The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:28:55

menevi deyerlerimiz Abbas Qurbanov

menevi deyerlerimiz Abbas Qurbanov

101

İbrətli hekayə:

Ağılsız uzunqulaq ilə tülkü

Bir gün meşənin kralı aslan meşədəki fillərdən biri ilə bir mövzu
haqda mübahisə etdi. Qarşılıqlı mübahisə nəticəsində iş böyüdü və
dava etdilər. Boş yerə çıxan hər davanın axırında olduğu kimi bu
davanın da axırında heç biri heç nə əldə etmədi. Fil yaralanmış,
aslan isə yorğun və taqətsiz halda uzanıb qalmışdı. Ustəlik o da
yaralanmışdı. Ona görə də bir müddət ov ovlaya bilmirdi. Aslan bir
gün çox acdığı üçün tülkünü çağırdı: “Gəl tülkü, indi mənə yaxşı-
yaxşı qulaq as. Mənə qulluq edib himayəmə girməyin üçün sənə
böyük bir şans verirəm. Görürsən ki, mən bu halımla ov ovlaya
bilmirəm. Sən mənim qədər güclü və qüvvətli olmasan da, çox
ağıllı və hiyləgərsən. Gedib bir öküzü və ya bir uzunqulağı aldadıb
mənə gətirə bilərsən. Bu gün sən mənə kömək edərsən, mən bir
az özümə gəlib rahatlıqla ov edə bilərəm. O zaman mən də, sənin
yaxşılığını qarşılıqsız qoymaram. Mənim artıqlarımla qarnını
doyurarsan.” -dedi.

“Baş üstə!” -deyib dərhal yola çıxdı tülkü. Çox gəzdi, az
dolaşdı. Az qalsın bütün meşəni alt-üst etdi. Yorulmuş və çox
acmışdı. Bir ağacın altında istirahət etmək üçün uzanmaq istəyirdi
ki, qarşıdakı qayalığın üstündə yeməyə ot axtaran bir uzunqulaq

102

gördü. Sevinclə onun yanına getdi. “Ey yazıq uzunqulaq qardaş!
Sənin kimi gözəl və güclü bir heyvan heç bu qayalıq ərazidə
yaşayar? Bu meşənin necə gözəlliklərlə dolu olduğundan sənin
xəbərin yoxdur? Mənim yaşadığım yerdə çox gözəl yaşıllıqlar var.
Otlar mənim boydadır. İnan ki, yeyib qurtara bilməzsən! Onları
yeyib daha güclü ola bilərsən. Sən burada bir az da qalmağa davam
etsən aclıqdan öləcəksən! Bir bu halına bax!” -dedi.

Tülkü min bir gözəl sözlə uzunqulağa iltifat etdi. Onu aparmaq
istədiyi gözəl yerləri tərifləyib qurtara bilmədi. Nəhayət yazıq
uzunqulağı aldadaraq meşəyə gətirdi. Aslanın qarnı da yaxşıca
acmışdı. Tülkünün uzunqulaqla ona doğru gəldiyini görən aslan
aclığa daha artıq tab gətirə bilməyib kükrəməyə başladı. Uzunqulaq
kükrəyən bir aslan səsinin eşidib heç yerində dayanarmı? Uzunqulaq
dərhal canını qurtarmaq üçün arxasına baxmadan qaçdı. Tülkünün
də qarnı çox ac idi. Aslanın yanlış hərəkətinə də çox hirsləndi,
ancaq qorxudan ona bir şey deyə bilmədi. Heyrətlə “Nə etdiniz?
Uzunqulağı düz yanınıza gətirirdim ki, kükrəyib onu qorxuzdunuz.
Kaş ki, bir az səbir etsəydiniz.” -dedi.

Aslan kədərlənərək: “Eh, bilərəm, ancaq birdən uzunqulağı
qarşımda görüb həyəcanlandım. Yaralı olduğumu da unutdum.
Neçə gündür yemək yemədiyimi sən də bilirsən, dözə bilmədim.
Haydı, sən gedib əlindən gələni et və onu mənə gətir.” -dedi. Tülkü
qaçaraq uzunqulağın yanına getdi. Uzunqulaq ona çox hirslənmişdi.
“Sən məni aldatdın! Sənə inanıb az qalsın canımdan olurdum.
Sənin niyyətin məni aslana yem etməkdir? Artıq məndən uzaq dur,
əsla mənim yanıma gəlmə!” -dedi. Bu sözləri eşidən tülkü yazıq

103

sifət alaraq gülümsədi. Sonra da: “Ey uzunqulaq qardaş, sən məni
səhv başa düşdün! Aslanın kükrəyərək sənə doğru gəlməyinin
səbəbini də səhv anladın! O, yalnız yad heyvanların o gözəl otları
yeməməyi üçün kükrəyirdi, səni də tanımadığı üçün yad heyvan
bildi. Halbuki mən, ona sənin bizim dostumuz olduğunu dedim.
Haydı gəl, indi birlikdə gedək. Otların nə qədər gözəl olduğunu sən
də öz gözünlə gördün! Bax, sənin də aclıqdan qarnın quruldamağa
başlayıb.” -dedi.

Ağılsız uzunqulaq tülkünün sözlərinə inandı. Aslan bu dəfə
səbirlə gözlədi və heç səs çıxarmadı. Uzunqulaq ona yaxınlaşdıqda
dərhal üstünə atıldı. Böyük bir iştahla onu parçalayıb yeməyə
başladı. Uzunqulağın yarısını iştahla yeyən aslan susadığını
hiss etdi. Yerdə yatan uzunqulağın yarısını tülküyə tapşıraraq su
içməyə getdi. O getdikdən sonra tülkü uzunqulağın beynini və
ürəyini yeyərək qarnını doyurdu. Aslan geri qayıtdıqda uzunqulağı
qoyduğu kimi görmədi. Diqqətlə baxdıqda beyninin və ürəyinin
olmadığını fərq etdi. Kükrəyərək tülküyə dedi: “Bu uzunqulağın
beyni və ürəyi haradadır? Tez ol, de!” Hiyləgər tülkü heç bir şey
olmamış kimi çox rahat bir şəkildə cavab verdi: “Onun beyni və
ürəyi olsaydı heç burada bu halda olardı? Başında az bir beyin
olsaydı, ikinci dəfə eyni tələyə düşərdi?”

104

Unutmadıq! Unutdurmayacayıq!

Ağdam

• İşğal olunmuşdur – 1993-cü il 23 iyul
• Ərazisi  – 1154 km2
• Əhalinin sayı  – 158000
• Şəhid olmuşdur  – 538
• Əlil olmuşdur  – 587
• Milli qəhrəmanlar  – 17

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və
talan olunmuşdur:
• Sənaye və tikinti obyekti  – 48
• Mədəni-məişət obyekti  – 598
• Qəsəbə və kənd  – 122
• Tarixi abidə  – 27
Rayonda 34 uşaq bağçası və körpələr evi var idi. 89
ümumtəhsil məktəbində (16 ibtidai, 36 səkkizillik, 37 orta) 30 086
nəfər; 1 qiyabi orta; 2 kəndli-gənclər məktəbində 1201 nəfər, 4 orta
ixtisas təhsili məktəbində (kənd təsərrüfatı, kənd təsərrüfatının
mexanikləşdirmə və elektrikləşdirilməsi texnikumları, musiqi və
tibb məktəbləri) 1269 şagird təhsil alırdı. Rayonda dram teatrı,
ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub
fəaliyyət göstərirdi.

105
Xaçıntürbətli kəndindəki Qutlu Musa oğlu türbəsi (1314) və
Kəngərli kəndindəki türbə (14 əsr) rayonun ən qədim memarlıq
abidələridir. Papravənd kəndində 18-ci əsrə aid 2 türbə, məscid və
s. var.

Cəbrayıl

• İşğal olunmuşdur  – 1993-cü il
• 23 avqustƏrazisi  – 1050 km2
• Əhalinin sayı  – 52049
• Şəhid olmuşdur  – 347
• Əlil olmuşdur  – 172
• Milli qəhrəmanlar  – 4

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və
talan olunmuşdur:
• Mədəni-məişət obyekti  – 197
• Qəsəbə və kənd  – 90
• Tarixi abidə  – 27
Rayonda 10 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 58
kitabxana var idi.
Memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi
hamamı, Xudayarlı kəndində dairəvi və səkkizguşəli türbələr (19
əsr), Şıxlar kəndində dairəvi türbə (14 əsr), Xudafərin körpüsü və
s. mühafizə olunmuşdur.

106

Füzuli

• İşğal olunmuşdur  – 1993-cü il 23 avqust
• Ərazisi  – 1112 km2
• Əhalinin sayı  – 95940
• Şəhid olmuşdur  – 528
• Əlil olmuşdur  – 1309
• Milli qəhrəmanlar  – 6

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və
talan olunmuşdur:
• Mədəni-məişət obyekti  – 145
• Qəsəbə və kənd  – 54
Füzuli rayonu əsasən kənd təsərrüfatı rayonudur. Əsas sahələri
üzümçülük, taxılçılıq və heyvandarlıqdır. 15 kolxoz, 26 sovxoz var
idi. Rayonda su anbarları, suvarma kanalları yaradılmışdır. Əhali
əsasən qaramal kökəltmə, qoyunçuluq, quşçuluq və baramaçılıqla
məşğul olurdu.
Rayonda 69 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq teatrı,
17 kinoqurğu fəaliyyət göstərirdi.
Memarlıq abidələrindən Əhmədalılar türbəsi, Babı türbəsi,
Mirəli türbəsi, Şəhərdə Hacı Ələkbər məscidi (19 əsr), Qarğabazar
kəndində Hacı Qiyasəddin məscidi (1682), karvansara (1684),
türbə (18 əsr) və s. qalmışdır.

107

Kəlbəcər

• İşğal olunmuşdur  – 1993-cü il 2 aprel
• Ərazisi  – 1936 km2
• Əhalisinin sayı  – 55000
• Şəhid olmuşdur  – 217
• Əlil olmuşdur  – 49
• Milli qəhrəmanlar  – 2

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və
talan olunmuşdur:

• Sənaye və tikinti obyekti  – 29
• Mədəni – məişət obyekti  – 134
• Qəsəbə və kənd  – 132
• Tarixi abidə  – 87

Rayon ərazisini 1 şəhər, 1 şəhər tipli qəsəbə 122 kənd təşkil
edirdi. Mərkəzi Kəlbəcər şəhəri idi. Rayonda 2 məktəbəqədər
müəssisədə 70 uşaq tərbiyə olunur, 8 ibtidai, 43 səkkizillik, 26
orta məktəbdə 12 min, yeddiillik musiqi məktəbində 125 şagird
təhsil alırdı. Rayonda 9 mədəniyyət evi, 27 klub, 55 kitabxana, 17
kinoteatr fəaliyyət göstərirdi.

Memarlıq abidələrindən Tərtər çayının başlanğıcındakı
XIII-XVIII əsrlərin yadigarı olan Xotavəng məbədi qalmışdır.

108

Qubadlı

• İşğal olunmuşdur  – 1993-cü il 31 avqust
• Ərazisi  – 826 km2
• Əhalinin sayı  – 33800
• Şəhid olmuşdur  – 232
• Əlil olmuşdur  – 146

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və
talan olunmuşdur:

• Mədəni-məişət obyekti  – 205
• Qəsəbə və kənd 94
• Tarixi abidə  – 12

4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrin
yadigarları “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş
“Dəmirçilər Türbəsi”, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə
də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki
digər tarixi abidələr də işğal zonasında qalmışdır.

Laçın

• İşğal olunmuşdur  – 1992-ci il 18 may
• Ərazisi  – 1875 km2
• Əhalinin sayı  – 60000

109

• Şəhid olmuşdur  – 259
• Əlil olmuşdur  – 225
• Milli qəhrəmanlar  – 6

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və
talan olmuşdur:

• Mədəni-məişət obyekti  – 575
• Qəsəbə və kənd  – 26
• Şəhər, qəsəbə və kənd  – 10
• Tarixi abidə  – 12
Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Bu rayon qərbdən
Ermənistan ilə həmsərhəddir. Mərkəzi Laçın şəhəridir.

Şuşa

• İşğal olunmuşdur  – 1992-ci il 8 may
• Ərazisi  – 289 km2
• Əhalinin sayı  – 24900
• Şəhid olmuşdur  – 193
• Əlil olmuşdur  – 102
• Milli qəhrəmanlar  – 5

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və
talan olmuşdur:

• Sənaye və tikinti obyekti  – 27
• Mədəni-məişət obyekti  – 103
• Şəhər, qəsəbə və kənd  – 31

110
• Tarixi abidə və muzeylər  – 249
• Tarixi abidə  – 17

Şuşa rayonu Çar hökumətinin Qafqazda 1840-cı il 10 aprel
tarixli inzibati islahatına əsasən Kaspi vilayətinin tərkibində
yaradılmışdır (1841, 1 yanvar). Cavanşir, Göyçay, Cavad, Cəbrayıl,
Zəngəzur qəzaları ilə həmsərhəd olan rayonun mərkəzi Şuşa şəhəri
idi. 1846 ildən Bakı, 1867 ildən isə Yelizavetpol quberniyasına
daxil edilmişdi. Şuşa qəzası Mehri, Kəbirli, Zəngəzur, Cavanşir,
Çiləbörd, Vərəndə məntəqələrinə bölünürdü. 1867 il dekabr
tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir məntəqələri Şuşa
qəzasından ayrılıb müstəqil qəzalara çevrilmişdilər.

Xocalı

• İşğal olunmuşdur - 1992-ci il 26 fevral
• Ərazisi -  970 km2 
• Əhalinin sayı - 11567
• Şəhid olmuşdur - 613
• Əlil olmuşdur - 657
• Milli qəhrəmanlar - 10

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və
talan olunmuşdur:
• Sənaye və tikinti obyekti - 29

• Mədəni-məişət obyekti - 80

111

Xocalı faciəsi

Azərbaycan xalqının öz torpaqları uğrunda erməni işğalçılarına
qarşı mübarizəsində bir çox faciələr olmuşdur (1905, 1918-20 və
1988-1993-ci illərdə). Bunlardan ən qanlılarından biri də Xocalıdır.
Xocalı Azərbaycan kəndi olub Ağdam-Şuşa, Xankəndi-Əsgəran
yollarında strateji əhəmiyyətə malik bir məntəqə və Qarabağda
yeganə aeroport idi.

Son zamanlar Xocalı ərazisinə Fərqanədən mesxet türkləri,
Ermənistandan isə azərbaycanlı qaçqınlar yerləşdirilmişdi. Bundan
sonra Xocalı şəhər statusunu almışdı. 1992-ci ilin fevralında Xocalı
erməni terrorçuları və keçmiş Sovet Ordusunun 366-cı motoatıcı
diviziyası vasitəsilə mühasirəyə alınmışdı. 25 fevral axşamından
Xocalı şəhəri artilleriya silahlardan güllənməyə başlanmış,
şəhərə ağır texnika - tanklar, BTR, BMP-lər yeridilmiş, nəticədə
Xocalı büsbütün yandırılmışdı. Azərbaycan əsgərləri əhali ilə
birlikdə gecə saat 2-yə qədər döyüşmüş, sonra isə geri çəkilməyə
məcbur qalmışdılar. Şaxtalı gecədə əhali məcburən çayı keçmiş
və sonradan böyük bir hissəsi donma nəticəsində həlak olmuşdu.
Silahsız və köməksiz əhalini digər tərəfdən erməni terroristləri
yollarda və meşələrdə gülllələyir, sağ qalanları və yaralıları isə əsir
götürürdülər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə xocalılar üçün əsil
faciə olmuş, 613 adam vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst
olmuş, 1275 nəfər əsir götürülmüşdür. Öldürülənlər içərisində 106

112
qadın, 83 uşaq olmuşdur ki, bu da erməni terroristlərinin nə qədər
qaniçən vəhşi olduqlarını göstərir.

Qoy bütün dünya bunu bilsin ki, erməni terroristləri Xocalıda
görünməmiş soyqırımı törətmişlər. Bu şəhəri yer üzündən silmişlər.
Tarix bu qanları heç vaxt unutmayacaqdır. Gec-tez günahkarlar öz
qanlı əməllərinə görə cavab verməlidirlər!

Zəngilan

• İşğal olunmuşdur  – 1993-cü il 29 oktyabr
• Ərazisi  – 707 km2
• Əhalinin sayı  – 35500
• Şəhid olmuşdur  – 191
• Əlil olmuşdur  – 110
• Milli qəhrəmanlar  – 2

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və
talan olunmuşdur:

• Mədəni-məişət obyekti 138
• Qəsəbə və kənd 81
• Tarixi abidə 13
Zəngilan rayonu – Azərbaycanda inzibati rayon. 1930-cu
ildə təşkil edilmişdir. Rayon şimal-qərbdən Ermənistan, cənub və
cənub - qərbdən İranla həmsərhəddir. Mərkəzi Zəngilan şəhəridir.
Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 83 kənd və qəsəbə var.

MÜNDƏRİCAT

Ön Söz...........................................................................................5
Dövlət Bayrağı..............................................................................9
Dövlət Gerbi................................................................................10
Dövlət Himni...............................................................................11
Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz............................12
Milli kimlik nədir?......................................................................17

Vətən, Torpaq və Bayraq sevgisi
Vətən bizə əmanətdir.....................................................................22

Bir şeir: Azərbaycanım ..........................................................25

Torpaq, əgər uğrunda ölən varsa vətəndir!.............................27
Vətən fədaisi - İbad Hüseynov................................................29
Milli qəhraman Mübariz Ağakərim oğlu İbrahimov...............32

Mənim üçrəngli bayrağım.........................................................35
Bir şeir: Bayraq......................................................................38

Ata və Ana Haqqına Riayət
Ailəm və mən..........................................................................39

İbrətli hekayə: Ananızı çox sevirsiniz, yoxsa atanızı...................42

Etik normalara riayət
Bizim nəzakətimiz....................................................................45

İbrətli hekayə: Elə Bir Nəzakət ki................................................48
Gözəl əxlaq nümunəsi: Seyid Yəhya Əş-Şirvani Əl-Bakuvi.........50

Yardım Sevgisi
Yardımsevərsiniz?..................................................................52

İbrətli Hekayə: Ayaqqabıçı...........................................................55
Yardımsevər Xeyriyyəçi: Hacı Zeynalabdin Tağıyev.............59

Utanma Hissi və Ədəb
Ancaq və Ancaq Ədəb...........................................................62
Bir şeir: Ədəbli ol.................................................................65

İbrətli hekayə: Utanma Hissi İmandandır....................................66

Əcdada və Tarixi Mirasa Hörmət
Cənnət Vətənimiz...................................................................68

İbrətli hekayə: Tariximizə sevgi, əcdadımıza hörmət...................71

Elmə və Müəllimə Dəyər Vermək
Əziz müəllimim! ....................................................................74

İbrətli hekayə: Müəllimin qiyməti................................................77

Şəfqətli olmaq
Böyük qazanc........................................................................79

İbrətli hekayə: Qəlbini quşlara verən uşaq.................................81

Çalışqan və Səbirli Olmaq
Çalışan qazanır......................................................................86

İbrətli hekayə: Tək hərəkət...........................................................88

Sözündə Durmaq
Söz ağızdan bir dəfə çıxar!....................................................92

İbrətli hekayə: Sözündə duran gənc.............................................95

Ağıllı Olmaq
Ağıllı ol, ağlını işlət...............................................................98

İbrətli hekayə: Ağılsız uzunqulaq ilə tülkü.................................101

Unutmadıq! Unutdurmayacayıq!...........................................104
Ağdam................................................................................104
Cəbrayıl..............................................................................105
Füzuli..................................................................................106
Kəlbəcər..............................................................................107
Qubadlı...............................................................................108
Laçın...................................................................................108
Şuşa.....................................................................................109
Xocalı..................................................................................110
Zəngilan..............................................................................111

Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version