misraların boyu Salatının fədakarlığının boyundan çox kiçikdir
–hətta bu fədakarlıq yarımçıq təsir bağışlasa belə.
Salatın Azərbaycan ədəbiyyatında indiyə qədər yazılmış və
bundan sonra yazılacaq bütün qəzəllərin qəhrəmanlarından daha
cazibəli, daha səmimidir və bu səmimiyyəti duymaq hər kişinin
işi deyil.
Salatın hardan bilsin ki, onun hər gün gətirdiyi gülləri Əhməd
etinasızlıqla masanın üstünə atır, bu gülləri gətirənin kimliyi,
öz istəyində belə israrlı olması onu qətiyyən maraqlandırmır
və ümumiyyətlə, onun Radişşevin «Peterbuqdan Moskvaya
səyahət» kitabı ilə zəbt olunmuş ürəyində məhəbbətə, qadın
sevgisinə yer yoxdur?
Bəlkə bunu bilmək heç Salatına lazım da deyil?
Bəlkə Salatın Əhmədi sevgilisi kimi yox, gələcək övladlarının
biri kimi sevir?
Onda Salatının öz məhəbbətindən nə qədər zövq aldığını
duymaq gərək.
Salatını bu kasıb, balaca koma tərəfə belə gizli və israrlı
gəlişləri öz sevgisini diri ikən içində dəfn etdiyini anlayan,
bununla barışan bir insanın həmin sevginin məzarını ziyarət
etməsinə də bənzəmirmi?
Elə isə Salatının nə hisslər keçirdiyini yaşamaq gərək.
Və bir də polislər Əhmədi Radişşevin kitabına ürəyində bu
qədər səxavətlə yer ayırdığına görə həbs edib aparanda Salatının
necə sevindiyini görmək gərək.
Kino kamera ilə çəkilir. Əsl filmlərdə isə kamera dünyanı
Allahın gözü ilə görür, həyatın (və insanların) sirlərini,
ziddiyyətlərini bizim üçün görümlü obrazlara çevirir. Bu mənada
təkcə «Dəli Kür» filmində yox, ümumiyyətlə, Azərbaycan
kinosunda Allahın gözünün işığının ən çox düşdüyü səhnələrdən
biri – haqqında bəhs etdiyimiz səhnə, obraz isə – Salatındır
May, 2006–iyul, 201
MÜNDƏRİCAT
Günel Evazlı. Müəllifin zəfəri................3
SƏSLƏRİN HİKMƏTİ
Barmaların rəqsi....................................................................7
Cabahlarımızda yaşayan Qara Qarayev...............................14
Fikrət Əmirovun etirafı.......................................................20
Arif Məlıikovun “kapriççiosu”...........................................27
Sadəcə Bülbül.....................................................................34
Sevgimizdən usanmayaq.....................................................40
Yaqub Məmmədov:Yerlə göy arasında..............................53
Qədir Rüstəmovun azadlığı................................................59
Bir də tanış olduq, ustad!....................................................66
“Dərd əlindən bəmə qaçdım”.............................................72
Polina Desyatniçenko və Bpyük eşq yolu...........................78
Qıymayın kəpənək qanadlarına..........................................87
Ah, kliplər, kliplər...............................................................93
Özü kimi işıqlı...................................................................98
UNUDULMAYANLAR
Burla xatının “səhvi”.........................................................105
Gül çöhrəli Gülçöhrə .......................................................111
Ağ zanbaq kimi................................................................116
Həsənağa Turabovun bütövlüyü......................................121
Yusif Vəliyevin xarizması................................................126
Özünə yenilən “kral” aktyor............................................132
Əliağa Ağayevin sonuncu zarafatı...................................138
Əksliklərin vəhdətində.....................................................144
Rasim Balayevin improvizasiyaları..................................148
Eldəniz Zeynlov paradoksu..............................................154
Şahmarın təbəssümü.........................................................159
Hamletin “Hamletliyi”......................................................164
Mirpaşanın kürlüyü..........................................................170
Qalib və məğlub Səyavuş Aslan........................................175
Fazil Salayevin gözləri.....................................................181
Cəlalın aqibəti...................................................................186
Ələskər İbrahimovun sükutu və süqutu............................191
Görünməyən kadrların dedikləri......................................196
Çapa imzalanmışdır: 02.12.2020
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000