The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

İslam mədəniyyəti keçmişdən bu günə (kitab)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-30 08:06:59

İslam mədəniyyəti keçmişdən bu günə (kitab)

İslam mədəniyyəti keçmişdən bu günə (kitab)

101

camesi (XVIII əsrdə uçurulmuşdur), Bitolada (Makedoniya) Heydar
Qədi camesi (1561), Vişeqradda (Bosniya və Hersoqovina) Drin
çayı üzərində Sokollu Məhəmməd paşa körpüsü (1571) və s. memar
Sinanın ən yaxşı tikililərindəndir. O, bina tiplərinin konstruksiya
və kompozisiyasında bir sıra yeniliklər tətbiq etmişdir. Şah əsəri
Ədirnədəki Səlimiyyə camesidir.

Əbdülbaği Təbrizi - XVI əsr Azərbaycan memarı. Təbriz,
Bağdad və İsfahan kimi böyük şəhərlərdə işləmişdir. “Danışmənd”
təxəllüsü ilə tanınmışdır. İsfahanda Əlirza Təbrizi ilə birgə bir sıra
məscidlərin kitabələrini işləmişdir.

Əmirşah Vəliyənkuhi – XVI əsr Azərbaycan memarı olmuşdur.
1584-cü ildə Bakıdakı Şirvanşahlar sarayı ansamblında şərq
darvazasının daşdan oyma baştağını yaratmış, abidənin üzərindəki
kitabədə öz adını həkk etmişdir.

Əsir Əli Əcəm Əli – Təbrizdə doğulmuşdur. I Şah İsmayıl
Xətainin Çaldıran döyüşündə məğlubiyyətindən sonra I Sultan Səlim
bir çox sənətkarları eyni zamanda Əsir Əlini də Təbrizdən İstanbula
aparmışdır. Əsir ləqəbini də buna görə götürmüşdür. Memarın klassik
türk memarlığının inkişafında və Osmanlı məscid tipinin (Sultanlar
camesi) formalaşmasında xüsusi rolu olmuşdur.

Memar Əsir Əli Osmanlı imperiyasının baş memarı idi. 1515-
1537-ci illərdə İstanbul, Konya, Əskişəhər, Çorlu, Təkirdağ, Qəbzə,
Trabzon, Halıcılar (Türkiyə), Sofiya (Bolqarıstan), Sarayevo
(Bosniya və Hersoqovina) və başqa şəhərlərdə bir çox bina tikmişdir.

102

Ən məşhur əsərləri sırasına İstanbuldakı Topqapı sarayının ikinci
baştağı, Sultan Səlim məscidi (1522), Sofiyadakı Seyfəddin Qazi
məscidi, Sarayevodakı imarət, kitabxana, məscidlər kompleksi
(1532), Qəbzədəki Çoban Mustafa məscidi daxildir.

Mirək Mirzə Qiyas – XVI əsrdə yaşamış azərbaycanlı memar.
Moğol memarlıq məktəbinin formalaşmasında xüsusi əməyi
olmuşdur. 1540-cı ildə Moğol hökmdarı Humayun şah onu Qəzvindən
Hindistana aparmışdır. 1565-ci ildə tikilən Dehlidəki Humayun
məqbərəsinin müəllifidir.

Məhəmmədağa Mehmet ağa – XVI əsr türk memarıdır. Ədirnədə
Aişə Qadın karvansarası (1609), memar Hacı Şaban ilə birgə Tunca
çayı üzərində 4-cü körpü (1607-15), İstanbul və başqa şəhərlərdə bir
çox məscid, karvansara və s. tikmişdir. Ən məşhur əsəri İstanbuldakı
Sultan Əhməd camesidir.

Şəmsəddin Şəmaxi – XVI əsrdə yaşamış Azərbaycan memarıdır.
Əsərlərində Şirvan-Abşeron memarlıq məktəbinin ənənələrini davam
etdirmişdir. Qəbələ rayonundakı Həzrə kəndində Şeyx Mənsur
türbəsi (1570) onun ən maraqlı əsərlərindəndir. Türbənin kitabəsində
memarın – Şəmsəddinin adı həkk olunmuşdur. Memarın 1502-ci
ildə Ağsuda tikdiyi Şeyx Məzid (Məzyəd) türbəsi dövrümüzədək
çatmışdır.

Əbdüləzim Sərkar – XVII əsrdə yaşamışdır. Şamaxı rayonunda
yerləşən Kəlləxana türbələrinin müəllifidir.

103

Kərbəlayi Səfixan – 1788-ci ildə Əhərdə doğulmuş, 1910-cu ildə
Şuşada vəfat etmişdir. Qarabağ memarlığının inkişafında xüsusi rolu
olmuşdur. Bərdədəki İmamzadə kompleksinin yenidən qurulması
(1868), Ağdamda məscid (1870), Şuşada Aşağı (1874) və Gövhərağa
məscidinin bərpası (XIX əsr), eləcə də Odessada Tatar məscidi (1870-
ci illər), Aşqabadda Qarabağlılar məscidi (1880-ci illər) Kərbəlayi
Səfixanın ən yaxşı işlərindəndir.

Qasımbəy Hacıbababəyov – Şamaxıda anadan olmuşdur (1811-
1874). 1860-cı ildən Bakının abadlaşmasında yaxından iştirak etmiş,
layihəsi əsasında Bakıda Sahil küçəsi salınmış, Fəvvarələr bağı
ətrafında karvansaralar tikilmişdir. Şamaxıda yerləşən hamamların,
Təzə məscid və Cümə məscidinin tikilməsi və bərpası onun adı ilə
bağlıdır.

Memar xidmətlərinə görə “Müqəddəs Anna” ordeni ilə təltif
edilmişdir.

Zivərbəy Əhmədbəyov – 1873-cü ildə Şamaxıda anadan
olmuşdur. İlk ali təhsil almış azərbaycanlı memardır. 1918-1922-
ci illərdə Bakının baş memarı olmuşdur. Memar Bakı, Şamaxı və
Göyçayda bir çox tikililərin layihəsini vermişdir. 1906-18-ci illərdə
Göyçayda məscid, Şamaxıda İmam məscidi, Səadət məktəbi, Bakıda
Təzəpir məscidi və s. binalar memarın yaratdığı əsərlərdəndir.

Məhəmmədhəsən Hacınski – 1875-1931-ci illərdə yaşamışdır.
Əsasən şəhərsalma sahəsində fəaliyyət göstərmişdir. 1908-ci ildən
Bakı Şəhər İdarəsində tikinti şöbəsinə başçılıq etmişdir. Bu dövrdə

104

Bakının abadlaşdırılması və inşaat işlərinin genişlənməsində iştirak
etmiş, Bakının baş planını redaktə edərək şəhərin planlaşdırılmasının
ümumi layihəsini təkmilləşdirmişdir.

1909-1910-cu illərdə Bakıda Dənizkənarı bulvarın salınması və
dəniz hamamının tikilməsi Hacınskinin fəaliyyəti ilə bağlıdır.

Mehmet İzzət Tuğutlu – türk memarıdır. Yaxın və Orta Şərqin bir
çox ölkələrində tədqiqatlar aparmış, dünyada İslam memarlığı üzrə
böyük memar alim kimi tanınmış, Avropa və Asiya universitetlərində
oxuduğu mühazirələr ona şöhrət gətirmişdir. Memarın layihələri
üzrə İran, İordaniya, Türkiyə və Şimali Afrikada özünəməxsus yerli
koloritə uyğun gözəl məscidlər inşa edilmişdir.

Tələt Xanlarov – XX əsr Azərbaycan memarı. Memar 60-dan
artıq layihənin müəllifidir. Heydər Əliyev adına İdman Arenası,
Memar Əcəmi metrostansiyası, Mərkəzi Statistika idarəsi, Baş
Təchizat idarəsinin Hesablama mərkəzi, Nərimanov və Nizami
rayonlarında icra hakimiyyətlərinin inzibati binaları, Mingəçevir
şəhərində avarçəkənlərin Olimpik bazası, Sumqayıt şəhərində Üzeyir
Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət Sarayı, Naxçıvan şəhərində
Təbriz mehmanxanasının və s. onun əsərləri sırasına daxildir.

Həmçinin Qara Qarayev, Hüseyn Cavid, Tofiq Əliyev, Əlövsət
Quliyev və digər tanınmış şəxsiyyətlərin yaşadıqları binalarda xatirə
lövhələrinin və qəbirüstü abidələrin müəllifidir.

Mikayıl Hüseynov – Görkəmli sənətkarlarımız dünya
memarlığının ən yaxşı ənənələri ilə milli xüsusiyyətləri, Şərq,

105

İslam memarlıq üslubunu sintez edən möhtəşəm əsərlər yaratmışlar.
Nəticədə Azərbaycan memarlıq məktəbi təşəkkül tapıb. Bu məktəbin
parlaq simalarından biri də Mikayıl Hüseynov (1905-1992) olmuşdur.

İndiki Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsini
bitirmişdir. İlk işləri mədəni-məişət binalarının layihələri olmuşdur.
Onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, respublikanın
digər şəhər və rayonlarında binalar tikilmişdir.

Mikayıl Hüseynovun layihələndirdiyi tikililər milli memarlıq
üslubu ilə seçilmişdir. Şərq və Qərb memarlıq məktəbinin sintezindən
yararlanaraq əzəmətli yaşayış və ictimai binaların layihələrini
hazırlamışdır. Onlardan bu gün Bakının yaraşığı olan Hökumət
Evini, Bakı Musiqi Akademiyasının, M.F.Axundov adına Milli
Kitabxananın, Milli Elmlər Akademiyasının binalarını göstərmək
olar.

Bakıdakı “Alimlər evi” (1946), Ü.Hacıbəyov adına “Azərbaycan
Dövlət Konservatoriyası” (1937-1939), “Nizami adına Ədəbiyyat
Muzeyi”nin (1946), “Nizami” kino mərkəzi (1937-1939), Azərb.
Politexnik İnstitutu (1931-1933), “Bakı Soveti” işçiləri üçün yaşayış
(hazırda Respublika Nazirlər Kabineti binası, 1938-1941) binaları
onun layihələri əsasında inşa olunmuşdur. Memarın simmetrik
kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin
yaninda 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (1970 illər),
Azadlıq meydanının qərb tərəfində 16 mərtəbəli “Azərbaycan”, şərq
hissəsində isə “Abşeron” (1985) mehmanxanaları tikilmişdir.

M.F. Axundov adına Azərbaycan Dövlət kütləvi kitabxanası
(1960), Bakı Metropoliteni “Nərimanov” (1967), “Nizami” (1976) və
“Elmlər Akademiyası” (1985) stansiyaları, “Moskva” mehmanxanası

106

(1978) da M. Hüseynovun layihələri əsasında inşa edilmişdir.

Sadıq Dadaşov – Sadıq Ələkbər oğlu Dadaşov (1905-1946)
Bakıda anadan olmuşdur.

S.Dadaşovun məktəb illəri onun yaxın dostu Mikayıl Hüseynovla
birlikdə keçmiş və 1920-ci ildə onların hər ikisi Realnı məktəbi
bitirdikdən sonra İndiki Memarlıq və İnşaat Universitetinin memarlıq
fakültəsinə daxil olmuşlar.

Memar dörd il ərzində – 1929-1933 illərdə 23 tikilinin layihəsini
vermişdir. Onun M. Hüseynovla birlikdə layihələndirdiyi “Azərbaycan
SSR İttifaqlar Evi”nin binası böyük və nüfuzlu müsabiqəyə təqdim
olunmuş və ikinci dərəcəli mükafata layiq görülmüşdür.

1938-ci ildə S.Dadaşov Bakı Musiqi Akademiyasının binasını
layihələndirmiş, burada dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun
heykəlinin ucaldılması, memarlıqla heykəltəraşlığın həm məzmun,
həm də sənətkarlıq nöqteyi-nəzərdən biri digərini tamamlayan bitkin
bir kompozisiya həmahəngliyi yaratmışdır.

Onun böyük yaradıcılıq nailiyyətlərindən biri də Moskvada
tikilmiş Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) kompleksinin
Azərbaycan pavilyonu olmuşdur. 1939-cu ildə hökumət tərəfindən
həyata keçirilən S.Dadaşov və M.Hüseynov layihəsi keçmiş SSRİ
məkanında memarlar tərəfindən yüksək maraqla qarşılanməş və
bu layihəyə görə hər iki memar SSRİ Dövlət mükafatına layiq
görülmüşdür.

1940-cı ildə S.Dadaşov həmkarı M.Hüseynovla birlikdə
Azərbaycanın dahi şairi Nizami Gəncəvi adına ədəbiyyat muzeyinin
binasını layihələndirmişdir.

107

1944-1945-ci illərdə S.Dadaşov 8 böyük memarlıq əsəri
layihələndirmişdir ki, bunlara Bilgəhdə istirahət evi, Şüvəlanda
yaşayış binası, Zaqulbada istirahət evi, Şüvəlanda bağ evi, Bilgəhdə
bağ evi, kinoteatr, Bakıda Buzovnaneft yaşayış binası və s. aiddir.

108

Müsəlman abidələri

İslam memarlığının ən inkişaf etmiş memarlıq nümunələrindən biri
məscidlərdir. Məscidlərin tikintisində onun memarlıq-kompozisiya
baxımından həllinə, formasına, memarlıq təcəssümü üsullarına,
quruluş, bəzək formalarının müxtəlifliyinə və digər elementlərə hər
bir xalqın islamaqədərki mədəni irsi də öz təsirini göstərmişdir.
Lakin bu müxtəlifliklərlə yanaşı, eyni zamanda onlardakı fikirlərin
dini əksini özündə ifadə edən fikir uyğunluğu da diqqəti cəlb edir.
Bu onunla bağlıdır ki, müsəlman memarı məscidi layihələndirərkən
islam qanun-qaydalarına əməl edərək hər bir məscidə vacib olan
memarlıq elementlərinin (minarə, mehrab, minbər, günbəz və s.)
mütləq saxlanmasını zəruri hesab edir.

Məscidlər təkcə namaz qılmaq üçün inşa edilmirdi. Bu tikililər
həm təhsil ocağı, iqamətgah, informasiya mərkəzi, həm də məhkəmə
zalı kimi fəaliyyət göstərirdilər. Məscidlər həm də insanlar arasında
ünsiyyəti gücləndirmək məqsədi daşıyırdı. Elə buna görə də‚ məscid
əhəmiyyətli bir məkan kimi “Allahın evi”‚ “peyğəmbərlərin məkanı”‚
“hər təqvalı insanın sarayı” kimi adlandırılır.

Məscid xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda
tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Daxili ibadət
zalının divarları təsvirsiz olmalıdır. Bu memarlıq abidələri Məkkə
istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki
divarda mehrab yerləşir. Mehrabdan sağda bir qədər yüksəkdə minbər
qurulur, din xadimi dindarlara buradan xütbə oxuyur. Bəzi ölkələrdə
məscidin yanında mədrəsə də fəaliyyət göstərir. Əsasən Xilafət

109

dövründə xəlifə Harun ər-Rəşid fərman vermişdi ki, hər məscidin
yanında mədrəsə də tikilsin.

İslam mədəniyyətində məscid insanların qüdrətli və tək olan
Yaradan ilə acizanə şəkildə əlaqə qurmaq üçün seçdiyi müqəddəs
məkan kimi tanınır.

Dünya miqyasında möhtəşəmliyinə və memarlıq üslublarına görə
seçilən məscidlər əsl memarlıq nümunəsidir. Burada yalnız onlardan
bəzilərinə nəzər salıb və memarlıq xüsusiyyətlərini qeyd etmək
mümkündür.

Məscid əl-Nəbi (Məscidi Nəbavi). Məhəmməd peyğəmbərin
istəyi ilə 623-cü ildə Mədinədə tikilmişdir. Peyğəmbərin özü də
bu məscidin tikintisində iştirak etdiyi üçün abidə “Məscidi-Şərif”
adlandırılmışdır.

Məscid əl-Həram. Məkkədə yerləşir. Müsəlmanların müqəddəs
sayılan məscidlərindən biridir.

Əl-Əqsa məscidi. (Məscidül-Əqsa). Mənası “ən uzaq məscid”
deməkdir. Məscidin daxilində 684 sütün vardır. Eyvanın mərkəzində
mərmər sütünların üzərində səkkizgüşəli qübbə yerləşir. Qübbənin
üstü qurğuşunla örtülmüş, daxildən və xaricdən müxtəlif rəngli
mərmərlə bəzədilib. Qübbənin mərkəzinin aşağısında çəpinə uzanmış
qaya, altında isə mağaradır. Qübbəyə bir neçə giriş yolu var. Ondan
şərqdə, qübbədən kənarda həmin eyvandan kənarda yerləşən gözəl
sütunlar üzərində başqa bir qübbə yerləşir. Qayanın içərisi 30 sütunla
əhatələnib. Qayanın üzəri qurğuşun lövhələrlə örtülmüşdür. Məscidin

110

tavanlarında 4 min ağac tiri, damlarında isə 45 min qurğuşun lövhəsi
var. Qayanın ölçüsü 33x27 dirsəkdir.

Dəməşqdəki Əməvilər məscidi. Şam Cümə məscidi kimi də
adlandırılan məscid Dəməşq şəhərinin qədim hissəsində yerləşir
və dünyanın ən qədim məscidlərindən biridir. Roma imperatoru I
Konstantinin dövründə Yəhya peyğəmbərin şərəfinə tikilən Xristian
bazilikası idi. 634-cü ildə Dəməşq şəhərinin ərəblər tərəfindən
alınmasından sonra Əbu Ubeydə bin Cərrahın başçılğı ilə 635-ci ildə
bəzi dəyişikliklər edilərək məscid kimi istifadə edilmişdir. Məscid
ilkin olaraq sğınacaq kimi istifadə olunmuşdur. Neflərin birində
müsəlmanlar, digərində isə xristianlar ibadət edirdilər. Sonralar kilsə
məscidə çevrilmişdir. Şimal divarları tağlar ilə əhatə olunmuş, hovuz
ilə bəzədilmiş həyət tikiliyə əlavə edilmişdir. İnşaatda iştirak edən
suriyalı sənətkarlar həyəti ikimərtəbəli tağ sıraları ilə əhatə etmişdilər.
Tağlardan sonra dam örtüyü və günbəz ilə tamamlanmışdır. İnteryeri
– divarlar mozaika ilə mərmərdən inkrustasiya (naxışla bəzəmə),
döşəmə bahalı xalçalar ilə döşənilərək zəngin tərtib edilmişdir.
Məscidin ən qiymətli bəzyi mozaikaları idi. Bu mozaikalar divar
və tağları bəzəyirdi. Burada ağac və memarlıq abidələrindən ibarət
mənzərələr təsvir edilmişdir.

Yetmiş il ərzində həm kilsə, həm də məscid kimi iki dinin ibadət
yeri olmuş tikili müsəlman əhalininin zaman keçdikcə artması ilə
tamamilə məscidə çevrilmişdir. Buna baxmayaraq öz memarlıq
üslubunu qoruyub saxlamışdır. Məsciddə 4 minarə mövcuddur.
Minarənin biri İsa peyğəmbərin adını (inanclara görə İsa peyğəmbər
həmin minarədən yerə enəcəkdir) daşıyır. Məhəmməd peyğəmbərin

111

adını daşıyan minarə isə 1184-cü ildə inşa olunmuşdur.
Məsciddə Yəhya peyğəmbərin türbəsi müqəddəs abidə kimi

mühafizə edilir. Məscidin şimal hissəsində salınmış bağçada
Səlahəddin Əyyubinin məqbərəsi tikilmişdir.

Orijinal planı ilə bugün də gözəlliyini saxlayan məscid digər
tikilən məscidlərin memarlığına nümunə olmuşdur. Onu da qeyd
etmək lazımdır ki, Əməvi xəlifəsi I Valid tərəfindən məscid bugünkü
formasında tikilmişdir. İnşaat 714-cü ildə tamamlanmışdır.X əsr
tarixçilərindən olan İbn əl-Fakih Həmədaninin verdiyi məlumata
görə məscidin tikintisinə 600 min ilə 1 milyon dinar arasında pul
xərclənmiş, 12 min işçi tikintisində iştirak etmişdir.

Qazi Xosrov bəy camisi. Sarayevoda Osmanlı memarlığının ən
dəyərli abidələrindən biridir. 1531-ci ildə azərbaycanlı memar Əsir
Əli tərəfindən tikilmişdir. Bu came bütün balkanlarda ən iri, gözəl
və əhəmiyyətli abidədir. Plan quruluşuna, memarlıq həllinə görə
orijinal əsərdir. Onun ibadət salonu iri günbəzli kvadrat və mehrab
tərəfdən ona artırılan yarımgünbəzlə örtülü düzbucaqlı məkanlardan
ibarətdir. Camedə memarlıq kütlələri çox məntiqi yerləşdirilmişdir.
Onun ağır monumental mərkəzi tutumu ilə sütunlu eyvanı yüngül
quruluşu və çoxüzlü incə gövdəsi olan minarənin dinamik biçimi
gözəl ahəngdarlıq yaradır.

Qübbət üs-Səhra məscidi. Öncə qeyd edək ki, bu tikilini Əl-
Əsqa məscidi ilə səhv salırlar. Əl-Əqsa məscidi bu abidənin qiblə
istiqamətində yerləşir. İslam memarlığının ilk qübbəli tikilisidir.
Bu abidə müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi

112

tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı
durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah
tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu
əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar.

Qübbət üs-Səhra 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik
ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk
dəfə olaraq qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
“Müəlləq” adlı bir qayanın üzərində inşa edildiyinə görə bu tikiliyə
“Qübbət üs-Səhra”, yəni qayanın qübbəsi adı verilmişdir. Hədislərdə
bu qaya “sahratullah”, yəni “Allahın qayası” adlanır. Qaya xristian
və yəhudilər üçün də müqəddəs sayılır. Yəhudilər bu qayanı
Allahın kainatı yaratmağa başladığı nöqtə olaraq qəbul edir və ona
“Qurtuluş qayası” deyirlər. Xristianların inancına görə isə qiyamət
günü İsanın taxtı bu qayanın üzərində qurulacaqdır. Müsəlmanlar
isə peyğəmbərin buradan meraca çıxdığına görə bu daşı müqəddəs
sayırlar.

1099-cu ildə Səlib yürüşlərindən sonra məscid Templum
Domini adlı kilsəyə çevrilmiş və müxtəlif dəyişikliklərə məruz
qalmışdır. Məscidin şimal hissəsinə xristian keşişlər üçün hücrələr
əlavə edilmiş, qübbəsinə xaç yerləşdirərək altındakı mağaraya
ikonalar qoyulmuşdu. Lakin 1187-də Səlahəddin Əyyubi Qüdsü
xristanlardan geri qaytardıqdan sonra səliblərin abidə üzərində
elədiyi dəyişikliklər götürülmüşdür. Bəzi mənbələrdə qeyd edilir ki,
Səlahəddin Əyyubi qayanın tozunu almış, məscidi süpürmüş və gül
suyu ilə yumuşdur.

Əməvilər tərəfindən inşa edilərkən binanın çöl üzü Bizans üslublu
mozaikalarla bəzədilmişdir. Bu mozaikaların İslam memarlığı ilə

113

uyğun gəlmədiyini düşünən Osmanlı hökmdarı Sultan Süleyman
Qanuni tikilini əsaslı şəkildə təmir etdirmiş və zədələnmiş xarici
mərmər mozaikalar çini kaşılarla əvəz olunmuşdur. Memar Sinan
“Ağlama divarı”nı restavrasiya etmiş, ətraf ərazilərdə abadlıq işləri
aparmışdır. 1927-ci ildə Fələstində baş verən zəlzələ nəticəsində
zədələnən abidə İordaniya, Türkiyə və digər ərəb ölkələrinin
yardımı ilə əsaslı təmir edilmişdir. Qübbət üs-Səhra hazırda məscid
və ziyarətgah kimi bütün müsəlmanların istifadəsindədir.

Xarici divarları səkkizbucaqlı, daxili quruluşu isə dairəvidir.
Divarlar qiymətli çini kaşılarla bəzədilmişdir. Qızıl mozaika ilə
işlənilmiş mərkəzi qübbəni daxildən yaşıl porfirdən düzəldilmiş
sütunlar və qızılla üzlənmiş sütün başlıqları saxlayır.

Tac Mahal. Hindistanın Aqra şəhəri yaxınlığında yerləşir. Böyük
Moğollar dövründə tikilmiş hind memarlığının görkəmli abidəsidir.
Moğol hökmdarı Cahan şah türbəni 1629-cu ildə vəfat etmiş arvadı
Mümtaz Mahal Banu Bəyimin qəbri üstündə tikdirmişdir. Cahan
şahın özü də həmin türbədə dəfn edilmişdir.

Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları
həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür. Yüz minlərcə əqiq, sədəf,
firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant,
50 çox böyük inci vardır. Türbənin tikintisi üçün 47 milyon qızıl
lirə xərclənmişdir və divarlardakı cəvahiratlar buna daxil deyil.
Hündürlüyü 75 metrə çatan, ağ və çəhrayı mərmərlərdən tikilmiş 4
minarəli bu abidə, tərəflərinin mütənasibliyi, ideal simmetriyası və
hədsiz gözəlliyi ilə insanları vahel edir. Tac Mahalı yaratmaqdan ötrü
20 min fəhlə, rəssam və həkkak 18 il zəhmət çəkmişlər.

114

Sultan Əhməd məscidi. Bu abidə türk memarlığının görkəmli
nümunələrindəndir. İstanbulda Sultan I Əhmədin əmri ilə 1609-1616-
cı illərdə tikilmişdir. Məscidin memarı Mehmet Ağa olmuşdur.

Altı minarəli məsciddə eyni vaxtda 35 min adam namaz qıla bilir.
Nəhəng ibadət salonu iri günbəzlə (diametri 24,3 m) örtülmüşdür.
Mərkəzi günbəzi künclərdən kiçik günbəzlər, yanlardan isə
yarımgünbəzlər əhatələyir.

İbadət salonunun interyeri çoxlu pəncərə ilə işıqlandırılmış, göy
və yaşıl rəngli kaşılardan quraşdırılmış naxışlarla bəzədilmişdir.

Sultan Əhməd məscidini “Göy came” də adlandırırlar. Məscidin
oyma naxışlı mərmər mehrabına Kəbədəki qara daşdan bir parça
bərkidilmişdir. Salonun içində, giriş sütunlarının yanında fəvvarələr
düzəldilmişdir. Məscidin günbəzli qalereyalarla əhatələnmiş
həyətində də fəvvarə quraşdırılmışdır. Məscid bitkin və ahəngdar
kompozisiyası ilə diqqəti cəlb edir.

Uluqbəy mədrəsələri. Özbəkistanın Səmərqənd, Buxara və
Gijduvan şəhərlərində XV əsrə aid memarlıq abidələridir. Hər 3
mədrəsə Uluqbəy tərəfindən tikilmişdir.

Səmərqənddəki mədrəsə (1417-1420) dörd eyvanlı daxili
həyəti, ikimərtəbəli hücrələri, geniş dərs otaqları, böyük məscidi və
s. tikililəri olan kompleksdir.

Buxaradakı mədrəsə 1417-ci ildə Uluqbəyin tikdirdiyi üç
mədrəsədən ən qədimidir. 2 eyvanlı daxili həyət, ikimərtəbəli
hücrələr, dərs otaqları, kitabxana, məscid, iki baştağ, minarələr və
digər tikililərdən ibarətdir.

Buxara vilayətinin Gijduvan şəhərindəki mədrəsə (1432-1433)

115

Səmərqənd və Buxara mədrəsələrinə nisbətən kiçikdir. Məscid,
dərsxana, yataqxana, baştağ, minarə və başqa hissələrdən ibarətdir.

Dərbənd Cümə məscidi. İslam dünyasında ən qədim
məscidlərdən biridir. Məscidin inşası 733-743 illərə aid edilir. Məscid
yanındakı mədrəsənin inşası 1474-1475 illərdə başlanılmışdı. Lakin
onun genişləndirilməsi və bütün kompleksin formalaşdırılması
1815-ci ildə bitirilmişdir.

Məscid geniş bir meydanda şərqdən qərbə doğru istiqamətlənərək
düzbucaqlı daş hasarla (67x17m) əhatə olunmuşdur. Cümə
məscidinin plan strukturu sütun düzülüşü ilə kvadrat formalı
3 nefə ayrılıb. Məscid şimaldan cənuba doğru istiqamətlənmiş
mərkəz xəttin oxvarı daş günbəzlə örtülmüş kvadrat formalı zalla
tamamlanır. Məscidin daxili hissəsi eni istiqamətində çoxsaylı
hissələrə bölünərək nəhəng memarlıq tikilisinə dinamik xarakter
verir. Burada interyer boyunca meşəsayağı düzülmüş daş sütunlar
dini tikilinin monumental obrazını bir az da artırır.

Şamaxı Cümə məscidi. Azərbaycan Respublikasının
ərazisindəki ən qədim məsciddir. Məscid 743-744-ci illərdə inşa
edilmişdir. Şamaxı Cümə məscidi Cənubi Qafqazda Dərbənd cümə
məscidindən sonra ən qədim məsciddir. Orta əsrlərdə bir neçə dəfə
bərpa edilmiş məscid 1856 və 1902-ci illərdə baş vermiş zəlzələlər
zamanı dağılmış, birinci dəfə Qasım bəy Hacıbababəyov, sonra
isə İosif Ploşko tərəfindən bərpa edilmişdir. 1918-ci ildə ermənilər
tərəfindən yandırılmış məsciddə son restavrasiya işləri Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən
2010-2013-cü illərdə aparılmışdır.

116

Şamaxı məscidinin ilkin özəyinin memarlıq həlli və həcm
ifadəsi günbəz üslublu dam örtüklərindən istifadə nəticəsində
müəyyən edilmişdi. Dövrümüzə çatmış Şamaxı Cümə məscidi XX
əsrin əvvəllərində məscidin köhnə bünövrəsi üzərində və köhnə
divarları əsasında tikilmişdir ki, bu da onun qədim planlaşma
təşkilini öyrənməyə və müəyyənləşdirməyə imkan vermişdir. Planda
düzbucaqlı, uzununa 47 metr, eninə 28 metr sahəsi olan məscid açıq
açırımlar vasitəsi ilə bir-biri ilə birləşən üç müstəqil kvadrat hissədən
ibarət zala malikdir. Məscidin planlaşdırması əsas etibarilə eyni
dövrdə inşa olunmuş Dəməşqdəki Əməvi məscidi və Kordovadakı
Böyük məscidin planlaşdırmasını xatırladır. Bu cür planlaşdırma
binanı ümumilikdə tikilinin memarlıq və konstruktiv mahiyyətini
pozmadan mərkəzi oxdan hər iki istiqamətdə genişləndirməyə imkan
vermişdir.

Daxili məkanın üç hissəyə ayrılmasına görə Şamaxı cümə
məscidi Orta Asiyanın bəzi məscidlərinə bənzəyir. Bu da öz
növbəsində müsəlman ölkələri arasındakı əlaqə və qarşılıqlı təsiri
göstərir.

Cümə məscidinin müstəqil bölmələr formasında üç hissəli
daxili məkanının planlaşdırma quruluşu öz mehrabı olan ayrıca
özəyin inkişaf etdirilməsi ideyasını davam etdirmişdir. Bir-
birinə bitişik arakəsmələrlə ayrılmış üç zal vahid həcm tərkibində
yerləşdirilmişdir. Hər üç zalda dəqiq mərkəzi ox boyunca Məkkəyə
tərəf yönlədilmiş mehrab vardır. Bu dini tikililərin inşasında rast
gəlinməmiş üsuldur.

Təzəpir məscidi. 23 iyul 1905-ci ildə məscid Nabat xanım

117

Aşurbəylinin vəsaiti hesabına Zivərbəy Əhmədbəyovun layihəsi
əsasında tikilmişdir. Türbə üzərində yeni məscid tikildiyinə görə xalq
arasında bu günə qədər də bu tikili Təzə Pir məscidi adlanır.

Bu abidə özünün həcm-məkan memarlıq həllinə görə tək Bakının
şəhərsalma strukturunda deyil, həm də Abşeronun dini tikililəri arasında
xüsusi yerlərdən birini tutur. Təzəpir məscidi digər yerli abidələrdən
fərqli olaraq, dini tikililər arasında özünəməxsusluğu ilə seçilir.

Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə məsciddə aparılan
əsaslı təmir-bərpa işlərindən sonra isə abidə daha da gözəlləşərək əsl
memarlıq incisinə çevrilmişdir.

Ümumi sahəsi 1400 kvadratmetr olan divarlarda və günbəz
altında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentinin nadir
nümunələrindən istifadə olunmuşdur. Mehrab kaşı və mərmərdən
yığılmış, günbəzin pəncərə konstruksiyaları təzələnərək şəbəkəli taxta
pəncərələrlə əvəzlənmişdir. Günbəzə ağırlıq gətirən iki tonluq çilçıraq
əvəzinə müasir texnologiyalı işiqlandırma sistemləri quraşdırılmışdır.
Həmçinin əsas zalda 52, qadınların ibadət etdiyi hissədə 5 divar
çilçırağı asılmışdır.

Məscidin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin
başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir.
Günbəzin üstü isə Qızılqaya daşı ilə üzlənmiş, burada dekorativ
elementlərlə bərabər, yuxarı hissədə “La İlahə İlləllah” kəlməsi 6 dəfə
təkrar olunmuşdur. Dekorativ oyma detallarının və yazılı kəlmələrin
üzəri yüksək əyarlı qızıl təbəqə ilə örtülmüşdür. Günbəzin üstü isə
hündürlüyü 1,6 metr olan daş sancaqla tamamlanmışdır.

Təzəpir məscid kompleksinin ərazisində Qafqaz Müsəlmanları
İdarəsi üçün beşmərtəbəli inzibatı bina inşa edilmişdir.

118

Heydər məscidi. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırığı ilə Bakıda inşa olunmuşdur. Qafqazın ən böyük
məscidi 12 min kvadratmetr sahədə salınmışdır. Məscidin fasadı
Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib,
ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası
yaradılmışdır. Burada 95 metr hündürlüyündə 4 minarə inşa
olunmuşdur.

Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də
xüsusi bəzək elementlərindən istifadə olunmuş, günbəzin kənarlarına
Quran ayələri yazılmışdır. 55 metr hündürlüyündə olan baş günbəz, o
cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə
xüsusi gözəllik verir. Əsas günbəzin diametri - 30 metrdir.

119

İslam mədəniyyətinin paytaxtları

“İslam qardaşlıq dinidir, tolerantlıq, dözümlülük dinidir. Dünyada
bizim müqəddəs dinimiz olduğu kimi təqdim edilməlidir. Bütün İslam
dünyasının özünü təqdim etməsi üçün atılan addımlar mədəniyyət
sahəsində də özünü büruzə verməlidir. Çünki İslam dünyasının çox
zəngin tarixi, çox zəngin mədəniyyəti vardır. Bizim mədəniyyətimiz
dünya birliyinə olduğu kimi təqdim edilməlidir.”

İlham Əliyev,
Azərbaycan Respublikasının prezidenti

İslam aləmində və bütün dünyada elmin, mədəniyyətin,
təhsilin inkişafına dəstək verən İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (İSESKO) bir vəzifəsi də İslam mədəniyyətinin, İslam
sivilizasiyasının formalaşmasında və inkişafında, həmçinin İslamın
intibah dövründə elm və mədəniyyət mərkəzi olmuş şəhərlərin
irsinin qorunmasına diqqətlə yanaşması, onların təbliği üçün səylər
göstərməsidir. “İslam mədəniyyətinin paytaxtları” proqramı adı ilə
həyata keçirilən layihəyə əsasən Ərəb, Asiya və Afrika regionlarının
hər biri üçün bir şəhər olmaqla hər il üç şəhər İslam Mədəniyyətinin
Paytaxtları kimi müəyyənləşdirilir. Mədəniyyət nazirlərinin IV
İslam Konfransı (15-17 dekabr 2004, Əlcəzair) 2005-2014-cü
illər üçün nəzərdə tutulmuş İslam Mədəniyyətinin Paytaxtları
proqramını təsdiqləmişdir. İslam Mədəniyyətinin Paytaxtı statusunu
alan şəhər zəngin tarixi keçmişə malik olmalıdır. İslam və bəşər
mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsindəki töhfələrinə

120

görə xüsusi yeri olmalı, təhsil və elmi-tədqiqat mərkəzləri, zəngin
və qədim əlyazmaları qorunan kitabxanaları, həmçinin beynəlxalq
mədəni tədbirlərin keçirilməsi üçün mədəniyyət qurumlarına malik
olmalıdır. Bu tədbir həm də ölkələrin bir-birinin mədəniyyəti ilə
tanışlığı üçün xüsusi əhəmiyyət daşıyır. İlk dəfə bu ada Məkkə şəhəri
layiq görülmüşdür.

İslam Konfransı Təşkilatının (2011-ci ildən İslam Əməkdaşlıq
Təşkilatı) mədəniyyət nazirlərinin IV konfransında (Əlcəzair, 2005)
2006-cı il üçün Asiya qitəsindən İsfahan (İran), Ərəb dünyasından
Hələb (Suriya) və Afrikadan Timbuktu (Mali) İslam Mədəniyyətinin
Paytaxtı statusu tituluna layiq görülmüşlər. İsfahan şəhərinin islam
sivilizasiyasının formalaşmasındakı rolu nəzərə alınaraq İslam
Mədəniyyətinin Paytaxtı seçilmişdir. Beş min illik tarixi olan Hələb
şəhəri isə hərbi yürüşlərə baxmayaraq, öz tarixi görünüşünü, maddi
abidələrini qoruya bilmişdir.

2007-ci il üçün isə Asiya qitəsindən Daşkənd (Özbəkistan), Ərəb
dünyasından Fəs (Mərakeş) və Tripoli (Liviya), Afrika qitəsindən
isə Dakar (Seneqal) şəhərləri İslam Mədəniyyətinin Paytaxtı elan
olunmuşdur. Daşkənd İpək Yolunun ticarət mərkəzlərindən biri
olmuşdur. İSESKO-nun seçimi həm də Asiyanın qədim tarixi və
zəngin mədəniyyəti olan bu şəhərin dünya sivilizasiyasının tarixindəki
xüsusi rolu ilə əlaqələndirilir. Bu cəhətlər Daşkənd şəhərinin İslam
Mədəniyyətinin Paytaxtı seçilməsi üçün əsas amillər olmuşdur.

2008-ci üçün İslam Mədəniyyətinin Paytaxtı isə Dəməşq, Lahor,
İsgəndəriyyə, Cibuti seçilmişdir.

“İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq
gələcəyin formalaşdırılması” mövzusunda təşkil olunmuş İKT üzv

121

dövlətlərin mədəniyyət nazirlərinin V konfransında (21-23 noyabr
2007, Tripoli) Bakı “İslam Mədəniyyətinin Paytaxtları” proqramında
müəyyən edilən bütün meyarlara tamamilə uyğun gəldiyi üçün bu
şəhərin 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı kimi seçilməsi
təklifi irəli sürülmüşdür. Nəticədə Bakı Asiya qitəsindən 2009-cu
il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. İSESKO-
nun Baş direktoru Əbdül-Əziz bin Osman əl-Tuveycri bildirmişdi:
“Mən Azərbaycanla tanış olduqdan sonra bu qənaətə gəldim ki,
zəngin maddi və mənəvi irsinə görə Azərbaycan çox əhəmiyyətli
ölkədir. İSESKO bütün dünyaya çatdırmalıdır ki, siz necə də
qədim və zəngin mədəniyyətə sahibsiniz. Azərbaycanla əməkdaşlıq
sahəsində imzalanan protokolların həyata keçirilməsi üçün İSESKO
öz tərəfindən asılı olan bütün tələbləri yerinə yetirəcəkdir və bu
əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır.”

2010-cu ildə Ərəb dünyasından Tarim (Yəmən), Asiya qitəsindən
Düşənbə (Tacikistan), Afrikdan isə Komoron adalarının paytaxtı
Moroni İslam mədəniyyətinin paytaxtı seçilmişdir.

2011-ci ildə İslam Mədəniyyətinin Paytaxtı Nuakşot
(Mavritaniya), Tlemsen (Əlcəzair), Cakarta (İndoneziya), Konakri
(Qvineya) şəhərləri seçilmişdir.

2012-ci ildə isə Ərəb dünyasından Nəcəf (İraq), Asiya qitəsindən
Dəkkə (Banqladeş), Afrikadan isə Niamey (Niger) şəhərləri İslam
Mədəniyyətinin Paytaxtı seçilmişdir.

2013-cü il üçün İslam Mədəniyyətinin Paytaxtı Mədinə (Səudiyyə
Ərəbistanı), Tripoli (Livan), Qazni (Əfqanıstan), Kano (Nigeriya)
şəhərləri olmuşdur.

2014-cü ildə isə Ərəb dünyasından Şarja (Birləşmiş Ərəb

122

Əmirlikləri), Asiya qitəsindən Bişkek (Qırğızıstan), Afrikadan
Uaqaduqu (Burkina-Faso) İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir.

Mədəniyyət nazirlərinin IX İslam Konfransı 2015-2025-ci illər
üçün nəzərdə tutulmuş İslam Mədəniyyətinin Paytaxtları proqramını
təsdiqləmişdir. Seçilmiş paytaxtlar aşağıdakı cədvəldə öz əksini
tapmışdır:

İL Ərəb bölgəsi Asiya bölgəsi Afrika bölgəsi
2015 Nizva (Oman Almatı (Qazaxıstan) Kotonu (Benin)

2016 sultanlığı) Male (Maldiv) Fritaun (Syerra-Leonen)
2017 Küveyt (Küveyt) Məşhəd (İran) Kampala (Uqanda)
Amman (İordaniya)
2018 Sennar (Sudan) Naxçıvan (Azərbaycan) Librevil (Qabon)
2019 Əl-Mühərrəq (Bəhreyn) Bandar Seri Begavan Bisau (Qvineya-Bisau)
Qüds (Fələstin) (Bruney)
2020 Buxara (Özbəkistan) Bamako (Mali)
2021 Tunis (Tunis) İslamabad (Pakistan) Banjul (Qambiya)
2022 Qahirə (Misir) Bandunq (İndoneziya) Yaunde (Kamerun)
2023 Doha (Qətər) Selanqor (Malayziya) Abican ( Kot-d'İvuar)
2024 Dəməşq (Suriya) Kabil (Əfqanıstan)
2025 Benqazi (Liviya) Lome (Toqo)
Mərakeş (Morokko) Aşqabad (Türkmənistan) Maputu (Mozambik)
Moqadişo (Somali)

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət
nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş VI
konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün
İslam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan
şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi

123

ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin
2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilən iclasında
Tədbirlər Planı təsdiqlənib və icrasına başlanılıb. “Naxçıvan İslam
Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi də Tədbirlər
Planına əsasən istifadəyə verilib.

2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərləri yaradılan
imkandan istifadə edərək bir daha bütün dünyaya İslam Mədəniyyətinin
Paytaxtı olduğunu layiqincə nümayiş etdirmişdir.

İslam mədəniyyətini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün
İslam Mədəniyyətinin paytaxtı seçilən şəhərlərin üzərinə çox böyük
vəzifə düşür. Həm də mədəniyyətin olduğu yerdə inkişaf və tərəqqi
mütləqdir.

124

Nobel mükafatı alan müsəlmanlar

Nobel mükafatı insanlığa xidmət edənlərə olunan edilən prestijli
mükafatdır. 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti
əsasında təsis olunmuşdur.

Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel
fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel
qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox
hissəsini formalaşdırmışdır. Bu mükafat 1901-ci ildən verilməyə
başlamışdır.

Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən aşağıdakı altı sahə
üzrə verilir:

1. Kimya üzrə
2. Fizika üzrə
3. Fiziologiya və tibb üzrə
4. Ədəbiyyat üzrə
5. Sülh üzrə
6. İqtisadiyyat üzrə
Laureatlara verilən mükafata medal, şəxsi diplom və böyük
məbləğdə (10 milyon İsveç kronu – təxminən 1,5 mln. ABŞ dolları)
pul mükafatı daxildir. Kimya, fizika, ədəbiyyat, tibb və fiziologiya
üzrə Nobel mükafatlarının medalları Erik Lindberq, Nobel sülh
mükafatının medalı Qustav Vigeland və Alfred Nobelin şərəfinə
verilən İqtisadiyyat üzrə Svoriges Riksbank mükafatının medalı isə
Qunver Svensson Lundqvist tərəfindən dizayn edilib. Hər il dekabrın
10-da İsveçdə təşkil olunan mərasimdə laureatlara mükafatı İsveç

125

kralı, eyni gündə Norveçdə keçirilən tədbirdə isə Norveç kralının
iştirakı ilə Nobel sülh mükafatını Norveç Nobel Komitəsinin direktoru
təqdim edir. Diplomlar hər laureat üçün fərdi olaraq tərtib olunur.

İsveçin Karolinski İnstitutunun Nobel Assambleyası fiziologiya
və tibb sahəsində Nobel laureatlarının seçilməsinə görə cavabdehdir.
Stokholmda yerləşən Nobel Assambleyasının tibb sahəsində
mütəxəssis və səsvermə hüququ olan 5 professoru var. Bu təşkilatın
əsas işçi orqanı Nobel Komitəsidir, onun üzvləri hər üç ildən bir
seçilir.

Bundan başqa vəsiyyətdən kənar 1969-cu ildən başlayaraq İsveç
Bankının təşəbbüsü ilə İqtisadiyyat üzrə Nobel mükafatı da verilir.
Onun təltif qaydası digər sahələrdə olduğu kimidir.

Laureat “Nobel xatirə mühazirəsi” ilə çıxış etməlidir. Həmin
çıxış Nobel Fondu tərəfindən xüsusi cilddə nəşr olunur.

Nobel mükafatı laureatlığına namizəd barəsində sorğu hər
nominasiya üzrə həmin sahənin təqribən üç min nəfər tanınmış
mütəxəssisinə göndərilir.

Onu da qeyd edim ki, 1940-1942-ci illər ərzində İkinci Dünya
Muharibəsinə görə Nobel mükafatlarının təltifinə fasilə verilmişdir.
Bu günə qədər 862 nəfər Nobel mükafatını qazanmışdır. Onlardan
43-ü qadındır. Bu mükafatçılar arasında müsəlman Nobel mükafatı
qazananlar da var. Sayı 10 nəfərdir. Onlar haqqında məlumat vermək
yerinə düşərdi.

Ənvər Sədat. İlk müsəlman Nobel laureatı 1970-1981 illərdə
Misirə rəhbərlik edən Ənvər Sədatdır. O, Nobel Sülh Mükafatını
Kemp-Deviddə 17 sentyabr, 1978-ci ildə imzalanan müqaviləyə
görə alıb. Bu müqavilə ilə ilk dəfə bir Ərəb ölkəsi İsraili rəsmən

126

tanımış və ələ keçirdiyi torpaqlar üzərindəki varlığını qanuni olaraq
qəbul etmişdir. Müqavilə 6 ay sonra (26 mart, 1979) imzalanacaq
sülh müqaviləsinin təməlini təşkil edirdi. Buna görə İsrail hərbi
qüvvələrini Sinay yarımadasından çəkəcək və Misir ilə diplomatik
əlaqələrini normallaşdıracaqdı. Diplomatik əlaqələr 1980-ci ildə
normallaşmışdır. 1980-ci ildə havayolu ilə nəqliyyat əlaqələri həyata
keçirilmişdir. Misir İsrailə neft ixrac etməyə başlamışdır. Bu müqavilə
ilə İsrail tərəfindən Altı günlük Müharibədə ələ keçirilən Sinay
yarımadası Misirə geri verilmişdir. Sülh cəhdlərinin nəticəsi olaraq
Menaxem Begin və Ənvər Sədat 1978-ci ildə Nobel Sülh Mükafatını
qazanmışlar.

Abdus-Salam. XX əsr fizika elminin ən görkəmli
nümayəndələrindən biri, elm sahəsində müsəlman şərqinin ilk Nobel
mükafatı laureatı, pakistanlı alim Abdus-Salamdır. Öz elmi uğurları ilə
sağlığında Pakistanın milli qəhrəmanı zirvəsinə yüksəlmiş, ölkəsində
elmin inkişafı naminə fədakarcasına çalışmış Abdus-Salam dünya
nəzəri fizika məktəbi yaratmış, inkişaf etməkdə olan ölkələrdə fizik
alimlərin və onların elmi tədqiqatlarının inkişafına töhfələr vermişdir.
O, atomun müasir standart modelinin banilərindən biri hesab olunur.
Dünyanın 40-dan artıq universitetinin və elmi cəmiyyətlərinin fəxri
doktoru seçilmiş Abdus-Salamın adı sağlığında Albert Eynşteyn,
Nils Bor və digər dahilərlə yanaşı çəkilib.

1979-cu ildə Fizika üzrə nobel Mükafatını Pakistan əsilli alim
Abdus-Salam Şeldon Li Qleşou və Stiven Vaynberqlə birgə fəaliyyəti
nəticəsində əldə edib. Bu alimə mükafat “elementar hissəciklər
arasında vahid zəif və elektromaqnit qarşılıqlı təsiri teoriyası, eyni

127

zamanda zəif neytral carilərin proqnozlaşdırılmasına verdiyi töhfəyə”
görə verilmişdir.

Nəcib Məhfuz. Nəcib Məhfuz Nobel mükafatına layiq görülmüş
ilk ərəb yazıçısıdır. 50 illik yaradıcılıq yolu keçmiş Nəcib Məhfuz
müasir ərəb ədəbiyyatının ən parlaq ulduzudur. Yazıçı ənənəvi milli
dəyərləri çox realistcəsinə təsvir etdiyi ilk əsərlərini “Əl-məcəlla
əl-cədidə” jurnalında nəşr etdirmişdir. Onun əsərləri bütün ərəb
ölkələrində maraqla qarşılanmaqla bərabər bir çox xarici dillərə də
tərcümə edilmiş, bəzi romanları ekranlaşdırılmışdır. Onun Misir
həyatından yazdığı bir çox əsərləri qaldırdığı məsələlərin əhatəliliyi,
hərtərəfliliyi ilə bütün bəşəriyyətin mirası olmuşdur.

İlk novellalar toplusu (“Dəlilik rüzgarı”) 1938-ci ildə işıq üzü
görmüşdür. Bunun ardınca romantik üslubda yazılmış və fironların
hökmranlığı dövründən bəhs edən bir sıra tarixi romanlar qələmə
almışdır.

Avropada Məhfuzun nəsri keçən əsrin 50-ci illərinin sonunda,
onun “Qahirə trilogiyası” (“Beyn əl-Kəsreyn”, “Kəsr əş-Şouk” və
“əs-Sükkariya”) çap olunandan sonra məşhurluq qazanmışdır. Burada
yazıçı qahirəli bir ailənin üç nəslinin həyatını təsvir etməklə Misir
tarixindəki sosial və siyasi hadisələrə toxunmuşdur.

Keçən əsrin 60-cı illərində Məhfuzun yaradıcılığında dəyişikliklər
baş vermişdir. O, nəsrin kiçik formalarına (hekayə) meyllənmiş və
simvola daha geniş yer ayırmışdır. Cəmiyyətin təkamülü nəticəsində
insanın get-gedə özünü daha tənha və atılmış hiss etməsi, daimi
həyəcan və iztirab onun “Oğru və it” (1961), “Yer üzü” (1963),
“Dişi bildirçin və payız” (1964), “Yol” (1964), “Kasıb” (1965), “Nil

128

üzərində laqqırtı” (1966), “Qara pişiyin meyxanası” (1968), “Bal ayı”
(1971) kimi əsərlərində aydın sezilir.

Ümumilikdə, Məhfuz əlliyə yaxın roman və povest, yüzdən artıq
hekayə qələmə almışdır.

Yazıçının sonuncu kitabı 2005-ci ildə işıq üzü görmüşdür. Bu,
ölümdən sonrakı həyatdan bəhs edən hekayələr toplusu “Yeddinci
göy” kitabıdır.

Yazıçı 1988-ci ildə “bütün bəşəriyyət üçün məna kəsb edən,
incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə” Nobel
mükafatına layiq görülmüşdür.

Onun romanlarının yarısından çoxunun əsasında filmlər çəkilib.
Bu filmlərin demək olar ki, hamısı ərəb dünyasında məşhurdur.

Yasir Ərəfat. Fələstin milli muxtariyyətinin 1-ci rəhbəri (1994-
2004), Fələstin Azadlıq Təşkilatının (FAT) lideri (1969-2004)
olmuşdur. FƏTH siyasi partiyasının qurucu üzvü olmaqla bərabər,
1959-cu ildən 2004-cü ilə qədər bu partiyaya rəhbərlik etmişdir.

Yasir Ərəfata 1994-cü ildə Nobel Sülh Mükafatı təqdim
olunmuşdur. O, bu mükafatı İsrail siyasətçiləri İshak Rabin və Şimon
Pereslə birgə “Yaxın Şərqdə sülhün bərqərar olunmasına verdiyi
töhfəyə görə” almışdır. Ənvər Sadat kimi ölkəsində ciddi təqiblərə
məruz qalan siyasətçiyə dəfələrlə sui-qəsd olunmuşdur. Fələstin
milli muxtariyyatının birinci rəhbəri olan Yasir Ərəfat 2004-cü ildə
Fransada vəfat etmişdir.

Əhməd Zəvail. 1999-cu ildə “ Femtosaniyəli spektroskoplarla
kimyəvi reaksiyaların keçici vəziyyəti barədə apardığı tədqiqatlara

129

görə” Nobel Mükafatına layiq görülmüşdür. Zəvail elm aləminə
femtokimyanın əsasını qoymuş alim kimi tanınır.

Şirin İbadi. İlk müsəlman qadın Nobel mükafatçısı iranlı hüquq
müdafiəçisi Şirin İbadidir. O, 2003-cü ildə “İranda insan hüquqları,
xüsusən qadın və uşaq hüquqları uğrunda mübarizəyə verdiyi töhfələrə
görə” Nobel Sülh Mükafatına layiq görülmüşdür. İbadi çıxışlarında
öz islamsevərliyi və vətənpərvərliyi ilə seçilib.

Məhəmməd əl-Baradey. 1997-ci ildən 2009-cu ilə qədər
Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru olmuşdur. 2005-ci
ildə siyasətçi əl-Baradey Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə
birgə “nüvə silahının hərbi məqsədlərlə istifadə edilməsinin qarşısının
alınması və dinc məqsədlər üçün istifadə edildiyi tədqirdə maksimal
təhlükəsizliyin təmin edilməsində səylərə görə” rəhbərlik etdiyi
təşkilatla birgə Nobel Sülh Mükafatı almışdır.

Yunus Məhəmməd. Nüfuzlu ictimai xadim, sosial biznes və
“mikrokreditin atası” adlandırılan Yunus Məhəmməd Banqladeşdə
yerləşən “Gramen Bankı” və 50-dən çox şirkətin qurucusudur. Ona
davamlı yenilikləri və təşəbbüskarlıq fəaliyyətinə görə “Fortune”
jurnalı 2012-ci ildə “Zəmanəmizin ən böyük təşəbbüskarlarından
biri” adını vermişdir. Yunus Məhəmməd özünün yaratdığı “Grameen
bank”la birgə “aşağıdan iqtisadi və sosial inkişafın yaradılması
istiqamətindəki səylərinə görə” Nobel Sülh Mükafatına layiq
görülmüşdür. O, iqtisad elmləri üzrə professordur. Yoxsullar üçan
mikro-kreditlərin verilməsi, eyni zamanda “kənd hakimiyyəti”
ideyalarının müəllifidir.

130

Onu da qeyd edim ki, Yunus Məhəmməd 2016-cı ilin iyun ayında
Azərbaycana səfər etmişdir. Səfər zamanı bir neçə görüş keçirmişdir.

Orxan Pamuk. 1952-ci ildə Türkiyənin İstanbul şəhərində
anadan olmuşdur. Kolumbiya universitetində müqayisəli ədəbiyyat
professoru vəzifəsində çalışır.

Yazıçı ciddi yaradıcılıq uğurları nəticəsində 1979-cu ildən bəri
15-dən çoх nüfuzlu ədəbi mükafat qazanmışdır. Onların arasında
Türkiyə, İrlandiya, ABŞ, Fransa, Almaniya, İsveç, Böyük Britaniya
kimi ölkələrin təsis etdikləri mükafatlar var. Dünyanın 100-dən çoх
ölkəsində nəşr olunan əsərlərinin tirajı bir neçə milyon nüsхəni aşıb.
Əsərləri bir çox dillərə tərcümə edilmişdir. “Time” jurnalının 2006-
cı ildə keçirdiyi sorğunun nəticələrinə görə Pamuk dünyanın 100 ən
görkəmli şəхsiyyəti sırasına daхildir.

Zəngin tariхə və ənənələrə malik olan türk ədəbiyyatının Nobel
mükafatına layiq görülmüş ilk nümayəndəsidir. Orхan Pamuk həm də
ədəbiyyat sahəsində ХХ əsrin ikinci yarısında yeganə Nobel sahibidir.
2006-cı ildə o bu mükafatı “öz doğma şəhərinin melanxolik ruhunu
axtararkən mədəniyyətlərin toqquşmasına və qarışmasına səbəb olan
yeni işarələr tapdığına görə” almışdır.

Təvəkkül Karman. 2011-ci ildə Nobel Sülh Mükafatı qrup halında
Liberiyalı Ellen Conson-Syorlif, Qbovi Leyma və Yəməndən olan
Təvəkkül Karmana “sülhməramlılıq fəaliyətində və qadınların hüquq
və azadlıqları, təhlükəsizliyinin təmin olunması uğrunda apardıqları
mübarizəyə görə” təqdim olunub.

131

Məlalə Yusəfzay. Pakistanın şimalında yerləşən Svat vilayətində
yerli Taliban birləşməsi qızların məktəbə getməsinə qadağa
qoyulmuşdu. O, Svat əyalətində insan haqlarının müdafiəsi, xüsusəndə
qadın və uşaqların təhsil alması uğurunda mübarizə aparmışdır. Qısa
müddətə onun mübarizəsi beynəlxalq səviyyədə dəstəklənmişdir.

Məlala 9 oktyabr 2012-ci il tarixdə Svat rayonunda imtahandan
gələrkən məktəb avtobusunda iki qızla birlikdə Taliban sui-qəsdçisi
tərəfində güllələnmişdir. Güllə yarası almış Məlala Ravalpindi
Kardiologiya institutuna yerləşdirilir və özünə gəldikdən sonra
Birləşmiş Krallığın Birminhem şəhərində yerləşən Kraliça Elzavet
xəstəxanasına göndərilir. Qəsd cəhdi milli və beynəlxalq səviyyədə
ona güclü dəstək qazandırır. 2013-cü ilin yanvarında “Deutsche
Welle” yazırdı: “O dünyada ən məşhur yeniyetmə ola bilər”.

Pakıstanlı aktivist olan bu xanım, qadınların təhsil alması uğurda
apardığı fəaliyyətlərə görə 2014-cü ildə Nobel Sülh Mükafatına layiq
görülmüşdür. Məlalə həm də ən gənc Nobel mükafatı laureatıdır.

Əziz Sancar. Türk əsilli ABŞ biokimyaçısıdır. 1946-cı ildə
Türkiyədə ərəb doğulmuşdur. Milliyyətcə türkdür. ABŞ-ın Çapel-
Hill Şimali Karolina Universitetinin Tibb Məktəbində çalışır. 2015-
ci ildə Amerikalı Paul Modriç və İsveçli Tomas Lindahl ilə birlikdə
Kimya üzrə Nobel mükafatını qazanmışdır. Bu mükafatı şəxsi istəyi
ilə Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün
movzeleyinə (Anıtqəbirə) bağışlayıb.

132

Azərbaycan və İSESKO münasibətləri

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESKO)
yaradılması ideyası müsəlman dünyasının dirçəlişi dövründə
meydana gəlmişdi. Təşkilatın yaranmasının əsas səbəblərindən biri
İslam dininin elmi əsaslara söykənərək inkişaf etməsi və dirçəlməsi
olmuşdur. Həmçinin İslam dünyasını həmrəyliyə çağırmaq bu
təşkilatın yaranmasını zəruri etmişdir. Belə təşkilatın yaradılması
ideyası İslam Ölkələri Xarici İşlər Nazirlərinin IX Konfransının (24-28
aprel 1978-ci il, Dakar (Seneqal)) tövsiyəsi əsasında formalaşdırıldı.
Həmin konfransda Birinci Ümumdünya İslam Təhsil Konfransının
keçirilməsi üzrə qətnamə (№ 9/9) qəbul edilmişdir.

İslam Ölkələri Xarici İşlər Nazirlərinin X Konfransında (Fəs
(Mərakeş), 8 – 12 mart 1979-cu il) 12/10-C saylı qərarı ilə “Təhsil,
Elm və Mədəniyyət məsələləri üzrə Beynəlxalq İslam Təşkilatı
haqqında” qətnamə qəbul edilmişdir. Daha sonra həmin qətnamədə
yaradılması nəzərdə tutulan təşkilatın layihəsi təkmilləşdirildi. İslam
Ölkələri Xarici İşlər Nazirlərinin XI Konfransında (17-22 May
1980-ci il, İslamabad (Pakistan İslam Respublikası), 2/11-C qərarı
ilə) İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Nizamnaməsi
ratifikasiyası edilmişdir. III İslam Sammitində (25-28 yanvar 1981-
ci il, Məkkə (Səudiyyə Ərəbistanı), 6/3-C saylı qərarı ilə) İslam
Konfransı Təşkilatı çərçivəsində yeni beynəlxalq islam orqanı olan
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının yaradılması barədə
qətnamə qəbul olunmuşdur.

133

3-5 may 1982-ci ildə Fəsdə İSESKO-nun təsis yığıncağı
keçirilmişdir. İSESKO İslam Konfransı Təşkilatı (2011-dən İslam
Əməkdaşlıq Təşkilatı) tərkibində mütəxəssis qurum olsa da,
fəaliyyətinə görə beynəlxalq təşkilat hesab olunur. Təşkilat 5 qitədə
yerləşən dövlətləri birləşdirir və YUNESKO ilə sıx əməkdaşlıq
edir. İSESKO-ya üzv olmaq istəyən ölkə İKT-yə üzv olan bütün
dövlətlərə müraciət edərək təşkilatın Nizamnaməsini imzaladıqdan
sonra ona üzv ola bilər. İKT-yə üzv olmayan və ya müşahidəçi
statusunda olan dövlətlər, həmçinin beynəlxalq təşkilatlar İSESKO-
nun fəaliyyətinə sadəcə müşahidəçi ola bilərlər. 2007-ci ilə qədər
İKT-nin 57 üzvündən 50-si bu təşkilata üzv olmuşdur. Təşkilatın
fəaliyyəti bütün dünya müsəlmanlarını əhatə edir. Üzv dövlətlərin
hökumətləri tərəfindən təyin olunmuş nümayəndələrdən ibarət olan
Ümumi konfrans (nümayəndələrin seçimi zamanı onların təhsil, elm,
mədəniyyət və kommunikasiya sahələrində çalışan məmur olması
nəzərə alınmalıdır. Üç ildən bir keçirilir), İcraedici şura (Şura hər
üzv dövlətdən təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində
hərəsindən bir nəfər olmaqla təcrübəli mütəxəssislərdən təşkil edilir)
və Ümumi direktorluq (Baş direktor Ümumi konfrans tərəfindən 3
il müddətinə seçilir. O, İSESKO-nun administrasiyasının rəhbəridir.
İcraedici şuranın və Ümumi konfransın işinə cavabdehdir) İSESKO-
nun orqanlarıdır. İSESKO-nun işçi dilləri ingilis, ərəb və fransız
dilləridir. Qərargahı isə Mərakeş krallığında (Rabatda) yerləşir.

İslam həmrəyliyi məqsədilə üzv dövlətlər arasında təhsil, elm,
mədəniyyət və kommunikasiya sahələrinə dair xüsusiləşmiş təsisatların
fəaliyyətlərini mərkəzləşdirmək, əməkdaşlığı gücləndirmək və
inkişaf etdirmək, ali İslam dəyərləri və idealları çərçivəsində elmlərin

134

və texniki yeniliklərin tətbiq edilməsini əlaqələndirmək, İslam
mədəniyyətini birləşdirmək, İslam sivilizasiyasının xüsusiyyətlərini
qorumaq təşkilatın əsas məqsədlərindəndir.

Təşkilat İslam dünyasının maddi və mənəvi mədəniyyətinin
qorunması, sivilizasiyalararası dialoqun qurulması istiqamətində də
fəaliyyət göstərir və bu sahədə müstəsna xidmətləri vardır.

Onu da qeyd edim ki, təşkilat İslam dünyasının inkişafı və
həmrəyliyi məqsədilə üzv dövlətlər və digər beynəlxalq təşkilatlarla
birlikdə simpozium, seminar və beynəlxalq konfranslar təşkil edir,
irimiqyaslı layihələr, proqramlar həyata keçirir, qrantlar və kreditlər
ayırır.

İSESKO-nun digər gördüyü işlərdən biri də İslam mədəniyyətinin,
İslam sivilizasiyasının formalaşmasında və inkişafında, həmçinin
İslamın intibah dövründə elm və mədəniyyət mərkəzi olmuş şəhərlərin
irsinin qorunmasına diqqətlə yanaşması, onların təbliği üçün göstərdiyi
səylərdir. “İslam mədəniyyətinin paytaxtları” proqramı adı ilə həyata
keçirilən layihəyə əsasən Ərəb, Asiya və Afrika regionlarının hər biri
üçün bir şəhər olmaqla hər il üç şəhər İslam mədəniyyətinin paytaxtı
seçilir.

Azərbaycan Respublikası 1991-ci ildən İSESKO-nun üzvüdür.
Ölkəmiz İslam dünyasının inkişafda olan ölkələrindən biri kimi
üzv olduğu vaxtdan bu təşkilatla sıx əməkdaşlıq edir. Bu nüfuzlu
beynəlxalq təşkilatda ölkəmizi təmsil edən səlahiyyətli tərəfdaş orqan
kimi Təhsil Nazirliyi müəyyən edilib. Məhz buna görə də, İSESKO
ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri daha çox təhsil sahəsi
ilə bağlıdır.

1991-ci ildə qurulmuş bu münasibətlər sivilizasiyalararası

135

dialoq da daxil olmaqla, genişmiqyaslı və fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin
yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük
dəstəyinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il
tarixində İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə
uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur.

2004-cü il 15-16 dekabr tarixində Əlcəzair Xalq Demokratik
Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən İslam
ölkələrinin mədəniyyət nazirlərinin IV konfransında Azərbaycan
Respublikası 2005-2008-ci illərdə İslam dünyası üçün mədəni
strategiyanın implementasiyası üzrə Məşvərət Şurasına üzv qəbul
edilmişdir.

2006-cı ilin 9-12 sentyabr tarixində Bakıda keçirilən İslam
konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin V konfransı
zamanı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi (2018-ci ildən Mədəniyyət Nazirliyi) ilə İSESKO arasında
Əməkdaşlıq Protokolu imzalanmışdır.

2007-ci il 25-26 oktyabr tarixlərində Mərakeş Krallığının paytaxtı
Rabat şəhərində İSESKO-nun Baş Qərargahında “Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İslam Təhsil,
Elm və Mədəniyyət Təşkilatı (İSESKO) arasında Əməkdaşlıq
Protokolu”nun implementasiyası üzrə birgə komitənin iclası
keçirilmişdir.

İSESKO-nun Mədəniyyət və Kommunikasiya üzrə direktoru
cənab Nəcib Riatinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş
görüşdə “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm

136

Nazirliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO)
arasında Əməkdaşlıq Protokolu”na əsasən İSESKO iqamətgahında
2008-ci ildə Azərbaycan Mədəniyyəti Gününün və həmçinin 2009-
cu ildə Azərbaycan Respublikasında İSESKO Mədəniyyət Həftəsinin
qeyd edilməsi məsələləri müzakirə olunmuşdur.

2007-ci ilin 21-23 noyabr tarixində Liviyanın Tripoli
şəhərində İslam ölkələrinin Mədəniyyət nazirlərinin “İslam
dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin
formalaşdırılması” mövzusu altında V Konfransında Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəal iştirakçısı
olduğu İslam Dünyası üçün Mədəni Strategiyanın tətbiqi üzrə
Məşvərət Şurası tərəfindən işlənib hazırlanmış “Müsəlmanların
inkişaf və sivilizasiya missiyası üçün mədəni həmrəylik strategiyası”,
“Üzv dövlətlərdə aparılan mədəniyyət siyasətlərinin yeniləşməsi və
beynəlxalq dəyişiklərə uyğunlaşdırılmasına dair fəaliyyət planı”,
“İslam dünyasında informasiyakommunikasiya texnologiyalarının
inkişafı strategiyası” və digər mühüm sənədlər qəbul edilmişdir.
Konfransın gündəliyinə əsasən Azərbaycan Respublikasının
Mədəniyyət vəTurizm Nazirliyi tərəfindən hazırlanmış “İslam Dünyası
üçün Mədəniyyət Strategiyasının Azərbaycan Respublikasında tətbiqi
üzrə Milli Məruzə” təqdim olunmuşdur.

İslam ölkələrinin mədəniyyət nazirlərinin V Konfransı
Azərbaycan üçün bir sıra beynəlxalq mədəni siyasi nailiyyətlərin
əldə olunması ilə nəticələnmişdir. Konfransın açılışında çıxış edən
İSESKO – İslam Elm, Təhsil, Mədəniyyət Təşkilatının Baş Direktoru
Əbdüləziz Osman Əl-Tüveycrinin məruzəsində Ermənistanın
Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti pislənmişdir. Məsələ ilə

137

əlaqədar İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət
nazirlərinin V Konfransı “İslam Dünyasının təhlükə altında olan
mədəni və sivilizasiya irsinin mühafizəsi ilə əlaqədar İSESKO-
nun səylərinə dair” ICCM5/2007/R.3.4 nömrəli Qətnamə qəbul
edilmişdir. Qətnamə Azərbaycan Respublikasının işğal edilmiş
ərazilərində Ermənistan tərəfindən aparılan və unikal İslam abidələrin
və arxeologiya yerlərinin məhv edilməsi, yaddaşdan silinməsi
və erməniləşdirilməsinə yönəldilmiş cəhdləri rədd edir, bunların
müdafiəsini və mühafizəsini tələb edir.

2008-ci il 3-4 mart tarixlərində İSESKO Qərargahında keçirilmiş
Azərbaycan mədəniyyət günlərində çərçivəsində Azərbaycan
mədəniyyəti ilə bağlı sərgi, Rabat şəhərinin ən görkəmli teatrı V
Məhəmməd Dövlət Teatrında isə “Bakı dünən, bu gün” adlı foto-sərgi
və konsert təşkil olunmuşdur.

İslam ölkələrinin mədəniyyət nazirlərinin V Konfransının
iştirakçıları VI Konfransın 2009-cu ildə Bakıda keçirilməsinə dair
qərar qəbul etmişlər. Həmçinin Bakı şəhəri 2009-cu il üçün İslam
Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.

2009-cu il fevral ayının 18-də Heydər Əliyev sarayında “Bakı –
İslam Mədəniyyətinin Paytaxtı – 2009” mədəniyyət ilinin təntənəli
açılışı olmuşdur. Tədbirdə bir sıra Avropa və İslam dövlətləri
şəhərlərinin meri, eyni zamanda mədəniyyət nazirləri iştirak etmişlər.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev, İSESKO-nun Baş direktoru Ə.O.Əl-Tüveycri və İƏT-
İn Baş direktorunun müavini çıxış etmişlər.

Açılış mərasimi çərçivəsində şəhərimizin mərkəzi meydanlarında
şənliklər, “Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009” veb saytının

138

və “Qədim Bakı” kitabının təqdimatı keçirilmiş, Bakı şəhəri haqqında
foto və rəsm sərgisi təşkil olunmuşdur.

“Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət ili
çərçivəsində 2009-cu ilin 13-15 oktyabr tarixində Bakı şəhərində
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin
VI Konfransı keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə 7-9 aprel 2011-ci il tarixində Bakıda təşkil edilən Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə keçmişdir.

Forum çərçivəsində “Sülh və dialoqa nail olmaq
üçün mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik”,
“Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət, incəsənət və
irs”, “Qadınlar mədəniyyətlərarası dialoqun vacib iştirakçıları kimi”;
“Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası
əlaqələrə təsiri”; “Dünya dinləri arasında mədəniyyətlərarası dialoq”,
“Mədəniyyətlərarası dialoq və əməkdaşlığın inkişafına dair yeni
təşəbbüs və layihələrin təqdimatları”na dair sessiyalar keçirilmişdir.

Forum zamanı “Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi və İordaniya Haşimilər Krallığının Mədəniyyət
Nazirliyi arasında mədəniyyət sahəsində 2011-2013-cü illər üzrə
əməkdaşlıq barədə Tədbirlər Planı” və İSESKO ilə TÜRKSOY
arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) İcraiyyə
Şurasının 36-cı iclasının və XII Baş konfransının Bakı şəhərində
keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 25 iyul
2015-ci il tarixli 1337 nömrəli Sərəncamına əsasən 2015-ci ilin noyabr
ayının 23-də İSESKO İcraiyyə Şurasının 36-cı iclası keçirilmişdir.

139

İcraiyyə Şurası Asiya, Afrika qitələrini və ərəb ölkələrini əhatə edən
52 üzv dövlətin nümayəndəsindən ibarət olmaqla ildə bir dəfə öz
toplantısını keçirir. Toplantıda Baş direktorun təşkilatın proqramı
və fəaliyyəti ilə bağlı inkişaf üzrə tərəqqi hesabatı, maliyyə hesabatı
nəzərdən keçirilir, üzv dövlətlərin İSESKO büdcəsinə maliyyə
töhfələri qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və
İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın yüksək
iştirakı ilə noyabrın 26-da İSESKO Baş konfransının XII sessiyasının
açılış mərasimi keçirildi. Mərasim zamanı İSESKO-nun dünya
miqyasında önəmli beynəlxalq təşkilata çevrilməsi və islam aləmində
elmin, təhsilin inkişafı, zəngin islam mədəni irsinin qorunmasında çox
böyük uğurlara nail olması, həmçinin İSESKO-Azərbaycan əlaqələri
haqqında cənab Prezidentin dəyərli fikirləri konfrans iştirakçıları
tərəfindən böyük maraqla qarşılandı.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə Azərbaycan
Respublikası arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında
səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin
beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə
görə İSESKO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
“Dostluq” ordeni ilə təltif edilmişdir.

İSESKO Baş konfransının XII sessiyasının və İcraiyyə Şurasının
36-cı iclasının Bakı şəhərində təşkili Azərbaycanın İSESKO,
həmçinin ona üzv dövlətlərlə əlaqələrinin möhkəmləndirilməsinə
əhəmiyyətli töhfəsini vermiş və gələcək perspektivlər üçün yeni
imkanlar yaratmışdır.

140

2015-ci ilin 23-25 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş
İSESKO 12-ci Baş Konfransı zamanı Azərbaycan növbəti üç il
müddətinə Baş Konfransın sədri seçilmişdir. Bununla əlaqədar
İSESKO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin
vacibliyini nəzərə alaraq, təşkilat ilə əməkdaşlığı səmərəli şəkildə
əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən İSESKO üzrə Azərbaycan Respublikasının
Milli Komissiyasının yaradılması haqqında 14 yanvar 2016-cı il
tarixli 1685 nömrəli Sərəncam imzalanmışdır.

2016-cı ilin noyabrın 25-də Naxçıvan Muxtar Respublikasında
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı
elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası
keçirilmişdir.

2016-cı ilin 29 noyabr tarixində Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 2 iyun tarixli 2091 nömrəli Sərəncamının
2-ci hissəsinə əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam
mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı Tədbirlər Planı
hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17/
R-562-11 nömrəli 26.01.2017-ci il tarixli dərkənarı ilə Naxçıvan
şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi
ilə bağlı hazırlanmış Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər
Planının müvafiq bəndlərinin icrası Naxçıvan Muxtar Respublikasının
aidiyyəti qurumlarına həvalə edilmişdir.

İSESKO Azərbaycanın uğurlarının beynəlxalq miqyasda
təbliğinə xüsusi önəm verir. Təşkilatın aylıq jurnalında Azərbaycanla
əlaqələrə həmişə geniş yer ayrılır. Qarabağ problemi ilə bağlı jurnalda
mütəmadi olaraq yazılar dərc olunur. Azərbaycan mədəniyyətinin

141

İslam dünyasına inteqrasiyasında təşkilatın xidmətləri böyükdür.
Yuxarıda qeyd edilənlərdən açıq-aydın bəlli olur ki, bu gün

Azərbaycanın İSESKO ilə münasibətləri İslam dünyasına əsl mənada
nümunədir. Bu təşkilat Azərbaycanla bağlı maraqlı layihələr də
reallaşdırır.

Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev İSESKO-nun baş direktoru Ə.O.əl-
Tüveycrini ölkəmizə səfərləri çərçivəsində həmişə qəbul etmiş,
Azərbaycan ilə İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə
olduğunu vurğulamışdır. Ə.O.əl-Tüveycrinin ölkəmizə səfərləri
zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva tərəfindən də qəbul edilmişdir.

Azərbaycanın İSESKO ilə münasibətləri ildən-ilə
genişlənməkdədir. İSESCO-nun baş direktoru Əbdüləziz əl-Tüveycri
bu əlaqələr barədə belə qeyd etmişdir: “ Azərbaycan İSESKO-ya daxil
olduğu vaxtdan bu yana böyük inkişaf yolu keçib. Biz əlaqələrimizin
hazırkı səviyyəsindən məmnunuq. Dünyada belə bir tendensiya
mövcuddur ki, müsəlman dövlətləri ilə bağlı mənfi rəy yaradılır. Bütün
bunlara sədd çəkməliyik. Azərbaycan müasir müsəlman aləminin
mirvarisidir. Bu ölkənin getdiyi yol sabitlik və inkişaf yoludur. Biz
Azərbaycandan çox şeylər götürə bilərik”.

142

İslam mədəniyyətində tolerantlıq nümunəsi –
Azərbaycan

Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı,
mədəniyyətlərin qovuşduğu məkan olmuşdur. Azərbaycanda
tolerantlığın çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin
tarixi və mədəni kökləri var.

Bu gün Azərbaycanda mövcud olan dözümlülük və tolerantlıq
münasibətləri bütün dünya ölkələri üçün bir örnəkdir desək yanılmarıq.
Respublikamızdakı dövlət-din münasibətləri və tolerantlıq modelinin
bütün dünyada tətbiqi artıq mümkün və vacib məsələyə çevrilib.

Tolerantlıq Azərbaycan xalqının təkcə yaşayış tərzi yox, eyni
zamanda dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycan
tolerantlığı və multikultural dəyərləri ilə dünyada öz möhürünü
vuran dövlətdir. Ölkəmizi bu dəyərlərin xəzinəsi adlandırmaq tam
doğru olardı.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini
sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük
mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Ulu
Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə
qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına
uyğun daha da möhkəmlənmiş, bu sahə dövlət siyasətinin prioritet
istiqamətinə çevrilmişdir. Tarixən dinlərin və mədəniyyətlərin
qovşağı olmuş Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə
yetirir.

Azərbaycan hökumətinin din siyasətinin prioritet

143

istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Xalqımızın
minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub
saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə
təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri
sırasındadır. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm
dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-
dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi
beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin
mahiyyətində açıq aydın görmək mümkündür.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam
Həmrəyliyi İli” elan etmişdir. Bu Azərbaycan dövlətinin tolerantlığa
və multikultural dəyərlərə necə sahib çıxmasının əyani sübutudur.

Bəşər sivilizasiyasının indiki mərhələsində müxtəlif
mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyyətlər arasında
dialoqun yaranması qlobal əhəmiyyət kəsb edir. Dini tolerantlığın
bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan
dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub
saxlanılmasına dəstək verən Heydər Əliyev Fondu yarandığı gündən
etibarən bu missiyanı uğurla həyata keçirir. Heydər Əliyev Fondunun
həyata keçirdiyi layihələr dialoq üçün zəmin yaradır və insanları,
dinləri bir araya gətirməklə yanaşı, tolerantlığın Azərbaycan modeli
ilə tanış edir. Məscidlərin, ziyarətgahların, xristian və iudaizm
məbədlərinin tikintisi və bərpasında Heydər Əliyev Fondunun
məqsədyönlü və ardıcıl fəaliyyəti xüsusilə qabarıq nəzərə çarpır.

Fond çox qısa bir müddətdə Azərbaycan həqiqətlərinin, o
cümlədən ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin

144

beynəlxalq aləmdə tanıdılmasında böyük işlər görüb. Heydər Əliyev
Fondu Azərbaycan həqiqətlərinin UNESCO və İSESCO səviyyəsində
təbliğ olunmasına, bu mötəbər beynəlxalq təşkilatların ölkəmizin
təbliğatçısına çevrilməsinə nail olub.

Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı
– Azərbaycan” layihəsi haqqında geniş məlumat vermək yerinə
düşərdi. Bu layihə bir daha Azərbaycanın İslam mədəniyyətinin
layiqli davamçısı olmaqla bərabər, həm də digər mədəniyyətlərin
ən gözəl təbliğatçısı olduğunun bariz göstəricisidir.

2004-cü ildə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı -
Azərbaycan” layihəsi çərçivəsində VII əsrdə Gəncə şəhərində öz
xeyirxahlığı ilə xalqın böyük hörmətini qazanmış Comərd Qəssabın
məzarını və məzarüstü türbəsini bərpa etmişdir.

Abidə Naxçıvan şəhərindən gətirilmiş qədim dövrün kərpicləri
ilə köhnə layihə əsasında bərpa olunub.

XIX əsrin əvvəllərində yerli mədən sahibinin vəsaiti ilə tikilmiş
Binə qəsəbəsindəki Möhsün Səlim məscidi uzun illər heç bir təmir-
abadlıq işi aparılmadığına görə yararsız vəziyyətə düşmüşdü. Hətta,
1918-ci ildə erməni daşnaklarının atdığı top məscidin günbəzini
deşmiş, çatlar əmələ gətirmişdi. Sakinlərin müraciətindən sonra bu
vəziyyətlə yerində tanış olan Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təşəbbüsü ilə məsciddə bərpa işlərinə
başlanılmışdır. 2006-cı il iyunun 15-də Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva məscidə gələrək görülmüş işlərlə tanış
olublar.

Məscid əsaslı şəkildə təmir edilib. Məscidin həyətində 100
nəfərlik salon, dəstəmaz otaqları, kişi və qadınlar üçün ayrı-

145

ayrılıqda hücrələr, din xadimləri üçün məşvərət otağı, daimi suyu,
mətbəxi olan təzə bina tikilmiş, hər cür lazımi avadanlıqla təmin
edilmişdir.

Məscid dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına
daxil edilib.

2005-ci ildə Heydər Əliyev Fondu adıçəkilən layihə
çərçivəsində Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir
Həsən ziyarətgahında əsaslı təmir və bərpa işləri aparmışdır.
Ziyarətgahdakı məqbərə yenidən inşa edilmiş, ibadətgah kompleksi
milli, dini ornamentlərlə bəzədilmiş, memarlıq abidəsi olan və
dövlət tərəfindən mühafizə edilən türbənin ətraf ərazisində abadlıq
işləri aparılmış, park salınmışdır.

Burada Pir Həsənin və yeddinci İmam Müseyi Kazımın qızı
Xədicə xanımın qəbirlərinin olduğu bildirilir. Fəlsəfəyə və din
tarixinə dair bir çox kitabların müəllifi, ilahiyyat elminin görkəmli
nümayəndəsi Axund Hacı Mirzə Əbu Turab Axundzadə, məşhur
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev və qızı Sara xanım da burada
dəfn edilmişlər.

2007-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıdakı
Pravoslav kilsəsində təmir-bərpa işləri aparılmışdır. Kilsəsinin asma
tavanı bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadı dəyişdirilmişdir.

2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik
dini icması arasında Anlaşma Memorandumu imzalanmışdır.
Sənəd müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma
layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə
yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni
inkişafına yönələn tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

146

İlkin əməkdaşlıq çərçivəsində Bakıdakı Müqəddəs Məryəm
kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj
texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda
məbədin fasadında keramik panno yerləşdirilib.

Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan”
layihəsi çərçivəsində Strasburq Kafedral kilsəsinin XIV əsrə
aid olan beş pəncərəsini bərpa edib. Bu məqsədlə 2009-cu ilin
iyun ayında Heydər Əliyev Fondu kilsəyə maliyyə yardımı ayırıb.
1320-1340-cı illərdə salınmış vitraj şüşələrinin üzərində Müqəddəs
Məryəmin və İsa peyğəmbərin həyatı əks olunub.

Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner”
Təhsil Mərkəzi adıçəkilən layihəsi çərçivəsində Heydər Əliyev
Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa
edilmişdir. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın iştirakı ilə mərkəzin təməlqoyma
mərasimi keçirilmişdir. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə
başa çatmışdır. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti
İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları
Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti
Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak ediblər.

Bakının Xətai rayonunda yerləşən üçmərtəbəli kompleks ən
müasir tələblər səviyyəsində inşa olunmuşdur. Mərkəzdə müasir
avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı,
700 kvadratmetr sahədə süni örtüklü açıq stadion vardır.

450 yerlik mərkəzin digər təhsil müəssislərindən fərqi burada
yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır. Belə ki, mərkəz
etno-mədəni komponentlidir.

147

Heydər Əliyev Fondu Parisin Luvr muzeyində İslam
incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasında iştirak
etmişdir. 2012-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa
Respublikasının Prezidenti Fransua Olland muzeydəki İslam
incəsənəti bölməsinin açılış mərasimində iştirak ediblər.

Muzeydəki İslam incəsənəti bölməsi İslam sivilizasiyasının
arxitektura, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrini
təcəssüm etdirir. Bu bölmə müxtəlif müsəlman ölkələrinin
mədəniyyətlərinə aid yaradıcılıq nümunələrindən ibarətdir. Burada
şüşədən, keramikadan və metaldan hazırlanmış müxtəlif dulusçuluq
əşyaları, xalçalar, geyimlər, miniatürlər də daxil olmaqla 5 mindən
çox bütöv incəsənət nümunələri, mindən artıq natamam və
zədələnmiş yaradıcılıq işləri sərgilənir. Muzeyin bölməsində İslam
tarixinin müxtəlif dövrlərində mövcud olmuş dövlətlərə aid sənət
əsərləri də saxlanılır.

Yeni zalların açılmasında Fransa ilə yanaşı, Azərbaycan,
Küveyt, Oman və Mərakeşin də mühüm rolu olub.

Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın
ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir
olunmuşdur. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında
başlanılmışdır. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak
etmişdir.

Ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə
qaytarılması üçün bərpa və yenidənqurma işləri zamanı Şirvan
memarlıq məktəbinin ənənələrinə maksimum diqqət yetirilmişdir.

148

Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük,
həmçinin sağ və sol günbəzləri nəfis şəkildə bərpa olunmuşdur. Orta
salon milli memarlıq üslubunda yenidən qurulmuşdur. Burada eyni
vaxtda 1500 nəfər ibadət edə bilər.

Ötən əsrin 70-80-ci illərində təmir işləri zamanı aşkarlanan
mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılmışdır. Şamaxı
seysmik zonada yerləşdiyindən məscidin bünövrəsi dəmir-beton
konstruksiya ilə möhkəmləndirilib.

Məscidin həyətində abadlıq işləri görülmüş, iki hovuz inşa
edilmiş, 6 qalereya yaradılmışdır. İkimərtəbəli inzibati binanın
sahəsi 804 kvadratmetrdir. Məsciddə konfrans salonu, zəngin
kitabxana yaradılmışdır. 520 kvadratmetrlik məişət binasında 250
nəfərlik mərasim salonu və müasir avadanlıqla təchiz edilən mətbəx
yerləşir.

Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin
ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri
aparılmışdır.

2013-cü ildə Heydər Əliyev Fondu Fransanın Orn
departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar,
Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII
əsrlərə aid 7 kilsənin bərpasına yardım edib.

Qəbələ şəhərindəki yeni məscid Heydər Əliyev Fondunun
sifarişi ilə tikilib. 2010-cu ilin mayında inşaat işlərinə başlanılıb
və 2013-cü ilin əvvəlində məscidin tikintisi başa çatıb. 2013-cü il
fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
məscidin açılışında iştirak edib.

Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü

149

isə 25 metrdir. Məsciddə eyni vaxtda 450 kişi, 150 qadın olmaqla
ümumilikdə 600 nəfər mömin ibadət edə bilər.

Məscidin divar və sütunlarına müqəddəs Qurani-Kərimdən
surələr yazılmış, dini rəmzlərlə bəzədilmişdir.

Məsciddə axund, dərs, kitabxana, mərasim, qadın və kişilər
üçün dəstəmaz otaqları və köməkçi tikililər vardır. Məscidin həyəti
yaşıllaşdırılmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma
sistemləri quraşdırılmış və iki fontan inşa edilmişdir.

2013-cü il sentyabrın 27-də BMT-nin Nyu Yorkdakı mənzil-
qərargahında Heydər Əliyev Fondunun, BMT-nin Sivilizasiyaların
Alyansı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinın birgə təşkilatçılığı ilə “Azərbaycan-tolerantlıq
məkanı” adlı foto-sərginin açılış mərasimi olmuşdur.

Bir həftə ərzində davam edən foto sərgidə Heydər Əliyev
Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində
Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf
Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri
sərgilənmişdir.

Həmçinin 2013-cü il oktyabrın 22-də Parisdə UNESCO-nun
mənzil-qərargahında da həmin foto-sərginin açılışı olmuşdur.

Adıçəkilən foto-sərgi Parisdəki Azərbaycan Mədəniyyət
Mərkəzində də nümayiş etdirilib. 2013-cü il noyabrın 22-də Parisdə
foto-sərginin açılışı olmuşdur. Mərasimdə Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva,
Fransanın dövlət və hökumət rəsmiləri, UNESCO-nun baş direktoru 
İrina Bokova, ISESCO-nun baş direktoru Əbduləziz Osman Əl-
Tüveycri, Parisin VII rayonunun meri Rəşidə Dati, senatorlar,

150

deputatlar, tanınmış incəsənət ustaları, Fransa ictimaiyyətinin
nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun
əməkdaşları iştirak ediblər.

“Azərbaycan – tolerantlıq məkanı” sərgisi növbəti dəfə 2014-cü il
aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində
açılmışdır. Sərgidə Reza Deqqatinin 26 foto əsəri nümayiş olunmuşdur.
Fotolar əsrlər boyu Azərbaycan torpağında dinc yanaşı yaşamış
müsəlman, xristian və yəhudi icmalarının həyatından bəhs edir.

Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs
Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi
Azərbaycan Resbuplikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə
ucaldılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılan abidənin təməli
2012-ci il sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin
iştirakı ilə qoyulub. 2013-cü il dekabrın 20-də abidənin açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan
vilayətinin qubernatoru Aleksandr Jilkin mərasimdə iştirak ediblər.

Abidənin hündürlüyü dörd metrdir. Abidə Bakıda tökülüb.
Abidənin dörd tərəfində fəvvarələr qurulub.

Memarlıq kompozisiyasının müəllifi Azərbaycanın Xalq
Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyev,
heykəlin müəllifləri həştərxanlı memar Aleksandr Fedorçenko və
Rusiyanın Xalq Rəssamı Andrey Kovalçukdur.

Bu monumentin ucaldılması Rusiyada xristianlığın qəbul
edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455
illiyinə həsr edilib.


Click to View FlipBook Version