The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

POLIQON (AZERI DEFENCE) Military Magazine 1 (63) 2023

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by POLIQON / AZERI DEFENCE Military Magazine, 2023-03-22 09:25:23

POLIQON (AZERI DEFENCE) Military Magazine 1 (63) 2023

POLIQON (AZERI DEFENCE) Military Magazine 1 (63) 2023

Keywords: POLIQON (AZERI DEFENCE) Military Magazine 1 (63) 2023

Livan, Pakistan, Sәudiyyә Ərәbistanı, Tayland, Tunis vә Ekvador ordularında silahlanmada durur. M198 haubitsası 30 ildәn artıq müddәt әrzindә ABŞ Ordusu vә Dәniz Piyadaları Korpusunda standart yedәyә alınan artilleriya sistemi olaraq qalıb. 2000-ci illәrin sonlarında isә M198 haubitsasının yeni yüngül çәkiyә malik 155 mm-lik M777 haubitsası ilә dәyişdirilmәsinә başlanıb. 155 mm-lik M777 yedәyә alınan haubitsa “BAE Systems Land & Armaments” şirkәtinin “Global Combat Systems” bölmәsi tәrәfindәn istehsal edilir vә ABŞ, Avstraliya, Kanada, Hindistan, Sәudiyyә Ərәbistanı vә Ukraynanın Quru Qoşunları tәrәfindәn istifadә olunur. Yedәyә alınan M777 haubitsası hazırda heç dә köhnәlmiş hesab edilmәyәn 155 mm çaplı M198 haubitsasını qoşunlarda tәdricәn әvәz etmәk üçün nәzәrdә tutulub. M777 vә M198 haubitsaları eyni atәş mәsafәsinә malikdir, lakin M777 daha kiçik vә 41% daha yüngüldür. Haubitsa atәş yığımının modifikasiyadan asılı olaraq effektiv uçuş mәsafәsi 40000 metri aşan, hәdәfdәn ehtimal olunan dairәvi sapması isә 10 metr olan “Excalibur” idarә olunan mәrmilәri atәş apara bilir. Xüsusi mәrmilәrin kömәyi ilә o, kiçik dairәvi sapma ilә uzaq mәsafәlәrdәki hәdәflәri vura bilir. Qeyd edilir ki, TAD atәşi rәqәmsal idarәetmә sistemindәn istifadә edәn M777 haubitsası SSRİ istehsalı 152 mm-lik 2A65 ilә müqayisәdә daha yaxşı mәsafә vә dәqiqliyә malikdir. Hәdәfi nişan almaq üçün GPS vә pilotsuz uçuş aparatlarından (PUA) alınan mәlu - matlardan istifadә edәn TAD sistemindәn istifadә etmәklә M777 haubitsasından uzaq mәsafәlәrdә dәqiq atәş aparmaq mümkündür. M777 haubitsasının xüsusi üstünlüyü isә onun lazerlә idarә olunan M712 “Copperhead”, elәcә dә GPS vә inersial idarә olunan M982 “Excalibur” mәrmilәri ilә uyğunluğudur. 155 mm-lik KH-179 ultra yüngül sәhra haubitsası Cәnubi Koreyanın ADD Müdafiә İnkişafı Agentliyinin sifarişi әsasında indiki “Hyundaı WIA” şirkәti tәrәfindәn ABŞ-ın M114A1 haubitsasının tәkmillәşdirilmәsi kimi inkişaf etdirilib. İddia edilir ki, maksimal atәş mәsafәsi K305 DP-ICM atәş yığımları ilә 17700 m, M107 HE atәş yığımları ilә 18000 m, K310 BB/DP-ICM atәş yığımları ilә 28000 m vә M549A1 HE-RAP atәş yığınları ilә 30000 m tәşkil edir. KH-179 haubitsası Cәnubi Koreya ilә yanaşı İndoneziya, İran vә Myanma ordularında istifadә olunur. 155 mm-lik WA021 haubitsası Çinin NORINCO şirkәti tәrәfindәn inkişaf etdirilib. O, Avstriyanın GHN-45 hau - bitsası әsasında yaradılıb. Zahirәn WA021 haubitsası GC-45 vә GHN-45 haubit - salarına bәnzәyir, lakin bәzi fәrqlәrә malikdir. Xüsusәn dә bunlar kanalının yivlәrinin hündürlüyü, dәrinliyi vә forması üzrә fәrqlәnәn müxtәlif kәsmә standartları ilә istehsal olunan lülәlәrin konstruksiyasındadır. Bu, әsasәn barıt atımlarının daha böyük versiyasından istifadә edәrkәn lülә kanalının aşınmasını azaltmaq üçün әn yaxşı konfiqurasiyanı müәyyәn etmәk mәqsәdi ilә edilib. Nәticә etibarı ilә, belә silahlar digәr oxşar lülәlәrdәn üç dәfә daha dәrin olan yivlәrә malikdir. Hәmçinin, balansın yaxşı laş - dırılması üçün çәrçivәdә dә dәyişikliklәr edilib. Maksimal atәş mәsafәsi ERFB tipli mәrmi istifadә edәrkәn 30000 m, ERFBBB tipli mәrmidәn istifadә edәrkәn isә 39000 m çata bilir. Minimal uçuş mәsafәsi isә 5400 m-dir. Mövcud döyüş sursatı növlәri arasında qәlpәli-fuqas, işıq lan - dırıcı vә 72 mini-bomba olan kasset mәrmili atәş yığımları yer tutur. Haubitsa Çin vә İran ordularında silahlanmadadır. Qeyd olunanları nәzәrә alaraq belә bir qәnaәtә gәlmәk olar ki, yedәyә alınan haubitsaların inkişafında iki әsas ten - densiya var: onlardan birincisi artilleriya sistemlәrinin kütlәsinin azalmasına, ikin - cisi – atәşin dәqiqliyinin artmasına aiddir. Haubitsaların döyüş kütlәsi onların uzun mәnzilә operativ daşınması im - kanlarına birbaşa tәsir göstәrir. Hәmçinin, haubitsaların layihәlәndirilmәsi vә in - kişafı sahәsinin mütәxәssislәri iqtisadi mә sәlәlәrә böyük diqqәt yetirirlәr. Belәliklә, haubitsaların döyüş kütlәsinin azalması ilә onların daşınması xәrclәri dә azalır. Atәşin dәqiqliyini artırmaqdan danışdıqda isә, bu, bütün müasir hәrbi inkişaflar üçün ilkin şәrtlәrdәn biridir. Bu meyar tez zәrbә endirilmәsi vә bölmәlәrin vaxtında atәş mövqeyini tәrk etmәsi üçün çox vacib amildir. Atış dәqiqliyi nә qәdәr yüksәk olarsa, hәdәfi vurmaq üçün bir o qәdәr az sayda bahalı döyüş sursatı tәlәb olunacaq. Döyüş sursatı istifadәsinin azaldılması isә öz növbәsindә, xәrclәrin qәnaәtinә gәtirib çıxarır, hәmçinin logistika orqanlarının yükünü azaldır vә artilleriya bölmәlәrinin operativ açılma sürәtini artırır. Dәqiq artilleriya zәrbәlәri endirmәk bacarığı xüsusilә sülhmәramlı әmәliyyatlar vә Quru Qoşunlarının әsas qüvvәlәrindәn әhәmiyyәtli mәsafәdә aparılan әmәliyyatları zamanı çox zәruridir. Belәliklә, müasir dövrdә müxtәlif ölkәlәrdә silahlanmada olan vә inkişaf etdirilәn yedәyә alınan haubitsalar düş - mәnin müdafiә strukturlarını dağıtmaq, idarәetmә mәntәqәlәrini susdurmaq, canlı qüvvәsini, artilleriya batareyalarını vә atәş vasitәlәrini, silah vә hәrbi tex - nikasanı mәhv etmәk üçün әn tәsirli vasitәlәrdәn biri olaraq qalmaqdadır. Bir çox ölkәlәrdә yüksәk atәş dәqiqliyinә, kiçik kütlәyә vә yeni atәşi idarәetmә sis - tem lәrinә malik yedәyә alınan haubit - saların yaradılması vә ya mövcudlarının bu istiqamәtdә tәkmillәşdirilmәsi üzrә intensiv işlәr davam etdirilmәkdәdir. PJ 49 M777 haubitsası


Suüstü platformalara nәzәr saldıqda onların arasında amfibiya hücum gәmi - lәrinin, korvetlәrin, destroyerlәrin, fre - qatların, katerlәrin vә s. olduğunu görmәk mümkündür. Bu dәniz vasitәlәrinin hәr birinin verilәn tapşırıqlara әsasәn işlәnmә, tәtbiq edilmә yeri var. Bu yazımızda, ha - zırda dünya şirkәtlәri tәrәfindәn inşa edi - lәn 21 metrә qәdәr olan yüksәk sürәtli vә çoxmәqsәdli katerlәrdәn bәhs edә cәyik. Katerlәr yuxarıda sadaladığımız suüstü platformalara nisbәtәn daha kiçik ölçülәrә malik dәniz vasitәlәridir. Onlar әsasәn iki tәyinata uyğun istifadә olunur: patrul vә hücum mәqsәdlәri üçün. Ümumilikdә isә xüsusi tәyinatlı bölmәlәr tәrәfindәn istifadә edilmәsi, kritik obyektlәrin mühafizә olunması, sürәtli müdaxilә, patrul vә müşahidә missiyalarının hәyata keçirilmәsi üçün nәzәrdә tutulub. Katerlәri digәr platformalardan fәrq - lәn dirәn әsas cәhәtlәr onların daha iti sürәtә vә çevikliyә malik olmasıdır. BK-10 kateri BK-10 yüksәk sürәtli hücum kateri Rusiyanın “Kalaşnikov” konserninin müәs sisәlәri tәrәfindәn ilk növbәdә Rusiya Hәrbi Dәniz Qüvvәlәrinin eh ti yac - la rını qarşılamaq üçün inşa olunub. Konsern 02450 BK-10 layihәsi üzәrindә işlәmәyә 2010-cu ilin әvvәllәrindәn başlayıb. “Kalaşnikov” bu katerin ilk partiyasını 2016-cә ildә Rusiya HDQ-yә tәhvil verib. BK-10 kateri sahil zonasında xüsusi tәyinatlıların әmәliyyatlarını dәstәklәmәk üçün nәzәrdә tutulub vә desantı sahilin istәnilәn nöqtәsinә, gәminin göyәrtәsinә, habelә sabit dәniz platformalarına en - dirmәk qabiliyyәtinә malikdir. Rusiyalı mütәxәssislәrin fikrincә, bu katerlәr müxtәlif hüquq-mühafizә orqan - la rının xüsusi tәyinatlı dәstәlәrini sa hil - yanı dәniz zonası vә daxili sulardakı әmәliyyatlarının effektivliyinin әhә miy - yәt li dәrәcәdә artırılmasında vacib rol oynayır. BK-10 katerinin uzunluğu 10.5 metr, eni isә 3.7 metrdir. Maksimum 40 knot sürәtlә üzә bilәn katerin әmәliyyat mәnzili 400 dәniz mili tәşkil edir. Onun idarәetmә bölmәsi, gәmi kapitanını vә sürücünü qorumaq üçün xüsusi güllә keçirmәz şüşә ilә tәchiz olunub. İstifadәçiyә hava, dәniz vә quru vasitәsilә daşınma imkanı verәn BK-10 kateri 10 nәfәr desantı daşımaq qabiliyyәtinә malikdir. Onun silah lan - masına iki әdәd 7.62 mm-lik pulemyot vә ya 1 әdәd 40 mm-lik qumbaraatan da - xildir. BK-16E kateri BK-16E “Kalaşnikov” konserninin “Rıbinsk” Dizayn Bürosu tәrәfindәn hazırlanan yüksәk sürәtli desant vә hücum kateridir. Müәssisә 02510 BK-16 layihәsi ilә bağlı işlәrә 2014-cü ildә başlayıb vә hәmin ildә dә sınaqlarının keçirilmәsi üçün ilk prototip Rusiya HDQ-yә tәhvil verib. 2015-ci ildә sınaqları yekunlaşan kater Rusiya HDQ-nin donanmasına qәbul edilib. Açıq mәnbәlәrә görә, Rusiya HDQ ilkin mәrhәlәdә 30 belә kater sifariş verib ki, onların da әksәr hissәsi artıq Rusiya HDQ-yә çatdırılıb. BK-16 kateri dә tәyinat cәhәtdәn BK10 ilә eynilik tәşkil edir. BK-16 da әsasәn, xüsusi tәyinatlı bölmәlәrin әmәliy yat - larının dәstәklәnmәsi üçün nәzәrdә tutulub. O, desantı sahilin istәnilәn nöqtәsinә, gәminin göyәrtәsinә, habelә sabit dәniz platformalarına endirmәk imkanına sahibdir. Katerin çoxmәqsәdli olması ona, hәm sahil xәtti boyunca, hәm dә qapalı su hövzәlәrindә müxtәlif tapşırıqları yerinә yetirmәyә imkan verir. BK-16E katerinin uzunluğu 18 metr, eni 3.8 metr vә personal daşımaq bacarığı 19 nәfәrdir. Katerin maksimum sürәti 45 knot, gediş ehtiyatı 400 dәniz mili tәşkil 50 www.poliqon.az Dәniz vә okeanlara çıxışı olan ölkәlәrin tәhlükәsizliyinin tәşkil edilmәsi tәkcә quru vә hava mәkanları ilә yekunlaşmır. Burada ölkәnin sahil xәttinin vә dәniz sәrhәdlәrinin mühafizәsinin tәşkil olunması da mühüm mәsәlәdir. O sәbәbdәndir ki, uzun illәrdir müxtәlif әmәliyyatların icrası üçün fәrqli tiplәrdә hәm suüstü, hәm dә sualtı platformalar hazırlanıb. YÜKSƏK SÜRƏTLİ VƏ ÇOXMƏQSƏDLİ KATERLƏR BK-16E kateri


edir. O, BK-10-dan fәrqli olaraq daha çox ballistik zireh ilә tәchiz edilib. Katerin silahlanmasına 12.7 mm-lik vә 7.62 mmlik pulemyotlar, qumbaraatanlar daxildir. Pulemyotlar uzaqdan idarәolunan müx - tәlif tipli doyüş modulları vasitәsilә katerin üzәrinә inteqrasiya edilә bilәr. 03160 “Raptor” kateri 03160 “Raptor” yüksәk sürәtli patrul kateri Rusiyanın “Pella” gәmiqayırma zavodu tәrәfindәn dizyn vә istehsal edilib. O, әsasәn Rusiya Hәrbi Dәniz Qüvvә - lәrinin Qara dәnizdәki Donanmasının istifadәsi üçün nәzәrdә tutulub. “Pella” gәmiqayırma zavodu katerin hazırlanması ilә bağlı işlәrә 2013-cü ildәn başlayıb. Sürәtli kater 2014-cü ildә Rusiya Hәrbi Dәniz Qüvvәlәrinin tәrәfindәn müxtәlif sınaqlardan keçirilib vә 2015-ci ildә silahlanmaya qәbul olunub. Bәzi açıq mәnbәlәrә görә, Rusiya HDQ ilk başda “Pella”dan 24 әdәd “Raptor” kateri sifariş verib, ancaq daha sonra bu sifarişdәn 7 әdәd platforma lәğv edilib. Qeyd edәk ki, bu katerlәr RusiyaUkrayna müharibәsindә işğalçı Rusiya HDQ tәrәfindәn Ukraynaya qarşı keçirilәn әmәliyyatlarda da istifadә edilib. Döyüşlәr vaxtı 4 әdәd “Raptor” kateri Ukrayna Silahlı Qüvvәlәrinin “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının vasitәsilә sıradan çıxarılıb. Hazırda isә Rusiya HDQ-dә, tәhvil verilәn 17 әdәd “Raptor” katerindәn cәmi 13-ü xidmәt göstәrir. 03160 “Raptor” katerinin uzunluğu 16.9 metr, eni 4.1 metr, maksimum ağır - lığı isә 23 tondur. O, suda 48 knot sürәtlә üzmәk vә 300 dәniz mili mәsafәsi qәt etmәk qabiliyyәtinә malikdir. Kater düşmәn mәrmilәrindәn qorunmaq üçün ballistik zireh vә güllә keçirmәz şüşәlәrlә tәchiz olunub. Katerin silahlanmasına 14.5 mm-lik KPVT pulemyotunun quraşdırıldığı “Uprava-Kord” döyüş modulu vә yanyana yerlәşdirilәn iki әdәd 7.62 mm-lik “Peçeneq” pulemyotu daxildir. Qeyd edәk ki, dizayn cәhәtdәn hәm BK-16, hәm dә “Raptor” kateri bir-birinә çox bәnzәyir. Lakin hәr iki kater ayrı-ayrı müәssisәlәr tәrәfindәn dizayn vә inşa olunub. Bәzi xarici mütәxәssislәrin fikirincә, hәr iki kater İsveçin “Dockstavarvet” şirkәtinin CB-90 kateri әsasında bәzi tәkmillәşdirmәlәr vә dәyişikliklәr aparılaraq hazırlanıb (burada hәm lisenziya, hәm dә kopyalanma yolu ilә bağlı iddialar var). Lakin rusiyalı ekspertlәr bunun әksini düşünürlәr vә katerlәrin ölkәnin öz müәssisәlәri tәrәfindәn müstәqil şәkildә dizayn edildiyini bildirirlәr. CB-90 kateri İsveçin “Dockstavarvet” şirkәtinin CB-90 hücum katerlәri dünyanın müxtәlif regionlarında dәniz xüsusi tәyinatlıları vә sahil mühafizә qüvvәlәrinin istifadәsindә yer alır. Özünü kifayәt qәdәr sübut etmiş platforma olan CB-90 bu seqmentdә özündәn sonrakı katerlәr üçün dә ilham mәnbәyi olub. Yuxarıda da qeyd etdiyimiz kimi hәm BK-16, hәm dә “Raptor” CB90-nın klonu hesab edilir. İsveç Hәrbi Dәniz Qüvvәlәri tә - rәfindәn köhnәlmiş TPBS 200 katerlәrinin yerini almaq üçün seçilәn CB-90 katerinin üzәrindә dizayn işlәrinә “Dockstavarvet” şirkәti 1988-ci ildә başlayıb. 1989-cu ildә şirkәt sınaqlarının keçirilmәsi üçün iki prototipi İsveç HDQ-yә tәhvil verib. Sınaqlardan uğula keçmәyi bacaran katerin alqı-satqısına dair (120 әdәd CB-90) 1990-cı ildә İsveç HDQ vә “Dockstavarvet” arasında tәdarük müqavilәsi imzalanıb. Bununla da kater simvolik olaraq CB90 adlandırılıb. Hazırda bu katerlәrdәn 3 әdәd CB-90 HEX Yunanıstan Sahil Mühafizәsinin, 17 әdәd Malayziya Hәrbi Dәniz Qüv - vәlәrinin, 40 әdәd Meksika (20 әdәd CB90HMN modifikasiyası) 7 әdәd ABŞ, 20 әdәd CB-90H versiyası Norveçin HDQ vә digәr ölkә strukturlarının istifadәsindәdir. Katerin uzunluğu 14.90 m, eni 3.85 m vә çәkisi 18 ton tәşkil edir. O, 20 personalı daşımaq bacarığına malikdir. Katerdәn daha çox sahil bölgәlәrinә yaxın yerlәrdә istifadә olunur. CB-90-nın açıq dәnizlәrdә vә dalğalı şәraitlәrdә fәaliyyәt göstәrmәk imkanları isә zәifdir. Katerin sürәti 45 knot vә әmәliyyat mәsafәsi 240 dәniz mili tәşkil edir. Versiyasından asılı olaraq kater müxtәlif silah sistemlәri ilә tәchiz oluna bilәr. Katerin silahlanmasına 12.7 mm-lik silah sistemi, uzaqdan idarәolunan döyüş modulu, RBS 17 raket sistemi, 120 mm-lik cüt lülәli AMOS minaatanı vә s. daxildir. “Interceptor” 1503 kateri Niderlandın “Damen Group” şirkәti tәrәfindәn dizayn vә inşa edilәn “Interceptor” 1503 yüksәk sürәtli katerlәri, әsasәn hücum vә müdaxilә әmәliyyatlarının yerinә yetirilmәsi üçün nәzәrdә tutulub. Hazırda kater iki variantda inşa edilir. Bu variantlardan birindә mühәrrik katerin daxilindә (“Interceptor” 1503 FRP), digәrindә isә xaricindә (“Interceptor” 1503 FRP “Outboard”) yerlәşdirilib. Ümumiyyәtcә “Interceptor” sinifli gәmilәr şirkәt tәrәfindәn uzun illәrdir inşa edilir. “Interceptor” 1503 isә bu sinifin son modellәrindәn biridir. Hazırda “Interceptor” 1503 (FRP Outboard) katerlәri Mәrakeş Hәrbi Dәniz Qüvvәlәri tәrәfindәn aktiv şәkildә istifadә edilir. Mәrakeş HDQ 2015-ci ilin dekabr ayında “Damen Group”dan beş әdәd “Interceptor” 1503 katerinin tәdarük edilmәsi ilә bağlı müqavilә imzalayıb. Şirkәt Mәrakeş HDQ-yә katerlәrin tәhvil verilmәsinә 2016-cı ilin iyun ayından başlayıb vә hәmin ilin sonuna kimi tamamlayıb. Hәr iki variantın uzunluğu 14.5 metr, eni 3.5 metr, ekipaj üzvü 2 nәfәr vә desant daşımaq bacarığı 6 personaldır. Onlar arasında әsas fәrq isә suda üzmә sürәti vә әmәliyyat mәnzili ilә әlaqәdardır. Belә ki, katerin FRP variantının sürәti 55 knot vә üzmә mәsafәsi 190 dәniz mili, FRP “Outboard” versiyasının isә sürәti 61 knot vә 51 CB-90 kateri


әmәliyyat mәnzili 160 dәniz mili tәşkil edir. Bundan başqa variantlar arasında bәzi dizayn fәrqlәri dә mövcuddur. DV15 Mk IV kateri DV15 Mk IV Fransanın “CMN Naval” şirkәti tәrәfindәn dizayn olunan çox yüksәk sürәtli hücum kateridir. Katerin yüksәk sürәtlәrdә üzә bilmәsi üçün şirkәt onun korpusunu kompozit materialdan hazırlayıb. “CMN Naval”ın bil - dirdiyinә görә, şirkәt indiyә kimi 100-dәn çox DV15 Mk IV kateri inşa edәrәk sifarişçilәrә tәhvil verib. Ancaq şirkәt müştәrilәrin kim olduğunu açıqlamayıb. Kater dәnizdә fәaliyyәt göstәrәn qanunsuz qruplaşmalarla, qaçaqmalçılıqla, sualtı qayıqlarla vә terrorla mübarizә aparılması, habelә gәmilәrin, limanların vә sabit dәniz platformalarının mühafizә olunması üçün nәzәrdә tutulub. Onun uzunluğu 17.6 metr, eni 3.4 metr vә ekipaj üzvü 6 nәfәrdir. DV15 Mk IV suda maksimum 65 knot sürәtlә üzmәk imkanına malikdir. O, stabil 50 knot sürәtlә üzdükdә 250 dәniz mili mәsafәni, 40 knot sürәtlә üzdükdә isә 350 dәniz mili mәsafәni qәt edә bilir. WP18 kateri WP18 dә “CMN Naval” şirkәti tәrәfindәn hazırlanan çox yüksәk sürәtli hücum kateridir. O, DV15 katerindәn fәrqli olaraq “stealth” (görünmәzlik) xüsusiyyәtinә sahibdir. Kater gizli hücum tapşırıqlarının vә xüsusi әmәliyyatların icra edilmәsi üçün nәzәrdә tutulub. WP18 katerinә “stealth” xüsusiyyәtini onun dizaynı, kiçik silueti vә radarda aşağı görünürlüyә malik olması qazandırır. Tәyinat cәhәtdәn DV15 ilә eynilik tәşkil etsә dә, WP18-dәn hәm dә kәşfiyyat mәlumatlarının toplanması üçün istifadә olunur. Kater 18.6 metr uzunluğunda vә 3.5 metr enindәdir. 3 ekipaj üzvü olan katerin korpusu kompozit materialdan hazırlanıb. WP18 katerinin maksimum sürәti 70 knotdan çoxdur. O, 47 knot sürәtlә üzәrәk 370 nm mәsafәni qәt etmәk iqtidarındadır. 17M MPAC kateri 17M MPAC (“Multi-Purpose Attack Craft”) çoxmәqsәdli hücum kateri Tayvanın “Lungteh” şirkәti tәrәfindәn Filippin Hәrbi Dәniz Qüvvәlәrinin ehtiyaclarını ödәmәk üçün dizayn vә inşa olunub. Əsasәn yüsәk sürәtli hücum vә desant çıxarma missiyaları üçün nәzәrdә tutub. Hazırda katerin әsas istifadәçisi olan Filippin Hәrbi Dәniz Qüvvәlәri ilә “Lungteh” şirkәrti arasında 3 әdәd 17 MPAC katerinin alqı-satqısına dair ilk müqavilә 2009-cu ildә imzalınıb. Daha sonra imzalanan müqavilәlәr ilә sifariş olunan katerlәrin ümumi hәcmi 42 әdәdә qәdәr yüksәlib. “Lungteh” müqavilәyә uyğun olaraq 17 MPAC katerlәrin hәr üçünü 2009-cu ildә Filipin HDQ-yә tәhvil verib. Növbәti illәrdә daha 9 әdәd kater Filipin HDQ-yә çatdırılıb. Hazırda Filippin HDQ-nin donanmasında olan bu katerlәrin 3 әdәdi Mk1, 3 әdәdi Mk2 vә 6 әdәdi Mk3 ver - siyasındadır. Katerin eni 4.7 metr, uzunluğu isә versiyasından asılı olaraq 15-17 metr arasında dәyişir. Onun desant daşımaq bacarığı Mk3-dә 8-19, Mk1 vә Mk2-dә 16 personal tәşkil edir. 17M MPAC katerinin maksimum sürәti 47 knot әmәliyyat mәnzili, 350 dәniz milidir. Onun silahlanmasına 7.62 mm-lik pulemyotlar, M2HB pulemyotu vә digәr silah sistemlәri daxildir. “35 Feet RAC” kateri “35 Feet RAC” yüksәk sürәtli hücum kateri ABŞ-ın “Swiftships” gәmiqayırma şirkәti tәrәfindәn inşa edilib. “Swift - ships”in bildirdiyinә görә, bu katerin inşa olunmasında şirkәtin dәniz sәnayesi sek - torundakı 80 illik tәcrübәsindәn bәh - rәlәnilib. “35 Feet RAC” yüksәk sürәtli kateri “stealth” (görünmәzlik / gizlilik) xüsu - siyyәtә dә malikdir. Katerә bu imkanı onun kiçik silueti vә tәchiz edildiyi müasir elektron sistemlәri qazandırır. 10.6 metr uzunluğunda vә 2.4 metr enindә olan kater istifadәçiyә hәm dayaz sularda, hәm dә açıq dәnizlәrdә üzmәk bacarığı verir. Kater 35 knot sürәtlә 520 nm (dәniz mili), 45+ knot sürәtlә isә 410 nm mәsafәni qәt etmәk qabiliyyәtinә sahibdir. “35 Feet RAC” suda әlavә yanacaq almadan, tam dolu yanacaq çәni ilә (1703 litr) 9-15 saat üzә bilir. 4 şәxsi heyәtә malik olan kater 15 personalı da daşımaq imkanındadır. Onun silah - lanmasına qoşa lülәli M2HB pulemyotu, bir әdәd 40 mm-lik MK-19 qumbaraatanı, CROWS silah sistemi vә HERO 120 pilotsuz uçuş aparatı (PUA) daxildir. Kater “NIJ Level 3” ballistik müdafiә sәviyyәsinә malikdir. “35 Feet RAC” kateri “Furuno” NAVNET sistemi ilә tәchiz olunub ki, bu da ona elektron xәritә çәkmәk, GPS vә radar kimi imkanlar tәmin edir. Bundan başqa kater istәyә bağlı olaraq FLIR EO/IR gecәgörmә kamerası, “Lockheed Martin” şirkәtinin 5G әtraf mәlumatlılığı sistemi, VHF/SSB vә taktiki rabitә cihazları, elәcә dә peyk әlaqә sistemi ilә tәchiz oluna bilәr. Hәmçinin, “L3Harris” şirkәtinin vasitәsilә katerә avtonom funksiyalar da qazandırmaq mümkündür. “Safe MMI-35” kateri ABŞ-ın “SAFE Boats International” şirkәti tәrәfindәn inşa olunan yüksәk sürәtli “Safe MMI-35” çoxmәqsәdli müdaxilә kateridir. O, ilk dәfә 2016-cı ildә suya buraxılıb vә 2019-cu ildә icti - maiyyәtә nümayiş etdirilib. Kater çoxsaylı dәniz әmәliyyatlarının yerinә yetirilmәsi üçün nәzәrdә tutulub. “Safe MMI-35” sәrhәd tәhlükәsizliyinin tәmin edilmәsi, xarici miqrantların, qaçaqmalçılığın qarşısının alınması, axtarış-xilasetmә vә patrul tapşırıqlarının icra olunması kimi 52 www.poliqon.az “Safe MMI-35” kateri


bir çox әmәliyyatı yerinә yetirә bilәr. “SAFE Boats International” vә COTECMAR gәmiqayırma zavodu 2017- ci ilin mart ayında MMI gәmilәrinin birgә istehsalı üçün çoxillik assosiasiya sazişi bağlayıb. Bundan sonra COTECMAR Honduras Müdafiә Nazirliyi ilә 2018-ci ilin oktyabrında ölkәnin Hәrbi Dәniz Qüvvәlәrinә (HDQ) iki MMI-35 sürәtli katerinin çatdırılması üçün müqavilә imzalayıb. Yüksәk sürәtli katerlәr 2019- cu ilin dekabrında Honduras HDQ-yә tәhvil verilib. “Safe MMI-35” katerinin uzunluğu 10.7 metr, eni 3 metr, boş ağırlığı 4000 kq, maksimum ağırlığı isә 6217 kiloqramdır. Katerin maksimum sürәti 55 knot, yanacaq çәninin tutumu isә 1135 litrdir. “Safe MMI-35” 30 knot sürәtlә üzәrәk 300 nm mәsafәni qәt edә bilәr. Kater istәyә bağlı olaraq 14 personalı daşımaq üçün xüsusi oturacaqlar, VHF/UHF rabitә cihazları, termal kameralar, çәkici va si - tәlәr vә s. sis temlәrlә tәchiz oluna bilәr. 13M HSIC kateri 13M HSIC (High Speed Interceptor Craft) yüksәk sürәtli müdaxilә kateri ABŞ-ın “United States Marine, Inc” (USMI) şirkәti tәrәfindәn dizayn vә inşa edilib. Kater hәm hücum vә müdaxilә әmәliyyatlarının yerinә yetirilmәsi, hәm dә desantın daşınması üçün nәzәrdә tutulub. Uzunğu 13 metr, eni isә 2.7 metr olan kater suda 55 kontdan çox sürәtlә üzmәk vә 350 dәniz mili mәsafәsini qәt etmәk imkanına malikdir. Kater sifarişçinin istәyinә uyğun müxtәlif rabitә sistemlәri ilә tәchiz edilә bilәr. Onun korpusunun müәyyәn hissәsi ballistik zәrbәlәrә qarşı davamlı olan zirehlә örtülüb. 13M HSIC-in silah - lanmasına iki әdәd 7.62 mm-lik vә bir әdәd .50 kalibrli pulemyot daxildir. “Mini-Shaldag” kateri “Mini-Shaldag” hücum kateri İsrailin “Israel Shipyards” şirkәtinin “Shaldag” kater ailәsinin әn yeni vә әn sürәtli üzvüdür. O, ölçülәrinә görә, ailәnin digәr üzvlәrindәn daha kiçikdir. “Mini-Shaldag” әsәsәn patrul әmәliy - yatlarının icra edilmәsi üçün nәzәrdә tutulsa da, ondan hücum vә müdaxilә tapşırıqlarının yerinә yetirilmәsindә dә istifadә etmәk mümkündür. Kater ailәnin digәr böyük üzvlәrindәn fәrqli olaraq daha çox qısamәnzilli әmәliyyatların yerinә yetirilmәsi üçün nәzәrdә tutulub. Qabaqcıl texnologiyalarla tәchiz edi - lәn kater, stabilizә olunan silah sis tem lәri ilә silahlandırıla bilәr. “Mini-Shal dag”ın kiçik vә çevik dizayna malik ol ması onun baş verәn hadisәlәrә daha qısa müddәtdә müdaxilә etmәsinә imkan verir. Onun uzunluğu 19.8 metr, eni 4.8 metr, maksimum çәkisi 35 ton vә suda üzmә sürәti 55 knot tәşkil edir. Ekipaj üzvü 5 nәfәr olan kater 8 tam tәchizatla xüsusi tәyinatlı personalı daşımaq bacarığına malikdir. FIB 15 kateri FIB 15 Türkiyәnin “Dearsan Ters - anesi” tәrәfindәn hazırlanan sürәtli hücum kateridir. Kater әsasәn, sahil müha - fizәsinin tәşkil edilmәsi, axtarış-xilas etmә, patrul vә hücum tapşırıqlarının yerinә yetirilmәsi, elәcә dә qaçaq mal çılıqla mübarizә әmәliyyatlarının icara olunması üçün nәzәrdә tutulub. Qeyd edәk ki, hazırda bu katerlәr Türkmәnistan Sәrhәd Xidmәti tәrәfindәn istifadә edilmәkdәdir. FIB 15 katerinin uzunluğu 15 metr, eni 4.15 metrdir. Kater suda maksimum 40+ knot sürәtlә üzmәk vә 200 nm mәsafәni qәt etmәk qabiliyyәtinә malikdir. Ekipaj üzvü 4 nәfәr olan FIB 15 katerinin si lah - lanmasına 2 әdәd 12.7 mm-lik uzaq dan idarә olunan stablizә silah sistemi daxildir. ARES 55 SAT vә ARES 65 SAT katerlәri ARES 55 SAT sürәtli hücum kateri “ARES Tersanesi” tәrәfindәn xüsusi tәyinatlı bölmәlәrin istifadәsi üçün hazırlanıb. Yüksәk çevikliyә vә manevr qabiliyyәtinә malik olan kater kritik obyektlәrin mühafizә olunması, sürәtli müdaxilә, patrul vә müşahidә missiya - larının yetirilmәsi üçün nәzәrdә tutulub. O, müasir rabitә avadanlıqları, elektrooptik sensorlar vә X-Band dәniz radarı ilә tәchiz edilib. ARES 55 SAT istifadәçiyә müxtәlif ssenarilәrә uy ğunlaşdırıla bilәn çox yönlü atәş gücü tәmin edir. Bunun üçün kater stablizә uzaqdan idarә olunan silah sistemi ilә tәchiz olunub. Onun uzunluğu 17.2 metr, eni 4.1 metr vә sürәti 45 knotdur. Korpusu alüminiumdan hazırlanan kater gücünü 2 әdәd dizel mühәrrikindәn әldә edir. ARES 65 SAT kateri dә ARES 55 SAT kimi xüsusi tәyinatlı bölmәlәr tәrәfindәn istifadә edilmәsi, kritik obyektlәrin mühafizә olunması, sürәtli müdaxilә, patrul vә müşahidә missiyalarının hәyata ke - çirilmәsi üçün nәzәrdә tutulub. Katerә müasir elekton sistemlәr vә X-Band dәniz radarı inteqrasiya olunub. O, dayanıqlıq baxımında ön sinifindәki rәqiblәrini qabaqlamağı bacarıb. Onun silah lan - masına stablizә uzaqdan idarә olunan silah sistemi daxildir. ARES 55 SAT-dan fәrqli olaraq ARES 65 SAT nisbәtәn daha iri qabaritә malikdir. Belә ki, ARES 65 SATın uzunluğu 19.1 metr vә eni 4.8 metrdir. Sürәti 45 knot vә korpusu alüminiumdan olan kater gücünü 2 әdәd dizel mü - hәrrikdәn alır. “Harpoon” kater ailәsi “Harpoon” seriyası “ARES Ter sa - nesi”nin sürәtli katerlәr seqmentinin әsasını tәşkil edir. Bu seqmentә daxil olan katerlәr daha çox yüksәk sürәtә, çevikliyә, manevr vә müdaxilә imkanları ilә seçilir. Hazırda “Harpoon” seriyasına daxil olan kiçik hәcmli katerlәr Qәtәr Hәrbi Dәniz Qüvvәlәri tәrәfindәn istifadә edilir. Ümumimiyyәtcә, Qәtәr HDQ “ARES Tersanesi”nin inşa etdiyi katerlәrin vә gәmilәrin әsas istifadәçilәrindәn biridir. Onların donanmasında hәm “Harpoon” 53 “Mini-Shaldag” kateri


seriyasına aid, hәm dә şirkәtin digәr seriyalarına aid müxtәlif ölçülü gәmi vә katerlәr yer almaqdadır. “Harpoon” seriyasına daxil olan katerlәrin ölçü vә texniki parametrlәri müxtәlifdir. Ailәnin әn kiçik üzvünün uzunluğu 7.51 m vә eni 2.2 m, әn böyük nümayәndәsinin isә uzunluğu 21 m vә eni 4.95 metr tәşkil edir. Bu seriyaya “ARES 24 Harpoon”, “ARES 35 Harpoon”, “ARES 40 Harpoon FP”, “ARES 40 Harpoon OV”, “ARES 40 Harpoon Interceptor”, “ARES 55 Harpoon”, “ARES 65 Harpoon” vә “ARES 70 Harpoon” katerlәri daxildir. Ailәnin bütün üzvlәrinin suda üzmә sürәti 45 knotdan yuxarı olsa da, onların arasında әn yüksәk sürәtә sahib olan “ARES 55 Harpoon”dur. Bu katerin uzunluğu 17.4 metr, eni 3.55 metr vә maksimum sürәti 63 knot tәşkil edir. Katerә yüksәk sürәt qazandırmaq üçün onun korpusu tәkmillәşdirilimiş kompozit materialdan hazırlanıb. Hәmçinin, 2 әdәd dizel mühәrriklә tәchiz olunan katerin kiçik silueti vә xüsusi dizaynı da onun aerodinamikasına müsbәt tәsir göstәrir. Kater әsasәn, hücum, müdaxilә, müşahidә vә patrul missiyalarının icra olunması üçün nәzәrdә tutulub. “ARES 55 Harpoon” müxtәif ssenarilәrә uyğun çox yönlü atәş dәstәyi tәmin etmәk bacarığına sahib stabillәşdirilmiş uzaqdan idarәolunan silah sistemi ilә tәchiz edilib. MRTP-24/U SOC MRTP-24/U SOC kateri Türkiyәnin “Yonca-Onuk Tersanesi” tәrәfindәn dizayn vә inşa olunub. Mütәxәssislәrin sözlәrinә görә, “Onuk MRTP” seriyasının dördüncü nәsli sayılan MRTP-24/U SOC yüksәk sürәti, davamlılığı, geniş diapazonu, mürәkkәb vә geniş silah sistemlәri ilә imkanları tәsdiqlәnmiş әn müasir xüsusi әmәliyyat qüvvәlәri gәmisi hesab oluna bilәr. MRTP-24/U digәr “Onuk MRTP” platformaları kimi müasir idarәetmә sisteminә vә әmәliyyat qa - biliyyәtinә sahibdir. Ən sәrt şәraitlәrә belә davam gәtirәn sistem mühәrrik seçimindәn asılı olaraq, platformaya 55 knota qәdәr sürәt yığmağa, 450 dәniz mili üzmәyә imkan verir. Uzunluğu 26.3 m, eni 5.53 m vә şәxsi heyәti 7 nәfәrdir. Heyәtdәn әlavә olaraq, kater tam tәchiz olunmuş 16 xüsusi tәyinatlını götürә bilәcәk imkana sahibdir. İstifadәçilәrin tәlәblәrinә uyğun olaraq müxtәlif döyüş modulları ilә tәchiz oluna bilәn MRTP-24/U katerlәri müştәrilәrә ASELSAN şirkәtinin istehsalı olan 12.7 mm pulemyot vә ya 25 mm topa sahib stabillәşdirilmiş döyüş modulu, 40 mm qumbaraatan, ROKETSAN şirkәtinin istehsalı olan UMTAS vә digәr silah sistemlәri ilә tәklif edilir. Hazırda bu kater Türkiyә vә Qәtәr Hәrbi Dәniz Qüvvәlәri tәrәfindәn istifadә edilir. Qәtәr HDQ 2018-ci ildә “YoncaOnuk Tersanesi”ndәn 4 әdәdi MRTP-24/U SOC vә 4 әdәdi MRTP-24 FAC olmaqla, ümumilikdә 8 әdәd kater sifariş verib. SIPRI-nın 2021-ci il üçün olan hesabatına әsasәn, 4 әdәd MRTP-24/U SOC 2021-ci ildә Qәtәr HDQ-yә tәhvil verilib. Son olaraq qeyd edәk ki, günümüzdә müdafiә sәnayesinin digәr sahәlәrindә müşahidә olunan çoxfunksiyalılıq, gö - rünmәzlik, avtonomluq kimi tendensiyalar yüksәk sürәtli kater seqmentindә dә özünü göstәrmәkdәdir. Bu cәhәtdәn gәmi qa - yırma şirkәtlәri çalışırlar ki, mümkün olduğu qәdәr kiçik siluetә, aerodinamikaya, yüksәk sürәtә vә çevikliyә malik katerlәr hazırlasınlar. Eyni zamanda şirkәtlәr iki әsas mәsәlәni dә diqqәt mәrkәzindә saxlayırlar. Bunlar isә insansız vә stealth xüsusiyyәtinә sahib katerlәrin әrsәyә gәtirilmәsidir. Artıq adı çәkilәn mәsәlә ilә bağlı bir çox mәhsul ortaya çıxarılıb. Ancaq şirkәtlәr bu mәsәlә üzәrindә çalışmalara ciddi şәkildә davam etmәkdәdirlәr vә daha keyfiyyәtli platformanın әrsәyә gәtirilmәsindә xeyli sәy göstәrirlәr. PJ 54 www.poliqon.az MRTP-24/U SOC kateri ARES 55 SAT kateri


Dünyanın müxtәlif coğrafi vә iqlim şәraitindә aktiv şәkildә istifadә edilәn ARMA ailәsini 8×8 tәkәr formullu ARMA II zirehli döyüş maşını ilә genişlәndirәn “Otokar” şirkәti bununla dünyada Türkiyәnin quru platformaları sahәsindәki yerini daha yüksәklәrә qaldıracaq. Mövcud şәraitә, müxtәlif istifadәçi istәklәrinә vә müasir tәhdidlәrә uyğun formada dizayn edilәn ARMA II, üstün әrazi qabiliyyәti vә modul quruluşu ilә seçilәn yeni nәsil zirehli döyüş maşınıdır. Hәrbi maşınları Türkiyә ilә yanaşı beş qitәdә 40-dan çox dost vә müttәfiq ölkәnin hәm silahlı qüvvәlәrindә, hәm dә tәhlükәsizlik qüvvәlәrindә xidmәt göstәrәn “Otokar”, ARMA II-ni biri yerli olmaqla iki fәrqli mühәrrik variantında istifadәçilәrә tәqdim edir. “Otokar” şirkәtinin baş direktoru Serdar Görgüç bildirib ki, ARMA zirehli maşın ailәsinin ilk tәqdimatı 2010-cu ildә keçirilib. Onun sözlәrinә görә, bu gün tәqdim olunan yeni zirehli döyüş maşını ARMA ailәsindәn qazanılan tәcrübә әsasında hazırlanıb: “Biz ARMA II-ni bu ailәdәn qazanılan tәcrübә ilә daha yüksәk imkanlara malik yeni nәsil zirehli avtomobil kimi inkişaf etdirdik. ARMA bu gün öz sinfindә dünyanın aparıcı zirehli döyüş maşınlarından biri hesab olunur. 10 ildәn artıqdır ki, ARMA ilә unikal biliklәrә yiyәlәnmişik. Bu gün 500-dәn çox ARMA avto - mobilimiz dünyanın fәrqli ölkәlәrindә müxtәlif vәzifәlәr üçün istifadә olunur. Bundan әlavә, ARMA dünyanın bir çox coğrafiyalarında – bataqlıqlardan sәhralara, çәtin qış şәrtlәrindәn ekvatorial iqlimә qәdәr müxtәlif regionlardakı istifadәçilәrin ciddi sınaqlarından keçib”. Baş direktor qeyd edib ki, dünyada bu tәcrübәlәri qısa müddәt әrzindә qazanan vә satışlarda üstün rәqәmlәrә çatan 8×8 tәkәr formullu zirehli maşınların sayı mәhduddur: “Biz müştәrilәrimiz tәrәfindәn real istifadә baxımından әldә edilәn mәlumatları, onların verdiklәri rәylәri vә istehsalda qazandığımız tәcrübәlәri ARMA II-ni inkişaf etdirmәyә yönәltdik”. Bütün bunlara baxmayaraq Serdar Görgüç hazırkı ARMA-nın (ARMA 6×6 vә ARMA 8×8) istehsalını davam etdirmәyi planlaşdırdıqlarını vurğulayıb: “ARMA ailәmiz yüksәk sәviyyәdә istifadәçi mәmnuniyyәtinә nail oldu. Bizim ARMA avtomobilimiz çәkisinә görә öz sinfindә amfibiya qabiliyyәtinә malik yeganә zirehli döyüş maşınıdır. Çox tәkәrli zirehli maşın ailәmiz, istifadәçilәrimizin artan ehtiyac vә tәlәblәri, elәcә dә yaranan yeni tәhlükәlәr nәzәrә alınmaqla öz resurslarımız hesabına hazırladığımız ARMA II ilә daha da genişlәndi. İnanırıq ki, ARMA II dә ailәnin digәr üzvlәri kimi tezliklә müasir orduların әsas prioritetlәri sırasında olacaq. Biz “Otokar”ın zirehli döyüş maşınlarında qazandığı uğuru ARMA II ilә güclәndirmәyi hәdәflәyirik”. Serdar Görgüç bildirib ki, qurulduğu ildәn indiyә qәdәr yeniliklәrә imza atan “Otokar” şirkәti ARMA II-dә yerlilik miqdarını daha da artırıb: “60 ildir Türkiyәnin qabaqcıl nәqliyyat vasitәlәrini istehsal edәn şirkәt olaraq, ARMA II-ni inkişaf etdirәrkәn yerlilik nisbәtini artırmaqla ölkәmizin quru sistemlәrindә xarici asılılığının azaldılması istiqamәtindә mühüm bir addım atmaq istәdik. Belәliklә ARMA II-dә öz resurslarımız hesabına dizayn vә istehsal etdiyimiz ötürmә qutusu ilә asma sistemdәn istifadә etdik”. Şirkәtin baş direktoru ARMA II-dә yerli vә milli sistemlәrdәn istifadәyә xüsusilә diqqәt yetirdiklәrini qeyd edib: “Bu cәhәtdәn әn vacib amil zirehli maşının yerli mühәrrik alternativi ilә tәklif olunmasıdır. Belәliklә ARMA II hәm dә Türkiyәnin yerli mühәrriklә tәchiz edilәn 8×8 tәkәr formullu ilk zirehli maşını oldu”. Serdar Görgüç vurğulayıb ki, ARMA II müştәrilәrә iki fәrqli mühәrrik seçimi ilә tәklif edilir: “ARMA II-ni biri yerli omaqla iki fәrqli mühәrrik variantı ilә tәklif edirik. Hәr iki mühәrrik seçimi ilә bağlı bütün sınaq vә kalifikasiyaları yerinә yetirmişik. Bununla da hәr bir infrastrukturunu öz resurslarımız hesabına tamamlayaraq ARMA II-ni iki fәrqli mühәrrik variantı ilә kütlәvi istehsala hazır vәziyyәtә gәtirmişik”. Serdar Görgüç buradakı әsas mәqsәdin yerli mühәrriklәri inkişaf etdirәrәk xarici asılılığın azaldılması olduğunu diqqәtә çatdırıb. ARMA II “Otokar” mütәxәssislәri tәrәfindәn fәrqli regionlarda üzlәşilәn çәtinliklәr, döyüşlәr vә asimmetrik tәhlükәlәr nәzәrә alınmaqla hazırlanıb. Zirehli maşın istifadәçiyә çәtin relyef şәraitindә effektiv hәrәkәt qabiliyyәti, öz sinfindә әn yüksәk ballistik, mina vә әldәqayırma partlayıcı qurğulardan (ƏPQ) müdafiә tәklif edir. Maksimum yükgötürmә bacarığı 40 ton olan ARMA II maşını 720 at gücündә mühәrrikә sahibdir. ARMA II-nin dizaynı onun üzәrinә 120 mm çapa qәdәr ağır silah sistemlәrini inteqrasiya etmәyә imkan verir. Zirehli döyüş maşınının tәchiz olunduğu sükan sistemi bütün oxları (hәm ön, hәm dә arxa) idarә etmәk funksiyasına malikdir. ARMA II-nin modul platforma olaraq dizayn edilmәsi, onu müxtәlif tapşırıqlar üçün uyğun vasitә halına gәtirir. O, piyada bölmәlәri üçün standart tәkәrli zirehli döyüş maşını vә zirehli transportyor olmaqla bәrabәr hәm dә müxtәlif silah sistemlәri ilә avadanlıqların inteqrasiyasına imkan verir. ARMA II müşahidә vә dinlәmә vasitәlәri ilә kәşfiyyat maşını, geniş daxili hәcm vә sürәtli yerdәyişmә bacarığı ilә komandakontrol maşını, habelә istifadәçinin istәyindәn asılı olaraq tәmir-tәxliyә vә ambulans kimi müxtәlif konfiqurasiyalarda hazırlana bilәr. yeni ARMA II zirehli döyüş maşınını tәqdim edib Türkiyәnin “Otokar” şirkәti tәrәfindәn yeni hazırlanan ARMA II zirehli döyüş maşınının tәqdimatı keçirilib. ARMA II zirehli döyüş maşını sinifinin әn yüksәk qoruma sәviyyәsi vә atәş gücü ilә birlikdә tәqdim olunur.


Açılış mәrasimindәn sonra, Pakistanın xarici işlәr naziri Bilaval Bhutto Zәrdari, Hәrbi Dәniz Qüvvәlәrinin komandanı admiral Mәhәmmәd Əmcәd Xan Niyazi vә dәniz işlәri naziri Faisal Ali Subzvari birlikdә PIMEC-2023 sәrgisindә stendlәri ziyarәt ediblәr. 3 gün davam edәn sәrgidә 21 xarici vә 112 yerli olmaqla ümumilkdә 133 özәl vә dövlәt şirkәti iştirak edib. Beynәlxalq iştirakçılar arasında Türkiyә, Çin, Niderland, Birlәşmiş Ərәb Əmirliklәri, Böyük Britaniya, Fransa, Finlandiya, Sinqapur, İraq, Cәnubi Koreya, İtaliya, ABŞ vә Tanzaniyanı tәmsil edәn şirkәtlәr yer alıb. PIMEC-2023 sәrgisinә qatılan xarici iştirakçılar arasında Türkiyә müdafiә sәnayesinin şirkәtlәri xüsusilә seçilib. Bu şirkәtlәrin sırasında ASELSAN, STM, ASFAT, MilSOFT vә digәrlәri yer alıb. ASELSAN-ın sәrgidә nümayiş etdirdiyi mәhsulların önündә ZOKA torpedo әleyhinә aldadıcı vә qarışdırıcı akustik sistem gәlib. ZOKA akustik sistemi şirkәtin HIZIR (suüstü gәmilәrә quraşdırılır) vә ZARGANA (sualtı qayıqlara quraşdırılır) torpeda әleyhinә sistemlәrinin elementi kimi istifadә olunur. Sistemin işlәmә prinsipi әtarafa aldadıcı vә qarışdırıcı akustik siqnallar yaymaqla suüstü yaxud sualtı vasitәyә yönәlmiş torpedo vә bu kimi tәhdidlәri platformadan yayındıraraq uzaqlaşdırmaqdır. Pakistan Hәrbi Dәniz Qüvvәlәrinin (HDQ) “Agosta 90B” sinifi sualtı qayıqlarının modernizasiyasını yerinә yetirәn STM şirkәti sәrgidә “Pakistan Dәnizdә Yanacaqdoldurma Gәmisi” (PNFT) PNS MOAWIN-i nümayiş etdirib. Eyni zamanda tamamilә Türkiyә mühәndislәri tәrәfindәn dizayn edilәn kiçik ölçülü STM500 sualtı qayığı barәsindә dә ziyarәtçilәrә mәlumatlar verib. Pakistan HDQ üçün PN MİLGEM Layihәsi çәrçivәsindә inşa edilәn “PNS Khaibar”, “PNS Babur”, “PNS Badr” vә “PNS Tariq” korvetlәrinin baş podratçısı olan ASFAT şirkәti dә PIMEC-2023-dә özünün dәniz sistemlәri sahәsindәki qabaqcıl hәll vә mәhsullarını sәrgilәyib. Yerli şirkәtlәrin üstünlük tәşkil etdiyi sәrgidә Pakistanın “Karachi” Gәmiqayırma Zavodu onların arasında xüsusilә seçilib. Pakistan Hәrbi Dәniz Qüvvlәri üçün Türkiyә şirkәtlәri ilә birlikdә bir sıra vacib layihәlәri yerinә yetirәn “Karachi” Gәmiqayırma Zavodunun rәhbәrliyi Küveyt, Liviya, İspaniya, İtaliya, Malayziya vә digәr ölkәlәrin nümayәndә heyәtlәri ilә görüşlәr keçirib. Sәrginin son günü bağlanış mәra si - mindә çıxış edәn Pakistanın dәniz işlәri naziri Faisal Ali Subzvari PIMEC-2023-dә bir sıra müqavilәlәrin imzalandığını vurğulayıb. Onun sözlәrinә görә, bu sәrginin davamlı olaraq keçirilmәsi Pakistanın dәniz sahәsindәki rolunun artmasına vә mavi iqtisadiyyatın (dәniz ticarәti) inkişafına tәkan verәcәk. Qeyd edәk ki, Bәhreyn, Sәudiyyә Ərәbistanı, Qәtәr, Oman, Türkiyә, Böyük Britaniya, İtaliya, Almaniya, Portuqaliya, ABŞ, Kolumbiya, Şri Lanka, Malayziya, Qambiya, Qvineya-Bisau, Mavriki, Madaqaskar, Seyşel adaları vә Qazaxıstan da daxil olmaqla 17 ölkәdәn 37-dәn çox nümayәndә heyәti sәrgiyә qatılıb. 3 gün әrzindә sәrgidә iştirak vә ziyarәt edәnlәrin ümumi sayı 15 000 nәfәri ötüb. Sәrgidә müxtәlif formatlarda 179 görüş keçirilib ki, bunların da 55-i B2B (şirkәtlәr arasında), 98-i B2G (şirkәt vә hökumәt nümayәndәlәri arasında) vә 26-ı G2G (hökumәt nümayәndәlәri arasında) formatında baş tutub. Sәrgi zamanı müxtәlif tәrәflәr arasında dәniz sәnayesi sektorunu әhatә edәn ümumilikdә 21 anlaşma memorandumu vә saziş imzalanıb. PIMEC-2023 sәrgisi Pakistan Hәrbi Dәniz Qüvvәlәrinin tәşәbbüsü vә tәşkilatçılığı, Pakistan Dәniz İşlәri Nazirliyinin dәstәyi ilә Karaçi Ekspo Mәrkәzindә keçirilib. Tәdbirin tәşkilati işlәri “Badar Expo Solutions” (BXSS) şirkәti tәrәfindәn yerinә yetirilib. PIMEC-2023 sәrgisinin keçirilmәsindә mәqsәd dәniz sektoru üzrә fәaliyyәt göstәrәn şirkәtlәri vә dövlәt qurumlarını bir araya gәtirmәklә onlar arasında hәm yeni әmәkdaşlıqların yaranmasına, hәm dә layihә vә müqavilәlәrin imzalanmasına zәmin yaratmaqdır. Xüsusi ilә Pakistan üçün böyük әhәmiyyәtә malik olan bu sәrginin vasitәsilә ölkәnin dәniz sәnayesindәki qabiliy - yәtlәrinin vә istehsal gücünün artırılması, texnologiya transferi mәsәlәlәrinin hәyata keçirilmәsi, habelә iqtisadi cәhәtdәn gәlir әldә edilmәsinә әlverişli şәraitin yaradılması hәdәflәnib. 56 www.poliqon.az Pakistanda PIMEC-2023 beynәlxalq dәniz sәrgisi keçirilib ?Ehteşam Bari POLİQON jurnalının Pakistan tәmsilçisi 2023-cü ilin 10-12 fevral tarixlәrindә Pakistanın Karaçi şәhәrindә ilk dәfә PIMEC Beynәlxalq Dәniz Sәrgisi vә Konfransı keçirilib. PIMEC-2023-ün açılış mәrasimindә çıxış edәn Pakistanın xarici işlәr naziri Bilaval Bhutto Zardari, dәniz işlәri naziri Faisal Ali Subzvari vә digәr rәsmi şәxslәr bu sәrginin әhmiyyәtindәn danışıb.


Click to View FlipBook Version