The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-03-09 03:54:39

Adilə Tahirova kitab

Adilə Tahirova kitab

Adilə Tahirova

МЦАСИР КЯЛАМ
МЯСЯЛЯЛЯРИ

Bakı – 2019

Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun
maliyyə dəstəyi ilə çap edilmişdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin DK-483d-09/15 saylı, 13 sentyabr
2019-cu il tarixli məktubu ilə nəşrinə razılıq verilmişdir.

Elmi redaktor
akad. V.M. Məmmədəliyev

Rəyçilər:
i.f.d. A.M. Şirinov
i.f.d., dos. E.A.Əzizova
i.f.d., dos. M.M. Camalov

Texniki redaktor:
Hilal Ağamoğlanov

2

MÜNDƏRİCAT

Ön söz ................................................................... 7
Giriş....................................................................... 9

Birinci fəsil
Ümumi məlumatlar
1. Kəlam elminin tərifi ........................................ 15
1.1. Kəlam elminin mövzu və qaəysinə
görə tərifləri .......................................................... 15
1.2. Kəlam elminin mövzusunun tarix
boyu inkişafı ........................................................ 20
2. Kəlam elminin önəmi və məqsədləri ............... 22
3. Kəlam elminə tarix boyu verilən adlar ............ 25
4. Bu elmə kəlam adı verilməsinin səbəbləri ...... 27

İkinci fəsil
Tarixçə, düşüncə məktəbləri və əsərlər
1. Tarixçə ............................................................. 29
2. Məzhəb anlayışı ............................................... 31
3. İlk cərəyanlar ................................................... 41
3.1. Qədəriyyə ...................................................... 41
3.2. Cəbriyyə ........................................................ 42
3.3. Mürciə............................................................ 43
3.4. Müşəbbihə və Mücəssimə ............................. 44
4. İslam düşüncə məktəbləri ................................ 44

3

4.1.Mötəzilə.......................................................... 44
4.2. Xəvaric .......................................................... 56
4.3. Şiə .................................................................. 59
4.4. Əhli-sünnə ..................................................... 66
5. Kəlam tarixində dövrlər ................................... 72
5.1. Mütəqəddimun dövrü və səciyyəvi
xüsusiyyətləri........................................................ 72
5.2. Mütəəxxirun (son) dövrü və xarakterik
xüsusiyyətləri................................................................ 73
5.3. Fəlsəfi kəlam dövrü ...................................... 75
5.4. Şərh və haşiyələr dövrü ................................ 75
5.5. Yeni elmi-kəlam dövrü ................................. 76
5.5.1. Yeni elmi-kəlam dövrü əsərlərindən
nümunələr ............................................................ 80
5.5.2. Məzmun baxımından yeni-elmi-kəlam
dövrü əsərlərinin xüsusiyyətləri .......................... 86
6. Kəlam alimləri və əsərləri ............................... 91
6.1. İslam düşüncəsinin bəzi məşhur şəxsiyyətləri... 91
6.1.1. Əbu Bəkr əl-Baqillani ................................ 92
6.1.2. Şeyx Müfid ................................................. 94
6.1.3. Qazı Əbdülcəbbar....................................... 95
6.1.4. Əbul-Muin ən-Nəsəfi ................................. 98
6.2. Mötəzilə məzhəbinə mənsub kəlam alimləri .. 100
6.3. Şiə (İmamiyyə) kəlam elminin inkişafı
və önəmli əsərləri......................................................... 100
6.4. Əhli-sünnə məzhəbinə mənsub önəmli
kəlam alimləri.............................................................. 117
6.4.1.Sələfiyyə məktəbinə mənsub kəlam alimləri.. 117
6.4.2. Əşəriyyə məktəbinə mənsub kəlamçılar ........ 118

4

6.4.3. Maturidiyyə məzhəbinə mənsub
kəlam alimləri ..............................................................119
6.5. Rəddiyyə ənənəsi və nümunələri........................120

Üçüncü fəsil
Kəlami məfhumlar
1. Hökmlər .......................................................... 133
1.1.Dini hökmlər.................................................. 133
1.2.Əqli hökmlər.................................................. 135
2. Dəlillər ............................................................ 136
3. Elm (bilik) ...................................................... 137
3.1. Əqli biliyin (elmin) növləri .......................... 139
3.2. Kəlam kitablarındakı istidlal
(dəlil gətirmə) yolları........................................... 140
4. Metodlar ......................................................... 140
4.1. Dini metod .................................................... 141
4.2. Fəlsəfi metod ................................................ 141

Dördüncü fəsil
Kəlam məsələləri
1. Kəlamda bilik nəzəriyyəsi .............................. 144
2. İslam düşüncə məktəblərinə görə iman və küfr .. 157
3. Uluhiyyət məsələləri ....................................... 175
3.1. Kəlamçılara görə isbati-Vacib...................... 175
3.1.1.Hüdus dəlili ................................................ 178
3.1.2. İmkan dəlili ............................................... 185
3.1.3. Nizam dəlili .............................................. 187
3.1.4. Əksəriyyətin qəbulu dəlili ........................ 196
3.1.5. Elmi-əvvəl dəlili ....................................... 198

5

3.1.6. Qurani-Kərimdə isbati-Vacib ................... 199
3.2. İslam filosoflarına görə isbati-Vacib ........... 210
4. Nübüvvət məsələsi ......................................... 217
4.1. Maturidiyyəyə görə nübüvvət ..................... 217
4.2. Mötəziləyə görə nübüvvət ........................... 224
4.3. Nübüvvəti inkar edən cərəyanlardan
Bərahimə nümunəsində nübüvvətə etirazlar
və onlara verilən cavablar ........................................... 230
5. Qəza və qədər məsələsi .................................. 249
5.1. Qəza və qədər sözünün lüğəvi və termin
mənası.................................................................. 257
5.2.Allahın iradəsi, məşiəti və feilləri ................. 269
5.3. Allahın elmi və insanın əməli ...................... 276
5.4. Qəza və qədər kontekstində insan iradəsi .... 278
5.5. Şiə əqidəsinə görə ədl .................................. 326
5.6. Qəza və qədər kontekstində şər problemi ... 335

İstifadə olunmuş ədəbiyyat .............................. 363

6

ÖN SÖZ

Bu əsər İslam elmləri arasında önəmli yer tutan
Kəlam elminin tarixi inkişafı və əqidə əsaslarını tədqiq
edir və eyni zamanda oxuculara bu elmin əsas məsələləri
haqqında məlumat verir. Bu kitab giriş, dörd fəsil və
ədəbiyyatdan ibarət olub ilahiyyat sahəsində təhsil alan-
lar üçün dərs vəsaiti xüsusiyyəti daşıyır. Eyni zamanda
bu sahədə başqa ölkələrdə yazılmış digər dərsliklərdən
fərqli üslub daşıyaraq müəllifə məxsus orijinal monoq-
rafik tədqiqat məhsulu da hesab edilə bilər.

Giriş bölümündə din məfhumu və dinə olan ehti-
yac, İslam dininin xüsusiyyətləri kimi müqəddimə xa-
rakterli məlumatlara yer verilmişdir. Birinci fəsildə kə-
lam elminin tərifi, bu elmə verilən adlar və nə üçün kə-
lam adının seçildiyi haqqında ümumi məlumatlar möv-
cuddur. İkinci fəsildə isə İslam düşüncə məzhəbləri,
kəlam alimləri və əsərləri mövzusuna toxunulmuşdur.
Üçüncü fəsildə kəlam elmində metod baxımından bəzi
önəmli məfhumlara yer verilir. Bunlardan hökm, dəlil,
bilik kimi məfhumları misal vermək olar. İlk üç fəsil kə-
lam tarixinə həsr edilmişdir. Dördüncü fəsildə isə ulu-
hiyyət, peyğəmbərlik, qəza və qədər kimi bəzi kəlam
məsələlərinə təmas edilmişdir. Mövzular işlənərkən
mənbələrdən iqtibaslar verilsə də dərsliyin ana mətnin-
dən diqqət yayındırmaması, axıcılığı pozmaması və

7

ağırlıq təşkil etməməsi üçün iqtibasların sayını məh-
dudlaşdırmağa səy göstərilmişdir. İstifadə olunmuş ədə-
biyyat siyahısında ərəb, türk, Azərbaycan, rus, ingilis,
fransız dillərində mənbələrə yer verilmişdir.

Dərsliyi yazarkən elmi təlif üslubuna riayət edərək
müxtəlif dillərdə olan kəlam sahəsi ilə əlaqəli dərslik,
əsər, monoqrafiya və məqalələrdən bəhrələnilmişdir.
Buna baxmayaraq, digər ölkələrdə yazılmış dərslik və
əsərlərdən fərqli olaraq tərəf tutmadan, məzhəb təəssübü
güdmədən mümkün qədər obyektiv metodla İslam məz-
həblərinin əksər alimlərinin fikirlərinə yer verməyə çalı-
şılmışdır. Xüsusilə şəxsi tədqiqat, məqalə və konfrans
materiallarından istifadə edərək orijinal bir əsər ərsəyə
gətirməyə səy göstərilmişdir.

Oxuculara təqdim edilən bu kitab əsasən ilahiyyat
sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Eyni zamanda tədqiqat məhsulu olub sahə mütəxəssis-
lərinin istifadəsi üçün də yararlı mənbə təşkil edir.

i.f.d., dos. Adilə Tahirova

8

GİRİŞ

Hər dində din məfhumunu ifadə etmək üçün seçilən
sözlərə aid mənaların ortaq nöqtəsinin “yol, inanc,
əqidə, adət, qulluq” olduğu söylənə bilər. Ərəbcədən gə-
lən din sözü adət, cəza və mükafat, itaət, boyun əymə,
hakimiyyət, hökm, məqbul ibadət, millət, şəriət məna-
larına gəlir. Quranda din sözü 92 yerdə keçir. Üç ayədə
də bu kökdən törəmiş müxtəlif ifadələr keçir. Ümumi
mənada digər inancları da ifadə etmək üçün istifadə
edilsə də xüsusi mənada İslam nəzərdə tutulmuşdur. Ali-
İmran 3/99 və əl-Maidə 5/3 ayələrində də bu bildirilir.
Digər tərəfdən Quranda din sözü həm uluhiyyəti həm də
ubudiyyəti yəni Tanrı və bəndə baxımından iki fərqli
mənanı ifadə edir. Buna görə din, Xaliq və Məbud olan
Allaha nisbətlə “hakim olma, itaət altına alma, hesaba
çəkmə, cəza-mükafat vermə”, məxluq və abid olan insa-
na nisbətlə “boyun əymə, acizliyini anlama, təslim olma
və ibadət etmədir”. Nəticə olaraq din bu iki tərəf arasın-
dakı münasibəti tənzim edən qanun, nizam və yolun
ümumi adıdır.

Tərifi ən çətin məfhumlardan biri olan dinin müx-
təlif tərifləri vardır. Bu təriflər əsasən fərdi təcrübə ilə
zehni, hissi, ibadətlə əlaqəli və ictimai ünsürlərdən birini

9

və ya bir neçəsini əsas alaraq verilmişdir. Fərdi təcrübə
xaricindəki bu dörd ünsürü belə izah edə bilərik:

1. Zehni ünsür. İnsanın özündən üstün bir güc və
qüdrətin var olduğunu zehnən qəbul etməsi. Tanrı məf-
humu bütün dinlərdə ortaq ünsürdür.

2. Hissi ünsür. Zehni olaraq varlığı qəbul edilən bu
üstün güc və qüdrətə qarşı qəlbən hiss edilən bağlılıq
duyğusu.

3. İbadət yönü. Zehni olaraq qəbul edilən və qəlbən
bağlanılan bu uca qüdrətə qarşı bəzi davranışları yerinə
yetirməkdən məsul tutma. Bu, davranış və ibadətləri
ifadə edir.

4. İctimai ünsür. Eyni zehni, hissi və davranışa aid
ünsürləri bölüşən insanların təşkil etdiyi sosial qrup.1

İslam alimləri haqq dini belə tərif edirlər: “Din ilahi
bir qanun olub, ağıl sahiblərini öz iradə və seçimləri ilə,
mütləq xeyir olan və peyğəmbər tərəfindən təbliğ edilən
şeylərə sövq edir.”2

Tərifdən çıxan nəticələr bunlardır:
1. Din, Allah tərəfindən qoyulmuş qanun və nizam-
dır. Dinin qaynağı Allah Təaladır. İslam əqidəsinə görə
dini vəhy yolu ilə bildirən Allahdır. Buna görə hər hansı
haqq dinin peyğəmbərinə və ya ortaya çıxdığı qövmə nis-
bət edilərək adlandırılması İslamda uyğun hesab edilmir.

1 İlmihal (İman ve İbadetler), 2 cilddə, Ankara: TDVY, 2006, I cild, səh.
3-4.

2 Topaloğlu B., Yavuz Y.Ş., Çelebi İ, İslamda inanç esasları. İstanbul:
Marmara Üniversitesi İlahiyat fakültesi yayınları, 1999, səh. 15-17.

10

İslama görə insanda haqq dini mənimsəmə hissi fitridir.
2. Ağıl sahibləri- həddi-büluğa çatmış, şüuru yerin-

də olan mükəlləflərdir. Uşaqlar və şüuru yerində olma-
yanlar dini baxımdan mükəlləf sayılmır.

3. Dindar olmaq üçün ağıl şərtindən başqa iradə
şərti də vardır. İnsanın iradəsini istifadə edərək könüldən
dinə bağlanması vacibdir.

4. Xeyir ifadəsinin mənası belədir: Dinin insanlara
öyrətdiyi həqiqətlər hər baxımdan xeyirli və yaxşıdır.
İslam alimləri buna “əbədi səadət” və ya dünya və axirət
səadəti deyirlər.

5. Dini qoyan Allah, təbliğ edən isə peyğəmbərdir.
Din, tarixin bütün dövrlərində və bütün toplumlarda
daima mövcud olan ümumbəşəri və köklü bir faktdır.
Bunun da əsas səbəbi din duyğusunun fitri olmasıdır (ər-
Rum 30/30). İnsanın mənəvi ehtiyaclarını qarşılaması
üçün din gərəklidir. Uca varlığın mövcudluğunu qəbul
etmə insanı gücləndirir, dua, Allaha sığınma duyğusu
insanın gələcəyinə inam qazandırır. Din insanlara isti-
qamət göstərir, ən mükəmməl qanunlardan daha qüvvət-
li şəkildə insanı yönləndirir. İnsanın psixologiyasında və
həyatında üzləşdiyi yalnızlıq, çarəsizlik, qorxular, qəm,
kədər, yalnızlıq, xəstəlik və fəlakətlər qarşısında ona
ümid, təsəlli, etimad təmin edən sığınacaq dindir.
İnsan ruh və bədəndən ibarət olub düşünən bir can-
lıdır. Keçmiş və gələcəyini, hardan gəlib hara getdiyini
düşünür. Buna ən dolğun cavabı din verir.

11

İnsanın ruhuna xitab edən həqiqətləri din açıqlayır.
Ən qısa ifadəsilə yaradana hörmət və yaradılana şəfqət
kimi ifadə edilən sevgidən ibarətdir. Bu sevginin Yara-
dana yönələni “iman” və “ibadət”, yaradılmışlara yönə-
ləni isə “müəməlat” və “əxlaqla” formalaşır.

Düşüncə, duyğu və bütün ruhu ilə insanı inkişaf
etdirən, fəzilətə aparan sistem yalnız bu ilahi sistemdir.

İnsanın dünyada üzləşdiyi xəstəliklər, fəlakət və mü-
haribələr, yoxsulluq və sıxıntıları dəf etmək və mübarizə
aparmaq üçün bəşərüstü bir qüdrət sahibinə - Allaha bağ-
lanmaqdan başqa çarə yoxdur. Dünyada gerçəkləşməyən
mütləq ədalətin reallaşacağı ikinci bir həyat, yəni axirət
həyatı olmalıdır. İnsanın həm fərdi xüsusiyyətlərinə, həm
də sosial həyatına xitab edən və onu istiqamətləndirərək
nizama salan bir sistemə- yəni dinə ehtiyac vardır. İnsanın
fitrətində yaxşıya yönəlmə və pisdən uzaqlaşma meyli olsa
da pis mühit və tərbiyə bu duyğunu korlaya bilər.

Bütün bu səbəblər, təhrif olunmadan haqq din xüsu-
siyyətlərini özündə daşıyan bir dinə ehtiyac olduğunu
göstərir.

İslam dininin əsas xüsusiyyətləri bunlardır:

• Ən son dindir.

• Ümumbəşəri bir dindir.

• İnsanın həm ruhunu, həm bədənini nəzərə alır.

• Həm fərdə, həm də cəmiyyətə xitab edir.

• Dünya və axirət dinidir.

12

• Ağıl və vəhy arasında bir ziddiyyət yoxdur. Din
elmə də zidd deyil.

• Tarazlıq, mötədillik dini olub ifratdan və təfritdən
uzaqdır.

• İnsanın fitrətinə uyğundur.

13

BİRİNCİ FƏSİL
ÜMUMİ

MƏLUMATLAR

14

1.Kəlam elminin tərifi
Hər hansı bir elmin ehtiva etdiyi əsas məsələlərini
araşdırmağa başlamazdan əvvəl, o elmin tərifini, mövzu-
sunun və problemlərinin nə olduğunu, faydasını, məqsə-
dini və digər elmlər arasındakı yerini və tarixini bilmək
və öyrənmək lazımdır.

1.1. Kəlam elminin mövzu və qayəsinə
görə tərifləri

Mövzusuna görə olan təriflərin bir çoxu kəlam el-
minin uluhiyyət və axirətlə əlaqəli məsələlərdən bəhs
etdiyini ifadə edir. Bu təriflərin bir qisminə uluhiyyətdən
başqa nübüvvət, bir qisminə də axirət daxil edilmişdir.
Cürcaninin bu tərifində iki əsas prinsip -uluhiyyət və
axirət- tərifə daxil edilmişdir:

‫علم يبحث فيه عن ذات الله وصفاته واحوال‬
‫الممكنات من المبدﺇ والمعاد علي قانون الاسلام‬

Kəlam- Allahın zat və sifətlərindən, başlanğıc və
nəticə etibarilə yaradılmışların hallarından İslam qanu-
nuna görə bəhs edən bir elmdir.

Təriflərin bir qismində isə imanın üç əsasına da yer
verilmişdir. Bunlara usuli-səlasə də deyilir. Belə təriflər-
dən birini misal verək: “Kəlam, Allahın zatından və
sifətlərindən, nübüvvət mövzularından, başlanğıc və son
etibarilə yaradılmışların hallarından İslam qanununa gö-
rə bəhs edən bir elmdir.”

15

Bütün səmavi dinlərin də qəbul etdiyi bu üç əsas da
tək bir əsasda xülasə edilə bilər. Bu da uluhiyyətdir. Bu-
na əslul-üsul da deyilir. Fəlsəfə və təbii elmlərdən fərqi
də bu təriflərdə qeyd edilmişdir.

Görüldüyü kimi bu tərif vasitəsiylə kəlam elminin
nə kimi məsələlərlə məşğul olduğu və bizə nələr öyrə-
dəcəyi barəsində ümumi bir fikir sahibi olduq. Eyni
zamanda tərifin ehtiva etdiyi “fəsil” hökmündə olan
qeydlərlə bu elmi digər elmlərdən və fəlsəfədən ayıran
xüsusiyyətlər haqqında ilk məlumatı əldə etdik. Bu mə-
lumat köməyi ilə Kəlam elminin tədqiq sahəsinə girən-
ləri və bu sahə xaricində qalanları təsəvvür edib anlama
imkanı əldə etdik.

Bu tərifə görə metafizikadan bəhs edən ilahiyyat
fəlsəfəsi ilə kəlam elminin mövzuları arasında bir bən-
zərlik nəzərə çarpır. Çünki fəlsəfə də kəlam elmi kimi
Allahın zat və sifətlərindən bəhs edir. Bundan başqa,
“müsbət elmlər” dediyimiz fizika, kimya, riyaziyyat və
biologiya kimi elmlər də kəlam elmi kimi kainatda
mövcud olan əşyanın hallarından bəhs edir. Ancaq
kəlam elmi fəlsəfədən də, müsbət elmlərdən də, metod
və məqsəd baxımından tamamilə ayrılır. Bu fərqə tərif-
dəki “məbdə (başlanğıc) və məad (son) etibarilə” və
“İslam qanun və əsaslarına görə” qeydləri işarə edir. Kə-
lam elmi birinci qeydlə müsbət elmlərdən, ikinci qeydlə
də fəlsəfədən ayrılır. Çünki kəlam elmi; varlıqların
hallarından “məbdə və məad etibarilə” bəhs edir. Yəni

16

kainatın başlanğıcını və sonunu araşdırır. Görülən və
görülməyən varlıqların niyə və nə üçün var edildiyini,
Yaradıcının kim olduğunu, həyatın sona çatması ilə hara
gediləcəyini, ikinci bir həyata necə və nə üçün dönüləcə-
yini tədqiq edir və bu məsələlərlə əlaqəli fikirlər və
hökmlər irəli sürür. Bu hökmlərin mümkün olduğunu
ağıl yoluyla və vəhyin köməyilə “İslamın qanun və əsas-
larına görə”, yəni Kitab və Sünnə ilə sabit olan dini
əsaslara uyğun olaraq araşdırır. Bu araşdırmaların məq-
sədi isə dini inancları ortaya qoymaq, onları qorumaq və
müdafiə etməkdir.

Müsbət elmlər isə kainatdakı varlıqları, başlanğıcla-
rının nə olduğu və sonlarının nə olacağı baxımından
araşdırmaz. Görülən və hiss edilən hadisələri və bir-biri
arasındakı əlaqələri müşahidə və təcrübə yolu ilə
araşdıraraq, tabe olduqları qanunları kəşfə çalışır. Bir
şeyi araşdırarkən daim “necə olur?” sualına təcrübə yolu
ilə cavab verməyə səy göstərir. Hər şeyi müşahidə və
təcrübə yoluyla təhlil edib araşdırır. Müşahidə və
təcrübə yoluyla araşdıra bilmədiyi mövzuları öz sahəsi
xaricində sayır. Əşyanın əslini, nə məqsədlə var edil-
diyini, “məbdə və məadını” (yəni başlanğıc və sonunu),
hər şeyin niyə və nə üçün yaradıldığı kimi suallara isə
fəlsəfə və kəlam elmi cavab verir.

Tərifdəki “İslam qanun və əsaslarına görə” qeydi
ilə də kəlam elmi ilahiyyat fəlsəfəsindən ayrılır və
ikincinin mövzuları da kəlamın araşdırma sahəsi xaricin-

17

də qalır. Kəlam elmi bu mövzuları vəhy yoluyla sabit
olan və dəqiqləşən İslam qanununa görə araşdırır. Qəti
olaraq bilinən və dində zəruri sayılan İslami əsaslara
uyğun gəlməyi bir prinsip olaraq qəbul edir.

Halbuki fəlsəfə ağıldan başqa bir əsasa tabe olmaz.
Hər şeyi daim ağlın əsaslarına uyğun olaraq araşdıraraq
çatdığı nəticənin əqli əsaslara uyğun gəlməsinə diqqət
yetirər. İslami əsaslara uyğun olub olmadığına baxmaz.
Bu səbəblə, fəlsəfi məsələlər və nəticələr dini əsaslara
bəzən zidd olduğu halda, kəlam elminin çatdığı nəticələr
dini əsaslara, Kitab və Sünnədə sabit olan qəti hökmlərə
daim uyğundur. Kəlamın əsas məqsədi, əqidəni isbat və
onu qorumaqdır. Fəlsəfənin isə belə bir məqsədi yox-
dur.3 Göründüyü kimi hər ikisinin də mövzusunun bən-
zər olmasına baxmayaraq bir-birindən metod və məqsəd
baxımından ayrılır.

Qayə və hədəfinə görə təriflərə gəlincə, Farabi və
İcinin tərifləri diqqətə layiqdir: “Kəlam sənəti din quru-
cusunun açıq bir şəkildə bildirdiyi düşüncə və davranış-
ları təsdiq edib bunlara zidd olan hər şeyin yanlış
olduğunu sözlə göstərmə gücü qazandıran bir müzakirə
istedadıdır.”4 Farabinin bu tərifində görüldüyü kimi kə-
lam sahəsinə yalnız inanclar, əqidə deyil davranışlarla
əlaqəli əsas dini prinsiplər də daxil edilmişdir. Beləcə
kəlamın ümumiyyətlə dini qoruma məqsədini güdən bir

3 İzmirli İsmail Hakkı. Yeni İlmi-Kelam. İstanbul: 1341, I cild, səh. 3-5.
4 Yusuf Şevki Yavuz. Kelam / DİA, XXV cild, səh. 196.

18

sahə olduğuna diqqət yönəldilir. İcinin tərifi də bir baxı-
ma Farabinin tərifi ilə bənzərdir: “Kəlam qəti dəlillər
gətirmək və irəli sürüləcək müxalif fikirləri dəf etməklə
dini əqidələri isbat etmə gücü qazandıran elmdir.”5

Mövzu və məqsədinə görə olan təriflərdə kəlam
müəyyən bir məzhəbi deyil, bütün kəlam məktəblərini
əhatə edən bir sahə kimi qəbul edilmişdir. Lakin məzhə-
bin əqidəsini müdafiə etməyi vurğulayan təriflər də
vardır. Son dövr alimləri bu istiqamətin məqsədəuyğun
olmadığını, hansı metodla olursa olsun dinin bilavasitə
etiqadi və dolaylı formada əməli hökmlərini əqli dəlil-
lərlə əsaslandırma fəaliyyətlərinin kəlama daxil edilmə-
sini zəruri hesab edirlər. Yeni tədqiqatçılar kəlamın
sərhədlərini iman əsaslarının xaricinə çıxararaq hər dinin
doğruluğu üçün göstərilən bütün elmi fəaliyyətlərin
kəlamın sahəsinə daxil edilməsinin zəruriliyindən bəhs
edirlər. Hətta sadəcə dinin əsaslarını əqli və nəqli
dəlillərlə isbat edən bir elm olmayıb eyni zamanda siyasi
və ictimai bütün problemləri həll etməyə yönələn bir
sahə olduğu iddiasını irəli sürmüşlər. 6 Ancaq fiqh və
əxlaq kimi İslami elmlərlə birlikdə bir çox sosial elm-
lərin də funksiyasını kəlama yükləmə mənasına gələn bu
fikri doğru hesab etmək mümkün deyil.

Kəlam İslam dininə yönəldilən bütün tənqidlərə ca-
vab verməyə çalışan bir sahə olduğuna görə yalnız əqidə

5 əl-Məvaqif, səh. 11.
6 Həsən Hənəfi. Minəl-əqidə iləs-saurə. I, 67-69.

19

əsaslarını hədəf almaması, İslamın davranışlarla əlaqəli
prinsiplərinə də yönəldilən tənqidlər qarşısında onları da
müdafiə etmənin zəruri olduğunu diqqətə alaraq kəlamın
bu funksiyanı əhatə edəcək şəkildə tərif edilməsi daha
uyğun olar. Buna görə kəlamın, “İslam dininin əqidə və
davranışlara dair prinsiplərini nəsslərdən çıxış edərək
müəyyən edən və əqli metodlarla əsaslandıran bir elm”
kimi tərifini vermək mümkündür. Bəzən bir elmə kəlam
deyilə bilməsi üçün iki şərt qoyurlar: Doğruluğuna ina-
nılacaq əsaslara və davranışlara dair prinsiplərin Qurani-
Kərim və səhih sünnədə mövcud olması, digəri də bu
prinsiplərin əqli metodlarla dəstəklənməsidir. Kəlam hər
nə qədər inkarçılar tərəfindən irəli sürüləcək fikir və
etirazları rədd edib İslam dinini müdafiə edən bir sahə
olsa da, onun funksiyası sadəcə müdafiə etmək deyil,
eyni zamanda İslami prinsiplərin doğruluğunu həm əqli
metodlarla, həm də əlaqəli olduğu nöqtələrdə sosial və
digər elmlərin materiallarından da istifadə edərək isbat
etməkdir.

1.2. Kəlam elminin mövzusunun tarix
boyu inkişafı

İlk dövrdə kəlamın mövzusunu Allahın birliyi, si-
fətləri, təkfir və qədər məsələləri təşkil edirdi. Peyğəm-
bərlik, axirətə iman və imamət məsələləri ikinci sırada
yer tuturdu. Qəti nəsslərlə sabit olan əqidə məsələləri
hər dövrdə kəlamın dəyişməyən ana mövzularını təşkil

20

edir və məsail və ya məqasid adlanır. Bunların izahı və
isbat edilməsi üçün müraciət edilən sosial elmlər, hu-
manitar elmlər və pozitiv elmlərdən əldə edilə bilən
köməkçi biliklər isə -vəsail və ya məbadi- bu elmlərin
inkişafına paralel olaraq dəyişiklik göstərir. Fəlsəfənin
yayılmağa başlaması, müxtəlif ehtiyaclar kəlama fikri
bünövrə hazırlamağa və kəlamın mövzusunun genişlən-
məsinə səbəb olmuşdur. Belə ki, uluhiyyətin ilk məsələ-
si bütünlüklə aləmin yaradılmış olduğu və bunun bir
yaradıcısı olduğu idi. Beləcə kəlamın mövzusu feilən
var olan hər şeyi –mövcudu- əhatə etməyə başladı.
Burada kəlamla fəlsəfənin mövzuları bir olsa da hərəkət
nöqtəsinə görə fərqlidir. Çünki kəlam nəssə bağlı qalır.
Pozitiv elmlərdən də fərqi təbiətə başlanğıcı yəni ilk var
edilişi və sonu baxımından yer verməsidir. Üçüncü
mərhələyə gəlincə Qəzzalinin İslam fəlsəfəsiylə maraq-
lanması və məntiqi İslami elmlərə daxil etməsiylə kəla-
mın mövzusu həm zehindən xaricdə, həm də zehində
olan varlıqları əhatə etməklə daha da genişləndi. Bu
dövrdə kəlamın mövzusunu məlum – elmin sahəsinə gi-
rən hər şey təşkil etməyə başladı. Bu dövrdən etibarən
kəlamda istifadə edilən dəlillər məntiqlə əlaqəli olub
verilən hökmlər və təriflərin doğru olması bunun sayə-
sində təmin edilmişdir.

Bəzi müasir tədqiqatçılar kəlamın əsas mövzusunun
Allahın zatı deyil, insanın özü olması düşüncəsini müdafiə
edirlər. Çünki dinin qaynağını təşkil edən vəhyin mərkə-

21

zində insana yer verilmiş, ancaq kəlamçılar bunu tanrı
mərkəzli etmişlər.7 Ancaq sadəcə insanı mərkəzə alan bir
kəlam fəaliyyəti metod və mövzu baxımından doğru ol-
maz. Bundan başqa vəhydə sadəcə insan deyil, Allah və
kainat da mərkəzdə yer tutur. Buna görə xüsusilə son
dövrdə yazılmış alimləri və fikirlərini tədqiq edən bir çox
əsərdə insan görüşü, Allah görüşü və aləm haqqındakı
fikirləri şəklində başlıqlara rast gəlmək mümkündür.

2. Kəlam elminin önəmi və məqsədləri
Hər elmin özünəməxsus faydası və məqsədi vardır.
Bunları bilmək insanı o elmi öyrənməyə daha çox təşviq
edir. Əldə edəcəyi faydanın çox olmasına görə o elmə
olan rəğbət, diqqət və qayğını artırar. O halda bir elmi
tədqiqə başlamazdan əvvəl, o elmin məqsədini və ondan
əldə ediləcək faydanı bilmək lazımdır.
İslam alimlərinin böyük əksəriyyəti kəlamı gərəkli
hesab etmiş, onu öyrənib inkişaf etdirmənin fərzi-kifayə
növündən bir məsuliyyət olduğuna hökm etmişdir. Bu
alimlərin əsas dəlilləri bunlardır: Kəlam İslamın əsas
prinsiplərini müəyyən edib əsaslandıran bir sahə olduğu
üçün dini elmlərin əslini təşkil edir, digər İslami elmlər
ikinci sırada yer tutur. Çünki Allahın varlığı, birliyi,
peyğəmbərliyin və axirətin həqiqiliyi, ibadətlərlə yanaşı
digər hökmlərin doğruluğu bilinmədən İslamdan bəhs
etmək mümkün deyil. Kəlamın yükləndiyi Quranda gö-

7 Həsən Hənəfi. Minəl-əqidə iləs-saurə. I, 87.

22

rülən və peyğəmbərlərə əmr edilən fəaliyyətdən ibarət-
dir. Bu baxımdan belə bir şeyin bidət qəbul edilməsi
mənasızdır. Bir də Peyğəmbər dövründə heç bir elm
tədvin edilmədiyi üçün bütün bu elmlərin bidət sayıl-
ması lazım gələrdi. Bundan başqa Əbu Hənifə, Şafei,
Əhməd ibn Hənbəl kimi alimlərin bu mövzuda əsərlər
yazdığı bilinir. İnkişafı təmin edəcək İslami elmlərin
başında kəlam dayanır. Bütün elmlərdə olduğu kimi Kə-
lam sahəsini daha məhsuldar, faydalı hala gətirmək üçün
edilən tənqidləri də diqqətə almaq gərəklidir.

Mütəəxxirun kəlamçıları bu elmin mərtəbəsinin uca
olduğunu vurğulayırlar. Dəlilləri belədir:

1. Kəlam elminin mövzusu çox geniş və uluhiyyət
mövzuları kimi şərəfli, dəyərli mövzulardır. Kəlam elmi
mövzu, məqsəd və dəlil etibarilə bütün elmlərdən üstün-
dür. Çünki mövzusu hər şeyə dəlalət edən “məlum” ol-
ması baxımından ən geniş, Uca Allahın zat və sifətlərin-
dən bəhs etdiyi üçün ən şərəfli mövzudur.

2. Dünya və axirət səadətini əldə etmək kimi yük-
sək hədəfi var. Bu elmin ən böyük faydası isə qüvvətli
əqidə və gözəl əməllər sayəsində, dünya və axirətlə əla-
qəli vəzifələri tam olaraq yerinə yetirmək, beləcə hər iki
dünyada rahatlıq və səadətə çatmaqdır.8 Bu gözəl nəticə
isə, arzuların ən böyüyü və məqsədlərin ən alisidir.

3. İstifadə etdiyi dəlillər həm sərih (açıq) ağlın, həm
də səhih nəqlin təsdiq etdiyi dəlillərdir.

8 Şərhul-Məvaqif, I cild, səh. 32-34.

23

4. Həqiqi elm mərtəbəsinə sahibdir. Çünki həqiqi
elmlər dinlərin, təbliğcilərin dəyişməsi ilə dəyişməyən
elmlərdir. Kəlam məhz belə bir elmdir. Çünki bütün
peyğəmbərlər eyni etiqadi əsasları təbliğ etmişlər.

Kəlam bu məqsədləri güdür:
1. Əqidənin təsbiti. Kitab və Sünnəyə istinad edə-
rək etiqad əsaslarını və İslamın qəti hökmlərini müəyyən
edib təqdim etmək. Kəlam elminin bir məqsədi də şüb-
hələri yox etməklə dini inancları isbat etmək və onları
qorumaqdır.9
2. İnsanın imanını təqliddən qurtarıb, təhqiqi və
sarsılmaz (yəqini) iman dərəcəsinə qaldırmaq. Bu elmi
yaxşı bilən bir şəxs hər şeydən əvvəl, qüvvətli bir görü-
şə, üstün bir məntiqə və bürhana (qəti dəlillərə) sahib
olar. Bu sayədə təqliddən (başqalarına baxaraq inanmaq-
dan) qurtularaq hər inancın səbəblərini və qüvvətli dəlil-
lərini öyrənərək, təhqiq və yəqin dərəcəsinə çatar.
3. Doğru yolu axtaranı irşad edib inadkarları dəlil-
lərlə susdurmaq.
4. İman əsaslarını batil əhli tərəfindən irəli sürülə
biləcək şübhələrlə sarsıntıya düşməkdən qorumaq.
5. Digər dini elmlər kəlama istinad edir. Əqidə
əsasları isbat edilmədikcə təfsir, hədis, fiqhdən bəhs et-
mək mümkün deyil.
6. İnsanın etiqadını möhkəmləndirir.
Yuxarıda qeyd edilənləri diqqətə alaraq kəlam elmi,

9 Şərhul-Məqasid, I cild, səh. 4-6.

24

bütün elmlərin ən şərəflisi, dini elmlərin də əsası sayıl-
mışdır.10

Bununla birlikdə kəlama yönəldilən tənqidlər də
olmuşdur. Əsasən hədisçilərin təşkil etdiyi Sələfiyyəyə
mənsub alimlərlə bəzi sufilər və filosoflar kəlama qarşı
mənfi münasibət göstərmişdir. Ağla çox yer verməsi,
münaqişə metodundan istifadə etdiyi üçün bir çox prob-
lemi həll edə bilməməsi, insanın hissi və psixoloji yönü-
nü diqqətə almadığı üçün iman dini həyatını bəsləyə
bilməməsi və onun sadəcə mücərrəd zehni strukturunu
diqqətə alaraq fəaliyyət göstərməsi, bunun da xalqın
ehtiyacına tam cavab vermədiyi və s. tənqid edilən
yönlərdəndir.

3. Kəlam elminə tarix boyu verilən adlar
İslam dininin etiqadi əsaslarını tədqiq edən bu
elmə tarix boyu müxtəlif adlar verilmişdir. Bunlar-
dan əqaid elmi, tövhid və sifətlər elmi ( ‫علم التوحيد‬
‫)والصفات‬, üsulud-din (‫)اصول الدين‬, əl-fiqhul-əkbər ( ‫الفقه‬
‫)الاكبر‬, nəzər (düşünmə) və istidlal elmi ( ‫علم النظر‬
‫ )والاستدلال‬kimi adları misal vermək mümkündür. Düyün
bağlamaq mənasına gələn əqd kökündən düzələn əqidə
könüldən bağlanılan, qəti şəkildə qərar verilən, düyün
atmış kimi inanılan mənasına gəlir. Terminoloji mənası-
na gəlincə inanılması zəruri olan, iman əsası (mumənun
bih) deməkdir. Başqa bir ifadə ilə əqaid elmi iman əsas-

10 Şərhul-Məqasid. I cild, səh. 8- 9.

25

larından bəhs edən bir elmdir. Əqidə iman əsası məna-
sından başqa, müəyyən şəxs və qrupun iman əsasını
qəbul etmə tərzinə də deyilir. Bundan başqa məzmununu
iman əsasları təşkil edən risalələrin adı kimi də istifadə
edilmişdir. (Məsələn: əl-Əqidətu-Təhaviyyə) Hansı
dövrdə və hansı metodla yazılmasından asılı olmayaraq
iman əsaslarından bəhs edən elmə əqaid deyilir. Əqaidin
bu ümumi mənasından başqa xüsusi mənası da vardır.
İman əsaslarından müxtəsər formada bəhs edən elmin
adı kimi də istifadə edilir.

Hicri I əsrdən ortaya çıxan bəzi etiqadi məzhəblərin
sifətlər barədə ifrat fikirlərinə qarşı sələf alimlərinin
yazdığı bu risalələrin əsas mövzusunu Allahın tövhidi və
sifətləri təşkil edirdi. Burada sələf metodundan istifadə

edilirdi.
Üsulud-din iman əsaslarını müxtəlif metodlarla təd-

qiq edən elmdir. Əhkami-əsliyyə deyilən İslamın əsas
məsələlərindən bəhs edir. Pəzdəvi, Bağdadinin bu adda
əsərləri var.

Əbu Hənifə dövründə fiqhin tərifinə bütün dini
hökmlər (etiqad, əməl, əxlaq) daxil edilmişdi. Amma eti-
qadla əlaqəli hissəni digərlərindən ayıraraq əl-fiqhul-əkbər
adını vermişdir. Burada sələf metodundan kəlam metodu-
na keçid xarakteri daşıyan bir metoddan istifadə edilmişdir.

Kəlam elmində düşünmə və əqli mühakiməyə geniş
yer verildiyi üçün bəzən elmi-istidlal və nəzər də deyil-
mişdir.

26

4. Bu elmə kəlam adı verilməsinin səbəbləri
Təftəzani Şərhul-Məqasid əsərində bunun səbəblə-
rini səkkizə çıxarmışdır:
1. İlk dövrlərdə yazılan əsərlərdə “əl-kəlam” ifadəsi
bir şablon olaraq istifadə edilmişdir. Müəlliflər əsərlə-
rinin başında “əl-kəlamu fi ...” (Filan məsələ haqqında
söz) ifadəsini təkrar edirdilər. Müəyyən dövrdən sonra
“əl-kəlamu fi ...” ifadəsindən sonrakı hissələr atılmış və
kəlam sözü etiqada dair əsərlərin adına çevrilmişdir.
2. Bu elmdə ilk müzakirə edilən məsələlərdən biri
“kəlamullah” məsələsi olduğu üçün kəlam adı verilmişdir.
3. Məntiq fəlsəfi elmlər üçün bir giriş olub fəlsəfə
sahəsində söz deməyə imkan verdiyi kimi, kəlam da şəri
mövzularda söz söyləmə qüdrətini qazandırır. Məntiq
yunanca “logike”nin müqabilindədir. Bu da sözə, yəni
logosa aid deməkdir. Bu məna ərəbcədə kəlamla əvəz
edilmişdir.
4. Bu elmdə sözə çox ehtiyac olduğu və çox istifadə
edildiyi üçün bu ad verilmişdir.
5. Kəlam səmi və nəqli dəlillərlə dəstəklənən qəti
dəlillərə istinad edir. Ona görə qəlbə ən çox təsir edib
nüfuz edən bir elmdir. Buna görə yaralamaq mənasına
gələn “kəlm” kökündən törəyən kəlam bu elmə ad ol-
muşdur.
6. Bu adın verilməsi kəlamçıların sələfin susduğu
mövzularda söz etməsi ilə də əlaqələndirilir.

27

İKİNCİ FƏSİL
TARİXÇƏ, DÜŞÜNCƏ

MƏKTƏBLƏRİ
VƏ ƏSƏRLƏR

28

1.Tarixçə
Əqidə mövzusunda əqli təfəkkür fəaliyyətləri hicri I
əsrin sonu ilə II əsrin əvvəllərində başlamışdır. Bu
məsələləri ilk tədqiq edənlər məvalidən (qeyri-ərəb mü-
səlmanlar) idi. İslamda dini cədəlin başlamasındakı sə-
bəbin nə olduğu müsəlmanlarla bəzi avropalı şərqşü-
naslar arasında mübahisə mövzusu olmuşdur. Bu fəaliy-
yətin daxili yoxsa xarici səbəblərin təsiri ilə meydana
gəldiyi barədə müxtəlif fikirlər vardır. Kəlam elmi bir
səbəbin deyil, bir-birilə əlaqəli səbəblərin və amillərin
nəticəsində meydana gəlmişdir. Kəlam elmindəki məsə-
lələrdən bir hissəsi İslamın özündən və müsəlmanların
siyasi və ictimai problemlərindən yaranan səbəblərin, bir
qisim məsələlər isə digər din və fəlsəfələrdən ibarət
başqa mədəniyyətlərlə qarşılaşmadan qaynaqlanan xarici
səbəblərin təsiri ilə meydana gəlmişdir. Mütəşabih nəss-
lərin izahı nəticəsində fərqli fikir və anlayışlar ortaya
çıxmışdır. Bəzi dini mətnlərin təvili barədə fikir ayrılığı
olmuşdur. Bir çox ayədə də insanlar düşüncə və təfək-
kürə dəvət edilmiş, düşünüb ağıl yürüdənlərin doğru
biliklərə çatacaqları vurğulanmış, buna müqabil ataların-
dan öyrəndikləri inancları təqlid edənlərin haqq əqidəyə
çatmayacaqları bildirilmişdir. Fəthlər nəticəsində ərazi-
lər genişlənmiş və bir çox insan müsəlman olmuşdur.
Fərqli dinlərdən gələn yeni müsəlman olmuş insanların
zehinlərindəki dini problemləri çözmək üçün alimlərə
suallar verib cavablar almaları da kəlamın inkişafına öz

29

töhfəsini vermişdir. Peyğəmbərin vəfatından sonra mü-
səlmanlar arasında ilk fikir ixtilafı siyasi mövzularda
olmuşdur. Xilafət məsələsi ətrafında mübahisələr, sonra
Cəməl və Siffin müharibələri, bir müsəlmanı öldürmə-
nin dini hökmü, iman-günah, qədər-cəbr, təkfir kimi
mövzuların müzakirəsinə səbəb olmuşdur. Bütün bunlar
kəlamın ortaya çıxmasına təsir edən daxili faktorlardır.
Xarici səbəblərin başında müsəlmanların digər dinlərlə
qarşılaşması gəlir. Xristianlığın təsiri ilə xəlqul-Quran,
zat-sifət münasibəti kimi mövzular müzakirə edilmişdir.
Yəhudilik, Sənəviyyə, Məcusilik, Brahmanizm kimi qə-
dim Şərq dinləri də bəzi mövzuların müzakirəsinə səbəb
olmuşdur. Bundan başqa fəlsəfi əsərlərin ərəbcəyə tər-
cüməsi müsəlman alimləri fəlsəfə öyrənməyə sövq
etmişdir. Vəhyin bitməsi də yeni bir dini mövzu ortaya
çıxdıqda müsəlmanların bununla əlaqəli cavablar axtar-
masına səbəb olmuşdur.

Etiqadi problemlərin çıxış səbəblərini belə xülasə
etmək olar:

1. Xilafət mübahisələri.
2. Müsəlmanlar arasındaki daxili müharibələr.
3. Müxtəlif din və mədəniyyətlərlə təmas.
4. İslamın insana verdiyi fikir və vicdan azadlığı.
5. Fəlsəfi əsərlərin tərcüməsi.
6. Elmsizlik. Ərəbcədki incəliklərin bilinməməsi,
dini hökmlərin məqsədlərini anlaya bilməmə.
7. Yanlışın təqlidi.

30

8. Bəzi ayə və hədislərin birdən artıq mənaya ehti-
malının olması, həqiqət və məcaz mənalarında istifadə
edilməsi, möhkəm və mütəşabihlərin olması.

2. Məzhəb anlayışı
Mövzu ilə yaxından əlaqəli olan bəzi terminlərin
izahına ehtiyac olduğu üçün əvvəlcə bu terminlərin
təriflərindən başlayaq.11 Məzhəbin tərifinə gəlincə, məz-
həb- ərəbcə bir ifadə olub “gedilən yol” deməkdir. Ter-
min mənasına gəlincə, müəyyən şəxs və ya o şəxsə tabe
olan bir qrupun İslamın ana əsasları olan Quran və
Sünnəni anlama şəkilləridir.12 Tarixdə məzhəb terminin-
dən başqa firqə və nihlə (cəmi nihal) terminlərindən də
istifadə edilmişdir.
Məzhəblər keçmişdə və günümüzdə siyasi və etiqa-
di məqsədlərlə ortaya çıxmış İslam düşüncə məktəbləri
deyə biləcəyimiz bəşəri və ictimai təşəkküllərdir. Məz-
həbləri kəlam elmi ilə yanaşı İslam məzhəbləri tarixi də
ortaya çıxdığı mühiti, səbəblərini, təşəkkül dövrünü,
fikirlərini, mənsublarını, ədəbiyyatını, yayıldığı bölgələ-
ri, İslam düşüncəsinə töhfələrini əsas mənbələrə istina-
dən zaman-məkan kontekstində və fikir-hadisə əlaqəsi
çərçivəsində diskriptiv metodla və tərəfsiz bir nəzərlə

11 Bu hissədə aşağıdakı məqalədən istifadə olunmuşdur: Adilə Tahirova,
İslam məzhəbləri tarixi sahəsində mənbə və metodla bağlı bəzi
problemlər və həlli yolları// BDU-nun İlahiyyat fakultəsinin «Elmi
məcmuəsi» № 12, Bakı: Nurlar, 2009 (sentyabr), səh. 67-77.

12 Ethem Ruhi Fığlalı. Çağımızda itikadi İslam mezhepleri. səh. 7.

31

tədqiq edir. 13 Buna görə bu bölümdə məzhəblərlə və
bunu xüsusi tədqiq obyektinə çevirən məzhəblər tarixi
mənbələri və problemləri ilə əlaqəli bir qədər məlumata
ehtiyac vardır. Təbii ki, bu elmin ilk dövrünü təşkil edən
Məqalat əsərlərinin yazıdığı dövrdən günümüzə qədər
davam edən tarixi boyu yazılmış bütün əsərlərin yuxarı-
dakı tərifə uyğun şəkildə qələmə alındığını söyləyə
bilmərik. Bu tərif məzhəblər tarixi mütəxəssislərinin
əslində buna uyğun metodla əsərlər yazmasına ehtiyac
olduğunu göstərir və bizə görə ideal olanı əks etdiyi və
bu sahənin məqsədini ifadə etdiyi üçün burada verdi-
yimiz bir tərifdir.

İndi isə məzhəblər tarixinin bir elm kimi formala-
şarkən mənbələr baxımından keçirdiyi dövrlərə diqqət
yetirək. Çünki mənbələrdəki problemlərdən bəhs etməz-
dən əvvəl onlar haqqında məlumat vermək lazımdır. İlk
İslam alimlərinin bu elmə verdiyi ad Məqalat, İlmul-
məqalat və İlmu məqalatil-firaq idi. Bu əsərlər sahənin
ilk mənbələrini təşkil edir və müxtəlif məzhəblərə mən-
sub şəxslər tərəfindən yazılırdı. Burada bəzi siyasi və
etiqadi məsələlər haqqında bir və ya bir neçə mövzu qısa
formada izah edilirdi. Yəni hər hansı bir məsələdən
“məqalə” çərçivəsində bəhs edilirdi. Daha çox Əhli-
sünnəyə mənsub olmayanlar tərəfindən yazılan bu kiçik

13 http://www.sonmezkutlu.com
Bu sahənin problemləri və metodu ilə əlaqəli son dövrün məzhəblər
tarixi sahəsinin önəmli tədqiqatçılarından biri olan Sönmez Kutlunun
saytındakı “İslam Mezhepler Tarihinde Usul Sorunu” adlı
məqaləsindən istifadə olunmuşdur.

32

həcmli əsərlərə Məqalə (Məqalat), bu əsərləri yazanlara
da Əshabul-Məqalat deyilirdi. Bu tip əsərlər kiçik və
hissə-hissə olduqları üçün, müharibələr, işğallar və ya
Əməvilər dövründəki təzyiqlər nəticəsində günümüzə
qədər çatmamışdır. Bəzən bu kitabların gizli tutulması
da səbəb göstərilir. Məsələn İbn Nədim belə hesab
edir.14

Bu tip əsərlərə misal olaraq Xaricilərdən Yaman
ibn Ribabın, Kərramiyyədən Muhəmməd İbn Heysəmin,
Mötəzilədən Əbul-Qasım əl-Bəlxinin və digərlərinin
Məqalat əsərləri var. Lakin Əhli-sünnəyə mənsub olan-
ların da Məqalat kitabları yazmasına təsadüf etmək
mümkündür. Məsələn Əşəri məktəbinin qurucusu Əbul-
Həsən əl-Əşəri, öz əsərinə Məqalatul-İslamiyyin və-x-
tilafu-l-musallin adını vermişdir. İslam dünyasının digər
önəmli siması olan Əbu Mənsur əl-Maturidinin də belə
adda əsərinin olduğundan bəhs edilir. Şiə alimlərdən
Əbu Xələf əl-Qumminin Kitabul-məqalat vəl-firaq əsəri
var. Bunu da ifadə etməliyik ki, Əhli-sünnə alimləri mə-
qalatul-firaq elmini “dini əqidəyə aid batil məzhəbləri”
qeyd edən bir elm kimi tərif etmişlər.

Məqalat dövrünü artıq müxtəlif məzhəblərin tama-
milə təşəkkül etdiyi və hər firqənin etiqadi fikirlərinin
bir-biriylə müqayisə edilib bəzən tədqiq və tənqidə də
yer verilən “Firaq və ya miləl və nihal (dinlər və firqə-

14 Ethem Ruhi Fığlalı. əl-Fərq beynəl-firaq (Mezhepler arasındakı
farklar), müqəddimə. Əbu Mənsur Əbdülkərim əl-Bağdadinin əsərinə
yazılmış müqəddiməsindən istifadə olunmuşdur.

33

lər)” dövrü izləyir. Bu tip əsərlər hicri III əsrdən etibarən
qələmə alınmışdır. Hər nə qədər bu dövrün bir çox
tarixçi və coğrafiyaçılarının da məzhəblərdən bəhs etdiyi
görülsə də, əsas mövzularını məzhəblər təşkil etmir. Bu
qrupda yer alan əsərlər sadəcə məzhəbləri deyil, digər
dinləri də tədqiq edirdi. Bu da İslam torpaqlarının geniş-
lənməsi və bunun nəticəsində müxtəlif din və əqidələrə
mənsub insanlarla qarşılaşmadan qaynaqlanırdı. Çünki
bu din və əqidələrin öyrənilməsi bir zərurət idi.15 Ancaq
bu tip əsərlərdə yanlış anlatmalara, polemikalara çox yer
verilirdi və çox zaman obyektivliyin olmadığını da qeyd
etmək lazımdır.

Klassik dövrün önəmli mənbələrinə gəlincə, bunlar-
dan bəzilərini xüsusi qeyd etmək lazımdır. Məsələn,
Əşərinin (324/936) Kitabul-Məqalatil-İslamiyyin əsəri,
III əsrdə yaşamış Həsən ibn Musa ən-Növbəxtinin
Kitabu firaqiş-Şia, Səd ibn Abdullah əl-Qumminin
(301/913) Kitabul-məqalat vəl-firaq, ət-Təraifi ləqəbi ilə
bilinən Əbul-Hüseyn əl-Məlatinin (377/987) ət-Tənbih
vər-rədd alə əhlil-əhva vəl-bidə, İbn Həzm əl-Əndəlu-
sinin (456/1063) Kitab əl-fəsl fil-miləl vəl-əhva vən-
nihal, Əbul-Müzəffər İsfərayininin (471/1078) ət-Təbsir
fid-din və təmyizul-firaq, Əbu Mənsur əl-Bağdadinin
(479/1037) əl-Fərq beynəl-firaq, Əbul-Fəth Şəhristani-
nin (548/1153) əl-Miləl vən-nihal, Fəxrəddin ər-Razinin
(606/1209) İtiqadatu firaqil-muslimin vəl-muşrikin adlı

15 Ethem Ruhi Fığlalı. əl-Fərq beynəl-firaq (Mezhepler arasındakı
farklar), müqəddimə.

34

əsərlərinin adlarını çəkmək zəruridir.16 Bu alimlər fərqli
düşüncə məktəblərinə mənsub idi.

Adı keçən əsərlərdə problemlər və səciyyəvi xüsu-
siyyətlər belə xülasə edilə bilər:

Bu əsərlər məzhəblərin tarixi inkişafını göstərmir.
Bəzən bir şəxslə və onun fikirləri ilə başladılır. Halbuki
məzhəb bəzi siyasi, ictimai, iqtisadi hadisələrin təsiri ilə
məzhəb qurucusu sayılan insan və ona tabe olanlardakı
fikri və dini təzahürüdür. Məzhəbi meydana gətirən
tarixi, coğrafi, siyasi, ictimai şərtləri tanımadan fikirləri
və davranışları düzgün dəyərləndirmək mümkün deyil.
Bu əsərlərdə rast gəlinən ən böyük nöqsan budur. Lakin
bu əsərlər arasında da istisnalar olduğunu qeyd etmək
lazımdır. Məsələn Şəhristani əsasən fikirləri nəql etmək-
lə kifayətlənib elmi davransa da digər müəlliflərin hamı-
sında bu müşahidə edilmir. Əksər müəlliflər öz məz-
həblərinə uymayan fikirləri rədd edir. Bu əsərlərdə

16 Adı keçən əsərlər nəşr edilərək müxtəlif dillərə tərcümə edilmişdir.
Məsələn, Əbu Mənsur Əbdülqahir əl-Bağdadi. əl-Fərq beynəl-firaq
(Mezhepler arasındakı farklar). tərcümə edən: Ethem Ruhi Fığlalı,
Ankara: TDV yayınları, 1991; Əbul-Həsən əl-Əşəri. Məqalatul İsla-
miyyin və-xtilaful-musallin (İlk dönem İslam mezhepleri). tərcümə
edənlər: Mehmet Dalkılıç və Ömer Aydın, İstanbul: Kabalcı yayınevi,
2005; Muhəmməd Əbdülkərim əş-Şəhristani. əl-Miləl vən-nihal (İslam
mezhepleri). tərcümə edən: Mustafa Öz, İstanbul, Ənsar nəşriyyat,
2005; Qummi, Növbəxti. Kitabul-maqalat vəl- firaq, Firaquş-Şia (Şii
fırkalar). Ankara: Ankara okulu yayınları, 2004. Bütün bu əsərlər türk
dilinə tərcümə olunmuşdur. Son əsər klassik dövrü təmsil edən iki
məşhur Şiə alimin əsərləri və tərcümələrindən ibarətdir. Şəhristaninin
məşhur əsərinə gəlincə onun İslam məzhəbləri ilə əlaqəli olan hissəsi
tərcümə edilmişdir.

35

müşahidə edilən təəssübkeşliklə müəllif öz dini vəzi-
fəsini yerinə yetirmiş hesab edir. Halbuki bu, sonrakı
dövrlərdə yaşayanlara digər məzhəblərin fikirləri haq-
qında düzgün məlumat əldə etməyə mane olur. Məsələn
İbn Həzm özü əsərini Zahiriyyə məzhəbini qorumaq
üçün qələmə aldığını əl-Fəslin hər yerində deyir. Öz
məzhəbini müdafiə etmək təbii olsa da ən azından
fikirləri əslinə uyğun şəkildə nəql etmək gərəklidir.
Məzhəblər tarixçisi isə obyektiv olmalıdır. Bu sahənin
əsərləri deskriptiv (təsviri) metodla yazılmalıdır.

Əsərlərin yazılışında və tərtibatında fərqlər vardır.
Bu əsərlərdə bəzən məsələlər əsas alınır, bəzən firqə və
məzhəb qurucuları ön planda yer tutur. Bu kitabların
tərtibinə gəlincə, daha çox xronoloji baxımdan tərtib
edilir. Bəzi əsərlərdə İslami olmayan fikirlərdən başla-
yıb İslamda olan məzhəblərə və fikirlərinə yer verilir.
Məsələn Bağdadi İslam məzhəblərindən başlayıb sonra
İslamda olmayan firqələrə keçir, daha sonra ifrat fikir-
lərə yer verir və nəhayət Əhli-sünnə ilə bitirir. Təsnifdə
əsas problem məzhəblərin sayı məsələsidir. Burada
məşhur 73 firqə hədisi ilə əlaqəli olaraq bəzi müəlliflər
bu hədisə bağlı qalmaq istəmişdir. 17 Yəni firqə və
məzhəblərin sayını 73-ə çatdırmağa səy göstərmişlər.
Halbuki bu say, əgər məzhəblərin qolları alınmazsa
xeyli az olar. Əgər qolları da təsnifə daxil edilərsə daha
artıq ola bilər. Bağdadi, İsfərayini, Şəhristani adı keçən

17 Mustafa Öz, İlyas Üzüm. İslam məzhəbləri tarixi, tərcümə edən:
Tahirova A., Qasımova M., səh. 15-16.

36

hədisə bağlı qalmaq üçün məzhəblərin sayını 73-də
dondurmuşlar. Bəzi alimlər isə bu hədis haqqında heç nə
demədən onu görməzdən gəlir. Bu alimlərə Əşəri və
Fəxrəddin ər-Razi misal verilə bilər. İbn Həzm isə bu
hədisin isnad baxımından səhih olmadığını bildirir. Bir
qrup alim isə bu sayın dəqiq bir say deyil, çoxluq bil-
dirdiyi fikrini daha məqbul hesab edir. Qurani-Kərimdən
də sayın (məsələn 7) bəzən dəqiq rəqəm deyil, çoxluq
bildirməsi ilə əlaqəli dəlillər gətirilir. (Haqqə 69/32,

Talaq 65/12)
Bunu ifadə etmək lazımdır ki, ilk dövrə aid əsərlər

günümüzə çatmadığı üçün hicri III-IV və daha sonrakı
əsrlərdə yazılmış əsərlərə müraciət etmə məcburiyyəti
çıxır. Bu isə Əşərinin də qeyd kimi, insanı yanılda bilən
bir yoldur. Lakin bu əsərlərin mənbəşünaslıq baxımın-
dan dəyərini qətiyyən azaltmaq olmaz. Məzhəblər tarixi
sahəsində yazılmış əsərlərlə yanaşı, ilk dövrdə və ya o
dövrə yaxın dövrdə yazılmış tarix, coğrafiya, təbəqət,
ədəbiyyat, ənsab mənbələrində olan məlumatları da qar-
şılaşdırmaq düzgün bir nəticəyə varmağa kömək edə
bilər. Daha əvvəl qeyd etdiyimiz kimi məzhəb, bəzi
siyasi, ictimai, iqtisadi və digər hadisələrin təsirinin
məzhəb qurucusu sayılan insan ilə ona tabe olan insanlar
üzərindəki fikri, dini və siyasi təzahürüdür. Buna görə
ilk olaraq məzhəblərin ortaya çıxdığı mühitin düşüncə
qəlibləri kimi tədqiqi zəruridir. Bunun üçün hər hansı bir
məzhəb haqqında məlumat əldə etmək üçün o məzhəbin
ortaya çıxdığı siyasi, sosial-ictimai, iqtisadi və elmi

37

mühit haqqında məlumat əldə etmək lazımdır. Ümumiy-
yətlə əvvəlki din və mədəniyyətlərin məzhəbin fikirlə-
rinə təsiri faktları çoxdur. Məsələn Ələviliyin fikirlərinə
qədim türk adət-ənənələrinin təsiri danılmazdır və ya
İxvanis-səfa vasitəsilə Yeni Əflatunçuluğun Dürziliyin
fikirlərinə təsir etdiyini söyləmək mümkündür.

Bu sahənin metod baxımından digər problemlərinə
gəlincə ilk olaraq adlandırma problemindən bəhs etmək
yerinə düşər. Məzhəb və dini cərəyanların adlarının nə
mənaya gəldiyi, kimlər tərəfindən və hansı məqsədlə
istifadə edildiyi məsələsi önəm daşıyır. Burada bir məz-
həbin hansı adla adlandığı, bu adla nəyin nəzərdə tutul-
duğu, bu adın verilmə səbəbləri, özləri yoxsa müxalifləri
tərəfindən verildiyi kimi suallar təhlil edilir. Məsələn
Vəhhabilik adından bəhs edərkən bu adın digərləri tərə-
findən verildiyi, özlərinin isə bu adı qəbul etmədiklərini
qeyd etmək lazımdır.

Hər hansı bir məzhəbi tədqiq edərkən ortaya çıxma
səbəblərinə yer vermək zəruridir. Məzhəblərin ortaya
çıxdığı siyasi, ictimai, dini, tarixi və mədəni səbəblərin-
dən təcrid edilərək anlaşılması mümkün deyil. Eyni
zamanda keçmiş mədəniyyət və dini-fəlsəfi ənənələrə
qədər uzanan təşəkküldən əvvəlki şərt və səbəblər də
önəmlidir.

Hər bir məzhəbin təşəkkül prosesi böyük əhəmiyyət
daşıyır. Heç bir dini hərəkat bir anda ortaya çıxmır və
müxtəlif mərhələlərdən keçir. Bu dövr düzgün təsbit
edilməlidir. Hər bir məzhəb özünü həzrət Peyğəmbər

38

dövrünə qədər çatdırmağa səy göstərdiyi üçün daha ob-
yektiv mənbələr və tarixi faktlar əsasında qərar verilmə-

lidir.
Bir məzhəbin ortaya çıxdığı yer haqqında məlumat

vermək də gərəklidir. Çünki coğrafi şərtlər də məzhəbin
mədəni və ictimai arxa planını anlamaqda rol oynayır.

Məzhəbin ilk nümayəndələrinin də bir məzhəbin
formalaşması və fikirlərinin sistemləşdirilməsində önəmli
bir yeri vardır. Buna görə onların aldığı təhsil, müəllim-
tələbə münasibətləri, səyahətləri, ümumiyyətlə həyat və
elmi şəxsiyyətləri haqqında düzgün məlumat əldə etmə-
yə çalışmaq lazımdır.

Bir məzhəbi digərindən ayıran ən əsas cəhət fikir və
məfhumlarıdır. Çünki hər bir məzhəbin özünəməxsus
etiqadi fikirləri və əqidə sistemi vardır. Bu məlumatları
da əsasən tədqiq edilən məzhəbin mənbələri və alimlə-
rindən öyrənmək daha obyektiv nəticələrə varmağa kö-
mək edər.

Məzhəblər haqqında doğru məlumat əldə etmək
üçün hər məzhəbin öz ədəbiyyatına müraciət etmək
gərəklidir. Əsas mənbələrində yoxdursa ikinci dərəcəli
mənbələrinə baxmaq lazımdır. Burada onlar haqqında
məlumat olan hər cür sənəd, arxeoloji məlumatlar və
numizmatika daxil hər növ ədəbiyyat və material nəzər-
də tutulur. Məsələn Orta Asyada arxeolojik qazıntı nə-
ticəsində Muqənnə və Xaricilərin Həmziyyə qrupunun
kəsdiyi pulların tapılması yeni faktlar ortaya çıxarmış-
dır.

39

Eyni zamanda məzhəblərin ilk dövründə və günü-
müzdə yayıldığı bölgələr, digər məzhəblərlə münasibət-
ləri, apardıqları mübahisələr, məzhəbin hal-hazırdakı
vəziyyəti və İslam düşüncəsinə verdiyi töhfələr, müsbət
və mənfi təsir də tədqiq edilməlidir. Məzhəblər tarixçi-
ləri və ümumiyyətlə hər hansı bir məzhəb haqqında
məlumat əldə etmək istəyən tədqiqatçılar qısaca ifadə
edilən bu məsələləri də gözardı etməməlidir.

Qarşılaşılan problemləri həll etmək üçün nələr edil-
məlidir sualına gəlincə, mənbələrə tənqidi baxışla yanaş-
maq vacibdir. Verilən məlumatların tarixi faktlara uyğun
olub olmadığı, rəddiyyə və ya tənqid məqsədilə yazılıb
yazılmadığı araşdırılmalıdır. Əslində məzhəblər tarixi
sahəsində əsər yazarkən deskriptiv metoda əməl edərək
məzhəbin tarixçə və fikirləri dəyərləndirilib tənqid edil-
mədən olduğu kimi təsvir edilməlidir. Məzhəblərin əsas
termin və fikirlərinin tarixini araşdırmaq da zəruridir.
Məzhəbin qurulması və təşəkkülü baxımından önəmli
rol oynayan şəxslər daha diqqətli şəkildə müxtəlif
mənbələrdən araşdırılmalıdır. Tərəfsizlik və məzhəblər-
üstü münasibət bu sahədə zəruridir. Məzhəblər tarixi
sahəsində yazılmış ilk dövr və ya ona yaxın dövrlərin
mənbələri və sonrakı dövrlərdə yazılmış əsərlər tədqiq
edildikdən sonra məzhəbin yaranma dövrünə yaxın
dövrlərdə yazılmış digər mənbələr (kəlam, coğrafiya,
ənsab, təbəqət, tarix kitabları, mənaqibnamələr və s.)
Bundan başqa lazım gələrsə digər sahələrin məlumat və
metodundan və müasir tədqiqatlardan istifadə edilməli-

40

dir. Din sosiologiyası, psixologiyası, antropologiya,
tarix, dinlər tarixi və digər sahələrin verdiyi məlumatlar
da obyektiv tədqiqat üçün gərəklidir.

Ümumiyyətlə mənbələrdə hər hansı bir məzhəb
haqqında məlumat verərkən onun İslam məzhəbi olub-
olmadığı haqqında da fikir bildirilmişdir. Buna görə
İslami olub olmamanın bir ölçü və meyarı müəyyən
edilməlidir ki, yanlış nəticələr əldə edilməsin. Bu kimi
meyarları təyin etmədə Qəzzalinin metodu diqqətə
layiqdir. Belə ki, o firqeyi-naciyədən (qurtuluşa çatmış
firqə) olmanın yolunu üç əsasa (uluhiyyət, nübüvvət və
axirət) inanmaqda, açıq və təvilə ehtimalı olmayan
ayələrə istinad etməkdə, bu prinsiplərə iman etmə
haqqında ittifaqın (icmanın) olmasında görür. İcma bir
məsələnin zərurati-diniyyə sayılması üçün şərt qoyulur.
Zat-sifət münasibəti, şəfaətin olub olmaması, əzab və
nemətin əbədi olub olmaması kimi məsələlər mahiyyətə
aid olmayıb İslamdan çıxarma üçün səbəb deyil.

3. İlk cərəyanlar
3.1. Qədəriyyə
Qədər əqidəsini inkar edən bir axımdır. Bunlar
Allahın təyin etdiyi qədər yerinə insanın müəyyən etdiyi
qədərə inanaraq feilləri Allaha deyil, insana isnad et-
dikləri üçün belə adlanırlar. Tam bir düşüncə və əqidə
məktəbi olacaq qədər bir sistemə sahib olmayan Qədə-
riyyənin fikirləri bir neçə şəxs tərəfindən təmsil edilmiş,
sonra isə Mötəzilənin əsas prinsipləri arasında mövcu-

41

diyyətini davam etdirmişdir. Qədəriyyəyə Əməvi xəlifə-
lərindən Əbdülməlik ibn Mərvan dövründə Həccac tərə-
findən öldürülən Məbəd əl-Cühəni (v. 80/699) başçılıq
etmişdir. Qədərlə əlaqəli fikirlərinə əsas təsir edən elmi
səbəblərdən çox siyasi amillər olmuşdur. Əməvilərin
idarələrini məşrulaşdırmaq üçün cəbr düşüncəsindən
yararlanmağa çalışmalarına müqabil bu idarəyə müxalif
olanlar onların anladıqları mənada qədərə və dolayı yol-
la onların hakimiyyətlərinə qarşı çıxırdılar. Qədəriyyə-
nin fikirləri Geylan əd-Diməşqi (v. 126/743) tərəfindən
davam etdirilərək sistemləşdirilmişdir. Əsas fikirləri
insanın azadlığı və iradəsi, Allahın iradəsinin insanın
əməllərinə təsiri kimi mövzularla bağlıdır.

3.2. Cəbriyyə
Qədər və iradə barədə Qədəriyyənin tam əksinə
fikirləri vardır. Cəhm ibn Səfvan (v. 128/745) cəbr əqi-
dəsini, yəni insanın əməllərində ixtiyar sahibi olmadı-
ğını, gördüyü işləri məcburi etdiyini irəli sürür. Yəni
insan məcbur bir varlıqdır, ixtiyar və qüdrəti yoxdur.
Onlara görə feillər insana məcazi mənada aid edilir.
Cəbriyyənin qurucusu Cəhm ibn Səfvandır (v.
128/745). Qurucusuna nisbətlə bu qrupa “Cəhmiyyə”
adı verilmişdir. Cəbriyyənin iradə probleminə baxışı
belədir: “İnsanın heç bir iradə azadlığı yoxdur. Hər şey
Allah tərəfindən əvvəldən təqdir edilmişdir. İnsan təqdir
edilən bu hərəkəti etməyə məcburdur. İnsanlar bir robot

42

kimidir. Başqa bir deyimlə, Allahın mütləq iradəsi qarsı-
sında insanlar havada küləyə tabe olaraq ora-bura
sovrulan bir yarpaq kimi acizdir. Bu düşüncəni müdafiə
etdikləri üçün Cəbriyyə adı verilmişdir.”

Əslən Xorasanlı olan Cəhm ibn Səfvan, Kufədə
Cəd ibn Dirhəm (v.124/ 741) ilə qarşılaşmış və bəzi
fikirlərini ondan almışdır. Daha sonra da Xorasanda
Əməvilərə qarşı üsyanda iştirakına görə Əməvilər tərə-
findən tutularaq öldürülmüşdür. 18

Cəbriyyə insanın etdiyi işin sahibinin və həqiqi fai-
linin Allah olduğunu, insanlara əməllərinin məcaz ola-
raq nisbət edildiyini bildirirdi. Bu eynilə “günəş batdı,
ağac bar gətirdi, su axdı” cümləsinin ifadə etdiyi məna
kimidir. Bütün hərəkətlər cəbri, zəruri olduğundan cəza
və mükafat də cəbrdən ibarətdir. Cəbr sabit olunca təklif
də cəbrdir.19

3.3. Mürciə
İlk dövrdəki siyasi hadisələr qarşısında tərəfsiz
davranan bir qrup olmuşdur. Mənası “təxir etmək” olan
irca sözündən meydana gəldiyini söyləyənlərə görə,
ixtilaf edənlər haqqında hökmü qiyamətə təxir edənlərin
məzhəbidir. Bu sözün “ümid vermə” mənasındakı rəca-
dan düzəldiyini söyləyənlər də vardır. Yəni günahkar

18 M.Saim Yeprem. İrade Hürriyeti və İmam Maturidi, İstanbul: MÜİFV
yayınları, 1997, səh. 196-197.

19 Şerafettin Gölcük, Süleyman Toprak. Kelam (Tarih Ekoller
Problemler). Konya: Tekin kitabevi, 2001, səh. 251.

43

möminə ümid verənlərin məzhəbi deməkdir. Xüsusilə
iman, küfr, mömin, kafir məfhumlarından bəhs etmişdir.
Mürciə hamı ilə uzlaşmağa çalışaraq, heç bir qrupu tək-
fir etməmişdir. Dövrün və zamanın siyasi və ictimai
şərtlərinin meydana gətirdiyi etiqadi məzhəbdir. Əməvi-
lər dövründə mövcud olmuş, Abbasilər dövründə tarix
səhnəsindən silinmişdir.

3.4. Müşəbbihə və Mücəssimə
Təşbih - lüğətdə bənzətmək mənasına gəlir. Müşəb-
bihə isə bənzədənlər deməkdir.
Onların bu adı almasına səbəb əqidələridir. Termin
mənası belədir: Allahın insana və yaradılmışlara bən-
zədiyini, insanlar kimi olmamaqla birlikdə onun da or-
qan və üzvlərinin olduğunu qəbul edən firqədir. Mücəs-
simə isə Allahı cisim hesab edən və cisimlər kimi qəbul
edən firqəyə verilən addır. Təşbih və təcsim ifadələri
sonradan bir məzhəbin düşüncələrini ifadə etməkdən
çox tənqid edərkən tez-tez istifadə olunan ağır ittiham
sözlərinə çevrilmişdir.

4. İslam düşüncə məktəbləri
4.1. Mötəzilə
“əl-İtizal” lüğətdə uzaqlaşmaq, ayrılmaq mənasını
verir. əd-Duxan 44/21-ci ayəsində keçir. Termin məna-
sına gəlincə hicri I əsrin sonlarında Bəsrədə meydana
gəlib İslamda ilk ortaya çıxmış və İslam əqaidinin əqli
əsaslarını qoyan kəlam məktəbinə verilən addır. Bu ad

44

Əhli-sünnə tərəfindən verilmişdir. Onlardan ayrılanlar
mənasına gəlir. Mötəzilə adını bu hadisə ilə əlaqələn-
dirirlər: Həsən əl-Bəsrinin məclisində “böyük günah
işləyən” haqqında verilən suala o cavab vermədən Vasil
ibn Əta “o nə mömindir, nə də kafir” cavabını verərək
“əl-mənzilə beynə-l-mənziləteyn” prinsipini irəli sürür.
Sonra da məclisdən ayrılır. Həsən əl-Bəsri də o zaman
“qad itəzələ annə Vasil” (Vasil bizdən ayrıldı) ifadəsini
işlədir. Bir fikrə görə isə bu ad onlara zahidanə həyat-
larına görə verilmişdir. Bu ad abid və zahid sözlərinin
sinonimi kimi qəbul edilərək inzivaya çəkilən mənasın-
da istifadə olunmuşdur. Yəni son dərəcə zahid şəxslər
olduqları üçün onlara bu ad verilmişdir. Başqa bir fikir,
böyük günah işləyəni imandan da, küfrdən də ayırmaları
səbəbilə belə adlandırılmasıdır. Müsəlmanların o dövrdə
mövcud əqidələrinin hamısından ayrıldıqları üçün belə
adlandıqları ehtimalı da vardır.

Mötəzilə isə özünü Əhlul-ədl vət-tövhid adlandırır.
Abbasilərdən Məmun (v. 198/813) dövründə bu məzhəb
sarayın rəsmi ideologiyasına çevrilmişdir. Vasiqin (v.
227/842) vəfatından sonra Mötəzilənin geriləmə dövrü
başladı.

Büveyhilər dövründə hökmdar Əzududdövlənin
Mötəzili vəziri Sahib ibn Əbbad sayəsində və Qazı Əb-
dülcabbarın baş qazılığa təyini ilə məzhəb yeni bir can-
lılıq qazandı. (IV-V əsrlər)

Səlcuqlu hökmdarı Toğrul bəyin vəziri Kundurinin
dövründə də Mötəzililər önəmli vəzifələrə gətirildi və

45

yeni bir canlanma oldu.
Əqidə əsasları bunlardır:
1. Tövhid
2. Ədl
3. Vəd və vəid
4. əl-Mənzilə beynə-l-mənziləteyn
5. əl-Əmr bil-mərif vən-nəhy anil-münkər
Mötəzilə öz daxilində Abbasilər dövründə Bəsrə və

Bağdad Mötəziləsi olmaqla iki məktəbə ayrılmışdı. Beş
əsası qəbul etsələr də aralarında təfərrüat fərqləri var idi.

Düşüncə tarixində xüsusi xidmətləri olan Bəsrə
Mötəziləsi, üsul və füruda ağıl və vəhyi birlikdə dəyər-
ləndirirdi. Bəsrə mötəziləsi məzhəbin ilk qurucuları olub
daha orijinal və müstəqil düşünmüşdür. Fikirlərini təz-
yiq göstərərək yaymamışdır. Bağdad Mötəziləsi isə
yunan fəlsəfəsinin təsirində daha çox qalmışdır. Dövlət
və siyasət nümayənədələri ilə yaxınlaşmış və nəzəriy-
yələrinin əksinə fikirlərini təzyiq yolu ilə mənimsətməyə
çalışmışdır. Məzhəbin fikirlərini əmr bil-məruf çərçivə-
sində dövlət yolu ilə effektif şəkildə yayma tərəfdarı
idilər.

Məmunun başlatdığı tərcümələrə görə Bəsrəlilərdən
daha çox fəlsəfənin təsirində qalmışdır.

Bəsrə məktəbinin bəzi nümayəndələri:
Vasil ibn Əta (v. 131/748)
Əmr ibn Übeyd (v. 144/761)
Əbul-Hüzeyl əl-Əllaf (v. 235/849-50?)

46

İbrahim ən-Nəzzam (v. 231/845)
Cahiz (v. 255/869)
Əbu Əli əl-Cübbai (v. 303/916)
Əbu Haşim əl-Cübbai (v. 321/933)
Qazı Əbdülcabbar (v. 415/1025)

Bağdad məktəbinin bəzi nümayəndələri
Bişr ibn Mutəmir (v. 210/825)
Sümamə ibn Əşrəs (v. 213/828)
Əbu Musa əl-Murdar (v. 226/841)
Cəfər ibn Mübəşşir (v. 234/848-49)
Cəfər ibn Hərb (v. 236/850-51)
Əbul-Hüseyn əl-Xəyyat (v. 300/913?)
Əbul-Qasim əl-Bəlxi əl-Kəbi (v. 319/931)

Mötəzilə dini düşüncənin inkişafına böyük töhfə
vermişdir. Ancaq xalqla bütünləşə bilməyib elit təbəqə-
yə xitab etmişdilər. Mötəzilə alimləri çox zəkalı, gözəl
natiq, həyatlarında da zahid insanlar idi. Onların əsas
xidməti kəlam metodunu qurmalarıdır. Belə bir düşüncə
məktəbinin qurulması zəruri idi. Materialistlər, atəşpə-
rəstlər, dinsizlər və bir çox axım və dinlərə qarşı İslamı
müdafiə edirdilər. Kəlam və bəlağat elmini, cədəl və
münazirə metodunu qurduqları qəbul edilir. Mötəzilənin
xristian və yəhudi din fəlsəfəsinə təsir etdiyi də bilinir.

İntellektual zəmində yaranmış ilk İslam düşüncə

47

məktəblərindən20 olan Mötəzilənin klassik dövrdəki xid-
mətləri danılmazdır.21 Mötəzilə alimləri İslam əqaidinin
əqli əsaslarını təsis edərək nəqllə ağlı uzlaşdırmağa səy
göstərmişdir. Onlar iman əsaslarını müdafiə etmək üçün
bir vasitə hesab etdikləri kəlam elmində mühafizəkar
hərəkət etməmişdir. Məzhəbə bağlılıq da onların azadlıq
nəzəriyyələrinə təsir etməmişdir. Bu düşüncə məktəbi-
nin nümayəndələri öz fərqli ideya və fikirlərini rahat bir
şəkildə ifadə edə bilirdirlər. Mötəzilə alimləri bir-birlə-
rinə heç çəkinmədən müxalifət edə bilirdilər. Belə ki,
Nəzzam əmisi Əbul-Hüzeyl əl-Əllafla, Nazzam ilə
tələbəsi Cəfər ibn Hərb, Əbul-Həsən əl-Əşəri ilə ögey
atası Əbu Əli əl-Cübbai, Əbu Əli əl-Cübbai ilə oğlu Əbu
Haşim arasındakı elmi mübahisə və müzakirələr buna
misal verilə bilər. Mötəzilənin xidmətləri arasında Kə-
lam elmini qurması və dini elmlərdə ağla böyük əhəmiy-

20 “İslam düşüncə məktəbi” ifadəsi “məzhəb” termininin yerinə istifadə
edilir. Bu ifadənin daha uyğun olduğunu düşünərək əsərdə geniş
şəkildə istifadə etməyə çalışmışıq.

21 Mövzu ilə əlaqəli geniş məlumat üçün bu mənbələrə də müraciət edilə
bilər. Detlev Khalid. Some Aspects of Neo-Mu'tazilism // Islamic
Studies, VIII cild, 1969; Əhməd Mahmud Sübhi, Fi ilmil-kəlam (əl-
Mutəzilə), Beyrut 1985; Zühdi Carullah, əl-Mutəzilə, Beyrut, 1990;
İlyas Çelebi. Mutezilenin klasik İslam düşüncesindeki yeri ve modern
döneme etkileri // Kelam Araştırmaları, 2:2 (2004), səh. 3-24; İlyas
Çelebi. İslam inanç sisteminde akılcılık ve Kadı Abdülcebbar.
İstanbul: Rağbet yayınları, 2002; İlyas Çelebi. Mutezile // İstanbul:
TDV İslam Ansiklopedisi, 2006, XXXI cild, səh. 391-401; Tahirova
A.İ. Kadı Abdulcebbar ve Ebu-l-Muin en-Nesefiye göre nübüvvetin
gerekliliyi: doktora tezi. İstanbul: Marmara Üniversitesi Sosyal
Bilimler Enstitüsü, 2004.

48

yət verməsi sayıla bilər. Ancaq bu, əsla vəhyin unudul-
duğu və ya ikinci plana qoyulduğu mənasına gəlməmə-
lidir. Bilindiyi kimi, kəlam elminin məsələləri iki hissə-
yə bölünür. Bunlar kəlamın dəyişməz olan məsələləri
(məsail və məqasıd) 22 və zamana görə dəyişə bilən,
məsaili isbata yarayan vəsaildir (məbadi). Mötəzilə ağlı
əqidə məsələlərini irəli sürmək üçün deyil, əsas prinsip-
ləri (məsail) isbat etmə vasitəsi olan vəsail sahəsində
daha çox istifadə edirdi.

Mötəzilənin o dövrdə ortaya çıxması bir baxıma
tarixi zərurət də hesab edilə bilər. Belə ki, fəthlər nəti-
cəsində İslam ərazisinin genişlənməsi və bunun nəticə-
sində müxtəlif din, fikir və əqidələrə sahib insanlarla
qarşılaşma məzhəblərin ortaya çıxma səbəblərindən biri
kimi göstərilir. Bu insanların İslam əqidəsində olmayan
və onların öz əvvəlki əqidələrindən qaynaqlanan suallara
cavab vermək üçün yeni üslub və ağlın da istifadəsinə
ehtiyacı var. Eyni zamanda o dövrdəki dinsizlər, mate-
rialistlər, sabiilər, atəşpərəstlər, maniheistlər və başqa
dinlərə mənsub olanların etirazlarına cavab vermək üçün
fikir mübarizəsi aparan alimlərə ehtiyac var idi. Mötə-
zilə də bu mübarizəni layiqincə aparmağa müvəffəq
oldu. Miladi IX əsrin ortalarından etibarən tənəzzülə
uğramağa başlayan Mötəzilənin ən böyük səhvi isə
azadlıq haqqındakı nəzəriyyələrinin əksinə gedərək
fikirlərini başqalarına qəbul etdirmək üçün təzyiqə əl

22 İman əsasları və əsas prinsiplər deməkdir.

49

atmalarıdır. Bunu da ifadə etmək lazımdır ki, Mötəzilə-
nin təsiri yaranma tarixindən bir müddət keçdikdən
sonra artıq görülməyə başlanmışdı. Bu təsir Əhli-
sünnənin qollarından birinin banisi olan Əbul-Həsən əl-
Əşəri (v. 324/936) vasitəsilə, ondan sonra Cüveyni (v.
478/1085), Qəzzali (v. 505/1111), Fəxrəddin Razi (v.
606/1210) kimi alimlərin şahidin qaibə qiyası, mütəşa-
bih nəssin ağılla təvili və s. metodları qəbul etməsi ilə
Əhli-sünnədə özünü göstərir. Belə ki, qırx il Mötəziləyə
xidmət etdikdən sonra bu məzhəbi tərk edən Əşərinin bu
metoddan tamamilə uzaqlaşması mümkün deyildi. Eyni
zamanda Şiəliyin (xüsusilə Zeydiyyə qolunun) fikir və
metodunda da Mötəzilənin təsiri özünü büruzə verir.
Zeyd ibn Əli və Məmun dövründə yaşamış Qasım ibn
İbrahim ər-Rəssi tərəfindən başladılmış Mötəzilə-Şiə
yaxınlığı Zeydilik içərisində Mötəziləyə aid fikirlərin
yaşamağa davam etməsinə səbəb olmuşdur. Zeydiyyə
alimi İbn əl-Murtəza onları müdafiə edir, Məqbili isə
üsuluddində bu iki məzhəbin eyni fikirlərə sahib olduq-
larını söyləyirdi. Mötəziləyə aid əsərlərin günümüzə
qədər qorunub saxlanması, nəşr edilməsi məsələsində də
Zeydiyyənin xüsusi rolunun olması onların Mötəziləni
özlərinə yaxın hesab etmələrindən irəli gəlir.

Mötəzilənin sonrakı dövrlərdəki təsirinə gəlincə, bu
təsirin XIX əsrdəki yenilik axtarışları və İslami elmlərdə
canlanma yaratma təşəbbüsü ilə bariz şəkildə ortaya
çıxdığını söyləmək mümkündür. Belə ki, orta əsrlərdə
dinlər üçün intellektual durğunluq yaşansa da XIX

50


Click to View FlipBook Version