The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by elmeddinquliyev022, 2022-03-16 14:31:59

Necə Hidayət oldum

M Ü N D Ә R İ C A T …………………………………………………………………………………………….. 1

MÜNDӘRİCAT

M Ü Q Ә D D İ M Ә ..................................................................................................... 3

G İ R İ Ş .......................................................................................................................... 4

H Ә Y A T I M A Q I S A B İ R B A X I Ş .............................................................. 6

UŞAQLIQ DÖVRÜM ............................................................................................ 6

MӘKKӘ ZİYARӘTİ .............................................................................................. 8

BİR UĞURLU MÜSAFİRӘT ............................................................................... 16

GӘMİDӘ GÖRÜŞ ................................................................................................. 19

İRAQA İLK SӘFӘRİM ........................................................................................ 24

ӘBDÜLQADİR GEYLANİ VӘ MUSAİ-KAZİM ( Ә ) ................................... 25

TӘRӘDDÜD VӘ ŞÜBHӘ ................................................................................... 31

NӘCӘF SӘFӘRİM ................................................................................................ 36

ALİMLӘRLӘ GÖRÜŞ .......................................................................................... 37

SEYİD MӘHӘMMӘD BAĞIR SӘDR İLӘ GÖRÜŞ ..................................... 44

TӘRӘDDÜD VӘ ŞÜBHӘ ................................................................................... 52

HİCAZ SӘFӘRİM ................................................................................................. 58

A R A Ş D I R M A Ğ A B A Ş L A M A Ğ I M ..................................................... 68

D Ә R İ N B İ R A R A Ş D I R M A Ğ A B A Ş L A M A Ğ I M ......................... 71

ŞİӘ VӘ SÜNNİLӘRİN NӘZӘRİNDӘ SӘHABӘ .......................................... 71

1. Hüdeybiyyә müqavilәsindә sәhabәlәr .............................................. 75
2. Sәhabә vә “Cümә axşamı faciәsi” .................................................... 78
3. Sәhabә vә Usamәnin ordusu ............................................................. 84

QUR’ANİ-KӘRİMİN SӘHABӘLӘR HAQQINDA GÖRÜŞÜ ......................... 95

1. İslamdan dönmәk ilә әlaqәdar ayә .................................................. 97
2. Cihad ayәsi ............................................................................................. 99
3. İtaәtkarlıq ilә әlaqәdar ayә ................................................................. 101

HӘZRӘTİ PEYĞӘMBӘRİN (s.ә.v.) SӘHABӘLӘR HAQQINDA GÖRÜŞÜ.. 101

1. Hovuz hәdisi ........................................................................................... 101
2. Yәhudi vә хristianlara tabe olmaq hәdisi ........................................... 103
3. İki sirdaş hәdisi ....................................................................................... 106
4. Dünya üçün yarışmaq haqqında hәdis ............................................... 107

M Ü N D Ә R İ C A T …………………………………………………………………………………………….. 2

SӘHABӘLӘRİN ÖZLӘRİ HAQQINDA GÖRÜŞLӘRİ ………...…….......... 109

1. Peyğәmbәrin әn’әnәsini dәyişdirdiklәrinә dair sәhabәlәrin e’tirafı .. 109
2. Sәhabәlәrin namazı da dәyişdirmәlәri ............................................. 113
3. Sәhabәlәrin e’tirafları ............................................................................. 114
4. Әbu Bәkr vә Ömәrin e’tirafları ............................................................. 115

H A Q Q A M E Y L E T M Ә Y İ M İ N B A Ş L A N Ğ I C I ............................ 130

BİR ALİM İLӘ MÜBAHİSӘM ........................................................................... 131

Ş İ Ә O L M A Ğ I M I N S Ә B Ә B L Ә R İ .......................................................... 144

1. XӘLİFӘLİK BARӘSİNDӘ OLAN NӘSSLӘR ............................................ 144

2. HӘZRӘTİ FATİMӘNİN ӘBU BӘKR İLӘ İXTİLAFI ................................. 147

3. HӘZRӘTİ ӘLİ (ә.s.) RӘHBӘRLİYӘ DAHA LAYİQDİR ........................... 150

4. ӘLİ (ә.s.)-YӘ TABE OLMAĞI ZӘRURİ EDӘN HӘDİSLӘR ………....….. 155

ӘHLİ–BEYTӘ TABE OLMAĞI VACİB EDӘN SӘHİH

H Ә D İ S L Ә R ............................................................................................................. 163

1. SӘQӘLEYN HӘDİSİ .......................................................................................... 163

2. GӘMİ HӘDİSİ .................................................................................................... 175

3. PEYĞӘMBӘR KİMİ YAŞAMAQ İSTӘYӘN NӘ ETMӘLİDİR? ……..... 177

N Ә S S L Ә R Ә Q A R Ş I İ C T İ H A D M Ü S İ B Ә T İ ................................ 181

D O S T L A R I M A E L Ә D İ Y İ M D Ә ’ V Ә T .............................................. 190

H A Q Q I N L Ü T F V Ә H İ D A Y Ә T İ ............................................................ 195

İ S T İ F A D Ә O L U N A N K İ T A B L A R I N S İ Y A H I S I …………….. 205

M Ü Q Ә D D İ M Ә ................................................................................................................................................. 3

MÜQӘDDİMӘ

Әlinizdәki bu әsәr bir tәvazökar çalışmadan ibarәtdir. Bu әsәr bir sәyahәtnamә
sayıla bilәcәyi kimi mәnim yeni bir kәşfimin hekayәsidir. Әlbәttә bu kәşf texniki kәşflәr
növündәn deyil, dini anlayışlar vә mәzhәbi mәktәblәrlә әlaqәdardır. Yә’ni inam
alәminә aid bir kәşfdir. Hәr bir kәşfin insanı başqa mәxluqlardan fәrqlәndirәn ağlın vә
istiqamәtli düşüncәnin mәhsulu olduğunu nәzәrә alaraq, kitabımı batilin qaranlıq
buludları arasında sağlam düşüncә ilә haqqı batildәn ayıran vә sözlәri әdalәt
tәrәzisindә çәkib ağlabatan gözünü üstün tutan vә danışıqlarda irәli sürülәn görüşlәri
(qәbul vә rәdd etmәdәn qabaq) bir-biri ilә qarşılaşdıran vә sözlәrin bәzәklisinә yox,
mәntiqlisinә tabe olan fәrdlәrә ithaf edirәm. Necә ki, Allah-Tәala buyurmuşdur:

...

“. . . O qullarıma muştuluq ver ki, sözü dinlәyib әn yaxşısına tabe olarlar. Onlar
Allahın doğru yola gәtirdiyi kimsәlәrdirlәr vә onlar ağıl sahibidirlәr”. (Zumәr surәsi,
17-18-ci ayәlәr)

Kitabımı belә olan şәxslәrә ithaf edir vә Allahdan gözlәrimizi açmasını, bizi doğru
yola gәtirmәsini, qәlblәrimizi aydınlaşdırıb bizә haqqı pak vә olduğu kimi göstәrәrәk
ona tabe olmağımızı rahatlaşdırmasını, batili bütün içiboşluğu vә fәsadı ilә bizә
tanıtmasını vә belәliklә ondan uzaq durmağımızı tә’min etmәsini vә bizlәri saleh
qullarının sırasına daxil etmәsini dilәyirәm. O, şübhәsiz eşidәn vә qәbul edәndir.

Mәhәmmәd Ticani Sәmavi

G İ R İ Ş ....................................................................................................................................................................... 4

GİRİŞ

Alәmlәrin rәbbi olan Allaha hәmd olsun ki, insanı palçıqdan әn gözәl şәkildә
yaratdı, ona başqa mәxluqlara görә üstünlük verdi, müqәrrәb mәlәklәrini ona sәcdә
etdirdi, şübhәsini yәqinә çevirәcәk ağlı ona bağışladı, ona iki göz, bir dil, iki dodaq
verib hәr iki yolu (haqqı vә batili) göstәrdi, onu qәflәt yuxusundan oyandırmaq vә
lә’nәtli Şeytana tabe olmaqdan çәkindirmәk üçün muştuluqçu vә saqındırıcı “elçilәr”
göndәrdi. Ondan, Şeytana tapınmasın deyә, söz aldı. Çünki Şeytan insanın aşkar
düşmәnidir. Vә ondan, yalnız insana iman vә bәsirәt gözü ilә doğru yola tabe olmağı
әmr etmiş, keçmişlәrin yolunu sәbәbsiz olaraq davam etdirmәyi qadağan etmiş, Allaha
tapınmasını istәdi.

“Allahı çağırın, yaxşı işlәr görün. Mәn müsәlmanam deyәn adamdan daha gözәl
sözlü kimdir.”

Rәbbimin sәlat vә salamı vә bәrәkәti alәmlәrә rәhmәt üçün göndәrilәn, mәzlum
vә müstәz’әflәrin yardımçısı olan, insanı biliksizliyin sapqınlıqlarından qurtararaq
mö’min vә salehlәrin yoluna gәtirәn böyüyümüz vә mövlamız, müsәlmanların
peyğәmbәri Mәhәmmәd ibni-Abdullaha vә onun pak Әhli-beytinә olsun; o Әhli-beyt
ki, Allah onlara mö’minlәrin rәhbәri, ariflәrin işığı, doğruların nişanәsi olsunlar deyә
mәxluqata görә üstünlük verdi vә hәr növ pisliyi onlardan uzaqlaşdıraraq onları
mә’sum elәdi vә onlara qarşı mәhәbbәt bәslәmәyi Qur’anda vacib elәdi, onların
gәmisinә minәnlәrә qurtuluşu, ondan qaçanlara isә fәlakәti vә’d etdi.

G İ R İ Ş ....................................................................................................................................................................... 5

Allahın sәlat vә salamı peyğәmbәrin dәyәrli sәhabәlәrinә olsun; onlar ki,
peyğәmbәrә yardım etdilәr, ona dәyәr verdilәr, hörmәtini gözlәdilәr vә canlarını din
yolunda fәda etdilәr; haqqı tanıyıb ona yәqin ilә bağlandılar vә peyğәmbәrdәn sonra
dindә heç bir tәhrifә, dәyişikliyә yol vermәdәn iradә ilә peyğәmbәrin yolunu izlәdilәr
vә belәliklә Allaha şükr edәnlәrin sırasına daxil oldular. Allah onları İslam vә
müsәlmanların xatirinә xeyirlә mükafatlandırsın. Yenә Allahın rәhmәti onlara tabe
olanlara vә onların yolunda qiyamәt gününә qәdәr sabit qalanlara olsun.

Allahım! Mәndәn qәbul et; şübhәsiz ki, eşidәn vә bilәnsәn. Qәlbimi aydınlaşdır ki,
Sәn haqq vә hәqiqәti göstәrәnsәn. Dilimdәn düyünü aç ki, sәn hikmәti istәdiyin
mö’min quluna verәrsәn.

Allahım! Elmimi artır vә mәni saleh qullarının sırasına daxil et.

U Ş A Q L I Q D Ö V R Ü M .................................................................................................................................. 6

HӘYATIMA QISA BİR BAXIŞ

UŞAQLIQ DÖVRÜM
MӘKKӘ ZİYARӘTİ
BİR UĞURLU MÜSAFİRӘT
GӘMİDӘ GÖRÜŞ
İRAQA İLK SӘFӘRİM
ӘBDÜLQADİR GEYLANİ VӘ MUSAİ-KAZİM (Ә)
TӘRӘDDÜD VӘ ŞÜBHӘ
NӘCӘF SӘFӘRİM
ALİMLӘRLӘ GÖRÜŞ
SEYİD MӘHӘMMӘD BAĞIR SӘDR İLӘ GÖRÜŞ
TӘRӘDDÜD VӘ ŞÜBHӘ
HİCAZ SӘFӘRİM

UŞAQLIQ DÖVRÜM

Atamın mәni Ramazan ayında tәravih namazı qılmaq üçün mәhәllәmizdәki
mәscidә apardığı günlәri hәlә dә xatırlayıram. On yaşımı doldurmuşdum ki, o, mәni
namaz qılanlara tәqdim edir, onlar da mәnә mәhәbbәt göstәrirdilәr.

Qur’an müәllimimizin neçә gün qabaqdan mәnim iki-üç gecә camaatla tәravih
namazını qılmağım üçün zәruri proqramları hazırladığını bilirdim. Başqa günlәr mәn
dә mәhәllәnin uşaqları ilә birlikdә camaatla tәravih namazını qılmağa vә imamın
Qur’anın ikinci yarısına, yә’ni Mәryәm surәsinә yetişmәsini gözlәmәyә adәt etmişdim.

Atam mәnim Qur’an öyrәnmәyimә xüsusi diqqәt yetirirdi. Buna görә mәni
Qur’an mәdrәsәsinә qoymuşdu vә bundan başqa, qohumumuz olan vә gözlәri
görmәyәn Qur’an hafizi vә mәscid pişnamazının gecәlәr evdә verdiyi Qur’an
dәrslәrindә iştirak etmәyimi tә’min etmişdi. Belәliklә mәn, uşaqlıqda Qur’anın yarısını
әzbәrlәmişdim.

Qur’an müәllimimiz camaata tәravih namazını qıldırmağımı tә’min edәrkәn
Qur’an öyrәtmәkdә müvәffәqiyyәtini göstәrmәyә çalışırdı, buna görә Qur’anın tәcvid
qaydalarını mәnә öyrәtmişdi vә arxayın olmaq üçün mәni neçә dәfә dә imtahan
etmişdi. İmtahanı atam vә müәllimimin tәxmin etdiyi kimi müvәffәqiyyәtlә

U Ş A Q L I Q D Ö V R Ü M .................................................................................................................................. 7

keçirmәyim orada olan camaatın mәhәbbәt vә tәşviqini qazanmağıma sәbәb oldu.
Onlar, müәllimimi dә bu uğurlu tәrbiyә işinә görә tәşviq etdilәr, daha sonra da atamı
tәbrik etdilәr vә hamısı birlikdә İslam dini vә şeyxin bәrәkәtindәn ötrü Allaha şükr
etdilәr. Bu hadisәdәn sonra xatirәsini tezliklә unutmayacağım günlәr keçirdim. Artıq
şöhrәtim şәhәrin hәr yerinә yayılmışdı. O Ramazan gecәlәrinin hәyatımda dinә meyl
etmә cәhәtindәn çox güclü vә qalıcı tә’siri oldu. Bu tә’sir indiyә qәdәr davam edir.

Hәyatın sür’әtli axışı sırasında hәr zaman çıxılmaz vәziyyәtә düşsәm, bir qüvvәtli
gücün mәni doğru yola yönәltdiyini hiss edirәm. Ruhumda zәiflik, yaxud hәyatımda
narahatlıq hiss etdiyimdә keçmiş günlәrimi xatırlamaq ruhumu yüksәldib, mәsuliyyәtә
dözmә gücümü artırır vә içimdәki iman odunu alovlandırır.

Atamın vә daha doğrusu müәllimimin gәnc yaşda camaata imamlıq etmәyimә
sәbәb olmaları ilә mәnim çiyinlәrimә qoyduqları mәsuliyyәt mövcud vәziyyәtimlә arzu
etdiyim sәviyyә arasında böyük bir uçurum olduğunu vә bunun mәsuliyyәtinin dә
mәnә aid olduğunu hiss etmәyimә sәbәb olmuşdu.

Belәliklә, uşaqlıq vә gәnclik dövrüm tәqlidçilik vә inkişaf yolunda boş
mәşğuliyyәtlәrdәn uzaq olmamasına baxmayaraq bir nisbi istiqamәt vә doğruluq ilә
keçdi vә mәn ağır başlıq, sakitçilik içәrisindә olmağıma vә böyük günahlara
batmamağıma sәbәb olan vә belәliklә mәni qardaşlarımın arasında seçәn bir ilahi lütfün
mәnimlә davamlı olduğunu hiss edirәm.

Eyni şәkildә anamın hәyatımda qoyduğu tә’sir dә cәhәtverici vә qalıcı olmuşdur.
Gözlәrimi dünyaya açdığımdan bәri Qur’anın qısa surәlәrini, namaz vә tәharәti mәnә
öyrәtmәyә başlamışdı. Anamın ilk oğlu olmağım, bir dә atamın anamdan illәr әvvәl
evlәndiyi birinci arvadından uşaqları olması, bunların böyuyüb ailәdә mövqe
qazanmaları, onun mәnim tәrbiyәmә әhәmiyyәt vermәsinә sәbәb olurdu. O, mәni
tәrbiyә etmәklә tәsәlli tapırdı. Sanki o, bu yolla günüsü vә әrinin başqa uşaqları ilә
yarışırdı. Anamın mәnә qoyduğu Ticani adının “Ticani” tәriqәtinә bağlı Sәmavi ailәsi
yanında bir xüsusi yeri var idi. Bu ailәnin Ticani tәriqәtinә bağlanması Şeyx Әhmәd
Ticaninin uşaqlarından birinin Sәmavi ailәsinin qonağı olaraq Әlcәzairdәn Qafsәyә
gәlmәsi ilә başlanmış vә o gündәn e’tibarәn o şәhәr әhalisinin çoxu, xüsusilә
mәdәniyyәtli vә zәngin ailәlәr bu sufizm tәriqәtinә girmişdilәr.

M Ә K K Ә Z İ Y A R Ә T İ .................................................................................................................................. 8

Buna görә iyirmidәn çox ailәni ehtiva edәn Sәmavilәr vә Ticani tәriqәtinә mәnsub
başqa ailәlәrin mәhәbbәtini qazanmışdım. Namaz qılan qocaların çoxu Ramazan
gecәlәrindә mәnim әlimdәn öpür, atamı tәbrik edir vә “bu uşaq şeyximiz Әhmәd
Ticaninin bәrәkәtlәrindәndir” deyirdilәr.

Ticani tәriqәti Mәrakeş, Әlcәzair, Tunis, Liviya, Sudan vә Misirdә yayılmışdır. Bu
tәriqәtә mәnsub olanlar öz tәriqitlәrini tәәsüblә müdafiә edirlәr. Buna görә dә Şeyx
Әhmәd Ticanidәn başqa heç bir vәlinin ziyarәtinә getmәzlәr. Çünki inanırlar ki,
vәlilәrin hamısı elmlәrini bir-birlәrindәn öyrәnmişlәr. Yalnız Şeyx Ticani, peyğәmbәrlә
13 әsr fasilә ilә yaşamasına rәğmәn elmini bir başa peyğәmbәr (s.ә.v.)-dәn öyrәnmişdir.
Rәvayәtә görә Şeyx Әhmәd Ticani deyirmiş ki, peyğәmbәr (s.ә.v.) yuxuda yox,
oyaqlığımda mәnim yanıma gәldi. Habelә şeyxlәrinin öyrәtdiyi kamil namazın, qırx
dәfә Qur’anı çıxmaqdan daha üstün olduğuna inanırlar. Sözü bu mövzuda uzatmamaq
üçün Ticani tәriqәti haqqında bu qәdәr ilә kifayәtlәnirәm. İnşallah qabaqda yenә dә bu
mövzuya toxunacağam.

Mәn dә bu şәhәrin başqa gәnclәri kimi bu inancla böyümüşdüm vә soruşana,
“Allaha çox şükür ki, hamımız müsәlman, sünni vә İmam Malik ibni-Әnәsin, İmam
Darul Hicrәnin mәzhәbinә bağlıyıq” deyә, cavab verirdim.

Әlbәttә Şimali Afrikada geniş şәkildә yayılmış Tәsәvvüf (sufilik) tәriqәtlәri bizi
müxtәlif firqәlәrә bölmüşdür. Misal üçün yalnız Qafsә şәhәrindә Ticani, Qadiri,
Rәhmani, Sәlami, İsәvi kimi müxtәlif tәriqәtlәr vardır vә hәr birinin şe’rlәrini, dualarını,
zikrlәrini әzbәrlәyib toy, sünnәt vә başqa şәnlik mәrasimlәrindә oxuyanlar vardır. Bu
tәriqәtlәr mәnfi tә’sirlәrinә rәğmәn regionda dini әn’әnәlәri qorumaq vә vәlilәrә qarşı
olan hörmәti güclәndirmәk cәhәtindә danılmaz rola sahibdir.

MӘKKӘ ZİYARӘTİ

On sәkkiz yaşında ikәn Tunis Milli Pioner Cәmiyyәti mәni Mәkkәdә keçirilәcәk
ilk Әrәb vә İslam Pioner Konfransına ölkәmizi tәmsil edәcәk altı nәfәrlik hey’әtә üzv
seçdi. Mәn ilk baxışda özümü bu hey’әtin әn kiçik vә әn biliksiz üzvü gördüm. Çünki
onlardan ikisi mәktәb müdiri, üçüncüsü paytaxtda müәllim, dördüncüsü jurnalist,

M Ә K K Ә Z İ Y A R Ә T İ .................................................................................................................................. 9

beşincisi isә işini bilmәdiyim o zamanın maarif nazirinin qohumlarından idi.
Müsafirәtimiz bir başa deyildi, әvvәl Yunanıstanın paytaxtı Afinaya getdik; üç

gün orada qaldıqdan sonra İordaniyanın paytaxtı Әmmana hәrәkәt etdik. Orada da
dörd gün qaldıq. Sonra Sәudiyә Әrәbistanına doğru hәrәkәt etdik vә orada konfransda
iştirak etdikdәn sonra hәcc vә Ömrә fәrizәlәrini yerinә yetirdik. Allahın evinә ilk
girdiyim an içimdә coşan hisslәrimin keyfiyyәtini bәyan edә bilmәrәm. Qәlbim bәrk
çırpınırdı. Sanki sinә qәfәsindәn qurtulub illәr boyu eşqilә dolub daşdığı, aruzusuyla
yaşadığı bu Beyti-Әtiqә (beytullaha) tez qovuşmaq, onu yaxından müşahidә etmәk
istәyirdi. Vә gözlәrimdәn durmadan yağış kimi yaş tökülürdü. Mәnә elә gәlirdi ki,
Kә’bә divarının üstünә qonmaq üçün mәlәklәrlә birlikdә ziyarәtçilәrin başının
üstündәn uçuram vә “lәbbәyk allahummә lәbbәyk” deyә, Allahın dә’vәtinә cavab
verirәm.

Hacıların lәbbәyk sәslәrini eşitdiyimdә onların bir ömür çalışıb pul yığdıqdan
sonra bu müqәddәs mәkana gәldiklәrini, mәnim isә heç bir hazırlığım olmadan
gözlәnilmәz bir şәkildә buraya gәlmәyә müvәffәq olduğumu düşünürdüm.
Yadımdadır ki, atam tәyyarә biletlәrimi görüb mәnim müsafirәtә gedәcәyimә inandığı
zaman ağlayaraq mәnә sarılıb belә demişdi: “Çox sәadәtlisәn, Allah istәdi ki, mәndәn
qabaq vә gәnç yaşda Hәccә gedib Onun evini ziyarәt edәsәn. Çünki sәn mәnim
mövlam Әhmәd Ticaninin övladısan... Allahdan istә ki, mәni bağışlasın vә mәnә Evinin
ziyarәtini qismәt elәsin...”

Buna görә dә elә düşünürdüm ki, Allah mәxsus lütfü ilә mәni xalqın yolunda
canlarını fәda etdiklәri bu mәkana gәtirmişdir. O halda “lәbbәyk” demәyә mәndәn
daha lәyaqәtli kim ola bilәrdi? Bu isә mәni çox tәvaf etmәyә, namaz qılıb sә’y etmәyә,
hәtta Zәm-zәm suyunu çox içmәyә sövq edirdi. Nur dağına çıxmaqda belә, o biri
hacılardan qabağa keçmәyә çalışırdım. peyğәmbәrin Allahla münacat elәdiyi vә
peyğәmbәrliyә seçildiyi Nur dağına çıxmaq üçün bir-birlәri ilә yarışan hacılar arasında
mәn ikinci nәfәr idim. Oraya yetişәn kimi yerә sәrildim. Çünki özümü peyğәmbәr
(s.ә.v.)-in qucağında sanır, onun müqәddәs nәfәsini hiss edirdim. Sanki özümdәn
keçmişdim. Bunlar nә gözәl mәnzәrәlәr vә nә gözәl xatirәlәr idi. Ruhuma buraxdığı
tә’sirlәr heç zaman silinmәyәcәkdir.

M Ә K K Ә Z İ Y A R Ә T İ .................................................................................................................................. 10

Allahın mәnә etdiyi başqa bir lütfü dә görüşdüyüm müxtәlif hey’әt vә karvanların
hacılarının rәğbәt vә mәhәbbәtini qazanmağım idi. Çoxları mәktublaşmaq üçün
ünvanımı alırdılar. Öz hey’әtimizdәki dostlarım da nә qәdәr Tunisin paytaxtındakı ilk
görüşümüzdә mәni tәhqir etmişdilәrsә dә sonralar çox mәhәbbәt vә maraq göstәrmәyә
başladılar. Öncә mәni tәhqir etdiklәrini hiss edәndә şimal әhalisi “cәnub” әhalisini
tәhqir edib, onlara mürtәce gözü ilә baxdığını düşünәrәk özümü ovudurdum. Amma
çox keçmәdәn belә bir tәsәlliyә ehtiyacım qalmadı. Çünki, mәnim haqqımda görüşlәri
dibdәn başa dәyişdi. Xüsusilә mәn müsafirәtimiz sırasında iştirak etdiyim әdәbiyyat
yarışmalarında çox şe’r әzbәrlәdiyim üçün ölkәmә çoxlu mükafatlar qazanmağa
müvәffәq olmuşdum. Ölkәmә qayıtdığım zaman müxtәlif millәtlәrә mәnsub iyirmidәn
çox dostun ünvanını almışdım.

Bizim Әrәbistanda iqamәtimiz iyirmi beş gün çәkdi. Bu müddәt әrzindә
alimlәrdәn bir çoxu ilә görüşüb çıxışlarını dinlәdik. Bu müsafirәt nәticәsindә Vәhhabi
mәzhәbinin e’tiqadlarına meyl etmişdim. Hәtta başqa müsәlmanların da bu e’tiqadda
olmalarını arzu edirdim. Öz-özümә düşünürdüm ki, Allah onları başqa qullarının
arasından öz evini qorumaq üçün seçmişdir vә onlar yer üzündә olan insanların әn
tәmizi vә әn biliklisidirlәr ki, Allahın qonaqlarına kifayәt qәdәr xidmәt edә bilmәlәri
üçün Allah onlara neft ne’mәtini dә vermişdir.

Hәccdәn qayıtdığım zaman sәudilәrә mәxsus paltarı geymişdim. Atamın
hazırladığı qarşılama mәrasimi mәnim sandığım kimi deyildi. Çünki çoxlu camaat
tәyyarә meydanına toplaşıb nağara ilә mәnim gәlmәyimi gözlәyirdilәr. İsәvi, Ticani vә
Qadiri tәriqәtlәrinin liderlәri camaatın önündә dayanmışdırlar.

Mәni tәyyarә meydanından götürüb “Allahu-Әkbәr” vә “La ilahә illәllah” deyә-
deyә şәhәr küçәlәrindә dolandırdılar. Getdiyimiz hәr mәscidin qabağında camaatın
mәni görmәsi üçün neçә dәqiqә dururduq. Xüsusilә yaşlılar Allahın evini vә
peyğәmbәrin qәbrini ziyarәt etmәyә meyllәrini bağırlarına basıb öpmәk vә ağlamaqla
göstәrirdilәr. “Qafsә” şәhәrindәn mәnim yaşda bir gәncin hәccә getmәsinin normal bir
şey olmaması camaatın hәyәcanının daha da artmasına sәbәb olurdu.

Hәyatımın әn şirin günlәrinin o zamanlar olduğunu deyә bilәrәm; şәhәrin
böyüklәri bizim evimizә gәlib mәni tәbrik edirdilәr; bir çoxu atamın hüzurunda

M Ә K K Ә Z İ Y A R Ә T İ .................................................................................................................................. 11

mәndәn tәbәrrük üçün Fatihә surәsini vә bә’zi duaları oxumağımı istәyirdilәr, mәn dә
bә’zәn utanır, bә’zәn dә cәsarәt tapıb oxuyurdum. Hәr dәfә mәni görmәyә gәlәnlәr
gedәndәn sonra anam mәnә nәzәr dәymәsin deyә üzәrlik yandırır vә dua oxuyurdu.

Atam üç gün Ticani hәzrәtlәrinin mәqamında qurban kәsib qonaqlıq verdi.
Qonaqlığa gәlәnlәr müsafirәtimizlә әlaqәdar mәnә sual verirdilәr. Mәnim verdiyim
cavablar da, ümumiyyәtlә, sәudilәrә heyranlığımdan ibarәt idi.

Bundan sonra şәhәr әhalisi mәnә “Hacı” lәqәbini verdilәr. Artıq “Hacı” sözü
deyildikdә ancaq mәn yada düşürdüm.

Get-gedә şöhrәtim çoxaldı vә “İxvanul-müslimin” (müsәlman qardaşlar) kimi dini
mühitlәrdә mәşhur olmağa başladım. Mәn mәscidlәrә gedib camaatı mәzarın
әtrafındakı sandıqları öpmәkdәn, taxtalara әl sürtmәkdәn çәkindirmәyi vә bu işin küfr
olduğunu xalqa izah etmәyi özümә borc bildim. Mәnim çalışmağım bu şәkildә irәlilәdi.
Hәtta, bә’zәn, cümә günlәrindә imamın xütbәsindәn әvvәl mәsciddә dәrs verirdim.
Cümә günlәri cümә namazı müxtәlif mәscidlәrdә eyni vaxtda qılınmadığı üçün mәn
Әbi Yaqub mәscidindә çıxışımı qurtardıqdan sonra dәrhal böyük mәscidә gedib orada
da çıxış edirdim. Ümumiyyәtlә, bazar günlәrinә aid dәrslәrimdә orta mәktәbdә texnika
dәrsi verdiyim şagirdlәr iştirak edir vә bu dәrsi çox bәyәnirdilәr. Çünki mәn vaxtımın
çoxunu materialist vә marksistlәrin fikirlәrini onların beyinlәrindәn silmәyә sәrf
edirdim. Uşaqlar sәbirsizliklә mәnim dәrsimi gözlәyirdilәr. Mәn dә onların suallarına
yaxşı cavab vermәk üçün ayrı-ayrı dini kitablar alıb oxuyurdum.

Hәccә getdiyim il evlәnәrәk dinimin yarısını da qorumağa müvәffәq olmuşdum.
Rәhmәtlik anam ölmәzdәn әvvәl mәni evlәndirmәk istәyirdi. O, әrinin başqa
uşaqlarını böyütmüş vә onların toy mәrasimlәrindә iştirak etmişdi. Buna görә dә biricik
arzusu mәni bәy paltarında görmәk idi. Allah da, onu arzusuna yetirdi. Mәn dә onun
әmrlәrinә itaәt edәrәk o günәdәk heç görmәdiyim bir qız ilә evlәndim. Anam iki
uşağımızın olduğunu gördükdәn sonra mәndәn razı olaraq dünyadan getdi. Atam isә
anamdan iki il qabaq vәfat etmişdi. Atam ölmәzdәn iki il әvvәl bir hәqiqi tövbә ilә
Allahın evini ziyarәt etmişdi.
O zamanlar Liviya inqilabı tәzә qәlәbә çalmışdı. Bu inqilabın müsәlmanların,
xüsusilә әrәb millәtinin İsrail ilә müharibәsindә mәğlubiyyәtә uğradıqlarından sonra

M Ә K K Ә Z İ Y A R Ә T İ .................................................................................................................................. 12

baş vermәsi vә İslam adından danışan, mәscidlәrdә camaata imamalıq edәn vә Qüdsün
qurtuluşu üçün şüar verәn bir gәncin bu inqilaba rәhbәrlik etmәsi, mәni vә müsәlman
vә әrәb ölkәlәrdә olan mәnim kimi gәnclәri özünә tәrәf çәkmişdi. Buna görә mәn
Liviyaya bir mәdәni sәyahәt etmәk fikrinә düşdüm.

İnqlabın tәzә qәlәbә çaldığı zamanlarda qırx müәllimdәn ibarәt bir qrupla
Liviyaya getdim. Qayıtdığımız zaman bu inqlaba olan şövqümüz daha da artmış vә bu
hәrәkatın Әrәb ümmәtinin xeyrinә olduğuna inanmağa başlamışdıq.

İllәr keçir vә mәnim başqa ölkәlәrdә olan dostlarımla әlaqәm mәktub yolu ilә
müntәzәm olaraq davam edirdi. Bunların bәzisi ilә o qәdәr sәmimi olmuşdum ki,
israrla yanlarına getmәyimi istәyirdilәr. Buna görә yay fәslinin bütün istirahәt günlәrini
ehtiva edәn bir müsafirәt planı hazırladım. Müsafirәt planım әvvәlcә Liviya vә Misirә
quru yolla getmәk, oradan da dәniz yolu ilә Livan, Suriya vә İordaniyaya vә nәhayәt
Sәudiyә Әrәbistanına getmәk idi. Sәudiyәdә hәm Ömrә hәccini yerinә yetirmәyi
düşünür, hәm dә tәbliği üçün çox çalışdığım Vәhabilik mәktәbi ilә әlaqәmi tәzәlәmәk
istәyirdim.

Artıq mәnim şöhrәtim öz şәhәrimizin sәrhәdlәrini aşmış vә qonşu şәhәrlәrә
çatmışdı. Cümә namazında iştirak edәn müsafirlәr mәnim dәrslәrimi dinlәyir vә öz
şәhәrlәrindә ondan danışırdılar. Belәliklә xәbәr Cәrid әyalәtinin mәrkәzi olan Tozro
şәhәrindә tanınmış Sufi tәriqәtinin şeyxi İsmayıl Әl-Hәdifiyә belә çatmışdı. Bu şeyxin
Tunisin hәr yerindә Hәtta Tunisin xaricindә, Fransa vә Almaniyadakı fәhlәlәrin
içәrisindә dә bir çox ardıcılı var idi.

Şeyx Qәfasәdәki vәkillәri vasitәsilә mәni ziyarәtinә dә’vәt etdi. Şeyxin Qәfasәdәki
vәkillәri mәnә göndәrdiklәri uzun mәktubda islama xidmәtlәrimi tәqdirә layiq görmüş
vә sonra bu iddiaya yer vermişdilәr ki, bu iş bir arif şeyxin göstәrişi ilә görülmәsә
insanı bir qarışqa qәdәr belә, Allaha yaxınlaşdırmaz. Sonra “Şeyxi olmayan şәxsin şeyxi
şeytandır” deyә, nәql etdiklәri hәdisә işarә edәrәk belә yazmışdılar: “sәhvlәrinin
düzәlmәsi üçün mütlәq bir şeyxә bağlanmalısan, yoxsa elmin yarısı әlindәn gedәr.”
Sonra da, Sahib әz-Zamanın (bu tә’birlә Şeyx İsmayılı qәsd edirdilәr) mәni xüsusi
kömәkçisi vә müridi olmağa layiq gördüyünü bildirmişdilәr. Bu xәbәr mәni o qәdәr
sevindirdi ki, sevincimdәn ağlayıb bunu da Allahın mәnә verdiyi böyük ne’mәtlәrdәn

M Ә K K Ә Z İ Y A R Ә T İ .................................................................................................................................. 13

biri olaraq bildim. Keçmişdә sufilәrin böyüklәrindәn olan vә ondan bir çox kәramәt
nәql edilәn Şeyx Seyid Hadi Hәfyanın ardıcıllarından vә yaxın dostlarından birisi idim.
Seyid Seleh vә Seyid Geylani vә bunlardan başqa digәr tәriqәtlәrә mәnsub olanlarla da
dost idim. Bu sәbәblә sәbirsizliklә o şeyxi görmәk istәyirdim.

Şeyx İsmayılın mәclisinә girdiyimdә mәclis onun ağ paltarlı yaşlı vә gәnc
müridlәri ilә dolu idi. Onlarla görüşüb kef-әhval elәdikdәn sonra Şeyx İsmayıl içәri
girdi, hamı ayağa qalxıb onun әlini öpdülәr. Şeyxin vәkili gәlәnin şeyx İsmayıl
olduğunu mәnә demәk istәdi. Amma mәn elә dә әks-әmәl göstәrmәdim.

Mәn burada gözlәdiyimi tapmamışdım. Mәn şeyxi görmәdәn öncә vәkillәrinin
söylәdiyi möcizәlәr vә kәramәtlәri düşünәrәk onu başqa şәkildә tәssәvvür edirdim.
Amma üzlәşәn kimi onun vüqarı vә heybәti olmayan adi bir şeyx olduğunu gördüm.
Şeyxin vәkili mәni şeyxә tanıtdı. O da mәnә xoş gәldin deyib mәni sağ tәrәfindә
oturtdu. Şeyxlә birlikdә yemәk yedikdәn sonra zikr mәrasimi başlandı vә vәkil bir daha
şeyxdәn “әhd” almaq üçün Şeyxә tanıtdı.

Mәrasimdәn sonra hamısı mәni öpüb tәbrik etdilәr. Söhbәtlәrindәn anladım ki,
onlar mәnim haqqımda çox şeylәr eşidiblәr. Bu da, mәnim onlara qarşı cәsarәtimin
artmasına sәbәb oldu. Hәtta Şeyxin başqalarının suallarına verdiyi cavablara e’tiraz
edib, e’tirazlarımda Qur’an vә hәdislәrә әsaslanırdım. Amma orada oturanlar mәnim
bu e’tirazlarımı Şeyxә hörmәtsizlik sayıb çox narahat oldular. Çünki onlar şeyxin
hüzurunda icazә almayınca danışmamağa adәt etmişdilәr. Şeyx bu vәziyyәti, orada
olanların narahatlığını bu ifadә ilә aradan qaldırdı: “Әvvәli yandıran olanın axırı
parlaqdır.” Mәclisdәkilәr şeyxin bu sözünü mәnim üçün bir iftixar medalı kimi
sandılar. Belә ki, hökmәn mәnim axırım iftixarlı olacaq. Oturanlar bir daha mәni
tәbrik etdilәr. Amma şeyx bir daha mәnә e’tiraz etmә fürsәti vermәmәk üçün bir arif
ilә әlaqәdar bu hekayәni söylәdi: “Bir alim bir gün bir arifin hüzuruna gedәr; arif ona
“qalx qusl et” deyәr. O, gedib qusl etdikdәn sonra oturmaq istәdiyi zaman yenә dә
ona “get qusl et” deyәr. O da әvvәlki quslda bir nöqsan olduğunu zәnn edәrәk tәkrar
qalxıb gedәr vә bu dәfә çox diqqәtli şәkildә qusl edәr. Qusldan sonra oturmaq
istәdiyindә Şeyx ona bir daha qusl etmәsini әmr edәr. Onda alim ağlayaraq deyәr ki:
“ey ağam, elmim vә әmәlimdәn qusl etdim (tövbә etdim). Artıq Allahın sәnin әlinlә

M Ә K K Ә Z İ Y A R Ә T İ .................................................................................................................................. 14

mәnә verәcәyi xeyirdәn başqa bir çarәm qalmadı.” Arif, “elә isә artıq otur” deyәr.”
Mәn vә oturanlar bu sözlәrdәn mәni nәzәrdә tutduğunu anladıq. Şeyx qalxıb

getdikdәn sonra mәclisdәkilәrin hamısı mәni şeyxin hüzurunda sәssiz oturmadığım
üçün danladılar vә çalışdılar ki, әmәllәrimin Allah yanında dәyәrdәn düşmәmәsi
üçün şeyxin hüzurunda sәssiz oturub ona hörmәt elәmәyimin zәruri olduğu barәdә
mәni qane elәsinlәr. Onlar öz sözlәrinә bu ayәni dәlil gәtirirdilәr:

“Ey iman gәtirәnlәr, sәsinizi peyğәmbәrin sәsindәn yüksәyә ucaltmayın vә
bir-birinizlә ucadan danışdığınız kimi onunla hündür sәslә danışmayın ki,
xәbәriniz olmadan әmәllәriniz puç olar.” (Hücürat surәsi, 2-ci ayә)

Bundan sonra mәn dә öz dәyәrimi bilib onların әmr vә nәsihәtlәrini yerinә
yetirdim vә şeyx mәni özünә daha da yaxınlaşdırdı. Mәn üç gün şeyxin yanında
qaldım. Bu müddәt әrzindә ondan bir çox suallar soruşdum. Suallarımın bә’zisini onu
sınamaq uçün soruşurdum vә şeyxin özü dә bunu bilirdi. Buna görә bunu da әlavә
edirdi ki: Qur’anın bir zahiri, bir dә batini vardır. Batininin isә yeddi batini vardır. O,
sandığını açıb şәcәrәnamәsini mәnә göstәrdi. Orada bir çox saleh vә ariflәrin adları
sıra ilә yazılmışdı vә әsllәri Әbu Hәsәni-Şaziliyә yetişirdi vә bir çox vәlidәn sonra
Hәzrәti Әli ibni-Әbu Talib (ә.s.)-dә sona çatırdı.

Xatırlatması zәruri olan bir şey dә, bunların keçirdiklәri yığıncaqların mә’nәvi
hava içәrisindә tәrtib edildiyidir. Yığıncaqlar, şeyxin Qur’ani-Kәrimdәn bir neçә ayә
tәcvidlә oxuması vә daha sonra dünyanı qınayan axirәt vә tәqvaya sövq edәn
qәsidәlәrin mәtlәbini oxuması ilә başlanırdı. Şeyxin mәtlәbini oxuduğu qәsidәlәrin
qalanını müridlәri oxuyurdu. Ondan sonra Şeyxin sağ tәrәfindә oturan ilk mürid
Qur’ani-Kәrimdәn bir neçә ayә oxuyar vә “sәdәqәllahul-әzim” dedikdәn sonra şeyx
bir yeni qәsidәnin ilk beytini oxuyar, oturanlar isә onunla birlikdә oxuyardılar.
Belәliklә halqada olanlar Qur’ani-Kәrimdәn bir ayә oxumaqla belә olsa bu işdә iştirak
edirdilәr. Onlar vәcdә gәlәnә qәdәr şe’r oxumağı davam etdirir vә oxuduqca sağa-
sola әyilirdilәr, sonra ayağa qalxıb dairә düzәldib şeyxi aralarına alır vә ah-ah demәyә

M Ә K K Ә Z İ Y A R Ә T İ .................................................................................................................................. 15

başlayırdılar. Şeyx dә mәclis qızışıncaya qәdәr ortada dönәr, hәr dәfә dönәndә dә
onların birinә maraq göstәrәrdi. Bu hәrәkәtlәri nağaranın sәsinә oxşar bir ahәng
tapıncaya qәdәr davam etdirirdilәr. Qeyri-adi hәrәkәtlәr edәcәk qәdәr özündәn
keçәnlәr dә olurdu. Zaman keçdikcә camaatın sәsi ahәngdarlaşırdı vә özünә ahәngli
olduğu qәdәr kәdәrli bir hal da alırdı. Sonra da coşqu vә hәrәkәtin yerini sakitlik
tuturdu vә yığıncaq şeyxin bir qәsidәsi ilә sona çatırdı. Hәr kәs baş vә çiyinlәrini şeyx
öpdükdәn sonra öz yerinә otururdu.

Mәn dә, bә’zi hәrәkәt vә inlәmәlәrindә iştirak etdim, amma bu işlәri
ürәyimdә qәbul etmәmişdim vә içәrimdә bir növ tәzad hiss edirdim. Çünki mәn
inanmışdım ki, Allahdan başqasına tәvәssül etmәk olmaz; buna görә dә bir dәfә yerә
uzanıb çox ağladım. Çünki özümü iki zidd yolun ortasında görürdüm. Bunlardan biri
insana başqa ruhi hallar yaşadan, onun qәlbinin dәrinliklәrini saleh vә arif qullar
vasitәsilә Allaha yönәlmә kimi gözәl hisslәrlә dolduran sufiliyә aid axım, digәri isә
bütün bunların şirk olduğunu vә şirkin bağışlanmaz bir günah olduğunu mәnә
öyrәdәn Vәhabilik axımı idi. Әgәr doğrudan da Vәhabiliyin irәli sürdüyü kimi
peyğәmbәr (s.ә.v.)-ә tәvәssül etmәk doğru deyildirsә vәlilәrә, ariflәrә tәvәssül
etmәyin nә mә’nası qalardı?

Şeyxin mәni öz şәhәrimizdә vәkilliyinә mәnsub etmәsinә baxmayaraq qәlbim
heç cür bu işlәrә rizayәt vermәyirdi. Bә’zәn sufiliyә tәmayülüm artsaydı vә Allahın
saleh qullarına qarşı içimdә hörmәt bәslәdiyimi hiss etsәydimsә dә, amma, sonra bu
fikirlәrimin qarşısını alır vә bu ayәni özumә dәlil olaraq göstәrirdim:

“Vahid Allahdan başqa bir tanrını çağırma. Ondan başqa heç bir Allah
yoxdur. Hәr şey mәhv olandır, Onun zatından başqa. Hökm Onun hökmüdür vә
hamı Ona qaytarılacaqdır”. (Qәsas surәsi, 88-ci ayә)



“Ey iman gәtirәnlәr, Allahdan çәkinin vә Onu vәsilә ilә axtarın vә onun
yolunda cihad edin. Bәlkә, sәadәtә yetişәsiniz”. (Maidә surәsi, 35-ci ayә)

B İ R U Ğ U R L U M Ü S A F İ R Ә T ............................................................................................................. 16

ayәsi ilә cavab verәnә dәrhal vәhabilәrin öyrәtdiyi cavabı verir vә deyәrdim ki, vәsilә
“saleh әmәl”dir. O günlәrim iztirab vә tәrәddüdlә keçdi. Buna baxmayaraq bә’zәn
gәlәn müridlәrlә birlikdә sufilәrә mәxsus toplu zikr mәclislәrini tәşkil edir gecәlәr
sәhәrә qәdәr qeyd etdiyim mәrasimi davam etdirirdik. Elә ki, qonşularımız da bizim
bu mәrasimlәrdә ah-ah deyәrәk çıxardığımız sәsdәn narahat olmağa başlamışdılar,
amma mәnә bir şey demәyib xanımları vasitәsilә vәziyyәti mәnim yoldaşıma izah
etmәklә kifayәtlәnmişdilәr. Mәn dә buna görә dostlarıma “mәnim xarici ölkәlәrә üç
aylıq sәfәrim olacaqdır” dedim vә bu mәclislәri özlәrindәn birisinin evindә tәşkil
olunmasını istәdim vә sonra ailә vә qohumlarla xudahafizlәşәrәk Allaha tәvәkkül
edib yola düşdüm.

BİR UĞURLU MÜSAFİRӘT

Liviyanın paytaxtı Tripolidә iqamәtim çox çәkmәdi. Yalnız Misir
konsulluğundan Misir әrazisinә girmәk üçün viza almaq mәqsәdi ilә bir neçә gün
orada qalmaq mәcburiyyәtindә qaldım. Bu sırada oradakı dostlarım ilә görüşdüm vә
onlar mәnә kömәk elәdilәr.

Liviyadan ölkәlәrinә qayıdan dörd misirli işçi ilә bir kiralıq avtomobildә üç gün
üç gecә yoldaş idik. Müsafirәtimiz sırasında onlar ilә söhbәt edir vә onlara Qur’an
oxuyurdum. Bu da onların mәnә әlaqә vә mәhәbbәt göstәrmәlәrinә sәbәb oldu.
Hәrәsi mәni öz evinә qonaq çağırdı. Mәn, onların arasından Әhmәd adlı dindar vә
tәqvalı birisinin dә’vәtini qәbul edib evinә getdim. O da mәnә xidmәt etmәkdә heç bir
şeyi әsirgәmәdi.

Qahirәdә 20 gün qaldım. Bu müddәt әrzindә Misirin şöhrәtli müğәnnilәrindәn
olan Fәridul-Әtrәş ilә Nil çayının sahilindә olan evindә görüşdüm. Misirdәn ölkәmizә
gәlәn bu adamın әxlaqlı vә ağırbaşlı olduğunu oxumuşdum vә buna görә onu
yaxından görmәk istәyirdim. Amma Livana müsafirәt üçün tәyyarә meydanına
getmәk üzrә olduğuna görә görüşümüz ancaq iyirmi dәqiqә çәkdi. Habelә tanınmış
Qur’an qarisi Әbdül Basit Mәhәmmәd Әbdüs-Sәmәd ilә dә görüşdüm. Ona çox
heyran idim. Üç gün onunla oldum vә müxtәlif mövzular barәdә onlar ilә danışdım.

B İ R U Ğ U R L U M Ü S A F İ R Ә T ............................................................................................................. 17

Mәnim biliklәrimin geniş olması onları tәәccüblәndirirdi. İncәsәnәtdәn
danışıldığı zaman әzbәrlәdiyim şe’rlәrdәn oxuyurdum, söhbәt zühd vә tәqvadan
getdiyindә Ticani vә Mәdәni tәriqәtindәn olduğumu söylәyirdim. Qәrb ölkәlәrindәn
danışıldığında yay istirahәt günlәrimdә getdiyim Paris, London, Belçika, İtaliya,
Niderland vә İspaniyaya etdiyim müsafirәtlәrimdәn danışırdım. Hәcc barәdә
danışıldığı zaman hәccә getmiş olduğumu, indi dә Ömrәyә getmәk üçün müsafirәtә
getdiyimi söylәyәrәk yeddi dәfә hәccә getmiş olanların belә, görmәdiyi Hәra, Sövr
mağaraları vә Hәzrәti İsmayılın qurbangahı kimi müqәddәs yerlәr haqqında onlara
danışırdım. Elm vә kәşflәr barәsindә söz getdiyindә elmi termin vә statistika ilә
danışırdım. Siyasәtdәn söz açıldığı zaman isә öz görüşlәrimlә onları susmağa mәcbur
edirdim. Siyasi söhbәtlәrdә bә’zәn belә deyirdim: “Allah Sәlahәddin Әyyubinә rәhmәt
elәsin. O, hәtta gülümsәmәyi dә özünә qadağan elәmişdi. Bә’zi yaxınları “peyğәmbәr
(s.ә.v.) hәmişә gülümsәyәrdi” deyәrәk onu qınadıqları zaman belә deyәrdi: “Necә
gülüm. Halbuki, Mәscidul-Әqsa Allah düşmәnlәrinin işğalı altındadır. Yox, Allaha and
olsun ki, oranı qurtarmayınca gülmәyәcәyәm, yaxud bu yolda ölәcәyәm”.”

Әl-Әzhәrin alimlәrindәn bә’zisi gәlib mәnim tәşkil etdiyim yığıncaqlarda iştirak
edirdilәr; әzbәrlәdiyim hәdis vә ayәlәrin çoxluğu onları heyrәtlәndirirdi vә mәnim
hansı universiteti bitirdiyimi soruşurdular. Mәn dә iftixarla Әl-Әzhәrdәn öncә tә’sis
olunmuş Zeytuniyyә universitetini bitirdiyimi söylәyir vә әlavә edirdim ki, Әl-Әzhәr
universitetini tә’sis edәn Fatimilәr, Tunisin Әl-mәhdiyyә şәhәrindәn hәrәkәtlәrinә
başlamışdılar.

Әl-Әzhәr universitetindә bir çox alimlәrlә tanış oldum vә mәnә bir çox kitab
hәdiyyә verdilәr.

Günlәrin birindә Әl-Әzhәr universitetinin mәs’ullarından birisinin bürosunda
oturduğum zaman Misir İnqilab Şurasının bir üzvü içәri girdi vә onu Qahirәnin dövlәt
dәmir yollarına bağlı Misirin әn böyük şirkәtlәrindәn birisindә xristianların da iştirak
edәcәyi bir yığıncağa çağırdı. Әl-Әzhәrin mәs’ulu tәk getmәk istәmәyib mәnimlә oraya
getmәyә dair israr elәdi. Bu yığıncaqda mәn Әl-Әzhәr alimi ilә xristianların keşişi
arasında xüsusi yerdә oturdum. İştirakçılar mәnim çıxış etmәyimi istәdilәr. Mәn dә öz
ölkәmizdә ayrı-ayrı mәscid vә mәdәniyyәt mәrkәzlәrindә müntәzәm olaraq çıxış

B İ R U Ğ U R L U M Ü S A F İ R Ә T ............................................................................................................. 18

etdiyim üçün, orada da, çәkinmәdәn çıxış etdim.
Bu hadisәlәri danışmaqda mәqsәdim budur ki, bu hadisәlәr getdikcә o dövrlәrdә

özümü böyük hiss etmәyimә vә özümü alim sanmağıma sәbәb olmuşdu. Nәyә görә
alim olmayım? Halbuki Әl-Әzhәrin alimlәri bunu tәsdiq etmişdilәr. Hәtta onlardan
birisi mәnә belә demişdi: “Sәnin yerin Әl-Әzhәrdir vә burada qalmalısan.”

Mәni daha çox qürurlandıran bir hadisә dә peyğәmbәr (s.ә.v.)-in özündәn sonra
qalan bә’zi mübarәk әsәrlәrini ziyarәt etmәyim üçün icazә verdiyi idi.

Qahirәdә Hәzrәti-Hüseyn (ә) mәscidinin xadimi, onun dediyinә görә Hәzrәti
peyğәmbәr (s.ә.v)-in icazәsi olmadan açılmayan otağa mәni apardı vә bir mәxsus
sandığı açıb peyğәmbәr (s.ә.v.)-in köynәyi vә bә’zi başqa mübarәk әsәrlәrini mәnә
göstәrdi. Mәn dә onları ziyarәt elәdim. Oradan çıxdığımda peyğәmbәr (s.ә.v.) mәnә
belә lütf vә inayәt elәmiş deyә sevincimdәn ağlayırdım. Üstәlik o xadim dә mәnim
ziyarәt etmәyim üçün heç bir pul zad da istәmәdi. Hәtta mәn zorla pul vermәk
istәdiyimdә o, mәnim çox israr etmәyimin qarşısında çox az miqdarda bir şey aldı vә
mәni Hәzrәti peyğәmbәr (s.ә.v.) tәrәfindәn qәbul olunduğum üçün tәbrik elәdi.

Bәlkә elә bu hadisәnin tә’siri altında bir neçә gecә Vәhhabilәrin dediklәri
“Peyğәmbәr ölübdür, onun ölüsü başqa ölülәr kimidir” sözünün üstündә bir dәrin
düşüncәyә daldım vә nәhayәt bu pis vә satqın fikirlәri beynimdәn çıxarmağa müvәffәq
oldum vә bu sözlәrin әsassız vә çürümüş olduğuna inandım. Allah yolunda şәhid olan
bir şәxs, Qur’ani-Kәrimdә izah edildiyi kimi ölü sayılmayacaqsa vә diri olub Allahın
yanında rizq alırsa, necә olar ki, bütün insanların әzәli vә әbәdi ağası Hәzrәti
peyğәmbәr (s.ә.v.) başqa ölülәr kimi sayılsın?

Bu düşüncәm keçmiş sufilәrdәn öyrәndiyim biliklәr sayәsindә daha da aydınlaşdı.
Çünki sufilәr öz vәli vә şeyxlәrinin alәmdәki işlәrdә tәsәrrüf vә tә’sir etmә
sәlahiyyәtinә sahib olduqlarına vә Allahın bu mәqamı onlara verdiyinә inanırlar. Onlar,
bu mәqamların, Allahın әmrlәrini yerinә yetirmәk vә haqqın yanında yüksәk
mәqamlara çatmaq istәmәklә әldә olduğuna inanırlar. Necә ki, Allah-Tәala Hәdisi
qüdsidә buyurur:

G Ә M İ D Ә G Ö R Ü Ş ....................................................................................................................................... 19

“Qulum, mәndәn itaәt et; mәnim kimi olarsan ki, hәr şeyә “ol” dediyin zaman olsun.”
Misirdәki iqamәtimin son günlәrindә ayrı-ayrı mәscidlәri ziyarәt edib onlarda
namaz qıldım. Malikilәrin mәscidindәn başlayaraq Hәnәfi, Şafei vә Hәnbәlilәrin
mәscidlәrinә getdim. Hәzrәti-Zeynәb (s) vә Hәzrәti-Hüseyn (ә) mәscidlәrini dә ziyarәt
etdim. Son olaraq da, Ticanilәrin zaviyәsinә getdim vә orada bә’zi hadisәlәrlә
qarşılaşdım ki, söhbәt uzanmasın deyә onların barәsindә danışmayacağam.

GӘMİDӘ GÖRÜŞ

Misirdәn Beyruta gedәn gәmiyә әvvәlcәdәn tә’yin olunmuş vaxtda çatmaq üçün,
Qahirәdәn İskәndәriyyә limanına gәlmişdim. Gәmidәki stulumda oturan kimi
yorğunluq hiss etdiyim üçün bir az yuxuladım. Gәminin hәrәkәtindәn iki-üç saat
keçdikdәn sonra oyandığım zaman yanımda oturan yoldaşım mәnә tәrәf dönüb
“hökmәn çox yorulubsunuz” dedi. “Bәli Qahirәdәn İskәndәriyyәyә gәlmәk mәni çox
yordu. Dünәn gecә çox az yatmışam” dedim. Onun lәhcәsindәn misirli olmadığını
anladım. Hәmişәki adәtim kimi heç çәkinmәyәrәk onunla tanış olmaq istәdim. Özümü
ona tәqdim etdim vә onun da iraqlı olduğunu öyrәndim. Adı Mün’im vә Bağdad
Universitetinin müәllimi idi. O, doktorluq dissertasiyasını Әl-Әzhәr universitetinә
vermәk üçün Qahirәyә gәlmişdi.

Onunla İslam vә Әrәb ölkәlәri vә Misir haqqında, habelә әrәblәrin sionistlәr
qarşısında uğradıqları mәğlubiyyәtdәn danışıb dәrdlәşirdik. Mәn bu mövzu ilә
әlaqәdar olaraq dedim ki, әrәblәrin mәğlub olmalarının yeganә sәbәbi, әrәb vә
müsәlmanların arasında olan tәfriqәlәrdir ki, onları kiçik-kiçik ölkәlәrә, müxtәlif
mәzhәb vә firqәlәrә bölmüşdür. Buna görә dә cәmiyyәtlәrinin çox olmasına
baxmayaraq, düşmәn qarşısında bir iş görә bilmirlәr. Misir vә misirlilәr haqqında da
çox söhbәt etdik. İkimiz dә müsәlmanların mәğlubiyyәtinin sәbәblәri barәdә eyni
fikirdә idik. Mәn sözlәrimin bir bölmәsindә belә dedim: “Müstәmlәkәçilәrin bizi bu
şәkildә bölmәlәri ilә ciddi olaraq müxalifәm. Bu bölünmәlәr bizi rahat әsir olmağa
doğru aparır. Halbuki biz, hәlә dә Maliki vә Hәnәfi mәzhәblәri arasında fәrq qoyuruq.”
Sonra başıma gәlәn bir tәәssüflәndirici hadisәdәn ona danışdım. “Mәn, Qahirәdә Әbu

G Ә M İ D Ә G Ö R Ü Ş ....................................................................................................................................... 20

Hәnifә mәscidinә getdim. Orada olanlarla birlikdә ikindi namazını camaatla qıldım.
Namazı qurtardıqdan sonra yanımda oturan adam әsәbi halda mәnә tәrәf dönüb,
“Niyә namazda әllәrini bağlamadın” dedi. Mәn әdәblә cavab verdim: “Malikilәr
namazda әllәrini bağlamazlar. Mәn dә Maliki mәzhәbindәnәm.” Amma o adam “elә isә
qalx malikilәrin mәscidinә get orada namazını qıl” dedi. Mәn çox tәәssüflәnәrәk oradan
çıxdım. Bu adamın mәnimlә belә davranması mәni çox heyrәtlәndirdi.”

Bu әhvalatı danışdığım zaman iraqlı professor gülümsәyәrәk “mәn dә şiәyәm”
dedi. Bu sözü eşidәn kimi dәhşәtә düşdüm vә çәkinmәdәn “әgәr sәnin şiә olduğunu
bilsәydim sәninlә danışmazdım” dedim. “Nәyә görә?” deyә, soruşdu. “Çünki siz
müsәlman deylsiniz. Әli ibni-Әbu Talibә ibadәt edirsiniz, sizlәrin Allaha inanan yaxşı
vә alim olanlarınız belә Hәzrәti Mәhәmmәd (s.ә.v.)-in peyğәmbәrliyini qәbul etmәyib
Cәbrailә yaraşmayan sözlәr irәli sürüb deyirlәr ki, “Cәbrail, Allahın әmanәtinә xәyanәt
etdi, peyğәmbәrliyi Hәzrәti Әliyә gәtirmәk yerinә Hәzrәti Mәhәmmәdә gәtirdi”.” deyә,
cavab verib belәliklә sözlәrimә davam edirdim. Yoldaşım isә arada bә’zәn gülümsәyir,
bә’zәn dә “La Haula vә la qüvvәtә illa billah” deyirdi. Sözlәrim qurtarandan sonra yenә
mәndәn soruşdu ki, “siz müәllimsinizmi, uşaqlara dәrs verirsinizmi?” “Bәli” dedim. O,
“әgәr müәllimlәr belә düşünürlәrsә, mәdәniyyәtsiz avam xalqı qınamaq olmaz” dedi.
“Nә demәk istәyirsiniz?” dedim. O, “Üzr istәyirәm, siz bu yalan iddiaları haradan
öyrәndiniz?”-dedi. Mәn, “Xalqın içәrisindә olan qәnaәtlәrdәn vә tarix kitablarından”
deyә, cavab verdim. “Xalqı burax, sәn, bu sözlәri hansı kitablardan öyrәndin?”-dedi.
Mәn dә Әhmәd Әminin yazdığı Fәcrül-İslam, Zühәl-İslam, Zәhrül-İslam kimi kitabların
adlarını sadalamağa başladım. O, “Әhmәd Әmin nә vaxtdan şiәlәr haqqında qaynaq
olubdur? Әgәr sәn әdalәt ilә hökm vermәk istәyirsәnsә bu sözlәri әsl qaynaqlarında
tapmalısan”-dedi. Mәn “bütün xalqın arasında mәşhur olan şeylәrin nәyini axtarım”-
deyә, cavab verdim. Amma o, belә dedi: “Әhmәd Әmin İraqa ziyarәtә gәldiyi zaman
mәn Nәcәfdә onunla görüşәn müәllimlәrdәn biri idim. Ona şiәlәrin haqqında yazdığı
sözlәr barәsindә e’tiraz etdiyim vaxt o, üzr istәdi vә belә dedi: “Tәәssüf ki, mәn, sizin
haqqınızda heç bir şey bilmirdim vә indiyә qәdәr şiәlәrlә heç qarşılaşmamışdım vә bu
mәnim şiәlәrlә birinci qarşılaşmağımdır”. Buna görә ona belә dedik: “Bu üzrün,
günahından daha pisdir. Çünki bizim barәdә heç bir şey bilmәdiyin halda nәyә görә

G Ә M İ D Ә G Ö R Ü Ş ....................................................................................................................................... 21

ağzına gәlәn hәr pisliyi şiәlәrә nisbәt verib yazıbsan?” ” Yoldaşım sözlәrinә belә davam
etdi: “Qardaşım, Qur’anın әn qüvvәtli vә әn güclü qaynaq olmasına baxmayaraq әgәr
indi biz yәhudi vә xristiyanların günah vә sәhvlәrini Qur’ani-Kәrimdәn onlara
göstәrsәk, onlar yenә bu sözlәri qәbul etmәzlәr, amma әgәr biz onların günah vә
sәhvlәrini güvәndiklәri kitablardan çıxardıb göstәrsәk, bu “Şәhidә şәhidün min әhlihi”
babından olar (yә’ni öz sәhvlәrinә özlәrinin e’tiraf etmәsi). Yoldaşımın bu sözlәri
mәnim susuz qәlbimә su kimi tökülürdü. Bu qısa mübahisә nәticәsindә bir dәlili
olmayan mübahisәçi mövqeyinә düşdüyümü gördüm. Çünki bir sağlam mәntiq vә
güclü dәlillәrlә qarşı-qarşıya gәldiyimi hiss edirdim. Öz-özümә “bir az tәvazökarlıqla
bunu dinlәsәm nә olar”-dedim. Sonra ona “demәli sәn, Hәzrәti Mәhәmmәdә
inananlardansan”-dedim. O, “Bәli, İraqın bütün şiәlәri dә mәnim kimidirlәr. Sәn dә şiә
qardaşların haqqında müxtәlif şübhәlәrә düşmәmәyin üçün bunu yaxından araşdırıb
görә bilәrsәn. Çünki, Allah-Tәala Qur’ani-Kәrimdә dә belә buyurub ki: “Bә’zi şübhәlәr
günahdır”.”-dedi. Sonra bunu da әlavә etdi: “Әgәr doğrudan hәqiqәti öyrәnmәk
istәyirsәn vә gerçәkliyi olduğu kimi gözlәrinlә görüb qәlbinlә inanmaq istәyirsәnsә,
mәn sәni İraqa dә’vәt edirәm. Orada şiәlәrin alim vә avam tәbәqәsi ilә görüşәr vә bir
doğru qәnaәtә sahib olarsan.” Mәn, belә dedim: “Mәnim dә arzum bir gün İraqa gәlib
Abbasilәrin, xüsusilә dә Harun әr-Rәşid dövründәn qalan mәşhur islami әsәrlәri
yaxından görmәkdir. Amma maddi imkanlarım mәhduddur vә ancaq Ömrә sәfәrimin
mәsrәflәrini ödәyәcәk miqdarda pulum vardır, üstәlik bu pasportumla İraqa girә
bilmәrәm; viza almalıyam.” Amma O, dedi ki, “sәni İraqa dә’vәt etmәyim, sәnin
Beyrutdan Bağdada vә Bağdaddan Beyruta olan bütun mәsrәflәrini ödәyәcәyәm
demәkdir vә orada da mәnim qonağımsan vә bizim evdә qalacaqsan. Amma pasportla
әlaqәdar mәsәlәni dә Allah kömәk edәr. Әgәr Allah, İraqa gәlmәyini istәrsә pasportsuz
da gәlmәyin mümkün olar. Biz, Beyruta yetişәndәn sonra İraqa gәlә bilmәyin üçün viza
almağa çalışarıq.”

Bu tәklif mәni çox sevindirdi, yoldaşıma “inşallah sabah bir qәti şey deyәrәm”
dedim vә ondan ayrıldım. Canıma hava dәysin deyә yuxarı göyәrtәyә çıxdım, fikrim
yeni mәsәlәlәrlә mәşğul idi; bir yandan da dәnizlә birlәşәn üfüqә dalmışdım. Allaha
kainatı bu qәdәr gözәl yaratdığı üçün hәmd vә sәna edir vә mәni buraya qәdәr

G Ә M İ D Ә G Ö R Ü Ş ....................................................................................................................................... 22

gәtirdiyinә görә şükr edirdim vә Allahdan mәni pis insanlardan vә yamanlıqlardan
uzaqlaşdırmasını vә sәhv vә sapqınlıqlardan qorumasını dilәyirdim. Get-gedә fikir
dәnizinә dalır vә uşaqlığımdan o ana qәdәr yaşadığım gözәl günlәrin hamısını bir
kino lenti kimi gözümün önündәn keçirirdim; keçmişimi düşünmәk, gәlәcәyimin
daha yaxşı olacağına dair ümidimi daha da artırırdı. Elә hiss edirdim ki, Allah vә
peyğәmbәrinin mәxsus lütf vә inayәti mәni әhatә etmişdir. Axırda, peyğәmbәr
(s.ә.v.)-in köynәyini öpdüyüm, gözlәrimdә canlanan vә bә’zi sahillәri uzaqlardan
görünәn Misir ilә vidalaşdım.

Bir daha bu şiәnin sözlәrini yadıma saldım. Doğrudan da bu tәklif,
uşaqlığımdan arzum olanı hәyata keçirәcәyi üçün mәni çox sevindirmişdi. Mәn, İraqa
gedәrәk İslam mәdәniyyәtinin inkişaf etdiyi dövrdә, qәrb alimlәrinin belә, dәrs aldığı
Darül-Hikmәt kimi elm mәrkәzlәrinin banisi Mә’munun vә atası Harun әr-Rәşidin
diyarının tarixi әsәrlәrini yaxından görmәk istәyirdim. Hәm dә İraq, Qutbi-Rәbbani,
Şeyxi-Sәmәdani, şöhrәti dünyanı almış, tәriqәti ucqar kәndlәrә belә çatmış, qeyrәti
bütün qeyrәtlәri aşmış mövlam Әbdülqadir Geylani kimi şәxsiyyәtlәrin mәzarının
olduğu bir yerdir.

Bu arzularımın hәyata keçmәsini dә Allahın başqa inayәti olaraq görürdüm.
Belәliklә, xәyal vә tәsәvvür dәnizindә üzmәyә dalmışdım. Axşam yemәyi üçün
gәminin verdiyi siqnal mәni dalğınlıqdan çıxartdı. Mәn dә restorana doğru getdim,
amma hamı bir-birlәrini itәlәyәrәk qabağa keçmәk istәyirdilәr vә belәliklә qәlәbәlik
olmuşdu, hay-küy qopmuşdu. Birdәn hәmin şiә adam mәnim köynәyimdәn yavaşca
çәkәrәk belә dedi: “Gәl qardaşım, özünü narahat etmә, biz bu qәlәbәliyә girmәyәk,
sonradan yemәyimizi rahat yeyәrik; sәni çoxdandır axtarıram.” Sonra da “Namazını
qıldınmı?” deyә soruşdu. “Hәlә qılmamışam” dedim. “Elә isә gәl namazımızı qılaq, o
vaxtadәk dә bu qәlәbәlik azalar vә biz yemәyimizi rahat yeyәrik” dedi.

Tәklifini bәyәndim. Dәstәmaz almaq uçün qәlәbәlikdәn uzaqlaşdıq. Bu adamın
necә namaz qılacağı ilә maraqlanırdım. Buna görә onu imam olaraq qabağa keçirdim
vә düşündüm ki, namazımı sonra tәzәdәn qılaram. Amma o, axşam namazının qiraәt
vә zikrlәrinә başladığı zaman mәnim görüşüm tamamilә dәyişdi, elә ki, özümü
peyğәmbәr (s.ә.v.)-in dәyәrli sәhabәlәrinin birinin arxasında namaz qılan kimi hiss

G Ә M İ D Ә G Ö R Ü Ş ....................................................................................................................................... 23

edirdim. Namaz qurtarandan sonra bir çox dua oxudu. Mәn, o vaxta qәdәr bu duaları
öz ölkәmdә vә gәzdiyim başqa ölkәlәrdә eşitmәmişdim. O, oxuduğu duaların
arasında peyğәmbәr (s.ә.v.) vә Әhli-beytinә sәlәvat göndәrdikcә mәnim ürәyim
rahatlaşırdı. Namazda ağlaması gözlәrindәn bәlli olurdu. Mәnim bәsirәt gözümün
açılması üçün dә dua etdiyini eşitdim. Namazdan sonra birlikdә restorana getdik,
restoranda mәn oturmadan oturmadı. Sonra yemәk gәtirdilәr. O, mәnim qabağımdakı
qabın әtinin az olduğu üçün, mәnim qәbul etmәmәyimә baxmayaraq, öz qabağındakı
qabla dәyişdi. Mәnә, sanki onun qonağıyam, daim israr vә iltifat edirdi, çox yumşaq
vә sәmimi danışırdı, söhbәtlәrinin arasında yemәk yemә, su içmә vә süfrә әdәbi
haqqında, mәnim eşitmәdiyim bir neçә rәvayәt dә söylәdi.

Onun әxlaqı, çox xoşuma gәlmişdi. Xüftәn namazını da ona tabe olaraq qıldım.
Namazı dua ilә o qәdәr uzatdı ki, mәn dә ağladım. Allahdan istәdim ki, mәnim
zәnnimi bu şәxsin haqqında dәyişdirsin ki, bә’zi şübhәlәr günahdır. Amma nәlәrlә
qarşılaşacağımı kim bilirdi?

İraq vә “min bir gecәsini” düşünәrәk yuxuladım. Mәni sübh namazına çağırması
ilә oyandım vә birlikdә sübh namazını qıldıq, daha sonra Allahın müsәlmanlara
verdiyi ne’mәtlәr barәsindә danışdıq. Mәn, tәzәdәn yatdım. Oyandığım zaman onu
yatağında әlindәki tәsbeh ilә Allaha zikr oxumasını gördüm. Belәliklә ona qәti
güvәndim vә Allahdan mәni bağışlamasını dilәdim.

Restoranda bir şeylәr yeyirdik ki, mikrofon Livan sahilinә yaxınlaşdığımızı vә
iki saata qәdәr Beyrut limanına yetişәcәyimizi e’lan etdi.

Yoldaşım “yaxşı düşünüb nәticәyә çatdınmı?” deyә, soruşdu. “Әgәr Allah istәsә
vә İraqa getmәk üçün viza ala bilsәm heç bir maneә yoxdur” deyә, cavab verdim vә
bu dә’vәtinә görә ona çox tәşәkkür etdim. Beyrutda gәmidәn endik vә o gecәni orada
keçirtdik. Sonra oradan Dәmәşqә getdik. Dәmәşqә yetişәn kimi İraq konsulluğuna
getdik vә ummadığım sür’әtlә İraqa getmәk üçün viza aldıq. Oradan çıxanda
yoldaşım viza ala bildiyim üçün mәni tәbrik edib Allaha şükr elәdi.

İ R A Q A İ L K S Ә F Ә R İ M .......................................................................................................................... 24

İRAQA İLK SӘFӘRİM

Nәcәf Beynәlxalq Nәqliyyat Şirkәtinә aid bir avtobusla Dәmәşqdәn Bağdada
doğru hәrәkәt etdik. Bağdada çatdığımızda hava 40 dәrәcә isti idi.

Dәrhal yoldaşımın “İqal” mәhәllәsi dediyi bir gözәl yerdә olan evinә getdik.
Yaxşı kondisioneri olan evinin bir otağında bir az dincәldim. O, mәnә “dişdaşә”
dediklәri bir uzun köynәk verdi. Sonra göyәrti vә yemәk gәtirdi. Ailә üzvlәri bir-bir
gәlib hörmәtlә mәnә salam verdilәr. Atası, sanki mәni öncәdәn tanıyırmış kimi mәni
qucaqlayıb çox isti şәkildә görüşdü. Amma anası başında qara çarşabla qapı
qabağında durub oradan mәnә salam verdi vә “xoş gәlibsiniz” dedi. Dostum,
anasının mәnә әl vermәdiyi üçün üzr istәyib dedi: “Qadının özgә kişiyә әl vermәsi
haramdır, buna görә anam sizә әl vermәdi”. Mәn daha da heyrәtlәndim vә öz-özümә
dedim ki, biz bunları dindәn çıxmaqda günahlandırırıq. Halbuki bunlar dinin
ehkamına bizdәn daha çox bağlıdırlar.

Mәn onunla birlikdә olduğum bir neçә gün әrzindә onu çox comәrd, şәxsiyyәtli,
әsalәtli vә cәsarәtli görmüşdüm. Onda müşahidә etdiyim tәvazökarlıq vә tәqvanın
tayını görmәmişdim vә mәn elә bil öz evimizdәyәm kimi qәriblik hiss etmirdim.

Axşamçağı yataqları damın üstünә sәrmişdilәr. Yatmaq üçün yuxarı çıxdıq,
amma mәn o gecә uzun bir zamana qәdәr yata bilmәdim. Öz-özümә “bunlar
xәyaldırmı yoxsa hәqiqәtdir, mәn doğrudan Bağdadda Әbdülqadir Geylani
Hәzrәtlәrinin yanındayammı?” deyirdim.

Әbdülqadir Geylani haqqında danışdığım zaman dostum gülümsәyәrәk
“Tunislilәr Әbdülqadir Geylani haqqında nә deyirlәr?”dedi. Mәn dә ona tunislilәrin
Әbdülqadir Geylani barәdә dediklәrini, bә’zi kәramәtlәri, Tunisdә onun adına
binaların vә onun vәlilәrin qütbü olduğu, Hәzrәti peyğәmbәr (s.ә.v.)-in
peyğәmbәrlәrin ağası olduğu kimi, Әbdülqadirin dә vәlilәrin ağası olduğu vә onun
“xalq yeddi dәfә Allahın evinin әtrafında tәvaf edәr, halbuki mәn Allahın eviyәm, öz
çadırımın әtrafında tәvaf edәrәm” sözü barәdә danışdım.

Mәn hәtta çalışırdım ki, dostumu Әbülqadir Geylaninin bә’zi mürid vә
dostlarının yanına aşkarda gәlib onların xәstәlәrini sağaltdığı vә onların çәtinliklәrini

Ә B D Ü L Q A D İ R G E Y L A N İ V Ә M U S A İ-K A Z İ M ( Ә ) ....................................................... 25

aradan qaldırdığı barәdә qane edim. Amma görәsәn o anda bütün bunları şirk bilәn
Vәhabilik inancını unutmuşdummu, yoxsa özümü bilmәmәzliyә vururdum? Özüm
dә bilmirәm.

Bunları danışarkәn umduğum marağı dostumda görmәyimcә bu dediklәrimin
sәhv ola bilәcәyi barәdә dә onu qane etmәyә çalışdım. Buna görә dostumdan bu
barәdә necә düşündüyünü soruşdum. O, gülümsәyәrәk belә dedi: “Müsafirәt
yorğunluğunun çıxması üçün siz bu gecәni istirahәt edin. Sabah, inşallah Şeyx
Әbdülqadirin ziyarәtinә gedәrik.”

Onun bu sözlәrindәn çox sevindim, qәlbim sanki sevincimdәn uçmaq istәyirdi,
tez sübh olmasını arzulayırdım. Amma yorğun olduğumdan çox keçmәmişdi ki,
dәrin yuxuya getdim.

Ә B D Ü L Q A D İ R G E Y L A N İ VӘ M U S A İ-K A Z İ M ( Ә )

Sәhәr çağı çay-çörәk yedikdәn sonra Şeyxin hәrәminә getdik. İllәr boyu
ziyarәtini arzuladığım yeri görüncә qaça-qaça içәri girdim. Sanki özümü şeyxin
qucağına atacaqdım. Buranı görmәk eşqi çoxdan bәri qәlbimdә yerlәşmişdi. Mәn, hәr
yerә gedirdim dostum da dalımca gәlirdi. Mәn, beytullahın (Kә’bәnin) ziyarәtçilәri
kimi hay-küy salan ziyarәtçilәrә qarışdım. Bә’zilәr halva paylayırdılar. Camaat da
halva ala bilmәk üçün bir-birlәrini itәlәyirdilәr. Mәn dә bir az halva alıb bir azını
tәbәrrük üçün yedim, bir azını da saxladım. Sonra da bacardığım qәdәr orada namaz
qılıb dua elәdim. Orada içdiyim suyu Zәm-zәm suyu kimi sanırdım. Sonra da
üstündә Şeyxin yaşıl günbәzinin şәkili olan tәbrik kartları alıb Tunisdәki dostlarıma
göndәrmәk üçün üstlәrini yazmağa başladım vә dostumdan bu işi sona çatdırmağım
üçün bir az mәni gözlәmәsini xahiş etdim. Belәliklә mәn, dost vә qohumlarıma
niyyәtimin düzlüyü vә ucalığı nәticәsindә onların ziyarәt edә bilmәdiklәri yerә
çatdığımı göstәrmәk istәyirdim.

Naharı paytaxtın orta mәhәllәlәrindәn birindә bir restoranda yedikdәn sonra
dostum mәni bir xüsusi taksi ilә Kazemeynә apardı. Mәn bu adı ilk dәfә dostumun
sürücü ilә danışmasından eşitdim. Maşından enәn kimi özümü bir böyük qәlәbәliyin

Ә B D Ü L Q A D İ R G E Y L A N İ V Ә M U S A İ-K A Z İ M ( Ә ) ....................................................... 26

içәrisindә gördüm. Qadın vә uşaqların olduğu bu qәlәbәlik bizim getdiyimiz tәrәfә
doğru gedirdi. Bә’zilәr özlәri ilә әşya da aparırdılar. Haraya getdiyimi yaxşı
bilmәdiyim halda bunları görәn kimi hәcc mövsümünü xatırladım.

Az sonra parıltısı gözlәri qamaşdıran bir qızıl günbәz, minarәlәri ilә birlikdә
görünmәyә başladı. Mәn buranın şiәlәrә aid bir mәscid olduğunu anladım. Çünki
öncәdәn şiәlәrin haram olmasına baxmayaraq mәscidlәrini qızıl vә gümüş ilә
bәzәdiklәrini eşitmişdim.

Mәscidin içәrisinә girmәk istәmirdim, amma dostumun xatiri üçün onu tә’qib
edәrәk içәri girmәk mәcburiyyәtindә qaldım. Hәlә birinci qapıdan içәri girdiyimiz
vaxt bә’zi qocaların әllәrini qapılara sürtdüklәrini vә öpdüklәrini gördüm. Qapının
yanında olan bir böyük tablonun üstündә “Örtüksüz qadınların içәri girmәsi
qadağandır” cümlәsinin yazılması diqqәtimi çәkdi. Tabloda İmam Әlidәn belә bir
rәvayәt dә qeyd edilmişdi: “Bir gün gәlәr ki, qadınlar çılpaq olaraq evlәrindәn
çıxarlar”…

Yetişdiyimiz vaxt dostum giriş icazәsi deyә bilinәn bir duanı oxumaqla mәşğul
oldu. Mәn dә hәr iki üzü qızıl vә gözәl naxışlarla dolu vә hәr yerinә Qur’an ayәlәri
yazılmış olan qapıya baxmağa başladım.

Dostum içәri girdi. Mәn dә onun ardınca içәri girdim, amma şiәlәrin kafir
olduqlarına dair bә’zi kitablarda oxuduğum yazılar gözümün önündә canlanırdı.

Türbәnin içәrisindә gördüyüm bәzәk vә naxışlar, xәyalımda belә sığışmayan
dәrәcәdә idi. Özümü indiyә qәdәr adәt etmәdiyim alәmdә görmәyim mәni heyrәtә
gәtirmişdi. Mәzarın әtrafında dönәn, onu öpüb ağlayanlara nifrәt hissi ilә baxırdım.
Bә’zilәrinin dә qәbirin әtrafında namaz qıldıqlarını görәn kimi Hәzrәti peyğәmbәr
(s.ә.v.)-in bu hәdisi yadıma düşdü:

“Allah, yәhudi vә xristianlara lә’nәt elәsin ki, vәli vә böyüklәrinin qәbirlәrini mәscid
elәdilәr.”

Dostum içәri girdiyindәn bәri gözlәrindәn yaş tökülürdü. Mәn, onu bu halında
öz başına buraxdım, qәbrin dövrünә asılan, üstünә ziyarәt duası yazılmış bir tablonu

Ә B D Ü L Q A D İ R G E Y L A N İ V Ә M U S A İ-K A Z İ M ( Ә ) ....................................................... 27

oxumaq üçün ona yaxınlaşdım. Bu ziyarәt duasında tanımadığım bir çox ad
yazılmışdı. Buna görә bir şey başa düşә bilmәdim, fatihә oxudum vә belә dedim:
Allahım, әgәr bu adam müsәlmandırsa ona rәhmәt elә çünki sәn, öz qulunu yaxşı
tanıyırsan.

Dostum mәnә yaxınlaşıb qulağıma yavaşca dedi ki, әgәr bir arzun varsa burada
Allahdan istә. Biz bu qәbirin sahibinә “Babul - Hәvaic” (dilәklәr qapısı) deyәrik.

Onun sözlәrinә әhәmiyyәt vermәdim (Allah mәni bağışlasın). Başlarında qara
yaxud ağ sarıq vә alınlarında sәcdә izi olan yaşlı adamların burada olması mәnim
diqqәtimi cәlb edirdi. Uzun saqqal, xoş iy vә ciddi baxışları bunların heybәtini daha
da artırırdı. Bunlar vә ümumiyyәtlә içәri girәnlәrin hamısı ağlayırdı. Birdәn-birә
özümә gәlib özüm özümdәn soruşdum ki, görәsәn bu göz yaşlarının hamısı
yalandandırmı? Bu yaşlı adamların hamısının davranışı sәhvdirmi? Heyrәtlәnmiş bir
halda oradan çıxdım, amma dostum hörmәtsizlik olmasın deyә, dal-dalı çıxırdı.

Ondan bu türbәnin sahibinin kim olduğunu soruşdum. “İmam Musai-Kazim”
olduğunu söylәdi. “İmam Musai-Kazim kimdir?” deyә, soruşdum. “Sübhanәllah, siz
sünni qardaşlar niyә çәyirdәyin özünü buraxıb qabığından yapışıbsınız?”-dedi. Mәn,
onun bu sözündәn narahat oldum vә hirsli halda “biz necә çәyirdәyi buraxıb
qabıqdan yapışmışıq?”-dedim. O, mәni bir az sakitlәşdirdikdәn sonra belә dedi:
“Qardaşım, sәn İraqa gәldiyin gündәn hәmişә Әbdülqadir Geylanidәn danışırsan.
Әbdülqadir Geylani kimdir ki, sәni belә özünә cәzb elәmişdir?” Dәrhal qürurla dedim
ki, o, peyğәmbәr (s.ә.v.)-in övladlarındandır. Hәzrәti Mәhәmmәd (s.ә.v.)-dәn sonra
peyğәmbәr gәlsәydi mütlәq Geylani peyğәmbәr olardı.

“İslam tarixi haqqında mә’lumatınız varmı?”-deyә, soruşdu. “Bәli”-dedim.
Halbuki İslam tarixi haqqında çox şey bilmirdim. Müәllimlәrimiz bizi araşdırmaqdan
çәkindirәr vә deyәrdilәr ki, bu qaranlıq tarixin qaranlıq sәhifәlәrini oxumaqda bir fayda
yoxdur. Misal üçün günlәrin birindә bәlağәt dәrsindә tәsadüfәn Hәzrәti Әlinin Nәhc әl-
bәlağәsinin Şiqşiqiyyә xütbәsini oxuyurduq. Bu xütbә, mәn vә dostlarımı heyrәtә
salmışdı. Mәn cәsarәt edib müәllimә belә bir sual verdim: “Bu xütbә Hәzrәti Әliyә
aiddirmi?” Müәllimimiz, “Bәli, şübhәsiz Hәzrәti Әlinindir. Hәzrәti Әlidәn başqa kim
belә bәlağәtli danışa bilәr? Әgәr bu sözlәr Әlidәn başqasının olsaydı, Misirin böyük

Ә B D Ü L Q A D İ R G E Y L A N İ V Ә M U S A İ-K A Z İ M ( Ә ) ....................................................... 28

müftisi şeyx Mәhәmmәd Әbdüh kimi şәxsiyyәtlәr bu xütbәlәrә bu qәdәr әhәmiyyәt
verib onlara şәrh yazmazdılar”-dedi. Mәn isә belә dedim: “Amma burada Hәzrәti Әli,
Әbubәkr vә Ömәri xilafәt mәsәlәsindә onun haqqını qәsb etmәkdә günahlandırır.”

Müәllimim әsәbilәşәrәk mәnә çığırdı vә “әgәr bir dә belә suallar versәn sinifdәn
qovularsan”-deyәrәk mәni tәhdid edti vә sözlәrinә bunu da әlavә etdi ki, “biz bәlağәt
dәrsi oxuyuruq, tarix dәrsi yox. Sәhifәlәri, müsәlmanlar arasında baş verәn qanlı
müharibәlәr vә fitnәlәrlә dolu olan tarixi araşdırmağın bizә nә faydası var. Allah, bizim
qılınclarımızı müsәlman qanına batırmadığı kimi, biz dә onlara dil uzatmayaq.”

Mәn, bu sözlәrlә qane olmadım vә әlindәn narahat qaldım vә öz-özümә “verdiyi
dәrsin mә’nasını belә izah edә bilmir”-dedim. Dәfәlәrlә İslam tarixini oxumaq istәdim,
amma әlimdә gәrәkli qaynaq vә kitablarım olmadığına görә bu işi görmәyә müvәffәq
olmadım. Müәllimlәrimiz arasında da bu işә әhәmiyyәt verәn birini görmәdim. Sanki
bunlar, tarixin sәhifәlәrini açıb orada yazılanlar haqqında düşünmәmәyә dair hamısı
birlikdә qәrar vermişdilәr.

Dostum tarix haqqında mә’lumatımdan soruşduğu vaxt mәsәlәni ört-basdır etmәk
üçün dә olsa “bәli” demişdim. Halbuki ürәyimdә deyirdim ki, “tarixin içi fitnә, kin vә
tәzadlarla dolu olduğunu vә oxumasının bir faydası olmadığını bilirәm.”

“Әbdülqadir Geylaninin nә vaxt dünyaya gәldiyini bilirsәnmi?” deyә, soruşdu.
“Düşünürәm ki, altı yaxud yeddinci әsrdә dünyaya gәlibdir”-dedim. “Onunla Hәzrәti
peyğәmbәrin arasında nә qәdәr fasilә vardır?”-dedi. Mәn, “әn azı altı әsr”-dedim. O,
“әgәr hәr әsrdә iki nәsil gәlsә, Әbdülqadir Geylani peyğәmbәrin on ikinci nәvәsi olar”-
dedi. Mәn dә “bәli, elәdir”-dedim. Dostum isә “amma İmam Musai Kazim ancaq dörd
ata ilә peyğәmbәrә çatır. İmam Musai-Kazim, Cәfәr Sadiqin, o da Mәhәmmәd Baqirin,
o da Zeynәlabidinin, o da Hәzrәti Hüseynin, o da Hәzrәti Fatimәnin vә o da
peyğәmbәrin övladıdır. Digәr tәrәfdәn isә İmam Musai-Kazim hicrәtin ikinci әsrindә
dünyaya gәlibdir; o halda sәn, bunların hansının peyğәmbәrә daha yaxın olduğunu
hesab edirsәn?”-dedi. Heç gözlәmәdәn “Mә’lumdur ki, bu daha yaxındır. Amma niyә
biz indiyә qәdәr onu tanımayıb adını belә eşitmәmişik?”-dedim. O, “elә әsl dәrd dә
budur. Buna görә sizdәn üzr istәyәrәk bayaq dediyim sözü tәkrar edirәm. Siz
çәyirdәyin özünü buraxıb qabığından yapışıbsınız”-dedi.

Ә B D Ü L Q A D İ R G E Y L A N İ V Ә M U S A İ-K A Z İ M ( Ә ) ....................................................... 29

Belәliklә, bә’zәn durub, bә’zәn yeriyәrәk söhbәt edirdik. Bir elmi mәrkәzә
yetişdik. Orada tәlәbәlәr vә müәllimlәr elmi mәsәlәlәr barәdә bir-birlәri ilә mübahisә
edirdilәr. Bir az orada durduq. Dostum onlardan birini qәrarı varmış kimi gözü ilә
axtarırdı. Onlardan biri qalxıb bizim yanımıza gәldi vә salam verdi. Dostum, ondan
bir şәxsi soruşdu vә mәn onun verdiyi cavabdan soruşulan şәxsin professor olduğunu
vә bir az sonra gәlәcәyini anladım. Bu sırada dostum mәnә dedi: “Sәni buraya
gәtirmәkdәn hәdәfim sәni Bağdad Universitetinin profesorlarından olan bir tarix
mütәxәssisi ilә tanış etmәkdir. O, doktorluq dissertasiyasını Әbdülqadir Geylani
haqqında yazmışdır. Allah qoysa, onunla görüşmәk sәnin üçün faydalı olar. Çünki
mәn, tarix mütәxәssisi deyilәm.”

Biz, bir soyuq şәrbәt içәnә kimi gözlәdiyimiz adam da gәldi. Salamlaşdıqdan
sonra dostum mәni ona tәqdim etdi vә ondan Әbdülqadir Geylaninin hәyatı barәdә
mәnә qısa şәkildә danışmasını xahiş etdi vә özü bir başqa işinә yetişә bilmәsi üçün
icazә alıb bizdәn ayrıldı. Tarix müәllimi ikimizә dә şәrbәt gәtirtdikdәn sonra mәndәn
adımı, ölkәmi, işimi vә Tunisdә Әbdülqadir Geylanini necә tanıdıqlarını soruşdu.
Mәn dә hәr şeyi dedim vә әlavә etdim ki, bizim xalqımız hәtta belә, inanır ki, Hәzrәti
peyğәmbәr (s.ә.v.) me’raca getdiyi zaman Әbdülqadir Geylaninin çiynindә getmişdir
vә Cәbrailin yanmaqdan qorxub, artıq yüksәklәrә çıxa bilmәdiyi vaxt peyğәmbәr
(s.ә.v.) Әbdülqadirә qayıdıb demişdir ki, “mәnim ayaqlarım sәnin çiynindә, sәnin
ayaqların isә qiyamәt gününә qәdәr bütün vәlilәrin çiynindәdir.”

Tarix müәllimi mәnim bu sözümü eşidәn kimi çox güldü, amma nәyә
güldüyünü bilmәdim. Görәsәn mәnim danışdığım sözlәrә güldü, yoxsa qarşısında
oturan tunisli müәllimә?

Müәllim Allahın vәlilәri vә lәyaqәtlәri haqqında bir az danışdıqdan sonra belә
dedi: “Yeddi il çәkәn tәdqiqatımın sırasında Pakistana, Türkiyәyә, Misirә, İngiltәrәyә
vә Әbdülqadir Geylaniyә aid yazılı әsәrlәr olan hәr yerә getdim vә hәmin әsәrlәrin
hamısını araşdırıb fotosurәtlәrini aldım. Amma bunların heç birindә Әbdülqadir
Geylaninin peyğәmbәrin nәslindәn olduğunu sübuta yetirәn bir dәlil görmәdim.
Fәqәt onun nәvәlәrindәn birinә aid olan bir şe’rdә belә qit’ә var idi: “Mәnim cәddim

peyğәmbәrdir.” Bu da çox ehtimala görә peyğәmbәrdәn nәql olunan: ( )








































Click to View FlipBook Version