The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

POLİQON jurnalı 2023 iyul-avqust 4 (66)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by POLIQON / AZERI DEFENCE Military Magazine, 2023-09-26 09:22:22

POLİQON jurnalı 2023 iyul-avqust 4 (66)

POLİQON jurnalı 2023 iyul-avqust 4 (66)

10 38 60 63 42 46 4 22 KOSMOS Dunay BƏDİRXANOV: Azərbaycan beynəlxalq aləmdə kosmos ölkəsi kimi tanınır.....................................................................................4 TƏLİM Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimləri................10 SƏRHƏD Prezident İlham Əliyev “Qazax” Əlahiddə Sərhəd Diviziyasında olub ..................................................................................21 MÜKAFAT “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təsis edilib....22 SƏNAYE Türkiyə Müdafiə Sənayesi Başqanlığı Azərbaycana müşavir təyin edib ................................................................................................27 MİNATƏMİZLƏMƏ “Revival P” QDF-yə ianə edilib və ANAMA-ya təqdim olunub.............28 SƏRGİ IDEF-2023 dünya müdafiə sənayesini bir araya gətirdi .................. 30 MÜDAFİƏ Zakir Həsənov IDEF-2023 sərgisinin iştirakçılarına müraciət edib ....36 VİSİON ASELSAN IDEF-2023-ün ən böyüyü .....................................................38 RAKET ROKETSAN yeni əməkdaşlıqlara imza atdı .........................................42 PULS ASFAT dəniz sektorunda əlaqələri genişləndirir.................................45 SƏNAYE OTOKAR Türkiyə müdafiə sənayesinin innovasiya öncüsü yeniliklərə imza atdı...............................................................................46 SİLAHLANMA “Sarsılmaz” yeni silahları ilə diqqət çəkdi ..........................................51 İNNOVASİYA STM yeni və müasir məhsullarını nümayiş etdirdi.............................52 AVİASİYA TUSAŞ IDEF-2023-ə möhür vurdu .......................................................54 MÜSAHİBƏ “Çukurova Defence” mühəndis-istehkam texnikaları ixrac yolunda....56 TANITIM “Özyurt Silah Sanayi” Azərbaycanda layihələr həyata keçirəcək... 58 ÖLKƏ AzTU və MAA nümayəndə heyətləri Türkiyədə səfərdə olub .............59 SHXÇDX Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilib.....59 TEXNOLOGİYA “TEKNOFEST Ankara” Aviasiya, Kosmos və Texnologiya Festivalı....60 MİNATƏMİZLƏMƏ ANAMA yaradılmasının 25-ci ildönümünü qeyd edib..........................63 KOSMOS Azərkosmos Çinin “Emposat” şirkəti ilə müqavilə imzalayıb...........64 Azərkosmos birinci yarımildə 9 milyon dollardan çox xidmət ixrac edib ................................................................................................64 Rəşad Nəbiyev “Leonardo”nun direktorlar şurasının sədri ilə görüşüb ...................................................................................................64


Dəyərli oxucu! Yaranmasının növbəti ildönümünü qeyd edən Azərbaycan Sərhəd Mühafizəsinin keçdiyi inkişaf yolu, bu istiqamətdə son illərdə həyata keçirilən islahatlar və sərhəd mühafizə sistemində görülən işlər onu deməyə əsas verir ki, bu gün Sərhəd Mühafizəsi güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malikdir və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadirdir. Vaxtilə uzaq və əlçatmaz gələcək kimi qəbul edilən müasir sərhəd mühafizə infrastrukturunun və dövlət sərhədinin mühafizəsində ən yeni döyüş texnikası və silahların, habelə müşahidə, aşkaretmə və radiolokasiya sistemlərinin tətbiqi günümüzün reallığıdır. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq Vətənimizin quru və su sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Azərbaycan Sərhəd Mühafizəsində aparılan modernləşmə proqramları çərçivəsində dövlət sərhəddində yeni, müasir standartlara cavab verən qarnizonların inşası, mövcud infrastrukturun müasirləşdirilməsi ilə bağlı çox sayda layihələr reallaşdırılmaqdadır. Dövlət Sərhəd Xidmətinin (DSX) maddi‐texniki bazası daimi olaraq yenilənir. Sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilirlər. Son illər DSX‐nin arsenalının daha da gücləndiyini müşahidə edirik. Ali Baş Komandanın DSX‐nin yeni istifadəyə verilən hərbi hissələrinə səfəri zamanı sərhədçilərin istifadəsində olan müasir avadanlıqlar, texniki vasitələr, habelə silah və texnikalar nümayiş etdirilir. Bu gün Azərbaycanda sərhəd təhlükəsizliyi məsələləri ön plandadır. Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsindən asılıdır. DSX‐nin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahədir. Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında sərhəd təhlükəsizliyinə və milli sərhədçi kadrların hazırlanmasına böyük diqqət və qayğı göstərilir. Dəniz sərhədlərinin mühafizəsi sistemində də əsaslı islahatlar keçirilib. Dəniz sərhədlərinin mühafizəsinin təmin edilməsi üçün DSX özünün gəmilərini inşa edib. DSX‐nin Gəmi İnşası və Təmiri Mərkəzində inşası yekunlaşmış sərhəd gözətçi gəmiləri və yeni istifadəyə verilən müasir itisürətli qayıqlar, xüsusi texnikalar uğurla istismar edilir. Bununla yanaşı, DSX həm quru, həm də dəniz sərhədlərinin mühafizəsində pilotsuz vasitələrdən də istifadə edir. DSX‐nin tərkibində 5 hərbi birləşmənin yaradılması ilə əlaqədar idarəetmə sistemi də təkmilləşdirilib, aparatın yeni struktur qurumlarının, hərbi birləşmələrinin idarəetmə orqanlarının fəaliyyəti təşkil olunub və şəxsi heyətlə komplektləşdirilib. Bütün bunlar Azərbaycan Sərhəd Mühafizəsinə böyük etimadın növbəti göstəricisi hesab edilir. DSX‐nin yeni strukturda fəaliyyət göstərməsi, müasir idarəetmə mexanizmləri, yeni silah, texnika, müasir avadanlıqların istifadəsi və bütün bu islahatlar nətiəsində DSX üçün yeni vəzifələr, yeni tapşırıqlar müəyyən edilib. Bu istiqamətdə, xüsusən 44 günlük Vətən müharibəsindən sonra, müharibənin nəticələri, gedişatı təhlil olunaraq DSX‐nin xidməti vəzifələrini icra edə bilməsi, qarşıya qoyulan tapşırıqların ən yüksək səviyyədə icrasını təmin etmək üçün müasir texnologiyaların, sərhəd mühafizə avadanlıqlarının, silah‐sursatın, PUA arsenalının yenilənməsi və təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Qiyməti: 9 manat POLİQON Hərbi‑Kosmik Texnoloji Jurnal İYUL‐AVQUST №04 (66) 2023 POLİQON (AZERDEFENCE) jurnalının yaradıcısı mərhum Rəşad SÜLEYMANOV Tel: (+994 77) 311‐81‐18 E‑mail: [email protected] [email protected] Web: www.poliqon.az www.azeridefence.com Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401 Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence‐[email protected] Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ya‐ nında Dövlət Vergi Xidməti tərəfindən 21 iyun 2012‐ci ildə dövlət qeydiyyatına alınıb. “POLIQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “Aspoliqraf LTD” MMC‑nin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 19.09.2023 Sifariş 43.Format 60x901/8. Baş redaktor Zaur Babaşov ? Redaktordan Qapaq fotosu: TUSAŞ şirkətinin Göktürk‑1, Göktürk‑2 və Göktürk‑Y peykləri www.poliqon.az


Bu peyk rabitә sistemi hücum vә müdafiә әmәliyyatlarında qoşunların mo - bil hәrәkәti vә çevik yerdәyişmәsi zamanı komanda mәntәqәlәri arasında sәsli vә mәtn (DATA) mәlumat mübadilәsinin tәmin edilmәsi üçün tәyin olunub. Qeyd edәk ki, әvvәllәr bu cür әmәliyyatlar xarici ölkәlәrin peyklәrinin arendaya götürülmәsi ilә hәyata keçirilirdi. Azәrbaycanın kosmik sәnayesindәki islahatları, bu istiqamәtdә Azәrkosmosun qarşısında qoyulan vәzifәlәr vә hәyata keçirdiyi layihәlәr barәsindә Azәr kos - mosun İdarә Heyәtinin sәdr müavini Dunay Bәdirxanov POLİQON jurnalına müsahibә verib. POLİQON: Dövlәt başçısının uzaqgörәn siyasәti, düşünülmüş is la hat - ları vә müdrik qәrarları ilә Azәrbaycan bir çox sahәlәrdә, o cümlәdәn vacib vә aparıcı istiqamәtlәrdәn olan müasir texnologiyalar vә kosmik sәnaye sa - hәlәrindә böyük uğurlara imza atır. Bu istiqamәtdә Azәrkosmosun qar şısında qoyulan vәzifәlәr vә hәyata keçirdiyi layihәlәr hansılardır? Dunay Bәdirxanov: Azәrbaycanın bey nәlxalq arenada qazandığı etibarlı tәrәfdaş imici vә effektiv xarici siyasәti ö - lkә mizdә kosmik sahәnin inkişafına stimul oldu. Bu gün beynәlxalq alәmdә kosmos ölkәsi kimi tanınırıq. Bu isә tәsa - düfi deyildir. Azәrbaycan Res pub likasının Prezidenti cәnab İlham Əliyevin tәşәb bü - sü vә tex noloji inkişafa xüsusi diqqәt ver - mә si ilә kosmos sahәsindә uğurlu nәti cә - lәr әldә etmişik. 2008-ci ildә Azәrbaycan Res pub li kasında müasir kosmik sәnayenin ya ra dıl ması vә inkişafı üzrә tәsdiq edilәn Dövlәt Proqramı ilә Azәrbaycanda müasir kos mik layihәlәr hәyata keçirimәyә başladıq. Qısa zamanda peyklәrimizi orbitә buraxdıq. 2013-cü ildә informasiyakommunikasiya texnologiyaları ölkә iqtisadiyyatının neftdәn sonra ikinci әsas sektoru elan edildi. Hәmin ildә “Azerspace-1”in orbitә çıxarılması ilә başlayan yolumuz növbәti peyklәrin orbitә çıxarılması üçün möhkәm zәmin yaratmış oldu. Kosmik sәnayenin inkişafı ilә cәmiyyәtimizdә kosmos sahәsi üzrә elm vә intellektual potensial artırılmış, yüksәk ixtisaslı kadrlar hazırlanmışdır. Hazırda peyklәrimiz yerli mütәxәssislәr tәrәfindәn idarә olunur. Azәrkosmos öz miqyasında Agent lik daxilindә innovativ mühit yaratmaq istiqamәtindә dә işlәr görmәkdәdir. Bu gün Azәrkosmosda peyklәrin idarә edilmәsi vә satış fәaliyyәti ilә yanaşı, artıq innovativ yaradıcılıqla mәşğul olan Tәd - qi qat vә İnkişaf Mәrkәzi dә fәaliyyәt göstәrir. Mәrkәzdә ölkәmizin gәnclәri ara - sında kosmik ekosistemin güc lәn dirilmәsi mәq sәdilә innovasiya, tәdqiqat vә inkişaf yönümlü layihәlәr vә kosmik maarif - lәndirmә üzrә fәaliyyәtlәr hәyata keçiririk. Azәrkosmosda peyk xidmәtlәrini rәqәmsallaşdırmaq vә real vaxt rejimindә daha çox mәlumatın işlәnmәsinә imkan yaratmaq, müştәrilәrin sayın artırmaq vә onlar üçün rәqәmsal mәlumatlara çıxışı asanlaşdırmaq üçün Coğrafi İnformasiya Sistemlәri mәrkәzimiz fәaliyyәtә baş la - mışdır. Mәrkәzdә qlobal iqlim dә yişik lik - lәrinin Azәrbaycana tәsirlәrini qiy - mәtlәndirmәk üçün mütәmadi olaraq iqlim hesabatları hazırlayırıq. Dünya kosmik ailәsinin üzvü ol - mağımız vә bu sahәdә etibarlı tәrәfdaş kimi tanınmağımız ölkәmizә artıq kosmos sahәsinin qlobal tәdbirlәrinә ev sahibliyi 4 www.poliqon.az Azәrbaycan inkişaf etmiş ölkәlәrin silahli qüvvәlәrindә istifadә edilәn müasir peyk müşahidә texno logi - yalarından yararlanır Azәrkosmos Yerin mәsafәdәn müşahidәsi peykinin hazırlanması üzәrindә işlәyir Dunay BƏDİRXANOV: Azәrbaycan beynәlxalq alәmdә kosmos ölkәsi kimi tanınır █ █ ?Zaur Babaşov Gündən‐günə qüdrətlənən çağdaş Azərbaycanın özünəməxsus peykləri həm dövlət, həm də hərbi rabitəni heç bir ölkədən asılı olmadan qurmağa imkan verir. Artıq uzun zamandır, Azərbaycan Silahlı Qüvvələri bu peyklərin imkanlarından geniş istifadə edir. Azərbaycan Ordusunun Peyk Rabitəsi İdarəetmə Mərkəzindəki peyk rabitə sistemi də avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) peyki üzərindən fəaliyyət göstərir.


etmәk imkanını verir. Bu ilin oktyabr ayında Beynәlxalq Astronavtika Konqresi kimi kosmik sәnayenin prestijli vә nәhәng bir tәdbirini ölkәmizdә keçirәcәyik. Beynәlxalq kosmos ictimaiyyәtini Bakıda bir araya gәtirәcәyik. POLİQON: Dunay müәllim, bil - diyiniz kimi, Azәrbaycanda kosmik sәnayenin yaradılmasında әsas mәq sәd - lәrdәn biri ölkәnin müdafiә qa - biliyyәtini yüksәltmәkdir. Peyklәrin imkanlarından istifadә edilmәklә ilk növbәdә ölkәnin rabitә tәhlükәsizliyi qurulur. Bu baxımdan, Azәrbaycanda kosmik fәaliyyәt vә tәhlükәsizlik stra - tegiyasına dair fikirlәrinizi bizimlә bölüşә bilәrsinizmi? Dunay Bәdirxanov: İlk telekom mu - nikasiya peykimiz “Azerspace-1” bu gün Azәrbaycan üzәrindә әn güclü siqnala malik peyklәrdәndir. “Azerspace-1” peyki telekommunikasiya sahәsindә digәr ölkәlәrdәn asılılığın aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan informasiya tәhlükәsizliyinin tәmin edil - mәsi kimi üstünlüklәri tәmin edir. Yerüstü kabel şәbәkәsinin mövcud olmadığı әrazilәrdә, mәsәlәn, Xәzәr dәnizindә üzәn Azәr baycan gәmilәrindә vә neft plat for - ma larında peyk rabitәsi vә internet xidmәti “Azerspace-1” vasitәsilә tәmin edilir. Fәaliyyәtinin 9-cu ilindә missiyasını başa çatdıran “Azersky” peykimiz dә milli tәhlükәsizlik kimi mühüm sahәdә önәmli rol oynamışdır. Cәnab Prezidentin dә dediyi kimi, “Hәm müharibә dövründә, hәm müharibәdәn sonrakı dövrdә peyk - lәrdәn istifadә bizә çox böyük üstünlük tәmin etdi”. 2020-ci ilә qәdәr işğal altında olan torpaqlarımızda qeyri-qanuni fәaliy - yәt lәr barәdә daimi mәlu matlar әldә edilir vә qiymәtlәndirilirdi. Qanunsuz bir lәş mә - lәrin dislokasiyaları, faydalı qazıntı әra zi - lә rinin, meşә, әkin, otlaq vә su resurs la - rımızın istismarı, qanunsuz mәskun laş - mala rın müәyyәnlәşdirilmәsi vә sübut edici mәlumat mәnbәyi kimi peyk tәsvirlәrinin әvәzsiz rolu vardır. Tor paq - ların erozi ya sı na sәbәb olan qazıntı işlәri vә qәsdәn törә dilәn yanğınların mo ni to - rinqi vә qiy mәt lәn dirilmәsi dә bununla mümkün olmuş dur. Hәmçinin yaşayış mәntәqәlәri üzrә dağıdılmış bütün evlәr tәsbit edilmişdir. Əsasәn inkişaf etmiş ölkәlәrin silahlı qüvvәlәrindә istifadә edilәn müasir peyk müşahidә texnologiyalarından ölkәmizin isti fadә edә bilmәsi müdafiә gücü ba - xımından Azәrbaycanın keyfiyyәtcә üs - tünlük qazanmasına vә regionun әn güclü dövlәtinә çevrilmәsinә xidmәt etmişdir. “Azersky” peyki nәinki 44 günlük Vәtәn müharibәsindә Milli Or dumuza dәstәk olmuş, hәmçinin müha ribәdәn sonrakı dövrdә dә azad olunmuş әrazilәrimizin iqtisadi potensialının müәyyәn lәş diril - mәsindә geniş istifadә edilmişdir. Azad edilmiş әrazilәrin peyklә çәkilmiş şәkillәri onların bәrpası ilә bağlı işlәri xeyli sürәtlәndirmәyә imkan verdi. Mәsәlәn, mütәxәssislәr peyk tәsvirlәri ilә mәkanın detallı tәhlili zamanı birbaşa әrazidә olmadan kәnd tәsәrrüfatı potensialının qiymәtlәndirilmәsi, kәnd tәsәrrüfatı üçün yararlı olan vә potensial әrazilәrin әkinә cәlb edilmәsi üçün peyk tәsvirlәrindәn istifadә etmişlәr. Hәmçinin su re surs la - rının vә potensial otlaq vә örüş әrazilәrinin qiymәtlәndirilmәsi icra edilmişdir. POLİQON: Prezidentin imzaladığı Fәrmana әsasәn Azәrbaycanın işğaldan azad olunmuş әrazilәrindә müvәqqәti xüsusi idarәetmә tәşkil edilib vә mәsәlәlәrin mәrkәzlәşdirilmiş qaydada hәlli ilә bağlı Əlaqәlәndirmә Qәrargahı yaradılıb. Bu idarәetmәdә Azәrkosmos tәrәfindәn görülәn işlәri necә dәyәr - lәndirirsiniz? 5


Dunay Bәdirxanov: Azәrkosmos “Əlaqәlәndirmә Qәrargahının İdarә lәr - arası Mәrkәzi”indә fәaliyyәt göstәrәn eko - loji, şәhәrsalma mәsәlәlәri üzrә, nәqliyyat, rabitә vә yüksәk texnologiyalar üzrә işçi qruplarda tәmsil olunur. Əsas fәaliyyәt istiqamәtlәrimizә işğal müddәti әrzindә respublikamıza vurulmuş zәrәrlәrin ilkin qiymәtlәndirilmәsi, tәbii ehtiyatların, o cümlәdәn su ehtiyatlarının, meşә örtüyünün, yay-qış otlaqlarının, qar ehtiyatlarının monitorinqi, әrazilәrdә hәyata keçirilәn infrastruktur layihәlәri ilә әlaqәdar baş verәn dәyişikliklәrin müәy - yәn olunması, baş vermiş yanğınların monitorinqi, kәnd tәsәrrüfatı fәaliyyәtinin tәhlili istiqamәtindә müxtәlif peyk xidmәtlәrinin göstәrilmәsi aiddir. POLİQON: Azәrkosmosun peyk xidmәtlәrinә nәzәr yetirdikdә şirkәtin ixrac portfelini әsasәn ABŞ, Böyük Britaniya, Fransa, Almaniya kimi dün - ya nın aparıcı ölkәlәrinin qabaqcıl şirkәtlәri tәşkil etdiyini görürük. Son nә ticәlәr barәdә fikirlәrinizi bilmәk istәrdik. Dunay Bәdirxanov: Azәrkosmosun gәlirlәrinin әsas hissәsi peyk xidmәt - lәrinin ixracından formalaşır. Azәrkosmos dövlәt vә qeyri-dövlәt ixracatçı subyekt - lәri arasında xidmәt sektorunda ixrac hәcminә görә әn yüksәk nәticә ilә ilk sıralardadır. Azәrkosmos telekommunikasiya peyk lәri vasitәsilә Avropa, Afrika, Yaxın Şәrq, Mәrkәzi vә Cәnubi Qәrbi Asiya regionlarının 43 ölkәsindәn 200-dәn artıq müştәriyә xidmәt göstәrib. Ən çox gәlir gәtirәn ölkәlәr arasında Azәrbaycan, Böyük Britaniya, Fransa, Lüksemburq, BƏƏ, Pakistan, Tanzaniya, Almaniya, Türkiyә, Nigeriya, Misir, Gürcüstan, İsrail üstünlük tәşkil edir. Tәbii ki, biz gәlirlәrimizi artırmaq istiqamәtindә әlavә dәyәr xidmәtlәrimiz üzәrindә dә işlәyirik. Burada teleport xidmәtlәrindә irihәcmli layihәlәrә baş la - mışıq. Azәrkosmosun Əsas Yerüstü Peyk İdarәetmә Mәrkәzindә yerlәşәn Bakı teleportunda müxtәlif beynәlxalq şirkәt - lәrә mәxsus 15-dәn çox yerüstü stansiya xidmәt göstәrir. Ümumilikdә Bakı tele - “Azerspace‑1” telekommunikasiya peykinin “Arianespace” şirkətinin Ariane‑5ECA raketda‑ şıyıcısı ilə orbitə buraxılması


portunun resursları Azәrbaycanın peyklәri ilә yanaşı, digәr peyk operator larının peyklәrindәn vә fiber optik şәbәkә üzәrindәn gәlәn siqnalları qәbul edir. Qeyd edim ki, Bakı teleportu 2020-ci ildәn Dünya Teleport Assosiasiyasının “Tier 4” uyğunluq sertifikatına malikdir. “Tier 4” sertifikatı olan şirkәtlәr tәqdim etdiyi teleport xidmәtlәri, texniki infrastruktur vә iş prosesinin etibarlılığına vә tәhlükәsizliyinә 99,9% tәminat verir. Azәrkosmos qlobal peyk rabitәsi bazarının әsas seqmentlәrindәn biri olan dәnizdә genişzolaqlı rabitә imkanlarını tәkmillәşdirmәyә davam edir. Hazırda “Azerspace-1” vә “Azerspace-2” peyklәri vasitәsilә Xәzәr, Qara vә Azov dәnizlәri, İran körfәzi, Aralıq dәnizinin şәrq hissәsindә hәrәkәt edәn gәmilәrdә etibarlı vә stabil internet xidmәtlәri tәqdim edilir. POLİQON: 2023-cü il 2-6 oktyabr tarixlәrindә Bakı şәhәrindә 74-cü Bey - nәlxalq Astronavtika Konqresi ke çi - rilәcәk. Konqresә hazırlıq vә Tәdbirlәr Planının icrası hansı mәrhәlәdәdir? Dunay Bәdirxanov: Hazırda tәdbirin tәşkilatçısı olaraq – Agentliyimiz aktiv surәtdә ölkәmizdә 50 ildәn sonra keçirilәcәk növbәti Beynәlxalq Astro nav - ti ka Konqresinә hazırlaşır. Bakı Konqresi oktyabrın 2-dәn 6-dәk maraqlı vә yad - daqalan beynәlxalq kosmik tәdbir olacaq. Tәdbir Bakı Konqres Mәrkәzi, Heydәr Əliyev Mәrkәzi vә Sәrgi Pavil yo - nundan ibarәt Bakı Konqres Kom - pleksindә keçirilәcәk. Bu tәdbir üçün Kompleksin әrazisindә 8000 m2 sahәdә müvәqqәti Sәrgi Pavilyonunun tikilmәsi işlәrinә başlamışıq. Sәrgi Pavilyonu Konqresә sponsor olacaq beynәlxalq kosmik şirkәtlәrin vә sәrgi iştirakçılarını qәbul edә bilәcәk. Qlobal kosmos sahәsindәn olan şirkәtlәr üçün ayrılmış Sәrgi Pavilyonunun demәk olar ki, әksәr hissәsi artıq satılmışdır. Bakı Konqresindә kosmik sahәnin aparıcı qurumları – ABŞdan “Space X”, “Lockheed Martin”, NASA, Yaponiyadan JAXA, İtaliya Kos - mik Agentliyi, İtaliyadan “Tele spazio”, Hin distandan ISRO kimi tәşkilatlar, Airbus, Fransadan “CNES” vә bir çox şir - kәtlәr artıq öz iştiraklarını tәsdiq ediblәr. Konqres ölkәmizdә kosmik sә na - yenin inkişafına mühüm töhfә verәcәk, cәmiyyәtdә kosmik sahәyә dair mә lu - matlılığın artırılması istiqamәtindә vacib addım olacaq, Azәrbaycanın beynәlxalq kosmik arenada mövqeyini güclәndirәcәk. Xüsusilә, gәnclәrin bu işdә rolu böyükdür. Kosmos sahәsindә qlobal tәdbirә hazır - lığın digәr böyük uğuru Bakı Konqresinә tәqdim olunan elmi mәqalәlәrdir. Xüsusilә vurğulanmalıdır ki, bu il Azәrbaycandan tәqdim olunan elmi mәqalәlәrin sayı da 214 elmi mәqalә ilә rekord hәcmdә olub. Ölkәmiz әn çox elmi mәqalә tәqdim edәn ölkәlәr – ABŞ, İtaliya, Hindistan vә Çindәn sonra olmaqla ilk beşlikdә yer alır. Bu, ölkәmizdә insan kapitalına verilәn dәyәrin, elm, tәdqiqat vә texnologiya sahәlәrindә artan uğurlarımızın әyani sübutudur. Bu rәqәm әslindә ölkәmizdә kosmos sahәsindә elmi nәticәlәrin beynәlxalq platformalarda nümayiş olun - ması istiqamәtindә gәnclәrimizin qazan - dığı nailiyyәtlәrin davamıdır. Ümumilikdә 95 ölkәdәn 3600-dәn çox elmi mәqalә Bakı Konqresinә tәqdim olunmuşdur. Bu göstәrici ilә Bakı Konqresi Paris (2022), Vaşinqton (2019) vә Bremen (2018) konqreslәri ilә birgә indiyә kimi keçirilәn bütün konqreslәri geridә qoyub. Yuxarıda: Azərkosmos və “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Aşağıda: Azərkosmos teleportu.


Qeyd edim ki, Bakı Konqresindә bütün dünyadan, o cümlәdәn Azәr bay - candan olan elm insanları vә gәnclәr kosmosun imkanlarına hәsr olunmuş 190 texniki sessiyada vә digәr tәdbirlәrdә çıxış edә bilәcәklәr. Azәrbaycan elminin dünya elminә inteqrasiyası, elm-tәhsil-inno - vasiya vәhdәtinin yaradılması, gәnc alim - lәrimizin beynәlxalq әmәkdaşlıq әla - qәlәrinin inkişaf etdirilmәsi baxımından Beynәlxalq Astronavtika Konqresi geniş imkanlar yaradacaq. Dünyanın kosmik tәdbirinә qey - diyyatın olduqca sürәtlә artdığını vә müraciәt edәnlәrin arasında dünyanın hәr yerindәn iddialı gәnclәrin üstünlük tәşkil etdiyini vurğulamaq istәrdim. İnanıram ki, Bakıda keçirilәcәk konqres onların uzunmüddәtli karyerası üçün körpü olacaq vә gәnclәri öz arzularının ardınca getmәyә vә mәqsәdlәrinә çatmağa ruhlandıracaq. 74-cü Beynәlxalq Astronavtika Konqresindә kosmos sahәsi üzrә ölkәlәrin öz fәaliyyәtlәrini müzakirә etmәk, biznes әlaqәlәri yaratmaq imkanları olacaq. Bu, tәkcә Cәnubi Qafqazı deyil, hәm dә Türkiyәni, Mәrkәzi Asiya vә Yaxın Şәrq ölkәlәrini әhatә edәn Azәrbaycanın vә daha geniş regionumuzun akademik vә biznes üçün qlobal kosmik sektorun ekspertlәri vә liderlәri ilә әlaqә yaratmaq üçün unikal şansdır. Konqresdә Mars vә Aya gediş-dönüş missiyaları, James Webb Kosmik Teleskopunun bәşәriyyәtә töhfәsi, “Global Networking Forum” kimi maraqlı panel müzakirәlәri, dәyirmi görüşlәr, interaktiv sessiyalar vә zәngin proqramları ilә Bakı Konqresi dünyanın yeni kosmik tendensiyalarını gündәmdә saxlayacaq. Qlobal kosmik tәdbirin bir hissәsi olmaqla iştirakçılar Azәrbaycanın әn yaxşı cәhәt - lәrini vә onun gözәl qonaq pәrvәrliyini, zәngin mәtbәxini vә müxtәlif mә dә niy - yәtini görmәk imkanı qazanmış olacaqlar. Hәmçinin, konqresә gәnclәr, xüsu silә kosmos sahәsinә marağı olan tәlәbәlәr konqres müddәtindә könüllü olaraq fәaliy - yәt göstәrmәsi üçün seçilmişdir. Kö nül lü - lәr konqres günlәrindә iş ti rak çıların qar - şı lanması, yönlәndirilmәsi, mә lu mat lan - dırılması vә digәr tәşkilati işlәrin ic rası istiqamәtindә fәaliyyәt gös tә rә cәklәr. POLİQON: Dunay müәllim, Azәr - kosmosun perspektiv layihәlәri barәdә dә söz açardınız. Gәlәcәk planlarınız vә hәdәflәriniz nәlәrdi? Dunay Bәdirxanov: Son illәrdә dünyada hәm telekommunikasiya, hәm dә müşahidә peyklәrinin sayı sürәtlә artır vә imkanları genişlәnir. Bu da öz növbәsindә Azәrbaycanda müasir kosmik sәnayenin trendlәrini daha yaxından müşahidә et - mәyә imkan verir. Eyni zamanda öl - kәmizin Yer müşahidәsi sahәsindә peyk xidmәtlәrinin davamlı olması mәqsәdilә bazar araşdırmaları aparılır. Bununla әla - qәdar olaraq, Azәrkosmos Azәr bay canın yeni, Yerin mәsafәdәn müşahidәsi pey - kinin hazırlanması üzәrindә işlәyir. Qeyd edәk ki, hazırki mәrhәlәdә bu peykin bir neçә kiçik peykdәn ibarәt olaraq peyk qruplaşması formasında fәaliyyәt gös - tәrmәsi imkanları nәzәrdәn keçirilir. Paralel olaraq, yeni peyklәrin orbitә buraxılması ilә әlaqәdar olaraq Azәr bay - canda müasir peyk inteqrasiya vә sınaq mәrkәzinin dә qurulmasını nәzәrәdә tuturuq. Yeni peyklәrin orbitә buraxılması ölkәmizin yer müşahidәsi xidmәtlәri bazarındakı dәyәr tәklifini vә mövqeyini güclәndirmәyә istiqamәtlәnib. Yaxın vaxtlarda Azәrbaycan Res - publikasında kosmik sahә üzrә 2023-2030- cu illәrdә kosmik strategiyası layi hә sinin tәsdiqlәnәcәyini gözlәyirik. Stra te giyanın hәdәfi 2030-cu illәdәk Azәr bay can Res - publikasının sosial-iqtisadi inkişafını dәstәklәyәn dayanıqlı kosmik proqramın hәyata keçirilmәsini tәmin etmәkdir. PJ


Hərbi təlimlərin əhəmiyyəti Azərbaycan ilə Türkiyə bu gün əsl müttəfiqlik nümunəsi ortaya qoy maq ‐ dadır. Bu strateji tərəfdaşlığın ən mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq məsələsi iki qardaş ölkənin Silahlı Qüvvələrinin yeni situasiyada birgə fəaliyyəti üçün də yeni perspektivlər vəd edir. Belə ki, Azər ‐ baycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ər do ‐ ğanın 2021‐ci il iyunun 15‐də im za ‐ ladığı “Şuşa Bəyannaməsi”ndə hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən mə sə lə ‐ lərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsip ‐ lərindən çıxış edilməsi xüsusi vur ‐ ğulanır. O cümlədən sənəddə Azər ‐ baycanla Türkiyənin silahlı qüvvə lə ‐ rinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və mo ‐ dernləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vurğulanır. Bütün bunlar isə yeni dönəmdə Azər ‐ baycan‐Türkiyə müttəfiqliyinin əsas komponentləri sırasındadır. Türkiyə Azərbaycan Silahlı Qüvvə lə rinin mo ‐ dern ləşməsində, ordu muzun peşə kar ‐ lığının artırılmasında əsl qardaş dəstəyi göstərir. Ümumiyyətlə, birgə hərbi təlimlər əməkdaşlığa, sabitliyə və təhlü kə ‐ sizliyə xidmət edir. Azərbaycan ilə Türkiyə arasında birgə hərbi təlim ‐ lərin keçiril məsi hərbi əməkdaşlığın mühüm ele mentlərindən biridir. Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimləri ?Zaur Babaşov Məlum olduğu kimi, Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. Mütəmadi olaraq hərbi təlimlərin keçirilməsi dövlətlərarası razılaşmalara əsasən reallaşdırılır. Azərbaycanın ən çox birgə hərbi təlim keçirdiyi ölkə isə dost və qardaş Türkiyədir. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri sülhün və təhlükəsizliyin qarantıdır.


Bütün sahələr də olduğu kimi, hərbi sahədə də hər iki dövlətin əməkdaşlığı yüksələn xətlə davam edir. Bunun nəticəsində Azərbaycan və Türkiyə silahlı qüvvə lərinin birgə hərbi təlimləri ilbəil artırılır. Bu hərbi təlimlər heç bir ölkəyə qarşı yönəlməyib, sadəcə iki qardaş ölkənin əməkdaşlığı çərçi ‐ vəsində hə yata keçirilir. Əslində, bu hərbi təlimlər sülh və təhlükəsizlik naminədir, onun bütün region üçün faydası var. Çünki Azərbaycanla Türkiyə hər zaman böl gədə sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Digər tərəf ‐ dən, məşhur bir deyim var: “təlimdə tər, döyüşdə zəfər!”. Bu baxımdan Türkiyə ilə Azərbaycan hərbi qüvvələrinin birgə təlimlərinin son həddinin də olmadığını düşünmək lazımdır. Hərbi təlimlərin əhəmiyyəti 2020‐ ci ildə Vətən müharibəsində daha aydın şəkildə göründü. Azərbaycan Ordusu çox böyük bir imtahandan uğurla çıxa bildi. Burada qardaş ölkənin hərbi qüvvələri ilə uzun illərdən bəri keçi ‐ rilən birgə hərbi təlimlərin rolu, təsiri çox ciddi rol ordusuna. Azər baycan Ordusu XXI əsrin müharibəsini apardı və düşmən ordusunu diz çökdürdü. Bizim təcrübəmizdən artıq bir çox ölkələr bəhrələnir. Türkiyə Ordusu NATO‐nun ikinci güclü ordusudur. Azər ‐ bay can Ordusunun belə bir güclü, müa ‐ sir tələblərə cavab verən ordu ilə əmək ‐ daşlığı, birgə təlimləri davam edəcək. Bu il Azərbaycan və Türkiyə 16 birgə hərbi təlim keçirəcək 2023‐cü il iyunun 13‐də Azər ‐ baycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarla çıxışında İlham Əliyev müdafiə və mü ‐ dafiə sənayesi sahələrində gələcək planlar haqqında danışdıqlarını söy ‐ ləyib: “Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçirilə cəkdir, onlardan 6‐sı artıq keçirilmişdir. Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük. Bu dəstəyə görə də Sizə özəlliklə təşəkkürümü bildirmək istəyirəm. Bugünkü dünyada güc amili ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət isti ‐ qamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq”. Azərbaycan və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iki ölkənin Silahlı Qüvvələri arasında ənənəvi olaraq keçirilən ikitərəfli təlimlərə “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Anadolu Ankası”, “Kurtaran”, “Anadolu Qartalı”, “Mustafa Kemal Atatürk” və “Heydər Əliyev” təlimləri, habelə “Sarsılmaz Qardaşlıq”, “Eternity”, EFES, “Erciyes”, “Qardaş yumruğu”, “Turaz Qartalı”, “Qafqaz Qartalı” və s. təlimlər aid edilir. Türkiyə ilə Azərbaycan arasında hərbi və hərbi texniki sahədə əmək ‐ daşlıq müstəqilliyimizin ilk illərinə təsadüf etsədə, birgə genişmiqyaslı təlimlərin keçirilməsi əsasən 2010‐cu ildən geniş vüsət alıb. Bu məqaləmizdə son illər, xüsusilə 2‐ci Qarabağ mü ‐ haribəsindən əvvəl və sonra Azər ‐ baycan və Türkiyə Silahlı Qüvvələri arasında keçirilən birgə təlimlərdən bəhs etməyə çalışacağıq. Bunlardan biri də iki ildən bir keçirilməsi nəzərdə tutulan “Qış biridə”. “Qış Təlimi” İlk keçirildiyi illərdə 3 gün davam edən “Qış Təlimi” adı altında baş tutan təlimlər artıq 2 həftə davam edir və bir neçə ölkənin fərqli qoşun növlərinin 12 www.poliqon.az “Qış Təlimi” Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması.


cəlb olunması ilə genişmiqyaslı xarakter daşıyır. Bu təlimlər birgə, ikitərəfli, real ərazidə və döyüş atəşi ilə keçirilir. Təlimlərin hədəflərinə bölmələrin sərt qış şəraitində döyüş vəzifələrini icra etməsi, silahların və texnikaların optimal tətbiqinin araşdırılması, dağlıq ərazidə real arktik döyüş şəraitinin canlandırılması, bölmələrin həm döyüş, həm də manevr imkanlarının sınaqdan keçirilməsi, şəxsi heyətin donvurmadan qorunması, iştirakçı ölkələrin bölmələri arasında qarşılıqlı əlaqənin və sin ‐ xronlaşdırılmış fəaliyyət səviy yə sinin artırılması, şəxsi heyətin həyatda qalma tədbirlərinin icrası, ərazidə yerləşmə, qidalanmanın təşkili, geyim, qış şərtlərində təchizatı və istismarı kimi əsas məsələlərdə qoşunların hazır ‐ lanması və həyatda qalması aid edilir. Bu hədəflər ayrı ayrı sahələr üzrə yeni silah sistemlərinin tətbiqi ilə davamlı inkişaf etdirilir. Təlimlərdə ənənəvi olaraq Türkiyə müdafiə sənayesinin əldə etdiyi son məhsulların sərgisi də təşkil edilir. Son illər keçirilən təlimlərin döyüş atışları zamanı “Roketsan” şirkətinin lazerlə idarəolunan uzaq mənzilli L‐UMTAS tank əleyhinə idarə olunan raket kompleksi, 2.75 inç lazer yönləndirməli “Cirit” raketi, MAM‐L ağıllı sursatı sınaqdan keçirilərək hədəfləri tam dəqiqliklə məhv edib. Türkiyə Silahlı Qüvvələrinin fevralın 1‐dən 12‐nə qədər keçirdiyi genişmiqyaslı “Qış Təlimi‐2021”də Azərbaycanı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təmsil edib. Təlimlərdə hər iki ölkənin xüsusi təyinatlı, kəşfiyyat, tank, artilleriya, snayper bölmələri və helikopterləri iştirak edib. “Qış Təlimi‐2021” daxil olmaqla indiyə qədər keçirilən bütün “Qış Təlimi” Türkiyə Silahlı Qüvvə ‐ lərinin 9‐cu Ordu Korpusunun tabe ‐ liyində olan briqadaların bazasında və onların qar örtüyü 1.5 metrə qədər çatan təlim poliqonlarında keçirilib. Təlimlər daim Türkiyənin Milli Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyi, qoşun koman ‐ danları, təlimdə iştirak edən və digər tərəfdaş ölkələrin rəhbər heyətləri və attaşeləri tərəfindən yerində izlənilib. 2023‐cü il yanvarın 8‐dən fevralın 2‐dək Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Qış Təlimi‐2023”də iştirak etmək üçün Türkiyənin Qars şəhərində olublar. Bu təlimdə pilotlar hava manevrləri icra ediblər və müxtəlif tapşırıqları yerinə yetiriblər. Məşqlər zamanı, həmçinin şərti hədəflər məhv edilib. Təlimdə tank hücumu da həyata keçirilib. Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin tank bölmələri atəşə tutulub. Hər iki ordunun tankçıları 850 metr məsafədə düşmənin tanklarını zərərsizləşdiriblər. Təlimin son günündə iştirak edən ölkələrin xüsusi təyinatlıları və snayperçiləri, habelə Türkiyə Silahlı Qüvvələrinə məxsus F‐ 16 döyüş təyyarələri və T‐129 ATAK helikopterləri döyüş atışlı tapşırıqları yerinə yetiriblər. Qeyd edək ki, Almaniya, Azər ‐ baycan və Böyük Britaniya da daxil olmaqla 17 ölkədən iştirakçıların qatıl ‐ dığı təlim Türkiyə Respublikası tari ‐ xində ən böyük təlimdir. 1758 nəfərin iştirak etdiyi təlimlərdə həmçinin 651 nəqliyyat və 28 müxtəlif növdə 865 silahdan istifadə olunub. Məşqlər mənfi 17 dərəcə hava şəraitində keçirilib. “TurAz Qartalı” təlimi Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə sentyabr ayının 2‐dən 16‐dək ölkəmizdə keçirilən “TurAz Qartalı‐2019” birgə taktiki‐uçuş təlimlərində MiQ‐29, F‐16, Su‐25, P‐235 “Casa” təyyarələri, Mi‐35, Mi‐17, “Sikorsky” UH‐60, CH‐47 “Chinok” və ATAK/AH‐1W helikopterlərindən iba ‐ rət 30‐dək aviasiya vasitəsi iştirak edib. Təlimlərdə Azərbaycan HHQ, Türkiyə HHQ, Hərbi Dəniz Qüvvələri (HDQ) və Quru Qoşunlarının (QQ) aviasiya vasitələrinin müştərək fəaliy yətlərinin planlaşdırılması, əməliy yatların keçiril ‐ məsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış‐xilasetmə təd bir lə rinin icrası, havadan zərbələr en dir məklə yer hə ‐ dəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilib. “TurAz Qartalı‐2020” döyüş atışlı taktiki təlimlərində də Azərbaycan və Türkiyə hərbçiləri verilən tapşırıqları uğurla yerinə yetiriblər. Azərbaycanda hər iki ölkənin QQ və HHQ‐sinin iştirakı ilə keçirilən birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki‐uçuş təlimlərinə Azərbaycan və Türkiyə ordularının şəxsi heyəti, zirehli texnikaları, artil le ‐ riya qurğuları və minaatanları, həm ‐ çinin hərbi aviasiya və hava hücu ‐ mundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqust ayının 1‐ dən 5‐dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29‐dan avqustun 10‐dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. 14 www.poliqon.az “TurAz Qartalı” təlimi


“TurAz Qartalı‐2022” birgə taktiki‐ uçuş təlimində isə plana uyğun olaraq bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlarla uçuş edən hərbi pilotlar müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər. Sentyabr ayının 5‐də başlayan “TurAz Qartalı‐2022” təlimində iki ölkənin HHQ‐sinin birgə fəaliyyətlərinin planlaşdırılması, qar ‐ şılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış‐xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetirilib. Sentyabrın 9‐da başa çatan “TurAz Qartalı‐2022” təlimində plana uyğun olaraq şərti düşmənin hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri, eləcə də müxtəlif epizodlar üzrə digər tapşırıqlar icra olunub. Hərbi pilotların təlimdə fəaliyyətləri təhlil edilərək təlim rəhbərləri tərəfindən yüksək qiy mət ‐ ləndirilib. “Mustafa Kamal Atatürk” təlimi Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1‐də ölkəmizdə “Mustafa Kamal Atatürk‐2019” Azərbaycan‐ Türkiyə döyüş atışlı birgə taktiki təliminə start verilib. Mayın 3‐dək davam edən təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatlar keçirmək vərdişlərinin inkişaf etdirilməsidir. Bununla, Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq, həmçinin təcrübə mübadiləsi yolu ilə iki ölkənin hərbi qulluqçularının qar ‐ şılıqlı münasibətlərini və anlaşmasını yüksək səviyyədə saxlamaqdır. Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, HHQ‐nin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit‐raket bölmələri cəlb edilib. Taktiki təlimlərə Azərbaycan və Türkiyədən 1000‐dən çox şəxsi heyət, 60‐a yaxın döyüş texnikası, 30 artilleriya qurğusu, 20‐yə yaxın döyüş helikopterləri və digər döyüş texnikaları cəlb olunub. Təlim ‐ lərdə tapşırıqlar uğurla icra edilib. 2021‐ci il iyunun 28‐dən 30‐dək Bakıda Azərbaycan və Türkiyə hər b ‐ çilərinin iştirakı ilə keçirilən “Mustafa Kamal Atatürk‐2021” birgə döyüş atışlı taktiki təliminin əsas məqsədi döyüş əməliyyatlarının apa rılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, koman ‐ dirlərin hərbi qərar qəbuletmə və bölmələri idarə etmə bacarıqlarının inkişaf etdirilməsi olub. Təlimə 600 nəfərədək şəxsi heyət, 40‐dək tank və digər zirehli texnika, 20‐dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50‐dək avtomobil texnikası cəlb olunub. Hərbi təlim çərçivəsində müx ‐ təlif tapşırıqlar icra edilib. Azərbaycan və Türkiyə ordu larının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tap ‐ şırıqları uğurla yerinə yetiriblər. “Heydər Əliyev” təlimi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə 2022‐ci il 22‐26 may tarixlərində Qarsda “Heydər Əliyev‐2022” faktiki atışlı birgə/müştərək sahə təlimi keçirilib. Təlimin məqsədi Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı əlaqəni təmin etmək, bilik və təcrübə mü ‐ badiləsi aparmaq, birgə fəaliyyət göstərmək bacarığını artırmaq, habelə atəş və manevr koordinasiyasını təkmilləşdirmək, döyüş hazırlığı səviy ‐ yəsini yüksəltməkdir. Həmçinin, bütün hava şəraitində məşq etmək və onların sağ qalma qabiliyyətini artırmaqdır. Təlimlərdə Azərbaycan Silahlı Qüvvə ‐ lərinin tank bölüyü və müxtəlif bölmələri iştirak edib. “Heydər Əliyev‐ 2022” Türkiyə‐Azərbaycan birgə təli ‐ minin Seçilmiş Müşahidəçi Günündə Türkiyə və Azərbaycan hərbçilərinin üzərinə düşən vəzifələri tam şəkildə yerinə yetirdiyi bildirilib. Türkiyə Respublikasının Qars şəhərində cari ilin may ayında keçirilən “Heydər Əliyev‐2023” birgə döyüş atışlı taktiki təlimi Türkiyə Cumhuriyyətinin yaranmasının və ümummilli lider Hey ‐ dər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Təlimdə iştirak edən Azərbaycanın Əlahiddə Ümum ‐ qoşun Ordusunun hərbi qulluqçularının döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstərdiyi bildirilib. “Heydər Əliyev‐2023” təlimin ssenarisinə əsasən, xüsusi təyinatlı bölmələr şərti düşmənin terror qrup ‐ laşmasının yerləşdiyi mağaraya basqın fəaliyyətini yerinə yetiriblər. Tankların, piyada döyüş maşınlarının, artilleriya və tankəleyhinə bölmələrin heyətləri helikopterlərin dəstəyi ilə şərti düşmən mövqelərini tam dəqiqliklə məhv ediblər. Təlimə cəlb edilmiş snayperlər müxtəlif məsafədən praktiki atışları yerinə yetiriblər. 15 “Mustafa Kamal Atatürk” təlimi


STM‑nin sürü PUA‑ları “Heydər Əliyev‑2023” təlimində Türkiyə və Azərbaycan Silahlı Qüv ‐ vələrinin Qars şəhərində keçirilən “Heydər Əliyev‐2023” təlimində STM şirkətinin taktiki mini pilotsuz uçuş aparatı (PUA) sistemləri aktiv şəkildə istifadə olunub. STM‐nin milli mühən ‐ dis lik imkanları ilə hazırladığı Sürü Dron Əməliyyat Layihəsi (BUMİN) təlim ‐ də özünü yüksək səviyyədə göstərib. Ssenariyə uyğun olaraq, havaya qalxan 6 ədəd “Kargu” kamikadze PUA, sürü halında əməliyyat tapşırığı yerinə yetirib. Təlim çərçivəsində Türkiyə təh ‐ lükəsizlik qüvvələrinin də inven tarında yer alan multikopter tipli “Kargu”, “Togan” və “Boyga” PUA‐ları onlara verilən missiyaları uğurla tamamlayıb. Bundan başqa, sabit qanadlı “Alpagu” zərbə PUA‐sı da əvvəlcədən müəyyən olunan hədəfləri bacarıqla məhv edib. STM tərəfindən hazırlanan sürü drone layihəsi ilə “Kargu”lar öz ara ‐ larında əlaqə qura və tapşırıqları paylaşa bilirlər. Hədəfləri müəyyən etmək və prioritetləşdirmək qabiliyyəti ilə PUA‐lar sürü hücumları həyata keçirirlər. Bu sistemlər dərin öyrən ‐ məyə əsaslanan kompüter görmə texnologiyaları ilə real vaxt rejmində obyekt aşkarlama, təsnifetmə və izləmə kimi inkişaf etmiş funksiyalara malikdir. Qeyd edək ki, STM‐in Sürü Dron Əməliyyat Layihəsi, BUMİN adını əski türkcədən götürür. Əski türkcədə “Bölük” və “Birlik” mənasını verən BUMİN həm də Göktürk İmpera ‐ torluğunun qurucusu Bumin Kağanın adını daşıyır. “Erciyes” təlimi Türkiyənin Kayseri bölgəsində 2019‐cu ildə keçirilən “Erciyes” təlimlərində Azərbaycanın Hərbi Hava Qüvvələri iştirak edib. Təlimlərə Türkiyə və Azərbaycanla yanaşı, Pa ‐ kistan və Gürcüstan HHQ də qatılıb. Təlimlərdə müşahidəçi qismində Ru ‐ mıniya, ABŞ, İtaliya və Qətər nü ma ‐ yəndələri iştirak edib. Təlimləri 33 ölkədən 39 attaşe izləyib. Təlimdə, həmçinin 67 növ hərbi maşın və 354 müxtəli çaplı silah istifadə olunub. Təlimin son günündə 128 əsgər 1200 metr yüksəklikdən statik tullanış həyata keçirib. Ümumilikdə, Azərbaycan Ordusu ‐ nun şəxsi heyəti 2019‐cu ildə Türkiyə Silahlı Qüvvələri ilə birlikdə mütəlif təyinatlı 11 beynəlxalq və ikitərəfli hərbi təlimdə iştirak edib. “Anadolu Ulduzu” təlimi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Türkiyədə iki ildən bir keçirilən “Anadolu Ulduzu” (“Ana ‐ dolu Yıldızı”) birgə axtarış‐xilasetmə təlimlərində də iştirak edir. 2019‐cu ildə keçirilən “Anadolu Ulduzu” təli ‐ mində Azərbaycan, Fələstin, Yaponiya, Küveyt, Cənubi Koreya, Şimali Kipr, Kosovo və Pakistandan olan hərbçilər iştirak edib. Təlimin ssenarisinə əsasən, Türkiyənin Axtarış‐Xilasetmə Bölgəsi daxilində Egey dənizinin beynəlxalq sularında və hava məkanında İstanbul yanalma limanı ilə “İzmir” adlı quru yük gəmisi ilə Mersin yanalma limanı ilə “Kemal Rəis” balıqçı gəmisi toqquşub. Balıqçı gəmisi batdığı üçün dənizə səpələnmiş şəxsi heyət hadisə yerindən xilas edilib və quru yük gəmisində baş verən yanğına müdaxilə edilib. Təlimlərdə 2 axtarış‐xilasetmə təyya ‐ rəsi, 4 axtarış‐xilasetmə heli kop teri, 1 freqat, 2 korvet, 3 sahil mühafizə gəmisi və 2 kater iştirak edib. 2021‐ci il oktyabrın 13‐də Egey dənizində başlayan “Anadolu Ulduzu‐ 2021” təliminin birinci mərhələsində beynəlxalq sularda və hava sahəsindəki qəza nəticəsində yanan, batan bir ticarət gəmisinin axtarışı, xilasetmə əməliyyatı həyata keçirilib. Nəticədə xilas edilənlər ən yaxınlıqda yerləşən xəstəxanaya təxliyə olunub. Bu mər ‐ hələdə QQ‐nin bir axtarış‐xilasetmə helikopteri, axtarış‐xilasetmə təyyarəsi və HHQ‐nin axtarış‐xilasetmə helikopteri, HDQ‐nin bir freqatı, Sahil Təhlükəsizlik Komandanlığının iki kateri, 4 qayığı, bir axtarış xilasetmə təyyarəsi, iki axtarış qurtarma təyyarəsi iştirak edib. İkinci mərhələ oktyabrın 14‐də başlayıb və Menemen Dumanlı dağında keçirilib. Bu mərhələdə, dağa çıxan bir alpinist qrupunun ssenariyə uyğun olaraq yoxa çıxması barədə məlumat əsasında axtarış‐xilasetmə əməliyyatı aparılıb. Xilas edilən al ‐ pinistlər hospitala çatdırılıb. Təlimi 9 ölkədən 15 müşahidəçi izləyib. STM‑nin “Kargu” PUA‑sı təlimlərdə


“Anadolu Qartalı” təlimi Müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı–2021” beynəlxalq taktiki‐uçuş təlimi iyunun 21‐dən iyulun 3‐dək davam edib. Azərbaycan HHQ‐nin təlimdə 2 ədəd MiQ‐29 və 2 ədəd Su‐25 təyyarəsi iştirak edib. “Anadolu Qartalı– 2021” təlimində iştirak edən Azərbaycan HHQ‐nin uçuş heyəti şərti düşmən hava hədəfinin aşkarlanması, taktiki qaydalarla qarşısının alınması, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşünün yerinə yetirilməsi əməliyyatını icra edib. Azərbaycan HHQ‐nin hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv edib və havada üstünlüyü təmin etməklə onun yerüstü hədəflərinə aviazərbələrin endirilməsi üzrə tapşırıqları uğurla icra edib. Azərbaycan HHQ‐nin hərbi pilotları tərəfindən sonuncu mərhələnin tap ‐ şırıqlarında qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub. Hərbi pilotlarımız şərti düş ‐ mənin yerüstü hədəflərinin koor di ‐ natlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər. Bildirilib ki, Azərbaycan HHQ‐nin hərbi pilotları xüsusi peşəkarlıq nümayiş etdirərək təlimdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Bu il aprelin 27‐dən Türkiyənin Konya şəhərində yerləşən aviabazada başlayan “Anadolu Qartalı‐2023” bey ‐ nəlxalq taktiki‐uçuş təlimində müxtəlif ölkələrin hərbi qulluqçuları iştirak edib. Beynəlxalq təlimdə Azər baycan HHQ‐ nin hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunub. Təlimdə əsas diqqət pilotların, o cümlədən mühəndis‐texniki heyətin peşəkarlıq səviyyəsinin artırılmasına, aviasiya texnikasının və digər hərbi va sitələrin praktiki istifadəsinə yönəldilib. Təlimin ilkin mərhələsində ssena ‐ riyə əsasən əvvəlcə şərti düşmənin hava hücumundan müdafiə vasitələri susdurulub. Hava üstünlüyü əldə edil ‐ dikdən sonra Azərbaycan HHQ‐nin təyyarələri müxtəlif döyüş təyyarələri ilə birgə şərti düşmənin hava məkanına daxil olaraq yuxarı hündürlükdə döyüş manevrləri etməklə qarşı tərəfin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər. Təlimin növbəti günündə şərti düşmənin hava məkanına daxil olaraq müasir peyk naviqasiya sistemlərinin imkanlarından istifadə olunmaqla dağlıq ərazidə maskalanmış kiçik mobil və stasionar yer hədəflərini müəy yən ‐ ləşdirmək və məhv etmək tapşırığı simulyasiya olunub. Həmçinin orta hün ‐ dürlükdə mürəkkəb döyüş manevrləri etməklə şərti düşmənin hava hü cu ‐ mundan müdafiə vasitələrindən ya yın ‐ maq üsulları da məşq etdirilib. Qarşıya qoyulan tapşırıqlar hərbi pilotlar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində Azərbaycanın pilotları 44 günlük Vətən müharibəsində əldə olunan döyüş təcrübəsini digər iştirakçı ölkələrin hərbi pilotları ilə bölüşüb, eyni zamanda onların da təc rü bə ‐ lərindən faydalanıblar. Azərbaycan müdafiə naziri general‐ polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü” ərəfəsində “Anadolu Qartalı” təlim mərkəzinin açılışında iştirak edib. General‐polkovnik Z.Həsənov və digər qonaqlar sərgidə ASELSAN şirkəti və TÜBİTAK şurasının nümayəndələri ilə görüşüb, nümayiş etdirilən müasir silah və avadanlıq nümunələri ilə tanış olublar. Tədbirin sonunda modernizasiya nəticəsində Su‐25 hücum təyyarəsinə quraşdırılan idarəolunan yeni aviasiya bombasının sınaq atışı nümayiş et di ‐ rilib. Atış zamanı təyin olunan hədəf 25 kilometr məsafədən yüksək dəqiqliklə 17 “Anadolu Ulduzu” təlimi “Anadolu Qartalı” təlimi


məhv edilib. Yeni aviasiya bombasının effektivliyi yüksək qiymətləndirilib. “Anadolu Ankası” təlimi Türkiyənin Konya şəhərində ke ‐ çirilən və Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı “Anadolu Ankası–2021” (“Anatolian Phoenix‐ 2021”) beynəlxalq axtarış‐xilasetmə təlimində paraşüt hazırlığı üzrə məşqlər keçirilib. Məşqlərin keçiril ‐ məsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır. Təlimə cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetirib. Azərbaycan Ordusu təlimdə HHQ‐nin hərbi qulluq ‐ çuları və HDQ‐nin xüsusi təyinatlıları ilə təmsil olunub. Azərbaycan hərbçi lə ri ‐ nin peşəkarlıq səviyyəsi təlim rəh bər ‐ liyi tərəfindən yüksək qiymət ləndirilib. Azərbaycan HHQ‐nin hərbi qulluq ‐ çuları 2022‐ci il may ayının 16‐dan 27‐ dək Türkiyənin Konya şəhərində keçi ‐ rilən “Anadolu Ankası‐2022” beynəlxalq axtarış‐xilasetmə təliminə qatılıb. Təlim çərçivəsində tapşırıqların xəritə üzə ‐ rində dəqiqləşdirilməsi və hədəf he ‐ sabatı, paraşüt hazırlığı üzrə çalış malar, helikopterlərlə təlim uçuşları və senariyə uyğun olaraq qəza etmiş avia ‐ siya vasitəsi ekipajlarının axtarış‐ xilasetmə əməliyyatları yerinə yetirilib. Təlimdə qarşıya qoyulan tapşırıqların uğurla icra edildiyi bildirilib. Türkiyənin Konya şəhərində yerlə ‐ şən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən “Anadolu Ankası‐2023” beynəlxalq axtarış‐xilasetmə təlimində Azər bay ‐ canı HHQ‐nin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, HDQ və XTQ‐nin hərbi qulluqçuları təmsil edib. İyunun 5‐də başlayan təlimlərdə Türkiyə və Azərbaycanla yanaşı İs ‐ paniya, Qətər, Şimali Kipr, Polşa da iştirak edib. Hazırlıqların məq ‐ sədlərindən biri təcrübə mübadiləsidir. İyunun 16‐na qədər davam edən beynəlxalq təlimdə ssenariyə əsasən, qəzaya uğramış ekipaj üzvlərinin axtarış‐xilas və təxliyə edilməsi fəaliyyəti təlim iştirakçıları tərəfindən uğurla icra olunub. Təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetiril ‐ məsində əsas məqsəd hərbi qul luq ‐ çuların bilik və bacarıqlarının tək mil ‐ ləşdirilməsi, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mü ‐ badiləsinin təmin edilməsidir. Plana uyğun olaraq, beynəlxalq təlimin növbəti mərhələsində paraşüt hazırlığı və patrul fəaliyyəti üzrə müx ‐ təlif tapşırıqlar yerinə yetirilib. Ssenariyə əsasən, qəzaya uğramış eki ‐ paj üzvlərinin şərti düşmən arxasında axtarış‐xilas və təxliyə edilməsi üzrə növbəti fəaliyyəti təlim iştirakçıları tərəfindən uğurla icra olunub. Tap şı ‐ rıqların yerinə yetirilməsində əsas diqqət şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmil ləş diril ‐ məsinə, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldilib. Təlimdə qar ‐ şıya qoyulan tapşırıqlar iştirakçı döv ‐ lətlərin şəxsi heyəti tərəfindən qarşılıqlı əlaqədə müvəffəqiyyətlə icra edilib. “Kurtaran” təlimi Türkiyənin Şərqi Aralıq dənizində keçirilən “Kurtaran‐2022” sualtı axtarış və xilasetmə təlimlərində Türkiyə ilə yanaşı Azərbaycan, Banqladeş, Bəh ‐ reyn, Bolqarıstan, Ekvador, İndoneziya, Cənubi Koreya, İspaniya, Şimali Kipr, Pakistan, Polşa və İordaniyadan 26 müşahidəçi iştirak edib. Mayın 22‐dən 27‐dək davam edən təlimlərə Türkiyənin yeddi gəmisi, üç sualtı gəmisi, bir təyyarə, iki helikopter, bir pilotsuz uçuş aparatı, iki sahil mühafizə qayığı və polis axtarış‐xilasetmə bri ‐ qadasının əməkdaşları cəlb olunublar. Təlimlər dəniz altında axtarış‐xilasetmə tədbirlərinin gücləndirilməsi məqsədi daşıyıb. Şərqi Aralıq dənizində keçirilən “Kurtaran‐2023” hərbi təlimlərində isə Türkiyə ilə yanaşı, Azərbaycan, Avstra ‐ liya, Bəhreyn, Bolqarıstan, Cənubi Koreya, Polşa, Birləşmiş Ərəb Əmir ‐ likləri, Əlcəzair, İndoneziya, Cənubi Afrika Respublikası, Qətər, Malayziya, Rumıniya, Sinqapur, Səu diyyə Ərəbis ‐ 18 www.poliqon.az “Anadolu Ankası” təlimi


tanı və Omandan 41 müşahidəçi iştirak edib. “Kurtaran‐2023” sualtı axtarış və xilasetmə təlimləri çərçivəsində müx ‐ təlif tap şırıqlar və maneverlər icra olunub. Təlimin planına əsasən batmış sualtı qayığın robotlar vasitəsilə ax ta ‐ rışı, vəziyyətinin qiy mət lən diril məsi, eyni zamanda heyətin xilas edilməsi, dalğıclar vasitəsilə onlara qida və tibbi ləvazimatların ötürülməsi üzrə tap ‐ şırıqlar icra olunub. “Efes” təlimi Türkiyənin İzmir şəhərində keçi ‐ rilən “Efes‐2022” çoxmillətli təlimin pla nına əsasən hərbi qulluqçular tapan ‐ çadan, müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan praktiki atışlar yerinə yetiriblər. Bundan başqa, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təhlükəsiz şəkildə təxliyə olunması, eləcə də axtarış‐ xilasetmə əməliyyatları üzrə tapşırıqlar uğurla icra olunub. Beynəlxalq təlimə Azərbaycanın ƏÜM‐nun və HDQ‐nin hərbi qulluqçuları cəlb olunub. “Efes‐2022” çoxmillətli hərbi tə ‐ limlər “Yüksək Səviyyəli Müşahidəçi Günü”nə aid iyunun 8‐də və 9‐da təşkil olunan mərhələlərlə başa çatıb. Azərbaycanın müdafiə naziri general‐ polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general‐ polkovnik Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyətinin də izlə ‐ diyi təlimlərin iyunun 9‐da keçirilən sonuncu mərhələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxı şı ilə yekunlaşıb. Bir ay davam edən “Efes‐ 2022” təlimlərində bütün tap şırıqların qüsursuz yerinə yetirildiyi bildirilib. “Sarsılmaz Qardaşlıq” təlimi Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyun ayının 7‐dən 11‐dək Naxçıvanda “Sarsılmaz Qardaşlıq‐2019” birgə döyüş atışlı taktiki təlim keçirilib. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikanın güc strukturlarının, eləcə də Türkiyə Res ‐ pub likası Silahlı Qüvvələrinin böl ‐ mələrinin iştirakı ilə keçirilən təlimə 5000‐ə qədər şəxsi heyət, 200‐dən artıq tank və digər zirehli texnika, 180‐ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatan, 21 ədəd təyyarə, heli ‐ kopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müx ‐ təlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunub. Təlimin məq ‐ sədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və onların birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf et ‐ dirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliy ‐ yətinin koordinasiyasına nail olmaqdır. Naxçıvanda “Sarsılmaz Qardaşlıq‐ 2021” Azərbaycan‐Türkiyə birgə döyüş atışlı taktiki təliminin ssenarisinə əsasən bölmələr praktiki fəaliyyətləri yerinə yetiriblər. Bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail ol ‐ maq üçün komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşun ‐ lar fasiləsiz idarə olunub, birləşmə və hissələr döyüşə hazırolma planlarına uy ğun fəaliyyət göstəriblər. Ko man ‐ dirlər tərəfindən ərazi qiymətləndirilib, düşmən mövqelərinə gizli yaxınlaşma istiqamətləri seçilib, hərəkət mar şrut ‐ ları öyrənilib, şəxsi heyətin fəaliyyəti müxtəlif üsullarla məşq etdirilib. Xüsusi həmlə qrupları tərəfindən düşmən mövqelərinə yaxınlaşma, düş ‐ mənin optik cihazlarından və sərrast atəşindən yayınma fəaliyyətləri icra edilib. Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotaj manevrlərlə təlim‐ məşq uçuşları keçirilib. Daha sonra, Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz Qardaşlıq‐2021” birgə əməliyyat‐taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib. “Sarsılmaz Qardaşlıq” təlimi


“Qardaş Yumruğu” təlimi Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis‐istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə 2022‐ci ilin dekabr ayında keçirilən “Qardaş Yumruğu” birgə təlimi Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib. Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mü həndis Qoşunları, Raket və Artille ri ‐ ya Qoşunlarının bölmələri Tür kiyə Si ‐ lahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetiriblər. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliy ‐ yatlarda tətbiqi, onların qarşılıqlı əla ‐ qədə fəaliyyətinin təşkili, çaylar üzə ‐ rindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilib. Birgə təlimdə əsas diqqət qoşun ‐ ların qarşılıqlı əlaqədə fəaliyyətləri za ‐ ma nı döyüş uzlaşmasının təmin edil ‐ məsi, idarəetmənin təkmilləş diril məsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. Perspektiv Azərbaycan və Türkiyə orduları 2024‐cü ildə birgə hərbi təlimləri davam etdirəcək. Bu məsələ müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general‐ polkovnik Kərim Vəliyevlə Bakıda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvə ‐ lərinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında keçirilən görüşdə müzakirə olunub. Qardaş ölkə ilə birgə keçirilən ikitərəfli və çoxmillətli tə ‐ limlərin hərbi qulluqçuların peşə karlıq səviyyəsinin yüksəlməsinə müs bət təsir göstərdiyi xüsusi vurğulanıb. Nəticə Təhlükəsizliyin qayğısına qalmaq hər bir müstəqil, suveren dövlətin təbii haqqıdır. Məlum olduğu kimi, hərbi‐ texniki əməkdaşlığın inkişafına təkan verən önəmli amillərdən biri də ordu ‐ ların birgə təlimlərinin keçiril məsidir. Azərbaycan Ordusunun iştirak etdiyi istənilən təlim ordunun inkişafı, hərbi qulluqçuların təcrübələrinin artırılması və qarşıda duran tap şırıqların icrası baxımından olduqca əhəmiyyətlidir. Qeyd etmək yerinə düşər ki, bundan əvvəl də Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik planlara uyğun olaraq, dəfələrlə hər iki ölkənin QQ və HHQ‐nin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki‐uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Azərbaycan‐Türkiyə əlaqələri uğur ‐ la davam etdirilir. Bu gün Azərbaycan‐ Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Təlimlər hərbi qulluq ‐ çuların bilik və bacarıqlarının daha da artırılmasına xidmət edir. İki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişafı vacibdir. Bu hərbi əməkdaşlıq xalqlarımız və ölkə lə ri mi ‐ zin təhlükəsizliyinə və bölgədəki sa bit ‐ li yə yönəldilib. Bu istiqamətdə tə lim ‐ lərin keçirilməsi də hərbçilərin təc rübə qazanması üçün çox vacib hesab edilir. Təlimlərdə birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanın təmin edilməsi, habelə silahlanmada mövcud olan, silah lan ‐ maya yeni daxil olan və müdafiə səna ‐ yesi şirkətləri tərəfindən hazırlanan silah və sursatların, həmçinin hərbi nəqliyyat vasitələrinin texniki imkanları da sınaqdan keçirilir. PJ


Dövlət Sərhəd Xidmətinin rəisi general‐polkovnik Elçin Quliyev Azər ‐ bay can Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısına kompleksdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 20.5 hektar ərazini əhatə edən hərbi hissə kompleksinə qərargah binası, 5 binadan ibarət 146 mənzilli yaşayış kompleksi, yeməkxana, hamam, camaşırxana və tibb məntəqəsindən ibarət əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları daxildir. Bununla yanaşı, kompleksin ərazisində helikopter mey ‐ dançası, hərbi texnikaların saxlanması üçün avtomobil parkı, avtomobil yuma və yanacaqdoldurma məntəqələri, silah, ərzaq və əşya‐geyim anbarları, içməli su anbarı, qazanxana binası mövcuddur. Qeyd edilib ki, kompleksin idman şəhərciyində hərbi qulluqçuların idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılıb və voleybol meydançası yaradılıb. İstilik sistemi, daimi su və elektrik enerjisi ilə təmin edilən kompleksdə ehtiyat generatorlar quraşdırılıb. Ərazidə əsaslı tikinti‐abadlıq işləri aparılıb, 23 min kvadratmetr sahə asfaltlanıb, geniş yaşıllıq salınıb, ağaclar əkilib. Xidmətin yüksək səviyyədə apa ‐ rılması, şəxsi heyətin döyüş qa biliy ‐ yətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb. Dövlət başçısına, həmçinin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirilib. Prezident İlham Əliyev “Qazax” Əlahiddə Sərhəd Diviziyasında olub Azərbaycan Prezidenti İlham Əliyev avqust ayının 7‑də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.


Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı ilə mükafat ilk dəfə Milli Mətbuat Günü ərəfəsində, iyulun 18‐də Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə televiziya, onlayn xəbər saytları, qəzet və informasiya agentliklərində hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə təqdim olunub. Tədbirdə Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Türkiyənin “ASELSAN‐ Bakı” şirkətinin nüma yən dələri, həmçinin Rəşad Süleymanovun ailə üzvləri və başqaları iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çalışacağıq ki, bu mükafat öz sanbalını saxlasın, gələcəkdə də davamlı olsun Sonra, qonaqları salamlayan Mətbuat Şurasının sədri Rəşad Məcid tədbiri giriş sözü ilə açıb. O, həm mükafatlandırılan hərbi jurnalistləri, həm də Milli Mətbuat Günü ilə bağlı mətbuat orqanlarında çalışan bütün jurnalistləri təbrik edib: “Bu gün “Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatının təsis və təqdim olunması münasibəti ilə yığışmışıq. Rəşad Süleymanov Vətəni sevən və peşəkarlar içərisində xüsusi yeri olan jurnalist olub. Tale belə gətirib ki, Rəşadla bir yerdə işləmişəm. O, baş redaktoru olduğum “525‐ci” qəzetdə çalışıb. Rəşad özünün bütün keyfiyyətləri ilə həmişə yaddaşımızda çox isti bir insan kimi qalıb. POLIQON JURNALI‐nın belə bir addım atması hesab edirəm ki, həm də bir vəfa borcudur, öz həmkarımızın xatirəsinə böyük bir ehtiramın nümunəsidir. Buna görə də mən POLIQON JURNALI MMC‐nin rəhbəri Zaur Babaşova öz təşəkkürümü bildirirəm. Biz də, ətrafdakı dostlar da çalışacağıq ki, bu mükafat öz sanbalını saxlasın, gələcəkdə də davamlı olsun. Bu sahədə həm hərbi jurnalistlər yetişdirmək, həm də gənc jurnalistləri bu istiqamətə yönəltmək, təkmilləş dirmək işində həmkarlarımızla birgə fəaliyyət göstərəcəyik”. “Hərbi jurnalist Rəşad Süley ‑ manov” Media Mükafatı bu sahədə bir yenilikdir “Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatının təsis edilməsi ilə bağlı danışan POLIQON JURNALI MMC‐nin direktoru və “Poliqon” jurnalının baş 22 www.poliqon.az “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təsis edilib ?Elşən Abdulkərimov “Poliqon” (əvvəlki adı “Azerdefence”) jurnalının təsisçisi və baş redaktoru olmuş hərbi jurnalist Rəşad Süleymanovun adının əbədiləşdirilməsi və Azərbaycanda hərbi sahə üzrə fəaliyyət göstərən jurnalistlərin əməyinin qiymətləndirilməsi üçün PO‐ LIQON JURNALI Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) tərəfindən “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təsis edilib.


redaktoru Zaur Babaşov bu barədə tədbir iştirakçılarına məlumat verib. O vurğulayıb ki, 2012‐ci ildə Rəşad Süleymanov Azərbaycanda ilk və yeganə olan “Poliqon” (əvvəlki adı “Azerdefence”) jurnalını yaratmaqla, həm də hərbi‐ texnologiya məktəbinin əsasını qoymuşdu: “Bu gün isə həmin sütunlar üzərində qurulan POLIQON JURNALI MMC tərəfindən ilk dəfə olaraq məhz hərbi sahədə fəaliyyət göstərən jurnalistlərin əməyinin qiymətlən ‐ dirilməsini təmin etmək üçün “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təsis edilib. Düşünürük ki, bu mükafatı alan hərbi sahədə fəaliyyət göstərən jurnalistlərimiz çiyinlərinə götürdükləri yükün ağırlığını çəkərkən müəyyən mənəvi rahatlıq taparlarsa Rəşad Süleymanovun da ruhu şad olar. Zaur Babaşov bildirib ki, sözügedən mükafatın təsis olunmasının ideya müəllifi hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovdur: “Buna görə, “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının Təşkilat Komitəsinin üzvləri adından ona təşəkkür edirəm. Üzeyir müəllimin belə bir ideya ilə çıxış etməsi bu mükafatı təsis etməyimizdə bizə istiqamət oldu”. Onun sözlərinə görə, “Hərbi jurnalist Rəşad Süleymanov” mükafatının məqsədi hərbi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətlən ‐ dirilməsini təmin etməklə, onların əməyi ‐ nin medianın və bütöv lükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan isti qamətlərini icti maiy yətə çat dır maq ‐ dan, hərbi jurnalistikanın cəmiyyət hə ‐ ya tındakı rolunun artırıl masını stimul ‐ laş dırmaqdan ibarətdir. “Media mükafatının ilk mərhələsində fərqləndirmə ölçüsü kimi hərbi sahədə fəaliyyət göstərən jurnalistlərin yara dı ‐ cılığının özü bütöv götürülüb. Yəni məqsəd hərbi jurnalistikamızın həm dünənində, həm də bu günündə zəhməti olanların qiymətləndirilməsidir. Burada hərbi jurnalistika sahəsində önəmli xidmətləri olan, bu gün də səmərəli fəaliyyətini davam etdirən şəxslərin əməyinin dəyərləndirilməsidir. “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının növbəti mərhələdə tərtibatı başlıca meyar olaraq bir növ, müsabiqəlilik prinsipinə əsaslanacaq. Yəni, kütləvi informasiya vasitələrinin hərbi sahə üzrə fəaliyyət göstərən təmsil ‐ çi ləri özlərinin konkret yaradıcılıq nümunələrini təqdim edərək müsa biqəyə qatılacaqlar və münsiflər heyətinin qə ‐ ra rına əsasən fərqlənən jurnalistlər “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mü ‐ kafatına və pul mükafatına layiq görüləcək”, ‐ deyə Zaur Babaşov bəyan edib. Bildirilib ki, bundan sonra mükafatla təltif olunan şəxslər aşağıdakı kriteriyalar əsasında müəyyənləşdiriləcək: • “Hərbi jurnalist Rəşad Süley ma ‐ nov” Media Mükafatının əsas naməsinə görə, mükafatın laureatlarının müəy ‐ yənləşdirilməsi mükafat komissiyası tərəfindən həyata keçiriləcək. Komis ‐ siyanın tərkibi, əsasən, media sahəsində çalışan, təcrübəli jurnalistlər, media qurumlarının rəhbərləri və peşəkar media ekspertləri olacaq. • Əsasnaməyə uyğun olaraq komissiya hər il Milli Mətbuat Günü ərə ‐ fə sində hərbi sahə üzrə, əsasən Azər ‐ baycan Silahlı Qüvvələrinin inkişaf pro ‐ se sini və ordu quruculuğunu əhatə edəcək, elan edilmiş yazı müsabiqəsinin nəticələrini qiymətləndirəcək. • Laureatlar üç dərəcə üzrə qiymətləndiriləcək. Birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə isə 3 nəfərin mükafatlandırılması nəzərdə tutulur. • Beləliklə, hərbi jurnalistika sahə ‐ sində xüsusi xidmətlərə görə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatına layiq görülmüş şəxslər müəyyənləşdiriləcək. “Poliqon” jurnalının baş redaktoru çıxışının sonunda Rəşad Süleymanovun həm Azərbaycanın hərbi jurnalistikası, həm də müdafiə sənayesi sahəsində böyük xidmətlərindən danışıb. Rəşad Süleymanovun Azərbaycana yaxın dost və tərəfdaş ölkələrlə, xüsusən Türkiyə‐ Azərbaycan arasında müdafiə səna yesinin inkişafına verdiyi töhfə diqqətə çatdırılıb. Məhz bu xidmətlərin müqabilində “ASELSAN‐Bakı” şirkətinin “Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatının təsis edilməsinə göstərdiyi böyük dəstək vurğulanıb. Bu mükafat Azərbaycan hərbi jurnalistikasına yeni nəfəs verəcək Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli tədbirdə çıxış edərək deyib ki, jurnalistin, fikir adamının əsas xoşbəxtliyi ondan ibarətdir ki, onun sözü və mətbu irsi özündən sonra da yaşayır: “Rəşad Süleymanov haqqında o qədər xoş fikirlərimiz, xatirələrimiz var ki, danışanda adam qəhərlənə bilər. 23


Fürsətdən istifadə edib Zaur müəllim sizə çox təşəkkür edirəm ki, Rəşadın irsini layiqincə yaşadırsınız. Bu işdə sizə dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk. Yəni bu bizim Azərbaycan mediasının bir minnətdarlıq borcudur. Siz bu şərəfli missiyanı layiqincə yerinə yetirirsiniz. Rəşadın adını daşıyan mükafatı almaq fəxrdir və məsuliyyətdir. Yəni o deməkdir ki, həmin mükafata bax ‐ dıqda, o mükafat hansısa kitab rəfində, otağımızın əziz bir guşəsində qoyulduqda orada Rəşadın adı anılacaqdır və istər‐ istəməz sual yaranacaqdır bu adam kim ‐ dir, niyə onun adına mükafat təsis edilib. Beləliklə onun xidmətləri xatırlanacaqdır. Əziz dostlar Qarabağ müharibəsi başa çatıbdır, amma belə bir məşhur ifadə var ki, informasiya cəbhəsində heç vaxt atəşkəs olmur. Bizim cəsur hərb ‐ çilərimiz öz funksiyalarını yerinə yetir ‐ dilər, döyüş meydanında öz sözlərini dedilər və indi də ölkəmizin sərhədlərini layiqincə qoruyurlar. Biz jurnalistlər isə ölkəmizin informasiya sərhədinə məsuliyyət daşıyan şəxslərik. Azərbaycan jurnalistləri 44 günlük Vətən mü ‐ haribəsində öz peşəkarlıqlarını bacar ‐ dıq ları qədər və hətta daha yüksək səviy ‐ yədə nümayiş etdirdilər. Ötən il Şuşada Qlobal Media Forumu keçirdik və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak etdi. Azərbaycan jurnalistlərinə müraciətində cənab Prezident xüsusən hərbi jurnalistlərin, müharibə dövründə fəaliyyət göstərən Azərbaycan mediasının fəaliyətini çox yükəsək qiymətləndirdi. Həyatı bahasına insanları informasiya ilə təmin etmək çox cəsarət tələb edən peşədir. Biz iki dəyərli jurnalistimizi məhz həyatı bahasına informasiya əldə edərkən şəhid olduqlarının şahidi olduq. Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsi bizim daim qəlbimizdədir. Azərbaycan jurnalistləri birinci dəfə deyil ki, erməni terrorunun qurbanına çevrilirlər. Bu mü ‐ kafatın təsis olunması, bu jurnalın ya ‐ şaması Azərbaycan hərbi jurna listikasına nəfəs verəcəkdir. Sizin bu çətin, məsuliyyətli və şərəfli fəaliy yətinizdə hər birinizə təşəkkürümüzü bildiririk. Bir daha Zaur müəllim Rəşadın irsini yaşatdığınıza görə sizə təşəkkür edirəm. Bu fəaliyyətinizdə sizə dəstək olan hər kəsə minnətdarlığımızı bildiririk”. Azərbaycan Hərbi İnstitutunda hərbi jurnalistka fakültəsi açılmalıdır “Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatının təsis olunması ilə bağlı ilkin ideya verən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu mükafatın yaradılmasında iştirak edən hər kəsə təşəkkür edib və hərbi jur ‐ nalistika ilə bağlı məsələlərə toxunub: “Bilirsiniz dünyada iki növ jurnalistika var. Mülki jurnalistlər və bir də hərbi jurnalistlər mövcuddur. Azərbaycanda mülki jurnalistika və bu sahədə jurnalist yetişdirən fakültəmiz də var. Ancaq hərbi jurnalistka ilə bağlı bu yoxdur və mütləq hazırlamaq lazımdır. İndi hərbi jurna ‐ listika ilə maraqlanan insanlar bilirlər ki, bu günlərdə NATO Kanadada həmin mütəxəssisləri hazırlayır. Düzdür, Azərbaycan Müdafiə Nazirliyi hər il iki nəfəri Moskvaya, orada hərbi instituta təhsil almağa göndərir. Ancaq o iki nəfər yaraya məlhəm deyil. Bilirsiniz ki, Azərbaycan boyda bir dövlətin güc strukturlarında kifayət qədər şəxsi heyət xidmət edir. Ona görə də, Azərbaycanda bununla bağlı ya universitetdə, ya da Azərbaycan Hərbi İnstitutunda fakültə açılmalıdır və orada tədricən 10, 20, 30 nəfər hazırlanmalıdır. Bu gün Dövlət Sərhəd Xidmətinin Akademiyası DSX‐yə çox böyük kömək göstərir. Əvvəllər o kadrlar Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademi ‐ yasında hazırlanırdı. Ona görə də bu məsələ üzərində mütləq işləməliyik. Çünki 3‐5 nəfərlə və yaxud kursla bu boşluğu doldura bilmərik”. Üzeyir Cəfərov hesab edir ki, Rəşadın ruhu şaddır ona görə ki, onun adına mükafat var. “Natiq müəllim də burda qeyd etdi ki, o mükafat hansı ki, bizim dəyərli dostlarımıza təqdim olunacaq, onların evlərinə gələn adam, heç bəlkə bu sahəyə aid olmayan bir adam içəri girəndə istər‐ istəməz diqqətini cəlb edəcək. Bunun üçün “Poliqon” jurnalının baş redaktoru Zaur Babaşova təşəkkür edirəm. Ümumiyyətlə gəlin bu qayda ilə bütün dostlarımızın adlarını yaşadaq. Onların ailələri də bir qədər rahat olsunlar ki, onların qardaşları və yaxud ailə başçıları seçdikləri peşədə yanılmayıblar”, ‐ deyə ehtiyatda olan polkovnik Üzeyir Cəfərov vurğulayıb. İlk mükafatda çox peşəkar jurnalistlərin adları var “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin və “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının Təşkilat Komitəsinin üzvü Ayaz Mirzəyev tədbirdə çıxış edərək, bu mükafatla təltif olunan jurnalistləri təbrik edib: “Burada mükafata layiq görülən jurnalist həmkarlarımın arasında o qədər insan var ki, bir zamandan sonra onların adına da mükafat olacaq. Çünki həqiqətən onlar öz sahəsində sözlərini demiş insanlardır. 24 www.poliqon.az


Bu mükafatın formalaşmasına nail olmaq üçün bizə sadəcə bir dayaq nöqtəsi lazım idi. Rəşadın həyatda əldə etdiyi nailiyyətlər, vətənpərvər və hərbi jurnalist olaraq göstərdiyi nümunələr bizə bunun üçün mayak oldu. “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı ilə mükafatlandırılanlar öz sahəsində nailiyyətlər əldə etmiş, hərbi sahədə fərqlənən peşəkar jurnalistlərdir”. Ayaz Mirzəyev qeyd edib ki, Rəşad Süleymanov haqqında çox danışmaq olar: “Rəşad bizim qəlbimizdədir. Deyirlər vətənpərvərlik peşə deyil, vətənpərvərlik ya var, ya da yoxdur. Rəşad həqiqətən də həm vətənpərvər idi, həm vətənini çox istəyirdi, həm də öz peşəsini çox sevirdi. O, bir çoxlarımıza nümunədir. Biz də onun yolunu davam etməyə çalışırıq. Rəşadın ailəsində onun yolunu davam etməyə artıq namizəd var. Onun böyük oğlu Məhəmməd bizim sərhədçimizdir, Dövlət Sərhəd Xid mətinin Xüsusi Məktəbində təhsil alır. Kiçik övladları da böyüyür. Biz Rəşadın həmkarları olaraq onun yolunu davam etdiririk. Mənim sadəcə arzum odur ki, bu mükafat davamlı olsun. İlk mükafatda həqiqətən də çox peşəkar jurnalistlərin adları var. O, jurnalistlər ki, onların bir çoxunun fəaliyyətinin hətta Vətən müharibəsi dövründə özüm şəxsən şahidi olmuşam, kənardan izləmişəm. Mənim üçün də böyük bir fərəhdir ki, həmin jurnalistlərin mükafatlandırma mərasiminin Təşkilat Komitəsinin üzvüyəm”. R.Süleymanovun xatirəsi əbədi olaraq yaşayacaq və gənclərimizə örnək olacaq Rəşad Süleymanovun adına təsis edilmiş media mükafatının təşkilati dəstəkçisi olan Türkiyənin “ASELSAN‐ Bakı” şirkətinin şöbə müdiri Yaşar İmanov tədbirdə çıxış edərək, mərhum hərbi jurnalist ilə yaşanan xatirələrini bölüşüb. “Rəşad Süleymanovla mən şəxsən tanış olmuşam və onu vətənpərvər jurnalist kimi tanıyıram. Çox isti xatirələrimiz var. Rəşad bizimlə on ildən artıq bir müddətdə əməkdaşılıq edib və “Poliqon” jurnalının baş redaktoru Zaur Babaşovun qeyd etdiyi kimi, müdafiə sənayesinin inkişafına öz töhfəsini verib. Azərbaycandan yeganə jurnalist olub ki, Türkiyədə bizim baş şirkətimiz ASELSAN‐ da olub, istehsalat müəssisəsində hazırlanan bəzi məhsullar ilə yaxından tanış olub. Azərbaycan‐Türkiyə əlaqə ‐ lərinə həmişə dəstək verib. Buna görə, biz həm Rəşad Süley ma ‐ novun təsis etdiyi jurnalın kol lektivinə, eyni zamanda Azərbaycan mediasına bu günə qədər aldığımız dəstək üçün bütün mətbuat kollektivinə öz təşəkkürümüzü bildiririk. Əminəm ki, Rəşad bəyin xatirəsi əbədi olaraq Azərbaycanda, mətbuatda yaşayacaq və gənclərimizə örnək olacaq. Biz hər zaman mətbuatla dostluq etməyə və mətbuata dəstək verməyə hazırıq. Diqqətiniz üçün təşəkkür edirəm”, ‐ deyə “ASELSAN‐Bakı” şirkətinin nümayəndəsi bildirib. Daha sonra tədbirdə Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış edib və Rəşad Süleymanovla görülən birgə fəaliyyətlərdən danışıb: “Ordunun Dostları Mətbuat Klubunu yaradanda Rəşad Məcidlə görüşdük. Rəşad müəllim “525‐ci” qəzetdə hərbi yazı ilə bağlı həftədə 1 səhifə verirdi və onu da rəhmətlik Rəşad Süleymanov yazırdı. Sonra o səhifə gündəlik yayımlanırdı. “525‐ci” qəzetdə bunu başladıq və daha sonra “Hərbi And” qəzeti yarandı. Rəşad sonra APA‐ya getdi və orada da böyük bir fəaliyyət göstərdi. Ondan sonra özü müstəqil olaraq “Azerdefence” (“Poliqon”) saytı və jurnalını yaratdı. Rəşad Süleymanovun çox böyük xid mətləri var. Onun ən böyük arzusu Qarabağın azad olunması idi. Rəşad Qarabağın, Füzulinin, Şuşanın azad olunmasını gördü və onun arzuları daim yaşayır”. Tədbirdə iştirak edən Rəşad Süleymanovun oğlu Məhəmməd Süley ‐ manov media mükafatı ilə təltif olunan bütün hərbi jurnalistləri təbrik edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. O, “Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatının təsis olunmasında əziyyəti keçən hər kəsə təşəkkür edib. R.Süleymanov Azərbaycan hərbi‑ texnoloji jurnalistikasının quru cusudur Son olaraq Xəzər Müdafiə Təd ‐ qiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli çıxış edib. O, Rəşad Süley ‐ manovun təsis etdiyi “Poliqon” jurnalının Azərbaycan hərbi jurnalistikasındakı rolundan və əhəmiyyətindən danışıb. “Rəşad sözün əsl mənasında idealogiya daşıyıcısı idi. O, mətbuata biznes, ticari nöqteyi‐nəzərdən yanaş ‐ mırdı. Bu çox vacib idi. Elə gəldiyi ilk gündən “525‐ci” qəzetdə həmin idealo ‐ giyanın daşıyıcısına çevrildi. Həmin idealogiya, dövlət sevgisi, Vətən sevgisi də onu gətirib buraya çıxartdı. Amma hərbi jurnalistika dedikdə bu təkcə hərbi hissələrdə olmaq, səngərdə olmaq deyildi, məsələyə akademik yanaşma idi. “Azerdefence” (“Poliqon”) saytı və eyni adlı jurnal təsis olunanda həmin vaxt məqsəd o idi ki, Azərbaycan cəmiyyəti, Azərbaycan dilli oxucular ana dilində 25


hərbi‐texnologiya barəsində məlumat əldə etsin. Hələ o zaman sosial şəbəkələr çox yayılmamışdı və internet re surs ‐ larında da Azərbaycan dilində hərbi‐ texnologiya ilə bağlı məlumatlar az idi. Məqsəd bu məlumatların vacib olanlarını bir yerə toplayıb onu həmin saytda dərc etmək və Azərbaycan oxucusuna çat ‐ dırmaq idi. Bu olduqca çətin proses idi. Çünki məlumatlar Rus və İngilis dillərindən tərcümə olunmalı idi. Eyni zamanda termin məsələləri ortaya çıxırdı. Məsələn, indi PUA adlanan vasitəyə əvvəl pilotsuz təyyarə deyirdilər. Hətta rəsmi açıqlamalarda da pilotsuz təy yarə deyilirdi. Biz Rəşadla söhbət edir dik ki, bunu necə adlandıraq və nəticədə pilotsuz uçuş aparatının üzərində qaldıq. Pilotsuz uçuş aparatı abreviatur olaraq da daha rahat səslənir. Hərbi‐texnlogiya ilə bağlı bir çox məsələlər, eləcə də bu sözləri tapıb çıxartmaq özümüz üçün də kəşf idi. Bu, təkcə onunla bitmir. Rəşad Süley ‐ manov hərbi sərgilərdə, beynəlxalq müda fiə sənayesi sərgilərində iştirak ən ‐ ənə sini qoydu. Sözün əsl mənasında, o, bir araşdırma məntəqəsi idi ki, biz hər dəfə o sərgilərə gedəndə yeni nəsə kəşf edirdik. Yadıma gəlir ki, o, bəcikini (yaxa kartı) çevirib ermənilərin stendinə ya ‐ xın laşıb müəyyən fotolar çəkərək infor ‐ masiya əldə etmək üçün risklərə gedirdi. Xarici ölkədə olduğundan təhlükələr də ya şaya bilərdi. Rəşad sözün əsl mənasında Azərbaycan hərbi‐texnoloji jur nalis ti ka ‐ sı nın qurucularından biri deyil, qurucu ‐ sudur. O zamanlar bu sahədə “Hərbi And” qəzeti və bir də “Hərbi Bilik” jurnalı vardı. “Hərbi Bilik” Müdafiə Nazirliyinin tər ‐ kibində idi. Ancaq geniş ictimaiyyət üçün nəzərdə tutulan jurnal kimi, hərbi‐tex ‐ nologiya, hərbi‐texnoloji mətbuat, müda ‐ fiə sənayesi sahəsində ixtisaslaşmış mətbuat orqanı kimi “Poliqon” jurnalı bu ənənəni qoyub. Burada da Rəşadın əməyi çox böyük və hədsizdir. Allah ona rəhmət etsin”, ‐ deyə Xəzər Mü dafiə Tədqiqatları Mərkəzinin rəhbəri bildirib. Daha sonra Rəşad Süleymanova həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirin sonunda hərbi sahədə göstərdiyi səmərəli fəaliyyətinə görə seçilən jurnalistlərə və onlayın media orqanına "Hərbi jurnalist Rəşad Süley ‐ manov" media mükafatı təqdim olunub. “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatına layiq görülüb: • “Ordu.az” hərbi yönümlü onlayn media orqanı • Hərbi jurnalist Anar Şuşalı • Real TV‐nin əməkdaşı İlqar Mikayıloğlu • Baku TV‐nin əməkdaşı Fərdin İsazadə • “Yeni Çağ” Media Qrupunun əməkdaşı Səxavət Məmməd • ARB Media Qrupunun əməkdaşı Rasim Salehli • CBC telekanalının xüsusi müxbiri Elmira Musazadə • AzTV‐nin əməkdaşı Vüsal Qaraca • İctimai TV‐nin Qarabağ bölgəsi üzrə müxbiri Şöhrət Eyvazov • “Report” İnformasiya Agentliyinin redaktoru İsmayıl Nəsibli • Bakı Media Mərkəzinin fotoqrafı Vüqar İbadov • Real TV‐nin operatoru Azər Qarayev Dövlət və özəl qurumların nüma ‐ yəndələrinin iştirakı ilə keçirilən tədbir kütləvi informasiya vasitələrinin (KİV) yayımı ilə geniş auditoriyaya çatdırılıb. Türkiyə‐Azərbaycan müdafiə sənayesi əlaqələrinə böyük töhfələr vermiş Rəşad Süleymanovun adına təsis edilmiş media mükafatına “ASELSAN‐Bakı” şirkəti təşkilati dəstək verib. “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının laureatlarına “ASELSAN‐Bakı” şirkəti tərəfindən hədiyyələr də verilib. PJ 26 www.poliqon.az


Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşən zaman səfiri müdafiə sənayesi müşaviri İlker Türköz müşayiət edib. Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib və məsləhətləşmələr aparılıb. Müşavir İlker Türköz həmçinin “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürümlə də görüşüb. Özgür Kürüm bu təyinatın həm Azərbaycan‐Türkiyə, həm də iki ölkənin müdafiə sənayesi sektoru üçün kritik dönüş nöqtəsi olduğunu söyləyib. Tam müstəqil, texnoloji cəhətdən üstün, ixrac yönümlü, dost, müttəfiq və qardaşları ilə qurduğu əməkdaşlıqlarla böyüyən Türkiyə müdafiə sənayesini daha da irəliyə aparmaq missiyasında böyük məsuliyyəti üzərinə götürən İlker Türközə xidmətində uğurlar arzulayıb. Qeyd edək ki, 2022‐ci ilin iyun ayında Prezident Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesindəki prioritetləri nəzərə alaraq Türkiyənin 9 ölkədəki səfirliyində bu ölkənin Müdafiə Sənayesi Başqanlığının (SSB) müşavirliyinin yaradılması ilə bağlı qərar imzalayıb. Qərara əsasən, Türkiyənin Bakı/Azərbaycan, Doha/Qətər, İsla ‐ mabad/Pakistan, Braziliya, Cakarta/ İndoneziya, Kuala Lumpur/Malayziya, Maskat/Oman, Dəkkə/Banqladeş və London/İngiltərə səfirliklərində Müdafiə Sənayesi Müşavirliyi heyətinin ya ‐ radılması planlaşdırılıb. Türkiyə səfirliklərinin nəzdində fəaliyyət göstərəcək müşavirlər xidmətdə olduqları ölkə ilə SSB‐nin səla ‐ hiyyətlərinə aid olan məsələlərlə bağlı diplomatiya fəaliyyətləri həyata ke ‐ çirəcək. Həmin ölkədə müdafiə sənayesinə aid məsələləri və bu isti ‐ qamətdə yer alan müvafiq qanunvericiliyi izləyəcək, qiymətləndirəcək, hesabat hazırlayacaq və nəticələri SSB‐yə çatdıracaq. Müşavir xidmət göstərdiyi ölkədə müdafiə sənayesi ilə bağlı keçirilən ikitərəfli və çoxtərəfli beynəlxalq toplantılarda, dövlət qurumlarının tədbirlərində SSB‐ni təmsil edəcək, müdafiə sənayesi ilə bağlı strategiya və siyasətləri təqib edəcək, əlaqədar ölkə qurumları nəzdində müdafiə və təhlükəsizlik sahəsində Türkiyə ilə bağlı həyata keçiriləcək ixrac icazələri, lisenziyalar, hökumətin təsdiq etdiyi layihələri təqib edəcək, keçiriləcək tenderlər haqqında məlumat toplayacaq. SSB‐nin xarici müşavirləri xidmət göstərəcəyi ölkə ilə Türkiyənin birgə tədqiqat və inkişaf, texnologiya əldə etmək, məhsul hazırlamaq, üçüncü ölkəyə ixrac etmək və oxşar əməkdaşlıq layihələrinin başladılmasına yönəlik imkanları araşdıracaq, iki ölkənin dövlət, özəl qurumları və şirkətləri arasında əlaqələrin və əməkdaşlığın inkişafına, habelə gücləndirilməsinə töhfə verəcəkdir. Müşavir həmçinin xidmət gös ‐ tərəcəyi ölkənin Türkiyə ilə müdafiə sənayesi sahəsində imzalanmış ikitərəfli sazişlərin, protokolların və anlaşma memorandumlarının icrasını izləyəcək, qiymətləndirəcək, müdafiə sahəsi ilə əlaqədar qanunvericilikdə SSB‐yə həvalə edilən vəzifələri, xidmət göstərəcəyi ölkəni maraqlandıran məsələləri həyata keçirəcək, SSB ilə yanaşı, Türkiyəni təmsil edən nümayəndəlik və konsulluq rəhbərləri tərəfindən veriləcək digər vəzifələri yerinə yetirəcək. 27 Türkiyə Müdafiə Sənayesi Başqanlığı Azərbaycana müşavir təyin edib Türkiyə tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi Başqanlığının (SSB) 9 ölkə üzrə müdafiə sənayesi müşaviri postu yaradılıb. Həmin ölkələr arasında isə ilk təyinat Azərbaycana edilib. Türkiyə Müdafiə Sənayesi Başqanlığından İlker Türköz Azərbaycan üzrə müdafiə sənayesi müşaviri təyin edilib.


Bununla bağlı Azərbaycanın İqti ‐ sadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Laçın Şəhəri Günü ölkəmizdə həm də qayğı, mərhəmət və xeyir xah ‐ lıqla bağlı olan xüsusi günü təcəssüm etdirir: “Məhz belə bir tarixdə Azər ‐ baycan istehsalı olan minatəmizləmə maşınının sahibkarlar tərəfindən ianə olaraq işğaldan azad edilmiş əra zilə ‐ rimizin təmizlənməsi üçün Qarabağ Dirçəliş Fonduna təqdim olunması qürur və sevinc bəxş edir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik”. QDF tərəfindən “Revival P” mexa ‐ niki minatəmizləmə maşınının Azərbaycan Respublikasının Mina tə ‐ miz ləmə Agentliyinə (ANAMA) veril ‐ məsinə həsr olunan təqdimat mərasimi keçirilib. Mərasimdə Qarabağ Dirçəliş Fon ‐ dunun İdarə Heyətinin sədri Rəhman Hacıyev müzəffər Azərbaycan or du ‐ sunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qələbənin Cənubi Qafqazda yeni reallıqla yanaşı, ölkəmizin ta ri xin ‐ də yeni quruculuq dövrünün başla ‐ masına şərait yaratdığını qeyd edib. Fondun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən danışan İdarə Heyətinin sədri QDF‐in donor və tərəf ‐ daşları ilə əlaqələrinin günü‐gündən inkişaf etdiyini və bu əməkdaşlıq çərçivəsində Fonda pul vəsaiti ilə yanaşı texniki vasitələrin də ianə edildiyini diqqətə çatdırıb. Rəhman Hacıyev “Revival P” minatəmizləmə maşınının Laçın şəhəri günündə QDF‐ə ianə edilməsinin xüsusilə əlamətdar bir hadisə olduğunu vurğulayıb. İdarə Heyətinin sədri əminliklə bildirib ki, QDF‐ə ianə olunan mina ‐ təmizləmə maşını işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, bununla da orada məskunlaşacaq soy ‐ daşlarımızın təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcək. R.Hacıyev Fonda minatəmizləmə maşınının ianə edilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək bunu təqdirəlayiq və örnək addım adlandırıb. İşğaldan azad edilən ərazilərdə Azərbaycan Respublikasının Mina tə ‐ mizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə əməliyyatları ilə bağlı tədbir iştirakçılarına məlumat verən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov qısa zaman ərzində “Made in Azerbaijan” brendi altında istehsal olunan yerli minatəmizləmə maşın ‐ larının həm yerli, həm də beynəlxalq audi toriyaya təqdim edilməsinin qürurverici olduğunu qeyd edib. Sədr bildirib ki, beynəlxalq stan ‐ dart lara cavab verən “Revival P” me ‐ xaniki minatəmizləmə maşını işğal dan azad edilmiş ərazilərdə ANAMA tə rə ‐ findən sınaqdan keçirilib və nə ticələr yüksək qiymətləndirilib. Azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin 28 www.poliqon.az “Revival P” QDF‑yə ianə edilib və ANAMA‑ya təqdim olunub ?Amin Əvəzli Azərbaycan istehsalı olan minatəmizləmə maşını işğaldan azad edilmiş ərazilərin təmizlənməsi üçün sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna (QDF) ianə edilib. Daha sonra, QDF‐yə ianə edilən “Improtex Industries” şirkəti tərəfindən hazırlanmış “Revival P” mexaniki minatəmizləmə maşını Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilib.


edilməsində Agentliyin insan re sur la rı ‐ nın genişləndirilməsi ilə ya naşı, mexa ni ‐ ki minatəmizləmə maşın larının sayı nın artırılmasının da va cibliyini vurğulayıb. Çıxışlardan sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agent ‐ liyinin fəaliyyətinə, eləcə də “Revival P” minatəmizləmə maşınına həsr olunan videoçarxlar nümayiş olunub. Daha sonra “Revival P” mina tə miz ‐ ləmə maşınının sertifikatı ANAMA‐nın İdarə Heyətinin sədrinə təqdim edilib. Sonra tədbir iştirakçıları “Revival P” minatəmizləmə maşını ilə tanış olublar. Əsasən, piyada əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulan “Revival P” 7 kiloqramlıq TNT part ‐ layışlarına qarşı dayanıqlıdır. O, şəhər yerlərində, meşələrdə, kollarda, tar ‐ lalarda, meşə yollarında və çay sahil ‐ lərində minaların təmizlənməsi üçün uyğundur. “Revival P” tank əleyhinə minaların partlamasına tab gətirə bilsə də, tank əleyhinə minaların təmiz ‐ lənməsi üçün nəzərdə tutulmayıb. Onun sahib olduğu uzaqdan idarəetmə funksi yası operatora mina və sur sat ‐ ların partlaması zamanı dağıdıcı part ‐ layış dalğası və zədə yetirə biləcək qırıntıların yayılma əhatəsindən kə nar ‐ da qalmağa imkan verir. Tex ni kanın istehsalında istifadə olunan xüsusi zirehli metal, minatəmizləmə zamanı “Revival P”nin mühərrik, habelə digər vacib hidravlik və elektron kom po nent ‐ lə rini qoruyur. “Revival P”nin di zay nın ‐ da ballistik parametrlər nəzərə alınıb. Mexaniki minatəmizləmə maşı nı ‐ nın gövdəsinin uzunluğu 4900 → 5200 mm, eni 1700 mm, hündürlüyü 1850 mm və təmizləmə qurğusunun eni 2000 millimetrdir. Texnikanın toplam çəkisi 6.5 ton, dırmanma qabiliyyəti 35°, eninə hərəkət əyimi 30°, uzaqdan idarəetmə məsafəsi 2000 metr və suya dalma dərinliyi 500 mm təşkil edir. Hərəkət sürəti 5 km/saat, işləmə sürəti isə 0.5‐ 1.5 km/saat olan “Revival P”ni 259 at gücündəki “John Deere” mühərriki hərəkətə gətirir. “Revival P” ‐20°C ilə +55°C tem ‐ peratur diapazonunda mina təmizləmə əməliyyatlarını yerinə yetirə bilir. Texnika 360° videogörüntü təmin edən 4 ədəd partlayış dalğasına davamlı kameralar – bir ədəd 80x yaxınlaşdıran Zoom kamera və üç ədəd 120° kamera ilə təchiz olunub. İdarəetmə panelinin ekran ölçüsü 6’’ olan “Revival P”, 360° kamera sistemi üçün 10.1” (inç) düym HD ekrana malikdir. Texnikanın mina təmizləmə sahəsinin eni 1900 mm, dərinliyi 300 mm, bitki örtüyü təmiz ‐ ləmə qabiliyyəti 1500 mm və mina ‐ təmizləmə bacarığı 2500 m2/saat təşkil edir. Əsas üstünlükləri: 11% daha geniş Flayer qurğusu effektiv iş həcmini artırır; Daha böyük radiator isti iqlim şəraitində daha uzun müddətli fəaliyyəti təmin edir; Daha böyük yanacaq çəni ərazidən kənarlaşmadan daha artıq fəaliyyəti təmin edir; Gövdənin konstruksiyası servis zamanı hər bir detala sahədən kənar ‐ laşmadan daha rahat müdaxilə olun ‐ masını təmin edir; Partlayışa dayanıqlı 80x yaxın ‐ laşdıra bilən 360° PTZ kamera fəaliyyət zamanı görüntünü izləmə imkanını təmin edir; Daha dayanıqlı, yüksək tem pe ‐ ratura və zərbəyə davamlı xüsusi metaldan istifadə olunmuşdur; Mövcud konstruksiyaya uyğun aşağıda yerləşdirilən ağırlıq mərkəzi partlayış zamanı devrilmənin qarşısını alır. PJ


dünya müdafiə sənayesini bir araya gətirdi ?Zaur Babaşov, Mehmet Demirkol 2023‐cü ilin 25‐28 iyul tarixlərində Türkiyənin İstanbul şəhərindəki TÜYAP Sərgi və Konqres Mərkəzində 16‐cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF‐2023) keçirilib. Dünyanın 4 ən böyük sərgisindən biri olan IDEF‐2023‐də 689‐u yerli, 772‐si xarici olmaqla, 55 ölkədən ümumilikdə 1461 şirkət özünün müdafiə sənayesi məhsullarını və xidmətlərini nümayiş etdirib. Bu, əvvəlki IDEF‐2021 sərgisi ilə müqayisədə 223 şirkət daha çox deməkdir. Qeyd edək ki, bundan əvvəlki sərgidə 1238 şirkət iştirak edib.


Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında, Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Müdafiə Sənayesi Başqanlığının dəstəyi və Türkiyə Silahlı Qüvvələrinin Güc lən ‐ dir mə Fondunun idarəçiliyi al tında keçirilən IDEF‐2023 sərgisində 81 öl kə ‐ dən 189 rəsmi nümayəndə heyəti iştirak edib. Ötən sərgi ilə müqayisədə dünyanın müxtəlif ölkələrindən daha çox nümayəndə heyəti gəlib. Beləliklə, demək olar ki, Türkiyəyə sərgi tarixində heç vaxt gəlməmiş geniş qatılım he ‐ yətlər gəlib. TÜYAP Sərgi və Konqres Mərkəzi 4 gün ərzində 15%‐i əcnəbi olmaqla 100 mindən çox ziyarətçiyə qapılarını açıb. Bu zaman kəsiyində iştirakçı şirkətlər, xarici nümayəndə heyətləri və türkiyəli tədarükçülər arasında 5000‐ə yaxın işgüzar görüş keçirilib, habelə 120 əməkdaşlıq protokolu və müqavilənin imzalanma mərasimi baş tutub. Türkiyə müdafiə sənayesi 850 müxtəlif layihə həyata keçirir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IDEF‐2023 sərgisinin açılı şın ‐ da videomüraciətlə iştirakçılara mü ‐ raciət edib. Türkiyə Prezidenti bildirib ki, 1993‐cü ildən bəri keçirilən IDEF özünü sübut edən sərgi kimi müdafiə sənayesində dünya səviyyəli brendə çevrilib: “Hər il milyonlarla dollarlıq müqavilələrin imzalandığı, yeni tərəf ‐ daşlıqların qurulduğu, müdafiə səna ‐ yesi məhsullarının nümayiş olunduğu sərgimizin bu il uğur göstəricilərini daha da artıracağına inanıram”. Türkiyə olaraq qarşılaşdıqları bir çox maneələrə, üstüörtülü və aşkar em ‐ bar qolara baxmayaraq müdafiə səna ye ‐ sini inkişaf etdirməyə böyük əhəmiyyət verdiklərini vurğulayan R.T.Ərdoğan illərdir əzmlə həyata keçirilən milli texnologiya hərəkatının bəhrələrini müx təlif sahələrdə almağa baş la dıq la rı ‐ nı söyləyib. O, Türkiyə müdafiə sənayesi sektorunun son illərdə bütün dünyanın heyranlıqla izlədiyi bir uğur hekayəsi yazdığına diqqət çəkib.


Onun sözlərinə görə, Türkiyə quru, hava və dəniz platformalarında demək olar ki, bütün ehtiyaclarını yerli və milli imkanlarla qarşılaya bilir: “Pilotsuz uçuş aparatları (PUA) və silahlı PUA texnologiyası üzrə dünyanın üç aparıcı ölkəsi arasında yer alırıq. Öz döyüş gəmisini istehsal edən 10 ölkədən biri olan Türkiyə bu sahədə də mühüm ixracatçıdır. Dünyanın ilk “PUA gəmisi” deyə biləcəyimiz “TCG Anadolu” gəmisini donanmamızın xidmətinə verdik. “Akıncı” ilə başladığımız taktiki PUA həmləmizi pilotsuz döyüş təy ‐ yarəmiz “Kızılelma” ilə indi çox fərqli mövqeyə daşıyırıq. KAAN adını verdiyimiz beşinci nəsil milli döyüş təyyarəmizi təqdim etdik. İstehsal proseslərini mərhələli şəkildə həyata keçiririk. Bundan başqa, müdafiə sənayesində möhür vuracaq 850 müxtəlif layihəni böyük titizliklə həyata keçiririk. Keçən il 4 milyard 400 milyon dollarlıq ixrac rəqəminə çatdıq. Bu ilin ilk 6 ayında 2 milyard 378 milyon dollarlıq rekord ixraca nail olduq. 2023‐cü ildə hədəfimiz 6 milyard dollardır. İnanıram ki, ilin sonuna kimi ixrac hədəfimizə nail olacaq, hətta bu rəqəmi keçəcəyik”. Cari ilin iyul ayında Körfəz ölkə ‐ lərinə baş tutan səfər barəsində da ‐ nışan R.T.Ərdoğan bildirib ki, Tür ‐ kiyənin müdafiə sənayesi tarixində ən yüksək məbləğdə ixrac müqaviləsi imza lanıb. Türkiyə Prezidenti IDEF 2023‐də bu müqavilələrə yenilərinin əlavə olunacağına inandığını diqqətə çatdırıb. “Hər zaman dediyimiz kimi, biz yalnız məhsul satmaq məqsədi deyil, uzunmüddətli tərəfdaşlıqlar qurmağı və birgə layihələr hazırlamağı hə ‐ dəfləyirik. Müdafiə sənayesi sahəsində bilik və təcrübələrimizi dostlarımızın istifadəsinə təqdim etməkdən məm ‐ nunuq. Bu düşüncələri nəzərə alaraq sərgidə quru, dəniz, logistika dəstəyi, təhlükəsizlik, aviasiya və kosmik sahələrdə inkişaf etdirdikləri ən son məhsullarını nümayiş etdirən şir ‐ kətlərimizin hər birinə uğurlar dilə ‐ yirəm. Beynəlxalq müdafiə sənayesi sərgimizin məhsuldar olmasını arzu la ‐ yır, bütün iştirakçılara və qonaqlarımıza öz təşəkkürümü bildirirəm”, – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb. IDEF‑2023‑də müşahidələrimiz Dünyanın ən nüfuzlu müdafiə sənayesi sərgiləri arasında yer alan IDEF‐2023‐də Türkiyə ilə yanaşı Çin, Çexiya, BƏƏ, Azərbaycan, Cənubi Afrika, İtaliya, İndoneziya, Sinqapur, Böyük Britaniya, Sudan, Fransa, İsveç, Qaza ‐ xıstan, İspaniya, Almaniya, Polşa, Pakistan, Qətər, Bosniya və Herse ‐ qovina, İordaniya, ABŞ, Honq Konq, Ukrayna, İsveçrə, Səudiyyə Ərəbistanı, Malayziya, Bolqarıstan, Livan, Koreya, Malta, Hindistan və Serbiyadan olan şirkətlər özlərinin yeni və müasir məhsullarını, həllərini və xidmətlərini həm dövlətlərin rəsmi nümayəndə heyətlərinə, həm də sərgi salonuna gələn ziyarətçilərə və mütəxəssislərə təqdim ediblər. Dünyanın nəhəng müdafiə sənayesi şirkətlərindən Türkiyənin ASELSAN, “Roketsan” və HAVELSAN, Fransanın “Airbus”, “Dassault Aviation”, MBDA, Bö ‐ yük Britaniyanın “BAE Systems”, “Rolls Royce”, ABŞ‐ın “Lockheed Martin”, İtaliyanın “Leonardo” və İspaniyanın “Navantia” şirkətləri sər giyə öz mö ‐ hürünü vurub. Müşahidələrimizə əsasən, IDEF‐ 2023‐də xarici ölkələr arasında ən çox şirkətlə təmsil olunan ölkə Çin idi. Sərgidə iştirak edən Çin şirkətlərinin sayı bütün xarici şirkətlərin 30‐35%‐ni təşkil edirdi. Çinin belə yüksək səviyyəli 32 www.poliqon.az


iştirakı IDEF‐də ABŞ‐ı geridə qoydu (IDEF‐2019‐da 125 şirkətlə təmsil olunan ABŞ bu dəfəki sərgidə 6 şirkətlə qatıldı). Bu iştirak həm beynəlxalq siyasət, həm də Çinin bölgəyə marağı, Türkiyə şirkətləri ilə işləmək kon ‐ tekstində məna kəsb edir. Əvvəlki IDEF‐ lərdə geniş qatılım göstərən Rusiyanın bu dəfə heç bir şirkəti sər gidə iştirak etmədi. Bunun müqabilində Ukrayna sərgidə 5 şirkətlə təmsil olundu və özünün müdafiə sənayesi məh sullarını sərgilədi. İştirakçı şirkətlərin siya ‐ hısında firma sayına görə ilk sıralarda yer alan Böyük Britaniyanın “BAE Systems” stendinə maraq yüksək idi. “BAE Systems”in TF‐X Layihəsində Türkiyə ilə daha çox əməkdaşlıq ax ‐ tarışında olduğu görünürdü. Ərəb ölkələri arasında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmir ‐ liklərinin (BƏƏ) IDEF‐2023‐də iştirakı diqqət çəkdi. Səudiyyə Ərəbistanı Krallığının Hərbi Sənaye Baş İdarəsi (GAMI) öz filialları və şirkətləri (əsasən insansız sistemlər istehsalçısı INTRA, dron və dəniz sistemləri istehsalçısı SAMI) ilə birlikdə çıxış etdi. Səudiyyə Ərəbistanının optoelektronika və elek ‐ tron müharibə sahəsində lokomotivi “Intra Defense Technologıes” şirkətinin yeni müdafiə həlləri ilə zəngin stendi ziyarətçilərin diqqətini özünə cəlb edirdi. BƏƏ‐nin stendi Səudiyyə Ərəbistanı Krallığı ilə müqayisədə daha zəif görünsə də, onlar iştirakçı şirkət sayına görə sərgi siyahısında ilk sıra lar ‐ da yer alırdı. BƏƏ‐nin müdafiə sənayesi şirkətləri quru, dəniz və hava döyüşləri üçün istehsal etdikləri ən son tex no lo ‐ giyaları IDEF‐2023‐də sərgilədi. BƏƏ Türkiyə ilə əməkdaşlığın artırıl masında maraqlı tərəf kimi çıxış edirdi. IDEF‐2023 sərgisində silahlar, sur ‐ sat lar, aviasiya vasitələri və sistem ləri, zirehli nəqliyyat vasitələri, tanklar, də ‐ niz nəqliyyat vasitələri və sistemləri, insansız sistemlər, o cüm lədən pilotsuz uçuş aparatları, elektron döyüş sis tem ‐ ləri, elek tro optika, habelə quru, dəniz və hava hücumundan müdafiə sis tem ‐ ləri, logistik dəstək xidmətləri, təh lü kə ‐ siz lik sistemləri, tekstil və s. nümayiş etdirildi. Ümumi təəssürat budur ki, sərgidə Türkiyənin müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan layihələr ön planda yer alırdı. Bunları sərgiləmək məqsədi daşıdığına dair fikirlər olsa da, müxtəlif ölkələrdən olan iştirakçı şirkətlərlə və digər ölkələrlə müqa ‐ vilələr bağlanıb və intensiv danışıqlar aparılıb. Sərgiyə Afrika və Ərəb coğrafiyasından yüksək maraq olduğu açıq müşahidə edilirdi. Türkiyə müdafiə sənayesi tərəfindən əsasən Afrika və Ərəb ölkələrindən olan müş tərilərlə tərəfdaşlıq/ yerində istehsal imkanları və texnologiya transferi haqqında müzakirələr edilib. Bütün bunlar onu göstərir ki, Türkiyə şir kətləri uzun ‐ müddətli həll ortağı kimi görünməyə başlayır. Sərgidə Türkiyənin Ukrayna‐Rusiya müharibəsində tətbiq etdiyi balans aydın şəkildə hiss olunurdu. Belə ki, Ukrayna‐Rusiya müharibəsinin ehti ‐ yacları baxımından Türkiyənin müdafiə sənayesi şirkətlərinə marağın göz ‐ lənilən səviyyədə olmadığı müşahidə olunurdu. Müharibə ehtiyacları çər çi ‐ vəsində Ukrayna bazarına Avropa+ABŞ şirkətlərinin hakim olduğunu söyləmək olar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IDEF‐2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin bağlanış mərasimində iştirak edib. Türkiyə Prezidenti tədbirdə çıxışı zamanı IDEF‐ 2023 sərgisi çərçivəsində 120 təqdimat proqramı, əməkdaşlıq protokolu və razılaşmanın imzalanması mərasimi keçirildiyini deyib. Onun sözlərinə görə, bu sərgidə imzalanan müqavilələrin ümumi dəyəri 56,5 milyard TL təşkil edib. Prezident qeyd edib ki, IDEF‐23 sərgisi müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da gücləndirəcək. R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə yaxın zamanda yeni yüksək texno ‐ logiyalı məhsullar təqdim edəcək. Türkiyə Prezidenti IDEF‐2023 sərgisini ziyarəti çərçivəsində sərgiyə qatılan şirkətlərin, o cümlədə ASELSAN, ROKETSAN, TUSAŞ, HAVELSAN, “Kale Arge”, “CTech” və digər şirkətlərin stend lərinə baxış keçirib, onların isteh ‐ sal etdikləri məhsular ilə tanış olub. Pakistan sərgiyə milli pavilyonla qatılıb Qardaş Pakistandan IDEF‐2023 sərgisində DEPO Müdafiə İxracının Təşviqi Təşkilatının rəhbərliyi altında GIDS, PAC, POF, SHIBLI kimi böyük şirkətlər milli pavilyonla iştirak edib və özlərinin ən müasir silah və hərbi texnikasını nümayiş etdirib. Pakistanın SHIBLI şirkəti IDEF‐ 2023 sərgisində termal görüntüləmə həllərini nümayiş etdirib. SHIBLI şirkəti IDEF‐2023‐də ilk dəfə olaraq SKUA MP çoxməqsədli termal durbini və SKUA Mini kompakt termal durbini təqdim edib. Qeyd edək ki, hər iki məhsul ötən il Pakistanda IDEAS sərgisində debüt edib. Yığcam və yüngül SKUA MINI durbini hərəkətdə olarkən kəşfiyyat işləri aparan qoşunlar və komandirlər üçün etibarlı həll hesab edilir. SKUA MP daxili lazer diapazonu, GPS və rəqəmsal maqnit kompasa malikdir. Görünüş hədəf lokali zasi ‐ yasının yüksək qiymətli xüsusiyyəti ilə mükəmməl FAOD kimi işləyir. SKUA MP 33


qüvvələrə müşahidə altında olan hədəfin dəqiq GPS koordinatlarını verə bilər. SHIBLI‐nin digər məhsullarına Skua LR, Tarsier LR, Tarsier mini 35 və Tarsier mini 50 daxildir. Sərgidə GIDS şirkəti “Fatah‐1” (“Fəth‐1”) yaylım atəşli reaktiv sistemi “Şahpar‐3” PUA‐sı da daxil olmaqla müxtəlif müdafiə həllərini təqdim edib. “Fatah‐1” düşmən ərazisinin dərin ‐ liyindəki hədəfləri yüksək dəqiqliklə vurmağa imkan verir. “Fatah‐1” 140 km məsafədəki hədəfləri zərər siz ləş ‐ dirmək, qarşısını almaq və məhv etmək üçün təyin edilmiş “yer‐yer” sinfinə aid raket silah sistemidir. YARS adi döyüş başlıqlı idarə olunan reaktiv döyüş sursatları ilə atəş aparmağa qadirdir. Azərbaycandan yüksək səviy ‑ yədə qatılım IDEF‐2023 sərgisinə Azərbaycan ‐ dan rəsmi nümayəndə heyəti olaraq Azər baycanın müdafiə naziri general‐ polkov nik Zakir Həsənov, Dövlət Təhlü ‐ kəsizliyi Xidmətinin rəisi general‐ polkovnik Əli Nağıyev, müdafiə sənayesi naziri Mədət Quliyev, daxili işlər nazirinin müavini ‐ Daxili Qoşunların komandanı general‐leytenant Şahin Məmmədov, Dövlət Sərhəd Xidmətinin nümayəndə heyətləri qatılmışdı. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətləri Türkiyə və xarici ölkələrdən qatılan şirkətlərin stendlərinə baş çəkərək nümayiş etdirilən silah, texnika və digər hərbi təyinatlı vasitələrlə tanış olub, əməkdaşlığın yaradılması isti ‐ qamətində müzakirələr aparıblar. IDEF‐2023 sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general‐ polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general‐ polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin iş ‐ tirakı ilə görüş keçirilib. Görüşdə hərbi, hərbi‐texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu isti qa mət də görülən işlərin daha da inkişaf et ‐ dirilməsi barədə müzakirələr aparılıb. Səfər çərçivəsində general‐pol kov ‐ nik Zakir Həsənov, həmçinin Türkiyənin Texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşüb. Görüşdə hərbi‐texniki əməkdaşlığın inkişaf pers pektivləri müzakirə olunub, eləcə də qar şılıqlı maraq doğuran digər mə sələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. TUSAŞ Azərbaycan HHQ‑nin Su‑ 25 qırıcılarını modernləşdirir IDEF‐2023 sərgisinin ikinci günü Türkiyənin TUSAŞ şirkəti ilə Azər ‐ baycanın Müdafiə Nazirliyi arasında Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Su‐25 döyüş təyyarələrinin modern ‐ ləşdirilməsinə dair müqavilə imzalanıb. Müqaviləni Azərbaycan müdafiə nazirinin müavini –Baş direktor Aqil Qurbanov və TUSAŞ şirkətinin baş direktoru Temel Kotil imzalayıb. İmza mərasimində Türkiyə Müdafiə Səna ‐ yesinin (SSB) başqanı Haluk Görgün də iştirak edib. IDEF sərgisinə 8‐ci dəfə qatılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendində Azərbaycan müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. 34 www.poliqon.az


daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirildi. Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyə Respub li ‐ kasının dövlət və hökumət nüma ‐ yəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri keçirilib. Sərginin üçüncü günü Azərbaycan MSN ilə Türkiyənin TUSAŞ şirkəti ara ‐ sında gələcəkdə milli döyüş təyyarə ‐ lərinin istehsalı sahəsində həyata ke ‐ çiril məsi planlaşdırılan birgə layi ‐ hələrdə yer alacaq mühəndis texniki personalın hazırlanması məqsədi ilə Niyyət Protokolu imzalanıb. İmzalanma mərasimində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev, Tür ‐ kiyənin SSB başqanı Haluk Görgün və digər rəsmi şəxslər iştirak ediblər. Bundan başqa, MSN ilə Türkiyənin MKE şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb. Müqaviləni Azər ‐ baycan tərəfindən müdafiə sə na yesi nazirinin müavini Vüqar Mustafayev, Türkiyə tərəfindən isə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçi imzalayıblar. POLIQON JURNALI‑nın stendi böyük maraq doğurub 10 ilə yaxındır IDEF‐in Rəsmi Media Tərəfdaşı olan POLIQON JURNALI MMC sərgidə öz stendi ilə təmsil olunub. İngilis dilində nəşr olunan POLIQON JURNALI IDEF‐2023 Xüsusi Buraxılışı sərgi iştirakçıları və ziyarətçiləri arasında yayımlanıb. POLIQON JURNALI IDEF‐2023 Xüsusi Buraxılışı stendimizdə və TÜYAP Sərgi və Konqres Mərkəzinin müxtəlif sa ‐ lonlarında, xüsusilə giriş‐çıxış qa ‐ pılarında, habelə sərginin hər günü bütün stendlərə yayımı edilib. POLIQON JURNALI stendini ziyarət edənlərə Azərbaycanın hərbi və güc strukturları rəhbərlərliyinin istinad etdiyi, şirkətin yayımı olan “Poliqon” jurnalının fəaliy ‐ yət istiqamətləri, o cümlədən müdafiə və hərbi‐sənaye şirkətləri arasında kommunikasiya körpüsü rolu oynaması haqqında məlumat verilib. Sərgi çərçivəsində POLIQON JURNALI‐nın Türkiyə, Pakistan, Qazaxıstan, İtaliya və digər ölkələrdən tərəfdaş olduğu şir ‐ kətlərlə görüşlər keçirilib. Görüş zamanı əməkdaşlığın perspektivləri mü zakirə olunub və digər maraq do ‐ ğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb. Cahangir Məmmədli: “Poliqon”un beynəlxalq tədbirdə nümayişi qü ‑ rurvericidir Azərbaycanda və dünyadakı hərbi yeniliklərdən xəbər verən “Poliqon” jurnalının ingilis dilində olan xüsusi buraxılışının IDEF‐2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş olunması yerli mediada yer alıb. Bununla bağlı “Moderator.az” portalına açqlama verən Bakı Dövlət Universitetinin (BDU) Milli Mətbuat kafedrasının müdiri, professor Cahangir Məmmədli bu yeniliyi mediamız adına növbəti uğur kimi dəyərləndirib: “Azərbaycan mediası ölkəmizin müasir inkişafı ilə bağlı böyük işlər görür. Bugünlərdə Şuşada keçirilən Qlobal Media Forumunda çıxış edən dövlət başçısı da medianın fəaliyyətini yüksək qiymətləndirdi. Mediadan, onun fəaliyyətindən məmnunluğunu bildirdi. Bu mənada Azərbaycanın bütün uğur ‐ ları, hərbi və hərbi‐sənaye uğurlarının təbliği mühüm əhəmiyyətə malikdir. Azərbaycan hərbi‐sənayesi son illər çox böyük nailiyyətlərə imza atıb. Biz mətbuat olaraq bu nailyyətləri təbliğ etməli, bunu həm daxili, həm də xarici auditoriyanın diqqətinə çatdırmalıyıq. Dostlarımız da, düşmənlərimz də bilməlidir ki, Azərbaycanda sənayenin bütün sahələri kimi, hərbi sənaye də sürətlə inkişaf edir. Bu gün Azərbaycanın hərbi sənaye məhsulları dünyanın bir çox ölkələrinə ixrac edilir. Bu mənada POLIQON JURNALI IDEF‐2023 Xüsusi Bu raxılı ‐ şının beynəlxalq müdafiə sənayesi sər ‐ gi sində nümayiş etdirilməsi qü rur ve ri ‐ cidir və mediamız adına növbəti uğur kimi dəyərlndirilə bilər. Mən bir və ‐ təndaş kimi bundan sevinc duyuram”. 35


Azərbaycanın müdafiə naziri Zakir Həsənovun müraciətində deyilir: “16‐cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışı münasibətilə bütün iştirakçıları salamlayır və təşkilatçılara uğurlar arzu edirəm! Əminəm ki, qardaş Türkiyədə keçirilən 16‐cı IDEF Beynəlxalq Mü ‐ dafiə Sənayesi Sərgisi iştirakçı ölkələrin hərbi potensialının nümayişi, biliklərin, təcrübələrin mübadiləsi və təh lü ‐ kəsizlik məsələlərinin müzakirəsi üçün ideal məkan olması ilə yanaşı, mövcud hərbi‐texniki əməkdaşlığı möh kəm lən ‐ dirmək və geniş perspektivlər əldə etmək imkanı qazandıracaq, yeni təşəb ‐ büslərin yaranmasına töhfə verəcəkdir. Bildiyiniz kimi, Azərbaycan Res ‐ publikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi‐ texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Azərbaycan Ordusunun dünyanın qabaqcıl orduları ilə təcrübə mübadiləsi, hərbçilərimizin beynəlxalq təlimlərdə iştirakı, hərbi əməkdaşlıq, ən müasir silah, texnika və avadanlıqların arsenalımıza daxil edilməsi, Ordumuzun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun laş dırıl ‐ ması prosesi inamla davam edir. Danılmaz bir faktdır ki, son illərdə əldə etdiyimiz ən mühüm qələbə və uğur ‐ ların əsas səbəbi, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin Azər bay ‐ can Respublikasının Prezidenti, Mü ‐ zəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksələn templə davam etdirilməsidir. Ölkəmizdə ordu quruculuğu prioritet məsələdir. Azər ‐ baycan hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan tor paq ‐ larımızın azad olunması, ərazi bütöv ‐ lüyümüzün bərpası, Şanlı Qələbəmizin təmin edilməsi, uğurlu ordu quruculuğu prosesinin ən bariz təzahürüdür. Ordu quruculuğu prosesinin öl kə ‐ mizin taleyində rolu və əhə miyyətindən danışarkən bir məsələni xüsusi qeyd etmək istərdim – bu da Ordumuzun peşəkarlığıdır. Məhz Ulu Öndərin baş ‐ ladığı və Müzəffər Ali Baş Koman ‐ danımızın uğurla davam etdirdiyi islahatlar nəticəsində qüdrətlənən Ordumuz Aprel döyüşlərində, Günnüt əməliyyatında, Tovuz döyüşlərində, Vətən müharibəsində düşməni məğlub edərək ona layiqli cavab vermişdir. Qazanılan bu təcrübə və peşəkarlıq Vətən müharibəsindən sonra həyata keçirilən “Fərrux”, “Qisas” və digər uğurlu əməliyyatlarda özünü bir daha təsdiqlədi. Azərbaycan Ordusunun güclən ‐ diril məsi, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə və Azərbaycan‐ Ermənistan şərti dövlət sərhədində yerləşən bölmələrin yeni silahlar, döyüş texnikası ilə təchiz olunması isti ‐ qamətində işlər uğurla davam etdirilir. Sosial‐məişət bazasının möhkəm lən ‐ dirilməsi, digər təminat sahələrindəki yeniliklər, hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi müa ‐ sir silahlardan səmərəli istifadə im ‐ kanlarını da genişləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd etdiyi kimi, bu gün Azər ‐ baycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Ordumuzun imkan və qabiliy ‐ yətlərinin artırılması, qoşunların hər ‐ tərəfli və fasiləsiz maddi‐texniki tə mi ‐ natının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır. Dünyanın ən müasir, yeni nəsil silah və hərbi texnikasının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi məsələsi birbaşa Ali Baş Komandanın şəxsi nəzarətindədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham 36 www.poliqon.az Zakir HƏSƏNOV IDEF‐2023 sər gisinin iştirakçılarına müraciət edib Azərbaycanın müdafiə naziri general‐polkovnik Zakir Həsənov eksklüziv olaraq POLİQON jurnalı va sitəsilə IDEF‐2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin iştirakçılarına mesaj ünvanlayıb. Müraciət IDEF‐2023 sərgisinin Rəsmi Media Tərəfdaşı olan POLIQON JURNALI MMC‐nin İngilis dilində nəşr edilmiş POLIQON IDEF‐2023 Xüsusi Buraxılışı və IDEF Daily nəşri vasitəsilə sərgi iştirakçıları və ziyarətçiləri arasında yayımlanıb.


Əliyevin tapşırığına əsasən, ordu sıralarında genişmiqyaslı islahatlar bu gün də aparılır, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması prosesi davam edir. Məhz iki qardaş ölkə arasında 2021‐ci ildə imzalanan Şuşa Bəyannaməsi sayə ‐ sin də Türkiyə və Azərbaycan mü ‐ nasibətləri rəsmən müttəfiqlik zir və ‐ sinə ucaldı. Bu gün ordumuz regionun ən güclü hərbi strukturu və dünya ordu ‐ ları sırasında layiqli və yüksək yer tutmuş, vahid komandanlıq altında mər kəzdən idarə olunan, vətənimizin müda fiəsində ayıq‐sayıq dayanan ordudur. Hazırda dünyada baş verən hərbi‐ siyasi proseslər, dövlətlərin təhlü ‐ kəsizliyinə olan yeni təhdidlər hərbi‐ texniki əməkdaşlıq və müasir texno ‐ logiyaların mübadiləsi məsələləri daha da aktuallaşdırıb. Bu səbəbdən də dövlət başçısının tapşırığına əsasən Vətən müharibəsindən sonra ölkəmizin hərbi qüdrətinin daha da artırılması məqsədilə yeni silahların alınması prosesi davam edir. Bildiyiniz kimi, qardaş Türkiyə Respublikası ilə Azərbaycan arasında min illərə söykənən dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər yeni müstəviyə qədəm qoydu və bütün sahələrdə qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığa start verildi. Bu gün hərbi, hərbi‐texniki sahədə ilbəil artan əlaqələrimiz, strateji tərəfdaşlıq, müt ‐ təfiqlik səviyyəsində davam edir. Təbii olaraq Azərbaycan qardaş Türkiyə ilə hərbi texniki sahədə əməkdaşlığa, Türkiyə istehsalı olan ən müasir silah və texnikanın, dünyanın qabaqcıl texnologiyalarını özündə əks etdirən müdafiə təyinatlı məhsulların alınmasına üstünlük verir. Eyni zamanda ölkəmiz hərbi sənaye kom ‐ pleksinin müxtəlif sahələrində istifadə olunan müasir texnologiya nü mu ‐ nələrinə, dünya bazarında rəqabətə davamlılığı ilə seçilən hərbi təyinatlı vasitələrə böyük maraq göstərir. Bu maraq ölkəmizin müdafiə qüdrətinin və strateji müttəfiqimiz olan qardaş Tür ki ‐ yə ilə hərbi əməkdaşlıq əla qələrimizin davamlı inkişafına xidmət edir. Müdafiə Nazirliyinin rəhbər he ‐ yətinin qardaş Türkiyəyə səfərləri çərçivəsində Türkiyə Müdafiə Səna ye ‐ sinin ASELSAN, “Roketsan”, HAVELSAN, ASPİLSAN və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilir, qarşılqlı maraq doğuran məsələlər müzakirə olunur. Artıq bir çox kontraktlar imza ‐ lanmışdır. Yeni pilotsuz uçuş aparat ‐ larının, böyük dağıdıcı qüvvəyə və yük ‐ sək dəqiqliyə malik uzaqmənzilli raket ‐ lərin ölkəmizə gətirilməsinə başlanılıb. 16‐cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi hərbi sənaye kom ‐ pleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələrinin, eləcə də ən yeni hərbi texnika növləri ilə tanışlıq və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyətli platformadır. Bu sərgi qardaş Tür ‐ kiyənin dost və qardaş ölkələr üçün mühüm strateji tərəfdaş kimi yüksək əhəmiyyətini bir daha nümayiş etdirir. Müdafiə sənayesinin inkişafına xidmət edən bu cür sərgilərin keçiril ‐ məsi burada iştirak edən dövlətlərin istehsal etdiyi hərbi məhsulların dünya bazarında rəqabətə davamlılığına da mühüm töhfə verəcəkdir. Bu sərgi iştirakçı ölkələr üçün mövcud hərbi‐texniki əməkdaşlığı möhkəmləndirmək və geniş perspek ‐ tivlər əldə etmək imkanı qazandıracaq, dostluq və birgə işin inkişaf etdirilməsi baxımından faydalı olacaq, mövcud müasir texnologiyalar bazasının tək ‐ milləşdirilməsində mühüm rol oy ‐ nayacaqdır. Azərbaycanın hərbi sənaye im ‐ kanlarına gəlincə onu bildirmək istərdim ki, artıq ölkəmiz güclü hərbi potensiala və bu sahədə geniş im ‐ kanlara malikdir. Hərbi zavodlarımızda mindən artıq çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir. Belə ki, Azərbaycanın hərbi sənayesində bütün növ patronlar, tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, mina ‐ atanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz uçuş aparatları istehsal olunur. Sözsüz ki, 16‐cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi mütəmadi ola ‐ raq qardaş Türkiyədə və Azərbaycanda təşkili də beynəlxalq hərbi əməkdaşlıq sahəsində qazandığımız uğurlar sıra ‐ sındadır. Məhz Azərbaycanın müdafiə sənayesi sahəsində uğurları və bu isti ‐ qa mətdə dünyanın nüfuzlu qurum la rı ‐ nın ölkəmiz ilə əməkdaşlığa olan marağı nəzərə alınaraq bu mötəbər sər ‐ gi nin Azərbaycanda da təşkil edilməsi və keçirilməsi barədə qərar qəbul edilib. Əminəm ki, 16‐cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçiriləcək görüş və müzakirələrin ölkələr arasında hərbi və hərbi‐texniki sahədə əməkdaşlığın daha da geniş ‐ ləndirilməsinə və dərinləşməsinə uğur ‐ lu zəmin yaradacaq, dünyada sülhün və təhlükəsizliyin qorunmasına öz töh ‐ fəsini verəcəkdir. Hər birinizə gələcək işlərinizdə uğur lar, ölkələrinizə sülh və əmin‐ amanlıq arzulayıram!”. 37


Milli mühəndisliyin gücü ilə inkişaf etdirdiyi sistemlərini 84 ölkəyə ixrac edən ASELSAN, IDEF 2023 sərgisində 7 min kvadratmetrlik ən böyük stend sahəsində bir çox yerli və milli məh ‐ sulunu ilk dəfə nümayiş etdirib. Bu məhsullar arasında dəniz, hava, hava hü ‐ cumundan müdafiə, sərhəd‐sahil təh lü ‐ kəsizliyi, rabitə, elektron mü ha ribə, elek‐ tro‐optika və silah sistemləri yer alıb. ASELSAN‐ın “Milliləşdirmənin Qı ‐ zıl Çağı” konsepsiyası ilə iştirak etdiyi sərgidə yeni “Gökdemir” və “Göksur” hava hücumundan müdafiə sistemləri, “Eren” meşə içi müşahidə radari, “Gök‐ berk” mobil lazer silah sistemi, “Yıldırım‐100” yönləndirilən mübarizə sistemi, “Gürz” hava və raketdən müdafiə sistemi, “Eralp” portativ erkən xəbərdarliq radar sistemi qlobal bazara təqdim olunub. Bunların arasında “Gökdemir”, “Göksur”, “Gökberk” və “Gürz” debüt edib. ASELSAN‐ın IDEF‐2023‐də debüt edən sistem və məhsulları arasında “Ejderha” və “Sökmen” EW elektron müharibə sistemləri, eləcə də “Ertunga” və “Tunga” yerüstü döyüş robotları da yer alıb. HHM sistemləri ASELSAN şirkətinin yeni hazır ‐ ladığı və IDEF‐2023 sərgisində ilk dəfə nümayiş etdiridiyi hava hücumundan müdafiə (HHM) sistemilərindən “Gürz” hibrid sistemi çox aşağı və aşağı hündürlükdəki hava hədəflərini zərər ‐ sizləşdirmək üçün hazırlanıb. “Gürz” zenit raket‐top kompleksi (ZRTK) laylı hava hücumundan müdafiə qatının aşağı təbəqəsini təmsil edir. O, 8x8 tə ‐ kər formullu zirehli yük maşının şassisi üzərinə inteqrasiya olunub. Üstün texno loji xüsusiyyətləri ilə seçilən “Gürz” ZRTK istifadəçiyə pilot suz uçuş aparat larını (PUA), heli kopterləri, dö ‐ yüş təyyarələrini, qanadlı raketləri və “hava‐yer” tipli sursatları məhv etmək imkanı verir. Bundan başqa, “Gürz” zenit raket‐top kompleksi həm stasionar obyektlərin, həm də hərkət və ziy ‐ yətindəki hərbi avtomobil kar valarının hava təh didlərindən mühafizə edil mə ‐ sində istifadə oluna bilər. Sistem üstün hədəf aşkarlama, analizetmə və izləmə imkanlarına sahibdir. Təh did lərə qarşı effektiv güc təmin edən “Gürz” ZRTK maddi cəhətdən səmərli platformadır. “Gürz” ZRTK‐nin silah lan masına 35 mm‐lik hava hücumundan müdafiə topu (istifadə edilən sursatlar: ATOM, HEI, TP), 4 ədəd çox aşağı HHM raketi və 4 ədəd aşağı hündürlüklü HHM raketi daxildir. O, həmçinin atəşə nəzarət radarı, elektro‐optik sensorlar və məlumat bağlantısı kimi sistemlərlə də təchiz edilib. ASELSAN‐ın IDEF‐2023‐də ilk dəfə nümayiş etdirdiyi “Gökdemir” raket bu‐ raxma sistemi şirkətin HHM sahəsində sahib olduğu nou‐haunu və qabaqcıl texnologiyaları özündə birləşdirir. “Gökdemir” raket buraxma sistemində milli olaraq inkişaf etdirilən “hava‐ hava” tipli raketlərin “yer‐hava” ver ‐ siyalarının istifadə olunması hədəflənib. Bu baxımdan “Gökdemir”də TÜBİTAK SAGE Müdafiə Sənayesi Tədqiqat və IDEF‑2023‑ün ən böyüyü Müdafiə və texnologiya sahəsində müstəqilliyin simvoluna çevrilən ASELSAN, dünyanın ən nüfuzlu müdafiə sənayesi sərgilərindən biri olan və qlobal arenada mühüm aktorları bir araya gətirən IDEF‑2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisidə 500‑ə yaxın məhsul və sistem nümayiş etdirən ən böyük şirkət oldu.


İnkişaf İnstitutu tərəfindən hazırlanan və HHM ehtiyaclarına uyğun olaraq yenilənən “Gökdoğan” raketindən is ti ‐ fadə edilib. Beləliklə, mövcud təh did ‐ lərə qarşı effektiv HHM sistemi ərsəyə gətirilib. Bu sistem döyüş təyyarəsi, pi‐ lotsuz uçuş aparatı (PUA), helikopter, “hava‐yer” və qanadlı raket kimi təh ‐ didlərə qarşı hava və raketdən müdafiə missiyalarını yerinə yetirəcək. “Gök ‐ demir” buraxma sistemi Atəşi İda rəet ‐ mə Cihazının (HİSAR A+) və ya HİSAR Atəş İdarəetmə Mərkəzinin (HİSAR O+) rəhbərliyi altında hə dəf lərin məhv edilməsini həyata keçirəcək. Sərgidə ilk dəfə nümayiş etdirilən “Göksur” HHM sistemi dəniz platfor ma ‐ larında istifadə edilmək üçün nəzərdə tutulub. O, aşağı hündürlükdəki hava təhdidlərinin zərərsizləşdirilməsi üçün təyin edilib. Sistem döyüş təyyarələrini, helikopterləri, PUA‐ları, qanadlı və gəmi əleyhinə raketləri məhv etmək im ‐ kanına malikdir. “Gökdemir”də olduğu kimi, “Göksur”da da TÜBİTAK SAGE ins ‐ titutu tərəfindən yerli və milli olaraq inkişaf etdirilən “hava‐hava” tipli “Bozdoğan” raketinin “yer‐hava” ver ‐ siyasından istifadə olunur. “Göksur”un əsas üstünlüklərindən biri sistemin tərkibindəki radarların AESA texno ‐ logiyasına sahib olmasıdır. IDEF‐2023‐də ilk dəfə sərgilənən lazer silahlı “Gökberk” sistemi həm təchiz edildiyi radar və elektro‐optik sensorlar vasitəsilə PUA‐ların aşkar ‐ lanması və izlənilməsini həyata keçirir, həm də təhlükələrin minimum 5 kVt gücündə lazer silahı ilə fiziki və “Kan‐ gal” qarışdırıcı alt sistemi ilə funksional şəkildə məhv edir. “Gökberk”in əsas istifadə sahələri quru və dəniz platformaları, elektrik stansiyaları, hava limanları, sərhəd məntəqələri, qərargah binaları və tranzit yollar olaraq planlaşdırılıb. O, 6×6 təkər formuluna malik yük maşının şassisi üzərində quraşdırılıb. Aviasiya vasitələri üçün sistem və avadanlıqlar ASELSAN şirkəti hava plat for ‐ maları üçün hazırladığı yeni məh ‐ sullarını IDEF‐2023 sərgisində ilk dəfə təqdim edib. Onların sırasına radar, elektron müharibə, avasiya bombaları üçün tuşlama dəsti və digər sistemlər daxildir. Həmin sistemlər aşağıdakılardır: • IFF Sorğulayıcı/Cavablayıcı; • ASELFLIR‐500 kəşfiyyat, müşa ‐ hidə və hədəfləmə sistemi; • AMİR‐100C qəzaya dayanıqlı missiya datalarının qeyd cihazı ; • Bələdçi məhsul ailəsi; • Qırıcılar üçün nəzərdə tutulan AESA radarı; • LGK‐83 lazer tuşlama dəsti; • “Gözde” tuşlama dəsti; • “Sadak‐2MK” ağıllı xarici asqı sis‐ temi. Sərgidə ilk dəfə nümayiş etdirilən ASELSAN‐ın ASELFLIR‐500 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi PUA‐ lardan döyüş təyyarələrinə qədər müxtəlif hava platformalarına quraş ‐ dırıla bilər. ASELFLIR‐500 sistemi yük ‐ sək performanslı kamerası ilə isti fadəçiyə lazımi müşahidələrin, kəş ‐ fiyyat işlərinin aparılmasında üstün imkanlar verir. Çəkisi 57 kq olan ASELFLIR‐500 sistemi 25 kilometrə qədər mənzildə lazer ilə məsafəölçmək imkanı və 360 dərəcə bucaq altında fırlanma qabiliyyəti təmin edir. ASELSAN bu il ASELFLIR‐500 sisteminin kütləvi istehsalına başlamağı planlaşdırıb. İçərisində gündüz, termal və SWIR kamerası olan bu cihazda, həmçinin lazer məsafəölçən və lazer hədəf işarələyici var. Bu, əslində CATS cihazının bir növ davamıdır. Lakin, texniki və struktur cəhətdən oxşar dizayna malik olsalar da, texnoloji cəhətdən bir‐birinə bənzəsələr də, bu cihazda daha yeni sensorlar və texno ‐ logiyadan istifadə olunub. Sərgidə ilk dəfə nümayiş etdirilən ASELSAN‐ın AMİR‐100C qəzaya daya ‐ nıqlı missiya datalarının qeyd cihazı uçuş anında video, səs və uçuş mə ‐ lumatlarını sıxışdırıb özündə saxlayır. O, qeydə alınmış məlumatları Toqquş ‐ maya Dayanıqlı Yaddaş Bölməsində saxlamaqla, toplanan dataların qəza zamanı baş verə biləcək mənfi və sərt təzyiqlərin təsirinə qalmamasını təmin edir. ULB (“Underwater Transmitter”) sayəsində qəzadan sonra suyun altında siqnal göndərməklə AMIR‐100C‐nin yerini müəyyən etmək mümkündür. ASELSAN‐ın sərgidə ilk dəfə nümayiş etdirdiyi “Sadak‐2MK” ağıllı asqı sistemi hava platformalarının istifadə etdiyi Mk‐82/83 aviasiya bombalarının döyüş təyyarələri və pilotsuz uçuş aparatları tərəfindən daha çox daşına bilməsinə imkan verir. O, HGK, KGK, LGK və TEBER tuşlama dəstləri ilə təchiz olunan ümumilikdə iki ədəd aviasiya bombasının daşın ‐ masını və atılmasını təmin edir. Asqı sistemi əsasən F‐16, KAAN, “Hürjet” qırıcılarının, ANKA‐3, “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarə lə ‐ rinin və “Akıncı” PUA‐nın istifadəsi üçün nəzərdə tutulub. 40 min fit yüksəklikdə xidmət göstərə bilən “Sadak‐2MK” asqı sisteminin kütləsi 140 kiloqramdır. ASELSAN şirkəti tərəfindən ha ‐ zırlanan “Serhat‐Dual” minaatan aş kar ‐ lama radarı da ilk dəfə IDEF‐2023 39


sərgisində təqdim olunub. Mobil mi‐ naatan aşkarlama radarı olan SERHAT inkişaf edən ehtiyaclara uyğun şəkildə yeni imkanlar qazandırılaraq daha uzun məsafəyə malik “Serhat‐Dual” konfi qu ‐ rasiyasına yüksəldilib. “Serhat‐Dual” mövcud bacarıqlara əlavə olaraq, topları, raketləri, mini/mikro PUA‐ları aşkarlamaq, izləmək və təsnif etmək qabiliyyətinə sahibdir. YILDIRIM‑100 sistemi düşmən raketlərini kor edəcək ASELSAN şirkəti sərgidə YILDIRIM‐100 yönləndirilmiş infra ‐ qırmızı əks tədbir (DIRCM) sistemini ilk dəfə nümayiş etdirib. YILDIRIM‐100 sisteminin hazırlanması ilə bağlı layihə Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) koordinasiyasında həyata keçiri ‐ lir. YILDIRIM‐100 yönləndirilmiş infra ‐ qırmızı əks tədbir sistemi daşınabilən zenit‐raket kompleksləri (DZRK) tərə ‐ findən atılan raketlərin zərər siz ‐ ləşdirilməsi üçün təyin olunub. O, sahib olduğu lazer sisteminin vasitəsi ilə atılan raketlərin arayıcı başlıqlarına müdaxilə edərək, onları kor edir. ASELSAN mütəxəssislərinin söz ‐ lərinə görə, YILDIRIM‐100 sisteminin hazırlanmasındakı səbəb son dövrlərdə terrorçuların əlində olan ölümcül MAN‐ PAD (Man‐portable air‐defense) ra ‐ ketlərinin sayının getdikcə artmasıdır. YILDIRIM‐100‐ün əsas xüsu siy ‐ yətləri: • Çoxzolaqlı lazer çıxışı; • UV/IR əsaslı Raket Xəbərdarlığı Sistemləri ilə uyğunluq; • Tam qlobal mühafizəni təmin etmək üçün ikiqat qüllə konfiqu rasiyası; • Sürətli və dəqiq şəkildə təh ‐ lükənin tutulması və izlənilməsi; • Çoxsaylı təhlükə ssenariləri altında işləmək bacarığı; • Hədəfdə yüksək lazer enerjisi yaratmaq qabiliyyəti; • Kiçik ölçüyə və çəkiyə, eləcə də aşağı enerji istehlakına malik olması; • Yüksək istismar imkanı, aşağı texniki qulluq və xidmət dövrü xərcləri. ASELSAN‐ın IDEF‐2023 sərgisin ‐ dən gözləntiləri, Azərbaycanla bağlı planları və gələcək visionu haqqında POLİQON jurnalına danışan ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol son dövrdə Türkiyə müdafiə sənayesinə yatırılan sərmayələrin qarşılığı olaraq çox mühüm inkişaflar əldə etdiklərini bildirib. “Əvvəlcə, İstanbulda keçirilən IDEF sərgisinə xoş gəlmisiniz deyirəm və buradan sizin vəsilənizlə qardaş Azərbaycan xalqına salamlarımızı və sevgimizi çatdırırıq. Bu gün sərgidə Türkiyə ilə əmək ‐ daşlıq etmək üçün onlarla xarici öl ‐ kədən gələn, bizimlə görüşən, sistem və məhsullarımızı incələyən nümayəndə heyətlərini qəbul edirik. Gəldiyimiz səviyyə, bütün tərəfdaşlarımızla bir ‐ likdə gördüyümüz bu fəaliyyətlərin nəticəsi ilə fəxr edirik. Bununla bərabər, Azərbaycan bi ‐ zim tamamilə eyni ölkə olaraq gör ‐ düyümüz, qardaş və hər şeyimizin bir olduğu ölkədir. Ona görə də Azər ‐ baycanla əlaqələrimizdə qarşıdakı dövr ərzində oradakı qardaşlarımıza bir qabiliyyət qazandırmaq istəyirik. Artıq nələrin isə alınması‐verilməsi deyil, bəzi bacarıqların Azərbaycanda da qazandırılması ASELSAN olaraq bizim əsas visonumuzdur. Bu, dövlətimizin, eləcə də prezidentlərimizin baxışıdır”, ‐ deyə ASELSAN‐ın baş direktoru vur ‐ ğulayıb. Ahmet Akyol bildirib ki, ASELSAN 30 ildən artıqdır ki, Bakıda xidmət göstərir: “Ən pis və çətin anlarda mü ‐ hən disləri ilə hər mərhələdə qardaş ‐ larının yanında olub. Son dövrdə baş verən 2‐ci Qarabağ müharibəsi davam edərkən ASELSAN öz ölkəsində olduğu 40 www.poliqon.az


kimi Azərbaycanda da üzərinə düşəni etdi. Biz bu anlayışla IDEF sərgisində də Su‐25 təyyarələrinin modernizasiyası müqaviləsini TUSAŞ ilə bərabər baş ‐ latmış olduq. Habelə, Milli Döyüş Təyyarəsi layihəsinə azər baycanlı qardaş larımızın daxil olması kimi vacib bir məsələ burada gündəmə gətirildi. Buna bənzər birlikdə yetkinlik qa ‐ zanacağımız, Azərbaycanda bu qabiliy ‐ yətləri yaratmaq anlayışı ilə artıq konkret, cəld və üzərimizə düşən hər şeyi etdiyimiz model istəyirik. ASELSAN indiyə qədər olduğu kimi bu məsələdə də üzərinə düşəni etməyə hazırdır. ASELSAN oradakı ofisi və fəaliyyətləri ilə böyüməyə davam edəcək. Azərbaycandakı həm söhbət lə ri ‐ mizlə bunların hamısını danışdıq və danışırıq. Onsuzda prezidentlərimiz bu visionu bizim üçün müəyyənləşdirirlər. Türkiyədəki yetkinliklərimizi, gü cü mü ‐ zü, qüvvəmizi Azərbaycanda da təşkil etmək istəyirik. Biz bu visionla fəa ‐ liyyətimizi davam etdirəcəyik”. ASELSAN‐ın baş direktoru rəh ‐ bərlik etdiyi şirkətin hava hücumundan müdafiə sistemlərinə və pilotsuz uçuş aparatları sistemlərinə ciddi sər ma ‐ yələr qoyduqlarını bəyan edib: “Təbii ki, son dövrdə Azərbaycandakı qar daş ‐ larımızla birlikdə müşəhidə etdiyimiz kimi hava hücumundan müdafiə sis ‐ temləri və PUA‐lar kritikdir. Biz bu iki sahəyə ciddi sərmayələr qoyuruq. Bir tərəfdən, PUA‐larımızın faydalı yük ‐ lərini inkişaf etdiririk. IDEF‐2023 sərgisində ilk dəfə PUA‐larımızın yeni kameralarını göstərdik. ASELFLIR‐500 kəşfiyyat, müşahidə və hədəfləmə sis‐ temi artıq “Bayraktar”, “Akıncı”, “Anka” kimi PUA‐larla uçur. Eyni zamanda bunların bir hissəsini daha əvvəl, bir hissəsini sonradan inkişaf etdirdiyimiz radarlarını, rabitə və komanda idarə ‐ etmə sistemlərini də IDEF‐2023‐də göstərdik. Hava məkanının üstünlüyü baxı ‐ mından digər mühüm sahə olan hava hü cumundan müdafiəyə ciddi sər ‐ mayələr qoymuşuq. Son dövrdə “Hisar” sistemlərimizi inventara vermişik. “Siper” hava hücumundan müdafiə sis‐ temimizi tamamlamaq üzrəyik. Bundan başqa, sərgidə nümayiş etdiridiyimiz dörd yeni ‐ “Gürz”, “Gökdemir”, “Gök‐ berk” və “Göksur” HHM sistemlərimizin çalışmalarını yaxın keçmişdə başlat mış ‐ dıq. Bu sistemləri IDEF‐2023 sərgisində ilk dəfə həm Türkiyə ictimaiyyəti, həm də dünya ilə paylaşdıq. Bunların hər birini IDEF‐də dünyadakı qlobal müştərilərlə görüşdürdük. HHM sahə ‐ sində irəlilə mə yə və inkişaf etməyə davam edə cəyik”. ASELSAN‐ın baş direktoru Ahmet Akyol, həmçinin IDEF‐2023 sərgisində təqdimatı keçirlən yeni “Ejderha” və “Sökmen” EW elektron müharibə sistem ləri, eləcə də “Ertunga” və “Tunga” yerüstü döyüş robotları haq ‐ qından qısa məlumat verib. “Daha innovativ olduğunu düşün ‐ düyümüz elektromaqnit siqnallar ilə bir sıra hədəfləri zərərsizləşdirə bilən “Ejderha” sistemimizi ilk dəfə is ‐ tifadəçilərimizə təqdim etdik. Bu günə qədər daha ənənəvi üsullarla mübarizə kimi inkişaf etdirdiyimiz bu fəaliyyət sahəsini daha müasir və innovativ texnologiya ilə bir araya gətirdik. Həm baza ərazilərimizin qorunmasında, həm də konvoy fəaliyyətləri zamanı yerinə yetirdiyimiz yerdəyişmələrdə partlayıcı maddələrə qarşı innovativ üsulla texnologiya inkişaf etdirdik. Əminəm ki, bu sistem təhlükəsizlik qüvvələrinə əhəmiyyətli dərəcədə multiplikativ təsir göstərəcək”, ‐ deyə Ahmet Akyol bildirib . “Sökmen” haqqında danışan ASELSAN‐ın baş direktoru qeyd edib ki, bu sistem elektron müharibə sahəsində iddialı məhsuldur və tezliklə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcək və effektiv qabiliyyətə sahib olacaq. Onun sözlərinə görə, “Sökmen”in hazırlanmasında süni intellekt üsullarından istifadə edilib. Yenilikçi texnologiyalarla yüksək də ‐ qiqlik səviyyələrində istifadə oluna biləcək sistemdir. “Ertunga” və “Tunga” yerüstü döyüş robotlarının Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə yaradıldığını deyən Ahmet Akyol bu sistemlərin qarşıdakı dövrdə PUA və insansız dəniz platformalarında əməliyyatlar yerinə yetirən konseptə daxil olacağını bəyan edib: “Bu robotlar şəbəkə dəstəkli quruluş ilə birlikdə kəşfiyyat və taktiki PUA‐larla əməliy ‐ yatlara cəlb ediləcək”.


İlk dəfə sərgilənən məhsullar böyük diqqət çəkdi “Roketsan” tərəfindən ilk dəfə IDEF‐ 2023 sərgisində nümayiş etdirilən məhsullara UMTAS uzun mənzilli tank əleyhinə raket sisteminin yeni UMTAS‐ GM Blok‐1 və Blok‐2 versiyaları, MAM mini ağıllı sursat ailəsinin IIR (“Imaging Infrared”) infraqırmızı görüntü arayıcı başlıqlı MAM‐L IIR və MAM‐T IIR versiyaları, “Siper” uzun mənzilli hava hücumundan müdafiə sistemi, İHA‐230 “hava‐yer” tipli səsdən sürətli ballistik raketi, KMC mobil hava hücumundan müdafiə və taktiki raket buraxma sisteminin yeni hazırlanmış KMC‐U versiyası və “Burç” mobil hava hücumundan müdafiə (HHM) sistemi daxildir. “Roketsan”ın sərgidə nümayiş etdirdiyi digər məhsullar arasında CİRİT lazerlə idarəolunan raket, OMTAS orta mənzilli tank əleyhinə raket sistemi, UMTAS uzun mənzilli tank əleyhinə raket sistemi, L‐UMTAS lazerlə idarəolunan uzun mənzilli tank əleyhinə raket sistemi, KARAOK qısa mənzilli tank əleyhinə silah, habelə MAM‐ C, MAM‐L və MAM‐T mini ağıllı sursatlar, MK‐82 ümumi məqsədli bombalar üçün TEBER‐82 və LAÇIN tuşlama dəstləri, SOM “hava‐yer” raketi, ÇAKIR qanadlı raketi, ATMACA gəmi əleyhinə raket, ALKA yönləndirilmiş enerji silah sistemi, SUNGUR hava hücumundan müdafiə sistemi, HİSAR hava hücumundan müdafiə raket sisteminin HİSAR‐A və HİSAR‐O versiyaları, LEVENT yaxın hava hücumundan müdafiə sistemi, AKYA yeni nəsil ağır sinif torpedo, o cümlədən TRLG‐122 və TRLG‐230 raketləri, TRG‐ 300 raketi və BORA raketi yer alıb. UMTAS‑GM Blok‑1 “Roketsan”ın UMTAS‐GM Blok‐1 raketinin iki fərqli arayıcı başlıq növü var. IIR və yarı aktiv lazer (YAL) inteqrasiyası ilə istifadə oluna bilən sistemin mənzili quru platformalarından atıldıqda 1‐16 kilometr, helikopterlərdən yeni əməkdaşlıqlara imza atdı Dünyadakı analoqları ilə müqayisədə qiymət performansına görə seçilən və üstünlük verilən məhsulları ilə diqqət çəkən “Ro‑ ketsan” şirkəti IDEF‑2023‑ə 30 ədədə yaxın müxtəlif hərbi təyinatlı məhsulu ilə qatılıb və 7 ədəd fərqli məmulatını ilk dəfə nümayiş etdirib.


atıldıqda isə 1‐20+ kilometr təşkil edir. 0.3‐0.7 Mach uçuş sürətinə çata bilən və gecə‐gündüz atılma qabiliyyətinə malik olan UMTAS‐GM Blok‐1‐ə tank əleyhinə tandem, yüksək partlayıcı qəlpəli effekti və termobarik döyüş başlıqları taxıla bilir. Döyüş başlığının növündən asılı olaraq sistem əsas döyüş tanklarına, zirehli transportyorlara, yük maşınlarına, yolsuzluq avtomobillərinə, xəndək, bina və alçaqdan uçan he ‐ likopterlərə qarşı istifadə oluna bilər. UMTAS‐GM Blok‐1 sahib olduğu süzülmə qabiliyyətindən istifadə edərək təhlükəsizlik qüvvələrinə sipər arxa ‐ sından atəş açmaq imkanı verir. Bunun sayəsində hədəf, düşmən ünsürlərinin atış mənzilinə girmədən təhlükəsiz məsafələrdən məhv edilə bilir. IIR başlıqlı konfiqurasiya sahib olduğu iki istiqamətli RF məlumat bağlantısı sayəsində atəş boyunca istifadəçinin UMTAS‐GM raketini yönləndirməsinə imkan verdiyi halda, yarı aktiv lazer arayıcı başlıqlı kon ‐ fiqurasiya avtonom və xarici işarələmə imkanları daxilində istifadə edilə bilər. “Roketsan” mühəndislərinin üzə ‐ rində işlədiyi layihədə UMTAS‐GM Blok‐ 1 YAL‐ın 2024‐cü ilin ilk rübündə, UMTAS‐GM Blok‐1 IIR‐in isə 2024‐cü ilin son rübündə inventara daxil edilməsi hədəflənir. UMTAS‑GM‑Blok‑2 “Roketsan”ın innovativ məh ‐ sullarından biri olan UMTAS‐GM‐Blok‐ 2 raketinin mənzili quru plat ‐ formalarından atıldıqda 1‐32+ kilometr, helikopterlərdən atıldıqda isə 1‐50+ kilometr təşkil edir. Gecə/gündüz atıla bilən UMTAS‐GM‐Blok‐2 sahib olduğu döyüş başlığının növünə görə, əsas döyüş tanklarına, zirehli transportyorlara, yük maşınlarına, yolsuzluq avtomobillərinə, xəndək, bina və alçaqdan uçan heli ‐ kopterlərə qarşı istifadə edilə bilər. UMTAS‐GM‐Blok‐2 raketi itki tutumu və süzülmə qabiliyyətindən istifadə edərək sipər arxasından atəş açmaq im ‐ kanı verir. Bu yolla, düşmən ünsürlərinin atış mənzilinə girmədən hədəflər təhlükəsiz məsafələrdən məhv edilə bilir. UMTAS‐GM‐Blok‐2 raketi üzərində yer alacaq hibrid arayıcı başlıq ilə istifadəçiyə gecə və gündüz müxtəlif dalğa uzunluqlarında, döyüş sahəsinin yüksək keyfiyyətli görüntüsünü göstərə biləcək. Dizayn mərhələsində olan layihədə sisteminin 2025‐ci ildən etibarən sınaqlarının başlaması və inventara qazandırılması hədəflənir. MAM‑L IIR və MAM‑T IIR “Roketsan” PUA‐lar üçün hazırladığı yeni raket və sursatları IDEF‐2023‐də xüsusi diqqət çəkib. İlk dəfə sərgidə nümayiş etdirilən MAM‐L IIR və MAM‐ T IIR infraqırmızı görüntü arayıcı başlıqlı sursatlar barədə məlumat verən şirkət mütəxəssisi bildirib ki, pilotsuz uçuş aparatları tərəfindən istifadə olunan MAM sursat ailəsi döyüş meydanında göstərdiyi dəqiqlik və digər üstün imkanlarla özünü kifayət qədər sübut edib. Ancaq “Roketsan” buna bax ‐ mayaraq, artan döyüş tələblərini nəzərə alaraq onları daha da yaxşılaşdırmaq və dəqiqliyini artırmaq üçün IIR başlıqla təchiz edib. Bu başlıq sayəsində MAM‐L sursatının mənzili 15 km‐dən 25+ kilometrə, MAM‐T‐nin isə 30+ km‐dən 50+ kilometrə qədər artırılıb. Hazırda PUA‐lara inteqrasiya prosesi sürətli şəkildə davam edən MAM‐L IIR və MAM‐ T IIR‐in 2024‐cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacağı gözlənilir. Bundan başqa, MAM‐T IIR sursatının imkanlarının daha da şaxələndirilməsi çərçivəsində DUAL SEEKER ( IIR+TV xüsusiyyətli arayıcı başlıq) ilə 2024‐cü ildə ilk uçuş sınaqlarına başlanılması hədəflənir. MAM‐L IIR‐in texniki xüsusiyyətləri: • Uzunluğu – 0.95 m • Çapı – 160 mm • Kütləsi – 23 kq • Maksimum mənzili – 25+ km • Maksimum uçuş müddəti – 250 san MAM‐T IIR‐in texniki xüsusiyyətləri: • Uzunluğu – 1.4 m • Çapı – 230 mm • Kütləsi – 100 kq • Maksimum mənzili – 50+ km • Maksimum uçuş müddəti – 500 san “Siper” zenit‑raket sistemi “Roketsan”ın sərgidə ilk dəfə nümayiş etdirdiyi “Siper” uzun mənzilli hava hücumundan müdafiə sistemi böyük maraqla qarşılanıb. “Siper” zenit‐ raket sistemi (ZRS) Türkiyə Müdafiə Sənayesi Başqanlığının rəhbərliyi altında TÜBİTAK‐SAGE inistitutu, “Roketsan” və ASELSAN şirkətləri tərəfindən birgə hazırlanıb. 2018‐ci ildə hazırlanmağa başlanan “Siper” ZRS “Patriot” və S‐400 zenit‐raket sistemlərində olduğu kimi birdən çox raket variantına sahibdir. 43


“Siper” ZRS‐nin batareyasına 4 ədəd raket buraxıcı sistemi, 2 ədəd raket yükləmə sistemi, 1 ədəd “Teirs” radarı, 1 ədəd atəşi idarəetmə mərkəzi, 1 ədəd atəşə nəzarət radarı və 3 ədəd rabitə stansiyası daxildir. Cari ilin may ayında “Siper” ZRS son atış sınağı keçirilib. Bu il “Siper” Blok 1 modifikasiyasının qəbul fəaliyyətlərinin tamamlanacağı plan laş ‐ dırılıb. “Siper” Blok‐2 ZRS‐nin isə 2023‐ cü il ərzində sınaqları davam etdiriləcək. İHA‑230 səsdən sürətli ballistik raketi IDEF‐2023‐də “Roketsan” tərəfindən sərgilənən İHA‐230 PUA‐lardan atılmaq üçün nəzərdə tutulan “hava‐yer” tipli səsdən sürətli ballistik raketdir. O, şirkət istehsalı olan TRG‐230 “yer‐yer” tipli raketin aviasiya vasitələrindən istifadə üçün hazırlanan versiyasıdır. İHA‐230 “hava‐yer” tipli səsdən sürətli ballistik raketinin inkişaf etdirilməsində əsas məqsəd PUA‐ların təhlükəli zonaya girmədən düşmən hədəflərini, hava hücumundan müdafiə sistemlərini və digər obyektlərini məhv edə bilməsidir. “Roketsan” mütəxəssislərinin sözlərinə görə, buraxıldığı sürət və yüksəklikdən asılı olaraq, raketin maksimum uçuş mənzili 150 km təşkil edir. Bununla bərabər raket 20 kilometrə qədər məsafədə ani aşkarlanan hədəfləri də vurmaq imkanına sahibdir. Qəlpəli döyüş başlığına malik olan İHA‐230 verilən tapşırığa uyğun şəkildə müxtəlif döyüş başlıqları ilə təchiz edilə bilər. Hazırda inkişaf çalışmaları ilə bağlı sınaq atışları yerinə yetirilən İHA‐230 raketinin doğrulama və kvalifikasiya işləri davam etməkdədir. “Roketsan” İHA‐230 raketini 2024‐cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına qazandırmağı hədəfləyir. “Burç” mobil HHM sistemi “Roketsan” şirkəti IDEF‐2023 sərgisində ilk dəfə “Burç” mobil hava hücumundan müdafiə (HHM) sistemini təqdim edib. “Burç” mobil HHM sistemi döyüş meydanında və arxa bölgədə olan mobil/sabit birlik və obyektlərin hava hücumundan müdafiəsində istifadə edilmək üçün “Roketsan”ın öz resursları ilə hazırlanıb. Əsas silah olaraq 2 ədəd dördlü pod üzərində 8 ədəd “Sungur” hava hücumundan müdafiə raketi istifadə edən “Burç” sistemi köməkçi silah olaraq 20 mm‐lik 3 lüləli top ilə təchiz edilib. Sərgidə “Burç” mobil HHM sistemi FNSS istehsalı “Pars İZCİ 8×8” zirehli nəqliyyat vasitəsi üzərinə inteqrasiya olunmuş şəkildə nümayiş etdirilib. KMC‑U silah sistemi IDEF‐2023 sərgisində “Roketsan” tərəfindən ilk dəfə təqdim olunan KMC‐ U silah sistemi şirkətin istehsal etdiyi CİRİT, UMTAS və L‐UMTAS tank əleyhinə idarə olunan raketləri (TƏİR) atmağa qadirdir. KMC‐U silah sistemi yaxından müdafiəni təmin etmək üçün 7.62 mm‐ lik pulemyotla da təchiz edilib. KMC‐U silah sistemi sərgidə FNSS istehsalı “Pars İZCİ 6×6” zirehli nəqliyyat vasitəsi üzərinə inteqrasiya olunmuş şəkildə nümayiş olunub. KMC‐U silah sistemi həm lazer, həm də IIR yönləndirməli 3 müxtəlif növ raket atmaq qabiliyyətinə sahib dünyada yeganə silah sistemi hesab olunur. KMC‐U silah sistemi yüksək atəş gücü və dəqiq vuruş qabiliyyəti ilə həm əsas döyüş tankları və yüngül zirehli maşınlar kimi zirehli hədəflərə, həm də şəxsi heyət və zirehsiz maşınlara qarşı istifadə edilə bilər. Fərqli hava və ətraf mühit şərtlərinə uyğun gələn, gecə‐gündüz kəşfiyyat/müşahidə etmə qabiliyyətinə malik olan KMC‐U həm ayaq üstə, həm də hərəkətdə olarkən atışma kimi xüsusiyyətləri ilə istifadəçinin bir çox döyüş meydanında effektiv istifadə etməsinə şərait yaradır. LEVENT HHM sistemi “Roketsan” sərgidə LEVENT yaxın hava hücumundan müdafiə sisteminin ilk dəfə original prototipini nümayiş etdirib. Əsasən dəniz platformalarına, suüstü gəmilərə yaxın hava təhlükəsizliyi təmin edəcək LEVENT Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub. LEVENT yaxın HHM sisteminin ilk atışlarının 2023‐cü ilin sonunda həyata keçiriləcəyi planlaşdırılıb. Qeyd edək ki, bundan əvvəl LEVENT HHM sisteminin maketi ölkə daxilində ilk dəfə IDEF‐ 2021, ölkə xaricində isə Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX‐2023 sərgisində təqdim olunub. Türkiyənin və bir çox xarici dövlət rəsmilərini, hərbi nümayəndə heyətlərini və sənaye mütəxəssislərini öz stendində qarşılayan “Roketsan” sərgi çərçivəsində 5 yeni əməkdaşlıq müqaviləsi imzalayıb. 44 www.poliqon.az


ASFAT stendində nümayiş olunan müxtəlif dəniz platformaları və layihələri ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Sərgilənən dəniz platformalarının sırasında PN MİLGEM layihəli korvet, açıq dəniz patrul gəmisi və digərləri yer alıb. Eyni zamanda ASFAT şirkəti ilk dəfə olaraq AS3600 freqatını nümayiş etdirib. Hazırda dizayn mərhələsində olan AS3600‐ ün inkişaf etdirilməsi ilə bağlı işlər davam etməkdədir. Yeni freqatın uzunluğu 124 metr, eni 14.24 metr və su basımı 3600 tondur. AS3600 freqatı 18 düyün sürətlə üzərək 4500 dəniz mili məsafəsini qət edə və açıq dənizdə 30 gün müstəqil şəkildə fəaliyyət göstərə bilir. Dizaynı sayəsəində aşağı radar görüntülənməsinə sahib olan AS3600 freqatı KBRN mühafizə sistemi ilə təchiz edilib. HAVELSAN şirkətinin ADVENT döyüş idarəetmə sistemi ilə təmin olunan freqatın diqqət çəkən əsas xüsusiyyətlərindən biri onun yüksək döyüş gücünə malik olmasıdır. Şirkət nümayəndələrinin sözlərinə görə, AS3600‐də müxtəlif tipli 64 buraxılış qurğusu quraşdırmaq mümkündür ki, bunlar da istifadəçinin istəyinə uyğun şəkildə dəyişdirilə və ya başqa sistemlərlə əvəz edilə bilər. Həmçinin, freqatın silahlanmasına gəmi əleyhinə raketlər üçün iki ədəd dördlü buraxılış qurğusu, 76 mm‐lik top, iki ədəd 25 mm top, torpedalar, habelə “Roketsan” istehsalı olan LEVENT və GÖKDENİZ hava hü ‐ cumundan müdafiə sistemləri daxildir. Pakistan Hərbi Dəniz Qüvvələri üçün həyata keçirilən PN MİLGEM layihəsi haqqında POLİQON jurnalına danışan ASFAT‐ın Strategiya və Biznesin İnkişafı direktoru Sinan Topuz bildirib ki, PN MİLGEM şirkətin qabaqcıl layihəsidir: “Hazırda 2‐si Türkiyədə, 2‐si də Pakistanda olmaqla ümumilikdə 4 gəmi inşa edil ‐ məkdədir. İnşa edilən ilk gəminin tezliklə Pakistan HDQ‐yə təhvil verilməsi plan ‐ laşdırılıb. Növbəti iki gəminin 2024‐cü ildə və sonuncunun isə 2025‐ci ildə Pakistan HDQ‐yə çatdırılması nəzərdə tutulub”. Bundan başqa, Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa olunan açıq dəniz patrul gəmisindən danışan Sinan Topuz qeyd edib ki, hazırda onlardan ikisinin inşa prosesi ASFAT tərsanələrində davam etməkdədir. Müasir dövrdə baş verən müha ri ‐ bələrdə əhəmiyyətini bir daha sübut edən artilleriya sistemlərinə artan marağı nəzərə alan ASFAT şirkəti IDEF sərgisində 155 mm‐lik “Arpan” özüyeriyən artilleriya qurğusunu (ÖAQ) nümayiş etdirib. 8x8 təkər formullu şassi üzərinə inteqrasiya olunan 155 mm‐lik “Arpan” istifadəçiyə bütün növ NATO standartlı mərmilərlə atəş açmaq imkanı verir. Dəqiqədə 6 atəş aça bilən ÖAQ əlavə olaraq 7.62 mm‐lik pulemyotla silahlandırılıb. O, 600 at gücündəki mühərrikə, 80 km/saat sürətə və 600 km hərəkət mənzilinə sahibdir. “Arpan”ın atəş üçün hazır vəziyyətə gə ‐ tirilmə müddəti 2 dəqiqə və sursat tu tu ‐ mu 24 mərmidir. ÖAQ atəş açdıqdan sonra 2 dəqiqə ərzində mövqeyini dəyişdirə bilir. Hava platformaları sahəsində ASFAT şirkəti “Airbus” istehsalı olan A400M hərbi nəqliyyat təyyarələrinin təkmilləşdirilməsi imkanlarını rəsmi nümayəndə heyətlərinə və ziyarətçilərə təqdim edib. Sərgidə ASFAT tərəfindən təklif olunan xidmətlərdən biri A400M təyyarələrinin təkmilləşdirilməsi olub. Bildirilib ki, A400M təyyarələrinin təkmilləşdirilməsi ilə bağlı işlər ASFAT şirkətinin Kayseridə yerləşən “Fasbat” təyyarə servis mərkəzində aparılmaqdadır. “Fasbat” mərkəzində həm Türkiyə, həm də digər ölkələrin A400M hərbi nəqliyyat təyyarələrinin təmiri, texniki dəstəyi və təkmilləşdirilməsi işlərinin aparılması nəzərdə tutulub. Bu günə qədər “Fasbat” mərkəzində 4 ədəd A400M nəqliyyat təyyarəsi tək ‐ milləşdirilərək Türkiyə HHQ‐yə təhvil verilib. Hazırda Türkiyə HHQ‐yə məxsus beşinci təyyarə üzərində işlərin aparıldığı mərkəzdə qarşıdakı müddət ərzində daha 4 ədəd A400M təkmilləşdirilməsi plan ‐ laşdırılıb. ASFAT şirkəti IDEF‐2023‐də bir sıra müqavilələrə imza atıb. Bunlardan biri Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS‐532 “Cougar” helikopterlərinin ASFAT, ASELSAN və “Airbus” tərəfindən tək milləş ‐ dirilməsi ilə bağlı müqavilədir. Müqaviləyə əsasən, Türkiyə HHQ‐yə məxsus 20 ədəd AS‐532 “Cougar” helikopterinin tək mil ‐ ləşdirilməsi nəzərdə tutulub. Tək mil ‐ ləşdirmə nəticəsində AS‐532 heli kop ‐ terlərinin avionika sistemləri yenilənəcək. 45 dəniz sektorunda əlaqələri genişləndirir Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı olan ASFAT şirkəti IDEF‑2023 sərgisində özünün müasir hava, quru, dəniz platforma‑ larını, yeni layihə və xidmətlərini təqdim edib.


“Otokar” IDEF‐2023 sərgisində ilk dəfə “Alpar” insansız döyüş maşını, “Arma II” zirehli təmir‐təxliyə maşını, “Akrep II R” kəşfiyyat və müşahidə maşınını nümayiş etdirib. “Otokar”ın IDEF‐2023‐də ilk dəfə sərgilədiyi məhsullar arasında “Arma” 8x8 və 6x6 avtomobil ailəsinin Sürücü Topçu Təlim simulatoru maraqla qarşılanıb. “Otokar”ın “Cobra II” zirehli nəqliyyat vasitələri, “Ural” 4×4 zirehli avtomobili, habelə “Tulpar” zirehli texnika ailəsinin “Tulpar” orta ağırlıqlı tankı və “Tulpar” piyadanın döyüş maşını (PDM) da təqdim olunan məhsullar sırasında yer alıb. Ümumilikdə “Otokar” öz stendində 11 hərbi maşının və fərqli xüsusiyyət və qabiliyyətə malik qüllə sistemini təqdim edib. Sərgi boyu ASELSAN stendində “Otokar”ın “Arma” 8x8 aşağı hündürlük hava hücumundan müdafiə maşını və “Arma” 6x6 HPEM maşını da nümayiş etdirilib. IDEF‐2023 sərgisi çərçivəsində “Poliqon” jurnalına müsahibə verən “Otokar”ın baş direktoru Serdar Görgüc rəhbərlik etdiyi şirkətin yenilikləri haqqında məlumat verib: “Bildiyiniz kimi, “Otokar”ın zirehli texnika portfeli genişdir; hüquq‐mühafizə maşın la ‐ rından başlayır və 4x4, 6x6, 8x8 təkər formullu, eləcə də 45 tona qədər tırtıllı texnikalara kimi davam edir. Buna görə də bizim geniş müştəri portfelimiz var. Bu gün “Otokar” avtomobilləri beş qitədə, dünyanın qırxdan çox ölkəsində istifadə olunur. Həmin ölkələrdəki layihələrimiz və ixracımız davam edir. O layihələr ilə birlikdə formalaşan ora ‐ dakı müştərilərimizin istədiyi məh ‐ sullar var. Onlarla birlikdə yeni məh sulları təqdim və nümayiş etdiririk. Bu gün IDEF‐də belə məhsullar var. Bunlardan başqa, bildiyiniz kimi, “Otokar” hər il dövriyyəsinin böyük bir hissəsini texnologiyaya, tədqiqat və inkişafa ayırır. Həmin çalışmalardan biri olan texnologiyanın inkişafı layihəsini burada təqdim edirik. Qısaca izah edim yeniliklərə imza atdı Türkiyənin qlobal hərbi nəqliyyat vasitələri istehsalçısı olan “Otokar” IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi təşkil olunmağa başlayan ildən bütün sərgilərdə geniş şəkildə iştirakı ilə öz izini qoyub. Dünya müdafiə sənayesi bazarında hərbi maşınlar sahəsində adından söz etdirən “Otokar” 16‐cı dəfə keçirilən IDEF‐2023‐də həm mövcud zi‐ rehli maşınlarını və qüllə sistemlərini, həm də üzərində işləri davam edən yeni məhsulları ilə öz yerini alıb. Türkiyə müdafiə sənayesinin innovasiya öncüsü “Alpar” insansız döyüş maşını


ki, burada gördüyünüz təmir‐təxliyə maşınımız xarici müştərinin sifarişi ilə 8x8 “Arma” nəqliyyat vasitəsinin əsasında hazırlanıb və ilk dəfə IDEF‐ 2023‐də onu sərgiləyirik. Bu, döyüş meydanında zədələnmiş, aşmış, xarab olmuş maşınların təmir edilməsi və ya yedəklənərək təxliyə olunması üçün hazırlanıb. Eyni zamanda ordunun hər cür istehkam əməliyyatlarında istifadə edə biləcəyi bir vasitədir. Bundan başqa, “Arma” nəqliyyat vasitəsinin gələcək yeni texno lo gi ‐ yalarla daha yüksək qoruma səviy ‐ yəsinə malik versiyası var. Biz onu “Arma II” adlandırdıq. Həmin “Arma II” də burada sərgilənir. Ən maraqlı ola biləcək fərqli bir məhsul olaraq, eləcə də texnologiyamızı nümayiş etdirmək üçün burada “Alpar” adlandırdığımız pilotsuz platformamız var. Bu, robotlaşdırılmış maşındır. Hal‐ hazırda uzaqdan idarəetmə pultu ilə işləyir. Lakin biz onu beş‐altı il ərzində təkbaşına qərar qəbul edə biləcək və bəzi işləri təkbaşına yerinə yetirə biləcək platformaya çevirməyə çalışırıq. O da mühəndislik işidir. Mühən ‐ dislərimiz yaxın illərdə bunun üzərində işləyəcəklər. Biz onu buradakı sərgiyə texnologiya və bacarıqların inkişafı platforması kimi gətirdik”. “Alpar” kəşfiyyat və döyüş robotu IDEF‐2023 sərgisində “Otokar” şirkətinin “Alpar” insansız döyüş maşınına maraq böyük olub. “Otokar” tərəfindən silahlı qüvvələrin robot və insansız quru vasitəsi ehtiyaclarını ödə ‐ mək üçün insansız platforma olaraq ha ‐ zır lanan “Alpar” döyüş meydanında insanlı və pilotsuz elementlərlə birlikdə tapşırıqları yerinə yetirə biləcək. “Alpar” insansız quru platformaları ara sında ağır sinif adlandırılan (Heavy Class) seqmentə aiddir və Türkiyə müdafiə sənayesi üçün bir ilk hesab edilir. Seriyalı hibrid elektrikli güc qur ‐ ğusu sayəsində tamamilə səssiz şəkildə işləyə bilən insansız döyüş maşını, avtonom və uzaqdan idarəetmə im kan ‐ larına sahibdir. Tırtıllı şassi ilə təchiz edilən “Alpar” aşağı istilik izi, təyyarədə daşınma qabiliyyəti və tez dəyişdirilə bilən batareya infra struk turu ilə seçilir. Həmçinin o, daxili bölməsində əlavə mini pilotsuz quru vasitəsi də daşıya bilir ki, bu da onun əməliyyat qabiliy ‐ yətini artırır. “Alpar” sahib olduğu avtonom və süni intellekt sistemləri ilə aşağıdakı problemlərin həllini hədəfləyir: • Döyüş meydanında şəxsi heyət riskinin azaldılması; • Süni intellekt və data ana li ti ka ‐ sın dan istifadə etməklə əməliyyat sa hə ‐ sin dəki personalın sayını azal da raq tap şırıqların, xüsusən də gündəlik fəa liy ‐ yətlərdəki müvəffəqiyyətin ar tı rılması; • Döyüş meydanında pilotsuz uçuş aparatları və digər elementlərlə əlaqə quraraq əməliyyat meydanında effektivliyin artırılması. Döyüş robotu maksimum 15 ton ağırlığa, 3 ton faydalı yük daşımaq bacarığına, 500 km mənzilə və 70 km/saat hərəkət sürətinə malikdir. Üstün imkanları ilə seçilən “Alpar”ın zirehli döyüş maşını, kəşfiyyat‐mü şa ‐ hidə maşını, tank qırıcısı, antidron ma ‐ şını, logistik xidmət və rele avtomobili kimi versiyaları mövcuddur. “Otokar” sərgidə “Alpar”ı ASELSAN istehsalı 25 mm‐lik “Nefer‐L” döyüş modulu ilə nümayiş etdirib. Baş direktor vurğulayıb ki, “Alpar” maşını texnologiyanın inkişafı plat ‐ formasıdır: “Biz öz texnologiyamızı göstərmək üçün bura gətirdik. Qeyd olunub ki, “Alpar” maşını seriyalı hibrid güc sisteminə malikdir. Maşında batareyalar və dizel generator var. Texnika elektrik mü hərriki ilə səssiz və heç bir səs çıxar madan 50 kilometr hərəkət edə bilir. Dizel ge ‐ neratoru ilə 500 kilometr hərəkət edir. Onu istənilən hərbi stan darta cavab verəcək şəkildə dizayn etmişik. Bu mərhələdə belə qarşı sındakı maneələri tanıyan, maneələrin ətrafından dolanan və ya avtomatik şəkildə qarşıdakı digər nəqliyyat vasi təsini izləmək xüsu ‐ siyyətləri olan platformadır. Bunu gələcəkdə daha da inkişaf etdirəcəyik. Süni intellekt məhsullarını inkişaf etdirdiyimiz zaman öz‐özünə düşünə və qərar verəbilən hala gətirəcəyik. Bu yaxınlarda Türkiyədə keçir ‐ diyimiz təqdimatda “Alpar”ın tank əleyhinə versiyanı mətbuata göstərdik. Burada kəşfiyyat versiyasını göstərdik. Beləliklə, hazırda “Alpar”ın iki fərqli prototip var və sınaqları davam edir”. “Otokar”ın bu il son mərhələyə qədəm qoyan layihələri və kütləvi istehsala hazırlanan texnikaları barədə danışan Serdar Görgüc ötən il imza la ‐ dıqları müqavilələr çərçivəsində “Otokar”da zirehli maşın istehsalı 2023‐ cü ildə də davam etdiyini deyib. Onun sözlərinə görə, hazırkı istehsallarında 47 “Akrep II R” kəşfiyyat və müşahidə maşını


4x4 “Cobra II” zirehli nəqliyyat va si ‐ tələri var. Hal‐hazırda 5‐6 fərqli müştəri üçün müxtəlif növdə “Cobra II”lərin istehsalı, 8x8 “Arma”ın istehsalı davam edir. Bunların hamısının ixrac mü qa ‐ vilə ləri olduğunu deyən şirkət direk ‐ toru bildirib ki, bu ilin sonuna kimi, “Otokar” sifariş üçün tamamilə doludur. “Zirehli maşınlarımız müxtəlif növlərdə, müxətif istifadəçilərdə, Avstraliyadan başqa bütün qitələrdə mövcuddur və çoxlu istifadəçilərimiz var. Hər il, maşınlarımızdan razı qaldıqları üçün müştərilərimizlə 2‐ci və 3‐cü müqavilələri bağlayaraq tədarükə davam edirik. Bundan başqa, bizim hər zaman stratejik hədəfimiz var. Hər il ixrac xəritəmizə yeni bir ölkə əlavə etmək istəyirik. Bu il xəritəyə yeni bir ölkə əlavə etdik və çatdırılmalarını həyata keçirdik. Hansı ölkə olduğunu soruşmayın”, ‐ deyə “Otokar”ın baş direktoru vurğulayıb. “Azərbaycanda həyata keçiril ‑ məli işlərimizin olduğuna inanırıq” Serdar Görgüc bildirib ki, “Otokar” uzun illərdir ki, Azərbaycanla da əməkdaşlıq edir: “Azərbaycanda Daxili Qoşunlarda, Müdafiə Nazirliyində, Dövlət Sərhəd Xidmətində, habelə Fövqəladə Hallar Nazirliyində zirehli maşınlarımız var və istifadə olunur. Biz istifadəçilər istədikləri müddət ərzində tədarük etdiyimiz maşınların servisini və qulluğunu təmin etməyə də çalışırıq. Bizim üçün Azərbaycanın Türkiyədən fərqi yoxdur, eyni ölkə kimi görürük. Oradakı texniki qulluq, baxım və hər zaman istifadəyə hazırolma məsə ‐ lələrində daha çox həyata keçirilməli işlərimizin olduğuna inanırıq. Bu istiqamətdə də müəyyən işlərimiz var. Bundan başqa, hər hansı əlavə tələb olarsa həmişə azərbaycanlı istifa də ‐ çilərimizin tələblərinə hazırıq”. “Otokar”ın baş direktoru qeyd edib ki, rəhbərlik etdiyi şirkət öz məh ‐ sullarını NATO standartlarına uyğun hazırlayır və çox yaxşı sınaqdan keçirir: “Dünyada bir çox ölkədə rəqiblərlə rəqabətcil ərazi sınaqları, atış sınaqları keçiririk. Çox fərqli coğrafiyalarda və çox fərqli iqlimlərdə dünyanın hər yerindən gələn rəqiblərlə qarşılaşırıq. Hər il maşınlarımızı Amerika qitə ‐ sindən, Avropa qitəsindən, habelə Çindən, geniş rəqabət coğrafiyasından gələn rəqabətqabiliyyətli məhsullar ilə birlikdə test edirik. Orada gördüyümüz kimi, məhsullarımız keyfiyyət və per ‐ for mans baxımından öz sinfində ən yaxşısıdır. Məhsullarımız qiymət olaraq çox ucuz deyil. Qərb məhsullarından daha ucuzdur, lakin çox da ucuz deyil. Ancaq istifadəçiyə verdiyimiz dəyər, yəni yolsuzluq performansı, etibarlılıq və qorunma həmişə daha yüksəkdir. Ona görə də biz verilən pulun qiy ‐ mətindən daha dəyərli, yaxşı məhsullar təqdim etdiyimizi düşünürük. Bunu döyüş şəraitində istifadəçinin əlində gördükdə, nəqliyyat vasitəsinin uğu ‐ rundan məmnun oluruq”. Baş direktor Serdar Görgüc “Otokar”ın istehsal infrastrukturu, tex ‐ nologiya imkanları haqqında da qısa məlumat verib. “Hər növ 4x4, 6x6, 8x8 təkər formullu və tırtıllı texnikaları istehsal edəcək üç ayrı montaj yerimiz var. Beləliklə, çox çevikik. İllik istehsal gücümüz, xüsusən də Qərb dün ya ‐ sındakı bütün oxşar şirkətlərdən daha yüksəkdir ki, bu hələ bir növbədə belədir. Ehtiyac və tələbat olanda yerinə yetirə bilməyəcəyimiz say həddi yoxdur. Çünki kiçik investisiyalarla iki və ya üç növbədə işləmək imkanımız var. Ona görə də həcm baxımından hər cür ehtiyaca cavab verəcək səviyyədəyik”, ‐ deyə Serdar Görgüc vurğulayıb. 48 www.poliqon.az “Arma II” zirehli təmir‑təxliyə maşını


Click to View FlipBook Version