The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Mənəvi dəyərlərimiz (Elvusal ve Aslan) ---

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2020-12-29 03:21:30

Mənəvi dəyərlərimiz (Elvusal ve Aslan) ---

Mənəvi dəyərlərimiz (Elvusal ve Aslan) ---

151

VƏTƏNPƏRVƏRLİK

Vətən sözü ərəbcə olub, lüğətdə “məskunlaşmaq, bir yeri yurd qərar vermək,
özünü bir şeyə öyrəşdirmək” mənasına gəlir. Klassik lüğətlərdə və ədəbi mətnlərdə
“bir şəxsin doğulduğu, məskunlaşdığı, yaşayışını təmin etdiyi və yaşadığı yer”
şəklində tərif edilir.1

“Azərbaycan dilinin izahlı lüğəti”nə görə isə vətən “bir adamın doğulub
böyüdüyü və vətəndaşı olduğu ölkə, məmləkət” deməkdir.2

Bununla yanaşı bir yerin vətən sayıla bilməsi üçün orada yaşayan, oranı yurd
qərar verən insanların həmin ərazi uğrunda könüllü olaraq canlarını və mallarını
fəda etməsi lazımdır. Məhz o zaman həmin yerə “vətən” deyilər. Türk şairi Mithat
Cemal Kuntay “On beş yılı karşılarken” adlı şeirində bunu çox gözəl ifadə etmişdir:

Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq əğər uğrunda ölən varsa vatandır.
Tarix və ədəbiyyata dair yazılan əsərlərdə insanlar üçün vətənin önəmi, vətən
sevgisi və həsrətinə dair ədəbiyyata geniş yer verilmişdir. Bu janrda əsər yazan ilk
müəlliflərdən olan Cahiz, vətən sevgisi ilə vətən həsrətinin insanda yaradılışdan
gələn köklü bir duyğu olduğunu qeyd edir. Bu səbəblə “vətənində sıxıntı çəkməyin
qürbətdə bolluq içində yaşamağından daha yaxşıdır” deyilmişdir. Cahizə görə
insanlar vətənlərinə ruzilərindən daha çox əhəmiyyət verərlər. Quraq, məhsul
verməyən bir ölkədə yaşayanlar daha varlı ölkələrə getsələr də yenə də öz vətənləri
üçün darıxarlar.3
Vətənpərvərlik isə, şəxsin öz vətəninə və xalqına sədaqət və məhəbbəti, onun
yolunda hər bir fədakarlığa hazır olmasıdır.4
Vətənpərvərlik insanların öz ölkəsinə münasibətini xarakterizə edən əxlaqi
prinsipdir. Bu prinsip özünü müəyyən hərəkətlərdə və sosial hisslərin mürəkkəb
kompleksində ifadə edir. Buna həm də vətənə sevgi deyirlər, adətən buraya
aşağıdakıları daxil edirlər: vətən tarixi və maraqlarına qayğı göstərmək, özünü

1  İbn Düreyd, Cəmhərət əl-Luğə, (Nşr. Fr. Krenkow vb.), Heydarabad 1345, c. 3, 119.
2  Azərbaycan dilinin izahlı lüğəti, Şərq-Qərb, Bakı 2006, c. 4. s. 482.
3  Mustafa Çağrıcı, Vatan//Diyanet İslam Ansiklpedisi, İstanbul 2012, c. 42. s. 563.
4  Azərbaycan dilinin izahlı lüğəti, c. 4, s. 483.

152

vətən yolunda daima qurban verməyə hazır olmaq, vətənə sədaqət, düşmənlərə
nifrət, ölkənin sosialmədəni nailiyyətlərilə fəxr etmək, xalqın çəkdiyi əzablara
can yandırmaq, cəmiyyətdə mövcud olan eybəcərliklərə görə xəcalət çəkmək;
vətənin tarixi keçmişinə, burada formalaşmış adət-ənənəyə hörmət etmək və rəğbət
bəsləmək, yaşadığı əraziyə (şəhərə, kəndə, vilayətə, regiona, bütövlükdə ölkəyə)
bağlı olmaq.1 Səməd Vurğun yazmışdı:

Vətən, Namus da, vicdan da yaranmış şanlı hissindən
Vətən, qoynunda bəslənmiş əməllər, arzular, şəksiz,
Vətənsiz, yurdsuz insanlar yaşar aləmdə məsləksiz.2
Həzrət Peyğəmbər də öz vətəninə sonsuz dərəcədə bağlı idi. Mədinəyə hicrət
edərkən üzünü Məkkəyə tutub dediyi sözlər, Peyğəmbərimizin öz doğulub boya
başa çatdığı vətəninə qarşı olan məhəbbətini aşkar şəkildə göstərir.
“Vallahi ey Məkkə! Mən səndən ayrılmaq məcburiyyətində qaldım. Şübhəsiz
sən dünyada Allaha ən əziz olan bəldəsən; Allahın sənə qarşı xüsusi lütfləri var!
Allah and olsun ki, sənin xalqın buradan Məni çıxmağa məcbur etməsə idi, qətiyyən
səni tərk edib bayıra addım atmazdım!”3
Həzrət Əlidən (ə) nəql edilən bir hədisdə, “insanın ömrünün keçəninə
ağlaması, Vətəninə bağlılığı və köhnə dostlarını qoruması onun alicənablığından”
olduğu vurgulanır4. Bir başqa hədisdə isə İmam Əli (ə) “Ölkələr vətən sevgisi ilə
abad olar” buyurur.5
İmam Zeynülabidindən (ə) nəql olunan aşağıdakı dua bir müsəlmanın vətəninə
münasibətinin necə olması gərəkdiyini göstərir:
“Allahım bizə ruzi bolluğu və vətənimizin əmin amanlığını bəxş et!” 6
Azərbaycan xalqı vətənpərvərlik, yəni torpağa, elə, yurda, vətənə bağlılıq,
onu sevmək və müdafiə etmək dəyərləri ilə fərqlənir. Xalqımıza məxsus şifahi
və yazılı ədəbiyyat nümunələrində, epos və dastanlarda vətənpərvərlik mövzusu
mühüm yerlərdən birini tutur.
“Kitabi-Dədə Qorqud” dastanının bütün boylarında qarşıya qoyulan əsas

1  Q.Y. Abbasova, s. 277-278.
2  Səməd Vurğun, Əsərləri, VI cild, Bakı, 1972. S. 21.
3  İbn Macə, Sünən, c. 3, s. 77-78, hədis 3165.
4  Məhəmməd Reyşəhri, Mizan əl-Hikmə, Dar əl-Hədis, Qum 1422, c. 11, s. 4728, hədis 21927.
5  Həmin mənbə, c. 11, 4728, hədis 21926.
6  Məclisi, Biharul Ənvar, c.95, s. 91-ci səh0

153

məqsəd vətəni qorumaq, onun bütövlüyünü, istiqlaliyyətini xarici və daxili
sarsıntılardan müdafiə etməkdən ibarətdir. Oğuz elinin igidləri məmləkətin talan
olmaması, qız-gəlinin, oğul-uşağın əsir getməməsi üçün daim onun keşiyində
durmuş, ölkənin bol sərvətinin talan, viran edilməməsi üçün xarici müdaxilələrə
qarşı daim hazır vəziyyətdə dayanmışlar. Vətən torpaqlarının bütövlüyü oğuz
igidlərinin qanları, canları bahasına başa gəlmişdir. Onlar öz canlarını şüurlu surətdə
vətən yolunda qurban verməyə hazırdırlar. Oğuz tərbiyəsi, oğuz analarının mətanət
və iradəsi, saf, halal südü sayəsində ləyaqətli, vətənsevər oğullar böyüyür, vətənin
müdafiəsində dayanırdılar. Əcdadlarımız vətənin, torpağın müqəddəsliyini, şərəf və
ləyaqətini hər şeydən üstün tutmuşlar. Ağlı kəsən, əli silah tutan hər bir vətən övladı
torpağını yağı düşməndən qorumağa borcludur. “Kitabi-Dədə Qorqud” dastanı da
gənclərə məhz bu mənəvi keyfiyyətləri təlqin edir.1

Azərbaycan şairləri də öz əsərlərində vətənpərvərlik duyğusunu tərənnüm
etmişlər. Məsələn, dahi şairimiz və mütəfəkkirimiz Nizami Gəncəvinin poeziyasında
xüsusi yer tutan əxlaqi keyfiyyətlərdən biri də vətənpərvərlikdir. Nizamişünasların
əksəriyyəti şairin yaradıcılığında vətənpərvərlik ideyalarından bəhs edərkən onun
özünün boyük vətənpərvər olmasını xüsusi qeyd etmişlər.

Azərbaycanın dilbər guşələrini sevə-sevə tərənnüm edən şair doğma yurdu
Gəncəyə məhəbbətini daha parlaq tərənnüm etmişdir.

Boğazımı gör necə düyünləyibdir Gəncə,
Yoxsa İraq xəzinəsi mənim olardı məncə.
Aləm deyir övladsan sən dünyaya, Nizami
Sığışmazsan Gəncəyə, gen dünyada Nizami.2
XII əsrdə yaşamış, farsca şeirlər yazıb yaradan, Gəncədə doğulub, böyüyən
və təqribən 70 yaşında ikən Mərvdə vəfat edən Əbu Həfs Ömər Gənzinin (Gəncəli)
şeirlərindən də vətən həsrəti, vətənpərvərlik duyğuları hiss olunur. O yazırdı:
“Sürüb dəvələrini mənim yurduma çatsan
Dostlarıma, unutma, məndən yetir bir salam.
Bu dərdə dözməyimdən, ayrılıq əzabından
Danış bir-bir onlara mən necə xəstəhalam.
Söylə ki, onları mən hər yadıma saldıqca-

1  Pərişan Həsənova, Kitabi-Dədə Qorqud’ dastanında mənəvi tərbiyə məsələləri, Bakı, Mütərcim 2015, s. 90.
2  Nizami Gəncəvi, Sirlər xəzinəsi, “Lider Nəşriyyat”, Bakı 2004, s. 206.

154

Gəlib keçir gözümdən bir də o günlər tamam,
Ətirli meh əsdikcə səhər dost diyarından,
Qəlbim yarpaq tək əsir, tapmır bir ləhzə aram” 1
Azərbaycan xalqının vətənpərvərliyinin gözəl nümunələrindən biri ilə də
Qurban Səidin “Əli və Nino” romanında qarşılaşırıq. Əsərin baş qəhrəmanı Əli xan
Şirvanşır vətənini və xalqını çox sevən bir gəncdir. O, doğulub boya-başa çatdığı
Bakı şəhəri və ümumilikdə vətəni üçün canını verməyə hazırdır. Qısa bir müddət
Bakını tərk etsə də yenidən vətənə qayıdır və çətin günündə vətəninin müdafiəsi
üçün mübarizə aparır. 2
Müasir şairlərimizin yaradıcılığında da vətənpərvərlik duyğuları qabarıq
şəkildə özünü hiss etdirir. Məsələn, Əliağa Vahidin vətənə dair qəzəli şairin vətən
sevgisinin parlaq təzahürüdür:
Mən əsiri-eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Qoy Vətən daim işıqlansın gözəl bir şəmtək,
Könlüm ol şəmin ziyasın seyr edən pərvanədir.3
Abbas Səhhətin vətənpərvərlik mövzusunda qələmə aldığı “Vətən” şeiri
gənclərdə, böyüməkdə olan nəsildə vətənpərvərlik hisslərini gücləndirmək
məqsədini daşıyır. Şeirin hər misrası oxucunu Vətəni böyük məhəbbətlə sevməyə,
onu candan əziz sanmağa çağırır.
Vətənini “könlünün sevgili məhbubu” olaraq adlandıran Abbas Səhhətə görə
“Vətən” əsla unudulmamalıdır. Çünki “Vətən” hər bir şəxsi öz sinəsində bəsləyən
bir anadır. Şairə görə vətənin insana bəxş etdiyi nemətlərini də unutmaq olmaz.
Şairə görə əcdadımızın mədfəni, övladımızın məskəni olan;
“Vətənin sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.”4
Beləliklə A. Səhhət “Vətən” şeirində bizi vətənpərvər olmağa, doğma yurdu
ürəkdən sevməyə səsləyir.
Dahi Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın vətənə olan məhəbbəti

1  R.L.Hüseynzadə, Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoqika, s. 163.
2  Bu haqda geniş məluma üçün bax: Aslan Həbibov, “Əli və Nino” romanında Əhli-beyt irsi//Azərbaycan və Əhli-beyt
irsi, “Elm və Təhsil”, Bakı 2013, s. 286-303.
3  Əliağa Vahid, Seçilmiş əsərləri, “Lider Nəşriyyat”, Bakı 2005, s. 271.
4  Abbas Səhhət, Seçilmiş əsərləri, “Lider Nəşriyyat”, Bakı 2005, s. 48.

155

Azərbaycan haqqında qələmə aldığı şeirində öz əksini tapmışdır:
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan.
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib: heçdir vətənsiz can, Azərbaycan.1
Təqdim etdiyimiz nümunələrdən aşkar şəkildə görünür ki, Azərbaycan

xalqının vətənə məhəbbəti, vətənpərvərlik ruhu, xalqın övladları tərəfindən
mükəmməl şəkildə dilə gətirilmişdir. Mövzunu vətənə dair məşhur bayatı ilə
tamamlamaq istəyirik:

“Əzizim vətən yaxşı
Geyməyə kətan yaxşı
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı”

1  Məhəmməd Hüseyn Şəhriyar, Seçilmiş əsərləri, Avrasiya-Press, Bakı-2005, s. 176.

156

ƏDƏBİYYAT SİYAHISI

Abbasova, Q.Y. Etika: tarix, nəzəriyyə və təcrübə, Bakı 2016, s. 277-278
Adıgüzel, H., Atatürk, Nerimanov ve Kurtuluş Savaşımız, İstanbul, İleri
Yayınları 2004.
Amudi, Əbul-Fəth Abdulvahid ibn Məhəmməd ət-Təmimi, Qurəru-l-hikəm
və durər əl-kiləm, əl-Muessesetu əl-fikriyyətu lil-mətbuat, 1992.
Apoyev, Bayram, Nizami Gəncəvinin pedaqoji görüşləri, Bakı, “Adiloğlu”
nəşriyyatı, 2008.
Atalar sözü. Tоplayanı: Əməkdar mədəniyyət işçisi Əbülqasım Hüseynzadə.
Tərtib edəni: f.e.n. Hamid Qasımzadə, Bakı - “Yazıçı” – 1985.
Atalay, Yasemin Ölmez, Felsefi açıdan tolerans ve hoşgörü, Maqistratura işi,
Isparta 2008.
Atar, Fahrettin, “Şehid”// Diyanet İslam Ansiklopedisi, İstanbul 2010.
Azərbaycan dilinin izahlı lüğəti, Şərq-Qərb, Bakı 2006, c. 4. s. 482.
Azərbaycan folkloru antologiyası. XII cild. Zəngəzur folkloru. Toplayıb tərtib
edənlər: f.e.d. Vəli Nəbioğlu, f.e.n. Muxtar Kazımoğlu, f.e.n. Əfzələddin Əsgər.
Bakı–“Səda”–2005.
Babaşlı, Məmmədəli, “Müasir dünya və islamın dözümlülük anlayışı”//
İslamda Dözümlülük, Beynəlxalq elmi-nəzəri konfransın materialları, Bakı 2006.
Babayev, Tofiq, Qonaqpərvərlik - xalqımızın baş ucalığı, şöhrət tacı//Xalq
qəzeti, 26 sentyabr 2010.
Bakıxanov, A.A., Seçilmiş əsərləri, Təhzibi-əxlaq, “Avrasiya Press”, Bakı
2005.
Buxari, Əbu Abdullah Məhəmməd ibn İsmail, Səhih, Dar ət-Təsid, Qahirə
2012.
Bünyadov, Teymur - Babayev, Tofiq, Ağsaqqallıq-Ağbirçəklik//Azərbaycan
etnoqrafiyası, Şərq-Qərb, Bakı 2007.
Bünyadov, Teymur, El anası//Azərbaycan etnoqrafiyası, Şərq-Qərb, Bakı
2007.
Bünyadova, Şirin, Orta əsr Azərbaycan ailəsi, “Elm” nəşriyyatı, Bakı 2012.

157

Bünyadova, Şirin, Qonaqpərvərlik// Azərbaycan Etnoqrafiyası, 3 cilddə, III
cild, Şərq-Qərb, Bakı 2007.

Cavadova, R.T., “Dədə-Qorqud” eposunda Oğuzların epik aləmi//Bakı
Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, №4, 2011.

Cərrar, Hüsni Ədhəm, Allah naminə qardaşlıq və sevgi, (Tərc. Elvüsal
Məmmədov), “İdrak” İctimai Birliyi, Bakı 2010.

Cürcani, Seyyid Şərif, ət-Tərifat, Darul-fəzilət, Qahirə.
Çağrıcı, Mustafa, “Haya”// Diyanet İslam Ansiklopedisi, İstanbul 1997.
Çağrıcı, Mustafa, “Tevazu”// Diyanet İslam Ansiklopedisi, İstanbul, 2011.
Çağrıcı, Mustafa, Vatan//Diyanet İslam Ansiklopedisi, İstanbul 2012, c. 42.
s. 563.
Demir, Muharrem, Kur`anda Tevazu Kavramı, Maqistratura işi, Ankara 2010.
Düma, Aleksandr, Qafqaz, “Qafqaz”, Bakı 2010.
Əhməd ibn Hənbəl, Müsnəd, Müəssisətu ər-Risalə, Beyrut 1997.
əl-Qəzali, Məhəmməd Müsəlman əxlaqı, (Tərc. Elvüsal Mәmmәdov), “İdrak”
İctimai Birliyi , Bakı 2012.
Fərahidi, Xəlil ibn Əhməd, Kitab əl-Ayn, (Təhqiq: Abdülhəmid Hənrəvi), Dar
əl-kutub əl-ilmiyyə, Beyrut.
Füzuli, Məhəmməd, Seçilmiş əsərləri, “Şərq-Qərb, Bakı 2005.
Geçit, Mehmet Seyid, Kur’ân’da Şehitlik, Iğdır Üniversitesi İlahiyat Fakültesi
Dergisi, sayı: 9, Nisan 2017.
Gəncəli, Sabir, Ailə: Ensiklopedik toplu, Azərbaycan nəşriyyatı, Bakı 2001.
Gəncəvi, Nizami, İskəndərnamə, İqbalnamə,”Lider Nəşriyyat”, Bakı 2004.
Gəncəvi, Nizami, İskəndərnamə, Şərəfnamə, “Lider Nəşriyyat”, Bakı 2004.
Gəncəvi, Nizami, Leyli və Məcnun, Lider Nəşriyyat, Bakı 2004.
Gəncəvi, Nizami, Lirika. Sirlər xəzinəsi. Şərəfnamə, Bakı: Yazıçı, 1988.
Gəncəvi, Nizami, Sirlər xəzinəsi, “Lider Nəşriyyat”, Bakı 2004, s. 206.
Gəncəvi, Nizami, Xosrov və Şirin, “Lider Nəşriyyat”, Bakı 2004.
Gəncəvi, Nizami, Yeddi gözəl, “Lider Nəşriyyat”, Bakı 2004.
Göyüşov, Ziyəddin, Fəzilət və qəbahət, Bakı Dövlət Nəşriyyatı, 1972.
Hacıyeva, Naidə, Estetika, Peşə etikası və psixologiya, Şərq-Qərb nəşriyyat
evi, 2012.
Hakim ən-Nişaburi, əl-Müstədrək əla əs-səhiheyn, Beyrut 1990.

158

Həbibov, Aslan “Əli və Nino” romanında Əhli-beyt irsi//Azərbaycan və Əhli-
beyt irsi, “Elm və Təhsil”, Bakı 2013.

Həbibov, Aslan, İslam həmrəyliyi: Dünəndən bu günə//İslam həmrəyliyi və
Azərbaycan: reallıqlar və perspektivlər, Bakı 2018.

Həbibov, Aslan, Vəhdət naminə məzhəblərarası dialoq, Nurlar, Bakı 2004
Hərrani, Əbu Məhəmməd Həsən ibn Əli, Tuhəf əl-üqul, Beyrut 2002.
Həsənova, F.A. Qasımova, L.N., Milli-mənəvi dəyərlər. Azərbaycan
mütəfəkkirlərinin yaradıcılığında// Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi
elmlər seriyası, N 1, 2008.
Həsənova, Pərişan, Kitabi-Dədə Qorqud’ dastanında mənəvi tərbiyə
məsələləri, Bakı, Mütərcim 2015.
Hökelekli, Hayati, Tevazu// Dem Dergisi, 1-ci il, sayı: 2.
Hürr əl-Amuli, Məhəmməd Həsən, Vəsail əş-şiə, Daru ihya ət-turaz əl-ərəbi,
Beyrut.
Hüseynzadə, R. L., Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil
və pedaqoji fikir, Nurlar nəşriyyat, Bakı 2007.
İbn Düreyd, Cəmhərət əl-Luğə, (Nşr. Fr. Krenkow vb.), Heydarabad 1345.
İbn əl-Əsir Məhəmməd ibn Məhəmməd ibn Əbdülkərim əş-Şeybani, əl-Kamil
fit-Tarix, Misir 1356.
İbn Əbu Şeybə, Kitab əl-İman, Dəməşq trs,
İbn Hişam, Məhəmməd Peyğəmbərin (s) həyatı, (Tərc. Elmira Qafarova),
Bakı 2016.
İbn Macə, Əbu Abdullah Məhəmməd ibn Yəzid əl-Qəzvini, əs-Sünən, Dar
ər-risalə əl-aləmiyyə, Beyrut 2009.
İbn Mənzur, Cəmaluddin Məhəmməd ibn Mükərrəm, Lisan əl-Ərəb, Daru
Sadir, Beyrut, tarixsiz.
İlkin, Qılman, Köhnə Bakını tanıyırsanmı, Bakı-Şirvannəşr-2004.
İmam Əli, Nəhcül-bəlağə, Azərbaycan dilinə tərcümə edən: Ağabala
Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev, Nurlar nəşriyyat, Bakı 2007.
İskəndərov, Anar, Təzə Pir məscidi, Qismət, Bakı 2009.
Kamil, İlqar, Mesaj 23. (Həya). deyerler.org/98362-mesaj-23-hjya.html
Kızılçelik Sezgin – Erjem Yaşar, Açıklamalı Sosyoloji Sözlüğü, Atilla
Kitabevi, Ankara 1994.

159

Kitabi-Dədə Qorqud, “Öndər Nəşriyyat”, Bakı 2004, S. 305.
Korlaelçi, Murtaza, Küreselleşme karşısında manevi değerlerimiz// Felsefe
dünyası, 2005/1, Sayı 4.
Kuleyni, Əbu Cəfər Məhəmməd ibn İshaq ibn Yəqub, əl-Kafi, Mənşurat əl-
Fəcr, Beyrut 2007.
Kurt, Hasan, İslam inancına göre şehitlik, C.Ü. İlahiyat Fakültesi Dergisi
2012, Cilt: XVI, Sayı: 1.
Əbu əl-Həsən Əli ibn Məhəmməd əl-Mavərdi, Ədəb əd-dünya və əd-din,
Beyrut, 1985
Məcidi, Gulam Hüseyn, Nəhcul-Fəsahə, Müəssəsətu Ənsariyan Mətbəətu əs-
Sədr, İran 2000.
Məclisi, Məhəmməd Baqir Biharul-ənvar, Daru ihya ət-turas əl-ərəbi, Beyrut 1983.
Məmmədyarov, Şünasi, ‘İslam dövlətçiliyi tarixində dözümlülük ənənələri’//
İslamda Dözümlülük, Beynəlxalq elmi-nəzəri konfransın materialları, Bakı 2006
Məşayixi, Qüdrətullah, İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)
“Hüquq risaləsi”nin şərhi), (Azərbaycan dilinə tərcümə Faiq Vəli oğlu), Ənsarian
nəşriyyatı 2002.
Mustafavi, Həsən, Təfsire-Ruşən, h. 1367.
Mustafayev, Azər, “İnsannamə”: Qərinələrdən qərinələrə doğru, “Azərbaycan
Bu gün və sabah”- 2007.- № 5.
Mürsəlov, Ramiz, İslam və müasir dövrün qlobal hadisələri, “İdrak” İctimai
Birliyi, Bakı 2008
Müslim ibn Həccac əl-Qüşeyri ən-Neysaburi, əs-Səhih, Dar ət-təsid, Qahirə
2014
Nəsai, Əbu Abdullah Əhməd ibn Şüeyb, Sünən əs-Suğra, Dar əs-səlam, Riyad
1999.
Nəsəi, Əbu Əbdurrəhman Əhməd ibn Şueyb, əs-Sünən əl-Kübra, Müəssəsətu
ər-risalə, Beyrut 2001.
Nəsimi, İmadəddin, Seçilmiş əsərləri, “Lider Nəşriyyat”, Bakı 2004.
Parlatır, İsmail, Türkçe Sözlük, Türk Dil Kurumu, Ankara 1998.
Paşazadə, Allahşükür, Qafqazda islam, Bakı, Azərnəşr, 1991.
Qabusnamə, (farscadan tərcümə edəni Rəhim Sultanov), “Şərq-Qərb”, Bakı
2006.

160

Qazi İyaz, əş-Şifa bitərifi huquqil-Mustafa,Beyrut, 1988.
Rağıb əl-İsfahani, əl-Müfrədat, Dar əl-qələm, 2009.
Rəhim, Məhəmməd Əmin, İslamda məzhəblərarası yaxınlaşma konsepsiyaları,
“İdrak” İctimai Birliyi, Bakı 2012.
Rüstəm, Süleyman, Seçilmiş əsərləri, “Şərq-Qərb”, Bakı 2005.
Saraç, Tahsin, “Tolérance”// Büyük Fransızca-Türkçe Sözlük, İstanbul 1985.
Səhhət, Abbas, Seçilmiş əsərləri, “Lider Nəşriyyat”, Bakı 2005.
Şankıti, Muhammed b. Muhtar, Haçlı Savaşının Etkisi Altında Sünni-Şii
İlişkileri, Mana Yayınları, İstanbul trs.
Şəhriyar, Məhəmməd Hüseyn, Seçilmiş əsərləri, Avrasiya-Press, Bakı-2005.
Şirazi, Sədi, Gülüstan, Bakı 2004.
Şirvani, Xaqani, Seçilmiş əsərləri, “Lider Nəşriyyat” Bakı 2004.
Təbərsi, Mirzə Həsən Nuri, Müstədrək əl-Vəsail, Muessesetu Alul-Beyt
liihyai ət-turas, Beyrut, 1991.
Tirmizi, Əbu İsa Məhəmməd ibn İsa, əs-Sünən, Dar ət-Təsid, Qahirə 2016.
Tusi, Əbu Cəfər Məhəmməd ibn Həsən, Kitab əl-Əmali, Dar əl-kutub əl-
islamiyyə, Tehran 1382.
Tusi, Xacə Nəsirəddin, Əxlaqi-nasiri, Bakı Elm nəşriyyatı, 1989.
Vahabzadə, Bəxtiyar, Seçilmiş əsərləri, “Öndər Nəşriyyat” Bakı 2004.
Vurğun, Səməd, Əsərləri, VI cild, Bakı, 1972.
Xəlilli, Xəliyəddin, Ön söz//Şəhidlər: Biblioqrafiya, Bakı 2010.
Yardım, Ali, Peygamberimizin şemaili, Erkam yayınları, 1992.
Yılmaz, Hüseyin, “Hz. Peygamber’in eğitiminde bir ilke olarak hoşgörü”//
Cumhuriyet Üniversitesi İlahiyat Fakültesi Dergisi, Cilt: VIII / 1, Haziran-2004,
Sivas.

161

İnternet resursları

Abbasov, İdris, İslamda qonşuluq münasibətləri
https://azadinform.az/az/baxis-bucai/152776/islamda-qonsuluq-
munasibetleri/
Əliyeva, Samirə, Azərbaycanda ictimai mərhəmət və xeyriyyəçiliyin
inkişafında etik ənənələr,
https://ausocialworkdepartment.wordpress.com/2014/09/26/movzu2-
azərbaycanda-ictimai-mərhəmət-və-xeyriyyəciliyin-inkisafinda-etik-ənənələr/
Hacıyev, Aqil, İslamda qonşu haqları.
az.islam.az/news/a-92.html
Qurbanov, Abbas, Əhdə vəfa – İslamın əmridir
az.islam.az/news/a-372.html
Muradlı, R., Yaxşı qonşuluq
https://www.islamevi.az/?p=1081
deyerler.org/223388-dnsan-bilsj-ki-qonaqpjrvjrliyin-allah-qatdnda-nj-qjdjr-
fjziljti-varddr.html
https://dinhizmetleri.diyanet.gov.tr/Documents/Varlığın%20İlahi%20
Mayası%20Merhamet.pdf
http://www.meneviyyat.az/dostluq-ve-yoldasliq/
www.meneviyyat.az/heya-nedir/
http://www.mynet.com/cevaplar/manev%C3%AE-dayanisma-
manev%C3%AE-destek-nedir/6332700
https://www.tebyan.net/index.aspx?pid=63107
https://www.memmedaraz.az/?menu=299

MÜNDƏRİCAT

Birinci fəsil (Elvüsal Məmmədov)

Giriş.....................................................................................................................3
Dəyər nədir?.........................................................................................................6
Fərdi və sosial həyatda mənəvi dəyərlərin əhəmiyyəti və funksiyaları...............9
Dəyərlərin mənbəyi............................................................................................12
Əxlaq və dəyərlər probleminin tarixi-müqayisəli təhlili....................................16
Qərb rasional fikir tarixində əxlaq və dəyərlər..................................................19
İslam dini və müsəlman rasional fikrində əxlaq (dəyər) problemi.................23

a) İslam dininin əxlaqa münasibəti və islam əxlaqının
səciyyəvi xüsusiyyətləri................................................................................23
b)Müsəlmanrasionalfikirtarixindəəxlaq.....................................................30
İslama görə mənəvi dəyərlərin səciyyəvi xüsusiyyətləri...................................37
İlahimənşəlilik.............................................................................................37
Hərtərəflilik.................................................................................................37
Ümumilik və bəşərilik..................................................................................38
İnsan təbiətinə uyğunluq..............................................................................38
Pozitivlik.....................................................................................................38
Dəyişməzlik və dinamikliyin vəhdəti...........................................................39
Müvazinətlilik..............................................................................................39
Realistlik.....................................................................................................39
Davamedicilik.............................................................................................40
Azadlıq məfhumu və dəyərlər............................................................................41
Azadlıq və məsuliyyətin sərhədi haqqında.........................................................47
Əxlaq dəyərləri əleyhinə inqilablar....................................................................49
Modernizm və dəyərlərin aşınması....................................................................51

Qloballaşma və mənəvi dəyərlər........................................................................54
Gənclərdə mənəvi boşluq və dəyərlər................................................................60
Mənəvi dəyərlər və din......................................................................................63
Din – əxlaqi dəyərlərin baza prinsipi kimi........................................................65
Mənəvi-əxlaqi inkişaf, dəyərlər və təşviq mexanizmi.......................................70
Dəyərlər, nəzarət mexanizmi və təşviq triosu....................................................73
İnsana üç fərqli baxış, yaxud ruh, zəka və bədənmərkəzlilik haqqında............77
İstifadə olunmuş ədəbiyyat................................................................................79

İkinci fəsil (Aslan Həbibov)

Giriş...................................................................................................................84
Valideynə hörmət...............................................................................................86
Qonaqpərvərlik..................................................................................................91
Səxavət..............................................................................................................95
Təvazökarlıq......................................................................................................99
Mərhəmət........................................................................................................104
Şəhidlik............................................................................................................108
Xeyirxahlıq......................................................................................................113
Abır-Həya........................................................................................................118
Dostluq...........................................................................................................122
Əhdə vəfa........................................................................................................127
Həmrəylik........................................................................................................132
Vəhdət..............................................................................................................137
Tolerantlıq........................................................................................................142
Qonşuluq..........................................................................................................147
Vətənpərvərlik.................................................................................................151
Ədəbiyyat siyahısı...........................................................................................156

Elvüsal Məmmədov, Aslan Həbibov

MƏNƏVİ DƏYƏRLƏRİMİZ

Çapa imzalanmışdır: 06.09.2018
Kağız formatı: 70x100 1/16
Tiraj:3000


Click to View FlipBook Version