The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

İslam mədəniyyəti keçmişdən bu günə (kitab)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-30 08:06:59

İslam mədəniyyəti keçmişdən bu günə (kitab)

İslam mədəniyyəti keçmişdən bu günə (kitab)

151

Mərdəkan qəsəbəsindəki Heydər Cümə məscidi Heydər Əliyev
Fondunun təşəbbüsü ilə yenidən qurulub.

1893-cü ildən fəaliyyət göstərən məsciddə ötən illər ərzində
heç vaxt əsaslı təmir işləri aparılmayıb. 2012-ci ildə məsciddə
yenidənqurma işlərinə başlanılıb. 2013-cü il dekabrın 31-də
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsaslı
yenidənqurmadan sonra məscidin açılışında iştirak edib.

Əvvəllər bir mərtəbədən ibarət olan məscidin ikinci mərtəbəsi
inşa edilib və eyni vaxtda 130 nəfərin ibadət etməsi üçün şərait
yaradılıb. Məsciddə iki dəstəmazxana, kitabxana, mədrəsə, 180
nəfərlik mərasim zalı, müxtəlif yardımçı otaqlar yaradılıb, minarə
tikilib.

Müqəddəs Marçellinio və Pietro katakombaları 2012-ci il iyunun
22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında
imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş”
çərçivəsində bərpa edilib.

2014-cü il iyunun 2-də Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva bərpa edilmiş Roma katakombaları ilə tanış olub.

2016-cı il fevralın 23-də Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva Müqəddəs Marçellinio və Pietro katakombalarının
açılış mərasimində iştirak edib.

Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında
məhz bu katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən
hesab edilir.

Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə
müsəlman dünyasının töhfəsi kimi qiymətləndirilir. Belə ki, müsəlman
ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian

152

aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma
tarixində ilk hadisədir və bu da ölkəmizin dinlər və mədəniyyətlər
arasında oynadığı tarixi roldan qaynaqlanır.

Vatikanda yerləşən Müqəddəs Sebastian katakombaları Heydər
Əliyev Fondu tərəfindən bərpa edilib.

Bərpa işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı
mərasimində iştirak edib.

Ümumilikdə, katakombalarda 8 minə yaxın sərdaba yerləşir.
Katakombaların zəngin tarixi var. Onlar bütün xristian dünyası üçün
mühüm əhəmiyyət daşıyır. Katakombalar təbii və ya süni yeraltı
məntəqələrdir. Onlar çox dar dəhlizlərdən ibarət olur. Əvvəllər
Romada müqəddəs Sebastian kilsəsinin altında yerləşən dəfn
qalereyalarına katakombalar deyilirdi. Bu katakombalar 1578-ci ildə
aşkarlanıb. Buradakı bəzi abidələrin yaşı III əsrə gedib çıxır.

Bakının Yasamal rayonunda yerləşən İmam Hüseyn məscidi
Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub.

Məscid 1890-cı ildə tikilib. 2017-ci ildə burada əsaslı təmir və
bərpa işlərinə başlanılıb. 2018-ci il oktyabrın 23-də Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva məscidin açılışında iştirak edib.

Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400
nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130
nəfərlik mərasim zalı da inşa olunub.

Yuxarıda qeyd edilənlərdən artıq bəlli olur ki, Azərbaycan təkcə
öz dəyərlərinə və mədəniyyətinə deyil, həm də ümumbəşəri dəyərlərə

153

sahib çıxır. Düşünürəm ki, İslam mədəniyyətinin digər varisləri
də bu mədəniyyəti tolerantlıq aspektindən inkişaf etdirsələr İslam
mədəniyyəti yenidən qızıl dövrünə dönə biləcək.

154

İstifadə olunmuş ədəbiyyatların siyahısı

1. Corci Zeydan, İslam medeniyyeti tarihi, İstanbul 1974;
2. Fuat Sezgin İslam Tarihi Araşdırmalar Vakfı http://www.ibtav.

org/eserler
3. Fuat Sezgin, İslam Elmlər Tarixi Haqqında Konfranslar,

Başlakitab, 2017;
4. Rasim Əfəndi, Azərbaycan incəsənəti, Bakı, 2007
5. Osman Bakar, İslam Bilim Tarihi ve Felsefesi;
6. İrfan Yılmaz, İ.Hakkı İhsanoğlu, Selim Aydın, Fuat Bozer,

Nevzat Bayhan, İhsan İnal, İlim ve Din (Yeni Bir Bakış Açısıyla),
I və II cild, İstanbul 1998;
7. Qurani-Kərim, tərcümə edənlər: Ziya Bünyadov və Vasim
Məmmədəliyev, Bakı 2017;
8. Vasim Məmmədəliyev, Quran və elm, Bakı-Qismət-2006;

155

MÜNDƏRİCAT

Müəllifdən....................................................................................3
GİRİŞ...........................................................................................6
İslam mədəniyyətinin yaranması..................................................6
İslam mədəniyyətinin inkişafı.......................................................8
İslam mədəniyyətinin Avropa və digər mədəniyyətlərə təsiri.......12
İNCƏSƏNƏT..............................................................................18
İslamda incəsənətin yaranması və inkişafı.................................18
Əlyazma kitabların bədii tərtibatı..............................................19
Miniatür sənəti...........................................................................22
Xəttatlıq......................................................................................32
Xalçaçılıq...................................................................................37
Kino...........................................................................................56
ƏDƏBİYYAT...............................................................................62
MEMARLIQ...............................................................................79
İslam memarlığının yaranması və inkişadı................................79
İslam dünyasında şəhərsalma....................................................87
Müsəlman memarlar...................................................................95
Müsəlman abidələri..................................................................108
İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTLARI...........................119
NOBEL MÜKAFATI ALAN MÜSƏLMANLAR...................124
AZƏRBAYCAN VƏ İSESKO MÜNASİBƏTLƏRİ..............132
İSLAM MƏDƏNİYYƏTİNDƏ TOLERANTLIQ
NÜMUNƏSİ - AZƏRBAYCAN..................................................142

Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version