əsrdən etibarən bir canlanma başlamışdır. Bu dövrdən
etibarən Hindistan, Misir və Türkiyə kimi ölkələrdə
meydana gələn yenilik hərəkatı dini sahədə də təcdidə
gətirib çıxarmışdır. Kəlam sahəsində də yeniləşmə istəyi
metod ətrafında müzakirələrə səbəb olmuşdur. 23 Bu
zaman İslam mədəniyyətinin bütün mirasından bəhrə-
lənmə məqsədilə bütün İslami elmlərə və məzhəb fərqi
güdmədən müsəlman alimlərin əsərlərinə müraciət edil-
mişdir. Təcdid dövründə kəlam sahəsindəki ihya (dir-
çəltmə) və təcdid (yenilənmə) hərəkatının başladığı
bölgələrdən Hindistan və Pakistan misal verilə bilər. Bu
dövrdə ortaya çıxan dini cərəyanların insanın azadlığını,
ağla önəm məsələsini ön plana çıxardığı görülür. Mötə-
zilənin fikirləri ilə görülən paralellik həmin dövrün
kəlamçılarının onların metod və fikirlərindən ilham
aldıqlarını göstərir.
Seyid Əhməd Xan (v. 1316/1898), Seyid Əmir Əli
(v. 1347/1928) və Mövlana Muhəmməd Əli (v. 1349/-
1931) kimi müsəlman mütəfəkkirlər qarşılaşdıqları
problemləri həll etməyə çalışarkən Mötəzilənin fikirlə-
rindən istifadə etmişdir. Seyid Əhməd Xanı bəzi müəl-
liflər Mötəzilədən ilham aldığı üçün onu yeni Mötəzilə
hərəkatının nümayəndəsi kimi xarakterizə edirlər. Lakin
o, bəzi mövzularda Mötəzilənin fikirlərinə yaxın olsa da
bu məktəbin bəzi düşüncələrindən uzaqlaşmışdır. Onun
Mötəziləyə olan heyranlığının səbəblərindən biri kimi
23 Geniş məlumat üçün bax. Detlev Khalid. Some Aspects of Neo-
Mu'tazilism / Islamic Studies, VIII cild, 1969, səh. 322-324.
51
bu düşüncə məktəbinin məzhəb təəssübünü aşan bir
davranışa sahib olması da göstərilə bilər. Mövlana Mu-
həmməd Əlinin də xüsusilə qədər məsələsində Mötəzilə-
yə yaxınlığını görmək mümkündür.
İslam düşüncə ənənəsini yeni dövrə daşımış alim-
lərdən Cəmaləddin Əfqani (v. 1314/1897), Məhəmməd
Əbdüh (v. 1323/1905), Rəşid Rza (v. 1354/1935), Fərid
Vəcdi (v. 1373/1954) və Əhməd Əminin (v. 1373/1954)
adlarını da çəkmək mümkündür. Ağlı istifadə etmə,
təqlidi rədd etmə və uzlaşdırma kimi Mötəziləyə yaxın
üslublarına görə onların bu məktəbə bağlı olduqları irəli
sürülmüşdür. Əslində adı keçən mütəfəkkirlər bir çox
İslam düşüncə məktəbi kimi bu məzhəbin də fikirlə-
rindən istifadə etmək istəyirdilər. Mötəzilə alimi olan əl-
Həyyatın əl-İntisar adlı məşhur əsərini Nyberqlə birlikdə
tədqiqat edən Əhməd Əmin bu məzhəbə heyranlığını
ifadə etdikdə ciddi etirazlarla da üzləşmişdir.24
Namık Kemal (v.1306/1888), Filibeli Ahmed Hilmi
(v.1335/1914), Musa Kazım Efendi (v. 1338/1920), Ab-
düllatif Harputi (v. 1334/1916), Dardağanzade Ahmet
Nazif, Celal Nuri (v. 1938), İzmirli İsmail Hakkı (v.
1946) kimi son dövr Osmanlı din alimləri də yenilik
tərəfdarları idilər. Onlar da kəlam əsərlərinin yenidən
yazılması, metod axtarışı, və məzhəblərin fikirlərinin
24 Detlev Khalid. Some Aspects of Neo-Mu'tazilism / Islamic Studies,
VIII cild, 1969, səh. 321.
52
uzlaşdırılaraq birləşdirilməsi fikrini müdafiə edirdilər.25
Kazanlı Əbdünnasır Kusavi və Musa Carullah Bi-
qiyev (v. 1369/1943) ilə Krımlı İsmayıl Qaspıralı (v.
1914) kimi alimlər də Mötəzilədən təsirlənərək yeni bir
hərəkat başlatmışdır. Onlar da ağlın önəmi, təqlidin rəd-
di, təcdidə ehtiyac olduğu, insanın azad olduğu, imanda
təsdiqlə birlikdə əməlin də lazım olduğu kimi məsələləri
vurğulamışlar. Eyni zamanda məzhəb ixtilaflarını aradan
qaldırmanın zəruri olduğunu bildirmişlər.
XX əsrin ortalarından etibarən ortaya çıxan moder-
nizm tərəfdarlarında da Mötəzilə məktəbinin izlərini
görmək mümkündür. Fəzlurrəhman, Həsən Hənəfi, Mür-
təza Mütəhhəri, Məhəmməd Abid əl-Cabiri və Arkoun
kimi mütəfəkkirlər də özlərini Mötəziləyə aid etməsələr
də təqlidin rəddi, azadlıqların ön plana çıxarılması, ağlın
səlahiyyət sahəsinin artırılması, məsləhətin əsas alınma-
sı, elmə önəm verilməsi və məzhəbləri uzlaşdırmaq kimi
Mötəzilənin vurğuladığı bir çox prinsipi qəbul edirlər.
Yenilik tərəfdarı axımların bir-birinə təsiri olsa da
aralarında böyük fərqlər müşahidə edilir. Belə ki, bun-
25 Osmanlıdan Cumhuriyete İslam düşüncesinde arayışlar / Sadeleş-
tirenler: Abdurrahman Dodurgalı, Adil Bebek, Ahmet Yücel, Ferhat
Koca, İlyas Çelebi, Mehmet Erdoğan, İstanbul: Rağbet yayınları,
1999. Bu kitabda Şehbenderzade Filibeli Ahmed Hilmi, Musa Kazım,
Yeşilzade Muhammed Salih, Ziyaeddin Ezheri, İsmail İzmirli Hakkı,
Halim Sabit, Musa Carullah Bigi, Ahmed Hamdi Akseki, Şemseddin
Günaltay və İsmail Hakkı Baltacıoğlu kimi müəlliflərin məqalə və
yazıları toplanmışdır. Kitab, “İslamda yenilik arayışları” silsiləsindən
nəşr edilmiş əsərlərdən hesab edilə bilər. Bu yazıların bir çoxunda
yuxarıda bəhs edilən fikirlərə rast gəlmək mümkündür.
53
lardan bəziləri milli mədəniyyətlərini dirçəltmə məqsə-
dini daşıyır. Məsələn Hindistandakı modernist hərəkatın
əsasən ənənəvi hind mədəniyyətinə qayıdışı təmsil
etdiyini söyləmək mümkündür. Bu fikir hamıya deyil,
Seyid Əhməd Xan, Seyid Əmir Əli, Übeydullah əl-Hin-
diyə şamil edilə bilər. Bu hərəkatın Misirdəki nümayən-
dələri olan Məhəmməd Əbdüh və Cəmaləddin Əfqani
kimi alimlər isə teoloji xarakter daşıyan bir yenilik
tərəfdarı idi. Türk dünyasındakı yenilik hərəkatı daha
çox qərb təmayüllü olub Misirli alimlər kimi Mötəzilə-
nin adını çəkməməyə çalışırdılar. Öz aralarında müba-
hisə edərkən Mötəzilədən iqtibas etdiklərini isə müşahi-
də etmək mümkündür. Məsələn Musa Kazım Efendi,
Musa Carullah Biqiyevdə bu cür iqtibasları görmək
mümkündür.26
Şərqşünas qərb alimləri Mötəziləni tanıdıqda onun
fikirlərini liberalizmə yaxın hesab edərək heyranlıqlarını
ifadə etdilər. Hətta bu düşüncə məktəbininin nümayən-
dələrini “İlk İslam rasionalistləri” kimi adlandırdılar.
O’leary, Qoldziher, Robert Qaspar və Detlev Xalid kimi
müəlliflər Mötəzilənin fikirlərinin təsiri altında qalaraq
ağıl, elm, insan azadlığı kimi məfhumlardan bəhs edən,
təəssübü, təqlid və məzhəbpərəstliyi rədd edən son döv-
rün adı çəkilən İslam alimlərini “Yeni Mötəzilə (Neo-
26 İlyas Çelebi, İslam inanç sisteminde akılcılık ve Kadı Abdülcebbar,
İstanbul: Rağbet yayınları, 2002, səh. 188-201.
54
Mötəzilə)” kimi təqdim etdilər. 27 Məsələn Qoldziherə
görə mədəniyyətlə bağlı bir hərəkat xüsusiyyəti daşıyan
Hindistandakı Yeni Mötəzilə hərəkatı, Avropa mədəniy-
yətindən təsirlənənlərin başlatdığı bir intellektual islahat
cəhdidir. Qoldziherin bu fikirlərini yanıldıcı hesab edən-
lərlə razılaşmamaq qeyri-mümkündür. Mötəziləni tədqiq
etmiş Nyberq, Stainer, Watt kimi alimlər Mötəziləni
vəhy və ağlı uzlaşdırmağa çalışan, dövrlərinin problem-
lərinə yer verərək onları həll etməyə çalışan İslam dü-
şüncəsində xüsusi rolu olan alimlər olaraq qiymətlən-
dirirlər. Bu, həqiqətə daha yaxın bir təhlildir. Mötəzilə
alimlərini hər sahədə ağlın mütləq hakim olduğunu
düşünən filosoflar kimi təqdim etmək mümkün deyil.
Çünki onların ağlın və nəqlin həm birgə və həm də ayrı
səlahiyyət sahələrinin olduğunu söylədikləri bilinir,
məsələn təəbbudi məsələlərdə sadəcə nəqli tək mənbə
hesab etdikləri də məlumdur. Eyni zamanda bu alimlərin
zahid, ibadətlə çox məşğul olan şəxslər olduğu da
mənbələrdə ifadə edilir. Hətta zəif də olsa Mötəzilə
adının qaynağının zahid və abidi xarakterizə etmək üçün
istifadə edilən bir vəsflə əlaqəsi olduğu ehtimalı vardır.28
Detlev Xalidin məqaləsi və çox iddialı Neo-Mötə-
zilə ifadəsi, “Həqiqətən yeni bir axımdan bəhs etmək
mümkündürmü?” - sualını meydana gətirmişdi. Qərb
27 Bax: Some Aspects of Neo-Mu'tazilism / Islamic Studies, VIII cild,
1969, səh. 322-324. R. Qasparın bir məqaləsi isə belə adlanır: Le
Renouveau de Mo'tesilism / MIDEO, 1957, IV cild, səh. 141-202.
28 İrfan Əbdülhəmid, İslamda itikadi mezhepler ve akaid esasları, tərc.
M. Saim Yeprem, səh. 98.
55
şərqşünas alimlərinin əsərlərindən belə bir qənaətə gəl-
mək mümkün olsa da nəticə etibarilə yeni bir Mötəzilə
axımının var olduğunu iddia etmək həqiqəti ifadə etməz.
Lakin intellektual mirasımızın bir hissəsi olan Mötəzi-
lənin ağla və təcrübəyə verdikləri əhəmiyyəti, metod
ortaya qoyma səylərini, təəssübdən uzaq şəkildə fikir-
lərini ifadə edərək sərbəst formada müzakirə etmələrini,
məzhəbləri uzlaşdırmaq cəhdlərini, azadlıq haqqındakı
nəzəriyyələrini günümüzə daşıya bilərik. Son dövr
alimlərinin səyləri də yenidən bir məzhəbi diriltmək
məqsədini deyil, bəlkə də bizim ifadə etdiyimiz məsələ-
lərdə axtarışlarla əlaqədardır. Ənənəvi İslam düşüncə-
sindəki müsbət hesab edilə bilən üslub, ideya və fikir-
lərdən bəhrələnmə, digər İslam düşüncə məktəbləri kimi
Mötəzilənin də zəngin düşüncə mirasından istifadə etmə
günümüzün aktual məsələlərinə həll yolları tapmağa və
ya kəlam elmi üçün yeni bir metodologiya qurma
səylərinə də öz töhfəsini verə bilər.29
4.2. Xəvaric
Bu məzhəbə Xəvaric (Xaricilər) deyilməsinin səbə-
bi haqqında fərqli fikirlər var. Bir qrupa (xüsusilə müxa-
lif olanlar) görə topluluqdan ayrıldıqları, din və haqqın
xaricinə çıxdıqları və həzrət Əlini tərk etdikləri üçün
29 Bu bölümdə aşağıdakı məqalədən istifadə olunmuşdur: Adilə
Tahirova, Mötəzilənin son dövrlərdə görülən təsiri// BDU-nun
İlahiyyat fakultəsinin «Elmi məcmuəsi» № 10, Bakı: Nurlar, 2008
(sentyabr), səh. 86-94.
56
Xarici adlandırılmışdır. Xaricilərin özlərinə görə bu ad
“xuruc fi səbilillah” ifadəsindən düzəlmişdir (ən-Nisa
4/101). Hər bir məzhəb özünün yaranma tarixini pey-
ğəmbər dövrünə çatdırmağa və adının da mənşəyinin
Qurani-Kərim qaynaqlı olduğuna səy göstərir. Bu da
təbii bir haldır. Bu qrupa başqa adlar da verilmişdir.
Sıffın müharibəsində həzrət Əlinin ordusundan ayrılıb
Hərurada toplandıqları üçün Hərurilər də deyilmişdir. əl-
Muhakkimə adı da verilmişdir. İki ordu arasında sülhə
nail olunub anlaşmanın oxunduğu əsnada Urvə ibn
Udeyyə: “Allahın əmri durarkən başqalarını həkəm təyin
edirsiniz”, -demişdir (La hukmə illa lillah). Özlərinə
verdikləri başqa ad isə Şuratdır. Şarinin cəmi satıcılar-
yəni özlərini Allaha verənlər deməkdir. Tövbə 9/111 və
Bəqərə 2/207 ayəsindən ilhamlanaraq “öz nəfslərini
Allahın dini üçün satanlar” adlandırmışlar. Tarixçilər
xaricilərin əsasını Təhkim hadisəsinə bağlayır. Bununla
yanaşı məzhəbin ortaya çıxmasına təsir edən digər amil-
lər də olmuşdur.
1. Qurra deyilən siyasi vəziyyətdən, istiqrarsızlıq-
dan narazı bir təbəqənin olması. Onlar mütləq ədalətin
mövcud olacağı ideal bir cəmiyyət düşünürdülər. Bu
düşüncə “azad seçim” ideyasına gətirib çıxarmışdı.
Onların hakimiyyət haqqındakı fikirləri şəhərləşməyə də
qarşı olub qatı bir təəssübkeşliyə səbəb olurdu.
2. Qəbiləçilik və fərdiyyətçilik. Mərkəzi idarəçiliyə
qarşı dirənmə də bununla izah edilə bilər. Həzrət Əlinin
ordusunda Rəbiə qəbilələri üstünlük təşkil edirdi. Mu-
57
zarilər isə bununla razılaşmırdı. Təmimli ərəblər və
Yəmən ərəbləri də mövcud olduğundan bu kimi müxtə-
lif qruplar arasında əzəli rəqabət davam etmiş və Siffin-
də ortaya çıxan qarışıqlığın təməlində yatan səbəblərdən
biri olmuşdur.
Dini fikirləri belədir:
1. Əli ibn Əbu Talib, Osman ibn Əffan, iki həkəm,
Aişə binti Əbu Bəkr, Təlhə, Zübeyri və həkəmlərin
hökmünə razı olan hər kəsi təkfir etmək.
2. Kəbirə işləyəni təkfir etmək.
3. Zalım imama qarşı çıxmağı vacib görmək.
4. İmama ehtiyac yoxdur. Lakin ədalətin imamla
tamamlanacağı qənaətinə varılsa bir imam təyin edilər
(azad seçim). Qureyşdən olmasa da olar. Yəni xilafətin
Qureyşiliyi prinsipini rədd edirlər.
Qolları bunlardır: əl-Muhəkkimətul-ula (Həruriy-
yə), Əzariqa (Nafi ibn Əzraqa bağlı), Nəcədat (Nəcdə
ibn Amir əl-Hənəfi), Süfriyyə (Ziyad ibn Əsfar və ya
Abdullah ibn Əsfar ət-Təmimiyə aid edilən), Əcaridə
(Əbdülkərim ibn Acrəd), Səalibə, Beyhəsiyyə, İbaziyyə.
Abdullah ibn İbaza aid edilən bu firqə, böyük günah
edənləri sadəcə olaraq nemətə qarşı nankorluq məna-
sında kafir hesab edər, müxalif müsəlman qrupların
yaşadığı torpaqları İslam ölkəsi qəbul edib, onlarla
evlənməyi və onlara miras buraxmağı qanuni hesab edər.
İbaziyyə Xariciliyin ən mötədil və zamanımıza qədər
gəlib çatan yeganə firqəsidir. Ən çox Omanda yaşayırlar.
Şimali Afrika, Tunis və Əlcəzairdə mənsubları vardır.
58
Xaricilər olaraq bilinən bu qrup, əslində müsəlmanlığı
qəbul edən, lakin dar bir dini düşüncəyə sahib olub,
digər qruplara qarşı qatı münasibət bildirən qruplardır.
Bunlar zamanla mövcud sosial struktura uyğunlaşmaqda
çətinlik çəkmiş, eyni zamanda yaşadıqları sərt səhra
iqlimi və şərtləri ilə formalaşan həyat düşüncəsi ilə öz
sosial-mədəni düşüncələrinə uyğun bir qrup olaraq tə-
şəkkül etmişlər.
4.3. Şiə
Əvvəlcə Şiə sözünün lüğət və termin mənalarından,
məzhəbin təşəkkülündən qısaca söz etmək yerinə düşər.
“Şiə” sözü lüğətdə tərəfdar, firqə, topluluq, birinə uyan,
tabe olan mənalarına gəlir. Bu söz eyni zamanda tək,
cəm, müzəkkər və müənnəs üçün də istifadə olunmaqla
birlikdə “Şiə” kəlməsinin cəmi olaraq “şiyəun”, “əşya-
un” da işlədilir.30 Şiə, lüğət mənası ilə ərəb dilində tabe
olmaq, dəstəkləmək və təsdiq etmək mənasındakı “şya”
kökündən gələn bir isim olub, tərəfdar, köməkçi, bir işi
reallaşdırmaq üçün bir adamın ətrafında toplanan qrup
mənasındadır. Bir nəfərin şiəsi deyildiyi zaman, onun
təbəələri və mənsubları nəzərdə tutulur. Qurani-Kərimdə
İbrahimin Nuhun şiəsindən olduğu (əs-Saffat, 37/83),
Musanın Misirdə bir-birilə döyüşən iki nəfəri gördüyü
30 Zəbidi, Tacul-ərus, Beyrut, 1984, XXI cild, 301 və davamı; İbn
Mənzur, Lisanul-ərəb, Beyrut, 1994, VIII cild, səh. 188; Rağib əl-
İsfahani, Müfrədatu əlfazil-Quran, Beyrut 1997, səh. 470; Baranov,
Arabsko-Russkiy Slovar, Moskva, 1985, səh. 425.
59
zaman, onlardan birinin öz adamlarından, digərinin isə
düşmənlərindən olduğu, adamlarından olan bir şəxsin
düşməninə qarşı ondan imdad istədiyi (əl-Qəsəs, 28/15)
nəzərə alındıqda, sözün əsas etibarilə tabe olan, dost və
tərəfdar mənasına gəldiyi görülür.
Şiə termin olaraq Əli ibn Əbu Talibin nəss və
təyinlə Həzrət Peyğəmbərin xəlifəsi və insanların imamı
olduğunu qəbul etməkdir.31 Şiəliyin ortaya çıxmasının
tarixi haqqında Şiə mənbələrinin verdiyi məlumata əsa-
sən bu məzhəb Həzrət Peyğəmbər dövründən mövcud
olmuşdur.32 İmamətin dini mətnlərə dayanaraq təyinlə33
reallaşdığı qəbul edildiyi üçün məzhəbin tarixi Peyğəm-
bər dövrünə qədər uzadılır. Ancaq bir məzhəb olaraq
Şiəliyin tam təşəkkülü üçün on iki İmamın gəlməyi la-
zımdır. Qeybəti-suğra dönəmi isə 260/874-cü ildə baş-
lanmışdır. 34 Burada sözün termin mənasından deyil,
lüğət mənasından hərəkət edilməlidir. Şiə mənbələrində
keçən rəvayətlərə görə tərəfdar mənasında ilk Şiə dörd
sahabədən ibarət idi: Salman Farisi (v. 34/655), Miqdad
ibn əl-Əsvəd (v. 33/653), Əbu Zərr (32/653), Əmmar
31 Cəfər Sübhani. Buhus fil-miləl vən-nihəl. Qum, 1413, VI/7.
32 Fəzl İbn Şazan ən-Nisaburi. əl-İzah. Tehran, 1390, səh. 476; Abdullah
Fəyyaz. Tərixul-İmamiyyə. Beyrut, 1975, səh. 35 və davamı.
33 Əllamə Hilli. əl-Babul-hadiyə əşər. səh. 43; Sübhani. Buhus fil-miləl
vən-nihəl. VI/43; Müzəffər. Əqaidul-İmamiyyə. səh. 74; Fəyyaz.
Tərixul-İmamiyyə və əsləfihim minəş-Şiə. səh. 27; Şərif əl-Murtəza.
Rəsailuş-Şərif əl-Murtəza. III/20.
34 Ethem Ruhi Fığlalı. Çağımızda etiqadi İslam məzhəbləri. səh. 145.
60
ibn Yasir (v.37/657). 35 Erkən dövrdə ortaya çıxdığı
qəbul edilsə belə tam formalaşmanın müəyyən zaman
aldığını söyləmək daha məqbul gorunür.36
Terminoloji mənada Şiə həzrət Peyğəmbərin və-
fatından sonra müsəlman cəmiyyətin ruhani və cismani
liderliyi mənasındakı imamətin Allah və peyğəmbər
tərəfindən seçildiyi qəbul edilən və bu vəzifənin Əli ibn
Əbu Talib və nəslindən gələnlər tərəfindən idarə edilmə-
sini söyləyən qrupların müştərək adıdır.
1. Şiənin əksəriyyəti Əli tərəfdarlığının həzrət Pey-
ğəmbər dövründə, onun vasitəsilə ortaya çıxıb inkişaf
etdiyini, o dövrdə Əli ibn Əbu Talibə meylli olan və
həzrət Peyğəmbərin vəfatından sonra onun imam olacağı
fikrini qəbul edən, başda Salman əl-Farisi, Əbu Zərr əl-
Ğiffari, Miqdad ibn əl-Əsvəd və Əmmar ibn Yasir kimi
səhabələrin də Əli Şiəsi olaraq bilindiklərini qeyd edirlər.
Növbəxti, Möhsün əl-Amili, Kaşiful-ğita bu fikirdədir.
2. Başqa bir qrup alim isə, Əli ibn Əbu Talib tərəf-
darlığının həzrət Peyğəmbərin vəfatından sonra xəlifə
olaraq Əhli-beytdən birinin seçilməsini daha doğru
hesab edən, Əhli-beyt içində isə Əli ibn Əbu Talibin bu
məqama daha münasib olduğunu bildirən, əksəriyyətinin
35 Məclisi. Biharul-Ənvar. IV/451, VIII/44, 123, XXXIX/11, 106;
Amili. Əyanuş-Şiə. I/18, 133; Sadr. Təsisuş-Şiə li Ulum əl-İslam. səh.
351; Növbəxti. Fıraq əş-Şiə. səh. 17; Əli İbn Əbu Talib. Nəhcul-
Bəlağa. səh. 183; Kaşani. İlmul-yəqin fi usulid-din. II/743;
Strothmann. Şia / İA, XI/502.
36 Mənai. Usulul-əqidə beynəl-Mutəzilə vəş-Şiə əl-İmamiyyə. səh. 51;
Nəşşar. Nəşətul-fikr əl-fəlsəfi fil-İslam. II/34.
61
Haşimilərdən olub Əli ibn Əbu Talib ilə yaxın münasi-
bəti olan bir topluluqla başladığını ifadə etmişdir. İbn
Xəldun, Əhməd Əmin, Bernard Lewis bu fikirdədir.
3. Digər bir qrup alimin də fikrinə görə, Şiəlik
Osman ibn Əffanın dövründəki hadisələrlə birgə cərəyan
etmişdir. Bu dövrdə Əli qrupu və Müaviyə qrupu şəklin-
də deyilmişdir. Welhausen belə hesab edir.
4. Bir qrup tədqiqatçı isə bu məzhəbin mənşəyini
kimliyi və yaşayıb yaşamadığı mübahisəli olan Abdullah
ibn Səbə tərəfindən atıldığını irəli sürmüşdür.
5. Bir başqa görüşə görə isə, Şiə adı Siffin hadisəsi
nəticəsində (h. 35/m. 657) ortaya çıxmış və Əli ibn Əbu
Talib tərəfdarlığı yalnız bu döyüş zamanı başlamışdır.
6. Ancaq başqa bir düşüncəyə görə də, Şiəlik ancaq
Hüseyn ibn Əlinin Kərbəlada öldürülməsindən sonra
ortaya çıxmışdır.
7. Bir qrup alimə görə isə bu məzhəb Təvvabun
hərəkatı ilə başlamışdır.
Şiəliyin ən böyük qolu İmamiyyədir. Məzhəbin
mənsubları imamları mənimsəməyi əqidə mövzusuna
daxil etdiklərindən İmamiyyə, on iki İmamı qəbul et-
dikləri üçün İsnaəşəriyyə, fiqhə aid fikirlərini Cəfər əs-
Sadiqə aid etdiyi üçün Cəfəriyyə, on ikinci imamın
gəlişini gözlədiyi üçün Əshabul-intizar adlandırılır. İsna-
əşəriyyənin tarixini imamlar və qeyb dövrləri olmaqla
iki mərhələyə ayırmaq mümkündür. İmamlar dövrü ilk
imam Əli ibn Əbu Talib ilə başlayıb on ikinci imam
Məhəmməd əl-Mehdinin 260/874-cü ildə kiçik qeybə
62
çəkilməsinə qədər davam edir. Şiəliyin tarixində imam-
ların sayına və adlarına görə müxtəlif firqələr meydana
gəlsə də İsnəaşəriyyəyə görə on iki imam bunlardır:
1. Əli ibn Əbu Talib (v. 40/661). Künyəsi Əbul-
Həsəndir. əl-Murtəza, Heydər, Əsədullah ləqəbləri var.
Nəcəfdə (İraq) dəfn olunmuşdur.
2. Həsən ibn Əli (v. 49/669). Künyəsi Əbu Muhəm-
məddir. Ləqəbi- Müctəba və Zəkidir. Mədinədə Baqi
qəbiristanlığında dəfn edilmişdir.
3. Hüseyn ibn Əli (v. 61/680). Künyəsi Əbu Abdul-
lahdır. Ləqəbi Seyyiduş-şuhədadır. Kərbəlada (İraq)
dəfn olunmuşdur. Həz. Həsən və Hüseyn Rəsulullahın
ən çox sevdiyi nəvələri olub “Reyhanətun-nəbi” (Pey-
ğəmbərin gül dəstəsi) kimi qeyd edilirlər.
4. Əli İbn Hüseyn Zeynəlabidin (v. 94/713). Kün-
yəsi Əbul-Muhəmməd və Əbul-Həsəndir. Ləqəbi Zey-
nəlabidin və Seyyidus-sacidin və Səccaddır. Mədinədə
Baqi qəbiristanlığında dəfn edilmişdir.
5. Məhəmməd ibn Əli əl-Baqir (v. 114/733).
Künyəsi Əbu Cəfərdir. Ləqəbi Baqirul-ulumdur (dərin
elmə sahib). Məzhəbin əsasları və fiqhi İmam
Muhəmməd Baqirlə İmam Cəfəri-Sadiqin rəvayətlərinə
istinad edir. Atasının yanında dəfn edilmişdir.
6. Cəfər ibn Muhəmməd (v. 148/765). Ləqəbi əs-
Sadiqdir. Çox böyük alim və fəzilətli insan olmuşdur.
7. Musa ibn Cəfər əl-Kazım (v. 183/799). Künyəsi
Əbul-Həsəndir. Ləqəbi Kazımdır. Bağdadda Kazımeyn-
də dəfn olunmuşdur.
63
8. Əli ibn Musa (v. 203/818). Ləqəbi ər-Rizadır.
Xorasanda Məşhəddə dəfn edilmişdir.
9. Məhəmməd ibn Əli (v. 220/835). Ləqəbi ət-Təqi
və Cavaddır. Kazımeyndə dəfn edilmişdir.
10. Əli ibn Muhəmməd (v. 254/868). Ləqəbi ən-
Nəqi və Hadidir. Samərrada dəfn olunmuşdur.
11. Həsən ibn Əli (v. 260/874). Ləqəbi əl-Əskəri-
dir. Samərrada dəfn olunmuşdur.
12. Məhəmməd ibn əl-Həsən əl-Mehdi əl-Muntə-
zar. İsnəaşəriyyə tərəfindən adı söylənmədən “sahibuz-
zaman, əl-qaim, əl-huccə, əl-muntazar, əl-mehdi” ləqəb-
ləri ilə adı çəkildikdən sonra “əccəlallahu fərəcəh”
(Allah zühurunu tezləşdirsin) duası əlavə edilir. Şiə əqi-
dəsinə görə hal-hazırda diridir və qeybdədir. Qiya-
mətdən əvvəl zühur edərək zülmlə dolu dünyanı ədalətlə
dolduracaq.
On ikinci imamın qeybindən etibarən başlayan
dövrə “qeybət dövrü” deyilir. Bu dövrün 329/941-ci ilə
qədər sürən ilk hissəsinə “əl-ğaybətus-suğra” (kiçik
gizlilik, qeyb) adı verilmişdir. Kiçik geyb dövründə on
ikinci imamla Şiə ictimaiyyəti arasındakı əlaqəni bab,
səfir, vəkil və ya naib deyilən dörd nəfər davam etdir-
mişdir. 15 Şaban 329-cu ildə (15 may 941-cı il) ölümü
ilə kiçik qeyb dövrü sona çatmış və qaib imamla Şiə ic-
timaiyyəti arasındakı münasibəti davam etdirən səfir-
lərin olmadığı böyük qeyb dövrü başlamışdır. Bu dövr
hələ də davam edir.
İmamiyyə əqidəsi Şeyx Səduqdan sonra tələbəsi
64
Şeyx Müfid və Şərif əl-Murtəza tərəfindən sistemləş-
dirilmişdir. Şərif əl-Murtəzanın tələbəsi Əbu Cəfər ət-
Tusi, məzhəbin ən sistematik kəlam əsərlərindən olan
“əl-İqtisad fimə yətəalləqu bil itiqad” adlı əsərini qələmə
almışdır. Sonrakı əsrlərdə Nəsirəddin Tusi, İbn Mütəh-
hər əl-Hilli kimi məzhəbin məşhur kəlamçıları yetişmiş-
dir.
İsnaəşəriyyə kəlamı sistemli hala gəldikdən sonra
usul əd-din (dinin əsasları) tövhid, ədl, nübüvvət, ima-
mət və məad olmaqla beş əsas şəklində qəbul edilmişdir.
İmamətin müstəqil bir iman əsası kimi qəbul edilməsi-
nin müsəlmanların əksəriyyətini iman dairəsinin xaricin-
də tutmaq kimi bir nəticəyə gətirib çıxardığını düşünən
son dövr Şiə kəlamçıları üsuluddin və usulul-məzhəb
təsnifini mənimsəyərək tövhid, nübüvvət və məadın üsu-
luddini, ədl ilə imamətin isə üsulul-məzhəbi təşkil
etdiyini ifadə edirlər.
Digər məzhəblərlə Şiəlik arasındakı əsas fərqli
nöqtə imamət məsələsidir. İmamətin vacibliyi və bunun
insanların seçiminə buraxılacaq bir məsələ olmadığı
vurğulanır. İmamın nəss və təyinlə olduğu qəbul edilir.
Bu təyin açıq və ya gizli şəkildə bildirilmişdir. “Yav-
muddar” hədisi (Şuəra 214 ayəsində qeyd edildiyi kimi
Peyğəmbərimizin öncə yaxınlarını toplayaraq açıqla-
ması), “Mənzilət” hədisi (Musa-Harun bənzətməsi),
“Səfinə” hədisi (Əhli beytin Nuhun gəmisinə bənzədil-
məsi), “Səqəleyn” hədisi imamətin əsas dəlillərini təşkil
edir.
65
Ədl prinsipinə görə Allah adildir. Bu, yaradılış
aləmində (təkvini), ilahi qanunlarda (təşrii) və cəzada
təcəlli olur. Hər şeyi yaratması, peyğəmbər göndərərək
doğru yolu göstərməsi, insana gücü yetməyəni yüklə-
məməsi, hər insana etdiklərinə görə mükafat və ya cəza
verməsi bu ədalətin nəticəsidir.
4.4. Əhli-sünnə
Əhli-sünnə kəlam elminin ortaya çıxmasına zəmin
hazırlayan Abdullah ibn Küllab əl-Bəsri (v. 240/854),
Haris əl-Mühasibi (v. 243/857) və Əbul Abbas Əhməd
ibn Əbdürrəhman əl-Qəlanisi (v. 255/869) kimi fəqihlər-
dən ibarət təbəqə iman əsaslarını əqli dəlillərlə izah et-
məyə cəhd etmişlər.
Bu şəxslərdən əvvəl də h. II əsrdə yaşamış Əbu Hə-
nifə, Malik ibn Ənəs, Məhəmməd ibn İdris Şafei, Əbu
Amr əl-Övzai kimi alimlərin Əhli-sünnə etiqadının
formalaşmasında xidmətləri olmuşdur. Həsən əl-Bəsri
(v. 110/728) ilə Ömər ibn Əbdüləzizin (v. 101/720) isə
qədər mövzusu ilə əlaqəli risalələrinin olduğu bilinir.
Əbu Hənifə və digər alimlərin də İslam etiqadını
müdafiə edib Əhli-sünnənin fikirlərini irəli sürdüyü
bilinir. Məsələn Əbu Hənifənin (v. 150/767) əqaidə dair
beş risaləsi bizə qədər gəlib çatan ilk kitablardandır:
əl-Fiqhul-əkbər
əl-Alim vəl mutəəllim
əl-Vəsiyyə
əl-Fiqhull əbsat
66
ər-Risalə
Bu risalələr sonralar Kəmaləddin əl-Bəyazi (v.
1098/1687) tərəfindən əl-Üsulul munifə lil-İmam Əbi
Hənifə adı ilə toplanmış və eyni şəxs tərəfindən şərh
edilərək İşaratul məram min ibaratil İmam adı verilmiş-
dir.
İmam Şafeinin (v. 204/819) əqaid sahəsindəki bəzi
əsərləri:
Kitab fi təhqiqin-nübüvvə vər-rədd aləl-Bərahimə
əl-Fiqhul-əkbər
Əşəri və Maturidinin ortaya çıxmasına qədər Əhli-
sünnənin fikirlərini bu alimlər təmsil edirdi. Bu məzhə-
bin mənbələrinə görə Əhli-sünnə həzrət Peyğəmbər və
əshab camaatının dinin əsas məsələlərində izlədikləri
yolu mənimsəyənlər şəklində tərif edilir. Bu termin
Darimidə keçən bir rəvayətə görə ilk dəfə Həsən əl-
Bəsri tərəfindən istifadə edilmişdir.
Əhli-sünnə mənsubları bəzən “əhl” sözünə “hədis,
camaat, istiqamət, haqq, iman, isbat” əlavə edilərək söz
birləşmələri ilə, “sifatiyyə”, “firqeyi-naciyə”, “səvadi-
əzəm” kimi də ifadə edilir.
Əhli-sünnənin h. III/m. IX əsrdə etiqadi bir məzhəb
kimi meydana çıxdığı mənbələrdə bildirilir.
Əhli-sünnə məzhəbinin üç qolu vardır:
Sələfiyyə
Əşəriyyə
Maturidiyyə
Sifatiyyə və Əsəriyyə kimi də bilinən Sələfiyyə,
67
iman əsasları ilə əlaqəli məsələlərdə ayə və hədislərdə
bildirilənlərlə kifayətlənib mütəşabih ayələr də daxil
olmaqla, eynilə qəbul edib təşbih və təcsimə düşmədi-
yini ifadə edən, təvil yoluna da getməyən bir Əhli-sünnə
qrupudur. Sələfiyyənin əsas prinsipləri bunlardır:
Təqdis - Allahın layiq olmayan hər şeydən münəz-
zəh olduğuna inanmaq.
Təsdiq - Allahı Qurani-Kərim və səhih hədisdə
vəsfləndiyi kimi qəbul edib inanmaq.
Acizliyini etiraf etmə - Nəsslərdə keçən mütəşabi-
hatın məqsədini anlamada acizliyini etiraf etmək.
Sükut - Mütəşabihatın mənası haqqında sual vermə-
mək.
İmsak - Mütəşabihləri təvil etməkdən qaçınmaq.
Kəff - Mütəşabihlərlə qəlbən belə məşğul olmayıb
onlar haqqında düşünməmək.
Mərifət əhlinə təslim etmə - Mütəşabihlər haqqında
peyğəmbərlər, böyük din alimləri, vəlilərin məlumat sa-
hibi ola biləcəyini qəbul etmək.
َعِدايَِهه َْمدMْبَاأَيüَِِقtفوəَََْşْوفaَلِأbّنََّلiْاhوُدَمaََيyلَِهəَّّسلlَِəْفاrََنdونəمعُىاnًِعايلَيbَيُبَِظəَثعzَُاiراّنlًَِكإəُْجrََنكiيَأnنَِهəؤَعُتِّنَيواnُفَيِِْإəبََسايzَيُثəَفrلَّلَكَنyَنَِذَّّيeلّاtَُاهنirَلنَمْيəَََّعk إِف: •
Sənə bey’ət edənlər, şübhəsiz ki, Allaha bey’ət
etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstün-
68
dədir. Kim (bey’əti) pozsa, ancaq öz əleyhinə pozmuş
olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona
bَّيöَدyَيüِبkُتmقüَْلkَخafaماtَِلveَدrُجərنتَ( ْ!سəَيlِن-اَلFَعأəَْاكلthَعَن4منَِم8َت/َ1َما0 أَقَاْسَتَل ْكيَبَاْرإِبَْتلِيأَْمُس)ُكن
(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə
yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür gös-
tərdin, yoxsa özünü yuxarı tutdun?” (Sad 38/75)
َويَْب َقى َو ْجهُ َربِ َك ذُو اْْلَلَاِل َواِْل ْكَراِم
Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı
baqidir. (ər-Rəhman 55/27)
Etiqadda Əbul-Həsən əl-Əşərinin yolunu mənimsə-
yənlərə Əşəriyyə deyilir. Əşəri h. 260-cı ildə Bəsrədə
dünyaya gəlmiş, h. 324-cü ildə Bağdadda vəfat etmişdir.
O, 40 yaşına qədər Mötəziləyə bağlı qalmış, sonra
bir rəvayətə görə “səlah-əsləh” prinsipindəki “üç qar-
daş” məsələsinə görə Mötəzilədən ayrılmışdır. Ümumiy-
yətlə bu məsələ ilə əlaqəli tək düşüncə yoxdur. Bəziləri
həzrət Peyğəmbərin onu yuxuda yoluna dəvət etməsini,
bir qisim alimlər isə Mötəzilədən olan ögey qardaşı Əbu
Haşim əl-Cübbai ilə rəqabətini məzhəbdən ayrılmasına
səbəb kimi göstərir. Əşəri əvvəlcə Mötəzilədən ayrılaraq
ilk dövrdə mühafizəkar sələf əqidəsinə döndüyünü ifadə
etmişdir. Lakin ömrünün qırx ilini həsr etdiyi məzhəbin
bütün izlərini silmək mümkün olmamış, sonrakı dövrlər-
69
də Əşərinin metodunda Mötəzilənin təsirinə rast gəlmək
mümkündür.
Əşəri kəlam alimləri təvildən çox istifadə etmişdir.
Səlcuqi vəziri Nizamülmülkün qurduğu mədrəsələrə
Əşəri alimləri müdərris kimi təyin etməsindən sonra
daha geniş sahəyə yayılma fürsətini əldə etmişdir. Əşə-
rilik əvvəlcə İraq və Suriyada yayılsa da sonra Əndəlüs,
Misir, Şimali Afrika ölkələrinə qədər yayılmışdır.
Sünni Müsəlmanların 13 faizini təşkil edən Maliki-
lərlə, 33 faizini təşkil edən Şafiilərin dörddə üçü, hənəfi-
lərlə hənbəlilərin çox az bir hissəsi etiqadda Əşəriliyi
mənimsəmişdir.
Etiqadda Əbu Mənsur əl-Maturidini (v. 333/944)
mənimsəyənlərin təşkil etdiyi düşüncə məktəbinə Matu-
ridiyyə deyilir. Əbu Mənsur əl-Maturidiyə İmamul-
hüda, Aləmul-hüda (hidayət rəhbəri, hidayət məşəli),
İmamul-mütəkəllimin, Rəisus-sünnə kimi ləqəblər də
verilmişdir. O, Səmərqəndə bağlı Maturid kəndində dün-
yaya gəldiyi üçün oraya nisbət edilir.
Hənəfi fiqhində Maturidinin elm silsiləsi İmam
Muhəmmədə istinad edir. Kəlam elmini isə Nəsr ibn
Yəhya əl-Bəlxidən öyrənmişdir. Əqaiddə elm zənciri
Əbu Hənifəyə gedib çıxır.
Maturidiliyin ilk dövrlərdə Əşərilik qədər şöhrət
tapmamasının səbəbləri kimi bunlar göstərilə bilər:
-Bəsrə və Bağdad kimi dövrün elm mərkəzlərindən
uzaq bir bölgədə yayıldığı üçün Əşərilik qədər məşhur
deyil.
70
-Maturidinin dilinin çətin və qarışıq olması, Maturi-
didən sonra məzhəbin ən önəmli siması olan Əbul Muin
ən-Nəsəfidə görülən “Semantik metodun” çətinliyi də öz
rolunu oynamışdır.
-İslam aləmində daha çox Məşşai fəlsəfə sistemi
hakim olduğu üçün Mötəzilə və Yunan fəlsəfəsindən tə-
sirlənən Əşəri məktəbi daha çox nüfuza sahib olmuşdur.
Dünyadakı sünni müsəlmanların 53 faizini təşkil
edən hənəfilərin böyük əksəriyyəti Maturididir. Daha
çox Mavəraunnəhrdə və Türklər arasında yayılmışdır.
Türkiyə, Balkan, Orta Asiya, Çin, Hindistan, Pakistanda
bu məzhəbə mənsub olanlar üstünlük təşkil edir.
Maturidiliklə Əşərilik arasında Maturidilik və Əşə-
rilik arasındakı bəzi fərqlərə nəzər salaq:
Hüsn-qubh. Maturidilərə görə həsən ilə qəbihin və
ya yaxşı ilə pisin ağılla bilinməsi mümkündür. Əşərilərə
görə isə hüsn və qubh şəridir.
Mərifətullah. Maturidilərə görə dini təbliğ olmasa
da insan Allahı bilməlidir. Çünki ağıl buna qadirdir.
Əşərilərə görə isə Allahı bilmək şərən vacibdir. Peyğəm-
bər göndərilməmiş insan heç bir şeydən məsul deyil.
Nübüvvət. Maturidilərə görə peyğəmbərliyin şərtlə-
rindən biri də kişi olmaqdır. Əşərilərə görə isə bu, şərt
deyil. Təbliğlə mükəlləf olmamaq şərtilə qadının pey-
ğəmbər olması da mümkündür.
Səbəb və hikmət. Maturidilər Allahın feillərinin bir
hikmətə bağlı olduğunu, bir səbəbə istinad etdiyini qəbul
edir. Çünki Allah əbəsdən münəzzəhdir. Əşərilərə görə
71
Allahın feilləri bir səbəbə bağlı deyil, çünki bu, Faili-
muxtar olan Allahın qüdrətinə və feillərinə bir məhdu-
diyyət gətirmək mənasına gələr.
Təklifu ma la yutaq. İnsanın gücü yetmədiyi bir
şeylə mükəlləf tutulması Maturidilərə görə caiz deyil.
Əşərilərə görə yuxarıda qeyd etdiyimiz səbəbə görə
caizdir, ancaq meydana gəlməmişdir.
5. Kəlam tarixində dövrlər
Əsas etibarilə kəlam tarixindəki dövrləri iki yerə
ayırmaq mümkündür: mütəqəddimun və mütəəxxirun
dövrləri.
5.1. Mütəqəddimun dövrü və səciyyəvi
xüsusiyyətləri
Mütəqəddimun dövrü - Qəzzaliyə qədər olan kəlam
alimlərinin yaşadığı dövrdür. Bu dövrün bariz xüsusiy-
yətləri bunlardır:
a) İnikası-ədilləni (dəlil üçün verilən hökmün
mədlulu da əhatə etməsi)37 qəbul etmək.
b) Məntiqi qəbul etməmək.
c) Fəlsəfi mövzulara yer verməmək.
IV əsrdən etibarən Mötəzilə ilə sələfə tabe olan
əhli-hədis fəqihlər arasında fikir mübarizəsi şəklindəki
fikir hərəkatı bir baxıma da Əşəriyyə və Maturidiliklə
37 Hər hansı bir məsələni isbat edən dəlil yanlış çıxarıldığı təqdirdə o
dəlilin isbat etdiyi məsələnin yanlış hesab edilməsidir. Yəni dəlilə
verilən hökm isbat edilən məsələyə də şamil edilir.
72
əhli-nəss məktəbi arasında fikir mübarizəsi şəklində baş
vermişdir. Mötəzilə ilə başlayıb Cüveyni ilə bitən və
mütəqəddimun metodu olaraq bilinən kəlam metodu
İslam təfəkkürünün orijinal yönünü təmsil edir. Bu dövr-
də kəlamçılar özləri üçün Aristotel məntiqindən və fikir-
lərindən fərqli müstəqil bir metod ortaya qoymuşdur.
Mütəqəddimun dövrü alimlərindən bəziləri bunlardır:
Əşərilərdən: Baqillani, Əbdülqahir əl-Bağdadi, əl-
Cüveyni.
Maturidilərdən: Əbul-Yusr əl-Pəzdəvi.
5.2. Mütəəxxirun dövrü və xarakterik
xüsusuyyətləri
Bu dövr Qəzzali ilə birlikdə başlamışdır. Bu dövrdə
Əşəri alimlər daha fəal olmuşdur. Bu dövrün kəlamçıları
Aristotel məntiqini tədqiq etmiş, istidlal və münazirələr-
də bu məntiqin qaydalarına uymuşlar. İnikası ədillə
məsələsində əksini söyləyirlər. Dəlilin butlanı başqa bir
dəlillə isbatı mümkün olan mədlulun (dəlillə isbat olu-
nan şey) butlanını zəruri etməz. Qəzzali məntiqi İslam
elmlərinə daxil edərək bir növ məşrulaşdırmış şəxs kimi
bilinir. Ondan sonrakı alimlər də fəlsəfə ilə kəlamı bir-
birinə qarışdırmışlar.
Bu dövrdə İslam fəlsəfəsinin qurulması ilə kəlam
əsərlərində də onlara münasibət bildirmə hallarına rast
gəlmək mümkündür. Kindi kəlamdan fəlsəfəyə keçid
dövrünün təmsilçisi hesab edilir. İslam fəlsəfəsi Farabi
və İbn Sina ilə kamilləşmişdir.
73
Mütəəxxirun dövründən bəhs edərkən Qəzzalinin
filosofları tənqidinə yer vermək lazımdır.
Qəzzali fəlsəfəçilərin söylədiyi hər şeyi rədd etmə
və əvvəlcədən qəbul etmə kimi iki ifrat münasibətdən
çəkinmişdir. O, bu fikirləri təhlil edərək Təhafutul-fəla-
sifə əsərində onların xətalarını qeyd etmişdir. Qəzzalinin
fəlsəfəylə əlaqəli fikirləri əsasən Farabi və İbn Sinaya
qarşı yönəlmişdir.
O, iyirmi məsələdə filosofları tənqid edir, bunlar-
dan on yeddisində fəlsəfəçilərin xəta etdiklərini, üçündə
isə küfrə düşdüklərini iddia edir. Qəzzalinin fəlsəfəçiləri
küfrlə ittiham etdiyi məsələlər bunlardır:
1. Aləmin qidəmi (əzəliliyi). Filosoflara görə aləm
zat etibarilə hadis (sonradan olma), zaman baxımından
qədimdir (əzəlidir). Bu isə tövhidə ziddir.
2. Həşrin cismani deyil, ruhani olacağı. Qəzzaliyə
görə nəssə ziddir.
3. Allahın cüziyyatı bilməməsi. Cüzi hadisələr
dəyişkəndir. Bu, onlara aid biliyin və bilənin dəyişkənli-
yini zəruri edir. Qəzzaliyə görə bunu iddia etmək ilahi
sifətlərə nöqsan gətirir.
Qəzzalinin kəlam elminə gətirdiyi yeniliklərə gəlin-
cə bunları belə qruplaşdırmaq mümkündür:
1. Məntiqi qəbul etməsi.
2. İnikası-ədilləni rədd etməsi.
3. Fəlsəfi mövzulara əsərində yer verməsi.
Bu prinsiplər eyni zamanda mütəəxxirun dövrünün
də xüsusiyyətlərini təşkil edir.
74
Mütəəxxirun dövrü alimlərinə misal olaraq Əbul-
Muin ən-Nəsəfi, Ömər ən-Nəsəfi, Sabuni, Şəhristani,
Fəxrəddin ər-Razi, Amidi və başqa alimlər misal verilə
bilər.
5.3. Fəlsəfi kəlam dövrü
Qəzzali ilə başlayan bu dövr Şəhristani, Fəxrəddin
ər-Razi, Amidi, Qazı Beyzavi, Nəsirəddin Tusi, Əllamə
Hilli kimi alimlər tərəfindən davam etdirilmişdir.
Bu dövrün əsas xüsusiyyəti fəlsəfi mövzulara və
dəlillərə kəlam əsərlərində geniş formada yer verilməsi-
dir.
5.4. Şərh və haşiyələr dövrü
Hicri VIII/ miladi XIV əsrin ortalarından başlayıb
XX əsrin başlarına kimi davam edən bu dövr kəlam
elmində təqlid və durğunluq dövrü hesab edilir.
Çünki daha çox əvvəlki əsərlər üzərində çalışılmış,
yeni, sistemli və həcmli əsərlər yazılmamışdır. Əvvəlki
əsərlərə şərhlər, haşiyələr, qeydlər (təliqat) yazılmışdır.
Lakin bu, şərh və haşiyələrin əhəmiyyətsiz olduğu-
nu göstərmir. Belə ki, bir çox əsərin anlaşılması üçün
şərh və haşiyələr gərəklidir. Məsələn, Tusinin Təcridini
şərhsiz oxuyub anlamaq çətindir.
Şərhlər dövrünün bəzi nümayəndələri: əl-İci, Sey-
yid Şərif Cürcani, Təftəzani, Dəvvani, Hilli, Əli Quşçu.
75
5.5.Yeni elmi-kəlam dövrü
XIX əsrdə yaşanan hərbi və siyasi uğursuzluqlar
elm adamlarını İslam aləmində və baş verən “inxitat”,
“inqiraz” və “təəxxur” səbəblərini araşdıran əsərlər yaz-
maya sövq etmişdir. Daha çox qəzet və məcmuələrdə
yer alan bu cür yazılarda başda mövcud təhsil sistemi
olmaqla təsbit edilən uğursuzluqlar üzərində durulmuş-
dur. İslam elmlərinin məzmun və əsaslarının ehtiyaca
cavab vermədiyi şəklindəki yayğın qənaət bunları yenilə-
mə və canlandırma fikrini gündəmə gətirdi. İstər fəlsəfə-
nin yeni məzmunuyla inanc və dəyərlərə zərbə vurması,
istərsə dini əhatə etməyən cərəyanların gün keçdikcə zi-
yalıları öz təsiri altına alması elm adamlarını əvvəl şika-
yətə, sonra isə axtarışlara yönəltmişdir. Bu vəziyyətdə
İslam dininin muhafizəçisi olan kəlamçıların üzərinə
məsuliyyət yükləndiyi və yeni araşdırmalara ehtiyacın
olduğu dilə gətirilmişdir. Kəlamın yeni tələblərə və
ehtiyaca cavab vermədiyi irəli sürülərək zamanın tələbinə
uyğun əsərlərin yazılmasının zəruriliyi vurğulanmışdır.
Osmanlılar dövrü kəlam elmi ilə əlaqəli fikir və
izahlar mövzusunda əsas yerlərdən birinə sahibdir. Jur-
nallardakı müxtəlif məqalə və mübahisələrdən son dövr
İslam alimləri arasında kəlam kitablarının ehtiyaca ca-
vab vermədiyi dilə gətirilirdi. “Sırati-Mustakim”də çı-
xan bir yazıda əhatə etdiyi mövzu və problemlər baxı-
mından beş yüz il qabaq yazılan kəlam və fəlsəfə kitab-
larının artıq kafi olmadığı bildirilərək qədim sufistaiy-
yənin yerinə artıq maddiyyun (materialist) və təbiətçi-
76
lərin (naturalist) keçdiyini, dəhriyyunun da şəkil dəyiş-
dirdiyini, bu səbəblə mövcud fikirlərə qarşı rədd cava-
bını verə biləcək əsərlərin yazılmasına ehtiyacın olduğu
vurğulanmışdır.
Tarix boyu İslam alimləri də ortaya çıxan ehtiyac-
lara görə hərəkət etmişdir. Əqaid və kəlam elminin əsas
mövzuları (məsail) eyni qalsa da, bu mövzuları izah
edərkən və ya etirazlara cavab verərkən metod və izah
tərzləri dövrə və düşüncə məktəblərinə görə dəyişmişdir.
Zaman keçdikcə mütəqəddimunun qurduğu, mütəəx-
xirunun inkişaf etdirib sistemləşdirdiyi klassik kəlamda,
yeni ortaya çıxan məsələlərə də cavab tapmaq üçün me-
tod dəyişdirmə zərurəti ortaya çıxmışdır.
Xüsusilə XX əsrdə aktual olan Yeni elmi-kəlam
dövrünün əsas xüsusiyyətləri bunlardır:
-Materializmi və fəlsəfi bir fikir kimi pozitivizmi
rədd edən, dinə qarşı olan bioloji (Darvinizm) və psixo-
loji (Freydizm) tənqidlərə cavab vermək.
-Bütün elmlərdən istifadə edərək Allahın varlığını
isbat etmək.
-İslamın əqaid məsələlərini inkar edən, xüsusilə
ateist cərəyanlara qarşı isbat, izah və müdafiə etmək
Əvvəlki kəlam əsərlərində də isbati-Vacib mövzu-
suna yer verilsə də, XX əsr üçün yetərli hesab edilmə-
mişdir. Çünki bu dövrdə ateizm çox inkişaf etməmişdir.
Müəttilə, Maddiyyun (materialistlər), Təbiiyyun (Natu-
ralistlər) və daha çox Dəhriyyun adı ilə bilinən axımlara
qarşı fikirlər söylənsə də XX əsrdəki qədər qədər aktual
77
olmamışdır. Yeni çıxan fikirlərə cavab vermək üçün də
yeni əsərlər yazma zərurəti var idi.
XIX əsrdə İslam elmlərinin yenidən İslam cəmiy-
yətinə istiqamət verə biləcək səviyyəyə gəlməsi üçün
müzakirələr aparılmışdır. İslam elmlərinin mövzu və
metodlarının ehtiyaca cavab verə bilmədiyi düşüncəsi
onları yeniləmə və canlandırma fikrini gündəmə gətirdi
(təcdid və islah). Təfsir, fiqh və digər elmlər kimi kə-
lamda da yenilik ehtiyacı ortaya çıxmışdır. Türkiyədə
yenilənmə hərəkatının nümayəndələri Filibeli Ahmet
Hilmi (1865-1914), İzmirli İsmayıl Hakkı (1868-1946)
və s. olmuşdur. Onlar kəlamın yenilənməsindən bəhs
edərkən klassik kəlamın gözardı edilməməsini xüsusilə
vurğulayırdılar. Misirdə kəlam problemləri ilə məşğul
olan Məhəmməd Əbdüh (1849-1905) olmuşdur. Hindis-
tanda bu hərəkatın nümayəndələri kimi Seyid Əhməd
Xanın (1817-1898), Şibli Numaninin (1857-1914) adları
qeyd edilməlidir. Pakistanda isə Məhəmməd İqbalın
(1876-1938) bu sahədə önəmli xidmətləri olmuşdur. Bu
alimlərin hər birinin özünəməxsus xətti olub bəzən
mühafizəkar düşüncədən xeyli uzaq fikirlərə sahib ol-
muşlar. Kəlamda yenilik ehtiyacı müxtəlif yazılarda mü-
dafiə olunaraq səbəbləri ortaya qoyulmuşdur. Bu görü-
şün başlıca təmsilçiləri başladıqları yenilik hərəkatına
model yaratmaq və bu səpkidə işlərin davam etdirilmə-
sinə təşviq etmək məqsədi ilə yeni kəlam əsərləri
yazdılar. Bunlar arasında Abdullatif Harputinin Tənki-
hul-kəlam, Filibeli Ahmed Hilminin Üssi İslam, Yeni
78
akaid, İzmirli İsmail Hakkının Yeni İlmi-Kelam, Mə-
həmməd Əbdühün Risalətut-tövhid və Şibli Numaninin
Kelam əsərləri sayıla bilər. Seyyid Əhməd Xanın (1817-
1898) “Təfsirul-l-Quran”, Cəmaləddin Qasıminin (1866-
1914) “Məhasinut-təvil”, Rəşid Rzanın (1865-19354)
“Təfsirul-mənar”, Mahmud Şükri əl-Alusinin (ö. 1924)
“Ma dəllə əleyhil Quran”, Elmalılı Hamdi Yazırın
(1878-1942) “Hak dini, Kuran dili” adlı təfsirləri də yeni
elmlərə uyğun izahların edildiyi, daha çox əqli ayələrə
üstünlüyün verilmiş olduğu yeni cərəyana aid əsərlər-
dəndir.
Yeni elmi-kəlam dövrünün bəzi nümayəndələri və
əsərləri:
Fərid Vəcdi, əl-İslam fi əsril-ilm.
Abbas Mahmud əl-Əqqad, Allah.
İzmirli İsmayıl Haqqı (1869-1946), Yeni ilmi-
kelam.
Muhəmməd Əbdüh (1905), Risalətut-tövhid.
Şibli Numani (1857-1914), İlmi-Kelam, İlmi-kela-
mi-cedid.
Abdullatif Harputi, Tenkihul-Kelam.
Bu dövrün digər nümayəndələri:
Cəmaləddin Əfqani, Seyyid Əhməd Xan (1817-
1898), Filibeli Ahmet Hilmi, Ömer Nasuhi Bilmen, İs-
mail Fenni, Şemseddin Günaltay.
79
5.5.1. Yeni-elmi kəlam dövrü əsərlərindən
nümunələr
İndi isə nümunə olaraq bu dövrdə İslam coğrafi-
yasının fərqli bölgələrində yaşamış bir neçə alimin əsər-
lərindən bəhs etmək yerinə düşər. Kəlam mövzularının
yenilənməsi məsələsi ilə ciddi məşğul olanlardan biri
Osmanlıların son dövr kəlamçısı Abdullatif Harputidir
(1842-1914). Elm və fəlsəfədəki dəyişikliklərdən xəbər-
dar olan və bəzilərinin elmi dinə qarşı istifadə etmək
istədiklərini bilən Harputi bu səbəbdən fizika və astro-
nomiya ilə maraqlanmıştır.38 Yeni Əqaid adıyla bir risa-
lə nəşr edən Filibeli Ahmet Hilmi (1865-1914) bu möv-
zuyla maraqlananlar arasındadır. O, hər dövr insanının
bir zehniyyəti olduğu üçün bu günün insanının keçmişin
məntiq və elmləri ilə kifayətlənməsinin mümkün olma-
dığını ifadə etmişdir.39 Beləliklə ona görə, İslam toplu-
munun düşüncə dəyişikliyinə və ciddi bir yenilənməyə
ehtiyacı vardır.
Kəlamdakı yenilənmə hərəkatının Türkiyədəki ən
önəmli siması İzmirli İsmail Hakkıdır (1868-1946).
Yeni ilmi-kelam adlı əsəri və eyni mövzuda çıxan bir
çox məqaləsi ilə kəlamın yenilənməsi üçün böyük səy
göstərən İzmirlinin, bu çalışmaları daha çox Cümhuriy-
yətdən əvvəlki dövrə təsadüf edir. İzmirliyə görə, necə
ki, Fəxrəddin Razi kəlamı Baqillani kəlamının yerinə
keçmişdisə, yəni Razinin əsrində Baqillani kəlamı kafi
38 Xarputi. Tenkihul-kelam. səh. 439.
39 Filibeli. Allahi inkar mümkünmüdür. səh. 165.
80
hesab edilmirdisə, onun dövründə də artıq Razi kəlamı
ehtiyaca cavab verə bilmirdi.40 Aristotel fəlsəfəsi ətrafın-
da olan tənqidlər kəlamın ona istinad edən bəzi məsələ-
lərinin də dəyişməsi, beləcə əsrin və mövcud fəlsəfənin
ehtiyaclarına uyğun kəlam əsərlərinin yazılması lazım-
dır.41
İzmirliyə görə təsis ediləcək kəlamda yeni məntiq
ölçü olaraq alınmalı, fəlsəfi mövzulardan isə dəlillərdə
istifadə etmək üçün nəticələrinə yer verilməlidir. Beləcə
Yunan fəlsəfəsi yerinə modern qərb fəlsəfəsi ilə lazımi
ölçüdə münasibət qurulmalı, sxolastik zehniyyət tərk
edilərək metodoloji qaydalar tətbiq edilməlidir.42 Yeni
dövrdə təcrübəyə istinad etməyən Aristotel məntiqinin
yetərsizliyindən bəhs edən Bacon və Dekart kimi
alimlərin metodologiyaya yönəlişlərinin örnək alındığı
burda hiss olunur.43
“Yeni ilmi-kelamın” müəllifi kəlamda həyata
keçirmək istədiyi dəyişikliklər planını belə təqdim edir:
Kəlam elminin ana mövzuları və məqsədləri, yəni vəhyə
istinad edən təməlləri hər zaman eyni olub dəyişməmək-
lə birlikdə, istifadə olunan vasitə və giriş məlumatlar,
yəni izah və isbat şəkli zaman və ehtiyaca görə dəyişir.
Kəlam, müxalif düşüncə və cərəyanların zamanla dəyiş-
məsilə də metod dəyişdirir. Məsələn klassik kəlamda
40 İzmirli. Muhassalul-kelam vel-hikme. səh. 13.
41 İzmirli. Muhassalul-kelam vel-hikme. səh. 13.
42 İzmirli. Yeni ilmi-kelam. səh. 18-19.
43 Metodologiya haqqında məlumat üçün bax. Necip Taylan. Mantık,
tarihçesi, problemleri. İstanbul 1996, səh. 89-92.
81
Allahın varlığı üçün aləmin hüdusu, aləmin hüdusu üçün
də ərəzlərin (aksidensiya) dəyişməsi dəlil olaraq istifadə
olunmuşdur. Bu gün isə bunların yerinə təbiət qanunları,
təcrübə metodu və digər dəlillərə yer verilməlidir. Əgər
bu edilməzsə, İslam dininin elmi mühitdə yayılması
çətinləşər.44
İzmirli İsmail Hakkının yazdığı bir müqəddimə və
iki bölümdən ibarət olması düşünülən “Yeni ilmi-ke-
lam” çox təəssüf ki tamamlanmamış, nübüvvətin işlənə-
cəyi ikinci bölüm və nəticə hissəsi yazılmamışdır. Tarixi
arxa plan ilə epistemoloji və istilahi məlumatlara yer
verilən uzun müqəddimədən sonra kitabın əsas hissəsi
uluhiyyətlə əlaqəlidir. Əsərin metod və sistemi haqqında
məlumat verilərkən anlaşılan dildə olması üçün səy
göstəriləcəyi, Allahın varlığı mövzusunda yeni istidlal
metodunun istifadə ediləcəyi, nübüvvət bölümündə isə
həz. Peyğəmbərin həyatı və əxlaqi səciyyələrindən dəlil
olaraq istifadə olunacağı bildirilir.
Mütəəxxirun dövrü əsərlərindən fərqli olaraq giriş
hissədə İslami elmlərin meydana gəlməsi və inkişaf
etməsinə yer verilmiş, bu elmlərdəki metod fərqlilikləri
üzərində durulmuşdur. Bundan başqa etiqadi və fiqhi
məzhəblərin adları və əsas fikirləri verilmiş, ancaq Bati-
niyyə xaricində heç bir məzhəb haqqında mənfi bir rəy
bildirilməmişdir. Uluhiyyət bəhsinə ayrılan bölümdə
Allahın varlığının dəlilləri ilə sifətlər kimi iki əsas
44 İzmirli. Yeni ilmi-kelam. səh. 11-12.
82
mövzudan bəhs edilmişdir. Birincisi ilə əlaqəli əvvəlcə
İslam alimlərinin klassik dəlilləri filosofların fərqli
görüşləri ilə birlikdə verilmiş,45 sonra modern fəlsəfənin
dəlilləri açıqlanmışdır. 46 Uluhiyyət mövzusunda irəli
sürülən şübhələr istinad etdikləri fəlsəfi cərəyanlarla
birlikdə sayılaraq bunlara tək-tək cavab verilmişdir.47
“Əsma və sifati-ilahiyyə” mövzularında məzhəblərin
fərqli görüşləri, “əfali-ilahiyyə” başlığı altında isə kəlam
elminin problemləri olan iradə, hidayət, qədər məsələləri
haqqında yazılmışdır.
Bəhs etdiyimiz dövrdə Misirdə kəlam problemləri
ilə məşğul olan mütəfəkkir Məhəmməd Əbdüh olmuşdur
(1849-1905). Bu illərdə o, bütün gücünü tədrisi yenidən
düzəltməyə, kəlam və fiqhdə isdidlal və ictihadı çalışdır-
mağa, beləcə bu elmləri ilk dövrlərdəki kimi canlandır-
mağa yönəltmişdir. Dövründəki kəlamın vəziyyətini
bəyənməyən Əbdüh heç kimin əlində Əşəri, Maturudi,
Baqillani, İsfərayiniyə aid bir kitabin olmamasından və
hətta kitabxanalarda da onların kitablarına rast gələ
bilməməsindən şikayətlənir. O, dövründəki kəlam tədri-
sindən də heç məmnun olmamışdır. Çünki tələbələrin
mütəəxxirunun müxtəsər kitabları xaricində heç bir əsər
oxumadığını, ən güclü tələbələrin sadəcə ibarələrin nə
mənaya gəldiyini öyrənməklə kifayətləndiyini, dəlil və
müqəddimələri ilə bir bəhsi öyrənib doğrusunu doğru
45 İzmirli. Yeni ilmi-kelam. səh. 5-30.
46 İzmirli. Yeni ilmi-kelam. səh. 30-42.
47 İzmirli. Yeni ilmi-kelam. səh. 42-83.
83
olmayandan ayıra bilmədiklərini bildirmişdir.
Mutəəxxirun dövrünün kəlamçılarını filosoflardan
təsirlənib onların nəzəriyyə və müqəddimələrini təqlid
və müdafiə etməklə günahlandıran Əbdüh, nəticədə
fəlsəfə ilə əsl kəlam mövzularının qarışdığını, beləliklə
də kəlam kitablarında söz və üslub müzakirələrindən
başqa bir şeyin qalmadığını və ağlın gözardı edildiyini
vurğulamışdır.48 Əbdühün kəlamı təməldə və məzmun
etibarilə mövcud ənənələrdən fərqli olmamışdır. Bütün
fərqliliyi bəzi məsələləri çox vurğulaması və bəzi möv-
zulara toxunmamasıdır.
Əbdüh İslam prinsiplərinin təməl elmi olan kəlamı
asanlaşdırmaq istəmiş, ona görə də ən önəmli kəlam
kitabı olan “Risalətut-tövhidi” olduqca qısa və xülasə bir
şəkildə yazmışdır. Çünki o, öz dövrünün şərtləri içində
çox vurğulanan “birliyi qoruma” idealıyla məzhəb ayrı-
lıqlarına yer verməmək üçün keçmişdəki müzakirələrə
toxunmamağa böyük səy göstərmişdir.
Beyrut mədrəsəsində sürgün həyatı yaşadığı üç-
dörd il ərzində oxuduğu kəlam və əqaid qeydlərinin
genişləndirilmiş şəkli olan Risalətut-Tövhid o vaxta
qədər Əzhərdə və digər mədrəsələrdə oxudulan şərh
kitablarından fərqli bir uslubda yazılmış, müxtəlif möv-
zularda izah və yeniliklər olan bir əsərdir. Əsəri nəşr
edən Rəşid Rzanın fikrinə görə, yüz illər boyunca
Risalətut-Tövhid qədər kəlam elminin ölçüləri içində
48 Əbdüh. Risalə. səh. 20-21.
84
İslamı təqdim edən bir kitab yazılmamışdır.49 Bu kitabın
əsas yeniliyi baş tərəfdə uzun bir girişlə kəlam elminin
başlanğıc və sonrakı dövrləri haqqında bəhs edilərək bu
elmin ortaya çıxmasına səbəb olan hadisə və müzaki-
rələrə yer verilməsi və bəzi təhlillər aparılmasıdır. Yeni-
likləri ilə yanaşı klassik mövzuları da əhatə edən Risalə
ümumilikdə Əşəri əqidəsini əks etdirsə də onda digər
məzhəblərdən də bəzi izlərə rast gəlmək mümkündür.
Məsələn, əsərdə Allahın feilləri, hüsn və qubh, insanın
iradə azadlığı kimi mövzularda Maturudilərin və Mötə-
zilənin təsiri görünür.
Şibli Numaninin “əl-Kəlam” əsərinin ilk səhifə-
lərində əsərin sadə və anlaşılan dildə yazılmasına diqqət
edildiyi vurğulanır.50 Burada kəlam tarixindəki düşüncə-
lərdən istifadə edilmiş və beləcə ənənədən ayrılmadan
kəlamı yeniləmək fikri ortaya atılmışdır. Hər fürsətdə
Əşəri məzhəbi, ağla yetəri qədər yer vermədiyi və
təbiətdəki səbəb-nəticə əlaqəsini rədd etdiyi üçün elm-
dən uzaqlaşmaqla ittiham edilmişdir. Əsərdə tədqiq
edilən mövzular, sistemi baxımından klassik kəlam
kitablarından bir qədər fərqlidir. Kitabın əsası böyük
ölçüdə uluhiyyət və nübüvvət məsələlərindən ibarətdir.
Bununla belə axirət mövzusuna az təmas edilmiş, ima-
mət bəhsinə isə heç toxunulmamışdır. Bütün kəlam
kitablarının girişində yer alan elm bəhsi yerinə dinin ma-
hiyyəti, fitriliyi məsələsi işlənmiş, dinin doğuşdan gələn
49 Risalə (müqəddimə) .
50 Şibli. əl-Kəlam. səh. 161.
85
və hər kəsdə olan bir xüsusiyyət olduğu məsələsi vurğu-
lanmışdır.
Əsərə diqqətlə baxdığımız zaman müəllifin zama-
nındakı elm və fəlsəfə anlayışını izləyərək dəyişiklik-
lərin fərqində olduğu qərb elm adamlarından etdiyi
nəqllərlə və istifadə etdiyi bəzi fəlsəfi terminlərdən mü-
şahidə edilir.
5.5.2. Məzmun baxımından yeni elmi-kəlam
dövrü əsərlərinin xüsusiyyətləri
Günümüzün şərtləri əslində fəthdən sonrakı İslam
dünyasının şərtlərinə bənzəyir. O gün fəth edilən yerlər-
də yerli mədəniyyətlərə qarşı İslamı müdafiə ehtiyacı
var idi. Bu gün isə kütləvi informasiya vasitələrinin
gətirdiyi xarici mədəniyyət və əqidələrə qarşı öz əqidə
və dəyərlərimizi qoruma zərurəti vardır. Buna görə kəla-
mın funksional ola bilməsi üçün müəyyən struktur dəyi-
şikliklərinə ehtiyac olmuşdur.
Yeni elmi-kəlam dövründə yazılmış əsərlərin məz-
mun baxımından növləri:
a) Əvvəlki ənənəyə sadiq və ənənəvi kəlam kitab-
larından hesab edilən əsərlər.
b) Ənənəvi kəlam mövzularından bəhs etməklə
yanaşı yeni problemlərə də yer verən əsərlər.
c) Allahın varlığı və birliyi mövzusunda yazılanlar.
Dinin zəruri məsələlərindən olmadığı halda məzhəb
ixtilafları səbəbi ilə klassik kəlam kitablarında uzun və
təfərruatlı şəkildə yer verilən bəzi mövzuların tərk edil-
86
məsi və ya bunlara qısa bir şəkildə təmas edilməsi bəhs
etdiyimiz dövrün əsərlərində görülən əsas fərqlərin ba-
şında gəlir. Daha əvvəl də bildirdiyimiz kimi, İslam dün-
yasının vəziyyəti bu dövrün alimlərini ixtilaflara son qo-
yub daha əhəmiyyətli məsələlərlə məşğul olmağa sövq
etmişdir. Ona görə də bu dövrün alimləri o gün üçün
əhəmiyyət kəsb etməyən insanların mövcud problem-
lərinin xaricində qalan muzakirələrdən uzaq durmuş-
durlar.51
Bu dövrdə məzmun baxımından görülən yenilik və
fərqliliklərə gəlincə qeyd etdiyimiz kimi, klassik müna-
qişələr əsasən əhəmiyyətini itirmişdir. Çünki zərurati-
diniyyədən olmadığı halda, bəzi məsələlərə məzhəb
ixtilaflarına görə kəlam kitablarında uzun və təfərrüatlı
bir şəkildə yer verilmişdir. Şibli Numani də İslamın iki
təməl inancı olan tövhid və nübüvvətdə mövcud olan
açıqlıq və sadəliyə baxmayaraq uzun müddət bu məsə-
ləyə lazımsız haşiyə və əlavələr edilərək bu mövzunun
başa düşülməyən bir hala gətirildiyini bildirmişdir.
Quranın məxluq olub olmadığı, Allahın sifətlərinin za-
tıyla eyni olub olmadığı, əməllərin imandan olub olma-
ması kimi məsələlərin küfr ya da imanın ölçüsü olaraq
qəbul edilməsinə mənfi münasibət bildirən Şibli ilk
dövrlərdə bu məsələlərin heç birinin müzakirə olunma-
dığına diqqət çəkir. Şibliyə görə bu məsələlər kəlam
elminin əsas məsələləri deyil. Çox təəssüf ki, bu möv-
51 M. Sait Özevarlı. Kelamda yenilik arayışları. səh. 125.
87
zular səhvən uzun müddət İslamın əsas məsələləri kimi
göstərilmişdir.52 Bu dövrün alimləri qəza və qədər möv-
zusuna da girməkdən və bu mövzunun müzakirələrindən
uzaq durmuşdur. Onlara görə bu mövzularda müzaki-
rələr aparmaq iman məsələlərindən olmayıb, zehni ça-
lışdırmaq və fəlsəfə ilə məşğul olmaq arzusundan başqa
bir şey deyil.53
Daha çox nəzəri ixtilaflardan irəli gələn və təfər-
rüata aid olan müzakirələrin önəmini itirib ikinci plana
keçməsi, bunun yerinə Allahın varlığı və nübüvvət
məsələlərinin ön plana çəkilməsi bu elmin təkrar dövrün
problemləri ilə məşğul olmağa başladığına bir işarədir.
Bu dövrdə kəlamçıların mübarizə apardığı əsas fəlsəfi
cərayanlar materealizm, pozivitizm və qismən də darvi-
nizm olmuşdur. Şübhəsiz ki, bu dövrün ən çox müzakirə
olunan məsələlərindən biri də nübüvvət olmuşdur. Çün-
ki, son əsrlərdə hakim olan modern düşüncənin əsas hə-
dəfi Tanrı inancı deyil, yer üzünə ilahi bir müdaxilənin
edilməsi, yəni vəhylə gələn əmr və qadağalardır.
Bu dövrün kəlamçılarında gördüyümüz fərqliliklə-
rin ən önəmlisi yalnız iman əsasları və inanc məsələləri
ilə kifayətlənməyib dinin fərdi və ictimai əsaslarından
da bəhs edərək modern insanın başa düşəcəyi bir tərzdə
izah edillib açıqlanmasıdır. Modern elm və fəlsəfə
nəzəriyyələrindən gələn Allahın varlığı, nübüvvət və
52 Şibli. İlmi-Kelam. səh. 144-146.
53 M. Sait Özevarlı. Kelamda Yenilik Arayışları. səh. 134.
88
vəhy haqqında tənqidi fikirlər heç bir fərq qoymadan
bütün dinləri hədələməkdə idi. Xüsusi olaraq İslama
yönələn tənqidlər ümumilikdə həz. Peyğəmbərin şəxsiy-
yəti, gətirdiyi həyat tərzi, qurduğu sistem və müəssisə-
lərlə bağlıdır. Ona görə də dövrün alimləri İslama hansı
mövzuda tənqid gəlirsə gəlsin o məsələlərlə məşğul olub
əsərlər yazmağı özlərinin vəzifəsi bilmişlər. Məsələn
Şibli, kəlamın siyərlə bağlantısını qurmaq istəmişdir. O,
dinin sadəcə Allaha imandan ibarət olmadığını, nübüv-
vətin də onun bir parçası olduğunu, vəhyi qəbul edən
Peyğəmbərin həyatı və şəxsiyyəti ilə bağlı ortaya çıxan
problemlərin də kəlam elmi tərəfindən həll edilməli
olduğunu bildirmişdir.54
İslam düşüncə tarixində digər ilahi dinlərə və on-
ların inanclarına əksər hallarda kəlam kitablarında yer
verilmişdir. Ancaq bu, müqayisə şəklində olmayıb,
ümumilikdə rəddiyə və digər din mənsublarının görüşlə-
rini tənqid etmək məqsədi ilə edilmişdir.55 Bəhs etdiyi-
miz dövrün kəlamçıları isə İslamın inanc və prinsip-
lərinin doğruluq və fitrətə uyğunluğunu digər dinlərin bu
mövzulardakı fikirləri ilə müqayisə etmişlər. Müqayisə
edilən mövzuların başında İslamın uluhiyyət anlayışın-
dakı tövhid gəlir. Bu məsələyə digər dinlərdən fərqli
olaraq İslamda çox həssaslıqla yanaşıldığının xüsusi şə-
54 Şibli. Siratun-Nəbi. səh. 7.
55 Maturudi. Kitabut-Tövhid. səh. 210-215; Baqillani. ət-Təmhid. səh.
93-125.
89
kildə qeyd olunduğu vurğulanır. Yeni dövrün kəlam
alimləri bütün ilahi dinlərin tövhid inancına əsaslandı-
ğını, ancaq müxtəlif sosial və tarixi səbəblərlə öncəki
dinlərdə bu inancın zədələndiyi fikrini müdafiə etmişdir-
lər. İslamın bu çərçivədə digər dinlərdən fərqli bir
nöqtəsi də Allahla qul arasında heç bir vasitə qəbul
etməyib birbaşa Allaha müraciəti əmr etməsidir. Bu
dövr kəlam alimləri vəhyin ağla və elmə uyğunluğu
məsələsini vurğulayaraq digər din və mədəniyyətlərlə
müqayisə etmişlər. Bir çox dində nübüvvət bəşəri xü-
susiyyətlərdən uzaqlaşdırılaraq uluhiyyətin bir parçası
olaraq göstərildiyi halda, İslamda peyğəmbərlərin heç
birinin bəşəriyyət (insan olma) sərhədlərini keçmədiyi
açıq və dəqiq bir şəkildə bəyan edilmişdir. 56 Hin-
duizmdə və xristianlar arasında yayılmış əzab, inziva və
rahiblik anlayışı qarşısında İslamdakı din-dünya tarazlı-
ğı,57 yenə də hinduizmdəki irqi ayrıseçkilik məsələsinə
qarşı İslamdakı bütün insanların bərabər olması məsələsi
ön plana çıxan məsələlərdir.58
Yaxın dövr əsərlərində ixtilaflar aza endirilib daha
əhəmiyyətli və aktual məsələlərə önəm verilmişdir. Bu
dövrün digər yeniliyi məzhəb təəssübkeşliyinin zəiflə-
məsi və tənqid zehniyyətinin inkişafıdır. Fiqhdəki icti-
had hərəkatına paralel olaraq, kəlamda da tənqid anlayşı
56 Şibli. e.ə., səh. 118-119.
57 Şibli. e.ə., səh. 123-124.
58 Şibli, e.ə., səh. 140-144.
90
yerləşdirərək yeni fikirlərə zəmin hazırlanmışdır. Başqa
bir yenilik isə kəlamda yeni mövzulara yer verilməsidir.
Bir düşüncəyə görə İslama hansı yöndən tənqid gəlirsə
onunla məşğul olmaq kəlamın və kəlamçıların vəzifəsi
hesab edilməlidir. Məsələn insan haqları, qadının sosial
mövqeyi, ibadətlərin lüzum və qayəsi və s. Kəlam elmi-
nin uluhiyyət, axirət, nübüvvət kimi əsas mövzuları tərk
edilməsə də, bəzi mövzuların vurğulanması və dəlilləri
istifadə barəsində fərqli metodlara müraciət edilmişdir.
Bu dövrü ümumi olaraq dəyərləndirsək, yaxın dövr
kəlamçılarının sistematik bir metodu olmamış, bəziləri-
nin irəli sürdüyü kimi tək istiqamət (sələfi, modernist,
rasionalist) izləməmişlər. Kəlam elminin dayandığı tə-
məllərə, vəhylə gələn xəbərlərin başa düşülməsi xid-
mətinə bir xələl gətirmədən yeniləmə, kökləriylə və
keçmişiylə olan əlaqələrini kəsmədən dövr ilə əlaqələn-
dirmə səyləri zəruridir. Ancaq bu yanaşma, olmayan
problemləri yaratmaq, bizimlə əlaqəsi olmayan prob-
lemləri özünə problem etmək şəklində başa düşülmə-
məlidir.
6. Kəlam alimləri və əsərləri
6.1. İslam düşüncəsinin bəzi
məşhur şəxsiyyətləri
Burada klassik İslam düşüncəsində xüsusi yeri olan
bəzi şəxsiyyətlərdən bəhs olunur. Bu alimlərdən hər biri,
təmsil etdiyi etiqadi məzhəbin qurucusu olmasa da,
91
banisindən sonra məktəbinin ən önəmli şəxsiyyəti sayı-
lır. Belə ki, təmsil etdikləri məzhəbin əqidə sistemini
formalaşdırıb sistemləşdirmə baxımından önəmli rolları
var. Haqqında bəhs etdiyimiz bu şəxslər: Əşəriyyə
məzhəbini təmsil edən Əbu Bəkr əl-Baqillani (vəfat
tarixi: hicri 403/miladi 1013), Şiə məzhəbinin İmamiyyə
qolunun nümayəndəsi olan Şeyx Müfid (vəfat tarixi: h.
413/m. 1022-23), Mötəzilə məzhəbini təmsil edən kəlam
alimi Qazı Əbdülcəbbar (vəfat tarixi: h. 415/m. 1024) və
Maturidiyyə məzhəbinin bir nümayəndəsi olan Əbul-
Muin ən-Nəsəfidir (vəfat tarixi: h. 508/m. 1115). Bu
bölümdə adları çəkilmiş şəxslərin həyat və elmi şəxsiy-
yətlərinə qısaca yer verilmişdir.
Günümüzün tələbləri, problemləri ilə bağlı məsələ-
lərə yer verməklə birlikdə klassik miras da unudulma-
malıdır. Çünki əqidə mövzularının dəyişən yönü olmaq-
la birlikdə (vəsail), zaman və məkana görə dəyişməyən
məsələləri (məsail) üstünlük təşkil edir. Deməli sözü
gedən alimlərin əsərləri təmsil etdikləri məzhəbin əqidə
sistemini öyrənmək üçün ilk müraciət ediləcək mənbələr
olub hər zaman aktual olaraq qalacaqdır.
6.1.1. Əbu Bəkr əl-Baqillani
Qurucusundan sonra ən məşhur Əşəri kəlamçısı he-
sab edilən Əbu Bəkr əl-Baqillani, ilk dövr (mutəqəd-
dimun) kəlamçılarındandır. Bu dövr, fəlsəfə və məntiqin
təsirlərinin hiss edilmədiyi, əsas məsələlərin müəyyən-
92
ləşdiyi və xarici səbəblərin çox az təsirinin olduğu bir
dövrdür. Bu mərhələdə Aristotel məntiqinə yer veril-
məyib “cövhər”, “ərəz” və s. fəlsəfi mövzular da geniş
bir şəkildə işlənmir. Sonrakı dövrlərdə (mutəəxxirun) isə
əsərlərin fəlsəfə və məntiqlə qarışdığı və xarici təsirlərin
çoxaldığı görülür. Baqillani, 338/950 tarixində Bəsrədə
dünyaya gəlsə də Bağdadda təhsilini davam etdirərək
məşhur olmuşdur. Əşərinin iki məşhur tələbəsi olan Əbu
Abdullah Mücahid ilə Əbul-Həsən əl-Bəxilidən dərs
almışdır. Baqillani, elmə göstərdiyi xüsusi diqqəti ilə
seçilən şiə Büveyhilər dövlətində sarayda nüfuzlu bir
şəxs olmuşdur. Hətta sultanın, öz oğlunun tərbiyəsini də
əhli-sünnədən olan Baqillaniyə həvalə etməsi onun elmi
şəxsiyyətinə göstərilən hörmətə bir nümunədir.
Baqillani, etiqadi mövzuları ağıl yolu ilə izah edə-
rək əqlə istinad edən bir kəlam sisteminə sahibdir. O,
Aristotel məntiqini istifadə etməsə də fəlsəfə və məntiq-
dən xəbərdar idi. Əşəriyyə məzhəbinə mənsub bu məş-
hur alimin mövcud əsərlərinin ən önəmliləri “Kitabut-
Təmhid”, “İcazul-Quran”, “Kitabul-Bəyan”, “Kitabul-
İnsaf” hesab edilir. “Kitabut-Təmhidin” Qahirə 1947,
Beyrut 1957 və başqa nəşrləri vardır. Bu əsər onun ən
məşhur əsəridir. Burada elm, varlıq, aləm, uluhiyyət və
başqa məsələlərə yer verilmişdir. “İcazul-Quranın” da
müxtəlif nəşrləri (Qahirə 1954, 1963, 1972) vardır. Bu
əsər Quranın möcüzə olmasına həsr olunmuş və bu
barədə yazılmış ilk əsərlərdəndir. “Kitabul-Bəyan” Bey-
93
rutda 1958-ci ildə nəşr edilmişdir. Burada möcüzə, sehr
və başqa məfhumlara yer verilir. Bu əsər də sahəsində
yazılmış ilk əsərlərdəndir. “Kitabul-İnsaf” Zahid Kövsə-
rinin təhqiqi ilə Qahirədə 1949, 1963-cü illərdə yayım-
lanmışdır. Qısa və müxtəsər bir kəlam kitabı olan bu
əsərdə daha çox nəqli dəlillərə yer verilmişdir.
6.1.2. Şeyx Müfid
Şiə məzhəbinə mənsub Məhəmməd ibn Məhəmməd
ibn ən-Numan h. 338/ m. 949-cu ildə dünyaya gəlmişdir.
İbnul-Muəllim olaraq da bilinən Şeyx Müfid, günümüzə
gəlib çatmış etiqadla bağlı ilk əsərlərdən birinin müəllifi
olan Şeyx Səduqdan da dərs almişdir. Şeyx Müfid də
Büveyhilər dövründə yaşayıb elmi fəaliyyət göstərmiş-
dir. O dövrün məşhur şiə məktəbləri Qum, Rey və Bağ-
dadda idi. Müfid, Bağdad məktəbinin önəmli şəxsiyyəti,
hətta lideri sayılırdı. Müfidin yetişdirdiyi tələbələrdən
Şərif Murtəza, Kəracəki və Tusinin adlarını çəkmək belə
onun elmi şəxsiyyətinin isbatı üçün yetərlidir. Şeyx
Müfid, ikiqat mirasın sahibi idi: mötəzilə düçüncəsi ilə
əlaqəli olan ilk dövr şiə kəlamçılar və İbn Babəveyhin
təmsil etdiyi ənənəvi Qum məktəbinin mirası. Şeyx
Müfiddən əvvəl əsasən əxbarla kifayətlənən alimlər on-
dan sonra fikirlərini kəlam metodu ilə isbat etməyə
başlamışdılar. Bu dəyişikliyi ilk dəfə Şeyx Müfidin
əsərlərində görmək mümkündür. Beləcə Şeyx Müfid və
onun tələbəsi Şərif Murtəza şiə düşüncə tarixində rasio-
94
nal məktəbin baniləri hesab edilə bilər. Daha ümumi bir
nəzərlə Şeyx Müfidin şiə kəlamında ənənəvi Əxbəri
metodundan Üsuli metoda yaxınlaşdığı görülür.
Şeyx Müfidin kəlam baxımından ən önəmli əsərləri
Əvailul-məqalat və Təshihul-itiqadatdır. Əvailul-məqa-
lat, məzhəblər (Şiə, Mötəzilə) və onların bəzi qollarının
(İmamiyyə, Zeydiyyə) etiqadi görüşləri arasındakı fərq-
lər, bəzi etiqadi məsələlər və onların dəlilləri kimi möv-
zulardan bəhs edir. Burada kəlam mövzuları ilə birlikdə
fəlsəfi xarakter daşıyan, fiqhə aid mövzular da işlən-
mişdir. Təshihul-itiqadati-İmamiyyə əsərinə gəlincə, bu
əsər Müfidin müəllimi olan Şeyx Səduqun Risalətul-
İtiqadat adlı əsərinə bir cavab mahiyyəti daşıyır.
6.1.3. Qazı Əbdülcəbbar
Qazı Əbdülcəbbarın mənsub olduğu Mötəzilə
məzhəbi h. II/m. VIII əsrin başlarında ortaya çıxıb üç əsr
varlığını qorumuşdur. Qazı Əbdülcəbbar Büveyhilər
dövründə (h. 320-454/m. 932-1062) yaşamışdır. Araş-
dırmaçılar Büveyhi hökmdarlarının elmi hərəkatı hima-
yə etdiyi məsələsində həmfikirdirlər. Qazı Əbdülcəb-
barın həyatı həm Mötəzilənin parladığı bir dövrə, həm
də İslam düşüncə tarixinin orijinalliq və canlılığının
zirvəsində olduğu bir dövrə təsadüf etməkdədir.
Bütöv adı Əbu Həsən Əbdülcəbbar ibn Əhməd ibn
Əbdülcəbbar ibn Əhməd ibn Xəlil əl-Həmədani Əsədaba-
di (h. 325-415/m. 936-1025) olan Qazı Əbdülcəbbar Hə-
95
mədan yaxınlığındakı Əsədabadda dünyaya gəlmişdir.
Təvəllüd tarixi dəqiq bilinməsə də bəzi qaynaqlarda h.
320-325/m. 932-937-ci illər arasında doğulduğu və uzun
müddət (90 ildən çox) yaşadığı təxmin edilməkdədir.
Büveyhi hökmdarı Fəxruddövlənin (vəfatı; h. 387/m.
997) vəziri Sahib ibn Abbad (vəfatı: h. 385/m. 995) onu
hicri 360/ miladi 970-ci ildə Reyə dəvət edərək Rey və
ətrafının (Cürcan, Təbəristan, Həmədan, Qəzvin, Qum
vs.) baş qazılığını təklif edir, o da bu vəzifəni gəbul edir.
Qazı h. 415/m. 1025-ci ildə Reydə vəfat etmişdir.
Mötəzilə alimləri içərisində XI təbəqədə adı keçən Qazı
Əbdülcəbbar, öz dövründə Mötəzilənin lideri olmuşdur.
Qazı Əbdülcəbbar, Bəsrədə Bəsrə Mötəziləsindən
olan kəlamçı Əbu İshaq İbrahim ibn Əyyaşın (vəfatı: h.
386/m. 996) yanında bir müddət kəlam elmi oxuduqdan
sonra görüşləri Əşərilikdən Mötəziləyə tərəf dəyişərək
elmi həyatı yeni bir istiqamətə yönəlmişdir. Sonra Qazı
Əbdülcəbbar Bağdada gedərək başqa bir Mötəzilə alim
və Hənəfi hüquqçusu olan Əbu Abdullah Hüseyn ibn Əli
əl-Bəsridən (vəfatı: hicri 369/ miladi 979) uzun müddət
üsulul-fiqh dərsləri almışdır. Hər iki alim Əbu Haşim əl-
Cübbainin (vəfatı: hicri 321/miladi 933) tələbəsi olmuş-
dur. Qazı Əbdülcəbbar Bəsrə Mötəziləsindən sayılmaq-
dadır. Qazı Mötəzilə düşüncəsində son dövr alimlərinin
ən görkəmli şəxsiyyətlərindəndir. Qazı Əbdülcəbbar
Mötəzilə tarixində novatorluğundan çox təfərrüatlara da-
ha artıq diqqət yetirməsi və özündən əvvəlki görüşləri
96
sistemləşdirməsi ilə tanınmaqdadır.
Qazı bir çox sahə ilə məşğul olsa da ona şöhrət gə-
tirən başlıca əsərlərini kəlam sahəsində yazmış və
xüsusilə bu elm sahəsində təmayüz etmişdir. Kəlama aid
əsərləri arasında yer tutan “əl-Muğni fi əbvab ət-tövhid
vəl-ədl” Mötəzilə kəlamının ən təfərrüatlı əsəridir. Qazı
Əbdülcəbbarın “əl-Müxtəsər fi üsul əd-din” adlı başqa
bir əsəri kəlama giriş xarakteri daşımaqdadır. “Təsbitu
dəlail ən-nübüvvə” adlı əsərini Qazı Əbdülcəbbarın öz
ifadəsinə görə, həzrət Məhəmmədin peyğəmbərliyini is-
bat etmək və onun Peyğəmbər olmadığını iddia edənləri
rədd etmək məqsədiylə gələmə almışdır. Qazı Əbdül-
cəbbar kəlam sahəsinə yönəlsə də başqa sahələrdə də
əsərlər yazmışdır. Qazıya nisbət edilərək çap edilmələ-
rinə baxmayaraq ona aid olması şübhə doğuran əsərləri
də mövcuddur. Bunlar: “Şərhul-usulil-xəmsə”, “əl-Mu-
hit bit-təklif” adlı əsərlərdir.
Qazı Əbdülcəbbar çox tələbə yetişdirməsi ilə
məşhur olan bir alimdir. XII təbəqə Mötəzilə alimlərinin
demək olar ki, hamısı onun tələbələrindən ibarətdir.
Bunların arasında Əbu Rəşid ən-Nisaburi (vəfatı: hicri
460/miladi 1068), Əbul-Hüseyn əl-Bəsri (vəfatı: hicri
426/miladi 1035) adları çəkilə bilər. Bundan başqa
Qazının Şərif ər-Rəzi (vəfatı: hicri 406/miladi 1015) və
Şərif əl-Murtəza (vəfatı: hicri 436/miladi 1044) kimi Şiə
mənbələrdə xüsusi yerləri olan tələbələri də vardır.
Qaynaqlarda Qazının Zeydiyyədən olan tələbələri ara-
97
sında Əbul-Qasım əl-Busti (vəfatı: hicri 420/miladi
1029), Həsən ibn Əhməd ibn Məttəveyh (vəfatı: hicri
469/miladi 1076), Müəyyəd Bustani, Əbu Yusuf əl-
Qəzvininin (vəfatı: hicri 488/miladi 1090) adları keçir.
Mötəzilədən bəhsedərkən ümumi Mötəzilə üsulu ilə
hər bir Mötəzilə elm adamının metodunu ayırmaq lazım-
dır. Onların hər biri bir-birindən müstəqil olaraq araşdı-
rıla bilər. Bu xüsusiyyət Mötəzilənin fərqli mərhələlərdə
müxtəlifliyini izah edə bilər.
6.1.4. Əbul-Muin ən-Nəsəfi
Bu şəxsin tam adı Əbul-Muin Meymun ibn Mə-
həmməd ibn Məhəmməd ibn Mutəməd ibn Məhəmməd
Məkhul ən-Nəsəfidir. Tarixdə Nəsəf şəhərinə nisbət
edilən bir çox alim vardır. Nəsəfi də bu alimlərdən biri-
dir. O, Səmərqənddə dünyaya gəlsə də sonradan Buxara-
da məskunlaşmışdır. Orta Asiyada olan Səmərqənd və
Buxara kimi şəhərlər X və XI əsrlərdə elm mərkəzi idi.
Abbasilər dövləti tədricən keçmiş gücünü itirməyə baş-
lamış və Bağdad tək elm mərkəzi olmaqdan çıxmışdı.
Osmanlıların ilk dövrlərində sahələrində dərinləşmək
üçün alimlər, ümumiyyətlə Suriya, İraq və Misirə gedir-
dilər. Burada təfsir, hədis, fiqh və ədəbiyyat kimi elmlər
daha şox inkişaf etmişdi. Kəlam və fəlsəfə kimi əqli
elmlərdə isə Mavəraunnəhrdə yerləşən Səmərqənd və
Buxara şəhərlərində təhsilə üstünlük verilirdi. Bu fakt,
bölgədə fəlsəfi ənənənin inkişaf etdiyinə dəlalət edir.
98
Böyük filosof və kəlamçı Fəxrəddin Razi şəxsən Bu-
xarada kəlam məclislərində iştirak etmişdir.
Nəsəfinin babası da dövrünün tanınmış fəqihlərin-
dən olub Əbu Süleyman Musa əl-Cüzcanidən dərs al-
mışdır. Nəsəfinin ilk təhsilini öz ailəsindən aldığı söylə-
nə bilər. Bundan başqa onun qiyabi müəllimi olaraq Ma-
turidini də hesab etmək olar. Nəsəfinin ondan çox tə-
sirləndiyi bilinir. Ancaq buna baxmayaraq aralarında üs-
lub fərqləri var. Nəsəfinin Maturididən fərqli bir dil isti-
fadə etdiyi görülür. Belə ki, Maturidi fəlsəfi terminlərə
başlanğıc təşkil edə biləcək ifadələr istifadə etsə də
Nəsəfidə bu cür sözlərə rastlanılmır.
Nəsəfi məzhəbin qurucusu sayılan Əbu Mənsur əl-
Maturididən sonra bu məktəbin ən məşhur nümayəndə-
sidir. Hətta Maturidinin özünün fikirlərinin düzgün anla-
şılması və məzhəbin etiqadi görüşlərini sistemləşdirməsi
baxımından birinci sırada belə yer verilə bilər. Vəfat
tarixi mənbələrdə hicri 508/miladi 1115 olaraq keçir.
Nəsəfinin ən qədim qaynağı kimi Əbu Hənifə göstərilir.
Onun görüşlərinin böyük qisminin eyni zamanda Matu-
rididən qaynaqlandığını söyləmək yerinə düşər. Nəsə-
finin kəlam metodu, fəlsəfi kəlam metodundan uzaqdır.
Onun ən önəmli əsəri “Təbsiratul-ədillə fi ilmil-kəlam”
sayılır. Əsərin müxtəlif nəşrləri (Ankara-1989, Şam-
1993) var. Bundan başqa “Bəhrul-kəlam” adlı müxtəsər
olaraq yazılmış bir əsəri var. Bu əsər, Qahirə və Kon-
yada 1911-ci ildə nəşr edilmişdir. Konyada 1977, 1978-
99
ci illərdə türk dilində tərcümələri çıxmışdır. Bunlardan
başqa “ət-Təmhid liqavaidit-tövhid”, “əl-Umdətu fi
üsulid-din”, “İzahu-l-məhaccə likaunil-əqli huccətən” və
başqa əsərləri də vardır.59
6.2. Mötəzilə məzhəbinə mənsub kəlam alimləri
Mötəzilə alimlərinin günümüzə çatmış ən önəmli
əsərlərinin adları:
1. Qazı Əbdülcabbar (v. 415/1024).
-Şərhul-usuli-l-xəmsə.
-əl-Muğni fi əbvabit-tövhid vəl-ədl.
-əl-Məcmu bit-təklif.
-Mütəşabihul-Quran.
-Tənzihul-Quran.
2. Əbul-Hüseyn əl-Xəyyat (v. 319/931).
-əl-İntisar.
3. Kəbi (v. 319/931), Qazı Əbdülcabbar, Hakim
Cəmşi (v.394/1100).
-Fəzlul itizal və təbəqətul mutəzilə.
6.3. Şiə (İmamiyyə) kəlam elminin inkişafı
və önəmli əsərləri
Şiəlikdə kəlami məsələlər haqqında ilk əsər verən
kimsənin İsa ibn Ravza olduğuna dair məlumatlar möv-
59 Adilə Tahirova, İslam düşüncəsinin (kəlam elminin) məşhur
şəxsiyyətləri // Dövlət və Din İctimai fikir toplusu, Bakı, mart 2007,
səh. 164-169.
100