(məqalələr)
olanı üstün tuturuq. Başqa əldə, başqa dildə olan şeylərə tamah salırıq
niyəsə. Bu da mövhumatın ən dərininə gətirib çıxarır. Mövhumat
dinin və beynimizin içinə elə yeriyib ki, artıq hansının əsl, hansının
mövhumat olduğunu qarışdırırıq. Çünki ərəb dilində eşitdiyimiz molla
kəlamları və dualar bizi hansısa bilmədiyimiz sirli aləmlərə aparır, orada
bilmədiyimiz gözəllikləri görür, bu dünyada sahib ola bilmədiyimiz
əlçatmaz saydıqlarımıza sahib oluruq və özümüzü rahat hiss edirik. Eləcə
də Allaha dua edəndə, öz dilimizdə edərkən sanırıq ki, duamız gedib uca
Yaradana çatmayacaq, axı “Allahın dili ərəb dilidir”, kitabı ərəbcədir.
Bu fikirlə də öz dilimizi bir qırağa qoyub bilmədiyimiz ərəb dilində
dualar kəkələməyə başlayırıq. Qol-qabırğasını sındırdığımız sözlər ərəb
kəlmələri olmaqdan çıxır, anlaşılmaz bir şey alınır, sonra da deyirik ki,
dualarımız niyə qəbul olunmur. Amma insaflı olub bir özümüzə baxsaq
görərik ki, bizim dilimiz heç bir dildən geri qalan deyil, biz bu dildə öz
fikrimizi və istəklərimizi daha ətraflı, dəqiq və dolğun ifadə edə bilirik,
daha səmimi oluruq. Allahla danışmaq insanın özü özüylə danışması
kimidir, ondan bir az da ötədir. Çünki insan özünə yalan deyir, özünü
ovutmaq üçün bəhanələr uydura bilir, amma Allahla bəhanələr və
yalanlarla danışa bilməz.
Söz səthi bir şeydir, hisləri və ən içdəki duyğuları müəyyən qədər
ifadə edir, odur ki, Allaha hansı dildə müraciət etməyin, əslində heç bir
fərqi yoxdur, o onsuz da qəlblərdə gizli olanı biləndir, bizim dediyimizi
deyil, demədiyimizi bilir, ancaq bunun da bir hikməti var ki, o bizim
istədiklərimizi bir də bizim öz dilimizdən eşitmək istəyir, o bizim onunla
birlikdə olmağımızı, onunla hər an “danışmağımızı”, “görüşməyimizi”
istəyir, ona görə də bizə belə bir fürsət vermiş və mənimlə danış demişdir.
151
ƏNƏNƏ VƏ DİN
Bizim içimizdə olanları ona çatdırdırmağımız üçün bilmədiyimiz dildə
danışmaq bir az gülüncdür. “İnsan böyük bir nüsxədir” (İbrahim Qurani)
və uca Allah o nüsxəni istədiyi zaman bizdən asılı olmadan oxuyur.
Enerjinin ilkinliyi var bir də. Ərəb dilində endirilən vəhyi Allahın
dəyişimə uğramadan gələn enerjisi kimi qəbul edirik, bəs sözsüz-səssiz,
şəkilsiz olaraq qəlbə dolan vəhy? Sözə və ifadəyə sığmayan vəhy?
Sonradan Allah elçisinin dilində sözə çevrilən mənaya ərəbcə endirildi
demək olarmı?
Söz bir qabıqdır, qabıqdan asılı olmayaraq onun içindəki cövhər
eynidir. Söz hansı dildə olursa olsun daşıdığı yük, mahiyyət və məna
dəyişmir. Bütün irqlərdən, millətlərdən və dinlərdən olan insan öz
içində eyni hisləri, eyni ehtiyacları yaşayır, eyni tərzdə düşünür, eyni
şəkildə doğulur və eyni ölürsə, eyni şəkildə inanmaq və etiqad etmək
istəyirsə, elə söz də o şəkildə, hər dildə eynidir, sadəcə onun hərflərlə
şəkli və səslənişi fərqlidir, ancaq içinin odu-atəşi, yaşam enerjisi, ya da
donuqluğu hərflərdən asılı olmayaraq eynidir. Bunu bizim qavramağımız
və içimizdə dolandırıb öz malımız etməyimiz fərqlidir. Məsələn, bir zənci
də sevinəndə qəlbi riqqətə gəlir, gülür, rəngi açılır, bir Avropa ağdərilisi
də, ya da kədərlənəndə zənci də eyni şəkildə köks ötürür, bir Avropa
eliti. Ancaq dilindən çıxan səs fərqli olur. Beləcə də xırdalığa varmadan
deyək ki, dilin əslində o qədər də fərqi yoxdur, ancaq bizim ürəyimizi
boşaltma vasitəmiz də dildir. Şair V. B. Odər “Mən bilmədiyim dildə şeir
oxuyanda onu başa düşürəm” deməsində, biz qavramasaq da, əslində bir
gerçəklik var.
İbadət insanı bir çərçivədə, nizam içində saxlayır, sağa sola sapmağa,
fikir dağınıqlığına yol vermir, bəlli bir yolla yürüdərək daha uzaqlara
152
(məqalələr)
aparır. İbadət daxili sabitlik, sakitlik, rəvanlıq yaradır, içinə mənfi və
kələ kötür fikirlər dolmağa qoymur, sabit ruh səviyyəsini qoruyur. Bu
da qəlbin hüzur və rahatlığını təmin edərək birbaşa həyatın, yaşamın
xoşluğuna, gözəlliyinə gətirib çıxarır. Buna bir də öz dilimizlə qəlbimizin
səmimiliyini əlavə etsək, bu gözəlliyə bir gözəlik daha qatmış olarıq.
Nəticə olaraq, ibadətlərimizi ərəbcə edək, yoxsa öz dilimizdə
sualı “yumurtamı qabaq yaranıb toyuqmu” sualı kimi cavabsız qalır.
Ancaq onu dəqiq bilirəm ki, biz ərəbcə dua edib, dirimiz bir yana,
ölümüzlə ərəbcə danışdığımız müddətcə mövhumat bataqlığından çıxa
bilməyəcəyik. Çünki hələ də məclislərimizdə mollalar bəlkə özləri
də mənasını tam bilmədikləri qarışıq dualar oxuyaraq camaatda xof
yaradır. Və biz elə düşünürük ki, ərəbcə deyilən hər kəlmə gedib bizim
ölülərimizə çatır və onlar məmnun olurlar. Mollaları qınamalı deyil, nə
qədər ki, dirimizlə modern saydığımız başqa dillərdə danışmağı üstünlük
və savadlılıq sayırıqsa, ölümüz elə ərəb dilinə möhtac olacaq, biz də yas
məclislərimizdə mənasını bilməsək də palaza bürünüb ellə sürünərək
yaxşı gələn avaza “Amin” deyəcəyik.
153
ƏNƏNƏ VƏ DİN
ƏSL DOST ALLAH
Bütün dostlar getdilər. Qaranlıqla üzbəüz yalnız qaldı. Onu
əyləndirən, həyatına rəng qatan, məna gətirən dostlar bir ilğım kimi
çəkilib gedincə qaranlıqla arasındakı dərin boşluq sonsuz bir uçuruma
döndü. Özünü bu uçurumun dibində hiss edirdi. Niyə düşmüşdü bura,
necə çıxacaqdı, heç bilimirdi. Əslində, heç uçurumun dibində də deyildi.
Ancaq hər kəs onu tərk edəndə özünü belə hiss edirdi.
Həyatında bir məna axtarır tapa bilmir, niyə yaşayır, onu da bilmir.
Bir az əvvəl gözəl olan, onu yaşamağa çağıran həyat, rəngarəng dünya
bir an içində gözündə sanki sönür, qapqara dona bürünür. O zaman o
qədər çarəsiz, o qədər yalnız, tənha olur ki, tərpənəcək halı, barmağını
qımıldadacaq gücü, kirpiyini tərpədəcək taqəti olmur. O qədər tez tez
olur ki, belə halı, o artıq özünün bəlkə də xəstə olduğunu düşünməyə
başlamışdı.
Xəstə idi, ancaq harası ağrıyırdı? Heç bir yeri ağrımırdı. Heç bir
şikayəti yoxdu. Onu dərdləndirə biləcək, belə qara fikirlərə qərq edəcək,
gəmilərini qara dənizlərdə batıracaq bir səbəbi yoxdu. Ancaq içəridə
onu için-için ovan, rahatlığını əlindən alan bir hiss vardı. Nə olduğunu
bilmədiyi bir hiss. Bu hiss bəzən onu elə çulğayırdı ki, bunun əlindən
qurtulmaq üçün az qalırdı intihar etsin. Ancaq etmirdi. Ona elə gəlirdi,
intihar belə bu dərdin çarəsi deyil.
Axı, nə idi çarəsi? Axı, hər şeyin bir çarəsi var, hər dərdin bir davası
var. Bu dərdin davası nə idi? Niyə bilmirdi bunu. Nəydi, nəydi, nəydi
deyə hayqırmaq, dünyanı ələk vələk etmək istəyirdi. Ağlına gələn hər
154
(məqalələr)
şeyi təcrübə edirdi. Hər şeyin bir günlük, beş günlük təsiri vardı, hər
sevincin, hər xoşbəxtliyin beş gün ömrü vardı. Nə qədər çox çəksə də
axırda tükənirdi. Ən şaqraq qəhqəhəsi bir dəqiqə çəkirdi. Bir nəfəslik
gülüşdən sonra yenə həmin hüzün dolurdu qəlbinə. Boğurdu onu
içəridən, oyurdu.
Bu ağrı, bu göynərti, elə bil ona bir şey deməyə çalışırdı. Bu hüzün,
bu ağrı sanki bir formaya dönüb içindən çıxır, bir adam kimi qarşısında
durub ona bir şey deyir, ona bu dərdin əlacını söyləyirdi. Ancaq o hansısa
onun bilmədiyi, anlamadığı bir dildə danışırdı. Bu da ona ayrı bir əzab
verirdi. Nəydi bu?
Bir burulğanın içində yumaq kimi dığırlanıb gedir. Nə çözülmür, nə
dayanmır, eləcə yumru yumru gedir. Hara çıxacaq, harda dayanacaq,
bu yolun sonunda nə gözləyir onu, bilmirdi. Bu yolun sonuna çatmağa,
varmağa nəfəsi yetəcəkmi, zamanı yetəcəkmi.
Nəhəng, azman bir sonsuzluq dayanıb qarşısında. Bir tərəfdən
zaman qovur onu, bir tərəfdən həyat qovur. Bir tərəfdən də birisi sanki
elə hey tez ol deyir, bax əlini uzat, əlini uzatsan tutacaqsan, bax lap
yaxında, bir qulac aralıda dayanıb. Ancaq o bir qulaca nə əli çatır, nə də
yaxınlaşdırmağa gücü yetir. İçində çırpına çırpına qalır, əli uzalı, qəlbi
göynərtili, başında dəyirman daşı gəzdirirmiş kimi ağır-ağır. Ağır fikirlər
dolaşır başında.
Kölgəsi kimi yanındadır. Onu duyur, hiss edir, varlığını öz varlığı
kimi hiss edir. Ancaq nə olduğunu bilmir, anlamır. Sanki bütün vücudunda
onu canı, qanı kimi daşıyır, bir orqanı kimi. Canı qanı necə onundursa
bu da eləcə onun özünündür. Ancaq anlamır, nə olduğunu bilmir. Bütün
dərdləri də elə buradan başlayır.
155
ƏNƏNƏ VƏ DİN
Yayın cırhacırında bir gün yol gedirdi. Gün adamın təpəsindən elə
vururdu, sanki ildırım dabanından çıxırdı. Qarşıdan bürüncəkli bir adam
gəlirdi. Adam o qədər rahat, o qədər sərbəst, o qədər xoşbəxt idi ki, bu hal
onu maraqlandırdı. Günəşin bu atəşi altında hamı ağız əyərək, üzündə bir
narazılıq, etiraz ifadəsi olaraq gəzir. Hamı küçənin bu tərəfindən o tərəfinə
keçib özünü kölgəyə yetirənə qədər deyinir, nəsə deyir, ən azı ürəyində
bu istiyə lənət oxuyurdu. Bürüncəkli adam günün şaxıyan şüalarını
saymırmış kimi asta asta gedir yolu, ora bura tələsənlər arasında onun bu
rahat hərəkəti o saat adamın gözünə batır. Bu dəlidir, nədir, gün təpəsini
deşir, ancaq o kölgəyə tələsmir. Tələsmədi. Aram aram gəlib kölgəliyə
çatdı. Ancaq hamıdan fərqli olaraq özünü kölgəyə salmadı. Adamların
bir-birini itələyə itələyə özünü saldığı kölgəliyə o heç meyl etmədi.
Günün düz altında yaşıl skameyka vardı, orada oturdu. Hamı birdən
dönüb ona baxdı. Hamı olmasa da çoxu düşündü ki, yəqin ya xəstədi,
ya da nəsə bir dərdi var, ayaq üstə dura bilmir, yoxsa bu ildırım kimi
şaxıyan günün altında normal adam otura bilməz, bişər, cızdağı çıxar,
bir saat çəkməz həkim haray olar. Ya da bunun xəstəxanaya düşmək fikri
var. Hərə öz aləmində bir fikir yürütdü. Amma bunların heç bir fikrinin
ona dəxli yox idi.
Əlinin biri örtüsünün altında idi, sanki bir şey tuturdu, həm də
sinəsinin bərabərində. O biri əlini yanına sallamışdı. Yarı yumulu əlinin
barmaqlarının yarısı görünürdü. Baş barmağı yuvasından başını çıxarıb
ürkək ürkək baxan ilan balası kimi tez-tez örtünün uzun qolundan
çıxırdı. Hamı ona baxırdı. Birdən örtünün uzun qolundan təsbeh sallandı,
tez təsbehi içəri çəkdi. İlan kimi boylanan baş barmaq sən demə təsbeh
çəkirmiş. Ona maraq bir az da artdı. Elə bu vaxt dayanacağa avtobus
156
(məqalələr)
yaxınlaşdı. Adamlar hamısı birdən avtobusa tərəf qaçdılar. Təkcə o
yavaşca yerindən qalxdı. Bir az yaxınlaşınca avtobusun dolduğunu
görüb onun bərabərində dayandı. İkisi qalmışdı. O marağını basdırıb
soruşmamağa çalışsa da mümkün olmurdu. Mütləq soruşmalı idi. Axırda
ona tərəf dönüb marağını gizlədən bir tərzdə:
-Sizə isti deyilmi? Bu bürüncəklə adamın nəfəsi kəsilər. Üzündə
xəfif bir təbəssüm yaranıb itdi:
-Cəhənnəm buradan daha sərindir?
Bu sual qarşısında çaşdı. Cavab verə bilmədi. Doğrudan da, cəhənəm
varsa buradan hər halda daha istidir, bəs ona necə dözmək olar. Ani olaraq
beynindən keçirdi. Ancaq buna hazır cavab yox idi. Heç düşününcə də
bir yerə gəlib çıxa bilmirdi. Adam heç tərləməmişdi. Qorxunc bir hiss
keçirdi içindən, yoxsa bu cadugərdirmi, bu istinin ona heç bir təsiri
yoxdur. Nə dəxli var cəhənnəmin bura. Cəhənnəmdə atəş varsa, o zaman
biz elə indidən yanmalıyıqmı. Çarpaz fikirlər ani olaraq bir-biri ardınca
keçir beynindən. Ancaq cavab tapmağa macal vermirdi. O təsbehi
ovcuna yığaraq:
-Günəşdən bu qədər qorxursan, onun yanğısı qəlbindəki yanğıdan
dahamı çoxdur? Kölgəyə çəkilincə günəşdən qorunursan, ya o canındakı
ağrıdan necə, qoruna bilərsən?
Şok oldu, onun qəlbindəki o kor ağrını o hardan bilirdi. Bu ağrının bir
diş ağrısından, bir baş ağrısından, hətta od yanığından daha acı olduğunu
o hardan bildi? Bu, doğrudan da, deyəsən sehrbazdır, görücüdür. Elə bu
vaxt daha bir şok yaşatdı ona:
-Sənə elə gəlməsin, mən nə cadugərəm, nə də görücü. Mən, sadəcə
Allahın mənə bildirdiyini bilirəm.
157
ƏNƏNƏ VƏ DİN
-Allah sənə nə bildirir? Susdu. O zaman sualı dəyişdi:
-Allah sənə necə bildirir?
-Sevgiylə.
-O necə olur? İnsan sevincə hər şeyi bilir?
-İnsan Allahı sevincə, o onun eşidən qulağı, görən gözü, danışan dili
olur.
-Və sən də mənim içimdə olanları bilir, görürsən, eləmi?
-Yox, o göstərir. Sən özün göstərirsən. İçinin ağrıları üzündə əks
olunub. Üzün Tanrının təcəlligahıdır. Orada yazır sənin hər hissini, ağrını.
Allahı tanı. İçində daşıdığın, nə olduğunu bilmədiyin, ən çətin anında,
ağrılarının ən başına vurduğu zamanda səni intihar etməyə qoymayan,
səni ayaq üstə saxlayan o güc nədir. Kölgən kimi daim yanında olan,
içində hiss edib adını bilmədiyin, canında, qanında daşıdığın, bəlirsizlik
içində çırpındığın, adını, varlığını aradığın o hiss budur. Onu tanı,
xoşbəxtliyinin açarıdır. Səni yalnız qoymayan, ömrünün bəzəyi olandır.
Bütün dostların çəkilincə, qatı qaranlıqlarla üzbəüz qalınca, hislərin səni
uçurumun başına gətirincə, səni heç vaxt tərk etməyən, o qaranlıqların
arasında bir əlçim işıq yollayan, sənə yolların heç bitməyənini, yolların
ən yumşağını göstərən o Tanrı. Dost olan Allah. Dostluğu əbədi olan.
-Yəni, o məni heç zaman tərk etməyəcək, hər zaman munis bir
dostmu olacaq? Gülməlidir. Məcazi, mücərrəd bir şey mənim necə
dostum ola bilər?
-Bunu deyən dilindir. Bir az aşağı en, qəlbinin bərabərində dayan.
Onun çarpışının dinlə. Bax, məcazidirmi?
O əlini ürəyini üstünə qoyaraq can qulağıyla dinlədi. Bir azdan
gözləri heyrətdən böyümüş:
158
(məqalələr)
-Hə, məcazi deyil, ürəyim, həqiqətən döyünür. Amma bunun mətləbə
nə dəxli var. Mən düşündüyüm zaman o var. Bəs başqa zaman, ehtiyacım
olanda o mənə varlığını necə göstərəcək?
-O varlığını sübut etməyə ehtiyac görmür. Sən qəlbinin vuruşlarında
onu tapacaqsan. Qəlbinin vuruşu dayanmadıqca o onun içindədir,
deməkdir. Sən bunu görsən də, görməsən də. Bunu düşün, bütün
yalnızlığın bir quş kimi uçub gedəcək. Sən özgür və xoşbəxt olacaqsan.
Başqa duyğulardan fərqli olaraq bu özgürlük və xoşbəxtlik duyğusu səni
heç bir şəraitdə tərk etməyəcək. Dost o deməkdir. Səni tərk etməyən. Ən
sadiq dost.
Əlini örtüsünün altından çıxarıb ona bir gül uzatdı. Qızılgül.
Saplağında barmaqlarının izi qalmışdı. Danışdıqca hiss etmədən əlini
sıxıb gülün tikanları barmaqlarını qanatmışdı. O bunun heç fərqində
deyildi. Çünki içində Dostla bərabər idi. Qızılgülü ona verib uzaqlaşdı. O
əlində saplağı qanlı qızılgüllə eləcə qaldı günün şaxıyan şüaları altında.
Deyəsən, o da artıq dura bilirdi bu istinin altında.
159
ƏNƏNƏ VƏ DİN
TƏSƏVVÜF QƏLBİN CİLASI
Allah-Təala (cc) insanı yaradarkən ona yaradılmışların ən üstün
qüdrətini vermiş, ruhundan üfləmişdir: “Mən ona surət verib
ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə)
səcdə edin!” (“əl-Hicr”, 29). Bu səbəbdəndir ki, insanın Allaha qarşı
bitməyən susuzluğu var. Təsəvvüf Allaha gedən yoldur, insanın
könül aləminin saflaşdırılıb, mərifət və ilahi hislərdən pay ala biləcək
səviyyəyə gələ bilməsi və həzrəti Peyğəmbərin (s) yaşayışını örnək
alaraq mənəvi təlim, qəlb təsfiyyəsi və nəfs təzkiyəsinin feyzli əsasını
təşkil etməkdir.
Təsəvvüf, əslində Həzrət Adəmdən (ə) başlayıb bütün peyğəmbərlərin
həyatlarında mövcud olaraq dinin cövhərini təşkil etmişdir. Təsəvvüfün
təlqin etdiyi zühd və təqvadır. İslamın ilk zamanlarında yaşamış və
bu yaşayışı özlərinə həyat tərzi seçmiş insanlar bu həyat tərzini xalqa
da məsləhət görmüşlər. Nəsihət və söhbətlərdən, haqq dostlarının
hallarından nəsib almaq istəyənlər onları özlərinə rəhbər və ustad
seçmişlər. Bu insanlar, mömini ruhi yetişkinliyə və istiqamətə çatdıracaq
nəfsi arınma və tərbiyə üsullarını metodlaşdıraraq mənəvi intizam (dərs)
halına gətiriblər ki, bu da ustadların adları ilə adlanan təriqətləri meydana
gətirmişdir.
Təsəvvüf sözünün mənşəyi haqda bir çox iddialar var. Müxtəlif
çəkişmələrə baxmayaraq iki mənşə daha ağlabatandır: 1) təsəvvüf
“arınmışlıq”, “saflaşmaq”, “seçilmişlik” mənasını verən “səfa”, “safvət”
və “istıfa” kəlməsindəndir. 2) Həzrət Peyğəmbər (s) zamanında “əhli-
160
(məqalələr)
suffə” deyilən Məscidi-Nəbəvidə yaşayan, işləri sadəcə elm, irfan və
mənəviyyat öyrənmək olan bir toplumun adından alınmışdır.
Başqa bir fikrə görə, yundan hazırlanmış kəpənək formasında yapıncı
– “suf” geyinənlər mənasındakı sufi sözündəndir.
Təsəvvüfün çox müxtəlif tərifləri var: haqq dostlarının məruz
qaldıqları ruhani təcəllilərə görə verilir təriflər. Məsələn, Əbu Hüseyn
Nuri: “Təsəvvüf nə şəkil, nə də bir elmdir. O sadəcə gözəl əxlaqdır.
Əgər şəkil olsaydı mücahidə ilə, elm olsaydı öyrənməklə təhsil edilərdi.
Yəni sırf şəkil və elm məqsədə çatdırmaz. Təsəvvüf Haqqın (Allahın)
əxlaqına bürünməkdir”.
Bir sözlə, təsəvvüf ümumi anlamda-
1. Gözəl əxlaq və ədəbdir.
2. nəfs təmizlənməsi və qəlb saflaşması.
3. təsəvvüf ixlasdır: Allaha qarşı səmimiyyətdir (ixlas-Allaha
yaxınlaşma arzusuyla hər cür dünya mənfəətlərindən qəlbi qorumaqdır).
4. təsəvvüf sülhü olmayan mənəvi bir cəngdir.
5. təsəvvüf istiqamətdir: Hud surəsi, 112-ci ayə: “(Ya Rəsulum!) Sənə
əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər
(tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın
əmrlərini pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi
görəndir”
6. təsəvvüf razılıq (rıza) və təslimiyyətdir.
İlahi istiqamət üzrə yaşamaq, hər nəfəsdə Rəbbinə daha da yaxınlaşa
bilmək üçün haqqın qəza-qədər təcəllilərinə sonsuz razılıq göstərmək,
hər cür nəticəyə könül xoşluğu ilə boyun əyməkdir.
Təsəvvüfün mövzusu insanın nəfsi və ruhunu öyrənmək, qəlb
161
ƏNƏNƏ VƏ DİN
tasfiyəsi və nəfs təzkiyəsi sayəsində xam insandan kamil insan kimliyinə
ulaşma yolunda keçilən mərhələ və hallardır. Digər ifadə ilə Haqqın
razılığını qazanmaq və əbədi səadətə qovuşmaq üçün nəfs tərbiyəsi, qəlb
arınması, içini və çölünü nurlandırma, arındırma hallarından bəhs edir.
Təsəvvüf, kəşf, ilham, mənəvi müşahidə, vəcd, eşq kimi batinə (içə),
ruha, könülə, vicdana aid vasitələrlə gedildiyi zaman nail olunan ülvi
halları mövzu etmişdir özünə.
Təsəvvüfün qayəsi gözəl əxlaqı, yəni mərhəmət, şəfqət, səxavətlilik,
əfvedəbilmə, şükür kimi ülvi xislətləri mömində bir ləzzət halına gətirə
bilməkdir.
“Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik də onlar
bunu yüklənməkdən çəkindilər, qorxdular. Onu insan yükləndi.
Doğrusu, o çox zalım və çox cahildir” (“əl-Əhzab”, 72) ayəsindəki
kimi zülm və cəhalət içində qıvranan insan bu sifətlərdən qurtulub kamil
insan kimliyinə qovuşmalıdır. İnsanın qurtuluşa erməsi, nəfsindəki pis
sifətlərdən arınması, beləcə əməllərin əməli-salehə, elminin şəxsiyyət
qazanıb irfana dönüşməsinə bağlıdır. Yəni təsəvvüf bunu edə biləcək
ədəb və ərkanın qavranmasını, yaşanmasını məqsəd qoyur.
Qəlbin hüzur, sükut, səadətə qovuşması, mənən yetişdiyi səviyyəyə
bağlıdır. Qəlbdə təzahür edən iman, insanı bütün batil inanclardan qurtarıb
Haqqa yaxınlaşdırır, təqva da qəlbi masivadan, maddi düşüncələrdən
arındırır. Beləcə, bir insanın qəlbi artıq bir nəzərgahi İlahi (Allahın
baxdığı, gördüyü) vəsfini qazanır. İlahi hikmət və əsrarın təsəlli məkanı
olur.
Bir sözlə təsəvvüf getdikcə bitməyən yol, içdikcə doyulmayan su
kimidir.
162
Mündəricat
Alın yazısı................................................................................................3
Ləzzətlərin axırı ....................................................................................6
İslam bütpərəstliyi....................................................................................9
Allah haradadır......................................................................................12
Həvvalıq köləlikmi................................................................................15
Dinin dirəyi............................................................................................20
Allahla alver .......................................................................................23
Qadını döyən axirətdə döyüləcək..........................................................26
İslamçı da elə türkçüdür........................................................................30
Çoxarvadlılıq caiz deyil.........................................................................34
Məchulə gedən bir gəmi.......................................................................37
Satılan dua............................................................................................40
Təsəvvüf mistika deyil.........................................................................43
Dua ibadətdir........................................................................................46
Günahın günahı....................................................................................49
Dünya axirət.........................................................................................52
Ənəlhəq................................................................................................55
Ümid və qorxu.....................................................................................58
Şəkil çəkmək günahmı.........................................................................61
Danabaş kəndinin islamı......................................................................64
Dünya bir imtahan yeridir...................................................................67
Hal və məqam.......................................................................................70
Qarğışın iki başı....................................................................................73
Allah məntiqə sığmır............................................................................76
Mən-biz.................................................................................................79
Hər şey insan üçün.................................................................................82
Zahirində batindir...................................................................................85
Qadın peyğəmbər deyil amma...............................................................88
Molla dini..............................................................................................91
Dinmi bizi geri çəkir, dinsizlikmi.........................................................94
Dilimizin yükü......................................................................................97
Can qoxusu...........................................................................................100
Göy Tenqridən Allaha..........................................................................103
Namazda müsəlman, həyatda əcnəbi...................................................107
Ən güclü resept.....................................................................................110
Ölüm gözəl olmasa...............................................................................113
Qıl körpünün ucunda............................................................................116
Allaha məktub......................................................................................119
Əsl namaz, yoxsa... .............................................................................122
Ölünün dini nədir..................................................................................125
Ənənə və din........................................................................................128
Qorxumdan sevirəm? ..........................................................................131
Qurbanın qoyun...................................................................................134
Meydan oxuyan şəhidlik.....................................................................137
Bir an da zamandır...............................................................................140
Bir günün müsəlmanı..........................................................................144
Dırnaq boyası məst kimi......................................................................147
Ölümüzlə ərəbcə..................................................................................150
Əsl dost Allah......................................................................................154
Təsəvvüf-qəlbin cilası.........................................................................160
Çapa imzalanmışdır: 01.07.2019
Kağız formatı: 60x90 1/16
Tiraj: 5000