The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

A6-Islamafobiya-dinlerarasi-dialoqa-ziddir

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-12-11 00:54:14

A6-Islamafobiya-dinlerarasi-dialoqa-ziddir

A6-Islamafobiya-dinlerarasi-dialoqa-ziddir

güclü siyasi iradə mövcud olmalıdır. Əks
təqdirdə günümüzdə olduğu kimi Avropada
islamafobiya, ksenofobiya, irqçilik hegemon
düşüncə olaraq davam edəcəkdir.

Avropada nifrət və düşmənçiliyə əsaslanan
irqi ayrı-seçkilik tətbiqinin qarşısını alan bəşəri
dəyərlərə ehtiyac vardır. Belə bir dəyərlərin
yaranmaması Avropa cəmiyyəti üçün böyük bir
təhlükədir.

İslamafobiyanın qarşısının alınması üçün
ən vacib işlərdən biri qərblilərin düşüncəsindəki
mənfi İslam və müsəlman imicinin ünsiyyət
yolu ilə aradan qaldırılmasıdır. Mətbuat
islamafobiyanın formalaşmasında yeganə amil
olmasa da insanlara təsir etmə imkanına görə
əhəmiyyətli rol oynayır.

İslamı terroru dəstəkləyən bir din,
müsəlmanları isə terrorist kimi insanlara
təqdim olunması islamafobiyanı gücləndirəcək

51

və Qərb dünyası ilə İslam dünyası arasındakı
boşluğu dərinləşdirəcəkdir. Kütlələri öz
arxasınca apara bilmək bacarıqları olan dini
və siyasi liderlər islamafobiyayla mübarizədə
çox rol oynaya bilərlər. Təəssüf ki, sağçı
partiyaların liderləri dəstək qazanmaları üçün
çox vaxt İslama, müsəlmanlara qarşı nifrət və
düşmənçiliyi aşılayırlar.

İslamafobiya ilə mübarizədə ən önəmli
nüans terror tərifinə aydınlıq gətirilməsidir.
Bu çərçivədə hər hansı bir dinin, etnik qrupun
və ideologiyanın terrorla eyniləşdirilməsinin
qarşısını almaq və inanc qruplarının dəyər və
heysiyyatlarına toxunmamaq lazımdır. Əgər
bu həyata keçirilərsə, terroristlər istismarın
əhəmiyyətli bir mənbəyindən məhrum
olacaqlar və islamofobik hərəkətləri artıran
mühitin qarşısı alınacaqdır. Bu məsələdə
Qərb ölkələrinin səmimiyyəti və qətiyyəti

52

vacibdir. Təriflər dəqiqləşdirilmədiyi müddətdə
birilərinə görə terrorçu hesab olunanlar
digərlərinə görə isə azadlıq döyüşçüləri kimi
qiymətləndiriləcəkdir. Terror termininə aydınlıq
gətirilməsi qanuni tənzimləmələrin qurulması
və cəza mexanizminin tətbiqi islamofobik
yanaşmaları azaldacaqdır.

Hal-hazırda dinlərarası dialoqu və birlikdə
yaşamanı zədələyən islamafobiya, belə surətlə
yayıldığı təqdirdə cəmiyyətlərin bir arada
yaşamalarını imkansız hala gətirəcəkdir. Bu
riskli vəziyyət həm milli, həm də beynəlxalq
səviyyədəki münasibətləri və əməkdaşlığı
aradan qaldıra bilər.

İslamafobiya ilə mübarizədə ilk öncə
qərəzli yanaşmaların qarşısı alınmalıdır.
Siyasətçilər, ictimaiyyət arasında yayılmış
və İslam müxalifləri tərəfindən dəstəklənən
islamafobik düşüncələrlə mübarizənin ilk

53

mərhələsini qərəzli yanaşma ilə mübarizə
təşkil edir. Qərəzli yanaşmaların qarşısını
almaq böyük səy və səbir tələb edir. Qarşısı
alınmadığı təqdirdə ayrı-seçkilik, düşmənçilik,
islamofobiya ilə mübarizə aparmaq mümkün
olmayacaqdır.

İslamafobiya ilə mübarizədə müsəlman-
ların İslamın təməl qaynaqlarını öyrənib və
öyrəndiklərini həyatda tətbiq etmələri önəmli
bir məsələdir. İslamın sülh, mərhəmət, ədalətə
və qardaşlığa əsaslandığını nəzərə alaraq
müsəlmanlar hər kəsə nümunə olacaq şəkildə
yaşamalıdırlar. İslamın mahiyyətini düzgün
şəkildə təbliğ edilməsi ona qarşı olan qərəzli
münasibətlərin dəyişilməsində çox mühüm
rol oynayacaqdır. İllər boyu qərblilərin
düşüncələrinə həkk olunmuş mənfi İslam
təsəvvürünün qarşısının alınması yalnız İslamı
düzgün təbliğ etməklə mümkündür.

54

Tolerantlıq İslamın ümumi prinsip və
təlimatları ilə səsləşən metoddur. İslam
tarixinin bəzi dövrlərində qeyri-müsəlmanlara
münasibətdə məhdud sayda ayrı-seçkilik
hallarına rast gəlinmişdir. Təbii ki, bu, İslamın
tolerant ruhundan uzaq məsələdir. İslam
tolerantlığa əsaslanan dəvət fəaliyyətidir.
Dəvət isə təhkimçiliyə, məcburiyyətə deyil,
qənaətbəxşliyə əsaslanır. Bu da onu deməyə
əsas verir ki, bu gün islamafobiyanı özünün
təbliğat formasına çevirən bəzi dövlətlərin
İslam dinindən əsla xəbərləri yoxdur. Çünki,
onların daxilindən gələn nifrət, heç də İslamın
əsasları ilə bağlı deyil, bilavasitə islamafobiya
ilə bağlıdır.

İslam dininin prinsiplərinə nəzər yetirdikdə
şiddət, terrorun İslamla heç bir əlaqəsinin
olmadığını aydın şəkildə görmək olar. Dinin
məqsədi fərdi və cəmiyyəti pozmaq deyil,

55

maddi və mənəvi baxımdan fitrətinə uyğun
səviyyəyə çatdırmaqdır. İslam insana verdiyi
azadlıqları, sülh, sevgi və ağıl əsaslı əxlaq
prinsipləri ilə insan düşüncəsinə və yaradılışına
ən uyğun sistemdir. İslam dini insanlar üçün
həqiqəti açıq tərzdə nümayiş etdirən, yalnız
həqiqətə uyğun hərəkət edib-etməməyi insanın
sərbəst iradəsinə buraxan inancdır.

İslamın təzyiq və qorxu ilə xatırlanması
mümkün deyildir. İslam dininin belə
qavranılmasının səbəbi İslam deyil, dini səhv
başa düşüb, ona səhv əməl edən müsəlmanlardır.
Müsəlmanların əksəriyyətinə baxaraq İslamı
günahlandırmaq, yaxud İslamı müsəlmanlara
baxaraq başa düşməyə çalışmaq da doğru
qavrayışın yaranmasına mane olur. Çox zaman
insanlar “düşüncə” ilə “düşüncəyə inanan”
arasında fərq qoymurlar. Hər hansı bir fərdin
inandığı “düşüncə və fikir” onu yaxşı əməllərə

56

dəvət edən bir düşüncə olsun, ancaq həmin
fərdin öz nəfsani istəklərinə uyaraq inandığı
düşüncənin əksinə əməl etməsi o demək deyil
ki, onun inandığı düşüncə onu belə bir işə vadar
edir. Deməli, fərdlərdən baş verən davranış
və rəftarların təhlilində “düşüncə” sərhədini
“düşüncəyə inanan” sərhədindən ayırmaq
lazımdır. Əfsus ki, “İslam”la “müsəlmanlar”
arasında qeyd olunan prinsipə riayət olunmur.
Müsəlmanlarda yanlış bir addımı müşahidə
etdikdə, düşünmədən onu İslama nisbət
verirlər. “İslamofobiya”nın bu zəmində daha da
artmasına gətirib çıxardanlar, özlərini müsəlman
kimi qələmə verən “terrorist qruplaşmalar” və
müqəddəs İslam dinini “insan ağılı və fitrəti ilə
zidd şəkildə” nümayiş etdirən firqələrdir. İslam
dininin bilik mənbəyi Qurandır. Quranın insan
ağlına və yaradılışına uyğun olan prinsipləri
Hz. Məhəmməd tərəfindən gözəl şəkildə həyata

57

əks etdirilmiş, peyğəmbərimizin Quranı əsas
götürərək insanlara çatdırdığı həqiqətlər onlar
üçün gözəl nümunə olmuşdur.

İslam nəzəriyyəsinə əsasən dünyanın
idarəsi və rifahı üstün tutulur. Onun səciyyəvi
xüsusiyyətlərindən biri odur ki, o, İslamın izi
ilə gedənlərə təkəbbürlük və lovğalıqdan uzaq
durmaqla özünə inanmağı öyrədir və onları
başqa insanların asılılığından azad edərək
qəlblərində Allaha heç vaxt dəyişməyəcək
və azalmayacaq inam yaradır. Bu etiqad
müsəlmanlardan bütün bəşəriyyət qarşısında
məsuliyyətli olmağı və onun qeydinə qalmağı
tələb edir. Müsəlmana həvalə edilmiş vəzifə
ondan ibarətdir ki, o Allah tərəfindən göndərilən
hökm və nəsihətlərin köməkliyi ilə düz yoldan
çıxmış insanları haqq yoluna qaytarsın,
onları zülmətdən işığa doğru yönəltsin. “(Ey
müsəlmanlar!) Siz insanlar üçün ortaya

58

çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı
işlər görməyi əmr edir, pis əməlləri qadağan
edir və Allaha inanırsınız. Əgər kitab əhli də
(sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün
yaxşı olardı. Onların da içərisində bəzi iman
gətirən şəxslər vardır, lakin çox hissəsi haqq
yoldan çıxanlardır”.

59

Dinlərarası dialoq və İslamafobiya

Bəşəriyyət dinlərin və əqidələrin özündən
başqa heç biri dini əqidəni qəbul etməmələri
nəticəsində törədilən zorakılıqlar, zülm, qanlı
qarşıdurmalarla doludur. İqtisadi amili, ərazi
üstünlüyü qazanmaq istəyini və bu kimi
səbəbləri nəzərə almasaq, bəşər tarixində baş
vermiş müharibələrin dini etiqad zəminində
baş verdiyini görərik. Başqa dinləri qəbul
etməmək əksər dinlərin məziyyəti olmuşdur.
Bu problemlərin həlli üçün dinlərarası dialoq,
tolerantlıq, elmi tədqiqatların mövzusunda
beynəlxalq konfranslar, simpoziumlar, forumlar
keçirilir. Müxtəlifliyin və təhlükələrin artdığı
dünyada sosial bağlılığı möhkəmləndirmək və
münaqişələrin qarşısını almaq üçün etnik, dini,
dil və milli sərhədlər ətrafında danışıqlara,
dözümlülüyə və qarşılıqlı anlaşmaya ehtiyac
60

duyulur. Bu baxımdan mədəni müxtəliflik
əsasında formalaşan cəmiyyətin idarə edilməsi
üçün vacib amillərdən biri demokratik prinsiplər
əsasında inkişaf edən dünyəvi idarəetmə
sisteminin qorunması və inkişaf etdirilməsi
vacibdir. Bu mövzuda əslən isveçrəli olan
professor Hans Küngün söylədikləri çox
təqdirəlayiqdir: “Dinlər arasında dialoq və
sülh olmayınca dünyada sülh olmayacaqdır.
Dinlər arasında ciddi araşdırmalar, obyektiv
tədqiqatlar aparılmayınca dinlərarası dialoq
mümkün deyildir”.

Dialoq iki və ya daha çox insanın qarşılıqlı
söhbətləşməsi,müxtəlifirqvəmədəniyyətlərdən,
fərqli inanc və dünya görüşlərindən, ayrı-ayrı
siyasi düşüncədən olan insanların bir yerə
yığışaraq mədəniyyət ölçüləri çərçivəsində
bir-biriləri ilə əlaqə yaratması yoludur.

61

Dini sahədə dialoq, müxtəlif dinlərə mənsub
olan insanların inanclarını, düşüncələrini
bir-birilərinə zorla qəbul etdirmək yolunu
seçmədən bərabərlik, səmimiyyət, dürüstlük,
sevgi, hörmət və xoş niyyətlə ortaq olan,
yaxud olmayan bir məsələdə barış, hürriyyət,
aşkarlıq atmosferində digərini öyrənmək,
bilmək, tanımaq, qulaq asmaq və başa düşmək
məqsədilə qarşılıqlı söhbət edə bilmələrini,
birlikdə iş görmələrini, birgə yaşamalarını
təmin edən bir ünsiyyət formasıdır. Dialoq
qurmağa çalışan dinlər arasında nə qədər çox
fərqlilik olsa da mühüm olan din mənsublarının
bir-birilərini olduğu kimi qəbul etmələridir.

Dinlərarası dialoq dinləri birləşdirmək və
ya yox edib yeni bir din icad etmək təşəbbüsü
deyil. Dinlərarası dialoq bütün fərqlilikləri
qoruyaraq heç bir məhdudiyyətdən istifadə
etmədən səmimiyyət və anlayış daxilində ortaq

62

məsələləri müzakirə etmək, danışmaq və birgə

həll yolları axtarmaq cəhdidir.

Qloballaşma dövründə dinlərarası dialoqun

genişlənməsi həm nəzəri, həm də praktiki

cəhətdən mühüm əhəmiyyət kəsb edir.

Dinlərarası dialoq prosesində əvvəlcə müxtəlif

dinlər arasında qarşılıqlı anlaşma yaranır, sonra

isə birgə əməkdaşlığa doğru fəaliyyət birliyinə

səy göstərilir.

Dinlərarası və mədəniyyətlərarası dialoq

əvvəlki dövrlərlə müqayisədə daha çox aktuallıq

kəsb edən qlobal problemlərdən biridir. Hazırki

şəraitdə mədəniyyətlərarası dialoq zərurətinin

əsas səbəblərindən biri planetdə kütləvi qırğın

silahlarının həcminin çoxalması, müxtəlif

regionlarda terror hadisələrinin baş verməsi,

planetdə qlobal ekoloji gərginliyin artması,

təbii fəlakətlərin çoxalması və s. ilə şərtlənir.

Bu baxımdan qeyd etmək lazımdır ki, müasir

63

dövrdə sivilizasiyalar arasında dialoq qlobal
səviyyədə bəşəriyyətin ehtiyaclarından birinə
çevrilmişdir. Məlumdur ki, ABŞ-da baş verən
2001-ci il 11 sentyabr hadisələrindən sonra
dinlərarası və sivilizasiyalararası dialoq
zərurəti daha da aktuallaşmış və bu istiqamətdə
aparılan elmi-nəzəri tədqiqatların və əməli
tədbirlərin dəyəri daha da mühüm əhəmiyyət
kəsb etməyə başlamışdır. 2001-ci il BMT Baş
Assambleyası tərəfindən “Sivilizasiyalararası
dialoq ili” elan olunmuş və 2001-ci il 9
noyabr tarixində BMT Baş Assambleyasında
“Sivilizasiyalararası dialoq üçün qlobal
gündəlik” adlanan qətnamə qəbul edilmişdir.
Bunlar onu göstərir ki, qloballaşma dövründə
sivilizasiyalararası dialoqun həyata keçirilməsi
daha çox əhəmiyyət kəsb edir.

İnsanların ləyaqət bərabərliyinə, insan
hüquqlarına, hüquq qaydasına, demokratik

64

prinsiplərə və mənəvi dəyərlərə hörmət
olunmadığı təqdirdə heç bir dialoq baş tuta
bilməz. Dünyanın zəngin mədəni irsi üçün
həyatın məqsədi dünyəvi anlayışlar silsiləsi
olmaqla yanaşı həm də, dini anlayışlar silsiləsidir.
Xristianlıq, Yəhudilik və İslam öz daxili şərhləri
ilə dünyanın bir çox sivilizasiyalarında fərqlər
yaradaraq həm dialoq mühitinə ehtiyac yaratmış
həm də, bugünkü radikal meyillərin artmasına
gətirib çıxarmışdır. Müasir dövrdə bunlar özünü
islamafobiya, ksenafobiya, anti-semitizm və nifrət
zəminində çıxışlar anlayışı ilə göstərir. Adətən
islamafobiya, ksenafobiya, nifrət zəminində
törədilən cinayətlər kimi sosial terminlər mədəni
cəhətdən müxtəlif olan cəmiyyətlərdə daha çox
istifadə edilir və ya baş verir. Sivilizasiyalarda
fərqlilik yaradan amilləri – dini, dili, cinsi, sosial
mənsubiyyəti, mədəniyyəti və.s qruplaşdırdıqda
görürük ki, sosial qruplar arasında mövcud olan

65

müxtəlifliyə qarşı münasibət də fərqlidir. Bu
baxımdan din amili hər zaman əsas meyar hesab
olunur. Çünki dini müxtəliflik multikultural
cəmiyyətdə etnik və sosial-iqtisadi müxtəlifliklə
üst-üstə düşürsə əsas fərq din hesab edilir. Etnik
və dil fərqi dini fərqdən sonra ikinci hesab edilir.
Bu baxımdan eyni etnik və dinə məxsus olan
insanlar aralarındakı əsas fərq sosial və siyasi
sahədə özünü göstərir.

Dinlərarası dialoq, fərqli din, inanclara
sahib iki və daha çox şəxslərin mütləq həqiqətə
dair yeni bir şeylərin öyrənməsi üçün ünsiyyət
qurmaq prosesidir. Eyni zamanda dialoq fərqli
inanclara sahib insanların arasında münaqişəyə
səbəb olacaq məsələləri minumuma endirib,
müsbət əlaqələrin yaradılmasına səbəb
olmaqdır.

Hans Küng dinlərarası dialoqu üç maddədə
izah etmişdir:

66

1. Dinlər arasında sülh olmazsa, millətlər
arasında sülh olmaz.

2. Dinlərarası dialoq olmazsa, dinlərarası
sülh olmaz.

3. Dinlərin əsaslarını araşdırmadan
dinlərarası dialoqu qurmaq olmaz.

Burada qeyd olunan dinin əsası
deyilikdə dinin teoloji quruluşunun
araşdırılması nəzərdə tutulur. Bu araşdırma ilə
dinlərin oxşar və fərqli cəhətləri araşdırılmadan
dinlərarası dialoq baş verməyəcəkdir.

Dinlərarası dialoq bir neçə maddədə
belə izah olunur:

1. Dialoqun əsas məqsədi tərəflərin
bir-birilərini anlayışla dinləmələri, yeni
şeylər öyrənərək inkişaf edib dəyişmələri
və mütləq həqiqəti anlamaları üçün səy
göstərməlidirlər. 2. Dialoq tərəfdarları səmimi
və dürüst olmalıdırlar. 3. Dialoq tərəfləri öz

67

ideyaları ilə qarşı tərəfin ideyalarını müqayisə
etməməlidirlər. 4.Dialoqda hər bir şəxs özünü və
inancını təqdim etməlidir. 5. Dialoq prosesində
hər bir tərəf hər cəhətdən bərabər sayılmalıdır.
6. Dialoq tərəfləri həmsöhbətinə qarşı nəzakətli
olmalıdır. 7. Dialoqda tərəflər bir-birindən
eşitdikləri və öyrəndiklərini başa düşməyə
çalışmalı və sonra onların düzgünlüyünü,
qeyri-dəqiqliyini qiymətləndirməlidirlər.

Yuxarıda qeyd olununduğu kimi dinlərarası
dialoqda əsas olan həmsöhbəti anlamağa
və onun tərəfindən başa düşülməyə cəhd
etməkdir. Son illərin təcrübəsi bir daha sübut
edir ki, görkəmli din xadimlərinin beynəlxalq
səviyyədəki nüfuzu, rəhbərlik etdikləri
qurumların dinlərarası dialoq formatında,
eləcə də şəxsi dostluq səviyyəsində səmərəli
fəaliyyəti olmasaydı, Şərqlə Qərb arasındakı
bəzi qarşıdurmalar o qədər də sabit olmayan

68

dünyamızı bir-birindən uzaqlaşdırar, ciddi

gərginlik mənbəyinə, hətta ağır münaqişələrə

səbəb ola bilərdi.

Araşdırmalar göstərir ki, XX əsrin

sonu – XXI əsrin əvvəllərində dünya

ictimaiyyətini, bəşəriyyəti ən çox düşündürən

qlobal məsələlərdən biri dinlərarası,

mədəniyyətlərarası, sivilizasiyalararası

dialoq məsələsidir. Bu problem son illərdə

bir çox beynəlxalq forum və konfransların

əsas mövzusuna çevrilmişdir. Bu mövzu

ilə bağlı keçirilən hər hansı bir beynəlxalq

tədbir özlüyündə ayrı-ayrı ölkələri təmsil

edən nümayəndələr arasında dialoq mahiyyəti

daşıyır. Çünki bu cür konfranslar müxtəlif

ölkələrin və müxtəlif mədəniyyətlərin

təmsilçilərini bir araya gətirir və onların bir-

birini tanımasına xidmət edir.

69

Azərbaycanda dinlərarası dialoq
fəaliyyətləri

Danılmaz faktdır ki, dinlərarası dialoq
fəaliyyətləri üçün tolerantlıq və dözümlülük
ənənələri zəngin olan ölkə və regionların
təcrübəsi böyük əhəmiyyət kəsb edir.
Azərbaycan bu baxımdan bir çox millətlərin və
dini konfessiyaların dinc yanaşı yaşamasının
unikal nümunəsidir. Ümummilli lider Heydər
Əliyevin də dediyi kimi, “Avropa ilə Asiyanın
qovşağında, Böyük İpək Yolunun üstündə
yerləşənAzərbaycanda zərdüştilik, atəşpərəstlik
kimi qədim dini inanclar öz izlərini qoymuş,
İslam, Xristianlıq və Yəhudi dinləri əsrlər boyu
dialoq və qarşılıqlı anlaşma mühitində dinc,
yanaşı yaşamış və hələ də yaşamaqdadır”.
Bu ənənənin kökləri tarixin

70

dərinliklərinə gedib çıxır. Burada müxtəlif

konfessiyaların nümayəndələri hələ

qədimdən məskunlaşmış və əsrlər boyu bir

yerdə mehribancasına yaşamışlar. Buna

misal olaraq Bakının Suraxanı rayonunda

günümüzə qədər gəlib çıxmış “Atəşgah”

məbədini misal göstərmək olar. Neçə əsr

bundan əvvəl tikilməsinə və ondan sonra neçə

dinin Azərbaycana gəlməsinə baxmayaraq,

bu gün də Atəşgah qorunmaqdadır.

Atəşpərəstliyin bir məbədi olan bu yerə

müsəlmanların da marağı çox böyükdür.

Babil hökmdarı II Novuxodonosorun

Qüdsü zəbt etməsi nəticəsində talan olmuş

İudeya çarlığından qaçan yəhudi köçkünlərin

bir qismi hələ o vaxtdan Azərbaycan

torpaqlarında özlərinə sığınacaq tapmışlar. 

İslamın Azərbaycana gəlişi ilə dini

dözümlülükənənələridahadamöhkəmlənmişdir.

71

Xristian və yəhudilərə qarşı Azərbaycan
xalqı daim dözümlü münasibət göstərmiş,
hətta hakimiyyət pillələrində həmin dinlərin
mənsublarına da yer verilmişdir. Teokratik
rejim kimi tanınan Səfəvilər dövlətində də
vəzirlər əsasən xristianlardan ibarət olmuşdur.

Tarix göstərir ki, həm bu üç böyük din, həm 90-
cı illərin əvvəllərindən etibarən Azərbaycanda
yayılmağa başlamış konfessiyalar arasında heç
vaxt ən kiçik anlaşılmazlıq belə olmamışdır.
Tarix boyu müxtəlif qanlı müharibələrə səhnə
olmuş Azərbaycanda dinlərarası balans yenə
də qorunub saxlanılmış və bu balans dinlər
arasında təfriqə yaranmasının qarşısını almışdır.

Ölkəmiz tarixən milli və dini baxımdan
həmişə tolerant ölkə olmuşdur. Azərbaycan
xalqının tolerant bir xalq olduğunu, həm
tarixi mənbələr, həm də müxtəlif vaxtlarda
ölkəmizə gələn xarici qonaqlar təsdiq etmiş

72

və etməkdədirlər. Azərbaycanda tarixən
çoxsaylı etnosların və müxtəlif dinlərin
birlikdə yaşamasına baxmayaraq, (Azərbaycan
ərazisində yaşayan ermənilərin zaman-zaman
azərbaycanlılara qarşı qaldırdıqları torpaq
iddiaları ilə bağlı münaqişələri çıxmaq şərtilə)
indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-
seçkilik baş verməmiş və dini qarşıdurma
olmamışdır.

Qeyd etmək lazımdır ki, həm İslama
qədərki dövrdə, həm də İslam dininin
Azərbaycanda yayılmasından sonra müxtəlif
etnosların yaşadığı bu ərazidə uzun illər
qarşılıqlı etimada əsaslanan milli-mədəni və
dini münasibətlər sistemi formalaşmış, insanlar
əmin-amanlıq şəraitində yaşamış, burada
yüksək tolerantlıq mühiti hökm sürmüşdür.
Bu ərazidə tarixən müxtəlif dinlər və etnoslar
arasında tolerantlıq mədəniyyətinin indiyə kimi

73

qorunub saxlanılmasında Azərbaycan xalqının
və İslam dininin mühüm rolu olmuşdur

Hazırkı şəraitdə dinlərarası, mədəniy-
yətlərarası və sivilizasiyalararası dialoqun
əhəmiyyətini yüksək qiymətləndirən Azərbay-
can Respublikasının Prezidenti İlham Əliyev
müxtəlif xalqların qarşılıqlı anlaşma şəraitində
yaşamasının vacibliyini vurğulayaraq
ölkəmizin sivilizasiyalararası dialoqa töhfə
verdiyini demişdir: “Sivilizasiyalar arasında
dialoq indiki vaxtda çox geniş müzakirə
olunur. Dünyanın müxtəlif guşələrində yaşayan
insanlar çətinlikləri aradan qaldırmaq və
özlərinin həyatını daha təhlükəsiz etmək üçün
bir-birini daha yaxşı anlamalı, əməkdaşlıq
etməli və bir-birinə kömək etməlidirlər.
Bu mövzunun çox müzakirə olunmasına
baxmayaraq, əfsuslar olsun ki, reallıqda bəzən
biz dünyanın müxtəlif yerlərində, ayrı-ayrı

74

ölkələrdə müəyyən gərginliyi müşahidə edirik.
Milli və dini mənsubiyyəti fərqli olan insanlar
arasında gərginlik özünü biruzə verir. Bu, bütün
dünya üçün çox təhlükəlidir. Biz Azərbaycanda
sivilizasiyalararası dialoqa töhfə verilməsinə
çalışırıq.”

Son illərdə respublikamızda dinlərarası
dialoqa həsr edilmiş beynəlxalq miqyaslı bir
çox tədbirlər keçirilmişdir. Bu beynəlxalq
miqyaslı tədbirlərdən biri də 2010-cu ilin 26
aprelində dünya dini liderlərinin “Qloballaşma,
din, ənənəvi dəyərlər” mövzusunda Bakıda
keçirilən sammitidir. Bu sammitdə dünyanın
33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil
edən 200-dən çox nümayəndə iştirak etmişdir.
Dünya dini liderlərini bir araya toplayan bu
cür mötəbər bir sammitin Bakıda keçirilməsini
Azərbaycan Respublikasının regionda və
dünyada beynəlxalq nüfuzunun artdığını

75

göstərən hadisə kimi dəyərləndirmək olar. Bu
kimi beynəlxalq

tədbirlərin Bakıda keçirilməsinin böyük
siyasi əhəmiyyət kəsb etdiyini qeyd edən
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev sammitdəki çıxışında dinlərarası dialoqa
Azərbaycanın töhfə verəcəyini vurğulayaraq
bu məsələdən bəhs edərək demişdir: “Mən
şübhə etmirəm ki, bu gözəl görüşün çox gözəl
nəticələri olacaq, dinlər, millətlər və ölkələr
arasında daha da yaxşı anlaşmanın əldə
edilməsinə xidmət göstərəcəkdir. Buna böyük
ehtiyac vardır. Bir daha vurğulamaq istəyirəm
ki, biz Bakının, Azərbaycanın dinlərarası
dialoqun bir növ mərkəzinə çevrilməsinə də
çox böyük ümidlərlə baxırıq. Bir tərəfdən,
bunu Azərbaycanda dini və milli zəmində
vəziyyətin çox yaxşı olmasının təzahürü
kimi qiymətləndiririk. Bu, bizim üçün böyük

76

şərəfdir. Digər tərəfdən, dinlərarası dialoqun
praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə
Azərbaycan öz töhfəsini verə bilər, verir və
verməyə davam edəcəkdir”

Bütün bu sadalanan faktları və
Azərbaycandakı mövcud dinlərarası
münasibətləri gözdən keçirəndə, əslində
Azərbaycanda dinlərarası dialoq qurmağa və
ya bunun üçün hansısa modelləri tətbiq etməyə
ehtiyac duyulmadığını görmək olar. Çünki,
dialoq, aralarında problem olan müxtəlif
fikirli tərəfləri bir araya gətirmək üçündür.
Azərbaycanda isə qeyd olunduğu kimi,
müxtəlif konfessiyalar arasındakı münasibətlər
həmişə müsbət mənada fərqlənmişdir. Həm
Qafqaz Müsəlmanları İdarəsinin sədri, həm Rus
Pravoslav kilsəsinin rəhbəri, həm də ölkədəki
yəhudi icmasının rəhbəri bütün toplantılarda
yanaşı dayanır, hər zaman bir mövqedən çıxış

77

edirlər. Lakin buna baxmayaraq, yenə də
həm mövcud gözəl münasibətlərin qorunub
saxlanması, həm də dinlərarası dialoq
fəaliyyətlərinin inkişaf etdirilməsi üçün
ölkədə bir sıra işlər görülüb və bu gün də
görülməkdədir. 

Bu gün dünyanın dialoqa böyük ehtiyacı
vardır. Çünki, tarix göstərmişdir ki, dini
ideologiya sahəsində mübahisələr və qanlı
iğtişaşlara yol açan intriqalar problemin həlli
yolu deyildir. Bu gün masa arxasında oturmaq
zamanıdır. Əgər həqiqətən də bütün dinlər
sülhə, əmin-amanlığa, bəşəri münasibətlərdə
yüksək əxlaqa çağırırsa, bu artıq onların ortaq
nöqtələridir. Müxtəlif təmayüllü konfessiyaların
mehriban şəkildə yaşadığı Azərbaycanda bu
münasibətlərin qorunub saxlanılması hər bir
kəsin vəzifəsidir.

78

MÜNDƏRİCAT

Fobiya..............................................................3
İslamafobiya....................................................7
İslamafobiyanın tarixi....................................11
İslamafobiyanın səbəbləri..............................26
Birlikdə yaşamanın əhəmiyyəti.....................48
Dinlərarası dialoq və İslamafobiya................60
Azərbaycanda dinlərarası
dialoq fəaliyyətləri.........................................70

79

Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı: 60x90 1/32
Tiraj: 5000

“TUNA PRINTING & PUPLISHING COMPANY”


Click to View FlipBook Version