Rima Hacıyeva
AZƏRBAYCAN TOLERANTLIĞINDA
ALMAN İRSİNİN İZLƏRİ VƏ MEMARLIĞI
Qərblə Şərqin qovşağında yerləşən Azərbaycan tarixin müəyyən dövrlərində bir çox xalqların
nümayəndələrinin vətəninə çevrilmişdir. Bu gün də davam edən bu etnik müxtəliflik, müxtəlif millətlərin,
mədəniyyətlərin və inancların nümayəndələrinin dövlətimizdə dinc məskunlaşması Azərbaycan xalqının
tolerantlığının və onlara olan hörmətinin göstəricisidir. Bu kitabın yazılmasında əsas məqsəd də ölkəmizdə
yaşayan digər xalqların irsinin qorunub saxlanmasına dövlət dəstəyini və qayğısını işıqlandırmaq,
Azərbaycanın multikultural və tolerant dəyərlərinin dünyaya örnək olduğunu göstərməkdir. Kitabda
Azərbaycanda məskunlaşmış almanların 200 illik yaşam dövrü, onların Azərbaycanın sosial-iqtisadi,
mədəni həyatının yüksəlməsinə təsiri öz əksini tapmışdır. Kitabda həmçinin ermənilərin öz siyasətlərini
həyata keçirmək üçün yerli əhali ilə yanaşı Azərbaycanda yaşayan digər etnik milli azlıqlara, o cümlədən
almanlara qarşı törətdikləri təcavüzlərə və qətllərə yer verilmişdir.
Kitabın hazırlanması zamanı Azərbaycan tarixçilərinin əsərlərinə, arxiv materiallarına və müxtəlif
mənbələrə istinad edilmişdir.
Bakı – 2019
Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir
Rima Hacıyeva
Azərbaycan tolerantlığında alman irsinin
izləri və memarlığı
Dizayner: Raman Dadaşov
MÜNDƏRİCAT
Azərbaycan multikulturalizmi və tolerantlığı dünyaya bir örnəkdir.......................................................................4
Almanların Cənubi Qafqaza köçürülməsi prosessi və səbəbləri. Koloniyaların yaranması.................................11
Koloniyalarda idarəetmə sistemi .......................................................................................................................19
Yelenendorf ......................................................................................................................................................22
Traubenfeld .......................................................................................................................................................24
Annenfeld .........................................................................................................................................................27
XIX əsrin 2-ci yarısında koloniyaların sosial-iqtisadi həyatı ................................................................................29
Koloniyalarda təhsil və din ................................................................................................................................33
Alman kolonistlərinin dini etiqad azadlığı ..........................................................................................................35
Lüteran dini icması ............................................................................................................................................36
Azərbaycanda alman-lüteran kilsələri ............................................................................................................. 39
Erməni təcavüzünə məruz qalmış Azərbaycan almanları .................................................................................46
Sovet dövründə alman əhalisinə qarşı repressiyalar .......................................................................................49
Azərbaycanda alman memarlığı ......................................................................................................................53
4
AZƏRBAYCAN MULTİKULTURALİZMİ VƏ
TOLERANTLIĞI
DÜNYAYA BIR ÖRNƏKDİR
Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri
qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvləri kimi yaşamışlar. Müxtəlif mədəniyyətlərə və
dinlərə mənsub etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan
humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, islam dəyərləri müstəsna rola malikdir. Ölkəmizin
coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaratmış,
bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və digər dini inanclar Azərbaycan ərazisində yayıla bilmişdir.
Yəhudilərin ölkəyə gəlişi bəzi tarixçilərə görə, eramızdan əvvələ - 586-cı ildə Babil hökmdarının Yerusəlimi
zəbt etdiyi dövrə gedib çıxır. Həmin dövrdə İudeya çarlığından qaçan yəhudilər ölkəmizdə özlərinə sığınacaq
tapmışlar. Azərbaycanda yəhudilər üç icma - dağ yəhudiləri, aşkenazilər və gürcü yəhudiləri ilə təmsil olunurlar.
Xristianlıq isə hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə bu torpaqlarda yayılmışdır.
Ölkəmizdə xristianlığın bu gün pravoslavlıq, katoliklik və protestantlıq məzhəbləri, həmçinin müxtəlif sektant
icmaları mövcuddur.
Azərbaycanda islamın yayılması erkən islam fütuhatı dövrünə təsadüf edir. İslam dininin bu ərazilərdə
yayılmasından sonra əhali arasında dözümlülük, birgəyaşayış mühiti daha da güclənmişdir.
Lakin bu birgəyaşayışa tarixin müxtəlif dövrlərində, xüsusən də XIX əsrin əvvəllərində Rusiya imperiyası
ilə Qacar İran dövləti arasında bağlanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra xələl gətirilməyə
çalışılmışdır. Belə ki, çar Rusiyası Şimali Azərbaycan ərazisinə sahib olduqdan sonra əhalini milli-mənəvi
dəyərlərindən uzaqlaşdırmaq üçün ölkədə yad mənəviyyatın və mədəniyyətin təbliğini prioritet məsələyə
çevirmişdi. Azərbaycan 1918-ci il may ayının 28-də öz müstəqilliyini elan etdikdən sonra ölkədə çar Rusiyasının
mənfur siyasəti olan din və məzhəb ayrı-seçkiliyinə son qoyuldu, dini dəyərlər milli ideologiyanın tərkib hissəsi kimi
qəbul edildi. İstiqlal Bəyannaməsində milli, dini, ictimai vəziyyətindən, cinsindən, məzhəbindən asılı olmayaraq,
ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar verildiyi bəyan olundu. Ölkə vətəndaşlarının hüquqlarının təmin
edilməsinə yönəldilmiş qərar və tədbirlərdə əhalinin vicdan azadlığının təmin olunması xüsusi yer tuturdu.
5
1920-ci ilin aprel ayında Azərbaycanın müstəqilliyinə son qoymaqla SSRİ xalqımızın milli-dini dəyərlərinə
düşmən kəsildi. Ötən əsrin 20-ci illərinin sonu 30-cu illərinin əvvəllərində, SSRİ-nin başqa respublikalarında
olduğu kimi, Azərbaycanda da dinə qarşı hücumları başlanıldı. İllər keçdikcə dinlə mübarizə daha geniş vüsət
aldı, məscidlər və mədrəsələr bağlandı, o cümlədən din xadimləri repressiya qurbanına çevrildilər. Qurani-
Kərim zərərli kitab hesab olunaraq qadağan edildi. Azərbaycanın bütün ərazisində məscidlər dağıdılaraq anbar,
kitabxana, yaxud da muzeyə çevrildi. Beləliklə, ötən əsrin 20-ci illərinin əvvəllərində Sovet hakimiyyətinin elan
etdiyi vicdan, din azadlığı heçə endirildi və bu, İkinci Dünya müharibəsinədək davam etdi.
Ötən əsrin sonlarına yaxın Sovet imperiyasının süquta uğraması dünyanın mövcud siyasi xəritəsinin
dəyişməsinə, bir sıra qlobal problemlərin yaranmasına gətirib çıxardı. Həmin dövrdə dünya iqtisadi, ekoloji və
demoqrafik problemlərlə yanaşı, mənəviyyat sahəsində də böyük böhran yaşayırdı. Bundan başqa, bəzi siyasi
dairələr tərəfindən mədəniyyətlər və dinlər arasında fərqlərin qabardılması “sivilizasiyaların toqquşması”
nəzəriyyəsini meydana çıxarmışdı. Məqsəd isə bu yolla xalqlara, millətlərə, dövlətlərə təsir göstərib özlərinin
“arzuları”nı reallaşdırmaq idi.
Dünya düzəninin yenidən qurmağa cəhd göstərildiyi belə bir zamanda Azərbaycan öz dövlət müstəqilliyini
bərpa etdi. Sovetlər Birliyinin süquta uğraması nəticəsində yeni eranın başlaması, başqa sözlə, ateizmə
əsaslanan cəmiyyətdən milli-dini dəyərlərə hörmətlə yanaşılan cəmiyyətə keçid heç də asan olmadı. Həmin
dövrdə ölkənin müharibə şəraitində olması, ağır iqtisadi-sosial vəziyyətlə yanaşı, hakimiyyət kürsüsü uğrunda
gedən daxili mübarizə onu parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu vəziyyət, şübhəsiz ki, dini duruma
da təsirsiz ötüşmürdü. Çox keçmədi ki, ölkədə dövlət-din münasibətlərinin hüquqi əsasları formalaşdırıldı.
Vətəndaşların dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq
hüquq normalarına uyğunlaşdırıldı. 1992-ci ildə qəbul olunan, sonrakı illərdə zamanın tələbinə uyğun olaraq bir
sıra ciddi dəyişikliklər edilən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə vicdan
azadlığının təmin edilməsi, dini qurumların statusu, onların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı bütün
məsələlərə aydınlıq gətirdi. Həmin dövrdə respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi ilə
bağlı qəbul edilmiş qanunvericiliyin icrası, bu sahədə müəyyən bir idarəetmə orqanının yaradılmasına ehtiyac
duyulurdu. Beləliklə, 2001-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin yaradılması ilə dövlət-din münasibətlərinin inkişafında yeni mərhələyə qədəm qoyuldu.
Dövlət Komitəsi dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafında, din haqqında qanunvericiliyin
təkmilləşdirilməsinə dair təkliflərin verilməsində, müvafiq qanunvericiliyin icrasına nəzarətin, eyni zamanda,
6
dövlət-din münasibətləri sahəsində məqsədyönlü proqramların həyata keçirilməsində böyük rol oynayır.
Ümummilli lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, dövlət-din münasibətləri sahəsində
bünövrəsini qoyduğu siyasət onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkədə müstəqillik illərində milli-mənəvi dəyərlərin qorunub saxlanılması, o cümlədən yeni dini məbədlərin
inşası, mövcud olanların əsaslı təmiri və yenidən bərpası istiqamətində çoxsaylı işlər görülüb. Əgər Sovetlər
Birliyi dağılan dövrdə Azərbaycanda cəmi bir neçə dini icma və 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların
sayı 2000-dən çoxdur. Təkcə son 10 il ərzində ölkədə 140-a yaxın məscid inşa olunub, 80-dən artıq məsciddə
əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına onlarca məscid tikilib, yaxud
əsaslı bərpa olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq
Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd
məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri
aparılıb. Gəncə şəhər İmamzadə ziyarətgahı yenidən bərpa edilərək xalqın istifadəsinə verilib. Dövlət başçısının
tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və ölkənin ən böyük məscidi olan Heydər məscidinin 26 dekabr
2014-cü ildə açılışı olub.
Eyni zamanda, hazırda ölkə ərazisində 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Vətəndaşlarının böyük
əksəriyyəti müsəlmanlar olan ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. Hələ 1920-ci ildə bağlanmış Jen
Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. 1999-cu ildə məbəddə bərpa
işləri başlanılmış, 2001-ci ildə isə başa çatdırılmışdır. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın
Patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu
vermişdir. Kilsənin tərkibində pravoslav ədəbiyyatı kitabxanası, uşaqlar üçün “Bazar günü” məktəbi, böyüklərin
katexizasiyası üzrə məktəb, həmçinin yeməkxana fəaliyyət göstərir.
2002-ci il mayın 22-23-də Roma papası II İohann Pavelin Azərbaycana səfərindən sonra ümummilli
lider Heydər Əliyevin göstərişi əsasında Bakının mərkəzində Roma-katolik kilsəsi üçün yer ayrılmış, 2005-ci
ildə məbədin tikintisinə başlanmışdır. Sevindirici haldır ki, kilsənin tikintisinə Qafqaz Müsəlmanları İdarəsi və
Azərbaycanda fəaliyyət göstərən digər konfessiyaların nümayəndələri maddi yardım göstərmişlər. Tikinti işləri
2006-cı ildə başa çatdırılmış, rəsmi açılış mərasimi 2008-ci il martın 7-də keçirilmişdir. Mərasimdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və
Vatikanın Dövlət katibi Tarçizio Bertone iştirak etmişlər.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə dağ
7
yəhudiləri üçün yeni ibadət ocağı inşa edilmiş, 5 aprel 2011-ci ildə sinaqoqun rəsmi açılış mərasimi keçirilmişdir.
Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə
böyük həssaslıqla yanaşan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın ölkədə ibadət evlərinin bərpası və yeni məscidlərin tikilməsi istiqamətində gördüyü
işlər də əvəzsizdir. Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində təkcə ölkədə yeni məscidlər
inşa etməyib, həm də bu torpaqlarda yüz illiklər boyu xalqımızla dinc yanaşı yaşamış dinlərin nümayəndələrinin
öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək üçün ibadət evlərinin
bərpası və inşası işində fəallıq nümayiş etdirib. Azərbaycanın birinci xanımının bilavasitə təşəbbüsü və rəhbərliyi
ilə Heydər Əliyev Fondu layihə çərçivəsində Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında,
Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki
“Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər istifadəyə verilib. Eyni
zamanda, layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, yəhudi uşaqları üçün
təhsil kompleksi istifadəyə verilib və s.
Ölkəmizdə dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm
ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan Respublikasının
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət Müşavirinin Xidmətinin, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun yaradılması
dövlət başçısının azərbaycançılıq ideologiyasının inkişafını, milli-mənəvi dəyərlərin qorunmasını, dözümlülük
siyasətimizin təbliğini daim diqqət mərkəzində saxladığının göstəricisidir.
Ölkəmiz əsrlər boyu müxtəlif dinlərin, xalqların, etnosların birliyini təcəssüm edib. Bu baxımdan da bu gün
Azərbaycanın multikultural dəyərləri dünyaya bir nümunə kimi göstərilməkdədir.
Tolerantlıq, multikulturalizm ünvanı kimi özünə şöhrət qazanan Azərbaycan Respublikasında müxtəlif
millətlərin, dinlərin nümayəndələri yaşayır. Ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların
birgəyaşayış və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilmişdir. Qanun mənşəyindən, milliyyətindən,
dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycanın
coğrafi, təbii və iqlim şəraiti, flora və faunası, digər maddi-mənəvi xüsusiyyətləri ən qədim dövrlərdən bu
torpaqlarda insanların məskunlaşmasına şərait yaratmışdır. Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan
şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı ilə sülh və harmoniya şəraitində yaşamış və yaşayırlar.
Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də
8
Azərbaycanda qorunub saxlanılmaqdadır. Azərbaycanda yaşayan müxtəlif xalqlar əsrlər boyu ölkənin ictimai-
siyasi həyatında mühüm rol oynamaqla yanaşı, özlərinin etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini
qoruyub saxlamış və bu günümüzədək yaşatmışlar.
Hal-hazırda Azərbaycan Respublikasında ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər,
başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar, Ahısxa türkləri, tatarlar, buduqlar,
qırızlar, hapıtlar, ceklər, xınalıqlar, ubkiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik
azlıqlar yaşayırlar.
239 nömrəli tam orta məktəbdə “Multikulturalizm sözdə və əməldə” adlı musiqili ədəbi-bədii tədbir
Mittelschule Nr 239, „Multikulturalismus in Worten und Taten“ von den musikalischen und künstlerischen
Veranstaltungen
Средняя школа № 239, «Мультикультурализм в словах и делах» из музыкальных и художественных
мероприятий
9
Azərbaycan Respublikasında eyni zananda sayının azlığından-çoxluğundan asılı olmayaraq özbəklər,
qazaxlar, litvalılar, latışlar, moldovlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, əfqanlar, bolqarlar,
yunanlar, koreyalılar, polyaklar, almanlar və digər xalqların nümayəndələri də yaşayırlar. Azərbaycanda
onlar ölkə əhalisinin 9,4%-ni təşkil edir.Ölkəmizdə yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlar üçün öz
milli mədəniyyətlərini, dillərini, adət-ənənələrini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər cür şərait
yaradılmışdır. Onlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından
tam istifadə etməkdədirlər: «Birlik» cəmiyyəti, Rus icması, Slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail icması,
Ukrayna cəmiyyəti, «Ronai» Kürd mədəni mərkəzi, «Samur» ləzgi milli mərkəzi, Azərbaycan-Slavyan mədəniyyət
mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-tatar cəmiyyəti, «Turqan-tel» Tatar mədəniyyət cəmiyyəti,
«Yaşlıq» Tatar mədəniyyət mərkəzi, Krım tatarları cəmiyyəti «Krım», gürcü cəmiyyəti, Azərbaycan gürcülərinin
humanitar cəmiyyəti, İngiloy icması, Çeçen mədəniyyət mərkəzi, Axısxa türklərinin «Vətən» cəmiyyəti, Axısxa
türk qadınlarının «Sona» cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa
yəhudiləri (Aşkenazi) icması, Gürcü yəhudi icması, Yəhudilərin qadın humanitar assosiasiyası, «Kapelhaus»
alman mədəniyyət icması, Udin mədəniyyət mərkəzi, Polyak mədəniyyət mərkəzi «Polonia», Beynəlxalq Talış
assosiasiyası «Mada», Talış assosiasiyası «Avesta», Udin mədəniyyət mərkəzi «Orain», «Buduq» mədəniyyət
mərkəzi, Saxur mədəniyyət mərkəzi. Milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və
dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda Ləzgi,
Qax rayonunda isə Gürcü Dövlət Dram teatrları, Astara və Lənkəran rayonlarında Talış folklor qrupları fəaliyyət
göstərir.
Bütün bunlarla yanaşı milli azlıqların dillərində onlarla qəzet və jurnallar nəşr olunur, doğma dillərində
radio və televiziya proqramları yayımlanır. Dövlət Radio stansiyası tərəfindən mütəmadi olaraq, kürd, ləzgi, talış,
gürcü, rus və erməni dillərində Dövlət büdcəsindən maliyyələşdirilən verilişlər yayımlanır. Balakən rayonunda
avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi
dilində verilişlər yayımlanır. Bakı da rus, kürd, ləzgi və talış dillərində qəzetlər nəşr olunur. Məsələn, «Samur»
və «Dəngi Kürd» ləzgi və kürd dillərində nəşr olunur, Yəhudi cəmiyyəti «Soxnut» isə «Əziz» qəzetini nəşr edir.
İki əsrdir ölkəmizdə yaşayan almanlar da buranı özlərinə doğma ana qucağı bilmiş və öz mədəni irslərini
qoruyub yaşatmışlar. Azərbaycan xalqı ilə qardaşlıq, dostluq şəraitində yaşayan almanlar İkinci Dünya
Müharibəsinin başlanması nəticəsində Azərbaycandan kənara sürgün edilib. Onlar özlərindən sonra ölkəmizin
müxtəlif yerlərində dərin izlər qoyub. 30 avqust 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham
10
Əliyev «Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında» Sərəncam imzalayıb.
Sənəddə qeyd edilir: «Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində
buraya köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması
üçün əlverişli zəmin yaratmışdır. Məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya Müharibəsi
dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni
irsi Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək lazımınca qoruyub saxlamışdır. Bir-
birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini
səciyyələndirən başlıca cəhətdir. Alman şərqşünasları Azərbaycan xalqının möhtəşəm söz sənəti yadigarlarının
dünya elm aləminə tanıdılmasında mühüm xidmətlər göstərmiş, alman memarları isə Azərbaycanda şəhərsalma
mədəniyyətinə dəyərli töhfələr vermişlər. Tədqiqatçılar almanların Qafqaz bölgəsində məskunlaşan bir
subetnik qrup olduğunu qeyd edir. Onlar əsasən XVIII-XIX əsrlərdə indiki Şimali Qafqaz, Gürcüstan, Azərbaycan,
Ermənistan və Qars (Türkiyə) ərazisinə köçüb gəlmişdilər.
Sovet dövründə SSRİ-də yaşayan almanların tarixinin öyrənilməsinə qadağa qoyulmuşdu. Hakimiyyət
orqanları hər vasitə ilə Qafqazda 150 ildən artıq yaşamış alman əhalisinin tarixini unutdurmağa çalışırdılar.
Məlumdur ki, sovet dövründə almanlara «frist», «faşist», «şpion» və sair kimi damğalar vurulmuşdu və sovet
almanlarının tarixinin tədqiq olunması birbaşa siyasi məqsədli sifarişlərə xidmət edirdi. Hazırda müstəqil ölkə
olan Azərbaycanda xalqımızın əsrlər boyu malik olduğu multikulturalizm və tolerantlıq ənənələri gələcək
nəsillərə ötürülmək üçün yaşadılaraq qorunub saxlanılır. 2017-ci ildə Cənubi Qafqaz regionunda alman
məskənlərinin salınmasının 200 illiyi tamam olmuşdur. Elə bu məqsədlə də ölkə başçısı Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycanın multikultural ənənələrə
malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alaraq, Cənubi Qafqaz regionunda
alman məskənlərinin salınmasının 200-cü ildönümünün qeyd edilməsi ilə bağlı göstəriş vermişdir.
11
ALMANLARIN CƏNUBİ QAFQAZA
KÖÇÜRÜLMƏSİ PROSESSİ VƏ SƏBƏBLƏRİ
Şimali Qafqazın ilk alman sakinləri Rusiyanın Volqaboyu bölgəsindən köçənlər idi. Çar hakimiyyəti 1774-
cü ildə Osmanlı imperiyasından alınan və əhalisi olduqca az olan Kuban vilayətinə mümkün qədər çox Rusiya
vətəndaşı yerləşdirməyə çalışırdı. Lakin bölgənin iqlimi, inkişaf etdirilməmiş infrastrukturu və yerli hərbi
hissələrin qeyri-ruslara qarşı mənfi münasibəti alman mühacirətinə mane olurdu. XIX əsrin ikinci yarısında,
Rusiyanın kapitalist sisteminə addımlaması dövründə Şimali Qafqaza köçən almanların sayı artdı. Əsasən
kənd təsərrüfatı ilə məşqul olan bu mühacirlər nəinki Volqaboyudan, habelə Qara dəniz sahillərindən və hətta
Almaniyanın özündən köçüb gəlirdilər. 1917-ci ildə burada 200-dən artıq alman koloniyası mövcud idi. Sürgün
zamanı Şimali Qafqaz almanlarının sayı 160 mindən çox idi.
Göründüyü kimi, almanların məskunlaşması müxtəlif istiqamətlərdə getmiş, müxtəlif dövrlərdə, müxtəlif
regionlarda bu prosesin xarakteri, məqsədləri, məzmunu, sosial və siyasi bazası eyni olmamışdır.
XVIII əsrin II yarısından başlayaraq çarizmin apardığı məskunlaşdırma siyasətinin əsas obyektlərindən biri
də Qafqaz regionu idi. Bu siyasət Qafqazdan türksoylu və digər müsəlman xalqların sıxışdırılmasına, bu bölgənin
xristianlaşdırılmasına və daha çox Avropa mədəniyyətinə — xristian dininə aid xalqlarla məskunlaşdırılmasına
xidmət edirdi. XII əsrdən başlayan almanların kütləvi miqrasiyası tarixdə baş verən ən möhtəşəm, dünyanın
siyasi xəritəsinə, onun etnik, konfessional tərkibinə önəmli təsir etmiş ən güclü əhali miqrasiyalarından biri
olmuşdur. XX əsrin ortalarına qədər, yəni səkkiz əsrə yaxın davam etmiş bu proses geniş coğrafi areala malik
olmuş, Şimali və Cənubi Amerikanı, Afrikanı, Ön Asiyanı, Şərqi Avropadan tutmuş Uzaq Şərqə qədər böyük
bir Avrasiya məkanını əhatə etmişdir. Əhalinin bu qlobal yerdəyişməsi prosesində 10 mln. yaxın alman əhalisi
iştirak etmişdir. Almanların məskunlaşmasının əsas və ilk istiqaməti Şərq istiqaməti olmuşdur ki, 800 il ərzində
alman əhalisi Mərkəzi Avropadan başlayaraq geniş Avrasiya məkanına — Baltikyanı dövlətlərin, indiki Polşa,
Macarıstan, Çexiya, Slovakiya, Bolqarıstan, Türkiyə, Avstriya, Rumıniya və keçmiş SSRİ ərazilərinə yayılmağa
başlamışdır. Postsovet məkanında almanlar Pribaltika, Şimal-Qərb rayonu (Peterburq), Mərkəzi rayon (Moskva),
Cənub-Qərbi Ukrayna, Şimali Qara dəniz sahilləri, Şimali və Cənubi Qafqaz, Volqaboyu, Ural, Qazaxıstan,
Mərkəzi Asiya, Qərbi Sibir, Şərqi Sibir, Altay, Uzaq Şərq (Saxalinə qədər) kimi regionlarda kompakt halda
məskunlaşmışlar. Postsovet məkanının elə bir guşəsi olmamışdır ki, orada almanlar məskunlaşmasınlar. 1897-
12
ci ildə əhalinin siyahıyaalınmasına görə çar Rusiyasının ərazisində 2 milyona yaxın alman yaşamışdır. XX əsrin
əvvəllərində onların sayı bir qədər də artmışdır. SSRİ dövründə də alman əhalisi sovet cəmiyyətinin əhəmiyyətli
hissəsini təşkil etmişdir. Son 20 il ərzində onların müəyyən hissəsi xaricə mühacirət etsə də, bu gün postsovet
məkanında almanların sayı 700 mindən artıqdır və onların da təqribən 30 mini Qafqazda yaşayır.
1770—1780-ci illərdə çar Rusiyası Şimali Qafqazın böyük bir hissəsini işğal etdi və bu vaxtdan başlayaraq
Qafqazda alman kolonistlərinin məskunlaşdırılması siyasəti həyata keçirilməyə başlandı. Qafqazda almanlar
kompakt şəkildə Don-hərbi dairəsində, Kubanda, Şimali Osetiyada, Kabarda-Balkariyada, Şimali Dağıstanda,
Çeçenistanda, Azərbaycan və Gürcüstanda məskunlaşmışlar. Əgər XX əsrin əvvəllərində Azərbaycanda
8, Gürcüstanda 19 koloniya mövcud olmuşdursa, Şimali Qafqazda koloniyaların sayı 220-yə çatırdı və bu
koloniyalarda 120 minə yaxın əhali yaşayırdı. XIX əsrin II yarısından Cənubi Qafqaz ərazisi əhalinin əksəriyyətinin
azərbaycanlılardan ibarət olan Bakı, Yelizavetpol, İrəvan və gürcülərin çoxluq təşkil etdiyi Tiflis və Kutais
quberniyalarına bölündü. Cənubi Qafqaz almanları dispers şəkildə bütün adı çəkilən quberniyalarda yaşasalar
da, onların kompakt yaşayış məntəqələrinə Yelizavetpol, Kutais və xüsusən də Tiflis quberniyalarında rast
gəlinirdi. Şəhərdə alman əhalisi daha çox Bakıda və Tiflisdə məskunlaşmışdı.
Cənubi Qafqaz regionunda almanların məskunlaşmasının başlanğıcı 1817-ci ilə təsadüf edir.
Cənubi Qafqazın böyük hissəsində müxtəlif inkişaf mərhələsində olan feodal münasibətləri hökm sürürdü.
Bu regionda çoxsaylı avtoxton əhali azərbaycanlılar və gürcülər idi ki, onlar da, əsasən əkinçilik və heyvandarlıqla
məşğul olurdular.
Gürcülər xristian dininə etiqad edən xalq kimi hələ XVIII əsrin 80-ci illərində könüllü olaraq Rusiya
imperiyasına daxil olmaq niyyətlərini bildirmişdilər. Bu addım onların daxili çəkişmələrinə son qoymaq və xarici
təcavüzdən yaxa qurtarmaq zərurətindən irəli gəlirdi. 1801-ci ilin sentyabrında rus çarı II Aleksandrın dekreti
ilə Şərqi Gürcüstan Rusiyaya birləşdirildi və Qafqazın Baş komandanı general-leytenant P.D.Sisianovun rəhbərlik
etdiyi gürcü hökuməti yaradıldı. Bu dövrdə Qazax və Şəmşəddil sultanlıqları Gürcüstandan asılı vəziyyətdə
olduğundan Şərqi Gürcüstanla birlikdə Rusiyaya birləşdirildilər. Bununla Azərbaycan ərazilərinin zorla Rusiyaya
birləşdirilməsi prosesi başladı. Silah gücünə və diplomatik yolla 1804—1813-cü illərdə Rusiya Naxçıvan və
İrəvan xanlıqlarından savayı bütün Şimali Azərbaycanı və 1804—1810-cu illərdə Qərbi Gürcüstanı, Abxaziyanı
öz tərkibinə qatdı. 1813-cü ildə bağlanmış Gülüstan sülh müqaviləsi ilə Rusiya Cənubi Qafqazda ərazi işğallarının
beynəlxalq aləmdə tanınmasına nail oldu.
İstər İran, istərsə də Türkiyə Qafqazın Rusiyanın tərkibinə qatılması faktı ilə razılaşa bilmir və Rusiya ilə
13
yeni müharibəyə hazırlaşırdılar. 1826-1828-ci illərdə II rus-iran və 1828-1829-cu illərin II rus-türk müharibələri
Rusiyanın qələbəsi ilə başa çatdı. Nəticədə Rusiyanın Qafqazdakı işğal ərazilərinə Naxçıvan və İrəvan xanlıqları,
Mesxet — Cavaxetiya, Axaltsix əraziləri əlavə edildi. Beləliklə, XIX əsrin ilk otuzilliyində Rusiya bütün Cənubi
Qafqazı özünə tabe etdi və gündəmdə yeni işğal edilmiş ərazilərin imperiyaya daha sıx birləşdirilməsi, onu
Rusiyanın bölünməz və ayrılmaz bir hissəsinə çevirmək məsələsi dururdu ki, bu da regionda fəal məskunlaşdırma
siyasətinin aparılmasını zəruri edirdi. Hələ Cənubi Qafqaz uğrunda mübarizənin I mərhələsindən sonra, yəni
1813-cü il Gülüstan sülhündən dərhal sonra burada əcnəbi təbəələrin yerləşdirilməsinə başlandı. Gülüstan (1813)
və Türkmənçay (1828) müqavilələrindən sonra İrandan və Türkiyədən Cənubi Qafqaza təqribən 130 min erməni,
27 min kürd, 16 min aysor (assiriyalı) və sair etnosun nümayəndələri köçürüldü. Çarizmin planlarına görə Cənubi
Qafqazın xristianlaşdırılmasında ermənilər əsas rol oynamalı idilər. Rusiya rəsmi dairələrində hesab edirdilər
ki, tarixən daimi coğrafi areala malik olmayan, türklərə, azərbaycanlılara, gürcülərə qarşı əsassız ərazi iddiaları
irəli sürən ermənilərdən siyasi, konfessional alət kimi istifadə etmək olardı. Cənubi Qafqaza ermənilərdən
savayı, qədim nestorian kilsəsinə aid olan aysorlar da dəvət olunmuşdular. 1804-cü ildə 16 min aysor əhalisini
Şimali Azərbaycana dəvət edən general-leytenant P.D.Sisianovun müraciətində aysorlara ermənilərlə birləşmək,
birlikdə müsəlmanlara qarşı mübarizə aparmaq tövsiyə edilirdi.
Gülüstan sülh müqaviləsindən sonra Cənubi Qafqaza köçürülən etnoslardan biri də almanlar olmuşlar.
Almanların sayı digərlərinə nisbətən çox deyildi. Almaniyanın bir çox regionlarında Cənubi Qafqaza köçmək
arzusunda olan qruplar bu məsələnin həllinin diplomatik, hüquqi yollarını araşdırırdılar və bu işdə pietizm
cərəyanının daha geniş yayıldığı BadenVürtemberq krallığında canlanma vardı.
Çar hökumət dairələrinin fikrincə, ermənilərin Cənubi Qafqazda yerləşdirilməsi bu diyarın xristianlaşdırılması
və yeni işğal ərazilərində hökumətə sadiq sosial dayağın formalaşdırılmasına xidmət etməli idi. Çarizm üçün
Qafqazda həyata keçiriləcək ən vacib vəzifələrdən biri yeni iqtisadi sahələrin inkişaf etdirilməsi, ən başlıcası
yeni dünyagörüşünə malik olan, Avropa-xristian dəyərlər sistemini qavrayan «Avropa mədəniyyətinə»
uyğun vətəndaşların tərbiyə edilməsi məsələsi idi. Çar məmurlarının qənaətinə görə ermənilər bu vəzifənin
öhdəsindən gələ bilməzdilər, belə ki, onlar əsasən xırda ticarət və sənətkarlıqla məşğul olurdular. Əsrlərlə,
müxtəlif dövlətlərin tərkibində yad, aşağı statuslu, azlıq təşkil edən və iqtisadi ixtisaslaşması “xırda ticarət”lə
məhdudlaşan, marginal psixologiyaya malik olan ermənilər Cənubi Qafqazın avtoxton əhalisi — azərbaycanlılar
və gürcülər üçün istər təsərrüfatçılıq, istərsə də mədəni baxımdan nümunə rolu oynaya bilməzdilər. Bu cür
dəyərlər sisteminin daşıyıcıları və yerli xalqlar üçün nümunə ola biləcək xalq yalnız Avropa mədəniyyətinə
14
mənsub əhali ola bilərdi. Bu nöqteyi-nəzərdən çar hökuməti almanların Cənubi Qafqaza köçmək haqqında
xahişlərinə böyük şövqlə cavab verdi. Alman kolonistlərinin Gürcüstana köçürülməsi təşəbbüsü ilə ilk dəfə çıxış
edən Qafqaz ordusunun Baş komandanı, general A.P.Yermolov oldu. Lakin almanların Qafqaza köçməsinin
obyektiv səbəbləri XVIII əsrin II yarısı—XIX əsrin əvvəllərində Avropada baş verən tarixi proseslər nəticəsində
formalaşmışdı.
XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Avropada baş verən siyasi, sosial, dini kataklizmlər Almaniyadan, o
cümlədən Qafqaz almanlarının əksəriyyətinin tarixi vətəni olan Baden-Vürtemberq krallığından da yan keçmədi.
Kral Fridrix IV Vilhelmin xalqa zidd siyasəti aclıq və səfalətə gətirdi və alman kəndliləri kütləvi şəkildə şəhərlərə
miqrasiya etməyə başladılar. Lakin zəif inkişaf etmiş sənayenin işçi qüvvəsinə ehtiyacı yox idi. Çıxılmaz sosial-
iqtisadi vəziyyətdə qalan alman kəndliləri, yoxsul sənətkarlar xarici ölkələrə üz tutmağa məcbur olurdular.
Əcnəbi kolonistlərin böyük əksəriyyəti Rusiyanın müxtəlif regionlarına sosial-iqtisadi səbəblərdən
köçmüşdülər. Ancaq mühacirlərin müəyyən bir hissəsinin Almaniyanı tərk etməsi siyasi və dini amillərlə
şərtləndirilmişdir. Almaniyanı dini səbəblərdən tərk edən mühacirlər, əsasən çox tanınmış mennonit
sektası və separatizm sektalarının tərəfdarları idilər. Məlumdur ki, XVIII əsrin sonları - XIX əsrin əvvəllərində
sonuncuların — yəni müxtəlif separatist sektaların sayı sürətlə artmışdı ki, bu da bəzi alman krallıqlarında
Ausburq dini etiqadına aid bir sıra kilsə qaydalarına edilən ciddi dəyişikliklərin nəticəsi idi. Separatizmin ən çox
yayıldığı alman torpaqlarından biri Baden-Vürtemberq krallığı idi və təsadüfi deyil ki, Cənubi Qafqazın alman
əhalisinin əksəriyyəti məhz bu krallıqdan köçüb gəlmişdilər. Cənubi Qafqaz almanlarının dini-separatizmi
özünü pietizm formasında büruzə verirdi. Protestantizmə aid bu cərəyan XVII əsrdə Almaniyada yaranmışdır
və mistik bir dini cərəyan kimi xiliaizm ideyalarını təbliğ edirdi. Pietizm təliminə görə həqiqi dini hislər və öz
mənəvi daxilində Allahı yaşatmaq hər hansı bir kilsə doqmalarından yüksək sayılırdı, yəni daha vacib hesab
olunurdu. Pietistlər XIX əsrin əvvəllərində Avropada baş verən “humanitar fəlakət”i, dini təqibləri dünyanın
sonunun yaxınlaşdığını göstərən bir əlamət kimi qiymətləndirir və hesab edirdilər ki, tezliklə qiyamət günü
gələcək, antixristlər öz cəzalarını alacaq, yer üzündə əbədi sülh bərqərar olacaq və Müqəddəs İsanın minillik
çarlıq dövrü başlayacaqdır. Separatçıların fikrincə, İsa peyğəmbərin ikinci gəlişi və minillik çarlığın yaranması
Allahın müqəddəs torpaqlarında — Fələstində və yaxud Qafqazda baş verməli idi. Hətta “Qiyamət günü”nün
dəqiq tarixi kimi 1836-cı il göstərilirdi. Bu səbəbdən pietistlər kütləvi şəkildə Cənubi Qafqaza can atırdılar ki,
“Qiyamət günündə müqəddəs torpaqlarda yerləşsinlər və İsanın minillik çarlığında yaşamaq onlara nəsib
olsun”.
15
Göründüyü kimi, almanların Baden-Vürtemberqdən Qafqaza köçməsində bir sıra amillərin təsiri olsa
da, dini amillər bu prosesdə əsas rol oynamış və bu fakt həm köçmə prosesinin təşkil olunmasında, həm də
kolonistlərin gələcək həyatında dərin iz buraxmışdır. Kral II Fridrix Vürtemberqskinin apardığı kilsə islahatlarını
qəbul etməyənlər müxtəlif təqiblərə məruz qalırdılar: onları lüteran icmaları sıralarından xaric edir, əmlakları
müsadirə olunur, bəzən həbs edilib zindana salınırdılar. İldən-ilə vəziyyəti pisləşən Vürtemberq pietistləri xarici
ölkələrdə mövcud olan pietist qrupları ilə əlaqə yaradaraq onların köməyi ilə müxtəlif ölkələrə mühacirətə
başladılar. Daha praqmatist düşüncəli pietistlər təsərrüfat fəaliyyəti üçün nisbətən əlverişli ərazilərə üstünlük
verdilər: yüzlərlə pietist ailələri Şimali Amerikaya, Qərbi və Cənubi Ukraynanın sulu və meşəli qara-torpaq
zonalarına köçməyə başladılar. Cənubi Qafqaza yola düşənlər üçün isə öz dini etiqadına sədaqət hər hansı
maddi nemətdən üstün idi və deyə bilərik ki, pietistlərin ən konservativ, ən fanatik hissəsi Qafqaza köçməyi
qət etdi.
Çar I Aleksandrın Vürtemberq krallığı ilə qohumluq əlaqəsinin olması alman separatistlərinin Cənubi
Qafqazda məskunlaşmasına şərait yaratdı və dərhal, artıq 1816-cı ilin sentyabrında 40 ailədən ibarət qrup
Fridrix Fuksun başçılığı ilə Şvaykgel kəndindən Cənubi Qafqaza — Gürcüstana yola düşdülər.
Onlar Vyanadan İzmailə, sonra isə Akkermana gəldilər. 1816-cı ilin dekabrında məlum oldu ki, Rusiya
hökuməti, daha dəqiq desək Qafqaza yenicə Baş komandan təyin olunmuş A.P. Yermolov yalnız 30 alman ailəsinin
yerləşdirilməsini təmin edə bilər: onlar Gürcüstanda məskunlaşaraq nümunəvi təsərrüfatçılıq nümayiş etdirərək
Qafqaz xalqları üçün “kulturtregerlik” funksiyasını yerinə yetirməli idilər. 40 ailədən 9-u Odessa yaxınlığındakı
Qrosliben koloniyasında məskunlaşmağı qərara aldılar — yerdə qalan 31 ailə yol xərclərini aldıqdan sonra
Starşina Qotlib Leflerin başçılığı ilə 1817-ci ilin baharında Gürcüstana səfərlərini davam etdirdilər. Odessa —
Xerson — Taqanroq - Stavropol — Mozdok marşrutu ilə hərəkət edən köçkünlər 21 sentyabr 1817-ci il tarixdə
son məntəqə — Tiflisə çatdılar. 148 nəfərdən ibarət 31 alman ailəsi Tiflis şəhərindən 38 km. aralı, İori çayı
sahillərində, azərbaycanlıların yaşadığı Sartiçala kəndi yaxınlığında yerləşdirildilər. Beləliklə, Cənubi Qafqazda ilk
alman koloniyası yarandı ki, o da çar I Aleksandrın anası, Vürtemberq şahzadəsi Mariya Fyodorovnanın şərəfinə
Marinenfeld adlandırıldı. A.P.Yermolovun göstərişi və çar hökumətinin qərarlarına əsasən, hər kolonist ailəsinə
35 des. torpaq sahəsi ayrıldı. Koloniyada əkinçiliyin inkişafı nəzərdə tutulmuşdu.
Bundan sonra Vürtemberq mühacirlərinin sərbəst olaraq Cənubi Qafqazda məskunlaşmaq və onlara dövlət
himayəsinin göstərilməsi hüququ ilə təmin edilməsinə nail olmaqdan ötrü alman mühacirlərdən 3 nəfərdən
ibarət deputat qrupu yaradıldı və onlar Rusiya çarına bu mövzu ilə bağlı müraciət etmək üçün Moskvaya yola
16
düşür. Nəticədə istədikləri icazəni almağa nail oldular. Bu işdə mənşəcə alman olan və çar ailəsi yanında böyük
nüfuza malik olan qraf Nesselrodenin xidmətləri az olmamışdır. Bundan sonra alman mühacirləri 1818-ci ilin
avqustunda Odessadan Cənubi Qafqaza doğru hərəkətə başladılar. Sentyabrda mühacirlər Mozdoka çatdılar.
1818-ci ilin sentyabrın sonunda mühacirlərin böyük hissəsi Tiflisə gəldi. Odessadan almanlar kolon şəklində
yola düşmüşdülər: hərəsi 50 ailədən ibarət olan 10 kolonun Tiflisə çatması 1818-ci il noyabrın sonlarında
başa çatdı. Bəzi mənbələrə görə 500 ailədən yalnız 486-sı Tiflisə sağ-salamat gələ bilmişdi. 30 kolonist ailəsi
Tiflisdə qalmağı qərara aldı və şəhər yaxınlığında Noy Tiflis (Yeni Tiflis) koloniyasının əsasını qoydular. Başqa
cür bu koloniya çar I Aleksandrın qardaşı Mixail Pavloviçin şərəfinə Mixaelsdorf kimi də adlandırılırdı. Qalan
mühacirlər Kür çayının sol sahilində iki koloniyanın əsasını qoydular: Aleksanderdorf və Yekaterinenfeld. Birinci
koloniya çar I Aleksandrın, ikinci isə I Aleksandrın vəfat etmiş bacısı, Vürtemberq kraliçası, kral I Fridrix Vilhelmin
həyat yoldaşı Yekaterina Pavlovnanın şərəfinə adlandırılmışdılar. 19 noyabr 1818-ci il tarixində yaranan daha
bir koloniya çar I Aleksandrın bacısı Yelizavetanın şərəfinə Yelizavettal, Aşureti çayı yaxınlığında əsası qoyulan
koloniya isə çar I Pyotrun xatirəsinə Petersdorf adlandırıldı.
Hökumət dairələrində alman kolonistlərinə böyük ümidlər bəslənirdi. Belə ki, onlar məskunlaşdıqları
ərazilərdə yeni təsərrüfatçılıq metodları tətbiq edərək, “qabaqcıl” Avropa mədəniyyəti gətirərək “kulturtregerlik”
missiyasını yerinə yetirməli idilər. Buna görə də çar hökuməti mühacirlərin yeni ərazilərdə yerləşməsi məqsədilə
o dövrün ölçülərinə görə çox böyük maliyyə vəsaiti ayırmışdı.
1818-ci ilin sonlarına 209 alman ailəsinin Yelizavetpol dairəsində, Şamxor çayı ətrafı ərazilərdə
məskunlaşması nəzərdə tutulmuşdu. Qışın düşməsi ilə kolonistlərin müvəqqəti qazma evlərdə, çadırlarda
yaşaması mümkün olmadı və alman ailələri təcili şəkildə Yelizavetpol şəhəri və onun ətraf kəndlərində
yaşayan azərbaycanlı ailələrində yerləşdirildilər. Qeyd etmək yerinə düşərdi ki, o vaxt rəsmi sənədlərdə
«tatar» kimi adlandırılan azərbaycanlı əhalisi alman mühacirlərini 3 aya yaxın bir müddət ərzində öz evlərində
saxladılar. Bu birgə yaşayış almanların sosial-mədəni uyğunlaşmasına müsbət təsir göstərdi, azərbaycanlılarla
almanlar arasında dostluq münasibətlərinin təməlini qoydu. 1819-cu ilin baharında alman kolonistləri yerli
əhalinin evlərini tərk etdilər və kazak dəstələrinin nəzarəti altında Gəncə çayının sağ sahilində Yelenendorf
koloniyasının əsasını qoydular. Çar I Aleksandrın bacısı Yelena Pavlovnanın şərəfinə adlandırılan bu koloniya
Yelizavetpol şəhərindən 7 verst aralıqda, keçmiş Xanlıqlar kəndinin ərazisində yerləşirdi. Bu koloniyada
127 alman ailəsi məskunlaşmışdı və onlara 2600 des. torpaq sahəsi ayrılmışdı. Azərbaycana gətirilmiş
mühacirlərin qalan hissəsi Şəmkir ərazisində, Yelizavetpoldan 25 verst, Tiflisdən 155 verstlik məsafədə
17
yerləşdilər və koloniya Niderland kraliçası, çar I Aleksandrın bacısı Anna Pavlovanın şərəfinə Annenfeld
adlandırıldı. Annenfeld koloniyasında 84 alman ailəsi məskunlaşmışdı. Azərbaycanda yaranan iki koloniyada
birlikdə 1100 nəfər yaşayırdı ki, bu da Yelenendorf və Annenfeldin, nəinki Qafqazda, o cümlədən Rusiyada
ən iri koloniyalardan olduğuna sübutdur. Beləliklə, məskunlaşmanın başlanğıc dövründə Azərbaycanda
1101 kolonist yaşayırdısa, 1836-cı ildə bu rəqəm 686-ya qədər azalmışdı. Tarixçilərin fikrincə Azərbaycanın
alman koloniyalarında əhalinin azalmasının əsas səbəbləri II rus-iran və II rus-türk müharibələri zamanı
koloniyaların yerləşdiyi ərazilərdə hərbi əməliyyatların aparılması, yeni iqlim şəraitinin yaratdığı çətinliklər,
müxtəlif epidemiyalar, xəstəliklər və bütün bunların nəticəsində kolonistlərin qismən öz koloniyalarını tərk
edib Gürcüstana köçmələri olmuşdur.
1917-ci il fevral inqilabından sonra Rusiya İmperiyası süqut etdi və alman kolonistləri yerli əhali ilə birgə
dövlətin ictimai-siyasi həyatında aktiv iştirak etməyə başladılar. 28 may 1918-ci ildə Azərbaycan Demokratik
Respublikası yaradıldı. ADR parlamentində Azərbaycanda yaşayan bütün milli azlıqların nümayəndələrinə, o
cümlədən almanlara da mandatlıq verildi. Alman kolonistlərinin təmsilçisi Lorens Kun oldu.
28 aprel 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə yerli əhalinin və eyni zamanda alman
əhalisinin həyatında yeni mərhələyə qədəm qoyuldu. 20-30-cu illərdə SSSR-də “mədəni inqilab” çərçivəsində
Azərbaycanda alman dilində “Bauer und Arbeiter» (“Kəndlilər və fəhlələr”) və «Lenins Weg» (“Leninin Yolu”)
qəzetləri nəşr olunurdu.
Sovet hakimiyyəti illərində də alman koloniyaları əvvəlki kimi inkişaf etməkdə davam edirdi. Abadlaşdırma
işləri aparılırdı, yeni yollar və rabitə sistemləri inşa edilirdi. İlk dəfə olaraq körpələr evi və uşaq bağçaları yaradıldı.
“Konkordiya” müəssisəsi öz vəsaiti hesabına Yelenendorf məktəbinə himayəçilik edirdi. Bundan əlavə yeni
internat-məktəb, lal-karlar üçün məktəb inşa etmişdi. Müəssisə eyni zamanda aztəminatlı ailələrin uşaqlarına
təqaüd ödəyir, Almaniyadan dərs vəsaitləri, müxtəlif ədəbiyyat, yazılı vəsaitlər alırdı. Koloniyaların idman və
mədəni fəaliyyətləri davam edirdi.
Ancaq faşist Almaniyasının SSSR-i üzərinə hücumundan sonra koloniyalar üçün çətin dövr başlayır. 1941-
ci ilin oktyabrında onlar Mərkəzi Asiyaya departasiya olunurlar. Bununla da almanların ölkəmizdəki 122 illik
tarixi sona çatdı. Yalnız İ.Stalinin ölümündən sonra 1953-cü ildə vəziyyət yaxşılığa doğru dəyişilir. “Sovet”
almanlarına departasiya olunmuş digər xalqlar kimi yaşadıqları ölkələrə geri qayıtmalarına icazə verildi.
Onların bir hissəsi yaşadıqları yerlərə, o cümlədən də Azərbaycana geri qayıtmış, bir hissəsi isə Almaniyaya köç
etmişdilər.
18
Əhaliyə nəzərən almanların sayı (%)
1819-cu il 1600 -0.28%
1916-cı il 15990 – 0.41%
1939-cu il 23133 – 0.7%
1989-cu il 748 -0.01%
Hazırda Azərbaycanda yüzlərlə alman yaşayır. Onların əksəriyyəti Bakı şəhərində məskunlaşmışdır.
“Dirçəliş” mədəni-tarixi ictimai birliyi, Evangelist Lüteran Cəmiyyəti Azərbaycanda yaşayan almanlar tərəfindən
təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında Bakıda,
Şəmkirdə alman kilsələri bərpa olunmuşdur. Gəncədə, Xanlarda və Şəmkirdə almanlar tərəfindən təsis edilmiş
şərab müəssisələri fəaliyyətini hələ də davam etdirməkdədir.
Bu gün Azərbaycan almanları özünəməxsus milli şüurunu, tarixi yaddaşını, maddi və mənəvi mədəniyyətini
və milli kimliyini qoruyub saxlayır, onların tarix və mədəniyyətlərinə dair ədəbiyyatlar nəşr olunur.
19
KOLONİYALARDA İDARƏETMƏ SİSTEMİ
Əcnəbi koloniyaların idarə edilməsi sistemində nizam-intizam yaratmaq məqsədilə hələ 1763-cü ildə
“Əcnəbilərə Qəyyumluq Dəftərxanası” yaradılmışdı. Bu Dəftərxananın fəaliyyət dairəsi, vəzifələri II Yekaterina
tərəfindən 22 iyul 1763-cü il tarixində imzalanan fərmanla müəyyənləşdirilmişdi. Rusiya ərazisində alman
məskunlaşmasının coğrafi arealı genişləndikcə, əcnəbi koloniyaların idarəetmə sistemində də əhəmiyyətli
dəyişikliklər baş verdi və idarəetmə sistemində şaxələnmələr yarandı ki, bu da müəyyən mürəkkəbləşmələrə,
anlaşılmazlıqlara gətirib çıxardı. 1818-ci ildən əcnəbi koloniyaların idarəedilməsi Qəyyumluq komitələrinə
həvalə edildi ki, bu komitələr də öz nöbəsində ayrı-ayrı kontorlardan ibarət idi. Yarandığı vaxtdan 1837-ci ilə
qədər Cənubi Qafqazın alman koloniyaları Gürcüstan mülki qubernatorluğu nəzdində yaradılan Xüsusi kontor
tərəfindən idarə olunmuşdur. 1837-ci ildə Dövlət Əmlak Gürcü-İmeretiya Palatası yaradıldıqdan sonra Xüsusi
kontor onun tərkibinə qatıldı. 1849-cu ildə bütün Rusiya üzrə əcnəbi koloniyaların idarəedilməsi Dövlət Əmlak
Ekspedisiyasına həvalə edildi. Bu Ekspedisiyalardan biri də Qafqaz canişininin Baş idarəsi nəzdində yaradılmışdı.
1859-cu ildə Ekspedisiya Dövlət Əmlak Departamenti ilə əvəz olundu: kənd təsərrüfatı və əcnəbi
koloniyaların idarəedilməsi ilə adı çəkilən Departamentdə Xüsusi idarə yaradıldı. Bu orqan qısa müddət
ərzində (1860- 1863) fəaliyyət göstərdi və özünü doğrultmadığından ləğv edildi. 1864-cü ildə ləğv olunmuş
Xüsusi idarənin səlahiyyətləri yenə Dövlət Əmlak Departamentinə verildi. 1871-ci ildə çar II Aleksandrın
fərmanı ilə əcnəbi koloniyaların idarəedilməsində islahatlar keçirildi. Beləliklə, 1871-ci ildə yuxarıda adı çəkilən
quberniyalarda alman koloniyalarına hələ II Yekaterina tərəfindən bəxş edilən yerli özünüidarə hüququ ləğv
edildi. Koloniyalar Ümumrusiya bürokratiyasının rəhbərliyinə keçdilər və müvafiq olaraq kargüzarlıq rus dilində
aparılmağa başlandı ki, bu da alman kolonistlərinə xas olan milli xüsusiyyətlərin silinməsinə xidmət edirdi.
Cənubi Qafqazın alman koloniyalarının idarəetmə sistemində son islahat 1903-cü ildə keçirildi və
koloniyalar əvvəlki dövrlərdə olduğu kimi, kəndli məsələləri üzrə ümumi və qəza, həmçinin yerli orqanlara
tabe etdirildilər.
1857-ci ildə əcnəbi koloniyaların daxili həyat fəaliyyətini tənzimləyən qanunlar toplusu qəbul edildi
və Rusiya imperiyasında yaşayan əcnəbi koloniyalar haqqında Nizamnamə təsdiq edildi. Bu sənəddə xırda
incəliklərinə qədər kolonistlərin hüquq və vəzifələri göstərilmiş, onların
koloniyadaxili həyatına aid məhdudiyyətlər və qaydalar təyin edilmişdir. Bu Nizamnamə — koloniyaların
20
daxili özünüidarə sistemini əks etdirən model rolunu oynayırdı və demək olar ki, Rusiyada mövcud olan bütün
əcnəbi koloniyalara aid edilirdi. Koloniyalarda daxili idarəetmə orqanları yerinə yetirdikləri funksiyalara uyğun
olaraq 3 yerə bölünürdülər:
1) kənd (icma) ümumi iclası;
2) kənd (koloniya) prikazı;
3) koloniya starostası (starşinası).
Kənd (koloniya) iclası bütün koloniyada mövcud olan fərdi təsərrüfat nümayəndələrinin iştirakı ilə keçirilirdi
və hər fərdi kolonist təsərrüfatından ən azı 1 nümayəndə iclasda iştirak etməli idi. İcma iclası yalnız ən mühüm
məsələlərin həlli üçün çağırılırdı: kənd prikazlarının, şultsun seçilməsi və təsdiq olunması, koloniya üzvlərinin
başqa silkə keçməsi, vergi və mükəlləfiyyətlərin ödənilməsi, koloniyada ictimai, siyasi, mədəni tədbirlərin
keçirilməsi, daxili yaşayış qaydalarını ciddi şəkildə pozanların koloniya icmasından xaric edilib-edilməməsi və
sair vacib məsələlər müzakirə olunur və müvafiq qərarlar qəbul edilirdi.
Gündəlik idarəetməni həyata keçirmək üçün icma iclasında koloniyanın şultsu (starostası), onun iki müavini
(beizitser) seçilirdi. İki il müddətinə seçilən şults və beizitserlər koloniya büdcəsindən maliyyələşdirilirdilər.
Şults koloniyada inzibati-icra hakimiyyətini təmsil edirdi və onun səlahiyyətinə aşağıdakı məsələlərin həlli aid
idi:
Vergi və mükəlləfiyyətlərin vaxtlı-vaxtında yerinə yetirilməsi, koloniyada əmin-amanlığın, asayişin
qorunmasına nəzarət etmək, əhalinin sağlamlığının qorunması, onun müxtəlif epidemiyalar və xəstəliklərə
yoluxmasının qarşısını almaq, ehtiyacı olan kolonist ailələrinə, əlillərə, yetimlərə, kimsəsiz qocalara yardım təşkil
etmək, koloniyada əxlaq normalarının pozulmasının qarşısını almaq, ticarət obyektlərinin, ictimai qurumların
fəaliyyətinə nəzarət etmək, koloniyanın memarlıq nöqteyi-nəzərdən abadlaşmasına diqqət yetirmək,
ümumiyyətlə, koloniyanın daxili həyatına aid bütün məsələlərin həlli şultsun vəzifə səlahiyyətinə aid idi. Şults,
həmçinin kolonistlərin həyat tərzinə də müdaxilə edir, tənbəllik edən, təmtəraqlı həyat sürən, maliyyə vəsaitini
yararsız işlərə sərf edən, xarici görünüşündə qəbul edilmiş normaları pozan, əyyaşlığa meyil edən kolonistlərlə
iş aparır, onları düzgün yola qaytarmaq üçün pul cəriməsi, əlavə ictimai işlər və sair cəza metodlarından istifadə
etmək hüququna malik idi. Hətta bazar günləri ibadətdən yayınanlar belə şults tərəfindən pulla cərimələnirdilər.
Koloniyada çox sərt rejim yaranmışdı. Şultsun yazılı icazəsi olmadan heç kəs koloniyanı müvəqqəti də olsa — bir
neçə günlüyə belə tərk edə bilməzdi.
Şults və onun müavinləri tanınmış, nüfuzlu kolonistlərdən seçilirdilər və onların borcu icma iclasının qəbul
21
etdiyi qərarların dəqiqliyi ilə və nöqsansız yerinə yetirilməsindən ibarət idi. Ağır cinayətləri çıxmaq şərti ilə
(adam öldürmə, oğurluq, soyğunçuluq və s.) xırda qanun və yaxud əxlaq pozuntularına yol vermiş kolonistlərin
işi koloniyada müzakirə olunurdu. Lakin yalnız şults və onun müavinləri bu məsuliyyətli işin öhdəsindən gələ
bilməzdilər və bunu üçün də koloniyada daha bir orqan-kənd prikazı yaradılırdı. Bu orqanın əsas məqsədi kənd
məhkəməsinin çıxardığı qərarların daha obyektiv olmasına xidmət edirdi. Kənd prikazına şults, onun müavinləri,
mirzə və hər 10 təsərrüfatdan 1 nəfər desyatnik daxil edilirdi. Qeyd edək ki, kənd prikazının da tərkibi icma
iclasında təsdiqlənirdi. Kənd prikazı şultsun təqdimatı ilə çağırılırdı və əsasən məhkəmə-araşdırıcı orqan rolunu
yerinə yetirirdi. Bütün məhkəmə-araşdırma proseslərinin nəticələri Prikaz kitablarında qeydiyyata alınır və
qayda pozana qarşı hansı cəza tədbirlərinin tətbiq edilməsi bu kitabda əks olunurdu. Kənd prikazının qəbul
etdiyi qərarla razılaşmayan kolonist yuxarı instansiyalara şikayət etmək hüququna malik idi.
Beləliklə, deyə bilərik ki, şults icraçı kimi koloniyada mövcud məsələlərin əksəriyyətini həll etsə də,
məhkəmə məsələlərində kənd prikazının verdiyi qərarlarla razılaşır, onların icrasına nəzarət edirdi.
Koloniyaların həm xarici, həm də daxili idarəetmə sistemində xüsusiyyətlər var idi: Rusiyanın yerli əhalisi
ilə müqayisədə alman koloniyalarına özünüidarəetmə sahəsində daha çox azadlıqlar verilmişdi.
22
YELENENDORF (GÖYGÖL)
Almaniyanın daxilində baş verən aclıq, habelə dini münaqişələr təqiblər almanların Rusiyaya
köçməsini sürətləndirirdi. 1816-cı ildə çar I Aleksandr Ştutqartda olarkən almanlar ondan Zaqafqaziyaya
köçməyə icazə verməyi xahiş etmişlər. İmperatorun razılığını alan 1440 ailə 1817-ci ildə Zaqafqaziyaya
yola düşdülər. Dörd minə yaxın bu əhalinin min yüz nəfərə qədəri yolda həlak oldu, qalanı isə Odessaya
çatdı. 1818-ci iln yazında 500 ailə Odessa - Xerson -Taqaroq –Rostov - Georgiyevsk - Stavropol- Mozdok
-Tiflis maşrutu ilə hərəkət etdilər. Köç zamanı 40 nəfər sənətkardan ibarət bir dəstə Tiflisdə qalaraq Yeni
Tiflis adlı koloniyanın əsasını qoydular. Bundan sonra gələn kolonistlər üçün Tiflisin yaxınlığında münasib
yer olmadığından hökumət onları Yelizavetpol quberniyasında yerləşdirmək qərarına gəldi. Kolonistlərin
etirazına baxmayaraq onlar məcburi olaraq Yelizavetpola köçürüldülər. Bu vaxt artıq payızın son ayı idi. Qışı
burada qaldılar. Lakin şəhərin 7 verstliyində Gəncə çayı boyuncada onlara torpaqlar ayrıldı və 1819-cu ilin
Pasxa bayramından sonra almanlar bu ərazidə məskunlaşaraq Yelenendorf koloniyasının əsasını qoydular.
Beləliklə, Azərbaycan xəritəsinə ilk alman koloniyası daxil oldu. 31 dekabr 1898-ci ildə bu koloniyada artıq
1806 alman yaşayırdı.
Tarixi mənbələrlərdən məlumdur ki, burada 1821-ci ildə ilk dəfə olaraq İsveçrə missionerlərinin köməyi
ilə Sinod çağırılmış və bütün alman icmaları üçün Birinci Zaqafqaziya Nizamnəməsi qəbul edilmişdir. 1836-ci
ildə Yelenendorfda yaşayan sakinlər sırasında 8 nəfər pinəçi, 8 dənizçi, 4 dülgər, 4 dərzi, 7 furqon ustası və s.
var idi. Bu dövrün özünəməxsus, fərqli fəaliyyət növləri inkişaf etdirilirdi. Belə ki, Yelendorfda kolonist Qotlob
Koxun rəngsaz emalatxanası yarandıqdan 20 il sonra o, artıq bütün Yelizavetpolun quberniya mərkəzində şöhrət
qazanmışdır. Bundan əlavə, Qafqazın bütün sənətkarları icmanın furqon ustalarının yanına axışırdılar.
1869-cu il aprelin 22-də koloniya özünün yaradılmasının 50 illiyini təntənə ilə qeyd etdi. Bu illər ərzində
kənd çox sürətlə inkişaf edib dəyişmişdir.
1821–ci ildə köçkünlərin dini xadimi Yahhan Yakob Krans ilk dini ibadətxana açmağa cəhd göstərdi və yalnız
1834–cü ildə buna nail ola bildi. 1842-ci ildə burada ilk məktəb tikildi. Bir neçə il sonra 1854-cü il aprelin 24-də
Müqəddəs Yohann kilsəsinin təməl daşı qoyuldu. Eyni zamanda, uşaq bağçası və 1890–cı il noyabr ayının 22-
də Yelenendorf peşə məktəbi yaradıldı. 1893-cü ildən etibarən Yelenendorfda ictimai yığıncaqlar keçirilməyə
başlandı. Bu yığıncaqlarda koloniyanın problemlərinə toxunulur və onların həlli yolları axtarılırdı. 1890–cı
23
illərin üstün cəhətlərindən biri də icmanın iqtisadiyyatında
yüksəlişin qeydə alınması idi. Burada başlıca məşğuliyyət sahələri:
üzümçülük, şərabçılıq, sənətkarlıq və s. idi.
1911-ci ildə Yelenendorfda 1054 tikili var idi ki, bunun da
415-i yaşayış evi idi. Bu isə onu göstərirdi ki, Yelenendorfda tikinti
sənayesi də yüksək sürətlə inkişaf edirdi. Artıq koloniyada ağac
evlərin qalmaması da bunun əyani sübutu idi. Tikintinin tempinə
gəlincə, 2 il ərzində (1911–1913-cü illər) burada daha 15 xüsusi
mülk tikilmişdir ki, bu da kəndin həyatını mədəni şəhər qəsəbəsi
üslubuna daha çox bənzədirdi. 1900-cü illərin əvvəllərində burada
şərab istehsalı və xarici ticarət çox güclü inkişaf etməyə başlamışdır.
Artıq 70-ci illərdə hər bir ailə ildə 1000–1500 vedrə şərab istehsal
edirdi və hər bir evin zirzəmisində böyük şərab çəlləkləri yerləşirdi.
1914-cü ildə Forer və Hummel qardaşlarının Şərab
firmalarının bir illik gəliri bir milyon manat təşkil edirdi. 1912–ci
ildə Yelenendorfda Forer qardaşları dəyirman da tikdirmişdirlər.
Yelenendorfda alman ailəsi Şərabçılıqdan sonra burada ikinci əsas fəaliyyət növü faytonçuluq
Eine deutscher Familie in Helenendorf idi. 1877-1878-ci illərdə Türkiyə ilə başlanan müharibə
faytonçuluğun sürətlə inkişafına təkan vermişdir.
Немецкая семья в Еленендорфе
Almanlar Azərbaycanın siyasi və ictiami həyatında daim
fəal iştirak etmişdilər. Azərbaycan Demokratik Respublikası parlamentinin IX Milli azlıqlar fraksiyasının dörd
üzvündən biri əslən alman olan Lorens Kun olmuşdur. Lorens Kun 1884-cü ildə Yelenendorf şəhərində anadan
olmuş və bir müddət burada fəaliyyət göstərmişdir. 1918-ci ilin 7 dekabr tarixində AXC parlamenti öz işinə
başlayanda Lorens Kun da parlamentə qoşulmuşdur. O, parlamentdə Azərbaycan almanlarının təmsil edirdi.
1933-cü ildə isə Bakı şəhərində yerləşən Alman lüteran kilsəsinin xor kollektivi yaradılmışdır.
Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan Kaukasische Post qəzetinin hər bir nömrəsi digər
alman koloniyalaına olduğu kimi Yelenendorfa da çatdırılırdır.
24
TRAUBENFELD (TOVUZ)
Traubenfeld - 1912-ci ildə Tovuza alman kolonistlərinin köçürülməsi nəticəsində yaradılmışdır. Alman
dilindən tərcümədə “üzüm tarlası” deməkdir. Bu koloniya Tovuzun Dəmir yoluna və Poçt yolu adlanan avtomobil
magistiral yoluna yaxın ərazidə yerləşmişdir. Bu da alman əhalisinin əsas məşğuliyyəti olan üzümçülüyün burada
inkişaf etdirilməsi ilə bağlı olmuşdur. 1912 –ci ildə 123, 1928-ci ildə isə (Yevangel katolik kilsəsinə məxsus) 393
nəfər əhalisi olmuşdur. Burada almanlar tərəfindən 8 küçə salınmışdır.
Yerli sakinlərin nəql etdiklərinə görə almanlar ərazilərin bəzi yerlərini onlardan icarəyə götürərək, üzüm
bağları salırdılar. Tovuzdakı almanların ən hörmətlisi isə Şoller adlı şəxs idi. Tovuza kəhriz suyunu da məhs
o çəkdirmişdir. Koloniyada qayda-qanuna riayət olunması yüksək səviyyədə idi. Təhsil sahəsinə ciddi fikir
verən alman kolonistləri yaşadığı ərazilərdə öz övladları üçün məktəblər tikmişdi; sovet dövründə burada
orta ixtisas təhsil ocağı da açılmışdı. Alman qaydalarına görə orta məktəbdən əvvəl uşaqlar bağçaya getməli
idilər. Çünki bağçaya getməyən uşağı məktəbə götürmürdülər. Bunun üçün də burada həmçinin alman-rus
bağçası da fəaliyyət göstərirdi. Məktəbdə hər bir şagirdin dolabçası var idi, məktəbə girən kimi dolabçanı açıb
məktəbli ayaqqabısını, xalatını geyinməli idi. Bir sözlə, məktəbin özünəməxsus nizam-intizamı vardı. Ali təhsil
almaq istəyənlər isə respublikanın paytaxtında yerləşən təhsil ocaqlarına üz tuturdu. 1941-ci ildə II Dünya
müharibəsinin başlanmasından sonra almanlar sürgün edilir və alman məktəbi də bağlanır.
Bundan əlavə almanlar Tovuzda futbol məktəbi də yaratmışdılar. Onların “Roto-fam” komandası ilə yerli
komanda arasında yarışlar keçirilirdi. Hətta, almanlar sürgün ediləndən sonra da, Tovuz futbolu alman futbol
xarakterinə uyğun inkişaf etdi. Təsadüfi deyil ki, XX yüzilin 50-ci illərində Tovuzun futbol klubu öz parlaq oyunu,
qələbələri ilə seçilirdi.
25
Traubenfelddə orta məktəb / Die Schule in Traubenfeld / Средняя школа в Траубенфельде
Almanlar Tovuzda 30 metr dərinlikdə zirzəmisi olan şərab zavodu inşa etmişdilər. Onlar həmin zirzəminin
üstündə isə dam örtüyü və kərpic istehsal edən zavod və evlər tikmişdilər.
Tovuzda Axıncı çayı üzərində qurulmuş ilk SES-də almanların adı ilə bağlıdır.
Traubenfelddə şərab zavodu / Винный завод в Траубенфельде /
26
SSRİ Daxili İşlər Xalq Komissarı L.Beriyanın imzaladığı 11 oktyabr 1941-ci il tarixli, 001487 saylı sərəncama
əsasən Gürcüstan və Azərbaycan SSR-də yaşayan almanların deportasiyasına başlanır. Bu sərəncama əsasən
güc strukturları almanları Qazaxıstan və Sibirə sürgün edir. Deportasiya zamanı sərt həyat şəraiti bir çox almanın
həyatına son qoyur.
Köçürülmüş almanların evlərinə isə mikoyanların təşəbbüsü ilə erməniləri yerləşdirirlər. Azərbaycana
köçürülən ermənilər yerli əhalini sıxışdırıb, müxtəlif üsullarla evlərini, ərazilərini əllərindən alır.
27
ANNENFELD (ŞƏMKİR)
Şəmkirdə alman kolonistləri üzüm yığarkən
Deutsche Kolonisten in Shamkir während sammeln Trauben
Немецкие колонисты во время сбора винограда в Шaмкире
Əsası 1818-ci ildə Cənubi Qafqazda
qoyulan alman koloniyalarından biri də
Annenfeld və ya Anninodur (alm.
Annenfeld) . Bu koloniya indiki Şəmkir
rayonunun ərazisində yerləşirdi.
1818-ci ilin yayında Tiflisdən
Azərbaycanın Yelizavetpol qəzasına (indiki
Gəncə) köçən 194 alman ailəsi Şamxor
(indiki Səmkir) yaxınlığında Yelenendorf
(indiki Xanlar rayonu) və Annenfeld adlı iki
koloniya saldılar. Koloniyalardan biri olan
Annenfeld alman koloniyası 1917-ci ilə
kimi Yelizavetpol quberniyası tərkibində
qalmışdır.
Koloniyanın adı I Pavelin kiçik qızı olan Anna Pavlovanın adı ilə bağlıdır. Koloniyada Vürtemburqdən olan 67
ailə yaşayırdı. 1826-cı ildə ikinci Rusiya-İran müharibəsində (1826—1828) bir çox ailə farslar tərəfindən məhv
edilmişdir. Hava şəraitinin hədsiz soyuq olmsı nəticəsində 1818-1831-ci illərdə 479 nəfər ölmüşdür. 1831-ci
ildə koloniyanı tərk edən almanlar başqa ərazilərdə məskunlaşmaq üçün torpaq sahələri əldə edə bilmədikləri
üçün elə həmin ildə də yenidən Annenfeldə geri dönmüşdülər. Onların qayıdışı Nazirlər Komitəsi tərəfindən
qəbul olunmuş, 4 avqust 1842-ci ildə isə Rusiya çarı I Nikolay tərəfindən təsdiq edilmişdir. 1873-cü ildə ailələr
8 mil şimala, kənd vadisinə köçürülmüşdülər. Kənd ərazisində məktəb fəaliyyət göstərirdi. 9 fevral 1916-cı ildə
Rusiya Almaniya ilə müharibə şəraitində olduğundan, koloniyanın adı «Annino» ilə əvəz edilmişdir. 1938-ci ildə
isə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb. 1885-ci ildə Protestant icmalarının
28 Yelenendorf, Annenfeld və Georqsfeld
koloniyalarına gəlişi ilə əlaqədar olaraq, 1909-cu
Şəmkirdə alman lüteran kilsəsi ildə Annenfeld koloniyasında kilsə inşa edildi.
Deutsche-lüterische Kirche in Schamkir
Немецко-лютеранская церков в Шамкире 1818-ci ildə Annenfeld koloniyasında 277
nəfər yaşayırdı və tamamı almanlardan ibarət
idi. 1923-1926-cı illər arası isə koloniyada
1189-2166 nəfər yaşayırdı ki, bunun da 969-
1208 nəfəri almanlar olmuşdur. İkinci dünya
müharibəsinin başlanmasından az sonra SSRİ-
nin qərb ərazilərində yaşayan bütün almanlar
Mərkəzi Asiya regionuna deportasiya edildilər.
Annenfelddə yaşayan almanlar da 1941-ci
oktyabrın 15-20 tarixləri arasında bütünlüklə
Qazaxıstana sürgün edildilər.
1820-ciildə Annenfelddə 3185hektartorpaq
sahəsi var idi. Burada üzümçülük və bağçılıq
inkişaf etmişdir. 1905-ci ildə şərab zavodunun
açılması haqqında «Saziş» imzalanmışdır ki,
həmin zavodun əsası 1907-ci ildə qoyulmuşdur.
Bu saziş 1913-cü ildə istehlakçı kooperativ
tərəfindən təsis edilmişdir.
29
XIX ƏSRİN İKİNCİ YARISINDA KOLONİYALARIN
SOSİAL-İQTİSADİ HƏYATI
XIX əsrin ikinci yarısında Azərbaycanda alman koloniyalarının inkişafının ikinci mərhələsi başlayır: iqtisadi
inkişaf və çiçəklənmə. Alman kolonistləri artıq məskunlaşdığı ərazilərə uygunlaşmış, yerli əhali ilə qaynayıb
qarışmışdılar. Alman kolonistləri əsasən kənd təsərrufatı ilə məşqul olurdular.
1842-ci ildən başlayaraq koloniyalar haqqında xüsusi nizamnaməyə əsasən bütün imperiya daxilində
yaşayan kolonistlərə və onların nəsillərinə təkcə koloniya daxilində deyil, həmçinin bütün imperiyanın
istənilən yerində vətəndaşlıq hüququ verilirdi. Onlar habelə dövlət daxilində özlərinin şəxsi mülklərini
dolandırmaq səlahiyyətlərindən tam müstəqil istifadə edə bilər, “istədikləri kimi” maneəsiz ticarət edə
bilər, gildiyaya və sexlərə daxil ola bilər, kəndlərdə “şəxsi təşəbbüsü ilə” yarmarka və ticarət obyektləri
aça bilərdilər. Bütün bu güzəştlər sonralar Azərbaycanda imkanlı alman kapitalistlərin meydana çıxmasına
şərait yaratmışdır.
Koloniyalarda gedən iqtisadi inkişaf kolonistlərin say dinamikasına müsbət təsir edir və bu da öz növbəsində
yeni koloniyaların yaranmasına təkan verirdi. Nətıcədə XX əsrin əvvəllərində Azərbaycanda alman koloniyalarının
artması müşahidə olunur və onların sayı səkkizə çatır. 1928-ci ilin 1 yanvar məlumatma görə Yelenendorfda
2115 (520 ailə), Georgiyevskidə 903 (241 ailə), Annenfelddə 110 ( 20 ailə), Grinfilddə 400, Traubenfelddə 400,
Alekseyevkada 380, Yelizavetində 156, Eygenfelddə 175 nəfər alman yaşayırdı.
Gürcüstan və Azərbaycanda mövcud olan koloniyalarda yalnız əkin və biçin sahələri bölüşdürülürdü:
həyətyanı torpaqlar və bağ sahələri (üzüm, tut və s.) kolonist ailəsinin daimi istifadəsində idi və nəsildən-nəslə
ötürülürdü. Otlaq sahələri isə ümumi icmanın istifadəsində olduğundan bölüşdürülmürdü.
Qafqazda yaranan koloniyaları kənd təsərrüfatı məşğuliyyəti spesifikasına görə 3 kateqoriyaya bölmək olar.
Birinci qrupa əkinçiliklə məşğul olan koloniyalar aiddir. Bunlara Gürcüstanda yaranan Marienfeld,
Petersdorf, Aleksandersdorf və 1842-ci ildə yaranan Freydental koloniyalarını göstərmək olar. Bu koloniyalarda
əkinçiliklə yanaşı, üzümçülük və şərabçılıq, bağçılıq, heyvandarlıqla da məşğul olurdular. Lakin bu sahələr yalnız
daxili tələbatın ödənilməsinə xidmət edirdi. Koloniyaların əsas gəlir mənbəyi əkinçilik idi. Bu sahədə əldə edilən
nailiyyətlər həm koloniyalara məxsus torpaq sahələrinin münbitliyi, həm də bu koloniyaların Qafqazın inzibati
mərkəzi Tiflisin yaxınlığında yerləşməsi ilə izah olunurdu.
30
İkinci kateqoriyaya heyvandarlıqla məşğul olan koloniyalar daxildir. Cənubi Qafqazda heyvandarlıq üzrə
ixtisaslaşan yeganə koloniya Aleksandersqilf koloniyası idi.
Üçüncü qrupa üzümçülük və şərabçılıq koloniyaları aid idi. Bu təsərrüfat sahəsi daha çox Gürcüstandakı
Yelizavettal, Yekaterinenfeld və Azərbaycanda yaranan Yelenendorf, Annenfeld koloniyalarında inkişaf etmişdi.
Üzümlüklər, əsasən dəmyə ərazilərində salındığından onların su ilə təchizatında problemlər yaranmırdı. Onlar
həm təbii, həm də süni şəkildə suvarılırdılar. Üzümçülük bu koloniyalarda hələ 1820-ci illərdən inkişaf etdirilməyə
başlamışdır və ilk illər kolonistlər yerli—Qafqaz üzüm sortlarının yetişdirilməsi ilə məşğul olurdular. XIX əsrin
I yarısında Cənubi Qafqaz koloniyalarında ən çox yayılan üzüm sortu ənənəvi olaraq Kaxetiyada yetişdirilən
Tarkveri sortu idi. Bu sortdan alınan qatı, qırmızı şərab Qafqaz bazarlarında yüksək qiymətləndirilirdi.
Yelizavetpol quberniyasının təbii şəraiti üzümün yetişdirilməsi üçün daha əlverişli olduğundan üzümçülük
ilk vaxtlardan Yelenendorf koloniyasının təsərrüffat həyatında mühüm rol oynamışdır. Kolonistlər Gəncə çayı
boyu uzanan yaşıl dərənin döşündə və yaxınlığmdakı yamaclarda yerli üzüm sortlarını becərməyə başlamışdılar.
Azərbaycanda üzümçülüyün və şərab sənayesinin inkişafında alman koloniyaçılarının müstəsna xidmətləri
olmuşdur. Üzümün şərabçılıq məqsədilə becərilməsində böyük işlər görən almanlar Yelenendorfda (indiki
Göygöl şəhəri) 1828-ci ildən məşhurlaşmağa başlamışlar. О vaxta qədər yerli əhali tərəfindən üzümün bir neçə
sortu əkilib becərilsə də, ondan daha çox koloniya daxili qida ehtiyacını ödəmək üçün istifadə edilmişdir. Demək
olar ki, alman Xristofer Forer və Xristian Hummelin xidmətləri sayəsində Azərbaycan şərabları dünyada geniş
şöhrət qazanmış, özünə layiqli yer tutmuşdur.
1862-ci ildə “Forer Qardaşları” Səhmdar Cəmiyyəti təsis olunmuşdur. Bu cəmiyyətə X. Forer və onun
oğulları Qotlob, Fridrix, Henrix və Xristofor rəhbərlik edirdilər. Elə həmin vaxt “Qummel Qardaşları Ticarət Evi”
Səhmdar Cəmiyyəti yaradıldı ki, buna da X.Qummel və onun oğulları Yakob, Albert, Georq və Qotlib rəhbərlik
edirdilər. Hər iki cəmiyyətin idarə heyəti Yelenendorfda yerləşirdi, onların nümayəndəlikləri və satış mərkəzləri
isə Gəncə, Bakı, Tiflis, Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk və Batumi şəhərlərində fəaliyyət göstərirdi. 8
avqust 1922-ci ildə bu zavodun əsasında yaradılmış “Konkordiya” kooperativi o vaxtlar bütün Qafqaz regionunda
şərab, konyak va araq istehsal edən ən böyük şərabçılıq müəssisəsi idi. Müəssisədə ”Kaqor”, “Köhnə portveyn”,
“Ağ süfrə şərabı”, ”Qırmızı süfrə şərabı”, “Xeres şərabları”, “Qaranquş”, ”Ekstra” konyakları, likyorlar və şampan
şərabları istehsal olunurdu.
1856-cı ildə fransız ipəkçiləri Şəkidən barama toxumu alıb qayıdarkən Gəncədə bir neçə günlük qonaq
olurlar. Onlar Azərbaycan xörəklərindən yedikdən sonra şərab da dadmaq istəyirlər. Lakin müsəlman etiqadlı
31
şəhər sakinlərindən şərab tapmaq mümkün olmadığından gəncəlilər fransızlara yaxınlıqda yerləşən Yelenendorfa
getməyi məsləhət bilirlər. Fransızlar Forerin evinə gələrək şərabm dadına baxdıqdan sonra “sizin şərabınız bizim
Burqund şərabına bənzəyir” deyərək, özlərinə bütün yol boyu kifayət edəcək qədər şərab alırlar. Fransızların bu
sözü Forerdə öz işinə inam yaradır, gələcək fəaliyyətini müəyyənbşdirməyə kömək edir. Qeyd etmək lazımdır
ki, Azərbaycanda ilk dəfə pivə istehsalı ilə Forerlər məşğul idilər. Onlar eyni zamanda XIX əsrin sonlarında
Avropada çoxdan tanınan, Azərbaycanda isə məlum olmayan bir içkinin - konyakın istehsalına da başlamışdılar.
“Forer qardaşları” Azərbaycanda ilk dəfə 1892-ci ildə Yelenendorf koloniyasında iki spirtçəkmə aparatı olan
konyak zavodu tikmişdilər. Ağıllı, işgüzar və qənaətcil olan Forerlər daha sonra 1905-ci ildə Azərbaycanda ilk
dəfə cecədən spirt çəkmək üçün rektifikasiya zavodu inşa etdilər. О vaxtdan illər keçməsinə baxmayaraq, həmin
avadanlıqlar bu gün də işlək vəziyyətdədir. Azərbaycanın qida sənayesi və kənd təsərrüfatı sahəsinə özlərinin
yenilikləri ilə silinməz izlər qoyan “Forer qardaşları”nın istehsal etdikləri şərablar və konyaklar fəaliyyətə
başladıqları dövrdən 1914-cü ilədək dünyanın 81 ölkəsində keçirilən beynəlxalq sərgi və dequstasiyalarda 39
dəfə qızıl, gümüş medallara, diplom və fərmanlara layiq görülmüşdür.
Alman koloniyalarında kənd təsərrüfatı növlərindən biri də əkinçilik idi. Suvarma sistemlərinin olmaması
səbəbi ilə əkinçilik fəaliyyəti inkişaf etdirilə bilməmiş, sadəcə lazımı taxıl ehtiyacını ödəyəcək miqdarda istehsal
olunmaqla kifayətləndirilmişdir. Koloniyalarda süni şəkildə suvarılan əkin sahələrində dördmərhələli sistem
tətbiq olunurdu. Torpaqlar üç il buxar altında qaldıqdan sonra dördüncü il əkilirdi. Əkilən torpaqlar isə yağış
vasitəsilə suvarılırdı. Bu sistem nəticəsində hər il mümkün olmasa da yaxşı məhsul götürmək olurdu.
Dənli bitkilərdən buğda, arpa və qismən də yulaf əkilirdi. Sarı buğdanın əsasən üç növü əkilirdi. Maraqlı bir
faktı qeyd etmək istərdik ki, 1850-ci ildə Tiflisdəki Zaqafqaziya ərazisində keçirilən sərgidə Yelendorf kolonisti
Ongemaks yetişdirdiyi əla keyfiyyətli buğda növünə görə mükafata layiq görülmüşdü.
Kolonistlər həmçinin qarğıdalı da yetişdirsələr də, bundan sadəcə heyvandarlıqda və quşçuluqda yem üçün
istifadə olunurdu.
Kolonistlərin kənd təsərrüfatı sahələrindən biri də pambıqçılıq idi. Pambıqçılıq burada XIX-XX əsrlərdə
inkişaf etdirilmişdi. Pambığın hər pudu (16,3 kq) 2 -3 rubl arası qiymətə satılırdı. Kolonistlər həmçinin süd
məhsulları və meyvə ticarəti ilə də məşğul olurdular.
Ən vacib sahələrdən biri də unüyütmə idi. XIX əsrin 80-ci illərində Yelenendorfda 7 un dəyirmanı vardı.
1883-cü ildə Forer qardaşları Yelenendorfda buxarlı un dəyirmanı qurraşdırdılar.
1864-1865-ci illərdə məşhur elektrik qurğuları istehsal edən şirkət “Simens” Azərbaycanın Gədəbəy
32
rayonunda misəritmə zavodu tikmişdir. 1883-cü ildə isə ikinci misəritmə zavodunu və dəmir yolunu tikir. XX
əsrin əvvəllərində isə Bakıda Bibi-Heybət və Belqorod elektrik stansiyalarını tikmişdir. “Benkendorf & Co” Ticarət
Evi Bakı ərazisində neft emalı sənayesində iştirak edirdi.
Tarixi qaynaqların verdiyi məlumata əsasən almanların Azərbaycanın Qərb bölgələrinə gəlişi ilə doğrudan
da о yerlərin kənd həyatında böyük mədəni dəyişikliklər baş vermişdir. Onların məskunlaşmasından sonra qərb
bölgəsində yaşayan azərbaycanlılar da almanlar kimi altı zirzəmili, üstü çardaqlı, damı kirəmitli evlər tikməyə
başladılar.
Tarixi mənbələrdəki məlumatlara əsasən kənd təsərrüfatmda işlədilən dördçarxlı at arabalarmın
düzəldilməsi də almanlarm gəlişindən sonraya təsadüf edir. Cins inəklər də ilk dəfə Azərbaycana almanlar
tərəfindən gətirilmişdir. Sənaye üsulu ilə pendir və yağ istehsalı da məhz onlara məxsusdur. Azərbaycanda ilk
yağ-pendir zavodu Ziqanter adlı alman tərəfindən Yelenendorfda tikilib.
Almanlar kənd yerlərində elektrik enerjisindən istifadənin, elektrik dəmir yolunun, indiki Şəmkirin Dəllər
qəsəbəsindən Gədəbəyədək uzanan neft kəmərinin ilk yaradıcıları olublar. Azərbaycanda məskunlaşdığı dövrlər
ərzində almanlar Xanlar Şampan Şərabı Müəssisəsinin əsasnıı qoymuşdular. Sonralar Bakendorfun rəhbərlik
etdiyi alman firmaları isə Bakıda - Balaxanıda, Suraxanıda, Ramanada, Sabunçuda sənaye üsulu ilə ilk neft
çıxaran firmalardan olub.
33
KOLONİYALARDA TƏHSİL VƏ DİN
XIX əsrdə Rusiya İmperiyasının cənub bölgələrindəki müxtəlif dinlərə mənsub olan alman kolonistlərinin
(Lüteranlar, Katoliklər və Mennonitlər) həyata keçirdikləri tərbiyəvi fəaliyyətin xüsusiyyətləri əsasən cəmiyyətdə
mənəvi prinsip və ənənələrin qorunub saxlanılmasından, həmçinin mövcud qeyri-stabil siyasi vəziyyətdən asılı
olmayaraq ölkənin iqtisadiyyatının, elminin və mədəniyyətinin inkişafına layiqli töhfə verəcək peşəkər kadrların
hazırlanmasına yönəlmiş təhsil sisteminin formalaşdırılmasından ibarət idi. Bununla da müasir təhsil sisteminin
inkişafı və formalaşması tarixində müxtəlif etnik qrupların pedaqoji irsi aktuallığını itirmirdi. Beləliklə, almanların
təhsil təcrübəsi digər millətlərin pedaqoji fəaliyyətində nəzərə çarpan izlər buraxdı.
XIX əsrin əvvəllərinə qədər Alman məktəbi islahatlar nəticəsində qazanılan xüsusiyyətləri qoruyub
saxlamışdı. Çünki xalq təhsil sisteminə rəhbərlik edənlər din xadimləri və təbliğçilər idi. Cəmiyyət isə məktəbin
xərclərinin ödənilməsinə vəsait ayırırdı və daxili nizam-intizamı tənzimləyirdi. Şagirdlər dini kitablardan oxumağı,
yazmağı, saymağı, bibliya tarixini öyrənir, katexizm, dualar, kilsə ilahiləri, Tövrat və İncildəki müqəddəs mətnləri,
mənəvi kəlamları əzbərləyirdilər. Beləliklə, ibtidai təhsil ictimai xarakter daşıyırdı. Rusiya imperiyası ərazisindəki
bütün alman koloniyalarında ümumtəhsil məktəbləri eyni tipli idi.
Protestant pastorları, katolik paterləri və Mennonit ruhani təbliğçiləri məskunlaşmanın ilk günlərindən
etibarən öz koloniyalarında təhsil sistemini idarə edirdilər. Hələ Rusiya imperiyasına köçməmişdən əvvəl
kolonistlərə müxtəlif konfesiyalar arasında kin və ədavətin qarşısını alınması məqsədi ilə dini etiqad azadlıqlarının
təmin ediləcəyinə dair vədlər verilmişdir.
Çar hökuməti üçün əsas məsələlərdən biri alman koloniyalarında tədris ocaqlarının və ibadət yerlərinin
tikintisi idi. Hətta dövlət dəstəyi olmasına baxmayaraq kolonistlərin məktəb tikmək inkanları yox idi və uşaqlar
adətən ya ibadət evlərində ya müəllimin, ya da pastorun evində dərs alırdılar (Schulhalter, Schulmeister).
Menonit təriqətinin nümayəndələrinə görə 7-12 yaş arası qız və oğlanlar məcburi dini təlim keçməli idilər.
Məktəblər isə Rus dilinin məcburi tədrisinə baxmayaraq öz milli xüsusiyyətlərini qoruyub saxlayırdılar.
Alman kolonistlərinin digər təbəələrdən ayrılmaqlarına baxmayaraq onlar da hərbi qulluğa çağrılırdılar.
Məsələn, 1872-ci ildə Helenendorf Kənd Cəmiyyətindən 14 nəfər hərbi qulluğa çağrılmışdı. Alman kolonistlərinin
ətrafdakı əhalidən fərqliliyi öz əksini təhsil sahəsində də tapdı. Orta Qafqaz koloniyalarında, o cümlədən
Yelenendorf və Annenfelddə XIX əsrin 70-ci illərinə qədər təhsil alman dilində aparılırdı; digər dillər tədris
34
olunmur və istifadə edilmirdi. XX əsrin bəzi tədqiqatçılarının fikirlərinə əsasən 1892-ci ildən etibarən kolonist
məktəbləri Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra rus dili tədris proqramına daxil edildi.
Qafqaz canişinliyi kolonistlərə təkcə iqtisadiyyatın inkişafında deyil, eyni zamanda təhsil sahəsində də
maddi köməklik göstərirdi. Beləliklə, XIX əsrin 30-cu illərində Helenendorfda hökumət hesabına məktəb binası
inşa edildi. 1911-ci ildən etibarən məktəb yaşına çatan hər 50 uşağa dövlət xəzinəsindən 390 rubl məbləğində
yardım verilirdi.
Alman məktəbləri Qafqazda yaşayan alman xalqlarının həyatında, eləcə də Rusiyanın ümumtəhsil
sistemində əhəmiyyətli yer tuturdu. Alman məktəblərinin tarixi ölkədə alman koloniyalarının yaranmasından
etibarən başlayır. Digər alman koloniyalarındakı məktəblərdə də eyni tədris sistemi mövcud idi. XIX əsrin
sonlarında Annenfeld koloniyasında Annenfeld cəmiyyəti tərəfindən maliyyələşdirilən ikiillik məktəb fəaliyyət
göstərirdi.
Yelenendorfda ilk məktəb 1819-cu ildə açılmışdı və bu da kilsə məktəbi idi. Ancaq 1842-ci ildə isə ilk dəfə
olaraq Yelenendorfda məktəb binası inşa edildi. Məktəb hökumət vəsaiti hesabına tikilmişdi. Məktəb idarəçiliyi
Qotlib Krausa tərəfindən həyata keçirilirdi. Sonra isə bu vəzifəni 20 il müddətində koloniyaların təlim-tərbiyə işləri
ilə məşğul olmuş Georq Henrix Qummel icra etməyə başladı. Yelenendorfda müvafiq istiqamət üzrə pedoqoji
təhsil almış ilk peşəkar müəllim isə Albert Kirxhof olmuşdu. Mərkəzi Qafqaz regionunda alman məktəblərinin
formalaşmasında Albert Kirxhofun böyük rolu var idi. 22 noyabr 1890-cı ildə «Sankt-Peterburq və Moskva Lüteran
bölgələrində protestant konsistoriyalarının (dini məktəblərinin) Xalq Təhsil Nazirliyinə tabe olması haqqında»
fərman imzalandı. Fərmanda göstərilirdi ki, bütün protestant məktəbləri mülkiyyətlərindəki əmlakları da daxil
olmaqla adı qeyd olunan şöbəyə tabe olmalı idilər. Ümumilikdə isə təhsil sistemində aparılan islahatlar bir
məqsədə xidmət edirdi - imperiyanın qeyri-rus əhalisinin dini etiqadından asılı olmayaraq ruslaşdırılması.
1899-cu ildə Yelenendorfdakı ikiillik məktəbdə tədris olunan fənnlər bunlar idi: Bibliya, rus dili, alman dili,
hesab, cəbr, həndəsə, coğrafiya, tarix, fizika, kimya, mühasibatlıq, rəsmxətt və rəsm, bağçılıq.
Bir nüansı də qeyd etmək yerinə düşərdi. Humanitar fənnlər üzrə, daha dəqiq desək tarix, ədəbiyyat və s.
fənnlər üzrə şagirdlər Mərkəzi məktəbdə daha dərin elmi biliklərə yiyələnirdilər. Belə ki, dünya tarixi fənnindən
şagirdlər xristiyanlığın Avropada yayılması, xaç yürüşləri, Bizans İmperiyasının hücumları, Amerikanın kəşfi, ABŞ-
ın formalaşması, Fransa inqlabı, Napaleon Bonapart dövrü, Almaniyanın və İtaliyanın birləşdirilməsi, yəni yəni
Qərb sivilizasiyasının tarixindəki əsas məqamlara dair biliklərə daha dərindən yiyələnirdilər. Rus ədəbiyyatından
isə “Mumu”, “Kapitanın qızı” kimi klassik yaradıcılığı öyrənirdilər.
35
ALMAN KOLONİSTLƏRİNİN DİNİ ETİQAD
AZADLIĞI
XVIII-XIX əsrlərdə Almaniyadan əhalinin mühacirətinə təsir göstərən əsas amillərdən biri də dini amil
olmuşdur. 22 iyul 1763-cü il tarixdə II Yekaterina tərəfindən imzalanmış «Rusiyaya köçüb gələn bütün əcnəbilərə
istənilən quberniyada məskunlaşmağa icazə verilməsi və onlara bəxş edilən hüquqlar haqqında» Manifestdə
Rusiya imperiyasında məskunlaşmaq məqsədilə köçən hər kəsə «maneəsiz, öz Nizamnaməsi və ayinlərinə
əsasən, dini etiqadlarını yerinə yetirmək azadlığı vəd olunurdu. Bu sənəd Rusiya dövlətinin dini dözümlülüyünü
bəyan edirdi. Manifestdə dini etiqadlara azadlıq verilməklə yanaşı, «monastrların yaradılması və xristianlığa
etiqad edənlər arasında missionerlik fəaliyyətinin aparılmasına» qadağa qoyulurdu.
Almanların Rusiyaya mühacirəti müxtəlif müstəqil protestant konfessiyaları formasında özünü büruzə
verirdi: yevangelist-lüteran, reformator, mennonit, baptist, ştundist və s. protestant cərəyanlarının müəyyən
mənada inkişafı və bir-birləri ilə birləşməsi prosesi Rusiya şəraitində davam etmişdir. Alman əhalisinin Rusiyaya
köçməsi və məskunlaşması prosesində Rusiya pravoslav kilsəsinin protestantizmə münasibəti mühüm rol
oynamışdır. Təsadüfi deyil ki, Qafqaz quberniyasında ilk müstəqil alman koloniyasının yaranması məhz dini
amillə bağlı olmuşdur. Hələ 1802-ci ilin yayında Edinburq missioner cəmiyyətinin direktorları Rusiya hökumətinə
müraciət edərək imperiyanın cənub hüdudlarında protestant missionerliyini təsis etməyə icazə istəmişdilər.
1828-ci il qanununa görə lüteran kilsəsi rəsmi status alaraq pravoslav kilsəsi kimi dövlət kilsəsinə çevrildi. Çar
hökuməti bütün protestant konfessiyaları arasında yevangelist-lüteran konfessiyasına xüsusi diqqətlə yanaşırdı.
Məhz 22 may 1828-ci il və 28 dekabr 1832-ci il qərarları yevangelist-lüteran konfessiyasının güclənməsinə
və bütün əcnəbi dini konfessiyalar içində xüsusi mövqe tutmasına xidmət edirdi. Bu qanunların müddəaları
əsasında yevangelist-lüteran kilsəsinin doqmalarına tam və toxunulmaz şəkildə uyğun gələn yeni Nizamnamə
hazırlandı. Bu qanunlardan sonra yevangelist-lüteran kilsəsi Rusiyada Pravoslav kilsəsi ilə bərabər rəsmi dövlət
statusu aldı. Lüteran kilsəsi Rusiyada rəsmi dövlət statusu alan ilk əcnəbi kilsə oldu.
36
LÜTERAN DİNİ İCMASI
XIX əsrdə Azərbaycanda Vürtemberqli almanlarla yanaşı, Alman xalqının başqa nümayəndələri də
məskunlaşmışdı. Lakin onların ölkəmizə gəlmə səbəbi başqa olmuşdu. Belə ki, vürtemberqlilər müqəddəs
torpaqlara daha yaxın olmaq, Dəccalın fitnə-fəsadlarından qurtulmaq, dini təqiblərdən xilas olmaq üçün
Azərbaycana gəlmişdilər. Başqa almanlar isə sırf iqtisadi səbəblərə görə ölkəmizə üz tutmuşdular. Çünki XIX
əsrdə Bakıda neft bumu yaşanmış, ölkədə sənayenin uğurlu inkişafı üçün geniş perspektivlər açılmışdı. Bu isə
xeyli əcnəbini, o cümlədən almanları ölkəmizə cəlb etmişdi. Onlar arasında iş adamları, sənayeçilər, mühəndislər,
memarlar, həkimlər, alimlər, müəllimlər və digər peşələrin sahibləri olmuşdu. Qeyd edək ki, iqtisadi səbəblərə
görə Azərbaycana üz tutan almanlar təkcə Almaniyadan deyil, həm də Rusiyanın daxili quberniyalarından
gəlmişdilər. Bakıya gələn əcnəbilər arasında məşhur Nobel qardaşları başda olmaqla, isveçli mütəxəssislər də
var idi. Həm isveçli mütəxəssislər, həm də almanların bir çoxu lüteranlığa etiqad bəsləyirdilər. Bu amil isə Bakıda
alman-isveç yevangelist lüteran prixodunun yaranmasına gətirib çıxarmışdı.
1868-ci ildə şəhərdəki almanlar ibadət etmək üçün kirayəyə götürülən evdə toplaşırdılar. O vaxtlar Bakıda
lüteran pastoru yox idi. Buna baxmayaraq, 1870-1871-ci illərdə lüteran dini icmasında vəftiz, konfirmasiya və
ölülərin dəfn mərasimi kimi ayinlər yerinə yetirilirdi. Lüteranlar üçün kilsə kəbini isə rus pravoslav məbədində -
“Müqəddəs Möcüzə göstərən Nikolay” Baş kilsəsində kəsilirdi. 1873-cü ildə Bakıya məşhur Nobel qardaşlarından
biri – Robertlə birgə isveçli lüteranlar gəlirdilər. Beləliklə, şəhərdə alman-isveç yevangelist lüteran prixodu
yarandı.
Bakıdakı lüteran dini icması Rusiyanın Yevangelik Lüteran Kilsəsinin Moskva Yevangelik Lüteran
Konsistoriyasının Dairəsinə daxil olmuşdu. 17 aprel 1877-ci ildə 58 nəfərin iştirakı ilə dini yığıncaq keçirilmiş və
N.Q.Tol həmin icmanın kilsə şurasının sədri seçilmişdi. İndiki Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi ərazidə
dua evi və kilsə məktəbi üçün bina tikmək istəyən lüteranlar 2 may 1878-ci ildə Bakı Şəhər İdarəsinə müraciət
ünvanlayaraq torpaq sahəsinin ayrılmasını xahiş etmişlər. Onların müraciəti təmin olunmamışdı. Onda 1879-cu
ilin fevral ayında lüteran icması yenidən şəhər idarəsinə müraciət edərək köhnə müsəlman qəbiristanlığının
şərq tərəfində (indiki “Monolit” binası və ondan yuxarı ərazi) bina tikmək arzusunda olduğunu bildirmişdi.
Lakin icma yenə imtina cavabı almışdı. 28 iyun 1879-cu ildə lüteran icması bir daha torpaq sahəsinin ayrılması
ilə bağlı ərizə vermişdi. Bu dəfə lüteran icması Bakının istənilən yerində, mərkəzdən çox da uzaq olmamaq şərti
ilə torpaq sahəsi istəmişdir.
37
Nəhayət, 30 noyabr 1885-ci ildə Bakı şəhər Duması lüteran icmasına dua evi və məktəb tikmək məqsədilə
Telefon küçəsində (indiki 28 may küçəsi) Masumov zavodu və Vermişev dəyirmanına yaxın yerdə 1400 kv. sajen
ölçüsündə torpaq sahəsinin ayrılması barədə qərar verdi. 16 avqust 1886-cı ildə isə həmin ərazidə tikilməsi
planlaşdırılan pastoratlıq və lüteran məktəbinin binasının layihəsi təsdiqləndi. Layihənin müəllifi İvan Vasilyeviç
Edel oldu. Lakin maliyyə vəsaitinin çatışmaması ilə bağlı bu layihə həyata keçmədi. Ona görə də Suraxanı
küçəsində (indiki Dilarə Əliyevə küçəsi) dua evi və məktəb üçün birmərtəbəli binanın tikintisinə dair qərar
verildi. Binanın layihə müəllifi isə 24 yaşlı Adolf Vasilyeviç Eyxler (1869-1911) oldu.
1880-ci ildə lüteran icması Bakı şəhəri Yevangelik Lüteran prixoduna çevrildi. Prixodun başçısı L.M. de Bur
oldu. Elə həmin ilin mart ayının 16-da Herman Hanzen lüteran icmasında pastor-adyunkt vəzifəsinə gətirildi.
25 iyun 1888-ci ildə isə Rixard Verner Teodor Simmerman Bakı şəhəri Yevangelik Lüteran dini icmasına pastor
vəzifəsinə təyin edildi. “Xilaskar” kilsəsi və ya Lüteran kirxasının (indiki Azərbaycan Dövlət Filarmoniyası Kamera
və Orqan Musiqi Zalının binası) tikilməsi ölkəmizdəki lüteranlığın tarixində ən böyük hadisə oldu. Belə ki, 14 mart
1896-cı ildə Rusiya imperiyasının Daxili İşlər Nazirliyi Bakıda kirxanın inşasına icazə verir. 21 mart 1896-cı ildə
kilsənin təməli atılır. 14 mart 1899-cu ildə kilsənin təqdisetmə mərasimi keçirilir. Bu kilsənin memarı A. Eyxler
olmuşdur. Lakin sonradan kilsənin tikintisinə mühəndis A. Loter rəhbərlik etmişdir. Kilsə dindarların könüllü
ianələri hesabına tikilmişdir. Məşhur Nobel qardaşları da bu kilsənin ucaldılmasına kifayət qədər maddi yardım
göstərmişdilər. Lüteran məbədinin tikintisi 70 min rubla başa gəlmişdir. Xeyriyyə fəaliyyəti ilə məşhurlaşan
azərbaycanlı milyonçu H.Z.Tağıyev “Xilaskar” lüteran kilsəsinin tikintisinə 100 rubl, lüteran dini icmasının özünə
də eyni məbləğdə pul bağışlamışdır. “Kaspi” qəzetinin (№ 41, 1893-cü il) verdiyi məlumata əsasən, 1893-cü ildə
təkcə Bakıda 1455 lüteran yaşayırdı. Bununla yanaşı, 1890-cı ildə Şamaxıda əsasən almanlardan ibarət olan 272
nəfərlik, Lənkəran şəhərində 41 nəfərlik lüteran dini icmaları vardı.
1920-ci ildə Azərbaycanın Qırmızı Ordu tərəfindən işğal edilməsi nəticəsində ölkəmizdə sovet hakimiyyəti
quruldu. İdeoloji cəhətdən qatı ateist olan bolşeviklər hakimiyyəti ələ keçirəndən sonra din əleyhinə mübarizə
aparmağa başladılar. 1924-cü ilin yanvarında AK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosu tərəfindən Din Əleyhinə
Komissiya yaradıldı, şəhər və kəndlərdə “Allahsızlar Cəmiyəti”, 1929-cu ildə isə “Mübariz Allahsızlar İttifaqı”
təsis olundu. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda hələ də lüteran icmaları mövcud olmuşdu. 1920-
ci ilin ikinci yarısından başlayaraq, xüsusən 1930-cu illərdə Sovet hakimiyyətinin dinə münasibəti daha da
sərtləşdi. Digər dinlərin nümayəndələri kimi, lüteranlar da təqibə uğradılar. Belə ki, 1931-ci ildə Yelenendorfun
pastoru Vensel və Annenfeldin pastoru Royş həbs olundular. 1937-ci ildə Bakı kirxasının pastoru Paul Hamberq
38
repressiyaya məruz qaldı. 1936-cı ildə isə Yelenendorfun sonuncu pastoru Otto Vensel zindana atıldı. Annenfeldin
sonuncu pastoru Emil Royş isə 1937-ci ildə tutularaq güllələndi. Repressiya ilə üzləşən lüteran keşişləri adətən
Almaniya ilə əlaqədə və bu ölkədən yardım almaqda günahlandırılırdılar.
Eyni zamanda, 1930-cu illərdə bütün lüteran məbədləri bağlanılmış, 1937-ci ildə fəaliyyətdə olan lüteran
kilsəsi qalmamışdı. Kilsə binalarının təyinatı dəyişdirilmişdi. Məsələn, Yelenendorfdakı “Müqəddəs İohann”
kilsəsi idman zalına çevrilmişdi. Bakıdakı kirxa isə 1930-cu illərdə Kirovun nəhəng heykəlinin düzəldilməsi
üçün heykəltaraşlıq emalatxanası kimi işlədilmişdi. Təzyiq və təqiblərə baxmayaraq, lüteranlar dini ənənələrini
qoruyurdular. Ancaq İkinci dünya müharibəsinin başlaması Azərbaycandakı lüteran icmasına sağalmaz zərbə
vurdu. Belə ki, qanlı Stalin rejimi almanlara “beşinci kolon” kimi yanaşaraq onları SSRİ-nin ən ucqar yerlərinə
köçürdü. Azərbaycanda yaşayan almanlar da deportasiyaya məruz qaldılar. 8 oktyabr 1941-ci ildə Müdafiə
Komitəsi “Gürcüstan, Azərbaycan və Ermənistan SSR-dən almanların köçürülməsinə dair” qərar çıxardı.
Həmin qərara əsasən, ölkəmizdən 22 741 alman Qazaxıstan çöllərinə köçürüldü. Almanların köçürülməsi ilə
Yelenendorf, Annenfeld və digər alman koloniyalarında lüteran ənənəyə son qoyuldu.
1991-ci ildə Azərbaycan xalqı ateizm və kommunizmin buxovlarından qurtularaq yenidən müstəqilliyini
qazandıqdan sonra ölkəmizdə vicdan azadlığı elan olunmuş, müxtəlif konfessiyaların nümayəndələri öz
inanclarını qorxmadan, çəkinmədən sərbəst şəkildə yaşamaq imkanı qazanmışlar. Müstəqil Azərbaycanda dini
etiqad azadlığının elan olunması lüteranlığın dirçəlişi üçün də şərait yaratmışdır. Belə ki, alman pastoru Axim
Rays Bakıda lüteran dini icmasının bərpası təşəbbüsü ilə çıxış etdi və bu istiqamətdə addımlar atdı. Rusiya
Almanlarının Tarixi və Mədəniyyətini Araşdıranlar Beynəlxalq Assosiasiyasının üzvü Tamara Hümbətova da
lüteran dini icmasının dirçəldilməsi işində az rol oynamadı. Almaniya Federativ Respublikasının Azərbaycandakı
səfirliyi bu işə öz dəstəyini verdi. Nəticədə 1993-cü ildə Ədliyyə Nazirliyində Bakı şəhəri Yevangelik Lüteran dini
icması qeydiyyata alındı. 14.05.2010-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Xilaskar” Yevangelik
Lüteranların Bakı dini icması dövlət qeydiyyatına alındı. İcmanın sədri Vera Nesterova oldu. 2015-ci ildə
M.Lüterin Azərbaycan dilində “Kiçik Katexizis”i işıq üzü görmüşdür.
39
AZƏRBAYCANDA
ALMAN-LÜTERAN KİLSƏLƏRİ
Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşaması ilə dünya ölkələrinə nümunədir.
Azərbaycanda əsrlərdir mövcud olan tolerantlıq ənənəsi müxtəlif dinlərin yayılması və inkişafına şərait
yaratmışdır.
Azərbaycana almanların ilk gəlişi XIX əsrin əvvəllərinə təsadüf edir. 1822-ci ildə 8 alman koloniyasında 5
min alman yaşayırdı. Bir müddət sonra isə neft maqnatları da bu siyahıya əlavə olundu. Beləliklə Azərbaycanda
alman-lüteran icması formalaşmağa başladı. Bununla da ölkədə kilsələr və digər ibadət yerləri tikildi. Bunlardan
Gəncə, Göygöl, Şəmkir ərazilərindəki Lüteran kilsələri, Bakıda “Xilaskar” və ya Evangelist Lüteran kirxasını
göstərmək olar.
Bakıda lüteran cəmiyyəti 1870-ci ildə yaradılmışdır. Onlar XIX əsrin 70-ci illərin ortalarına kimi Lüteran
adlandırılan küçədə toplaşırdılar (sonradan Lermantov küçəsi).
Bu dövrdə isə artıq Azərbaycanın digər şəhərlərində Lüteran kilsələri fəaliyyət göstərirdi. Öz sadəliyi və
görkəmliliyi ilə seçilən bu kilsələr əhali üçün əlverişli yerlərdə inşa edilmişdir.
9 mart 1877-ci ildə Bakı qubernatoru V.M.Pozen Bakı lüteranların kilsə şürasının sədr və üzvlərinə kilsə
və ibtidai məktəb tikmək üçün yer seçməyə icazə vermişdir. 1879-cu ildə Şura kilsənin tikintisi üçün Tatar
(müsəlman) qəbirstanlığının Şərq hissəsində (indiki “Monolit” evi) torpaq sahəsinin ayrılması barədə müraciət
etdi. Lakin onlara həmin ərazidə Bakının inkişaf planına uyğun olaraq rayonlardan gətirilən kənd-təsərrüfatı
mallarının satışı üçün 1878-ci ildə bazarın tikiləcəyi ilə əlaqədar razılıq verilmədi.
30 yanvar 1885-ci ildə Şəhər Duması tərəfindən cəmiyyətə ümumi sahəsi 6373 kvadrat metr olan kilsə
binasının inşası üçün ərazi verildi. 14 mart 1896-cı ildə Rusiya İmperiyasının Daxili İşlər Nazirliyi tikintinin
başlanmasına icazə verdi. Beləliklə müraciətlə razılıq arasında tam 14 il vaxt keçdi. Kilsənin layihəsi Adolf
Eyxler tərəfindən neoqotiq üslubunda tərtib edildi. İcmanın üzvləri Eyxlerdən xahiş etdilər ki, Bakı kilsəsini
Yelenendorf kilsəsinə oxşar olsun. Lakin, XIX-XX əsrlərin keçidində Zaqafqaziyanın və Rusiya İmperiyasının iri
sənaye mərkəzlərindən birinə çevrilmiş Bakı üçün Yelenendorfdakı kirxa memarlıq göstəricisi ola bilməzdi.
İstedadlı memar-rəssam olan Adolf Eyxler çox zərif memarlıq üslubuna malik idi. Onu digər memarlarıdan
fərqləndirən də özünəməxsus üslubunun olması idi. Dərin erudisiya və yüksək peşəkarlıq Eyxlerə kirxanın
40
memarlığını alman qotikasının ən yaxşı ənənələrində işləyib hazırlamağa imkan vermişdi. İnşaat və bəzək
işlərinin yüksək keyfiyyəti kirxa binasını yan tikililərlə birlikdə vahid kompleks halında sıravi tikililər arasından
seçilib ayrırdı. Belə bir fikir də yürüdülür ki, Eyxler “Xilaskar” kilsəsinin layihəsini hazırlayan zaman Marburqdakı
müqəddəs Yelizavet kilsəsindən ilhamlanmışdır. Bakının 28 May küçəsində yerləşən bu kilsə 1911-ci ildə
bilinməyən səbəblərdən güllələnən Eyxlerin yeganə əzəmətli layihəsi olmuşdur.
Marburq şəhərindəki Müqəddəs Yelizaveta kilsəsi Bakı şəhərindəki “Xilaskar” kilsəsi
Die Elizabethkirche in Marburg Die «Erlöser» -Kirche in Baku
Церковь Святой Елизаветы в Марбурге Церковь “Спасителя” в г. Баку
41
Kilsənin təməlqoyma mərasimi 21 mart 1896-cı ildə qubernator Lileev və Irtetsk şəhərinin merinin iştirakı
ilə baş tutdu. Mərasimdə Emanuel Nobel və analığı, həmçinin Lüdviq Nobelin ikinci arvadı iştirak edirdilər.
24 iyun 1898-ci ildə kirxanın şpilinə 213 kiloqram ağırlığı olan qızıl suyuna çəkilmiş xaç sancıldı. 1899-cu ilin
əvvəllərində kilsədə kilsə zəngləri və orqan quruldu. 14 mart 1899-cu ildə baş tutan açılış mərasimində mindən
artıq insan toplaşmışdı. 23 aprel 1900-cu ildə isə Nohan sebastiyan Baxın əsərlərinin ifa olunduğu birinci orqan
musiqisi konserti baş tutudu.
Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra “burjua izləri”ndən, o cümlədən kilsələrdən xilas olunmağa
başlandı. Bibi-Heybət məscidi söküldü, Aleksandr-Nevski kilsəsi və digər ibadət yerləri dağıdıldı. Kirxa da 30-
cu illərin bu “qara siyahısı”na düşmüşdür. Ancaq bir müddətdən sonra Azərbaycan SSR Kommunist Partiyası
Mərkəzi Komitəsinin keçmiş birinci katibi Serqey Kirovun öldürülməsindən sonra 1934-cü ildə məşhur sovet
heykəltəraşı Pinxos Sabsay Bakıda Kirovun heykəlinin qoyulması göstərişini alır. Onun işləməsi üçün heykəlin
postamenti ilə birlikdə yerləşə biləcəyi hündür tavanları olan yer lazım idi. Emalatxana kimi Sabsay ona kilsənin
binasının verilməsini istədi. Həmin vaxtı kilsənin sökülməsinə dair əmrin olmasına baxmayaraq Sabsaya razılıq
verildi. Beləliklə, kilsə sökülmə təhlükəsindən xilas oldu.
15 mart 2010-cu ildə “Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının tarixi-
memarlıq abidəsi və mədəniyyət ocağı” kimi əhəmiyyətini nəzərəalan Azərbaycan Prezidenti İlham Əliyev binanın
bərpası haqqında sərəncam imzalayır. Restavrasiya işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayırılır. Bir il ərzində davam edən restavrasiya işlərindən
sonra 30 dekabr 2010-cu ildə Azərbaycan Prezidenti və Azərbaycanın birinci xanımı kilsə binasının açılışında
iştirak edirlər. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir və bərpa işləri binanın
özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirmişdir. Ənənəvi alman qotik
memarlığının ən gözəl nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilmişdir. Bundan əlavə,
binada ilk dəfə havalandırma sistemi qurulmuş, xaricdən dəvət olunan mütəxəssislər orqanı bərpa etmişlər.
Alman lüteran kilsəsi — Azərbaycanın Gəncə şəhərində yerləşən bu kilsə hazırda tarixi-memarlıq abidəsi
kimi qorunur.
Kilsə XIX əsr tarix-memarlıq abidəsidir. Bina 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa
edilmişdir. Belə ki, 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Gəncə
vilayətinə almanlar köçürülmüşdür. 1818-ci ildə Gəncəyə gətirilən almanların bir qrupuna Gəncəbasarda ən
42 məhsuldar yer sayılan, vaxtilə Cavad Xana məxsus,
1813-cü ildə müsadirə edilmiş ümumi sahəsi 4498
Gəncə şəhərində Alman lüteran kilsəsi desyatin olan torpaq verilmişdir. Gəncədə yaşayan
Deutsch-Lutherische Kirche in Ganja almanlar 1941-ci ilin avqustuna kimi bu ərazidə
Немецкая лютеранская церковь в Гяндже yaşamışlar. 1897-ci il məlumatına əsasən Gəncə
qəzasında 3086, şəhərdə isə 103 nəfər alman
yaşayırdı.
Uzun müddət Gəncədə yaşayan almanlar
burada öz dini ibadət ocaqlarını inşa etmişlər. 1915-
ci ildə almanlar Gəncə şəhərindən köçən zaman
bina provoslavların istifadəsinə verilmişdir.
Tikintidə əsasən tuf daşından istifadə
olunmuşdur. Binanın ümumi sahəsi 650 m²-dir. 1
zal, 1 foye və 15 otaqdan ibarətdir. Əhməd Cəmil
küçəsində yerləşən, xristian dini abidələr sırasına
daxil edilən bu binada hazırda Gəncə Dövlət Kukla
Teatrı kimi fəaliyyət göstərir.
Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR
Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli
əmrinə əsasən yaradılıb.
43
Müqəddəs İohann lüteran kilsəsi — Azərbaycanın Göygöl şəhərində yerləşən tarixi-memarlıq abidəsidir.
Müqəddəs İohann kilsəsi 1854-cü ildə
almanlar tərəfindən tikilmiş, 1857-ci ildə
istifadəyə verilmişdir. O dövrdən 1941-1945-
ci illərdəki müharibəyədək kilsə kimi fəaliyyət
göstərmiş, almanlar buradan sürgün olandan
sonra isə müxtəlif məqsədlər üçün istifadə
edilmişdir. Eyni zamanda hərbi qospital və idman
məktəbi kimi də fəaliyyət göstərmişdir. 2005-ci
ildən isə Göygöl rayon Tarix Diyarşünaslıq muzeyi
kimi fəaliyyətdədir.
Kilsə 2008 ci ildə Almaniya Texniki Əməkdaşlıq
Cəmiyyəti tərəfindən əsaslı şəkildə təmir edil edilmişdir. Kilsənin təmir işləri üçün 250 min avro xərclənmişdir.
Göygöl rayonunda almanların dini mərkəzləri olmuş, hazırda Tarix Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən
Müqəddəs İohann kilsəsi Göygölün tarixi rəmzinə çevrilmişdir.
44
ŞƏMKİR RAYONUNDA ALMAN LÜTERAN KİLSƏSİ
1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi 32 il kilsə, daha sonra isə mədəniyyət və
müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.
Alman lüteran kilsəsinin daxili görünüşü
Das İnnere der Deutsch-Lutherische Kirche
Немецкая лютеранская церковь, вид изнутри
Vaxtilə Yelendorf qəsəbəsi adlanan, hazırda isə Şəmkirin Həzi Aslanov küçəsində ucalan abidə, 1909-
cu ildə lüteran almanların dini ibadətlərini həyata keçirməsi üçün tikilib. 1941-ci ilədək təyinatı üzrə istifadə
edilmişdir. Lakin İkinci Dünya Müharibəsinin başlaması almanların SSRİ-də, o cümlədən Qafqazda ağır günlərinin
45
başlanğıcı olmuşdur. Almanların sürgün edilməsindən sonra, kilsə olaraq istifadəsinə ehtiyac qalmayan abidə,
bir müddət Mədəniyyət Evi, sonra Müəllimlər Evi kimi fəaliyyət göstərmişdir. Ötən əsrin 80-ci illərində isə Tarix-
Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərmişdir.
Kilsə kompleksi 4 hektarlıq ərazidə yerləşmişdir. Buraya dördmərtəbəli zəng qülləsi, böyük və 2-ci mərtəbədə
yerləşən kiçik ibadət zalı və bir neçə xidməti otaq daxildir. Qeyd edək ki, təmtəraqlı Katolik kilsəsindən fərqli
olaraq, kifayət qədər hündür divarları olan Protestant kilsəsi şəkilsiz və ikonasızdır. Sadəliyinə rəğmən bina yenə
də öz əzəmətini qorumaqdadır.
Kilsənin ən hündür və görkəmli yerində isə, ən böyük musiqi aləti olan orqan quraşdırılmışdır. Şəmkir Tarix-
Diyarşünaslıq Muzeyinin direktoru Cavanşir Pirverdiyev bu barədə bildirmişdir ki, orqan kilsənin ilkin çertyojuna
uyğun olaraq quraşdırılıb. Onun materialları Almaniyadan sifariş edilib və İtaliyada yığılmışdır. Kilsənin daha bir
unikal hissəsi isə taxtadan hazırlanmış böyük giriş qapılarıdır. Qapının açar hissəsinin təmirə ehtiyacı olduğu
üçün bir neçə ustaya müraciət olunub. Lakin sonda, daha keyfiyyətli təmir üçün Almaniyaya göndərilib və orada
təmir etdirilib. Maraqlıdır ki, 100 ildən artıq yaşı olmasına baxmayaraq ağır kilsə qapıları bu gün də bir toxunuşla
açılıb, bağlanır.
Tikilidə ilk təmir işlərinə 80-ci illərin sonlarinda başlanıb. Lakin 90-cı illərin əvvəllərində başlayan siyasi
proseslər təmirin yarımçıq qalması ilə nəticələnmiş və binada erroziya prosesi daha da sürətlənmişdir. Kilsədə
növbəti təmir işləri 2011-2012-ci illərdə aparılmış və tarixi abidə yalnız bundan sonra öz əzəmətini geri qaytarıb.
Hazırda isə tikili dini-tarixi abidə kimi qorunur.
46
ERMƏNİ TƏCAVÜZÜNƏ MƏRUZ QALMIŞ
AZƏRBAYCAN ALMANLARI
Azərbaycanda mövcud olmuş alman koloniyalarının 1917-1918-ci illərdə ictimai-siyasi həyatına aid arxiv
sənədlərini araşdırarkən erməni millətçilərinin nəinki Azərbaycan türklərinə, o cümlədən Azərbaycanda hələ
1818-ci ildə məskunlaşan alman kolonistlərinə də düşməncəsinə yanaşdığı, onlara qarşı silahlı basqınlar etməsi
faktı üzə çıxır. Belə ki, azərbaycan xalqı ilə sıx dostluq münasibətində olan almanları erməni terrorçularının
gözü götürmür, onları sıxışdırırmaqla onlara qarşı vəhşiliklər törədirdilər. Erməni millətçilərinin uzun illər azəri
türklərinə və eyni zamanda Azərbaycanda yaşayan digər azsaylı xalqlara qarşı apardığı terror və soyqırım siyasəti
onların insanlığa qarşı olan vəhşiliklərinin sübutudur.
Erməniləri almanlara qarşı təcavüzə sövq edən əsas iki amil var idi: birincisi erməni-azərbaycanlı
münaqişəsində almanların erməni quldurlarını dəstəkləməməsi və hətta bəzi hallarda azərbaycanlıları
müdafiə etməsi və ikinci, ermənilərin almanları öz yaşayış yerlərindən qovmaq, onların yüksək səviyyəyə malik
təsərrüfatlarını, evlərini, geniş torpaq sahələrini, sənaye obyektlərini ələ keçirmək niyyəti.
Erməni-alman ziddiyyətləri hələ XIX əsrin əvvəllərindən mövcud idi. Erməni terrorçuları təkcə sadə
kolonistlərə qarşı deyil, rəsmi dövlət nümayəndələrinə də hədə-qorxu gəlir, erməni terroruna qarşı ictimaiyyəti
mübarizəyə çağıranları fiziki cəhətdən məhv edirdilər. Məsələn, erməni terrorçularının qatı düşməni,
Yelizavetpol quberniyasının vitse-qubernatoru Andrey Filimonoviç Andreyev 1904-cü ildə ermənilər tərəfindən
qətlə yetirildi. Alman kolonistləri onun xatirəsini əziz tutaraq dəfn mərasimində fəal iştirak etdiklərinə görə
Yelizavetpol qubernatorunun vəzifələrini icra edən general-mayor Fleyşer tərəfindən onlara öz minnətdarlığını
çatdırmışdır. Bu insansevərlik alman-lüteran əhalisinə 1905-ci ildə Cənubi Qafqazın alman koloniyalarının Ober-
pastoru Makus Millerin Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilməsi bahasına başa gəldi.
Hələ 1904-cü ildə kolonist Qotlib Digel öz üzüm bağında erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir.
1905-ci ildə, yenə öz üzüm bağında kolonist Yakov Andrisin oğlu ermənilər tərəfindən yaralanmışdır. Ermənilərə
məxsus üzüm bağının yanındakı yolla gedən zaman kolonistlər Kristian İmmanuelə və Henrix Mauerə ermənilər
tərəfindən atəş açılmış, başından güllə yarası alan Henrix Mauer isə oradaca ölmüşdür. 1906-cı ildə öz
üzüm bağından evinə qayıdan kolonist Qotlib Frik yolda ermənilər tərəfindən öldürülmüşdür. Yelenendorf
koloniyasında (indiki Göygöl) keçirilən iclasın iştirakçıları hökumət orqanlarına müraciət edərək “onların bu cür
47
terror aktlarından qorunmasını”, ümumiyyətlə erməni terroruna son qoyulmasını tələb edirdilər.
1905-ci ildən 1907-ci ilin avqustunadək “Daşnaksütyun” partiyasının Gəncədə yerli təşkilatının rəhbəri
Koryun partiya silahdaşları Arutyunov qardaşları ilə birlikdə terror fəaliyyətini həyata keçirmək üçün müxtəlif
yollarla – şantajla, hədə-qorxu ilə Helenendorfun (Xanlar) imkanlı alman iş adamlarından pul ödənişləri tələb
edirdilər. Hətta bu məqsədlə alman koloniyasında yaşayan və yaxud alman müəssisələrində çalışan erməni
əsilli işçilərdən də istifadə olunurdu. Məsələn, Yakov Qurrun mineral sular istehsal edən müəssisəsində satış
üzrə agent vəzifəsində Qukasov adlı erməni çalışırdı. Qukasov Y.Qurrdan xəbərsiz “Daşnaksütyun” partiyası ilə
sövdələşmə qurmuşdu. Daşnaklar Qurrdan böyük məbləğdə pul tələb etdilər və lakin onlara qəti rədd cavabı
aldılar. O, kömək üçün çar hökumət orqanlarına müraciət etdi. Y.Qurrun hökumət orqanlarına müraciətindən
sonra “Daşnaksütyun” partiyası 4 avqust 1907-ci il tarixdə ona partiyanın möhürü ilə təsdiqlənən ölüm cəzası
kəsdi və sonradan Qurr “başqa millətin nümayəndəsi olduğuna görə ona çıxarılan ölüm hökmünü 2000
rubl pul cəriməsi ilə əvəz etdi”. Y.Qurra göndərilən məktubda daşnaklar göstərilən məbləği 7 gün ərzində
Erməni Mərkəzi Komitəsinə ödəməyi tələb edirdilər. Əks halda Y.Qurru ölümlə hədələyirdilər. Ermənilərə pul
ödəməkdən imtina edən Y.Qurr 14 avqust 1907-ci il tarixdə “erməni terrorçuları tərəfindən güllələndi”.
O dövrün arxiv sənədlərinə görə, 1917-ci il noyabr ayının 12-dən 13-ə keçən gecə Şəmkir çayının
ərazisində məskunlaşan alman koloniyasına qarşı basqınlar nəticəsində 42 alman ailəsindən olan 57 nəfər
öldürüldü. Onların qızlarına, gəlinlərinə ağlasığmaz təcavüzlər edildi. Məhv edilən almanlar ertəsi gün Şəmkir
çayının ərazisində dəfn olundular. Bakıda və Bakıətrafı yaşayış məntəqələrində, Gəncədə, Şamaxıda və digər
ərazilərdə də eyni hadisələr təkrar olunmuşdur.
Sovet hakimiyyəti qurulduqdan sonra isə ermənilər Azərbaycan almanlarına “antisovetçi” damğası
vuraraq onların bir çoxunun güllələnməsinə nail olumuşdular. Bundan başqa ermənilər alman kolonistlərini
tatarlarla, yəni azərbaycanlılarla birləşərək ruslara, ermənilərə qarşı fəaliyyət göstərməkdə günahlandırır,
əsgərləri almanlara qarşı zor tətbiq etməyə çağırırdılar.
Cənubi Qafqazda Ali hakimiyyət kimi tanınan İctimai Təhlükəsizlik Komitəsi əsasən rus və erməni
mənşəli əsgərlərdən ibarət hərbi hissələrin xaotik şəkildə regiona qayıtmasını nəzarətə almağa cəhd edirdi.
Ermənilərdən ibarət belə hərbi alaylardan biri Yelizavetpol qəza komissarının köməkçisi Ter-Asaturovun
sərəncamı ilə Yelenendorf koloniyasında yerləşdirilmişdi. Kolonistlərin narazılığına baxmayaraq, erməni
hərbi birləşməsinin tam təminatı yerli almanların hesabına ödənilirdi. Erməni hərbi dəstəsinin koloniyada
yerləşdirilməsi 1918-ci ilin fevralında koloniyada yaşayan və bura başqa yerlərdən gələn ermənilərin
48
kolonistlərə silahlı hücumlarına və kolonistlərin qarət olunmasına münbit şərait yaratdı.
1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasını həzm edə bilməyən Rusiya hökuməti
tərəfindən silahlandırılmış erməni daşnakları Azərbaycan kəndlərinə hücum etdilər.
Məlum və acı həqiqətləri bir daha qeyd edək ki, 1914-cü ildə - I Dünya müharibəsi başlayanda rus çarı I
Nikolay Krım, Moldova, Şimali Qafqaz və Volqaboyunda, Azərbaycanda və digər yerlərdə yaşayan almanların
Sibirə köçürülməsini əmr etdi. Bu zaman yalnız Gəncə quberniyasındakı almanlar köçürülmədi. O zaman Gəncə
ictimaiyyəti, xüsusən də Rəfibəyov qardaşları və məşhur din xadimlərindən ibarət Gəncədə yaradılmış və
Şeyx Mehdi Allahyar oğlu Vəlinin başçılıq etdiyi “Gəncəyə pənah gətirən almanları himayə edən Şura”nın 12
nəfərdən ibarət üzvü Qafqaz canişininin yanına gedərək, almanlara zamin durub, onların köçürülməsinə imkan
vermədilər.
Yalnız 1918-ci ildə Azərbaycandakı almanların sayı 6000 nəfərə çatmışdır. Almanların say artımı, uğurları və
onların yerli əhali ilə mehriban münasibətləri Rusiyanın məqsədlərinə uyğun gəlmirdi.
Böyük Vətən müharibəsinin başlanması Azərbaycan almanları üçün çətin günlərin müjdəçisi oldu. Bu
müharibə almanlara qarşı əvvəlcədən düşünülmüş iyrənc planların işə düşməsinə rəvac verdi.
Nəhayətdə, 1941-ci ilin sentyabrında Stalinin əmri və Mikoyanın təşəbbüsü ilə, təqribən 20 mindən çox
Azərbaycan vətəndaşı olan alman heç bir tutarlı dəlil olmadan Qazaxısta və Sibirə sürgün edildilər. Onların
evlərində isə Mikoyanın havadarlığı ilə ermənilər yerləşdirildi.
49
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANLI
ALMANLARA QARŞI REPRESSİYA
(Təsnif edilmiş materiallar əsasında)
Moskvanın Azərbaycandakı əsas cəza orqanı olan Azərbaycan SSR-nin DSİ-nin mərkəzi aparatının DİXK-
nin sənədlərində, Alman əhalisinə qarşı edilən repressiyaların tarixi, dərəcəsi, habelə bəzi təşkilatçı və mülki
şəxslərə qarşı cinayətlərin iştirakçıları haqqında məlumatlar öz əksini tapmışdır. 1933-cü ilin martında DSİ
hakimiyyəti Azərbaycanda Alman əsilli şəxslərin tutulması üçün ilk “genişmiqyaslı əməliyyat” keçirdi. Bu vaxt
38 nəfər repressiya edildi. Onlardan 16-sı Bakıdan, 22-si isə koloniyalardan idi. Araşdırmalardan sonra 19 nəfər
məhkum edildi, digərləri isə sərbəst buraxıldı.
20 dekabr 1934-cü ildə Azərbaycanın Alman koloniyalarında, Bakıda və Gəncədə alman millətindən olan
insanların kütləvi şəkildə həbs edilməsi və bir qisminin Sibirə, Orta Asiyaya və Qazaxıstana deportasiyası üçün
əməliyyatlar keçirildi. Azərbaycanda bir qrup alman isə “Ehtiyacda olan qardaşlar” (Bruder in Not) təşkilatı
vasitəsilə Almaniyadan humanitar yardım aldığı üçün həbs edildi. Bu təşkilat Rusiya imperiyasından və SSRİ-dən
mühacirət etmiş almanları özündə birləşdirirdi. Belə ki, Bakıda: Vaqnerin rəhbərliyi altında 24 nəfər, Fritz və
Kufeldin rəhbərliyi altında 12 nəfər və Beckerin rəhbərliyi altında 5 nəfər, Helenendorfda Schuldaysın rəhbərliyi
altında 19 nəfər, Gəncədə isə Lerin rəhbərliyi altında 14 nəfər bu təşkilatda birləşmişdir.
1935-ci ilin mart-aprel aylarında Azərbaycanda yenidən alman əhalisinin qismən deportasiyası həyata keçirildi.
DİXK rəhbərliyinin AKP (b) Mərkəzi Komitəsinin katibi M.D. Bağırova 31 may 1935-ci il tarixli son altı ayda görülən işlər
barədə hesabat verilir. Bu sənədin «tam məxfi» qrifi ilə saxlanılan hissəsi totalitar rejimin hakimiyyət orqanlarının
cinayətkar fəaliyyətini əhatə edir: «Bu il 28 mart gecəsinə Bəzi hazırlıq işlərindən sonra (1935 - MD) bütün ərazilərdə
kəndlilər ələ keçirildi və onların əmlakları müsadirə edildi. Kəndlilərin ələ keçirilməsi əməliyyatı 6 aprel gecəsi
onların kütləvi şəkildə qatarlara doldurulması və Ağ Dəniz-Baltik Kombinatına (Belbaltlag NKVD SSRİ - MD) ilə başa
çatdı. Əməliyyat Nərimanov, Şamxor, Qazaö və Tovuz rayonlarında yerləşən 8 Alman koloniyasında həyata keçirildi.
Ümumilikdə 273 nəfərdən ibarət 72 ailə ələ keçirildi. Yoxlanış zamanı daha 4 kəndli ailəsi aşkar edilərək ələ keçirildi.
Bundan əlavə əvvəllər həbs olunmuş və faşistlərlə iş birliyi olan daha 13 kəndli ailəsi saxlanılmışdır”.
50
Azərbaycan SSR DİXK-nın 1935-ci il üçün hesabatında Azərbaycanda və Bakıda yerləşən alman
koloniyalarında 350 nəfərin repressiya edildiyi bildirilən belə bir başlıq yer almışdır: «12. 1935-ci ildə alman
əhalisi üzərində görülən işlərin ümumi nəticələri», Azərbaycan SSR DİXK-nın 1935-ci il üçün bir qədər sonra
hazırlanmış başqa bir məruzəsində «12. 1935-ci ildə Alman əhalisi üzərində görülən işlərin ümumi nəticələri»
başlıqlı bölmədə 1935-ci ildə repressiya olunanların sayının 381 nəfərə çatdığı qeyd olunur. Sənəddə göstərilən
qruplaşma aşağıdakı kimi olmuşdur:
- Qazax və Traubenfeld yaşayış məntəqələri və ləğv edilmiş 6 faşist qrupları üzrə - 35 nəfər.
- Bakıdakı və koloniyalardakı aktiv faşistlər (fərdi) - 9 nəfər.
- Din xadimləri (pastorlar) - 2 nəfər.
- «Hitler köməyi» üzrə - 9 nəfər.
- Kəndlilər (ailələri ilə) - 273 nəfər.
- Konkordiya işi üzrə- 49 nəfər
- Gestapo agentliyinə görə - 4 nəfər.
7 dekabr 1940-cı ildə DİXK-də SSRİ DİXK tərəfindən irəli sürülmüş vəzifələrin yerinə yetirilməsi məsələlərinə
həsr olunmuş əməliyyat iclası keçirildi. Məxfi sənədlərdə bildirilirdi:
- “Bakıda 10 dekabr 1940-cı ildən gec olmayaraq Bakı şəhərində həbs olunmalıdır: Emix Nikolay, Laydner
Levin, Konstantin Yedliçko, Plininqer Yakov, Andris Franz Fridrixoviç;
- 21 dekabr 1940-cı ildən gec olmayaraq Bakı şəhərində həbs olunmalıdır: Qummel Karl, Gurra (həkimin
oğlu).
- Kirovabadda 12.12.1940-cı ildə həbs edilməlidir: Akst Nikolay.
- Xanlarda 12.12.1940-cı ildə bir həbs edilməlidir: Fotteller Teofilus, Frik Georg, Braiş Edvard, Kun Yevgeni,
Frik Villi, Vakenqut Emma, Şmit German.
- Şamxorda 14 dekabr 1940-cı ildə həbs edilməlidir: Fetter Otto.
“SSRİ Daxili İşlər Xalq Komissarlığının rayon şöbəsinin rəhbəri Torosyanı bu həbslərin həyata keçirilməsinə
cəlb etmək. Kirovabad, Xanlar və Şamxorda tutulanların hamısı bir-birindən ayrı vəziyyətdə Kirovabad
həbsxanasının hücrələrində cəmlənməli, bunun üçün koloniyalarda həbs edilənlərin sistematik şəkildə
Kirovabad şəhərinə köçürülməsi təmin etməlidirlər. Həbs olunanların daşınması üçün isə Bakıdan qatarların
verilməsi tələb olunmalıdır».
Dekabrın 14-də Alman koloniyalarında 21 həbs həyata keçirilmişdi. 9 yanvar 1941-ci ildə, 1940-cı il