ilə çıxar, ancaq şahidlik
edə bilməzdi.
Tarixdən də göründüyü kimi köləlik islamın gətirdiyi bir anlayış deyil,
ondan çox çox əvvəllər olmuşdur. Qadın, dinlərdən əvvəl də müxtəlif
millətlərdə müxtəlif şəkillərdə kölə olub. Bu köləliyi ən mütərəqqi
şəkildə İslam aradan qaldırmağa çalışıb. İslam bu mövzuya kökündən
fərqli yanaşıb. Belə ki, Adəm-Həvva olayında bütün dinlər Həvvanı
günahkar bilir ki, Adəmi yoldan çıxarıb, cənnətdən qovulmasına səbəb
olub. Qurani-Kərim: “Böyük Oxu” kitabı isə deyir ki, “...Şeytan onların
ayağını şürüşdürdü. İçində olduqları cənnətdən çıxardı” (“əl-Bəqərə”
surəsi, 36-cı ayə). Günah hər ikisinindir. Üstəlik, bəzi yerlərdə təkcə
Həzrət Adəmi günahkar bilir Allah-Təala. Məsələn, “...şeytan Adəmə
vəsvəsə verib (şübhəyə salıb) :” ey Adəm, sənə sonsuzluq ağacını və
17
ƏNƏNƏ VƏ DİN
çöküşü olmayan bir səltənət göstərimmi? - dedi. Adəm Rəbbinə baş
qaldırdı və yolunu azdı” (“Taha” surəsi 120-121-ci ayələr).
Qarşı fikirlərin iddia etdiyi kimi Həzrət Həvvanın deyil, Həzrət
Adəmin günahı üzündən insan oğlu cənnətdən qovuldu. Bunu da Qurani-
Kərim açıq ayələrlə isbat edir. Və buradan qadına qarşı başlanmaqda olan
yaxşı münasibət eləcə də davam edir. Allah-Təala (cc) hər iki dünyada
qadını kişidən ayırıb heç bir haqqını əlindən almır. Bu bəzi ləyaqətsiz
kişilərin hökmetmə iştahasının bəhrəsidir ki, hətta o dünyanı da cahil
mollalar kişilərə “bəxş edir”. Guya möminlər o dünyada huri qılmanlarla
əhatə olunacaq, kimi gülünc xəyallarını şəriətə, dinə yozaraq qadını hər
iki dünyadan məhrum etməyə çalışırlar. Əslində belə fikir nə Quranda
var, nə də hədislərdə.
İslamda qadının əzilməsi fikrini təsdiq edə biləcək iki nöqtə var ki,
əslində bunlara da bir tərəfli baxmaq yanlışdır. Birinci, qadının əski
zamanlarda məhkəmələrdə şahidliyi təkbaşına qəbul edilmirdi. İki
qadının şahidliyi bir adam yerinə keçirdi. Bu o zamanlar idi ki, onda
məhkəmə şifahi gedirdi. Qadınsa emosional olduğundan, hisslərinə
üstün gəlməkdə çətinlik çəkə biləcəyindən qorxularaq haqsızlıq olmasın
deyə belə qərar verilmişdi. Ancaq yazılı məhkəmələrdə şahidlik etməkdə
qadın tam hüquqludur və sərbəstdir.
İkinci, “Qadınların kişilər üzərində, kişilərin də qadınlar üzərində
haqları vardır. Kişilərin qadınlar üzərində haqları bir dərəcə
artıqdır” (əl-Bəqərə s., 228-ci ayə). Bu da kişilərin qaba yaradılışlı və
qadına nisbətən güclü olduqlarına görə ruzi qazanma və ailənin qorunma
məsuliyyətinə aiddir. Yəni bir hədisdə də deyildiyi kimi: “Bir millətin
başçısı o millətin xidmətçisidir”. Bu fikir kişinin hüquqi cəhətdən
18
(məqalələr)
üstünlüyü demək deyil. Çünki Yaradılış baxımından qadına yüklənmiş
olan incə və ağır, munis iş olan uşaq doğurma və böyüdüb yetişdirmə
yenə yaradılış baxımından kişinin səbir, anlayış və şəfqət yetərsizliyinə
hesablanmayıb.
Qadına islamda olan münasibətə aid daha bir hədisi şərifi örnək
verim: Həzrət Məhəmməd (s) buyurdu: “Gecə ibadətinə qalxarkən və
bir yerə səfərə çıxacağınız zaman qadınlarınızdan razılıq alın.” Baxın,
inanmaq çətindir ki, bir peyğəmbər hətta gecə ibadəti üçün və bir səfərə
çıxacağı zaman qadınının razılığını almışdır. Peyğəmbərinin qadına
münasibəti belə olan bir dində hüquqsuzluq və köləlikdən söhbət gedə
bilərmi?
Başqa bir örnək: Hədisi şərifdə deyilir: “Həzrət Peyğəmbər (s)
buyurdu: Mənə bu dünyada üç şey sevdirildi: gözəl qadın, gözəl qoxu,
bir də gözümün nuru namaz”. Bundan o yana bütün sözlər mənasını
itirir. Əgər Allahın elçisi qadını namazla bir tutursa hansı köləlikdən
söhbət gedə bilər?!
19
ƏNƏNƏ VƏ DİN
DİNİN DİRƏYİ
Hədisi şərifdə buyurulur: “Mənə sizin dünyanızdan üç şey
sevdirildi: qadın, gözəl qoxu və gözümün nuru namaz.” Bu hədisdəki
sıralama çox zaman mübahisəyə çevrilir. Niyə Həzrət Peyğəmbər (s)
qadını ilk sırada dedi, qoxunu sonra da desə olurdu, amma “dinin
dirəyi namazı” axırıncı sırada söyləmiş. Hətta bunun səhih hədis ola
bilməyəcəyini, yaxud da təhrif olunduğunu da düşünürlər. Bu, əslində
səhih hədisdir.
Mühyiddin ibn Ərəbiyə görə “Qadın haqdır, kişi xalqdır”. Qadının
İslamdan öncəki kölə vəziyyəti, hətta ərəblərin qız uşağı doğulanda onu
diri-diri torpağa basdırmaları bilindiyi halda birdən birə qadına belə
yüksək bir dəyər verilməsi, islamın mütərəqqiliyini göstərməklə, həm də
insanların çətin qəbul etdikləri fikirdir.
“Qadın haqdır”- Allah-Təala (cc) qadına öz yaratma sifətindən
bir zərrə vermişdir. “İnsanı öz surətində xəlq etdi”, üstəlik ona bir də
yaratma özəlliyi verdi, bu onu birinci qılmağa bir səbəb. İkinci, Şeytanın
xislətindən olan, şeytanın ən güclü silahlarından biri olan nəfsi və şəhvət
hissini qadına kişidən beş dəfə çox versə də ona bu nəfsi yenmə, öldürmə
gücü, xüsusiyyəti, iradəsi vermişdir. Bu onun insanlıq baxımından
mükəmməlliyini təmin edir. Üçüncü, qadın digər varlıqlara nisbətlə
yaradılışdan həssas, duyğusal, incəruhludur. Bu da onun ilahi duyumları,
rəhmani hissləri daha asan əxz etməsinə, Allah-Təalaya (cc) daha çox
bağlanmasına səbəb olur. Belədə deyə bilərlər, qadında ki, bu qədər
üstün məziyyətlər var, niyə bəs o zaman o Allah qatında daha yüksək
20
(məqalələr)
mərtəbədə deyil, peyğəmbər, övliya olmur? Bu onun kəm yaradılışlı
olmasıyla, ruh halının qüsurlu olmasıyla əlaqəli deyil, yaradılışdan başqa
bir missiya üzrə olmasıyla əlaqədardır.
... İslam-iman-ibadət...qarşılıq olaraq: qadın-qoxu-namaz.
İlk olaraq yaranmadır. Yaranışdan başlayır iman da, ibadət də. Əzəli
olan Allahdırsa, yer üzündə də insanın yaranma vasitəsi qadındır və onun
ilk sırada gəlməsi təbiidir. Burada Həzrət Peyğəmbər (s) nə qədər qadını
adi, fiziki insan anlamında demişsə, bir o qədər də təsəvvüfi anlamda,
yaradılışın başlanğıcı anlamında demişdir.
İslam-müsəlmanlığa ilk gəliş, yəni kafir ikən, dinsiz ikən islamda
yenidən doğuluş, yeni bir kimlik qazanma, yeni kimliyinin ilk başlanğıcı,
təslim olma, Allahın səltənətində var olmanın şüurlu olaraq dərk edilməsi
və bunun dil ilə təsdiqlənməsi.
Qadına qarşılıq-islamdır.
Qoxu-gözəl qoxunu sevmiş Həzrət Peyğəmbər (s). Gözəl qoxular
vurmuş hər zaman özünə. Namaza gedərkən gözəl qoxu çəkmək
sünnətdir.
Qoxu-təsəvvüfdə nəfəsi simvolizə edir, gözəl qoxu rəhmani bir
əsintidir, ilahi nəfəsdir, Allahın “ruhumdan üflədim” – “Nəfəxtu fihi”
sözünün təcəllisidir. Allah-Təalanın (cc) varlığı içimizdə nəfəsdir,
nəfəs bizi tərk edincə yox oluruq, Allah-Təala (cc) bizim varlığımızı,
içimizi tərk edir, ölüm gəlir dolur boş qalmış vücudumuza. Nəfəs hər
şeydir - zikirdir, hu-dur, varlığımızdakı, ruhumuzdakı ilahi duyumları
şəkilləndirib çölə daşıyan, yenidən təzə duyumları yeni nəfəsdə içəri
çəkən, varlığımızı Allahdan bir an aralı qalmağa qoymayan nəfəs.
Nəfəs ruhumuzun, varlığımızın sözə dönə bilməyən, ağlımızın maddi
21
ƏNƏNƏ VƏ DİN
səviyyəsinə enməyərək, ilahi tutumunda qalan ən təbii, ən arasıkəsilməz,
ən sadiq, ən müntəzəm zikridir. Həzrət Peyğəmbər (s) zikri sevirdi, ən
sadiq, ən gizli, ən səmimi zikri sevirdi. Qoxu – Nəfəsdir. O, (s) qoxunu-
nəfəsi-varlığımızın, Allahın rəmzini sevirdi.
İslama girib təslim olduqdan sonra iman–ikinci şərt gəlir-kəlimeyi
şəhadət gətirərək imanı qəlbi ilə təsdiq, dili ilə iqrar etmək-söyləməkdir.
İslam zahiridirsə, iman batinidir, içəridə olan, kimsənin görmədiyi,
bilmədiyi, varlığının içində gizlənən, sadəcə nəfəsinə bükülüb-bürünüb
təzahür edən, üzə çıxan, içəridəki gizlini bəlli şəklə salaraq, dona
geydirərək çölə çıxarandır.
Qoxunun qarşılığı- imandır.
“Gözümün nuru namaz” - islamdan, imandan sonra ibadət gəlir.
Bundan öncəkilər ibadətə hazırlıq idi. “İbadət dinin dirəyi” olmaqla
islamı və imanı diri tutan, ayaq üstə qalmasını təmin edən bir güc,
bir vasitədir. İnsan sevdiyi ilə bərabər olmaq istər, namaz sevgili ilə-
Allah-Təala (cc) ilə görüşdür. Hər görüş sevgini bir az da artır, imanı
qüvvətləndirərək, dildən qəlbə, qəlbdən isə vücuda paylanan qan kimi
varlığının hər tərəfinə yayılır. Yayılır və qəlbə hüzur, gözə nur verir.
Burada Rəhmana olan ibadət – namaz imanı sevgiyə, qəlbdəki ilahi
sevgini eşqə çevirir. Allahla Peyğəmbərin görüşü, qovuşması-nəticədə
dinin diriliyi baş verir.
Əbdülkərim Ceyli “İnsani-kamil” əsərində deyir: “Uca Haqqın
qullarda əmanəti vardır... Ondan danışan kimsələri irşad əhlinə
ulaşdırırlar.... Bu əmanəti cahil dilə gətirər. Alim onu sirrə və qəlbə
yüklər”.
22
(məqalələr)
ALLAHLA ALVER?
“Allahla (cc) görüşmək istəsən namaz qıl, danışmaq istəsən Quran
oxu”, buyurulur hədisdə. “Şəbi Arus”dan, o böyük gündən öncə Allah-
Təalayla (cc) görüşmək hər inanan insanın istəyidir. Doğrudanmı,
qıldığımız namaz bizim Allahla görüşümüzdür?
Namaz ibadətlərin ən kamilidir, bu kamil ibadəti yerinə yetirmək
insanın istedadına bağlıdır. Əslində, ibadət üç cür olur. Birincisi, cənnət,
cəhənnəm düşüncəsiylə olur ki, insan cəhənnəmdən qurtulmaq və
cənnətin huri qılmanlarına sahib olmaq, altından bal kimi çaylar axan
Ədn cənnətlərinin yamyaşıl vadilərində əbədi həyata nail olmaq üçün
durmadan namaz qılıb dua edir. İkinci qisim ibadət edənlər Allah əmr
etdiyi üçün, Allah-Təalanın (cc) əmrlərini yerinə yetirib, qadağalarından
qaçmaq məqsədiylə, şəriətə uyan bir mömin olmaq, həm Allahın rizasını,
həm də cəmiyyətin hörmətini qazanmaq üçün qılır. Burada dualar həm
dünya, həm axirət istəklərinə görə edilir. Üçüncü qisim ibadət Allah
sevgisiylə, Allah eşqi ilə edilir. Bu ibadətdə dünya, axirət unudulur,
var olan sadəcə bəndə və Allahdır, qul və Rəbdir. İki varlıq üz-üzədir,
ona can atan, ona varmağa çalışan bəndə bütün dünyadan, varlığından,
ruhundan arınıb bomboş olaraq yönəlir Rəbbinə. Bu halda dualar belə
olur: Allahım, sənin sevginlə boya məni, sənin varlığını varlığıma köçür,
maddi varlığından sıyrılmış canımı eşqinlə doyur, ”mənə səni gərək
səni”. Bu hala gələ bilən insanın namazı Allahla görüşdür, əsl namazdır,
ibadətdir.
İbadət başlanğıcda əziyyətdir. İnsan başladımı qurtarmağa çalışır.
23
ƏNƏNƏ VƏ DİN
Nəfsinə ağır, çətin gəlir. İkinci mərhələdə, borcumu ödədim, Allahın
əmrini yerinə yetirdim duyğusunun məmnunluğu olur insanda. Üçüncü
mərhələdəki ibadət isə zövqdür. Elə bir zövqdür ki, ac insanın doyması,
susuzluqdan yananın su içməsi kimidir. İbadət zövq mərhələsinə gələndə
artıq insan Allahla istiylə soyuğun bir-birinə qarışması kimi qarışır,
həmhal olur.
İbadət həm də duadır. Dua edərkən insan hər istədiyini deyə bilərmi?
Əlbəttə, deyə bilər. Çünki “istəyin verim, diləyin hasil edim” buyuran
Tanrı tövbə qapıları kimi dilək qapılarını da açıq saxlayır. Hətta ildə
bir gün-Qədir gecəsi “yer səmasına enib diləkləri qəbul edir”. Ancaq
burada bir incəlik var ki, namaz insanın gözünü, qulağını, beynini, əlini,
dilini bağlayıb tək bir səmtə-Tanrıya yönəlməsidir. Əgər bu yönəlmədə
Tanrıdan başqa şeylər düşünülə bilirsə, o zaman namaz namaz olsa da,
onun mərtəbəsi yüksək olmur.
Namaz qılanın mənəvi, qəlbi, ruhi halına, səviyyəsinə görə istəkləri
də müxtəlifdir. Belə ki, “Könül bir ilahi Kəbədir. Kim oraya Allahdan
başqa düşüncələr salırsa, qəlbini bütlərlə doldurmuş olur” hədisində
deyildiyi kimi könüldəki dünyalıq istəklərlə Allaha yönələnin qəlbi
tünlük olur, Allahın yeri daralır. Demək, onun Allaha olan sevgisi adi bir
sevgidir, dünya sevgisi, məişət, maddi istəkləri bu sevgiylə yanaşı onun
qəlbində yer tutur. Bəzən “ay Allah, qulun, kölən olum, mənim filan
işimi düzəlt...” və s. kimi sözlərlə namazda Allah-Təalayla alver edilir.
Mən namaz qılım, bütün işlərim düzəlsin, tipli sözlər, bəli, doğrudan da
Allahla alverdən başqa bir şey deyil.
Zövq alınaraq qılınan namazda belə bir alver yoxdur. Burada qəlb
Allahdan başqa bir düşüncəyə məkan olmur. Allahla “üz-üzə” durarkən
24
(məqalələr)
ağlına heç bir maddi şey gəlmir. Allaha yaxın olan insanların ağıllarına
gələn hər hiss, fikir elə həmin anda həyata keçmiş kimi olur. Ani bir fikir,
düşüncə insanı qəflətə sala bilər. Odur ki, haq dostları özlərini qəflətdən
qoruyar, bir an da ağıllarına nəsə gəlməsinə izin verməzlər. Çünki, ani bir
hissdən, düşüncədən də sorğuya çəkiləcəklərini bilirlər.
Bu müxtəlifliyə görə insanları qınamaq olmaz. Çünki istedadı,
qabiliyyəti, iradəni verən Odur. Amma insan bu düşüncəylə özünü
müdafiə edə bilməz ki, Allah mənə bu qədər qabiliyyət verib. Yox, çünki
Allah insana onun ehtiyacı olan, onun istədiyi qədərini verir. Hətta tale,
alın yazısı deyilən şeyi də Allah insanın şüuraltı düşüncələrinə görə yazır.
Zövq əhli namaz qılanlar hardan gəlib haraya getdiklərini bilirlər.
Onlar Allah sevgisində bir damla suyun dənizə düşüb yox olduğu kimi
yox olurlar. Namazda, Allahla görüş olan namazda “ondan gəldik, ona
dönərik” sözünün gerçəkliyi kimi Allahdan qopub gəlmiş olan insan
onun bir zərrəsi olaraq sevgidə bütünləşir, birləşir. Mühyiddin Ərəbinin
“Kamil insan birləşdiricidir” deyimindəki kimi kamil insan zərrəni
bütünüylə birləşdirir, görüşdürür. Qüdsi hədisdə də Allah-Təala (cc)
təsdiq edir ki: “Qulum nafilə ibadətlərlə mənə o qədər yaxınlaşır ki, mən
onun görən gözü, danışan dili, eşidən qulağı oluram.”
25
ƏNƏNƏ VƏ DİN
“QADINI DÖYƏN AXİRƏTDƏ
DÖYÜLƏCƏK”
Qadınlarla yaxşı rəftar etmək Qurani-Kərimin əmrlərindən biridir.
“ən-Nisa” surəsi 19-da deyilir: “Qadınlarla yaxşı rəftar edin. Əgər
onlardan xoşunuz gəlməsə belə… Ola bilər ki, bir şeydən sizin
xoşunuz gəlməsə də Allah onda bir çox xeyir təqdir etmişdir.”
Hədislərdə deyilir: “Aranızda ən xeyirli kəslər qadınlara və həyat
yoldaşlarına rəftarı ən gözəl olanınızdır.”
“Qadınlar haqqında Allahdan çəkinin. Belə ki, onları Allahdan
əmanət olaraq almısınız.”
“Qadınlar haqqında biri birinizə xeyri tövsiyə edin.”
“Möminlərin iman baxımından ən kamilləri əxlaqca ən gözəl
olanlarıdır. Sizin ən xeyirliniz qadınlarına qarşı ən yaxşı və ən nəzakətli
olanınızdır.”
Göründüyü kimi Allah (cc) və peyğəmbəri (s) sıravi insanlardan fərqli
olaraq qadına necə yüksək dəyər və qiymət vermişlər. Onların haq və
hüquqları ilahi ədalətlə qorunmuşdur. Qadınlara qarşı yaxşı davranmaq,
onlara şirin və yumşaq bir dillə müraciət etmək məsləhət görülür. Nəinki
ona qarşı kobudluq edilsin, hətta döyülsün.
Hamı inanır ki, islamda qadının döyülməsi şərtdir və qadın mütləq
atası, yaxud əri tərəfindən döyülməlidir. Ancaq Həzrət Ayişə (ra) dan
rəvayət olunduğuna görə “Allahın Rəsulu (s) nə bir xidmətçiyə, nə də bir
qadına əl qaldırmamışdır.” Əgər müsəlmanlar həyat və yaşayışlarında
26
(məqalələr)
Həzrət Peyğəmbəri (s) nümunə olaraq görür, hər işi onun əməllərinə və
sözlərinə uyğun etməyə çalışırlarsa, nədən qadının döyülməsini təbliğ
edirlər. Bir halda ki, başqa bir hədisdə deyilir: “Bu ərlərə nə olur ki
qadınlarını kölə kimi döyürlər, halbuki eyni günün sonunda bəlkə onlarla
zarafatlaşacaqlar”. Yəni döyülmək kölələrə aid edilən bir xüsusdur.
Heç bir şəriət kitabında, heç bir dini mənbədə qadının döyülməsinə
haqq qazandırılmır, əksinə döyülməni qadına deyil, köləyə aid bir əməl
olaraq görmüşlər. Toplumdakı bu yanlış fikrin yayılması, bu yanlışın din
adına çıxılması imanı və elmi zəif olan, yaxud heç olmayan insanların
işidir.
İslamda ailə başçısı kişidir. Kişi ailənin başçısı olduğu üçün onun
həm idarəsi, həm də təminatı ona aiddir. Burada söhbət təkcə ailənin
maddi təminatından getmir, mənəvi, elmi, ruhani tərbiyənin təmini də
bunun içindədir. Ailə başçısı mənəvi cəhətdən və ruhən qadından daha
üstün olmalıdır və bu üstünlüyü ona aşılamalıdır. Üstün xüsusiyyətlərə
malik bir qadının xırda şeylər üstündə döyülməsi günahdır. “ən-Nisa”
surəsinin 34-cü ayəsində deyildiyi kimi, qadın itaətsiz olduğu zaman o
bəzi metodlarla tərbiyə edilməlidir, əgər tərbiyə edilə bilməzsə onda
son çarə olaraq incitmədən döyməyə izin verilmişdir, əgər ər mömin,
əxlaqlı və ədalətlidirsə. Ər qaba və ədalətsizdirsə onun qadını nəinki
vurmağa, hətta tərbiyə etməyə belə ixtiyarı və haqqı yoxdur .
“İzin verilmişdir” sözü tarixin hər üzünə “qadın döyülməlidir”
kimi yayılmışdır. Lakin kişi heç bir halda bir başa döyməyə başlaya
bilməz. O zaman hüquq baxımından o cəza almalıdır. Döymək
ağrıdıcı, zədələyici, incidici, qan axıdıcı, yaralayıcı olmamalıdır. Əgər
bu hallardan biri baş verərsə yenə də kişiyə cəza düşür. Qadın ailə
27
ƏNƏNƏ VƏ DİN
birliyinə zərər vermişsə, naməhrəmlə “oturub durursa”, ərinin malını
israf edirsə, qadınlıq vəzifələrini haqsız olaraq yerinə yetirmirsə… və s.
ona ilk dəfə nəsihət etməli, gözəl bir şəkildə başa salmalıdır. İkinci dəfə
xəbərdarlıq etməlidir, narazı olduğunu bildirməlidir, inciyib küsməlidir.
Bütün bunların xeyri olmaz qadın yenə də öz asiliyində və günahında
davam edərsə yüngülcə vurula bilər. Ancaq vurmaq məcburiyyət deyil,
bu qaba və ədalətsiz, cahil, islamı tam mənimsəməmiş kişilərin özlərini
üstün görmək məqsədi ilə baş vurduqları çarədir.
Əgər bu cür rəftarın heç bir fayda gətirməyəcəyi məlum olsa, belə olan
halda da vurmaq olmaz, belə ki, bu tərbiyə metodunun ona yaramadığı
bəllidir. Burada məqsəd qadının tərbiyə edilməsidir, döyülməsi deyil. Bu
halda qadını döymək təcavüz sayılır və cəza düşür...
Qadının üzünə vurmaq günahdır. İki səbəbi var bunun, 1. üzə
vurmaq bir başa təhqirdir ki, islamın izin verdiyi döymə təhqir üçün
deyil, simvolik məna daşıyır. Baxmayaraq ki, bu qaba insanların işinə
yaradığı üçün döymə iznini bu qədər qabardaraq “qadın döyülməlidir,
qızını döyməyən dizini döyər” kimi məşhurlaşdırılmışdır.
Keçmişdə, bu iznin verildiyi zaman qadın ölənə qədər döyülürdü və
bunu normal sayaraq cəza tətbiq edilmirdi. Kişi üçün qadını döymək bir
xüsusiyyət sayılırdı. O zamana nisbətlə, bu simvolikləşdirilərək nəsihət-
xəbərdarlıq formasına salındı.
2. Üz, Allahın təcəlli yeridir. Qəlb batini təcəlli yeridirsə, üz zahiri
təcəlli yeridir. Qadına dəyən şillə Allahın üzündə əks səda verir. Üzdə
Allahın adları yazılıb, üz Allaha yönələn, Allahdan nur alan və Allahla
ifadələnən bir yerdir və ona olunan təhqir Allaha olunmuş olur.
Başqa önəmli bir xüsus da kişi-ər tam mənası ilə islami bir yoldadırsa
28
(məqalələr)
qadından tam bir itaət tələb edə bilər. Digər deyimlə, kişi öz üzərinə düşən
vəzifələri layiqincə yerinə yetirirsə, qadına qarşı istismar və ədalətsizliyi
yoxsa, davranışları və tələbləri etika və ədəb ərkan daxilindədirsə, öz
məsuliyyət və borclarını kəsirsiz yerinə yetirirsə eyni şeyləri qadından
tələb etmə haqqına sahibdir. Əgər o Allaha asidirsə, qadından dinə,
islama, adət ənənəyə uyğun olmayan bir şey tələb edərsə, onda qadın
tabe olmamalıdır.
Adətən, kişilər həyatda ayaqları büdrəyəndə, bir uğursuzluqları
olduğu zaman qadını günahkar bilirlər. Yəni günahkar olduqları üçün
hüquqları yoxdur, sanırlar. Guya qadın Həvvadan üzü bəri günahkardır.
Əslində isə Qurani-Kərimdə belə bir günahlandırma yoxdur. Həvvanın
günahı barəsində deyilmişdir: “Onlar bir ümmət idilər, gəlib getdilər.
O ümmətlərin qazandıqları onların, sizin qazandıqlarınız da
sizindir və siz onların işləmiş olduqlarına cavabdeh deyilsiniz” (“əl-
Bəqərə”, 134, 141). Bəli, Həvvanın günahını (varsa!!!) bəşəri qadınlığa
yükləyəməzsiniz. Bunu Allah-Təala (cc) qadağan etmişdir.
29
ƏNƏNƏ VƏ DİN
İSLAMÇI DA ELƏ TÜRKÇÜDÜR
“Həm türkçü, həm də islamçı olmaq olarmı? Bir müsəlmanın
milliyyəti Məhəmməd ümməti olmaqdır, milliyyətçi deyil” deyilir. Əgər
insan millətini danıb, sadəcə müsəlman olacaqdısa o zaman niyə Allah-
Təala (cc) insanlara “...Bir-birinizi tanıyasınız deyə sizi millətlərə və
qövmlərə böldüm...” (“əl-Hucurat”, 13) deyir. Burada əsas odur ki,
milliyyətçilik dinə zərər verməsin. Əslində, bu da nəfsin bir oyunu, onun
dünyəvi istəklərinin biridir. Bu hissi qabartmaq, imandan irəlidə görmək
bir iman zəifliyidir. Ancaq bu hiss vətənpərvər olmamaq kimi bəhanələrə
də yol açmamalıdır. Sadəcə olaraq, insan milli kimliyini, qanını unuda
bilməz. Düzdür, böyük insanlarda-övliyalarda bu hiss aşılmışdır. Çünki
bunlar Allah qatında önəm verilən hisslər deyil. Hədisdə deyildiyi
kimi “Ərəbin əcəmdən, əcəmin də ərəbdən üstünlüyü yoxdur. Üstünlük
sadəcə, təqvadadır”.
Qayıdaq türkçülük məsələsinə. Türk milləti yeganə millətdir ki,
islamı uduzaraq deyil, ərəblərə qalib gələrək qəbul edib. Digər millətlər
islamı yarı xoş, yarı zor, əsasən də savaşda məğlub olaraq qəbul ediblər.
Amma türklərin əski dinləri islamla eyni mahiyyət daşıdığından, onlar
da tək Tanrıya inandıqları üçün islama qarşı çıxmamışlar. Türk milləti
islamı tarix boyu ən gözəl şəkildə qoruyub saxlamış, inkişaf etdirmişdir.
İslam ən çox türk xalqları arasında yayılmışdır. Yəni millət olaraq ən çox
türklər müsəlman olmuşlar, digər millətlərdə başqa dinə mənsub olanlar
türklərə nisbətən çoxdur.
O dövrdə, hətta şeirlərdə türk ünsürlərindən istifadə edir, onları
30
(məqalələr)
mədh edən şeirlər yazılırdı. Peyğəmbərimizin (s) əmisi Əbu Talib də
hicrətdən əvvəl müşriklərdən yazdığı şeirində türklərdən bəhs etmişdir.
Türklər haqqında bir çox hədis var. Onlardan ən məşhuru budur “Türklər
sizə ilişmədikcə siz də onlara ilişməyin” (Əbu Davud, Məlahim 8).
Həzrət Məhəmməd (s) türk millətinə xüsusi dəyər vermiş, onlarla hətta
savaşmamağı tapşırmışdır.
Əsr-i səadətdə o ərazinin ən maraqlı tayfalarından Tayy, Muharib
(Hərboğulları) və Əsləm türk köklü qəbilələr hesab olunur. O zamanın
bəzi yer və insan adları ərəbcələşsə də türk olduqları sanılır. Bundan
başqa türk atı Kutaf tarixdə qalmışdır. Həzrət Peyğəmbər (s) bir gecə
gurultu eşidib səs gələn tərəfə tələsdiyindən səhabə Əbu Təlhanın Kutaf
cins atını minərək getmiş, bu ata dua edərək “dəniz kimidir” buyurmuş,
ona görə də bu atlara Bəhr-Dəniz adı verilmişdir.
Abdullah b. Məsud və Abdullah b. Abbas Həzrət Peyğəmbərin
(s) Bədir döyüşündə girdiyi yuvarlaq çadırdan- türk çadırından bəhs
etmişlər. Xəndək savaşında da həmin Qubbətut-türki, yəni türk çadırı adı
verilən çadır Onun (s) gərargahı olmuşdur. Onun (s) məsciddə etikafa
girdiyi çadır da Qubbətut-turki adlanmışdır. İstanbulun fəthi müjdəsini
bu çadırda vermiş, səhabələrlə bu çadırda məşvərətlər etmişdi. Səhabə
də sünnə olaraq bu çadırda etikafa girmişdir.
Həzrət Peyğəmbərimizi (s) çox qəmgin edən bir hadisə də türklərin
Çinə məğlub olaraq Göytürk dövlətinin yıxılması, türk xaqanının əsir
alınması oldu. O (s) əliylə şərqə işarə edərək bu hadisə haqqında belə
dedi:” Bu an Zülqərneynin səddində üzük boyda bir deşik açıldı”.
Qurani-Kərim “əl-Fatihə” surəsi ilə açılır, “əl-İxlas” surəsi ilə
bağlanır. Bu böyük kitab bu iki surə-bu iki qapaq arasındadır. Bu iki surə
31
ƏNƏNƏ VƏ DİN
Quranın bütün gücünü, ehtişamını özündə daşıyır. Əski türk inancında
olan Yaradan anlayışı, onun sifətləri islamdakına çox uyğundur.
Müqayisə üçün deyim ki, əski türk inancındakı Yaradanın sifətləri “əl-
İxlas” surəsindən fərqlənmir:
Bir-tək olan, Məngü-sonsuz, Bayat-Başsız (tabe olmayan), Munqsuz-
öz-özünə var olan (doğmayan və doğulmayan), Diri-həyat sahibi, əbədi,
Erki-iradə sahibi, Oqan-qüdrət sahibi, Törütkən-yaradan (Qutadqu
Bilig). Türk torpaqlarında çox gəzmiş olan İbn Fəzl yazmışdır ki, türklər
bir zülmə uğrasalar, ya sevmədikləri bir şeylə qarşılaşsalar biz “ay Allah”
dediyimiz kimi onlar da “bir Tenqri” deyirlər. Tövhid inancına xidmət
edərək millətini Həzrət Peyğəmbərin (s) sanki gəlişinə hazırlayan 24
türk peyğəmbərin adı “Şərh-ü Əsma-ül Mürsəlin” adlı mənbəyə əsasən
müəyyənləşdirilmişdir.
Türk peyğəmbərlərin adları: Amun, Anuh, Barah, Cosan, Düvil,
Ğadat, Hamun, Hemudin, Hicah, Hicil, Katın, Kedük, Xarkil, Laycu,
Narın, Sakun, Salah, Savıs, Takhım, Tamur, Umıd, Yahur, Yasan, Yevik.
Həzrət Peyğəmbərin (s) nəsli, Həzrət Hüseynin (ə) oğlu
Zeynalabidinlə (ə) davam edir. Onun anası isə Göytürk xaqanının nəvəsi
Şəhr Banu Ğazelədir.
J.P.Raksın dediyi “Türklər tarixdə görünməmiş bir hadisəyə imza
atdılar, islamiyyəti qələbə çalaraq qəbul etdilər” fikrini prof. Brokelman
belə tamamlayır: “Türklər islam ərazisinə girdikdən sonra açıq və
sadə iman əsaslarının öz kəskin zəkalarına uyğun olduğunu gördülər,
hələ təmiz qalmış, həyəcana və şövqə yatımlı bir ruhun bütün qüdrət və
qüvvətiylə mənimsədikləri sünni İslam əqidəsini qəbul etdilər”.
Həzrət Ömər (r) Türkistana hücum edən Əhməd b. Kaysa “Kaş
32
(məqalələr)
onlarla aramızda bir atəş dənizi ola” deyə mane olmuşdur. Xəlifə
Müaviyə də Buxara və ətrafını ələ keçirən Ubeydullah b. Ziyadı xoş
qarşılamamış “Anan sənə yas tutsun. Hərakatı dayandır. Onlara niyə
ilişirsən? Vallah, Rəsulallahdan (s) eşitdim ki, Türklər yovşan otu bitən
yerlərə qədər hakim olacaqlar” demişdir.
Bütün bunları sadalamaqda məqsədim İsmət Özəlin də dediyi kimi
bu bir cümləni deməkdir: islamçı demək türkçü deməkdir, türkçü demək
islamçı. Bu iki anlayış bir-birinə təbii qaynaq edilmişdir.
33
ƏNƏNƏ VƏ DİN
ÇOX ARVADLILIQ CAİZ DEYİL
Qurani-Kərim insanlığa enmiş kitab olduğundan, burada heç bir
hökm və ya müraciət, sadəcə kişilərə aid edilməmişdir. Bütün müraciətlər
insana edilməkdədir. Heç bir cəza, yaxud mükafatın vədində qadın-kişi
fərqi qoyulmamışdır. Üstəlik, Qurani-Kərimdə qadınlar mənasını daşıyan
“ən-Nisa”, qadın adıyla “Məryəm” adlanan surələr var. Elə bunun özü də
islamda qadının yerini təsəvvür etməyə imkan verir.
Uzun mübahisələrə səbəb olan bir məsələ də İslamda çox arvadlılığın
olmasıdır. İddia edilir ki, Qurani-Kərimdə dörd qadınla evlənin, deyə
əmr vardır. Bəs bunun əsli nədir?
İslamdan əvvəl bədəvi ərəblərdə var-dövlət kimi qadının da çoxluğu
kişiyə şərəf-şan sayılırdı. Ancaq islamın qəbulundan sonra Həzrət
Peyğəmbər (s) əmr etdi ki, dörd qadından çoxu ilə evli olanlar sadəcə
dördünü saxlayıb qalanını boşasınlar. Çox qadınla evlənməyə izin verən
“ən-Nisa” surəsinin 3-cü ayəsində deyilir:
“Əgər yetim qızlar haqqında ədaləti yerinə yetirə biləcəyinizdən
qorxursunuzsa o zaman sizin üçün halal olan digər qadınlardan
iki, üç, dördü ilə nikah bağlayın. Əgər (bu halda da) ədalətə əməl
edə bilməyəcəyinizdən şübhə edirsinizsə onda bir dənəsi ilə,
yaxud əmrinizdə olan cariyə ilə kifayətlənin. Bu (bu tək arvad və
ya cariyə) sizin haqdan dönüb də sapmayacağınız daha yəqindir.”
Buradan görünür ki, iki, üç, dörd qadınla mütləq evlənin deyə bir əmr
yoxdur, sadəcə icazə var. Əmrlə icazənin arasında çox böyük fərq var.
Əmr yerinə yetirilməsə günahı var, icazə isə həyata keçirilmədiyi, ya da
keçirildiyi zaman nə günahı var, nə də savabı.
34
(məqalələr)
İcazənin şərti var: ədalət şərti. Bu şərt yerinə yetirilməzsə icazə
ləğv olunur. Bu şərti-ədaləti maddi olan hər şeydə həyata keçirmək
mümkündür. Bütün haq və hüquqlarında, yemək, geyinmək, qoruma
və hər şeydə onlar arasında ədaləti bərpa etmək mümkündür. Bəs
“könlün fərman dinləmədiyi” sevgidə bərabərlik mümkündürmü? İki
nəfəri eyni qədər sevmək olarmı? Əlbəttə, bu mümkün deyil. Burada
ədalət pozulur. Əgər ədalət pozulursa, demək Allah-Təalanın (cc) əmri
yerinə yetirilməmiş olur və bir qadınla evlilik əsas olaraq qalır.
Allah-Təala (cc) hökmlərini, əmr və qadağalarını heç vaxt bir
dəfəyə, birdən etməmişdir. İnsanların nəfsinə ağır gəlməsin deyə,
qadağalara əməl edə bilsinlər, yavaş-yavaş alışsınlar deyə onları
iki, üç və ya daha çox dəfədə, yavaş-yavaş endirmişdir. Ədalət
haqqında enmiş növbəti ayədə “ən-Nisa” surəsi 129-cu ayədə
buyurulur: “Qadınlar arasında ədalətli olmağa (və bərabərliyi
tətbiq etməyə) nə qədər səy göstərsəniz də, buna əsla gücünüz
yetməyəcək. Heç olmasa birinə çox meyl edib də o birini (nə dul,
nə də ərli kimi) asılı vəziyyətdə saxlamayın. Əgər nəfsinizi islah
edib haqsızlıqdan çəkinsəniz şübhə yox ki, Allah çox yarğılayıcı,
çox əsirgəyicidir.”
Buradan göründüyü kimi bir tərəfdən çox qadınla evlənməyə
icazə verilsə də (əmr deyil!), sonrakı ayədə ədalət prinsipinə görə bu
icazə ləğv olunmuşdur. Yəni nə qədər çalışsanız da sevgidə ədalətli ola
bilməyəcəksiniz, deyir.
Hədisdə deyilir: “Bir kişinin nikahında iki qadın olub və onların
aralarında ədalətə riayət etməsə, qiyamət günündə o adam bir tərəfi
əyilmiş, iflic olaraq gələcəkdir.”
35
ƏNƏNƏ VƏ DİN
Arvadlardan biri müsəlman olmasa belə onunla ədalətli davranmaq
lazımdır.
Beləliklə, ilk zamanlarda çox arvadlılıqda inqilab sayıla biləcək
dəyişiklik bu sıralama ilə oldu:
1. Say təyin olundu. Ən çoxu dörd nəfər. (On ikidən dördə endirildi).
2. Ədalət şərti qoyuldu. Bərabərlik olmalı, hətta bərabər sevməlidir.
3. Ədalət mümkün olmadığı üçün bir dənə ilə kifayətlənməlidir,
deyildi.
Birdən çox qadınla evlənməyə şəriətdə verilən icazənin bu gün
də davam etdiyi məqamlar var. Onlardan bəziləri bunlardır: Qadının
anadangəlmə cinsi iqtidarsızlığı, qadınlıq vəzifələrini yerinə yetirməyə
imkan verməyən sağalmaz bir xəstəliyinin olması, sonsuzluğu, müharibə
və sair fəlakətlər səbəbindən kişi qıtlığının yaranması. Belə zamanlarda
cəmiyyətdə əxlaqsızlıq yayılmasın, qanunsuz uşaqlar doğulmasın ki,
bu özü çox bəlalara səbəb olur, bəzi yoluxucu xəstəliklər yayılmasın,
cəmiyyətdə qarışıqlıq olmasın deyə bu icazə verilir. Necə ki, zamanın
bu dövrünü Qurani-Kərim “əl-Bəqərə” surəsi 49-cu ayədə “acınacaqlı
əzab, böyük əzab, qarmaqarışıqlıq” deyə adlandırmışdır. Amma, nəfsinin
cilovunu əlində tuta bilən və Allahın yolunda gedən adam üçün bu böyük
əzab yoxdur.
36
(məqalələr)
“MƏCHULƏ GEDƏN BİR GƏMİ”
Həcc zamanı Məkkədə, Kəbənin ətrafında məhşər qələbəliyi olur.
Bu qələbəlikdə heç kim heç kimi tanımır. Hamı ehramda olduğundan
çinlər, rütbələr, kasıblıq, varlılıq ilk baxışda bilinmir. Günahların və
savablarınla “kəfən” içində ilahi hüzurdasan.
Kəbənin ətrafında çoxlu dilənçilər olur həmişə. Gələn gedən pul
verir onlara.
İstanbuldan gedən, şeyxin əsalətli xanımı, dilənçilərin sıralandığı
küçənin başında dayanıb gözləməli olmuşdu. O heç fərqində də deyildi
ki, bu küçə dilənçilərin yeridir. Eləcə bir az dayandı. Bu vaxt bir nəfər
yaxınlaşıb digər dilənçilərlə bərabər ona da qara pullar uzatdı. Bundan
çaşan qadın bir an duruxsa da sonra digər dilənçilərin etdiyi kimi o
da qara qəpikləri aldı. Onun bu qara qəpiklərə heç ehtiyacı yox idi.
İstanbulda fabrikləri, iş yerləri, varı dövləti vardı. Heç Məkkədə də qərib
sayılmazdı. Orada da evləri vardı, hər il qışı Məkkədə keçirirdilər.
Bəlkə başqası olsaydı xətrinə dəyərdi, pulu almaq əvəzinə qayıdıb
o adamı təhqir edər, onu alçaltdığı üçün o da onu alçaldardı. Amma,
bu əsalətli qadın bir insanın qəlbini qırmamaq üçün özünün dilənçi
sayılmağını qəbul etdi. İçindəki saxta qürur ona, səni təhqir etdilər, sən
də eynisi ilə ona cavab ver demədi, əksinə, o adamın özünü yaxşı hiss
etməsi üçün üstəlik ona təşəkkür etdi.
Bir az gözlədi. Pul verən adam uzaqlaşan kimi qadın ovcuna
tökülən qara qəpiklərin üstünə bir az da pul qoyub ətrafdakı dilənçilərə
payladı. Payladı, şükür elədi. Şükür elədi ki, bu adam pul verməklə
37
ƏNƏNƏ VƏ DİN
onu təhqir etmədi, ona bu insanlara yardım etmək lazım olduğunu
xatırlatdı, onlara yardım etməyinə səbəb oldu. Adi adamlar belə bir
hadisə qarşısında mütləq öz mənliyini, şəxsiyyətini, qürurunu, adını
düşünər. Bir də onu düşünər ki, görəsən, bir tanış filan gördümü,
yoxsa səhv başa düşər, biabır olaram. Bu, adi insanların dünyagörüşü,
bu da islam əxlaqının təvazökarlığı. Türk əxlaqı-Allah üçün nəfsini,
mənliyini yox saymaq.
“Nəfsin qırx il ayaq altındakı xalı kimi tapdanmadıqca, baş tacı
olmazsan”. Hikmət buradadır. Ulular bu sözü çox işlədirlər: nəfsin
40 il ayaq altında tapdanmalıdır. Bu sözü ilk dəfə eşidəndə adamın
mənlik qüruru qabarır. Necə yəni məni kimsə tapdasın, mən buna imkan
vermərəm, deyə nəfs üsyan edir. Təbii ki, bunu deyən seyri süluk yoluna
girən “yolçunun” nəfsi-əmmarəsidir. Həyata dünya kimi baxan, həyatın,
yaşamağın dünyadan ibarət olduğunu sanan, dünya nemətlərinin insana
gəl-gəl deyən cazibəsinə, çəkim gücünə qapılan, istəklərini qanun sayan
nəfsdir nəfsi-əmmarə.
İnsan eqoist bir varlıqdır. Qarşısına çıxan hər hadisədə, hər sözdə,
hər hərəkətdə nəfsini qorumağa çalışır. Nəfsini qorumaqla o daima
başqalarından üstün olmaq, yaxud üstün sayılmaq istəyir. “Dünya
işlərində özündən aşağıdakına, axirət işlərində özündən yuxarıdakına
bax”, deyir hədisi şərifdə. Fəna fillah yolunun ilk addımı, ilk giriş
qapısı bu sözdən başlayır: Allah üçün nəfsini yen. O bir ilan kimi
sarılıb ayaqlarına dayanıb durmadan öz zəhərli iynələrini sancır
insanın varlığına, sən yaxşısan, sən gözəlsən, sən hamıdan üstünsən,
kimi sözlərlə nəfsin insanın ruhunu üstələməsinə çalışır. İnsan hər cür
rahatlığa və həzzə düşkün olduğundan nəfs şeytanının bu təlqinlərinə
38
(məqalələr)
uyur və özünü, həqiqətən də, üstün sayır. Hüsrana uğrayır, peşman olur.
“İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün
tutmaqla) ziyan içindədir”. (“əl-Əsr”, 2).
Sabah, hətta bir saat, bir dəqiqə sonra nə olacağını, başımıza nə
gələcəyini bilmirik, “məchulə gedən bir gəmiyə” minib zamanın
dalğalarında ləngər vururuq. Bu halımızla nəyə qürurlanır, nəyə güvənib
özümüzü böyük sayırıq, bilmirəm. İçimizdə olan, özümüzün saydığımız
nəfəsimizə belə gücümüz çatmır, istəmədiyimiz bir anda çıxıb bizi tərk
edib gedirsə bizim gücümüz nədir bəs? Ya da varmı gücümüz. Ən doğma
adamımızı can üstəykən ölmə deyib tutub saxlaya bilirikmi?
Bir gün bizi də kimsə tutub saxlaya bilməyəcək. Gücü çatmayacaq.
Çatsa belə üç gün əvvəl sevdiyin bir adamın üç gün sonra üfunətə çevrilmiş
cəsədini özün belə istəməyəcəksən. Budur son. Bunu düşününcə insan
qürrələnməyə, mənəm, mənəm deməyə hardan cəsarət tapır, bilmirəm.
Yox, əslində hamı bilir bunu, amma etiraf etmək çətin gəlir:nəfsimiz!
Yalançı mənliyimiz! Yenilməsi, öldürülməsi lazım olan şeytan. Və fəna
fillah yolunun ilk pilləsinə ilk addım.
39
ƏNƏNƏ VƏ DİN
SATILAN DUA
Günün günorta çağı bir də görürsən biri gəlib qapını döyür ki, mən
seyidəm, Allah yolunda, Əli yolunda mənə nəzir ver. Yol gedirsən, ya bir
uşaq, ya da yetişkin bir adam qabağını kəsir ki, nəzir yığıram, seyidəm,
mənə nəzir ver, “Allah köməyin olsun, nə niyyətin varsa Allah hasil
eləsin,....” daha bir çox dua, alqış eşidirsən. Hamısını da Allah adına
edirlər. Elə biləsən ki, Allah bunları özünə vəkil seçib ki, get mənim
adımdan insanlara yardım, kömək sözü ver. Əslində belə hərəkətlər
islamı, dini gözdən salır. İnsanlar düşünürlər ki, islam, müsəlmanlıq
yəqin elə budur, onda belə bir dinə qulluq etmək nəyimə lazımdır.
İşin əslinə gələndə dilənən dərvişlərin müsəlmanlığa heç bir dəxli
yoxdur. Dərvişlər öz dövründə üç növ olub: gəzən dərvişlər, həm gəzər,
həm oturaq, bir də oturaq dərvişlər. Gəzən dərvişləri xalq dolandırırmış,
çünki onların missiyası dini təbliğ etmək, islamı yaymaq idi, bunun üçün
elmlə məşğul olur, məclislər qurur, söhbətlər aparırdılar. Ya da dərviş adı
altında dövlət əhəmiyyətli işlər görür, kəşfiyyatçılıqla məşğul olurdular.
Məsələn, Osmanlıda bu təcrübədən çox istifadə edirdilər. Onlar bir yeri
almaq istəyəndə əvvəlcə dərvişləri göndərir, oranın vəziyyətini öyrənir,
sonra oraya dərviş “ordusu” göndərir, o yerin xalqını hazırlayır, daha
sonra hücum edirdilər.
Hədislərdə, dini ədəbiyyatda, mənkibələrdə almağın deyil, verməyin
daha məqbul olduğunu görürük. Hətta, “verən əl alan əldən üstündür”
sözü də təsadüfi deyilməyib. “Malınızın 40-da birini zəkat verin”, “Allah
yolunda infaq” edin deyən dində Allah adına dilənmək mümkündürmü?
40
(məqalələr)
Bu dinin xəlifəsi Həzrət Ömər (r) dövlət işlərini görərkən dövlət
xəzinəsindən alınan şamı, öz işlərini görərkən isə öz pulu ilə aldığı şamı
yandırardı. Həzrət Əli (ə) Allah yolunda gözünü belə qırpmadan bütün
varını verirdi. Xəlifənin sarayı belə yox idi. Əl açıb yardım istəyən
birinə verəcək heç bir şeyi olmadığında əynindən xirqəsini soyunub
verən Peyğəmbərin (s) dinində “dilənçilik et” deyilərmi? Əsla.
Allah adı ilə bizə uzanan əli boş qaytarmayım deyərək dilənçiyə,
həm də mən seyidəm deyən dilənçiyə pul verərək biz əslində cəmiyyəti
səfalətə sürükləyirik. Mərhəmətdən mərəz doğar, deylib, biz onlara
mərhəmət etdikcə dilənənlərin sayı çoxalacaq. Ən faciəlisi də budur ki,
onlar öz niyyətlərini Allahın adı ilə həyata keçirirlər. Sanki Allahın adını
ananda insanların qəlbi yumşalacaq, ya da Allahın adını çəkəndə elə bil
bunların dilənməyə haqqı olur.
Bu gün Azərbaycandakı seyidlər hansı missiyanı yerinə yetirilər ki,
xalqdan təşəkkür umurlar, həm də maddi şəkildə. Elə bir xof yaradıblar
ki, insanlar seyidə söz deməkdən qorxurlar, guya seyidə söz deyən
Allahın qəzəbinə gələcək. Seyidlərdə ilahi bir qüvvə var, onlar adi
insanlardan fərqli qabiliyyətlərə malikdirlər. Bu belə deyil. Seyid nədir,
yaxud kimdir? Seyidlər bir zaman çox imanlı, yüksək səviyyəli insanlar
olublar, amma kimsəyə ağız açıb bir şey istəməyiblər.
Ərəbcədə seyid ağa, bəy, cənab deməkdir. Ərəblərin buraya məlum
yürüşlərindən sonra burada qalanları öz dillərində seyid deyə çağıra-
çağıra onların adları elə seyid qalıb. Seyidlər, əsasən ərəb əsillidirlər. Heç
bir ilahi qüvvəyə malik deyilər, el arasında deyildiyi kimi “cəddi ağırdır,
amandır, seyidə söz demək olmaz” ifadəsi də mənasızdır. Əslində,
sufilik əqidəsinə görə “hər insan özündə ilahi bir ünsür daşıyır...”. Bu
41
ƏNƏNƏ VƏ DİN
təkcə seyidlərə aid bir hal deyil, çünki insanı Allah yaradıb və “insanı
öz surətində xəlq etdi”...”ona ruhundan üflədi”, sadəcə bəzi “insanlar
o ilahi ünsürü inkişaf etdirərək Allah çata bilir”, bəzi insanlar da seyid
adıyla əl açıb ruzi dilənir, dua satır. Ona verilən payın, pulun qarşılığında
seyid gen-bol dua edir. Çox pul versən çox dua edəcək, az versən az
dua edəcək. Yəni normal bir ölkədə bazar iqtisadiyyatına uyğun hərəkət
edir, nəfəsini boş yerə xərcləmir, alacağının miqdarında satır duasını.
Qarşısındakı insan da inanır onun səmimiliyinə, sanır ki, nəzir verən
kimi işlərim düzələcək. Nəzirin belə mahiyyətini dəyişiblər. Nəzir bu gün
sanki Allaha verilən rüşvətdir. Nəzir bu gün yerlə göy arasındakı valyuta
rolunu oynayır. Nəzir verirəm Allah canımı sağlam eləsin, nəzir verirəm
uşaqlarımı qorusun, uşağım instituta girsin, nəzir verirəm işə düzəlim və
s. İstək çoxdur, nəzirin isə miqdarı, dəyəri önəmlidir işlərinin alınması
üçün. Bu nəzirlərin “yerinə” çatması üçün ən yaxşı vasitə seyidlərdir.
Çünki özləri öz ayaqları gəlir, nəzir alıb dua satırlar. Seyidlər əgər bu
dünyada işləyərək ruzi qazanmağa tənbəllik edirlərsə, nəzir alıb cənnətdə
yer behləyirlərsə, onların iman gücü də elə onların iş qabiliyyəti ilə tən
gələr.
Mən Altun silsilə ilə ilahi əmanətin daşıyıcılarını bu seyidlərə
qatmıram, təbii ki.
Ruhunda köləlik olan bir insan bu gün Allahı vasitə edib çörək üçün
alçalırsa, sabah onun nəfsi başqa bütlər icad edəcək. Böyük övliyaların,
Allah dostlarının hər birinin bir sənəti olub, biri əkinçi olub, biri toxucu,
biri yun çırpan olub və sair, amma mütləq bir işlə məşğul olub çörəklərini
qazanıblar. Çünki Allaha gedən yol halal ruzidən keçər, o da alın tərindən.
42
(məqalələr)
TƏSƏVVÜF MİSTİKA DEYİL
İlk baxışda təsəvvüf mistika sayıla bilər. Ancaq bir az dərinə gedəndə
bu iki anlayışın bir-birindən xeyli fərqli olduğu görülür.
Mistisizm yunanca gözləri və dodaqları yummaq, danışmamaq
deməkdir. Çox qədim tarixə malik olan mistisizm insanın qəlbən, mənən
ucalaraq maddi, fiziki dünyaya, varlıqlara hakim olma, metafizikanı
qavrama cəhdidir. Mistisizm bütün haqq və batil dinlərin ruhani tərəfidir.
Bu, ruhun cəsəd üzərində hakimiyyətini qazanmaqdır. Mistik, təlqinlər
vasitəsilə özünü yetişdirir. Hər cür cismani əziyyət çəkərək metafizik
olanın fiziki olana təsirini təmin edir.
Təsəvvüf isə ruhun təmizlənərək Allaha qovuşmağa hazırlanmasıdır,
təsəvvüfçünün qəlb istedadına uyğun mənəvi təlim alaraq Rəbbinə
yönəlməsidir. Mistikada təlqin və cismani əzab, riyazat əsasdır. Ona görə
də onlarda ilahi zövq yoxdur. Təsəvvüfdə mənəvi əzab var. Bu mənəvi
əzab, riyazat vasitəsilə qəlbin təmizlənməsi, saflaşması, nəfsin yenilərək
ruhun son məqsəd olaraq rəbbinə varma, çatma yolunun izlənməsidir.
Bu yolda ən əsas odur ki, zikir və ilahi eşq mənəvi, ruhani zövqü yaradır.
Mistikada zövq bədəndən qaynaqlanır. Bədəndəki gücünü bir nöqtəyə
toplayaraq, müxtəlif meditasiyalarla möcüzələr göstərə bilirlər. Onlarda
zövq ötəridir. Varmaq istədikləri son ilahi bir məqsəd yoxdur.
Təsəvvüfdə isə zövqün qaynağı ilahi olduğu üçün insanda sabit bir
ruh halı yaradır, ruhi saflaşma, təmizlənmə yolun sonunda zövqə və ilahi
eşqə çevrilir. Bu yolun insanı vəcd və eşq əhlidir, elm əhlidir. Mistik,
sadəcə, vəcd əhlidir. Əzablarla əxlaqca yüksələrək mütləq Həqiqətə
43
ƏNƏNƏ VƏ DİN
çataraq qeyri –adi məmnunluq, sükunət, rahatlıq halı yaranır və mistikdə
fövqəladə hallar meydana gəlir, istidrac olur. İstidrac-ruhun təkamülüylə
baş verən qeyri-adi halların olmasıdır. Təsəvvüfdə bu hal rəğbətlə
qarşılanmır. Burada övliyalarda, Allah dostlarında kəramət olur ki, bu
haqdan gəlir, mistikdə isə bu hal yetişir. Təsəvvüfdə kamil Mürşidin
rəhbərliyində qəlb təlimi, təhsili alma məcburiyyəti, seyri-süluk var.
Mürşidlə mürid arasında rabitə, hal köçürülməsi var. Mistisizmdən fərqli
olaraq, təsəvvüfdə mənəvi təlimlə yanaşı qəlbin açılaraq ruhi duyuşları
qəbul etmə qabiliyyətinin, istedadının olmasıdır ki, bu istedad ölçüsündə
mürşid ona təlim verir, qəlbinin açılışı, ruhunun tutumu qədər rəhmani
hislərlə dolur mürid. Qəlb elə bir hala gəlir ki, qabıqla iç bir olur, zahir-
batin eyniləşir.
Təsəvvüf ləğv olunarsa, o zaman cismani həyat qalar ki, bu, sadəcə,
adda müsəlmanlıq, zahiri islam olar.
Allah, insanı sevdiyi, məhəbbət göstərdiyi üçün yaratdı. Həzrət
Rəsulullahın (s) “üzü suyu hörmətinə” yaratdı, kainatın yaradılış
səbəbi Həzrət Peyğəmbərdir (s). Yəni insanla yaradan arasında ilahi
bir bağ, məhəbbət, eşq var ki, təsəvvüf də bunu anladır, məqsədi budur.
Təsəvvüfün məqsədi, qayəsi insanda bu ilahi eşqi oyatmaqdır ki, insan
öz əsli, əzəli, əbədi varlığını dərk etsin. Onun məqsədi, sadəcə, bədən,
cəsəd üzərində hakimiyyət qazanmaq, onu istədiyi kimi idarə etmək
deyil. Düzdür, bu da var, ancaq bu, bəlli bir pillənin, məqamın işidir.
Bu məqamdan sonra da təsəvvüf əhlinin məqamları tükənmir, qəlbinin
döyündüyü, nəfəsinin gəlib getdiyi qədər onun ibadəti, zikri, qulluğu
davam edir.
İslam insanın lehində və əleyhində olan şeyləri bilməsidir. Əməl
44
(məqalələr)
etməsi-ibadət, fiqh; inanc olaraq bilməsi əqidə, kəlam; hal olaraq
yaşaması təsəvvüfdür. Yəni təsəvvüf, bir hal elmi olaraq, heybət-qorxu
ilə sevginin bir yerdə olması, təqva, kəşf və ilham, müşahidə, mücadilə,
ixlas, təslimiyyət, Rəfiqəl-əlaya-Uca Dosta kar, kor, lal olaraq yönəlməni
içinə alır.
Mistisizmin, eynilə fəlsəfə kimi sonu var. Ruhani və ilahi olana
dayanmadığı üçün metafizikin qurtardığı yerdə qurtarır. Burada bəlkə
də etiraz edərlər ki, metafizik demək sonsuz olmaq deməkdir. Xeyr,
metafizika ağıldan o tərəfə hissə qədər işləyə bilirsə də ülvi hislərin-
idrakın, fəhmin, sezginin ötəsinə keçə bilmir. Sezgi, ilahi duyumların
alınmasıdır. Tərifsiz və sonsuzdur.
Mistiklər, öz yaşadıqlarını aidiyyatı olmayanlar başa düşməsinlər
deyə rəmzlər və xüsusi simvollarla ifadə edirlər. Bu təsəvvüfdə də
var, ancaq fərqli şəkildə. Təsəvvüfdə yaşanılan hal anladılmaz, hər kəs
istedadına görə duyar və anlayar.
Bir sözlə, təsəvvüf mistikanı içinə alır, yəni mistika təsəvvüfdür,
ancaq təsəvvüf mistika deyil.
45
ƏNƏNƏ VƏ DİN
DUA İBADƏTDİR
İnsan, ayağı büdrəyib yıxılanda ağzından ilk çıxan söz Allah olur.
Qeyri ixtiyari Allah deyir və o pərişan halında bütün ümidləri, inamı
qayıdır, üstünə sanki gün doğur. Qəlbinə fərəhlik, özünə inam, güvən
hissi gəlir. Doğrudan da, “Dua möminin silahı, dinin dirəyi, göylərin və
yerin nurudur” (əl-Camius-Səğir).
İnsan adi zamanlarda, hər şeyin yaxşı getdiyi, həyatının normal
axışla davam etdiyi zaman Allahı çox vaxt xatırlamır, ancaq dara
düşdüyü zaman hiss edir Allahın ona nə qədər gərəkli olduğunu.
Hamının insanı tərk etdiyi, yalnız qalıb dərdlərinin içində ümidsizcə
çabaladığı zaman dost olaraq, himayəçi olaraq, sadəcə tək Allah qalır
yanında. Tək Allah, sadiq və heç zaman tərk etməyən. “Mən çox
yaxınam. Mənə dua etdiyi zaman dua edənin diləyinə cavab verirəm.
O halda mənim dəvətimə cavab versinlər və mənə inansınlar ki,
doğru yolu tapalar” (əl-Bəqərə, 186), deyə buyurur öz kitabında. Kim
bir adamı yorulmadan, usanmadan dinləyər, günah aramadan, tövbə, əfv
qapılarını açaraq “kim olursan ol, yenə gəl”, “gündə qırx dəfə günah
eləsən də gündə qırx dəfə tövbə edib də gəl” deyər. Yetər ki, şərtsiz,
səbəbsiz ona yönələ biləsən.
Dualara bəzən Allah-Təalanın (cc) cavab vermədiyindən, duanın
qəbul olmadığından ümidsizliyə düşürlər. Bu ümidsizliyin olmaması
üçün birincisi haramdan qorunmaq, halal yemək, ikincisi duada ixlas və
tam səmimiyyət vacibdir. Duanın qəbul olmasının əsas şərtləri:
1. Dua qəza qədərə uyğun olmalı,
2. O insan haqqında duanın qəbulunun xeyirli olması,
46
(məqalələr)
3. Duada istənilən şeyin mümkün olması. Mümkün olmayacaq
şeyləri istəməyin mənası yoxdur.
Heç vaxt “duam qəbul olmadı” deyilməməlidir. Allahın işlərindəki
hikmətin sirlərini dərk etmirik. Öz istəklərimizin hansının xeyirli
olmasını da bilə bilmərik. Odur ki, dualar ya qəbul olunmur, ya da qəbulu
gecikərək bəlli bir zaman içində olur. İstəklərimizin o anda baş verməsi
insanın ani təcəlliyə dayana bilmə gücünün olmaması ilə də bağlıdır.
Həzrət Musanın (ə) Tur dağındakı halını xatırla. Digər yandan duanın
gecikməsi səbrə və Allaha daha yaxın olmağa da səbəbdir. Hədisdə
deyildiyi kimi: “Sizdən hər hansı biriniz “dua etdim qəbul olunmadı”
deyə tələsmədikcə duası qəbul olunur” (Sünəni-Tirmizi). Heç vaxt ümid
kəsilməməlidir, bu həm də imanın təftişi, yoxlanmasıdır.
Dua, o dünyada savabı olan sərbəst bir ibadətdir. “Edilən hər duada
Həzrət Məhəmmədə (s) və əhli beytinə salat və salam edilmədikcə o dua
qəbul məqamına ucalmaz” (Kənzül -İrfan).
Dua dildə deyildiyi kimi qəlbdə təzahür etməlidir. “Elmin sətirdən
sədrə keçib elmdən irfana çevrildiyi kimi duada da söz dildən qəlbə
enməli, qəlbi tam olaraq tutmalı, sözdən hissə, duyğuya keçməli,
qəlbdən ruha, ruhdan ilahiyə ötürülməlidir. Çünki Allah-Təalaya (cc)
səsdən ibarət olan sözümüz, onun maddi tərəfi deyil, mənəvi tərəfi,
hissimiz, sözün mahiyyəti, məna gücü, mənəvi enerji tutumu və onu
ötürmə gücümüzlə qəlbimizin tam səmimiyyəti ilə göndərdiyimiz zaman
çatır. Bizə bizdən daha yaxın olan, hər qəlb vuruşumuzu, nəbzimizin
hər atışını bilən, izləyən qəlbimizdən hər keçəni bilir. Hədisdə deyilir:
“Riqqət halınız gəldiyi zaman duanı qənimət bilin (yəni dua edin). Çünki
bu hal bir rəhmətdir” (Səhih əl-Buxari).
Mömin bir bəndə Allaha dua edir. Bu zaman Allah-Təala (cc) Cəbrayıla
47
ƏNƏNƏ VƏ DİN
(ə) buyurur: “Onun duasına o saat cavab vermə, çünki onun səsini eşitmək
istəyirəm. Fasiq bəndə dua edəndə Allah Təala Cəbrayıla (ə) əmr edir:
“Onun istədiyini tez ver! Çünki onun səsini eşitmək istəmirəm”.
Dörd yerdə səmanın qapıları açılır və dua qəbul olunur: 1.Allah
yolunda səf bağlandığı zaman, 2. Yağış yağan zaman. 3. Namaz
qılarkən, 4. Kəbə görünərkən.
Bu üç adamın duası rədd olunmaz: 1. İftar edənə qədər oruclunun
duası. 2. Məzlumun duası, 3. Ədalətli dövlət başçısının duası.
Deyilir: “İki dua var ki, onunla Allah arasında heç bir maneə yoxdur:
1. məzlumun duası, 2. möminin möminə qiyabi olaraq etdiyi dua.” (“ən-
Nisa”, 5).
Duada səmimiyyətlə yanaşı ən vacib şərt təslimiyyətdir. Qəlb arınıb
tam təslim olmadıqca, imanın, duanın səmimiliyi azalır. Təslimiyyət,
Yunusu balığın qarnından, Yusufu quyunun dibindən çıxardı. Yunus tam
təslimiyyətlə zikr edərək balığın qarnından çıxdı, qövmü də təlaşla tövbə
edərək əfv olundu.
Dualar gizli və açıq olunur. Toplu edilən dualar açıq, fərdi dualar isə
gizli və ya açıq ola bilər.
Allah-Təala (cc) bəzi şeyləri ilahi intizam, qayda ilə həyata keçirir,
məsələn, gecə-gündüz, günəşin çıxması, batması. Bəzilərini isə
bəlli qaydaya tabe etmir, məsələn yağış yağması, külək əsməsi. İnsan
yaşamında isə sevinclə yanaşı kədəri, xoşbəxtliklə yanaşı bədbəxtliyi,
dərq qəmi verir. Burada duaya səbəb yaradır. Çünki Allah-Təala (cc)
bəndələrinin ona yönəlməsini, onunla “həmsöhbət olmasını” istəyir.
Məsələn, Bədr savaşında Həzrət Peyğəmbər (s) bütün gecə dua etdi.
48
(məqalələr)
“GÜNAHIN” GÜNAHI
“2002-ci ildə Səudiyyə Ərəbistanında 15 qız yanaraq öldü. Dini
qaydalara uyğun geyimdə olmadıqları üçün yanğınsöndürənlərin onları
xilas etmələrinə icazə verilmədi. Hətta yanğından qaçmaq istəyənləri də
geri, yanğının içinə qaytardılar.” (qəzet xəbərindən)
Bu, artıq islam deyil. Bu, islamın geridə qalmış, dar düşüncəli, insan
seçiciliyi etməsi, qadına qeyri insani münasibət bəsləməsini sübut etmək
istəyənlərin işidir.
İslamda can almaq böyük günahdır, Allahın bağışlamadığı günahdır.
Gözünün qarşısında birinin, bu qız olsa, hətta çılpaq belə olsa, yanmasına,
xilas etməyə cəhd etmədən, tamaşaçı kimi baxmaq müsəlmanın deyil,
şəriətə tapanın işidir, cılız qanunları bütləşdirənlərin işidir. Müsəlman
olmaq, sadəcə şəriətə tapmaq deyil, müsəlman olmaq hər halda, hər
şəraitdə qəlbinin Allahla bərabər olmasıdır. Belə olan halda, heç bir
yanğınsöndürən, heç bir xilaskar oradakı qızlara qız deyə baxmayacaqdı,
onlara Allahın nəfəsini daşıyan can, aman istəyən, yardıma möhtac olan
insan kimi baxacaqdı. Məhz, insan kimi baxacaqdı. Bu qızların günahı
nəydi? İslamda, digər dinlərdən fərqli olaraq, qadına xüsusi üstünlüklər
verilib. Ancaq bunu qəbul edə bilməyən, özünü islamcı kimliyi altında
gizləyən, əslində Allahdan, bəndədən xəbəri olmayan biri görər belə
işləri.
Əgər qızlar dinə uyğun geyimdə deyillərsə, sən də özündən, nəfsindən
arxayın deyilsənsə, o zaman öncə üstlərini ört, sonra xilas elə. Yəni çarə
heç zaman tükənən deyil, sadəcə bu çarəni tapmaq istəyən ola.
49
ƏNƏNƏ VƏ DİN
Nədən insanlar şəriətə qapılıb qalır. Axı, şəriət islamın əlifbasıdır.
Əlifbaya gömülüb qalmaq deyil, əlifbadan istifadə edərək bir az “yuxarı
çıxmaqdı” Allahın, peyğəmbərin nəsihəti. Bu yüksəklikdə paltar deyil,
onun içindəkidir önəmli olan. Şəriət səviyyəsində bütün fikir, düşüncə
günah üzərində cəmləşir. Bütün səy, bütün çalışma günah etməmək
üçündür. Bu cür günahlar etmək həyatın sonu deyil. Halbuki, Allah-
Təala (cc) təvvabdır, günahlardan tövbə edəni qəbul edəndir (günah
edin deyilmir, əsla). Bir halda ki, günah etmək qorxusu ilə daha böyük
bir günah edəsən, insan canına qıyasan. Bu, günah bəhanəsi ilə baş
verən bir qətldir. Şəriətə istinad edərək günahdan qaçmaq məqsədi ilə,
günaha batmaq, guya özünü günahdan “arındıraraq”, əslində Nəsiminin
dərisi soyularkən “zahidin bir barmağın kəssən dönüb həqdən qaçar”,
“kafirdi” iftirası yaxaraq “qanıyla dəstəmaz alan” Həllac, Şəbi-Arusa
yüksələrkən çamurda nəfsinin darında boğular, Yunus Əmrənin Molla
Qasımı olar.
Həzrət Peyğəmbər (s) zamanında qadınlar da döyüşə gedər, yaralıların
yarasını sarıyar, onlara su verər, yardım edər, döyüş meydanından
çıxarardılar. Amma Həzrət Peyğəmbər (s) bu zaman heç demədi ki,
naməhrəmdi, yad kişiyə toxunmaq olmaz, günahdı. Demədi, çünki bu bir
istisnadır, burada insan var, qadın, yaxud kişi deyil. Burada bir məqsəd
var, bu məqsədin qarşısında günah anlayışı olmur. Bir də ki, insan–amalı
olan insan heç günah sayılacaq hisləri keçirməz belə. Kor-koruna günah
qaragüruhuna gedilməz.
Həzrət Peyğəmbər (s) kor adamdan belə qorunmaq gərəkdiyini, yəni
korun belə nəfsi olduğunu söyləmiş, amma istisna hallarda buna günah
deməmişdir.
50