The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

POLİQON jurnalı 2024 yanvar-fevral 1 (69)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by POLIQON / AZERI DEFENCE Military Magazine, 2024-03-27 04:25:29

POLİQON jurnalı 2024 yanvar-fevral 1 (69)

POLİQON jurnalı 2024 yanvar-fevral 1 (69)

4 16 10 32 26 56 48 SİLAHLANMA Prezident İlham Əliyev HHQ‑nin hərbi obyektlərində olub .......4 MÜSAHİBƏ General‑mayor Zaur Rüstəmov: Hərbi aviasiyamız sürətlə inkişaf edir....................................................................................10 SƏRHƏD DSX‑nin yeni hərbi hospital kompleksinin açılışı olub............12 Əsaslı təmir edilən sərhəd zastavası xidməti istifadəyə verilib....13 “Qazax” əlahiddə sərhəd diviziyasında yeni yaşayış binaları xidməti istifadəyə verilib............................................................13 SƏFƏRBƏRLİK Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il ötür.........................................................14 AVİASİYA Azərbaycan Hərbi Hava Qüvvələri aviasiya parkını gücləndirir.....................................................................................16 TEXNOLOGİYA Mobil Hava Hərəkətini İdarəetmə qüllələri ...............................26 ASTRONAVTİKA Azərbaycan regional kosmik gücə çevrilib ...............................32 ANALİZ Cənubi Qafqaz və Mərkəzi Asiya regionu dövlətlərinin artilleriya silahlanması – II HİSSƏ.............................................34 ÖLKƏ Daxili işlər naziri əməliyyat müşavirəsi keçirib........................39 Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub .............39 Elmi‑tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair memorandum imzalanıb .....................................................39 SƏRGİ WDS‑2024 dünyanın müdafiə sənayesini bir araya gətirdi ...40 TƏHSİL “Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş ............................................................47 Mülki müdafiə sahəsində innovativ texnologiyalar .................47 VİSİON Səyyar körpü sistemləri..............................................................48 XƏBƏR Azərbaycan Ordusunun generalları Türkiyənin hərbi sənayə şirkətlərində.................................................................................54 Azərbaycan Ordusunun komandoları Çin istehsalı dronlardan istifadə edir ..............................................................54 Serbiya prezidenti “Nora” B52 ÖAQ‑ların Azərbaycana satıldığını təsdiqləyib .................................................................55 MÜDAFİƏ Azərbaycanda hərbçilərin pensiya yaşı artırılıb.......................56 Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib.........56 Azərbaycan ilə Qazaxıstan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq edəcək .....................................................................56 40


Dəyərli oxucu! İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrində islahatlar aparılıb, ordu quruculuğu prosesi davam etdirilir. Silahlı Qüvvələrin döyüş qabiliyyəti böyük dərəcədə artıb və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdirilir. Dövlət büdcəsində ən böyük xərclər hərbi sahəyə ayrılır və müdafiə imkanları müasirləşdirilən Azərbaycan Silahlı Qüvvələrinin maddi‐texniki təchizatı yüksək səviyyəyə çatdırılır. Ən son olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya parkında yer alan döyüş təyyarələrinin modernləşdirilməsi, İtaliyadan yeni hərbi nəqliyyat təyyarələrinin alınması, Türkiyədən arsenalımızdakı digər PUA‐larla müqayisədə yük daşımaq bacarığı daha böyük və silah nomenklaturası geniş olan yeni PUA‐ların silahlanmaya qəbul edilməsi, habelə Pakistanla ən böyük müdafiə müqavilələrindən olan 1.6 milyard ABŞ dolları dəyərində JF‐17C Blok‐III qırıcılarının və onun döyüş sursatlarının alınmasına dair müqavilənin imzalanması bunu deməyə əsas verir. Bu gün Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu istiqamətdə iki qardaş ölkənin ali rəhbərliyi arasında geniş müzakirələr aparılıb və Prezident İlham Əliyev müdafiə sənayesində Türkiyə ilə ortaq istehsalla bağlı konkret planların olduğunu bəyan edib. Sözügedən planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaq. Hazırda Türkiyənin 5‐ci nəsil KAAN döyüş təyyarəsinin istehsalında Azərbaycanla birgə əməkdaşlığını həmin istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirmək olar. Qeyd etmək yerinə düşər ki, KAAN döyüş təyyarəsinin hissələrindən biri Azərbaycanda istehsal olunur. Hərbi sənayenin inkişafına xüsusi önəm verən dövlət başçısı İlham Əliyev Azərbaycanın çox güclü hərbi sənaye kompleksi yaratdığını və artıq bunun birinci mərhələsinin başa çatdığını, ikinci mərhələnin isə daha genişmiqyaslı olacağını bildirib. Bu gün dünyada gedən proseslər onu deməyə əsas verir ki, Azərbaycanda da müdafiə sənayesinin inkişafı yüksək templə irəliləməli, ixracın həcmi ciddi şəkildə artırılmalıdır. Bunu həyata keçirmək üçün artıq Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək və silah istehsalının, ixracının və satışının təşkilini həyata keçirəcək “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin nizamnaməsi və strukturu təsdiqlənib. “Azərsilah”ın qarşısında yeni istehsal sahələrinin yaradılması, mövcud sahələrin təkmilləşdirilməsi ilə silahların davamlı istehsalının təmin edilməsi, habelə silahların modernləşdirilməsi, təmir və utilizasiyasının təmin edilməsi kimi böyük tapşırıqlar qoyulub. Bu tapşırıqların öndə gələnlərindən biri hərbi təyinatlı yerli istehsalın böyük dərəcədə artırılmasıdır. Bunu üçün dövlət sektoru ilə yanaşı özəl sektora da hər cür şərait yaradılmalı, dəstək olunmalı və səmərəli fəaliyyətləri üçün qarşıda olan bütün maneələr aradan qaldırılmalıdır. Qiyməti: 9 manat POLİQON Hərbi‑Kosmik Texnoloji Jurnal YANVAR‐FEVRAL №01 (69) 2024 POLİQON (AZER DEFENCE) jurnalının yaradıcısı mərhum Rəşad SÜLEYMANOV Tel: (+994 77) 311‐81‐18 E‑mail: [email protected] [email protected] Web: www.poliqon.az www.azeridefence.com Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401 Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence‐[email protected] Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 21 iyun 2012‐ci ildə dövlət qeydiyyatına alınıb. “POLIQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “Aspoliqraf LTD” MMC‑nin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 18.03.2024 Sifariş 6. Format 60x901/8. Baş redaktor Zaur Babaşov ? Redaktordan Qapaq fotosu: “Otokar” şirkətinin ALPAR insansız döyüş maşını www.poliqon.az


PUA Akademiyası yaradılıb Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində yeni yaradılan Pilotsuz Uçuş Aparatları (PUA) Akademiyasının açılışı olub. Prezident İlham Əliyev Pilotsuz Uçuş Aparatları Akademiyasında yaradılan şəraitlə tanış olub. Müdafiə naziri general‐polkovnik Zakir Həsənov və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlət başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat veriblər. Bildirilib ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub. Məlumat verilib ki, hərbi təhsildə olan yeniliklər sahəsində Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin orta ixtisas təhsilli peşəkar kadrlarla komplektləşdirilməsi sayının müvafiq tələblər səviyyəsinə tam çatdırılması və davamlı olaraq bu səviyyədə saxlanılması təmin ediləcək. Yeniliklər nəticəsində gənc nəsildə hərb elminə və hərbçi peşəsinə marağın daha da artırılması, istedadlı, hərbçi olmaq arzusunda olan gənclərin, habelə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənc mütəxəssislərin xarici ölkələrin hərbi təhsil müəssisələrində ali və orta ixtisas təhsilinin müxtəlif səviyyələri üzrə təhsilinin stimullaşdırılması və hərb təhsil sisteminin qabaqcıl dünya praktikasına inteqrasiyası güclənəcək. Azərbaycan “Akıncı” hücum PUA‑ ları alıb Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş‐ enmə zolağına gəlib. “Akıncı” hücum PUA‐sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA‐nın idarəolunmasını praktiki həyata keçirib. PUA‐nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkib. Qeyd edək ki, “Baykar” şirkəti tərəfindən inkişaf etdirilən “Akıncı” pilotsuz uçuş aparatı hücum tap şı ‐ rıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. Bükülü qanadlı quruluşu ilə 20 metr qanad genişliyinə sahib olan PUA, eyni zamanda tam avtomatik uçuş nəzarəti və 3 ehtiyat avtopilot sistemi sayəsində yüksək uçuş təhlükəsizliyi təmin edir. 24 saat havada qala bilən “Akıncı” PUA‐nın əməliyyat tavanı 40 min fut təşkil edir. Buna baxmayaraq PUA keçirilən sınaqlar zamanı 45118 fut hündürlüyə qalxmağı da bacarıb. Onun maksimum qalxış ağırlığı 6000 kq, faydalı yük tutumu isə 1500 kiloqramdır. Kruiz sürəti 150 km/saat, maksimum sürəti isə 195 km/saat olan “Akıncı” PUA üç fərqli turbovintli mühərrik ilə (2x850 / 2x750 / 2x450) təchiz edilə bilər. F‐16 döyüş təyyarələrinin icra etdiyi bəzi tapşırıqları da yerinə yetirə bilən “Akıncı” burun hissəsində yerləşən ASLESAN istehsalı olan AESA radarı sayəsində yüksək vəziyyət sezmə bacarığına malikdir. EO/IR kamera, ASELSAN tərəfindən milli olaraq istehsal edilən AESA radar, Prezident İlham Əliyev HHQ‑nin hərbi obyektlərində olub ?Amin Əvəzli Fevral ayının 9‑da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA‑larının uçuşunu izləyiblər. “Akıncı” hücum PUA‑sı


“Beyond Line Sight” peyk əlaqəsi və elektron dəstək sistemləri kimi kritik yükləri daşıyacaq “Akıncı” inkişaf etmiş süni zəka xüsusiyyətlərinə də sahibdir. Bundan əlavə, “Akıncı” süni intellekt kompüterləri vasitəsi ilə sensor və üzərindəki kameralardan aldığı məlumatları qeyd edərək informasiya toplaya bilir. İnkişaf etmiş süni zəka sistemi topladığı məlumatları emal edərək qərar vermək qabiliyyəti var. İnsan gözü ilə aşkarlanamayan quru hədəflərini tapa bilən süni zəka sistemi “Akıncı”nın daha təsirli şəkildə istifadə edilməsini təmin edir. AESA radarından istifadə edən “Akıncı” SAR (Sentetik Açıklıklı Radar) vasitəsi ilə pis hava şəraitində belə şəkillər çəkərək istifadəçiyə ötürə bilir. “Akıncı” anqar kompleksi və silahlanmasındakı aviabombalar Daha sonra Prezident İlham Əliyev yeni inşa edilmiş anqar komplekslərinə baxış keçirib. Anqarlar müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA‐sı və digər aviasiya‐texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub. Müzəffər Ali Baş Komandan burada “Akıncı” hücum PUA‐sı və aviabombaları ilə də tanış olub. Qeyd edək ki, Azərbaycan HHQ‐nin “Akıncı” pilotsuz uçuş aparatının silahlanmasında “Roketsan” istehsalı SOM qanadlı raketi, MAM‐T mini ağıllı sursatı, “Teber” bombası, İHA‐230 və “Çakır” qanadlı raketləri, o cümlədən ASELSAN şirkəti tərəfindən istehsal edilən “Tolun” miniatür bombası, LGK‐ 82 bombası, habelə TÜBİTAK‐SAGE və ASELSAN tərəfindən birgə hazırlanan HGK‐82, HGK‐84 həssas tuşlamalı aviasiya bombası və KGK‐SİHA‐82 qanadlı tuşlama dəsti ilə təchiz edilən aviasiya bombası, TÜBİTAK‐SAGE mərkəzinin inkişaf etdirdiyi “Bozdoğan” və “Gökdoğan” “hava‐hava” tipli raketlər nümayiş etdirilib. “Akıncı” hədəfi SOM qanadlı raketi ilə vuracaq “Roketsan” şirkəti tərəfindən 2012‐ ci ildən etibarən seriyalı istehsal edilən SOM (Stand‐off Mühimmat Seyir Füzesi) qanadlı raketləri “hava‐yer” tipli döyüş sursatı ailəsidir. O, güclü şəkildə qorunan stasionar və hərəkət edən quru və dəniz hədəflərinə qarşı havadan zərbə endirilməsi üçün təyin edilib. SOM raketi tələb olunan əməliyyat çevikliyini təmin etmək üçün modul quruluşa malikdir. SOM döyüş sursatı ailəsi SOM‐A, SOM‐B1, SOM‐B2 və SOM‐J sur sat ‐ larından ibarətdir. SOM‐C1 və SOM‐C2 sursatları yerüstü və hərəkət edən hədəflər qarşı məlumat ötürmə xüsusiyyəti ilə hazırlanır. SOM raketləri 250 kilometrdən artıq məsafəni vura bilən və hədəfə dəqiqliklə çata bilən raket sistemidir. Raketin çəkisi mo ‐ difikasiyadan asılı olaraq 600‐650 kq arasında dəyişir. Döyüş başlığının çəkisi isə 230 kq‐dır. Turboreaktiv mühərriklə hərəkətə gətirilən SOM döyüş sursatının hədəfə tuşlanması ərazinin konturu boyunca korrelyasiya ilə (Terrain Reference Navigation (TRN) sistemi) GPS sistemi vasitəsilə həyata keçirilir. Düşmən GPS siqnallarını susduran zaman tuşlanmanın təmin edilməsi məqsədi ilə əlavə olaraq INS sistemi quraşdırılıb. Son mərhələdə tuşlama obyektin parametrlərini raketin yaddaşında saxlanılan parametrlərlə müqayisə edən infraqırmızı matrisdən istifadə etməklə həyata keçirilir. Raket, məhvetmənin lazımi effektivliyini təmin etmək üçün hədəfə müxtəlif bucaqlardan hücum etməyə proqramlaşdırıla bilər. SOM raketinin tipik hədəflərinə düşmənin zenit‐raket kompleksləri, açıqda yerləşən təyyarələri və heli ‐ kopterləri, strateji obyektləri, hərbi gəmiləri, komanda‐idarəetmə mər kəz ‐ ləri, rabitə qovşaqları, təyyarə anqarları, bunkerləri və digər mühüm obyektləri aiddir. 5


MAM‑T mini ağıllı sursatı “Roketsan” şirkəti tərəfindən istehsal edilən MAM‐T sursatı MAM mini ağıllı sursat ailəsinin ən böyük və ən son üzvüdür. “Roketsan” MAM‐L və MAM‐C aviasiya sursatlarının təcrübələrindən irəliləyərək daha yüksək döyüş başlığı effektivliyi və daha uzun mənzil eh ‐ tiyacını qarşılamaq məqsədilə MAM‐T sursatını hazırlayıb. Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM‐T 30 km‐dən artıq mənzilə sahibdir. MAM‐T ağıllı sursatının çapı 230 mm, uzunluğu 1.4 metr, ümumi çəkisi isə 94 kiloqramdır. Sursat qəlpəli atəş yığımı olan döyüş başlığı ilə təchiz edilib. Müxtəlif PUA‐lardan atıla bilən MAM‐T sursatı ilə su üstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür. MAM‐T Blok‐ 1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilir. MAM‐T sursatının ilk atış testi 2021‐ci il aprel ayının 22‐də “Baykar” şirkətinin “Bayraktar Akıncı” taktiki pilotsuz uçuş aparatı tərəfindən icra olunub. “Bayraktar Akıncı” PUA‐dan atılan MAM‐C, MAM‐L və ilk dəfə istifadə edilən MAM‐T hədəfi uzaq məsafədən yüksək dəqiqliklə vura bilib. Yüksək dəqiqlik sərgiləyən ağıllı sursat GPS və INS naviqasiya sistemi ilə dəstəklənə bilən yarı aktiv lazer arayıcı başlıq (LAB) ilə təchiz edilib. “Roketsan” şirkəti tərəfindən 2021‐ci ilin ikinci yarısında kütləvi istehsalına başlanılan MAM‐T ağıllı sursatı ilk dəfə IDEF‐2021 sərgisində geniş ictimaiyyətə nümayiş etdirilib. MAM‐T aviasiya sursatının ilk partiyası 2022‐ci ilin əvvəlində Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib. “Baykar” şirkətinin “Akıncı” hücum pilotsuz uçuş aparatının (PUA) imkanlarına uyğun hazırlanan MAM‐T sursatı digər PUA‐lara, o cümlədən yüngül hücum və döyüş təyyarələri kimi fərqli platformalara da inteqrasiya edilə bilər. Fərqli platformalara uyğun formada hazırlanan ailənin yeni üzvü MAM‐T sursatı PUA‐larda 30 kilometr, yüngül hücum təyyarələrində 60 kilometr və döyüş təyyarələrində 80 kilometrdən uzun mənzil qabiliyyətinə malikdir. Hazırda MAM ağıllı sursatları Tür ‐ kiyənin “Baykar” şirkətlərinin istehsalı olan “Bayraktar TB2”, “Bayraktar TB3”, “Bayraktar Akıncı”, “Vestel” şirkətinin “Karayel”, habelə TUSAŞ şirkətinin “Anka”, “Aksungur” taktik PUA‐larının və “Hürkuş” yeni nəsil təlim‐döyüş təy ‐ yarəsinin silahlanmasında yer alır. “Çakır” yeni nəsil qanadlı raketi “Roketsan” şirkətinin hazırladığı “Çakır” yeni nəsil qanadlı raketi quru, dəniz və hava platformalarından atıla bilir. Raket təyyarə və helikopterlərdən, pilotsuz uçuş aparatlarından, o cümlədən taktiki təkərli quru nəqliyyat vasitələri və suüstü platformalardan atıla bilər. Müasir texnologiyaya əsaslanan və təsirli döyüş başlığına sahib “Çakır” qanadlı raketi istifadəçiyə quru və dəniz hədəflərinə qarşı əməliyyat baxımından geniş imkanlar verir. 150 kilometrdən artıq atış uzaqlığına və 270 kiloqram ağırlığa malik “Çakır” qanadlı raketinin əsasən suüstü hədəflərə, sahilə yaxın quru və suüstü hədəflərə, habelə strateji quru hədəflərinə, sahə hədəflərinə və mağaralara qarşı tətbiq edilməsi nəzərdə tutulub. Türkiyənin “Kale Arge” şirkəti tərəfindən hazırlanan yerli və milli KTJ‐ 1750 turboreaktiv mühərrikə sahib “Çakır” raketi dizaynının verdiyi çevikliyi sayəsində, missiya planlama əsnasında müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilir. “Çakır” hədəf üzərində vuruş nöqtəsi seçimi və unikal döyüş başlığı ilə hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir. Təkmil ara mərhələ və terminal yönləndirmə sistemləri ilə “Çakır” hədəflərini bütün hava şəraitində yüksək dəqiqliklə vura bilir. Şəbəkəyə əsaslanan məlumat bağlantısı sayəsində raket hədəfə doğru irəliləyərkən istifadəçi seçiminə bağlı olaraq, hədəfi dəyişə və tapşırığı ləğv edə də bilir. “Teber” lazer tuşlamalı aviasiya bombası “Roketsan” tərəfindən Mk‐81 və Mk‐ 82 tipli ümumi təyinatlı aviasiya bombalarının vurma dəqiqliyini artırmaq məqsədi ilə “Teber” lazer tuşlama dəsti (Lazer Güdüm Kiti) işlənib hazırlanıb. “Teber”, sadə ümumi təyinatlı aviasiya bombasının inersial və GPS idarəetmə sistemi, həmçinin yarıaktiv lazer tuşlama başlıqları (LTB) tətbiq etməklə idarə olunan “ağıılı” sursat 6 www.poliqon.az


halına gətirilməsidir. Bombanın uc hissəsinə quraşdırıla bilən yarıaktiv LTB və silah sisteminə hərəkətli hədəflərə qarşı dəqiq zərbə qabiliyyəti verən “Teber”, LTB hissəsinə yaxınlıq sensoru əlavə etmək seçiminə də malikdir. “Teber‐81”/”Teber‐82” aviasiya bombasının uzunluğu müvafiq olaraq 2100/2600 mm, kütləsi 155/270 kiloqramdır. Fəaliyyət məsafəsi 2‐28 km, tuşlama növü adi İNS, İNS+GPS, İNS+GPS+LTB, İNS+LTB, yaxınlaşma sensoru 2‐15 metr təşkil edir. Bombanın dairəvi sapma ehtimalı <3 metr – İNS ilə 10 metr, İNS/GPS ilə 6 metr, İNS/GPS/LTB ilə 3 metrdir. Manevr qabiliyyəti ± 3g, hərəkət edən hədəfin sürəti <40 km/s, atılma hündürlüyü 2000‐12000 metr, nəqletmə hündürlüyü 0‐12000 metr təşkil edir. İHA‑230 səsdən sürətli ballistik raketi “Roketsan” şirkətinin hazırladığı İHA‐230 raketi PUA‐lardan atılmaq üçün nəzərdə tutulan “hava‐yer” tipli səsdən sürətli ballistik raketdir. O, şirkət istehsalı olan TRG‐230 “yer‐yer” təyinatlı raketin aviasiya vasitələrindən atılması üçün hazırlanan versiyasıdır. İHA‐230 ra ke ‐ tinin inkişaf etdirilməsində əsas məqsəd PUA‐ların təhlükəli zonaya girmədən düşmənin yerüstü hədəflərini, hava hücumundan müdafiə sistemlərini və digər obyektlərini məhv edə bilməsidir. Raketin maksimum uçuş mənzili buraxıldığı sürət və yüksəklikdən asılı olaraq 150 km təşkil edir. Bununla bərabər raket 20 kilometrə qədər məsafədə ani aşkarlanan hədəfləri də vurmaq imkanına sahibdir. Qəlpəli döyüş başlığına malik olan İHA‐230 raketini verilən tapşırığa uyğun şəkildə müxtəlif döyüş başlıqları ilə təchiz etmək mümkündür. LGK lazer tuşlamalı aviasiya bombası ASELSAN tərəfindən LGK lazer tuşlama dəsti idarə olunmayan aviasiya bombaları üçün hazırlanıb. Bu dəstlər 250 lb sinifindəki MK‐81, 500 lb sinifindəki MK‐82, 1000 lb sinifindəki MK‐83 və 2000 lb sinifindəki MK‐84 aviasiya bombalarını sərfəli və son dərəcə etibarlı “ağıllı” sursata çevirən bir avadanlıqdır. LGK lazer tuşlama dəsti stasionar və hərəkətli hədəflərə qarşı daha yüksək vuruş dəqiqliyi, atəş məsafəsinin artması, kənar ziyan və atışdan sonra hədəfi dəyişdirmə im ‐ kanlarını təmin edir. LGK dəsti yarıaktiv lazer özütuşlama başlığı, tuşlama bölməsi, istilik batareyası, qanad sükan sistemi və arxa quyruqdan ibarətdir. Sursat hədəfdən əks olunan lazer şüası ilə idarə olunur: lazer özütuşlama başlığı hədəfdən əks olunan lazer şüasını qəbul edir, sükanlar isə bombanı lazerlə işarələnmiş hədəfə yönəldir. 12 km mənzilə sahib olan LGK dəsti maksimum 40 min fut hündürlükdən və 1.2 mach sürətlə uçan aviasiya vasitəsindən buraxıla bilər. Yüksək dəqiqliyə malik LGK hədəfi maksimum 10 metr sapma ilə vura bilir. Tuşlama dəsti F‐16, F‐4, F‐15, Su‐25 döyüş təyyarələrinin və “Akıncı” PUA‐larının istifadəsi üçün nəzərdə tutulub. “Tolun” miniatür bombası GPS/INS tuşlama dəstinə malik “Tolun” miniatür bombası ASELSAN və TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə hazırlanıb. O, F‐16 Block 40 qırıcıları və “Akıncı” PUA‐larından atılmaq üçün nəzərdə tutulub. Bomba 55 kilometr mənzil daxilində atıldıqda 1 metr qalınlığındakı betonu deşmək və içəridə partlamaq qabiliyyətinə malikdir. Mənzili 102 km və ağırlığı 139 kq olan “Tolun”, ASELSAN‐ın “Sadak‐4T” ağıllı xarici asqı sisteminə taxıla bilər. Belə olan halda F‐16 qırıcısı 1 əvəzinə 4 ədəd “Tolun” miniatür bombası daşıya bilir. Qeyd edək ki, ötən ilin avqust ayında ASELSAN şirkəti “Tolun” miniatür bom ‐ basının ilk ixrac uğuruna imza atdığını açıqlamışdı. Həmin vaxt şirkət 35.5 mil ‐ yon ABŞ dolları dəyərində müqavilənin imzalandığını və “Tolun”ların adı açıq ‐ lan mayan müş tərinin “Akıncı” pilot suz uçuş aparatları tərəfindən istifadə ediləcəyini bildirmişdi. KGK‑SİHA‑82 qanadlı tuşlama dəstli aviasiya bombası Türkiyənin TÜBİTAK SAGE mərkəzi və ASELSAN şirkəti tərəfindən birgə hazırlanan KGK‐SİHA‐82 qanadlı tuşlama dəstli aviasiya bombası pilotsuz uçuş aparatlarından atılmaq üçün nəzərdə tutulub. O, bütün hava şəraitində, gecə və gündüz aktiv olaraq istifadə edilə bilər. PUA‐dan buraxıldıqdan sonra qanadları açılan KGK‐SİHA‐82, bunun sayəsində daha uzun mənzilə sahib olur. Onun hədəfi vurma mənzili buraxılma yüksəkliyindən asılı olaraq 30‐55 km arasında dəyişir. 2021‐ci ilin aprel ayında KGK‐SİHA‐ 82 aviasiya bombasının “Aksungur” İHA‑230 səsdən sürətli ballistik raketi


PUA‐dan atış sınağı keçirilib. Sınaqlar zamanı “Aksungur”dan atılan KGK‐SİHA‐ 82 bombası 30 km məsafədən 2.5 metr sapma ilə hədəfi vurmağı bacarıb. Bundan başqa, KGK‐SİHA‐82‐nin aktiv radar arayıcı başlıqlı (RF) versiyası da hazırlanıb. KGK‐SİHA‐82‐nin RF başlıqlı versiyasının mənzili sələfi ilə müqayisədə daha uzundur. Belə ki, onun mənzili RF başlığı sayəsində 65 kilometrə qaldırılıb. Həmçinin bu başlıq KGK‐SİHA‐ 82‐yə hərəkətli hədəfləri daha dəqiq şəkildə vurmaq imkanı qazandırıb. KGK‐SİHA‐82‐nin bu versiyası 2022‐ ci ilin sentyabr ayında Türkiyədə keçirilən TEKNOFEST festivalında sərgilənib. Həmin vaxt KGK‐SİHA‐82‐ nin lazer arayıcı başlıqlı (LAB) ver ‐ siyasının nümayiş olunacağı gözlənilirdi. Buna səbəb isə TÜBİTAK SAGE mər kə ‐ zinin daha əvvəl LAB versiyasının üzərində inkişaf işlərinin aparıldığını açıqlaması idi. HGK‑82/83/84 həssas tuşlamalı aviasiya bombası HGK‐82 (Hassas Güdüm Kiti‐82), mövcud 227 kq‐lıq Mk‐82, HGK‐83 mövcud 453 kq‐lıq Mk‐83 ümumi təyinatlı bombanı GPS/INS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU‐57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL‐STD 1760 hərbi standartının tələblərinə cavab verir. Mövcud 907 kq‐lıq Mk‐84 ümumi təyinatlı və nüfuzedici bombaları GPS / INS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU‐57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL‐STD 1760 hərbi standartının tələblərinə cavab verir. Hər iki dəst BRU‐57 xüsusi altlığı ilə çoxatışlıq imkanı; trayektoriyada uçuş zamanı yenidən hədəflənmə; maneələrə davamlılıq; istənilən hava şəraitində gecə‐gündüz işləmək bacarığı; tapşırığın icrasına daha az bomba, çeşidin və personalın cəlb edilməsi; maliyyə effektivliyi; inteqrasiya edilmiş GPS/INS ilə dəqiq vurma qabiliyyəti; GPS/INS ilə dairəvi sapma ehtimalı 10 metrdən, yalnız İNS ilə isə 25 metrdən az olması kimi bir çox xüsusiyyətlərə sahibdir. HGK‐84, mövcud 907 kq‐lıq Mk‐84 ümumi təyinatlı və nüfuzedici bombaları GPS / INS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU‐57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL‐ STD 1760 hərbi standartının tələblərinə cavab verir. Lazer arama başlığı (LAB) ilə tətbiq edilən HGK‐84 həssas tuşlama dəsti LHGK‐84, mövcud 907 kq çaplı Mk‐84 ümumi təyinatlı və nüfuzedici bombaları GPS / İNS və lazer tuşlama sistemi ilə havadan yerə atılan ağıllı bir silaha çevirən, həm sabit, həm də hərəkət edən hədəflərə qarşı istifadə edilə bilən tuşlama dəstidir. Hər iki dəst trayektoriyada uçuş zamanı yenidən hədəflənmə; maneələrə davamlılıq; istənilən hava şəraitində gecə‐gündüz işləmək bacarığı; tapşırığın icrasına daha az bomba, çeşidin və personalın cəlb edilməsi; aşağı logistik ehtiyac; aşağı kənar ziyan; maliyyə effektivliyi; orta hündürlükdən buraxıldıqda 22 km və yuxarı hündürlükdən buraxıldıqda 28 km fəaliyyət məsafəsi kimi xüsusiyyətlərə sahibdir. BAYRAKTAR AKINCI PİLOTSUZ UÇUŞ APARATI ROKETSAN MAM‑C ROKETSAN L‑UMTAS ROKETSAN SUNGUR ROKETSAN TEBER‑82 TÜBİTAK SAGE HGK‑83 TÜBİTAK SAGE BOZDOĞAN TÜBİTAK SAGE HGK‑84 TÜBİTAK SAGE SOM‑J TÜBİTAK SAGE HGK‑84 NEB TÜBİTAK SAGE KGK‑83 TÜBİTAK SAGE GÖKDOĞAN TÜBİTAK SAGE KGK‑82 TÜBİTAK SAGE HGK‑82 ROKETSAN TEBER‑81 ROKETSAN CİRİT ROKETSAN MAM‑L ROKETSAN MAM‑T ROKETSAN BOZOK ASELSAN LGK‑82


“Poliqon” hərbi‐kosmik texnoloji jurnalı olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Döyüş Komandanı‐ nın müavini – aviasiya rəisi general‐ mayor Zaur Rüstəmovla HHQ‐nin yaranmasından bu günə qədər davam edən inkişaf prosesindən və pers pek ‐ tivlərindən danışdıq POLİQON: Cənab general‑mayor, müsahibəmizə Azərbaycan Hərbi Hava Qüvvələrinin tarixinə qısa nəzər salmaqla başlamaq istərdik. Azərbaycan Silahlı Qüvvələrinin bu xüsusi qoşun növü necə yarandı? General‑mayor Zaur Rüstəmov: Azərbaycan Hərbi Hava Qüvvələri Azər ‐ baycan Ordusunun ən manevrli qoşun növü olaraq 20‐ci əsrin sonlarından bu günə qədər geniş inkişaf yolu keçmişdir. 1991‐cı ildə Azərbaycan öz müs tə ‐ qilliyini bərpa etdikdən sonra ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün nizamlı orduya ehtiyac var idi. Hələ o dövrdə hərbi aviasiyamız for malaş ma ‐ mışdı. Bu sahədə kadr və eyni zamanda hərbi təyyarə və helikopterlərin çatış ‐ mazlığı var idi. Milli aviasiyamızın ilk hərbi his ‐ səsinin yaranması 14 fevral 1992‐ci ilə təsadüf edir. Zabrat aerodromunda çalışan mülki helikopter pilotlarının vətənpərvərliyi və fədakarlığı sayə sin ‐ də Sovet ordusundan qalan heli kop ‐ terlər hərbi aerodroma gətirildi və ilk milli helikopter eskadrilyamız yaradıldı. Hərbi hissənin yaranmasının ildönümü günü hər il tərəfimizdən təntənəli qeyd edilir. POLİQON: Cənab general‑mayor, məlumdur ki, HHQ yarandığı zaman milli kadrların çatışmazlığı mövcud idi. Həmin dövrdə pilotların hazır ‑ lanması necə təşkil olundu? General‑mayor Zaur Rüstəmov: Əvvəlcə onu qeyd edim ki, Birinci Qara ‐ bağ müharibəsində müxtəlif isti qa mət ‐ lərdə hərbi pilotlarımızın şücaəti sa yə ‐ sində düşmənin hərbi obyekt lərinə, tex ‐ ni kasına, döyüş mövqelərinə uğurlu zərbələr endirilib, həmçinin mülki əhali düşmənin təcavüzünə məruz qalan əra ‐ zi lər dən xilas edilərək, təxliyə edilmişdir. Lakin milli kadrların çatışmazlığı bu sahənin inkişafına mənfi təsir edirdi. Xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyev bu məsələ ilə bağlı tarixi qərar verdi. 1994‐cü ilə “Uçuş Hazırlığı Təlim Mərkəzi”ni yaratdı. 1997‐ci ildə ilk milli şahinlərimiz “leytenant” hərbi rütbəsi aldılar. Ulu Öndərimizin “Mən istəyirəm bizim milli şahinlərimiz olsun” fikri reallığa çevrildi. Eyni zamanda həmin dövrdə qar ‐ daş Türkiyə Respublikasının hərbi məktəblərində təhsil almış təyya ‐ rəçilərimiz “leytenant” hərbi rütbəsi aldılar və bu proses davam etdirildi. Sonrakı dövrdə ordu quruculuğu sahə ‐ sində nail olduğumuz inkişaf, Hərbi Hava Qüvvələrimizə də öz müsbət təsirini göstərdi. POLİQON: Son illər Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalı yeni silahlar, müşahidə və aşkaretmə sistemləri, aviasiya vasitələri hesa ‑ bına əhəmiyyətli şəkildə güc lən ‑ dirilir, HHQ‑də yenilənmə prosesi müşahidə olunur. Bu istiqamətdə HHQ‑də son illər görülən işlər ba ‑ rəsində oxucularımıza nələri deyə bilərsiniz? General‑mayor Zaur Rüstəmov: Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən təy ‐ yarə və helikopter parkının yeni lən ‐ məsi, digər aviasiya vasitə və qur ğu la ‐ rı nın müasirləşdirilməsi, hərbi avia si ‐ ya mızın imkanlarının inkişafı Hərbi Hava Qüvvələrinin güclənməsinə, qar ‐ şıya qoyulmuş döyüş tapşırıqlarının uğurla icrasına hazır olmasında vacib rol oynadı. Hərbi Hava Qüvvələrimiz arsena ‐ lında olan uçuş vasitələrinə görə qırıcı, hücumçu, ordu və nəqliyyat aviasiya növlərinə bölünür. Bu aviasiya vasi ‐ tələrinin növlərinə görə yerinə yetirdikləri tapşırıqlar da fərqlidir. Qırıcı aviasiya – Hava Hücumundan Müdafiə qoşunları ilə qarşılıqlı əlaqədə Azərbaycanın hava məkanını müdafiə edir, həmçinin döyüş tapşırıqlarını yerinə yetirən zərbə təyyarə qruplarını hava düşmənindən qorumaq, himayə etmək vəzifələrini də yerinə yetirirlər. Eyni zamanda “fors major” hallarda qırıcı aviasiya mülki və hərbi təyinatlı 10 www.poliqon.az General‑mayor Zaur Rüstəmov: Hərbi aviasiyamız sürətlə inkişaf edir ?Zaur Babaşov Fevral ayının 14‑ü Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaradıl‑ masının 32‑ci ildönümüdür. Yaranma tarixi 1919‑cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşması 1992‑ci ilə təsadüf edir.


uçuş aparatlarının təhlükəsiz enişini də təmin edir. Hücumçu aviasiya – Azərbaycan Ordusunun digər qoşun növləri ilə qarşılıqlı əlaqədə olaraq düşmən qo ‐ şun larının taktiki dərinlikdə olan vacib əhəmiyyətli legitim hərbi obyektlərini, komanda‐idarəetmə mərkəzlərini, möh ‐ kəmləndirilmiş yeraltı sığına caqlarını, uzunmüddətli atəş nöqtələrini və digər hərbi infrastrukturu məhv etmək üçün təyin olunub. Ordu aviasiyası – Azərbaycan Or ‐ dusunun digər qoşun növləri ilə qarşılıqlı əlaqədə olaraq ön xəttə və yaxın taktiki dərinlikdə olan düşmənin canlı qüvvəsini, döyüş texnikasını, hərbi nəqliyyat vasitələrini, fortifikasiya qurğularını və digər hərbi təyinatlı obyektlərini məhv etmək, axtarış‐ xilasetmə və təxliyə tapşırıqlarını ye ‐ rinə yetirmək üçün təyin olunub. Nəqliyyat aviasiyası – Azərbaycan Ordusunun təminatı üçün lazım olan bütün növ yüklərin, şəxsi heyətin daşınması, taktiki və əməliyyat‐taktiki desantın endirilməsi üçün təyin olunub. Eyni zamanda dost və tərəfdaş ölkələrlə bağlanmış müqavilələrə əsasən hərbi avadanlıqların və yüklərin ölkəmizə daşınmasını həyata keçirir. POLİQON: 44 günlük Vətən mü ‑ haribəsində HHQ‑nin hərbi qul luq ‑ çu ları xüsusi şücaət, qəhrəmanlıq göstərib. Vətən müharibəsində HHQ tərəfindən həyata keçirilən əmə liy yat ‑ lar barəsində nələri deyə bilər siniz? General‑mayor Zaur Rüstəmov: Azərbaycan Hərbi Hava Qüvvələri 2020‐ci il Vətən müharibəsi və 2023‐cü il Antiterror əməliyyatı zamanı qarşıya qoyulmuş bütün tapşırıqları uğurla icra etdi. Verilmiş düşmən hədəfləri yüksək peşəkarlıqla və dəqiqliklə məhv edildi. Riyazi hesablamalarla yeni döyüş üsulları işlənib hazırlandı. Bu da uçuş aparatlarının düşmənin Hava Hücu ‐ mundan Müdafiə vasitələrinin təsir zonasına girmədən tapşırıqları icra etməyə imkan verdi. Vətən müharibəsi və 24 saatlıq Antiterror əməliyyatı zamanı 1000‐dən çox döyüş uçuşu yerinə yetirildi. Xəstə və yaralıların döyüş meydanından helikopterlər vasitəsi ilə təxliyəsi nəti ‐ cə sində bir çox insanın həyatı xilas edil ‐ di. Bütün uçuş, eləcə də yerüstü heyət yüksək peşəkarlıq və fədakarlıq gös tə ‐ rərək verilən bütün tapşırıqların uğurla yerinə yetirilməsi üçün səylə çalışdı. POLİQON: HHQ‑də kadrların hazırlanması, peşəkarlığının artırıl ‑ masında Vətən müharibəsindən qazanılan təcrübənin tətbiqini, eləcə də HHQ‑nin döyüş hazırlığını necə qiymətləndirirsiniz? General‑mayor Zaur Rüstəmov: Hər sahədə olduğu kimi hərbi aviasiya sahəsində də savadlı kadrların hazır ‐ lanması ən vacib məsələlərdən biridir. Bu sahədə fasiləsiz olaraq iş aparılır. Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda kur ‐ santların gələcəkdə peşəkar təyyarəçi və mühəndis kimi yetişmələri üçün professor‐müəllim heyəti fəaliyyət göstərir. Hərbi rütbə almış zabitlər ixtisas ‐ larına uyğun təlim mərkəzlərində yerüstü hazırlıqlara cəlb olunurlar. İmtahanlardan uğurla keçən zabitlər aviasiya təlim vasitələrində uçuşlara cəlb olunurlar. Milli kadrların hazırlanmasında qardaş Türkiyə Respublikasının təc ‐ rübəsi öyrənilir və tətbiq olunur. Hərbi təyyarəçilərimiz müxtəlif xarici ölkə ‐ lərdə təlim və kurslara da cəlb olunur. İl ərzində bir neçə dəfə qardaş Türkiyə Respublikası ilə birgə təlim plan laş ‐ dırılaraq həyata keçirilir. Türk hərbi pilotlarla təcrübə mübadiləsi aparmaq artıq ənənə halına çevrilib. Bu məsələ gələcəkdə də diqqət mərkəzində olacaq. Digər türkdilli dövlətlərlə ortaq taktiki təlimlərin planlaşdırılması və həyata keçirilməsi gündəmdədir. Dövlətimizin iqtisadi gücü, həm ‐ çinin cənab Ali Baş Komandanın diqqət və qayğısı sayəsində Hərbi Hava Qüvvələrimiz Cənubi Qafqazın ən güclü hərbi aviasiya vasitələrinə malikdir və Müstəqil Dövlətlər Birliyi məkanında uçuş saatına görə Azərbaycanın hərbi pilotları ön sıradadır. POLİQON: Cənab general‑mayor, HHQ‑nin aviasiya vasitələrinin modernləşdirilməsi, müasir silah sistemləri ilə komplektləşdirilməsi istiqamətində hansı işlər görülür? General‑mayor Zaur Rüstəmov: Bütün sahələrdə olduğu kimi hərbi aviasiyamız da sürətlə inkişaf edir. Yeni müasir aviasiya vasitələrinin alınması və silahlanmaya qəbul olunması gün ‐ dəlikdə duran vacib və prioritet məsələdir. Arsenalımızda olan təyyarə və helikopterlərin naviqasiya və silah sistemlərinin modernləşdirilməsi üzrə fəaliyyətlər planlı şəkildə yerinə ye ‐ tirilir. Müasir müharibələr zamanı döyüş tapşırıqlarının icrası güclü radio elek ‐ tron mübarizə şəraitində aparıldığını nəzərə alaraq bu sahədə də uğurlu modernləşmə işləri aparılır. Aviasiya məhvetmə vasitələri moderinizasiya edilir ki, bu da düşmənə təsir dərinliyinin artırılması və Hava Hücumundan Müdafiə vasitələrinin təsir zonasına daxil olmadan döyüş tap ‐ şırıqlarının uğurla yerinə yetirilməsinə imkan verəcək. Yeni, ən müasir döyüş‐ təlim və nəqliyyat təyyarələrinin alın ‐ ması və təyyarə parkına daxil edilməsi istiqamətində də işlər aparılır. 11


Yanvar ayının 15‑də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xid mə ‑ tinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib. Dövlət Sərhəd Xidmətinin rəisi, general‐polkovnik Elçin Quliyev Pre ‐ zident İlham Əliyevə raport verib. Sonra Bakının Fətəli xan Xoyski küçəsi 99 ünvanında yerləşən hospital kompleksi barədə dövlət başçısına məlumat verilib. Bildirilib ki, hərbi hospitalın köhnə binası XX əsrin 70‐ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi‐texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək‐damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək. Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi 24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700‐ə çatdırılması imkanları vardır. Burada yaradılan Təcili Tibbi Yardım Mərkəzi durumu son dərəcə kritik olan xəstələrin 24 saat qəbulunu həyata keçirməyə imkan verəcək. İl ərzində hərbi hospitalda 100‐110 min ambulator, 17‐20 min xəstə stasionar müalicə oluna bilər. Hərbi hospitalın cərrahiyyə şöbə ‐ sində quraşdırılan avadanlıqlar istənilən növ ağır əməliyyatları aparmağa imkan verir. Tibb ocağında 11 əmə liyyat xana ‐ dan ibarət xüsusi blok yerləşir. Hos pi ‐ talda uçuş heyətinin və dalğıcların müayi ‐ nəsi və müalicəsi üçün res pub likada ən müasir hiperbarik oksigenasiya ava ‐ danlığı (barokamera) quraşdırılıb. Binada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılıb, intensiv terapiya və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir. DSX‐də qadın hərbi qulluqçuların sayı nəzərə alınaraq hərbi hospitalda doğum mərkəzi də yaradılıb. Hərbi hospitalın laboratoriya şö ‐ bəsində ən yeni müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şir ‐ kət lərinin laborator avadanlığı quraş ‐ dırılıb. Müalicə ocağı dövrün tələblərinə uyğun çağrı və nəzarət sistemləri ilə təmin olunub. Hərbi hospitalda klinik fəaliyyətin, yəni tibbi tədris işinin təşkili və ixtisaslı hərbi həkimlərin hazırlanması şəraiti yaradılıb. Hərbi hospitalın yerləşdiyi 3 hektar ərazidə geniş abadlıq‐quruculuq işləri görülüb, yaşıllıq sahələri salınıb. DSX‑nin yeni hərbi hospital kompleksinin açılışı olub


Fevral ayının 28‐də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dəniz səviyyəsindən 1867 metr yüksəklikdə yerləşən “Sım” sərhəd zastavası əsaslı təmir edilərək xidməti istifadəyə verilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Res ‐ publikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqların işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ərazi bütövlüyümüzün bərpa olunması və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə in fra ‐ strukturunun yaradılmasının, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsinin dövlət sərhədinin mühafizəsinə ali diqqətin növbəti təzahürü olması xüsusi vurğulanıb. Dövlət Sərhəd Xidmətinin rəisi general‐polkovnik Elçin Quliyevin təbrikini DSX rəisinin müavini – Sərhəd Qoşunlarının komandanı general‐leytenant Araz Məm ‐ mədov şəxsi heyətə çatdırıb. Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş sərhəd zastavasına baxış keçirilib, yaradılan şəraitlə tanış olunub. Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yeni inşa edilmiş 4 mənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib. 13 Əsaslı təmir edilən sərhəd zastavası xidməti istifadəyə verilib Azərbaycan Prezidenti, Silahlı Qüvvə ‐ lərin Ali Baş Komandanı İlham Əliyevin “Qazax” əlahiddə sərhəd diviziyasının qarnizon kompleksinin açılışı zamanı hərbi qulluqçuların mənzil və sosial‐məişət şəraitinin yaxşı laşdırılması üzrə verdiyi tapşırıqların icrası çərçivəsində fevral ayının 15‐də Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında yeni inşa olunmuş yaşayış binaları xidməti istifadəyə verilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqların işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhid lərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. DSX rəisinin müavini general‐leytenant Cavid Abdullayev və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hərbi qulluqçular və onların ailə üzvləri üçün inşa olunmuş yaşayış binalarının açılışında iştirak edib. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general‐polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. Çıxış edənlər ölkənin ərazi bütöv ‐ lüyünün bərpa olunmasından və dövlət sərhədlərinin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infra ‐ strukturunun inkişaf etdirilməsinin, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsinin, dövlət sərhədinin mühafizəsinə ali diqqətin növbəti təzahürü olmasını xüsusi olaraq vurğulayıblar. Müqəddəs sərhədlərimizin toxunul ‐ mazlığını təmin edən Azərbaycan sər həd ‐ çilərinin ölkəmizin sərhəd müha fizəsini hər zaman layiqincə yerinə yetirdikləri bildirilib. Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olunub və xidməti mənzillərə baxış keçirilib. İstifadəyə verilmiş yaşayış şəhərciyi 5 binadan 140 mənzildən ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub, həyətyanı ərazidə 120 kvadratmetrdən ibarət 5 ədəd söhbətgah, nasosxana binası və 600 kvadratmetrlik su rezervuarı inşa edilib. “Qazax” əlahiddə sərhəd diviziyasında yeni yaşayış binaları xidməti istifadəyə verilib


Bu əlamətdar gün münasibətilə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və qurumun digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət edərək ulu öndər Heydər Əliyevin və onun həyat yoldaşı Zərifə Əliyevanın məzarı önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla anıblar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub. Dövlət Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon” jurnalına verilən məlumatda hərbi sahədə aparılan islahatların nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012‐ci il tarixli fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışdığı bildirilib. Məlumatda qeyd olunub ki, Xidmət yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, və ‐ təndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının tək milləş ‐ dirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi‐ texniki bazanın gücləndirilməsi və digər sahələrdə nailiyyətlər qazanıb. Ordu quruculuğu prosesinin tərkib hissəsi kimi Azərbaycanda çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizmin formalaşdırılması uğurla həyata keçirilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəyə rəhbərliyi müstəqil Azərbaycanın iqtisadi inkişafı, ordu quruculuğu, islahatların miqyasının genişləndirilməsi və digər strateji önəm daşıyan istiqamətlərdə uğurların qazanılması ilə xarakterizə olunur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il ötür 2024‑cü il fevral ayının 13‑ü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 12‑ci ildönümüdür.


uğurla davam etdirdiyi müdrik siyasətin, həyata keçirdiyi islahatların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri gündən günə daha da möhkəmlənib, döyüş qabiliyyətini artırıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamlarının icrasının təmin edilməsi məqsədilə çağırış yaşlı vətəndaşların qanuna müvafiq qaydada çağırışa cəlb edilməsi və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi Xidmət tərəfindən uğurla həyata keçirilir. 44 günlük Vətən müharibəsi zamanı təsdiq edilmiş plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilərin Azər ‐ baycan Ordusunun komplekt ləş diril ‐ məsinə cəlb olunması, Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi‐nəqliyyat vasitələri ilə təmin olunması müvəffəqiyyətlə icra edildi. Məlumatda qeyd olunub ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ciddi addımların atılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməsi zərurətini ortaya qoymuşdur. Korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi təbliğatın gücləndirilməsi və bu kimi halların minimuma endirilməsi məqsədi ilə Xidmət tərəfindən müvafiq tədbirlər həyata keçirilib, aşkar olunmuş nöqsanlarla bağlı qəti addımlar atılıb və bu istiqamətdə işlər hazırda da davam etdirilir. Azərbaycanda bu gün yürüdülən siyasətin mərkəzində insan amili mühüm rol oynayır ki, burada da əsas məqsəd vətəndaşlara xidmət, vətəndaş məm ‐ nunluğunun təmin edilməsidir. Xidmət rəisi tərəfindən respublikanın müxtəlif regionlarında keçirilən qəbullar zamanı vətəndaşların bir sıra müraciətləri yerində həllini tapır, araşdırılması tələb olunanlar qeydiyyata alınaraq icrası ilə əlaqədar müvafiq tədbirlər görülür. Gənc nəslin Vətənə sədaqət, milli adət və ənənələrə hörmət, hər an Azər ‐ baycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə edilməsi işi onların yeniyetməlik dövründən başlayır. Xidmətin fəaliyyət istiqa ‐ mətlərinə uyğun olaraq gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə respublikanın müxtəlif bölgələrində aidiyyəti dövlət qurumları və ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, müharibə vete ‐ ranlarının, orta ümumtəhsil məktəb ‐ lərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil edilir. Bildirilib ki, Dövlət Xidməti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır. Belə ki, xidmətin şəxsi heyətinin komplektləşdirilməsi zamanı bilik və fiziki hazırlığın yoxlanılması prosesini uğurla keçən 21 nəfər Vətən müharibəsi iştirakçısı işə qəbul edilərək Xidmət rəisi tərəfindən onlara xidməti vəsiqələri təqdim olunub. Sonda vurğulanıb ki, bu gün Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli‐mənəvi dəyərlərə hörmətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident, Ali Baş Komandan İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.


2000‐ci illərin əvvəllərindən eti ‐ barən Azərbaycan hərbi aviaparkın gücləndirilməsi sahəsində mühüm addımlar atmağa başlayıb. Bu çərçivədə həm NATO‐nun dəstəyi ilə hərbi aerodromlardan birinin modern ‐ ləşdirilməsi həyata keçirilib, həm də xarici ölkələrdən yeni təyyarələrin satın ‐ alın ması gerçəkləşdirilib. Yeni aero ‐ dromların inşası, mövcud aerodromların moder nizasiyası, eləcə də Hərbi Hava Qüvvələrinin avtomatlaşdırılmış ko ‐ manda mərkəzinin yaradılması qarşıdakı illərdə reallaşmaqda davam edib. Ötən illər ərzində HHQ‐nin aviasiya parkı Rusiya, Belarus, Ukrayna, Gürcüstan və Pakistan kimi ölkələrdən əldə olunan təyyarə və helikopterlər hesabına gücləndirilib, mövcud texnikaların bir qismi modernləşdirilib. HHQ‐nin inkişaf prosesində 2014‐ cü ildən etibarən yeni dövr başlayıb. Yeni silahlar, müşahidə və aşkaretmə sistemləri, habelə aviasiya vasitələri hesabına HHQ əhəmiyyətli şəkildə güclənib. Bu gün ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən HHQ Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir. Hazırda HHQ‐nin silahlanmasında müxtəlif tipli döyüş və nəqliyyat helikopterləri, təlim və döyüş təyyarələri, habelə dost dövlətlərdən alınan, o cümlədən hərbi sənayemizin istehsalı olan pilotsuz uçuş aparatları (PUA) mövcuddur. Azərbaycan Cənubi Qafqaz regionunda maddi‐texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. HHQ‐ nin silahlanmasında yer alan müasir sistemlər bütün hava hücumu vasitələrini məhv etməyə qadirdir. Hazırda Azərbaycan HHQ‐nin aviasiya parkında əsasən MiQ‐29 və Su‐25 döyüş, L‐39 “Albatros” və MFI‐395 “Super Muşşak” təlim, İl‐76 nəqliyyat təyyarələri, habelə Mi‐24G və Mi‐35M döyüş, Mi‐8/Mi‐17/Mi‐171 nəqliyyat, “Bell 412” çoxməqsədli helikopterləri yer alır. Həmçinin, 2023‐ cü ildə İtaliya ilə yeni C‐27J “Spartan” hərbi nəqliyyat təyyarələrinin alınması, Türkiyə ilə Su‐25 qırıcılarının modernləşdirilməsi ilə bağlı müqavilələr imzalanıb. Yeni alınan helikopter və təyyarələr Bundan başqa, cari ilin fevral ayında Azərbaycan Hərbi Hava Qüvvələrinin Pakistanın “Pakistan Aeronautical Complex” (PAC) şirkətindən JF‐17C Block III döyüş təyyarələrinin alınmasına dair müqavilə bağladığı açıqlanıb. Pakistan mənbələrinin məlumatına görə, JF‐17 “Thunder”in Azərbaycana satışı Pakistan tarixində ən böyük müdafiə ixracı müqaviləsidir. Tərəflər arasında JF‐17C Blok‐III‐lərin və döyüş sursatlarının alınmasını, eləcə də şəxsi heyətə təlimlərin keçirilməsini nəzərədə tutan 1.6 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb. Qeyd edək ki, Azərbaycan Pre ‐ zidentinin köməkçisi Xalid Əhədovun başçılıq etdiyi yüksək səviyyəli nü ‐ mayəndə heyəti 6 iyul 2023‐cü il tarixində Pakistanda PAC şirkətinə səfər edərək JF‐17C Blok‐III təyyarəsinin imkanları ilə yaxından maraqlanmış, Azərbaycana satış imkanları müzakirə olunmuşdur. Azərbaycan Hərbi Hava Qüvvələri aviasiya parkını gücləndirir ?Zaur Babaşov Ordu quruculuğu sahəsində rəsmi Bakının əsas diqqət yetirdiyi məsələlərdən biri də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növlərindən olan Hərbi Hava Qüvvələrinin (HHQ) gücləndirilməsi, hərbi aviasiya parkının yenilənməsi və imkanlarının artırılmasıdır. Bu istiqamətdə HHQ‑də ardıcıl strateji və taktiki dəyişikliklər aparılıb. Modernləşdirilmiş Su‑25 ML hücum təyyarəsi


JF‐17 “Thunder” qırıcısı Pakistanın “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu Aircraft Industry Corporation” (CAIC) şirkəti tərəfindən birgə hazırlanıb. Pakistan HHQ‐də JF‐ 17 “Thunder” olaraq adlandırılan təyyarə Çində “Chengdu FC‐1 Xiaolong” adı ilə tanınır. Block III modifikasiyası JF‐17‐nin hələlik sonuncu – 2019‐cu il nümu ‐ nəsidir. JF‐17 Block III təyyarəsinin seriyalı istehsalına 2020‐ci ildə başlanıb. Bu versiya digər üstünlüklərlə yanaşı, havada yanacaq doldurma sisteminə və mükəmməl radara malikdir. Xüsusilə, Blok III modifikasiyasında təyyarəyə yer fonu da daxil olmaqla uzaq məsafədən hədəfləri aşkar etməyə imkan verən “Active Electronically Scanned Array” (AESA) radar sistemi nəzərdə tutulub. Radara əlavə olaraq, təyyarə kabinədə bir neçə rəngli displey və dəbilqəyə quraşdırılmış nişangahla təchiz olunub ki, bu da təyyarənin idarə olunmasını və hava döyüşünü xeyli asanlaşdırır. AESA radarı – KLJ‐7A aktiv fazalaşdırılmış anten şəbəkəsi olmaqla “China Electronics Technology Group Corporation” (CETGC) tərəfindən istehsal edilir. İstehsalçı KLJ‐7A radarının ABŞ‐ ın beşinci nəsil F‐35 döyüş təyyarələrində istifadə edilən radara bənzər xüsusiyyətlərə sahib olduğunu iddia edir. Xüsusilə, yeni radarın köməyi ilə JF‐17 Block III təyyarəsi 170 km məsafədəki hədəfləri aşkarlaya bilir və baza versiyaları APAA radarları ilə təchiz olunmamış F‐16 C/D və F‐15 C/D təyyarələri üzərində döyüş üstünlüyünə malikdir. Təyyarə yüksək manevr qabiliy ‐ yətinə, yüksək dartqı gücünə malik müasir yeni nəsil mühərrikə sahibdir. Demək olar ki, 4 ton döyüş yükü daşıyır. O, yaxın və orta mənzilli “hava‐hava” və “hava‐yer” tipli raketləri, bombaları, gəmi əleyhinə və radar əleyhinə raketləri, asma yanacaq çənlərini daşıya bilir. Habelə, stabilləşdirilmiş 23 mm‐lik iki lüləli topa sahibdir. JF‐17 Block III təyyarəsinin uzunluğu 14970 mm, qanad açıqlığı 9460 mm və hündürlüyü 4770 mm təşkil edir. Boş kütləsi 6411 kq olan təyyarənin mak ‐ simum uçuş ağırlığı 12474 kiloqramdır. Qırıcıya Rusiya istehsalı bir ədəd RD‐ 93 mühərriki (və ya onun Çin analoqu WS‐13) güc verir ki, bu da ona maksimum 1.8 Mach sürətlə uçmaq imkanı təmin edir. JF‐17‐nin döyüş radiusu 1350 km, uçuş məsafəsi 2037 km (üç ədəd əlavə yanacaq çəni ilə 3000 km) və maksimum uçuş hündürlüyü 16700 metrdir. Buna qədər Azərbaycan ilə Pakistan arasında ən böyük satınalma MFİ‐395 “Super Muşşak” təlim təyyarələri olub. 2017‐ci ilin iyul ayında Azərbaycan Hərbi Hava Qüvvələri ilə PAC şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd MFİ‐395 “Super Muşşak” təlim təyyarəsi əldə edilib. Heyəti iki nəfər olan “Super Muşşak” təyyarəsinin uzunluğu 7.15 m, 17 JF‑17 “Thunder” qırıcısının maketi Azərbaycan Pre zidentinin köməkçisi Xalid Əhədovun başçılıq etdiyi yüksək səviyyəli nü mayəndə heyəti Pakistanın PAC şirkətində


qanad açıqlığı 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, uçuş ağırlığı 1250 kq, maksimum sürəti 268 km/saat, kreyser sürəti 240 km/saat təşkil edir. 260 at gücündə bir ədəd “Textron Lycoming IO‐540 V4A5” (6 silindr) mühərriki ilə təchiz olunmuş təyyarənin birbaşa uçuş uzaqlığı 814 kilometr, uçuş hündürlüyü isə 6705 metrə çatır. Havada 4 saat 15 dəqiqə qala bilən təyyarənin xarici asmada yükgötürmə qabiliyyəti 300 kq‐dır. Müasir və təhlükəsiz olan təyyarə ibtidai təlim‐ tədris proqramının tələblərinə tam uyğundur. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik stan ‐ dartlarına tam cavab verir. Qeyd olunan üstünlüklərinə görə, “Super Muşşak”dan patrul missiyalarında istifadə edilməsi mümkündür. Bundan başqa, təyyarəyə istənilən silah və kameraları inteqrasiya etmək imkanlarının mövcud olduğu bildirilir. Azərbaycan ilə İtaliya arasında 2023‐ cü ilin iyun ayında C‐27J “Spartan” hərbi nəqliyyat təyyarələrinin alqı‐satqısına dair müqavilə bağlanıb. Azərbaycan nümayəndə heyəti iki ölkənin müdafiə nazirlərinin yüksək səviyyəli nüma yən ‐ dələrinin iştirakı ilə müqavilənin imzalanması üçün İtaliyada olub. “Leonardo” şirkətindən bildirilib ki, ilkin olaraq enerji sektoru ilə əlaqəli olan İtaliya‐Azərbaycan arasındakı əməkdaşlıq İtaliya Müdafiə Nazirliyinin işçi qrupunun verdiyi dəyərli töhfə sayəsində indi müdafiə sənayesi məhsullarının tədarükü istiqamətində də genişlənir: “Ən çətin əməliyyat ssenarilərində uzun illər sübut edilmiş təcrübəyə malik olan “Leonardo”dan C‐ 27J‐nin alınması proqramı İtaliya və Azərbaycan Müdafiə Nazirlikləri arasında keçirilən texniki müzakirələrin nəti ‐ cəsidir. Bu müqavilə İtaliya sənayesinin məhsullarına daha çox diqqət yetirən Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramının tərkib hissəsidir”. Qeyd edək ki, Azərbaycan bir neçə ildir ki, İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan C‐27J “Spartan” hərbi nəqliyyat təyyarəsinə maraq göstərirdi. Bir neçə dəfə Azərbaycanın hərbi nümayəndə heyəti şirkətin test mər ‐ kəzində və İtaliya Hərbi Hava Qüvvələrində C‐27J “Spartan” hərbi nəqliyyat təyyarəsinin sınaqlarında iştirak etmiş və bu təyyarənin per ‐ formansı yüksək qiymətləndirilmişdir. Bundan sonra, Azərbaycan nümayəndə heyətləri ilə adıçəkilən təyyarə ilə bağlı danışıqlar aparılmışdır. Ən çətin coğrafi relyef və əməliyyat şəraitində özünü sübut edən C‐27J “Spartan” təyyarələri geniş çeşidli müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirməyə qadirdir. Dünyada müx ‐ təlif hava qüvvələri ilə əməliyyatlarda əldə edilmiş geniş təcrübə bu təyyarəni hərbi nəqliyyat missiyaları, pa ra ‐ şütçülərin və materialların havadan atışları, qoşunların taktiki dəstəyi, xüsusi təyinatlıların əməliyyatları, humanitar yardım və fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ideal hava nəqliyyat vasitəsi kimi tanıdıb. İtaliyalı aviasiya mütəxəssislərinin fikrincə, bu təyyarə Azərbaycanın hərbi aviasiya parkının modernləşdirilməsi proqramı çərçivəsində uçuş heyətinin Qərb standartlarına malik təyyarələri öyrənməsində vacib rol oynaya bilər. “Leonardo” şirkəti tərəfindən “Aeritalia” G.222 təyyarəsi əsasında hazırlanan C‐27J “Spartan” hərbi nəq ‐ liyyat təyyarəsi orta ağırlıqdakı yüklərin daşınması üçün nəzərdə tutulub. Çoxməqsədli nəqliyyat təyyarəsi olan C‐27J “Spartan” MPA (Maritime Patrol Aircraft), ASW (Anti‐Submarine Warfare), C3ISR (Command‐Control‐ Communications, Intelligence, Surveillance and Reconnaissance), habelə MC‐27J “Multimission Aircraft” variantlarında konfiqurasiya edilə bilir. C‐27J “Spartan” təyyarəsinin ilk seriyalı istehsal partiyası 2006‐cı ildə İtaliya HHQ‐nin, 2007‐ci ildə isə ABŞ HHQ‐nin aviasiya parkına qəbul edilib. Hazırda təyyarə həm Latın Amerikası, həm Avropa ölkələri tərəfindən istifadə edilir. 2010‐cu ildən bu günə qədər “Leonardo” şirkəti Avstraliya, Meksika, Peru, Slovakiya və Sloveniyaya C‐27J satışını reallaşdırıb. Hindistan, İn ‐ doneziya, Boliviya, Qana və Böyük Britaniya kimi ölkələr də C‐27J təy ‐ yarəsinin istifadəçiləri arasında yer alır. Son imzalanan müqavilə çərçi və ‐ sində C‐27J‐lərin Azərbaycana çatırılması ilə bu ölkə sözügedən təyyarənin 17‐ci müştərisi olacaq. Qeyd edək ki, “Leonardo” indiyədək cəmi 88 ədəd C‐27J təyyarəsi sifarişi alıb və onların hamısı təhvil verilib. C‐27J “Spartan” hərbi nəqliyyat təyyarəsinin uçuş ağırlığı 31,8 ton, yük götürmə qabiliyyəti 11,3 ton təşkil edir. C‐27J təyyarəsi 46‐60 personalı daşımaq qabiliyyətinə malikdir. Hər biri 4,637 at gücündə (3,458 kVt) olan 2 ədəd “Rolls Royce” AE2100‐D2A mühərrikinə sahib C‐27J “Spartan” təyyarəsinin kreyser sürəti 602 km/saat (325 KTAS), maksimum xidmət tavanı isə 9,144 metr (30,000 fut) təşkil edir. Azərbaycan Silahlı Qüvvələrinin inventarındakı ən çox diqqət çəkən helikopterlərdən biri də ABŞ‐ın “Bell Textron” şirkəti tərəfindən istehsal edilən “Bell 412” helikopteridir. Onun həm mülki, həm axtarış‐xilasetmə, həm hərbi personalın daşınması üçün nəzərdə tutulan variantları var. Bu helikopterlər Azərbaycanda geniş ictimaiyyətə ilk dəfə 2018‐ci ildə Azərbaycan Silahlı Qüv ‐ vələrinin yaranmasının 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda nümayiş etdirilib. Helikopterin hərbi 18 www.poliqon.az “Super Muşşak” təlim təyyarəsi


təyinatlı versiyası 14 tam təchizatlı personalı daşımaq imkanına malikdir. “Bell 412”nin maksimum uçuş sürəti 230 km/saat, mənzili 672 km, maksi ‐ mum qalxış ağırlığı 11900‐12200 kiloqramdır. Modernizasiya sahəsində görülən işlər Azərbaycan Ordusunun istifadəsində olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə modernizə edilməsi prosesi həyata keçirilir. Azərbaycan hələ 2004‐cü ildən başlayaraq hərbi aviasiya parkına daxil olan təyyarə və helikopterlərin modern ‐ ləşdirilməsi istiqamətində bir sıra proqramlar həyata keçirilməyə başlayıb. Hansı ki, hərbi aviasiya imknalarından bəhs edilərkən, bu layihələrin özəllikləri xüsusilə vurğulanmalıdır. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Azərbaycan və NATO arasında razılaşdırılmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə müasir xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşüt‐ desant xidməti və əyləc paraşütlərinin yığılması binaları inşa olunub. Azərbaycan HHQ‐nin balansında hazırda 3 təmir zavodu fəaliyyət göstərir. Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən bu təmir müəssisələrində yerli ehtiyaclar qarşılanmaqla yanaşı xarici ölkələrin də sifarişləri yerinə yetirilir. Mi‐8 helikopterlərinin mühərriklərinin və füzelyajının təmiri üzrə ixtisaslaşmış Gəncə Aviasiya Təmir Zavodunda Azərbaycanla yanaşı Kuba, Peru, Kolumbiya, Əfqanıstan, Polşa, Rusiya, Baltik ölkələrindən sifarişlər yerinə yetirilir. MDB Dövlətlərarası Aviasiya Komitəsinin Aviasiya Registri tərəfindən sertifikatlaşdırılmış zavod 2016‐ci ilin fevral ayında Ukraynanın “Aviakon” Dövlət Müəssisəsi ilə təmir xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb. Ukrayna helikopterlərinin Gəncədə təmirini ehtiva edən müqavilənin dəyəri 4.3 milyon ABŞ dollar təşkil edib. Azərbaycan tərəfi müqavilə çərçivəsində uçuş aparatlarının təmiri üzrə 20 xidmət həyata keçirib. Qeyd edək ki, Azərbaycan HHQ‐nin komandanı, general‐leytenat Ramiz Tahirov əvvəlki illərdə “Poliqon” jurnalına verdiyi müsahibəsində HHQ‐nin ölkə ərazisində fəaliyyət göstərən təmir zavodlarından söz açarkən bildirib ki, Gəncə və Sumqayıt şəhərlərində yerləşən Aviasiya Təmiri Zavodları, Bakı şəhərində yerləşən Hava Hücumundan Müdafiə silah və texnikası təmiri zavodu 2014‐ cü ildən Hərbi Hava Qüvvələrinin tərkibində birbaşa təyinatı üzrə fəaliyyətini davam etdirir. Komandan qeyd edib ki, zavodlar hərbi aviasiyanın müxtəlif növ helikopter və təyyarələrin mühərriklərini, reduktorlarını, sistem ‐ C‑27J “Spartan” hərbi nəqliyyat təyyarəsi Türkiyənin AH‑1W hücum helikopteri Azərbaycanın Mi‑24G "Gecə" hücum helikopteri


lərini, gövdələrini yüksək səviyyədə təmir, o cümlədən texniki xidmət işlərini etməyə qadirdir. R.Tahirov vurğulayıb ki, bu zavodlarda bir neçə Avropa, Orta Asiya və Ərəb dövlətləri üçün təmir işləri aparılıb. General‐leytenantın sözlərinə görə, Gəncə şəhərində yerləşən Aviasiya Təmiri Zavodu Beynəlxalq Aviasiya Komitəsinin (MAK) sertifikatını əldə edərək bu günə qədər yüksək keyfiyyətli təmir və istehsalat səviy ‐ yəsinin olmasını təsdiqləyir. Sumqayıt şəhərində yerləşən Azər ‐ baycan Aviasiya Təmiri Zavodu indiyədək MiQ‐25 təyyarələrinin modern ləşdi ‐ rilməsi istiqamətində bir sıra layihələr reallaşdırıb. Müəssisə MiQ tipli, həm də xüsusi növ təyyarələrin təmir işləri ilə məşğuldur. Zavodda Azərbaycan təyyarələri ilə yanaşı, Şimali Afrika ölkələrinin təyyarələrinin təmiri və modernləşdirilməsi işləri həyata keçirilib. Müəssisədə Gürcüstanın Tiflis Aviasiya Zavodu ilə birgə Su‐25 təy yarələrinin təmiri və modernləşdirilməsi, eləcə də CAR‐ın “Paramount Group” şir kəti ilə Mi‐24 və Mi‐17 helikopterlərinin modernləşdirilməsi həyata keçirilib. Mi‐24 Super Hind Mk.4 səviyyəsində aparılan modernizə nəticəsində Mi‐24 helikopterlərinin imkanları əhəmiyyətli səviyyədə yüksəldilərək helikopterə gecə döyüşlərinin aparılması imkanı qazandırılıb. Modernizədən sonra helikopter Mi‐24G “Gecə” indeksi alıb. 2017‐ci ildə Türkiyənin ASELSAN şirkəti tərəfindən də Azərbaycan HHQ‐ yə bir neçə modernizə proqramı təklif olunub. Şirkət tərəfindən 2017‐ci ildə Mi‐17 helikopterləri modernizə edilərək HHQ‐nin istismarına verilib. ASELSAN eyni zamanda HHQ‐nin Su‐25 hücum təyyarələrinin modern ‐ ləşdirilməsi proqramına da öz təklifini verib və Su‐25‐lərin kabinəsini, rabitə və silah sistemlərini modernləşdirib. Modernizasiya nəticəsində Su‐25M hücum təyyarələrinə gecə‐gündüz və bütün hava şəraitində əməliyyat imkanları qazandırılıb, yeni naviqasiya (INS/GPS) və rabitə sistemləri, habelə yeni missiya kompüterləri və tək ‐ milləşdirilmiş hədəfləmə sistemləri ilə təchiz edilib. O cümlədən, ASELSAN‐ın ANSAV‐100 qlobal naviqasiya peyk sistemi (Global Navigation Satellite System – GNSS) modernləşdirilmiş Su‐ 25M hücum təyyarələrinə inteqrasiya olunub. MIL STD 1760 interfeysi Türkiyə və digər NATO üzvləri tərəfindən istehsal edilən ağıllı silahlar və hədəf ‐ ləmə/kəşfiyyat podları ilə uyğun gəlir. Modernləşdirilmiş Su‐25 hücum təyyarələrinə ASELSAN şirkətinin istehsalı olan LGK lazer tuşlama dəsti (Lazer Güdüm Kiti) quraşdırılıb. Bunun davamı olaraq, 26 iyul 2023 tarixində Türkiyənin İstanbul şəhərində keçirilən IDEF‐2023 16‐cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin TUSAŞ şirkəti arasında Su‐25 hücum təyyarələrinin modern ləşdirilməsi layihəsi üzrə müqavilənin imzalanması mərasimi keçirilib. Müqaviləyə əsasən Azərbaycan HHQ‐nin aviasiya parkında yer alan Su‐ 25 təyyarələri Su‐25ML (Modern ləş ‐ dirilmiş Laçın) səviyyəsinə yüksəldilir. Türkiyəyə göndərilmiş ilk Su‐25 hücum təyyarəsində TUSAŞ tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib. “Laçın” layihəsi adı altında modernizasiya edilərək yenidən hərbi pilotlarımızın istifadəsinə verilən Su‐25ML təyyarəsinin sınaq uçuşları keçirilib. Təyyarəyə yeni quraşdırılmış Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin testləri yekunlaşıb və ümumilikdə görülən işlər hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoda Su‐25ML‐in ROKETSAN tərəfindən istehsal olunan “Teber” lazer tuşlama dəsti ilə təchiz edilmiş bombanın və ASELSAN istehsalı KGK‐84 qanadlı tuşlama dəstli bombanın hədəfi yüksək dəqiqliklə vurduğu görüntülənib. Aviasiya vasitələrinin döyüş sursatları Yuxarıda qeyd olunduğu kimi, modernizasiya nəricəsində Azərbaycan HHQ‐nin Su‐25‐lərinə Türkiyə istehsalı bir sıra döyüş sursatları inteqrasiyası edilib. Modernləşdirilmiş Su‐25 təyyarələrinə ASELSAN tərəfindən quraşdırılan LGK lazer tuşlama dəsti idarə olunmayan aviasiya bombaları üçün hazırlanıb. Bu yeni dəstlər bombaları sərfəli və son dərəcə etibarlı “ağıllı” sursata çevirən bir avadanlıqdır. Əldə edilən məlumata görə, İkinci Qarabağ müharibəsində əks hücum əməliyyatları zamanı Azərbaycan HHQ‐ yə məxsus Su‐25M hücum təyyarələri tərəfindən LGK lazer tuşlama dəsti geniş istifadə edilib. Beləki, “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatlarının lazer işarələməsindən sonra, Su‐25M hücum təyyarəsi LGK lazer tuşlama dəstli aviasiya bombası ilə Ermənistan Ordusunun hədəflərini uğurla sıradan çıxarıb. Azərbaycan HHQ‐nin Su‐25M təyyarələrinin LGK lazer tuşlamalı ağıllı aviasiya bombasından istifadə etməsi minimum sursat tətbiqi ilə daha çox sayda hədəflərin dəqiq və daha təhlükəsiz şəraitdə sıradan çıxarılması ilə nəticələnib. Fakt olaraq onu deyə bilərik ki, LGK‐nin ənənəvi bombaları ağıllandırmasının düşmənin təyin olunmuş 65 hədəfini, o cümlədən hərbi qüvvəsini, DOT və DZOT‐larının, hərbi obyektlərinin və texnikasının 100 faiz məhv edilməsində böyük rolu olub. Su‐25ML səviyyəli hücum təy ‐ yarəsinə KGK qanadlı tuşlama dəstinin 20 www.poliqon.az “Teber” lazer tuşlamalı aviasiya bombası


(Kanatlı Güdüm Kiti) inteqrasiyası ilə bağlı işlər Türkiyənin TÜBİTAK SAGE mərkəzi və TUSAŞ şirkəti tərəfindən birgə aparılıb. TÜBİTAK SAGE mərkəzinin direk ‐ toru Gürcan Okumuş bildirib ki, həm qanadlı raketlərin, həm də tuşlama dəstlərinin müxtəlif platformalara inteqrasiyası üzrə işlər aparılır: “Su‐25 də bu platformalardan biridir. Su‐25‐ lərə KGK inteqrasiyasına dair çalışmalar TUSAŞ ilə birgə həyata keçirilir. TÜBİTAK SAGE olaraq, sursat inteqrasiyası üçün atəşi idarəetmə həlləri də hazırlamaqda və istifadəyə verməkdəyik”. G.Okumuşun sözlərinə görə, Su‐25 layihəsi çərçivəsində digər döyüş sursatlarının inteqrasiyasına dair işlər də planlaşdırılmış vəziyyətdədir. “TUSAŞ‐ın baş podratçılığında həyata keçirilən Su‐25 modernizasiyası layihəsində yerli sursatların inteqrasiyası işi TÜBİTAK SAGE tərəfindən yerinə yetirilir”, – deyə G.Okumuş vurğulayıb. Qeyd edək ki, ötən ay Türkiyədə keçirilən “Anadolu Qartalı‐2023” beynəlxalq taktiki‐uçuş təlimində Azərbaycan HHQ‐nin Su‐25 hücum təyyarəsinə KGK qanadlı tuşlama dəstinin inteqrasiya edildiyi ilk dəfə görüldü. Təlim zamanı Su‐25 təyyarəsi KGK qanadlı tuşlama dəstli aviasiya bombası ilə sınaq atışı həyata keçirdi və hədəfi 25 kilometr məsafədən yüksək dəqiqliklə məhv etdi. KGK qanadlı tuşlama dəsti Türkiyənin TÜBİTAK SAGE mərkəzi və “Kale Grubu” şirkəti tərəfindən 227 kiloqramlıq Mk‐82 və 453 kiloqramlıq Mk‐83 ümumi təyinatlı aviasiya bom ‐ balarının yerdəki hədəfləri dəqiqliklə vura bilməsi üçün hazırlanıb. Bununla da KGK‐82 və KGK‐83 kimi adlandırılan mövcud aviasiya bombaları istənilən hava şəraitində 100 km‐dən çox məsafədən atıldıqda belə dəqiq zərbə qabiliyyəti qazanıb. Qanadlı tuşlama dəsti ilə təchiz edilmiş bomba yüksək hündürlükdən (9 km) atıldıqda mak ‐ simum 110 km və aşağı hün dür lükdən (3 km) atıldıqda 37 km fəaliyyət məsafəsi əldə edir. Onun hədəfi məhvetmə dəqiqliyi yüksək və INS/GPS ilə dairəvi sapma ehtimalı 10 metrdən azdır. Azərbaycanın zəfərində kritik rol oynayan MAM sursatları Ötən dövrdə BMT Adi Silahlar Registrinə təqdim edilmiş məlumatlara görə, Azərbaycan Ukraynadan döyüş təyyarələri üçün 64 ədəd R‐27 “hava‐ hava” raketi, Rusiyadan müxtəlif çaplı və təyinatlı aviasiya bombaları satın alıb. Habelə, Azərbaycan Türkiyənin ROKETSAN şirkətindən MAM (Mini Ağıllı Sursat) PUA sursatları alıb. ROKETSAN şirkəti bu günün və gələcəyin mü ‐ haribələrinin doğurduğu ehtiyacları nəzərə alaraq yaratdığı MAM ailəsi sahib olduqları texnologiyalardan əlavə müharibə təcrübəsi ilə də rəqiblərini üstələyir. Arsenalında ROKETSAN‐ın bir çox həlli olan Azərbaycanın zəfərində kritik rol oynayan MAM Avropa və NATO üzvü ölkələrin də diqqətini çəkərək, prioritet seçimləri arasında yerini alır. Qeyd edək ki, Azərbaycan ordusu tərəfindən İkinci Qarabağ müharibəsi zamanı MAM idarə olunan döyüş sursatları ilə tanklara və digər zirehli hədəflərə qarşı effektiv istifadə olunub. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən də aviasiya silah ‐ larının və döyüş sursatlarının yaradılması istiqamətində bir sıra layihələr həyata keçirilməkdədir. MSN müəssisələrində hazırda istehsalı davam edən və Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən TAB‐7, TAB‐ 50 və TAB‐100 təlim aviasiya bombaları çoxistifadəli olması və təhlükəsizliyinə görə fərqlənir. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində yerli istehsal olan 25 kq‐lıq QFAB‐25, 50 kq‐lıq QFAB‐50, 100 kq‐lıq QFAB‐100, 250 kq‐lıq QFAB‐250 qəlpəli‐fuqas və 250 kq‐lıq BETAB‐250 sərbəstdüşən betondələn aviasiya bombalarından uğurla istifadə edib. QFAB‐25 aviasiya bombaları təy ‐ yarələrdən, helikopterlərdən və pilotsuz aparatlardan atıla bilir. Tərkibində 7.4 kq partlayıcı maddə yerləşən və 500 metr yüksəklikdən atılan bombadan partlayış zamanı ətrafa 2000 qəlpə səpələnir. QFAB‐50 qəlpəli‐fuqas aviasiya bombasında isə 23 kq partlayıcı maddə yerləşdirilib. Partlayış zamanı QFAB‐50 ətrafa 3500‐dən 9000‐dək qəlpə yayılır ki, bu qəlpələrin də sürəti saniyədə 1500‐2000 metr təşkil edir. Tərkibində 51 kq partlayıcı maddə olan QFAB‐100 aviasiya bombasından partlayış zamanı ətrafa 15000‐dək, 87 kq partlayıcıya malik QFAB‐250 bombasından 20000‐dək qəlpə yayılır. Bu göstəricilərinə görə, Azərbaycan istehsalı olan qəlpəli‐fuqas aviasiya bombaları xarici analoqlarını üstələyir. Qəlpələr hazır şəkildə bombaların daxilinə yerləşdirilir ki, bu da Azərbaycan istehsalı olan bombalarda tətbiq olunan özəlliklərdəndir. HHQ arsenalını gücləndirən pilotsuz uçuş aparatları Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan HHQ‐nin aviasiya parkında dost dövlətlərdən satın alınan, o cümlədən hərbi sənayemizin istehsalı 21 KGK qanadlı tuşlama dəstli aviasiya bombasının atış sınağı


olan pilotsuz uçuş aparatları (PUA) mövcuddur. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə etmişdir. Kəşfiyyat, kəşfiyyat‐zərbə və kamikadze PUA‐ların şəbəkə halında tətbiqi, eyni zamanda artilleriya bölmələri ilə qarşılıqlı əlaqəli istifadəsi qısa zamanda öz effektini vermiş, düşmənin cəbhənin ön xəttində və dərinliyindəki hərbi texnikaları, artilleriya sistemləri, tankları, zenit‐ raket kompleksləri və sursat anbarları məhv edilmişdir. Döyüşlərdə Azərbaycan Ordusu tərəfindən yerli istehsal olan “Aerostar” tipli taktiki, “Orbiter‐3” tipli mini taktiki, “Orbiter‐2” tipli mini kəşfiyyat pilotsuz uçuş aparatlarından, “Zərbə” kamikadze və “İti qovan” dronlarından aktiv istifadə olunmuşdur. Azərbaycan Ordusuna məxsus kamikadze PUA‐ları düşmənin hərbi texnikası, canlı qüvvəsi və hərbi obyektlərinin vurulmasında istifadə olunması Azərbaycanın Müdafiə Nazirliyinin yayımladığı videoçarxlarda da aydın şəkildə görünür. Azərbaycan Ordusu döyüşlərin gedişatında müşahidə, nəzarət, artilleriya atəşinin və “gəzən sursat”ların idarə olunmasında əsasən “Orbiter‐2” və “Orbiter‐3” tipli PUA‐lardan istifadə etmişdir. Qeyd olunan PUA‐lar 2014‐ 2016‐cı illərdə cəbhədə lokal döyüşlərdə, eləcə də sonrakı illərdə geniş istifadə olunmuşdur. Dünyada qəbul edilmiş, müasir PUA sənayesinin nümu nə lə ‐ rindən olan “Orbiter‐2” və “Orbiter‐3” PUA‐ları Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə İsrailin “Aeronautics Defense Systems” şirkətinin birgə müəssisəsi tərəfindən istehsal edilir. Müdafiə Nazirliyi tərəfindən icti ‐ maiyyətə nümayiş etdirilən görün ‐ tülərdən aydın olduğu qədər Azərbaycan Ordusu əsasən yerli istehsal olan “Zərbə” kamikadze PUA‐larından döyüşlərdə ilk dəfə geniş istifadə etmişdir. Video çarx ‐ ların təhlilləri göstərir ki, Azərbaycan tərəfi Türkiyənin Suriyada “Bahar qalxanı” əməliyyatının təcrübəsindən çıxış edərək kamikadze PUA‐larını kəşfiyyat PUA‐ları (“Orbiter 2” və “Orbiter 3”) ilə koordinasiyalı şəkildə istifadə etməyə çalışıb. Kəşfiyyat PUA ilə cəbhənin operativ dərinliyindəki düşmən hədəfləri aşkarlandıqdan sonra kamikadze PUA‐lar hədəfə yön lən ‐ dirilmişdir. Hədəflər həm kamikadze, həm də kəşfiyyat PUA vasitəsi ilə son anadək izlənilmiş və vurulma prosesi anbaan qeydə alınmışdır. Savaşın taleyini dəyişən BAYRAKTAR Sentyabr ayının 27‐də başlayan və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsində bir neçə silah sisteminin uğurlu tətbiqi hərbi əməliyyatların taleyinin qısa müddətdə həllinə imkan verdi. Bu yeni silah sistemlərindən ən effektivi Türkiyənin “Baykar” şirkətinin istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (SPUA) oldu. Müdafiə Nazirliyinin yayımladığı görüntülərdən aydın olduğu qədər Azərbaycan “Bayraktar TB2” SPUA‐ lardan Ermənistan artilleriyasının, mövqelərinin, tanklarının, piyada döyüş maşınlarının, YARS və zenit‐raket komplekslərinin məhv etmək üçün istifadə edib. Döyüşlərin ilk günlərində Ermənistan Ordusuna aid “Osa‐AKM”, “Strela‐10”, “Tor‐M2MK” və iki ədəd S‐ 300 zenit‐raket kompleksi TB2 SPUA ilə məhv edilib. Rəsmi görüntülər əsasında aparılmış dəqiqləşdirmələrə əsasən, 44 günlük döyüş əməliyyatlarında “Bayraktar TB2” SPUA‐lar vasitəsi ilə Ermənistan Ordusuna aid 90 ədəd T‐72 tankı, 29 ədəd piyada döyüş maşını, 132 ədəd artilleriya qurğusu, aralarında “Smerç” və WM‐80 yaylım atəşli reaktiv sistemlər də olmaqla 61 YARS, 9 radiolokasiya stansiyası və REM sistemi, 143 nəqliyyat vasitəsi, habelə düşmənin çox sayda canlı qüvvəsi məhv edilib. Döyüş əməliyyatlarının gedişatında KİV‐ə müsahibəsində Prezident İlham Əliyev Türkiyə istehsalı olan PUA‐ların rolunu dəyərləndirərək, bu sistemərin müasir, çağdaş texnologiyalar əsasında yaradılmış silah növü olduğunu deyib: “Bu Türkiyənin həm texnoloji, həm iqtisadi, həm intellektual potensialının təzahürüdür. Əlbəttə ki, belə imkanların bizdə olması işimizi asanlaşdırır və insanlarımızın, əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, havadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək yerdən 22 www.poliqon.az


vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün bizə böyük üstünlük verir. Eyni zamanda, onların texnologiyası mükəmməldir”. 2020‐ci il oktyabr ayının 14‐də “France 24” telekanalına müsahibəsində Prezident İlham Əliyev Türkiyədən əldə edilən PUA‐lar vasitəsilə Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasının məhv edildiyini deyib. Hərbi əməliyyatların sonrakı günlərində də “Bayraktar TB2” SPUA‐ları ROKETSAN şirkətinin istehsalı olan MAM‐L və MAM‐ C ağıllı sursatlarla döyüş meydanında aralarında müxtəlif zenit‐raket kompleks ləri də olmaqla, düşmənin 200‐ dən çox hərbi texnikasını, silah sistemini, çox sayda canlı qüvvəsini məhv edib. Qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə pilotsuz uçuş aparatları ilə yanaşı Azərbaycan HHQ‐nin istifadəsində olan döyüş təyyarələri və zərbə helikopterlərindən də düşmən hədəflərinin məhv edil ‐ məsində effektiv şəkildə istifadə olunub. Onu da qeyd edək ki, 27 aprel 2023‐ cü il tarixində Türkiyənin “Baykar” şirkəti və Azərbaycanın Müdafiə Nazirliyi arasında pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair niyyət protokolu imzalanıb. Protokolu “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov imzalayıb. Bununla bağlı keçirlən imza mərasimində Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general‐ leytenant Ramiz Tahirov da iştirak edib. Ordunun modernləşdirilməsi pro ‐ sesində PUA operatorlarının hazırlan ‐ ma sı da olduqca vacibdir. Çünki PUA‐lar modern müharibənin ayrılmaz hissəsinə çevrilib və onları idarə edən opera ‐ torların hazırlanması olduqca vacib hala gəlib. Bunu zamanında dəyərləndirən Azərbaycan Müdafiə Nazirliyinin tabe ‐ liyində yeni Pilotsuz Uçuş Aparatları Akademiyası yaradılıb. 2024‐cü il fevral ayının 9‐da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə HHQ‐ nin hərbi obyektlərini ziyarət edərkən PUA akademiyasında yaradılan şəraitlə tanış olub. Dövlət başçısına Akademiyada yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub. Ən son olaraq Azərbaycan Tür ‐ kiyənin “Baykar” şirkətindən “Akıncı” hücum PUA‐ları almaqla aviasiya parkını gücləndirib. Prezident İlham Əliyev HHQ‐ nin hərbi obyektlərini ziyarət edərkən “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlət başçısına “Akıncı” PUA‐nın taktiki‐texniki xüsu ‐ siyyətləri barədə məlumat verib. Yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş‐enmə zolağına gələn Ali Baş Komandan “Akıncı” hücum PUA‐sının havaya qalxmasını izləyib. Sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA‐nın idarəolun ‐ masını praktiki həyata keçirib. PUA‐nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkib. Daha sonra yeni inşa edilmiş anqar komplekslərinə baxış keçirən Prezident İlham Əliyev burada silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA‐sı və aviabombaları ilə də tanış olub. Qeyd edək ki, “Akıncı” PUA‐nın inventarımızda olan digər PUA‐larla müqayisədə yük daşımaq bacarığı daha böyük və silah nomenklaturası genişdir. Azərbaycan HHQ‐nin “Akıncı” pilotsuz uçuş aparatının silahlanmasında “Roketsan” istehsalı SOM qanadlı raketi, MAM‐T mini ağıllı sursatı, “Teber” bombası, İHA‐230 və “Çakır” qanadlı raketləri, o cümlədən ASELSAN şirkəti tərəfindən istehsal edilən “Tolun” miniatür bombası, LGK‐82 bombası, habelə TÜBİTAK‐SAGE və ASELSAN tərəfindən birgə hazırlanan HGK‐82, HGK‐84 həssas tuşlamalı aviasiya bombası və KGK‐SİHA‐82 qanadlı tuşlama dəsti ilə təchiz edilən aviasiya bombası, TÜBİTAK‐SAGE mərkəzinin inkişaf etdirdiyi “Bozdoğan” və “Gökdoğan” “hava‐hava” tipli raketlər nümayiş etdirilib. Bundan başqa, Azərbaycan HHQ Türkiyənin TUSAŞ şirkətindən “Şimşək” hədəf dronları alıb. Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən hava hücumundan müdafiə sistemlərinin effektivliyini yoxlamaq məqsədi ilə keçirilən atış sınaqlarında istifadə üçün “Şimşək” hədəf dronları seçilib. TUSAŞ və Azərbaycan Hərbi Hava Qüvvələri arasında aparılan müzakirələrdən sonra, 2019‐cu ilin sonlarında Azərbaycana gətirilmiş “Şimşək” Bakı yaxınlığındakı atış poliqonunda 3 gün ərzində ikisi atışlı olmaqla, ümumilikdə 6 uçuş edib. “Şimşək” hədəf dronu cari il fevral ayının 9‐da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə HHQ‐nin hərbi obyektlərində olarkən təqdim edilib. Hava Platformaları və Qüllə Kommunikasiya Sisteminin Moder ‑ n i zasiyası Layihəsi Türkiyənin ASELSAN şirkəti 2022‐ ci ildə Azərbaycan Müdafiə Nazirliyinə 10 ədəd PUP portativ peyk terminalı 23


təhvil verib. ASELSAN şirkətinin 2022‐ ci il üçün yayımladığı illik hesabatda bildirilib ki, çatdırılan sistemlər şirkət tərəfindən Azərbaycanda qurulan və hazırda istifadə olunan peyk yer stansiyası vasitəsilə istifadəçinin tələb etdiyi səs və IP məlumat rabitəsini təmin edəcək. ASELSAN‐ın Azərbaycanda həyata keçirdiyi Hava Platformaları və Qüllə Kommunikasiya Sisteminin Moder ‐ nizasiyası Layihəsi çərçivəsində, Müdafiə Nazirliyinin başqa sifarişləri də yerinə yetirilib. Belə ki, Azərbaycan Ordusunun təcili ehtiyac duyduğu təhlükəsiz və müasir rabitə infrastrukturunu təmin etmək üçün Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında yer alan bütün növ stasionar və fırlanan qanadlı antenna platformaları ilə sabit və mobil qüllələrə V/UHF və HF diapazonunda işləyən proqram təminatlı radio və interkom sistemləri ASELSAN‐ın müxtəlif rabitə vasitələri ilə birlikdə çatdırılıb və inteqrasiya edilib. Egeydən Xəzərə qədər hava mə ‑ kanına birgə nəzarət HAKİM olacaq ASELSAN tərəfindən Azərbaycanda davam etdirilən digər bir layihə HAKİM Hava Komanda İdarəetmə Sistemi Layihəsidir. HAKİM sistemilə Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) ölkədəki bütün radar, təyyarə və hava hücumundan müdafiə sistemləri ilə inteqrə şəkildə Azərbaycan hava məkanının real vaxt rejimində kontrol və idarə olunmasını təmin edəcək. Layihə çərçivəsində HAKİM sisteminin dörd fərqli komanda mərkəzinə quraşdırılması nəzərdə tutulub. 60 fərqli kampusda silah və radar inteqrasiyası fəaliyyətləri həyata keçiriləcək. ASELSAN layihə ilə bağlı ilk təhvil vermə işlərini 2022‐ci ilin dekabr ayında reallaşdırıb. Bu çərçivədə şirkət tərəfindən 3005 m2 qapalı əraziyə sahib ilk mərkəzin tikintisi və bu mərkəzə bütün quraşdırma fəaliyyətləri başa çatdırılaraq Azərbaycan tərəfinə təhvil verilib. 2023‐cü il iyun ayının 13‐də Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yeni Mərkəzi Komanda Məntəqəsinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HHQ‐nin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak ediblər. Bu ərəfədə “Poliqon” hərbi‐kosmik texnoloji jurnalına müsahibə verən Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı Prof. Dr. Haluk Görgün Azərbaycanda həyata keçirdikləri HAKİM Hava Komanda İdarəetmə Sistemi (HKİS) layihəsindən bəhs edib. H.Görgün bildirib ki, HAKİM Hava Komanda İdarəetmə Sistemi layihəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə ən kritik layi ‐ hələrindən biridir. Onun sözlərinə görə, bu layihə ilə Azərbaycanın hava məkanına nəzarətin təmin edilməsi ilə birlikdə, eyni zamanda Azərbaycan ilə Türkiyənin Hərbi Hava Qüvvələri birgə əməliyyatlar aparmaq imkanına malik olacaq: “Elə bu səbəb ‐ dəndir ki, adı çəkilən layihənin şüarını da Ümummilli Lider Heydər Əliyevin şüarı ilə uyğunlaşdıraraq “İki dövlət, tək millət və tək hava məkanı” şəklində qoyduq. Bu layihə tam şəkildə həyata keçirildikdə, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər genişlənəcək. İki ölkənin Hərbi Hava Qüvvələri də bu şəkildə hərəkət edə biləcək”. Bildirilib ki, HAKİM HKİS, fərqli tip və qabiliyyətə malik sensorlardan aldığı məlumatları qiymətləndirərək müəy ‐ yənlənmiş hava görüntüsünü yaradan, sahib olduğu təhlükə qiymətləndirilməsi və qırıcı/silah alqoritmlərinin vasitəsilə silah sistemləri və qırıcı təyyarələr üzərindən hava missiyasını idarəetmə fəaliyyətini həyata keçirən, real vaxt rejmində qərara dəstək funksiyaları ilə taktiki və əməliyyat səviyyəsində hava məkanına nəzarət fəaliyyətlərini yerinə 24 www.poliqon.az


yetirmək imkanı verən hava komanda idarəetmə sistemidir. Perspektivli aviasiya vasitələri Azərbaycan HHQ‐nin perspektiv planları sırasında Türkiyə istehsalı olan T‐129 ATAK zərbə helikopteri, “Hürkuş” və Hürjet” təlim təyyarələri yer alır. Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənov Ankarada TUSAŞ şirkətinə səfərləri və EFES təlimi zamanı bu hərbi helikopterin imkanları ilə yaxından maraqlanıb, Türkiyə‐Azərbaycan hərbi əməkdaşlıq görüşlərində helikopterlərin gələcəkdə Azərbaycana satış imkanları müzakirə olunub. Lakin mühərrik məsələsi ucbatından bu istiqamətdə konkret addımlar və satınalmanın həyata keçirilməsi mümkün olmamışdı. Hazırda isə onun başqa modeli T‐929 ATAK yaxud ATAK‐2 inkişaf etdirilir. ATAK‐2‐də ilk ATAK‐dan fərqli olaraq Ukrayna istehsalı mühərriklərdən istifadə ediləcək ki, bu da reallaşacaq bir satınalmada Azər ‐ baycana heç bir çətinlik yaratmayacağını deməyə əsas verir. Azərbaycan HHQ‐nin komandanı general‐leytenant Ramiz Tahirov “Poliqon” jurnalına müsahibəsində bu mövzuya toxunaraq bildirib ki, Azərbaycan tərəfi ATAK helikopterində aparılan bəzi yenilənmələri diqqətdə saxlayır və bu, Azərbaycan HHQ üçün prioritet məsələlərdən biridir. Onun sözlərinə görə, helikopterlərdəki proq ‐ ram təminatının türk dilində olması və onun bütün ehtiyat hissələrinin qardaş dövlət tərəfindən istehsal edilməsi bizim üçün daha əlverişlidir. “HHQ‐nin uçuş texnikaları park ‐ larında daim yenilənmə işləri aparılmaqdadır. Yenilənmə davamlı prosesdir. Parklar müasir avadanlıqlarla təmin olunur. Zərbə və nəqliyyat helikopterlərinin alınması HHQ‐nin tələbatına uyğun gələcəkdə də davam etdiriləcək”, ‐ deyə general‐leytenant Ramiz Tahirov vurğulayıb. Azərbaycan HHQ‐nin perspektiv planları sırasında TUSAŞ şirkətinin “Hürkuş” təlim təyyarələri də var. 2021‐ ci ildə TUSAŞ şirkətinin istehsalı olan iki ədəd “Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib. Dekabrın 3‐də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə “Hürkuş” hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub. Tədbirdə Azərbaycanın Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general‐ leytenant Ramiz Tahirov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe və başqaları iştirak ediblər. “Hürkuş” təlim təyyarəsinin taktiki‐texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub. TUSAŞ şirkəti tərəfindən hazırlanan tandem oturacaqlı, alçaq qanadlı, tək mühərrikli “Hürkuş” turbovintli təlim təyyarəsi əsas təlim və döyüş təyyarəsinə çevrilmə arasındakı bütün təlim səviyyələrində istifadə edilmək və çətin əməliyyatlarda yaxın hava dəstəyi vəzifələrini yerinə yetirmək üzrə, yeni nəsil qabaqcıl təlim və yüngül hücum təyyarəsi olaraq üstün performans təmin etməsi məqsədilə dizayn edilib. Azərbaycan HHQ‐nin yaxından maraqlandığı, TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən “Hürjet” təlim təyyarəsinin isə hazırda sınaqları keçirilir. Ən son 43‐cü uçuş sınağı keçirilən “Hürjet”in icra olunan sınaq uçuşları ilə dizaynı yaxşılaşdırılıb və müxtəlif təkmilləşdirmələr aparılıb. Hazırda keçirilən sınaqlarda “Hürjet” təlim təyyarəsinin subsonik uçuş imkanları daxil olmaqla, mühərrik və bir çox sistemlərinin işləmə prinsipi yoxlanılır. Növbəti sınaqlarda isə onun səsdən sürətli uçuş bacarıqları test ediləcək. “Hürjet” döyüş təyyarəsi pilotlarının hazırlanması üçün nəzərdə tutulmuş tək mühərrikli və tandem oturacaqlı təlim təyyarəsidir. “Hürkuş” təlim təyyarəsi ATAK hücum helikopterləri


Hava Hərəkətini İdarəetmə qüllə ‐ ləri hava limanlarında, uçuş‐eniş zolağı olan yerlərdə və təyyarə gəmilərində inşa edilir. Bundan başqa, mobil hava hərəkətini idarəetmə qüllələri də var. Bu qüllələr yedəyə alınaraq və ya yük maşınının şassisi üzərində quraşdırıla‐ raq asanlıqla daşınır. Onların məqsədi hava hərəkətini idarəetmə qüllələrinin olmadığı əməliyyat bölgələrində avia‐ siya vasitələrinə HHİ xidmətləri gös ‐ tərməkdir. Elə bu yazımızda da Mobil Hava Hərəkətini İdarəetmə (MHHİ) qüllələrindən bəhs edəcəyik. MHHİ qüllələri əməliyyat bölgə ‐ lərində avaisya vasitələrinin koor di ‐ nasiya sını təşkil etmək, pilotları mə lu matlandırmaq və havada baş verə ‐ cək təyyarə/helikopter qəzalarının qar‐ şısını almaq üçün nəzərdə tutulub. MHHİ qüllələrindən daha çox hərbi məqsədlər üçün istifadə edilsə də, mülki sahədə istifadəsi də mövcuddur. Mülki sahədə onların xidmətindən uçuş‐eniş zolaqlarının olduğu, ancaq HHİ qüllələrinin olmadığı yerlərdə ya‐ rarlanırlar. Dünyda MHHİ qüllələrinin istehsal və istifadəçiləri sırasında daha çox NATO və Avropa ölkələri yer almaqda‐ dır. Xüsusilə ABŞ Mobil Hava Hərəkətini İdarəetmə qüllələrdən geniş şəkildə istifadə etməkdədir. Burada ABŞ yedəyə alınaraq daşınan MHHİ qüllələrindən daha çox üstünlüyü yük maşınının şas‐ sisi üzərində quraşdırılan qüllələrə verir. Buna səbəb həmin mobil qüllə ‐ lərin daha kompakt olması, hərəkət qabiliyətinin yüksək olması və rahat şəkildə daşınmasıdır. Nümunə olaraq göstərə bilərik ki, ABŞ bu qüllələrin əksər hissəsindən ölkə sərhədlərindən kənardakı bazalarında, Əfqanıstan, İraq və bu kimi dövlətlərdə həyata keçirdiyi hərbi əməliyyatlarda istifadə edir. Hazırda dünyada ABŞ, İtaliya, Türkiyə, Böyük Britaniya, Slovakiya, Ru‐ siya və bir sıra digər ölkələr Mobil Hava Hərəkətini İdarəetmə qüllələrinin is‐ tehsalı ilə məşğul olurlar. ASELSAN MHHİQ Türkiyənin ASELSAN şirkəti tə ‐ rəfindən milli imkanlar hesabına dizayn və istehsal edilən Mobil Hava Hə ‐ rəkətini İdarəetmə qülləsi (MHHİQ) HHİ olmayan əməliyyat bölgələrində uçuşun idarəolunmasını təmin etmək üçün nəzərdə tutulub. Azərbaycan Silahlı Qüvvələrinin də arsenalında yer alan ASELSAN istehsalı Mobil Hava Hərəkətini İdarəetmə qül ‐ ləsi 6×6 təkər formuluna malik KAMAZ MOBİL HAVA HƏRƏKƏTİNİ İDARƏETMƏ QÜLLƏLƏRİ ?Elşən Abdulkərimov Hava Hərəkətini İdarəetmə (HHİ) qüllələri hava hərəkətini idarə etmək və tənzimləmək üçün nəzərdə tutulub. Dispetçerlər tərəfindən xidmət göstərilən HHİ qüllələrinin əsas məqsədi havadakı təyyarə toqquşmalarının qar‑ şısını almaq, havada və yerdə aviasiya vasitələrinin hərəkətini təşkil etmək, sürətləndirmək, pilotlara məlumat və digər zəruri dəstək verməkdir. ASELSAN istehsalı Mobil Hava Hərəkətini İdarəetmə qül ləsi


markalı nəqliyyat vasitəsi üzərinə in‐ teqrasiya olunub və daxili rabitə sis ‐ teml əri ilə təchiz edilib. Bu qüllə vasi təsi ilə həm səs, həm də görüntü ötürül məsi istifadəçilər tərəfindən yüksək qiymət ‐ ləndirilir. MHHİQ‐nin sürətli şəkildə quraşdı‐ rılan‐yığılabilən olması istifadəçinin ope ‐ rativ mənada ehtiyaclarına cavab verir. Mobil Hava Hərəkətini İdarəetmə qül ‐ ləsinin ən yüksək nöqtəsindəki telesko‐ pik dirəkdə aktiv ildırımdan mü hafizə və təyyarə xəbərdarlığı lampası var. Bütün radio antenalar Mobil Hava Hərəkətini İdarəetmə qülləsinin kabi ‐ nəsi üzərində yerləşir və asanlıqla sökülməsi‐quraşdırılması üçün əlveriş ‐ lidir. MHHİQ kabinəsində yer alan iki ədəd Operator İdarəetmə Bölməsi vasitəsilə rabitə vasitələrinin bütün idarəetmə işləri həyata keçirilə bilər. MHHİQ‐nin kabinəsi taktiki nəq ‐ liyyat vasitəsinə yerləşdirilmiş 10 kVA dizel generatoru, həmçinin elektrik şəbəkəsindəki elektrik gərginliyindən enerji ala bilir. Həmçinin kabinə da ‐ xilində sistemin fasiləsiz işləməsi üçün toplam 6 kVA kəsintisiz enerji təchizatı (UPS) var. Mobil Hava Hərəkətini İdarəetmə qülləsinin kabinəsi içə ri sin ‐ dəki avadanlıqlarla birlikdə təxminən 4.5 ton ağırlığındadır. Bakıda ilk dəfə ADEX‐2018 Bey ‐ nəlxalq Müdafiə Sərgisində ASELSAN tərəfindən nümayiş etdirilən Mobil Hava Hərəkətini İdarəetmə qülləsi daha sonra, Azərbaycan Ordusunun isti ‐ fadəsinə verilib. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən uğurla istifadə edilir. 2019‐cu ilin iyulunda Xəzər dənizi üzərində qəzaya uğrayan MiQ‐29 döyüş təyyarəsinin və itkin düşmüş pilotunun tapılması üçün Müdafiə Nazirliyinin təşkil etdiyi axtarış‐xilasetmə əməliy ‐ yatlarına cəlb edilən MHHİQ ilk dəfə geniş ictimaiyyətə təqdim edilib. Müdafiə Nazirliyi tərəfindən MHHİQ‐dən 2022‐ci ildə Bakı şəhərində Dənizkənarı bulvar ərazisində keçiril‐ miş “TEKNOFEST Azərbaycan” Aero‐ kosmik və Texnologiya Festivalı zamanı da təhlükəsizlik tədbirləri çərçivəsində istifadə edildiyi müşahidə olunub. “ONUR Yüksek Teknoloji” OMT‑ M2000 MHHİQ Türkiyənin “ONUR Yüksek Tekno‐ loji” şirkəti tərəfindən OMT‐M2000 Mo ‐ bil Hava Hərəkətini İdarəetmə Qülləsi lazım olan yerdə və zamanda operativ hava hərəkətinə nəzarət xidmətləri göstərmək üçün dizayn edilib. Sistem öz‐özünü təmin edən, da‐ şına bilən və mülki və hərbi məqsədlər üçün tələb olunan beynəlxalq hava hərəkətinin idarə edilməsi və nəzarət standartlarına tam uyğundur. OMT‐ M2000 qülləsi uzaq yerlərdə müvəqqəti əməliyyatlar, hava limanının modern ‐ ləşdirilməsi, hərbi taktiki əməliyyatlar və fövqəladə missiyalar da daxil ol‐ maqla geniş istifadə spektrinə malikdir. Bütün hava hərəkətinə nəzarət sistemləri digər komanda və idarəetmə sistemləri ilə inteqrasiya oluna bilər. OMT‐M2000, hərbi və mülki aviasiya vasitələri üçün bütün hava şəraitində, gecə və gündüz istənilən hava hə rə kə ‐ tinə nəzarət əməliyyatının sürətli şə kil ‐ də qurulmasına və aparılmasına imkan verir. O, HHİ tələbləri üçün etibarlı sis‐ tem olmaqla yanaşı, FAA/ICAO qaydala‐ rına uyğun olaraq yüksək key fiy yət və performans standartlarına malikdir. OMT‐M2000 Mobil Hava Hərəkətini İdarəetmə Qülləsi üç elementdən – da‐ şıycı (yük maşını), yüksək lift sistemli kabin (yük maşını və ya qoşquya quraş‐ dırılmış) və generator dəstindən iba ‐ rətdir. Onun kabinəsi qayçı qaldırma mexanizmi müxtəlif hündürlük tələ ‐ blərinə (5 m, 6 m, 10 m və ya xüsusi) cavab verə bilir və beləliklə operator‐ lara müvafiq əməliyyat hündürlüyü ilə 360° görüş imkanı təmin edir. Sistemin komponentləri ətraf mühit şəraitindən (korroziya, toz, qum) qorunmaq üçün örtülmüş və boyanmışdır. Potensial istifadə yerindən asılı olaraq əlavə mühafizə ilə təchiz edilə bilər. OMT‐M2000 istifadəçinin istəyinə uyğun olaraq dizel və ya benzin genera‐ torları ilə, habelə enerji itkisi zamanı enerji təchizatı keçidindəki boşluğu doldurmaq üçün uyğun tutumlu UPS ilə də təmin edilir. Qüllə səsli rabitə və idarəetmə sis‐ temi, səs/məlumat qeydiyyatı və təkrar oynatma sistemi, HF/VHF/UHF radio sistemləri, rəqəmsal GPS saat sistemi, avtomatlaşdırılmış hava müşahidə sis‐ temi (AWOS), radar ekranları və s. sistemlər ilə təchiz olunub. OMT‐M2000, elə çevik şəkildə tər ‐ tib edilib ki, istənilən sistem müş ‐ tərilərin istəyinə uyğun olaraq əlavə oluna/çıxarıla bilər. Mobil qüllənin hava, dəmir yolu, yük maşını və dəniz nəqliyyatı tərəfindən daşınması müm‐ kündür. Bundan başqa, qüllənin özü C‐ 130 “Hercules” nəqliyyat təyyarəsi və CH‐47 kimi ağır nəqliyyat helikopterləri ilə daşına bilər. “Selex ES” AFIS MHHİQ İtaliyanın “Leonardo” şirkətinin törəməsi olan “Selex ES” tərəfindən ha‐ zırlanmış AFIS (“Aerodrome Flight In‐ formation System”) Mobil Hava Hərəkətini İdarəetmə Qülləsi ilk dəfə 2014‐cü ildə “Farnborough Internatio‐ nal Air Show” beynəlxalq aviasiya sərgisində təqdim olunub. AFIS mobil qülləsi Silahlı Qüv və ‐ lərin qısa vaxt ərzində aviasiya rabi təsi ilə təmin edilməsinin zəruri olduğu 27 “ONUR Yüksek Teknoloji” OMT‑M2000 MHHİQ


fövqəladə vəziyyətlərdə və ya əməliyyat bölgələrində istifadə üçün nəzərdə tu‐ tulub. O, uçuşun qalxma, yaxınlaşma və eniş də daxil olmaqla kritik mər hə ‐ lələrini idarə etməkdə xüsusilə təsirli hesab olunur. AFIS mobil qülləsi C‐130J nəqliyyat təyyarələri və yük maşınları tərəfindən daşına bilir. Onun C‐130J nəqliyyat təy ‐ yarəsi ilə daşına bilməsi uzaq mə sa ‐ fədəki əməliyyat bölgələrinə sürətli nəql olunmasını təmin edir. AFIS qülləsi VHF və UHF spektr ‐ lərində dəniz və aviasiya rabitəsi üçün dörd rabitə cihazından, UHF diapazo‐ nunda quru rabitəsi üçün TETRA radio sistemindən, bir meteoroloji sistemdən və GPS‐dən ibarətdir. Radio rabitəsi VoIP EUROCAE ED137B vasitəsilə birləşdirilən iki operator iş stansiyası vasitəsilə həyata keçirilir. AFIS‐in bor‐ tunda olan bütün sistemlərin texniki idarə edilməsi “Selex ES”in ONM100 şəbəkə idarəetmə dəsti tərəfindən həyata keçirilir ki, bu da uzaqdan şəbəkə idarə etməyə imkan verir. Sistem normal olaraq elektrik şəbəkəsindən qidalanır və LD3‐M1 konteynerində quraşdırılmış iki 20 kVt dizel generatoru (master və slave) ilə təchiz edilib. Operatorlara fasiləsiz ça‐ lışmaq imkanını təmin etmək üçün hər bir generatorda ehtiyat batareya (UPS) və köməkçi batareya doldurucusu var. Enerji sistemləri əsas gücün və ya gene‐ ratorun mübadiləsi üçün avtomatik idarəetmə paneli ilə təchiz edilib. Şəbəkə/generator mübadiləsi zamanı fasiləsizliyi UPS təmin edir. Güc mən ‐ bəyi kabinədəki operatorun müdaxiləsi olmadan enerji təchizatını təmin etmək üçün master və slave rejimlərində bir ‐ ləşdirilir ki, bu da əməliyyat vəziyyətinə nəzarət imkanı təmin edə bilir. Yağış, qar, buz, toz, qum, rütubət və həddindən artıq temperatur AFIS‐in işinə heç bir təsir göstərmir ki, bu da ən çətin şəraitdə belə effektiv kommunika‐ siyaya zəmanət verir. Sistem dəniz səviyyəsindən 3000 metrə qədər hün ‐ dür lükdə və sürəti 50 km/s‐ə qədər olan küləkli şəraitdə, yerə bərkidildikdə isə 120 km/s‐ə qədər olan küləkli şəraitdə işləyə bilir. Hazırda AFIS Mobil Hava Hərə ‐ kətini İdarəetmə Qülləsi İtaliyanın Hərbi Hava Qüvvələri tərəfindən aktiv şəkildə istifadə olunmaqdadır. SNC AN/MSQ‑135 MOTS MHHİQ AN/MSQ‐135 MOTS (Mobile Tower System) Mobil Hava Hərəkətini İda ‐ rəetmə Qülləsi ABŞ‐ın SNC (“Sierra Ne‐ vada Corporation”) şirkəti tərəfindən Silahlı Qüvvələrin ehtiyacının ödənməsi üçün inkişaf etdirilib. AN/MSQ‐135 MOTS təhlü kə ‐ siz/qeyri‐təhlükəsiz rabitə radioları və dəstək avadanlığı ilə sürətlə yerləşdirilə bilir. AN/MSQ‐135 MOTS‐un element ‐ lərinə 18 kVt güc generatorları olan MHHİ qüləsi, orta intensivlikli günəş enerjisi ilə işləyən aerodrom uçuş‐ enmə zolağı işıqlandırma sistemi və meteoroloji sensorlar daxildir. AN/MSQ‐135 MOTS qülləsinin ilkin quraşdırılması 10 dəqiqə, tam şəkildə istifadəyə hazır vəziyyətə gətirilməsi isə 30 dəqiqə vaxt tələb edir. Qüllə SATCOM, TAIS və “Battle Commands” linklərini dəstəkləyir. O, möhkən ekranlı planşet kompüterlər vasitəsilə VoIP radio rabitəsini təmin edir. Operatorlar üçün fasiləsiz işləməni təmin edə bilmək üçün 18 kVt‐lıq generatorlardan əlavə, kabinə daxilində 2 kVt‐lıq ehtiyat batareya quraşdırılıb. AN/MSQ‐135 MOTS yük maşınları‐ nın üzərində, habelə C‐17 nəqliyyat təyyarəsi və CH‐47 ağır nəqliyyat helikopterinə yüklənərək daşına bilir. AN/MSQ‐135 MOTS hava hərəkət xidməti (ATS) və döyüş komandanlığı sistemləri ilə şəbəkə quraraq hərbi HHİ əməliyyatları dəstəkləyir. Eyni zamanda MHHİQ‐ni minimum maddi‐texniki tələblərlə dünyanın istənilən yerində 28 www.poliqon.az “Selex ES” AFIS MHHİQ SNC AN/MSQ‑135 MOTS MHHİQ


fəlakətlərin aradan qaldırılması, meşə yanğınları və müvəqqəti qüllə əmə ‐ liyyatları kimi mülki məqsədli missiya‐ larda da istifadə etmək mümkündür. AN/MSQ‐135 MOTS qülləsi ABŞ Or‐ dusunun arsenalında yer alan köh nəl ‐ miş AN/TSW‐7A Mobil Hava Hə rə kətini İdarəetmə Qülləsini əvəzləyib. NITA MHHİQ Rusiyanın NITA şirkəti ölkədə Mobil Hava Hərəkətini İdarəetmə qül ‐ lələrin, sistemlərin istehsalı ilə məşğul olan və bu sahədə ixtisaslaşmış şir ‐ kətlərdən biridir. Şirkət bu sahədə həm stasionar, həm də mobil HHİ sistemlərin istehsalını həyata keçirir. NITA əməliyyat bölgəsində aviasiya vasitələrini dəstəkləmək üçün müş ‐ tərilərə özünün MHHİ qülləsini təklif edir. Eyni zamanda ondan daşqın, sel, yanğın və bu kimi fövqəladə vəziy ‐ yətlərdə də istifadə etmək olar. Mobil qüllə konsollar, komanda və daxili rabitə sistemləri, dinamik və telefon rabitəsi, anten dirəkləri, hava stansiyasi, elektrik avadanlıqları və s. ilə təchiz olunub. NITA MHHİQ müştəri istəyindən asılı olaraq yarımqoşqu, qoşqu və ya yük maşınının şassisi üzərində quraşdı‐ rıla bilər. Şassi olaraq 4x4 və ya 6x6 təkər formullu yük maşınlarının şassisindən istifadə etmək mümkündür. Yük maşınının şassisi üzərində quraşdı‐ rılan mobil qüllə istifadəçiyə daha kom‐ pakt və üstün hərəkət qabiliyyəti təmin edir. Eyni zamanda mobil qüllənin dəmiryolu vasitəsilə də daşınmasını həyata keçirmək mümkündür. İstənilən hava şəraitində istifadə edilə biləcək şəkildə dizayn olunan NITA istehsalı MHHİQ müştəri istəyinə görə, əlavə dizel generatoru ilə təchiz oluna bilər. Bundan əlavə, sifarişə uyğun olaraq mobil qüllə müşahidə sis‐ tem avadanlığı, səs rabitəsini qeyd edən avadanlıq, ADS avadanlığı və qaldırıcı qurğu ilə də təchiz edilə bilər. “Sairan” MHHİQ Mobil Hava Hərəkətini İdarəetmə Qülləsi sahəsində rəqiblərindən geri qalmaq istəməyən İran yerli olaraq MHHİQ hazırlayıb. 2020‐ci ilin iyul ayında təqdim edilən MHHİQ İran Müdafiə Nazirliyinin tərkibinə daxil olan “Sairan” şirkəti tərəfindən yerli im‐ kanlar hesabına dizayn edilib. İran tərəfinin açıqlamasına görə, mobil qüllə son texnoloji standartlara cavab verəcək şəkildə hazırlanıb və onun komplektləşdirilməsində beynəl ‐ xalq aviasiya standartlarına cavab verən ən qabaqcıl elektron cihaz və avadanlıq‐ lardan istifadə edilib. Mobil qüllə stasionar hava hərə ‐ kətinə nəzarət qülləsi olmayan hava li‐ manlarında, o cümlədən yanğınlar, zəlzələlər, daşqınlar, habelə müharibə vəziyyətlərində, eləcə də hava limanı‐ nın infrastrukturlarının zədələnməsi və ya sabit idarəetmə qüllələrinin sıradan çıxdığı hallarda xüsusilə faydalıdır. İran istehsalı mobil qüllə VHF dia‐ pazonlarından istifadə edən yerli radio sistemləri, qeyd cihazları və GPS sistemləri ilə təchiz olunub. Onun əsas üstünlükləri sırasında çətin keçilən ərazilərdə rahat hərəkət edə bilməsi, habelə təmir və texniki xidmətinin ol‐ duqca sadə olması göstərilir. MATC MHHİQ Böyük Britaniyanın MATC (“Mobile Air Traffic Control Systems Ltd”) şirkəti Mobil Hava Hərəkətini İdarəetmə qüllə ‐ lərinin dizayn və istehsalı sahəsində ix‐ tisaslaşan şirkətlərdən biridir. Şirkət 4x4 və 6x6 təkər formullu nəqliyyat 29 NITA MHHİQ “Sairan” MHHİQ


vasitləri üçün, habelə qoşqu üzərində quraşdırılmaq üçün MHHİQ dizayn edir və onların istehsalını həyata keçirir. MATC şirkətinin istehsal etdiyi MHHİQ həm qoşquya, həm də yük ma‐ şınının şassisi üzərinə quraşdırılacaq şəkildə dizayn olunub. C‐130, C‐17 nəqliyyat təyyarələri və CH‐47 “Chinook” ağır nəqliyyat helikopteri ilə də daşına bilən mobil qüllə 2‐4 perso‐ nal tərəfindən 1 saat ərzində istifadə üçün tam hazır vəziyyətə gətirilir. Yerdən 7 metr yüksəkliyə qaldırıla bilən qüllənin kabinəsində 3 operator və 1 nəzarətçi olmaqla ümumilikdə 4 personal fəaliyyət göstərmək iqtidarın‐ dadır. Kabinənin 7 metr hündürlüyə qaldırılması hidravlik sistem vasitəsilə 5 dəqiqə ərzində həyata keçirilir. Qoş‐ quda klirensi artırmaq və ya azaltmaq üçün tənzimlənən pnevmatik asqı möv‐ cuddur. Lift tələb edən bəzi qüllələrdən fərqli olaraq operatorlar MHHİQ‐nin kabinəsini 20 saniyədən az müddətdə təhlükəsiz şəkildə evakuasiya edə bilirlər. Mobil qüllədən istər hərbi təyinatlı, istərsə də mülki təyinatlı olaraq istifadə etmək mümkündür. Qüllə üçün lazım olan enerji elektrik şəbəkəsindən çəkilə və ya təchiz olunduğu generatorlardan əldə edilə bilər. Mobil qüllə elə dizayn olunub ki, bu da bütün operator möv ‐ qelərindən 360° görüş imkanı təmin edib. Həmçinin şirkət müştərilərinə istəkdən asılı olaraq ballistik qoruma və güllə keçirməyən şüşə seçimləri təklif edir. Bundan başqa, MATC şirkəti 2014‐ cü ildə Madriddə keçirilən Dünya ATM Konqresində özünün yeni 6x6 “All Terrain” Mobil Hava Hərəkətini İda ‐ rəetmə Qülləsini də təqdim edib. 6 təkərli “Mercedes” şassisi üzərində qu‐ raşdırılmış MHHİQ Yaxın Şərq və Asiya operatorları üçün nəzərdə tutulub. “iBross” MATCS MHHİQ Slovakiyanın “iBross” şirkətinin in‐ kişaf etdirdiyi MATCS Mobil Hava Hərəkətini İdarəetmə Qülləsi isti fa ‐ dəçinin bütün ehtiyaclarını qarşılaya‐ caq şəkildə dizayn olunub. MATCS mobil qülləsi yük maşının şassisi və ya qoşqu ilə, eləcə də CH‐47 ağır nəqliyyat helikopteri, habelə C‐29J, C‐130, C‐17, An ve İl seriyalı hərbi nəqliyyat təyyarələri ilə daşına bilər. MATCS mobil qülləsi bütün fəsillərdə, müxtəlif iqlim qurşaqlarında, ‐45°С‐dən + 65°С‐dək hava temperatu‐ runda və 100%‐ə qədər rütubətdə 24/7 fəaliyyət göstərmək imkanın malikdir. Qoşqu/yük maşınının şassisi üzərində quraşdırlan kabinə qaldırıcı sistemin növündən asılı olaraq 6.5 m, 8 m və ya 12 m yüksəkliyə qaldırıla bilər. MATCS‐ in iki operator tərəfindən tam hazır vəziyyətə gətirilməsi üçün 30‐60 dəqiqə vaxt tələb olunur. Ekstremal iqlim şəraiti və digər ərazilərdə istifadə edilə bilməsi üçün möhkəm konstruksiyalar ilə təchiz edilən mobil qüllənin TWR kabini alü‐ minium profillərdən hazırlanıb. Üstün rəng sxeminə əsaslanan poliuretan boya ilə xarici C4 sinifli qorunma təmin edən MATCS‐in kabinəsi müştərinin istəyinə bağlı olaraq ballistik mühafizə (AK‐47 kimi silahlara davamlı) ilə təchiz oluna bilər. MATCS mobil qülləsi ADS‐B, VCS, VHF/UHF/UHF, VoIP, telefon kimi rabitə, naviqasiya və nəzarət sistem lə ‐ rinə malikdir. Bundan başqa, mobil qüllə meteoroloji sensorlar, məlumat‐ kom munikasiya sistemi, dron müha ‐ fizəsi, yenidən kodlaşdırma və təkrar oxutma sistemi ilə də təchiz edilib. Nəticə Sonda onu deyə bilərik ki, aviasiya vasitələri mövcud olduğu müddət ər ‐ zində Mobil Hava Hərəkətini İdarəetmə qüllələrinə də tələbat olacaq. Buna səbəb aviasiya vasitələrinin həm hava‐ dakı, həm də yerdəki koordinasiya və təhlükəsizliyinin, eləcə də pilotların məlumatlandırılmasını təmin etməkdir. Ancaq gələcəkdə daha müasir CNS sistemlərin hazırlanacağı ehtimalını göz önünə gətirən bəzi hərbi mütəxəssislər, bu qüllələrə olan ehtiyacın aradan qal‐ xacağı fikrini də ortaya atırlar. Buna baxmayaraq önümüzdəki yaxın zaman kəsiyində Mobil Hava Hərəkətini İdarəetmə qüllələrinin öz aktuallıqla‐ rını qoruyub saxlayacaqlarını söyləmək mümkündür. 30 www.poliqon.az MATC MHHİQ “iBross” MATCS MHHİQ


Prezident İlham Əliyev hədəfi aydın və dəqiq ifadə edib: “Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır”. Ölkədə texnoloji inkişafın təmin edilməsi, innovativ cəmiyyətin forma ‐ laşdırılması üçün həyata keçirilən irimiqyaslı layihələr arasında kosmik sahənin qurulması və inkişafı proq ‐ ramının özünəməxsus yeri var. Yeni kosmik tarixin başlanğıcı 2008‐ci ildə “Azərbaycan Res pub ‐ likasında kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət Proqramı qəbul edildi. Bu, Azərbaycanın yeni kosmik tarixinin başlanğıcı idi. 2010‐cu ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Bundan 3 il sonra isə ölkə üçün tarixi hadisə baş verdi: 2013‐cü ildə Azərbaycanın ilk peyki – “Azerspace‐1” telekommunikasiya peyki orbitə çıxarıldı. Tezliklə kosmik sahənin inkişafı istiqamətində növbəti addımlar atıldı: 2014‐cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018‐ci ildə isə “Azerspace‐2” telekommunikasiya peyki orbitə çıxarıldı. Azərbaycan regionun ilk kosmik ölkəsinə, beynəlxalq “kosmik klub”un tamhüquqlu üzvünə çevrildi. Peyk operatoru kimi fəaliyyətə başlayan “Azərkosmos” 2021‐ci ildən Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi olaraq fəaliyyət göstərir. Qurum hazırda ölkənin qlobal kosmik arenada “sözçü”südür. Milli təhlükəsizliyə dəstək, iqtisadi inkişafa töhfə Azərbaycanın sahib olduğu və idarə etdiyi peyklər ölkənin informasiya təhlükəsizliyinə, milli dövlətçiliyə xidmət edir. Kosmik peyk layihələrinin reallaşdırılması Azərbaycanın kosmos sahəsində digər dövlətlərdən asılılığını tam aradan qaldırıb. Ölkə bu sahədə xidmətlərin idxalçısından ixracatçısına çevrilib. Peyklər milli qürur mənbəyi olmaqla yanaşı, həm də kommersiya layihəsidir. “Azərkosmos” telekommunikasiya peykləri və kosmik həlləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50‐dək ölkəsindən 200‐ dən artıq müştəriyə xidmət göstərərək qlobal və regional peyk xidmətləri bazarında özünəməxsus mövqe qazanıb. Bu isə Azərbaycan iqtisadiyyatının güclənməsinə, inkişafına xidmət edir. Azərbaycan telekommunikasiya və optik peyk xidmətlərinin təqdim edilməsindən bu günə kimi 550 milyon manatdan çox vəsait əldə edib. 2023‐cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace‐1”in istehsalı üzrə 116.6 milyon ABŞ dolları və orbitə qaldırılma xidmətləri üzrə 89.6 milyon ABŞ dollarında (ümumilikdə 206.2 milyon ABŞ dolları) kredit öhdəlikləri tam ödənilərək yekunlaşıb. Azərbaycanın unikal və əlverişli coğrafi mövqeyi, mövcud sabitlik və iqtisadi inkişaf qlobal kosmik şirkətlərin diqqətini cəlb edib. Ölkədə İtaliya, Yaponiya və Çin şirkətlərinin biznes məqsədli yerüstü infrastrukturları quraşdırılıb. Hazırda Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində, Bakı tele ‐ portunda müxtəlif beynəlxalq şirkətlərə məxsus 20‐yə yaxın yerüstü stansiya xidmət göstərir. Avropa İttifaqının Kosmik Proq ‐ ramlar Agentliyinin Azərkosmosla Avropa Geostasionar Naviqasiya Xidmətinin (EGNOS) geniş lən diril ‐ məsində tərəfdaşlıq etməsi və yerüstü antenlərin Əsas Yerüstü Peyk İdarəetmə 32 www.poliqon.az Azərbaycan regional kosmik gücə çevrilib Azərbaycan milli kosmik sənayeni uğurla inkişaf etdirir. Bu, ölkənin müasir qlobal çağırışlara və tendensiyalara adekvat cavabı, Dördüncü Sənaye İnqilabında müəyyən etdiyi hədəfə doğru irəliləməsidir.


Mərkəzində yerləşdirilməsinə dair görülən işlər ölkə üçün böyük uğurdur. “Azersky” müharibə və post ‑ müharibə dövründə Telekommunikasiya peykləri ilə yanaşı, “Azersky” peyki də milli təh ‐ lükəsizliyin qorunması və ölkə həqiqət ‐ lərinin dünya ictimaiyyətinə çatdırıl ‐ masında mühüm rol oynayıb. Bu peyk sayəsində vaxtilə Ermənistanın işğalı altında Azərbaycan ərazilərində törə ‐ dilmiş yanğınlar mütəmadi monitorinq edilib, dəymiş ziyan qiymətləndirilməsi aparılıb. Eyni zamanda həmin bölgədə yerləşən filiz yataqlarının kosmik monitorinqi nəticəsində hasilat sahə ‐ lərində baş vermiş dəyişikliklər qiymətləndirilib. “Azərsky” peykinin imkanlarından müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərimizin iqtisadi poten ‐ sialının müəyyənləşdirilməsində də geniş istifadə olunub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi”. “Azərbaycan Respublikasında peyk va ‐ sitəsilə Yerin məsafədən müşahidəsi xid ‐ mətlərinin inkişafına dair 2019‐2022‐ci illər üçün Dövlət Proqramı” çərçivəsində kənd təsərrüfatı, ekologiya, şəhərsalma, kadastr və digər sahələrdə peyk təsvirlərindən istifadə edilməklə 400‐ dən çox layihə həyata keçirilib. Onlardan 137‐si elmi‐tədqiqat layihəsi olub. “Azersky” peykinin xidmətlərindən ölkədə xüsusilə kənd təsərrüfatı sahəsi üzrə əkin növləri xəritəsinin hazır lan ‐ ması, zeytun, fındıq bağlarının salınması, iri arıçılıq təsərrüfatlarının yaradılması üçün uyğun ərazilərin seçilməsi, pambıq sahələrində suvarılmanın və vegetasiya dövründə baş verən anomaliyaların monitorinqinin aparılmasında istifadə olunub. Artıq üç ildir ki, “Azərkosmos” kos ‐ mik monitorinqlər apararaq illik “Qlobal iqlim dəyişikliklərinin Azər baycan Respublikasına təsirlərinin qiymət lən ‐ dirilməsi üzrə hesabat” hazırlayır. Peyklər milli kadrların idarə ‑ etməsində “Azerspace‐1” peykinin orbitə buraxılması ilə kosmos sahəsində müxtəlif istiqamətlər üzrə mühəndislər, peyk əməliyyatları üzrə peşəkar mütə ‐ xəs sislər yetişdi. Ölkənin bu sahədə insan potensialı formalaşdırıldı. Azər ‐ baycan hazırda peyklərini öz kadrları ilə idarə edən və xidmət göstərən azsaylı ölkələr sırasındadır. Bu gün “Azərkosmos”un nəzdində innovativ yaradıcılıqla məşğul olan Tədqiqat və İnkişaf Mərkəzi də fəaliyyət göstərir. Mərkəz gənclər arasında kosmik ekosistemin gücləndirilməsi məqsədilə innovasiya, tədqiqat və inkişafyönümlü layihələr reallaşdırır, kosmik maarif ‐ ləndirmə tədbirləri həyata keçirir. Minlərlə gənc məhz bu kimi fəaliyyətlərlə Azərbaycanda milli kosmik ekosistemi gücləndirməyə dəstək olur. Kosmik sənayenin inkişafında yeni səhifə Azərbaycan növbəti peyk layihəsini – “Azersky‐2” peyk texnologiya proqramını həyata keçirməyə başlayıb. Proqram çərçivəsində iki ədəd Yerin məsafədən müşahidə peykinin orbitə çıxarılması nəzərdə tutulur. Layihənin ən əhəmiyyətli məqam ‐ larından biri odur ki, Azərbaycanda müasir kosmik aparatların istehsalı mərkəzinin qurulması və peyklərdən birinin ölkədə hazırlanması planlaşdırılır. Bu, böyük nailiyyət, eyni zamanda Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələdir. Kosmosa Bakıdan baxış Azərbaycanın kosmik sənaye tarixinin ən mühüm hadisələrindən biri 2023‐cü ildə Bakıda keçirilmiş 74‐cü Beynəlxalq Astronavtika Konqresi oldu. Kosmos sahəsi üzrə biznes, elm və innovasiya imkanlarını bir konsepsiyada birləşdirən Bakı Konqresində 132 ölkədən 5404 nümayəndə iştirak etdi. Konqresin tarixində ilk dəfə idi ki, tədbirə bu sayda – 132 dövlətdən təmsilçi qoşulmuşdu. İlk dəfə olaraq Bakı Konqresində ABŞ və Afrikadan olan nümayəndələrlə dəyirmi masalar keçirilməsinə nail olunub və həmçinin məhz Bakı Konqresində ilk dəfə olaraq 55 təşkilat eyni vaxtda Beynəlxalq Astronavtika Federasiyasına üzv olub. Bakıda keçirilən bu mötəbər və nüfuzlu tədbir kosmik agentlik, şirkət və təşkilatlar arasında daha sıx əlaqələrin qurulmasına, bölgəyə kosmik texno ‐ logiyaların transferi prosesinin sürət ‐ lən dirilməsinə, bu sahədə insan ka pi ‐ talının inkişafına, eləcə də Azərbaycanın beynəlxalq arenada regionun kosmik mərkəzi və etibarlı tərəfdaş imicinin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verdi. Azərbaycanın kosmik mövqeyi Azərbaycan 2023‐cü il “Kosmik fəaliyyət haqqında” Qanun qəbul edib və bununla da həmin addımı atmış azsaylı ölkələr sırasına daxil olub. Həmin qanun ölkədə kosmik texnologiyanın üstünlüklərinin təbliği və yayılmasına, kosmik fəaliyyətin genişləndirilməsinə şərait yaradır. 2024‐cü ilin əvvəlində isə Azərbaycan kosmik sahədə daha bir uğur əldə etdi. Geostasionar orbitdə məhdud resursa sahib ölkələr arasında özünəməxsus orbital mövqeyi ilə söz sahibi oldu. “Azerspace‐1” telekom ‐ munikasiya peykinin olduğu 46° şərq uzunluğu orbital mövqeyinin C və Ku tezlik diapazonları artıq Azərbaycana məxsusdur. Əldə olunmuş uğurlar, eyni zamanda planlaşdırılan işlər sübut edir ki, Azərbaycan enerji və nəqliyyat sektor ‐ larında olduğu kimi, kosmik sahədə də artıq regional mərkəzə çevrilib. 33


Mərkəzi Asiya dövlətləri Keçmiş SSRİ Silahlı Qüvvələri dövrünün normalarına görə, Orta Asiya və Türküstan Hərbi Dairələri çox zəif təmin olunmuşdular. Mərkəzi Asiya dövlətlərinin yeni yaranmış orduları çoxlu sayda silah və texnika alsalar da, onlar, əsasən köhnə idi. Yalnız Özbəkistan və Türkmənistan nisbətən güclü ordulara sahib olmuş, Qazaxıstan isə Avropadan çıxarılaraq saxlama bazalarında qalan çoxsaylı yararsız silahlar almışdı. Postsovet dövründən indiyədək Mərkəzi Asiya ordularının heç birində silahların güclü təkmilləşdirilməsi və yenilənməsi yerinə yetirilməmiş, ya da bu iş çox kiçik həcmlərdə baş tutmuşdur. Bu səbəbdən də hazırda Mərkəzi Asiya dövlətlərinin ordularında çox az miqdarda müasir silah və döyüş texnikalarına rast gəlmək mümkündür. Qalan nümunələr isə ya qismən təkmilləşdirilib, ya da elə sovet dövründə istehsal olduğundan indiyədək kiçik təmir keçərək istifadə olunur və xidmət ehtiyatları tükənmək üzrədir. Bütün sadalanan hallardan irəli gələrək Mərkəzi Asiya ordularının güc indeksinə diqqət yetirmək yerinə düşər. Belə ki, beynəlxalq “Global Firepower” reytinqinin müəlliflərinin fikrincə, hazırda Özbəkistan Mərkəzi Asiyada ən güclü orduya malikdir. Ondan sonra sıralamada Qazaxıstan, daha sonra isə Türkmənistan və Qırğızıstan gəlir. Mərkəzi Asiyanın ən zəif ordusu isə Tacikistan Ordusudur (cədvəl hazır ‐ lanarkən Global Firepower‐ın rəsmi internet saytının məlumatlardan istifadə edilmişdir). Qeyd: Dünya ordularının reytinqi “Power Index (güc indeksi) nə qədər aşağıdırsa, ölkə bir o qədər güclüdür” prinsipi əsasında formalaşır. Qazaxıstan Respublikası Qazaxıstan Respublikasına keçmiş SSRİ‐dən bölündükdə 200 minə yaxın şəxsi heyəti olan və strateji silahlara, həmçinin adi silah arsenalına malik olan birləşmə və hərbi obyektlər miras qalmışdır. SSRİ‐nin dağılması anına qədər Qazaxstan SSR ərazisində Quru Qoşunlarından 4 motoatıcı diviziya (onlardan 2‐si kadr tərkibli), 1 tank diviziyası, 1 hava‐desant briqadası, 1 raket briqadası, 1 zenit‐raket briqadası, 2 artilleriya alayı yerləşirdi. Qazaxıstan ərazisində müharibə vəziyyətində birləşmələrin açılması üçün nəzərdə tutulmuş Quru Qoşunlarının silah və hərbi texnikaları üçün 5 saxlama bazası mövcud idi. Qazaxıstan Respublikasının Silahlı Qüvvələri 1992‐ci il mayın 7‐də yaradılıb. Onun tərkibinə yeni 34 www.poliqon.az Cənubi Qafqaz və Mərkəzi Asiya regionu dövlətlərinin artilleriya silahlanması – II HİSSƏ ?Əhəd Əzizov müdafiə texnologiyaları mütəxəssisi Müstəqillik əldə etdikdən sonra, əsasən XXI əsrin əvvəllərindən başlayaraq həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya dövlətləri Silahlı Qüvvələrinin inkişafı və təchizatı proqramları çərçivəsində Quru Qoşunlarının arilleriya‑ sının inkişafına da diqqət yetirmişlər. “Poliqon” hərbi‑kosmik texnoloji jurnalının ötən sayında Cənubi Qafqaz dövlətlərinin Quru Qoşunlarının artilleriya silahlanmasından bəhs etmişdik. Bu materialda isə Mərkəzi Asiya regionu dövlətlərinin Quru Qoşunlarının artilleriya silahlanmasına baxılacaq. <HU gONԥ FLOoQJF LQGHNVL 3RZHULQGH[  FLLO FLO   g]EԥNLVWDQ ffi   4D]D[VWDQ fl fl fl 7UNPԥQLVWDQ ffifl ffi  4ÕU÷Õ]ÕVWDQ    7DFLNLVWDQ  Qazaxstanın “Strela 10” ZRK‑si


yaradılanlarla yanaşı, respublika ərazisində yerləşən keçmiş Sovet Ordusunun Quru Qoşunlarının bütün birlik və birləşmələri daxil olmuşdur. Müstəqilliyin ilk illərində (1992‐1993‐ cü illər) SSRİ Silahlı Qüvvələrinin keçmiş Sovet Ordusunun struktur birləşmələri Qazaxıstan Respublikasının Silahlı Qüvvələrində qorunub saxlanılmışdır. Sonradan (1992‐1994‐cü illər) bu böyük birləşmələr ixtisar edilmiş, bəziləri isə tamamilə ləğv olunmuşdur. Hazırda Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinə Quru Qoşunları, Havadan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir. Quru Qoşunları Silahlı Qüvvələrin ən böyük növüdür və tərkibinə Desant‐Həmlə Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Raket Qoşunları və Artilleriya, həmçinin digər döyüş və arxa cəbhə təminatı birləşmə və hissələri daxildir. Quru Qoşunları tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, müxtəlif güc və təyinatlı artilleriya sistemləri, TƏİR kompleksləri, zenit‐ raket kompleksləri, idarəetmə vasitələri, avtomatik atıcı silahlarla silahlanıb. 2023‐cü ilə olan məlumata görə, silahlanmada olan silah və texnika əsasən köhnə rus və sovet dövründən qalmadır. Qazaxstan üçün aparıcı silah tədarükçüsü olaraq Rusiya qalır, ona görə də son illərdə Silahlı Qüvvələr Rusiyadan xeyli sayda yeni və modernləşdirilmiş texnika alıb. Bununla yanaşı Qazaxstan digər dövlətlərlə, əsasən ABŞ, Çin, Türkiyə, İsrail, Cənubi Afrika Respublikası və Ukrayna ilə də hərbi‐texniki əməkdaşlıq edərək müasir silah və döyüş texnikası nümunələri alır, həmçinin birgə istehsal edir. Hal‐hazırda, “The Military Balance" illik bülleteninə görə, 2022‐ci ildə Qazaxıstanın Quru Qoşunları növbəti raket və artilleriya sistemlərinə malik olub: ‐ tank əleyhinə hissə və bölmələrin silahlanmasında sovet istehsalı 6 ədəd 9K114 “Şturm‐S”, böyük sayda 9K111 “Faqot”, 9K111‐1 “Konkurs” və 9K115 “Metis” TƏİRK yer alır. 9K111‐1 “Konkurs” TƏİRK‐in bir hissəsi manevr qabiliyyətinin artırılması məqsədi ilə ABŞ istehsalı HMMWV şassisinə quraşdırılıb. Tank əleyhinə hissələrdə TƏİRK ilə yanaşı lüləli artilleriyadan 20 ədəd sovet istehsalı 100 mm‐lik MT‐12 “Rapira” tank əleyhinə toplarından da istifadə olunur. ‐ 101‐ci raket briqadası 12 ədəd sovet istehsalı 9K79‐1 “Toçka‐U” TRK ilə silahlandırılıb. Bu komplekslər keçmiş SSRİ Silahlı Qüvvələrinin 44‐cü raket briqadasından miras qalıb. Qazaxstan hələlik digər raket kompleksinə sahib deyil. ‐ Reaktiv artilleriya birləşmələri keçmiş SSRİ‐də istehsal edilmiş 80 ədəd 122 mm BM‐21 “Qrad”, müəyyən sayda 122 mm 9K59 “Prima”, 180 ədəd 220 mm 9K57 “Uraqan”, 6 ədəd 9K58 “Smerç”, 3 ədəd Rusiya istehsalı TOS‐1A “Solntsepyok” və 18 ədəd İsrail istehsalı 160 mm “Lynx LAR” YARS ilə silahlandırılıb. Bunlarla yanaşı bu birləşmələrdə Qazaxstan müdafiə müəssisəsi olan “KAMAZ‐Engineering” və “Kaztechnologies” şirkətləri tə ‐ rəfindən zirehli kabinalı KamAZ‐5350 avtomobilinin şassisinə yerləşdirilməklə və yeni atəşi idarəetmə sistemi quraşdırılmaqla təkmilləşdirilmiş 18 ədəd BM‐21 “KazQrad” YARS da istifadə olunur. Bu döyüş maşınlarının mümkün atış məsafəsi 40 km‐ə qədər artırılıb. Reaktiv artilleriya birləşmələrinin silahlandırıldığı digər nümunələrə isə 18 ədəd 122/220/300 mm “Nayza” sistemləridir. “Nayza” YARS 2007‐ci ildə İsrailin keçmiş “Israel Military Industries” (IMI, indiki “Elbit Systems”) şirkəti tərəfindən Qazaxstan Ordusunun tələb ‐ ləri əsasında hazırlanıb. 2008‐ci ildən etibarən Qazaxstanın “Petro pavlovsk Ağır Maşınqayırma Zavodu” (PZTM SC) tərəfindən istehsal olunur. “Nayza” YARS multiçaplı sistemdir və bir neçə fərqli döyüş sursatı atmağa qadirdir. Bu sursatların sırasına 122 mm‐lik “Qrad”, 220 mm‐lik “Uraqan”, 300 mm‐lik “EXTRA” (Extended Range Artillery tactical‐range artillery missile) və “IMI Delilah” qanadlı raketləri daxildir. Atış məsafəsi istifadə olunan sursat növündən asılı olaraq 13‐180 km arasında dəyişir. “Nayza” YARS hazırda yalnız Qazaxstan Silahlı Qüvvələri tərəfindən istismar olunur. ‐ Artilleriya, motoatıcı və desant‐ həmlə birləşmələrin artilleriya divi ‐ zionları həm yedəyə alınan, həm də özüyeriyən artilleriya sistemləri ilə təchiz edilib. Özüyeriyən artilleriya qurğularına sovet istehsalı 25 ədəd 120 mm 2S9 “Nona”, 60 ədəd 122 mm 2S1 “Qvozdika”, 60 ədəd 152 mm 2S3 “Akasiya” və 3 (6) ədəd 240 mm 2S4 “Tülpan” ÖAQ, həmçinin Qazaxstan istehsalı 18 ədəd 122 mm “Semser” və 560 ədəd 120 mm “Aybat” ÖAQ aiddir. “Semser” İsrailin indiki “Elbit Systems” şirkəti tərəfindən Qazaxıstan Müdafiə Nazirliyinin sifarişi ilə Qazaxıstan Ordusu üçün hazırlanmış 122 mm‐lik ÖAQ‐dır. Konstruktiv olaraq, bu, KamAZ‐63502 yük maşınının şassisində fırlanan platformaya quraşdırılmış 122 mm‐lik D‐30 haubitsasıdır. Haubitsadan atəş məsafəsi adi sursatla 15300 m, aktiv‐reaktiv sursatla 22000 metrdir. Heyəti 6 nəfərdən ibarətdir. ÖAQ hazırda yalnız Qazaxstan Silahlı Qüvvələri tərəfindən istismar olunur. “Aybat” İsrailin “Elbit Systems” şirkəti tərəfindən Qazaxıstan Müdafiə Nazirliyinin sifarişi ilə Qazaxıstan Ordusu 35 “Nayza” YARS multiçaplı sistem


üçün hazırlanmış 120 mm‐lik özüyeriyən minaatandır. “Aybat” ÖAQ MT‐LB və ya BTR‐70 şassilərində quraşdırılaraq İsrailin CARDOM təpmə əleyhinə qurğuları və avtomatlaşdırılmış kompleksi ilə təkmilləşdirilmiş sovet istehsalı 120 mm‐lik 2B11 minaatanıdır. Sonuncuya C2 kompüterləşdirilmiş atəşi idarəetmə və komanda sistemi, həmçinin inersial naviqasiya avadanlığı daxildir. İstifadəsi atəş açmaq üçün hazırlıq vaxtını 30 saniyəyə qədər azaldır və ilk atışla vuruş ehtimalını artırır. CARDOM müxtəlif tırtıllı və təkərli zirehli daşıyıcılar üçün uyğundur. Döyüş maşınının içərisinə quraşdırılmış 120 mm‐lik minaatanla yanaşı, o, daşınan 82 mm‐lik 2B11‐1 “Podnos” minaatanı ilə də təchiz edilib. 82 mm‐lik minaatan sökülərək maşının yanlarına və damına quraşdırılır. Beləliklə, “Aybat” döyüş maşını eyni anda iki minaatan daşıyır və onlardan ən uyğunundan istifadə etməklə qarşıya qoyulan tapşırıqları həll edə bilir. Qazaxstan Quru Qoşunlarının birləşmə və hissələrinin təchizatında yer alan yedəyə alınan artilleriya sistemlərinin hamısı sovet istehsalıdır. Belə ki, hazırda qoşunlarda 400 ədəd (o cümlədən 300 ədəd saxlanmada) 122 mm D‐30 haubitsası, 24 ədəd 152 mm D‐20 top‐haubitsası, 180 ədəd 152 mm 2A36 “Giasint‐B” topu, 70 ədəd 152 mm 2A65 “Msta‐B” haubitsası istismar edilir. D‐20, 2A36 və 2A65 silahlarının yedəyə alınması üçün xüsusi KamAZ‐63501AT dartıcılarından istifadə olunur. Qoşunların minaatan bölmələri “Aybat” ÖAQ‐dan başqa sovet istehsalı 45 ədəd 120 mm 2B11 və M‐120 yedəyə alınan minaatanlar, eləcə də böyük sayda 82 mm BM‐37 və 2B14‐1 “Podnos” minaatanları ilə silahlandırılıb. Özbəkistan Respublikası Özbəkistan Silahlı Qüvvələri bütün Orta Asiya regionunda ən güclü ordu hesab olunur. Özbəkistan Ordusu 1992‐ ci ildə ləğv edilmiş SSRİ Silahlı Qüvvələrinin Türküstan Hərbi Dairəsinin bazasında yanvar ayının 14‐də yaradılıb və tərkibinə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Çay Donanması, Xüsusi Təyinatlı Qüvvələr daxildir. Silahlı Qüvvələrin ən böyük növü Quru Qoşunlarıdır. Özbəkistan əsasən sovet dövründən qalma silah və döyüş texnikasından istifadə edir. Özbəkistan ərazisi beş hərbi dairəyə bölünüb. Quru Qoşunlarının tərkibinə əsasən 1 xüsusi təyinatlı briqada, 1 tank briqadası, 11 motoatıcı briqada, 1 hava hücumunda müdafiə briqadası, 1 hava desant briqadası, 1 dağ atıcı briqadası, 3 artilleriya briqadası, 1 reaktiv artilleriya briqadası daxildir. Hər hərbi dairədə tam ştatlı ordu briqadası (motoatıcı, tank və ya hava‐ desant) dislokasiya olunub. “The Military Balance” illik bülleteninin 2022‐ci ilə olan məlumatına əsasən Quru Qoşunlarının istifadəsində əsasən sovet istehsalı olan silah və döyüş texnikaları var. Eyni zamanda qoşunlarda son illərdə ABŞ‐dan, Türkiyədən, Rusiyadan və Çindən alınmış silah və texnika nümunələri də istifadə olunur. Özbəkistan, KTMT və Gömrük İttifaqı üzvü olmadan Rusiyadan daxili bazar qiymətləri ilə hərbi texnika alan yeganə ölkədir. Quru Qoşunlarının tank əleyhinə hissə və bölmələri sovet istehsalı 36 ədəd 100 mm MT‐12 “Rapira” tank əleyhinə topları, həmçinin çoxlu sayda 9K111 “Faqot” və 9K11 “Malyutka” TƏİRK ilə silahlandırılıb. Reaktiv artilleriya birləşmələrində sovet istehsalı 60 ədəd 122 mm 9K51 “Qrad” və 9K55 ”Qrad‐1”, 48 ədəd 220 mm 9K57 “Uraqan” YARS‐dən istifadə olunur. Raket briqadası 5 ədəd sovet istehsalı 9K79 “Toçka” TRK ilə dəstləşdirilib. Artilleriya birləşmə və bölmələrinin təchizatında sovet istehsalı 54 ədəd 120 mm 2S9 “Nona‐S”, 18 ədəd 122 mm 2S1 “Qvozdika”, 17 ədəd 2S3 “Akasiya”, 12 ədəd 152 mm 2S5 “Giasint‐S” və 48 ədəd 203 mm 2S7 “Pion” ÖAQ, həmçinin 36 ədəd 152 mm D‐1, 54 ədəd 152 mm D‐20, 60 ədəd 122 mm D‐30, 140 ədəd 152 mm 2A36 “Giasint‐B” top və haubitsaları yer alır. Minaatan bölmələr isə sovet istehsalı 5 ədəd 120 mm 2B11, 19 ədəd 120 mm 2S12 “Sani”, 18 ədəd 120 mm M‐120, 48 ədəd 160 mm M‐ 160 və 120 ədəd 82 mm BM‐37 minaatanları ilə silahlandırılıb. Özbəkistan xarici idxaldan asılılığı azaltmaq, həmçinin mövcud olanları təkmilləşdirmək məqsədi ilə öz silah və hərbi texnika istehsalını da inkişaf etdirir. 2017‐ci ilin noyabr ayında yerli sənayenin idxalı əvəz edən, rəqabətqabiliyyətli və ixracyönümlü hərbi və ikili təyinatlı məhsulların istehsalı potensialının inkişaf etdirilməsi məqsədilə Özbəkistan Dövlət Müdafiə Sənayesi Komitəsi yaradılıb. Bu Komitə ötən illər ərzində ölkənin hərbi və ikili təyinatlı məmulatların istehsalı sahəsində sənaye potensialının inkişaf etdirilməsi, o cümlədən Özbəkistan Ordusunun müasir silah, hərbi texnika və xüsusi vasitələrlə təchiz edilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirir. Bununla yanaşı, Özbəkistan Müdafiə Nazirliyi silahlanmada olan mənəvi və fiziki cəhətdən köhnəlmiş silah və hərbi texnika nümunələrinin təkmilləş ‐ dirilməsi istiqamətində də işlər aparır. Xüsusilə, BM‐21 “Qrad” YARS döyüş maşınının və 2S9 “Nona‐S” ÖAQ şassiləri və atəşi idarəetmə sistemləri dəyişdirilib. Təkmilləşmə zamanı BM‐21 “Qrad” döyüş maşınının köhnə Ural‐375 şassisi bir variantda yeni KamAZ‐43118, digər variantda isə yeni URAL‐4320 şassisi ilə əvəz edilib. Yeni döyüş maşınına GM‐21MK “Buron” adı verilib. YARS avtomatlaşdırılmış atəşi idarəetmə sistemi ilə təchiz edilib və atəş məsafəsi 40 km‐ə qədər artırılıb. 2S9 “Nona‐S” ÖAQ‐ın təkmil ləş ‐ dirilməsi zamanı qurğunun artilleriya hissəni BTR‐D aviadesantlanan zirehli transportyorun köhnə şassisindən Özbəkistanın BM‑21 “Qrad” YARS‑ı


çıxarılaraq təkmilləşdirilmiş BTR‐60 zirehli transportyorunun şassisinə yerləşdirilib. Özbəkistan Müdafiə Nazirliyinin məlumatına əsasən hər iki tək mil ‐ ləşdirilmiş silah nümunəsi sınaqlardan uğurla çıxmışdır və silahlanmaya qəbul edilib. Lakin, açıq mənbələrdə bu mə ‐ mulatların qoşunların silahlanmasında olması haqqında məlumat yoxdur. Türkmənistan Respublikası Türkmənistan Silahlı Qüvvələri 1992‐ci il yanvarın 27‐də “Müstəqillik haqqında” Türkmənistanın 27 oktyabr 1991‐ci il tarixli Konstitusiya Qanununa əsasən SSRİ Silahlı Qüvvələrinin Türküstan Hərbi Dairəsinin Türk mə ‐ nistan ərazisində yerləşən birləşmələri əsasında yaradılıb. Türkmənistan Ordusu Quru Qoşunlarından, Hərbi Hava Qüvvələrindən və Hava Hücumundan Müdafiə Qoşunlarından, Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Ərazi ba ‐ xımından Türkmənistan Silahlı Qüvvələri ölkənin inzibati 5 vilayət bölgüsünə uyğun olaraq 5 hərbi dairəyə bölünüb. Quru Qoşunları ordunun ən böyük qoşun növüdür. Quru Qoşunlarının təxmini tərkibinə 1 xüsusi təyinatlı alay, 1 tank briqadası, 2 motoatıcı diviziya, 4 motoatıcı briqada, 1 dəniz piyadaları briqadası, 1 təlim diviziyası daxildir. Ən təchizatlı və mobil, eyni zamanda müvafiq olaraq döyüşə hazır birləşmələr artilleriya və tank hissələridir. “The Military Balance” illik bülleteninin 2023‐cü il üçün olan məlumatında əsasən Quru Qoşunlarının tank əleyhinə hissə və bölmələri sovet istehsalı 60 ədəd 100 mm T‐12/MT‐12 “Rapira” tank əleyhinə topları, 17 ədəd 9K11 “Malyutka”, 8 ədəd 9P122 “Malyutka‐M”, 8 ədəd 9P133 “Malyutka‐ P”, 2 ədəd 9P148 “Konkurs”, 36 ədəd 9K114 “Şturm‐S”, 210 ədəd 9K111‐1 “Konkurs”, 4 ədəddən artıq Bela ‐ rus/Ukrayna istehsalı “Karakal”, müəyyən sayda sovet istehsalı 9K111 “Faqot”, 9K115 “Metis”, Ukrayna istehsalı “Şerşen”, Belarus/Ukrayna istehsalı “Baryer” özü ‐ yeriyən və daşınan TƏİRK ilə silah ‐ landırılıb. Reaktiv artilleriya birləşmə və bölmələrində sovet istehsalı olan 58 ədəd 122 mm 9K51 “Qrad”, 18 ədəd 122 mm 9K55 “Qrad‐1”, 60 ədəd 220 mm 9K57 “Uraqan”, 6 ədəd Rusiya istehsalı 300 mm 9K58 “Smerç”, 12 ədəd Belarus istehsalı 122 mm BM‐21A “BelQrad” və 6 ədəd Çexiya istehsalı 122 mm RM‐70 YARS‐dən istifadə olunur. Artilleriya birləşmə, hissə və böl ‐ mələrində sovet istehsalı 17 ədəd 2S9 “Nona‐S”, 40 ədəd 122 mm 2S1 “Qvozdika”, 16 ədəd 152 mm 2S3 “Akasiya”, 6 ədəd Çexiya istehsalı 152 mm “Dana M1 CZ” ÖAQ, həmçinin sovet istehsalı 350 ədəd 122 mm D‐30 haubitsası, 6 ədəd 130 mm M‐46 topu, 6 ədəd 152 mm 2A65 “Msta‐B” haubitsası, 6 ədəd 152 mm 2A36 “Giasint‐B” topu, 72 ədəd D‐20 top‐ haubitsası və 17 ədəd 152 mm D‐1 haubitsası istismardadır. Minaatan bölmələrdə isə sovet istehsalı 66 ədəd 120 mm PM‐38, 250 ədədə yaxın 82 mm BM‐37 və 2B14‐1 “Podnos” minaatanları silahlanmadadır. Raket briqadasında 16 ədəd 9K72 “Elbrus” (Scud”) ƏTRK var. Göründüyü kimi, bütün silah növləri, RM‐70 YARS və “Dana M1 CZ” ÖAQ istisna olmaqla, keçmiş SSRİ Silahlı Qüvvələrindən miras qalmadır. Bununla belə, Türkmənistan hökuməti ordunun təchizatının yaxşılaşdırılması, yeni silah və hərbi texnika nümunələrinin alınması üçün bir çox ölkə ilə hərbi‐texniki əməkdaşlıq qurub. Rəsmi Aşqabad silah və hərbi texnikanı əsasən Rusiya, Belarus, Bolqarıstan, Türkiyə, Çexiya, Slovakiya, İtaliya, Çin və Rumıniyadan alır. Hərbi‐ texniki əməkdaşlıq çərçivəsində silah üstünlükləri və diversifikasiya xüsu ‐ siyyətləri Türkmənistanı Qazaxıstandan və xüsusilə Özbəkistandan əhəmiyyətli dərəcədə fərqləndirir. Sonuncu, ilk növbədə Rusiya və ABŞ‐ə diqqət yetirir. Qırğızıstan Respublikası Qırğızıstan Respublikasının Silahlı Qüvvələri 1992‐ci il mayın 29‐da Qırğızıstan Prezidentinin fərmanı ilə SSRİ Silahlı Qüvvələrinin Sovet Ordu ‐ sunun Orta Asiya Hərbi Dairəsinin Qırğızıstan SSR ərazisində yerləşən birlik, birləşmə və hissələrinin onun yuris ‐ diksiyasına keçməsindən sonra yaradılıb. Vurğulamaq lazımdır ki, SSRİ Silahlı Qüvvələrinin hərbi idarəetməsi və infrastrukturu, qoşunların (qüvvələrin) dislokasiyası Sovet İttifaqının inzibati‐ 37 Qırğızıstan Rusiyadan S‑300 zenit‑raket sistemləri alıb Türkmənistanın öndə FD‑2000, arxada solda KS‑1A, arxada sağda S‑125‑2BM ZRK‑ləri


ərazi quruluşu ilə ciddi şəkildə bağlı deyildi və ona görə də keçmiş sovet respublikalarına bütöv birliklər (ordular) deyil, yalnız birləşmələr və ayrı‐ayrı hissələr miras qalmışdır. Bundan irəli gələrək, Qırğızıstan Silahlı Qüvvələrinin sovet irsinin əsasını natamam 17‐ci Ordu Korpusu və Hərbi Dairə tabelikli 10‐cu möhkəmləndirilmiş rayonun hissələri təşkil edirdi. Qırğızıstan Ordusunun strukturuna Quru Qoşunları və Havadan Müdafiə Qüvvələri daxildir. Quru Qoşunları iki regional hərbi komandanlığa bölünərək birlik, birləşmə və hissələrdən ibarətdir. “The Military Balance” illik bülleteninin 2023‐cü ilə olan məlumatına əsasən Qırğızıstan Quru Qoşunlarının artilleriya birləşmə və hissələrində ümumilikdə sovet istehsalı 18 ədəd 122 mm 9K51 “Qrad” və 6 ədəd 220 mm 9K57 “Uraqan” YARS, 18 ədəd 122 mm 2S1 “Qvozdika” və 12 ədəd 120 mm 2S9 “Nona‐S” ÖAQ, 18 ədəd 152 mm 2A65 “Msta‐B”, 16 ədəd 152 mm D‐1, 18 ədəd 100 mm BS‐3, 72 ədəd 122 mm D‐30 və 35 ədəd 122 mm M‐30 top və haubitsaları istismar olunur. Minaatan bölmələri 48 ədəd ABŞ istehsalı 120 mm M120, sovet istehsalı 48 ədəd 120 mm M‐120 və 6 ədəd 120 mm 2S12 “Sani”, həmçinin 200 ədədə qədər 82 mm BM‐37 və 2B14‐1 “Podnos” minaatanları ilə silahlandırılıb. Tank əleyhinə bölmələrin istifadəsində sovet istehsalı 24 ədəd 9K111 “Faqot”, 26 ədəd 9K11 “Malyutka” və 12 ədəd 9K111‐1 “Konkurs” TƏİRK var. Qırğızıstan Silahlı Qüvvələrində TRK və ƏTRK yoxdur. Göründüyü kimi Qırğızıstan Ordusu köhnə sovet istehsalı silah nümunələri ilə silahlandırılıb, müasir və yüksək dəqiqlikli silahlara malik deyil. Tacikistan Respublikası Tacikistan Silahlı Qüvvələri formal olaraq 23 fevral 1993‐cü ildə yaradılsa da, faktiki olaraq 1994‐cü ilin aprel ayından fəaliyyət göstərməyə başlayıb. Tacikistan Ordusu Quru Qoşunlarından, Mobil Qoşunlardan, Hərbi Hava Qüv ‐ vələrindən, Xüsusi Təyinatlı Qüvvələrdən, Hava‐Desant Qoşunlarından və Hava Hücumundan Müdafiə Qoşunlarından ibarətdir. Qoşun növləri arasında ən böyüyü Quru Qoşunlarıdır. Böyüklüyünə görə ikinci qoşun növü Mobil Qoşunlardır. Raket‐artilleriya silahları əsasən bu iki qoşun növündə cəmləşib. Mobil Qoşunlar döyüşə ən hazır olanıdır. Orta Asiyanın digər keçmiş sovet respublikalarından fərqli olaraq, Tacikistana SSRİ Silahlı Qüvvələrinin Sovet Ordusundan çox az miqdarda silah miras qalıb. Bu səbəbdən də Tacikistan ən zəif təchiz olunmuş orduya sahibdir. Mövcud olan silahların böyük hissəsi sonrada Rusiyadan tədarük olunub. İstismarda olan silah və hərbi texnikalar köhnəlib, əsasən sovet istehsalıdır, maddi‐texniki baza isə demək olar ki, yoxdur. “The Military Balance” illik bülleteninin 2023‐cü ilə olan məlumatına əsasən Tacikistan Ordusunda artilleriya sistemlərindən sovet istehsalı 13 ədəd 122 mm D‐30 haubitsası, 3 ədəd 122 mm 2S1 “Qvozdika” ÖAQ, 10 ədəd 120 mm PM‐38 və 10 ədəd 82 mm BM‐37 minaatanı mövcuddur. Reaktiv artilleriya silahlarından sovet istehsalı 15 ədəd 122 mm 9K51 “Qrad”, 60 ədəd 220 mm 9K57 “Uraqan” və 3 (6) ədəd Rusiya istehsalı 220 mm TOS‐1A “Solntsepyok” YARS silahlanmada yer tutur. Tacikistan Silahlı Qüvvələrinin texniki təminatını həyata keçirmək üçün bir çox ölkələrlə, o cümlədən Rusiya, Belarus, ABŞ, Çin, Qazaxıstan, Pakistan, Hindistan, Almaniya, Bolqarıstan və İranla hərbi‐texniki sahədə əməkdaşlıq edir. Lakin, Tacikistan silah idxalını Rusiya, Çin və Bolqarıstan kimi çox məhdud sayda ölkələrdən həyata keçirir. Qeyd edildiyi kimi Raket Qoşunları və Artilleriya əsasən Quru Qoşunlarının tərkib hissəsidir və ümumqoşun əməliyyatları zamanı düşmənin atəşlə məhv edilməsinin əsas vasitəsidir. Silah sistemlərinin inkişaf perspektivləri nəzərə alınmaqla son onilliklərin hərbi münaqişələrinin aparılan təhlili göstərir ki, onların ən xarakterik xüsusiyyəti döyüş əməliyyatlarında əsas rolun yerüstü ümumqoşun qoşun qrupları tərəfindən zərbələrə verildiyi “təmas” formalarından təmassız və ya kəşfiyyat‐ atəş və elektron‐atəş formaları adlanan, dərin atəşlə məhvetmənin getdikcə daha vacib rol oynadığı formalara keçididir. Raket Qoşunları və Artilleriya, Quru Qoşunlarının atəş gücünün əsası olub və olacaq. Bununla əlaqədar lüləli artilleriyanın və yaylım atəşli reaktiv sistemlərin dominant rolu ordunun bu növünə həvalə edilib. Aparılan təhlillərin nəticələri göstərir ki, hazırda bəzi birlik, birləşmə və bölmələrin real döyüş qabiliyyətinin səviyyəsi artıq müasir dövrün tələblərinə tam cavab vermir. Artilleriya sistemlərinin bəzi növləri çox köhnəlib. Bu və digər problemlərin həlli üçün isə silahlı qüvvələrin silah və hərbi texnikasını yorulmadan və məsuliyyətlə təkmilləşdirmək lazımdır. Ümumiyyətlə, mövcud silah və hərbi texnikanın təkmilləşdirilməsi Raket Qoşunları və Artilleriyanın real atəş imkanlarının ümumi artımını əhəmiyyətli dərəcədə yüksəldəcək. Lakin təkmilləşmə ilə yanaşı, perspektivli silah və döyüş texnikasının yaradılması, elmi‐texniki və texnoloji potensialın qorunub saxlanılması və inkişaf etdirilməsi son dərəcə vacibdir. Bütün bunların xərcləri, təbii ki, balanslaşdırılmış və əsas ‐ landırılmış olmalıdır. Görülən bu tədbirlər Raket Qoşunlarının və Artilleriyanın döyüş hazırlığına faydalı təsir göstərəcək və bu qoşun növünün gözəl ənənələrini nəinki qoruyub saxlamağa, hətta daha da inkişaf etdirməyə imkan verəcəkdir. 38 www.poliqon.az Tacikistan Silahlı Qüvvələri


Yanvar ayının 12‐də daxili işlər na‐ ziri general‐polkovnik Vilayət Eyvazo‐ vun rəhbərliyi ilə DİN‐in Daxili Qo şunlarının 2023‐cü ildəki xidməti‐ döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Müşavirəni giriş sözü ilə açan gene‐ ral‐polkovnik Vilayət Eyvazov Azər ‐ baycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf və tərəqqi stra‐ tegiyası nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının, beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib, Dövlət başçısının ordu quruculuğuna, o cüm lədən Daxili Qoşunların fəaliy yə ‐ tinin təkmilləşdirilməsinə, maddi‐tex‐ niki təminatının, hərbi qulluqçuların iş və məişət şəraitinin daha da yaxşılaşdı‐ rılmasına daim xüsusi diqqət gös ‐ tərdiyini vurğulayıb. DİN‐in Daxili Qoşunlarının öl kə ‐ mizin ərazi bütövlüyünün təmin edilməsində, eləcə də ötən ilin sentyabr ayının 19‐da lokal xarakterli antiterror tədbirləri zamanı da göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cüm ‐ lədən işğaldan azad edilmiş şəhər və ra‐ yonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayi‐ şin, təhlükəsizliyin qorunmasında gös ‐ tərdiyi xidmətlərini cənab Prezidentin yüksək qiymətləndirdiyini məm nun ‐ luqla qeyd edən nazir, onu da vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qul ‐ luqçulardan və polis əmək daş la rın dan xidməti vəzifələrini daha böyük mə ‐ suliyyətlə yerinə yetirməyi tələb edir. Sonra daxili işlər nazirinin müavini ‐ Daxili Qoşunların komandanı general‐ leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. Müşavirəyə yekun vuran nazir V.Eyvazov Qoşunların qarşısında duran vəzifələri qeyd edib, tapşırıq və tövsiyələrini verib. Eyni zamanda əmin olduğunu bildirib ki, şəxsi heyət onlara göstərilən diqqət və qayğıya sabitliyin, əmin‐amanlığın etibarlı qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, eləcə də işğaldan azad edilmiş əra ‐ zilərdə nümunəvi xidmətləri ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir. Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2024‐cü il tarixli Sərəncamı ilə Hidayət Ağanəcəf oğlu Əzimov Azər ‐ baycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub. 1985‐ci ildə Bakıda anadan olan H.Əzimov 2001‐2005‐ci il ‐ lər də Bakı Dövlət Univer si te tin ‐ də Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005‐2007‐ci illərdə magistr dərəcəsinə yiyələnib. 2006‐2007‐ci illərdə yerli hüquq şirkətlərinin birində hü‐ quqşünas vəzifəsində fəaliyyət göstərib. 2007‐2018‐ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018‐2022‐ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalı‐ şıb. 2018‐ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür. H.Əzimov müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunmazdan əvvəl, Azərbaycan Respublikası Prezidenti‐ nin 5 mart 2022‐ci il tarixli Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Azərbaycan Texniki Universiteti (AzTU) ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi‐tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memoran‐ dumu imzalanıb. Memorandum tərəflər arasında müvafiq istiqamətlər üzrə müna si bət lərin qurulması və inkişaf etdirilməsi, elmi‐tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi məqsədini daşıyır. 39 Daxili işlər naziri əməliyyat müşavirəsi keçirib Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub Elmi‑tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair memorandum imzalanıb


Bu il keçirilən “World Defense Show” sərgisinə dünyanın 76 ölkə sin ‐ dən 773 çox şirkət qatılaraq, öz məh ‐ sullarını ziyarətçilərə, hərbi mü təxəs ‐ sislərə və rəsmi nümayəndə heyət ‐ lərinə nümayiş etdirib. 5 gün davam edən WDS‐2024 sərgisi 116 ölkədən 441‐dən çox rəsmi nümayəndə he yə ‐ tinə və 106 min ziyarətçiyə qapılarını açıb. WDS‐2024 sərgisində bir sıra əməkdaşlıq memorandumları, sövdə ‐ ləşmələr və ümumi dəyəri 26 milyard SAR (6.9 milyard ABŞ dolları) olan alqı‐ satqı müqavilələri imzalanıb. Sərgidə iştirak edən müdafiə sənayesi şirkətlərinin sayına görə Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Böyük Britaniya və İtaliya üs‐ tünlük təşkil edib. Bu altı ölkənin sərgiyə qatılan şirkətlərinin sayı ümumi iştirakçıların yarısından çox olub. Bu isə təsadüfü deyil. Çünki Yaxın Şərq regio‐ nuna daxil olan ölkələr öz silahlanma‐ larını daha çox xarici satınalmalar he‐ sabına artırır və yuxarıda adı keçən xa‐ rici ölkələrin şirkətləri hazırda sö zü ‐ gedən regionun əsas silah təmi natçıları sırasında ön pillələrdə yer alır. Bu ten‐ densiyanı dəyişməyə çalışan Yaxın Şərq ölkələri də həmin ölkələrin şirkətləri ilə imzaladıqları alqı‐satqı müqavilə lə rin ‐ də texnologiya transferi və yerində is‐ tehsal kimi maddələrə xüsusi diqqət ayırırlar. WDS‐2024 sərgisində ABŞ‐ın “Lockheed Martin”, “RTX Corporation”, “Northrop Grumman”, “GE Aerospace”, “L3Harris”, Böyük Britaniyanın “BAE Systems”, “Rolls Royce”, Fransanın “Thales”, “Dassault Aviation”, MBDA, “Naval Group”, İtaliyanın “Leonardo”, “Fincantieri”, Türkiyənin ASELSAN, “Roketsan”, “Otokar”, STM, TUSAŞ, ASFAT, FNSS, “Makine ve Kimya En düstrisi” (MKE), Birləşmiş Ərəb Əmir liklərinin EDGE, Rusiyanın “Rosoboronexport” və digər şirkətlər iş‐ tirak edib. WDS‐2024 müdafiə sənayesinin bütün sahələrini əhatə etdiyindən sər ‐ WDS‑2024 dünyanın müdafiə sənayesini bir araya gətirdi ?Gülnar Ədalətqızı 2024‑cü il 4‑8 fevral tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər‑Riyad şəhərində “World Defense Show 2024” (WDS‑2024) beynəlxalq müdafiə sərgisi keçirilib. Sayca ikinci dəfə keçirilməsinə baxmayaraq sərgiyə qatılım kifayət qədər yüksək olub və özündən əvvəlki WDS‑2022 sərgisini qabaqlamağı bacarıb.


gidə müxtəlif seqmentdən və təyi ‐ natdan olan məhsullar nümayiş etdiri‐ lib. Xüsusi ilə ön plana çıxarılan sistem ‐ lərin sırasında pilotsuz vasitələr, döyüş təyyarələri, artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri, hərbi gəmilər, antidron cihazları və s. yer alıb. WDS‑2024‑ə Azərbaycandan qa‑ tılım WDS‐2024 sərgisində stendlə təmsil olunan Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən yerli isteh‐ sal olan 107 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunub. Sərginin açılış mərasimində iştirak edən müdafiə sənayesi naziri Vüqar Mustafayev Səudiyyə Ərəbistanı Krallı‐ ğının müdafiə naziri Xalid bin Salman Əl‐Saud ilə görüşüb. Nazir Türkiyə, Səu ‐ diy yə Ərəbistanı Krallığı və digər ölkə ‐ lərin qurumlarının stendlərində nüma‐ yiş etdirilən müdafiə təyinatlı mə mu lat ‐ lar və yeni texnologiyalar ilə tanış olub. Sərgi çərçivəsində V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Hərbi Sənaye Təşkilatının rəhbəri Əhməd Əbdüləziz Əl‐Ohali ilə də görüşüb. Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkan‐ ları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mü ‐ badiləsi aparılıb. Səudiyyə Ərəbistanı müqavilə ‑ lərlə sərgiyə möhür vurdu WDS‐2024 sərgisinin ev sahibi olan Səudiyyə Ərəbistanı imzaladığı alqı‐ satqı müqavilələri ilə ön planda olub. 5 gün ərzində Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi müdafiə və təh lü ‐ kəsizlik sənayesində ixtisaslaşmış yerli və qlobal şirkətlərlə 27 müqavilə və iki anlaşma memorandumu imzalayıb. İm‐ zalanan bu müqavilələrin ümumilikdə dəyəri 20 milyard SAR (5.3 milyard ABŞ dolları) təşkil edib. WDS‐2024‐də Səudiyyə Ərəbis ‐ tanının 150‐dən çox yerli müdafiə sənayesi şirkəti iştirak edib. Sərgiyə qa‐ tılan şirkətlər hava, quru və dəniz sahəsində hazırladıqları və istehsal etdikləri yeni məhsullarını təqdim ediblər. Bu müdafiə məhsulları sərgini ziyarət etməyə gələn yerli ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb. WDS‐2024 sərgisində Səudiyyə Ərəbistanının “Saudi Arabian Military Industries” (SAMI) şirkəti özünün yeni 155 mm təkərli özüyeriyən artilleriya qurğusunu (ÖAQ) təqdim edib. Yeni özüyeriyən haubitsa hazırda Səudiyyə Ərəbistanının Silahlı Qüvvələrində sı‐ naqdan keçirilir. Bu yeni inkişaf SAMI şirkəti ilə Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin birgə səyinin nəticəsidir. SAMI‐nin özüyeriyən artilleriya qurğusu 8×8 təkər formullu TATRA şassisində (Çexiya) yaradılıb. Yeni hau‐ bitsanın ön tərəfində heyət üçün zirehli kabina, arxada isə 155 mm‐lik haubitsa yerləşdirilib. Qurğu yarımavtomatik dol durma sistemi, eləcə də atım və mər ‐ milər üçün döyüş yığımı təchiz olunub. Özüyeriyən qurğu heyət kabinası‐ nın daxilində və xaricində dəqiq tuş‐ lama və atəş əməliyyatlarını həyata keçirməyə imkan verən mürəkkəb kom ‐ püterləşdirilmiş atəşə nəzarət sistemini özündə birləşdirir. Qeyd edək ki, ÖAQ müxtəlif döyüş sursatları ilə, o cüm ‐ lədən standart 155 mm‐lik mər mi lər,


GPS ilə idarə olunan mərmilər və ABŞ istehsalı M982 “Excalibur” atəş yığımı‐ nın yerli versiyası ilə silahlandırılıb. SAMI şirkəti WDS‐2024 sərgisində Səudiyyə Ərəbistanının müdafiə səna ‐ yesinin ən müasir döyüş maşınlarının hazırlanması və istehsalında imkanları‐ nın genişliyi barədə təqdimatla çıxış edib. Bu inkişaf göstəricisi Səu diyyə Ərəbistanının müdafiə sə naye sində özünəgüvənmə cəhdində həl ledici mə ‐ qam dır və qlobal silah bazarında rəqa ‐ bətin yeni dövrünün siqnalını verir. Sərgidə Səudiyyə Ərəbistanının “Şahzadə Sultan Qabaqcıl Texnologiya Araşdırma İnstitutu” (PSDSARC) tə ‐ rəfindən hazırlanan “Shaheen” SH‐01 şaquli qalxma və enmə (VTOL) funksi‐ yasına sahib pilotsuz uçuş aparatı təqdim edilib. Kəşfiyyat, müşahidə və nəqliyyat tələblərinə cavab vermək üçün nəzərdə tutulmuş “Shaheen” SH‐01 həm qurudan, həm də gə ‐ milərdən işləmək qabiliyyəti ilə seçilir və beləliklə, uçuş‐eniş zolağına ehtiyacı aradan qaldırır. Yüngül karbon kompozit konstruk‐ siyadan hazırlanmış “Shaheen” SH‐01 dörd elektrik mühərriki ilə təchiz edilib. Bu, onun səmərəliliyini artırır və uçuşu optimallaşdırmaq üçün qanadın oriyen‐ tasiyasını tənzimləməyə imkan verir. Daşımanı asanlaşdırmaq üçün PUA‐nın qanadları və quyruğu sökülə bilər. PUA hibrid güc sistemi sayəsində maksimum 3000 metr hündürlüyə qalxa bilir. Onun maksimum uçuş müddəti 3 saatdır. Türkiyə Yaxın Şərqdə yeni əməkdaşlıqları hədəfləyir Yaxın Şərq regionunn silah baza‐ rında öz payını artırmağa çalışan Türkiyə WDS‐2024 sərgisində 55‐dən artıq şirkətlə təmsil olunub. Bunlar ara‐ sında ölkənin qabaqcıl müdafiə səna ‐ yesi şirkətləri olan ASELSAN, “Roket‐ san”, “Otokar”, STM, FNSS, ASFAT, TUSAŞ, MKE və digərləri yer alıb. ASELSAN Yaxın Şərqə tədarük yolunda ASELSAN şirkəti WDS‐2024 sər ‐ gisində həm quru, həm dəniz, həm də hava təyinatlı məhsullarını nümayiş et‐ dirib. Bu məhsulların sırasına LGK və “Gözde” tuşlama dəstləri, ASELFLIR‐ 500 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi, “Sager‐100” termal nişangahı, “Serhat” minaatan aşkarlama radarı, “Tolun” miniatür bombası və s. daxildir. Bundan başqa, ASELSAN yeni inkişaf et‐ dirdiyi “Gürz” hibrid hava hücumundan müdafiə sistemini ölkə xaricində ilk dəfə WDS‐2024‐də sərgiləyib. Qeyd 42 www.poliqon.az “Gürz” hibrid HHM sistemi SAMI‑nin 155 mm təkərli özüyeriyən artilleriya qurğusu


edək ki, “Gürz” hibrid HHM sisteminin təqdimatı ötən il Türkiyədə keçirilmiş IDEF‐2023 sərgisində olub. WDS‐2024 sərgisində açıqlama verən ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol bildirib ki, ASELSAN PUA‐ lar üçün faydalı yük təmin edən əhəmiyyətli şirkətlərdən biridir: “Bu‐ rada ASELFLIR‐500 və ASELFLIR‐600‐ ü sərgiləyirik. Analoqlarından qat‐qat yaxşı performansa malik bu kamerala‐ rın Səudiyyə Ərəbistanındakı istifa də ‐ çilərə tədarük edilməsi üzərində işləyirik. Bu sərgidə tuşlama dəst lə ‐ rimizi və sursatlarımızı da nümayiş et‐ diririk. TOLUN və bu il atışı yerinə yetiriləcək TOLUN‐IIR miniatür bomba‐ larını da burada sərgiləyirik. GÖZDE, LGK və HGK tuşlama dəstlərimiz bu sərgidə yer alır. Bunlar PUA‐ların faydalı yükləri baxımından vacib məsələlərdir”. ASELSAN‐ın hazırladığı “Murad AESA” radarından danışıan A.Akyol bu radarın Türkiyə Silahlı Qüvvələrinin həm PUA‐larına, həm də döyüş təyyarələrinə inteqrasiya olunacağını deyib: “Cari ay ərzində AESA radarımı‐ zın uçuşu olacaq. Planlarımız belədir”. ASELSAN‐ın baş direktoru elektron müharibə sistemlərinin əhəmiy yə ‐ tindən də bəhs edib. Onun sözlərinə görə, ASELSAN elektron müharibə sistemlərində tranzistordan çipə qədər hər bir detalı özü hazırlayır. Şirkət fəaliyyətində hava hücumun‐ dan müdafiənin mühüm yer tutduğunu söyləyən Ahmet Akyol bildirib ki, ASELSAN “Gürz” hibrid HHM sistemini Türkiyədə keçirilmiş IDEF‐2023 sər ‐ gisindən sonra ölkə xaricində ilk dəfə WDS‐2024‐də nümayiş etdirib: “Buraya şəxsən sistemin özünü gətirdik. KORKUT‐dan SİPER‐ə kimi bütün məh ‐ sul larımızı son istifadəçilərə təqdim etdik”. “Gürz” sistemi haqqında ətraflı məlumat verən ASELSAN‐ın baş direk‐ toru hibrid HHM konsepsiyasında bir neçə qabiliyyəti bir araya gətirdiklərini söyləyib: “Gürz”ün əsas məqsədi mobil olmasıdır. O, yaxın hava müdafiəsini “Korkut” kimi 35 mm‐lik döyüş sursatı ilə təmin edir. Üzərindəki “Sungur”, “Hisar”, “Bozdoğan” və “Gökdoğan” raketləri ilə bir sıra bacarıqları eyni sistemdə mobil olaraq təqdim edirik. “Gürz”də elektron qarışdırma sis‐ temi, çox inkişaf etmiş axtarış radarımız var. Həmçinin atəşə nəzarət radarı, atəşi idarəetmə sistemi, lazer məsafəölçən, dost/düşmən tanıma sistemlərimiz var. “Gürz”, ağıllı alqoritmlə fərqli hədəflərə qarşı ən təsirli silahı seçən və yaxın məsafədən kilidlənməni həyata keçirə bilən sistemdir. “Gürz”ün ilk atışları yerinə yetirilib. Hazırda onun Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi istiqamətində işlər davam et‐ dirilir. Biz “Gürz”ü bir neçə il ərzində ordumuzun inventarına qazandıraca‐ ğıq”. “Roketsan” bütün diqqəti özünə çəkib Müasir döyüşün tələblərini nəzərə almaqla yüksək dəqiqlikli silah sistemləri inkişaf etdirən “Roketsan” şirkətinin məhsulları sərgidə olduqca diqqət çəkib. Şirkətin istehsalı olan məhsulların döyüş meydanında özünü sübut etməsi sərgidə onlara kifayət qədər marağın olmasına səbəb olub. “Roketsan” sərgidə MAM mini ağıllı sur‐ sat ailəsini (MAM‐L, MAM‐C və MAM‐T), “hava‐yer” tipli İHA‐230 səsdən sürətli ballistik raketini, TEBER‐82 və “Laçin” tuşlama dəstlərini, “Karaok” qısa mənzilli tank əleyhinə raket komplek‐ sini, OMTAS orta mənzilli tank əleyhinə raket kompleksini, L‐UMTAS‐GM genişləndirilmiş uzun mənzilli tank əleyhinə raket kompleksini, “Çakır” qa‐ nadlı raketini, “hava‐yer” tipli SOM ra‐ ketini, “Sungur” zenit‐raket komplek‐ sini, “Hisar‐A”, “Hisar‐O” və “Siper” zenit raketlərini, “yer‐yer” tipli TRG‐230 ra‐ ketini və Taktiki Raket Atış Silah Siste‐ mini ziyarətçilərə təqdim edib. WDS‐2024‐də fikirlərini bölüşən “Roketsan”ın baş direktoru Murat İkinci sərgi çərçivəsində yeni əməkdaşlıqlara imza atmağı hədəflədiklərini bildirib. ““Roketsan” üçün əhəmiyyətli ixrac potensialına malik olan bu sərgidə dün‐ yanın dörd qitəsinə ixrac etdiyimiz ən müasir məhsullarımızla yerimizi aldıq. Sərgi boyu mühüm nümayəndə heyət ‐ ləri və sənaye nümayəndələri ilə gö ‐ rüşlər keçirərək yeni əməkdaşlıqların qapısını açmağı hədəfləyirik. Burada quracağımız yeni iş birlikləri ilə ölkəmizin iqtisadi gücünə dəyər qat‐ maqla yanaşı, Türkiyə‐Səudiyyə Ərə ‐ bistanı əlaqələrinə də müsbət töhfələr verməyi hədəfləyirik. Performansları ilə analoqlarından seçilən və bu sahədə uğurlarını sübut edən məhsullarımızla qlobal bazarda rəqabət aparmaq bizi qürurlandırır. İnanıram ki, Səudiyyə Ərəbistanından əhəmiyyətli uğurlarla dönəcəyik”, – deyə Murat İkinci qeyd edib. “Otokar” mövqeyini möhkəm ‑ lən dirib yeni tərəfdaşlıqlar qurur Türkiyə müdafiə sənayesinin əsas quru platforma istehsalçısı olan “Otokar” şirkəti WDS‐2024 sərgisində nümayiş etdirdiyi zirehli texnikaları ilə diqqət mərkəzində olub. Şirkətin nüma‐ yiş etdirdiyi məhsullar sırasında həm zirehli texnikalar, həm də qüllə sis ‐ temləri yer alıb. “Otokar” WDS‐2024‐də hərbi texnikalarını həm sərgi salo‐ nunda, həm də çöl ərazidəki pavilyonda ziyarətçilərə təqdim edib. Sərgilənən məhsullar sırasında “Leonardo” şirkətinin HITFACT MkII 120 mm‐lik qülləsi ilə TULPAR orta ağırlıqlı tankı, 7.62 mm‐lik qüllə ilə am‐ 43 Soldan sağa OMTAS, L‑UMTAS‑GM və "Karaok" tank əleyhinə raketlər


fibiya tipli TULPAR‐S zirehli transport‐ yoru, 105 mm‐lik “John Cockerill” qülləsi ilə ARMA 8x8 atəş dəstək ma‐ şını, 30 mm‐lik “Mızrak” qülləsi ilə ARMA 8x8 piyada döyüş maşını, habelə 25 mm‐lik uzaqdan idarə olunan silah sistemi ilə COBRA II MRAP minaya qarşı davamlı zirehli nəqliyyat vasitəsi, 90 mm‐lik “John Cockerill” qülləsi ilə AKREP II 4x4 kəşfiyyat və müşahidə maşını, 12.7 mm‐lik uzaqdan idarə olu‐ nan silah sistemi ilə COBRA II 4x4 zi‐ rehli nəqliyyat vasitəsi, o cümlədən 12.7 mm‐lik “Mızrak” qülləsi ilə COBRA II 4x4 zirehli transportyoru və 12.7 mm‐ lik qüllə ilə URAL 4x4 zirehli patrul ma‐ şını yer alıb. WDS‐2024 sərigisində rəhbərlik et‐ diyi şirkətin həyata keçirdiyi layihə ‐ lərdən danışan “Otokar” şirkətinin baş direktoru Serdar Görgüç “Otokar”ın NATO və BMT tədarükçüsü olaraq dünya səviyyəsində əhəmiyyətli layi ‐ hələrə imza atdığını söyləyib. S.Görgüç şirkətin qlobal müdafiə bazarlarında inamlı addımlarla mövqeyini möh ‐ kəmləndirdiyini bildirib. Onun sözlərinə görə, hazırda 33 mindən çox “Otokar” hərbi maşını beş qitənin 40‐dan çox ölkəsində xidmət göstərir: “Dünya üzrə müştəri portfeli‐ miz daxilində Körfəz Əməkdaşlıq Şura‐ sının (KƏŞ) əhatə etdiyi region bizim əsas bazarlarımızdan biridir. Müxtəlif növ “Otokar” zirehli maşınları artıq 25 ildir ki, Körfəz ölkələrinin hərbi və təhlükəsizlik qüvvələri tərəfindən uğurla istifadə olunur. Bu çərçivədə WDS‐2024 sərgisi Səudiyyə Ərəbistanı və bütün bölgə ilə əlaqələrimizi gücləndirmək üçün əhəmiyyətli bir fürsət təqdim edir”. “Otokar”ın baş direktoru KƏŞ ölkələri regionunda şirkətin imkanla‐ rını genişləndirmək və gücləndirmək üçün atılan addımlardan danışıb: “2016‐cı ildə yaradılan törəmə müəs si ‐ səmiz “Otokar Land Systems” vasitəsilə “Otokar” istifadəçilərinə fiziki cəhətdən daha yaxın olmaq üçün KƏŞ‐dəki möv‐ cudluğumuzu gücləndirdik. Müştə ri ‐ lərimizə vaxtında və səmərəli şəkildə xidmət göstərmək və onlara dəstək olmaq üçün yerli olmaq son dərəcə va‐ cibdir. Son səkkiz il ərzində “Otokar Land Systems” uğurlu nəticələrlə mühüm layihələr həyata keçirmişdir. Körfəzdə texnologiya transferi və yerli istehsal arzumuz, güclü dizayn, inkişaf, texnologiya və mühəndislik imkanları‐ mızla birlikdə “Otokar”ı qlobal müdafiə sənayesində ön sıralara çıxardı. WDS‐ 2024 sərgisi zamanı biz bu mövqeyi möhkəmləndirməyi və yeni tərəf ‐ daşlıqlar qurmağı hədəfləyirik”. FNSS PARS ALPHA‑nı önə çıxardı Türkiyənin FNSS şirkəti yeni inki‐ şaf etdirdiyi 8x8 təkər formullu PARS ALPHA zirehli nəqliyyat vasitəsini ilk dəfə WDS‐2024 sərgisində təqdim edib. PARS ALPHA barəsində məlumat verən FNSS şirkətinin baş direktoru Nail Kurt bildirib ki, texnika döyüş mey‐ danında tam spektrli üstünlük üçün di‐ zayn edilib. Onun sözlərinə görə, PARS ALPHA ən çətin missiyalara cavab verməklə, indiki və gələcəkdə yaranan istifadəçi tələblərinə uyğun şəkildə tak‐ tiki və üstün döyüş performansını yerinə yetirə biləcək şəkildə hazırlanıb. O, taktiki hərəkətlilik, müstəsna sağ qalma və ölümcüllükdə yeni eranın baş‐ lanğıcını simvolizə edir. “PARS ALPHA 8x8 zirehli maşın texnologiyasında irəliyə doğru sıçrayışı təmsil edir. Yeniliklərə və müasir döyüş mühitini dərk etməyə öhdəliyimiz bənzərsiz taktiki çeviklik və döyüş per‐ formansını təmin edən platforma ilə ye‐ kunlaşdı. O, bütün dünyada orduları üstün zirehli döyüş qabiliyyəti ilə gücləndirmək üçün nəzərdə tutulmuş‐ dur”, ‐ deyə Nail Kurt qeyd edib. İstənilən ərazi şəraitində üstün performans göstərə biləcək şəkildə di‐ zayn edilən PARS ALPHA 40 dərəcə bucaq altında yana maili, 70 dərəcə bucaq altında dik maili əraziləri, habelə 2.4 metrlik xəndəkləri və 0.80 metrlik şaquli maneələri asanlıqla dəf edə bilir. Zirehli transportyor 115 km/saat sürətə və 800 kilometrdən çox hərəkət mənzilinə sahibdir. Mina, ballistik və PUA təhlükələrinə qarşı hazırlanmış da‐ xili tərtibat, bütün istiqamətlərdən tex‐ nikaya gələ biləcək yüksək səviyyəli təhdidlərə qarşı ekipaj və personalın təhlükəsizliyini artırır. Yeni nəsil PARS ALPHA zirehli nəqliyyat vasitəsi FNSS dizaynı TEBER‐II 30/40 uzaqdan idarə edilən qüllə ilə silahlandırılıb. Bu qüllə 30 mm‐ lik iki lüləli avtomatik topla təchiz olu‐ nub. Mövcud 30 mm‐lik silah lüləsi, si‐ lahın əsas hissələrini və ehtiyat hissə lə ‐ rini olduğu kimi saxlamaqla 40 mm‐lik lülə ilə əvəz edilə bilər. Uyğunlaşa bilən 44 www.poliqon.az TULPAR zirehli transportyorları OTOKAR zirehli transportyorları


silah sisteminin bu seçimi istifadəçilərə lazım olan vaxt və yerdə atəş gücünü asanlıqla artırmağa imkan verir. Bun‐ dan əlavə, 7.62 mm‐lik koaksial pulem‐ yot da əsas silahın yanında yerləşir. Zirehli texnika TEBER‐II 30/40 qülləsi də daxil olmaqla müxtəlif növ mexaniki və ya uzaqdan idarə olunan qüllələrlə, həmçinin 35 mm, 90 mm, 105 mm və 120 mm silah sistemləri, 120 mm minaatanlar, hava hücumun‐ dan müdafiə və tank əleyhinə sistem ‐ lərlə təchiz oluna bilər. Pakistan müdafiə sənayesi bö ‑ yük diqqət çəkib Müdafiə sənayesini günü‐gündən inkişaf etdirən Pakistan yeni və qabaq‐ cıl məhsullarını WDS‐2024 sərgisində nümayiş etdirib. Pakistanı bu sərgidə Müdafiə İxracının Təşviqi Təşkilatı (Defence Export Promotion Organization – DEPO), “Global Industrial & Defense Solutions” (GIDS), “Shibli”, “Pakistan Aeronautical Complex” (PAC), “Heavy Industries Taxila” (HIT) və digər şir ‐ kətlər təmsil edib. GIDS şirkətinin sərgidə təqdim et‐ diyi quru və hava bazalanmalı silah sistemləri sərgi ziyarətçiləri və rəsmi nümayəndə heyətləri tərəfindən ma‐ raqla qarşılanıb. GIDS sərgidə “Fatah‐II” (“Fəth‐II”) raketini, “Harbah‐NG” gəmi əleyhinə qanadlı raketi, NAHL elektro‐ optik sistemi və SHAHPAR‐II Block II pi‐ lotsuz uçuş aparatı başda olmaqla quru, dəniz və hava bazalanmalı silah sistemlərini təqdim edib. Bunlar arasında xüsusi maraq görən sistemlərdən biri “Fəth‐II” raketi olub. GIDS tərəfindən hazırlanmış “yer‐ yer” təyinatlı “Fəth‐II”, “Fəth‐I” raketi‐ nin xələfidir. “Fəth‐II” raketi mürəkkəb naviqasiya texnologiyalarını (INS+GNSS) özündə birləşdirir. O, nişan alma, yerləşdirmə və oriyentasiya üçün avto‐ matik sistemlə tamamlanan həm salvo, həm də qeyri‐salvo atəş rejimlərini dəstəkləyir. Raket 100 ilə 290 kilometr məsafədə 50 metrdən az dairəvi sapma ilə hədəfi vura bilir. Onun yerli variantı 400 km, ixrac versiyası isə 290 km məsafədə təklif olunur. MALE (orta hündürlük və uzaq məsafə) sinifinə aid olan SHAHPAR‐II Block II pilotsuz uçuş aparatı həm kəşfiyyat‐müşahidə, həm də hücum missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub. Bu səbəbdən PUA müştərilərə iki versiyada (kəşfiyyat‐ müşahidə, silahlı) təqdim olunur. Kəşfiyyat‐müşahidə əməliyyatları üçün nəzərdə tutulan SHAHPAR‐II Block II‐nin havada qalma müddəti 20 saat və xidmət tavanı 7 km, silahlı ver‐ siyanın isə havada qalma müddəti 12 saat və xidmət tavanı 6.4 km‐dir. Hər iki versiyada PUA‐nın maksimum uçuş sürəti 220 km/saat və məlumat bağ‐ lantı aralığı 300 km (SATCOM olduqda 1500 km) təşkil edir. SHAHPAR‐II Block II PUA‐nın silahlı versiyası bir qanadı‐ nın altında 2 ədəd olmaqla, ümumilikdə 4 ədəd “hava‐yer” təyinatlı raket və bomba daşımaq qabiliyyətinə malikdir. Pakistanın açıq statik sahədə nü‐ mayiş etdirdiyi JF‐17 “Thunder” Block‐3 qırıcısı ziyarətçilərin, rəsmi nü ma yəndə heyətlərinin və hərbi eks pertlərin diqqətini özünə cəlb etməyi bacarıb. Beləki, sərgi çərçivəsində baş tutan avia‐şouda Pakistan Hərbi Hava Qüvvələri JF‐17 Block‐3 qırıcısının ma‐ nevr, uçuş və digər imkanlarını nümayiş etdirib. JF‐17 qırıcısının nümayiş uçuşu ziyarətçilər tərəfindən maraqla qarşıla‐ nıb və mütəxəssislər onun bacarıqlarını yüksək qiymətləndirib. JF‐17 “Thunder” qırıcısı Pakistanın “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu Aircraft Industry Cor‐ poration” şirkəti tərəfindən birgə hazır‐ lanıb. Pakistan HHQ‐də JF‐17 “Thunder” olaraq adlandırılan təyyarə Çində “Chengdu FC‐1 Xiaolong” adı ilə tanınır. Rusiya WDS‑2024‑də geniş məhsul çeşidini təqdim edib Yaxın Şərq və Körfəz regionuna böyük əhəmiyyət verən Rusiya WDS‐ 2024‐də geniş məhsul çeşidini təqdim edib. Rusiyanın “Rosoboroneksport” şirkəti Ər‐Riyadda keçirilən sərgidə 100‐dən çox silah sistemi nümayiş et‐ dirib. Sərgi ilə bağlı fikirlərini bölüşən “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev vurğulayıb ki, WDS ikinci dəfədir keçirilir və artıq qlobal müdafiə sənayesi üçün əsas təd bir lər ‐ dən birinə çevrilib: “2022‐ci illə mü ‐ qayisədə Rusiya ekspozisiyasının miq‐ yası iki dəfə artıb və “Rosoboroneksport” bütün mümkün sərgi mə kanlarında təmsil olunub. Açıq sərgidə şirkət ZA‐SpN “Titan” və “Spartak” zirehli ma‐ şınlarını, “Orlan” PUA ailəsini nümayiş etdirib. Aerodromda İl‐76MD‐90A(E) hərbi‐nəqliyyat təyya rəsi, pavilyonda isə Hərbi Hava Qüv vələri, Quru Qoşunları, JF‑17 “Thunder” döyüş təyyarəsi


Hərbi Dəniz Qüvvələri və Hava Hücu‐ mundan Müda fiə bölmələri üçün ən son məhsullar var”. A.Mixeyev Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələrinin silahlı qüvvələrinin və təhlükəsizlik qüvvələ ‐ rinin nümayəndələrinin müasir döyüş şəraitində sınaqdan keçirilmiş ən son Rusiya müdafiə məhsullarına böyük maraq gördüklərini deyib. Onun söz ‐ lərinə görə, tərəfdaşlarına Rusiya silah istehsalının lokallaşdırılması və pers‐ pektivli modellərin birgə işlənməsi də daxil olmaqla unikal əməkdaşlıq for‐ matlarını təklif ediblər. Sərgidə “Rostex” Dövlət Korporasi‐ yasının tərkibindəki “Yüksək dəqiqlikli komplekslər”, “Almaz‐Antey”, “Vertoleti Rossii”, “Roselektronika”, “Kalaşnikov”, “Uralvaqonzavod” və digər şirkət lə ‐ rin istehsal etdikləri məhsullar “Rosoboron eksport” stendində ziya rət ‐ çilərə və rəsmi nümayəndə heyətlərinə təqdim olunub. Quru qoşunları üçün şirkət real döyüş əməliyyatlarında öz performan‐ sını sübut edən və Yaxın Şərqdə yüksək tələbat olan T‐90MS tankını, aktiv mühafizəli BMP‐3 piyada döyüş maşı‐ nını, ZSA taktiki səviyyədə qorunan təcili yardım maşınını, “Spartak” və “Typhoon‐K” zirehli nəqliyyat vasitə ‐ lərini nümayiş etdirib. WDS‐2024‐də məsafədən idarə olunan döyüş modulu ilə təchiz edilən ZA‐SpN “Titan” xüsusi təyinatlı zirehli maşınının tam miqyaslı nümunəsinin təqdimatı keçirilib. Bu MRAP sinifli nəqliyyat vasitəsinin yüksək ballistik və mina mühafizəsinə, eyni zamanda Yaxın Şərq bazarında, o cümlədən xarici isteh‐ sal olan döyüş modullarının quraşdırıl‐ ması imkanlarına görə, əla pers ‐ pektivlərə malik olduğu bildirilib. WDS‐2024‐də ekspozisiya çər ‐ çivə sində “Rosoboroneksport” xüsusi əməliyyat qüvvələri üçün müasir tex‐ nika və silahlar təqdim edib. Bunlar ara‐ sında “Çukavin”, “Bespokegun Raptor” və “Elegance” snayper tüfəngləri, 200 seriyalı “Kalaşnikov” avtomatları, AK‐12, AK‐15, AK‐19 və AK‐308 avto‐ matları, 9 mm‐lik “Lebedev” yığcam ta‐ pançası, 9 mm‐lik PPK‐20 tapança‐ pulemyotu və KUB‐E sursatları yer alıb. Hərbi Hava Qüvvələrinin nüma ‐ yəndə heyətlərinin diqqətini Səudiyyə Ərəbistanında ilk dəfə tammiqyaslı for‐ mada nümayiş etdirilən yeni İl‐76MD‐ 90A(E) hərbi‐nəqliyyat təyyarəsi, eləcə də Rusiyanın müasir qırıcı, bombard‐ mançı və təlim təyyarələri cəlb edib. “Rosoboroneksport” stendində dünyanın ən yaxşı kəşfiyyatı və hücum helikopterlərindən biri olan Ka‐52, eləcə də digər hərbi nəqliyyat və nəq ‐ liyyat‐döyüş helikopterlərini təq dim edib. Bundan əlavə, “Rosoboroneksport” WDS‐2024‐də müxtəlif aviasiya silahla‐ rını da sərgiləyib. “Rosoboroneksport” açıq statik sahədə “Orlan‐10E” ilə “Orlan‐30” PUA‐ ları olan kompleksləri və antidron seqmentində kiçik PUA‐lar üçün elek‐ tron mübarizə sistemlərini, o cümlədən “RB‐504P‐E”i nümayiş etdirib. Sərgidə hava hücumundan müdafiə sistemləri geniş çeşiddə zenit‐raket kompleksləri və müxtəlif diapazonlu sistemlərlə təmsil olunub. “Almaz‐ Antey” konsernindən uzaqmənzilli ZRK‐lər seqmentində S‐400 “Triumf”, orta mənzilli S‐350E “Vityaz”, “Vikinq” və “Buk‐M2E” zenit‐raket kompleksləri, qısa mənzilli isə “Tor” tipli hava hücu‐ mundan müdafiə sisteminin müxtəlif modifikasiyaları təqdim edilib. Bundan başqa, “Rostex” Dövlət Korporasiyasına daxil olan “Yüksək dəqiqlikli komp ‐ lekslər” holdinqinin quru bazalanmalı “Pantsir‐S1”, “Pantsir‐S1M” zenit raket‐ top kompleksləri və dəniz bazalanmalı “Pantsir‐ME” ZRTK‐sı, eləcə də “Verba” və “İqla‐S” daşınan zenit‐raket komp ‐ leksləri nümayiş olunub. Hərbi Dəniz Qüvvələri üçün “Rosoboronexport” yeni “Klavsen 1RE” avtonom sualtı platformasını, “Sagaris” katerini və “Zaslon” inteqrasiya edilmiş radar kompleksi ilə yeni görünüşdə 20382 layihəli korvetini rəqdim edib. Qeyd edilib ki, “Zaslon” radarının 20382 layihəli korvetə quraşdırılması gəminin döyüş qabiliyyətini əhəmiyyətli dərə ‐ cədə artırıb. Sərginin işgüzar proqramı çərçi ‐ vəsində “Rosoboroneksport” Səudiyyə Ərəbistanının, eləcə də Yaxın Şərq və Şi‐ mali Afrika ölkələrinin hərbi‐siyasi rəhbərliyi və biznes ictimaiyyətinin nümayəndələri ilə bir sıra danışıqlar aparıb. Görüşlər zamanı ikitərəfli hərbi‐ texniki əməkdaşlığın gələcək inkişafı və sənaye tərəfdaşlığı üzrə birgə layihələr müzakirə edilib. “Rosoboroneksport”un açıq statik sahədə sərgilədiyi “Orlan‑10E” ilə “Orlan‑30” PUA‑ları və zirehli maşınları


Azərbaycan Texniki Universitetində (AzTU) yerləşən “Bilişim Vadisi Bakı”ya üzv olan 20 şirkətin nümayəndələri ilə görüş keçirilib. “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov qonaqları salamlayaraq, görüşün əsas məqsədinin dövlət‐univer‐ sitet‐sənaye sahəsində əməkdaşlıq im‐ kanlarının qurulması, innovativ layi hə ‐ lə rin həyata keçirilməsi istiqamətində müzakirələrin aparılması olduğunu bil‐ dirib. AzTU‐nun rektoru Vilayət Vəliyev dünyada texnopark anlayışının çox əhəmiyyətli məsələyə çevrildiyini bildi‐ rib. Rektor Bilişim Vadisi ilə əmək daş ‐ lığın əsas hədəfinin Bilişim Vadisinə üzv şirkətlərin AzTU, eləcə də digər uni ver ‐ sitetlərə müəyyən texnoloji dəstəyin verilməsi olduğunu vurğulayıb. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun yaranması, əsas fəaliyyət istiqamətləri, hazırda icra edilən layihələr haqqında görüş iştirakçılarını məlumatlandırıb. Təhsilin İnkişafı Fondunun həm dövlət, həm özəl şirkətlər ilə əməkdaşlığa açıq olduğunu qeyd edən sədr, tərəfdaşlarla birgə sosial və biznes yönlü layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Elnur Nəsibov iclasın keçirildiyi AzTU‐ da yerləşən Davamlı İnkişaf Mərkəzinin də Fondla əməkdaşlıq çərçivəsində qu‐ rulduğunu qeyd edib. Görüş “Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələrinin təq di ‐ matları və müzakirələrlə davam edib. Mart ayının 1‐də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Azər ‐ baycan Texniki Universitetində (AzTU) Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin, müvafiq nazirliklərin, aidiyyəti dövlət orqanlarının mülki müdafiə sahəsində məsul vəzifəli şəxsləri, rayon icra ha ki ‐ miy yəti orqanlarının fövqəladə hallar komis siyalarının sədrləri, beynəlxalq təşkilatların nümayəndələri və FHN ya‐ nında İctimai şuranın üzvləri iştirak edib. Toplantını giriş sözü ilə açan FHN‐in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general‐mayor Niyazi Za‐ manov mülki müdafiə işinin effektiv təşkilində Beynəlxalq Mülki Müdafiə Təşkilatının rolundan və bu təşkilatın Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarında nazirli‐ yin fəaliyyətindən danışıb. Baş idarənin rəisi vurğulayıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bir daha əhali və ərazilərin fövqəladə ha di ‐ sələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Bildirilib ki, 1 mart ‐ Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. Çıxışında Baş idarə rəisi ölkədə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində nazirliyin vəzifələri, fəaliyyəti və bu sahədə görülən işlər haqqında geniş məlumat verib, mülki müdafiənin inkişaf istiqamətləri, bu sahədə innova‐ tiv texnologiyaların tətbiqinin vacibliyini diqqətə çatdırıb. Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kiber ‐ təhlükəsizlik Əməliyyat Mərkəzinin rəisi Davud Rüstəmov, Azərbaycan Respubli‐ kasının Kosmik Agentliyinin Coğrafi İn‐ formasiya Sistemləri Mərkəzinin di rek ‐ toru İsmət Baxışov, FHN‐in Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin əməkdaşı Murad Qasımov, AzTU‐nun elm və innovasiyalar üzrə pro‐ rektoru Sübhan Namazov və digərləri mövzu ətrafında çıxışlar ediblər. Sonda Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə, eləcə də təmsil olun duqları təşkilatlarda mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliy ‐ yətlərinə görə fərqlənən əməkdaşlar Fövqəladə Hallar Nazirliyi adından “Fəxri fərman”la təltif olunublar. 47 “Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş Mülki müdafiə sahəsində innovativ texnologiyalar


Tarixə nəzər salsaq görərik ki, qədim və orta əsrlərdə bu məsələni həll etmək müxtəlif yollardan istifadə olu‐ nub. Məsələn, həmin dövrdə qoşunu çay, göl və sulu ərazilərdən keçirmək üçün qayıqlar bir‐birinə bağlanılaraq körpü düzəldilib. Bu yolla qoşunun bir tərəfdən digərinə keçidi təmin edilib. 20‐ci əsrdə bu məsələnin həll edilməsi ilə bağlı işlərə başlanılıb və nəticədə əsrin ortalarında səyyar körpü sis ‐ temləri inkişaf etdirilib. Həmin dövrdən indiyə kimi müxtəlif təyinatlı körpü sistemləri hazırlanıb. Hazırda səyyar körpü sistemlərini üç qrupda müəyyənləşdirmək olar: üzən körpülər, ponton körpülər və mexanikləşdirilmiş körpülər. Bu kör ‐ pülər arasında bir çox fərqlər mövcud‐ dur. Belə ki, üzən körpülər və ponton körpülər yalnız su maneələrinin üzə ‐ rindən keçidin təmin edilməsi üçün nəzərədə tutulub. Ancaq mexanik ləş ‐ dirilmiş körpülər həm su ma ‐ neələrinin, həm də dərə, bataqlıq, yar‐ ğan və quru səthindəki digər keçilməsi vacib olan təbii və süni maneələrdən keçidin təmin olunması üçün təyin edilib. Təyinat cəhətdən üzən və ponton körpülər bir‐birinə bənzəsə də, arala‐ rında ciddi fərqlər var. Onlar arasında ən böyük fərq qurulmasında, körpünün stabil saxlanılmasında və hərəkət etdirilməsində əlavə dəstək katerlərinə ehtiyacın duyulub‐duyulmamasındadır. Üzən körpülər suya girdikləri halda üzmə bacarıqları sayəsində sərbəst şəkildə hərəkət edə və suda stabil qala bildikləri halda, panton körpülər dəs ‐ təkləyici katerlərə ehtiyac duyur. Elə bu səbəbdəndir ki, səyyar üzən hücum körpüləri (SÜHK) həm də amfibiya körpülər adlandırılır. Günümüzdə səyyar körpülərin is‐ tehsalı sahəsi ilə əsasən Almaniya, Ru‐ siya, İtaliya, Polşa, Türkiyə, ABŞ şirkətləri məşğul olur. Bu ölkələrin müdafiə sənayesi şirkətləri tərəfindən istehsal edilən körpü sistemləri qlobal bazarda bir çox müştəri tərəfindən se‐ çilib. M3 səyyar üzən hücum körpüsü M3 səyyar üzən hücum körpüsü ötən əsrin sonlarında Almaniyanın “Eisenwerke Kaiserslautern” şirkəti tərə findən M2 səyyar üzən körpüsünün daha təkmil variantı olaraq inkişaf et‐ dirilib. 1999‐cu ildən xidmət gös ‐ tərməyə başlayan bu körpü hazırda ABŞ mərkəzli “General Dynamics” korpora‐ siyasının Avropada fəaliyyət göstərən törəmə şirkəti “General Dynamics European Land Systems” (GDELS) tərəfindən istehsal edilir (2002‐ci ildə GDELS şirkəti “Eisenwerke Kaiserslau‐ tern” şirkətini satın alıb). M3 SÜHK 4x4 təkər formullu texni‐ kanın şassisində hazırlanıb. Dizel mühhəriki ilə təchiz edilən M3 körpü sisteminin quruda maksimum hərəkət sürəti 80 km/saat, suda isə 14 km/saat ‐ dır. Suda olan zaman amfibiya körpü‐ nün hərəkətini və idarə olunmasını iki ədəd nasos jeti təmin edir. Tam dolu ya‐ nacaq ilə hərəkət mənzili 750 km olan M3 SÜHK‐nin ağırlığı təqribən 28 ton‐ dur. Uzunluğu 13.03 m və hündürlüyü 3.97 m olan körpü sisteminin eni 3.35 m, yan pandusları açıldıqda isə 6.57 metr təşkil edir. M3 SÜHK ordular tərəfindən həm bərə kimi, həm də bir‐birinə birləş ‐ dirilməsi yolu ilə lent şəklində körpü yaradılaraq istifadə edilə bilir. Şəxsi heyəti iki‐üç nəfərdən ibarət olan körpü HYS 85 T/132W ağırlığındakı texnika‐ ları daşımaq və keçidini təmin etmək imkanına malikdir. Körpünün üzərin ‐ dən HYS 85 T (Hərbi yük sinfi 85 ton təkərli) ağırlığına qədər həm təkərli nəqliyyat vasitələrinin, həm də “Leopard 2”, M1A2 “Abrams” və “Chal‐ lenger 2” tankları daxil olmaqla bütün növ tank və tırtıllı texnikaların keçidi mümkündür. Hazırda M3 səyyar üzən hücum körpüsü Almaniya, Böyük Britaniya, İsveç, Latviya, İndoneziya, Tayvan, Sin‐ qapur və Cənubi Koreya Silahlı Qüvvələri tərəfindən istismar olunmaq‐ dadır. 48 www.poliqon.az SƏYYAR KÖRPÜ SİSTEMLƏRİ ?Elşən Abdulkərimov Müharibələr zamanı əsas məsələlərdən biri ordunun ərazidə maneəsiz və çevik şəkildə hərəkətini təmin etməkdir. Bu məqsədlə hərəkət anında qarşıya çıxan çay, bataqlıq, yarğan, dərə kimi maneələrin asanlıqla dəf edilməsi olduqca vacibdir. Həmin maneələrin rahatlıqla keçilməsində səyyar körpü sistemləri orduların köməyinə çatır. M3 səyyar üzən hücum körpüsü


Click to View FlipBook Version