The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

A6-Islamafobiya-dinlerarasi-dialoqa-ziddir

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-12-11 00:54:14

A6-Islamafobiya-dinlerarasi-dialoqa-ziddir

A6-Islamafobiya-dinlerarasi-dialoqa-ziddir

Telli Süleymanova

İslamofobiya dinlərarası
münasibətlərə təhdiddir

BAKI-2018

Telli Süleymanova
İslamofobiya dinlərarası münasibətlərə təhdiddir

“TUNA PRINTING & PUPLISHING COMPANY”

Fobiya nədir

Fobiya sözü lüğəvi mənada müəyyən
bir hadisə, vəziyyət nəticəsində insanda
yaranan qorxu, təşviş, həyəcan hissidir.
Qorxu hissi fərdlərin təhlükə halında qaçış və ya
hücum şəklində davranışlar yaradaraq yaşaması
üçün faydalıdır. Lakin, mənasız, həddindən artıq
və davamlı qorxu növləri olan fobiyalar, fərdin
sosial və peşə həyatına mənfi təsir göstərir.

İnsan duyğularını və davranışlarını
anlamaq və izah etmək üçün bir sıra psixoloji
yanaşmalar var. Bu yanaşmalardan bioloji,
davranışçı və psixoanalitik yanaşmalarla
fobiyaya müxtəlif baxımdan yanaşılır. Bioloji
yanaşmaya görə qorxu instinktivdir. Qorxu,
qaçınma refleksi insanlar və bir çox heyvanlarda
mövcuddur. Bioloji baxımdan qorxu daha çox
yaddaş və dərk etmə ilə əlaqədar olan beyin
anatomiyası və fiziologiyası ilə əlaqəlidir.

3

Bu yanaşmaya görə bioloji funksiyalar
narahatlıqlara, fobiyalara, psixoloji sarsıntılara
səbəb olur.

Fobiyaların davranışla əlaqədar olduğunu
söyləyənlərə görə fobiyalar, şərti refleks
vasitəsi ilə öyrənilmiş davranışlardır. Bu fikri
dəstəkləyənlərdən biri John Vatson olmuşdur.
O, təcrübələrinə əsaslanaraq bu fikiri irəli
sürmüşdür.

Psixoloji yanaşmaya görə isə fobiyalar
reallaşmamış arzuların nəticəsindən yaranır.
Ziqmund Freydə görə bir çox psixoloji
narahatlıq kimi fobiyalar da təhtəlşüur arzulara
səbəb olmaqdadır. Şüursuz istəklər fərdin
fərqində olmadığı arzulardır. Fərdin özündən
belə dərin bir şəkildə gizlətdiyi bu arzular qayğı
və həyəcan meydana gətirir.

Bəzi tədqiqatçıların fikrincə, fobiyalar
şərtləşdirilmiş emosional təcrübə və travmatik

4

vəziyyətin bir hissəsi olan fobiya obyektindən
yaranır. Bu əsasda hər hansı bir obyekt fobik
stimul olmaq üçün bərabər potensiala malikdir.
Bəzilərinə görə, müəyyən fobik reaksiyalar
başqalarının reaksiyalarını və ya xəyali
öyrənməni təqlid etməklə öyrənilir.

Din və qorxu arasındakı əlaqələr çox
funksiyalıdır. Dini, müqəddəs olan əşyalara
yönəlik qorxu və dinin əsasını təşkil edən
hökmlərə qarşı qorxu olaraq iki qismə ayrılır.
Dini və müqəddəs əşyalar olan qorxuya
“hagiafobiya”, dini mərasimlərə olan qorxuya
isə “telafobiya” deyilir. Bu qorxunun meydana
gəlməsində keçmişdə yaşanılan travmatik
hadisələrin, fərdin formalaşdığı ailə və ictimai
mühitin dini dəyərlərə qarşı yanaşmalarına təsir
edir. Bir obyektə və ya bir fikirə qarşı qorxunun
yaranması üçün onları təcrübədən keçirmək
vacib deyildir. Məsələn, ilandan qorxmağımız

5

üçün onun tərəfindən sancılmağımıza ehtiyac
yoxdur.

Fərddə din və müqəddəs hesab edilənlər
qarşı qorxunun yaranması inandığı və güvəndiyi
insanların təsiri nəticəsində yaranır.

Din və qorxu arasındakı əlaqənin ikinci
aspektini dini hökmlərə qarşı olan qorxu
təşkil edir. Bu qorxu dini əmrlərin yerinə
yetirilməməsi nəticəsində Tanrı tərəfindən vəd
olunan cəzaya qarşı olan qorxudur.

Fobiyalar əsasən üç qrupa bölünür:
1. Müəyyən bir obyektə yönələn
fobiyalar. Heyvanlara aid fobiyalar: həşərat,
hörümçək, ilan və s. Təbiətlə əlaqədar
fobiyalar: sel, şimşək və s.
2. Müəyyən bir vəziyyətlə əlaqədar
fobiyalar: yüksəklik fobiyası, açıq və ya qapalı
yerdə qalmaq fobiyası və s.
3. Müəyyən bir düşüncə ilə əlaqəli
fobiyalar: İslamafobiya, sosial fobiya və s.

6

İslamafobiya

İslamafobiya sözü “İslam” və yunanca
“phobus” sözündən meydana gəlmişdir.
İslamafobiya «İslam qorxusu» mənasını
verən bir termindir. Bu termin İslamdan və
müsəlmanlardan qorxmanı, çəkinməni ifadə
edir. Bu gün «islamafobiya» dedikdə həm İslam
qorxusu, həm də bu qorxudan doğan və bütün
müsəlmanlara qarşı yaranan nifrət hissi nəzərdə
tutulur. İslamafobiya İslama və müsəlmanlara
qarşı əsassız, səbəbsiz olaraq yaranan qorxu
qaynaqlı dini ayrı seçkiliyi, nifrəti, dini
dözümsüzlüyü tərrənnüm edir. Bu yanaşma
səbəbindən İslam inancına, elm, mədəniyyətinə
obyektiv yanaşılmır, İslamın adı terrorla,
şiddətlə yanaşı hallanır. Bu gün islamafobiya
müsəlman ölkələrinə qarşı yönəlmiş bir
alətdir. Qlobal miqyasda islami həyat tərzi

7

təhlükə mənbəyi kimi göstərilməyə çalışılır.
Lakin araşdırmalar göstərir ki, islamafobiya
meyillərinin arxasında dini düşmənçilikdən
çox siyasi səbəblər dayanır.

İslamafobiya terminin ilk dəfə nə zaman
istifadə edilməsinə aid müxtəlif fikirlər irəli
sürülmüşdür. Bunlardan biri Qərbi Afrikada
İslama dair tədqiqatlar aparan fransız
şərqşünasları tərəfindən istifadə olunduğu
söylənilir. 1910-cu ildə Aleyn Quelin “Fransız
Qərb Avropasında müsəlman siyasəti” adlı
məqaləsində islamafobiyanı İslama qarşı
qərəzli yanaşma adlandırmışdır. Yazıçıya görə
islamafobiya, keçmişdə Qərb mədəniyyəti
və Xristian cəmiyyətinin İslama qarşı qərəzli
yanaşması olub və olmaqda davam etməkdədir.

Digər bir yanaşmaya görə termin 1918-ci
ildə nəşr olunan Etyen Dinet və Əl-Cəzayirli
Sliman İbrahimin birlikdə yazdıqları “Allahın

8

peyğəmbəri Məhəmmədin həyatı” haqqında
bioqrafiq əsərdə istifadə olunmuşdur.

Termindən 1980-ci ilin sonu 1990-cu
illərin əvvəlləri İngiltərədə, Qərbdə yaşayan
müsəlmanların qarşılaşdığı dini ayrı-seçkiliyi
vurğulamaq üçün istifadə edilmişdir. Bu
baxımdan Oxfordun ingilis dili lüğətində bu
terminin 1991-ci ildən işlənildiyi qeyd olunur.

Yuxarıda qeyd olunan ingilis və fransız
qaynaqlarında bu terminin 1997-ci ildən daha
əvvəl istifadə olunduğu qeyd olunur. Ancaq
1997-ci ildən sonrakı hesabatlarda bu termin
daha geniş mənada işlənilmişdir. Qeyd olunan
hesabat dini dözümsüzlüyün səbəbləri və
müsəlmanların rastlaşdığı problemlərdən bəhs
edərək beynəlxalq aləmə və elm sahəsinə böyük
töhfələr vermiş oldu. Bu hesabat müsəlmanlarla
əlaqəli sürülən iddialarda və müsəlmanların
üzləşdiyi problemlərdə İslam əleyhinə

9

qərəzli yanaşmanın səbəb olduğunu qeyd
edirdi. Bununla yanaşı mətbuatın bu qərəzli
yanaşmada rolu da xüsusi olaraq vurğulanır.
2007-ci ildə sosiologiya jurnalında nəşr
olunmuş məqalədə islamafobiya müsəlman
və ərəb əleyhinə irqçiliyin davamı olaraq
təsvir olunmuşdur. Bəzi Qərb mənbələrində
isə islamafobiya, İslam aləminə mənsub olan
şəxslərin məruz qaldığı dini ayrı seçkiliyə
verilən ümumi bir termin kimi qeyd olunur.

10

İslamafobiyanın tarixi

İslamafobiya məfhumunun yeni
formalaşmağına baxmayaraq islamafobik
münasibətlərin tarixi İslamın meydana
gəlməsindən başlamışdır. İslamın yaranması ilə
İslam qorxusunun səbəb olduğu düşmənçiliyi,
təcavüzü ehtiva edən hərəkətlərə yol verilmişdir.
İslamın ortaya çıxması ilə Məkkədəki
bütpərəstlər İslamı iqtisadi, sosial maraqlarına
bir təhdid kimi görmüşlər və İslamın sürətli
inkişafı onlarda qorxu, nifrət hissi yaradaraq
müsəlmanlara qarşı təcavüzə yönəltmişdir.
Müsəlmanlara qarşı mənfi münasibət hələ
orta əsrlərdə yaranmağa başlamışdır. Həmin
vaxtlarda bəzi qüvvələr tərəfindən Xristianlığa
rəqib sayılan İslama qarşı ədavət səlib
yürüşlərinin başlaması üçün bəhanə olmuşdur.

“The Guardian” qəzetinin jurnalisti Nil
11

Klark yazmışdır ki, “müsəlmanlara qarşı fobiya
səlib yürüşləri dövründən Qərbin xarakterik
xüsusiyyəti olmuşdur”. “Avropa və İslam”
kitabının müəllifi Franko Kardini isə qeyd edir
ki, “Avropa ilə İslam mühitinin qarşılaşdırılması
daima müqayisə xarakteri daşıyır”. Beləliklə,
Qərbin İslam əleyhinə köklənməsinə Qərb-Şərq
qarşıdurmasının bir hissəsi kimi baxmaq olar.

Orta əsrlərdə Qərb dünyasında İslam
Xristianlığın yeni və saxta bir versiyası olaraq
qiymətləndirilmişdir. Leydenli professor öz
nəzəriyyəsində Katolik kilsəsindən çıxarılan
bir kahinin kilsədən intiqam almaq üçün Ərəb
yarımadasına getdiyi və orada Məhəmməd adlı bir
şəxsə yəhudi və xristian ənənələri haqqında məlumat
verərək yeni bir dini icad etdiyi qeyd olunur.

Orta əsrlərdə yaşayan bəzi avropalı İslam
araşdırmaçıları və şərqşünaslar İslama olan
münasibəti aşağıdakı şəkildə sıralamışdır:

12

1. İslam dini batil dindir. Həqiqətə ziddir.
2. İslam şiddət və qılınc dinidir.
3. İslam şəhvətə və nəfsə düşkünlüyü
təbliğ edir.
4. Məhəmməd İsanın muxalifidir.
İslamın Avropa ölkələri ilə münasibətinin
yaranması peyğəmbərin Bizansa göndərdiyi
məktublar sayəsində olsa da, Əndəlüs
Əməvilərinə qədər müsəlmanların avropalılarla
əlaqəsi olmamışdır. VII-VIII əsrə qədər İslam
dünyasının hər sahədə qərb dünyasını üstələdiyi
qeyd olunurdu. İslam dünyasının siyasi
bölünmələrinə, monqol işğallarına baxmayaraq
avropalılar İslam hegemonluğunun fərqində
idilər. VII-VIII əsrdə Bizansın tabeliyində olan
ərazilərin İslam hakimiyyəti altına girməsi ilə
xristianların müsəlmanlara olan münasibətinin
dəyişməsinə səbəb olmuşdur.
732-ci ildə ərəblərlə Fransa arasında

13

baş verən Puatya döyüşü bu günümüzə

qədər Avropa tarixi üçün ən vacib müharibə

hesab olunmuşdur. Bu müharibədən sonra

müsəlmanları məğlub edən xristianlara

europenses (avropalılar) deyə müraciət

edilmişdir. Puatya müharibəsindən sonra papa

II Urban tərəfindən başladılan səlib yürüşlərinə

qədər müsəlmanlarla xristianlar arasında

döyüş olmamışdır. Bunun nəticəsində də

müsəlmanlar avropalıların düşüncəsində “uzaq

diyarın düşmənləri” olaraq qalmışdır. Bizans

ədəbiyyatında İslam maniçilik, buddizm dini

ilə oxşar, İslam peyğəmbəri isə aryan (xristian

dininə görə yolunu azmış) kimi qələmə

verilmişdi.

Əndəlüs Əməvilərinin Cəbəllütariq

boğazından İspaniyaya daxil olması Qərb

dünyası ilə İslam dünyası arasındakı

qarşıdurmanın başlanmasında və

14

islamafobiyanın formalaşmasında mühüm
amil olmuşdur. Bu dövrlərdə avropalılar
müsəlmanları ölkələri işğal edən, insanları
kölələşdirən acımasız insanlar olaraq təqdim
etmişdirlər. Orta əsrlərdə xristian avropalılar
şərqdə olan sərvəti ələ keçirmək, Qüds kimi
müqəddəs yerləri müsəlmanlardan alaraq bu
bölgədə yaşayan dindaşlarını müsəlmanların
təhdidindən xilas etmək səbəbi ilə səlib
yürüşlərinə başladılar.

Səlib yürüşlərinə əsgər toplaya bilmək
üçün kilsə xadimləri İslamın Xristianlığa qarşı
olduğu və təhdid etdiyi təbliğatını aparmaqla,
islamafobiyanın yaranmasına zəmin
yaratmışdırlar.

XVI-XVII əsrlərdə Osmanlı dövlətinin
Vyananı fəth etmək istəyi xristian dünyasında
İslama qarşı böyük bir qorxuya səbəb olmuşdur.
Xristian dünyası ilə İslam mədəniyyəti

15

arasındakı qarşıdurmalar qərb insanının
İslama qarşı mənfi münasibətin yaranmasında
mühüm rol oynayırdı. Nəticədə, bu qorxu və
narahatlığın digər amillərlə dəstəklənməsi ilə
islamafobiyanın təməli qoyulmuşdur.

İkinci Dünya müharibəsindən 1980-
ci ilə qədər müsəlmanların Avropaya köçü
zamanı müsəlmanlara qarşı nifrət, düşmənçilik
söz mövzusu deyildir. Hətta tam əksinə,
müsəlmanlara “qonaq işçilər” olaraq münasibət
bəslənilirdi.

1979-cu ildə İran inqilabından sonra
Qərbdə müsəlmanlara qarşı münasibət yenidən
dəyişildi. İnqilabın dini zəmində yaranması
və böyük bir coğrafiyanı əhatə etməsi bütün
dünyaya təsir etmişdir. Bu baxımdan İslam
və müsəlmanların imicinin qırılmasına səbəb
olmuşdur.

İslam və Xristianlıq arasında əlaqələr

16

normallaşandan, dinlərarası dialoq qurulandan
sonra isə İslam qorxusu Qərbdə tədricən azaldı
və demək olar ki, bir neçə əsr özünü biruzə
vermədi. Amma, XX əsrin 90-cı illərindən
başlayaraq islamafobiya yenidən gündəmə
gəldi. Buna təkan verən hadisələrdən biri
Samuel Hantinqtonun məşhur «mədəniyyətlərin
qarşıdurması» məqaləsində İslamı Qərb üçün
potensial təhlükə mənbəyi kimi dəyərləndirməsi
olmuşdu. Bu məqalədən sonra Avropada, eləcə
də Amerikada islamafobiyadan daha çox
danışmağa başladılar.

11 sentyabr 2001-ci ildə Nyu-Yorkdakı
«Əkiz qüllələr»ə terror hücumundan sonra
isə xristian dünyasında islamafobiya daha da
artdı. Avropa ölkələrində işsizlik, əhalinin
get-gedə yaşlanması, İslam ölkələrində isə
əksinə əhalinin daha sürətlə artıb çoxalması,
Qərbdə İslama, ümumiyyətlə müsəlmanlara

17

qarşı yaranan nifrətin əsas səbəblərindən birinə
çevrildi. Bu nifrətin bəzi qüvvələr tərəfindən
daha da alovlandırılması isə problemin qlobal
hal almasına gətirib çıxartdı. Avropa və Qərb
bu problemin aradan qaldırılması üçün yollar
aramaq əvəzinə məsələnin qəlizləşdirilməsi
yolunu tutdu. Yəni İslamı və müsəlmanları
Avropa mədəniyyəti və materialist həyat tərzi
üçün «potensial düşmən» kimi görən Qərb
ziyalıları arasında irqçilik meyilləri XXI əsrin
əvvəllərindən başlayaraq daha da gücləndi.
Buna misal olaraq Fransadakı “hicab qadağası”,
İsveçrədəki “minarə referendumu”, “karikatura
böhranı”, Anders Berinq Breyvikin terrorist
hücumunu göstərmək olar.

Fransada “hicab qadağası”. 2012-
ci ildə nəşr olunan “Le Figaro” qəzetinin
“İslam imici” sorğusunda fransızların 43%
müsəlmanları təhdid ünsürü olaraq görmüş,

18

67% isə müsəlmanların fransız cəmiyyətinə
uyğun olmadıqlarını bildirmişdilər. Sorğuda
iştirak edənlərin əksəriyyəti baş örtüyünə qarşı
çıxmışdılar.

2011-ci ilin aprel ayında Fransa parlamenti
ictimai yerlədə qadınların üzlərini təyin
edilməyəcək şəkildə örtməsini qadağan etmiş
və bu qadağanı pozanlara 150 avro dəyərində
cərimə tətbiq olunmuşdur. Eyni qanunda baş
örtüyü taxmağa məcbur edənlərə qarşı bir il
müddətinə qədər həbs cəzası təyin edilmişdir.

İsveçrədə “minarə referendumu”.
29 noyabr 2009-cu ildə İsveçrədə İsveçrə
Xalq partiyasının və Federal Demokratik
Birlik partiyasının rəhbərliyi ilə referendum
keçirilmişdir. Referendumda İsveçrə xalqının
57%-iyeniinşaediləcəkməscidlərdəminarələrin
olmamasına dair qərar qəbul etmişdir. Hal-
hazırda İsveçrədə 4 minarəli məscid vardır.

19

Aydındır ki, minarələrin olmaması ilə bağlı
referendum əslində müsəlmanların ictimai
sahədə azadlığını məhdudlaşdıraraq əsas insan
hüquqlarına uyğun olmayan bir islamofobiyanı
aydın əks etdirir.

“Karikatura böhranı”. 2005-ci ilin
15 sentyabrında Danimarkada bir qəzet Hz.
Məhəmmədi təhqir edən, gözü dönmüş bir
terrorist olaraq təsvir edən karikatura nəşr
etmişdir. Bu karikatura İslam dünyasında
böyük bir hiddətə səbəb olmuşdur.

2011-ci ildə isə Fransada “Şarl Hebdo”
jurnalı Məhəmməd peyğəmbəri və müsəlmanları
təhqir edən karikatura dərc etmişdir. Jurnalın üz
qabığında “gülməkdən ölməsəniz 100 qamçı”
deyən Hz.Məhəmməd və “madam şəriət” adlı
bir qadın təsvir olunmuşdur. Bu hadisədən
sonra müsəlmanlar tərəfindən jurnalın dərc
olduğu mərkəz yandırılmışdır.

20

Bundan əlavə, 2015-ci il yanvarın 7-də
jurnalın yerləşdiyi binaya silahlılar tərəfindən
basqın olunmuşdur və karikaturaçılar, polis
əməkdaşları da daxil olmaqla 11 nəfər
öldürülmüşdür. Hücumdan sonra müsəlman
olduğu iddia edilən təcavüzkarlar Fransa polisi
tərəfindən təsirsiz hala salınmışdır.

Eyni hadisələr Norveçdə, Almaniyada,
İtaliyada və bir çox Avropa ölkələrində də baş
vermişdir. Hökümət və məhkəmə orqanları
demokratik prisiplərinə zidd olduğunu deyərək
bu karikaturaları yayanlara və çəkənlərə qarşı
bir tədbir görməmişdir.

Qərb mediasında müsəlmanların radikal,
terrorist, qadınlara qarşı şiddət tətbiq edənlər
kimi qələmə verilməsi izləyici və oxuyucuda
İslamı radikallıqla eyniləşdirilməsinə,
qarşılaşdıqları hər vəziyyətdə bu düşüncəyə
əsasən dəyərləndirilməsinə səbəb olmuşdur.

21

Anders Berinq Breyvikin terrorist
hücumu. Breyvik 22 iyul 2011-ci ildə Norveçin
Oslo şəhərindəki yay düşərgəsinə hücum edərək
77 nəfərin ölümünə, 242 nəfərin yaralanmasına
səbəb olmuşdur. Bu hücumdan sonra Breyvikin
gündəliyində bu hadisəni islamafobik zehin
dünyasını əks etdirmək məqsədi ilə etdiyi qeyd
olunmuşdur. Gündəlikdə müsəlmanlar vəhşi,
işğalçı, başqalarının yaşamaq hüquqlarını
tanımayan bir cəmiyyət olduqları, xristianların
isə qurban olduqları yazılmışdır.

Beləliklə, tarixi rakursdan qiymətlən-
dirdikdə Qərbdə İslam dini daşıyıcılarına qarşı
tolerantlıq heç vaxt müşahidə olunmamışdır.
Bu mənada indiki anlamla islamafobiya yeni
bir hadisə deyil. Tarixin müxtəlif vaxtlarında
Qərbin müsəlman Şərqinə münasibətində özünü
göstərmişdir. Lakin müasir dövrümüzdə şərait
olduqca fərqlidir. Keçən əsrdə Qərb ölkələrinin

22

ucuz işçi qüvvəsi kimi gətirdiyi müsəlman
miqrantlar indi əksər ölkələrdə hadisələrə
təsir göstərə biləcək qüvvəyə malikdirlər.
Artıq kimlərinsə bunu istəyib-istəməməyindən
asılı olmayaraq İslam Qərbin daxili faktoruna
çevrilmiş və günü-gündən də güclənməkdədir.

Dini mövzularda yazan jurnalistlərin
keçirdiyi konfrans zamanı «Fear İncorpo-
rated» - «Qorxunun Korporasiyası» məqalə-
sinin müəlliflərindən biri Faiz Şakir öz
müşahidələrini paylaşaraq qeyd etmişdir ki,
«Qorxu Korporasiyası» kiçik bir şəbəkədən
ibarətdir və onun üzvləri ötən illər ərzində
Amerikadakı bütün müsəlmanlara qara
yaxan əsassız nəzəriyyələr irəli sürməklə
məşhurlaşmağa çalışırlar. Çünki anti-İslam
qruplarından təşkilata on milyonlarla dollar
gəlir, yəni «İslama nifrət etmək qazanc gətirir.»

  Müəllif, həmçinin qeyd edir ki, kütləvi

23

qırğın törədən, norveçli Anders Behrinq
Breyvikin Amerikada İslama qarşı baş qaldıran
ritorikadan ilham aldığı güman edilir.

Vaşinqtondakı Con Hopkins Universite-
tindən politoloq Coselin Sezari buna misal olaraq
Dünya Ticarət Mərkəzinin dağıdılmasından
sonra yaxınlıqda məscidin tikilməsinə qarşı
çıxış edənlər arasında hollandiyalı siyasətçi
Giyert Vildersi gördüyünü qeyd etmişdir. Sezari
həmçinin «İslamafobiya»nın Avropa tərəfindən
ixtira edildiyini və hər iki tərəfdən olan
ekstremistlərin neqativ stereoptiplərdən istifadə
edərək qarşıdurmanı alovlandırdıqlarını və
mötədillər işə qarışmadığı təqdirdə situasiyanın
pisləşə biləcəyindən narahat olduğunu da
xüsusi ilə vurğulamışdır.

Demokratiya, insan haqları və azadlıqları
kimi günümüzün aktual çağırışları isə Qərbin
artıq bir dəfə təcrübədən çıxardığı rekonkista

24

siyasətinə yenidən imkan vermir. Görünən
odur ki, indi rekonkistanı islamafobiya əvəz
edib. Avropanın bir sıra ölkələrində İslam
memarlığına qarşı qadağa, islami həyat tərzinə
ikrah dolu münasibət, xüsusilə də təhqirlərlə
dolu karikatura qalmaqalı, Qərb cəmiyyətində
islama qarşı digər mənfi münasibət əks olunan
hadisələr islamafobiya elementləridir. Lakin
İslam dəyərlərinə qarşı bu cür münasibət qlobal
və universal dəyərlərin müdafiəçisi kimi çıxış
etməyə iddia edən Qərb üçün heç nə yaxşı vəd
etmir.

25

İslamafobiyanın səbəbləri

Dünyanın müxtəlif yerlərində müsəlman-
lara qarşı nifrət, şiddət hərəkətləri olsa da
islamafobiya anlayışı Avropa və Amerikada
İslam qorxusuyla və onun səbəb olduğu
düşmənçilik, təcavüz hərəkətləri ilə əlaqəlidir.
İslamafobiyanın yayılmasının əsas səbəbi
aşağıdakılardan ibarətdir:

Mədəni və tarixi səbəblər: Qərb
cəmiyyətinin müxtəlifliyə və mültikultiralizmə
açıq olmayan vahid bir strukturu islama-
fobiyaya səbəb olmuşdur. İslamın yaranması
və yayılmasından illər əvvəl ərəb və fars
xalqlarına “ikinci sinif toplum” kimi
baxılmışdır. Bununla yanaşı, Qədim Roma və
Yunanıstan dönəmlərində avropalılar sərhədləri
hüdudlarında kənarda yaşayan asiyalılara

26

qarşı nifrət və qorxu hissi bəsləmişdirlər.
Qərblilər özlərini demokratik, mədəni
insanlar olaraq tanıdaraq, asiyalıları xüsusi
ilə isə farsları barbar olaraq tanıtdırmışdırlar.
Qərb sivilizasiyası uniformist zehniyyəti ilə
illərdir yəhudilərə düşmən olaraq yanaşmış və
İkinci Dünya müharibəsindən sonra yəhudilərə
qarşı yəhudi qətliamına səbəb olmuşdur. Son
illərdə isə antisemitizmin yerini islamafobiya
tutmuşdur.

Siyasi səbəblər: “Pyu Araşdırma Mərkə-
zi”nin hesabatına əsasən hal-hazırda Qərbi
Avropada 17 milyon müsəlman yaşayır.
Hər il 1.7 milyon müsəlman miqrant olaraq
Avropaya köç edir. Avropa və Amerikada
xristian əhalinin əksəriyyətinin yaşlı nəslin
nümayəndəsi olması, əhalinin artım sürətinin
aşağı düşməsi, müsəlman əhalinin köçləri,
artan doğum nisbətləri və İslamı qəbul

27

edənlərin sürətlə artması avropalılarda
qitələrinin «islamlaşması» və xristianların
öz ölkələrində müsəlmanlar azlıqlara qarşı
qorxu hissi yaranmasına səbəb olmaqdadır.
Bu qorxu “avrobiya” termini ilə ifadə olunur.
Avrobiya, Avropaya olan müsəlman köçləri və
müsəlmanların sayının artması ilə Avropada
hakimiyyətin müsəlmanların əlinə keçməsi
qorxusudur. Bir çox siyasi partiyalar xalqın
dəstəyini qazanmaq üçün “avrobiya” fikirini bir
qorxu taktikası olaraq istifadə edirlər. Bu qorxu
və narahatlıqlar islamafobiyaya səbəb olur.

Avropada islamlaşma meylini bir neçə
aspektdən xarakterizə etmək olar. Birincisi,
dini inanclı insanlar arasında İslam-Xristian
yanaşmasına münasibət fərqlidir. “Daily Mail”
qəzetinin dərc olunan araşdırmasında göstərilir
ki, İngiltərədə məscidlərə gedən müsəlmanların
sayı kilsələrə gedən xristianların sayından

28

qat-qat çoxdur. Qəzet Londonun qərbində bir
məscid və bir kilsədən görüntülər yerləşdirmiş,
şəkildə  bazar günü 1 230 nəfərlik bir kilsədə
ibadət edən 12 xristian təsvir olunmuşdur.
Kilsəyə yaxın ərazidə yerləşən məsciddə isə
cümə namazı qılmaq üçün gələnlərin məsciddə
yerləşmədikləri və məscidin həyətində də
ibadət etdikləri görünür. Qəzet İslam dininin
Britaniyanın gələcək dini olduğunu bildirir.
Mətbuatda belə informasiyalar adətən
islamafobiya meyilləri ilə müşayiət olunur.
Bu informasiya bir məscidin yandırılması
ilə nəticələnmiş və müsəlman miqrantlarla
silahlı insidentə səbəb olmuşdu. Bütün bunlar
isə müəyyən qüvvələrin təhriki ilə Qərb
cəmiyyətinin reaksiyası kimi təqdim olunur.

Avropanın digər bir qüdrətli ölkəsi olan
Fransada da dini etiqad baxımından İslamın
mövqeyi güclənmişdir. Hudson Universitetinin

29

araşdırmalarına görə Fransada məscidlər
kilsələrdən daha çox tikilir və hazırda Fransada
ibadət edən müsəlmanlar xristianlardan daha
çoxdur. Belə ki, son 10 ildə ölkədə tikilən
məscidlərin ümumi sayı 2000-dən çoxdur.
Digər tərəfdən Fransa Katolik kilsəsinin verdiyi
rəqəmlərdə isə son 10 ildə ölkədə açılan kilsə
sayının cəmi 20 ədəd olduğu məlum olmuşdur.
Fransa İctimai Fikir Universitetinin (IFOP)
araşdırmaları göstərmişdir ki, Fransanın 65
milyonluq əhalisinin 64%-i (41,6 milyon nəfər)
katolikdir. Onlardan yalnız 1,9 milyon nəfəri
(4,5%) ibadət edən katolikdir. 6 milyonluq
müsəlmanların isə 75%-i (4,5 milyon nəfər)
özünü inanclı müsəlman sayır. İbadət edən
müsəlmanların sayı isə 2,5 milyon nəfərdir
(41%).

İqtisadi səbəblər: Avropada xarici işçilərə
olan ehtiyacın azalması və son illərdə yaşanılan

30

iqtisadi böhranlar nəticəsində xristian əhalinin
işsizliyinin artması ilə müsəlman azlıqlara
qarşı düşmənçiliyə, nifrətə səbəb olmuşdur.
Avropa və Amerikaya gedərək muzdlu işçi
olaraq çalışan müsəlmanların ikinci ve üçüncü
nəsil uşaqlarının aldıqları keyfiyyətli təhsil ilə
önəmli hakimiyyət sıralarına gəlməyə, haqlarını
tələb etməyə və iqtisadi olaraq güclənməyə
başlamışdırlar. Bu vəziyyətin iqtisadi, dini və
siyasi olaraq bir meydan oxuma ve potensial
bir təhlükə olaraq islamafobik reaksiyalara
səbəb olmuşdur.

Hazırda Brüsseldə müsəlmanların sayı
300 minə çatır. Ümumilikdə Belçikada
əhalinin 6%-i müsəlmanlardır. Bu, Avropada
ən yüksək göstəricilərdəndir. 2020-ci ildə bu
rəqəmin 10%-ə çatacağı proqnozlaşdırılır.
Digər Avropa ölkələrində də “müsəlman
şəhər”lər yaranmağa başlamışdır. Fransada

31

Marsel şəhərinin əhalisinin 25%-i, Strasburqun
10%-i müsəlmanlardır. Almaniyanın kiçik
şəhərlərində bu rəqəmlər daha böyükdür.
Beləliklə, müsəlmanların say üstünlüyünün
böyük şəhərlərdə büruzə verməsi Avropada
İslam faktorunun ciddiliyindən xəbər verir.

Avropada İslam faktorunun güclənməsi
islamafobiya meyillərinin də artmasına səbəb
olmuşdur. Müsəlman miqrantlarının Avropa
ölkəsində vahid dəyərlər sisteminə daxil
olmasına xidmət etməli olan Qərb dövlətlərinin
multikulturalizm siyasəti özünü doğrultmadı.
Əvvəlki yanaşmada multikulturalizm siyasəti
cəmiyyətin kiçik bir hissəsi olaraq gördüyü
miqrantların Qərb dəyərlərini qeyri-şərtsiz
qəbul etmələrinə əsaslanırdı. Miqrantların,
xüsusən də müsəlman miqrantların öz dini-
milli dəyərlərini üstün tutması bu siyasətin
süqutuna gətirib çıxartdı.

32

Multikulturalizmin Avropa modelinin iflası
islamafobiyanın daha kəskin ikinci mərhələyə
keçməsini şərtləndirmişdir. Yəni, indiyə
qədər Qərb daha çox miqrant müsəlmanların
dəyərlərinə nüfuz etməyə çalışırdısa, hazırda
hədəf artıq birbaşa müsəlman ölkələrinin
özləridir. Qərbin mətbuatdan tutmuş vətəndaş
cəmiyyətinə qədər çoxsaylı qeyri-rəsmi
orqanları müsəlman ölkələrində ailə dəyərləri,
milli-dini adət-ənənələri sarsıtmaqla artıq
birbaşa mənbədə mübarizə aparırlar.

Dini səbəblər: İslama qarşı yazılan bir çox
əsərlərin müəllifi olan Robert Spencer Qurani-
Kərimdəki cihad ayələrini misal göstərərək
terror aktlarının qaynağının Qurani-Kərim
olduğunu qeyd edir. O, bununla öz əsərlərində
islamafobiyanın formalaşmasına təkan vermiş
olmuşdur.

Quran ayələrindən doğru bir hökm

33

çıxartmaq üçün ayələrin nüzul səbəblərini,
nəsix-mənsuxu, möhkəm-mütəşabih olmasını
ümumiyyətlə bütün Quranı yaxşı bilmək
lazımdır. Buna diqqət edilmədən cihad
mövzusunda olduğu kimi şəxsi görüşlərə
əsaslanaraq fikir yürütmək düzgün deyildir.

Quranda cihad həyat və inancla əlaqəli
bütün məsələlərdə istifadə olunur. İnsanı
yaxşı əməllər görməyə sövq etməyə, nəfslə
mübarizəyə səsləyir. Buna baxmayaraq tarixdə
cihad silahlı mübarizə ilə əlaqələndirilmişdir.
Lakin Quran insanın özünə, ailəsinə, vətəninə
qarşı hücum olunduğu zaman son çarə olaraq
silahlı mübarizəyə izn verir.

Quranda yer alan cihad ayələri
müsəlmanlara edilən haqsızlığa qarşı mübarizə
aparılması, şeytan ilə mücadilə və insanın öz
nəfsi ilə mübarizə aparılması şəklində izah
olunur.

34

İslamda cihadın yalnız döyüş mənasına
gəlmədiyi Hz. Məhəmmədin bəzi hədislərində
açıq-aydın görünür. Hz. Aişənin “Ey Allahın
rəsulu! Cihad əməllərin ən fəzilətlisidir. Belə
olan halda biz də cihad etməli deyilikmi?”-
sualına Peyğəmbər “sizin üçün cihadın ən
məqbulu həccdir”- deyə buyurmuşdur. Bir
başqa hədisdə isə “Cihadın ən fəzilətlisi zalım
hökmdarın yanında haqqı söyləməkdir”-
demişdir. İslam ordusuna qatılmaq istəyən
birinə Hz. Məhəmməd, ata və anasının sağ
olub-olmamasını soruşmuş, həyatda olduqlarını
öyrəndikdən sonra “Onlara hizmət yolunda
nəfsinlə cihad et”- buyurmuşdur.

Psixoloji səbəblər: Mətbuatda İslam və
müsəlman sözləri terror, şiddət kimi anlayışlarla
yanaşı işlədilmişdir. Bununla da insanlar İslam
və müsəlman anlayışlarını eşitdikdə qan, şiddət,
terror kimi hadisələri xatırladır və bu İslama,

35

müsəlmanlara qarşı qorxu və qəzəb hissləri
meydana gətirir. Bir qism qorxular isə qərəzli
yanaşma ilə əlaqəlidir.

Araşdırmalara görə irqi, cinsi, siyasi
məsələlərlə bağlı demoqrafik dəyişiliklər
qərəzli yanaşma ilə əlaqədardır. Universitet
tələbələrinin üzərində aparılan təcrübələrə
əsasən isə islamafobik hislərin yüksək olan
şəxslərdə qərəzli yanaşmanın yüksək olduğu
təsbit olunmuşdur.

Medianın təsiri: Avropa və Amerikada
İslam və müsəlmanlara qarşı olan qərəzli
münasibətdə televiziya, radio ve internet
mühüm rol oynayır. “Time” jurnalının 2010-
cu il tarixli sorğusunda anti-islamçılığın
formalaşmasında medianın xüsusi təsiri olduğu
qeyd olunur. Sorğu aparılan amerikalıların
62 %-i həyatlarında heç bir müsəlmanla
münasibətdə olmadıqları bildirilmişdir.

36

1921-ci ildə yayımlanan “Şeyx” filimində
müsəlmanlar vəhşi və şəhvət düşkünü olaraq
təqdim olunmuşdur. “Şeyx” filminin afişasında
“Ərəb, bir qadın gördüyü zaman onu istəyər və
əldə edər” cümləsi həkk olunmuşdur.Amerikada
mövzusu müsəlman, ərəb olan 1200-dən çox
film, yüzlərcə televiziya, xəbər proqramları
“Şeyx” filmində olduğu kimi təhqiredici
ifadələrlə doludur. Mütəmadi olaraq mediada
təkrarlanan bu ifadələr izləyicinin düşüncə
və duyğularını dəyişdirir, müsəlmanlara qarşı
səbəbsiz yerə kin, nifrətə səbəb olur.

30 sentyabr 2005-ci ildə Danimarkanın
“Jillands-Posten” qəzeti Məhəmməd
peyğəmbəri təhqir edən karikaturaların nəşri
ilə müsəlmanların şəxsiyyətinə və heysiyyatına
toxunmuşdur. Danimarkalı siyasətçilər 12
İslam ölkəsinin mövzu ilə əlaqədar görüşlərini
mətbuat azadlığını səbəb gətirərək rədd

37

etmişdirlər. Qeyd olunan qəzetə Hz. İsanın
reankarnasiyasına istehza edən karikaturalar
təqdim olunmuş, lakin bu xristianlar
arasında narazılığa səbəb olacağına görə çap
olunmamışdır.

Dini lider və siyasətçi təsiri: İslamafo-
biyanın yayılmasının səbəblərindən biri
insanların tanıdığı, güvəndiyi siyasətçi,
yazıçı və din adamlarının İslamı terrorla
əlaqələdirməsinə bağlı ifadələr səsləndirməsidir.
Papa XVI Benedikt müsəlman liderlərinə etdiyi
müraciətdə terrorun qarşısının alınmasında
onlardan kömək istəmişdir. Papa terrora qarşı
mübarizədə müsəlman liderlərdən yardım
istəyərkən terrora müsəlmanların özlərinin
səbəb olduğuna eyham vurmaq istəyirdi.

İngilis Milli partiyasının lideri Nik Qrifin
bir televiziya proqramında İslamı “şiddət və
pislik etmək niyyətində olan bir inanc” kimi

38

təqdim etmişdir. Amerika Birləşmiş Ştatların
eks-prezidenti Corc Buş çıxışlarının birində
“Azadlıq aşiqi olan bizləri yox etmək və
millətimizi incitmək üçün hər yola əl atacaq
İslam faşistləri ilə mübarizə halındayıq” deyə
müraciət etmişdir. Corc Buş və hökumət
nümayəndələrinin İslamla faşizm və terrorizm
ifadələrinin birlikdə işlətməsi ilk hal deyildir.
Corc Buşun terrorizmlə mübarizəsi bir çox
ölkələri müsəlmanlara qarşı yönəltmiş və bəzi
ölkələr bu vəziyyətdən öz istəklərinə uyğun
olarq istifadə etmişdilər.

Terror hadisələri: 2001-ci ilin 11 sentyabr
tarixində Amerika Birləşmiş Ştatlarının
Dünya Ticarət Mərkəzinə və 7 iyul 2005-
ci ildə London metrosuna edilən hücumlar
Avropa və Amerikada islamafobiyaya və
müsəlmanlara qarşı nifrət, düşmənçiliyə səbəb
olmuşdur. Bu hücumlardan sonra Amerika

39

və Avropada İslam terrorla eyniləşdirilmiş,
İslama qarşı kampaniyalara başlanılmışdır.
Geniş bir vəhdət şəklində “İslamla qərb
arasında sivilizasiyanı ayıran xətlər aktivləşdi”
ibarəsini insanlara təlqin etməyə başlamışlar.
11 sentyabr hadisəsindən sonra Corc Buş elan
etdi ki, “xaç döyüşləri” yenidən başladı və o,
bu hadisədən sonra ölkələri iki qrupa, ABŞ-a
dost və düşmən qruplara ayıraraq “bizimlə
olmayanlar bizim əleyhimizədir” ifadəsini
işlətmişdir. 11 sentyabr partlayışlarından iki
gün sonra dünyanın ən çox oxunan ingiliscə
beynəlxalq qəzeti sayılan “Herald Tribune”də
bir məqalədə belə bir yazı dərc olunur ki,
bu hadisələr İslam sivilizasiyasının Qərb
sivilizasiyası ilə toqquşmasını aşkar edir. Bu
gedişatın davamında 11 sentyabr hadisəsindən
bir ay sonra Amerikanın yeni konservativ
cərəyanının teoristlərindən olan Fransis

40

Fukuyama “Qardin” qəzetinə müsahibəsində
vurğulayır ki, İslam qərb modernizmini təhdid
edən yeganə mədəni sistemdir. O, daha sonra
qeyd edir ki, Amerika modernizm qarşısında
İslam ölkələrinin müqavimətəni sındırmaq
üçün öz hərbi gücündən istifadə edə bilər.
Bu ölkənin mühüm stratejistlərindən sayılan
Amerikanın sabiq müdafiə naziri William
Cohen bu zəmində bildirir ki, Amerika və onun
müttəfiqlərinin İslamla savaşı dördüncü dünya
müharibəsidir. O, üçüncü dünya müharəbəsini
45 illik soyuq müharibə hesab edərək qeyd
edir ki, dördüncü dünya müharibəsi də qərb
sivilizasiyası ilə İslam sivilizasiyası arasındakı
müharibədir.

Bu hadisələrin törədilməsinin səbəbkarları
müsəlmanlar olsalar belə onlar İslamın
əmrlərinə zidd hərəkət etmişlər. Qurani-
Kərimin “Qətl törətməyən və ya yer üzündə

41

fəsad yaymayan bir insanı öldürən kəs
bütün insanları öldürmüş kimidir, kim də
bir insanın həyatını qoruyarsa, o, bütün
insanların həyatını qorumuş kimi olar” (“əl-
Maidə”, 5/32) ayəsi İslamın insan həyatına
verdiyi önəmin ən gözəl nümunəsidir. Hz.
Məhəmməd bir hədisində “Müsəlman, digər
müsəlmanların onun dilindən və əlindən ziyan
görmədikləri kimsədir. Mömin, insanların öz
canlarını və mallarını ona əmanət etdikləri
kimsədir” buyuraraq şiddəti qadağan etmişdir.

Miçiqan Universitetinin professoru Juan
Cole görə Amerika sağcı qruplar islamafobiyanı
yaymaq üçün ciddi səy göstərmişlər. Juan
Cole xüsusi ilə əyalət qəsəbələrində yaşayan
xristianların bütün müsəlmanların potensial
qatil olduqları yalanlarına inandıqları və İslam
əleyhinə fikirləri yaymağa çalışanlara 40
milyon dollar verildiyini söyləmişdir.

42

Qlobal Terrorizm İndeksin hesabatına
əsasən terrorun ən çox törədildiyi beş ölkə
İraq, Nigeriya, Əfqanistan, Pakistan və Suriya
müsəlman ölkəsidir. Bu tipli informasiyalar
qeyri-müsəlmanlar arasında qorxu yaradaraq
islamafobiyanın inkişaf etməsinə, İslam dinin
genişlənmə arealının məhdudlaşmasına gətirib
çıxarır. Bu hesabatdan və dünyada İslam dini
adına görülən çirkin əməllərdən gəlinən nəticə
onu sübut edir ki, müsəlman və Qərb dünyası
(Xristian dünyası) arasında sivilizasiyaların
toqquşmasının əsas səbəbinin İslam dininin
digər etiqada görə zorakı, militarist sivilizasiya
hesab olunmasıdır. Bu da öz növbəsində
əsasən Qərbdə son dövrlərdə nifrət zəminində
törədilən cinayətlərin artması və ölkədaxili
nifrət qruplarının yaranmasına gətirib çıxarır.

1997-ci ildə İngiltərədə Rannimed
Trast tərəfindən “İslamafobiya hər

43

birimiz üçün çağırışdır” adlı hesabatında
İslamafobiyanın mövcud olması səkkiz səbəblə
əlaqələndirilmişdir:

1. İslam günümüzün ehtiyaclarına cavab
verməyən tək dəyişməz inancdır.

2. İslam bölüşdürücü inancdır.
3. İslam barbar, irrasional, ibtidai və
cinsiyyətcil bir münasibətlərə əsaslanır və
dəyərsizdir.
4. İslam şiddəti, təcavüzü, terrorizmi
dəstəkləyir və sivilizasiyaların qarşıdurmasına
səbəb olur .
5. İslam siyasi və hərbi məqsədlər üçün
istifadə olunan bir ideologiyadır.
6. Müsəlmanlar tərəfindən Qərb
mədəniyyətinin tənqid olunmasının heç bir
dəyəri yoxdur.
7. İslama qarşı düşmənçilik,
müsəlmanlara qarşı ayrı-seçkilik prinsiplərini

44

əsaslandırmaq və müsəlmanları sosial həyatdan
kənarlaşdırmaq üçün istifadə olunur

8. Müsəlmanlarla düşmənçilik təbii və
normaldır.

Hesabat hazırlanarkən əsas iki məqsəd
nəzərə tutulmuşdur. Birincisi islamafobik
münasibətlərə qarşı çıxmaq, ikincisi isə
müsəlmanları hiddətləndirməyə səbəb olacaq
məsələlərə diqqət çəkmək.

Avropalıların düşüncələrində müasir
müsəlmanların səhvləri və zəifliklərini İslamın
təsiri və təlimi ilə əlaqələndirmək kimi
dəyişməz tendensiya yaranmışdır və onlar bunu
“müsəlmanların nə qədər tez öz inamlarının
“qandallarından” qurtulub Avropa həyat
tərzini mənimsəyəcəklərsə, bu, müsəlmanların
özləri və dünya üçün o qədər yaxşı olacaq”
nəzəriyyəsinin xeyrinə arqument olaraq istifadə
edirlər. Bu nöqteyi-nəzər tamamilə yanlışdır.

45

İslam nəzəriyyəsi ilə tanış olan və əvvəlcədən
qərəzli mövqeyi olmayan istənilən şəxs İslamda
məntiqə və tərəqqiyə zidd amillərin olmadığını
yaxşı bilir.

Avropada güclənən İslam faktoru müəyyən
dairələr tərəfindən islamafobiya meyillərinin
daha da kəskinləşdirilməsinə səbəb olur. Bunu
ilkin olaraq əsrlər boyu İslam dini daşıyıcılarını
yad və düşmən kimi qiymətləndirən bir baxışın
nəticəsi hesab etmək olar. Lakin reallıq budur
ki, Qərb mətbuatında, cəmiyyətin aktiv
siyasi qruplarında, siyasi partiyalarda, qeyri-
hökumət təşkilatlarında, dini cəmiyyətlərdə
müəyyən qruplar və onların siyasi havadarları
tərəfindən istiqamətləndirilən islamafobiya
Avropanın elə özünün gələcəyi üçün də
təhlükə yaradır. Müəyyən dairələrin bunu
istəyib-istəməməyindən asılı olmayaraq İslam
dəyərləri artıq Qərbin bir hissəsidir. Buna

46

tolerant yanaşma olmasa, İslam faktoru Qərb
dəyərlər sistemində öz layiqli yerini tutmasa, bu
ilk növbədə Avropanın gələcəyi üçün problemə
çevriləcəkdir.

47

Birlikdə yaşamanın əhəmiyyəti

XXI yüzillik geosiyasi mühitə yeni
qütbləşmələr dövrü kimi daxil olmuşdur.
Sosialist blokunun süqutundan sonra əslində
belə bir mənzərə yaranmışdır ki, artıq dünya
birqütblüdür və qlobal miqyasda qarşıdurma
üçün səbəblər ortadan qalxmışdır. Məhz bundan
sonra geosiyasətdə yeni bir trendin gündəliyi
zəbt etdiyinin şahidi olduq. Bir tərəfdən
dini ekstremizm, İslam və terror, İslam və
demokratiya Qərbin mətbuat orqanlarının əsas
mövzusuna çevrilmişdi. Lakin, bütün bunlara
baxmayaraq, Avropa ölkələrində müsəlman
miqrantlara qarşı artan aqressiya və dünya üçün
təhlükə mənbəyi kimi təqdim olunan müsəlman
ölkələri dövrün nəbzini təyin etməyə başlamışdı.

Bu baxışların fonunda Qərb-İslam
münasibətlərinə əksər tədqiqatçılar iki
48

prizmadan yanaşırdı. Bunun birincisi,
Birləşmiş Krallığın keçmiş baş naziri Marqaret
Tetçerin “düşməni olmayan ideologiya yaşaya
bilməz” fikri, ikincisi isə İslamın artıq Qərbin
daxilində mühüm faktora çevrilməsi və Qərbin
İslam qorxusu məsələsi idi. Sonuncu istiqamət
özünü islamafobiya meyillərində göstərir.
Bu gün islamafobiya müsəlman ölkələrinə
qarşı yönəlmiş bir alət olmuşdur. Qlobal
miqyasda islami həyat tərzi təhlükə mənbəyi
kimi göstərilməyə çalışılır. Lakin araşdırmalar
göstərir ki, islamafobiya meyillərinin arxasında
dini düşmənçilikdən çox siyasi səbəblər
dayanır.

Dünyanın sürətlə inkişaf etdiyi dövrdə bir
çox problemlər ortaya çıxmış və bu problemlərin
aid olduğu cəmiyyətlər hüdudlarını aşaraq daha
geniş bir coğrafiyaya yayılmağa başlamışdı.
Qlobal problemə çevrilən bu problemlərdən

49

biri də birlikdə yaşama problemidir. Sosioloji
baxımdan məsələyə baxıldıqda fərqli din,
dil, irq, mədəniyyət, məzhəb, sosial vəziyyət
kimi nüanslar insanların birlikdə yaşamasının
qarşısını almışdır. Multikulturalizm,
demokratiya, insan haqları və azadlıqlarına dair
edilən müzakirələrə, mübahisələrə baxmayaraq
dünyada müharibə, zorakılıq, qəddarlıq,
haqsızlıq, ayrı-seçkilik, bərabərsizlik, zülm
kimi mənfi hallar bəşəriyyət qarşısında ciddi
bir problem olaraq qalmaqdadır.

Tarixi nəzərdən keçirtdikdə birlikdə
yaşamanın qarşısını alan əsas səbəblərdən
biri cəmiyyətdə artan nifrət, irqi ayrı-
seçkilik, düşmənçilikdir. Birlikdə yaşamanı
reallaşdırmaq üçün ilk öncə qorxu və nifrətin
qaşısını alan və ictimaiyyəti əlaqələndirən
tədbirlər görmək lazımdır. Bu cür tədbirlərin
görülməsi üçün uyğun bir siyasi mühit və

50


Click to View FlipBook Version