The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

POLİQON jurnalı 2023 iyul-avqust 4 (66)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by POLIQON / AZERI DEFENCE Military Magazine, 2023-09-26 09:22:22

POLİQON jurnalı 2023 iyul-avqust 4 (66)

POLİQON jurnalı 2023 iyul-avqust 4 (66)

“Arma II” zirehli təmir‑təxliyə maşını debüt etdi Yuxarıda da qeyd etdiyimiz kimi, “Otokar” şirkəti ilk dəfə IDEF‐2023 sərgisində “Arma II” zirehli təmir‐ təxliyə maşınının təqdimatını keçirib. Sərgi çərçivəsində bu texnikanın imkaları barəsində “Otokar”ın çox ‐ təkərli hərbi maşınlar şöbəsində yüksək ixtisaslı sistem mühəndisi Fahrettin Durdurandan ətraflı məlumat almağa çalışdıq. O bildirib ki, bu texnika şirkətin “Arma II” maşın ailəsinin üzərində inkişaf etdirdiyi zirehli təmir‐ təxliyə versiyasıdır. Texnikanın çəkisi 40 tondur və mühərriki 720 at gücünə malikdir. Altı irəli və bir geri ötürmə qutusuna, tam müstəqil asqı sisteminə sahibdir. Bir sözlə, hərəkət qabiliyyəti kifayət qədər yüksəkdir. “Bundan əlavə, ön tərəfdə, xüsusən də missiya profili üçün bir dozer bıçağı var. Bu dozer bıçağı yuxarı‐aşağı hərkət edir. Bıçaq bucağı dəyişdirilə və sağa‐ sola 10 dərəcəlik bucaq altında yol təmizləmə, kürümə kimi əmə liy yat ‐ larda istifadə oluna bilər. Bundan başqa, tapşırıq icra olunan ərazidəki yolda maneələrin açılması, barrikadaların qırılması, səngərlərin doldurulması, mövqelərin açılması, ərazidə müəyyən işlərin görülməsi kimi bir çox əməliy ‐ yatları yerinə yetirə bilir. “Arma II” zirehli təmir‐təxliyə maşını bum kranı (crain boom) ilə komplektləşdirilib. Bum kranın əsas vəzifəsi əslində fərqli bir avtomobilin mühərrikinin dəyişdirilməsi, qülləsinin dəyişdirilməsi və ya imkanları çər çi ‐ vəsində müəyyən ağırlıqların bir yerdən başqa yerə qoyulması, habelə avtomobilin üzərinə yerləşdirilməsi, başqa yerə köçürülməsidir. Bum kranın tutumu 25 tondur. Üfüqi vəziyyətdə altı metrə qədər və şaquli vəziyyətdə 7 metrə qədər uzana bilir. O, kran əməliy ‐ yatını yerinə yetirərkən, ön və arxadakı toplamda dörd dayaq ayağından istifadə edir. Texnikaya quraşdırılan kameralar sürücünün dozer əməliyyatı zamanı uc nöqtələri və dozerin vəziyyətini gör ‐ məsi üçündür. Zirehli təmir‐təxliyə maşınına döyüş qülləsi inteqrasiya edilib. Döyüş qülləsinə maşını qoruması üçün 7.62 və 12.7 mm çaplı silahlar quraşdırıla bilər. Arxa tərəfdəki dayaq ayaqlarına gəldikdə, onlar ikiqat funk ‐ si yaya malikdirlər. Bunlar krandan istifadə edərkən dayaq ayaqları kimi çıxış edir. Texnikanın ən vacib xü su ‐ siyyətlərindən biri 35 ton tutumlu əsas xilasetmə kranıdır. Əsas kran istifadə edilərkən, bu mahmızların uç nöqtələri fırlanır və yerə batır. O, faktiki olaraq qum və palçıq kimi hər cür torpaqda maşını yerdə sabit saxlamaq üçün nəzərdə tutulub. Bu əsas kranın kasnak sistemi ilə 70 tona qədər yük daşıma qabiliyyəti var”, ‐ deyə təmir‐təxliyə maşının mühəndisi vurğulayıb. O, “Arma II” təmir‐təxliyə maşının öz sinfində ilk olan başqa bir xü su ‐ siyyətini açıqlayıb: “Normal bir avto ‐ mobil xarab olduqda, həmin avto mobili yedək oxu və yedəkləmə çəngəli ilə ye ‐ dək lənir. Amma ön oxu zədələnmiş təkərli avtomobil olduqda, onu yedək lə ‐ mək çox çətindir. Buna görə də “Arma II” təmir‐təxliyə maşınında qatlana bilən çox yığcam qaldırıcı yedək avadanlığı quraşdırılıb. Başqa sözlə desək, ön oxu zədələnmiş avtomobil qabağa əyildikdə, bu avadanlıq vasi təsilə onu qaldırmaq və dartmaq olur. Bundan başqa, bu avtomobilin digər vəzifəsi də ərazidə texniki xidmət və təmir işləri aparmaqdır. Əməliyyat bölgəsində başqa maşının güc paketi dəyişdirilə bilər, qülləsi dəyişdirilə bilər və ya müxtəlif təmir işləri aparıla bilər. Bunun üçün avtomobilin içərisində və xaricində çoxlu bölmələr var. Burada elektrik‐mexanik ustasının nəqliyyat vasitəsinin təmirində ehtiyac duyacağı demək olar ki, bütün avadanlıqlar qorunan qutularla rəflərdə saxlanılır. Maşının xaricindəki rəflərdə də yenə bu kimi avadanlıqlar saxlanılır. Bundan əlavə, avtomobilin ətrafında 360 dərəcə kamera sistemi və proyektorlar var. Beləliklə, o, gecə missiyaları zamanı ətrafı tamamilə işıqlandıra bilir”. “Arma II” zirehli təmir‐təxliyə ma ‐ şının mühəndisi qeyd edib ki, sözü ‐ gedən texnikada portativ qaynaq apa ratı və generator da var. Onun söz ‐ lərinə görə, maşın dörd nəfər (bir sü rü ‐ cü, bir komandir və iki operator yaxud texniki personal) üçün nəzərdə tutulub. “Əslində biz zirehli təmir‐təxliyə maşınında bütün həcmdən, bölmə ‐ lərdən istifadə etmişik. Hazırda, bu maşın bir konsepsiya üzərində iki və ya üç fərqli missiya profilinin toplusudur. Bu texnika istehkam maşını, təmir maşını və təxliyə maşını kimi istifadə oluna bilər. Burada əsas məsələ odur ki, təkər forumlu 8x8 zirehli döyüş maşınını təxliyyə edə bilməyimiz üçün təmir‐təxliyə avtomobilimiz həmin texnikanın gedə biləcəyi yerə qədər getməlidir. Məhz buna görə də mobillik çərçivəsində bu təmir‐təxliyə maşını “Arma II”nin üstün performansını təqdim edir”, ‐ deyə “Arma II” zirehli təmir‐təxliyə maşının mühəndisi bildirib. 49 “Cobra II” zirehli maşını


“Cobra II” iki ayrı variantda sərgiləndi “Otokar” şirkəti IDEF‐2023 sər ‐ gisində “Cobra II” zirehli maşın ailəsinin “Cobra II” zirehli təcili tibbi yardım maşını və “Cobra II” PUA stansiya inteqrə zirehli personal daşıyıcı ver ‐ siyalarını nümayiş etdirib. “Cobra II” zirehli personal daşıyıcı avtomobili üzərinə DASAL şirkətinin istehsalı olan PUA stansiyası inteqrasiya olunub. İnkişaf etdirilən texnologiya sayəsində, digər avtomobildə olan həl ‐ lərdən fərqli olaraq, PUA 30 km/saat sürətlə hərəkət edən nəqliyyat vasi tə ‐ sindən qalxa/eniş edə bilir. PUA tərəfindən əldə edilən görüntülər sim ‐ siz olaraq avtomobildəki Yer İdarəetmə Stansiyasına ötürülür. Sistemin ən mühüm xüsusiyyəti PUA‐dakı akku mu ‐ lyatorun stansiyada artıq doldurulmuş başqa bir akkumulyatorla avtomatik olaraq 1 dəqiqədən az müddətdə dəyiş ‐ dirilməsidir. Beləliklə, PUA istifadəçi təhlükəsizliyini riskə atmadan, nəqliy ‐ yat vasitəsi hərəkətdə olarkən davamlı uçuş performansını və fasiləsiz missiya və uçuş bacarıqlarını təmin edir. Türkiyənin ilk yerli mühərrikli 8x8 zirehli maşını ARMA II Sərgidə ziyarətçilərin maraqla qarşıladığı “Arma II” nəqliyyat vasitəsi Türkiyənin ilk yerli mühərrikli 8x8 zirehli maşınıdır. Yüksək texnologiyalı avtomobil olan “Arma II” 12,7 litr, 6 silindrli, 720 at gücünə malik turbo dizel mühərrikə malikdir. Üç il davam edən bütün sınaqlardan uğurla keçən “Arma II” zirehli döyüş maşınından zirehli personal daşıyıcısına çevrildi. Bundan başqa o, komanda və idarəetmə vasitələrindən tutmuş hava hücu ‐ mundan müdafiə mis siyalarına qədər bir çox fərqli əməliyyat üçün uyğun bir platformadır. “Otokar” daha bir ilkə imza atdı – qüllə sistemində yeni qabiliyyət Sərgidə “Arma” zirehli maşın ailəsinə daxil olan daha iki texnika yenilikləri ilə nümayiş edilib. Onlardan “Arma” 6×6 zirehli maşını “Sarp‐Zafer” döyüş modulu və yerli mühərrikli “Arma II” 8×8 zirehli nəqliyyat vasitəsi OMTAS raketlərinin də yer aldığı “Mızrak‐30” döyüş modulu ilə təqdim olunub. Bu, “Otokar” tərəfindən təqdim edilən sistemlər arasında bir ilk idi. Türkiyədə ilk dəfə olaraq 30 mm‐lik qüllə sistemində tank əleyhinə raket inteqrasiyası həyata keçirilib. “Roketsan” istehsalı OMTAS buraxılış qurğusunun “Otokar”ın “Mızrak‐30” qülləsinə inteqrasiyası ilə Türkiyədə istehsal olunan 30 mm‐lik topla qüllə sisteminə ilk dəfə tank əleyhinə raket qabiliyyəti təmin edilib. Beləliklə, bütün növ zirehli maşınlara inteqrasiya edilə bilən “Mızrak” qülləsi orta kalibrli silah və tank əleyhinə raket qabiliyyəti ilə zirehli piyada döyüş maşınları üçün çox təsirli bir həll yaradır. Kəşfiyyat və müşahidə missiya ‑ larını “Akrep II R” aparacaq “Otokar” şirkəti “Akrep II R” kəşfiyyat və müşahidə maşınını ilk dəfə IDEF‐2023‐də sərgiləyib. “Akrep II” zirehli maşın ailəsinin yeni üzvü olan “Akrep II R” kiçik silueti sayəsində döyüş sahəsinə yaxın bölgədə asanlıqla kəşfiyyat və müşahidə fəaliyyətlərini yerinə yetirə bilir. Habelə əldə etdiyi mə lumatı üzərindəki peyk rabitə sis ‐ temi sayəsində döyüş idarəetmə sis ‐ temi ilə komanda idarəetmə mər kəzinə göndərmək imkanına malikdir. Bundan başqa, “Akrep II R” zirehli kəşfiyyat və müşahidə maşınının üzə rinə uzaqdan idarə olunan müxtəlif silah sistemlərini də inteqrasiya etmək mümkündür. Qeyd edək ki, “Otokar” şirkəti “Akrep II” zirehli maşın ailəsinin “Akrep IIe” elektrik versiyasını ilk dəfə 2019‐cu ildə, “Akrep IId” dizel versiyasını isə 2021‐ci ildə təqdim edib. ARMA simulatoruna maraq böyükdür “Otokar” IDEF‐2023‐də ilk dəfə “Arma” 8x8 və 6x6 avtomobil ailəsinin Sürücü Topçu Təlim simulatorunu nü ‐ mayiş etdirib. Bu simulatorun debütü 2023‐cü ilin fevral ayında Əbu‐Dabidə keçirilən IDEX‐2023 sərgisində olub. “Otokar” şirkətinin inteqrasiya olunmuş logistika dəstəyi meneceri Hakan Çekel “Poliqon” jurnalına açıq ‐ lamasında bildirib ki, yeni simulator “Otokar”ın “Arma” 8x8 və 6x6 avtomobil ailəsinin sürücü tərəfini və “Mızrak” qülləsinin tuşlayıcı‐operator tərəfini simulyasiya etmək üçün hazırlanıb: “Təlim simulatoru iki kabinədən ibarətdir. Sağda gördüyünüz sürücünün kabinəsidir. İçərisindəki bütün avadanlığın yerləşdirilməsi və bütün erqonomik ölçülər “Arma” maşınındakı kimidir. Nəqliyyat vasi ‐ təsində istifadə etdiyimiz ma terial ‐ lardan böyük ölçüdə burada da istifadə etmişik. Sol tərəfdəki “Mızrak” qüllə ‐ sinin tuşlayıcı‐operatorunun kabinə ‐ sinə idarəetmə konsolu quraşdırılıb. Burada da eyni ölçülər və eyni materiallardan istifadə olunub. Bütün rəqəmsal menyu nəqliyyat vasi tə ‐ sindəki kimidir. Digər tərəfdən, kabinə hərəkətli platforma üzərində qurulub”. 50 www.poliqon.az “Arma II” 8×8 üzərində OMTAS raketinin “Mız‑ rak‑30” qülləsinə inteqrasiyası


“Sarsılmaz”ın istehsal infrastruk ‐ turları və texnologiyaları, üstün imkanları haqqında POLİQON jurnalına danışan şirkətin baş direktor köməkçisi Öner Özyılmaz bu gün 50 000 kvadratmetrlik qapalı ərazidə 6.35 mm tapançadan 25 mm topa qədər ordunun ehtiyac duyduğu istənilərn çaplı silahı istehsal etdiklərini söyləyib. Təxminən 143 ildir müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Sar ‐ sılmaz”ın Türkiyənin ən böyük özəl silah şirkəti olaraq çalışmağa və böyü məyə davam etdiyini vurğulayıb: “Əvvəllər ov tüfəngləri hazırlayırdıq. Sonra tapançalar, tapanca‐pulemyotlar, avtomatlar, pu ‐ lemyotlar, indi artıq top istehsal edirik. Buna görə iki fərqli istehsal üsulundan istifadə edirik. Bunlardan birincisi, tam avtomatik istehsal üsuludur. Bu, insanlara mümkün qədər az yer ayırdığımız və keyfiyyəti vurğuladığımız yüksək həcmli istehsal üsuludur. Məsələn, biz ayda 40 000 ədəd tapança istehsal edirik. Bu, tam avtomatik istehsal xəttidir. Digərləri sənaye və bazarın tələb etdiyi müxtəlif məhsullar üçün qısa müddətdə dəyişdirilə bilən çevik istehsal xətləridir. İstəsək pulemyotlar, avtomatlar və ya artilleriya hissələrini eyni dəzgahlarda, eyni istehsal xətlərində istehsal edə bilərik. Biz buna çevik istehsal xətti deyirik. Bu, bizə gələn sifarişə tez cavab vermək imkanı qazandırır”. Ö.Özyılmaz “Sarsılmaz”ın törəmə şirkətlərə sahib olduğunu deyib: “Məsələn, BPS (“Balıkesir Partlayıcı Sanayii”) sursat istehsal edən, “ÜNÜ Metal” dəqiq tökmə hissələri istehsal edən şirkətimizdir. Müstəqil istehsal edə bilmək üçün tələb olunan metal injeksiya qəlibləmə MİM texnologiyasına da sərmayə qoymuşuq. Bütün silahlarımızın daxili hissələrini də bu şirkətdə istehsal edirik. “Sarsılmaz”ın hazırda önəm verdiyi və prioritet layihələrindən söz açan Ö.Özyılmaz ilk növbədə Türkiyə Ordu ‐ sunun ehtiyacını ödəməyə çalışdıqlarını diqqətə çatdırıb. “Müdafiə Sənayesi Başqanlığımız, Sialhlı Qüvvələrimiz bizdən nə tələb edirsə o prioritetimizdir. Ona görə də çevik istehsal xətlərimizdə bizə gələn tələblərə uyğun olaraq piyada tüfəngləri, tapançalar, pulemyotlar və toplar istehsal etmək iqtidarındayıq. Dünyada üç əsas lülə istehsalı texnologiyası var. “Sarsılmaz” dünyada bu lülə istehsalı texno lo gi ‐ yalarının hər üçünə malikdir və keyfiyyətdən ödünc verməmək üçün ən kritik prosesləri öz daxilində həyata keçirir. Bu kontekstdə 22 kalibrdən 83 çapa və beş metr uzunluğa qədər bütün lülələri istehsal edə bilərik”, deyə baş direktor köməkçisi bəyan edib. Ö.Özyılmaz bildirib ki, “Sarsılmaz” hazırda 80‐dən çox ölkəyə silah ixrac edir: “Burada bazarı iki yerə bölmək lazımdır: mülki bazar və hərbi bazar. Ən böyük mülki bazar Amerikadır. Amerikada öz şirkətimiz var, adı “SAR USA”dır. “SAR USA” Floridada yerləşir və məqsədi Amerikadakı mülki bazarda məhsul satmaq və istehsal etməkdir. Amma hərbi bazarda biz dünyanın 80 müxtəlif ölkəsindəki ordulara məhsul veririk. Azərbaycanla bağlı layihə və planlarından danışan Ö.Özyılmaz qeyd edib ki, 2022‐ci ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX‐2022 sərgisində də, ondan əvvəl də və sonra da bu istiqamətdə danışıqlar davam edir: “Söhbət silah və sursatdan gedir. İnşallah, gələcəkdə başlayacağımız müxtəlif təşəbbüslərimiz var. Bilirsiniz ki, bu cür layihələr təkcə şirkətlərarası deyil, həm də dövlətlərarası ünsiyyət tələb edir. Biz bilirik ki, bu ünsiyyət ən düzgün kanallarla və ən yaxşı şəkildə həyata keçirilir. Amma vaxt tələb edir. Azərbaycan bizim qardaşımız, siz bizim qardaşlarımızsınız. Ümid edirəm ki, hamımız birlikdə ən yaxşısını edəcəyik”. yeni silahları ilə diqqət çəkdi Türkiyənin “Sarsılmaz” şirkəti yeni və geniş çeşidli silahlarını IDEF‑2023 sərgisində nümayiş etdirib. Onların arasında geniş ictimaiyyət qarşısında ilk dəfə sərgilənən SAR2023 tapançası və SAR 556 MT yüngül pulemyotu ziyarətçilər tərəfindən xü‑ susi maraqla qarşılanıb. Bundan başqa, şirkətin hazırladığı 25 mm‑lik top, “Sarbot” avtonom silah sistemi və digər silahlar da ziyarətçilərin diqqətini cəlb edib. 51


STM sərgidə Türkiyənin ilk milli korvet layihəsi MİLGEM “Ada” sinifi, ölkənin ilk kiçik ölçülü milli sualtı qayıq layihəsi STM500, “İstif” (“İ”) sinifli fre‐ qat layihəsi, o cümlədən Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən PNFT dənizdə yanacaqdoldurma tankeri, habelə sürət və manevr gücü yüksək, “səth‐səth” tipli idarəolunan mər ‐ milərlə hücum edə bilən STM‐MPAC hücum kateri və STM sahil mühafizə gəmilərini nümayiş etdirib. Qeyd edək ki, STM‐in konstruktoru və əsas podratçısı olduğu, ötən ay navi‐ qasiya sınaqlarına başlayan Türkiyənin ilk milli freqatı TCG İstanbul (F‐515) sərgi ilə əlaqəli IDEF‐in keçirildiyi Bö ‐ yükçəkməcədə lövbər salmışdı. Taktik mini PUA sistemlərinə böyük maraq IDEF‐2023‐də STM şirkətinin sten ‐ dində 3 fərqli qitədə 10‐a yaxın ölkəyə ixrac edilən KARGU zərbə PUA‐sı, ötən il Türkiyə Silahlı Qüvvələrinin inventa‐ rına daxil edilən BOYGA sursat buraxan PUA, TOGAN kəşfiyyat PUA‐sı, ALPAGUT ağıllı süzən sursatı və sabit qanadlı ALPAGU zərbə PUA‐sı sərgilənib. STM‐in IDEF‐də sərgilədiyi məh ‐ sullar arasında yer alan Divar Arxası Radar (DAR) sistemi cari ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ za‐ manı dağıntılar altında qalan 50‐dən çox insanın xilas edilməsinə imkan verib. Bundan başqa, Türkiyənin ilk tex‐ nologiya fokuslu düşüncə mərkəzi “STM ThinkTech” də IDEF‐2023‐də bacarıqla‐ rını nümayiş etdirib. STM 100‑dən çox nümayəndə heyətini qəbul edib 4 gün davam edən sərgi müd ‐ dətində bir çox yerli və xarici yüksək səviyyəli nümayəndə heyəti STM‐in stendini ziyarət edib. Türkiyənin milli müdafiə naziri Yaşar Güler və SSB baş‐ qanı Haluk Görgün başda olmaqla, ara‐ larında Baş Qərargah rəislərinin, qüvvə komandanları, yüksək səviyyəli Mü ‐ dafiə Nazirliyi və NATO rəsmilərinin də yer aldığı 50 müxtəlif ölkədən 100‐dən çox nümayəndə heyəti STM‐in mü ‐ həndislik imkanları və məhsulları haq‐ qında məlumat alıb. Nümayəndə he yətlərinə şirkətin hərbi dəniz layi ‐ hələri, taktiki mini PUA‐ları, radar tex‐ nologiyaları və konsultasiya xidmətləri haqqında məlumat verilib. Türk freqatları milli döyüş sistemləri ilə təchiz olunacaq Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi altında fəaliyyətlərini davam etdirən STM sərgi çərçivəsində 6 müxtəlif imza mərasimi təşkil edib. Beləki, STM‐TAİS əməkdaşlığı ilə inşa ediləcək MİLGEM “İ” sinifinin 6‐cı, 7‐ci və 8‐ci gəmilərinin mili döyüş sis ‐ temlərilə təciz olunması üçün ASELSAN, HAVELSAN və MKE ilə STM‐TAİS ara‐ sında müqavilələr imzalanıb. Gəmilər üçün dizel generator dəstlərinin tə ‐ darük edilməsinə dair “İşbir” ilə, təsnifat xidmətində isə “Türk Loydu” ilə müqavilələr imzalanıb. Bundan başqa, Türkiyə Silahlı Qüvvələri tərəfindən uğurla istifadə yeni və müasir məhsullarını nümayiş etdirdi Türkiyə müdafiəsini innovativ və milli sistemlərlə təchiz edən, beynəlxalq arenada yüksək ixrac uğurlarına imza atan STM şirkəti IDEF‑2023 sərgisində milli imkanlarla hazırladığı hərbi dəniz platformalarını və taktiki mini pilotsuz uçuş aparatlarını (PUA) nümayiş etdirib.


edilən TOGAN milli kəşfiyyat PUA‐sını Afrika ölkəsinə ixracı çərçivəsində “Asisguard” ilə əməkdaşlıq müqaviləsi bağlanıb. Həmçinin, STM şirkəti Tekno‐ park İstanbul ilə İnkubasiya Mərkəzi üçün “Girişimcilik Odaklı” strateji əməkdaşlıq müqaviləsi imzalayıb. IDEF‐2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisini dəyərləndirən STM‐ nin baş direktoru Özgür Güleryüz bildi‐ rib ki, IDEF Türkiyənin müdafiə sə na yesinin təşviqində mühüm möv ‐ qeyə malikdir: “Dünyanın ən nüfuzlu müdafiə sənayesi sərgilərindən biri olan IDEF dünyanın hər yerindən ehti‐ yac duyan səlahiyyətliləri, sektorun aparıcı yerli və xarici şirkətlərini bir araya gətirir. STM olaraq biz də mü ‐ təmadi şəkildə IDEF‐də iştirak edirik”. Qeyd ulunub ki, müdafiə səna ‐ yesinə mühəndislik, texnologiya və məs lə hət çilik sahələrində xidmət edən STM şirkəti bu gün sahib olduğu əsas qa biliyyət və texnologiyalarını hərbi dəniz platformalarından taktiki mini PUA sistemlərinə, peyk işlərindən kiber təh lükəsizliyə, böyük informasiya analitikasından süni intellekt tətbiqlərinə qədər strateji sahələrdə istifadə edərək Türkiyənin və dost ölkələrin ehtiyac duyduğu kritik sahələrdə işlər aparır.


IDEF‐2023‐də TUSAŞ tərəfindən KAAN MMU milli döyüş təyyarəsinin simulatoru təcrübə sahəsi kimi unikal platforma olaraq təqdim edilib. Sərginin statik hissəsində gənc mühəndis namizədlərin məlumat ala biləcəyi ATAK 2 və AKSUNGUR platformaları və İnsan Resursları (HR) stendləri yer alıb. T925 ilk dəfə IDEF‑də TUSAŞ şirkəti IDEF‐2023 sərgisində TC‐925 quyruq nömrəli (T925) çoxməqsədli helikopterini ölkə daxilində ilk dəfə nümayiş etdirib. T925 helikopteri bundan öncə Fransada keçirilən “Paris Air Show” aviasiya sərgisində ilk dəfə təqdim edilib. 11 tonluq T925 helikopteri ATAK‐2 kimi tanınan T929 helikopterin çoxməqsədli versiyası kimi dizayn olunub. T925‐də ATAK‐2 helikop te rin ‐ dəki kimi eyni transmissiya və mühərrik sistemindən istifadə edilib. 21 nəfəri daşıya biləcək T925 helikopteri bu cəhətdən Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alan S‐70 “Black Hawk” və AS532 “Cougar”dan daha yüksək tutuma malik olacaq. “Hürjet” təyyarəsinə maraq böyük olub TUSAŞ‐ın inkişaf etdirdiyi “Hürjet” təlim‐döyüş təyyarəsi IDEF‐2023 sər ‐ gisində həm ziyarətçi və mütəxəssislər, həm də rəsmi nümayəndə heyətləri tərəfindən xüsusi maraqla qarşılanıb. Sərgi çərçivəsində jurnalistlərə açıqlama verən TUSAŞ şirkətinin baş direktoru Temel Kotil hazırda “Hürjet”in sınaq uçuşlarının uğurla davam etdiyini vurğulayıb. “Hürjet”in uçmasının onlara qazandırdığı üstünlüklər haqqında danışan Temel Kotil, Türk mühən ‐ dislərinin nailiyyətlərini xüsusi olaraq qeyd edib. Bildirib ki, mühəndislər hazırda bütün potensiallarını təlim təyyarəsini təhvil verməyə sərf edirlər: “Çox uğurlu bir layihə olacağını düşünürük. Çünki təyyarəni dizayn edərkən ən son materiallardan istifadə etdik. Mühərrik 404 mühərrikidir, uğurlu mühərrikdir. “Hürjet” üçün mühərrikin ABŞ‐dan alındığını və ölkələr arasında yaranacaq istənilən narazılıqda onların təda ‐ rükündə baş verə biləcək problemlərdən çıxış yolundan danışan Temel Kotil bunları deyib: “Ala bilməsək özümüz edərik. Ancaq bu, bizi 2‐3 il geriyə salacaq. Bütün məsələ budur. Türkiyə mühərriklərlə bağlı çox ciddi addımlar atır. Lakin mühərrik təyyarə kimi sürətli şəkildə ərsəyə gəlmir. Çünki istiyə davamlı hissəsini xüsusilə çox yaxşı hazırlamaq lazımdır.”. TUSAŞ tərəfindən həyata keçirilən işlərdən və layihələrdən danışan T.Kotil KAAN milli döyüş təyyarəsinin də mühərriki ilə bağlı bəzi nüanslara toxunub: “2028‐ci ildə KAAN‐ı Türkiyə istehsalı mühərriklə uçurmağı plan laş ‐ dırırıq. Bunun üçün işlərimizi davam etdiririk. Təbii ki, sertifikatlaşdırma üçün bizə daha 1‐2 il vaxt lazımdır. Ancaq 2030‐cu illərdə Türk mühərrikləri olacaq. Hazırda biz F110 mühərriki ilə uçuruq”. T.Kotil KAAN milli döyüş təyyarəsi ilə bağlı aparılan ümumi işlərin davam etdiyini və uçması üçün onun qarşısında heç bir maneə olmadığını bildirib. Onun sözlərinə görə, KAAN‐ı idarə edəcək pilotların sınaq uçuşları da HAVELSAN tərəfindən hazırlanmış simulatorda davam edir. Baş direktor ictimaiyyət arasında ATAK‐2 kimi tanınan ağır sinif döyüş helikopterinə marağın gözləniləndən qat‐qat yüksək olduğunu, xüsusilə də Körfəz ölkələrinin çox maraqlandığını qeyd edib: “Onun 1.3 ton partlayıcı daşıya bilməsi, bunun üstünə ağırlıq qaldıra bilməsi və 30 millimetrlik topa sahib olması gözləniləndən çox bey ‐ nəlxalq marağa səbəb oldu”. IDEF‑2023‑ə möhür vurdu Türkiyənin TUSAŞ şirkəti IDEF‑2023 sərgisində yerli aviasiya vasitələrini və kosmik sistemlərini nümayiş etdirib. TUSAŞ‑ın sərgilədiyi “Hürkuş” və “Hürjet” təlim‑döyüş təyyarələri, habelə T925 və “Gökbey” çoxməqsədli helikopterləri, o cümlədən “Anka” və “Kargo” PUA‑ları, “Şimşek” hədəf sistemi, eləcə də geniş ictimaiyyət qarşısında ilk dəfə təqdim olunan “Super Şimşek” hədəf pilotsuz uçuş aparatı ziyarətçilərin xü‑ susi diqqətini cəlb edib.


“Aksungur” PUA və T‑129 ATAK helikopterinə tələb çoxdur 10 tonluq çoxməqsədli helikopter layihəsi haqqında bəhs edən T.Kotil şirkətin bir sıra ixrac uğurlarını diqqətə çatdırıb: “Yeri gəlmişkən, T‐129 ATAK helikopteri çox yaxşı satılır. Filippinə tədarük bitmək üzrədir. Hazırda Nigeriyaya göndəririk. İki müştərinin tələbləri artırmasını gözləyirik. Xarici ölkələrə çoxlu ATAK satacağıq. “Aksungur” PUA‐nın tədarükü də çox yaxşı davam edir, xaricdə çoxlu müştərimiz var. Yeni müştərilər də gəlir. “Aksungur”da da ciddi tələb partlayışı görürük. Ayda 5 ədəd ANKA PUA istehsal etdiyimiz kimi, “Aksungur”u da həmin saya çatdıracağıq və bu rəqəmi artıracağıq. Yeri gəlmişkən onu da qeyd edim ki, hazırda ANKA‐3 PUA‐nın uçması üçün çalışmalar davam edir”. “Hürkuş”un bazar lideri olmaq şansı yüksəkdir TUSAŞ‐ın baş direktoru “Hürkuş” təlim‐döyüş təyyarəsi satışlarının davam etdiyini, gələn həftə Çad və Nigerdə çatdırılma mərasimlərinin keçiriləcəyini deyib. Şimaldan cənuba bütün Afrika ölkələrinin Hərbi Hava Qüvvələrini gücləndirməyə çalışdıqlarını söyləyən T.Kotil müəyyən dəyərləndirmələr edib: “Hərbi Hava Qüvvələrini qurmağa və gücləndirməyə çalışanlar üçün “Hürkuş” həm təlim təyyarəsi, həm də yüngül hücum təyyarəsi olaraq çox böyük alternativdir. Buna görə də “Hürkuş”a böyük maraq var. “Hürkuş” alter ‐ nativlərindən daha yüngüldür. Yeni versiyamız daha da yüngüldür. Onun 1600 at gücünə malik güclü mühərriki var. Bu səbəbdən də bizim orada bazar lideri olmaq şansımız əslində çox yüksəkdir. Çünki çox yeni platformadır, çox yaxşı avadanlıq seçilib və illərdir “əllərimizlə yoğurduğumuz” bir təyyarədir. “Hürkuş” Afrika ölkələrində, o cümlədən Latın Amerikasında Hərbi Hava Qüvvələri yaratmağa başlayan bir çox ölkənin ehtiyaclarını ödəyəcək”. TUSAŞ dövriyyəsinin bu il 2 mil ‑ yard dolları keçməsi gözlənilir T.Kotil TUSAŞ‐ın ixracatı barəsində onu da vurğulayıb ki, rəhbərlik etdiyi şirkət üçün ixrac əvəzolunmazdır: “Həm “Airbus”, həm də “Boeing” şirkətlərindən çox böyük tələb var. Təyyarələr üçün yarı gövdə hissələri hazırlayırıq. TUSAŞ olaraq son 7 ildə müəssisələrimizə təxminən 2 milyard dollar sərmayə qoymuşuq. Bunlar hələ də bəs etmir. Çünki tələb böyükdür. TUSAŞ‐ın prioriteti tələb olunan istehsal templərinə çatmaqdır. Türkiyə hazırda bunları çatdıra bilmir. Ona görə ki, xarici tələb daxili tələbdən 5 dəfə çoxdur. ANKA, AKSUNGUR, “Hürkuş” bu gün satılır. Bunu təqib edəcək məhsulumuz “Gökbey”dir. Onu da bir çox yerdə bazara çıxardıq. Rabitə və müşahidə peykləri sahəsində çalışmalarımız paralel olaraq davam edir. 2025‐ci ildən sonra “Hürjet” də bu sistemə daxil olacaq. Onun ardından dərhal ATAK‐2 də gələcək. Bu il 2 milyard dollardan çox dövriyyəyə nail olmağı hədəfləyirik. 2028‐ci il üçün hədəfimiz 10 milyard dollara çatmaqdır”. “Airbus” və “Boeing”ə təyyarə hissələrinin satışından 500 milyon dollar gəlir əldə etdiklərini vurğulayan Temel Kotil, bu rəqəmin qısa zamanda 1 milyard dollara yüksəlməsini gözlədiklərini və gələcək üçün 2 milyard dolları hədəflədiklərini söyləyib. 55


POLİQON: Vəli bəy, müsa ‑ hibəmizə “Çukurova Defence” şirkəti haqqında ümumi məlumatlarla baş ‑ lamaq istərdik. Şirkətinizin fəaliyyət istiqamətləri və məhsul qrupları haqqında oxucularımıza nələri deyə bilərsiniz? Vəli KARAKUŞ: “Çukurova De ‐ fence” şirkətinin üst qurumu “Çukurova Makina” 1968‐ci ildə ABŞ‐ın “John Deere” şirkəti ilə lisenziya müqaviləsi imzalayaraq kənd təsərrüfatı maşın ‐ larının istehsalına başlamışdır. 1986‐cı ilə qədər traktorlar və müxtəlif kənd təsərrüfatı məhsulları istehsal etdikdən sonra 1986‐cı ildən inşaat maşınlarına keçid edib. O vaxtdan bəri öz tədqiqat‐ inkişaf və texnologiyamız ilə, öz nou‐ hauumuzdan istifadə edərək inşaat maşınları istehsal edirik. Son 10 ildə müdafiə sənayesi sahəsində mühəndis texnikalarına giriş etmişik. Burada əv ‐ vəlki təcrübələrimizdən və “Çukurova Group”a daxil olan şirkətlərimizin təcrübələrindən istifadə etməklə son 10 ildir ki, müdafiə / mühəndis‐istehkam texnikalarını istehsal edərək fəaliy ‐ yətimizi davam etdiririk. POLİQON: “Çukurova Defence” IDEF‑2023 sərgisində yuxarıda qeyd etdiyiniz hansı mühəndis texni ka ‑ larını nümayiş etdirir? Vəli KARAKUŞ: IDEF‐2023 sərgisində dörd yeni məhsul təqdim etdik. Bunlardan birincisi FABHL sürətli zirehli ekskavator, ikincisi 8/9 tonluq 4×4 MPP çoxməqsədli şassi platforması, üçüncüsü 14 tonluq 4×4 MPP çox məq ‐ sədli şassi platforması və dördüncüsü zirehli yükləyicidir. Zirehli ekska va ‐ torun ilk dəfə olaraq bu sərgidə ziya ‐ rətçilərimizə təqdimatın etdik. POLİQON: IDEF‑2023 sərgi sin ‑ dən gözləntiləriniz nədir? Şirkətiniz hər hansısa müqavilə imzalayıbmı və ya imzalamağı planlaşdırırmı? Vəli KARAKUŞ: IDEF sərgisində 3‐cü dəfədir iştirak edirik və budəfəki sərgi də bizim üçün məhsuldar oldu. Müqavilə baxımından, bəli, bizim üçün sevindirici hadisə oldu. Əhəmiyyətli miqdarda zirehli ekskavatorlar sat ‐ dığımız böyük bir layihəyə imza atdıq. Satışlarımız növbəti 1‐1.5 il ərzində davam edəcək. İndi bu mərhələdə müştəri məlumatlarını paylaşmağım uyğun olmaya bilər. Bundan başqa, 3‐4 çox böyük layihəyə imza atmağı planlaşdırırıq. Biz burada danışıqlarını apardıq, protokol imzalandı və yaxın dövrlərdə satışa başlayacağıq. Həmçinin bir işin protokolunu imzaladıq və yaxın dövrlərdə satışına başlayacayıq. POLİQON: “Çukurova Defence” məhsullarının uğurunu təmin edə ‑ cək rəqabət üstünlükləri hansı ‑ lardır? Vəli KARAKUŞ: Əvvəla, biz uzun illərdir ki, inşaat maşınları, avtomobil və müdafiə vasitələri sahəsində təc ‐ rübəsi olan qrupuq. Qrup şirkətlərimiz arasında uzun illər həm Türkiyəyə, həm də xaricə texnika təmin edən şirkətlər var. Onlardan əldə etdiyimiz texno ‐ logiyanı və nou‐haunu şirkətimizin mühəndis heyəti ilə birləşdirərək is ‐ tehsal edirik. Bundan əlavə, biz beynəlxalq brendlərlə işləyirik. Onların arasında “Cummins Engine”, “Allison Trans ‐ mission”, “EXILE Technologies”, “Caster Axles” və s. kimi beynəlxalq brendlər yer alır. Biz təhlükəsizliyə böyük əhə ‐ miyyət veririk və müdafiə / mühəndis‐ istehkam vasitələrinin həssaslığına xüsusi diqqət yetiririk. Deyə bilərəm ki, uğurumuzu təcrübəmizə və istifadə etdiyimiz məhsullara borcluyuq. POLİQON: Vəli bəy, dediniz ki, bir neçə şirkətlə işləyirsiniz. Həll tərəfdaşlarınızı seçərkən hansı kri ‑ teriyalara diqqət yetirirsiniz? Vəli KARAKUŞ: İstifadə etdiyimiz böyük və ya kiçik komponentlər yerli və ya beynəlxalq şirkətlərin ola bilər. Hamısının akkreditə sertifikatlarının olmasına mütləq diqqət yetiririk. Key ‐ fiyyətə nəzarət komandamız təchizat ‐ çılarımızın komandaları ilə bir araya gəlir və ya məhsulları yoxlayır, eyni za ‐ manda tədqiqat‐inkişaf (Tə‐İn) ko ‐ mandamız ciddi bir Tə‐İn və P&D araşdırmaları həyata keçirir. Bütün təchizatçılarımızı bir‐bir seçirik və uzun müddətli əməkdaşlığa inanan firmayıq. 56 www.poliqon.az mühəndis‑istehkam texnikaları ixrac yolunda ?Mehmet Demirkol POLİQON jurnalının Türkiyə bürosu Türkiyənin “Çukurova Makina” şirkətinin törəməsi olan “Çukurova Defence” mühəndis texnikalarının istehsalı sahəsində adından söz etdirib. POLİQON jurnalı olaraq “Çukurova Defence”nin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və gələcək perspektivləri barəsində, şirkətin ixracat üzrə müdir müavini Vəli Karakuşdan ətraflı məlumat almağa çalışdıq.


Ona görə də bunu “evlilik” hesab edirik. Biz o “evliliyi” etməzdən əvvəl bütün detal ları müzakirə edirik, razılığa gəlirik və sonra təchizatçılarımızla əməkdaşlığa başlayırıq. POLİQON: “Çukurova Defence”nin hazırda önəm verdiyi və prioritet seçdiyi layihə və istiqamətlər han ‑ sılardır? Vəli KARAKUŞ: İnşaat avadan ‐ lıqları sektorunda istehsal və satış ‐ larımız ciddi şəkildə davam edir. İstehkam maşınlarında, xüsusən də şassi platformada uzun bir yol qət etdik. Hazırda təxminən 10‐12 fərqli ölkədə layihələrimizi həyata keçirmişik. Satış və ixracımızı həyata keçiririk. Bir məhsulumuzu ölkə daxilində xeyli miq ‐ darda satmışıq. Digər məhsullarımız Türkiyənin Əmniyyət Baş İdarəsinin və Silahlı Qüvvələrinin inventarına girmiş durumdadır. Yaxın zamanda onları həmin qurumlara satmağı plan laş ‐ dırırıq. Xaricdə zirehli ekskavatorlarla bağlı üç layihə tamamlanıb və imza ‐ lanma mərhələsindədir. Onlar tamam ‐ landıqdan sonra zirehli eks ka vator ‐ larımızı üç müxtəlif ölkənin Müdafiə nazirliklərinə çatdıracağıq. POLİQON: “Çukurova Defence”nin ixrac coğrafiyası haqqında nə deyə bilərsiniz? Vəli KARAKUŞ: Faktiki olaraq biz istehsal etdiyimiz inşaat texnikasının, zirehli texnikanın və mühəndis maşın ‐ larının 95%‐ni ixrac edirik. Xarici bazarda inşaat texnikası üzrə də əhəmiyyətli bazar payımız var. Biz bütün coğrafiyalarda varıq. Yəni həm mülki, həm də müdafiə / mühəndis‐ istehkam maşınlarımız hazırda bütün qitələrdə fəaliyyət göstərir. POLİQON: Azərbaycanla bağlı planlarınızı bilmək istərdik. Azər ‑ baycanda həyata keçiridiyiniz layi ‑ hələriniz varmı? Vəli KARAKUŞ: Qardaş ölkə Azərbaycanda artıq inşaat texnikası sahəsində təcrübəmiz var. Satışlarımız müntəzəm olaraq davam edir. Bu il müdafiə ilə bağlı bir‐iki layihənin tamamlanmasını gözləyirik. Danışıq ‐ larımız davam edir. Ümid edirəm ki, 2024‐cü ildə “Çukurova” markalı maşınları qardaş ölkəmiz Azər bay ‐ canda yenidən görəcəyik. Bu, bizim üçün sevindirici olacaq. POLİQON: Vəli bəy, gələcək hədəfləriniz və planlarınız nədir? Vəli KARAKUŞ: Qarşıda qoyulan bu ilki hədəfləri 60‐70 faiz yerinə yetirmişik. Əslində, biz ilk altı ayda yax ‐ şı irəliləyiş əldə edirik. İstər müdafiə, istərsə də inşaat texnikası sahəsində bazarlara ciddi şəkildə girərək, satış ‐ larımızı reallaşdıraraq yaxşı bir il olacağını proqnozlaşdırırıq. POLİQON: Son sualım budur ki, IDEF sərgisini necə qiymət ‑ ləndirirsiniz? Vəli KARAKUŞ: IDEF səgisi beynəlxalq olması baxımından bizim üçün sevindiricidir. Yerli və xarici qonaq larımızı qəbul edə bilirik. Təş ‐ kilatla bağlı müəyyən problemlər yaşadıq. Söhbət sərginin təşkilat ‐ çısından gedir. Məncə, yer bir az kiçik görünür. Artıq buraya Tüyap sərgi mərkəzi kifayət etmir. Çox sayda iştirakçı var. Müdafiə sənayesi günü‐ gündən yüksəlişdədir. Bəzi təşkilati çatışmazlıqlar var, lakin bunun xaricində IDEF Türkiyə üçün müdafiə sənayesinin ən böyük sərgilərindən biridir. İştirak etməyə davam edəcəyik. POLİQON: Bizimlə müsahibəyə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı? Vəli KARAKUŞ: Çox sağ olun. Bizə jurnalınızda yer verdiyiniz üçün tə ‐ şəkkür edirik. Ümid edirəm ki, “Çukurova” brendini həm qardaş ölkə Azərbaycanda, həm də digər bazarlarda görməyə davam edəcəyik.


Azərbaycanda layihələr həyata keçirəcək IDEF‑2023 sərgisində “Özyurt Silah Sanayi” şirkəti özünün 7.62×39 mm ASİ‑21 avtomatını, 5,56×45 mm piyada tüfəngini, 5.56×45 mm pulemyotunu, 7.62×54 mm snayper tüfəngini və AK‑MT 9×19 mm pulemyot‑tapançasını nümayiş etdirib. “Özyurt Silah Sanayi”nin fəaliyyət istiqamətləri və məhsul qrupları haqqında POLİQON jurnalına geniş məlumat verən “Özyurt Silah Sanayi” şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Serdar Özyurt 2012‐ci ildən müdafiə sənayesi sektorunda fəaliyyət göstərdiklərini və 2020‐ci ilə qədər dost və müttəfiq ölkələrə silah və sursat tədarükü həyata keçirdiklərini deyib. “Bunların arasında Azərbaycan, Türkiyə və müttəfiqlərin demək olar ki, əksər hissəsi yer alır. Təxminən 30‐35 ölkə ilə çox sıx ticarət işlərimiz var. 2015‐ci il və sonrasında ölkələrimizə tətbiq edilən embarqolara görə, 2020‐ci ildən istehsal qərarı aldıq. 2020‐ci ildə İstanbulun Silivri bölgəsində 6500 kvad ratmetr qapalı sahədə zavod qurduq. Başlanğıcda Rusiyanın dünyaya “Kalaş nikov” adı ilə satdığı 7.62x39 çaplı ASİ‐21 markasında avtomat istehsal etdik. Hazırda təxminən 12 ölkədən bu avto mata ciddi maraq var. Bildiyiniz kimi, 7.62x39 çaplı silahlar hazırda Afrika və Yaxın Şərqdə ilk sıradadır. Bizim silahımız da keyfiyyət baxımından “Kalaşinikov”dan qat‐qat yüksəkdə yer alır. Model olaraq Türkiyədə istehsal olunan ilk AK əsaslı silahdır. Hazırda IDEF‐2023 beynəlxalq müdafiə sənayesi sərgisində bu silahların çox ciddi sifarişni almışıq. Təxminən beş ölkədən sifariş almışıq. Onlardan üçü ilə sərgi çərçivəsində müqavilə imzaladıq. İkisi ilə də sərgidən sonra Ankaradakı müəssisəmizdə müqavilə bağlayacağıq. Bunların başında Polşa Milli Müdafiə Nazirliyi, ABŞ, İngiltərə, Qətər, Qambiya və Keniya gəlir”, ‐ deyə “Özyurt Silah Sanayi” şirkətinin baş direktoru vurğulayıb. S.Özyurt bildirib ki, silah sənayesində araşdırma apardıqları zaman Rusiya ilə NATO arasındakı problemlərə görə dünya ordularının bir çoxunun 7.62x39 kalibrli silahlardan istifadə edə bilmədiklərinin qənaətinə gəliblər: “Bildiyiniz kimi, 2015‐ ci ildən sonra dünya orduları NATO standartındakı 5.56 mm‐lik silahlara keçib. Çünki istehsal edilən AR‐15 əsaslı silahların demək olar əksəriyyəti ‐ bildiyim qədəri ilə AR‐15 əsaslı silahlar hazırda 15 ölkədə istehsal olunur, orduların ehtiyaclarını tam ödəmədi. Çünki cəbhələrdəki toz, torpaq, palçıq və su bu silahlara çox mənfi təsir edir və bu çox tez təsirlənən silahdır. Biz bu silahın 7.62x39 kalibrini çıxartdıq və onu 5.56 ilə əvəzlədik. Yəni bildiyimiz “Kalaşnikov”un 5.56 versiyasını istehsal et ‐ mək lə orduların ehtiyacını qarşıladıq. Bu çox bəyənildi və hazırda xeyli sifarişlər alırıq”. S.Özyurt Azərbaycanda həyata keçirdikləri layihələrdən də söz açıb. Onun sözlərinə görə, “Özyurt Silah Sanayi” şirkəti olaraq 2‐ci Qarabağ müharibəsində də Azərbaycan Silahlı Qüvvələri ilə çox işlər görüblər. Dövlət Sərhəd Xidmətinə tələb olunan qədər silah tədarükü ediblər. “Layihələrimizi həyata keçirərkən Türkiyə ordusunun, təhlükəsizlik qurum ‐ larının, hüquq‐mühafizə orqan larının, o cümlədən dost və qardaş ölkəmiz Azər ‐ baycan ordusunun ehtiyaclarını, eləcə də istehsalını yaxından izləyirik. Birlikdə layihələr həyata keçirəcəyik. Bütün dost və müttəfiq ölkələrimizin, Türkiyə ordu ‐ sunun ehtiyaclarına uyğun yeniliklər həyata keçiririk. Təbii ki, bizim yeni layihələrimiz də olacaq. Xüsusilə, çox yaxın zamanda ağır pulemyotumuzu buraxacağıq. Hazırda 12.7x99 və 12.7x108 pulemyot kimi dizaynlarımız var. IDEF‐2023‐ə çatdırmadığımız üçün sərgiləyə bilmədik. Bundan başqa, artıq çox fərqli silahlarla da maraqlanmağa başlamışıq. Çünki dünyada silah sistemləri dəyişir və biz də bu silah sistemləri ilə ayaqlaşmalıyıq”, ‐ deyə “Özyurt Silah Sanayi” şirkətinin baş direktoru bildirib. 58 www.poliqon.az


59 Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin və Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətləri Tür kiyənin müdafiə sənayesi müəssisələrinə və bir sıra universitetlərinə səfər edib. Səfər çərçivəsində TUSAŞ, TEI, Ekle‐ meli İmalat Teknoloji Merkezi (EKTAM), Türk Hava Kurumu Universiteti, Gazi Uni‐ versiteti, Çankaya Universiteti və Əs kişəhər Texniki Universitetində görüşlər keçirilib. TUSAŞ‐da keçirilən görüşdə birgə həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb, TUSAŞ‐AzTU‐MAA arasında işbirliyi protokolunun imzalan‐ ması mərasimi keçirilib. TUSAŞ‐ın istehsal müəssisələri ilə tanışlıq zamanı sent‐ yabrda AzTU və MAA tələbələri üçün Mühəndis İnkişafı Proqramının (MGP) ic‐ rası və görülən işlər müzakirə olunub. ETKAM‐ın rəhbəri professor Mətin Salamçı ilə görüşdə doktorant hazırlığı, alüminium sənayesi istiqamətində birgə layihələrin həyata keçirilməsi, AzTU və MAA əməkdaşlarının məqalələrinin bey ‐ nəlxalq jurnallarda nəşr olunması ilə bağlı fikir mübadiləsi aparılıb. TEI – TUSAŞ Motor Sanayii A.Ş‐nin baş direktoru professor Mahmut Faruk Aktiş və nümayəndə heyəti ilə görüşdə TEI‐nin Havacılık Motorları Məktəbində, TEI və Qəbzə Texniki Universitetinin birlikdə yerinə yetirdiyi Magistr Proqra‐ mına AzTU və MAA tələbələrinin qoşul‐ Əskişəhər Texniki Universitetində keçirilən görüşdə yeni əməkdaşlıq imkan‐ ları, “Erasmus+” proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Süb‐ han Namazov, Universitet‐Sənaye Əmək ‐ daşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova iştirak edib. MAA‐nın birinci prorektoru Ədalət Səmədovun başçılıq etdiyi nümayəndə heyətində isə MAA‐nın Elm‐İstehsalat bir‐ liyinin direktoru Kamal Əsgərov təmsil olunub. masına imkan yaradılması barədə razılıq əldə edilib. Daha sonra üçtərəfli mü ‐ qavilənin imzalanması mərasimi keçirilib. Türk Hava Kurumu Universiteti ilə ta‐ nışlıq zamanı kosmik sənaye sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra Türk Hava Kurumu Universi‐ teti‐AzTU‐MAA arasında üçtərəfli əmək ‐ daşlıq müqaviləsi imzalanıb. Çankaya Universitetinin rektoru pro‐ fessor Hadi Hakan Maraş və nümayəndə heyəti ilə görüşdə təhsil və tədqiqat sahəsində qarşılıqlı təcrübə müba dilə ‐ sinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və birgə əmək ‐ daşklıq müqaviləsinin hazırlanması ba ‐ rədə razılıq əldə edilib. AzTU və MAA nümayəndə heyətləri Türkiyədə səfərdə olub 2023‐cü il 28 iyul tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında vətən ‐ daşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçən iclasda Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023‐ cü il iyulun 1‐dən 30‐dək müddətli həqiqi hərbi xidmətə çağırıl‐ ması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər müzakirə olunub. Bildirilib ki, Dövlət Xidməti tərəfindən Sərəncamın icrası müvəffəqiyyətlə davam etdirilir və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplekt ‐ ləşdirilməsi həyata keçirilir. Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirildiyi diqqətə çatdı‐ rılıb. Çağırışçıların tibb müəssisələrində əlavə müayinələrdən keçirilməsinə nəzarətin gücləndirilməsi və tibbi şəhadətləndirmə işinin keyfiyyətinin artırılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırış sahəsində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halla‐ rın qarşısının alınması, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi ilə bağlı Dövlət Xidməti tərəfindən qısa müddət ərzində zəruri işlərin görüldüyü bildirilib. Qeyd edək ki, Mərkəzi Çağırış Komissiyası Nazirlər Kabine‐ tinin müvafiq Qərarı ilə yaradılıb və rayon (şəhər) çağırış komis‐ siyalarının fəaliyyətinə nəzarət edir. SHXÇDX Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilib


Bu dəfəki TEKNOFEST festivalı ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 125 qurumun tərəfdaşlığı ilə ilk dəfə Ankara şəhərində baş tutub. Festival 5 gün davam edib və ümumilikdə 943 min nəfər tərəfindən ziyarət edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ankara Etimesgut Hava Limanında keçirilən dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST‐i ziyarət edib. Rəcəb Tayyib Ərdoğanı Türkiyənin milli mü ‐ da fiə naziri ordu generalı Yaşar Gülər və Azərbaycanın müdafiə naziri ge ne ral‐ polkovnik Zakir Həsənov müşa yiət edib. “TEKNOFEST Ankara” tədbirində çıxış edən Türkiyə Prezidenti işti ‐ rakçılara və ziyarətçilərə öz tə şək kü ‐ rünü bildirib: “Şəhərimizdə TEKNOFEST 3 keçirilir. Builki texno ‐ logiya festivalı sentyabrın sonunda keçiriləcək “TEKNOFEST İzmir”də tamamlanacaq. Sərgi iştirakçılarının və ziyarətçilərin sayının hər il eksponent olaraq artdığı TEKNOFEST‐ə göstərilən maraq bizi çox sevindirir. TEKNOFEST mənim oğlum kimidir. 6 il əvvəl, 2017‐ ci ildə nəvəm Aybükəni bir qucağıma, o günlər bey nimdə olan TEKNOFEST‐i bir qucağıma almanın sevincini yaşadım. Həm nəvəmin, həm də milli texnologiya hərə katının simvoluna çevrilən fes ‐ tivalın necə inkişaf etdiyini şəxsən özüm müşahidə etmişəm. Ölkəmiz və millətimiz üçün mühüm mərhələ olan TEKNOFEST‐ 2023 festivalına bir milyon gəncin müraciət etdiyini öyrəndim. Bu rəsm Türk Əsri rəsmidir. Bu millətin damarlarında dolaşan azadlıq ehtirasını anlamaq istəyənlər gəlib burada sənə baxsınlar. Buradakı nəvələrimə, övlad ‐ la rıma, TEKNOFEST iştirak çılarına ba ‐ xanda Türkiyənin gələcəyini görürəm”. “TEKNOFEST Ankara”da Türki yə ‐ nin müdafiə sənayesi şirkətləri öz ‐ lərinin qabaqcıl məhsullarını nü mayiş etdiriblər. ASELSAN‑ın güvən verən tex ‑ nologiyası Müdafiə sənayesinin öndə gələn şirkətlərindən olan ASELSAN bu festivalda 20‐yə yaxın məhsulunu sərgiləyib. Onların arasında ASELFLIR‐ 500 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi, AVCI kaska inteqrə olunmuş idarəetmə sistemi, “Aslan” yerüstü döyüş robotu, TURKSAT‐6A peyki, 3700 peşəkar rabitə cihazı, ATOM ağıllı sursatı və digər məhsullar yer alıb. ASELSAN‐ın inkişaf etdirdiyi “Aslan” yerüstü döyüş robotu orta ağırlıqdakı sinifə aid platformadır. Çəkisi 700 kiloqram və maksimum sürəti 10 km/saat olan “Aslan” hərəkət gücünü elektrik mühərrikindən alır. Avtonom çalışa və uzaqdan idarə edilə bilən döyüş robotu verilən tapşırıqdan asılı olaraq 4 saatdan artıq fəaliyyət göstərmək imkanına sahibdir. “Aslan” 60% dikliyə maili yoxuşlara qalxa, 40% yana maili ərazilərdə hərəkət edə, 60 sm dərinliyindəki xəndəkləri və 20 sm hündürlüyündəki maneələri aşa bilir. ASELSAN‐ın SARP‐L döyüş modulu ilə “TEKNOFEST Ankara” Aviasiya, Kosmos və Texnologiya Festivalı ?Elşən Abdulkərimov Texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyədə növbəti TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalı keçirilib. 2023‑cü il avqustun 30‑dan sentyabrın 3‑nə qədər davam edən TEKNOFEST‑i Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) ilə Sənaye və Texnologiya Nazirliyi birgə təşkil edib.


61 silahlandırılan, müxtəlif sensor və kameralarla təchiz olunan bu platforma həm döyüş tapşırıqlarını, həm də kəşfiyyat və müşahidə missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub. AVCI sistemi, əməliyyat ərazi sin ‐ dəki missiya məlumatlılığı, gecə görmə, video, simvolik displey xüsusiyyətləri ilə helikopteri idarə edən pilotun və hava vasitəsinin imkanlarını artırmaq üçün nəzərdə tutulmuş “vizoru əks etdirən” sistemdir. O, pilo tun baş hərə ‐ kətləri əsasında nişan almaq üçün dəqiq baxış bucağının hesablanmasını həyata keçirir, gecə görmə, video, naviqasiya və silah simvolların vizorda təsvir edir və bir sıra müxtəlif funk ‐ siyaları yerinə yetirir. Yüngül kompozit materiallardan hazırlanan kaska pilo ‐ tun başını və üz nahiyəsini gələcək zərbələrdən qoruyur. Kaskanın xüsusi daxili quruluşu sayəsində o, istifadəçiyə uyğun olaraq tənzimlənir. 40 mm‐lik ATOM adlı proq ra ‐ mlaşdırılabilən qəlpəli atəş yığımı Tür ‐ kiyənin Müdafiə Sənayesi Baş qanlığının (SSB) tələbi əsasında ASELSAN və MKE şirkətləri tərəfindən birgə hazırlanıb. Sursatın içərisindəki xüsusi elektro ‐ mexaniki komponentlər vasitəsilə onun lülədən çıxdıqdan sonra havada part ‐ layacağı zaman proq ramlaşdırıla bilər. Hədəfə çatdıqda isə sursatın tər ‐ kibindəki 500‐dən artıq qəlpə part ‐ layışla ondan ayrılaraq bi nanın içə ‐ risində gizlənmiş terorçuları, düşmənin snayperlərini, döyüş meydanında, səngər və sektorlarda mövqelənmiş əs ‐ gərlərini, habelə zirehsiz texnikalarını məhv edə bilir. STM PUA‑larını önə çıxarır Həm ölkə daxilində, həm də ölkə xaricində bir sıra vacib uğurlara imza atan STM şirkəti “TEKNOFEST Ankara” festivalında yerüstü hədəflərin məhv edilməsi və kəşfiyyat işlərinin aparıl ‐ ması üçün hazırladıqları pilotsuz uçuş aparatlarını, müxtəlif dəniz layihələrini və kibertəhlükəsizlik sahəsindəki çalışmalarını ziyarətçilərə təqdim edib. Festival zamanı STM‐nin baş direktoru Özgür Güleryüz rəhbərlik etdiyi şirkət tərəfindən istehsal edilən pilotsuz uçuş aparatları (PUA) haqqında önəmli açıqlamalar verib. Onun sözlərinə görə, STM “Togan” mini taktiki pilotsuz uçuş aparatının növbəti ixrac uğuruna imza atıb. İxracata xüsusi əhəmiyyət verdiklərini söyləyən şir ‐ kətin baş direktoru qeyd edib ki, STM tərəfindən istehsal edilən “Kargu” kamikadze PUA hazırda 10‐dan çox ölkəyə ixrac edilib: “Digər platfor ‐ malarımız da yavaş‐yavaş özünü sübut etməyə başlayıb. “Togan”ı ikinci ölkəyə ixrac etdik. Hazırda aktiv şəkildə danı ‐ şıq lar apardığımız ölkələr var. “Boyga”ya maraq çoxdur, eyni şəkildə “Alpagu”ya da maraq var. “Roketsan” şirkəti ilə birlikdə istehsal etdiyimiz “Alpagut”u bu ilin sonunda uçuracağıq. Daha məhsul ortaya çıxmadan danışıqlar apardığımız ölkələr var. Deyə bilərəm ki, ona da maraq çoxdur”. Özgür Güleryüz STM şirkətinin dəniz platformalarında da mühüm ixrac uğurları qazandığını deyib: “Orada da çox mühüm irəliləyişlərin olacağını düşünürük. Müzakirə etdiyimiz çox böyük və mühüm layihələr var. Düşü ‐ nürəm ki, müdafiə sənayemiz və platformalarımız özünü doğrultduqca, sektorun ixracı daha sürətlə artacaq”. Atıcı silahlar sahəsində yerli müdafiə sənayesinin əsas isteh sal ‐ çılarından olan “Sarsılmaz” şirkətinin Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibəti ilə hazırladığı SAR2023 tapançası TEKNOFEST‐i ziyarət etməyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb. Üzərində xüsusi 100 il loqosu olan SAR2023 yarımavtomat tapançası 9×19 mm çapa və 15/17 patron tutumuna sahibdir. “TEKNOFEST Ankara” SARSILMAZ oldu Bundan başqa, ziyarətçilər “Sarsıl ‐ maz”ın istehsal etdiyi SAR9 SC, SAR9 SP və SAR9 CX tapançaları, SAR 109T pulemyotu və SAR 56 avtomatı ilə ya ‐ xından tanış olmaq imkanı əldə ediblər. “Sarsılmaz” stendində diqqəti xüsusilə cəlb edən məhsullardan biri də TUSAŞ istehsalı “Hürkuş‐C” təyyarə ‐ lərinə quraşdırılacaq 12.7 mm‐lik SAR 127 MT AIR pulemyotu olub. O, SAR 127 MT ağır pulemyotunun əsasında, “Sarsılmaz”ın TUSAŞ ilə birlikə qurduğu “TR Mekatronik” şirkəti tərəfindən hazırlanıb. Sözügedən pulemyot “Hürkuş‐C” təyyarələrinin qanadının altın da və helikopterlərdə pod içə ri ‐ sində yerləşdirilərək istifadə olunacaq. Şirkət nümayəndələrinin bildir ‐ diyinə görə, “Hürkuş‐C” tezliklə qana ‐ dının altında bu silahla uçacaq. Hazırda onun təyyarə üzərindəki kalifikasiya


sınaqları başlayır. Bununla bağlı prototiplər artıq hazırdır və onların yeraltı poliqonda ilk atış sınaqları uğurla başa çatdırılıb. Hava sınaqları da tam şəkildə yekun laşdıqdan sonra “Hürkuş‐C” təyyarələri SAR 127 MT AIR ilə sərbəst halda əməliyyatlar yerinə yetirə biləcək. Qeyd edək ki, “Sarsılmaz” istehsalı olan 12.7x99 mm‐lik SAR 127 MT ağır pulemyotu həm tam avtomatik, həm də tək‐tək atəş aça bilir. Uzaqdan idarə olunan döyüş modullarına inteqrasiya edilə bilən SAR 127 MT istifadəçiyə quru, dəniz və hava nəqliyyat vasi ‐ tələrinə quraşdırılmaq imkanı verir. Təxminən 38 kiloqram ağırlığında olan silah, ştativlə istifadə edildikdə bölgə hədəfləri üçün 1830 metr effektiv mənzilə malikdir. Azərbaycanın Su‑25ML qırıcısı maraqla qarşılanıb “TEKNOFEST Ankara” festivalında Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Su‐25ML (modernizə edilmiş “Laçın”) qırıcısı da nümayiş etdirilib. Festival zamanı Su‐25ML sərgini ziyarət edənlər tərəfindən maraqla qarşılanıb. Azərbaycan startaplarından in ‑ no vativ həllərin tətbiqi Azərbaycanın İnnovasiya və Rəq ‐ əmsal İnkişaf Agentliyinin dəstəyi ilə yerli startaplar Türkiyədə keçirilən “TEKNOFEST Ankara” festivalında iş ‐ tirak edib. Festivalda Azərbaycanı “Metatesk”, “Ednify”, “SmartROW”, “Azirrigation” startapları təmsil edib. Layihələr müvafiq olaraq təhsil (“Metatesk”, “Ednify”), rabitə (“Smart ‐ Row”), kənd təsərrüfatı (“Azirrigation”) sahəsində innovativ həllərin tətbiqinə yönəlib. Azərbaycan startaplarının stend ‐ lərini Türkiyənin dövlət qurumlarının əməkdaşları, tanınmış investorlar, biz ‐ nes analitiklər ziyarət edib. Ziya rətçilər arasında yer alan “Bayraktar” PUA‐nın yaradıcısı və təsisçisi Selçuk Bayraktar “Azirrigation” və “Meta tesk”in stend ‐ lərinə baş çəkib. Həm çinin, Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşek də Azərbaycanın yaratdığı startaplarla tanış olub. Türkiyəli iş adamı Nəcməddin Bilal Ərdoğan “Metatesk”in yaratdığı stendi ziyarət edib. Festival çərçivəsində Azərbay ca ‐ nın bir sıra yerli startapı yeni əmək ‐ daşlıq təklifləri alaraq növbəti tarixlərdə görüşlər həyata keçiriblər. Belə ki, “SmartROW” startapının ko ‐ mandası Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən İzmirdə baş tutacaq növbəti TEKNOFEST üçün müvafiq startapın tətbiq olunması üzrə müzakirə görü ‐ şünə təklif alıb. Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nü ‐ mayəndəsi “TEKNOFEST Ankara” çərçivəsində müvafiq istiqamətlərdə ixtisaslaşmış və tədris verən “Türk Hava Kurumu Üniversitesi”, “Ankara Üniver ‐ sitesi” , “Trabzon Üniversitesi”, “Gazi Üniversitesi” və bu kimi digər univer ‐ sitetlərlə müxtəlif görüşlər keçirib, potensial əməkdaşlıqları müzakirə edib. Xatırladaq ki, 2022‐ci il mayın 26‐ 29‐da TEKNOFEST ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak ediblər. “TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000‐dən çox komanda yarışıb. PJ 62 www.poliqon.az


Həmçinin tədbirdə, hökumət rəs ‐ miləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları təm ‐ silçiləri iştirak edib. 1998‐ci il 18 iyul tarixində Ümum‐ milli Lider Heydər Əliyevin Sərəncamı ilə yaradılan ANAMA minatəmizləmə sahə ‐ sində əldə etdiyi 25 illik təcrübəsi ilə qlo‐ bal miqyasda aparıcı quruma çevrilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, Agentlik işğal‐ dan azad edilmiş ərazilərin partlayıcı qur‐ ğulardan təmizlənməsi, bu ərazilərdə bərpa‐quruculuq fəaliyyətinin təhlükəsiz icrası, keçmiş məcburi köçkünlərin daya‐ nıqlı məskunlaşması, eləcə də regionda sülh və əminamanlığın bərpası və davamlı inkişafına öz müsbət töhfəsini verir. Ötən 25 il ərzində ANAMA tərəfindən 900 mindən yuxarı mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib. Vüqar Süleymanov mina təhlükəsi ilə mübarizə fəaliyyətində göstərdikləri dəs ‐ təyə görə həm yerli, həm də beynəlxalq qurumlara öz təşəkkürünü bildirib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məm ‐ mədov çıxış edərək bildirib ki, bu gün ən aktual və şərəfli işlərdən biri də ANAMA əməkdaşlarının həyata keçirdiyi mina ‐ təmizləmə fəaliyyətidir. Minatəmizləmə fəaliyyəti ilə məşğul olan şəxslər öz həyat və sağlamlıqlarını təhlükə altına ataraq şərəfli vəzifələrini yerinə yetirirlər. Onla‐ rın bu fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir və bu sahəyə xü‐ susi diqqət yetirilir. BMT‐nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva bildi‐ rib ki, mina qurbanlarının sayının artması Azərbaycanda humanitar minatəmizləmə işlərinin sürətləndirilməsi üçün birgə səy və resurslara ehtiyac olduğunun gös ‐ təricisidir. Həmçinin, partlayıcı sursatla‐ rın təhlükəsinin aradan qaldırılması, maarifləndirmə işinin gücləndirilməsi üzrə ANAMA‐nın həyata keçirdiyi fəaliy ‐ yətin dəstəklənməsində BMT qurumları‐ nın bugünədək olan səylərinin davamlı olacağını ifadə edib. Avropa İttifaqının (Aİ) Azərbay ‐ candakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko çıxışı zamanı qeyd edib ki, Avropa İttifaqı dünyada mina təhlükəsi ilə mübarizə fəaliyyətinin dəstəklənməsində qlobal liderdir. Azərbaycanda bu fəaliy ‐ yətin dəstəklənməsi isə Aİ və Azərbaycan arasındakı əməkdaşlığın başlıca prioritet ‐ lərindən biridir. Regionda sülh və davamlı inkişafın əsas şərtlərindəndir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva istər İkinci Qarabağ mü ha ‐ ribəsi, istərsə də postmüharibə döv ründə cəbhə xəttində, ona yaxın əra zilərdə, eləcə də mülki əhalinin hədəf alındığı şəhər və rayonlarda Ermənistanın törətdiyi hüquq pozuntuları, kütləvi şəkildə basdırılmış tank və piyada əleyhinə minaların səbəb olduğu insan tələfatları hallarına dair he‐ sabatların hazırlanaraq, beynəlxalq və re‐ gional təş kilatlara, habelə müxtəlif ölkələrin milli insan hüquqları təsis at ‐ larına təqdim olunduğunu bildirib. Tədbirdə ANAMA‐nın humanitar minatəmizləmə sahəsində 25 illik təc rü ‐ bəsini əks etdirən “Minaları təmizləyək, insanları xilas edək” adlı film nümayiş olunub. Həmçinin, minatəmizləmə fəaliyyə ‐ tində əvəzsiz rola malik olan minaaxtaran it və bələdçinin iştirakı ilə immitasiya təşkil edilib. Yaradılan immitasiya sa ‐ həsində minaaxtaran it partlayıcı qurğu‐ ları aşkar edib. Mina və sursat nümu ‐ nələrinin maketləri, minaaxtaranın alət və avadanlığı, fərdi qoruyucu geyimindən ibarət sərgi nümayiş olunub. ANAMA Qarabağ və Şərqi Zəngə ‐ zurda mina və müharibənin partlayıcı qa‐ lıqlarının yaratdığı təhlükədən təmiz ləmək missiyasını qətiyyətlə davam etdirir. ANAMA yaradılmasının 25‑ci ildönümünü qeyd edib Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) yaradılma‑ sının 25‑ci ildönümünü qeyd edib. Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov, BMT‑nin Azərbaycandakı Rezident Əla qələndiricisi Vladanka Andreeva, Avropa İttifaqının Azərbaycandakı Nümayən dəliyinin rəhbəri, səfir Peter Mixalko, Azərbaycan Respublikasının İnsan Hüquq‑ ları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edib.


64 www.poliqon.az Azərkosmos hostinq xidmətlərinin göstərilməsinə dair Çinin kosmik infrastruktur və yerüstü peyk xidmətləri təqdim edən “Emposat” şirkəti ilə biznes müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, Azərkosmos Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportunda “Emposat” şirkətinin 7,3 metrlik S/X diapazonlu yerüstü anten sistemini quraşdırıb. Qeyd edək ki, bu sistem “Emposat”ın Azərbaycanda quraşdırdığı sayca ikinci uğurlu biznes infrastrukturudur. Belə ki, iki il əvvəl şirkət Bakı teleportunda özünün 4,2 metrlik S/X diapazonlu yerüstü antenini quraşdırıb. Bu infrastruktur sayəsində “Emposat” müştərilərinə peyklər və peyk şəbəkələri arasında izləmə, peyklərin sağlamlığının yoxlanılması, telemetriyanın alınması və peyklərə nəzarətin düzgün aparılması üzrə xidmətlər təqdim edir. Azərkosmosun hostinq xidmət lə ‐ rindən növbəti dəfə faydalanan “Emposat” müştərilərini yerüstü peyk xidmətləri ilə təmin edəcək. Bu da şirkətə öz resurslarını optimallaşdırmaq üçün geniş imkanlar açacaq. “Emposat”ın yeni anten in ‐ frastrukturu bazarda yüksək keyfiyyətli, asan quraşdırıla bilən, peyklərdən dəqiq siqnalları qəbul edən və sərfəli rabitə xidmətlərini genişləndirməkdə əsas rol oynayacaq. Azərkosmosun beynəlxalq “Tier 4” sertifikatına malik olan teleportu təkcə peyklərdən alınan siqnalların izlənilməsi və nəzarəti xidmətlərini deyil, həm də hostinq, yəni qlobal şirkətlərə məxsus yerüstü stansiyanın quraşdırılması, istismarı, saxlanması kimi xidmətləri də həyata keçirir. Geniş əraziyə malik və hazırda 15‐dən çox anten ilə fəaliyyət göstərən yerüstü stansiyanın unikal və əlverişli mövqeyi qlobal şirkətlərin biznes məqsədli infrastrukturlarını Azərbaycanda quraşdırmağa əsas verir. “Bizə növbəti dəfə hostinq xid ‐ mətlərinin verilməsi üzrə etibar etdiyi üçün “Emposat” şirkətinə təşəkkür edirik. Biz birlikdə teleportumuzun imkanlarının daha da innovativ olmasına çalışırıq. Bu, Azərkosmos və “Emposat” komandaları arasında mükəmməl əməkdaşlığın göstəricisidir”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov qeyd edib. “2021‐ci ildə biz Azərkosmosun dəstəyilə Bakıda ilk xarici stasionar stansiyamızı tikdik. Biz çox şadıq ki, 7,3 metr anten vasitəsilə peyklərdən aldığımız məlumatların qəbul imkanlarını tək ‐ milləşdirəcəyik. Biz Azərkosmos ilə əməkdaşlığımızı bütün aspektlərdə genişləndirməyi səbirsizliklə gözləyirik”, – “Emposat”ın birinci vitse‐prezidenti Donq Vei bildirib. 2023‐cü ilin yanvar‐iyun aylarında Azərbaycanın Kosmik Agentliyi (Azər ‐ kosmos) tərəfindən dünyanın 43 ölkə sinə 9.5 milyon ABŞ dolları də yərində peyk te‐ lekommunikasiya xid mətləri ixrac olunub. Bu barədə məlumat İqtisadi İslahat‐ ların Təhlili və Kommunikasiya Mər ‐ kəzinin yayımladığı “İxrac ic malı”nın iyul sayında öz əksini tapıb. Bildirilib ki, Azərkosmos xidmət ixra‐ cından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023‐cü ilin iyun ayında isə Azərkosmos dünyanın 40 ölkəsinə 1.7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. 2023‐cü ilin yanvar‐iyun ayları ərzində peyk telekommunikasiya xid ‐ mətlərinin ixracının ilk beşliyində 2.7 mil‐ yon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2.1 milyon dollar ilə Lüksemburq, 837.7 min dollar ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 522.2 min dollar ilə Almaniya və 444.4 min dollar ilə Pakistan qərarlaşıb. Azərkosmos Çinin “Emposat” şirkəti ilə müqavilə imzalayıb Azərkosmos birinci yarımildə 9 milyon dollardan çox xidmət ixrac edib Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aerokosmos, müdafiə və təhlükəsizlik sahəsində dünya nəhən g ‐ lərindən olan İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Ste‐ fano Pontekorvo ilə görüşüb. Görüş zamanı kibertəhlükəsizlik, kos‐ mik fəaliyyət və nəqliyyat üzrə potensial əməkdaşlıq imkanları müzakirə edilib. Rəşad Nəbiyev “Leonardo”nun direktorlar şurasının sədri ilə görüşüb


Click to View FlipBook Version