The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-30 07:58:42

Qurani-Kərimdə mənəvi prinsiplər

Qurani-Kərimdə mənəvi prinsiplər

151

nümunəvi bir ölkədir. Burada hər iki məzhəb nümayəndələri bir ailə
kimi yaşayır, həmrəylik və qardaşlıq nümayiş etdirirlər. Ölkəmizdə
mövcud olan vəhdət ənənəsini daha da genişləndirmək və dünyaya
təqdim etmək çox böyük əhəmiyyət kəsb edir.

Sizinlə vuruşanlarla siz də vuruşun

(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun,
lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!112

İslam dininə görə haqsız yerə insanların canına qəsd etmək,
onların haqqına təcavüz etmək böyük günah və zülmdür. Ancaq
Qurani-Kərimin “sizinlə vuruşanlarla Allah yolunda siz də vuruşun”
əmri özünü və haqqını müdafiə etmənin prinsipidir. Əgər kimsə
sizinlə vuruşursa, onunla vuruşmaq dinimiz tərəfindən bir əmrdir.
Bu gün Azərbaycanımızın 20 % torpaqları düşmən işğalı altındadır.
Tarixən düşmən onlara göstərdiyimiz humanist münasibətə xəyanətlə
qarşılıq vermiş, hücum edərək əzəli və əbədi torpaqlarımızı işğala
məruz qoymuşlar. Sadəcə Dağlıq Qarabağ deyil, ətraf rayonlar da
düşmən tərəfindən işğal edilib. Bir milyondan çox insan öz yürd və
yuvalarından çıxarılıb. Xalqımıza sözün əsl mənasında zülm edilib.
Bütün bunlar onu göstərir ki, biz bizimlə vuruşan, torpağımıza
təcavüz edən, əzəli torpaqlarımızı işğal edən düşmənlə qarşı qarşıya
mübarizə aparırıq. Xalqımızın haqq mübarizəsini dinimiz İslam da
dəstəkləyir. Çünki bir olan Allahın ayəsində deyildiyi kimi bizimlə
vuruşan düşmənlə vuruşmalı, torpaqlarımızı işğaldan azad etməliyik.

112  əl-Bəqərə surəsi, 190

152

Hər işdə bir xeyir vardır

Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də
xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz

bilməzsiniz.113

Din Allaha güvənmək, Ona etimad etmək, insanın qədərinin
onun əlində olduğunu qəbul etməkdir. Şübhəsiz ki, insan həyatı
sadəcə müsbət və ya sadəcə mənfi dövrlərdən ibarət olmur. Ömür
çarxımız müxtəlif məşəqqətlər və keşməkeşlərdən keçərək püxtələşir.
Qarşılaşdığımız hadisələr bizə həm təcrübə qazandırır, həm də həyatın
müxtəlif vəziyyətlərinin mahiyyətini açıqlayır. Bəzən müsbət bir hadisə
qarşısında çox sevinir, qürrələnir, bəzən də bir mənfi hadisə qarşısında
kədərlənib pərişan oluruq. Xüsusilə də mənfi bir hadisə nətciəsində
aylarla depressiyaya düşüb özünə gələ bilməyən, ağır stress keçirən
insanlar olur. Bəs dinimizin baxış bucağı nədir? İslama görə başımıza nə
gəlirsə gəlsin ilk öncə səbirli və təmkinli olmalıyıq. İkincisi isə, unutmaq
olmaz ki, başımıza gələn bütün hadisələrin bir hikməti və mənası var.
Bir çox insan etiraf edir ki, ilk öncə pis olaraq qiymətləndirdiyi hər
hansı hadisənin illər sonra onun xeyrinə olduğunun şahidi olub. Bu nəyi
göstərir? Biz insan olduğumuz və gələcəyi bilmədiyimiz üçün hadisələrə
yaxın perspektivdə və əlimizdə olan məlumatlar əsasında qiymət veririk.
Ancaq hadisənin bizim xeyrimizə, yaxud da ziyanımıza olması səbir tələb
edən və Allaha bağlı olan məsələdir. Bizim xeyrimizə zənn etdiyimiz bir
iş tam əksinə əleyhimizə ola bilər. Ziyan olaraq gördüyümüz məsələ isə
bizi xeyrə çatdıra bilər. Ona görə də müsəlman bütün hadisələrdə “bir
xeyir vardır” prinsipini rəhbər tutmalı və Allaha etimad etməldir.

113  əl-Bəqərə surəsi, 216

153

Qurani-Kərimdəki mənəvi prinsiplərə dair

HƏDİSLƏR

Şükr

Allah Rəsulu (s) buyurur: “Allah bəndənin üzünə şükrün elə bir
qapısını açmadı ki, bu zaman nemətin artım qapısından da biri onun

üzünə açılmamış olsun”114.

Doğruluq

Həzrət Peyğəmbər (s) buyurur: “Doğruluqdan əl çəkməyin.
Çünki doğruluq (insanı) yaxşılığa, yaxşılıq da cənnətə aparar. İnsan

mütəmadi olaraq düz danışar və doğruluqdan əl çəkməzsə, Allah
qatında “sözündə doğru olan” olaraq qeyd olunar115.

Ata-anaya yaxşılıq

Həzrət Məhəmməd (s) buyurur: “Səmanın rəhmət qapıları dörd
vaxtda açılır: yağış yağanda, övlad valideynin üzünə baxanda, Kəbə

evinin qapısı açılanda və nikah bağlananda”116.

114  əl-Kafi, c.2, səh.94, hədis 2
115  Müslim, Birr, 105
116  Came əl-əxbar, səh. 101

154

Ədalət

Həzrət Peyğəmbər (s) buyurur: “İdarəsi altında olan insanlara,
ailələrinə və məsul olduqları adamlara qarşı ədalətli davrananlar

Allah qatında Rəhmanın yanında nurdan minbərlər üzərində
əyləşdiriləcəklər”117.

Qohumluq

Rəsulullah (s) buyurur: “Burada olan və olmayan, Qiyamətə
qədər dünyaya gələcək ümmətimə tövsiyə edirəm ki, arada bir illik
yol qədər məsafə olsa belə, qohumları ilə xoş münasibətdə olsunlar,

get-gəl etsinlər. Bu, İslam dininin tərkib hissəsidir”118.

Allah rizası

Allah Rəsulu (s) buyurur: “Kim Allah üçün sevər, Allah üçün
nifrət edər, Allah üçün verər, Allah üçün (pisliklərə) mane olarsa,

onun imanı kamilliyə çatar”119.

Ailə

Həzrət Məhəmməd (s) buyurur: “Ailəsinə qayğı göstərməyən
Allahın rəhmətindən uzaqdır”120.

117  Nəsai, Adabul-qudat, 1
118  Əl-Kafi, c.2, səh. 151
119  Əbu Davud, Sünnə, 15
120  Əl-Kafi, c. 4, səh. 12

155

Halal qazanc

Allah Rəsulu (s) buyurur: “Heç kim əlinin əməyindən daha
xeyirli ruzi yeməmişdir. Davud (s) da öz əlinin əməyini yeyirdi”121.

Böhtan

Həzrət Peyğəmbər (s) buyurur: “Kim mömin kişiyə və ya qadına
böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah
Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi

bir od təpəsinin üstündə saxlayar”122.

Arzu və istəklərdə ölçü

Rəsulullah (s) öz səhabəsi Həkim ibn Nizama xitabən buyurur:
“Ey Həkim!Bu dünya malı göz qamaşdırıcı və şirindir. Kim bu
mala tamahkarlıq etmədən könül toxluğu ilə sahib olsa, onun malı
bərəkətləndirilər. Amma kim də hərislik və tamah dolu bir qəlblə bu
malı istəsə, eynilə yediyi halda doya bilməyən adam kimi onun da

malının bərəkəti gedər. Verən əl alan əldən üstündür”123.

Allahın rəhmətinə ümid

Hədisdə buyurulur: “Bütün ümidlərinizi pak olan Allaha bağlayın
və Ondan qeyrisinə ümid etməyin. Çünki, Allahdan qeyrisinə ümid

bəsləyən elə birisi olmadı ki, ümidi puça çıxmasın”124.

121  Buxari, Büyu, 15
122  Biharul-Ənvar, c.75, səh.194
123  Buxari, Zəkat, 50
124  Ğurarul-Hikəm, hədis 2511

156

Xeyirli işlər görmək

Allah Rəsulu (s) buyurur: “Elə insanlar vardır ki, xeyirin
açarları, şərin kilidləri kimidir. Bəziləri də şərin açarları və xeyirin

kilidləri kimidir. Nə xoşbəxtdir Uca Allahın xeyirin açarlarını
əllərinə verdiyi o şəxslər! Nə bədbəxtdir Uca Allahın şərin
açarlarını əllərinə verdiyi şəxslər”125.

Kor-koranə inanc

Hədislərin birində deyilir: “Heç vaxt camaatla eyni cür olub
demə ki, mən camaata tabeyəm və mən də camaatın biriyəm”126.

Elm

Həzrət Peyğəmbər (s) buyurur: “İnsan öldükdə üç əməl xaric
bütün əməllər kəsilir. Sədəqeyi-cariyə, istifadə edilən elm və dua

edən xeyirli övlad”127.

Saleh əməl

İslam Peyğəmbəri (s) buyurur: “Başqalarını yaxşı işlər görməyə
sövq edib yol göstərən şəxs o yaxşı iş görən qədər savab alar”128.

125  İbn Macə, Sünnə, 19
126  Məanil-Əxbar, səh.266
127  Müslim, Vəsiyyət,14
128  Biharul-Ənvar c.96, səh. 119

157

İstehza

Rəsulullah (s) buyurur: “Qardaşının başına gələnə sevinib
gülmə. Sonra Allah ona mərhəmət edib səni imtahana çəkər”129.

Məcburiyyət

Allah Rəsulu (s) buyurur: “Camaatı incitməyin. Çünki
(başqalarını) incitməmək sənin özün üçün verdiyin sədəqədir”130.

Övlad

İslam Peyğəmbəri (s) buyurur: “Heç bir ana-ata övladına gözəl
tərbiyədən daha qiymətli bir hədiyyə verməmişdir”131.

Xoş söz

Həzrət Peyğəmbər buyurur: “Bəzən insan Allaha xoş gələn
sözlər danışır və həmin sözün hara çatdığını belə güman etmir. Allah
həmin sözün səbəbinə öz razılığını qiyamət gününə qədər ona yazar.
Bəzən insan Allahın qəzəbinə səbəb olan söz danışır və həmin sözün
çatdığı yerə çatacağını da güman etmir. Allah bu sözün səbəbinə öz

qəzəbini, onunla görüşəcəyi günə qədər onunçun yazır”132.

129  Tirmizi, Sifətul-qiyamə, 54
130  Biharul-Ənvar, c.75, səh.54
131  Tirmizi, Birr, 33
132  ət-Tərğib vət-Tərhib, c.3, səh. 537

158

Zikr

Həzrət Məhəmməd (s) buyurur: “Rəbbini zikr edən şəxs ilə zikr
etməyən şəxsin fərqi, diri ilə ölünün fərqi kimidir”133.

Faydalı nəsihət

Allah Rəsulu (s) buyurur: “Qiyamət günü Allah yanında
insanların ən yüksək dərəcəlisi, Allahın yaratdıqlarına nəsihət və

onların xeyri üçün digərlərindən daha çox addımlayandır”134.

İnsaf

Həzrət Peyğəmbər buyurur: “Yoxsula maddi kömək edən və
camaata qarşı insafla davranan şəxs, elə həqiqi mömindir”135.

Xurafat

Allah Rəsulu (s) buyurur: “Kim bizim bu dinimizdə olmayan bir
şeyi sonradan əlavə etsə, o rədd edilər”136.

133  Buxari, Dəavət, 66
134  əl-Kafi, c.2, səh.208, hədis 5
135  əl-Xisal, səh.47, hədis 48
136  Müslim, Əqziyə, 17

159

Tövbə

Həzrət Məhəmməd (s) buyurur: “İtirdiyiniz heyvanı tapdığınız
zaman nə qədər sevinirsinizsə, əlbəttə, Allah da sizin tövbənizə

bundan daha çox sevinir”137.



Təmizlik

Allah Rəsulu (s) buyurur: “İmkanınız çatan bütün vasitələrlə
özünüzü təmizləyin. Çünki Allah-Təala İslamı təmizlik üzərində

qurub və Cənnətə yalnız təmiz şəxs gedəcəkdir”138.

Sədəqə

Həzrət Peyğəmbər (s) buyurur: “Hər yaxşılıq sədəqədir”139.

Təvəkkül

Allah Rəsulu (s) buyurur: “İnsanların ən güclüsü olmaq istəyən
Allah-Təalaya təvəkkül etməlidir”140.

137  Müslim, Tövbə, 2
138  Kənzul-Ümmal, hədis 26002
139  Buxari, Ədəb, 33
140  Cameul-Əxbar, səh.321, hədis. 904

160

İsraf

Həzrət Məhəmməd buyurur: “Təkəbbür etmədən və israfa yol
vermədən yeyin, sədəqə verin və geyinin”141.

Zənn

Peyğəmbər (s) buyurur: “Zənn-gümandan çəkinin! Çünki
zənn sözlərin ən yalan olanıdır. Bir-birinizin danışığına gizlicə
qulaq asmayın, eyiblərini araşdırmayın! Bir-birinizə qarşı öyünüb
lovğalanmayın, bir-birinizə həsəd aparmayın, kin saxlamayın! Bir-
birinizdən üz döndərməyin! Ey Allahın bəndələri! Qardaş olun!”142.

Qeybət

Rəsulullah (s) buyurdu: “Qeybət etmək zinadan daha pisdir.
Kişi zina edər, sonra tövbə edər və Allah onun tövbəsini qəbul edər.
Ancaq qeybət edən qeybətini etdiyi şəxs tərəfindən bağışlanmayana

qədər bağışlanmaz”143.

Riyakarlıq

Peyğəmbər (s) həccini yerinə yetirərkən belə dua edir: “Ey
Allahım (bunu) riyadan və özünü göstərməkdən uzaq bir həcc et”144.

141  Nəsai, Zəkat, 66
142  Müslim, Birr, 28
143  ət-Tərğib vət-Tərhib, c.3, səh 511, hədis 24
144  İbn Macə, Mənasik, 4

161

Səbir

Allah Rəsulu (s) buyurur: “Həqiqətən, qələbə səbirlə və işin
uğurlu sonluğu çətinliklə müşaiyət olunur. Həqiqətən, hər çətinliklə

yanaşı, bir asanlıq da var”145.

Məsləhət və məşvərət

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Qorxaqla məşvərət
etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simiclə məsləhət etmə

ki, səni məqsədindən çəkindirər. Həris adamla məşvərət etmə ki,
hərisliyi sənin nəzərində gözəl göstərər”146.

Qadın

Allah Rəsulu (s) buyurur: “Sizin ən xeyirliniz xanımlarına qarşı
ən yaxşı davrananınızdır”147.

Şeytan

Hədislərin birində deyilir: “İblis dedi: Beş nəfs var ki, onlara qarşı
heç bir çarəm yoxdur. Bunlar xalis niyyətlə Allaha sığınan və bütün
işlərində Ona arxalanan, gecə-gündüz Allaha çox təsbih deyən, özü üçün
bəyəndiyi şeyi mömin qardaşına da bəyənən, başına müsibət gələndə
səbirsizlik etməyən, Allahın ona qismət etdiyinə razı olan və ruzi qəmi
çəkməyənlərdir. Ancaq qalan bütün insanlar mənim ovcumun içindədir”148.

145  Biharul-Ənvar, c.77, səh.88, hədis 2
146  İləluş-Şəraye, səh.559, hədis 1
147  Tirmizi, Rəza, 11
148  əl-Xisal, səh.254, hədis 37

162

Dünyaya bağlılıq

Peyğəmbər (s) buyurur: “Kimin qayğısı axirət olarsa, Allah
onun qəlbini zənginləşdirər, iki yaxasını bir yerə yığar və dünya

onun ayağına gələr. Kimin qayğısı dünya olarsa, Allah onun
kasıblığını iki gözü arasında qoyar, onun iki yaxasını bir yerə

yığmaz və dünyadan ancaq nəsibi qədər əldə edər”149.


Ruzi

İslam Peyğəmbəri (s) buyurur: “Ruzi qazanmaqla məşğul
olmağın səni Allahın vacib etdiyi əməlləri yerinə yetirməkdən
saxlamasın. Çünki sənin qismətində nə varsa sənə çatacaqdır və

qismətində olmayan şeyə sənin əlin yetməyəcək”150.

Peyğəmbərlər

Allah Rəsulu (s) buyurur: “Mən dünyada və axirətdə Məryəm
oğlu İsaya insanların ən yaxın olanıyam. Peyğəmbərlər atadan bir,

anadan ayrı qardaşlardır, dinləri də birdir”151.

149  Tirmizi, Sifətul-qiyamə, 30
150  Biharul-Ənvar, c.77, səh.187, hədis 10
151  Buxari, Ənbiya, 48

163

Yaxşılığı əmr edib pislikdən çəkindirmək

Həzrət Peyğəmbər (s) buyurur: “Yaxşılıq edənin on nişanəsi
var: O, Allaha görə sevər, Allaha görə düşmənçilik edər, Allaha görə
yoldaş olar, Allaha görə ayrılar, Allaha görə qəzəblənər, Allaha görə

razı və məmnun olar, Allaha görə iş görər, Allahı axtarar, Allahın
qarşısında itaətkar, qorxan, çəkinən, pak, səmimi, həyalı və özünə

nəzarət edən olar və Allaha görə ehsan və yaxşılıq edər”152.



Bəndəlik şüuru

Peyğəmbər (s) İbn Abbasa belə nəsihət etmişdir: “Ey cavan,
sənə bəzi kəlamlar öyrədəcəm. Allahın haqqını qoru, O da səni
qorusun. Allahın haqqını qoru ki, Onu hər zaman yanında görəsən.
Bir şey istədikdə Allahdan istə. Kömək istədikdə Allahdan istə.
Bunu yaddan çıxarma, əgər bütün insanlar sənə bir xeyir vermək
məqsədilə toplansalar, Allah yazıbsa sənə xeyir verə bilərlər. Əgər
bütün insanlar sənə zərər vermək məqsədilə toplansalar, Allah

yazıbsa sənə zərər verə bilərlər”153.

152  Tuhəful-Uqul, səh.21
153  Tirmizi, Sifatul-qiyamə, 59

164

Tövhid

Həzrət Peyğəmbər (s) belə dua edərdi: “Mənə kifayət edən,
məni qoruyan, məni yedirib içirən, mənə yaxşılıq edib artıran, mənə
nemət verib bollaşdıran Allaha həmd olsun. Hər hal və vəziyyətdə
Allaha həmd olsun. Hər şeyin Rəbbi, sahibi və ilahı olan Allahım!

Cəhənnəmdən sənə sığınıram”154.

Hidayət

Allah Rəsulu (s) Əli ibn Əbu Talibə belə nəsihət etdi: “Ey Əli!
Heç kəslə, onu əvvəlcə (İslama) dəvət etməmiş vuruşma. And olsun
Allaha, əgər Allah sənin əlinlə bir nəfəri hidayət etsə, bu sənin üçün

günəşin üzərində doğaraq batdığı şeydən daha yaxşıdır”155.

Dua

Həzrət Peyğəmbər (s) buyurur: “Dua möminin silahı, dinin
sütunu, səmaların və yerin nurudur”156.

Ölüm

İslam Peyğəmbəri (s) buyurur: “Sizlərdən kimsə öldükdə onun
qiyaməti başlayır. Ona görə də Allaha elə ibadət edin ki, sanki Onu

görürsünüz və hər an Ondan rəhmət diləyirsiniz”157.

154  Əbu Davud, Ədəb 97. 98
155  əl-Kafi, c.5, səh.28, hədis 4
156  əl-Kafi, c.2, səh.468, hədis 1
157  Kənzul-Ummal, hədis 42123

165

Oruc

Allah Rəsulu (s) buyurur: “İslam beş əsas üzərində qurulmuşdur:
Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu
olduğuna şahidlik etmək, namazı düzgün qılmaq, zəkat vermək,

Kəbəyə həccə getmək və ramazan orucunu tutmaq”158.

Bağışlamaq

Rəsulullah buyurdu: “Allah bağışlayan bir bəndəsinin ancaq
şərəfini artırar”159.

İbadətdə orta yol

Peyğəmbər (s) belə demişdir: “Ey insanlar! Dində ifrata
getməkdən çəkinin. Çünki sizdən əvvəlkiləri dində ifrata getmək

həlak etdi”160.

Namus

Həzrət Peyğəmbər (s) deyirdi: “İffətdən törəyənlər təvazökarlıq,
faydalanma, asayiş, itaətkarlıq, bağışlama və səxavət olar” 161.

158  Müslim, İman, 21
159  Müslim, Birr, 69
160  İbn Macə, Mənasik, 63
161  Tuhəful-Uqul, səh.17

166

Əhdə vəfa

Allah Rəsulu (s) buyurur: “Müsəlmanlar halalın şərtlərinə və öz
əhdlərinə sadiqlərdir”162.

Təvazökarlıq

Həzrət Peyğəmbər (s) buyurur: “Allah üçün təvazökarlıq
göstərən şəxsi Allah ancaq ucaldar”163.

Həsəd

Peyğəmbər (s) buyurur: “Allah Musa ibn İmrana buyurmuşdur:
“Həqiqətən paxıl olan şəxs mənim nemətlərimdən narahat və

bəndələrim üçün böldüyüm qismətə etiraz edəndir””164.



Uşaq

Peyğəmbər (s) buyurur: “Uşaq dünyaya gəlincə onun üçün bir
əqiqə qurbanı kəsilir. Onun adına əqiqə qurbanı kəsin və (saçını

qırxaraq) onu rahatladın”165.

162  Kənzul-Ummal, hədis 10919
163  Müslim, Birr, 69
164  əl-Kafi, c.2, səh.307, hədis 6
165  Buxari, Əqiqə, 2

167

Salamlaşmaq

Allah Rəsulu (s) buyurur: “Salam vermək bizim dinin
rəhmət və mehribanlıq nişanəsi, dövrümüzün əmin-amanlığı və

pənahımızdır”166.

Sülh

Həzrət Peyğəmbər (s) namazın sonunda belə deyərdi: “Allahım!
Sən sülh və əmin-amanlıqsan, sülh və əmin-amanlıq səndən gəlir.
Ucalıq və ikram sahibi olan Allahım! Sən necə də mübarəksən”167.

Xəstələri ziyarət

Allah Rəsulu (s) buyurur: “Xəstəni ziyarət edən rəhmətə bürünər”168.

Dostluq

Həzrət Peyğəmbər (s) buyurur: “İnsan dostunun dini üzrədir. Buna
görə də hər biriniz kiminlə dostluq etdiyinə diqqət etsin”169.

166  Kənzul-Ummal, hədis 25242
167  Əbu Davud, Vitr, 25
168  Kənzul-Ummal, hədis 25141
169  Tirmizi, Zöhd, 45

168

Şəhidlik

Peyğəmbər (s) demişdir: “Ən şərəfli ölüm şəhadətdir”170.

Halallıq

Allah Rəsulu (s) buyurur: “Ey insanlar! Allahdan çəkinin və
ruzinizi gözəl yoldan istəyin. Heç kim ruzisini gec də olsa əldə
etmədən ölməyəcək. Elə isə Allahdan çəkinin və ruzinizi gözəl

yoldan istəyin. Halal olanı alın, haram olanı tərk edin”171.

İntihar

Həzrət Peyğəmbər (s) buyurur: “Heç biriniz başına gələn bir
bəlaya görə ölümü istəməsin. Əgər mütləq istəyəcəksə: “Allahım
yaşamaq mənim üçün xeyirli olduğu müddətcə məni yaşat, ölüm

mənim üçün xeyirlidirsə canımı al” desin”172.

Yetimlərə qayğı

Rəsulullah (s) belə nəsihət etdi: “Qəlbinin yumşalmasını və
diləyinə çatmağını istəyirsənmi? Yetimə mehribanlıq göstər və əlini

nəvazişlə onun başına çək, xörəyindən ona da yedirt. Belə olan
halda qəlbin yumşalar və istəyinə çatarsan”173.

170  Biharul-Ənvar, c.100, səh.8, hədis 4
171  İbn Macə, Ticarət, 2
172  Buxari, Mərza, 19
173  ət-Tərğib vət-Tərhib, c.3, səh.349, hədis 14

169

Zülm

Allah Rəsulu (s) buyurur: “Allahdan başqa köməyi olmayan
şəxsə zülm edənə Allahın qəzəbi çox ağır olar”174.

Vəhdət

Peyğəmbərimizdən rəvayət olunan bir hədisdə buyurulur: “Kim
«La ilahə illəllah» deyib Allahdan başqa tanrıları rədd etsə, Allah
onun malını və qanını başqalarına haram edər. Bu adamın hesabı da

yalnız Allaha aiddir”175.

Sizinlə vuruşanarla vuruşun

Allah Rəsulu (s) buyurur: “Allah yolunda Allahın adı ilə
savaşın. Allahı inkar edənlərlə çarpışın. Savaşın, lakin qənimət

malına xəyanət etməyin. Ölülərə müslə etməyin. Uşaqları
öldürməyin”176.

174  Kənzul-Ummal, hədis 7605
175  Müslim, İman, 37
176  Müslim, Cihad, 3

170

YEKUN

Yer üzünün xəlifəsi və yaradılmışların ən kamili olan insan
tarix boyunca müxtəlif fikir və düşüncələrin şahidi olmuşdur. Daim
özünü təkmilləşdirmə və inkişaf etdirmə ehtiyacı duyan insanın
sahib olacağı ən mükəmməl mənəviyyat qaynağı Qurani-Kərimdir.
Qiyamətə qədər hər bir kəs üçün “yol xəritəsi” olan Quran ehtiva
etdiyi mənəvi prinsiplərlə yer üzünə və insanlığa sülh, əmin-amanlıq,
birlik, qardaşlıq gətirmək iqtidarındadır. Bunun baş verməsi üçün
bizim üzərimizə düşən yeganə vəzifə isə oxumaqdır. Bu kitabı bəzək
əşyası və müqəddəs toxunulmazlıq statusundan çıxararaq oxumaq,
hətta stolüstü kitabımız halına gətirmək. Tam əminliklə deyə bilərəm
ki, Qurani-Kərimi oxuyan insanı heç kim din adı altında başqa
istiqamətlərə yönəldə bilməz. Onu radikalizm və xurafatın girdabına
sürükləyə bilməz. Qurani-Kərimi oxumaq sadəcə dini biliklərə
deyil, eyni zamanda mənəvi prinsiplərə yiyələnmək deməkdir. Hər
atdığımız addımda son səmavi kitabın və ilahi xitabın faydasını
görmək istəyiriksə Qurani-Kərimin prinsiplərinə əsaslanmalıyıq. Bu
prinsiplərə sığınan insan isə dünya və axirətdə səadətə çatacaqdır.

Məşhur bir hekayə bu kitabımızın niyyətinin açıqlanması
baxımından əhəmiyyətlidir. Nəmrud Həzrət İbrahim üçün (s) böyük
alov hazırlayaraqAllahın Peyğəmbərini bu alovda yandırmaq istəyirdi.
Bunu eşidənlərdən biri həmin alova baxmağa gedərkən yerdə kiçik
bir qarışqanın belində bir damla su apardığını görür. O, qarışqaya
“bir damla su ilə o alovu söndürəcəyinimi zənn edirsən?” deyə sual
verdikdə, qarışqa “mən o alovu söndürməsəm də öz tərəfimi bəlli
edirəm” deyir. Yəni qarışqa odu yandıranların deyil, söndürənlərin
yanında olduğunu bildirir. Sonsuz elm və hikmət mənbəyi olan

171

Qurani-Kərimdəki mənəvi prinsiplərin hər birini anlayıb dərk etmək,
əlbəttə ki, bizim elmi və fiziki imkanlarımız xaricindədir. Ancaq biz
bu kitabda həmin qarışqa kimi tərəfimizi bəlli edir və Qurani-Kərimin
yanında olduğumuzu bildiririk.

ALLAH AMANINDA!

MÜNDƏRİCAT

Müəllifdən................................................................................................3
GİRİŞ.......................................................................................................5
Quran və əxlaq.........................................................................................8
Mənəviyyat məsuliyyətdir......................................................................11
QURANİ-KƏRİMDƏ MƏNƏVİ PRİNSİPLƏR..............................13
Şükr........................................................................................................13
Doğruluq.................................................................................................14
Ata-anaya yaxşılıq..................................................................................15
Ədalət.....................................................................................................17
Qohumluq əlaqələrini qorumaq.............................................................18
Allah rizası.............................................................................................20
Ailə........................................................................................................21
Halal qazanc...........................................................................................22
Böhtan atmamaq....................................................................................24
Arzu və istəklərdə ölçü..........................................................................25
Allahın rəhmətinə ümid ........................................................................27
Xeyirli işlər görmək...............................................................................28
Kor-koranə inanc cəhalətdir...................................................................30
Elm .......................................................................................................31
Saleh əməl.............................................................................................32
İstehza günahdır.....................................................................................34
Dində məcburiyyət yoxdur.....................................................................35
Övladlarımız imtahandır........................................................................36
Xoş söz..................................................................................................38
Zikr........................................................................................................39
Faydalınəsihət........................................................................................40
İnsaf........................................................................................................42

Xurafat: Fal, cadu, uğursuzluq...............................................................43
Tövbə......................................................................................................44
Paklıq və təmizlik...................................................................................46
Sədəqə....................................................................................................48
Təvəkkül.................................................................................................50
İsraf etməyək..........................................................................................54
Hüsn-zənn..............................................................................................56
Qeybət və dedi-qodu böyük günahdır....................................................58
Riya və riyakarlıqdan çəkinmək............................................................61
Səbir.......................................................................................................62
Məsləhət və məşvərət.............................................................................66
Qadınlaramünasibət...............................................................................68
Şeytanla mübarizə..................................................................................72
Dünyaya bağlılıq....................................................................................75
RuziAllahdandır.....................................................................................77
Peyğəmbərlərə iman və hörmət..............................................................79
Yaxşılığı əmr edib pislikdən çəkindirmək.............................................82
Bəndəlikas şüuru....................................................................................85
Tövhid....................................................................................................88
Hidayət...................................................................................................91
Duamızı eşidən var................................................................................94
Ölüm son deyil.......................................................................................97
Allah üçün edilən ibadət – Oruc..........................................................100
Bağışlamaq fəzilətdir...........................................................................102
Orta yol................................................................................................105
Həya.....................................................................................................108
Əhdə vəfa.............................................................................................111
Təvazökarlıq və təmkin........................................................................113
Həsəd insanı məhvə sürükləyir...........................................................116

Yaşlılara və uşaqlara münasibət...........................................................119
Salamlaşma ənənəsi.............................................................................121
İslam sülh dinidir..................................................................................124
Xəstələriziyarət....................................................................................127
Dostluq ................................................................................................130
Şəhidlik ən uca zirvədir ......................................................................133
Halallıq dinin əmridir...........................................................................135
Bilmədiyiniz işin ardınca getməyin.....................................................138
İntihar çarə deyil.................................................................................141
Yetimlərə qayğı ...................................................................................144
Allah heç kimi gücündən artıq yükləməz ............................................147
Zülm etməyin.......................................................................................148
Vəhdət dinin təməlidir..........................................................................149
Sizinlə vuruşanlarla siz də vuruşun......................................................151
Hər işdə bir xeyir vardır ......................................................................152
Qurani-Kərimdəki mənəvi prinsiplərə dair HƏDİSLƏR....................153
Şükr......................................................................................................153
Doğruluq..............................................................................................153
Ata-anaya yaxşılıq...............................................................................153
Ədalət...................................................................................................154
Qohumluq............................................................................................154
Allah rizası...........................................................................................154
Ailə......................................................................................................154
Halal qazanc.........................................................................................155
Böhtan ................................................................................................155
Arzu və istəklərdə ölçü ......................................................................155
Allahın rəhmətinə ümid ......................................................................155
Xeyirli işlər görmək.............................................................................156
Kor-koranə inanc.................................................................................156

Elm......................................................................................................156
Saleh əməl...........................................................................................156
İstehza ................................................................................................157
Məcburiyyət.........................................................................................157
Övlad....................................................................................................157
Xoş söz ................................................................................................157
Zikr......................................................................................................158
Faydalı nəsihət ...................................................................................158
İnsaf.....................................................................................................158
Xurafat ................................................................................................158
Tövbə...................................................................................................159
Təmizlik................................................................................................159
Sədəqə..................................................................................................159
Təvəkkül...............................................................................................159
İsraf......................................................................................................160
Zənn.....................................................................................................160
Qeybət ................................................................................................160
Riyakarlıq............................................................................................160
Səbir.....................................................................................................161
Məsləhət və məşvərət...........................................................................161
Qadın....................................................................................................161
Şeytan...................................................................................................161
Dünyaya bağlılıq..................................................................................162
Ruzi.....................................................................................................162
Peyğəmbərlər.......................................................................................162
Yaxşılığı əmr edib pislikdən çəkindirmək...........................................163
Bəndəlik şüuru.....................................................................................163
Tövhid ................................................................................................164
Hidayət ................................................................................................164

Dua......................................................................................................164
Ölüm....................................................................................................164
Oruc.....................................................................................................165
Bağışlamaq...........................................................................................165
İbadətdə orta yol..................................................................................165
Namus..................................................................................................165
Əhdə vəfa.............................................................................................166
Təvazökarlıq.........................................................................................166
Həsəd....................................................................................................166
Uşaq.....................................................................................................166
Salamlaşmaq........................................................................................167
Sülh......................................................................................................167
Xəstələri ziyarət...................................................................................167
Dostluq ................................................................................................167
Şəhidlik................................................................................................168
Halallıq ................................................................................................168
İntihar...................................................................................................168
Yetimlərə qayğı ...................................................................................168
Zülm....................................................................................................169
Vəhdət..................................................................................................169
Sizinlə vuruşanarla vuruşun.................................................................169
YEKUN................................................................................................170

Çapa imzalanmışdır: 16.12.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version