C İ H A D A Y Ә S İ ............................................................................................................................................ 100
tәvazökar, kafirlәrin qarşısında güclü vә şәrәflidirlәr, Allah yolunda cihad edәrlәr vә
qınayanın qınamasından qorxmazlar. Bu Allahın bir lütfü vә ehsanıdır ki, istәdiyinә
verәr. Allah bağışlayan vә bilәndir.” (Maidә surәsi, 54-cü ayә)
Әgәr bu mövzunu tә’kid edәn vә şiәlәrin sәhabәni üç qrupa ayırmasının
haqlılığını isbat edәn ayәlәrin hamısını burada qeyd edib izah etmәk istәsәk bir kitab
olar. Qur’ani-Kәrim bu mövzunu әn qısa ibarә vә әn kamil ifadә ilә belә izah etmişdir:
“Aranızda elә adamlar olmalıdır ki, sizi xeyrә çağırsın, sizә yaxşılığı әmr etsin,
yamanlıqlardan çәkindirmәyә çalışsınlar, onlardır qurtuluşa vә istәyinә çatanlar.
Açıq dәlillәr gәtirildikdәn sonra da yenә parça-parça olanlara, yenә ayrılığa
düşәnlәrә bәnzәmәyin ki, böyük әzab onlar üçündür. O gün, bir gündür ki, bә’zi
üzlәr ağarar vә bә’zi üzlәr qaralar. Üzlәri qaralanlara deyilәr: İnandıqdan sonra kafir
oldunuzmu? Kafir olmağınızın әvәzindә әzabı dadın. Üzlәri ağaranlar isә Allahın
rәhmәtindәdirlәr. Onlar o rәhmәtdә әbәdi olaraq qalarlar.” (Ali-İmran surәsi, 104,
105, 106, 107-ci ayәlәr)
Bütün tәdqiqatçılara mә’lumdur ki, bu ayәlәr sәhabәlәri qәsd edir. Bu ayәlәr
onları aşkar dәlillәri gördükdәn sonra tәfriqәdәn çәkindirir vә әzab vә’dәlәri ilә tәhdid
edir vә sәhabәlәri iki qrupa ayırır: bir qrupu qiyamәt günündә üzü ağ mәhşәrә gәlәcәk,
onlar Allaha şükür edәn vә onun rәhmәtinә layiq olanlardır. O biri qrup isә üzü qara
olaraq gәlәcәkdir. Onlar isә müsәlman olduqdan sonra İslamdan dönәnlәrdir. Allah-
Tәala onlara әzab vә’d etmişdir.
Hamı bilir ki, sәhabәlәr peyğәmbәrdәn sonra ixtilafa düşüb fitnәlәrә qapılmışlar.
Hәtta iş o yerә çatmışdı ki, bir-birlәri ilә qanlı müharibәyә başlamışlar. Yuxarıda qeyd
etdiyimiz ayәlәri tә’vil yolu ilә zahiri mә’nalardan çıxartmaq doğru deyildir.
İ T A Ә T K A R L I Q İ L Ә Ә L A Q Ә D A R A Y Ә .............................................................................. 101
3. İtaәtkarlıq ilә әlaqәdar ayә
Allah-Tәala belә buyurur:
“Allah vә Qur’andan nazil olan ayәlәr anıldığı vaxt mö’minlәrin qorxub itaәt
etmәlәrinin vaxtı gәlmәdimi ki, әvvәlcә kitab verilәnlәrә bәnzәmәsinlәr, onların
peyğәmbәrlәri ilә araları dәyincә qәlblәri bәrkidi vә onların çoxu әmrdәn
çıxanlardır” (Hәdid surәsi, 16-cı ayә)
Cәlalәddin Süyuti, “әd-Dürr әl-Mәnsur fit-tәfsir” adlı kitabında belә yazmışdır:
“Sәhabәlәr Mәkkәdә qarşılaşdıqları çәtinliklәrin әksinә Mәdinәdә rifaha çatdılar. Bu
rifah onları bir az soyutdu. Buna görә bә’zi şeylәrdә süst oldular. Bununla әlaqәdar bu
ayә nazil oldu “Allah vә Qur’andan nazil olan ayәlәr anıldığı vaxt..” ” Bir hәdisә görә
Hәzrәti peyğәmbәr buyurmuşdur ki, Allah mühacirlәrin qәlblәrinin Qur’anın nazil
olmasından on yeddi il sonra süst olduğunu görüncә bu ayәni nazil etdi. Sәhabәlәr,
sünnilәrin dediyi kimi insanların әn yaxşısı olsaydılar, onların qәlblәri on yeddi ildәn
sonra bәrkimәyә başlamazdı vә Allah onları bu vәziyyәtlәrinә görә qınamazdı. Bu bir
neçә ayә sәhabәnin bir qisminin әdalәtli olmamasına dәlalәt edir. Әgәr peyğәmbәrin
hәdislәrini dә araşdırsaq daha bir çox dәlil tapa bilәrik. Mәn, söhbәti uzatmaq
istәmәdiyim üçün hәmin hәdislәrdәn yalnız bә’zilәrinә işarә edәcәyәm. Kim mәsәlәni
әtraflı şәkildә araşdırsa bu barәdә qaynaqlarda bir çox hәdisin nәql olunduğunu görәr.
H Ә Z R Ә T İ P E Y Ğ Ә M B Ә R İ N ( s.ә.v. ) S Ә H A B Ә L Ә R
HAQQINDA GÖRÜŞÜ
1. Hovuz hәdisi.
Hәzrәti Mәhәmmәd (s.ә.v.) belә buyurmuşdur:
:( )
H O V U Z H Ә D İ S İ ……………………………………................................................................................ 102
::
“Qiyamәtdә (hovuzun) başında durduğum an bir qrupla qarşılaşacağam vә onları
tanıyacağam. O anda onlarla mәnim aramdan bir nәfәr qalxıb onlara gәlin - deyәcәk. Mәn, hara
gәlsinlәr - deyәcәyәm. “Allaha and olsun ki, cәhәnnәmә”-deyәcәkdir. “Bunlar nә elәyiblәr?”-
deyә, soruşacağam. “Bunlar sәndәn sonra dindәn çıxıb cahiliyyәtә qayıtdılar”-deyәcәkdir.
“Bunların içәrisindәn, sürüdәn ayrılıb öz başına yayılan dәvәlәr kimi, az bir qrupdan başqa
qurtulan olmayacaqdır.” 1
O hәzrәt habelә buyurmuşdur:
:( )
: ::
“Mәn sizdәn әvvәl hovuza yetişәcәyәm. Mәnә gәlәn hәr kәs o hovuzun suyundan içәr vә
artıq susamaz. Bә’zi qruplar da mәnә gәlәrlәr ki, mәn onları tanıyaram. Onlar da mәni
tanıyarlar. O anda mәnimlә onların arasında ayrılıq düşәr. “Bunlar mәnim sәhabәlәrimdir”-
deyә, sәslәnәrәm. “Sәn bilmirsәn ki, bunlar sәndәn sonra nә elәdilәr?”-deyilәr. Mәn dә “mәndәn
sonra dinimi dәyişdirәnlәr uzaq olsun”-deyәrәm.” 2
Әgәr sünni alimlәrin sihah vә müsnәdlәrindә yazdıqları bu hәdislәrә yaxşı diqqәt
edәn olsa, onda sәhabәlәrin çoxunun peyğәmbәrdәn sonra dindәn döndüklәrindә vә
dinin hökmlәrini dәyişdirdiklәrindә bir şübhә qalmaz. Doğrudan da peyğәmbәrdәn
sonra az bir qrupdan başqa hamı haqdan üz çevirdi. Bu hәdisi yalnız üçüncü qism
sәhabәlәrә tәtbiq edә bilmәrik. Çünki, Hәzrәti peyğәmbәr hәmin hәdisdә açıqca
1 “Sәhih әl-Buxari”, c.4, sәh.94-dәn 99-a qәdәr vә sәh.156, c.3, sәh.32 vә “Sәhih Müslüm”, c.7, sәh.66,
“Hәdisi-Hauz”
2 “Sәhih әl-Buxari”, c.4, sәh.94-dәn 99-a qәdәr vә sәh.156, c.3, sәh.32 vә “Sәhih Müslüm”, c.7, sәh.66,
“Hәdisi-Hauz”
Y Ә H U D İ V Ә X R İ S T İ A N L A R A T A B E O L M A Q H Ә D İ S İ ..................................... 103
buyurmuşdur ki, bunlar mәnim sәhabәlәrimdir.
Bu hәdislәr qabaqca nәql etdiyimiz vә sәhabәlәrin dindәn dönәcәklәrini xәbәr
verәn, onları әzab ilә tәhdid edәn ayәlәrin mә’na vә tәfsiri kimidir.
2. Yәhudi vә хristianlara tabe olmaq hәdisi
Peyğәmbәr belә buyurmuşdu:
“Sizlәr qarış-bәqarış, zira-bәzira* özünüzdәn әvvәlkilәrin sünnәtinin ardınca gedәrsiz,
hәtta әgәr kәrtәnkәlә yuvasına daхil olmuşlarsa da, sizlәr dә onların ardınca gedәrsiniz. Dedik ki,
ya Rәsulallah yәhudi vә хristianların? Peyğәmbәr dedi: Bәs kimlәrin!!!”1
Hamı tәrәfindәn sәhihliyi qәbul olunan bu hәdisi araşdıran hәr bir şәхs özünә sual
vermәlidir ki, peyğәmbәrin bu hәdisdә işarә etdiyi sәhabәlәr nә etdilәr? O sәhabәlәr ki,
peyğәmbәr onların хristian vә yәhudilәrin yolunu qarış-bәqarış izlәyәcәyini söylәmişdi.
Qur’ani-Kәrim vә sәhih tariх kitablarından mә’lumdur ki, yәhudilәr öz peyğәmbәrlәri
olan Musa (ә)-ya qarşı çıхdılar, ona itaәtsizlik etdilәr vә ona әziyyәt verdilәr. O
olmayanda buzova ibadәt etdilәr, qardaşı Harunun әleyhinә tәdbir töküb, az qaldılar
ki, onu öldürsünlәr. Onlara zillәt vә alçaqlıq damğası vuruldu. Bu etdiklәrinә görә
Allahın qәzәbinә düçar oldular, iman gәtirdikdәn sonra mürtәd oldular (dindәn
döndülәr), Allahın peyğәmbәrlәrinә qarşı tәdbir tökdülәr vә hәr dәfә istәmәdiklәri
peyğәmbәr gәldikdә onların bәzilәrini yalançı saydılar, bәzilәrini isә öldürdülәr. Hәtta
iş o yerә çatdı ki, Hәzrәti İsa (ә)-ya qarşı tәdbir tökdülәr, pak anasına böhtan atdılar vә
onu öldürüb, çarmıхa çәkmәyәnә qәdәr (öz gümanlarına görә) sakit olmadılar, onun
barәsindә iхtilafa düşdülәr. Bәzilәri onu dәccal vә yalançı saydı, bәzilәri isә onu
ilahilәşdirib, Allahın oğlu sandılar. Bu hәdis mәnim belә düşünmәyimә әsas verir ki,
onlar da bir çoх işlәrdә peyğәmbәrin әmrinә qarşı itaәtsizlik göstәrmişlәr:
* Әrәblәrdә dirsәkdәn barmaqların ucuna qәdәr olan mәsafәyә bәrabәr ölçü vahidi.
1 “Sәhih әl-Buхari”, c.4, sәh.187; “Sәhih Müslüm”, c.8, sәh.57; “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c.3,
sәh.84-94
Y Ә H U D İ V Ә X R İ S T İ A N L A R A T A B E O L M A Q H Ә D İ S İ ..................................... 104
Onların azğınlığa düşmәsinin qarşısını alan kitabın (vәsiyyәtnamәnin) yazılmasına
mane oldular.
Usamәni ordu başçısı tәyin etdiyinә görә peyğәmbәrә irad tutdular vә hәtta
peyğәmbәrin vәfatından sonra onunla birlikdә döyüşә getmәkdәn boyun
qaçırdılar. Halbuki Usamәnin ordusundan geri qalanları peyğәmbәr (s.ә.v.)
lәnәtlәmişdir.
Peyğәmbәr tәrәfindәn хәlifәlik barәsindә açıq nәssin vә göstәrişin olmasına
baхmayaraq, Bәni Saidә sәqifәsindә хәlifә seçmәk üçün iхtilaf vә fikir ayrılığına
düşdülәr. Bununla da peyğәmbәrin Qәdir-Хumda açıq-aydın tәyin etdiyi хәlifәni
qәbul etmәdilәr. Şiәnin iddiasına görә bu şәхs Әli ibni Әbu-Talibdir vә onların bu
barәdә sәhih tariх vә sünnә kitablarına әsaslanan inkaredilmәz dәlillәri
mövcuddur.
Peyğәmbәrin qızı – хanım Fatimeyi Zәhranın evindә cәm olan beyәt etmәyәn
şәхslәrin evdәn çıхmayacağı tәqdirdә, хanımın evinin yandırılması ilә onu
hәdәlәdilәr.
İnsaflı aхtarış aparanın Әli ibni Әbu-Talibә olan açıq göstәrişlәri qәbul etmәsi
tamamilә ağılasığandır. Çünki, ağılasığan bir iş deyil ki, peyğәmbәr dünyasını dәyişә
vә kimisә öz yerinә tәyin etmәyә. Halbuki, hәr dәfә peyğәmbәr müharibә vә sәfәr üçün
Mәdinәni tәrk etdikdә öz yerinә birini tәyin edәrdi. Aхtarış aparan bir şәхsin Şeyх
Şәrәfuddinin Әl-Müraciat kitabında Әl-Әzhәr universitetinin rektoru Şeyх Sәlimә
ünvanladığı sözü qәbul etmәsi tam mәntiqә uyğundur:
“Allah sizdәn razı оlsun, demәli оnların “Usamәnin sәriyyәsi”ndә hәrәkәt etmәlәrindә
süstlük göstәrdiklәrini, bir müddәt “Curuf”da qalaraq hәrәkәt etmәmәlәrini, halbuki sür’әtlә
hәrәkәt etmәyә әmr оlunduqlarını qәbul edirsiniz. Elәcә dә оnların Usamәnin әmirliyinә tә’nә
vurub, irad tutmalarını da (baxmayaraq ki, оnun әmirliyinin tә’yidi barәdә dәfәlәrlә
peyğәmbәrdәn eşitmişdilәr) qәbul edirsiniz. Peyğәmbәr (s.ә.v.)- in bu işin hәyata keçirilmәsinә
nә qәdәr böyük әhәmiyyәt verdiyinin şahidi idilәr. (Mәxsusәn, оrdunun sür’әtlә hәrәkәt
etmәsinә!) Оnlar, bu barәdә peyğәmbәr (s)-in bir-birinin ardınca verilәn әmrlәrini dinlәmişdilәr.
Hәmçinin, peyğәmbәrin öz әli ilә yaraqlayıb, Usamәnin әmrlәrinә tabe оlmağı әmr etdiyi
şәxslәrin, işdәn bоyun qaçırmaları ilә dә razılaşırsınız. Belәliklә hәdisçilәrin yekdilliklә qәbul
Y Ә H U D İ V Ә X R İ S T İ A N L A R A T A B E O L M A Q H Ә D İ S İ ..................................... 105
etdiklәri ilә siz dә razılaşdınız.
Amma оnların bu bоyun qaçırmaqda üzürlü оlduqlarını söylәdiyiniz sözlәrin hasili bu idi
ki, İslamın mәslәhәtini şәxsi nәzәrlәrinin tәlәb etdiyi kimi, (peyğәmbәrin nәsslәrinin tәlәb etdiyi
kimi yоx) әmrin icra оlunmasından daha üstün sanırdılar; Elә biz dә bundan artıq heç nә
istәmirik. Başqa sözlә, bizim sözümüzün (söhbәtimizin) mövzusu bundan ibarәt idi ki, оnlar
bütün nәsslәrә bоyun әyәrәk, itaәt edirdilәr, ya yоx? Belәliklә siz birincini (yә’ni bütün nәsslәrә
bоyun әyirdilәr), biz isә ikincini qәbul etdik. İndi isә sizin bu mәsәlәni (yә’ni оnlar peyğәmbәrin
әmrlәrinә bоyun әymәdilәr) e’tiraf etmәyiniz bizim dediklәrimizi sabit edir. Amma, оnların
mә’zur оlub-оlmamaları isә bәhsimizdәn xaricdir.
“Usamәnin sәriyyәsi”ndә оnların – öz şәxsi nәzәrlәrinә әsasәn İslamın mәslәhәtini
nәsslәrin tәlәb etdiyindәn üstün saymaqları sizin üçün sabit оlduqda, niyә hәmin sözü
peyğәmbәrdәn sоnrakı xilafәtin haqqında söylәmirsiniz? Belә ki, оnlar xilafәt mәsәlәsindә
İslamın mәslәhәtini – öz şәxsi nәzәrlәrinә görә – “Qәdir” vә s. kimi hәdislәrdәn dә üstün
saydılar.
İrad tutanlar tәrәfindәn üzr gәtirdiniz ki, оnlar yaşlarının çоxluğu üzündәn Usamәnin
әmirliyindәn bоyun qaçırdılar, çünki, о, çоx cavan idi. Buyurdunuz ki, qоcalar öz fitri
xüsusiyyәtlәri ucbatından cavanlara itaәt etmirlәr. Belә isә, hәmin sözü niyә “Qәdir” nәsslәri
(ki, Әlinin(ә) yaşının az оlmasına baxmayaraq hәmin yaşlı qоcalara әmir tәyin edilmişdi)
barәsindә söylәmirsiniz? Axı оnlar – düzgün xәbәrlәrә (hәdislәrә) әsasәn peyğәmbәr (s.ә.v.)
dünyadan köçәn zaman Әlinin cavan, azyaşlı sayırdılar. Görün hamıya hökümәt etmәklә, bir
qоşuna sәrkәrdә оlmaq arasında nә qәdәr fasilә var?! Demәli, әgәr оnlar bir neçә günlük döyüşdә
bir cavana itaәt etmәdilәrsә, әlbәttә ki, bütün ömrlәri bоyu bir cavanın – hәm dünya, hәm dә
axirәt işlәrindә – itaәtindә оlmaqdan bоyun qaçıracaqlar.
Әgәr siz bu sözü ümumi surәtdә söylәyirsinizsә, bu qәbul deyildir, çünki mö’min qоcalar
(kamil iman sahiblәri) Allahın vә peyğәmbәrinin itaәti naminә cavan adamlara itaәt etmәyә
nifrәt bәslәmirlәr. Nәinki cavanlara itaәt etmәkdәn, hәtta Allah-Tәalanın hökmünә bоyun әymәk
üçün hәr bir şeyә tәslim оlmaqdan belә çәkinmirlәr. Qur’ani-Kәrimin buyurduğu kimi ki:
İ K İ S İ R D A Ş H Ә D İ S İ ........................................................................................................................... 106
“(Ey Muhәmmәd!) Sәnin Allahına and оlsun ki, оnlar aralarında baş vermiş
ixtilaflarda sәni hakim (münsif) tәyin etmәyincә vә verdiyin hökmlәrә görә
özlәrindә bir sıxıntı duymadan sәnә tam itaәtlә bоyun әymәyincә (hәqiqi surәtdә)
iman gәtirmiş оlmazlar” (Nisa surәsi, 65-ci ayә)
Başqa bir yerdә isә belә buyurur:
... ...
“Peyğәmbәr sizә nә verirsә, оnu götürün; nәyi qadağan edirsә, оndan әl çәkin”.
(Hәşr surәsi, ayә: 7)”
3. İki sirdaş hәdisi
Peyğәmbәr belә buyurmuşdu:
:( )
“Allah hansı peyğәmbәr göndәribsә vә hansı хәlifә seçibsә, оnun iki sirdaşı оlub. Bir sirdaş оnu
(peyğәmbәri vә ya хәlifәni) yaхşılığa dәvәt edib, yaхşılığa sövq edib, digәr sirdaş isә оnu pisliyә
dәvәt edib vә pisliyә sövq edib. Mәsum Allahın qоruduğudur”.1
Bu hәdis peyğәmbәr (s.ә.v.)-in sәhabәlәrinin dә iki qism оlduğuna dәlalәt edir: Bir
qism (sirdaş) оnu yaхşılığa dәvәt edib, yaхşılığa sövq edәrdi, digәr qism isә pisliyә
dәvәt edib, оra (pisliyә) sövq edәrdi. Bu mәsәlәyә geniş yanaşsaq оnda sәhabәlәrin
peyğәmbәri pisliyә mәşvәrәt etdiklәrinә yәqinimiz artar.
Хәtibin “Tariхi Bağdad” kitabında yazdığı vә İbni Cәririn sәhihliyinә hökm etdiyi
aşağıdakı hәdis buna misaldır:
1 “Sәhih әl-Buхari”, c.4, sәh.173; “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c.3, sәh.39
D Ü N Y A Ü Ç Ü N Y A R I Ş M A Q H A Q Q I N D A H Ә D İ S .................................................... 107
Qureyşdәn bir dәstә insan peyğәmbәr (s.ә.v.)-in yanına gәlib belә dedilәr: “Ya
Muhәmmәd, biz sәnin qоnşuların vә hәmpeymanınıq (müttәfiq). Оğlanlarımızdan bir
dәstә sәnin yanına gәliblәr. Оnların nә İslama, nә dә fiqhә rәğbәti var. Оnlar bizim
öhdәçiliyimizdәn qaçıb, sәnә tәrәf pәnah gәtiriblәr*”. Bundan sоnra peyğәmbәr üzünü
Әbu Bәkrә tutub dedi: “Bu haqda nә deyirsәn?” Әbu Bәkr dedi: “Düz dedilәr, оnlar
sәnin qоnşuların vә hәmpeymanlarındır”. Әbu Bәkrin verdiyi mәslәhәtdәn sоnra
peyğәmbәrin üzü dәyişdi. Sоnra peyğәmbәr (s.ә.v.) Ömәrә buyurdu: “Sәn nә
deyirsәn?” О dedi: “Düz dedilәr, оnlar sәnin qоnşuların vә hәmpeymanlarındır”.
Ömәrin dә verdiyi mәslәhәtdәn sоnra peyğәmbәr (s.ә.v.)-in üzü dәyişdi.
Bu rәvayәt iki sirdaş hәdisinin tәsdiqidir. Әbu Bәkr vә Ömәrin verdiyi mәslәhәt
хeyir vә yaхşılıqdan deyildir. Әks halda peyğәmbәr (s.ә.v.)-in üzü dәyişmәzdi.
Hәmçinin Әhmәd ibni Hәnbәlin “Müsnәd”indә vә Müslümün “Sәhih”indә belә
bir rәvayәt nәql оlunmuşdur: Ravi nәql edir ki, Ömәr belә deyirdi:
“Peyğәmbәr bir pay böldü. Dedim: “Ya rәsulallah, sәnin pay ayırdıqlarından daha
layiqlilәri var”. Peyğәmbәr (s.ә.v.) dedi: “Siz istәyirsiz ki, mәn hәddi aşam vә mәni
хәsis bilirsiniz. Mәn isә хәsis deyilәm”.”1
Bu rәvayәt dә Ömәr ibni Хәttabın, peyğәmbәr (s.ә.v.)-i yaхşılığa dәvәt edib,
yaхşılığa sövq edәn sirdaşlardan оlmadığına, әksinә hәddi aşmağı istәyәn vә хәsisliyә
sövq edәnlәrdәn оlduğuna (yuхarıdakı hәdisә әsasәn) aşkar bir dәlildir.
4. Dünya üçün yarışmaq haqqında hәdis.
Hәzrәti peyğәmbәr buyurmuşdur:
()
* Peyğәmbәr öz öhdәçiliyindә оlanlarla pis davrananları özünün hәmpeymanı vә qоnşusu
saymamışdır.
1 “Sәhih әt-Tirmizi”, c.4, sәh.339; “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c.2, sәh.319; “әl-Müstәdrәk lil-
Hakim”, c.3, sәh.51
D Ü N Y A Ü Ç Ü N Y A R I Ş M A Q H A Q Q I N D A H Ә D İ S .................................................... 108
“Mәn sizdәn qabaq qiyamәtdә hovuzun başına çatacağam vә әmәllәrinizin şahidiyәm.
Allaha and olsun ki, mәn indi Hovuzu görürәm. Yerdәki xәzinәlәrin (vә ya yerin) açarlarının
mәnә verildiyini görürәm. Allaha and olsun ki, mәndәn sonra müşrik olmağınızdan qorxuram,
mәndәn sonra dünya üçün yarışmağınızdan qorxuram.” 1
Peyğәmbәrin buyuruğu haqqdır. Sәhabәlәr dünya üçün o qәdәr bir-birlәri ilә
yarışdılar ki, hәtta qılınc çәkib savaşmaq vә bir-birlәrini tәkfir etmәk mәrhәlәsinә dә
çatdılar.
Bә’zi sәhabәlәrin qızıl vә gümüş yığmaqları mәşhurdur. Hәtta Mәs’udi “Murcuz-
zәhәb” adlı әsәrindә, habelә Tәbәri vә başqaları yazırlar ki, fәqәt Zübeyrin sәrvәti әlli
min dinar, min baş at vә min nәfәr kölә idi. Bәsrә, Kufә, Misir vә başqa şәhәrlәrdә dә
var-dövlәti mövcud idi.2
Tәlhәnin İraqdan günlük gәliri min dinar imiş vә bә’zilәr bu gәlirin daha çox
olduğunu söylәmişlәr.
Әbdürrәhman ibni-Aufun yüz atı, min dәvәsi, on min qoyunu olduğu yazılmışdı.
Hәtta öldükdәn sonra arvadlarına verilmәk üçün ayrılan mallarının sәkkizdә biri 84
min imiş.3
Osman ibni-Әffan öldükdәn sonra saysız-hesabsız qoyun, dәvә vә әmlakı ilә
yanaşı yüz әlli min dinar da qalmışdı. Zeyd ibni-Sabitdәn sonra isә yüz min dinar
dәyәrindә әmlakından başqa o qәdәr qızıl vә gümüş qalmışdı ki, onları bölmәk üçün
balta ilә qırırdılar. Belә ki, neçә nәfәr balta vurmaqdan yaralandı.4
Bunlar bә’zi bәsit nümunәlәrdәn ibarәtdir. Bu kimi örnәklәrdәn tarixdә çox qeyd
olunmuşdur. Mәn bu mövzunu çox uzatmaq istәmәdiyimә görә bu qәdәr ilә
kifayәtlәnirәm.
Bütün bunlar göstәrir ki, dünya sәhabәlәri özünә çәkmiş vә onların gözünü
qamaşdırmışdı.
1 “Sәhih әl-Buxari”, c.4, sәh.100, 101
2 “Tarix әl-Mәsudi (Muruc әz-Zәhәb)”, c.2, sәh. 341
3 “Tarix әl-Mәsudi (Muruc әz-Zәhәb)”, c.2, sәh. 341
4 “Tarix әl-Mәsudi (Muruc әz-Zәhәb)”, c.2, sәh. 341
PEYĞӘMBӘRİN ӘN’ ӘNӘSİNİ DӘYİŞDİRDİKLӘRİNӘ DAİR SӘHABӘLӘRİN ETİRAFLARI .. 109
SӘHABӘLӘRİN ÖZLӘRİ HAQQINDA
GÖRÜŞLӘRİ
1. Peyğәmbәrin әn’әnәsini dәyişdirdiklәrinә dair sәhabәlәrin e’tirafı.
Әbu Sәidi-Hudridәn nәql olunmuşdur ki, belә demişdir: “Hәzrәti peyğәmbәr Fitr
vә Qurban bayramlarında müsәllaya (camaatla namaz qılan yerә) gedәrdi. Orada
gördüyü ilk işi bayram namazını qılmaq idi. Sonra camaata nәsihәt edәrdi, bә’zi işlәri
görmәyә tәşviq edәrdi, bә’zi işlәrdәn dә çәkindirәrdi. Vә axırda qalxıb gedәrdi.”
Әbu Sәid deyir ki, xalq da eyni şeyә adәt elәmişdi. Lakin bir gün Mәdinәnin valisi
Mәrvan ilә birlikdә Qurban vә ya Fitr bayramında müsәllaya gәlmişdik. Kәsir ibni-
Sәltin düzәltdiyi minbәrin yaxınlığına getdik. Mәrvan bayram namazını qılmadan
minbәrә çıxmaq istәdi, mәn çıxmasın deyә paltarından tutub aşağı çәkdim. O da
minbәrә çıxmaq üçün mәni çәkdi vә nәhayәt minbәrә çıxıb namaz qılmadan xütbә
oxudu. Mәn ona dedim ki, Allaha and olsun (peyğәmbәrin әn’әnәsini) dәyişdirdiniz. O,
“artıq sәnin bildiklәrinin zamanı keçmişdir”-dedi. Mәn dә belә dedim: “Allaha and
olsun ki, bildiklәrim, bilmәdiklәrimdәn daha xeyirlidir.” O, belә cavab verdi: “Camaat
namazdan sonra gözlәmir, mәn dә buna görә xütbәni namazdan әvvәl oxuyuram.”1
Mәn, sәhabәlәrin niyә peyğәmbәrin әn’әnәsini dәyişdirdiklәri barәdә çox tәdqiqat
apardım vә bu nәticәyә çatdım ki, әksәriyyәti peyğәmbәrin sәhabәlәrindәn olan
әmәvilәr vә başçıları Müaviyә ibni-Әbusüfyan bu hәrәkәtә rәhbәrlik edirdilәr. Tarixin
yazdığına görә o, xalqı zorla Hәzrәti Әli (ә.s.)-ni söymәyә, mәscid vә minbәrlәrdә ona
lә’nәt oxumağa mәcbur etmişdir.
Müslüm öz “Sәhih”indә “Hәzrәti Әlinin fәzilәtlәri” babında bu mәsәlәni
yazmışdır. Hәtta bunu da qeyd etmişdir ki, Müaviyә bütün şәhәrlәrdә öz adamlarına
minbәrlәrdә Hәzrәti Әlini söymәyi vә lә’nәt etmәyi bütün xütbә vә çıxışlarda tәkrar
olunan bir әn’әnәyә çevirmәlәri üçün әmr vermişdir. Bu vәziyyәtlә müxalif olan
sәhabәlәr Müaviyә tәrәfindәn öldürülürdülәr. Müaviyә sәhabәlәrin mәşhur
şәxsiyyәtlәrindәn olan Hücr ibn Әdiyyi әl-Kindi vә dostlarını da Hәzrәti Әliyә lә’nәt
1 “Sәhih әl-Buxari”, c.1, sәh.122
PEYĞӘMBӘRİN ӘN’ ӘNӘSİNİ DӘYİŞDİRDİKLӘRİNӘ DAİR SӘHABӘLӘRİN ETİRAFLARI .. 110
elәmәdiklәri üçün öldürdü vә bә’zilәrini dә diri-diri basdırdı.
Әbil-ә’la әl-Mәududi “әl-Xilafә vәl-Mülk” adlı kitabında әbu Hәsәn Bәsrinin belә
dediyini nәql edir:
“Müaviyәnin dörd xüsusiyyәti var idi ki, onların biri onda olsaydı hәlak olmasına kifayәt
edәrdi:
1. Fәzilәtli sәhabәlәrin böyüklәrinin sağ olmasına rәğmәn mәslәhәtlәşmәdәn qәrar qәbul
edirdi;
2. Çaxır içәn, qumar oynayan, ipәk paltar geyәn vә tәnbur çalan oğlu Yәzidi özündәn
sonra xәlifә elәdi;
3. Ziyadın qardaşı olduğunu iddia etdi, halbuki peyğәmbәr buyurmuşdu ki: “Uşaq
arvadın әrinindir, zina elәyәn adama daş verirlәr”;
4. Hücr ibni-Әdiyni öldürdü. Hücr vә tәrәfdarlarını öldürdüyü üçün ona ey vaylar
olsun.”1
Әmәvilәr dövründә mö’minlәrin bә’zilәri namazdan dәrhal sonra oxunan
xütbәlәri dinlәmәmәk vә xütbә oxunduğu zaman mәsciddә olmamaq üçün mәsciddәn
çıxırdılar. Çünki xütbәlәr Әli vә övladlarına lә’nәt elәmәklә qurtarırdı. Әmәvilәr xalqı
xütbәlәri dinlәmәyә mәcbur etmәk üçün peyğәmbәrin әn’әnәsini dәyişdirib xütbәni
namazdan әvvәlә gәtirdilәr. Afәrin belә sәhabәlәrә ki, peyğәmbәrin әn’әnәsi vә Allahın
hökmlәrini öz pis hәdәflәrinә çatmaq vә cahiliyyәt dövründәn qalan murdar kinlәrini
doyurmaq üçün dәyişdirmәkdәn çәkinmәdilәr vә Hәzrәti Әli kimi bir adama lә’nәt
elәmәyә tәşәbbüs göstәrdilәr. Hәzrәti Әli (ә.s.) elә bir şәxsiyyәt idi ki, peyğәmbәr onun
haqqında belә buyurmuşdu:
“Әlini sevmәk imandan, onunla düşmәnlik etmәk nifaqdandır.” 2
Bu sәhabәlәr dindә olan şeylәri heç çәkinmәdәn dәyişdilәr vә әmәllәri ilә “eşitdik
amma qarşı çıxdıq” dedilәr. Elә ki, Әhli-beytә altmış il salavat yerinә lә’nәt
oxutdurdular.
Hәzrәti Musanın sәhabәlәri onun varisi olan Hәzrәti Harunu öldürmәk üçün hiylә
1 “әl-Xilafә vәl-mülk li-Әbil Ә’la әl-Mәududi”, sәh.106
2 “Sәhih Müslüm”, c.1, sәh.61
PEYĞӘMBӘRİN ӘN’ ӘNӘSİNİ DӘYİŞDİRDİKLӘRİNӘ DAİR SӘHABӘLӘRİN ETİRAFLARI .. 111
hazırladıqları kimi, Hәzrәti Mәhәmmәdin sәhabәlәrindәn bә’zilәri dә onun varisi olan
Hәzrәti Әlini öldürmәk üçün hәm hiylә hazırladılar, hәm dә hiylәlәrini hәyata keçirib
Hәzrәti Әlini şәhid elәdilәr. Bununla da rizayәt vermәyib, onun övladlarını yer
üzündәn mәhv etmәyә belә tәşәbbüs göstәrdilәr. Bu planı hәyata keçirmәk üçün Әhli-
beytә mәnsub olan hәr kәsi öldürürdülәr. Әhli-beytә mәnsub olanların adları beytulmal
dәftәrlәrindәn silindi vә hәtta Әhli-beytin adlarını uşaqlara qoymaq belә qadağan oldu.
Allaha and olsun ki, mәn öz sәhih hәdis kitablarımızda peyğәmbәrin qardaşı vә
әmi oğlusu Hәzrәti Әliyә bәslәyәn mәhәbbәtini göstәrәn hәdislәri oxuduğum zaman
tәәccüblәnirәm. Bu hәdislәr açıqca göstәrir ki, peyğәmbәr Hәzrәti Әlini bütün
sәhabәlәrdәn üsün tutarmış. Mәsәlәn bir hәdisdә peyğәmbәr belә buyurur:
“Ey Әli, sәnin mәnә görә mәqamın, Hәzrәti Harunun Hәzrәti Musaya görә mәqamı
kimidir. Amma mәndәn sonra peyğәmbәr gәlmәyәcәkdir.” 1
Yenә buyurur ki:
“Ey Әli, sәn mәndәnsәn, mәn dә sәndәnәm” 2
Habelә belә buyurur:
“Әlini sevmәk imandandır, onunla düşmәnçilik etmәk isә nifaqdandır.” 3
Yenә buyurur ki:
“Mәn elmin şәhәri, Әli onun qapısıdır.” 4
Habelә buyurur:
“Әli mәndәn sonra bütün mö’minlәrin mövlasıdır.” 5
1 “Sәhih әl-Buxari”, c.2, sәh.305; “Sәhih Müslüm”, c.2, sәh.360; “әl-Müstәdrәk lil-Hakim”, c.3, sәh. 109.
2 “Sәhih әl-Buxari”, c.1, sәh. 76; “Sәhih әt-Tirmizi”, c.5, sәh.300; “Sünәn ibn Macә”, c.1, sәh. 44.
3 “Sәhih Müslüm”, c.1, sәh.61; “Sünәn әn-Nisai”, c.6, sәh.117; “Sәhih әt-Tirmizi”, c.8, sәh.306.
4 “Sәhih әt-Tirmizi”, c.5, sәh.201; “әl-Müstәdrәk lil-Hakim”, c.3, sәh.126.
5 “Sәhihi әt-Tirmizi”, c.5, sәh.296; “әl-Müstәdrәk lil-Hakim”, c.3, sәh.134; “Müsnәdu Әhmәd ibni
Hәnbәl”, c.5, sәh.25.
PEYĞӘMBӘRİN ӘN’ ӘNӘSİNİ DӘYİŞDİRDİKLӘRİNӘ DAİR SӘHABӘLӘRİN ETİRAFLARI .. 112
Vә yenә buyurur ki:
“Mәn hәr kimin mövlasıyam, Әli dә onun mövlasıdır. Allahım, onu sevәni sev, ona
düşmәn olana düşmәn ol.” 1
Bizim alimlәrimizin dә düzgünlüyünә e’tiraf etdiklәri Hәzrәti Әlinin fәzilәti ilә
әlaqәdar peyğәmbәrdәn nәql olunan bu cür hәdislәrin hamısı toplansa böyük bir kitab
olar. Bәs sәhabәlәr bu hәdislәri necә görә bilmәdilәr, Hәzrәti Әliyә açıqca lә’nәt
oxutdular, onunla müharibәyә girişdilәr vә nәhayәt o Hәzrәti şәhid elәdilәr?
E’tiraf etmәliyәm ki, bu cür sәhabәlәri müdafiә etmәk üçün bәhanә axtarmağa
boşuna çalışırdım. Onları bu cür işlәrә sürüklәyәn әsas amil dünya sevgisi vә dindәn
dönmәk idi. Bә’zәn bu işlәrin mә’suliyyәtini zahirdә müsәlman olub batindә isә kafir
olan münafiq sәhabәlәrin boynuna yıxmaq istәyirәm. Amma tәәssüflә bu qeyri-
mümkündür. Çünki Hәzrәti Әlinin әleyhinә göstәrilәn tәşәbbüslәrin başında
sәhabәlәrin mәşhur simalarından bir qrupu yer almaqdadır. Hәzrәti Әlinin evini içindә
olanlarla birlikdә yandırmaqla tәhdid edәn ilk şәxs Ömәr ibni-Xәttab idi. Yenә onunla
ilk müharibәni başladan Tәlhә va Zübeyr vә Ümmül-mö’minin Aişә idi. Yenә Hәzrәti
Әli ilә düşmәnçiliyi son hәddinә çatdıranlar Müaviyә vә Әmri-As kimi adamlar idi.
Mәn bu mövzuları düşünәndә sonsuz bir tәәccübә qapılıram. Azad düşüncәyә
sahib hәr insan da mütlәq mәnә haqq verәr. Çünki sünni alimlәrin sәhabәnin
mövqeyini izah edәn bu qәti tarixi hәqiqәtlәrә rәğmәn sәhabәlәrin hamısının adil
olduqlarını iddia etmәlәri әsla düzgün bir görüş deyil. Sünnilәr peyğәmbәrin
әn’әnәsinә doğrudan tabe olsalar Qur’an vә әn’әnәnin bir şәxsin kafir olmasına hökm
verdiyi vaxt o şәxsi necә әdalәtli saya bilәrlәr?
Hәzrәti peyğәmbәr (s.ә.v.) buyurur:
“Әli ilә düşmәn olan mәnimlә düşmәndir, mәnimlә düşmәn olan isә Allahın düşmәni
1 “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c.4, sәh.281; “әl-Müstәdrәk lil-Hakim”, c.3, sәh.109; “Sәhih
Müslüm”, c.2, sәh. 362
S Ә H A B Ә L Ә R İ N N A M A Z I D A D Ә Y İ Ş D İ R M Ә L Ә R İ ............................................... 113
olmuşdur. Allahla düşmәn olanı Allah üzü üstә cәhәnnәmә atar.” 1
Bu Әli ilә düşmәn olanın cәzasıdır. Hәlә qalsın onunla müharibә edәn vә ona
lә’nәt elәyәn şәxsin әzabı. Bizim alimlәrimiz bu hәqiqәtlәrin qarşısında nә deyirlәr?
Onlar bu hәqiqәti dәrk edә bilmirlәrmi?
2. Sәhabәlәrin namazı da dәyişdirmәlәri
Әnәs ibni-Malik deyir: “Mәn peyğәmbәrin zamanında namazdan daha mühüm
olan bir şeyin olmasını bilmirdim. Bunu da korladınızmı?”
Zühri belә deyir: “Şamda Әnәs ibni-Malikin yanına getdim. Onu ağlamaq halında
gördüm. Nә üçün ağladığını soruşduğumda cavab verdi ki, mәn namazdan başqa bir
şeyin hәqiqi şәklindә qaldığını bilmirәm, görәsәn onu da korladılar?”2
Bә’zi adamlar zәnn etmәsinlәr ki, müharibә vә fitnәlәrdәn sonra gәlәn “Tabe’in”
bu dәyişikliklәrin amilidirlәr. Çünki peyğәmbәrin namazdakı әn’әnәsini dәyişdirәn ilk
şәxs xәlifә Osman ibni-Әffan vә ummül-mö’minin Aişә olmuşdur.
“Sәhih әl-Buxari” vә “Sәhih-Müslüm”dә nәql olunmuşdur ki, peyğәmbәr Minada
iki rәk’әt namaz qıldı vә ondan sonra Әbu Bәkr, ondan sonra isә Ömәr dә eyni şәkildә
әmәl elәdilәr. Osman da xәlifәliyinin ilk dövrlәrindә eyni şәkildә әmәl elәdi, amma
sonralar dörd rәk’әt qıldı.3
Yenә Müslüm öz “Sәhih”indә Zührinin belә dediyini nәql etmişdir: “Urvәyә
dedim ki, nә üçün Aişә müsafirәtdә namazını tamam qılır? Dedi ki, o da Osman kimi
tә’vil edir.”4
Habelә ikinci xәlifә Ömәr ibni-Xәttab da peyğәmbәrin apaçıq hökmünә qarşı
ictihad vә tә’vilә müraciәt edirdi. Hәtta Qur’ani-Kәrimә öz nәzәrinә görә әmәl edirdi.
Mәsәlәn Ömәr belә demişdir: “Peyğәmbәrin zamanında iki müt’ә var idi. Mәn onları
qaldırıram, kim onlara әmәl elәsә cәzalandırılar.” Ömәr ibni-Xәttab cünub olub su
tapmayan şәxs ilә әlaqәdar olaraq, Allahın Maidә surәsindә buyurduğu “Su
1 “әl-Müstәdrәk lil-Hakim”, c.3, sәh.121; “Xәsais әn-Nisai”, sәh.124; “Müsnәdu Әhmәd ibni Hәnbәl”,
c.6, sәh.33; “әl-Mәnaqib lil-Xarәzmi”, sәh.81; “әr-Riyaz әn-Nәzirә lit-Tәbәri”, c.2, sәh.219; “Tarix әl-
Xülәfa lis-Süyuti”, sәh. 73.
2 “Sәhih әl-Buxari”, c.1, sәh.74.
3 “Sәhih әl-Buxari”, c.2, sәh.154; “Sәhih Müslüm”, c.1, sәh.260.
4 “Sәhih Müslüm”, c.2, sәh.134 - Sәlat әl-Müsafirin fәslindә
S Ә H A B Ә L Ә R İ N E ’ T İ R A F L A R I .................................................................................................. 114
tapmasanız torpaq ilә tәyәmmüm edin” әmrinә baxmayaraq “namazı tәrk et” demişdir.
Buxari öz kitabında “cünub adam bir zәrәrdәn qorxsa” adlı babında yazır ki,
“Şәqiq ibni-Sәlәmә belә dedi: Abdullah vә Әbu Musanın yanında idim. Әbu Musa ona
dedi ki, ey Әbu Әbdürrәhman әgәr bir nәfәr cünub olub su tapmasa nә elәmәlidir?
Abdullah dedi ki, su tapmayınca namaz qılmaz. Әbu Musa dedi ki, onda peyğәmbәrin
Әmmara dediyi “torpaq sәnә on il kifayәtdir” sözünü nә elәdin? Abdullah cavab verdi
ki, Ömәrin bu sözlә qane olmadığını bilmirsәnmi? Әbu Musa dedi ki, Әmmarın
sözündәn keçәk, yaxşı bu ayәyә nә deyirsәn? Artıq Abdullah nә cavab verәcәyini
bilmәdi vә dedi ki, әgәr onlara tәyәmmüm elәmәk icazәsini versәk, artıq onlar su bir az
soyuq olduğunda belә suyu kәnara qoyub tәyәmmüm elәyәrlәr.” (Ravi deyir ki) Şәqiqә
belә dedim: “Onda Abdullah bu sәbәbә görә tәyәmmümü qadağan elәdimi?” “Bәli,
dedi.”1
Bu rәvayәtdәn bәlli olur ki, Abdullah Allahın kitabının hökmü üzrә yox, öz
arzusuna görә fәtva verirmiş vә Әbu Musanın tәyәmmüm ayәsini dәlil gәtirmәsinә
baxmayaraq yenә deyirmiş ki, әgәr biz icazә versәk...
Görәsәn o, bu mövzuda ayәyә vә peyğәmbәrin әn’әnәsinә tabe olmaq әvәzinә
әvvәlkilәrin әn’әnәsini qorumaq vә ikinci xәlifәnin verdiyi fәtvaya görә fәtva vermәk
istәmәmişdimi?
Bunları nәzәrdә tutaraq necә sәhabәlәrin hamısının ulduz kimi olduqlarını vә
onların hansına tabe olsaq doğru yolu tapacağımıza hökm verә bilәrik?
3. Sәhabәlәrin e’tirafları.
Әnәs ibni-Malik peyğәmbәrdәn belә nәql edir: “Hәzrәti peyğәmbәr әnsara belә
buyurdu ki, sizlәr mәndәn sonra yoxsul olacaqsınız. Allah vә peyğәmbәri ilә hovuzun
yanında tapışıncaya qәdәr dözün. Әnәs dedi: Amma bizlәr dözmәdik.” 2
Әta ibni-Müsәyyib atasından nәql edir ki, o, belә dedi: “Burada ibni-Әzibri
gördüm vә ona dedim ki, xoş halına ki, peyğәmbәrlә bәrabәr oldun vә onunla ağacın
altında bey’әt etdin. Lakin o, dedi ki, ey qardaşımın oğlu, sәn bilmirsәn ki, biz ondan
1 “Sәhih әl-Buxari”, c.1, sәh.54.
2 “Sәhih әl-Buxari”, c.2, sәh.135.
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 115
sonra nә bid’әtlәr çıxardıq (ondan sonra nәlәr elәdik)”1
Bunlar, peyğәmbәrin ilk sәhabәlәrindәn vә ilk müsәlman olanlardan vә “bey’әti-
rizvan”-da peyğәmbәrlә bey’әt edәn sәhabәlәrdәndilәr. Onlar peyğәmbәrin vәfatından
sonra dindә yeni şeylәr çıxardıqlarına dair e’tiraf etmişdilәr. Bu da peyğәmbәrin
әvvәlcәdәn sәhabәnin dindәn dönәcәyinә vә dindә bidәtlәr çıxaracağına dair verdiyi
xәbәri tәsdiq etmәkdәdir.
O halda bir ağıllı şәxs üçün sünnilәrin dediyi kimi sәhabәlәrin hamısının әdalәtli
olduğunu tәsdiq etmәk mümkündürmü? Unutmaq lazım deyil ki, ağıl vә nәql ilә
müxalif olan bir nöqteyi-nәzәri müdafiә etmәkdә israr edәn tәdqiqatçı haqqa yetişmәk
üçün zәruri olan bütün fikri ölçülәri yıxmışdır.
4. Әbu Bәkr vә Ömәrin e’tirafları
Buxari, Ömәr ibni-Xәttabın mәnaqib babında belә yazır: “Ömәr vurulduğu zaman
çox әziyyәt çәkirdi. İbni-Abbas tәsәlli vermәk üçün belә dedi: “Ey әmirәl-mö’minin! Nә
olur olsun yenә sәn peyğәmbәrlә birlikdә oldun vә ondan ayrıldığın vaxt sәndәn razı
idi. Onun vәfatından sonra da sәhabәlәri ilә birlikdә oldun vә onlara yaxşı yoldaşlıq
elәdin. Әgәr indi onlardan ayrılırsansa şübhәsiz sәndәn razıdırlar.” Ömәr belә dedi:
“Peyğәmbәrlә bәrabәrliyim vә onun mәndәn razı olması Allahın mәnә bir lütfü idi.
Әbu Bәkr ilә birlikdә olub onun mәndәn razı olması da Allahın mәnә bir ehsanı idi.
Mәnim narahatlığım vә dәrdim sәn vә sәnin sәhabәn üçündür. Allaha and olsun ki,
әgәr bir dünya qızılım olsaydı Allahın әzabını görmәdәn nicat tapmaq üçün hamısını
verәrdim”.”2
Tarix yenә Ömәrin belә dediyini qeyd etmişdir: “Ey kaş bir qoyun olub yaxşı
bәslәnәydim, yaxşı kökәlәndәn sonra sahibim mәni görüşünә gәlmiş bir dostu üçün
kәsәydi, әtimdәn bir qismini kabab edib yeyәydilәr, amma insan olmayaydım.”3
Bu sözә oxşar söz Әbu Bәkrdәn dә nәql olunmuşdur. Nәqlә görә Әbu Bәkr ağacın
başında oturan bir quşa baxaraq belә demişdir: “Ey quş, sәn nә xoşbәxtsәn.
1 “Sәhih әl-Buxari”, c.3, sәh.32 - Hüdeybiyyә müqavilәsi fәsli.
2 “Sәhih әl-Buxari”, c.2, sәh.201.
3 “Minhac әs-sünnә әn-Nәbәviyyә libn Teymiyyә”, c.3, sәh.131 vә “Hilyә әl-övliya liәbi-Nәim”, c.1,
sәh.52
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 116
Göyәrtilәrdәn yeyib sonra uçub ağacın başına qonursan. Nә hesab dәrdin var, nә dә
әzabdan qorxun var. Kaş mәn dә yol üstündә bir ot olaydım, oradan keçәn dәvә mәni
yeyәydi, amma insan olmayaydım.”1
Başqa bir rәvayәtә görә isә: “Ey kaş anam mәni doğmayaydı, kaş xәrcin içindәki
bir saman olaydım”2 demişdir.
Yuxarıda qeyd etdiklәrim onların bu cür sözlәrinin ancaq bir qismidir. Nümunә
olaraq, bu qәdәr yetәr deyә yuxarıdakılarla kifayәtlәndim.
Qur’ani-Kәrim mö’minlәrә belә muştuluq verir:
“Bilin, xәbәrdar olun ki, şübhәsiz Allahın dostları üçün nә qorxu vardır nә dә
onlar hüzünlü olarlar. Onlar elә şәxslәrdir ki, inanmışdılar vә tәqvalı idilәr, onlar
üçün dünya hәyatında vә axirәtdә müjdә var. Allahın sözlәrinin dәyişmәsinә imkan
yoxdur. Budur әn böyük sәadәt vә qurtuluş.” (Yunus surәsi, 62, 63, 64-cü ayәlәr)
Allah-Tәala başqa bir yerdә belә buyurur:
“Hәqiqәtәn dә “Rәbbimiz Allahdır”-deyib, sonra (bu yoldakı çәtinliklәrә)
müqavimәt göstәrәnlәrә mәlәklәr nazil olarlar ki, saqın qorxmayın vә
kәdәrlәnmәyin, sizә vә’d olunan cәnnәt ilә müjdәlәnin. Biz dünya hәyatında da sizә
dostuq, axirәtdә dә. Vә orada sizin nәfslәrinizin istәdiyi vә istәdiyiniz hәr şey var.
Bu bağışlayan vә rәhim olan Allahdan bir ehsandır. ” (Fussilәt surәsi, 30, 31, 32-ci
ayәlәr)
1 “Tarix әt-Tәbәri”, sәh.41; “әr-Riyaz әn-Nәzirә lit-Tәbәri”, c.1, sәh.134; “Kәnz әl-Ümmal lil-Hindi”,
sәh.361; “Minhac әs-sünnә әn-Nәbәviyyә libn Teymiyyә”, c.3, sәh. 120.
2 “Tarix әt-Tәbәri”, sәh.41; “әr-Riyaz әn-Nәzirә lit-Tәbәri”, c.1, sәh.134; “Kәnz әl-Ümmal lil-Hindi”,
sәh.361; “Minhac әs-sünnә әn-Nәbәviyyә libn Teymiyyә”, c.3, sәh. 120.
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 117
Mö’minlәrә belә muştuluq verildiyi halda Әbu Bәkr vә Ömәr niyә insan olaraq
yaradılmış olmamağı arzu edirdilәr. Halbuki Allah insanı bütün mәxluqlardan üstün
tutur. Hәyatında haqq uğrunda müqavimәt göstәrәn bir adi mö’minin mәqamı,
mәlәklәr ona nazil olaraq cәnnәtlә müjdәlәyәcәk dәrәcәdә yüksәlirsә, artıq Allahın
әzabından qorxusu qalmırsa, o halda niyә peyğәmbәrdәn sonra bizә öyrәdilәnlәrә görә
xalqın әn üstünü olan sәhabәlәr saman vә tük olmağı arzulayırdılar? Әgәr mәlәklәr
onları cәnnәtlә müjdәlәmiş olsaydı әsla bu kimi şeylәr arzulamaları ağıla gәlmәzdi. Vә
dünya dolusu qızılları olsa Allahın әzabından qurtulmaq üçün onu vermәyi
arzulamazdılar.
Allah-Tәala belә buyurur:
“Zülm edәn adam yer üzündә olan hәr şeyin sahibi olsaydı, qurtulmaq üçün
hamısını bağışlardı. Әzabı gördükdә peşimançılığı gizlәdәrlәr vә aralarında әdalәtlә
hökm olunar. Onlara zülm olunmaz.” (Yunus surәsi, 54-cü ayә)
Vә yenә buyurur ki:
“Әgәr yer üzündә olanların hamısı vә bununla birlikdә bir misli daha
zalımların olsaydı qiyamәt günü o pis әzabdan (qurtulmaq hәdәfilә) doğrudan
bunları fidyә olaraq verәrdilәr. Halbuki onların heç hesab elәmәdiklәri şeylәr, Allah
tәrәfindәn onlar üçün aşkar olunmuşdur.” (Zümәr surәsi, 47-ci ayә)
Bu ayәlәrin Әbu Bәkr vә Ömәr kimi böyük sәhabәyә şamil olmasını arzu
etmәkdәn başqa bir şey әlimdәn gәlmәz. Amma bu mәsәlә elә dә bәsit deyildir. Çünki
onların peyğәmbәrlә olan әlaqәlәrini incәlәmәk insanı çox düşündürür. Bu arada
peyğәmbәrin әmrlәrinә itaәt etmәmәlәri vә onun mübarәk ömrünün son vaxtlarında
qәzәblәnmәsinә sәbәb olacaq dәrәcәdә buyuruğuna e’tinasız yanaşmaları yaddan
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 118
çıxmamalıdır. Yenә peyğәmbәrin vәfatından sonra baş verәn hadisәlәrdәki rollar
araşdırılsa, görünәr ki, peyğәmbәrin qәlbinin bir parçası saydığı qızı Fatimәyә olmazın
әziyyәt vә işgәncәni elәmişlәr. Halbuki, peyğәmbәr Hәzrәti Fatimәnin haqqında
buyurmuşdur ki:
“Fatimә mәnim bir qismimdir. Hәr kim onu qәzәblәndirsә mәni qәzәblәndirmiş olar.” 1
Tarix kitabları açıq şәkildә qeyd ediblәr ki, Hәzrәti Fatimә Әbu Bәkr vә Ömәrә
dedi ki: “Sizi Allaha and verirәm, siz peyğәmbәrdәn eşitmәdiniz ki, belә buyurdu:
Fatimәnin rizası mәnim rizamdır vә onun qәzәbi mәnim qәzәbimdir. Qızım Fatimәni
kim sevirsә mәni sevmişdir, kim onu sevindirsә mәni sevindirmişdir. Kim onu
qәzәblәndirsә mәni qәzәblәndirmişdir?” Onlar: “Bәli, peyğәmbәrdәn eşitmişik.”-
dedilәr. Onda Hәzrәti Fatimә (ә.s.) buyurdu ki, o halda mәn Allah vә mәlәkәlәri şahid
tuturam ki, siz mәni qәzәblәndirdiniz vә razı etmәdiniz. Әgәr peyğәmbәrlә görüşsәm
qәti bilin ki, sizdәn ona şikayәt edәcәyәm.”2
Bağrımızı qan elәyәn bu hәdisi hәlәlik qırağa qoyaq. Çünki bu hәdisi yazan vә
müxtәlif sahәlәr üzrә sünnilәrin mәşhur alimlәrindәn olan tәfsir, hәdis, lüğәt,
qramatika, tarix kimi bir çox fәnlәrdә әsәrlәri olan ibni Qәtibә haqqında bәlkә dә
ömrünün axırlarında şiә olmuş vә bu hәdisi kitabında qeyd etmişdir, deyәrәk özümüzü
ovuda bilәrik. Necә ki, bir dәfә mәn ibni Qәtibәnin “Tarixül-Xülәfa” adlı әsәrini bir
nәfәrә göstәrdiyim vaxt o inad elәyib “bu adam ömrünün axırlarında şiә olub bu
sözlәri yazıbdır”-dedi. Bә’zi adamlar çarәsiz qaldıqlarında bunun kimi sözlәrlә özlәrinә
tәskinlik verirlәr. Әgәr ibni Qәtibәnin bu sözlәri yazdığına görә şiә olduğu bәlli olursa,
onda Tәbәrinin dә şiә olduğunu da Hәzrәti Әlinin fәzilәtlәri haqqında kitab yazdığı
üçün Nәsainin dә şiә olduğunu iddia elәmәk lazım gәlir. Hәtta müasir yazıçılardan
Taha Hüseynin dә Qәdir-Xum vә bu kimi bir çox hәqiqәti “Әl-fitnәtül-kubra” adlı
kitabında nәql etdiyi üçün şiә olduğunu söylәmәk lazımdır.
Mә’lumdur ki, bunların heç biri şiә deyildir. Çünki şiә mәzhәbi әleyhinә dediklәri
1 “Sәhih әl-Buxari”, c.2, sәh. 206.
2 “Tarix әl-Xülәfa (bil-imamәti vәs-siyasә) libni Qәtibә әd-Dinuri”, c.1, sәh.20; “Fәdәk fit-Tarix li-
Muhәmmәd Baqir әs-Sәdr”, sәh. 92.
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 119
sözlәr mövcuddur. Bir dә bunlar mümkün olan hәr vasitә ilә sәhabәlarin hamısının
әdalәtini müdafiә edirlәr. Onların şiә olması necә mümkün ola bilәr? Lakin bütün
bunlarla birlikdә Hәzrәti Әlinin fәzilәtlәri haqqında yaxud böyük sәhabәlәrdәn birinin
sәhvi haqqında bir şey yazdıqları an dәrhal şiә olmaqla ittiham edilirlәr. Hәtta
peyğәmbәrin adından sonra “sәllәllahu әleyhi vә alihi” deyәn, yaxud Hәzrәti Әlinin
adından sonra “әleyhis-sәlam” deyәn adam şiә olmaqla ittiham edilir.
Günlәrin birindә öz alimlәrimizin biri ilә söhbәt edirdim. Ondan Buxari haqqında
nәzәrini soruşdum. Dedi ki, o, hәdis imamlarından biridir. Onun yazdığı kitab bizim
nәzәrimizcә Qur’andan sonra әn sәhih kitabdır vә bu mәsәlәni bütün alimlәr qәbul
edirlәr. Ondan “Buxari şiәdirmi?”-deyә, soruşdum. Mәnimlә zarafat edәrәk gülümsәdi
vә “Allah elәmәsin ki, Buxari şiә olsun”-dedi. Dedim ki, “sәn demәdin hәr kim Әli
dedikdәn sonra (әleyhissәlam) desә şiәdir?” O, “bәli”-dedi. Dәrhal “Sәhih әl-Buxarini”
açıb ona vә yanındakılara göstәrdim. Buxari ayrı-ayrı yerlәrdә Hәzrәti Әlinin adından
sonra (әleyhissәlam) yazmışdır. Hәtta Hәzrәti Fatimә, Hәzrәti Hәsәn vә Hәzrәti
Hüseynin adından sonra da (әleyhissәlam) yazmışdır.1 Onlar bunu gördüklәrindә
susub qaldılar vә nә deyәcәklәrini bilmәdilәr.
Yenә dә ibni Qәtibәnin yazdığı “Fatimәnin Ömәr vә Әbubәkrә qәzәblәnmәsi”
hәdisinә qayıdaq. Әgәr buna şübhә ilә yanaşsaq da, “Sәhih әl-Buxari”dә qeyd olunan
hәdislәrә şübhә edә bilmәrik. Çünki Qur’andan sonra әn üstün vә әn düzgün kitab
olduğuna inanılır. Ona görә dә hәmin kitabdan gәtirilәn dәllilәrә boyun әymәliyik.
Buxari “peyğәmbәrin yaxınlarının mәnaqibi” babında peyğәmbәrin belә buyurduğunu
nәql edir:
“Fatimә mәnim bir parçamdır. Onu qәzәblәndirәn mәni qәzәblәndirmişdir.”
Vә “Xeybәr qәzvәsi” babında Aişәdәn belә nәql edir: “Peyğәmbәrin qızı Fatimә
(ә.s.) Әbu Bәkrin yanına adam göndәrәrәk atası peyğәmbәrdәn ona yetişәn mirası
istәdi. Lakin Әbu Bәkr o mirasdan heç bir şey Fatimәyә vermәdi, bundan sonra Fatimә
1 “Sәhih әl-Buxari”, c.1, sәh.127, 130, c.2, sәh.126, 205.
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 120
Әbu Bәkrә qәzәblәndi vә vәfat edәnә kimi onunla danışmadı.”1
Buxarinin qısaca vә ibni Qәtibәnin genişcә nәql etdiyi bu hәdislәrdәn bu hәqiqәt
mә’lum oldu ki, Hәzrәti peyğәmbәr (s.ә.v.) Hәzrәti Fatimәnin hirslәnmәsindәn
hirslәnir vә sevinmәsindәn sevinir, habelә mә’lum oldu ki, Hәzrәti Fatimә Әbu Bәkr vә
Ömәrin әlindәn narahat olduğu halda dünyadan getmişdir. Buxarinin kitabında
mövcud olan bu cümlәlәr “Fatimә Әbu Bәkrә qәzәblәndi vә vәfat edәnә kimi onunla
danışmadı”, hәmin hәqiqәti açıqca göstәrir.
Digәr tәrәfdәn Buxari “Sәhih”inin istizan kitabının “mәn-nәcә bәynә yәdәy’innas”
babında nәql etdiyi: “Fatimә alәmlәrin (dünya vә axirәtin) bütün qadınlarından
üstündür” hәdisi göstәrir ki, Hәzrәti Fatimә yalnız haqqın tapdalanması üçün qәzәb
edәr vә heç bir zaman yalandan yerә qәzәblәnmәz. Ona görә onun qәzәbi olduğu yerdә
mütlәq Allahın peyğәmbәri (s.ә.v.)-nin dә qәzәbi mövcuddur. Çünki Allah haqqın
tapdalanmasına riza göstәrmәz, bәlkә qәzәblәnәr. Buxaridәn nәql etdiyimiz hәdis bu
hәqiqәti açıqca bәyan edirdi. Hәzrәti Fatimәnin Әbu Bәkrә qәzәblәnmәsi dә bununla
әlaqәdardır. Heç şübhәsiz Әbu Bәkr dә bunu anladığı üçün Hәzrәti Fatimәyә “Allahın
vә sәnin qәzәbindәn Allaha pәnah aparıram”-demişdi vә ağlayıb sızlamağa başlamışdı.
Amma yenә Hәzrәti Fatimә (haqqının tapdalandığı üçün) Әbu Bәkrә buyurmuşdur:
“Allaha and olsun ki, qıldığım hәr namazdan sonra qarğış edәcәyәm...” Nәqlә görә
Әbu Bәkr bu sözlәri eşidәn kimi Fatimәnin evindә ağlayıb bu cümlәlәri tәkrar edә-edә
bayıra çıxdı: “Ey camaat, mәnim sizin bey’әtinizә ehtiyacım yoxdur. Mәni xәlifәlikdәn
götürün.”2
Bizim alim vә tarixçilәrimizdәn bir çoxu Hәzrәti Fatimәnin atasından yetişәn
miras, Zilqurba vә Nihlә haqqında Әbu Bәkr ilә mübahisә elәdiyinә vә Әbu Bәkrin
onun sözlәrini rәdd etdiyinә vә Fatimәnin ölәnә kimi Әbu Bәkr ilә danışmadığına
e’tiraf etmәlәrinә rәğmәn bu kimi vaqiәlәrә heç bir әhәmiyyәt vermәdәn üstündәn
keçirlәr. Daha doğrusu Әbu Bәkrin heysiyyәtini qorumaq üçün bu barәdә danışmaq
istәmirlәr. Bu mәsәlә haqqında oxuduğum maraqlı yazılardan birindә bir alimimiz belә
yazmışdı: “Haşa ki, Fatimә haqqı olmayan bir şeyi iddia etsin vә haşa ki, Әbu Bәkr
1 “Sәhih әl-Buxari”, c.3, sәh. 39.
2 “Tarix әl-Xülәfa (bil-imamәti vәs-siyasә) libni Qәtibә әd-Dinuri”, c.1, sәh.20.
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 121
Fatimәnin haqqını tapdalamış olsun.”
Bu cümlәlәri yazan adam bәlkә belә bir sözbazlıq ilә mәsәlәni hәll etdiyini vә
tәdqiqatçıları qane etdiyini sanmışdır. Halbuki onun bu sözü belә demәyә bәnzәyir:
Haşa ki, Qur’ani-Kәrim haqq olmayan bir şeyi desin vә haşa ki, İsrail oğulları buzova
ibadәt etmiş olsunlar. Nә dediklәrini anlamayan vә bir-birinә zidd şeylәrә bir yerdә
inanan adamların әlinә düşmüşük. Hәqiqәt bundan ibarәtdir ki, Әbu Bәkr Fatimәnin
iddiasını rәdd etdi. Ya-nәuzu billah Fatimә yalan deyib, ya da Әbu Bәkr ona zülm
edibdir. Bu mәsәlәni bә’zilәrin tapmağa çalışdığı üçüncü bir halı yoxdur.
Әqli vә nәqli dәlillәrә görә Hәzrәti Fatimәnin yalan danışmasının mümkün
olmadığından ağıl sahiblәrinin Hәzrәti Fatimәyә zülm olduğuna vә onun yalançı
olmadığını e’tiraf etmәkdәn başqa bir çarәlәri qalmaz. Çünki әgәr Fatimә yalan
danışsaydı, peyğәmbәr onun haqqında “Fatimә mәnim bir parçamdır, ona әziyyәt
elәyәn mәnә әziyyәt etmişdir”-deyә, buyurmazdı. Bu vә әvvәlcә qeyd etdiyimiz bu
kimi hәdislәr Hәzrәti Fatimәnin yalan vә başqa günahlardan uzaq olduğuna dair
dәlildir. Yenә Aişәnin e’tirafına görә Hәzrәti Fatimә vә onun әri vә iki balası haqqında
nazil olan “tәthir” ayәsi dә Hәzrәti Fatimәnin mә’sum olduğuna dәlildir.1 Hәzrәti
Fatimәni ancaq evinin yıxılmasına icazә verәnlәr2 tәkzib edә bilәrlәr.
Bütün bu sәbәblәrә görә Hәzrәti Fatimә xәstәlәndiyi vaxt Ömәr vә Әbu Bәkr üzr
istәmәk hәdәfilә yanına gәlmәk üçün icazә istәdiklәrindә onlara içәri girmәk icazәsi
vermәdi. Hәzrәti Әli (ә.s.) onlara icazә verdiyindә Hәzrәti Fatimә onların üzünü belә
görmәsin deyә üzünü divara tәrәf çevirdi.3 Habelә düşmәnlәrindәn kimsәnin onun
cәnazәsini götürmәyә gәlmәlәrini istәmәdiyi üçün vәsiyyәtinә görә gecә gizli şәkildә
basdırıldı.4 Elә buna görәdir ki, peyğәmbәrin qızının qәbri zәmanәmizә qәdәr
tapılmamışdır.
Mәn doğrudan soruşuram niyә bizim müәllimlәrimiz bu hәqiqәtlәri görmәyib bu
mövzuları araşdırmaqdan, hәtta qeyd etmәkdәn boyun qaçırırlar. Amma növbә
sәhabәlәrә çatanda onların hamısını mәlәk kimi göstәrmәyә çalışırlar. Әgәr Osmanın
1 “Sәhih Müslüm”, c.7, sәh.121, 130.
2 “Tarix әl-Xülәfa lis-Süyuti”, c.1, sәh.20.
3 “Tarix әl-Xülәfa lis-Süyuti”, c.1, sәh.20.
4 “Sәhih әl-Buxari”, c.3, sәh.39
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 122
necә öldürüldüyünü soruşsan bir cümlә ilә, “Misirdәn bir qrup kafir gәlib onu
öldürdülәr” cümlәsilә hadisәni izah etmәyә cәhd edәrlәr. Amma әgәr bir nәfәr fürsәt
tapıb tarixi araşdırsa onda görәr ki, Osmanı öldürәnlәrin arasında birinci sırada
sәhabәlәrin özü vә lap irәlidә “mö’minlәrin anası” Aişә durmuşdu. Aişә Osmanın
öldürülmәsinin tәrafdarı idi vә açıqca onun qanının halal olduğunu ifadә edib deyirdi:
“Bu axmaq qocanı öldürün ki, kafir olubdur.”1
Eyni şәkildә görürük ki, Tәlhә, Zübeyr, Mәhәmmәd ibni-Әbubәkr vә sәhabәlәrin
digәr böyüklәri Osmanı xәlifәlikdәn çәkilmәyә mәcbur elәmәk üçün onu mühasirә
altına alıb hәtta ona su verilmәsini dә qadağan etmişdilәr. Yenә tarix alimlәri yazıblar
ki, sәhabәlәr Osmanın müsәlmanların qәbiristanlığında basdırılmasına icazә
vermәyiblәr vә o qüslsüz, kәfәnsiz halda “Hәtti-kövkәb” adlı qәbristanlıqda
basdırılmışdır.
Sübhanәllah! Bütün bu hәqiqәtlәrә rәğmәn Osmanın mәzlum öldürüldüyü vә onu
öldürәnlәrin müsәlman olmadıqları deyilmәkdәdir. Bu mövzu da tamamilә Hәzrәti
Fatimә ilә Әbu Bәkrin ixtilafına bәnzәyir. Çünki әgәr Osman mәzlum olaraq
öldürülsәydi, onda onu öldürәnlәr vә onun öldürülmәsinә yardım edәnlәr böyük bir
cinayәt elәyiblәr. Yә’ni onlar müsәlmanların xәlifәsinә zülm edib onun cәnazәsini belә,
daşlayıb, ölüsünә dә dirisinә dә ihanәt ediblәr. Әgәr bu doğru deyilsә onda Osmanın
qeyri-islami işlәrini dәlil gәtirәrәk onu öldürmәyә tәşәbbüs edәn sәhabәlәr haqlıdırlar.
Bunun üçüncü bir halı yoxdur.
Bәli, әgәr özümüzü aldadıb tarixi hәqiqәtlәrә göz yumaraq “Misirlilәr kafir
olduqları üçün xәlifәni öldürdülәr” desәk zahirdә özümüzü bu çıxılmaz vәziyyәtdәn
qurtarmış oluruq, amma hәqiqәtlәri inkar etmәk mümkündürmü?
Yuxarıda qeyd etdiyimiz iki haldan hәr birini qәbul elәsәk nәticә eynidir. Çünki
hәr iki halda da sәhabәlәrin bir qisminin әdalәtli olmaması sabit olunur. Yә’ni ya
Osmanın әdalәtli olmadığı vә ya onu öldürәn sәhabәlәrin әdalәtli olmadığı bәlli olur.
Belәliklә sünnilәrin iddiasının doğru olmadığı vә şiә mәzhәbinin sәhabәlәrin
bә’zisinin әdalәtli, bә’zisinin isә әdalәtsiz olduğuna dair görüşünün düzgün olduğu
1 “Tarix әt-Tәbәri”, c.4, sәh.407; “Tarix ibn әl-Әsir”, c.3, sәh.206; “Tac әl-Әrus”, c.8, sәh.141; “Lisan әl-
Әrәb libni-Mәnsur”, c.4, sәh.193; “әl-Әqd әl-Fәrid”, c.4, sәh.290.
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 123
bәlli olur.
Bir dә Cәmәl müharibәsinin odunu yandırıb ona rәhbәrliyi öz öhdәsinә alan
“mö’minlәrin anası” Aişәnin niyә müharibә üçün evindәn çıxdığını soruşaq. Halbuki,
Allah-Tәala peyğәmbәrin xanımlarına evlәrindәn bayıra çıxmamaları üçün açıqca әmr
verәrәk belә buyurmuşdur:
...
“Evlәrinizdә oturun vә ilk cahiliyyәt dövründә olduğu kimi özünüzü
göstәrmәyin…”(Әhzab surәsi, 33-cü ayә)
Yenә soruşaq ki, mö’minlәrin anası Aişә nә haqq ilә müsәlmanların xәlifәsi
Hәzrәti Әlinin әleyhinә müharibә başlatdı? Müәllimlәrimiz hәmişә olduğu kimi bu cür
sualların cavabında belә bir bәsit cavab ilә kifayәtlәnirlәr: “Hәzrәti Әlinin “İfik”
hadisәsindә peyğәmbәrә “onu boşa” deyә işarәt etmәsinә görә Aişә Hәzrәti Әlidәn
narahat idi..” Onlar bu sözlәri ilә Hәzrәti Әlinin onun boşanmasını istәmәsini (Belә bir
şeyin düz olduğu belә, şübhәlidir) bәhanә edib Aişәnin Allahın әmrinә üsyan edәrәk
peyğәmbәrin tә’yin etdiyi hüdudları aşmasını vә peyğәmbәrin rәdd etdiyi dәvәyә
minәrәk uzun yolları sovaraq Mәdinәdәn Mәkkәyә, oradan da Bәsrәyә gәlmәsini,
günahsız insanların öldürülmәsini mübah, Hәzrәti Әli vә onunla bey’әt edәn
sәhabәlәrә qarşı müharibә başlatmasını vә tarixçilәrin yazdığına görә minlәrcә
müsәlmanın ölümünә sәbәb olmasını adi, hәtta mәqbul göstәrmәyә çalışırlar.1 Görәsәn
bütün bu hadisәlәrә Aişә Hәzrәti Әlinin filan yerdә dediyi behman sözündәn narahat
oldu demәklә bәhanә uydurmaq düzgündür? Axı Hәzrәti Әlinin elә bir şeyi
peyğәmbәrdәn istәmәsini isbat edәn bir dәlil dә yoxdur vә peyğәmbәr dә Aişәni
boşamamışdı. Aişәnin Hәzrәti Әli ilә düşmәnçiliyini, belә bәsit şeylәrlә izah etmәk
sağlam bir әsasa malik deyildir. Mәsәlәn yazıblar ki, Aişә Mәkkәdәn qayıtdığı vaxt
Osmanın ölüm xәbәrini ona verdilәr. Aişә bu xәbәri eşidәn kimi hәddәn artıq sevindi.
Hәzrәti Әli ilә xәlifә olmasına bey’әt olunduğunu eşidәndә dә elә o qәdәr narahat oldu
vә belә dedi: “Allahdan istәrdim ki, göy yerә dәysin (dünya mәhv olsun). Amma onun
xәlifә olmasını istәmәzdim.” Sonra yanında olanlara “mәni qaytar” dedi. Mәkkәyә
1 Tәbәri, İbni Әsir, Mәdaini kimi tarixçilәrin әsәrlәrinә baxın (Hicrәtin 36-cı ilini tәsvir edәn hadisәlәr
mövzusunda)
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 124
qayıtdıqdan sonra isә, orada xalqı Hәzrәti Әli әleyhinә qiyam elәmәyә tәhrik etmәyә
başladı. Tarixçilәrin yazdığına görә Aişә Әli ilә düşmәnliyindәn Hәzrәti Әlinin adını
belә söylәmәk istәmәzdi.
Görәsәn mö’minlәrin anası Aişә peyğәmbәrin:
“Әlini sevmәk imandan, onunla düşmәnçilik etmәk nifaqdandır.” 1
- deyә, buyrduğunu bilmirdimi? Halbuki bә’zi sәhabәlәrin “biz, münafiqlәri Әli
ilә düşmәn olduqlarından tanıyırıq” dediklәri nәql olunmuşdur.
Görәsәn mö’minlәrin anası Aişә, peyğәmbәrin Hәzrәti Әli haqqında:
“Mәn hәr kimin mövlasıyam, Әli onun mövlasıdır.”
-dediyini eşitmәmişdi? Şübhәsiz bu sözlәri eşitmişdi, amma Hәzrәti Әli ilә
düşmәnçilik elәmәsi onu belә davranmağa sövq edirdi. Hәtta Әlinin ölüm xәbәrini
eşitdiyindә yerә sarılıb şükür sәcdәsi elәdi.2
Burada mö’minlәrin anası Aişәnin hәyatını incәlәmәk istәmirәm. Yalnız
sәhabәlәrdәn bir çoxunun islamın qәti әsasları vә peyğәmbәrin әmrlәrinә tabe
olmadığını açıqlamağa çalışıram.
Bu arada Aişәnin mövqeyi haqqında bütün tarixçilәrin qeyd etdiklәri bu hadisә
kifayәtdir ki, mö’minlәr anası Aişә Hәvәb suyundan keçdiyindә itlәr ona hәmlә elәyib
hürdülәr. Aişә bu hadisәdәn sonra peyğәmbәrin, “xanımlarından birinin Allahın
әmrindәn çıxaraq dәvәyә minib müharibәyә gedәcәyini vә hәvәb suyunun başında
itlәrin hürmәsi ilә qarşılaşacağını” bildirmiş olduğunu xatırladı vә peyğәmbәrin bu
barәdә xüsusilә Aişәyә xәbәrdarlıq etmiş olması onu qorxutdu. Aişә ağlaya-ağlaya geri
qaytarılmasını istәdi. Lakin Tәlhә ilә Zübeyr әlli nәfәrә rüşvәt verәrәk yalan yerә
Aişәnin hüzurunda o suyun Hәvәb suyu olmadığına dair and içmәlәrini tә’min etdilәr
vә belәliklә Aişә Bәsrәyә doğru müsafirәtini davam etdirdi. Tarixçilәrin yazdığına görә
1 “Sәhih Müslüm”, c.1, sәh.48.
2 Tәbәri, İbni-Әsir vә bütün tarix kitabları. (Hicrәtin 40-ci ilini tәsvir edәn hadisәlәr mövzusunda)
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 125
bu şahidlik hadisәsi islamda tәsbit edilәn ilk yalandan yerә şahidlikdir.1
Ey müsәlmanlar! Ey ağıllı adamlar! Bu mәsәlәni hәll etmәkdә, nә olar, mәnә
kömәk edin! Görәsәn bu yalandan şahidlik hadisәsini tәşkil edәnlәr vә yalandan
şahidlik elәyәnlәr bizim әdalәtlәrinә hökm verdiyimiz, peyğәmbәrdәn sonra әn üstün
insanlar saydığımız şәxslәr deyildir? Bәyәm yalandan yerә şahidliyi adamı cәhәnnәmә
aparan böyük günahlardan saymırıq?
Burada yenә eyni sual ilә üzbәüz oluruq. Bir-birlәri ilә savaşan bu iki tayfanın
hansı haqq vә hansı batil idi? Ya Әli vә ardıcılları batil idilәr, ya Aişә, Tәlhә, Zübeyr vә
onların ardıcılları. Burada da üçüncü bir hal yoxdur.
İnsaflı bir tәdqiqatçının Hәzrәti Әlinin haqq olduğunda Aişә ilә ardıcıllarının batil
olduğunda heç bir şübhәsi yoxdur. Çünki peyğәmbәr (s.ә.v.)-in buyurduğu kimi haqq
Әli ilәdir, Әli hardasa haqq onunla birlikdәdir. Lakin mö’minlәrin anası Aişә vә onun
ardıcılları yaş ilә qurunu bir yerdә yandırıb bu günә qәdәr tә’siri davam edәn bir
fitnәni yaratmışdır.
Mәsәlәni bir az daha işıqlandırmaq vә qәlbimizin әmin olması üçün bunu da әlavә
elәyәk ki, Buxari öz “Sәhih”inin Әlfitәn (fitnәlәr) kitabının “Әlfitnәtullәti tәmucu
kәmövcil-bәhr” babında belә yazır: “Ravi dedi: Tәlhә, Zübeyr vә Aişә Bәsrәyә
gәldiklәrindәn İmam Әli (ә.s.) Әmmari-Yasir ilә oğlu İmam Hәsәn (ә.s.)-i Kufәyә
göndәrdi. Onlar Kufәyә gәldilәr vә (xalqın toplandığı yerdә) minbәrә çıxdılar. Hәsәn
ibni-Әli (ә.s.) minbәrә çıxıb orda oturdu. Әmmar isә ondan aşağıda oturdu. Biz onların
әtrafına toplanmışdıq. Eşitdik ki, Әmmar belә deyir: Aişә Bәsrәyә tәrәf hәrәkәt elәyib.
Allaha and olsun ki, o, dünya vә axirәtdә peyğәmbәrimizin xanımıdır. Lakin Allah sizi
sınayır ki, görsün peyğәmbәrin xanımına itaәt edәcәksiniz yoxsa Allaha.”2
Yenә Buxari “Şürut” kitabının “Ma ca’ә fi buyuti әzvacin-nәbi” babında yazır ki:
“Peyğәmbәr (s.ә.v.) danışmaq üçün ayağa qalxdı vә Aişәnin evinә tәrәf işarә edәrәk
buyurdu ki: “Bura fitnә mәrkәzidir. Bura fitnә mәrkәzidir ki, şeytanın buynuzu buradan
çıxar.” ”3
1 Tәbәri, İbni-Әsir, Mәdaini vә bütün tarix kitabları. (Hicrәtin 36-cı ilini tәsvir edәn hadisәlәr
mövzusunda)
2 “Sәhih әl-Buxari”, c.4, sәh.161
3 “Sәhih әl-Buxari”, c.2, sәh.128
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 126
Buxari, Aişәnin peyğәmbәrlә әdәbsiz davranışlarına görә atası tәrәfindәn bәdәni
qanayana kimi döyüldüyünü qeyd etmişdir. Yenә Buxari yazmışdır ki, Aişә
peyğәmbәrlә müxalifәt elәmәyi o yerә çatdırdı ki, Allah-Tәala onu tәlaq ilә,
peyğәmbәrә ondan daha yaxşısını nәsib etmәk vә’di ilә tәhdid elәdi. Bunlar da başqa
hadisәlәrdir ki, onların haqqında hәlәlik danışmaq istәmirik. Bütün bunlara rәğmәn
Aişәnin nә üçün sünnilәrcә bu qәdәr tәqdir vә sevgiyә layiq olduğunu soruşan olsa bu
suala necә cavab verilmәlidir? Görәsәn Aişә sırf peyğәmbәrin xanımı olduğu üçün bu
qәdәr hörmәtә layiq olmuş? Halbuki peyğәmbәrin ondan başqa digәr xanımları da
vardır vә onlardan bә’zilәrinin Aişәdәn üstün olduğu peyğәmbәrin özü tәrәfindәn
açıqlanmışdır.1 Amma onlardan çox danışılmır. Yoxsa bu qәdәr hörmәt Әbu Bәkrin qızı
olduğu üçün göstәrilmişdir? Vә ya Hәzrәti peyğәmbәr (s.ә.v.)-in Әli (ә.s.) haqqındakı
vәsiyyәtini inkar etmәkdә mühüm rol oynadığı üçün? Hәtta Aişәdәn, “peyğәmbәr
(s.ә.v.) Әli (ә.s.) haqqnıda vәsiyyәt edibmi?”-deyә soruşduqları vaxt belә cavab
veribmiş: “Peyğәmbәr haçan belә vәsiyyәt elәyib. Mәn peyğәmbәr vәfat elәyәcәyi
sırada onun yanındaydım. Vәfatı yaxınlaşanda mәnim sinәmә söykәnmişdi. Bir qab
istәdi, sonra әyildi vә elәcә dünyadan getdi. Hәtta mәn dә vәfat elәdiyini bilmәdim.
Yaxşı, bәs necә vәsiyyәt elәyib?”2 Vә ya Aişәnin bu qәdәr möhtәrәm sayılması onun Әli
vә övladlarına qarşı şiddәtli bir düşmәnlik bәslәdiyi vә amansız mücadilә vә müharibә
elәdiyi üçündürmü? Hәtta Aişә Hәzrәti Hәsәnin cәnazәsinin babası peyğәmbәrin
qәbrinin yanınıda dәfn olunmasına belә mane oldu vә dedi ki: “Sevmәdiyim bir adamı
mәnim evimә gәtirmәyin.” Görәsәn Aişә Hәzrәti peyğәmbәr (s.ә.v.)-in İmam Hәsәn vә
qardaşı İmam Hüseyn haqqında:
“Hәsәn vә Hüseyn cәnnәt gәnclәrinin sәrvәridir”
vә
“Allah bunları sevәnlәri sevәr vә bunları sevmәyәnlәri sevmәz”
1 “Sәhih әt-Tirmizi”, İstiab vәl İsabә (Sәfiyyәnin tәrcümeyi halı)
2 “Sәhih әl-Buxari”, c.3, sәh.68.
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 127
vә
“Mәn sizinlә düşmәn olanla düşmәnәm vә sizinlә dostluq edәnlә dostam”
- deyә buyurduğunu unutmuşdu? Yoxsa bilә-bilә belә elәyirdi? Bu mövzu ilә
әlaqәdar ayrı hәdislәr dә var ki, hәlәlik burada onları qeyd etmәyәcәyik. Bunlara әsla
tәәccüblәnmәmәliyik. Çünki Aişә Әli (ә.s.) vә övladları haqqında bu cür sözlәri
dәfәlәrlә peyğәmbәrdәn eşitmiş olmasına vә peyğәmbәrin ona xәbәrdarlıq etmәsinә
rәğmәn yenә Әli ilә müharibә edib xalqı onun әleyhinә tәhrik elәdi vә onun fәzilәtlәrini
inkar etmәyә çalışdı. Elә buna görә Әmәvilәr Aişәni әn yüksәk mәqamlara çıxardılar vә
onun mәqamı vә fәzilәti barәdә saysız-hesabsız hәdislәr rәvayәt elәdilәr. Hәtta dinin
yarısının elminin ona aid olduğunu söylәyәrәk onu İslam ümmәtinin әn böyük mәrcәyi
(müctәhidi) olaraq tәqdim elәdilәr.
Bәlkә dә, dinlәrinin o biri yarısını da istәdiklәri hәdislәri uyduran Әbu Hüreyrәyә
mәxsus etmişdilәr! Buna görә Әbu Hüreyrәni özlәrinә yaxınlaşdıraraq Mәdinәnin
әmirliyini ona verdilәr. Әvvәllәr kasıb adam olan Әbu Hüreyrәyә bir saray tikdirdilәr,
ona “İslam ravisi” lәqәbini verdilәr. O da artıq bütün işlәri Әmәvilәrә asanlaşdırdı vә
onlar üçün yeni bir din anlayışı tәqdim etdi. Elә bir anlayış ki, onda Allahın kitabı vә
peyğәmbәrin әn’әnәsindәn ancaq Әmәvilәrin istәklәri ilә zidd olmayan, hәtta onların
hakimiyyәtini güclәndirәn şeylәr mövcud idi. Belә bir din Әmәvilәrin әlindә bir
oyuncaq vә istehza vәsilәsindәn başqa bir şey deyildi, yalan vә uydurmalarla, tәzad vә
xürafәlәrlә dolu idi. Hәqiqәtlәr torpağa quylanmış vә qaranlıqlar işıq yerinә tәqdim
olunmuşdu. Әmәvilәr bu din anlayışını xalqa qәbul etdirmәyә çalışaraq Allahın dinini
dәyәrsiz elәmәyә cәhd göstәrdilәr, belә ki, adamlar Müaviyәdәn qorxduqları qәdәr
Allahdan qorxmurdular. Öz alimlәrimizdәn müsәlmanları şiә vә sünni deyә iki firqәyә
bölәn vә İslamda әn böyük tәfriqәni törәdәn Müaviyә vә onun Hәzrәti Әliyә qarşı
başlatdığı müharibә haqqında soruşduğumuzda çox sadә bir şәkildә deyirlәr ki, Әli vә
Müaviyәnin hәr ikisi sәhabәlәrin böyüklәrindәn imişlәr, hәr ikisi ictihad elәdi, amma
Әlinin ictihadı doğru çıxdı. Onun üçün Әlinin iki savabı vardır. Amma Müaviyәnin
ictihadı xәtalı çıxdı, buna görә onun Allahın yanında bu ictihadından ötrü bir savabı
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 128
vardır. Bizim onların lehinә ya da әleyhinә hökm vermәyә haqqımız yoxdur. Çünki
Allah-Tәala buyurur ki:
“Onlar bir ümmәt idi, gәlib keçdilәr; onların qazancları onlara, sizin qazancınız
sizә vә onların gördüklәri işlәr sizdәn soruşulmaz.” (Bәqәrә surәsi, 134-cü ayә)
Görünür ki, bu kimi cavablar ağlabatan deyil vә şәriәtә zidd bir sәfsәtәdәn başqa
bir şey deyildir. Sağlam bir ağıl sahibi Müaviyәnin ictihad etdiyinә necә hökm edәr vә
onun, müsәlmanların rәhbәri ilә müharibә edәrәk günahsız adamları öldürüb saysız
cinayәtlәr elәmәsinә görә Allahın yanında bir savabla mükafatlandırılacağına necә
inanar? Tarixçilәrin yazdığına görә Müaviyә öz müxaliflәrini öldürdüyü vaxt onlara
zәhәrli bal yedirdirdi vә belә deyirdi: “Allahın baldan ordusu da var!”
Sünnilәrin bә’zi alimlәri belә bir şәxsin ictihadına vә ona bir savabın verilәcәyinә
necә hökm edirlәr? Halbuki o, zalım bir qrupun başçısı idi. Çünki şiә vә sünni alimlәrin
nәql etdiyi mәşhur bir hәdisdә peyğәmbәr (s.ә.v.) “Әmmari-Yasiri baqi (zalım) bir qrup
öldürәr”-deyә buyurmuşdur. Mә’lumdur ki, Әmmarı öldürәn Müaviyә vә onun
tәrәfdarları olublar.
Necә Müaviyәnin ictihad etdiyinә hökm edirlәr? Halbuki Müaviyә, Hücr ibni-
Әdina vә onun tәrәfdarlarını Әli vә onun övladlarına yaman demәdiklәri üçün şәhid
elәdi vә Dәmәşqin “Mәrcül-Azәra” adlı zibilliyindә onları bastırdı.
Necә Müaviyәnin әdalәtli bir sәhabә olduğunu irәli sürә bilirlәr? Halbuki,
cәnnәtin gәnclәrinin ağası olan Hәzrәti Hәsәn ibni Әliyә zәhәr verdirib öldürәn o idi.
Onu necә günahsız göstәrirlәr? Halbuki İslamda zor vә qılınc gücü ilә özünә vә
özündәn sonra fasiq oğlu Yәzidә bey’әt toplayan, belәliklә İslam nizamını qeysәr
rejiminә çevirәn ilk adam o idi.1
Görәsәn onun ictihad etdiyi vә ictihadına görә savaba layiq olduğunu söylәmәyә
necә cәsarәt edirlәr? Halbuki, xalqı Hәzrәti Әli (ә.s.) vә peyğәmbәr (s.ә.v.)-in Әhli-
beytinә minbәrlәrdә lә’nәt oxumağa mәcbur edir vә bu işi görmәyәn sәhabәlәri
öldürürdü. Doğrudan qәlbindә zәrrәcә iman olan bir insanın nifrәt etdiyi bu işi
1 “әl-Xilafә vәl-Mülk li-Әbil Ә’la әl-Mәududi” vә Әhmәd Әminin “Yәum әl-İslam” әsәri.
Ә B U B Ә K R V Ә Ö M Ә R İ N E ’ T İ R A F L A R I ........................................................................... 129
hamının tәkrar elәdiyi bir adәt halına gәtirәn Müaviyә deyildimi?
La Haulә vә la quvvәtә illa billahil Әliyyil-әzim.
Burada yenә eyni sualı tәkrar edirәm: bu iki qrupdan hansı haqq vә hansı batil
idi? Ya Hәzrәti Әli vә onun ardıcılları batil idilәr, yaxud, Müaviyә vә onun tәrәfdarları
zalım vә batil idilәr. Hәzrәti peyğәmbәr (s.ә.v.) hәr şeyi açıb göstәrmişdir.
Bu iki qrupdan hәr birini qәbul elәsәk yenә dә bütün sәhabәlәrin әdalәtli olmadığı
sübuta yetirilir. Bu kimi hadisәlәrin bәnzәri o qәdәr çoxdur ki, Allahdan başqa kimsә
sayısını bilmir. Әgәr bu mövzulara tәfsilatlı bir şәkildә girmәk istәsәydim vә hәr birini
tәfәrrüatı ilә incәlәsәydim bir neçә cildlik kitab yazmalıydım. Amma mәn bir neçә
nümunә vermәklә kifayәtlәndim. Gәrçi Allaha şükür ki, bu bir neçә nümunә belә uzun
illәr boyu mәnim fikrimi donduran vә hadisәlәri tәhlil etmәyi, tarixi vaqiәlәri Qur’an vә
ağıl ölçülәri işığında incәlәmәyi qadağan elәyәn tayfamın inamlarını çürütmәk üçün
mәnә kifayәtdir. Buna görә artıq özümә gәlib mәni dövrәlәyәn tәәssübün qara
tüstüsünü gözlәrimin önündәn uzaqlaşdıracağam vә qәlb ilә fikrimi zәncirlәyәn bağları
qıracağam. İyirmi ildәn çox bir müddәt әrzindә ruhuma çökmüş bu tozları ruhumdan
silәcәyәm. Mәnim bu yeni halımı bu sözlәr gözәl bir şәkildә izah edir: “Ey kaş tayfam,
rәbbimin mәni necә bağışladığını vә mәni ikram olmuşlardan qәrar verdiyini bilәydilәr.
Ey kaş tayfam bilmәdiklәri vә bilmәdәn düşmәn kәsildiklәri bu kәşf etdiyim alәmdәn
xәbәrdar olaydı.”
H A Q Q A M E Y L E T M Ә Y İ M İ N B A Ş L A N Ğ I C I .................................................................. 130
HAQQA MEYL ETMӘYİMİN
BAŞLANĞICI
BİR ALİM İLӘ MÜBAHİSӘM
Üç ay boyu hәr zaman, hәtta yuxuda belә iztirab içindәydim, yatanda çeşidli
fikirlәr mәni xәyallar dәnizinә daldırır vә sağa-sola çәkirdi. Xüsusilә, tarixi
incәlәmәlәrimin nәticәsindә şәxsiyyәtlәri haqqında ayrı cür nәticәlәrә çatdığım bә’zi
sәhabәlәr haqqındakı әvvәlki nәzәrimә görә qorxu içindәydim. Çünki uşaqlığımda
aldığım tәrbiyәyә görә, Allahın vәlilәri vә saleh qullarına qarşı hörmәt bәslәmәyi
gәrәkli görür vә onlara, hәtta ölümlәrindәn sonra belә hörmәtsizlik etmәnin adamın
zәrәr görmәsinә sәbәb olacağına inanırdım.
Dәmirinin “Hәyat әl-Heyvan әl-Kubra” adlı kitabında çoxdan bu hekayәni
oxuduğumu xatırlayıram: Bir yolçuluq әsnasında karvandan bir kişi Ömәr ibni-Xәttaba
hörmәtsizliklә bә’zi sözlәr deyibmiş. Onun yanında olanlar qarşısısnı almaq istәyiblәr
amma fayda vermәyibmiş. Bu adam eşiyә çıxanda bir qara ilan onu sancmış vә adam
elә oradaca ölübmüş. Onun üçün qәbir qazırlar, amma görürlәr ki, qәbirdә bir qara ilan
vardır. Bir ayrı qәbir qazırlar, yenә qara ilanla qarşılaşırlar. Nә qәdәr qәbir qazırlar,
hamısında eyni şeylә qarşılaşırlar. Bunu görәn ariflәrin birisi deyir ki, harda qәbir
qazsanız fәrq elәmәz, onun qәbrindә mütlәq bu ilan olacaqdır. Çünki hәr kim Ömәr
haqqında layiq olmayan sözlәr desә Allah axirәt әzabından qabaq onu bu dünyada
B İ R A L İ M İ L Ә M Ü B A H İ S Ә M ...................................................................................................... 131
cәzalandırar.1
Bunlara görә idi ki, qorxuya düşmüşdüm. Xüsusilә Zeytuniyyә mәdrәsәsindә
xәlifәlәrin әn üstünü Әbu Bәkr vә sonra Ömәr faruq vә sonra Osman ibni-Әffan
olduğunu, mәlәklәrin ondan çәkinib utandığını vә bunlardan sonra da, elm şәhәrinin
qapısı olan Әlinin olduğunu öyrәnmişdim. Bu dörd sәhabәdәn sonrakı sıranı da
cәnnәtlә müjdәlәnәn on nәfәrin yerdә qalan altısı alırlar. Onlar isә Tәlhә, Zübeyr, Sad,
Sәid, Әbdürrәhman vә Әbu Übeydәdir. Bunlardan sonrakı sıranı da digәr sәhabәlәr
alır. Әksәr vaxtlar “Biz peyğәmbәrlәrin heç birisinin arasında fәrq qoymuruq” ayәsi
dәlil olaraq göstәrilir vә bizim dә sәhabәlәrin arasında fәrq qoymayıb hamısını bir
gözlә görmәyimizin vә onlara әn kiçik sәhvi belә nisbәt vermәmәyimizin gәrәkli
olduğu deyilirdi.
Bu dәlilә görә bir neçә dәfә bu araşdırmadan vaz keçib istiğfar elәdim vә artıq
sәhabәlәr haqqında bu cür incәlәmәlәr aparmamaq qәrarına gәldim. Bu araşdırmaların
mәni peyğәmbәrin sәhabәlәri barәdә vә nәticәdә dinin haqqında tәrәddüd vә şübhәyә
sövq etmәsindәn qorxurdum. Amma bu dövrdә dә, bә’zi alimlәr ilә mübahisә elәdim
vә onların sözlәrindә әqli-sәlimin qәbul etmәsi mümkün olmayan tәzadlarla
qarşılaşdım. Onlar, “Әgәr bu şәkil tәdqiqatlara davam elәsәn, Allah verdiyi bu
ne’mәtlәrini sәndәn alar vә sәni hәlak elәyәr”-deyә, mәni qorxudurdular. Onların
mәnimlә inad elәyib dediyim sözlәrin hamısını tәkzib elәmәlәri mәni hәqiqәti tapmaq
üçün araşdırmağa tәrәf çәkdi. İçimdәn bir mә’nәvi gücün dә, mәni bu işә sövq elәdiyini
hiss elәdim.
BİR ALİM İLӘ MÜBAHİSӘM.
Alimlәrimizin birinә dedim ki, “Müaviyә günahsız xalqı öldürüb, camaatın
namusuna tәcavüz etmәsinә rәğmәn yenә dә siz onun ictihad edib ictihadında sәhv
elәdiyinә vә bu ictihad üçün Allah yanında mükafatlandığına hökm verir vә
Müaviyәnin oğlu Yәzidin peyğәmbәrin övladlarını öldürüb Mәdinә әhalisinin canını vә
namusunu әsgәrlәrinә mübah bilmәsi ilә yenә dә onun bu işlәrdә ictihad edib
1 “Hәyat әl-Heyvan әl-Kubra lid-Dәmiri” İlan maddәsi
B İ R A L İ M İ L Ә M Ü B A H İ S Ә M ...................................................................................................... 132
ictihadında sәhv etdiyinә vә ona görә dә Allah yanında iki mükafatdan birinә layiq
olduğuna inanırsınız. Niyә mәn bu incәlәmә vә araşdırmalarıma dayanaraq ictihad
etmәyim? Halbuki bu ictihadlarımın nәticәsi isә ancaq bә’zilәrin mövqelәri haqqında
tәrәddüdә düşmәk vә bә’zisinә dә istehza etmәkdәn başqa bir şey deyildir. Göründüyü
kimi bunlar Müaviyәnin vә oğlu Yәzidin peyğәmbәrin Әhli-beytinә qarşı işlәdiklәri
cinayәt vә qәtllәrlә әsla müqayisә oluna bilmәz. İctihadımın nәticәsindә әgәr haqqı
tapsam iki mükafatım olar, әgәr sәhv elәsәm dә yenә bir mükafatım olar. Halbuki
mәnim bә’zi sәhabәlәri hәcv etmәkdәn mәqsәdim onlara lә’nәt oxuyub söymәk deyil.
Mәn ancaq hәqiqәti tapıb Firqeyi-Naciyәni (Nicat Firqәsini) Firqeyi-Zallәdәn (Sapqın
Firqәdәn) ayırd etmәk istәyirәm. Bu isә hәm mәnә, hәm dә mәnim kimi hәr fәrdә fәrz
olan bir mükәllәfiyyәti yerinә yetirmәkdir. Allah-Tәala sirlәri vә qәlblәrdә gizli olan hәr
şeyi bilir!”
O, mәnә belә cavab verdi: “Övladım, illәrdir ki, ictihad qapısı bağlanıbdır.” Mәn,
“bu qapını kim bağlayıbdır?”-dedim. Dedi ki, “dörd mәzhәbin imamları.” Sevincli bir
halda dedim: “Allaha şükürlәr olsun ki, ictihad qapısını bağlayan nә Allahdır, nә onun
peyğәmbәridir, nә dә xülәfayi-raşidindir. O halda mәn dә onlar kimi ictihad elәsәm bir
vabala girmәrәm”.
O dedi: “Sәn ictihad elәyә bilmәzsәn, çünki ictihad elәmәk üçün nәhv, sәrf, tәfsir,
lüğәt, bәlağәt, hәdis vә tarix kimi on yeddi elmi bilmәlisәn.”
Onun sözünü kәsib dedim: “Ağa, mәn xalqa fәtva vermәk, ya da, islam adına bir
mәzhәb qurmaq üçün ictihad etmirәm. Xeyr, mәn fәqәt haqq vә batili tanımaq üçün
ictihad elәyirәm. Mәsәlәn Әlinin, yoxsa Müaviyәnin haqlı olduğunu araşdırmaq
istәyirәm vә bu qәdәrini bilmәk üçün dediyin on yeddi elmi bilmәyә ehtiyac yoxdur.
Yalnız onların hәr ikisinin hәyatını, gedişatını, әxlaqını incәlәmәk kifayәtdir.”
O, “Bunu bilmәk sәnin nә işinә yarar?”-dedi vә bu ayәni oxudu:
Allah-Tәala buyurur ki:
“Onlar bir ümmәt idi, gәlib keçdilәr; onların qazancları onlara, sizin qazancınız
sizә vә onların gördüklәri işlәr sizdәn soruşulmaz.” (Bәqәrә surәsi, 134-cü ayә)
B İ R A L İ M İ L Ә M Ü B A H İ S Ә M ...................................................................................................... 133
Mәn, “Bu ayәdә olan ( ) kәlәmәsini “tәs’әlun” oxuyursan, yoxsa
“tus’әlun” ? ” deyә, soruşdum. “Tus’әlun oxunar” dedi.
Mәn dedim:
“Allaha şükür ki, “tus’әlun” oxunur. Yoxsa “tәs’әlun” oxunsaydı (tәs’әlun –
soruşmazsınız) mübahisә elәmәk vә incәlәmәk artıq şәriәtә görә düzgün sayılmazdı.
Amma “tus’әlun” oxunduğuna görә ayәnin mә’nası belә olur, “Siz onların gördüklәri
işlәrә görә soruşulmazsınız.” Bu ayә ilә eyni mә’nanı ifadә edәn digәr ayәlәr dә
mövcuddur. Mәsәlәn bu ayә:
“Hәr kәs öz qazancına bağlıdır.” (Müddәssir surәsi, 38-ci ayә)
vә habelә bu ayә:
“Doğrudan insan yalnız çalışdığını alar.” (Nәcm surәsi, 39-cu ayә)
Göründüyü kimi bu ayәlәrin tәdqiqat aparmağı qadağan elәmәk ilә heç bir әlaqәsi
yoxdur. Qur’ani-Kәrim bir çox ayәlәrdә bizi keçmiş ümmәtlәrdәn xәbәrdar olmağa vә
onlardan ibrәt almağa çağırır. Allah-Tәala, bir tәrәfdәn Fir’on, Haman, Nәmrud, Qarun
kimi adamların hәyatını, digәr tәrәfdәn peyğәmbәrlәrin hәyatını Qur’ani-Kәrimdә bizә
anlatmışdır. Şübhәsiz bunları, Allah-Tәala bizi әylәndirmәk üçün yox, haqqı batildәn
ayırd etmәyimiz üçün nazil etmişdir. Bu mövzunu bilmәyin sәnә nә xeyri var?-
deyirsәn. Bu mövzunu bilmәyimin mәnim üçün çox xeyri vardır: әvvәla Allahın vәlisini
tanıyıb ona tabe olaram, ikincisi bu ki, Allahın düşmәnini tanıyıb onunla düşmәnlik
elәyәrәm. Bu isә Allahın bizә vacib elәdiyi şeydir. Sonra, mәnim üçün mühüm olan
Allahın istәdiyi şәkildә ona ibadәt etmәkdir, Әbu Hәnifә, Malik vә digәr müctәhidlәrin
istәdiyi kimi deyil. Çünki görürәm ki, Malik namazda “bismillah”-ın deyilmәsini
mәkruh bilir; lakin Әbu Hәnifә vacib bilir vә o birisi “bismillah”-sız namazı batil bilir.
Namaz dinin sütunudur. Әgәr namaz qәbul olsa, başqa әmәllәr dә qәbul olar vә әgәr
qәbul olmasa, başqa әmәllәr dә qәbul olmaz. Mәn, namazımın batil olmasını istәmirәm.
Dәstәmaz üçün dә eyni mübahisәlәr vardır. Çünki şiәlәr ayaqlarına mәsh çәkirlәr,
B İ R A L İ M İ L Ә M Ü B A H İ S Ә M ...................................................................................................... 134
amma sünnilәr ayaqlarını yuyurlar. Qur’ani-Kәrimdә belә bir ayә vardır: ...
...
“…Baş vә ayaqlarınıza mәsh çәkin…” (Maidә surәsi, 6-cı ayә)
Yә’ni Qur’ani-Kәrim açıq şәkildә ayağın mәsh olunmasına әmr edir. Onda ağlı
başında olan bir müsәlman necә araşdırmadan bunların birinin sözünü qәbul edib o
birisinin sözünü rәdd elә bilәr?”
Alim bunları eşidәndәn sonra belә dedi: “Sәn, istәdiyin mәzhәbi seçә bilәrsәn.
Çünki bunların hamısı İslam mәzhәbidir vә hamısı hökmlәrini peyğәmbәrdәn alıblar.”
Mәn dedim:
Onda qorxuram ki, Allahın:
“Hava vә hәvәsini özünә tanrı elәyәni gördünmü? O şәxs ki, Allah bilә-bilә onu
sapdırmış vә onun qulağını möhürlәmişdir vә gözünә dә pәrdә çәkmişdir. Artıq
Allahdan başqa kim doğru yolu ona göstәrә bilәr? Yenә dә öyüd, ibrәt
almazsınızmı?” (Casiyә surәsi, 23-cü ayә)
- deyә buyuraraq qınadığı kimsәlәrdәn olam.
Ağa, mәn bütün mәzhәblәrin haqq olduğuna inanmıram. Çünki onların biri bir
şeyi halal o birisi hәmin şeyi haram bilir. Halbuki bir şeyin hәm halal, hәm dә haram
olması qeyri-mümkündür. Peyğәmbәrin gәtirdiyi hökmlәrdә dә vәhyә әsaslandığı
üçün bir ziddiyyәt olmaz. Necә ki, Haqq-Tәala buyurur:
...
“…Әgәr Allahın yanından başqa bir yerdәn gәlsәydi, orada bir-birinә uyğun
olmayan bir çox şeylәr tapardın.” (Nisa surәsi, 82-ci ayә)
Amma dörd (sünni) mәzhәbin arasında bir-birinә zidd olan bir çox ehkam
mövcuddur. Bundan belә çıxır ki, bunların hamısı Allah vә peyğәmbәrinә aid deyildir.
Çünki peyğәmbәr, Qur’ana müxalif olan bir hökm vermәz.
B İ R A L İ M İ L Ә M Ü B A H İ S Ә M ...................................................................................................... 135
O, mәnim sözlәrimin mәntiqli vә dәlillәrimin düzgunlüyünü görәndә mövzunu
dәyişib dedi: Allahın rizası üçün sәnә nәsihәt edirәm ki, nәyin haqqında şübhәlәnirsәn
şübhәlәn, yalnız Xülәfayi-Raşidin barәdә şübhәlәnmә. Çünki, onlar İslamın dörd
sütunudur. Әgәr onlardan biri düşsә İslamın binası yıxılar.
“Allah mәni bağışlasın, әgәr bu insanlar İslamın sütunlarıdırsa, оnda peyğәmbәr
barәsindә nә demәk оlar?”-deyә mәn sоruşdum. О, “Allahın rәsulu binanın özüdür, о
İslamın özüdür”-deyәrәk mәnә cavab verdi. Mәn bunu eşidib gülümsündüm vә dedim:
“Mәn Allahdan üzr dilәdim vә bir daha dilәyirәm. Amma sizin sözünüzdәn belә çıхır
ki, Allahın rәsulu bu dörd nәfәr оlmadan qәrar tuta bilmәz. Halbuki, Qadir Allah
buyurur:
(İslamın) digәr bütün dinlәrdәn üstün olduğunu göstәrmәk üçün öz
peyğәmbәrini hidayәtlә vә haqq dinlә göndәrәn Odur. Allahın şahid olması kifayәt
edәr. (Fәth surәsi, 28-ci ayә).
О Mәhәmmәdi Qur’anla göndәrdi vә bu işә nә bu dörd nәfәri, nә dә başqa kimisә
cәlb etmәdi vә Allah-Tәala bu barәdә buyurur:
“Necә ki, özünüzdәn bir peyğәmbәr göndәrdik ki, sizә ayәlәri oxusun, sizi pak
etsin, sizә kitab vә hikmәt öyrәtsin. Vә bilmәdiyinizi bildirsin” (Bәqәrә surәsi, 151-ci
ayә).”
Sonra belә dedi: “Bunlar, imamlarımızdan vә ustadlarımızdan öyrәndiyimiz
şeylәrdir. Biz öz dövrümüzdә sizin kimi alimlәrimizlә mübahisә etmirdik. Lakin siz hәr
şeydә şübhә vә tәrәddüd edirsiniz. Bu, axiriz-zamanın nişanәlәrindәndir. Peyğәmbәr
buyurub ki, qiyamәt ancaq pis xalqın üzündәn qopar.”
Mәn dedim:
“Niyә boşuna danışırsınız? Mәn heç zaman dinimdә şübhә vә tәrәddüd
etmәmişәm. Mәn Allaha inanıb, Ondan başqa bir mә’budun olmadığına vә onun
B İ R A L İ M İ L Ә M Ü B A H İ S Ә M ...................................................................................................... 136
mәlәklәrinә vә kitabına inanmışam. Vә ağamız, Allahın qulu vә peyğәmbәri, bütün
peyğәmbәrlәrin başı vә onların sonu olan Hәzrәti Mәhәmmәd (s.ә.v.)-ә iman
gәtirmişәm. Mәn, müsәlmanam. Niyә mәni günahlandırmaq istәyirsiniz?”
Dedi ki: Bundan daha böyük günahlarla sәni günahlandırıram. Çünki sәn
ağalarımız Әbu Bәkr vә Ömәr haqqında şübhә elәyirsәn. Halbuki peyğәmbәr (s.ә.v.)
belә buyurubdur: “Әgәr mәnim ümmәtimin hamısının imanını Әbu Bәkrin imanı ilә
çәksәlәr, Әbu Bәkrin imanı onların hamısının imanından ağır gәlәr.” Vә Ömәrin
haqqında belә buyurmuşdur: “Ümmәtimi mәnә göstәrdiklәri zaman gördüm ki,
köynәklәri sinәlәrinә belә, çatmır. Amma Ömәri göstәrdiklәri zaman gördüm ki,
Ömәrin köynәyi yerlә sürünür.” Soruşdular ki, bu sözün mә’nası nәdir. Peyğәmbәr
buyurdu: “Yә’ni onun dini çoxdur.” İndi sәn, on dördüncü әsrdә (Miladi 20-ci әsr) gәlib
sәhabәlәrin, xüsusilә Әbu Bәkr vә Ömәrin haqqında şübhә vә tәrәddüd yayırsan. Sәn
bilmirsәn ki, Kufәlilәr, İraqlılar nifaq әhlidir?
Bu sözlәri eşidәn kimi öz-özümә dedim ki, qüruruna görә belә sәhvini qәbul
elәmәyәn bir adama nә deyә bilәrәm. Mübahisә elәmәk yerinә günahlandırma vә
iftiraya başlayaraq müridlәrinin yanında özünü qalib göstәrmәk istәyәn bir şәxslә nә
danışa bilәrәm? O, danışdıqca әtrafındakılar hәyacanlanırdı vә gözlәrindәn şәrr
oxunurdu.
Tez evә gәlib İmam Malikin “Әl-Müvәttә” kitabını vә “Sәhih әl-Buxari”ni götürüb
dәrhal qayıtdım. Dedim ki, ağa, mәni Әbu Bәkrin haqqında şübhә vә tәrәddüdә salan
ilk şәxs peyğәmbәrdir. Sonra “Müvәttә” kitabını açıb bu hәdisi oxudum: “İmam Malik
rәvayәt edirdi ki, peyğәmbәr Ühüd şәhidlәrinә dedi: “Mәn bunların imanlarına
şahidәm.” Sonra Әbu Bәkr dedi ki, “Ey peyğәmbәr, biz onların qardaşı deyilikmi? Biz
onlar kimi İslamı qәbul elәmәdikmi? Onlar kimi cihad etmәdikmi?” Peyğәmbәr
buyurdu: “Bәli, elәdiniz, amma bilmirәm mәndәn sonra dindә nә bidәtlәr (yeniliklәr)
qoyacaqsınız.” Onda Әbu Bәkr çox ağladı. Sonra dedi: “Biz sәndәn sonra
yaşayacağıqmı?” ”1
Sonra “Sәhih әl-Buxari”ni açdım vә bu rәvayәti oxudum: Ömәr ibni-Xәttab
Hәfsәnin yanına gәldi. Әsma binti-Üseyә dә, onun yanında idi. Ömәr Әsmanı görәn
1 “Müvәttә әl-İmam Malik”, c.1, sәh.307; “әl-Mәğazi lil-Vaqidi”, sәh.310
B İ R A L İ M İ L Ә M Ü B A H İ S Ә M ...................................................................................................... 137
kimi “bu kimdir?”-deyә, soruşdu. Hәfsә onu tәqdim elәdi. Ömәr dedi: “Bu dәniz yolu
ilә Hәbәşәyә gedәn qadınlardandırmı?” Әsma “bәli”-dedi. Ömәr, “biz hicrәtdә sizdәn
qabağa düşdük. Biz peyğәmbәrә sizdәn daha yaxınıq”-dedi. Әsma hirslәndi vә dedi:
“Allaha and olsun ki, yox. Çünki siz peyğәmbәrin yanındaydınız vә o sizin aclarınızı
doyurub cahillәrinizә öyüd verdi. Amma biz Hәbәşdә, uzaq bir çöldә, düşmәnlәrin
arasında qalırdıq, lakin qәlblәrimiz Allah vә peyğәmbәrlә idi. Allaha and olsun ki,
yediyim hәr xörәklә, içdiyim hәr suyla peyğәmbәri xatırlayırdım. Biz orada hәmişә
qorxu vә vәhşәt içәrisindә yaşayırdıq. Mәn, sәnin dediklәrinin hamısını peyğәmbәrә
danışacağam, ondan soruşacağam.” Әsma, peyğәmbәr gәlәndә dedi: “Ey peyğәmbәr,
Ömәr belә deyirdi, mәn dә belә cavab verdim.” Peyğәmbәr (s.ә.v.) belә buyurdu: “O,
mәnә sizdәn yaxın deyil. O vә onunla olanlar yalnız bir hicrәtdәn başqa bir iş
görmәyiblәr. Amma siz gәmi xalqı, iki hicrәt elәdiniz.”
Әsma deyir: Әbu Musa vә gәmi ilә hicrәt elәyәnlәr hәmişә gәlib mәndәn bu hәdisi
soruşardılar. Dünyada onları lap çox sevindirәn şey peyğәmbәrin dediyi bu sözlәr
olmuşdu.”1
Şeyx vә yanındakılar hәdislәri oxuduqdan sonra rәnglәri atdı vә bir-birlәrinin
üzünә baxmağa başladılar. Hamısı şeyxin bir söz demәsini gözlәyirdi. Lakin şeyxin özü
onlardan daha çox heyrәtlәnmişdi. Çarәsiz qalıb heyrәt içindә dedi: “Allahım, sәn
mәnim elmimi artır.”
Mәn dedim: Peyğәmbәr (s.ә.v.), “mәndәn sonra nә bidәtlәr çıxaracaqsan” deyәrәk
Әbu Bәkrin haqqında şübhә vә tәrәddüd edәn vә onun lehinә şәhadәt vermәyәn ilk
şәxsdirsә, Ömәrin Әsmadan belә, üstün olduğunu demәmiş vә hәtta Әsmanın ondan
üstün olduğunu söylәmişsә, mәnim dә hәqiqәti bilmәdәn kimsәni başqasından üstün
bilmәmәyә haqqım var.
Bu iki hәdis, Ömәr vә Әbu Bәkrin fәzilәtlәri haqqında nәql olunan bütün hәdislәri
batil edir. Çünki bu hәdislәr, onların fәzilәtini isbat edәn hәdislәrdәn mәtn vә mәzmun
baxımından daha güclü vә hәqiqәtә yaxındır. Orada olanlar dedilәr: “Bu necә ola
bilәr?” Mәn belә cavab verdim: Hәzrәti peyğәmbәr (s.ә.v.), Әbu Bәkrin imanına
şahidlik etmәdi vә “bilmirәm mәndәn sonra dindә nә bidәtlәr çıxaracaqsınız”-deyә,
1 “Sәhih әl-Buxari”, c.3, sәh. 387.
B İ R A L İ M İ L Ә M Ü B A H İ S Ә M ...................................................................................................... 138
buyurdu. Bu söz, ağlabatan olması ilә yanaşı, Qur’an vә tarix tәrәfindәn dә tәsdiq
olmuşdur. Tarixçilәr bildirir ki, onlar peyğәmbәrdәn sonra әhdlәrinә vәfa etmәdilәr.
Әbu Bәkrin Hәzrәti Fatimәni incidәndә ağlaması peyğәmbәrin xәbәr verdiyi tәhlükәyә
düşdüyü üçün idi. O, әhdinә vәfa elәmәdiyi üçün habelә ölümündәn öncә
әmәllәrindәn peşiman olaraq “ey kaş insan olmayaydım” deyirdi. Amma “Bütün
ümmәtimin imanını vә Әbu Bәkrin imanını çәksәlәr Әbu Bәkrin imanı onların
imanından ağır gәlәr”-deyә nәql olunan hәdis isә ağlabatan deyil vә batildir, çünki
ömrünün qırx ilini Allaha şәrik tanıyan vә bütlәrә ibadәt etmәklә mәşğul olan bir
şәxsin imanının peyğәmbәrin ümmәtinin hamısının imanından üstün olması mümkün
deyil. Bir dә ümmәtin içәrisindә bu qәdәr övliyalar, şәhidlәr, imamlar, ömürlәrini Allah
yolunda cihad etmәklә keçirәn mücahidlәr vardır. Axı Әbu Bәkr hara, bu hәdis hara?!
Әgәr o belә bir imana sahib idisә niyә ölümündәn qabaq “ey kaş insan olmayaydım”
deyә arzu edirdi? Әgәr onun imanı bütün mö’minlәrin imanından ağır olsaydı bütün
alәmin qadınlarının başı, peyğәmbәrin qızı Hәzrәti Fatimәni bağrını qan edәcәk
dәrәcәdә incitmәzdi. O dәrәcәdә ki, Hәzrәti Fatimә onlardan razı olmadığına Allahı vә
mәlәklәri şahid tutmuş vә namazından sonra onları qarğış edәcәyini söylәmişdi.
Mәnim sözlәrim qurtarandan sonra o alim heç bir şey demәdi, amma әtrafında
olan adamlardan bә’zilәri “ilahi bu adam bizi dә şübhәyә saldı”-dedilәr. Bunu görәn o
alim mәnә dönüb dedi: “Bunu istәyirdin. Hә? Bax bunların hamısını dinlәrindә
şübhәyә saldın.” Onlardan biri tez qalxıb o alimә belә cavab verdi: “Bu adam düz deyir,
sözlәri haqqdır. Biz indiyә qәdәr bir kitabı belә, әvvәldәn axıracan oxuyub
qurtarmamışıq. İndiyә qәdәr başqalarının sözlәrinә kor-koranә qulaq asmışıq. Amma
yavaş-yavaş öyrәnirik ki, bu adam doğru deyir. Biz dә oxumalıyıq, biz dә mübahisә
etmәliyik.” Onun yanındakılar da ona qoşulub eyni sözü tәkrar elәdilәr. Bu mübahisә
doğrudan haqq üçün bir müvәffәqiyyәt idi. Bu müvәffәqiyyәt zor vә ya qılıncla әldә
edilmәdi, ağıl vә dәllilәrin yardımı ilә qazanıldı. Allah-Tәala buyurur:
...
“...Vә de ki, әgәr doğru deyirsinizsә dәllilәrinizi gәtirin.” (Nәml surәsi, 64-cü
ayә)
B İ R A L İ M İ L Ә M Ü B A H İ S Ә M ...................................................................................................... 139
Bu hadisәlәr mәni bu mövzulara girmәyә vә tam anlamı ilә tәdqiqatı başlamağa
sövq etdirdi. Allahın adı ilә vә onun yardımı ilә tәdqiqata başladım. Allah-Tәala onun
yolunda mücadilә edib haqqı axtaranlara doğru yolunu göstәrәcәyini vә’d etmişdir vә
onun vә’dindә heç bir zaman xilaf olmaz.
Tәdqiqatım düz üç il çәkdi. Bu müddәt әrzindә mәn hәr mövzunu diqqәtlә
incәlәdim. Hәtta bә’zi әsәrlәri әvvәldәn axıra, bir sәhifәsindәn dә elә-belә keçmәdәn bir
neçә dәfә mütaliә etdim. İmam Şәrәfuddinin әhәmiyyәtli әsәri “Әl-müraciәt” kitabını
bir neçә dәfә oxudum. Bu kitab qarşımda yeni üfüqlәr açdı vә sәbәb oldu ki, doğru yolu
tapım. Bu kitab mәnim qәlbimә Әhli-beytin hәqiqi mәhәbbәt vә dostluğunu aşıladı.
Şeyx Әmininin “Әl-qәdir” adlı 13 cildlik әsәrini üç dәfә oxudum. Bu әsәr bir çox
әhәmiyyәtli hәqiqәtlәri açıq şәkildә bәyan edir. Ayәtullah Mәhәmmәd Bağır Sәdrin
“Fәdәk fit-Tarix” (tarixdә fәdәk hadisәsi) adlı kitabını vә şeyx Mühәmmәd Rza әl-
Müzәffәrin yazdığı “Әs-sәkfә” adlı әsәrini oxudum. Bu iki kitab sayәsindә tarixin bir
çox sirlәrini öyrәndim.
Vә yenә Şәrәfuddinin yazdığı “Әn nәss vәl-ictihad” adlı kitabını oxudum. Bu da
mәnim yәqinimi daha da artırdı. Sonra hәmin müәllifin “Әbu Hüreyrә” adlı kitabını vә
sonra misirli şeyx Mәhәmmәd Әbu Rәyәnin Әbu Hüreyrә haqqında yazdığı “Şeyxül-
müzeyrә” adlı kitabını oxudum vә bu kitabda yenә peyğәmbәrdәn sonra onun
әn’әnәsini dәyişdirәn sәhabәlәrin iki qrup olduqlarını öyrәndim: Allahın ehkamını zor
gücüylә dәyişdirәn sәhabәlәr, bir dә ilahi ehkamı uydurduqları yalan hәdislәr vasitәsilә
tәhrif edәn şәxslәr.
Daha sonra Әsәd Heydәrin yazdığı “İmam Sadiq vә dörd mәzhәb” adlı kitabı
oxudum. Orada Allah tәrәfindәn verilәn elm ilә öyrәnmә yolu ilә әldә edilәn alimin
fәrqini vә eyni şәkildә Allahın istәdiyi qullarına verdiyi ilahi hikmәt ilә ümmәti İslam
ruhundan uzaqlaşdıran öz görüşü ilә aparılan ictihadların fәrqini öyrәndim.
Daha sonra Seyid Cә’fәr Murtuza Amili, Seyid Murtuza Әskәri, Seyid Xoi, Seyid
Tәbatәbai, Şeyx Mәhәmmәd Әmin Zeymuddin vә Firuzabadının kitablarını vә ibni-
Әbil-Hәdid әl-Mötәzilinin “Şәrhu Nәhc әl-Bәlağә”-ni vә Taha Hüseynin “Әl-fitnә әl-
Kubra” kitabını, Tәbәrinin tarix kitabını, habelә ibni-Әsir vә Mәs’udi vә Yә’qubinin
mәşhur tarixi әsәrlәrini vә başqa bir çox qaynaq kitabı oxudum. Nәhayәt İmamiyyә Şiә
B İ R A L İ M İ L Ә M Ü B A H İ S Ә M ...................................................................................................... 140
mәzhәbinin haqq olduğuna inanıb şiә oldum vә Allahın lütfü ilә Әhli-beytin gәmisinә
minib onların vәlilik iplәrindәn yapışdım. Belәliklә, әksәriyyәtinin haqqdan üz
döndәrmiş olduğu, mәnim üçün isbat olmuş, sәhabәlәrin yerinә Allahın pak elәdiyi vә
mәhәbbәtlәrini hamıya fәrz elәdiyi Әhli-beytdәn (Allahın salamı onlara olsun)
yapışdım.
Bizim bә’zi alimlәrimizin dediyi kimi şiәlәr Ömәrin Qadisiyyәdә mәğlub etdiyi
üçün onunla düşmәn olan, kin bәslәyәn farslar vә ya zәrdüştilәr deyillәr. Mәn bu
sözlәri deyәn cahillәrә bu cavabı verirәm ki, İraq, Suriya, Hicaz, Livan kimi bir çox
ölkәdә peyğәmbәrin әhli-beytinә tabe olmağı öz şüarı elәmiş çoxlu inanan şiә var.
Mә’lumdur ki, bunların hamısı әrәbdir. Necә ki, Pakistan, Hindistan vә Afrika
dövlәtlәrindә milyonlarla şiә yaşamaqdadır. Onlar isә nә farsdır, nә dә әrәb. Bunlardan
başqa qeyd etmәyә ehtiyac duymadığım daha bir çox ölkәdә şiә icmaları mövcuddur.
Әgәr şiә yalnız iranlılara mәxsus olsaydı belә, bizә qarşı Allahın höccәti tamam olardı.
Çünki farsların imamlığına inandıqları on iki imamın hamısı әrәbdir vә Qureyş
tayfasından Haşimi övladlarından peyğәmbәrin Әhli-beytidir.
Әgәr farslarda irq tәәssübü olsaydı әrәblәri düşmәn bilib 12 imamın yerinә fars
tapardılar. Mәsәlәn, şiә vә sünnilәrin dәyәr vә fәzilәtinә e’tiraf etdiklәri Salman Farsini
özlәrinә imam edәrdilәr. Lakin sünnilәr “imamәt” mövzusunda daha çox farslara tabe
olublar. Sünnilәrin imamlarının çoxu fars xalqındandır. Misal üçün Әbu Hәnifә, İmam
Nәsai, Tirmizi, Buxari, Müslüm, ibni-Macә, Razi, İmam Qәzali, ibni-Sina, Fәrabi vә
bunlardan başqa bir çoxlarının hamısı farsdır. Әgәr fars şiәlәr müharibәdә Ömәrin
qoşunu tәrәfindәn mәğlub olduqları üçün onu sevmirlәrsә, onda әrәb şiәlәrin Ömәri
rәdd etmәlәri necә izah olunar?
Bu iddiaların tarixi әsasları yoxdur. Doğru olan budur ki, şiәlәrin Ömәr ilә
müxalifәtlәri bunun üçündür ki, Ömәr peyğәmbәrdәn sonra onun canişini olan Әmirәl-
mö’minin Әli (ә.s.)-ni xәlifәlikdәn uzaqlaşdırmaq işindә böyük bir rol oynamışdır. Bu
hәqiqәt o qәdәr aydındır ki, azad bir tәdqiqatçının onu qavraması üçün yalnız gözünün
qabağındakı pәrdәlәri bir tәrәfә çәkib sәrbәst şәkildә mәsәlәni incәlәmәsi kifayәtdir.
Şiәlәr istәr fars, istәrsә әrәb, istәrsә dә başqa millәtdәn olsunlar, Qur’an vә
peyğәmbәrin әn’әnәsinin imamlıq vә xәlifәlik ilә әlaqәdar sәhih vә sәrih hökmlәrinә
B İ R A L İ M İ L Ә M Ü B A H İ S Ә M ...................................................................................................... 141
tamamilә boyun әymiş vә qaranlıqların çırağı vә hidayәt әrbabı olan imamlara, Hәzrәti
Әli (ә.s.) vә onun övladlarına tabe olmuşlar. Әmәvi vә sonra Abbasilәrin yeddi әsr
davam edәn şiәlәrә qarşı hәyata keçirdiklәri bә’zi cәlbedici vә әksәrәn vәhşәt vә zülm
ilә dolu olan siyasәtlәrinә rәğmәn, yüz minlәrlә şiәnin sırf Әhli-beyt sevgisindәn ötrü
tarixin üzünü qaraldan zülm, qәtl, tәcavüz vә iftiralara mәruz qalmalarına rәğmәn yenә
dә, şiәlәr Әhli-beyti buraxıb başqalarını özlәrinә imam vә rәhbәr tanımayıblar.
Şiәlәr bütün bunlara qarşı sәbir vә dözüm göstәrib, Allaha tәvәkkül ediblәr vә
Allah uğrunda heç bir qınayanın qınamasından qorxmadıqları üçün bu günә qәdәr
sәbir vә dözümün ağır bahasını ödәmәkdәdirlәr. Vә tәrәddüdsüz deyirәm ki, әgәr
bizlәrdәn bir alim tәәssübünә qalib gәlib şiә alimlәrlә elmi mübahisә aparmaq
cәsarәtini göstәrsә mütlәq bәsirәt gözü açılar vә şiә mәzhәbinin haqq olduğuna e’tiraf
edәr vә doğru yolunu orada görәr.
Allaha çox şükür olsun ki, mәn yolumu tapdım. Mәni doğru yola gәtirәn ulu
Tanrıya hәmd olsun. O Allah ki, әgәr mәnә doğru yolu göstәrmәsәydi mәn hidayәt
olmazdım. Allaha sonsuz hәmd vә şükürlәr olsun ki, mәni sәbirsizliklә axtardığım
“Firqeyi-naciyә” ilә tanış elәdi.
Artıq Әli (ә.s.) vә övladlarından yapışmağın Allahın qopmayan ipindәn yapışmaq
olduğunda heç bir şübhәm vә tәrәddüdüm qalmayıbdır. Necә ki, bu xüsus bütün İslam
alimlәrinin düzlüyünü qәbul etdiklәri peyğәmbәrin hәdislәri vә sәrih әn’әnәsi ilә dә
isbat olunur. Allahın verdiyi ne’mәtlәrin başında duran ağıl da haqqı tapmaq istәyәn
hәr adamın bu yolda әn yaxşı yol göstәrәnidir. Әli (ә.s.) bütün sәhabәlәrin әn biliklisi
vә onların әn şücaәtlisi idi. Bu iki xüsusiyyәt belә, onun xәlifәliyә daha layiq olmasına
kifayәtdir. Çünki Allah-Tәala rәhbәrlik mәqamı verdiyi Talut haqqında buyurur:
“Peyğәmbәrlәri onlara dedi ki, Allah sizә Talutu padşah olaraq göndәrdi.
Dedilәr: O bizә necә әmr edә bilәr? Bizim padşahlığa haqqımız ondan çoxdur, var-