The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-11-28 01:46:36

İnformasiya tehlukesizliyi

İnformasiya tehlukesizliyi

Yaqut Əliyeva

İN F O R M A S İYA
T ƏH L ÜK ƏS İZ L İY İ

VƏ DİN

Bakı-2018

YAQUT ƏLİYEVA

İnformasiya təhlükəsizliyi və din

Dizayner:
Raman Dadaşov.

Giriş

XX əsrin sonlarından etibarən dünyada qloballaşma
dövründə dövlətlərin informasiya siyasəti və informasiya
təhlükəsizliyi məsələləri ciddi müzakirə olunan prioritet
mövzulardan hesab olunur. Virtual informasiya məkanının
getdikcə daha da genişlənməi, milli informasiya sərhəd-
lərinin aradan qaldırılması, milli dəyərlərin qlobal
dəyərlərlə çuğlaşması, geosiyai proseslərin məqsədli şəkildə
yönləndirilməsi günü-gündən aktuallaşır. 

Ölkələrin öznəməxsus informasiya  məkanı və informasiya
mühiti,  informasiya-kommunikasiya tenologiyaları və infor-
masiya ehtiyatları həmin cəmiyyətin elmi-texniki, sosial-iqtisadi
və mədəni-intellektual inkişafının  dinamikasını və səviyyəsini
müəyyən edir. İnformasiya-kommunikasiya texnologiyaları
cəmiyyətin siyasi, iqtisadi, müdafiə, sosial-mənəvi və digər
sahələrinə sirayət edir, milli təhlükəsizlik sisteminə ciddi təsir
göstərir.  Regional və milli münasibətlərin, daxili və xarici sosial-
iqtisadi proseslərin idarə olunmasında informasiya siyasə-ti və
informasiya təhlükəsizliyinin əhəmiyyəti getdikcə artır. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra
milli təhlükəsizliyin  əsas prioritet məsələlərindən biri  də
ölkənin vahid informasiya siyasətinin formalaşdırılması,
informaiya təhlükəsizliyinin təminatı, qorunması və idarə
edilməsi olmuşdur.  Ötən əsrin 90-cı illərinin əvvəllərində
bəzi xarici qüvvələrin məqədli və sistemli şəkildə həyata
keçirdikləri informasiya müdaxiləsi, ideoloji təbliğat  fəaliyyəti

nəticəsində Azərbaycanda əhalinin  bəzi sosial, milli-etnik və
dini təbəqələrində ciddi anti-milli və anti-dövlət meyilləri
formalaşdırmağa cəhdlər edilmiş, müstəqil dövlətin əsaslarına,
vətəndaş həmrəyliyi və birliyinə təhlükə yaranmışdı. Bununla
yanaşı Azərbaycanın ictimai rəyinə, daxili və xarici siyasətinə 
təsir və təzyiq göstərmək məqsədilə dini, ideoloji, informasiya
və təbliğat şəbəkələri  yaratmış və bundan öz məqsədləri üçün
geniş istifadə etmişlər. Belə məqədyönlü təxribatçı-dağıdıcı
fəaliyyətlər  ölkədaxili ictimai-siyasi sabitliyin pozulmasına,
mərkəzi hakimiyyətin cəmiyyət üzərindəki nəzarətinin
itirilməsinə, cəmiyyətdə xaosun və   daxili anarxiyanın
yaranmasına heablanmışdı.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda söz
və informasiya azadlığının bərqərar olması, azad informasiya
mühitinin və müstəqil  kütləvi informasiya vasitələrinin
yaradılması yönundə yürütdüyü məqsədyönlü siyasətinin
nəticəsi olaraq ölkədə azad, müstəqil, demokratik milli kütləvi
informasiya vasitələri formalaşması və hərtərəfli inkişafının
təmin edilməsi istiqamətində irimiqyaslı tədbirlər həyata
keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə
kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən
qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara
uyğunlaşdırılmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq
Azərbaycanda söz və məlumat azadlığının təmin olunması,
demokratik, plüralist mətbuatın formalaşması, KİV-in hüquqi-
normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin
edilməsi üçün geniş imkanlar yaradılmışdır.

5

Yeni minilliyin başlanğıcından etibarən dünyanın
xüsusən də inkişaf etmiş dövlətlərində İKT-nin inkişafı,
qabaqcıl inkişaf texnologiyalarına əsaslanan informasiya
cəmiyyətinin yaradılması istiqamətində milli fəaliyyət
daha da güclənmişdir. Azərbaycanda da ölkənin sabit və
dinamik inkişafı, cəmiyyətin sosial-iqtisadi problemlərinin
həlli, söz və mətbuat azadlığının təmin edilməsi, milli KİV-
in maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq
rəqabətədavamlılığının artırılması məqsədilə  İKT və rabitə
sektorunun inkişafına mühüm əhəmiyyət verilir.

İKT-nin inkişafı, informasiya təhlükəsizliyinin
təmin olunmaı siyasəti hazırda Azərbaycan dövlətinin bu
istiqamətdəki fəalyyətində  mühüm yerlərdən birini tutur.
Respublikada informasiya təhlükəsizliyinin təmin olunması 
və informasiya texnologiyalarının inkişafı ilə bağlı milli 
qanunvericilik bazası xeyli təkmilləşdirilmişdir. Son on ildə
həm milli qanunvericilik, həm də fəaliyyət xeyli gücləndirilmiş,
bu sahə üzrə ciddi nəticələr əldə edilmişdir. Ölkə üzrə
informasiya cəmiyyətinin,  yeni texnoloji və innovativ biliklərə
əsaslanan  iqtisadiyyatın formalaşdırılması dövlət tərəfindən
davamlı şəkildə dəstəklənir.

6

İnformasiya təhlükəsizliyi və
informasiya cəmiyyəti

İnformasiya təhlükəsizliyi məsələləri Azərbaycanın milli
təhlükəsizliyinin əsas tərkib hissələrindən biri kimi strateji
rol oynayır. Azərbaycanda informasiya təhlükəsizliyinin
təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması
və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm
qanunlar, normativ akt və sərəncamların qəbul edilmişdir.
“Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2012-
ci il tarixli “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin
təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmanı milli
informasiya təhlükəsizliyi sisteminin qurulmasında tamamilə
yeni mərhələnin başlanğıcını qoymuşdur. Elektron imzanın
tətbiqi, informasiya ehtiyatlarının milli sərvət kimi mühafizəsi,
o cümlədən dövlət sirri təşkil edən məlumatların mühafizəsi
üçün nəzərdə tutulan texniki, kriptoqrafik, proqram və başqa
vasitələrin, həmçinin biometrik identifikasiya sistemlərinin
yaradılması mühüm əhəmiyyət kəsb edir.

Elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına
səbəb olmuşdur. Bu cəmiyyətdə informasiya və biliklər ən
mühüm resurs və başlıca əmtəədir. Vətəndaşların, cəmiyyətin
və dövlətin həyatında informasiyanın, informasiya resurslarının
və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi
məsələlərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz
informasiya infrastrukturunun vəziyyətindən asılı olur.

7

İnformasiyanın təhlükəsizliyinin təmin olunması
probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən
aşağıdakıları xüsusi vurğulamaq olar:

• şəbəkə texnologiyalarının geniş yayılması və lokal
şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;

• informasiya təhlükəsizliyinin pozulmasına praktik
olaraq mane olmayan qlobal Internet şəbəkəsinin inkişafı;

• minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən
proqram vasitələrinin geniş yayılması.

İnformasiya təhlükəsizliyi dedikdə, informasiya və
ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə
ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi
və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən
infrastrukturun mühafizəliliyi nəzərdə tutulur. İnformasiyanın
mühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunmasına
yönəlmiş tədbirlər kompleksidir.

Cəmiyyəti mühüm məlumat və biliklərlə təmin edən
informasiya eyni zamanda cəmiyyətə müəyyən ziyanlarda
vura bilər. Ona görə də, informasiyanın cəmiyyətdə rolunu
bilmək üçün ona iki aspektdən yanaşmaq lazımdır.

1. Mənfi-neqativ informasiyanın yayılmasının qarşısının
alınması.

2. İnformasiyanın özünün qorunması.
İnformasiya və informasiya texnologiyaları hər bir
ölkənin milli təhlükəsizliyinin təmin olunması üçün mühüm
vasitədir. İnformasiyalaşdırma cəmiyyətdə müxtəlif neqativ
halların yaranmasına səbəb oldu. Kompüter cinayətkarlığı –

8

qeyri-qanuni informasiya mənbələrinə daxil olmaq, viruslar
yaymaq, banklardan “elektron pul” oğurlamaq, parnoqrafiya,
“elektron şpionluq” kimi mənfi halların sürətlə yayılmasına
başladı. Hal-hazırda düzgün, keyfiyyətli informasiyaları
seçmək və yalan informasiyaların yayılmasının qarşısının
alınması problemi yaranmışdır. Ona görə də, şəxsiyyətin,
dövlətin təhlükəsizliyini qorumaq üçün daha mükəmməl
qanunlar işlənib hazırlanmalıdır. Təhlükəsizlik – şəxsiyyətin,
cəmiyyətin, dövlətin daxili və xarici təhlükələrdən qorunması
kimi başa düşülür. Şəxsiyyətin təhlükəsizliyi – onun hüquq və
azadlıqlarının qorunmasıdır.

Cəmiyyətin təhlükəsizliyi – onun maddi və mənəvi
dəyərlərinin qorunmasıdır. Dövlətin təhlükəsizliyi –
onun konstitusion quruluşunun, suverenliyinin və ərazi
bütövlüyünün qorunmasıdır. Dövlət bu işləri, icra orqanları,
məhkəmə qanunverici orqanları vasitəsi ilə hayata keçirir.
İnformasiya təhlükəsizliyi – informasiya mühitində neqativ
informasiyalardan qorunmaqla inkişafın təmin olunmasıdır.
İnformasiya təhlükəsizliyi dövlətin müdafiə, ekoloji, iqtisadi
təhlükəsizlik kimi formaları ilə yanaşı durur. Ona görə də,
informasiya həm hüquqi həm texniki tərəfdən müdafiə
olunmalıdır. İnformasiya təhlükəsizliyi – həmçinin televiziya,
radio, çap, şəbəkə vasitəsi ilə cəmiyyət həyatında dövr edən
neqativ informasiyalardan qorunmaqla da təmin olunmalıdır.
Bunun üçün hüquqi qanun bazaları da yaradılmalıdır. Bu
qanunlarda informasiyaların oğurlanması, itirilməsinin,
dəyişdirilməsinin, qeyri-qanuni məhv edilməsinin, surətinin

9

götürülməsinin qarşısının alınmasının təmin edilməsi
maddələri əks olunmalıdır. İnformasiyanın qorunması üçün
müxtəlif üsullar mövcuddur. Müxtəlif xidməti qurumlar və
bu informasiyaları tam məxvliyini müəyyənləşdirməklə onun
təhlükəsizliyini təmin etməlidirlər.

Texniki tərəfdən informasiyanın qorunması EHM –
lərin təhlükəsizliyinin qorunması, açarların (parolların)
qoyulması, kriptoqrafik müdafiə vasitələri ilə həyata keçirilir.
İnformasiya təhlükəsizliyi inkişaf etmiş dövlətlər tərəfindən
yüksək səviyyədə həyata keçirilir. Bu isə onların informasiya
müharibəsində, kommersiya məxviliklərində mühüm rol
oynayır. İnformasiya təhlükəsizliyi (en. Information Security,
ru. Информационная безопасность) - informasiya və ona
xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə
ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi
və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən
infrastrukturun mühafizəli olmasıdır.

İnformasiyanın təhlükəsizliyinin təmin olunması
probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən
aşağıdakıları xüsusi vurğulamaq olar:

* şəbəkə texnologiyalarının geniş yayılması və lokal
şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;

* informasiya təhlükəsizliyinin pozulmasına praktik
olaraq mane olmayan qlobal İnternet şəbəkəsinin inkişafı;

* minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən
proqram vasitələrinin geniş yayılması.

İnformasiyanınmühafizəsi–informasiyatəhlükəsizliyinin

təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir.
İnformasiyanın etibarlı mühafizəsi sahəsində təhlükəsizlik
tədbirlərinin artırılması, yeni metod və alqoritmlərin işlənilməsi
istiqamətində aparılan elmi tədqiqatların əhəmiyyəti çox
böyükdür. İnformasiyanın mühafizəsi üsulları və sistemləri,
informasiya təhlükəsizliyi ixtisası üzrə ölkədə yüksək ixitisaslı
peşəkar kadrlar hazırlanır. Bu gün cəmiyyətin müxtəlif
sahələrində informasiya xidmətlərinə artan tələbat informasiya
təhlükəsizliyi üzrə yeni məhsulların öyrənilməsi zəruriyyətini
qarşıya qoyur. Gənc alim və mütəxəssislər ixtisasartırma,
təcrübə mübadiləsinin aparılması və treninqlərdə iştirak üçün
Koreya, Türkiyə, Polşa kimi ölkələrə ezam olunurlar. Görülən
tədbirlər informasiya təhlükəsizliyinin təmini ilə bağlı müxtəlif
avadanlıqların işləmə mexanizmləri, tətbiqləri və istismarına
dair daha dərin nəzəri və praktiki biliklərin əldə olunmasına
xidmət edir. Əldə olunan təcrübə AzScienceNet elm kompüter
şəbəkəsində tətbiq olunur ki, bu da şəbəkə resurslarının
daha səmərəli idarə və istifadə olunması baxımından vacib
amillərdəndir.

Təşkilatlarda informasiya təhlükəsizliyinin idarə
edilməsi infrastrukturu hələlik yetərli səviyyədə deyil,
bu sahədə təşkilatlar arasında əlaqələndirmə problemləri
də mövcuddur. Cəmiyyətdə belə bir fikir formalaşıb ki,
informasiya təhlükəsizliyini təmin etmək yalnız bu sahədə
məsul təşkilatların vəzifəsidir, əslində bu, yanlış yanaşmadır.
İnformasiya təhlükəsizliyinin etibarlı təmin olunması dövlət
qurumlarının, alimlərin, biznes sektorunun və vətəndaşların

11

birgə çalışmasını, qüvvələrini səfərbər etməsini tələb edir. Bu
sahədə yerli istehsalın yeni səviyyəyə qaldırılması da həlli
vacib olan problemlərdəndir.

İnformasiya cəmiyyəti anlayışı 1960-cı illərin əvvəllərində
Yaponiyada sosial elmlərin tədrisində istifadə olunmağa
başlayıb və artıq 50 ildən çoxdur ki, elmi-nəzəri tədqiqat
obyektinə çevrilib. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal
sosial-texniki inqilab kimi qeyd olunan müasir informasiya-
kommunikasiya texnologiyaları (İKT) informasiyanın əldə
edilməsi, emalı, saxlanması və ötürülməsi məqsədilə proqram-
texniki vəsaitlərin, istehsalat proseslərinin və metodlarının
məcmusudur. İnformasiya proseslərinə isə aiddir:
informasiyanın axtarışı, seçimi, yaradılması, saxlanması,
ötürülməsi, kodlaşdırılması, emalı və qorunması.

İnformasiya cəmiyyəti, başqa sözlə desək, cəmiyyətin
informasiyalaşdırılması ölkənin intellektual potensialından
səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi,
korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan
qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar
edilməsi və bütövlükdə, ictimai həyatın demokratikləşməsi
deməkdir. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas
xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması,
sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən
təhsilalma, elektron ticarət, tele iş, elektron hökumət və sair)
meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması,
müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin
inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq,

12

onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam
təmin edilməsi aiddir.

İnformasiya bolluğunun yaradılması və bu prosesin
köməyi ilə həm bəşəriyyətin qarşısında duran problemlərin
həllinə nail olmaq, həm də cəmiyyətin inkişafını təmin etmək
mümkündür. Yəni informasiya cəmiyyəti elə bir cəmiyyətdir
ki, burada əhalinin böyük hissəsi müasir informasiya
texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası
isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və
ötürülməsi ilə məşğul olur.

Müasir dövrdə informasiya-kommunikasiya texnologi-
yalarının inkişaf etdirilməsi hər bir ölkə¬nin intellektual və
elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin
zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur.
Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin
inkişafı üçün geniş imkanlar yaradır. Son zamanlar ölkəmizdə
dövlət orqanları, biznes qurumları və vətəndaşların qarşılıqlı
fəaliyyətlərində İKT-nin imkanlarından geniş şəkildə
istifadə olunur. Mühüm idarəetmə strukturları və xüsusi
dövlət xidmətləri göstərən qurumlar olan dövlət orqanları
şəbəkəsində inzibati idarəetmənin səmərəliliyini yüksəldən,
ictimai prosesləri tənzimləyən, büdcə vəsaitlərini səmərəli
məsrəf edən və dövlət aparatı xərclərini azaldan bir sistem
kimi İKT-nin əhəmiyyəti böyükdür.

Cəmiyyətin informasiyalaşdırılması prosesi sənaye
cəmiyyətinin informasiya cəmiyyətinə keçməsini də təmin
edir. Bu proses cəmiyyətin hər bir üzvünə öz tələbatına

13

uyğun informasiya almaq imkanı verir. Son dövrlərə kimi
“informasiyalaşdırma” sözü əvəzinə “kompüterləşdirmə”
sözündən istifadə olunurdu. Lakin “kompüterləşdirmə”
sözünün mənası kompüter texnikasının inkişafı və
tətbiqi deməkdir. Cəmiyyətin informasiyalaşdırılması
isə kompüterləşdirməyə nisbətən daha geniş anlayışdır.
Belə ki, bu gün texniki vasitələr deyil, sosial-texniki
prosesin məqsəd və mahiyyəti daha önəmlidir. Cəmiyyətin
informasiyalaşdırılmasının əsas məqsədi aşağıdakılardır:

- informasiyalaşdırma prosesinin humanistləşdirilməsi;
- şüurun inkişafını məişət inkişafından çox qabağa
aparmaq;
- maddi və əmək ehtiyatlarına qənaət etmək;
- insan sivilizasiyasının davamı, inkişafı üçün baş verə
biləcək fəlakətlərin qarşısını almaq;
- hər bir insanın vahid informasiya fəzasına daxil olub
cəmiyyətin və özünün inkişafı üçün bu ehtiyatlardan istifadə
etməsinə şərait yaratmaq.
Pulun informasiya-kredit kartları, pul banklarının
informasiya bankları ilə əvəz edilməsi cəmiyyətdə oğurluğun
və neqativ halların qarşısını tamamilə alır. İnformasiyalaşdırma
elmin bütün sahələrinin – astronomiyanın, kimyanın,
biologiyanın,tibbin,sosiologiyanın,texnikanın,hüquqisahələrin
inkişafına böyük təsir göstərir və cəmiyyətin inkişafında əsas
qüvvə rolunu oynamaqla onun təhlükəsizliyində də böyük
əhəmiyyət daşıyır.
Cəmiyyətin informasiyalaşması həm də elektron

14

ödəmələrdə fəallıq nümayiş edilməsi ilə ölçülür. Cəmiyyətin
inkişafının müasir mərhələsi informasiya mühitinin artan
rolu ilə xarakterizə olunur. İnformasiya mühiti dövlətin
siyasi, iqtisadi, müdafiə və digər sistemlərinə aktiv təsir
edən cəmiyyətin həyatının ən vacib faktorlarından biridir.
Dövlətin milli təhlükəsizliyi informasiya təhlükəsizliyinin
təmin edilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Hal-
hazırda informasiya milli strateji resurs olub, dövlətin ən
əsas sərvətlərindən biri sayılır. İnformasiyalaşdırmanın təsiri
altında cəmiyyətin bütün sahələri çeviklik və dinamiklik kimi
yeni keyfiyyətlər almaqdadır. Lakin eyni zamanda informasiya
təsirindən ictimai proseslərin potensial zəifliyi artır.

İnformasiya təhlükəsizliyinin təmin edilməsi Azər-
baycan Respublikasının ən prioritet vəzifələrindən biridir.
Dövlət hakimiyyət orqanları və təşkilatları Azərbaycan
Respublikasının qanunvericiliyini rəhbər tutaraq informasiya
resurslarının təşkil olunması və istifadə edilməsinə görə öz
fəaliyyətlərində məsuliyyət daşıyırlar. Elmi texniki tərəqqinin
inkişafı artdıqca şəxsiyyətin, cəmiyyətin, dövlətin informasiya
təhlükəsizliyi artmaqdadır və onun təhlükəsizliyi dövlət
siyasətində müvafiq yeri tutmalıdır. İnformasiya irimiqyaslı
qəzalara, hərbi konfliktlərə, dövlət idarəçiliyi, maliyyə sistemi
və elmi mərkəzlərin fəaliyyətinin pozulmasına səbəb ola bilən
faktora çevrilmişdir. Cəmiyyətin informasiyalaşdırılması
səviyyəsinin artması onun informasiya təhlükəsizliyini daha
etibarlı edir.

Müasir cəmiyyətin inkişafı informasiya mühitinin artan

15

rolu ilə xarakterizə olunur. İnformasiya mühiti dövlətin
siyasi, iqtisadi, müdafiə və digər sistemlərinə aktiv təsir
edən cəmiyyətin həyatının ən vacib faktorlarından biridir.
Dövlətin milli təhlükəsizliyi informasiya təhlükəsizliyinin
təmin edilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Hazırda
informasiya milli strateji resurs olub, dövlətin ən əsas
sərvətlərindən biri hesab edilir. İnformasiyalaşdırmanın təsiri
altında cəmiyyətin bütün sahələri çeviklik və dinamiklik kimi
yeni keyfiyyətlər almaqdadır.

Elmi-texniki inqilab nəticəsində yaranan informasiya
cəmiyyəti onun əsasını təşkil edən informasiyanı ən mühüm
resursa və başlıca amilə çevirmişdir. Cəmiyyət tədricən öz
informasiya infrastrukturunun vəziyyətindən müəyyən asılılıq
vəziyyətinə düşür. Müasir dövrdə vətəndaşların, cəmiyyətin
və dövlətin həyatında informasiya texnologiyalarının rolunun
artması milli təhlükəsizliyin təmin olunması sistemində
informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır.
Ölkəmizdə son illər aparılan sosial-hüquqi islahatlar,
cəmiyyətin demokratik inkişafına, ölkəmizin beynəlxalq
aləmə inteqrasiya olunmasına təsir göstərən əsas amillərdən
birinə çevrilmişdir. Bu prosesin həyata keçirilməsi insanların
konstitusion hüquq və azadlıqlarını, dövlətin, fiziki və
hüquqi şəxslərin qanuni mənafelərini hüquqazidd əməllərdən
informasiya texnologiyalarını tətbiq etmədən etibarlı
qorumaq mümkün deyildir. İnformasiya texnologiyaları
qlobal telekommunikasiya məkanına inteqrasiya etməklə
konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların bərqərar

16

olunmasına, dövlət strukturlarının, iqtisadi və sosial sahələrin,
elm və təhsilin informasiyalaşdırmasına, ölkənin inkişafına,
demokratik cəmiyyət quruculuğuna xidmət edir.

İnformasiya texnologiyalarının qlobal miqyasda
yüksək sürətlə yayılması cəmiyyətin informasiya ilə
təmin olunması ilə yanaşı yeni növ ictimai təzahürlərin –
mütəşəkkil dəstələr tərəfindən informasiya və kommunikasiya
texnologiyaları sahəsindəki nailiyyətlərdən istifadə etməklə
transmilli cinayətlərin meydana gəlməsinə səbəb olmuşdur.
Sərhədsiz kiberməkan fərdlərə və qruplara dövlətlərin
yurisdiksiyalarındakı boşluqlardan cinayətkar məqsədlər
üçün istifadə etməyə şərait yaradır. Kibercinayətkarlıq əksər
hallarda cinayətkar və zərərçəkənin müxtəlif yurisdiksiyalarda
yerləşməsi səbəbindən hüquq-mühafizə orqanları tərəfindən
bu cür cinayətlərin istintaqı və mühakimə olunmasına maneə
törədir. Beləliklə, cinayətlərinin kriminallaşmış tərkiblərinin,
onların vəziyyətinin təhlili və inkişaf tendensiyalarının
qarşısının alınmasında cinayət-hüquqi və təşkilati-texniki
vasitələrin kompleksli tədqiqatına zərurət yaranmışdır.

Avropa Şurasının (AŞ) 2001-ci ildə Budapeştdə
imzalanmış və 2004-cü ildə qüvvəyə minmiş Kibercinayətkarlıq
və ya Budapeşt Konvensiyası kibercinayətkarlıqla mübarizədə
tarixi nailiyyət hesab oluna bilər və bu günə qədər müvafiq
sahədə aparıcı və ən çox istinad olunan beynəlxalq sənəddir.
2014-cü ilin fevral ayına qədər Budapeşt Konvensiyası
ölkə tərəfindən imzalanmış, 41 ölkə tərəfindən ratifikasiya
edilmişdir. Azərbaycan da Budapeşt Konvensiyasını 30 iyun

17

2008-ci ildə imzalamış, 30 sentyabr 2009-cu ildə ratifikasiya
etmişdir. Milli qanunvericiliyin həmin Konvensiyadan irəli
gələn öhdəliklərə uyğunlaşdırılması məqsədilə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinə və digər normativ hüquqi
aktlara müvafiq əlavə və dəyişikliklər edilmişdir. İnformasiya
təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan
Respublikası Prezidentinin 2 aprel 2014-cü il tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya
cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli
Strategiya” ölkənin informasiya məkanının təhlükəsizliyinin
təmin olunması, bu sahəni tənzimləyən normativ hüquqi
bazanın inkişaf etdirilməsi, bu istiqamətin əsas məqsədləri
kimi müəyyən edilmiş və aşağıdakıların həyata keçirilməsi
nəzərdə tutulmuşdur:

- informasiya təhlükəsizliyi sahəsində vahid dövlət
siyasətinin, hüquqi bazanın təkmilləşdirilməsi;

- ölkənin milli informasiya məkanının və infrastruk-
turunun, o cümlədən informasiya təhlükəsizliyini təmin edən
sistemin inkişaf etdirilməsi;

- ölkənin informasiya əlaqələrində xarici ölkələrdən
texniki və texnoloji asılılığın azaldılması üzrə tədbirlərin
həyata keçirilməsi;

- Elektron hökumət infrastrukturunun informasiya
təhlükəsizliyinin təmin edilməsi;

- elektron təhlükələr barədə ölkə səviyyəsində məlu-
matlandırmanın həyata keçirilməsi;

- kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində

18

müvafiq texniki və metodiki vasitələrin yaradılması, tövsi-
yələrin hazırlanması və metodiki dəstəyin göstərilməsi;

- uşaqların qanunazidd məzmunlu saytlardan qorunması
üçün “təhlükəsiz internet” mexanizminin işlənilməsi və tətbiqi;

- dövlət və qeyri-dövlət informasiya infrastrukturu
subyektlərinin kibertəhlükəsizlik üzrə fəaliyyətlərinin əlaqə-
ləndirilməsi;

- ölkənin informasiya təhlükəsizliyi sahəsində beynəlxalq
əməkdaşlığın təmin olunması.

Nəzərə almaq lazımdır ki, əsası Ümummilli Lider
Heydər Əliyev tərəfindən 17.02.2003- cü ildə qoyulmuş
“Azərbaycan Respublikasının inkişafı naminə informasiya
və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın
davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən də bu strateji kurs dövlətin prioritet
istiqaməti kimi müəyyən olunmuşdur.

Qeyd olunan faktorlar bir daha milli informasiya
infrastrukturuna daxil olan mühüm strateji obyektlərin
təhlükəsizliyinin təmin edilməsi sisteminin yaradılması üzrə
tədbirlər kompleksinin işlənib hazırlanmasının vacibliyini
əsaslandırır. Bununla bərabər qabaqcıl ölkələrin dünya
təcrübəsini nəzərə almaqla “Azərbaycanın kibertəhlükəsizlik
strategiyasının” qəbul edilməsi dövlətin milli təhlükəsizlik
siyasətinin möhkəmlənməsinə xidmət edəcəkdir. Kiber-
cinayətkarlıqla effektiv mübarizənin aparılması və elektron
hökumət infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi
üçün dövlət səviyyəsində müvafiq normativ-hüquqi bazanın

19

təkmilləşdirilməsi, beynəlxalq təcrübənin vaxtında öyrənilməsi
və əldə olunmuş yeniliklərin tətbiqi bu təzahürlərin qarşısının
alınmasında əhəmiyyətli töhfə verə bilər.

Yeni müstəqillik qazanmış ölkələrdə son zamanlar milli
təhlükəsizlik problemlərinin təhlili genişlənib. Bu məsələlərə
dair ilk tədqiqatlar və nəşrlər 90-cı illərin əvvəllərində ortaya
çıxdı. İndi bir sıra dövlət və ictimai qurumlar bu sahədə
araşdırma aparır, dövlətlərin təhlükəsizliyini təmin etmək
sahəsində daxili, xarici və hərbi siyasətin başlıca sahələrində
prezidentlərin qərar layihələrini hazırlayan konstitusiya
qurumu olan təhlükəsizlik şuraları yaradılıb. Dövlətlərin
milli təhlükəsizliyi konsepsiyaları işlənib hazırlanıb, belə ki,
milli təhlükəsizlik adı altında bu və ya digər cəmiyyətin milli
maraqlarının müxtəliftəhlükələrdən qorunması başa düşülür.
Bəzi əsərlərdə, çoxmillətli dövlətlərin şərtlərinə tətbiq edilən
“milli təhlükəsizlik” termini istifadə qanuniliyi gözlənilir.

Eyni zamanda, “milli” sözünün etnik bir xüsusiyyətə
malik olduğunu vurğulanır. Bəzi tədqiqatçıların fikrincə,
əgər dövlət çoxmillətlidirsə, onda onun milli təhlükəsizliyi
barədə danışmağın heç bir mənası yoxdur. Buna görə də “milli
dövlət təhlükəsizliyi” terminindən istifadə etmək təklifolunur.
Qloballaşmanın həyatın bütün sahələrinə nüfuz etdiyi hazırki
şəraitdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin
təmin edilməsi dövlətin fəaliyyətində prioritet məsələlərdəndir.
Nəzərə almaq lazımdır ki, milli təhlükəsizlik tarixi ənənələrin
və ictimai-həyatın normalarının, mənəvi-etik, o cümlədən dini
irsin qorunmasını da ehtiva edir.

20

Azərbaycan Respublikasının Milli təhlükəsizlik
sahəsindəki maraqlarına suverenlik, ərazi bütövlüyü,
konstitusiya quruluşunun təhlükəsizliyi, iqtisadiyyat, elmi-
texniki və müdafiə potensialı və s. daxildir. Azərbaycan
Respulikasmın milli təhlükəsizlik konsepsiyasına əsasən
ölkəmizin milli təhlükəsizliyinə təhdidlər aşağıdakılardır:

- Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi,
ərazi bütövlüyü və konstitusiyası əleyhinə qəsdlər;

- qanunun aliliyinə nail olunması, ictimai asayişin
qorunması və insan hüqüq və əsas azadlıqlarının müdafiəsi
sahəsində dövlət funksiyasının yerinə yetirilməsinə qarşı
fəaliyyət;

- separatçılıq, etnik, siyasi və dini ekstremizm;
- terrorçuluq, kütləvi qırğın silahlarının yayılması;
- regional münaqişələr və transmilli mütəşəkkil
cinayətkarlıq;
- Azərbaycan Respublikasının eneıji infrastrukturuna
qarşı fəaliyyət;
- xarici, siyasi, hərbi və ya iqtisadi asılılıq;
- iqtisadi qeyri -sabitlik;
- peşəkar insan ehtiyatlarının çatışmazlıqları;
- regional hərbiləşmə;
- ekoloji problemlər.
Göründüyü kimi milli təhlükəsizlik konsepsiyası
Azərbaycan xalqının dövlət müstəqilliyinin təmin edilməsini ön
plana çəkir. Yuxarıda göstərilən təhdidlərin qarşısının alınması
yalnız o halda mümkündür ki, ölkənin milli təhlükəsizliyi

21

vahid bir şəkildə təşkil edilsin. Yəni onun müxtəlifistiqamətləri
arasında düzgün qarşılıqlı əlaqə qurulsun. Göründüyü kimi
milli maraqlar dövlətin öz inkişaf səviyyəsindən, sosial-siyasi
quruluşundan, tarixi, milli, mədəni xüsusiyyətlərindən irəli
gəlir.

Elə milli maraqlar vardır ki, onlar dəyişməz olaraq
müxtəlif dövlətlər üçün eyni səciyyə daşıyır. Bu maraqlara aid
edilə bilər:

1. Ərazi bütövlüyü;
2. Siyasi suverenlik;
3. İqtisadi inkişaf;
4. Siyasi-iqtisadi quruluşun saxlanması;
5. Ölkənin milli-mədəni inkişafının qorunması.
Milli maraqlar - milli dəyərlərə şüurlu, rəsmi şəkildə
münasibət ifadə edilir. Hər hansı bir dövlət üçün milli
maraqların müəyyənləşdirilməsi məsələsi həmin dövlət üçün
vacib məsələdir, çünki onların vasitəsilə bir şəxsin, dövlətin
və cəmiyyətin təhlükəsizliyi və təhlükəsizliyinin səviyyəsi
bütövlükdə qiymətləndirilir. Yalnız milli maraqların işığında
dövlətin uzunmüddətli strateji kursu hazırlana, onun siyasəti
müəyyənləşdirilə bilər. Milli təhlükəsizliyin təmin edilməsi
özlüyündə bir hədəf deyil və təhdidlərin aradan qaldırılması
ilə məhdudlaşmır.
Təhlükəsizlik - yalnız cəmiyyətin fiziki olaraq yaşaması,
dövlətin suverenliyi və bütövlüyünün, vahid iqtisadi və
müdafiə məkanında qorunması deyil, həm də cəmiyyətin
davamlı fəaliyyət göstərməsi və inkişafı üçün şəraitin

22

yaradılmasıdır. Milli təhlükəsizlik - mürəkkəb, çox səviyyəli
sistemidir.

O, hər birinin öz strukturu olan bir sıra alt sistemlərdən
ibarətdir. Birləşmiş Millətlər Təşkilatı insan təhlükəsizliyinin
iki əsas komponentini tanıyır: qorxu və yoxsulluqdan azad
olmaq. BMT, səkkiz əsas kateqoriyalardan ibarət olan insan
təhlükəsizliyi konsepsiyası hazırlamışdır:

- iqtisadi təhlükəsizlik;
- ərzaq təhlükəsizliyi;
- sağlamlıq üçün təhlükəsizlik;
- ekoloji təhlükəsizlik;
- şəxsi təhlükəsizlik;
- sosial təhlükəsizlik;
-ictimai təhlükəsizliyi;
-informasiya təhlükəsizliyi.
Siyasi təhlükəsizlik milli təhlükəsizliyin mühüm
elementlərindən biri olub təhlükəsizliyin təmin edilməsində
həlledici rola malikdir. Siyasi təhlükəsizlik vətəndaşların,
cəmiyyətin, dövlətin, xalqın siyasi maraqlarına zərbə vura
biləcək, siyasi tənəzzülə, hətta dövlətin məhvinə apara biləcək
amillərin aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlər
məcmusudur.
İqtisadi təhlükəsizlik iqtisadi sahədə fərd, cəmiyyət
və dövlətin həyati maraqlarının daxili və xarici təhdid və
təhlükələrdən qorunmasıdır. İqtisadi təhlükəsizlik yüksək
iqtisadi artıma, iqtisadi ehtiyacların effektiv ödənilməsinə, milli
resursların düzgün ifadəsinə, ölkənin iqtisadi maraqlarının

23

milli və beynəlxalq səviyyədə qorunmasına, əhalinin rifah
səviyyəsinin yüksəldilməsinə xidmət edir. Hərbi təhlükəsizlik
- ölkənin elə bir vəziyyətini xarakterizə edir ki, hərbi təcavüz
vasitəsilə ölkənin milli təhlükəsizliyinə zərbə vurulmasının
qarşını ala bilsin.

Ekoloji təhlükəsizlik - əsas təhlükəsizlik istiqamətlərindən
biri olub ümumbəşəri xarakter daşıyır. Çünki ekoloji
problemlər bir dövlət çərçivəsindən çıxaraq qlobal xarakter
daşımağa başlamışdır. O, təbiət, cəmiyyət münasibətlərinə
yenidən baxılmasını və daha düzgün mövqe tutulmasını tələb
edir. Ekoloji problemlərin həlli məsələləri təhlükəsizliyin
bu istiqamətinin əsas problemlərindəndir. Azərbaycan
Respublikasının “Ekoloji təhlükəsizlik haqqında” Qanununun
I maddəsində ekoloji təhlükəsizlik belə xarakterizə olunur:
“Ekoloji təhlükəsizlik insanın və cəmiyyətin həyati vacib
maraqlarının, ətrafmühitin ona antropogen və təbii təsirlər
nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin
edilməsi deməkdir”. Mədəni təhlükəsizlik milli təhlükəsizliyin
bir istiqaməti olub mədəni tərəqqi, mədəni dəyərlərin
qorunması və nəsillərdən nəsillərə ötürülməsini özündə ehtiva
edir.

Milli təhlükəsizliyin təmin edilməsində siyasi
təhlükəsizlik qədər əhəmiyyətli digər element - informasiya
təhlükəsizliyi çıxış edir. Bu ən çox onunla bağlıdır ki, milli
təhlükəsizliyin bütün elementlərinin tam halında fəaliyyət
göstərməsi onun informasiya ilə təminindən, informasiya
resurslarının istifadəsindən xeyli asılıdır. Təsadüfi deyil ki,

24

siyasətçi və sosioloqlar bildirirlər ki, kim ki, informasiyaya
malikdir, o, hakimiyyətə malikdir. İnformasiya təhlükəsizliyi
dövlət, cəmiyyət, sosial qrupların, eləcə də hər bir fərdin həyati
fəaliyyətini və həyati bacarıqlarını saxlamaq üçün lazımlı
və təhlükəsiz informasiya ilə təmin olunması bacarığıdır.
İnformasiya təhlükəsizliyi üçün real təhdidlərdən biri də dini
ekstremizimdir. Dini ekstremizmin miqyasının genişlənməsi
onu qorxulu bir faktora çevirir.

İnformasiya təhlükəsizliyinin təməllərindən birini
din təşkil edir. Din pərdəsi altında müxtəlif dövlətlərin
ideologiyasının, maraqlarının təbliği informasiya
təhdidlərindən biridir. Bu cəmiyyətdə səhv informasiyaların
yayılmasına əhalinin manipulyasiyasma gətirib çıxarır. Dini
mənəvi dəyərləri müxtəlifxarici təriqətlərdən, sektalardan
qoruma milli təhlükəsizliyin əsas vəzifələrindən biridir. Dinlə
münasibətdə siyasətin düzgün qurulmaması informasiya
təhlükəsizliyi üçün böyük təhlükələr yaradır. Ölkədə yaranan
xristian, hinduizm, radikal müsəlman təşkilatlan vətəndaşların
dini mənsubiyyətini dəyişməklə kifayətlənmir, casusluqla
məşğul olur.

Hərbi sirləri öyrənməyə çalışırlar. Missionerlər pessimist
əhvali-ruhiyyə yayaraq gəncləri taleyin hökmünə tabe olmağa
çağmırlar. Missionerlərin dini təbliğatı ictimai - siyasi, elmi -
populyar jurnal NATIONAL simin nəticəsində ölkə üçün milli
təhlükə yaranır. Dini ekstremizmə və destruktiv dini birliklərin
fəaliyyətinə qarşı yönəlmiş tədbirlər sistemi bütövlükdə
milli təhlükəsizliyin təmin edilməsinin tərkib hissələrindən

25

biridir. Belə tədbirlər sistemi ekstremist və destruktiv dini
ideologiyaların yayılmasının qarşısının alınmasına və dini
birliklər tərəfindən törədilmiş qanun pozuntularına qarşı
sanksiyalar sisteminin yaradılmasına yönəlmiş hüquqi və
profilaktik institutların və mexanizmlərin kompleksi kimi
çıxış edir. Dini ekstremizm təzahürlərinin qarşısını almaq
üçün Azərbaycan cəmiyyətinin mənəvi-əxlaqi sahədə milli
təhlükəsizliyin institusional təmin edilməsi böyük rol oynayır.
Tam ali dini təhsil almaq da respublikada olan vəziyyəti
sağlamlaşdırmaq üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda olan ənənəvi din və etiqadların
əksəriyyətində böyük dözümlülük potensialı var və bununla
da tolerantlıq sahəsində, həmçinin konfessiyalar sahəsində
təbii müttəfiq kimi çıxış edir. Ənənəvi dinlərin dirçəldilməsi
dövlət ilə vətəndaş cəmiyyəti arasındakı qarşılıqlı mənəvi-
əxlaqi sistemi ciddi şəkildə sağlamlaşdırmaqla yanaşı
dinlərarası ünsiyyət sahəsində dözümlülük və zor işlətməmək
praktikasının inkişaf etməsinə kömək edir. Öz növbəsində
dini ekstremizm təzahürləri adətən “müxalifətçi dindarlıq”
adlandırılan, özünü dini münasibətlər sahəsində mövcud olan,
qərarlaşan qaydalara qarşı qoyan dini birliklərə xas olan bir
məsələdir.

Ənənəvi dinlərin əxlaqi-mənəvi dəyərlərinin inkişafı və
yayılması Azərbaycanda vicdan və etiqad azadlığına qarant
olan əsas prinsiplərə maksimum uyğun gələn şəraitdə baş
verməlidir. Azərbaycan Respublikası həmişə müxtəlifmillətlərin
və dinlərin sülh şəraitində birgə yaşayışına nümunə olmuşdur.

26

Azərbaycan dövləti cəmiyyətin maraqlanndan irəli gələn
rasional milli siyasət kursunu, dini tolerantlıq mühitinin
qorunması və inkişafını, bütün vətəndaşların qanun qarşısında
bərabərliyi və qanunun aliliyini, demokratik hüquq və
azadlıqların, həmçinin insanların bu hüquq və azadlıqlardan
sərbəst istifadə imkanlarının təmin edilməsini mövcud ola
biləcək müvafiq risqin real təhdidə çevrilməsinin qarşısının
alınması və neytrallaşdırılmasınm mühüm şərtləri qismində
nəzərdən keçirir.

Müasir Azərbaycan dövlətinin milli təhlükəsizlik
siyasətində yerinə yetirəcəyi təxirəsalınmaz vəzifələrindən
biri bir tərəfdən cəmiyyətdə razılıq və dinlərarası sülh, digər
tərəfdən dövlətin stabil fəaliyyət göstərməsinin qarantı olan dini
təhlükəsizliyin təmin edilməsidir. Hazırkı mərhələdə ölkədə
bərqərar edilmiş milli və dini tolerantlıq mühitinin qorunması
və inkişafı dövlət qarşısında duran əsas vəzifələrdən biri hesab
olunur. Azərbaycan dövlətində həyata keçirilən milli siyasət
kursu Konstitusiyanın Azərbaycan Respublikasının bütün ölkə
vətənaşlarınm ümumi və bölünməz vətəni olması kimi əsas
prinsiplərindən birinə əsaslanır.

Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik strategiyasının
əsasını isə milli maraqların qorunması təşkil edir.

ABŞ-ın milli maraqları üç kateqoriyaya bölünür:
1. Həyati əhəmiyyətli maraqlar - buraya terrorla
mübarizə, nüvə silahlarının yayılmaması, siyasi və iqtisadi
cəhətdən qeyri-stabil və konfliktlərin mövcüd olduğu ərazilər
və s. daxildir.

27

2. Əhəmiyyətli maraqlar - bu maraqlar özlərində ölkələrdə
antidemokratik hərəkatların qarşısının alınmasını, beynəlxalq
narkotik dövriyyəsi ilə mübarizə, keçmiş sovet məkanında
müharibələrin qarşısının alınması və s. özündə ehtiva edir.

3. İkinci dərəcəli maraqlar. Buraya ətrafmühitin
qorunması, Afrikanın siyasi və iqtisadi dirçəlişi və s. aiddir.

Bir çox ölkələrdə “dövlət təhlükəsizliyi” anlayışından
istifadə olunur bu da əsasən konstitusiya qaydalarını
qorumaq, suverenliyi və ərazi bütövlüyünü təmin etməkdən
ibarətdir. Ancaq buna bir də fərdin və cəmiyyətin qorunması
prizmasından bir daha baxılmalıdır. Dövlət bütün atributları,
qurumları və orqanları ilə bütövlükdə hər bir vətəndaşın və
cəmiyyətin maraqlarına xidmət etməlidir. Buna görə, əgər
dövlətin bəzi hissələri və qurumları vətəndaşlann və cəmiyyətin
maraqlarına xidmət etmirsə dövlət quruluşuna düzəlişlər
etməyə imkan verən konstitusiya mexanizmi olmalıdır. Dövlət
qurumlarının fəaliyyəti sosial yönümlü olmalıdır, cəmiyyətin
və vətəndaşlann rifahını təmin etməlidir.

Milli təhlükəsizliyin formalaşması və təmin edilməsində
milli dəyərlər, milli maraqlar və milli vəzifələr mühüm
əhəmiyyətə malikdir. Milli dəyərlər insanların həyati
mövqeyini ifadə edən fundamental əxlaqi normalar, adət-
ənənələr olmaqla yanaşı, həm də maddi və mənəvi mədəniyyət
sahəsində cəmiyyətin uğurlarıdır. Milli dəyərlərə cəmiyyətin
unikal zənginliyini də daxil etmək olar.

Milli dəyərlər iqtisadiyyatın, mədəniyyətin, elmin,
texnikanın təkamülü nəticəsində təşəkkül tapır. Milli

28

dəyərlərin formalaşmasına eyni zamanda ölkənin geosiyasi
mövqeyi, xalqın mentaliteti də böyük təsir göstərir. Dəyərlərə
yüksək önəm verən ümummilli lider Heydər Əliyev 1998-
ci ildə Bakıda keçirilən “Müasirlik və dini-mənəvi dəyərlər”
Beynəlxalq konfransdakı çıxışında demişdir ki, müsir dünyada
mənəvi dəyərlərdən səmərəli şəkildə istifadə olunması
hər bir ölkə üçün, hər bir xalq üçün, hər bir din üçün çox
əhəmiyyətlidir. Müasir Azərbaycanda demokratik prinsiplərin
bərqərar olması, hüquqi dövlətin formalaşması dövlətimizin
qlobal beynəlxalq aləmə inteqrasiyası şəraitində dinin,
xüsusilə islamın mədəniyyətə təsirinin öyrənilməsi, müasir
insanın mənəviyyat prinsiplərinin formalaşmasına, onun
daxilən zənginləşməsinə təsirinin öyrənilməsi mühüm nəzəri
və praktiki əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyev mənəvi prinsiplərin rolunu
xüsusi qiymətləndirir: “Heç vaxt inamımızdan, dinimizdən
uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə
edərəkgələcəyimiziquracayıq”.Qloballaşmavəsivilizasiyaların
qarşılıqlı təsiri onların məhvedici toqquşmasının qarşısını
almaq, sivilizasiyalar arasında lokal konfliktləri nizamlamaq
problemləri alimlərin və ictimaiyyətin diqqətini daha çox cəlb
etməyə başladı. Bununla bağlı Ramiz Mehdiyev haqlı olaraq
yazır ki, modemizasiya nəzəriyyəsinin əsas komponentlərindən
biri də qəbul edilən mədəniyyətə xas olan ənənəvi normalar
və dəyərlər ilə yeni təsisatlar arasında zəruri olaraq yaranan
toqquşma problemlərini tətbiq etməkdir.

Özünün milli və dini ənənələrini saxlamaq şərtilə

29

Avropa mədəniyyətini mənimsəmək prosesi demək olar ki,
bütün dünyada gedir. Məsələn, bu yolla gedən Yaponiya,
Cənubi Koreya, Tayvan və başqa ölkələr dünyanın ən inkişaf
etmiş ölkələri səviyyəsinə yüksəlmişdir. Yaponiya Qərbin
nəinki elm və texnologiyasını, hətta demokratik dəyərlərini də
mənimsəyərək inkişafsəviyyəsinə görə faktiki olaraq dünyanın
ikinci ölkəsinə çevrilibdir. Bununla yanaşı Yaponiya öz milli
ənənələrindən və dinindən imtina etmir. Milli dəyərlərin
məzmunu üç əsas blok - xalqın rifahının artması, ərazinin
müdafiəsi və milli mədəniyyətin inkişafı üzrə reallaşır.

Milli dəyərlərin mühüm elementlərindən biri də
cəmiyyətin “intellektual elita”sıdır. Cəmiyyətin intellektual
elitasının azalması milli təhlükəsizlikdə ciddi problemlərdən
biridir, belə ki, intellektual insanlar hadisə və proseslərin
baş vermə ardıcıllığını vaxtında görə və qüymətləndirə
bilir, ictimai inkişaf proseslərinin mahiyyətini dərindən
dərk edir, problemlərin aradan qaldırılması üçün məntiqli
yollar arayır, təklifvə tövsiyələr verir, siyasi, iqtisadi, sosial,
iqtisadi sahələrdə irəli sürülən qərarların mexanizmi məhz
onların vasitəsilə işə düşür. Milli ideologiya informasiya
təhlükəsizliyinin təminatında ən önəmli yerlərdən birini tutur.
Hal-hazırda respublikamızda azərbaycançılıq ideologiyası
aparıcı rol oynayır. Azərbaycanın milli identifikasiya kodunun
böyük tarixi-mədəni ənənələrə, dərin etnik və polietnik köklərə
söykənməsi onun milli ideologiyasının sabit vəziyyətini təmin
edir və dayanıqlığını artırır.

Bu keyfiyyətinə görə azərbaycançılıq ideyası müasir

30

dövrdə həm milli adətənənələrin, mənəvi dəyərlərin
qorunmasında həlledici vasitəyə çevrilir, həm mənəvi həyatın
modernləşmə yolu ilə dünya sivilizasiyasının qabaqcıl
nümunələrini əxz edilməsinə şərait yaradır, həm də müstəqil
dövlət kimi ölkənin dinamik inkişafına təkan verir, onun
beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Milli birlik və vahid ideya ətrafında səfərbər olunma gücü
Azərbaycanın həm də regional və beynəlxalq təhlükəsizlik
sahəsində dünya dövlətləri ilə əməkdaşlığına, vətəndaş
cəmiyyəti institutlarının potensialının artmasına, strateji
tərəfdaş ölkələrlə qarşılıqlı münasibətlərinin inkişafına müsbət
təsir göstərir. Bütün bunları nəzərə alaraq, azərbaycançılıq
ideyasının milli inkişafvə təhlükəsizlik siyasətinə təsirinin
araşdırılması mühüm elmi və siyasi aktuallıq kəsb edir.

SSRİ-nin və dünya sosializm sisteminin süqutu, ideoloji
qarşıdurmanın və soyuq müharibənin başa çatması, yeniyeni
müstəqil dövlətlərin dünya siyasətinə qatılması və s. dünya
nizamında əsaslı dəyişikliklərin bünövrəsini qoymaqla yanaşı,
beynəlxalq təhlükəsizlik sistemində və onun strukturunda
müəyyən dəyişikliklər yaratdı. Postsovet məkanında
müstəqillik əldə etmiş dövlətlərin milli inkişafvə təhlükəsizlik
sahəsində yürütdükləri siyasət də öz növbəsində dünyanın
geosiyasi reallıqlarına və təhlükəsizlik sistemlərinə yeni
xüsusiyyətlər gətirdi. Azərbaycançılıq etnik, sosial və siyasi
mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının
Azərbaycana olan sevgi və məhəbbətinin gündəlik həyat
norması və fəaliyyət strategiyasıdır. Azərbaycançılıq özündə

31

yüksək əxlaqi normalarla yanaşı yeni dünyəvi dəyərləri də
birləşdirir.

Daxili siyasət sahəsində milli maraqların vətəndaş
sülhünün, milli harmoniyanın, dövlət hakimiyyətinin və
qurumlarının sabitliyinin təmin edilməsi, qanunun aliliyi
və demokratik cəmiyyətin formalaşmasının başa çatması,
eləcə də sosial və beynəlxalq münaqişələrin, milli və regional
separatizmin yaranmasına gətirib çıxaran olan səbəb və şəraitin
aradan qaldırılmasından ibarətdir. Ölkədə yaşayan xalqların
maraqlarının koordinasiyası, onların hərtərəfli əməkdaşlığının
qurulması, məsuliyyətli və balanslaşdırılmış dövlət milli
siyasətinin aparılması ölkənin daxili siyasi sabitliyini təmin
edəcək, onun sabitliyini və birliyini qoruyacaq ən mühüm
vəzifələrdir.

Dövlətin və millətin mövcudluğu üçün zəruri olan
təhlükəsizlik və milli maraqlar bir-birini tamamlayan əsas
faktorlardır. Belə ki, təhlükəsizlik mühiti olmadan milli
maraqlar, milli maraqlar təmin edilmədikdə isə təhlükəsizlik
şəraiti yaradıla bilməz. Geniş mənada təhlükəsizlik ölkənin,
millətin, xalqın və nəhayət, hər bir vətəndaşın fəaliyyətinin,
yaşam tərzinin təməl daşıdır, sabitliyin qarantıdır. Milli,
iqtisadi, hərbi siyasətin əsas məqsədi sabitliyin təmin
olunması, təhlükəsizlik mühitinin yaradılmasıdır. Çoxmillətli,
çoxkonfessiyalı cəmiyyətin mövcud olduğu Azərbaycan
Respublikasında əsrlərdən gələn birgəyaşayış, milli və dini
dözümlülük mühiti buradakı insanların hüquqlarının təmin
olunmasında əsas rol oynayır. İnsanlarda milli şüur və siyasi

32

şüurun formalaşması, qədim ənənələrin bu günə daşınması
onun inkişafının mühüm amillərindəndir. Bu yöndə ideoloji
təbliğatın aparılması və zəruri informasiya mühitinin
yaradılması da mühüm əhəmiyyət kəsb edir.

Müasir şəraitdə dünya düzənində informasiya
təhlükəsizliyi və digər təhlükəsizlik məsələlərini yönləndirən
ideologiyada deqradasiya və konfrantasiya müşahidə
olunmaqdadır. Bir sıra aparıcı ölkələrin yürütdüyü siyasət
bəşəriyyətin gələcəyi üçün müəyyən şübhələr yaradır,
sanki beynəlxalq ictimaiyyət nasizm girdabına sürüklənir.
Beynəlxalq iqtisadi böhran şəraitində özünü biruzə verən bu
hal dövlətlər, millətlər və xalqlar arasında inamsızlığa səbəb
olur. Dünyanın bir qütbündə tolerantlıq, multikulturalizm
çağırışlarına üstünlük verildiyi, birgəyaşayışa cəhd edildiyi
halda, digər qütbündə islamafobiya bəhanəsi ilə müsəlmanlara
qarşı məqsədyönlü siyasət formalaşdırılır. İndi bəzi ölkələrdə
irqi ayrı-seçkilik və düşmənçiliyə meyl edən siyasətçilərin
hakimiyyyət başına gətirilməsi deyilənlərin əyani sübutudur.

Bu gün ərazicə kiçik, əhalisinin sayı az olan, müsəlman
etiqadlı Azərbaycan ədalətlilik, tolerantlıq, dözümlülük və
multikultural dəyərlərə hörmətlə yanaşan dövlət kimi aparıcı
ölkələrə nümunə göstərir. Bu ideoloğiyanın kökündə isə qədim
dövlətçilik ənənələri dayanır. Azərbaycanda informasiya
təhlükəsizliyi ilə bağlı məsələlər ölkə qanunlarında öz əksini
tapıb. Bu qanunlar əsasən aşağıdakılardır:

• Kütləvi informasiya vasitələri haqqında Azərbaycan
Respublikasının Qanunu;

33

• Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının

Qanunu;

• İnformasiya əldə etmək haqqında Azərbaycan

Respublikasının Qanunu;

• İnformasiya, informasiyalaşdırma və informasiyanın

mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu;

• Telekommunikasiya haqqında Azərbaycan

Respublikasının Qanunu;

• Televizya və radio yayımı haqqında Azərbaycan

Respublikasının Qanunu;

• Dövlət sirri haqqında Azərbaycan Respublikasının

Qanunu və s.

Qeyd edək ki, informasiya təhlükəsizliyinin təmin

olunması ilə bağlı tələblər bir sıra digər qanunlarda, o cümlədən

“Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının

Qanununda, eləcə də Azərbaycan Respublikasının Milli

Təhlükəsizlik Konsepsiyasında göstərilib. Bütün bu sənədlərdə

qeyd olunur ki, informasiya təhlükəsizliyinin təmin olunması

məsələləri ümumilikdə dövlət, ictimai və fərdi informasiya

ehtiyatlarının qorunmasına, eləcə də informasiya sahəsində

milli maraqların qorunması və mühafizəsinə əsaslanır. Milli

maraqların mühafizəsi və bu sahədə səmərəli fəaliyyətin təmin

olunması üçün təhlükəsizlik konsepsiyasında dövlətin kəşfiyyat

qabiliyyətinin uzlaşdırılması, tədbirlər kompleksinin həyata

keçirilməsi, həmçinin məxfi informasiyanın mühafizəsinin

koordinasiyalı şəkildə təmin edilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasında hər bir şəxsin informasiya əldə

34

etmək, yaymaq hüququ var, hər bir vətəndaşın söz, mətbuat
və informasiya azadlığı qanunvericilkdə təsbit olunub. Lakin
bu hüquqlar qanunlar konpleksinin tələblərini pozmamalıdır.
Məlumatların qanuni yolla əldə olunması, hazırlanması,
yayılması, ölkə və dünya rabitə və informasiya məkanına
daxil edilməsi qanun çərçivəsində mümkündür. Bu tələblərin
pozulması hüquqi məsuliyyət yaradır.

“Milli Təhlükəsizlik Haqqında” Azərbaycan
Respublikasının Qanununun 7-ci maddəsində göstərilir ki,
milli maraqların həyata keçirilməsinə mane olan, onlara təhlükə
yaradan şərait, proses və amillər Azərbaycan Respublikasının
milli təhlükəsizliyinə təhdidlər yaradır. Siyasi elmlər doktoru,
professor Hikmət Babaoğlu yazır ki, “hər bir xalqın milli
mətbuatı daimi milli və dövlət maraqlarına xidmət etməlidir.
Əlbəttə ki, mətbuatın başlıca funksiyası cəmiyyəti obyektiv,
tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu pirinsip,
yalnız o hallarda pozula bilər ki, ortada ümumi, ictimai, milli
və dövlətçilik maraqları olsun” .

Ölkənin milli təhlükəsizlik sisteminin qurulmasında
nəzərə alınmalı amillərdən biri də miqrasiya problemidir.
Buraya həm daxili, həm də xarici miqrasiya aiddir. Azərbaycan
daxili miqrasiya ilə bir neçə dəfə üzləşib. Bu, əsasən keçmiş
SSRİ rəhbərliyinin yürütdüyü birtərəfli milli siyasət, sonrakı
dövrdə isə Ermənistanın ölkəmizə təcavüzü ilə əlaqədardır.
Həm çar Rusiyası, həm də Sovet Rusiyasının qədim Azərbaycan
ərazilərini erməniləşdirmək və özünə əlverişli coğrafi, siyasi və
strateji-hərbi mövqe yaratmaq, qardaş Türkiyə və qonşu İranla

35

Azərbaycanın əlaqələrini məhdudlaşdırmaq məqsədi daşıyan
bu tədbirlər nəticəsində azərbaycanlılara məxsus ərazilər
tutuldu, köçürülmə nəticəsində daxili miqrasiya baş verdi. XX
əsrin əvvəllərində (1905-1918), ortalarında (1948- 1949) və 80-
ci illərdə baş verən miqrasiyanın kuliminasiyası 1988-ci ildə
oldu. 18-19-cu əsrlərdə İrəvandakı ümumi əhalinin 85 %-ni
azərbaycanlılar təşkil edirdisə, hazırda burada soydaşlarımız
yoxdur. 1990-cı illərdə Azərbaycanın öz sərhədlərinə daxil
olan 12 rayondan da insanlar hərbi təcavüzə məruz qaldı və
yeni qaçqın axını baş verdi. Hazırda ölkəmizdə 1 milyondan
çox azərbaycanlı məcburi köçkün həyatı yaşayır. Lakin ölkə
rəhbərliyinin apardığı düzgün siyasət və görülmüş zəruri
tədbirlər sayəsində daxili təhlükəsizlik təmin olunub və
miqrasiya ilə bağlı problemlər həll olunub.

Heç də təsadüfi deyil ki, bu gün miqrasiya problemi
yaşayan və Yaxın Şərqdən gələn qaçqınlar qəbul etməkdə
çətinlik çəkən Avropa ölkələrinin bəziləri Azərbaycan
nümunəsini örnək kimi görür, bəziləri isə qaçqınların gəlişinə
etiraz edirlər. Buradan belə bir qənaətə gəlmək olar ki, bir
sıra ölkələrdə humanitar böhran və ideoloji təbliğat yönündə
iş düzgün qurulmayıb və şovinist əhval-ruhiyyəli cəmiyyət
bunu istəmir. Başqa sözlə desək, həmin ölkələrdə ideoloji və
informasiya təhlükəsizliyi təmin olunmayıb, onlarda konfliktə
meyllilik güclüdür. Bəzi dövlətlərdə faşizm, nasizm ideologiyası
getdikcə güclənməkdədir. Bir zamanlar demokratiyanın beşiyi
adlandırılan ölkələrdə belə, antihumanist ideologiya dərinləşib,
islamafobiya meylləri özünü daha qabarıq göstərir. Rusiyalı

36

alim, politoloq S. Nikonov yazır ki, “əvvəllər siyasətçilər
informasiya məkanını formalaşdırırdı, indi isə informasiya
dünya siyasətini formalaşdırır”.

Dünyanın aparıcı gücləri-ölkələri və təşkilatları istər
beynəlxalq aləmdə, istərsə də öz dövlətlərində hər hansı ciddi
problem və məsələ ilə bağlı ictimai rəy formalaşdırmaq, tərəfdar-
lar tapmaq üçün informasiyadan və ümumilikdə KİV- dən istifadə
edirlər. Beləliklə, öz maraqlarının təbliği və qarşı tərəfin gözdən
salınması kampaniyası başlanır. Bununla da KİV bəzən haqlı,
ədalətli, bəzən də qeyri-obyektiv mövqedən çıxış etməli olur.
Dünyamızın qarışıq olduğu indiki vaxtda isə obyektiv mövqeyi
heç də həmişə qoruyub saxlamaq mümkün deyil.

Zaman sübut edir ki, indiki informasiya mübarizəsində
üstün olan dövlət uğur qazanır, öz tələblərini diqtə edir, bəzən
də münaqişə yaradır. Təbliğat vasitəsinə çevrilən KİV-lər isə
onun tribunası rolunu oynayır. Bunu bir çox dövlət rəhbərləri
də etiraf edirlər. Məsələn, Belarus Respublikasının Prezidenti

A. Lukaşenko Ümumdünya Rus Mətbuatı Konqresində
çıxışı zamanı deyib ki,“ KİV tez-tez hibrit müharibələrinin
iştirakçısı olur. Başqa ölkələrə müharibə elan etməkdən əvvəl
KİV-də buna hazırlıq gedir. Media hibrid müharibələrinin əsas
hissəsini təşkil edir. Bu, artıq əvvəlki müharibələrə bənzəmir”.
İndiki dövrdə bütün sahələrdəki yeniliklər, yeni çağırışlar
və təhdidlərə də yol açır. İnformasiya təhlükəsiziliyinin
təmin olunması üçün bunlar nəzərə alınmalı və qabaqlayıcı
tədbirlər görülməlidir. Bu gün diqqət mərkəzində saxlanılmalı
məsələlərdən biri də hibrid müharibələridir.Bəs hibrid

37

müharibələri nədir və onlar necə xarakterizə edilir?
Hibrid müharibələri birbaşa döyüş meydanlarında

aparılan savaş deyil, hərbi əməliyyatların gedişinə təsir
edən dolayı vasitələrdir. Bu zaman düşmən tərəf həm siyasi,
iqtisadi, mənəvi-psixoloji, informativ və kommunikativ
vasitələrdən istifadə edir. ”Məlumatsız insan özü də bilmədən
həmin müharibələrin iştirakçısına çevrilir. Özü də əksər
hallarda düşmənin xeyrinə işləyir. Bunun üçün onun şüuruna
əvvəlcədən müəyyən olunmuş və xüsusi məqsədlərə xidmət
edən informasiyaları yeritmək kifayətdir. Sonrakı mərhələdə
həmin informasiya tələsinin qurbanı kimi öz ölkəsinin,
vətəninin və dövlətinin əleyhinə fəaliyyət göstərəcək. Mövcud
müharibələrin ən təhlükəli cəhəti də məhz bundadır.

Rəqib tərəf mümkün olan bütün vasitələrdən-cinayətkar
ünsürlər, mafiya üzvləri və narkotik ticarəti, eləcə də narkotik
maddələr istifadəçilərinin xidmətindən də istifadə edə bilər.
Dünya təcrübəsində bu cür hallara kifayət qədər rast gəlinib.
Əfqanıstan, İraq, Suriya, Meksika, Kolumbiya, Gürcüstan,
Ukrayna və Dağlıq Qarabağın timsalında hərbi əməliyyyatların
təşkili, maliyyələşməsi, muzdlulardan istifadə kimi əməllər
deyilənlərə sübutdur. “Dünya artıq reallıqla şahid olub ki,
İKT-dən BMT-nin mexanizminə zidd surətdə kriminal və
terrorçuluq məqsədilə istifadə etdikdə bu, daha dağıdıcı gücə
malik silahların vurduğu ziyana bərabər tutulur. Bu cür halda
informasiya silahından istifadənin “hədəfi” yalnız internetin
informasiya resursları deyil, dövlətin sənaye, nəqliyyat,
energetika sahələri də ola bilər.”

38

Azərbaycanın informasiya təhlükəsizliyi, milli
təhlükəsuzliyi, milli maraqları konteksində ən ümdə məsələ
ərazi bütövlüyümüzün təmin olunması, Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. İstər 2016-
cı ilin aprelində qoşunların təmas xəttində baş verən hadisələr,
istərsə də 2017-ci il iyulun 4-də Ermənistan qoşunlarının
Fizuli rayonunun Alıxanlı kəndində törətdiyi hərbi təxribata
münasibət bildirən Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinin Ali Baş Komandanı, ölkə başçısı İlham Əliyev
iyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında
bəyan etdi ki, “bizim xarici siyasətimizin əsas məsələsi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidr.

Əfsuslar olsun ki, bu ilin birinci yarısında bu istiqamətdə
heç bir nəticə əldə edilməmişdir. Bununla bərabər, hesab edirəm
ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələr də
baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük
dəyər qazanmışdır.” Çıxışında Ermənistanın danışıqlardakı
destruktiv mövqeyinə toxunan prezident İlham Əliyev bildirdi
ki, “aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa
edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə
bəyan edirdi. Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu,
növbəti axmaqlıqdır. Çünki, gec-tez onlar danışıqlar masasına
qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən
növbəti dəfə salacaqlar. Belə də oldu”.

Alıxanlı hadisəsinə də diqqət yönəldən Prezident İlham
Əliyev balaca Zəhranın və onun nənəsinin öldürülməsinin

39

erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdiyini
dedi. Baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılması
məsələsinə də münasibət bildirən ölkə başçısı söylədi ki, “Bizim
bütün qurumlarımız çox fəal, operativ işlədilər, bu məlumatı
dünya ictimaiyyətinə çatdırdılar. Həm dövlət qurumları,
səfirliklər, diaspor təşkilatları, ictimai təşkilatlar, bizim
xaricdəki dostlarımız öz səslərini ucaltdılar və Ermənistana,
onun faşist xislətli siyasi rəhbərliyinə dünyada nifrət daha da
artdı”.

İKT-nin geniş inkişafı öz faydaları ilə yanaşı, problemlərə
də səbəb olur. Hazırda geniş yayılmış kibercinayətkarlıq
istənilən sahədə, istənilən vaxtda işi iflic edə, ciddi zərbə vura
bilər. Buna görə də virtual aləmdə real və potensial rəqibin bu
cür hücumlarının qarşısını almaq üçün hər bir ölkədə, hər bir
fəaliyyət sahəsində texnoloji tədbirlər görülməli, güclü antivirus
proqramları hazırlanmalı, təhlükəsizlik təmin olunmalıdır.
Belə ki, “İKT-nin zəif inkişafı dövlətin müasir inteqrasiya
proseslərində, beynəlxalq münasibətlərin və iqtisadiyyatın
inkişafında geri qalmasına səbəb olur. İnternet dünya siyasi
və iqtisadi arenasında nifuz və təsiri özündə birləşdirir,
strateji məqsədlərə nail olmağa, milli təhlükəsizliyin, geosiyasi
məsələlərin həllinə imkan verir”.

Təcrübə göstərir ki, informasiya təhlükəsizliyinə
təhdidlərin qarşısı vaxtında və təsirli tədbirlərlə alınmasa,
müdafiə və digər milli maraqlara ciddi zərbə vurula bilər.
Təhlükəsizliklə bağlı məsələ Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2017-ci il sentyabrın 27-də Belarus

40

Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav
Zasla görüşündə də diqqət mərkəzində olub. “Dövlətimizin
başçısı Azərbaycan ilə Belarus arasında dostluq və qardaşlıq
münasibətlərinin müxtəlif istiqamətlərdə - təhlükəsizlik,
iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki əməkdaşlıq və
digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Təhlükəsizlik sahəsinə toxunan Prezident İlham Əliyev
qeyd edib ki, bununla bağlı müzakirə olunası və birgə fəaliyyət
göstəriləsi bir çox məsələlər var. Dövlətimizin başçısı bildirib
ki, dünyada təhdidlər artır və təhlükəsizlik məsələləri dövlətlər
üçün prioritet sahəyə çevrilir”. Göründüyü kimi, ölkə rəhbəri,
möhtərəm prezidentimiz İlham Əliyev həm rəsmi şəxslər,
həm də müvafiq beynəlxalq təşkilatların nümayəndələri ilə
görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, təhlükəsizlik
məsələlərini daim diqqət mərkəzində saxlayır, müzakirə edir.
Həm daxili, həm də xarici siyasətlə bağlı fikir mübadiləsi hər bir
tərəfin maraqlarına xidmət edir və bu sahədə lazımı addımlar
atılır.

Bu gün KİV və onun aparıcı qüvvəsi olan jurnalistlərin
üzərinə xüsusilə böyük məsuliyyət düşür. Çünki, onlar
bəzən silahdan da güclü olan söz sahibi, yaradıcı şəxslər
və təbliğatçıdırlar. Bununla belə, jurnalistlər onlara verilən
bu imkandan sui-istifadə etməməli, qanunlar çərçivəsində
fəaliyyət göstərməli, dövlətin konstitusion quruluşuna
qarşı çıxmamalı, vətəni sevməli, insanlarda vətənpərvərlik
hissləri aşılamalı, eyni zamanda zorakılıq və qəddarlığı təbliğ
etməməli, öz peşələrinə vicdanla yanaşmalıdırlar. Beləki,

41

informasiya təhlükəsiziliyi cəmiyyətin mövcudluğu, onun
inkişafı, dövlətçiliyin saxlanılması üçün mühüm əhəmiyyət
daşıyır. İnformasiya texnologiyalarından səmərəli istifadə isə
bu işə əlavə stimul verir və təhlükəsizliyin təminatı üçün əsas
yaradır.

Hər bir ölkədə siyasi proseslərin öyrənilməsi, xüsusilə
də siyasi proseslərdə əsas siyasi nəzəriyyələr və qaydalar
haqqında informasiyanın əldə edilməsi, siyasi təşkilatların
işləmə forma və mexanizmlərini, eləcə də aid olduğu
cəmiyyətin siyasi proses və mexanizmlərinin araşdırılması və
digər xalqlarla müqayisə edilməsi, siyasi mövzularla əlaqədar
məlumatlara yiyələnmə və analiz edə bilmək bacarığının
qazanılması, müəyyən olunmuş siyasi ideologiyalarla əlaqədar
məlumatın əldə olunması, siyasi mühitdə baş verən proseslərin
düzgün qiymətləndirilməsi üçün ümumi intellektual məlumat
təcrübəsinin artırılması vacib şərtlərdəndir. Qeyd edilənlər
kütləvi informasiya vasitələrinin siyasi həyata və cəmiyyətə
təsir etməklə siyasi sistemdə mühüm rol oynadığını göstərir.
Bu da öz növbəsində dövlət tərəfindən informasiya sahəsində
müəyyən siyasət aparılmasını zəruri edir.

Müxtəlif rejimlərdə KİV sahəsində dövlət siyasətinin
həyata keçirilməsinin üç metodunu fərqləndirmək olar:
ideoloji, inzibati-siyasi və iqtisadi.

İdeoloji metod keçmiş Sovet İttifaqında hakim olmuşdur.
KİV-in partiyanın “kollektiv təbliğatçı, təşviqatçı və təşkilatçı
kimi” nəzəri təyininə əsaslanmaqla, ictimai-siyasi KİV-lər
birbaşa partiya orqanlarının tabeliyində idi. Senzuranın

42

mövcudluğu isə KİV üzərində gerçək partiya nəzarətini həyata
keçirmək imkanı verirdi. SSRİ-nin dağılması ilə həm Rusiya
Federasiyasında, həm də müstəqillik əldə edən digər ölkələrdə
KİV üzərində ideoloji nəzarətin aradan qalxması istiqamətində
əsaslı işlər görüldü, müvafıq qanunlar qəbul edildi, senzura
aradan qaldırıldı. Məsələn, Azərbaycan mediası üzərində
uzun illər mövcud olmuş senzura 1998-ci il avqustun 6-da
Ümummilli lider Heydər Əliyevin fərmanı ilə ləğv edildi.
İnzibati-siyasi metod da KİV-lər üzərində inzibati nəzarətdən
ibarətdir: vəzifə təyinatına müdaxilələr, loyal kadrların təyin
olunması, göstərişlər, xoşa gəlməyən məqalələrə görə sanksiya
təhdidləri. Buna daha çox keçid dövründə (totalitar rejimin
qalıqları) rast gəlinir.

İqtisadi metoddan birbaşa və ya dolayı yolla istifadə
oluna bilər. Dolayı təsir media bazarının dövlət tərəfındən
tənzimlənməsini nəzərdə tutur: konsentrasiya və inhisarlaşma
prosesləri, reklam və poçt xidmətlərinin nizamlanması və
s. Bu, plüralizmin dəstəklənməsi üçün KİV-lərə dotasiyalar
verilməsini və ya müəyyən media layihələrinin: (mədəni,
təhsil və s.) maliyyələşdirilməsini ehtiva edir. Nəzərdə tutulan
layihələr müsabiqə və müvafıq qanunvericiliyə əsaslanmaqla
həyata keçirilir.

Demokratik siyasi sistem KİV-in bütün elementlərinin
ümumi demokratik prinsipə tabe edildiyini nəzərdə
tutduğundan bu sahədə dövlət siyasətinə heç bir seçim
yeri qoymur. Məsələn, demokratik siyasi sistemdə həbs
üçün sanksiyanı keçmiş SSRİ-də olduğu kimi, prokurorluq

43

deyil, yalnız məhkəmə verə bilər. Eynilə bu cür demokratik
siyasi sistem KİV-in təşkil olunmasının paternalist, dövlət
formasından müstəqil mətbuata doğru irəliləməsini, dövlətin
KİV bazarından çıxıb getməsini nəzərdə tutur. Demokratik
siyasi sistemdə KİV-in fəaliyyət göstərməsi informasiya
azadlığı prinsipinə əsaslanır. Bu, bütöv hüquq və azadlıqlar
qrupunun amilləridir: söz azadlığı, ifadə azadlığı, mətbuat və
digər kütləvi informasiya vasitələri azadlığı, ictimai rəy kəsb
edən informasiyanın əldə edilməsi hüququ, informasiyanın
yayılması azadlığı. Lakin müasir şəraitdə KİV-in təşkil
olunması modelləri müxtəlif ola bilər. Rusiyada KİV-in təşkil
olunması modeli iki hissəyə bölünmüşdür: paternalist və
liberal [1, 20]. Teleradio yayımlan sahəsində dövlət siyasətinin
işlənməsi və cəmiyyətin maraqları çərçivəsində bu sahədə
köklü dəyişikliklər üçün əsas olan informasiya təhlükəsizliyi
doktrinası hər iki istiqamət üçün ayırıcı xətdir.

Qərbdə isə medianın dörd müxtəlif sistemi fərqləndirilir:
avtoritar, libertarian, sosial məsuliyyət nəzəriyyəsi və
sovet mediası. Britaniyalı tədqiqatçı Raymond Uilyame
avtoritar, paternalist, kommersiya və demokratik modelləri
fərqləndirir. KİV sisteminin avtoritar modeli ondan ibarətdir
ki, kommunikasiyanın əsas vəzifəsi iqtidar qruplarının təlimat,
ideya və yanaşmalarının təqdim edilməsidir. Paternalist sistem
- iqtidar qrupunda cəmiyyət qarşısında məsuliyyət hissinin
qaldığı, başqa sözlə, hakimiyyətin saxlanılması çərçivəsindən
kənarda olan dəyərlərin və hədəflərin mövcud olduğu
avtoritar modeldir. Kommersiya sistemi daxili azadlığının

44

yüksək dərəcəsinə görə avtoritar və paternalist sistemlərdən
fərqlənir, lakin KİV-in mənfəətlə işləmək öhdəliyi onun üçün
məhdudiyyətdir. KİV-in təşkilinin bu variantı heç yerdə bütöv
halda mövcud deyildir.

Böyük Britaniyada kommersiya modelinin (mətbu
KİV-lər) və paternalist (televiziya) modellərin qarışığına rast
gəlmək olar. Demokratik model daha idealdır və KİV-in həm
dövlətdən, həm də kapitaldan asılı olmamasını, eləcə də KİV-
in sosial məsuliyyətini nəzərdə tutur. Lakin ona da heç yerdə
tam ideal şəkildə rast gəlinmir.

Sosiologiya elmləri doktoru, professor İ.A. Poluextova
isə televiziyanın inkişafının üç praktik inkişaf modelini qeyd
edir:- Amerika, Qərbi Avropa və Sovet.

Amerika modeli - reklam hesabına maliyyələşən
kommersiyadır. Reklam verən öz reklamının daha reytinqli
proqramlara daxil edilməsində maraqlıdır, televiziya şirkətləri
isə müvafıq olaraq reytinqin və reklam vaxtının dəyərinin
yüksəldilməsində öz mənafeyini güdür. Sovet modeli - dövlət
modelidir, dövlətin proqramların məzmunu üzərində tam
nəzarətini nəzərdə tutur. Qərbi Avropa modelini ictimai-
dövlət modeli adlandırırlar. O, qanunvericiliklə təmsil etdiyi
dövlətdən nisbi müstəqilliyi və istehlakçının ödədiyi abonent
haqqından və reklam verəndən asılı olmamağı nəzərdə tutur.
Adıçəkilən mövqelər KİV sahəsində dövlət siyasətinin bir-
biri ilə qarşılıqlı bağlı olan aşağıdakı konkret istiqamətlərini
fərqləndirməyi nəzərdə tutur:

1) KİV-in inhisarlaşması və konsentrasiyasının

45

qarşıdurması. KİV sahəsində inhisarlaşmanın və plüralizmin
inkişaf qarşıdurmasının üç üsulunu fərqləndirmək olar:

- “zəif”, “ikinci dərəcəli” KİV-lərin dövlət tərəfindən
dəstəklənməsi (İsveç, Fransa, Avstriya);

- KİV sahəsində xüsusi antiinhisar qanunların qəbul
edilməsi (Almaniya, Fransa);

- KİV sahəsində ümumi antiinhisar qanunvericiliyindən
istifadə olunması.

2) Vergi və gömrük siyasətinin, poçt xidmətlərinin
tənzimlənməsi. Avropa ölkələrinin əksəriyyətində inkişaf etmiş
KİV bazarının və kitab nəşrinin mövcudluğuna baxmayaraq,
çoxtərəfli dövlət proteksionist siyasəti həyata keçirilir. Bu,
şəraitdən asılı olaraq, KİV və naşirlərə birbaşa maliyyə
təsisatlarında, vergi və gömrük güzəştlərində, poçt, telefon və
teleqraf xidmətlərinə güzəştlərdə ifadə olunur.

Bu siyasətin məqsədləri:
- informasiya məhsulunu, informasiya mübadiləsini
zəruri plüralizmlə təmin edilməsi;
- vətəndaşların mərkəzi və yerli hakimiyyət orqanlarının
fəaliyyəti haqqında, ölkənin ictimai-siyasi,
sosial-iqtisadi, mənəvi həyatı, xaricdəki həyatla bağlı
maksimum operativ informasiya ilə təmin edilməsinin əlçatan
olması;
- KİV-in inhisarlaşmasına mane olmaq.
3) Jurnalistin ictimai əhəmiyyətli funksiya- [səh.174-
175] ları yerinə yetirən ictimai xadim kimi müdafiə olunması.
Belə bir müdafiə kütləvi informasiya vasitələrinin fəaliyyətini

46

tənzimləyən müxtəlif qanunvericilik aktları vasitəsilə həyata
keçirilir. Bu qanunvericiliyin məqsədi: bütün informasiyaları
sərbəst əldə etməyin təmin olunması; bütün jurnalistlərə peşə
sirrini qoruyub saxlamaq hüququnun verilməsi; jurnalistlərə
və kütləvi informasiya vasitələri təşkilatlarına məxfi məlumat
mənbələrini onların adlarını açıqlamaqdan müdafiə etmək
hüququnun verilməsi; jurnalist təhqiqatı materiallarının
ələ keçirilməkdən müdafiəsi, habelə jurnalistlərə və kütləvi
informasiya vasitələrinə ictimai maraqlar çərçivəsində
informasiya verən ayrı-ayrı şəxslərin müdafiə olunması;
işəgötürənlər qarşısında jurnalistlərin statusunun
müəyyənləşdirilməsi; KİV sahəsində özünütənzimləmənin
təyin olunması (mətbuat məsləhətləri, davranış məcəllələri);
audiovizual kütləvi informasiya vasitələrində olduğu kimi,
mətbuatda da müəllif hüquqlarına təminat verilməsi.

4) KİV-lərin özünütənzimləməsinin dəstəklənməsi.
Hazırda Avropa ölkələrinin əksəriyyətində peşəkar jurnalist
korporasiyaları tərəfindən jurnalistlərin etik davranış
məcəllələri qəbul olunmuşdur, həmçinin mətbuat məsələləri
üzrə müxtəlif ictimai şuralar fəaliyyət göstərir. Bu şuralar
mətbuata münasibətdə fərdi şikayətləri dinləmək və qərar
qəbul etmək səlahiyyətinə malikdir. Onlardan bəziləri
parlament iclaslarında iştirak etmək və hökumətə informasiya
verməklə mətbuat azadlığını dəstəkləyir (Avstraliya, Avstriya).

Qeyd etmək lazımdır ki, prinsipcə hamıya məxsus olan
mətbuat azadlığı mətbu orqanın hansısa şəxsin yazdığını,
yaxud söylədiyini çap etmək vəzifəsinə uyğun gələn çap

47

olunmaq hüququ deyil. Mətbuat azadlığı - yalnız senzuranın
olmaması deməkdir. Şübhəsiz, mətbuat azadlığı ictimai
maraqlar baxımından sirr sayılan məlumatların yayılmasına
gətirib çıxarmamalıdır. Sirr - hərbi, dövlət, diplomatik, peşə,
kommersiya, şəxsi və s. ola bilər. Demokratik dövlətlərdə dövlət
sirri sayılan sahələr qanunla müəyyən olunur. Qanun, sirrin
yayılmasına görə təqsirkar şəxslərin məsuliyyət dərəcəsini də
müəyyənləşdirir.

Əksər dövlətlərin konstitusiyasi söz və fikir azadlığına
təminat verir. Ümumilikdə götürdükdə KİV-in fəaliyyətinə
dövlət nəzarəti üç variantda həyata keçirilə bilər: birbaşa dövlət
idarəçiliyi, dolayı yolla idarəetmə və xüsusi dövlət orqanları
vasitəsilə nəzarət. Birbaşa dövlət idarəçiliyi о hallarda həyata
keçirilir ki, KİY dövlət mülkiyyəti obyektidir, hüquqi şəxs
statusuna malik deyil və dövlət büdcəsindən maliyyələşir.
Məsələn, Yunanıstan konstitusiyasının ikinci hissəsinin 15-
ci maddəsinə müvafiq olaraq, dövlət radio və televiziya
yayımlarına nəzarəti həyata keçirir; İspaniya konstitusiyasının
üçüncü hissəsinin 20-ci maddəsi dövlətə və ya ictimai
korporasiyalara məxsus olan KİV-lərin təşkil olunmasının
qanunla nizamlanmasını və onlara münasibətdə parlament
nəzarətini rəsmiləşdirir.

“Kommunikasiya azadlığı haqqında” Fransa qanununa
əsasən, radioverilişləri və televiziyanın idarə edilməsi Milli
Kommunikasiya və Azadlıqlar Komissiyası tərəfındən həyata
keçirilir. Bu komissiya prezidentin dekreti ilə təyin edilən 13
üzvdən ibarət müstəqil inzibati orqandır. O, dövlət büdcəsindən

48

maliyyələşir. Komissiyanın sədri dövlətin adından məhkəməyə
müraciət etmək hüququna malikdir. Yeri gəlmişkən, komissiya
kommunaların və ya onların müttəfıqlərinin ərazilərində
radioverilişləri və televiziya şəbəkələrinin istismarına icazə
verir.

Dolayı yolla dövlət idarəetməsi, adətən, dövlətlə müvafiq
kontraktı olan və ya ondan lisenziya alan ictimai korporasiyalar
vasitəsilə həyata keçirilir. Bu korporasiyalara müəyyən təsir
göstərmək rıçaqlarına malik olan dövlət isə onların siyasi
oriyentasiyasna görə heç bir məsuliyyət daşımır. Коrporasiyalar
maliyyə sferasında müstəqildir və hüquqi şəxs sayılırlar. Dövlət
onların cari fəaliyyətinə müdaxilə etmir, lisenziya sahibləri
isə xüsusiləşdirilmiş orqanların himayəsi altındadırlar.
“Kommunikasiya azadlığı haqqında” Fransa qanununa görə,
ölkə ərazisində ictimai xidmət funksiyaları həyata keçirən
teleradio yayımları proqramları milli cəmiyyətlərinin bütün
kapitalı dövlətə məxsusdur. Onların nizamnamələri dövlət
başçısının dekreti ilə təsdiq olunur. Dövlət istənilən vaxt milli
cəmiyyətlərə hər hansı bəyanat və ya məlumatın proqrama
daxil edilməsi və yayımlanması təklifini irəli sürə bilər.

KİV-in fəaliyyətinə xüsusi təsis olunmuş orqanlar
vasitəsilə dövlət nəzarəti, əsasən, özəl aiudiovizual vasitələrlə
həyata keçirilir. Mətbuata nəzarət, bir qayda olaraq, ümumi
inzibati və məhkəmə orqanları tərəfindən həyata keçirilir, lakin
xüsusi orqanlar da yaradıla bilər. 1992-ci ildə təsis olunmuş
Ümumpolşa Radio və Televiziya Şurası söz azadlığının
qorunması, vətəndaşların informasiya almaq hüququnun

49

gerçəkləşdirilməsi, habelə radio və televiziya yayımında
ictimai maraqları təmin etmək vəzifəsinə malikdir. Bu şuranın
üzvləri seym, senat və prezident tərəfindən təyin edilir, o,
qanuni xarakter daşıyan əmr və qərarlar verə bilər.

Demək olar ki, bütün dövlətlər mülkiyyətin KİV-lərdə
güclü təmərküzləşmə artımına məruz qalırlar. Müxtəlif
ölkələrin hökumətləri bu prosesə fərqli reaksiya verirlər. Fransa
və Almaniyada mətbuatın təmərküzləşməsinin yüksəlməsinə
aparan sövdələşmələri qadağan edən sərt qanunlar qəbul
olunmuşdur (1984-cü ildə Fransada, 1976-cı ildə Almaniyada).
Fransanın “Mətbuat müəssisələrinin təmərküzləşməsinin
məhdudlaşdırılması və maliyyə aşkarlığının və plüralizminin
təmin olunması haqqında” qanunu müəyyən etmişdir ki, hər
hansı şəxs gündəlik milli siyasi qəzetlərinin ümumi tirajı bu cür
bütün gündəlik ümummilli qəzetlərin tirajının 15 faizini ötüb
keçmirsə, bir neçə qəzetə sahib ola və ya onlara nəzarət edə
bilməz. Bu qanunun icrasına nəzarət Aşkarlıq və Mətbuatın
Plüralizmi üzrə Komissiyaya həvalə edilmişdir. Həmin
komissiyanın rəyi hökumət və parlamentin hər iki palatasının
daimi komissiyaları tərəfindən tələb edilə bilər.

Böyük Britaniyada 1965-ci il tarixli İnhisarlar və
Birləşmələr haqqinda Parlament Aktı və 1973-cü il tarixli
Vicdanlı Kommersiya Aktı ilə müəyyən olunmuşdur ki, qəzet
və ya qəzet aktivlərinin birləşməsi, əgər “birləşmiş” nəşrlərin
birdəfəlik tirajı 500 min nüsxədən çoxdursa, ticarət və sənaye
nazirinin yazılı sanksiyası olmadan həyata keçirilə bilməz.
Ingiltərədə qəzetlərin birləşməsi problemi ilə Inhisarlar və

50

Firmaların Birləşməsi üzrə Ümumi Komissiya məşğul olur.
Niderland, Norveç, İspaniya, İsveç və ABŞ KİV mülkiyyətçisi
hüquqlarını tənzimləmirlər, lakin bu ölkələrdə mətbuatın
antitrest qanunvericiliyinə tabe olması mümkündür. Avstraliya,
Kanada, Norveç, Böyük

Britaniya və ABŞ-da KİV-in müxtəlif növlərinə (qəzet,
televiziya və radio) eyni vaxtda sahib olmaqda məhdudiyyətlər
mövcuddur. 1984-cü ildən etibarən Fransada əcnəbilərə KİV
müəssisələri səhmlərinin 20 faizindən çoxunu əldə etmək
qadağan olunmuşdur. Avstriya, Fransa, Niderland, Norveç
və İsveç hökumətləri fikir plüralizmini qoruyub saxlamaq
naminə maliyyə çətinlikləri ilə üzləşən qəzetlərə subsidiyalar
verirlər. Niderland və Norveçdə redaktorların müstəqilliyini
müdafiə etmək üçün subsidiyalar ayrılır. Danimarkada
subsidiyaların əksəriyyəti qəzetlərə nəşrə başlamaqla əlaqədar
və ya çətinliklərlə müşayiət olunan dövrü başa vurmaq üçün
verilir. İsveçdə subsidiyalar hər bir bazarda (reklam qəzetləri,
gündəlik qəzetlər və s.) böyüklüyünə görə ikinci sayılan qəzetə
təqdim edilir.

Dövlətlərin əksəriyyəti qəzetlərin müəyyən xərclərinin,
məsələn, vergilərinin və ya poçt (telefon) xərclərinin ödənməsini
vacib sayırlar (Avstriya, Fransa, Almaniya, Norveç, İsveç, ABŞ).
Jurnalistlər müstəqilliklərinin müdafiəsi üçün sərbəst şəkildə
addımlar atırlar. Qəzetlərinin əksəriyyəti siyasi partiyalara
məxsus olan İsveçdə qəzetlərə iki baş redaktor rəhbərlik edir:
onlardan biri redaksiya sütununa nəzarət edir, digəri isə hər
bir məsələni nəzarət altında saxlayır.


Click to View FlipBook Version