The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:28:55

menevi deyerlerimiz Abbas Qurbanov

menevi deyerlerimiz Abbas Qurbanov

Abbas Qurbanov

(tarix üzrə fəlsəfə doktoru)

Milli-mənəvi dəyərlərimiz

(gənclər və uşaqlar üçün)

Bakı-2018

İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını
qoruyan, yaşadan insan əbədi olacaqdır.

Heydər Əliyev
Azərbaycan Respublikasının Ümummilli lideri

Azərbaycan xalqı öz dini və tarixi ənənələrinə çox sadiqdir.
Dinimiz, tariximiz, milli-mənəvi dəyərlərimiz bizim üçün
müstəsna əhəmiyyət kəsb edir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Abbas Qurbanov

(tarix üzrə fəlsəfə doktoru)

Milli-mənəvi dəyərlərimiz

(gənclər və uşaqlar üçün)

5

Ən dəyərli insan öz dəyərlərini bilən və onunla yaşayan insandır

Ön Söz

Əxlaq bəziləri üçün mənəvi miras, bəziləri üçün ümumbəşəri
dəyər, bəziləri üçünsə etik normadır. Amma kimin necə qəbul
etməsindən asılı olmayaraq, əxlaqın cəmiyyətin təhlükəsizliyinin
və sağlamlığının təminatçısı olması inkaredilməz həqiqətdir. Çünki
əslində, cəmiyyətin idarə olunduğu qanunların əsasında əxlaq və
mənəvi dəyərlər dayanır. Danılmaz faktdır ki, bütün hüquqi normalar
etik normalardan qaynaqlanır. Bu baxımdan qanunun aliliyinin təmin
edildiyi vətəndaş cəmiyyətinin qurulması həm də əxlaqi dəyərlərin
cəmiyyətdə necə yayılmasından və qəbul olunmasından asılıdır.

Əxlaq meyarları itmiş və mənəvi aşınmaya məruz qalmış
cəmiyyətlərdə qanunun aliliyindən, ümumiyyətlə, sağlam
gələcəkdən danışmaq əbəsdir. Deməli, sağlam gələcək naminə
əxlaq prinsiplərinin – mənəvi dəyərlərin bərqərar olması zəruridir.

Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki,
insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan
milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun
əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli
sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir.
Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz,
adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat
və incəsənətimizdir. Milli-mənəvi dəyərlər nədir?- “Mənəvi
dəyərlər” insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən

6

davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli
qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması
prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun
təsdiq edən xüsusiyyətlər yaranır.

Varlığını ən sağlam təməllər üzərində quran millət bu
gününü, həm də sabahını zəmanət altına alır. Tarixi keçmişini,
kimliyini unudaraq, dünənini yaddan çıxaran bir millətin isə
ruhu kökündən qopar, yadlaşar və nəhayət, hər hadisənin
qarşısında əzilər. Odur ki, istiqbalın əmanətçiləri olan gənclərə
pozitiv elmləri təlim etdirdiyimiz kimi, keçmişimizin zirvələrdə
dolaşdığını dastanlaşdıraraq onlara təlim etməliyik. Milli ruhla
gündəlik qidalanma yeni-yeni qəhrəmanlar yetişdirmək imkanını
obyektivləşdirər.

Həyat məktəbi orta və ali məktəblərdən çox fərqlidir. Həyat
məktəbi dünyaya aid hər bir məsələnin praktiki icra yeridir. O,
kitablar arasında olanlardan son dərəcə fərqlidir. Bu düsturu
əsas tutaraq orta və ali təhsil ocaqlarında yetişdirilən nəsli milli
ruhumuzun prespektivlərinə tamamilə uyğunlaşdırmalıyıq.
Günümüzün idrakı, modern elmlərlə təmas, müasir texnologiyaya
dərindən yiyələnmək və dini mədəniyyətimiz qütbündə inanc kimi
strateji sahələri milli ruhun yanında görməliyik.

Gənclərdə milli-mənəvi dəyərlərin inkişafı, onların qloballaşan
dünyada öz istiqamətlərini itirməmələri üçün əvəzsiz rol oynayır.
Onların bu ruhda yetişmələri milli məfkurəmizin gələcək nəsillərə
ötürülməsinə, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha
da inkişaf edəcəyinə gətirib çıxaracaqdır.

7

Hər xalqın, hər dinin, hətta hər bir insanın əxlaq anlayışına
öz yanaşma tərzi var. Azərbaycan xalqı üçün əxlaq onun milli və
dini mənsubiyyətindən qaynaqlanan yüksək mənəvi keyfiyyətlər
toplusudur. Önəmli məqamlardan biri də odur ki, yüzilliklər boyu
milli və dini dəyərlərimiz bir-biri ilə o qədər çuğlaşıb ki, bu gün
onların sərhədlərini müəyyənləşdirmək qeyri-mümkündür.

Milli-mənəvi dəyərlər- bu sözlər hər bir Azərbaycan vətəndaşı
üçün doğma, əziz və müqəddəsdir. Xalqımız, millətimiz keçmişin
bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış
milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni
zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli
oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə
keçməyə hazır olması, xalqımızın milli dəyərlərə sadiqliyinin
nümunəsidir

Digər dinlərlə müqayisədə İslamın bu məsələyə münasibəti
daha geniş və konkretdir. Əslində, İslamın mahiyyətində
və bünövrəsində əxlaq prinsipləri dayanır və bu dinin əsas
məqsədlərindən biri həmin prinsiplərin cəmiyyətdə bərqərar
edilməsinə nail olmaqdır.

Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə
üzləşdiyi məqamlarda Ümummilli Liderimiz Heydər Əliyev
qətiyyətli bir lider kimi mövqeyini ortaya qoydu. Ulu Öndərin
milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun
13-də verdiyi “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza
qarşı bağışlanmaz xəyanətdir”- bəyanatı problemə təkcə dövlət
rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti

8

idi. “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə
fəxr edirik”, - deyən Ümummilli liderin işıqlı ideyaları bu gün də
yaşayır və həyata keçirilir.

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin
layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən
Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən
proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən
ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi,
eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən
qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin
konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və
yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir.
Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-
mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə
malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bütün
bunların bariz nümunəsidir ki, tarixi məscidlər yenidən təmir edilir
və yeni məscidlərin tikintisinə diqqət ayrılır. Təzə Pir, Əjdər bəy,
Hacı Cavad məscidlərinin o cümlədən tarixi Şamaxı məscidinin
yenidən təmir edilib insanların istifadəsinə verilməsi mənəvi
dəyərlərimizə dövlət qayğısından xəbər verir.

Bütün bunları nəzərə alaraq işıqlı gələcəyimizin davamçıları
olan gənc nəsilə xitab edən bu kitabı hazırlamağı özümüzə borc
bildik. Kitabda milli-mənəvi dəyərləri özündə əks etdirən bununla
bərabər gənclərin marağına səbəb olacaq bir-birindən maraqlı
məlumatlar yer almışdır.

9

Dövlət Bayrağı

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan
dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının
Dövlət bayrağı eni bərabər olan üç rəngli, üç üfüqi zolaqdan ibarət
düzbucaqlı parça şəklindədir:

Üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq
yaşıl rəngdədir. Bayrağın hər iki üzündəki qırmızı zolağın üzərində
ağ rəngli aypara və səkkiz guşəli ulduz təsviri vardır. Bayrağın
eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayrağımızda olan mavi rəng türkçülüyün, qırmızı rəng
müasirlik və demokratiyanın, yaşıl rəng isə İslamın simvoludur.
Aypara və səkkiz guşəli ulduz isə xoşbəxtlik və səadət rəmzidir.
Bütün bunlar konkret olaraq “Türk soylu, İslam imanlı Azərbaycan
çağdaş - müasir dünya ilə ayaqlaşsa, öz səadət və xoşbəxtliyini
tapar” anlamını verir.

10

Dövlət Gerbi

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan
dövlətinin müstəqillik rəmzi olub Milli Məclisin 1993-cü il 19
yanvar tarixli 460 nömrəli qərarı ilə təsdiq edilib. Azərbaycan
Respublikasının gerbi haqqındakı Əsasnamədə Dövlət gerbimiz
belə təsvir olunur: “Azərbaycan Respublikasının Dövlət gerbi palıd
yarpaqlarından, sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq
qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan
Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkiz guşəli
ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində
ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir.
Qalxan və ulduzun sığınaqları, habelə qalxanın düymələri və
palıd qozaları qızılı rəngdədir”. Burada qalxan - birlik, müdafiə,
müqavimət; ulduz - Vətənimizin cənnət məskəni olmasının; alov -
odlar yurdunun; palıd yarpaqları-uzun ömürlüyün və möhkəmliyin;
sünbül isə bərəkətin, bolluğun rəmzidir. Gerbdə də bayraqdakı
ideyalar - dünya xalqlarına əmin-amanlıq, firavanlıq, xoşbəxtlik
və səadət arzulanır. Simvollar “müharibə istəmirik, lakin hər cür
hücumdan da müdafiə olunmağa hazırıq” - fikrini verir.

11

Dövlət Himni

Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan
Dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir.
Musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın olan
“Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni
kimi Milli Məclisin 27 may 1992-ci il tarixli 142 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Dövlətimizin rəmzlərinə hörmət etmək hər birimizin ən ümdə
və müqəddəs vəzifələrindən biridir.

12

Heydər Əliyev

və milli-mənəvi dəyərlərimiz

Milli-mənəvi dəyərlər və Azərbaycançılıq – bu sözlər hər
bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu,
həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın
fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız,
millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra
əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin
formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin
səhifələrində yer almış milli oyanış dövründə millətin həmin
dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın
milli dəyərlərə sadiqliyinin nümunəsidir.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə
gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-
siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki
üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai
şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti
bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı
bacarmışdır. Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, onu
öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii
irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana
dilini inkişaf etdirmək üçün bir sıra aşkar-gizli tədbirlər həyata
keçirmişdir.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı

13

gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı,
Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın-
Azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət
vermişdir.

Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə
gəldiyi gündən bu dəyərləri düzgün qiymətləndirməsi, daim diqqət
mərkəzində saxlamasıdır.

Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqa-
mətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi
milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir.
Burada Heydər Əliyev üç tərkib hissəsini xüsusi qeyd edirdi: dil,
din, adət-ənənə (bunların şüur müstəvisində proyeksiyası olan
milli mentalitet.)

Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini,
qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən
biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub
saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini
qorumaq əzmindədir.

“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur
hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini,
mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq”, - deyən Heydər Əliyev Azərbaycançılığı milli bir
ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri
təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət
quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi

14

dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan hələ
ötən əsrin 70-ci illərində görkəmli dövlət xadimi, müdrik şəxsiyyət
kimi o, yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli
ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və
bələdçisidir.

Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir.
Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən
xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Ümummilli lider nəinki
bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbir və
təmkinlə həyata keçirtdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”-
deyən Ulu Öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini
dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Hələ keçmiş
sovetlər dönəmində tariximizin qədimliyi və zənginliyinin mühüm
göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması
və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün
bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında
sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən
araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği
istiqamətində ciddi tədbirlər həyata keçirildi. İti fəhmi, intuisiyası
ilə gələcək müstəqilliyi duyub-hiss edən Heydər Əliyev o illərdə
milli-mənəvi intibah üçün möhkəm zəmin hazırlayırdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə
gələn Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə
paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın
bərpası işlərinə başladı. Vaxtilə qadağalara məruz qalan, yasaq
olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı.

15

Heydər Əliyev hər il qədim milli bayramımız olan Novruzda əhali
ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz
sevinclərindən xüsusi zövq alırdı. Heydər Əliyev bu tədbirləri təkcə
Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi.
Ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi,
keçmişdən gələcəyə ötürülməsi yönündə müstəsna xidmətlər
göstərirdi. Qırğızların “Manas” eposunun 1000 illik yubileyində
iştirak və çıxış edən Heydər Əliyev bütün türk dünyası üçün
əvəzedilməz müdrik bir şəxsiyyət olduğunu bir daha sübut etdi.

Ulu Öndər Heydər Əliyev islamiyyətlə bağlı olan dini-məra-
sim və adətlərin də layiqincə keçirilməsi üçün hər cür şərait
yaratmışdı. 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri
çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mirmövsüm
Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi,
Bibiheybət məscid kompleksinin yenidən qurulmasına xeyir-dua
verməsi Ulu Öndərin dini-əxlaqi dəyərlərə sadiqliyinin, Allahını
və peyğəmbərini sevən imanlı bir insan olmasının real təsdiqi
idi. Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə
üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi
mövqeyini ortaya qoyurdu. Ulu Öndərin milli-mənəvi dəyərlərin
qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi
dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir”-
bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir
el ağsaqqalının münasibəti idi. “Biz öz milli-mənəvi dəyərlərimizlə,
adət-ənənələrimizlə fəxr edirik”, - deyən ümummilli liderin işıqlı
ideyaları bu gün də yaşayır və həyata keçirilir.

16

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin
layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən
Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən
proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən
ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi,
eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən
qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin
konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və
yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir.
Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-
mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə
malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.

Bu gün Ulu Öndərin ali ideyalarının gerçəkləşməsində cənab
İlham Əliyevlə birgə onun xanımı, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan
Mədəniyyət Fondunun  prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
da yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq
şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım
Əliyeva demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə
irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin
həyatına birinci Xanım ənənəsini də gətirmişdir. Əslində, nə
vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi,
tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin müstəqil
Azərbaycan dövlətində yenidən bərpası faktı məhz Mehriban
xanım Əliyevanın adı ilə bağlıdır.

17

Milli kimlik nədir?

Millət, milli kimlik və milliyyətçilik kimi məfhumlar,
xüsusilə Fransa Burjua İnqilabından sonra düşüncə mühitlərində
geniş şəkildə müzakirə obyektinə çevrilmiş, bu barədə müxtəlif
nəzəriyyələr inkişaf etdirilmişdir. “Millət nədir?”, “Milli kimliyin
əsas komponentləri nələrdir?” və bənzəri məsələlər bu kontekstdə
ən çox müzakirə olunan məsələlərdəndir.

Dövrümüzdə millət məfhumu ətrafındakı müzakirələr məsə-
lənin fəlsəfi aspektindən sosio-antropoloji yönünə qədər bütün
yönlərini əhatə edir. Modern dünyada milli kimliyi açıqlayarkən
millətlərin etnik köklərinə önəm verən etno-simvolizm, millətləri
təbii strukturlar olaraq qəbul edən primordializm və milliyyətçiliyi
modernləşmə prosesinin bir məhsulu kimi görən modernist
nöqteyi-nəzər kimi bir çox nəzəriyyələrdən istifadə olunur.

Qloballaşma ilə birlikdə milli kimlik ətrafındakı müzakirələrin
daha da intensiv hal aldığını görürük. İndi xüsusilə millətlərin öz
milli kimliklərini qoruyub saxlamasının özü bir problem halına
gəlmişdir. Yalnız milli kimlikləri möhkəm əsaslar üzərində qurulan
millətlər “qlobal kimliyin” içərisində əriyib yox olmaqdan qurtula
bilərlər. Bu baxımdan milli kimliyin və onun əsas komponentlərinin
yaxşı dərk edilməsi zəruridir.

Millət olmanın əsas ünsürlərinin nələr olduğu haqqında
akademik mühitlərdə bir konsensus mövcud olmasa da, əsasən
eyni tarixin, dilin və dəyərlərin mənimsənilməsi millətləşmənin

18

təməl şərtlərindən hesab edilir. Lakin qeyd etmək lazımdır ki,
millətin təşəkkülü bu üç ünsürün birliyinin bir nəticəsidir. Yoxsa
bunların heç biri ayrı-ayrılıqda millətin təşəkkülünü təmin
etmirlər. Məsələn, bu gün Afrikanın bir çox ölkəsi fransız dilində
danışır. Eyni şəkildə Asiya və Afrikada rəsmi dilləri ingiliscə olan
çox sayda ölkə mövcuddur. Lakin heç vaxt onlar ingilis millətinin
bir parçası hesab edilmirlər. Onlar özləri də ingilislik şüurunu
daşımırlar. Çünkü onlar bu gün ingilislərlə eyni dili bölüşsələr
də, eyni tarixi və dəyərləri bölüşmürlər. Deməli, millət onu
formalaşdıran ünsürlərin məcmusundan ibarətdir.

Azərbaycan milli kimliyinin formalaşmasında önəmli rol
oynayan ünsürlərə nəzər saldıqda bunların bir-birini üzvi şəkildə
dəstəklədiklərinin şahidi oluruq. Məsələn, bu bir faktdır ki, Şah
İsmayıl Xətainin fəaliyyətlərinin bugünkü Azərbaycan milli
kimliyinin formalaşmasında xüsusi rolu vardır. Çünki tarixdə
ilk dəfə olaraq məhz həmin dövrdə Azərbaycanda tarix, dil və
dəyərlər bir-birinə təsir edərək üzvi bir şəkildə birləşmiş və beləcə
bizə yaxın olan digər millətlərin kimliklərindən öz səciyyəvi
xüsusiyyətləri ilə seçilən Azərbaycan milli kimliyi yaranmışdır.
Belə ki, Şah İsmayıla qədər Azərbaycan milli kimliyi ümumtürk
və ümummüsəlman kimlikləri kontekstində özünəməxsus çalarları
ilə digər türk və müsəlman xalqlarından, xüsusilə Anadolu
türk-müsəlman kimliyindən o qədər də seçilmirdi. Məhz Şah
İsmayılın fəaliyyətləri nəticəsində Azərbaycan kimliyi onu digər
kimliklərdən ayıran kəskin xətləri ilə ortaya çıxmağa başladı. Bu,
Səfəvilər dövründə tarixin axışının qohum xalqlarınkindan fərqli

19

məcraya yönəlməsinin, dilin və mənəvi dəyərlərin özünəməxsus
çalarlara bürünməsinin sayəsində mümkün oldu.

Belə ki, Osmanlı-Səfəvi siyasi rəqabəti, Azərbaycan dilinin
dövlət qurumlarında ümumişlək dil kimi istifadə edilməsinə verilən
önəm və mənəvi ideologiyası birləşərək Azərbaycan kimliyinin öz
ayırdedici xüsusiyyətləri ilə ortaya çıxmasına zəmin yaratdı. Məhz
bu özünəməxsus tarix, dil və dəyərlər mənzuməsinin sayəsində
Azərbaycan kimliyi Osmanlı kimliyindən fərqli bir milli kimlik
kimi zühur etdi. Əslində, Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının ideoloji təməlinin arxa planında da məhz Səfəvi
dövrü dayanır. Çünki bizə məxsus bir dövlətin qurulması
ideyasının arxasında Azərbaycan kimliyinin yaxın kimliklərlə olan
sərhədlərinin ayırdedici xətlərlə cızılması durur.

Yuxarıda da qeyd etdiyimiz kimi millətin formalaşmasında
əsas rol oynayan ünsürlərdən biri tarixdir. Bu baxımdan tariximizin
və bu tarixin seyrində mühüm rol oynamış şəxsiyyətlərin
öyrənilməsi və fəaliyyətlərinin təhlil edilməsi xüsusi əhəmiyyət
kəsb edir. Hətta bir çox tədqiqatçıların da qeyd etdiyi kimi milli
kimliyin formalaşmasında millətin tarixində iz qoymuş önəmli
şəxsiyyətlər haqqında yaradılmış miflərin belə rolu böyükdür. Yəni
bir millət eyni zamanda müştərək əfsanələrə də sahib olmalıdır.
Lakin qeyd etmək lazımdır ki, bu günə qədər Azərbaycan
tarixində böyük rol oynamış şəxsiyyətlərin fəaliyyətlərinin
dəyərləndirilməsində, xüsusilə Sovet dövründə hakim ideoloji
sistemin baxış bucağı əsas alınmışdır. Buna nümunə olaraq Babək
haqqındakı mülahizələri göstərmək mümkündür. Azərbaycan

20

tarixində bənzərsiz qəhrəmanlığı və istibdada qarşı mübarizəsilə
seçilən bu tarixi şəxsiyyət, məqsədyönlü şəkildə xalqımızın min
ildən çoxdur ki, bir dəyər kimi qəbul etdiyi İslam dininə qarşı
qoyulmuşdur. Başqa sözlə, milli kimliyi formalaşdıran bir dəyər
yenə o kimliyin digər dəyərinə qarşı qoyulmuşdur. Halbuki Orta
əsr mənbələrinə nəzər saldıqda xürrəmilikdə bir çox İslami çaların
olduğunu və bu hərəkatın məqsədinin İslamla deyil, Abbasi xilafəti
ilə mübarizə aparmaqdan ibarət olduğunu görərik. Bu baxımdan
milli kimliyimizi yaxşı anlamaq kimliyin əsas komponentlərindən
biri olan tarixin və bu tarixi yönləndirən şəxsiyyətlərin obyektiv
şəkildə qiymətləndirilməsinə bağlıdır.

Milli kimliyi formalaşdıran əsas ünsürlərdən biri də mənəvi
dəyərlərdir. Hər bir xalqın mənəvi dəyərlərinin təşəkkülündə
isə başlıca rolu din oynamışdır. Milli birliyi təmin etmək üçün
din amili tarixin hər dövründə önəmli olmuşdur. Cəmiyyətdə
oynadığı rola görə dinin bəzən böyük birləşdirici gücə, bəzən isə
ayırıcı gücə sahib olduğunu görürük. Dini baxımdan homogen
olan cəmiyyətlərdə din daha çox birləşdirici, bu xüsusiyyətə
malik olmayan cəmiyyətlərdə isə ayırıcı bir güc kimi çıxış edir.
Məsələn, dini baxımdan homogen bir struktura sahib olmayan
Livan Respublikasında din ayırıcı bir ünsür kimi çıxış edir və
bu, hətta dövlətin qanunvericiliyinə qədər sirayət edib. Bu da öz
növbəsində Livan milli kimliyinin formalaşmasına maneçilik
törədir. İndi artıq Livan kimliyi yerinə, müsəlman, xristian,
dürzi, hətta sünni və şiə kimliklərindən bəhs olunur. Lakin İslam
dininin Azərbacandakı seyrinə diqqət yetirsək buna zidd olan bir

21

mənzərə ilə qarşılaşar və bu dinin tariximizdə birləşdirici bir amil
kimi çıxış etdiyini görərik. İslamaqədərki dövrdə Azərbaycanın
cənubu, yəni Atropatena ərazisi zərdüştiliyə, şimalı, yəni Qafqaz
Albaniyası isə əsasən xristian dininə etiqad bəsləyirdilər. Bu da
Azərbaycan xalqının bütün yönləri ilə eyni dəyərlər mənzuməsinə
malik olmaqdan məhrum edirdi. İslamın hər iki bölgədə hakim din
olmasından sonra isə bu məhrumiyyət ortadan qalxmış və beləcə
İslam bir mənəvi dəyərlər sistemi olaraq Azərbaycan xalqının
formalaşmasına öz töhfəsini vermişdir. Bu baxımdan İslami
dəyərlər milli kimliyimizin ayrılmaz parçasına çevrilmişlər.

Müasir Azərbaycanın qurucusu olan ümummilli lider
Heydər Əliyev daim milli-mənəvi dəyərlərimizin qorunması
üçün çox böyük işlər görmüşdür. Azərbaycan milli kimliyinin
formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
O, ümumbəşəri dəyərlərə sadiq qalmaqla yanaşı, Azərbaycan
milli-dini dəyərlərinin yaşadılması və formalaşması üçün də
çalışmışdır. Məhz onun bu çalışmaları bizim Milli İdeologiyamızın
– Azərbaycançılığın meydana gəlməsinə səbəb olmuşdur.
Azərbaycançılıq ideologiyasının sağlam təməllər üzərində
qurulmasının nəticəsidir ki, hazırda ölkəmizdə milli və dini
səviyyədə olan tolerantlıq bütün dünyaya nümunədir. Ümummilli
lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasəti Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.

22

Vətən, Torpaq və Bayraq sevgisi.

Ey türk oğulları Vətənin bir ovuc torpağını dünyanın var-
dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin.

Şah İsmayıl Xətai

Vətən bizə əmanətdir

Hər gün yuxudan oyanırıq, səhər yeməyimizi yeyirik, sonra
gündəlik təlaşlarımız başlayır. Məktəb, ev, iş, dostlar, ailəmiz...
Beləcə ötüb-keçərkən həyatımız bəzi şeylərin sahilinə uğramadan
keçir. Aldığımız nəfəs, üzərində basdığımız torpaq...

İnsan bəzən dayanıb düşünməlidir: “Haradan gəldim? Bu
günlərə necə gəldim? Bu torpaq mənim nəyimdir?” Bəli, bu
torpaq, deyib düşünməlidir. Düşünün ki, əcdadımız illər öncə bir
torpaq parçası üçün canlarını vermişdir! Belə ki, Azərbaycandakı
da torpaq, Meksikadakı da, Avstraliyadakı da. Əlbəttə ki,
uğrunda qan tökdükləri, can verdikləri yer sadə bir torpaq parçası
deyil, vətənləri idi. Yaxşı, nədir bir torpağı “vətən” edən? Vətən
dinimizi, mədəniyyətimizi rahatlıqla yaşaya biləcəyimiz, bizə
aid, bizdən olan məkanımızdır. Özümüzü rahat və xoşbəxt hiss
etdiyimiz yerdir. Babalarımızın üzərində yaşayıb bizə miras
qoyduğu, bizim də nəvələrimizə miras qoyacağımız torpaqdır
vətən.

23

Vətən müdafiəsində məqsəd əcdadımızın əmanəti və
millətimizin heysiyyəti olan torpaqları qorumaqdır. Dini, imanı,
canı, malı, namusu, bir sözlə vətən torpağı üzərində yaşadığımız
bütün gözəllikləri qorumaqdır. Nəticədə bütün bunları təmsil edən
bayrağı müdafiə etməkdir. Bilirsiniz, bizim bayrağa baxışımız
bəzi millətlərin baxış tərzinə oxşamaz. Bizə görə bayraq əsla bir
bez parçası deyil, bir millətin maddi və mənəvi şərəfidir. Yəni
bayrağımız yerlərdə əzilərsə, ayaqlar altında tapdanarsa, biz millət
olaraq narahat olarıq. Bayraq vətənimizin, müstəqilliyimizin
simvoludur. Məhz buna görə də qiymətlidir, əzizdir. Onu düşmən
əlimizdən almağa çalışarsa, hər şeyimizi onun uğrunda qurban
verərik, canımızla, qanımızla qoruyarıq! Çünki bir millətin
torpaqlarını, bayrağını itirməsi, onun əsarət altına salınmasıdır.

Ən böyük nemət dinimizi, imanımızı azad bir vətəndə yaşaya
bilməkdir. Bunu düşünmədən tapdanan torpaqların aqibəti, təəssüf
ki, düşmən ayağı altında əzilməkdir.

Vətənimizi itirsək, əsir olarıq. O zaman azan səsi gələrmi
minarələrdən? O zaman bayramlarımız olarmı? O zaman
bayrağımız göylərdə dalğalana bilərmi? Dilimizi, gözəl dilimizi
danışa bilərikmi rahat şəkildə?

Məktəblərimizdə tarix dərslərində müəllimlərimizdən mənfur
qonşularımız tərəfindən başımıza gətirilən müsibətləri öyrənmişik
mütləq! Bir ölkə işğal altında ikən yaşamaq nə qədər ağır gəlir bir
millətə? Məhz buna görə mühümdür vətən!

Sevmək fədakarlıq istəyir. Vətəni sevənlərin ən böyük
fədakarlıqları isə lazım gəldikdə canlarını ortaya qoymalarıdır. Bu

24

böyük fədakarlığın adına Rəbbimiz şəhidlik adını vermişdir. Vətən
üçün canlarını verənləri Rəbbimiz əbədi cənnəti ilə müjdələmişdir.
Çünki “Vətəni sevmək imandandır.” (Hədisi-şərif).

Biz bu candan keçmə fədakarlığı qarşısında vətənimizə daha
çox sarılmalıyıq və bizi millət edən dəyərlərimizə. Keçmişimizi
heç unutmadan əlimizdəki hər şeyi bizdən sonrakılara qoyub
gedəcəyik. Eyni ilə bir əmanətçi kimi yaşamalıyıq. Vətən uğrunda
ölmək gözəldir, ancaq əsas olan yaşamaqdır, gözəl yaşamaq.
Vətənimizi, milli dəyərlərimizi yüksəltmək üçün çalışmalı, çox,
lap çox çalışmalıyıq. Dua edərək yad etməliyik əcdadımızı. Son
sözümüz duamız olsun, bu duanı bu millətin uşaqları birlikdə
səsləndirsin:

Bizi Sən sevgisiz, susuz, havasız
Və vətənsiz qoyma Allahım!

25

Bir şeir:

Azərbaycan

El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən, 
Anam doğma vətənimsən! 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan! 

Mən bir uşaq, sən bir ana, 
Odur ki, bağlıyam sana, 
Hanki səmtə, hanki yana 
Hey uçsam da yuvam sənsən, 
Elim, günüm, obam sənsən!

Çox keçmişəm bu dağlardan, 
Durna gözlü bulaqlardan! 
Eşitmişəm uzaqlardan 
Sakit axan arazları, 
Sınamışam dostu, yarı... 

Fəqət səndən gen düşəndə, 
Ayrılıq məndən düşəndə, 
Saçlarıma dən düşəndə. 
Boğar aylar, illər məni, 
Qınamısan ellər məni. 

26

Dağlarının başı qardır, 
Ağ örpəyin buludlardır. 
Böyük bir keçmişin vardır. 
Bilinməyir yaşın sənin, 
Nələr çəkmiş başın sənin. 

Düşdün uğursuz dillərə, 
Nəs aylara, nəs illərə. 
Nəsillərdən nəsillərə, 
Keçən bir şöhrətin vardır. 
Oğlun, qızın bəxtiyardır... 

Hey baxıram bu düzlərə, 
Ala gözlü gündüzlərə. 
Qara xal ağ üzlərə, 
Könül istər şeir yaza; 
Gəncləşirəm yaza-yaza... 

Ölməz könül, ölməz əsər, 
Nizamilər, Fizulilər 
Əlin qələm, sinəm dəftər, 
De gəlsin hər nəyin vardır. 
Deyilən söz yadigardır.

Səməd Vurğun

27

Torpaq, əgər uğrunda

ölən varsa vətəndir!

Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı
özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və
istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə,
bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu,
vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə
xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir.

Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu
gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının,
bütövlüyünün təməlidir desək, bəlkə də, səhv etmərik. Bir xalqın,
millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər
tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən
əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi
ilə ölçülür.

Əgər biz tarixi keçmişimizə nəzər salsaq, görərik ki, doğma
yurdumuz Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları
həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına
mübarizə apararaq Vətənimizi düşmən ayağına verməmişlər.
Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə
hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını
qurban verməkdən çəkinməmişlər. Bu igid Vətən övladları doğma
yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi
göstərmiş, şərəfli bir iz qoyub getmişlər.

28

Azərbaycan xalqının igid oğullarından Cavanşirin, Babəkin,
Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi tarixi keçmişimizdirsə,
bu günümüzün qəhrəmanlıq tarixini bəzəyən oğul və qızlar son
dövrlərin Qarabağ savaşının qəhrəmanları, ölümləri ilə ölümsüzlüyə
qovuşan şəhidlərdir.

Bu qəhrəmanlarımızdan ikisi haqqında danışmaq istəyirəm.

29

Vətən fədaisi - İbad Hüseynov

İbad Hüseynov - 1970-ci il 18 oktyabr tarixində Azərbaycanın
Qarabağ bölgəsində anadan olmuşdur. Azərbaycanın ərazi
bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş, bir çox
yadda qalan tarixi əməliyyatları yerinə yetirmiş, Ulu Öndərimizin
xüsusi dəyər verib, qiymətləndirdiyi, bu günün qəhrəmanlıq
rəmzinə çevrilmiş Vətən fədaisi.

Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman,
İbad Amurda yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi.
Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda
həmyerlisinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan
olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması
məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır
təzyiqinə baxmayaraq, onlar aclıq aksiyasını dayandırmır. Nəticədə
rəhbərlik geri çəkilir və indiyə qədər heç yerdə görünməmiş
addım atır - hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata
buraxırlar. Bununlada İbad Azərbaycana qayıtmağı bacarır.

30

İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz
doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüda-
fiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq
Qarabağ münaqişəsi aktivləşməyə və qızğın hərbi döyüşlərin
getdiyi ərazilərə erməni silahlı qrupları soxulmağa başlayır.
Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla
seçilirdi.

Erməni tərəfin danışıqlarını radio yaxalama vasitəsilə izlə-
yəndə məlum oldu ki, Ağdam-Xocavənd istiqamətində erməni
hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə Avo ləqəbli məşhur
erməni komandiri gəlir.

Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus
olduğunu bilmirdilər. Onlar onu Avo kimi tanıyırdı və bilirdilər ki,
ermənilər Avoya hörmət edir. O, bir neçə Yaxın Şərq müharibələ-
rində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı
olmuşdur. Həmçinin məlum idi ki, Qarabağ müharibəsinin ən qanlı
səhifələrindən biri olan Qaradağlı qırğını, Xocalı soyqrımı və digər
yaşayış məntəqələrində Avo birbaşa olaraq qətliamda iştirak etmiş
və erməni birləşmələrinə rəhbərlik etmişdir.

İbad azərbaycanlıların tökülmüş qanı üçün qisas almağı
özünə söz verir və erməni komandiri Avonun bütün hərəkət
və əməliyyatları haqda məlumat yığmağa başlayır. Məhz onun
tərəfindən döyüşçülərə xüsusi əmr verilmişdir: “Əgər haradasa
Avonu görsəniz atəş açmayın, mənə deyin .”

O, Avo ilə şəxsən üz-üzə gəlmək istəyirdi. Hüseynovun
başçılığı altında olan dəstəyə düşmənin o biri tərəfinə keçib, onun

31

cəbhə xətti boyunca bütün gücünün öyrənilməsi, hərəkəti və sayı
haqda məlumat verməyi əmr edilmişdi. 14 nəfərlik hərbi dəstə
ilə onlar düşmən tərəfə keçir və iki gün ərzində lazımı məlumat
almağa başlayırlar. 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə
İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma
Muğanlı kəndinə daxil olur.

İbad ilə Monte kənd məktəbinin həyətində üz-üzə gəlirlər.
İbad iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılır
və türkcə Hüseynovdan onu öldürməməyi yalvarır. Elə buradaca
ermənilər arasında məşhur və az qala əfsanavi erməni komandiri-
nin sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət
kimi İbad özü ilə silah, şəkilli bloknot, çəkmə, siqaret və qələm
götürür. Öz hərbi hissəsinə gəldikdən sonra İbad komandirin
otağına daxil olaraq: “Məndə sizin üçün suvenir var!” deyir və
torbada olanları masaya düzür. Komandir dərhal hərbi hissəni
düzür və xəbəri bütün şəxsi heyətə açıqlayır.

26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır.
Qəlpələr başa, ələ və ayaqlara girir və Hüseynov komaya düşür. 28
günlük komadan sonra xilasa heç bir ümid qalmamışdır. Moskva-
dan gəlmiş məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç
nəyə zəmanət vermədiyini açıqlayır. Kəlləni yardıqda, beyin və
bədənin normal funksionallığını saxlamağa imkan verməyən
çoxlu daxili qanaxmanı aşkar edir. Həkim hematomanı ləğv edir.
Həkimlərin diaqnozuna baxmayaraq, İbad Hüseynov komadan
çıxır və tam sağlam həyata qayıdır. Hospitaldan çıxdıqdan dərhal
sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır.

32

Milli qəhraman
Mübariz Ağakərim oğlu İbrahimov

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar
rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.
Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil
olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili
Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə
keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa
vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin

33

avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa
başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi
hissələrdən birində xidmət etməyə başlayır.

Qəhrəmanlığı
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir
Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik
minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox
sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir.
Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5
saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur,
onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər
saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli
Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbay-
canın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi
barədə sərəncam imzalamışdır. Şəhid gizirə bu ad Azərbaycan
Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub
saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə
verilmişdir. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman
Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək
məqsədilə aşağıdakılar qərara alınmışdır:
Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimov
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyü-
nün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət
göstərərək qəhramancasına həlak olduğu göstərilmişdir.

34

Atası Ağakərim İbrahimovun dediklərindən: “Hadisənin səhəri
günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki,
oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb
və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə
tərəf gedin. Sonra da məktubunu tapmışdılar...”

Şəhid Mübarizin məktubundan: “Canım, atam və anam.
Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim
üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür.
Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar.
Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam
– ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha
ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi
olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz
Mübariz. Haqqınızı halal edin”.

35

Mənim üçrəngli bayrağım

Mənim üçrəngli bayrağım... İslam, müasirlik və qəhrəmanlıq
rəmzini özündə daşıyan simvolum... Mənim üçrəngli bayrağım,
qalxan izzətim, dalğalanan ürəyim, enməyən qürurum.

Bu bayraqdır. Bir-birinə tikilmiş üç rəngdə sadə parçalar deyil.
Bayraq insana ən ülvi hisslərini xatırladır. Bayraq vətən kimidir.
Bayraq ana kimidir. Bayraq övlad kimidir. Kimsə başqasının
vətənini, anasını, övladını sevməyə bilər. Ancaq özününkünü
həmişə sevir. Hər kəsə öz anası, vətəni, övladı əzizdir. Bayraq da
belədir. Bayrağını sevməyən insan yoxdur. Olsa da o şəxsdə vicdan
yoxdur.

Bayrağıma baxan vaxtı dinim, müstəqilliyim düşür yadıma.
Bayrağıma baxan vaxtı tarixlər keçir gözümün önündən. Qayıdıram
əvvəlimə. 1918-ci ildə ilk dəfə yüksəlməsi anlarını təsəvvür edirəm.
Məmməd Əmin Rəsulzadənin sözlərini xatırlayıram. “Əfəndilər,
müstəqil Azərbaycanı təmsil edən bu üç boyalı bayrağı şurayı-
milli qaldırmış. Türk hürriyyəti, İslam mədəniyyəti və müasir
əfkari-əhraranəsini təmsil edən bu üç boyalı daimən başlarımızın
üstündə dalğalanacaq. Bən buna iman ediyorum. Bənim bu
imanımı millətimin qəlbində doğmuş əməl günəşi nurlandırıyor.
Bu günəş bir daha sönməz”.

Bəli, qalxan və dalğalanan bayrağımız günəş kimi imanımızı

36

nurlandırır. Bu iman Yaradana, haqqa, ədalətə, vicdana, millətə,
xalqa, dostluğa olan imandır. Bu iman günəş kimidir. Qiyamətə
qədər sönməz. Daima nurlandırar qəlbimizi.

Bayrağıma baxan vaxtı bədənim titrəyir, gözlərim yaşarır,
dodaqlarım quruyur, nəbzimin döyüntüləri artır. Həmişə məndən
yuxarıda olan bayrağın bir kərə yüksəlməsi və bir daha enməməsi
qürur verir mənə. Hisslərim ülviləşir. Ətrafda olan pisliklərdən,
ədalətsizliklərdən haqqa doğru bir yönəlmə yaranır içərimdə.
Vətənimin tərifini etmək istəyirəm. Sağ əlimi ürəyimin üstünə
qoyub himni oxumaq istəyirəm. Oxumaq istəyirəm Azərbaycan,
Azərbaycan, namusunu hifz etməyə, bayrağını yüksəltməyə
cümlə hazırıq. Azərbaycan, Azərbaycan cümlələrini. Hayqırmaq
istəyirəm üçrəngli bayrağınla məsud yaşa, ey şanlı vətən. Ey Şanlı
vətənim üç boyalınla məsud yaşa. Heç vaxt əsir olma. Ey şanlı
vətənim, şanlı olan sənsən. Vətən olan sənsən, ana olan sənsən.
Sənin şanlılığın sinəndə minlərlə qurban olan canı daşımağındadır.
Sənin şanlılığın hüqüqundan keçən və qəhrəman olan əsgərləri
daşımağındadır. Sənin şanlılığın 70 illik səbirdən sonra üç boyalı
bayrağı dalğalandırmağındadır.

Ey başım üzərində dalğalanan üçrənglim. Səni mən millilik,
müasirlik və İslam rəmzi olduğun üçün sevirəm. Səni mən bayrağım
olduğun üçün sevirəm. Səni mən məndən yuxarıda dalğalandığın
üçün sevirəm.

Sənin hər dəfə belə dalğalanmağını görmək istəyirəm. Əs ey
külək, dalğalandır üçrənglimi. Sən əs ki, bayrağım dalğalansın.

37

Bayrağım dalğalandıqca da sağ əlimi ürəyimin üstünə qoyub himni
oxuyum. Sağ əlimlə ürəyimin həyəcanlı döyüntülərini hiss edə-edə
oxuyum.

O gün mənim ölüm günümdür. O gün gərək mən yaşamayım.
Sənin endiyin günü görmək mənə qismət olmasın, ey üçboyalım.
Səni enən gördüyüm o gün mənim ölüm günümdən bir gün
sonradır. Mən şəhid olmayınca sənin enmənə icazə vermərəm.

Qanımın son damlasına qədər sənin dalğalanmağını görə-
cəyəm.

Himnimdə and içdim ki, səndən ötrü can verməyə cümlə
hazırız. Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə
gənclər müştaqdır. Şanlı Vətən, Azərbaycan!

38

Bir Şeir:

Bayraq

Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.

Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.

Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.

Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

Bəxtiyar Vahabzadə

39

Ata və Ana Haqqına Riayət

Ailə insanlıq tarixinin ilk müəssisəsidir. Nəsillər oradan boy
atır, orada böyüyür. Xalqlar da gücünü, bütövlüyünü ailələrə

bağlayır.

Ailəm və mən

Ailə deyildikdə ağlınıza nə gəlir? Birlikdə yeyilən yeməklər,
birlikdə keçirilən vaxtlar, eyni evin içində yaşanan ayrı-ayrı
həyatlar, paylaşılan hisslər, sevinclər, kədərlər, dərdlər, ümidlər,
xəyallar və daha nələr, nələr... Cəmiyyətin əsasını təşkil edən
ən kiçik təşkilat olan ailə, eyni zamanda həyatımızın böyük bir
boşluğunu dolduran, məhəbbət zəncirinin davamını təmin edən
ən mühüm quruluşdur. İtirdikdə qiymətini başa düşsək də, hər
kəsin həyatında ilk yeri ailəsi tutur. Doğulduğumuz andan etibarən
bizi yalnız buraxmayan ata və anamızla birlikdə, bütün sevgisini
üzərimizdə hiss etdiyimiz nənələrimiz, babalarımız, sevincimizi,
kədərimizi bölüşdüyümüz xalalarımız, bibilərimiz, dayılarımız və
əmilərimiz də ailəmizin ayrılmayan üzvləridir. Əlbəttə ki, hər ailə
geniş deyildir. Əsas olan ailə olmağın sevincini və xoşbətliyini ortaq
şəkildə hiss etməkdir. Bu isə, ancaq qarşılıqlı həmrəylik, anlaşma
və birlik içərisində mümkündür. Bu həmrəyliyin yaranması üçün
hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməklə məsuldur.

40

Uşaq və gənc olmağınız bu məsuliyyətdən kənarda qalmağımızı
göstərmir. Sizin də üzərinizə düşən vəzifələr var, təbii ki! İndi də
bu vəzifələrin nələrdən ibarət olduğunu birlikdə görək.

Əziz dostlar!
Ən mühüm vəzifəniz böyüklərinizin sevgisinə qarşılıq
verməyinizdir. Yəni doğulduğunuz andan etibarən hər nə olursa
olsun, böyük fədakarlıqlarla sizi böyütməyə çalışan ata və ananıza
qarşı sevginizi göstərməli, onları incidəcək və məyus edəcək
davranışlardan uzaq durmalısınız. Sizin kiçik bir hərəkətiniz onları
təxmin edə bilməyəcəyiniz qədər çox incidər. Çünki onlar, siz hələ
yeriməyi bilməyəndə “aman yıxılarsınız, bir yerinizə nə isə olar”
deyə bir an olsun sizi yalnız qoymayacaq qədər sevmişlər və sizə
dəyər vermişlər. Övlad olaraq onların haqlarını ödəmək çətindir,
ancaq razılıqlarını qazandığınız təqdirdə xeyirli bir övlad olarsınız.
Ata və ananızdan sonra qardaş və bacınıza qarşı da vəzifələri-
niz var. Qardaş və bacı sevgisi fərqli bir hissdir. Eyni ata və ananın
övladı olmağın verdiyi bir bağ vardır. Övladlar bir-birlərinə
həyatda hər mövzuda dəstək olmalı, köməklik göstərməlidirlər.
Böyük qardaş və bacılar kiçiklərə doğrunu öyrətməli, kiçiklərdə
böyüklərinə qarşı hörmətlə itaət etməlidirlər. Onların arasındakı
bir-birinə dəstək olma ailəyə məhəbbət və sevinc gətirir. Davamlı
dava-dalaş olan bir evdə yaşamağı kim istəyər ki?
Bunların xaricində baba və nənə, əmi, dayı, xala və bibi kimi
digər ailə üzvlərinə qarşı da bir sıra vəzifələrimiz var. Bu vəzifələrin
ən mühümü yenə də sevgidir. Sevgi və hörmət bir-birindən
ayrılmadığı təqdirdə vəzifənizi ən yaxşı şəkildə yerinə yetirmiş

41

olursunuz. Uzaqdan sevmək fayda verməz. Bəzən onları ziyarət
edib könüllərini almaq lazımdır. Rəbbimiz qohum-əqrəbanı ziyarət
etməyimizi istəyir. Onların dərdləri ilə dərdlənməyimizi, sevincli
anlarında yanlarında olmağımızı istəyir. Baba və nənələrimiz qoca
olduqları üçün köməyə möhtacdırlar. Onlara kömək etmək, onları
çox sevindirəcəkdir.

Bəli, dostlar! Bu dünyaya gəldik. Məktəb, dərs, ev tapşırıqları
deyərək ailəmizə qarşı vəzifələrimizdə səhlənkarlıq etməməliyik.
Unutmayın ki, ailənizin gələcəkdəki böyük üzvləri siz olacaqsınız.
Bu mövzuda böyüklərinizin təcrübələrinə ehtiyacınız var. Onlar
sizin üçün nə isə deyirlərsə, mütləq sizə bir faydası olduğu üçün
deyirlər. Ona görə də böyüklərinizin öyüd-nəsihətlərinə qulaq
asmalısınız. Onlara qarşı sevginizi göstərib xidmət etsəniz, onların
hörmətini qazanmış olarsınız.

Ailə daxilində narahatedici biri olmaq istəyirsiniz, yoxsa
ailənizə sevinc bəxş edən, ailə üzvlərini hər şəkildə fərəhləndirən
biri? Siz qərar verin! Unutmayın ki, siz necə davranarsınızsa,
gələcəkdə də sizə qarşı həmin şəkildə davranılar. Cəmiyyəti
meydana gətirən ailələrin dəyərli bir üzvü olmaq üçün ailənizə
dəyər verin, ailənizin dəyərini bilin!

42

İbrətli hekayə:

Ananızı çox sevirsiniz, yoxsa atanızı

Uşaqkən ümumiyyətlə hər birimizə verilən bir sual vardır:
“Kimi daha çox sevirsən: ananı, yoxsa atanı?” Əksəriyyətimiz
bu suala: “İkisini də!” deyə cavab versək də böyüklərin israrla
birini seçməyimizi istəməyi bizi çətin vəziyyətə salmışdır. Məhz
valideynlər də övladlarını bir-birindən ayırmadan sevərlər.
Dünyaya gəldiyimiz ilk andan etibarən bizi qoruyar, bütün
imkanlarını bizi böyütmək üçün fəda edərlər. Anamız hələ qarnında
ikən bizi bəsləyər, dünyaya gəldikdən sonra da bizə süd verər. Biz
qorunmağa möhtac balaca bir körpə ikən bir an olsun yanımızdan
ayrılmaz, xəstələndikdə sağalana qədər başımızın üstündə durar.
Atamız da gecə-gündüz bizim üçün işləyir. Bizim sevincimiz
onların sevinci, bizim kədərimiz onların kədəri olur.

Bəs yaxşı, dostlar! Heç bir qarşılıq gözləmədən xərclədikləri
əməyi, göstərdikləri sevgini və təmin etdikləri rahatlığı görməyə
bilərikmi?

Biz, onlara Rəbbimizdən bir əmanət ola bilərik, ancaq bu,
bizim də onlara qarşı vəzifələrimizin olmadığına dəlalət etməz.

Bir övlad olaraq atamıza və anamıza qarşı ilk vəzifəmiz onları
sevməkdir. Əminəm ki, hamınız valideyninizi çox sevirsiniz.
Uzaq bir yerə gedəcək olsanız, uzun müddət onlardan ayrı
qalmaq hamınıza çətin gələr, elə deyilmi? Elə isə sevgimizi onlara

43

göstərməkdə tənbəllik etməyin. Bizdən gördükləri kiçik bir sevgi
onları sevindirməyə kifayət edər. Bu sevgi, özü ilə birlikdə hörməti
də gətirməlidir ki, bu da bir övladın valideyninə qarşı digər bir
vəzifəsidir. Sevginin olmadığı yerdə hörmətin də olmayacağı
məlumdur. Məhz belə bir mühit yaşanılası mühit olmaqdan çıxar.

Unutmayın ki, gələcəkdə siz də ata və ya ana olacaqsınız. Sizə
necə davranılmasını istəyirsinizsə, bir övlad olaraq da ata və ananıza
o şəkildə davranın. Anamız bizdən bir şey istədiyində davranışımız
dəyişir və dediyini etmək istəmiriksə; atamız evə gəldikdə qapıda
onu qarşılamır, hal-əhvalını soruşmuruqsa, onlarla danışarkən
sözlərimizə diqqət etmiriksə, içimizdəki sevgini yenidən nəzərdən
keçirməliyik. Baxın, Peyğəmbərimiz ata-anamıza qarşı necə
davranmağımızı bizə belə anlatmışdır:

Səhabədən bir nəfər Peyğəmbərimizin yanına gəldi və soruşdu:
- Ya Rəsulallah! Ən çox kimə yaxşılıq etməliyəm?
- Anana!
- Sonra kimə?
- Anana!
- Bəs sonra kimə?
- Sonra atana yaxşılıq et!
Rəbbimiz Qurani-Kərimdə İsra surəsinin 23-cü ayəsində
“Onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə.”
Buyuraraq bizi ata-anamıza qarşı gözəl davranmağa dəvət
etmişdir. Peyğəmbərimiz də bir hədisi-şərifində “Ata cənnətin orta
qapısıdır.” buyuraraq atanın razılığını qazanmağın qarşılığının
cənnətə girməyə haqq qazanmaq olduğunu ifadə etmişdir. Deməli,

44

dinimiz ata-anamıza qarşı hörmət göstərməyi, itaət etməyi, onlara
xeyirli övlad olmağımızı istəyir. Valideynlərimizin də istədiyi bu
deyilmi? Xeyirli bir övlada sahib olmaq...

Sevgi və hörmət dedik: Bəs yaxşı, vəzifəmiz elə bunlardan
ibarətdirmi? Təbii ki, xeyr! Hər mövzuda onların razılığını
qazanmalıyıq, onlara qarşı hərəkətlərimizə diqqət etməli, pis
sözlər deməməliyik. Bu pis söz bir “Uf” belə olmamalıdır! Onların
sözlərinə qulaq asmalı, təcrübələrindən istifadə edərək həyatda
bizə kömək olmalarına icazə verməliyik. Qocaldıqlarında onlara
xidmət göstərməli, qeydlərinə qalmalıyıq. Biz körpə olarkən
onların bizə göstərdiyi qayğını unutmamalıyıq! İnanın, siz onlara
qocalanda (nə qədər çox) kömək etsəniz, onlar da sizə həmişə dua
edəcəklər. Ata-ananın xeyir-dualarını almağın nə qədər böyük bir
qazanc olduğunu düşünün! Vəzifələrimiz yalnız onlar həyatda ikən
edəcəklərimizlə məhdudlaşmır. Vəfat etdiklərindən sonra da onları
xeyirlə yad etməli, onlar üçün dua etməliyik. Məhz bu, onlara qarşı
sevgimizin və vəfamızın da göstəricisidir.

Bəli, dostlar! Xeyirli bir övlad olmaq çox da çətin deyil, elə
deyilmi? Mühüm olan təkcə nə qədər çox sevdiyimizi göstərməkdir.
Uşaqkən bizdən soruşulan suala verdiyimiz “İkisini də.” cavabının
haqqını vermək kifayətdir.

45

Etik normalara riayət

Heç bir valideyn övladına gözəl tərbiyədən daha qiymətli bir
hədiyyə verə bilməz.

Hz. Muhamməd (s)

Bizim nəzakətimiz

Gündəlik həyatda, evdə, məktəbdə, yolda daim insanlarla
münasibət qururuq. Yaşadığımız mühitdə diqqət etməli olduğumuz
bir sıra qaydalar mütləq mövcuddur. Misal üçün, yoldaşınız sinfə
girərkən qapını ayağı ilə vuraraq açsa, sizə salam vermədən yerinə
keçib otursa onun haqda nə düşünərsiniz? İnsanlara yardım etməyən,
hər zaman ətrafındakıların üstünə qışqırıb bağıran insanlarla
birlikdə olmaq istəyərsiniz? Belə hərəkət edən insanlar haqqında
nə düşünərsiniz? Nəzakəti, hörməti bilmədiklərini düşünərsiniz,
elə deyilmi? Bəs yaxşı, bütün insanlar bu şəkildə hərəkət etsələr,
bu dünyanın halı necə olardı? Çox da yaxşı bir mənzərə olmazdı!
Belə ki, həyat yaşanmaz hala gələrdi. Ona görə də deyə bilərik ki,
necə davranacağını bilmək bir insanlıq vəzifəsidir.

Nəzakət qaydaları gündəlik həyatımızda yerinə yetirəcəyimiz
davranışlardır. Bu qaydalara etik normalar da deyilir. Ədəbli
davranmaq cəmiyyəti gözəlləşdirir və hörməti, ehtiramı artırır.
Böyüklərimiz əsasən “Ah! Bizim zamanımızda insanlar...” deyib

46

həmişə keçmiş zamanda insanların daha zərif, alicənab, ədəbli
olduqlarından bəhs edirlər. Deməli, bu mövzuda ciddi mənada bir
geriləmə mövcuddur. Ona görə də bizdən sonrakı nəsillərə gözəl
bir cəmiyyət qoyub getmək üçün bu vəzifə bizim üzərimizə düşür.
Ədəbli olmağa diqqət etdiyimiz qədər, ətrafımızdakı insanlar da
bu mənada tənbeh etməli, yaşadığımız mühitdə nümunə olmalıyıq.
İstəyirsinizsə, nəzakət qaydalarına bir nəzər yetirək. Ədəbli olmaq
demək, nəzakət qaydalarını yaxşı bilib tətbiq etmək deməkdir.
Heyvanlara, bitkilərə və cansız əşyalara qarşı lazımi şəkildə
nəzakətlə davranmaq da etika və nəzakət qaydalarına daxildir. İlk
növbədə harada nə ediləcəyinin incəliklərini bilmək və ona görə
hərəkət etmək lazımdır. Ətrafımızdakı böyüklərə qarşı hörmətlə
davranmaq, səsimizi yüksəltmədən danışmaq, ictimai nəqliyyat
vasitələrində yaşlılara yer vermək kimi... Misalları çoxaltmaq
istəsək, evimizə gələn qonağı gülər üzlə qarşılamalı, qonağa
ikram edərkən nəzakətlə davranmalı, evimizdə rahatlığını hiss
etdirməliyik. Xəstə olanları ziyarət etməli, qonşularımızın və
qohumlarımızın sevincli və kədərli günlərində yanlarında olmağa
çalışmalıyıq. Məktəbdə müəllimlərə qarşı hörmət göstərməli,
yoldaşlarımızla yaxşı münasibətdə olmalıyıq. Əks təqdirdə
bəyənilməyən, sevilməyən bir tələbə olarıq.

Etika, əslində, bir çox mövzunu əhatə edir. Peyğəmbərimizin
həyatı bizim üçün bu baxımdan ən gözəl nümunədir. Onun həyatına
baxdıqda zəriflikdə də, nəzakətdə də zirvədə olduğunu görürük.
Peyğəmbərimiz yəhudi qonşusunun uşağı xəstələndiyi zaman onu
ziyarət etmiş, gülərüzü və gözəl şəxsiyyəti sayəsində xəstə uşağın

47

müsəlman olmasına səbəb olmuşdur. Məscidə bövl edən bədəviyə
qarşı nəzakətlə davranıb onu kübarca tənbeh etmiş, əshabına və
bizə unudulmayan bir alicənablıq dərsi vermişdir. Heyvanlara
qarşıhalı da hər zaman onları qorumaq olmuş, bir qarışqa yuvasının
dağıdılmasına belə icazə verməmişdir. Öz ehtiyacı olsa belə,
ondan bir şey istəyən heç bir kimsəni əliboş yola salmamışdır.
Təbəssümünü heç kimdən əsirgəməmişdir. Elə bir əminliyi, elə
dürüst, elə yüksək bir xarakteri vardır ki, ona düşmən olanlar belə
onun haqqında pis bir söz deyə bilməzdilər. Pisliyə qarşı yaxşılıqla
qarşılıq verəcək dərəcədə nəzakət sahibi olan Peyğəmbərimiz
(s) əmisi Hz. Həmzəni şəhid edən Vəhşini belə bağışlamışdır.
Nəzakətin zirvəsi olan Peyğəmbərimiz insanlara qarşı davranışda
bizə mülayim olmağı öyrətmişdir. Qışqırıb bağırmağı, kobud
və qəlbə toxunan danışığı, yalanı, eqoistliyi, hörmətsizliyi bir
möminə əsla yaraşdırmamışdır. Peyğəmbərimizin həyatına nəzər
yetirdikdə, ailəsi, qonşuları, qohumları ilə, uşaqlarla, heyvanlarla
və bitkilərlə olan bütün münasibətlərə baxdığımızda etik normaları
da öyrənmiş oluruq. Deməli, müsəlman olaraq nəzakətimiz
Peyğəmbərimizin bizə öyrətdiklərini həyatımızda tətbiq etmək,
davranışlarını xarakterimizə yerləşdirmək olmalıdır. Beləliklə,
biz də gələcəyin gözəl cəmiyyətinin bünövrəsini qoymuş olarıq.
Böyüklərimizin bizə anlatdığı kimi heyran olunacaq bir nəsli
bizdən sonra gələnlərə miras qoymalıyıq.

48

Ədəbdədir şahlığın, dərvişliyin nüvəsi
Ondadır ilahinin neçə sirr xəzinəsi
Kimin ki, gözlərində ədəb şöləsi parlar
İnan, sənin uğrunda ömür qoyar, can qoyar.

Nizami Gəncəvi

İbrətli hekayə:

Elə Bir Nəzakət ki.

Ədəb, etika və nəzakət adına bəşər tarixində görünən ən gözəl
misalların qəhrəmanları şübhəsiz ki, müsəlmanlardır. İndi sizə
tariximizdə yaşanmış etika və nəzakətə aid bir misal təqdim edirik:

İmam Əzəm adı ilə məşhur olan Əbu Hənifə həzrətləri bir sıra
işlərini həll etmək üçün bir gün bazara gedir. Dükanlar arasında
gəzərkən qarşıdan gələn bir nəfərin onu gördükdə utanaraq üzünü yerə
əyib yolunu dəyişdirdiyini hiss edir. Onun bu şəkildə hərəkətinə bir
məna verə bilməyən İmam Əzəm həzrətləri, bunun səbəbini düşünər.
Arxasınca gedərək həmin adama yaxınlaşır və onu saxlayaraq soruşur:

- Məni görüb nə üçün yolunuzu dəyişdirdiniz? Məndən
utanmağınızın səbəbi nədir?

49

Bu suallarla qarşılaşan adam daha da utanır və sıxılır. Əbu
Hənifə həzrətlərinin marağı bir az da artır və:

- Nə üçün məndən bu qədər utanırsınız? -deyərək sualını
təkrarlayır.

Adam böyük bir utanc hissi ilə belə cavab verir:
- Mən bir vaxtlar sizdən 10000 axça borc pul almışdım. İşlərim
gözlədiyim kimi getmədi. Sizin mənə verdiyiniz vaxtın üstündən
də çox uzun müddət keçdi. Heç cür pul tapıb sizin borcunuzu
vaxtında verə bilmədim. İndi sizi uzaqdan görüb çox utandım
və sizinlə qarşılaşmaq istəmədim. Çünki sizə indi borcumu verə
bilməyim mümkün deyil! Nə deyəcəyimi də bilmirəm. Çox üzr
istəyirəm!
Onun qaçmağının səbəbini öyrənən Əbu Hənifə həzrətləri çox
rahatladı. Qarşısındakı adamın utanmasından pis olan İmam, onu
heyrətlər içində qoyan bu cavabı verdi:
- Sübhanallah! Övladım, biz o pulu sizə hədiyyə etmişdik. Bu
qədər zamandır səni ödəmə təlaşı içində saxlayıb narahat etdiyimiz
üçün üzr istəyirəm. Haqqını halal et!

50

Gözəl əxlaq nümunəsi:

Seyid Yəhya Əş-Şirvani Əl-Bakuvi

Türk-İslam təsəvvüf tarixinin görkəmli simalarından Seyid
Yəhya Bakuvi XIV əsrin sonlarında Şamaxıda doğulmuşdur. Tam
adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şirvani
əş-Şamaxi əl-Bakuvidir. Daha çox “Şirvani” və “Bakuvi” nisbəsi
ilə məşhur olmuşdur. Şirvani nisbəsi vətəninin Şirvan olması
səbəbindəndir. Bakuvi deyilməsinin səbəbi isə həyatının ən uzun
və ən səmərəli dövrünü Bakıda yaşamış olmasındandır.

Seyid Yəhya elmi və təsəvvüfi tərbiyəsini Şamaxıda
tamamlamış, ancaq bir şeyx olaraq irfani fəaliyyətini Bakıda
davam etdirmişdir. Vəfatına qədər qırx ildən çox Bakıda göstərdiyi
fəaliyyətləri və yetiştirdiyi müridləri sayəsində şöhrəti ətraf
bölgələrə yayılmışdır.

Seyid Yəhya sağlam bir şəcərə ilə İmam Musa Kazım soyun-
dan gəlir. Atası Seyid Bəhaəddin, Şirvanşahlar dövlətində Naqibul-
Əşraf vəzifəsində işləmişdir. Ata-babalarının hamısı da naqiblər
nəslindən olmuşdur. Əhli-beytə mənsub olduğunu şeirlərində
“Seyid” təxəllüsündən istifadə etməklə göstərmişdir.

Seyid Yəhya həyatının uşaqlıq və gənclik dövründə, həm fiziki,
həm də əxlaqi xüsusiyyətləri baxımından, başqaları tərəfindən


Click to View FlipBook Version