The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by elmeddinquliyev022, 2022-03-16 14:31:59

Necə Hidayət oldum

A R A Ş D I R M A Ğ A B A Ş L A M A Ğ I M ................................................................................................ 70

mümkündür.
Nәhayәt, mәn bütün çәtinliklәrә baxmayaraq, bu cür mövzuları dәrin şәkildә

araşdırmaq qәrarına gәldim vә özümә söz verdim ki, bir firqәnin inandığı vә digәr
firqәnin qәbul etmәdiyi hәdislәri buraxım vә araşdırmada yalnız şiә vә sünnilәrin
doğruluğunu qәbul etdiklәri hәdislәrә әsaslanım. Mәn, bu metodla bir tәrәfdәn milli vә
mәzhәbi tәәssüblәrdәn uzaq olmağı, digәr tәrәfdәn isә şübhә vә tәrәddüddәn qurtulub
Allahın әn böyük ne’mәti olan yәqinin zirvәsinә çatmağı istәyirdim.

Ş İ Ә V Ә S Ü N N Ü L Ә R İ N N Ә Z Ә R İ N D Ә S Ә H A B Ә ........................................................ 71

DӘRİN BİR ARAŞDIRMAĞA
BAŞLAMAĞIM

ŞİӘ VӘ SÜNNİLӘRİN NӘZӘRİNDӘ SӘHABӘ
QUR’ANİ-KӘRİMİN SӘHABӘLӘR HAQQINDA
GÖRÜŞÜ.
HӘZRӘTİ PEYĞӘMBӘR (S.Ә.V.)-İN SӘHABӘLӘR
HAQQINDA ĞÖRÜŞÜ.
SӘHABӘLӘRİN ÖZLӘRİ HAQQINDA GÖRÜŞÜ.

ŞİӘ VӘ SÜNNİLӘRİN NӘZӘRİNDӘ SӘHABӘ

İxtilaflı mәsәlәlәrin özәyini tәşkil edәn vә mәzhәbi ixtilaflarda haqqı tapmaqda
kömәk edәn әn mühüm mәsәlә sәhabәnin hәyat, davranış vә fikirlәrini araşdırmaqdır.
Çünki, onlar bizim dini anlayışımızda әn әhәmiyyәtli yerә sahibdirlәr. Müsәlmanların
çoxu hәr şeydә onları әsl qaynaq bilir vә dini tә’limdә onları ölçü qәbul edirlәr.
Sәhabәnin bu әhәmiyyәtli mövqeyi üçündür ki, keçmiş İslam alimlәri, onların hәyatını
tәfәrrüatı ilә kitablarında qeyd elәyiblәr. Hәtta sırf bu mövzu ilә әlaqәdar olan “Usd әl-
Ğabә fi mәrifәt әs-sәhabә”, “әl-İsabә fi mәrifәt әs-sәhabә”, “Mizanul-i’tidal” vә bu kimi
bir çox әsәrlәr yazmışlar vә bu kitablarda sünnilәrin görüşü әsas götürülәrәk sәhabәnin
hәyatını tәdqiq etmişlәr.

Amma burada bir mühüm tәnqidlә qarşı-qarşıyayıq. O da, tarixçilәrin әsәrlәrini
peyğәmbәr (s.ә.v.)-in Әhli-beytinә vә onların şiәsinә açıqca düşmәnlik edәn Әmәvi vә
Abbasilәrin istәk vә görüşlәrinә uyğun şәkildә yazmış olduqları hәqiqәtidir. Buna görә
dә yalnız bu tarixçilәrin yazdığı ilә kifayәtlәnәrәk Әhli-beytin müdafiәçisi olan digәr
İslam alimlәrinin sәhabә haqqında görüş vә fikirlәrini tәdqiq etmәmәk insafsızlıq
olardı. Bu mövzularda әsl mәsәlә sәhabәnin özündәn başlamışdır. Çünki sәhabә,

Ş İ Ә V Ә S Ü N N Ü L Ә R İ N N Ә Z Ә R İ N D Ә S Ә H A B Ә ........................................................ 72

peyğәmbәrin yazacağı vәsiyyәt barәdә bir-birlәri ilә ixtilaf tapıb qiyamәtә qәdәr
müsәlmanların әyri yola getmәsinin qarşısını alacaq vәsiyyәtin peyğәmbәr (s.ә.v.)
tәrәfindәn yazdırılmasına mane olmuşlar. Onlar, bu işlәri ilә İslam ümmәtini ilahi bir
ne’mәtdәn mәhrum etdiklәri kimi, bu mәhrumiyyәtin nәticәsindә müsәlmanların
dәstә-dәstә olmalarına vә axırı olmayan ixtilaf vә tәfriqәlәrә düşmәlәrinә dә sәbәb
olmuşlar. Xәlifәlik mәsәlәsindә dә ilk ixtilaf sәhabәdәn başlanmışdır. Onlar, hakim
qüvvә vә onlarla müxalif olan qrup olaraq iki yerә bölünmüşdülәr, bu da
müsәlmanların, Әlinin şiәsi vә Müaviyәnin şiәsi olaraq iki yerә bölünmәsinә sәbәb
olmuşdur. Yenә sәhabә, Allahın kitabının tәfsiri vә peyğәmbәrin әn’әnәsinin izahı
haqqında ixtilafa düşmüşlәr vә nәticәdә müxtәlif mәzhәblәr vә ayrı-ayrı kәlam
mәktәblәr yaranmışdır vә siyasi hәdәflәr yolunda, yә’ni hakimiyyәti әlә keçirmәk üçün
başqa-başqa fәlsәfәlәr ortaya çıxmışdır. Xülasәsi, müsәlmanların bölünüb ixtilafa
düşmәlәrinin әsl qaynağı sәhabәnin ixtilafıdır; yoxsa, yeganә Allah, yeganә peyğәmbәr
vә yeganә Qur’ana inananların haradan ixtilafları çıxa bilәrdi? İxtilafların әsl mәnşәyi,
peyğәmbәrin vәfatının ilk günü, “Sәqifei-Bәni Sәidә”-dә toplaşan sәhabәnin ixtilafı
olmuşdur. O ixtilaf doğulduğu gündәn e’tibarәn bu günә qәdәr davam etmişdir vә nә
vaxta qәdәr davam edәcәyini dә Allah bilir.

Şiә ruhanilәrlә görüşlәrimdә, onların nәzәrindә sәhabәnin üç qrupa ayrıldığını
öyrәndim:

Birinci qrup, sәciyyәvi sәhabәlәrdir. Bunlar, peyğәmbәr (s.ә.v.)-i yaxşıca tanıyıb
sәdaqәtlә o Hәzrәtlә birlikdә olan, qanlarının son damlasına qәdәr ona verdiklәri әhdә
vәfadar qalan, ixlas vә doğruluqla ona yardım edәn vә o Hәzrәtin vәfatından sonra da
әhdlәrinә möhkәm bağlı qalıb çaşmayan vә geri dönmәyәn şәxslәrdirlәr. Allah-Tәala
Qur’anın bir çox ayәsindә onları öyüb mәdh etmişdir. Hәzrәti peyğәmbәr (s.ә.v.) dә
dәfәlәrlә onları öymüşdür. Şiә mәzhәbi, bu sәhabәyә çox hörmәt edir, onların seçilmiş
olmasına inanır vә onları ehtiramla yad edir. Eyni şәkildә sünnillәr dә, onları seçilmiş
bilir vә onları hörmәtlә yad edirlәr.

İkinci qrup isә dünya malı üçün vә ya qorxudan müsәlman olub peyğәmbәrә tabe
olan kimsәlәrdir. Bunlar müsәlman olduqları üçün Allahın peyğәmbәr (s.ә.v.)-inin
boynuna minnәt qoyur, bә’zәn o Hәzrәtә belә, әziyyәt edir, onun әmrlәrinә әhәmiyyәt

Ş İ Ә V Ә S Ü N N Ü L Ә R İ N N Ә Z Ә R İ N D Ә S Ә H A B Ә ........................................................ 73

vermәyirdilәr. Hәtta çox vaxt açıq vә sәrih hökmün qarşısında öz görüşlәrini irәli
sürürdülәr. Qur’ani-Kәrim, bunların oyunlarını tәhdid vә qınama yolu ilә tә’sirsiz
edirdi. Allah-Tәala bә’zi ayәlәrdә onların sәhvlәrini üzlәrinә vuraraq onların yalançı
şәxsiyyәtlәrini aşkar etmişdir. Hәzrәti peyğәmbәr (s.ә.v.) dә bir çox hәdisindә onlara
xәbәrdarlıq etmişdir. Şiә mәzhәbi bu cür sәhabәlәrә birinci qrup kimi hörmәt
göstәrmәz vә ancaq onların gördüklәri işlәri nәql etmәklә kifayәtlәnәr.

Üçüncü qrup isә münafiqlәrdir. Bunlar özlәrini sәhabәlәr kimi tanıdan, yә’ni
qәlblәrindәki küfrü gizlәdәrәk zahirdә iman gәtirәn vә bununla da peyğәmbәri
aldatmaq vә ona kәlәk vurmaq istәyәn adamlardır. Allah bunların haqqında bir surә
nazil etmiş vә Qur’anın başqa surәlәrindә onların tәhlükәsini xatırlatmışdır vә
cәhәnnәmin әn şiddәtli yerindә onları yandıracağını vә’d etmişdir. Hәzrәti peyğәmbәr
(s.ә.v.) dә müsәlmanların onlardan uzaq olmalarını tövsiyә etmişdir vә hәtta onların
bә’zisinin ad vә nişanәlәrini dә bә’zi sәhabәlәrinә öyrәtmişdir. Şiә vә sünnilәr bu cür
sәhabәni lә’nәt etmәk vә onlardan uzaq olmaq xüsusunda eyni fikirdәdirlәr.

Sәhabәnin bu üç qismindәn ayrı bir başqa qrup da var ki, onlar sәhabәlәrdәn
olmaları ilә birlikdә peyğәmbәrin qohumu olub Allahın onlara verdiyi әxlaqi
üstünlüklәri, pak ruh vә digәr xüsusiyyәtlәri ilә sәhabә arasında sәciyyәvi bir mövqeyә
sahib idilәr. Onlar “Әhli-beytdirlәr ki, Allah hәr növ pisliyi onlardan uzaqlaşdırıb
onları pak etmişdir.”1

Onlara sәlәvat göndәrmәyi, “Allah-Tәalanın peyğәmbәrinә sәlәvat göndәrmәk
kimi vacib etmişdir”2 vә “xümsün bir qismini onlara vermәyi әmr etmişdir.”3
“Peyğәmbәrin tәbliğinin qarşılığı olaraq hәr müsәlmana onlara sevgi vә mәhhәbәt
bәslәmәyi vacib etmişdir.”4 Vә onlar (Әhli-beyt) Allahın tabe olmasını әmr etdiyi Ulul-
Әmr (әmr sahibi)-dirlәr.5 Vә zikr әhli onlardırlar. Peyğәmbәr (s.ә.v.) onları Sәqәleyn
hәdisindә Qur’anla bir yerdә zikr edib onlardan yapışmağı әmr etmişdir.6 Vә yenә

1 Әhzab surәsi, ayә: 33
2 Әhzab surәsi, ayә: 56
3 Әnfal surәsi, ayә: 41
4 Şura surәsi, ayә: 23
5 Nisa surәsi, ayә: 59
6 Bu hәdis, “Kәnz әl-ümmal lil-Hindi”, c.1, sәh.44 vә “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c.5, sәh.182-dә
qeyd olunmuşdur.

Ş İ Ә V Ә S Ü N N Ü L Ә R İ N N Ә Z Ә R İ N D Ә S Ә H A B Ә ........................................................ 74

Hәzrәti peyğәmbәr (s.ә.v.) onları Nuhun gәmisinә bәnzәtmişdir ki, ona minәnlәr
qurtular, ondan uzaqlaşanlar isә boğulub hәlak olarlar.1

Sәhabәlәr Әhli-beytin dәyәr vә mәqamını bilir vә onlara hörmәt edirdilәr. Şiәlәr
Әhli-beytә tabedirlәr vә onları başqa sәhabәlәrdәn üstün tuturlar vә bu barәdә Qur’an
vә sәhih әn’әnәyә әsaslanırlar.

Sünnilәr dә Әhli-beytә hörmәt edib onları fәzilәtli bilirlәr, amma sәhabәni, şiәlәr
kimi üç yerә bölmәzlәr, münafiqlәri sәhabәdәn saymazlar. Onların zәninncә sәhabәlәr,
peyğәmbәrdәn sonra әn üstün mәxluqdurlar. Sәhabәlәri tәsnif etmәk istәsәlәr dә,
İslamı qәbul edib, o yolda çәtinliklәri tәhәmmül etmәkdә üstün olmaq baxımından
birini digәrindәn üstün tutarlar. İlk növbәdә Xülәfai-Raşidin, daha sonra rәvayәtlәrinә
görә cәnnәt muştuluğu verilmiş on kişinin qalan altısını sәhabәlәrin әn fәzilәtlisi
sayarlar. Buna görә dә sünnilәr peyğәmbәr vә Әhli-beytinә salavat göndәrdiklәrindә
bütün sәhabәlәri dә, müstәsnasız, onlarla birlikdә zikr edәrlәr.

Bu, sünni alimlәrin görüşüdür, qeyd etdiyimiz tәsnif isә şiә alimlәrin görüşü. Bu
iki görüşü incәlәyә bilmәk üçün sәhabә haqqında dәrin bir tәdqiqat işinә başladım vә
Allaha әhd bağladım ki, әgәr mәnә doğru yolu göstәrsә bütün hissiyyat vә tәәssüblәri
buraxıb ona tabe olacağam. Hәmin tәdqiqatda iki әsasa bağlı qaldım: 1. Qur’anın
tәfsirindә vә peyğәmbәr (s.ә.v.)-in hәdislәrindә yalnız bütün İslam mәzhәblәrinin qәbul
etdiklәri hәdislәrә tabe olmaq. 2. Ağıla tabe olmaq. Çünki Allahın qullarına verdiyi
ne’mәtlәrin әn üstünü ağıldır. Allah, qullarını onunla başqa mәxluqatdan üstün
tutmuşdur. Necә ki, Allah qullarına dәlil göstәrdiyindә ağıllarını çalışdırmalarını әmr
edib buyurur: Bәs ağılları yoxdurmu? Bәs anlamayırlarmı? Bәs düşünmәyirlәrmi? Bәs
görmәyirlәrmi? vә...

Buna görә mәn, tәdqiqat sırasında müsәlmanlığımı yalnız Allaha, mәlәklәrә,
Onun kitablarına vә peyğәmbәrlәrinә vә Hәzrәti Mәhәmmәdin Onun qulu vә
peyğәmbәri olduğuna vә dinin, Allah yanında yalnız İslam olduğuna iman gәtirmәkdә
xülasә edәrәk bu xüsuslarda sәhabәlәrdәn heç birinә nә qәdәr üstün mәqamı olsa da,
peyğәmbәrә çox yaxın olsa da arxalanmamaq qәrarını aldım. Mәn, bir tәdqiqatçı olaraq

1 Sәfinә hәdisi. Bu hәdis “әl-Müstәdrәk lil-Hakim” (“Tәlxisu әz-Zәhәbi”), c.3, sәh.151 vә “Әs-sәvaiqu
әl-Muhriqә libni Hәcәr әl-Heysәmi”, sәh.184 vә 234-dә nәql olunmuşdur.

H Ü D E Y B İ Y Y Ә M Ü Q A V İ L Ә S İ N D Ә S Ә H A B Ә L Ә R ...................................................... 75

özümü nә Әmәvi, nә Abbasi, nә Fatimi, nә Sünni, nә dә Şiә bilirdim. Habelә, düzgün
tәdqiqat aparmaq üçün nә Әbu Bәkrin, nә Ömәrin, nә Osmanın, nә Әlinin, nә dә
Hәzrәti Hәmzәnin qatili Vәhşi haqqında belә öncәdәn hökm vermәyir vә heç birinә
qarşı öncәdәn düşmәnçilik bәslәmirdim. Çünki Hәzrәti Hәmzәnin qatili dә sonradan
müsәlman olub, Hәzrәti peyğәmbәr (s.ә.v.) dә onu bağışlamışdır. Vә müsәlman olmaq
keçmiş günahları silәr.

Әvvәlki görüş vә fikirlәrimә kor-koranә bağlı qalmaqdan qurtarmaq, ancaq
Allahın rizasını qazanmaq vә haqqı tapmaq üçün bu tәdqiqata başlamaq istәdiyimә
görә bu işdә hәr şeydәn çox Allah-Tәalanın yardımına arxalanır vә araşdırmaya
başlayıram. Bu araşdırmada öncә sәhabalәrin davranış vә mövqeyini incәlәyәcәyәm.

1. Hüdeybiyyә müqavilәsindә sәhabәlәr

Hadisәnin xülasәsi belәdir:
Hicrәtin altıncı ilindә Hәzrәti peyğәmbәr (s.ә.v.) Ömrә hәccini yerinә yetirmәk
üçün min dörd yüz nәfәr sәhabәsi ilә yola düşdü vә onlara qılınclarını qınına
qoymalarını әmr etdi. Qureyş ilә müharibә etmәk üçün yox, Ömrә ziyarәtinә
gәldiklәrini bildirmәk üçün “Zulxuleyfә” adlı yerdә ehram bağlayıb qurbanlıqlarının
boynuna nişan asdırdı. Qureyş tayfası әrәblәrin Hәzrәti Mәhәmmәd (s.ә.v.)-in Mәkkәyә
gәldiyini eşitdikdә, onun Qureyşin qüvvәsini mәhv edәrәk zorla Mәkkәyә girmiş
olduğunu sanmaqlarından qorxurdu. Buna görә Süheyl ibni-Amir ibni-Әbdәvә’tul-
Amiri başda olmaqla bir hey’әt göndәrib o Hәzrәtdәn istәdilәr ki, gәldiklәri yoldan
qayıtsınlar. Amma bunun әvәzindә gәlәn il Mәkkәni üç gün onların ziyarәtinә tәxsis
etmәyi söz verdilәr, başqa çәtin şәrtlәr dә qoydular. Hәzrәti peyğәmbәr (s.ә.v.) Allahın
nazil etdiyi vәhyә tabe olaraq bunları qәbul etdi.
Amma sәhabәdәn bәzilәri peyğәmbәr (s.ә.v.)-in bu işini bәyәnmәyib onunla
şiddәtlә müxalifәt etdilәr. Ömәr ibni-Xәttab peyğәmbәrin yanına gәlib belә dedi: “Sәn
Allahın gerçәk peyğәmbәri deyilsәnmi?”
- Bәli, peyğәmbәriyәm.
- Bizlәr haqq, düşmәn isә batil deyilmi?

H Ü D E Y B İ Y Y Ә M Ü Q A V İ L Ә S İ N D Ә S Ә H A B Ә L Ә R ...................................................... 76

- Bәli, elәdir.
- Onda niyә özümüzü alçaldırıq?
- Mәn Allahın peyğәmbәriyәm, Ona әsla itaәtsizlik etmәrәm. O, mәnim

yardımçımdır.
- Sәn bizә Mәkkәyә gedib, oranı tәvaf edәcәyimizdәn xәbәr vermәyirdinmi?
- Bәli, amma bu il gedәcәyimizi deyirdim?
- Yox.
Hәzrәti peyğәmbәr buyurdu ki, “Onu gәlәn il tәvaf edәrsәn.”
Ömәr sonra Әbu Bәkrin yanına gedib, “Ey Әbu Bәkr görәsәn bu adam Allahın
gerçәk peyğәmbәridir?”-deyә soruşdu. Әbu Bәkr, “Bәli, Allahın peyğәmbәridir”-dedi.
Ömәr peyğәmbәrә verdiyi sualları ona da verdi. Әbu Bәkr dә o cavabları verdi vә belә
dedi: “Ay kişi! O, Allahın gerçәk peyğәmbәridir. O, Allaha әsla itaәtsizlik etmәz. Allah
onun yardımçısıdır. Sәn ona tabe ol.”
Qureyşlә müqavilә bağlandıqdan sonra peyğәmbәr (s.ә.v.) sәhabәyә “qalxın,
qurbanlıqlarınızı kәsin vә saçlarınızı qırxın”-deyә, buyurdu. Amma Allaha and olsun
ki, onlardan heç biri qalxmadı vә Hәzrәti peyğәmbәr (s.ә.v.) bu sözünü üç dәfә tәkrar
elәdi; yenә dә kimsә әmrinә itaәt etmәdi. Hәzrәti peyğәmbәr (s.ә.v.) çadırına girdi vә
bayıra çıxdıqdan sonra kimsә ilә danışmadan qurbanını kәsdi, sonra birini çağırıb
saçlarını qırxdırdı. Bunu gördükdәn sonra sәhabәlәr dә qalxıb qurbanlıqlarını kәsdilәr
vә bir-birlәrinin saçlarını qırxdılar. Onlar hәtta bir-birlәrini ixtilafdan öldürmәk üzrә
idilәr.1
Burada qeyd etdiyimiz Hüdeybiyә Sülhü hadisәsi, şiә vә sünni alimlәrinin qәbul
etdiklәri bir hadisәdir. Tәbәri, İbni Әsir, İbni Sә’d kimi tarix vә sirә müәlliflәri vә Buxari
vә Müslüm kimi hәdisçilәr bu hadisәni nәql etmişlәr.
Belә bir vaqiәni oxuyub sәhabәnin peyğәmbәr ilә belә davrandıqlarına görә
tәәccüb etmәmәk qeyri-mümkündür. Buna görә dә bu hadisәni daha dәrindәn
düşünmәk gәrәkdir. Ağıllı adam, sәhabәnin peyğәmbәrin әmrlәrinә tamamilә tabe

1 Bu hadisәni sirә vә tarix yazıçıları nәql etmişlәr. Bu vaqiәni Buxari “Sәhih”inin Şürut kitabının “Әş-
şürut fil-cihad” babında (c.2, sәh. 122) vә Müslim “Sәhih”inin “Hüdeybiyyә müqavilәsi” babında nәql
edilmişdir. (c.2)

H Ü D E Y B İ Y Y Ә M Ü Q A V İ L Ә S İ N D Ә S Ә H A B Ә L Ә R ...................................................... 77

olduğunu necә qәbul edә bilәr? Çünki, bu hadisә, onların belә olmadıqlarını göstәrir vә
hәmin görüşün sәhv olduğunu isbat edir.

Görәsәn hәr hansı bir ağlı başında olan adam qәbul edәr ki, peyğәmbәrә qarşı belә
bir davranış bir sadә hadisәdir vә ya bu işlәrdә sәhabәlәrin tәqsiri yoxdur? Halbuki,
Allah-Tәala belә buyurmuşdur:

“Yox, Rәbbinә and olsun ki, onlar aralarında çıxan ixtilafda sәni hakim edib,
sonra sәnin verdiyin hökmdәn incimәyib vә onun qarşısında tәslim olmayıncaya
qәdәr, iman gәtirmәzlәr.” (Nisa surәsi, 65-ci ayә)

Görәsәn Ömәr ibni-Xәttab bu vaqiәdә peyğәmbәrin әmrlәrinә boyun әyib heç bir
daxili narahatlıq duymadan onun әmrlәrini qәbul etdimi? Yoxsa onun peyğәmbәrә
qarşı tutduğu mövqeyindәn şübhә vә tәrәddüd iyi gәlirdi? O, peyğәmbәrә “Allahın
gerçәk peyğәmbәri deyilsәnmi? Sәn bizә belә söz vermәdinmi?”-deyirdi. Vә
peyğәmbәrin verdiyi qәnaәtbәxş cavablara belә, tәslim olmayırdı, buna görә Әbu
Bәkrin yanına gedib eyni sualları ona da verirdi. Görәsәn Әbu Bәkr cavab verdikdәn
sonra vә ona “peyğәmbәrә itaәt et” dedikdәn sonra tәslim oldumu? Bilmirәm, Әbu
Bәkrin sözlәri ilә tәslim olduğu da şübhәlidir. Yoxsa nә üçün “mәn Hüdeybiyyә
vaqiәsindә bә’zi işlәr gördüm vә tәşәbbüslәrә girişdim ki …”-deyә, şikayәt edirmiş?

Allah vә peyğәmbәri, o vaqiәdә nә işlәr gördüyünü bilirlәr. Bilmirәm orada
olanların hamısı nә üçün Hüdeybiyyә müqavilәsindәn sonra peyğәmbәrin әmrlәrinә
qulaq asmamışlar. Onlara “qalxın, qurbanlıqlarınızı kәsin, başınızı qırxın”-dediyindә
kimsә qalxmadı. Peyğәmbәr, sözünü üç dәfә tәkrar etdi, amma yenә dә bir faydası
olmadı.

Sübhanәllah! Mәn, bu oxuduqlarıma heç cür inana bilmәyirәm. Sәhabәlәr,
peyğәmbәrin qarşısında necә belә rәftar edә bilirmişlәr? Bu hadisә, әgәr yalnız şiә
qaynaqlarında qeyd edilmiş olsaydı, bunu sәhabәyә bir töhmәt vә iftira görәrdim.
Amma bu hadisә o qәdәr mәşhurdur ki, sünni hәdisçilәrinin hamısı onu qeyd etmişlәr.

Mәn, özümә hәr iki tәrәfin qәbul etdiklәri hәr şeyi qәbul edәcәyimә dair söz

S Ә H A B Ә V Ә “C Ü M Ә A X Ş A M I F A C İ Ә S İ” ......................................................................... 78

verdiyim üçün artıq bu hadisәnin qarşısında heyrәtlә tәslim olmaqdan başqa bir çarәm
qalmamışdı. Elә isә nә deyә bilәrәm vә necә bir bәhanә gәtirә bilәrәm? Hәzrәti
Mәhәmmәd (s.ә.v.)-in peyğәmbәr olmasından Hüdeybiyyә müqavilәsinә qәdәr iyirmi
ilә yaxın bir müddәt keçirdi. Bu müddәt әrzindә peyğәmbәrlә eyni şәhәrdә yaşayan
sәhabәnin çoxu onun bir çox möcüzәsini vә peyğәmbәrlik nurunu öz gözlәri ilә
görmüşdülәr. Digәr tәrәfdәn Qur’ani-Kәrim, durmadan onlara peyğәmbәr qarşısında
әdәbli davranmalarını әmr etmiş, o Hәzrәtlә necә danışacaqlarını belә, izah etmişdir.
Hәtta peyğәmbәrlә söhbәt etdiklәrindә o Hәzrәtdәn daha uca danışdıqları tәqdirdә
әmәllәrinin hamısının batil ola bilәcәyini buyurmuşdu.

Adama elә gәlir ki, başqa sәhabәlәrin içinә dә şübhә vә tәrәddüdü Ömәr
yaymışdır vә nәticәdә onlar da peyğәmbәrin sözlәrinә qulaq asmamışlar. Öz e’tirafına
görә o, bu vaqiәdә demәk istәmәdiyi bir tәşәbbüslәrә girişmişdir.

Yenә Ömәr ibni-Xәttabdan belә nәql edilmişdir: “Durmadan oruc tutub sәdәqә
verdim, namaz qıldım, kölә azad etdim. Bu işlәri o vaqiәdә dediyim sözlәrin
qorxusundan gördüm”.1 Bu vә onun hәmin hadisә ilә әlaqәdar olaraq dediyi başqa
sözlәri, yuxarıda irәli sürdüyümüz ehtimalı tәsdiq edir vә göstәrir ki, o hadisәdә
tutduğu mövqeyin nә qәdәr doğru yoldan uzaq olduğunu özü dә bilirmiş. Bu hadisә,
doğrudan da heyrәtlәndirici bir hadisәdir, amma inkaredilmәz bir hәqiqәtdir.

2. Sәhabә vә “Cümә axşamı faciәsi”

Hadisәnin xülasәsi belәdir:
Hәzrәti peyğәmbәr (s.ә.v.)-in ölümündәn üç gün әvvәl sәhabәlәr o Hәzrәtin
evindә toplanmışdılar. Peyğәmbәr, ölümündәn sonra onların düzgün yoldan
çıxmasının qarşısını alacaq bir vәsiyyәtnamә yazdırmaq üçün onlardan kağız vә qәlәm
istәdi. Amma bu haqda sәhabәlәrin arasında ixtilaf düşdü; bә’zilәri kağız-qәlәm
gәtirmәmәklә kifayәtlәnmәyәrәk, hәtta peyğәmbәrә “sayıqlayır”-deyәrәk iftira
vurdular. Hәzrәti peyğәmbәr (s.ә.v.) onlara qәzәblәnib bir şey yazdırmadan onları
evindәn çıxartdı.

1 “әs-Sirәtu әl-Hәlәbiyyә” (“Hüdeybiyyә anlaşması”), c.2, sәh.706

S Ә H A B Ә V Ә “C Ü M Ә A X Ş A M I F A C İ Ә S İ” ......................................................................... 79

Hadisәnin tәfsilatı: İbni-Abbas deyir: “Cümә axşamı günü idi. Peyğәmbәrin ağrısı
şiddәtlәnmişdi. Sәhabәsinә belә buyurdu: “Gәlin sizә elә bir kitab (vәsiyәtnamә)
yazdırım ki, artıq әyri yola düşmәyәsiniz.”

Ömәr, Allahın peyğәmbәrinә, “xәstәliyi qәlәbә çalmış, әlimizdә Allahın kitabı
vardır vә bu kitab bizim üçün kifayәtdir"-dedi.

Evdә olan sәhabәlәrin arasında ixtilaf qopdu. Bәzilәri dedilәr ki, peyğәmbәrin
istәdiklәrini hazır elәyin, sizlәrә bir yazı yazdırsın ki, o Hәzrәtdәn sonra әsla sapqınlığa
düşmәyәsiniz. Bә’zilәri isә Ömәrin sözünü tәkrar elәdi. Peyğәmbәrin hüzurunda sәs-
küy çoxalınca o Hәzrәt “qalxın, mәnim yanımdan gedin”-buyurdu.

İbni-Abbas daima “ah, nә böyük müsibәtdir, o günün müsibәti ki, peyğәmbәr
(s.ә.v.) ilә yazmaq istәdiyi vәsiyyәtnamәsi arasında maneә oldu...”1 deyәrdi.

Bu hәdis, şübhәsiz sәhih bir hәdisdir. Çünki hәm şiә, hәm dә sünni alim vә
tarixçilәri bu hәdisi kitablarında qeyd etmişlәr. Bu vaqiәni dә özümә verdiyim sözә
görә qәbul etmәk mәcburiyyәtindәyәm. Ömәr ibni-Xәttabın peyğәmbәrin әmrlәri
qarşısında tutduğu mövqeyi mәni heyrәtlәndirir. Görәsәn peyğәmbәrin yazdırmaq
istәdiyi, bütün ümmәti zәlalәtә düşmәkdәn qurtaracaq әmrlәri nә imiş? Şübhәsiz,
yazdıracağı şey, müsәlmanlar üçün yeni olacaqdı vә onları hәr cür şübhә vә
tәrәddüddәn qurtaracaqdı. Hәlәlik şiәlәrin “Hәzrәti peyğәmbәr (s.ә.v.) özündәn sonra
Әlinin müsәlmanların xәlifәsi olmasını yazdıracaqdı, Ömәr dә bunu başa düşdüyü
üçün bu işin qabağını aldı” demәklәrini kәnara qoyaq vә bu sözlәrlә işimiz olmasın.
Çünki ilk mәrhәlәdә bu iddiaları ilә bizi qane etmәyә bilәrlәr. Amma görәn İbni-
Abbasın xatırladığında göz yaşları qumları da isladacaq dәrәcәdә ağladığı vә әn böyük
müsibәt olaraq andığı, peyğәmbәrin hüzurundakı sәhabәni qovacaq dәrәcәdә
әsәbilәşdiyi bir hadisәyә ağla batan bir izahatımız varmı? Görәsәn bu acı hadisәyә
mәntiqi bir tәfsir tapa bilәrikmi?

Sünnilәrin bә’zisi “Ömәr, peyğәmbәrin xәstәliyinin ağır olduğunu bildiyi üçün
ona ürәyi yandı vә peyğәmbәri rahat qoymaq istәdi”-deyirlәr. Sünnilәrin bu tәhlilini

1 Bu hәdis “Sәhih әl-Buxari”, c.2, “Qaul әl-Mәriz (qalxın mәnim yanımdan gedin)” babında; “Sәhih
Müslüm”, c.5, sәh.75; “Müsnәdu Әhmәd ibni Hәnbәl”, c.1, sәh.355 vә c.5, sәh 116; “Tarix әt-Tәbәri”, c.3,
sәh.193 vә “Tarix ibn әl-Әsir”, c.2, sәh.320 kitablarında qeyd olunmuşdur.

S Ә H A B Ә V Ә “C Ü M Ә A X Ş A M I F A C İ Ә S İ” ......................................................................... 80

dayaz düşüncәli adamlar belә, qәbul etmәz, hәlә qalsın alim bir şәxs! Mәn dә bir neçә
dәfә Ömәrә bәraәt qazandırmaq istәdim, amma sә’yim yersiz idi. Çünki hadisәnin
hәqiqәti ilә uyğun deyildi. Hәtta әgәr Ömәrin dediyi “Yәhcuru” (peyğәmbәr sayıqlayır)
yerinә “xәstәliyi qәlәbә çalıb” cümlәsinin deyildiyini belә, qәbul etsәk, yenә Ömәrin
“Qur’an vardır. Bizim üçun Qur’an kifayәtdir” sözü heç bir şәkildә izah edilә bilmәz.
Görәsәn Qur’an peyğәmbәrә nazil olduğu halda Ömәr, Qur’anı ondan daha yaxşımı
bilirdi? Yoxsa, iraq olsun, peyğәmbәr nә danışdığını bilmәyirdi? Yoxsa Ömәr bu sözlәri
ilә tәfriqә salmaqmı istәyirdi? Ey Allahım, bizi bağışla! Әgәr sünnilәrin bu tәhlili
düzgün olsaydı onda peyğәmbәr (s.ә.v.) Ömәrin yaxşı niyyәtindәn xәbәrdar olmalı idi
vә ona “buradan get” demәk әvәzinә ona tәşәkkür edәrdi. Nәyә görә peyğәmbәr onları
qovduğu vaxt durub getdilәr vә sayıqlayır demәdilәr? Qalxıb getmәlәri
vәsiyyәtnamәnin yazılmasına mane olub planlarını hәyata keçirdiklәri üçün deyildimi?

Onların peyğәmbәr hüzurunda ixtilaf tapmalarının sәbәbi iki qrupa bölünәrәk bir
qrupun “icazә verin peyğәmbәr yazısını yazsın ki, ondan sonra yoldan azmayaq”
demәsi, bir qrupun da buna qarşı çıxıb Ömәrin sözünü tәkrar etmәsi vә iraq olsun,
“peyğәmbәr sayıqlayır” demәsi idi.

Görünür ki, bu hadisә Ömәrә mәxsus bir sadә hadisә deyilmiş, yoxsa peyğәmbәr
(s.ә.v.) elә-belә danışmadığını, xalqa doğru yolu göstәrmәkdә xәstәliyin ona tә’sir
buraxmadığını söylәyәrәk onu susdura bilәrdi. Amma Ömәrin e’tirazından sonra
aranın qarışması vә bir qrupun onun sözünü himayә etmәsi açıqca göstәrir ki, onlar
vәsiyyәtnamәnin yazılmasının qarşısını almaq barәdә sövdәlәşmişdilәr. Belәliklә,
sәhabәlәr peyğәmbәri incidәcәk söz vә davranışdan çәkinmәk haqqındakı Allahın
әmrlәrini unutmuşdular vә ya özlәrini görmәmәzliyә vurmuşdular. Allah-Tәala belә
buyurur:

“Ey iman gәtirәnlәr, sәsinizi peyğәmbәrin sәsindәn yüksәyә ucaltmayın vә
bir-birinizlә ucadan danışdığınız kimi onunla hündür sәslә danışmayın ki,
xәbәriniz olmadan әmәllәriniz puç olar.” (Hücürat surәsi, 2-ci ayә)

S Ә H A B Ә V Ә “C Ü M Ә A X Ş A M I F A C İ Ә S İ” ......................................................................... 81

Bu hadisәdә, peyğәmbәrin yanında uca sәslә danışmaqdan başqa “bu kişi
sayıqlayır”-deyәrәk ona hörmәtsizlik göstәrilmişdir. Sonra da peyğәmbәrin hüzurunda
münaqişәyә başlamış vә mübahisә etmişlәr.

Mәn inanıram ki, orada olanların әksәriyyәti Ömәrin sözünü himayә etmişlәr,
buna görә dә peyğәmbәr (s.ә.v.) artıq yazını yazdırmasının faydasız olduğunu
görmüşdür. Çünki onların ona hörmәt etmәdiklәrini, onun haqqındakı Allahın
әmrlәrinә boyun әymәdiklәrini açıqca görürdü. Allah-Tәala peyğәmbәrlә necә
davranmağı, o Hәzrәtlә necә danışmağı açıqca buyurduğu halda onlar, bu ilahi hökmә
e’tinasızlıq etmişdilәr. Allahın әmrlәrinә qarşı belә davranan adamların, peyğәmbәrin
yazdıracağı şeyә heç әhәmiyyәt vermәyәcәklәri bәlli idi.

Bu hadisә baş verdikdәn sonra peyğәmbәr, bildiyi bir ilahi hikmәtә görә artıq
vәsiyyәtnamәsini yazdırmadı. Peyğәmbәr (s.ә.v.)-in hәyatında hәmlәyә mә’ruz qalan
bir vәsiyyәtnamә ilә onun vәfatından sonra necә rәftar edilәrdi? Hәtta e’tiraz edәn
şәxslәr, peyğәmbәrin vәfatından sonra “peyğәmbәr bunu yazdırdığı vaxt (iraq olsun)
ağlı başında deyildi”-deyәrәk peyğәmbәrin xәstәlik dövründә verdiyi bütün hökmlәr
barәdә şübhә yaya bilәrdilәr. Ya da peyğәmbәrin yazdırdığı vәsiyyәtnamәnin vә tә’yin
etdiyi xәlifәnin onların mәqam vә mәnfәәt әldә etmәlәrinin qarşısını aldığını görәndә
dini kökdәn dәyişmәyә tәşәbbüs edә bilәrdilәr. Bu isә gәnc islam dininin tamamilә
mәhv olmasına sәbәb ola bilәrdi. Digәr tәrәfdәn peyğәmbәrin bu dininin son din olaraq
qiyamәtә qәdәr qalması Allah-Tәala tәrәfindәn müqәddәr olduğu üçün peyğәmbәr
vәsiyyәtnamәsini yazdırmadı. Belәliklә, Hәzrәti peyğәmbәr (s.ә.v.) ilahi әmrә görә,
dinә qarşı yeni bir cәbhәnin açılmasının qarşısını almış oldu. Bir tәrәfdәn dә vәsiyyәt
yazdırmaq istәdiyini söylәmәklә onlara höccәt tamam oldu. (Yә’ni müxalifәt edәnlәrin
Allahın qarşısında heç bir bәhanәlәri qalmadı - Mütәrcim)

Allahım, sәnin peyğәmbәrinin hüzurunda belә rәftar olunmaqdan sәnә pәnah
gәtirirәm. Ey Allah, bizi bağışla!

Ömәr ibni-Xәttaba belә rәftar etmәsi üçün necә bәraәt qazandıra bilәr va ya onun
pis niyyәti olmadığını necә iddia edә bilәrik. Halbuki, o hadisәnin şahidi olan
sәhabәlәrdәn bә’zilәri hadisәni xatırladıqlarında göz yaşları qumları isladacaq qәdәr
ağlamış vә o günü müsәlmanların әn acı, әn müsibәtli günü kimi yad etmişlәr.

S Ә H A B Ә V Ә “C Ü M Ә A X Ş A M I F A C İ Ә S İ” ......................................................................... 82

Mәn bu hadisә ilә әlaqәdar olaraq sünnilәrin kitablarında yazılmış tәfsirlәri vә
uydurulan bәhanәlәri qәbul etmirәm. Mәn bu hadisәnin narahatçılığından qurtulmaq
üçün onu kökündәn danmaq istәdim. Amma nә elәyim, sәhih kitablarımız bu sözlәri
yazıblar vә doğruluğunu tәsbit ediblәr. Amma şiәlәrin bu hadisә ilә әlaqәdar görüşünü
daha ağlabatan va mәntiqli gördüm. Çünki bu görüşü güclәndirәn, hәtta isbat edәn bir
çox dәlil mövcuddur.

Seyid Mәhәmmәd Bağır Sәdrdәn “o qәdәr sәhabәnin içәrisindә Ömәr,
peyğәmbәrin Әlinin xәlifәliyini vәsiyyәtnamәsindә yazdıracağını necә anladı?”-deyә
soruşduğumda mәnә belә cavab verdiyini hәlә unutmamışam: “Bunu yalnız Ömәr yox,
orada olanların çoxu anlamışdı. Çünki peyğәmbәr әvәllәr dә bu sözә oxşayan sözlәr
demişdi. Mәsәlәn dәfәlәrlә buyurmuşdu:

“Mәn sizin aranızda iki dәyәrli şey qoyuram, әgәr bu iki şeydәn ayrılmasanız mәndәn
sonra әsla sapqınlığa düşmәzsiniz. Onlardan biri Allahın kitabı, digәri isә Әhli-beytimdir.”

Xәstәliyindә dә

“Gәlin sizә bir şey yazdırım ki, mәndәn sonra әsla zәlalәtә (sapqınlığa) düşmәyәsiniz.”
deyә buyurduğu vaxt orada olanlar (Ömәr dә daxil) peyğәmbәrin Qәdir-Xumda vә
başqa yerlәrdә buyurduğu üstdәki sözünü, yә’ni Qur’an vә Hәzrәti Әli başda olmaqla
Әhli-beytә tabe olmağın vacib olduğunu yazdıraraq güclәndirmәk istәdiyini bilirdilәr.
Hәzrәti peyğәmbәr “Özümdәn sonra Qur’an vә Әlini sizә qoyuram”-deyә, yazdırmaq
istәyirdi. Bunun bәnzәrini başqa yerlәrdә dә dәfәlәrlә buyurmuşdu. Hәdisçilәr,
peyğәmbәrin bu sözlәrini qeyd etmişlәr.

Qureyş tayfasının әksәriyyәti Hәzrәti Әliyә boyun әymәk istәmirdi. Çünki,
Hәzrәti Әli (ә.s.) İslam yolunda Qureyşin burnunu yerә sürtmüş, pәhlәvanlarını
öldürmüşdü. Әlbәttә buna rәğmәn Qureyş Hudeybiyyә müqavilәsinә vә peyğәmbәrin
Abdulllah ibni-Ubeyә namaz qıldırmasına e’tiraz etmәdiklәri kimi, yenә dә
peyğәmbәrә e’tiraz etmәyә cür’әt edә bilmirdi. Ömәrin peyğәmbәrin yazı yazdırmasına
müxalifәt etmәsi onları cürәtlәndirdi.

S Ә H A B Ә V Ә “C Ü M Ә A X Ş A M I F A C İ Ә S İ” ......................................................................... 83

Ömәrin dediyi söz, Hәzrәti peyğәmbәr (s.ә.v.)-in Qur’an vә itrәtim olan Әhli-
beytimdәn ayrılmayın” sözünün tam ziddidir. Çünki Ömәrin dediyi sözün mә’nası
budur ki, Allahın kitabı bizim üçün kifayәtdir, bizim Әhli-beytә ehtiyacımız yoxdur.

Bu hadisәnin, bundan başqa mәntiqi tәfsiri yoxdur. Әlbәttә әgәr bir adam yalnız
Allahdan itaәt etmәyin zәruri olduğunu vә peyğәmbәrdәn itaәt etmәyin zәruri
olmadığını irәli sürsә, bu düşüncәyә görә başqa tәfsirlәr dә mә’nalı olar. Amma,
peyğәmbәrә itaәt etmәyi Allaha itaәt etmәkdәn ayırmağın (dinin tәmәlinin yıxılması
demәk olduğu uçün) batil olması aydındır.”

Әgәr mәn, kor tәәssübümü buraxıb, hissiyyata qapılmaq әvәzinә sağlam vә azad
düşüncә ilә bir qәrara gәlmәli olsam, Seyid Mәhәmmәd Bağır Sәdrin bu tәhlilinә boyun
әymәliyәm...

Tarix bә’zi hökmdarların peyğәmbәrin әn’әnәsindә tәzad olduğunu iddia edәrәk,
onu rәdd etdiklәrini qeyd edir vә tәbiidir ki, onların bu mövqeyinin tarixi gücü vardır.
Ömәr vә onun sözünü himayә edәnlәr, peyğәmbәrin vәsiyyәtnamәsini qurtaracaq olan
әn’әnәdәn mәhrum etmişdilәr. Mәn bu hadisәni oxuyub sanki heç bir şey olmayıb kimi
rәftar edәn şәxslәrdәn tәәccüblәnirәm. Halbuki bu hadisә İbni-Abbasın dediyi kimi
İslamın әn böyük müsibәtlәrindәn biridir. Daha çox o şәxslәrdәn tәәccüblәnirәm ki,
peyğәmbәrin kәramәtini mәhv elәmәk bahasına vә İslamın әleyhinә olsa da sәhabәni
müdafiә etmәk vә onların kәramәtini qorumaq istәyirlәr.

Biz niyә hәqiqәtdәn qaçırıq vә istәyimizlә müvafiq olmadığı üçün özümüzü
görmәmәzliyә vururuq? Nә üçün sәhabәlәrin dә, bizim kimi insan olduqlarını vә bizim
kimi arzu vә istәklәrin tә’sirinә düşmәlәrini e’tiraf etmirik!

Bu işin tәәccüblәndirici cәhәti dә yoxdur. İnsan, bunu Allahın kitabını oxuyanda
anlayar. Qur’ani-Kәrim keçmiş peyğәmbәrlәrin hәyatı haqqında danışdığında, hәmin
peyğәmbәrlәrin tayfalarının o qәdәr mö’cüzәni gözlәri ilә görmәlәrinә rәğmәn yenә dә
onlara qarşı çıxdıqlarını bәyan edir ...

Rәbbimiz, bizi doğru yola gәtirdikdәn sonra qәlblәrimizi azdırma, bizә rәhmәt
bağışla, Sәn çox-çox bağışlayansan.

Bu mövzunu incәlәmәyimin nәticәsindә şiәlәrin ikinci xәlifә (Ömәr) ilә әlaqәdar
nәzәrlәrinin vә onu peyğәmbәrdәn sonra müsәlmanların hәyatında baş verәn bir çox

S Ә H A B Ә V Ә U S A M Ә N İ N O R D U S U ....................................................................................... 84

müsibәt vә çәtinliklәrin mә’sulu görmәlәrinin sәbәbini daha yaxşı anlayıram. Çünki
bütün bu müsibәtlәr, peyğәmbәrin vәsiyyәtnamәsinin yazdırılmasının qarşısı alındığı
gündәn e’tibarәn başlanmışdır. Yә’ni Ömәr vә onu himayә edәn sәhabәlәrin,
peyğәmbәrin vәsiyyәtini yazdırmağına mane olduqları cümә axşamı günündәn.

3. Sәhabә vә Usamәnin ordusu

Hadisәnin xülasәsi:
Allahın peyğәmbәri (s.ә.v.) vәfatından iki gün qabaq rumlularla müharibә etmәk
üçün bir qoşun tәşkil etdi vә Usamә ibni-Zeydi sәrkәrdә seçdi. Әbu Bәkr, Ömәr, Әbu
Ubeydә kimi әnsar vә mühacirlәrin böyüklәrini dә bu qoşuna daxil elәdi. Sәhabәlәrin
bә’zilәri Usamәnin sәrkәrdә seçilmәsinә e’tiraz edib, “Hәlә üzündә tük çıxmamış bir
gәnc bizә necә rәhbәrlik edәr?”-dedilәr. Onlar, әvvәllәr dә Usamәnin atası Zeydin
sәrkәrdә olmasına e’tiraz edib onu istehza etmişdilәr. E’tirazları o yerә çatdı ki,
peyğәmbәr әsәbilәşib xәstәliyinin ağır vә qızdırmasının çox olmasına baxmayaraq
mübarәk başını bağlayıb ayaqlarını zorla yerdәn çәkә-çәkә, iki nәfәrin kömәyi ilә evdәn
çıxıb mәscidә gәldi vә minbәrә çıxdı. Allaha hәmd vә sәna etdikdәn sonra belә
buyurdu: “Ey insanlar, Usamәnin sәrkәrdә olması haqqında bә’zilәrinizdәn eşitdiyim bu sözlәr
nәdir? Atasını sәrkәrdә etdiyimә dә e’tiraz etdiyiniz kimi indi dә bunun sәrkәrdә olmasına
et’iraz edirsiniz!? Allaha and olsun ki, atasının o zaman sәrkәrdәliyә layiq olduğu kimi oğlu da
indi sәrkәrdәliyә layiqdir.”1 Sonra xalqı bu işdә sür’әtli hәrәkәt etmәyә tәşviq edәrәk
“Usamәnin ordusunu yeridin”-deyә buyurdu. Peyğәmbәr, durmadan bu cümlәlәri
tәkrar edirdi. Amma bu sözlәrә qulaq asan az idi. Axırda sәhabәlәr ikrahla “Corf” adlı
bir yerdә çadır qurdular.
Bu kimi hadisәlәr mәni hәmişә bu sual ilә üzlәşdirir: “Allah, peyğәmbәr vә onun
әmrlәrinә qarşı doğrudan belә hörmәtsizliklәr olubmu?” Halbuki Hәzrәti peyğәmbәr
(s.ә.v.) Qur’ani-Kәrimin buyurduğuna görә, onların xeyrini istәyir vә mö’minlәrlә
şәfqәtli vә mәrhәmәtli idi. Mәn, heç kәsin bu üsyanları ağlabatan göstәrәcәk dәlillәr
uydura bilәcәyinә inanmıram. Mәn hәmişә olduğu kimi, sәhabәlәrin şәrәf vә kәramәti

1 “әt-Tәbәqat әl-Kubra libni Sә’d”, c.2, sәh. 190; “Tarix ibn әl-Әsir”, c.2, sәh. 317; “әs-Sirәtu әl-
Hәlәbiyyә”, c.3, sәh.207; “Tarix әt-Tәbәri”, c.3, sәh.226

S Ә H A B Ә V Ә U S A M Ә N İ N O R D U S U ....................................................................................... 85

ilә әlaqәdar belә bir hadisә ilә qarşılaşdığımdan ilk növbәdә onu inkar etmәyә çalışır vә
ya әn azı özümü görmәmәzliyә vururam. Amma bu boş bir tәşәbbüsdür. Çünki bütün
şiә vә sünni tarixçi vә hәdisçilәrin qәbul etdiklәri bir hadisәni necә inkar edә bilәrәm vә
özümü görmәmәzliyә vura bilәrәm.

Axı mәn, heç bir mәzhәbin lehinә tәәssüb göstәrmәmәyimә vә haqdan başqa heç
bir şeyә dәyәr vermәmәyimә dair söz vermişdim. Әlbәttә, bu mövzuda hәqiqәt çox
acıdır. Hәzrәti peyğәmbәr belә buyurmuşdur:

“Haqqı söylә, sәnin әleyhinә dә olsa, haqqı söylә, nә qәdәr acı da olsa.”
Bu hadisәdә mövcud olan haqq budur: Usamәnin sәrkәrdәlik qabiliyyәtinә şübhә
edәn sәhabalәr layiqincә Allahın әmrinә itaәt etmәmiş vә şübhәsiz, sәrih nәssә
müxalifәt etmişdilәr. Bә’zi şәxslәr, sәhabәlәrin heysiyyәtini qorumaq üçün nә qәdәr
dәlil uydursalar da bu dәlillәri, gözlәri tәәssüb pәrdәsi ilә bağlayan, nәyә itaәt etmәyin
vә nәdәn uzaq durmağın gәrәkli olduğunu ayırd edә bilmәyәn cahil adamlardan başqa
kimsә qәbul etmәz. Mәn, bu cür davranışlara ağlabatan bir dәlil tapmaq üçün çox
düşündüm, amma, bir şey tapa bilmәdim. Sonra sünni alimlәrin irәli sürdüyü dәlillәri
mütaliә etdim. Usamәnin sәrkәrdә olması ilә müxalifәt edәn sәhabәlәr, Qureyşin
böyüklәri idilәr vә islamı qәbul etmәkdә qabaqcıl adamlardan sayılırdılar. Usamә isә
islamın Bәdr, Ühüd va Hüney kimi mühüm müharibәlәrindә iştirak etmәmiş bir gәnc
idi vә әhәmiyyәtli müharibә tәcrübәsinә dә malik deyildi. Peyğәmbәr onu sәrkәrdә
seçdiyi zaman yaşı az idi. Yaşlılar isә, istәr-istәmәz özlәrindәn cavan olana itaәt
etmәkdәn vә onun rәhbәrliyi altına girmәkdәn çәkinirdilәr. Buna görә dә, onun
sәrkәrdә olmasına e’tiraz edib Hәzrәti peyğәmbәrdәn istәdilәr ki, sәhabәlәrin
böyüklәrindәn birini Usamәnin yerinә sәrkәrdә seçsin.
Bu bәhanә nә әqli, nә dә şәr’i bir dәlilә әsaslanır. Hәr kәs Qur’an oxusa bu kimi
bәhanәlәri rәdd etmәkdәn başqa heç bir çarәsi yoxdur. Çünki Qur’an belә buyurur:

... ...

“…peyğәmbәr sizә nә verirsә alın, sizi nәdәn çәkindirirsә artıq ondan da
çәkinin…” (Hәşr surәsi, 7-ci ayә)

S Ә H A B Ә V Ә U S A M Ә N İ N O R D U S U ....................................................................................... 86

Vә başqa yerdә dә belә buyurur:

“Allah vә peyğәmbәri bir işә hökm etdiyi zaman, mö’min kişi vә mö’minә
qadın üçün öz işlәrindә seçim haqqı yoxdur. Kim Allaha vә peyğәmbәrinә üsyan
etsә, hәqiqәtәn açıq bir sapqınlığa düşmüşdür” (Әhzab surәsi, 36-cı ayә)

Bu aşkar ayәlәrdәn sonra ağıllı adamın qәbul edә bildiyi bir bәhanә qalırmı? Mәn,
peyğәmbәri qәzәblәndirәn camaat haqqında nә deyә bilәrәm? Onlar peyğәmbәri
qәzәblәndirmәklә Allahı qәzәblәndirmәyin eyni mә’na daşıdığını yaxşı bilirdilәr.
Bütün bunlar, o Hәzrәtә “sayıqlayır” deyә iftira dediklәrindәn, xәstә olduğu halda
yanında mübahisә edәrәk onu narahat etdiklәrindәn sonra baş vermişdir. Yә’ni
“sәhabә” deyib sitayiş etdiyimiz bu adamlar tövbә etmәk vә gördüklәri işlәrә görә,
Qur’anın öyrәtdiyi kimi peyğәmbәrdәn bağışlanmaq dilәmәk yerinә, bir addım daha
irәliyә gedәrәk onlara әn çox şәfqәtli vә mәrhәmәtli olan peyğәmbәrә qarşı yenidәn
üsyan edib hörmәtsizlik göstәrdilәr, onun haqqını qorumadılar, ehtiramını
saxlamadılar. Onu sayıqlamaqla günahlandırdıqdan iki gün keçmәmiş Usamәni
sәrkәrdә seçmәsinә e’tiraz etdilәr. Sonra e’tiraz vә üsyanlarını o qәdәr
şiddәtlәndirirdilәr ki, Hәzrәti peyğәmbәr (s.ә.v.) xәstә ola-ola iki nәfәrin kömәyi ilә
evindәn çıxmağa vә xalqa xitab edәrәk Usamәnin sәrkәrdәliyә layiq olduğuna and
içmәyә mәcbur oldu. Hәzrәti peyğәmbәr (s.ә.v.) bu e’tiraz edәn adamların, Usamәnin
atası Zeyd ibni-Harisin sәrkәrdә olmasına e’tiraz etdiklәrini bәyan etmişdir. Bu isә
hәmin şәxslәrin qabaqcadan da peyğәmbәrә qarşı çıxdıqlarını, Allah vә peyğәmbәr bir
hökm verdiyindә qәlblәrindә narahatlıq olmadan tәslim olan adamlardan
olmadıqlarını, hәtta özlәrinә, Allah vә peyğәmbәrin әmrlәrilә müxalifәt etmәk haqqı
tanıyan şәxslәrdәn olduqlarını göstәrir.

Bu sәhabәlәrin peyğәmbәrlә müxalifәt etmәlәrini göstәrәn dәlili budur:
peyğәmbәrin әsәbilәşmәsini, öz әlilә bayrağı Usamәyә vermәsini, Usamәnin ordusuna
girmәyi әmr etmәsini gördüklәri vә eşitdiklәri halda yenә dә süstlük etdilәr vә
peyğәmbәr (s.ә.v.) vәfat elәyәn kimi o orduya girmәdilәr. Hәzrәti peyğәmbәr (s.ә.v.)

S Ә H A B Ә V Ә U S A M Ә N İ N O R D U S U ....................................................................................... 87

onların bu qәdәr itaәtsizlik vә vәfasızlığına şahid olub qәlbi dәrdlә dolu ola-ola vәfat
etdi. Vәfat halında ümmәtinin bu halını gәrәk peyğәmbәrin әn böyuk dәrdi bәlkә
onların әksәriyyәtinin vәfatından sonra dindәn üz çevirәcәklәrini vә әzaba
yönәlәcәklәrini vә az bir qrupdan başqa kimsәnin ilahi әzabdan nicat tapa
bilmәyәcәyini bilmәsi imiş...

Bu hadisәni diqqәtlә incәlәdiyimizdә ikinci xәlifәnin bu hadisәdә әn mühüm
ünsürlәrdәn olduğunu vә bu müxalifәtin mәrkәzindә durduğunu görәrik. Çünki
Hәzrәti Mәhәmmәd (s.ә.v.)-in vәfatından dәrhal sonra Ömәr, xәlifә Әbu Bәkrin yanına
gedәrәk Usamәni sәrkәrdәlikdәn azad edib yerinә bir başqasını tә’yin etmәsini
istәmişdi. Әbu Bәkr isә onun cavabını belә vermişdi: “Ey Xәttabın oğlu, anan yasına
otursun, peyğәmbәrin tә’yin etdiyini mәnim azad etmәyimi istәyirsәnmi?”1

Ömәr, Әbu Bәkrin dәrk etdiyi bu hәqiqәti dәrk etmәkdәn aciz idimi? Yoxsa
burada tarixçilәrin gözlәrindәn qaçan, yaxud Ömәrin şәxsiyyәtinә kölgә salmamaq
üçün bilә-bilә gizlәtmәk istәdiklәri gizli bir cәhәt var? Necә ki, Ömәrin demiş olduğu
“Yәhcuru” (sayıqlayır) sözünü götürüb yerinә “ağrısı ona qalib gәlmiş” sözünü
qoyaraq hәmin hәdәfә xidmәt etmәk istәmişlәr. Mәn “müsibәtli cümә axşamı
günündә” peyğәmbәri әsәbilәşdirәn, ona “sayıqlayır, Allahın kitabı bizim üçün
kifayәtdir” deyәn sәhabәlәrdәn tәәccüblәnirәm. Onlar, necә Qur’andan danışırlar?
Halbuki, Qur’an açıqca, belә buyurmuşdur:

“De ki: “Әgәr Allahı sevirsinizsә, mәnә tabe olun ki, O da sizi sevib,
günahlarınızı bağışlasın. Allah bağışlayan vә rәhmlidir”.” (Ali-İmran surәsi, 31-ci
ayә)

Yoxsa onlar, Allahın kitabını vә onun hökmlәrini, hәmin kitabın nazil olduğu
şәxsdәn daha yaxşı bilirdilәr! O dәrdli hadisәdәn (cümә axşamı gününün
müsibәtindәn) sonra, yәni peyğәmbәrin ölümündәn iki gün әvvәl Usamәyә verdiyi
vәzifәyә e’tiraz edib әmrlәrinә qarşı çıxdıqları üzündәn bu dәfә peyğәmbәr, yataqda
qalmayıb başı bağlı olduğu vә xәstәliyin şiddәtindәn ayaqlarını yerdә sürüdüyü bir

1 “әt-Tәbәqat әl-Kubra libni Sә’d”, c.2, sәh.190; “Tarixi әt-Tәbәri”, c. 3, sәh. 226

S Ә H A B Ә V Ә U S A M Ә N İ N O R D U S U ....................................................................................... 88

halda iki nәfәrin kömәyi ilә evdәn bayıra çıxıb onlara mükәmmәl bir xütbә oxudu,
Allahın birliyinә şәhadәt verdi vә Ona hәmd va sәna etdi ki, bununla da onlara
sayıqlamadığını bildirsin. Sonra onların e’tirazlarından xәbәrdar olduğunu bildirdi.
Daha sonra dörd il әvvәl dә onun sözlәrinә e’tiraz etdiklәrini xatırlatdı. Görәsәn onların
nәzәrindә yenә dә peyğәmbәr sayıqlayırdı?

Allahım, sәnә pәnah gәtirirәm. Bunlar necә sәnin peyğәmbәrinә qarşı bu qәdәr
cәsarәtlә davrandılar vә onun verdiyi hökmlәrlә razılaşmayıb, hәtta dәfәlәrlә onunla
müxalifәt etdilәr? Hәzrәti peyğәmbәr (s.ә.v.) Abdullah ibni-Übәyyәnin meyit namazını
qılanda, “Allah, sәni bu münafiqә namaz qılmaqdan çәkindirib”-deyәrәk o Hәzrәtin
köynәyindәn tutub çәkmәyә qәdәr irәli getdilәr? Guya peyğәmbәrә nazil olan ayәlәri
ona öyrәtmәyә çalışırdılar. Halbuki sәn, ey Allahım, Qur’anında belә buyurubsan:

... ...

“…Qur’anı sәnә nazil etdik ki, xalq üçün nazil etdiklәrimizi onlara izah
edәsәn…” (Nәhl surәsi, 44-cü ayә)

Başqa bir yerdә dә buyurmusan:

...

“Biz bu kitabı sәnә haqq olaraq nazil etdik ki, Allahın sәnә öyrәtdiyi kimi
insanların arasında hakimlik edәsәn...” (Nisa surәsi, 105-ci ayә)

Yenә bir başqa ayәdә dә haqq olaraq buyurmusan ki:

“Necә ki, özünüzdәn bir peyğәmbәr göndәrdik ki, sizә ayәlәri oxusun, sizi pak
etsin, sizә kitab vә hikmәt öyrәtsin. Vә bilmәdiyinizi bildirsin” (Bәqәrә surәsi, 151-ci
ayә)

Doğrudan da peyğәmbәrin әmrinә itaәt etmәyәrәk ona “sayıqlayır” deyәn
sәhabәlәrdәn tәәccüblәnmәk gәrәkdir. Çünki onun hüzurunda hay-küy salıb
hörmәtsizlik edirdilәr vә ya Zeyd ibni-Haris vә oğlu Usamәnin sәrkәrdә seçilmәsinә

S Ә H A B Ә V Ә U S A M Ә N İ N O R D U S U ....................................................................................... 89

e’tiraz edәrәk peyğәmbәri incidirdilәr. Bir tәdqiqatçı bütün bunları incәlәdikdәn sonra
şiә mәzhәbinin sәhabәlәrin bә’zilәrinin tutduğu mövqelәrini sorğuya tutmada, tәnqid
etmәdә haqlı olduğuna necә şübhә edә bilәr? Şiә mәzhәbi, peyğәmbәr vә Әhli-beytә
bәslәdiyi mәhәbbәt vә hörmәtә görә, haqlı olaraq bә’zi sәhabalәrdәn (tutduqları
mövqeyә görә) çәkinir.

Mәn, mәsәlәni uzatmamaq üçün sәhabәlәrin peyğәmbәrlә müxalifәt etmәlәrinә vә
ona qarşı çıxdıqlarına dair dörd-beş nümunә vermәklә kifayәtlәnirәm. Amma şiә
alimlәri bunun kimi yüzlәrlә örnәk yığıb sәhabәlәrin sәrih vә qәti şәr’i hökmlәrә
müxalifәt etmәlәrinin misallarını qaynaqları ilә birlikdә kitablarında qeyd etmişlәr vә
sünnilәrin sәhih vә sәnәdli kitablarında olan hәdislәrlә sübuta yetirmişlәr.

Mәn sәhabәdәn bә’zilәrinin peyğәmbәrә qarşı tutduqları mövqelәrini incәlәrkәn,
bütün sәhabәlәrin haqlı olduqlarını iddia edәrәk kimsәnin onları tәnqid etmәsinin caiz
olmadığını irәli sürәn sünni alimlәrdәn tәәccüblәnirәm. Onlar, tәdqiqatçının hәqiqәtә
çatmasına mane olurlar vә onu sonsuz bir fikri ziddiyyәtә salırlar.

Yazdıqlarıma bir neçә nümunә vә әlavә edirәm ki, sәhabәlәri olduğu kimi tanıyaq
vә bu mövzu barәdә şiәlәrin dә nәzәrini daha yaxşı anlaya bilәk.

Buxari, öz “Sәhih”indә (c.4, sәh.47) “Әs-sәbru әlәl-әza” babında vә “Әdәb”
kitabında “innәma yuvәffәs-sabirunә әcrәhum...” ayәsinin tәfsirindә Ә’mәşin Şaqiqdәn
belә eşitdiyini söylәdiyini nәql edir: “Abdullahdan eşitdim ki, peyğәmbәr hәmişәki
kimi bir şeyi tәqsim etmişdi (Beytul-mala aid bir malı müsәlmanlar arasında
bölmüşdü). Әnsardan biri belә dedi: “Allaha and olsun ki, bu tәqsimlә Allahın rizası
nәzәrdә tutulmayıbdır.” Mәn, ona “bu sözü peyğәmbәrә çatdıracağam”-dedim vә
peyğәmbәrin yanına gәldim. Peyğәmbәr, sәhabәlәrilә oturmuşdu. Eyni sözü Hәzrәtә
dedim. Bu söz Hәzrәtә çox ağır gәldi, rәngi dәyişildi vә hirslәndi. Elә ki, bu xәbәri
vermәyimdәn peşiman oldum. Sonra, Hәzrәti peyğәmbәr belә buyurdu: “Hәzrәti
Musa, bundan daha çox әziyyәtlәrә mә’ruz qaldı, amma hamısına dözdü...” ”

Buxari, yenә “Әdәb” kitabının “Mәn lәm yuvacuhun-nasә bil-itab” babında yazır
ki, Aişә belә dedi: Hәzrәt bir iş gördü, sonra xalqı hәmin işi görüb görmәmәkdә azad
qoydu. Amma xalq, o işi görmәkdәn çәkindi. Bu xәbәr, peyğәmbәrә çatdı. O, bir xütbә
oxuyaraq, Allaha hәmd vә sәna dedikdәn sonra belә buyurdu: “Niyә bә’zilәriniz

S Ә H A B Ә V Ә U S A M Ә N İ N O R D U S U ....................................................................................... 90

mәnim gördüyüm işdәn çәkinirlәr? Allaha and olsun ki, mәn Allahın haqqını әn yaxşı
bilәn vә Allahdan әn çox qorxanam".

And olsun ki, peyğәmbәrin ehtirasa qapılaraq doğru işdәn azdığına vә nәticәdә
etdiyi tәqsimdә (bölmәdә) Allahın rizasını nәzәrә almadığına inanan vә peyğәmbәrin
gördüyü işlәrdәn çәkinәn, özlәrini ondan daha tәqvalı bilәn şәxslәr, heç vaxt
müsәlmanların hörmәtinә layiq deyillәr. Bu kimi şәxslәri mәlәklәrin sәviyyәsinә
qaldırıb, peyğәmbәrdәn sonra mәxluqatın әn üstünü olmalarına, peyğәmbәrin sәhabәsi
olduqları üçün bütün müsәlmanların onları örnәk qәbul etmәsinin lazım olmasına
inanmağın nә qәdәr әsassız, dәlilsiz bir әqidә olması aydındır.

Hәtta bir sıra tarixçilәr sәhabәlәrin bә’zi mövqelәrinin peyğәmbәrin hәrәkәtlәrinә
zidd olmasına baxmayaraq, bilәrәkdәn sәhabәlәrin bu mövqelәrinә düzәliş edirdilәr.
Vә bununla da onlar әxlaq vә elm baxımından sәhabәlәri peyğәmbәrlә müqayisәdә
daha üstün mәqama yüksәldirdilәr. Mәsәlәn, Bәdr döyüşündә әsir düşmüşlәrlә
әlaqәdar hadisә. Tarixçilәrin yazdıqlarına görә Ömәr ibni Xәttab bu mәsәlәdә doğru
idi. Bundan başqa onlar bizim beynimizi müxtәlif adamlara qoşulmuş yalan hadisәlәrlә
doldururlar. Mәsәlәn: “Әgәr Allah bizә bәdbәxtlik әta etmәk istәsә ibni Xәttabdan
başqa heç kim qurtula bilmәz”. Vә ya: “Әgәr Ömәr olmasaydı peyğәmbәr hәlak
olardı”. Allah bizi belә yalançı vә biabırçı әqidәdәn hifs etsin. Hәqiqәtәn bu әqidәyә
sahib olanlar İslamdan uzaqdırlar vә onlar öz әqidәlәrinә yenidәn baxmalı vә ya
şeytandan uzaqlaşmalıdırlar. Qadir olan Allah buyurur:

“Hava vә hәvәsini özünә tanrı elәyәni gördünmü? O şәxs ki, Allah bilә-bilә onu
sapdırmış vә onun qulağını möhürlәmişdir vә gözünә dә pәrdә çәkmişdir. Artıq
Allahdan başqa kim doğru yolu ona göstәrә bilәr? Yenә dә öyüd, ibrәt
almazsınızmı?” (Casiyә surәsi, 23-cü ayә)

Hәqiqәtdә isә o kәslәr ki, peyğәmbәrin öz nәfsi nәticәsindә haqq yoldan
uzaqlaşması vә әdalәtsiz hökm etmәsinә inananlar vә ya o kәslәr ki, özlәrini
peyğәmbәrdәn daha elmi vә әxlaqlı bilәrәk, onun etdiklәrini etmirlәr, onlar

S Ә H A B Ә V Ә U S A M Ә N İ N O R D U S U ....................................................................................... 91

müsәlmanlar arasında heç bir hörmәt vә ehtiram qazanmamışdılar. O adamlar bilsә
Allahın rәsulundan sonra yaradılanların әn üstünü olaraq mәlәklәrlә bir sәviyyәyә
qoyulmuşdular vә müsәlmanlara onlara tabe olmaq vә onlardan nümunә götürmәk
vacib edilmişdir. Yalnız ona görә ki, onlar peyğәmbәrin sәhabәlәri olmuşdular.

Belәliklә görünür ki, sünnilәrin Mәhәmmәd vә Alinә salavat göndәrdiklәri vaxt
sәhabәlәrin hamısını da “әcmәin” sözü ilә onlara әlavә etmәlәri müdafiә olunmayan bir
әmәldir. Әhli-beytә peyğәmbәrlә birlikdә salavat göndәrmәk, qeyd etdiyim kimi bir
ilahi әmrdir. Әgәr Allah-Tәala bu vasitә ilә bizә Әhli-beytin uca ilahi mәqamını
tanıtmaq istәyirsә, biz, hansı sәlahiyyәtlә sәhabәni, özü dә “әcmәin” (hamısı) qeydi ilә
onlara әlavә edirik vә onları Allahın üstün etdiyi şәxslәrlә bir sırada zikr etmәyә
çalışırıq?

Salavat göndәrәndә sәhabәni dә salavata daxil etmәyin tarixi mәnşәyini
araşdırmaq istәsәk, Abbasi vә Әmәvi dövrlәrinә müraciәt etmәliyik.

Hәzrәti Mәhәmmәd (s.ә.v.)-in Әhli-beytinә qarşı şiddәtli düşmәnçilik
bәslәdiklәrinә görә onlara hәr cür zülmü rәva bilәn, Әhli-beyti vә şiәlәri öldürüb
sürgün edәn, didәrgin salan Әmәvi vә Abbasilәr, Allahın Әhli-beytә ehsan elәdiyi bu
uca mәqamdan xәbәrdar olub, bunu böyük bir tәhlükә gördüklәri üçün sәhabәni dә
salavata daxil etmәklә xalqı aldatmağa çalışmışlar. Namazda peyğәmbәrlә birlikdә
Әhli-beytә salavat göndәrmәyәnin namazının batil olması, onların uca ilahi
mәqamlarının bilinmәsinә sәbәb olurdu. Әmәvi vә Abbasi xәlifәlәri, Әhli-beytә qarşı
düşmәnçiliklәrinin iyrәncliyini azaltmaq üçün sәhabәni dә salavata әlavә etmәyә sә’y
göstәrdilәr ki, belәliklә xalq, sәhabәlәrin Әhli-beyt ilә eyni sәviyyәdә olduqlarına vә ya
mәqamlarının onların mәqamına yaxın olduğuna inansınlar, habelә Әmәvi vә
Abbasilәrin bә’zi böyüklәrinin dә sәhabәdәn olduqlarını nәzәrә alaraq Әhli-beytә qarşı
olunan zülmlәrә göz yumsunlar.

Bu yolda sәhabәdәn vә tabeindәn hәdis nәql etmәklә mәşhur olan bir çox adamı
da pul vә vәzifә verәrәk tәşviq etdilәr ki, sәhabәlәrin fәzilәti haqqında, xüsusilә,
Әmәvilәrin hakimiyyәtә çatmaqlarında rol oynamış şәxslәrin fәzilәt vә üstünlüklәri ilә
әlaqәdar hәdis düzәltsinlәr. Әmәvi xanidanının hakimiyyәti әlә keçirmәsinin amilinin
xәlifәlәr olduğunu, tarix әn yaxşı şәkildә göstәrir. Mәsәlәn, Ömәr ibni-Xәttab valilәrinә

S Ә H A B Ә V Ә U S A M Ә N İ N O R D U S U ....................................................................................... 92

yaxşı nәzarәt etmәk, onlardan hesab soruşmaq vә onları kiçik bir sәhv üçün vәzifәdәn
azad etmәklә mәşhur olmuş bir şәxsdir. Lakin hәmin adam Müaviyә ibni-Әbu
Süfyandan heç zaman hesabat istәmәmişdir. Müaviyәni, Әbu Bәkr vali tә’yin etmişdi.
Ömәr dә xәlifәlik dövründә bu tә’yini tәsdiq elәdi. Hәtta Müaviyә әleyhinә olan çoxlu
şikayәtlәrә rәğmәn, Ömәr bir dәfә dә onu qınamadı. Müaviyә peyğәmbәrin qadağan
etmәsinә baxmayaraq, ipәk paltar geyib qızıl üzük taxardı. Bunu Ömәrә bildirdikdә o,
“Müaviyәni rahat qoyun, o, әrәblәrin qeysәridir” demәklә kifayәtlәndi vә Müaviyә
iyirmi ildәn çox bir etirazla qarşılaşmadan valilik mәqamında qaldı. Osmanın xәlifәlik
dövründә Müaviyәnin hakimiyyәt sahәsi daha da genişlәndi vә islam ümmәtinin
sәrvәtlәrini daha çox әlә keçirmәsi vә alçaq adamların kömәyi ilә ordusunu
güclәndirmәsi üçün şәrait yarandı. O da bu gücündәn ümmәtin imamına qarşı çıxmaq,
zorla xәlifәliyi qәsb etmәk vә müsәlmanlardan çaxır içәn pozğun oğlu Yәzidә bey’әt
toplamaq yolunda istifadә etdi.

Bunun hekayәsi uzundur. Mәn hәlәlik tәfәrrüata keçmәk istәmirәm.
Bu uzun hadisәdir vә mәn bu kitabda onun incәliklәrinә varmaq istәmirәm, bizim
burada әsas anlamalı olacağımız sәhabәlәrin mentalitetidir. O sәhabәlәrin ki, xәlifә
olandan sonra Әmәvi sülalәsinin hakim olması üçün şәraitin yaradılmasına bilavasitә
tә’sir etdilәr. Vә bununla da guya ki, Bәni-Haşimdә peyğәmbәrliyi vә xәlifәliyi qәbul
etmәyәn Qureyşlilәrin istәdiyini etdilәr.1 Hәqiqәtәnmi Әmәvilәrin xilafәtә haqqı çatırdı,
yoxsa onlar özlәrinin hakimiyyәtә gәlmәsi üçün onlara şәrait yaradanlara borclu idilәr?
Әmәvilәrin әsas minnәtdarlığı isә onların fәzilәtlәri barәsindә “tarix nәql edәnlәr”әdir
ki, Әmәvilәrin barәsindә nağıllar uydurub yaymaq üçün satın alınmışdılar. Bununla
belә bu tarixçilәr belә sәhabәlәrә fәzilәt vә üstünlüklәr uydurmaqla Әhli-beytdәn üstün
bir sәviyyәyә qaldırdılar. Әgәr bizim ağlımız yerindәdirsә vә biz ziddiyyәtlәri qәbul
etmiriksә, bu uydurma hadisәlәr әksәr hallarda (Allah şahid olsun) mәntiqә vә real
olaylara uyğun gәlmir.
Bizlәr Ömәrin dillәr әzbәri olmuş әdalәti haqqında çox şey eşitmişik. Lakin
düzgün tarixçilәrin yazdığına görә Ömәr hicrәtin iyirminci ilindә beytulmalı bölmәkdә

1 Daha әtraflı araşdırmaq üçün bax: “әl-Xilafә vәl-mülk li-Әbil Ә’la әl-Mәududi”; Әhmәd Әmin
“Yәum әl-İslam”.

S Ә H A B Ә V Ә U S A M Ә N İ N O R D U S U ....................................................................................... 93

peyğәmbәrin әn’әnәsinә riayәt etmәmiş vә ona bağlı qalmamışdır. Hәzrәti peyğәmbәr
(s.ә.v.) beytulmalı müsәlmanlar arasında bәrabәr şәkildә bölәrdi, kimsәni kimsәdәn
üstün tutmazdı. Әbu Bәkr dә xәlifәlik dövründә bu әn’әnәyә bağlı qaldı. Ammа Ömәr
ibni-Xәttab әvvәldәn müsәlman olanları sonradan müsәlman olanlardan, Qureyşin
mühacirlәrini digәr mühacirlәrdәn vә mühacirlәri әnsardan üstün tutdu. Hәtta әrәblәri
әcәmlәrdәn, ağaları kölәlәrdәn1, Mazr tayfasını Rәbiә tayfasından üstün tutub birinә
digәrindәn daha çox pay vermişdir.2 Mәsәlәn Mazr tayfasına üç yüz, Rәbiә tayfasına isә
iki yüz vermişdi. Habelә aus tayfasını hәzrәc tayfasından üstün tutmuşdur.3

Bu cür rәftar elәmәyin heç әdalәtә dәxli varmı?
Yenә Ömәr ibni-Xәttabın elmi haqqında hәdsiz-hesabsız sözlәr eşitmişik.
Sәhabәnin әn alimi olduğu, bir çox dәfә peyğәmbәr ilә Ömәr arasında çıxan görüş
fәrqliklәrindә Qur’an ayәlәrinin onun görüşlәrinә müvafiq olaraq nazil olunduğu vә
Ömәrin görüşünü tәsdiq etdiyi belә, deyilir. Halbuki düzgün tarixi әsәrlәr, Qur’an
ayәlәri nazil olunduqdan sonra da Ömәrin ayәlәrә müxalif görüşlәr irәli sürdüyünü
qeyd edir. Ömәrin xәlifәliyi dövründә sәhabәlәrdәn birisi ondan “cünub olub qüsl
etmәk üçün su tapa bilmәsәm nә elәmәliyәm?”-deyә, soruşdu. Ömәr belә cavab verdi:
“Onda namaz qılmazsan” Orada olan Әmmar Yasir elә vәziyyәtdә tәyәmmüm etmәyin
zәruri olduğunu xatırlatmaq mәcburiyyәtindә qaldı. Lakin Ömәr, yenә dә qәbul etmәk
istәmәyib Әmmara belә dedi: “Bu sözlәrin mәsuliyyәti öz boynundadır.”4
Ömәr necә Allahın nazil etdiyi tәyәmmüm ayәsindәn vә peyğәmbәrin
әn’әnәsindәn xәbәri yox imiş? Halbuki peyğәmbәr (s.ә.v.) onlara dәstәmaz öyrәtdiyi
kimi tәyәmmüm dә öyrәtmişdi.
Ömәr bir çox yerdә öz biliksizliyini e’tiraf etmişdir. Hәtta qadınların belә, ondan
bilikli olduğunu söylәmişdir. Yenә dәfәlәrlә “Әgәr Әli olmasaydı Ömәr hәlak olardı”
demәsi nәql olunmuşdur. Ömәr ölәnә kimi “kәlalә”nin (ikinci dәrәcәli mirasçı)
hökmünü bilmәdi. Ömәrdәn kәlalә haqqında bir-birinә zidd bir sıra hökmlәr nәql
edilmişdir. Bunlar tarixin tәsbit elәdiyi şeylәrdir. Ömәrin şücaәti haqqında da şeylәr

1 “Şәrhu Nәhc әl-Bәlağә libn Әbil-Hәdid”, c. 8, sәh. 111
2 “Tarix әl-Yә’qubi”, c. 2, sәh. 106
3 “Futuh әl-Buldan”, sәh. 437
4 “Sәhih әl-Buxari”, c. 1, sәh. 52

S Ә H A B Ә V Ә U S A M Ә N İ N O R D U S U ....................................................................................... 94

eşitmişik. Mәsәlәn Ömәrin müsәlman olması ilә müsәlmanların güclü olması. Qureyşin
dәhşәtә düşdüyü vә Hәzrәti Mәhәmmәdin onun müsәlman olmasından sonra dә’vәtini
aşkar etdiyi deyilmәkdәdir. Amma düzgün tarixlәrdә Ömәrin qәhrәmanlıq vә şücaәtini
tәsdiq etmәyimizә yarayan bir nişanә mövcud deyildir. Mәsәlәn Ömәrin Bәdr, Ühüd,
Xәndәk vә başqa müharibәlәrdә bir nәfәr mәşhur pәhlәvanı vә hәtta adi bir döyüşcünü
öldürdüyü nәql edilmәmişdir. Halbuki tarixçilәr onun Ühüd müharibәsi vә Hüneyn
müharibәsindә meydandan qaçdığını yazıblar. Xeybәr şәhәrinin fәthi üçün peyğәmbәr
tәrәfindәn göndәrildiyi zaman mәğlubiyyәtә uğrayaraq geri döndüyü tarixlәrdә qeyd
olunmuşdur. Peyğәmbәr zamanının axırıncı ordusu, Usamә ordusunda da bir gәncin
rәhbәrliyi altında sıravi әsgәr idi. O, peyğәmbәr (s.ә.v.) zamanında tәşkil olunan
qoşunlarda heç zaman sәrkәrdә olmamışdı. Bu tarixi hәqiqәtlәrә göz yumaraq Ömәrin
şücaәtli vә qәhrәman olduğunu iddia edә bilәrikmi?

Ömәrin tәqvası haqqında da çox sözlәr deyilir. Hәtta deyilir ki, әgәr İraqda bir
qatırın ayağı sürüşsә idi, Ömәr o yolu düzәltmәdiyi üçün Allahdan qorxardı. Amma
düzgün tarixlәr Ömәrin çox kobud olduğunu yazmışlar. Mәsәlәn Qur’an ayәsi barәdә
sual verәni, günahsız olduğu halda, qanına bulaşana kimi döydüyünü nәql elәmişlәr.
Әgәr Ömәrin tәqvası ilә әlaqәdar sözlәr düzdürsә niyә Hәzrәti peyğәmbәr (s.ә.v.)
öldüyü vaxt qılıncını çәkib o Hәzrәtin öldüyünü söylәmәk istәyәnlәri tәhdid etmişdir?
Ömәr әgәr tәqvalı idisә niyә peyğәmbәrin ölmәdiyinә dair Allaha and içirdi, onun da
Hәzrәti Musa kimi Allahla munacat etmәyә getdiyini söylәyirdi?1 Niyә Hәzrәti
Fatimәnin evini uçurtmağa tәşәbbüs göstәrdiyindә Allahdan qorxmurdu?2 Hәtta
Ömәrә “Bu evi necә uçurdursan, Hәzrәti Fatimә bu evdәdir” dedikdә “Fatimә dә
olsa...” cavabını verdi. Habelә Ömәrin tәqvası haqqında deyilәnlәr, onun xәlifәlik
dövründә Qur’anın vә peyğәmbәrin әn’әnәsinә müxalif olan hökmlәr vermәsilә3 tәzad
tәşkil edir.

Mәn bu böyük vә mәşhur sәhabәni örnәk olsun deyә burada qeyd edәrәk onun

1 “Tarix әt-Tәbәri” vә “Tarix ibn әl-Әsir”
2 “Tarix әl-Xülәfa (bil-imamәti vәs-siyasә) libni Qәtibә әd-Dinuri”, sәh. 19, 20
3 Bu haqda Әbdül Hüseyn Şәrәfuddinin yazdığı “Әn-nәss vәl-ictihad” adlı kitabına baxın. Bütün
qaynaqlarını İslam firqәlәrinin qәbul etdiyi mәnbәlәrdәn vermişdir.

Q U R ‘ A N İ-K Ә R İ M İ N S Ә H A B Ә L Ә R H A Q Q I N D A G Ö R Ü Ş Ü ............................... 95

haqqındakı hәqiqәtlәrin bir qisminә toxundum vә tәfәrrüata keçmәk istәmәdiyimә
görә, yalnız qısa işarәlәrlә kifayәtlәndim. Yoxsa bu xüsusda çox hәcmli kitablar yazmaq
olar. Qeyd etdiklәrim az da olsa sәhabәnin hәqiqi mövqeyini aydınlaşdıraraq sünni
alimlәrin hәqiqәtlәrә zidd nәzәrlәrinin qәnaәtbәxş olmadığını göstәrmәk dә kifayәtdir.
Sünni alimlәr bir tәrәfdәn xalqı sәhabәlәrin haqqında hәr cür şübhә vә tәrәddüd
etmәkdәn çәkindirir, digәr tәrәfdәn isә onlar haqqında şübhә vә tәrәddüdә sәbәb olan
rәvayәtlәri nәql etmәyәydilәr ki, biz dә bu şübhәdәn nicat tapaydıq.

Yadımdadır ki, Nәcәf alimlәrindәn “İmam Sadiq vә dörd mәzhәb” adlı mühüm
bir әsәrin müәllifi Әsәd Heydәr ilә görüşdüyümüzdә mәnә atasına aid belә bir әhvalatı
söylәmişdi: O, deyirdi ki, atam әlli il әvvәl hәccә getdiyindә Tunisin Zeytuniyyә
şәhәrindәn olan bir alimlә Hәzrәti Әli (ә.s.)-nin imamlığı haqqında mübahisә ediblәr vә
atam bu haqda ona dörd yaxud beş dәlil gәtirmişdir. Tunisli alim “başqa bir dәlilin
varmı?”-deyә, soruşub, atam yox deyib. Sonra Tunisli alim atama tәsbehini çıxart vә
Hәzrәti Әlinin peyğәmbәrin xәlifәsi olduğuna dair mәnim dәlillәrimi say, deyibmiş.
Sonra da atamın bilmәdiyi yüzә yaxın dәlil sayıb!

Әsәd Heydәr sözlәrinә bunu da әlavә edәrәk deyirdi ki, әgәr sünnilәr öz
kitablarında yazılanları doğrudan mütaliә etsәydilәr, bizim sözlәrimizin eynisini
deyәrdilәr vә bu köhnә ixtilaflar sona çatardı.

And olsun ki, bu qeyd etdiklәrim haqqdır. Әgәr insan kor tәәssüblәrdәn qurtulub
xudbinliyini qırağa qoysa, aydın dәlillәrin qarşısında tәslim olmaqdan başqa bir yolu
qalmaz.

Q U R ’ A N İ-K Ә R İ M İ N S Ә H A B Ә L Ә R H A Q Q I N D A
GÖRÜŞÜ

Hәr şeydәn öncә qeyd etmәliyәm ki, Allah-Tәala kitabının müxtәlif yerlәrindә
dünya malı vә vәzifәyә çatmaq üçün yox, Allah vә peyğәmbәrin rizası üçün
peyğәmbәrә itaәt edәn sәhabәni öymüşdür. Allahın onlardan, onların da Allahdan razı
olduğunu bәyan etmişdir. Müsәlmanlar bu cür sәhabәlәri peyğәmbәrә itaәt etmәlәri vә

Q U R ‘ A N İ-K Ә R İ M İ N S Ә H A B Ә L Ә R H A Q Q I N D A G Ö R Ü Ş Ü ............................... 96

başqa müxtәlif xususiyyәtlәrindәn tanıyırlar vә onları hörmәt ilә yad edirlәr. Söz şiә vә
sünnilәrin birlikdә hörmәt etdiyi, belә sәhabәlәrdәn getmir. Eyni şәkildә şiә vә
sünnilәrin birlikdә nifrәt vә lә’nәt etdiyi münafiqlәrlә dә әlaqәdar deyil. Bu
araşdırmada mәni maraqlandıran o sәhabәlәrdir ki, onlar barәsindә müsәlmanların
nәzәri müxtәlifdir. Müqәddәs Qur’anda bu sәhabәlәrin bә’zi hallarda tutduqları
mövqelәrinә görә onların ünvanına hәdә vә mәzәmmәt olan ayәlәr vardır. Allahın
rәsulu bu sәhabәlәrә vә bunlarla әlaqәdar başqa sәhabәlәrә dә dәfәlәrlә xәbәrdarlıq
etmişdir.

Burada müsәlmanların haqlarında ixtilaf bu cür sәhabәlәr haqqındadır. Bu cür
sәhabәlәrin әdalәti haqqında şiә şübhә edir vә onların söz vә davranışlarını tәnqid edir.
Amma sünnilәr bu cür sәhabәlәrin gördüklәri işlәri kitablarında yazılmış olmasına
baxmayaraq, onların hamısını adil bilirlәr. Bu araşdırmadan mәqsәdim hәqiqәti
aydınlaşdırmaqdır. Bә’zi adamlar sәhabәni öyәn ayәlәri buraxıb, yalnız onları tәnqid
edәn ayәlәrdәn yapışdığımı sanmasınlar. Mәn hәtta bә’zi mәdh ayәlәrinin hәcvi, bә’zi
hәcv ayәlәrinin isә mәdhi ehtiva etdiyini gördüm.

Burada üç illik tәdqiqatımda әldә etdiyim bilik vә çatdığım nәticәlәrin hamısını
qeyd etmәk istәmirәm. Yalnız bә’zi ayәlәri nümunә olaraq nәql etmәklә
kifayәtlәnәcәyәm. Daha geniş mә’lumat әldә elәmәk istәyәn şәxs özü zәhmәt çәkib
araşdırmalıdır. Bununla insan öz zәhmәtinin sayәsindә doğru yolu tapmış olar. Allah-
Tәalanın bütün insanlardan istәdiyi dә budur. Bir adam öz fikri araşdırma vә çalışması
nәticәsindә hәqiqәti tapsa, vicdanının fәryadına müsbәt cavab verdiyi üçün haqqı
tәrәddüdsüz qәbul edәr vә doğru yola keçmәsi çox sadә olar. Amma xarici amillәr
nәticәsindә haqq ilә qarşılaşması çox vaxtlar onun doğru yola gәlmәsinә sәbәb olmaz.
Bir insan әgәr doğru yolu daxili bir qәnaәt ilә әlә keçirsә, bu inam, hiss vә duyğular
sәbәbilә әldә edilәn inamdan qat-qat üstün vә qalıcı olar.

Allah-Tәala peyğәmbәri öyәrәk belә buyurur:

“Sәni hәqiqәti axtardığın zaman gördü vә sәnә yol göstәrdi” (Duha surәsi, 7-ci
ayә)

İ S L A M D A N D Ö N M Ә K İ L Ә Ә L A Q Ә D A R A Y Ә ............................................................. 97

Başqa bir yerdә dә buyurur:

“Bizim üçün cihad edәnlәri yollarımıza doğru gәtirәrik vә şübhәsiz ki, Allah
yaxşılıq edәnlәrlәdir." (Әnkәbut surәsi, 69-cu ayә)

1. İslamdan dönmәk ilә әlaqәdar ayә

Allah-Tәala әziz kitabında buyurur ki:

“Mәhәmmәd ancaq bir peyğәmbәrdir. Ondan öncә dә başqa peyğәmbәrlәr
olmuşdur. Ölsә yaxud öldürülsә geriyәmi dönәcәksiz? Hәr kәs dönsә bilsin ki,
Allaha heç bir surәtdә zәrәr vermәz. Allah şükür edәnlәrin mükafatını yaxında
verәcәkdir.” (Ali-İmran surәsi, 144-cü ayә)

Bu ayә peyğәmbәrin sağlığında müsәlmanlara xitab edәrәk açıqca bildirir ki,
sәhabәlәr peyğәmbәrin vәfatından dәrhal sonra dindәn dönmә ilә qarşılaşacaqlar vә
onların çox az bir qismi imanlarında qalacaqlar. Bu qrup, yә’ni dindә qalanları, Allah
bu ayәnin vasitәsilә şükür edәnlәr kimi vәsf etmişdir. Şükür edәnlәr isә çox azdır; çünki
Allah-Tәala başqa bir ayәdә belә buyurmaqdadır:

“…Vә qullarımdan çox azı şükür edәr” (Sәba surәsi, 13-cü ayә)
Hәzrәti Mәhәmmәd (s.ә.v.)-dәn nәql olunan şәrif hәdislәr bu ayәdә qeyd olunan
dindәn dönmә mәsәlәsini izah etmişdir. Sonrakı bölmәdә hәmin hәdislәrdәn bir
neçәsini nәql edәcәyik.
Әgәr bu ayeyi-kәrimәdә Allah-Tәala islamdan dönüb mürtәd olanların cәzalarını
qeyd etmәmiş vә yalnız Allaha şükür edәnlәrin yaxşı mükafata layiq olduqlarını qeyd
etmişsә, buna görәdir ki, islamdan dönәnlәrin әsla Allahın mükafat vә rәhmәtinә
yetişmәyәcәklәrini hamı bilir. Hәzrәti peyğәmbәr (s.ә.v.) bu barәdә bir neçә hәdisdә
izahat vermişdir. Biz dә, Allah qoysa bu kitabımızda onlardan bә’zisini nәql edәcәyik.

İ S L A M D A N D Ö N M Ә K İ L Ә Ә L A Q Ә D A R A Y Ә ............................................................. 98

Sәhabәnin kәramәtini qorumaq üçün hәmin ayәdә yalnız Talihә, Sәccah vә
Әsvәdil-anәsinin qәsd edildiyini söylәmәk düz deyildir. Çünki onlar Hәzrәti
peyğәmbәrin sağlığında dindәn dönüb peyğәmbәrlik iddiası etmişdilәr. Hәtta
peyğәmbәr onlarla müharibә edib onları mәğlub etmişdi. Bu ayә habelә Malik ibni-
Nüveyrә vә tәrәfdarlarına da aid edilә bilmәz. Çünki onlar bә’zi ağlabatan dәllilәr üçün
Әbu Bәkrә zәkat vermәmişdilәr. Onlar әvvәla xәlifә seçmәk mövzusunu araşdırıb
mәsәlәnin әslini öyrәnmәk istәyirdilәr. Çünki Hәccәtül-vidada peyğәmbәrlә birlikdә
hәccә getmişdilәr vә Qәdir-Xum adlı yerdә peyğәmbәrin Әli (ә.s.)-ni özündәn sonra
xәlifә tәyin etmәsinin şahidi olmuş vә orada o biri müsәlmanlar kimi Hәzrәti Әli (ә.s.)
ilә bey’әt etmişdilәr. Hәtta Әbu Bәkrin belә, orada Hәzrәti Әli ilә bey’әt etdiyini
görmüşdülәr. Buna görә onlar yeni xәlifәnin göndәrdiyi elçilәrin peyğәmbәrin ölüm
xәbәrini gәtirib Әbu Bәkrin adına zәkat tәlәb etmәlәri ilә qarşılaşanda heyrәtlәndilәr.
Tarix bu hadisәni izah etmәk istәmәyib, onu ört-basdır etmәyә çalışmışdır. Çünki bu
hadisә yaxşı araşdırılsa bә’zi sәhabәlәrin mәqamına kölgә düşә bilәr. Qeyd etmәk
lazımdır ki, Malik ibni-Nüveyrә vә tәrәfdarları, Ömәr vә Әbu Bәkrin dә etiraf etdiklәri
kimi müsәlman idilәr. Çünki Ömәr vә Әbu Bәkr daxil olmaqla sәhabәnin әksәriyyәti
Malik ibni-Nüveyrәnin Xalid ibni-Valid tәrәfindәn öldürülmәsinә e’tiraz etdilәr vә Әbu
Bәkr beytulmaldan Malikin qan bahasını (diyәsini) onun qardaşına verib ondan üzr
istәmişdir. Demәk, Malik vә tәrәfdarları dindәn çıxmamışdılar. Çünki İslamdan çıxıb
mürtәd olan adamı öldürmәk vacibdir vә onun üçün beytulmaldan diyә verilmәz vә
vәsilәrindәn üzr istәnilmәz.

Belәliklә aydındır ki, İslamdan dönmәklә әlaqәdar ayә Mәdinәdә peyğәmbәrlә
olan, onun vәfatından sonra islamdan dönәn sәhabәlәrә aiddir. Bu mövzu peyğәmbәrin
hәdislәrindә dә izah olunduğuna görә artıq bu barәdә şәk-şübhәyә yer qalmır. İnşallah
yaxında hәmin hәdislәri dә nәql edәcәyik. Bunlardan başqa tarix dә peyğәmbәrdәn
sonra İslamdan dönmәlәr barәdә әn yaxşı şahiddir. Hәzrәti peyğәmbәr (s.ә.v.)-in
vәfatından sonra sәhabәlәrin arasında baş verәn hadisәlәri araşdıran görәr ki,
sәhabәlәrin bir azından başqa qalanı haqq yolunda qala bilmәyiblәr.

C İ H A D A Y Ә S İ ............................................................................................................................................ 99

2. Cihad ayәsi

Allah-Tәala belә buyurur:

“Ey iman gәtirәnlәr, sizә: “Allahın yolunda müharibә etmәyә sәfәrbәr olun”-
deyildiyi zaman, nәdәn sanki yerә yapışırsınız? Axirәti buraxıb dünya hәyatınamı
razı oldunuz? Amma dünya hәyatının faydası axirәtә görә çox azdır. Әgәr
müharibәyә sәfәrbәr olmasanız, Allah sizi ağır bir әzabla cәzalandırar vә yerinizә
başqa bir camaat gәtirәr vә siz ona heç bir zәrәr toxundura bilmәzsiniz. Allah hәr
şeyә qadirdir.” (Tövbә surәsi, 38, 39-cu ayәlәr)

Bu ayә açıq şәkildә sәhabәlәrin müharibәdәn qaçıb ona yanaşmadıqlarını vә
dünya hәyatına bağlı olduqlarını bildirir. Allah-Tәala onları bu işlәrinә görә qınayır vә
başqa bir camaatı onların yerinә gәtirmәklә tәhdid edir. Bu tәhdid müxtәlif ayәlәrdә
qeyd olunmuşdur. Bu da onların dәfәlәrlә müharibәdәn qaçdıqlarının aşkar dәlilidir.

Mәsәlәn bir ayәdә belә buyurmaqdadır:

...

“…Әgәr dindәn üz çevirsәniz, yerinizә bir başqa cәmiyyәti gәtirәr; sonra
görәrsiniz ki, onlar sizә bәnzәmirlәr” (Mәhәmmәd surәsi, 38-ci ayә)

Başqa bir yerdә dә,

“Ey iman gәtirәnlәr, içinizdә kim dinindәn dönsә, Allah da (yerinә) özünün
sevdiyi, onların da Onu sevdiyi bir cәmiyyәt gәtirәr ki, mö’minlәrin qarşısında


Click to View FlipBook Version