The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-11-25 06:51:20

A L B E R T A Q A R U N O V

A L B E R T A Q A R U N O V

Turan Nəsirova

MİLLİ QƏHRƏMAN

ALBERT AQARUNOV

VƏ VƏTƏN SEVGİSİ

(50 illik yubileyi münasibətilə)

BAKI - 2019

“Vətən yolunda şəhid olanlar ölmürlər,
xalqın qəlbində, ürəyində əbədi yaşayırlar...
Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik.

Bu, bizim millətimizin iftixarıdır”

Ümummilli lider
HEYDƏR ƏLİYEV

Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir

Turan Nəsirova

MİLLİ QƏHRƏMAN
ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Dizayner: Raman Dadaşov

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

ŞƏHİDLİK MƏRTƏBƏSİ VƏ
ŞƏHİDLƏRİMİZ

Müstəqilliyin, hürriyyətin, azadlığın, var olmağın yolu
mübarizələrdən, çətinliklərdən, əzab-əziyyətlərdən keçir. O xalq, o
dövlət xoşbəxtdir ki, onun uğrunda canından keçən, canını fəda edən
vətən övladları – şəhidləri və qaziləri var.

Şəhidlik! O, elə bir zirvədir ki, bu zirvəyə heç də hər kəs ucala,
yüksələ bilmir. Bu zirvəyə o insanlar ucalırlar ki, onlar Vətən,
millət, dövlət, haqq, ədalət yolunda ölümün üzərinə yürüyə, ölümün
gözlərinin içinə dik baxa bilirlər.

“Şəhid” ərəb mənşəli kəlmə olub “xəbər verən”, “bildiyini
söyləyən”, “hazır olan” və “hadisəyə şahidlik edən” anlamını ifadə
edir. Tanrı dərgahında şəhidlik mərtəbəsi peyğəmbərlikdən sonra ən
yüksək zirvə hesab olunur. Şəhidlərin Allah qatındakı məqamı ilə bağlı
müqəddəs kitabımız Qurani-Kərimdə buyurulur: “Allah yolunda
öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah
dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (Bəqərə,
154). Bu söz müqəddəs dini kitabımızda 50 yerdə işlədilmişdir.

İslam peyğəmbəri Həzrəti Məhəmməd isə şəhidlik haqqında
buyurmuşdur ki, “Cənnətə girən şəxs yer üzünün bütün nemətləri
ona verildiyi təqdirdə belə, dünyaya qayıtmaq istəməz. Təkcə
şəhiddən başqa. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid
olmaq istəyər”.

Hər zaman Azərbaycan xalqı üçün şəhidlər milli qürür mənbəyi,

4

baş tacı, onların uyuduğu məkan isə and yeri olmuşdur. Çünki onlar
Vətən, dövlət, millət üçün, yəni bizlər üçün bu dünyadan arzu-
diləkləri ürəklərində qalmış, nakam getmiş, vaxtsız, erkən yaşlarında
dünyasını dəyişmiş şəxslərdir.

Tarix boyu Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi, ərazi
bütövlüyü uğrunda çoxsaylı şəhidlər vermiş, Vətən torpaqlarımız
qanlı göz yaşları, şəhid qanları ilə suvarılmışdır. Xüsusən də, iki
dəfə müstəqillik qazandığımız XX əsr ərzində azərbaycanlılar 4
dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-
1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və
etnik təmizləmələrə məruz qalmışdır. Həmin müddətdə vətənimiz
Azərbaycan qanlı savaşlar və soyqırımlar meydanına çevrilmiş,
xalqımız həm azadlıq, həm torpaqlarımızın bütövlüyü uğrunda
mənfur qonşularımızla və onların himayədarları ilə mücadilədə
minlərlə övladını şəhid vermişdir.

Ermənilər tərəfindən həyata keçirilmiş 1918-ci ilin mart qırğınları
və bu qırğınlar zamanı şəhid olmuş vətən övladları hər il həmin
tarixdə dünyanın hər yerində yaşayan həmvətənlilərimiz tərəfindən
anılır, yad edilir, onların ruhlarına dualar oxunur.

1988-ci ilin yanvar-fevral aylarında erməni şovinistlərinin
Azərbaycana qarşı növbəti ərazi iddiasına başlaması noyabr ayında
250 mindən artıq azərbaycanlı soydaşımızın silah gücünə öz tarixi
dədə-baba yurdlarından – İrəvan, Göyçə, Dərələyəz, Zəngəzur
mahallarından deportasiya edilməsi ilə nəticələndi. Ermənilər həmin
illərdən etibarən azərbaycanlılara qarşı müxtəlif şəhər və rayonlarda,
hava limanlarında, dəmiryolu, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-
Şuşa, Ağdam-Xocalı marş¬rut¬ları üzrə hərəkətdə olan avtobuslarda,

5

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

metrolarda, qatarlarda, helekopterdə və s. çoxsaylı qanlı terror aktları
təşkil edərək, yüzlərlə sivil həmvətənlilərimizin, eləcə də dövlət
xadimlərimizin, ziyalılarımızın ölümünə səbəb olmuşlar.

Həmçinin, dirçələn növbəti milli-azadlıq mübarizəsi nəticəsində
yenidən şəhidlər verməyə başladıq. Keçmiş SSRİ-nin Azərbaycan
xalqına qənim kəsilmiş ermənipərəst rəhbəri Qorbaçovun tapşırığı ilə
1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda “Qanlı
Yanvar”, bir neçə gün sonra isə Lənkəranda və Neftçalada törədilən
qırğınlarlar nəticəsində saysız-hesabsız oğul və qızlarımız, eləcə də
azyaşlılarımız şəhidlik mərtəbəsinə ucaldı.

Eyni zamanda, havadarlarının dəstəyi ilə ermənilər Azərbaycanın
dinc sakinlərinin yaşadığı Bağanıs Ayrım, Əskipara, Tuğ, İmarət-
Qərvənd, Sırxavənd, Xocalı, Daşaltı, Ağadaban, Meşəli, Cəmilli,
Umudlu, Kərkicahan, Qaradağlı və bir sıra strateji əhəmiyyətli
kəndlərində silahlarla, hərbi texnikalarla hücum edərək insanlıq
tarixinə sığmayan kütləvi soyqırımlar həyata keçirmiş, qadınları,
qocaları, körpələri xüsusi amansızlıqlarla qətlə yetirmiş, ömürlük
şikəst etmişdir: hamilə qadınların qarınları süngü ilə yarılmış,
körpələrin dəriləri soyulmuş, körpə bədənləri pəncərələrə, divarlara
mıxlanmış, tonqala atılmış, gözləri çıxarılmış və s.

Bunlardan 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən
gecə – bir gecədə ermənilər tərəfindən həyata keçirilmiş Xocalı
soyqırımı xüsusilə vurğulanmalıdır. Hansı ki, həmin soyqırımı
zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc
sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər
iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, düşmən
gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı, 1275 nəfər

6

əsir götürülərək işgəncələrə, təhqirlərə məruz qaldı və onlardan
68-ı qadın və 26-ı uşaq olmaqla 150 nəfərin taleyi bu günədək
məlum deyil... Xocalı soyqırımı bəşər tarixinə dinc əhalinin
soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda
doğurmuş, tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa,
Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli
faciələrdən heç nə ilə fərqlənmir.

1990-cı illərin əvvəllərindən etibarən Ermənistan Respublikasının
əsassız ərazi iddiaları ilə Azərbaycanın tarixi torpaqları olan Qarabağa
təcavüz etməsi ilə regionda hələ də davam edən Qarabağ hərbi
münaqişəsinin əsası qoyuldu. Nəticədə vətənimizin ərazi bütövlüyü
uğrunda silaha sarılaraq düşmənə qarşı mübarizəyə atılan on minlərlə
hərbiçilərimiz, əsgərlərimiz və yerli sakinlər şəhid, qazi, ömürlük
şikəst oldu. Yüzlərlə vətəndaşımız əsir, itkin düşdü və itkin düşən
vətəndaşlarımızın çoxundan xəbər yoxdur, əsir düşənlərimiz isə
27 ilə yaxındır ki, erməni vandalizmindən, işgəncələrindən əziyyət
çəkməkdədir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların və xarici
dövlətlərin ikili standartları səbəbindən Qarabağ münaqişəsinin hələ
də öz ədalətli həllini tapmamasının, davam etməsinin nəticəsidir ki,
Azərbaycan bu gün də şəhidlər verməkdədir.

Bütün bunlar tarixdə gizlədilməsi mümkün olmayacaq qanlı
hadisələrdir və xalqımız, xalqımız yaşadıqca, müstəqil dövlətimiz
var olduqca, həmin qətliamlar, qanlı hadisələr, onların qurbanları,
şəhidlərimiz, milli qəhrəmanlarımız da bizimlə yaşayacaq,
xatırlanacaq, yad ediləcək!

XX əsrdə torpaqlarımıza və xalqımıza qarşı yönələn erməni
təcavüzlərinə və terrorlarına qarşı xalqımız səfərbər olaraq vətən və

7

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxmışdır.
Bütün bunların fonunda diqqət çəkən bir məqam da olmuşdur. Din,
məzhəb, etnik-milli kimlik fərqi olmadan bütün Azərbaycan xalqının
– türksoyluların, rusların, yəhudilərin, ukraynalılarin, ləzgilərin,
tatarların, talışların, avarların və digərlərinin vəhdəti, həmrəyliyi...

İstər 1918-ci ilin mart-aprel qırğınları, istər “Qanlı Yanvar” faciəsi,
istərsə də Ermənistanın əzəli Azərbaycan torpağı olan Qarabağa
təcavüzü zamanı təkcə azərbaycanlılar deyil, əsrlər boyu bu torpaqlarda
bizimlə mehriban şəraitdə yaşayan, sevincli və kədərli günlərimizdə
bizimlə həmrəy olan başqa dinlərin və millətlərin nümayəndələri bir
azərbaycanlı olaraq vətəniminin müdafiəsi, xalqımızın rifahı uğrunda
qəhrəmanlıq göstərmiş, şəhid və qazi olmuşlar.

Onlar arasında 1918-ci ilin mart soyqırımları zamanı qətlə
yetirilmiş yəhudilər, yəhudi əsilli 20 Yanvar şəhidləri – yaralılara
köməyə tələsərkən təcili tibbi yardım maşınında qətlə yetirilən həkim
Aleksandr Marxevkanı, başına-bədəninə 15-ə yaxın güllə vurulan Yan
Meeroviçi, 16 yaşlı məktəbli Vera Bessantinanı, ölümlərindən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş yəhudi əsilli
Albert Aqarunovu, Axısqa türkü İsgəndər Aznaurovu, rus əsilli Yuri
Kovalyovu, İqor Makeyevi, belorus Anatoli Davidoviçi, ukraynalı
Ruslan Polovinkonu, rus əsilli şəhid Oleq Mamontovu, və başqalarını
qeyd etmək olar. Doğulub boya başa çatdıqları Vətənin müdafiəsində
mərdliklə iştirak etdikləri üçün onların qəhrəmanlığı və şücaəti illər
ötsə də xalqımızın yaddaşında əbədi olaraq qalacaq, gələcək nəsillər
tərəfindən daim xatırlanacaq.

O cümlədən, bütün müqəddəs kitablarda Allah və onun
yaratdıqları, müqəddəs buyurduqları – Vətən, millət, insanlıq kimi

8

dəyərlər uğrunda canından keçərək şəhid olanlar Allah tərəfindən
cənnətlə müjdələnmişdir. “Qurani-Kərim”də buyurulduğu kimi:

“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən
möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda
haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır.
Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə
sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!” (“Tövbə”, 111).

Azərbaycanda dini-milli kimlik baxımdan fərqlənən insanlara
qarşı istər dövlət səviyyəsində, istər cəmiyyətin gündəlik həyatında,
istərsə də dünyasını dəyişdikdən sonra heç bir ayrı-seçkilik edilmir.
Xüsusilə də, Vətən naminə çalışmış, əmək vermiş, canını fəda etmiş
şəxslərə qarşı.

Azərbaycanın tolerant və multikultural ölkə olduğunu bütün
dünyaya nümayiş etdirən, hər bir azərbaycanlı üçün müqəddəs sayılan,
körpəsindən yaşlısına hər kəsin, hətta xaricdən gələn soydaşlarımızın
belə ziyarət etməyi özünə borc bildiyi müqəddəs bir məkan var
paytaxt Bakımızda. “ŞƏHİDLƏR XİYABANI”... Azərbaycanın
müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda apardığı
ağır sınağın şahidi olan, Vətən uğrunda canlarını fəda etmiş neçə-neçə
igid oğul və qızlarımızı öz bağrına gömən ŞƏHİDLƏR XİYABANI!
Bəlkə bəzilərinə bu bəsit görsənə bilər. Lakin bu xiyaban dinindən,
milliyyətindən, irqindən asılı olmayaraq Vətən uğrunda – Azərbaycan
uğrunda canlarından keçənlərin müqəddəs şəhid adına layiq
görülməsinin, fərqlilikləri birlikdə yaşamaq və haqsızlıqlara qarşı
mübarizədə birlikdə ölümə getmək, birlikdə dəfn edilmək təcrübəsinin
ən yüksək göstəricisi – Azarbaycan tolerantlığının maddi sübutudur.

9

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

A Z Ə R B A Y CA N I N M İ L L İ
QƏHRƏMANI

ALBERT AQARUNOV

Qarabağ müharibəsi zamanı vətəni Azərbaycanı canından üstün
tutaraq, onu var gücü ilə son damla qanınadək qoruyan qəhrəman
şəhidlərimizdən biri də yəhudi əsilli milli qəhrəmanımız Albert
Aqarunov olmuşdur.

Tarixi mənbələrə əsasən demək olar ki, yəhudilər 20 əsrdən artıq
müddətdir Azərbaycan torpağında əmin-əmanlıq şəraitində yaşayırlar.
Azərbaycan ərazisində üç yəhudi icması – dağ yəhudiləri, Avropa
yəhudiləri – əşkinazi yəhudilər və gürcü yəhudiləri yaşayır və onların
icmaları rəsmi şəkildə dövlət qeydiyyatına alınmışdır.

Albert Aqarunovun da mənsub olduğu dağ yəhudiləri ölkəmizdə
digər yəhudilərə nisbətən sayca çoxluq təşkil edir. Tədqiqatçıların
gərgin əməyi nəticəsində sübut edilmişdir ki, dağ yəhudiləri yəhudi
xalqının ayrılmaz tərkib hissəsi olub, “Şərq yəhudiləri” qrupuna
mənsubdurlar. Onların dili tat dili olsa da, nitqlərində çoxlu türk,
fars və rus sözləri mövcuddur. Mousey Kalankatlı yəhudilərin
Qafqaza gəlişini bizim eramızdan əvvəl I əsrə aid etmişdir. Digər
mənbələrə əsasən isə dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı
Xosrov I Ənuşirəvan (531-579) tərəfindən imperiyanın şimaldakı
sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə
Azərbaycanda yerləşdirilmişdir.

Onlar yerli əhali ilə sıx təmasda olsalar da, uzun müddət yad

10

mühitdə, yad dinlər arasında yaşasalar da, öz mədəniyyətlərini,
dinlərini, həyat tərzlərini, əcdadlarının ənənələrini, kimlik şüuru
və mentalitetlərini qoruyub saxlamış, eyni zamanda Qafqaz
mədəniyyətindən də təsirlənmişlər.

Onların bəzi inancları, ayin və mərasimləri yerli adət-ənənələrlə,
xüsusilə Qafqaz xalqlarının bütpərəstliklə bağlı qədim təsəvvürləri ilə
sıx əlaqədə təşəkkül tapmışdır. Belə ki, Pasxadan iki həftə əvvəl tonqal
yandırıb, üstündən atılmaq yəhudiliklə deyil, yerli inanclarla bağlıdır.
Yas mərasimlərində mərhumun bütün qohumları, dost-tanışları iştirak
edirlər. Kişilər və qadınlar ayrıca yığışırlar. Qadınların məclisini ağı
deyən qadın aparır. Meyiti qəbirə üzü “Yerusəlim Məbədi” tərəfə
qoyurlar. Dəfndən sonra yeddinci gün (hoftə), qırxıncı gün (çülə) və
il (yer isayt) qeyd edilir. Bayram və matəm günlərində yaxınlarının
qəbirlərini ziyarət edirlər. Bunları sadalamaqda məqsəd onların adət-
ənənələrinin bizimkilərdən çox da fərqlənmədiyini göstərməkdir.

Onların daha sıx yaşadıqları Bakıda, Oğuzda və Qubada sinaqoqlar
fəaliyyət göstərməkdədir.

11

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Qubadakı “Qırmızı qəsəbə” (“Krasnaya Slobada”) təkcə
postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt
yaşadıqları yeganə yerdir. Təsadüfi deyil ki, bu qəsəbə “Qafqazın
Yerusəlimi” adını almışdır. Hazırda bu qəsəbədə 4 min nəfərə yaxın
dağ yəhudisi yaşayır.

Dünyanın bir çox yerlərində, hətta özünü demokratiya beşiyi
adlandıran Qərb ölkələrində, Avropada yəhudilərə qarşı dini-etnik
zəmində qətliamlar törədilmiş, nifrət hissi bəslənilmişdir. Lakin
Azərbaycanda antisemitizmə heç vaxt yer olmamışdır.

Yəhudilərin Azərbaycanda məskunlaşmasının tarixi təxminən
2000-2500 il öncəyə gedib çıxsa da, bu böyük tarixi dövr ərzində onların
azərbaycanlılar tərəfindən nə vaxtsa dini və milli ayrı-seçkiliyə məruz
qalmasına dair heç bir fakt yoxdur. Lakin müxtəlif tarixi dövrlərdə
erməni vandalları tərəfindən Azərbaycan xalqına qarşı aparılmış
soyqırım siyasətinin qurbanları arasında yəhudilər də olmuşdur.
1918-ci ildə erməni fitnəsinin, təcavüzünün, vandalizminin qurbanları
arasında dağ yəhudilərinə də rast gəlinməkdədir... Deyilənlərə görə,
həmin qırğınlar zamanı Qubada yaşayan dağ yəhudiləri ermənilərlə
əməkdaşlıqdan imtina etdikləri və bölgənin adlı-sanlı din xadimlərini
öz evlərində gizlədikləri üçün qətlə yetirilmişdir.

Hazırda Azərbaycanda yaşayan yəhudilər də müsəlmənlarla və
xristianlarla yanaşı dövlət qayğısı ilə əhatələnmişdir.

Azərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş rəhbəri Semyon
İxiilov demişdir ki: “Azərbaycandakı tolerantlığın, dini icmalar
arasındakı münasibətlərin gücü hamımızın bir ailə olmasındadır.
Azərbaycanda tolerantlıq var və olacaq. Eyni zamanda, ölkəmizdəki
tolerantlıq bütün dünyaya nümunə olaraq qalmağa davam edəcək”.

12

İcamanın hazırkı sədri Milix Yevdayev Parisdə təşkil edilmiş
konfrandakı çıxışında qeyd etmişdir: “Biz, dağ yəhudiləri özümüzü
Azərbaycansız təsəvvür edə bilmirik. Düzdür, bir çox azərbaycanlı
yəhudilər başqa ölkələrə köçmüşlər. Buna baxmayaraq, hər hansı
bir yəhudidən soruşsan ki, milliyyətin nədir, öz yaşına baxmayaraq
onların hər biri cavab verər ki, azərbaycanlıyam. Azərbaycan bizim
vətənimizdir.”

Azərbaycan yəhudiləri içərisindən ölkəmizin ictimai, siyasi,
mədəni, hərbi, iqtisadi və s. sahələrində töhvələr vermiş, ölkəmizi
dünyada tanıtmış və müdafiə etmiş bir çox şəxsiyyətlər yetişmişdir
və yetişməkdədirlər.

Onlardan biri də Milli Qəhrəmanımız Albert Aqarunovdur.

13

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

23 yaşlı bir gənc idi...
Gələcəyə dair sonsuz ümidləri, tükənməz arzuları olan bir gənc...

Lakin onun üçün hər şeydən öncə Vətən gəlirdi...
AZƏRBAYCAN!

Axı Vətən olmadan arzularını necə gerçəkləşdirəcəkdi?!
Vətənsiz yarım qalardı...

Onsuz da üst-üstə düşmən həmlələri, hiylələri, xalqımıza qarşı
törətdikləri ağır faciələr, soyqırımlar onu möhkəm sarsıtmışdı...

Müharibənin ən şiddətli vaxtları... və o, Azərbaycanı tərk edib
İsrailə gedə bilərdi. Vizası hazır masanın üstündə onu gözləyirdi...

Anasının yalvarışları, atasının təkidləri onun üçün VƏTƏN
SEVGİSİndən daha təsirli olmamışdı...
O, Azərbaycanı seçmişdi...

Vətəndən uzaqlarda uzun ömür yaşamaqdansa, onun uğrunda
vuruşub, canını qurban verməyi, Vətən torpağın zərrəsinə çevrilməyi

seçmişdi...
Şəhid olmağı – müqəddəsləşməyi seçmişdi...

ALBERT AQARUNOV...

14

15

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

ALBERT AQARUNOVUN
HƏYAT YOLU

Azərbaycanın igid qəhrəmanı, məğrur oğlu, Vətənin dar günündə
tərəddüd etmədən cəbhəyə yollanaraq, Qarabağda xariqələr yaratmış,
son nəfəsinədək düşmənə aman verməmiş, Azərbaycanın hərb tarixinə
adını əbədi olaraq yazdırmış milliyyətcə yəhudi Albert Aqarun
oğlu Aqarunov... Günümüzdə onun qısa və şanlı həyat hekayəsi
qəhrəmanlıq və mərdlik haqqında roman kimi oxunur, dinlənilir...

O, 25 aprel 1969-ci ildə Bakının Suraxanı rayonunun Əmircan
qəsəbəsində yəhudi ailəsində dünyaya gəlmişdir. Albertin ailəsi əslən
Quba rayonundakı məşhur “Qırmızı qəsəbə”dən idi. Atası Aqarunov
Aqarun Qavriiloviç Bakıdakı neft mədənlərində işlədiyi üçün ailə
Albert dünyaya gəlməmişdən öncə Bakının Suraxanı rayonunda
yerləşən Əmircan qəsəbəsinə köçmüşdür.

Albert çoxuşaqlı Aqarunovlar ailənin sonbeşiyi – onuncu övladı idi.
O, orta təhsilini Bakının Suraxanı rayonunda hal-hazırda onun
adını daşıyan 154 saylı tam orta məktəbdə almışdır. Həmin məktəbin
səkkizinci sinfini bitirən Albert Aqarunov, Binə qəsəbəsindəki 101
saylı texniki-peşə məktəbinə qəbul olmuş və orada çox sevdiyi
sürücü-mexanik peşəsinə yiyələnmişdir.
Erkən yaşlarından musiqi ilə də maraqlanan Albert musiqi
məktəbində nəfəs aləti olan truba sinfini bitirmişdi. Bundan əlavə o,
piano, gitara və qarmonda da məharətlə ifa etməyi bacarırdı. Lakin o
gələcək kariyerasını musiqi sahəsində davam etdirməyi düşünmürdü.

16

Uşaq ikən çox sakit və mehriban olan Albert böyüklərə kömək
etməyi sevirdi. Nə qədər böyüsə də, qəlbi uşaq kimi kövrək idi.
Özündən bir qədər böyük yaşda olan bacı-qardaşlarının nazı ilə
oynamaqdan, onlara maraqlı hekayələr danışmaqdan zövq alardı.
Onu tanıyanlar Alberti ağıllı bir gənc, əsl dost kimi xatırlayaraq, “o
oğlan qorxu nə olduğunu bilməzdi” deyirlər. Dediklərinə görə o,
qanqaraldıcı söz-söhbətlərdən uzaq duran, şirindil, zarafatcıl, boy-
buxunlu, təmiz Bakı ləhcəsində danışan bir gənc idi.

Albert öz şəxsi mənfəəti üçün insanlarla dostluq, əlaqə quran
insanları heç xoşlamaz, onlardan uzaq durar, onları fürsət düşən kimi
dostları, insanları satmağa, onlara xəyanət etməyə hazır biriləri kimi
görərdi.

Yeniyetmə yaşlarından zəhmətkeş olan Albert Aqarunov hərbi
xidmətə gedənə qədər işləmiş və ailəsinə maddi baxımdan dəstək
olmuşdur.

Vaxtının çoxunu işdə keçirməsi onun dostlarına da zaman
ayırmasına, onlarla əylənməsinə mane olmurdu. Çünki, Albert kifayət
qədər açıqürəkli, ünsiyyətçil, eyni zamanda olduqca sadə biri idi,
arzuları kimi...

Həyatdan tək istəyi adi insan xoşbəxtliyi – uğurlu işə və doğulub-
böyüdüyü ailəsi kimi ailəyə sahib olmaq idi...

A.Aqarunov 1987-1989-cu illərdə Sovet ordusunun Gürcüstanın
Axalkalaki rayonundakı tank diviziyasında hərbi xidmətdə olmuşdur.
Burada tankla bağlı bir çox yenilikləri öyrənmişdi. O, starşina rütbəsi
alaraq, xidməti dövründə tank komandiri kimi qulluq keçmişdir. Onu
hərbi hissədə saxlamaq istəsələr də, o, bununla razılaşmamışdır.

17

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönən
Albert “Suraxanı Maşınqayırma Zavodu”unda 1-ci sexdə mühəndis
kimi işləmişdir.

Albert Aqarunov ailə qurmamışdı. Subay idi.
Ailəsi hazırda İsrailin Akko şəhərində yaşayır.

Atası Aqarunov Aqarun Qavriiloviç 1926-cı ildə Quba
rayonundakı Qırmızı Qəsəbə anadan olmuşdur. O, bir müdddət
“XVI partiya qurultayı” kolxozunda fəhlə işləmiş, Sovet ordusu
sıralarında hərbi xidmətini başa vurduqdan sonra Bakıda Suraxanı
neft mədənlərində usta işləmişdir. Əmək fəaliyyətində göstərdiyi
nümunəviliyə, zəhmətkeşliyinə görə fəxri fərmanlarla, medal və
döş nişanları ilə təltif edilmişdir. Oğlu, sonbeşiyi Albertin şəhid
olması onu tamamilə sarsıtmış və səhhətində problemlər yaratmışdır.
Nəticədə o, Albertin ölümündən 1 il sonra 1993-cü il iyun ayının 1-də
ürək çatışmamazlığından vəfat etmiş və Bakıda dəfn olunmuşdur.

Anası Aqarunova Liya Uziyayevna 1926-cı ildə Bakı şəhərində
dünyaya gəlmiş, əslən isə Qırmızı Qəsəbədən olmuşdur. O, bir
müddət poçtda teleqrafçı işləmişdir. 10 uşaq anası olan Liya xanım

18

1970-ci ildə “Qəhrəman ana” ordeni ilə təltif edilmişdir. 1998-ci ildə
İsrailin Akko şəhərinə köçmüş, 2013-cü ildə orada vəfat etmişdir.

Albert Aqarunov və anası Liya xanım Aqarunova

19

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

ALBERT AQARUNOVUN
DÖYÜŞ YOLU

Qarabağda qanlı döyüşlər gedirdi...
XX əsrin 80-ci illərinin sonunda ermənilər özlə¬rinin xaricdəki
himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata
keçirmək üçün yaran¬mış vəziyyətdən istifadə edərək yenidən
Azərbaycanın Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli
sürdülər. 1987-ci il ərzində S.Ayvazyanın tərtib etdiyi sərhədləri
3 dənizin (Aralıq, Xəzər və Qara dənizinin) sahillərini əhatə edən
“Böyük Ermənistan” xəritəsi – xülyası onları Qarabağı işğal etməyə
sövq etmişdi.
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-
birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan məntəqələri
işğal edir, yerli əhalini soyqırımlara, ağılasığmaz işgəncələrə məruz
qoyur, yurd-yuvalarından qovurdu.
Düşmənin bu dəfəki hədəfi tarixi mədəni və siyasi
mərkəzlərimizdən biri olan Şuşa şəhəri idi.
Belə ki, fevral ayının 11-12-də Şuşanın Malıbəyli və Quşçular
kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu,
onlarla mülki əhali isə soyqırımı və təcavüzə məruz qalaraq doğma
yurdlarından didərgin düşdü.
Ermənistanın Şuşa üzərinə hücumu hələ 1990-cı ildən
planlaşdırılırdı. Şuşanın işğal edilməsinin çətin olacağından xəbərdar
olan ermənilər, bütün gücləri ilə Şuşadan diqqəti yayındıraraq,
Qarabağın içərilərində və ona bitişik digər ətraf ərazilərdəki cəbhə

20

xəttində manevrləri genişləndirirdilər. Bu cür manevrlərlə onlar
Azərbaycanın özünümüdafiə batalyonlarının mövqelərindəki zəif
yerləri taparaq güclü zərbələrə məruz qoymağa çalışırdılar. Bununla
da ermənilər mümkün qədər azərbaycanlıların canlı qüvvələrini
məhv edərək cəbhə xəttindən sıxışdırıb çıxarmağı hədəfləyirdilər.
Eyni zamanda ermənilər bu cür aldadıcı manevrlərlə Azərbaycanın
özünümüdafiə batalyonlarının hücumlarını qabaqcadan müəyyən
edilmiş istiqamətdən yayındırmaqla döyüş mövqelərində
pərakəndəlik yaratmaq istəyirdilər. Əksəriyyəti sovet zabitlərindən
təşkil edilmiş nizami Ermənistan ordusunun qarşısında Azərbaycanın
tələsik təşkil olunan hələ heç bir hərbi təlim keçməyən özünümüdafiə
batalyonlarının sona qədər duruş gətirəcəyi mümkünsüz görünürdü.
Azərbaycanlılardan fərqli olaraq mükəmməl hərbi təcrübəyə, hərbi
savada malik erməni və onlara köməyə gəlmiş rus hərbçiləri, eyni
zamanda, Yaxın Şərqdən gəlmiş muzdlular Rusiyanın Ermənistandakı
və Qarabağdakı hərbi bazaları tərəfindən hərbi sursatla və ərzaqla tam
təmin olunurdular. Lakin Azərbaycanın könüllülərdən təşkil olunmuş
əsgərlərə qəlbən hakim olmuş vətənpərvərlik hissi və döyüş ruhu
onları nəinki nizami Sovet ordusuna qarşı bərabər döyüş aparmağa
sövq edir hətta, onları bəzən geriyə oturtmağa da məcbur edirdi.

***
Uşaq və gənclik çağlarında Albert Aqarunovun insanlarda
sevmədiyi, hətta ən nifrət etdiyi xüsusiyyət kobudluq və aqressiya,
özündən zəiflərə qarşı təhqiredici münasibət olmuşdur. Hər zaman
ədalətli olmuş, haqlı tərəfi çəkinmədən, tərəddüd etmədən müdafiə
etmişdir. Görünür içindəki bu haqq-ədalət hissindən dolayı idi ki,

21

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

o, Qarabağda erməni cəlladlarının torpaqlarımıza etdikləri işğalçı
hücumlara, günahsız insanları – körpələri, azyaşlıları, qadınları,
qocaları amansızlıqla qətlə yetirmələrinə qarşı dözümsüz, hiddətli və
barışmaz mövqedə idi. Və bunu açıq-aşkar büruzə verirdi.

Qarabağ müharibəsi başlayarkən – 1992-ci ildəAlbertAqarunovun
23 yaşı var idi. Vətənimizin erməni işğalına məruz qaldığı günlərdə
Albert könüllü cəbhəyə yollanmaq qərarına gəlmişdi. Qarabağda
qanlı döyüşlərin getdiyi bir zamanda A.Aqarunov evə gələrək,
cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirir. Bu xəbər –
Albertin Vətənini qorumaq istəməsi hissi ailəsində qürurverici bir hiss
yaratsa da, bir o qədər də həyəcana və qorxuya səbəb olmuşdu. Belə
ki, ailə üzvləri onun erkən yaşda həyatını riskə atmasını istəmirdi.
Bu səbəbdən də müxtəlif yollarla onu müharibəyə getmək fikirindən
daşındırmağa çalışmışdılar. Lakin ailəsinin narazılığına baxmayaraq,
Albert könüllü olaraq cəbhəyə yollanmışdı.

SSRİ dağıldıqdan sonra İsrail dövləti
keçmiş sovet ərazilərindəki yəhudilərin
İsrailə sərbəst şəkildə köçməsi üçün şərait
yaratmışdı. O cümlədən də, Aqarunovlar
ailəsinin. Lakin Albert vizasını stolun
üstünə atıb müharibəyə getmişdi. Müharibə
gedə-gedə dostlarını, Vətənini qoyub gedə
bilməzdi. Bəlkə ölkədə sabitlik yaranandan
sonra bu barədə düşünəcəkdi...

Albert Azərbaycan torpağına göz dikən işğalçı erməni silahlı
birləşmələrinə qarşı ağır döyüşlərə atıldığı ilk günlərdən qeyri-adi
çevikliyi və çox diqqətli olması, hərbi tapşırıqları vaxtında və düzgün

22

yerinə yetirməsi, xüsusilə döyüş texnikasından məharətlə istifadə
etməsi ilə seçilmişdir. İntizamlı və hərtərəfli hərbi hazırlığa malik
olması, eyni zamanda, Sovet hakimiyyəti dövründə Gürcüstanda hərbi
xidməti zamanı tank komandiri kimi qulluq keçməsi nəzərə alınaraq,
Albert tank komandiri təyin edilərək Şuşa cəbhəsinə göndərilmişdir.

O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksək
ixtisaslı tankçılara böyük ehtiyacı vardı.

Albert Aqarunovun 533 nömrəli tankı

Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin
Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonun
tərkibindəki Hacı Əzimovun komandiri olduğu “SƏBAYİL” tank
taborunda döyüşmüşdür.

Komandiri Hacı Əzimov Albertlə tanış olarkən ona belə bir sual
vermişdi:

- “Qarabağ uğrunda döyüşməyə səni nə vadar edir?”
Albert cavab vermişdi:

23

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

- “Mən bu torpağın övladıyam, burada doğulmuşam. Atam,
anam və babam bu torpaqda, Azərbaycanda, Qubada doğulublar,
yaşayırlar. Azərbaycan bizim vətənimizdir. Biz onu qorumalıyıq.”

Albertin idarə etdiyi tankın nömrəsi isə “533” idi. O, rəsmi
bölgü zamanı başqa tankın heyətinə salınsa da, 33 rəqəminin yəhudi
inancındakı müqəddəsliyini əsas gətirərək, məhz bu tankı təkidlə
istəmiş və o tankın heyətinə salınmışdır.

Üç nəfərlik ekipajı olan bu tankda Albert həm tank komandiri, həm
də nişanlayıcı-tuşlayıcı, Ağababa Qasımov tank komandiri, Sərrac
Mustafayev isə sürücü-mexanik olmuşdur. Onlardan Ağababa Qasımov
da Albert kimi Əmircan qəsəbəsində doğulmuş, onun kimi Gürcüstanın
Axalkalaki şəhərində yerləşən tank qoşunları polkunda hərbi xidmətdə
olmuş, Albertin işlədiyi “Suraxanı Maşınqayırma Zavodu”nda qonşu
6-cı sexdə işləmiş və nəhayət Şuşa uğrunda döyüşlərdə hər ikisi eyni
taborun, hətta eyni tankın heyətində yer almışdır.

Qısa vaxtda Albert igidliyi ilə döyüş yoldaşlarına arxa-dayaq,
düşmənə isə göz dağı olmuş, düşmənin qorxulu yuxusuna çevrilmişdir.
Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanmışdı.

Döyüçü dostları onu “Alik” deyə çağırırdılar. Günlər keçdikcə
onun dostları çoxalırdı.

T-72 tanklarının çox mürəkkəb mexanizmə malik olmasına
baxmayaraq, A.Aqarunov öz döyü yoldaşlarına səbrli və dəqiq şəkildə
bu tankın mexanizmini, hissələrini, atma üsullarını öyrədirdi.

O, Xankəndi şəhəri, Şuşanın Daşaltı kəndi və Xocalı rayonunun
Cəmilli kəndi istiqamətində gedən döyüşlərdə erməni işğalçılarını
dəfələrlə pərən-pərən salmış, xeyli sayda canlı qüvvəsini və zirehli
texnikasını məhv etmişdi.

24

Albert Aqarunov və döyüş yoldaşı Ağababa Qasımov. 03.05.1992
A. Aqarunov şəhid olmasından 5 gün öncə çəkilmiş şəkil.

Erməni ordusunun 21 zirehli texnikasını və 3000 nəfərədək
canlı qüvvəsini məhv etmiş Albert Birinci Qarabağ müharibəsinin
salnaməsində hələ sağlığında ikən əfsanəyə çevrilmişdi.

1992-ci il aprel ayının əvvəllərində Xankəndi ətrafında 777
nömrəli xüsusi təyinatlı batalyonun kəşfiyyat qrupu qeyri-bərabər
döyüşə atılaraq düşmən tərəfindən mühasirəyə alınmışdı. Onları xilas
etmək üçün 533 saylı tank bazadan çıxaraq “tar sexi” adlı postun sol
tərəfində dayandı. Düşmənin BMP-2 zirehli texnikası və arxasınca içi
canlı qüvvə ilə dolu “Zil” markalı yük maşını sürətlə irəliləyərək, öz

25

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

əsgərlərinə köməyə tələsirdi. Lakin
533-ün vaxtında hadisə yerinə
çatması, ekipaj üzvləri Sərrac
Mustafayevin çevikliyi, Ağababa
Qasımovun düzgün hesablamaları
və Albert Aqarunovun ard-arda
atdığı dörd mərmi ilə dəqiq
hədəfləri vurması, Azərbaycan ordusunun mühasirəyə düşmüş
kəşfiyyat qrupunu ölümdən sağ-salamat xilas etmişdi.

Kəşfiyyat qrupundan Yaşar Həmzəyev Albert Aqarunovu,
Ağababa Qasımovu və Sərrac Mustafayevi bağrına basıb qucaqlayaraq
demişdir:

- “Hədəflərə atdığınız sərrast dörd mərmi bizi ölümdən xilas
etdi. “Zil”də düşmənin canlı qüvvəsi olubmuş. Meyirlərin hərəsi bir
tərəfə səpələnib. 20-sini saya bildik”.

Albert isə onlara təvazökarcasına zarafatla demişdir:
- “Ala, yaxşı da? Sizin də işiniz-gücünüz qurtarıbdır. Gedin
dincəlin, istirahət edin”.

Hətta müharibənin gərginliyinə baxmayaraq, komandiri dəfələrlə
Albertin evinə zəng edərək, anasına belə igid oğul böyütdüyü üçün
təşəkkür etməyi də unutmurdu.

Şuşa şəhəri uğrunda döyüşlər zamanı Albert Aqarunov şəhərə
hücum edən erməni vandallarına məxsus düşmənin ümumilikdə 9
tank, 7 ZTR və bir çox texnikanı məhv etmişdir.

26

“YƏHUDİ BUTERBRODU”

Albertin olduğu ekipaj 1992-ci ilin mart ayının 6-da Şuşa
cəbhəsinə yollanmışdı.

Qatıldığı döyüşlərdə Albert Aqarunov xüsusi ayıq-sayıqlığı və
peşəkar döyüş taktikaları ilə seçilirdi. Döyüş yoldaşlarının dediklərinə
görə o, çox zaman düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman
bir mərmi ilə iki tankı vururdu. Bu səbəbdən də döyüş yoldaşları
tərəfindən onun bu metodu “yəhudi buterbrodu” adını almışdır.

Düşmənin yan-yana dayanan tankı, Azərbaycan hərbçilərinin
mövqe seçdikləri təpəni dayanmadan vururdu. Toz-torpaq ətrafı
bürümüşdü. Əsgərlər sərgərlərdən çıxıb atəş aça bilmirdilər. Albert
Aqarunov ümumi mənzərəni izləyir, arabir atəş açırdı. Ancaq bu
kifayət etmirdi. Daha nəsə etməliydi. Əsgər yoldaşlarına köməklik
göstərməliydi. O, biliklərini cəmlədi. Tankı geri sürməyə başladı.

Komandir Elçin Məmmədov digər təpədən döyüşü durbinlə
izləyirdi. Albertin geri çəkildiyini görüb, bir anlıq tərəddüd etdi.
“Axı, o, niyə belə bir şey etsin? Bəlkə vurulub? Ya da tankda nəsə
xüsusi nasazlıq yaralanıb?” – deyə düşündü. Ancaq çox keçmədi
ki, 533 nömrəli tank cəbhənin başqa istiqamətində göründü. Elçin
Məmmədovun ürəyi sakitləşdi. O, bilirdi ki, təcrübəli tankçı Albert
Aqarunova güvənmək olar. Mövqeyini dəyişibsə, mütləq nəsə bilir.
Albert yeni mövqeyində möhkəmlənib, koordinatları dəqiq hesabladı
və atəş açdı. Sanki bir anlıq cəbhədə döyüş dayandı. Kimsə nə baş
verdiyini anlamamışdı. Hamı çaşqınlıqla ətrafına baxırdı. Düşmənin
iki hərbi texnikası birdən məhv edilmişdi. Bu hərb tarixində

27

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

görülməmiş bir hadisə idi. Albert Aqarunov bunu bacarmışdı. Bir
güllə ilə iki dovşan – düşmən tankını vurmuşdu. Hamı bunun necə
baş verdiyini anlaya bilmirdi. Hətta təcrübəli komandan Elçin
Məmmədov da gördüklərinin bir xəyal olduğunu zənn etdi. Ancaq
çox keçmədi ki, onun üçün hər şey aydın oldu. Qışqıraraq “Albertə
eşq olsun, ermənilərdən “yəhudi buterbrodu” hazırladı” dedi.

28

ERMƏNİSTANIN “FLAQMAN” TANKININ
ACI AQİBƏTİ

Ermənilər üçün Şuşanı zəbt etmək bir nömrəli strateji məsələ
idi. Şəhəri almaq əməliyyatı “Komandos” ləqəbli əslən Gürcüstan
ermənisi olan Arkadi Ter-Tatevosyana həvalə edilmişdi.

Ermənilər mayın 8-də gecə saat 2:30-da hücuma keçdilər. Ter
Tatevosyan deyir ki, onun hesablamalarına görə bütün əməliyyat
“üç-dörd gün” çəkməli idi. O, ümid edirdi ki, şəhər müdafiəçiləri
arasında çaxnaşma salıb, onları şəhəri döyüşsüz tərk etməyə məcbur
edəcək. İri hərbi kontingent Şuşadan qərb istiqamətində açıq yolda
yerləşdirilmişdi, bununla belə əsgərlərə əmr verilmişdi ki, şəhərdən
qaçan adamlara güllə atmasınlar, lakin yardıma gələn qoşunların
qarşısını almaq üçün şəhərə girişi blokada etsinlər. Bu mövqedə
olanlardan biri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan idi.

Səhər saatlarında şəhərin şimal hissəsindəki Şuşa televiziya qülləsi
və şərqdəki həbsxana uğrunda şiddətli döyüşlər getdi. Bu döyüşlərə
düşmən tərəfdən əsasən tanklar cəlb olunmuşdu. Bu tanklardan biri
də flaqman qismində “fəxri” erməni bayrağını Şuşa şəhərinə asmaq
tapşırığı ilə yola çıxmış 442 nömrəli düşmən tankı olmuşdur. Həmin
tankın komandiri erməni tankçısı Qaqik Avşaryan idi. O, əmr alıb
şəhərə şimaldan girişi bağlamaq üçün yola düşdü. Onu Azərbaycan
ordusunun üç tankından biri – “533” qarşıladı. Hər iki tank bir-birinə
350 metrlik məsafədən atəş açdılar. Lakin Q.Avşaryanın 422 saylı
tankı 1992-ci il may ayının 8-i Şuşaya girməyə cəhd elədiyi anda

29

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

“Həbsxana” ərazisindən
Albert Aqarunovun 533
nömrəli tankından açılan
sərrast atəş nəticəsində
havaya uçdu.

Nəticədə tank koman-
diri Qaqik Avşaryan
son anda ağır yanıq xəsarətləri ilə özünü tankdan kənara ataraq sağ
qalmağı bacarmış, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist
Şahen Sarkisyan isə tankın kabinəsində məhv edilmişdir.

Sonralar dünya şöhrətli yazar Tomas de Vaala müsahibəsi zamanı
Q.Avşaryan Albert Aqarunova işarə edərək söyləmişdir: “Onun açdığı
atəş əla idi”. (Mənbə: Tomas de Vaal, QARABAĞ: Ermənistan və
Azərbaycan sülh və savaş yollarında. Səh 209)

***

Səsötürücü vasitəsilə “Flaqman” tankdan erməni cəbhəsində
eşdilənlər:

Erməni silahlı qoşunlarına məxsus tank komandiri Qaqik
Avşaryan sürücü mexanik Aşot Avensyana göstəriş verdi:

– Ara, sür e, sür. Şuşa bizi gözləyir.
Sonra dilinin ucunda mahnı mızıldanmağa başladı. Kefi kök idi,
Şuşa bir neçə kilometr uzaqlığında idi. Adını tarixə yazdıracaqdı.
Cəld arxaya çevrildi. Atıcı-artirelist Şahen Sarkisyandan soruşdu:
– Bayrağı götürmüsən?

30

– Hə, komandir.
– Göstər görüm. Sən huş şeysən.
Sarkisyan erməni bayrağını qaldırdı. Avşaryanın üzündəki
gülümsəmə yenidən peyda oldu.
– Bəlkə də, siz başa düşmürsünüz. Amma bu böyük gündür. Şuşaya
bayrağı ilk asan ermənilər olaraq tarixə düşəcəyik.
442 nömrəli tank ağır-ağır Şuşaya doğru irəliləməyə – onları
gözləyən sona doğru, addımlamağa başladı.
Qaqik Avşaryan Şuşanın mərkəzinə doğru irəlilədikcə çəpik çalır,
oynayır, yanındakıları da oynamağa səsləyirdi.
– Ara, oynayın da, oynayın. Belə günü bir də harda görəcəksiniz?
Bu an göy guruldadı, yerlə göy sanki bir oldu. Avşaryanın sözü
ağzında qaldı. 442 nömrəli erməni tankı göyə sovruldu. Tankdan
qalxan alov sanki buluda qədər çatırdı.

***

Albert Aqarunovun üzündə xəfif bir gülümsəmə peyda olmuşdu.
Artıq o, buna öyrəşmişdi. Vurduğu düşmən hərbi zirehli texnikalarının
sayını-hesabını itirmişdi. Bu dəfəki uğuru isə başqa bir məna daşıyırdı.
Çünki Şuşanın mərkəzinə bayraq sancmaq üçün gələn düşmən tankını
məhv etmişdi. Bayrağı da, düşmənlərin bədənlərini olduğu kimi külə
çevirmiş, göyə sovurmuşdu.

31

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Qaqik Avşaryana məxsus erməni tankının hazırki görünüşü (Şuşa)
Qarabağ müharibəsindən sonra ermənilər tərəfindən Q.Avşaryanın

yanmış T-72 tankı bərpa edilərək, tünd yaşıl rəngə boyadılmış,
gövdə hissəsinə ağ boya ilə 442 yazılmışdır. Həmin tank hal-hazırda
Şuşa şəhərinin girişində – vurulduğu yerdə təpənin başında Şuşaya
tuşlanmış vəziyyətdə qoyulmuşdur. Erməni faşistləri üçün o, bu gün
Şuşanın simvolu hesab olunmaqdadır.

32

“MƏN BU TORPAQDA DOĞULMUŞAM”

– Adın nədir?
– Albert.
– Hansı millətdənsən?
 – Yəhudi.
– Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?
 – Mən bu torpaqda yaşayıram, doğulmuşam burda, yaşayıram
burda. Daha heç nə məcbur eləmir...
– Bir vətəndaş kimi borcunu nədə görürsən?
 – Gəlib torpağı qorumaqda.
– Nə qədər vuruşmağı düşünürsən?
 – Müharibənin axırına kimi…
Müharibənin ən gərgin vaxtlarında Milli Qəhrəmanımız Albert
Aqarunovdan götürülən bu müsahibə və onun görüntüləri böyükdən
kiçiyə çoxlarının yaddaşında əbədi silinməz izlər qoydu.
Ona ünvanlanmış suallara öz tankının üstündə, gülərüz, nikbin
ovqatla verdiyi cavablar onu döyüş meydanında igidliyə, mərdliyə

33

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

sövq edən amilləri əslində bütün ayrıntıları ilə izah edirdi... VƏTƏN
SEVGİSİ... AZƏRBAYCAN SEVGİSİ... DOĞULUB-BÖYÜDÜYÜ
TORPAĞI VƏTƏN ADLANDIRMAQ... VƏ O VƏTƏNİ QORUMAQ...

Albert verdiyi bu müsahibə ilə düşmənə vurduğu saysız-hesabsız
itkilərdən daha çox zərbə vurmuşdu.

Bu müsahibəni jurnalistlər Mirşahin Ağayev və Azərbaycanın
Milli Qəhrəmanı Çingiz Mustafayev hazırlamışdı.

Albert Aqarunovun şəhid olması xəbərini aldıqdan sonra da, Şuşa
şəhərinin işğalı ilə bağlı hazırladıqları reportajda Çingiz Mustafayev
onu “Əsgərlərdən biri – Albert bundan sonra nə vuruşacaq, nə
sevəcək, nə də ki…” cümləsi ilə yad etmişdi.

34

ALBERT AQARUNOV
VƏ ŞƏHİDLİKDƏN KEÇƏN

ÖLÜMSÜZLÜK ZİRVƏSİ

Albert Aqarunov ermənilərin Şuşaya daxil olması yolunda böyük
maneə idi. Bunu yaxşı dərk edən ermənilərin əsas hədəfi ilk öncə
Alberti aradan qaldırmağa hesablanmışdı. Bu məqsədlə də onun başına
küllü miqdarda pul mükafatı qoyulmuşdu. Belə ki, Albert Aqarunovu
qətlə yetirib, başını gətirəcək şəxsə 5 milyon rubl veriləcəkdi. Həmin
məqsədlə düşmən onu qarabaqara izləyirdi.

Şuşa-Laçın yolu... 1992-ci il... Mayın 8-i...
Şuşa şəhəri uğrunda ermənilərlə gedən sonuncu döyüşlərin biri
idi...
O zaman bizim hərbçilər 3 tank (533, 534 və 536), 4 BMP, 245
nəfər xüsusi təyinatlı 777-ci alay və 40 nəfərlik Şuşa özünümüdafiə
batalyonu ilə döyüş bölgəsinə yollanmışdılar.
Halbuki düşmən tərəfdən Şuşaya hücuma keçən sovetin 366-cı
polku idi. Həmin polkun tərkibində 30 tank, 2 BMP, 2 artdivizion, 3
artilleriya divizionu, yəni hava hücumundan qoruyan divizionlar, 10
min nəfər həmin polkun şəxsi heyəti vardı və 5 min erməni onlara
qoşularaq Şuşaya hücum etmişdilər.
Səhər tezdən düşmən tankları görünürdü. Ermənilər Laçına gedən
yolu kəsməklə Şuşanı tam mühasirəyə almaq istəyirdi.
Mayın 8-i səhər tezdən saat 06:05 radələrində ermənilər ağır
artilleriyalar ilə Şuşanı bombardman etməyə başladı.
Albert döyüş əmri alır və dərhal tankını həmin istiqamətə yönəldir.

35

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Erməni tankları ilə aradakı məsafə getdikcə azalırdı. Fürsəti əldən
verməmək üçün o, tankın sürətini daha da artırır və sərrast atəşlə
düşmənin öndə gələn tankını – “442” nömrəli “flaqman”ı məhv edir.
Bu uğurundan ruhlanan Albert daha bir tankı alova qərq edir. Döyüşdə
saysız düşmən texnikası sıradan çıxarılır.

Şuşa sakinlərinin gördüklərinə və dediklərinə əsasən Albertin
tankı Şuşanın düşmənlə üzbəüz mövqeyində tez-tez yer dəyişdirir,
qısa müddət ərzində gah təpənin üstünə çıxaraq oradan hədəfləri vurur,
gah da aşağı enərək oradan atəş açırdı. Təcrübəli tankçının məqsədi
düşmən tərəfə Azərbaycan tanklarının say azlığını hiss etdirməmək
idi.

Albertin tankı “533” düşmənin qara kabusuna çevrilmişdi,
hər yerdən çıxırdı, iki texnikanı eyni anda məhv edirdi. Hər hədəfi
vurduqca Albert yenidən həmləyə keçməyə can atırdı. Lakin növbəti
həmlələrin birində o, buna macal tapmadı...

1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və
mə¬də¬¬¬niyyət mərkəzi olan Şuşa şə¬hə¬rini ələ keçirməklə,
Ermə¬nis¬tan ordusu tərəfindən bütün Yuxarı Qarabağ iş¬ğal edildi.
Ermənilərin öz məlumatlarına görə, Şuşaya hücumda 100-ə qədər
zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Bundan
əlavə Ermənilərin tərəfində xaricdən – Suriyadan, Fələstindən,
İraqdan gətirilmiş terrorçu dəstələri və muzdlular da döyüşürdülər.
Nəticədə, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan
Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa
uğrunda döyüşlərdə Azərbaycan tərəf 195 nəfər şəhid verdi, 165 nəfər
yaralandı, 58 nəfər isə itkin düşdü.

Şəhidlərdən biri də Albert Aqarunov oldu. O, 8 may 1992-ci ildə
bu qədim və gözəl şəhərin, mədəniyyət beşiyimizin olan Şuşanın

36

süqutu günü düşmənin açdığı snayper gülləsinə tuş gələrək, döyüş
meydanında qəhrəmancasına şəhid oldu. Erməni gülləsi onun döş
qəfəsinin sağ tərəfindən dəymişdi. O, döyüş yoldaşları tərəfindən
döyüş mövqeyindən çıxarıb hospitala aparılarkən kən yolda dünyasını
dəyişmişdir. Bu hadisə Albertin Q.Avşaryanın tankını havaya
uçurduqdan təxminən 20 dəqiqə sonra baş vermişdi.

Albertin şəhidlik məqamına ucalma səbəbi və səhnəsi də çox
təsirli olmuşdur. Belə ki, həmin gün Azərbaycan ordusundan xeyli
sayda yaralanan və şəhid olanlar olmuşdu. Albert döyüşün qızğın
çağında öz tankı ilə manevr edib yerini dəyişmək istəyərkən, yerdə
yatan şəhidlərimizin üzərindən onları əzib keçməmək, həmçinin də,
düşmən əlinə keçməmələri üçün onları tankın üstünə yığaraq özləri
ilə aparıb hospitala təhvil vermək məöqsədi ilə tankından çıxmış,
həmin an düşmən gülləsinə tuş gələrək şəhid olmuşdur.

Onun ölümü nəinki
döyüş yoldaşlarını, hətta
onu çox sevən, ona pərəstiş
edən, onun hədəfləri
vurmağına maraqla tamaşa
edən Şuşa sakinlərini də
möhkəm sarsıtmışdı.

Şuşa tarixinə onun
adı ilə anılan xeyli sayda
uğurlu döyüş yazıldı. Hətta o dövrdə, Albert şəhid olduqdan sonra
bütün tankçılar onun şərəfinə öz tanklarını “ALBERT” adlandıraraq,
ağ boya ilə tanklarının üstünə bu adı yazırdılar. Bu isə düşmən tərəfi
özlərinin də etiraf etdiyi kimi vahiməyə salırdı.

37

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

“QURANİ-KƏRİM” VƏ “TÖVRAT”
SƏDALARI ALTINDA DƏFN OLUNAN

MİLLİ QƏHRƏMAN

Albert Aqarunov Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn
olunmuşdur.

Atası şəhid olan oğlunun harada dəfn edilməsini onun komandiri
Hacı Əzimovun öhdəliyinə buraxmış, “Oğlum Azərbaycan uğrunda
şəhid oldu, o da digər şəhidlər kimi onlarla birgə dəfn edilməsin”
demişdir.

Albert Aqarunovun dəfn olunması məqamı da çox təsirli və bəlkə
də, dünyada bir ilk olmuşdur. Belə ki, o, torpağa tapşırılan zaman eyni
anda onun baş ucunun bir tərəfində müsəlman din xadimi – molla
Quran surəsi, digər tərəfində isə yəhudi din xadimi – ravvin Tövrat

oxumuşdur. Bu mənzərə
əslində Azərbaycan xalqının
və din xadimlərinin Vətən
uğrunda şəhid olanları etiqad
etdikləri dininə və ya milli
kimliyinə görə ayırmamasının,
onların hamısını şəhid kimi
qəbul etməsinin və ehtiram
göstərməsinin əyani sübutu idi.
Xocalı qətliamının tanıdılmasında əhəmiyyətli rolu olmuş dünyaca
məşhur Amerikalı jurnalist Tomas Goltz da Albert Aqarunovun
cənazəsində iştirak etmişdir.

38

7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərman ilə Albert Aqarunoviç
Aqarunov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” yüksək
fəxri adına layiq görülərək, Azərbaycanın ilk milli qəhramanlarından
biri olmuşdur.

Şəhid olduqdan sonra Albertin şücaətlərindən bəhs edilən çoxlu
məqalələr yazılmış, sənədli filmlər çəkilmiş, adı müxtəlif yerlərdə
əbədiləşdirilmişdir.

Artıq illərdir ki, onun adı Şuşa ilə birgə anılır...
Hər il onun doğum və anım günlərində döyüş yoldaşları, ailə
üzvləri, bir zamanlar təhsil aldığı, hal-hazırda onun adını daşıyan
məktəbin şagird və müəllim heyəti, hərbiçilər, sevənləri, siravi
vətəndaşlar Şəhidlər Xiyabanına axışaraq onun məzarını ziyarət edir,
ruhuna dualar oxuyur.

39

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

TƏLTİF VƏ MÜKAFATLARI

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə
qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzü və
terrorizminə qarşı xalqımız səfərbər olaraq, vətən və millət naminə
düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə bir
çox igid oğullarımız şəhid oldular. Onların bu igidlik və rəşadəti
xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin
yolunu işıqlandırır. Xalqımız və dövlətimiz Vətən uğrundakı
qəhrəmanlıqlarını yüksək qiymətləndirərək onları bir sıra fəxri adlara
layiq görmüşdür.

Onlardan biri də Albert Aqarunov olmuşdur. O, vətənimizin
ərazi bütövlüyü uğrunda göstərdiyi igidliyə görə bir sıra fəxri ad və
mükafatlarla təltif edilmişdir:

1992 — “Azərbaycanın Milli Qəhrəmanı” adı
2014 — “Vətən Övladı” ordeni
2016 — “Həzi Aslanov” ordeni

40

“AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI”

7 iyun 1992-ci il tarixli 833 saylı fərman ilə
Aqarunov Albert Aqarunoviç ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq
görülmüşdür.

“VƏTƏN ÖVLADI” ORDENİ

Azərbaycan Respublikası Veteranlar Şurası
və “Azərbaycan dünyası” beynəxalq jurnalının
təşəbbüsü ilə “Dədə Qorqud” Milli Fondunun
Ağsaqqallar Şurasının qərarı ilə Şuşada
qəhrəmancasına döyüşərək şəhid olmuş tankçı,
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov
2014-cü ildə göstərdiyi şücaətə görə ölümündən 22
il sonra “VƏTƏN ÖVLADI” qızıl ordeni ilə təltif
edilmişdir.

Orden “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov
tərəfindən Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal
edilməsinin 22-ci ildönümü münasibəti ilə təşkil edilmiş tədbirdə
Milli Qəhraman A.Aqarunovun qardaşı Rantik Aqarunova təqdim
olunmuşdur. Orden İsraildə qardaşında saxlanılır.

Fondun təsis etdiyi “Vətən övladı” ordeni ilə təltif edilmişlər
arasında milli özünüdərkin təbliğində fərqlənən, Vətənə, xalqa

41

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

müstəsna xidmətləri ilə seçilən bir çox tanınmış şəxsiyyətlərin adlarını
görmək mümkündür ki, bu da sözügedən ordenin əhəmiyyətindən
xəbər verir:

* “Səbail” Tank Batalyonunda döyüşmüş şəhid Oleq
Nikolayeviç Mamontov;

* Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov;
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı
ilə təltif edilmiş Aprel şəhidimiz Tural Dadaşov;
* Sovet İttifaqı Qəhrəmanı akademik Ziya Bünyadov;
* Qafqaz Müsəlmanları İdarəsinin sədri ŞeyxülislamAllahşükür
Paşazadə;
* Azərbaycan Respublikasının Müdafiə naziri general-
polkovnik Zakir Həsənov;
* AMEA-nın sabiq prezidenti, akademik Akif Əlizadə;
* Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif
Paşayev;
* Azərbaycanda dini tolerantlığın layiqincə təşkilinə və
dünyada təbliğinə görə Bakı Dağ Yəhudiləri icmasının rəhbəri Milix
Yevdayev;
* 1991-ci ildən bəri Ermənistanın Azərbaycan dövlətinə qarşı
işğalçılıq siyasətini sərt şəkildə tənqid edən, uydurma “erməni
soyqırımı” haqqında ifşaedici silsilə məqalələr yazan, İsrailin
nüfuzlu universitetlərində və televiziya kanallarında Azərbaycan
həqiqətlərinin tanıdılması istiqamətində yorulmadan fəaliyyət
göstərən İsrailli beynəlxalq ekspert Arye Qut;
* Azərbaycanın xalq rəssamı Sakit Məmmədov və başqaları.

42

“HƏZİ ASLANOV” ORDENİ

“Həzi Aslanov” ordeni “Dədə Qorqud” Milli
Fondu tərəfindən 2012-ci ildə təsis edilmişdir.

Dədə Qorqud Milli Fondu və “Azərbaycan
Dünyası” beynəlxalq jurnalı tərəfindən
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov
ölümündən sonra 2016-cı ildə “HƏZİASLANOV”
ordeni ilə təltif edilmişdir.

Orden Milli Qəhrəmanın anım günü münasibəti
ilə Şəhidlər Xiyabanında təşkil edilmiş mərasimdə “Dədə Qorqud”
Fondunun rəhbəri Eldar İsmayılov tərəfindən Albert Aqarunovun
qardaşı Rantik Aqarunova təqdim edilmişdir.

Mərasimdə Albert Aqarunovun xidmət etdiyi tank batalyonunun
döyüşçüləri, Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev,
Avropa yəhudiləri sinaqoqunun ravvini Şneor Seqal, Dağ Yəhudiləri
STMEGİ Xeyriyyə Fondunun rəhbəri Semyon İxiilov, Azərbaycanda
fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının üzvləri və Milli
Qəhrəmanın yaxınları iştirak eştirak etmişdir.

Sözügedən medalla təltif olunanlar arasında 2016-cı ilin Aprel
döyüşləri zamanı qətiyyətli mövqeyinə və Milli Ordumuzun
göstərdiyi qəhrəmanlığa görə Azərbaycanın Ali Baş Komandanı,
Prezident İlham Əliyev, “Səbail” Tank Batalyonunda döyüşmüş şəhid
Oleq Nikolayeviç Mamontov, əfsanəvi Türk admiralı Türker Ertürk
və başqaları da var.

43

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

44

“SƏBAİL” TANK BATALYONU

O zaman yenicə yaranmaqda olan
Milli Ordumuzun yüksək ixtisaslı
tankçılara böyük ehtiyacı vardı.

Azərbaycan Respublikası yeni
yaranarkən onun istər hərbi təyyarəçilər,
istər hərbi dəniz donanması, istərsə də
siravi qoşunları mövcud olsa da, tank
batalyonu yox idi. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə də adları qeyd
olunan sahələrdə qoşunlar təşkil edilsə də, ixtisaslaşmış hərbiçilər
yetişdirilsə də, Cümhuriyyətimizin nə tankları var idi, nə də tankçıları...

Azərbaycan Respublikasının ilk tank taboru 1991-ci ilin sonlarında
yaradılmışdır. Bu Albert Aqarunovun da tərkibində vuruşduğu
“SƏBAİL” tank batalyonu idi. Tabor 1991-ci ilin ortalarından
yığılsa başlasa da, rəsmi şəkildə 02 dekabr 1991-ci ildə Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin əmri ilə yaradılmışdır.

Həmin vaxt taborun komandiri vəzifəsinə Hacı Əzimov təyin
edilmişdi.

Tabora əsasən SSRİ ordusunda tank diviziyalarında hərbi
xidmətdə olmuş Azərbaycan könüllülərindən təşkil edilmişdi.

İlk əvvəllər “SƏBAİL” tank batalyonunda tanklar və toplar
olmadığından, Sovet İttifaqı dağıldıqdan sonra ondan qalmış tank
və BTR-lər toplanmış və təmir edilərək döyüşə hazır vəziyyətə
gətirilmişdir. Tabor 1992-ci ildə həyata keçirdiyi hərbi əməliyyat

45

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

zamanı ələ keçirdiyi ruslara məxsus tanklar vasitəsilə Şuşa şəhərinin
müdafiəsinə yollanmışdır.

“SƏBAİL” tank batalyonun tərkibinə gəlincə, o, çoxmillətli idi.
Belə ki, batalyonda türk, tat, ləzgi, rus, tatar, yəhudi və s. də olmuşdur.

Tabor komandiri HACI ƏZİMOV: “Ermənilər hay-küy salırdılar
ki, bunlar rus ordusundan gəlmiş zabitlərdir. Azərbaycanın belə
tankçıları ola bilməz və s. Lakin biz onlara göstərdik ki, Həzi
Aslanovun nəsillərindənik” .

Azərbaycan ordusunun ilk tank batalyonu olan bu “Səbail” tank
taboru Qarabağ uğrunda döyüşlərdə çoxlu sayda şəhidlər və qazilər
vermiş, onlardan 3-ü ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülmüş, 3-ü “Azərbaycan Bayrağı” ordeninə layiq
görülmüşdür.

46

Taborun şəhid və milli qəhrəmanlarından bir neçəsi:
Aqarunov Albert Aqarun oğlu – Milli qəhrəman (25.04.1969 –
08.05.1992)
Abdullayev Şövqiyar Cəmil oğlu – Milli qəhrəman (05.04.1969
– 27.08.1992)
Əhmədov Əsəd Cəlal oğlu – Milli qəhrəman (15.07.1970 –
31.07.1992)
Süleymanov Qabil Oruc oğlu – Azərbaycan Bayrağı ordenli
(12.12.1960 – 27.08.1992)
Mehbalıyev Əhməd Suliddin oğlu – Azərbaycan Bayrağı ordenli
(01.09.1968 – 27.06.1993)
Hüseynov Qahir Qüdrət oğlu – Azərbaycan Bayrağı ordenli
(07.07.1968 – 18.06.1992)
İskəndərov Şahin Əliağa oğlu – şəhid, leytenant (11.08.1970 –
13.10.1992)
Mehbalıyev Nazim Nadir oğlu – şəhid (28.06.1960 – 27.08.1992)
Pirəliyev Sahib Səfər oğlu – şəhid (19.01.1969 – 17.06.1992)
Mehbalıyev Vaqif Nasir oğlu – şəhid (29.09.1960 – 08.05.1992)
Həsənov Adil Bibiqulu oğlu – şəhid (22.06.1958 – 24.06.1993)
Məmmədsalahov Milyaməddin Şəmsəddin oğlu – şəhid
(24.11.0955 – 07.07.1992)
Mirzəyev Rizvan Sabir oğlu – şəhid (19.02.1957 – 10.07.1992)
Tağıyev Elmar Şahnamaz oğlu – şəhid (16.09.1970 – 10.07.1992)
Mamontov Oleq Nikolayeviç – şəhid (15.12.1972 – 12.10.1993)
Qəhrəmanov Ələddin Qiyas oğlu – şəhid (20.05.1974 –
06.02.1994)
Əhmədov Gəray Mikayıl oğlu – şəhid (04.04.1972 – 18.05.1994)
Və başqaları......

47

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

48

“533”

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində Bakı
şəhərində Azərbaycan Hərb Tarixi Muzeyi fəaliyyət göstərir.

Muzeyin həyətində açıq səma altında hərbi texnikalardan ibarət
ekspozisiya təşkil olunmuşdur. Burada keçmiş Sovet ordusunda
xidmət etmiş azərbaycanlıların silah və texnikaları, eləcə də,
Azərbaycan Milli Ordusunda istifadə edilən ağır artilleriya silahları
nümayiş olunur.

Bu texnikalar içərisində qoşa qoyulmuş iki tank xüsusilə diqqət
çəkir. Hər ikisinin də lülələri Qarabağımıza, onu işğalda saxlayan
yağı düşmənə doğru tuşlanıb...

Üzərilərinə ağ boya ilə “533” və “17” yazılmış tanklar...
“533” nömrəli tank... Azərbaycanın Milli Qəhrəmanı, tank
komandiri Albert Aqarunovun idarə etdiyi tank... Bir zamanlar bu
adı eşidəndə ermənilər vahiməyə düşürdü. Çünki Albert Aqarunov
yüzlərlə ermənini məhz bu tankla məhv edirdi. Artıq neçə illərdir ki,
Milli Qəhrəmanın şərəfinə bu tank Azərbaycan Hərb Tarixi Muzeyinin
həyətində sərgilənir.
“17” nömrəli tank Sovet filmlərindən sevə-sevə izlədiyimiz
və hər zaman qürur duyduğumuz tankdır. O tank ki, alman faşizmi
üzərindəki qələbədə bu tankın, eləcə də onun sahibinin misilsiz
xidmətləri olmuşdur. T-34-85 İkinci Dünya Müharibəsinin ən yaxşı
tankı hesab edilirdi.
Bu tank iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını qazanmış Həzi
Aslanovun tankıdır...

49

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOV VƏ VƏTƏN SEVGİSİ

Hər iki tankçımız hərb tariximizə öz adlarını qızıl hərflərlə
yazdırmışdır. Onlar və onların döyüş salnaməsi gələcək nəsillər,
tankçılar, hərbiçilər üçün sözün əsl mənasında nümunə, örnək olacaq.

50


Click to View FlipBook Version