The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-11-25 06:51:20

A L B E R T A Q A R U N O V

A L B E R T A Q A R U N O V

XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ

Digər Milli Qəhrəmanlarımızda olduğu kimi Albert Aqarunovun
da xatirəsinin-adının əbədiləşdirilməsi üçün istər dövlət tərəfindən,
istərsə də şəxslər tərəfindən bir sıra addımlar atılmışdır. Onun şərəfinə
paytaxtda və rayonların birində küçə salınmış, barelyeflər qoyulmuş,
məktəb adlandırılmış, şeirlər yazılmış, musiqilər bəstələnmiş, abidə
ucaldılmış, büst qoyulmuş və s.

Suraxanı rayonu 154 saylı orta məktəb.

Albert Aqarunovun

məzunu olduğu Bakının

Suraxanı rayonunun Əmircan

qəsəbəsindəki 154 saylı orta

məktəb hazırda onun adını

daşıyır. Məktəbin önündə Milli

qəhrəmanın büstü qoyulub və

bütün mühüm tədbirlər Milli

Qəhrəmanın büstü önündə keçirilir. Bundan əlavə, məktəbin daxilində

qəhrəmana həsr olunmuş guşə mövcuddur.

Milli Qəhrəmanımızın doğum və anım günləri (25 aprel və 8 may)

onun adını daşıyan bu məktəbdə hər il yüksək səviyyədə qeyd olunur.

Məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalar göstərilir,

rayon məktəblərinin “Şahinlər” komandaları hərbi orkestrin sədaları

altında nizamlı cərgə ilə büstün önündən keçirlər. Daha sonra isə

tədbir məktəb heyəti tərəfindən Şəhidlər Xiyabanında davam etdirilir.

51

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Bakı şəhərində küçə.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Azərbaycan Dağ
Yəhudiləri Dini İcmasının başçısı Milix Yevdayevin müraciətini
nəzərə alaraq Nərimanov rayonu ərazisində yerləşən adsız küçələrdən
birinə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinin
əbədiləşdirilməsi məqsədi ilə onun adının verilməsi və küçənin “Albert
Aqarunov küçəsi” adlandırılması haqqında sərəncam imzalamışdır.
Qeyd edilməlidir ki, əvvəllər həmin ərazidə erməni qəbiristanlığı
yerləşmişdir.

52

Xatirə lövhəsi.
25 aprel 2017-ci ildə

Azərbaycanın Milli Qəhrəmanı
Albert Aqarunovun doğum
günündə yaşadığı Suraxanı
rayonunun Əmircan qəsəbə-
sində 8/6 saylı binanın
divarına onun xatirə lövhəsi
vurulmuşdur. Eyni zamanda
binanın və ətrafındakı sahələr abadlaşdırılmışdır. Xatirə lövhəsinin –
barelyefin açılış mərasimi keçirilmişdir.

Mərasim hərbi orkestrin ifasında Azərbaycanın dövlət himninin
səsləndirilməsi ilə başlamış, sonra Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilmişdir.

53

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Mərasimdə iştirak etmiş Suraxanı Rayon İcra Hakimiyyətinin
başçısı İlqar Abbasov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri
Milix Yevdayev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram
Səfərov, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Cəbrayılov,
tədqiqatçı-jurnalist Lalə Hüseynova, Suraxanı maşınqayırma
zavodunda Albert Aqarunovun iş yoldaşı olmuş Məşgül Mirzəyev,
ərazinin müsəlman din xadimi, Azərbaycanın birinci tank taborunun
keçmiş komandiri, ehtiyatda olan kapitan Hacı Əzimov, keçmiş tank
komandiri Ağa Qasımov və qardaşı Rantik Aqarunov Milli Qəhrəman
Albert Aqarunovun şərəfli həyat yolundan, qəhrəmanlığından bəhs
edilmişdir.

***
28 sentyabr 2017-ci ildə isə Azərbaycan Dağ Yəhudiləri dini
icmasının sədri Milix Yevdayev və Azərbaycanın birinci tank
taborunun keçmiş komandiri Hacı Əzimovun təşəbbüsü, Quba Rayon
İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qırmızı Qəsəbədə Azərbaycanın
Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun adını daşıyan

küçədə xatirə lövhəsinin açılış
mərasimi keçirilmişdir.

Xatirə lövhəsinin açılışına
həsr edilmiş mərasimində Quba
Rayon İcra Hakimiyyətinin
başçısı Yaşar Məmmədov, Şuşa
Rayon İcra Hakimiyyətinin
başçısı Bayram Səfərov, Milli Məclisin deputatı Yevda Abramov,
Azərbaycanın birinci tank taborunun keçmiş komandiri, ehtiyatda
olan kapitan Hacı Əzimov, “Dədə Qorqud” fondunun prezidenti

54

Eldar İsmayılov, Azərbaycan

Dağ Yəhudiləri dini icmasının

üzvləri, Azərbaycan Hərb Tarixi

Muzeyinin əməkdaşları, Milli

Qəhrəmanın döyüş yoldaşları,

hərbi diktor Şəmistan

Əlizamanlı, Azərbaycan

Respublikasının Müadfiə Nazirliyinin 30 nəfərdən ibarət orkestri,

şimal bölgə rayonlarının İcra Hakimiyyətlərinin məsul əməkdaşları,

ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak etmişlər.

Quba rayonunun “Qırmızı qəsəbə”sində küçə.
Milli Qəhrəman Albert Aqarunovun adının əbədiləşdirilməsi
məqsədi ilə ata yurda Quba rayonundakı “Qırmızı Qəsəbə”dəki
küçələrdən birinə onun adı verilmişdir.

55

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Guşə.
“Qırmızı Qəsəbə” 1 saylı orta məkrəbdə “Quba
şəhidləri” guşəsində Albert Aqarunova həsr edilmiş
hissə mövcuddur.

Orden.

Dağ yəhudiləri icması tərəfindən Azərbaycanın müdafiə

qabiliyyətinin gücləndirilməsində töhfəsi olan azərbaycanlılara və

xaricilərə təqdim edilmək məqsədi ilə “Albert Aqarunov” medalı

təsis edilmişdir. “Azərbaycan torpağını qorumaq bizim müqəddəs

borcumuzdur” -  Bu sözlər Albert Aqarunovun xatirə medalının

üzərinə yazılıb.

Həmin medal Milli

Qəhrəmanın doğum günü

ilə əlaqədar Şəhidlər

Xiyabanında keçirilmiş

mərasimdə onun bütün

silahdaşlarına tədqim

olunmuşdur.

İsrailin Müdafiə naziri

Aviqdor Liberman da Dağ yəhudiləri icmasınin sədri Milix Yevdayev

tərəfindən bu medalla təltif olunanlar arasındadır.

56

Fond.
26 Aprel 2019-cu il tarixində Beynəlxalq Diaspor Mərkəzinin
təşəbbüsü ilə mərkəzin nəzdində Milli Qəhrəman Albert Aqarunovun
adını daşıyan fond təsis edilmişdir. “Albert Aqarunov Fondu”nun təsis
edilməsində məqsəd Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi
istiqamətində tədbirlər həyata keçirməkdir.
Fondun idarə heyyətinin ilk toplantısında Fondun həmsədrləri
BDM sədri İsmayıl Ağayev və Milli Qəhrəmanın qardaşı Rantik
Aqarunov seçilmişdir.

Heykəl – memorial abidə.
Heykəl – memorial abidə Milli qəhrəmanın 50 illik yubleyi
münasibəti ilə Bakının Nərimanov rayonu ərazisindəki Albert
Aqarunov küçəsində ucaldılmışdır (2019).
“Bakı Dağ Yəhudiləri” icmasının sədri Milix Yevdayev və Milli
Qəhrəmanın döyüşçü yoldaşları onun şərəfinə adını daşıyan küçədə
A.Aqarunovun büstünün qoyulması təşəbbüsünü irəli sürmüşdür.
Vətən uğrunda canlarından keçmiş şəhid və milli
qəhrəmanlarımızın xatirəsini hər zaman uca tutan Azərbaycan dövləti
bu təşəbbüsü rəğbətlə qarşılayaraq, abidənin ərsəyə gəlməsinə razılıq
vermiş, bunun üçün maddi vəsait ayırmışdır.
Lakin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq
rəssamı, heykəltəraş Ömər Eldarov milli qəhrəman üçün büstün çox da
nəzərə çarpacaq olmayacağını deyərək, Albert Aqarunova memorial
abidənin qoyulması ideyasını vermişdir. O, bu layihənin icrasını
rektoru olduğu Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri
Rahib Qarayev və Zamik Rzayevə həvalə etmişdir. Xəbəri eşidən
gənc heykəltəraşlar isə bu ideyanı sevinclə qarşılamışdır.

57

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Heykəlin kompozisiyası Ömər Eldarova məxsusdur. Eskiz ideyası
isə gənc heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayevə aiddir.

Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın
simvoludur. Texniki cəhətdən tankı göstərmək mümkün olmadığına
görə, qayadan istifadə edilərək fraqment verilmişdir.

Abidənin hazırlanması üçün dövlət tərəfindən ayrılmış məbləğ
materialların alınmasına xərclənmiş, müəlliflər isə zəhmət haqqı
almadan təmənnasız işləmişlər.

58

Rəsm sərgiləri.
Ölkəmizdə mütəmadi olaraq, Albert Aqarunova həsr edilən və
onun döyüş xatirələrini canlandıran rəsm sərgiləri keçirilir.

2019-cu il aprelin 30-da Muğam Mərkəzində Albert Aqarunovun
50 illik yubileyi münasibəti ilə Mərkəzin foyesində onun xatirəsinə
həsr olunmuş “Qarabağa qayıdış arzuları ilə” adlı rəsm sərgisi
açılmışdır.

59

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

İdman yarışları.
Ölkəmizdə mütəmadi olaraq Gənclər və İdman Nazirliyinin
dəstəyi ilə Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr
olunmuş gənclər və yeniyetmələr arasında respublika və beynəlxalq
əhəmiyyətli idman – karate yarışları, çempionatları keçirilir.

Əsasən Bakı və Sumqayıt şəhərlərində keçirilən bu yarışlarda
ölkəmizin müxtəlif şəhər və rayonlarından, o cümlədən, xaricdən
idmançılar qatılır. Həmin turnirlərdə yarış qalibləri Azərbaycan Milli
Karate Federasiyasının fəxri fərman və medalları ilə təltif edilir.

21 İyun 2018-ci ildə ölkəmizdə multikulturalizmin, tolerantlığın
qorunması, gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun
yüksəldilməsi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və
torpaqlarımızın azad olunması uğrunda şəhid olan qəhrəmanlarımızın

60

təbliği məqsədilə Azərbaycan
Silahlı Qüvvələrinin yaradıl-
masının 100 illiyi ərəfəsində
Milli Qəhrəman Albert
Aqarunovun xatirəsinə həsr
olunmuş 10-a yaxın ölkənin
nümayəndəsinin iştirak etdiyi
Qara Dəniz və Xəzəryanı
ölkələr arasında karate
üzrə beynəlxalq turnir
keçirilmişdir. Turnir Gənclər
və İdman Nazirliyinin
maliyyə dəstəyi, Milli Karate
Federasiyası, “Arpaçay”
karate klubu, Azərbaycan
Dağ Yəhudiləri Dini İcması və “Səbail” Tank Taborunun birgə
təşkilatçılığı ilə reallaşmış, orada 5 yaşdan 30 yaşadək müxtəlif çəki
dərəcəsində idmançılar yarışmışdır.
2019-cu ilin sentyabr ayında Azərbaycanın Milli Qəhrəmanı,
tankçı Albert Aqarunovun anadan olmasının 50 illik yubileyinə
həsr olunmuş “Olimpiya ümidləri” adlı beynəlxalq karate turniri
keçirilmişdir. Xatirə turnirində beynəlxalq hakimlər və 10-dan artıq
ölkənin idmançıları iştirak etmişdir.

61

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Filmoqrafiyası.
Azərbaycanın milli qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi,
yaddaşlara daha silinməz şəkildə həkk olunması, göstərdikləri
igidliklərin, şücaətin səhnələşdirilməsi, ən əsası isə yetişməkdə,
böyüməkdə olan gənc nəsillərə tanıdılması məqsədi ilə bir sıra sənədli
filmlərlər ərsəyə gətirilmişdir. Və bu proses bundan sonra da davam
etdiriləcək. Çünki işğal altında olan 20%-dən çox torpaqlarımızın
azad edilməsi üçün vətənpərvər gənclərimizin yetişdirilməsi labüddür.
Bunun üçün isə Həzrəti Məhəmməd peyğəmbərin “Ən gözəl tərbiyə
yaxşı nümunədir” tövsiyəsini əldə rəhbər tutaraq, film çəkilişlərinə üz
tutulmuşdur. O cümlədən də, yəhudi əsilli Milli qəhrəmanımız Albert
Aqarunov haqqında ildən-ilə yeni formatlı filmlər çəkilməkdədir.
2010-cu ildə “Salnamə” sənədli filmlər studiyası “Qarabağ
qəhramanları” silsiləsindən Azərbaycanın Milli Qəhrəmanı, tankçı
Albert Aqarunov haqqında “Dostuma məktub” filmini çəkilmişdir.
Cəsur döyüşçünün qəhrəmanlığından bəhs edən filmin ssenari müəllifi
və rejissoru Yefim Abramovdur.

2017-ci ildə isə Albert Aqarunov haqqında “Yaşadığım torpaq”
adlı bədii süjetli sənədli film çəkilmişdir. Filmin rejissoru və ssenari
müəllifi Səadət Şükürovadır.

2019-cu ildə İctimai Televiziya tərəfindən “Cəsur tankçı - Albert
Aqarunov” adlı film çəkilmişdir.

ssenari müəllifi: Lütfi Nəzəroğlu
quruluşçu rejissor: Nəsimi Məmmədoğlu

62

2019-cu ildə Milli Qəhrəmanın 50 illik yubleyi münasibətilə Real
TV tərəfindən “Tankın Tanrısı ALBERT AQARUNOV” adlı sənədli
film işıq üzü görmüşdür.

Bunlardan başqa internet kalanllarında və portallarında Albert
Aqarunov haqqında müxtəlif qısametrajlı video-kliplər, videoçarxlar
hazırlanaraq yayımlanmışdır.

63

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

ALBERT AQARUNOV XATİRƏLƏRDƏ

Azərbaycan xalqı Albert Aqarunovu Şuşa uğrunda gedən
döyüşlərdə tanıdı. Döyüşkən, sərrast atıcı, gülərüz və nikbin əhval-
ruhiyyəli bir tank komandiri kimi...

Milli Qəhrəmanımız çox qısa – cəmi 23 il yaşadığı üçün onun həyatı
haqqında çoxsaylı məlumatların olmasına belə demək olar ki, ömrü
yetməmişdir. Bu səbəbdən dolayı biz onun haqqında olan məlumatları
onun yaxınlarından, doğmalarından, döyüş yoldaşlarından, onunla
birgə xatirələri olan şəxslərdən almaqdayıq.

“Albert ailəmizin son beşiyi idi. Çox
sakit və mehriban uşaq olub. Böyüklərə
yardım etməyi sevərdi. Hamı ilə nəzakətli
davrandığına görə qonşularımız onu
xüsusilə sevərdilər. Həyatda tək istədiyi
adi insan xoşbəxtliyi, uğurlu işi və
doğulub-böyüdüyü ailə kimi ailəyə sahib olmaq idi. O, haqsızlıqla
heç barışmırdı. Onu hiddətləndirən Qarabağ hadisələri idi”.
“Mən Azərbaycan xalqına bizim qardaşımızı unutmadıqları üçün
çox sağ olun deyirəm. O, tək bizim yox, bütün azərbaycanlıların
qardaşıdır”.
“Onun yeganə sevmədiyi, hətta deyərdim ən nifrət etdiyi şey –
aqressiya və özündən zəiflərə qarşı təhqiredici münasibət idi”.
“Cəbhə xatirələrini Albertin öz dilindən eşitmək, qələbə ilə

64

nəticələnən döyüşlərini onun paylaşmasını istərdik təbii ki. Lakin
Tanrı onun qismətinə şəhidliyi yazdı. Qardaşımın ölüm xəbərinin
gəldiyi o qara gün hələ də gözümün önündən getmir. Ailəmizin bütün
üzvlərinə çox ağır zərbə oldu… Yeganə təsəlimiz Albertin xatirəsinin
Azərbaycan xalqı, dövləti tərəfindən yüksək dəyərləndirilməsidir. Biz
bunu hər an hiss edirik. Oxuduğu və hazırda da adını daşıdığı məktəbdə
tez-tez Albertin adına həsr olunmuş xatirə tədbirləri keçirilir. Həmin
tədbirlərdən mütəmadi xəbərdar olur, fotolar alırıq. Ümumiyyətlə, bu
illər ərzində mətbuatda yazılan məqalələr, onun xatirəsinə duyulan
maraq, ailəsilə mütəmadi saxlanılan sıx əlaqələr, verilən layiqli
dəyəri göstərir. Deməli, Albertin əməlləri unudulmayıb. Bu da bizi
təbii ki, çox qürurlandırır. Onu da deyim ki, qardaşımın xatirəsi
təkcə Azərbaycanda yox, İsraildə də yad edilir, əziz tutulur. Xüsusilə
də, Azərbaycanda doğulub, böyüyən, hazırda isə İsraildə yaşayan
miqrantlar tərəfindən. Biz də ailəsi olaraq Albert haqda əlimizdəki
bütün materialları – xatirələr, video və fotoları gələcək nəsil və tarix
üçün qoruyuruq”.

“Mən hər il Albertin doğum günündə Bakıya gəlirəm və görürəm
ki, Azərbaycan xalqı mənim qardaşımı unutmur. O, gənc nəsil
üçün qürur obyekti və nümunə kimi qalır. Bu yaxınlarda Bakıda
Albertin oxuduğu məktəbdə ona abidə qoyulub. Çox şadam ki, bu
gün mənim qardaşım Azərbaycan ilə İsrail arasında dostluq və
əməkdaşlıq rəmzlərindən biridir. Biz fəxr edirik ki, Azərbaycan xalqı
və Azərbaycan ordusu Alberti unutmur.

2016-cı ilin aprel ayında Ermənistanın Azərbaycana qarşı
hərbi təxribatları nəticəsində başlanmış qısamüddətli müharibə
dövründə biz Azərbaycan üçün çox həyəcan keçirirdik. Biz, əslən

65

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Azərbaycandan olanlar Azərbaycanın haqq işini müdafiə etmək
üçün batalyon yaradaraq könüllülər kimi orduya getməyə hazır idik,
axı mənim qardaşımın məzarı bu ölkənin torpağındadır. Lakin biz
Azərbaycan ordusunun erməni təxribatının qarşısını almaq və öz
vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistan
silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmasının, separatçıları geri
çəkilməyə məcbur edərək Azərbaycanın işğal olunmuş torpaqlarının
bir hissəsini xilas etməsinin şahidi olduq. Bu gün Azərbaycan Cənubi
Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Bu ordu öz
qüdrətini nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi və biz buna
görə çox fəxr edirik!”.

RANTİK AQARUNOV
Milli Qəhrəman Albert Aqrunovun qardaşı
Beynəlxalq Diaspor Mərkəzinin Yaxın Şərq üzrə

nümayəndəliyinin rəhbəri

“İlk tankları alanda ekipajları bölüşdürdük.
Çöldə nəsə səs-küy eşitdim. Gəldim görüm
ki, nə olub. Gördüm ki, Albert oturub tankın
üstündə. Dedilər ki, “Komandir, buna 534-ü
vermisiz, amma o, oturub 533-də, düşürtmək
istəyirik, düşmür”. Çağırdım ki, “Nə olub?”,
dedi ki, “Komandir, 33 yəhudi rəqəmidir. Mən istəyirəm ki, bu tankın
üzərinə də həmin rəqəm yazılsın”. Dedim ki, “Çox mu istəyirsən?”,
dedi – “Çox istəyirəm”. “Yaxşı”, dedim”.

66

“T-72 tanklarının çox mürəkkəb mexanizmə malik olmasına
baxmayaraq, A.Aqarunov öz döyüş yoldaşlarına səbrli və dəqiq
şəkildə bu tankın mexanizmini, hissələrini, atma üsullarını öyrədirdi.
Biz hərdən ona gülürdük. Onun bir döyüş metodu var idi ki, biz
ona “yəhudi buterbrodu” deyirdik. Deməli, düşmənin 2 texnikası
yaxınlaşanda Albert bir mərmi ilə hər ikisini vururdu. Şuşaya hücum
zamanı düşmənin 9 tankını, 7 BMP-sini və çoxlu sayda texnikasını
məhv eləmişdi... Bizim qəhrəmanımız heç vaxt ölməyib, ölməyəcək
də...”

“Mən hələ də elə bilirəm ki, Albert sağdır. Vaxt gələcək biz Şuşada
onun həlak olduğu yerdə heykəlini qoyacağıq. Onun adına Şuşada
küçə də olacaq, məktəb də...”

“Şuşalılar onu çox sevirdi. Çünki bilirdilər ki, Albert döyüş
mövqeyinə çıxanda, mütləq düşmənin hansısa hərbi texnikasını
vuracaq”.

“Albertin ölümü nəinki bütün batalyonu, bütün Şuşanı, eləcə
də, bütün Azərbaycanı kədərləndirdi. Biz onu dəfn etmək üçün
Bakıya Şəhidlər Xiyabanına gətirəndə, valideynləri dedilər ki, harda
istəyirsizsə basdırın. Atası dedi ki, “O, Azrbaycan uğrunda şəhid olub,
Azərbaycanlıları harda dəfn edirsizsə, Alberti də orda dəfn edin.” Biz
onu dəfn edəndə çox maraqlı idi ki, onun başının üstünd bir yanda
molla oturmuşdu, bir yanda isə ravvin. Biri Quran oxuyurdu, o biri
Tövrat. Çox təsirli, dözülməz mənzərə idi”.

HACI ƏZİMOV
“Səbail” tank tabor komandiri (A.Aqarunovun komandiri)

“Veteran tankçılar” İctimai Birliyinin sədri

67

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

“1991-ci ildə könüllülərin orduya yazılması
prosesi gedirdi. Mən də bir tankçı olaraq
könüllü orduya yazıldım. Alberlə eyni bölüyə
düşdük. Mən onu daha əvvəl də tanıyırdım.
Çünki eyni zavodda işləyirdik. Tale elə gətirdi
ki, biz milli orduda da görüşdük. Biz ona Alik
deyirdik. Hündür oğlan idi, boyu hardasa 1.85
sm olardı. Həm də ki, təmiz Azərbaycan dilində danışırdı. Elə oldu
ki, bir ekipaja düşdük – mən “533” nömrəli tankın komandiri, Albert
nişanlayıcı-tuşlayıcı, Sərrac Mustafayev isə sürücü-mexanik oldu.”

“Albert qeyri millətdən olması, yəhudi olmasına baxmayaraq,
azərbaycanlılar arasında sıxılmırdı. Onun bir sözü var idi: “Mən
Azərbaycanda doğulmuşamsa, yaşayıramsa, çörəyini yeyib, suyunu
içirəmsə, deməli mən Azərbaycanlıyam!””

“Albertdə bildiyini deməmək, başa salmamaq kimi paxıllıq
hissləri yox idi. Kim nə soruşurdusa, təmkinlə hər şeyi hamıya başa
salırdı”.

“777-ci xüsusi təyinatlı batalyonun kəşfiyatçıları hədəfləri bizə
deyirdi və biz onlara doğru istiqamət alırdıq. Albertin tankından atılan
mərmilər heç vaxt boşa çıxmazdı. Cəmi bir dəfə onun atdığı mərmi
hədəfdən yayınmışdı. O da ki, Allahdan oldu. Allah üzümüzə baxdı.
Sonradan məlum oldu ki, bizə düzgün məlumat verilməyib, həmin
pazisiyadakılar bizim öz əsgərlərimiz imiş”.

“Mayın 8-i səhərə yaxın idi. Gecədən xəbər almışdıq ki, ermənilər
güclü hücuma hazırlaşır. Albertin belə bir xasiyyəti var idi ki, vurduğu
hədəfi dərhal çıxıb baxırdı. Bu dəfə də o çıxdı tankdan. Döyüş gedə-
gedə bir də baxdım ki, Albert tərpənmir, heç nə də demir. Tankı geri

68

sürdürdüm ki, Albert yaralanıb. Qərərgaha çatanda gördük ki, o artıq
dünyasını dəyişib”.

AĞABABA QASIMOV
Albertin döyüş yoldaşı - tank komandiri

“Qeyri millətdən olmasına baxmayaraq, o çox
mehriban və səmimi insan idi. Bu xüsusiyyətinə
görə bütün batalyonda ona qarşı xüsusi bir
məhəbbət var idi”.

“O, biz azərbaycanlıların bəzisindən daha
çox döyüşə can atırdı. Həmişə ruh yüksəkliyi ilə
döyüşürdü. Həqiqətən də o çox güclü döyüşçü idi”.
“Ən çox texnikanı Şuşanın Nəbilər kəndi istiqamətində məhv
elədik. Tankda plemyot deyilən silah var idi. Plemyot tankın içindən
çıxardılır və əllə atılır. Albert onu çıxartdı və orda xeyli canı qüvvəni
də qırmağa nail oldu”.
“Heç vaxt yoldaşlarını çətin vəziyyətdə qoymazdı. Tankda nəsə
problem olduğundan şübhələndiyi zaman hər kəsi düşürdüb tək
yoxlamaq istəyirdi ki, partlayış olsa, tək ona nəsə olsun”.
“Albert Azərbaycan musiqisini sevirdi. Azərbaycan muğamlarını
qarmonda ifa edirdi. ”

SƏRRAC MUSTAFAYEV
Albertin döyüş yoldaşı

69

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

“Bir neçə ekipaj olaraq biz əsasən üç
otaqda yerləşmişdik. Batalyon komandirimiz
Hacı Əzimov, Şuşada olan bölük komandirimiz
Xəqani Məmmədov idi. Albertlə bir otaqda
qalırdıq, çoxlu söhbətlər edirdik. O, çox sadə
və təmiz ürəkli qardaş idi. Hamımız orda bir-
birimizi çox istəyirdik. Döyüşə çox can atırdı.
O, birincilərdən biri idi, birincimiz idi. Vətəni canından çox sevən
oğul idi.
Xatirələrimiz çoxdur. Bir dəfə aprel ayında Albertlə eyni tankda
ermənilərə - 366-ya qarşı eyni döyüşdə olmuşduq. Düşmən BMP-
sindən açılan atəş bizim tankımıza dəymişdi. Və mən yaralanıb
özümü itirəndə Albert tez tankı geriyə çəkmişdi.
O, şəhid olarkən, mən yaralı olduğum üçün Bakıya
göndərilmişdim. Həmin zaman yanında Ağababa və Sərrac olub.
Komandir Ağababanın bildirdiyinə görə tankın mərmisi qurtarmışdı.
Onlar mərmi doldurmaq üçün çəkilən zaman, yerdə yatan siravi
şəhidlərimizi Albert tankının üstünə yığıb qospitala təhvil vermək
üçün tankdan düşmüşdü və həmin an onu snayperlə vurmuşdular.”

ZAİD NƏZƏROV
“Veteran Tankçılar Birliyi”nin sədr müavin

Tank komandiri, II qrup müharibə qazisi

70

“Albert öz sadəliyi ilə bütün batalyona
nümunə idi. Deyib-gülər, qaynayıb-qarışar,
heç nəyi ilə bizdən seçilməzdi ki, o başqa
millətdəndir”.

“Sual veriləndə, ərinmədən gəlib, dərhal
həmin işi başa salıb gedirdi. Yenidən çağırırdım
ki, “Albert, bunu bilmədim, yadımdan çıxdı”.
Deməzdi ki, yenicə, bu dəqiqə başa saldım axı... Dərhal gəlib yenidən
izah edərdi. Tankın üstünə çıxıb bir-bir hər şeyi başa salardı. Başa
salıb qurtarandan sonra hətta deyərdi ki, “Bax haa, utanma, yadından
çıxsa, de, bir də izah edim”.
“Albertdə belə bir xüsusiyyət var idi ki, o hansısa ərazidə
düşmənin tankını, BMP-sini, maşınını vururdu. Biz də kəşfiyyatdan
yaxud erməni rabitə xətlərindən səs ötürücü vasitəsilə bundan xəbər
tuturduq ki, filan pazisiyadakı Azərbaycan tankı düşmən hədəflərini
vurdu. Biz bilirdik ki, həmin ərazidəki tank Albertin tankıdır və bu
işləri edən odur. Bunu özü də yaxşı bilirdi. Lakin o bir dəfə də olsun
gəlib təşəbbürlə, yekəxanalıqla deməzdi ki, mən tank vurdum, ya
BMP vurdum və s. O, bunu sadəcə olaraq özünə borc bilirdi”.

İSMAYIL İSMAYILOV
Albertin döyüş yoldaşı

71

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

“Özünəməxsus vurmaq qaydası var
idi. Proses şkalalar üzrə dəyişirdi. O, hər
pazisiyadan gələndə soruşurduq və danışırdı
nəyi necə edir”.

“Albert erməni yük maşını ilə tankını bir-
birinə yaxınlaşdığı anda bir mərmi ilə məhv
etmişdi. Biz ermənilərin də radiasiya vasitəsilə
danışarkən bu hadisəyə təəccübləndiklərinin şahidi olduq. Onlar
deyirdilər ki, “Bir mərmi atıldı axı, 2 texnika necə oldu ki, yandı?”
Mərmi həqiqətən də birini dəlib digərinə keçmişdi”.

ELXAN MEHDİYEV
Albertin döyüş yoldaşı

“1981-ci ildə mən Rəssamlıq Akademiyasını
bitirdikdən sonra təyinatım 154 saylı orta
məktəbə oldu. Və ilk dərsim Albertgilin sinifinə
təsadüf etdi. O, sinifdə digər şagirdlərdən boyca
hündür idi və sinifdə yoldaşları onun sözünü
dinləyirdi. O, sinifdə qayda-qanun yarada
bilirdi”.

XALİQ MƏMMƏDOV
Müəllimi

72

“Albert Aqarunovu Qarabağ
müharibəsinin ən böyük
qəhrəmanlarından biri hesab edirəm.
Onu ilk dəfə 1992-ci ilin aprelində
Şuşada görmüşəm. Albert “Tankçılar
batalyonu”nda idi. Bizim batalyon məktəbdə yerləşdirilmişdi.
“Tankçılar” isə şəhərin başqa hissəsində qalırdılar. Şuşada Albert
haqqında əfsanələr dolaşırdı. Təbii ki, Albert barədə mən də çox
eşitmişdim. Amma o vaxta qədər üzünü görməmişdim.

...Aprelin ya 24-ü, ya da 25-i idi. Biz bir dəstə döyüşçü Şuşada
qərargahın qarşısında söhbət edirdik. Uşaqlardan kimsə dedi ki,
“odur, Albert də gəlir!”. Gəldi, hamımızla çox mehriban görüşdü.
Çox sadə, gülərüz bir gənc idi. Albert rusdilli idi, mən də rus dilini
yaxşı bildiyim üçün həmin gün xeyli söhbət elədik.

Yadımdadır, Bakını çox sevdiyini, çoxlu azərbaycanlı dostları
olduğunu, bundan hədsiz qürur duyduğunu söylədi. Bir də dedi ki, kaş
müharibə tez qurtarsın, o, doğmaları ilə bura gəlib, bu gözəl şəhərdə
bir qədər dincəlmək istərdi.

Aramızda elə bir səmimiyyət yarandı ki, elə bil ki, bu insanla
neçə illər dostluq, yoldaşlıq etmişik. Yanında Yaşar adlı bir döyüşçü
də vardı, Albertin komandiri olduğu tankda onun köməkçisi idi. Yaşar
da sadə və mehriban bir döyüşçü idi, Albertlə bərk dostluq edirdilər.

Şuşada dəfələrlə görmüşəm ki, düşmənin iri texnikasını dəqiq
hədəfə alaraq məhv etmək üçün Albertin tankından tez-tez istifadə
olunur. O, tankı ilə gah “Üçbuğ” deyilən yerə qalxırdı, bəzən Daşaltı
yoluna tərəf enib, oradan, ya da “Cıdır düzü” tərəfdən düşmənin

73

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

zirehli texnikasına atəş açırdı. Albert çox sərrast atırdı. Onun bəlkə də
hər 10 mərmisindən 9-u hədəfdən yayınmırdı.

Biz Şuşada postlarda olanda ara-sıra ermənilərin hava rabitəsi
ilə danışıqlarını eşidirdik. Albertin adı çəkiləndə ermənilərin canına
vəlvələ düşürdü. Düşmən həyasızcasına açıq rabitə ilə Albertin
ölüsünü, ya dirisini verənlərə böyük mükafat verəcəyini vəd edirdi.
Təxribat xarakterli çağırışlar edirdilər ki, Alberti təhvil versəniz, nə
qədər istəsəniz əsirləri qaytara bilərik. Axmaqlar başa düşmürdülər
ki, heç bir azərbaycanlı döyüşçü Albertin başından bir tük əskik
olmasına razı olmaz!

Albert həqiqətən ermənilərə qan uddururdu, düşmənin çoxlu
sayda zirehli texnikasını yüksək dəqiqliklə hesablanmış atəşlərlə
sıradan çıxarmışdı, amma bu qədər xidmətləri olsa da, heç vaxt
lovğalanmazdı ki, “Mən bu qədər düşmən tankı, BTR-i məhv
etmişəm, ya başqa qəhrəmanlıqlar göstərmişəm”. Bir daha deyirəm,
Albert mənim yaddaşımda ən çox hədsiz sadəliyi ilə qalıb.

Ermənilər onun adını eşidəndə çox qıcıqlanırdılar. Albertin
ölümündən sonar bizim döyüşlər öz tanklarının üzərinə Albert
sözü yazmışdılar. Düşmənlər üstündə “ALBERT” yazılan bir
tankımızı vuranda sevinməyə macal tapmamış görürdülər ki, o biri
tərəfdən başqa bir “ALBERT” çıxdı. Hava rabitəsi ilə ermənilərin
deyindiklərini eşidirdik ki, “bu Albertlər nə qədərdir?”

NÖVRƏSTƏ YUSİFOVA
Qarabağ müharibəsində ilk
azərbaycanlı qadın döyüşçü, snayperçi
“Qarabağ əlilləri və veteranları” cəmiyyətinin rəhbəri

74

***
“Albert Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli
xüsusi təyinatlı batalyonda tank komandiri idi. Bu batalyonun
demək olar ki, bütün döyüşçüləri qeyri-adi şücaətləri ilə ad çıxarmış
qəhrəmanlar idilər. Onların ən yaxşılarından biri də Albert idi.
Mən Albertin Şuşada bir döyüşdə düşmənin 3 zirehli texnikasını
necə məhv etdiyinin şahidi olmuşam. Bu, çox parlaq döyüş idi.
Təbii ki, heç vaxt yadımdan çıxmır. 1992-ci ilin may ayınının 7-si
idi. Həmin gün ermənilər 1 ədəd T-72 və 3 BTR-lə hücuma keçdilər.
Birdən Albertin tankı ildırım kimi, Şuşanın giriş qapısından sıçrayıb
düşmənin zirehli texnikasını “qarşılamağa” getdi. Biz səngərlərdən
bu səhnəni müşahidə edirdik. Bir an nəfəsimizi dərdik. Albertin
komandiri olduğu tank çox sürətlə məharətlə manevr edib erməni
tankına yaxınlaşaraq atəş açdı. Bilirdik ki, tankın qülləsindən atəş açan
Albertdir. Erməni tankı ilk atəşdən sonra yanırdı! Bütün səngərlərdən
döyüşçülərimiz qalxaraq “Ura!” deyə Alberti alqışladılar. Deyim
ki, nizamnaməyə görə əsgərlərə səngərdən boy göstərməyə icazə
verilmir.
Ermənilərin üç BMP-sindən birincisi isə aşağıdan, yeməkxana
tərəfdən Şuşaya tərəf gəlirdi. Guya hiylə işlədib Albertin tankına
aşağı tərəfdən yaxınlaşmağa cəhd etdilər. Lakin xamlıq edib yolun alt
tərəfindəki üstü torpaqlı tövlənin üstünə çıxanda dam uçdu və BMP
içərisindəki ermənilərlə bərabər dərəyə yuvarlandı.
Döyüşün axırına qədər onlardan bir xəbər çıxmadı. Görünür,
yanmışdılar. Bundan sonra ermənlilər şərti siqnal işarəsi verib geri
çəkilməyə başladılar. Düşmənin ikinci BMP-si avtobazanın yanından

75

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

dal-dala aşağı enirdi. Avtobaza təpənin üstündə idi. Şuşanın yolu
ilanvarı və dik olduğundan bir müddət həmin BMP gözdən itdi.
Üçüncü BMP yenə Şuşaya qalxan yolla üzü yuxarı çıxanda BMP-
lər üzbəüz çıxdılar. Aşağıdan gələn BMP bilmədi ki, yuxarıdan
gələn, əslində geri qayıdan BMP özlərinkidir. Ermənilər öz zirehli
textikalarının yalnız arxasında ağ xaç çəkirdilər. BMP-lər üzbəüz
gəldiyi üçün aşağıdan gələn xaç işarəsini görməyib atəş açdı.
Yuxarıdan gələn, təbii ki, aşağıdan gələn zirehli maşının özlərinki
olduğunu bilirdi. Həmin BMP-ni alov bürüdü. Digər BMP-dəkilər 3
metr irəli keçəndən sonra başa düşdülər ki, səhv ediblər. Lakin artıq
gec idi və döyüş meydanından qaçmağa başladılar.

Bu hadisəni bütün təfərrüatı ilə ona görə danışıram ki, ermənilərin
həmin gün belə kobud səhvlərə yol verməsinə Albertin tankından
qorxaraq vahiməyə düşmələri səbəb olmuşdu. Acı təəssüf ki, bir gün
sonra, mayın 8-də düşmənin snayper atəşindən Albert Aqarunov həlak
oldu. Bu acı ağrı mənim qəlbimi bu gün də sızladır...

Hər dəfə döyüşçü dostlarımızla Şəhidlər Xiyabanına gələndə
mütləq Albertin də məzarını ziyarət edirik. Albert bizim döyüş
yoldaşımız olub, amma o, bir dost kimi təkcə bizim deyil, bütün
Azərbaycan xalqının dostu idi...”

İLHAM ÖMƏROV
BTR komandiri olmuş döyüşçü

76

HAQQINDA DEYİLMİŞ FİKİRLƏR

“Tarix boyu bu torpaqlarda məskunlaşmış
müxtəlif xalqların və etnik qrupların
nümayəndələri bir-biri ilə mehriban, dostluq
şəraitində, sülh içində birgə yaşamış, hətta
vətənimiz düşmən hücumlarına məruz
qalarkən dini-mədəni baxışlarındakı fərqlərə
baxmayaraq bir-birinə daha da yaxınlaşmış, eyni amal uğrunda –
vətənin bütövlüyü uğrunda çiyin-çiyinə vuruşmuşlar. Biz Qarabağ
müharibəsi zamanı bu mənzərənin bir daha şahidi olduq. Nümunə
olaraq yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovu qeyd edə
bilərik. Hansı ki, o, ailəsi ilə birgə İsrailə köçmək şansı olduğu halda,
doğulub-böyüdüyü Azərbaycanda qalaraq, onu canı-qanı bahasına
qorumağı üstün tutmuş, Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq
əfsanəsinə çevrilmişdir.
Bu gün hər bir Azərbaycan övladı onu tanıyır və qürur hissi ilə
yad edir.
Albert Aqarunov dini və milli müxtəlifliyə baxmayaraq Vətən
torpaqları uğrunda, onun insanlarını düşməndən qorumaq yolunda
canından keçərək şəhidlik mərtəbəsinə ucaldı. Bu gün o, şəhidliyin
əsl mahiyyətini dərk etməyən, ona yad torpaqlarda kim və nə
uğrunda döyüşdüklərini belə dərk etmədən həlak olaraq çatacaqlarını
düşünənlərin baxıb örnək alacağı şəhidlik məktəbidir”.

MÜBARİZ QURBANLI
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət

Komitəsinin sədri,
Tarix üzrə fəlsəfə doktoru

77

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

“Albert Aqarunov iki qardaş xalqın əsl
qəhrəmanıdır, biz onun rəşadətini və igidliyini
heç vaxt unutmayacağıq. 1991-ci il oktyabrın
9-da Azərbaycan Milli Ordusu yaradıldı
və Albert könüllü olaraq bu orduda xidmət
etməyə başladı. Albert Aqarunovun doğma
Vətən torpağını necə fədakarcasına və qəhrəmanlıqla qorumasını
xatırlayırıq.

1992-ci il mayın 8-də o, Şuşa ətrafında sonuncu döyüşə getdi. Az
sonra Aqarunovun heyəti düşmənin ikinci tankını vurdu. Aqarunov
mövqeyi dəyişərkən öz tankının düz qabağında həlak olmuş alay
yoldaşlarının cəsədlərini gördü. Həmin anda o, nə özü haqqında
fikirləşirdi, nə də bu addımın ona necə baha başa gələ biləcəyini
düşünürdü. O, yalnız Ermənistan tərəfindən başlanmış müharibənin
qurbanları olan belə gənclər və öldürülmüş oğullarının heç olmasa
cəsədlərini almaq istəyən analar haqqında fikirləşirdi. Albert həlak
olanların yanına qədər qaçaraq onları döyüş meydanından çıxarmağa
başladı və elə həmin anda özü erməni snayperinin gülləsinə tuş gəldi.

Albert onu öz doğma oğlu kimi böyüdüb boya-başa çatdırmış
Azərbaycanı çox sevirdi. 23 yaşlı Albert qısa, lakin şərəfli və igid
həyat sürdü. Azərbaycanda onu sevirlər və xatirəsini həmişə ehtiramla
yad edirlər. O, əsl qəhrəman, xalqımızın rəşadət nümunəsidir. Biz
onun xatirəsini həmişə hörmətlə yad edəcəyik. Şəhidlərimizin qanı
yerdə qalmayacaq”.

ZAKİR HƏSƏNOV
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik

78

“Hərdən bəzilərinə, daha çox da
mənfur düşmənlərimiz olan ermənilərə
qəribə gəlir ki, 23 yaşlı gənc olan yəhudi
əsilli Milli qəhrəmanımız Albert Aqarunov
İsrailə getmək üçün vizası cibində hazır
olduğu halda niyə müharibə şəraitində
olan bir ölkədən – Azərbaycandan çıxıb
getmədi. Əksinə, qanlı savaşların getdiyi Qarabağa yollandı?! Çünki
o, Azərbaycan vətəndaşı, azərbaycanlıydı.
Əslən Azərbaycanın Quba rayonunda yerləşən “Qırmızı
qəsəbə”dən idi. Hansı ki, bura İsrail dövlətindən sonra dünyada
yəhudilərin kompakt şəkildə yaşadıqları yeganə diyardır. Ta
qədimdən, yəhudilər bu diyara pənah gətirəndən bəri Azərbaycanda
nəinki onların can güvənliyinə təminat verilib, hətta dini və etnik
fərqliliklərinə baxmayaraq onlarla dostluq, mehriban qonşuluq və
qohumluq münasibətləri qurub, onların öz ibadətlərini yerinə yetirə
bilməsi üçün sinaqoqlarla, təhsil almaları üçün məktəblərlə, mədəni
irslərini, adət-ənənələrini davam etdirə bilmələri üçün mədəniyyət
evləri ilə təmin olmalarına şərait yaradılıb.
Çox güman ki, Albert Aqarunov da öz böyüklərindən onlara burada
yaradılmış şərait barədə eşitmişdir. Eyni zamanda da yaşadığı dövrdə
də bunun canlı şahidi olmuşdur. Belə bir Vətəni sevməyə, uğrunda
ölümə getməyə bilərdimi, Albert?! Ölüm kəlməsi burada sadəcə
cismani xarakter daşıyır. Albert hələ də yaşayır. Kiçik yaşlardakı
körpələrdən tutmuş ta ahıl yaşda olanlaradək bütün azərbaycanlıların
qəlbində, yaddaşında yaşayır və yaşayacaq da! Çünki şəhidlər yalnız

79

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

unudulanda ölür… Abert Aqarunov və bütün şəhidlərimiz, onların bu
Vətən üçün göstərdikləri şücaətlər xalqımız tərəfindən heç bir zaman
unudulmayacaq!”

SƏYYAD ARAN
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə

Dövlət Komitəsi sədrinin 1-ci müavini,
Azərbaycan Respublikasının əməkdar jurnalisti,

Filologiya elmləri namizədi, yazıçı-publisist

“Azərbaycanın yəhudi əsilli Milli
Qəhrəmanı Albert Aqarunov doğulduğu və
boya-başa çatdığı torpaqların bütövlüyü
naminə öz canını qurban verməklə yalnız
Azərbaycan xalqının qəlbində əbədi sevgini
qazanmadı, eyni zamanda onun həyat və
döyüş yolu gələcək nəsillər üçün rəmzi məna daşımağa başladı.
Bir daha şahidi olduq ki, etnik və dini mənsubiyyətindən asılı
olmayaraq bu torpaqlarda yaşayan hər kəs öz canı bahasına ana yurdu
qorumağa daim hazırdır. Bütün etnik, mədəni və dini müxtəlifliklərə
baxmayaraq, bizləri Azərbaycanlı edən, hamımız üçün müqəddəs olan
dəyərləri qorumağın vacibliyini Albert öz şəhadəti ilə bir daha bizlərə
xatırlatdı. Əlbətdə onun şəhadəti torpaqlarımızın ərazi bütövlüyü
uğrunda apardığımız savaşda yeganə qürur duyduğumuz nümunə
deyil. Albertlə yanaşı yüzlərlə qəhrəman igidlərimiz eyni amal

80

uğrunda öz canlarını heçə sayaraq şəhadət zirvəsinə yüksəlmişdir.
Artıq zəmanəmizin uşaqları özlərini xarici filmlərin qəhrəmanları ilə
eyniləşdirmirlər. Çoxunun dilində “Mən də Albert olacam!” arzusu
səslənir. Bu, o deməkdir ki, Azərbaycan xalqı var olduqca Albert də
bizimlə əbədi yaşayacaqdır.

Albert Aqarunovun sonuncu döyüşü 8 may 1992-ci ildə Şuşa
uğrunda oldu. Bu döyüş hələ də yekunlaşmayıbdır. Bu döyüşü qələbə
ilə başa vurub onun ruhunu şad etmək bizim hamımızın borcudur”.

RƏVAN HƏSƏNOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru

“Albert Aqarunov qısa, lakin dəyərli
ömür yaşayıb. Albert hər gün ölümün
üzünə dik baxıb. Bunun özü bir şücaətdir.
Allah eləsin ki, Albertin növbəti ad gününü
Şuşada qeyd edək”.

“Azərbaycanda 200-dən çox Milli
Qəhrəman var, Albert də onlardan biridir. Bizim məqsədimiz odur
ki, Alberti Milli Qəhrəman səviyyəsində ana bilək. Bu isə yalnız
Azərbaycanda mümkündür. Belə yüksək dəyər ancaq Azərbaycan
tolerantlığında, multikultural mühitində ola bilər”.

“Biz bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Albert
Aqarunovun 50 illiyini Şəhidlər xiyabanında və sonra Beynəlxalq
Muğam Mərkəzində yüksək səviyyədə keçirdik. Bu tədbirin

81

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

keçirilməsində, inanın Allaha, bütün respublika bizə kömək
edirdi. Prezident Administrasiyası, Nazirlər Kabineti, Şeyxülislam
həzrətləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi və aidiyyəti nazirliklər - Müdafiə,
Mədəniyyət, Gənclər və İdman Nazirlikləri, bütün icra hakimiyyətləri
bizə dəstək oldular”.

MİLİX YEVDAYEV
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri

“Albert “Vətən övladı” ordeni ilə
təltif olundu. Bu, Albert Aqarunovun
ölümündən sonra təltif olunduğu yeddi
nömrəli ordendir. Bu fakt Azərbaycanda
Milli Qəhrəman Albert Aqarunovun nurlu xatirəsinə necə hörmət
göstərildiyinin daha bir sübutudur Bu, bir daha sübut edir ki,
Azərbaycan tolerant ölkədir və burada millətindən və dinindən asılı
olmayaraq hamıya layiq olduğu qiymət verilir”.
“Liya Aqarunova vəfat edəndə mən STMEQİ fondunun və
Azərbaycan Yəhudiləri İcmasının adından Milli Qəhrəman Albert
Aqarunov kimi bütün respublikanın fəxr etdiyi bir oğul tərbiyə etmiş
insanla vidalaşmaq üçün Akkoya (İsrail) gəldim”.

SEMYON İXİİLOV
Dağ Yəhudiləri STMEGİ Xeyriyyə Fondunun rəhbəri

82

“Albert qəhrəman idi. O, könüllü olaraq,
Qarabağa getdi. Vətən hər kəs üçün vətəndir. Biz
yəhudilər burda əsrlər boyu torpaqda yaşamışıq,
bu torpağı Vətən kimi qəbul eləmişik. Albert cəmi
23 il yaşayıb, lakin Azərbaycan xalqının tarixində
dərin bir iz buraxıb”.

PİSAX İSAKOV
Quba rayonu, Qırmızı qəsəbə sakini

“Dini mənbələrimizdə “Vətəni sevmək
imandandır!”, deyə gözəl bir deyim vardır. Əgər
biz bu ifadənin məna dərinliklərinə ensək, burada
milli və dini mənsubiyyətindən asılı olmayaraq
hər bir insanın böyüyüb boya-başa çatdığı vətənini
sevməsi, ona layiq övlad olması və lazım gələrsə,
onun yolunda malını və canını göz qırpmadan belə, fəda etməsinin
izlərini görürük. Bütün bu dediklərimin fonunda onu bildirmək
istəyirəm ki, vətənimizin müstəqilliyi və onun ərazi bütövlüyü
uğrunda öz canını fəda etmiş milli qəhrəmanımız Albert Aqarunovun
əziz xatirəsi əbədi olaraq xalqımızın qəlbində yaşayacaqdır.

İBRAHİM QULİYEV
İlahiyyatçı, Fəlsəfə üzrə fəlsəfə doktoru,
Qafqaz Müsəlmanları İdarəsinin Fətva və Moizə şöbəsinin
aparıcı mütəxəssisi, Bakı İslam Universitetinin müəllimi

83

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

“Düşünürəm ki, Azərbaycanda Vətənin,
dövlətin və xalqımızın bütövlüyü uğrunda
canını fəda edən hər bir kəs müqəddəsdir,
seçilmiş mübarək şəxslər sırasında
olanlardandır. Şəhidlik zirvəsinin ali
məqamını dərk edən hər bir inanclı şəxs bilir
ki, xüsusi olaraq, Qarabağ torpaqlarının azadlığı, bizlər uğrunda
vuruşub canından keçən, şəhid olanlar, qazi olan hər bir Azərbaycan
Respublikası vətəndaşı bizlər üçün ilahidən nemətdir. Onların
sevilməsi, təqdir olunması, ruhları qarşısında baş əyilməsi İslamın
bizə hökm etdiyi müqəddəs dəyərlərdəndir.
İnanclı insan kimi öz adıma, təmsil etdiyim “Qarabağ seyid
ocaqları” adına tam məsuliyyətlə bildirirəm ki, Azərbaycanın Milli
Qəhrəmanlarımızdan Albert Aqarunov qardaşımız da fədakarlıq
göstərərək, 23 yaşında vətəni Azərbaycan uğrunda xalqımız uğrunda
vuruşaraq, şəhadət şərbətini içməsi, şəhidlik zirvəsinə yüksəlməsi
bizlər üçün qürurvericidir. O, 23 yaşında çox rahat şəkildə İsrailə
getməməsi, ordakı lüks həyatı seçməməsi, Vətənin dar günündə silaha
sarılaraq savaş meydanına atılması yüz illər keçsə belə Azərbaycan
xalqının tarixi yaddaşından silinməyəcək.
Dini və milli kimliyin vəhdətini ayırmağa cəhd edənlərdən fərqli
olaraq, hər zaman bu vəhdəti qoruyan, təbliğ edən şəxs olaraq,
düşünürəm ki, Albert və digər azsaylı xalqların nümayəndələri doğma
Azərbaycanın müqəddəs şəhidləridir. Bu səbəbdən də biz ara-sıra
ailəlikcə, övladlarımızla birgə bütün şəhidlərimizi, eləcə də Alberti
uyuduqları müqəddəs Şəhidlər Xiyabanında ziyarət edirik.

84

Xüsusi ilə qeyd etmək istəyirəm ki, mənim uşaqlıq çağlarımın,
elə indi də mənim üçün dünyanın bir nömrəli şəhəri olan Şuşamızın,
Azərbaycanın “mədəniyyət qalasının” uğrunda şəhid olan Albertə
bir azərbaycanlı olaraq vəfa borcumun olduğunu düşünərək, onu
Fatihələrimlə və dualarımla anıram. Albertə sevgi, sayğı, ehtiram
göstərmək, ruhu qarşısında baş əymək elə imandandır.”

SEYİD CAMAL ƏZİMBƏYLİ
“Qarabağ Seyiq Ocaqları” ictimai birliyinin rəhbəri,

Şərqşünas

“Bu gün Azərbaycandakı azsaylı
xalqların çoxunun milli qəhrəman adını
almış ümayəndəsi yoxdur. Lakin Albert
Aqarunov bizim üçün böyük bir nümunədir.
O, Azərbaycanda yaşayan bütün xalqların,
yəhudi xalqının, eləcə də azsaylı xalqların
hamısının qürur mənbəyidir.
Mən özüm də hərbi xidmət zamanı Sovet ordusunda tankçı
olmuşam və bu peşənin necə əziyyətli olduğunu bilirəm. Albertin
şücaəti, igidliyi, eləcə də adı həmişə yaşayacaq.”

ROBERT MOBİLİ
Alban-Udi xristian dini icmasının sədri

85

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

“Bizim üçün Vətəni müdafiə eləmək
yüksək bir fəxrdir. Biz Albert Aqarunovla
fəxr edirik. Bütün dövlətlər və millətlər
qarşısında biz fəxrlə danışırıq ki,
Azərbaycanda yaşayan bütün millətlər Azərbaycanın azadlığının və
ərazi bütövlüyünun keşiyində möhkəm dayanır”.

BORİS SİMANDUYEV
“Şöhrət” ordenli Quba rayonu, Qırmızı qəsəbə sakini

“Ölkəmizdə yaşayan digər xalqların
nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman
da canını Azərbaycanın müstəqilliyi və
suverenliyi uğrunda fəda edib. Azərbaycanda
yaşayan hər bir millətin nümayəndəsi ərazi
bütövlüyümüz, müstəqilliyimiz, suverenliyimiz
uğrunda canından keçməyə hazırdır. Albert də hər bir Azərbaycan
vətəndaşı kimi həyatını Azərbaycanın torpaqları uğrunda fəda etdi”.

İSMAYIL AĞAYEV
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri

86

“Azərbaycanın Milli Qəhrəmanı Albert
Aqrunovun həyat yolu hər bir gənc üçün örnəkdir
və onun xatirəsi həmişə Azərbaycanı sevən
insanların qəlbində yaşayacaq. Miliyyətcə yəhudi
olan Albert Aqarunov vətənimizin bütövlüyü
uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan
qəhrəmanıdır”.

UMUD MİRZƏYEV
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

“Azərbaycanda dinindən, dilindən və
millətindən asılı olmayaraq hər kəs sərbəst
yaşayır. Məhz bunun nəticəsidir ki, qeyri-
müsəlman əhalinin də bu ölkəyə məhəbbəti
sonsuzdur. Albert Aqarunov yəhudi əsilli olsa da,
Azərbaycan vətəndaşı kimi bu dövlətə borcunu
canı ilə ödədi və qəhrəman vətən övladı kimi
şəhid oldu. Xalqımız bu qəhrəman övladının xatirəsini daim uca
tutacaq”.

SABİR RÜSTƏMXANLI
Xalq şairi

87

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

“Qarabağ müharibəsinin başlaması ilə
A.Aqarunov könüllü olaraq cəbhəyə yollanıb.
Hərbi əməliyyatlar zamanı, o, Xankəndi, Daşaltı,
Cəmilli istiqamətində düşmənin xeyli canlı qüvvə
və zirehli texnikasını məhv edib. Tank komandiri
təyin edilən A.Aqarunov Şuşaya göndərilib. 1992-ci il mayın 8-də
Şuşa uğrunda döyüşlərdə tankçı Albert Aqarunov qəhrəmancasına
həlak olub. O, igidliyinə görə Azərbaycanın ən yüksək hərbi
mükafatına layiq görülüb”.

SAMİR ADIGÖZƏLLİ
İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar

Mərkəzinin sədri

“Suraxanı rayonunda Vətənin azadlığı
uğrunda şəhid olanların xatirəsinə hörmətlə
yanaşılır, onların ailələrinə, müharibə əlillərinə
və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir.
O, qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı
Albert Aqrunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun
xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq”.

İLQAR ABBASOV
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı

88

“Azərbaycan xalqı Albert Aqarunovun
qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti
heç zaman unutmayacaq. Miliyyətcə yəhudi
olan Albert Aqarunov Vətənimizin bütövlüyü
uğrunda mübarizədə şəhidlik zirvəsinə
yüksəlmiş Azərbaycan qəhrəmanıdır”.

RÜFƏT ƏMİROV
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycanın

Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik

“Hər il xatirə günlərində Albertin məzarını
ziyarətə gələnləri görəndə ürəyim dağa dönür.
Əsrlər boyu bir torpaqda yaşayan xalqlarımızın
birliyi sarsılmazdır. Azərbaycanın başı
üzərini qara buludlar alanda Albert də erməni
nankorluğuna dözə bilməyib Vətən uğrunda
döyüşlərə getmişdi. Şuşalılar bu gün də onun igidliklərindən
ürəkdolusu danışırlar. Albert öz qəhrəmanlığı ilə Azərbaycan və
yəhudi xalqlarının qardaşlıq rəmzinə çevrilib”
“Albertin harada doğulması, hansı milliyyətdən olması önəmli
deyil. Şuşada olan hər bir Azərbaycan oğlu Albert kimi hərəkət edərdi.
Gələcək nəsillərin tərbiyəsində, məktəblərdə, institularda, ictimai
yerlədə Albert kimi qəhrəmanlarımızı nümunə göstərmək lazımdır.
Belə insanlar unudulmamalıdır”.

89

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

“O, bir qəhrəmanlıq nümunəsidir. Azərbaycanda yaşayan hər bir
millətin övladına Azərbaycanı sevməyi və onun uğrunda mübarizə
aparmağı öyrətdi. Möhtərəm Prezidentimiz İlham Əliyev deyir ki,
“Azərbaycanda yaşayan bütün millətlərin Prezidentiyəm”.   Albert
Qarabağ, Şuşa oğludu. Onu Azərbaycan yetişdirdi. Bu gün bir daha
Azərbaycanın Milli Qəhrəmanı A.Aqarunovla qürur duydum. İftixar
hissi keçirdim. Doğrudan da, qəhrəmanlıq və qəhrəmanlar heç zaman
unudulmur”. 

YEVDA ABRAMOV
Milli Məclisin deputatı

“Azərbaycanla İsrail arasında bir çox
sahələrdə olan əlaqələr çox mükəmməl və
möhkəmdir. Hər iki ölkə tərəfindən bu əlaqələrin
daha da möhkəmləndirilməsi və daha çox sahəni
əhatə etməsi ilə bağlı böyük işlər görülür. Bu
gün Azərbaycanın Milli Qəhrəmanı yəhudi əsilli Albert Aqarunovun
doğum günün münasibətilə anım tədbirinin bu səviyyədə qeyd
olunması yəhudi icmasının Azərbaycanda necə yaşadığını, eləcə də
Azərbaycandan getmiş yəhudilərin Azərbaycanla hələ də əlaqəsi
olmasını bir daha göstərir”.

RAFAEL HARPAZ
İsrailin Azərbaycandakı keçmiş səfiri

90

“... 1992-ci il mayın 8-dən 9-na keçən
qaranlıq və soyuq gecə. Hərbi əməliyyat
hazırlanması barədə heç bir əlamət görünmür.
Gecə yarıdan keçmiş kəşfiyyatçılar bildirdilər
ki, ermənilər hücuma keçirlər. Lakin hücumun
genişmiqyaslı olacağını heç kəs gözləmirdi. O gecə Azərbaycanın
neçə-neçə mərd oğlu Azərbaycanın incisi, milli mədəniyyət bastionu
Şuşanı müdafiə edərkən həlak oldular. Onların arasında bir yəhudi
- Azərbaycan vətəndaşı Albert Aqarunov da vardı. Tank komandiri
23 yaşlı Aqarunov Vətən uğrunda canından keçdi. Albert qısa,
lakin şərəfli, qəhrəmancasına ömür yaşadı. Albert əsl qəhrəman və
xalqlarımızın mərdlik nümunəsidir.

Düşünürəm ki, dünyadakı insanların əksəriyyəti əhalisinin
çoxu müsəlmanlar olan dünyəvi ölkədə doğulmuş, bu ölkənin milli
qəhrəmanı adına layiq görülmüş yəhudi Albertin adını heç vaxt
eşitməyib. Azərbaycanda Albert müharibə qəhrəmanıdır və Albert
Vətən uğrunda həlak olandan illər sonra da belə davam edir.

Onun qısa və şanlı həyat hekayəti qəhrəmanlıq və mərdlik
haqqında roman kimi oxunur. Bu yəhudi-azərbaycanlı qəhrəman öz
tank batalyonunu erməni tanklarının hücumundan qorumaq üçün
mövqe tutmuşdu. O, əsl dost, məşhur atıcı, öz Vətəninin məğrur
müdafiəçisi idi. Albert erməni ordusunun ən böyük hədəflərindən biri
idi. Onun güclü hərbi vərdişləri və milliyyətcə yəhudi olması erməni
işğalçılara o qədər təhqiramiz təsir bağışlayırdı ki, onlar Albertin
başına 5 milyon rubl qiymət qoymuşdular.

Albertin İsrailə və ya Qərbdəki başqa bir dövlətə mühacirət

91

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

etməyə imkanı vardı, lakin o və azərbaycanlı həmvətənləri doğma
Azərbaycanı müdafiə etmək üçün mübarizə yolunu, müharibə yolunu
seçdilər. Albert Vətənin şərəfini, öz həmvətənlərinin şərəfini qorumaq
naminə öz həyatını qurban verdi.”

 ARYE QUT 
“Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-nin sədri
İsrailin nüfuzlu «The Jerusalem Post” qəzetində nəşr edilmiş
“Azərbaycanın Şuşa şəhərinin işğalı və Azərbaycanın milliyyətcə

yəhudi olan Milli Qəhrəmanı” məqaləsindən

“Azərbaycan xalqı və dövləti erməni
işğalçıları tərəfindən qətlə yetirilmiş hər bir
şəhidin, o cümlədən Albert Aqarunovun xatirəsini
uca tutur. Yəhudi millətindən olan Albert
Azərbaycan vətəndaşları ilə çiyin-çiyinə öz
Vətəni qarşısında borcunu ödəməli olduğuna səmimiyyətlə inanırdı.
Albert könüllü döyüşə yollandı. Azərbaycan dövləti ölümündən sonra
Albert Aqarunovun adını əbədiləşdirdi. Ona Milli Qəhrəman adı
verildi, Bakıda Albert Aqarunovun adını daşıyan küçə, məktəb var”.

YEGANƏ SALMAN
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru

92

“Milli Qəhrəman Albert Aqarunovun 50 illik
yubiley tədbirində iştirak etdiyimə görə qürur
hissi yaşayıram. Belə tədbirlərin mütəmadi olaraq
keçirilməsi Azərbaycan Ordusunun şəxsi heyətin
hərbi vətənpərvərlik tərbiyəsinə, döyüş ruhunun
yüksəldilməsinə, mənəvi-psixoloji hazırlığın və
vətənpəvərlik hisslərinin artırılmasına böyük
töhfələr verir. Milli Qəhrəman Albert Aqarunovun xatirəsi xalqımızın
qəlbində əbədi yaşayacaq. Adı Azərbaycan əsgərinə qəhrəmanlıq,
cəsurluq nümunəsi kimi çəkiləcək.”

AYDIN ƏYYUBOV
Müdafiə Nazirliyinin zabiti, polkovnik

“Dünyada elə bir ölkə yoxdur ki,
Azərbaycandakı qədər azsaylı xalqlara
bu qədər diqqət yetirilsin: «Biz Albert
kimi döyüşçülərlə fəxr edirik. Gənc nəsil
belə döyüşçülərin igidliyindən örnək
götürməlidir. Azərbaycanın ən müasir silahla
təchiz edilmiş güclü ordusu var. Azərbaycanın bir qarış torpağı da
düşmənə verilə bilməz! Azərbaycanın üçrəngli bayrağı Şuşada,
Qarabağda dalğalanacaq!”
“Adı dillərdə gəzirdi. Nəinki Şuşa, bütün Qarabağ camaatı bu
yəhudi əsilli qəhrəmanla fəxr edirdi. Mən onu şəxsən tanıyırdım.

93

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Albert Şuşanın fəxri vətəndaşıdır. Çünki o, Şuşa uğrunda döyüşüb,
Şuşa uğrunda da şəhid olub. Bu gün Şuşa məktəbliləri Albertin
göstərdiyi qəhrəmanlıqlardan danışır. O gün olsun ki, doğma Şuşamız
düşməndən azad edilsin və Albertin adı uğrunda canından keçdiyi
Şuşada da əbədiləşdirilsin”.

BAYRAM SƏFƏROV
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı

“Bütün Azərbaycan xalqı Prezident, Ali Baş Komandan başda
olmaqla öz şəhidlərinə, qəhrəmanlarına böyük ehtiram göstərir,
xatirələrini əziz tutur. Tarixən Azərbaycan uğrunda qəhrəmanlar,
ərlər, ərənlər döyüşüb. Xalqımız onları heç zaman unutmayıb. Albert
də belə qəhrəmanlardan biridir. Onun qəhrəmanlığı gənc nəslə,
hərbçilərimizə örnəkdir”.

MEHMAN KƏRİMOV
Müdafiə Nazirliyinin polkovniki

“Qarabağ müharibəsinin başladığı
ilk vaxtlarda - 1991-ci ildə milli ordu
sıralarına yazılan ilk könüllülərdən
biri kimi Albert tank komandiri təyin
edilir. Şuşa, Xankəndi, Daşaltı, Cəmilli

94

istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edir. 1992-ci il mayın
8-də Şuşa-Laçın yolunda gedən döyüşlər zamanı doğulub böyüdüyü
və sevdiyi doğma Vətəni Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid
olur. A.Aqarunov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
erməni quldurlarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlara görə
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb”

YAŞAR MƏMMƏDOV
Quba rayonunun keşmiş icra başçısı

“Dedim ki, büst o qədər də diqqət
çəkməyəcək, gəlin, həqiqi abidə hazırlayaq,
unikal olsun. Şəkillərə baxdım və dedim
ki, bizim xeyli istedadlı heykəltəraşlarımız
var. Beləliklə, bu işi bizim müəllimlərə
tapşırdıq. Mən yalnız ideya verib, eskizlərə baxmışam və təşkilati
məsələlərlə məşğul olmuşam. Qalan işlər müəlliflərin zəhmətidir.
Vəzifəmiz ilk növbədə Azərbaycanın Milli Qəhrəmanına yaxşı
bir abidənin hazırlanması, eyni zamanda, əhalimizə gənc istedadlı
heykəltəraşlarımızın yetişməsini göstərmək idi. Hesab edirəm ki, bu
abidənin timsalında bunu nümayiş etdirə bildik.”

ÖMƏR ELDAROV
Heykəltəraş,

Azərbaycan Respublikasının xalq rəssamı,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

95

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Milli qəhrəmanımız Albert Aqarunovun əziz
xatirəsinə

Mən indi bildim ki, bir hünər ölmür,
o şahlıq quşunu mən alqışladım.
Hünəri göstərən o əsgər ölmür,
sənin yaşıdındı, mənim yaşıdım.

O sürdü tankını Cıdır düzünə,
Qarabağ düzünün tən ortasıydı.

Qartal şığıyırdı şikar üstünə,
bu uçuş - sonuncu bir qıyyasıydı!

Zirvədən-zirvəyə o bir can atdı,
duyduqca düşmənin min hiyləsini.

Tolerant ölkənin adından atdı,
işğalçı ölkəyə - son gülləsini.

Vətəndə - vətənsiz Şuşa qalası!
O, gözü yoldaydı,
Bu, özü yolda.

Deyin, qara geysin düşmən anası,
ya meyiti qalıb, ya izi yolda.
Sənə, Azərbaycan, o ana dedi,
səngərdə yazıldı varaq sinəsi.

Tufandan çıxanda, tufana getdi.

96

özü - şəhid oldu,
vətən - töhfəsi!

Gedib Xiyabanda gül-çiçək əkdik,
gözü aydın olsun doğan ananın.

Adını fərəhlə, qürurla çəkdik,
bizim adımıza şöhrət olanın.

Qalxın, şəhidlərin xatirəsinə,
gəlsin səcdəsinə dumanlı dağlar.
Baxın - Azərbaycan xəritəsinə,
Vətən yadigardı, millət yadigar.

NƏRİMAN HƏSƏNZADƏ
Azərbaycanın xalq şairi
9 aprel 2018-ci il

“Azərbaycan, bizim yaşadığımız
ölkə, bizim vətənimizdir. Bir vətəndaş
kimi bizdə bu dövlətə xidmət edib, bu
dövlət üçün çalışırıq. Azərbaycanın ərazı
bütövlüyü uğrunda gedən döyüşlərdə,
vətəninin müdafiəsinə 12 yəhudi qatılmış,
onlardan 8 nəfəri şəhid olmuşdur. Bu şəhidlərdən biri isə Azərbaycan
prezidentinin 7 iyul 1992-ci qərarı ilə Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülmüşdür. O, Aqarunov Albert Aqarunoviçdir.

97

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Qarabağ müharibəsi başlayanda Albert könüllülər siyahısına imza
ataraq, vətəninin müdafiyəsinə qatılmışdır. Döyüşlərdə yenidən tank
komandiri təyin edilərək, o zamanlarda qızğın döyüşlər gedən Şuşa
cəbhəsinə göndərildi. O dəhşətli günlərdə İsrail ilə sadələşdirilmiş
viza rejimi qüvvədə idi. Albert iki gün ərzində ölkəni tərk edə bilər,
ancaq fərqli bir yol seçdi: - Torpaqlarımızı qorumaq.

533 nömrəli tank ekipajı düşməni dəhşətə gətirdi. Əfsanəvi tank
rəhbərinin məhv edilməsi üçün düşmən tərəfi mükafat təyin etmişdir.
Şuşaya hücum zamanı 9 tank, 7 piyada döyüş maşını və digər erməni
texnikasını vurdu. Belə bir döyüş taktikasına Albertin əzmkarlığı,
yüksək döyüş bacarığı, qorxmazlığı, təmkinliyi və ən əsasida düşmən
texnikasini bir atəş mərmisiylə məhv etmə bacarığı idi.

Albertin ölümü də 8 may 1992-ci ildə Şuşnın işğalı ilə eyni günə
təsadüf edir. Həmin vaxt Albertin 23 yaşı yenicə olmuşdu.

Zamanımızda Albertin xatirəsi hər an yad edilir, ona musiqilər,
şeirlər, kitablar yazılır, adına müxtəlif idman növləri üzrə yarışlar
keçirilir, filmlər, kliplər çəkilir, məktəbə, küçəyə onun adı verilir,
memorialı və abidəsi ucaldırılır. Biz – Azərbaycan xalqı hər zaman
Alberti yaşadacayıq.”

NƏSİMİ ƏBİLOV
Sumqayıt Yəhudi Dini İcmasinin təsisçisi

98

VƏTƏN MƏNSİZ YAŞAR,
MƏN VƏTƏNSİZ YOX!

Adın düşdü bu gün bütün dillərə,
Hünərin yayıldı bizim ellərə.

Sən ey vətənimin qəhrəman oğlu,
Qəlbin məhəbbətlə, eşq ilə dolu.
Vətəni qorumaq borcumdur, dedin,
Qolumun qüvvəti, gücümdür, dedin.
Vətən mənsiz yaşar, mən vətənsiz yox,
Onun adı yüksək, mərifəti çox.
Vətən azadlıqdır, vətən çörəkdir,
Vətənsiz bir həyat kimə gərəkdir.
Bu canım vətəndir, suyum vətəndir,
İnsanlar dünyada gəlib-gedəndir.
Mənim ən qiymətli sözüm vətəndir,
Alovlu ürəyim, gözüm vətəndir.
Mən ilham almışam doğma vətəndən,
Meyvəli bağlardan, göy çəmənlərdən,
Göylərə ucalan uca dağlardan,
Ruhu təzələyən saf bulaqlardan.
O mənə güvənir, mən də ki, ona,
Onun arzusunu yetirsəm sona
Deyərəm, dünyada xoşbəxt mənəm, mən,
Ölsəm də adımı yaşadar vətən.
Sən ey vətənimin qəhrəman oğlu,
Qəlbi məhəbbətlə, eşq ilə dolu.

99

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Könüllü yazıldın sən siyahıya,
And içdin vətənə, sən öz canına.
Dedin: “Qarabağı qorumaq üçün,
Keçərəm canımdan lazımsa bir gün!”
Döyüş meydanına girdin mərdana,
Hünərin yayıldı Azərbaycana.
Sən ölməzlər cərgəsinə qanla yazdın adını,
Qucağına aldı vətən öz doğma övladını!

RAŞBİL ŞAMAYEV
Yəhudi əsilli şair,

Qafqaz Yəhudiləri Cəmiyyətinin sədri 

100


Click to View FlipBook Version