The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

POLİQON jurnalı 2023 noyabr-dekabr 6 (68)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by POLIQON / AZERI DEFENCE Military Magazine, 2024-01-22 14:40:09

POLİQON jurnalı 2023 noyabr-dekabr 6 (68)

POLİQON jurnalı 2023 noyabr-dekabr 6 (68)

4 12 10 24 14 58 34 48 PARAD Xankəndidə güc nümayişi – Zəfər hərbi paradı .........................4 TƏHLÜKƏSİZLİK DTX-nin yeni inzibati binalarının açılışı olub ............................10 DÜNYA Türkiyədən Bosniya və Herseqovinaya böyük dəstək .............11 PULS Azərbaycan Prezidenti Serbiyada hərbi texnika və silahlara baxış keçirib.................................................................12 MÜSAHİBƏ General-mayor Anar Kərimov: Mühəndis Qoşunları ən müasir texnika və avadanlıqlarla təchiz edilir....................14 TANITIM SAMUR səyyar üzən hücum körpüsü ........................................20 TEXNOLOGİYA Azərbaycan-Türkiyə İnvestisiya Forumu – Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu ............................................22 VİSİON Atıcı si̇lahlar üçün termal ni̇şangahlar......................................24 TƏLİM Azərbaycan xüsusi təyinatlıları Türkiyədə beynəlxalq təlimlərdə .....................................................................................30 TƏHLİL Yeni nəsil yüngül tankların inkişaf perspektivləri – II HİSSƏ.........................................................................................34 SƏRGİ SPECA ölkələrinin sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq...................................................................................40 MÜSAHİBƏ Mansurjon İbodullayev: Özbəkistan Azərbaycanla müdafiə sənayesi sahəsində birgə layihələr həyata keçirməyə hazırdır ................................43 MİNATƏMİZLƏMƏ ANAMA mina təhlükəsi ilə mübarizəyə dair beynəlxalq tədbirlərə qatılıb..........................................................................46 SİLAHLANMA Cənubi Qafqaz və Mərkəzi Asiya regionu dövlətlərinin artilleriya silahlanması ...............................................................48 SƏRGİ DUBAI AIRSHOW 2023 Yaxın Şərqin ən böyük beynəlxalq aviasiya sərgisi............................................................................54 ANALİZ REGİONAL FOKUS: Türkmənistan Ordusunun modernləşmə perspektivləri ...............................................................................58 30


Dəyərli oxucu! Azərbaycanda 2023‐cü ilin hərbi‐kosmik texnoloji yeniliklərinə baxış keçirərkən, geridə qoyduğumuz bu ilin bir sıra əlamətdar hadisələrlə yadda qaldığını deyə bilərik. 2023‐cü ildə Azərbaycanda müdafiə, təhlükəsizlik, müdafiə sənayesi, sərhəd mühafizəsi, o cümlədən təhsil‐sənaye, aerokosmik və digər sahələrdə bir çox vacib hadisələr baş verdi. Azərbaycanın hərbi gücü daha da artırıldı, dövlət suverenliyi tam bərpa edildi və Zəngəzur dəhlizinin açılması üçün effektiv addımlar atıldı. Yola saldığımız 2023‐cü ildə Azərbaycan Ordusu Türkiyə modeli əsasında daha da inkişaf etdi və biz bunu əyani şəkildə görürük. Azərbaycan Ordusu böyük dərəcədə gücləndirildi, peşəkarlığı artırıldı, yeni silahlı birləşmələr yaradıldı. Bu silahlı birləşmələr digər silahlı bölmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərdilər. Əvvəlki illərdə olduğu kimi, 2023‐cü ildə də Azərbaycan yeni silahlar, hərbi texnikalar aldı və bunların müəyyən hissəsi ölkəyə gətirildi, yeni silah sistemlərinin inventara daxil edilməsi və arsenalın zənginləşdirilməsi uğurla davam etdirildi, habelə bir çox yeni kontraktlar imzalandı. Azərbaycanın silah və texnika satınalmalarında, yeni müqavilələrin bağlanmasında əsas yeri ənənəvi olaraq Türkiyə, İsrail, Rusiya və İtaliya tutdu. Bu ölkələr ilə bir sıra satınalma və modernləşdirmə müqavilələri imzalandı. Sözügedən sahədə əsas diqqət Azərbaycan Hərbi Hava Qüvvələrinin köhnəlmiş aviasiya parkının yenilənməsinə yönəldildi və bu istiqamətdə vacib addımlar atıldı. 2023‐cü il Azərbaycanda silahlı qüvvələrin modernləşdirilməsi ilə yanaşı, həm də quruculuq dövrü kimi xarakterizə etməyə imkan verir. Bu il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrdə tikinti‐quruculuq işləri davam etdi, bir çox yeni hərbi və xüsusi obyektlər istifadəyə verildi. 2023‐cü ildə Azərbaycanda kibertəhlükəsizlik, hərbi təhsil və aerokosmik sahəyə xüsusi diqqət ayrıldı. 74‐cü Beynəlxalq Astronavtika Konqresinin (IAC‐2023) Bakıda keçirilməsi Azərbaycanın kosmik sektora göstərdiyi böyük diqqəti bütün dünyaya əks etdirdi. 2023‐cü il müdafiə sənayesi baxımından da uğurlu keçdi. Ölkədə müdafiə sənayesi sahəsində baş verən əsas hadisə isə Prezident İlham Əliyevin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı Fərman imzalaması oldu. Azərbaycan Prezidenti İlham Əliyev MSN qarşısında iki böyük məqsəd qoydu. Birincisi həm silah, həm də sursat sahəsində mövcud istehsalı iki dəfə artırmaq, ikincisi ixracın həcmini ciddi şəkildə artırmaqdır. Bütün bunlar onu deməyə əsas verir ki, 2024‐cü ildə Azərbaycan müdafiə sənayesində əhəmiyyətli dəyişikliklər olacaq, yüksələn xətlə inkişaf gözlənilir. MSN tərəfindən həm sursat, həm də silah istehsalını iki dəfə artırmaq üçün lazım olan tədbirlər planlaşdırılıb. Bunlar istehsal sahələrinin artırılması, yeni xətlərin açılması, yeni dəzgahların qurulmasıdır. Bunların hamısı MSN‐in istehsal gücünü və ixrac imkanlarını artırmağına imkan verəcək. Daha bir əhəmiyyətli məsələ bu sahədəki özəl sektora lisenziyanın verilməsi olacaq. Yəni MSN tərəfindən özəl şirkət tədqiq edildikdən, texniki tələbləri yerinə yetirmək imkanları qiymətləndirildikdən, verdiyi şərtlər qəbul edildikdən sonra həmin şirkətə məhsul istehsal etmək üçün lisenziya veriləcək. Onu da qeyd edək ki, 2024‐cü ildə Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərinin 6 milyard 421 milyon manat olması proqnozlaşdırılıb. Prezident İlham Əliyev 2024‐cü ildə hərbi təyinatlı yerli istehsalın böyük dərəcədə artacağını bəyan edib. Dövlət başçısı bildirib ki, həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq. Qiyməti: 9 manat POLİQON Hərbi‑Kosmik Texnoloji Jurnal NOYABR‐DEKABR №06 (68) 2023 POLİQON (AZERDEFENCE) jurnalının yaradıcısı mərhum Rəşad SÜLEYMANOV Tel: (+994 77) 311‐81‐18 E‑mail: [email protected] [email protected] Web: www.poliqon.az www.azeridefence.com Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401 Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence‐[email protected] Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ya‐ nında Dövlət Vergi Xidməti tərəfindən 21 iyun 2012‐ci ildə dövlət qeydiyyatına alınıb. “POLIQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “Aspoliqraf LTD” MMC‑nin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır 15.01.2024 Format 60x901/8. Sifariş 2 Baş redaktor Zaur Babaşov ? Redaktordan Qapaq fotosu: FNSS şirkətinin SAMUR səyyar uzən hücum körpüsü www.poliqon.az


Hərbi paradda çıxış edən dövlət baş çısı hərbçiləri və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Belə ‐ liklə, İkinci Qarabağ müharibəsi Azər ‐ baycan dövlətinin tam Zəfəri ilə nəticə ‐ ləndi. Bu, tarixi hadisədir. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz ver ‐ mişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıra ‐ cağıq. Xatırlayıram, beş il bundan əvvəl – 2018‐ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq gös ‐ tərərək düşməni bizim əzəli torpaq ‐ larımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün Xankəndidə güc nümayişi – ZƏFƏR HƏRBİ PARADI ?Amin Əvəzli Noyabr ayının 8‑də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.


ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüv və ‐ lərin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk et ‐ məmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər”, – deyə Prezident İlham Əliyev vurğulayıb . Dövlət başçısı xatırladıb ki, iyirmi il bundan əvvəl Prezident kimi öz fəaliyyətinə başlayanda əziz xalqımıza bildirmişdi ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq: “O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi. Ancaq illər keçdikcə bu ümidlər tükənirdi. Ermə ‐ nistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistan‐Azərbay ‐ can münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi və mən dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə ver ‐ məyəcəyik, danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik. Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qara ‐ bağ müharibəsinə ehtiyac qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbər ‐ liyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz‐üzə gələ ‐ cəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi”. Prezident İlham Əliyev qırx dörd gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan təzyiqlər göstərilidiyini, təhdidlər səsləndirildiyini deyib: “Ancaq bizi haqq yolumuzdan heç kim döndərə bilməzdi və mən Vətən müharibəsi dövründə Azərbaycan xalqına müraciət edərək de mişdim ki, düşmən bizə torpaq ları ‐ mızın azad olunmasının tarixini versin, o zaman biz müharibəni dayan dırmağa hazırıq və belə də oldu. Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulya ‐ si yaya hazır idi və bir gün sonra kapi ‐ tulya siya aktına imza atdı, biz də müha ‐ ribəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addım lı ‐ ğında idi. Müharibənin o vaxt dayan ‐ dırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada –Xan kən di şə ‐ hərinin mərkəzi meydanında hər bi pa ‐ radı keçirməyimiz bir daha onu gös tə rir ki, nə qədər düzgün, müdrik addım idi. O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada – Xankəndi şəhə ‐ rində Azərbaycan Bayrağı qaldırılacaqdır. 44 günlük müharibənin 10 noyabr 2020‐ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atıl madan bizə qaytarıldı. Bu, Ermə nistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş mey danında Azərbaycan Silahlı Qüv vələrinin gücünü və Azər ‐


baycan siyasi rəhbər liyinin siyasi müstəvidə iradəsini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi”. Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik: “Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan‐Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan‐Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Nə üçün biz bunu edirdik? Çünki biz bilirdik ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan və onları bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələr onlara yenə də təxribatçı siqnallar verəcəklər. Ona görə biz öz sərhədimizi qorumalı idik və keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan‐Er ‐ mənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün bizə şərait yaratdı. Eyni zamanda, bu əməliyyatlar Ermənistan siyasi rəh ‐ bərliyinə də bir siqnal idi ki, siz kapi ‐ tulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz və ilk növbədə, öz silahlı qüvvələrinizi Qarabağdan çıxarmalısınız, bu, sizin öhdəliyinizdir. Amma həyatda biz bunun əksini gördük, nəinki Ermənistan silahlı qüvvələri çıxarılmadı, əksinə, daha çox qüvvə göndərilmişdi. O vaxt Laçın‐ Xankəndi yolu hələ bizim nəzarətimizdə deyildi, silah‐sursat, minalar gətirilmişdi və Ermənistanın siyasi rəhbərliyi Qarabağdan öz silahlı qüvvələrini çı ‐ xarmaq istəmirdi”. Prezident İlham Əliyev vurğulayıb ki, son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliy ‐ yatı, Sarıbaba‐Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşı ‐ laşdırmış, eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziy ‐ yəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaq larımızdan çıxarmalısınız. “Əgər o vaxt mənim sözümə bax ‐ saydılar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990‐cı illərin əvvəlində başlayıb. O vaxt Azərbaycanın çörəyini yemiş, Azərbaycanın suyunu içmiş nankor kütlə Azərbaycana qarşı, bax, bu meydanda ərazi iddiası qaldırmışdır. Bax, bu binada ‐ Azərbaycan dövləti tərəfindən vaxtilə inşa edilmiş binada Azərbaycana qarşı məkrli planlar hazırlanırdı. Erməni xalqının bəlalarının səbəbkarları Er ‐ mənistana rəhbərlik etmiş bütün şəxslərdir. Onlar hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar. Özləri buna o qədər inanmışdılar, xarici tərəfdaşları da inandırmağa çalışırdılar ki, onların güclü orduları var, onların güclü potensialı var, güclü himayədarları var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürət etməyəcək. Onların dəyirmanına su tökənlər, bu gün də onların arxasında dayanmış bəzi ölkələr bu məsuliyyəti onlarla 100 faiz bölüşürlər. Biz isə deyirdik ki, heç vaxt bu və ‐ ziyyətlə barışmayacağıq və bunu gizlətmirdik. Bizə nə qədər deyilmişdi ki, Ermənistan‐Azərbaycan münaqi şə ‐ sinin hərbi həlli yoxdur. Mən isə deyirdim ki, sülh yolu ilə bu məsələ həll olunmasa, bizim başqa çarəmiz qalmayacaq və 44 gün ərzində göstərdiyimiz qəhrəmanlıq, peşəkarlıq, əfsuslar olsun ki, Ermənistan rəhbərliyinə dərs olmadı. Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o 6 www.poliqon.az


əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023‐cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8‐də Şuşa əməliy ‐ yatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23‐də biz Laçın istiqamətində Azərbaycan‐Er ‐ mənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20‐də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igid ‐ lərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı‐canı bahasına biz bu Qələbəni əldə etmişdik. Mən bir daha demək istəyirəm ki, biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olmuşdur. Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın”, – deyə dövlət başçısı bildirib. Prezident İlham Əliyev əlbəttə ki, ordu quruculuğunun birinci nömrəli vəzifə olduğunu deyib. Dövlət başçısı bildirib ki, maddi‐texniki təchizat, silah‐ sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növ ‐ bədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi – budur, qələbəyə aparan əsas amillər. “Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu gös ‐ tərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəh ‐ rəmanlıq və şücaət göstərmişdir. Əziz şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərmişdik. Yəni, hazırlıq işləri apararkən, bax, biz bu günü gözləyirdik. Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azər baycan Bayrağı altında hərbi parad keçiriləcək. Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər – sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15‐də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz – həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün. Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermə ‐ nistanın baş naziri çıxış edərkən təkəb ‐ bürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş mey ‐ da nında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz gös ‐ 7


tər dik ki, Qarabağ Azərbaycandır, döyü ‐ şərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənis tanın arxa ‐ sında dayanan manipul yasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, bura ‐ da mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igid ‐ lərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olma ‐ mış dır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin. Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quru ‐ culuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”, – deyə Prezident İlham Əliyev vurğulayıb. Azərbaycan Prezidentinin çıxışından sonra Silahlı Qüvvələrin parad heyət ‐ lərinin hərbi orkestrin müşayiəti ilə təntənəli keçidi başlayıb. Parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general‐polkovnik Kərim Vəliyev komandanlıq edib. Silahlı Qüvvələrin parad heyətləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağı altında tribunaya doğru irəliləyiblər. Ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqları Xankəndi şəhərinin mərkəzi meydanına gətirilib. Sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin parad heyətinin keçidi olub. Parad heyətinə Vətən Mü ‐ haribəsi Qəhrəmanı general‐leytenant Hikmət Mirzəyev başçılıq edib. “Azərbaycan Bayrağı” və “Rəşadət” ordenli general‐mayor Bilal Çompuzovun başçılığı ilə 1‐ci Ordu Korpusunun, “Qarabağ” və “Rəşadət” ordenli general‐ leytenant Mayis Bərxudarovun rəhbərliyi ilə 2‐ci Ordu Korpusunun, “Rəşadət” və “Vətənə xidmətə görə” ordenli polkovnik Oruc Abdullayevin başçılığı ilə 3‐cü Ordu Korpusunun, “Azərbaycan Bayrağı” və “Rəşadət” ordenli general‐mayor Mü ‐ nasib Babayevin rəhbərliyi ilə 4‐cü Ordu Korpusunun, Vətən Müharibəsi Qəh ‐ rəmanı, “Rəşadət” ordenli general‐mayor Kənan Seyidovun başçılığı ilə 5‐ci Ordu Korpusunun və “Azərbaycan Bayrağı” ordenli general‐mayor Məhəmməd Həsənovun rəhbərliyi ilə Əlahiddə Ümum qoşun Ordunun parad heyətləri tri buna önündən mətin addımlarla irəliləyiblər. Hərbi Dəniz Qüvvələrinin dəniz piya dalarının parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı polkovnik‐ leytenant Xalid İbrahimov başçılıq edib. Daha sonra Vətən Müharibəsi Qəhrəmanı general‐mayor Namiq İslamzadənin rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinin parad heyətinin keçidi olub. Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal” xüsusi təyinatlılarının parad heyəti “Qarabağ” ordenli polkovnik Cabir Cəfərovun başçılığı ilə tribuna önündən keçib. Sonra Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” xüsusi təyinatlılarının parad heyətinin keçidi olub. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarının parad heyəti “Vətənə xidmətə görə” ordenli general‐mayor Tofiq Hüseynovun başçılığı ilə Xankəndi şəhərinin mərkəzi meydanında irəliləyib. Dövlət Sərhəd Xidmətinin parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı, “Vətənə xidmətə görə” ordenli general‐mayor Babək Ələkbərov başçılıq edib. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti polkovnik‐leytenant Eldar Quliyevin başçılığı ilə tribuna önündən keçib. Parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı müsadirə olunan hərbi texnikaların kiçik bir qismi qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirilib. Müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində “Zəfər” sözü həkk edilən lövhə nümayiş olunub. İkinci Qarabağ müharibəsində tarixi Zəfərin üçüncü ildönümü münasibətilə Xankəndi şəhərində təşkil edilən hərbi parad “Qələbə” marşının ifası ilə başa çatıb.


Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general‐ polkovnik Əli Nağıyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısına məlumat verilib ki, inşasına 2021‐ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların öz xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb. Əvvəlcə foyedə quraşdırılmış moni ‐ torda son illər ərzində Dövlət Təh lü ‐ kəsizliyi Xidmətinin mərkəzi aparatında və ərazi orqanlarında aparılan əsaslı tikinti‐quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olunub. Bildirilib ki, binanın giriş hissəsində Ümummilli Lider, Azərbaycan təh lü ‐ kəsizlik orqanlarının fəxri rəhbəri, bu orqanların inkişafında müstəsna xid ‐ mətləri olan Heydər Əliyevin barelyefi qoyulub, Ulu Öndərin arxiv sənədlərinin nümayiş olunduğu guşə və dahi şəx ‐ siyyətin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılıb. Sonra dövlət başçısı xarici xüsusi xidmət orqanları ilə qurulan tərəfdaşlıq münasibətlərinin səviyyəsini və tarixini simvolizə edən muzeydə sərgilənən eksponatlara baxıb. Qeyd edilib ki, binada Dövlət Təh ‐ lü kəsizliyi Xidmətinin mərkəzi apa ratının bəzi struktur bölmələrinin yer ləş diril ‐ məsi nəzərdə tutulur. Bina iş və iclas otaqlarından, rəhbər və şəxsi heyət üçün iki mərtəbəli yeməkxanadan ibarətdir. Ölkə başçısı xidməti otaqlarla və burada əməkdaşlar üçün yaradılan şəraitlə yaxından tanış olub. Ali Baş Komandan İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avto ‐ mobillərə də baxış keçirib. Həmçinin Azərbaycan Respubli ‐ kasının Prezidenti İlham Əliyevə digər inzibati binada yerləşən və ən son texnoloji yenilikləri özündə birləşdirən kriminalistika, əməliyyat və şəbəkə ida ‐ rə etmə mərkəzləri təqdim olunub, cina ‐ yət işlərinin təhqiqatı və müvafiq əməliy ‐ yat tədbirlərinin həyata keçirilməsi istiqamətində bu mərkəzlərin imkanları barədə məruzə edilib. Prezident İlham Əliyev şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış və müasir idman avadanlıqları ilə təchiz olunmuş mər ‐ kəzlə də yaxından tanış olub. Sonda Prezident İlham Əliyev şəxsi heyətə xidməti fəaliyyətlərində uğur ‑ lar arzulayıb, əməkdaşların öz vəzi fə ‑ lərini bundan sonra da layiqincə ye ri ‑ nə yetirəcəklərinə inamını ifadə edib. DTX‑nin yeni inzibati binalarının açılışı olub Noyabr ayının 29‑da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni inzibati binalarının açılışında iştirak edib.


11 Sözügedən layihə çərçivəsində ASFAT şirkəti tərəfindən Bosniya və Herseqovina Silahlı Qüvvələrinə məx ‐ sus 20 ədəd M60A3 tankının və 20 ədəd M113 zirehli transportyorunun (ZTR) texniki qulluğu və təmiri üçün lazımi ehtiyat hissə və avadanlıqların tədarük edilməsi, eləcə də bu texnikaların texni ‐ ki qulluq və təmiri nəzərdə tutulurdu. Sarayevoda təşkil edilən təhvil‐ təslim mərasimindəki çıxışının əvvə ‐ lində Türkiyədən gələn nümayəndə heyətinə təşəkkür edən Bosniya və Herseqovina Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Obecanje Nacelnik onlar üçün böyük əhəmiyyət kəsb edən bu layihənin uğurla başa çatdırıldığına görə, məmnuniyyətini ifadə edib. Türkiyə ilə Bosniya və Herse qo vi ‐ nanın köklü tarixindən bəhs edən O.Nacelnik bildirib: “Xalqlarımız ara ‐ sında möhkəm və davamlı əlaqələri simvo lizə edən və material təda rü kün ‐ dən kənara çıxan Türkiyə şirkəti ASFAT‐ ın ehtiyat hissə ianəsi və zirehli tex ni ‐ ka larımızın texniki qulluğuna dair qə ‐ rar lılığı əməkdaşlıq münasibətlərinin və ikitərəfli əlaqələrin güclənməsinin sübutudur”. O.Nacelnik uğurlu fəaliyyətini yüksək qiymətləndirdiyi ASFAT‐a bu layihə çərçivəsində təşəkkür edib və çıxışını gələcəkdə mümkün əmək ‐ daşlıqlara işarə edərək yekunlaşdırıb: “Bu layihənin həyata keçirilməsi ASFAT ilə əmək daşlığımızın son nöqtəsi deyil, davamlılığa yönəlmiş uzunmüddətli öhdəliyin başlangıcıdır”. Mərasimdə çıxış edən Bosniya və Herseqovina müdafiə nazirinin müavini Slaven Qaliç, Bosniya və Her se qovi ‐ nanın Avro‐Atlantik sistemində getdiyi yolda Türkiyənin verdiyi dəstəkdən və bunun nəticəsi olaraq bu əmək daş ‐ lıqdan məmnunluğunu ifadə edib. Müdafiə nazirinin müavini bildirib ki, ASFAT‐ın icra etdiyi Yerində Baxım və Təmir Layihəsi ilə bağlı hazırlanan hesabatlar göstərir ki, müqavilə ta ma ‐ milə problemsiz şəkildə yerinə yetirilib. Təhvil‐təslim mərasimdə çıxış edən ASFAT‐ın baş direktoru Esad Akgün çıxışının əvvəlində Milli Müdafiə naziri Yaşar Gülerin salamlarını iştirakçılara çatdırıb. ASFAT olaraq bir ildən az müddətdə bu layihəni uğurla tamam la ‐ mağın qürurunu yaşadıqlarını söy ‐ ləyərək, duyduğu məmnunluğunu ifadə edib. E.Akgün ASFAT‐ın hələ yaran ma ‐ sının 4‐cü ilində dünyanın 100 ən bö ‐ yük müdafiə şirkəti siyahısında ol du ‐ ğunu qeyd edib. Onun sözlərinə görə, milli məsuliyyətini dərk edən ASFAT “ən yaxşısını, ən ucuz, ən qısa müddətdə və ən yüksək yerlilik dərəcəsi ilə həyata keçirmək” prinsipi ilə fəaliyyətini davam etdirir. ASFAT şirkətinin baş direktoru Bosniya və Herseqovinanın Yerində Ba ‐ xım və Təmir Layihəsi haqqında da ‐ nışıb: “Layihəmiz 2017‐ci ildə Bos niya və Herseqovina ilə imzalanmış Hərbi Maliyyə Əməkdaşlıq Sazişi əsa sında başlamış və ASFAT tərəfindən Bosniya və Herseqovina Silahlı Qüv və lərinin zirehli maşınlarına təmir və texniki xidmət dəstəyinin göstərilməsi məq ‐ sədi daşımışdır. Layihə çərçi və sində 20 ədəd M60A3 tankı ilə 20 ədəd M113 ZTR‐nin texniki xidmət və təmiri üçün lazımi ehtiyat hissə və ava dan lıqların tədarükü təmin edilib. Bundan əlavə, texniki işçilərimizin müstəsna səyləri ilə 4 ədəd M60A3 tankı və 4 ədəd M113 ZTR‐nin yerində texniki xidmət və təmirini, eləcə də təlim təd birlərini uğurla başa çatdırmışıq”. E.Akgün çıxışını tamamlayarkən Bosniya və Herseqovina hakimiyyətinin yeni əməkdaşlıq imkanlarına cavab olaraq bildirib: “Bu gün təhvil‐təslim mərasimini böyük məmnuniyyətlə ke ‐ çirdiyimiz layihəmizin iki ölkə arasında qardaşlıq bağlarının möh kəm lən mə ‐ sinə töhfə verəcəyinə və gələcək la ‐ yihələrə nümunə olacağına ürəkdən inanıram. ASFAT, bütün imkan və ba ‐ carıqları ilə tələb olduğu halda Bosniya və Herseqovinalı qardaşlarımızın ya ‐ nında olmağa davam edəcək”. Türkiyədən Bosniya və Herseqovinaya böyük dəstək Bosniya və Herseqovina Müdafiə Nazirliyi ilə Türkiyənin ASFAT şirkəti ara‑ sında imzalanmış Bosniya və Herseqovina Silahlı Qüvvələrinin gücünü artıracaq əməkdaşlıq müqaviləsi çərçivəsində Yerində Baxım və Təmir Layihəsi başa çatdırılıb. Bu münasibətlə iki ölkədən olan yüksək səviyyəli rəsmilərin iştirakı ilə təhvil‑təslim mərasimi keçirilib.


Səfər çərçivəsində Azərbaycan Pre ‐ zidenti İlham Əliyev və Serbiya Pre ‐ zidenti Aleksandar Vuçiç Nişdə hərbi aero dromda Serbiya Silahlı Qüv və ‐ lərinin bölmələrinin silah‐sursatının, habelə hərbi texnika və ava dan lıq ‐ larının nümayişində iştirak ediblər. Aleksandar Vuçiç və İlham Əliyevi Niş hərbi aerodromunda baş nazirin müavini, müdafiə naziri Miloş Vuçeviç və Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Milan Moysiloviç qarşılayıblar. Sərgidə həmçinin Azərbaycanın müdafiə naziri Zakir Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Prezidentin sosial‐iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov və Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyevdən ibarət nümayəndə heyəti iştirak edib. Serbiyanın müdafiə nazirinin maddi‐ texniki təminat üzrə müavini yerli müdafiə sənayesi məhsullarına xüsusi diqqət yetirərək nümayiş etdirilən silah və hərbi texnikanı təqdim edib. Bildirilib ki, nümayiş etdirilən müdafiə təyinatlı məmulatlar arasında PASARS‐ 16 hava hücumundan müdafiə (HHM) sisteminin müxtəlif variantları, habelə dörd portativ zenit‐raket kompleksi olan PASARS – 40 mm‐lik Bofors L/70, “Mistral 3+”, “Strela‐2М” və “Malyutka 2TP”nin performansı yer alıb. Bundan başqa, radar və dron əleyhinə sitemlər, həmçinin PASARS‐16 HHM sisteminin sıfır seriyası nümayiş etdirilib. Həmçinin RLN‐RF və RLN‐TK “yer‐ hava” tipli raketləri və yeni “hava‐yer” tipli raketləri, çoxməqsədli ALAS uzun 12 www.poliqon.az Azərbaycan Prezidenti Serbiyada hərbi texnika və silahlara baxış keçirib Dekabr ayının 10‑da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gedib.


mənzilli raketləri, o cümlədən “Gavran” (“Raven”) süzən sursatları (kamikadze PUA) təqdim olunub. PEGAZ və SENKA kimi pilotsuz uçuş aparatlarının müvafiq yer idarəetmə stansiyaları, RVML‐02 sis temi, VRABAC mini PUA, OSICA ka mikadze dronu, OBAD silahlı pilotsuz təyyarəsi və silahlı mini kvadrokopter tipli PUA‐nın nümayişi xüsusi diqqət çəkib. “Mali Miloş” yerüstü robot plat for ‐ ma sının aşağıdakı variantları da nümayiş etdirilib: V1 və V2, logistik və ultra yün ‐ gül, həmçinin minaatan atəşə nəzarət sistemi. Dinamik imkanların nümayişi za ‐ manı 63‐cü Paraşütçü Briqadası və 72‐ci Xüsusi Əməliyyat Briqadasının heyəti sürətli eniş və dırmaşma iplə rindən istifadə edərək xüsusi bölmə qruplarının enişini, “Miloş” insansız yerüstü nəqliyyat vasitəsinin enişini, şəhər döyüşlərinin imitasiyasında “Miloş”dan istifadə edərək yaralıların təxliyəsi üsulunu məşq ediblər. MEDİVAC və Xüsusi Təyinatlı Qüv ‐ vələrin komandasının “klaster” texni kası ilə çıxarılması, klassik və xüsusi enişlər və paraşütçülərin hazırlığı mərkəzində ke çi ri lən təlimin bir hissəsi də nümayiş etdirilib. Dinamik nümayişdə H‐145, Mi‐35M, Mi‐17 və Mi‐8 helikopterlərinin eki ‐ pajları, həmçinin “Miloş” 4x4, “Hummer” və MTV modul tipli yol suzluq av ‐ tomobillərinin heyətləri də iştirak ediblər. 13


Son illərdə Mühəndis Qoşunlarının invetarına qəbul edilən texnikalar ara‐ sında, qarşıya qoyulan vəzifələrin qısa zamanda və keyfiyyətli icra edilməsində mühüm rola malik MEMATT mexaniki minatəmizləmə maşınları, PP‐91 pon‐ ton körpüləri, MTU‐90 tank körpüqu‐ ranları, İMR‐3M mühəndis‐istehkam maşınları, habelə üzən transportyorları, zirehli buldozerləri, minalı sahələrdən keçidaçma və ərazidə mina maneələri qurma sistemləri, yeni mina detektor‐ ları və s. göstərmək olar. Müdafiə Nazirliyinin Mühəndis Qo‐ şunları Baş İdarəsinin rəisi, general‐ mayor Anar Kərimov POLİQON jurna‐ lına müsahibəsində Mühəndis Qoşunla‐ rında Vətən müharibəsindən sonra görülən işlərdən danışıb. POLİQON: Cənab general‑mayor, Vətən müharibəsindən sonra, Mü ‑ dafiə Nazirliyinin Mühəndis Qoşun‑ larında struktur dəyişiklikləri oldu. Bununla yanaşı inventarın müasir texnika və avadanlıqlar hesabına yenilənməsi müşahidə olunur. Bu barədə oxucularımıza nələri deyə bilərsiniz? General‑mayor Anar Kərimov: 44 günlük Vətən müharibəsindən dərhal sonra Ali Baş Komandan tərəfindən verilən göstəriş əsasında Mühəndis Qo‐ şunlarının ştat cədvəlində dəyişiklik edilərək əlavə mühəndis‐istehkam bölmələri yaradıldı. Onlardan biri xü‐ susi minatəmizləmə‐istehkam bömə si ‐ dir. Bu gün həmin bölmələr artıq işğal‐ dan azad olunmuş ərazilərin minalar‐ dan təmizlənməsi üçün fəaliyyətə cəlb olu nublar və aktiv şəkildə mina tə miz ‐ ləmə əməliyyatında iştirak edirlər. Əlbəttə ki, bundan sonra istər qar‐ daş Türkiyədən, istərsə də digər öl ‐ kələrdən Mühəndis Qoşunlarına la zım olan ən müasir avadanlıq və vasitələr alınaraq ölkəyə gətirilmişdir. Bunlardan 20 ədəd mexaniki minatəmizləmə ma‐ şınını xüsusi vurğulamaq istəyirəm. Bundan sonra böyük sayda ən müasir mina axtaranlar, mina detektorları, is‐ tehkamçılar üçün lazım olan xüsusi geyimlər, qoruyucu kostyumlar, mina əleyhinə botlar, eləcə də lazım olan ava‐ danlıqlar, istehkamçının əl alətləri alı‐ naraq gətirilibdir. Mühəndis Qoşunları üçün xüsusi olaraq ANAMA‐da akkreditasiya keçiril‐ General‑mayor Anar Kərimov: Mühəndis Qoşunları ən müasir texnika və avadanlıqlarla təchiz edilir ►“Zəfər yolu”nun açılması və Şuşanın alınması zamanı Mühəndis Qoşunlarının misilsiz xidməti olub ►Vətən müharibəsindəki təcrübə əsasında döyüş hazırlığında dəyişikliklər, korrektələr aparılır ►Mühəndis Qoşunlarının əlavə mühəndis‑istehkam və əldəqayırma partlayıcı maddələrlə mübarizə bölməri yaradılıb ?Zaur Babaşov Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi isti qa mə tində görülən işlər özünü Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında da göstərir. Son illər baza olaraq tamamilə yenilənən Mühəndis Qoşunları yeni döyüş texnikaları və xidmətin təşkilində zəruri olan müasir ava‐ danlıqlarla təchiz edilib. Müşahidələrimiz göstərir ki, Mühəndis Qoşun‐ larının hissə və bölmələri bu gün ən müasir mühəndis texnikaları, həmçinin gərəkli olan mühəndis silahlandırma vasitələri ilə təmin olu‐ nub. Bununla yanaşı Mühəndis Qoşunlarının tərkibi genişləndirilir, bütün birliklərdə qoşunların yeni bazaları, yeni hərbi şəhərcikləri açılır. İMR‑3M mühəndis‑istehkam maşınları


miş xidməti itlərin hazırlanması və on‐ ların artıq bölmələrlə birlikdə fəaliyyət göstərməsi icra olunur. Mühəndis Qo‐ şunları daha müasir, daha çevik, tapşı‐ rıqları daha tez yerinə yetirəcək qoşun növü halına gəlmişdir. POLİQON: Cənab general‑mayor, MEMATT mexaniki minatəmizləmə maşınından bəhs etdiniz. Bunların minatəmizləmə‑istehkam böl mə ‑ lərinin təhlükəsizliyi baxımından və ərazilərin daha tez təmizlənməsində üstün imkanları barəsində fikir lə ‑ rinizi bimək istərdik. General‑mayor Anar Kərimov: Əlbəttə ki, bu maşınların məsafədən idarə olunması dedikdə, biz bir neçə ki‐ lometr məsafədən idarə etmək imkanı olan texnikadan danışırıq. Daha təh ‐ lükəli ərazilərdə, həm həmin ərazilərin ilkin olaraq kəşfiyyatının aparılması üçün, həm də lazım olanda tam tə miz ‐ lənməsi üçün həmin texnikalardan geniş şəkildə istifadə olunur. Bu isə in ‐ san faktorunu aradan qaldıraraq təh ‐ lükəsizlik məsələlərində böyük töhfə verməkdədir. POLİQON: Vətən müharibəsində hücum edən qüvvələr üçün düş mə ‑ nin maneələr zolağında keçid yolla‑ rının açılması Mühəndis Qoşunlarının üzərinə düşürdü. Mühəndis Qoşun ‑ ları bu vəzifələri necə icra edirdi? General‑mayor Anar Kərimov: Mühəndis Qoşunları istər Vətən mü ‐ haribəsi dövründə, istərsə də ondan sonra antiterror əməliyyatları zamanı öz qarşısında duran tapşırıqları ən yüksək səviyyədə yerinə yetirib. Bunu tam məsuliyyətlə, qürurla, fəxrlə deyi‐ rik ki, Mühəndis Qoşunları üzərinə düşən, bölmələrin hərəkət qabiliyyətini artırma tapşırığını layiqincə və ən yüksək səviyyədə icra edib. Bundan başqa, əlbəttə ki, bu fəa ‐ liyyətin içində həm keçid açma, həm də yolların salınması var. Bizim üçün qü‐ rurvericidir ki, “Zəfər yolu”nun açılması və Şuşanın alınması zamanı Mühəndis Qoşunlarının misilsiz xidməti olub. Yerinə yetirilən tapşırıqların nəticəsi də qələbəyə gedib çatmağımız olub. POLİQON: Sizin də qeyd etdiyiniz kimi, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi mək təb lə ‑ rində öyrənilir... Müasir mü ha ri ‑ bələrdə mühəndis‑istehkam böl mə ‑ lərinin qarşısında yeni təhdidlərlə mübarizə aparmaq tələbləri durur. Bunlardan biri düşmənin əl də ‑ qayırma partlayıcı qurğulardan (ƏPQ) istifadə etməsidir... General‑mayor Anar Kərimov: Bunun üçün Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının tərkibində ay‐ rıca olaraq əldəqayırma partlayıcı maddələrlə mübarizə bölməsi yaradılıb. Yəni istehkam bölmələrinin funksiya‐ ları da artıq bölünübdür ki, bu, dediyi‐ niz məsələləri əks etdirən bir nəticədir. Həmin bölmə xüsusi olaraq hazırlanır və onun avadanlıq və təchizatı digər is‐ tehkam bölmələrindən bir az fərqlənir. O bölmələrin fəaliyyəti, döyüş hazırlığı xüsusi proqramla hazırlanır. Bu, dün‐ yada da belədir. Qeyd etdiyim kimi, bizdə də artıq belə bir bölmə mövcud‐ dur. Əldəqayırma partlayıcı maddələrlə mübarizə bölməsinin avadanlığı da ay‐ rıdır, onun döyüş hazırlığı proqramı fərqlidir və lazım olan yerdə həmin bölmənin istifadəsi mümkündür. POLİQON: Vətən müharibəsində mühəndis‑istehkam bölmələrinin fəaliyyətinə, onların gördüyü işlərə qismən toxundunuz. Bu məsələnin üzərində bir az daha geniş dayan‑ maq istərdim. Vətən müharibəsində Mühəndis Qoşunlarının rolu və dö ‑ yüşlərdə qazandığı praktiki təcrübə barədə nələri söyləyə bilərsiniz? General‑mayor Anar Kərimov: Əl ‐ bət tə ki, hər bir müharibə eyni zaman ‐ da bir təcrübədir. Xüsusilə, bu, Vətən torpaqlarının işğaldan azad edilməsi üçün aparılan mübarizədir. Ordumuz, mühəndis‐istehkam bölmə lə rimiz də bu müharibədə böyük bir təcrübə top‐ layıb, düşmənin fəaliyyət xarakterini incələyib. Biz buna uyğun olaraq döyüş hazırlığımızı planlaşdırırıq, müəyyən korrektələr və dəyi şikliklər edirik. Bu, davamedici və durmayan prosesdir. Bundan başqa, dünya praktikası var. Dünyada baş verən proseslər var ki, bu‐ rada Mühəndis Qoşunlarının etdiyi fəaliyyətləri və onlara qarşı görülən tədbirləri incələyirik. Ona görə də, daim bunlar nəzərə alınaraq və təhlil 15 Yuxarıda: Soldan sağa İMR‑3M mühəndis‑ istehkam maşını, MTU‑90 mexaniki körpüsalanları, 91‑PP ponton körpüsü və “Pomins II” keçidaçma qurğuları. Aşağıda: Mühəndis Qoşunlarının bölmələri MEMATT ilə minatəmizləmə əməliyatında.


edi lərək döyüş hazırlığında lazım olan dəyişikliklər, korrektələr aparılır. POLİQON: Cənab general‑mayor, mümkünsə biraz da Mühəndis Qo‑ şunlarının kadr təminatından danı‑ şardınız. Maddi‑texniki bazasının gücləndirilməsi və kadr təminatı barədə fikirləriniz bilmək bizim üçün maraqlı olardı. General‑mayor Anar Kərimov: Mühəndis Qoşunlarının kadr təminatı da çoxsahəli məsələdir. Burada, xüsusilə də bizim minatəmizləmə bölmə lə ‐ rimizin daha professional səviyyəyə çatdırılması əsas prioritetlərdən biridir. Bu nədir? Bu, daha çox müddətdən artıq hərbi qulluqçuların həmin işə cəlb edilməsi və artıq peşəkar əsgər yetiş ‐ dirərək onların uzun müddətdə xid ‐ mətdə olmasıdır ki, bu da işin ümumi nəticəsinə böyük təsir göstərir. Yəni daha professional platformaya keçmə hədəfimiz var. Bunun üçün müəyyən konsepsiyalar işlənib hazırlanır. Bütün orduda olduğu kimi, bizdə də beş ildən sonra Mühəndis Qoşunlarını necə görmək istəyirik, 10 ildən sonra Mü ‐ həndis Qoşunları hansı səviyyəyə çat‐ malıdır deyə konsepsiya var. Buna yönəlik olaraq da həm döyüş hazırlığı, həm də təchizat məsələləri ortaya qo‐ yularaq inkişafımızı davam etdiririk. Nəticədə artıq son üç il ərzində böyük bir dəyişiklik var. İnanıram ki, yaxın gələcəkdə də bu, artan dinamika ilə davam edəcək. POLİQON: Vətən müharibəsindən sonra Mühəndis Qoşunlarının üzə ‑ rinə düşən vəzifələr daha da artdı. Bunlardan biri də işğaldan azad olunmuş ərazilərin minalardan tə ‑ miz lənməsidir. Bu proses necə hə ‑ yata keçirilir? General‑mayor Anar Kərimov: Dediyim kimi, bunun üçün həm xüsusi bölmələr, həm istehkam bölmələri ya‐ radıldı. Bundan başqa, sözügedən işdə Mühəndis Qoşunları tək deyil. Bu iş ümumi konsepsiya əsasında aparılır və konkret olaraq il ərzində bizə ayrılan ərazilər keyfiyyət yoxlamasından ke ‐ çirilərək aidiyyəti üzrə qurumlara təhvil verilir. Bu, çox məsuliyyətli, xü‐ susi diqqət tələb edən bir fəaliyyət ol‐ duğu üçün, habelə avadanlıq, təchizat və bölmələrin hazırlığı da yerində ol‐ duğu üçün itkisiz və planlı şəkildə davam etdirilir. POLİQON: İşğaldan azad olunmuş ərazilərin mina və partlamamış dö ‑ yüş sursatlarından təmizlənməsi əməliyyatlarında son nəticələr ba ‑ rədə nələr deyə bilərsiniz? General‑mayor Anar Kərimov: Azərbaycan Ordusunun mühəndis‐ isteh kam bölmələrinin fəaliyyəti nəti ‐ cəsində azad edilmiş ərazilərdə cari ilin dekabr ayının 1‐dən 12‐dək olan müddət ərzində 134 hektaradək ərazi mina və partlamamış döyüş sursat ‐ larından tam təmizlənib. Təxliyə yollarının daim işlək vəziyyətdə saxla ‐ nılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə eyni müddət ərzində ümumilikdə 1069 metr yol qar örtüyündən təmizlənib, 260 metr yeni təminat yolları mühən ‐ dis‐istehkam bölmələri tərəfindən çəkilib. Azad edilmiş ərazilərdə 2023‐cü il ərzində mühəndis‐istehkam bölmələri tərəfindən 6863 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Bundan başqa, 1730 metrədək yol qar örtüyündən təmizlənib, 13660 metr yeni təminat yolları çəkilib. Mühəndis Qoşunlarının bölmələri tərəfindən Qarabağ ərazisində aşkar ‐ lanan çoxlu sayda döyüş sursatlarının Ağdərə rayonundakı “Gödəkburun” təlim mərkəzində məhv edilməsi pro ‐ sesi aparılır. Onların arasında külli miqdarda partlayıcı maddələr və mina ‐ lar var. Ermənistan istehsalı olan minaları xüsusi olaraq vurğulamaq istəyirəm. Ermənistan istehsalı olan, xüsusilə piyada əleyhinə minalar, müxtəlif tipli əldə hazırlanmış partlayıcı atımlar, partlatma vasitələri aşkar 16 www.poliqon.az Yuxarıda: 91‑PP ponton körpüsü. Aşağıda: MTU‑90 mexaniki körpüsalanı.


edilmişdir və poliqonda mərhələli şə ‐ kildə Mühəndis Qoşunlarının bölmələri tərəfindən həm partlayış üsulu ilə, həm yandırma üsulu ilə zərərsizləşdirilməsi prosesi aparılır. POLİQON: Cənab general‑mayor, düşmən tərəfindən ərazilərin mina‑ lamasında standartlara əməl olun‑ madığı məlumdur. Belə olan halda Mühəndis Qoşunlarının bölmələri hansı çətinliklərlə rastlaşır? General‑mayor Anar Kərimov: Ümumiyyətlə, minatəmizləmə fəaliyyəti mürəkkəb və çətin bir prosesdir. Mü ‐ həndis Qoşunlarının bölmələri bunun üçün tam hazırlanıb. Mən Mühəndis Qoşunlarının fəaliyyətindən danışıram, amma bildiyiniz kimi, minatəmizləmə əməliyyatları ANAMA‐nın ümumi rəh ‐ bər liyi ilə bir çox qurum tərəfindən həyata keçirilir. Ərazilərin bir qismi həddən çox çirk lənib. Burada həm mina sahələ rin ‐ dən, həm də partlamamış döyüş sursat ‐ larından söhbət gedir. Minatə mizləmə zamanı müxtəlif vasitələrdən istifadə edirik. Bunun üçün Azərbaycan Or du ‐ su nun, yuxarıda da qeyd etdiyim kimi, qardaş Türkiyədən aldığı 20 ədəd MEMATT mexaniki minatəmizləmə ma ‐ şı nından istifadə olunur. Eyni za man da minaaxtaran itlərdən də istifadə olunur. Qı sa olaraq bildirmək istəyirəm ki, avadanlıqlarımız artıq müasir ləş dirilib və əlimizdə dünyanın ən aparıcı ava ‐ danlığı var. Minatəmizləmə zamanı əvvəlcə əra ‐ zinin ilkin kəşfiyyatı, bundan sonra ərazi vəziyyətinin dəqiq qiymət lən di ‐ rilməsi aparılır. Daha sonra qərar verilir ki, hansı üsul və vasitə ilə bu ərazilərin təmizlənməsi aparılmalıdır. Burada ar ‐ tıq beynəlxalq – dünya stan dartı sə viy ‐ yəsində minatəmizləmədən söh bət ge ‐ dir. Eyni zamanda sonradan bu nun key ‐ fiyyət yoxlanması həyata keçirilir və ar ‐ tıq həmin əraziyə doğ rudan da təmiz lən məsi ilə bağlı hüquqi şəkildə qiymət verilir. POLİQON: Mühəndis Qoşunları‑ nın hazırda önəm verdiyi və icrasını həyata keçirdiyi fəaliyyətləri nədən ibarətdir? General‑mayor Anar Kərimov: Ərazilərimizin işğaldan azad olunması nəticəsində dövlət sərhədinin tam təhlükəsizliyini bərpa etmişik. Buna aid və lazım olan mühəndis təminatı tapşı‐ rıqları böyük sayda yerinə yetirilib. Bi‐ lirsiniz ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə dövlət sərhədi boyunca lazım olan istiqamətlərdə min kilo ‐ metrdən artıq yollar çəkilib. Həmin yol‐ ların bu gün istər qış vaxtı olsun, istərsə də digər mövsümlərdə olsun açıq sax‐ lanması şərtdir. Bu da mühəndis tə ‐ minatı tapşırıqlarının əsas vəzifə ‐ lərindən biridir. Bundan başqa, digər vəzifələr sər ‐ həd boyu tərtiblənmə yerlərində bölmələrimizin fortifikasiya işləri və mühəndis təminatı tapşırıqlarıdır ki, bunların da icrası çox uğurlu şəkildə həyata keçirilir. Daha dayanıqlı şəkildə dövlət sərhədinin qorunması üçün bölmələrimiz tərəfindən lazım olan qurğuların hazırlanması prosesi aparı‐ lır və buna Mühəndis Qoşunları Baş idarəsi tərəfindən ciddi nəzarət olunur. Digər məsələlər ərazilərin minalardan, partlamamış döyüş sursatlarından tə ‐ mizlənməsidir ki, burada məskunlaşma məsələləri çox vacibdir. Belə ki, həm bölmələrimizin özünün yerləşdiyi əra ‐ zilərin yoxlanılması aparılır, həm də tələbdən irəli gələn digər mühəndis təminatı tapşırıqları il boyunca yerinə yetirilir. POLİQON: Mühəndis Qoşunları‑ nın vəzifələrindən söz düşmüşkən, mümkünsə oxucularımıza bu haqda daha ətraflı məlumat verərdiniz. Mü ‑ həndis Qoşunlarının qarşısında du ‑ ran vəzifələr və tapşırıqlar nə lərdir? General‑mayor Anar Kərimov: Mühəndis Qoşunlarının qarşısında duran əsas vəzifələri ərazilərin mina‐ lardan, partlamamış döyüş sursatların‐ dan təmizlənməsi, qoşunların hərəkət qabiliyyətinin artırılması üçün lazım olan tədbirlərin görülməsi, ehtiyac olarsa, düşmənin hərəkət qabiliyyətinin əngəllənməsi üçün tapşırıqların yerinə yetirilməsidir. Həmçinin Mühəndis Qo‐ şunlarının tapşırıqlarından biri də, lazım olan yerlərdə idarəetmə məntə ‐ qələrinin, fortifikasiya qurğularının daha ixtisaslaşmış şəkildə hazırlanma‐ sıdır və digər ümumi istehkamçılıq tap‐ şırıqlarının icrasıdır. 18 www.poliqon.az


SAMUR səyyar üzən hücum körpü sistemi taktiki təkərli zirehli maşınla oxşar konsepsiyaya və ortaq platforma alt sistemlərinə sahib olub, nəqletmə dəstləri və körpü konfiqurasiyaları ilə çaydan keçmə əməliyyatlarında bütün hərbi yükləri, xüsusən də əsas döyüş tanklarını qarşı sahilə daşımaq üçün nəzərdə tutulub. Türkiyənin FNSS şirkətinin mühən ‐ disləri tərəfindən milli imkanlar hesa ‐ bına dizayn olunaraq hazırlanan SAMUR, bənzər məqsədlər üçün dizayn edilmiş dünya səviyyəsindəki bütün digər sistemlərdən üstün xüsusiy ‐ yətlərə malik olması ilə seçilir. SAMUR, standart olaraq təqdim edilən föv ‐ qəladə və sahil lövbər sistemi, ballistik mühafizəsi, eləcə də nasazlığın asan aşkarlanmasını təmin edən elektron məlumat kommunikasiya infra struk ‐ turu ilə oxşar sistemlərdən fərqlənir. İstehsalçı şirkətin məlumatına görə, SAMUR sistemi öz sinfində yeganə 8x8 təkər formuluna malik plat ‐ formadır. Onun mərkəzi təkər şişirtmə və tənzimlənə bilən sürüş hün dür ‐ lüyünə nəzarət funksiyalarına sahib bütün oxlardan idarə edilə bilən 8x8 güc aqreqatı xüsusilə yumuşaq, palçıqlı və maneəli ərazidə unikal yolsuzluq performansı və hərəkət sürəti təmin edir. Yumşaq torpaqda işləmək bacarığı SAMUR səyyar üzən hücum körpüsü ?Mehmet Demirkol “Poliqon” jurnalının Türkiyə təmsilçisi Türkiyə müdafiə sənayesinin quru sahəsində ilk müqaviləli orjinal dizayn və inkişaf layihəsi olan SAMUR, Türkiyə Silahlı Qüvvələrinin taktiki əməliyyat ehtiyaclarına uyğun olaraq inkişaf etdirilib.


çay sahillərində su girişi və çıxışı üçün əhəmiyyətli dərəcədə az hazırlıq görül ‐ məsinə imkan verir. Bütün oxlardan dönüş sistemi texnikanın dönmə radiu ‐ sunu minimuma endirir. 8x8 kon sep ‐ siyasında oxlar arasındakı məsafənin daha qısa olması səbəbindən dik ma ‐ neələri və xəndəkləri dəf etməkdə analoqları ilə müqayisədə daha üstün hərəkət qabiliyyətinə malikdir. Bundan əlavə, maksimum 9 ton ox yükünə sahib 8x8 güc aqreqatı yer təzyiqini əhə ‐ miyyətli dərəcədə aşağı salır və daha az aşınma səbəbindən təkərlərin daha uzun müddət xidmət göstərməsini təmin edir. SAMUR, 60 faiz bucaq altında maili yüksəkliyə qalxmağı, 30 dərəcə bucaq altında isə yan maili enməyi bacarır. SAMUR sistemi texnika suya girən zaman itkini təmin edən iki ədəd reak ‐ tiv nasosa sahibdir. Bu sistem tex nikaya pivot (dayaq nöqtəsi) dönüşlər ilə yana və irəliyə doğru 360 dərəcə bucaq altında manevrlər etməyə imkan verir. Bərə konfiqurasiyasında tək bir SAMUR sistemi AYS 21 (hərbi yük sinfi 21 ton) tırtıllı texnikaları daşıya bilir. İki SAMUR sistemi üzdürücüdən‐üz dü ‐ rücüyə qoşula bilər və AYS 85 P (hərbi yük sinfi 85 ton tırtıllı) texnikanı daşıya bilər. Üç sistemi bir‐biri ilə bir ‐ ləşdirərək AYS 120 T‐yə qədər (hərbi yük sinfi 120 ton təkərli) texnikanın sulu bölgələrdən keçidini təmin etmək olar. Bərə konfiqurasiyası ilə yanaşı, 8 ədəd SAMUR sistemi AYS 85 P və AYS 120 T texnikalarını daşıya bilən 100 metr uzunluğunda körpünün inşası üçün bir‐biri ilə birləşdirilə bilər. Müəyyən missiyalar üçün çox sayda SAMUR‐u daha böyük məsafələri keçmək üçün bir‐biri ilə birləşdirmək mümkündür. Özünü təmin etmək baxımından SAMUR əlavə dəstək maşınlarına eh ‐ tiyacı aradan qaldıraraq bir sistemdə dörd rampa aparatını daşıya bilir. Bundan əlavə, SAMUR xüsusən yumşaq ərazilərdə texnikanı və ya hər hansı digər sistemi xilas etməyə imkan verən özünü xilasetmə kranı ilə təchiz edilib. Döyüş zamanı məhdud vaxtda ən yaxşı şəkildə istifadə etməyi hədəfləyən sistemlə ən çox 10 dəqiqə ərzində ikili daşıma qrupu yaratmaq mümkündür. SAMUR səyyar üzən hücum kör ‐ püsündə xilasetmə kranı, avtomatik yan ğınsöndürmə sistemi, sabit yan ‐ ğınsöndürmə sistemi, habelə portativ yanğınsöndürmə balonları və əlavə təzyiqli NBK sistemi ilə təhlükəsizlik ön planda tutulub.


İclasda Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov, Sumqayıt Texnologiyalar Parkının Baş direktoru Hicran Valehov, “Azərsilah Müdafiə Sənayesi Holdinqi” ASC‐nin nüma ‐ yəndəsi Orxan Yusibov, Türkiyənin ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol və “Titra” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Selman Dönməz müzakirələrdə iştirak ediblər. Tədbir Milli Aerokosmik Agentli ‐ yinin baş direktorunun müavini Fuad Məmmədovun moderatorluğu ilə keçirilib. Paneldə müdafiə sənayesində tex ‐ no logiya və bu sahədə investisiya im ‐ kanları, silahlı qüvvələrin maddi‐texniki təminatında idxaldan asılılığın azal ‐ dılması mövzularında müzakirələr aparılıb, təkliflər səsləndirilib. Azərbaycan rəqabətədavamlı məh sullar istehsal etmək qabiliyyə ‑ tindədir İclasda çıxış edən müdafiə sənayesi naziri Vüqar Mustafayev bildirib ki, bu forum iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, hərbi sahədə də fəaliyyət göstərən dövlət qurumlarının görüş yerinə çevrilib. Onun sözlərinə görə, belə görüşlərin, tədbirlərin təşkil olunması beynəlxalq müstəvidə yerli və xarici şirkətlərin müxtəlif istiqa ‐ mətlərdəki əməkdaşlığının inkişafına təkan verir. Nazir Azərbaycan müdafiə səna ‐ yesinin daha da inkişaf etdirilməsi yö ‐ nündə həyata keçirilən tədbirlər barədə danışıb: “Dövlət başçısının davamlı qayğı və diqqəti nəticəsində Azər bay ‐ can özünün müdafiə sənayesinin inkişafında daha yeni nailiyyətlər əldə etməyə imkan qazanıb. Bu gün biz artıq rəqabətədavamlı, müasir standartlara cavab verən məhsullar istehsal etmək qabiliyyətindəyik”. Vüqar Mustafayev bildirib ki, hər bir dövrdə olduğu kimi milli təh ‐ lükəsizliyin təmin edilməsi ölkələrin ən başlıca məsələləri sırasındadır: “Dün ‐ yada baş verən proseslər bir daha onu göstərir ki, ölkənin müdafiə qabiliy ‐ yətinin, imkanlarının güclü olması, eyni 22 www.poliqon.az Azərbaycan‑Türkiyə İnvestisiya Forumu – Hərbi‑texniki əməkdaşlıqda texnologiyanın rolu ?Gülnar Ədalətqızı Dekabr ayının 21‑də Bakıda Azərbaycan‑Türkiyə İnvestisiya Forumu çərçivəsində “Hərbi‑texniki əməkdaşlıqda texnologiyanın rolu” möv zu ‑ sunda panel iclas keçirilib.


zamanda, güclü ordusunun olması onun suverenliyinin və müstəqilliyinin əsas qarantı rolunda çıxış edir. Bu baxımdan müdafiə sənayesinin potensialının artı ‐ rılması artıq son dövrlərdə hər bir ölkənin önəmli prioritet məsələ lərin ‐ dən birinə çevrilib. Əlbəttə ki, bu po ‐ tensialın artırılması ölkənin milli sənayesi hesabına baş verdikdə bu, həmin dövlətin gücünün, qüdrətinin daha bir göstəricisi halına gəlir”. Azərbaycan birgə hərbi istehsal müəssisələrinin yaradılmasını da ‑ vam etdirəcək Vüqar Mustafayev Müdafiə Səna ‐ yesi Nazirliyinin növbəti dövr üçün planlarını açıqlayıb. “İstehsal etdiyimiz müasir stan ‐ dartlara cavab verən məhsulları həm silahlı qüvvələrimizin daxili təminatı, təchizatı baxımından istifadə edir, eyni zamanda ixrac siyasətimizin formalaş ‐ dırıl masında və qurulmasında bu məh ‐ sulları aktiv şəkildə tətbiq edirik. Lakin bu gün bununla kifayətlənməməliyik. Çünki dövlətimizin başçısı bizim qar ‐ şımızda çox önəmli tapşırıqlar qoyub. Bu tapşırıqlar xüsusilə müdafiə səna ‐ yesinin möhkəmləndirilməsində, şaxə ‐ ləndirilməsi istiqamətində zəruri kompleks tədbirlərin həyata keçiril ‐ məsini tələb edir. Prezident İlham Əliye ‐ vin bu sahəyə diqqəti nəticəsində Azər ‐ baycan güclü müdafiə sənayesinin yaradılması istiqamətində mühüm nailiy yətlərə imza atıb”, – deyə Vüqar Mustafayev vurğulayıb. Nazir bildirib ki, növbəti dövrlərdə yeni müdafiə sənayesi sahələrinin yara ‐ dılmasında mövcud müdafiə sənayesi istehsalı sahələrinin təkmilləş diril ‐ məsinə, istehsal gücünün, potensialının artırılmasına, eyni zamanda, istehsalda istifadə olunan müasir texnika və texnologiyaların tətbiqinə xüsusi diqqət ayrılacaq: “Bununla yanaşı, paralel olaraq idarəetmədə qabaqcıl korporativ standartların tətbiq olunması, kadr siyasətinin təkmilləşdirilməsi və kadr potensialının artırılması, maliyyə‐tə ‐ sərrüfat fəaliyyətində dayanıqlığın artırılması, özəl sektorun bu sahədə iştirakının dəstəklənməsi, özəl sektor və dövlət arasında tərəfdaşlıq əlaqə ‐ lərinin qurulması, sərmayələrin cəlb edilməsi, birgə müəssisələrin və birgə istehsal sahələrinin yaradılması mü ‐ vafiq hüquqi və qanunverici bazanın formalaşdırılması qarşıdakı fəaliyyə ti ‐ mizin mühüm hissəsi olacaq”. Azərbaycan istehsalı mina tə miz ‑ ləyən maşınlar partlayışlara dözüm ‑ lüdür Panel iclasda çıxış edən ANAMA‐nın İdarə Heyətinin sədr müavini Samir Poladov bildirib ki, işğaldan azad edilən ərzazilərdə indiyə qədər 115 min hektar ərazi mina və partladılmamış hərbi sursatdan təmizlənib. Həyata keçirilən təmizləmə əməliy ‐ yatlarında Türkiyə istehsalı mina tə ‐ mizləmə avadanlıqlarından və mexaniki minatəmizləmə maşınlarından da is ‐ tifadə olunduğunu vurğulayan Samir Poladov, minaların basdırıldığı ərazlərlə bağlı verilən məlumatların dəqiq olmadığını xatırladıb. ANAMA sədrinin müavini bildirib ki, intellekt və dronlar vasitəsilə müasir minatəmizləmə üsulları çox inkişaf edib və Agentlik tərəfindən bu sahədə müəyyən təkmilləşdirmələr aparılır. “Azərbaycanın özünün də yerli mina təmizləmə avadanlıqları möv cud ‐ dur. “Improtex” Şirkətlər Qrupunun istehsalı olan minatəmizləmə maşın ‐ larını ötən il və bu il ərzində real mina ərazisində sınaqdan keçirmişik. Tank əleyhinə olan minaların tərkibində daha çox partlayıcı maddə olduğundan onun daha böyük dağıdıcı qüvvəsi olur. Bu maşınlar həmin partlayışlara dö ‐ zümlüdür. Biz bunları real part la yış ‐ larda istifadə edərək sınaqdan keçir ‐ mişik. Yerli istehsal olunan ma şınlar keyfiyyətlidir”, – deyə Samir Poladov vurğulayıb. 23 Prezident İlham Əliyevin noyabr ayının 18‐də imzaladığı sərəncamla Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamına əsasən, Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respub li ka ‐ sının müdafiə sənayesi naziri təyin olunub. Vüqar Mustafayev 1986‐cı ildə Bakı şəhərində anadan olub. 2004‐cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə ‐ Menecment ixtisasına daxil olub, 2008‐ci ildə fərqlənmə ilə bitirib. 2010‐2013‐cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramı üzrə məzun olub. Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006‐2008‐ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru, eləcə də maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib. O, 2016‐cı ildən etibarən beynəlxalq asso siasiya olan Daxili Auditorlar İnsti ‐ tutu nun üzvü olmaqla yanaşı, “Certified İnternal Auditor (CİA)” ‐ Beynəlxalq Daxili Auditor kvalifikasiyasını əldə edib və 2020‐ ci ildən beynəlxalq “İBM Data Science Specialization” ‐ Data Elmi üzrə ixtisas ‐ laşmış kvalifikasiyaya sahibdir. 2009‐2012‐ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012‐2014‐cü illərdə “Azerfon” MMC‐də Daxili Audit Departamentinin Direktoru vəzifəsini icra edib. 2014‐cü ildən etibarən “PAŞA Holdinq” MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb. 2014‐cü ildə “PAŞA Holdinq” MMC‐ də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. 2014‐cü ildən etibarən “PAŞA Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC‐ nin Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərib. 2021‐ci ildə “PAŞA Holdinq” MMC‐nin Türkiyədəki nüma yən ‐ dəliyinin rəhbəri, eyni zamanda mərkəzi ofisi İstanbulda olan “PDT və Gayrımenkul A.Ş.” şirkətinin Müşahidə Şurasının sədri təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023‐cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub. Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub


Termal silah nişangahları hәrbi vә mülki sahәdәki istifadәçilәr tәrәfindәn istismar olunur. Mülki sahәdә daha çox ovçuluqla mәşğul olan şәxslәr dumanlı, qaranlıq vә gecә vaxtı heyvanların ovlanmasında termal nişangahlardan istifadә edir. Günümüzdә müasir ordu, müasir silah, müasir texnika vә bu kimi anlayışlar geniş yayılıb. Elә buradan yola çıxaraq söylәyә bilәrik ki, müasir әsgәr dedikdә onun әn başlıca silah vә avadanlıqları modern tәlәblәrә cavab vermәlidir. Silah vә avadanlıqları müasir tәlәblәrә cavab verәn, elәcә dә fiziki vә döyüş hazırlığı yüksәk olan әsgәr günün istәnilәn saatında vә vaxtında (gecә/gündüz) qarşısına qoyulan tapşırığı uğurla yerinә yetirә bilәcәk. Yuxarıda da qeyd etdiyimiz kimi, düşmәni mәhv edә bilmәk üçün әvvәlcә görmәk lazımdır. TSN әsgәrә gecә vaxtı vә mәhdud görmә şәraitindә düşmәni aşkarlamağa imkan verir. TSN-in işlәmә prinsipi hәr hansı bir istilik mәnbәyi, mәsәlәn, canlı orqa - nizmlәr tәrәfindәn buraxılan istilik enerjisinin aşkarlanmasına әsaslanır. Bu istilik insan gözünә görünmәyәn infra - qırmızı diapazonda yayılır. Mәhsulun içәrisinә quraşdırılmış germanium lensi bu şüalanmanı xüsusi matrisә yönәldir. Matrisdә alınan görüntü elektronika tәrәfindәn şәkilә çevrilir vә nәticәdә rәngli OLED, AMOLED vә s. displeydә әks olunur. Görüntüdә müxtәlif temperatur zonaları fәrqli rәnglәrdә tәqdim edilir. Belә ki, daha isti yerlәr işıqlı, soyuq yerlәr isә qaranlıq görünür. Hazırda bir çox ölkә mülki vә hәrbi sahәdәki istifadәçilәr üçün termal silah nişangahların istehsalı ilә mәşğuldur. Bu siyahıya Türkiyә, İtaliya, Belarus, Rusiya, İsrail, Böyük Britaniya, Fransa, ABŞ, Çin, Bolqarıstan, Almaniya, Birlәşmiş Ərәb Əmirliklәri vә s. ölkәlәr daxildir. “FLIR Systems” (ABŞ) ABŞ termal silah nişangahlarının istehsalı sahәsindә kifayәt qәdәr ixtisaslaşan ölkәlәrdәndir. Ölkәdә hәm hәrbi, hәm dә mülki tәyinatlı TSN-lәr istehsal edilir. Ölkәnin әsas termal silah nişangahı istehsalçıları sırasına “FLIR Systems”, “L3harris”, “Excelitas Technologies” vә digәr şirkәtlәr daxildir. “FLIR Systems” şirkәti bu sahәdә S140-D, HISS-XLR vә T75 termal silah nişangahları istehsal edir. “FLIR Systems” istehsalı olan TSN-lәr başda ABŞ vә digәr NATO ölkәlәri olmaqla bir çox ölkәnin ordusu tәrәfindәn istismar edilir. T75 termal nişangahı hәm silahların üzәrinә taxılmaq, hәm dә ayrıca olaraq әldә istifadә edilmәk üçün nәzәrdә tutulub. MIL-STD-1913 standartlı relsә taxılan T75 ümumi AA Li batareyaları ilә işlәyir vә tәsvirin tәnzimlәnmәsi üçün böyük, möhkәm idarәedicilәrlә tәchiz 24 www.poliqon.az ATICI SİLAHLAR ÜÇÜN TERMAL NİŞANGAHLAR ?Elşən Abdulkərimov Hərbi əməliyyatlar zamanı bölmələrin düşmən hədəflərini məhv edə bilməsi üçün qarşısındakı obyekti və ya subyekti görməsi vacibdir. Əgər əməliyyat anında şəxsi heyət qarşıda dayanan düşməni asanlıqla aşkar‑ laya bilirsə, o zaman sərrast atəş ilə həmin hədəfi məhv edə biləcək. Gün‑ düz vaxtı işıqlı mühitdə qarşıda dayanan düşməni aşkarlamaq və zərərsizləşdirmək döyüşçü üçün asan olsa da, gecə və qaranlıq şəraitlərdə bu iş çətinləşir. Bu səbəbdən qaranlıq mühitlərdə düşməni aşkarlaya və məhv edə bilmək üçün termal silah nişangahlarından (TSN) istifadə olunur. Aselsan T350‑D


olunub. Nişangahdakı 640x512 key - fiyyәtindәki uzun dalğalı IR sensoru istifadәçiyә gecәboyu aydın görüntü tәmin edir. T75 silahda pikatini rels üzәrinә quraşdırılan optik nişangahın qarşısına taxılaraq da birgә istifadә edilә bilәr. Bu әsasda T75 istәnilәn optik nişangah ilә uyğun gәlir vә әksәr silahlara sürәtlә uyğunlaşdırılır. Yüksәk portativliyә malik T75 termal silah nişangahı 800 metr mәsafәyә qәdәr olan yaxın vә orta mәnzilli döyüşlәr üçün idealdır. Bundan başqa, gündüz optikası ilә birlikdә tәtbiq edildikdә 800 metrdәn artıq mәsafәdәki hәdәflәri aşkar etmәyә imkan verir. Nişangah 5.56 mm-lik vә 7.62 mm-lik NATO standartlı atıcı silah - lara taxılaraq istifadә edilә bilәr. Nişangahın mini coystik vә ya istәkdәn asılı olaraq silaha quraşdırılmış uzaqdan idarә olunan xüsusi mexanizm ilә tәnzimlәmә qabiliyyәti döyüşçünün atış dayanıqlığını artırır vә onun yerini aşkar edә bilәcәk lazımsız hәrәkәtlәri mi - nimuma endirir. Hәddindәn artıq iş şәraitinә cavab vermәk üçün “FLIR Systems”in Zәrbәnin Azaldılması Sistemi ilә tәchiz olunan T75 TSN bu sayәdә uzun xidmәt müddәti tәmin edir. Elektronik olaraq hәdәfi 1x, 2x vә 4x böyüdә bilәn T75 nişangahı videoları NTSC vә PAL formatında qeyd edir. Termal silah nişangahı AA Litium (L91) batareyaları ilә çalışır ki, bu da ona 23 dәrәcә temperaturda әn azı 5 saat işlәmәk imkanı verir. Ümumilikdә T75-in işlәmә temperaturu -30°C ilә +50°C arasındadır. Rәngli OLED ekran ilә tәchiz edilәn vә ağırlığı 1 kiloqram olan termal silah nişangahı MIL-STD-810G standartı sayәsindә suyun 1 metr dәrinliyindә 30 dәqiqә işlәyә bilir. Onun aksesuarlarına 6 әdәd L91 AA Litium batareya, video kabel, tәmizlik dәsti, lens qoruyucu qapaq, daşıma çantası vә s. daxildir. “L3harris” (ABŞ) ABŞ-ın “L3harris” şirkәti tәrәfindәn istehsal olunan “Light Weight Thermal Weapon Sight” (LWTS) yüngül çәkili termal silah nişangahı AN/PAS-13G(V)1 hәrbi nomenklaturası ilә tanınır. Sistemin termal görüntülәmә qabiliyyәti dumanlı, yağışlı, qarlı, qaranlıq vә gecә kimi mәnfi әtraf mühit şәrtlәrindә hәdәfi aşkar - lamağa, müşahidә vә müәyyәn etmәyә imkan verir. Silaha taxılaraq vә ya ayırca әldә tutularaq istifadә edilә bilәn LWTS-i silahın üzәrindәki optik nişangahla bir - likdә dә istifadә etmәk mümkündür. Hazırda qlobal silah bazarında “L3harris” şirkәti LWTS-in artırılmış mәnzilli LWTS-LR versiyasını müş - tәrilәrinә tәklif edir. LWTS-LR-in uzun mәnzilә sahib olması onun avtomatlarla yanaşı, snayper tüfәnglәrinә dә taxılaraq istifadә edilmәsinә imkan verir. LWTSLR 640x480 soyutmasız mikrobolometrdә qabaqcıl 17 µm texnologiyasından istifadә edir. Müasir tәsvir emalı vә elektronika ilә birlәşәn yüksәk ayırdetmә displeyi, tam dolu batareya ilә müstәsna tәsvirlәr vә uzun missiya müddәti tәmin edir. LWTS-LR termal silah nişangahının ağırlığı 1.1 kq (batareyalarla birlikdә), üfüqi ox boyunca baxış bucağı 7.4° (±0,5), ekran tezliyi 60 Hz vә elektron böyütmә bacarığı 2x ilә 4x-dir. Yenidәn doldurulan 4 әdәd AA Litium-ion batareya ilә işlәyәn LWTS-LR-in çalışma müddәti 25 dәrәcә temperaturda 10 saatdır. TSN 2500 metr mәsafәdә hәdәfi aşkarlamağa vә aydın havada hәdәfi tanımağa imkan verir. LWTS tipli TSN-lәrin günümüzdә әsas istifadәçisi ABŞ Silahlı Qüvvәlәridir. Hazırda da 6700 әdәddәn çox LWTS nişangahı ABŞ silahlı Qüvvәlәri tәrә - findәn istismar olunmaqdadır. ASELSAN (Türkiyә) Türkiyәnin termal silah nişan gah - larının әsas istehsalçısı hesab edilәn ASELSAN şirkәti bu sahәdә T3100C, T350-D/T360-D, T360-S/T375-S indeksli vә “Van Kedisi” adlı TSN-lәr istehsal edәrәk müştәrilәrinә tәklif vә tәdarük edir. ASELSAN-ın inkişaf etdirdiyi T3100C termal silah nişangahı әsgәrlәrin gecә vaxtı dәqiq atәş aça bilmәsi üçün hazırlanıb. Bundan başqa, ondan kәşfiyyat vә missiya tapşırıqları zamanı da istifadә etmәk mümkündür. MIL-STD-810G әtraf mühit standartını qarşılayan T3100C suyun 1 metr dәrinliyindә 30 dәqiqә işlәyә bilir. Onun işlәmә temperaturu -32 ilә +50 dәrәcәdir. TSN avtomatik görüntü opti - mizasiyasına, görüntünün qeyd edilmәsi vә hәmin görünütünün tәkrar izlәnilmәsi imkanlarına, elәcә dә görüntünün KORSAN naqilsiz göz vizoruna ötürül - mәsi bacarığına sahibdir. T3100C-nin çalışma dalğasının uzunluğu 8-12 µm (LWIR) vә baxış 25 T75 termal silah nişangahı AN/PAS‑13G(V)1 termal silah nişangahı


bucağı 6.2° x 4.5° tәşkil edir. Termal silah nişangahı ayırdetmә qabiliyyәti 640 x 480 olan soyutmasız detektor ilә tәchiz edilib ki, onun da NETD (Noise Equivalent Temperature Difference) dәyәri mak si - mum 50 mK-dir. O, 1x böyütmә im ka - nına, yüksәk keyfiyyәtli OLED ekrana, PAL formatında video qeydiyyat baca - rığına, 32 GB hәcmindә daxili yaddaşa vә (batareya vә aksesuarlar istisna olmaqla) 1000 qram ağırlığa malikdir. Yenidәn doldurulan Li-Ion batareya ilә tәmin olunan T3100C 8 saat fәaliyyәt göstәrә bilir. Nişangahı istәyә uyğun olaraq әyim ölçәn vә mәrmi sayanla tәchiz etmәk mümkündür. T3100C-nin standart aksesuarlarına körüklәr, lens qoruma qapağı, tәmizlәmә dәsti, daşıma vә nәqletmә çantaları da xil - dir. Eyni zamanda, istifadәçinin istәyinә görә KORSAN naqilsiz göz vizoru, mәlumat ötürmә kabeli, günәş enerjisi doldurma paneli vә lazer hәdәf tuşlayıcısı kimi aksesuarlar da әlavә edilә bilәr. ASELSAN şirkәtinin öz imkanları hesabına hazırladığı “Van Kedisi” fusion silah nişangahı hәm termal, hәm dә gecә görüş imkanlarını özündә birlәşdirir. Nişangah Türkiyәdә keçirilәn IDEF-2017 beynәlxalq müdafiә sәnayesi sәrgisindә ilk dәfә tәqdim olunub. Türkiyә Silahlı Qüvvәlәrinin inventarında yer alan “Van Kedisi” nişangahı “gәlәcәyin әsgәri” CENKER döyüş dәstinә inteqrasiya edilә bilәr. MIL-STD-810G әtraf mühit stan - dartındakı “Van Kedisi” nişangahı -32 ilә +50 dәrәcә temperatur aralığında vә suyun 1 metr dәrinliyindә 30 dәqiqә müddәtindә işlәyә bilir. “Van Kedisi” termal nişangah kimi istifadә olunduğu halda baxış bucağı 17.7°x13.2°, gecәgörmә mәqsәdli isti - fadәdә isә 21.1° tәşkil edir. 640x480 keyfiyyәtindәki soyutmasız termal de dek - tor ilә tәchiz olunan nişangahın termal, gecәgörmә vә fusion olmaqla üç fәrqli görüntü rejmi mövcuddur. O, hәdәflәri standart şәkildә 1.1, elektron şәkildә isә 2x vә 4x böyüdә bilir. Yenidәn doldurulan Li-Ion batareyası ilә tәchiz edilәn “Van Kedisi”nin işlәmә müddәti 3 saat, ağırlığı 900 qramdır. “Van Kedisi” nişangahının standart olaraq aksesuarlarına batareya, adapter, lens vә okulyarı qoruyan qapaq, pikatini bağlantı kabeli, optik tәmizlәmә dәsti, videoların ötürülmәsi üçün kabel, daşıma vә nәqletmә çantaları daxildir. T350-D/T360-D vә T360-S/T375-S, ASELSAN şirkәtinin “Timsah” termal nişangah ailәsinә daxildir. Bu ailәyә daxil olan termal nişangahlar soyutmasız mikro - bolometr detektoruna sahibdir. “Timsah” termal nişangahları qoşunların tәyinatına, istifadә edilәn atcı silaha vә mәnzil tә lәb - lәrinә uyğun olaraq müxtәlif konfi qu ra - siyalarda çatdırılır. Əsasәn xüsusi tәyinatlı bölmәlәr vә komando birliklәri üçün nә - zәr dә tutulan “Timsah” termal nişan - gahları hәm Türkiyә Silahlı Qüvvәlәrinin, hәm dә Jandarma Baş Komandanlığının istismarında yer almaqdadır. T360-S vә T375-S termal nişan - gahları tәyinat vә texniki cәhәtdәn birbirilәri ilә oxşardırlar. Bu nişangahlar MIL-STD-810G әtraf mühit standartına, -32 ilә + 50 dәrәcә aralığında işlәmә temperaturuna, 32 GB hәcmindә daxili yaddaşa, 8 saat çalışma bacarığına vә yenidәn doldurulan Li-ion batareyaya sahibdir. Hәr iki nişangah 640x480 keyfiyyәtindәki 8-12 mikronluq so yut - masız mikrobolometr detektoru ilә tәchiz edilib. Onları fәrqlәndirәn әsas әlamәtlәr baxış bucaqları, kütlәlәri vә zum imkanlarıdır. T360-S-in baxış bucağı 10.3°x7.7°, kütlәsi 780 qram vә zum qabiliyyәti 2.2x, T375-S-in isә 8.3°x6.2°, 1010 qram vә 2.8x-dir. T375-S-in baxış bucağının daha dar olması T360-S ilә müqayisәdә nisbәtәn uzaq mәsafәdәki hәdәflәri aşkarlamağa vә nişan almağa imkan verir. 640x480 keyfiyyәtindәki 8-12 mik - ronluq soyutmasız mikrobolometr de - tektorlu T350-D/T360-D termal silah nişangahı daha çox avtomat silahlara taxılmaq vә yaxın mәsafәli әmәliyyatlarda istifadә edilmәk üçün nәzәrdә tutulub. Texniki cәhәtdәn “Timsah” ailәsinin digәr üzvlәri ilә demәk olar ki, eyni gös - tәricilәrә sahibdir. Qeyd edәk ki, “Timsah” ailәsinә daxil olan termal nişangahlar ASELSAN-ın Sivas şәhәrindә yerlәşәn törәmә şirkәti “ASELSAN Hassas Optik” tәrәfindәn istehsal edilir. 26 www.poliqon.az Van Kedisi Timsah – T3100C PARS 675N T360‑S/T375‑S


3E EOS (Türkiyә) Türkiyәdә termal nişangahlar istehsal edәn 3E EOS şirkәti bu sahәdә әsasәn PARS termal silah nişangahı ailәsi ilә tanınır. Bu ailәyә PARS 365N, PARS 660N vә PARS 675N termal silah nişangahları aiddir. PARS ailәsi adı altında istehsal edilәn 20 min әdәddәn çox TSN hazırda dünyanın müxtәlif yerlәrindәki istifadәçilәr tәrәfindәn istismar olunur. PARS 675N nişangahı 17 mikron LWIR sensor texnologiyası vә 640x512 keyfiyyәtinә sahib qabaqcıl sensoru sayәsindә istifadәçiyә üstün termal görüntülәmә qabiliyyәti tәqdim edir. Onun qabaqcıl termal görüntü emal xüsusiyyәti hәdәfi yüksәk sәviyyәdә aşkarlamağa imkan verir. Termal nişangah MIL-STD-810 standartları çәrçivәsindә sınaqdan keçirilmiş, dayanıqlı, möhkәm vә yığcam alüminium korpus quruluşu ilә istifadәçilәrin etibarını qazanmışdır. PARS 675N, silahlardakı MIL-STD-1913 standartlı pikatini relslәrә asınlıqla vә cәld şәkildә taxılaraq istifadә edilә bilәr. PARS 675N, elektronik olaraq 2x, 3x, 4x vә 8x böyüdә bilir. Termal nişangah rәngli OLED ekran, 75 mm-lik lens vә soyutmasız mikrobolometr sensoru ilә tәchiz olunub. Onun baxış bucağı 8.3°x6.6°, minimum fokuslama mәsafәsi 9 m, maksimum insan aşkarlama mәsafәsi 2200 m, maksimum texnika aşkarlama mәsafәsi 6750 m vә işlәmә tempe - raturunun aralığı -32 ilә +49 dәrәcәdir. Korpusu alüminium vә plastik ma terial - lardan ibarәt olan PARS 675N-in ağırlığı aksesuarsız 842 q, aksesuarlarla isә 1033 q tәşkil edir. Cihaz 2 әdәd Li-Ion yenidәn doldurulan batareya ilә çalışır ki, bu da ona 8 saatdan artıq işlәmәk imkanı verir. PARS 675N, MP4 formatında 180 dәqiqәdәn çox video vә JPEG formatında 10000-dәn artıq foto çәkә vә hәmin görüntülәri simli yaxud simsiz (WI-FI, Bluetooth) olaraq qarşı tәrәfә ötürә bilәr. Termal nişangahı NATO standartlı 5.56 mm, 7.62 mm vә 8.59 mm-lik silahlara taxaraq istifadә etmәk mümkündür. Onun PARS 675NH versiyası var ki, o da ancaq 12.7 mm-lik silahlara taxılaraq istifadә edilmәk üçün nәzәrdә tutulub. “Elbit Systems” (İsrail) İsrailin “Elbit Systems” şirkәti tәrәfindәn termal nişangahlar sahәsindә XACT th ailәsi inkişaf etdirilib. Ailәyә daxil olan XACT th64, XACT th65 vә XACT th70 yüksәk performanslı soyut - ma sız termal silah nişangahları gecә vә qaranlıq şәraitdә hәdәfin aşkarlanması vә tanınması üçün müstәsna istilik qәbuletmә hәssaslığına malikdir. XACT termal silah nişangahları personal hәrәkәt edәrkәn dә - yişәn mühitlәrdә fokusun әl ilә tәn zim lә - mәsinә ehtiyacın olmaması üçün av to - matik fokuslama sistemi ilә tәmin edilib. Əldә tutularaq vә ya silaha quraş - dırılaraq istifadә edilәn XACT nişan - gahları metal korpusa malikdir vә suyun 20 metr dәrinliyindә işlәyә bilir ki, bu da onu xüsusi әmәliyyatlar üçün uyğun edir. XACT termal nişangahları qәbuledici 640x480 (vә ya istәkdәn asılı olaraq 384x288) keyfiyyәtindә 17 mikronluq soyutmasız mikrobolometr ilә tәchiz olu - nub. MIL-STD-81OF standartına cavab verәn bu ailәnin termal nişangahları yüksәk etibarlılığa vә sadә texniki xidmәt imkanına sahibdir. Ailәnin XACT th64 vә XACT th65 nişangahları avtomatlar, XACT th70 nişangahı isә snayper tü fәng - lәrindә istifadә üçün nәzәrdә tutulub. Pikatini rels üzәrinә taxılan XACT th64 TSN-in kütlәsi 610 qram, baxış bucağı 12x9 dәrәcәdir. Bu TSN vasitәsilә in sanı 1300 m, texnikanı 2400 m-dәn aşkarlamaq, habelә insanı 600 m vә tex - nikanı 1400 m-dәn tanımaq mümkündür. Yenidәn doldurulan Li-Ion batareya ilә tәchiz edilәn XACT th64 nişangahı 9 saatdan artıq işlәyir. XACT th64 vә XACT th65-lә müqayisәdә kütlәsi daha ağır olan XACT th70 TSN-in çәksi 1.1 kiloqramdır. O, daha uzun mәsәfәdәki hәdәflәri tanımaq vә aşkarlamaq üçün nәzәrdә tutul - duğundan baxış bucağı 6.1°x4.6° tәşkil edir. XACT th64 kimi XACT th70 termal silah nişangahı da yenidәn doldurulan LiIon batareya ilә tәmin olunub vә 9 saatdan çox işlәyir. XACT th70 insanı 2000 m vә texnikanı 3400 m-dәn aşkarlayır, elәcә dә insanı 1200 m vә texnikanı 2100 m-dәn tanıyır. “İnfratex” (Rusiya) Rusiyada termal silah nişangahların istehsalı sahәsindә ixtisaslaşan bir çox şirkәt var. Bunun başlıca sәbәblәrindәn biri ölkәdә ovçuluğun geniş yayılmasıdır. Elә ona görә dә, Rusiyada istehsal edilәn әksәr termal nişangahlar hәrbi tәyinatlı deyil, daha çox mülki mәqsәdli istifadә üçün nәzәrdә tutulub. Bu cәhәtdәn Ru - siyada hәrbi tәyinatlı termal nişangah istehsalçıları arasında әsas yerlәrdәn birini “İnfratex” şirkәti tutur. Bu şirkәtin istehsal etdiyi termal nişangahlar hazırda hәm daxili, hәm dә xarici bazarlarda hәrbi müştәrilәrә tәqdim olunur. “Atlas”, “Hidra”, “Deymos”, “Fobos” vә “Ximera” termal nişangahları “İnfratex” şirkәti tәrәfindәn yerli vә xarici sәrgilәrdә müştәrilәrә tәqdim olunan әsas mәhsullar sırasında yer alır. Termal ni şan gahlar aşkarlama vә tanıma mәnzilindәn asılı olaraq avtomat vә snayper tüfәng lәrinә taxılmaq üçün nәzәrdә tutulub. Bunlardan “Atlas” (850 metr) vә “Fobos” (1250 m) yaxın-orta mәnzilli atışlar, “Deymos” (1700 m), “Hidra” (1700 m) vә “Ximera” (1700 m) isә uzaq mәnzilli atışlar üçün nәzәrdә tutulub. Nişangahlar 640x480 keyfiyyәtindәki 17 mikronluq soyutmasız mikrobolometr sensora malikdir. “Atlas” termal silah nişangahının işlәmә prinsipi hәr hansı bir istilik mәnbәyi, mәsәlәn, canlı orqanizmlәr tәrәfindәn buraxılan istilik enerjisinin 27 XACT th65


aşkarlanmasına әsas lanır. Bu istilik insan gözünә görünmәyәn infraqırmızı dia pa - zonda yayılır. Mәhsulun içәrisinә quraş - dırılmış germanium lensi bu şüalanmanı xüsusi matrisa yönәldir. Matrisdә alınan görüntü elektronika tәrәfindәn şәkilә çevrilir vә nәticәdә rәngli OLED dis pley - dә göstәrilir. Şәkildәki fәrqli temperatur zonaları müxtәlif rәnglәrdә olur. Daha isti yer lәr işıqlı, soyuq yerlәr isә qaranlıq görünür. “Atlas”dan daha çox xüsusi tәyinatlı böl mәlәrin vә hüquq-mühafizә orqan la - rının yerinә yetirdiyi әmәliyyatlarda istifadә olunur. Bundan әlavә, o, hava nә - zarәtinin aparılmasında, patrul xid - mәtlәrinin vә tәhlükәsizlik tәdbirlәrinin hәyata keçirilmәsindә dә tәtbiq edilir. 640x480 keyfiyyәtli soyutmasız mikrobolometr sensora malik “Atlas”ın dizaynı atәş zamanı lülәnin qızmasından yaranan kәnar istilik işığını aradan qaldırır. “Atlas” termal silah nişangahı alüminium materialdan hazırlanıb ki, bu da ona yüksәk dayanıqlıq vә istifadә zamanı istiliyi asanlıqla xaric edәrәk effektiv şәkildә işlәmәk bacarığı qa - zandırıb. “Atlas” 17 mikron matris piksel ölçüsünә, 25 Hz matris yenilәmә tezliyinә, 800x600 ölçüsündә ekrana, 1.1x standart vә 2x, 4x, 8x elektronik zum imkanına sahibdir. 850 metr mәsәfәdәn insan hәdәfini aşkarlamaq bacarığına sahib “Atlas” TSNin kütlәsi 550 qram vә işlәmә tem pe - raturunun aralığı -40 ilә +50 dәrәcәdir. Bu termal silah nişangahı IP 67 çәrçivәsindә toza vә nәmә qarşı davamlıdır. Yenidәn doldurulan 4 әdәd AA Litium batareya ilә çalışan “Atlas” termal silah nişangahının işlәmә müddәti 9 saat tәşkil edir. “Dedal-NV” (Rusiya) Rusiyanın “Dedal-NV” şirkәti tәrә - findәn inkişaf etdirilәn Dedal-T4.642 Pro termal silah nişangahı istәnilәn işıq - landırma (gecә/gündüz) vә hava şәraitindә orta vә uzun mәsafәlәrdә hәdәfin aş - karlanmasını tәmin etmәk üçün nәzәrdә tutulub. Nişangahı hәm mülki, hәm dә hәrbi tәyinatlı mәqsәdlәr üçün istifadә etmәk mümkündür. Daxili fokuslama sisteminә sahib Dedal-T4.642 Pro hәdәfi 2940 metrdәn aşkarlayır vә 1180 metrdәn tanıyır. Faktiki müşahidә diapazonları hava şәraitindәn, günün vaxtından asılı olaraq bir qәdәr aşağı vә ya yuxarı ola bilәr. Dedal-T4.642 Pro, 3.5x optik vә 2x/4x/8x rәqәmsal zuma, 10.8 (6.2) dәrәcә horizontal vә 8.2 (4.7) dәrәcә şaquli baxış bucağına malikdir. Radiasiya qәbuledicisinin növü soyutmasız mikrobolometr olan DedalT4.642 Pro nişangahının termal görün - tülәmә matrisinin keyfiyyәti 640×480, element ölçüsü isә 17 µm-dir. Aşkarlanan hәdәfin görüntüsü termal nişangahın 800x600 nisbәtindәki 25 Hz-lik AMOLED ekranında әks olunur. Xüsusi tәtbiq vasitәsilә TSN-in çәkdiyi görün - tülәrә baxmaq mümkündür. Kütlәsi 770 qram olan Dedal-T4.642 Pro -40 ilә +50 dәrәcә aralığında işlәmә temperaturuna, toz vә nәmә qarşı davamlı IP 67 sertifikatına, v.5.1 proqram tәminatı versiyasına sahibdir. Termal nişangah CR123 tipli iki әdәd batareya ilә işlәyir ki, bu da ona 23 dәrәcә temperaturda 4 saatdan çox çalışma müddәti verir. Bundan başqa, “Dedal-NV” şirkәti müştәrilәrinә Dedal-T4.645 “Hunter”, Dedal-T3.645 “Hunter”, Dedal-T4.645 “Hunter LRF”, “Aper 640” vә s. termal nişangahlarını da tәklif edir. Hәm ovçuların, hәm dә hәrbçilәrin istifadәsi üçün nәzәrdә tutulan bu nişangahlar әsasәn uzun atış mәnzilinә malik silahlara taxılaraq istismar edilir. Ancaq onları avtomat silahlara da taxaraq yaxın vә orta mәnzilli atış әmәliyyatlarında istifadә etmәk mümkündür. Bu nişangahların 2x, 4x vә 8x elektron zum bacarığına malik olması istifadәçiyә uzaq mәsafәdәki hә - dәflәri aşkarlamağa vә tanımağa imkan verir. Belarus Dövlәt Hәrbi Sәnaye Komitәsi Hazırda Belarusun bir neçә şirkәti ölkәdә termal silah nişangahların istehsalı ilә mәşğuldur. Ancaq bu şirkәtlәrin istehsal etdiyi TSN-lәr daha çox mülki sahәdә istifadә üçün tәyin edilib. Ölkәdә hәrbi sahәdә TSN-lәrin istehsalı ilә әsasәn Belarus Dövlәt Hәrbi Sәnaye Komitәsi mәşğul olur. Belarus Dövlәt Hәrbi Sәnaye Komitәsinin bu sahәdәki sonuncu vә yeni mәhsulu PUMA seriyalı termal nişan gah - lardır. Bu seriyaya daxil olan PUMA-43H, PUMA-70H vә PUMA-90H termal silah nişangahları Belarusda vә xaricdә ke çi - rilәn sәrgilәrdә müştәrilәrә tәqdim edilir. Döyüş meydanında hәdәflәri gecә/ gündüz aşkarlaya bilәn PUMA termal silah nişangahı ailәsi Belarus Dövlәt Hәrbi Sәnaye Komitәsinin tәrki bindәki müәssisә tәrәfindәn hazırlanıb. Bu nişangahlar 7.62 vә 12.7 mm-lik (avtomat, pulemyot) silahlara quraşdırıla bilsә dә, daha çox snayper tüfәnglәrindә istifadә olunur. Nişangahlar yığcam ölçülәrә vә azaldılmış kütlәyә sahibdir. Kәnar işıqlar vә ya parıltılar termal nişangahların işini korlaya bilmir ki, bu da yüksәk keyfiyyәtli görüntü tәmin edir. PUMA seriyalı nişan - gahları havadan, işıqlandırma sәviy yә - sindәn vә әrazinin landşaft xü susiy - yәtlәrindәn asılı olmayaraq istәnilәn şәraitdә müşahidә vә oriyentasiya üçün istifadә etmәk mümkündür. Müştәrinin istәyinә uyğun olaraq nişangahların bir elektron idarәetmә blokunda müxtәlif böyütmә әmsallarına vә baxış bucaqlarına malik linzalar quraşdırıla bilәr. Ailәyә daxil olan termal 28 www.poliqon.az “Atlas” termal silah nişangahı Dedal-T4.642 Pro


silah nişangahların korpusu yüngül vә davamlı әrintilәrdәn hazırlanıb ki, bu da ona kiçik çәki vә ölçülәrә malik olmağa, habelә atәş zamanı geri tәpmә enerjisini effektiv şәkildә dağıtmağa imkan verir. İstehsalçı müәssisә PUMA seri ya - sında mürәkkәb texniki mәhsulların rәqәmsallaşdırılmasındakı müasir ten den - siyaları da nәzәrә alıb. Belә ki, PUMA termal nişangahları mini USB kon - nektorları ilә tәchiz olunub ki, bu da görüntünün real vaxt rejimindә xarici cihaza çıxışını tәmin edir. Adi şüşәnin istilik radiasiyasını ötürmәdiyini nәzәrә alan istehsalçı PUMA seriyalı termal silah nişangahlarının linzalarını germaniumdan hazırlayıb. Mümkün zәdәlәrdәn vә cızıqlardan qorunmaq üçün germanium linzalar DLC karbonu adlanan sintetik almaza bәnzәr materialı ilә örtülüb. Bütün bunlar PUMA nişangahlarının optikasının etibarlı qorunmasını tәmin edir vә mәhsulların xidmәt müddәtini artırır. Bu nişangahların Belarus Silahlı Qüvvәlәrinin maraqları üçün istehsal olunan vә inkişaf etdirilәn snayper tü - fәnglәrinә quraşdırılması planlaşdırılıb. Ailәyә daxil olan PUMA-43H termal silah nişangahının qәbuledici 640x480 vә ya istәkdәn asılı olaraq 384x288 keyfiy - yә tindә 17 mikronluq soyutmasız mikro - bolometr ilә tәchiz olunub. Nişan gaha 640x480 keyfiyyәtindәki qәbuledici quraşdırıldıqda baxış bucağı 14.3°x10.7°, 384x288 keyfiyyәtindәki qәbuledici quraşdırıldıqda isә 8.6°x6.4° tәşkil edir. Qәbuledici vasitәsilә әldә edilәn görüntü PUMA-43H-ın 800x600 nisbәtindәki 60 Hz-lik OLED ekranında әks olunur. Yenidәn doldurulan Li-Ion bata re - yalar ilә çalışan TSN döyüş rejmindә 6 saat-dan çox, qәnaәt rejmindә isә 10 saatdan çox işlәyә bilir. PUMA-43H termal silah nişangahının işlәmә tem - peraturunun aralığı -25 ilә +50 dәrәcәdir. “Guide Infrared” (Çin) Çinin “Guide Infrared” şirkәtinin törәmәsi olan “Guide Sensmart” hәrbi vә mülki istifadә üçün müxtәlif termal ni - şangahlar istehsal edir. “Guide Sensmart” şirkәti bu çәrçivәdә müş tәrilәrinә TU, TR, TU Gen2 vә TU Gen2 LRF termal nişangahlarını tәklif edir. “Guide Sensmart” şirkәtinin istehsalı olan termal nişangahlar hazırda Çin Silahlı Qüvvәlәrinin xüsusi tәyinatlıları tәrәfindәn istismar olunur. “Guide Sens - mart”ın TR seriyalı nişangahları ovçular tәrәfindәn dә seçilmәsinә baxmayaraq, daha çox hәrbi istifәdә üçün nәzәrdә tutulub. Bu seriyaya TR420, TR430, TR450, TR620, TR630 vә TR650 termal silah nişangahları daxildir. TR650 TSN istәnilәn hava şәraitindә müstәsna dәrәcәdә kәskin tәsvir vә yüksәk istilik hәssaslığı tәklif etmәk üçün 640×480 keyfiyyәtindәki 12 mikronluq termal görüntülәmә detektorlarından istifadә edir. Baxış bucağı 8.73°×6.60° olan termal silah nişangahın fokuslanması әl ilә tәnzimlәnir. TSN 2.8x optik zuma, 1x-8x elektronik zuma, 1024×768 nisbәtindәki 0.39’’ AMOLED ekrana vә 32 GB hәcmindә daxili yaddaşa sahibdir. Pikatini rels üzәrinә taxılan TR650 TSN-in hәdәfi aşkarlama mәsafәsi 2000 m tәşkil edir. O, aşkarlanan hәdәfin foto vә videosunu çәkә, daha sonra isә hәmin görüntünü naqilli (USB Type-C ka bel) vә ya naqil siz (WIFI 2.4G) ola raq ötürә bi lәr. Bun - dan baş qa, termal silah nişan gahı tәrәfindәn çәkilәn foto vә video lara mobil tәtbiq vasisәti ilә dә baxmaq mümkündür. IP 67 toza vә suya davamlı serti - fikatına sahib olan TR650 nişangahının işlәmә temperaturunun aralığı -30 ilә +50 dәrәcәdir. TR650 termal silah nişangahı möhkәm vә dayanıqlı gövdәsi sayәsindә düşmәlәrә vә xarici zәrbәlәrә qarşı davamlıdır. O, yenidәn doldurula bilәn tәk bir batareya ilә işlәyir ki, bu da nişangaha 8 saat artıq çalışma bacarığı verir. Nәticә Yuxarıda da qeyd etdiyimiz kimi, “gәlәcәyin әsgәri” anlayışı getikcә qüvvәtlәnmәkdәdir. Bu çәrçivәdә әsgәrin bütün tәchizatının tam olamasına xüsusi diqqәt yetirilir. Çünki gәlәcәyin әsgәri yüksәk texnologiyalı, dayanıqlı ava - danlıqlara sahib olmalı vә günün istәnilәn anında müxtәlif tapşırıqları icra edә bil - mә lidir. Hәmin xüsusda da gecә vә mәdud görmә (alatoranlıq, dumanlı vә s.) şәrai - tin dә qarşıya qoyulan tapşırığı icra edә, hәdәfini aşkarlaya, müşahidә vә mәhv edә bilmәsi üçün termal silah nişangahlarına ehtiyac yaranır. Belәliklә, günümüzdә әsasәn orduların vә tәh lükәsizllik qüv vә - lәrinin xüsusi tәyinatlı bölmәlәri tәrә fin - dәn istifadә edilәn termal silah nişan gah - ların “gәlә cәyin әsgәri” anlayışı çәr çi - vәsindә bütün piyada vә qoşun növlәrindә dә istifadәsi gözlә nilәndir. Hazırda dünyada mülki vә hәrbi tәyinatlı bir çox termal silah nişangahları istehsal edilir ki, bu nişangahların qiymәti 3000 ABŞ dollarından başlayaraq yu - xarıya doğru artır. Gәlәcәkdә sözügedәn mәhsula ciddi tәlәbatın yaranacağını qiymәtlәndirәn hәrbi ekspertlәr bu sә - bәbdәn termal silah nişangahlarının qlobal silah bazarındakı payının әhәmiyyәtli şәkildә artacağını proqnozlaşdırır. 29 PUMA–43H TR650


Türkiyədə 17‐25 noyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi “Doğu Akdeniz‐2023” beynəlxalq təlimi keçirilib. Azərbaycan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Şərqi Aralıq dənizində keçirilən “Doğu Akdeniz‐2023” beynəlxalq təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti qatılıb. Türkiyə Silahlı Qüvvələrindən təlimə qatılan iştirakçıların tərkibinə 3 SAT və 2 SAS missiya qrupları, habelə 1 KBRN qrupu, 1 amfibiya dəniz piyada batalyonu daxildir. Noyabr ayının 25‐dək davam edən təlimə 26 ədəd gəmi, 4 ədəd sualtı qayıq, 3 ədəd dəniz patrul təyyarəsi, 10 ədəd dəniz helikopteri, 5 ədəd PUA qatılıb. Təlimdə Türkiyənin Quru Qoşunları Komandanlığından 1 ədəd CH‐47 hərbi nəqliyyat helikopteri ilə 3 ədəd ümumi təyinatlı helikopter, habelə Hərbi Hava Qüvvələri Komandanlığından 16 missiya uçuşu dəniz əməliyyatına hava dəstəyi, 4 missiya uçuşu havadan xəbərdarlıq və nəzarət təyyarələri və sahil mühafizə katerləri iştirak edib. “Doğu Akdeniz‐ 2023” beynəlxalq təlimində NATO‐nun minalara qarşı mübarizə üzrə missiya qrupu çərçivəsində 2‐si İtaliya, 1‐i İspaniyanın olmaqla 4 gəmi yer alıb. “Doğu Akdeniz‐2023” beynəlxalq təlimində əvvəlcə iştirakçılara brifinq təqdim edilib. Brifinqdə təlimin məqsədi, keçiriləcəyi ərazi, eləcə də ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı məlumatlar verilib. Bildirilib ki, təlim ssenarisinin əsas və ikinci dərəcəli hadisələri asimmetrik təhdid, KBRN, regional dəniz nəzarəti, qeyri‐döyüşçülərin təxliyəsi, humanitar yardım, təbii fəlakətlərə dəstək, habelə dəniz quldurluğu və dənizdə terror ilə mübarizə, dəniz nəqliyyatı üçün əməkdaşlıq və rəhbərlik fəaliyyət ‐ lərindən ibarətdir. Azərbaycan HDQ‐nin Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi təlimdə müxtəlif epizodlar üzrə tapşırıqlar yerinə yetirilib. Beləki, 19‐21 noyabr tarixlərində “Doğu Akdeniz‐2023” təlimi çərçivəsində əsas dəniz əməliyyatı növlərinə yönəlik asimmetrik təhdid məşqləri, suüstü atışları, qurudan bombardman atışları, habelə suüstü müdafiə müharibəsi, sualtı müdafiə Azərbaycan xüsusi təyinatlıları Türkiyədə beynəlxalq təlimlərdə ?Mehmet Demirkol “Poliqon” jurnalının Türkiyə təmsilçisi Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iki ölkənin Silahlı Qüvvələrinin birgə təlimləri davam edir.


müharibəsi, minalara qarşı mübarizə əməliyyatı, amfibiya əməliyyatı və axtarış‐xilasetmə məşqləri daxil olmaqla əməliyyat hazırlığı təlimləri ilə faktiki silah atışları həyata keçirilib. Təlimdə gəmilər asimmetrik təhdid altında limandan çıxış məşqləri edib. Ssenariyə görə gəmilər dəniz, hava və qurudan gələ biləcək hücumlara qarşı manevrlər edib. Əməliyyata hazırlıq təlimindən sonra, 21‐23 noyabr tarixləri arasında Şərqi Aralıq dənizində humanitar yardım və təbii fəlakətlərə dəstək ssenariləri daxil olmaqla sərbəst oyun mərhələsi keçirilib. Qeyri‑döyüşçülərin təxliyə əmə ‑ liyyatı Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının rəhbərliyi altında təşkil edilən “Doğu Akdeniz‐2023” beynəlxalq təlimi çərçivəsində qeyri‐döyüşçülərin təxliyə əməliyyatı keçirilib. Türkiyənin ev sahibliyi etdiyi və 8 ölkədən gəmi, şəxsi heyət və mü ‐ şahidəçilərin qatıldığı təlim Antalyanın Konyaaltı rayonu sahillərində keçirilib. Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ərcüment Tatlıoğlu, iştirakçı və müşahidəçi ölkə nü ma ‐ yəndələri və jurnalistlər Türkiyə Silahlı Qüvvələrinin ən böyük döyüş gəmisi olan, yerli və milli istehsal olan TCG “Anadolu” gəmisindən əməliyyatı izləyib. Əməliyyatın ssenarisinə görə, zəlzələ ilə əlaqədar təxliyə edilməli olan vətən ‐ daşların sahildən gəmiyə aparılması planlaşdırılıb. Ssenariyə əsasən, sahildəki mülki insanları xilas etmək üçün TCG “Anadolu”dakı hovuzun göyərtəsindən amfibiya dəniz piyada birlikləri, SAT və SAS qrupları 3 ədəd LCM mexa nik ‐ ləşdirilmiş desant gəmisi, 4 ədəd amfibiya tipli ZAHA zirehli hücum maşını və 2 ədəd qayıqla dənizə açılıb. Bu arada gəmidəki digər amfibiya dəniz piyada birlikləri hərbi helikopterlərlə Sarısu çimərliyinə enərək sahil təhlükəsizliyini təmin edib. Qoşunlar zirehli transportyor da daxil olmaqla LCM və ZAHA‐larla sahilə çatıb və mülki vətəndaşları uğurla alaraq TCG “Anadolu” gəmisinə çatdırıblar. Təlim çərçivəsində sahildə yaralı olaraq tapılan bir mülki şəxs və sualtı qayıqda səhhətində problem olan bir heyət üzvü də helikopterlə TCG “Anadolu”ya təxliyə edilib. Sonda, gəmiyə enən hərbi bir ‐ ləşmələr Türkiyə və Azərbaycan bay ‐ raqlarını qaldırdıqdan sonra heli ‐ kopterlər salamlama uçuşu edib. Yüksək Səviyyəli Müşahidəçi Günü Noyabr ayının 23‐də qardaş ölkə Türkiyədə “Doğu Akdeniz‐2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı donanma admiralı Ercüment Tatlıoğlu ilə yanaşı Azərbaycan HDQ‐nin, eləcə də digər dost və müttəfiq ölkələrin nümayəndələri də iştirak ediblər. Qonaqlar təlimin növbəti epizodları üzrə tapşırıqların icrasını izləyiblər. Bildirilib ki, ssenariyə əsasən baş vermiş zəlzələ səbəbindən vətəndaşların, o cümlədən yaralıların sahildən TCG “Anadolu” gəmisinə təxliyəsi tapşırıqları uğurla yerinə yetirilib. Helikopterlərdən gəmiyə enən hərbi qulluqçuların Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırması böyük maraqla qarşılanıb. Azərbaycan HDQ Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi “Doğu Akdeniz‐ 2023” beynəlxalq təliminin nəticələri müsbət qiymətləndirilib. “Nusret‑2023” beynəlxalq təlimi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ev sahibliyi ilə noyabrın 28‐dən dekabrın 6‐dək Çanaqqala və Saros körfəzində Türkiyə HDQ‐nin, Azərbaycan da daxil olmaqla dost və müttəfiq ölkələrin hərbçilərinin iştirakı ilə “Nusret‐2023” beynəlxalq təlimi keçirilib. “Nusret‐2023” təliminin məqsədi minalarla mübarizənin planlaşdırılması, icrası və qiymətləndirilməsində müxtəlif ölkələrdən iştirak edən birlik və 31


komandanlıqlara təlim vermək və Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq dənz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyəti genişləndirməkdir. Buna uyğun olaraq, “Nusret‐2023” təliminə Türkiyə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri komandanlıqları və Sahil Mühafizəsi Komandanlığının bölmələri, eləcə də 15 dost və müttəfiq ölkədən hərbi bölmələr və müşahidəçi heyət qatılıb. “Nusret‐2023” təlimində Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malaziya, Pakistan və Oman kimi ölkələr, həmçinin, NATO‐nun Minalara Qarşı Daimi Tədbirlər Qrupu 2 (SNMCMG2) iştirak edib. Hər il keçirilən minalarla mübarizə təlimi Türkiyənin Mina Donanması Komandanlığı tərəfindən idarə edilib. Təlimə 1 ədəd komanda‐nəzarət gəmisi, 1 ədəd freqat, 2 ədəd patrul gəmisi, 8 ədəd mina təmizləmə gəmisi, 2 ədəd helikopter cəlb edilib. Həmçinin 1 ədəd pilotsuz uçuş aparatı, 2 ədəd sahil mühafizə gəmisi, Quru Qoşunları Komandanlığından 2 ədəd helikopter, Hərbi Hava Qüvvələri Komandanlığından 2 ədəd missiya uçuşu F‐16 və bir C‐130 nəqliyyat təyyarəsi qatılıb. Təlimdə bir sualtı müdafiə missiyası qrupu, iki yüngül avtonom sualtı nəqliyyat vasitəsi qrupu iştirak edib. SNMCMG2‐dən İtaliyaya məxsus 1 ədəd komanda‐nəzarət gəmisi, İtaliya, İspaniya, Türkiyə və Yunanıstandan mina təmizləmə gəmisi cəlb edilib. ABŞ, Malta, Xorvatiya, Rumıniya və Səudiyyə Ərəbistanından partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupu təlimə qatılıb. Minalarla mübarizə prosedurları “Nusret‐2023” Aktual Mina Müharibəsi Dəvət Təlimi noyabrın 28‐ də Türkiyənin ev sahibliyi ilə müttəfiq ölkələrin ünsürləri, Quru Qoşunlarının üzən və uçan birlikləri, Türkiyədən Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Komandanlığı və dost və müttəfiq ölkələrin EOD komandaları və müşahidəçilərin iştirakı ilə başlayıb. “Nusret‐2023” təlimi Türkiyənin Mina Donanması Komandanlığı tərəfindən mina döyüşü yolu ilə həyata keçirilib. Əməliyyat tədbirləri L‐402 “TCG Bayraktar” flaqman gəmisindən icra edilib. Təlim minaların döşənməsi, mina əleyhinə tədbirlər əməliyyatı və liman ziyarəti daxil olmaqla 3 mərhələdə keçirilib. “Nusret‐2023” təlimi çərçivəsində havadan və suüstü gəmilər tərəfindən minalanmış ərazilər və kanallar mina təmizləmə gəmiləri, mina döyüşü dalğıcları və EOD/AUV qrupları tə ‐ rəfindən mina əleyhinə əməliyyatlar icra edilərək təmizlənib. Körfəzdə şərti mina müharibəsi “Yüksək Səviyyəli Müşahidəçi Günü” fəaliyyətləri çərçivəsində ilk minalama əməliyyatı Saros körfəzində “TCG Bayraktar” gəmisindən həyata keçirilib. Daha sonra minalar C‐130 tipli təyyarə ilə havadan dənizə atılıb. ROV cihazı ilə müəyyən edilmiş minalar mina döyüşü dalğıcları tərəfindən partladılıb və məhv edilib. HOSA yüngül avtonom sualtı nəqliyyat vasitəsi də minalanmış ərazidə iştirak edib. “Nusret‐2023” beynəlxalq təlimində iştirak edən Azərbaycan hərbi dənizçiləri əməliyyat manevrlərində qərargah fəaliyyətlərini yerinə yetirib. “Nusret‐2023”təlimində “Taktiki Pəncə” əməliyyatı çərçivəsində bölgəyə sövq edilən SAS komandoları, aşkarlanan minaya yaxın əraziyə helikopterdən atılaraq partlayıcı yerləşdirib. Təkrar helikopterə qayıdan komandolar təhlükəsiz zonaya keçdikdən sonra mina məhv edilib. Şərti əməliyyat zamanı yaralanan personalın helikopterlə köçürülməsi və paraddan sonra təlim başa çatıb. “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə “Nusret‐2023” təlimi zamanı minalarla mübarizə prosedurlarının uğurla yerinə yetirildiyi və bunun qarşılıqlı əməkdaşlığın artmasına töhfə verdiyi bildirilib. “Nusret‐2023” təlimi çərçivəsində Çanaqqala Boğaziçi və Qarnizon Komandanlığında “Nara” Hərbi Limanı və tarixi “Nara” qalasında müdafiə səna ‐ yesi şirkətlərinin mina döyüşü silahları və sistemləri sərgiləri, təqdimatları və aktual nümayişləri keçirilib. Saros körfəzində baş tutan tədbir NATO və Türkiyədən Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri, eləcə də Sahil Mühafizəsi Komandanlığının əsgərləri, eləcə də dost və müttəfiq ölkələrdən EOD qrupları və müşahidəçilərinin iştirakı ilə davam edib. Türkiyədə yerli və milli imkanlarla istehsal olunan müdafiə silahlarının portativ maketləri və minaaxtaran, skan və məhvetmə avadanlıqları təqdim olunub. Şirkət rəsmiləri tədbir iştirakçılarına müdafiə silahları və texnikası haqqında məlumat veriblər.


Birincisi, satınalma proqramı və əməliyyatın saxlanması iqtisadi cəhət ‐ dən faydalıdır və bugünkü vəzifələri yerinə yetirmək üçün kifayət qədər xüsusiyyətlərə malik döyüş maşınları ilə qoşunların cari ehtiyaclarını ödə ‐ məyə imkan verir. Daha bahalı olan ikincisi, yeni pers ‐ pektivli maşınların hazırlanmasını nə ‐ zərdə tutur ki, bu da düşmən üzərində üstünlük təmin edən xüsusiyyətlərə malik zirehli maşınlarla qoşunları tədricən yeniləməyə imkan verir. NATO ölkələrinin ordularında ötən əsrin 90‐cı illərindən başlayaraq yüksək dəqiqlikli silahların (YDS) geniş isti ‐ fadəsini təmin edən vahid informasiya‐ kommunikasiya məkanı formalaşmağa başlamışdır. NATO ölkələri tərəfindən yüksək dəqiqlikli silahların istifadə edildiyi, koalisiya qoşunlarının hava üstün lü ‐ yünə malik olduğu və köhnəlmiş sovet tex nikası ilə təchiz edilmiş ölkələrə qarşı döyüşdüyü lokal müharibələrin siyasi məqsədə çatdırılmasında Quru Qo şunların rolu barədə hərbi eks ‐ pertlər tənqidi fikirlər bildirmişdilər. Çoxlu sayda tank tələb edən dərin hücum əməliyyatlarının olmaması, möhkəmləndirilmiş müdafiə xətlərini qırmaq və döyüş tankları kimi vəzifələri həll etmək üçün nəzərdə tutulmuş əsas tank konsepsiyasının yenidən qiymət ‐ lən dirilməsinə səbəb olmuşdur. Bununla belə, Yuqoslaviya, Əfqa ‐ nıstan, İraq və Suriyadakı hərbi mü na ‐ qişələrdə döyüş əməliyyatları təcrübəsi göstərdi ki, Quru Qoşun la rı nın dağlıq, meşəlik və şəhər əra zi lərində zirehli texnikanın dəstəyi ol madan istifadəsi uğurlu olmaz. Bununla belə, ame ‐ rikalıların Əfqanıstan və İraq da “Stryker” tipli təkərli zirehli ma şın ‐ lardan istifadə etməsi yüngül tə kərli maşın lardan istifadə konsep siya sının üstün lüklərini göstərə bil mə mişdir. Əldə tutulan tank əleyhinə qum ‐ bara atanların və tank əleyhinə raket sis tem lərinin uğurlu istifadəsi, yol cı ‐ ğırlarının və yolların minalanması mü ‐ hüm problemləri üzə çıxardı. Yəni zirehli texnikanın gücləndirilmiş ballis ‐ tik mühafizəyə, minalara qarşı mü qa vi ‐ mətin artırılmasına və yaxın döyüşlərdə tank əleyhinə müdafiəyə ehtiyac duy ‐ duğu müəyyən olundu. Bu problemlərin qısa müddətdə həlli döyüş maşınlarının ölçülərinin və çəkisinin artmasına səbəb olmuşdur. Təhlükəsizliyi yük səlt ‐ mək üçün nəqliyyat vasitələrinə di ‐ namik mühafizə elementləri olan əlavə zirehli ekranlar quraşdırılır, dibi möh ‐ kəmləndirilir, uzaqdan idarə olu nan pulemyot və qumbaraatanlar, televiziya və termal görüntü kameraları, o cüm ‐ lədən dairəvi görmə sistemi in teqrasiya edilir. Xarici dövlətlərin tank yaradıl ‐ masının konsepsiyasında, silahlanmada olan zirehli texnikaların nümunələrinin modernləşdirilməsi yolu ilə dəyişən dö ‐ yüş əməliyyatlarının şərtlərinə uyğun ‐ laşmasından istifadə edilir. Bu yanaşma, NATO ölkələrinin Silahlı Qüvvələrinin rəhbərliyinin bütün YENİ NƏSİL YÜNGÜL TANKLARIN İNKİŞAF PERSPEKTİVLƏRİ – II HİSSƏ ?Ramiz Məmmədov alim, ehtiyatda olan polkovnik Hazırda NATO‑ya üzv ölkələrdə və bəzi başqa ölkələrdə döyüş xüsusiyyətləri ilə müqayisə edilə bilən yüngül tankların (YT) vahid şassilərinin yaradılması üzərində işlər tamamlanır. Məqsədə uyğun hesab olunan bu yol, zirehli texnikanın şassisinin unifisə olunmuş ümumi məqsədlər üçün konstruktiv icra olunan əsas tərkib hissəsinin istifadə olunması, hərəkətlik üzrə xarakteristikasını müəyyən edir. Beləliklə, ha‑ zırda zirehli texnika parkının inkişafı bir‑birini istisna etməyən iki kon‑ septual istiqamət üzrə inkişaf edir. FNSS “Kaplan MT”


sahələrdə düşmən üzərində hədsiz hərbi‐texniki və informasiya üstün lü ‐ yünə inamı ilə bağlıdır, YDS və aviasiya texnikasının üstünlüklərindən istifadə edərək qarşı tərəfə ilk növbədə, hərbi münaqişə aparmaq taktikası tətbiq edilir. Bu şəraitdə zirehli texnikanın xarici modellərinin sayının əhəmiyyətli dərə ‐ cədə artması, əməliyyat‐taktiki mobillik səviyyəsinin azalması, onların daha çox ixtisaslaşması, Qərbin fərqli dokrinalı müharibələrin aparılmasına dair kon ‐ septual baxışları ilə ziddiyyət təşkil etmir. Yeganə məhdudlaşdırıcı amil qoşunların əhəmiyyətli kontingentinin silah və hərbi texnika ilə dünyanın istənilən nöqtəsinə sürətlə daşınması vacibliyi qəbul olunur. Zirehli texnikaların konstruktiv modifikasiya konsepsiyası, təcrübədən göründüyü kimi, yüksək göstəricilərə malik olsa da, maşının mövcud kon s ‐ truk siyasına görə modernizə işlə rin həyata keçirilməsi məhduddur. Müasir tankın yaradılmasına kon ‐ septual yanaşmanın müəyyən edil ‐ məsində onun bütün növ döyüş əmə ‐ liyyatlarında və müxtəlif döyüş teatr ‐ larında döyüş tapşırıqlarının həllində universallığının fundamental prinsipi əsas olmalıdır. Həm də qoşunların operativ manevrinə ehtiyac yarandıqda yerüstü hava və dəniz nəqliyyatı ilə daşımaların prinsipi təmin edilməlidir. Bundan əlavə, belə bir tank əsa ‐ sında funksional təyinatları ilə fərq ‐ lənən nümunələr, o cümlədən yan ğın ‐ söndürmə avadanlığı və xüsusi dəstək maşınları yaradılmalıdır. Xüsusiləşdirilmiş tapşırıqların həl ‐ linə yönəlmiş maşınların meydana gəlməsi, müxtəlifliyin artmasına və nəticədə belə modellərin istismarı və təmiri ilə bağlı çətinliklərə və yaxud imkan olmamağına, quraşdırılmış ava ‐ danlıqların sökmədən başqa isti qa ‐ mətlərə operativ köçürülməsinin mü ‐ rəkkəbliyinə səbəb olur. Hal‐hazırda xa ‐ ricdə zirehli texnikanın döyüş istifadəsi üsullarının inkişafının xarakterik ten ‐ densiyası onların bir‐birindən xeyli məsafədə fəaliyyət göstərən “hamısı bir yerdə” prinsipi ilə təchiz edilmiş nisbətən kiçik mobil taktiki müstəqil hərbi birləşmələrin bir hissəsi kimi istifadəsidir. Digər təyin olunmuş məsuliyyət sahələrinin hüdudlarında olan komandir “cəbhə hər yerdədir” şəraitində müstəqil qərarlar qəbul etmək hüququna malikdir. Yüksək dəqiqli silahlarla döyüş əməliy yat ların aparılması təc rü bəsi göstərir ki, hazır ‐ da və yaxın gələcəkdə biz aşa ğı da kılarla bağlı yük sək intensivlikli dö yüş əmə ‐ liyyatlarını gözləməliyik: • Geniş fəa ‐ liyyət spektrinə malik yüksək də ‐ qiqlikli silah lar dan istifadə edən düşməni; • yuxarı yarımkürədən ən az qo runan yerlərə qədər zirehli hədəflərə hücum edə bilən tank əleyhinə sis temləri; • mobil hava və yerüstü pilotsuz zərbə vasitələri; • real vaxt rejimində artilleriya və aviasiyanın hədəf təyinatını həyata ke ‐ çirmək imkanına malik müasir kəş ‐ fiyyat vasitələri; • münaqişə tərəflərinin mobil im ‐ kanlarının daha da artması tendensiyası ilə yüksəlməsi; • müdafiə xətti boyunca qüvvələrin və vasitələrin yüksək səpələnməsi, həmçinin müdafiə xəttinin olmama ehtimalının yüksək olması; • döyüşlərin əhəmiyyətli hissəsinin yaşayış məntəqələrində, o cümlədən meşəlik ərazilərdə aparılması; • modulluq – silah, mühafizə, elek ‐ trik stansiyaları və s. üçün hazır (əv vəl ‐ cə dən hazırlanmış) modulların istifadəsi; • düşmənin təxribat, kəşfiyyat və terror qruplarının hərəkətləri. Mövcud vəziyyəti nəzərə alaraq, zirehli texnikanın yeni modellərinə olan tələbləri əsaslandırarkən, tankların döyüş və əməliyyat xassələrini yaxşılaş ‐ dıracaq və müxtəlif qoşun növlərinin maşınlarının birləşməsini təmin edəcək prinsipial yeni yanaşmalardan istifadə etmək vacib müəyyən olunmuşdur. Yerli tank istehsalının müasir kon ‐ sepsiyasında konstruktor büroları zirehli maşınların yaradılmasının pers ‐ pektivli yollarını həyata keçirirlər: • bloklu – qoruyucu qurğuların, silahların və digər sistemlərin blok ‐ larını quraşdırmaq və tez bir zamanda dəyişdirmək imkanı; • bazalı – vahid platformalar əsa ‐ sında geniş çeşiddə döyüş və dəstək maşınları yaratmaq bacarığı; • yerləşdirmə – yaradılmış vahid informasiya‐kommunikasiya məkanının hüdudlarında zirehli texnikanın yeni modellərindən istifadə etmək imkanı. Mühafizə dayanıqlılığının artırıl ‐ ması YT yaradılma istiqamətinin prio ‐ ritet sahəsi olaraq daha çox aşğıdakılara diqqət yetirilir: • gövdənin dibinin mina təsirinə qarşı müqavimətinin artırılması; • gövdənin yan bortlarının ku ‐ mulyativ, zirehdeşən, TƏİR qurğularına qarşı müqavimətinin artırılması; • xüsusi mühafizə sistemlərinin tətbiqi (dinamik, aktiv, optik‐elektron əks tədbirlər və s.); • xarici və daxili yanacaq çənlərinin partlayış və yanğın təhlükəsizliyi üçün döyüş dəstlərinin təmin edilməsi; • maşının müxtəlif dalğa dia pa ‐ zonlarında görünmə mümkünlüyünü azaltmaq. Yüngül tankların minalardan və əldəqayırma partlayıcı qurğulardan (ƏPQ) mühafizəsini artırmaq üçün yeni (patentləşdirilmiş) gövdənin alt konstruk siyası tətbiq olunur. Ekipajı daxili rəflərin və ava dan lıq ‐ ların zədələnməsi nəticəsində qəl pə lə ‐ rin ikinci qırıntılarının qabağın alın ma ‐ sı, mina təsirindən və ƏPQ‐dən qorun ‐ masını təmin edilməsi ücün şaquli və yan yükləri azaldılması üzrə tədbirlərin hazırlanmasına xüsusi diq qət yetirilir. Pers pektivli yüngül tank gövdəsi, yuvarlanmış homogen zirehli təbə ‐ qələrdən hazırlanmış hərtərəfli qay ‐ naq lanmış olacaq. Orta çaplı kinetik, kumulyativ və iri çaplı mərmilərin qırın tılarından qorunmaq üçün kom ‐ pozit və keramika materiallarından istifadə edilməsi planlaşdırılır. 35 ABŞ‑ın “Texrone Systems” şirkəti tərəfindən ixrac bazarı üçün hazırlanmış xüsusi zirehli “Stingray‑2” yüngül atəş dəstəyi maşını.


Yeni nəsil yüngül tanklar üç sə ‐ viyyəli müdafiəyə malik olacaq. Hər bir tankın səviyyəsinə müvafiq döyüş çəkisi müəyyən olunmuşdur: • 1‐ci mühafizə səviyyəsində – təxminən 25 tona; • 2‐ci mühafizə səviyyəsində – 38 tona qədər; • 3‐cü mühafizə səviyyəsində – təxminən 45 tona qədər. Tanka əlavə zirehlərin quraş dırıl ‐ ması üzrə işlərin ekipaj və təmir bölməsi tərəfindən səhra şərai tində aparılması mümkündür. Məlumdur ki, yüngül tank hər üç mühafizə qatı üçün aşağıdakı fərdi kütlə paylanması təklif olunur (variantlardan biri): • 12‐18‐18 t – şassi üzərində, • 6‐8‐10 t – qülləyə və əsas silah lara, • 4‐8‐13 t – əlavə çıxarıla bilən mo ‐ dul zirehləməyə, • dinamik və aktiv mühafizə sis ‐ temlərinə • 3‐4‐4 t – faydalı yükə (döyüş dəs ‐ ti, YSM, ekipaj, hərbi texnika vəsaitlərə). Əvvəlcə maksimum döyüş kütləsi 42 tondan çox olmayan tankın yara ‐ dılması planlaşdırılırdı. Lakin təcrübi sınaqların nəticəsi əsasında müəyyən olundu ki, hərəkət və güc qurğusu tan ‐ kın maksimum döyüş kütləsini 45 tona qədər artırmağa imkan verir, hal‐ha ‐ zırda maşının üzərindən asıla‐çıxarıla bilən ayrı elementlərin səmə rəliliyinin qiymətləndirilməsi mərhələsi başa ça ‐ tır. Testlər müxtəlif ətraf mühit şəraitin ‐ də zirehli döyüş maşınlarının (ZDM) eksperimental nü munələri üzərində aparılır (o cümlədən Əfqa nıs tanda real döyüş şəraitində aparıl mışdır). Yüngül tankın döyüş ağırlığının azalması, digər ZDM növləri ilə mü qayisədə ümumi qabarit öl çülərinin azalmasına da töhfə ver mişdir. Məqalənin birinci hissəsində dün ‐ yanın qabaqcıl ölkələrində yüngül tank ların yaradılmasının perspektivli konsepsiyaları haqqında məlumat ve ‐ rilmişdir. Məqalədə həmçinin ABŞ‐ın və Av ‐ ropanın yeni nəsil çoxməqsədli zirehli döyüş maşınlarının hərtərəfli proq ‐ ramının əsas müddəaları vurğulanır. Manevrlik qabiliyyəti Manevr qabiliyyətini güclü dizel mü hərriki, təkmilləşdirilmiş trans mis ‐ siyası olan yeni güc blokundan, pers pek ‐ tivli tırtıll və modernləşdirilmiş (güc ‐ ləndirilmiş) hərəkət hissəsindən isti fadə etməklə təmin olunması plan laşdırılır. Maşında gücləndirilmiş (torsion) burulma çubuğundan asılı olmayan asqıdan istifadə ediləcək. Birinci və son iki dayaq vərdanələrində ikili dərəcəli sərtliyə malik ovarlı amortizatorları quraşdırılacaq. İdarəetmə bölməsindən tırtılın dartılması üçün sürücünün idarə etmə bölməsindən hidravlik sis ‐ temin quraşdırılması nəzərdə tutulur. Dünya tankqayırma sənayesində tankın döyüş çəkisi 25 tondan 42 tona qədər artırıldıqda (konstruksiyasını dəyişdirmədən) yüngül tankın “modern ‐ ləşdirmə potensialını” xarakterizə edən dəyər 80% təşkil edərək ən böyük də ‐ yərli göstərici hesab olunur. Tankın hərəkət hissəsinin, göv ‐ dəsinin və onun mühafizə sistemlərinin layihələndirməsinə olan yanaşma Avro ‐ pa və ABŞ tank yaradılmasında rast gəlinsə də, hərəkət hissənin “modern ‐ ləşdirmə potensialının” miqyası xeyli aşağı olması qeyd olunur. Yüngül tank yaradılmasından əvvəl bu göstəricinin maksimum dəyəri Almaniyanın “Puma” piyada döyüş maşınına məxsusdur. Müxtəlif mühafizə variantlarında onun döyüş çəkisi A – 31 ton, B – 40.7 ton və C – 45.2 tona çatdırılmışdır. Bu ‐ nunla hərəkət hissəsinin modern ləş ‐ dirilməsi potensialına (43.7%) uy ğun olması müəyyən olmuşdur. Xarici ekspertlərin fikrincə, gələ ‐ cəkdə bu xüsusi göstəricinin yüksək qiyməti maşının nəinki müasir, həm də maşının istismar dövrü ərzində yarana biləcək perspektivli silahlardan qorun ‐ masını təmin edəcək. Bu halda zavod şəra itində maşının gövdəsinin və hərə ‐ kət hissəsinin kompleks və bahalı mo ‐ dern ləşdirilməsinə ehtiyac qalma yacaq. İstismar və texniki xüsusiyyətlərinə görə mühərrik isti iqlim şəraitində və yüksək toz səviyyələrində işləmək üçün optimallaşdırılmışdır. Mühərrikin ilk seriyası 2016‐cı ildə başlayaraq sifariş edilmiş 600 ədədlik partiyanın sonun ‐ cusu 2022‐ci ildə müştəriyə çat dırıl ‐ mışdır. Hal‐hazırda yaradılmada 10 silin ‐ drli V tipli maksimum gücü 1000 at gücündən çox olan güc bloku mövcudur. Hər bir mühafizə səviyyəsində tankın müəyyən edilmiş güc sıxlığına nail olmaq üçün mühərrikin modern ‐ ləşdirilməsinə yönəlmiş konstruktiv tədbirlər barəsində mətbuatda açıqlan ‐ malara rast gəlinmir. Çox güman ki, tankın döyüş çəkisi 25 tondan 45 tona qədər dəyişdikdə tələb olunan yanacaq səmərəliliyini, etibarlılığını və xüsusi 25‐27 a.ğ s./т gücünü təmin etmək üçün bir neçə səviyyəli maksimum gücə malik olan dizel mühəriki olacaqdır. Məlumdur ki, 1980‐ci illərdə xaricdə belə mühərriklərin yaradılmasına cəhd ‐ lər edilsə də, lakin istehsal nümu n ə ‐ lərinin yaradılmasına başlanmamışdır. Xeyli miqdarda tamamlama işləri tırtıl lent ilə yerinə yetirilməlidir. Ştat rezin‐metal tırtıllar bahar‐payız döv ‐ rün də, həmçinin qarlı və ya buzlu ərazilərdə hərəkət edərkən keçiciliyin “Otokar” şirkətinin “Tulpar” yüngül tankı


artırılması üçün torpağıtutma qarmaq ‐ ları ilə təchiz edilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə belə maşınlarda tamam ilə rezin tırtıllın olması plan ‐ laşdırlır. Ekspertlərin fikrincə, bu, tankın içərisində səs‐küy və vibrasiyanı azaltmalı, uzun yürüşlər zamanı ekipaj və qoşunların döyüş effektivliyini artırmalıdır. Hal‐hazırda rezin tırtıllar rezin‐metaldan daha bahalıdır. Lakin mütəxəssislər tərəfindən rezin tırtıllı maşının bütün xidmət dövrü ərzində ümumi xərclərinin daha az olması gözlənilir. Rezin və ya adi tırtıllın tanka quraşdırılması qərarı müştərinin tələblərindən, maşının çəkisindən və yerinə yetirilən tapşırığın xarak terin ‐ dən asılı olacaq. Son illərdə nəqliyyat vasitələrinin əməliyyat mobilliyini artırmaq üçün prioritet sahələrdən biri, xüsusən də hava nəqliyyatı ilə daşınma qabiliy ‐ yətinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə C‐17A “Globemaster III” və A‐400M “Atlas” təyyarələrinin yük bölmələrində yükləmə‐boşaltma im kan larının qiymətləndirilməsi və nəq liyyat vasitəsinin mühafizəsinin rasio nal sxeminin seçilməsi üçün təy ‐ yarənin növləri üzərində geniş sınaqlar apa rılmışdır. Onlar tankların döyüş və ya sülhməramlı əməliyyatlar yerinə sürət lə köçürülməsini təmin etməyə yö ‐ nəlmiş böyük sınaq mərhələsinin bir hissəsi oldular. Atəş gücü Yüngül tank silahlanması sahə ‐ sində göstərilən prioritet istiqamətlərin sahələri aşağıdakılardır: • qüllə sisteminin 105 mm‐lik topla dəqiq tənzimlənməsi; • uzaqdan idarə olunan modulun hazırlanmasının tamamlanması. Yeni qüllə sisteminin əvvəllər “Lockheed Martin” (ABŞ) tərəfindən hazırlanmış oxşar sistemlə ümumi struktur elementlərinin 80%‐ə qə ‐ dərinin olacağı gözlənilir. Komanda idarə edilməsi Bütün yaradılmış maşınların eyni modifikasiyalarında yeni nəsil rəqəmsal informasiya və idarəetmə sistemlərinin quraşdırılması planlaşdırılır. Bu geniş ‐ lənən, açıq arxitektura sistemlərinə internet açarları, prosessorlar, məlumat serverləri və video serverlər daxildir. Yeni maşının bütün radioelektron avadanlığı ABŞ standartlarının tələb ‐ lərinə uyğun qurulan vahid sistemə birləşdirilməklə ekipajlara hədəfləri vaxtında aşkar etməyə, daxil olan kəşfiyyat məlumatlarını təhlil etməyə, silahlara nəzarət etməyə və şəbəkə vasitəsilə alınan məlumatları saxlamağa imkan verəcək. Hesabatların və məlumatların vizual avtomatlaşdırılmış şəkildə ötürülməsi üçün ekipaj üzv ‐ lərinin iş yerlərində rəngli displey lərlə təchiz edilməsi planlaşdırılır. Yeni optoelektronika ilə dəstləşdirilən YT həcmi baxımından, oxşar məqsədlər üçün mövcud sistemlər dəstindən 2 dəfədən çox böyük olacaqdır. Ya radıl ‐ mış YT aşağıdakılarla təchiz olunacaq: • ən son nəsil rəqəmsal rabitə sis ‐ temi; • komponentlərin, birləşmələrin, yanacaq, yağ və döyüş sursatı sərfiy ‐ yatının istismar vəziyyətinin və istis ‐ mar müddətinin uçotu və moni torinqi sistemi; • quraşdırılmış diaqnostika sistemi. Döyüş bölməsində standart sistem kimi məskunlaşma üçün yararlı böl ‐ mələr və tankın radioelektron ava dan ‐ lıqlarının soyudulması üçün kom binə edilmiş kondisioner sisteminin quraş ‐ dırılması planlaşdırılır. Yaradıcı şirkət, tank heyətinə hədəfləri vaxtında aşkar etməyə, silahla nişan almasını və dayanmadan hərə ‐ kətdə atəş açmağa, bütün hava şə raitin ‐ də vizual məlumat verilməsini təmin edəcək yeni texnologiyalar yarat maq üçün böyük həcmdə elmi‐tədqiqat və tək ‐ milləşdirmə işləri aparmağı planlaşdırır. YT‐nin elektrik avadanlıqlarına aşağıdakıların daxil edilməsi nəzərdə tutulur: • iki qoşalaşdırılmış 650‐750A dəyişən cərəyan generatoru, • 20‐25 kVt dizel mühərriki olan köməkçi güc qurğusu (KGQ) • akumlyator batareyası. YT‐nin hazırkı inkişafı mərhə lə sin ‐ də akumlyator batareyasını yara dılması müasir dövrdə iki istiqamətdə aparılır: • birinci, xüsusi gücü 400 Vt/kq olan qurğuşun‐gel (Pb/PbO2); • ikinci – litium‐ion (Li‐Ion) və litium‐polimer (Li‐Po), xüsusi gücü olan 2000 Vt/kq‐a çatan qurğuşun‐gel ba ‐ tareyalarının yaradılmasıdır. Mövcud istehlakçıların elektrik enerjisi ilə təmin edilməsi ücün KGQ‐ nin gücünün 120 kVt‐a çatdırılması planlaşdırılaraq, gələcək inkişafların enerji təchizatı üçün də imkanlar yaradacaq. Yüngül tankların inkişafının birinci mərhələsində tankın yaradılmasının 37 *|VWԥULFLOԥULQDGÕ *|VWԥULFLOԥULQPԥQDVÕ $÷ÕU0%$'0 WRQGDQoR[ 2UWD0%$'0 WRQ <QJO0%$'0 WRQGDQDúD÷Õ /D\LKԥOԥQGLUPԥQLQ Yԥ]L\\ԥWL /D\LKԥOԥQGLUPԥQLQ HVNL]LQLQQPD\Lú QPXQԥVL (VNL]/D\LKԥ WԥFUEԥOLQPXQԥ 7H[QLNL/D\LKԥ WԥFUEԥOLQPQԥ %D]DúDVVLVL ԤVDVG|\úWDQNÕYԥ\D D÷ÕU=19QLQ ED]DVÕQGDWDQN 7ÕUWÕOOÕ%03Yԥ\D WԥNԥUOL=19 fl[fl  7ԥNԥUOL fl[fl  =19.'0 [  ùDVVLQLQWLSL 7ÕUWÕOOÕ 7ÕUWÕOOÕ 7ԥNԥUOL 7ԥNԥUOL (NLSDMKH\ԥWL Yԥ\D Yԥ\D   GHVDQW Yԥ\D   GHVDQW '|\úoԥNLVL  fl fl 0KDIL]ԥ %D]DVԥYL\\ԥVLQGԥ 4OOԥVLVWHPL (NLSDMVÕ] PԥVDIԥGԥQLGDUԥROXQDQ (NLSDMVÕ] PԥVDIԥGԥQLGDUԥ ROXQDQ (NLSDMVÕ] PԥVDIԥGԥQLGDUԥROXQDQ 7RS   îPPffYԥ\D îPP î  PP Yԥ\D îPP î  PPYԥ\D î  PP 3XOHP\RW îPP øGDUԥROXQDQUDNHW ³6SLNH´Q|Y ԥGTOOԥQLQ\DQ WԥUԥIOԥULQGԥYԥ\D TOOԥQLQDOWWԥUԥILQGԥ úDTXOLEXUD[ÕOÕú \XYDVÕQGDfl ԥG ³6SLNH´Q|Y ԥGTOOԥQLQ \DQWԥUԥIOԥULQGԥ ³6SLNH´Q|YԥG TOOԥQLQ\DQ WԥUԥIOԥULQGԥ 0KDIL]ԥ %D]DVԥYL\\ԥVLQGԥ 0KԥUULNWLS 'L]HOKLEULGHOHNWULNGL]HOJFTX÷XVXOD\LKԥOԥQGLULOPԥOLGL 0KԥUULNLQJF DJ    ùDVVLGԥPDNVVUԥW NPVDDW  7ÕUWÕOOÕ 7ԥNԥUOLffi  (KWL\DWPԥVDIԥNP  7ÕUWÕOOÕ 7ԥNԥUOL fl øQILGDUԥHWPԥ VLVWHPL øø6  3ODQODúGÕUÕOÕU .|PԥNoLJFTXU÷XVX 0|YFXGGXU


əsas məqsədi hava‐desant bölmələri və çevik qüvvələrinin bölmələri üçün atəş dəstəyi kimi müəyyən edilmişdir. Tankın döyüş xüsusiyyətlərinin döyüş əməliyyatları üçün optimallaşdırılması açıq və şəhər ərazilərində, əsasən yerli müharibələr, sülhməramlı missiyalar, antiterror və xüsusi əməliyyatlar şə ‐ raitində istifadəsi planlaşdırılmışdır. Yeni maşının maddi‐texniki təc ‐ hizatı, texniki xidmət və sahədə təmiri üçün nisbətən aşağı tələblər müəyyən olunmuşdur. Zirehli texnikaların aviatransport versiyasında hərbi desant qüvvələrin və dəniz piyadaların maşınlarının daşın ‐ ması döyüş çəkisi 25 tonu, tankın daşınması isə 38 tonu keçmirdi. Be ‐ ləliklə, döyüş çəkisi 25 ton olan üç tankı və ya əlavə zireh modulları quraş ‐ dırılmış 38 ton döyüş çəkisi olan iki nəqliyyat vasitəsi C‐17A “Globemaster” seriyalı ABŞ hərbi nəqliyyat təyya rə ‐ sində daşınması müəyyən olunmuşdur. YT XM360 tankı hamar lüləli 120 mm‐lik topla silahlanması nəzərdə tutulsa da, tamamlanmanın yekununda alüminium zirehdən hazırlanmış tank qülləsi avtomatik yükləyicisi olan 105 mm‐lik XM35 tank topu ilə təhciz olunmuşdur. Digər təcrübi nümunəyə 120 mm‐lik top və zirehli təbəqələr quraşdırılmışdır. Başqa bir təcrübi nümunə ilk dəfə 2019‐cu ilin sentyabrında ABŞ‐ın “General Dynamics” şirkəti tərəfindən Silahlar Sərgisində ictimaiyyətə təqdim olunan 120 mm top silahı ilə təhciz olunan YT atəş dəstəyi (ADM) kimi dərindən təkmilləşdirmək üçün seçil ‐ mi şdi. Rəqabətli tank layihəsini ha ‐ zırlayan “BAE Systems” və “General Dynamics” şirkətləri perspektivli ma ‐ şınların layihələrinin hazırlanması üçün müvafiq olaraq 375.9 və 335 milyon ABŞ dolları məbləğində vəsaitlə təmin olunmuşdular. Şirkətlərə 12 təcrübi nümunə istehsal etmək üçün müqavilənin imza ‐ landığı tarixdən 18‐20 ay vaxt veril ‐ mişdi. “BAE Systems” tərəfindən YT‐nin nümayiş modeli ilk dəfə 2018‐ci ildə təqdim olunmuşdu. Tank arxada mühərriki olan klassik bir quruluşa sahib idi. Döyüş çəkisi 19.3 ton və ekipaj heyəti üç nəfərdən ibarətdir. YT 105 mm‐lik top, 12.7 və 7.62 mm çaplı iki pulemyot və 550 at gücünə malik mühərriklə təchiz edilib. Təkmilləşdirilmiş versiyada böyü dül ‐ müş qüllə, 120 mm‐lik top və qüllənin altında avtomat doldurma ilə fərqlənir. Maşın C‐130 “Hercules” hərbi‐texniki təyyarə ilə daşınması mümkündür. YT‐nin baza dəstləşdirilməsinə aşağıdakılar daxildir: • 105 mm top, 7.62 mm çaplı qoşalaşdırılmış pulemyot; • 7.62 və ya 12.7 mm kalibrli pu lem ‐ yotu olan uzaqdan idarə olunan modul; • yan bortlarda iki konteynerdə, çoxməqsədli idarə olunan “at və unut” prinsipi ilə işləyən idarə olunan raketlər. Təhcizat variantları araşdırılaraq 76 mm‐lik qumbaraatan (tüstü qum ba ‐ raatanları, istilik tələləri atmaq üçün), mövcud ZDM nümünələrin sistemləri birləşdirilmiş atəşə nəzarət sistemi, əla ‐ və kumulyativ mərmilərə qarşı çıxarıla bilən zirehli lövhələrin dəstləşdirilməsi nəzərdə tutulur. Müştərinin istəyi ilə YT‐nin əsas avadanlığı aşağıdakılarla əlavə edilə bilər: • lazer şüalanma xəbərdarlığı sistemi; • çoxfunksiyalı optoelektronik əks‐ tədbirlər kompleksi; • atış səsinə əsaslanan akustik hədəf aşkarlama sistemi; • ətraf mühit parametrlərinə nəzarət və monitorinq sistemi. Yüngül tankın nümunələrinin mü ‐ qayisəli sınaqlarının nəticələrinə əsa ‐ sən, ordu rəhbərliyi onun seriyalı istehsalını təşkil etmək üçün 2024‐cü ildə son variantı seçilməlidir. Ma ‐ şınların istehsalından əvvəl ilk iki ədədin sifarişi podratçılara 2022‐ci ilin sonunda ve rilmişdir. Lakin Qərb hərbi ekspertləri hesab edirlər ki, proqramın ümumi və tamamlanma müddətinə təsir edə bilə cək ciddi risklər hələ də qalmaqdadır. Belə ki, NATO rəhbərliyi yeni nəsil yüngül tankın yaradılmasını zirehli silahların gələcək inkişafı üçün ən vacib və perspektivli istiqamətlər sırasında hesab edir. YT‐nin inkişaf proqramı bu gün quru qoşunlarının və dəniz piya dalarının tank qoşunlarının kəmiyyət tərkibinin formalaşdırılması stra te giyasında əsas yer tutan pri ori ‐ tetlərdən biridir. Beləliklə, xarici informasiya mate ‐ riallarının təhlili göstərir ki, NATO ölkələrində, eləcə də İsraildə quru qo ‐ şunlarının yeni növünə aid olan zirehli və təkərli zirehli döyüş maşınlarının ‐ tank və piyada bölmələri üçün atəşə dəstək maşınlarının yaradılması isti ‐ qamətində fəal iş aparılır. Almaniya, Fransa və İsraildə həm açıq ərazilərdə, həm də şəhər mühi ‐ tində geniş spektrli taktiki tapşırıqları yerinə yetirərkən hərbi birləşmələrə atəş dəstəyinin effektivliyini artırmaq üçün motoatıcı bölmələrin atəş dəstəyi maşınlarının (MBADM) döyüş xüsu siy ‐ yətlərini optimallaşdırmaq üçün işlər aparılır. Xarici MBADM‐ların atəş gücü, təh ‐ lükəsizlik, hərəkətlilik və komanda idarəetmə sahəsində müəyyən edilmiş inkişaf tendensiyaları və istiqamətləri Azərbaycan Respublikasının əsas və kritik hərbi texnologiyalarının siyahısı üçün təkliflərin formalaşmasında, ha ‐ belə inkişafında istifadə edilə bilər. 38 www.poliqon.az “General Dynamics” şirkətinin “M10 Booker” orta ağır atəş dəstəyi maşını


SPECA‐nın yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan sərgi Azər ‐ baycanın xüsusi təşəbbüsü ilə keçirilib. Bakı Ekspo Mərkəzinin 4 min kvad ‐ ratmetrlik sahəsini əhatə edən sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alıb. Həmin stendlərdə SPECA ölkələrinin dövlət müəssisələrinin və özəl şir ‐ kətlərinin məhsullarının nümunələri nümayiş olunub. Bütün stendlər Azər ‐ baycan tərəfindən vahid dizayn for ‐ matında quraşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib və Azərbaycan Milli Stendi ilə tanış olub. Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlət başçısına məlumat verib ki, sərgidə nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir. Əvvəlki sərgilərdən fərqli olaraq bu sərgidə ilk dəfə yeni yaradılan AH‐12,7 iriçaplı pulemyot da təqdim olunub. Dövlət başçısı SPECA‐nın digər üzv dövlətlərinin – Qazaxıstanın, Qır ğı ‐ zıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın stendləri ilə tanış olub. Stendlərdə üzv ölkələrdə istehsal olunan məhsullar nümayiş etdirilib. Qeyd edək ki, sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir. MSN‑in SPECA həftəsində nümayiş etdirdiyi silahlar Azərbaycanın müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov “Poliqon” jurnalına açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendində sərgilənən məhsullardan danışıb. Müşavir bildirib ki, sərgidə MSN‐in müəssisələrində istehsal edilən minaatanlar, müxtəlif sursatlar, qum ba ‐ ra atanlar, optik nişangahlar, pilotsuz uçuş aparatları, atıcı silahlar – 9 mm‐ lik tapançalar, 5.45 mm‐lik AK‐74 avto ‐ matı, 7.62 mm‐lik AZ avtomatı, snayper tüfəngləri, hücum və iri çaplı pulemyotlar nümayiş olunur. “Bu sərgidə yeni məhsullarımızdan biri 12.7 mm‐lik piyada pulemyotudur. Bu pulemyot Müdafiə Nazirliyinin verdiyi texniki tapşırığa uyğun olaraq yaradılıb. Onun tamamlanmış nümunəsi artıq dövlət səviyyəsində sınaqlara çıxmağa hazırdır. Bundan başqa, son üç ayda yaratdığımız, yeni AH‐12.7 pulemyotunu da burada ilk dəfə sərgiləyirik. Cənab Prezidentə bu pulemyot təqdim olundu. AH‐12.7 pulemyotu şəhidimiz Ağaəmi Heybətovun adını daşıyır. Pulemeyotun özəlliklərindən biri, onun üçayaqlı dayaq üzərində quraşdırılmasıdır. AH‐12.7 pulemyotu öz oxu ətrafında 360 dərəcə fırlanır və 75 dərəcə bucaq altında atəş aça bilir. Bu isə imkan verəcək ki, gələcəkdə onu həm zenit pulemyotu kimi, həm də dağ və dağətəyi rayonlarda xüsusi təyinatlılar aşağı massivlərdən yuxarı hündürlükdəki hədəfləri vurmaq üçün istifadə etsinlər. Biz bunu müxtəlif pulemyotları tədqiq edərək hazırlamışıq. AH‐12.7 pulemyotunun üstün cəhət ‐ lərdən biri də kütləsinin aşağı olmasıdır. Pulemyotun özünün ağırlığı 20 kiloqram, üçayaqlı dayaq ilə birlikdə isə 38 kiloqramdır. AH‐12.7 pulemyotu müxtəlif variantlarda istifadə oluna bilər. Üçayaqlı dayağı çıxartdıqdan sonra pulemyotu istənilən nəqliyyat vasitəsinin üzərinə quraşdırmaq mümkündür”, ‐ deyə R.Əhmədov vurğulayıb. Hazırda zavod daxili testlərin keçirildiyi bildirilən AH‐12.7 pulemyotu sınaqlar zamanı 1800 metr uzaqlıqdakı hədəfi vura bilib. Növbəti atış sınaq ‐ larında 2000 metr məsafədən hədəfin vurulması planlaşdırılır. Hazırda bunun üçün silahın üzərində rekonstruksiya işləri görülür. Yeni pulemyotun təpməsi az olduğuna görə atış dəqiqliyi yüksəkdir. Kütləsi öz alternativlərindən az olan AH‐12.7 pulemyotu Rusiya istehsalı analoqlarından iki dəfə yüngüldür. Üçayaq qurğusunun çəkisi iki dəfə azaldılıb. Daha müasir materiallardan istifadə etməklə azaldılmış silahın bəzi hissələri tamamilə yeni konstruksiyada tətbiq edilib. Gövdəsi, mexanizmi, lüləsinin quruluşu tamamilə başqadır. 40 www.poliqon.az Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq ?Elşən Abdulkərimov 2023‑cü ilin 22‑25 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT‑nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi keçirilib. SPECA ölkələrinin sərgisi: Prezident İlham Əliyev MSN‑in stendini ziyarət edib


R.Əhmədov SPECA həftəsində nümayiş etdirilən kiçik çaplı mina ‐ atanların kütləvi istehsalının davam etdiyini diqqətə çatdırıb. Nazir müşaviri bu sərgidə artıq dövlət sınağı bitmiş və hazırda seriyalı istehsalda olan AQK‐30 avtomatik qumbaraatanın da nümayiş olunduğunu qeyd edib. Onun sözlərinə görə, AQK‐30 avtomatik qumbaraatanı AQS‐30 prototipi əsasında yaradılıb. MSN‑in silah‑sursat istehsalı iki dəfə artırılacaq Nazir müşaviri son dönəmdə mü ‐ dafiə sənayesində aparılan ciddi islahatlar haqqında danışıb: “Sözsüz ki, islahatlar daim davam edir. Hal‐hazırda Müdafiə Sənayesi Nazirliyi müəs si sə ‐ lərinin optimallaşdırılması ilə, korporativ idarəetmələr ilə bağlı islahatlar aparırıq. Burada məqsəd müəssisələrin birləş ‐ dirilməsi, saylarının azaldılaraq istehsalın genişləndirilməsi, effektiv idarəetmənin təmin olunmasıdır. Özəl sektorlarda olan və dünyada tətbiq edilən kooperativ idarə metodlarını biz ilk dəfə burada müdafiə sənayesində tətbiq edəcəyik”. Noyabr‐dekabr aylarında bu təd ‐ birlərin həyata keçiriləcəyini söyləyən R.Əhmədov bildirib ki, artıq 2024‐cü ildə “Azərsilah” holdinqi Müdafiə Səna ‐ yesi Nazirliyinin tərkibində öz fəaliy ‐ yətinə başlayacaq. Müdafiə sənayesi nazirinin müşaviri bu sahədəki özəl sektora lisenziyanın verilməsi məsələsinə toxunub: “Bizim gözləntilərimiz var ki, Azərbaycanda bir neçə qanunvericilik bazası dəyiş diril ‐ məlidir. Bu istiqamətdə işlər aparılır və bununla özəl sektorun bizim sənayeyə inteqrasiyası baş tutmalıdır. Həmin inteqrasiya ilə də Müdafiə Sənayesi Nazirliyi məşğul olacaq. Ən böyük arzularımızdan biri özəl sektora lisenziya hüququnun bizə verilməsidir. Yəni biz müəssisəni tədqiq etdikdən, texniki tələbləri yerinə yetirmək imkanlarını qiymətləndirdikdən, verdiyimiz şərtlər qəbul edildikdən sonra həmin şirkətə məhsul istehsal etmək üçün lisenziya verəcəyik”. R.Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin MSN qarşısında qoyduğu tələblərdən bəhs edib: “Cənab Prezident bizim qarşımızda iki böyük məqsəd qoyub. Birincisi həm silah, həm də sursat sahəsində mövcud istehsalımızı iki dəfə artırmaqdır. İkincisi də ixracın həcmini ciddi şəkildə artırmaqdır. Builki ixrac planımız il sonuna kimi 150 milyon dollar dəyərində məhsulun ixracıdır. Bu ilin 10 ayı ərzində 124 milyon dollar dəyərində ixrac əldə etmişik. Bu rəqəmi tam şəkildə həyata keçirməyə az qalıb. Sadəcə, hazırda əsas gücümüzü dövlət müdafiə sifarişinə yönəltmişik və onlar tamamlandıqca ixrac əməliyyatlarını başa çatdıracağıq. Həmin rəqəmə çatdıqda istehsalımızın 50 faizi ixrac edilmiş olacaq. Bizim gözlənilən illik həcmimiz 500 milyon manata yaxındır. Bu rəqəmlərə çatdıqda yaxşı nailiyyətlər əldə etmiş olacağıq. 2024‐cü ildə həm sursat, həm də silah istehsalını iki dəfə artırmaq üçün lazım olan tədbirləri artıq planlaş ‐ dırmışıq. Bunlar istehsal sahələrinin artırılması, yeni xətlərin alınması, yeni dəzgahların qurulmasıdır. Onların hamısı imkan verəcək ki, biz istehsal gücümüzü artıraq. Əsasən sursat sahəsində bizim ixracımız böyük rəqəmlidir və bu sahədə yeni nailiyyətlərə çatmaq üçün çox ciddi planlarımız var”. 2050‐ci il üçün planlaşdırılan Strateji Yol Xəritəsi ilə bağlı fikirlərini bölüşən R.Əhmədov MSN‐in öncəliklə daha yaxın məsafəli proqramlarının olduğunu bildirib. “Müdafiə Sənayesi Nazirliyi ümumi strategiyanın müəyyən istiqamətlərini bu gün həll etməyə tələsmir. İndi yeni xarici siyasətdə biz türkdilli dövlətlərlə inteqrasiya əsasında bir yerdə çalış ‐ malıyıq. Bunun üçün bizə müəyyən zaman lazımdır ki, türkdilli döv lət ‐ lərimizin müdafiə nazirlikləri bizim Müdafiə Nazirliyi ilə bir araya gəlsinlər, ümumi ehtiyac olan istiqamətləri ayırd etsinlər. Bundan sonra planlarımız var ki, türkdilli dövlətlərin müdafiə sənayesi komplekslərinin fəaliyyətini real və konkret olaraq müəyyən istiqamətlərə yönəldək və ayırd edək ki, hansı isti qa ‐ mətlərdə biz inkişaf etməliyik, hansı is ‐ ti qamətdə onlar çalışmalıdır. Biz ça lış ‐ malıyıq ki, az xərclərlə böyük nailiy yət ‐ lər əldə edək. Bunun üçün də çalışmalıyıq ki, bizim sahələrdə təkrarlanan is teh ‐ sa latlar olmasın. Bu məsələlərə zaman lazımdır. Həmin işlər formalaşdıqdan sonra biz bunları nəzərə almaqla artıq 2050‐ci il üçün olan strategiyanı plan ‐ laş dıracağıq”, ‐ deyə müdafiə sənayesi na zirinin müşaviri R.Əhmədov vurğulayıb. ANAMA‑nın metodologiyaları və xidmətləri Azərbaycan Respublikasının Mina ‐ təmizləmə Agent liyi (ANAMA) Bakı Ekspo Mərkəzində keçirilən SPECA ölkələrinin sərgisində stendlə təmsil olunub. Azərbaycan Respublikasının Mina ‐ təmizləmə Agentliyinin Göygöl Regional Mərkəzinin təlim rəhbəri Musa Məm ‐ mədov “Poliqon” jurnalına açıqlamasında SPECA həftəsi çərçivəsində keçirilən sərgidə ANAMA‐nın minatəmizləmə fəaliyyəti, texniki imkanları, insan resursları, əməliyyat və təlim metodları barədə yerli və xarici ziyarətçiləri bilgiləndirdiklərini deyib. Aerokosmik sahədə mütəxəssis ‑ lərin yetişdirilməsi vacibdir Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov “Poliqon” jurnalına sərgidə təq ‐ dim etdikləri məhsullar barəsində danışıb: “Sərgidə nümayiş etdirdiyimiz məh sullar eksperimental kosmo plan ‐ larıdır (cosmoplane). Onları üç mo di ‐ fikasiyada təqdim etmişik. Bu, eks ‐ perimental olduğu üçün ilk növbədə həm təcrübi, həm də elmi tədqiqatların aparılması məqsədi daşıyır. Onlar kəşfiyyat və hərbi təyinatlı məqsədlər üçün istifadə oluna bilər. Kosmoplan iki konsepsiyadan ibarətdir: raket və playner. Müəyyən olunmuş məsafədən 41 ANAMA‑nın stendi xüsusi diqqət çəkib


sonra raket geri dönür, playner isə uçuşunu davam etdirir. Özəlliyimiz isə bundan ibarətdir ki, bizim raketlərin stablizatorları xüsusi roleron sistemi ilə təmin olunmuşdur. Bu da uçuş zamanı raketin daha düzgün və səlis uçuşunu təmin edir. Həmin özəlliyi bu yaxınlarda Azərbaycanda keçirilən 74‐cü Beynəlxalq Astronavtika Konqresində də təqdim etdik. Hansı ki, “SpaceX” şirkəti də artıq həmin konsepsiya üzərində işləyir”. C.Xəlilov bildirib ki, sözügedən məhsulların artıq bir sıra sınaq uçuşları keçirilib: “Bizim iki‐üç uçuşumuz olub ki, bunların da datalarını yığmışıq. Həmin dataları digər şirkətlərlə, digər koman ‐ dalarla bölüşürük. Bu qaydada inkişaf edirik. Çünki bilirsiniz ki, Azərbaycanda raketlərin start məntəqəsi yoxdur. Buna görə, xüsusi poliqonlardan istifadə edirik. Məsələnin mahiyyəti burasındadır ki, kom pozit materialdan hazırladığımız pro totiplər tamamilə Azərbaycana məx ‐ sus dur. Bizim özümüzün bu sahə üzrə xüsusi mütəxəssislərimiz var”. “Improtex” yerli minatəmizləmə maşınlarını nümayiş etdirir Azərbaycanın “Improtex” Şirkətlər Qrupu SPECA ölkələrinin sərgisində yer li istehsal olan məhsullarını nümayiş etdirib. “Improtex”in Korporativ Satış Şöbəsinin rəhbəri Emil Əliyev “Poliqon” jurnalına şirkətin sten din də sərgilənən məhsullar barə sində məlumat verib. “Improtex” tərəfindən sərgidə 7 müx təlif məhsulun nümayiş olunduğunu söyləyən E.Əliyev onlar arasında “Revival T” və “Revival P” minatəmizləmə maşın ‐ larının xüsusilə ön plana çıxdığını bildirib. Bunlardan başqa, “Improtex” sərgidə MAN texnikasının üzərində quraşdırılan yanğın söndürən qurğunu, 5 tonluq yanacaq çənini, yanğın söndürmək üçün isti fadə olunan su və köpük püs kür ‐ dənini, “İntreyler” tipli tentli yarım ‐ qoşqusunu da nümayiş etdirib. KPE yeni döyüş modulunun təqdimatını keçirib Qazaxıstanın “Kazakhstan Paramount Engineering” (KPE) şirkəti SPECA ölkələrinin sərgisində yerli mühəndisləri tərəfindən milli imkanlar hesabına hazırlanan “Şahin” döyüş modulunu nümayiş etdirib. “Kazakhstan Paramount Engineering” şirkətinin Müşahidə Şurasının sədri Aibek Baryssov “Poliqon” jurnalına Azərbaycanda ilk dəfə təqdim olunan “Şahin” döyüş modulu haqqında danışıb. KPE rəhbərinin sözlərinə görə, məsafədən idarə olunan “Şahin” döyüş modulu zirehli nəqliyyat vasitələrinin üzərinə inteqrasiya oluna bilir. A.Baryssov bildirib ki, keyfiyyət baxımından analoqlarını üstələyən “Şahin” döyüş modulunun proqram təminatını da özləri hazırlayıb. KPE rəhbəri “Şahin” döyüş mo ‐ dulunun texniki xüsusiyyətlərindən də danışıb. “Döyüş modulu 12.7 mm‐lik NSVT və 7.62 mm‐lik PKT tipli iki pulemyotdan ibarət koaksial sistemlə silahlanıb. Modulun hündürlük bucağı 78⁰, qüllənin fırlanma sürəti isə saniyədə 110⁰ təşkil edir”, – deyə A.Baryssov vurğulayıb. Yeni Texnologiyaların İnkişafına Dəstək İB‑nin sədri Ceyhun Xəlilov “Poliqon” jurnalına müsahibə verərkən KPE Müşahidə Şurasının sədri Aibek Baryssovla “Improtex” şirkətinin “Revival T” və “Revival P” minatəmizləmə maşınları


43 – Cənab Mansurjon, rəhbərlik etdiyiniz Müdafiə Sənayesi Agent ‑ liyinin Özbəkistan müdafiə səna ‑ yesində yeri və rolu barədə oxu ‑ cularımıza hansı məlumatları verə bilərsiniz? – İlk növbədə qeyd etmək istərdim ki, dövlətlərimiz arasında müdafiə‐ sənaye sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması ölkələrimizin rəhbərləri – Özbəkistan Res pub li ka sı ‐ nın Prezidenti cənab Şavkat Mir zi ‐ yoyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin demək olar ki, bütün sahələrdə intensiv əmək ‐ daşlığının nəticəsidir. 2017‐ci ilin no ‐ yabr ayında Özbəkistan Silahlı Qüv və ‐ lərinin Ali Baş Komandanı Şavkat Mir ‐ zi yoyevin şəxsi təşəbbüsü ilə yerli müdafiə‐sənaye kompleksinin yaradıl ‐ masına təkan verilib. Hərbi təyinatlı məmulatların isteh ‐ salı üzrə ixtisaslaşan mövcud za ‐ vodların istehsal bazası genişləndirildi, yeni müdafiə müəssisələri yaradıldı. Qəbul edilmiş yeni Müdafiə Dok tri ‐ nasının tərkib hissəsi kimi, müdafiə sənayesi sektorunun inkişafının prio ‐ ritet istiqamətləri müəyyən edilib. Bu da bu sahədə konkret nəticələrin əldə edilməsinə, o cümlədən xarici dövlətlər və şirkətlərlə hərbi‐texniki əmək ‐ daşlığın artırılması, yerli elmi‐tədqiqat işlərinin (ETİ) yaradılması, istehsal olunan hərbi məhsulların çeşidinin genişlən diril məsinə imkan vermişdir. Özbəkistan Prezidentinin təşəbbü ‐ sünün məntiqi davamı olaraq və milli ordunun hərbi‐texniki təchizatla tə ‐ minatının qısa, orta və uzunmüddətli perspektivlərini müəyyən etmək, ha ‐ belə dövlət müdafiə sifarişini təsdiq etmək məqsədilə Fərman imzalanıb. Özbəkistan Silahlı Qüvvələrinin və müdafiə sənayesinin təchiz edilməsi sahəsində dövlət idarəçiliyinin tək ‐ milləşdirilməsi məqsədi ilə ölkə pre ‐ zidentinin Sərəncamı qəbul edilmişdir. Bu sənədlə Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyi yaradıldı və o, müdafiə sənayesi müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və onların inkişafı sahəsində dövlət siyasətini həyata keçirən vahid Dövlət İdarəetmə orqanına çevrildi. – Cənab Mansurjon, Agentliyin fəaliyyətinin çoxşaxəli olduğunu görürük. Əsas ağırlıq hansı seq ‑ mentlərə verilir? – Müdafiə Sənayesi Agentliyin əsas istiqamətləri aşağıdakılardır: yerli müəs sisələr və xarici tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində hərbi təyinatlı məmulatların və xüsusi mühafizə vasi ‐ Mansurjon İbodullayev: Özbəkistan Azərbaycanla müdafiə sənayesi sahəsində birgə layihələr həyata keçirməyə hazırdır ► Özbəkistan‑Azərbaycan əlaqələrinin hərbi‑texniki sahədə genişləndirilməsi üçün böyük potensial mövcuddur ► Özbəkistan beynəlxalq müdafiə sənayesi sərgisinin təşkili məsələsini nəzərdən keçirir ?Zaur Babaşov Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru İbodullayev Mansurjon Gapparoviç POLİQON hərbi‑kosmik texnoloji jurnalına müsahibə verib.


tələrinin istehsalı üzrə yeni imkanların yaradılması; xarici dövlətlər və şir ‐ kətlərlə çoxşaxəli hərbi‐texniki əmək ‐ daşlığın genişləndirilməsi; hərbi və ikili təyinatlı məhsulların istehsalının mə ‐ nimsənilməsinə yönəlmiş elmi‐tədqiqat və təcrübə‐konstruktor işlərinin po ‐ tensialının daha da artırılması; bu sahəyə investisiyaların geniş cəlb edil ‐ məsi, müasir texnologiyalar əsasında idxalı əvəz edən və ixracyönümlü məh ‐ sulların yaradılması, onların ixracının təmin edilməsi; müdafiə müəs sisə ‐ lərinin innovativ və davamlı inkişafı, müdafiə sənayesində texnoloji müs ‐ təqilliyin təmin edilməsi. – Müdafiə sənayesi müəs sisə ‑ lərinin fəaliyyətinin tənzimlənməsi və onların inkişafı sahəsində sə la ‑ hiyyətli dövlət qurumu olan Öz ‑ bəkistan Müdafiə Sənayesi Agentliyi özəl sektor müdafiə sənayesi şir ‑ kətlərinə lisenziya verilməsi qay ‑ dalarını necə həyata keçirir və özəl şirkətlərə hansı üstün imkanlar təmin edir? – Agentlik hərbi və ikili təyinatlı məhsulların işlənməsi, istehsalı, təmiri, modernləşdirilməsi, unifikasiyası, uy ‐ ğun laşdırılması, ləğvi (utilizasiyası), emalı sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla vahid texniki siyasət həyata keçirir, habelə bu sahədə fəa ‐ liyyətin lisenziyalaşdırılmasını həyata keçirir. Lisenziyalaşdırma proseduru Özbəkistan Respublikası Hökumətinin müvafiq qərarı ilə tənzimlənir. – Özbəkistan ordusu üçün Agentliyin tabeliyində olan müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi və ikiməqsədli məh ‑ sulların təchizatı necə təşkil olunur? Agentliyin müəssisələrdə istehsal edilən və ölkənin silahlı qüvvələrinə təhvil verilən və ya bunun üçün istehsal mərhələsində olan müdafiə təyinatlı məmulatlarla bağlı nələri deyə bilərsiniz? – Bildiyiniz kimi, istənilən dövlətdə ordunun təchizat qaydası iqtisadi‐tex ‐ niki imkanlar nəzərə alınmaqla ölkənin güc strukturlarının təklifləri əsasında Dövlət Sərəncamından irəli gəlir. Agent ‐ liyin strukturuna bir neçə zavod, o cümlədən iqtisadi sahələr üzrə hərbi və ikili təyinatlı məhsulların işlənib hazırlanması və istehsalı, silah və hərbi texnikanın təmiri və modern ləş diril ‐ məsi üzrə xidmətlər göstərən 20‐dən çox müəssisə daxildir. Müdafiə zavod ‐ larımızda 2000‐dən çox işçi çalışır. Müdafiə sənayesi müəssisələri üçün elmi kadrların, mühəndislərin, kons ‐ truk torların və proqramçıların özəyi formalaşıb. Eyni zamanda, mütəxəssislərimizin səyləri hərbi təyinatlı məhsulların istehsalının dərindən lokallaş dırıl ma ‐ sının təmin edilməsinə, o cümlədən yeni innovativ material ların, kom po ‐ nentlərin və xammalın istehsalının in ‐ kişafına, eləcə də iqtisadiyyat sa hə ‐ lərinin imkanlarından geniş istifadə etməklə mövcud silah və hərbi tex ‐ nikanın modernləşdirilməsinə yönəlib. Həmçinin, göstərilən xidmətlərin key ‐ fiyyəti və istehsal olunan hərbi təyinatlı məhsullar bu sahədə beynəlxalq stan ‐


dartların tələblərinə cavab verən ciddi nəzarətdən keçirilir. – Azərbaycan ilə Özbəkistan ara ‑ sında müdafiə sənayesi sahəsində birgə istehsalın yaradılması, xü su ‑ silə Agentliyiniz tərəfindən Azərbay ‑ cana texnologiya transferi ilə bağlı hansı planlar mövcuddur? – Özbəkistan və Azərbaycan ara ‐ sında hərbi‐texniki sahədə qarşılıqlı fəaliyyət dövlətlərimizin başçılarının iki ölkə iqtisadiyyatının gələcək inte qra ‐ siyasına əsaslanan siyasətinin məntiqi davamıdır. Bu baxımdan biz qardaş Azərbaycanımızla qarşılıqlı faydalı əməkdaşlıq və sıx əməkdaşlıq əsasında müdafiə‐sənaye sahəsində birgə la ‐ yihələr həyata keçirməyə hazırıq. – Noyabr ayının 23‑də Azər ‑ baycana rəsmi səfəriniz çərçivəsində müdafiə sənayesi nazirimizlə gö ‑ rüşdünüz. Bu görüşdə hər iki qurum arasında gələcək əməkdaşlıq pers ‑ pektivlərinin müəyyən edilməsi məqsədilə çərçivə sənədi olaraq yol xəritəsinin hazırlanmasına dair razılığa gəlinib. Bu yol xəritəsinin əhatə edəcəyi əməkdaşlıqla bağlı nələri deyə bilərsiniz? – Sizin də qeyd etdiyiniz kimi, bu yaxınlarda Azərbaycanın müdafiə sə ‐ nayesi naziri Vüqar Mustafayevlə sə ‐ mərəli görüşümüz baş tutdu. Görüş zamanı iki ölkə arasında hərbi‐texniki sahədə əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər mə sə ‐ lələr ətrafında fikir mübadiləsi aparıldı. Özbəkistan‐Azərbaycan əlaqə lərinin hərbi‐texniki sahədə genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. Biz ikitərəfli əməkdaşlığın təmin edilməsi üçün prioritet tədbirlərin müəyyən edilməsi məqsədilə bu sazişləri Yol Xəritəsində birləşdirməyi planlaşdırırıq. – Cənab Mansurjon, SPECA həf ‑ təsində bir sıra yeni məhsullarınızı təqdim etdiniz. Bu yeniliklər barədə bir qədər detallı məlumat ver mə ‑ yinizi xahiş edirik. Məsələn, yeni PUA‑larınız, zirehli nəqliyyat va ‑ sitələri barədə məlumatlar oxu ‑ cularımız üçün maraqlı olar. – Ən yüksək səviyyədə təşkil olunmuş Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının nailiyyətlərinin sər ‐ gisi Özbəkistanın müdafiə sənayesi məhsullarının nümunələrini nümayiş etdirməyə imkan verdi. Siz də şahid olduğunuz kimi, “Lochin” brendi altında pilotsuz uçuş sistemləri sərgi qo ‐ naqlarının diqqətinə layiq idi. Eləcə də tam istehsal dövrü öl ‐ kəmizdə qurulmuş yüngül zirehli maşınlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı. Bu məhsullar müasir silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb və ölkənin mülkiyyətidir. – Hər il Özbəkistanda “Securex Uzbekistan” beynəlxalq sərgisi ke ‑ çirilir, amma bildiyim qədəriylə bu sərgi müdafiə sektorunu əhatə etmir. Özbəkistanda beynəlxalq müdafiə sənayesi sərgisinin təşkil edilməsini planlaşdırırsınızmı? – Bəli, biz Özbəkistanda beynəlxalq müdafiə sənayesi sərgisinin təşkili məsələsini nəzərdən keçiririk. Lakin bu məsələ əlavə araşdırma tələb edir. Eyni zamanda, Azərbaycanın bu cür təd ‐ birlərin keçirilməsində çoxillik təc ‐ rübəsi bizim üçün çox önəmlidir. – Cənab Mansurjon, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı? – Xüsusilə qeyd etmək istərdim ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında təkcə hərbi‐ texniki sahədə deyil, həm də qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə ikitərəfli əlaqələrimizin inkişafı və dərinləşdirilməsi üçün çox böyük potensial var. Əminəm ki, əmək daş ‐ lığımız gələcəkdə də davam edəcək. Azərbaycan Respublikası ilə hərbi‐ texniki sahədə, eləcə də ikitərəfli əmək ‐ daşlığın digər sahələrində səmərəli inkişaf və konkret əməli nəticələr artacaq. Mən bir daha səmimi qəbula və bu genişmiqyaslı tədbirin yüksək sə ‐ viyyədə təşkilinə görə sərginin təş ‐ kilatçılarına dərin minnətdarlığımı bildirmək istəyirəm.


İki gün davam edən texniki kon ‐ fransın keçirilməsində məqsəd Azər ‐ baycanın mövcud mina probleminin dünyaya çatdırılması, humanitar mina ‐ təmizləmə sahəsində qlobal inno vativ texnologiyaların nümayiş olunması və bu sahədə beynəlxalq tərəfdaşlığın gücləndirilməsidir. Azərbaycanın ev sahibliyi etdiyi 2‐ci beynəlxalq texniki konfransda, dün ‐ yanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşki latların, əməliyyat və istehsalçı şirkətlərin 100‐dən yuxarı nü ma ‐ yəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkəmizdə ak ‐ kreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edib. Noyabrın 29‐da keçirilən kon ‐ fransda, yerli və xarici dövlət qu rum ‐ larının, beynəlxalq təşkilatların nü ‐ mayəndələrinin iştirakı ilə gender bərabərliyi və mina qurbanlarına yardım sahəsində qabaqcıl təcrübələr, Partlayıcı Sursatların Təhlükəsinə dair Maarif lən dirmə istiqamətində müasir tex no logiyaların tətbiqi mövzularında panel müzakirələri olub. Habelə, işti ‐ rakçı qurumların müvafiq prezen ta ‐ siyaları təqdim edilib. Tədbir çərçivəsində əməliyyatçı qurumların və istehsalçı şirkətlərin məhsullarından ibarət sərgi nümayiş olunub. Sərgidə Azərbaycan Respub ‐ likası Minatəmizləmə Agentliyinin (ANAMA) mina tə mizləmə əmə liy yat ‐ larında istifadə etdiyi avadanlıqlar, Azərbaycanın “Importex Industries” şirkəti tərəfindən istehsal olunan “Revival P” və “Revival T” me xaniki minatəmizləmə maşınları, İta li yanın “FAE Group” şirkətinin PT‐300 D minatəmizləmə maşını, eləcə də Xorvatiyanın DOK‐ING şikərtinin MV‐2 “Honey Badger”, MV‐4 “Scorpion” və MV‐10 “Bison” minatəmizləmə maşın ‐ ları ziyarətçilərə təqdim olunub. ANAMA minatəmizləmə əməliy ‑ yat larında müxtəlif ölkələrin təc rü ‑ bə sindən istifadə edir ANAMA‐nın Maarifləndirmə, bey ‐ nəlxalq və ictimaiyyətlə əlaqələr ida ‐ rəsinin rəisi Ramil Əzizov konfrans zamanı jurnalistlərə açıqlamasında Azərbaycanın hər zaman mina terroru ilə mübarizə apardığına diqqət çəkərək Bakıda keçirilən beynəlxalq texniki konfransın əhəmiyyətindən danışıb: “Bugünkü tədbir ANAMA‐nın mina təhlükəsilə mübarizə seriyasının növbəti tədbirlərindən biridir. Tədbirdə mina təhlükəsi ilə üzləşmiş müxtəlif ölkələrin nümayəndələri iştirak edirlər. Sözsüz ki, ölkəmiz Vətən müha ri bə ‐ sindən sonra işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə mübarizə tədbirlərini həyata keçirir. Bu təd ‐ birlərin həyata keçiril mə sində sə mə rə ‐ lilik və effektivliyə nail olmaq üçün müxtəlif ölkələrin təc rü bəsindən is ti ‐ fadə edirik və bu, bizim üçün faydalıdır. Bu baxımdan da gördüyünüz audi ‐ toriyada yeniliklər və texnologiyaların müzakirəsi həyata keçirildi. Bu, bizim işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən mina tə ‐ mizləmə əməliyyatlarının sürətinin artırılması, effektivliyin əldə olunması, çətin relyef şəraitində əməliyyatların davam etdirilməsi üçün digər ölkələrlə qarşılıqlı fikir mübadiləsi baxımından olduqca önəmlidir. Hesab edirik ki, bu tipli tədbirlərin həyata keçirilməsinin davamlı olması həm mina təhlükəsi ilə mübarizə sahəsində, həm ondan sonra ANAMA mina təhlükəsi ilə mübarizəyə dair beynəlxalq tədbirlərə qatılıb ?Elşən Abdulkərimov 2023‑cü ilin noyabr ayının 28‑29 tarixlərində Bakıda “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans keçirilib.


47 aparılan bərpa və yenidənqurma fəaliy ‐ yətinin təhlükəsiz yerinə yetirilmə sin də, həm də monitorinq və keyfiyyətə nəza ‐ rət baxımından da olduqca önəmlidir”. ANAMA‐nın işğaldan azad edilən ərazilərə ilk daxil olan qurumlardan biri olduğunu xatırladan Ramil Əzizov hə ‐ min ərazilərdə aparılan mina təmiz ləmə əməliyyatları ilə bağlı məlumat verib. “Minalarla çirklənmiş və mina terroru ilə üzləşmiş ərazilərdə müəy ‐ yən koridorların açılması və bu koridor ‐ ların açılması sayəsində sosial infra ‐ struktur işlərinin yerinə yetirilməsi ilkin prioritetlərdən birinə çevrilmişdir. Bu gün artıq bizim vətəndaşlarımız təhlükəsiz qaydada doğma yurdlarına geri dönüş edirlər. ANAMA bu is ti qa ‐ mətdə digər sosial infrastruktur la yi ‐ hələri həyata keçirən qurumlarla bir ‐ likdə işləyir. O cümlədən müxtəlif dövlət qurumları da insan larımızın həmin əra ‐ zilərdə təhlükəsiz, rahat, bütün şəraitlə təchiz olunmuş səviyyədə yaşaması üçün əllərindən gələni edirlər”, – deyə Ramil Əzizov vurğulayıb. ANAMA‐nın Maarifləndirmə, bey ‐ nəl xalq və ictimaiyyətlə əlaqələr ida ‐ rəsinin rəisi insanları bir daha mina ilə çirklənmiş ərazilərə daxil olmamağa çağırıb: “Fürsətdən istifadə edib in san ‐ larımıza bir daha çağırış etmək istərdik ki, həmin ərazilərdə mina təhlükəsi bitməmişdir və düşmən təkcə əvvəllər təmas xətti deyilən ərazilərdə deyil, ondan kənarlarda da mina təhdidləri törətmişdir. Bu baxımdan da hamımız diqqətli olmalıyıq, təhlükəli ərazilərə səfərlər etməməliyik. Bu istiqamətdə və təndaş məsuliyyəti hiss etməliyik. Dövlət, vətəndaş cəmiyyəti, qurumlar, me dia sözügedən istiqamətdə əlindən gələni etməlidir ki, maksimum də rə cə ‐ də bu insidentlərin sayını azalda bilək”. Azərbaycan COP‑28‑də mina təh ‑ lükəsi ilə mübarizə – yaşıl gələcəyi müzakirə edib Azərbaycan Respublikası Mina ‐ təmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq et ‐ diyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT‐ nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28‐ci sessiyası ‐ COP28‐də iştirak edib. Azərbaycanın COP‐28‐dəki pa ‐ vilyonunda “Mina təhlükəsi ilə mü ba ‐ rizə – yaşıl gələcək: minalarının ətraf mühitə təsirlərinin azaldılması” adlı yan tədbir keçirilib. Tədbirin məqsədi bu sahədə ən yaxşı təcrübələri paylaşmaq və hu ‐ manitar minatəmizləmə sahəsində dayanıqlı yanaşmalar üzrə müzakirələri təşviq etmək, icma təhlükəsizliyini təmin edərkən ekosistemlərin qorun ‐ masının vacibliyini diqqətə çatdır ‐ maqdır. Yan tədbirdə açılış nitqi ilə çıxış edən ANAMA‐nın İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina problemininin miqyasını, əra ‐ zilərimizin işğalı zamanı zənginliyi və gözəlliyi ilə tanınan Qarabağın və Şərqi Zəngəzurun təmiz ekosistemi Ermə ‐ nistanın hərbi qüvvələri tərəfindən dağıdıldığını, təxminən 1,5 milyona yaxın minanın basdırıldığını və 9 min kv.km ərazinin təhlükəli hesab edildiyini diqqətə çatdırıb. Bildirib ki, minalar insanların həyatı və rifahı, ətraf mühit üçün ciddi təhlükə yaradır, ekoloji tarazlığa və daha yaşıl, daha sağlam planetə doğru irəliləyişə mane olur. Keçirilən yan tədbir bu is ti qa ‐ mətdə dialoqun təşviqi, biliklərin mü ‐ ba diləsi və qlobal olaraq aktual prob ‐ lemin həllində birgə səylərin sürət ‐ ləndirilməsi üçün platforma rolunu oy nayır. Biz anlayırıq ki, yaşıl gələcək təkcə iqlim dəyişikliyi ilə mübarizə deyil, həm də müharibənin partlayıcı qa lıqlarının yaratdığı təhdidlərdən azad, təhlükəsiz və dayanıqlı mühit yarat maqdır. Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Mux ‐ tar Babayev çıxış edərək mina və müharibənin digər partlayıcı qalıq la ‐ rının ətraf mühitə mənfi təsiri, ekoloji ta razlığın bərpa olunması və bu is ‐ tiqamətdə müvafiq tədbirlərin gö rül ‐ məsi, eləcə də minatəmizləmə fəaliyyəti ilə ekoloji inkişaf arasında əlaqənin vacib komponent olduğunu bildirib. Yan tədbir çərçivəsində bio müx ‐ təlifliyin qorunması və ekoloji rea bi ‐ litasiyanın gücləndirilməsi, minaların ekosistemlərə təsiri və təmizlənmədən sonrakı fəaliyyətdə innovativ ekoloji bərpa üsulları, habelə Azərbaycanda ekologiya kontekstində mina təhlükəsi ilə mübarizə proqramı mövzularında panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Res ‐ publikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva, Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov, Maarif lən ‐ dirmə, bey nəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov, eləcə də Mi naların Təmizlənməsi üzrə Qlobal Məsləhətçi, BMT İP‐nın Böhran Bürosu üzrə nümayəndəsi Steinar Essen iştirak edib. Tədbirdə iştirak edən Münaqişələr və Ətraf Mühit Müşahidələri üzrə qurumun Ətraf Mühit Siyasəti üzrə Mütəxəssisi Linsey Cottrell mövzunun BMT‐nin gündəliyi üçün maraqlı ol ‐ duğunu, minaların ekosistemə təsiri istiqamətində BMT qurumları ilə tə ‐ rəfdaşlığın gələcək perspektivlərinin mövcudluğunu, həmçinin minaların tərkibində olan toksik maddələrin ətraf mühitə təsirləri üzərində çalışmalara başlanıldığını qeyd edib.


105 mm və da ha böyük çap lı ar til ‐ le ri ya si lah la rı kim yə vi və bi o lo ji sur ‐ sat lar dan, 152‐155 mm çap lı si lah lar ‐ dan baş la ya raq isə tak ti ki nüvə sur sat ‐ la rın dan is ti fa də et mək qa bi liy yə ti nə ma lik dir. Ümu mi lik də ar til le ri ya top lar ‐ dan, ha u bit sa lar dan, mi na a tan lar dan, təp mə siz top lar dan, döyüş ma şın la rın ‐ dan, tank əley hi nə ida rə olu nan ra ket ‐ lər dən və re ak tiv ar til le ri ya dan iba rət ‐ dir. Ar til le ri ya ya həm çi nin ar til le ri ya və atı cı si lah döyüş sur sat la rı, ar til le ri ya ma şın la rı – tə kər li və tır tıl lı dar tı cı lar və baş qa la rı, atə şi ida rə et mə ci haz la rı, kəş fiy yat və atə şə dəs tək ava dan lıq la rı, bütün növ atı cı si lah lar, qum ba ra a tan ‐ lar da xil dir. Qeyd edil di yi ki mi, ar til le ‐ ri ya çox mə na lı bir an la yış dır: həm uzun mən zil li ağır döyüş si lah la rı sin fi dir, həm bu si lah lar dan is ti fa də edən qo şun növünün adı dır, həm də ar til le ri ya si ‐ lah la rı nın qu ru lu şu, la yi hə lən di ril mə si, is teh sa lı və is tis ma rı, on la rın döyüş xüsu siy yət lə ri, atəş və döyüş is ti fa də si üsul la rı haq qın da bütöv bir hər bi el mdir. Sar sı dı cı gücünə və is ti fa də sa hə si ‐ nə görə ar til le ri ya xalq ara sın da “Müha ‐ ri bə Al la hı” ad la nır. Be lə ki, ti kan lı məf ‐ til ma ne ə lər dən pi ya da lar üçün yol aç ‐ maq, düşmə nin şəx si he yə ti ni və möhkəm lən di ril miş nöqtə lə ri məhv et ‐ mək, onun eh ti yat la rı nın də rin lik dən ya xın laş ma sı nın qar şı sı nı al maq la ar til ‐ le ri ya öz qo şun la rı nın irə li lə yən bir ləş ‐ mə lə ri nə əvəz siz xid mət göstə rir. İkin ‐ ci Qa ra bağ Müha ri bə si göstər di ki, si ‐ lah la rın yüksək “in tel lek tu al laş ma sı” dövründə də ar til le ri ya öz əhə miy yə ti ‐ ni itir mə yib – “Müha ri bə Al la hı” XXI əs rdə də döyüş düzülüşündə ki ye ri ni heç ki mə ver mə yib. “Şid dət li Müha ri bə Al la hı”n dan mə ha rət lə is ti fa də edil mə ‐ si qə lə bə nin əl də olunması üçün va cib şərt dir ki, bu nu da Azər bay can qo şun ‐ la rı əya ni şə kil də nüma yiş et dir miş di lər. Od lu ar til le ri ya si lah la rı ta ri xən XI I‐ XI II əs rlə rin son la rın da ya yı lıb. Av ‐ ro pa da ilk də fə onu mavr lar dan və ərəb lər dən götürən is pan lar is ti fa də et ‐ mə yə baş la yıb. Ar til le ri ya si lah la rı nın çox say da növlə ri, tip lə ri və hət ta təs ni ‐ fat la rı mövcud dur. Ge niş mə na da, döyüş mey da nın da is ti fa də edi lən iri çap lı uzun mən zil li si lah la rın ək sə riy yə ti ni bu və ya di gər də rə cə də ar til le ri ya ki mi təs nif et mək olar. Hə rə kət növünə görə ar til le ri ya qur ğu la rı sta si o nar (on lar müəy yən əra zi nin və ya ob yek tin müda ‐ fi ə si üçün xüsu si yer də qu raş dı rı lır), ye ‐ də yə alı nan lar (on lar xüsu si tex ni ka ilə dar tı lır və da şı nır), özüye ri yən (on lar da özüye ri yən ar til le ri ya qur ğu la rı dır – ÖAQ) ola raq bölünür. Tə yi nat la rı na görə Qu ru Qo şun la rı nın ar til le ri ya sı yer hə dəf lə ri ni məhv et mək üçün tə yin edil ‐ miş yerü stü ar til le ri ya ya və ha va hə dəf ‐ lə ri ni məhv et mək üçün tə yin edil miş ze nit ar til le ri ya sı na bölünür. Ey ni za ‐ man da, ze nit ar til le ri ya sı yerü stü və suüs tü hə dəf lə rə atəş aç maq üçün də is ‐ ti fa də edi lə bi lər. Ha zır da bir çox dövlət lər də ar til le ‐ ri ya or du nun bir ləş miş qo şun növünün – Qu ru Qo şun la rı nın Ra ket Qo şun la rı və Ar til le ri ya sı nın bir his sə si dir. Bun dan baş qa, atı cı‐ top si lah la rı nı və avi a si ya top la rı nı özündə bir ləş di rən Hər bi Ha ‐ va Qüvvə lə ri nin ar til le ri ya sı, həm çi nin Hər bi Də niz Qüvvə lə ri nin də niz ar til le ‐ ri ya sı da var. Adə tən, Qu ru Qo şun la rı nın ar til le ri ‐ ya sı hər bi his sə lə rin tər ki bi nə da xil olan ba ta re ya lar dan, di vi zi on lar dan, alay lar dan və ya bri qa da lar dan və ar til ‐ le ri ya di vi zi ya la rın dan iba rət dir. Bir çox ölkə lər də Qu ru Qo şun la rı nın ar til le ri ‐ ya sı ta bor (ba tal yon) ar til le ri ya sı, alay (bri qa da) ar til le ri ya sı, di vi zi ya ar til le ri ‐ ya sı, kor pus ar til le ri ya sı, or du ar til le ri ‐ ya sı və Ali Ko man dan lı ğın Ar til le ri ya Eh ti ya tı ola raq təs nif lə nir. Müstə qil lik əl də et dik dən son ra, əsa sən XXI əs rin əv vəl lə rin dən baş la ya ‐ raq həm Cə nu bi Qaf qaz, həm də Mər ‐ Cənubi Qafqaz və Mərkəzi Asiya regionu dövlətlərinin artilleriya silahlanması ?Əhəd Əzizov müdafiə texnologiyaları mütəxəssisi Artilleriya qoşun növü olmaqla əsas silahı toplar, haubitsalar, minaatanlar və s. (müxtəlif tipli artilleriya və lüləli yaylım atəşli reaktiv sistemlər – YARS) kimi nisbətən böyük çaplı atıcı silahlardır ki, onlar da müvafiq olaraq, düşmənin şəxsi heyətini və obyektlərini məhv etmək üçün nəzərdə tutulmuş tullayıcı və reaktiv məhvetmə vasitələri ilə (mərmilərlə) təchiz edilir. Artilleriya ordunun ən qədim üç qolundan biri olmaqla, müasir Silahlı Qüvvələrin Quru Qoşunlarının əsas zərbə qüvvəsidir. Artilleriya döyüş məqsədinə, silah sistemlərinin növlərinə və təşkilati‑ştat quruluşuna görə müxtəlif təsnifata malikdir. Azərbaycan Ordusunun T‑300 “Kasırga” (“Qasırğa”) YARS‑ı


Click to View FlipBook Version