The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

POLIQON (AZERI DEFENCE) Military Magazine 1 (63) 2023

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by POLIQON / AZERI DEFENCE Military Magazine, 2023-03-22 09:25:23

POLIQON (AZERI DEFENCE) Military Magazine 1 (63) 2023

POLIQON (AZERI DEFENCE) Military Magazine 1 (63) 2023

Keywords: POLIQON (AZERI DEFENCE) Military Magazine 1 (63) 2023

234 24 44 50 18 28 30 MÜSAHİBƏ Kontr-admiral Abbas Qiyasov: Xəzər dənizində dövlət sərhədi fasiləsiz mühafizə olunur ........................................................................4 ÖLKƏ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 11 il ötür ...................................14 SƏRGİ IDEX-2023: Yaxın Şərqin ən böyük və nüfuzlu sərgisi.......................16 Azərbaycan IDEX-2023-ə 145 adda məhsul çıxartdı........................18 Rusiya müharibə sınaqlarından keçən məhsullarını sərgiləyib........19 Ukraynadan güc nümayişi.....................................................................20 Pakistan pavilyonu əhəmiyyət kəsb edirdi .........................................21 İsrail müdafiə şirkətləri Körfəz əlaqələrini gücləndirir.............................22 BƏƏ-nin müdafiə sənaye sektorundakı aktivliyi diqqət mərkəzində....22 İtaliyadan M-346FA ön planda....................................................................23 Türkiyədən rekord iştirak..............................................................................23 MÜSAHİBƏ OTOKAR Azərbaycanda servis mərkəzi yaratmaq istəyir.......................24 PULS ROKETSAN ilə TAWAZUN birgə əməkdaşlığa imza atdı...........................28 TEXNOLOGİYA HAVELSAN Azərbaycan Ordusunun ehtiyaclarına uyğun proqram təminatları üzərində çalışır ..................................................................30 VİSİON FNSS “Samur” səyyar üzən hücum körpüsünü Azərbaycana tədarük edə bilər....................................................................................32 TANITIM ASELSAN IDEX-2023-də yeni məhsullarını tanıtdı ............................34 “ASSAN Group” Azərbaycanda silah-sursat istehsalı üçün investisiya yatırımı edəcək ..................................................................35 TƏQDİMAT “ARES Tərsanəsi” Azərbaycanda insansız patrul katerlərinin təqdimatını keçirib.................................................................................3 6 ELEKTRONİKA Mehmet FİDAN: Azərbaycanda istehsal etməyi planlaşdırdığımız məhsullar var..........................................................................................38 YUBİLEY “ASELSAN Bakı” 25 yaşında..................................................................40 XƏBƏR IDEF-2023 sərgisnin vaxtı dəyişdirildi................................................42 MSN ETİ ilə ETN RMİ arasında memorandum imzalanıb...................42 Qazaxıstan növbəti dəfə KADEX sərgisinin vaxtını dəyişib..............42 AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb...42 ASTRONAVTİKA 74-cü Beynəlxalq Astronavtika Konqresinin Təşkilat Komitəsinin ilk iclası olub...........................................................................................43 TƏHLİL Yedəyə alınan haubitsalar.....................................................................44 ANALİZ Yüksək sürətli və çoxməqsədli katerlər..............................................50 SƏNAYE OTOKAR yeni ARMA II zirehli döyüş maşınını təqdim edib ................55 SƏRGİ Pakistanda PIMEC-2023 beynəlxalq dəniz sərgisi keçirilib .............56 40


Dәyәrli oxucu! Qarabağ müharibәsindә hәrbi aviasiyanın rolunu diqqәtә alan rәsmi Bakının әsas diqqәt yetirdiyi mәsәlәlәrdәn biri dә Hәrbi Hava Qüvvәlәrinin güclәndirilmәsi, hәrbi aviasiya parkının yenilәnmәsi vә imkanlarının artırılması olmuşdur. Azәrbaycan Silahlı Qüvvәlәrinin xüsusi qoşun növü olan Hәrbi Hava Qüvvәlәri Komandanlığı Silahlı Qüvvәlәrin strateji birlәşmәsi olaraq özündә Hәrbi Hava Qüvvәlәrini (HHQ) vә Hava Hücumundan Müdafiә Qoşunlarını (HHMQ) birlәşdirir. HHQ-nin yaranma tarixi 1919-cu ildәn götürülsә dә, milli hәrbi qurum kimi formalaşması 1992-ci ilә tәsadüf edir. İlk dövrdәn bilavasitә döyüş әmәliyyatlarına cәlb olunmuş vә formalaşma prosesi müharibәdә keçmişdir. Hәmin vaxtdan HHQ-dә ardıcıl strateji vә taktiki dәyişikliklәr aparılıb. Ölkәmizin hava mәkanının 24 saat fasilәsiz mühafizәsi tәmin edilib, düşmәnin hәr hansı tәcavüzü dәrhal vә qәti dәf olunub. 1997-ci ildә Azәrbaycanın Ali Hәrbi Tәyyarәçilik Mәktәbi ilk milli hәrbi tәyyarәçilәrimizin buraxılışına başlayıb. Hazırda Azәrbaycan HHQ-nin pilotları MDB mәkanında әn çox uçuş keçirmiş pilotlar sayılır. Azәrbaycan HHQ-nin pilotları döyüş bacarıqlarının artırılması vә tәkmillәşdirilmәsi üçün mütәmadi olaraq hәrbi tәlimlәrә cәlb olunur. Onlar hәm Azәrbaycanda, hәm dә ölkә xaricindә birgә tәlimlәrdә iştirak edirlәr. Qardaş Türkiyә ilә keçirilәn HHQ-nin tәlimlәri Azәrbaycan hәrbi pilotlarının NATO standartlarının öyrәnilmәsinә, onların döyüş hazırlıqlarının artırılmasına imkan yaradıb. Mәhz bunun nәticәsidir ki, Azәrbaycanın qәlәbәsi ilә yekunlaşan 44 günlük Vәtәn müharibәsindә HHQ-nin pilotları onlara verilәn tapşırıqların öhdәsindәn mәharәtlә gәldilәr vә düşmәn hәdәflәrini uğurla mәhv etdilәr. HHQ-nin inkişaf prosesindә 2014-cü ildәn etibarәn yeni dövr başlayıb. Yeni silahlar, müşahidә vә aşkaretmә sistemlәri, habelә aviasiya vasitәlәri hesabına HHQ әhәmiyyәtli şәkildә güclәnib. Bu gün әn müasir tәyyarә vә helikopterlә arsenalını zәnginlәşdirәn HHQ vә HHMQ Azәrbaycan sәmasını tam gücü ilә qorumağa qadirdir. Hazırda HHQ-nin silahlanmasında müxtәlif tipli döyüş-nәqliyyat helikopterlәri, tәlim vә döyüş tәyyarәlәri, habelә dost dövlәtlәrdәn alınan, o cümlәdәn hәrbi sәnayemizin istehsalı olan pilotsuz uçuş aparatları (PUA) mövcuddur. Azәrbaycan Cәnubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksәk vә әn çox döyüş tәyyarәsi olan ölkә sayılır. HHQ-nin uçuş texnikaları parklarında daim yenilәnmә işlәri aparılmaqdadır. Hazırda bütün aerodromlarımız müasir standartlara uyğunlaşdırılır, parklar müasir avadanlıqlarla tәmin olunur vә bu işlәrin gәlәcәkdә dә davam etdirilәcәyi bildirilir. HHQ-nin bütün tәyyarә vә helikopterlәrindә әn müasir özünü müdafiә sitemlәri quraşdırılır. Modernizasiya çәrçivәsindә onların köhnә avionikası vә rabitә sistemlәri dәyişilir. HHQ-nin tәlәbatına uyğun gәlәcәkdә dә müasir hәrbi tәyyarә vә helikopterlәrin alınmasının davam etdirilmәsi hәdәflәnib. Hazırda Azәrbaycan yeni aviasiya vasitәlәri ilә maraqlanır. Hansı tәyyarә vә helikopterlәrin alınacağı isә HHQ-nin edәcәyi seçimdәn vә tәklif olunan hava platformalarının imkanlarından asılı olacaq. Azәrbaycanın hava mәkanı daim nәzarәt altında olduğu üçün әn müasir texnologiyalardan istifadә etmәliyik vә etmәkdәyik. Hava mәkanımızda uçan bütün tәyyarә, helikopter vә PUAlar HHM qoşunlarımız tәrәfindәn izlәnilir vә müvafiq tәdbirlәr yerinә yetirilir. Silahlı Qüvvәlәrimizin arsenalında olan HHM sistemlәrimiz bütün növ tәyyarә, helikopter, habelә ballistik raket vә PUA ilә mübarizә imkanlarına malikdir. Hazırda HHQ-nin silahlanmasında yer alan müasir sistemlәr bütün hava hücumu vasitәlәrini mәhv etmәyә qadirdir. Dәyәrli oxucularımız, mövzunun aktuallığını nәzәrә alaraq, POLİQON jurnalının növbәti sayında Azәrbaycan müdafiә nazirinin müavini - Hәrbi Hava Qüvvәlәrinin komandanı generalleytenant Ramiz Tahirov ilә müsahibә edәrәk görüşünüzә gәlmәyә çalışacağıq. Bizi izlәmәkdә qalın! Qiymәti: 9 manat POLİQON Hərbi‑texnoloji jurnal YANVAR‐FEVRAL №01 (63) 2023 POLİQON (AZERI DEFENCE) jurnalının yaradıcısı mərhum Rəşad SÜLEYMANOV Tel: (+994 77) 311‐81‐18 E‑mail: [email protected] [email protected] Web: www.poliqon.az www.azeridefence.com Ünvan: Bakı şəhəri, Oskar Əfəndiyev küç. 110 Ariana Business Park 401 Türkiyə təmsilçiliyi Mehmet Demirkol Çankaya, 06540 Ankara – TÜRKİYƏ Tel: (+90 552) 437 32 67 azeridefence‐[email protected] Jurnal Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. № 3632 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 21 iyun 2012‐ci ildə dövlət qeydiyyatına alınıb. “POLIQON JURNALI” MMC Qeydiyyat nömrəsi (VÖEN): 1702953031 Reklam materiallarına görə POLİQON jurnalının redaksiyası məsuliyyət daşımır. Materiallardan istifadə zamanı istinad zəruridir. “MİLLİ PRİNT” MMC‑nin mətbəəsində çap olunmuşdur. Çapa imzalanmışdır __.03.2023 Format 60x901/8. Baş redaktor Zaur Babaşov ? Redaktordan Qapaq fotosu: DSX Sahil Mühafizәsinin “Şahdağ” sәrhәd gözәtçi gәmisi


DSX Sahil Mühafizәsinin daim döyüş sıralarında olan sәrhәd gözәtçi gәmilәri istәnilәn çağırışa çevik reaksiya göstәrmәk imkanlarına malikdir Sahil Mühafizәsinin sәrhәd gözәtçi gәmilәrinin sualtı imkanları tәkmillәşdirilir Kontr-admiral Abbas Qiyasov: Xәzәr dәnizindә dövlәt sәrhәdi fasilәsiz mühafizә olunur Sahil Mühafizəsinin taktiki təlimlərində S‑306 “Şahdağ” və S‑203 “Tufan” tipli sərhəd gözətçi gəmiləri


?Zaur Babaşov Azәrbayсan Respublikası Dövlәt Sәrhәd Xidmәtinin (DSX) Sahil Mühafizәsi müasir tәlәblәrә cavab verәn infrastruktur kimi formalaşıb. Sahil Mühafizәsinin Türkan bazası Xәzәr dәnizinin Azәrbaycana mәnsub bölmәsindә nәzarәtin güc әndirilmәsindә mühüm rol oynayır. Yeni texniki müşahidә mәntәqәlәri sayәsindә dәnizdә hәdәflәrin aşkarlanma imkanları artırılıb, xidmәti әrazilәr müasir radar, AİS vә gecәgörmә kameraları ilә tәchiz edilib. Dәnizdә axtarışın tәşkili vә strateji obyektlәrә havadan baxışların ke çiril mәsindә helikopter vә PUA-lardan istifadә olunur. Sahil Mühafizәsinin yaradılmasının ildönümü әrәfәsindә POLİQON jurnalına müsahibә verәn Dövlәt Sәrhәd Xidmәti Sahil Mühafizәsinin qәrargah rәisi, kontr-admiral Abbas Qiyasov bu vә digәr mәsәlәlәr barәdә geniş söhbәt açdı.


POLİQON: Cәnab kontr-admiral, yaradılmasının 18-ci ildönümünü qeyd edәn Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsi bu gün Xәzәr dәnizindә döv lәt maraqlarımızı yüksәk sәviyyәdә tәmin edәn mükәmmәl quruma çev ri - lib. Müsahibәmizә dә mәhz Sahil Mü ha - fizәsinin yaranması vә inkişafı tari xi nә qısa nәzәr salmaqla başlamaq is tәrdik. Kontr-admiral Abbas Qiyasov: Bu gün biz dәniz sәrhәdçilәri Dövlәt Sәrhәd Xidmәti Sahil Mühafizәsinin ya ra dıl - masının 18-ci ildönümünü xoş ovqat hissi ilә, yüksәk әhvali-ruhiyyә, xidmәtdә qa - zanılmış uğurlarla qarşılayırıq. Azәrbaycan Respublikasının Pre zi - denti, Silahlı Qüvvәlәrin Müzәffәr Ali Baş Komandanı cәnab İlham Əliyevin dәnizdә dövlәt sәrhәdlәrimizin mühafizәsi sis - teminin tәkmillәşdirilmәsinә göstәrdiyi ali diqqәt vә qayğısı nәticәsindә, sәrhәd gö - zәtçi gәmilәrimiz daim döyüş sıralarında olmaqla, dәnizdә istәnilәn çağırışa çevik reaksiya göstәrmәk imkanlarına malikdir. Fәaliyyәt göstәrdiyi müddәt әrzindә DSX-nin Sahil Mühafizәsi Xәzәr dә - nizinin Azәrbaycan Respublikasının mәn - sub bölmәsindә dövlәt sәrhәdinin mü - hafizәsindә, bioloji resursların, enerji ehtiyatların, sualtı neft-qaz boru kәmәr lә - rinin vә platformaların qorunması, Xәzәr dәnizindә beynәlxalq terrorizmә, qeyrileqal miqrasiya vә qaçaqmalçılığa qarşı mübarizәdә yüksәk nәticәlәr әldә etmişdir. İstәyirәm ki, bu mәqamda Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsinin formalaşması ilә bağlı tarixi keçmişә nәzәr yetirәk. Belә ki, Sovet İttifaqı dağıldıqdan sonra xәzәryanı regionda yaranmış hәrbisiyasi vәziyyәt, Azәrbaycan iqti sa diy - yatının, xüsusilә neft sәnayesinin sürәtli inkişafı dәniz sәrhәdlәrimizin etibarlı mühafizәsi zәrurәtini ortaya çıxarırdı. Xәzәr dәnizi hövzәsindә dövlәt sәrhәdinin mühafizәsini tәmin etmәk mәqsәdi ilә 1992-ci ilin oktyabr ayının 6- da Rusiya Federasiyası vә Azәrbaycan Respublikası arasında bağlanan mü qa - vilәnin şәrtlәrinә uyğun olaraq, 27 noyabr 1992-ci il tarixdә Əlahiddә Sәrhәd Gö - zәtçi Gәmilәr Briqadası milli sәr hәd - çilәrimizin ixtiyarına verildi. Lakin bütün gәmilәr, silah-sursat, avtomobil vә digәr texnika ölkәmizdәn çıxarılaraq Hәş tәr - xana aparılmışdı. Azәrbaycanda yalnız iki әdәd xidmәtә yarasız gәmi qalmışdı. Əlahiddә Sәrhәd Gözәtçi Gәmilәr Bri - qadasından qalmış digәr miraslar da yararsız halda idi. Belә ki, 1938-1948-ci illәrdә inşa edilmiş xidmәti binalar qәza vәziyyәtindә idi. 1948-ci ildә düzәldilmiş, istismara yarasız bir әdәd üzәn tәrsanә, 1939-cu ildә tikilmiş, qәza vәziyyәtindә olan vә avadanlıqları sıradan çıxmış bir gәmi tәmiri emalatxanası gözәtçi gәmilәr briqadasının hәrbi mül kiyyәtini tәşkil edirdi. Gözәtçi Gәmilәr Briqadasında qәbul edilәn vaxt cәmi 32 hәrbi qullquçu, onlardan 5 zabit, 3 miç man, 4 starşina vә 20 matros var idi. Be lә liklә, Gözәtçi Gәmilәr Briqadası fәa liy yәtә sıfırdan başlamışdır. Yalnız 22 iyun 1993-cü il tarixdә Hәrbi Dәniz Qüvvәlәrinin gәmi tәmiri zavodunda tәmir edilmiş 625-ci gәmi ilә dәniz sәrhәdçilәri ilk dәfә müstәqil Azәrbaycan Respublikasının Dövlәt Bayrağı altında Xәzәr dәnizindә dövlәt sәrhәdlәrimizin mühafizәsinә çıxmış vә 4 gün xidmәtdә olmuşlar. Dәniz sәrhәdlәrinin mühafizәsindә әsaslı dönüş, Ulu Öndәr Heydәr Əliyevin ha kimiyyәtә qayıdışından sonra ya ran - mışdır. Ölkәmizin tәhlükәsizliyini vә dövlәt sәrhәdlәrimizin etibarlı mühafizә edilmәsi mәsәlәlәrini daim ciddi nәzarәtdә sax - layan böyük dövlәt xadimi Heydәr Əliyevin 1996-cı ildә imzaladığı sә rәn - camla Hәrbi Dәniz Qüvvәlәrinin tәr - kibindәn 3 gәmi, 2002-ci ildә isә Dövlәt Neft Şirkәtinin balansından 2 әdәd “Neftqaz” vә 1 әdәd “Vixr” layihәli gәmi DSX-nin balansına verilmişdir. Hәmçinin hәmin әrәfәdә, kütlәvi qırğın silahlarının yayılmasının qarşısının alınması vә dәniz sәrhәdlәrinin güclәndirilmәsi ilә bağlı beynәlxalq proqram çәrçivәsindә Sәrhәd Gözәtçi Gәmilәr Briqadasına 1 gәmi vә 4 gözәtçi kateri hәdiyyә olunmuşdur. Ulu Öndәrin milli sәrhәd stra te - giyasını uğurla davam etdirәn Azәrbaycan Respublikasının Prezidenti, Silahlı Qüv - vәlәrin Müzәffәr Ali Baş Komandanı İlham Əliyevin diqqәt vә qayğısı sa yә - sindә bu xidmәt keyfiyyәtcә yeni mәrhәlәyә qәdәm qoymuş, mәhz cәnab Pre zidentin 18 fevral 2005-ci ildә imzaladığı 197 nömrәli Fәrmanla sәrhәd gözәtçi gәmilәr dәstәsinin әsasında Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsi tәsis edilmiş vә bunun sayәsindә Xәzәr dә ni - zindә milli maraqlarımızın yüksәk sәviy - yәdә qorunması vә dәniz sәr hәdlәrinin etibarlı mühafizәsi üçün daha geniş imkanlar yaranmışdır. Qısa zaman dәnizdә sәrhәd mü ha - fizәsinin tәşkili üzrә irәlilәyişlәrә nail olunmuş, bu sahәdә beynәlxalq tәc rü - bәdәn istifadә etmәklә Xәzәr dәnizindә sәmәrәli sәrhәd mühafizә sisteminin formalaşdırılması istiqamәtindә mühüm işlәr görülmüşdür. Tam peşәkar heyәtlә kom plekt lәş - dirilmiş DSX-nin Sahil Mühafizәsi hazırda Xәzәr dәnizindә dövlәt ma raq - larımızın qorunmasını, dәniz sәrhәdlәrinin mühafizәsini, strateji әhәmiyyәt kәsb edәn neft-qaz enerji infrastrukturu vә obyekt - lәrinin tәhlükәsizliyini tәmin edәn müasir silah vә texnika ilә tәchiz edilmiş mü - kәmmәl birlәşmәyә çevrilmişdir. Hazırda Sahil Mühafizәsi vәzifәlәrini uzunluğu 713 km olan sahil, 955 km sektor xәtti üzrә vә 74.460 kilometr 6 www.poliqon.az Prezident İlham Əliyev DSX Sahil Mühafizəsinin ikinci dərəcəli yeni sərhəd gözətçi gəmisi ilə tanış olub


kvadratda rejimli sahәni әhatә edәn sәrhәd sularında icra edir. Sahil Mühafizәsi Xәzәr dәnizinin (gölünün) Azәrbaycan Respublikasına mәn sub olan bölmәsindә dövlәt sәr hә - dinin, hidrotexniki qurğuların (neft-qaz çıxartma platformaları vә boru kә mәr - lәrinin) mühafizәsini vә toxunulmazlığını tәmin etmәk, sәlahiyyәtlәri daxilindә qanunvericiliklә müәyyәn edilmiş qay - dada Azәrbaycanın sәrhәd sularında tәbii vә bioloji sәrvәtlәrin qorunmasında iştirak etmәk üçün tәyinatlıdır. Sahil Mühafizәsi öz tәyinatına uyğun olaraq aşağıdakı әsas vәzifәlәri yerinә yetirir: • Xәzәr dәnizinin Azәrbaycana mәn - sub olan bölmәsindә dövlәt sәrhәdinin mühafizәsi vә toxunulmazlığını tәmin edir; • Xәzәr dәnizinin Azәrbaycana mәn - sub olan bölmәsindә dövlәt sәrhәdinin, hidrotexniki qurğuların, neft-qaz boru kәmәrlәrinin mühafizәsi sahәsindә qa - nunvericiliklә müәyyәn edilmiş sә la - hiyyәtlәri hәyata keçirir; • sәrhәd sularında dövlәt sәrhәd rejiminә vә sәrhәdboyu rejimә nәzarәti hәyata keçirir; • Azәrbaycana mәxsus gәmilәri vә ölkә vәtәndaşlarını onlara qarşı yönәlmiş tәhlükәlәrdәn müdafiә edir; • sәrhәd sularında tәbii vә bioloji sәrvәtlәrin qorunması sahәsindә qa nun - vericiliklә müәyyәn edilmiş sәlahiyyәtlәri hәyata keçirir; • narkotik vasitәlәrin, psixotrop mad - dә lәrinin, güclü tәsirli, zәhәrli, zә hәr lә - yici, radioaktiv, partlayıcı maddәlәrinin vә qurğuların, odlu silah vә döyüş sur sa tının, bioloji vә digәr kütlәvi qırğın silah larının, mülki dövriyyәsi qadağan olun muş vә ya mәhdudlaşdırılmış digәr әş ya la rın dәniz sәrhәdindәn qanunsuz ke çirilmәsinin qarşısını almaq üçün tәdbirlәr görür; • zәruri hallarda Xәzәr dәnizinin Azәrbaycana mәnsub olan bölmәsindә xilasetmә işlәri aparır; • zәruri hallarda Xәzәr dәnizinin Azәrbaycana mәnsub olan bölmәsindә qәzaya uğramış gәmi vә tәyyarәlәrә vә ya helikopterlәrә, onların heyәt üzvlәrinә, sәrnişinlәrә kömәklik göstәrir. POLİQON: “Azәrbaycan Res pub - likasının dövlәt sәrhәdinin mühafizәsi sisteminin 2006-2010-cu illәrdә texniki in kişafına dair Dövlәt Proqramı” çәr - çivәsindә Bakının Türkan qәsә bәsindә inşa edilmiş Dövlәt Sәrhәd Xidmәti Sahil Mühafizәsinin bazasının im - kanları barәdә nәlәri deyә bilәrsiniz? Kontr-admiral Abbas Qiyasov: Yuxarıda da qeyd etdiyim kimi, DSX-nin Sahil Mühafizәsi 18 fevral 2005-ci il tarixdә Azәrbaycan Prezidentinin fәrmanı ilә tәsdiq edilmiş “Azәrbaycan Res - publikasının dövlәt sәrhәdinin mühafizәsi sisteminin 2006-2010-cu illәrdә texniki inkişafına dair Dövlәt Proqramı” çәr - çivәsindә yaradılmışdır. Azәrbaycanın dәniz sәrhәdlәrinin mühafizәsi vәzifәsini hәyata keçirәcәk bazanın inşasına 2007-ci il iyun ayının 29- da başlanılmış vә 2008-ci il noyabr ayının 8-dә Silahlı Qüvvәlәrin Müzәffәr Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilә açılış mәrasimi hәyata keçirilmişdir. Hәmin il noyabr ayının 7-dә dәnizdә fırtınalı hava şәraiti oldu, gün әrzindә güclü şimal-qәrb külәyi әsirdi. Sahil Mühafizәsinin sәrhәd gözәtçi gәmi vә katerlәrinin inşası yekunlaşan yeni bazaya köçürülmәsi barәdә göstәriş verildi. Ölkә başçımızın açılış mәrasimindә iştirakını nәzәrә alaraq, dәniz sәrhәdçilәri gecә saatlarında dalğalı vә qaranlıq hava şә - raitindә yüksәk peşәkarlıq nümayiş etdirdi vә Türkan bazasına gәmi vә katerlәrin yerlәşdirilmәsi tapşırığını icra etdilәr. İnşa edilmiş bazaya komanda-ida rә - etmә, tәlim-tәdris mәrkәzlәri, Heydәr Əliyev ideoloji mәrkәzi, klub, Sahil Mü - hafizәsinin muzeyi, matros ye mәk xanası, helikopter meydançaları, gәmi tәmiri ema latxanası, dәnizdә tәlim poliqonu, ya - nal ma körpülәri vә yaşayış kompleksi daxildir. Yeni baza Xәzәr dәnizinin Azәr bay - cana mәnsub bölmәsindә nәzarәtin güc - lәndirilmәsindә, dәniz sәrhәdlәrinin, neftqaz platformalarının vә boru kәmәrlәrinin daha etibarlı mühafizәsinin tәmin olun - masında mühüm rol oynayır. POLİQON: Ali Baş Komandan tәrәfindәn 2008-ci ildә DSX-nin Sahil Mühafizәsinin yeni bazasının, 2014-cü ildә Gәmi İnşası vә Tәmiri Mәrkәzinin istifadәyә verilmәsi bu quruma xüsusi dövlәt diqqәtinin olduğunu bir daha göstәrdi. Bunlara әlavә olaraq 2021-ci ildә DSX Sahil Mühafizәsinin Mәrkәzi Regional Şöbәsinin yeni inzibati binası istifadәyә verilib. Hazırda müasir tә lәb - lә rә cavab verәn yeni infra struk turların yaradılması istiqamәtindә hansı işlәr görülür? Kontr-admiral Abbas Qiyasov: Dәniz sәrhәdçisi olaraq böyük qürur vә iftixar hissi ilә qeyd etmәk istәrdim ki, Silahlı Qüvvәlәrin Müzәffәr Ali Baş Komandanı İlham Əliyev Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsinә ümu mi - likdә 8 dәfә sәfәr etmişdir. İlk dәfә 8 noyabr 2008-ci ildә DSX Sahil Mühafizәsinin yeni bazasının açılış mәrasimindә, daha sonra 18 iyul 2014-cü il tarixindә Gәmi İnşası vә Tәmiri Mәr - kәzinin açılışında, habelә 7 sentyabr 2015- ci il, 13 iyun 2016-cı il, 13 yanvar 2017- ci il, 24 avqust 2017-ci il, 30 aprel 2018- ci il vә 10 yanvar 2019-cu il tarixlәrindә yeni inşa edilmiş sәrhәd gözәtçi gә - milәrinin DSX Sahil Mü hafizәsinin döyüş sıralarına daxil edilmәsi mә ra simlәrindә iştirak etmәsi şәxsi heyәtin mәsuliyyәt 7 DSX rəisi general‑polkovnik Elçin Quliyev Azərbaycan Prezidentinə DSX arsenalına yeni qəbul edilən silah, texnika və avadanlıqlar haqqında məlumat verib


hissini artırmış, sәr hәd lәrimizin mü ha - fizәsi işinin daha yüksәk sәviyyәdә tәşkil olunmasına ruhlandırmışdır. Cәnab Ali Baş Komandanın dövlәt sәrhәdlәrimizin mühafizәsi işinә gös tәr - diyi yüksәk diqqәt vә qayğıya әmәli işlә cavab vermәk üçün şәxsi heyәt bütün imkanlarını sәfәrbәr etmiş, xidmәti vә - zifәlәrinin icrasına daha mәsuliyyәtlә yanaşmışdır. O cümlәdәn, dәniz tәhlükәsizliyinә vahid baxış müstәvisindә, DSX-nin rәhbәrliyi tәrәfindәn qәbul edilmiş qәrar nәticәsindә, sahilboyu әrazidә dislokasiya olunmuş bölmәlәrin Sahil Mühafizәsinin tabeliyinә verilmәsi, sahil mühafizә böl - mә lәrinin texniki tәchizatının tәk mil lәş - dirilmәsi, yeni infrastrukturun yaradılması istiqamәtindә 2021-ci ilin may ayının 25- dә Sahil Mühafizәsinin Mәrkәzi Regional şöbәsinin inzibati binasının açılışı Xәzәr dәnizindә vә sahilboyu әrazilәrdә rejim qaydalarına nәzarәtin yüksәk sәviyyәdә tәşkil olunmasına önәmli tövhә vermişdir. Bundan başqa, müasir tәlәblәrә cavab verәn yeni infrastrukturların yaradılması istiqamәtindә 2022-ci il әrzindә uzaq mәnzilli radar, Avtomatlaşdırılmış İn for - ma siya Sistemlәri vә gecәgörmә ka me - raları ilә tәchiz edilmiş yeni texniki mü - şahidә mәntәqәlәri inşa olunaraq istismara verilmişdir. Yeni texniki müşahidә mәn - tә qәlәrinin imkanlarının tәtbiqi nә - ticәsindә dәnizdә kiçik, orta vә böyük hәcmli hәdәflәrin aşkarlanma imkanları artırılmışdır. Eyni zamanda texniki müşahidәlәr nәticәsindә әldә olunmuş mәlumatların Müdafiә Nazirliyinin Hәrbi Dәniz Qüv - vәlәri, Rәqәmsal İnkişaf vә Nәqliyyat Nazirliyi yanında Dövlәt Dәniz vә Liman Agentliyi ilә fasilәsiz mübadilәsi hәyata keçirilmәkdәdir. POLİQON: Sahil Mühafizәsinin müxtәlif mövzularda döyüş vә taktiki tәlimlәrinin keçirilmәsi DSX-dә artıq әnәnә halı alıb. Bu tәlimlәri izlәyәrkәn ilk dәfә nümayiş olunan silah, texnika vә avadalıqların şahidi oluruq. Bun lar - dan, 2021-ci ilin sentyabr ayında Xәzәr dәnizindә keçirilәn taktiki tәlimlәr zamanı “Iquana” amfibiya kateri vә “Ocean Pearl” sualtı aparatı xüsusi qeyd etmәk istәrdim. Sahil mühafizә bölmәlәrinin texniki tәchizatının müa - sirlәşdirilmәsi istiqamәtindә daha hansı yeniliklәr var? Kontr-admiral Abbas Qiyasov: Döv lәt Sәrhәd Xidmәti rәisi tәrәfindәn tәsdiq edilmiş illik döyüş hazırlığı planına әsasәn Xәzәr dәnizindә Azәrbaycanın maraqlarının qorunması, neft-qaz plat - formaları, boru kәmәrlәrinin mühafizәsi zamanı yaranmış tәhdidlәrin dәf edilmәsi, qarşılıqlı әlaqәnin tәşkili, dәnizdә hüquqYuxarıda: “Tufan” gəmisində DSX Sahil mühafizә funksiyalarının hәyata ke - Mühafizәsinin qәrargah rәisi kontr‑ admiral Abbas Qiyasov zabit heyətilə birlikdə. Aşağıda: “Şahdağ” gəmisindən təlim atışları yerinə yetirilib


çirilmәsinin vә qurumlararası mәlumat mübadilәsinin tәkmillәşdirilmәsi, şәxsi heyәtinin döyüş hazırlığının yüksәldilmәsi istiqamәtindә praktiki vәrdişlәrin ar tırıl - ması, zabit heyәtinin bilik vә bacarığının tәkmillәşdirilmәsi, o cümlәdәn müxtәlif hava şәraitlәrindә sәrhәd axtarışı, raketartilleriya atışların keçirilmәsi üzrә şәxsi heyәtin praktiki vәrdişlәrinin mük әm mәl - lәşdirilmәsi mәqsәdi ilә hәr il geniş miq - yas lı müxtәlif mövzulu taktiki tәlimlәr hәyata keçirilir. Sahil Mühafizәsinin bölmәlәrinin dәnizdә mümkün tәhdidlәrә qarşı birgә xidmәti-döyüş vә әmәliyyat taktiki hәrә - kәtlәrinin işlәnilmәsi vә tәk mil lәş diril - mәsi mәqsәdi ilә keçirilәn geniş miqyaslı taktiki tәlimlәrdә Sahil Mühafizәsinin gәmi vә katerlәrindә quraşdırılmış silah sistemlәrin vә texniki vasitәlәrinin, o cümlәdәn son illәr әrzindә Sahil Mü - hafizәsinin balansına qәbul edilmiş müasir texnikanın tәtbiqi nümayiş olunmaqla dәniz sәrhәdçilәrinin peşәkarlıq sә viy - yәsinin yüksәldilmәsindә xüsusi әhә - miyyәt kәsb edir. Tәlimlәr zamanı Azәrbaycanın dәniz tarixindә ilk dәfә olaraq raket-artilleriya silahlarında gecә atışları yüksәk dәqiqliyi ilә icra edilmiş, gәminin göyәrtәsinә helikopterlәrin enişi yerinә yetirilmişdir. Dövlәt vә beynәlxalq proqramlar çәr - çivәsindә Sahil Mühafizәsinin balansına çox tәyinatlı katerlәrin, itisürәtli qa yıq - ların, pikap vә kvadrasikl tipli nәqliyyat vasitәlәrin, müasir sualtı aşkaretmә na - viqasiya sistemlәrin, döyüş üz gü çü lәrinin daşınması üçün sualtı aparatların, qapalı dövriyyәli dalğıc avadanlığı vә dalğıc geyim dәsti, gәmi vә dalğıc arasında kommunikasiya, radiasiya vә kimyәvi maddәlәri aşkar edәn cihaz vә detek - torların qәbul edilmәsi Xәzәr dәnizindә dövlәt maraqlarımızın yüksәk sәviyyәdә qorunması vә dәniz sәrhәdlәrinin etibarlı mühafizәsi üçün daha geniş imkanlar yaranmışdır. POLİQON: Cәnab kontr-admiral, dәniz sәrhәdlәrinin daha müasir vә sәmәrәli mühafizә sistemi ilә tәmin edilmәsi istiqamәtindә hansı işlәr görülüb? Sәrhәd gözәtçi gәmilәrinin sualtı mühafizә imkanları haqqında nәlәri deyә bilәrsiniz? Kontr-admiral Abbas Qiyasov: Xәzәr dәnizindә Azәrbaycanın milli ma - raqlarının tәmin olunması vә mövcud tәhdidlәrә qarşı zәruri tәdbirlәrin hәyata keçirilmәsi üçün dәnizin Azәrbaycana mәnsub bölmәsindә neft vә qazın hasilatı, enerji resurslarının nәqli dәniz sektorunda effektiv dәniz tәhlükәsizlik sisteminin yaradılmasını tәlәb edir. Sahil Mühafizәsi tәrәfindәn aparıcı dövlәtlәrin Hәrbi Dәniz Qüvvәlәri vә Sahil Mühafizәlәrinin tәkmillәşdirmә tәcrübәsi öyrәnilir, beynәlxalq sәrhәd әmәkdaşlıq formatları genişlәndirilir, “Azәrbaycan Respublikası Dәniz Tәh - lükәsizliyi Strategiyası”ndan irәli gәlәn vәzifәlәrin icrasının tәmin edilmәsi, hәmçinin dәnizdә dövlәt sәrhәdlәrinin daha etibarlı mühafizәsinin tәşkili üzrә tәkliflәr DSX rәisi tәrәfindәn tәsdiq olunaraq Sahil Mühafizәsinin xidmәtidöyüş fәaliyyәtindә tәtbiq olunur. Hazırda Xәzәr dәnzinin Azәrbaycan Respublikasına mәnsub olan bölmәsindә dövlәt әhәmiyyәtli vә kritik enerji in fra - strukturunun yerlәşdiyi әrazilәrdә sәrhәd gәmilәri tәrәfindәn fasilәsiz xidmәtin tәşkil edilmәsi tәmin olunmaqla üzmә vasitәlәrinin nәzarәtdә saxlanılması üzrә zәruri tәdbirlәr hәyata keçirilir. Sahil Mühafizәsinin sәrhәd gözәtçi gәmilәrin sualtı imkanlarının tәk mil lәş - dirilmәsi ilә bağlı mәqsәdyönlü tәdbirlәrin görülmәsi nәticәsindә gәmilәrә qapalı vә açıq dövriyyәli avadanlıqları istifadә edәn sualtı tәxribat qüvvәlәrinin vә sualtı üzmә vasitәlәri aşkar edәn yeni müasir sonar sistemlәri quraşdırılmışdır. Hәmçinin, müxtәlif şәraitlәrdә heyәtimizin taktiki vәrdişlәrinin tәkmillәşdirilmәsi, sualtı vә suüstü üzgüçülük, qәza-xilasetmә, da - vamlılıq uğrunda mübarizә vә digәr növ sualtı әmәliyyatlarının yerinә yetirilmәsi 9 Yuxarıda: 2021‑ci ildə Xәzәrdә keçirilәn taktiki tәlimlәr zamanı DSX rəhbərliyi “Iquana” amfibiya kateri vә “Ocean Pearl” sualtı aparatına baxış keçirib. Aşağıda: Pakistan nümayəndə heyəti Sahil Mühafizəsində olub.


mәqsәdi ilә dalğıc poliqonunun vә xüsusi qüllәnin (helikopterdәn vә gәmidәn enmәqalxma meydançaları ilә birlikdә) inşası istiqamәtindә, o cümlәdәn Sahil Müha - fizәsinin xüsusi bölmәlәrinin ştat üzrә müasir dalğıc, silah, sualtı üzmә vasitәlәr, nәqliyyat texnikası, sәhra vә digәr ava - danlığın әldә edilmәsi istiqamәtindә zәruri tәdbirlәr görülür. Hәmçinin, Sahil Mühafizәsinin dö - yüşçü-dalğıclarının döyüş hazırlığının artırılması mәqsәdi ilә müntәzәm sәhra tәlimlәri keçirilir, habelә sualtı fәaliyyәt aparılır, dәnizdә yerlәşәn hidrotexniki qurğuların vә liman infrastrukturların sualtı hissәlәrinә dalğıc baxışları tәşkil edilir. POLİQON: Cәnab kontr-admiral, bir qәdәr dә Sahil Mühafizәsinin Tәdris Mәrkәzindә keçirilәn tәlimlәr vә kurs - lar haqqında oxucularımıza mә lumat vermәyinizi istәrdik… Xarici ölkәlәrdә keçirilәn kurslar vә birgә tәlimlәr barәsindә fikirlәrinizi bizimlә bölüşә bilәrsinizmi? Kontr-admiral Abbas Qiyasov: Sahil Mühafizәsinin qarşısında qoyulmuş vәzifәlәrinin icrasına peşәkar heyәtin hazırlanması, dәniz sәrhәdçilәrinin bilik vә tәcrübәsinin artırılmasında xüsusi rol oynayan Tәdris Mәrkәzi mövcuddur. Əsas istiqamәtlәrdәn biri şәxsi heyәtin ixtisaslar üzrә hazırlığıdır. Sahil Müha - fizәsinin Tәdris Mәrkәzindә yaradılmış ixtisaslar siniflәrindә naviqasiya, arti - lerleriya, rabitә, elektromexanika, tәminat, davamlılıq uğrunda mübarizә kimi ixtisaslar üzrә kurslar keçirilir. Tәdris prosesi zamanı zabit-miçman heyәtinә dәniz, sәrhәd, atәş, sıra, tibbi vә nizamnamә hazırlığı üzrә mәşğәlәlәr hәyata keçirilir. Hәmçinin zabit-miçman heyәtinin ingilis dilinin öyrәnilmәsinә, dәnizdә xilasetmә әmәliyyatlarının aparıl - masına vә dalğıc heyәtinin hazırlanmasına xüsusi diqqәt yetirilir. Belә ki, Tәdris Mәrkәzindә bu fәnlәr üzrә müvafiq mәş - ğәlә vә mәşqlәr müvafiq proqramlar әsa - sında hәyata keçirilir. Hәmçinin, Tәdris Mәrkәzindә baxış, qәza qruplarının vә kater heyәtinin hazır - lanması nәzәrә alınmışdır. Sahil Mühafizәsinin heyәtinin bilik sәviyyәsinin dәqiqlәşdirilmәsi üçün nә - zarәt sistemi mövcuddur. Belә ki, Sahil Mühafizәsinin bütün zabit-miçman he - yәtindәn hәr tәdris dövrünün sonunda fәnlәr üzrә imtahanlar qәbul olunur, o cumlәdәn Xәzәr dәnizinin Azәrbaycana mәn sub olan bölmәsindә Sahil Mü - hafizәsinin qarşısında qoyulan tap şı rıq - ların yerinә yetirilmәsinә hazırlıq sәviy - yәsini yoxlamaq üçün genişmiqyaslı taktiki tәlimlәr keçirilir. Əlavә olaraq, DSX Sahil Mü ha - fizәsinin xarici dövlәtlәrin Sahil Mü - hafizәlәri ilә sıx әlaqәlәri mövcuddur vә bu әlaqәlәr inkişaf etdirilmәkdәdir. Belә ki, Azәrbaycan Respublikası Dövlәt Sәrhәd Xidmәti vә Türkiyә Respublikası Silahlı Qüvvәlәrinin Baş Qәrargahı arasında qarşılıqlı әmәkdaşlığa dair Tәdbirlәr Planı çәrçivәsindә DSX Sahil Mühafizәsinin hәrbi qulluqçuları Türkiyәdә keçirilәn “Dәnizdә axtarış vә xilasetmә”, “Baxış qrupu”, “İtisürәtli qayıqların idarәetmәsi”, “Xilasetmә vә ilk yardım”, “Beynәlxalq dalğıc hazırlığı”, “Sualtı vә suüstü minalar üzrә istehkamçı hazırlığı”, “Helikopterdәn tullanma vә toplama mütәxәssisliyi hazırlığı”, “Qabaqcıl sәviyyәli yanğın ilә mübarizә”, “Aşağı tezlikli sonar tәhlili, passiv sonar qiymәtlәndirilmәsi vә sualtı akkustik prinsiplәr” mövzularında müxtәlif kurs - larda iştirak edirlәr. Hәr iki dövlәtin Sahil Mühafizәlәrinin әmәkdaşları tәrәfindәn Türkiyә vә Azәr - baycan sәrhәd gәmilәrindә “Gәmilәrdә tәcrübәyә qatılması” üzrә fәaliyyәtlәr icra olunur, o cümlәdәn, DSX Sahil Mü - hafizәsinin “Baş komanda-nәzarәt” vә Türkiyә Sahil Mühafizәsinin “Hәrәkәt vә axtarış-xilasetmә” mәrkәzlәrindә tәcrübә mübadilәsi aparılır. Bununla yanaşı, Azәrbaycan Res - publikası Dövlәt Sәrhәd Xidmәti ilә Ru - siya Federasiyası Federal Tәhlükәsizlik Xid mәtinin Sәrhәd Xidmәti arasında Tәdbirlәr Planı çәrçivәsindә hәr iki tәrәfin qüvvә vә vasitәlәrinin iştirakı ilә “Xәzәr dә nizinin bioloji ehtiyatlarının qorunması, qeyri-qanuni miqrasiya, silah, partlayıcı maddәlәr vә ölkә әrazisinә gәtirilmәsi vә çıxarılması qadağan olmuş digәr mal vә yüklәrin qaçaqmalçılığına qarşı mü ba ri - zә nin aparılması” mövzusunda birgә sәrhәd tәlimlәri keçirilir, hәmçinin sәrhәd gözәtçi gәmilәrinin dostluq sәfәrlәri tәşkil edilir. Eyni zamanda, Azәrbaycan Res pub - likası Dövlәt Sәrhәd Xidmәti vә Qa - zaxıstan Respublikası Milli Tәh lükәsizlik Komitәsinin Sәrhәd Xidmәti arasında Birgә Tәdbirlәr Planı çәr çivәsindә Qa za - xıs tan Sahil Mühafizәsinin sәrhәd gözәtçi gәmisi Azәrbaycana dostluq sәfәri et - mişdir. Sәfәr vә tәlimlәr zamanı әlaqәlәrin vәziyyәti vә perspektivlәrinә dair fikir mübadilәlәri aparılır, Xәzәr dәnizindә sәrhәd tәhlükәsizliyinin tәmin edilmәsi vә bioloji resursların qorunması, qanunsuz fәaliyyәtә qarşı mübarizә sahәsindә әmәkdaşlığın genişlәndirilmәsi vә tәcrübә mübadilәsinin davam etdirilmәsi mә - sәlәlәri müzakirә olunur. Dәnizdә dövlәt sәrhәdlәrinin mü ha - fizәsinin tәkmillәşdirilmәsi, peşә karlıq 10 www.poliqon.az Sahil Mühafizəsi rəhbərliyi şəxsi heyət qarşısında çıxış edib


sәviyyәsinin yüksәldilimәsi, yeni tex - nologiyaların mәnimsәnilmәsi vә tәtbiqi, hәmçinin, qabaqcıl beynәlxalq tәcürәbinin öyrәnilmәsi mәqsәdi ilә Sahil Mü - hafizәsinin hәrbi qulluqçuları Yaponiya Sahil Mühafizәsi vә “Nippon” fondunun dәstәyi ilә tәşkil edilmiş “Sahil Mü - hafizәsi Qlobal Zirvә” toplantılarında, Pakistan da olmaqla vә Türkiyәdә ke çi ril - miş “Aman-2019”, “Dәniz Aslanı-2022” vә “Efes-2022” beynәlxalq tәlim lәrdә, hәmçinin Fransa, Türkiyә vә Qәtәrdә keçirilmiş “Euronaval-2012”, “IDEF2021” vә “DIMDEX-2022” bey nәl xalq müdafiә sәrgilәrindә iştirak ediblәr. 2015-2019-cu illәrdә isә Sahil Mü - hafizәsinin hәrbi qulluqçuları Böyük Bri - taniya vә Şimali İrlandiya Birlәşmiş Kral - lığının Hәrbi Dәniz Qüvvәlәri vә Bri - taniya Şurası ilә әmәkdaşlıq sahәsindә ra zılaşdırılmış tәdbirlәr çәrçivәsindә in - gilis dilinin öyrәnilmәsindә iştirak et - mişlәr. Qeyd etmәk istәyirәm ki, beynәlxalq tәdbirlәr zamanı әldә edilmiş bilik vә tәcrübә әmәkdaşlarımız tәrәfindәn xid - mәti-döyüş fәaliyyәtlәrindә yüksәk mә - harәtlә tәtbiq edilir. POLİQON: Son illәrdә dәniz sәr - hәdlәrimizin daha etibarlı qo run ması mәqsәdilә bir sıra struktur dәyi şik - liklәri hәyata keçirilib. Mümkünsә, bir qәdәr dә bu barәdә danışaq… Kontr-admiral Abbas Qiyasov: Dәnizdә vә sahildә nәzarәtin güc lәn - dirilmәsi, hәmçinin eyni istiqamәtdә xidmәt aparan bölmәlәrin vahid ida - rәetmәyә cәmlәşdirilmәsi mәqsәdilә zә - ruri struktur dәyişikliklәr edilmiş, dәniz sәrhәd zastavaları vә sahil bölmәlәri Sahil Mühafizәsinin tabeçiliyinә verilәrәk Re - gional sahil nәzarәti şöbә vә bölmәlәri yaradılmışdır. Dәnizdә Sahil Mühafizәsinin gәmilәri tәrәfindәn dövlәt sәrhәdlәrinin mü ha - fiәzәsi üzrә vәzifәlәrin daha keyfiyyәtlә tәşkil edilmәsi, gәmilәrin taktiki-texniki göstәricilәrini, fırtınalı hava şәraitindә üzmә qabiliyyәtini, muxtariyyәtini, müx - tәlif maddi-texniki tәminat normaları ilә tәchiz olunmasını vә idarә etmәnin daha sәmәrәli tәşkil edilmәsini nәzәrә alaraq hәyata keçirilmiş ştat dәyişikliklәrinә әsasәn Sahil Mühafizәsinin sәrhәd gә - milәrinin tәşkilatı olaraq 2-ci vә 3-cü dәrәcәli gәmilәr divizionlarına cәm - lәşdirilmişdir. Azәrbaycan Prezidentinin 11.09.2013- cü il tarixli 3130 №-li sәrәncamına әsasәn “Azәrbaycan Respublikasının Dәniz Tәhlükәsizliyi Strategiyası”nın müd - dәalarına müvafiq olaraq Xәzәr dәnizindә texniki müşahidәnin tәşkilinin tәk mil - lәşdirilmәsi mәqsәdi ilә radar әhatәsindә mövcud olan çatışmazlıqların (boş - luqların) aradan qaldırılması vә texniki müşahidә imkanlarının tәlәb olunan sәviyyәyә çatdırılması üzmә vasitәlәrinin aşkarlanması, hәrәkәtlәrin nәzarәtdә saxlanılması mәqsәdi ilә son illәrdә sahilboyu әrazidә әlverişli sahәlәrin seçmәklә DSX Sahil Mühafizәsinin xidmәti әrazisindә müasir radar, AİS vә gecәgörmә kameraları tәchiz edilmiş yeni texniki müşahidә mәntәqәlәri inşa olunmuşdur. POLİQON: Dәniz sәrhәdlәrinin mühafizәsindә aviasiya qüvvәlәrinin dә rolu böyükdür. Bu barәdә oxu cu la - rımıza qısa da olsa mәlumat ver - mәyinizi xahiş edirik. Kontr-admiral Abbas Qiyasov: Xәzәr dәnizinin Azәrbaycana mәnsub olan bölmәsindә dövlәt sәrhәdlәrinin etibarlı mühafizәsinin tәşkili, neft-qaz yataqlarının vә boru kәmәrlәrin tәh lü kә - sizliyinin tәmin olunması, baş verә bilәcәk tәx ribatlara qarşı çevik reaksiyanın verilmәsi, hәmçinin dәnizdә xilasetmә әmә liyyatların aparılması mәqsәdi ilә DSX Sahil Mühafizәsinin gәmilәri Xüsusi Hava Əmәliyyatları Qüvvәlәrinin heli kop - ter vә pilotsuz uçuş aparatları ilә qarşılıqlı әlaqәdә birgә tәdbirlәr hәyata keçirir. Əlavә olaraq, dәnizdә axtarışın tәşkili, o cümlәdәn dalğalı hava şәraitindә neftqaz enerji infrastrukturun obyektlәrinә havadan baxışların keçirilmәsindә he - likopter vә pilotsuz uçuş aparatları tәtbiq olunur. Bu günә qәdәr keçirilmiş birgә uğurlu әmәliyyatlar nәticәsindә dәnizdә qa çaq - malçılıqla mәşğul olan üzmә vasitәlәri saxlanılmış, hәmçinin nәzarәtdә olan DSX‑nin Xəzər dənizində taktiki təlimində təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması məşq edilib


obyekt lәrin mövqeyi dәqiqlәşdirilmişdir. POLİQON: Dövlәt Sәrhәd Xid - mәtinin Sahil Mühafizәsi Xәzәr dә - nizin dә fәaliyyәt göstәrәn hansı dövlәt orqanları ilә әmәkdaşlıq edir vә bu әmәk daşlığın üstünlüklәri nәdәn iba - rәtdir? Kontr-admiral Abbas Qiyasov: Yuxarıda qeyd etdiyim “Azәrbaycan Respublikasının Dәniz Tәhlükәsizliyi Strategiyası”nın mәqsәdlәrinә uyğun olaraq Azәrbaycanın milli tәhlükәsizliyi vә milli maraqları әleyhinә yönәlmiş, dәnizdә mövcud olan vә gәlәcәkdә ehtimal olunan tәhdidlәrin qarşısının alınması üçün bütün sәylәr birlәşdirilir. Strategiyanın 4-cü maddәsindә dәniz tәhlükәsizliyinin tәmin olunmasında işti rak edәn qurumlar vә vәzifәlәr әksini tapmış, 5-ci maddәsindә dәnizdә әla qәlәndirmә, beynәlxalq vә dövlәtdaxili qarşılıqlı fәa - liyyәt, 6-cı maddәsindә isә qurumların vә - zifәlәri çәrçivәsindә fәaliyyәt isti qa mәtlәri müәyyәn edilmişdir. Azәrbaycan Prezidentinin 2002-ci il 28 avqust tarixli Sәrәncamı ilә tәsdiq edilmiş “İxrac boru kәmәrlәrinin tәh - lükәsizliyinin tәmin edilmәsinә dair Kompleks Tәdbirlәr Planı”nın icrası ilә әlaqәdar “MN-nin HDQ-nin vә DSX-nin SM-nin Xәzәr dәnizinin Azәrbaycan sektorunda yerlәşәn neft vә qaz çıxarma rayonlarını vә ixrac neft vә qaz boru kәmәrlәrinin tәhlükәsizliyinin tәmini üzrә birgә Əmәliyyat Planı”nın icrası Sahil Mühafizәsinin gәmi, katerlәri, sahil bölmәlәri vә texniki müşahidә mәntә - qәlәri tәrәfindәn tәmin olunur. Dәnizdә yerlәşәn neft-qaz infra struk - turunun tәhlükәsizliyi sahәsindә qarşılıqlı fәaliyyәtin tәmin olunması üzrә Dövlәt Sәrhәd Xidmәti vә Dövlәt Neft Şirkәti arasında qarşılıqlı fәaliyyәt planı im - zalanaraq icrası Sahil Mühafizәsinin gәmilәri vә sahil bölmәlәri tәrәfindәn hәyata keçirilir. “Dәniz Tәhlükәsizliyi Strategiyası”nın tәlәblәrinin yerinә yetirilmәsi vә dövlәt qurumlarının müvafiq idarәlәri ilә informasiya mübadilәsinin tәmin edilmәsi mәqsәdi ilә DSX Sahil Mühafizәsinin hәrbi qulluqçuları Vahid Əlaqәlәndirmә Qrupu heyәtinә cәlb edilmiş, hәmçinin qurumlararası yeni qarşılıqlı әlaqә vә әmәliyyat planları hazırlanaraq icrası tәmin olunur. Xәzәr dәnizinin Azәrbaycana mәnsub olan bölmәsindә balıq vә digәr su bio - resursların mühafizәsi sahәsindә nәzarәtin güclәndirilmәsinә dair Daxil İşlәr, Föv - qәladә Hallar, Ekologiya vә Tәbii Sәrvәtlәr nazirliklәri vә Dövlәt Sәrhәd Xidmәti arasında imzalanmış Plana әsasәn zәruri tәdbirlәr hәyata keçirilmәkdәdir. Eyni zamanda Xәzәr dәnizinin Azәr - baycana mәnsub olan bölmәsindә neft-qaz platformalarının, boru kәmәr lәrinin vә dәniz sәrhәdlәrinin mühafizәsi, kiçik - hәcmli üzmә vasitәlәri, vahid yanalma körpülәri, tikililәr ilә qapadılmış әrazilәrlә bağlı problemlәrin hәlli mәqsәdi ilә Azәrbaycan Nazirlәr Kabinetinin tapşırığı әsasında yaradılmış işçi qrupu (Daxili İşlәr, Fövqәladә Hallar, Ekologiya vә Tәbii Sәrvәtlәr nazirliklәri, Dövlәt Tәh lü - kәsizliyi, Prezidentin Tәhlükәsizliyi vә Dövlәt Sәrhәd xid mәtlәri, Dәniz vә Liman Agentliyi) tәrәfindәn qanunvericilikdә dәyişiklәrin edilmәsinә dair tәkliflәr ha - zır lanaraq aidiyyәti üzrә tәqdim edil - mişdir. Xәzәr dәnizindә tәhlükәsizliyin tәmin edilmәsi üçün sahilyanı dövlәtlәr tә - rәfindәn 2010-cu il 18 noyabr tarixli “Xәzәr dәnizindә tәhlükәsizlik sahәsindә әmәkdaşlıq haqqında Saziş”ә әsasәn Sәrhәd orqanları arasında әmәkdaşlıq vә qarşılıqlı fәaliyyәt üzrә Protokol im za - lanmışdır. Protokolun 3-cü mad dәsinә müvafiq olaraq, hәmçinin tәsdiq edilmiş illik Birgә Planlara әsasәn Xәzәr dәnizinin akvatoriyasında sәrhәd tәh lükәsizliyinin tәmin olunması üzrә әmәk daşlığın geniş - lәndirilmәsi, qeyri-qanuni fәaliy yәtlәrin qarşısının alınması isti qamәtindә qarşılıqlı әlaqәnin inkişaf etdirilmәsi, bioloji resursların mühafizәsi mәqsәdi ilә Azәr - baycan Dövlәt Sәrhәd Xidmәti Sahil Mühafizәsi, Rusiya Federal Tәhlükәsizlik Xidmәti Sәrhәd Xidmәti vә Qazaxıstan Milli Tәhlükәsizlik Komitәsi Sәrhәd Xidmәti Regional Sahil Mü ha fizәlәri arasında hәr il iki mәrhәlәdә Tәrәflәrin sektor hüdudlarında iki vә ya üç tәrәfli birgә әmәliyyat-profilaktik tәdbirlәri hәyata keçirilir. POLİQON: “Azәrbaycan Respub - li kasının Dәniz Tәhlükәsizliyi Stra - tegiyası” әsasında bu gün DSX Sahil Mühafizәsindә hansı işlәr görülür vә qarşıda duran vәzifәlәr nәlәrdir? Kontr-admiral Abbas Qiyasov: “Dәniz Tәhlükәsizliyi Strategiyası”nın icrasının tәmin edilmәsi ilә әlaqәdar Dövlәt Sәrhәd Xidmәti rәisinin müvafiq әmri ilә tәsdiq edilmiş “Azәrbaycan Respublikasının dәniz sәrhәdlәri vә enerji infrastrukturunun mühafizәsi sisteminin inkişafına dair Tәdbirlәr Planı”na әsasәn zәruri tәdbirlәrin hәyata keçirilmәsi tәmin edilir. “Dәniz Tәhlükәsizliyi Strategiyası”nın 6-cı bәndinin icrası ilә bağlı vә Xәzәr dәnizindә mümkün tәhdidlәrin qarşısının alınması üzrә qüvvә vә vasitәlәrin güclәndirilmәsi istiqamәtindә hәyata keçirilәn zәruri tәdbirlәr sırasında, әvvәl dә qeyd etdiyim kimi, 2014-cü ildә Dövlәt Sәrhәd Xidmәti Sahil Müha - fizәsinin yeni Gәmi İnşası vә Tәmiri Mәrkәzi istifadәyә verilmiş, açılış mә - rasimindә iştirak edәn Azәrbaycan Pre - zidenti, Silahlı Qüvvәlәrin Müzәffәr Ali DSX‑nin Хəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin оlunmasi taktiki təlimlərindən


Baş Komandanı İlham Əliyevә mәrkәzin imkanları nümayiş etdirilmişdir. Qeyd edilәn Mәrkәzdә 2014-2019-cu illәrdә Dövlәt Sәrhәd Xidmәti tәrәfindәn görülmüş müvafiq tәdbirlәr nәticәsindә itisürәtli vә yüksәk üzmә qabiliyyәtli müasir naviqasiya, rabitә-radiotexniki avadanlıqlar vә raket-artilleriya silah, gecә-gündüz müşahidә vә aşkaretmә sistemlәri ilә tәchiz edilmiş 6 әdәd 2-ci dәrәcәli “Tufan” vә 6 әdәd 3-cü dәrәcәli “Şahdağ” sәrhәd gәmilәrin inşası hәyata keçirilmişdir. “Dәniz Tәhlükәsizliyi Strategiyası”na müvafiq olaraq Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsi Azәrbaycanın dövlәt sәrhәdinin mühafizәsini hәyata ke çi ril - mәsi, qanunvericilikdә nәzәrdә tutulmuş sәlahiyyәtlәri daxilindә sәrhәd müna qi - şәlәrinin nizama salınması üçün tәd - birlәrin görülmәsi, sәrhәd rejimi vә üzmә vasitәlәrinin hәrәkәtinә nәzarәti vә onların tәhlükәsizliyini, habelә Xәzәr dәnizinin Azәrbaycana mәnsub hissәsindә neft-qaz platformaları vә onların in fra struktur obyektlәrinin tәhlükәsizliyinin tәmin edilmәsi kimi vәzifәlәr gös tә rilmişdir. Vәzifәlәrin icrası ilә bağlı DSX-nin Sahil Mühafizәsi tәrәfindәn Xәzәr dә - nizindә dövlәt sәrhәdinin, neft-qaz infrastrukturunun fasilәsiz mühafizәsi tәmin edilir, xәzәryanı dövlәtlәrә mәxsus hәrbi vә qeyri-hәrbi gәmilәrin, hәmçinin Rusiya Federasiyasına mәxsus elmitәdqiqat gәmilәrin hәrәkәtlәri nәzarәtdә saxlanılır. Hәyata keçirilmiş qoşun, kәşfiyyataxtarış tәdbirlәri vә qabaqlayıcı әmәliyyat mәlumatı әsasında sәrhәd gözәtçi gәmilәri vә sahil nәzarәti bölmәlәri tәrәfindәn qarşılıqlı әlaqәdә dövlәt sәrhәdinin pozulmasının qarşısı alınmışdır. Habelә, sәrhәd rejiminә nәzarәtin hәyata keçirilmәsi zamanı xarici döv - lәtlәrә vә Azәrbaycana mәxsus gәmi vә qayıqlara baxış keçirilmiş, rejim qay - dalarını pozduğuna görә üzmә vasitәlәr heyәtlә birlikdә saxlanılaraq inzibati mәsuliyyәtә cәlb edilmişdir. Rejim tәd - birlәrin keçirilmәsi zamanı bir neçә halda narkotik vasitә vә psixotrop maddә aşkar olunaraq dәniz yolu ilә Azәrbaycana gәtirilmәsi cәhdlәrinin qarşısı alınmışdır. Dәnizdә batma tәhlükәsi ilә üzlәşmiş üzmә vasitәsinin heyәt üzvlәri xilas edilmәsi üzrә әmәliyyat hәyata ke çi ril - mişdir. Bundan başqa, Xәzәr dәnizinin ak - vatoriyasında brakonyerlik fәaliyyәtinin qarşısının alınması, әlverişli üzmә re - jiminin qorunub saxlanılması üzrә Azәrbaycan vә Rusiya Sәrhәd Xidmәtlәri tәrәfindәn birgә әmәliyyat-profilaktik tәdbirlәri hәyata keçirilmişdir. Dәnizә, sahil xәttinә vә adalara baxış, hәmçinin rejim sularında keçirilmiş axtarış tәdbirlәrinin nәticәsindә müxtәlif növ silah-sursat, habelә әlvan vә qara metal, yanacaq-sürtkü, spirtli içki, buy vә rabitә vasitәsi aşkar edilmişdir. Ekoloji mühit vә bioresursların qorunması mәqsәdilә hәyata keçirilmiş profilaktik tәdbirlәr zamanı gәmi vә katerlәr vә sahil nәzarәti bölmәlәri tәrәfindәn qanunsuz balıq ov - lama vasitәlәri olan tor, qarmaq yığılmış sahibsiz qayıq aşkar olunaraq müvafiq tәdbirlәr görülmüşdür. 2022-ci ildә Bakı şәhәrindә keçirilmiş “TEKNOFEST Azәrbaycan” Aerokosmik vә Texnologiya Festivalınında Sahil Mühafizәsinin sәrhәd gәmilәrinin iştirakı tәmin edilmişdir. POLİQON: DSX-nin digәr hәrbi bir lәşmәlәri ilә yanaşı, Sahil Mü ha - fizәsinin hәrbi qulluqçuları da Zәfәr savaşında qәhrәmancasına vuruşdular. Sәrhәdçilәrin Vәtәn Müharibәsindә iştirak etdiklәri döyüşlәr, göstәrdiyi şücaәt vә qәhrәmanlıqları barәdә nә deyә bilәrsiniz? Kontr-admiral Abbas Qiyasov: Qeyd etmәk istәyirәm ki, Azәrbaycan Prezidenti Silahlı Qüvvәlәrin Müzәffәr Ali Baş Komandanı İlham Əliyevin rәh - bәrliyi ilә “Dәmir yumruq” әmәliyyatı nәticәsindә әrazi bütövlüyümüzün bәrpa olunması uğrunda gedәn döyüş әmә liy - yatlarında Sahil Mühafizәsinin heyәtindәn 204 hәrbi qulluqçu iştirak etmişdir. Döyüşlәr zamanı Cәnub regional şöbәsinin “Vel” sahil nәzarәti bölmәsinin nәzarәtçisi kiçik gizir Sultan Mikayıl oğlu İbrahimov Zәngilan şәhәrinә düşmәnin әks-hücumunun qarşısını alarkәn qәh - rәmancasına şәhidlik zirvәsinә ucalmışdır. Kiçik gizir Sultan Mikayıl oğlu İbrahimov ölümündәn sonra Prezident İlham Əliyev tәrәfindәn “Vәtәn uğrunda”, “Döyüşdә fәrqlәnmәyә görә”, “Cәbrayılın azad olunmasına görә” vә “Zәngilanın azad olunmasına görә” medalları ilә tәltif edilmişdir. Sahil Mühafizәsinin digәr 8 hәrbi qulluqçusu yaralanmış, 3 hәrbi qulluqçusu müxtәlif dәrәcәli xәsarәtlәr almışdır. Döyüş әmәliyyatları zamanı düşmәn qüvvәlәrinә qarşı fәdakarlıqla döyüşәn, rәşadәt vә yüksәk şücaәt nümayiş etdirimiş 97 hәrbi qulluqçumuz ölkә başçısı tәrәfindәn müxtәlif orden vә medallarla tәltif olunmuşdur. POLİQON: Cәnab kontr-admiral, dәyәrli vaxtınızı ayırdığınız üçün sizә tәşәkkür edirik. Sonda әlavә etmәk istәdiyiniz fikirlәr varmı? Kontr-admiral Abbas Qiyasov: Müsahibәmizin sonunda sizi әmin etmәk istәyirәm ki, Vәtәninә, dövlәtinә, Pre - zidentinә xidmәt etmәk qürurun daşıyıcısı olan hәr bir dәniz sәrhәdçisi bundan sonra da әzmlә xidmәt edәcәk, doğma Azәr - baycanımızın tәhlükәsizliyi vә inkişafı naminә sәy vә bacarığını әsirgәmәyәcәk! PJ 13


Fevralın 13-dә Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin (SHXÇDX) yaradılmasının 11-ci ildönümü qeyd edilib. Əlamәtdar gün münasibәtilә SHXÇDX rәisi, general polkovnik Arzu Rәhimov vә qurumun aparatının, hәmçinin Bakı qarnizonunun bir qrup hәrbi qulluqçusu Fәxri xiyabanda ümummilli lider Heydәr Əliyevin xatirәsini ehtiramla yad edib. Görkәmli oftalmoloq alim, akademik Zәrifә xanım Əliyevanın da xatirәsi anılıb. Şәhidlәr xiyabanında Azәrbaycanın müstәqilliyi vә әrazi bütövlüyü uğrunda canlarından keçmiş Vәtәn övladlarının unudulmaz xatirәsi yad edilib, “Əbәdi mәşәl” abidә kompleksinin önünә әklil qoyulub. Daha sonra qurumun yaradılmasının 11 illiyinә hәsr olunan mәrasim keçirilib. Dövlәt Himninin sәslәndirilmәsi ilә başlanan tәdbirdә Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin rәisi, general-polkovnik Arzu Rәhimov görülmüş işlәr barәdә әtraflı mәruzә ilә çıxış edib. Xidmәt rәisi vurğulayıb ki, Azәr - baycan Silahlı Qüvvәlәri bu il 100 illiyini tәntәnә ilә qeyd edәcәyimiz ümummilli lider Heydәr Əliyevin başladığı vә Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasәt nәticәsindә, gündәn-günә daha da möhkәmlәnib, döyüş qabiliyyәtini artırıb. Azәrbaycanın dövlәtçilik tarixinә qızıl hәrflәrlә yazılmış Vәtәn müharibәsindә әldә edilmiş qәlәbәnin ilk növbәdә Azәrbaycan Prezidenti, Müzәffәr Ali Baş Komandan İlham Əliyevin sәrkәrdәlik mәharәti, düşünülmüş strategiyası, möhkәm ira dәsi, apardığı qәtiyyәtli siyasi xәttin sayәsindә vә rәşadәtli Azәrbaycan Silahlı Qüvvәlәrinin döyüş meydanında sәr gi lә - diyi şücaәti ilә qazanıldığı diqqәtә çatdırılıb. Vәtәn müharibәsi zamanı Sәfәr bәr lik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәti tәrәfindәn “Azәrbaycan Res pub - likasında qismәn sәfәrbәrlik elan edilmәsi haqqında” Azәrbaycan Pre zidenti İlham Əliyevin imzaladığı Sәrәncamdan irәli gәlәn vәzifәlәrin icrasının mütәşәkkil qaydada tәmin edildiyi ifadә olunub. General-polkovnik Arzu Rәhimov hesabat dövründә ölkәdә çağırış vә sә fәr - bәrlik işini tәnzimlәyәn modern me xanizmin yaradıldığını vә qarşıya qoyulan mәqsәdlәrә nail olmaq üçün әsaslı işlәr görüldüyünü qeyd edib. Ötәn 11 il әrzindә vәtәndaşların hәrbi-vәtәnpәrvәrlik tәrbiyәsi, müddәtli hәqiqi hәrbi xidmәtә ça ğı rışaqәdәrki hazırlığı, hәqiqi hәrbi xidmәtә çağırışı, ehtiyatda xidmәt keçmәsi, sә fәrbәrlik hazırlığı vә sәfәrbәrlik üzrә çağırışı, xüsusi hәrbi ixtisaslar üzrә hazırlığı, Silahlı Qüvvәlәrimizin sülh dövründә ça ğırışçılarla, sәfәrbәrlik zamanı vә müharibә dövründә hәrbi vәzifәlilәrlә vә hәrbi-nәq liy yat vasitәlәri ilә komplektlәşdirilmәsi işinin mü vәf fәqiyyәtlә hәyata keçirildiyi bildirilib. Tәdbirdә SHXÇDX rәisinin imzaladığı әmrlәr elan olunduqdan sonra xidmәtdә fәrqlәnәnlәrә dövlәt tәltiflәri, hәmçinin hәr - bi rütbәlәr vә fәxri fәrmanlar tәqdim olunub. 14 www.poliqon.az Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin yaradılmasından 11 il ötür Azәrbaycan Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xid - mәtinin dövlәt qulluqçularının tәltif edilmәsi haqqında Prezident İlham Əliyev Sәrәncam imzalayıb. Sә rәncama әsasәn, dövlәt qulluğunda sәmәrәli fәaliyyәtinә görә Azәrbaycan Sә - fәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin aşağıdakı dövlәt qulluqçuları “Dövlәt qulluğunda fәrq - lәnmәyә görә” medalı ilә tәltif ediliblәr: Prezident SHXÇDX-nin bir qrup әmәkdaşını tәltif edib Allahverdiyeva Amaliya Kәrim qızı İsmayılova Ruhiyyә Hәsәn qızı Mәmmәdova Elnara Xasay qızı Rüstәmov Rövşәn Rüstәm oğlu Valehov Ceyhun Ağanәzәr oğlu.


15 Azәrbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayәt Vәliyevin başçılıq etdiyi nümayәndә heyәti Türkiyәnin İs tanbul, Qebze vә Çorum şәhәrlәrinә sәfәr edib. Sәfәr çәrçivәsindә AzTU nümayәndә heyәti Boğaziçi, İstanbul Texniki, Hitit uni ver - sitetlәrindә, hәmçinin TÜBİTAK BİLGEM, Bilişim Vadisi vә SAHA İstanbulda (SAHA İstanbul Müdafiә Aerokosmik Klasteri) bir sıra görüşlәr keçirib. Boğaziçi Universitetindә rektor Mehmet Naci İnci vә universitetin nümayәndә heyәti ilә görüş zamanı birgә beynәlxalq konfrans - ların tәşkili, informasiya texnologiyaları vә iqtisadi sahәlәrdә tәdqiqatların hәyata keçi - ril mәsi müzakirә olunub. Tәrәflәr 2023-cü ilin üçüncü rübündә ulu öndәr Heydәr Əli - yevin anadan olmasının 100 illiyi, Türkiyә Cüm huriyyәtinin yaranmasının 100 illiyi vә Boğaziçi Universitetinin 160 illiyinә hәsr olunacaq beynәlxalq konfransların keçirilmәsi barәdә razılığa gәliblәr. İstanbul Texniki Universitetinin (İTÜ) rektoru İsmayıl Koyuncu vә universitetin nümayәndә heyәti ilә görüşdә enerji, logistika, qabaqcıl nәqliyyat texnologiyaları, elmi nәşrlәr vә birgә tәdris mövzularında, hәmçinin AzTU müәllimlәrinin İTÜ-yә tәcrübәyә göndәrilmәsi ilә bağlı mü za - kirәlәr aparılıb. Bundan başqa, 26-28 aprel 2023-cü il tarixlәrindә Özbәkistanın Sәmәrqәnd şәhәrindә İTÜ, AzTU vә Daşkәnd Dövlәt Nәqliyyat Universiteti tәrәfindәn keçirilәcәk seminarla bağlı ilkin hazırlıqlar, hәmçinin hәr üç universitet tәrәfindәn nәqliyyat vә logistika sahәsindә yaradılacaq ortaq mәrkәz barәdә fikir mübadilәsi aparılıb. Azәrbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayәt Vәliyev vә Azәr bay can Kibertәhlükәsizlik Tәşkilatları As so siasiyasının (AKTA) İdarә Heyәtinin sәdri Elvin Balacanov arasında görüş keçirilib. Gö rüşdә hәr iki tәrәfdәn nüma yәndәlәr iştirak edib. “Cyberpoint”, “Simbrella”, “AzeRobot”, “PNetworks”, “Digital Umbrella” şirkәt lә - rinin, “Azәrbaycan Kibertәhlükәsizlik Platforması” nümayәndәlәrinin, habelә müvafiq ekspertlәrin dә qatıldığı görüşün әsas mәqsәdi AzTU vә AKTA arasında әmәk daşlığın genişlәndirilmәsi vә möh kәmlәndirilmәsi, ölkәnin kiber tәhlükәsizlik ekosisteminin güclәn diril mәsinә real töhfә verә bilmәk üçün birgә atılacaq addımların müzakirәsi olub. Rektor Vilayәt Vәliyev qarşılıqlı әmәk - daşlığın genişlәnmәsindәn mәm nunluğunu ifadә edib vә rәhbәrlik etdiyi ali tәhsil müәssisәsindә müvafiq sahә üzrә son illәrdә hәyata keçirilәn işlәr, mütәxәssis hazırlığı, tәdris proqramları, elәcә dә Kiber tәhlükәsizlik kafedrasının fәaliyyәti barәdә mәlumat verib. AKTA-nın ölkәnin kibertәhlükәsizlik ekosisteminin güclәndirilmәsindәki ro lundan vә yaxın gәlәcәk üzrә hәdәflәrindәn bәhs edәn AKTA-nın İdarә Heyәtinin sәdri Elvin Balacanov universitetlәrin fәa liy yә ti nin yaxından dәstәklәnmәsinin vә be lә liklә, qarşılıqlı әmәkdaşlığın geniş lәn dirilmәsinin zәruri olduğunu vurğulayıb. Görüşdә AzTU vә AKTA arasında gәlә - cәk әmәkdaşlıq istiqamәtlәri, o cümlәdәn universitetdә kibertәhlükәsizlik üzrә müvafiq infrastrukturun tәkmillәşdirilmәsi vә laboratoriyaların formalaşdırılması, tәdris proqramı vә sillabusların inkişaf et dirilmәsi, tәdqiqatların genişlәndirilmәsi, әmәk bazarı vә sәnaye ilә әlaqәlәrin güc lәn dirilmәsi, birgә sertifikat proqramlarının hazırlanması vә digәr mәsәlәlәr әtrafında fikir mübadilәsi aparılıb. AKTA üzvlәri tәrәfindәn qeyd olunan istiqamәtlәrlә yanaşı tәlәbәlәrә tәcrübә vә iş imkanlarının yaradılması isti qa mә tindә dә dәstәk verilә bilәcәyi diqqәtә çatdırılıb. Hәmçinin AKTA tәrәfindәn tәdris vә tәdqiqat sahәsindә beynәlxalq әmәk daşlığın genişlәndirilmәsi, xüsusilә dә bu mәqsәdlә Türkiyә, İsrail vә digәr ölkәlәrin müvafiq ekspertlәrinin tәdris vә tәlim proseslәrinә cәlb olunması istiqamәtindә dә dәstәk verilә bilәcәyi qeyd olunub. AzTU-nun rektoru Türkiyәdә sәfәrdә olub Ölkәnin kibertәhlükәsizlik ekosisteminin güclәndirilmәsi müzakirә edilib TÜBİTAK BİLGEM-in rәhbәri Ali Görçin vә әmәkdaşlarla görüş zamanı BİLGEM-in kibertәhlükәsizlik sahәsindә tәdris tәcrübәsinin öyrәnilmәsi, bu istiqamәtdә AzTU-da oxşar laboratoriyanın yaradılması ilә bağlı fikir mübadilәsi aparılıb. Görüşdә 2023-cü ildә AzTU tәlәbәlәrinin kiber - tәhlükәsizlik istiqamәtindә BİLGEM-dә tәlimә göndәrilmәsi imkanları da qeyd olunub. Eyni zamanda, BİLGEM-in kiber tәhlükәsizlik sahәsindә tәdqiqat tәcrü bәsindәn dә AzTU müәllimlәrinin faydal an ması ilә bağlı müzakirәlәr aparılıb. Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu ilә görüşdә AzTU-da texnopark qismindә Bilişim Vadisi Bakı Mәrkәzinin yaradılması ilә bağlı vәziyyәt müzakirә olunub. Qeyd olunub ki, mәrkәzin 2023-cü ilin ikinci rübünәdәk yaradılması nәzәrdә tutulur. Tәrәflәr hәmçinin Bilişim Vadisinin keçirdiyi startap müsabiqәlәrindә AzTU tәlәbәlәrinin iştirak imkanları barәdә fikir mübadilәsi aparıblar. SAHA İstanbulun baş direktoru İlhami Keleşin rәhbәrlik etdiyi nümayәndә heyәti ilә görüşdә birgә tәlimlәrin vә elmi-tәdqiqat işlәrinin hәyata keçirilmәsi müzakirә olunub. Bundan başqa, SAHA İstanbulun SAHA Akademiyasının MBA proqramının Azәr - baycanda tәtbiqi imkanlarının araşdıralacağı da bildirilib.


Artıq 30 ildir keçirilәn IDEX dünyada müdafiә sәnayesi sahәsindәki әn böyük sәrgilәrdәndir. ADNEC Əbu-Dabi Milli Sәrgi Mәrkәzindә keçirilәn IDEX-2023 sәrgisinә 180 yerli şirkәtlә qatılan BƏƏ ümumi 23.700 kvadratmetrlik әn böyük pa - vilyona sahib idi, onun ardınca isә Türkiyә vә ABŞ gәlirdi. 2021-ci illә müqayisәdә sәrginin ümumi sahәsi 20% artaraq 165.000 kvadratmetrә çatıb. Sәrgi keçirildiyi ümumi әrazi 13 salonu әhatә edirdi. IDEX-2023-dә ABŞ, Türkiyә, Pakistan, Cәnubi Koreya, Kanada, Misir, Braziliya, BƏƏ, Avstraliya, Böyük Britaniya, Çexiya, Avstriya, İsrail, Fransa, Xorvatiya, Belarus, İtaliya, Rusiya vә bir çox ölkәnin hәm dövlәt, hәm dә özәl şirkәtlәri öz mәh sul la - rını nümayiş etdirdi. Azәrbaycanın Müdafiә Sәnayesi Nazirliyi dә sәrgidә stendlә tәmsil olunurdu. 350 rәsmi nümayәndә heyәtinin qatıldığı IDEX-2023-dә 9 ölkә – Öz bә - kistan, İrlandiya, Nigeriya, Mon te neq ro, Küveyt, Litva, Banqladeş vә Monako ilk dәfә iştirak edirdi. NAVDEX-2023 sәrgisindә ziyarәtçilәr Fars körfәzinin sahilindә Pakistan, Bәh - reyn, İngiltәrә, İtaliya, Çin, Küveyt, Hin - distan vә BƏƏ dә daxil olmaqla sәkkiz ölkәdәn bir sıra dәniz gәmilәrinin iş - tirakının şahidi oldu. Bu gәmilәr ADNEC Port vә Zayed Portunda nümayiş etdirildi. NAVDEX-2023-dә әn böyük gәmi Pakistan Hәrbi Dәniz Qüvvәlәrinә mәxsus “PNS Yarmook” gәmisi idi. IDEX-2023 vә NAVDEX-2023 sәr - gilәri Yaxın Şәrq vә Şimali Afrika regionu daxil olmaqla dünyada gedәn sürәtli silahlanma proseslәrini bir daha yaxından izlәmәyә vә dünya hәrbi sәnayesinin trendlәri ilә tanış olmağa imkanlar yaratdı. Sәrgi qlobal müdafiә sektorundakı bir çox yeniliklәrlә müşahidә olundu. Dronlardan insansız döyüş robotlarına, radioelektron mübarizә vasitәlәrindәn zirehli texnikalara qәdәr әn son texnologiyalar tәqdim olundu. Əbu-Dabidә nümayiş etdirilәn mәhsullar arasında pilotsuz uçuş aparatları (PUA) üstünlük tәşkil edirdi. Bununla yanaşı, kiçik şirkәtlәr dә daxil olmaqla, bir neçә tanınmış müdafiә nәhәnglәri öz antidron (C-UAS) hәllәrini gәtirmişdilәr. Belәliklә, Şәrq vә Qәrbin antidron sistemlәri IDEX-2023 sәrgisindә geniş nümayiş etdirildi. Bunlar arasında lazer antidron sistemlәri xüsusi maraqla qarşılanırdı. Ekspertlәr hesab edirlәr ki, lazer antidron sistemlәri müәy - yәn işlәrdә yaxşıdır, lakin onların mәhdud tәtbiqlәri var vә tez-tez digәr әks tәdbirlәrlә güclәndirilmәlidir. NAVDEX 2023 dәniz müdafiәsi sәrgisi tәrәfindә isә yeniliklәrdәn daha çox USV tipli insansız suüstü vasitәlәr vә UUV tipli insansız sualtı vasitәlәr diqqәt çәkirdi. Çünki firmalar çoxlu dәniz tәlәblәrini qar - şılamağa çalışırlar. Bütün dünyada do - nanmaların büdcәlәrindә sıxıntı hiss etdiyi bir vaxtda qüvvәlәr dәniz tәlәblәrini ödәmәk vә açıq dәnizlәrdә mövcudluğunu artırmaq üçün getdikcә daha çox heyәtsiz hәllәr axtarırlar. Ona görә dә NAVDEX2023 sәrgisindә USV vә UUV-lәrә maraq aydın idi; bir sıra şirkәtlәr sualtı qayıqlara qarşı müharibәdәn (ASW) tutmuş dәniz domeni mәlumatlılığına qәdәr hәr şey üçün sistemlәri nümayiş etdirirdilәr. Əbu-Dabidә keçirilәn IDEX-2023 sәrgisi müdafiә sәnayesi şirkәtlәri üçün yüksәk alıcılıq gücü olan ölkә vә regiona öz imkanlarını tәqdim etmәk imkanı verdi. BƏƏ-nin yerli müdafiә sәnayesi bazasının davamlı böyümәsi IDEX-2023 sәrgisindә üstünlük tәşkil etdi, yerli vә beynәlxalq şirkәtlәr tәlatümlü qlobal bazarlardan bir qәdәr qorunan regionun alıcılıq gücündәn istifadә etmәk istәyirdilәr. IDEX-2023 vә NAVDEX-2023 sәr - gilәri çәrçivәsindә beş gün әrzindә BƏƏ 16 www.poliqon.az ?Zaur Babaşov 2023-cü ilin 20-24 fevral tarixlәrindә Birlәşmiş Ərәb Əmirliklәrinin (BƏƏ) paytaxtı Əbu-Dabi şәhәrindә 16-cı IDEX Beynәlxalq Müdafiә Sәrgisi vә Konfransı ilә 7-ci NAVDEX Dәniz Müdafiәsi Sәrgisi vә Konfransı keçirilib. Sәrgidә 65 ölkәdәn 1350 şirkәt öz mәhsullarını nümayiş etdirib. POLİQON hәrbitexnoloji jurnalı olaraq, әnәnәvi şәkildә bu il dә IDEX vә NAVDEX sәrgilәrini izlәyib, Azәrbaycan oxucularına vә hәrbi ictimaiyyәtә maraqlı olacaq yeniliklәri işıqlandırmağa çalışdıq. IDEX-2023: YAXIN ŞƏRQİN ƏN BÖYÜK VƏ NÜFUZLU SƏRGİSİ


Silahlı Qüvvәlәri tәrәfindәn 56 müqavilә imzalanıb ki, onların da ümumi dәyәri 23.3 milyard AED (6.3 milyard ABŞ dolları) tәşkil edib. Müqavilәlәr BƏƏ-nin Müdafiә Nazirliyi vә tәhlükәsizlik agentliklәrilә satınalma sistemlәri vasitәsilә dәyәri maksimuma çatdırmaq üçün sıx әmәkdaşlıq edәn dövlәtә bağlı müstәqil “Tawazun” şurası ilә yerli vә beynәlxalq şirkәtlәr arasında imzalanıb. Beş gündә imzalanan müqavilәlәrin ümumi dәyәri әvvәlki IDEX2021 sәrgisindә bağlanan sazişlәrdәn 12% yüksәk olub. Sәrginin birincü günü “Tawazun” şurası yerli şirkәtlәrdәn, “EDGE Group”un törәmә şirkәti “Halcon” ilә “Thunder P3” hәssas idarәolunan aviasiya bombalarının alınması, “Maplin Marine Systems & Services” şirkәtilә gәmilәrә texniki dәstәk xidmәtlәri göstәrilmәsi, “Mohamed Abdulrahman Al-Bahar” şirkәtilә tırtıllı nәqliyyat vasitәlәrinә servis xidmәtlәrinin göstәrilmәsi, “Atlas Telecom” ilә “SR Hawk” radarlarının vә portativ radarların alınması, “Romco International” şirkәtilә minatәmizlәmә sisteminin alınması, “Al Hamra Trades” ilә yoxlama cihazları vә partlayıcı maddәlәr detektorlarının satın alınması vә texniki xidmәt göstәrilmәsinә dair fәrqli mәblәğlәrdә müqavilәlәr imzalayıb. “Tawazun” şurası beynәlxalq şirkәtlәrdәn, İndoneziyanın “PT Pal” şirkәtilә çox missiyalı gәminin alınması, Fransanın “Thales LAS” şirkәtilә GM403 radarlarının alınması, ABŞ-ın “Allant Techsystems” şirkәtilә silah-sursat alın - ması, Fransanın MBDA şirkәtlә raketlәrә texniki dәstәk xidmәtlәrinin göstәrilmәsi vә Almaniyanın “Rhode & Schwartz” şirkәtilә rabitә sistemlәrinә texniki dәstәyin tәmin edilmәsinә dair müqavilәlәr bağlayıb. Sәrginin ikinci günü “Tawazun” şurası yerli şirkәtlәrdәn, “Halcon” ilә “Desert Sting P5” sisteminin vә “Hunter” sis te mi - nin satın alınması, “EDGE Group”un digәr tö rәmә şirkәti ADASI ilә “Shadow” sisteminin tәdarükü, “Trust International Group” şirkәtilә “Minimi” pulemyotunun alınması, 7,62 mm-lik pulemyotun alınması, “EDGE Group”un törәmә şirkәti ADSB ilә xilasedici qayıqların alınması, “International Golden Group” şirkәtilә rabitә cihazlarının alınmasına dair mü - qavilәlәr bağlayıb. “Tawazun” şurası xarici şirkәtlәrdәn, Fransanın “Thales Six” şir - kәtilә rabitә cihazlarının vә CMS sis tem lә - rinin alınması, Almaniyanın “Rheinmetall” şirkәti ilә logistika dәstәyinin göstәrilmәsi, ABŞ-ın “L3Harris” şirkәti ilә tele - kommunikasiya sistemlәrinin vә interkom qurğularının alınmasına dair müqavilәlәr imzalayıb. Sәrginin üçüncü günü “Tawazun” şurası yerli şirkәtlәrdәn, “EDGE Group”un “Earth” törәmә şirkәtilә Taktiki Mәlumat Link şәbәkәsinin inkişaf etdirilmәsi, “EDGE Group”un “Halcon” törәmә şirkәtilә “Al Tariq” sisteminin alınması, “EDGE Group”un törәmә şirkәti NIMR ilә “Ajban 4×4” zirehli nәqliyyat vasitәlәrinin tәdarükü, “Diving Trade” şirkәtilә dәniz platformalarının inkişafına dәstәk verilmәsi haqqında müqavilәlәr imzalayıb. “Tawa - zun” şurası xarici şirkәtlәrdәn, Fransanın “Thales” şirkәtlә GM-200 radarlarına texniki dәstәyin göstәrilmәsi, “Thales” şirkәtilә CMS sistemlәrinә texniki dәstәyin göstәrilmәsi vә ondan istifadә edәcәk şәxsi heyәtә tәlimlәrin keçirilmәsi, Fransanın “Naval Group” şirkәtilә MU-90 tor pe - dalarının vә torpeda әleyhinә CANTO sistemlәrinin alınması, Avstriyanın AG şirkәti ilә Əmәliyyat Mәrkәzinin qurulması, ABŞ-ın “Kaman” şirkәtilә yaxın mәnzilli raketlәrin tәdarük edilmәsi, İtaliyanın “Leonardo” şirkәtilә AW139 helikopterinin alınması haqqında müqavilәlәr imzalayıb. Sәrginin dördüncü günü “Tawazun” şurası yerli “International Golden Group” (IGG) şirkәti vasitәsilә Çinin NORİNCO şirkәti ilә AR3 yaylım atәşli reaktiv sistemlәrin (YARS) alınması, “EDGE Group”un “Earth” törәmә şirkәtilә termal kameraların (AR3 YARS-a) alınması, “Tamalex International” ilә nәqliyyat vasitәsinә (AR3 YARS-ın inteqrasiya olunacağı şassiyә) tәmir, texniki xidmәt vә ehtiyyat hissә dәstәyinin göstәrilmәsi, termal kamera vә nişangahların alınması, IGG şirkәtilә SAP sisteminә texniki xidmәt dәstәyinin göstәrilmәsi, IGG şirkәtilә gәmilәrin rabitә sistemlәrinә texniki xidmәt vә logistika dәstәyinin göstәrilmәsi haq - qında müqavilәlәr imzalayıb. “Tawazun” şurası xarici şirkәtlәrdәn, Fransanın MBDA şirkәtilә MICA raketlәrinin alınması, İta li - ya nın “Leonardo” şirkәtilә C4I sis tem lә - rinin ehtiyat hissәlәrinin alınması, ABŞ-ın “Harris International” şirkәtilә C4I sistemlәri üzrә texniki xidmәt vә personla tәlim dәstәyinin göstәrilmәsi vә ABŞ-ın “Kaman Precision Products” şirkәtilә döyüş sursatlarının alınmasına dair müqavillәlәr imzalayıb. Sәrginin beşinci, sonuncu günü “Tawazun” şurası yerli şirkәtlәrdәn, ESE şirkәti ilә döyüş sursatlarının alınması üçün iki müqavilә, “Etimad Strategic Security Solutions” şirkәtilә sәrhәd tәhlükәsizliyi sistemlәrinә texniki xidmәt göstәrilmәsi “AM Industries” şirkәtilә mühafizә kon - teynerlәrinin alınması, “Aman Marine Engineering” şirkәtilә gәmilәrә tәmir, texniki xidmәt vә logistka dәstәyinin göstәrilmәsi, “Falcom Eye Technologies” şirkәtilә tәhlükәsizlik sistemlәrinә tәmir vә texniki xidmәt göstәrilmәsi haqqında müqavilәlәr imzalayıb. “Tawazun” şurası xarici şirkәtlәrdәn, Cәnubi Koreyanın “Hanawa Aerospace” şirkәtilә çoxsaylı raket buraxılış qurğusunun alınması vә onlara texniki xidmәtin göstәrilmәsi, Fransanın MBDA şirkәtilә data link avadanlığının alınması, Fransanın “EuroArt International” şirkәtilә radarlara texniki xidmәtin göstәrilmәsi, İsveçin “Saab” şirkәtilә “GlobalEye 6000” tәyyarәlәrinә texniki xidmәtin göstәrilmәsi, Almaniyanın “Rohde & Schwarz” şirkәtilә tele kom - munikasiya sistemlәrinin alınması vә quraşdırılması, Çinin “CETC International” şirkәtilә telekommunikasiya sistemlәrinin alınması vә quraşdırılmasına dair müqa - vilәlәr bağlayıb. 17 PR‑DC şirkətin həmtəsisçisi Miloş Petraşinoviç BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Ser‑ biya prezidenti Aleksandar Vuçiçə “IKA‑ Bomber” PUA haqqında məlumat verib


Birlәşmiş Ərәb Əmirliklәrinin ƏbuDabi şәhәrindә keçirilәn IDEX-2023 Beynәlxalq Müdafiә Sәrgi vә Konfransında Azәrbaycanın Müdafiә Sәnayesi Nazirliyi (MSN) stendlә tәmsil olunub. Sәrgidә Azәrbaycanın müdafiә sәnayesi naziri Mәdәt Quliyevin rәhbәrlik etdiyi nümayәndә heyәti iştirak edib. Sәrgi müddәtindә bir sıra ölkәlәrin nümayәndә heyәtlәri Azәrbaycan MSN-in stendinә baş çәkәrәk sәrgilәnәn mәhsullarla maraqlanıb, istehsalçı müәssisәlәrin rәhbәrlәri ilә görüşlәr keçiriblәr. IDEX-2023-dә Müdafiә Sәnayesi Nazirliyinin müәssisәlәrindә istehsal olunan 145 adda müdafiә tәyinatlı mәmulat nümayiş olunub. Onlar arasında “Orbiter” vә “İti qovan” pilotsuz uçuş aparatları, 12.7×108 mm çaplı NSVP ağır pulem - yotu, 7,62×54 mm HP-7.62 hücum pulemyotu, 7.62×54 mm UP-7.62 universal pulemyotu, hәmçinin 82 mm 20N5 “Aşırım-5” daşınan minaatanı, 60 mm 20N6M “Aşırım-6” minaatanı vә onların minaları, RPQ-7V2 tank әleyhinә әl qubaraatanı, RBG-40 revolver tipli әl qumbaraatanı, 30 mm-lik AQS-30 tәkmillәşdirilmiş avtomatik qumbaraatanı, 7.62×51 mm “Yalquzaq” snayper tüfәngi, 14.5x114 mm NST-14,5 tipli iriçaplı snayper tüfәngi, 23x115 mm İST-23 tipli iriçaplı snayper tüfәngi, 7.62×39 mm AZ-7.62 avtomatı, 5.45×39 mm AK-74M avtomatı, habelә 9 mm-lik “Zәfәr”, “Zәfәr-K” vә “İnam” tapançaları vә demәk olar ki, bütün növ atıcı silahlar üçün döyüş sursatları yer alıb. Ziyarәtçilәr tәrәfindәn böyük maraq göstәrilәn 7.62×51 mm “Yalquzaq” snayper tüfәnginin xarici analoqları ilә müqayisәdә bir çox üstünlüklәri var. “Yalquzaq” snayper tüfәngi әllә tәk-tәk doldurulma (bolt action) iş prinsipinә malikdir vә müxtәlif hava şәraitindә istismar oluna bilir. Daşınma rahatlığı vә erqonomikası baxımından “Yalquzaq” snayper tüfәngi xüsusi tәyinatlılar vә hava-desant qoşunları üçün ideal seçim hesab olunur. Snayper tüfәngindә Azәrbaycan hәrbi sәnayesindә ilk dәfә olaraq tәtiyin tәnzimlәnmәsi mexanizmi tәtbiq edilib ki, nәticәdә tәtik mexanizminin sәrtliyini, gediş mәsafәsini atıcının rahatlığı üçün öncәdәn nizamlamağa imkan әldә olunub. Snayper tüfәngi 1000 m mәsafәdә sәrrast atışın aparılmasını tәmin edir. Əsasәn Xüsusi Tәyinatlı Qüvvәlәrin istifadәsindә yer alan 14.5 mm-lik NST14.5 snayper tüfәnginin çәkisi 21 kq, uzunluğu 1900 mm, qundağı yığıldıqda isә 1600 mm tәşkil edir. MSN-in müәssisәsindә istehsal edilmiş NST-14.5 snayper tüfәngi 4 patron tutumlu ma - qazinә vә bolt action iş prinsipinә malikdir. Nişangah mәsafәsi 1600 metr tәşkil edәn NST-14.5 tüfәngindә sola qatlanan vә hündürlüyü tәnzimlәnәn qundaq vә xüsusi olaraq hazırlanmış lülәağzı әylәc tәtbiq edilib. Snayper tüfәngi yaxşılaşdırılmış erqonomikaya sahibdir. NST-14.5 snayper tüfәngi öz quruluşuna vә konstruksiyasına görә MSN-in hәm “İstiqlal”, hәm dә “Yalquzaq” silah xәttindәn fәrqlәnir vә konstruktiv cәhәtdәn “Truvelo” şirkәtinin 14.5 mm çaplı CMS snayper tüfәnginә bәnzәyir. Sәrgidә nümayiş etdirilәn MSN istehsalı olan 23 mm çaplı İST-23 snayper tüfәngi “İstiqlal” iriçaplı snayer tüfәngi xәttinin davamı olaraq hazırlanıb. Hazırda dünyada 20 mm vә bundan böyük kalibrdә cәmi bir neçә snayper tüfәngi mövcuddur. Belә kalibrli tüfәnglәr dünya ordularında daşınma, istifadә imkanlarına görә, 12.7 vә 14.5 mm tüfәnglәrlә müqayisәdә elә dә geniş yayılmayıb. Bu tüfәng dizayn baxımından “İstiqlal” (İST14.5) snayper tüfәnginә bәnzәyir. Silahın uzaq mәsafәdәki hәdәflәri dәqiq vurması lülәnin uzunluğu hesabına tәmin edilir. İST-23 snayper tüfәngi yüngül vә zireh mühafizәsi zәif olunan texnikalara qarşı mübarizә imkanı, rәqibin atәş möv - qelәrinin uzaq mәsafәdәn susdurulması, bağlı mövqelәrә zәrәr yetirilmәsi, o cümlәdәn yerә enmiş vә ya aşağı hündürlükdә uçan helikopterlәrin vurulmasını tәmin edә bilir. Az sayda böyük kalibrli snayper tüfәnginin mövcud olduğu bazarda Azәrbaycanda yaradılan İST-23 iriçaplı snayper tüfәngi IDEX2023 sәrgisi zamanı ziyarәtçilәr tәrәfindәn maraqla qarşılanıb. Azәrbaycanın yerli istehsalı olan RBG-40 (indeksi 6M11) revolver tipli әl qumbaraatanı 40×46 mm çaplı qumbaralarla atәş açır. RBG-40 qumbaraatanının çәkisi 5.9 kq, uzunluğu qundaq açıq halda 800 mm, lülәsinin uzunluğu 300 mm, atәş mәsafәsi 375 metr, qumbaranın başlanğıc sürәti saniyәdә 76 metr tәşkil edir. 40 mm-lik RPQ-7V2 (TƏQ-7V2) tipli tank әleyhinә әl qumbaraatanının uzunluğu 953,5 mm, kütlәsi (ikiayaq, QON-1 optik nişangahı, NQ-7V nişangah qurğusu, daşıma qayışı vә qayışlı örtüklәr olmadan) 6,160 kq-dır. Nişangah mәsafәsi PQ-7B, PQ-7BM, PQ-7BC, PQ-7BC1 tipli atәş yığmaları üçün 500 m, PQ-7BPL tipli atәş yığımı üçün 300 m, PQ-7BP, TBQ-7B tipli atәş yığımları üçün 200 m, NQ-7V nişangah qurğusundan istifadә etmәklә TBQ-7B tipli atәş yığımı üçün 700 metr, atış tezliyi dәqiqәdә 4-6 mәrmidir. MSN-in müәssisәsindә istehsal edilәn 30 mm-lik AQS-30 tәkmillәşdirilmiş avtomatik qumbaraatan kompleksi düş - mәnin 2100 m-ә qәdәr mәsafәdә yerlәşәn canlı qüvvәsini vә atәş vasitәlәrini mәhv etmәk qabiliyyәtinә sahibdir. Dәzgah üzәrindә quraşdırılan qumbaraatandan xüsusi hazırlanmış sәngәr, yarımsәngәr vә 18 www.poliqon.az AZƏRBAYCAN IDEX-2023-Ə 145 ADDA MƏHSUL ÇIXARTDI


ya atәş üçün әlverişli olan digәr mövqelәrdәn atәş açmaq mümkündür. IDEX-2023-dә sәrgilәnәn 7,62×54 mm çaplı HP-7.62 hücum pulemyotu qısa mәsafәli döyüşdә düşmәnin canlı qüvvәsini mәhv etmәk vә atәş vasitәlәrinә zәrәr vurmaq üçün nәzәrdә tutulub. HP7.62 hücum pulemyotundan atәş mahmızdan vә ya müxtәlif konstruksiyalı üçayaqlı dәzgahlardan vә döyüş maşınlarında quraşdırılan turellәrdәn aparıla bilәr. HP7.62 hücum pulemyotunun nişangah mәsafәsi 1000 metr, atәş tezliyi dәqiqәdә 650 atәş, döyüş atәş tezliyi dәqiqәdә 250 atәş, kütlәsi isә 8,6 kiloqramdır. MSN istehsalı olan digәr 7.62×54 mm çaplı UP-7.62 universal pulemyot ümumqoşun istifadәsi üçün hazırlanıb. 100 vә 200 patron tutumlu sandıqçaya malik UP7.62 “Kalaşnikov” pulemyotunun tәkmillәşdirilmiş formasıdır. Optik nişangah sistemlәri yerlәşdirmәk üçün xüsusi relslә tәchiz olunub. Dәqiqәdә 650 atәş imkanına malik UP-7.62 pulemyotunun kütlәsi 7,8 kq-dır. Optik nişangahın kömәyi ilә 1500 metr mәsafәdә hәdәflәri mәhv etmәk mümkündür. Pulemyotdan atәş aparmaqdan ötrü HP-7.62 pulemyotunda tәtbiq edilәn 7,62×54 mm çaplı patronlardan istifadә olunur. 19 Rusiya vә Ukraynadan olan müdafiә şirkәtlәri, Rusiya-Ukrayna müharibәsinin ikinci ilinә girdiyi bir vaxtda IDEX-2023 sәrgisindә müxtәlif silah vә sursat daxil olmaqla hәrbi texnikasını nümayiş etdirdi. Bununla belә, diqqәt çәkәn mәqam ondan ibarәtdir ki, hәm Rusiya, hәm dә Ukrayna korporasiyaları Rusiya-Ukrayna müharibәsi başlayandan sonra ilk dәfә IDEX vә NAVDEX sәrgilәrindә öz silahlarını birbirinә yaxın şәkildә nümayiş etdirirdilәr. Rusiya IDEX-2023 sәrgisindә özünün yeni hәrbi mәhsullarını nümayiş etdirib. Moskvanın dövlәt silah ixracatçısı “Rosoboroneksport” tәrәfindәn açıqlanan mәlumata görә, bu sәrgidә real döyüş şәraitindә test edilmiş 200-dәn çox silah, sursat vә hәrbi texnikanın tam miqyaslı modeli yer alıb. Sәrgidә “Rostex” Dövlәt Korpo - rasiyasının tәrkibindәki “Yüksәk dәqiqlikli komplekslәr”, “Şvabe”, “Vertoleti Rossii”, “Ros elektronika”, “Kalaşnikov”, “Ural - vaqonzavod” vә digәr şirkәtlәrin istehsal etdiklәri mәhsullar ziyarәtçilәrә vә rәsmi nümayәndә heyәtlәrinә tәqdim olunub. Hәmin mәhsullar arasında müxtәlif tipli quru, hava vә dәniz platformaları yer alıb. Zirehli texnikalardan T-90MS tankı “Sprut-SDM1” yüngül amfibiya tankı, BMPT "Terminator" atәş dәstәyi maşını, BMP-3 piyadanın döyüş maşını, BT-3F zirehli transportyoru sәrgilәnib. Raket vә artilleriya sistemlәrindәn “İsgәndәr-E” operativ-taktik raket kompleksi, “TornadoS” (9K515) yaylım atәşli reaktiv sistem, “Vixr-1”, “Xrizantema-S” vә “KornetEM” tank әleyhinә idarәolunan raketlәr, TOS-1A ağır odatan sistemi, habelә “Krasnopol” vә “Kitolov-2M” müasir idarә olunan artilleriya mәrmilәri, 57 mm-lik AU-220M uzaqdan idarәolunan döyüş modulu nümayiş etdirilib. Atıcı silhalardan AK-12, AK-15, AK19 vә AK-308 avtomatları, habelә AK200 seriyasına daxil olan avtomatlar, “Çukavin” snayper tüfәngi vә s. sәrgilәnib. Bundan başqa, Rusiya IDEX-2023 sәrgisindә özünün Ka-52E vә Mi-28NE döyüş helikopterlәrini, Mi-171Ş nәqliyyat helikopterini, Ka-226T yüngül çoxmәqsәdli helikopterini, hәmçinin “Orion-E”, “Orlan10E” vә “Orlan-30” pilotsuz uçuş aparatları kimi aviasiya vasitәlәrini tanıdıb. Rusiya tәrәfi sәrgidә hava hücumundan müdafiә sistemlәri ilә bağlı maraqlanan ziyarәtçilәrә sәrgilәdiyi uzun mәnzilli S400 “Triumf” vә “Antey-4000” zenit-raket sistemlәri (ZRS), orta mәnzilli S-350E “Vityaz” vә “Vikinq” zenit-raket kom - plekslәri (ZRK), o cümlәdәn qısa mәnzilli “Tor” ZRK-nin müxtәlif modifikasiyaları haqqında әtraflı mәlumat verib. “Rostex” stendindә “Repellent”, “Repellent-Patrul, RLC-MTSE, RB-504PE vә RB-504A-E tipli PUA әleyhinә sistemlәr dә nümayiş etdirilib. Bu siyahıya hәmçinin, BK-10 yüksәk sürәtli hücum kateri, BK-16 sürәtli nәqliyyat vә desant çıxarma kateri, “Rubej-ME” sahil gәmi әleyhinә raket sistemi, 4×4 tәkәr formullu zirehli nәqliyyat vasitәlәri, müxtәlif tipli radarlar, әlavә qoruyucu zirehlәr vә s. daxildir. “Rostex” mütәxәssislәrinin sözlәrinә görә, onlar Mi-171A3 helikopterini ölkә xaricindә ilk dәfә IDEX-2023-dә sәrgilәyib. “Vertoleti Rossii” şirkәtinin istehsalı olan Mi-171A3 helikopteri әsasәn dәnizdә axtarış-xilasetmә әmәliyyatlarının aparıl - ması, insanların vә yüklәrin dәniz platformalarına çatdırılması üçün nәzәrdә tutulub. Şirkәt mütәxәssislәrinin sözlәrinә görә, Mi-171A3 öz sinfindә unikal nәqliyyat imkanlarına malikdir. Maksimum uçuş çәkisi 13 ton olan helikopter 4 tona qәdәr yük vә ya 24 sәrnişin daşıya bilәr. Mi-171A3 әlavә yanacaq çәnlәri ilә tәchiz olunduqda helikopterin uçuş mәsafәsi 1000 kilometrә çatır. Bildirilib ki, “Vertoleti Rossii” Mi171A3-ün dizayn işlәrinә 2018-ci ildә başlayıb vә helikopter 2022-ci ildә ilk uçuşunu reallaşdırıb. Müasir avionika vә naviqasiya sistemlәri ilә tәchiz edilәn helikopter pis görmә şәraitindә belә pilota tәhlükәsiz uçuş imkanı verir. Mi-171A3 bütün iqlim şәrtlәrindә helikopterә uçmaq RUSİYA MÜHARİBƏ SINAQLARINDAN KEÇƏN MƏHSULLARINI SƏRGİLƏYİB


20 www.poliqon.az Ukraynanın müdafiә sәnayesi IDEX2023 sәrgisindә bir sıra müdafiә sistemlәrini, o cümlәdәn PUA-lar, döyüş sursatları, hәmçinin Rusiyanın Moskva kreyserinin batması zamanı istifadә edilәn “Neptun” gәmi әleyhinә raket kompleksi maket formasında sәrgilәyib. Ukraynanın “UkrspecSystems” şirkәti sәrgidә Rusiya pavilyonuna yaxın, yerli istehsalı olan RAM II süzәn surastını nümayiş etdirib. RAM-II süzәn sursatı Ukrayna Silahlı Qüvvәlәrinin istifadә etdiyi “Leleka-100” PUA әsasında hazırlanıb. Mәlumatlara görә, RAM-II döyüş boyu yerlәşdirilib, sosial mediada bәzi görüntülәr sübut kimi göstәrilib. RAM II süzәn sursatı yüksәk dәqiqliyә malik pilotsuz uçuş aparan döyüş sistemidir. Şәhәr şәraitindә yer lәşdirildikdә, girov ziyanını minimuma endirmәklә yanaşı, әks bölmәlәrә dәqiq, effektiv hücumlar hәyata keçirmәk nәzәrdә tutulur. RAM II-nin yükgötürmә qabiliyyәti üç kiloqram, kruiz sürәti saatda 70 km-dir. Maksimal uçuş çәkisi 9,8 kq vә maksimum hündürlüyü 1000 metrә çata bilәr. Bu dronun әsas komponenti aktiv vizual hәdәf izlәmә sistemidir ki, bu da bort kamerasından canlı videodan istifadә edәrәk hәdәfi kilidlәmәyә vә tәmas üçün hәdәfi izlәmәyә imkan verir. Bu PUA-lar zirehli maşına quraşdırıla bilәn xüsusi katapult vasitәsilә sәmaya buraxılır. RAMII, Ukrayna Hәrbi Qüvvәlәri tәrәfindәn istifadә edilәn komanda vә idarәetmә (C2) sistemlәri ilә sinxronizasiya etmәyә imkan verәn “Terminal” proqram tәminatını ehtiva edir. Bu, başqa bir maraqlı xüsusiyyәtdir. Hәmçinin, yüksәk avtomatlaşdırma dәrәcәsi insan sәhvini aradan qaldırır vә drondan “sürü hücumu” vә ya tәk hücumda istifadә etmәyә imkan verir. RAM II kamikadze PUA-da missiya tәhlükәsizliyini artırmaq üçün şifrәlәnmiş mәlumat bağlantısı, sәssiz elektrik mühәrrikinә malikdir. Buraxılış nöqtәsindәn 30 kilometr mәsafәdә fәaliyyәt göstәrә bilәn RAM II hәm müşahidә, hәm dә döyüş missiyasını yerinә yetirә bilәr. Ukrayna Müdafiә Sәnayesi Milli Assosiasiyasının (NAUDI) stendindә hәmçinin “UkrspecSystems” tәrәfindәn VTOL tipli PD-2 PUA nümayiş etdirilib. ITAR-dan azad dizayn 1100 km mәsafә qәt edә vә sәkkiz saatdan çox uçuş dözümlülüyünә malikdir. 7 kq yük daşıya bilәn PD-2 PUA geniş coğrafi diapazonda müxtәlif missiyaları yerinә yetirmәk üçün nәzәrdә tutulub. “UkrspecSystems” tәrәfindәn tәqdim olunan digәr bir uçuş aparatı avtonom ISR imkanları tәklif edәn “Shark” PUAdır. Bu aparat şifrәli mәlumat keçidinә malikdir vә real vaxt rejimindә kәşfiyyat missiyalarının bir hissәsi kimi hәdәf koordinatlarını tәyin edә bilir. IDEX-2023 sәrgisindә Ukraynanın “Tritel” şirkәtinin istehsalı olan NOTA radioelektron mübarizә (REM) kompleksi dә nümayiş etdirilib. NAUDİ-dәn bildirilib ki, kompleks pilotsuz uçuş aparatları (PUA) ilә mübarizә vasitәsi kimi özünü yaxşı sübut edib. Hәmçinin, kompleks düşmәn kәşfiyyatının digәr texniki vasitәlәrinә qarşı da özünü yaxşı tәrәfdәn göstәrib. Mәlumatda qeyd edilib ki, NOTA REM kompleksi uzun illәrdir ki, Ukrayna Ordusu tәrәfindәn fәal şәkildә istifadә olunur. Bu komplekslәr döyüş sursatı anbarlarını vә digәr mühüm obyektlәri düşmәnin PUAlarından qoruyur. Kompleks üç variantda istehsal edilir: stasionar, mobil vә daşınan. Üç kon - fiqurasiyada hazırlanma onun kritik infrastruktur obyektlәrinin qorun ma sın - dan vә lazımi yerlәrdә operativ mü vәq - qәti açılmasından tutmuş, hәrәkәt vә dayanacaq zamanı istifadә üçün av to mobil bazasında quraşdırma im kan larına qәdәr funksional qabiliyyәtlәrini әhәmiyyәtli dәrәcәdә genişlәndirir. NOTA REM kompleksinә ra dio tex - niki (passiv pelenqatorlar), radiolokasiya, sәsölçmә, optoelektron kimi müxtәlif vasitәlәr daxildir. Bütün bu mәnbәlәr vahid sistemdә birlәşdirilib. O, müxtәlif PUAlarla mübarizә aparmaq üçün tәyin edilib, Ukraynada mövcud olan bütün standartlara uyğun mobil rabitә şәbә kәlәrini susdurmağa qadirdir, hәmçinin REM vasitәlәri vә kontr - batareyaya radarlarına qarşı әks-tәsir göstәrә bilir. qabiliyyәti verәn “UEC-Klimov” şirkәtinin VK-2500PS-03 mühәrriklәri ilә tәchiz edilib. IDEX-2023-dә “Kalaşnikov” PPK20 tapança-pulemyotunu vә SVÇ “Çukavin” snayper tüfәngini tәqdim edib. Sәrgi zamanı “Kalaşnikov” konserni hәm PPK-20-nin, hәm dә SVÇ “Çukavin”in әlavә satışlarının hәyata keçirilmәsi üçün xarici nümayәndә heyәtlәri ilә bir sıra danışıqlar aparıb. “Roselektronika” holdinqi sәrgidә ilk dәfә 1K144-E gizli müşahidә üçün kiçik ölçülü kәşfiyyat vә siqnalizasiya kompleksini tәqdim edib. Kompleks düşmәnin canlı qüvvәsini vә yerüstü texnikasını aşkarlamaq, obyektlәri tәsnif etmәk, onların sayını hesablamaq vә hәrәkәt istiqamәtini müәyyәnlәşdirmәk qabiliyyәtinә malikdir. Ayrı-ayrı stendlәrdә Rusiyanın iştirakı, hәr biri geniş çeşiddә hәrbi mәhsulları nümayiş etdirәn yeddidәn çox istehsalçını әhatә edirdi. Bunlardan biri “Kalaşnikov” konserninin törәmә şirkәti olan “Zala Aero Group” ilk dәfә sәrgidә özünün ZALA KYB süzәn sursatını (kamikadze PUA) nümayiş etdirib. Qeyd edәk ki, ZALA KYB süzәn sursatı hazırda davam edәn Rusiya-Ukrayna müharibәsindә geniş istifadә edilib. UKRAYNADAN GÜC NÜMAYİŞİ


BƏƏ ilә güclü әlaqәlәrini davam etdirәn Pakistan, dünyanın bütün qitәlәrini әhatә edәn çoxsaylı sәrgi iştirakçılarını qәbul edәn, regionda әn böyük müdafiә sәrgisi olan IDEX-2023-dә geniş tәrkibdә milli pavilyonla tәmsil olunub. Sәrgidә Pakistanın yüksәk sәviyyәli nümayәndә heyәti, o cümlәdәn Müdafiә İstehsalatı naziri vә Müdafiә Qüvvәlәrinin digәr nümayәndәlәri iştirak ediblәr. IDEX-2023-dә Pakistanın Müdafiә İxracının Tәşviqi Tәşkilatı (DEPO) tәrәfindәn Pakistanın Müdafiә İstehsalatı Nazirliyinin (MoDP) himayәsi altında dörd әsas dövlәt müәssisәsi vә iki özәl müdafiә sәnayesi şirkәti öz mәhsullarını nümayiş edirib. Sәrgidә “Heavy Industries Taxila” (HIT) şirkәti әsas döyüş tankları, zirehli personal daşıyıcıları vә şәxsi mühafizә maşınlarını nümayiş etdirib. “Global Industrial & Defense Solution” (GIDS) isә “Şahpar-II” silahlı PUA, “hava-yer” tipli qanadlı raketi, habelә lazer tuşlamalı aviasiya bombası, “Fatah-1” (“Fәth-1”) yaylım atәşli reaktiv sistemi kimi qabaqcıl mәhsullarını nümayiş etdirmәklә әvvәlki iştirakını üstәlәyib. Pakistanın NRTC milli radio vә telekommunikasiya korporasiyası özünün әn müasir proqram tәminatlı radioları (SDR), hәrbi rabitә sistemlәri, VVIP tәhlükәsizlik tıxanma hәllәri, antidron sistemlәr vә BMS döyüş idarәetmә sistemini tәqdim edib. Bundan başqa, Pakistanın hәrbi sursat sahәsindә aparıcı şirkәti olan “Pakistan Ordnance Factories” (POF) tәrәfindәn bir sıra qeyri-әnәnәvi atıcı silahlar vә digәr hәllәr nümayiş etdirilib. Pakistanın dövlәt müәssisәsi ilә yanaşı “Shibli Electronics” kimi özәl şirkәti optik cihazların – termal kamera, nişangah vә durbinlәrini sәrgilәyib. Pakistan pavilyonunun tәşkilatçısı DEPO-nun nümayәndәsi polkovnikleytenant Ejaz Əhmәd POLİQON jur - nalına Pakistanın müdafiә sәnayesinin potensialından danışarkәn deyib ki, Pa - kistan dost ölkәlәrә çox sәrfәli qiy mәt - lәrlә texniki cәhәtdәn rәqabәtәdavamlı, elәcә dә zamanın sınağından keçmiş müdafiә mәhsulları tәklif edir. BƏƏ-nin müdafiә sәnayesi nü mayişinә daha çox rәng qatan Pakistan Hәrbi Dәniz Qüvvәlәrinin “PNS Yarmook” dәniz patrul gәmisi (OPV) NAVDEX-2023 sәrgisindә dәniz sahilindә lövbәr salaraq qapılarını ziyarәtçilәrin üzünә açıb. Bildirilib ki, “PNS Yarmook” dәniz patrul gәmisinin bu sәfәri Pakistan vә BƏƏ arasında dostluq әlaqәlәrini möhkәmlәndirmәk mәqsәdi daşıyır. Gәmidә әn diqqәtçәkәn dәyişiklik Pakistan tәrәfindәn yerli resurslardan istifadә edilmәklә hazırlanmış vә tәqribәn 280 kilometr atış uzaqlığına malik olan “Harbah” gәmi әleyhinә raketlәrin yerlәşdirilmәsinә hazırlıq olub. Gәmidә raket buraxıcı qurğuları vә kabel kanalları quraşdırılıb. Bu il “PNS Yarmook” gәmisindә 4×2 “Harbah” raketlәri yerlәşdirilәcәk. “Yarmook” sinifli OPV Türkiyәnin ASELSAN şirkәtinin istehsalı olan 30 mm-lik SMASH uzaqdan idarәolunan silah stansiyası, ASELSAN istehsalı 2 әdәd STAMP uzaqdan idarәolunan silah sistemi vә “Phalanx Block 1B” yaxın mәsafәli silah sistemi ilә tәchiz edilib. PAKİSTAN PAVİLYONU ƏHƏMİYYƏT KƏSB EDİRDİ “PNS Yarmook” dәniz patrul gәmisi


Əvvәlki sәrgilәrlә müqayisәdә BƏƏ şirkәtlәrinin sayının çox olması, “Tawazun” Şurası, “EDGE Group” vә onun törәmә şirkәtlәri “Halcon”, ADASI, “Earth”, NIMR, “Maplin Marine Systems & Services”, “Mohamed Abdulrahman AlBahar”, habelә “International Golden Group” (IGG), “Atlas Telecom”, “Romco International”, “Trust International Group”, “Diving Trade”, “Tamalex International”, ESE, “AM Industries”, “Aman Marine Engineering”, “Falcom Eye Technologies”, “Etimad Holding” müdafiә sәnaye sektorunda aktivliyi diqqәt çәkdi. BƏƏ-nin “EDGE Group”da maraq doğuran mәhsullara misal olaraq dәqiq idarә olunan sursatları vә süzәn sursatları (kamikadze PUA) göstәrmәk olar. EDGE Qrupu IDEX-2023-ün ikinci günündә müvafiq olaraq 4,7 milyard AED (1,28 milyard ABŞ dolları) vә 1,33 milyard AED (354 milyon dollar) dәyәrindә “Desert Sting 25” tipli hәssas idarә olunan aviasiya sursatı vә “Shadow” süzәn sursatlarının tәdarükünә dair müqavilәlәr imzaladı. İsrail müdafiә sәnayesi şirkәtlәri ƏbuDabidә IDEX-2023 müdafiә sәnayesi sәrgisindә iştirak edәrәk müasir silah, texnika vә texnologiyaların nümayiş etdiriblәr vә Körfәz tәrәfdaşları ilә yeni müqavilәlәr imzalayıblar. Xatırladaq ki, 2020-ci ildә İbrahim Razılaşmalarının imzalanmasından sonra İsrail ilә әksәr Körfәz ölkәlәri arasında münasibәtlәr kәskin şәkildә dәyişdi. Tramp administrasiyası dövründә ABŞ tәrәfindәn müzakirә edilәn saziş BƏƏ, Bәhreyn vә İsrail arasında münasibәtlәri normallaşdırdı vә müdafiә sahәsindә әmәkdaşlığa qapılar açdı. IDEX-2023 sәrgisindәn bir neçә gün әvvәl, fevralın 16-da “Rafael” şirkәti bölgәdәki imkanları araşdırmaq üçün BƏƏdә yeni ofis açdığını elan etdi. İsrailin fırlanan qanadlı PUA istehsalçısı olan “Steadicopter” şirkәti dә BƏƏ ilә әlaqәlәr quraraq, “Eagle” sistemlәr ailәsini bu ölkә daxilindә yaranan tәlәblәrә cavab vermәk üçün “Emirates Defence Technology” (EDT) ilә müqavilә imzalayıb. IDEX-2023 sәrgisindә “Black Eagle 50H” kәşfiyyat missiyaları üçün üstünlüklәr tәklif edәn, quru vә dәniz sәrhәdlәrini qo ruyan yeni konfiqurasiyada nümayiş etdirilib. İsrailin “Rafael” şirkәti isә sәrgidә özünün “Iron Beam” lazer silahını nümayiş etdirib. Bundan başqa, NAVDEX-2023-dә EDGE konqlomeratı, “Abu Dhabi Ship Building” (ADSB) vә “Israel Aerospace Industries” (IAI) birgә ekipajsız suüstü kater nümayiş etdirib. Nümayiş sensorlar, sonar vә görüntülәmә sistemlәri ilә tәchiz edilmiş birgә istehsal olunmuş avtonom gәmini tәqdim edәrәk, İsrail vә BƏƏ üçün tarixi bir ilk kimi elan edildi. Sistemin tәqdimatı üçlüyün kom - mersiya әmәkdaşlığına imza atmasından tәxminәn bir il sonra baş tutub. Müqavilәyә әsasәn, ADSB platformanı dizayn edәcәk, sensorlar vә C2 sistemlәrini birlәşdirәcәk. IAI avtonom idarәetmә sistemlәrini inkişaf etdirәcәk, tәchiz edәcәk vә xüsusi sen sor - ları gәminin idarәetmә blokuna inteqrasiya edәcәk. Avtonom gәmilәr üçün hәr bi tәtbiqlәrә ISR, sәrhәd vә sahil nәzarәti, minalarla mübarizә vә sualtı qa yıqlara qarşı mübarizә vә digәrlәri daxildir. Sәrgi çәrçivәsindә IAI ilә “Etimad Holding Group” arasında cari vә gәlәcәk layihәlәrdә daha çox әmәkdaşlıq etmәk üçün memorandum imzalanıb. 22 www.poliqon.az İSRAİL MÜDAFİƏ ŞİRKƏTLƏRİ KÖRFƏZ ƏLAQƏLƏRİNİ GÜCLƏNDİRİR BƏƏ-NİN MÜDAFİƏ SƏNAYE SEKTORUNDAKI AKTİVLİYİ DİQQƏT MƏRKƏZİNDƏ


“EDGE Group” şirkәti IDEX-2023 sәrgisindә ümumi dәyәri 18.6 milyard AED (5 milyard ABŞ dolları) olan alqısatqı müqavilәlәri imzalayıb. Sifarişin böyük hissәsi yerli müştәrilәrdәn, 4 milyard AED (1 milyard ABŞ dolları) dәyәrindәki hissәsi isә xarici müştәrilәrdәn alınıb. Şirkәtin imzaladığı müqavilәlәrdәn biri “Ajban” zirehli maşınlarının tәdarükü ilә bağlı idi. Ümumiyyәtlә sәrgidә “EDGE Group” daxil olan “Nimr Automotive” şirkәtinin “Ajban” zirehli maşınlar ailәsinә, xüsusilә “Ajban-447A” çoxfunksiyalı zirehli maşınına vә “Ajban LRSOV” xüsusi tәyinatlı nәqliyyat vasitәsinә çox böyük maraq göstәrildi. “Ajban” zirehli maşınlar ailәsini yeni modellәrindәn olan “Ajban447A” çoxfunksiyalı zirehli maşını “Dillon Aero” şirkәtinin 7.62 mm M134D “Minigun” pulemyotu ilә silahlandırılmış “Platt M550” döyüş moduluna sahibdir. Maşının üzәrindә hәmçinin “Lacroix” şirkәtinin istehsalı olan Avtomatlaşdırılmış Tәnzimlәmә Sistemi (AOS) dә yer alıb. Yüksәk manevr qabiliyyәtinә vә zirehli mühafizәyә malik “Ajban-447A” taktik әmәliyyatlar, sәrhәd mühafizәsi, xüsusi tәyinatlı qüvvәlәr vә digәr hәrbi strukturlar üçün nәzәrdә tutulur. Maşın müxtәlif әmәliyyatlara uyğun konfiqurasiya edilә bilir. Heyәti 2 nәfәrdәn ibarәt olan nәqliyyat vasitәsi tam tәchizatlı 5 әsgәr daşıyır. Mina vә әldәqayırma partlayıcılara qarşı qarşı güclü mühafizәyә sahib olan “Ajban447A” maşınının müstәqil asma sistemlәri әn çәtin әrazilәrdә belә mükәmmәl rahatlıq tәmin edir. “Ajban LRSOV” xüsusi tәyinatlı nәqliyyat vasitәsi “Arnold Defence” şirkәtinin “Fletcher” adlı 2.75 inç lazer yönlәndirmәli raket buraxıcı sistemilә silahlandırılıb. Modulyar dizayna әsaslanan “Ajban” LRSOV istifadәçinin missiya tәlәblәrinә asanlıqla uyğunlaşdırıla bilәr. “Ajban LRSOV” maşını 6 pillәli “Allison 3000SP” avtomat transmissiyaya, 296 at gücündә 6 silindir “Cummins İSBe 300” dizel mühәrrikinә sahibdir. Maşının uzunluğu 5680 mm, eni 2130 mm, hündürlüyü 1970 mm, boş halda çәkisi 5000 kq, yüklü halda isә 8000 kq tәşkil edir. 110 km/saat sürәtә malik nәqliyyat vasitәsinin gediş ehtiyatı 700 km-dir. Qeyd edәk ki, şirkәt IDEX-2023 sәrgisindә alqı-satqı müqavilәlәrindәn әlavә müdafiә sәnayesi sahәsindә ABŞ, Türkiyә, İtaliya vә digәr ölkәlәrin istehsalçı şirkәtlәri ilә birgә әmәkdaşlığın aparıl - masına dair dә anlaşma memorandumlarına imza atıb. Onlar arasında “Roketsan”, “L3Harris”, “BAE Systems”, “Fincantieri” vә başqa şirkәtlәr yer alır. İtaliyanın “Leonardo” şirkәti IDEX2023-dә M-346 tәyarәsinin M-346FA (Fighter Attack) yüngül döyüş tәyyarәsi versiyası Yaxın Şәrq bazarında önә çıxartdı. M-346 tәyarәsinin tәlim vә qırıcıhücum modellәri performans vә güc qurğusu da daxil olmaqla yüksәk ümumiliyә malikdir. Lakin FA variantında “hava-hava” vә hava-yer döyüş rollarını dәstәklәmәk üçün xüsusi avionika vә tәyyarә korpusunun modifikasiyası daxildir. “Leonardo” şirkәtinin aviasiya vasitәlәrinin satışı vә marketinq üzrә nümayәndәsi İtalo Rossini bildirib ki, M346 reaktiv tәlim tәyyarәsi әn son versiyası tәlәb olunarsa hücum qırıcısına çevrilә bilәr. Leonardo hesab edir ki, tәyyarә uçuş saatı üçün daha yüksәk xәrclәr daşıyan aktivlәri tamamlamaq üçün yaxşı hәll yoludur. M-346FA ilk uçuşunu 2020-ci ildә tamamlayıb. İ.Rossini qeyd edib ki, M-346 dördüncü vә beşinci nәsil tәyyarәlәrdә olan xüsusiyyәtlәrә malikdir. Çünki qabaqcıl tәlim reaktiv variantı pilotları F-16 vә F-35-lәri idarә etmәyә öyrәdir. Onun sözlәrinә görә, “Leonardo” bir müddәtdir ki, BƏƏ ilә M-346 tәyyarәsini müzakirә etsә dә, ölkә hәlә dә öz variantlarını araşdırır vә Asiya şirkәtlәrinin tәklif etdiyi oxşar imkanlara da baxır. Hazırda, “Leonardo” şirkәtinin M-346 tәyyarәlәrinin Afrika vә CәnubŞәrqi Asiyada potensial müştәrilәri var. 23 İTALİYADAN M-346FA ÖN PLANDA Türkiyә ilә Birlәşmiş Ərәb Əmirliklәri (BƏƏ) arasında son illәrdә siyasi olaraq ya şanan problemlәrdәn sonra, müna sibәtlәrin ötәn ildәn etibarәn getdikcә yax şı laşması Türkiyә şirkәtlәrini yenidәn bu bazarda yeni layihәlәri izlәmә nöqtәsinә gәtirib. Türkiyә müdafiә sәnayesi IDEX-2023 vә NAVDEX-2023 sәrgilәrindә son illәr әrzindә әn böyük tәqdimatla iştirak edib. Sәrgiyә Türkiyә Müdafiә Sәnayesi Başqanlığı (SSB) vә Türkiyә Müdafiә vә Aviasiya Sәnayesi İxracatçıları Birliyi, o cümlәdәn 60-a yaxın müdafiә sәnayesi şirkәti qatılıb. Bu şirkәtlәr arasında ASFAT, BITES, BMC, DEARSAN, DESAN, FNSS, ASELSAN, DASAL, HAVELSAN, MKE, OTOKAR, REPKON, ROKETSAN, SDT, STM, “ARES Tәrsanәsi”, “ASSAN Group”, TEKOM, TAİS, TUSAŞ “Baykar”, “Canik”, “Gürbağ Defence” vә “Sarsılmaz” kimi öndә gedәn şirkәtlәr dә yer alıb. Sәrgi zamanı Türkiyәnin müdafiә sәnayesi şirkәtlәri tәrәfindәn istehsal olunan müxtәlif insansız quru vә hava vasitәlәri, zirehli avtomobil platformaları, silah sistemlәri, elektron sistemlәr, sursatlar, simulyatorlar vә logistika dәstәk mәhsulları başda Yaxın Şәrq vә Şimali Afrika – MENA regionu olmaqla bütün iştirakçıların diqqәtinә tәqdim olunub.Türkiyәnin müdafiә sәnayesi vә qabaqcıl texnoloji imkanları haqqında mәlumatlar sәrgi iştirakçılarına, xüsusilә BƏƏ-nin hәrbi rәsmilәrinә tәqdim olunub, әmәkdaşlıq imkanları dәyәr - lәndirilib. TÜRKİYƏDƏN REKORD İŞTİRAK M‑346FA yüngül döyüş tәyyarәsi


– Sәrdar bәy, müsahibәmizә iştirak etdiyiniz IDEX-2023 sәrgisindәn vә burada nümayiş etdirdiyiniz mәh - sullardan başlayaq. Bu sәrgiyә hansı nәqliyyat vasitәlәrinizi gәtirmisiniz? – IDEX-2023 sәrgisindә 8x8, 6x6 vә 3 növ 4x4 tәkәr formullu zirehli nәqliyyat vasitәlәrimizi, habelә tırtıllı zirehli döyüş maşınımızı nümayiş etdirdik. Onların arasında 90 mm COCKERILL CSE 90LP qüllә sisteminә malik AKREP II zirehli kәşfiyyat, müşahidә vә silah platforması maşını; 30 mm MIZRAK qüllә sisteminә malik zirehli ARMA 8x8 piyadanın döyüş maşını; 30 mm MIZRAK qüllә sisteminә malik zirehli TULPAR tırtıllı piyadanın döyüş maşını; COBRA II zirehli personal daşıyıcısı; COBRA II MRAP minaya qarşı qorumalı avtomobili; ARMA 6x6 zirehli personal daşıyıcısı yer alır. Burada ön plana çıxardığımız ma şın - larımızdan biri dә “Rabdan” (“Otokar” vә BƏƏ-nin “EDGE Group” şirkәtinin birgә müәssisәsi olan “Əl Jasoor” şirkәtinin BƏƏ Silahlı Qüvvәlәri üçün ARMA 8x8 әsasında istehsal etdiyi - red.) trans - portyorudur. “Rabdan” 8x8 tәkәr formullu vә amfibiya xüsusiyyәtinә malik maşındır. 30 mm-lik döyüş modullu ilә silahlanan “Rabdan” transportyorumuz vә 8x8 tәkәr formullu tәcili yardım ma şınımız çöldә açıq sahәdә partnyorumuz “EDGE Group”un stendindә nümayiş etdirilir. Bildiyiniz kimi, IDEX beynәlxalq iştirakçılar üçün açıq sәrgidir. Buraya Cәnubi Amerikadan Uzaq Asiyaya, Afrikadan Avropaya qәdәr bütün ölkәlәrin nümayәndә heyәtlәri gәlir. Ona görә dә, yeni mәhsullarımızı müxtәlif coğ ra fi - yalarda, fәrqli ehtiyacları olan bütün istifadәçilәrimizә göstәrmәkdәn vә onlarla görüşmәkdәn çox mәmnunuq. – IDEX-2023 sәrgisindә AKREP zirehli avtomobil ailәsinin hansı ver - iyası nümayiş olunur? – Burada nümayiş olunan AKREP zirehli avtomobilinin dizel versiyasıdır. AKREP-in elektrik variantını ilk dәfә Türkiyәdә nümayiş etdirmişik. Gәlәn il onun hibrid versiyasını da nümayiş etdirәcәyik. Hibrid avtomobilimiz hazırda sınaqdan keçirilir. Nәhayәt, hәr ikisinin birlәşmәsi hibrid olacaq. Bu, kәşfiyyat maşını olduğu üçün son güc paketimizin hibrid olacağını düşünürük vә hazırda onun üzәrindә işlәyirik. – 2021-ci ildә Estoniyanın “Milrem Robotics” şirkәti ilә insansız hәrbi maşınların birgә istehsalına dair әmәk - daşlıq müqavilәsi imzaladınız... – Bәli, “Otokar” şirkәti müasir orduların vә tәhlükәsizlik qüvvәlәrinin mövcud vә gәlәcәk ehtiyaclarını nәzәrә alaraq quru sistemlәrindә modern hәllәr tәqdim etmәyә davam edir. Bu çәrçivәdә “Milrem Robotics” ilә әmәkdaşlığımızı elan etmәkdәn mәmnunuq. “Otokar”ın Azәrbaycanda servis mәrkәzi yaratmaq istәyir ?Zaur Babaşov Türkiyәnin әn böyük özәl sәrmayәli müdafiә sәnayesi şirkәti olan “Otokar” zirehli hәrbi texnikaların istehsalı vә ixracı sahәsindә liderliyini qoruyub saxlayır. Qlobal müdafiә sәnayesindәki mövqeyini hәr il daha yüksәk sәviyyәlәrә qaldıran “Otokar” şirkәtinin NATO vә BMT tәchizatçısı kimi 33 minә yaxın zirehli texnikası 40-dan artıq ölkәnin silahlı qüvvәlәri vә tәhlükәsizlik qurumlarında istifadә olunur. Hazırda “Otokar”ın hәrbi maşınları 60-dan çox son istifadәçi tәrәfindәn müxtәlif iqlim şәrtlәrindә vә müxtәlif coğrafi әrazilәrdә aktiv şәkildә xidmәtdәdir. Öz sinfindә dünyanın qabaqcıl maşınları arasında yer alan “Otokar” zirehli maşınları hәrәkәt imkanları, qoruma sәviyyәsi vә sağ qalma qabiliyyәti ilә diqqәt çәkir. POLİQON jurnalı olaraq “Otokar” şirkәtinin baş direktoru Sәrdar Görgüc ilә artan xәtt üzrә davam edәn inkişaf fәaliyyәtlәrindәn danışdıq. TULPAR TULPAR-S AKREP II COBRA II


zirehli maşınlarda üstün tәdqiqat vә inkişaf (TƏ-İN), mühәndislik vә sınaq qabiliyyәtlәrinin “Milrem Robotics”in avtonom, süni intellekt vә uzaqdan idarәetmә tәcrübәsi ilә birlәşmәsi nәticәsindә insansız vә uzaqdan idarә olunan quru sistemlәri sahәsindә әhә - miyyәtli inkişaflara nail olacağıq. Bu әmәkdaşlıq, әlavә olaraq “Otokar”ın insansız quru nәqliyyat vasitәlәri seqmentini qurmaqda bir addım daha irәli getmәyini tәmin edәcәk. – Bu yaxınlarda Türkiyәdә ARMA II-ni tәqdim etdiniz. Bu nәq - liyyat vasitәsi hansı üstün imkanlara malikdir? – ARMA transportyorundan sonra, “Otokar” olaraq daha yüksәk yükgötürmә qabiliyyәtinә vә mühafizә imkanlarına malik nәqliyyat vasitәlәri üzәrindә işlәyirdik. ARMA II nәqliyyat vasitәsi bunun әsasında ortaya çıxdı. ARMA II struktur baxımından ARMA-ya çox bәnzәyir. Ancaq, ARMA II sәlәfindәn fәrqli olaraq 40 tona qәdәr yükü götürә bilәn nәqliyyat vasitәsidir. Bildiyiniz kimi, ARMA transportyoru 30 ton yükgötürmә qabiliyyәti ilә mәhdudlaşır. ARMA II transportyorunun bütün sınaqları uğurla başa çatıb vә seriyalı istehsala tam hazırdır. ARMA II-nin әn böyük fәrqi odur ki, onun mühafizә imkanları daha üstündür, lakin amfibiya tipli deyil. Çünki o xüsusiyyәti 40 tonluq trasportyordan çıxardıq. O, amfibiya olmayacaq, lakin daha yüksәk mühafizәyә sahib olacaq. – “Otokar” zirehli texnikalarını analoqlarından fәrqlәndirәn xüsu - siyyәtlәri barәdә oxucularımıza qısa olaraq mәlumat vermәyinizi istәrdik. Rәqabәt üstünlüklәriniz hansılardır? – “Otokar” olaraq bütün mәh sul la - rımızda әn mühüm yanaşmamız mühәn - dislik baxımından dünyada bu sinifdә әn yaxşı mәhsulu istehsal etmәkdir. Biz әn yaxşı, әn yüksәk performanslı mәhsul hazırlamaq üçün çalışırıq. Mәqsәdimiz istifadәçilәrimizi yüksәk performanslı, yüksәk hәrәkәtli, yüksәk etibarlı vә yüksәk mühafizәli vasitәlәr ilә tәmin etmәkdir. Bunlar bizim әsas seçilәn xüsusiyyәtlәrimizdir. Amma bunları edәr - kәn bizim üçün çox vacib olan bir mәsәlә dә var ki, o da qiymәt xәrclәrinin aşağı olmasıdır. Ona görә dә “Otokar” olaraq biz bütün mәhsullarımızın mümkün qәdәr aşağı qiymәtә sahib olmasını, eyni zamanda yüksәk performans göstәrmәsini istәyirik. Burada xәrc dedikdә tәkcә alqı-satqı xәrclәri nәzәrdә tutulmur. Onun ömrü boyu orduya vә әsgәrә verәcәyi madditexniki yükün mümkün qәdәr az olması, az texniki xidmәt vә bunun üçün az müddәt tәlәb etmәsi, etibarlı vә hәr zaman xidmәtә hazır olması kimi xarakterizә edә bilәrik. COBRA ARMA 6x6 ARMA 8x8


– Müşahidәlәrimiz göstәrir ki, “Otokar” günü-gündәn әhatә dairәsini ge nişlәndirir. Hәll tәrәfdaşlarınızı se - çәr kәn hansı meyarları nәzәrә alırsınız? – Hәll partnyorlarını seçәrkәn, uzun - müddәtli perspektivdә bizә dәstәk olacaq, strateji cәhәtdәn bir yerdә ola bilәcәyimiz, bizi uzun müddәtdә etibarlı vә keyfiyyәtli materiallarla vaxtında tәmin edә bilәcәk, dünya miqyasında rәqabәtәdavamlı gücü olan şirkәtlәrlә strateji әlaqәlәr, tәrәf - daşlıqlar qururuq. Çünki biz irәli gedәndә on lar da bizimlә irәliyә gedәcәk, bizi geri çәkmәyәcәklәr. Bu çәrçivәdә strateji әmәk daşlıqlara hәr zaman açığıq vә әmәk - daşlıq şәbәkәsini genişlәndirmәk istәyirik. – Sәrdar bәy, rәhbәrlik etdiyiniz şirkәtin hazırda önәm verdiyi vә prio - ritet seçdiyi layihәlәr hansılardır? – Bildiyiniz kimi, “Otokar” dövriy - yәsinin tәxminәn 8% hissәsini tәdqiqat vә inkişaf (TƏ-İN) üçün ayırır. Buna görә dә hәrbi mәhsullarla bağlı bir çox sahәdә hәm alt sistem, hәm dә üst sistem sәviy - yә sindә yeni araşdırma vә inkişaf çalış - maları edirik. Bu istiqamәtdә “Otokar” olaraq üzәrindә işlәdiyimiz yeni layi - hәlәrimiz var. Bu yeni mәhsullarımız hazır olduqca, onları sizinlә paylaşıb ic ti - maiyyәtә elan edirik. Bizim üçün әn vacib mәsәlә istifadәçilәrimizin yeni yaranan ehtiyaclarına uyğun, onlara yeni mәhsullar tәklif etmәkdir. – Gәlin, bir qәdәr dә “Otokar”ın ixrac coğrafiyası haqqında danışaq. – “Otokar”ın ixrac coğrafiyası bütün dünyadır. Zirehli maşınlarımızı beş qitәnin bütün ölkәlәrinә satmaq vә onların eh - tiyaclarını ödәmәyi hәdәflәyirik. Nәq - liyyat vasitәlәrimizin bütün ölkәlәrdә fәaliyyәt göstәrmәsini istәyirik. Ona görә dә dünyanın hәr yerindә ehtiyacı olan ölkәlәrlә әlaqә saxlayır, mәhsullarımızı tanıtdırır vә uğur qazanmağa çalışırıq.


– “Otokar” Yaxın Şәrq regionuna xüsusi önәm verir... – Bәli, bu region bizim üçün çox önәmlidir. Ətraf ölkәlәrdә çoxlu mәhsullarımız var. Bundan başqa, bütün ölkәlәr BƏƏ-dә sәrgiyә qatıldığına görә, IDEX bizim üçün daha vacibdir. Əvvәldә dә qeyd etdiyim kimi, burada “Al Jassor” adlı birgә şirkәtimiz var. Hәlәlik burada RABDAN layihәsini hәyata keçiririk. Əslindә bizim böyük planlarımız var. BƏƏ-nin “EDGE Group” şirkәti ilә “Al Jassor” birgә müәssisәmizi daha da genişlәndirmәk istәyirik. O cәhәtdәn bizi burada yerli şirkәt hesab etmәk olar. – Azәrbaycanda da “Otokar” zirehli maşınları sıralarını genişlәndirmәkdә davam edir. Bәs, Azәrbaycanda necә, birgә istehsal planlarınız varmı? – Bilirsiniz, Azәrbaycanda uzun müddәtdir ki, “Otokar” zirehli maşınları var vә onlardan uğurla istifadә edirlәr. Biz dә lazım olanda hәmin texnikalara hәr cür logistik dәstәyi veririk vә onların döyüşә hazır olması üçün әlimizdәn gәlәni edirik. Birgә işlәrә gәlincә, birinci mәq - sәdimiz Azәrbaycanda yaxşı texniki xid - mәt, keyfiyyәtli servis vә logistika dәstәyi göstәrә bilәcәk infrastruktur yaratmaqdır. Ümid edirik ki, yaxın günlәrdә onları yaratmaq mәrhәlәsinә çatacağıq. – “Otokar”ın 2023-cü il üçün hә - dәflәri, planları vә gözlәntilәri nәlәrdir? – 2022-ci ildә müxtәlif ölkәlәrlә satış müqavilәlәri bağlamışıq. 5-6-dan çox ölkәdәn sifarişimiz var. Mәqsәdimiz si - farişlәrin hamısını vaxtında, gecik dir - mәdәn, münasib olan yerlәrә çat dır maq - dır. Bu il istehsal planımızda hәm 8x8, hәm dә 4x4 mәhsullarımız var. Mәh sul la - rımızı onların hamısına uğurla çatdırmağı vә istifadәlәrinә vermәyi hәdәflәyirik. – “Otokar” zirehli maşınları bir çox ölkәdә, o cümlәdәn Qazaxıstanda sınaq dan keçirilib. Bildiyimiz qәdәr, COBRA II, TULPAR vә ARMA oradaki sınaqlardan uğurla keçib vә rәqiblәrindәn üstün olaraq qiymәt - lәndirilib. Hazırda, sonuncu mәrhәlәdә vәziyyәt nә yerdәdir? – Dediklәriniz düzdür. Qazaxıstan böyük coğrafiya vә çox böyük ölkәdir. Orada 4x4 tәkәr formuluna malik COBRA II zirehli avtomobilimiz, ARMA trasportyorumuz vә “Tulpar” tırtıllı zirehli döyüş maşınımız yay vә qış sınaqlarından uğurla keçdi. Biz tәkcә әrazi vә etibarlılıq testlәri yox, hәm dә atış sınaqları keçirdik vә bütün sınaqlar çox uğurlu alındı. Qazax operatorları artıq bunları qiymәtlәndirir. Tәbii ki, bu bir prosesdir. Ümid edirik uğur qazanacağıq. – Bu gün IDEX-2023 sәrgisinin 4-cü günündәyik. Bu sәrgini necә qiymәt - lәndirirsiniz? – Bu sәrgini çox bәyәnirik. Bura kifayәt qәdәr böyük nümayәndә heyәti gәlib. Sәbәblәrdәn biri odur ki, burada tәşkilatçılıq çox yüksәk sәviyyәdәdir. Tәşkilatdan gәliş-gediş kimi göstәrilәn xidmәtlәr, o cümlәdәn sәrgidә göstәrilәn xidmәtlәr çox yaxşıdır. Uzun illәrdir müxtәlif ölkәlәrdә sәrgilәrdә iştirak edirik. Müqayisә üçün deyәrdim ki, bu sәrgi çox mütәşәkkil tәşkil olunub. Yaxşı tәşkil olunmuş sәrgi olduğu üçün burada dünya sәviyyәsindә iştirak var. IDEX-dә dünyanın hәr yerindәn nümayәndә he - yәtlәri var. Ona görә dә IDEX yerli deyil, beynәlxalq sәrgidir. Burada olduğumuz vaxtda çox mәhsuldar, sıx vә hәr kәsi görә bilә cәyimiz bir mühit tәmin edilir. Be - lәliklә, biz burada iştirak etmәkdәn şadıq. – Sәrdar bәy, IDEX-2023 sәrgisindә yeni müqavilә imzaladınızmı? – Bu sәrgidә yeni müqavilә imza - lamamışıq. Amma burada bir çox isti - fadәçimizlә, tender proseslәri davam edәn ölkәlәrin nümayәndә heyәtlәri ilә görüşlәr keçirdik, yeni ehtiyacları öyrәnmәk üçün çoxlu danışıqlar apardıq. Biz gәlәcәyә hazırlaşmaq üçün buradayıq. Burada yeni müqavilәnin imzalanmasını gözlәmirik. Dәyәrli vaxtınızı bizә ayırdığınız üçün tәşәkkür edirik! 27 Yuxarıda: Azərbaycan Daxili Qoşunlarının COBRA zirehli trasportyoru Şuşa şəhərində xidmətdə. Aşağıda: Soldan sağa COBRA II və AKREP II zirehli nəqliyyat vasitələri.


Müxtәlif növ raketlәr, reaktiv silahlar, atış vә hәrәkәt sistemlәri ilә birlikdә idarә olunan döyüş sursatları, isti qa mәtlәndirmәidarәetmә sistemlәri, döyüş başlıqları, mexaniki hissәlәr, alqoritm vә proqram tәminatını ha zır layan vә istehsal edәn “Roketsan” şirkәti onları quru, hava vә dәniz platformaları ilә birlәşdirir. Eyni zamanda, bu sistemlәrә maddi-texniki dәstәk verir, raket yanacağı istehsal edir, ballistik mühafizә layihәlәri hazırlayır vә hәyata keçirir, elәcә dә öz müәssisәlәrindә kosmik raketlәri işlәyib hazırlayır. “Roketsan” raketlәrinә xüsusi maraq IDEX-2023-dә “Roketsan”ın sәr - gilәdiyi yeni “Levent” hava hücumundan müdafiә sistemi, “Çakır” qanadlı raketi, “Sungur” zenit raketi, habelә L-UMTAS, OMTAS vә KARAOK tank әleyhinә raket sistemlәri, MAM ailәsindәn MAM-L, MAM-C vә MAM-T mini ağıllı sursatları, “Teber” tuşlama dәsti, o cümlәdәn “Atmaca”, TRG-300, TRLG-230 raketlәri ziyarәtçilәr tәrәfindәn maraqla qarşılanıb. “Roketsan” stendini ziyarәt edәn nü - mayәndә heyәtlәrinә nümayiş olunan mәh - sullar haqqında әtraflı mәlumat verilib. Bunlar arasında, IDEX-2023-dә ilk dәfә nümayiş etdirilәn “Levent” qısa mәnzilli hava hücumundan müdafiә (HHM) sisteminә xüsusilә böyük diqqәt vә maraq göstәrilib. “Roketsan”ın әn yeni mәhsulu olan “Levent” ilk dәfә Türkiyәdә keçirilmiş IDEF-2021 sәrgisindә tәqdim olunub. Əsasәn dәniz platformalarına, suüstü gәmilәrә yaxın hava tәhlükәsizliyi tәmin edәcәk “Levent” sistemi Türkiyә Hәrbi Dәniz Qüvvәlәrinin (HDQ) ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. “Roketsan” şirkәti onun inkişaf etdirilmәsindә “Sungur” vә “Hisar” HHM sistemlәrindәn qazanılan tәcrübәdәn istifadә edib. “Levent” HHM sistemi hava hücumundan müdafiә layihәlәri çәrçivәsindә inkişaf etdirilәn sensor texnologiyaları (axtarış başlığı, RF sensorları vә s.) ilә tәchiz olunub. O, “Sungur” raketidәn başqa, digәr yaxın mәnzilli zenit raketlәrindәn istifadә edәcәk imkanlara malikdir. Belәliklә “Levent” istifadәçiyә fәrqli raketlәri tәk silah sistemi vasitәsilә atmaq imkanı verir. Gәmilәrin döyüş idarәetmә sis teminә tam inteqrasiya oluna bilәn “Levent” sistemi “Tәhlükәlәrin Qiy mәtlәndirilmәsi vә Silahların Yer lәş dirilmәsi Alqoritmi”nә sahib avtomatik atәş rejminә, “at-unut” prinsipinә, RF passiv sensora, infraqırmızı arayıcı başlıq texnologiyasına malikdir. HHM sistemi istifadәçini 360 dәrәcә atış qabiliyyәti vә tez reaksiya vermәk bacarığı ilә tәmin edir. Sistemin әsas üs tün - lüklәrindәn biri onun mexaniki, yarı avtomatik vә tam avtomatik işlәmә rejmlәrinә sahib olmasıdır. “Levent” sisteminin ilkin olaraq Türk Tipi Hücum Botu (TTHB) layihәsi çәrçivәsindә Türkiyә Hәrbi Dәniz Qüvvәlәri üçün STM şirkәti tәrәfindәn inşa edilәcәk katerlәrә qu - raşdırılarılması planlaşdırılıb. 28 www.poliqon.az ROKETSAN ilә TAWAZUN birgә әmәkdaşlığa imza atdı “Roketsan” şirkətinin PR işləri üzrə direktoru Mustafa Odabaş “Levent” HHM sistemi haqqında ziyarətçilərə məlumat verərkən Türkiyәdә inkişaf etdirdiyi yeni texnologiyalarla döyüş meydanında yeni konsepsiyalar yaratmağa davam edәn “Roketsan” şirkәti Əbu-Dabidә keçirilәn IDEX-2023 sәrgisindә özünün yerli vә milli imkanlar hesabına hazırladığı qabaqcıl raket sistemlәrini nümayiş etdirib.


IDEX-2023-dә nümayiş etdirilәn yeni “Çakır” qanadlı raketi quruda, dәnizdә vә havada әmәliyyat çevikliyi tәmin edir. Tәyyarә vә helikopterlәrdәn, pilotsuz uçuş aparatlarından (PUA), o cümlәdәn taktiki tәkәrli yerüstü nәqliyyat vasitәlәri vә suüstü platformalardan atıla bilәn “Çakır” raketi istifadәçiyә quru vә dәniz hәdәflәrinә qarşı әmәliyyat baxımından geniş alternativlәr tәklif edir. 150 kilometrdәn artıq atış uzaqlığına malik “Çakır” qanadlı raketinin әsasәn suüstü hәdәflәrә, sahilә yaxın quru vә suüstü hәdәflәrә, habelә strateji quru hәdәflәrinә, sahә hә dәflәrinә vә mağaralara qarşı tәtbiq edilmәsi nәzәrdә tutulub. Sәrgidә tәqdim olunan “Sungur” zenit raketi PUA, reaktiv tәyyarә vә heli kop - terlәrә qarşı tәsirlidir. “Sungur” raketinin buraxıcı qurğusu portativ xüsusiyyәti ilә yerüstü, hava vә dәniz platformalarına inteqrasiya oluna bilәr. “Sungur” zenitraket kompleksi (ZRK) hava elementlәrinә qarşı effektivliyi vә yüksәk manevr imkanı, yüksәk hәdәfvurma bacarığı vә әks tәdbir xüsusiyyәti, titan döyüş başlığı vә hәdәfin uzun mәsafәdәn müşahidәsini tәmin edәn nişangah qabiliyyәti ilә öz sinfini önlәyәn bir sistemdir. Düşmәnin 4+ km hündürlükdә vә 8 km mәsafәdә uçan hәdәflәrinin mәhv edilmәsini tәmin edir. Sәrgidә nümayiş etdirilәn OMTAS orta mәnzilli tank әleyhinә raket sistemi döyüş meydanındakı zirehli tәhdidlәrә qarşı tәsirlidir. Raket, gecә-gündüz vә hәr cür hava şәraitindә infraqırmızı özütuşlama başlığı sayәsindә işlәyә bilir. Orijinal vә yeni nәsil quruluşu ilә seçilәn OMTAS kompleksi, әsasәn tam ölçülü raketi, atәş platformasını, atәşi idarәetmә bloku - müşahidә blokunu vә idarәetmә blokunu özündә birlәşdirir. Raketin atış mәsafәsi 200-4000 metr, istifadә hündürlüyü 300- 3000 metrdir. OMTAS reaktiv zirehә qarşı tandem; yüksәk partlayıcı qәlpәli; termobarik döyüş başlıqları ilә dәstlәşdirilir. Lazerlә idarә olunan L-UMTAS uzun mәnzilli tank әleyhinә raket sistemi atәşdәn әvvәl vә sonra hәdәflәrә havadan yerә kilidlәnә bilir. Yarıaktiv lazerlә idarә olunan raket, istifadә olunan döyüş başlığından asılı olaraq zәrbә helikopterlәrindәn vә yerüstü tex nikalardan atıla bilir. Əsas döyüş tankına, zirehli transportyora, yük maşınına, yüksәk keçidlikli nәqliyyat vasitәsinә, sәngәrә, binaya, aşağı hün - dürlükdә uçan helikopterlәrә qarşı tәtbiq edilә bilir. Sistemin tapşırıqları gecәgündüz yerinә yetirә bilmәk, yüksәklik arxasından asma atışın aparılması, sabit vә hәrәkәtli hәdәflәrә qarşı istifadә etmәk imkanı kimi özәlliklәri var. Atış mәsafәsi 500-8000 metr tәşkil edir. “Roketsan”ın IDEX-2023-dә sәr - gilәdiyi “Atmaca”, gәmi әleyhinә raketlәrin yeni nәsli sayılır. “Sәth-sәth” tipli bu raket, aşağı radar izinә, yüksәk dәqiqlikliyә, hәdәflәri yenilәyә bilmә, yenidәn hücum vә tapşırığın lәğvi, habelә hәr cür hava şәraitindә missiyanın icrasına, hәrәkәtli vә sabit tәhlükәlәri zәrәrsizlәşdirmәk imkanına sahibdir. Sәsdәn sürәtli “Atmaca” raketi qatı yanacaqla işlәyәn turboreaktiv mühәrriklә tәchiz edilib. 2020-ci ilin iyul ayında keçirilәn sınaqlar zamanı “Atmaca” raketi 200+ km mәsafәdәki hәdәfi yüksәk dәqiqliklә vuraraq funksiyalarını mü - kәmmәl formada yerinә yetirib. 2021-ci ilin dekabr ayında Türkiyә Hәrbi Dәniz Qüvvәlәrinin (HDQ) silahlanmasına verilib. “Roketsan” ilә “Tawazun” әmәk - daşlığa başlayır IDEX-2023 sәrgisinin ikinci günü Türkiyәnin “Roketsan” şirkәti ilә Birlәşmiş Ərәb Əmirliklәrinin (BƏƏ) “Tawazun” şurası arasında anlaşma memorandumu imzalanıb. Memorandum çәrçivәsindә BƏƏ-nin Silahlı Qüvvәlәrinә tәklif olunması üçün yüksәk dәqiqlikli vә sürәtli raket sistemlәrinin inkişafı ilә bağlı hәr iki şirkәt tәrәfindәn re sursların ayırlması, qabaqcıl tex nologiyaların vә rәqa bәt - qabiliyyәtli sistem hәllәrinin hazırlanmasına dair sıx әmәkdaşlığın aparılması nәzәrdә tutulub. “Roketsan” şirkәtinin baş direktoru Murat İkinci yeni sazişin müdafiә sәnayesi sahәsindә Türkiyә ilә BƏƏ arasında qarşılıqlı әmәkdaşlığın sürәtlәndirilmәsinә gәtirib çıxaracağını deyib. Onun sözlәrinә görә, “Roketsan” ilә “Tawazun” şurasının birgә sәylәrinin yerli vә xarici istifadәçilәr üçün sübut edilmiş performansa malik yenilikçi vә etibarlı sistem hәllәri ilә nәticәlәnәcәyi gözlәnilir. M.İkinci bildirib ki, IDEX-2023 sәrgisindә imzalanmış memorandum bu mәqsәdә nail olmaq vә iki şirkәt arasında olan tәrәfdaşlığı güclәndirmәk istiqamәtindә mühüm addımdır. “Tawazun” şurasının Müdafiә vә Tәhlükәsizlik Sәnaye Mәsәlәlәri üzrә sektor müdiri Muammar Abdulla Abuşehab da yeni әmәkdaşlıqla bağlı fikirlәrini bölüşüb. M.Abuşehab bildirib ki, yeni imzalanan saziş “Roketsan” ilә tәrәfdaşlıq inkişafı üçün ilkin mәrhәlәdir. Onun sözlәrinә görә, bu, “Tawazun” şurasının uğurlu vә ciddi tәrәfdaşlıqlar qurmaq öhdәliyinә sübutdur. O, “Tawazun” ilә “Roketsan”ın gәlәcәkdә müdafiә ehtiyacları ödәmәk vә qabaqcıl texnologiyaları inkişaf etdirmәk üçün әmәkdaşlıq edәcәyini, tәrәfdaşlıqda әhәmiyyәtli uğura imza atacaqlarını deyib. PJ 29 Türkiyәnin “Roketsan” şirkәti ilә BƏƏ‑nin “Tawazun” şurası arasında anlaşma memorandumunun imzalanma mərasimi. Sazişi “Roketsan” şirkәtinin baş direktoru Murat İkinci və “Tawazun” şurasının Müdafiә vә Tәhlükәsizlik Sәnaye Mәsәlәlәri üzrә sektor müdiri Muammar Abdulla Abuşehab imzalayıb.


Bundan başqa, HAVELSAN sәrgidә avtonom platformalarını - buludaltı pilotsuz uçuş aparatını, yerüstü döyüş robotu vә insansız katerini nümayiş etdirib. Avtonom vasitәlәr ilә yanaşı, HAVELSAN simulyasiyaları da sәrgidә maraqla qarşılanıb. HAVELSAN-ın baş direktorunun beynәlxalq biznesin inkişafı vә marketinq üzrә kömәkçisi Şevket Ünal POLİQON jurnalına açıqlamasında sәrgidә tәqdim olunan ADVENT sisteminin Türkiyәdәn sonra İndoneziya vә Pakistana, daha sonra Nigeriya vә Ukraynaya ixrac olunduğunu vә gәmilәrә inteqrasiya edildiyini deyib. “Bu mәnada HAVELSAN hәqiqәtәn ADVENT dә daxil olmaqla digәr proqram tәminatlı döyüş idarәetmә sistemlәrinin ixracı vә inteqrasiyası baxımından dünyanın әn böyük şirkәtlәri arasında 3- cü vә ya 4-cü yerdә qәrarlaşıb. Son zamanlar, xüsusәn xaricdә fәaliyyәtimizi artırdıqca ADVENT sistemimiz daha çox tanınır vә müştәrilәrdәn onunla bağlı sifarişlәr dә gәlmәkdәdir”, - deyә Ş.Ünal vurğulayıb. Ş.Ünal bildirib ki, HAVELSAN tәrәfindәn IDEX-2023 vә NAVDEX2023-dә sәrgilәnәn yerüstü robotlar, insansız kater vә buludaltı PUA-nı Türkiyәdәki ekosistem tәrәfdaşları ilә birlikdә hazırlayıblar: “Əslindә, HAVELSAN bunların daha çox avtonom vә proqram tәminatı tәrәfindәdir. Biz onların qarşıdakı dövrdә sürü halında fәaliyyәt göstәrә bilmәsi üçün çalışırıq. Bu istiqamәtdә tәdqiqat vә inkişaf (TƏİN) fәaliyyәtlәrimiz davam edir. Digәr tәrәfdәn, HAVELSAN-ın informasiya texnologiyaları sahәsindә dә fәaliyyәtlәri var. Bunların arasında Azәrbaycanda da üzәrindә çalışdığımız bәzi proqram tәminatları var. Hansı ki, Ordunun ehtiyaclarını ödәyә bilәcәk. Biz bu sahәdә ixtisaslaşmışıq. Türkiyә NATO ölkәsi olduğu üçün NATO standartlarına uyğun mәhsul hazırlayırıq. Bütün keyfiyyәt standartlarının hamısı NATO tәlәblәri әsasında aparılır, mәhsul NATO standartlarında istehsal olunur. Son bir ildә Yaxın Şәrq regionunda daha intensiv fәaliyyәt göstәririk. Bölgәdә regional ofisimiz var. Bir әmәkdaşımız hәm Omana, hәm dә Birlәşmiş Ərәb Əmirliklәrinә (BƏƏ) davamlı olaraq gedib-gәlir. Eyni zamanda, bir neçә aydır ki, Sәudiyyә Ərәbistanı ilә sıx әlaqәmiz var. Qәtәr ilә münasibәtlәr hәmişә yaxşı olub. Bundan әlavә, Küveytlә uzun illәrdir ki, işlәyirik. Bu ölkәlәrin ortaq nöqtәsi әslindә dәniz layihәlәrindә ehtiyaclarının olması idi. HAVELSAN olaraq bu ehtiyacları qarşıladıq vә NAVDEX-2023- dә stendimizi açmağı uyğun gördük. Bura adlarını çәkdiyim bütün ölkәlәrin Hәrbi Dәniz Qüvvәlәri komandanlıqlarından müxtәlif vәzifәli insanlar gәldi. Onlara döyüş idarәetmә sistemlәrimiz vә insansız dәniz vasitәlәri haqqında mәlumat verdik. Ümid edirik ki, bu il hәm BƏƏ-dә, hәm dә Omanda yeni layihәlәrә başlayacağıq. Digәr tәrәfdәn, Qәtәr, Küveyt, Sәudiyyә Ərәbistanı ilә daim müzakirәlәr aparırıq. Burada yaxşı irәlilәyişlәr olacaq”. Ş.Ünal qeyd edib ki, bu sәrgiyә gәlmәzdәn bir neçә ay әvvәl BƏƏ-nin mühüm sәnaye şirkәtlәrindәn biri olan “International Golden Group” (IGG) ilә ilkin razılaşmalar vә danışıqlar aparıblar. Sәrgi çәrçivәsindә IGG ilә HAVELSAN arasında әmәkdaşlıq memorandumu da imzalanıb. Bununla, IGG vә HAVELSAN şirkәtlәri BƏƏ Hәrbi Dәniz Qüvvәlәrinin proqram tәminatı sahәsindә olacaq ehtiyaclarını birgә qarşılayacaq. IGG vә HAVELSAN gәlәcәkdә bu anlaşma 30 www.poliqon.az HAVELSAN Azәrbaycan Ordusunun ehtiyaclarına uyğun proqram tәminatları üzәrindә çalışır Türkiyә Silahlı Qüvvәlәrinin Güclәndirmә Fonduna daxil olan vә ölkәnin әn böyük texnologiya şirkәtlәrindәn sayılan HAVELSAN şirkәti IDEX-2023 vә NAVDEX-2023 sәrgilәrindә Hәrbi Hava Qüvvәlәrinin mәlumat sistemi - döyüş idarәetmә (HvBS-MY) sisteminin, habelә C4ISR proqram tәminatlı hәllәrinin tәqdimatını keçirib. Habelә, HAVELSAN stendini ziyarәt edәn nümayәndә heyәtlәrinә Hәrbi Dәniz Qüvvәlәrinin ehtiyacları üçün ADVENT döyüş idarәetmә sistemi haqqında әtraflı mәlumat verilib. HAVELSAN-ın “Barkan” vә “Kapgan” yerüstü robotları


memo randumunu layihәyә çevirmәyi planlaşdırır. Sәrgidә IGG stendindә HAVELSAN-ın “Barkan”, “Kapgan” yerüstü robotları vә buludaltı BAHA pilotsuz uçuş aparatı (PUA) sәrgilәnib. HAVELSAN orta vә ağır seqmentdәki yerüstü döyüş robotu olan “Kapgan”ı ilk dәfәdir ki, ölkә xaricinә çıxarıb. Əslindә “Kapgan”ın bazara çıxarılma müddәti çox da uzun deyil. Şirkәt onu ilk dәfә keçәn il SAHA EXPO sәrgisindә nümayiş etdirib vә tez bir zamanda satışa çıxarıb, tәqdimat işlәrini aparır. Ş.Ünal IGG-nin layihәlәr icra etdiyi ölkәlәrә birlikdә gedәrәk bu mәhsulun tәqdimatının keçirilmәsi kimi planları olduğunu deyib. “Müştәrilәrimizә tәklif edirik ki, istәsәlәr bu mәhsulları birgә istehsal edә bilәrik, müәyyәn çәrçivәdә proqram tәminatını kodları ilә birlikdә onlara transfer dә edә bilәrik. Başqa sözlә, biz digәr Qәrb ölkәlәrinin şirkәtlәrinin etmәyәcәyi әmәkdaşlıq qapılarını onlara açmaq imkanımız var. Bu, onlara mәhsulu bütün sәlahiyyәtlәrlә istifadә etmәyә vә lazım gәldikdә yeni silah sistemlәrini inteqrasiya etmәyә imkan verir vә bu, davamlı ola bilәr. Yәni bu gün “Barkan”a robot qolu, silah sistemi, raket sistemi vә KBRN cihazları quraşdıra bilәrlәr. Amma, ola bilsin ya sabah, ya da nә vaxtsa başqa ehtiyac yaransın. Onda biz yeni “Barkan”ı yox, yalnız onlar üçün xüsusi vә lazım olan faydalı yükü burada istehsal edә bilәrik. Biz bu mәsәlәyә daha mülayim yanaşırıq. HAVELSAN müxtәlif ölkәlәrdә, müxtәlif şirkәtlәrlә birgә istehsala hazırdı. Burada vacib meyar şirkәtlәrin maliyyә vә insan resursları gücünә malik olması vә ölkәdә tanınmış keyfiyyәtli şirkәt olmasıdır. Eyni şәkildә qardaş ölkә Azәrbaycanda da bu mәsәlәni daha yaxşı araşdırmaq lazımdır. Sanki bu mәsәlә ilә bağlı işlәr Azәrbaycanda bir az lәng gedir, çünki biz Azәrbaycanda son istifadәçi ilә birbaşa görüşürük. Buna baxmayaraq, Azәrbaycanda bәzi şirkәtlәr dә işә qarışmalıdır. Çünki nәticәdә yerli işçi qüvvәsinin bir hissәsi Azәrbaycandan gәlmәlidir. İndi burada bölgәyә baxdığımızda - Sәudiyyә Ərәbistanı, Birlәşmiş Ərәb Əmirliklәri vә s. onlar hәmişә yerlilәşmә vә millilәşdirmәni öz visonları olaraq seçiblәr. Hәm BƏƏ, hәm dә Sәudiyyә Ərәbistanı tәrәfi deyir ki, “sәndәn bir şey alsam, әvәzindә mәnә nә verәcәksәn”? Texnologiya transferi, yerli işçi qüvvәsinin vә gәnclәrin yetişdirilmәsini, habelә ölkәyә sәrmayә qoyulmasını istәyir. Biz dә bu baxımdan, әlimizdәn gәlәn dәstәyi göstәrmәyә çalışacağıq. Yetәr ki, işlәmәyә layihә olsun, bir az irәlilәyәk. Nәticәdә başqa ölkәlәrә ge dә - cәk layihәlәrin Türkiyәyә yönәldilmәsinә çalışırıq”, - deyә Ş.Ünal bәyan edib. Onun sözlәrinә görә, HAVELSAN qardaş vә dost ölkәlәr başda olmaqla, xüsusilә Asiya-Sakit Okean, Mәrkәzi Asiya, Yaxın Şәrq vә Afrikada sürәtlә böyümәyә davam edir. Şirkәtin mәqsәdi fәrqli ölkәlәrә müxtәlif hәllәr tәqdim edәrәk xaricdә Türkiyәdә olandan daha çox böyümәkdir. “Birlәşmiş Ərәb Əmirliklәri vә bu ölkәdәki, әvvәllәr bizimlә mәsafә saxlayan şirkәtlәr birdәn-birә bizә qapılarını aç - dılar. Çünki iki ölkә arasında münasibәtdә bundan әvvәl baş verәnlәrin yanlış ol du - ğunu artıq hamı görüb. Xüsusilә Türkiyә müdafiә sәnayesinin sәriştәlәrinin vә keyfiyyәtinin Qәrb ölkәlәrindәn geri qalmadığını, Türkiyә müdafiә sәnayesi şirkәtlәrinin müştәrilәrinә daha çox şey tәklif edәcәyini gördülәr. 2023-cü ildә bir çox fürsәtlәrin layihәlәrә çevrildiyinin birlikdә şahidi olacağıq. Biz bu әmәkdaşlığı hәm Hәrbi Hava Qüvvәlәrindә, hәm Quru Qo - şunlarında, hәm dә Hәrbi Dәniz Qüvvәlәrindә görәcәyik. HAVELSAN olaraq komanda idarәetmә sistemlәri, avtonom sistemlәr vә simulyasiyalar kimi 3 fәrqli sahәdә әmәkdaşlıq edәcәyik. Sәrgidә gördüyünüz kimi, Türkiyәdәn Əbu-Dabiyә 60-dan çox şirkәt gәlib. Yәni Avropada, xaricdә çoxlu sәrgilәrә qatılım olub, amma mәncә heç birindә 60 şirkәt olmayıb. Bu, tәbii ki, keçәn ildәn başlayan isti münasibәtdәn, әlaqәlәrin normallaşmasından vә qarşılıqlı qapıların açılmasından asılıdır. Sonda bir daha qeyd etmәk istәyirәm ki, HAVELSAN-ın proqram tәminatı, inteqrasiya, simulyasiyalar vә avtonom platformalar da daxil olmaqla bir çox sahәlәrdә 40 illik bir tәcrübәsi var. Bizim mәqsәdimiz ilk növbәdә qardaş ölkәlәr, onların orduları vә yerli şirkәtlәri ilә birlikdә inkişaf etmәkdir. Tәbii ki, bu sırada Azәrbaycan bizim üçün xüsusi yerdәdir. Azәrbaycan ilә daha çox әmәkdaşlıq etmәk, hәm imkanlarımızı oraya transfer etmәk, hәm dә oradakı şirkәtlәrin sәriştәsini artırmaq istәyirik. Eyni şәkildә Körfәz bölgәsindә dә bu tәlәb olunur. Ümid edirәm ki, gәlәcәkdә daha yaxşı işlәr görәcәyik”, - deyә Ş.Ünal vurğulayıb. PJ 31 BAHA pilotsuz uçuş aparatı HAVELSAN simulyasiya sistemlәri


Əsasәn mühәndis maşınları, tırtıllı vә tәkәrli zirehli döyüş maşınları üzәrindә işlәyәn FNSS şirkәtinin silah sistemlәri ilә bağlı da dizayn vә istehsal fәaliyyәtlәri var. Türkiyә Silahlı Qüvvәlәrinin әsas ehtiyaclarını, xüsusilә Quru Qoşunlarının lazımi ehtiyaclarını qarşılamaq üçün layihәlәr hәyata keçirәn FNSS ixrac layihәlәri çәrçivәsindә Malayziya, İndoneziya, Birlәşmiş Ərәb Əmirliklәri, Sәudiyyә Ərәbistanı, Filippin, Bәhreyn kimi ölkәlәrә dә mәhsul tәdarük edir. Eyni zamanda tәdqiqat vә inkişaf (TƏ-İN), yeni avtomobil konsepsiyası vә dizayn fәaliyyәtlәrini yerinә yetirir. Hәm dizayn, hәm istehsal, hәm dә texnologiya transferi ilә maraqlı ölkәlәrdә yerli istehsal pro - sesindә öndә gedir. FNSS şirkәtinin Orta vә Uzaq Şәrq proqramları direktoru Ceyhun Süer POLİQON jurnalına açıqlamasında ilk ixrac layihәlәrini 1997-ci ildә Birlәşmiş Ərәb Əmirliklәri ilә etdiklәrini vә bu çәrçivәdә tәhvil verilәn tırtıllı ZMA zirehli döyüş maşınlarına uzun illәr satış sonrası dәstәk dә verdiklәrini ifadә edib. Türkiyә ilә Birlәşmiş Ərәb Əmirliklәri (BƏƏ) arasında son illәrdә siyasi olaraq yaşanan problemlәrdәn sonra, münasibәtlәrin ötәn ildәn etibarәn getdikcә yaxşılaşmasını onların yenidәn bu bazarda yeni layihәlәri izlәmә nöqtәsinә gәtirdiyindәn danışıb. Onun sözlәrinә görә, FNSS tәmsilçilәri aradakı 3-4 illik fasilәdәn sonra hәm BƏƏ, hәm dә bölgәdәki digәr ölkәlәrin potensial zirehli maşın ehtiyacları üçün buraya gәlәn istifadәçilәri vә nümayәndә heyәtlәri ilә görüşlәr keçiriblәr. Onlar bu yeni dövrdә IDEX sәrgisini potensial layihәlәri müzakirә etmәk vә mәhsullarını potensial istifadәçilәrә tәqdim etmәk baxımından yaxşı fürsәt kimi görürlәr. C.Süer vurğulayıb ki, FNSS isti - fadәçinin istәk vә ehtiyaclarına uyğun xüsusi hәllәr hazırlayır: “Bu baxımdan tәxminәn 35 ildir hәm tırtıllı, hәm dә tәkәrli zirehli maşınlar sahәsindәki dizayn, istehsal, nou-hau vә texnologiya transferi qabiliyyәtimiz, habelә müvafiq ölkәlәrdә istehsal fәaliyyәti sahәlәrindәki tәcrübәlәrimiz bizim mühüm üs tün lük - lәrimizdәndir. Hәmçinin, bizim mәh sul - larımız hәr zaman sınaqdan keçirilmiş, әrazidә yoxlanılmış, istifadә edilmiş vә performansı qarantiya edilmiş av to mo - billәrdir. Belәliklә, bunlar bizim әsas ön plana çıxan xüsusiyyәtlәrimizdir”. FNSS-in nәqliyyat vasitәlәri vә müdafiә sistemlәrinә maraq böyükdür C.Süer bildirib ki, dünyada zirehli döyüş maşınları sahәsindә baş verәn proseslәri daim izlәyirlәr: “Eyni zamanda, fәaliyyәt göstәrdiyimiz ölkәlәrdә vә regionlarda istifadәçi ehtiyaclarını yaxından izlәyirik. Yeni texnologiyaların av to - mobillәrimizә inteqrasiyası üzәrindә - hәm nәqliyyat vasitәlәrinin texnoloji sәviyyәsini yüksәk tutacaq, hәm is - tifadәçinin ehtiyac vә istәklәrini әn yaxşı şәkildә qarşılayacaq, hәm dә sәrfәli şәkildә işlәyәcәk hәllәr üzәrindә çalışırıq. Biz potensial layihәlәr üzәrindә işlәmәyә davam edәrkәn, zirehli maşınlar sahәsindә gәlәcәk inkişafları vә tәlәblәri nәzәrә alaraq daxili tәdqiqat vә tәk - millәşdirmә işlәrimizi dә aparırıq. Bunlara mi sal çәksәk, mövcud nәqliyyat va - sitәlәrimizin imkanlarının artırılması, av - tonom insansız quru nәqliyyat va si tә - lәrinin vә hibrid elektromobillәrin ha zır - lanması üzәrindә işlәyirik”. C.Süer FNSS-in Türkiyә ilә yanaşı әsasәn Yaxın Şәrq, Uzaq Şәrq, o cümlәdәn Cәnub-Şәrqi Asiya bölgәlәrindә fәaliyyәt göstәrdiyini, son zamanlarda Latın Amerikası bazarında fәaliyyәtini artır - mağa başladığını deyib. Onun sözlәrinә görә, hazırda Latın Amerikası ölkәlәrindә ola bilәcәk potensial avtomobil layihәlәri üzәrindә işlәyirlәr. Azәrbaycanla bağlı görüşmәlәrә diqqәt çәkәn FNSS-in regional direktoru bildirib ki, Azәrbaycan FNSS ailәsinin çox dәyәr verdiyi dost ölkәdir: “Uzun illәr “biz birlikdә nә edә bilәrik” mövzusu әtrafında fәaliyyәtlәrimiz oldu. Vaxtilә Azәrbaycan Silahlı Qüvvәlәrinin eh - tiyaclarını qarşılamaq üçün onlarla görüşlәrimiz olub. Xüsusilә, 8x8 tәkәr formullu zirehli maşınlarla bağlı layihәlәrdә “birlikdә işlәyә bilәrikmi” deyә mü - zakirәlәr apardıq. Lakin, indiyә qәdәr heç bir fürsәt yaranmayıb. Amma qapımız hәr 32 www.poliqon.az FNSS “Samur” sәyyar üzәn hücum körpüsünü Azәrbaycana tәdarük edә bilәr IDEX-2023-ә geniş mәhsul portfeli ilә qatılan Türkiyәnin FNSS şirkәti sәrgidә hәm tәkәrli, hәm dә tırtıllı zirehli maşınlarını nümayiş etdirib. FNSS-in burada ön plana çıxan mәhsulları arasında “Pars” 8x8, 6x6 vә 4x4 tәkәr formuluna malik maşınları, İndoneziya şirkәti ilә birgә istehsalını reallaşdırdığı “Kaplan” orta ağırlıqlı tankı, habelә Türkiyә Hәrbi Dәniz Qüvvәlәri üçün hazırladığı vә yaxın gәlәcәkdә sifarişçiyә tәhvil verәcәyi ZAHA amfibiya tipli zirehli desant maşını yer alıb.


zaman azәrbaycanlı qardaşlarımız üşün açıqdır. Tәbii ki, gәlәcәk ehtiyaclar üçün birlikdә işlәmәk istәrdik”. FNSS SAMUR-un ixrac fәaliyyәti üzәrindә işlәmәyә davam edir C.Süer bir ara Azәrbaycan tәrәfinin FNSS-in SAMUR Sәyyar Üzәn Hücum Körpüsü ilә yaxından maraqlandığını, lakin bu istiqamәtdә irәlilәmәlәrin olmadığını qeyd edib. “Türkiyә Silahlı Qüvvәlәrinә dә tәhvil verdiyimiz vә istifadәdә olan sәyyar üzәn hücum körpü sistemi 8x8 tәkәr formullu avtomobil üzәrindә dizayn olunub vә istehsal edilib. Yerli imkanlar hesabına hazırlanan bu körpü sistemindәn müxtәlif formatlarda istifadә etmәk olur. Tәk körpü sistemi üzәrindә 15 ton ağırlığındakı nәqliyyat vasitәsini daşımaq mümkündür. İkili sistemdә bir әdәd әsas döyüş tankını daşımaq olar. Üçlü sistemdә tank evakuatoru üzәrindә bir әdәd tank daşınır. Bundan başqa bir neçәsini bir-birinә bağlayıb göl vә çaylar üzәrindә avtomobillәrin keçmәsi üçün 100-150 metr uzunluğunda körpü dә düzәldilir. Çox vacib istehkam maşınıdır. Ona görә dә, Azәrbaycana ehtiyac olarsa, tәbii ki, bu sahәdә birgә fәaliyyәt göstәrә bilәrik”, - deyә C.Süer bәyan edib. STA çox tәsirli tank qırıcısıdır FNSS-in hazırda davam etdirdiyi layihәlәrdәn danışan C.Süer bildirib ki, Türkiyә Müdafiә Sәnayesi Başqanlığının (SSB) rәhbәrliyi altında hәyata keçirilәn STA (Silah Taşıyıcı Araçlar) layihәsi çәrçivәsindә FNSS şirkәti tәrәfindәn istehsal olunan “Kaplan-STA” vә “ParsSTA” tanklarla mübarizә maşınlarının Silahlı Qüvvәlәrә tәdarükü davam edir: “Bu maşınların hәm tırtıllı (“KaplanSTA”), hәm dә 4x4 tәkәr formullu (“ParsSTA”) olanları var. Sözügedәn tanklarla mübarizә maşınlarının üzәrinә inteqrasiya edilәn, öz dizaynımız olan qüllә sistemimiz “Kornet” vә “Roketsan”ın OMTAS tank әleyhinә raketlәri ilә komplektlәşdirilib. İlk layihә çәrçivәsindә bu maşınların Türkiyә Silahlı Qüvvәlәrinә tәdarüklәrini tamamladıqdan sonra, әlavә sifarişlәr gәlib. Çünki Türkiyә Silahlı Qüvvәlәri bu maşınların performansından çox razıdır. Bu әlavә sifariş çәrçivәsindә istehsalımız davam edir”. PJ 33


Bu mәhsullar sırasında “Hisar A+”, “Hisar O+”, “Gökdeniz” vә KORKUT hava hücumundan müdafiә sistemlәri, habelә “Albatros-S” insansız kateri, KORAL elektron müharibә sistemi, mini EW (elektron müharibә) podu, SADAK ağıllı xarici asqı sistemi, “Tolun” miniatür bombası, o cümlәdәn ASELFLİR-500 elektro-optik kәşfiyyat müşahidә sistemi, İHTAR antidron sistemi, LGK-82 lazer yönlәndirmә dәsti, ATOM 35 mm ağıllı sursat vә digәrlәri yer alıb. “Hisar A+” vә “Hisar O+” zenit-raket komplekslәri (ZRK) ASELSAN vә “Roketsan” şirkәtlәri tәrәfindәn birgә hazırlanıb. “Hisar A+” tәyinatı üzrә aşağı yüksәklikdә, “Hisar O+” isә orta yük - sәklikdә uçan tәhdidlәri zәrәr siz lәşdirmәk üçün nәzәrdә tutulub. Müxtәlif hava şәraitindә xidmәt göstәrә bilәn hәm “HisarO+”, hәm dә “Hisar A+” tәyyarә, “havayer” tipli raket, qanadlı raket vә PUA-lar kimi tәhdidlәrin qarşısını almaq imkanlarına malikdir. “Hisar O+” ZRK-nin maksimal atәş mәsafәsi 25 km, “Hisar A+” ZRKnin isә 15 km tәşkil edir. Qırıcı tәyyarәni aşkaretmә vә müşayiәtetmә mәsafәsi “Hisar O+”da 40-60 km-ә, “Hisar A+”da 25 kmә bәrabәrdir. IDEX-2023-dә ön plana çıxarılan “Gökdeniz” yaxın mәsafәli hava hü - cumundan müdafiә (HHM) sistemi ASELSAN tәrәfindәn hazırlanmış ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qәlpәli atәş yığımı ilә әsasәn gәmi әleyhinә raketlәri mәhv etmәk üçün nәzәrdә tutulub. Bundan başqa, “Gökdeniz” HHM sistemi helikopter, tәyyarә, pilotsuz uçuş aparatı vә yerüstü nәqliyyat vasitәlәri kimi tәhdidlәrdәn gәmi müdafiәsini effektiv şәkildә hәyata keçirә bilir. “Gökdeniz” sistemi atış kontrol radarı vә elektro-optik sensorlarından ibarәt inteqrasiya edilmiş izlәmә platforması sayәsindә hәdәfi dәqiq izlәyә vә mәhv edә bilir. “Gökdeniz”in stabillәşdirilmiş silah qüllәsi 35 mm KDC-02 tipi iki lülәli silah sistemi ilә dәstlәşdirilib. Silah sisteminin maksimal atış tempi dәqiqәdә 1100 atәş tәşkil edir. “Gökdeniz” sistemi sursatlarla avtomatik qidalanma mexanizminә malikdir. ASELSAN tәrәfindәn nümayiş et - dirilәn “Albatros-S” insansız kateri axtarışxilasetmә, geniş әrazinin yoxlanması, müşayiәt, insan mövcudluğunun tәhlükәli olduğu әmәliyyatların yerinә yetirilmәsi üçün hazırlanıb. Tam avtonom vә yarı avtonom rejimdә fәaliyyәt göstәrә bilir. Uzaqdan idarәolunan “Albatros-S” dә - nizdәki hәdәfi aşkarlayır, müәy yәn lәş dirir, izlәyir vә kilidlәnәrәk fәrqli manevrlәr ilә ona yaxınlaşır. Eni 2 metr, uzunluğu isә 7.2 m olan “Albatros-S” insansız katerinin kütlәsi 1955 kq vә faydalı yük daşımaq bacarığı 250 kiloqramdır. Kater “sterndrive” tipli daxili dizel mühәrriki ilә tәchiz edilib ki, bu da ona 10 saat әrzindә dayanmadan fәa liyyat göstәrmәk imkanı verir. Qeyd edәk ki, “Albatros-S”in suüstü hәdәf plat - for ması kimi istifadә olunan “Albatros-T” vә “Albatros-K” adlı variantları da mövcuddur. Sәrgidә ziyarәtçilәrin әn çox maraq göstәrdiyi, ASELSAN tәrәfindәn hazırlanan SADAK ağıllı xarici asqı sistemi hava platformalarına daha çox kiçik ölçülü sursat daşımağa imkan verir. Sistem әsasәn, F-16 döyüş tәyyarәlәrinin “Blok 40” versiyasına quraşdırılmaq üçün nәzәrdә tutulsa da, onu “Hürjet” yüngül tәlim/döyüş, MMU vә F-35 döyüş tәyyarәlәrinә dә inteqrasiya etmәk mümkündür. Habelә, SADAK sistemi pilotsuz uçuş aparatlarına (PUA) da inteqrasiya edilә bilәr. Belә ki, ötәn ilin dekabr ayında ASELSAN istehsalı olan “Tolun” miniatür bombalarının yerlәşdirildiyi SADAK ağıllı xarici asqı sistemi vasitәsilә “Akıncı” PUA-nın atış sınaqları keçirilib. Boş kütlәsi 170 kq, dolu kütlәsi 710 kq olan SADAK sistemi 4 әdәd miniatür bomba daşıyır vә hәdәfә doğru buraxır. GPS/INS tuşlama dәstinә malik “Tolun” miniatür bombası ASELSAN vә TÜBİTAK SAGE mәrkәzi tәrәfindәn birgә hazırlanıb. Bomba 55 kilometr mәnzil daxilindә atıldıqda 1 metr qalınlığındakı betonu deşmәk vә içәridә partlamaq qabiliyyәtinә malikdir. Sәrgidә nümayiş olunan ASELFLIR500 kәşfiyyat, müşahidә vә hәdәflәmә sistemi PUA-lardan döyüş tәyyarәlәrinә qәdәr müxtәlif hava platformalarına quraşdırıla bilәr. Yüksәk performanslı 34 www.poliqon.az ASELSAN IDEX-2023-dә yeni mәhsullarını tanıtdı Birlәşmiş Ərәb Əmirliklәrindә keçirilәn IDEX-2023 sәrgisindә Türkiyәnin ASELSAN şirkәti müdafiә tәyinatlı yeni vә müasir mәhsullarını nümayiş etdirib. “Gökdeniz” HHM sistemi


kamerası ilә istifadәçiyә lazımi mü şa - hidәlәrin, kәşfiyyat işlәrinin aparılmasında üstün bacarıqlar verir. Çәkisi 57 kq olan ASELFLIR-500 sisteminin 25 kilometrә qәdәr mәnzildә lazer ilә mәsafәölçmә imkanı vә 360 dәrәcә bucaq altında fırlanma qabiliyyәti var. ASELSAN şirkәtinin nümayiş et dir - diyi İHTAR adlı antidron sistemi IDEX2023 sәrgisindә maraqla qarşılanıb. Şәhәrlәrdә vә açıq sahәlәrdә dron tәh - didlәrinә qarşı mübarizә aparmaq üçün әn son texnologiyalardan istifadә olunmaqla hazırlanmış İHTAR kompleksinә tәh did - lәrin müәyyәnlәşdirilmәsi vә izlәnilmәsi üçün radar, elektro-optik müşahidә cihazları, tәhdidin qarşısının alınması vә zә rәr siz - lәşdirilmәsi üçün radioelektron qarışdırma vә aldatma avadanlığı, habelә bütün bu avadanlıqların inteqrasiyasını tәmin edәn komanda-nәzarәt sistemi daxildir. Mülki vә hәrbi әhәmiyyәtli strateji müәssisәlәrin (elektrik stansiyaları, hava limanları, sәrhәd bölgәlәri, komanda vә qәrargah binaları vә s.) vә digәr yerlәrin qorunmasında istifadә üçün nәzәrdә tutulan İHTAR sisteminin sabit vә mobil konfiqurasiyaları mövcuddur. İHTAR sisteminә daxil olan radar real vaxt rejimindә, eyni zamanda birdәn artıq hәdәfi aşkarlayaraq onları izlәmәyә imkan verir. Gecә-gündüz vә müxtәlif hava şәrtlәrindә çalışan radiolokasiya qurğusu yüksәk dәqiqliyә vә 360º bucaq altında әrazini skan etmә xüsusiyyәtinә sahibdir. İHTAR sistemi tәhdidlәrin qarşısının alınmasında yenә ASELSAN-a mәxsus “Gәrgәdan” adlı radio-siqnal qarışdırıcılardan vә “Buqәlәmun” adlı aldatma sistemlәrindәn istifadә edir. PJ 2016-cı ildә MKE şirkәtinin aviasiya bombası gövdәlәrinin emalı tenderi ilә müdafiә sәnayesinә daxil olan “ASSAN Group” sonradan bununla bağlı sәr - mayәlәrini artıraraq bugünkü halına gәlib. Hazırda “ASSAN Group” şirkәti MK seriyalı aviasiya bombası gövdәlәri, habelә minaatan minaları, tank vә artilleriya sursatları gövdәlәri istehsal edir. Bundan әlavә, şirkәt minaatan sistemlәri üçün 60 mm, 80 mm vә 120 mm-lik minaatanlar istehsal edir. Hazırda Türkiyә qurumlarına tәhvil verdiyi müxtәlif silah qrupları var. “ASSAN Group” Türkiyәnin Gerede rayonunda Sursat Doldurma Müәs si sәsini istifadәyә verib. Müәssisәdә “ASSAN Group” tәrәfindәn istehsal edilәn bütün sursat qruplarının tam atış doldurulması işlәri görülәcәk. “ASSAN Group”un fәaliyyәt isti - qamәtlәrindәn vә hәyata keçirdiyi layihәlәrdәn POLİQON jurnalına danışan şirkәtin baş direktorunun kömәkçisi Toğrul Kәskin “ASSAN Group”un çox böyük makina parkının vә tәcrübәli tәdqiqatinkişaf (TƏ-İN) komandasının olduğunu deyib. Onun sözlәrinә görә, bu sahәdә böyük tәcrübәlәri var vә istehsal etdiklәri mәhsul qrupu ağır döyüş sursatları qrupu olduğu üçün bunların dünyada istehsalçıları çox deyil. Buna görә dә “ASSAN Group” bu mәhsul qrupunun tanınmış vә etibarlı oyun çularından biri hesab olunur. T.Kәskin bildirib ki, şirkәtin әsas hәdәfi yaxın üç ay әrzindә doldurma müәssisәsi ilә bağlı proseslәri başa çatdırmaq vә tam atış sursatı istehsal edәrәk bazara tәqdim etmәkdir. O, “ASSAN Group” şirkәtinin hazırda müdafiә sәnayesi sahәsindә xüsusilә Körfәz regionu, Mәrkәzi Avropa vә Cәnubi Amerikada beynәlxalq müştәri qrupu olduğunu qeyd edib. T.Kәskin vurğulayıb ki, Azәrbaycanla bağlı mühüm layihәlәri var: “Türkiyәnin hәr bir vәtәndaşı kimi, azәrbaycanlı qardaşlarımız bizim üçün çox әzizdir. Azәrbaycanda әhәmiyyәtli investisiya qoyuluşu ilә bağlı danışıqlar apardığımız görüşümәlәr var. İnşallah, yaxın vaxtlarda bu sәrmayәni fәaliyyәtә keçirmәyi planlaşdırırıq. Cari ildә daha sәmәrәli, daha çox müştәrini cәlb edәn, yüksәk keyfiyyәtli geniş mәhsul çeşidi yaratmağı hә dәflәyirik”. 35 “ASSAN Group” Azәrbaycanda silah-sursat istehsalı üçün investisiya yatırımı edәcәk Türkiyәnin “ASSAN Group” şirkәti IDEX-2023 sәrgisindә özünün aviasiya bombası gövdәlәri; tank, artilleriya vә minaatan minası gövdәlәri; minaatan qurğularını nümayiş etdirib. LGK‑82 lazer yönlәndirmә dәsti SADAK ağıllı xarici asqı sistemi


Bu gün dünyada getdikcә böyük gәmilәrin döyüş qabiliyyәtini özündә cәmlәşdirәn, sürәtli, silah çeşidi geniş, radar izi zәif olan, az heyәtli, dayaz sularda xidmәt edәn gәmilәrә yönәlmә prosesi gedir. Bu kontekstdә NAVDEX-2023 sәrgisindә “ARES Tәrsanәsi”nin gәmilәrinә xüsusi diqqәt hiss olunurdu. Kompozit vә alüminium gövdәli, yüksәk sürәtli patrul katerlәrinin vә açıq dәniz gözәtçi gәmilәrinin inşası sahәsindә ixtisaslaşan “ARES Tәrsanәsi” Türkiyәnin Hәrbi Dәniz Qüvvәlәri vә Sahil Mühafizәsi ilә yanaşı 2000-ci illәrin әvvәllәrindәn bir sıra xarici ölkәlәr üçün müxtәlif ölçülü vә tәyinatlı dәniz platformalarının istehsalını hәyata keçirir. Hazırda Yaxın Şәrq regionunda yeni layihәlәrlә fәaliyyәtlәrini davam etdirir. “ARES Tәrsanәsi”nin tәqdim etdiyi sürәtli müdaxilә katerlәrindә (SMK) istifadәçinin tәlәblәri vә yerli şәrtlәr nәzәrә alınmaqla, müasir dәnizçilik yanaşması tәtbiq olunub. Bundan başqa, katerlәrin yüksәk manevr qabiliyyәti, radar izinin aşağı olması, heyәtin әmәliyyatlarda sürәtli iştirakı (minib-düşmәsi), katerin heyәtinin әmәliyyat rayonuna çıxarılan sualtı hücum qüvvәlәrinin (SAT) qruplarına atәş dәstәyi verә bilmәsi, sәrt dәniz şәraitindә üzgüçülük kimi vacib mәqamlar da layihәlәndirmәdә nәzәrә alınıb. “ARES Tәrsanәsi”nin xüsusi tә yi nat - lılar üçün dizayn etdiyi platformalara alüminium gövdәli katerlәri 17.20 metr uzunluğunda ARES-55 SAT, 24 metr uzunluğunda ARES-80 SAT kiçik, 30.10 m uzunluğunda ARES-95 SAT, 30.60 m uzunluğunda ARES-100 SAT orta, 47.95 m uzunluğunda ARES-150 SAT böyük xüsusi әmәliyyat gәmisi daxildir. Kiçik ARES-55 SAT, ARES-80 SAT vә orta ölçülü ARES-95 SAT layihәlәrindә gәminin burun hissәsindә xüsusi tәyinatlıların әraziyә çıxarılmasını asanlaşdıran açılan rampa tәtbiq edilib. Sahilә yaxın mәsafәdә torpaq vә qumla tәmas nәzәrә alınaraq gәmilәrin burun hissәsinin mühafizәsi güclәndirilib. Sәrgidә xüsusi maraq göstәrilәn ARES80 SAT kateri sürәtli hücum, dәnizdә patrul vә müşaiyәt әmәliyyatları, hәmçinin qaçaqmalçılıqla mübarizә, dәniz vә sahil qurğularının mühafizәsi, xüsusi tәyinatlı bölmәlәrin әraziyә çıxarılması vә s. müxtәlif mәqsәdlәr üçün nәzәrdә tutulur. 24 metr uzunluğa vә 5.8 metr enә malik katerin su basımı 68 ton, maksimal sürәti 54 düyündәn çoxdur. Gövdә dizaynı ARES-80 SAT katerlәrinә 5 bal dalğada 50 düyün sürәtlә hәrәkәt etmәyә imkan verir. Gәminin hәrәkәti hәr biri 2600 at gücündә (cәmi 5200 at) iki әdәd MTU dizel mühәrrik vә “Rolls-Royce” şirkәtinin su mühәrriklәri hesabına tәmin olunur. Müxtәlif silah vә sensorlarla tәchiz edilә bilәn katerlәr 1 vә ya 2 әdәd RHİB qayıq daşıyır vә üzmә uzaqlığı 600 dәniz milidir. ARES-80 SAT katerlәri tam tәchizatlı 16 xüsusi tәyinatlının nәqli üçün nәzәrdә tutulur. Sәrgidә “ARES Tәrsanәsi”nin stendini ziyarәt edәnlәrә “Ulaq” insansız silahlı kateri haqqında әtraflı mәlumat verilib. “ARES Tәrsanәsi” vә “Meteksan Savunma” şirkәtlәri tәrәfindәn birgә hazırlanan “Ulaq” katerinin mühәrriki bu sektorda ixtisaslaşmış Türkiyәnin TÜMOSAN şirkәti tәrәfindәn istehsal olunaraq tәmin edilәcәk. Belәliklә, Türkiyәdә hәyata keçirilәn digәr layihәlәrdә olduğu kimi “Ulaq” katerindә dә yerlilik vә millilik payı artırılır, xaricdәn “ARES Tәrsanәsi” Azәrbaycanda insansız patrul katerlәrinin tәqdimatını keçirib Türkiyәnin aparıcı tәrsanәlәrindәn olan “ARES Tәrsanәsi” 20-24 fevral tarixlәrindә Əbu-Dabidә keçirilәn NAVDEX-2023 sәrgisindә mövcud tәrәfdaşlara vә potensial müştәrilәrә әn son mәhsullarını vә dizayn hәllәrini nümayiş etdirib. Müxtәlif tipli gәmi vә katerlәr inşa edәn “ARES Tәrsanәsi” bu sәrgidә әsasәn özünün yüksәk sürәtli insanlı vә insansız patrul katerlәrini vә açıq dәniz gözәtçi gәmilәrini (OPV) ön plana çıxarıb. ARES 51 OPV dəniz patrul gəmisi


alınan hissәlәrin sayı azaldılır. Bu hәmin müdafiә sәnayesi mәhsulunun hәm ölkәnin 100% öz imkanları ilә hazırlanmasına müsbәt tәsir göstәrir, hәm dә ixrac zamanı Tükiyәnin üzlәşdiyi embarqoları minimuma endirir. Qeyd edәk ki, ötәn ilin dekabr ayının sonunda Türkiyә Müdafiә Sәnayesi Başqanlığı (SSB) vә “ARES Tәrsanәsi” arasında “Ulaq” insansız ASuW (AntiSurface Warfare) vә ASW (Anti-Submarine Warfare) modellәrinin tәdarükünә dair müqavilә imzalanıb. İlk başda “Roketsan” şirkәtinin istehsalı olan 4 әdәd “Cirit” vә 2 әdәd LUMTAS raketi ilә silahlandırılaması nәzәrdә tutulan “Ulaq” insansız kateri hazırda silah arsenalının müxtәlifliyi ilә seçirilir. 2022-ci il dekabrın 11-dә “Ulaq”ın yeni konfiqurasiya edilmiş versiyasının tәqdimatında artırılmış silah çeşidliliyi dә nümayiş etdirilib. NAVDEX-2023-dә әn çox maraq cәzb edәn Birlәşmiş Ərәb Əmirliklәrinin (BƏƏ) ehtiyaclarını qarşılamaq üçün layi hә - lәndirilmiş ARES 51 OPV olub. Uzunluğu 51 metr, eni 9,5 metr tәşkil edәn ARES 51 OPV dörd dizel mühәrriki ilә tәchiz edilib. Polad vә alüminiumdan hazırlanmış OPV gәmisinin sürәti 29+ düyünә çatır. ARES 51 OPV rabitә vә müşahidә diapazonunu genişlәndirmәk üçün iki sürәtli әmәliyyat aparatına vә VTOL tipli pilotsuz uçuş aparatına (PUA) malik olacaq. “ARES Tәrsanәsi”nin biznes inkişafı üzrә meneceri Yağmur Akça POLİQON jurnalına açıqlamasında bildirib ki, “ARES Tәrsanәsi”nin Birlәşmiş Ərәb Əmir - liklәrinin “EDGE Group” şirkәtinә daxil olan “Abu Dhabi Ship Building” (ADSB) ilә әmәkdaşlıq müqavilәsi mövcuddur: “Burada Əbu-Dabi Sahil Mühafizәsi üçün 51 OPV adlandırdığımız 51 metrlik “Offshore Patrol Vessel” dәniz patrul gәmisini birgә inşa etmәk planımız var. Konkret olaraq, Əbu-Dabi üçün tәklif etdiyimiz 51 OPV patrul gәmimiz, 48 metrlik OPV-mizin dizaynı әsasında hazırlanıb. Hәmin 48 metrlik OPV-miz dünyanın әn yaxşı dәniz patrul gәmisi olaraq seçilib. Əslindә, “ARES Tәrsanәsi” olaraq uzun illәrdir ki, Körfәz bölgәsi dediyimiz regionda işlәrimizi qurmuşuq vә 100-dәn çox dәniz platformamız Körfәz sularında üzür. Əbu-Dabini dә bu bazara daxil etmәk istәyirik. Körfәz bölgәsi bizim mәhz ixrac coğrafiyamızdır. Bu coğrafiyalar ikinci vәtәnimiz kimidir vә buna görә dә, mәhz BƏƏ-dә mövcudluğumuzu güclәndirmәyi hәdәflәyirik. Ümid edirәm ki, 51 OPV la - yi hәsini qazana bilәrik. Belә olacağı tәq - dirdә sağlam bir addım atmış olacağımızı düşünürәm. Bundan başqa, mәqsәdimiz dünya miqyasında mәhsul ixrac etmәkdir. Amma, hәlәlik bizim әn fәal olduğumuz bölgә burasıdır”. Y.Akça “ARES Tәrsanәsi”nin Azәr - baycanla bağlı planlarından da söz açıb. Onun sözlәrinә görә, “ARES Tәrsanәsi”nin әn son inşa etdiyi insansız patrul katerlәri Azәrbaycana tәklif olunub. “Azәrbaycanla bağlı pilotsuz sis - temlәrimizi qapalı dәnizdә istifadә etmәk tәşәbbüslәrimiz var. Bununla әlaqәdar, Azәrbaycan Hәrbi Dәniz Qüvvәlәri ziyarәt edilib vә tәqdimatlar olunub. Hazırda danışıqlarımız davam edir”, - deyә Y.Akça vurğulayıb. PJ “Ulaq” insansız silahlı kater


– Mehmet bәy, әvvәlcә özünüz haqqında qısaca mәlumat verәrdiniz... – Elektron Rabitә Yüksәk mühәndisi olaraq TEKOM şirkәtinin qurucu ortaqlarından biriyәm. Qardaşım Yusif Fidanla birlikdә 2000-ci ildә TEKOM şirkәtini qurduq. Hazırda TEKOM-un baş direktoru vәzifәsindә işlәyirәm. – Şirkәtinizin fәaliyyәt istiqamәtlәri vә mәhsul qrupları haqqında oxu - cularımıza mәlumat verә bilәrsinizmi? – Müdafiә sәnayesi şirkәti olaraq fәaliyyәt göstәrәn TEKOM-un güclü tәdqiqat vә inkişaf (TƏ-İN) komandası var. Quru nәqliyyat vasitәlәrinin mo - dernlәşdirilmәsindәn başlayaraq, hazırda quru, dәniz, hava vә sualtı platformalar üçün elektron, elektromexaniki sistemlәr vә ehtiyat hissәlәri istehsal edirik. Bundan әlavә, şirkәtlәrә xüsusi mәhsul vә sistemlәr hazırlaya bilәrik. Habelә, hәrbi avtomobillәrin modernlәşdirilmәsi vә sәrhәd tәhlükәsizliyi sistemlәri üzrә layihәlәr hәyata keçiririk. Əsas qruplarımız olan hәrbi avtomobil işıqları, elektron sensorlar, temperatur sensoru, sürәt sensoru, yaxınlıq sensorları, habelә DC/DC çeviricilәri kabel bir - lәşmәlәri, aviasiya işıqları vә siqnal avadanlıqları kimi mәhsullar istehsal edirik. Yeni başlayan rele vә kontaktor mәhsullarımız bu il istehsal xәttinә daxil oldular. Eyni zamanda, elektrik maşınlar vә hәrbi maşınlar üçün idarәetmә vә enerji paylayıcı qurğular istehsal edirik. Bundan başqa, donanma üçün aşağı hündürlükdә idarә olunan raketdәn müdafiә sistemlәri istehsal edirik. Aviasiya sahәsindә Türkiyәdә “Gökbey” helikopterinin işıqlarını vә siqnalizasiyalarını hazırlayırıq. ATAK-1 vә ATAK-2 helikopterlәri üçün eyni mәhsulların TƏ-İN vә prototip işlәri tamamlandı vә kütlәvi istehsala başladıq. Silahlı vә silahsız pilotsuz uçuş aparatı (PUA) platformalarında da mәhsullarımız var. Digәr platformalarla bağlı da işlәrimiz davam edir. – TEKOM mәhsullarının uğurunu qarantilәyәcәk rәqabәt avantajları nәlәrdir? – 23 ildir fәaliyyәt göstәrәn TEKOM keyfiyyәt baxımından ISO 9001 keyfiyyәt sistemi sertifikatına, müdafiә vә aerokosmik sәnaye üçün AS 9100 key - fiyyәt sistemi sertifikatına sahibdir. Bu baxımdan tәlәblәri tam yerinә yetiririk. Mәhsullarımızı tamamilә hәrbi spe si - fikasiyalara uyğun istehsal edirik vә onların kalifikasiyasını sәnәdlәşdiririk. Ona görә dә dünya arenasında müәyyәn rәqiblәrimiz var. Rәqiblәrimizlә müqa - yisәdә qiymәt avantajımız vә sürәtli çatdırılma müddәtimizlә fәrqlәnirik. Bu sayәdә müştәrilәrimizin әksәriyyәti bizi seçir. – Mehmet bәy, TEKOM istehsalı olan mәhsullar әsasәn hansı ölkәlәrә ixrac edilir? – TEKOM olaraq, Türkiyәnin bütün hәrbi maşın istehsalçıları vә dövlәt qurumları ilә işlәyirik. Bundan başqa, hazırda dünyanın 35 ölkәsinә mәhsul ixrac edirik. Onların bәzilәri әrәb coğ - rafiyasında cәmlәşmişdir. Qәtәr, Birlәşmiş Ərәb Əmirliklәri, Sәudiyyә Ərәbistanı, Cәnubi Afrika, habelә Asiya coğ ra - fiyasında Tayvan, Sinqapur, Malayziya, İndoneziya kimi ölkәlәr müştәrilәrimiz arasında xüsusi yer alır. Onu da qeyd edim ki, hazırda Yaponiyadan sifariş gözlәyirik. Yapo - niyadan olan müştәrimizlә IDEX-2023 sәrgisindә yenidәn görüşdük. Tezliklә bu ölkәyә ixracımız baş tutacaq. Bundan başqa, Qazaxıstan vә Azәr - baycanın hәrbi maşınları ilә bağlı mәhsullar tәdarük edirik. Hәtta Ukrayna, Estoniya, Polşa, Çexiya, Serbiya, Hol - landiya, İspaniya, Belçika vә Yunanıstana belә ehtiyat hissәlәri satırıq. Amerika Birlәşmiş Ştatları vә Kanadaya, o cüm - lәdәn Braziliya vә Çiliyә bәzi mәhsullar ixrac edirik. Tәbii ki, bunu zamanla daha da inkişaf etdirmәyi hәdәflәyirik. – Yeri gәlmişkәn, Azәrbaycandan TEKOM istehsalı olan hansı mәhsul qruplarına tәlәbat daha çox olur? – Hazırda Azәrbaycanda tәlәbat çox deyil. Zaman-zaman Azәrbaycana gәlirik, layihә әsaslı tәkliflәrimiz olur vә bunun üzәrindә işlәyirik. Hәtta, TEKOM-un Azәrbaycanda nümayәndәliyini açmışıq. Demәk olar ki, hәr ayın bir hәftәsini Azәrbaycanda oluram. Amma oradakı dövlәt bürokratiyası bir az lәng işlәyir. Görünәn odur ki, sistem tam oturmayıb vә bunun oturması da biraz zaman alacaq. TEKOM olaraq, biz yaxşı işlәr görmәk istәyirik. Ən azından Azәrbaycanın em - barqolardan tәsirlәnmәyәcәyi dost vә qardaş ölkә Türkiyәdәn tәdarük edә - cәyimiz, hәtta bәzilәrini gәlәcәkdә Azәr - baycanda istehsal etmәyi plan laş dır - dığımız mәhsullarımız var. Amma onunla 38 www.poliqon.az Mehmet FİDAN: Azәrbaycanda istehsal etmәyi planlaşdırdığımız mәhsullar var ?Mehmet Demirkol POLİQON jurnalının Türkiyә bürosu Türkiyәnin zirehli vә zirehsiz hәrbi nәqliyyat vasitәlәri istehsalçılarını 2004- cü ildәn elektronika vә işıqlandırma sistemlәri ilә tәchiz edәn “TEKOM Savunma ve Havacılık Sanayi” şirkәti Azәrbaycana da öz mәhsullarını ixrac edib. Şirkәtin әsas istiqamәti, peşәkarlaşdığı sahә işıqlandırma sistemlәridir. Bütün daxili vә xarici işıqlandırma sistemlәri, sensorları, elektrik avadanlıqları NATO standartlarına uyğun istehsal edilir. POLİQON jurnalı olaraq TEKOM-un hәmtәsisçisi Mehmet Fidanla rәhbәrlik etdiyi şirkәtin imkan vә qabiliyyәtlәri barәdә әtraflı mәlumat almağa çalışdıq.


bağlı tәәssüf ki, Azәrbaycan tәrәfdәn yetәrli maraq vә dәstәk görә bilmirik. – Azәrbaycanda bu istiqamәtdә islahatlar hәyata keçirilir. Düşünürәm ki, yaxın gәlәcәkdә әmәkdaşlıq im - kanlarınız arta bilәr... – Yәni bizim sәylәrimiz bu isti - qamәtdәdir. Ümidimizi itirmәdik, daim gәlib-gedirik. Azәrbaycanda müxtәlif sa - hәlәrә sәrmayә qoyuruq. Burada müxtәlif bizneslәr var, müxtәlif sektorlarda inkişaf etmәk istәyirik. Azәrbaycanda qeyri-neft sәnayesinin inkişafına töhfә vermәk istәyirik. Bu baxımdan xüsusilә dövlәt adamları ciddi addımlar atmalı, Azәr - baycana sәrmayә qoyacaq şirkәtlәri cәlb etmәlidirlәr. Bu cәhәtdәn investorların cәlb edilmәsi üçün lazımi hüquqi tәn - zimlәmәlәr aparılmalı vә investisiya edәcәk şirkәtlәrin hüquqları qorunmalı vә tәmin edilmәlidir. Hüquq sisteminin düzgün işlәmәsi son dәrәcә vacibdir. – Mehmet bәy, mümkünsә şir kә - tinizin perspektiv imkanlarından daha geniş danışaq. TEKOM-un qarşıda duran hәdәf vә planları nәlәrdi? – TEKOM daim böyüyәn şirkәtdir. Hal-hazırda tәxminәn 5000 m2 qapalı sahәdә istehsal, TƏ-İN vә sınaq la - boratoriyaları olan bir şirkәtdir. Yaxın bir neçә ildә Türkiyәdә 11000 m2-lik yeni fabrikә sәrmayә qoyacağıq. İstehsal gücümüzü dә genişlәndirәcәyik. Halhazırda, rәqiblәrimizә görә, mәsәlәn, Amerika bazarına çox sıx bir mәhsul satışımız yoxdur. Zaman-zaman kiçik sifarişlәri qarşılayırıq, lakin onları yerinә yetirmәk üçün istehsal gücümüz çox böyük olmalıdır. Çünki Amerika bazarı bütün Avropa bazarından böyükdür. Ona görә dә növbәti hәdәflәrimizdәn biri Amerika bazarına mәhsul istehsal edә bilmәk vә onu satmaqdır. Bundan başqa, qarşıda duran plan la - rımızdan biri dә dediyim kimi, türkdilli dövlәtlәr ilә әlaqәlәri inkişaf etdirmәkdir. TEKOM olaraq oradakı hәrbi nәqliyyat vasitәsi istehsalçılarına daha çox mәhsul vә dәstәk verә bilmәkdir. Bundan әlavә, mәhsul çeşidimizi ar - tırırıq. Türkiyәdә istehsal etdiyimiz mәh - sullara görә xarici ölkәlәrdәn asılılıqdan xilas olduq. İdxal olunan mәhsulların öl - kә yә daxil olmasını minimuma en dir - mişik. Hәtta bu mәhsulları xaricә satmaqla әlavә valyuta axını da tәmin edirik. Gәlәcәkdә elektrik mühәrriki ilә iş - lәyәn maşınlarla bağlı layihәlәrimiz var. Onlara aid güc paylayıcı qurğular, sensor qruplar, rele kontaktorları kimi yerli mәhsullar istehsal edәcәyik. Elektrikli nәqliyyat vasitәlәri parlaq gәlәcәyi olan bir sektordur. Bu yeni sәnayedә yer almaq istәyirik. – TEKOM Birlәşmiş Ərәb Əmir lik - lәrindә keçirilәn IDEX-2023 sәrgisindә öz mәhsullarını nümayiş etdirdi. TEKOM avadanlıqlarına maraq necә oldu? – IDEX-2023-dә bizim üstünlüyümüz ondan ibarәt oldu ki, sahәmiz üzrә rәqiblәrimizdәn heç biri bu sәrgidә iştirak etmirdi. Tәk işıqlandırma, limit açarları, relelәr, kontaktorlar, temperatur sensorları, sürәt sensorları qrupunda yeganә isteh - salçı kimi iştirak etdik. Tәbii ki, bu maraq doğurdu. Xüsusәn dә hәrbi maşınların işıqlarına tәlәbat çox yüksәkdir. Xüsusilә Afrika, Asiya vә Avropa coğra fiya - larından, hәtta Kanadadan da tәlәblәr var. Bundan әlavә limit açarı vә rele qrupu, habelә DC/DC çevirici qrup mәhsulları ilә bağlı müştәrilәrimizdәn tәlәblәr gәlmәyә başladı. Bütün bunları nәzәrdәn ke - çirәcәyik. PJ 39 LED PROJEKTOR ZİREHLİ MAŞIN İŞIQLANDIRMALARI LED İşıqlandırma Texnologiyası IP65 Sızdırmazlıq 360° Dönəbilmək Özəlliyi IR Rejimi HӘRBİ TİPLİ RELELӘR VӘ KANTAKTORLAR AVİASİYA İŞIQLANDIRMA ELEKTRON VAHİDLӘR


ASELSAN-ın Azәrbaycandakı fәa - liy yәti demәk olar ki, ölkәnin öz müstәqilliyini bәrpa etdiyi günlәrә, yәni 1990-cı illәrin әvvәllәrinә qәdәr gedib çıxır. Sovet İttifaqının dağılması ilә birlikdә ASELSAN-ın rabitә sistemlәrinin Türkiyә xaricindә ilk istifadәçisi vә satış sonrası dәstәk xidmәtinin göstәrilmәyә başlanıldığı ilk ölkә Azәrbaycan olub. 1990-cı illәrin әvvәlindәn etibarәn Azәrbaycanın öz müstәqilliyini bәrpa etmәsi ilә Türkiyә Azәrbaycanla soy bağlarından gәlәn әlaqәlәrini / mü - nasibәtlәrini yenidәn qurmaq imkanı әldә edib. Mәlumdur ki, bu vaxt Azәrbaycan Ordusu tәrәfindәn ASELSAN hәrbi rabitә sistemlәrindәn istifadә olunurdu. 1991- 1994-cü illәrdә yeni qurulmuş Azәrbaycan Ordusunda 4600 seriyasının 4620, 4610 vә 4510 ASELSAN V/UHF rabitә ci - hazlarından istifadә edilib. ASELSAN Azәrbaycanda artan fәa - liyyәtlәrini nәzәrә alaraq, 1995-ci ildә nümayәndәlik ofisi üslubundakı bir quruluşa keçid edib. Sadәcә hәrbi la - yihәlәrdә koordinasiya fәaliyyәtinә fokus - lanmış 1995-1998-ci illәr әrzindә mülki sektor üçün heç bir fәaliyyәt hәyata keçirilmәyib. Mülki rabitә vә elektronikaya artan ehtiyaclar sәbәbindәn ASELSAN 1998-ci ildә 100% ASELSAN kapitalı ilә xaricdәki ilk şirkәti olan “ASELSAN Bakı”nı yaratmaq qәrarına gәlib. Rәsmi ticarәt reyestrinin tarixi olan 11 fevral 1998-ci ildәn sonra “ASELSAN Bakı”, ASELSAN 1919 vә 1920 telefonlarının satışını, satışdan sonra dәstәyin gös - tәrilmәsini vә “Azercell” operator abunәliyi satış fәaliyyәtini reallaşdırıb. Bu dövrdә hәrbi sahәdә dә yeni müqavilәlәr imzalanıb vә Azәrbaycan Silahlı Qüvvәlәrinә 9600 seriyalı rabitә cihazları tәhvil verilib. Hәmin rabitә cihazları bu gün dә Azәrbaycan Silahlı Qüvvәlәri tәrәfindәn istifadә olunur. 25 ildәn artıqdır ki, Bakıda yerlәşәn şirkәt, Azәrbaycanda daimi vә uzun - müddәtli layihәlәrә imza ataraq ölkәnin xarici asılılığını azaltmaq, texnologiya transferi layihәlәri ilә kritik texnologiyalara çıxışını tәmin etmәk, Azәrbaycan vә Türkiyә Silahlı Qüvvәlәrini birgә әmәliyyat apara bilәcәk şәkildә tәchiz edәrәk sәnayeni güclәndirmәk hәdәfi ilә fәaliyyәtlәrinә davam edir. İlk illәrlә müqayisәdә “ASELSAN Bakı” qazandığı bilik vә tәcrübә ilә işini tәkmillәşdirmiş, elәcә dә tәmin etdiyi döyüş avadanlıqlarının çeşidini zaman keçdikcә artmışdır. ASELSAN 2010-cu ildә A-100 gecәgörmә cihazları ilә Azәrbaycandakı Alov zavoduna (Müdafiә Sәnayesi Nazirliyinin tabeliyindә) texnologiya transferi hәyata keçirib. 2010-2011-ci illәrdә Daxili İşlәr Nazirliyinin Daxili Qoşunlarına satılan 9661 vә 9651 markalı radiostansiyaların satış sonrası tәmir vә texniki xidmәt dәstәyi “ASELSAN Bakı” vasitәsilә reallaşdırılıb. Daxili Qoşunların istifadә etdiyi bütün zirehli maşınlar ASELSAN-ın daxili kommunikasiya sistemlәri ilә inteqrasiya olunaraq yerüstü rabitә cihazları arasında әlaqә tәmin edilib. 2012-ci ildә Azәrbaycan Müdafiә Nazirliyinә 2500 әdәd 5712 rabitә cihazının (manqada istifadә edilmәk üçün) satışı uğurla hәyata keçirilib. 2016-cı ildәn etibarәn Azәrbaycan Hәrbi Hava Qüvvәlәri ilә böyük layihәlәr reallaşdırılır. Hәrbi Hava Qüvvәlәrinin inventarında olan hava platformalarının döyüş texnikasının vә yerüstü idarәetmә mәntәqәlәrinin ASELSAN radiostansiyaları ilә tәchiz edilmәsi üçün müqavilә imzalanıb. Bundan әlavә, Azәrbaycan vә Türkiyә Hәr bi Hava Qüvvәlәrinin әn strateji hәrbisiyasi layihәlәrindәn biri hesab edilәn HAKİM müqavilәsi 2020-ci ildә qüvvәyә minib. 40 www.poliqon.az Türkiyә müdafiә sәnayesi sektorunun lideri olan ASELSAN, müstәqilliyin ilk illәrindәn etibarәn Azәrbaycan Silahlı Qüvvәlәri ilә sıx әmәkdaşlıq әlaqәlәri qurub vә bu münasibәtlәri hәr il yeni layihәlәrlә daha da inkişaf etdirib. Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi ADEX‑2022 sərgisində ASELSAN stendini ziyarət edərkən “ASELSAN BAKI” 25 YAŞINDA


2020-ci ilin sentyabr ayında ASELSAN-ın Azәrbaycan Silahlı Qüv - vәlәrinә tәdarük etdiyi müasir rabitә cihazları, radarlar, elektrooptikalar, elektron döyüş sistemlәri vә bir çox digәr mәhsullar 44 günlük Vәtәn müharibәsindә geniş vә sәmәrәli şәkildә istifadә olunub. 44 gün davam edәn Vәtәn Müharibәsi zamanı 300-ә yaxın mühәndis vә texniki işçi ASELSAN sistemlәrinin quraşdırılması, saxlanılması vә tәmir edilmәsi kimi mә - sәlәlәrdә dәrhal texniki dәstәk göstәrib. “ASELSAN Bakı”, şirkәtin tәsis mü - qavilәsindә dә göstәrildiyi kimi - bütün növ elektron cihazların (rabitә, kompüter vә tibbi cihazlar vә s.) istehsalı vә satışını etmәk üçün 100% ASELSAN kapitalı ilә Azәrbaycan qanunlarına uyğun olaraq Bakı şәhәrindә hüquqi şәxs kimi yaradılıb. “ASELSAN Bakı” yarandığı gündәn 3 is - ti qamәtdә fәaliyyәt göstәrir: ASELSAN-ın Azәrbaycanda hәyata keçirdiyi bütün fәaliyyәtlәrin әlaqәlәndirilmәsi; Azәr bay - canda ASELSAN tәrәfindәn istehsal olunan vә satılan mallar üçün satış sonrası inteqrasiya olunmuş logistika, tәmir vә tex niki xidmәt dәstәyinin göstәrilmәsi; son olaraq isә mülki sahәdә peşәkar vә di gәr әl radiolarının satışı ilә TRUNK icarә xidmәtinin verilmәsi. “ASELSAN Bakı” 25 nәfәrlik ko - man dadan ibarәtdir. O, yeni hazırlanmış vә imzalanmış müqavilә ilә nәticәlәnәn layihәlәrdә tәhvil verilmiş sistemlәrin texniki montajını, satışdan sonrakı nasazlıqların aşkar edilmәsini vә tәmir, texniki xidmәt işlәrini hәyata keçirir. “ASELSAN Bakı” regional tәhlükәsizlik vә hәrbi әmәkdaşlıqla yanaşı, Azәrbaycanda mülki qurumlara, tәşkilatlara, şirkәtlәrә vә fiziki şәxslәrә peşәkar rabitә ava dan lı - ğının satışını hәyata keçirir vә әsas xәtt rabitә tәchizatı icarәsi xidmәtlәri göstәrir. Rabitә cihazları tezliklәrin tutulmasına gö - rә dәyişir vә şirkәt mülki sektora hәm pe - şәkar, hәm dә digәr rabitә vasitәlәri satır. TRUNK icarә xidmәti Azәrbaycan üzәrindәn mülki müştәrilәr üçün az sayda tezlik vahidlәrinә sahib çoxlu rabitә qrupu (kanal) yaradır. Bu isә bir neçә istifadәçiyә vahid strukturda, bir-birinә müdaxilә etmәdәn eyni vaxtda öz qrupları daxilindә ünsiyyәt qurmağa imkan verir. Hazırda TRUNK rabitә sisteminin çoxkanallı mәrkәzi baza stansiyası vasitәsilә BakıAbşeron regionunda müxtәlif müәssisә vә strukturlar üçün operativ radio-rabitә әlaqәsi tәmin edilir. Bundan әlavә, şirkәt müştәrinin istәyinә uyğun olaraq xüsusi müqavilә ilә Azәrbaycanın arzu olunan bölgәsindә Magistral Rabitә Sistemi yarada vә müş - tәriyә xidmәt göstәrә bilәr. Hәmçinin, ASELSAN Türkiyәdә mülki sektor üzrә hazırladığı mәhsulları - xüsusilә mülki texnologiya, nәqliyyat vә nәqliyyat nәzarәti sahәlәrindә son zamanlarda inkişaf etdirdiyi hәllәri Azәrbaycana da tәklif etmәyә başlayıb. İlk addım olaraq da “ASELSAN Bakı” vә AzәrAvtoYol (Azәrbaycan Avtomobil Yolları) arasında imzalanmış 2 müqavilә ilә magistral yollarda sürәtli tәrәzilәrin quraşdırılması barәdә razılıq әldә olunub. 2022-ci ilin noyabr ayında Azәrbaycan Avtomobil Yolları Dövlәt Agentliyi ilә “ASELSAN Bakı” şirkәti arasında DEİK Azәrbaycan Formunda niyyәt müqavilәsi imzalanıb. Bu müqavilә Azәrbaycan Avtomobil Yolları Dövlәt Agentliyinin ehtiyacı çәrçivәsindә avtomobil yollarında nәqliyyat vasitәlәrinin ölçü vә çәki pozuntularının müәyyәn olunması üçün yüksәk dәqiqlikli avtomobil aşkarlama/tәsnifat vә nömrә ni - şa nının tanınması imkanlarına sahib yüksәk sürәtli tәrәzi sistemi (High Speed Weighin Motion) ilә mәlumat mәrkәzinin işlәnib hazırlanmasını, tәdarük edilmәsini vә müx - tәlif yerlәrә quraşdırılmasını әhatә edir. Eyni zamanda şirkәt “Bakı Metro po - liteni” vә “Azәrbaycan Dәmir Yolları” QSC-nin siq nalizasiya sistemlәrinin ye - ni lәnmәsi ilә bağlı tәkliflәr dә verib. Bu çәrçivәdә daxili vә milli re surslar hesabına hazırlanmış sistemlәrlә әldә edilәn texnoloji nailiyyәtlәrin Azәrbaycanın digәr aidiyyatı qurumlarına da tәqdim edilmәsi nәzәrdә tutulur. ASELSAN‑ın baş direktoru Haluk Görgün ADEX‑2018 sərgisində stendlərini ziyarət edən Prezident İlham Əliyevə nümayiş et dir dikləri məhsullar haqqında məlumat verib


42 www.poliqon.az Türkiyәdә 9-12 may tarixlәrindә keçirilmәsi planlaşdırılan IDEF-2023 16-ci Beynәlxalq Müdafiә Sәnayesi Sәrgisinin vaxt dәyişdirilib. IDEF-2023 sәrgisinin keçirilәcәyi vaxt 2023-cü il 25- 28 iyul tarixinә tәxirә salınıb. IDEF-2023 sәrgisinin vaxtının dәyişdirilmәsinin әsas sәbәbinin may ayında keçirilәcәk prezident seçkilәri vә buna görә sәrgiyә gәlәcәk xarici nümayәndә heyәtlәrinin koor di na siyasında yaşana bilәcәk mümkün çәtinliklәr olduğu düşünülür. Qeyd edәk ki, IDEF Beynәlxalq Müdafiә Sәnayesi Sәrgisi Türkiyә Silahlı Qüvvәlәrinin Güclәndirmә Fondunun idarәçiliyi altında TÜYAP Sәrgi vә Konqres Mәrkәzindә keçirilir. 2021-ci ildә baş tutan IDEF-2021 sәrgisindә 53 ölkәnin 1200-dәn artıq müdafiә vә tәhlükәsizlik hәllәri istehsal edәn şirkәti mәhsul vә texnologiyalarını nümayiş etdirib. 2015-ci ildәn Azәrbaycandan POLİQON jurnalı IDEF Beynәlxalq Mü - dafiә Sәnayesi Sәrgisindә media tәrәfdaşı qismindә tәmsil olunur. 2023-cü ilin 7-10 iyun tarixlәrindә Qazaxıstanın paytaxtı Nur-Sultan şәhәrindә keçirilmәsi planlaşdırılan altıncı KADEX beynәlxalq müdafiә sәrgisinin vaxtı növbәti dәfә dәyişdirilib. Qazaxıstan Respublikası Sәnaye vә İnfrastrukturun İnkişafı Nazirliyinin qәrarı ilә KADEX sәrgisi 23-26 may 2024-cü il tarixindә ke çi rilәcәk. Qazaxıstan hökumәti tәrәfindәn 2020- 2021 ci illәrdә koronovirus (COVID-19) tәhlükәsi ilә bağlı vaxtı dәyişdirilәn altıncı KADEX sәrgisi ötәn il isә ölkәdәki mövcud siyasi vә iqtisadi vәziyyәtlә әlaqәdar olaraq tәxirә salınıb. Sonuncu dәfә KADEX sәrgisi 2018-ci ildә baş tutub. Qeyd edәk ki, KADEX mü dafiә sәrgisi iki ildә bir dәfә tәşkil olu nur. 2014-cü ildәn POLİQON jurnalı KADEX sәrginin rәsmi media tәrәfdaşıdır. Sәrgidә POLİQON jurnalının xüsusi bu ra xılışı iştirakçı vә ziyarәtçilәr arasında yayımlanır. IDEF-2023 sәrgisnin vaxtı dәyişdirildi Qazaxıstan növbәti dәfә KADEX sәrgisinin vaxtını dәyişib MSN ETİ ilә ETN RMİ arasında memorandum imzalanıb Azәrbaycan Texniki Universiteti (AzTU) ilә Bilişim Vadisi arasında әmәkdaşlıq haqqında protokol imzalanıb. Sәnәdi AzTU-nun rektoru Vilayәt Vә - liyev vә Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu imzalayıblar. Protokola әsasәn, Bilişim Vadisi AzTUda beynәlxalq texnologiyalar üzrә marketinq, texnoloji tәdqiqat vә transfer fәa liy yәtlәri, proqram tәminatı, dizayn, tәdqiqat vә inkişaf sahәsindә layihәlәrin hәyata keçirilmәsinә dәstәk göstәrәcәk. Qeyd edәk ki, Bilişim Vadisi Türkiyәnin müdafiә sәnayesindәki uğurlarının mülki texnologiyalara ötürülmәsindә mühüm körpü rolunu oynayır. Bilişim Vadisi elmin texnologiyaya, texnologiyanın isә mәhsula çevrildiyi vә kommersiyalaşdırdığı platformadır. Bu platforma çәrçivәsindә hәr birinin öz klasterlәri olan mobillik, bağlantı texnologiyaları, kibertәhlükәsizlik, dizayn texnologiyaları, ağıllı şәhәrlәr vә oyun texnologiyaları kateqoriyalarında ekosistemin güclәn diril mә - si üçün araşdırmalar aparılır. Bilişim Vadisi yüksәk әlavә dәyәrә malik yeni tex nologiya vә mәhsulların istehsalını tәmin etmәyi hәdәflәyir. AzTU ilә Bilişim Vadisi arasında әmәkdaşlıq protokolu imzalanıb Müdafiә Sәnayesi Nazirliyinin ElmiTәdqiqat İnstitutu ilә Elm vә Tәhsil Nazirliyinin Riyaziyyat vә Mexanika İns titutu arasında Əmәkdaşlıq Memorandumu imzalanıb. Fevralın 8-dә ElmiTәdqiqat İnstitutunda baş tutan im zalanma mәrasimindә ETİ-nin direktoru, professor Mürsәl Əliyev, Elm vә Tәhsil Nazirliyinin Riyaziyyat vә Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mәrdanov vә hәr iki tәrәfin mәsul işçilәri iştirak ediblәr. İmzalanmış Memorandumda Elmi-Tәdqiqat İnstitutu ilә Riyaziyyat vә Mexanika İnstitutunun әmәkdaşları arasında birgә elmi-texniki konfransların tәşkili, hәyata keçirilәn innovativ layihәlәrә gәnc mü tә xәs sis lәrin, tәcrübi-konstruktor işlәrinә istedadlı alim - lәrin cәlb olunması nәzәrdә tutulub. Tәdbir zamanı elmi-tәdqiqat işlәrinin aparılması mәqsәdi ilә laboratoriyaların maddi-texniki bazasının möh kәm lәn diril - mәsi, nәzәri biliklәrlә istehsalat tәc - rübәsinin qarşılıqlı vәhdәti, elmtutumlu riyazi proqramlama vә hesablamaların elmi-tәdqiqat işlәrinә tәtbiqinә dair birgә sәylәrin göstәrilmәsi qәrara alınıb.


Yanvar ayının 10-da Azәrbaycan Res - publikasının Baş naziri Əli Əsәdovun sәdrliyi ilә 2023-cü il 2-6 oktyabr tarixlәrindә Bakı şәhәrindә 74-cü Beynәlxalq Astronavtika Konqresinin keçirilmәsi ilә әlaqәdar Prezident İlham Əliyevin Sәrәncamı ilә yaradılmış Tәşkilat Komitәsinin ilk iclası keçirilib. İclası açan Tәşkilat Komitәsinin sәdri Ə. Əsәdov ilk dәfә 1950-ci ildә Paris şәhәrindә keçirilmiş konqresin dünyada kosmik sahә üzrә әn nüfuzlu tәdbir hesab olunduğunu bildirib. Tәdbirin miqyasını vә önәmini nәzәrә alaraq onun yüksәk sәviyyәdә tәşkil edilmәsinin mühüm әhәmiyyәt kәsb etdiyini vurğulayıb. Diqqәtә çatdırılıb ki, Azәrbaycan artıq bir dәfә, 1973-cü ildә Beynәlxalq Astronavtika Konqresinә ev sahibliyi edib - Sovet İttifaqında ilk vә yeganә konqres o vaxt Ulu Öndәr Heydәr Əliyevin şәxsi nüfuzu sayәsindә Bakı şәhәrindә keçirilib. Vurğulanıb ki, Ümummilli Liderin hәrtәrәfli inkişaf kursunu uğurla davam etdirәn Prezident İlham Əliyevin sәylәri nәticәsindә 50 ildәn sonra Azәrbaycanın bu mötәbәr tәdbirә artıq müstәqil dövlәt kimi yenidәn ev sahibliyi etmәsi rәmzi mәna daşıyır. Dövlәt başçısının düşünülmüş vә uzaqgörәn siyasәti sayәsindә Azәrbaycanın bütün sahәlәrdә, hәmçinin beynәlxalq alәmdә mühüm nailiyyәtlәr qazandığı, o cümlәdәn vacib vә aparıcı istiqamәtlәrdәn olan müasir texnologiyalar vә kosmik sәnaye sahәlәrindә böyük uğurlara imza atdığı qeyd edilib. Son illәr әrzindә ölkәmizdә bir çox mötәbәr beynәlxalq tәdbirlәrin yüksәk sәviyyәdә tәşkil edilmәsi dünyada böyük nüfuza malik Beynәlxalq Astronavtika Federasiyası tәrәfindәn 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqton şәhәrindә keçirilmiş Baş Assambleya çәrçivәsindә Bakı şәhәrinin gәrgin vә çәtin rәqabәt şәraitindә növbәti konqresә ev sahibi seçilmәsini şәrtlәndirәn әsas amillәrdәn biri kimi sәciyyәlәndirilib. Bütün bu nailiyyәtlәrin konqresin әn yüksәk sәviyyәdә keçirilmәsinә şәrait yaradacağına әminlik ifadә olunub. Bu mәqsәdlә konqresin keçirilmәsi ilә bağlı Tәdbirlәr Planının hazırlandığı vә icra edilmәsi üçün Nazirlәr Kabineti tәrәfindәn aidiyyәti üzrә müvafiq tapşırıq verildiyi diqqәtә çatdırılıb. Daha sonra konqresә hazırlıq mәqsәdilә görülәn işlәr vә Tәdbirlәr Planının icrası ilә bağlı rәqәmsal inkişaf vә nәqliyyat naziri, Tәşkilat Komitәsi sәdrinin müavini Rәşad Nәbiyev geniş tәqdimatla çıxış edib. İclasda Bakı konqresinә hazırlıq işlәrinә dair müzakirәlәr aparılıb, Tәdbirlәr Planında qarşıya qoyulan vәzifәlәrin vaxtında vә keyfiyyәtlә icra olunması ilә bağlı Tәşkilat Komitәsinin üzvlәrinә müvafiq tapşırıqlar verilib. Azәrkosmosun İdarә heyәtinin sәdri Samәddin Əsәdov Avropa İttifaqının (Aİ) Azәrbaycandakı nümayәndәliyinin rәh - bәri, sәfir Peter Mixalko ilә görüşüb. Görüşdә qarşılıqlı maraq kәsb edәn mövzular, o cümlәdәn kosmik texnologiyalar sahәsindә Avropa ölkәlәri ilә әlaqәlәrin daha da genişlәndirilmәsi, qabaqcıl tәcrübәnin öyrәnilmәsinә dair mәsәlәlәr әtrafında fikir mübadilәsi aparılıb. Kosmik sahәdәn bәhs edәn Samәddin Əsәdov, Azәrbaycanın peyklәrinin orbitә buraxılmasında avropalı tәrәfdaşların rolunu vurğulayıb, bu sektorda qarşlıqlı әlaqәlәrin daha da inkişaf etdirilmәsi üçün böyük potensialın olduğunu bildirib. Peter Mixalko Avropa İttifaqının Azәrbaycanla әlaqәlәrindәn danışaraq, әmәkdaşlığın hazırkı sәviyyәsindәn mәm - nunluq ifadә edib. Görüş zamanı Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin Azәrbaycan Respublikasının Kosmik Agentliyi ilә Avropa Geostasionar Naviqasiya Xidmәtinin (EGNOS) ge - nişlәndirilmәsindә tәrәfdaş olması yüksәk qiymәtlәndirilib. Hәmçinin ölkәmizin 2-6 oktyabr tarixindә evsahibliyi edәcәyi Beynәlxalq Astronavtika Konqresininin hazırlıq prosesindәn danışılıb. Konqresin Azәr - baycan üçün kosmos sahәsindә, xüsusilә Avropalı tәrәfdaşlarla әmәkdaşlıq üçün qlobal bir platforma olacağı bildirilib. 43 74-cü Beynәlxalq Astronavtika Konqresinin Tәşkilat Komitәsinin ilk iclası olub Avropa İttifaqının Azәrbaycandakı sәfiri Peter Mixalko ilә Azәrkosmosda görüş keçirilib


Hal-hazırda, XX әsrin ortaları ilә müqayisәdә, yedәyә alınan silahların nisbәti әhәmiyyәtli dәrәcәdә azalmışdır. Eyni zamanda, aşağı qiymәtә, istifadәnin asanlığına vә etibarlılığına görә yedәyә alınan silahlar müxtәlif silahlı mü - naqişәlәrdә indi dә fәal şәkildә istifadә olunmağa davam edir. Haubitsalarda tam atımın çәkisi mәrminin çәkisinin 9-15%- dәn artıq deyil. Adәtәn haubitsaların lülәsinin uzunluğu 22-50 çap, mәrminin başlanğıc sürәti isә saniyәdә 500-800 metrdir. Haubitsalarda lülәnin әn böyük qalxma bucağı 60-75°, atәş mәsafәsi isә 12-18 km-dir. Müasir haubitsalarda sadalanan göstәricilәr arasında müәyyәn istisnalara rast gәlinir. Haubitsalar çәkisinә görә 8-12 növ çәkili barıt atımı ilә tәrtib etmәyә imkan verәn dәyişәn atımlardan istifadә olunur. Bunun nәticәsindә qalxma bucağının daimi dәyişmәsi ilә atışın tra yek to ri - yasının dikliyinin vә atış mәsafәsinin dәyişdirilmәsi mümkündür. Haubitsanın atәş gücü topun atәş gücündәn әhә - miyyәtli dәrәcәdә azdır. Ona gәrә dә çapı topun çapına bәrabәr olan haubitsanın çәkisi topun çәkisindәn 2-3 dәfә azdır. Topun çәkisi ilә haubitsanın çәkisi eyni olduqda isә haubitsanın çapı topun ça - pından böyük olur. Hazırda bir çox dövlәtlәrin or - dularında 105, 122, 152, 155 vә 203 mm çaplı haubitsalar silahlanmada durur. Bu haubitsalar yedәyә alınan, özü hәrәkәt edәn vә özüyeriyәn variantlarda istehsal edilir. Müasir haubitsalar adi mәrmilәrlә yanaşı atış mәsafәsini 30-50 km-ә qәdәr artıran aktiv-reaktiv mәrmilәrlә dә tәchiz olunurlar. 152, 155 vә 203 mm çaplı haubitsaların döyüş dәstinә nüvә mәr - milәri dә daxildir. Müasir ordularda 105, 122, 152 vә 155 mm-lik haubit salardan әn çox istifadә olunur. Haubitsalarla yanaşı, artilleriya topları vә haubitsalar arasında aralıq rolunu oynayan top-haubitsalar vә haubitsa-toplar mövcuddur ki, onlar haqqında da bu materialda mәlumat verilmir. 105 mm çaplı haubitsalar 105 (122) mm-lik yedәyә alınan haubitsaların döyüş imkanlarının geniş - lәndirilmәsi üçün üç әsas istiqamәtdә tәdbirlәr hәyata keçirilir: atәş mәsafәsinin vә atәşin dәqiqliyinin artırılması, hazırlıq müddәtinin azaldılması. Nümunә olaraq yedәyә alınan bәzi 105 (122) mm-lik haubitsalara istinad etmәk olar: Böyük Britaniyanın “Royal Ordnance Factory” şirkәtinin 105 mm L118A1, Fransanın YEDƏYƏ ALINAN HAUBİTSALAR ?Əhәd Əzizov Müdafiә texnologiyaları mütәxәssisi Dünya ordularının Quru Qoşunlarının birlәşmәlәrindә lülәli artilleriyanın bir hissәsi “haubitsa” adlanan yedәyә alınan vә özüyeriyәn silahlardan ibarәtdir. Haubitsaların әsas tәyinatı bağlı atәş mövqelәrindәn asma atәşin aparılmasıdır. Eyni zamanda, bir çox müasir haubitsalar konstruktiv xüsusiyyәtlәrindәn asılı olaraq 2000 m-ә qәdәr mәsafәdә düzünә trayektoriya ilә atәş apara bilir. Haubitsalar düşmәnin әrazinin relyef qırışlarında, yüksәkliklәrin, tәpәlәrin arxasında yerlәşәn hәdәflәrin mәhv edilmәsi, müdafiә tәyinatlı tikilәlәrin dağıdılması üçün tәyin edilib. NATO standartlı haubitsaların lülәsinin uzunluğu, silahları toplara vә haubitsalara bölәrkәn “haubitsa” anlayışı üçün Sovet (Rusiya) tәsnifatı ilә müәyyәn edilmiş göstәricilәrdәn fәrqlidir. MKE 105 mm-lik “Boran” haubitsası


NEXTER şirkәtinin istehsalı olan 105 mm GİAT LG1, Cәnubi Afrika Res pub - likasının (CAR) “Denel Land Systems” (DLS) şirkәtinin 105 mm G7 vә Sovet istehsalı 122 mm D-30 haubitsaları vә s. Böyük Britaniyanın yedәyә alınan L118 haubitsasından maksimal atәş mәsafәsini 19500 m-ә qәdәr artırmaqdan ötrü atәş yığımlarının barıt atımlarının vә qaz generatorlarının yaradılması üzrә elmi-tәdqiqat vә sınaq-konstruktor işlәri aparılıb. Yaradıcıların fikrincә, mәrminin hәcminin bir hissәsinin qaz generatoru tәrәfindәn tutulmasına baxmayaraq, yeni M1 qәlpәli-fuqas mәrmisi (HEF) әv - vәlkindәn – L31 mәrmisindәn 25% daha çox qәlpәlәr yaratmağa imkan verir. L118 haubitsasını almış bir sıra ölkәlәrdә atәş mәsafәsini 20000 m-ә vә ya daha çox artırmaq üçün yeni 105 mm-lik atәş yığımları da hazırlanır. L118 haubitsasını elektrik әvәzinә mexaniki buraxma mexanizmi vә zәiflәmiş ballistika ilә fәrq - lәnәn, M1 tipli atәş yığımlarının tәtbiqini tәmin etmәk üçün silah fәrqli bir versiyaya – sonradan 105 mm-lik L119 adlandırılan haubitsaya dәyişdirilmişdir. L119 Böyük Britaniya, ABŞ vә Ukrayna daxil olmaqla 20-dәn artıq ölkә ordusunun silahlanmasında durur. Rusiyanın Ukraynaya müdaxilәsindәn sonra Böyük Britaniyanın hәrbi yardımları çәrçivәsindә tәdarük olunmuş 105 mm-lik L119 haubitsalarından Ukrayna Ordusu fәal şәkildә istifadә edir. L118 haubitsasının sonrakı modifikasiyası olan L119 haubitsasının yüksәk taktiki-texniki xüsusiyyәtlәrini nәzәrә alan ABŞ Ordu komandanlığı haubitsanı M119 markası ilә silahlanmaya qәbul edib. Fransanın LG1 haubitsası döyüş sursatı baxımından Britaniyanın L118 ilә deyil, ABŞ-ın M119 haubitsasına uyğun gәlir. Dib qaz generatoru ilә tәchiz edilmiş qәlpәli-fuqas 105 HE ER G3 atәş yığımı ilә maksimal atәş mәsafәsi 17000 m vә minimal atәş mәsafәsi 7000 m-dir. ABŞın M1 atәş yığımlarından istifadә edәrkәn atış mәsafәsi 1000 m ilә 11000 m arasında dәyişir. Böyük Britaniyanın L118 vә ya ABŞ-ın M102 haubitsasından fәrqli olaraq, Fransanın LG1 haubitsası әnәnәvi konstruksiyalı aralanan qundaqlı lafetә malikdir. Yeni 105 mm-lik aktiv-raket mәrmilәrinin qәbulu ilә yedәyә alınan GİAT LG1 MkII modifikasiyasının atәş mәsafәsi artırılıb. Buna dib qaz generatorlu mәrmidә yeni atımın tәtbiqi ilә nail olunub. O, bir atımda 555 m/s, hәr iki atımda isә 710 m/s başlanğıc sürәtini tәmin edәn iki start atımından ibarәtdir. Yeni iki atımlı mәrminin maksimal atış mәsafәsi 18300 m, әvvәlki tәk atımlı mәrminin maksimal atış mәsafәsi isә 17500 m-dir. 2008-ci ildә LG1 Mk III variantı yaradılıb. Bu yüngül haubitsanın “rәqәmsallaşdırılmasında” növbәti mәrhә - lәni özündә әks etdirir. LG1 haubitsası müxtәlif modifikasiyalarda Fransa ilә yanaşı Belçika, Kanada, Kolumbiya, İn - doneziya, Malayziya, Sәudiyyә Ərәbistanı vә Tayland ordusunun silahlanmasında yer alır. Fransa vә Böyük Britaniyadan fәrqli olaraq, CAR-ın DLS şirkәti, daxili sәthindә yivlәri olan lülәağzı әylәci dә daxil olmaqla, 57 çap uzunluqda lülәli 105 mm-lik G7 yedәyә alınan haubitsanın sınaq nümunәsini hazırlayıb. O, layi - hәlәndirmә zamanı “Light Experimental Ordnance” (LEO) kimi tanınıb vә sonradan mövcud iki 155 mm-lik G5 yedәyә alınan haubitsaya vә 155 mm-lik G6 özüyeriyәn haubitsaya uyğun olması üçün G7 kimi markalanıb. G7 hau bit - sasından aktiv-reaktiv mәrmi üçün maksimal atәş mәsafәsi 32000 m, qәlpәlifuqas mәrmi üçün isә 24000 m-dir. 2004- cü ildә DLS şirkәti ABŞ-ın “General Dynamics Land Systems” (GDLS) şirkәti ilә birlikdә 105 mm-lik G7 yedәyә alınan haubitsasını hәm adi insanlı (idarә olunan), hәm dә insansız (mәsafәdәn idarә olunan) qüllәlәr varianında “Stryker” zirehli avtomobilindә quraşdırılması variantını tәklif edib. Sistem kifayәt qәdәr yüngül vә Lockheed C-130 “Hercules” nәqliyyat tәyyarәlәri ilә daşınmaq üçün әlverişli alınıb, ABŞ-da sınaqdan keçirilib vә silahlanmaya qәbul edilmәsi plan - laşdırılır. Cәnubi Afrika Ordusu isә haubitsanı “Rooikat” zirehli maşınına uyğunlaşdırmağı planlaşdırır. Hazırda ABŞ ordusu köhnә M102 haubitsasının әvәzinә 105 mm-lik M119A1 haubitsası ilә silahlanıb. 1970- ci ildәn istehsalı dayandırılsa da, M102 haubitsası ABŞ Milli Qvardiyasının piyada hissәlәrinin vә bölmәlәrinin tәxminәn 50%-indә silahlanmada qalır. Haubitsa hazırda ABŞ-la yanaşı Braziliya, Salvador, Qvatemala, Honduras, İor - daniya, Livan, Malayziya, Filippin, Sәudiyyә Ərәbistanı, Tayland vә Uruqvay silahlı qüvvәlәrindә silahlanmadadır. 105 mm-lik M119, ABŞ istehsalı olan yedәyә alınan haubitsadır, piyada, desant qoşunlarının vә hücum qruplarını dәs - tәklәmәk üçün tәyin edilib. 1998-ci ildә yeni nişangah qurğuları ilә tәchiz edilmiş M119A2 modifikasiyası, 2013-cü ildә isә rәqәmsal atәşi idarәetmә sistemi vә inersial naviqasiya sistemi ilә tәchiz edilmiş M119A3 modifikasiyası silah - lanmaya qәbul edilib. Haubitsanın “Charge 7” atımlı 105 mm-lik atәş yığımları ilә atış mәsafәsi 11500 m, “Charge 8” atımlı atәş yığımları ilә 13700 m, M913 RAP aktiv-reaktiv atәş yığımı ilә isә 19000 metrdir. Rusiyanın Ukray - naya müdaxilәsindәn sonra ABŞ-ın hәrbi yardımları çәrçivәsindә tәdarük olunmuş 105 mm-lik M119 hau bit sa la rından Ukrayna Ordusu fәal şәkildә istifadә edir. Ukrayna Silahlı Qüvvәlәrinin artil le ri ya - çıları bu haubit salar üçün adi atәş yığımları ilә yanaşı M927 qәlpәli-fuqas reaktiv mәrmili atәş yığımları da alıblar. Türkiyәnin MKE şirkәti tәrәfindәn 105 mm-lik “Boran” havada daşınan yüngül yedәyә alınan haubitsa yaradılıb. “Boran” haubitsası briqada hәdәflәrinә basqı hәyata keçirmәk vә Türkiyә Silahlı Qüvvәlәrinin daxili tәhlükәsizlik әmә liy - yatlarına, hava әmәliyyatlarına vә ko - mando briqadalarına dәstәk olmaq üçün 45 105 mm-lik L118 haubitsası


layihәlәndirilib. MKE tәrәfindәn ha - zırlanmış aerodinamik formalı uzun mәnzilli (dib qaz generatorlu) döyüş sursatı ilә atış zamanı “Boran” 17000 metri aşa vә dәqiqәdә 6 atış edә bilәn 105 mm çaplı 30 çap uzunluqlu lülәyә malikdir. 5 nәfәrlik heyәtlә әrazidә 1 dәqiqәdәn az müddәtdә mövqe tutur. Onun ümumi kütlәsi 1745 kq-dır. ASELSAN şirkәtinin hazırladığı atәşi idarәetmә sistemi dә daxil olmaqla, Sikorsky S-70 helikopterlәri vә müxtәlif yüngül nәqliyyat vasitәlәri ilә daşına bilәr. Atәşi idarәetmә sisteminә ballistik hesablama sistemi, inersial naviqasiya sistemi, GPS, lülәdә quraşdırılmış lülәağzı sürәti ölçmә radarı vә panoramik nişangah (panorama) kimi avadanlıqlar daxildir. O, adi mövqelәnmә prosedurlarından asılı olmayaraq mövqelәnә bilәr. “Boran” qabaqcıl atәşi idarәetmә sistemi vә yuxarıda qeyd olunan texniki xüsu siy - yәtlәri sayәsindә alternativlәrini qa - baqlayır. 105 mm-lik “Boran” haubitsası üçün AKS atәşi idarәetmә sistemi hazırlanıb. Haubitsanın atışa hazırlanması, atәşin idarә edilmәsi vә atәşә nәzarәtin kompüter, başlanğıc sürәti ölçmә radarı vә inersial naviqasiya sistemi ilә hәyata keçirilmәsini tәmin edәn bu inteqrasiya olunmuş sistemdә, hәmçinin gecә/gündüz görәrәk atışa imkan verәn elektro-optik vә lazer mәsafәölçәn cihazlar da var. Sistem hәmçinin haubitsanın komanda-idarәetmә sistemlәrinә vә atәşә dәstәk elementlәrinә rәqәmsal inteqrasiyasını da tәmin edir. Eyni zamanda, MKE “Boran” haubit - sasının hava nәqliyyatı daşınması tәlәbi olmayan ixrac versiyasını da hazırlayıb. Bu variantda böyük aralanan qundaqları, sadәlәşdirilmiş qaytarıcı sistemi, başqa tuşlama ötürücülәri vә ümumiyyәtlә, müvafiq olaraq böyük kütlәsi olan daha әnәnәvi lafet var. İtaliyanın dağ briqadalarının müasir yüngül haubitsaya olan ehtiyacını ödәmәk mәqsәdi ilә yerli “OTO Melara” şirkәti tәrәfindәn yaradılmış vә istehsal olunan 105 mm-lik “OTO Melara” “Mod 56” dağ haubitsası standart NATO (ABŞ istehsalı M1 tipli) döyüş sursatından istifadә edir. Layihәlәndirmә zamanı İtaliyada “Mod 56” haubitsasına bu çaplı silahlar üçün әvvәllәr tәtbiq olunmayan, haubitsanın yerini heyәt tәrәfindәn dәyişdirmәk vә tәpәlәrdәn düzünә atәş aparmaq imkanı kimi bir sıra unikal tәlәblәr irәli sürülüb. “Mod 56” dünyanın 30-dan çox ölkәsinin ordusunda silahlanmaya qәbul edilib. “ Mod 56” haubitsasının Almaniyada yeni lülә vә dәyişdirilmiş lülәağzı әylәclә tәchiz edilmiş “GebHaub” 105 dağ haubitsası vә Çindә “Model 56” haubitsası kimi modifikasiyaları yaradılmışdır. Belәliklә, 105 (122) mm-lik yedәyә alınan haubitsaların әksәriyyәtindәn aktivreaktiv mәrmi ilә maksimal atәş mәsafәsi 22 km-dәn çox deyil vә yalnız eks pe ri - mental nümunә yaradılmış G7 pers - pektivli haubitsadan 30 km-dir. 20000 metrlik maksimal atәş mәsafәsinin yetәrli olmaması, üstünlüklәrinә baxmayaraq, yüngül silahların istifadәsini mәh dud - laşdırır. Bundan başqa, 105 mm-lik döyüş sursatının hәdәfә tәsiri hәmişә döyüş şәraitinin tәlәblәrinә uyğun gәlmir. Bu çatışmazlıq döyüş sursatının xәtti ölçülәri vә müvafiq olaraq onların hәcmi ilә bağlıdır. Çapın 105-dәn 155 mm-ә qәdәr artırılması mәrminin dağıdıcı atımının gücünü 4 dәfә artırmağa imkan verir. 122 mm çaplı haubitsalar 122 mm çapda haubitsalar әsasәn Rusiya İmperiyasında vә SSRİ-dә yaradılıb. Hazırda dünyanın 60-dan çox ölkәsinin ordusunda yer alan, bununla da әn çox yayılmışlardan biri hesab edilәn qocaman 122 mm-lik D-30 (2A18) haubitsası bir çox hәrbi münaqişәlәrdә istifadә olunub vә istifadә edilmәkdәdir. Rusiyanın Ukraynaya müdaxilәsindәn sonra ondan münaqişәnin hәr iki tәrәfi fәal şәkildә istifadә edir. Haubitsa ilk dәfә 1978-ci ildә tәkmillәşdirmә keçәrәk D30A (2A18M) markalanması ilә silahlanmaya daxil edilib. D-30 vә D-30A haubitsaları arasındakı әsas fәrqlәr onların domkratlarında (D-30 – mexaniki, D-30A hidravlik), lülәağzı әylәcindә (D-30 – 5+1 yarıqvari, D-30A – iki kameralı) vә tәkәr şinlәrindәdir (D-30 - şinlәr rezin jqutlu (qusmatik), D-30A – şinlәr pnevmatik). Haubitsanın növbәti tәkmillәşdirilmәsi nәticәsindә onun dәstinә mәrmi itәlәyicisi әlavә edilib vә D-30A-1 (2A18-1) markası ilә silahlanmaya qәbul edilib. 122 mm çaplı D-30 haubitsasının әvvәllәr Sovet ordusunun silahlanmasında olan haubit - salardan әsas fәrqi, dairәvi atәş zamanı silahın dayanıqlığını artırmaqdan ötrü onun 120° bucaq altında yerlәşdirilәn üç qundaqdan ibarәt bir lafetdә quraş dırıl - masıdır. Silahın lülә ilә irәli yedәyә alınması da bir yenilik idi. Haubitsanın nişangah mәsafәsi 15300 m, aktiv-reaktiv mәrmi ilә atәş mәsafәsi 22000 metrdir. Qeyd edәk ki, İranda yerli müdafiә sәna - yesi müәssisәlәri qәlpәli-fuqas, kumulyativ, tüstü vә işıqlandırma mәr - milәrinin istehsalı ilә yanaşı, 122 mm-lik aktiv-reaktiv mәrmisi dә yaradıb ki, bu da atәş mәsafәsini 15300 metrdәn 21000 metrә qәdәr artırmağa imkan verib. Haubitsa SSRİ/Rusiya ilә yanaşı keçmiş Yuqoslaviya D-30J, iraqda “Sәddam”, Çindә Type 96, Sudanda “Xәlifә” vә İranda HM40 adı ilә istehsal edilib. Fәrqli ölkәlәrdә yedәyә alınan D-30 haubit - sasının bazasında bir neçә özüyeriyәn artilleriya qurğusu da yaradılıb. Bunlara misal olaraq MT-LBU şassisindә 2S1 “Qvozdika” (SSRİ), KamAZ-63502 şassi - sindә “Semser” (Qazaxstan), KamAZ43118 şassisindә “Xәlifә-1” (Sudan), KrAZ-5233 şassisindә “Heydәr-41” (İran) özüyeriyәn artilleriya qurğularını (ÖAQ) göstәrmәk olar. 152 mm çaplı haubitsalar 152 mm-lik “Msta-B” (2A65) haubitsası SSRİ Silahlı Qüvvәlәrinin ML20, D-1, D-20 silahları ilә müqayisәdә atәş mәsafәsini, atәş tezliyini, şaquli tuşlama bucağını, mәrminin hәdәfә effektiv tәsirini, manevr qabiliyyәtini vә digәr xüsusiyyәtlәrini artırmaq mәqsәdilә yaradılıb. Layihәlәndirmә zamanı әsas 46 www.poliqon.az D-30 haubitsası


diqqәt konstruktiv tәdbirlәr sayәsindә haubitsanın atәşinin yüksәk dәqiqliyinin tәmin edilmәsinә yönәldilmişdir. 2A65 “Msta-B” yedәyә alınan haubitsanın artilleriya hissәsi 152 mm-lik 2S19 “Msta-S” (2A64) özüyeriyәn haubitsanın artilleriya hissәsinә oxşar quruluşa malikdir vә yalnız 2A64-dә atәşdәn sonra barıt qazlarını lülә kanalından çıxaran ejektorun olması ilә fәrqlәnir. Haubitsa hәm onun vә 2S19 “Msta-S” ÖAQ üçün xüsusi olaraq hazırlanmış, hәm dә D-20, 2S3 “Akasiya” vә ML-20 haubitsalarında istifadә olunan 152 mm-lik ayrı dol - durumlu atәş yığımları ilә atış apara bilir. Haubitsanın maksimal atış mәnzili adi mәrmi ilә 24700 m, aktiv-reaktiv mәrmi ilә 28900 metrdir. Minimal atәş mәsafәsi 6500 metrdir. 2A65 “Msta-B” haubitsası “Krasnopol” lazerlә idarә olunan zireh - dәlәn mәrmidәn dә istifadә edә bilir. “Msta-B” yedәyә alınan haubitsalarla silahlandırılmış artilleriya divizionlarının avtomatlaşdırılmış atәşi idarәetmәsini tәmin etmәk üçün “Falset” vә “Kapustnik” komplekslәri hazırlanıb. 2A65 “Msta-B” haubitsası Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Qazaxstan vә Türkmәnistan silahlı qüvvәlәrindә istismar olunur. Haubitsa hazırda Ukray - nada aparılan döyüş fәaliyyәtlәrindә Rusiya vә Ukrayna orduları tәrәfindәn geniş istifadә edilir. 155 mm çaplı haubitsalar Argentina Silahlı Qüvvәlәrinin CITEFA Elmi-Texniki Tәdqiqatlar üzrә İnstitutu tәrәfindәn hazırlanan 155 mmlik L33 Х1415 CITEFA “Model 77” haubitsası Argentina Ordusunun standart 155 mm-lik M114 yedәyә alınan haubit - sasını (ABŞ istehsalı) әvәz etmәk üçün nәzәrdә tutulub. “Model 77” haubitsasının atış mәnzili 22000 m olan 43 kq ağırlıqlı qәlpәli-fuqas, hәmçinin işıqlandırıcı vә tüstülәyici atәş yığımlarından istifadә olunur. Aktiv-reaktiv mәrmi ilә maksimal atәş mәsafәsi 25300 m-dir. Kanada vә Belçika şirkәtlәrinin birgә hazırladığı 155 mm-lik GC-45 haubitsası Avstriyanın indiki NORICUM şirkәti tәrәfindәn tәkmillәşdirilәrәk GHN-45 sәviyyәsinә yüksәldilib. GHN-45 silahı orijinal GC-45 versiyasından yeni qu ru - luşlu itәlәyici, tәkmillәşdirilmiş aşağı dәzgah vә daha yüngül tarazlayıcı mexanizm ilә fәrqlәnir. Atış mәsafәsi tәkmillәşdirilmiş aerodinamikalı dib qaz generatorlu mәrmi ilә 39000 m mәsafәyә qәdәr çata bilir. GC-45 haubitsası kimi, GHN-45 dә Avropa ölkәlәrinin or du la - rında silahlanmaya daxil edilmәmiş, lakin ixrac üçün nәzәrdә tutulmuşdur. Fransanın 155 mm-lik “Model 50” haubitsası İsveç Ordusu üçün “BAE Systems Bofors” şirkәti tәrәfindәn lisenziya әsasında FH77A vә FH-77B adı altında istehsal edilib. Hazırda Fransa Ordusu “Model 50” haubitsasını “NEXTER Systems” şirkәtinin istehsalı 155 mm-lik TRF1 yedәyә alınan haubitsa ilә әvәz edib. Hal-hazırda Livan, Liviya, Mәrakeş, Tunis, İsveçrә, Seneqal, Suriya vә Ekvador ordularında istismar olunur. Fransanın “Thomson Brandt Armements” şirkәtinin istehsalı olan aktiv-reaktiv atәş yığımı ilә maksimal atәş mәsafәsi 23300 m-ә çatır. TRF1 haubitsası üçün daha üç yeni döyüş sursatı da yaradılıb. Bunlardan birincisi, hәdәfin üzәrindә atılan, hәr birinin çәkisi 0,55 kq olan vә 50 mm qalınlığında zirehlәri dәlmәyә qadir olan 6 әdәd tank әleyhinә mina daşıyan kasset atәş yığımıdır. Fuqas aktiv-reaktiv mәr - misi maksimal 29500 m uçuş mәsafәsinә malikdir vә çәkisi 43,5 kq-dır ki, bunun da 10 kq-ı partlayıcıdır. Sonuncu növ olan aktiv-reaktiv mәrmisi 33000 m-lik atış mәsafәsinә malikdir. İsrailin “Elbit Systems” şirkәtinә daxil olan “Soltam Systems” müәssisәsi tәrәfindәn hazırlanan “Soltam M-68” haubitsası 21000 metr atış mәsafәli NATO standartlı 43,7 kq-lıq fuqas mәrmili, hәmçinin tüstülәyici vә işıqlandırıcı mәr - mili atәş yığımlarından istifadә edir. Elәcә dә haubitsadan “Soltam Systems” tәrәfindәn yaradılmış, 725 m/s әvәzinә 820 m/s-lik daha yüksәk başlanğıc sürәtә vә maksimal 23500 m atış mәsafәsinә malik atәş yığımları ilә atış aparmaq mümkündür. “Soltam M-68” haubitsası artıq böyük miqdarda istehsal olunmur, lakin böyük sifariş olarsa, istehsal bәrpa oluna bilәr. “Soltam Systems” şirkәtinin әn son 155 mm-lik silahı M-71 haubit - sasıdır ki, o da M-68 ilә eyni lafet, çaxmaq vә tәpmә sistemindәn istifadә edir, lakin daha uzun lülәlidir (39 çap). Haubitsadan İsrail, Botsvana, Çili, Cәnuba Afrika, 47 “Msta-B” haubitsası GHN-45 haubitsası


Sinqapur, Sloveniya, Tailand, Hindistan, Myanma, Filippin vә Tayvan ordularında istifadә edilir. 155 mm-lik FH-70 haubitsası Böyük Britaniyanın VSEL, İtaliyanın “OTO Melara” vә Almaniyanın “Rheınmetall GMBH” daxil olmaqla beynәlxalq kon - sorsium tәrәfindәn hazırlanmış yedәyә alınan haubitsadır. FH-70 ABŞ-ın 155 mm M114A1 haubitsasını vә Böyük Bri - taniyanın 140 mm-lik BL topunu әvәz etmәk üçün layihәlәndirlib vә istehsalı eyni vaxtda Böyük Britaniya, İtaliya vә Almaniyada hәyata keçirilib. Haubitsa Sәudiyyә Ərәbistanı tәrәfindәn dә silahlanmaya qәbul edilib vә Yaponiya onu lisenziya әsasında istehsal edir. FH70-in 3 әsas növ - 43,5 kq fuqas mәrmili, ayrılan diblikli tüstülәyici mәrmili vә işıqlandırıcı mәrmili atәş yığımları var. FH-70 haubitsası hәmçinin “Martin Marietta” korporasiyasının idarә olunan mәrmili vә ABŞ-ın 30000 m atış mәnzilli M549A1 aktiv-reaktiv mәrmili atәş yığımları ilә atış apara bilir. Adi atәş yığımı ilә atış mәsafәsi 24000 metrdir. Qeyd olunan ölkәlәrdәn başqa Malayziya, Mәrakeş, Oman, Estoniya vә Ukrayna ordularında istifadә olunur. 155 mm-lik G5 haubitsası CAR-ın DLS şirkәti tәrәfindәn layihәlәndirilib vә istehsal edilir. G5, Cәnubi Afrika ordu - sunun tәlәblәri nәzәrә alınmaqla Kanada istehsalı GC-45 haubitsasının dәrin tәkmil lәşdirilmәsidir. GC-45 haubitsası baza nümunә kimi seçilmiş vә onun әsasında yeni modelin yaradılmasına başlanmışdır. GC-45 haubitsasının 155 mm-lik ABŞ topunun lafetinә quraş - dırılması üzrә dәyişikliklәri hәmçinin daxili ballistikaya, qundaqlara, atәş zamanı lülәnin hәrәkәt etdiyi aşağı dәzgaha (yatağa) da tәsir etmişdir. Modi - fikasiyadan asılı olaraq, haubitsadan standart ERFB döyüş sursatları ilә atәş mәsafәsi 30000 m-dir. ERFB-BB dib qaz generatorlu mәrmi ilә atәş mәsafәsi dәniz sәviyyәsindә atәş açarkәn 42200 m-dir, dağlara qalxdıqca isә artır. V-LAP tipli döyüş sursatları ilә atış mәsafәsi 55300 m-dir. Tam atımla atәş zamanı mәrminin lülәağzı sürәti 923 m/s-ә çatır. Hau bi - tsanın G5 Mk I, G5 Mk II, G5 Mk III, G5 Mk IIIA vә G5-2000 modi fi kasiyaları mövcuddur, CAR ilә yanaşı İran, İraq, Qәtәr, Çili vә Malayziya ordularında istifadә olunur. 155 mm-lik FH-77 haubitsası İsveçin BOFORS şirkәti tәrәfindәn layihә lәn di ri - lib vә istehsal edilib. 155 mm-lik FH-77 haubitsasının FH-77A vә FH-77B kimi iki modifikasiyası mövcuddur. Yalnız İsveç Ordusu tәrәfindәn istifadә olunan döyüş sursatlarından istifadә edәn FH-77A haubitsası pazvari çaxmağı olan baza versiyadır. NATO standartlı döyüş sur - satlarından istifadә etmәk imkanlı FH77B isә seksiyalı yivli porşenli çaxmaq ilә tәchiz olunmuş ixrac versiyasıdır. FH77 haubitsası FH77B modifikasiyası üçün hazırlanmış dib qaz generatorlu atәş yığımlarından istifadә edә bilir. Maksimal atәş mısafәsi standart mәrmi ilә 21000 metr, dib qaz generatorlu mәrmi ilә 30000 metrdir. FH-77A / FH-77B haubitsası İsveç Ordusundan başqa Nigeriya, Hin - distan vә İran ordularının da silah lan - masında yer alır. 155 mm-lik M198 haubitsası ABŞ-ın “Rock Island Arsenal” şirkәti tәrәfindәn 155 mm çaplı M114A1 diviziya haubitsalarını vә 155 mm M59 sәhra toplarını әvәz etmәk üçün yaradılıb. ABŞdan başqa, haubitsa Avstraliya (Böyük Britaniyanın 140 mm-lik BL toplarını әvәz etmәk üçün) vә bir çox başqa ölkәlәr, xüsusәn dә Yaxın Şәrq ölkәlәri tәrәfindәn sifariş edilib. M198 haubitsası 155 mmlik TRF1, G5, FH-70 vә FH-77A haubitsalarından fәrqli olaraq, kömәkçi güc qurğusuna malik deyil vә müstәqil hәrәkәt edә bilmir. Maksimal atәş mәsafәsi M107 HE atәş yığımı ilә 22400 m vә ERFB aktiv-reaktiv atәş yığımı ilә 30000 metrdir. Haubitsa hazırda ABŞ, Avstraliya, Bәhreyn, Honduras, İraq, “Soltam M-71” haubitsası


Click to View FlipBook Version