101
süfrəsi olduqda belə, süfrədə cəmi bir neçə xurma olsaydı belə onların dəvətini
qəbul edərdi.1
Həzrət Loğmanın (ə) öz oğluna belə nəsihət etdiyi nəql olunur:
“Haqq qarşısında həmişə təvazökar ol. Onda insanların ən ağıllısı olarsan.
Həqiqətən əsl zirək adam haqq qarşısında təslim olan şəxsdir.”2
Təvazökarlıq kiçiyin böyüyə deyil, böyüyün kiçiyə qarşı; kasıbın zənginə
deyil, zənginin kasıba qarşı; cahilin alimə deyil alimin cahilə qarşı; bir sözlə varlıq
içində olanın yoxluq içində olana qarşı münasibətidir. Təvazökar insanın sahib
olduğu mövqe və vəzifənin zərurətlərindən sıyrılıb həmsöhbətinin səviyyəsinə
enmə davranışıdır. Yəni həqiqi böyüyün böyüklüyünü gizlədib kiçiklik və sadəlik
paltarını geyinməsidir.3
Təvazökarlıq şəxsiyyətin ətrafdakılara və özünə qarşı olan münasibətini
xarakterizə edən əxlaqi keyfiyyətdir. Bu zaman insan özünü başqalarından üstün
görmür, bütün insanlara hörmətlə yanaşır, xırda nöqsanlara dözümlü olur (özünə
aid), xidmətlərə və çatışmazlıqlara tənqidi yanaşır. Təvazökarlıq şəxsiyyətin
cəmiyyət, insanlar qarşısında öz vəzifələrinin başa düşülməsi formasıdır. Məhz buna
görə təvazökar insan öz məziyyətlərinə xüsusi əhəmiyyət vermir, çünki bunların
olmasını adi, təbii bir hal sayır. Təvazökarlıq xüsusi olaraq fövqəltəbii qabiliyyət və
bacarıqlara malik olan insanlara xasdır. “Təvazökarlıq bütün məziyyətlərin tacıdır”,
“təvazökarlıq qəhrəmanın yaraşığıdır” – bu kimi kəlamlar onu bildirir ki, əsil
xeyirxahlıq şan-şöhrətə meyllilik yox, bəşər nəslinin xeyrinə olan azad fəaliyyətdir.4
Sadə və təvazökar adamları hamı sevər və onlara hörmət edər. Belə
adamlar heç vaxt özlərini başqalarından üstün tutmaz, uğur və müvəffəqiyyətləri
ilə, qazandıqları nailiyyətlərlə, göstərdikləri xidmətlərlə öyünməzlər. Əksinə,
müvəffəqiyyətləri artdıqca onlar özlərini daha sadə aparar, qazandıqlarını az bilər
və daha çox nailiyyət əldə etməyə çalışarlar. Sadə və təvazökar adamlar hamı ilə
mehriban və səmimi rəftar edər, daha çox gülərüz olurlar. Onlar heç kimin xətrinə
dəymir, ən kobud adamlarla belə dil tapa bilirlər.
Abbasqulu Ağa Bakıxanov “Təhzibi-əxlaq” və “Nəsihətnamə” əsərlərində
təvazökarlığı xoşbəxtlik əldə etməyin mühüm vasitələrindən biri hesab etmişdir.
1 Hürr əl-Amuli, Vəsail əş-şiə, c. 3, s. 377.
2 Hürr əl-Amuli, Vəsailuş-şiə, c. 11, s. 162, 15, 254
3 Ali Yardım, Peygamberimizin Şemaili, Erkam yayınları, 1992, s. 407-409.
4 Q.Y. Abbasova, Etika: tarix, nəzəriyyə və təcrübə, Bakı 2016, s. 334.
102
Onun nəzərincə, təvazökar olmayan adam heç bir vaxt sakitlik, qəlb rahatlığı əldə
edə bilməz. Təvazökarlıq insanın cəmiyyətdə mövqeyini yaxşılaşdırmağa, həm
də ona daxilən mənəvi cəhətdən təkmilləşməkdə kömək edir. Təvazökar olmayan
adam öz əxlaqını saflaşdıra bilməz. Çünki təkəbbürlü və lovğa adam çox vaxt öz
nöqsanlarını və zəif cəhətlərini görə bilmir. Təvazökarlığın mənəvi mənfəəti ondadır
ki, insan özünün nöqsan və acizliyindən xəbərdar olduğu üçün sadəliyi üstün tutur.1
Abbasqulu ağa Bakıxanov onu da qeyd edir ki, təvazökarlıq və sadəlikdən
danışarkən, sadəliyi prinsipsizlik, acizlik dərəcəsinə endirməmək lazımdır. O yazırdı
ki, həlimliyin acizlik, təvazökarlığın isə alçaqlıq dərəcəsinə gəlib çıxmasından
saqınmaq lazımdır. Ancaq acığı və vüqarı, yeri gəldiyi vaxtda, bədəni qorumaq
üçün alət etmək lazımdır. Çünki bir çoxları bir nəfəri aciz gördükdə onu incitməyə
tələsirlər.2
Təvazökarlıq folklorumuzda da öz əksini tapmışdır. Xalqımızın dilində məşhur
olan “ağac bar verdikcə öz başını yerə əyər” sözü insanın kamala çatdıqca, vəzifə
və xidməti cəhətdən məşhurlaşdıqca, elm baxımından yüksəldikcə təvazökar olması
gərəkdiyinin ifadəsidir. Həmçinin hərzəçiliyi pisləyən “danışmaq gümüşdürsə
susmaq qızıldır” sözü də təvazökarlığın əhəmiyyətini göstərir. Təsadüfi deyildir ki,
bizim nağıl və dastanlarımızdakı müsbət obrazların hamısı sadə və təvazökardır.
Xalqımızın sadəlik və təvazökarlıq kimi mənəvi dəyərləri mütəfəkkirlərimizin ədəbi
irsində yüksək qiymətləndirilmişdir.3
Böyük mütəfəkkir Sədi Şirazi təvazökarlıqla əlaqədar insana belə səslənir:
Torpaqdan yaranan insan övladı,
Yel kimi təkəbbür göstərməz bir an.
Belə ki, odlusan, təkəbbürlüsən,
Bilmirəm oddansan ya ki, torpaqdan.4
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərində diqqət
yetirdiyi mənəvi keyfiyyətlərdən biri də sadəlik və təvazökarlıqdır. “Ağac bar
gətirdikcə başını aşağı salar” hikmətini aşılamağa çalışan şair təvazökarlığı olmayan
insanları başını dik tutan ilana bənzədir:
İlantək dikbaşlı gəzmə ey insan!
1 A.A.Bakıxanov, Seçilmiş əsərləri, s. 50.
2 Həmin mənbə, s. 51; Naidə Hacıyeva, Estetika, Peşə etikası və psixologiya, Şərq-Qərb nəşriyyat evi, 2012, s. 84-85.
3 Həsənova, Qasımova, Milli-mənəvi dəyərlər. Azərbaycan mütəfəkkirlərinin yaradıcılığında, s. 106
4 S.Şirazi, Gülüstan, s. 222.
103
Aşacaq dünyanın seli başından...
Çox da yüksəkliyə ucalma ki, sən,
Torpağa düşəndə inciməyəsən.
Yaxud:
Ovlaqda ovçu ov atdığı zaman
Dikbaş erkəklərə çox dəyər ziyan.1
Şairin fikrincə insan özünü nə qədər sadə aparsa, nə qədər çox təvazökarlıq
göstərsə, xalqın önündə əyilməyi bacarsa xalqın gözündə bir o qədər ucala bilər:
Ucalar özünü əyən insanlar,
Təvazö sahibi hörmət qazanar.2
Şan-şöhrət, bər-bəzək dalınca qaçan adamlara mənfi münasibətini
gizlətməyən, belələrini kəskin tənqid atəşinə tutan şair öyrədir ki, insanın gözəlliyi
onun sadəliyindədir; rahat yaşayışı sadə həyat sürməyindədir:
Torpaq vücuduna vurma min bəzək,
İnsana qum kimi sadəlik gərək.3
Yaxud:
Bu dünya malına uyma, çox zinhar,
Hər sadə keçinən asudə yaşar.4
Özünə vurulub, bəyənməsən özünü” fikrini hamıya aşılamağa çalışan dahi
Nizami poemalarının demək olar ki, hamısında özünə müraciətlə “təvazökar
ol” deyir. Şan-şöhrət zirvəsinə ucaldığına baxmayaraq heç vaxt öz sadəliyini və
təvazökarlığını itirməyən şair bu gözəl əxlaqi sifətinə görə bu gün də gənc nəslə bir
örnəkdir, təsirli tərbiyə nümunəsidir.5
1 Nizami Gəncəvi, Sirlər xəzinəsi. Şərəfnamə, Bakı: Yazıçı, 1988, s. 480.
2 Nizami Gəncəvi, Xosrov və Şirin, Lider nəşriyyat, Bakı 2004, s. 214.
3 N.Gəncəvi, Yeddi gözəl, s. 42.
4 Nizami Gəncəvi, İskəndərnamə, Lider Nəşriyyat, Bakı 2004, s. 375.
5 B.Apoyev, Nizami Gəncəvinin pedaqoji görüşləri, s. 80-81.
104
MƏRHƏMƏT
Azərbaycan xalqına xas insani keyfiyyətlərdən biri də mərhəmətli olmaqdır.
Zəifə, məzluma, heyvana və s. qarşı mərhəmət göstərməkdir.
Mərhəmət qəlb incəliyi və könül yumşaqlığıdır. Yaradılan hər bir canlıya qarşı
həssas olmaqdır. Övlad sevgisi, valideynə hörmət, qocalara, kasıblara, xəstələrə,
yetimlərə və kimsəsizlərə köməklik göstərmək, hətta heyvanlara və bitkilərə qarşı
şəfqətli olmaq kimi üstün məziyyətlər mərhəmət duyğusunun təzahürüdür. Allah-
Təalanın “Rəhman” sifətinin təcəllisi olan mərhəmət, varlığın ilahi mayasıdır.
Maddi və mənəvi xəstəliklərə qarşı ən təsirli dərman, ürəkləri işğal edən hər cür
sıxıntının çarəsi məhz mərhəmətdir.1
Mərhəmətdə başqalarının ağrı-acısını hiss etdirən, canıyananlıq və şəfqət
duyğusunu oyadan kamillik vardır. Mərhəmətli insanlar başqalarının dərd-sərini
yüngülləşdirməyə can atır, onların xətalarını özlərinə dərd bilir, onlara doğru yol
arzulayırlar. Bəli, mərhəmətli olmaq kamillikdir. Heysiyyətsizləşmə insanı heyvana
döndərir, ondakı ən yaxşı keyfiyyətləri qəsb edib oğurlayır. Mərhəmətli olmaq sevgi
və riqqətlə (şəfqətlə) döyünən hissdir. Heyvanlar da balalarına qarşı heyrətamiz
dərəcədə şəfqətlidirlər.2
Mərhəmət insanı mümkün qədər tez mükəmməlliyə nail olmağa məcbur
edən vadaredici səbəb kimi də qiymətləndirilə bilər. O, güclü motivasiyanı doğurur,
onsuz mənəvi inkişaf yolu üzrə irəliləmək çox çətindir. Yol yalnız əvvəldə asandır,
amma sonra daha çətin olur və irəliləmək üçün daha çox gücün sərf edilməsini
tələb edir. Mərhəmət insana təbii üsulla, mənəvi olaraq bu gücü verir. O, insanı
maqnit kimi böyük hədəfə çəkir, onu büdrəməyə, yan getməyə və ya nail olunmuş
yüksəkliklərdən enməyə qoymur. Rahatlanmağa da imkan vermir: axı bu anda
kimsə əzab çəkir, və hər bir andan istifadə etmək, tələsmək lazımdır, bununla biz öz
mənəvi inkişafımızı və mükəmməlliyimizi təmin etmiş oluruq. Mərhəmətə malik
olan hər bir kəs öz kamilliyinə doğru yolunu daha qısa və daha yüngül edir, axı
onda onu irəli çəkən stimul var. Mərhəmət həmçinin cəmiyyəti möhkəmləndirir və
insanlarda yüksək özünəqiymətin formalaşdırılması üçün bir zəmin yaradır. Çünki
1 https://dinhizmetleri.diyanet.gov.tr/Documents/Varlığın%20İlahi%20Mayası%20Merhamet.pdf
2 Məhəmməd əl-Qəzali, Müsəlman əxlaqı, s. 305.
105
bu hiss özündə şəfqəti, başqa canlı varlığın əzablarına həyəcan keçirmə nəzərdə
tutur. 1
Mərhəmətli insan ətrafındakı şəxslərin sıxıntı içində yaşamasını istəməz.
Onun üçün öz həyatı, sağlamlığı və rahatlığı nə qədər əhəmiyyətlidirsə ətrafındakı
insanların həyatı, sağlamlığı və rahatlığı da bir o qədər əhəmiyyətlidir. Buna görə
də mərhəmətli insanın ən mühüm xüsusiyyətlərindən biri ətrafındakı şəxslərin
çətinliklərinə qarşı laqeyd qalmaması və onların problemlərinin həlli üçün səy
göstərməsidir.
Tarixdə və bu gün dünyada baş verən müharibələrin, faciələrin ən böyük
səbəbi də mərhəmətsizlikdir. Mərhəmət duyğusunu itirən insanların törətdiyi
cinayətlər milyonlarla insanın ölümü, uşaqların yetim qalmasına səbəb olmuş və
olmağa davam edir.
İslamda önəm verilən xüsusiyyətlərdən biri də mərhəmətli olmaqdır. Hər
şeydən əvvəl Allahın atributlarından olan mərhəmət, Quranda və sünnədə möminlərə
tövsiyə edilmişdir.
Qurani-Kərimdə Allah-Təala hər şeydən əvvəl mərhəməti özünə məxsus
etmişdir. “əl-Əraf” surəsinin 156-cı ayəsində Allahın mərhəmətinin hər şeyi əhatə
etdiyi vurğulanır. “əl-Ənam” surəsinin 12-ci ayəsində isə Özü Özünə mərhəmətli
olmağı yazdığı qeyd olunur.
Allah-Təala Quranda həmçinin mərhəmət sifətini Peyğəmbərinə də məxsus
etmişdir. “ət-Tövbə” surəsinin 128-ci ayəsində belə buyurulur:
“Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona
ağır gəlir, o sizi çox istəyir, möminlərə şəfqətlidir, mərhəmətlidir.”
Həzrət Peyğəmbər (s) səhabələrini tez-tez mərhəmətli olmağa çağırır,
“mərhəmət etməyənə mərhəmət olunmaz” buyururdu.2 Başqa bir hədisində Allah
Rəsulu (s) belə buyurmuşdur:
“Mərhəmət göstərənlərə Rəhman olan Allah Təala mərhəmət buyurur.
Yerdəkilərə şəfqət və mərhəmət göstərin ki, göydəkilər də sizə mərhəmət göstərsin.”3
Həzrət Peyğəmbərdən (s) nəql olunan bir hədisdə mərhəmət etməyənlərin cənnətə
girə bilməyəcəyi qeyd olunur:
1 Q.Y.Abbasova, Etika: tarix, nəzəriyyə və təcrübə, s. 282, 283.
2 Buxari, Səhih, c. 8, s. 21, hədis 6001; Tirmizi, Sünən, c. 3, s. 151, hədis 2048.
3 Tirmizi, Sünən, c. 3, s. 152, hədis 2049.
106
“Canım əlində olan Allaha and olsun ki, bir birinizə mərhəmət etmədikcə
cənnətə girə bilməzsiniz.”
Səhabə dedi:
-“Ey Allahın rəsulu! Hamımız mərhəmətliyik”.
Allah Rəsulu (s) sözlərini belə izah etdi:
“Mənim nəzərdə tutduğum mərhəmət sizin başa düşdüyünüz şəkildə
ancaq bir-birinizə qarşı olan mərhəmət deyil. Əksinə bütün məxluqlara şamil
olan mərhəmətdir, bəli bütün məxluqata şamil olan mərhəmət.”1 Allah rəsulu
mərhəmətsizlərlə əlaqədar belə buyurur:
“Mərhəmət ancaq bədbəxt insanın qəlbindən alınır.”2
İmam Əli (ə) buyurmuşdur: “Özündən aşağıda olanlara rəhm et ki, səndən
yuxarıda olanlar da sənə rəhm etsinlər. Onun xətasını, sənin Allah qarşısında etdiyin
xəta və itaətsizlik vasitəsilə, onun sənin mərhəmətinə olan ehtiyacını da Allahın
rəhmət və bəxşişinə olan ehtiyacınla müqayisə et”3
Lev Tolstoya nisbət verilən bir cümlə mərhəməti çox gözəl ifadə edir: Bir
kəs ki ağrı hiss edir - canlıdır. O kəs ki başqasının ağrısını hiss edr, o – insandır. Yəni
əsl insan başqalarının ağrısını hiss edən-mərhəmətli-insandır.
İnsan digər varlıqlarla birlikdə vahid bir cəmiyyəti təşkil edir. Bu səbəblə
İslam ictimai fikri insanları ətraf mühiti təşkil edən bütün varlıqlara qarşı mərhəmətli
olmağa çağırır, insanları özlərinin təbiətlə davranışını ölçüb-biçməyə, götür-qoy
etməyə, bu davranışda nəyin yaxşı, nəyin pis olduğunu nəzərə almağa və “təbiətə
zülm etməməyə” səsləyir. 4
Nəql olunan bir rəvayətə görə pişiyinə acıqlanan bir qadın onu həbs etmiş, ac
və susuz saxlayaraq ölümünə səbəb olmuşdur. Məsələni öyrənən Həzrət Peyğəmbər
(s) bu səbəblə həmin qadının cəhənnəmlik olduğunu bildirmişdir.5
Bu hədisdən aydın olur ki, heyvan haqlarına qarşı hörmətsizlik, onları ac və
susuz saxlamaq, onlara qarşı mərhəmətsizlik İslam tərəfindən rədd edilməkdə və bu
cür hərəkətlərin pis və cəhənnəmlik insanların işi olduğu qeyd edilməkdədir.
1 Hakim ən-Nişaburi, əl-Müstədrək əla əs-səhiheyn, Beyrut 1990, IV, 185, hədis 7310.
2 Tirmizi, Sünən, c. 3, s. 151, hədis 2048.
3 Əbul-Fəth Abdulvahid ibn Məhəmməd ət-Təmimi əl-Amudi, Qurəru-l-hikəm və durər əl-kiləm, əl-Muessesetu əl-
fikriyyətu lil-mətbuat, 1992, II, s. 216.
4 Ramiz Mürsəlov, İslam və müasir dövrün qlobal hadisələri, “İdrak” İctimai Birliyi, Bakı 2008, s.
5 Müslim, Səhih, c. 6, s. 479, hədis 2704.
107
Başqa bir hədisdə isə heyvana qarşı mərhəmətin cənnətə apardığı qeyd olunur.
Rəvayətə görə Həzrət Peyğəmbər (s), quyu başında susuzluqdan əziyyət çəkən bir
iti görən şəxsin quyuya düşüb ayaqqabısı ilə su götürərək heyvanı suladığı üçün
Allah tərəfindən bağışlandığını xəbər vermişdir.1
Böyük mütəfəkkir Nizami Gəncəvi belə deyir:
Torpağa mərhəmət xeyirdir inan,
Lütf etsən gül verər, zülm etsən tikan.2
Yuxarıda da qeyd etdiyimiz kimi mərhəmətli olmaq Azərbaycan xalqına
xas insani keyfiyyətlərdən biridir. Xalqımız nəinki dosta yeri gəldiyində düşmənə
qarşı da mərhəmətini əsirgəməmişdir. Lakin mərhəmət hissini itirmiş mənfur
düşmənlərimiz isə bizə qarşı tarix boyu düşmənliklərini göstərmiş, xalqımıza qarşı
soyqırımı törətmiş, böyük-kiçik demədən qətl etmişlər. Nizami Gəncəvinin dili ilə
desək:
Mərhəmət umulmaz düşməndən bir an,
Yalnız surətindən görünər insan!3
1 Buxari, Səhih, c. 3, s. 391-392, hədis 2479.
2 N.Gəncəvi, Leyli və Məcnun, s. 185.
3 N.Gəncəvi, İskəndərnamə, s. 320.
108
ŞƏHİDLİK
Azərbaycan xalqının mənəvi dəyərlərindən biri də şəhidlikdir. Şəhidlik
xalqımızın vətənə məhəbbətinin, vətən uğrunda hər şeyini hətta canını belə fəda edə
biləcəyimizin parlaq təzahürüdür.
Şəhid sözü ərəbcə “şəhədə” feilindən törəmiş bir sifətdir. Bir yerdə hazır
olmaq, bir hadisəyə şahid olmaq, bilmək, doğru məlumat vermək, şahidlik etmək,
təsdiq etmək və and içmək kimi müxtəlif mənalara gəlir.1
Şəhid sözünün terminoloji mənasına gəldikdə isə islam alimləri bu haqda
müxtləif təriflər vermişlər. Məsələn, Seyyid Şərif Cürcaniyə görə şəhid, hər hansı
bir qisas gərəkdirməyəcək şəkildə haqsız yerə öldürülən, həddi-büluğa çatmış
müsəlmandır.”2
İslam alimləri Allah yolunda öldürülən şəxsə niyə şəhid deyildiyini müxtəlif
şəkildə izah etmişlər:
1. Rəhmət mələkləri şəhidin yuyulmasına və ruhunun cənnətə getməsinə
şahid olduqları üçün bu şəxsə şəhid deyilmişdir.
2. Cənnətə girəcəyinə dair həm Allah-Təala həm də mələklər onunla əlaqədar
şahidlik edəcəyi üçün bu şəxsə şəhid deyilmişdir.
3. Qiyamət günündə Həzrət Peyğəmbərlə (s) birlikdə, keçmiş ümmətlər
haqqında şahidlik etməsi tələb olunacağı üçün bu şəxslə şəhid deyilmişdir.
4. Şəhid olaraq yıxıldığı torpaq da onun lehinə şahidlik edəcəyi üçün bu
şəxsə şəhid deyilmişdir.
5. Ölməyib Allahın hüzurunda bir şahid kimi diri və yaşadığı üçün ona şəhid
deyilmişdir.
6. Ölənə qədər Allahın əmrinə görə doğruluq üzərində olduğuna dair şahidlik
edildiyi üçün şəhid deyilmişdir.
7. Allahın, öldürülməsinə qarşılıq ona hazırlamış olduğu ikramları görüb
şahid olduğu üçün şəhid deyilmişdir.3
Qurani-Kərimdə bu söz əksəriyyətlə şahid mənasında, bəzi yerlərdə Allahın
1 Xəlil ibn Əhməd Fərahidi, Kitab əl-Ayn, (Təhqiq: Abdülhəmid Hənrəvi), Dar əl-kutub əl-ilmiyyə, Beyrt, c. 2, s. 363
2 Seyyid Şərif Cürcani, ət-Tərifat, Darul-fəzilət, Qahirə, s. 111
3 Hasan Kurt, İslam inancına göre şehitlik, C.Ü. İlahiyat Fakültesi Dergisi 2012, Cilt: XVI, Sayı: 1 Sayfa: 189-220,
s.193.
109
adlarından biri olaraq, bəzi yerlərdə isə “Allahın iradəsinə uyğun yaşayan kamil
insan, nümunəvi şəxs, lider” mənasında işlədilmişdir. Allah yolunda canını fəda
edərək şəhidlik mərtəbəsini qazanan şəxsləri ifadə etmək üçün üç ayədə (“ən-Nisa”
surəsi, 69-cu ayə, “əz-Zümər” surəsi, 69-cu ayə və “əl-Hədid” surəsi, 19-cu ayə)
bu sözün cəm şəkli-“şühəda” sözü yer alır. Quranda bu mənada sözün tək forması
ilə qarşılaşılmır.1 Bunların xaricində isə şəhidlər Allah yolunda öldürülənlər” (“əl-
Bəqərə” surəsi, 154-cü ayə və “Ali-İmran” surəsi, 169-cu ayə) şəklində ifadə
edilmişdir.
İslamda şəhidlik çox yüksək bir mərtəbə olaraq qəbul edilir. Qurani-Kərimdə
şəhidlərin mərtəbəsini aşağıdaki iki ayə açıq şəkildə ortaya qoyur:
“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə,
onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (“əl-
Bəqərə” surəsi, 154-cü ayə).
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə!
Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta
olunur.” (“Ali-İmran” surəsi, 169-cu ayə).
Böyük şairimiz Bəxtiyar Vahabzadə bu həqiqəti gözəl bir şəkildə ifadə
etmişdir:
“Vətənin yolunda ölən şəhidlər
Ölmür, qovuşurlar əbədiyyətə.” 2
Həzrət Peyğəmbər (s) və Əhli-beyt imamlarından nəql olunan hədislərdə
də şəhidlərin Allah yanındakı dərəcələri və axirətdəki məqamları açıq bir şəkildə
göstərilir. Allah Rəsulu (s) belə buyurur:
“Bəndənin nail ola biləcəyi bütün yaxşılıqlardan (savablardan) daha üstün
bir yaxşılıq var. Ən böyük yaxşılıq isə budur ki, insan Allah yolunda savaşıb şəhid
olsun. Bundan üstün bir savab ola bilməz.”3
Başqa bir hədisdə Allah Rəsulu (s) belə buyurur:
“Cənnətə daxil olan heç kəs, hətta bütün dünyanın nemətləri ona verilsə
belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid Allahdan
o qədər mükafat görər ki, (bunların əvəzini vermək üçün) 10 dəfə dünyaya qayıdıb
1 Fahrettin Atar, Şehid, Diyanet İslam Ansikopedisi, İstanbul 2010, c. 38, s. 429.
2 B. Vahabazdə, Seçilmiş əsərləri, s. 137.
3 Kuleyni Kafi, c. 5, s. 32, hədis 2.
110
öldürülməyi arzu edər.”1
Başqa bir hədisdə Həzrət Peyğəmbər (s) belə buyurur:
“Allahın hüzurunda onun yolunda axıdılan qan damcısından daha əziz damcı
yoxdur.”.2
İmam Cəfər Sadiq (ə):
“Allah yolunda öldürülən şəxsin heç bir günahı (qiyamət günündə) elan
edilməz”.3
Əsasən Allah yolunda öldürülən şəxsə şəhid adı verilərkən, daha sonra
Həzrət Peyğəmbərin (s) bəzi hədisləri dəlil göstərilərək şəhidliyin çərçivəsi
genişləndirilmişdir. Buna görə qarın ağrısı, boğulma, yanma kimi fəlakət və
xəstəliklər səbəbi ilə ölən möminlər də şəhid qəbul edilmişdir.4
İslam alimləri hədislərə istinad edərək şəhidləri “dünya şəhidi” və “axirət
şəhidi” şəklində iki qismə ayırmışlar.5
Qurana baxdığımız zaman şəhidləri bir çox mükafatın gözlədiyi görülür.
Bunları; böyük mükafat (“ən-Nisa” surəsi, 74-cü ayə), gözəl ruzi (“əl-Həcc” surəsi,
58-ci ayə), cənnətə girmə vədi (“ət-Tövbə” surəsi, 111-ci ayə), rəhmət və məğfirət
(“Ali-İmran” surəsi, 157-ci ayə), əməllərin puç olmaması (“Məhəmməd” surəsi,
4-cü ayə) şəklində sadalaya bilərik.”6
Bəli, şəhidlik çox uca bir zirvədir ki, bu zirvəni fəth etmək hər kəsə nəsib
olmaz. Bunu yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nədir bilməyən,
Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən, cəsarətli, ləyaqətli
insanlar bacara bilər.
Şəhidlik Azərbaycan xalqının yaxından tanıdığı bir məfhumdur. Xalqımızın
müstəqillik tarixi də məhz şəhidlərimizin adı ilə bağlıdır. Bu xalq tarix boyu öz
vətəni, namusu, dəyərləri uğrunda canını fəda etməkdən heç vaxt çəkinməmişdir.
Məsələn, xalqımız XX əsrin əvvəllərində müstəqilliyini qazanan ölkəmizə
qarşı başlanan işgal hərəkatına qarşı mübarizədə yüzlərcə şəhid vermişdir. Qurban
Səidin “Əli və Nino” romanında baş qəhrəman Əli xan Şirvanşirin timsalında
1 Buxari, əs-Səhih, c. 4, s. 59, hədis 2834.
2 Kuleyni, Kafi, c. 5, s. 32, hədis 3.
3 Həmin mənbə, c. 5, s. 33, hədis 6.
4 İbn Mənzur, Lisan əl-ərəb, c. IV, s. 2350.
5 Bu haqda geniş məlumat üçün bax.: H. Kurt, İslam inancına göre şehitlik, s. 210-216.
6 Bu haqda geniş məlumat üçün bax.:Mehmet Seyid Geçit, Kur’ân’da Şehitlik, Iğdır Üniversitesi İlahiyat Fakültesi
Dergisi, sayı: 9, Nisan 2017, s. 127-132.
111
Azərbaycan xalqının vətəni uğrunda canını necə fəda etdiyi və bu uğurda şəhadət
şərbətini içdiyi göstərilir.
Romanda qeyd edildiyinə görə, vətənini və xalqını çox sevən Əli xan Şirvanşir,
doğulub boya-başa çatdığı Bakıda, yaşadığı küçədə ölməyi arzulayır. O öz vətəni
uğrunda canını verməyə hazırdır. Qısa müddətə Bakını tərk etmək məcburiyyətində
qalsa da, yenidən vətənə qayıdır və öz əcdadlarının adət-ənənəsinə sadiq qalaraq
Azərbaycanın müstəqilliyi uğrunda döyüşlərdə şəhid olur.
Əli xan parçalanmış, fiziki və mədəni mənada işğala məruz qalan çox sevdiyi
ölkəsi Azərbaycanın və onun fədakar xalqının azadlığı uğrunda hər şeyini və hətta
canını fəda edir.1
Təəssüflər olsun ki, Azərbaycan xalqının yaratdığı şəhidlik anlayışı sovet
hakimiyyəti dövründə unutdurulmağa çalışılmışdır. Sovet tarixşünaslığında, ictimai
ədəbiyyatında nəinki şəhid məfhumu işlənmişdir, eyni zamanda Azərbaycan
vətənpərvərliyi də milli yaddaşda unutdurulacaq səviyyədə arxa plana keçirilməyə
çalışılmışdır.2
Bütün bunlara baxmayaraq Azərbaycan xalqı sahib olduğu dəyərləri qoruyub
saxlamağı bacarmış, zamanı gəldiyində bunu göstərə bilmişdir.
Azərbaycan xalqı nadir xalqlardandır ki, bir əsrdə iki dəfə müstəqilliyi üçün
mübarizə aparmış, bu uğurda şəhidlər vermişdir. Əsrin əvvəlində Əli xan Şirvanşir
və yüzlərlə Azərbaycanlı ölkəmizin müstəqilliyi uğrunda canını verərkən, eyni əsrin
sonunda isə vətən övladları müstəqilliyimizin bərpası uğrunda canlarından keçdilər.
Mərhum şairimiz Bəxtiyar Vahabzadənin dili ilə desək:
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.3
1 Bu haqda geniş məluma üçün bax: Aslan Həbibov, “Əli və Nino” romanında Əhli-beyt irsi//Azərbaycan və Əhli-beyt
irsi, “Elm və Təhsil”, Bakı 2013, s. 286-303.
2 Xəliyəddin Xəlilli, Ön söz//Şəhidlər: Biblioqrafiya, Bakı 2010, s. 6-7.
3 B.Vahabzadə, Seçilmiş əsərləri, s. 315.
112
Son olaraq qeyd edək ki, şəhidlik Azərbaycan xalqının ən mühüm mənəvi
dəyərlərindəndir. Bu xalq vətəni uğrunda canından keçməyə hər zaman hazırdır.
Həmçinin xalqımız bu uğurda canlarını fəda etmiş qəhrəman şəhidlərini də qəlbində
yaşadır və yaşatmağa davam edəcəkdir.
113
XEYİRXAHLIQ
Azərbaycan xalqını başqalarından fərqləndirən spesifik cəhətlərindən biri
də xeyirxahlıqdır. Nəsirəddin Tusi xeyirxahlığı belə tərif edir:
“Xeyirxahlıq odur ki, xoşagələn işlərin yerinə yetirilməsindən tərifəlayiq
hərəkətlərin davam etməsindən zövq alınsın, sevinc əmələ gəlsin.”1
Xeyirxahlıq insanın ən ali əlaməti, onun həyatının əbədi yüksək amalı və
qəlbinin saflığıdır. Xeyirxahlıq heç bir təmənna olmadan xalqa, insanlara xidmət
etmək, onlara əl tutmaq, əlsiz-ayaqsızlara, imkansızlara yardım göstərmək, yolu
açılmayanlara yol açmaq, inkişaf üçün stimul yaratmaq, öz məsləhət və tövsiyələri
ilə insanları pis yoldan çəkindirmək, onlara düzgün yol göstərmək, cəmiyyətin,
kütlənin xeyrinə dəyərli fəaliyyət göstərməkdir.2
İnsan dünyaya yaratmaq və qurmaq, yaxşılıq, xeyirxahlıq etmək üçün gəlir.
Eyni zamanda insan həyatda əgər heç kimə lazım deyilsə, onda o heç insan da
deyil. Qeyri-insani hissləri özlərində təcəssüm etdirən belələri bəşəriyyətin çəkdiyi
əzablara göz yumub, ona arxa çevirərək yalnız şəxsi maraqları haqqında düşünürlər.
Deməli, insanlığın başlıca meyarlarından biri də başqalarına nə dərəcədə faydalı
olması ilə ölçülür.3
A.A.Bakıxanov yazırdı:
Hər şeydən yaxşıdır yaxşılıq özü
Çünki yaxşı sifət olarsa səndə
Afərin söyləyər dost da, düşmən də.4
Yaxşılıq sevməyir dünyada riya,
Hünərlə eyib ki, birləşməz əsla
Quranda müvafiq bir ayə vardır.
Yaxşılıq eyləyən çatar yaxşıya.5
1 Nəsirəddin Tusi, Əxlaqi-nasiri, s. 87.
2 Həsənova, Qasımova, Milli-mənəvi dəyərlər. Azərbaycan mütəfəkkirlərinin yaradıcılığında, s. 106.
3 Azər Mustafayev, “İnsannamə”: Qərinələrdən qərinələrə doğru, “Azərbaycan Bu gün və sabah”- 2007.- № 5.- S.14-19
4 A.A. Bakıxanov, Seçilmiş əsərləri, s. 222
5 A.A.Bakıxanov, Seçilmiş əsərləri, s. 409.
114
Xeyirxahlığı, yaxşılığı ən gözəl əxlaqi keyfiyyətlərdən biri kimi bütün
poemalarında təqdir və təbliğ edən Nizami Gəncəvi xeyirxah insanların ümumiləşmiş
obrazını “Yeddi gözəl” əsərində Xeyirin nümunəsində yaratmışdır. Şairin fikrinə
görə hər bir kəs xeyirxahlıq, yaxşılıq etməyə çalışmalıdır. Lakin bu əxlaqi keyfiyyət
hökmdarlara, məmurlara daha çox lazımdır. O, bu fikrini əsaslandırmaq üçün
zalımlıq, bədxahlıq, pislik edən hökmdarları Bəhram şahla müqayisə edərək yazır:
Bəhram sevdiyindən xeyirxahlığı,
Uğurlu, mübarək oldu şahlığı.1
Xeyirxahlığı və mərhəməti nəcib insanlara xas olan xüsusiyyət kimi
qiymətləndirən Nizami Gəncəvi, “gərək özünü şam edib, özgələrinin xətri üçün
yanasan” deyir. Şairə görə, xeyirxah olan hikmət sahibi yaxşılığı özünə peşə edər,
belə ki, yaxşılıq yaxşılıq gətirər. Çünki pislik də qarşılıqlıdır.2
Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana.
Yaxşılıq eyləyib, qorx yamanlıqdan,
Yaxşılıq gətirər yaxşılıq hər an.
Sənə pislik edən özündən küssün,
Çünki öz canına qıymış o düşgün.
Quyuya salsan da yaxşılığı, bil,
Yenə qayıdacaq, o itən deyil.
Hər yaxşı‐yamana qoca dünyada
Gələr fələklərdən bir əksi‐səda.3
Yaxud:
Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir kömək.
Sən də əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər.4
Nizami Gəncəvi həmçinin xeyirxahlığın mahiyyəti ilə bağlı yazır ki,
başqasından xeyirxahlıq, mərhəmət gözləmək üçün insanı biganəlikdən
uzaqlaşdırmaqda köməyə ehtiyacı olan aciz adamlara xeyirxahlıq və mərhəmətlilik
1 B.Apoyev, Nizami Gəncəvinin pedaqoji görüşləri, s. 61-62.
2 A.Mustafayev, “İnsannamə”, s. 14-19.
3 N. Gəncəvi, Leyli və Məcnun, s. 158.
4 N. Gəncəvi, Leyli və Məcnun, s. 61.
115
göstərmək insaniyyətliyin əsası kimi qiymətləndirilməlidir.1
Nizamiyə görə hər bir insanpərvər adam xeyirxahlığı, yaxşılığı özünün həyat
qayəsinə çevirməlidir:
Ağlına yaxşılıq sikkəsini çal,
Böyük şöhrət qazan, göylərə ucal.
Böyük humanist şair öyrədir ki, hər bir insan xeyirxahlığı, yaxşılığı “əzəldən
etsə də adət özünə”, o zaman həmin yaxşılıq “hər yanda qapı açar üzünə”. Ona görə
də böyüklük şərəfinə nail olmaq istəyən hər bir kəs xeyirxahlıq, yaxşılıq etməyi
bacarmalıdır:
Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana.
Dahi şairin fikrincə insana böyüklük, şərəf və şan gətirən xeyirxahlıq heç
zaman itmir:
Quyuya salsan da yaxşılığı bil,
Yenə qayıdacaq o itən deyil.2
Onu da qeyd edək ki, əgər insan bir şəxsə yaxşılıq edərsə bu yaxşılığı puç
edəcək davranışlardan çəkinməlidir. Qurani-Kərimdə Allah-Təala belə buyurur:
“Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah
yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə)
heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.” (“əl-Bəqərə” surəsi,
262-ci ayə).
“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa
göstərmək üçün) sərf edən,Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət
qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir
az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və
qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail)
olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!” (“əl-Bəqərə”
surəsi, 264-cü ayə).
Abbasqulu Ağa Bakıxanov da bu məsələyə toxunaraq qeyd edir ki, bir adama
yaxşılıq etdinsə ona kinayə edib boynuna minnət qoyma ki, bununla da etdiyin
1 Samirə Əliyeva, Azərbaycanda ictimai mərhəmət və xeyriyyəçiliyin inkişafında etik ənənələr, https://
ausocialworkdepartment.wordpress.com/2014/09/26/movzu2-azərbaycanda-ictimai-mərhəmət-və-xeyriyyəciliyin-
inkisafinda-etik-ənənələr/
2 N. Gəncəvi, Leyli və Məcnun, s. 158. B.Apoyev, Nizami Gəncəvinin pedaqoji görüşləri, s. 61
116
yaxşılıq öz əhəmiyyətini itirər və xoşluq əvəzinə arada küdurət baş verər.1
Xalqımızın insanpərvərlik tarixində öz xeyirxah əməlləri, yaxşılığı, səxavəti
ilə tanınan çoxlu sayda xeyriyyəçi alicənab insanlarımız olmuşdur. Belə nəcib
insanlardan bəhs edərkən ilk olaraq Hacı Zeynalabidin Tağıyev yada düşür. Hacı
Zeynalabidin Tağıyev xalqına, millətinə layiq böyük işlər görmüş, zəngin miras
qoymuşdur. Zəhmətinin bəhrəsilə yüksələn Hacı Zeynalabdin qəlbi geniş, əliaçıq,
səxavətli, xalqını sevən, xalqına yanan xeyriyyəçiydi, sahibkardı. Müxtəlif sahələrdən
əldə etdiyi gəliri Bakının inkişafına, əhalinin sağlamlığına, maariflənməsinə,
dolanışığının yaxşılaşdırılmasına sərf etmiş, bu humanistlikdən qürur duymuşdur.
H.Z.Tağıyevin maarifçilik sahəsində gördüyü işlər də böyük ehtiram və qibtəyə
layiqdir. O, məktəblər tikdirmiş, məscidlər inşa etdirmiş, azərbaycanlı gənclərin
dünyanın qabaqcıl təhsil ocaqlarında oxumasına, milli kadrların yetişməsinə, qəzet
və jurnalların nəşrinə kömək etmiş, vəsait ayırmışdır. Bu müdrik insanı, görkəmli
şəxsiyyəti xalqımız haqlı olaraq bu gün də ehtiramla yad edir.2
Azərbaycanın ilk xeyriyyəçi qadını Aşurxan nəslinin dövlətli xanımlarından
biri Nabat xanım Aşurbəyovanın adı bu gündə sevilərək xatırlanır.
Nabat xanım Bakıya Şollar suyunun çəkilməsində külli miqdarda pul
xərcləmişdir. O həmçinin kasıb və kimsəsizlərin müalicəsini öz üzərinə götürmüşdür.
Hər cümə günü Nabat xanım evinin qapılarını kasıbların üzünə açarmış. Onun
tikdirdiyi hamam həftənin bir günü kimsəsiz və kasıblar üçün pulsuz işləyərmiş.
O, qulluqçularına tapşırmışdı ki, qapısına gələn kasıbları naümid qaytarmasınlar.
Qapısına gələnlərə baş örtüyü kimi bir cüt yaylıq, bir girvənkə çay, qənd və 3
manat pul verməyi adət halına gətirmişdi. Bakı xeyriyyə cəmiyyətinin bütün
yığıncaqlarında iştirak edir və özünün səxavəti və xeyriyyəçilik fəaliyyəti ilə hamıya
nümunə olurdu. 3
Xeyriyyəçi xanımın gördüyü ən böyük işlərdən biri də Təzəpir məscidini
tikdirməsi olub. Bu məsciddən başqa Nabat xanım Bakının müxtəlif yerlərində
yaşayış binaları da tikdirmişdir.4
Xurşudbanu Natəvan da xeyirxahlığı ilə ad qazanmış Azərbaycanlı
1 A.A.Bakıxanov, Seçilmiş əsərləri, s. 71.
2 Teymur Bünyadov-Tofiq Babayev, Ağsaqqallıq-Ağbirçəklik//Azərbaycan etnoqrafiyası, Şərq-
Qərb, Bakı 2007, s. 118-119.
3 Anar İskəndərov, Təzə Pir məscidi, Qismət, Bakı 2009, s. 15.
4 Qılman İlkin, Köhnə Bakını tanıyırsanmı, Bakı-Şirvannəşr-2004, s 22-23.
117
xanımlardandır. XIX yüzilliyin ikinci yarısında arzusu və əməliylə Qarabağ
xanlığına şərəf gətirən bu el anası, davranışı, əqli, zəkası, fitri istedadı, uzaqgörənliyi
ilə sayılıb seçilmişdir.
Görkəmli şair, mahir rəssam olan Natəvan xanım alicənablığı, xeyirxahlığı,
yoxsullara, fəqir-füqəraya, şikəstlərə əl tutması, qədir-qiymət verməsilə tanınmışdır.
Natəvan xanımın Qarabağ xanlığının möhkəmlənməsi və inkişafında xüsusi
xidmətləri olmuşdur. O, el-oba yollarının, mövcud körpülərin salınması və təmir
edilməsinə yardım etmiş, Şuşaya “Xan qızı bulağı” adını daşıyan su kəməri
çəkdirmişdir.1
Həmçinin M.Muxtarov, M.Nağıyev, Ş.Əsədullayev, H.Zərdabi, N.Nərimanov,
Ü.Hacıbəyov, A.Əfəndiyev və onlarla başqaları mənəviyyat tariximizdə şərəfli iz
qoymuşlar. Onların nəcib əməlləri bu gün də yaşayır.2
1 Teymur Bünyadov, El anası//Azərbaycan etnoqrafiyası, Şərq-Qərb, Bakı 2007, s. 136.
2 Sabir Gəncəli, Ailə: Ensiklopedik toplu, Azərbaycan nəşriyyatı, Bakı 2011, s. 22-23.
118
ABIR-HƏYA
Mənəvi dəyərlərimiz içərisində abır-həyanın özəl yeri vardır. Lüğətdə “ismət,
namus, utanmaq” və “çəkinmək” kimi mənalara gələn həya, əxlaq termini olaraq
müxtəlif şəkillərdə tərif edilmişdir.
Rağıb əl-İsfahani həyanı “nəfsin xoşagəlməz hərəkətlərdən narahat olub
onları tərk etməsi1, Qazi İyaz isə “pis bir işin görülməsi və ya yaxşı bir işin tərk
edilməsindən ötrü insanın üzünü qızardan sıxıntı”2 şəklində tərif etmişdir.
Əllamə Məclisiyə görə “həya” insanın ar hesab etdiyi və ya danlaqdan və
məzəmmətdən qorxduğu üçün bir əməli dəyişməsi deməkdir.3 Həsən Mustafavi isə
həyanı “insanın özünü pisliklərdən (ayıblardan) qoruması və onları tərk etməsi”
şəklində tərif edir.4 Nəsirəddin Tusiyə görə isə həya ona deyilir ki, məzəmmət edilib
danlanmamaq, nalayiq hərəkətlər müqabilində utanmamaq üçün nəfs biabır işlərin
qarşısını alsın.5
Bir başqa ifadə ilə həya, utanma və məzəmmətə səbəb olan şeydən nəfsin
narahat və qəmgin olmasıdır. İnsanın ən gözəl, ən doğru və ən ciddi iki meyarı
varsa o da ədəb və həyasıdır. Həddini bilmək, utanma və məhcub olmağı gərəkdirən
davranış və hərəkətlərdən duyğulanmaq, bu hərəkətlərdən ötrü üzün qızarması ən
böyük fəzilətdir.6
Həya insanpərvərliyin göstəricisidir. O, insandakı imanın dəyərini, ədəb-
ərkanının çəkisini aşkara çıxarır. Görsəz ki, birisi nalayiq bir iş gördükdə sıxılır,
yaxud da xəcalət çəkib qızarır, deməli, vicdanı hələ ölməyib, təbiəti “korlanmayıb”,
“quyu”sunun suyu tam çəkilməyib. Gönüqalın və küt heysiyyətli insanlar isə nə
etdiklərinə, nə söylədiklərinə diqqət yetirməzlər. Belələrindən xeyir gəlməz, həyaları
da yoxdur. Odur ki, rahatlıqla günah edər, alçaq əməllər işləyərlər.7
Doğruluğun, etimadın və inkişafın mənbəyi də həyadır. İnsanı hər cür
1 Rağıb əl-İsfahani, əl-Müfrədad, s. 270.
2 Qazi İyaz, əş-Şifa bitərifi huquqil-Mustafa,Beyrut, 1988, c. 1, s. 118
3 Məhəmməd Baqir Məclisi, Biharul-ənvar, Daru ihya ət-turas əl-ərəbi, Beyrut 1983, c. 68, s. 329.
4 Həsən Mustafavi, Təfsire-Ruşən, h. 1367, c. 1, s. 138.
5 Nəsirəddin Tusi, Əxlaqi-nasiri, s. 86.
6 Murtaza Korlaelçi, Küreselleşme karşısında manevi değerlerimiz, Felsefe dünyası, 2005/1, Sayı 41, s. 104.
7 Məhəmməd əl-Qəzali, Müsəlman əxlaqı, s. 237.
119
pislikdən, heyvani fikirlərdən ancaq abır-həya uzaqlaşdırar. İnsanları pislikdən
çəkindirmək işində abır-həyanın təsiri, yüzlərlə qanunun, minlərlə təhlükəsizlik
əməkdaşının təsirindən daha güclüdür. 1
Bütün pis işlərin mənşəyi isə həyasızlıqdır. Quran keçmişdə yaşamış həyasız
cəmiyyətlərin pis əməllərini bizə çatdırır. Onların məhv olmalarını, anidən torpağa
qarışmalarını xəbər verir. Nuh tufanı; insanların həyasızlığına qarşı yerin və göyün
qəzəb ifadəsi olaraq fışqırtdığı sulardan meydana gəldi. Ad qövmü də həmçinin
həyasızlıqları səbəbilə məhv oldular. Lut qövmü də eyni şəkildə. Beləliklə həya
pərdəsini yırtanlara ilahi bir dərs verilmiş oldu. Dövlətlərin, millətlərin tarixə
qarışma səbəbi də məhz budur. Böyük imperiyalar, parlaq mədəniyyətlər həyasızlığın
qurbanı olmuşlar. Qurani-Kərimdə bunlar bizə ibrət üçün nəql edilir.2
Qurani-Kərimdə həya sözündən törəmiş sözlər vardır. “əl-Qəsəs” surəsinin
25-ci ayəsində Həzrət Musanın (ə) ölkəsindən qaçaraq Mədyənə gəldiyini və orada
heyvanlarını suvarmağa çalışan lakin kişilərin çoxluğundan ötrü çətinlik çəkən
iki qıza kömək etməsi, daha sonra qızlardan birinin gəlib ona atasının zəhmətinin
qarşılığını ödəmək istədiyini xəbər verməsindən bəhs olunur. Həmin ayədə Həzrət
Musa (ə) ilə danışan qızın xəcalət çəkərək danışdığı qeyd olunur.
Həmçinin “əl-Əhzab” surəsində bəzi müsəlmanların Həzrət Peyğəmbəri
(s) münasib olmayan vaxtlarda narahat etmələrinə baxmayaraq Allah Rəsulunun
(s) həyasından ötrü bu narahatlığını ifadə edə bilmədiyi, ancaq Allahın həqiqəti
bildirməkdən həya etməyəcəyi (“əl-Əhzab” surəsi, 53-cü ayə) qeyd olunur. Digər
bir ayədə isə müşriklərin Quranda arı, qarışqa, ağcaqanad kimi kiçik məxluqların
nümunə olaraq göstərilməsinin fəsahətə uyğun olmadığı iddialarına qarşı “Şübhə
yoxdur ki, Allah həqiqəti açıqlamaq üçün ağcaqanadı və ondan da qeyri bir
varlığı misal gətirməkdən həya etməz” (“əl-Bəqərə” surəsi, 26-cı ayə) şəklində
cavab verilir.
Həzrət Peyğəmbərin (s) və imamların hədislərində də abır-həya məsələsinə
geniş yer verilir. Allah Rəsulundan (s) nəql olunan “Həya imandandır”3 və İmam
Sadiqdən nəql olunan, “Həyası olmayanın imanı yoxdur”4 kimi hədislər “abır-
həyanın” nə qədər önəmli bir dəyər olduğunu açıq bir şəkildə ortaya qoyur.
1 M.Korlaelçi, Küreselleşme Karşısında manevi değerlerimiz, s. 105
2 Mustafa Çağrıcı, “Haya”// Diyanet İslam Ansiklopedisi, İstanbul 1997, c. 16, s. 554.
3 Hərrani, Tuhəf əl-üqul, s. 46; Buxari, əs-Səhih, c. 1, s. 204, hədis 24.
4 Kuleyni, əl-Kafi, c. 2, s. 69, hədis 5.
120
İslam alimləri həyanı müxtəlif yöndən təsnif etmişlər. Məsələn, qaynağı
baxımından həya iki cürdür:
1. Fitrətdən (yaradılışdan) gələn həya. Buna “həyayı-nəfsi” də deyilir. İnsana
yaradılışdan verilən utanma hissi, onu ayıb sayılan bir çox hərəkəti etməkdən
çəkindirir.
2. İmandan gələn həya. Buna İslamda böyük əhəmiyyət verilir.
Bu növ həya isə mömini Allah qorxusundan ötrü günah işlərdən çəkindirir. 1
Fitri həya imandan gələn həya ilə birləşəndə insandakı hər cür çirkin şeylərin
və günahların qarşısına sədd çəkir. İnsanın fitri və imani həyası olmadıqda çirkin
davranışlara qarşı müqaviməti zəifləyir.2
Mavərdi həyanı üç qismə ayırır:
1. Allaha qarşı həya
2. İnsanlara qarşı həya
3. Şəxsin özünə qarşı həyası
Allaha qarşı həya nəfsin öz arzularını tərk etməklə və dinin əmrlərini yerinə
yetirməklə olur. Nəfsin istədiklərini tərk edən Allahdan qorxar. Onun razı olmadığı
işlərdən və sözlərdən çəkinər.
İnsanlara qarşı həya isə onlara əziyyət verməmək, onların yanında pis işlər
görməmək və nalayiq sözlərdən çəkinməklə mümkün olur.
Şəxsin özünə qarşı həyası isə ədəb sahibi olmasıdır. Yəni şəxsin ismətli olması
və tək qaldıqda günahlardan çəkinməsidir.3
Həya bütün yaxşılıqların əsasıdır. Həya hər bir işin gözəllik elementidir.
Abır-həyanın olmaması isə insanı mənəvi tənəzzülə aparır. Həzrət Peyğəmbərdən
(s) rəvayət olunmuş bir hədisdə mənəvi tənəzzülün “mərhələ”lərindən danışılır. Bu
tənəzzül həyanın itirilməsi ilə başlanır, nəticəsi də ağır olur. Həmin hədis budur:
“Qüdrətli və böyük Allah bir bəndəni həlak etmək istəyirsə, həyasını əlindən alır.
Həyası əlindən alındımı, sən onu mənfur halda görərsən. Elə ki onu mənfur halda
gördün, (bil ki,) sadiqliyi qalmayıb. Sadiqliyi qalmayıbsa, görərsən ki, etibarsız
xainə çevrilib. Elə ki gördün etibarsız xainə çevrilib, (bil ki,) mərhəmətliliyi əlindən
alınıb. Mərhəmətliliyi də əlindən alındımı, onu lənətlənib-qovulmuş görərsən. Elə
1 S.Ş. Cürcani, ət-Tərifat, s. 83.
2 www.meneviyyat.az/heya-nedir/
3 Əbu əl-Həsən Əli ibn Məhəmməd əl-Mavərdi, Ədəb əd-dünya və əd-din, Beyrut, 1985, s. 258-260.
121
ki, onu lənətlənib-qovulan gördün, (bil ki,) islamı əlindən alınıb”1
Bu, mənəvi xəstəliklərin, inkişafı mərhələlərinin dəqiq təsviridir. Bununla
da, bir murdarlığın daha böyük murdarlıqla necə olub əvəzlənməsi bizə aydın olur.
Abrını itirən, əməllərinin sorğu-suala çəkiləcəyini vecinə almayan, davranışlarına
görə məzəmmətdən çəkinməyənlər insanlara əziyyət edər, əsarəti altında olanlara
olmazın zülm daddırarlar. Belələrinə heç kəsin ürəyi yanmaz. Çünki onlar özləri
qəlblərə kin toxumunu əkib bəsləyənlərdir.2
Həya həyatı nizama salan misilsiz mənəvi amildir. Həya olmayan yerdə
keçmişdəki ülvi hislərdən də - sevgi, dostluq, böyük-kiçiklik və s. - əsər əlamət
qalmayacaq. Çünki bu hislərin özəyində məhz həya dayanır.3
Həya insanların davranışlarında tənzimləyici rol oynayır. Ona görə də həyalı
insan cəmiyyət tərəfindən sevilir və hörmət görür. Həyasını itirmiş insan isə xalqın
qəzəb və nifrəti ilə qarşılaşır.
Həyalı insanlar başqalarına qarşı diqqətli olur, heç kəsin haqqını yeməzlər,
Başqalarının onunla necə rəftar etməsini istəyirsə o da başqaları ilə eyni şəkildə
rəftar edər. Həyası olmayan şəxs isə əksinə hər kəsə qarşı nalayiq münasibət bəsləyər
başqasının həyasına qiymət verməz. Bunu dahi filosof Sədi Şirazi gözəl ifadə edir:
Biri həyasızlığa etmişsə adət,
Özgə həyasına verərmi qiymət?
Çox olmuş əlli il yaxşı qalan ad
Bir çirkin iş ilə olmuşdur bərbad! 4
Həyasızlara qarşı münasibətə gəldikdə böyük dahi mütəfəkkir Nizami Gəncəvi
onlara qarşı sərt davranmağın tərəfdarıdır. Şair-filosofa görə bu cür insanlara qarşı
xeyirxahlıq göstərmək yaxşılara yamanlıq etməkdir:
Həyasız adama qarşı sərt rəftar,
Yumşaq davranmaqdan faydalı olar.5
1 Əbu Abdullah Məhəmməd ibn Yəzid ibn Macə əl-Qəzvini, əs-Sünən, Dar ər-risalə əl-aləmiyyə, Beyrut 2009, c. 5, s.
177, hədis 4045.
2 Məhəmməd əl-Qəzali, Müsəlman əxlaqı, s. 239.
3 İlqar Kamil, Mesaj 23. (Həya). deyerler.org/98362-mesaj-23-hjya.html
4 S.Şirazi, Gülüstan, s. 180
5 N.Gəncəvi, İskəndərnamə, Lider Nəşriyyat” Bakı-2004, s. 116.
122
DOSTLUQ
İctimai bir varlıq olan insan həyatda yaşamaq üçün başqa insanlarla ünsiyyət
qurmaq məcburiyyətindədir. Çünki Allah onu bu cür yaratmışdır. Bu səbəblə bəşər
övladı bu dünyada yaşadığı müddətdə qarşısına çıxan əngəlləri aşmaq üçün başqa
insanlara ehtiyac duyar. Ehtiyacı olduğu anda yanında olan və ona maddi-mənəvi
hər cür dəstəyi verən sədaqətli, səmimi şəxs həmin insanın dostudur.
Dostluq insanları əqidə, ideya və məslək duyğuları ilə birləşdirir. Dostlar
bir-birinə inamı, sadiqliyi və etibarı ilə tanınır və sevilirlər.1
Dinimiz dostluğa önəm verməkdə və dost seçimində bəzi xüsuslara diqqət
yetirməyi tövsiyə etməkdədir. Qurani-Kərim və məsumların hədislərində dostluğa
dair məlumatlarla qarşılaşırıq.
Qurani-Kərimdə dost, yoldaş mənasında ən çox “vəli” sözünün işləndiyini
görürük. “Mömin kişilər və mömin qadınlar bir-birinin vəlisidir (dostudur)”
(Tövbə surəsi 71-ci ayə), buyuran Rəbbimiz dostluq münasibətlərinin möminə xas
bir keyfiyyət olduğunu bəyan edir.2
Həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql olunmuşdur: “Dostlarınıza
diqqət edin. Həqiqətən ölüm insanın sorağına gələn zaman, dostları onun qarşısında
hazır olacaqlar.
Əgər onlar saleh əməlli olsalar, gözəl şəkildə cilvələnəcək, pis əməl sahibi
olsalar, çirkin şəkildə görünəcəklər. Həqiqətən insan ölən zaman, bir sıra surətlər
onun gözünə görünər”.3
İmam Sadiqə (ə) görə: “Dostluğun bir sıra şərtləri var. Hər kimdə bunların
hamısı, yaxud bəzisi olsa, onu dost hesab et. Bu şərtlərin heç biri olmayanı dost
sayma:
1. Onun gizli və aşkarı sənin üçün eyni olsun;
2. Sənin zinətini öz zinəti və sənin çirkinliyini öz çirkinliyi bilsin;
3. Vəzifə və ya məqama yetişəndə səndən üz döndərməsin;
4. Heç nəyini səndən əsirgəməsin;
1 S.Gəncəli, Ailə: Ensiklopedik toplu, s. 18.
2 http://www.meneviyyat.az/dostluq-ve-yoldasliq/
3 Kuleyni, Kafi, c. 2, s. 353.
123
5. Çətinliklərdə səndən üz döndərməsin. Bu, əvvəlkilərin hamısını özündə
cəmləyib”1.
Azərbaycan xalqının mənəvi keyfiyyətlərindən biri də dostluqdur. Xalqımız
tarixən dostluğa və sədaqətə önəm və qiymət vermişdir. Hətta dost qardaşdan əziz
tutulmuşdur. Şair və yazıcılarımızın əsərlərində, atalar sözlərimizdə dostluq və
sədaqətlə əlaqədar çoxlu sayda nümunələr mövcuddur.
Məsələn dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi də dostluğa
önəm vermişdir. Nizaminin əsərlərinə diqqət yetirdiyimiz zaman görürük ki, ona
görə insanın ən mühüm mənəvi keyfiyyətlərindən biri dostluqdur. Nizami belə hesab
edir ki, insanın “bir həmdəmi”, “könül sirdaşı”, yəni bir dostu olmasa o, həyatda çox
çətin yaşayır:
Həyat nəyə gərəkdir bir həmdəmin olmasa?
İnsan çətin yaşayar dosta əmin olmasa.
Varlığına əminsən sən ki, hələ həyatda,
Çalış, könül sirdaşı gətir ələ həyatda.
“Yaxşı dost dar gündə tanınar”,-deyən ulularımızın bu hikmətini poetik
təfəkkürün gücü ilə qüvvətləndirən və daha da gücləndirən Nizami:
Elə sadiq dost ara, səni darda qoymasın,
Çəkib tordan çıxarsın, səni torda qoymasın.
- məsləhətini verir.
Nizami Gəncəviyə görə həqiqi dost odur ki, dostunun eybini “hünər sanmasın”,
onun üzünə desin; öz “şəfasıyla” yarasını sağaltsın, dostunun sirrini gizli saxlasın.
Dostluqdan təmənna güdən qərəzli, ikiüzlü adamlardan dost ola bilməz. Nizami
xəbərdarlıq edir ki, belələri düşməndən daha qorxulu, daha etibarsızdı:
Təmənnalı olarsa dostun, aman, dostluğu
Düşmənçilik deməkdir, dostun haman dostluğu.
İkibaşlı dostluğu dostluq sanma heç zaman,
Qərəzli dost düşməndir, arxalanma heç zaman.
“Heç bir işdə olma yarsız, yoldaşsız”, “Yaxşı gündə çatar dada yoldaşlar”,
“Bağlama qapını dostun üzünə” və s. kimi nəsihətlər verən şair-tərbiyəçi bir tikə
çörəyi, hətta, adicə “çay suyunu” dostla, yoldaşla bölüşməyi məsləhət bilir. Əks
təqdirdə insan “dost-aşna görməz”, “tezliklə ölər”.
1 Həmin mənbə, c. 2, s. 353.
124
Ağıllılar bilir, tək yesə hər kəs,
Təklik də ölər, dost-aşna görməz.
Çay suyu olsa da sən içmə yalqız,
Dəniz tək olarsan acı, qalıqsız.
Dostluğu, yoldaşlığı çox yüksək qiymətləndirən və zəruri sayan N. Gəncəvi
eyni zamanda, hər kəslə dostluq etməyi rəva görmür. Çünki: “Paxıllıq eyləsə dostuna
hər kəs; Onun yoldaşlığı torpağa dəyməz”; Pis dost “şəninə əskiklik gətirər sənin”;
“O dost ki, hər işi yalnız duzaqdır; Bəzəkli-düzəkli bir mancanaqdır”; “Bir dostun
da olsa eyibli əgər; Yüzünün adına ləkə gətirər”; “İnsan, dostu nacins olarsa əgər;
Ondan yalnız hədsiz pisliklər görər”.
Bütün bu misallardan aydın görünür ki, şair paxıl, kələkbaz, ikiüzlü, nacins,
nanəcib, eyibli adamlarla dostluqdan çəkinməyə “yaxşı ad qazanmış gözəl dostlar”
axtarmağa çağırır. Çünki “gözəl dost” insan üçün var-dövlətdən daha üstündür:
Yaxşı ad qazanmış gözəl dost ara,
Ondan yetişərsən ağ günə, vara.
Təsadüfi deyil ki, N. Gəncəvinin yaratdığı müsbət qəhrəmanların demək
olar ki, hamısı birmənalı olaraq digər əxlaqi məziyyətləri ilə yanaşı, özünün sadiq
yoldaşlığı, “dar günün dostluğu”, etibarlı və sədaqətli olması, dostunun eybini
üzünə deməsi, ona ağıllı məsləhətlər verməsi, dost yolunda həyatı bahasına olsa
belə fədakarlıq göstərməsi ilə fərqlənirlər.1
Abbasqulu Ağa Bakıxanov dostluğun əhəmiyyətindən bəhs edərək yazır:
Dostların görüşündə heç bir nemətdə misli görünməyən bir zövq vardır. Dost,
ürəyin darıxdığı vaxt sənə munis və müsibətində şərik olur, maddi cəhətdən çətinlik
çəkdiyin zaman sənin əlindən tutar. Çətinliyə düşdükdə xilas olmağın üçün çarə
axtarar. Nöqsanlardan və eyblərdən səni xəbərdar edər və cürbəcür nəsihətlərdə səni
pis işlərdən çəkindirər.
Daha bundan yaxşı nə ola bilər? Demək, xoşbəxt o adamdır ki, dostları
çoxdur.2
Qabusnamədə də dostluq haqqında geniş bəhs olunur:
“Ey oğul, bil, insan nə qədər sağdır onun dosta ehtiyacı vardır. Qardaşı
olmayan adam dostu olmayan adamdan yaxşıdır. Bir alimdən soruşurlar:
1 B.Apoyev, Nizami Gəncəvinin pedaqoji görüşləri, s. 63-66.
2 Bakıxanov, Seçilmiş əsərləri, s. 41-49.
125
“Dost yaxşıdır, yoxsa qardaş?” Deyir: “Qardaş da dost olsa yaxşıdır.”
Beyt
Dost olsa qardaşım, qardaş yaxşıdır,
Düşmən olsa qara bir daş yaxşıdır.
Deməli, dostlar haqqında fikirlərşirsənsə onlara bəxşiş, hədiyyə göndər,
mərdlik göstər. Çünki dost hayına qalmayanın dostları da hayına qalmaz. Belə
adamlar daima dostsuz qalar. Deyirlər ki, guya dost adamı qohumdan uzaqlaşdırar.
İnanma.
Tez-tez dost dəyişdirməyi adət etmə. Dostu çox olanın eyibləri örtülər,
ləyaqətləri meydana çıxar. Lakin təzə dost tapdıqda köhnəsinə arxa çevirmə. Yenisi
ilə dost ol, köhnəsi də qoy yerində qalsın, beləliklə dostların sayı çoxalsın. Deyiblər
ki: “Yaxşı dost böyük xəzinədir.”
Bir də səninlə dostlaşmaq istəyən, lakin hələlik yarımdost olan adamlar
haqqında da fikirləş, onlara yaxşılıq et, qayğı göstər, xeyir-şərdə onlara kömək et.
Səndə mərdlik gördükdə, dönüb sadiq dostun olarlar.
İskəndərdən soruşurlar: “Az müddətdən bu qədər böyük bir dövləti hansı
xasiyyətinlə ərsəyə gətirdin.” Deyir: Düşmənlərə lütf etməklə, dostlara kəramət
göstərməklə”. 1
Abbasqulu Ağa Bakıxanov xalq arasında dostluğun üç şəkildə olduğunu
qeyd edər:
Birincisi müdara qaydasının məşhur səbəblərinə görə rəsmi təarüflərdən
ötrü olan dostluqdur. Belə dostla elə o cür də rəftar etməli, özündən razı salmaq
üçün təarüflər mərasimini unutmamalıdır.
İkincisi zahiri mənfəətlər əldə etmək üçün olan dostlardır. Belə adamla da
elə o cür rəftar etməli, özündən razı salmaq üçün istədiyini verməli.
Üçüncüsü isə bilikli və dünya vəziyyətindən xəbərdar olduğu üçün həqiqi
dost axtaranların dostluğudur. Bu cür dostluq az tapılar. Lakin belə dost ələ düşərsə,
onun yolunda mal nədir, bəlkə candan da keçmək olar.2
Bakıxanov həmçinin onu da qeyd edir ki, elə adamlarla otur-dur ki, böyüklər
onları yaxşı hesab edirlər, əclaf və hərzə danışan adamlardan kənar gəz ki, sən də
1 Qabusnamə, s. 111
2 A.A.Bakıxanov, Seçilmiş əsərləri, s. 42.
126
onlardan biri olmayasan.1
Azərbaycan xalqının mənəvi dəyərlərindən olan dostluğa sədaqət “Kitabi-
Dədə Qorqud dastanında” da öz ifadəsini tapmışdır.
Dastanda bir əxlaqi keyfiyyət kimi yoldaşlıq və dostluq məsələsinə xüsusi
diqqət yetirilir. Dostluq bir kişilik keyfiyyəti kimi qəbul edilir. Dastanda uşaqların
bir-birilə dost olmalarına, qonşularla dostluq münasibəti yarada bilməsinə diqqət
yetirilir. Dastanda uşaqların dostluğunun hörmətə, ideya birliyinə, qarşılıqlı yardıma
əsaslanması tərbiyə edilir. Beyrək -«Mən Qazana dönük çıxmaram»-deyir:
Mən Qazanın nemətini çox yemişəm,
Bilməzsəm gözümü tutsun!
Qaracıqda Qazlıq atına çox minmişəm,
Bilməzsəm tabutum olsun!
Yaxşı qaftanlarını çox geymişəm
Bilməzsəm kəfənim olsun!
Böyük, geniş otağına çox girmişəm,
Bilməzsəm, zindanım olsun!
Mən Qazana dönük çıxmaram, qəti bilin 2
Süleyman Rüstəm “Duz çörəyi itirmə!” şeirində dostluq, kəsilən duz-
çörəyin əhəmiyyəti barədə yazır:
İnsanın şərəfi, bəzəyi, məncə,
İnan, nə ipəkdir, nə tirmə, oğlum!
Yaxşıdan yaxşı ol ellər içində,
Dostuna bir ziyan yetirmə, oğlum!
Oxu öyüdümü sən sətir-sətir,
Qoy yağsın hər zaman dilindən ətir,
Qazancını itir, malını itir,
Ancaq duz-çörəyi itirmə, oğlum!3
1 Həmin mənbə, s. 67.
2 Kitabi-Dədə Qorqud, “Öndər Nəşriyyat”, Bakı 2004, S. 305.
3 Süleyman Rüstəm, Seçilmiş əsərləri, “Şərq-Qərb”, Bakı 2005, s. 43.
127
ƏHDƏ VƏFA
Əhdə vəfa, bir şəxsin verdiyi sözü tutması, bağladığı müqaviləyə sadiq
qalmasıdır. İnsanın şəxsiyyətini meydana gətirən ən mühüm dəyərlərdən biri də
vəfalı olmasıdır. Əhdinə vəfakar olan insan, başqalarının gözündə etibar qazanır,
cəmiyyət tərəfindən sevilir.
İslamda vəfakarlık möminin əsas xüsusiyyətlərindən sayılır. Qurani-
Kərimdə möminlərdən bəhs edərkən onların “əhdlərinə vəfakar” olduğu qeyd
olunur: “ O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar” (“əl-
Möminun” surəsi, 8-ci ayə).
Quran həmçinin əhdə vəfa etməyi təqvanın əlaməti olaraq xatırladır. “Xeyr,
kim öz əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah da təqvalıları sevir”
(“Ali İmran” surəsi, 76-cı ayə).
Həzrət Peyğəmbərdən (s) və İmamlardan nəql olunan hədislərdə də möminlər
əhdə-vəfakarlığa dəvət olunur, bunun tərsinin isə müsəlmana yaraşmayacağı
bildirilir.
Allah Rəsulu (s) insanlara səslənərək “Allaha və qiyamət gününə inanan şəxs
əhdinə sadiq qalsın.” buyurur.1 Həzrət Əli (ə) isə əhdə vəfalı olmağı möminlərin
nişanələrindən sayır.2
Yenə Əhli-beytdən (ə) nəql edilən hədislərin birində əhdə vəfa insanın dininin
kamillik xüsusiyyətlərindən sayılır:
“Dörd şey vardır ki, əgər hər kimdə olsa, İslamı kamil olar. İmanına yardım
edər, günahları pak olar, Allahla ondan razı olan halda görüşər. Bu dörd şey
bunlardan ibarətdir: Allaha xatir bağladığı əhdə vəfa edər, bütün insanlarla düz
danışar, Allah və insanların yanında çirkin olan əməllərə görə həya edər, ailəsi və
bütün insanlarla xoş əxlaqlı olar.”
Əhdə vəfasızlıq isə möminə yaraşmayan bir davranışdır. Hətta Allah Rəsulu
(s) bir hədisində əhdə vəfasızlığı münafiqliyin əlamətlərindən biri olaraq göstərir:
“Münafiqin əlaməti üçdür. Danışanda yalan danışar; əhdinə vəfa etməz; əmanətə
1 Kuleyni, Kafi, c. 2, s. 207, hədis 2.
2 Bihаrul-ənvаr, c. 17, fəsil 14, hədis 11.
128
xəyanət edər.”1
İslam əhdə vəfaya o qədər əhəmiyyət verir ki, istər günahkar olsun istərsə də
günahsız heç kəsə qarşı vəfasızlığa icazə verməz. Hətta müşrik belə olsa:
“Müqavilə bağladıqdan sonra sizə qarşı bir naqislik etməmiş (onun
şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər
istisnadır. Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz
ki, Allah müttəqiləri sevər!” (“ət-Tövbə” surəsi, 4-cü ayə).
İmam Baqir (ə) buyurur: “Allah üç şeydə heç kəsə icazə verməmişdir. O üç
şeydən biri – istər yaxşı əməl sahibinə qarşı olsun, istərsə də günah əhlinə qarşı
olsun – əhdə vəfa etməkdir”2.
İnsan əhd edərkən diqqətli olmalıdır. Bunun üçün öz qüdrətini ölçüb-biçməli,
sözünə sadiq qala biləcəyindən əmin olduqdan sonra söz verməlidir. Belə ki, Həzrət
Əli (ə) buyurur: “Öhdəsindən gələ bilməyəcəyin hər hansı bir şеy haqda əhd-pеyman
bağlama.” “Yеrinə yеtirəcəyiniz şеyin öhdəsindən gələcəyinə əmin оlmayınca vədə
vеrməyin”3.
Süleyman Rüstəm “Duz-çörəyi itirmə!” şeirində bu xüsusu gözəl bir şəkildə
dilə gətirir:
Ürəyim arzuyla doludur, dolu,
Hünər meydanıdır bu həyat yolu,
Bilmədiyin işi gözüyumulu,
Söz verib öhdənə götürmə, oğlum!4
Əks təqdirdə yalançı kimi tanınacaq ki, dində yalançılıq böyük günahlardan
sayılır.
Vəfakarlıq üçün iki şey lazımdır. Bu iki şey varsa, insan sözünü tutar, öhdəsinə
düşəni edər. Bunlar əzmkarlıq və iradədir. Əzm və iradə zəifliyi – vəfakarlığa mane
olan iki əngəldir!5
Vəfakarlığın bədəli ağır ola bilər. O, bəzən var-dövlətin əldən çıxması
ilə, bəzən ölümlə, bəzən də əzizlərin itirilməsi ilə nəticələnir. Ancaq bu, dünya və
1 Buxari, Səhih, c. 1, s. 59, hədis33, 34; Bihаrul-ənvаr, c. 72, s. 94.
2 Hürr əl-Amuli, Vəsail əş-şiə, c. 15, s. 206-207.
3 Bihаrul-ənvаr, c 2, 558-ci fəsil.
4 S. Rüstəm, Seçilmiş əsərləri, s. 43.
5 Məhəmməd əl-Qəzali, Müsəlman əxlaqı, s. 80-81.
129
axirətdə qiymətli dəyər sayılan şərəfin qorunmasına xidmət edir.1
Əhdə vəfa ilahi əzabdan insanı qoruyan bir xüsusiyyətdir. Həzrət Əli (ə)
“Nəhcül- Bəlağə”də belə deyir:
“Vəfa doğruluğun yoldaşıdır və mən (ilahi əzabın qarşısını almaq üçün)
əhdə vəfa etməkdən daha qoruyucu sipər tanımıram.”2
İctimai həyatın formalaşmasında əhdə vəfanın mühüm rolu var. Çünki fərdlərin
və cəmiyyət həyatının inkişafı qarşılıqlı münasibətlərdən, habelə müxtəlif razılaşma
və müqavilələrdən asılıdır. Bunlar olmazsa, ictimai və iqtisadi həyatın inkişaf etməsi
mümkün deyil. İnsanların şikayətlərinin böyük bir hissəsi və işlərinin ləngiməsinin
əsas səbəbi əhdə vəfasızlıqdır. Buna görə də, bağlanılmış əhdi yerinə yetirmək
qəbul edilmiş bir vəzifə, qarşı tərəfin də bunu tələb etməsi qazanılmış bir haqqdır.
Qurani-Kərimdə bu barədə belə buyurulur: “... Əhdə vəfa edin. Çünki (insan)
əhd barəsində (qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-
yetirmədiyi haqda sorğu-suala tutulacaqdır)” ( “əl-İsra” surəsi, 34-cü ayə).
Əhdinə vəfasızlıq edən insanın ətrafında etibarsızlıq, kin və qəzəb hakim
olduğu halda, verilən sözün yerinə yetirildiyi cəmiyyətdə arxayınlıq və asayiş olur,
hamı bir-birinə sevgi ilə bağlanır. Allah-Təala belə insanlara böyük lütflər bəxş
edəcəyini Quranda bu cür ifadə edir: “... Kim Allahla etdiyi əhdi yerinə yetirsə,
(Allah) ona böyük mükafat verər” (“əl-Fəth” surəsi, 10-cu ayə). 3
İmam Əli (ə) Malik Əştəri Misirə vali göndərdiyi zaman bu haqda оna хüsusi
göstərişlər vеrib buyurur: “Əgər düşməninlə bir əhd bağlasan və öz tərəfindən
ona aman (paltarı) geyindirsən (pənah versən), əhdinə vəfa et və verdiyin pənah
və sığınacağa riayət et, özünü bağladığın əhd-peymana sipər et. Çünki insanlar,
ziddiyyətli istəklərə və fikir ayrılıqlarına malik olmalarına baxmayaraq, Allahın
vacib buyurduqları içərisində əhdə vəfa etməyi uca tutmaq kimi heç nə barəsində
yekdil deyildirlər. Müşriklər də müsəlmanlardan qabaq öz aralarında əhdə vəfa
etməyi zəruri bilirdilər. Çünki əhdi pozmağın xoşagəlməz və pis nəticələrini
başa düşürdülər. Buna görə də öz verdiyin amana xəyanət edib əhdini pozma və
düşmənini aldatma Çünki bədbəxt nadandan başqa heç kəs Allaha qarşı çıxmağa
cürət etməz.”4
1 Həmin mənbə, s. 82.
2 İmam Əli (ə), Nəhcül-Bəlağə, s. 81. 41-ci xütbə
3 Abbas Qurbanov, az.islam.az/news/a-372.html
4 İmam Əli, Nəhcül-bəlağə, Azərbaycan dilinə tərcümə edən: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev,
130
İmam Sadiq (ə) əhdə vəfanı nəzirə oxşadır. Hişam ibni Salim deyir:
“İmam Sadiq (ə) buyurdu: “Mömin din qardaşına verdiyi vədə nəzir kimi yerinə
yetirilməlidir. Ancaq bunda kəffarə yoxdur. Kim verdiyi vədəni yerinə yetirməzsə,
Allaha qarşı çıxıb onun qəzəbinə gələr.” 1
Vəfakarlıq təkcə insanın verdiyi sözə yaxud bağladığı müqaviləyə sadiq
qalması deyildir. İman belə özü-özlüyündə bir əhddir. Mömin, kəlmeyi-şəhadət
gətirərkən iman edərək Allaha qarşı bir sıra öhdəliklər götürmüş olur. Bundan başqa
insan, gündəlik həyatında fərdi və ictimai bir çox əhdlər də bağlayır. Hansı səbəbdən
olursa olsun, bütün əhdlərə əməl olunmalıdır. Çünki, dinin hökmü, imanın əsası və
Allahın əmri budur.2
Həmçinin bir insanın keçmişindən ibrət alıb indiki halını və gələcəyini
lazımınca qiymətləndirməsi də vəfadandır. Məsələn, keçmişdə kasıb yaşayan
sonralar var-dövlət sahibinə çevrilmiş, xəstə də sağalmışdır. Belə bir insanın
keçmişini unutması, heç vaxt kasıb və ya xəstə olmadığını iddia etməsi nankorluq
və naşükürlükdür.3
Həzrət Peyğəmbər (s) əhdə vəfa etməkdə ən gözəl nümunə idi. Onun bu
xüsusiyyəti hətta müşriklər tərəfindən belə təqdir olunurdu.
Allah Rəsulunun (s) əhdə vəfakarlığını Hüdeybiyyə müqaviləsi bağlanarkən
baş verən bir hadisədə açıq bir şəkildə görürük.
Mənbələrdə qeyd olunduğuna görə Məkkəli müşriklərlə bağlanan Hüdeybiyyə
müqaviləsinin şərtlərindən biri də Məkkədən Mədinəyə gəlib sığınacaq tapanların
geri qaytarılması idi. Müqavilə imzalananda Qureyşin təmsilçisi Suheyl ibn Amrın
oğlu Əbu Cəndəl ayaqlarındakı zəncirləri sürüyərək yavaş-yavaş Peyğəmbərimizin
yanına gəldi. Əbu Cəndəl müsəlman olduğu üçün, müşriklər ona çox işgəncə
vermişdilər. O da bir gün əlinə düşən fürsətdən istifadə edib müsəlmanların yanına
qaçmışdı. Suheyl, müqaviləyə əsasən, ilk geri verilməli olan şəxsin oğlu olduğunu
bildirdi və əlindəki dəyənəklə Əbu Cəndəlin sifətindən vurdu. Baş verənləri hüznlə
izləyən Rəsulullah, Əbu Cəndəlin müqavilədən kənar olmasını, onu Peyğəmbərimizə
bağışlamasını Suheyldən xahiş etdi. Ancaq daşürəkli müşrik buna razı olmadı. Əbu
Cəndəl müşriklərə təhvil veriləndə fəryad edərək müsəlmanlara yalvarır və kömək
Nurlar nəşriyyat, Bakı 2007, s. 646-647.
1 Kuleyni, Kafi, c. 2, s. 206, hədis 1.
2 A.Qurbanov, az.islam.az/news/a-372.html
3 Məhəmməd əl-Qəzali, Müsəlman əxlaqı, s. 87.
131
istəyirdi. Müsəlmanlar onun bu halına dözməyib ağlamağa başladılar. Allah Rəsulu
(s), Əbu Cəndələ təsəlli verərək buyurdu:
“Ey Əbu Cəndəl! Bir az da səbr et və ümidini üzmə, Allah sənə və sənin
kimi kimsəsizlərə də bir qapı açar. Biz artıq qüreyşlilərlə saziş bağlayıb, üzərimizə
(müəyyən) öhdəliklər götürmüşük. Onlar da Allahın adı ilə (müəyyən) öhdəliklər
götürüblər. Biz onların qarşısında götürdüyümüz öhdəlikləri poza bilmərik.” 1
Tarix boyu Azərbaycan xalqı əhdinə vəfakar, verdiyi sözə sadiqliyi ilə
tanınmışdır. Aleksandr Düma “Qafqaz” əsərində bu həqiqəti “ azərbaycanlı ilə alver
edəndə hansısa bir kağıza imza atmağa ehtiyac yoxdur, onun bir sözü kifayətdir.”2
cümləsi ilə ifadə etmişdir.
Azərbaycan xalqının sahib olduğu bu üstün məziyyət onun şair və yazıcılarının
əsərlərində də əksini tapmışdır. Məsələn İmadəddin Nəsimi əhdə vəfa etməyi tövsiyə
edir:
Əhdə vəfa еyləgil, ta dеməsin müddəi,
Qövlü qərar üstünə durmadı dildarımız.3
Abbasqulu Ağa Bakıxanov əhdə vəfa ilə əlaqədar qeyd edir ki, hər nə vədə
vermisənsə onu yerinə yetirməyə çalış ki, başqa vədə verəndə onun icra ediləcəyinə
də inansınlar.4
Böyük Nizami Gəncəvi vəfasız insanlar haqda belə deyir:
Dünyada bir vəfa görmədim, gerçək,
Vəfasız kimsədən umulmaz kömək.5
Vəfasız insanlar yaxşılıqlara qiymət verməz, nankorluq edərlər. Şərqin böyük
filosofu Sədi Şirazi vəfakarlıq haqda belə deyir:
“Bütün kainatın ən əzizi, zahirən insan, mövcudatın ən rəzili itdir. Lakin ağıllı
adamların hamısı bu fikirdədir ki, vəfalı it vəfasız insandan yaxşıdır.”
Bir itə bir tikə çörək verəndə,
Unutmaz yüz kərə bassan da daşa.
Alçağa bir ömür çörək yedirsən,
Bir dəfə tünd olsan başlar savaşa.6
1 İbn Hişam, Məhəmməd Peyğəmbərin (s) həyatı, (Tərc. Elmira Qafarova), Bakı 2016, c. 3, s. 603.
2 A. Düma, Qafqaz, s. 195.
3 İmadəddin Nəsimi, Seçilmiş əsərləri, Lider nəşriyyat, Bakı 2004,s. 78.
4 A.A.Bakıxanov, Seçilmiş əsərləri, s. 70.
5 Nizami Gəncəvi, İskəndərnamə, Şərəfnamə, Lider Nəşriyyat, 2004, s. 243.
6 S.Şirazi, Gülüstan, s. 243.
132
HƏMRƏYLİK
Ərəbcə “ət-tədamun”, türkcə “dayanışma” mənasına gələn həmrəylik hər
hansı bir qrupu, cəmiyyəti meydana gətirən fərdlərin, duyğu, fikir və mənfəət birliyi
ilə bir-birinə qarşılıqlı olaraq bağlanmaları, bütün məsələlərdə bir birinə dəstək
olmaları mənasına gəlir.1
Həmrəylik müxtəlif formada təzahür edir və cəmiyyətlərə görə fərqlənir.
İbtidai cəmiyyətlərdə həmrəylik qohumluğun cürbəcür formaları (qan, süd vs.)
əsasında qurulmuşdur. Daha inkişaf etmiş və mürəkkəb cəmiyyətlərdə həmrəyliyin
bir çox mənbələri vardır.
Məlumdur kimi insan təbiətən sosial varlıqdır. Tək başına yaşaması mümkün
olmayan insanın xoşbəxtliyi cəmiyyətin xoşbəxtliyi ilə bağlıdır. Qarşılaşdığı
çətinliklərin öhdəsindən tək başına gələ bilməyən fərd başqaları ilə paylaşmağa
ehtiyac hiss edir. Təbii fəlakət, müharibə və xəstəliklər kimi ağır problemlər ancaq
cəmiyyətin birgə səyi nəticəsində aradan qaldırıla bilər. Birgə yaşamağın tələbi olan
həmrəylik sayəsində insanlar yardımlaşmanı, birlikdə iş görməyi öyrənirlər. Bunun
nəticəsində insanlar daha tez və daha çox iş icra edirlər.
Həmrəylik cəmiyyət və millətlər arasında, həmçinin millət daxilində formalaşa
bilər. Həmrəylik əsasən iki şəkildə təzahür edir: maddi və mənəvi.
Maddi həmrəylik yuxarıda qeyd etdiyimiz və digər problemlərin həlli
istiqamətində fərdin sahib olduğu maddi imkanlarını səfərbər etməsi, bu yolda
fədakarlıq göstərməsidir.
Mənəvi həmrəylik isə daha geniş məna kəsb edir. Mənəvi həmrəylik,
insanların və ya müəyyən bir sosial qrupun müxtəlif müsibətlərdən ötrü çəkdiyi
ağrı və kədərini sadəcə başa düşmək, maddi yöndən onlara dəstək vermək deyil,
eyni zamanda ağrı çəkənləri, yoxsulları, təcrid olunanları, özünü yalnız hiss
edənləri, bir sözlə müxtəlif psixo-sosio-ekonomik problemlər içində əziyyət çəkən
məzlumları mənəvi məsuliyyətin bir tələbi olaraq könüllü dəstəkləməkdir.2 Yəni
başqalarının dərdinə və kədərinə şərik çıxmaq, bunları ürəkdən hiss etmək və
bölüşməkdir.
İslam dininin ən çox vurğuladığı xüsus da məhz birlik və bərabərlikdir. Allah
1 İsmail Parlatır, Türkçe Sözlük, Türk Dil Kurumu, Ankara 1998, s. 534.
2 http://www.mynet.com/cevaplar/manev%C3%AE-dayanisma-manev%C3%AE-destek-nedir/6332700
133
Rəsulu təqribən 23 illik peyğəmbərlik dövründə müsəlmanların həmrəyliyi üçün
çox çalışmış, cəmiyyətin həlak olmasına səbəb olacaq hər cür fitnə və fəsadın aradan
qaldırılmasına cəhd göstərmişdir.
İslamda ilk həmrəylik nümunəsi Məkkədə baş vermişdir. Müsəlmanların
yüksəlişinə mane ola bilməyən Məkkə müşrikləri, Məhəmməd peyğəmbərin zəif
tərəfdarlarına qarşı zorakılığa başladılar. Onları tabe olduqları yeni dindən köhnə
dinə qaytarmaq üçün müxtəlif vasitələrə əl atdılar. Müsəlmanlar bu çətinliklərə
ancaq maddi və mənəvi həmrəylik sayəsində sinə gərə bildilər.
Məkkə dövründə müsəlman həmrəyliyinin ən gözəl nümunəsi Əbu Talib
dərəsindəki üçillik blokada dövründə nümayiş etdirilmişdir. Müsəlmanlar burada
müşriklərin iqtisadi blokadasına sadəcə həmrəylik nümayiş etdirərək müqavimət
göstərə bilmişdilər. Onlar əllərindəki var-dövləti və pulu bir yerə toplayaraq birlikdə
istifadə etdilər. Üç il keçmiş, pul qurtarmış və müsəlmanlar aclıq və yoxsulluq
ucbatından ağac yarpaqları ilə keçinməli olmuşdular.1 Bu şəkildə əqidələrindən
dönməyərək çətinliklərlə mübarizə apara bilmişdilər.
Müsəlmanların həmrəyliyi hicrətdən sonra da davam etmişdir. Hər şeyini
Məkkədə qoyaraq doğma yurdlarını tərk edən məkkəlilərin köməyinə daha əvvəl
islamı qəbul edən yəsribli qardaşları yetişdi. Onlar mühacirləri qonaq etmək,
özlərində saxlamaq üstündə bir-biri ilə yarışdılar. Hətta bunun üçün püşk atmağa
başladılar.
Müsəlmanlar arasında həmrəylik Həzrət Məhəmmədin (s) vəfatından sonra
da davam etmişdir. Allah Rəsulunun vəfatından sonra baş verən irtidad hadisələri və
yalançı peyğəmbərlərlə mübarizədə müsəlmanlar aralarındakı bütün ixtilafları bir
kənara qoyaraq həmrəylik nümayiş etdirmiş və İslam dini üçün ən böyük təhlükə
olan bu məsələ həll edilmişdir.
23 illik qısa zaman kəsiyində İslamı geniş bir coğrafiyaya yaya bilən Həzrət
Peyğəmbərin (s) uğurunun əsas səbəbi məhz həmrəylik idi.
Müsəlmanlar sonrakı dövrlərdə də həmrəylik göstərmiş, bu sayədə uğurlar
əldə etmişlər. Bunun ən gözəl nümunələrindən birinə Səlib yürüşləri zamanı şahid
oluruq. İslam torpaqlarını istila edən, böyük-kiçik demədən insanları qətlə yetirən
səlibçilərə qarşı müsəlmanlar birlikdə mübarizə aparmışlar.
1 Hüsni Ədhəm Cərrar, Allah naminə qardaşlıq və sevgi, (Tərc. Elvüsal Məmmədov), Bakı, “İdrak” İctimai Birliyi,
Bakı 2010, s. 42-43.
134
Aralarındakı ixtilafı bir tərəfə qoyub ortaq düşmənə qarşı birləşməyin yolunu
tapmağa çalışmışlar.
Mənbələrdə qeyd olunduğuna görə Tripolini səlibçilərə qarşı müdafiə edən
imamiyyə şiəsinə mənsub İbn Əmmarın köməyinə sünni Humus əmiri şəxsən
gəlmiş, Şam əmiri isə ordu göndərmişdir.1
Həmin dövrdə müsəlman həmrəyliyinin bir başqa nümunəsi Hələbdə
görülmüşdür. Burada səlibçilərə qarşı örtülü bir sünni-imamiyyə ittifaqı vardı.
Hələbin səlibçilərin əlinə keçməsinə mane olan şəxslərdən biri və bəlkə də ən
önəmlisi imamiyyə fəqihi Əbul Fəzl ibn Həşşab (v. 1125) idi.2
1110-cu ildə Hələbin yaxınlığındakı əl-Əsarib qalasının səlibçilərin əlinə
keçməsi Hələbli sünnilərlə şiələr arasında vəhdət hissinin ortaya çıxmasına səbəb
oldu. Şəhərin hakimiyyəti uğrunda rəqabət halında olan sünnilərlə imamiyyə şiələri
düşmən təhlükəsinə qarşı çıxış yolunun məhz ixtilafları bir tərəfə qoymaq və birlikdə
hərəkət etmək olduğunu görürdülər. Bu səbəblə bir çox fəqih, tacir və təsəvvüf
rəhbərindən təşkil olunan bir qrup Səlcuqlu sultanı Məhəmməd ibn Məlikşah
(1105-1118) və Abbasi xəlifəsi əl-Müstəhzirdən (1094-1118) kömək istəmək üçün
Bağdada getdilər.3
Səlibçilərə qarşı mübarizədə analoji ittifaq həmin dövrdə sünnilərlə ismailiyyə
şiələri arasında da görülür. Məlum olduğu kimi şiəliyin bir qolu olan ismailiyyə,
imamiyyəyə nisbətən sünnilər tərəfindən daha təhlükəli görülmüşdür. Xüsusilə
yuxarıda da qeyd etdiyimiz kimi, Abbasilərə qarşı Misirdə Fatimi dövlətini quran və
alternativ xilafət yaradan ismaililərlə sünnilər arasında daima gərginlik olmuşdur.
Nizari ismaililər bir çox sünni din və dövlət adamına sui-qəsd təşkil etmişdi.
Aralarındakı dərin düşmənliyə baxmayaraq, bütün ixtilafları bir kənara qoyub
mövcud ciddi təhlükə qarşısında həmrəylik nümayiş etdirə bilmişlər. Mənbələr
Səlahəddin Əyyubi ilə nizari şiələrin lideri Sinan arasındakı ittifaqın səlibçi
hücumlarının dəfində mühüm əhəmmiyyət kəsb etdiyini qeyd edir.4
Bütün bunlar həmrəyliyin əhəmiyyətini göstərdiyi kimi, digər tərəfdən də
müsəlmanların yeri gəldiyində birlikdə hərəkət edə bildiyini ortaya qoyur.
1 İbnul-Əsir Məhəmməd ibn Məhəmməd ibn Əbdülkərim əş-Şeybani, əl-Kamil fit-Tarix, Misir 1356, c. 9, s. 55.
2 Muhammed b. Muhtar eş-Şankıtî, Haçlı Savaşının Etkisi Altında Sünni-Şii İlişkileri, Mana Yayınları, İstanbul trs.,
s. 119.
3 İbnul-Əsir, əl-Kamil, 9, 141.
4 Bu haqda geniş məlumat üçün bax: Şankıti, Sünni-Şii İlişkileri, s. 107-162.
135
İslam tarixində müsəlman həmrəyliyinin ən gözəl nümunəsi Türk İstiqlal
Müharibəsi zamanı müşahidə olunmuşdur. Bir çox cəbhədə mübarizə aparan və
torpaqlarını düşmən işğalından azad etməyə çalışan türklərə İslam dünyasının bir
çox yerindən maddi və mənəvi dəstək gəlmişdir.
Məscidlərdə Osmanlı türklərinin qalibiyyəti üçün dua edən müsəlmanlar,
onlara silah-sursat, pul və əsgər yardımı da göstərmişlər.
Türklərin milli mübarizəsinə dəstək verən xalqlardan biri də Azərbaycan
xalqıdır. Həmin dövrdə müstəqilliyini yenicə qazanmış olan Azərbaycan
Cümhuriyyəti hökuməti, Anadoluda başlayan milli mübarizə hərəkətinə etinasız
yanaşmamış, əlindəki bütün imkanlardan istifadə edərək mənəvi və maddi dəstək
nümayiş etdirmiş, hərbi yardım göstərmişdir.
Azərbaycan xalqının qardaş türk xalqının milli azadlıq mübarizəsinə dəstəyi
Azərbaycan Sovet Respublikası dövründə də artaraq davam etmişdir.1
Azərbaycan xalqı ilə yanaşı Hindistan, İran, İraq və Suriyalı müsəlmanlar
da türk xalqına yardımlarını əsirgəməmiş, onların qalib gəlməsində önəmli rol
oynamışlar.2
Tarixə baxdığımız zaman Azərbaycan xalqının bir çox problemin həllində
həmrəylik nümayiş etdirdiyinin şahidi oluruq. XX əsrin əvvəllərində Bakı və
bölgələrdə xalqımıza qarşı soyqırımı törədən erməni quldur dəstələrinə qarşı
dinindən və məzhəbindən asılı olmayaraq xalqımızın həmrəy olduğunu müşahidə
edirik.
Həmrəylik məsələsi şair və yazıcılarımızın da gündəmində bir mövzu
olmuşdur. “İnsansan, insana qatış hər zaman; İnsanla yaşayar hər zaman insan”,-
deyən insanpərvər şair Nizami Gəncəvinin təqdir və təbliğ etdiyi mənəvi dəyərlərdən
biri də həmrəylik və birlikdir. Bütün insanları həmrəy olmağa çağıran humanist
şairin əqidəsinə görə:
İnsanla yaşayan mərddir, kişidir,
Kimsəni sevməmək namərd işidir.
İnsan sözdə yox, əməldə bir olmalıdır. Belə birlik, həmrəylik səadətin açarıdır.
Birlik olmayan yerdə nifaq başlayır, bu isə insanları fəlakətə aparır:
1 Hüseyin Adıgüzel, Atatürk, Nerimanov ve Kurtuluş Savaşımız, İstanbul, İleri Yayınları 2004,
s. 89.
2 Bu haqda geniş məlumat üçün bax. Aslan Həbibov, İslam həmrəyliyi: Dünəndən bu günə//İslam həmrəyliyi və
Azərbaycan: reallıqlar və perspektivlər, Bakı 2018, s. 12-51.
136
Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxardar onların əli.
Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən doğar.
“Qarışqa birlikdə göstərib hünər;
Özündən çox böyük şeylər sürüyər”,-deyən şair insanları bu hikmətdən
nümunə götürməyə çağırır.1
Sonda qeyd etmək lazımdır ki, bu gün Azərbaycan xalqı olaraq hər
zamankından daha çox həmrəyliyə möhtacıq. Dünyada baş verən hadisələrdən
təsirlənməmək, işğal edilmiş torpaqlarımızın azad edə bilmək üçün həmrəy olmaq
məcburiyyətindəyik. Tarixdə olduğu kimi gələcəkdə də ortaya çıxacaq problemlərin
həlli istiqamətində ən yaxşı yol həmrəy olmaqdır.
1 B.Apoyev, Nizami Gəncəvinin pedaqoji görüşləri, s. 62-63
137
VƏHDƏT
Vəhdət birlik, bərabərlik və həmrəylik içində olmaq deməkdir. Müxtəlif
ideologiya və inanclara sahib insanların ortaq məxrəcə gəlmələri, müştərək
nöqtələrdə eyni görüş və strategiyanı izləmək üçün birlik olmaları deməkdir. Vəhdət
bəzilərinin düşündüyü kimi insanın öz görüşünü tərk edib, başqasının görüşünü
qəbul etməsi deyildir. Bir qrupun öz inancını yox edib başqa bir qrupla birləşməsi
deyildir. Bir məzhəbin, bir ideologiyanın öz inancından imtina edib başqa bir inanc
və ideologiyanı qəbul etməsi də deyildir.1
Vəhdət cəmiyyətin inkişafında mühüm rol oynayır. Çünki fərdlər arasındakı
ixtilaf çəkişməyə, çəkişmə isə geriləməyə aparan amildir.
İslam dini vəhdətə önəm verir. Qurani-Kərimdə və hədislərdə müsəlmanlar
vəhdətə çağırılır, əks təqdirdə zəifləyərək güclərini itirəcəkləri xəbər verilir.
Qurani-Kərimdə Allah bir tərəfdən “Hamılıqla Allahın ipinə möhkəm
sarılın və ayrılmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə
düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-
birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi
oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki,
haqq yola yönəlmiş olasınız!” (“Ali-İmran” surəsi, 103-cü ayə) buyurarkən, digər
tərəfdən “Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin,
yoxsa qorxub zəyifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr
edənlərlədir” (“əl-Ənfal” surəsi, 46-cı ayə) ayəsilə möminləri gələcək təhlükələrə
qarşı xəbərdar edir.
Həzrət Peyğəmbər (s) həyatda olduğu müddətdə bu vəhdətin təmini üçün
səy göstərdi. Yeri gəldikdə “İxtilafa düşməyin! Sizdən əvvəlkilər ixtilafa vardılar
və məhv oldular”2 buyuraraq öncəkilərdən dərs götürməyimizi tövsiyə edirdi.
Yenə Həzrət Peyğəmbər (s) “məndən sonra bir-birinin boynunu vuran kafirlərdən
olmayın!”3 buyuraraq, müsəlmanları ixtilafa düşməkdən çəkindirməyə çalışırdı.
Həzrət Peyğəmbər (s) sadəcə möminlərlə deyil, Əhli-kitabla da ortaq nöqtədə
1 https://www.tebyan.net/index.aspx?pid=63107
2 Buxari, Səhih, c. 3, s 357, hədis 2422.
3 Buxari, Səhih, c. 10, s. 178.
138
birləşməyə çalışırdı. Quranın “(Ya Rəsulum!) Söylə: Ey kitab əhli, sizinlə bizim
aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:
) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və bəzilərimiz
bəzilərini Allahı qoyub (özünə) Rəbb qərar verməsin!” (“Ali-İmran” surəsi,
64-cü ayə) ayəsinin əmri ilə kitab əhlini vəhdətə dəvət edirdi. Məsələn, Mədinəyə
hicrət etdikdən sonra Mədinə konstitusiyasının (misaq) bağlanması, burada yaşayan
yəhudilərə ümmətin üzvləri kimi münasibət bildirilməsi bunun ən yaxşı nümunəsidir.
Lakin Həzrət Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələr çox
təəssüf ki, əsası Allah və Rəsulu tərəfindən qoyulan İslam ümmətinin parçalanmasına
səbəb oldu. Bu parçalanma eyni zamanda, insanları bir-birindən uzaqlaşdırdı.
Bütün bunlarla yanaşı müsəlmanların vəhdəti məsələsi həmişə aktuallığını
qorumuşdur. Mövcud vəziyyətdən narahat olan, müsəlmanların aralarındakı
ixtilafları bir tərəfə qoyaraq ortaq məxrəcə gəlmələri gərəkdiyi fikri səsləndirilmiş
və bu istiqamətdə bəzi addımlar da atılmışdır.
Müsəlmanların vəhdəti üçün ilk addım Nadir Şah zamanında 1736-cı ildə
atılmışdır. Bu dövrdə sünni və şiələr arasında müəyyən dərəcədə uzlaşma təmin
edilmiş və müəyyən yaxınlaşmaya nail olunsa da bu uzun müddətli olmamışdır.
Birinci dünya müharibəsindən sonra İslam ölkələri istilaya məruz qalıb
müstəmləkə halına gəldikdə sünni və şiə alimləri çıxış yolunu yenə vəhdətdə
gördülər. Bu dövrdə Seyyid Cəmaləddin Əfqaninin səylərini qeyd edə bilərik.
Müsəlmanların birləşməsinin vacib olduğunu vurğulayan Cəmaləddin Əfqani
yazırdı: “Ey əcəm əhli! Elm qəhrəmanlarınızı ya da salın, İslami əsərlərinizə diqqət
yetirin. İslami vəhdətin bünövrəsi olun, necə ki, əvvəldə onu qorudunuz. İslam
vəhdətini irəli çəkməklə başqa müsəlman millətləri qabaqlayın”1.
Cəmaləddin Əfqani istədiyinə nail ola bilmədi və müsəlmanlar arasında
vəhdət yaratma fikri başqa bir bahara qaldı.
Müsəlmanlar arasında vəhdət yaratmaq üçün bir başqa addım 1947-ci ildə
atıldı. Bir qrup şiə və sünni alim tərəfindən yaradılan “Dar ət-təqrib beynə məzahib
əl-islamiyyə” (İslam məzhəblərini yaxınlaşdırma mərkəzi) təşkilatı məhz bu dövrdə
fəaliyyətə başladı. Bu təşkilat bir çox uğura imza atdı.2
Əslində günümüzdə bu cür vəhdətə çağıran qurum və şəxslərə daha çox
1 Aslan Həbibov,Vəhdət naminə məzhəblərarası dialoq, Nurlar, Bakı 2004.s. 24
2 Bu haqda bax. Məhəmməd Əmin Rəhim, İslamda məzhəblərarası yaxınlaşma konsepsiyaları, “İdrak” İctimai Birliyi,
Bakı 2012, s. 120-145. Aslan Həbibov,Vəhdət naminə məzhəblərarası dialoq, Nurlar, Bakı 2004, s. 25-30.
139
ehtiyacımız var. Xüsusilə, müsəlman dünyasında yayılmağa başlamış sünni-şiə
ayırmadan özləri kimi düşünməyən və inanmayanları təkfir edən və qətllərini
vacib sayan, bu şüurla minlərlə müsəlmanın başını heyvan kəsən kimi kəsən
radikal cərəyanların qarşısında dayana bilmək üçün vəhdətə ehtiyacımız var.
Yenə Avropada İslamın yüksəlişini dayandırmaq məqsədilə müsəlmanları daim
mənfi mənada reklam edən qüvvələri susdurmaq üçün vəhdətə ehtiyacımız var.
Xülasə, kimliyindən və məqsədindən asılı olmayaraq, dünyada İslamofobiyanın
yayılmasına xidmət edən bütün qüvvələrə cavab verə bilmək üçün vəhdətə
ehtiyacımız var.
Bu vəhdət də yuxarıda qeyd etdiyimiz kimi nə insanların öz məzhəblərini
tərk etməsi, nə də fərqliliklərin inkarı deyil, əksinə fərqlilikləri qəbul etməklə
birlikdə müştərək nöqtələrə əsaslanaraq mövcud təhlükələrə birlikdə reaksiya
vermək, birlikdə hərəkət etməkdir. Bu şəkildə bir vəhdət daha real və uzunmüddətli
olacaqdır. Bunun yolu da həm dünya, həm də ölkəmiz miqyasında sayı və gücü nə
olursa-olsun iki tərəfin bərabər şərtlərdə dialoqundan keçir.
Ölkəmizə gəldikdə, əslində vəhdət sözü xalqımız üçün yad deyildir. Bu
torpaqlarda İslam dininin yayılmağa başladığı ilk günlərdən etibarən fərqli düşüncə
sahibləri birgə yaşamışlar. Tarix boyu Azərbaycanın hər bir guşəsində biz bunun
şahidi oluruq.
Məsələn, bölgədə yaşayanların əksəriyyəti Əhli-sünnə məzhəbinə mənsub
ikən, əməvi və abbasi zülmündən qaçan Əhli-Beyt mənsubları Azərbaycan xalqına
pənah gətirmişlər. Azərbaycan xalqı nəinki onları zalımlara təhvil verməmiş, əksinə
onlara qucaq açmış, bağrına basmışdır.
İmam Məhəmməd əl-Baqirin (ə) oğlu Mövlana İbrahimin Gəncədə, İmam
Musa əl-Kazımın (ə) qızı Həkimə xanımın Bibiheybətdə, yenə İmam Kazımın bir
başqa qızı Rəhimə xanımın Nardaranda dəfn olunması bunun ən gözəl nümunəsidir.
Dövlətlər arası münasibətlər də Azərbaycan xalqının vəhdətini poza
bilməmişdir. Məsələn, Osmanlı-Səfəvi müharibələri belə, iki düşüncə sahibi
insanları qarşı-qarşıya gətirə bilməmişdir.
Bununla yanaşı, istər Çar Rusiyası dövründə istərsə də Sovet hakimiyyəti
illərində nəinki müxtəlif məzhəblər, hətta müxtəlif dinlərə mənsub insanlar bu
torpaqlarda birgə yaşamağı bacarmışlar.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra da keçmişdə var olan ənənəni
140
davam etdirmiş, fərqli məzhəblərə mənsub müsəlmanlar birgə yaşayışın gözəl
nümunəsini sərgiləmişlər. Bununla da bütün dünyaya müsəlmanların birgə yaşaya
bildiklərinin mesajını vermişlər.
Müasir Azərbaycanda vəhdətin gözəl nümunələrindən birinə Şəki şəhərində
şahid oluruq. Əhalisinin əksəriyyəti sünni olan Şəkidə əsrlərdir varlığını qoruyan bir
şiə məhəlləsi fərqli inanca sahib insanların birgə yaşaya bildiyini göstərir.
Qubalılar da tarix boyu vəhdəti yaşatmışlardır. Onların müsəlmanları
soyqırımına məruz qoyan ermənilərə qarşı göstərmiş olduqları vəhdət dünyaya
nümunə olacaq bir vəhdətdir.
Şübhəsiz müasir Azərbaycanda vəhdətin ən gözəl nümunəsi ölkəmizin cənub
bölgəsində yaşanır.
Əsrlərdir eyni bölgəni, eyni kəndi və hətta eyni məhəlləni paylaşan bu
insanların formalaşdırdıqları nümunəvi “birgə yaşama mədəniyyəti” ölkəmizin və
İslam dünyasının gələcəyi adına ümid vericidir.
Bir-biriylə ət və dırnaq kimi olan, birlikdə ağlayıb, birlikdə gülən bölgə insanı
məzhəbindən asılı olmayaraq bir-birlərinin şad günündə sevinmiş, kədərli günündə
isə qəmi bölüşmüşlər.
Hər bir müsəlman üçün dəyərli olan İmam Hüseynin (ə) şəhadət mərasiminin
birlikdə keçirilməsi, birlikdə camaat namazının qılınması, vəhdət adına gözəl
hərəkətlərdir.
Bölgə insanları arasında məzhəbinə baxmayaraq qohumluq əlaqələrinin
qurulması bölgənin gələcəyi haqda son dərəcə ümid vericidir. Belə ki, kəndin
hər iki məzhəbinə mənsub qabaqcıl və dindar insanlarının bu məsələdə tərəddüd
etməmələri vəhdətin ən gözəl nümunəsidir.
Başda ölkəmizin paytaxtı olmaqla digər rayon və qəsəbələrimizdəki
məscidlərdə şahid olduğumuz mənzərələr də olduqca sevindiricidir. Əli açıq və ya
bağlı hər kəsin azad bir şəkildə namaz qılması, bu hərəkətinə görə hər hansı bir
zorakılığa məruz qalmaması vəhdət adına ümidlərimizi artırmaqdadır.
Bütün bu qeyd etdiklərimiz sadəcə Azərbaycan üçün deyil dünya üçün
nümunədir. Şimaldan cənuba, şərqdən qərbə Azərbaycanın hər yerində bu cür
mənzərə ilə qarşılaşmaq mümkündür. Tarixin çətin sınaqlarından keçmiş olan
xalqımız təfriqənin nələr gətirdiyini çox yaxşı bilir. Bu səbəblə müsəlmanlar
arasında tarixdə yaşanmamış məzhəb müharibəsini başlatmaq üçün müxtəlif fitnə-
141
fəsadlara əl atan şər qüvvələr qarşısında qiyamətə qədər vəhdəti pozmayaraq davam
gətirə biləcəyimizə əminik.
Son olaraq qeyd etmək istəyirik ki, bu gün dünəndən daha çox vəhdətə
möhtacıq. İslam coğrafiyasının üzərini qara buludlar örtmüşkən, din adına müsəlman
qanının su kimi axdığı bu günlərdə, müsəlmanların ən böyük silahı vəhdət silahı
olmalıdır. Hər kəsin öz inancına sadiq qaldığı, başqalarının fərqli inanca sahib olma
haqqını tanıdığı, heç kəsin inancına görə təhqirə və zorakılığa məruz qalmadığı,
ortaq dəyərlərin ön plana çıxdığı bir mühitin ən gözəl təminatı şübhəsiz vəhdətdir.
142
TOLERANTLIQ
Xoş görmək, bağışlamaq, dözüm göstərmək, qatlanmaq, sıxıntı çəkmək
və icazə vermək kimi mənalara gələn tolerantlıq1, latınca “tolerare” (tolerantia),
fransızca “tolerer” (tolerance), ingiliscə “tolerate” (tolerance), şəklində fel
formalarından törəyən bir kəlmədir. Bu kəlmə ərəb dilində “təsamuh”, “təsahul”,
“iğda” və “hilm” sözləri ilə ifadə edilir.
Termin olaraq isə, hər hansı bir insanın dil, din, məzhəb, düşüncə, etnik
mənsubiyyət, cinsiyyət və siyasət mövzularında, öz dəyərlərindən başqa dəyərlərə
varlıq haqqı tanımaq, gücü əlində ikən, öz gücünü və iradəsini məhdudlaşdıraraq,
qəbul etmədən onların varlıq sahəsində yer almasına səs çıxartmamaq, şəklində tərif
edilir.2
Tolerantlıq məfhumu ilk dəfə olaraq XV əsrdə Nicolas Cusanus (1401-1464)
tərəfindən De Pace Fidei adlı əsərdə ortaya atılmışdır. Əvvəllər elmi və fəlsəfi fikir
azadlığı məqsədi ilə istifadə olunan tolerantlıq, daha sonra din və vicdan azadlığı ilə
bağlı bir məfhuma çevrilmişdir.
Məlum olduğu kimi orta əsrlərdə tək hakim mədəniyyət xristianlıq
olmuşdur. Bu dövrdə Avropada tolerantsızlıq hökm sürməkdədir. Xristianlığı
yaymaq və digər dinləri ortadan qaldırmaq üçün aparılan Səlib yürüşləri də bu
dövrdə baş vermişdir.
Orta əsrlərdə xristianlıq yalnız digər dinlərə qarşı deyil, öz içindən çıxmış
fərqli qrup və sektalara qarşı da tolerant münasibət göstərməmişdir. İnkvizisiya
məhkəmələrinin əsası da bu dövrdə qoyulmuşdur.
Bu dövrdə ən böyük tolerantsızlıq xristianlıqdan dönənlərə göstərilmişdir.
Xüsusilə Əziz Tomas başqa dinlərdən insanlara qarşı tolerant oluna biləcəyini,
çünki onların hələ ki, doğru ilə tanışmadıqlarını və qurtulma şanslarının olduğunu,
ancaq xristianlıqdan dönən birinin hər kəsə pis nümunə ola biləcəyi üçün mütləq
cəzalandırılmalı olduğunu qeyd etmişdir. Tolerantsızlığın zirvədə olduğu bu dövrdə
yalnız din adamları deyil hakim təbəqə və xalq da tolerantsızlığı mənimsəmiş,
1 Tahsin Saraç, “Tolérance”// Büyük Fransızca-Türkçe Sözlük, İstanbul 1985, s. 1394.
2 Bu haqda geniş məlmat üçün bax.: Yasemin Ölmez Atalay, Felsefi açıdan tolerans ve hoşgörü, Maqistratura işi, Isparta
2008, s. 22-29.
143
dindən dönənləri aşkar etmə və xəbər vermə ilə əlaqədar bir-biri ilə yarışacaq həddə
çatmışdılar.
Orta əsrlərdə Qərbdə fikri mənada da tolerantlıq olmamışdır. Bu dövrdə
oxuyub-yazan şəxslər ruhani təbəqəsi idi. Bu səbəblə kilsə Qərbdə təhsil işini öz
öhdəsinə götürmüşdü. Kilsə təhsili dəstəkləməklə paralel olaraq öz təlimi ilə üst-
üstə düşməyən heç bir düşüncənin yayılmasına fürsət vermirdi. Məsələn qədim
dövr filosofların əsərləri İbn Rüşd kimi Şərq filosofları tərəfindən təkrar gündəmə
gətirilərək qərbə də bunlar sayəsində nəql olunca, vəziyyəti nəzarətdə saxlamaq
məqsədi ilə kilsə Əziz Tomas kimi din adamlarının bu nəşriyyatları kilsə təlimlərinə
uyğunlaşdıraraq senzuradan keçirilərək nəşr edilməsi şəklində bir çarə tapmışdır.
Qərbdə qurulan universitetlərdə proqram kilisə tərəfindən təyin edilmiş və təhsil din
adamlarının nəzarətinə verilmişdir.1
Göründüyü kimi tolerantlıq məfhumunun Avropada ortaya çıxmasının
səbəbi protestantlığın yaranması ilə birlikdə baş verən məzhəb müharibələridir.
Məzhəblər arasında baş verən müharibədən sonra Vestfalia Sülhü (1648) imzalanmış
və müharibənin səbəb olduğu fəlakətin fərqinə varan Qərb, tolerantlıq fikrini
mənimsəməyə başlamışdır.
Müasir cəmiyyətlərin problemlərinə bağlı olaraq formalaşan və yeni
istifadə edilməyə başlayan dini tolerantlıq məfhumu fərdlərin öz inanc və ibadətləri
ilə birlikdə yer üzündə fərqli düşünən, inanan və yaşayan başqa insanların da
mövcudluğunu qəbul edərək onların bu fərqliliklərinə dözüm göstərməsi lazım
gəldiyini bilməsi mənasına gəlir.
Fərdlərin həm öz din qardaşlarına həm də başqa dinə mənsub insanlara qarşı
dözüm göstərə biləcək yetkinliyə çatması önəmlidir. Çünki müasir dövrün sürətlə
dəyişən şərtləri nəticəsində cəmiyyətdə yaşayan hər kəsin tək bir din ya da dini
düşüncə ətrafında birləşməsi imkansız hala gəlmişdir. Dözümsüzlük səbəbindən
dini inanc fərqliliyinin qarşıdurmaya yol açdığı bilinir.2
Tolerantlıq İslam dini tərəfindən qəbul edilməkdədir. Qurani-Kərimdə və
hədislərdə bunun açıq nümunəsini görmək mümkündür.
Bilindiyi kimi Qurani-Kərimdə “Allah yanında (haqq olan) din, əlbəttə,
İslamdır” (“Ali-İmran” surəsi, 19-cu ayə) və “Kim İslamdan başqa bir din
1 Bu haqda geniş məlumat üçün bax. Ö.Atalay, Felsefi açıdan tolerans ve hoşgörü, s. 22-27.
2 Hüseyin Yılmaz, “Hz. Peygamber’in eğitiminde bir ilke olarak hoşgörü”// Cumhuriyet Üniversitesi İlahiyat Fakültesi
Dergisi, Cilt: VIII / 1, HAZİRAN-2004, SİVAS, s. 113.
144
ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər
çəkənlərdən olar!” (“Ali-İmran” surəsi, 85-ci ayə) ayəsi ilə doğru dinin İslam
olduğu qeyd olunarkən, “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq
(iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha
iman gətirsə, o, artıq qopmayan ən sağlam bir ipdən yapışmış olur. Allah hər
şeyi eşidəndir, biləndir.” (“əl-Bəqərə” surəsi, 256-cı ayə) 1 ayəsi ilə insanları bir
inancı qəbul etmək məsələsində məcbur etməyin doğru olmadığı bildirilərək, eyni
cəmiyyətdə fərqli düşüncələrin var ola biləcəyi göstərilir.
Həmçinin “Əgər Rəbbin istəsəydi yer üzündə olanların hamısı iman gətirərdi.
İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!” (“Yunus” surəsi, 99-cu ayə)
ayəsi ilə Həzrət Peyğəmbər (s) belə bir şeyi etməmə xüsusunda xəbərdar edilir.
Bir tərəfdən yuxarıda qeyd etdiyimiz ayələrlə Allah eyni cəmiyyətdə fərqli
düşüncələrin mövcud ola biləcəyini bildirməkdə, digər tərəfdən isə (Ya Rəsulum!)
Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir
kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək.
Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul
etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi
şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” (“Ali-
İmran” surəsi, 64-cü ayə) ayəsi ilə əhli-kitabı haqqa dəvət edərək eyni zamanda
müsəlmanları nəinki fərqli məzhəb və düşüncə hətta fərqli dinə sahib olanlarla
birlikdə yaşaya bilməyin mümkünlüyü haqda maarifləndirir.
İslamda tolerantlığın var olduğunun başqa bir dəlili isə Həzrət Peyğəmbərin
(s) davranışlarıdır. Həzrət Məhəmmədin (s) Mədinəyə hicrət etdikdən sonra
Mədinə konstitusiyasının (misaq) bağlanması, burada yaşayan yəhudilərə
ümmətin üzvləri kimi münasibət bildirilməsi yüksək dözümlülük təzahürüdür.
İslamaqədərki peyğəmbərlərə və kitablara iman gətirilməsinin zəruriliyi, əvvəlki
dinlərin də qibləsinin tanınması, qeyri-müsəlmanlarla hikmət və gözəl moizə ilə
mükalimə aparılması barədə Quran hökmlərindən savayı, Peyğəmbərin xəstə
yəhudiyə baş çəkməsi, yəhudinin yanında girov qoyub borc götürməsi, yəhudinin
cənazəsi qarşısında ayağa qalxması İslamda dözümlülük ənənələrinin ən gözəl
nümunələrindəndir.
Yenə Həzrət Peyğəmbərin (s) Nəcrandan gələn xristianlardan ibarət
1 Bəqərə surəsi 256-cı ayə
145
heyəti qəbul edərkən müsəlmanlardan bəzilərinin etirazlarına baxmayaraq onların
məscidə daxil olmasına və orada ibadətlərini yerinə yetirməsinə icazə verməsi gözəl
dözümlülük nümunəsidir.
Həzrət Peyğəmbər (s) tərəfindən əsası qoyulan tolerantlıq ənənəsi sonrakı
dövrlərdə də davam etmişdir. Fütuhatlar dövründə müsəlmanlar qeyri-müsəlmanlara
qarşı tolerant mövqe nümayiş etdirmişlər və xilafət ərazisində çoxlu sayda qeyri-
müsəlmanın yaşaması bu tolerantlığın nəticəsi olaraq görülməlidir.1
Məlum olduğu kimi tarixi Azərbaycan torpaqlarında bir çox din mövcud
olmuş və özünə ardıcıl tapmışdır. Xüsusilə İslamın bölgədə yayılmasından sonra
öncəki dinlərə qarşı münasibəti, bölgədə dini tolerantlığın formalaşmasında önəmli
rola sahib olmuşdur.
Nümunə olaraq göstərə bilərik ki, bu bölgələr müsəlmanlar tərəfindən fəth
olunduqdan sonra mövcud olan xristian kilsələrinə toxunulmamış, İslamdan qabaq
olduğu kimi qalmışdır. Yenə Alban kilsəsinin XIX əsrə qədər mövcudluğunu
qoruması da İslamı qəbul etmiş bölgə əhalisinin tolerantlığının parlaq nümunəsidir.2
Tarixi Azərbaycanda olduğu kimi sonrakı dövrlərdə də bu ənənə davam etmiş,
bu bölgədə yaşayan insanlar fərqli inanc sahiblərinə qarşı dözümlülük nümayiş
etdirmiş, eyni cəmiyyətdə birlikdə yaşaya bilmişlər.
Bunun ən gözəl nümunələrindən biri də Çar Rusiyası tərəfindən ölkəmizin
müxtəlif bölgələrində məskunlaşdırılan qeyri-müsəlmanlara münasibətləridir.
Rusiya tərəfindən məqsədli bir şəkildə yerləşdirilən bu insanlara qarşı yerli
xalq tərəfindən hər hansı bir zorakılıq hadisəsi baş verməmişdir. Sovet hakimiyyəti
illərində də həmin kəndlərdə ruslar yaşamış, müsəlman əhali tərəfindən hər hansı
bir təzyiqə məruz qalmamışlar. Həmin insanlar rahat şəkildə öz inanclarını yaşaya,
ibadətlərini yerinə yetirə bilmişlər.
Azərbaycan xalqı sadəcə qeyri-müsəlmanlara qarşı deyil həmçinin İslamın
fərqli məzhəblərinə mənsub müsəlmanlara qarşı da tolerant olmuşdur.
Azərbaycanın müxtəlif bölgələrində fərqli məzhəblərə mənsub müsəlmanlar
rahat bir şəkildə yaşamış, bir-birinə mənfi münasibət bəsləməmişlər. Bir-birinin
dəyərlərinə hörmətlə yanaşmışlar.
1 Bu haqda bax. Şünasi Məmmədyarov, ‘İslam dövlətçiliyi tarixində dözümlülük ənənələri’// İslamda Dözümlülük,
Beynəlxalq elmi-nəzəri konfransın materialları, Bakı 2006, s. 25-26; Məmmədəli Babaşlı, “Müasir dünya və islamın
dözümlülük anlayışı”// İslamda Dözümlülük, Beynəlxalq elmi-nəzəri konfransın materialları, Bakı 2006, s. 30-35.
2 Allahşükür Paşazadə, Qafqazda islam, Bakı, Azərnəşr, 1991, s. 57.
146
Əsrlərdir eyni bölgəni, eyni kəndi və hətta eyni məhəlləni paylaşan bu
insanların formalaşdırdıqları nümunəvi “birlikdə yaşama mədəniyyəti”ni nəinki
Azərbaycan, bütün İslam dünyasına örnək göstərmək mümkündür.
Dövlətlər arası münasibətlər belə Azərbaycandakı tolerantlıq mühitini poza
bilməmişdir. Məsələn, xanlıqlar dövründə Osmanlı-Səfəvi rəqabəti bölgədə yaşayan
insanları məzhəb ixtilafına düçar edə bilməmişdir. Yenə Çar Rusiyası dövründə
məzhəb ixtilafı yaratma istiqamətində bütün cəhdlər boşa getmiş, məzhəbindən və
təriqətindən asılı olmayaraq bütün müsəlmanlar fitnədən uzaq qalmağı bacarmışlar.
Sovet hakimiyyəti illərində həm sünnilər, həm də şiələr zülm və haqsızlıqlara
məruz qalmış, inanclarını gələcək nəslə ötürə bilməyin yollarını birlikdə axtarmışlar.
Son olaraq deyə bilərik ki, Azərbaycan tarixinin bütün mərhələlərində,
xüsusilə İslamın bölgədə yayılmasından sonra bu torpaqlarda yeni dinlə birlikdə
tolerantlıq düşüncəsi də yayılmış, istər öncəki din mənsublarına istərsə də İslamın
daxilində var olan fərqli məzhəblərə qarşı dözümlülük yaranmışdır.
Azərbaycanda tolerantlıq mühitinin formalaşmasında əsas rol oynayan
amilləri İslam dini, Əhli-beyt sevgisi, irfani ənənə, din xadimlərinin fədakarlığı və
s. şəklində izah etmək mümkündür.
147
QONŞULUQ
İctimai varlıq olan insanın tək başına yaşaması mümkün deyildir. Bunun
üçün başqaları ilə münasibət qurmaq məcburiyyətindədir.
Şübhəsiz ailəmizdən sonra ən çox gördüyümüz insanlar qonşularımızdır.
Qonşularımızla günün demək olar ki hər saatında müxtəlif səbəblərlə qarşılaşırıq.
Buna görə də, haqlarına hörmət göstərməli olduğumuz insanların arasında
qonşularımız ön cərgələrdə dururlar. Xüsusilə şəhər yerlərində, çoxmərtəbəli
binalarda onlarla ailənin bir binanı, bir giriş-çıxışı bölüşdüyünü nəzərə alsaq, belə
yerlərdə qonşuluq münasibətlərinin yüksək səviyyədə qorunub saxlanılmasının nə
dərəcədə əhəmiyyətli olduğu ortaya çıxmış olar.1
Dinimiz qonşuluq münasibətinə önəm verir. İslamda qonşu haqları qul haqları,
yaxud insan haqları deyilən haqlar çərçivəsində nəzərdən keçirilir. Bu hüquqlarla
bağlı əmr və qadağalar qonşuluq münasibətlərini də əhatə edir.2
Qurani-Kərimdə “ən-Nisa” surəsinin 36-cı ayəsində belə buyurulur:
“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya,
qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya,
yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara),
sahib olduğunuza (qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü
bəyənənləri, lovğalıq edənləri sevməz!” Ayədə də göründüyü kimi Allah-Təala
ata-ana, qohum-əqrəba ilə yanaşı yaxın və uzaq qonşuya da yaxşılıq etməyimizi
əmr edir. Bu da dinimizin qonşuluq münasibətlərinə verdiyi dəyərin aşkar
ifadəsidir.
Qonşularla yaxşı münasibət Həzrət Peyğəmbərin (s) hədislərində təkidlə
tövsiyə olunur. Allahın elçisindən nəql olunan bir hədisdə O ətrafındakılara üç
dəfə “Vallahi iman etmiş olmaz” söyləyir. Ətrafında olan müsəlmanların “Ya
Rəsulallah, kim iman etmiş olmaz?” sualına isə Böyük Peyğəmbərimiz belə cavab
verir: “Qonşusu zülm və pisliyindən əmin olmayan insan iman etmiş olmaz”3
Peyğəmbərimizin xüsusi diqqət çəkərək söylədiyi bu hədisdən də göründüyü kimi
1 Aqil Hacıyev. az.islam.az/news/a-92.html
2 İ.Abbasov, https://azadinform.az/az/baxis-bucai/152776/islamda-qonsuluq-munasibetleri/
3 Əhməd ibn Hənbəl, Müsnəd, Müəssisətu ər-Risalə, Beyrut 1997, c. 6, s. 189, hədis 3672.
148
qonşu haqqının imanla birbaşa əlaqəsi vardır və müsəlmanın qonşu haqqı olaraq ilk
diqqət etməli olduğu iş qonşularının etibarını qazanmaqdır.
Bir başqa hədisdə Həzrət Peyğəmbər (s) qonşuluq münasibətlərinə başqa bir
istiqamətdən yanaşır. “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir.”1
Bu hədisə görə qonşuluq təkcə qonşuya ziyan yetirməmək deyil həmçinin
onun vəziyyəti ilə yaxından tanış olmaq, ehtiyac sahibi olub-olmadığını öyrənmək,
lazım gəldikdə köməklik göstərməkdir.
Həzrət Peyğəmbərin (s) “Cəbrayıl qonşu haqları barədə mənə o qədər
tövsiyə etdi ki, qonşunu qonşuya varis edəcəyini düşündüm”2 hədisi isə qonşunun
qonşu üzərindəki haqqını aşkar bir şəkildə ortaya qoymaqdadır.
İslam alimləri qonşulara veriləcək bir çox haqlar sadalamışlar. Məsələn,
səndən kömək istədikdə ona kömək etmək, borc istədikdə borc vermək, möhtac
olduqda ona əl tutmaq, xeyir işində ona xeyir-dua vermək, müsibət baş verdikdə
başsağlığı vermək, öldükdə cənazəsinin ardınca getmək, evinin yanında ondan
icazəsiz evini ucaldıb küləyin qarşısını kəsməmək, evdə bişirilən ətirli yeməklərdən
onlara da vermək, meyvə aldıqda onlara da hədiyyə etmək, əgər etməyəcəksənsə
onda bunları onlara görsətməmək üçün onları evə gizli şəkildə daxil etmək
lazımdır.3
Burada yeri gəlmişkən Peyğəmbərimizin (s) dövründə yayılmış, bu gün isə
tam əksi görülən bir şeyi qeyd etmək lazımdır. İslama görə, qonşuluqda dünyasını
dəyişən olanda, həmin şəxsin ailəsinin başı dəfn işlərinə qarışdığına görə yeməklə
təmin edilməsi qonşuların üzərinə düşür. Necə ki, Həzrət Peyğəmbər (s) Cəfər ibn
Talib şəhid olan vaxt, qonşularına onun ailəsi üçün yemək bişirib aparmalarını
tapşırmışdır.4
Azərbaycan xalqı qonşuluq münasibətlərinə əhəmiyyət verən xalqlardandır.
Hələ qədimdən “Yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyən dədə-babalarımız
qonşu haqlarına böyük diqqət yetirmiş, xeyir və şərdə bir-birlərinə əl tutmuş,
məclislərinin başında qonşularını oturtmuşdur. Bu xüsus İslamın gəlişi ilə daha
da qabardılmış, qonşu haqları hər bir insan üçün xüsusi əhəmiyyət kəsb etməyə
1 İbn Əbu Şeybə, Kitab əl-İman, Dəməşq trs, s. 33.
2 Həmin mənbə s. 33.
3 R.Muradlı. https://www.islamevi.az/?p=1081
4 Aqil Hacıyev. az.islam.az/news/a-92.html
149
başlamışdır.1 Həmçinin “Ev alma qonşu al” ata sözü də qonşuluq münasibətinin
önəmini ortaya qoyur.
Azərbaycan xalqının qonşuluq münasibətlərinin təməlində tarix boyunca
yardımlaşma, əl tutma və arxa durmaq kimi xüsusiyyətlər dayanmışdır. Qonşular
bir-birinə xəstəlik zamanı əl tutmuş, elçilik, nişan, xınayaxdı və toy mərasimlərinin
əsas iştirakçıları olmuşlar. Bununla bərabər qonşular dəfn mərasiminin də düşdüyü
ailələrə öz yardım əllərini uzatmış, yas düşən evi mütəmadi ziyarət etməklə, onun
kədərinə şərik olduqlarını bildirərək dərdini azaltmağa çalışmışlar.
Azərbaycan cəmiyyətində qonşulara bütün dövrlərdə böyük hörmət
edilmişdir. Hətta bu hörmət təbliğ və tərbiyə edilmişdir. Qonşudan evə ağsaqqal və
ağbirçək gələndə ayağa qalxaraq onlara yer verilmiş, ilk növbədə hal-əhval tutulmuş
və bundan sonra ilk olaraq süfrə açılaraq çay təklif edilmişdir. Qonşu özünü öz
evindəki kimi hiss etmişdir. Qonşunun qonaqdan fərqi onun ailə fərdlərilə daha
yaxın olmasında, hər zaman yaxınlığı qorumasında özünü göstərir.2
Qonşuluq münasibətləriAzərbaycanınşairvəmütəfəkkirlərininyaradıcılığında
da öz əksini tapmışdır. Yuxarıda təqdim etdiyimiz “Qonşusu ac ikən özü tox yatan
bizdən deyildir” hədisini dahi Füzuli bu şəkildə nəzmə çəkmişdir:
Mömin oldur ki, mümkün olduqca.
Qonşusun qeyrə etməyə möhtac.
Ol degil kim, hüzurilə gecələr
Özü tox yata, qonşusu yata ac.3
İnsan sağlığında qonşuları ilə isti münasibət saxlamalıdır. Unutmamalıdır ki,
bir gün qonşuya möhtac ola bilər. Bir türk ata sözündə bu məqam gözəl vurğulanır:
“Qonşu qonşunun külünə möhtacdır.”
Qonşuluq münasibətləri o qədər mühümdür ki, onun aşınması bir sıra
problemlərə səbəb olar. Təəssüflər olsun ki, son zamanlar qonşuluq münasibətləri
keçmişdəki kimi deyildir. Xalqımızın sahib olduğu bu gözəl dəyər tədricən aşınmağa
başlamışdır.
Məmməd Araz qonşuluq münasibətlərinin olmamağının gətirdiyi
problemlərdən şikayətlənir:
1 Aqil Hacıyev. az.islam.az/news/a-92.html
2 Şirin Bünyadova, Orta əsr Azərbaycan ailəsi, “Elm” nəşriyyatı, Bakı 2012, s. 194.
3 Məhəmməd Füzuli, Seçilmiş əsərləri, 6 cilddə, II cild, “Şərq-Qərb, Bakı 2005, s. 292.
150
Ömründə açmadı özgə bir qapı
Süfrəsi görmədi nə dost, nə qonaq,
Beləcə bağlandı ömür kitabı
Beləcə bağlandı, açılmayacaq.
Arvadı ağladı, yığıldıq yasa,
Biz ona rəhmət də deyib baş əydik.
Həyət qol çırmadı düşmən də olsa
Yenə qonşumuzdu, dəfn etməliydik.
Sükut bir səs yaydı ürəyimizə:
Diri görmüşdükmü ölən adamı?
Öləndə tanıdıq qonşuymuş bizə
Otuz il qonşumuz olan adamı.1
1 https://www.memmedaraz.az/?menu=299