The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

POLİQON jurnalı 2024 yanvar-fevral 1 (69)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by POLIQON / AZERI DEFENCE Military Magazine, 2024-03-27 04:25:29

POLİQON jurnalı 2024 yanvar-fevral 1 (69)

POLİQON jurnalı 2024 yanvar-fevral 1 (69)

Qeyd edək ki, 2016‐cı ildə keçirilən NATO‐nun “Anakonda” təlimlərində Polşa ərazisindən axan Visla çayının üzərində indiyə kimi ən uzun M3 kör‐ püsü qurulub. Böyük Britaniya Ordusu‐ nun 8 və Almaniya Ordusunun 22 böl ‐ məsinin iştirakı ilə 35 dəqiqə ərzində Visla çayında 350 metr uzunluğunda körpü salınaraq NATO qüvvələrinin ke‐ çidi təmin edilib. EFA səyyar üzən hücum körpüsü EFA səyyar üzən hücum körpüsü Fransanın CEFA şirkəti tərəfindən di‐ zayn və istehsal edilib. Ötən əsrin son‐ larında inkişaf etdirilən körpünün ha‐ zırlanmasındakı başlıca məqsəd Fransa Ordusunun səyyar körpülərə olan ehti‐ yacını qarşılamaq olub. M3 kimi EFA səyyar körpüsü də 4x4 təkər formullu texnikanın şas si ‐ sində hazırlanıb. 750 at gücündəki dizel mühhərik və 6 pilləli avtomatik sürət qutusu ilə təchiz olunan EFA SÜHK‐nin quruda hərəkət sürəti maksimum 80 km/saat təşkil edir. 700 km hərəkət mənzili olan körpü sistemi 30 dərəcə bucaq altında yana maili, 50 dərəcə bucaq altında dik maili əraziləri aşa bilir. EFA səyyar körpünün ağırlığı 45 ton, eni 3.6 m, hündürlük 4 m, uzunluğu isə 12.6 metrdir. Körpü tam açıldıqda 34.5 m uzunluğunda və 7 m enində olur. Texnikaların hərəkəti üçün nəzərdə tu‐ tulan yolun eni 4 m təşkil edir. Bərə və körpü kimi istifadə edilə bilən EFA SÜHK suya girməmişdən öncə yan alt tərəflərdə qalan hava yastıqları açılaraq avtomatik şəkildə tam doldu‐ rulur. Təxminən 5 dəqiqə ərzində mini‐ mum 2 nəfər heyət tərəfindən bir EFA körpüsü istifadə üçün tam hazır və ‐ ziyyətə gətirilir. Səyyar körpü HYS 70 T ağırlığındakı tırtıllı və təkərli texnikanı daşımaq və onların keçidini təmin etmək qabiliyyətinə malikdir. Bərə kimi istifadə edildikdə tək EFA körpü sistemi bir ədəd ağır tankı, 2 ədəd orta tankı və ya 4 ədəd zirehli nəqliyyat vasitəsini sahilin bir tərəfindən digərinə daşıya bilir. İki EFA körpü sis‐ temi bərə konfiqurasiyasında birləş ‐ dirildikdə maksimum HYS 150 T ağırlı‐ ğındakı bir ədəd özüyeriyən artilleriya qurğusunu və 2 ədəd orta tankı daşı‐ maq imkanına sahib olur. EFA, texnikaların keçidini təmin etmək üçün bərə funksiyasından başqa, həm də bir‐birinə birləşdirilərək körpü kimi istifadə edilir. Texnikaların və bölmələrin keçidini təmin edəcək 100 metr uzunluğunda körpünün hazırlan‐ ması üçün 4 ədəd EFA, 8 əsgər və təxminən 15 dəqiqə vaxt tələb olunur. Suda olduğu zaman körpünün hə ‐ rəkətini, idarə olunmasını və stabil qal‐ masını təmin etmək üçün EFA hər biri 281 at gücündə olan və 360 dərəcə fır‐ lana bilən iki ədəd nasos jeti ilə təchiz edilib. Hər bir EFA səyyar körpüsü suda davamlı olaraq 8 saat fəaliyyət göstərə bilir. Günümüzdə EFA səyyar üzən hü ‐ cum körpülərinin əsas istifadəçisi Fransa Silahlı Qüvvələridir. Bu körpü sistemləri 1989‐cu ildən etibarən Fransa Silahlı Qüvvələrinin istisma‐ rında yer almaqdadır. Fransadan başqa, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin mühəndis texnikaları par‐ kında da EFA səyyar körpüləri mövcud‐ dur. Son olaraq ötən ilin sentyabrında Fransa hökuməti sözügedən körpü sistemlərini hərbi yardım çərçivəsində Ukraynaya tədarük edəcəyini açıqlayıb. SAMUR səyyar üzən hücum kör‑ püsü Türkiyə Silahlı Qüvvələrinin taktiki əməliyyat ehtiyaclarına uyğun olaraq FNSS şirkəti tərəfindən inkişaf etdirilən SAMUR körpü sistemi taktiki təkərli zi‐ rehli maşınla oxşar konsepsiyaya və ortaq platforma alt sistemlərinə sahib olub, nəqletmə dəstləri və körpü konfi‐ qurasiyaları ilə çaydan keçmə əməliy ‐ yatlarında bütün hərbi yükləri, xüsusən də əsas döyüş tanklarını qarşı sahilə da‐ şımaq üçün nəzərdə tutulub. EFA səyyar üzən hücum körpüsü SAMUR səyyar üzən hücum körpüsü


SAMUR sistemi öz sinfində yeganə 8x8 platformadır. Onun mərkəzi təkər şişirtmə və tənzimlənə bilən sürüş hündürlüyünə nəzarət funksiyalarına sahib bütün oxlardan idarə edilə bilən 8x8 güc aqreqatı, xüsusilə yumuşaq, palçıqlı və maneəli ərazidə unikal yol‐ suzluq performansı və hərəkət sürəti təmin edir. Yumşaq torpaqda işləmək bacarığı çay sahillərində su girişi və çı‐ xışı üçün əhəmiyyətli dərəcədə az ha‐ zırlıq görülməsinə imkan verir. Bütün oxlardan dönüş sistemi texnikanın dönmə radiusunu minimuma endirir. 8x8 konsepsiyasında oxlar arasındakı məsafənin daha qısa olması səbəbindən dik maneələri və xəndəkləri dəf etməkdə analoqları ilə müqayisədə daha üstün hərəkət qabiliyyətinə ma‐ likdir. Bundan əlavə, maksimum 9 ton ox yükünə sahib 8x8 güc aqreqatı yer təzyiqini əhəmiyyətli dərəcədə aşağı salır və daha az aşınma səbəbindən təkərlərin daha uzun müddət xidmət göstərməsini təmin edir. SAMUR SÜHK 30 dərəcə bucaq altında yana maili, 60 dərəcə bucaq altında dik maili əraziləri aşa bilir. SAMUR sistemi texnika suya girən zaman itkini təmin edən iki ədəd nasos jetinə sahibdir. Bu sistem texnikaya pivot (nöqtə ‐ yəni bir nöqtədə) dö ‐ nüşlər ilə yana və irəliyə doğru 360 dərəcə manevrlər etməyə imkan verir. Bərə konfiqurasiyasında tək bir SAMUR sistemi HYS 21 (Hərbi yük sinfi 21 ton) tırtıllı texnikaları daşıya bilir. İki SAMUR sistemi üzdürücüdən‐üzdü rü ‐ cüyə qoşula bilər və HYS 85 P (Hərbi yük sinfi 85 ton tırtıllı) texnikanı daşıya bilər. Üç sistemi bir‐biri ilə birləş ‐ dirərək HYS 120 T‐yə (Hərbi yük sinfi 120 ton təkərli) qədər texnikanın sulu bölgələrdən keçidi təmin etmək olar. Bərə konfiqurasiyası ilə yanaşı, 8 ədəd SAMUR sistemi HYS 85 P və HYS 120 T texnikalarını daşıya bilən 100 m uzun‐ luğunda körpünün inşası üçün bir‐biri ilə birləşdirilə bilər. Müəyyən missiyalar üçün çox sayda SAMUR‐u daha böyük məsafələri keçmək üçün bir‐biri ilə birləşdirmək mümkündür. Özünü təmin etmək baxımından SAMUR əlavə dəstək maşınlarına ehti‐ yacı aradan qaldıraraq bir sistemdə dörd rampa aparatını daşıya bilir. Bun‐ dan əlavə, SAMUR, xüsusən də yumşaq ərazilərdə texnikanı və ya hər hansı digər sistemi xilas etməyə imkan verən özünü xilasetmə bucurqadı (kran) ilə təchiz edilmişdir. Döyüş zamanı məhdud zamandan ən yaxşı şəkildə istifadə etməyi hədəf ‐ ləyən sistemlə ən çox 10 dəqiqə ərzində ikili daşıma qrupu yaratmaq mümkün‐ dür. SAMUR‐da xilasetmə kranı, avto‐ matik yanğınsöndürmə sistemi, sabit yanğınsöndürmə sistemi, portativ yanğınsöndürmə balonları və əlavə təzyiqli NBK sistemi ilə təhlükəsizlik ön planda tutulub. Bənzər məqsədlər üçün dizayn edilmiş dünya səviyyəsindəki bütün digər sistemlərdən üstün xüsusiy yət ‐ lərə malik olan SAMUR, FNSS mühən ‐ disləri tərəfindən milli imkanlarla di‐ zayn olunub. SAMUR, standart olaraq təqdim edilən fövqəladə və sahil lövbər sistemi, ballistik mühafizəsi, eləcə də nasazlığın asan aşkarlanmasını təmin edən elektron məlumat kommunikasiya infrastrukturu ilə oxşar sistemlərdən fərqlənir. SRB ponton körpüsü Fransanın CEFA şirkətinin istehsal etdiyi “Steel Ribbon Bridge” (SRB) tex‐ nikaların su üzərindən keçidini təmin etmək üçün nəzərdə tutulmuş ponton körpüdür. EFA səyyar üzən hücum kör‐ püsü kimi SRB‐nin də inkişaf etdiril ‐ məsində əsas məqsəd Fransa Ordusu‐ nun ehtiyaclarının qarşılanması olub. Ponton körpülər səyyar üzən hücum körpülərindən fərqli olaraq müxtəlif yük maşınlarının bortunda da‐ şınır. Bu səbəbdən SRB körpüsünün həm 3 oxlu, həm də 4 oxlu yük maşının‐ larının bortunda daşınması mümkün‐ dür. Bundan başqa, SRB ponton körpüləri C‐17, C‐5 və A400M kimi hərbi nəqliyyat təyyarləri tərəfindən də daşına bilər. HYS 85 T olan hərbi texnikaların, yüklərin və bölmələrin keçidini təmin edən SRB həm bərə, həm də körpü ola‐ raq istifadə edilir. Hər bir körpünün və bərənin tərkibinə ponton körpülərdən əlavə rampalar da daxildir. Bir ponton körpüsünün uzunluğu 6.7 m, eni açıq halda 8.6 m (qapalı vəziyyətdə 3.3 m), hündürlüyü açıq halda 1.4 m (qapalı vəziyyətdə 2.4 m) SRB ponton körpüsü


və ağırlığı 7.9 ton təşkil edir. Texnikala‐ rın asanlıqla körpüyə çıxıb‐düşmələrini təmin edən bir rampanın uzunluğu 6.7 m, eni açıq halda 7 m (qapalı 3.9 m), hündürlüyü açıq halda 1 m (qapalı 1.9 m) və kütləsi 6 tondur. Ponton körpü‐ nün və rampanın hazırlanmasında istifadə olunan materiallar bir‐birindən fəqlənir. Ponton körpünün istehsalında yüksək dərəcəli poladdan, rampanın isə yüksək dərəcəli alüminiumdən istifadə edilib. Körpünün və bərənin quraşdırıl‐ masında, hərəkət etdirilməsində və suda stabil saxlanılmasında dəstək katerlərindən istifadə olunur. Burada CEFA şirkəti müştərinin istəyinə uyğun olaraq müxtəlif dəstək katerlərindən istifadə imkanı verir. Dəstək kater ‐ lərinin vasitəsilə suyun üzərində 100 metrlik ponton körpünün qurulmasına 30‐45 dəqiqə vaxt sərf edilir. Körpü qu‐ rulduqdan sonra dəstək katerləri çayın sürətini də nəzərə almaqla, axın istiqamətinin əksinə üzərək körpünü stabil vəziyyətdə saxlayır. SRB bərə olaraq da istifadə edilə bilər. Bu vaxt onun tərkibinə 2 rampa‐ nın və istənilən sayda ponton körpü daxil edilməsi mümkündür. Bu vaxt istifadə edilən ponton körpülərin sayın‐ dan asılı olaraq dəstək katerlərinin də sayı arta bilər. 2 rampa və 6 panton körpüdən ibarət bərənin qurulması üçün minimum 15 dəqiqə vaxt və 2 dəstək kateri tələb olunur. IRB ponton körpüsü “Improved Ribbon Bridge” ponton körpüsü Avropada fəaliyyət göstərən “General Dynamics European Land Systems” (GDELS) şirkəti tərəfindən is‐ tehsal edilir. Ponton körpü HYS 80 T ağırlığın‐ dakı texnikaların suyun üzərindən ke‐ çidini təmin etmək üçün nəzərdə tutu‐ lub. IRB ponton körpüsü həm tırtıllı tex‐ nikaların, həm də təkərli nəqliyyat vasitələrinin və yük maşınlarının keçə bilməsi üçün uyğundur. O, “Leopard 2”, M1A2 “Abrams” və “Challenger 2” kimi əsas döyüş tanklarının keçidini təmin edir. IRB ponton körpüsünün daşınma‐ sında istehsalçı müştərilərinə bir çox seçim imkanı verir. Belə ki, IRB ponton körpüsü NATO standartlarına cavab verən istənilən 8x8 təkər formullu yük maşınının bortunda və ya qoşqunun üzərində daşına bilir. IRB qoşqu üzərində daşındıqda bu vaxt 3 oxlu qoş‐ qulardan istifadə edilir. 8x8 təkər for‐ mullu yük maşınının bortunda daşın‐ dıqda GDELS şirkəti müştərilərə əsasən ABŞ (“Oshkosh Defense” şirkətinin HEMTT A4 yük maşını) və Almaniya (“Rheinmetall” şirkətinin HX seriyalı yük maşınları) istehsalı olan yük maşın‐ larını təklif edir. Digər ponton körpülərdə olduğu kimi IRB‐nin də qurulması, hərəkət etdirilməsi və suda stabil saxlanılması üçün dəstək katerlərinə ehtiyac duyu‐ lur. GDELS şirkəti burada da müş tə ‐ rilərinə seçim imkanı verir. Bunun səbəblərindən biri GDELS şirkətinin quru texnikalarının və körpü sistem ‐ lərinin istehsalı ilə məşğul olmasıdır. Bərə və körpü kimi istifadə edilən IRB‐nin əsas üstünlüklərindən biri onun Avropa şirkətləri tərəfindən NATO standartlarında istehsal edilən digər ponton körpülər ilə birgə quraş‐ dırıla bilməsidir. Bundan başqa, IRB ponton körpüsü M3 səyyar üzən hücum körpüsü ilə də qarşılıqlı fəaliyyət gös ‐ tərmək imkanına sahibidir. Günümüzdə IRB ponton körpüsü‐ nün əsas istifadəçiləri ABŞ və Almaniya Silahlı Qüvvələridir. IRB, 2003‐cü ildən bəri ABŞ Ordusunun, o cümlədən ABŞ Dəniz Piyadaları Korpusunun xidmə ‐ tindədir. Ponton körpü bu bölmələr tərəfindən müxtəlif bölgələrdəki döyüş ‐ lərdə aktiv olaraq istifadə edilib. PP‑2005M ponton körpüsü PP‐2005M ponton körpüsü Rusiya müdafiə sənayesinin bu sahədə hazır‐ ladığı və günümüzdə Rusiya Ordusunda istifadə olunan ən sonuncu inkişafdır. O, Rusiya Ordusunun ehtiyaclarının qarşı‐ lanması məqsədilə yerli müəssisələr tərəfindən inkişaf etdirilən PP/PMP ponton körpü parkına daxildir. Bu parka daxil olan hər bir yeni PP/PMP əslində əvvəlkinin təkmilləşdirilmiş versiyasıdır və onlar əsas kom ponent ‐ lərin dizaynı və tərkibi ilə fərqlənir. Belə ki, ötən əsrin 90‐cı illərində Rusiyanın mühəndis qoşunları PP‐91, 2000‐ci illərin ortalarında isə modern ləş ‐ dirilmiş PP‐91M və ya PP‐2005 ponton körpülərini qəbul edib. Bu parkın sonuncu inkişafı PP‐ 2005M ponton körpüsüdür (PMP‐ 2005M indeksi də mövcuddur). O, 2000‐ci illərin ortalarından Rusiyanın “Vympel” konstruktor bürosu və “Okskaya” gəmiqayırma zavodu tərə ‐ findən hazırlanıb. Onun inkişaf etdiril ‐ məsin dəki məqsəd PP‐2005 donanma‐ sını yeniləmək və körpünün bütün əsas xüsusiyyətlərini təkmilləşdirmək olub. 2010‐cu ildən başlayaraq sınaqları keçirilən PP‐2005M ponton körpüsü 2013‐cü ildə Rusiya Ordusunun inven‐ tarına qəbul edilib. PP‐2005M öz imkanlarına görə sələfilərindən əsaslı şəkildə fərqlənmir. O, müəyyən bir əraziyə sürətlə hərəkət edilməsi, bərə və ya ponton körpünün salınması üçün nəzərdə tutulub. Hər bir ponton körpünün ağırlığı 8.3 ton və yük götürmə qabiliyyəti 25 tondur. Onlar dörd oxlu KamAZ‐63501 yük maşınla‐ rının bortunda daşınır. PP‐2005M pon‐ ton körpülərindən ibarət bir bölmənin (təxminən 32 ədəd ponton körpü daxil‐ dir) daşınması üçün ən azı 40‐42 ədəd 51 IRB ponton körpüsü


KamAZ‐63501 yük maşını tələb olunur. PP‐2005M‐dən ibarət körpü keçi‐ din tələblərdən asılı olaraq müxtəlif strukturlarda yığıla bilər. Belə ki, pon‐ ton körpülər bir‐birinə birləşdirilməklə uzunluğu 268 m və eni 14 m‐ə qədər olan bir körpü kimi quraşdırıla bilər. Bu tip körpü iki zolaqlı olur və 120 ton yükə tab gətirir. Bundan başqa, yuxarıda qeyd etdi‐ yimiz kimi, PP‐2005M‐dən bərə olaraq da istifadə etmək mümkündür. Bu halda PP‐2005M ponton körpülərindən (bir bölməyə daxil olan) 90 ton yükgötürmə qabiliyyətinə malik səkkiz bərə, 190 ton yükgötürmə qabiliyyətinə malik dörd bərə və ya 380 ton yükgötürmə qabi ‐ liyyətinə malik iki bərə qurmaq olar. Su maneəsinin və yükün xüsusiy yət lə ‐ rindən asılı olaraq, bərə tək, bir yarım və ya ikiqat genişliyə malik ola bilər. Körpülərin və bərələrin qurulma‐ sında, stabil saxlanılmasında, hərəkət etdirilməsində MZ‐330 mühərrikləri və ya BMK‐MT/MO dəstək qayıqlarından istifadə olunur. MZ‐330‐un mühərrik bloku elektrik stansiyası və nasos jetindən ibarətdir. Bu mühərrik 10 tona qədər yük daşıya və 1800 kq‐a qədər yanalma yükü yarada bilər. O, kifayət qədər yüksək manevr qabiliyyətinə ma‐ likdir və 12 düyün sürətlə üzmə imkanı təmin edir. Həmçinin BMK‐MT və BMK‐MO motorlu dəstək qayıqları da körpü və bərələri hərəkət etdirmək üçün istifadə edilə bilər. Bunlar dayaz sularda işləmək və müxtəlif yükləri yedəkləmək üçün nəzərdə tutulmuş düz dibli, kiçik yerdəyişmə qabiliyyətinə malik qayıq‐ lardır. Qayığın burnunda həm ayrı‐ayrı‐ lıqda, həm də daha böyük strukturların bir hissəsi olaraq bağlantılara qoşulmaq üçün qurğular təmin edilib. Digər ava‐ danlıqlar kimi, qayıq da adi bir yük ma‐ şını ilə daşınır. TMM‑6 mexanikləşdirilmiş kör‑ püsü TMM‐6, Rusiyanın “Uralvaqonzavod” konsernin tərkibinə daxil olan “OmskT‐ ransMaş” müəssisəsi tərəfindən inkişaf etdirilən ağır mexanikləşdirilmiş kör‐ püdür. O, Belarus istehsalı olan 8×8 təkər formuluna malik MZKT‐7930 şas‐ sisi üzərində qurulub. 8×8 təkər formu‐ luna malik MZKT‐7930 maşınının sürəti 70 km/saat, heyəti 2 nəfər, gediş ehti‐ yatı 1100 km təşkil edir. Təkərli və tırtıllı texnikaların xəndəklər, kanallar və su maneələri üzərindən operativ körpü keçidi üçün nəzərdə tutulan TMM‐6 yüksək sürət və portativliyə malikdir. Ondan həm təkli şəkildə nisbətən qısa, həm də bir‐birinə birləşdirilməklə daha uzun körpülər ya‐ radıla bilər. Tək bir TMM‐6 körpü keçi‐ dinin uzunluğu 17 m və yükqaldırma qabiliyyəti 60 tondur. TMM‐6‐ları bir‐birinə birləş dir ‐ məklə 40 dəqiqə ərzində eni 100 m‐ə qədər və dərinliyi 5 m‐ə qədər olan maneələrin üzərindən qaldırma qa ‐ biliy yəti 60 ton olan metal körpünün qurulması mümkündür. Hazırda TMM‐6 ağır mexanik ‐ ləşdirilmiş körpüləri Azərbaycan Ordu‐ sunun və Rusiya Ordusunun mühəndis bölmələrinin istismarında yer almaqda‐ dır. MTU‑90M mexanikləşdirilmiş körpüsü “OmskTransMaş” müəssisəsinin hazırladığı MTU‐90M mexanikləş ‐ dirilmiş körpüsü sələfi olan MTU‐90 körpüsünün təkmilləşdirilmiş versiya‐ sıdır. 2008‐2009‐cu illər ərzində inkişaf etdirilən MTU‐90M körpüsü 2013‐cü ildə Rusiya Ordusunun inventarına qəbul edilərək aktiv şəkildə istifadə olu‐ nur. Müəssisənin inkişaf etdirdiyi TMM‐ 6 körpüsü ilə müqayisədə MTU‐90M əsasən, ön xətdə zərbə altında döyüşən bölmələrin texnikalarının su və ərazi məneələri üzərində keçidini təmin etmək üçün nəzərdə tutulub. MTU‐90M‐də TMM‐6‐dan fərqli olaraq təkərli şassi deyil, tırtıllı T‐90S tankından istifadə edilib. Buradakı əsas məqsəd ön xətdə zərbə altında döyüşən bölmələrə maneə üzərindən keçid təmin edərkən mexanikləşdirilmiş körpü heyətinin etibarlı şəkildə qorun‐ ması və eyni zamanda ərazidə yüksək hərəkət, manevr qabiliyyətinin təmin olunmasıdır. MTU‐90M mexanikləşdirilmiş kör‐ püsü eni 19 metrə qədər olan istənilən çay, arx, ərazi və mühəndis manelərinin üzərindən həm təkərli, həm də tırtıllı texnikaların keçidini təmin edir. Heyət üzvü 2 nəfər və qurulma müddəti 150‐ 180 saniyə olan MTU‐90M‐in təkcə kör‐ püsünün ağırlığı 11.4 tondur. Onun mənzil uzaqlığı 550 kilometr təşkil edir. MS‑20 və MG‑20 mexanikləş ‑ dirilmiş körpüləri Polşanın OBRUM şirkəti tərəfindən layihələndirilən MS‐20 “Dağlezja” mexanikləşdirilmiş körpü 6×6 ötürü‐ cülü “Jelcz C662D.43” dartıcısından, 6×6 hidravlik ötürücülü nəqliyyat qoş‐ qusundan, körpü itələyicisindən və PM‐20 körpüsündən ibarətdir. Bu sistemin əsas vəzifəsi MLC70/110 sinifindəki ağırlığı 63.5 tona qədər və xüsusi hallarda MLC80/120 sinifindəki ağırlığı 72.6 tona qədər olan bütün avtomobillərin 20 metrə qədər enlikdə su və ya ərazi maneələrini dəf etməsinin təmin olun‐ masıdır. Sistem sürücü və körpü operato‐ rundan ibarət iki nəfərlik heyət tərəfindən idarə olunur. Ümumi kütləsi 47.9 ton (zirehli kabinəli versiyada 49.5 ton), şossedə maksimum hərəkət sürət isə 80 km/saatdır. Tayları qatlanmış va‐ riantda körpünün özünün uzunluğu 16.5 metrdir. Bundan başqa, OBRUM şirkəti tərəfindən MG‐20 “Dağlezja‐G” mexa ‐ nik ləş dirilmiş körpüsü hazırlanıb. MG‐20 “Dağlezja‐G” mexanikləşdirilmiş 52 www.poliqon.az MTU‑90M mexanikləşdirilmiş körpüsü


kör pü sündə MS‐20 “Dağlezja”dan fərqli olaraq tırtıllı şassidən istifadə edilib. MG‐20 “Dağlezja‐G”, PMG‐20 tırtıllı şassisindən və PM‐20 körpüsündən ibarətdir. Bu körpü 20 m enində su və ya rel‐ yef maneələrini tez dəf etməyə imkan verir. Körpüdən Polşa Ordusunda və NATO‐da istifadə olunan bütün təkərli və tırtıllı texnikaların keçidi mümkün‐ dür. MS‐20 kimi MG‐20 də MLC70/110 sinifindəki texnikaların keçidini təmin edir. MG‐20‐nin şassisi körpünün daşın‐ ması və maneənin üzərindən açılması üçün uyğunlaşdırılıb. Körpünün ayrıl‐ ması və quraşdırılması ekipaj üzvləri tərəfindən texnikanı tərk etmədən onun içərisindən həyata keçirilir. Şassi ekipaj üzvlərinin müxtəlif relyef və döyüş şəraitində tapşırığı yerinə yetirməsinə imkan verən avadanlıqlarla təchiz edilib. MG‐20 həmçinin zərbə dalğasından, radioaktiv şüalardan və kimyəvi qazlardan qorunmaq üçün nəzərdə tutulmuş cihazlarla da təmin olunub. “Python” mexanikləşdirilmiş körpüsü Yuxarıda da qeyd etdiyimiz kimi, GDELS şirkəti Avropanın əsas səyyar körpü istehsalçılarındandır. Şirkətin bu sahədəki məhsul çeşidi olduqca geniş‐ dir. GDELS şirkəti həm səyyar üzən hücum körpüləri, həm ponton körpülər, həm də mexanikləşdirilmiş körpülər is‐ tehsal edir. GDELS mexanikləşdirilmiş körpü seqmentində “Python”, “Anaconda”, “Viper” və “Cobra” körpülərinin isteh‐ salını həyata keçirir. Bunlar arasında xüsusi diqqət çəkənlərdən biri “Python” mexanikləşdirilmiş körpüsüdür. 8×8 təkər formullu şassi üzrəində quraşdırılan “Python” körpüsü 13 metr enindəki yarğanların və çayların üzə ‐ rindən yüngül və orta ağırlıqdakı texni‐ kaların keçidini təmin etmək üçün nə ‐ zərdə tutulub. Körpü sisteminin iki per‐ sonal tərəfindən qısa müddət ərzində istifadəyə hazır vəziyyətə gətiriləməsi və aşağı istismar xərclərinə malik ol‐ ması onun əsas üstünlükləri sırasında yer alır. 2009‐cu ildən bəri müxtəlif müharibələrdə iştirak etmiş və aktiv əməliyyat şəraitində sübut olunmuş “Python” körpüsü MLC50 sinifindəki təkərli və tırtıllı texnikaların keçidini təmin edir. Bir sıra NATO və Avropa ölkələri tərəfindən seçilən sözügedən mexanik ‐ ləşdirilmiş körpünün son sifariş çi lə ‐ rindən biri Gürcüstan Silahlı Qüvvə ‐ ləridir. Belə ki, 2023‐cü ilin iyun ayında şirkət Gürcüstan Silahlı Qüvvələrinə 4 ədəd “Python” körpüsü tədarük edə ‐ cəyini açıqlayıb. Tədarük çərçi vəsində mexanikləşdirilmiş körpülərin 2024‐ 2025‐ci illər ərzində Gürcüstan Silahlı Qüvvələrinə təhvil verilməsi planlaşdı‐ rılıb. Nəticə Səyyar körpü sistemləri keçmişdə olduğu kimi bu gün də aktualdır. Gedi‐ şata əsasən onu demək olar ki, bu körpülər hələ gələcəkdə də öz effektiv‐ liyini qoruyub saxlayacaq. Çünki is ‐ tənilən texnikanın su üzərindən keçi‐ dini təmin etmək üçün onların hər bi‐ rini amfibiya olaraq inkişaf etdirmək mümkün deyil. Bundan başqa, sözü ‐ gedən körpülər təkcə su manelərinin deyil, həm də qurudakı manelərin dəf edilməsi üçün nəzərdə tutulduğundan onların istifadəsi olduqca əvəz edilməz hala gəlir. Məhz buna görədir ki, gə lə ‐ cəkdə “modern ordu” anlayışına cavab olaraq yeni və müasir tələblərə uyğun səyyar körpülərin hazırlanacağını demək mümkündür. Qlobal müdafiə sənayesi bazarına nəzər salsaq səyyar körpü seqmentinin bazardakı payı çox deyil. Ancaq qeyd etdiyimiz kimi, su və relyef maneələrinin dəf edilməsi ol‐ duqca vacib olduğundan bu sahə hələ uzun müddət aktual olaraq qalacaq. 53 MS‑20 mexanikləşdirilmiş körpüsü “Python” mexanikləşdirilmiş körpüsü


Fevral ayının əvvəlində Azərbaycan Ordusunun yüksək rütbəli hərbi qul ‐ luqçuları Türkiyədə səfərdə olub. Səfər çərçivəsində azərbaycanlı nümayəndələr Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüblər. Hər iki görüşdə Azərbaycan ilə Türkiyənin digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Azərbaycan Ordusunun yüksək rütbəli hərbi qulluqçuları Milli Müdafiə Universitetinin Quru Qoşunları Ali Hərbi Məktəbinin tədris korpuslarını ziyarət edib, buranın maddi‐texniki bazası və yaradılan şəraitlə tanış olublar. Onlara tədris prosesi barədə məlumat verilib. Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin müxtəlif komandanlıqlarını və əməliyyat mərkəzlərini, eləcə də hərbi sənayə şirkətlərini ziyarət edib, burada qərargah fəaliyyətləri, silah‐texnika və hərbi təyinatlı vasitələrlə tanış olub. Azərbaycan Ordusunun generalları səfər çərçivəsində ASELSAN şirkətini də ziyarət edib. Azərbaycanlı nümayəndə heyətinə ASELSAN‐ın hava hücumundan müdafiə sistemləri başda olmaqla ən qabaqcıl həlləri təqdim olunub. Azərbaycan Ordusunun Komando bölmələri Çinin DJI şirkəti tərəfindən istehsal olunan “Mavic 3” dronlarından istifadə edir. Komandolar “Mavic 3” dronundan istifadə etməklə kəşfiyyat və müşahidə tapşırıqlarını yerinə yetirir. Əslində, DJI şirkətinin istehsal etdiyi “Mavic 3” dron ailəsi mülki təyinatlı is ti ‐ fadə üçün nəzərdə tutulub. Ancaq dronların bir sıra üstün xüsusiyyətlərə sahib olması onları hərbi istifadə üçün də uyğun edir. Bu ailəyə “Mavic 3”, “Mavic 3 Classic” və “Mavic 3 PRO” dronları daxildir. Hazırda DJI şirkəti qlobal bazarda “Mavic 3 Classic” dronunu 1599 ABŞ dollarına, “Mavic 3 PRO”nu isə 2199 ABŞ dollarına müştərilərə təklif edir. Onların qiyməti əlavə aksesuarların alınıb‐ alınmamasından asılı olaraq arta və ya azala bilər. “Mavic 3 PRO” dronunun kütləsi 958 qram, maksimum qalxış sürəti 8 m/san, uçuş sürəti 21 m/san, uçuş yüksəkliyi 6000 m, uçuş məsafəsi 23 km və havada qalma müddəti 43 dəqiqədir. Dron 5000 mAh‐lıq Li‐Ion 45 tipli batareya ilə təchiz edilib. Bu batareya 65W adapterlə 96 dəqiqəyə və 100W adapterlə 70 dəqiqəyə tam enerji yığır. Dron hədəfləri aşkarlamaq, izləmək idarəolunmanı təmin etmək üçün qlobal naviqasiya peyk sistemi (GNSS – GPS+Galileo+BeiDou) ilə təmin olunub. 8 GB daxili yaddaşa malik olan “Mavic 3 PRO” 3 fərqli kameraya sahibdir. Bunlar 20 MP‐lik “Hasselblad”, 48 MP‐lik orta tele və 12 MP‐lik tele kameralardır. Dron “Hasselblad” kamera ilə 5280×3956, orta tele kamera ilə 8064×6048 və tele kamera 4000×3000 ölçündə fotolar çəkə bilir. “Mavic 3 PRO” dronunun əsas üstünlüklərindən biri hədəfi izləyə bilmək bacarığıdır. Belə ki, dron, operatorun göstərişi ilə lazım olan hədəfə kilidləndikdən sonra onu müyyən edilən məsafədən izləyə bilir. 54 www.poliqon.az Azərbaycan Ordusunun generalları Türkiyənin hərbi sənayə şirkətlərində Azərbaycan Ordusunun komandoları Çin istehsalı dronlardan istifadə edir


Serbiya prezidenti Aleksandr Vuçiç 155 mm‐lik “Nora” B52 özüyeriyən artilleriya qurğularının (ÖAQ) Azərbaycana satıldığını təsdiqləyib. Serbiya prezidenti Aleksandr Vuçiç Topçider kazarmasında nümayiş etdirilən silah və texnikalara baxış keçirən zaman deyib ki, 155 mm‐lik ÖAQ‐lara və sursata böyük təlabat var: “Çoxlu “Nora” sifariş etdik. Kipr də, Azərbaycan da aldı. O, 155 mm‐lik haubitsadır. Bizə lazım olan istehsalı və hissələri təmin edib sürətləndirə bilsək, bu, bizim üçün ən vacib üstünlüklərdən biri ola bilər”. Xatırladaq ki, ötən ilin sonlarında Serbiya prezidenti Aleksandr Vuçiç adı açıqlanmayan ölkəyə 48 ədəd “Nora” B52 özüyeriyən artilleriya qurğusu (ÖAQ) satıldığını təsdiq etmişdi. Həmin vaxt A.Vuçiç ölkənin adını çəkməmiş, sadəcə bu müqavilənin artıq imzalandığını, lakin bunun Afrika ölkəsi olmadığı istisna olmaqla, ətraflı məlumat verə bilməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, bu ölkənin prezidenti və parlamenti “Nora” B52 ÖAQ sifarişinin təsdiqlənməsi üçün rəsmi prosedurları hələ başa çatdırmamışdı. Qeyd edək ki, 48 ədəd “Nora” B52 təkərli ÖAQ‐ın tədarükünə dair razılaşma hələ cari ilin noyabr ayında elan edilmişdi. Serbiya və Qafqazdakı bir sıra nəşrlər “Nora” B52 ÖAQ‐ların böyük partiyasının müştərisinin Azərbaycan olduğunu iddia etsə də, həmin vaxt bu məlumat rəsmi təsdiqini tapmamışdı. Bir çox KİV‐lərdə bu satışın dəyəri təxminən 311 milyon avro olaraq göstərilmişdi. “Nora” B52 2006‐cı ildə Serbiyanın “Yugoimport SDPR” şirkətinin mühəndisləri tərəfindən yaradılmış təkərli özüyeriyən haubitsadır. “Nora” B52 ÖAQ Velika‐Plana şəhərindəki “Morava” zavodunun istehsal etdiyi təkərli artilleriya sistemləri ailəsinin aralıq variantlarından biridir. 155 mm‐lik ÖAQ sovet istehsalı D‐ 20 top‐haubitsasının bazasında lüləsinin uzunluğu 52 çapa qədər artırılmış şəkildə hazırlanıb. Yellənən hissənin xeyli sayda elementi 152 mm‐lik D‐20 top‐ haubitsasından və 130 mm‐lik M‐46 topundan götürülmüşdür. Şaquli müstəvidə tuşlama bucaqları ‐50 ilə +65 dərəcə, üfüqi müstəvidə isə ±30 dərəcədir. Haubitsanın maksimum atış məsafəsi 42 km‐ə qədərdir. ÖAQ‐ın atəşi idarəetmə sistemində MRSI (Multiple Rounds Simultaneous Impact) atəş rejimi nəzərdə tutulub ki, bu da bir neçə mərmi lülənin müxtəlif qalxma bucaqlarında ardıcıl olaraq, lakin eyni zamanda hədəfə çatacaq şəkildə buraxıldıqda, tək artilleriya sistemi ilə tam yaylım atəşi effekti əldə edilməsini təmin edir. Təlim atışları üçün atəş 20×102 kalibrli M55 qoyma lülə ilə yerinə yetirilir. Artilleriya hissəsi 8×8 təkər formuluna malik şassinin arxa hissəsində fırlanan platformada quraşdırılıb. ÖAQ ixrac üçün Serbiyanın Priboy şəhərində yerləşən FAP (“Fabrika Automobila Priboy”) avtomobil istehsalı zavodunun FAP‐2832 şassisində və öz ordusu üçün isə Rusiya istehsalı KamAZ‐63501‐8×8 təkər formuluna malik iki növ şassidə istehsal olunur. Yürüş vəziyyətində haubitsa hərəkət istiqamətində bərkidilir, lakin atəş üçün geri dönür və dörd teleskopik elektro‐hidravlik dayaq (autriger) vasitəsilə sabitlənir. Döyüş maşınındakı döyüş dəsti 36 dəst atəş yığımından ibarətdir. Onlardan 12 dəsti atışa hazırdır və avtomatik doldurucuda yerləşdirilir, daha 24 dəsti isə kabinanın arxasında yerləşən döyüş yığımındadır. Daha 72 dəst atəş yığımı nəqletmə maşınında daşınır. ÖAQ özünümüdafiə üçün 12,7 kalibrli pulemyotla silahlandırılıb. Tüstü pərdələrinin quraşdırılması üçün iki blok 82 mm‐lik tüstü qumbaraatanları nəzərdə tutulub. Qeyd edək ki, “Nora” B52 özüyeriyən silah ixrac üçün fəal şəkildə təchiz edilir. Bu təkərli özüyeriyən haubitsalar Serbiya ilə yanaşı Banqladeş, Kipr, Myanma və Keniya ordularının silahlanmasındadır. “Nora” B52 ÖAQ‐ın əsas taktiki‐ texniki xüsusiyyətləri aşağıdakı kimidir: • heyəti – 5 nəfər; • ERFB / BB mərmisi ilə aparılan atəşin maksimal məsafəsi – 42 km; • ERFB RA / BB perspektivli mərmisi ilə aparılan atəşin təxmini məsafəsi – 56 km; • KM‐1 “Krasnopol” (və ya “Kras nopol‐155, yaxud K155) tipli idarə olunan mərmidən istifadə etmək imkanı – mövcuddur; • yürüş vəziyyətindən döyüş vəziyyətinə keçmə müddəti – 1 dəqiqə; • şossedə maksimum hərəkət sürəti – 80 km/saat; • yolsuzluq şəraitində hərəkət sürəti – 40 km/saat; • yanacaq üzrə gediş ehtiyatı – 500 km; • ÖAQ‐ın deşilmiş şinlərdə gedə biləcəyi məsafə – 50 km; • minimum dönmə radiusu – 16,6 m; • dəf etdiyi maneələr: o səngər – 1,6 m; xəndək (su maneəsi) – 1 m; yoxuş – 23 dərəcə; • maksimum icazə verilən yan əyilmə – 9 dərəcə. 55 Serbiya prezidenti “Nora” B52 ÖAQ‑ların Azərbaycana satıldığını təsdiqləyib


Azərbaycan ilə Qazaxıstan müdafiə sahəsində hərbi kəşfiyyata dair əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır. Qazaxıstanın Açıq Normativ Hüquqi Akt Hökumət portalında dərc olunan bu layihəyə əsasən Qazaxıstan hökuməti adından Qazaxıstanın Müdafiə Nazirliyi və Azərbaycan hökuməti adından Azərbaycanın Müdafiə Nazirliyi bu sazişin həyata keçirilməsində səlahiyyətli orqanlardır. Tərəflər maraq doğuran hərbi‐siyasi hadisələr, terror və ekstremist təş ‐ kilatlarla bağlı hərbi kəşfiyyat mə lu ‐ matlarının qarşılıqlı mübadiləsini həyata keçirəcək. Müdafiə sahəsində hərbi kəşfiyyata dair əməkdaşlığın və qarşılıqlı fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi və onun əlaqələndirilməsi üçün tərəflərin ərazisində bərabər əsaslarla ən azı ildə bir dəfə səlahiyyətli orqanların rəhbərləri səviyyəsində görüşlər baş tutacaq. Təhlükəsizlik: 1. Məxfi məlumatın mübadiləsi, onun istifadəsi və mühafizəsi məxfi məlumatın qarşılıqlı mühafizəsi haq ‐ qında ayrıca beynəlxalq müqavilə əsasında həyata keçirilir. 2. Tərəflər bu saziş çərçivəsində əməkdaşlıq zamanı əldə edilmiş məlumatdan bu məlumatı vermiş tərəfə zərər vurmaq üçün istifadə etməyəcəklər. 3. Bu müqavilə çərçivəsində əldə edilmiş məlumat müvafiq məlumatı verən tərəfin yazılı razılığı olmadan açıqlana, təqdim edilə və ya üçüncü tərəfə verilə bilməz. 4. Tərəflər digər tərəfə qarşı yönəl ‐ miş hərbi kəşfiyyat fəaliyyəti həyata keçirməyəcəklər. Bu layihənin yerinə yetirilməsi üçün Qazaxıstan büdcəsindən Müdafiə Nazirliyinə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. Azərbaycan Prezidentinin 11 yanvar 2024‐cü il tarixli Sərəncamı ilə general‐ leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib. General‐leytenant Mirzəyev Hikmət İzzət oğlu 29 fevral 1968‐ci ildə Biləsuvar şəhərində anadan olub. 1989‐cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb. 1992‐ 1998‐ci illərdə Azərbaycan Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997‐1998‐ci illərdə Türkiyə Respub li ‐ kasının Quru Qoşunları Hərbi Aka de ‐ miyasında təhsil alıb. 1999‐cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014‐cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. 56 www.poliqon.az Azərbaycan ilə Qazaxıstan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq edəcək Azərbaycanda hərbçilərin pensiya yaşı artırılıb Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib Azərbaycanda hərbçilərin pensiyaya çıxmaq üçün minimum xid mət keçmə tələbi artırılıb. Bu, Prezident İlham Əliyevin təs diqlədiyi “Hərbi qulluqçula‐ rın statusu haqqında”, “Hərbi xid ‐ mətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiya‐ ları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respubli‐ kasının qanunlarında dəyi şik lik edilməsi barədə” qanunda öz əksini tapıb. Qanuna əsasən, hazırlanmasına döv lət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təq vim ilindən 25 təqvim ilinə çatdırılır. Bu qanun 2024‐cü il yanvarın 1‐dən qüvvəyə minib.


Click to View FlipBook Version