The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-30 08:15:02

İslamda əxlaq prinsipləri

İslamda əxlaq prinsipləri

insana etibar edilən bir haqdır. Saxlanması üçün
bizə verilən pul, mal, iş, irs, namus, sirr bunların
hər biri əmanətdir. Bunları qorumaq, saxlamaq,
lazım olanı yerinə yetirmək, yerlərinə çatdırmaq
bizim üçün bir vəzifədir.

Allahın əmrləri də hər biri bir əmanətdir,
Onları da əmr edildiyi kimi yerinə yetirmək bir
əxlaqi borcdur.

Üzərimizə aldığımız şəxsi və milli vəzifələr
də hər biri bir əmanətdir. Əmrlərə görə bunları
da olduğu kimi yerinə yetirmək əxlaqi borcdur.
Bir insan üçün ən yüksək məziyyət məhz
etibarlı olmaqdır.

Xülasə: inad, qərarsızlıq, yüksək həyəcan,
qorxaqlıq, təkəbbür, yazıqlıq, həyasızlıq,
yalan, hiylə, əmanətə xəyanət, qəzəb, ehtiras,
kin, həsəd və buna bənzər insan ruhuna zidd
olan xəstəliklərdən nəfsimizi, ruh və iradəmizi
təmizləmək; səbat, mətanət, cəsarət, nəfsə
hakim olmaq, təvazökarlıq, ləyaqət, həya, ədəb,
doğruluq, sədaqət, etibar, səbir, qənaət, təmizlik
və s. kimi xüsusiyyətlərə ruhumuzu alışdırmaq,
şəxsiyyətimizə qarşı yerinə yetirməyə borclu
olduğumuz əxlaqi vəzifələrdir.

51

ƏXLAQIN FƏZİLƏTLƏRİ

Həya
Həya-insanda utanmaq, qınanılası əməllər
nəticəsində yaranan xəcalət hissidir. Alimlər
həyanı iki hissəyə bölmüşlər: birinci, fitri həya
(cəmiyyət daxilində açıq-aşkar icra etmək
niyyətindən çəkinmək); digəri, tərbiyə, təhsil,
yetişdiyi mühit və imanın insana verdiyi mənəvi
həya. Bir sözlə, həya-pis və çirkin əməllərdən
uzaq durmaq, hərəkət və davranışlarda diqqətli
olmaqdır.
İslama görə, həya insana yaraşan ən
gözəl xüsusiyyətlərdəndir, hətta onu imanla
da müqayisə edirlər. Allah Rəsulu (s)
hədislərin birində demişdir: “İmanın altmış
və ya yetmişdən çox əlaməti vardır. Onların
ən fəzilətlisi “Lə iləhə illallah” kəlməsi, digəri
isə hər hansısa maneəni yox etməkdir. Həya
imanın əlaməti olaraq onun ayrılmaz tərkib
hissəsidir. Biri zəiflədiyi təqdirdə digərinə də
təsir edəcək” (Əbu-Davud).
Həzrət Peyğəmbərin (s) həyatına diqqət
yetirdikdə, saysız-hesabsız həya örnəklərini

52

görə bilərik. Əmisi Abbasın dediyinə görə,
Kəbə yenidən inşa edilərkən Həzrət Məhəmməd
(s) də səhabələrlə birlikdə daş daşıyırmış.
Daşların çiynini əzməməsi üçün əmisi onun
paltarının ətəyini çiyninə qaldırmaq istəyərkən,
Rəsulullah (s) bədəninin görünəcəyindən həya
edərək dərhal aşağı əyilmiş və “paltarımı
üstümə ört”- demişdir.O dövrdə bədənin
əksər hissəsi açıq şəkildə gəzmək adi hal
olsa da, Peyğəmbərimiz (s) həya sərhədlərini
aşmamışdır.

Həyası olmayan insan çəkinmədən, Allah
qorxusunu duymadan istədiyini edər. Belələri
haram və günahın nə olduğunu bilməz. Hər şey
danışar, dilindən xoş bir söz belə çıxmaz.

İnsanlar əvvəl Allahdan həya etməlidirlər.
Peyğəmbərimiz (s) bu haqda səhabələrə xitab
edərək buyurmuşdur: “Allahdan haqqı ilə həya
edin”. Səhabələr cavab vermişlər ki, biz Uca
Yaradandan həya edirik, ey Rəsulullah (s)!
Peyğəmbərimiz (s) demişdir: “Kim Allahdan
haqqı ilə həya edirsə, ölümü və axirət həyatını
düşünsün” (səhihi-Buxari).

Kimdənsə, nədənsə həya etməklə

53

Allahdan həya etmək arasında böyük fərq
var. Allahdan həya edən insan, ən həyalı, ən
əxlaqlıdır. Uca Yaradan Öz Peyğəmbərini (s)
onun gecə ibadətləri, mütəmadi orucları, başqa
saleh əməllərdən dolayı deyil, məhz sahib
olduğu həya və gözəl əxlaqa görə tərifləyərək
bildirmişdir: “Şübhəsiz ki, sən böyük bir əxlaq
üzərindəsən!” (“əl-Qələm”, 68/4).

İslam həyaya, gözəl tərbiyəyə xüsusi
əhəmiyyət verir. Lakin, hər şeydə olduğu kimi,
həyada da ifrata varmaq yolverilməzdir, yəni
həddindən artıq həya etmək haqqı deməyə
mane olmamalı, cəsarəti azaltmamalı və insana
qorxaqlıq, bacarıqsızlıq hissi aşılanmamalıdır.

Həya insanların davranışlarında
tənzimləyici rol oynayır. Ona görə də həyalı
insan cəmiyyətdə yüksık hörmət sahibi və
sevilən şəxslərdəndir. Həyasını itirmiş insan
isə rəzil, Allah qatında dəyərsiz varlıq hesab
olunur.

Həzrət Əli (ə) qeyd etmişdir ki, insanların
ən ağıllısı ən həyalısı olandır. Bu mənada həya
ağlın göstəricisidir. Bəzən, həyasızlıq bacarıq,
istedad, qabiliyyət kimi təqdim olunur. Lakin,

54

bu olduqca yanlış düşüncədir. İnsanlar həya
məsələsinə həssas yanaşmalıdırlar. Çünki
camaatdan həya etməyən kəs Allahdan da həya
etməz.

Həya, həmçinin insanların axirət həyatını
gözəlləşdirir, onların Cənnətə getməsinə
səbəb olur. Peyğəmbərimiz (s) bu haqda
buyurmuşdur: “Həya imandandır, imanlı şəxs
Cənnətə gedəcək”.

Həya hər şəxsi xeyirli işlər görməyə sövq
edir, çünki o, bütün yaxşılıqların açarı və
imanın cövhəridir.

SƏBİR-əxlaqın məhək daşı
Allahın insanlara bəxş etdiyi ömür yolu
heç də həmişə hamar və rahat olmur. Bizim
hər birimiz gündəlik həyatımızda bəzən bu və
ya digər çətinliklərlə, maneələrlə, faciələrlə,
problemlərlə üzləşirik. Belədə məsələlərin
həlli bizim nə dərəcədə səbirli, təmkinli və
iradəli olmağımızdan asılı olur. Kənardan
tez-tez eşidirik: “Səbirli ol”, “Allah səbir
versin”, “Təmkinini itirmə”, “Hövsələli ol”.
Bəzi müdriklər əbəs yerə tövsiyə etmirlər ki,

55

çıxılmaz vəziyyətlərə düşdükdə üç dəfə “səbir,
səbir,səbir” deyə özünüzə təlqin edin. Bu
təsəlliverici sözlər elə bil bizə güc-qüvvət verir.
Nədir bu sözlərin sehri?

Fəlsəfi-dini termin kimi “səbir”in lüğəti
mənası elə “dözüm”, “mətanət”, “təmkin”
deməkdir. Səbir elə bir insani keyfiyyətdir
ki, onsuz digər əxlaqi-mənəvi dəyərlərin-
doğruluğun, dostluğun, qardaşlığın, cəsarətin,
təvazökarlığın, sədaqətin, Allah, bəndə
sevgisinin, ibadətin, qonaqpərvərliyin, ədalətin,
məsuliyyətin, səxavətin və s. tam şəkildə kamil
olması mümkün deyildir. Məlumdur ki, Uca
Tanrının adlarından biri Səburdur. Bu addan
Qurani-Kərimin beş surəsində doxsan dəfədən
çox söz açılır:

-“Səbir et, sənin səbir etməyin yalnız
Allahın köməyilədir”;

-“Ey iman gətirənlər! (Dində vacib olan
hökmləri yerinə yetirməyin zəhmətinə, düçar
olduğunuz bəlalara) səbir edin”;

-“Səbir edin, çünki Allah səbir
edənlərdəndir”.

Əziz Peyğəmbərimizin (s) buyurduğundan

56

da məlum olur ki, həyatın ən ağır sıxıntıları
Onun və Ondan əvvəlki bütün peyğəmbərlərin
başına gəlmişdir. Onlar məhz ona görə
Peyğəmbər olmuşlar ki, həyatları boyu bütün
çətinliklərə səbirlə, mərdliklə sinə gərə
bilmişlər, dözmüşlər. İslam Peyğəmbəri (s)
yaşadığı müddətdə insanlara müsibətlərə
dözməyin müsibətsiz bir həyat sürməkdən daha
yaxşı olduğunu öyrətmişdir.

Allah-Təala insanlara zənginlik, gözəllik,
güc, qüvvət kimi nemətlər bəxş edib. Ancaq
onlardan ən üstünü səbirdir: “Heç kimə
səbirdən daha xeyirli və daha böyük bir
nemət verilməmişdir”. Səbir olmayan yerdə
deyilən nemətlərin əldə olunması qeyri-
mümkündür. Ən çətin səbir nəfsi qorumaq və
sirr saxlamaqdır. Səbir bütün əxlaqi dəyərlərin
məhək daşıdır, açarıdır.

İki cür səbir var: fərdi və ictimai səbir.
İctimai səbir fərdi səbirlərin toplusundan
yaranır. Başqa əxlaqi kateqoriyalardan fərqli
olaraq səbir sonsuz deyil, onun əvvəli və
axırı, yəni müddəti, el dili ilə desək, “səbir
kasası” olur. Bu müddət pozulanda- “səbir

57

kasası” daşanda insanların münasibətlərində
problemlər yaranır: kin, düşmənçilik, bəzən də
münaqişələr, müharibələr başlayır. Əlbəttə səbir
mütiliyə, yalançı şükranlığa çevrilməməlidir.

Qarşılıqlı etimad
Qayda-qanunlara riayət cəmiyyətdə əmin-
amanlığın təmin olunmasına xidmət edir.
Asayiş və sabitlik baxımından insanların can,
malı, tutduqları mövqe və digər məsələlərə
yalnız o zaman zəmanət verilə bilər ki, hər kəs
üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin
və başqalarının hüquqlarına toxunmasın.
Sabitlik hökm sürən cəmiyyətdə ictimai
münasibətlər asanlıqla tənzimlənərsə, qarşıya
qoyulan məqsədlərə daha tez nail olunar.
Əksinə, hərc-mərclik hökm sürərsə, bir-birinin
var dövləti qanunsuz mənimsənilərsə, gələcəyə
ümid zəifləyər və bəşəriyyət fəlakətə doğru
sürüklənər.
Uca Yaradanın müqəddəs adlarından biri
“Səttarul-uyub”, yəni “Eyibləri örtən”dir.
Dinimiz başqalarının eyib və nöqsanları ilə
maraqlanıb onları aşkara çıxarmağı qadağan

58

edib. Eyib və nöqsanlar istər fiziki, istərsə də
mənəvi olsun, insanlığa xələl gətirməməli, üzə
çıxarılmamalıdır.

Həzrət Peyğəmbər (s) bu haqda demişdir:
“ Müsəlman qardaşının günahlarından
xəbərdar olub onu aşkara çıxarmayan şəxslərin
günahlarını Allah-Təala qiyamət günü aşkara
çıxarmayacaqdır” (“Kənzul-ummal”).

Həzrəti Əli (ə) Malik Əştəri Misirə vali
təyin edərkən buyurmuşdur: “Başqalarının
eyib və nöqsanlarını axtaran şəxsləri özündən
uzaq saxlamalı və onlar sənin nifrət etdiyin
kəslər olmalıdırlar. Çünki camaatın elə
çatışmazlıqları vardır ki, vali hamıdan çox
onları gizli saxlamalıdır. Elə isə səndən gizli
saxlanan eyib və nöqsanları aşkara çıxarmağa
cəhd etmə. Çünki vəzifən sənə aşkar olan
çatışmazlıqları aradan qaldırmaqdır. Allah-
Təala səndən gizli qalan eyib və nöqsanlar
barədə Özü hökm verəcəkdir. Bacardığın qədər
camaatın sirr və eyiblərini gizli saxla ki, Allah-
Təala da sənin camaatdan gizli saxlamaq
istədiyin şeyləri ifşa etməsin”. (“Biharul-
Ənvar”).

59

Əmanət dinimizin vacib saydığı hüquqi
məsələlərdəndir. Bu, müxtəlif şəkillərdə ola
bilər: hər hansı əşya, pul, sirr, məlumat və s.
əmanət tapşırılan şəxs etibarlı, doğru danışan
olmalıdır. İslama görə əmanətə xəyanət böyük
günah və başqalarının hüququna təcavüzdür.

Qurani-Kərimdə müsəlmanın əmanətdar
olması başlıca xüsusiyyət kimi göstərilir.
“Nisa” surəsinin 58-ci ayəsində deyilir: “Allah
sizə əmanətləri öz sahiblərinə qaytarmanızı
və insanlar arasında hökm etdiyiniz zaman
ədalətlə hökm etmənizi əmr edir...”

Əmanət İslam dinində o qədər böyük
əhəmiyyət daşıyır ki, onun qorunub –
saxlanılmasında əməli-saleh və fasiq
(günahkar müsəlman) şəxslər arasında fərq
qoyulmamışdır. Şəraitdən asılı olmayaraq,
əmanət qorunmalı və vaxtı çatdıqda sahibinə
qaytarılmalıdır.

Doğruluq
Doğruluq və dürüstlük yüksək insani
keyfiyyətlərdəndir. Müsəlman danışdığı
zaman doğru danışmalı, bilmədiyi mövzularda

60

susmalıdır. Çünki bilmədiyi mövzuda danışdığı
zaman qulağın, gözün, qəlbin ondan məsul
olduğu bildirilir. (“əl-İsra”, 17/36). “Əhzab”
surəsinin 70-ci ayəsində isə: “Ey iman
gətirənlər! Allahdan qorxun və doğru söz
söyləyin” deyilir.

Əxlaqın təməl prinsiplərindən hesab
edilən doğruluq nə qədə gözəl xüsusiyyətdirsə,
yalançılıq da bir o qədər mənfi keyfiyyətdir.
Doğruluq insana cəmiyyət arasında
özünəinam, alicənablıq və şərəf gətirər.
Qarşılıqlı münasibətlərdə doğruluq prinsipi çox
önəmlidir.

Fərdləri doğru olmayan cəmiyyətdə əmin-
amanlıq mümkün deyil. Ona görə də İslam
fərdi doğruluğa böyük əhəmiyyət vermişdir:
“Ey iman gətirənlər! Allahdan qorxun və
(imanında, sözündə, işində) doğru olanlarla
bərabər olun!” (“ət-Tövbə”, 9/119).

İsraf və qənaət
İsraf ərəb dilindən tərcümədə hədsiz
dərəcədə istifadə etmək, ehtiyaclardan artıq
xərcləmək və həddi aşmaq mənalarını verir.

61

Dini termin kimi isə halal və qanuni yollarla
əldə edilmiş pul və sərvətdən lazımi qədərdən
çox, əbəs yerə istifadə etmək anlamına gəlir.

Halal yollarla işləyib, ruzi qazanmağı
buyuran dinimiz israfı və lüzumsuz yerə
pul xərcləməyi qadağan etmişdir. Bu barədə
Allah, Rəsuluna (s) vəhy etdiyi bir ayədə belə
buyurur. “Ey Adəm oğulları! Hər ibadət vaxtı
(namaz qılarkən, məscidə gedərkən və ya təvaf
edərkən) gözəl libaslarınızı geyin, yeyin için,
lakin israf etməyin, çünki Allah israf edənləri
sevməz!“. (“əl-Əraf”, 7/31).

İsrafın haram olduğunu göstərən bu ayənin
sonundakı “Allah israf edənləri sevməz” ifadəsi
müsəlmanlar üçün önəmli xəbərdarlıqdır.
Təbii ki, Allahın sevimli bəndəsi olmağa
çalışan hər müsəlman bu xəbərdarlığa biganə
qalmamalıdır.

Həzrət Məhəmmədin (s) hədislərində də
bu məsələyə geniş yer verilmişdir. Hədisi-
şəriflərin birində buyurulur ki, bir dəfə Həzrət
Peyğəmbər (s) Sədin evinə getmişdir. Allah
Rəsulu (s) onu dəstəmaz alarkən sudan çox
istifadə etdiyini görmüş və israfa yol verməməyi

62

tövsiyə etmişdi. Səd isə “dəstəmazda ifrat
olarmı?” dedikdə, Həzrət Məhəmməd (s)
“Bəli, hətta axan çay kənarında olsan belə,
dəstəmaz alarkən israf etmə” – deyərək cavab
vermişdi.(İbn Macə,Təharət).

Yaddan çıxarılmamalıdır ki, israfın zərəri
sadəcə, bu dünyada biruzə vermir. Ömrünü
və sərvətini yaxşı qiymətləndirməyənlərdən
qiyamət günündə bunların hesabının
soruşulacağı haqqında Həzrət Məhəmməd
(s) belə buyurmuşdur:”Qiyamət günü insan
dörd şeydən sorğu-suala çəkilmədikcə,
Allahın hüzurundan ayrıla bilməz: ömrünü
harada keçirdiyindən, vücudunu harada
əldən saldığından, malını necə qazanıb,
haraya xərclədiyindən və biliyi ilə hansı işlər
gördüyündən” (“ət-Tərğib və Tərhib”).

Malımızı və pulumuzu təkcə öz ehtiyacımız
üçün deyil, cəmiyyətin də ehtiyaclarına sərf
etməliyik. İsraf fərdə və cəmiyyətə mənəvi
sıxıntılar gətirməklə yanaşı, iqtisadi inkişafı
ləngidərək ölkələri tənəzzülə uğradır. Bunlarla
yanaşı çağdaş dövrümüzdə insanların qiymətini
bilmədən ifraf etdiyi əsas nemətlərdən biri

63

zamandır. Ən böyük israf vaxtı boş keçirməkdir.
Ayə və hədislərdə diqqət çəkən digər

xüsusiyyət qənaətdir. Allah Rəsulu (s) insanları
İslam əxlaqının ən vacib prinsiplərindən olan
qənaətcilliyə təşviq etmişdir. O, insanın həqiqi
zənginliyinin qənaət olduğunu söyləmişdir.
Məhəmməd Peyğəmbər (s) hədislərin birində
buyurmuşdur: “Müsəlman olub, lazımi qədər
ruzisi olan və əlindəki nemətə qənaət edən kəs,
şübhəsiz, xilas olmuşdur” (“Səhihi-Muslim”).

Əxlaq və təsəvvüf qaynaqlarında
qənaətcillik mənəvi fəzilət kimi təqdim
olunur. Allahın verdiyi nemətlərə şükür etmək,
qənaətcil olmaq, ruzini çalışaraq qazanmaq
İslam əxlaqının təşviq etdiyi əsas cəhətlərdir.
Həzrət Peyğəmbər (s) hədislərində ruziyə sahib
olan və ona qənaət edən şəxsi tərifləmiş, eləcə
də əsl zənginliyin sərvət çoxluğu ilə deyil,
könül xoşluğu ilə ölçüldüyünü bildirmişdir.

Qənaətcil adam ruzisinin qədrini bilər,
əldə etdyi hər nemətə görə Allah-Təalaya həmd
edər. Buna görə də Allah qənaətcil insanları
sevər, onların ruzisini artırar və kimsəyə
möhtac etməz.

64

Gözəl əxlaqlı olmanın əlaməti
bunlardır

İnsaflı olmaq, yoldaşlarının səhvlərini
görməmək, hüsnü-zənn etmək, sui-zənndən (pis
zənndən) çəkinmək, yoldaşlarının əziyyətlərinə
sinə gərmək, onlardan şikayətçi olmamaq,
həmişə öz ayıb və qüsurlarıyla məşğul olmaq,
öz nəfsini qınamaq, gülər üzlü olub, hər kəslə
xoş danışmaqdır.

Gözəl əxlaqlı kimsə, ədəblidir, az danışar,
səhvi azdır, qeybət etməz, Allah üçün sevər,
Allah üçün nifrət edər, əmanətə riayət edər,
qonşusunu və yoldaşını qoruyar. Bütün
xüsusiyyətlərin başı isə həyadır.

Həzrəti Xızır buyurub ki:
“Gülər üzlü ol, hiddətlənmə! Həmişə
faydalı iş et, az da olsa zərərli iş etmə! Lüzumsuz
gəzmə, boş yerə gülmə, heç kimi qüsurundan
ötrü ayıblama, günahların üçün ağla!”

65

Əxlaqı gözəlləşdirmək

Hədisi-şəriflərdə buyurulur ki:
“Sizin imanca ən gözəliniz, əxlaqca ən
gözəl olanınızdır.”
“Allahu təala qatında pis əxlaqdan böyük
günah yoxdur. Çünki, pis əxlaqlı bir şəxs
bir günahdan tövbə edib xilas olsa, başqa bir
günaha düşər. Heç bir vaxt günahdan xilas ola
bilməz.” (İsfəhani)
“Bir müsəlman gözəl əxlaqı sayəsində,
gündüzləri oruc tutan, gecələri ibadət edən
kəslərin dərəcəsinə qovuşar.” (İ.Əhməd)
“Bu üç xüsusiyyəti olan insanın imanı
kamildir: Hər kəslə yola gedən gözəl əxlaq,
özünü haramlardan qoruyan vəra (qorxaqlıq),
cahilliyini örtən yumşaqlıq.”
“İsti su buzu əritdiyi kimi, yaxşı xasiyyətli
olmaq günahları əridər, yox edər. Sirkə balı zay
edib yeyilməz etdiyi kimi, pis xasiyyətli olmaq
ibadətləri zay edib yox edər.”
“Hirsli olduğu zaman hirsini məğlub
edərək yumşaq davrananı Allah-Təala sevər.”
(İsfəhani)

66

Bir kimsə Rəsulullah əfəndimizdən nəsihət
istədi, “Hirslənmə, əsəbiləşmə” buyurdu. Bir
neçə dəfə soruşdu, hamısına da “Hirslənmə,
əsəbiləşmə” buyurdu. (Buxari)

Yaxşı insan olmaq üçün nə etmək
lazımdır?

Yaxşı insan olmaq üçün kamil, yəni yetkin
müsəlman olmaq lazımdır. Yəni, müsəlman
yaxşı insan deməkdir.

Allah qatında mömin çox qiymətlidir.
Qurani-kərimdə məalən buyurulur ki:

“Möminlər, elə kəslərdir ki, Allah
anıldığı vaxt qəlbləri titrəyər, Allahın
ayələri oxunanda imanları qüvvətlənər və
yalnız Rəblərinə təvəkkül edib güvənərlər,
namazı doğru qılar, onlara ruzi olaraq
verdiyimizdən (Allahın razı olduğu yerlərə)
xərcləyərlər”. (“əl-Ənfal”, 8/ 2-3)

“Möminlər, mütləq qurtuluşa çatmışdır.
Namazlarını huşu içində qılar, boş və
lüzumsuz şeylərdən üz çevirər, zəkatlarını
verər, iffətlərini qoruyar, əmanət və əhdlərinə
riayət edərlər”. (“əl-Muminin”, 23/1-8)

“Onlar, Allahın əhdini yerinə yetirər,

67

verdikləri sözü pozmaz, Rəbbinin rizasını
istəyib səbir edər və pisliyi yaxşılıq ilə dəf
edərlər”. (“ər-Rad”, 13/20-22)

“(Möminlər) böyük günahlardan və
həyasızlıqdan çəkinər, hirsləndikləri vaxt da
qüsurları bağışlayar və işlərini aralarında
məsləhətləşərlər”. (“əş-Şura”, 42/ 37-38)

“İman edib xeyirli iş işləyən
(mömin)lərin pisliklərini, and olsun ki,
örtərik, onları etdiklərinin ən yaxşısı ilə
mükafatlandırarıq”. (“əl-Ənkəbut”, 29/7)

“Allah onların (möminlərin) günahlarını
örtər, onlara işlədikləri əməllərin ən
gözəllərinin qarşılığını verər”. (“əz-Zumər”,
39/35)

“Allah, inanıb əmrlərini yerinə yetirən
möminlərə əfv və böyük əcr vəd etmişdir”.
(“əl-Fəth”, 48/29)

“Əlbəttə möminlər qardaşdır”. (“əl-
Hucurat”, 49/10)

Möminlərlə əlaqədar hədisi-şəriflərdən
bəziləri də aşağıdakılardır:

“Müsəlman, əlindən və dilindən
müsəlmanların əmin olduğu kimsədir.”

68

“Möminlər, bir-birinə qarşı sevgi və
mərhəmətdə, bir bədən kimidir. Bədənin bir
yeri narahat olanda, bütün bədən narahat
olub müalicəsi ilə məşğul olunduğu kimi,
müsəlmanlar da belə bir-birinə köməyə
qaçmalıdır”

Müsəlmanların xüsusiyyətləri

nələrdir

Allahdan qorxan müsəlmanın xüsusiyyətləri
nələrdir?

Allahdan qorxan bir kimsə, Onun əmrlərini
etməyə, qadağanlarından çəkinməyə çox diqqət
edər. Heç kimə pislik etməz. Özünə pislik
edənlərə səbir edər. Etdiyi qüsurlara tövbə edər.
Sözünün əri olar. Hər yaxşılığı Allah üçün edər.

Heç kimin malına, canına, namusuna göz
dikməz. Çalışarkən, ticarət edərkən kimsənin
haqqını yeməz. Hər kəsə yaxşılıq edər. Şübhəli
şeylərdən çəkinər. Vəzifə sahiblərinə, zalımlara
yaltaqlanmaz. Elm və əxlaq sahiblərinə hörmət
göstərər.

69

Yoldaşlarını sevər və özünü sevdirər.
Yanlış kəslərə nəsihət edər. Onlara tabe
olmaz. Kiçiklərə mərhəmətli və şəfqətli olar.
Qonaqlarına ikram edər. Kimsəni çəkişdirməz.
Zövqü arxasınca qaçmaz. Zərərli və hətta
faydasız bir şey söyləməz. Kimsəyə sərt
davranmaz. Comərd olar. Malı və vəzifəni hər
kəsə yaxşılıq etmək üçün istəyər.

Riyakarlıq, ikiüzlülük etməz. Özünü
bəyənməz. Allah-Təalanın hər an gördüyünü
və bildiyini düşünərək heç pislik etməz. Onun
əmrlərinə sarılar. Qadağan etdiklərindən qaçar.
Allahdan qorxanlar millətinə, ölkəsinə faydalı
olar.

Allahu təala Qurani-kərimdə inananları
belə təsvir edir:

“Rəhmli olan Allah-Təalanın qulları
yer üzündə könül alçaqlığı ilə təmkin və
təvazö ilə gəzərlər. Cahillər onlara sataşacaq
olarsa, bunlara (sağ və salamat olasınız kimi)
gözəl söz deyərlər, (böyük bir mülayimlik
göstərərlər). Onlar gecələri səcdə edər və
qiyamda dayanarlar (namaz qılarlar).
Onlar, “Ya Rəbb, cəhənnəm əzabını bizdən

70

uzaqlaşdır. Cəhənnəm əzabı davamlıdır
və çox şiddətlidir. Ora şübhəsiz pis bir
yer və pis bir dayanacaqdır” deyərlər. Bir
şey verdikləri vaxt israf etməz, xəsislik də
etməzlər, ikisi arasında orta bir yol tutarlar.
Kimsənin haqqını yeməz, Allaha şərik
qoşmaz, Ondan başqasına yalvarmazlar.
Allahın toxunulmasını haram etdiyi cana
qıyıb, haqsız olaraq kimsəni öldürməz,
zina etməzlər. Bunlardan birini edənin
Qiyamətdə əzabı qat-qat çox olar, orada
zəlil və alçaq olaraq əbədi qalarlar. Ancaq,
Allah tövbə edən və doğru iman edən və
ibadət və faydalı iş görənlərin pisliklərini
yaxşılığa çevirər. Allah, əfv və mərhəmət
sahibidir. Tövbə edib saleh əməl işləyən
Allah-Təalaya (tövbəsi məqbul və Onun
razılığına qovuşmuş olaraq) dönər. Onlar
yalan yerə şahidlik etməz, faydasız və
zərərli işlərdən çəkinərlər. Özlərinə ayələr
oxunduğu vaxt kor və kar davranmazlar,
(diqqət ilə dinləyib bu ayələrlə özlərinə əmr
edilən şeyləri edərlər)” (“əl-Furqan”, 25/ 63-
73)

71

Kamil müsəlmanın xüsusiyyətləri

Quran ayələri və hədislər müsəlmanlara
yüksək əxlaqi dəyərlər təlqin edir. İslama görə
hər müsəlman nümunəvi əxlaq sahibi olmalıdır.
Bəs, görəsən, müsəlmanlar bu prinsipə əməl
edirlərmi?

Şübhəsiz ki, müsəlmanlar üçün ən gözəl
əxlaq Məhəmməd Peyğmbərdir(s). Qurani-
Kərimdə Məhəmməd Peyğəmbərə (s) xitabən
buyurulur: “Şübhəsiz ki, sən böyük əxlaq
üzərindəsən!” (“əl-Qələm”, 68/4). Eyni
zamanda, İslam Peyğəmbəri (s) hədislərindən
birində buyurur: “Mən gözəl əxlaqı
tamamlamaq üçün göndərildim” (“Səhihi-
Buxari”). Kamil əxlaq sahibi olmaq istəyən hər
müsəlman yaşayışında, insanlarla davranışında
Peyğəmbərin (s) həyatını özü üçün nümunə
götürməlidir. Onun sözlərində, davranışında
möminlər üçün çoxlu ibrətlər vardır.

İslama görə, müsəlman aşağıdakı əxlaqi
keyfiyyətlərə malik olmalıdır.

Ədalətli olmaq və nəfsin istəyinə
uymamaq. Müsəlmanın yerinə yetirməsi vacib

72

olan əsas prinsiplərdən biri ədalətdir. Ona
görə də müsəlman insanlarla rəftarda ədalətli
olmalıdır. Qurani-Kərimdə buyurulur: “Ey
iman gətirənlər! Allah qarşısında (borcunuzu
yerinə yetirməkdə) sabit qədəm və ədalətli
şahidlər olun. Hər hansı bir camaata qarşı
olan kininiz sizi ədalətsizliyə sövq etməsin...”
(“əl-Maidə”, 5/8).

Əhdə vəfalı olmaq və əmanədə xəyanətdən
çəkinmək. Müsəlman əmanətə xəyanət
etməməli və ətrafındakı insanların inam və
etibarını qazanmalıdır. Həzrəti Məhəmmədə (s)
peyğəmbərlik verilməmişdən əvvəl onu sevən
və sevməyən hər insan ona “Əmin” ləqəbi ilə
müraciət edirdi.

İnsanları xeyirli işlərə dəvət etmək və
onları pis əməllərdən çəkindirmək. Müsəlman
hər zaman və hər yerdə xeyirli işlər görməyi
tövsiyə etməli, insanları pis əməllərdən
çəkindirməlidir.

Bu barədə Məhəmməd Peyğəmbər (s)
buyurur: “Təqlidçi olub insanların etdiklərini
təkrarlamayın. Əgər yaxşılıq etsələr, yaxşılıq,
pislik etsələr, pislik edərəm, deməyin! Vərdiş

73

edin ki, insanlar yaxşılıq etsələr, yaxşılıq
edəsiniz, pislik etsələr zülm etməyəsiniz”.
(Tirmizi,”Sünən”).

Günah əməllərdən çəkinmək. Müsəlman
bütün günah əməllərdən və haram yeməklərdən
çəkinməlidir. Allah-Təala insanın sağlamlığı
üçün zərərli olan yeməkləri müsəlmanlara
qadağan etmiş, halal olan hər ruzini isə halal
qılmışdır.

Yalan danışmamaq. İslamda yalan
danışmaq və insanları aldatmaq böyük
günah sayılır. Məhəmməd Peyğəmbər (s)
buyurmuşdur:”Doğru danışmaq yaxşılığa,
yaxşılıq da insanı Cənnətə aparar. İnsan doğru
danışa-danışa Allah qatında sadiqlər dərəcəsinə
qalxar. Yalan danışmaq pisliyə, pislik də insanı
Cəhənnəmə aparar. İnsan yalan danışa-danışa
Allah qatında yalançı hesab olunar” (“Səhihi-
Buxari”).

Qeybət etməmək və zənnə qapılmamaq.
Müsəlmanın uzaq olması vacib olan
xüsusiyyətlərdən biri də qeybət və əsassız
zənndir. Əsassız zənn isə müsəlmanlar
haqqında deyilən yanlış sözləri araşdırmadan,

74

düşünmədən doğru qəbul etmək, onlar

haqqında yanlış qərarlar çıxarmaqdır. Belə

yanlış fikir və düşüncələr müsəlmanların

birlik və bərabərliyini pozar. Quranda

buyurulur: “Ey iman gətirənlər! Çox zənnə-

gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki,

zənnin bəzisi (heç bir əsası olmayan zənn)

günahdır.(Bir-birinizin eybini, sirrini)

arayıb axtarmayın, bir-birinizin qeybətini

qırmayın...” (“əl-Hucurat”, 49/12).

Mərhəmətli olmaq. İnsanlara qarşı

mərhəmətlə davranmaq, çarəsizlərə

köməklik göstərmək müsəlmanın əsas

əxlaqi keyfiyyətlərindəndir. Müsəlman

yalnız insanlara deyil, bütün canlılara qarşı

mərhəmətlə davranmalıdır. Məhəmməd

Peyğəmbər (s) buyurmuşdur:”Yerdə olanlarla

mərhəmətlə davranın ki, göydəki də sizə rəhm

etsin” (Səhihi-Buxari”).

Təvazökar olmaq. Həqiqi müsəlman

səmimi və təvazökar olmalı, insanlarla xoş rəftar

etməlidir. İslamda lovğalıq, özündən razılıq

pislənilir. Quranda Loğmanın oğluna xitabən

belə buyurduğu bildirilir: “Adamlardan

75

təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-
lovğa gəzib dolanma. Həqiqətən Allah heç
bir özündən razını, lovğalanıb fəxr edəni
sevməz!...” (“Loğman”, 31/18).

Ayə və hədislərdən də göründüyü kimi,
müsəlman yüksək əxlaq sahibi olmalıdır. Hər
müsəlman Allah-Təalanın və Peyğəmbərin (s)
müsəlmanlara tövsiyyəsini yerinə yetirməlidir.
Ona əməl etmədən əxlaqlı və kamil müsəlman
olmaq mümkün deyildir.

Yaxşı xasiyyətli olmağın və bunu
mühafizə etməyin yolu

Yaxşı xasiyyətli olmaq üçün və əxlaqını
mühafizə edə bilmək üçün saleh kəslərlə,
yaxşı xasiyyətlilərlə yoldaşlıq etmək lazımdır.
İnsanın əxlaqı yoldaşının əxlaqı kimi olar.
Hədisi-şərifdə, “İnsanın dini, yoldaşının dini
kimi olar” buyuruldu. Əxlaqı pozan, şəhvəti
hərəkətə gətirən kitabları oxumamaq, belə
radio və TV-dən çəkinmək lazımdır.

76

Yaxşı xasiyyətlərin faydaları, haramların
zərərləri və cəhənnəmdəki əzabları həmişə
xatırlamaq lazımdır. Mal, mövqe arxasınca
qaçanlardan heç biri muradına qovuşa
bilməmişdir. Malı, mövqeni xeyir üçün axtaran
və xeyir işlərdə istifadə edən rahata, hüzura
çatmışdır.

Allah-Təaladan qorxmaq bu dəryanın
gəmisidir. Hədisi-şərifdə, “Dünyada qalıcı
deyil, yolçu kimi yaşa! Öləcəyini heç unutma”
buyurulmuşdur.

Faydasız şeylərdən, oyunlardan, zərərli
zarafatlaşmaq və münaqişə etməkdən çəkinmək
lazımdır. Elm öyrənmək və faydalı işlər görmək,
vaxtın qiymətini dəyərləndirib gecə-gündüz
elm öyrənmək lazımdır! Elm, ibadət üçündür.
Qiyamətdə işdən, ibadətdən soruşular, çox elm
öyrəndinmi deyə soruşulmaz. İş və ibadət də
ixlas əldə etmək üçündür. (İslam Əxlaqı)

77

Yaxşı bir müsəlman olmaq üçün Allahın
əxlaqı ilə əxlaqlanmaq lazımdır.

Bu necə olar?
“Bir kimsə bir şəxs ilə danışanda, əgər
qəlbində dünya sevgisi azalıb, Allah-Təalaya
bağlılığı artarsa, onun kəramət sahibi, övliyadan
bir şəxs olduğu aydın olar. Əgər belə olmazsa,
o şəxsin istidrac (kafir və fasiqlərdə görülən
qeyri-adi hallar) göstərən bir yalançı olduğu
meydana çıxar. “Övliya olmaq üçün Allah-
Təalanın əxlaqı ilə əxlaqlanmaq lazımdır”
buyurulmuşdur. Yəni, Allah-Təalanın sifətlərinə
(xüsusiyyət) uyğun sifətlər, övliyada hasil olar.
Fəqət, bu bənzərlik sadəcə addadır. Yoxsa
sifətlərin xüsusiyyətində bərabərlik olmaz.
“Allah-Təalanın bir sifəti də Basirdir.
Yəni, Allah-Təala hər şeyi görər. Bir kimsənin
qəlb gözü açılar, fərasət işığı ilə öz ayıblarını
və başqalarının yaxşı xüsusiyyətlətini görərsə,
yəni başqalarını özündən üstün görərsə və
Allah-Təalanın hər an gördüyünü nəzərə alaraq
həmişə Onun bəyəndiyi şeyləri edərsə, bu
sifətlə əxlaqlanmış olar.

78

Allah-Təalanın bir başqa sifəti də
Mümitdir. Yəni öldürən deməkdir. Bir kimsə,
sünnətlərin yerinə yerləşmiş olan bidətləri yox
edərsə, bu sifətlə sifətlənmiş olar. Bütün sifətlər
bunun kimidir.”

Allah-Təalanın sifətlərindən biri Səttardır.
Yəni günahları örtəndir. Müsəlmanın da, din
qardaşının qüsurunu örtməsi lazımdır.

Allah-Təala Kərimdir. Rəhimdir. Yəni
lütfü, ehsanı bol və mərhəməti çoxdur.
Müsəlmanın da, comərd və mərhəmətli olması
lazımdır!

Allah-Təala Qaffardır, yəni qullarının
günahlarını əfv edəndir. Müsəlmanların da bir-
birlərinin qüsurlarını əfv etməsi lazımdır!

Əfv, haqq etdiyi bir şeyi almayıb sahibinə
bağışlamaq deməkdir. Allah- Təala əfv edəndir,
əfv edənləri sevər. Qurani-Kərimə məalən, “Əfv
et, marufu (əmrləri) təbliğ et və cahillərdən
üz çevir!” buyurulur.(“əl-Əraf”, 7/199)

Hədisi-şəriflərdə də buyurulmuşdur ki:
“Əfv edin ki, Allah-Təala da sizi əfv etsin
və şərəfinizi ucaltsın!” (İsfəhani)

79

Ən məqbul əməl nədir?
Peyğəmbər əfəndimiz ən məqbul əməlin
gözəl əxlaq olduğunu bildirmiş, “İman
cəhətindən möminlərin ən fəzilətlisi, əxlaqı
gözəl olanlardır.” buyurmuşdur.
Bir kimsə Peyğəmbər əfəndimizdən
nəsihət istədi. Dedi ki:
— Ya Rəsulallah, mənə öyüd ver!
— Harada olursan ol Allahdan qorx!
— Yenə buyur, ya Rəsulallah!
— Hər pislikdən sonra dərhal bir yaxşılıq
et! Yaxşılıqlar günahları aparar.
— Yenə buyur!
— Hər kəslə gözəl rəftar et!
Oğlu Loğman əleyhissəlamdan soruşar:
— Ən yaxşı xislət nədir?
— Dindar olmaqdır.
— Yaxşı atacan, bu xislət iki olarsa?
— Dindarlıq və mal sahibi olmaq.
— Üç olarsa?
— Dindarlıq, mal və həya.
— Dörd olarsa?
— Dindarlıq, mal, həya və gözəl əxlaq.
— Beş olarsa?

80

— Dindarlıq, mal, həya, gözəl əxlaq və
comərdlikdir.

— Altı olarsa?
— Oğlum bu beş xislət kimdə olarsa, o
şəxs təqva əhli, təmiz bir kimsədir, Allah-
Təalanın dostudur, şeytandan uzaqdır.
Qurani-kərimdə isə buyurulur ki:
“Allah qatında ən şərəfliniz, təqva əhli
olanınızdır.” (“əl-Hücurat”, 49/13)
Bir kimsə kübar bir ailəyə mənsub olmasa
da, gözəl xasiyyətli isə, onun üçün gözəl
xasiyyəti yaxşı bir kübarlılıqdır.
Gözəl xasiyyətli kimsə, insanların təqdirini
qazanar. Hədisidə buyurulur ki:
“Mallarınızla hər kəsi məmnun edə
bilməzsiniz. Gülər üz və şirin dil ilə, gözəl
əxlaqla məmnun etməyə çalışın!”

Gözəl əxlaqa sahib olmaq üçün nə etmək
lazımdır?

Gözəl əxlaqa sahib olmaq üçün yaxşı
və pis xasiyyətləri bilmək lazımdır. Ayrıca
öz pis xasiyyətlərini araşdırması lazımdır.
Bu araşdırmanı özü edər. Yaxud bir alimin,

81

rəhbərin bildirməsi ilə anlayar. İnsan öz
qüsurlarını çətin anlayar. Güvəndiyi yoldaşına
soruşaraq da qüsurunu öyrənər. Sadiq olan
dost onu təhlükələrdən, qorxulardan qoruyan
kimsədir. Düşmənlərinin ona qarşı istifadə
etdikləri sözlər də insana ayıblarını tanıtmağa
faydalı olar. Çünki düşmən insanın ayıblarını
axtarıb üzə vurar. Dost isə insanın ayıblarını
çox görməz.

Reyğəmbərimizin, imamlarımızın və
mötədil din alimlərinin hədis və əsərlərini
oxumaq da yaxşı xasiyyətli olmağa səbəb
olar. Özündə pis xasiyyət olan kimsə buna
tutulmanın səbəbini araşdırmalı, bu səbəbi
yox etməyə, bunun ziddini etməyə çalışması
lazımdır. Pis xasiyyətdən xilas olmaq, bunun
ziddini etmək üçün çox çalışmaq lazımdır.
Çünki, insanın alışdığı şeydən xilas olması
çətindir. Pis şeylər nəfsə şirin gələr.

Ən vəhşi heyvan belə tərbiyə ilə
əhliləşdirilir. Heç bir zaman alma çəyirdəyindən
portağal olmaz. Fəqət, alma fidanını böyüdərək,
xüsusi qayğı göstərərək keyfiyyətli alma verən
bir ağac olaraq yetişdirmək mümkündür.

82

Bunun kimi insan təbiətində olan bəzi arzular
yox edilə bilməz, fəqət tərbiyə edilə bilər.

Hər şeyi, ziddi məhv edər. Pis xasiyyətləri,
yaxşı xasiyyətlər yox edər. Bu baxımdan özünü
çətinliklə də olsa yaxşı işlər etməyə alışdırmaq,
onları adət halına gətirmək lazımdır. Uşağı
əməlləri və əxlaqı gözəl olan insanlarla
yoldaşlıq etdirilərsə, gözəl əxlaq özbaşına
onun təbiəti olar. Bu əsaslar daxilində uşaqlar
yetişdirilərsə dünya və axirət səadəti əldə
edilir. Qiyamət günü ana-ata uşağına öyrətməsi
lazım olan elmlərdən məsul olacaq, vəzifəsini
etməmiş isə, yaxud qüsur etmiş isə cəzaya
məruz qalacaqdır. Uşaqlarını İslam tərbiyəsi
üzərinə yetişdirməyənlər, dünya və axirət
fəlakətinə məruz qalacaqlar.

Nə xoşbəxt uşağını İslam əxlaqı ilə
yetişdirənlərə.

83

Gözəl əxlaqlı olmaq

Gözəl əxlaqlı olmaq üçün xülasə halında
bir neçə prinsip vardır

Yaxşı və pis əxlaqı bilmək və tətbiq etmək
lazımdır. İslam Əxlaqı kitabında oxuyub,
oradakı bilgilərlə əməl edən, gözəl əxlaqlı olar.
Bu kitabda yazılı olan bu iki prinsipi əsas alan
da gözəl əxlaqlı olar:

- Düşmənlərimiz, müxaliflərimiz, bizi çəkə
bilməyənlər, həmişə ayıblarımızı araşdırarlar.
Onlardan qüsurlarımızı öyrənib gözəl əxlaqa
sahib ola bilərik. Bir nəfər, əxlaqını düzəltmək
üçün İbrahim Əthəm həzrətlərinə, ayıbını,
qüsurunu bildirməsi üçün yalvaranda, “Səni
özümə dost etdim. Hər halın mənə gözəl
görünür. Ayıbını başqasına soruş” dedi.

- Başqasında bir ayıb görəndə, bunu
özündə axtarmaq, özündə taparsa bundan xilas
olmağa çalışması lazımdır. “Mömin möminin
güzgüsüdür” hədisi-şərifinin mənası budur. Yəni,
başqasının ayıblarında öz ayıblarını görər. İsa
əleyhissəlama, bu gözəl əxlaqı kimdən öyrəndiyi
soruşulanda, “İnsanlara baxdım. Xoşuma

84

gəlməyən şeylərindən çəkindim. Bəyəndiyimi mən
də etdim” buyurdu. Həzrəti Loğmana, “Ədəbi
kimdən öyrəndin” deyiləndə, “Ədəbsizdən”
buyurdu. Yəni birinin etdiyi hərəkət bizim
xoşumuza gəlmirsə, ədəbsizlik olaraq görsək, onu
bizim də etməməyimiz lazımdır. Birisi bizim bir
qüsurumuzu söyləyəndə sevinmirsək, başqalarının
da qüsurlarını söyləməyimiz lazımdır. Birisi bizi
tənqid edincə xoşlanmırsaq, bizim də başqalarını
tənqid etməməyimiz lazımdır.

İnsan bu prinsipləri tətbiq edərsə gözəl
əxlaqlı olar. O halda, bir söz söyləyərkən,
özümüzü qarşımızdakının yerinə qoymağımız
lazımdır.

Əxlaq haqqı nda İslam Peyğəmbəri,
müqəddəs imamlar və alimlərin qiymətli

kəlamları
Allahın Peyğəmbəri (ə):«İslam gözəl
əxlaqdır.»
Allahın Peyğəmbəri (s):«Gözəl əxlaq dinin
yarısıdır.»
İmam Əli (ə):«Gözəl əxlaq möminin
kitabının sərlövhəsidir.»

85

İmam Əli (ə):«Gözəl xasiyyət bütün
yaxşılıqların mənşəyidir.»

İmam Sadiq (ə):«Gözəl əxlaqdan ləzzətli
həyat yoxdur.»

Allahın Peyğəmbəri (s):«Bəndə, hərçənd
ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə
axirətdə böyük dərəcələrə və ali məqamlara
çatar.»

Allahın Peyğəmbəri (s):«Həqiqətən,
xoşxasiyyət insan gündüzlər oruc tutan və
gecələr ibadət edən kəsin savabına sahibdir.»

Allahın Peyğəmbəri (s):«Əməllər tərəzi-
sində gözəl əxlaqdan ağır bir şey yoxdur.»

Allahın Peyğəmbəri (s):«Sizlərdən mənə
ən sevimli və Qiyamət günü ən yaxın olan
şəxs ən xoşxasiyyətliniz və ən çox təvazökar
olanınızdır.»

Allahın Peyğəmbəri (s):«Əxlaqı daha
gözəl olan möminin imanı daha kamildir.»

İmam Əli (ə):«Gözəl əxlaq üç şeydədir: haram
işlərdən uzaqlaşmaqda, halal dalınca getməkdə,
ailənin asayişini və rifahını təmin etməkdə.»

İmam Əli (ə):«Salam vermək gözəl
əxlaqdan irəli gəlir.»

86

İmam Sadiq (ə) -hədd və gözəl əxlaqın
mənası barədə verilən sualın cavabında: «Gözəl
əxlaqlı insan yumşaq xasiyyətli, mehriban,
danışığında saf və ədəbli olan, qardası ilə
mehriban rəftar edən kəsdir.»

87

Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı: 60x90 1/32
Tiraj: 5000

“TUNA PRINTING & PUPLISHING COMPANY”


Click to View FlipBook Version