The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

POLİQON jurnalı 2023 sentyabr-oktyabr 5 (67)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by POLIQON / AZERI DEFENCE Military Magazine, 2023-11-21 02:20:51

POLİQON jurnalı 2023 sentyabr-oktyabr 5 (67)

POLİQON jurnalı 2023 sentyabr-oktyabr 5 (67)

9P148 döyüş maşını, 9P135 daşınan buraxma qurğusu, 9M111-2 “Faqot” vә 9M113 “Konkurs” (9M113M “KonkursM”) TƏİR daxildir. 9P148 “Konkurs” buraxma qurğusunun gövdәsi BRDM-2-nin baza gövdәsinә münasibәtdә dәyiş - dirilmişdir. 9P148 döyüş maşını raketlәrlә hәm 60 km/saat sürәtlә hәrәkәt edәn hәdәflәri, hәm dә optik görünmә şәraitindә uzun - müddәtli atәş nöqtәlәri vә ağac-torpaq atәş nöqtәlәri kimi stasionar hәdәflәri vura bilir. Döyüş maşını 15-ә qәdәr 9M113 raketi vә ya 20-yә qәdәr 9M113 vә 9M111-2 raketlәri daşımaq qabiliyyәtinә malikdir. Bu zaman döyüş dәstindә 10- dan çox olmayan 9M113 raketi olur. Kompleksdәn 75-4000 metrә qәdәr atәş aparmaq mümkündür. Döyüşә hazırlıq müddәti 25 saniyәdir. Kompleksin heyәti 2 nәfәrdәn ibarәtdir vә ümumi döyüş kütlәsi 7 tondur. “Şturm-S” özüyeriyәn TƏRK Sovet istehsalı olan, dünyada 30-a yaxın ölkәnin ordusunun silahlanmasında duran digәr kompleks isә 2010-2012-ci illәrdә Rusiyada tәkmillәşdirlimiş “Şturm” (NATO tәsnifatına görә AT-6 “Spiral”) TƏRK-dir. Belә ki, bu kompleks bir neçә müxtәlif növ daşıyıcı üçün modi - fikasiyada hazırlanmışdır: Quru Qoşunları üçün özüyeriyәn 9K114 “Şturm-S”, Hәrbi Hava Qüvvәlәrinin helikopterlәri üçün 9K113 “Şturm-V”, Hәrbi Dәniz Qüvvәlәri üçün gәmi “Şturm-LK”. 9K114 “Şturm-S” özüyeriyәn tank әleyhinә raket kompleksinә 9P149 döyüş maşını, tank әleyhinә idarә olunan 9M114 “Şturm” raketi vә ya tәkmillәşdirilmiş 9M120 “Ataka”, 9M120-1, 9M120-1F raketi, texniki qulluq avadanlığı vә tәlimmәşq avadanlıqları daxildir. 9P149 döyüş maşını MT-LB yüngül zirehli tırtıllı dartıcısına әsaslanır. 9K114 “Şturm-S” kompleksinin әsas çatışmazlığı, xarici işıqlandırmadan isti - fadә etmәdәn 9P149 döyüş maşını ilә gecә hәdәfi görә bilmәmәsidir. Dumanda vә ya aerozol pәrdәlәrindәn istifadә edәrkәn hәdәflәri vurmaq imkanı mәhduddur. 9K132 “Şturm-SM” vә “Şturm-SME” komplekslәrindә bu çatışmazlıqlar aradan qaldırılıb. Tәkmillәşdirilmiş 9K132 “ŞturmSM” kompleksi 2014-cü ilin iyununda Rusiya Federasiyası Silahlı Qüvvәlәrinin silahlanmasına qәbul edilmişdir. Əsas fәrqlәr kompleksin gecә vә әlverişsiz şәraitdә (qar, yağış, duman vә s.) uğurla istifadә etmәyә imkan verәn termal-televiziya nişangah almasıdır. Raketin uçuş mәsafәsi dә 5 km-dәn 6 km-ә qәdәr artırılıb. Kompleks gecә atәşinin mümkünlüyünü tәmin etmәk baxımından daha bir tәkmillәşmәyә mәruz qalıb vә 9K132E “Şturm-SME” adı ilә istehsal olunur. “Şturm-SME” kompleksi demәk olar ki, hәr şeydә “Şturm-SM” kompleksinә uyğundur. İstisnanı yalnız aşağıdakılar tәşkil edir: – müştәrinin istәyi ilә kompleksin avadanlığı uyğun daşıma qabiliyyәtinә malik istәnilәn şassiyә quraşdırıla bilәr; – istәyә bağlı olaraq, 9M120-1, 9M120-1F, 9M120-1F-1 raketlәri üçün lazer şüası idarәetmә sistemli operator nişangahı quraşdırmaq mümkündür. “Kornet” TƏRK-dә olduğu kimi, “Şturm-S” vә “Şturm-SM” TƏRK optik koordinatoru olan radio komanda idarәetmә sisteminә malikdir. Kompleksin döyüşә hazırlıq müddәti 15 saniyә, atәş tezliyi dәqiqәdә 4 atışdır. Buraxma qurğusunun yenidәn dol durul - ması avtomatik yerinә yetirilir. Kompleksin ümumi döyüş kütlәsi 12 tondur. “Xrizantema” özüyeriyәn TƏRK 9K123 “Xrizantema” özüyeriyәn tank әleyhinә raket kompleksi Rusiya müdafiә sәnayesinә daxil olan Kolomna Maşınqayırma Konstruktor Bürosunda hazırlanıb vә Saratov Aqreqat Zavodunda istehsal olunur. NATO tәsnifatına görә AT-15 “Springer” adlandırılıb. Kompleks birlәşmiş raket idarәetmә sisteminә malikdir: – radio şüasında millimetr diapazonunda avtomatik radiolokasiya raket tuşlanması; – lazer şüasında yarımavtomatik raket tuşlanması. Bu, eyni anda iki hәdәfi mәhv etmәyә imkan verir. Buraxma qurğusunda eyni vaxtda raketlәri olan iki konteyner quraşdırıla bilәr. Raketlәr yerindәn, ardıcıl olaraq buraxılır. Buraxma qurğusunun doldurulması avtomatik yerinә yetirilir. “Xrizantema-S” TƏRK-nin döyüş dәsti nәqletmә-buraxma konteynerindә yerlәş - miş tank әleyhinә idarә olunan çapüstü tandem-kumulyativ döyüş başlığına malik 9M123 raketindәn vә fuqas (termobarik) döyüş başlığına malik 9M123F raketindәn ibarәtdir. 9K123 “Xrizantema-S” kompleksinә 9P157 döyüş maşını, 9V945 texniki nәzarәt-yoxlama maşını; 9M123 vә 9M123F tank әleyhinә idarә olunan raketlәri, habelә onların tәdris vә tәlim variantlarını sınaqdan keçirmәk üçün 9V990 nәzarәt-yoxlama maşını; raketlәrin sınaqdan keçirilmәsi üçün 9V946 avadanlıq dәsti; 9F852 tәlim trenajoru vә 9F734 tәlim hәdәfi daxildir. 9P157 döyüş maşını BMP-3 piyada döyüş maşınının bazasında yaradılıb. Maşının heyәti 2 nәfәrdәn ibarәtdir. Nәqletmә-buraxma konteynerlәrindә 15 әdәd tank әleyhinә idarә olunan raket var. Atәş tezliyi dәqiqәdә 4 atış tәşkil edir. 9M123 vә 9M123F raketlәri lazer şüası ilә idarә olun duqda 400-5000 metr, radio kanalı ilә idarә olunduqda isә 400-6000 metr mәsafәdә hәdәflәri mәhv edә bilir. Mәhv edilәn yerüstü hәdәflәrin sürәti 60 km/saata, hava hәdәflәrinin sürәti isә 340 km/saata qәdәrdir. Baza variantına әlavә olaraq, 9K123 “Xrizantem-S” kompleksinin tәkmillәş di - ril miş 9K123-1 versiyası da hazır - 49 “Şturm‑S” özüyeriyən TƏRK


lanmışdır. Kompleksin tәrkibindә 9P157 döyüş maşınının әvәzinә 9P157-2 döyüş maşını istifadә olunur. Bundan başqa, kompleksә 9P157-3 taqım komandirinin döyüş maşını vә 9P157-4 batareya komandirinin döyüş maşını daxildir. 9P157- 3 döyüş maşınının vәzifәlәrinә 9P157-2 döyüş maşınları atәş taqımının idarә edilmәsi vә batareya komandiri tәrәfindәn qoyulmuş döyüş tapşırıqlarının yerinә yetirilmәsi daxildir. 9P157-3 döyüş maşınının döyüş dәstinә 15 әdәd 9M123 tipli raketdәn ibarәtdir. 9P157-4 batareya komandirinin avtomobili 9P157-2 vә 9P157-3 döyüş maşınlarına hәdәf tәyi na - tını tәmin edir, hәmçinin kәşfiyyat aparır vә yerlәşdiyi yerә çatmış düşmәn can lı qüvvәsindәn batareyanı mühafizә edir. 9K123 “Xrizantema-S” özüyeriyәn tank әleyhinә raket kompleksi Rusiya, Azәrbaycan vә Liviya Quru Qoşunlarının silahlanmasında yer alır. “Kornet” özüyeriyәn TƏRK Rusiya müdafiә sәnayesi kompleksinin digәr tank әleyhinә özüyeriyәn raket kompleksi isә müxtәlif şassilәrә әsaslanan “Kornet” kompleksidir. 9K135 “Kornet” (NATO tәsnifatına görә AT-14 “Spriggan”) Tula Cihazqayırma Konstruktor Bürosu tәrәfindәn hazırlanmış tank әleyhinә raket kompleksidir. Kompleks әsas quruluş hәllәrini saxlayaraq 9K119M “Refleks” (NATO tәsnifatına görә AT-11 “Sniper”) tank әleyhinә idarәolunan silah kompleksinin bazasında hazırlanıb. “Kornet” kompleksinin buraxma qurğuları daşınan (portativ) modifikasiya ilә yanaşı bir neçә özüyeriyәn variantda da istehsal edilir: – 9P161 – BMP-3 piyadanın döyüş ma şınının şassisindә quraşdırılmış özü - yeriyәn 9K128 “Kornet-S” TƏRK. Kompleks hәr biri 1 istiqamәtlәndirici vә doldurma avtomatı olan iki buraxma qurğusundan ibarәtdir. – 9P162 – BMP-3 piyadanın döyüş maşınının vә ya BTR-80 zirehli transportyorunun şassisindә quraşdırılmış özüyeriyәn 9K128-1 “Kornet-T” TƏRK. Kompleks hәr biri 1 istiqamәtlәndirici vә doldurma avtomatı olan iki buraxma qurğusundan ibarәtdir. – 9P162M – BMD-4M desantın döyüş maşınının şassisindә quraşdırılmış özüyeriyәn “Kornet-D1” TƏRK. Sınaq nümunәsidir, Rusiya KİV-in 2022-ci ilin oktyabr ayının sonlarında verdiyi mәlu - matlara görә artıq bütün ilkin sınaqlar başa çatdırılıb. Hazırda dövlәt sınaqları üçün özüyeriyәn tank әleyhinә kompleksin sınaq-sәnaye partiyası hazırlanır. – 9P163-1 – UAZ-3151 avtomobi li - nin şassisindә quraşdırılmış 9K135 “Vest” TƏRK. Kompleks sınaq nümu nә si dir, sınaqları davam etdirilir, 4 isti qa mәt lәn - dirici vә doldurma avtomatı ilә tәchiz edil - miş iki buraxma qurğusundan ibarәtdir. – 9P163-3 – VPK-233116 / VPK233136 “Tiqr-M” avtomobillәrinin şas - sisindә quraşdırılmış özüyeriyәn “KornetD1/EM” TƏRK. Kompleks hәr biri 4 istiqamәtlәndirici vә doldurma avtomatı olan iki buraxma qurğusu ilә tәchiz edilib. Özüyeriyәn variantlardan başqa, kompleksin modul versiyaları da hazır - lanmışdır ki, bunları da müxtәlif yüngül daşıyıcılara quraşdırmaq mümkündür. Maksimal atәş mәsafәsi 100-5500 mdir. Hәdәfin maksimal cinah sürәti 60 km/saatdır. İdarәetmә sistemi yarım av - tomatik, lazer şüası ilәdir. Raket tandem vә termobarik döyüş başlığı ilә tәchiz edilir. Kompleksin hәdәf aşkarlandıqdan sonra buraxılmaya hazırlığı 1-2 saniyә, döyüş atәş tezliyi dәqiqәdә 2-3 atәş, buraxma qurğusunun yenidәn doldurulma müddәti 30 saniyә tәşkil edir. Belarus Respublikası – “Karakal” özüyeriyәn TƏRK Belarusun “Beltex Holdinq” şirkәti tәrәfindәn Ukraynanın “Luç” Kiyev Dövlәt Konstruktor Bürosunun (KDKB) iştirakı ilә hazırlanmış “Karakal” özü ye - riyәn tank әleyhinә raket kompleksi ilk dәfә geniş ictimaiyyәtә 2011-ci ilin fevral ayında Əbu-Dabidә keçirilәn IDEX-2011 sәrgisindә tәqdim edilib. Bu, Belarusun hәrbi sәnaye kompleksi tәrәfindәn yara - dılmış ilk hazır silah modelidir. 50 www.poliqon.az “Kornet‑D1” özüyeriyən TƏRK “Karakal” özüyeriyən TƏRK


Kompleks Belarus istehsalı olan 4x4 tәkәr formullu yüngül zirehli avtomobil әsasında hazırlanır. Avtomobil iki tәcrid olunmuş bölmәyә bölünür: ön bölmәdә iki nәfәrdәn ibarәt heyәt yerlәşdirilir, arxa bölmәdә geri çәkilә bilәn nәqletmә-buraxma qurğusu yerlәşdirilir. Nәqletmә-buraxma qurğusu “Luç” konstruktor bürosu tәrәfindәn hazırlanmış 4 әdәd “Baryer” tank әleyhinә raketlә tәchiz edilib. Hәr biri iki raket daşıyan iki blok arasında, nәqletmә-buraxma qurğusunun mәrkә zin - dә elektro-optik avadanlıq vә infraqırmızı müşahidә sensorları yerlәşdirilib. “Karakal” kompleksinin imkanlarına lazer tuşlama ilә hәdәfin avtomatik izlәnilmәsi vә eyni zamanda iki hәdәfin vurulması aiddir. Bundan başqa, әllә idarәetmә rejimdә raket telemetriyadan istifadә etmәklә operator tәrәfindәn idarә olunur, raket coystiklә seçilmiş hәdәfә tuşlanır, nişan aldıqdan sonra avtomatik rejimi işә salmaq mümkündür. Ümumiyyәtlә, “Karakal” potensial düşmәnin hücumuna qarşı bütöv bir kompleksdir. Bu kompleksә daxildir: – idarәetmә sistemi – bütün kompleksin hәrәkәtlәrinin faktiki olaraq idarә olunduğu döyüş idarәetmә vasitәsi; – kәşfiyyat sistemi – “Midivisana” tipli pilotsuz uçuş aparatları (PUA) vә yerüstü idarәetmә kompleksi olan kәş fiy - yat vasitәsi. Quraşdırılmış radar 20 kilo - metrә qәdәr mәsafәdә aşkarlamağı tәmin edir, PUA-ların istifadәsi isә aşkarlama zonasını 30 kilometrә qәdәr artırır; – mobil atәş vasitәlәri – R-2 “Baryer” tank әleyhinә idarә olunan raketi özü - yeriyәn buraxma qurğusu (ÖBQ). Bir bölmәdә 4-dәn 6-ya qәdәr ÖBQ ola bilәr. – texniki dәstәk vә tәminat sistemi – ÖBQ texniki qulluq avadanlığının daşın - dığı vә çatdırıldığı texniki tәminat maşını (MTO). Kompleksin bütün sistemlәri polimer zirehlәrә әsaslanan eyni tipli kompozit gövdәdә hazırlanır. Avadanlığın göv dә - sinin zirehlәri kombinәlәşdirilmiş, çox qatlıdır. Bu cür hәllәr kompleksin radiolokasiya görünmәzliyi qabiliyyәtini azaldıb vә effektiv mühafizәni tәmin edib. “Karakal” tank әleyhinә raket kompleksinin universal özüyeriyәn buraxma qurğusundakı raket sayı 4 әdәd, ümumi döyüş dәsti 12 raketdir. TƏRK-nin hәdәfi aşkaretmә mәsafәsi 7000 metr, atәş mәsafәsi 100-5500 metrdir. Yürüş vәziy - yә tindәn döyüş vәziyyәtinә keçmә müd - dәti 300 saniyәdәn çox olmayaraqdır. Kompleksin әlavә silahı qismindә çıxarılan/daşınan “Skif” TƏRK istifadә olunur. Tuşlama sistemi avtomatik izlәmәli yarımavtomatikdir (lazer şüası üzrә). Gündüz / gecә müşahidә aparmaqdan vә tuşlamaqdan ötrü televiziya / termal nişangahdan istifadә olunur. Kompleksin heyәti 2 nәfәrdәn ibarәtdir. Qeyd etmәk lazımdır ki, 2011-ci il noyabrın 27-dә Türkmәnistanın Müs - tәq il lik Günü münasibәtilә keçirilәn hәrbi paradda silahlı qüvvәlәrin sıralarında “Karakal” tank әleyhinә raket komplek - sinin özüyeriyәn atıcı qurğuları nümayiş etdirilib. Ehtimal ki, Türkmәnistan indiyә qәdәr yeni “Karakal” TƏRK-in әsas müştәrisidir. Türkiyә Respublikası – “Serdar” özüyeriyәn TƏRK Türkiyәnin ASELSAN şirkәti tәrә - findәn “Serdar” adlı yeni tank әleyhinә raket kompleksi yaradılıb. TƏRK Rusiyanın 9M133 “Kornet-E”, ABŞ-ın AGM-114 “Hellfire” vә FGM-148 “Javelin”, Belarus-Ukrayna birgә istehsalı RK-2 “Şerşen” vә Türkiyәnin OMTAS TƏİR istifadәsi üçün nәzәrdә tutulub. Kompleks 4 әdәd TƏİR daşıya bilәn uzaqdan idarә olunan vә stabillәşdirilmiş silah platformasıdır. O, müştәrinin ehtiyac duyduğu raket miqdarını daşımaq üçün uyğunlaşdırıla bilәr. Sistemә raketlәrdәn әlavә, yaxından qorunmaq üçün 7,62 mm / 12,7 mm pulemyotlar vә ya 25 mm-lik avtomatik top inteqrasiya oluna bilәr. Buraxma qurğusunda TƏİR növün - dәn asılı olaraq 2/4/8 atışa hazır TƏİR yerlәşdirilir. Kompleksdә gündüz mü şa - hidә kamerası vә termal kamera ilә hәdәfin aşkarlanması vә identifikasiyası, eyni zamanda lazer mәsafәölçәnlә hәdәfә qәdәr mәsafәnin tәyini mümkündür. Daşıyıcı avtomobil (döyüş maşını) hәrәkәtdә olsa belә, hәdәfә nәzarәt vә izlәmә imkanını tәmin edir. Qüllә iki oxda sabitlәşdirilib. TƏRK-in tuşlama vә atәş sistemlәri tam avtomatlaşdırılıb vә kompüter tәrәfindәn idarә olunur. Kompüterlә idarә olunan atәşi idarәetmә sayәsindә komanda vә idarәetmә sisteminin yönәltdiyi hәdәf koordinatlarına avtomatik olaraq istiqamәtlәndirilә bilmә, hәdәfi avtomatik izlәmә, hәdәf raketin tәsirli mәsafәsindә olduqda avtomatik diapazonda xәbәr dar - lıq imkanları mövcuddur. Sistem döyüş maşınındakı operator paneli vasitәsilә idarә olunur. Döyüş modulu üfüqi müs - tәvidә 360° fırlanma imkanına sahibdir. Sifarişçilәrin istәyi ilә TƏRK lazer tuş - lama qurğusu ilә tәchiz edilir. Kompleks hәm yeni istehsal edilmiş, hәm dә silahlanmada olan yüngül, kiçik hәcmli vә yüksәk hәrәkәt qabiliyyәtinә malik nәqliyyat vasitәlәrinә inteqrasiya olunmaq üçün uyğundur vә bu, әlaqәli nәqliyyat vasitәlәrinin mәhvetmә qabiliy - yәtini әhәmiyyәtli dәrәcәdә artırır. Sö zü - gedәn TƏRK ümumi komanda vә ida - rәetmә sistemi ilә inteqrasiya oluna bilir. Döyüş modulu artıq Türkiyәnin “Nurol Makina” şirkәtinin istehsalı olan 4x4 tәkәr formullu “Ejder Yalçın” zirehli maşınları üzәrindә yerlәşdirilmiş variantda Qәtәr Ordusuna tәdarük edilib. Kompleksin әsas taktiki-texniki xas - sә lәri buraxma qurğusundakı raketlәrin sayına, növünә vә quraşdırıldığı texnika nümunәsinә görә dәyişir. 51 “Serdar” özüyeriyən TƏRK


“Kaplan” vә PARS özüyeriyәn TƏRK Türkiyәnin FNSS şirkәti tәrәfindәn istehsal olunan tırtıllı “Kaplan-10” vә tәkәrli PARS 4x4 zirehli texnikaları “Kornet-E” vә OMTAS TƏİR buraxma qurğuları ilә tәchiz edilәn özüyeriyәn TƏRK-dir. Yeni özüyeriyәn TƏRK müxtәlif әrazilәrdә, o cümlәdәn dağlarda uğurla sınaqdan keçirilәrәk Türkiyә Silahlı Qüvvәlәrinin silahlanmasına qәbul edilib. Türkiyә Ordusu “Kornet-E” vә ya OMTAS TƏİR ilә silahlanmış “Kaplan” vә PARS TƏRK-in iki modifikasiyasını alır. “Kaplan” tırtıllı TƏRK әsas döyüş tankları ilә birgә hәrәkәt edә bilәn avtomatik transmissiyalı yeni nәsil zirehli döyüş maşını kimi layihәlәndirilib. Döyüş maşını müxtәlif alt sistemlәri birlәşdirәrәk hәr cür tapşırıqları yerinә yetirmәyә imkan verәn platforma kimi hazırlanıb. PARS 4×4 tәkәrli TƏRK sürәti vә yüksәk manevr qabiliyyәti ilә düşmәn tanklarını vә digәr zirehli elementlәri uzaq dan, bütün relyef şәraitindә mәhv etmәk vә qısa müddәtdә mövqelәrini dәyiş di rә rәk ikinci hәdәfi atәşә tutmaq qabiliyyәti ilә hazırlanıb. Hәr iki kompleksdә uzaqdan idarә olu nan, insansız tank әleyhinә qüllә var. Ballistik mühafizәyә sahib qüllәdә 2 әdәd TƏİR vә 1 әdәd 7,62 mm-lik pulemyot yerlәşdirilib. Silah vә qüllә elektrikli, iki oxlu stabilizasiyalı hәrәkәt sisteminә malikdir. İstiqamәtlәndiricilәr üfüqi müs - tәvidә 360°, şaquli müstәvidә ±25° bucaqda tuşlana bilir. Nişangah avadanlığına orta vә uzun dalğalı termal kamera, gündüz kamerası vә 10 km mәsafәyә malik lazer mәsafәölçәni daxildir. Atәşi idarәetmә sistemi atәşi idarәetmә kompü - te rindәn vә avtomatik hündürlük vә ön lә - mә bucağının hesablayıcısından ibarәtdir. “Kaplan” vә PARS özüyeriyәn TƏRK-lәrә inteqrasiya edilәn “Roketsan” şirkәtinin istehsalı olan OMTAS orta mәnzilli tank әleyhinә raket kompleksi döyüş meydanında zirehli tәhlükәlәrә qarşı tәsirlidir. OMTAS TƏRK infra - qırmızı özütuşlama başlığı sayәsindә raket gecә-gündüz vә istәnilәn hava şәraitindә işlәyә bilir. Öz üçayaq platformasında istifadә edilә bilәn OMTAS, yerüstü tәkәrli/tırtıllı daşıyıcı nәqliyyat plat for - malarına açıq qüllә vә ya qapalı qüllә şәklindә inteqrasiya olunaraq da istifadә edilә bilir. OMTAS iki rejimdә işlәyә bilәn müasir TƏRK-dir: “atdın-unutdun” vә “atdın-düzәliş etdin”. Yәni raket atışdan әvvәl vә ya sonra hәdәfә bağlana bilәr vә hәdәf/vuruş nöqtәsi seçiminә imkan verәn atәşә düzәliş vermәk rejimlәrinә malikdir. Bu halda, tuşlama hәm buraxma qurğusunun kömәyi ilә (birbaşa görünmә zamanı), hәm dә uzaqdan idarәetmә mo - du lunun kömәyi ilә (raketlәri sı ğı na caq - dan buraxan zaman) hәyata keçirilә bilir. Yeni kompleksin raketlәri tandem tank әleyhinә, qәlpәli-fuqas vә termobarik döyüş başlıqlarına malikdir ki, bu da hәm düşmәnin canlı qüvvәsini, hәm dә 200 metrdәn 4 km-ә qәdәr mәsafәdә ağır zirehli hәdәflәri eyni dәrәcәdә effektiv şәkildә mәhv etmәyә imkan verir. OMTAS kompleksinin buraxma qurğusu vә raket arasındakı radiotezlikli mәlumat bağlantısı istifadәçiyә çevik әmәliyyat imkanları tәqdim edir. Hindistan Respublikası – NAMICA özüyeriyәn TƏRK Hindistanda yerli “Sarath” (Sovet istehsalı BMP-2-nin lisenziyalı prototipi) piyada döyüş maşını bazasında yeni nәsil “Nag” TƏİR ilә silahlandırılmış NAMICA adlı özüyeriyәn TƏRK yara - dılmışdır. DRDO Müdafiә Araşdırmaları vә İnkişafı Tәşkilatının mütәxәssislәri uzun illәrdir ki, NAMICA özüyeriyәn TƏRK üzәrindә tәkmillәşmә işlәri aparır. “Nag” raket 130 mm-lik tandem döyüş başlığı ilә tәchiz edilib ki, bu da dinamik mühafizә ilә dәstlәşdirilmiş müasir zirehli hәdәflәrlә döyüşmәyә imkan verir. NAMICA TƏRK-in tәrkibinә nәq - l etmә-buraxma konteynerindә (NBK) TƏİR, nişangah sistemi ilә 8 NBK-dakı TƏİR üçün qüllә buraxma qurğusu, ida - rәetmә pultu vә şassi daxildir. NAMICA döyüş maşınının şassisindә 8 әdәd TƏİR (NBK-da 4 TƏİR-li 2 paket) üçün qüllә tipli buraxma qurğusu yerlәşdirilib. Paketlәr arasında televizor kamerası, termal kamera vә lazer mәsafәölçәndәn ibarәt nişangah bloku quraşdırılıb. Buraxma qurğusu raketlәrin 360° üfüqi 52 www.poliqon.az PARS özüyeriyən TƏRK “Kaplan” özüyeriyən TƏRK


müstәvidә dairәvi tuşlanmasını tәmin edәn fırlanan platformaya quraşdırılıb. Çapı 190 mm olan “Nag” TƏİR-nin atәş mәsafәsi 500-4000 metr arasındadır. Çin Xalq Respublikası – “Type 89 AT” özüyeriyәn TƏRK Çinin ZSD89 (hәmçinin “Type 89 AT” kimi tanınır, sәnaye işarәsi YW534) “HongJian-8” (HJ-8) yarıaktiv, mәftillә idarә olunan TƏİR buraxma qurğusundan vә tuşlama sistemindәn istifadә edәn mobil tank әleyhinә silah kompleksidir. Bu kompleks tәkmillәşdirilmiş ZSD89 zirehli transportyoruna (ZTR) quraşdırılıb. “Type 89 AT” özüyeriyәn TƏRK-nin HJ-8 raketi minimal 100-3000 metr uçuş mәsafәsinә malikdir. Dörd raketin hamısı buraxıldıqdan sonra silah stansiyası yenidәn doldurulmaq üçün desant bölmәsinә endirilir. Silah operatoru periskop optik nişangahından istifadә edәrәk 7 km mәsafәdә hәdәfi axtarır vә tapır. Raket buraxıldıqdan sonra operator hәdәfi nişangahda saxlamağa davam edir. TV-bucaqölçәn raket vә nişanalma xәtti arasındakı bucaq sapmasını ölçür. Korreksiya komandası mәftil vasitәsilә raketә ötürülür. Raketin uçuşu zamanı silah operatoruna sadәcә nişangahın çarpazını hәdәfdә saxlaması kifayәtdir vә sistem komanda siqnalını hәdәfә dәyәnә qәdәr avtomatik olaraq raketә ötürür. Kömәkçi silahlara komandir qüllә - sindә quraşdırılmış 7,62 mm-lik pulemyot vә maşının hәr iki tәrәfindә quraşdırılmış iki dördlülәli tüstü qumbaraatanları daxildir. AFT-10 özüyeriyәn TƏRK Çin istehsalı olan “HongJian-10” (HJ-10) TƏİR istifadә edәn AFT-10 özüyeriyәn çoxmәqsәdli raket sistemi, günün istәnilәn vaxtında, әlverişsiz hava şәraitindә müasir zirehli texnikaları, o cümlәdәn dinamik mühafizә ilә tәchiz edilmişlәri, istehkam vә mühәndis qurğularını, aşağı sürәtli hava vә yerüstü hәdәflәri mәhv etmәk üçün tәyin edilib. AFT-10 kompleksi ZBD-04A piyada döyüş maşınının şassisindә Çinin CASIC korporasiyası tәrәfindәn hazırlanıb. Çinin NORINCO şirkәti 2018-ci ildә VN-1 8x8 tәkәrli zirehli transportyorun (ZBL-09-un ixrac versiyası) bazasında HJ-10B TƏİR ilә dәstlәşdirilәn çoxmәqsәdli silah kompleksin tәqdim edib. Hәr iki kompleksin әsas elementi idarә olunan HJ-10 raketidir. HJ-10B raketi sәlәfi HJ-10A TƏİR-dәn tәkmil - lәşdirilmiş termal özütuşlama başlığı ilә fәrqlәnir. Maksimal uçuş mәsafәsi 10 kmә qәdәrdir. Özüyeriyәn TƏRK tuşlama apara - turası kompleksinә hәdәflәri aşkar etmәk üçün radiolokasiya stansiyası, termal kamerası vә lazer mәsafәölçәni olan optoelektronik avadanlıq daxildir. Döyüş maşınının rabitә sisteminin radio an - tenaları dönmә platformasının arxa hissә - sindә yerlәşir. Döyüş maşını HJ-10 operatorları üçün iki iş yeri ilә tәchiz olu - nub ki, bu da iki raket yaylımı ilә atәş aparmağa imkan verir. Son illәrdә Çin Ordusunun bölmәlәri HJ-10 tәkmillәşdirilmiş TƏRK ilә tәchiz ediliblәr. Tәkmillәşdirilmiş kompleks zirehli kabinli FAW avtomobilinin şassisi üzәrindә qurulub. Tәkmillәşdirilmiş özüyeriyәn komplekslәr artırılmış atәş mәsafәsinә sahibdirlәr. Tәkmillәşdirilmiş TƏRK, hәm dә ZBD-04A piyada döyüş maşınının şassisinә quraşdırılmış baza versiyadan raketlәrin buraxılması üçün istiqamәtlәndiricilәrin sayının azaldılması ilә fәrqlәnir. Özüyeriyәn kompleks teleskopik qaldırıcı qurğuda yeni optoelektron stansiya ilә tәchiz edilib. Əgәr әvvәllәr raket 10 000 metr mәsafәdәki hәdәflәri vura bilirdisә, indi uçuş mәsafәsi daha da artırılıb. Dünyada baş verәn son münaqişәlәr nәticәsindә dolayı itkilәri azaltmaq üçün nisbәtәn ucuz, qısa mәnzilli vә dәqiqliyә malik tank әleyhinә raket komplekslәri getdikcә daha çox inkişaf etdirilir. Bu arada mәmulatların universallığını qeyd etmәmәk dә mümkün deyil. Hәmçinin, yalnız bir növ hәdәf üçün nәzәrdә tutulmuş silah müharibә üçün әlçatmaz dәbdәbәdir vә bundan irәli gәlәrәk tank әleyhinә silahlar çoxfunksiyalı olmalıdır. Müasir tank әleyhinә özüyeriyәn raket kom - plekslәri tәkcә tankları vә zirehli tex ni - kaları deyil, hәmçinin pilotsuz uçuş apa - ratlarını vә helikopterlәri dә vura bilir. Ümumiyyәtlә, aydındır ki, tank әley - hinә raket komlekslәrinin tәkamülü müasir hәrbi münaqişәlәrin tәlәblәrinә uyğundur vә tәlәb olunan xüsusiyyәtlәr dәqiqliklә qoşunların öz tapşırıqlarını maksimum sәmәrәlilik vә minimum itki ilә daha effektiv yerinә yetirmәsinә imkan verәn xüsusiyyәtlәrlә diktә olunur. 53 NAMICA özüyeriyən TƏRK “Type 89 AT” özüyeriyən TƏRK


Sərgidə Kasım‐Jomart Tokayevə “Vostok Polimer Snab”ın, “Semey”in, “Navyco”nun, “Universal‐Build”in, “Energy General”ın və digər müəssi sələrin hazır ‐ ladığı məhsullar və imkanlar təqdim edilib. Bundan başqa, prezidentə Tür kiyənin “Otokar” şirkəti tərəfindən istehsal edilən 8×8 təkər formullu “Arma” zirehli maşınının su maneələrini keçmək imkanları və Qa ‐ za xıstan‐Türkiyə birgə müəssisəsi olan “Kazakhstan Aselsan Engineering”in müasir ra bitə və gecəgörmə cihazları nümayiş etdirilib. Qazaxıstan Müdafiə Nazirliyi “Arma 8×8”i seçmələrindəki səbəbi açıqlayıb Son vaxtlar Qazaxıstan Müdafiə Nazirliyinin Türkiyənin “Otokar” şir kə ‐ tindən 8×8 təkər formullu “Arma” zirehli döyüş maşınlarını almasına dair ya yım la ‐ nan xəbərlər yerli müdafiə sənayesi ilə bağlı bir sıra narazılıqların yaranmasına səbəb olub. Bu narazılıqlar səbəbindən Qa ‐ zaxıstan Müdafiə Nazirliyi rəsmi izahat yayıb. İzahatda Qazaxıstan Müdafiə Na zir ‐ liyinin nə üçün “Kazakhstan Para mount Engineering” (KPE) şirkəti tə rəfindən yerli istehsal edilən “Barys 8×8” zirehli transportyorunun deyil də, “Otokar” is ‐ tehsalı “Arma 8×8”i almaq niyyətində olmaları açıqlanıb. Qazaxıstan MN “Barys 8×8”i seç mə ‐ mələrinə səbəb kimi aşağıdakıları göstərib: q “Barys 8×8”in sınaqlar zamanı “Arma 8×8”dən geri qalması; qOnun “Arma 8×8” kimi suda üzə bilməməsi; qRusiya istehsalı BTR‐82A zirehli trans portyoru ilə təxminən eyni im kanlara sahib, ancaq qiymət baxı mından ondan 400 milyon KZT (870 min ABŞ dolları) daha baha olması (“Barys 8×8”in dəyəri təxminən 1 milyard KZT‐dir (2.1 milyon ABŞ dolları)); q“Arma 8×8” ilə müqayisədə “Barys 8×8”in üzərinə quraşdırılan silah se çi mi ‐ nin az olması və təkcə 30 mm‐lik topa sa ‐ hib döyüş modulu ilə silah landırıla bilməsi; qKPE şirkətinin daha əvvəlki dövlət müdafiə sifarişlərini vaxtında yerinə yetirə bilməməsi; qKPE‐nin istehsal etdiyi zirehli maşın ‐ ların heç bir ölkəyə ixrac olunmaması; q2023‐cü il mayın 15‐dən 30‐dək “Barys 8×8”in hərbi istifadəsinə dair keçirilən üçüncü eksperimental sınaqlar zamanı əvvəlki testlərdə Qazaxıstan MN‐ in zirehli texnika ilə bağlı KPE‐yə bildirdiyi iradların tam olaraq aradan qaldırılmaması (həmin vaxt bu iradlar yalnız baza şassi ‐ sində aradan qaldırılmış, döyüş modulunda isə çatışmazlıqlar aradan qaldırılmamışdır). İzahatda qeyd edilib ki, bundan başqa, Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən 2023‐cü il avqustun 21‐dən 25‐dək zirehli texnikaların performans və atəş im kan la ‐ rının nümayiş olunması məqsədilə hərbi po liqonlarda yerli və xarici istehsal olan dö ‐ yüş maşınlarının sınaq sürüşü təşkil edilib. Həmin nümayişdə iştirak etmək üçün KPE və “Otokar” şirkətlərinə, eləcə də bəzi dövlət qurumlarına dəvət göndərilib: “Türkiyənin “Otokar” şirkəti bu nümayiş üçün “Arma 8×8”i göndərdi. Ancaq KPE şirkəti əvvəllər “Barys 8×8”in döyüş qa ‐ biliyyətini bir neçə dəfə nümayiş etdirdiyini, həmçinin quraşdırılmış silahların köhnə ‐ lməsinin döyüş qabiliy yətini tam miqyasda göstərilməsinə imkan vermədiyini bil ‐ dirərək iştirakdan imtina etdi”. Qazaxıstan Müdafiə Nazirliyi “Barys 8×8”dən 40 faiz daha baha olsa da, “Otokar” istehsalı “Arma 8×8”i seçmələrindəki və almaq istəmələrindəki səbəblər kimi bun ‐ ları göstərib: q Suda üzmək imkanın yüksək səviyyədə olması; qSınaqlarda özünü performans, atış və s. cəhətlərdən daha yaxşı göstərməsi; q Dənizdə batdığı zaman suyun altındakı yüksək təzyiqə tab gətirməsi və quruya çıxarıldıqdan sonra bütün elektrik sistemlərinin normal işləməsi; qSilah seçim imkanın yüksək olması (30 və 100 mm‐lik toplarla, 5 km məsafəyə qədər atış imkanına malik tank əleyhinə raket kompleksləri ilə silahlandırıla bilməsi) və s. Xatırladaq ki, Qazaxıstan Müdafiə Nazirliyi “Arma 8×8”in ilkin sınaqlarının keçirilməsinə 2023‐cü ilin mart ayından başlayıb. İndiyə kimi “Arma 8×8” həm Qaza xıstan çöllərində, həm də Xəzər dəni ‐ zində bir sıra sınaqlardan keçirilib. Zirehli texnika bu sınaqlarda özünü uğurlu şəkildə göstərməyi bacarıb. Cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX‐2023 sərgisi çərçivəsində POLİQON jurnalına müsahibə verən “Otokar”ın baş direktoru Serdar Görgüc “Arma 8×8”in bütün sınaqlardan uğurla çıxdığını və onun imkanılarının Qazax operatorlar tərəfindən qiymətlən ‐ dirildiyini açıqlamışdı. Qazaxıstan prezidenti “Arma 8×8” zirehli maşınının imkanları ilə tanış olub Qazaxıstan prezidenti Kasım‑Jomart Tokayev “Batil Toytaris‑2023” strateji komanda‑qərargah hərbi təlimi çərçivəsində yerli və xarici müdafiə sənayesi şirkətləri tərəfindən istehsal edilən silah və hərbi texnika ilə tanış olub. “Nefer” qülləsi ilə təchiz olunmuş “Arma” 8×8 döyüş maşını


55 Türkiyənin STM şirkəti dəniz sis tem ‐ ləri sahəsində xarici asılılığı azaltmaq məq ‐ sədi ilə daha bir məhsulu milliləşdirib. Su ‐ üstü hərbi döyüş gəmilərinin istənilən hava və dəniz şəraitində təhlükəsiz fəaliyyət gös tərməsini təmin edən “Yalpa” tarazlaşdırma sistemi yerli şəkildə istehsal olunacaq. “Yalpa” tarazlaşdırma sistemi STM ilə “Robotek Otomasyon Teknolojileri LTD” şirkəti tərəfindən birgə inkişaf etdirilib. Artıq dizayn və istehsal mərhələsini geridə qoyan “Yalpa” sistemi ixrac layihəsi çərçivəsində adı açıqlanmayan müştərinin iki korvetinə inteqrasiya ediləcək. Sözügedən sistemin MİLGEM layihəsi əsasında Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa olunan 6‐cı, 7‐ci və 8‐ci freqatlara da inteqrasiyası gözlənilir. İnkişaf etdirilən yeni sistem ilə bağlı fikirlərini bölüşən STM‐in baş direktoru Özgür Güleryüz, müdafiə sənayesi sahəsində ölkənin xarici asılılığını azaltmaq üçün milliləşdirməyə dair atılan addımlardan danışıb: “Güclü eko sis te mi mizin göstəricisi olan “Yalpa” tarazlaşdırma sistemini Türkiyədə ilk dəfə mil li ləş dirməyə nail olduq və ixrac layi həmizə daxil etdik. Gəminin suda qalan hissəsinə, yəni gövdəsinə quraşdırılmış “Yalpa” tarazlaş ‐ dırma sistemini balığın üzgəcləri ilə müqayisə edə bilərik. Bu üzgəclər ağır hava və dəniz şəraitində işə düşür və gəmi ‐ nin stabil şəkildə qalmasını dəstəkləyir. Bu sistemin xaricdən alınması zərurətini aradan qaldıraraq, ölkəmizdən valyuta çıxışının qarşısını aldıq. Türkiyə Silahlı Qüvvələrinə və müdafiə sənayesinə kritik sistemləri qazandırmağa davam edəcəyik”. Gəminin hər iki tərəfdə həddindən artıq əyilmənin qarşısını almaq üçün hazırlanmış “Yalpa” sistemi onlara dalğalı dənizlərdə fəaliyyət göstərmək imkanı verir, döyüş zamanı ani manevr nəticəsində meydana gələn mənfi hərəkətləri mini ‐ muma endirir, şəxsi heyətin təh lükəsizliyini və platformanın əməliyyat səmərəliliyini artırır. Bundan başqa, helikopterlərin gəmiyə təhlükəsiz şəkildə eniş‐qalxışını və atəş zamanı silah sis temlərinin stablizasiyasını da təmin edir. Türkiyənin hərbi gəmiləri STM‑in “Yalpa” tarazlaşdırma sistemi ilə təchiz olunacaq Türkiyənin STM şirkəti tərəfindən TÜBİTAK SAVTAG 1007 proqramı çərçi ‐ vəsində hazırlanan GEMED (Gemi Muharebe ve Etkinlik Değerlendirme Modeli) layihəsinin qəbul sınaqları tamamlanıb. 5 ildən artıq müddət ərzində inkişaf etdirilən GEMED layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) analiz, təchizat, sistem və taktiki imkanlarını gücləndirəcək. Layihə ilə bağlı fikirlərini bölüşən STM‐in baş direktoru Özgür Güleryüz bildirib ki, simulyasiya və qərar dəstəyi həllərində əhəmiyyətli təcrübəyə malik ‐ dirlər: “Simulyasiyaya əsaslanan qərar dəstəyi həlli olaraq inkişaf etdirdiyimiz GEMED ilə Hərbi Dəniz Qüvvələrimizin dö yüş platformalarının döyüş effektivliyi qiy mətləndiriləcək, taktikaların hazır lan ‐ masında, dizayn və satınalma qərarlarında qüvvələrimizə dəstək veriləcək. GEMED layihəsi çərçivəsində 100‐ə yaxın döyüş elementi və alt sistemlərin modellərini hazırladıq. GEMED‐in platforma, sensor, silah və qarşı tədbir modelləri sayəsində suüstü, sualtı və hava əməliyyatları üçün effektiv analizlər həyata keçirilə biləcək. Beləliklə, döyüş ssena ‐ rilərinin təhlili əməliyyat meydanından əvvəl simulyasiya mühitində dəfələrlə təkrarlana biləcək. GEMED sayəsində Hərbi Dəniz Qüvvələrimiz döyüş hazırlığı sə ‐ viyyəsini maksimum səviyyəyə yük ‐ səldəcək”. Qeyd edək ki, GEMED ilə yaradılan simulyasiya mühitində dəniz, hava və sualtı əməliyyatlar üçün 40‐dan çox missiya tətbiqi həyata keçirilib. GEMED ilə həyata keçirilən simulyasiya zamanı istifadəçi müvafiq platforma modellərinə müxtəlif tapşırıqlar təyin edə və tapşırıqlar arası şərti keçidlər vasitəsilə missiya planı yarada bilər. Yaradılan ssenarilərdə istifadəçi müxtəlif platforma sistem konfiqurasiyaları, qərar me ‐ xanizmləri və davranışlar üçün fərqli ətraf mühit şəraitində eksperimental dizaynla xeyli variantlar həyata keçirə və simulyasiya nəticələrini çox kriteriyalı qərar vermə üsulları ilə təhlil edə bilər. STM‑in inkişaf etdirdiyi GEMED‑in qəbul sınaqları tamamlanıb


Elektron müharibә sistemlәri istifadә yerlәrinә görә müxtәlifdir. Onlar hәm quru sәthindә vә platformalarında, hәm avia - siya vasitәlәrindә, hәm dә döyüş gә mi - lәrindә quraşdırılır. Budәfәki ya zı mızda yerüstü radioelektron mübarizә kom - plekslәrindәn bәhs edәcәyik. Radioelektron mübarizә (REM) de - dikdә, düşmәnin radioelektron ida rәetmә, rabitә vә kәşfiyyat sistemlәrinә radio - şüalanma (radiomaneә) tәsiri gös tәrmәklә aparılan mübarizә başa düşülür. Bunun mәqsәdi düşmәnin belә sis temlәrindә dövriyyәdә olan hәrbi mә lumatların keyfiyyәtini (mәtni) dәyiş dirmәk, özünün sistemlәrini analoji tәsirlәrdәn müdafiә etmәk, hәmçinin radiodalğaların yayılma şәrtlәrini (mühitin xüsusiyyәtlәrini) dәyiş - dirmәkdir. REM-dә әhәmiyyәtli rol mәlumatların elektromaqnit dalğalar vasitәsilә ötürülmәsinә ayrılır. REM vasitәlәri silahlı mübarizә vasitәlәrinin yüksәk döyüş effektivliyinin tәmin edilmәsindә vacib yer tutur. REM-in gedişatında tәsir obyektlәri olaraq vacib radioelektron obyektlәr (qoşunları, qüvvәlәri vә silahları idarә - etmә sistemlәrinin radiovasitә istifadә edәn elementlәri) götürülür. Bu obyekt - lәrin işinin pozulması vә ya dayan dırıl - ması düşmәnin öz silahlarını tәtbiq etmәsinin effektivliyini aşağı salmağa gәtirib çıxarır. Rabitәnin, idarәetmәnin, tuşlamanın vә naviqasiyanın radioxәtlәri radiomaneәlәrin әsas hәdәfi olaraq götü - rülür. Maneәlәr başlıca olaraq radio - vasitәlәrin qәbuledici hissәsinә tәsir göstәrir. Radioelektron mübarizә vә ya elektron müharibә üç әsas hissәdәn: elektron dәstәk (ES – electronic support), elektron hücum (EA – electronic attack) vә elektron müdafiәdәn (ED – electronic defense) ibarәtdir. Elektron dәstәk qarşı tәrәfin yaydığı siqnalları aşkarlayaraq onların analiz edil - mәsini tәmin edir. Aşkar vә analiz edilәn siqnallara elektron hücum sistemlәrinin vasitәsi ilә pozucu fәaliyyәtlәr hәyata keçirilir. Elektron müdafiә isә dost böl - mәlәrin rabitә vasitәlәrini, infra struk tu - runu vә digәr elektron sistemlәrini düş - mәndәn gәlә bilәcәk elektron hücumlara qarşı qoruyur. Türkiyә, İsrail, Fran sa, Rusiya vә Belarus kimi öl kәlәrin istehsalı olan ye r - üstü elektron mü haribә vasitәlәrinin sı ra - sı na әldә vә çiyindә da şı nan kiçik hәcm li vә qısa mәnzilli sistem lәrdәn tut muş daha böyük hәcmli vә uzun mәn zilli kom - plekslәr da xildir. Türkiyә Respublikası Elektron sistemlәrin istehsalı sahә - sindә ixtisaslaşan Türkiyәnin ASELSAN şirkәti hazırda qlobal silah bazarında müştәrilәrә müxtәlif tipli radioelektron ELEKTRON MÜHARİBƏ SİSTEMLƏRİ ?Elşən Abdulkərimov Müasir müharibələrdə yüksək texnologiyalı naviqasiya, rabitə və silah sistemlərindən istifadənin artması onlara qarşı radioelektron mübarizənin aparılmasını vacib edir. Bu səbəblə hazırda dünya ordu‑ larında radioelektron mübarizə (elektron müharibə ‑ electronic warfare (EW)) vasitələrindən geniş şəkildə istifadə olunur. Bu tendensiyanı müşahidə edən müdafiə sənayesi şirkətləri sözügedən sahədə elmi‑ tədqiqat işlərinin (EMİ) aparılmasına, yeni və daha yüksək imkanlara malik məhsulların hazırlanmasına xüsusi diqqət yetirir. KORAL-2 elektron müharibә sistemi


mübarizә vasitәlәri tәklif edir. Bunların sırasına KORAL, KORAL II, MİLKAR3A3, VURAL, ILGAR, EJDERHA vә SÖKMEN daxildir. KORAL elektron müharibә sistemi KORAL radioelektron mübarizә sistemi ASELSAN tәrәfindәn ilk dәfә IDEF-2015 sәrgisindә tәqdim olunub. Standart konfiqurasiyada KORAL ayrıayrı maşınlar üzәrindә yerlәşәn bir elektron dәstәk (ES) vә dörd elektron hücum (EA) sistemindәn ibarәtdir. Düşmәn radarlarının kor edilmәsi üçün nәzәrdә tutulan KORAL radio elek - tron mübarizә sisteminin idarәsi NATO standartlarına uyğun istehsal edilmiş, nüvә, bioloji vә kimyәvi (KBRN) tәh - didlәrә qarşı qorumalı Əmәliyyat Nәzarәt Konteynerindәn hәyata keçirilir. Bu kompleks Tapşırıqların Planlaşdırılması vә Tapşırıqların Analizi proqramı ilә birgә tәklif olunur. Tapşırıqların Planlanması proqramı ilә verilәn tapşırıq üzrә öncәdәn müvafiq әraziyә uyğun hazırlıqlar vә analizlәr apa rılır. Tapşırıqların Analizi proqramı vasitәsi ilә әmә liyyat zamanı qeydә alınan radar siqnallarının detallı şәkildә parametrlәri tәhlil edilir. KORAL elektron dәstәk sistemi özün dәki istiqamәt vә mövqe müәy yәn - lәşdirә bilmә alqoritmlәri ilә yüksәk dәqiqliklә bucaqları vә yeri müәy yәn - lәşdirmәyi bacarır, KORAL elektron hücum sistemini sürәtli vә yüksәk hәcmdә mәlumatlarla tәmin edir. KORAL EA sistemi isә müasir elektron mübarizә texnologiyalarından istifadә edәrәk, hәdәf radarların tәsir sahәsini azaldır vә düşmәn radarlarının yanlış informasiyalar istehsal etmәsinә şәrait yaradaraq, dost qüvvәlәrin әmәliyyat qabiliyyәtini artırmış olur. KORAL elektron hücum sistemi fazalı antenası sayәsindә eyni zamanda çox say - da radar sisteminә qarşı tәtbiq oluna bilir. KORAL radioelektron mübarizә sis - temi 2016-cı ildә Türkiyә Silahlı Qüv - vәlәrinin inventarına qәbul edilib vә aktiv şәkildә istifadә olunur. Fәaliyyәt mәnzili 200 kilometr olan KORAL әmәlliyyatlar zamanı effektiv formada tәtbiq edilib. Belәliklә, әmәliyyat meydanında kifayәt qәdәr özünü sübut etmiş sistem olan KORAL adları açıqlanmayan bir neçә ölkәyә ixrac edilib. Hazırda ASELSAN yerli vә xarici müştәrilәrә KORAL-ın yeni versiyası olan KORAL II-ni tәklif edir. MİLKAR-3A3 elektron müharibә sistemi MİLKAR-3A3 radioelektron müba - rizә vasitәsi 2015-ci ildә Türkiyә Müdafiә Sәnayesi Başqanlığı vә ASELSAN arasında Mobil V/UHF Elektron Mü - haribә Sistemi Layihәsi әsasında ha - zırlanıb. KORAL-da olduğu kimi, MİLKAR-3A3 dә ayrı-ayrı maşınlar üzә - rindә yerlәşәn elektron dәstәk (ES) vә radar elektron hücum (EA) sistemlәrindәn ibarәtdir. Ancaq istifadәçinin ehtiyaclarına uyğun olaraq MİLKAR-3A3 elektron müharibә sistemi bir nәqliyyat vasitәsi üzәrindә dә komplektlәşdirilә bilәr. KORAL elektron müharibә sistemi düşmәn radarlarının kor edilmәsi üçün nәzәrdә tutulduğu halda, MİLKAR-3A3 qarşı tәrәfin şәxsi heyәti, quru vә aviasiya vasitәlәri arasındakı rabitә vә mәlumat әlaqәsini pozmaqdan ötrü tәyin olunub. Belә ki, MİLKAR-3A3 düşmәn vasitәlәrinin idarәetmә mәrkәzlәri ilә V/UHF diapazonundakı әlaqәsinin qar - şısını alır, gecikmәlәr yaradır vә ya yanlış mәlumat ötürülmәsinә sәbәb olur. Bu isә әmәliyyat meydanında fәaliyyәt göstәrәn dost bölmәlәrә bir sıra üstünlüklәr qa - zandırır. Bundan başqa, o, tezlik atlamalı rabitә cihazlarına, GNSS yayımlarına, peyk әl terminallarına vә s. qarşı da effektivdir. MİLKAR-3A3-dә tәkli, sıralı, çoxlu, bәnd vә reaktiv olmaqla beş fәrqli qarış - dırma rejimi mövcuddur. Kompleksin davamlı olaraq çalışa bilmәsi üçün MİLKAR-3A3 fasilәsiz işlәmәyi dәs - tәklәyәn enerji infrastrukturu ilә tәmin edilib. Əmәliyyat meydanında istifadәçiyә yüksәk hәrәkәt imkanı tәmin etmәk üçün MİLKAR-3A3 sistemlәri 4x4 tәkәr formullu yük maşınlarının şassisi üzrәindә yerlәşdirilib. Sistemin tez vә asan şәkildә fәaliyyәtә hazır vәziyyәtә gәtirilә vә sökülә bilmәsi bölmәlәrә xüsusi çeviklik qazandırır. Hazırda MİLKAR-3A3 radioelektron mübarizә vasitәsinin yeganә istifadәçisi Türkiyә Silahlı Qüvvәlәridir. Şirkәt 2019- cu ilin avqust ayında Türkiyә Quru Qoşunları Komandanlığına 11 әdәd MİLKAR-3A3 radioelektron mübarizә sisteminin verildiyini açıqlayıb. 57 MİLKAR‑3A3 elektron müharibə sistemi


VURAL elektron müharibә sistemi ASELSAN-ın digәr bir elektron müharibә sistemi olan VURAL, şirkәt tәrәfindәn REDET-II (Radar Elektronik Destek / Elektronik Taarruz) layihәsi әsasında istehsal edilib. O, da digәrlәri kimi elektron dәstәk vә elektron hücum olmaqla iki sistemdәn ibarәtdir. Radar elektron dәstәk sisteminin әsas iş prinsipi tәhlükәli radarları aşkarlamaq, diaqnozlaşdırmaq vә onlara qarşı elektron müharibәnin aparılması üçün istiqa mәt lә - rini, mәlumatlarını tәyin etmәklә Elektron Müharibә Sifarişini (EMD) yaratmaqdır. ES sistemi aşkarlama proseslәri çәrçivәsindә radara aid parametrlәri ilkin (tezlik, impuls eni, impuls amplitudası vә s.) vә detallı (antena axtarışı, impulsdaxili modulyasiya vә s.) şәkildә avtomatik ola - raq ölçür vә aşkarlanan siqnallardan yayım siyahısı hazırlayır. Daha sonra aşkar edilmiş radarların identifikasiya prosesi onların GVD vә ya Tәhdid Ki tab - xanasından sorğulanması nәticә sin dә avtomatik formada hәyata keçirilir. Radar ES sistemi yüksәk qazanclı antena strukturlarına, geniş vә dar zolaqlı qәbul xәtlәrinә, yüksәk etibarlıqlı pa ra - metr müәyyәnlәşdirmәk imkanlarına vә hәrtәrәfli qeyd/analiz infrastrukturuna malikdir. Radar EA sistemi aşkar edilmiş hәdәf radarların әhatә dairәsini azaltmaq vә ya müәyyәn müddәt әrzindә sıradan çıxar - maq üçün onlara qarşı aldatma vә ya tıxanma şәklindә elektron hücum tәtbiq edir. Sistem sahib olduğu “Dәstәk Tәsbit İnfrastrukturu” ilә elektron hücum hәyata keçirәcәyi hәdәf radarları aşkarlaya bilir. O, DRFM әsaslı quruluşu ilә hәdәf radarlara qarşı faza uyğunlu vә uyğunsuz qarışdırma vә aldatma üsulları tәtbiq edә bilir. Elektron hücum sistemi elektron şüa idarәetmә qabiliyyәti ilә istifadәçiyә birdәn çox radara eyni vaxtda hücum etmәk imkanı verir. Hazırda VURAL radioelektron mü - ba rizә vasitәsi Türkiyә Silahlı Qüv vә - lәrinin inventarında yer almaqdadır. Onun radar elektron hücum sisteminin ilk partiyası 2021-ci ilin dekabr ayında Türkiyә Ordusuna tәhvil verilib. VURAL sisteminin Türkiyә Silahlı Qüvvәlәrinә tam olaraq tәhvil verilmәsi ötәn ilin may ayında başa çatdırılıb. İsrail Dövlәti Dünyada baş verәn müharibәlәrdә elektron sistemlәrә qarşı yaranan tәlәbatı nәzәrә alan İsrailin “Israel Aerospace Industries” (IAI) şirkәtinin törәmәsi “ELTA Systems” bu ehtiyaclara cavab vermәk üçün “Scorpius” elektron mü - haribә (EW) sistemlәri ailәsini hazırlayıb. “Scorpius” mәhsul ailәsi “ELTA Systems”in “Active Electronic Scanning Array” (AESA) texnologiyasına әsaslanır. Köhnә EW hәllәrini üstәlәyәn bu AESA texnologiyalı elektron müharibә sistemi hәm qәbuledicinin hәssaslığında, hәm dә Effektiv Radiasiya Gücündә (ERP) yük - sәk bacarıq tәmin edir. Bundan әlavә, AESA texnologiyası qәbul vә ötürmә üçün dar, çox şüalı әmәliyyata imkan verir. Bu da sistemә eyni vaxtda birdәn çox tәhdidi aşkarlayıb hәdәf almağa şәrait yaradır. Hәmçinin “Scorpius” ailәsi әvvәlki nәsil “Qallium Arsenid” (GaAs) tran zis - tor larına nisbәtәn daha yüksәk güc sıxlığı vә sәmәrәliliyi tәmin edәn, gücü mak si - mu ma çatdıran vә enerji sәrfiyyatını azaldan әn son “Qallium Nitrat” (GaN) texno logiyasını özündә birlәşdirir. AESA-nın müstәsna hәssaslığından istifadә edәrәk, “Scorpius” ailәsi aşağı kәsilmә ehtimallı (LPI) radarları vә uzun mәnzilli hәdәflәr kimi qabaqcıl tәhlükәlәri hәm aşkarlaya, hәm dә izlәyә bilir. O, üstün ERP imkanları ilә yüksәk effektli düşmәn radarlarını sıradan çıxarır. 58 www.poliqon.az VURAL elektron müharibə sistemi


“Scorpius” ailәsi istifadәçini müasir hava, gәmi vә quru tәhdidlәrindәn, o cümlәdәn atәşi idarәetmә radarları, axtarış radarları, aktiv raket arayıcı vә görüntülәmә radar - larından qoruyur. “Scorpius” ailәsinә daxil olan elek - tron müharibә sistemlәrinin hava, quru vә dәniz bazalanmalı olmaqla müxtәlif versiyaları mövcuddur. Bu ailәyә “Scorpius-G”, “Scorpius-T”, “Scorpius-N”, “Scorpius SP” vә “Scorpius EJ” elektron müharibә sistemlәri aiddir. Bunların arasından “Scorpius-G” quru әsaslı elektron müharibә sistemidir. “Scorpius-G” elektron müharibә sistemi ELL-8256SB indeks kodlu “Scorpius-G” quru әsaslı, güclü, müasir vә uzun mәsafәli RF elektron dәstәk (ESM) vә RF elektron qarşı tәdbirlәr (ECM) sistemidir. O, geniş coğrafi sektorda qabaqcıl atәşi idarәetmә radarları, axtarış radarları, AEW sensorları vә SAR daxil olmaqla müxtәlif hava vә quru sistemlәrinin siqnallarını effektiv şәkildә aşkarlayır, tәhlil edir, yerini müәyyәnlәşdirir, izlәyir vә kor edir. Tәkmillәşdirilmiş hәssaslıq vә ERP sistemi “Scorpius-G”yә düşmәn radar la - rı nı hәtta yan lobları vasitәsilә aş kar - lamağa vә tәhlil etmәyә imkan verir, onun elektron hücum qabiliyyәtini xeyli artırır. Bütün tezlik diapazonunda eyni vaxtda çoxsaylı tәhlükәlәrin qarşısını almağa qadir olan “Scorpius-G” quru qüvvәlәrini hәm havadan, hәm dә yerüstü tәhdidlәrdәn qoruyur. Bundan әlavә, sistem yüksәk performanslı “Elektron Dәstәk Tәdbirlәri” (ESM) tәmin edir. Bu isә davamlı olaraq düşmәn elektron emissiyalarını tutur, izlәyir vә әtraflı “Elektron Döyüş Sifarişi”ni (EOB) ha zır - layır. Sistem ESM-lәr vasitәsi ilә aş kar la - nan hәdәflәrә qarşı dәqiq, çox şüalı vә çox texnikalı elektron hücum hәyata keçirir. Fırlanan postamentin üzәrindә qu raş - dırılan “Scorpius-G” istifadәçiyә yüksәk hәrәkәt vә mobillik bacarığı tәmin etmәk üçün müştәrinin istәyinә uyğun olaraq müxtәlif yük maşınlarına inteqrasiya edilә bilәr. Fransa Respublikası – TEWS elektron müharibә sistemi Fransasının “Thales” şirkәti tәrә fin - dәn inkişaf etdirilәn “Tactical Electronic Warfare System” (TEWS) quru mühitindә düşmәnin әn mürәkkәb HF vә V/UHF radio siqnallarını pozmaq üçün nәzәrdә tutulmuş taktiki elektron müharibә sis - temidir. TEWS elektron dәstәk vә elektron hücum olmaqla iki sistemdәn ibarәtdir. TEWS mәnfi şәbәkәlәrin vә yayım - ların monitorinqi sayәsindә komandirin situasiya mәlumatlılığını artıraraq, mәlum olan әrazi xәritәsinә / mәnzәrәsinә töhfә verir. Bununla da komandiri düşmәnin öz yerlәşmә yerini dәyişmәsi vә ya fәaliy - yәtinin olması barәdә xәbәrdar edir. TEWS taktiki elektron dәstәk sistemi düşmәnin radio siqnallarını tutur vә analiz edәrәk Elektron Döyüş Sifarişlәrini yaradır. Daha sonra isә elektron hücum sistemi vasitәsilә düşmәnin rabitә vasi - tәlәrinә qarşı tıxanma vә pozuculuq fәaliy yәti hәyata keçirilir. Yuxarıda da qeyd etdiyimiz kimi, istifadәçi TEWS elektron dәstәk sistemi vasitәsilә qarşı tәrәfin radio siqnallarını tutur vә onların istiqamәtini müәy yәn - lәşdirir. Bunun üçün sistemdә TRC 6460 vә TRC 6200 olmaqla iki tip radar tutucu vә istiqamәt müәyyәnlәşdiricidәn istifadә edilir. TRC 6460 20-3000 MHz tezlik diapazonu aralığındakı radio dalğaları tutmaq üçün tәyin edilib. Müştәrinin istәyindәn asılı olaraq onun maksimum tezlik diapazonu 3000-6000 MHz-ә qәdәr artırıla bilәr. Ani bant genişliyi 40 MHz olan TRC 6460-ın әmәliyyat mәnzili bir kilometrdir. TRC 6200 0.009-30 MHz vә 20-3000 MHz tezlik diapazonları aralığındakı radio dalğaları tutmaq üçün tәyin olunub. TRC 6200-ün maksimum tezlik diapazonunu TRC 6460-dә olduğu kimi 3000-6000 MHz-ә qәdәr artırmaq mümkündür. Genişzolaqlı HF vә V/UHF radio siqnallarını tuta bilәn TRC 6460-ün ani bant genişliyi 40 MHz-dir. TRC 6460 vә TRC 6200 ilә aşkarlanan siqnal mәlumatları TEWS-in TRC 274 elektron hücum sisteminә ötürülür. TRC 274, VHF-dәn UHF tezlik diapazonlarına qәdәr bütün növ rabitә cihazlarını deqradasiya etmәk, pozmaq, zәrәrsizlәşdirmәk vә ya aldatmaq üçün nәzәrdә tutulmuş yüksәk performanslı genişzolaqlı taktiki elektron hücum sistemidir. O, hәm elektron müharibә sisteminin bir elementi kimi, hәm dә istәnilәn hava, quru vә dәniz platformasında ayrıca olaraq istifadә edilә bilәr. TRC 274 20-3000 MHz aralığındakı V/UHF tezlik diapazonlarının radio dalğalarını pozmaq imkanına malikdir. İstәkdәn asılı olaraq onun da maksimum tezlik diapazonu 3000-6000 MHz-ә qәdәr artırıla bilәr. Sözügedәn elektron dәstәk vә elektron hücum sistemlәri hazırda “Thales” şirkәti tәrәfindәn hәm TEWS elementi kimi vahid kompleks halında, hәm dә ayrı-ayrı olaraq müştәrilәrә tәklif edilir. Bu sәbәbdәndir ki, TEWS-in elektron dәstәk sistemlәri dünyanın 30- dan çox, elektron hücum sistemlәri isә 10- dan çox ölkәsindә istifadә olunur. Rusiya Federasiyası – “Leer 3” elektron müharibә sistemi 2015-ci ildәn etibarәn Rusiyanın Sankt-Peterburq şәhәrindә yerlәşәn Xü su - si Texnologiya Mәrkәzi tәrәfindәn seriyalı istehsal olunan RB-341V “Leer 3”, GSM standartlı mobil rabitә şәbәkәlәrindә ixti - saslaşan müasir radioelektron mübarizә vә radiotexniki kәşfiyyat vasitәsidir. Kompleksin xüsusiyyәti ondan iba - rәtdir ki, radioelektron mübarizә vә radiotexniki kәşfiyyat vasitәlәrini hәdәfә pilotsuz uçuş vasitәlәrinin kömәyi ilә 59 TEWS elektron müharibə sistemi


çatdırır. Kompleksin tәyinatının geniş lәn - dirilmәsi faydalı yüklәrin dәyişdirilmәsi hesabına yerinә yetirilir. Kompleks pilotsuz uçuş aparatından ötürülәn maneәlәr vasitәsilә GSM rabitәni susdurur. RB-341V “Leer 3” kompleksi qoyulmuş tapşırıqları bir PUA ilә tәyin edilmiş rayonda 16 saat müddәtindә ye - rinә yetirә bilir. Bu zaman düşmәn radio - elektron mübarizә vasitәlәrinin aktiv iş - lәmә şәraitindә yüksәk münaqişә tәsirinә davam gәtirmәk imkanına malikdir. Onun tәrkibinә KamAZ-5350 avto - mobilinin şassisindә avtomatlaşdırılmış işçi yerlәri vә anten-fider sistemli ko man - da-telemetrik radiorabitәli PUA idarәetmә maşını, bir yaxud iki “Orlan-10” tipli PUA, pilotsuz uçuş aparatları üçün xüsusi buraxıcı qurğu vә dәyişdirilәn faydalı yüklәr daxildir. “Оrlan-10” PUA RB-341V “Leer 3” radioelektron mübarizә vә radiotexniki kәşfiyyat kompleksinin düşmәnin yerüstü rabitә vasitәlәrini susdurmaq üçün әsas elementidir. PUA kompleksinin tәrkibinә operatorların iş yeri, idarәetmә vә mәlu - matları ötürmә radiokanallarının ava dan - lığı, texniki xidmәt vә PUA-nın startının tәminatı avadanlığı, avtonom işlәmәni tәmin etmәk 1 kVt gücә sahib benzin generatoru daxildir. Bir idarәetmә mәntәqәsindәn 4-ә qәdәr “Orlan-10” PUA idarә etmәk mümkündür. Zәrurәt yarandıqda eyni zamanda buraxılan PUA-ların faydalı yüklәrini idarә etmәkdәn ötrü kompleksin kömәyi ilә 30 operatora qәdәr yerli (lokal) şәbәkә yaratmaq imkanı var. Xәritә qismindә әrazinin bir neçә nöqtәyә vә ya elektron bir xәritәyә bağ - lanmış rastr görüntüsü istifadә olunur. Marşrut üçün 60 nöqtәyә qәdәr hün - dürlüyü vә onun uçuş işarәsi (hündürlük boyunca keçid vә ya barrajlama göstәrilir. Marşruta düzәlişlәrin verilmәsi (korrektә edilmәsi) radiokanal üzәrindәn aparılır. Yeni modifikasiya “Orlan-10” PUA, yüksәk keyfiyyәtli 3D xәritәlәr yaratmağa imkan verәn 12 әdәd yüksәk ayırdetmә imkanlı kamera ilә tәchiz edilmişdir. Mәnzil nöqtәsini vә eniş nöqtәsini, hәmçinin fövqәladә hallarda (radio rabi - tәnin itmәsi, GLONASS / GPS siqnal - larının olmaması, mühәrrikin sıradan çıxması) davranış alqoritmlәrini gös tәr - mәk mümkündür. Operator tәrәfindәn fay - dalı yükün işә salınması vә söndürülmәsi nöqtәlәri vә fotoaparatdan istifadә edi - lәrkәn isә üst-üstә düşәn kadrların әmsalı müәyyәnlәşdirilir. Bundan başqa, “Orlan-10” bombar d - mançı rolunu da yerinә yetirmәyә qa dirdir. Bu zaman “bomba” әvәzinә yalnız susdurma modulları istifadә olunur ki, bu da çox tәsiredicidir. Tәsir mәsafәsindәn danışırıqsa, bura - da hәr şey çox sadәdir. Belә ki, mәsafә daşınan faydalı yükdәn asılıdır. “Orlan10” PUA mәrkәzi hissәsindә 10 Vt gücә sahib avadanlıq apardıqda, 6 km-ә qәdәr mәsafәdә yerlәşәn abunәçilәr üzәrindә işlәyә bilir. Hәr birinin gücü 2 Vt olan vә qanadlara quraşdırılmış avadanlıq apar - dıqda isә tәsir dairәsi 3,5 km-ә qәdәrdir. Müxtәlif mәnbәlәrin mәlumatlarına әsasәn RB-341V “Leer 3” radioelektron mübarizә vә radiotexniki kәşfiyyat kompleksinin istehsal olunduğu 2015-ci ildәn bu günәdәk bir neçә “qaynar nöqtә”dә döyüş fәaliyyәtlәrindә iştirak edib. Bu “qaynar nöqtә”lәrin sırasına Uk - ray nanın Donbas bölgәsi, Suriya vә Azәr - baycanın Qarabağ bölgәsi daxildir. “Krasuxa-4” elektron müharibә sistemi 1RL257 “Krasuxa-4” elektron mü - haribә kompleksi “Radioelektronik Tex - nologiyalar” konserninin (KRET) tәrki - bindәki Ümumrusiya Elmi-Tәdqiqat İns - ti tutu “Qradient” tәrәfindәn inkişaf et dirilib. Onun inkişaf etdirilmәsinә 1990-cı illәrin ortalarında başlanıb vә 2012-ci ildә Rusiya Silahlı Qüvvәlәrinin isti fadәsinә verilib. Uzun mәnzilli elektron müharibә kompleksi olan “Krasuxa-4” düşmәnin zәrbә vә kәşfiyyat tipli aviasiya vasitәlәri, müşahidә radarları vә digәr sistemlәri ilә mübarizә aparmaq, onları sıradan çıxar - maq üçün nәzәrdә tutulub. Kompleks düşmәnin döyüş tәyyarәlәrinә mәqsәdli hava zәrbәlәri endirmәyi, kәşfiyyat apar - mağı vә son dәrәcә aşağı hün dürlüklәrdә uçmağı çәtinlәşdirәrәk, onları nisbәtәn daha yüksәk hündürlüklәrdә uçmağa mәcbur edir. Bu isә hәmin tәyyarәlәrin hava hücumundan müdafiә sistemlәrinin әhatә dairәsinә düşmәsinә vә zәrәr - silәşdilmәsinә şәrait yaradır. Onun iş prinsipi qarşı tәrәfin yaydığı siqnalın mәnbәyinin aşkarlanmasına, hәmin siqnalın növünün müәyyәn lәş diril - mәsinә vә qarşısının alınmasına әsaslanır. “Krasuxa-4” yerüstü müşahidә radarlarını, kәşfiyyat vә zәrbә komplekslәrinin radar - larını, çoxfunksiyalı radarları, AEW&C tipli tәyyarәlәrin radarlarını kor edә bilir. O, hәmçinin düşmәnin idarә olunan raketlәrinә qarşı da tәsirlidir. Rusiyalı mütәxәssislәrin fikrincә, әmәliyyat meydanında “Krasukha-4” elek tron müharibә komplekslәrinin isti - fadәsi quru qoşunlarının döyüş po ten - sialını 2 dәfә artırmağa, aviasiya itkilәrini 5-6 dәfә vә dәniz itkilәrini 2-3 dәfә azalt - mağa imkan verir. “Krasuxa-4” kompleksi, aparılan әmәliyyatın mәxfiliyini tәmin etmәk üçün hәdәflәri passiv rejimdә aşkarlayır vә daha sonra aktiv rejimdә onlara qarşı müәyyәn pozuculuq tәdbirlәri hәyata keçirir. Kompleksin işlәmә tezliyinin diapazonu 8-18 GHz, tәsir mәsafәsi 300 km, istifadәyә hazırolma müddәti 3 dәqiqә vә şәxsi heyәti 5 nәfәrdir. 24 saat davamlı çalışa bilәn “Krasuxa-4”ün enerji istehlakı 30 kVt tәşkil edir. Kompleksin döyüş tәyyarәlәrinin radarlarını kor 60 www.poliqon.az “Leer 3” elektron müharibə sistemi


edәrkәn әhatә zonasının radiusu 11-19 km, PUA-ların 16-41 km vә kosmik gәmilәrin 15-25 km-dir. “Krasuxa-4”ün elektron dәstәk vә elektron hücum elementlәri iki ayrı KamAZ (istehsalçı şassi olaraq müştәriyә KamAZ-6350 vә ya KamAZ-6350-334 kimi seçim şansı verir) şassisi üzәrindә yerlәşdirilib. Onların hәr biri 500 at gücünә malik YaMZ-8492.10-033 turbo - dizel mühәrriklә tәchiz edilib vә asfalt yolda sürәtlәri maksimum 80 km/saata çatır. Yük maşınlarının kabini elektro maq - nit şüalanmasından qorunub, kondisioner vә qızdırıcılarla tәchiz olunub. 2012-ci ildәn Rusiya Silahlı Qüv - vәlәrinin istismarında olan “Krasuxa-4” elektron müharibә kompleksindәn Suri - yadakı döyüş әmәliyyatlarında istifadә edilib. Hazırda Rusiya Ordusu UkraynaRusiya müharibәsindә kompleksin im kan - larından aktiv formda yararlanmaqdadır. “Krasuxa-2O” elektron müharibә sistemi “Krasuxa-2O” elektron müharibә sis - temi dә “Krasuxa-4” kimi, “Qradient” Ümumrusiya Elmi-Tәdqiqat İnstitutu tәrәfindәn inkişaf etdirilib vә “Bryansk Elektromexanika Zavodu”nda istehsal olunur. Günümüzdә Rusiya Ordusunun әn tәsirli vә yeni elektron müharibә sistem lә - rindәn biri olan “Krasuxa-2O” “Krasuxa2”nin modernlәşdirilmiş versiyasıdır. Kompleksin әsas vәzifәlәrindәn biri komanda mәntәqәlәrini, hava hücu - mundan müdafiә mövqelәrini, qoşunların cәmlәşdiyi әrazilәri vә ayrı-ayrı mühüm obyektlәri düşmәnin radiolokasiya stan si - yaları (RLS) vә havadan erkәn xәbәrdarlıq vә nәzarәt tәyyarәlәri (AEW&C – Airborne Early Warning and Control) tәrәfindәn aşkarlanmasının qarşısını alaraq onları qorumaqdır. Buna görә dә “Krasuxa-2O” qarşı tәrәfin radarları ilә radioelektron mübarizәnin aparılması üçün nәzәrdә tutulub. “Krasuxa-2O” düşmәn radarlarının yaydığı siqnalı aşkarlayır, tәsniflәndirir, növünü müәyyәnlәşdirir, mәnbәyini tapır vә izlәyir, lazım gәldikdә isә basdırır. Nәticәdә, qarşı tәrәfin radarı “kor” olur, öz funksiyasını yerinә yetirә bilmir vә yüksәk dәqiqlikli silahların lazımi hәdәfә yönlәndirilmәsi qeyri-mümkün hala gәlir. “Krasuxa-2O” radioelektron mübarizә kompleksinin tәsir mәnzili 400 kilometr tәşkil edir. Kompleks AEW&C tipli tәyyarәlәrә qarşı da effektivdir. O, AEW&C tәyyarәlәrinin radarlarını kor etmәk vә iş prinsipini pozmaqla hava әmә liyyatı yerinә yetirәn dost bölmәlәrә mәxsus qırıcıların ehtiyac duyulan mә - lumatla tәmin olunmasına maneә yaradır. “Krasuxa-2O”nun dövlәt sınaqları zamanı kompleksin bu imkanını yoxlamaq üçün Rusiya istehsalı olan A-50U AEW&C tәyyarәlәrlә testlәri keçirilmişdir. Sınaqlar zamanı “Krasuxa-2O” uğurlu şәkildә A-50U AEW&C tәyyarәsini aşkarlamağı bacarmışdır. Modernlәşdirilimiş versiya olan “Krasuxa-2O” dizaynına görә öz sә lә - findәn fәrqlәnir. O, “Krasuxa-2”dәn fәrqli olaraq tәk bir platforma üzәrindә ya - radılıb. Bu da ona hәm yığcamlıq vә mobillik qazandırıb, hәm dә asan şәkildә müәyyәnlәşdirilmәsinin qarşısını alıb. Belә ki, özündәn әvvәlki “Krasuxa-2”nin elementlәri üç fәrqli yük maşını üzәrindә yerlәşdirildiyindәn, o, düşmәn üçün daha açıq hәdәf halına gәlirdi. “Krasuxa-2O”da bu nüans xüsusi olaraq diqqәtdә sax - lanılıb. 8x8 tәkәr formullu BAZ-6910-022 şassisi üzәrindә qurulan kompleksin ümumi ağırlığı 40 ton, magistral yolda hәrәkәt sürәti 80 km/saat vә tam dolu yanacaq çәni ilә hәrәkәt mәnzili 1000 kmdir. Onu 500 at gücündәki YaMZ8492.10-033 turbo dizel mühәrriki hәrәkәtә gәtirir. Ekipajı komandir, sürücü vә operator olmaqla üç nәfәrdәn ibarәt olan “Krasuxa-2O” şәxsi heyәtin mühafizәsi üçün zirehli kabin ilә tәchiz edilib. “Krasuxa-2O”nun istismar tem pe - raturu -50 ilә +50 dәrәcәdir ki, bu da onu hәm arktik, hәm dә sәhra şәraitindә istifadә etmәyә imkan verir. “Krasuxa-2O” radioelektron müba - rizә kompleksi hazırda Rusiya Silahlı Qüvvәlәri tәrәfindәn istismar edil mәk - dәdir. Onun Rusiya Silahlı Qüvvәlәrinә tәhvil verilmәsinә 2018-ci ildәn baş - lanılıb. “Murmansk-BN” elektron müha - ribә sistemi “Radioelektronik Texnologiyalar” konserni tәrәfindәn inkişaf etdirilәn “Murmansk-BN” mövcud sis temlәr ara - sında әn uzun mәnzilә sahib olan elektron müdafiә kompleksidir. Ru si yada belә bir kompleksin hazırlanması fikri hәlә ötәn әsrin ortalarından yaranıb. Uzun müddәtli proseslәrdәn vә çalış malardan sonra “Murmansk-BN” elektron müharibә kom - pleksi inkişaf etdirilәrәk 2014-cü ilin dekabr ayında Rusiya Ordusunun xid - mәtinә verilib. Kompleks Rusiya Or du - sunun istifadәsindә әyani olaraq ilk dәfә 2015-ci ildә elektron müharibә bölmәlәri ilә keçirilәn tәlimdә nümayiş etdirilib. “Murmansk-BN” elektron dәstәk vә elektron hücum olmaqla iki sistemdәn ibarәtdir. Onun elementlәri ayrı-ayrılıqda 7 әdәd “KamAZ” (vә ya “Ural”) tipli yük maşınının şassisi üzәrindә quraşdırılıb. Kompleksin 32 metrә qәdәr uzana bilәn antenaları 4 ayrı yük maşınının üzәrinә in te qrasiya edilib. Bu antenalar “Murmansk-BN”ә 3000-5000 kilometr mә safәdә düşmәnin radar, naviqasiya vә rabitә siqnallarını aşkarlamağa, onlara qarşı müvafiq tәdbirlәri hәyata keçirmәyә imkan verir. Kompleks Rusiyanın Kali - nin qrad bölgәsindә yerlәşdirildiyi halda istifadәçiyә Portuqaliyanın Lissabon şәhәrinә qәdәr olan mәsafәdә elektron müharibә bacarığı tәmin edir. Bir çox rusiyalı hәrbi mütәxәssisin fikrincә, ideal şәraitdә “Murmansk-BN”in siqnalı aşkarlamaq vә basdırmaq mәnzili hәtta 8000 kilometrә çata bilәr. Kompleks düşmәn sistemlәrinin 3-30 MHz diapozununda yaydığı yüksәk tezlikli (HF) siqnalları aşkarlayır, tәsniflәndirir, mәnbәyini tapır, izlәyir, hәyata keçirilәcәk elektron hücumu müәyyәnlәşdirir vә ona qarşı pozuculuq 61 “Krasuxa‑4” elektron müharibə sistemi


fәaliyyәti yerinә yetirir. O, düşmәn PUAlarının, döyüş gәmilәrinin, AEW&C tәyyarәlәrinin vә digәr sistemlәrinin rabitә әlaqәsini pozaraq әmәliyyat keyfiyyәtini aşağı salır. Bundan başqa, “MurmanskBN” qarşı tәrәfin silah sistemlәrindә istifadә olunan atәşi idarәetmә sistem - lәrinin iş prinsipini dә manelәr yaradaraq poza bilir. Hazırda “Murmansk-BN” kompleksi Rusiyanın şimal vә cәnub bölgәlәrindә yerlәşdirilib. Ondan әvvәlcә Rusiya Ordusunun şimal dairәsindәki elektron müharibә bölmәlәri, 2018-ci ildәn isә cәnub dairәsindәki bölmәlәr istifadә etmәyә başlayıb. Rusiya sözügedәn kompleksi Krım yarımadasında yerlәş - dirmәklә cәnubdan gәlә bilәcәk istәnilәn tәhülükәnin effektiv vә tez bir şәkildә qarşısını almağı hәdәflәyib. Belarus Respublikası – “Qroza-6” elektron müharibә sistemi R-334UM2 “Qroza-6” (“Navalnitsa-6”) Belarusun “KB Radar” şirkәti inkişaf etdirilib. O, düşmәnin yerüstü, aviasiya vә peyk rabitә siqnallarının aşkarlanması vә tıxanması üçün nәzәrdә tutulub. Kompleks radiokәşfiyyat (elektron dәstәk) vә radio söndürmә (elektron hü - cum) stansiyalarından ibarәtdir. Radio - k әş fiyyat stansiyasının mәqsәdi sabit tezliklәrdә işlәyәn yerüstü vә aviasiya rabitә cihazlarının VHF siqnallarının avtomatik şәkildә axtarışını, aş kar lan - masını, mәnbәyinin vә koordinatlarının müәyyәn edilmәsini, texniki tәhlilinin aparıl masını, habelә 30 MHz diapazo nun - da әmәliyyat tezliyinin proqram tәminatı ilә tәnzimlәnmәsi (PPPÇ) rejimindә informasiyanın qәbul vә idarәetmә mәntәqәsinә ötürülmәsini hәyata keçir - mәkdir. Radio söndürmә stansiyasının tәyinatı isә sabit tezliklәrdә eyni anda işlәyәn tәxminәn 20-yә qәdәr xәtdi vә ya 30 MHz diapazonunda 500 dәfә/san sürәtlә PPPÇ rejimindә çalışan bir xәtdi basdırmaqdır. R-334UM2 “Qroza-6”nın quru hә - dәflәr üçün әmәliyyat mәnzili 40-50 km vә hava hәdәflәri üçün 320 km-dir. Bu mәnzil daxilindә kompleks 30 MHz-3 GHz diapazon aralığındakı siqnalların texniki analizini vә dinlәnilmәsini hәyata keçirmәyә imkan verir. Aşkarlanan radio siqnallarının basdırılması üçün tezliklәrin tәyin edilmәsi avtomatik, operator vә ya idarәetmә mәntәqәsinin әmrlәri ilә icra olunur. Tezliklәr tәyin edildikdәn sonra prioritet seçilmiş 20 tezliyә eyni anda müdaxilә yerinә yetirilir. Mobillik qabiliyyәtinin artırılması üçün “Qroza-6”nın bütün elementlәri vahid MAZ-631705 şassisi üzәrindә quraşdırılıb. Kompleks dörd nәfәrlik heyәt tәrәfindәn 45 dәqiqә istifadәyә hazır vәziyyәtә gәtirilir vә yığılır. “Qroza-6” - 40 ilә +55 dәrәcә aralığında fәaliyyәt göstәrә bilir. Hazırda kompleksin әsas vә geniş istifadәçisi Belarus Ordusudur. Onun ilk partiyası 2017-ci ildә Belarus Ordusunun silahlanmasına verilib. Açıq mәnbәlәrin mәlumatına әsasәn, “Qroza-6” elektron müharibә kompleksi Belarus ilә yanaşı Azәrbaycan, Birlәşmiş Ərәb Əmirliklәri (BƏƏ) vә Liviya ordularının da in - ventarında yer almaqdadır. Bir sıra iddialara görә, Vәtәn müharibәsi zamanı Azәrbaycan Silahlı Qüvvәlәri R-334UM2 “Qroza-6” elektron müharibә kom pleksin - dәn düşmәnin rabitә әlaqәsini pozmaq üçün isifadә edib. Sonda qeyd edәk ki, qlobal silah bazarında elektron müharibә sistem lәrinin bazar payı getdikcә artmaqdadır. Buna sәbәb yüksәk texnologiyaya malik sistemlәrin çoxalması ilә onlara qarşı mübarizәnin vacib olması, qiymәt cә hәt - dәn çox ucuz dronların hava hü cumundan müdafiә raketlәri kimi bahalı sistemlәr tәrәfindәn zәrәr sizlәş diril mәsinin maddi baxımdan uyğun olmaması, düşmәn bölmәlәrinin arasındakı rabitә әlaqәsini pozmaqla әmәliyyat qabiliyyәtinin aşağı salınması vә sairәdir. Açıq mәnbәlәrin araşdırmalarına әsasәn, 2022-ci ildә bütün növ elektron müharibә sistemlәrinin qlobal silah bazarındakı payı 17.8 milyard tәşkil edib vә bu rәqәmin 2028-ci ilә qәdәr 24.5 milyarda yüksәlәcәyi proqnoz - laşdırılır. 62 www.poliqon.az “Murmansk‑BN” elektron müha ribə sistemi “Qroza‑6” elektron müharibə sistemi


Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti yaradılır. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC‐nin yaradılmasında məqsəd ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi‐texniki təchizatının daxili istehsal hesabına təmin edilməsi, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəs ‐ sisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətə da ‐ vamlılığının, maliyyə‐təsərrüfat fəaliy ‐ yətində daya nıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da güc ‐ lən dirilməsi, vahid prinsiplər əsasında idarə olunmasıdır. Fərmana əsasən, QSC silah isteh ‐ salının, ixracının, satışının təşkilini həyata keçirir, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirəcək. Fərmanla Müdafiə Sənayesi Na ‐ zirliyinin tabeliyində olan “İqlim Elmi‐ İstehsalat Müəssisəsi” Məhdud Mə ‐ suliyyətli Cəmiyyəti və “Sənayecihaz” Elmi‐İstehsalat Müəssisəsi Cəmiyyətin tabeliyinə verilir. Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib: Azərbaycan Respublikasının Prezi ‐ dentinə • Cəmiyyətin yenidən təşkili və ləğvi • Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının yaradılması Nazirlər Kabinetinə • Azərbaycan Respublikasının Pre ‐ zidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi • Azərbaycan Respublikasının Pre ‐ zidenti ilə razılaşdırmaqla, Müşahidə Şurasının rəhbərinin və üzvlərinin, habelə icra orqanının rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi • Cəmiyyətin işçilərinin say həd ‐ dinin və strukturunun müəyyən edilməsi Müdafiə Sənayesi Nazirliyinə • Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi • Cəmiyyətin törəmə və asılı cəmiy ‐ yətlərinin yaradılmasına razılıq verilməsi • Cəmiyyətin xalis aktivlərinin də ‐ yərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir: • Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək • Cəmiyyətin əməkhaqqı sistemini müəyyən etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək • Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək • Cəmiyyətin fəaliyyətinin ayrı‐ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək • Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər nor ‐ ma tiv hüquqi aktları ilə Müşahidə Şura ‐ sının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək Nazirlər Kabineti iki ay müddətində Cəmiyyətin yaradılması ilə əlaqədar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların təkmilləş ‐ dirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Cəmiyyətin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, Cəmiyyətin işçilərinin say həddini və strukturunu müəyyən etməli, Azər ‐ baycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin, onun strukturuna daxil olan qurumların və tabeliyində olan hüquqi şəxslərin balansında olan və Cəmiyyətin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Cəmiyyətin balansına verilməsi ilə bağlı beş ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. 63 “Azərsilah” Müdafiə Sənayesi Holdinqi yaradılır


Tədbirin açılışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general‐leytenant İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xid ‐ mətinin rəisi general‐polkovnik Əli Nağıyev, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və başqaları çıxış ediblər. Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurum ‐ larının, təhsil və telekom mu nikasiya müəssisələrinin, bankların informasiya texnologiyaları üzrə komandalarının yarışı təşkil edilib. Bununla yanaşı tədbir çərçivəsində 14‐ü yerli və 27‐si xarici olmaqla, ümumilikdə 41 şirkət, 5 dövlət qurumu və 8 startapdan ibarət olan “Kibertəhlükəsizlik” sərgisi, “Hack the future” proqramı üzrə müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun IT üzrə masterklas təşkil olunub və iştirakçılara kiberdünyada qlobal çağırışlar, kibertəhdidlər üzrə panel müzakirələrini dinləmək imkanı yaradılıb. Tədbirin sonunda “Kibermüharibə” yarışının qaliblərinə sertifikatlar və 30.000 manat (birinci yer 15000, ikinci yer 10000, uçüncü yer 5000 azn) məbləğində pul mükafatı təqdim edilib. Birinci yerin qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “UEİB” komandası, ikinci yerin “Azercell” şirkətinin “Cybercell” komandası və üçüncü yerin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin “Dəmir Yumruq” (“İron Fist”) komandası elan olunub. Bununla yanaşı masterklas kurslarında təlim almış dinləyicilərə, tədbirin sponsorlarına və tərəfdaşlarına təşkilatçılar tərəfindən sertifikatlar verilib. Qeyd edək ki, kiberfestival dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əmək ‐ daşlarının informasiya təhlü kə sizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmənin və koor ‐ dinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub. Yeni elementlər, yeni istiqamətlər əlavə olunmaqla bu tədbirlər növbəti illərdə də həm sahəvi infrastrukturlar üçün xüsusiləşdirilmiş formada, həm də beynəlxalq səviyyəli kibermüharibə yarışı formatında davam etdirilməsi qərara alınıb. 64 www.poliqon.az Bakıda kibertəhlükəsizlik üzrə tədbir keçirilib Bu il 26‑27 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində kiberfestival (“Critical Infrastructure Defence Challenge 2023”) keçirilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirilən tədbir kiber sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya toplayıb.


Click to View FlipBook Version