The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-11-28 01:46:36

İnformasiya tehlukesizliyi

İnformasiya tehlukesizliyi

101

olunmuş jurnalistikanın etik normalarına, davranış kodeksinə
və s. zidd oduğunu xatırladırlar.

Adətən, “söz azadlığı” pərdəsinə bürünərək öz çıxışları
ilə ciddi qarşıdurmalar yaradan (o cümlədən dinlərarası
münasibətlərdə), sonra da heç nə olmamış kimi üzr istəməklə
işini bitmiş hesab edən Qərb mətbuatı yenə bu metod-
dan isrifadə edir. “Эхо Москвы” radiosu 2010-cu il martın
10-da “Politiken” jur-nalının Məhəmməd Peyğəmbərin
karikaturalarını çap etdiyinə görə oxucularından (jurnal 90 min
abunəçisini itirmişdi) üzr istədiyi barədə məlumat yaymışdır.

Fransada Məhəmməd Peyğəmbərin karikaturalarını
ilk nəşr edən “Charlie Hebdo” jurnalının Parisdəki ofisi
yandırıldıqdan və üzvləri, əsasən də qurucusu Stefan
Şarbonyenin (ləqəbi Şarbo) ünvanına hədələr səsləndikdən
sonra jurnalın fəlsəfə və islam dini məsələləri üzrə mütəxəssisi,
professor Abdenur Bidarla “Məhəmməd Peyğəmbəri
yançaqları açıq göstərən karikatura məncə gülməli deyildi.
Amma onun “axmaqlar tərəfindən sevilmək çətin məsələdir”
dediyi karikaturasına çox güldüm” başlıqlı müsahibədə
jurnalla əhali arasında yaranmış gərginliyn yumşaldılmasna
cəhdlər göstərilir (2 yanvar 2013-cü il).

Gələcəkdə əhalinin milli tərkibi haqqında proqnozlar
da vəziyyəti Avropanın xeyrinə dəyişdirmir. İnkişaf etmiş
ölkələrdə, o cümlədən, Avropa ölkələrində yerli əhalinin
sayının 2,3 dəfə azalacağı proqnozlaşdırılır. BMT-nin

Sosial Məsələlər və İqtisadiyyat Departamentinin xüsusi
məruzəsində (noyabr 2004, Brüssel) göstərilir ki, 2000-2050-ci

102

illərdə Avropanın əhalisi 96 mln. nəfər azalacaqdır. Məsələn,
1995-2000-ci illərdə Avropanın əhalisi 4,4 mln. nəfər azalmışdır.
Avropa ölkələri bu boşluğu miqrantların hesabına doldururlar.
Doyche Presse-Agentur İnformasiya Agentliyinin 2004-cü ilin
noyabr ayında verdiyi məlumata görə, həmin müddətdə Avropa
5 mln. miqrant qəbul etmişdir. Miqrantların əksəriyyətini
müsəlmanlar təşkil edir (“Respublika” qəzeti, 19 noyabr 2004-cü
il). Bütövlükdə isə təxminən 455 milyonluq Avropa əhalisinin 15
milyondan artığını müsəlmanlar təşkil edir və bu rəqəm ildən-
ilə artmaqdadır. Latviya Universitetinin professoru, şərqşünas
Leon Tayvans Baltkom “93,5” radiostansiyasına müsahibəsində
(8 avqust 2011-ci il) Avropanın müsəlmanlaşmasının qaçılmaz
olduğunu və bu prosesin artıq üç istiqamətdə - Qitənin demoqrafik,
iqtisadi və dini məskunlaşması istiqamətlərində getdiyini və
əgər sərhədlər açılarsa, 20 ildən sonra Avropanın müsəlman
Avropası olacağına əmin olduğunu bildirir. Bununla bərabər,
bəzi müsəlman ölkələrinin rəsmi dairələri Qərbdə islamofobiya
əhval-ruhiyyəsinin güclənməsi və bu cəmiyyətlərdə müsəlman
azlıqlarının hüquqlarının pozulması hallarının artması barədə
KİV-lərdə hesabatlar çap etdirirlər. Bu hesabatlarda Avropa
ölkələrində məscidlərin tikilməsinə, islam saytlarının açılmasına
qarşı atılan addımlar, müsəlmanların müqəddəs ziyarətgahlarına
hücumların edilməsi və onların murdarlanması Qərbdə, əsasən
də ABŞ, İngiltərə, İsveçrə, Fransa, Avstriya, Avstraliya və s.
ölkələrdə insan hüquqlarının pozulması kimi qiymətləndirilir.
Həmçinin bu hesabatlarda Qərb ölkələrində, o cümlədən,
Belçika və Fransada hicabı qadağan edən qərar və qanunların

103

qəbul edilməsi pislənilir. KİV-lər isə yerli əhalidə islama və islam
təşkilatlarına nifrət əhval-ruhiyyəsi formalaşdırırlar. Avropa
əhalisinin dini və milli tərkibinin 2030-cu, xüsusilə də 2050-ci ilə
qədər xeyli dəyişəcəyi barədə verilən proqnozlar, Məhəmməd
Peyğəmbərin bombaya oxşayan əmmamə ilə təsvirini yaradan
Danimarkalı karikaturaçı rəssam Kurt Vestergoordun 2010-cu
il sentyabrın 8-də Potsdam KİV mükafatı, 2010-cu il oktyabrın
9-da isə “Kütləvi informasiya vasitələrinin gələcəyi və azadlığı
uğrunda” Leypsiq mükafatı ilə təltif edilməsi, 2012-ci ildə bu
mükafatın (30 min yevro) Kurt Vestergoordla əfqan jurnalisti Səid
Yaqub İbrahimi və bolqar reportyoru Assen Yordanov arasında
bölüşdürülməsi və bu təltifetmə mərasimlərinin birincisində
Almaniyanın kansleri Angela Merkelin iştirakı

qarşıda daha kəskin “KİV-lərarası müharibələr”in
olacağından xəbər verir. İstənilən halda, Məhəmməd
Peyğəmbərin karikaturalarının Qərb mətbuatında çapının
dövlətlərarası və millətlərarası əlaqələrə, beynəlxalq
münasibətlərə vurduğu zərbənin böyük bir səhv və çox təhlükəli
olduğunu anlamağa, bu məsələlərin işıqlandırılmasına KİV-
ləri gələcəkdə daha məsuliyyətlə və qarşılıqlı hörmət hissi
ilə yanaşmaq barədə fikirləşməyə vadar etməlidir. Həyat
milli və dini məsələlərin „problemsizliyi“ barədə inancların
illüziyalardan ibarət oldğunu dəfələrlə sübut etmişdir. Dini
motivlər əsasında yarandığı iddia edilən Dağlıq Qarabağ
problemini rus şovinizmi tərəfindən Azərbaycan xalqının
gələcəyi altına qoyulmuş gec partlayan bomba adlandırmaq
olar. Bunu həmçinin millətlərarası münasibətlərdə yaranmış

ziddiyyətlərlə, sağlam düşüncələrin yerli “millətçilik” kimi
qiymətləndirilməsi tendensiyası ilə də əsaslandırmaq olar.
Amma bu təzahürləri necə adlandırsaq da, necə izah etsək
də, bütün bunların baş verməsində KİV-in işində boşluqların
olmasını açıq etiraf etməliyik.

Zənnimizcə, istənilən ölkənin milli problemlərin həllinə
cəlb olunmuş vətəndaşlarının yarı yolda büdrəmələri də
“qaynar başda ağıl olmaz” məntiqi ilə izah olunur. Hazırda,
hətta müxtəlif sosial-siyasi qüvvələrə məxsus “mübarizlər”
özlərinin məkrli məqsədlərinə nail olmaq üçün “milli və
dini rəngə” boyanırlar. Onların cərgələrində olan separatçı,
ekstremist, populist ünsürlər kütləvi şüura təsir etmək üçün
milli problematikadan məharətlə istifadə etməyi, hətta nəinki
kütləvi şüura, həmçinin kütləvi emosiyaya təsir etməyi də
bacarırlar. Bu işdə real vaxt rejimində informasiyanın alınması,
hazırlanması və yayılması sahəsində geniş imkanlar yaradan
yeni informasiya texnologiyaları və onların tətbiq edildiyi KİV-
lər özlərindən asılı olmayaraq, “maraqlı tərəfin” portnyoruna
çevrilirlər. Adətən, bu səpkidən olan materiallarda (əsasən
video) tamaşaçıya psixoekoloji təsir göstərmək məqsədi ilə
neyrolinqvistik proqramlaşdırmadan geniş istifadə olunur.
Bütün bunları nəzərə alaraq, milli və dini münasibətlərin
tənzimlənməsində KİV-in yerinin və rolunun, bu sosial-
siyasi institutlar arasındakı qarşılıqlı təsir problemlərinin,
millətlərarası və dinlərarası münasibətlərin kəskinləşməsi
şəraitində KİV-in fəaliyyətinin və səmərəliliyinin yüksəldilməsi
problemlərinin daha geniş araşdırılması vacibdir.

105
Azərbaycanda informasiya təhlükəsizliyinin təmin

edilməsinin qanunvericilik bazası

MİLLİ TƏHLÜKƏSİZLİK HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2004-cü il
№ 712-IIQ

Bu QanunAzərbaycan Respublikasının müstəqil, suveren,
demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik
siyasətinin hüquqi əsaslarının yaradılmasına yönəlmişdir.

Maddə 6. Azərbaycan Respublikasının milli maraqları
1.3. Azərbaycan Respublikasının informasiya
sahəsində əsas milli maraqları aşağıdakılardır:
1.3.1. məlumatların qanuni yolla əldə edilməsi,
ötürülməsi, hazırlanması və yayılması kimi vətəndaşların
konstitusiya hüquqlarının təmin edilməsi;
1.3.2. informasiya ehtiyatlarının qorunması və inkişaf
etdirilməsi;
1.3.3. informasiya məkanının formalaşdırılması və
onun qorunmasının təmin edilməsi;
1.3.4. dünya rabitə və informasiya sisteminə daxil
olma.

106

Maddə 7. Azərbaycan Respublikasının milli
təhlükəsizliyinə təhdidlər

1.9. İnformasiya sahəsində əsas təhdidlər
aşağıdakılardır:

1.9.1. informasiya texnologiyaları sahəsində geriləmə
və dünya informasiya məkanına daxil olmağa maneələrin
mövcudluğu;

1.9.2. informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər;
1.9.3. dövlət sirlərinin aşkarlanmasına yönəlmiş
qəsdlər;
1.9.4. digər ölkələr tərəfindən i n f o r m a s i y a
təcavüzü, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin
təhrif edilməsi;
1.9.5. informasiya sisteminə və ehtiyatlarına qarşı
qəsdlər.

Maddə 20. Azərbaycan Respublikasının informasiya
sahəsində milli təhlükəsizliyinin təmin olunması

1.1. Azərbaycan Respublikasının informasiya
sahəsində milli təhlükəsizliyinin təmin olunması dövlət,
ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə
informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş
tədbirlər kompleksinin həyata keçirilməsidir.

1.2. Azərbaycan Respublikasının informasiya
sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün görülən
əsas tədbirlər aşağıdakılardır:

1.2.1. Azərbaycan Respublikasında informasiyanın,

107

həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində
milli sistemin yaradılması və möhkəmləndirilməsi;

1.2.2. dövlət orqanları və vəzifəli şəxslər tərəfindən
qərarların qəbul edilməsinin informasiya təminatının həyata
keçirilməsi məqsədilə obyektiv və qabaqlayıcı məlumatların
toplanılması;

1.2.3. informasiya infrastrukturunun inkişaf etdirilməsi;
1.2.4. dövlət sirlərinin qorunmasının hüquqi
mexanizmlərinin təkmilləşdirilməsi;
1.2.5. kompüter informasiyası sahəsində cinayətkarlığa
qarşı mübarizə;
1.2.6. informasiya təhlükəsizliyinin və azadlığının təmin
olunması.

108
AZƏRBAYCAN  RESPUBLİKASININ  

MİLLİ   TƏHLÜKƏSİZLİK  KONSEPSİYASI

Azərbaycan Respublikası Prezidentinin
23 may 2007-ci il tarixli 2198 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə
təhdidlər

3.3. Separatçılıq, etnik, siyasi və dini ekstremizm
Separatçılıq, etnik, siyasi və dini ekstremizm özünün
istənilən formasında dövlətin və cəmiyyətin fundamental
əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi
təhlükə mənbəyi ola bilər.

4. Azərbaycan Respublikasının milli təhlükəsizlik
siyasətinin əsas istiqamətləri

4.3. Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin
edilməsi

4.3.2. Milli və dini tolerantlıq mühitinin qorunması
Azərbaycan Respublikası həmişə müxtəlif millətlərin və
dinlərin sülh şəraitində birgə yaşayışına nümunə olmuşdur.
Azərbaycan dövləti cəmiyyətin maraqlarından irəli gələn rasional
milli siyasət kursunu, dini tolerantlıq mühitinin qoruması və

109

inkişafını, bütün vətəndaşların qanun qarşısında bərabərliyi
və qanunun aliliyini, demokratik hüquq və azadlıqların,
həmçinin insanların bu hüquq və azadlıqlardan sərbəst istifadə
imkanlarının təmin edilməsini müvafiq riskin real təhdidə
çevrilməsinin qarşısının alınması və neytrallaşdırılmasının
mühüm şərtləri qismində nəzərdən keçirir.

Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini
tolerantlıq mühitinin qorunması və inkişafı dövlət qarşısında
duran başlıca vəzifələrdən hesab olunur.Azərbaycan dövlətinin
milli siyasət kursu Konstitusiyanın əsas prinsiplərindən birinə
əsaslanır: Azərbaycan Respublikası bütün ölkə vətəndaşlarının
ümumi və bölünməz vətənidir.

4.3.11. İnformasiya təhlükəsizliyi siyasəti
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi
siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının
qorunmasına, habelə informasiya sahəsində milli maraqların
müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata
keçirilməsindən ibarətdir.
Azərbaycan Respublikasının informasiya sahəsində milli
təhlükəsizliyinin təmin olunması üçün ölkədə informasiyanın,
həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi
sahəsində milli sistem və informasiya infrastrukturu inkişaf
etdirilir və möhkəmləndirilir. Dövlət orqanları və vəzifəli
şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya
təminatının həyata keçirilməsi məqsədilə obyektiv və mühüm
məlumatlar toplanılır.

110

Kəşfiyyat və əks-kəşfiyyat qabiliyyətinin uzlaşdırılması
və səmərəliliyinin artırılması, habelə məxfi informasiyanın
mühafizə olunmasının koordinasiyası milli təhlükəsizlik
sektorunun bu sahəsində əsas məsələlərdəndir. Azərbaycan
Respublikası öz milli kəşfiyyat və əks-kəşfiyyat qabiliyyətini
artıracaq və dövlət sirrinə aid edilmiş məlumatların mühafizəsi
ilə bağlı fəaliyyətin təkmilləşdirilməsini davam etdirəcəkdir.

İnformasiya təhlükəsizliyini tənzimləmək məqsədilə
dövlət sirri təşkil edən məlumatların mühafizəsinin hüquqi
mexanizmləri təkmilləşdirilir və informasiya azadlığı təmin
olunur. Hüquqi və inzibati mexanizmlər vətəndaşların
hüquqlarını və dövlət strukturlarının fəaliyyəti üzərində
demokratik nəzarəti təmin edəcəkdir.

111

İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin
təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan

Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə informasiya
proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət
orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə
təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması
üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu
subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin
əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin
qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və
maarifləndirmənin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə
Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Departamentinin bazasında Azərbaycan Respublikası Xüsusi
Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Agentliyi yaradılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanları
üçün xüsusi dövlət rabitəsinin, xüsusi təyinatlı informasiya-
telekommunikasiya sistemlərinin və şəbəkələrinin,
idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının
internet şəbəkəsi ilə əlaqəsinin, onların internet informasiya

112

resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin
təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin
edən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan
obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi
texniki tədbirləri həyata keçirən qurumdur.

3. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə
Xidməti:

3.1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə
Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyinin əsasnaməsinin və strukturunun layihəsini
bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;

3.2. dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində
hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin
həyata keçirilməsi məqsədi ilə məlumat və resurs mərkəzinin
təhlükəsizliyinin təmini istiqamətində müvafiq tədbirlər
görsün, dövlət orqanlarının internet informasiya resurslarının
və informasiya sistemlərinin təhlükəsizlik parametrləri
üzrə monitorinqini həyata keçirsin və bu sistemlərin
kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət
orqanlarına müvafiq texniki və metodiki kömək göstərsin,
dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizliyi
barədə Azərbaycan Respublikasının Prezidentinə vaxtaşırı
məlumat versin;

3.3. kriptoloji fəaliyyətin təkmilləşdirilməsini, elmi-
texniki innovasiyaların tətbiqini təmin etsin, tədris və kadrların
hazırlanması işini gücləndirsin.

113

4. Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi ölkədə ümumi kibertəhlükəsizlik
vəziyyətini mütəmadi təhlil etsin, əhalinin, özəl və
digər qurumların elektron vasitələrdən istifadə zamanı
mövcud və yarana biləcək elektron təhlükələr barədə
məlumatlandırılmasını həyata keçirsin, onlara texniki və
metodiki kömək göstərsin, ölkəyə daxil olan ümumi internet
trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi
ilə milli internet operatoru ilə birlikdə qabaqlayıcı tədbirlər
görsün və Azərbaycan Respublikasının Prezidentinə vaxtaşırı
məlumat versin.

5. Kibertəhlükəsizlik sahəsində informasiya infrastruk-
turu subyektlərinin fəaliyyətinin koordinasiyası, mövcud və
yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində
məlumatlandırma, əhalinin, özəl və digər qurumların
kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və onlara
metodiki kömək göstərilməsi məqsədi ilə Azərbaycan
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi yanında əlaqələndirici qurum olan Elektron
Təhlükəsizlik Mərkəzi yaradılsın.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik
Mərkəzinin əsasnaməsinin layihəsini 2 ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
6.2. bu Fərmanda göstərilən tədbirlərin həyata keçirilməsi

114

üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə
Xidmətinə zəruri maliyyə vəsaiti ayrılmasını təmin etsin;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2012-ci il.

115

Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi yanında Elektron
Təhlükəsizlik Mərkəzi haqqında
ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 5 mart tarixli Fərmanı ilə
təsdiq edilmişdir

1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik
Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli
Fərmanının 5-ci hissəsinə əsasən yaradılmışdır və
kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu
subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və
yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində
məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların
(bundan sonra – istifadəçilər) kibertəhlükəsizlik sahəsində
maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini
təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını,
Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin

116

qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra
– Nazirlik) haqqında Əsasnaməni, Nazirlik tərəfindən qəbul
olunmuş normativ hüquqi aktları və bu Əsasnaməni rəhbər
tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən Nazirlik və onun strukturuna
daxil olmayan tabeliyindəki qurumlar, mərkəzi və yerli
icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları,
qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar, həmçinin
informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşan hüquqi və
fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz müstəqil balansa, sərəncamında olan dövlət
əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri, öz adı həkk olunmuş
möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Mərkəzin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan
Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan
digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Mərkəz Bakı şəhərində yerləşir.

2. Mərkəzin fəaliyyət istiqamətləri
2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. kibertəhlükəsizlik sahəsində informasiya
infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya
edir;

117

2.1.2. informasiya sistemlərinin və şəbəkələrinin,
kompyuter avadanlıqlarının və onların proqram təminatının,
lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının
təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz
müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron
təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki
avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji
strukturlardan və digər mənbələrdən daxil olan məlumatları
toplayır və təhlil edir;

2.1.3. mövcud və yarana biləcək elektron təhlükələr
barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir,
kibertəhlükəsizliksahəsindəistifadəçilərinmaarifləndirilməsini
təmin edir;

2.1.4. elektron təhlükələrin qarşısının alınması
istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna
biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır,
onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin
edir;

2.1.5. ümumi internet trafikində qlobal kiberhücumların
qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə
Nazirlik ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir;

2.1.6. kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək
məqsədi ilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla
qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

3. Mərkəzin vəzifələri
3.1. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət

118

istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini

mütəmadi təhlil etmək;
3.1.2. kibertəhlükəsizlik sahəsində ölkədə fəaliyyət

göstərən informasiya infrastrukturunun subyektlərinin
fəaliyyətini əlaqələndirmək;

3.1.3. istifadəçilərdən, proqram təminatı və texniki
avadanlıqların istehsalçılarından, yerli və xarici ölkələrin
kompyuter insidentlərinə qarşı mübarizə mərkəzlərindən,
xarici və digər mənbələrdən elektron təhlükələr və onların
qarşısının alınması üçün tətbiq edilən proqram, texniki vasitələr
haqqında daxil olan məlumatları toplamaq və təhlil etmək;

3.1.4. ölkə ərazisinə qanunsuz televiziya və radio
yayımlarının, eləcə də mövcud televiziya və radio yayımlarına,
peyk sistemlərinin fəaliyyətinə maneə törədən siqnalların
müəyyən olunması ilə bağlı daxil olan müraciətləri araşdırmaq
və müvafiq tədbirlər görmək;

3.1.5. kibertəhlükəsizliyin təmin edilməsi sahəsində
beynəlxalq təcrübənin öyrənilməsi və analiz edilməsi
əsasında elektron təhlükələr barədə ölkə səviyyəsində
məlumatlandırmanı həyata keçirmək, informasiya sistemlərinə
qanunsuz müdaxilə hallarının qarşısının alınmasını təmin
edən səmərəli proqramın, texniki vasitələrin seçilməsinə və
tətbiq edilməsinə dair tövsiyələr hazırlamaq;

3.1.6. istifadəçilərin kibertəhlükəsizlik sahəsində
maarifləndirilməsini və onlara metodiki köməyin göstərilməsini
təmin etmək;

119

3.1.7. ümumi internet trafikində qlobal kiberhücumların
qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə
Nazirlik ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata
keçirmək və ona hesabat vermək;

3.1.8. istifadəçilərə qarşı elektron təhlükələrin qarşısının
alınması, baş vermiş kiberhücumların mənbələrinin müəyyən
edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə
onlar barədə məlumatları toplamaq və saxlamaq;

3.1.9. elektron təhlükələrin aradan qaldırılması zamanı
əldə etdiyi məlumatların qanunla nəzərdə tutulmuş qaydada
mühafizəsini təmin etmək;

3.1.10. ölkədə istifadəçilər tərəfindən geniş istifadə olunan
proqram təminatlarını və texniki avadanlıqları təhlükəsizlik
baxımından təhlil etmək, onlarda aşkar olunmuş zəifliklərin
aradan qaldırılması ilə bağlı tövsiyələr vermək;

3.1.11. baş verə biləcək elektron təhlükələrdən qorunmaq
üçün tətbiq edilən texnoloji yeniliklər, yeni yaranan elektron
təhlükələr və onların reallaşdırılması üsulları və vasitələri
barədə təhlillər aparmaq;

3.1.12. elektron təhlükələrin aşkar olunması və qarşısının
alınması məqsədi ilə informasiya sistemlərinin və şəbəkələrinin
mülkiyyətçiləri tərəfindən edilən müraciətlər əsasında
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin və
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin
müvafiq struktur bölmələri ilə birlikdə bu sistemlərin auditini
həyata keçirmək;

3.1.13. kibertəhlükəsizliyin təmin edilməsi üçün yararlı

120

üsul və vasitələr, həmçinin açıq kodlu proqramlar barədə
məlumatlar yaymaq;

3.1.14. kibertəhlükəsizlik sahəsində proqram təminatı
və texniki avadanlıq istehsalçıları, digər ölkələrdəki analoji
strukturlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;

3.1.15. öz rəsmi internet informasiya ehtiyatını
yaratmaq və onun vasitəsilə Mərkəzin fəaliyyəti barədə,
həmçinin kibertəhlükəsizlik sahəsində maarifləndirmə və
məlumatlandırmanı həyata keçirmək;

3.1.16. elektron təhlükələr barədə əldə edilmiş
məlumatlar, həmçinin onların qarşısının alınması üçün tətbiq
edilən proqram və texniki vasitələr haqqında bülletenlər,
təlimatlar və tövsiyələr, həmçinin kibertəhlükəsizlik üzrə illik
statistik hesabatlar hazırlamaq və rəsmi internet informasiya
ehtiyatında dərc etmək;

3.1.17. baş vermiş elektron təhlükələr barədə məlumatların
operativ qəbulunu təşkil etmək və müvafiq tədbirlər görmək;

3.1.18. kibertəhlükəsizlik sahəsində yerli və xarici
ekspertləri cəlb etməklə, mütəxəssislərin hazırlıq səviyyəsinin
yüksəldilməsi üçün təlimlər, seminarlar keçirmək;

3.1.19. kibertəhlükəsizlik sahəsində təhlükələrin
müəyyənləşdirilməsi və onların qarşısının alınması, həmçinin
baş vermiş qanun pozuntuları barədə aidiyyəti dövlət
orqanlarına məlumat vermək;

3.1.20. ölkədə kibertəhlükəsizliyin səviyyəsinin artırılması
məqsədi ilə Nazirliyə təkliflər vermək;

3.1.21. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və

121

şikayətlərə baxmaq və qanunla müəyyən edilmiş qaydada
tədbirlər həyata keçirmək.

4. Mərkəzin hüquqları
4.1. Mərkəz aşağıdakı hüquqlara malikdir:
4.1.1. informasiya sistemləri və şəbəkələri, kompyuter
avadanlıqları və onların proqram təminatına qarşı yönəldilmiş
və ya yönəldilə biləcək elektron təhlükələr barədə müraciət
etmək;
4.1.2. kibertəhlükəsizlik üzrə dövlət və yerli
özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə, o
cümlədən operatorlara və internet provayderlərinə məlumat
almaq üçün sorğu vermək;
4.1.3. ölkədə fəaliyyət göstərən kompyuter insidentlərinə
qarşı mübarizə mərkəzlərindən elektron təhlükələr və onların
nəticələri barədə operativ məlumatlar almaq;
4.1.4. fəaliyyəti ölkənin ümumi kibertəhlükəsizlik
mühitinə zərər vura biləcək informasiya sistem və
şəbəkələrində, texniki avadanlıqlarında elektron təhlükələrin
qarşısının alınması üçün Nazirliyə təkliflər vermək;
4.1.5. fəaliyyət istiqamətlərinə aid olan məsələlərin
tədqiqi, həlli, eləcə də məsləhət xidmətlərinin göstərilməsi
üçün qanunla müəyyən olunmuş qaydada elmi tədqiqat
və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və
mütəxəssisləri cəlb etmək, işçi qruplar, komissiyalar yaratmaq;
4.1.6. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin
öyrənilməsi və tətbiqi üçün müvafiq beynəlxalq təşkilatlarla

122

və xarici ölkələrin müvafiq təşkilatları ilə işgüzar əlaqələr
yaratmaq.

5. Mərkəzin fəaliyyətinin təşkili
5.1. Mərkəzin işçilərinin say tərkibini Azərbaycan
Respublikasının Nazirlər Kabineti müəyyən edir. Mərkəzin
strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq edilir.
5.2.Mərkəzinfəaliyyətinədirektorrəhbərlikedir.Mərkəzin
direktoru və onun müavini Azərbaycan Respublikasının rabitə
və informasiya texnologiyaları naziri tərəfindən vəzifəyə təyin
və vəzifədən azad edilir.
5.3. Mərkəzin direktoru:
5.3.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik
edir;
5.3.2. Mərkəzin cari (illik) və perspektiv iş planlarının
təsdiq edilməsi və onların yerinə yetirilməsinə dair hesabatları
baxılması üçün Nazirliyə təqdim edir;
5.3.3. müəyyən edilmiş əməyin ödənilməsi fondunu
və işçilərin say həddi daxilində Mərkəzin strukturunu,
ştat cədvəlini və ayrılmış büdcə təxsisatı, həmçinin digər
mənbələr hesabına əldə edilmiş vəsaitlər üzrə xərclər smetasını
hazırlayaraq təsdiq edilməsi üçün Nazirliyə təqdim edir;
5.3.4. Mərkəzin fəaliyyətinin təşkili məqsədi ilə ayrılan
büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər
maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadəni təmin
edir;
5.3.5. Mərkəzin işçilərini Azərbaycan Respublikasının

123

qanunvericiliyinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən
azad edir;

5.3.6. Mərkəzin işçiləri barədə qanunla nəzərdə tutulmuş
qaydada həvəsləndirmə və intizam-tənbeh tədbirlərini həyata
keçirir;

5.3.7. icrası məcburi olan əmr və sərəncamlar verir;
5.3.8. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi
və fiziki şəxslərlə münasibətlərdə Mərkəzi etibarnaməsiz
təmsil edir;
5.3.9. bu Əsasnamə ilə müəyyən edilmiş hüquq və
vəzifələrin həyata keçirilməsini təmin edir.
5.3.10. Mərkəz öz fəaliyyətinin nəticələrinin mühasibat
uçotunu mövcud qanunvericiliyə əsasən aparır, Nazirliyə və
dövlət maliyyə orqanlarına mühasibat və statistik hesabatlar
təqdim edir.

XİDMƏTLƏR
Elektron Təhlükəsizlik Mərkəzi:
- kibertəhlükəsizlik sahəsində informasiya infrastruk-
turunun subyektlərinin fəaliyyətini koordinasiya edir;
- informasiya sistemlərinin və şəbəkələrinin, kompyuter
avadanlıqlarının və onların proqram təminatının, lokal
və korporativ informasiya sistemlərinin və ehtiyatlarının
təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz
müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron
təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki
avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji

124

strukturlardan və digər mənbələrdən daxil olan məlumatları
toplayır və təhlil edir;

- mövcud və yarana biləcək elektron təhlükələr barədə
ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir,
kibertəhlükəsizliksahəsindəistifadəçilərinmaarifləndirilməsini
təmin edir;

- elektron təhlükələrin qarşısının alınması istiqamətində, o
cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar,
texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr
verir, metodiki dəstəyin göstərilməsini təmin edir;

- ümumi internet trafikində qlobal kiberhücumların
qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə
Nazirlik ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir;

- kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi ilə
ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı
əlaqədə fəaliyyət göstərir.

125

Nəticə

Müasir dünya geosiyasətində geniş  müzakirə olunan
məsələlərdən biri informasiya və təbliğatın  beynəlxalq ictimai
rəyə təsir imkanlarıdır.  Bir ölkənin başqa dövlətin ərazisində
mövcud informasiya sistemlərinə nəzarət etməsi imkanları və
təsir etməsi  yalnız  milli təhlükəsizlik məsələləri problemləri
ilə  yekunlaşmır. Bu, həm də cəmiyyətə, ictimai rəyə birbaşa
müdaxilə yolu ilə ölkə daxilində idarəçilik sisteminə zarbə
vurmaqdır. İnformasiya-kommunikasiya texnologiyalarının
gücü ilə hazırda ayrı-ayrı dövlətlərin daxili idarəçilik sistemləri
arasındakı mövcud rabitə  əlaqələrini kəsmək, elektron sistemə
girərək dezinformasiya yaymaq, qurumların fəaliyyətini
yönəltmək və sıradan çıxarmaq mümkündür.

Azərbaycan Respublikasının dövlət müstəqilliyini
bərpa etdiyi ilk illərdə müxtəlif xarici dövlətlər tərəfindən 
Azərbaycanda ictimai rəyə təsir edəcək, milli-dini münaqişələrə
səbəb olacaq, müharibə şəraitində olan ölkəmiz üçün
hərbi sahədə müxtəlif dezinformasiyalar yayaraq mövcud
vəziyyəti daha da gərginləşdirəcək bir sıra fəaliyyətlər
həyata keçirilmişdir.  Azərbaycanın o zamankı informasiya,
və təbliğat  və təşviqat metodlarının vəziyyətinin təhlili
göstərir ki, dövlətin informasiya təhlükəsizliyi, demək olar,
tamamilə xarici amillərin təsiri altında idi. Kütləvi informasiya
vasitələrinin fəaliyyəti zəif və təsir dairəsi zaif olduğundan,
bütün  ölkə ərazisini əhatə edə bilmədiyindən regionun
qonşu dövlətlərinin informasiya çəkanına təsiri açıq-aydın
görünürdü.

126

Müharibə şəraitində olan ölkənin informasiya
təhlükəsizliyinə yaranmış təhdidlərin aradan qaldırılması,
KİV-in inkişafı, söz və mətbuat azadlığının təmin
olunması, informasiya daşıyıcılarının müasir standartlara
uğunlaşdırılması və informasiya mühitinin qorunması
istiqamətinfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bir çox
mühüm tədbirlər həyata keçirilmişdir. Məhz bu məqsədyönlü
və təxirəsalınmaz tədbirlərin nəticəsində ölkəmiz informasiya
sahəsində üz-üzə qaldığı xarici təhdidlərdən xilas ola bildi.
Sonrakı illərdə Prezident cənab İlham Əliyevin imzaladığı bir
sıra fərman və sərəncamlarla ölkənin informasiya təhlükəsizliyi
siyasətinin təmin olunmasında vacib olan qanunvericilik
bazası təkmilləşdirildi, müvafiq dövlət qurumları yaradıldı
və fəaliyyətə başladı. Müharibə ölkəsi olan Azərbaycan
Respublikasının milli təhlükəsizliyi bu gün də bütün ölkə
səviyyəsində bütün sahələrdə informasiya təhlükəsizliyinin
təmin olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Məhz
ona görə ölkənin Milli Təhlükəsizlik haqqında Azərbaycan
Respublikasının Qanunu və Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Konsepsiyası əsasında cəmiyyətin bütün
sahələrinin informasiya təhlükəsizliyinin təmin olunmasının
başlıca prinsiplərini özündə ehtiva edən İnformasiya
Təhlükəsizliyi Konsepsiyası hazırlanmalıdır. Bu Konsepsiya
əsasında dövlətin informasiya təhlükəsizliyinin bütün
aspektləri nəzərdə tutulmalı, informasiya təhlükəsziliyinin
əsas baza təhdidləri müəyyənləşdirilməli, təhlükəsizliyin təmin
olunmasının forma və metodologiyası müəyyən edilməlidir. Bu

127

Konsepsiya ilə ölkənin informasiya təhlükəsizliyi siyasətinin
əsasları sistemləşdiriləcək, dövlət qurumlarının mövcud
sahədəki fəaliyyət istiqamətləri dəqiqləşəcək və qarşıda duran
vəzifələr müəyyən olunacaqdır.

Azərbaycan Respublikasının milli və dini müxtəliflik
mənzərəsi olduqca zəngindir. Məhz bu amil eyni zamanda
informasiya təhlükəsizliyi sahəsindəki həssaslığı, milli
informasiya resurslarının qorunmasının vacibliyini önə çəkir
və bu sahədə mümkün təhdidlərin qarşısının alınmasında
effektli tədbirlərin gücləndirilməsini zəruri edir.

 

128

Ədəbiyyat

1. Milli Təhlükəsizlik haqqında Azərbaycan
Respublikasının Qanunu, 29 iyun 2004-cü il.

2. «İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında» Azərbaycan

Respublikasının Qanunu, 3 aprel 1998-ci il.
3. «İnformasiya əldə etmək haqqında» Azərbaycan

Respublikasının Qanunu, 30 sentyabr 2005-ci il.
4. “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik

Konsepsiyası”, 23 may 2007-ci il.
5. «Актуальные проблемы обеспечения

информационной безопасности современного
общества». Н.Р.Шевко
6. «Защита информации и информационная
безопасность». Батаева И.П
7. «Информационная безопасность и защита
информации». Мельников В.П.
8. «Информационная безопасность». В. П. Мельников,
С.А.Клейменов, А.М.Петраков

Mündəricat

Giriş....................................................................................................3
İnformasiya təhlükəsizliyi və informasiya cəmiyyəti.................6
İnternet və cəmiyyətin informasiya təhlükəsizliyinin
sosial aspektləri..............................................................................52
Din və onun cəmiyyətdə rolu......................................................62
Din faktorunun informasiya təhlükəsizliyi sisteminə təsiri....78
Azərbaycanda informasiya təhlükəsizliyinin təmin
edilməsinin qanunvericilik bazası............................................105
Nəticə.............................................................................................125
Ədəbiyyat......................................................................................128

Çapa imzalanmışdır: 16.12.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version