4 38 47 48 26 34 18 56 16 MÜDAFİƏ Naxçıvan Bərpa‑İstehsalat Hərbi Kompleksinin açılışında böyük mesaj..............................................................................................4 ANTİTERROR Qarabağda lokal antiterror tədbirləri suverenliyin bərpası .................8 TƏHSİL “Bilişim Vadisi Bakı”da yeni rezidentlərin açılışı olub........................16 MKE ilə AzTU universitet‑sənaye əməkdaşlığı yolunda....................17 TƏLİM Azərbaycanın ən son iştirak etdiyi hərbi təlimlərə baxış..................18 XƏBƏR Zakir Həsənov Çinin müdafiə sənayesi şirkətlərində olub................24 Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri artırılır ....................24 Fuad Nəcəfli ASELSAN-ın baş direktoru ilə görüşüb .........................24 ÖLKƏ Azərbaycan istehsalı olan mexaniki vasitələr minatəmizləmə fəaliyyətinə cəlb olunur .........................................................................25 "Azərkosmos"a yeni səlahiyyət verilib.................................................25 TEXNOLOGİYA Yeni nəsil yüngül tankların inkişaf perspektivləri ..............................26 SƏRGİ Azərbaycan 5‑ci ADEX sərgisinə hazırlaşır.........................................33 ASTRONAVTİKA “IAC‑2023 Baku” 74‑cü Beynəlxalq Astronavtika Konqresi .............34 VİSİON ASELSAN peyk rabitə sistemi həlləri və layihələrini təqdim etdi.....38 AEROKOSMİK TUSAŞ yeni peyklərlə Azərbaycana hər cür dəstəyi verə biləcək.....40 MÜSAHİBƏ TÜRKSAT baş direktoru: Azərbaycanda keyfiyyətli data xidməti göstərəcəyik...........................................................................................43 TƏHLÜKƏSİZLİK Bakıda MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının iclası keçirilib .....................................................................46 Rusiyanın sərhəd gözətçi gəmisi Bakıda səfərdə olub.....................46 REGİON Gürcüstan İspaniyadan tank əleyhinə reaktiv qumbaraatanlar alıb....47 Gürcüstan Almaniyadan əldə etdiyi maliyyə yardımı ilə yeni texnikalar alıb.................................................................................................47 Ermənistan yeni silah tədarükünü müzakirə edir....................................47 TƏHLİL Tank əleyhinə özüyeriyən raket kompleksləri...........................................48 PULS Qazaxıstan prezidenti “Arma 8×8” zirehli maşınının imkanları ilə tanış olub........................................................................................................54 DÜNYA STM-in inkişaf etdirdiyi GEMED-in qəbul sınaqları tamamlanıb............55 Türkiyənin hərbi gəmiləri STM-in “Yalpa” tarazlaşdırma sistemi ilə təchiz olunacaq .............................................................................................55 RADİOELEKTRON Elektron müharibə sistemləri......................................................................56 SƏNAYE “Azərsilah” Müdafiə Sənayesi Holdinqi yaradılır.......................................63 KİBERTƏHLÜKƏSİZLİK Bakıda kibertəhlükəsizlik üzrə tədbir keçirilib..........................................64
Dəyərli oxucu! Tarixən Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və dostluq münasibətləri olub. Bu gün də iki ölkə arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf etdirilir. Hər iki ölkənin orduları arasında da əməkdaşlığın inkişaf etdiyi və bu tendensiyanın cari ildə daha da sürətləndiyi müşahidə olunur. Bu məsələlər iki ölkə prezidentlərinin diqqət mərkəzindədir. Azərbaycan və Qazaxıstan həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, bütün məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. Beynəlxalq arenada baş verən hadisələr, həmçinin hər iki ölkənin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışlar ikitərəfli münasibətlərin möhkəmləndirilməsini zəruri edir. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Azərbaycan ilə Qazaxıstan arasında imzalanan 2023‐cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq ölkələrimiz arasında hərbi, hərbi‐texniki, hərbi‐ təhsil sahələrində əməkdaşlığın inkişafı istiqamətində müxtəlif addımlar atılmış, ikitərəfli səfərlər təşkil edilmiş, birgə təlimlər keçirilmişdir. Hər iki ölkənin Müdafiə nazirliklərinin hərbi qulluqçularından ibarət nümayəndə heyətlərinin, habelə müdafiə nazirlərinin qarşılıqlı səfərləri olmuşdur. Bu cür qarşılıqlı səfərlərin və görüşlərin xüsusi əhəmiyyət daşıdığını deyə bilərik. Hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, habelə aparılan təcrübə mübadilələri hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişlənməsinə təkan verir. Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə “Xəzri‐2023” birgə taktiki təlimi keçirilib. Birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2‐də Qazaxıstan HDQ‐nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib. Xəzər dənizinin Azərbaycana məxsus ərazi sektorunda keçirilən birgə taktiki təlim qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, hərbçilərin peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verib. Oktyabrın 8‐dək davam edən Azərbaycan‐Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra olunub. Plana uyğun olaraq hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib. İki mərhələdə keçirilən birgə təlimin növbəti epizodlarında Azərbaycan və Qazaxıstanın dəniz piyadaları və xüsusi təyinatlıları digər qoşun növləri ilə qarşılıqlı əlaqədə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra edib. Beləliklə, “Xəzri‐2023” birgə taktiki təlimində hər iki ölkənin hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirib. Bu ərəfədə Qazaxıstanın müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bakı görüşmələrində Azərbaycan və Qazaxıstan arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb. İki ölkə arasında hərbi əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib. Keçirilən birgə taktiki təlimin hərbi qulluqçuların peşəkarlığının artırılması baxımından vacibliyi qeyd olunub. Qiyməti: 9 manat POLİQON Hərbi‑Kosmik Texnoloji Jurnal SENTYABR‐OKTYABR №05 (67) 2023 POLİQON (AZERDEFENCE) jurnalının yaradıcısı mərhum Rəşad SÜLEYMANOV Tel: (+994 77) 311‐81‐18 E‑mail: [email protected] Web: www.poliqon.az Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401 Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence‐[email protected] Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ya‐ nında Dövlət Vergi Xidməti tərəfindən 21 iyun 2012‐ci ildə dövlət qeydiyyatına alınıb. “POLIQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “Aspoliqraf LTD” MMC‑nin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 17.11.2023 Sifariş 54. Format 60x901/8. Baş redaktor Zaur Babaşov ? Redaktordan Qapaq fotosu: ROKETSAN‑ın TRLG‑230 raket sistemi www.poliqon.az
NAXÇIVAN BƏRPA‑İSTEHSALAT HƏRBİ KOMPLEKSİNİN AÇILIŞINDA BÖYÜK MESAJ Sentyabr ayının 25‑də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Pre zidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa‑İstehsalat Hərbi Kompleksinin açılışında iştirak ediblər.
Azərbaycanın müdafiə naziri ge ‐ neral‐polkovnik Zakir Həsənov dövlət başçılarına raport verib. Prezident İlham Əliyev və Pre ‐ zident Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa‐İstehsalat Hərbi Kompleksinin rəmzi açılışını bildirən lenti kəsiblər. Məlumat verilib ki, hərbi kompleks müxtəlif növ tank, zirehli döyüş maşını və transportyorların, artilleriya qurğu və sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin, atıcı silahların, mühəndis texnikasının, rabitə ava dan ‐ lıqlarının, optik cihazların təmirini və modernləşdirilməsini, müxtəlif növ daxiliyanma mühərriklərinin təmirini və stend üzərində yoxlanılmasını, qeyd olunan bütün vasitələr üzərində detal və avadanlıqların dəyişdirilməsini və test edilməsini həyata keçirmək im ‐ ka nına malikdir. Hərbi kompleks 1 mərkəzdən, 8 təmir müəssisəsindən və 10 sahədən ibarətdir. Burada müx ‐ təlif növ texnikaların təmiri və bərpası üçün 300‐dən çox avadanlıq quraş dı ‐ rılıb. Eyni zamanda, idarəetmə, yataq ‐ xana və təminat binası inşa edilib. Hərbi hissənin zirehli və avtomobil texnikaları parkında texniki nəzarət məntəqəsi, texniki qulluq və təmir məntəqəsi binaları, ümumi texnika tutumu 284 yer olan 4 saxlanc, ya na ‐ caqdoldurma, yuma və gündəlik texniki qulluq məntəqələri inşa olunub. “Naxçıvan Mərkəzi Təlim‐Tədris Sahəsi” taktiki və idman sahələrindən, atış, artilleriya, mühəndis, kəşfiyyat, rabitə, kimya və qarovul şəhər cik ‐ lərindən ibarətdir. Kompleksə yüksək səviyyədə təchiz olunmuş idman şəhərciyi də daxildir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında mü ‐ dafiə sənayesilə bağlı bir mesaj verib: “Modernizasiyasını həyata keçirdiyimiz hərbi qulluq və təmir zavodu layihəsi də müdafiə sənayesindəki əmək daş ‐ lığımıza ciddi töhfə verəcəkdir”.
Türkiyə hərbi zavodlarının bilik və təcrübəsi Naxçıvan Bərpa‑İsteh ‑ salat Hərbi Kompleksinə ötürülüb Naxçıvan Bərpa‐İstehsalat Hərbi Kompleksinin modernizasiya işlərini həyata keçirən ASFAT şirkəti “Poliqon” jurnalına sözügedən kom pleksdə gö ‐ rülən işlər barəsində vacib açıqlamalar verib. Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə ASFAT arasında 3 yanvar 2022‐ci il tarixində imzalanmış mü ‐ qavilə çərçivəsində başlanan Naxçıvan Hərbi Zavodunun Avadanlıqları Layi ‐ həsi 7 ay ərzində, qısa bir müddətdə uğurla başa çatdırılıb. Müəssisənin modernləşdirilməsi nəticəsində Azərbaycan Ordusuna məxsus quru nəqliyyat vasitələrinin təmir, texniki qulluq, yenilənmə və modernləşdirilmə ehtiyacları xaricdən asılı olmadan struktur daxilində həyata keçirilə biləcək. ASFAT‐ın dost və qardaş ölkələrlə əməkdaşlığının ən uğurlu nümu nə ‐ lərindən biri hesab olunan bu layihə ilə Türkiyə hərbi zavodlarının 50 ildən artıq bilgi və təcrübəsi Naxçıvan Bərpa‐ İstehsalat Hərbi Kompleksinə ötürülüb. Layihə çərçivəsində ASFAT tərə ‐ findən Naxçıvan Muxtar Res pub lika ‐ sındakı texniki xidmət müəssisəsində əvvəlcə zəruri yoxlamalar aparılaraq tələblər müəyyən edilib və fəaliy ‐ yətlərin davamlı olması üçün lazımi bölmə‐hissə planlaşdırılması, eləcə də makina, dəzgah və digər avadanlıq ehtiyacları Naxçıvan Əlahiddə Ümum ‐ qoşun Ordu Komandanlığına təqdim edilib. Daha sonra müqavilə əsasında layihəyə start verilib. Layihənin məqsədi ilk növbədə obyekt infrastrukturunun ehtiyaclara cavab verə biləcək vəziyyətə gətiril mə ‐ sidir. Bu çərçivədə, elektrik in fra struk ‐ turu, xüsusi zəmin inşası, istilik sistemi, kran sisteminin və müxtəlif sexlərin quraşdırılması kimi məsələlər qısa müddətdə planlaşdırılıb və başa çatdırılıb. Bu fəaliyyətlərlə birlikdə Türkiyə hərbi zavodlarında istehsal edilə bilən və quru nəqliyyat vasitələrinin texniki qulluğu, təmiri, yenilənməsi və mo ‐ dern ləşdirilməsi işlərində istifadə olunan makina, avadanlıq, dəzgah və güc qrupu test sistemləri də ASFAT tərəfindən Naxçıvan Bərpa‐İstehsalat Hərbi Kompleksinə təhvil verilib. Tədarük edilən avadanlıqların böyük hissəsi ASFAT şirkətinin hərbi za ‐ vodlarında yerli və milli imkanlarla istehsal olunub. Qısa müddətdə və az xərclə həyata keçirilən layihə, Azərbaycanın digər hərbi zavodlarının və texniki‐təmir müəssisələrinin də modernləşdiril mə ‐ sini gündəmə gətirib. ASFAT tərəfindən digər müəssisələrlə bağlı ilkin təd ‐ qiqatlar Azərbaycan Müdafiə Nazirliyi ilə koordinasiyalı aparılmaqdadır. Məlumatda o da qeyd olunub ki, orduların fəaliyyətlərində davamlılığın təmin edilməsi baxımından ən mühüm elementlərdən biri olan hərbi zavod və texniki‐təmir müəssisələri ilə bağlı analoji modernizasiya layihələrinin ASFAT tərəfindən yaxın gələcəkdə digər dost və müttəfiq ölkələrdə də həyata keçirilməsi üçün fəaliyyətlər davam etdirilməkdədir.
Antiterror tədbirlərini şərtlən ‑ dirən amillər Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tə ‐ rəfindən Azərbaycan Ordusunun möv ‐ qe lərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, Azər ‐ baycan ərazilərinin minalan masının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin art ma ‐ sına səbəb olmuşdur. Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətiril ‐ məsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliy ‐ yətlərinin genişləndirilməsi, mövqe lə ‐ ri mizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki tə ‐ yinatlı yolların terror‐təxribat məq sədi ‐ lə yenidən minalanması kimi əməllər Azərbaycan Ordusu tərəfindən aparılan müşahidələrlə təsbit edilmişdir. Sentybarın 19‐da Ermənistan Si ‐ lah lı Qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat‐diversiya qrupları tərəfindən Əhmədbəyli‐Füzuli‐Şuşa avtomobil yo ‐ lunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nə ‐ ticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasi ‐ təsinin də Ermənistan SQ‐nin kəşfiyyat‐ diversiya qrupları tərəfindən quraş ‐ dırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Er ‐ mənistanın Azərbaycana qarşı apardığı 8 www.poliqon.az Qarabağda lokal antiterror tədbirləri – suverenliyin bərpası ?Zaur Babaşov 2023‑cü il sentyabr ayının 19‑da günorta saatlarında Azərbaycan Silahlı Qüvvələri tərəfindən, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iq‑ tisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı Qüvvələrinin (SQ) birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa‑quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respubli‑ kasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Ermənistan SQ‐nin elektron müharibə sistemi, “Tor” ZRK‐si və hərbi hissəsi sıradan çıxarılıb
məqsədyönlü və planlı terror siya ‐ sətinin davamıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020‐ci ildə imzalanmış üçtə ‐ rəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ böl gə ‐ sindəki Ermənistan SQ‐nin birləş mə lə ‐ rinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Düşmənin mövqeləri, atəş nöq ‑ tələri və hərbi təyinatlı obyekt ləri sıradan çıxarılıb Antiterror tədbirləri çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin birləş ‐ mələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöq ‐ tələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Bu tədbirlər zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alın ‐ mayıb, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb. Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin koman ‐ danlığı və Türkiyə‐Rusiya Birgə Moni ‐ torinq Mərkəzinin rəhbərliyi məlu ‐ matlandırılıb. Antiterror tədbirlərinin ilk saat ‐ larında Ermənistan Silahlı Qüvvələrinin Xankəndidə yerləşən “Tor” zenit‐raket kompelksi (ZRK) və Aşağı Otaraq kəndində (Ağdərin istiqaməti) elektron müharibə (EW) sistemi məhv edilib. Xocalı rayonu və Qırmızı Bazar isti ‐ qamətində Ermənistan silahlı qüvvə ‐ lərinin birləşmələrinin döyüş möv ‐ qeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri Azərbaycan Silahlı Qüvvə ‐ lərinin bölmələrinin sərrast atəşi nəticəsində məhv edilib. Bundan başqa, Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan Silahlı Qüvvələrinin bir ‐ ləşmələrinə məxsus P‐18 radiolokasiya stansiyası (RLS) və Ağdərə istiqa ‐ mətində yerləşən 5‐ci müdafiə bri ‐ qadasına məxsus sursat anbarlarından biri məhv edilib. Azərbaycan Silahlı Qüvvələri tərə ‐ findən Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasi tə ‐ lərinin Ermənistan SQ‐nin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermə ‐ nistan SQ‐nin birləşmələrinə dəstək olmamağa çağırıb. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilib və məlumat vərəqələri paylanılıb. Azərbaycan Respublikasının qa ‐ nun larına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən in ‐ zibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunub. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilib, onlar içməli su və ərzaqla təmin olunub. Əhalinin təhlükəli əra ‐ zidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər isti ‐ qamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb. Azərbaycan Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan SQ‐nin bir ləş mə ‐ lərini silahı yerə qoymağa və təslim ol ‐ ma ğa çağırıb. Bu halda antiterror təd ‐ birlərinin dayandırılacağı bəyan edilib. Lokal xarakterli antiterror təd ‐ birlərinin başlamasından bir neçə saat sonra, Ermənistan SQ‐nin birləş mə ‐ lərinin 60‐dan çox döyüş mövqeyi Azərbaycan Silahlı Qüvvələrinin nəza ‐ rətinə keçirilib. Eyni zamanda Ermə ‐ nistan Silahlı Qüvvələrinin birləş ‐ mələrinə məxsus 20‐dən artıq hərbi təyinatlı avtomobil, 40‐dan artıq artil ‐ leriya qurğusu, 30‐dan artıq minaatan, 2 ədəd zenit‐raket qurğusu, 6‐dan artıq “Martira” radioelektron mübarizə stan ‐ siyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. Bəzi Ermənistan sosial media resursları guya Azərbaycan bölmələri tərəfindən mülki obyektlərin atəşə 9 Yuxarıda: Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi. Aşağıda: Yaşayış məntəqəsində düşmənin müsadirə edilmiş “Osa” zenit‑raket kompleksi.
tutulması barədə təxribat və dezin ‐ formasiya xarakteri daşıyan məlumatlar yaymaqla məşğul idi. Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal anti ‐ terror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Azərbaycan Müda ‐ fiə Nazirliyinin rəsmi internet saytı və sosial media hesablarında yaydığı videolardan da aydın görünürdü ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilib. Düşmən yaşayış məntəqələ rin ‑ dən və mülki şəxslərdən sui‑istifadə edib Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycanın Silahlı Qüvvələri böl ‐ mələrinin hədəfindən yayınmaq məq ‐ sədilə Ermənistan SQ‐nin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş tex ‐ nikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni za ‐ manda hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edib. Məlum olduğu kimi, Azərbaycan Ordusunun arsenalında ən müasir tələb lərə cavab verən yüksək dəqiqliyə malik silah və döyüş texnikası möv ‐ cuddur. Müdafiə Nazirliyinin də qeyd etdiyi kimi, peşəkar hərbi qulluq ‐ çularımızın bu silahlardan istifadə edil ‐ məklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra obyektin hədəfə alınması dayan ‐ dırılıb. Ermənistan SQ‐nin birləş ‐ mələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılıb və zərərsizləşdirilib. Bu faktlarla bağlı ictimaiyyətə mütəmadi olaraq video ‐ materiallar təqdim edilib. Azərbaycan Respublikası Prezi ‐ dentinin Administrasiyası Ermə nis ‐ tanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Adminis ‐ trasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Prezident Administrasiyası Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirib. Lakin anti ‐ terror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirlərinin sona qədər davam et ‐ diriləcəyi qeyd olunub. Düşmənin 90‑dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli möv ‑ qeləri nəzarətə götürülüb Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli anti ‐ terror tədbirləri sentyabrın 20‐də uğurla davam etdirilib. Ermənistan SQ‐nin birləşmələrinə məxsus döyüş möv ‐ qeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit‐raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərər ‐ sizləşdirilib. O cümlədən, düşmənin Qarabağ iqtisadi rayonundakı bir neçə səngəri, sığınacağı və hərbi kolonlarına dağıdıcı atəş zərbələri endirilib. Strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası də ‐ qiq atəş zərbələri ilə məhv edilib. Er mə ‐ nistan Silahlı Qüvvələrinin Təpə kənd yaşayış məntəqəsi istiqamə tin dəki hər ‐ bi hissəsi tamamilə zərərsiz ləşdirilib. Ermənistan Silahlı Qüvvə lərinin 90‐dan artıq döyüş mövqeyi və strateji əhə ‐ miyyətli mövqeləri nəzarətə götürülüb. Sentyabrın 20‐si saat 10:00 radə ‐ lərində Ermənistan SQ‐nin birləş mə ‐ lərinə məxsus kvadrokopter Azər bay ‐ can Ordusunun Şuşa istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar Yuxarıda: Şuşa‑Xankəndi yolunda tərk edilmiş döyüş mövqeyi. Aşağıda: Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikaları.
həyata keçirməyə cəhd göstərib. Böl ‐ mələrimizin sayıqlığı nəticəsində kvad ‐ rokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib. Keçirilən tədbirlər zamanı Ermə ‐ nistan Silahlı Qüvvələrinin bir ləş ‐ mələrinə məxsus minaatan mərmisi ilə dolu 6 ədəd “Ural” markalı hərbi avto ‐ mobil və 4 ədəd minaatan Azər baycan Silahlı Qüvvələrinin bölmələri tərə ‐ findən qənimət olaraq ələ keçirilib. Döyüş sursatları tükənən Er ‐ mənistan SQ‐nin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənməyə, eyni zamanda Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqe ‐ lərinə cəlb etməyə çalışıb. Lakin, Azər ‐ baycan Silahlı Qüvvələrinin bölmələri buna imkan verməyib. Azərbaycan Ordusunun texniki vasitələrinin müşayiəti ilə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin könüllü olaraq geri çəkilməsinə şərait yaradılıb. Bu kimi hallarda geri çəkilən hərbi birləşmələrə heç bir zərbə en ‐ dirilməyib. Bunu Azərbaycan Müda fiə Nazirliyinin qarşı tərəfin səngərdən qaçmasına dair yaydığı görüntürlərində də açıq şəkildə müşahidə etmək olur. Antiterror tədbirlərinin dayan ‑ dırılması barədə razılıq və şərtlər Qarabağın erməni sakinlərinin nü ‐ ma yəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nə ‐ zərə alaraq sentyabrın 20‐də saat 13:00‐da aşağıdakı şərtlər altında lokal xa rakterli antiterror tədbirlərinin da ‐ yan dırılması barədə razılıq əldə olunub: – Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Er mə ‐ nistan SQ‐nin birləşmələri, qeyri‐ qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan SQ‐nin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri‐qanuni erməni silahlı dəstələri buraxılır; – Paralel şəkildə bütün silah‐sursat və ağır texnika təhvil verilir; – Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata ke ‐ çirilməsi təmin edilir. Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi Beləliklə, Azərbaycan Respubli ‐ kasının Silahlı Qüvvələri tərəfindən 19‐ 20 sentyabr 2023‐cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunmuşdur. Antiterror tədbirləri nəticəsində Azərbaycan hərbçiləri böyük qəhrə ‐ manlıq və peşəkarlıq göstərərək ağır relyef şəraitində, düşmən tərə findən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların möv cudluğu şəraitində, düşmən mövqe lərinin tə ‐ pələrdə, əlverişli yerlərdə yer ləş diril ‐ məsinə baxmayaraq, qısa müddət ər ‐ zində bütün istiqamətlər üzrə əhə ‐ miyyətli dərəcədə hərbi uğurlar əldə etmişdir. Ermənistan döv lətinin Azər ‐ baycan ərazisində qanun suz yerləş di ril ‐ miş və Ermənistan dövlətinin öh də li ‐ yinə baxmayaraq, bu günə qədər çıxarıl ‐ mamış ordunun böyük hissəsi ta mamilə məhv edil mişdir. Aparılmış qı samüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Qeyd edək ki, Azərbaycan əra ‐ zisində qanunsuz olaraq Ermənistan Ordusuna məxsus yüzdən çox tank və zirehli nəq liyyat vasitələri, zirehli texnika, radio elektron mübarizə vasi ‐ tələri, habelə iki yüzdən çox top və artilleriya qurğuları, hava hü cu mu na qarşı ən müasir qurğular yer ləş ‐ dirilmişdir. 2020‐ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Er mə ‐ nistan üç il ərzində öz silahlı qüvvə lə ‐ rini və texnikasını Azərbaycan əra zi ‐ sindən çıxarmamışdır. Azərbaycan Respublikası Prezi ‐ dentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sa ‐ kinlərinin nümayəndələri ilə 2023‐cü il sentyabr 21‐də Yevlaxda görüş keçirilib. Qanunsuz erməni silahlı birləşmə ‐ lərinin mövqelərdən çıxarılma prosesi, o cümlədən onların Azərbaycan şərtini qəbul edərək silahlarını da təhvil verilməsinə başlanmışdır. Qarabağda mülki təyinatlı ti ki ‑ lilərdə silah‑sursat anbarları Lokal xarakterli antiterror təd ‐ birlərindən sonra, Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah‐sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub. Beləliklə, Ermənistan SQ‐nin birləşmələrinin və qeyri‐qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib. Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qum ‐ baraatanlar üçün mərmilər, “Kornet” tank əleyhinə raket kom pleksinin idarə olunan raketləri, hərbi geyim dəstləri və zirehli dəbilqələr müsadirə edilib. Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub. Yaşayış məntəqəsi 12 www.poliqon.az Düşməndən müsadirə edilmiş: solda T‑55 tankı, sağda rabitə maşını
ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub. Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib. Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan SQ‐nin birləşmələri və qeyri‐qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkar edilib. Müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəq ‐ liy yat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu əra ‐ zisindəki toplama məntəqəsinə daşınıb. Bundan başqa, Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis‐mo ‐ libden yatağında uzun illər qanun suz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məq ‐ sədlər üçün istifadə olunduğu müəyyən edilib. Əraziyə baxış keçiri lərkən adı çəkilən şirkətin obyekt lə rin də yara dıl ‐ mış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq gö türülüb. Həm ‐ çinin Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zir zə misində gizlə ‐ dilmiş xeyli sayda silah‐sursat aşkar edilib. Qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub. Burada müxtəlif çaplı atıcı silahlar, qum ‐ baraatanlar, süngü bıçaqları, “Faqot” tank əleyhinə raket kom pleksinin idarə olunan raketləri və digər döyüş va ‐ sitələri aşkar edilərək götürülüb. Qarabağda Ermənistan silahlı bir ‐ ləşmələri və qeyri‐qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı tikililər Xocalıda da mövcud olub. Xocalı rayonu ərazisindəki mülki infrastruktur ob ‐ yektlərinə baxış zamanı növbəti silah‐ sursat anbarı müəyyən edilib. An ‐ bardan aşkar edilmiş külli miqdarda patron, əl qumbaraları, minaatan, müx ‐ tə lif çaplı ağır artilleriya və tank mər ‐ miləri, həmçinin tank əleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları müsadirə edi ‐ lib. Ərazidə, həmçinin qoşqulara yük ‐ lənmiş halda xeyli sayda sursatla dolu yeşiklər də aşkar edilərək götürülüb. Ağdam ərazisində də müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib. Belə ki, Ağdam rayo ‐ nunun Qızıl Kəngərli kəndində Er ‐ mənistan Silahlı Qüvvələrinin bir ləş ‐ mələri və qeyri‐qanuni erməni silahlı dəstələrinə məxsus tank, piyadanın döyüş maşınları (PDM), hərbi ava ‐ danlıqlar, xeyli sayda artilleriya mər ‐ miləri, tank əleyhinə vasitələr, mina ‐ atanlar, müxtəlif çaplı silah və sursat müsadirə edilib. Hazırda bu bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir. Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra, ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan SQ‐nin birləş mə ‐ lərinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib. Müdafiə Nazir ‐ liyindən bildirilib ki, məhz bu tip kvadrokopterlərə quraşdırılmış mər ‐ milər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı. Qarabağ bölgəsində uzun müddət zavod kimi fəaliyyət göstərən tərk edil ‐ miş bir neçə obyektlərə baxış za ma nı mülki təyinatlı zavodların ərazisində, eləcə də saxlanclarında külli miqdarda döyüş texnikası, müxtəlif təyinatlı atıcı silahlar, minaatan mər miləri ilə dolu ye ‐ şik lər və digər döyüş vasitələri aşkar edilib. Qarabağ bölgəsində əraziyə baxış zamanı düşmənə məxsus üç ədəd özüyeriyən artilleriya qurğusu aşkar edilib. Bu zirehli texnika T‐72 tankının mühərriki ilə təchiz edilmiş dartıcının üzərinə artilleriya topunun kustar üsulla quraşdırılması ilə hazılanmışdır. Qeyd edək ki, bu qurğu 1951‐ci ildə istehsal edilmiş mərmilərlə 17.5 km məsəfəyə atəş açmaq imkanına ma ‐ likdir. Xankəndi‐Şuşa istiqamətində yerləşən atəş mövqelərində aşkar edil ‐ miş bu qurğuların lokal xarakterli antiterror tədbirləri zamanı qeyri‐qa ‐ nuni erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərini atəşə tutmaq məqsədilə istifadə edilməsi istisna deyil. Ağdərə ərazisindəki mülki infra ‐ struktur obyektlərinə baxış zamanı növbəti silah‐sursat anbarı müəyyən edilib. Anbardan aşkar edilmiş xeyli sayda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, tankəleyhinə raket kom ‐ pleks lərinin idarəolunan raketləri və digər döyüş sursatları, həmçinin müx ‐ təlif təyinatlı döyüş texnikası müsadirə edilib. Bundan başqa, qeyd olunan istiqamətdəki dayaq məntəqəsindən də silah və sursatla dolu yeşiklər aşkar edilərək götürülüb. Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşı ‑ maların həyata keçirildiyinin əyani sübutu 13 Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisindən və Füzulinin Yuxarı Veysəlli kəndi istiqamətində müsadirə edilmiş silah‑sursatlar
dövlət vasitəsilə satın alınaraq Qara ‐ bağa gətirildiyi müəyyən edilib. Bu faktlar lokal xarakterli antiterror təd ‐ bir lərinə qədər Ermənistandan Azər ‐ bay canın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur. Qarabağ bölgəsində əraziyə baxış zamanı kustar üsullarla əldəqayırma partladıcı vasitələrin hazırlandığı ema ‐ latxana aşkar olunub. Ema lat xa nanın içərisində xeyli sayda dron vasitəsilə daşınabilən əldəqayırma minalar və onların hazırlanmasında daha çox insan tələfatına nail olmaq üçün istifadə edilən metal parçalar, eləcə də müxtəlif təxribatların törə dilməsi məqsədilə kustar üsullarla hazırlanan digər partlayıcı qurğuların olduğu müəyyən edilib. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Er mə ‐ nistan SQ‐nin birləşmələri və qeyri‐ qanuni erməni silahlı dəstələri məhz bu kimi emalatxanalarda kustar üsullarla hazırlanan müxtəlif partla dıcılardan istifadə ediblər. Humanitar təşkilatın erməni xisləti Azərbaycan Minatəmizləmə Agent ‐ liyi (ANAMA) tərəfindən icra edilən humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust” qeyri‐hökumət təşkilatının bazası aşkar edilib. Beynəlxalq hu ‐ manitar qeyri‐hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detek ‐ torlara rast gəlinib. Halbuki bu ava ‐ danlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi‐texniki vasitələr qəsdən məhv edilib. Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış əldəqayırma partlayıcı qurğularla dolu anbarlar Azərbaycan Ordusunun mühəndis‐istehkam böl ‐ mələri tərəfindən aşkar edilib. Aşkar edilmiş anbarlarda mövcud minaların bir qisminin 2021‐ci ildə Ermənistanda istehsal olunduğu, əldəqayırma part ‐ layıcı qurğuların isə artilleriya mər ‐ milərindən kustar üsullarla hazırlandığı müəyyən edilib. Xatırladaq ki, lokal xarakterli antiterror tədbirlərindən öncə Ermənistandan Qarabağ bölgəsinə dəfələrlə qanunsuz hərbi daşımaların həyata keçirilməsi barədə Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumatlar verilib. Qarabağ bölgəsində həyata ke ‐ çirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan TOS‐1A odsaçan sisteminin raketlərindən bir qisminin 2021‐ci ildə istehsal edildiyi müəyyən edilib. Bundan başqa, bölgədə aşkar edilən “Kornet” və “Faqot” tank əley ‐ hinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020‐ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən isteh ‐ salçıdan birbaşa, bəzilərinin isə üçüncü 14 www.poliqon.az Azərbaycanın Qarabağ bölgə sin də keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində düşmənin məhv edilmiş və müsadirə olunmuş döyüş texnikası, silah və sursatının siyahısı Rəsmi məlumatlara əsasən, müsadirə edilən silahlar (oktyabrın 2‑nə qədər olan məlumat)
Şəhid və yaralılar Əfsuslar olsun ki, antiterror təd ‐ birləri zamanı şəhidlərimiz olub. Şəhid olmuş hərbçilərdən 191 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz də olub. Ümumi olaraq 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq‐ ədalət yolunda, Azər baycanın su ‐ verenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Qarabağda qanunsuz rejimə rəhbərlik etmiş şəxslərin həbsi Qarabağ bölgəsində həyata ke ‐ çirilən lokal xarakterli antiterror təd ‐ birlərindən sonra, qondarma “Dağ lıq Qarabağ Respublikası” özünü burax ‐ dığını elan etdi. Bu qanunsuz rejimə rəhbərlik etmiş şəxslər, o cümlədən Azərbaycan Respublikasının ərazisində qon darma “Dağlıq Qarabağ Res pub ‐ likasının prezidenti” vəzifəsini müxtəlif vaxtlarda icra etmiş Arayik Vladimiri Harutyunyan, Arkadi Arşaviri Qukasyan və Bako Sahaki Sahakyan, habelə qondarma “Dağlıq Qarabağ Respub ‐ likasının prezidenti” vəzifəsinin müvəq ‐ qəti icraçısı Davit Rubeni İşxanyan, qondarma “Dağlıq Qarabağ respub li ‐ kasının dövlət naziri” vəzi fə sində çalışmış Ruben Karleni Var danyan, qondarma “Dağlıq Qarabağ Respublika ‐ sının müdafiə naziri” və zi fəsində çalışmış Lyova Henrixi Mnat sakanyan, habelə Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə Er mənistan vətən ‐ daşı Davit Manukyan həbs edilərək Bakıya gətirilib və cinayət məsu ‐ liyyətinə cəlb ediliblər. Separatçılardan təmizlənən əzəli torpaqlarda Azərbaycan bayrağı ucaldılıb Lokal xarakterli antiterror təd ‐ birləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən tərk edilmiş döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilib, ərazidə kom ‐ munikasiya xətləri bərpa olunub və nəqliyyat vasitələrinin təhlükəsiz hə ‐ rəkəti təmin edilib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15‐də Xocavənd, Ağdərə, Xocalı və Xankəndi şəhərlərində, Əs ‐ gəran qəsəbəsində və Sərsəng su anbarında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Qeyd edək ki, Xocavənd şəhəri 1992‐ci il oktyabrın 2‐dən 2020‐ci il noyabrın 10‐na kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuş, sonra üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023‐cü il sentyabrın 19‐20‐ də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xa ‐ rakterli antiterror tədbirlərindən sonra, sentyabrın 26‐dan şəhərə Azərbaycan silahlı qüvvələri nəzarət edir. Ağdərə şəhəri 1993‐cü il iyunun 27‐də işğal olunmuşdur. Bu il sen ‐ tyabrın 19‐20‐də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nə ti ‐ cəsində Ağdərə şəhəri separatçılardan təmizlənib. Xocalı şəhəri 1992‐ci il fevralın 26‐ da Ermənistan tərəfindən işğal olun ‐ muşdur. 2020‐ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kon tin ‐ gentinin nəzarəti altında olmuşdur. 2023‐cü ilin 19‐20 sentyabr tarixində aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunub. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı sentyabrın 24‐də Azərbaycan Respublikasının nəzarətinə keçib. Xankəndi şəhəri 1991‐ci il de ‐ kabrın 26‐da Ermənistan Silahlı Qüv ‐ vələri tərəfindən işğal olunmuşdur. 2020‐ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mər ‐ kəzi qərargahı burada yerləş diril mişdir. 19‐20 sentyabr antiterror əmə liyyat la ‐ rın dan sonra, sentyabrın 29‐da Azər bay ‐ can polisləri şəhərə nəzarəti bərpa edib. Xocalı rayonunun Əsgəran qəsəbəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992‐ci ildə işğal olunmuşdur. 2020‐ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Əsgəran qəsəbəsi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19‐20 sentyabrda keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Əsgəran qəsə ‐ bəsinə nəzarəti ələ keçirib. 1993‐cü il 26 fevral tarixində Er ‐ mənistan Silahlı Qüvvələrinin bölmələri Sərsəng su anbarının ətrafını tutmaqla, Tərtər–Kəlbəcər yolunu kəsmişdir. Bu ilin 19‐20 sentyabr antiterror tədbirləri nəticəsində azad olunub. 15 Prezident İlham Əliyev Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını qaldırıb
Azərbaycan Texniki Universitetində (AzTU) yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına start verilib. Bununla bağlı keçirilən görüşdə AzTU‐nun rektoru Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov, Milli Aviasiya Aka ‐ demiyasının (MAA) birinci prorektoru Ədalət Səmədov, Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) proqram rəhbəri Görkem Şimşek və hər iki ali məktəbin rəhbər şəxsləri iştirak edib. Qeyd olunub ki, “AzTU‐Turkish Aerospace, MGP 2023.1” adlı proqram bu sahədə zəngin təcrübə və resursa malik TUSAŞ‐ın xüsusi təcrübə proqramı əsasında həyata keçirilir. Layihə əsaslı açıq rəqabət öyrənmə‐ öyrətmə modelinə söykənən proqramın hazırlığında əsas mərhələ AzTU‐nun 2022‐ci ildə CDIO universitetlər ailəsinə qoşulması ilə başlayıb. Layihələndirmə, simulyasiya, prototipləndirmə və istehsal zənciri həlqələrini əhatə edən proqram konstruktiv dizayn, konstruktiv təhlil, uçuş elmləri, avionika/proqramlaşdırma istiqamətləri üzrə həyata keçirilir. Bölmələrin əsas hissəsini (60%) konstruktur dizayn və təhlil istiqamətləri əhatə edir. Qeyd edək ki, sözügedən istiqamət mühəndis hazırlığı üzrə universitetlərdə CAD/CAE/CAM üzrə proqram təminatlarının yüksək key ‐ fiyyətli tədrisi ilə uyğunluq təşkil edir. AzTU‐nun Universitet‐Sənaye Əmək ‐ daşlığı və Ömürboyu Təhsil Mərkəzinin koordinatorluğu ilə həyata keçirilən proqramda baza təhsilləri aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik‐elektronika, xəbərləşmə (radio ‐ elek tronika), metallurgiya və s. isti ‐ qamətlər olan namizədlər iştirak edir. Layihənin sonunda iştirakçılara ser ‐ ti fikat təqdim olunacaq. Proqramı uğurla başa vuran 10 iştirakçı isə TUSAŞ‐da təc rübəyə göndəriləcək və MGP proq ‐ ramının təlimat heyətinə daxil ediləcək. Oktyabr ayının 3‐də Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ziyarət edib. Qonaqları AzTU‐nun rektoru Vilayət Vəliyev və Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu qarşılayıb. Əvvəlcə “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov texnoparkda görülən işlər, rezident şirkətlər haqqında məlumat verib. Daha sonra ötən ay AzTU‐da keçirilən “DIGIAGE ‐ Bakı” rəqəmsal oyun düşərgəsinə qatılan komandalar öz təqdimatlarını nümayiş etdirib. Qeyd olunub ki, rəqəmsal oyun düşərgəsində uğurlu olan 3 startapa investisiya ayrılıb. Tədbir çərçivəsində “Havelsan” və “Baykar” şirkətlərinin ən böyük tərəfdaşlarından olan “Ordulu Texnologiya” şirkətinin Tədqiqat və İnkişaf mərkəzlərinin, həmçinin Avropanın ən böyük müdafiə, aviasiya və aerokosmik klasteri olan “SAHA İstanbul”un Azərbaycan Mərkəzinin açılışı olub. 16 www.poliqon.az “Bilişim Vadisi Bakı”da yeni rezidentlərin açılışı olub Türkiyə Müdafiə Sənayesi Baş qan ‐ lığının (SSB) Azərbaycan üzrə müşaviri İlker Türköz Azərbaycan Texniki Univ ‐ ersitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ziyarət edib. Qonaq əvvəlcə AzTU‐nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüş zamanı uni ‐ versitetdə görülən işlər, həyata keçirilən layihələr və yeni əməkdaşlıq isti qa ‐ mətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov qonağa texnoparkın fəaliyyəti, burada icra olunan layihələr haqqında məlumat verib. İlker Türköz AzTU‐nun müxtəlif laboratoriyaları və mərkəzlərində görülən işlərlə də tanış olub. AzTU‑da yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına start verildi Türkiyə SSB‑nin müşaviri AzTU‑da olub
Nümayəndə heyəti Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”, “Cezeri” labo ‐ ratoriyası və digər mər kəz ləri ziyarət edib. Ziyarət zamanı “Bilşim Vadisi Bakı”da təmsil olunan rezident şir ‐ kətlərin AzTU‐da aparılan mühəndis hazırlığına faydaları, uni versitet‐sənaye əməkdaşlığının inki şafında rolu, in ‐ novasiyaların dəs tək lənməsinə ve rə ‐ cəkləri töhfələri barədə fikir mübadiləsi aparılıb. Daha sonra tərəflər gələcək əmək ‐ daşlıq imkanları barədə müzakirələr aparıblar. 17 Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Azərbaycan Texniki Univer ‐ sitetində (AzTU) tələbələrlə görüşüb. AzTU‐nun professor‐müəllim heyətinin də iştirak etdiyi görüşdə ölkəmizdə gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müxtəlif sahələrdə atılan addımlardan danışılıb. Qeyd olunub ki, Vətən müharibəsi, eləcə də digər uğurlu əməliyyatlarda qələbənin qazanılmasını təmin edən mühüm amillərdən biri də gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır. Görüş zamanı, həmçinin elm və təhsil sahəsində əməkdaşlıq haqqında bir sıra müzakirələr aparılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Oktyabrın 25‐də Türkiyənin Milli Müdafiə Nazirliyinin tərkibindəki MKE şir kətinin baş direktoru Prof. Dr. İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub. AzTU‐nun fəaliyyəti barədə nü ‐ mayəndə heyətinə geniş məlumat verən rektor Vilayət Vəliyev müasir dövrdə mühəndislik universitetlərində tədris və tədqiqatın keyfiyyətinin yük ‐ səl dilməsində universitet‐sənaye əmək daşlığının əhəmiyyətini diqqətə çatdırıb. Oktyabr ayının 18‐də Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetinin (METU) nümayəndə heyəti Azərbaycan Texniki Uni ver ‐ sitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU‐nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Qonaqları salamlayan AzTU‐nun rektoru Vilayət Vəliyev universitetdə son illər həyata keçirilən yeniliklərdən danışıb. Rektor Azərbaycanla Pakistanın texniki universitetləri arasında tədris və tədqiqat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. METU nümayəndə heyətinin rəh ‐ bəri, tədqiqat, innovasiya və kommer ‐ siyalaşdırma üzrə prorektor Rizvan Riazın təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Bildirib ki, METU innovasiya və startap eko ‐ sisteminin inkişafına xüsusi önəm verir. Görüşdən sonra universitetlər arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. MKE ilə AzTU universitet‑sənaye əməkdaşlığı yolunda Milli Müdafiə Universitetinin nümayəndə heyəti AzTU‑da tələbələrlə görüşüb AzTU Pakistan universiteti ilə əməkdaşlıq edəcək
18 www.poliqon.az Hər iki qardaş ölkənin hərbi qul ‐ luqçularının iştirakı ilə növbəti birgə taktiki təlim bu ilin 23‐25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və Azərbaycanın azad edilmiş əraziləri də daxil olmaqla bir neçə istiqamətdə keçirilib. Azər baycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluq çu ‐ larının iştirakı ilə keçirilən “Mustafa Kamal Atatürk‐2023” birgə taktiki təliminə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000‐dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100‐ dək artilleriya vasitəsi, 20‐dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. “Mustafa Kamal Atatürk‐2023” birgə taktiki tə limində əsas diqqət qoşunların qar şı lıqlı əlaqədə fəaliy yət ‐ ləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, ida rə et mənin təkmilləş ‐ dirilməsi, təc rübə mü badiləsi və şəxsi heyətin pe şəkarlığının artırılmasına yönəldilib. Birgə taktiki təlimə hazırlıq məş qləri Türkiyə Respublikasının yaradıl ‐ masının 100‐cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasi ‐ tələri oktyabr ayının 17‐də Azər bay ‐ cana gəlib və növbəti gün birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliy ‐ yətləri məşq etdirilib. Plana uyğun olaraq, daimi dislokasiya mən təqə lə ‐ rindən cəmləşmə rayonlarına çıxarılan Quru Qoşunlarının, həmçinin Raket və Artilleriya Qoşunlarının bölmələri atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetirib. Oktyabrın 19‐da “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlıq prosesində, plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündür lük ‐ lərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və di ‐ gər tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib. Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tə rəfindən yüksək dəqiqliklə yerinə yetirilib. “Mustafa Kamal Atatürk‐2023” birgə taktiki təlimi ərəfəsində hər iki qardaş ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib. Komandolar gecə məh ‐ dudgörmə şəraitində taktiki yer də ‐ yişmə icra edərək basqınla şərti düş ‐ mənin diversiya qrupunu yerləşmə AZƏRBAYCANIN ƏN SON İŞTİRAK ETDİYİ HƏRBİ TƏLİMLƏRƏ BAXIŞ ?Amin Əvəzli Azərbaycan və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iki ölkənin Silahlı Qüvvələri arasında ənənəvi olaraq keçirilən ikitərəfli təlimlər davam edir. İki qardaş ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi hərbi əməkdaşlığın mühüm elementlərindən biridir. Bu təlimlər hərbi əməkdaşlıqla yanaşı sabitliyə və təhlükəsizliyə xidmət edir.
məntə qəsində zərərsizləşdirib. Təlimin əsas məqsədi hərbi qulluqçuların məh ‐ dudgörmə şəraitində taktiki vərdiş ‐ lərinin təkmilləşdirilməsi və komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir. Məşqlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən ko ‐ mandolar bütün tapşırıqları müvəf ‐ fəqiyyətlə yerinə yetirib. Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin komando bölmələri növbəti gün xüsusi tapşırıqların icrasını məşq edib. Plana uyğun olaraq əmə ‐ liyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin diversiya qrupunun yaşayış məntəqələrində yer ‐ ləşən müvəqqəti sığınacaqlarının müəy yən edilməsi və mühasirəyə alına ‐ raq zərərsizləşdirilməsi üzrə tap şı ‐ rıqları uğurla yerinə yetirib. “Mustafa Kamal Atatürk‐2023” birgə taktiki təliminin məşqləri zamanı Azərbaycan və Türkiyə xüsusi təyi ‐ natlıları yüksək peşəkarlıq nümayiş etdirib. Birgə təlimin növbəti məşq ‐ lərində həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar verilən tapşırığa əsasən ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə et məklə müxtəlif fəaliyyətləri yerinə yetirib. Plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra edilib. Düşmənin komanda‐idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zə ‐ rərsizləşdirilib. “Mustafa Kamal Atatürk‐2023” birgə taktiki təliminə cəlb edilən avia ‐ siya vasitələrilə də məşqlər keçirilib. Bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hə ‐ dəflərin koordinatlarının təyin edil mə ‐ si, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirib. Türkiyə Respublikasının yaradıl ‐ masının 100‐cü ildönümünə həsr olunmuş birgə taktiki təliminə hazırlıq məşqləri çərçivəsində Əlahiddə Ümum ‐ qoşun Ordunun (ƏÜO) təlimə cəlb olunan bölmələri daimi dislokasiya məntəqələrini tərk edərək ərazidə yer ‐ də yişmə etməklə texnikanın döyüş tətbiqinə hazırlanması üzrə nor ma ‐ tivləri icra edib. Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra edilib Oktyabrın 23‐də Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla Azərbaycanın müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun Quru Qoşun ‐ ları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artil ‐ leriya Qoşunları, Mühəndis Qoşun ları, Xüsusi Təyinatlı Qüvvələr, eləcə də Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının və Türkiyə Silahlı Qüv ‐ vələrinin müvafiq qoşun növü mən ‐ sublarının iştirakı ilə “Mustafa Kamal Atatürk‐2023” birgə taktiki təlimi başlayıb. Azərbaycan‐Türkiyə birgə taktiki təliminin planı aşağıdakı kimidir: 1. Təmas xəttində yerləşən möv ‐ qelərin düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan və Türkiyə komando bölüklərinin birgə sızma fəaliyyətlərinin icra edilməsi; 2. Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə cəbhəboyu və dərinliklərdə hava və radiokəşfiyyat aparılaraq düşmənin hava hücumundan müdafiə va si tə ‐ lərinin fəaliyyətinə maneələrin yara ‐ dılması və bu zaman düşmən sahəsinə girmədən radioşüalanma vasitələrini, radiotexniki, radiokəşfiyyat və radio ‐ lokasiya vasitələrinin kəşfiyyatının aparılması və dinlənməsi, onların nö ‐ vünün və yerinin təyini, tezlik və digər parametrlərinin aşkar edilməsi, həm ‐ çinin hava hücumundan müdafiə sis ‐ tem lərinin məhv edilməsi fəaliy yət lə ‐ rinin icra olunması, düş mənin pilotsuz uçuş aparatları ilə mübarizə aparan bölmələr tərəfindən xüsusi vasitə ilə düşmən pilotsuz uçuş apa ratına radio ‐ maneələr tətbiq edərək onun döyüş tapşırığını (kəşfiyyatın apa rıl ması) ye ‐ ri nə yetirməyə imkan ve ril məməsi, düş ‐ mən bölgəsinə geri qay tarılması və ya aldadılması tap şı rığının icra edilməsi; 3. Düşmənin hava hücumundan müdafiə (HHM) vasitələri zərər siz ləş ‐ dirildikdən sonra açılan hava dəhlizində F‐16 qırıcı təyyarələri və digər hücum helikopterlərinin onun cəm ləşmə mən ‐ təqələrinə aviasiya zərbələri endirməsi; 4. Tank əleyhinə idarəolunan raket kompleksləri və düzünə tuşlamaya çıxarılmış T‐90 tankları tərəfindən düşmənin 1‐ci eşalonunda yerləşən zirehli döyüş maşınları və mövqelərinin məhv edilməsi; 5. Bölmələrin mütəşəkkil irəli lə ‐ məsini, düşmən üzərində atəş üs ‐ tünlüyünün əldə olunması məqsədilə onun döyüş mövqelərinə, artilleriya və minaatan batareyalarına, KMM‐lərinə, canlı qüvvə və atəş vasitələrinə ar til ‐ leriya vasitələrindən kütləvi atəş zərbələrinin endirilməsi və bölmələrin mütəşəkkil irəliləməsinin təmin edil ‐ məsi, əldə olunmuş atəş üstünlüyünün qorunub saxlanılması, düşmənin iti ‐ rilmiş idarəetməsinin bərpa etməsinə imkan verilməməsi, habelə təminat
yollarında batareyaların zərbə bas qın ‐ larından sonra Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların hərəkəti; 6. Mühəndis bölmələri tərəfindən minalanmış sahələrdən keçidlərin açıl ‐ masından sonra birgə taktiki və xüsusi təyinatlı qruplar düşmən mövqelərinə basqın edərək, onların mövqedə məhv edilməsi və ön xəttinin ələ keçirilməsi fəaliyyətlərinin icra olunması; 7. İkinci eşelon bölmələrinin hə rə ‐ kətə başlaması və düşmənin dayaq məntəqələri ələ keçirildikdən sonra irəliləyən bölmələrin effektiv və fa si ‐ ləsiz atəş dəstəyini təmin etmək məqsədilə minaatan batareyalarının əsas mövqeyindən ehtiyat atəş möv ‐ qelərinə taqımlarla yerdəyişməsi pro ‐ seslərinin icra olunması, habelə “Bayraktar TB‐2” vasitəsilə düşmənin “İsgəndər” və “Toçka‐U” taktiki raket komplekslərinin məhv edilməsi; 8. Bununla bərabər düşmən möv ‐ qelərinin piyada qüvvələr tə rə findən atəş və manevr üsulu ilə ələ keçirilməsi və onların tank əleyhinə silahlarını təsirsiz hala gətirməklə, tank ların çevik və sürətli manevr qa biliyyəti ilə vurucu atəş gücündən, eləcə də tüstü pər də ‐ sinin qoyulmasından fayda la na raq pi ‐ ya da döyüş maşın la rından (PDM) de ‐ san tın endirilməsi fəaliyyətinin icra olunması; 9. Endirilmiş piyada manqaları tərəfindən düşmənin ön xətdə yerləşən canlı qüvvəsinin ştat silahları ilə məhv edilməsi, habelə minalardan və düş ‐ mənin birbaşa atışlarından qorunmaq məqsədilə piyadaların texnikaların ar ‐ xası ilə hərəkət edərək mövcud və ziy ‐ yətə görə sıçraması və himayəli şəkildə irəliləməsi; 10. Həmçinin hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəli şəxsi ələ keçirmək üçün düşmən arxasına endirilməsi fəaliyyətinin icra olunması, habelə qrupların hava yolu ilə düşmən arxa ‐ sına endirilməsi və düşmənin vəzifəli şəxsinin pusqu yolu ilə ələ keçirilməsi və yaşayış məntəqəsinin təmizlənməsi fəaliyyətinin icra edilməsi; 11. Hədəf bölgəsi ələ keçirildikdən sonra bölmələrin hədəfdə tərtiblənməsi və sonrakı tapşırıqlarının atəş dəstəyini təmin etmək, atəş üstünlüyünü sax la ‐ maq məqsədilə artilleriya ba tare ya ‐ larının əsas atəş mövqeyindən ehtiyat atəş mövqeyinə taqımlarla yer də ‐ yişməsi; 12. Bütün təlim nöqtələrində sanitarların yaralı və şəhid olmuş hərbi qulluqçuları təxliyə etməsi fəaliyyətləri ‐ nin icra olunması, eləcə də xüsusi təyinatlı qrupların minmə məntəqə ‐ sində top lan ması və hava yolu ilə təxliyə olunması, habelə təlimdə müasir döyüş üsul larından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düş mənin dərinliyinə desant en di ril məsi üzrə müxtəlif tapşırıqların icra edilməsi. Plana uyğun olaraq hər iki qardaş ölkənin təlimə cəlb edilən hərbi qulluq ‐ çuları qarşıya qoyulan bütün tapşı rıq ‐ ların icrasında xüsusi peşəkarlıq nümayiş etdirib. İki qardaş ölkənin hərbi qulluq ‐ çularının, döyüş texnikası və aviasiya vasitələrinin cəlb edilməsi ilə qo şun ‐ ların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edil ‐ məsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra edilib. Su‑25 qırıcısı LGK dəsti ilə hədəfi məhv edib “Mustafa Kamal Atatürk‐2023” birgə taktiki təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su‐25 döyüş təyyarəsi ASELSAN şirkətinin LGK (Lazer Güdüm Kiti) lazer tuşlama dəsti ilə “Bayraktar TB2” pilotsuz uçuş aparatının işarələdiyi hədəfi məhv edib. Xatırladaq ki, ötən ilin dekabr ayında Müdafiə Nazirliyi Azərbaycan HHQ‐yə məxsus Su‐25M döyüş təy ‐ yarələrinə LGK lazer tuşlama dəstinin (Lazer Güdüm Kiti) inteqrasiya olun ‐ duğunu əks etdirən görüntülər pay ‐ laşmışdı. Birgə təlimdə TRLG‑230 rake ‑ tindən istifadə olunub “Mustafa Kamal Atatürk‐2023” birgə taktiki təlimində “Roketsan” şirkətinin istehsalı olan, Azərbaycan Ordusunun silahlanmasında yer alan 20 www.poliqon.az Yuxarıda: Su‑25 qırıcısına quraşdırılmış ASELSAN istehsalı LGK lazer tuşlamalı ağıllı aviasiya bombası. Aşağıda: “Roketsan” istehsalı olan TRLG‑230 lazer tuşlamalı raket sistemi.
TRLG‐230 raket sistemindən istifadə edilib. Təlim zamanı lazerlə hədəfə yönləndirilən TRLG‐230 raketi təyin olunan hədəfi dəqiqliklə məhv edib. 230 mm‐lik TRLG‐230 raketi Azər ‐ baycan Silahlı Qüvvələrinin in ven ta ‐ rındakı “Bayraktar TB2” pilotsuz uçuş aparatının (PUA) təsbit etdiyi və lazerlə işarələdiyi hədəfləri 70 kilometrə qədər məsafədə dəqiqliklə məhv etmək ba ‐ carığına sahibdir. TRLG‐230 raketinin hədəfi vurma dəqiqliyi ≤ 2 metrdir. Raketin kütləsi 210 kq, döyüş başlığının çəkisi 42 kq təşkil edir. “Yüksək səviyyəli müşahidəçi günü” Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluq çu ‐ larının cəlb edildiyi “Mustafa Kamal Atatürk‐2023” birgə taktiki təlimində oktyabrın 24‐də “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib. Azər bay ‐ canın müdafiə naziri general‐polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general‐ polkovnik Şerali Mirzo, Qazaxıstan Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general‐ mayor Jumabek Axmetov və Özbəkistan müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tur ‐ sunovun rəhbərlik etdiyi nüma yəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi “Mustafa Kamal Atatürk‐2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib. Təlim qərargahına gələn qonaqlar birgə taktiki təlimin ssenarisi və icra edilən fəaliyyətlər barədə məruzələri dinləyib. Sonra taktiki və əsas komanda məntəqələrinə gələn qonaqlar burada birgə taktiki təlimin gedişatında müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsini izləyib. Birgə təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçularının fəaliyyəti yüksək qiymətləndirilib. Bir qrup hərbçi mükafat lan ‑ dırılıb “Mustafa Kamal Atatürk‐2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycanın müdafiə naziri general‐polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler digər qonaqlarla birgə təlimdə iştirak edən bir qrup hərbi qulluqçu ilə görüşüb. Ümumilikdə təlimi n gedişatını yüksək qiymət ‐ ləndirən müdafiə nazirləri hər iki qardaş ölkənin təlimdə fərqlənən hərbi qulluqçularına qiymətli hədiy yələr təqdim edib. Qonaqlar təltif edilib “Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general‐polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general‐ polkovnik Ruslan Jaksılıkov və Öz bə ‐ kistanın müdafiə naziri general‐ley te ‐ nant Baxodir Kurbanovun Azər baycan Respublikasının “Hərbi əmək daşlıq sahəsində xidmətlərə görə” medalı ilə təlfif olunması barədə Azərbaycan mü ‐ dafiə naziri general‐polkovnik Zakir Həsənovun əmri oxunub. Sonra general‐polkovnik Zakir Həsənov me ‐ dal ları qonaqlara təqdim edib. “Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi “Mustafa Kamal Atatürk‐2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi təşkil edilib. Qonaqlar Azər ‐ baycan Ordusunun arsenalında olan zi rehli döyüş maşınları, müxtəlif tə ‐ yinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasi ‐ tələrlə tanış olub. Həmçinin, Azərbay ‐ canın “Synapline Technologies”, Tür ‐ kiyənin STM, “Roketsan”, HAVELSAN, ASELSAN və digər şirkətlərin stendləri qonaqlara təqdim edilib. Sərgi qonaqlar tərəfin dən böyük maraqla qarşılanıb. Azərbaycan, Türkiyə və Gür ‑ cüstanın silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlıq gücləndirilir 22 www.poliqon.az Yuxarıda: Azərbaycan Ordusunun arsenalında yer alan STM istehsalı “Kargu” PUA. Aşağıda: “Synapline Technologies” şirkətinin PUA sistemi haqqında Azərbaycan və Türkiyənin müdafiə nazirlərinə məlumat verilib.
Oktyabr ayının 3‐dən 6‐dək Azər ‐ baycan, Türkiyə və Gürcüstanın silahlı qüvvələri arasında qarşılıqlı əmək ‐ daşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsinə yönəlmiş “Eternity‐ 2023” kompüter dəstəkli komanda‐ qərargah təlimi keçirilib. “Eternity‐ 2023” təlimi Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluq çularının işti ‐ rakı ilə Bakıda Milli Müdafiə Uni ver ‐ sitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mər kəzində baş tutub. Nəzəri və praktiki hissədən ibarət olan, üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nü ‐ mayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, eləcə də regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib. Oktyabrın 6‐da Azərbaycan, Tür ‐ kiyə və Gürcüstanın hərbi qulluq ‐ çularının iştirakı ilə Bakıda keçirilən “Eternity‐2023” kompüter dəstəkli komanda‐qərargah təlimi başa çatıb. Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təlimin başa çatması münasibətilə tədbir keçirilib. “Eternity‐ 2023” kompüter dəstəkli komanda‐ qərargah təlimində qarşıya qoyulmuş bütün tapşırıqların uğurla yerinə yetirildiyi diqqətə çatdırılıb. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib. Erciyes‑2023” təlimində hava‑ desant əməliyyatı Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Kayseri şəhə ‐ rində 2‐20 oktyabr 2023‐cü il ta rix ‐ lərində keçirilən “Erciyes‐2023” təli ‐ mində iştirak edib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyi ‐ natlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib. “Erciyes‐2023” təli ‐ mində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yö ‐ nəldilib. “Erciyes‐2023” təlimində Türkiyə və Azərbaycanla yanaşı Gürcüstan, Pakistan, Liviya, İspaniya, İtaliya və Özbəkistan iştirak edib, Böyük Bri ‐ taniya və Bəhreyn isə müşahidəçi qismində olub. Ümumilikdə 652 şəxsi heyətin iştirak etdiyi təlimdə 67 ədəd hərbi maşın, 354 müxtəlif çapda və tipli silah‐ sursat, habelə 5 ədəd nəqliyyat təyyarəsi, 2 ədəd hücum helikopteri, 6 ədəd çoxməqsədli helikopter, 2 ədəd ağır nəqliyyat helikopteri olmaqla 17 aviasiya vasitəsi istifadə edilib. “Hava bələdçisi əməliyyatı” sse ‐ narisinə uyğun olaraq, paraşütçü komandoların Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C‐130 və C‐160 nəqliyyat təyyarələrindən gecə atlaması ilə başlayan “Erciyes‐2023” təlimində 180 komando statik paraşütlərlə bölgəyə eniş edib. Təlimlərin növbəti günü 652 şəxsi heyət ilə hava‐desant əməliyyatı keçirilib. Paraşütlə tullanan komandolar düşmənin döyüş mərkəzinə qarşı əmə ‐ liyyat keçirib. Terrorçulardan təmiz ‐ lənmiş bölgədə silahlı pilotsuz uçuş aparatı ilə hədəf vurulub. Düşmən bölgəsinə helikopterlə atılan top atəş ‐ ləri ilə bölgənin hakim nöqtəsində olan hədəflər məhv edilib. Bölgə nəzarətə alındıqdan sonra AFAD və Qızıl Aypara rəsmiləri hu ‐ manitar yardım üçün helikopterlərlə əraziyə gətirilib. “Erciyes‐2023” təlimi paraşütçü komandoların təyyarədən 10 ölkənin bayrağı ilə ehtiram tullanışı ilə başa çatıb. 23 Yuxarıda: “Erciyes‑2023” təlimindən. Aşağıda: “Eternity‑2023” təliminin iştirakçıları mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 9‐da Əlahiddə Ümumqoşun Ordu Qərargahına gələrək Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində yaranmış gərginliklə bağlı qarşı tərəfin təxribat xarakterli fəaliyyətləri nəticəsində atəşkəs rejiminin pozulması halları və görülmüş tədbirlərlə maraqlanıb. Həmin gün ordu qərargahında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda ziyarətdə olan Türkiyənin ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol ilə görüşüb. Görüş zamanı birgə fəaliyyət və mövcud layihələr haqqında məlumat verilib, gələcəkdə əməkdaşlığın inkişafı və daha da genişləndirilməsi məqsədilə fikir mübadiləsi aparılıb. 2024‐cü ildə Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərinin 6 milyard 421 milyon manat olması proq noz ‐ laşdırılır. Bu, Maliyyə Nazirliyinin 2024‐cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında öz əksini tapıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi‐diplomatik xarakterli addımlar atılıb. Lakin, Ermənistan hökumətinin sülh prosesinə qeyri‐konstruktiv ya ‐ naşma sərgiləməsi, müşahidə olunan separatizm meyilləri və bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması arzu olunan sülh və sabitliyə qarşı təhdidlər yaradır. Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi‐texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024‐cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur. Azərbaycanın müdafiə naziri general‐polkovnik Zakir Həsənov oktyabr ayının 29‐da 10‐cu Pekin Syanşan Forumunda iştirak etmək üçün Çinə işgüzar səfərə gedib. O, forumun açılış mərasimində iştirak edib. Mərasimdə “Əsas güc ölkələrinin məsuliyyəti və qlobal təhlükəsizlik əməkdaşlığı” mövzusu üzrə məruzə dinlənilib. Səfər çərçivəsində müdafiə naziri Çinin müdafiə sənayesi kompleksinə da ‐ xil olan bir neçə şirkətləri ziyarət edib. Həmçinin, general‐polkovnik Zakir Həsənov Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini general‐polkovnik HI Veydon ilə görüşüb. Görüşdə hərbi, hərbi‐ texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. 24 www.poliqon.az Zakir Həsənov Çinin müdafiə sənayesi şirkətlərində olub Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri artırılır Fuad Nəcəfli ASELSAN‑ın baş direktoru ilə görüşüb
Azərbaycan Minatəmizləmə Agent ‐ liyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliy yat la ‐ rı nın miqyasının genişləndirilməsi məqsədilə maddi‐texniki imkanlarını artırır. “Made in Azerbaijan” brendi altında istehsal olunan, beynəlxalq standartlara cavab verən 4 ədəd “Revival P” mexaniki minatəmizləmə maşını “İmprotex” Şirkətlər Qrupu tərəfindən Azərbaycan Minatəmizləmə Agentliyinə təhvil verilib. Humanitar minatəmizləmə fəaliyyəti məqsədilə istifadə edilən “Revival P” mexaniki vasitələri 2000 metrə qədər uzaq məsafədən idarə olunur. Uzaqdan idarəetmə funksiyası operatora mina və sursatların partlaması zamanı dağıdıcı partlayış zərbəsi və zədə yetirə biləcək qurğuların yayılma əhatəsindən kənarda qalmağa imkan verir. Texnikanın is teh ‐ sa lında istifadə olunan xüsusi zirehli me ‐ tal minatəmizləmə zamanı “Revival P”nin mühərrik, digər hidravlik və elektron komponetlərini qoruyur. Təmizləmə dərinliyi 300 mm təşkil edən maşınlar böyük meyl bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat idarə edilir. “İmprotex” Şirkətlər Qrupu ilə bağlanmış müqaviləyə əsasən cari ilin sonunadək ümumilikdə 8 ədəd olmaqla, 6 ədəd “Revival P” və 2 ədəd “Revival T” minatəmizləmə maşınlarının alınması nəzərdə tutulub. Yerli istehsal olan mexaniki vasitələr işğaldan azad olunmuş ərazilərin mina ‐ lardan və partlamamış hərbi sur sat ‐ lardan təmizlənməsinə, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında təhlükəsiz məskunlaşmasına böyük töhfə verəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Azərbaycanda filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun istismar etdiyi xarici kosmik obyektdən birbaşa yer stansiyası vasitəsilə mülki təyinatlı ilkin informasiyaların qəbulunu həyata keçirəcək. Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb. Qərara əsasən, "Azərkosmos" mülki təyinatlı ilkin informasiyaların qəbulunu aşağıda göstərilən ayırdetmə göstəriciləri ilə həyata keçirəcək: – Sintez olunmuş aperturalı (SAR) radar müşahidə cihazı olan kosmik obyektdən 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya; – Digər növ radar müşahidə cihazı olan kosmik obyektdən 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya; – Optik müşahidə cihazı olan kosmik obyektdən multispektral (MS) 2 metr və daha yüksək ayırdetməli ilkin informasiya; – Optik müşahidə cihazı olan kosmik obyektdən panxromatik (PAN) spektrdə 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya; – Müşahidə cihazı olan kosmik ob ‐ yekt dən spektrin digər növlərində 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya. Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müd ‐ dətində Ədliyyə Nazirliyinə təqdim etsin. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın üzvləri olan mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri iştirak ediblər. İclasda Azər ‐ bayc an Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023‐cü il oktyabrın 1‐dən 30‐dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər mü ‐ zakirə olunub. SHXÇDX tərəfindən Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsinin uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb. İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. 25 Azərbaycan istehsalı olan mexaniki vasitələr minatəmizləmə fəaliyyətinə cəlb olunur "Azərkosmos"a yeni səlahiyyət verilib Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib
Elmi təcrübəvi konstruktor işləri bu döyüş maşınlarının inkişafının bütün əsas sahələrində, o cümlədən rasional planlamanın əsaslandırılması, optimal müdafiə səviyyəsinin seçilməsi, atəş gücü, hərəkətlilik və döyüşün idarə edilməsi üzrə aparılıb. Lakin görülən səylərə və maliyyə xərclərinə bax ‐ mayaraq, NATO ölkələrində yüngül və orta tanklar parkının yaradılması problemi hələ də həll olunmamış qalır. Mövcud kateqoriyalı maşınlar kiçik miqdarda bu gün Çin ordusu və Cənubi Amerika və Cənub‐Şərqi Asiyanın bəzi ölkələrinin silah lanmasındadır. Bu məqalədə Silahlı Qüvvələrin motoatıcı bölmələrinin atəş dəstəyi üçün yeni növ zirehli tank silahlarının (ZTS) yaradılması ilə bağlı aktual mövzudan bəhs olunub. Məqalədə aparıcı xarici ölkələrin atəş dəstəyi maşınlarının (ADM) inkişaf istiqamətləri, bu tip nəqliyyat vasitələrinin döyüş xüsu ‐ siyyətlərini dərindən təkmilləşdirilməsi üçün texniki görünüş və prioritet sahələr üzrə xarici ekspertlərin baxışları təhlil olunub. Dünyada atəş dəstəyi maşının yaradılması tarixində mütəxəssislər iki mərhələni fərqləndirirlər: • 1‐ci – 1970‐2000‐ci illər – ADM‐in birinci nəsli; • 2‐ci – 2000‐ci ildən bu günə qədər – ADM‐in ikinci nəsli. Hal‐hazırda tank və piyada bölmələri üçün ADM‐lərin inkişafı dünyada iki müstəqil istiqamətdə aparılır: ekipajlı, ekipajsız qüllə sistemlərində quraş ‐ dırılmış top və minaatanlar. Dünyada minaatan silahları olan ADM‐lərə daha az rast gəlinməsi səbəbindən məqalədə əsasən top silahı ilə ADM yaradılması məsələləri diqqətə alınmışdır. Topla silahlanmış 1‐ci nəsil ADM‐in ən məşhur nümayəndələri aşa ‐ ğıdakılardır: • AMX‐10RC 6x6 təkər formullu, 105 mm‐lik topla (Fransa); • “Centauro B1” 8x8 təkər formullu, 105 mm‐lik topla (İtaliya); • ERC‐90 “Sagaie” 6x6 təkər for ‐ mullu, 90 mm‐lik topla (Fransa); • “Rooikat” 6x6 təkər formullu, 105 mm‐lik topla (Cənubi Afrika). Hal‐hazırda, 1‐ci nəsil ADM‐lərin əhəmiyyətli bir hissəsi köhnəlib, dəyişdirilməsi və ya modernləşdirilməsi tələb olunur. Son illər müharibələrdə və silahlı münaqişələrdə bu tipli nəqliyyat va ‐ sitələrinin istifadəsi ilə əlaqəli ADM‐in gələcək inkişafına baxış və konseptual yanaşmalardakı dəyişikliklər onların döyüş xüsusiyyətlərinin inkişafının əsas istiqamətlərinə həlledici təsir göstərib. Xarici ekspertlər belə qənaətə gəlib ki, hazırda Quru Qoşunları bölmələri üçün ucuz, lakin effektiv zirehli ADM‐lərin hazırlanmasına ehtiyac yaranıb. YENİ NƏSİL YÜNGÜL TANKLARIN İNKİŞAF PERSPEKTİVLƏRİ ?Ramiz Məmmədov alim, ehtiyatda olan polkovnik Silahlı Qüvvələrin Quru Qoşunlarının yeni silah növləri ilə təchiz edilməsi məsələlərinə dair xarici informasiya materiallarının təhlili göstərir ki, dünyada atəş dəstəyi tipli tırtıllı və təkərli zirehli döyüş maşınlarının (ZDM) yaradılması istiqamətində işlər intensivləşib. Son illər bir neçə ölkədə yüngül tankların və orta tankların yaradılması proqramlarına böyük sərmayə qoyulub və inkişafına doğru əhəmiyyətli hərbi‑elmi və konstruktor qüvvələri cəlb edilib. “Tulpar”
Mütəxəssislər hesab edirlər ki, bu tipli nəqliyyat vasitələrinin sürətlə yaradılması üçün zəruri şərtlər aşa ğı ‐ dakılardır: • əsas növlərlə (tanklar, piyada dö ‐ yüş maşınları, zirehli desant da şıyıcıları); • innovativ texnologiyalardan is ti ‐ fadə; • layihələndirmə və istehsalın aşağı qiyməti; • istismarda özünü sübut etmiş ZTS nümunələrinin sistem və bir ləş mə lə ‐ rindən qismən istifadə olunması; • robot versiyaların istehsalı. Topla silahlanmış 2‐ci nəsil ADM‐ lə rin əsas fərqləri aşağıdakı xü su siy ‐ yətlərdən ibarətdir: • mövcud zirehli maşın növləri ilə birləşdirilməsi; • ADM‐lərin çəki kateqoriyalarına görə şərti olaraq çəkisi “ağır” (45 tondan çox), “orta” (30–45 ton) və “yüngül” (30 tona qədər) hesab edilir; • ekipajsız qüllələrin və uzaqdan silahların idarə olunması; • 7,62 və ya 12,7 mm pulemyotlarla uzaqdan idarə olunan modul qüllənin üstündə quraşdırılması; • hərtərəfli mühafizə; • yüksək səviyyəli komanda ida ‐ rəetmə sistemi. Yeni nəsil ADM‐in inkişafının əsas istiqamətləri atəş gücünün artırılması, təhlükəsizliyin təmin edilməsi, komanda idarəetmə sisteminin optimallaş dırıl ‐ masıdır. ADM‐in atəş gücünün artırılmasının aktuallığı, əvvəllər yaradılmış bu tip nəqliyyat vasitələrinin əsas silahının kiçik şaquli hədəf bucağına (+15‐20°‐ dən çox olmayan) malik olmasıdır. Məsələn, bu silah binaların yuxarı mərtəbələrində yerləşən hədəflərə qarşı səmərəli istifadə edilə bilməməsi səbəbindən səmərəsiz hesab olunur. Öz xüsusiyyətlərinə görə, bu silah birbaşa atəş üçün optimallaşdırılıb və görmə xəttindən kənarda yerləşən hədəflərə atəş açmaq üçün nəzərdə tutulmayıb. ADM‐lər dar küçələr və dağ dərələri ilə hərəkət edərkən, uzun lüləli silahları hərəkətliliyi əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Lyukları bağlı nəqliyyat vasitəsinin görmə xüsusiyyətləri tə ‐ ləblərə tam cavab vermir, atəşə nəzarət sistemində bir çox problemlər həllini tələb edir və istifadə olunan döyüş sursatlarının çeşidi hərbçiləri tam qane etmir. 2‐ci və sonrakı nəsillərin ADM‐ lərinin atəş gücünün inkişafı və tək ‐ milləşdirilməsi üzrə işin əsas isti ‐ qamətləri aşağıdakılardır: • əsas silahların kalibrinin 120‐ 155 mm‐ə qədər artırılması; • 30‐40 mm kalibrli avtomatik silahların istifadəsi; • döyüş sursatlarının çeşidinin genişləndirilməsi və gücünün artırılması (termobarik, yüksək partlayıcı par ‐ çalanmanın trayektoriya paylanması, qəlpə, sursat yükünə tandem döyüş sursatları ilə kumulyativ daxil edilməsi); • əsas silahlanmanın yüksəklik bucaqlarının 75‐85°‐ə qədər artırılması; • 4,0 km‐dən çox məsafədə həm birbaşa, həm də dolayı atəşlə (uçuş zamanı hədəfin əldə edilməsi ilə) atəşə tutula bilən atəş və “at‐unut” tipli idarəolunan raketlərlə təchiz edilməsidir. Xarici ekspertlər mühafizəyə artan tələbləri onunla izah edirlər ki, bu tip döyüş maşınları tez‐tez hərbi birliklərdə, bəzən isə döyüş bölmələrində tank və piyada bölmələri tərəfindən istifadə olunarkən, mövcud ADM‐in ön, arxa və yan proyeksiyaları tank əleyhinə silahlardan zəif mühafizə olması ilə əlaqədar tələblər müyyən olunub. Bu tələblər alt və yan tərəflər minalara və əldəqayırma partlayıcı qurğulara qarşı gücləndirilmiş mühafizə sisteminin yaradılması, qüllənin damının və gövdəsinin (məskunlaşma üçün nəzərdə tutulmuş bölmələrin üstündə) güc ‐ ləndirilmiş mühafizə sisteminin yaradılması, o cümlədən ADM‐lərin napalm kimi yandırıcı maddələrdən mühafizəsinin effektivliyinin artılırıl ‐ masından ibarətdir. Müasir 2‐ci nəsil ADM nümu ‐ nələrində ballistik mühafizə səviyyəsinin yüksəldilməsi ücün aşağıdakı tələblər təmin olunmalıdır: • tank bazasında ADM‐lər üçün ‐5 və ya 5+ səviyyə (STANAG 4569) standartına uyğun olması; • piyada döyüş maşınları, zirehli personal daşıyıcıları əsasında ADM üçün 3‐4 səviyyə standartına uyğun olması; • Mühafizənin əlavə modul zireh dəstləri ilə komplektləşdirilməsi; • ADM‐in gövdəsinin dibini minalara qarşı gücləndirmək; • ADM‐in gövdəsini dinamik və aktiv mühafizə sistemlərilə gücləndirmək; • ADM‐in qülləsinin üstünü PUA‐ lara qarşı gücləndirmək. ADM‐in inkişafının indiki mər hə ‐ ləsində bütün aparıcı xarici ölkələrdə 27 AMX‑10RC 6x6
komanda idarəetmə sisteminin tək ‐ milləşdirilməsinə böyük diqqət yetirilir. Bu tip maşınlarda atış, mühafizə və hərəkət zamanı əsas iş proseslərinin avtomatlaşdırılması səviyyəsinin yük ‐ səldilməsini təmin edən bort məlumat və idarəetmə sistemləri (BMİS) qu ‐ raşdırılmağa başlanmışdı. Tabor‐bölük səviyyəsində əlaqələndirmə sistemi yaradılmışdır. ADM‐in texniki görünüşündəki dəyişiklik bu tip nəqliyyat vasitələrinin döyüşdə (əməliyyatlarda) istifadəsi ilə bağlı fikirlərin yenidən nəzərdən keçirilməsinə səbəb olmuşdur. Atəş dəstək maşınları yüksək intensivli münaqişələrdə (irimiqyaslı müharibə), habelə lokal müharibələrdə, sülh ‐ məramlı, antiterror və xüsusi əmə ‐ liyyatlarda geniş spektrli taktiki tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal döyüş silahı kimi qəbul edilməyə başlanmışdır. Xarici ekspertlər ADM‐in yerinə yetirilən geniş taktiki tapşırıqların həlli üçün açıq ərazilərdə və məskunlaşan yerlərdə döyüş xüsusiyyətlərinin inkişafının optimallaşdırılması sahəsində dərindən əsaslanmış elmi‐tədqiqat işlərinin aparılmasını məqsədəuyğun hesab edirlər. Hazırda aparıcı xarici ölkələrin əksəriyyətində yeni nəsil ADM‐ ə olan tələblərin əsaslandırılması üzrə elmi‐tədqiqat işləri (ETİ) başa çatmaq üzrədir. Təcrübəli konstruktor işlərinə daxil olan aktiv mərhələ müddəti ərzində ağır tipli (tank əsasında), orta və yüngül tipli (piyada maşınları əsasında) ADM‐ lərin nümayişi, təcrübəli və istehsaldan əvvəlki nümunələrin hazırlanması planlaşdırılır (döyüş maşınları, zirehli nəqliyyat vasitələri). Ağır atəş dəstəyi maşınları Sovet İttifaqında 1980‐ci illərdə, digər dünya ölkələrində isə 2000‐ci ilərin əvvələrində tanka atəş dəstəyi maşınının (TADM) yaradılması üzrə işlərə başlanmışdır. Ağır döyüş maşınları olan TADM‐lar tırtıllı əsas döyüş tankların şassilərinin bazasında hazır ‐ lanmışdır. Almanlar tanka atəş dəstəyi maşınların yaradılmasına 2000‐ci ildə tamamlanan tədqiqatların nəticələrinə əsaslanmışdılar. Alman ekspertləri tədqiqatların nəticələri əsasında belə qənaətə gəliblər ki, yeni TADM silah sisteminin inkişafının əsas istiqamətləri top və raket silahlarından müxtəlif hədəflərə eyni vaxtda atəşin təmin edilməsinə, komanda idarəetməsi və qərarların qəbulu üçün informasiya sistemlərinin daha da təkmilləş ‐ dirilməsinə yönəlmiş tədbirlər olmalıdır. Almaniyada ilk TADM layihəsinin icrasına 2001‐ci ildə başlanmışdır. TADM I‐ə bir və ya iki orta çaplı avtomatik topla (30‐40 mm) və qüllənın altında yerləşən və həm yer, həm də hava hədəflərinə atəş açmaq üçün uy ğun ‐ laşdırılmış 8‐10 şaquli idarəolunan raketlə təchiz etmək təklif edilmişdi. Silahların atılıb‐atılmamasından asılı olmayaraq istənilən istiqamətdə və istənilən vaxt raketlərin buraxılması planlaşdırılırmışdır. 2004‐cü ildə Almaniyanın NGP proqramına əsaslanan 1‐ci TADM layihəsi aktual olmadığı üçün dayandırılmışdır. On ildən artıq fasilədən sonra, 2015‐ci ildən başlayaraq Almaniyada “Leopard 2A4” tankının bazasında, ilk layihənin gələcək inkişafını təmsil edən, lakin yeni texnoloji konsepsiya əsasında 2‐ci TADM layihəsinin icrasına başlanılmışdır. TADM II‐ə iki qüllə variantının quraşdırılması planlaş ‐ dırılırdı. Onlardan biri 30 mm‐lik “Mauser Mk 30‐2” ABM topu ilə silahlanan 2 lüləli “Lance” qülləsi, digəri 30 mm‐lik “Bushmaster Mk44” topu ilə uzaqdan idarə olunan qüllədir (“Puma” adlı BMP qülləsinin modifikasiyasıdır). TADM II‐nin üstünlükləri 30 mm‐lik silahın yüksəlmə bucağının +75°‐ə qədər artırılması, obyektlərarası qarşılıqlı əlaqə sisteminin təkmilləşdirilməsi, habelə ekipajın missiya yerlərindən görmə qabiliyyətinin yaxşılaşdırılması, aşkar ‐ lanma imkanının azaldılmasıdır. 2013‐cü ildə Fransanın “Nexter Systems” şirkəti tərəfindən yüksək səviyyəli müdafiə və orta çaplı silahlara (30‐40 mm) malik TADM və ya “Support Tank” (“Dəstək Tankı”) yaradılması barəsində təkliflər edilmişdir. Yeni TADM və “Leclerc” tankı arasındakı olan əsas fərqlər aşağı döyüş çəkisi (20%), 40 mm avtomatik toplar ücün qüllənin üzərində iki turret qurğusu, habelə yer və hava hədəflərinə atəş açmaq üçün 12,7 mm‐lik pulemyotla uzaqdan idarəolunan modul qurğusu, yanğından mühafizə sisteminin təkmilləşdirilməsi, o cümlədən qüllənin damının mühafizəsi və gövdənin mühafizəsidir. Fransada TADM istehsalı üçün ilkin istehsalda olan bəzi “Leclerc” tanklarının yenidən təkmilləşdirilməsi nəzərdə tutulur. Tanka atəş dəstəyi maşını yaratmaq üçün İsrail layihəsi əvvəllər aparılmış elmi‐tədqiqat işlərinin nəticələrindən və İsrailin 2010‐2018‐ci illərdə Qəzza zolağında və Livanın cənubundakı döyüş əməliyyatlarının təcrübəsindən istifadə etmişdir. Layihə prototip mərhələsinə çatdırılaraq, “Merkava Mk.3” tankına əsaslanan “Namer” ağır zirehli nəqliyyat vasitəsi bazasında hazırlanmışdır. İsrail mühəndisləri bu TADM‐i yaradarkən əvvəllər “Namer” zirehli desant daşıyıcısı üçün hazırlanmış texnologiyalardan istifadə ediblər. TADM‐in inkişafı zamanı əsas diqqət ekipajın və desantın müşahidə qabiliyyətinin yaxşılaş ‐ dırılmasına yönəlmişdi. Döyüş maşını elektron‐optik sensorlardan istifadə edərək zirehli gövdədən müşahidə prinsipini həyata keçirir. Orta atəş dəstəyi maşınları Orta atəş dəstəyi maşınları (OADM) tırtıllı və təkərli (8x8) şassilərdə hazırlanır. OADM‐in qülləli sistemlərinin inkişafı eyni vaxtda bir neçə nümunədə 28 www.poliqon.az “Lynx 120”
29 həyata keçirilir. Müxtəlif silahlarla, ekipajlı və ekipajsız versiyaları möv ‐ cuddur. ABŞ‐da OADM‐ları əhatə edən yeni nəsil yüngül tankın inkişafının növbəti mərhələsi 2015‐ci ildə başlanmışdır. ABŞ hərbi rəhbərliyi bu maşınların ən azı 500 ədəd ADM variantında yüngül tankın istehsalının zəruriliyini elan etməklə MPF (“Mobile Protected Firepower”) Mobil Qorumalı Atəş Dəstəyi proqramının yaradılmasına nail olmuş ‐ dur. Kütləvi istehsala başlamazdan əvvəl, müxtəlif iqlim zonalarında və şəraitində yüngül tankların istismar və texniki göstəriciləri hərtərəfli yoxlanılmşdır. Lazımi statistik məlumatları əldə etmək üçün 2025‐ci ildən 2028 ilə qədər təxminən 50 ədəd maşının təcrübi eksperimental istismarı nəzərdə tutulur. ABŞ‐ın Strateji Silah proqramının tərkib hissəsinə daxil olan MPF proqramı çərçivəsində həyata keçirilən digər vacib çalışma sahələrindən aşağıdakıları ayırmaq lazımdır: • tətbiq üçün qəbul edilmiş bütün texniki qərarların birləşdirilməsi və standartlaşdırılması; • şəhər şəraitində tankın mü ‐ dafiəsinin gücləndirilməsini və döyüş səmərəliliyinin artırılmasını təmin edən çıxarıla bilən əlavə avadanlıq dəstləri; • tankın və onun kom po nent lərinin modernləşdirilməsi potensialı, etibarlılıq, daşınma qabiliyyəti; • dəyəri daxil olmaqla bir sıra taktiki, texniki və iqtisadi tələblərin artırılması; • ekipajın döyüş maşınından kə ‐ narda olduğu hallarda atəş, müdafiə və hərəkət üçün uzaqdan idarəetmə sistemləri. 2018‐cu ildə ABŞ‐da MPF proqramı üzərində çalışmalar intensivləşdi. İstehsaldan əvvəlki nümunənin yekun seçiminin 2022‐ci ilə qədər başa çatdırılması planlaşdırılırdı. Proqramı çərçivəsində hazırlanan OADM‐lərin ABŞ Ordusu və Dəniz Piyadaları Korpusunun piyada bölmələrinə atəş dəstəyi təmin etmək üçün nəzərdə tutulur. OADM‐ lərin əsas tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorları olan döyüş birləşmələrində və ya hücum edən hissələrin döyüş birləşmələrinin arxasında, birbaşa atəşlə dəstəklənməsi planlaşdırılır. Beləliklə, 2018‐ci ildə MPF proqramı çərçivəsində hazırlanmış bütün döyüş maşınlarında İsrail istehsalı olan “Trophy” aktiv mühafizə sisteminin quraşdırılması barədə qərar qəbul edildi. Yeni OADM‐lərdə M1A2 SEPV2 “Abrams” tankının qülləsinin və 120 mm‐lik topun bir çox konstruktiv elementlərindən, həmçinin Böyük Britaniyanın AJAX zirehli maşınlar proqramı çərçivəsində hazır ‐ lan mış şassinin gövdəsindən, əsas komponentlərindən və birləşmələrindən istifadə olunacaq. ABŞ‐ın “General Dynamics” şir ‐ kətinin “Griffin” yüngül tankı əsasında hazırlanmış OADM sahədə logistika və texniki xidmət üçün nisbətən aşağı tələblərə malikdir. Hazırda qapalı olan FCS (“Future Combat Systems”) proq ‐ ramının tərkib hissəsi kimi hazırlanmış 120 mm‐lik XM360 hamar lüləli tank topu ilə təchiz edilmiş prototip yaradılıb. OADM‐in qülləsi alüminium ərinti ‐ lərindən hazırlanıb. Orta atəş dəstəyi maşını C‐17 “Globemaster III” təyyarəsi ilə daşınır. Təyyarənin yük hissəsində iki OADM sərbəst şəkildə yerləşdirilə bilər. Hətta əlavə zireh modulları və aktiv mühafizə kompleksi quraşdırılsa belə, bu, OADM‐in ümumi çəkisi 8‐10 ton artaraq 36‐38 ton olacaq. Bundan başqa, ABŞ‐ın “General Dynamics” şirkəti 2018‐ci ildə Avstriya və İspaniya birgə istehsalı olan ASCOD piyada döyüş maşını əsasında hazırladığı “Griffin II” döyüş texnikasını MPF proqramına təklif etdi. Sözügedən proqramın kalibr tələblərinə uyğun olaraq, “Griffin II” 105 mm‐lik M35 indeksli tank topu ilə yenidən işlənmiş şassisini özündə birləşdirdi. MPF proqramı üzrə prototiplərin hazır ‐ lanmasında “General Dynamics” ilə birlikdə “BAE Systems” şirkəti də seçilmişdi. “General Dynamics” ilk prototipini 2020‐ci ilin aprelində təqdim etdi. “BAE Systems”in atəş dəstəyi maşını M8 AGS təklifi 2022‐ci ilin martında diskvalifikasiya edildi. Beləliklə, “General Dynamics” 2022‐ci ilin iyununda MPF proqramı müsabiqəsində qalib gəldi və ilkin mərhələdə 96 ədəd “M10 Booker” adı verilən orta atəş dəstəyi maşınının istehsalı üçün 1,14 milyard dollar dəyərində müqavilə ilə təltif edildi. ABŞ Ordusu ümumilikdə 504 ədədə qədər “M10 Booker” OADM almağı planlaşdırır. 2023‐cü ilin iyununda “General Dynamics” şirkəti “M10 Booker”in ilk təqdimatını keçirib və bildirilib ki, “M10 Booker” atəş dəstəyi maşınının ilkin istehsalının ikinci mərhələsi üçün ABŞ Ordusu ilə 257,6 milyon dollarlıq modifikasiya müqaviləsi bağlanıb. Müqavilə əsasında 26 ədəd əlavə “M10 Booker” istehsal olunacaq. Almaniyada “Lynx” piyada döyüş maşınına (PDM) əsaslanan orta atəş dəstəyi maşını yaradılarkən, “Rheinmetall” şirkəti “Lynx KF41” PDM şassisindən istifadə edərək OADM‐i güclü orta çaplı silah, modul zireh müdafiəsi və təkmilləşdirilmiş güc bloku ilə təchiz edilməsinə dair konseptual qərar qəbul etdi. Bunun əsasında qısa müddətdə OADM yaradıldı və onun dəyəri adi layihənin hazırlanması ilə müqayisədə 30‐40% aşağı oldu. OADM‐ın əsas silahı 35 mm‐lik avtomatik toplardır. Topun effektiv atəş məsafəsi 3,0 km‐dir. Həmçinin, OADM iki ədəd tank əleyhinə idarəolunan raket (ATGM) buraxılış qurğusu ilə təchiz ediləcəkdi. “Marder” PDM‐ə əsaslanan ikinci layihə 105 mm‐ lik topla komplektləşdirilən OADM idi. Layihənin məqsədi şəhər şəraitində istifadənin səmərəliliyini artırmaq üçün silahlanma, mühafizə və komanda‐ kontrol baxımından OADM‐in xüsu siy ‐ yətlərini optimallaşdırmaq idi. Hazır ‐ lanmış OADM II‐nin döyüş çəkisi 32 tondan çox deyil. Layihənin hazır ‐ lanmasına 2007‐ci ildə başlanılıb və “M10 Booker”
sonrakı mərhələdə hərbçilər tərəfindən qoyulan tələblərə cavab vermədiyi üçün eksperimental modelə İsveçrənin RUAG şirkətinin 120 mm‐lik CTG‐120 tank topu quraşdırılıb. Bu istiqamətdə işlərin aparılması zərurəti “Leopard 2” PSO/MOUT tankının döyüş effektivliyini və şəhər şəraitində sağ qalma qabiliyyətini artırmaq üçün tətbiq edilən tədbirlərin istənilən nəticəni verməməsi ilə əlaqədar olub. Yeni texnikanın yaradılmasında əsas məqsəd hərtərəfli atəş dəstəyini təmin etmək və “Lynx KF41” PDM‐in tank əleyhinə imkanlarını həyata keçirmək olub. “Rheinmetall” şirkəti 2022‐ci ilin fevral ayında “Lynx 120” adlanan orta atəş dəstəyi maşınının təqdimatını keçirib. “Lynx 120” vizual olaraq “Leopard 2A7+” qülləsinin daha kiçik və yüngül versiyasına bənzəyir, lakin daha rasional formaya malikdir. DM120 proqramlaşdırıla bilən mərmi atmağa qadir olan 11 mm‐lik hamar lüləli top KF41‐də linza moduluna bənzər korpusa yerləşdirilib. Tüstü qumbaraatanları qüllənin kənarları boyunca iki cərgədə düzülüb. Qüllənin damında optik‐ elektron stansiya və uzaqdan idarə olunan 12,7 mm‐lik pulemyot yer ‐ ləşdirilib. Ekipajın situasiya haqqında məlumatlılığını əhəmiyyətli dərəcədə artıran əlavə avadanlıq, avtomatik hədəf aşkarlama və izləmə ilə 360° kameralar dəstindən ibarət universal müşahidə sistemidir. Həm qüllə, həm də gövdə üçün ballistik mühafizənin əsas səviyyəsi müştərinin ehtiyaclarından asılıdır və ekipajın təkbaşına yerləşdirə biləcəyi əlavə zireh modullarının quraşdırılması ilə artırıla bilər. Seçim kimi Almaniyanın AMAP‐ADS aktiv mühafizə kompleksi təklif olunur. “Lynx 120” orta atəş dəstəyi maşınının potensialı olaraq alman istehsalçısına yüngül tank tədarükü üçün Hindistan tenderində iştirak etməyə imkan verir. Qeyd edək ki, bu tenderdə Rusiya müdafiə sənayesi “Sprut‐SDM1” özüyeriyən tank əleyhinə silahla təmsil olunur. Yeni nəsil yüngül tank prototipləri Layihələndirmə baxımından, yeni nəsil yüngül tanklar – yüngül atəş dəstəyi maşınlarından (YADM) texniki görünüşünə və döyüş xüsusiyyətlərinə görə, 1995‐2018‐ci illər arasında Amerika konstruktorlarının hazırladığı M8 “Ridgeway”, “Stingray‐2”, habelə Türkiyənin “Otokar” şirkətinin “Tulpar” və FNSS şirkətinin “Kaplan” kimi nümünələrini göstərmək olar. Bu nümunələr “Zirehli döyüş sistemi” və “Gələcəyin döyüş sistemi” müsabiqə proqramları çərçivəsində hazırlanmışdır. “BAE Systems” şirkətinin istehsalı M8 “Ridgeway” yüngül atəş dəstəyi maşını arxa hissəsində mühərriki olan klassik bir quruluşa sahibdir. Əsas variantın döyüş çəkisi 18 ton, ekipajı 3 nəfərdir. Avtomatik yükləməli 105 mm çaplı topla təhciz olunub. Gövdə və qülləsi alüminium ərintilərindən hazırlanır. M8 yüngül tank layihəsinin yeniliyi hərbi əməliyyatların xarak ‐ terindən və şərtlərindən asılı olaraq üç səviyyəli ballistik müdafiənin tətbiqindən ibarətdir. Birinci səviyyə 14,5 mm çaplı zirehli deşici güllələrdən və 155 mm mərmi qəlpələrindən müdafiəni təmin edir. Müdafiə dəstinə epoksid qatran tətbiq olunan keramika plitələr daxildir. 1‐ci səviyyəli müdafiəsi olan tankın kütləsi təxminən 20 tondur. İkinci səviyyə, 30 mm‐lik topların mərmisini 30 dərəcə bucaq altında hərəkətinə qarşı mühafizənin təmin olunmasıdır. Qoruma dəstinə birinci səviyyəli qoruyucu elementlərin üstündə yerləşən zirehli titan təbəqələri daxildir. 1‐ci və 2‐ci səviyyələrin zireh və müdafiə elementlərinin kütləsi 5,5 tona çataraq maşının ümumi cəkisi 23,5 tona qədər artmışdır. Üçüncü səviyyə tank əlehinə əl qumbaraatan‐7 (TƏQ‐7) və TƏİR‐dən 90 dərəcə mühafizəni təmin edən dinamik mühafizə sistemidir. Dinamik mühafizə sisteminə zirehli qəfəs və partladıcı elementlər daxildir. Dinamik mühafizə sistemi gövdə və qüllədə yerləşdirilərək 3‐cü səviyyədə təmin olunaraq maşının kütləsi 26,4 tona qədər artmışdır. M8 yüngül tankının başqa bir yeniliyi qüllənin daxili məkanının iki bölməyə bölünməsidir. Komandir və tuşlayıcı sağda, avtomat doldurma isə solda yerləşdirilərək 30 mm zirehli bölmə sursat bölməsindən ekipajı ayırır. Sursatları avtomatik (konteyner) yüklənməsi sistemi ilə sursatı tanka sürəti 15 mərmi/dəq. olan yükləmək və boşaltmağı avtomatik cihazlardan istifadə edərək boşaltmaq imkanı təmin olunmuşdur. 1996‐cı ildə ABŞ Müdafiə Nazirliyi maliyyə ixtisarları səbəbindən M8 tankının hazırlanmasından və satın alınmasından imtina etmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, “BAE Systems” şirkəti MPF proqramı üçün 2015‐ci ildən başlayaraq M8 “Ridgeway”ı əhəmiyyətli dərəcədə yeniləndiyini və müasir döyüşün bütün parametrlərinə cavab verdiyini bildirir. ABŞ‐ın “Textron Systems” şirkəti tərəfindən ixrac bazarı üçün hazırlanmış xüsusi zirehli “Stingray‐2” yüngül atəş dəstəyi maşını “Stingray” yüngül tankının təkmilləşdirilmiş versiyasıdır. “Stingray‐ 2” YADM mühərriki arxa hissəsində olan klassik bir quruluşa sahibdir. Tankın döyüş cəkisi 26,3 ton, ekipajı 4 nəfərdir. “Stingray‐2” 36 atış sursatı ilə 105 mm çaplı topla təhciz olunmuşdu. Komandir, tuşlayıcı və yükləyici qüllədə, sürücü isə gövdənin ön hissəsində yerləş ‐ dirilmişdir. Qüllə və gövdənin 7,62 mm‐ dən 14,5 mm‐ə qədər zirehdələn güllələrdən yüksək sərtli zirehli polad təbəqələrlə mühafizəsi təmin olunub. Modernləşdirilmiş “Stingray‐2” yüngül tank versiyası, mühafizə, atəş gücü və hərəkətlilik xüsusiyyətlərini yaxşı ‐ laşdırmışdır. Əlavə zirehli modullar və mobil panellər quraşdırılaraq tankın mühafizəsi artırılmışdı. “Stingray‐2”nin atəşlə idarəetmə sistemi M1 “Abrams” tankının son modifikasiyasında olduğu kimi təkrarlanmış və dizel mühərrikinin 30 www.poliqon.az M8 “Ridgeway”
gücü 535 at gücündən 550 at gücünə qədər artıraraq hərəkətlilik yaxşı ‐ laşdırılmışdır. “Otokar” şirkətinin “Tulpar” yüngül atəş dəstəyi maşını tırtıllı zirehli maşının şassisi üzərində yaradılıb və “Otokar” tərəfindən “Altay” tankının hazır lan ‐ masında qazanılan qabqacıl təcrübədən geniş istifadə edilib. Region dövlətlərinin hərbi qurumlarının marağı ilə qarşılandığı bildirilən “Tulpar” yüngül tankı Belçikanın CMI şirkətinin istehsalı olan “Cockerill 3105” qülləsi ilə silahlandırılıb. Adıçəkilən qüllə avtomatik doldurulan 105 mm‐lik topa sahibdir. Top NATO kalibrli 105 mm çaplı mərmilərlə yanaşı CMI şirkətinin istehsal etdiyi 105 mm‐lik “Falarick” tank əleyhinə idarə olunan raketlərlə də atəş açır. “Cockerill 3105” qülləsində komandir və tuşlayıcı olmaqla 2 nəfər yerləşir. Tankın komandir və tuşlayıcı bölməsi müstəqil nişangahlara sahib olduğundan tankın tuşlayıcısı bir hədəfə atəş açdığı zaman, komandir eyni zamanda başqa hədəfləri axtara bilir. “Otokar” nümayəndələrinin sözlərinə görə, mövcud tanklarla müqayisədə “Tulpar” minaya qarşı qorumaya və yüksək manevr qabiliyyətinə malikdir. Döyüş maşınına müxtəlif aktiv qoruma sistemlərinin inteqrasiyası mümkündür. Yüngül tank komandir, tuşlayıcı və sürücü ilə yanaşı 2 əsgər götürə bilər. “Tulpar” yüngül tankının sınaqları uğurla tamamlanıb və seriyalı istehsala hazırdır. “Tulpar” platforması 530 kW, 720 at gücündə MTU 8V199 (16 litr, su soyutmalı, 8 silindir) turbodizel mühərrikə, 6 irəli, 4 geri ötürməki RENK HSWL 106 avtomat transmissiya ilə təchiz edilmişdir. Müstəqil burula bilən mil asqılara və hidravlik amortizatorla 7 vərdənəyə malikdir. 600 km gediş ehtiyatına sahib maşının maksimal sürəti 70 km/saat, geriyə 40 km/saat təşkil edir. 80 sm hündürlükdə dik maneələri, maksimum 2.6 m enində xəndəkləri keçə bilən maşın 60% maili və 40% yana maili ərazidə hərəkət etməyi bacarır. “Tulpar” 6x12V‐120Ah bağlı akkumulyatorla, sürücü bölməsi ön və arxa gündüz və termal görmə kameralarına malikdir. Yüngül tank həmçinin kondisioner, CBRN qoruma sistemləri, avtomatik yanğın söndürmə, GPS, avtomatik tırtıl dartma sisteminə, mina partlayışına dayanıqlı oturacaqlara sahibdir. Maşının alt hissəsi minaya qarşı qoruma üçün dizayn edilib. heyətin ayaqlarını partlayışın təsirlərindən qoruyan, partlayışın təsirini udacaq şəkildə xüsusi dizayn edilmişdir. “Tulpar”ın zirehinin gücləndirilməsi üçün imkanlar mövcuddur. Türkiyənin FNSS və İndoneziyanın “PT Pindad” şirkətləri tərəfindən İndoneziya Ordusu üçün birgə hazırlanan “Kaplan‐MT” yüngül atəş dəstəyi maşını istehsalçının məlumatına görə üstün ballistik və minaya qarşı qoruma sistemləri ilə təchiz edilib. NATO dövlətlərinin bənzər layihələrində istifadə edilmiş CMI şirkətinin istehsalı olan “Cockerill 3105” qülləsinin tətbiq edildiyi “Kaplan MT” yüngül tankı müxtəlif NPV mərmilərdən, o cümlədən idarəolunan tank əleyhinə raketlərə qədər geniş çeşiddə sursatlardan istifadə edə bilir. Tankın gövdəsinin arxa hissəsinə yerləşdirilmiş güc bloku isə müasir elektronik nəzarətli sistemlər iki relsli asqı ilə birləşdirilib. Yüngül tankın heyəti 3 nəfərdən ibarətdir. 711 at gücündə Caterpillar C13 dizel mühərriklə təchiz olunmuş “Kaplan MT” Allison / Caterpillar X300 tam avtomat transmissiyaya malikdir. “Kaplan MT” xüsusilə əsas döyüş tanklarının girməyə çətinlik çəkdikləri dağlıq, yüksək əngəlli ərazilərdə istifadə üçün nəzərdə tutulub. ‐32°C, +55°C temperaturlarda işləyə bilən maşının gediş ehtiyatı 450 km təşkil edir. Köməkci güc qurgusu isə akkumulyatoru enerji ilə təmin edərək maşın çalışmadığı halda qülləni idarə etməyə imkan verir. “Kaplan MT”nin müasir akkumulyatora nəzarət sistemi optimal güc idarəetmə və səssiz nəzarət qabiliyyətinə malikdir. FNSS şirkətinin mütəxəssislərinin sözlərinə görə, maşının daxili bölməsi heyətin erqonomikası və taktik şərtlər, silahdan istifadə, sursatın yüklənməsi, sürücülük və digər mühüm şərtlər diqqətə alınaraq dizayn edilib. Sürücü kreslosunun xüsusi dizaynı istifadəçinin yetərli bir müşahidə sahəsi əldə etməsi, kabinadakı bütün avadanlıqlara rahatlıqla çata bilməsinə imkan yaradır. “Kaplan MT” həmçinin müasir döyüş idarəetmə sistemi və lazer xəbərdarlıq sistemi ilə təmin edilib. Sürəti 70 km/saat təşkil edən atəş dəstəyi maşını 60% yamaclara qalxa, 30% yana meyilli hərəkət edə bilir, habelə 90 sm dik maneələri və 2 metr enində xəndəkləri dəf etməyi bacarır. 360 dərəcə ətrafı müşahidə etməyə imkan verən müşahidə sistemi, xarici güc qurğusu, naviqasiya qurğusu, döyüş sahəsi idarəetmə sistemi ilə təchiz edilib. “Kaplan MT”nin ballistik qoruması STANAG 4569 Level 4 müəy ‐ yən olunub. Bu səviyyəni əlavə zireh hesabına Level 5‐ə qədər gücləndirmək mümkündür. Gövdə altında 10 kq TNT partlayışına davam gətirir. Yüngül tankların yeni nəsil konsepsiyası Mütəxəssislər yüngül tankların yeni nəsil konsepsiyasını işləyərkan 1970‐ ci illərdə istehsal olunan ümumi zirehli tank texnikaların (ZTT) yaradılma proqramının əsas qaydalarına istinad etmişdi. Xarici materiallarda qeyd olunur ki, yüngül tankların yeni prinsipinin hazırlanması üçün əsas dünyadakı hərbi‐ siyasi şəraitdə baş verən dəyişikliklər, habelə müasir döyüş meydanında ZTT‐ nin qorunması, dayanıqlıq qabiliyyətinin, döyüş kütləsinin, ümumi ölçüsünün, o cümlədən istehsal, təmir və istismar xərclərini azaltmaq ücün hərbicilərin tələbinin təmin edilməsində, texniki və iqtisadi tapşırığın yerinə yetirilməsində 31 “Stingray”
yaradıcılar əhəmiyyətli elmi texniki cətinliklərlə qarşılaşmışdılar. Yeni yüngül tankların layihələn dir ‐ məsi konsepsiyasının ayrı‐ayrı müd ‐ dəaları, ZZT‐nin daxili avadan lıqlarının, xüsusən də elektron cihazların mürək ‐ kəbliyinin ziddiyyətləri və uyğun ‐ suzluqlarının həllinə yönəldilmişdir. Son bir neçə onillikdə sadə taktiki tapşırıqlarla lokal müharibələrdə və silahlı qarşıdurmalarda ilk növbədə yüngül tanklar tərəfindən kəşfiyyat tap ‐ şı rıqlarının yerinə yetirilməsində, ka ‐ lonların qorunması, patrul və qoşunların müşayiəti üçün istifadə ediləcəyi düşünülürdü. Yüngül tankların partlayıcı qurğularа qarşı müxtəlif növ yüksək qoruyucularla təmin olunması yuxarıda göstərilən tapşırıqları uğurla həll edə bilmək imkanına malik ola bilərdi. Lakin, yüngül tankların kütləvi istehsalı ol ‐ madağı ücün bəzilərinin inkişaf proqramı dayandırılmışdır. Baxmayaraq ki, hərbi mütəxəssislər belə bir əvəzetmənin tam olmadığını qəbul etməmişdi. Bu tapşırığa döyüş meydanında tank və piyada bölmələrin atəş dəstəyi əlavə edildikdə vəziyyət dəyişmişdi. Bu tip maşınların böyük çaplı silahlarla təchiz edilməsinə, habelə komanda idarə ‐ edilməsinə və hərəkətliliyinə daha çox diqqət yetirməyə başlanmışdır. Bununla yanaşı, bu cür maşınların zirehinin qorunması üzrə çatışmazlığı əhəmiyyətli dərəcədə coxlu sayda konstruktiv tədbirlərin həyata keçirilməsini tələb edirdi. Tankın texniki görünüşündə köklü dəyişikliklər perspektivli maşınların qorunması, atəş gücü, hərəkətliliyi və xüsusilə komanda idarəedilməsi sa ‐ həsində bir çox innovasiya tex no lo gi ‐ ya sının yaradıl ma sından sonra, 2000‐ci illərin əvvəllərində tətbiqinə başlanmışdı. Yüngül tank konsepsiyası əvvəllər mövcud ZTT növlərinin üzərinə qo ‐ yulanlarda daxil olmaqla həll ediləcək taktiki tapşırıqların dairəsini ge ‐ nişləndirməklə yeni bir inkişaf istiqaməti almışdı. Nəticədə, müdafiənin və dayanaqlıq qabiliyyətinin əhəmiyyətli gücləndirilməsi, həmçinin tankın digər döyüş xüsusiyyətlərinin zəruri artırılması barədə qərar qəbul edilmişdi. Yeni nəsil yüngül ZDM‐lərin sürətli inkişafı gələcək müharibələrdə nəzəri prinsiplərin işlənməsi üçün növbəti təkan vermişdi. Yeni nəsil yüngül tankların yara ‐ dılmasının müasir mərhələsinin xa ‐ rakterik bir xüsusiyyəti proqramın hərbi‐ nəzəri dəstəyidir. Bu cür konsepsiyaların hazırlanmasında və nəzəri əsas lan dırıl ‐ masında iştirak edən hərbi mü təxəssislər iddia edirlər ki, yüngül və orta kate ‐ qoriyalı ZDM‐lər hücum və müdafiə hərəkətləri apararkən tank və piyada bölmələrilə atəş dəstəyi problemlərini, kəşfiyyat tapşırıqlarını patrul, kalon müşayiətini, mühafizəsini effektiv şəkildə həll edə bilərlər. Təyinata uyğun olaraq, yeni nəsil yüngül tankları olan bölmələrin ağır ZTT üçün keçilməz ərazilərdə, eləcə də zəif, yaşayış olmayan yolların və kiçik yükgötürmə qabiliy yətinə malik kör ‐ pülərdə istifadə edilməsi planlaşdırılır. Yüngül tank konsepsiyasının müasir bir versiyasının hazırlanması Amerika və Avropa tank istehsalı üçün yeni bir addım deyildir. Bənzər vəzifələr 1995‐ 2012‐ci illər arasında ABŞ və Almaniya Quru Qoşunlarının rəhbərliyi tərəfindən həll edilmişdir. Bu tapşırığın yerinə yetirilməsinin bu gün yeniliyi qabaqcıl hərbi‐elmi və texniki‐iqtisadi nəzəriy ‐ yələrdən istifadə etməkdən ibarətdir. Daha yüksək elmi səviyyədə yeni yara ‐ dılan yüngül tanklar texniki görünüşünü, döyüş xüsusiyyətlərini və gələcək müharibələrdə tətbiqi konsepsiyasını əsaslandırmağa qadirdir. Yeni nəsil yüngül tankların texniki görünüşü hal‐hazırda, yaradıcıların əsas səyləri maşının qorunması, davamlılığı və hərəkətliliyi səviyyəsini artırmağa yönəldilmişdir. Atəş gücü və komanda idaarəedilməsi ilə əlaqəli problemli tapşırıqların həlli, əsasən həll edilmiş və konstruktor sınaqları başaçatma mərhələsindədir. Məqalənin birinci hissəsində dün ‐ yanın qabaqcıl ölkələrində yüngül tank ‐ ların yaradılmasının perspektivli konsepsiyaları haqqında məlumat verilmişdi. Məqalədə həmçinin Ame ri ‐ kanın və Avropanın yeni nəsil çox ‐ məqsədli zirehli döyüş maşınlarının hərtərəfli proqramının əsas müddəaları vurğulanıb. Araşdırmalar göstərir ki, son illər dünyada yüngül tanklara tələb yaranmaqdadır. Xüsusilə də böyük qabaritli tankların manevr imkanlarının məhdud olduğu ərazilərdə tanklara və piyadalara atəş dəstəyinin verilməsində bu tip texnikalara ehtiyac yaranır. Bunu nəzərə alaraq, POLİQON jurnalının növbəti sayında yüngül tank sahəsində digər istehsalçıların oxşar döyüş maşınlarına da diqqət ayrılacaq. Yüngül tankların mühafizə dayanaqlığı, manevr qabiliyyəti, atəş gücü, komanda ida ‐ rəedilməsi, habelə onların ümu ‐ miləşdirilmiş göstəriciləri haqqında bəhs olunacaq. “Kaplan‑MT”
ADEX sərgisi Azərbaycan Res ‐ publikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı isə “Caspian Event Organisers” şirkətidir. Tədbiri müxtəlif ölkələrin yüksək rütbəli şəxsləri ziyarət edir. Ənənəvi olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADEX və “Securex Caspian” sərgiləri ilə tanış olur. 2022‐ci ildə təşkil edilmiş sərgilərin açılış mərasimində isə ölkə başçısı ilə yanaşı, Azərbaycanın müdafiə naziri, general‐polkovnik Zakir Həsənov və Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edib. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrə aid xərclər dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2022‐ ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri üçün dövlət büdcəsindən 5 milyard manatdan çox vəsait ayrılıb. 2023‐cü ilin dövlət büdcəsində isə bu istiqamətdə olan xərclər üçün 5,3 milyard vəsait təsdiq olunub. Bu da ötən illə müqayisədə 200 milyon manat, 2021‐ ci illə müqayisədə isə 17,1 faiz çoxdur. ADEX sərgisi Azərbaycanın və dünya şirkətlərinin hərbi‐sənaye kom pleks ‐ lərinin gücü və qüdrətinin genişmiqyaslı nümayişi, hərbi‐texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyət, təcrübə mübadiləsi və səmərəli əlaqələrin qurulmasına şərait yaradır. Tədbiri ziyarət edən peşəkarlar müxtəlif ölkələri təmsil edən şirkətlərin təqdim etdiyi müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycanın güc strukturlarının satınalma potensialı ilə tanış ola biləcəklər. Bu sərgi dəniz, hava və quru qo ‐ şun ları üçün nəzərdə tutulmuş məh sul ‐ ların, eləcə də milli təhlükəsizlik (Homeland Security) məhsullarının təq ‐ dim edilməsi üçün ideal platformadır. Bununla yanaşı, ADEX sərgisi sektorun iştirakçıları, ziyarətçiləri və ekspertləri arasında təcrübə mübadiləsinə, o cüm ‐ lə dən məhsulların regional müdafiə sə ‐ nayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaradır. Qeyd edək ki, bundan əvvəl ke çi ‐ rilmiş ADEX‐2022 sərgisini dünyanın 33 ölkəsini təmsil edən 33 hərbi nümayəndə heyəti, o cümlədən 150 rəsmi nümayəndə ziyarət edib. Sərgidə 208 şirkət və 10 milli qrup təmsil olunub, eləcə də 8967 peşəkar ziyarətçi iştirak edib. Sərgini ziyarət edən yüksək rütbəli qonaqlar arasında Türkiyənin Baş Qərargah rəisi, Bosniya və Herse ‐ qovinanın müdafiə naziri, Belarusun müdafiə naziri, Qazaxıstanın müdafiə nazirinin müavini, Ruandanın müdafiə naziri və digər rəsmilər yer alıb. Növbəti il baş tutacaq ADEX‐2024 sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli nəqliyyat vasitələri, hərbi labo ‐ ra toriyalar, hərbi təhsil müəssisələri, logistika xidmətləri, radioelektron sistemlər, C4ISR, optik‐elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və digər sektorların təmsil olunması planlaşdırılır. ADEX ilə paralel olaraq keçiriləcək “Securex Caspian” 14‐cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Sərgisində hüquq‐mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazi ‐ matların, kompleks mühafizə sis tem ‐ lərinin və silahların perspektivli mo ‐ delləri nümayiş etdiriləcək. Habelə, “Securex Caspian‐2024” sərgisində ekspert‐kriminalistika vasitə və sistemləri, əməliyyat‐axtarış ava ‐ danlıqları, girişə nəzarət və idarəetmə sistemləri, informasiya təhlükəsizliyi, mühafizə xidmətləri, qəza‐xilasetmə vasitə və avadanlıqları, təhlükəsizlik sahəsində təhsil, video‐müşahidə sistemləri, xüsusi geyim və avadanlıqlar, yanğın təhlükəsizliyi avadanlığı və s. bölmələrin təqdim olunması planlaşdırır. “Securex Caspian‐2024” sərgisi Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən dəstəklənir. Sərgi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək edən bir platformadır. Qeyd edək ki, sərgilər haqqında ətraflı məlumatı www.adex.az və www.securexcaspian.az rəsmi internet saytlarından və sosial şəbəkələrdən əldə etmək olar. 33 Azərbaycan 5‑ci ADEX sərgisinə hazırlaşır 2024‑cü ildə Azərbaycan regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan ADEX Beynəlxalq Müdafiə Sərgisinə ev sahibliyi edəcək. 24‑26 sentyabr tarixlərində təşkil ediləcək sərgi 5‑ci yubileyini qeyd edəcək. ADEX sərgisi ilə paralel olaraq, 14‑cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Sərgilər Bakı Ekspo Mərkəzində təşkil ediləcək.
Bəziləri ilk dəfə olmaqla, 137 ölkədən 5400‐dən çox iştirakçının qatıldığı “IAC‐2023 Baku” konqresində kos mosa olan maraqlarını nümayiş etdirən kosmos həvəskarları bu sek ‐ torda ən son nailiyyətləri və inkişafları müzakirə etmək imkanı əldə etdilər. Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) və Beynəlxalq Astro ‐ navtika Federasiyasının (International Astronautical Federation (IAF)) təş ‐ kilatçılığı ilə keçirilən tədbir Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mər ‐ kəzi və Sərgi Pavilyonundan ibarət Bakı Konqres Kompleksində baş tutdu. Bu tədbir üçün Bakı Konqres Kompleksin ərazisində 8 min kvadratmetr sahədə inşa edilən müvəqqəti Sərgi Pavilyo ‐ nunda 36 ölkədən 150‐dən çox təşkilat və şirkət təmsil olundu. “IAC‐2023 Baku” konqresində kosmik sahənin aparıcı qurumlarından ABŞ‐ın NASA Milli Aeronavtika və Kosmos Administrasiyası, “Space X” və “Lockheed Martin” şirkətləri, Çinin CSA Astronavtika Cəmiyyəti, Yaponiyanın JAXA Astronavtik Tədqiqatlar Agentliyi, İtaliyanın ASI Kosmik Agentliyi və “Telespazio” şirkəti, Hindistanın ISRO Kosmik Agentliyi, Fransanın CNES Milli Kosmik Tədqiqatlar Mərkəzi, Avropa mərkəzli “Airbus” şirkəti, Kanadanın INO İnnovasiya Mərkəzi, Türkiyənin TUA Kosmik Agentliyi və digər qurumlar, müxtəlif ölkələrdən şirkət və agentliklər yer alıb. “IAC‐2023 Baku”da ən çox şirkətlə təmsil olunan, qardaş Türkiyənin milli pavilyonu olub. Kon qresdə Türkiyənin ASELSAN, ROKETSAN, STM, TUSAŞ, TÜRKSAT, “CTech”, TÜBİTAK BİLGEM, PROFEN və digər şirkətləri iştirak edib. Beynəlxalq Astronavtika Kon ‑ qresinin açılışı Bakı Konqres Mərkəzində 74‐cü Beynəlxalq Astronavtika Konqresinin təntənəli açılış mərasimi keçirilib. 50 ildən sonra Bakı ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinin həyəcan və sevincini yaşayıb. “IAC‐2023 Baku” konqresinin açılış mərasimində Azər ‐ bay can Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Daha sonra tədbir iştirakçılarını salamlayan Bey ‐ nəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri 50 il sonra konqresin təkrar Bakıda keçiril mə ‐ sindən məmnunluğunu ifadə edib və bunun Azərbaycan kosmik sənayesinin tarixində önəmli hadisə olduğunu qeyd edib. Klay Mouri 1973‐cü ildə Bakıda keçirilmiş 24‐cü Beynəlxalq Astro ‐ navtika Konqresində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin astronavtlarla çəkdirdiyi, kosmosda nümayiş edildikdən sonra geri gətirilən fotoşəkil və digər atributlardan ibarət xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib. Açılış mərasimində 1973‐cü ildə Bakıda keçirilmiş 24‐cü Beynəlxalq Astronavtika Konqresi və Azərbaycan haqqında videoçarxlar nümayiş etdiri ‐ lib. Beynəlxalq Astronavtika Fede ra ‐ siyasının tanıtım videoçarxı təqdim olunub. Sonra, Çinin Milli Kosmik Stan ‐ siyasının astronavtlarının video mü ra ciə ‐ ti olub. Daha sonra, Beynəlxalq Kos mik Stansiyanın astronavtlarının video ‐ müracəti dinlənilib. Tədbir çər çivə sin ‐ də Beynəlxalq Astronavtika Fe de ra ‐ siyasının mükafatları təqdim olunub. Açılış mərasimində 3200‐dən artıq qonaq iştirak edib. Onların sırasında 34 www.poliqon.az “IAC‑2023 Baku” 74‑cü Beynəlxalq Astronavtika Konqresi ?Zaur Babaşov, Elşən Abdulkərimov 2023‑cü ilin 2‑6 oktyabr tarixlərində “Qlobal çağırışlar və imkanlar: kos‑ mosa şans verək” şüarı altında Azərbaycanda keçirilən “IAC‑2023 Baku” 74‑cü Beynəlxalq Astronavtika Konqresi astronavtlar, alimlər, tədqiqatçılar, akademiklər, sənaye nümayəndələri, habelə investorlar, jurnalistlər, gənc mütəxəssislər və tələbələr də daxil olmaqla qlobal kosmik ictimaiyyəti bir araya gətirdi.
qlobal kosmik ictimaiyyətin nüfuzlu nümayəndələri, ABŞ, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Yaponiya, İtaliya, Böyük Britaniya, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qaza xıs ‐ tanın kosmik agentliklərinin, şir kət ‐ lərinin təmsilçiləri, Beynəlxalq Te le ‐ kommunikasiya İttifaqı, BMT‐nin Kos ‐ mik fəzanın sülh məqsədləri üçün istifadəsi üzrə komitəsi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) rəhbər heyəti olub. 74‐cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi də təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev sərginin açılışında iştirak edib. Sərginin rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra iştirakçı şir kət ‐ lərin stendləri ilə tanışlıq olub. Dövlət başçısı Türkiyə Kosmik Agentliyi, Səu ‐ diyyə Ərəbistanı Kosmik Agentliyi, ABŞ Milli Aeronavtika və Kosmos Adminis ‐ trasiyası (NASA), Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, “Israel Aerospace Industries” şirkəti, İtaliya Aeronavtika və Astronavtika Assosiasiyası və Çin Astronavtika Cəmiyyətinin stendlərinə baxıb. Azərbaycanın elmi məqalələri rekord qırdı Konqresə 95 ölkədən 3600‐dən çox elmi məqələ təqdim edilib. Qeyd edək ki, bu il Azərbaycandan təqdim olunan məqalələrin sayı 214 elmi məqalə ilə rekord həcmdə olub. Azərbaycan ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ol ‐ maqla ilk beşlikdə yer alıb. Bu rəqəm əslində ölkəmizdə kosmos sahəsində elmi nəticələrin beynəlxalq plat for ‐ malarda nümayiş olunması isti qa mə ‐ tində gənclərimizin qazandığı nailiy yət ‐ lərin davamı kimi qiymətləndirilə bilər. “IAC‐2023 Baku”da bütün dünya ‐ dan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclərin kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə iştirak və çıxış etmək imkanı olub. Konqresdə Mars və Aya gediş‐ dönüş missiyaları, “James Webb” Kos ‐ mik Teleskopunun bəşəriyyətə töhfəsi, “Global Networking Forum” kimi maraqlı panel müzakirələri, dəyirmi görüşlər, interaktiv sessiyalar və zəngin proqramları ilə Bakı Konqresi dünyanın yeni kosmik tendensiyalarını gün ‐ dəmdə saxlayıb. AzTU professorunun məruzəsi maraqla qarşılandı Azərbaycan Texniki Universitetinin (AzTU) Mexanika kafedrasının müdiri professor Valeh Baxşəli Bakının ev sa ‐ hibliyi etdiyi 74‐cü Beynəlxalq Astro ‐ navtika Konqresində çıxış edib. Onun “Dəyişən kütləli raket sisteminin mexaniki hərəkətinin dinamik analizi” mövzusunda məruzəsi konqresin proq ‐ ramına və məqalələr haqqında in for ‐ masiya panelinə daxil edilib. AzTU professoru həmçinin yerli və xarici iştirakçılara universitetdə aparılan elmi‐tədqiqat işləri haqqında da geniş mə lumat verib və sualları cavab ‐ landırıb. “Azersky‑2” peyki Azərbaycanda istehsal olunacaq “IAC‐2023 Baku” konqresinin Azər ‐ baycan üçün ən əhəmiyyətli hadi səsi “Azərkosmos” QSC ilə İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əmək ‐ daşlıq müqaviləsinin imza lanması oldu. Müqaviləyə əsasən “Azersky‐2” proq ‐ 35 “Azərkosmos” ilə IAI arasında əmək daşlıq müqaviləsinin imzalanması mərasimi
ramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro‐ optik sensora malik müşahidə peykləri olacaq. Peyk qrup laşmasının ilk pey ‐ kinin layihə ləndirilməsi, yığılması, inteqrasiyası və sınağı Azərbaycanlı mütəxəssislərin iştirakı ilə IAI tə ‐ rəfindən aparılacaq. “Azersky‐2” proq ‐ ramı ölkədə Yer səthinin müşa hidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı biznes baxımından da yeni səhifə açacaq, o cümlədən Azər baycanda kos ‐ mik ekosistemin daha da inkışafına xidmət edəcəkdir. İsrailli mütəxəssislər, həmçinin Azərbaycanda qurulacaq Peyk lərin inkişafı mər kə zinin layihə ‐ ləndirilməsində də “Azər kos mos”a dəs ‐ tək göstərəcək. Azərbaycanlı mütə ‐ xəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazır lan masına imkan verəcək. IAI şirkəti sözügedən proqram çərçivəsində Azərbaycanda “Azersky‐2” sisteminin idarə edilməsi və istismarı üzrə bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyk ‐ lər 2026 və 2028‐ci illərdə orbitə bu ‐ raxılacaq. Peyki orbitə qaldıracaq da ‐ şıyıcı raket isə növbəti aylarda məlum olacaq. “Azərkosmos” QSC‐nin İdarə He ‐ yətinin sədri Saməddin Əsədov bildirib ki, bu layihə həm “Azərkosmos”, həm də “İsrael Aerospace Industries” şirkəti üçün unikal xarakter daşıyır və şüb ‐ həsiz ki, Azərbaycan və İsrail arasında kosmik sahədə əməkdaşlığın inkişafına töhfə verəcək: “Əməkdaşlığımızı ölkədə insan kapitalının, kosmik tex no lo ‐ giyaların inkişafında mühüm addım hesab edirəm. İmzalanan müqavilənin dəyəri kommersiya sirri olduğu üçün açıq lamaq istəmirəm. Amma onu deyə bilərəm ki, peyklərin dəyəri ucuzdur”. 74‐cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı “Azər kos ‐ mos”un İdarə Heyətinin sədri Sa ‐ məddin Əsədov bildirib ki, Azərbaycan 2030‐cu ildən sonra Aya və Marsa missiya göndərməyi düşünə bilər. Onun sözlərinə görə, Azərbaycan son 10 ildə kosmosa 600 milyon dollar investisiya qoyub. Sədr qeyd edib ki, bu gün İsrail ilə kosmik peykin orbitə çıxarılması ilə bağlı bağlanan müqavilə ilə yanaşı, Azərbaycan hökuməti kosmos proq ‐ ramını davam etdirəcək. “Gələcəkdə bölgədə xidmət sfe ‐ rasını genişləndirmək üçün tele kom ‐ munikasiya peyki buraxmağı dü şü nü ‐ rük. 2030‐cu ildə Aya və Marsa missiya göndərməklə bağlı dü şü nəcəyik”, ‐ deyə Saməddin Əsədov vurğulayıb. Bu ilin sonuna qədər kosmosa uçuşları planlaşdırılan Türkiyənin ilk kosmonavtları Alper Gezeravcı və Tuva Cihangir Atasevər ilə “IAC‐2023 Baku” konqresində maraqlı və yaddaqalan görüşlər keçirilib. Qeyd edək ki, Alper Gezeravcı Hərbi Hava Qüvvələrində böyük uğurlar qazanmış qəhrəman türk pilotudur. O, Beynəlxalq Kosmik Stan ‐ siyada 14 gün qalacaq. Ehtiyat kos ‐ monavt seçilən Tuva Cihangir Atasevər isə ROKETSAN‐da sistem mühəndisidir. Başqa bir qürurverici məqam da odur ki, Tuva Cihangir Atasevər Azərbaycan əsillidir. Türkiyənin ilk kosmonavtları kos ‐ mosa olan səyahətləri haqqında fi kir ‐ lərini POLİQON hərbi‐kosmik texnoloji jurnalının əməkdaşı ilə bölüşüb. Alper Gezeravcı bildirib ki, Türki ‐ yənin ilk kosmonavtları olmaq, belə bir missiyanı yerinə yetirmək son dərəcə qürurvericidir: “Kosmosa səya hətlə bağlı həyəcanlanmırıq. Çünki, bu layihənin, bu tapşırığın psixoloji ha ‐ zırlıqlarını çoxdan görmüşük. Yalnız bir hiss var, xoşbəxtlik və qürur hissi, bu hiss bu günə qədər zərrə qədər də azalmayıb. Türkiyə Cümhuriyyətinin ilk 100 illiyini geridə qoyaraq, ölkəmizin gələcək nəsillərinə xəyallarının sər həd ‐ lərini kosmosun dərinliklərinə daşıya bilmək imkanı verəcək belə bir mis ‐ siyada nümunə olmaq son dərəcə sevindiricidir”. Türkiyənin Azərbaycan əsilli kosmo navtı Tuva Cihangir Atasevər “IAC‐2023 Baku” konqresi çərçivəsində kosmonavtlarla görüşdə bildirib ki, süni intellekt çox sürətlə inkişaf edir və onun insan kimi, yaxud da ona yaxın şəkildə düşünməsi və işləməsi son illərin təcrübəsidir. Önun sözlərinə görə, süni intellektdən istifadə etməklə kosmik tədqiqatları asanlaşdırmaq olar. “Hesab edirəm ki, həm insanların, həm də robotlarla birlikdə təşkil edilən missiyalarda süni intellektdən istifadə etmək lazmdır. Bu isə təbii ki, təd ‐ qiqatların asanlaşmasına geniş şərait yaradacaq”. Tuva Cihangir Atasevər Bakıda keçirilən 74‐cü Beynəlxalq Astronavtika Konqresi haqqında da fikirlərini bölü ‐ şüb: “Dünyanın ən böyük kosmik kon ‐ qre sinin mənim ana yurdum olan Azərbaycanda keçirilməsi və qısa müd ‐ dət sonra kosmosa uçacaq kosmonavt olaraq, burada iştirakım qürurvericdir”. “IAC‑2023 Baku”da 55 təşkilat IAF‑a yeni üzv seçildi İkinci Dünya müharibəsindən son ‐ ra, “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951‐ci ildə yaradılan IAF Beynəlxalq Astronavtika Federasiyası sülh məq ‐ sədləri ilə kosmik tədqiqat və fəaliy ‐ yətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qu ‐ rumlar arasında qlobal şəbəkə yaradır. Hər il IAF konfrans, texniki sessiyalar, 36 www.poliqon.az “IAC‑2023 Baku” konqresində Türkiyənin ilk kosmonavtları ilə maraqlı və yaddaqalan görüşlər keçirilib
quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460‐dan çox üzvü var. Azərbaycan 2003‐cü ildən Federasiyanın üzvüdür. “IAC‐2023 Baku” konqresinin yüksək səviyyədə təşkil olunduğundan POLİQON hərbi‐kosmik texnoloji jur ‐ nalına danışan Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kris ‐ tian Faytinger bildirib ki, konqres daxilində sərgilər, plenar zallar, maraqlı mövzular, texniki sessiyalar, bir sözlə hər tədbirin çox rahat şəkildə ke ‐ çirilməsi təşkil edilib. K.Faytinger Beynəlxalq Astro nav ‐ tika Konqresinin 50 ildən sonra yenidən Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bütün kosmos sek ‐ torunu yenidən bir araya gətirən Azər ‐ baycan adına layiq yüksək səviyyədə ev sahibliyi edib: “74‐cü Bey nəlxalq Astro ‐ navtika Konqresi bütün nümayəndələri öz elmi məqalələrini və sessiya tək ‐ liflərini təqdim etməklə sər hədləri aşmağa və kosmosun sonsuz imkan ‐ larını araşdırmağa təşviq etdi. Bununla yanaşı, Bakıda keçirilən konqres çərçivəsində 55 yeni üzv təş ‐ kilat bizimlə əlaqəsini dərin ləş dir məyi və üzvlük vasitəsilə daha güclü əmək ‐ daşlığın əsasını qoymağı seçdi”. Kosmosa uçuş proqramlarında Azərbaycan astronavtları birinci ola bilər 74‐cü Beynəlxalq Astronavtika Konqresinin təşkilatçılığını “Azər ‐ kosmos”la birlikdə etdiklərini qeyd edən IAF‐ın icraçı direktoru “Azər ‐ kosmos”la gələcəkdə də əməkdaşlığa müsbət yanaşdıqlarını, birgə tədbirlər həyata keçirmək üçün bir sıra planları olduğunu deyib. K.Faytinger kosmik aparatların və raket texnikasının yaradılması, kos ‐ mosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər gös ‐ tərmiş, hərbi xadim general‐leytenant Kərim Kərimovu da xatırlayıb. “Həyatımın çox hissəsini əhatə etdiyi üçün Sovet dövrünü, o cümlədən Azərbaycanın kosmos tarixini yaxşı bilirəm. Həm ilk canlının, həm də ilk insanın kosmosa səyahətinin hazır lan ‐ masında azərbaycanlı Kərim Kəri ‐ movun böyük xidmətləri olub. Bundan başqa, SSRİ miqyasında kosmik gə mi ‐ lərin qurulmasında və tədqiqatların aparılmasında daha bir neçə azər ‐ baycanlı alim və mütəxəssisin rolunu qeyd etmək olar. Onlardan biri, SSRİ Azərbaycan kosmonavtı Musa Ma ‐ narovu göstərmək olar. Musa Manarov azərbaycanlı ilk kosmonavtdır. Belə bir şəxsiyyətlər yetişdirən, zəngin tarixə malik olan Azərbaycanın gələcəkdə də mütləq kosmonavtları olacaq. Təbii ki, bunun üçün beynəlxalq təcrübə və əməkdaşlıq çox önəmlidir. Bu gün bir çox yeni yaranan kosmik missiyalar, insanların kosmosa uçuş proq ram ‐ larında Azərbaycan astronavtlarının birinci ola biləcəyi mümkündür”, ‐ deyə IAF‐ın icraçı direktoru K.Faytinger vurğulayıb. Çin Aya beynəlxalq kosmik gəmilər göndərməyə hazırdır 74‐cü Beynəlxalq Astronavtika Konqresində çıxış edən Çin Milli Kosmik Administrasiyasının (CNSA) Ay Tədqiqatları Proqramı Mərkəzinin mütəxəssisi Vanq Qionq deyib ki, Çin digər dövlətlərin və beynəlxalq təş ki ‐ latların “Change 8” kosmik proq ramın ‐ da iştirakını alqışlayır və öz kosmik gəmilərini Ayın səthinə çatdırmağa hazırdır: “Beynəlxalq ictimaiyyətlə əməkdaşlıq imkanları açıqdır. Biz beynəlxalq tərəfdaşları birgə əməliy ‐ yatlar aparmağa dəvət edirik”. CNSA nümayəndəsi bildirib ki, ÇXR missiyası digər ölkələrdən kosmik gəmiləri Aya çatdıra biləcək və burada onlar çinli həmkarları ilə müxtəlif səviyyələrdə qarşılıqlı əlaqədə öz təd ‐ qiqatlarını davam etdirə biləcəklər. Onun sözlərinə görə, missiya səviy yə ‐ sində fəaliyyətlər zamanı Çin və beynəlxalq ictimaiyyətin nü ma yən də ‐ ləri bir‐biri ilə qarşılıqlı əlaqədə olan öz yerüstü nəqliyyat vasitələri ilə Ayın səthini birgə tədqiq edə biləcəklər. Qeyd edək ki, daha əvvəl “Space: Science & Technology” elmi jurnalında dərc olunan məqalədə Çin Elmlər Aka ‐ demiyasının Kosmik Elm Mərkəzinin və CNSA Ayın Kəşfiyyat Proqramının Mühəndislik Mərkəzinin mütəxəssisləri 2024‐cü ildə Ayın uzaq qütbündən torpaq nümunələri toplamaq üçün “Change 6” aparatının orbitə bu ra ‐ xılacağını bildirmişdilər. “Change 7” kosmik gəmisinin isə 2026‐cı ildə cənub qütb zonasına enməsi plan ‐ laşdırılır. “Change 8” Beynəlxalq Ay Tədqiqat Stansiyasının əsas modelini yaratmaq üçün təxminən 2028‐ci ildə kosmosa buraxılacaq. 37 Kris tian Faytinger
“IAC‐2023 Baku” çərçivəsində POLİQON hərbi‐kosmik jurnalı olaraq ASELSAN‐ın baş direktorunun kommu ‐ nikasiya və informasiya texnologiyaları üzrə müavini Mustafa Yaman ilə görüşüb, təmsil etdiyi şirkətin kosmik texnologiya həlləri, habelə kosmik peyk rabitəsinin yer və istifadəçi seqmentləri haqqında ətraflı məlumat aldıq. 74‐cü Beynəlxalq Astronavtika Konqresində, Azərbaycanda olmaqdan son dərəcə məmnun olduğunu ifadə edən M.Yaman bildirib ki, ASELSAN hazırda beş sektorda fəaliyyət göstərir: Kommunikasiya və İnformasiya Texno ‐ logiyaları; Radar və Elektron Müharibə sistemləri; Mikroelektron Tuşlama və Elektro‐Optik sistemləri; Müdafiə Sistem Texnologiyaları; Nəqliyyat, Təhlükəsizlik, Enerji və Səhiyyə sistemləri. “ASELSAN‐da kosmos çalışmaları və kosmosa yönəlik çalışmalar Kom mu ‐ nikasiya və İnformasiya Texnologiyaları Sektor Başqanlığının nəzdində aparılır. Bu sahə ASELSAN üçün xüsusi bir sahədir. Bu sahədə xüsusilə gələcəyə yönəlmiş texnologiyalar formalaşır. Belə ki, ASELSAN bu günə qədər kosmosda da olan bəzi avadanlıqlar hazırlayıb. ASELSAN təxminən 20 il əvvəl kosmos çalışmalarına başlamış və bu sahədə həm kosmos sektorunda, həm də yerdə istifadəçi terminalları kimi sistemlər inkişaf etdirir. Kosmosdakı sistemlərə nəzər salsaq, indiyə qədər “Türksat 5B” peykinə iki ədəd avadanlıq layihələndirmiş, inkişaf etdirmiş, istehsal etmiş və inteqrasiya etmişik. Bu iki avadanlıq Ku‐Band Alnaç və Ka‐Band LNA adlandırdığımız məhsullardan ibarətdir. Həmin məhsullar hazırda “Türksat 5B” peykində istifadə olunur”, ‐ deyə M.Yaman vurğulayıb. M.Yaman həmçinin Türkiyədə TÜBİTAK Uzay, TUSAŞ və ASELSAN tərəfindən “Türksat 6A” rabitə peyki hazırlandığını bildirib. Onun sözlərinə görə, ASELSAN şirkəti “Türksat 6A” peykinin X‐Band və Ku‐Band rabitə sistemlərinə cavabdehdir. 2024‐cü ildə orbitə buraxılacaq “Türksat 6A” peykinə həmin avadalıqların inteqrasiyası tamamlanıb və hazırda son sınaqları davam edir. “Bundan başqa, ASELSAN‐ın kos ‐ mos la əlaqəli kəşfiyyat və müşahidə peykləri ilə bağlı çalışmaları var. Belə ki, son illərdə SAR (“Synthetic Aperture Radar”) peyki üzərində işlər aparılıb. Artıq bu çalışmanın da reallaşacağı və növbəti mərhələyə keçəcəyi gözlənilir”, ‐ deyə ASELSAN‐ın baş direktorunun müavini vurğulayıb. M.Yaman ASELSAN tərəfindən kosmik sahədə infrastrukturun güc ‐ ləndirilməsi və xaricdən asılılığın azaldılması istiqamətində görülən işlərdən də danışıb. “ASELSAN daxilində kosmik yan sistemlər üçün ayrılan təmiz ərazimiz var. Bu ərazidə peyk sistemlərinin istehsalını və inteqrasiyasını həyata keçiririk. Bundan əlavə, ASELSAN‐da avadanlıq sınaqlarını həyata keçirmək üçün Termal Baxım Dairəsi adlandırdığımız bir infrastrukturumuz mövcuddur. Bu infrastruktur inkişaf etdirdiyimiz sistem elementlərini həm temperatur, həm də texniki xidmət mühitlərində kosmik şəraiti simulyasiya edəcək şəkildə test edə bildiyimiz mühit təmin edir. Habelə, burada ən mühüm resurs əslində insan resurslarıdır. Biz insan resurslarının hazırlanması üzərində işləyirik və bu sahədə mühəndislər yetişdirməyə çalışırıq. Bildiyiniz kimi, kosmik mühəndis yetişdirmək asan məsələ deyil. Çünki kosmik mühəndis peyk sistemi hazırlayacaq, istehsal edəcək, kosmosa göndərəcək, sonra orada işləyəcək və özünü daha da təkmilləşdirəcək. Ona görə də biz insan resurslarına böyük əhəmiyyət veririk və bu məqsədlə çoxlu mühəndislər yetişdirir və işə götürürük. Yuxarıda sadaladığım işləri yerinə yetirmək üçün insan resurslarımız var. Digər tərəfdən də, təbii ki, A‐dan Z‐ yə hər şeyi ASELSAN‐da etməyimiz mümkün deyil. Bunun üçün kritik komponentlərin mühəndislərimiz tərəfindən ASELSAN‐da hazırlanmasına üstünlük veririk. Bəzi elementləri, daha asan təmin ediləbilən komponentləri hazır alaraq bütöv halına gətirib sistemə birləşdiririk”, ‐ deyə M.Yaman bildirib. “IAC‐2023 Baku” konqresində ASELSAN‐ın təklif etdiyi məhsul və xidmətlər haqqında danışan şirkət nümayəndəsi həm kosmosda, həm də kosmik sistemlərlə yerdəki əlaqəni təmin edən yer sistemlərindəki məhsullarını sərgiyə gətirdiklərini diqqətə çatdırıb: “Həm kosmik sektora, həm də yerə aid 38 www.poliqon.az peyk rabitə sistemi həlləri və layihələrini təqdim etdi Müxtəlif sahələrdə olduğu kimi, müasir texnologiyalar və kosmik sənaye sahələrində də mühüm uğurlara imza atmaqda davam edən ASELSAN şirkəti “IAC‑2023 Baku” 74‑cü Beynəlxalq Astronavtika Konqresində dünyanın fərqli ölkələrindən olan işti‑ rakçılara milli peyk və kosmik texnologiyalarını tanıdıb.
məhsullar gətirdik. Çünki, kommu ‐ nikasiya sistemini kosmosa göndərdiyiniz üçün yerdə onunla əlaqə saxlayacaq bir terminal lazımdır. Biz bu terminalları ASELSAN‐da hazırlayıb istifadəçilərimizə təqdim edirik. Burada müxtəlif hərbi sistemləri görürsünüz. Xüsusilə burada avtomobil üzərində “Gezgin” rabitə peyk terminalı və radiorabitə var. Bunu rabitənin olma ‐ dı ğı yerə göndərdiyiniz zaman peyklə əlaqə saxlayır və ətrafındakı bütün radiorabitə vasitələrinə xidmət göstərir. Oradakı radiorabitə vasitəsi ölkənin o tayındakı biri ilə əlaqə saxlaya bilir. Bunun müxtəlif variantları – hərəkət halında işləyəni, stasionar işləyəni, habelə kürəkdə daşınanı, tez quraşdırılıb‐ yığılanı, o cümlədən pilotsuz uçuş aparatlarına inteqrasiya olunanı var. Məsələn, “Akıncı” PUA‐larda da SATCOM terminalımız var. “Akıncı” PUA‐ nın daha uzun məsafələrə uça bilməsi və tapşırıqları yerinə yetirməsi üçün mütləq üzərində peyk rabitə sistemi olmalıdır. ASELSAN olaraq “Akıncı” PUA‐ nın peyk rabitəsini təmin edirik. Bundan əlavə, gəmi platformalarına da peyk rabitə sistemləri təqdim edirik. “IAC‐ 2023 Baku” konqresində yerdəki istifadəçi terminallarını göstərdik. Bir də biraz öncə qeyd etdiyim kosmos sektorunda gördüyümüz işlərdən bəzi nümunələri də buraya gətirdik. “Türksat 6A”da bizim mühüm vəzifəmiz olduğu üçün Bakıya “Türksat 6A”nın maketini gətirdik. Bundan əlavə, buraya xüsusən ASELSAN‐da tamamilə yerli olaraq inkişaf etdirdiyimiz bəzi komponentlərin kiçik maketlərini gətirdik”. M.Yaman ASELSAN‐ın kosmos sektorundakı fəaliyyətini ümumiləş ‐ dirərək bildirib ki, ASELSAN X‐Band və Ku‐Band peyk rabitə sistemləri, habelə İstifadəçi Seqmenti deyilən və yerüstü nəqliyyat vasitələrində, dəniz nəqliy ‐ yatında, hava platformalarında portativ şəkildə istifadə edilə bilən terminallar hazırlayır. Həmçinin yer seqmenti çalışmalarında peyklərin yerdən idarə olunması üçün yerüstü stansiyalar və ya sabit peyk rabitəsi stansiyaları qu ‐ rur lar. Belə ki, hazırda ASELSAN‐ın xüsusilə Türkiyədə bu şəkildə qurulmuş bir çox stansiyaları mövcuddur. M.Yamanın sözlərinə görə, ASELSAN bu terminalları xaricə tədarük etdikcə, həmin istifadəçilərə də onlarla əlaqə saxlamaq üçün stasionar yer stansiyaları qurur. ASELSAN‐ın peyk faydalı yükləri və peyk yer sistemlərinin üstünlükləri üzərində dayanan M.Yaman onların ixrac imkanları barədə fikirlərini söyləyib. “Hazırda inkişaf etdirdiyimiz isti ‐ fadəçi seqmenti məhsullarımız “Türksat” və ya “Azərkosmos” peyk lərində onlarla əlaqə saxlayaraq xidmət göstərmək qabiliyyətinə malikdir. Başqa ölkələrə də tədarük etdiyimizdə onların peykləri ilə də yenə əlaqə saxlaya biləcək xü ‐ susiyyətə sahibdir. Bu səbəbdən bu məhsulların böyük ixrac potensialı var və hazırda satışını həyata keçiririk. Ona görə də orada işlərimiz çox yaxşı gedir. Kosmik seqmentə gəldikdə, kosmik seqment xüsusi bir layihə üçün inkişaf etdirilir. Burada bir ölkənin rabitə peyki olacaq və o, “payload” (faydalı yük) rabitə sistemi kimi hazırlanır. Hazırda bu rabitə həllərimizi “Türksat” peyklərinə təqdim edirik”, ‐ deyə ASELSAN‐ın nümayəndəsi qeyd edib. Azərbaycanla bağlı kosmik sistem layihələri haqqında düşüncələrini bölüşən M.Yaman ASELSAN olaraq Azərbaycanda da insan resurslarının hazırlanmasına, bu mənada mühəndis və ekspertlərin yetişdirilməsinə öz töhfələrini vermək istədiklərini deyib: “Düşünürük ki, bunun ən yaxşı yolu birlikdə əməkdaşlıq edərək nəyisə inkişaf etdirməkdir. Dediyim kimi, kosmosda görülən işlər müəyyən qədər sifariş əsasında aparılır. Azərbaycanın bir rabitə sistemi və ya müşahidə sistemi ehtiyacı olması durumunda biz ASELSAN olaraq Azərbaycandakı mühəndislərlə birlikdə işləməyə hazırıq. ASELSAN olaraq 30 ildir ki, Azərbaycanda yer alırıq. Bunun son 25 ilində də “ASELSAN‐Bakı” şirkətimizlə buradayıq. Bizim məhsulumuz Azər bay ‐ canın məhsuludur. Bütün məhsullarımızı Azərbaycana vermək istəyirik və hazırda bir çox məhsulumuz Azərbaycanda istifadə olunur. Biz bunların daha da artmasını istəyirik və bunları həyata keçirərkən Azərbaycanda mütəxəs ‐ sislərin yetişdirilməsini təmin etmək istəyirik və Azərbaycanın bu mövzuda daha da artıq səriştə qazanmasını hədəfləyirik”. 39
TUSAŞ‐ın kosmik sahədə həyata keçirdiyi layihələr haqqında məlumat verən şirkət nümayəndəsi, sözügedən sektorda inkişaf etdirilən rabitə və müşahidə peyklərindən danışıb: “Bunlar böyük rabitə peykləri və orta səviyyədə SMALL GEO adlandırdığımız peyklərdir. TUSAŞ olaraq həm kimyəvi, həm də elektrik itki sistemli rabitə peykləri istehsal edə bilirik. Müşahidə peyklərində yenə aşağı yer orbitində (LEO) təxminən 680 kilometr məsafədə görüntülər çəkirik. Türkiyənin Hərbi Hava Qüvvələri (HHQ) həmin müşahidə peyklərimizin çəkdiyi görüntülərdən istifadə edir. Beləliklə, hazırda kosmosda HHQ tərəfindən istifadə edilən üç müşahidə peykimiz var. Bu müşahidə peyklərimiz İMECE, “Göktürk‐1” və “Göktürk‐2”dir. Şirkətimiz hal‐hazırda “Göktürk‐1”i əvəzləyəcək, onun yerinə keçəcək “Göktürk‐Y” adlandırdığımız Göktürk Yeniləmə peykini də inkişaf etdirir. Çox yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peykini hazırlayıb Türkiyə Hərbi Hava Qüvvələrinə verəcəyik. Bundan başqa, müşahidə peykində “Mikro Peyk” də inkişaf etdiririk. Bunlarla da Kənd Təsərrüfatı və Meşə Nazirliyinə, Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə və bələdiyyələrə verə biləcəyimiz Yerin yaxın orbitdəki görüntülərini çəkirik”. TUSAŞ‐ın yerüstü stansiya qura bilmə imkanlarından bəhs edən şirkət nümayəndəsi TUSAŞ‐ın Ankarada yer ‐ ləşən peyk sınaq mərkəzinə diqqət çəkib və burada peykin başlanğıcdan son buraxılıb orbitdə istismara verilməsinə qədər hər cür fəaliyyəti həyata keçirə bildiklərini söyləyib. O, müşahidə və rabitə peyklərinin hərbi və müdafiə sahələrində istifadəsi barədə məlumat verərək, onların strateji əhəmiyyətindən danışıb: “Türkiyədə “Türksat” şirkətinin sahib olduğu rabitə peyklərinin vasitəsilə Silahlı Qüv və ‐ lərimizə rabitə xidməti verilir. Rabitə tərəfində hansısa əlavə ehtiyac yaranarsa, dövlət qurumlarımız onu başqa for ‐ malarda da satın alır. Amma əsas olan əsgərlərimizin “Türksat”ın peykləri vasitəsi ilə əlaqə saxlaya bilməsidir. Eyni zamanda, peyklərimiz ra ‐ bitədən başqa, PUA kimi digər hərbi məhsulları da idarə etmək üçün istifadə olunur. Qeyd etdiyim kimi, onların əksəriyyətinin idarə olunmasında “Türksat” peyklərimizdən istifadə edirik. Bunun mümkün olmadığı yer ‐ lərdə digər peyklərdən is tifadə edərək əsgər ‐ lərimizə xidmət göstəririk. Əsas olan, peyk bağlantısı vasitəsilə PUA‐larımıza, helikopterlərimizə, xüsusən də KAAN qırıcımıza həm döyüş tapşırıqlarını verə, həm də məlumat ala bilməkdir. Rabitə peykləri bu baxımdan çox vacibdir. Digər tərəfdən, bayaq dediyim kimi, müşahidə peykləri var. Hazırda həmin müşahidə peykləri üçün kommersiya məqsədilə mikropeyklər hazırlayırıq. Onun görüntülərindən kommersiya məq ‐ sədi ilə istifadə edəcəyik. Bundan baş ‐ qa, hazırda orbitdə olan “Göktürk‐2”, “Göktürk‐1” və İMECE peyklərimizin çəkdiyi bütün görüntülər HHQ‐nin Ankarada yerləşən Ahlatlıbeldəki yerüstü stansiyasına göndərilir. Həmin görüntülər HHQ‐dən sonra əsgərlərimiz tərəfindən qiymətləndirilir və ordumuzun digər hissələrinə paylanaraq hərbi əməliy yat ‐ larda və ya daxili təhlükəsizlikdə istifadə olunur. Bu görüntülər həm xaricdə bizə yaxın bölgədə təhlükəsizliyimizi təmin etmək, həm də ölkə daxilində daxili təhlükəsizliyimizi təmin etmək üçün istifadə olunur və əməliyyatlarda çox fayda verir. TUSAŞ olaraq həyata keçirdiyimiz fəaliyyətlərdə, məhsul la rı ‐ 40 www.poliqon.az TUSAŞ yeni peyklərlə Azərbaycana hər cür dəstəyi verə biləcək 74‑cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Türkiyənin TUSAŞ şirkətinin nümayəndəsi POLİQON hərbi‑kosmik texnoloji jurnalına mühüm açıqlamalar verib. "Türksat‐6A"
mızın əksəriyyətində əsas prioritetimiz öz ordumuz başda olmaqla dost və qar ‐ daş ölkələrin ordularına və ya xalqlarına dəstək olmaqdır. Bunun üçün əlimizdən gələni edirik”. “Göktürk” peyklərindən danışan şirkət nümayəndəsi onların Türkiyəyə qazandırdığı üstünlüklərdən bəhs edib: “TUSAŞ olaraq “Göktürk‐2”nin inkişaf etdirilməsində əvvəldən axıra qədər iştirak etmişik. Peykimizi 2012‐ci ildə orbitə çıxardıq və o vaxtdan bəri 11 ildir ki, fəaliyyət göstərir. Bunu TÜBİTAK UZAY ilə birlikdə etdik və uğurlu olduq. Bu, bizim ilk müşahidə peykimiz idi və tədqiqat mahiyyəti daşıyırdı. Biz buna nail olduq, ordumuzun xidmətinə verdik və hazırda Türkiyə HHQ tərəfindən istifadə olunur. Beləliklə, “Göktürk‐2”də araşdırma və tədqiqat apararaq türk şirkətləri olaraq imkanlarımızı artırdıq. Digər tərəfdən, “Göktürk‐1” xaricdən alınmış müşahidə peykidir. Onu kənardan yüksək ayırdetmə qabiliyyətinə malik peyk kimi almışıq. Bununla belə, həmin vaxt TUSAŞ‐ın 80 mühəndisi sözügedən layihədə yetişdi. Ankaradakı Kosmik Sistemlərin İnteqrasiyası və Test (USET) mərkəzi bu layihə çərçivəsində inşa edilmişdir. USET‐in inşa edilməsindəki məqsəd xarici asılılığı azaltmaq, müşahidə peykləri ilə bağlı gizli layihələrimiz varsa, onların sınaqlarını xaricə göndərmədən Ankarada milli resurslarla yerinə yetirə bilmək idi. Kosmik Sistemlərin İnteq ‐ rasiyası və Test mərkəzi bu münasibətlə yaradılıb. “Göktürk‐1” bizə böyük töhfələr verdi. TUSAŞ olaraq “Göktürk‐1” üçün bəzi panellər hazırladıq və kosmosa göndərdik. Həm “Göktürk‐1”i, həm də “Göktürk‐2”ni HHQ‐nin xidmətinə vermişik və onlardan istifadə olunur. Üstəlik, “Göktürk‐2”dən daha yaxşı ayırdetmə qabiliyyətinə malik İMECE peyki də inkişaf etdirilib, kosmosa göndərilib və HHQ‐nin xidmətinə verilib. “Göktürk” peyklərinin davamı olaraq, “Göktürk‐1”, “Göktürk‐2”, “Göktürk‐Y” (böyük ehtimalla “Göktürk‐ 4” adlanacaq) və “Göktürk‐3” peykimiz olacaq ki, bu da SAR peykidir. “Göktürk‐ 3”ü radar peyki etdikdən sonra “Göktürk‐ 5” və “Göktürk‐6” da gələcək. Beləliklə, HHQ‐yə, onların vasitəsilə bütün ordumuza, dost və qardaş Azərbaycana hər cür dəstəyi verəcəyik”. Şirkət nümayəndəsi qeyd edib ki, sözügedən peyklərin, xüsusilə də “Göktürk‐2”nin ən əhəmiyyətli üstünlüyü, alt sistem adlanan avadanlıqların böyük hissəsinin türk şirkətləri tərəfindən yerli istehsal olunmasıdır: “İMECE peykində də bir çox alt avadanlıqlar TÜBİTAK UZAY tərəfindən milli olaraq hazır ‐ lanmışdır. Kameranın da milli olması üçün çox çalışdı və müəyyən səviyyədə uğur qazandı. Peyklərdəki ən vacib kritik avadanlıqlar kompüter, enerji idarəetmə blokları, enerji paylayıcı qurğular, interfeys bölmələri və proqram təminatıdır. Buradakı kritik avadanlıqları da biz istehsal edirik. Eynilə “Göktürk‐ 2”də də kompüter və digər avadanlıqları milli olaraq biz istehsal etmişdik. Dediyim kimi, İMECE‐də də proqram təminatı və bu kimi digər avadanlıqlar Türkiyədə istehsal olunub. Burada ən vacib məsələ, bəzi kritik avadanlıqları özünüzün hazırlamağıdır. Bu avadanlıqları hazırlamasanız, peyki tam idarə edə və yuxarı‐aşağı hərəkət etdirə bilməzsiniz. Bunu sizin üçün başqası edirsə, icazə verməyə bilər, proqram işləməyə bilər, kompüter əmrləri qəbul etməyə bilər. Ona görə də kritik avadanlıq dediyimiz detalları özümüzün istehsal etməyi çox vacibdir. Buradakı ən əhəmiyyətli yenilik ləri miz ‐ dən biri kamera ilə bağlı biliklərimizin xeyli artmasıdır. Qeyd etdiyim kritik avadanlıqlarda da biliklərimiz artır. Digər avadanlıqlar kritik deyil. Onsuzda bey ‐ nəl xalq arenada onların çoxlu təda rük ‐ çüləri var. Onları da asanlıqla ala bilirik”. Şirkət nümayəndəsi rabitə peyk ‐ lərindəki bacarıqlarını “Türksat‐6A” peykini hazırlamaqla qazandıqlarını bildirib. Onun sözlərinə görə, hazırda bu peykin inkişafı ilə bağlı işləri davam etdirilir. TUSAŞ, TÜBİTAK UZAY, ASELSAN və CTECH şirkətlərinin birgə hazırladığı “Türksat‐6A” rabitə peykinin gələn il kosmosa göndərilməsi planlaşdırılıb. “TUSAŞ olaraq burada qazandığımız təcrübədən istifadə edərək GSATCOM şirkətimizlə SMALL GEO adlandırdığımız rabitə peyk ailəsini inkişaf etdirməyə başladıq. İstifadə etdiyimiz bütün bacarıqları oraya yönəltdik və orada bu bacarıqlardan istifadə etdik. Beləliklə, bizdən fərqli missiya yüklərinə malik rabitə peyki istənildikdə bunu edə bilirik”, ‐ deyə şirkət nümayəndəsi vurğulayıb. TUSAŞ‐ın kosmik sahədə xarici ölkələr üçün həyata keçirdiyi ixrac layihələrindən də söz açan şirkət təmsilçisi hazırda Argentina üçün Ka Bantlı və çox yüksək tutumlu peyk inkişaf etdirdiklərini deyib. Onun sözlərinə görə, Argentinanın ARSAT operatoru bu peyki 2025‐ci ildə kosmosa buraxmağı planlaşdırır. Bu rabitə peykində qazandığı təcrübədən TUSAŞ‐ın hazırda Qazaxıstan üçün də fəaliyyətlərini davam etdirdiyini deyən şirkət nümayəndəsi onlara da xidmət göstərib rabitə peyk ehtiyaclarını ödəməyə çalışdıqlarını qeyd edib. Şirkət təmsilçisi hazırda TUSAŞ‐ın ən mühüm layihəsinin elektrikli itki sistemi olan iki peyki buraxa bilən və tutumuna görə çox ucuz olan GSATCOM 41 “Göktürk‐2” “Göktürk‐1” “Göktürk‐Y”
SMALL GEO ailəsindən rabitə peyki olduğunu bildirib. Peykin hazırlanmasında ən mühüm mərhələlərdən biri olan sınaq məsələsinə toxunan şirkət nümayəndəsi, bu kontekstdə TUSAŞ‐ın Kosmik Sistemlərin İnteqrasiyası və Test (USET) mərkəzinin əhəmiyyətini dilə gətirib: “Peyki inkişaf etdirirsiz, dizayn edirsiz, layihə ‐ ləndirdikdən sonra bir nöqtəyə gəlir, prototiplər hazırlayırsız, onlardan bir‐ ikisini sınaqdan keçirib, düzgün iş gördüyünüzü müəyyənləşdirib, nəticəyə gəlməyiniz lazımdır. Buna görə də sınaqdan keçirəcək infrastruktura ehtiyacınız var. Ankaranın Kahra man ‐ kazanda yerləşən TUSAŞ USET mərkəzi dövlətimizin dəstəyi ilə tikilib. Bu mərkəz bütün qardaş ölkələrə ‐ Azərbaycana, Qazaxıstana, İndoneziyaya, Pakistana açıqdır. Bu, hamımızın istifadə edə biləcəyi bir mərkəzdir. Bura hər birinin çəkisi beş tona qədər olan bir və ya iki peyki eyni vaxtda yığa, sınaqdan keçirə, sonra birbaşa təyyarəyə yükləyərək buraxılış yerinə göndərə biləcəyimiz obyektdir. Bu mərkəzdə vibrasiya testlərini, akustik səslə əlaqəli testləri, termal vakuum testləri dediyimiz kosmik şəraitdə peykdə nə baş verdiyini görmək üçün testləri, performansını ölçmək üçün “Compact Antenna Test Range” (CATR) testlərini, elektromaqnit əlaqə ilə bağlı testləri həyata keçirə bilirik. Çox böyük USET mərkəzimiz var. Yüz min təmiz otaq sinfində olan və təxminən yeddi min kvadratmetr təmiz sahəsi olan mərkəzimizdə qeyd etdiyim bütün bu sınaqları həyata keçirə bilirik. Sınaqlardan sonra bütün şərtlərə cavab verirsə, peyki konteynerə qoyub, kosmosa buraxacaq şirkətə göndəririk”. Azərbaycanla bağlı kosmik layi ‐ hələrindən danışan şirkət nümayəndəsi bu istiqamətdə müəyyən müzakirələrin aparıldığını bildirib: “TUSAŞ olaraq “Azərkosmos”la dəfələrlə görüşmüşük. Hətta mikro peyk layihəsini birlikdə etmək planımız da var idi. Hətta bir yerdə şirkət qurmaq planlarını da müzakirə etdik. Amma çox da irəli gedə bilmədik. Hətta “Azərkosmos”un baş ‐ latdığı müşahidə peyki tenderinə də yüksək ayırdetməli mikro peyk təklifi verdik. Təbii ki, bu bir yarışdır. Müsa ‐ biqədə başqa ölkə, başqa şirkət qalib gəldi. Amma biz imkan daxilində əlaqələrimizi artırmağa çalışırıq. Onlara da dedik ki, Ankaradakı USET mər ‐ kəzimiz xidmətinizdədir, istədiyiniz vaxt istifadə edə bilərsiniz. Təlim is tə yir ‐ sinizsə, təlim keçməyə, yerüstü stansiya ilə bağlı dəstək istəsəniz, dəstək verməyə, ümumiyyətlə, hər sahədə sizə dəstək göstərməyə hazırıq. “Azərkosmos”dakı qardaşlarımıza dedik ki, bizim bütün imkanlarımızdan istifadə edə bilərsiniz. Ümid edirəm ki, əməkdaşlığımız daha da artacaq”. Şirkət nümayəndəsi açıqlamasına davam edərək TUSAŞ‐ın gələcək üçün mühüm plan və hədəflərinin olduğunu qeyd edib: “Hazırda gələcək üçün 15‐20 müşahidə peykindən ibarət peyk komandası planımız var. Qlobal və re ‐ gi onal yer və zaman müəyyənləşdirmə sistemi (GPS) layihəmiz var. TUSAŞ olaraq bu layihədə iştirak etmək im ‐ kanımız var. Həm kosmik vasitələrimiz, həm raket buraxma sistemlərimiz, həm də peyk sistemlərimiz üçün yer və vaxtın müəyyənləşdirilməsinə ehtiyacımız var. Eyni şəkildə SMALL GEO adlandırdığımız yaxın orbitdəki rabitə peyklərində millə ‐ ti mizin və dövlətimizin planları çər çi və ‐ sində TUSAŞ‐ın da rol almaq imkanı var”. Son olaraq TUSAŞ nümayəndəsi Türkiyənin xüsusilə müdafiə sənayesi və digər sahələrdə daim inkişaf edərək bir nöqtəyə çatmağa çalışdığını və bu çərçivədə də mühüm addımların atıldığını bildirib: “Maşınqayırma, gəmi, silah və raket sahələrində müəyyən bir nöqtəyə gəlmişik. Biz də aviasiyadakı və zifəmizə görə müdafiənin hava tərəfində çox yaxşı nöqtəyə çatmışıq. Tür kiyə olaraq bir çox sahədə irəli ‐ ləmişik. Bu tərəqqini Azərbaycanda da gördük. Bu bizi sevindirir və məmnun edir. Ümid edirəm ki, səfərlərimiz artdıqca, ticari əməkdaşlığımız və milli təhlükəsizliklə bağlı iş birliyimiz də artar. İnşallah, qardaşlığımız daimi və əbədi olacaqdır”.
POLİQON hərbi‐kosmik texnoloji jurnalı olaraq TÜRKSAT şirkətinin baş direktoru Hasan Hüseyin ERTOK ilə yeni imzalanan müqavilənin tə fər ‐ rüatları, habelə rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri və hə yata keçir ‐ dikləri layihələr barəsində danışdıq. POLİQON: Hasan bəy, Türkiyə müasir texnologiyalardan tutmuş kosmik sənayeyə qədər bir çox mühüm və aparıcı sahələrdə böyük uğurlara imza atır. TÜRKSAT‑ın bu istiqamətdə həyata keçirdiyi işlər və layihələr nələrdir? Hasan Hüseyin ERTOK: Dünyanın gələcəyi artıq kosmosda formalaşır. Ölkələrin gücü isə kosmos yarışında söz sahibi olmaqdan keçir. Kosmosdakı in‐ kişafın ən mühüm hissəsi peyk texno‐ logiyalarında baş verən dəyişikliklərdir. Çünki peyk texnologiyaları təhsildən səhiyyəyə, su ehtiyatlarının idarə olun‐ masından kənd təsərrüfatına, yayımdan (TV) müdafiəyə qədər bir çox sahəyə dəstək verir. Peyk texnologiyaları bütün dünyaya kritik infrastruktur təmin etməklə yanaşı, bir çox iş sahələrində xərcləri azaldır və səmərəliliyi artırır. Bir sözlə, kosmosa xərclənən hər qəpik dünyamıza artıqlaması ilə geri qayıdır. Bu baxımdan TÜRKSAT olaraq ölkəmizin peyk və kosmik texnologiya‐ larda layiq olduğu mövqeyə çatması üçün çalışırıq. Keçən il istifadəyə verdi‐ yimiz 5‐ci nəsil “Türksat 5A” və “Türk‐ sat 5B” peyklərimizlə yeni nəsil rabitə peykinə sahib azsaylı ölkələrdən biri olduq. Ancaq bu yarışda həqiqətən öndə olmaq üçün cənab Prezidentimi‐ zin rəhbərliyi və uzaqgörənliyi ilə TÜRKSAT olaraq fəaliyyətlərimizi “yer almaq”dan daha çox “yerli məhsul is‐ tehsal etmək” məqamına daşıdıq. Bir tərəfdən, peyk ekosisteminin lokallaş‐ dırılması və milli peyk ekosisteminin in‐ kişafı üzərində işlədik. Digər tərəfdən də, kosmik və informasiya texnologiya‐ ları infrastrukturunu yaratmaq və qlo‐ bal bazarlara açılmaq istiqamətində mühüm addımlar atmağa başladıq. “Türksat 3A” ilə yanaşı, “Türksat 4A” və “Türksat 4B” rabitə peyklərimizi də əməkdaşlarımızın böyük səyləri ilə xidmətə vermişik. Bu peyklərin hazır‐ lanmasında TÜRKSAT mühəndislərimiz iştirak ediblər. Bayaq qeyd etdiyim “Türksat 5A” və “Türksat 5B”nin hazır‐ lanmasında da yenə texnologiya trans‐ feri proqramı çərçivəsində 12 nəfər TÜRKSAT mühəndisi peykin dizaynı, is‐ tehsalı və sınaq mərhələlərində iştirak edib. Hal‐hazırda kosmos texnologiya‐ ları sahəsində təhsil almış TÜRKSAT mühəndislərinin töhfəsi ilə “Türksat 6A”nı ən yüksək lokalizasiya dərəcəsi ilə istehsal edirik. İnanırıq ki, yaxın gələcəkdə Türkiyə rabitə peykləri isteh‐ sal edə bilən bir ölkə olmaqla yanaşı, sözügedən texnologiyaya sahib olma‐ yan ölkələr üçün də layihələr həyata keçirmək imkanı qazanacaq. POLİQON: Bildiyiniz kimi, kos‑ mik sənayenin yaradılmasında əsas məqsədlərdən biri ölkənin müdafiə qabiliyyətinin artırılmasıdır. İlk növ ‑ bədə, peyklərin imkanlarından is ti ‑ fadə etməklə ölkənin rabitə təh lü kə ‑ sizliyi təmin edilir. Bu kontekstdə Türkiyədə həyata keçirilən kosmos fəaliyyətləri və təh lükəsizlik strate‑ giyası ilə bağlı fikir lərinizi bizimlə bölüşə bilər sinizmi? Hasan Hüseyin ERTOK: Tür ‐ kiyənin bütün hərbi və mülki peyk rabitəsi ehtiyaclarını qarşılamaq üçün yaradılmış TÜRKSAT bütün əlaqədar qurum və təşkilatlarla çox sıx əmək ‐ daşlıq edir. Təxminən 30 illik peyk is‐ tismar təcrübəmizlə, peyklərimizdən xidmət alan bütün tərəf daş larımızın eh‐ tiyaclarını ən yüksək key fiyyətdə və ən qısa müddətdə qarşılamaq hədəfi ilə davamlı olaraq çalışmaqdayıq. Yeni peyklərimizin planlaşdırılması zamanı ölkəmizin gələcəkdə ehtiyac duya biləcəyi xidmətləri qarşılamağa üstün‐ lük verir və sərmayə lə rimizi buna uyğun edirik. “Türksat 5B” peykimizin Ka‐Bant əhatə dairəsi yaxından araşdı‐ rıldığında, son illərdə ölkə mizin effek‐ tivliyinin artdığı böl gələrdə genişzolaqlı rabitə ehtiyaclarını ödə mək üçün ad‐ dımların atıldığı görünür. Hərəkətliliyin gündən‐günə artdığı müasir dünyada, xüsusən təyyarə və gəmilər üçün geniş‐ zolaqlı peyk rabitə imkanı, başda "Türksat 5B" olmaqla, öz peyklərimiz vasi təsilə təmin edilə bilir. TÜRKSAT olaraq təkcə peyklərə deyil, peyk rabitəsinin əvəzsiz kompo‐ nenti olan yer sistemlərinə də investi‐ siyalarımızı artırırıq. Özünəməxsus şəkildə inkişaf etdirdiyimiz “PeycON” antena ailəsi ilə, SOTM (SATCOM On TheMove) həlli ilə sabit peyk rabitəsi həllərinə mobillik qazandırırıq. Həm hərbi, həm də mülki istifadəçilərin eh‐ tiyaclarını qarşılayacaq şəkildə inkişaf etdirdiyimiz “PeycON” ailəsi antenaları ilə peyk rabitəsi xidmətini TÜRKSAT markalı antenalarla təklif edə bilən bir şirkət olduq. Aviasiya sektorunda Ku‐Bant və Ka‐ Bant vasitəsilə təyyarələrə təqdim etdi‐ yimiz peyk rabitəsi xidmətinin həcmini artırırıq. Yaxın gələcəyin mühüm möv‐ 43 TÜRKSAT baş direktoru: Azərbaycanda keyfiyyətli data xidməti göstərəcəyik ?Gülnar Ədalətqızı “IAC‑2023 Baku” Beynəlxalq Astronavtika Konqresinin ən önəmli hadisələrindən biri “Azərkosmos” ilə TÜRKSAT arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalanması oldu. Müqavilə çərçivəsində bölgənin aparıcı peyk operatorlarından olan TÜRKSAT şirkətinin ən yeni “Türksat 5B” peyki bütün Azərbaycan ərazisində həm istehlakçı, həm də korporativ müştərilərə geniş diapazonlu peyk xidmətləri göstərməyə imkan verəcək.
milli sistemlərimizlə əlaqə saxlamaq imkanı da əldə edəcəyik. Bundan əlavə, qurulacaq ucdan‐uca inteqrasiya edil‐ miş sistemlə peyklərimizdəki məlumat trafiki daha etibarlı olacaq. Yəni sadəcə rabitə peyklərimiz deyil, rabitə sistem ‐ lərimizi də yerli və milli vəziyyətə gəti ‐ ririk. Ona görə də bu layihə bizim üçün təkcə göstərəcəyi xidmətlə deyil, həm də strateji mahiyyəti ilə son dərəcə əhəmiyyətlidir. POLİQON: TÜRKSAT şirkəti “Türk sat” peyk ailəsinə daxil olan və digər peyklər vasitəsilə hər cür peyk rabitəsini həyata keçirən dünyanın aparıcı peyk operatorlarından biri‑ dir. TÜRKSAT‑ın fəaliyyəti və layi ‑ hələri haqqında oxucularımıza daha ətraflı məlumat verə bilərsinizmi? Hasan Hüseyin ERTOK: Rabitə və informasiya texnologiyaları sahəsində regionda lider şirkət olmaq məqsədi ilə irəliləyən TÜRKSAT şirkəti hər il peyk, kabel və informasiya xidmətlərində tex‐ noloji inkişaflara bayraqdarlıq edərək Türkiyəyə töhfə verən və sosial mə ‐ suliyyət şüuru ilə hərəkət edən bir təşkilat olaraq fəaliyyətlərini davam et‐ zularından biri olan Əşyaların İnterneti (IoT) texnologiyasına peyk rabitəsini daxil etmək üçün Ka‐Bant IoT antena‐ larının inkişafı ilə bağlı işləri sürət lən ‐ diri rik. TÜRKSAT şirkəti peyk xid mət ‐ lərini ucdan‐uca və açar təslimi məhsul və xidmətlərlə təqdim etmək üçün sərmayələrini günü‐gündən artırır. Gördüyünüz kimi, TÜRKSAT olaraq fəaliyyətimizi “yerli məhsul istehsal etmək” məqamına daşıdıq. Bunun ən mühüm səbəblərindən biri təhlü kə ‐ sizlikdir. Sizin rabitə və kommunikasiya infrastrukturunuz təhlükəsiz olmasa, ölkəniz təhlükəsiz ola bilməz. Bu vi‐ siona uyğun olaraq öz rabitə peyk lə ‐ rimizi istehsal etməyə başladıq. Bundan əlavə, Ka‐Bant Milli Peyk Əlaqə HUB Sistemi və Modem İnkişafı Layihəsini də TÜRKSAT olaraq biz başlatdıq. Bu, ölkəmizdə VSAT sistemlərində istifadə olunan Ka‐Bant xidmətlərinin yerli və milli imkanlarla verilməsini təmin edəcək mühüm layihədir. Ka‐Bant xidmətlərində nöqtədən‐nöqtəyə əlaqə saxlaya bilən HUB sistemi ilə modem ‐ lərin yerli və milli imkanlar hesabına is‐ tehsal olunması Türkiyənin təkcə xarici asılılığı azalmayacaq, eyni zamanda öz dirir. TÜRKSAT olaraq fəaliyyət gös ‐ tərdiyimiz bütün sahələrdə Türkiyənin gələcəyi üçün əhəmiyyətli investisiyalar həyata keçirməyə davam edirik. Peyk xidmətlərində “Türksat 5B” peykimizi keçən il istifadəyə verdik. Gələn il “Türksat 6A” rabitə peykimizi orbitə çı‐ xarmağı planlaşdırırıq. Kabel xidmətlərində infrastruktu‐ run genişləndirilməsi və təkmilləş ‐ dirilməsi işləri, informatika sahəsində isə avadanlıq və sistem investisiyaları‐ mızla böyüməyə davam etdik. “Türksat 5A” və “Türksat 5B” peyklərimizin tam həcmdə istifadə edilməyə başlanması ilə peyk gəlirlərində xarici satışların pa‐ yını artırmağı və məlumat xidməti gəlir lərinin ümumi peyk gəlirlərinə nis ‐ bətini yüksəltməyi planlaşdırırıq. Bun‐ dan əlavə, ölkəmizin böyüməsinə para‐ lel olaraq, peyk xidmətləri sahəsində məhsul və xidmət müxtəlifliyini artıra‐ raq, bu sahədə tədqiqat və inkişaf əsaslı məhsulları və kommersiyalaşdırılmaya uyğun məhsulları artırmağa diqqət ye‐ tiririk. Müştəri gözləntilərimizi qarşıla‐ maqla yanaşı, bu proseslərdə mövcud məmnuniyyəti artırmağa çalışırıq. Bu baxımdan Ka‐Bant xidmətlərini son istifadəçilərə çatdırmaq üçün səylə ri mi ‐ zi davam etdiririk. 31, 42 və 50 dərəcə şərq orbitlərini müxtəlif bölgələrdə tel‐ eviziya yayımı qovşağına çevirmək, həm ölkəmizdə, həm də inkişaf etməkdə olan ölkələrdə peyk istehsalı və istis‐ marı sahəsində məsləhət xidmətləri göstərmək, habelə 10 illik peyk planla‐ ması çərçivəsində yeni texnologiya və yeni tezlik diapazonlarını yeni nəsil peyk lərimizdə istifadə etmək kimi hədəf lərimiz var. Ortaq İnfrastruktur Paylaşımı ilə artıq Türkiyənin 81 vilayətində kabel və internet xidmətləri göstərməyə başla‐ mışıq. Dəyişən istehlakçı vərdişlərini nəzərə alaraq yeni əlavə dəyərli ser ‐ visləri xidmətə almağı, xidmət sə viyyəsi və keyfiyyət baxımından yaradılan brend anlayışının artırılaraq davam etdirilməsi istiqamətində hərə kət etməyi vəzifəmiz hesab edirik. Sektoru‐ muzdakı yerli məhsulları dəs təkləmək və inkişafına töhfə vermək, eləcə də sektordakı digər operator və şirkətlər ilə əməkdaşlıq layihələri hazırlamaq üçün çalışmalar aparmağa hazırlaşırıq”. Xidmət etdiyimiz digər sahə olan İT sektoru da fəaliyyətimizi daim artırdı‐ ğımız bir sektordur. Bu sektorda da iş prosesləri baxımından mövcud proq‐ 44 www.poliqon.az
ram təminatı məhsullarının bazar şərtlərinə və müştəri tələblərinə uyğun təkmilləşdirilməsi, ictimai ümumi giriş portallarının sayının artırılması, bulud hesablama xidmətinin göstərilməsi, xa‐ rici ekosistemdən istifadə edərək yeni iş modellərinin hazırlanması, TÜRKSAT‐ın öz resurslarından istifadə edərək məhsul və layihə inkişafı strategiyasının tətbiq edilməsi və e‐Hökumət Qapısı xidmətlərinin performans, keyfiyyət və istifadəsinin artırılması və yayılması kimi məqsədləri keçirmək istəyirik. Bütün hədəflərimizə əlavə olaraq, kibertəhlükəsizliyin yetkinlik səviy ‐ yəsini yüksəltməklə “Ar‐Ge” (ETİ ‐ elmi‐ tədqiqat işləri – red.) və innovasiya mərhələlərini hazırlamağa və inkişaf etdirməyə çalışacağıq. POLİQON: Hasan bəy, “IAC‑2023 Baku” konqresində TÜRKSAT‑ın tək ‑ lif etdiyi məhsul və xidmətlər hansı‑ lardır? Hasan Hüseyin ERTOK: Azərbay ‐ canın paytaxtı Bakıda keçirilən və bütün qlobal kosmik aktyorların bir araya gəldiyi konqresə TÜRKSAT olaraq 114 nömrəli stendlə qatıldıq. Xeyli müzakirələr apardığımız konqresdə TÜRKSAT‐ın 5 aktiv peyki ilə yanaşı, gələn il istifadəyə veriləcək milli rabitə peykimiz “Türksat 6A” ilə yaranacaq tutum təchizatına dair müzakirələr apardıq. Konqresdə TÜRKSAT‐ın peyk istehsalı üzrə məsləhət xidmətləri, eləcə də “Ar‐Ge” məhsulları və yerli peyk antenaları “PeycON” ailəsi haq‐ qında danışıqlar apardıq. POLİQON: Azərbaycanla bağlı kosmik sistemlər layihəniz haqqında nə deyə bilərsiniz, bu istiqamətdə hansı işlər görülür? Hasan Hüseyin ERTOK: TÜRKSAT olaraq, “IAC‐2023 Baku” konqresində “Türksat 5B” peyki vasitəsilə Azərbay ‐ cana genişzolaqlı internet xidmətləri göstərmək üçün “Azərkosmos” ilə stra‐ teji tərəfdaşlıq müqaviləsi imzaladıq. “Azərkosmos” ilə əməkdaşlığımız sayəsində qardaş ölkəmiz Azərbaycana keyfiyyətli data xidməti göstərəcəyik. İnanıram ki, bu birlik bizə daha böyük əməkdaşlığa başlamağa imkan verəcək. Fəaliyyət göstərdiyimiz sahələrdə çoxməqsədli həllər istehsal edən, sü ‐ rətli və dəqiq qərarlar alan, bilik və in‐ novativ texnologiyanın ardından ge dən dinamik bir şirkətik. Bizim hədə fimiz daha böyükdür. Bu hədəflərin nəticəsi olaraq, tezliklə ölkəmizin ilk yerli və milli rabitə peyki olan “Türksat 6A”nı kosmosa göndərəcəyik. İnanıram ki, "Türksat 6A”‐dan əldə etdiyimiz təc ‐ rübə ilə “Azərkosmos” və TÜRKSAT birlikdə yeni peyk texnologiyalarının in‐ kişafı istiqamətində addımlar atacaqdır. POLİQON: TÜRKSAT‑ın prioritet layihələri, gələcək planları və hə ‑ dəfləri nələrdir? Hasan Hüseyin ERTOK: Keçmişdə olduğu kimi, bu gün də hədəfimiz çe‐ şidli, performans cəhətdən daha sə ‐ mərəli və qənaətcil həllərlə birlikdə “kosmos” və “kommunikasiyanın” kə ‐ sişdiyi sahələrdə rabitə əlaqəsinin, ya‐ yımın və e‐transformasiyanın yüksələn və etibarlı dəyəri olmaqdır. Bundan əlavə, Türkiyə müdafiə və aerokosmik sənayesinin mühüm oyunçularından biri olaraq, gələn ildən etibarən geniş əhatə dairəsinə malik 6 peykimiz və beynəlxalq arenadakı əməkdaş lıq la ‐ rımızla dünyada və bölgəmizdə daha təsirli olmağı hədəfləyirik. 45 - “Türksat 3A” “Türksat 4A” “Türksat 4B” “Türksat 5A” “Türksat 5B” “Türksat 6A” “Azərkosmos” ilə TÜRKSAT arasında strateji tərəfdaşlıq müqaviləsinin imza lanması mərasimi
üçtərəfli Bəyanatın ziddinə olaraq ərazilərimizdən çıxmaması, son zamanlar onlar tərəfindən yaşayış məntəqələrinin və kommunikasiyaların davamlı minalanması, ordumuzun mövqelərinin fasiləsiz atəş altında saxlanılması, mülki vətəndaşların və polis əməkdaşlarının həlak olması ilə nəticələnən terror aktlarının törədilməsi qısamüddətli antiterror tədbirlərinin keçirilməsini zəruri və təxirəsalınmaz edib, bununla da Azərbaycan Respublikası öz suve ‐ ren liyini bərpa edib. Sonra iclas birlik ölkələrinin təh ‐ lükəsizlik məsələləri üzrə, o cümlədən MDB məkanında sabitliyin pozulmasına yönələn destruktiv fəaliyyətə və yeni çağırışlara qarşı səylər birləşdirilməklə birgə mübarizəyə dair digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam edib, yekun sənədlərin imza ‐ lanması ilə başa çatıb. 46 www.poliqon.az Oktyabr ayının 11‐də Bakı şəhərində MDB‐yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının (SORB) 53‐cü iclası keçirilib. Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general‐ polkovnik Əli Nağıyev, Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəisi general‐ polkovnik Orxan Sultanov və MDB ölkələrinin müvafiq orqanlarının rəhbərləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycanın banisi və qurucusu, xalqın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbirin rəsmi açılışı olub, gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. DTX‐nin rəisi general‐polkovnik Əli Nağıyev giriş nitqində tədbirin Bakı şəhərində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Xidmət rəisi SORB‐un Belarusun Minsk şəhərində keçirilən son iclasından ötən qısa zaman ərzində dünyada təhlükəsizlik və geosiyasi cəhətdən bir sıra köklü dəyişikliklərin baş verdiyini, bəzi ölkələrdə yeni münaqişə ocaqlarının yarandığını, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, dini ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi hallarının artdığını və bu vəziyyətin ölkələrdə əməliyyat şəraitini xeyli mürəkkəbləşdirdiyini qeyd edib, tədbirin göstərilən istiqamətlərdə təcrübə və fikir mübadiləsi aparmağa, MDB dövlətlərinin mənfi təzahürlərə qarşı birgə mübarizə üsullarını və koordinasiyalı iş mexanizmini daha da təkmilləşdirməyə, gələcək fəaliyyətin konturlarını cızmağa əlavə imkanlar yaradacağına, mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin yeni mərhələyə yüksələcəyinə inandığını deyib. Əli Nağıyev iclasın gündəliyində həlli vacib məsələlərin durduğunu, tədbir çərçivəsində dövlətlərin təhlükəsizliyi ba xımından mühüm qərarların qəbul edi ləcəyinə, ümumilikdə iclasın məh sul ‐ dar keçəcəyinə ümidvar olduğunu bildirib. Respublikamızda təhlükəsizliyə və sabitliyə əsas təhdidlərdən sayılan, Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri barədə məlumat verən general‐polkovnik Əli Nağıyev bildirib ki, həmin cinayətkar birliklərin 10 noyabr 2020‐ci il tarixli Bakıda MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının iclası keçirilib Azərbaycanın Dövlət Sərhəd Xid ‐ məti (DSX) ilə Rusiya Federal Təh ‐ lükəsizlik Xidmətinin Sərhəd Xid məti arasında 2023‐2024‐cü illər üçün Tədbirlər Planı üzrə fəaliyyətlər uğurla davam etdirilir. Tədbirlər çərçivəsində 4‐6 oktyabr tarixlərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəhbərinin müavini – Sahil Mühafizəsi Departa ‐ mentinin rəisi vitse‐admiral R.Tolokun rəhbərliyi ilə “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib. Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general‐polkovnik Elçin Quliyev tərə ‐ findən qəbul edilib. Görüşdə Azərbaycan ilə Rusiyanın sərhəd mühafizə qurumları arasında aidiyyəti istiqamətlər, o cümlədən Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sa ‐ hə sində əməkdaşlığın uğurla inkişaf et ‐ mə si qeyd olunub, qarşılıqlı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Oktyabrın 6‐da Rusiyanın “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mü ‐ hafizəsinin gəmi və katerlərinin iştirakı ilə Xəzər dənizində qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması, eləcə də məlumat mübadiləsinin apa rıl ması qay dalarının dəqiqləşdiril məsi həyata keçirilib. Səfər müddətində tərəflərin sərhəd gözətçi gəmiləri qarşılıqlı qaydada ziyarət edilib. Rusiyanın sərhəd gözətçi gəmisi Bakıda səfərdə olub
Hindistan Cənubi Qafqazdakı strateji müttəfiqi Ermənistana yeni silah partiyası tədarük etməyi planlaşdırır. Ermənistanın yüksək rütbəli nümayəndəsi Nyu‐Dehlidə iki ölkə arasında 2022‐ci ilin sentyabrında imzalanan müqavilələr əsasında həyata keçiriləcək silah tədarükü ilə bağlı danışıqlar aparıb. Müqavilələrin dəyəri 20 milyard rupi (244.7 milyon ABŞ dolları) təşkil edir. Onlara uyğun olaraq, Hindistan əvvəllər Ermənistana xaricə ilk dəfə satılan öz inkişafı olan 214 mm‐lik “Pinaka” yaylım atəşli reaktiv sistemlərini (YARS), həmçinin tank əleyhinə raketlər və sursat partiyası verib. Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb. “Indian Defense Research Wing” onlayn nəşrinin məlumatına görə, cari ilin avqust ayının əvvəlində Hindistanın “Bharat Forge” müdafiə şirkəti 155,5 milyon ABŞ dollarlıq müqavilə çərçivəsində 6 ədəd yedəyə alınan 155 mm‐lik ATAGS haubit ‐ sasını Ermənistana təhvil verib. Müqavilə üç il ərzində bu tipli 90 artilleriya qur ‐ ğusunun tədarükünü nəzərdə tutur. Bunlardan başqa, Ermənistan Hin dis ‐ tana 155 mm çaplı MArG 155‐BR özü ye ‐ riyən artilleriya qurğusu (ÖAQ) da sifariş verib. Qeyd edək ki, Ermənistan Hin dis ‐ tandan 155 mm çaplı haubitsalar alması barədə xəbərlər ilk dəfə geniş ictimaiyyətə 2022‐ci ilin noyabr ayında məlum olmuşdur. Xatırladaq ki, 2020‐ci ilin əvvəlində isə Ermənistan artilleriya mövqelərini aşkar etmək üçün Hindistanla dörd ədəd “Swathi Weapon Locating Radar” (WLR) yerüstü radiolokasiya stansiyasının (RLS) alınması barədə təxminən 40 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Beləliklə, Hindistan Ermənistan üçün aparıcı silah tədarükçüsünə çevrilir. Habelə, Ermənistan Fransadan üç ədəd “Ground Master 200” (GM200) radarı alır. GM200 radarlarının tədarükünə dair tərəflər arasında alqı‐satqı müqaviləsi imzalanıb. Bundan başqa, Ermənistan və Fransa “Mistral” zenit‐raket komplekslərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu da imzalayıb. Gürcüstanın Müdafiə Qüvvələri İspaniyanın “Instalza SA” şirkətindən yeni C90 tank əleyhinə reaktiv qum ba ‐ raatanlar alıb. Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və müdafiə qüvvələrinin nümayəndələri yeni reaktiv qum ba ra ‐ atanların Krtsanis poliqonunda keçirilən nümayiş atışlarında iştirak edib. Atışdan öncə Gürcüstanın müdafiə naziri “Instalza SA” şirkətinin istehsal etdiyi dö yüş və təlim məhsullarını nəzərdən ke çirib, onların taktiki‐texniki xü su siy yət ləri barədə ətraflı məlumat alıb. Nümayiş atışlarından sonra C.Burçuladze tank əleyhinə sistemi şəxsən sınaqdan keçirib. Nazir bildirib ki, sözügedən silah ‐ ların satın alınması Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarını daha da artı ‐ racaq. Onun sözlərinə görə, Gürcüstan Müdafiə Qüvvələrinin Təlim və Hərbi Təhsil Komandanlığının, Xüsusi Əmə ‐ liyyat Qüvvələrinin, Şərq və Qərb koman danlıqlarının hərbi qulluqçuları ispan təlimatçılar tərəfindən keçirilən xüsusi tank əleyhinə silahlar kursunu bitiriblər. Kurs nəzəri və praktiki olmaqla iki hissəni əhatə edib. Burada məzunlar birdəfəlik və təkrar istifadə olunan C90 ailəsinin tank əleyhinə reaktiv qum baraatanlarından istifadəni öyrəniblər. Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Almaniya hökuməti tərə ‐ findən ayrılan maliyyə yardımı ilə satın alınan yeni texnikalara baxış keçirib. Gürcüstan Müdafiə Nazirliyinə sözü ‐ gedən maliyyə yardımı Almaniya hö ‐ kumətinin “Enable and Enhance Initiative” proqramı çərçivəsində 2019‐cu ildən bəri göstərilir. Almaniya hökumətinin “Enable and Enhance Initiative” proqramı böhran təhlükəsi altında olan ölkələrin mülki və hərbi təhlükəsizlik sektorlarını dəstəkləmək, bununla da həmin dövlətlərin mü na qişələrin qarşısını almaq qabiliyyətlərini və idarəetmə bacarıqlarını artırmaq məqsədi daşıyır. Xatırladaq ki, Avropada fəaliyyət göstərən “General Dynamics European Land Systems” (GDELS) şirkəti “Enable and Enhance Initiative” proqramı çərçivəsində Gürcüstan Silahlı Qüvvə ‐ lərinə 4 ədəd PYTHON səyyar körpü sistemi tədarük edəcək. 47 Gürcüstan İspaniyadan tank əleyhinə reaktiv qumbaraatanlar alıb Ermənistan yeni silah tədarükünü müzakirə edir Gürcüstan Almaniyadan əldə etdiyi maliyyə yardımı ilə yeni texnikalar alıb
Dünyada TƏRK yaradılması vә is - tehsalı yetmiş ildәn çoxdur ki, davam edir. Bu müddәt әrzindә istismarının sadәliyi vә nisbәtәn ucuz olması sәbәbindәn tank әleyhinә komplekslәr әn mәşhur vә axtarılan dәqiq silah növlәrindәn birinә çevrilib. Tank әleyhinә raket kompleksi düşmәnin yerüstü hәdәflәrini düzünә tuşlama mәhv etmәk üçün xüsusi olaraq hazırlanıb. Əsasәn Quru Qoşunlarının, Hәrbi Hava Qüvvәlәrinin vә Dәniz Piya - da larının bölmәlәri vә hissәlәrinin silah - lanmasında yer tutur. Bәzi hallarda Xüsusi Tәyinatlı Qüvvәlәrin bölmәlәrindә dә istifadә olunur. Adәtәn kompleksә 2-3 nә - fәrdәn ibarәt heyәt tәrәfindәn xidmәt gös - tәrilir, atış onlardan biri - xüsusi tәlim keç - miş operator tәrәfindәn hәyata keçirilir. Tank әleyhinә raket kompleksinin әsas elementlәri bunlardır: – tank әleyhinә idarә olunan raketlәr (TƏİR), adәtәn kumulyativ vә ya çox - mәqsәdli döyüş başlıqlı olur; – bir vә ya bir neçә istiqamәtlәndirici vә ya birdәfәlik nәqletmә-buraxma konteynerlәri olan buraxma qurğusu; – yerüstü idarәetmә avadanlığı. Bütün TƏRK-lәr tәtbiq olunan TƏİR-ә uyğunlaşdırılmış quruluşa malik olmaqla mexaniki, yarımavtomatik vә avtomatik tuşlanmalı ola bilir. Elәcә dә daşıyıcı növünә görә daşınan (çıxarılandaşınan), özüyeriyәn vә helikopter üçün variantları mövcuddur. Tәtbiq olunma sәviyyәsinә görә bölük, tabor, alay, diviziya vә ordu tәyinatlı olurlar. Mövzunun genişliyini nәzәrә alaraq, bu materialda yalnız tank әleyhinә özüyeriyәn raket komplekslәri haqqında danışılacaqdır. Rusiya Federasiyası – “Konkurs” özüyeriyәn TƏRK Mövzuya ilk növbәdә, keçmiş Sovetdәn qalma, dünyanın 10-dan artıq ordusunda istifadә edilәn, Rusiyanın Tula şәhәrindәki “Cihazqayırma” Konstruktor Bürosu tәrәfindәn hazırlanan 9K111-1 özüyeriyәn “Konkurs” (NATO tәsnifatına görә AT-5 “Spandrel”) TƏRK-dәn baş - lamaq yerinә düşәr. BRDM-2 zirehli kәşfiyyat-dozor ma - şınının şassisinә quraşdırılan “Konkurs” özüyeriyәn TƏRK hәrәkәtdә olan nәqliyyat vasitәsindәn istifadә üçün daha rahat olan, mәftillә raket idarәetmәli yarımavtomatik idarәetmә sisteminә malikdir. İşlәmә prinsipinә vә taktiki-texniki xüsusiyyәtlәrinә görә, o, ABŞ-ın BGM71 ТOW vә Fransa-Almaniyanın birgә istehsalı HOT özüyeriyәn TƏRK-lәri ilә oxşardır. Daha sonra, 1991-ci ildә silahlanmaya qәbul edilmiş tandem döyüş başlığı ilә tәkmillәşdirilmiş xüsusiyyәtlәrә sahib 9K111-1M “Konkurs-M” modi - fikasiyası (ilk adı – “Udar”) hazır - lanmışdır. “Konkurs” TƏRK keçmiş Almaniya Demokratik Respublikasında, İranda (2000-ci ildәn “Towsan-1”) vә Hindistanda (“Konkurs-M”) lisenziya әsasında istehsal edilmişdir. 9K111-1 (9K111-1M) “Konkurs” (“Konkurs-M”) kompleksinin tәrkibinә TANK ƏLEYHİNƏ ÖZÜYERİYƏN RAKET KOMPLEKSLƏRİ ?Əhəd Əzizov müdafiə texnologiyaları mütəxəssisi Tankların döyüş meydanında kütləvi şəkildə yayıldığı andan bəri onlarla mübarizə vasitələrinin təkmilləşdirilməsinə başlanılıb. Müasir müna ‑ qişələrdə ağır zirehli texnika ilə mübarizənin ən geniş yayılmış və effektiv vasitələrindən biri, nisbətən əlverişli və böyük məsafədə tankları məhv edə bilən mobil tank əleyhinə raket kompleksləridir (TƏRK). “Xrizantema‑S” özüyeriyən TƏRK