The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by Raman Dadashov, 2019-05-03 02:13:23

Azərbaycanda ailə dəyərləri-2018

Azərbaycanda ailə dəyərləri-2018

Emin Mehtiyev

AZƏRBAYCANDA AİLƏ
DƏYƏRLƏRİ

BAKI-2018

Emin Mehtiyev

AZƏRBAYCANDA AİLƏ DƏYƏRLƏRİ

3

GİRİŞ

Sinifli cəmiyyətin yaranması ilə monoqam ailə münasibətləri
də yaranmışdır. Bu baxımdan da ailə cəmiyyətin mühüm
təsisatlarından biridir. O, bir çox ictimai elmlərin tədqiqat
obyektidir.

Ailə - nikah və ya qan qohumluğuna əsaslanan, məişət
ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik
sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm
komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə
həmin cəmiyyətin inkişafında mühüm rol oynayır. Nikah ailənin
hüquqi əsasıdır. O, qadınla kişi arasında rəsmi qaydada bağlanılan
müqavilədir.

İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin
sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmiçinin böyüyə
hörmət və qayğı göstərmək vəzifəsi ailədə reallaşır. Ailənin əsası
cəmiyyət tərəfindən bu və ya digər formada müəyyən edilmiş kişi
ilə qadın arasında nikah ittifaqıdır. Nikah kişi ilə qadın arasında,
valideynlərlə uşaqlar arasında münasibətləri qəti müəyyənləşdirir,
müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri
verir. Ailəyə kiçik sosial qrup kimi də baxmaq olar. Ailənin
mahiyyəti onun quruluşunda, formalarında, funksiyalarında və bir
də ailə üzvlərinin ailədə rolunda ifadə olunur.

Milli dəyərlərimizin fundamentini ailə dəyərləri təşkil edir.
Aydındır ki, hər bir azərbaycanlının xüsusi önəm verdiyi həyat
həqiqətlərindən biri də ailədir. Azərbaycanlı psixologiyasında ailə

4

faktoru digər xalqlarla müqayisədə daha dərin və uzunömürlüdür.
Yəni ailə üzvləri böyüdükcə, digər millətlərdən fərqli olaraq, fərdlər
ailədən uzaqlaşmır, əksinə, daim əlaqələrini genişləndirir. Həmçinin
ailədə hər bir fərdin öz yeri və üzərinə düşən öhdəlikləri vardır.
Azərbaycanlı psixologiyasında ailə müqəddəsdir; o, gücü, birliyi,
iradəni təmsil edir ki, milli dəyərlərimizin təhlili zamanı məhz bu
keyfiyyətlərlə rastlaşırıq. Başqa sözlə, Azərbaycan ailəsinin dəyər
verdiyi keyfiyyətlər zaman keçdikcə əhatələnmiş, qanuniləşmiş
və bugünkü milli dəyərlərimizi meydana gətirmişdir. Milli
dəyərlərimizi ailə fərdlərinin ayrı-ayrılıqda Azərbaycan ailəsindəki
yerini və vəzifələrini qısa şərh etməklə belə səciyyələndirə bilərik.
Ata, ilk növbədə, ailədaxili qanunları tənzimləyən və ailəni həyatın
müxtəlif çətinliklərindən qorumaqla idarə edə bilən şəxsdir. O, öz
ədaləti və iradəsi ilə ailədə böyüməkdə olan övladları, xüsusilə
oğul üçün nümunəvi olan və onun gələcək həyatında meyar
rolunu oynaya bilən Azərbaycan kişisi, ana isə namuslu qadın,
ləyaqətli həyat yoldaşı, qayğıkeş, mərhəmətli ana, xanım-xatın,
ailəcanlı, ismətli, yeri gələndə mərd və döyüşkən olmağı bacaran
Azərbaycan xanımıdır. Ailənin digər üzvləri olan övladlar isə ata-
ananın sözündən çıxmamaq, onların haqqını ömrün vəfası bitənə
qədər uca tutmaq, ailə dəyərlərinə qarşı gəlməmək, nəticə etibarilə
valideynlərinin fəxrinə çevrilməklə əsl azərbaycanlı ailəsini təşkil
edirlər ki, bu nüanslar Azərbaycan xalqının milli dəyərlərində
geniş şəkildə və ümumxalq formatında yaşamaqdadır. Böyüyə
hörmət, böyüklük göstərmək və onu qorumaq kimi ailədə təlqin
və tələb olunan yüksək keyfiyyətlərin Azərbaycan xalqında

5

özünəməxsus şəkildə ifadə olunması da milli dəyərlərimizin əsas
prinsiplərindəndir.

Bəs milli dəyərlər deyəndə nə başa düşülməlidir?
Milli ideologiya, milli tarix, dil, milli mədəniyyət, mili
ədəbiyyat, mili özünüdərk, milli əxlaq və ailə, bir sözlə, milli
olan bütün mənəvi sərvətlər milli dəyərlərdir. Hər bir xalqın milli
dəyərləri onun milli mənəviyyat göstəricisidir. Bu mənəviyyatın
qaynaqlandığı mənbə isə milli tarix və onun gerçəklikləri, milli
mədəniyyət, milli adət və ənənələrdir.
Mədəni-mənəvi kökümüzə qayıdış yolunda, milli
mənəviyyatımızın təkcə forma baxımından deyil, həm də məzmun
baxımından bərqərar olması uğrunda aparılan mübarizədə
mətbuatın, televiziyanın rolu olduqca böyükdür. Qəzet və
telekanallar yalnız məqalə və veriliş yayımı ilə kifayətlənməməli,
paralel olaraq bu məqalə və verilişlərdə milli dəyərlərin təbliği və
qorunmasına xidmət etməlidir.
Bütün siyasi, ictimai, mədəni, ədəbi proseslər, o cümlədən
yayım prosesləri daim inkişafda və yenilənməkdədir. İstənilən
inkişafın bazasında isə mütləq ümumbəşəri və qlobal elementlər
dalğası hökm sürməyə can atır. Bu dalğanın törətdiyi fəsadlar isə
istənilən prosesi milli kökündən, milli adət-ənənəsindən, milli
mənəviyyatından uzaq sala bilər. Məhz buna görə də kütləvi
auditoriyası olan qəzet və televiziya, mütləq mənada, ümummilli
ahəng üstündə köklənməli, yaradıcı güc, işlək qüvvə, jurnalist
bazası daha çox milli dəyərlər kontekstində yüklənməlidir.

6

Ailə sosiologiyası

Ailə sosiologiyasının meydana gəlməsi və inkişaf mərhələləri
Uzun müddət ailəni müxtəlif aspektlərdən təhlil edən
tədqiqatlar aparılsa da bu sahənin sosiologiyanın əsas tədqiqat
obyektlərindən birinə çevrilməsi XIX əsrdə baş vermişdir.
Ailə sosiologiyasının inkişafını Thomas və Wilcox 3 mərhələyə
bölürlər.
Sosial problemlərin tədqiq olunduğu mərhələ (1800-1900);
Amerika düşüncə tərzinə Avropalıların təsiri dövrü (1900-
1950);
Pozitivist və humanist konsepsiyalardan fəlsəfi ayrılıqların
başladığı mərhələ (1950-ci illər və sonrası dövr)
Başqa bir tədqiqatda isə, ailə sosiologiyasının inkişaf
mərhələləri dörd dövrlə müəyyən olunmuşdur:
Sosial Darvinizm (1860-1890);
Sosial islahatçılıq (1890 -1920);
Elmi tədqiqatlar mərhələsi (1920 -1950);
Ailə tədqiqatları sahəsində sistematik formalaşdırma mərhələsi
(1950-ci illər və sonrakı dövr).
Ailə mövzusunda ilkin sosioloji tədqiqatlar Kont və Proudhon
ilə başlamışdır. Lakin bununla belə ailə sosiologiyasının bünövrəsi
fransız sosioloqu Fr.Le-Ple və amerikalı sosioloq, ailə məsələləri
üzrə Amerika Milli Şurasının ilk prezidenti E. Berdjers tərəfindən
qoyulmuşdur.
Fr.Le-Ple cəmiyyəti müşahidə edərkən cəmiyyətin özəyi və sadə

7

modeli kimi ailəni qəbul edirdi. Onun fikirləri Kontun ailə haqqında
“kiçik cəmiyyətlər” ideyasının təsiri altında formalaşmışdır. Le-
Ple “Cəmiyyəti dərk edə bilmək üçün ailəni dərk etmək lazımdır”
tezisindən çıxış edirdi. O, hesab edirdi ki, xarici mühit insanların
iqtisadi həyatını müəyyən edir, eyni zamanda ictimai proseslərə
təsir edən ailə formasını diktə edir. Le Ple, ailə tədqiqatlarının
empirik metodu kimi ailə büdcəsinin təhlilini seçmişdir. O, ailə
haqqında qələmə aldığı monoqrafiyasında ailənin büdcəsinin
təhlilini aparır, ailə dinamikasının sosial-iqtisadi proseslərə təsirini
öyrənirdi. Le Ple bununla ailənin quruluşu və funksiyası haqqında
daha dəqiq məlumat əldə olunmasını və həmçinin bu metodla
ailənin müqayisəsi və tipoloji təsnifatı üçün sağlam bazanın
yaranmasını təmin edirdi.

1859-cu ildə Darvinin “Növlərin mənşəyi” (Origin of Species)
adlı əsərinin nəşr olunmasının ardından Morqan, Engels, Bachefon
dialektik-materialist sosiologiya prinsipləri əsasında, cəmiyyətin
iqtisadi inkişafının ailə transformasiyasına təsirini tədqiq etməyə
başladılar. (3, 59) Elm adamları antropoloji tədqiqatlarla, ailənin
strukturu və funksiyaları daxilində yer aldığı cəmiyyətin inkişaf
etmə səviyyəsi ilə əlaqədar olduğunu qeyd etməyə çalışırdılar. Ailə
institutunda baş verən sosial dəyişikliklərin tədqiqatının nəzəri
əsasları antropoloqlar C.F.Mak-Lennan, I.Y.Baxoven, L.Q.Morqan
tərəfindən qoyulmuşdur. Onlar ailəni statistik bir təsisat olmaqdan
daha çox, uzun təkamül yolu keçərək inkişafda olan sosial bir
sistem kimi nəzərdən keçirirdilər. (17, 13)

Təkamülçü nəzəriyyənin mərkəzində yer alan ailə və

8

nikahın dəyişkənliyi ideyası Amerika antropoloqu L.Q.Morqanın
tədqiqatlarında özünə geniş yer tapmışdır. O, 1868-ci ildə ilk
dəfə ailə haqqında əsərlərini nəşr etdirmiş, 1870-ci ildə isə onun
“Qohumluq sistemi və insan ailəsinin xüsusiyyətləri” adlı əsəri
işıq üzü görmüşdür. Tədqiqatlarının tam toplusunu isə 1877-ci
ildə “Qədim cəmiyyət” əsərində çap etdirmişdir. Morqan aydın
şəkildə nəsli ailədən ayırır və göstərir ki, ailə üzvləri arasında
nikah münasibətləri mümkün olmayan ekzoqam qrupdur. Demək,
ibtidai nəsil ailələrdən ibarət ola bilməz. Buradan çıxış edərək:
ilkin nəsil forması kollektiv təsərrüfata, ekzoqam-endoqam nikah
münasibətlərinə əsaslanan ana nəslidir. Kollektiv təsərrüfatın
dağılması və şəxsi təsərrüfatın yaranması ana nəslindən ata nəslinə
keçidin əsasını qoyur və cütlük ailəsini monoqam ailəyə çevirir.
Morqan bununla monoqam ailəni nəsli cəmiyyətdə asanlıqla
parçalanan nikah cütlüklərindən ayırır, çünki bu cütlüklər təsərrüfat
müstəqilliyinə, şəxsi mülkiyyətə və mirasa sahib deyildi.

Bu ideya F.Engels tərəfindən inkişaf etdirildi. O, vurğulayırdı
ki, monoqam ailə – fərdi məhəbbətin nəticəsi deyil, ərin
hökmranlığının iqtisadi şəraitdə ifadəsidir və miras sahib olacaq
övladların olması monoqamiyanın əsas məqsədidir. Bu fikri
F.Engels özünün “Ailənin, şəxsi mülkiyyətin və dövlətin mənşəyi”
(1884) əsərində əks etdirmişdir.(20) Bu kitab L.Morqanın
tədqiqatları əsasında yazılmışdır. Burada, həmçinin digər alimlərin
ümumi nəticələrinə də rast gəlmək olar. Qeyd etmək lazımdır ki,
bu iş, K.Marks tərəfindən L.Morqanın “Qədim cəmiyyət” əsərinə
tənqidi qeydlər şəklində yazılmağa başlamışdır.

9

Bu dövrdə aparılan tədqiqatlarda ailə institutunun təkamül
prosesi tədqiq olunurdu. Tarixi faktlar nəzərdən keçirilir, müqayisəli
təhlil vasitəsilə ibtidai cəmiyyətlərin ailə quruluşu formalarının
təyin olunmasına cəhd edilirdi. Bu dövrdə tədqiqatçılar etnoloji
və tarixi məlumatlardan istifadə edərək təkamülçülük prinsipindən
çıxış edən birtərəfli tədqiqatlar aparırdılar. Gəldikləri nəticələr
(ailənin cəmiyyətin əsas özəyi olduğu, geniş ailədən nuklear ailəyə
doğru davam etməsi kimi) ailə sosiologiyası sahəsində təməl
əsərlər siyahısına daxil olmuşdur. (3, s.60)

Lakin qeyd etmək lazımdır ki, bu dövrdə ailə institutunun
öyrənilməsi istiqamətində başqa yanaşmalar da mövcud olmuşdur.
Funksional yanaşma – ailənin sosial institut kimi öyrənilməsini
təşkil edən əsas hissə – həmçinin tarixin gedişində müxtəlif ailə
tiplərinə məxsus ümumi xüsusiyyətləri axtarmağa yönəlmişdir.
Burda diqqəti təkcə ailənin universallığına deyil, həm də ailə-
məişət həyatının özünə, sosial fenomen kimi ailənin sosial-mədəni
funksiyalarına və nikah, qohumluq və valideynliklə bağlı sosial-
mədəni rolların qarşılıqlı münasibətinə yönəlmişdir. E.Durkheim,
diqqəti funksionalizmin “atası” kimi ailə həyatında hər bir fərdin
roluna, ailəyə şamil edilən həmrəylik və birlik mexanizmlərinin
axtarılmasına, qadın və kişinin roluna yönəldir.

Təkamülçü konsepsiyanın bir başqa opponenti isə ingilis
antropoloq və sosioloqu B.Malinovskidir. Öz konsepsiyasında
Malinovski diqqəti, sosial institut kimi ailə elementləri arasında
əlaqələrə yönəldirdi. (4, 15) Müasir sosioloqlar hesab edir ki,
funksionalist yanaşma ailənin sosial institut kimi təkamülçü

10

tədqiqi ilə uyğunlaşa bilər. Belə ki, ailənin və cəmiyyətin sosial
bir institut kimi öyrənilməsi tam olaraq, elmi xarakter daşıyır,
elm xatirinə elmin təzahürüdür. Həmçinin XIX əsrdə ailənin digər
tətbiqi və ya təcrübi öyrənilməsi meydana gəlir və açıq şəkildə
funksional yanaşmaya zidd mövqedədir. Diqqəti ailə üzvlərinin
emosional yaxınlığına, onların tələbatına və maraqlarına yönəldir.
Bu da nəticədə ayrı-ayrı ailələrin və ailə institutunun özünün birlik
mübahisələrini izah etməyə çalışır. Söhbət ailənin ilkin kiçik qrup
kimi öyrənilməsindən gedir. Bu ilkin kiçik qrup isə, özünəməxsus
yanaşma, fəaliyyət və dağılma tarixinə malikdir.

Rus sosioloqları M.Kovalevski və P.Sorokinin bu sahənin
inkişafına əhəmiyyətli təsiri olmuşdur. M.Kovalevski, V.Roberti
ilə bərabər Rusiyada ilk sosiologiya kafedrasına rəhbərlik etmişdir.
O, cəmiyyətin təhlilinə çoxö­ lçülü yanaşma və genetik sosiologiya
prinsiplərindən istifadə edərək cəmiyyətin inkişafını dərk etmək
üçün sosial institutların mənşəyini öyrənməyin əhəmiyyətini sübut
etməyə çalışırdı.Tarixi müqayisə metodu əsasında M.M.Kovalevski
bütün sosial təzahürlərin və ictimai institutların genetik qohumluq
nəzəriyyəsini – “genetik sosiologiyasını” formalaşdırmışdır. 1895-
ci ildə M.M.Kovalevski “Ailə və mülkiyyətin mənşəyi və inkişafı”
oçerkini nəşr etdirir. Müəllif bu əsərində insan cəmiyyətinin qədim
dövründə ailə-nikah münasibətlərinin dərin təhlilini vermişdir (10,
282).

P.Sorokin isə nikah institutunu təhlil edərək, onun təkamülündə
geniş cinsi azadlığın tədricən normativ məhdudiyyətlər yığımına
keçməsi nəticəsinə gəlmişdir (15, 72).

11

Ailə institutunun müqayisəli tarixi təhlilini apardıqdan və
ənənəvi ailənin həyat tərzi ilə XIX əsrin sonu XX əsrin əvvəllərinin
ailəsini müqayisə etdikdən sonra o, “ailə böhranı” kateqoriyasını
ilk dəfə olaraq elmə gətirdi. Bu abstrakt anlayışın empirik
göstəricilərinə görə, artıq o zaman nikah və doğum əmsalının
aşağı düşməsi, boşanmaların sayının artması, valideyn nüfuzunun
sarsılması tendensiyası müşahidə olunurdu. Alimlər destruktiv
xarakter daşıyan ailə dəyişikliklərini sənaye cəmiyyətinin
funksional qanunauyğunluqları ilə əlaqələndirirdilər.

Türk sosiologiya məktəbində də ailə problemi əhəmiyyətli
yerə sahib idi. Bu baxımdan Türkiyədə sosiologiya elminin banisi
hesab olunan Ziya Gökalpın fikirləri əhəmiyyət kəsb edir. O,
türk ailəsinin inkişaf xətti ilə cəmiyyətdəki dəyişikliklər arasında
paralelliyin olduğunu qeyd edir, türk ailə quruluşunda həm
patriarxal, həm matriarxal ailənin izlərinin olduğunu irəli sürürdü
(18, 342).

Ailə sosiologiyasında ikinci mərhələ olaraq qəbul edilən
sosial islahat mərhələsində isə, müqayisəli müşahidə metodu ilə
paralel olaraq obyektiv informasiyanı toplamaq vasitələri tətbiq
olunmaya başlandı. Sənaye inqilabı ilə paralel olaraq meydana
gələn yoxsulluq, uşaq əməyindən istifadə olunması və boşanma
kimi ailə quruluşu üçün təhlükə törədən problemlərdən çıxış
edərək “sürətli sosial dəyişikliklər, sənayeləşmə və şəhərləşmənin
ailə institutunun zəifləməsinə və ailə birliyinin pozulmasına səbəb
olması haqqında” fikirlər irəli sürüldü (6, 88).

Bu dövrdə ailənin üz-üzə qaldığı sosial problemlərin artıq

12

təkamülçü nəzəriyyə əsasında həll olunmayacağı fikri get-gedə
üstünlük təşkil etməyə başladı. Bu da öz növbəsində ailə institutuna
fərqli aspektlərdən yanaşma zərurətini ortaya çıxarırdı. Sosial
islahatçılıq prinsiplərini müdafiə edən tədqiqatçılara görə ailə,
həssas bir quruluşa malik təsisat kimi, üzləşdiyi sosial problemlərin
çoxluğu qarşısında müntəzəm olaraq zəifləyirdi. Sosioloqlar isə,
ailənin əsrlərdir davam edən və hər cür şəraitə uyqunlaşa bilən
bir təsisat olduğunu, sosial problemlərin ailə rollarının dəyişməsi
vacibliyinə işarə etdiyini qeyd ediridilər (16, 83).

Bu iki düşüncə tərzi, ailə tədqiqatlarında, nəzəri baxımdan
olduğu kimi metodoloji baxımdan da dəyişiklilərin qaçılmaz olduğu
zərurətini ortaya qoyurdu (3, 53). Sosioloqlar Kontun pozitivizmi
konktekstində metodologiyaları inkişaf etdirmək və pozitivizmin
qanuniliyini təmin edə bilmək üçün akademik olaraq sosiologiya
kafedraları yaratmağa başlamışdılar. 1892-ci ildə Çikaqoda, 1894-
cü ildə isə Kolumbiyada sosiologiya kafedraları qurulmuş, Albion,
Small, Giddengs, Vvard, Veblen tərəfindən dərsliklər yazılmış və
jurnal çapına başlanılmışdı (The American Journal of Soc­ iology)
(16, 84). Bu dövrdə cəmiyyətdəki sosial böhranın təsirlərini
azaltmaq məqsədi ilə, ailə və cəmiyyət arasında əlaqə qurulması
istiqamətində müxtəlif tədbirlər həyata keçirilirdi.

Üçüncü mərhələ “elmi tədqiqat mərhələsi” kimi adlandırlır və
bu dövr XX əsrin ilk yarısını əhatə edir. Bu mərhələ çox ciddi sosial
antoqonizmlərlə müşaiyət olunan qlobal iqtisadi böhran illərinə
tasadüf edir. Bu dövrdə müxtəlif statistik informasiyalar toplanmış
və təhlil metodları inkişaf etdirilmişdir. Həmçinin mənəvi dəyər

13

ölçülərini arxa plana keçirən və metodoloji prinsiplərə əsaslanan
tədqiqatlar aparılmağa başlamışdır. Burgess, ailə tədqiqatlarına,
kiçik həcmli sosial-psixoloji nəzəriyyələrin formalaşmasına nail
olmuşdur. Burgess ailəni “bir-birinə təsir edən fərdlərin birliyi”
kimi tərif etməsindən sonra, ailədaxili münasibətlər, qarşılıqlı
əlaqə, həyat yoldaşı seçimi kimi ailə mövzusunda tədqiqatlar
aparırdı. Burda məsələlər, cəmiyyətin digər institutları ilə olan
münasibətlərindən daha çox ailədaxili münasibətlər müstəvisində
tədqiq olunurdu (3, 59).

Çikaqo məktəbinin nümayəndələri Park, Mead, Cooley kimi
sosioloqlar ailəni konkret empirik tədqiqatların əsas predmetinə
çevirdilər. (19, 457) Ailə tədqiqatları Amerika Sosiologiya
Cəmiyyətinin 1924-cü ildəki konfransında ailə sosiologiyası
kafedrası qurulması ilə qanuni forma əldə etdi. Həmən il Groves
universitetdə ailə və nikah mövzusunda dərslər tədris olunmağa
başlandı.

Bu dövrdə ailə sosiologiyası sahəsində yazılan ən ciddi
əsərlərdən biri amerikalı sosioloq Uilyam Oqbornun “Dəyişən
ailə” (1929) adlı əsəri idi. Oqborn bu əsərində diqqəti ailənin
öz üzvlərinə təqdim etdiyi xidmətlərin ahənginə yönəldirdi.
O, ailənin həyata keçirdiyi altı əsas funksiyanı müəyyən edir
və qeyd edirdi ki, bu funksiyalardan beşi artıq ailədən kənar
həyata keçirilir. Oqborn bu faktı ailənin icra etdiyi funksiyalarını
itirməsi kimi qiymətləndirirdi (7, 18). Oqbornun bu yanaşması
ailə sosiologiyasında iqtisadi determinizm kimi qəbul olunur.
Belə ki, o, ailədə baş verən sosial dəyişikliklərin əsas səbəbi kimi

14

texnologiya sahəsindəki yenilikləri və innovasiyaları qəbul edirdi.
Oqbornun amerikan ailəsinin funksional mübadiləsinin dəyişikliyi
haqqındakı fikirləri müsbət qarşılanmış və bunun əsasında müxtəlif
konsepsiyalar yaranmışdı.

Dördüncü mərhələ ailə tədqiqatları sahəsində sistematik
nəzəriyyə formalaşdırma mərhələsidir. Əsas sosioloji yanaşmalar
və konsepsiyalar yeni tədqiqat metodları ilə birgə istifadə olunaraq
nəzəriyyələr formalaşdırılmağa çalışılmışdır. Bu mərhələ əvvəlki
üç mərhələnin (Sosial Darvinizm, sosial islahatçılıq və elmi
tədqiqat dövrünün) bir sintezi kimi qiymətləndirilə bilər (3, 60).

Ailə tədqiqatları sahəsində nəzəriyyələrin meydana gəldiyi
ən məhsuldar dövr 1950-ci illərdən sonrakı dövr hesab olunur. Bu
dövr ərzində ailə tədqiqatlarında, ilk olaraq Hill, Katz və Simpson
tərəfindən 1900-1956 illər arasında aparılmış evlilik və ailə
mövzusundakı araşdırmaların nəticələri bir araya toplanmışdır.
İkinci mərhələdə isə nəzəri aspektlər müəyyən edilməyə
çalışılmışdır. Bu dövrdə diqqəti cəlb edən bir başqa vacib məqam
isə, ailə sosioloqlarının orta boy nəzəriyyəsini meydana gətirmə
cəhdləridir.

1960-cı illərdə Hill və Hansenin birgə hazırladıqları məqalədə
Mertonun sosiologiya elmində nəzəriyyə formalaşdırma
tədqiqatlarına istinad olunmuş və ailə, evlilik məsələsindəki
araşdırmaları sistemləşdirəcək orta həcmli nəzəriyyələrə olan
ehtiyac üzərində durmuşdur. Bu çalışmanın ardından, ailə ilə
digər sosial təsisatlar arasındakı əlaqələr araşdırılmağa və ortaya
qoyulmağa çalışılmışdır.

15

1980-ci illərdə, bu sahədəki bütün məsələlərə tətbiq oluna bilən
ümumi ailə nəzəriyyəsinin olmadığı haqqında fikir formalaşmışdır.
Bu illər ərzində, mövcud nəzəriyyələri inkişaf etdirmə cəhdləri
ilə paralel olaraq yeni və fərqli nəzəriyyələr irəli sürmək, bu
nəzəriyyələri müqayisəli tədqiqatlar aparmaq yolu ilə sınaqdan
keçirmək və nəzəriyyə meydana gətirmə metodologiyalarını
inkişaf etdirmək sahəsində fəaliyyətlər həyata keçirilirdi (3, 58).

XX əsr ərzində ailə institutunda baş verən dəyişikliklər prosesinə
olan elmi maraq zəifləməmişdir. Fransız sosioloqu F.Le-Plenin
ardınca amerikan sosioloqu Karl Simmerman ailədəki struktur
dəyişikliklərin sosial-tarixi inkişafa şərait yaratdığını qəbul edir.
XX əsrin ikinci yarısında (60-80-ci illər) Qərb sosiologiyasında ailə
dəyişiklikləri ilə əlaqəli elmi tədiqiatlar sosiologiyanın, tarixin və
antropologiyanın birləşməsi fonunda inkişaf edirdi və fənlərarası
tədqiqat obyektinə çevrilirdi. Bu problemi müxtəlif aspektlərdən,
regional xüsusiyyətlər prizmasından F.Aryes (uşaqlıq konsepsiyası
üzərindən ailə münasibətlərinin transformasiyası), P.Laslett,
E.Şorter, L.Stoun (ailə strukturunun transformasiyası və ailənin
ölçüləri), J.Dübi (orta əsr cəmiyyətində nikahın tədqiqi) inkişaf
etdirirdi. Bundan əlavə, Qərb sosial-humanitar elmində tarixi
demoqrafiyaya dair geniş elmi ədəbiyyat və sənaye cəmiyyətindən
əvvəl qadınların vəziyyətinin tədqiqi ilə əlaqəli feminist yazılar
mövcuddur (5, 12). Qərb cəmiyyətində bu problematikanın inkişaf
zirvəsi 1975-ci ildən ABŞ-da nəşrə başlayan “History of family”
(“Ailə tarixi”) jurnalı oldu.

Müasir dövrdə Qərb sosiologiyasında ailə dəyişiklikləri

16
probleminə maraq azalmamışdır. İngilis sosioloqu P.Tompson
hadisələrin iqtisadi, sosial və siyasi inkişafı prosesində ailə
strukturunun dinamikasının əhəmiyyət kəsb etdiyi qənaətinə
gəlmişdir.

1. Ailənin mahiyyəti
2. Ailənin funksiyaları
3. Ailə strukturlarının tipologiyası
4. Nikah anlayışı və boşanma

17

Ailənin mahiyyəti

Ailə elə çoxaspektli sosial qurumdur ki, sosiologiyanın
bütün bölmələrində ondan bəhs olunması təəccüblü deyil. O,
özündə sosial təşkilatın, sosial strukturun, institutun və kiçik
qrupun xassələrini təcəssüm etdirir. Ailə sosiologiyası daha geniş
problemlər dairəsinin - sosiallaşdırmanın, təhsilin, siyasətin və
hüququn, əməyin, mədəniyyətin və s. öyrənilməsi predmetinə
daxildir; o, sosial nəzarət və sosial nizamsızlıq, sosial mobillik,
miqrasiya və demoqrafik dəyişikliklər proseslərini daha mükəmməl
başa düşməyə imkan verir. İstehsal və istehlakın əksər sferalarında
sosioloji tədqiqatlar ailəyə istinadsız mümkün deyildir. Ailəyə
maraq geniş məzmunlu çoxfunksionallığın öyrənilməsində
əlavə unikal vasitəçi roluna idrakı maraqla dəstəklənir; onun bir
fenomen kimi sosiomədəni, sərhəd mahiyyətli, sosiumun istənilən
konstruksiyalaşdırılması zamanı strukturların kəsişməsində,
makro və mikroanalizin sərhəddində qərarlaşan təbiəti xüsusilə
əhəmiyyətlidir. Ailə sosietal proseslərin mikromühitin sosial
davranışının nəticələrinə reduksiyasını həyata keçirmək və
empirik yolla tədqiq olunan faktlarda qlobal səciyyəli problemləri
müəyyənləşdirmək imkanlarına malikdir. Bu baxımdan ailənin
tərifləri onun universallığının müxtəlif görüntülərini ehtiva etməyə
çalışmalı və burada, hər şeydən əvvəl, ailənin sosial instituta və
sosial qrupa xas əlamətləri definisiyada toqquşmamalı, əksinə, üst-
üstə düşməlidir. Ümumailə fəaliyyəti, yaxud ailə davranışı haqqında
təsəvvürlərə müraciət edərkən, ailənin, nikahını və qohumluğun

18

müxtəlif keyfiyyətli xüsusiyyətlərini birləşdirən qənaətbəxş ailə
defmisiyaları əldə etmək mümkündür. Ailə yaradan münasibətlər
kimi ailənin həyat fəaliyyətinin müxtəlif tərəflərini vurğulayan
çoxsaylı ailə defınisiyaları mövcuddur (məsələn, ailə bir-birini
sevən insanlar, yaxud ümumi əcdadları olan və ya bir yerdə yaşayan
şəxslər qrupudur; ailənin əlamətlərinin əhatəli sıralanması da bu
qəbildəndir). Əhalinin nəsilartırma meyarlarını və sosial-psixoloji
tamlığını nəzərə alan ailə defınisiyaları arasında sosioloq A. Q.
Xarçevin verdiyi tərifə görə, ailə həyat yoldaşları, valideynlər və
övladlar arasında tarixən konkret münasibətlər sistemi, üzvləri nikah
və qohumluq əlaqələri, ümumi məişət və qarşılıqlı məsuliyyətlə
birləşmiş, sosial vacibliyi, əhalinin fiziki və mənəvi artımına
cəmiyyətin ehtiyacı iləşərtlənən kiçik qrupdur. Ailənin hüquqi
əsası olan nikah kişi və qadın arasında əlaqələrin, birgəyaşayışın
və seksual portnyorluğun, uşağın dünyaya gəlməsi ilə nəticələnən
formalarının leqitim etirafı kimi çıxış edir. Ailənin mahiyyətinin
daha dolğun anlaşılması üçün ailənin məkanda lokallaşmasını
(yaşayış yeri, ev, mülkiyyət) və ailənin iqtisadi bünövrəsini -
valideyn və uşaqların məhdud məişət və iaşə hüdudlarından kənara
çıxan iqtisadi əsaslarını nəzərdə tutmaq lazımdır. Beləliklə, ailə-ər-
arvadlıq-valideynlik-qohumluq əlaqələri ilə bağlanmış və bununla
əhali artımını və ailə ənənələrini, varisliyini, həmçinin uşaqların
sosiallaşdırılmasını və ailə üzvlərinin mövcudluğunu təmin edən,
vahid ümumailə fəaliyyətinə əsaslanan insan toplumudur. Yalnız
ər-arvadlıq - valideynlik - qohumluq üçər münasibətlərinin varlığı
ailənin yaradılmasından ciddi formada danışmağa imkan verir.

19

Bu münasibətlərdən birinin, yaxud ikisinin olmaması haçansa
məhz ailə olmuş qrupların fraqmentarlığını səciyyələndirir. Belə
vəziyyət ölkənin bəzi ailələrində müşahidə olunur. Bundan əlavə,
ailə qurmayan insanlar ya ər-arvadlıq münasibətləri olmayan
valideynlərdən, ya da faktik, yaxud legitim övladsız nikahla
yaşayanlardan ibarətdir. Bu fraqmentar «qırıq» ailə formasına «ailə
qrupu» termini uyğun gəlir: burada birgə ev təsərrüfatı və yalnız
qohumluq, yaxud valideynlik və ya ər-arvadlıq əlaqələri ilə birləşən
insanlar qrupu nəzərdə tutulur. Adətən ər-arvad cütlüyü ailənin
özəyi hesab edilir və ailələrin tərkibinin bütün statistik təsnifatları
bu «özəyə» uşaqların, qohumların, qaynana və qaynataların əlavə
olunmasından asılı olaraq aparılır. Sosioloji baxımdan ailənin əsas
tipini - əhali arasında daha çox yayılmış, sadalanan münasibətlərin
üçəm vəhdəti bərqərar olan ailəni əsas götürmək düzgündür. Üç
münasibətdən biri olmayanda yaranan ailəvi birlikləri isə, yuxarıda
deyildiyi kimi, ailə qrupları adlandırmaq məqsədə müvafıqdir.
Bu dəqiqləşdirmə onunla əlaqədardır ki, son zamanlar Qərbdə və
bəzi hallarda ölkəmizdə ailə sosiologiyasında onun mahiyyətini
üç əlamətdən hər hansı biri ilə, əsasən ər-arvadlıq, yaxud hətta
portnyorluqla bağlamaq meylləri nəzərə çarpır. Təsadüfı deyildir
ki, M. Sasmen və S. Stenmetsin Amerika ensiklopediyasında
nikah və ailəyə dair bir neçə fəsli ailənin «alternativ formalarına»,
yəni «ailə qrupları» adlandırılması daha dəqiq olacaq formaya həsr
etmişlər, hərçənd ki, bu fəsillər faktik olaraq ərarvadlığa və ya daha
çox portnyorluğa və birgəyaşayışa aiddir. Ailənin formalaşması
bir sıra mərhələlərdən keçir. Onların içərisindəən mühümləri

20

aşağıdakılardır: 1. nikahın bağlanması - ailənin yaranması; 2. uşaq
doğumunun başlanması - ilk uşağın doğulması; 3. uşaq doğumunun
sona çatması - sonuncu uşağın doğulması; 4. «boş yuva» - sonuncu
uşağın ailəni tərk etməsi; 5. ailənin mövcudluğunun sona çatması -
ərin və ya arvadın vəfat etməsi. Hər bir mərhələdə ailə ancaq özünə
xas olan sosial və iqtisadi xüsusiyyətlərə malik olur. Ailə sosial
institut kimi cəmiyyətin formalaşması ilə eyni vaxtda meydana
gəlmişdir. Həmin dövrdə ailənin fəaliyyəti normativ dəyərlərlə
tənzimlənirdi. Dövlətin yaranması ilə ailə münasibətlərinin
nizamlanması hüquqi xarakter daşımağa başladı. Nikahın hüquqi
qeydiyyatı yalnız ər-arvadın yox, həm də onların birgə həyatını
sanksiyalaşdıran dövlətin üzərində müəyyən öhdəliklər qoyur.
Bundan sonra sosial nəzarət və sanksiyalar yalnız ictimai rəylə
deyil, həm də dövlət orqanları tərəfındən həyata keçirilir. Yeri
gəlmişkən qeyd edək ki, bu, cəmiyyətdə ailənin dağılmasının
qarşısının alınmasında və onun sabitliyinin güclənməsində mühüm
amillərdən biridir.

21

Ailənin funksiyaları

Ailənin funksiyalarından danışarkən yadda saxlamaq
lazımdır ki, söhbət cəmiyyət səviyyəsində meydana çıxan, ümumi
əhəmiyyətli nəticələrə malik olan və cəmiyyətin digər institutları
sırasında ailənin rolunu sosial institut kimi müəyyənləşdirən
milyonlarla ailənin həyat fəaliyyətinin sosietal nəticələrindən
gedir. Vurğulamaq zəruridir ki, bu, onların həyata keçirilməsi
üzrə ixtisaslaşmış institutlara sanki təhkim olunmuş cəmiyyət
funksiyalarıdır. Bu səbəbdən də hər bir institutun öz təkrarsızlığını,
profilini müəyyənləşdirən əsas funksiyaları vardır. Ailənin
funksiyalarını əsas və ikinci dərəcəlilərə bölmək olmaz, onların
hamısı əsasdır, lakin ailəni digər institutlardan fərqləndirən
funksiyaları seçmək zərurəti ailənin spesifik və qeyri-spesifik
funksiyalarını vurğulamağa gətirib çıxarır. A. Q. Xarçevə görə,
ailənin spesifik funksiyaları onun mahiyyətindən irəli gəlir və
sosial hadisə kimi onun xüsusiyyətlərini əks etdirir, qeyri-spesifik
funksiyalar isə müəyyən tarixi şəraitdə ailənin onları həyata
keçirməyə məcbur olduğu, yaxud uyğunlaşdığı funksiyalardır.
Ailənin doğum (reproduktiv funksiya), uşaqların himayəsi
(ekzistensial funksiya), onların tərbiyəsi (sosiallaşdırma funksiyası)
kimi spesifik funksiyaları cəmiyyətin bütün inkişaf mərhələrində
qalır, hərçənd tarixin gedişində ailə və cəmiyyət arasındakı
əlaqənin xarakteri dəyişikliklərə uğraya bilər. İnsan cəmiyyəti
daim əhali artımına ehtiyac duyduğundan, uşaqların doğumu və
sosiallaşdırılmasının təşkilinin sosial forması kimi ailəyə sosial

22

tələbat həmişə aktualdır. Bu həm də elə özünəməxsus formadadır
ki, bu zaman həmin sosietal funksiyaların həyata keçirilməsi ailəvi
həyat tərzinə fərdlərin şəxsi motivasiyası şərtilə, hər hansı xarici
məcburiyyət və təzyiqsiz baş verir. Ailə və uşaqlara şəxsi tələbat,
nikah və ailəyə dair şəxsi arzu və meyl çox mühüm şərtdir. Bu o
deməkdir ki, ailə və cəmiyyətin mövcudluğu yalnız milyonlarla
insanın ailəvi həyat tərzi və uşaqlara tələbatı iləşərtlənir, həm də
yalnız bu səbəbdən əhalinin artımı baş verir. Əhali artımının sosial
təşkilini insanların şəxsi motivlərinə deyil, təhrikə əsaslanan digər
formalarını ağıla gətirmək, təsəvvür etmək mümkün olsa da, bu
formalar artıq ənənəvi sosial-mədəni mənada tarixdən məlum
olan bütün ailə tiplərinə alternativ ailə sayıla bilməz. Yuxarıda
deyilənlər ictimai həyatın dəyişməsinin elə potensial imkanlarını
səciyyələndirir ki, bu zaman əhali artımına olan sosial ehtiyac
şəxsiyyətin sosial davranışını istənilən formalarını seçmək
azadlığı ilə ziddiyyətə girir. Belə təzadlı perspektivin nə qədər
real olduğunu məhz ailə sosiologiyası cavablandırmalıdır, axı,
onun-ailənin «mütərəqqi» inkişafı nəzəriyyələrindən əlavə, həm
də ailə «böhranı» nəzəriyyələri vardır. Ailənin «cəmiyyətin bütün
inkişaf şəraitində» öz spesifik funksiyalarını «həmişə» saxlaması
haqqında tezis nisbidir. Təəssüf, amma sosiumun prinsipcə elə
dəyişməsi mümkündür ki, bu zaman insanların fərdi istəkləri
əleyhinə olan sosial davranış növlərinə məcbur edilməsi tədbirləri
sosial baxımdan məqbul sayıla bilər. Belə nəticənin mümkünlüyü
gələcəyin bədbin və ya nikbin qiymətləndirilməsindən deyil, ailənin
uşaqlara ehtiyacının tarixən azalmasından və cəmiyyətin sadəcə

23

əhali artımına ehtiyacı olmasından asılıdır. Ər-arvadın uşaqlara
olan şəxsi tələbatı ilə sosiumun işçilərə olan şəxssizləşdirilmiş
tələbatı arasındakı ziddiyyəti (razılıq olmamasının, uyğunsuzluğun,
depopulyasiyanın kökləri məhz buradadır) aradan qaldıran
təkamül nəticəsində meydana çıxan institut kimi ailənin gələcəyi
sosial sistemin ailəni, ər-arvadı onun səciyyəvi funksiyalarının
gerçəkləşdirilməsinə şəxsən cəlb edilməsi ilə birlikdə qoruyub
saxlaya bilməsindən asılıdır. Ailənin mülkiyyətin toplanması
və ötürülməsi, statusu, istehsal və istehlakın, ev təsərrüfatının,
istirahət və asudə vaxtın təşkili, ailə üzvlərinin sağlamlığı
və rifahı, gərginliyin aradan qaldırılması və hər kəsin özünü
mühafizəsi ilə bağlı mikroiqlimin yaradılması və s. haqqında qayğı
ilə əlaqədar qeyri-səciyyəvi funksiyaları ailə ilə cəmiyyət arasında
əlaqənin tarixi xarakterini əks etdirir, ailədə uşaqların doğulması,
saxlanması və tərbiyəsinin məhz necə baş verdiyinin tarixən keçici
görüntüsünü açıqlayır. Odur ki, ailə dəyişiklikləri müxtəlif qeyri-
səciyyəvi funksiyaların tarixi mərhələlərin müqayisəsindən nəzərə
çarpan şəkildə aşkarlanır: yeni şəraitdə onlar modifıkasiya olur,
məhdudlaşır və ya genişlənir, tam və ya qismən yerinə yetirilir,
hətta tamamilə yox olur. Ailə münasibətlərinin, ailəvi rolların
təhlili onun funksiyalarını dərk etmək üçün mühüm əhəmiyyət
kəsb edir. Ailəvi rol insanın cəmiyyətdəki sosial rollarından biridir.
O, ər ilə arvadın ailədə yeri və funksiyaları ilə müəyyən olunur
və izdivac (ər, arvad), valideyn (ata, ana), uşaq (oğul, qız, qardaş,
bacı), nəsildaxili (baba, nənə) və s. rollara bölünür. Ailəvi rolun
icrası bir sıra şərtlərdən asılıdır. Ailənin hər bir üzvü özü üçün

24

dəqiq müəyyən etməlidir ki, bu və ya digər davranış ona hansı
qaydaları, normaları diktə edir. Ailədə yaşına görə, eləcə də, rol
statusuna görə hamıdan böyük, məsələn, ailə başçısı - ər olmasına
baxmayaraq, əgər o, zəif iradəlidirsə, müasir şəraitdə bu rolda
müvəffəqiyyət qazana bilməyəcəkdir. Ailəni uğurla idarə etmək
üçün rolun şəraitin tələblərinə müvafıq surətdə dəyişkən olması və
bununla bağlı rolda davranışın çevikliyi mühüm əhəmiyyət kəsb
edir. Ailədə sözügedən funksiyaların yerinə yetirilməsi zamanı
rol münaqişələrinin yaranması da müşahidə oluna bilər. XX əsrin
əvvəlləri üçün sosial institutlar ailə ilə daha çox qovuşaraq, təhsil
və tərbiyə (məktəb və uşaq bağçaları), müdafiə və mühafızə (polis
və ordu), qidalanma, geyimlə təchizat, asudə vaxt (xidmət sferası),
rifah və sosial statusun ötürülməsi (industrial muzdlu əmək)
funksiyalarını öz üzərinə götürürlər.

25

Ailə strukturlarının tipologiyası

Ailə strukturlarının tipləri rəngarəngdir və izdivacın,
qohumluğun və valideyn olmağın xarakterindən asılıdır.
Monoqam izdivac - bu, bir kişinin bir qadınla nikahıdır. Bəşər
tarixində monoqamiyaya poliqamiyadan - bir nəfərin bir neçə
nəfərlə nikahından 5 dəfə az rast gəlinir. Həm də poliqamiya
iki cür olur: poliginiya - bir kişinin bir neçə qadınla nikahı və
poliandriya - bir qadının bir neçə kişi ilə nikahı. Ailə qruplarının
strukturlaşdırılması zamanı həm izdivac, həm də qohumluq
sistemləri nəzərə alınırsa, nikahın (poliqamiyanın) ekzotik
formaları meydana çıxır: fraternal poliandriya (bir neçə qardaşın
bir qadınla nikahı) və sororal poliginiya (bir neçə bacının bir ərlə
nikahı). Ekzoqam nikahlar qrup nikahlarına aiddir ki, bu zaman
ər və ya arvadı həmin qrupdarı kənarda, başqa nəslin üzvləri
arasında axtarırlar. Endoqam nikahlar iki ekzoqam nəsildən ibarət
olan tayfa daxilində bağlanır. Nikah nəsillərinin üzvləri arasında
cinsi əlaqələrə qadağa tam aqamiya doğurur, qismən aqamiya isə
müəyyən dövrdə müəyyən vaxt ərzində (məsələn, mövsümi işlər
zamanı cinsi tabu əsasında) seksual münasibətlərdən çəkinmə ilə
səciyyələnir. Bu terminologiyadan, adətən, ailə və nikahın mənşəyi
məsələlərinin, həmçinin bəzi davranış problemlərinin müzakirəsi
zamanı istifadə edilir və onlar qrup halında nikahı fərdi nikahdan
fərqləndirməkdə yardımçı olur. Ailə strukturlarının valideynlik-
izdivac-qohumluq meyarları ilə müəyyənləşdirilən tipləri
rəngarəngdir və ata, yaxud ana xətlərindən biri ilə bağlı hansısa

26

xüsusiyyətləri ön plana çəkir. Bununla əlaqədar ailə və qohumluq
etnososiologiyasında və ailə sosiologiyasında sosial və fizioloji
atalıq, yaxud analıq fərqləndirilir. Buradan da ailə qruplarının patri
və ya matrilokalizasiyası əsasında patrilineal və matrilineal ailələr
fərqləndirilir ki, bunlarda soyad, əmlak, sosial vəziyyətə vərəsəlik
ya ata, ya da ana xətti üzrə olur. Hakimiyyət meyarına əsasən ailə
«dövlətinin» başçısının ata olduğu patriarxal və ən yüksək nüfuz
və təsirə ananın malik olduğu matriarxal ailələr fərqləndirilir.
Dəqiq fərqlənən ailə başçısının olmadığı, hakimiyyətin ata ilə
ana arasında durumdan asılı olduğu hallarda eqalitar ailələrdən
danışmaq olar. Lakin ailədə hakimiyyət və nüfuzdan, qərarların
birgə, yaxud avtoritar qəbulundan asılı olaraq, ailə strukturlarının
daha çox sayını fərqləndirmək mümkündür. Belə ki, amerikalı
sosioloq Morris Zeldiç ailənin bir nüfuz strukturunun və ərlə
arvaddan birinin qərar qəbul etdiyi yuxarıda göstərilən tiplərindən
başqa, ailə qərarlarının birgə müzakirə olunduğu partnyorluq
ailəsini də fərqləndirir ki, ər daha üstün nüfuza malik olduğu halda,
bu, ərin, arvad üstün olduğu halda isə qadının dominantlıq etdiyi
ailə olacaqdır. Partnyorluğun sinkratik tipi ər-arvad bərabər nüfuza
malik olduğu halda meydana çıxacaqdır. Bundan başqa, birdən çox
nüfuz strukturuna malik ailələr də fərqləndirilir, həm də qərarların
birgə müzakirəsi zamanı kollegial ailə yaranır, qərarın ər-arvaddan
biri tərəfindən qəbul olunması isə avtonom ailə adlandırılır. Daha
sonra ərlə arvadın, onların valideynlərinin, yaxud qohumlarının
sosial durumuna görə ailələr homogen (ər-arvad təxminən eyni
sosial stratdan olur), yaxud heterogen (ərlə arvad müxtəlif sosial

27

qrup, kasta və ya sinifdən olur) ola bilər. Ailə və nikahların sosial
və demoqrafık əlamətlərə görə daha geniş səciyyələndirilməsi üçün
milliyyət, yaş, peşə, təhsil və s. baxımından eynicinsli homoqam
ailələr fərqləndirilir ki, bunlarda sosial-demoqrafik indikatorlar
üzrə fərqlər müşahidə edilir. Məkan-ərazi lokallaşmasına görə
ailələr patrilokal (təzə evlənənlər yaşamaq üçün ərin atasının evinə
köçürlər) və matrilokal (təzə evlənənlər arvadın valideynlərinin
evində yaşayırlar) olur. Müasir şəhər ailələrində, əksər hallarda,
ailələrin unilokallığından danışmaq lazım gəlir, çünki mənzilin
olması gənc ailənin lokallaşmasını müəyyənləşdirir. Müasir
urbanizə olunmuş aqlomerasiyalarda ən geniş yayılan nuklear
- valideynlər və övladlardan, yəni iki nəsildən ibarət ailələrdir.
Nuklear ailədə üçdən artıq olmayan mövqe (ata-ər, ana-arvad, oğul-
qardaş və ya qız-bacı) var. Mürəkkəb ailə ümumi təsərrüfatı olan
iki və daha artıq ailəni birləşdirən, üç və daha artıq nəsildən (baba-
nənə, valideynlər və övladlardan, nəvələrdən) ibarət olur. Təkrar
ailələrdə (təkrar, birinci olmayan nikaha əsaslanan) ər-arvadla
birlikdə həmin nikahdan olan övladlarla yanaşı, ər və ya arvadın
yeni ailəyə özü ilə gətirdiyi övladlar da ola bilir. Boşanmaların
sayının artması əvvəllər, praktiki olaraq, ər və ya arvaddan hər
hansı birinin vəfatı nəticəsində meydana çıxan belə ailələrin
sayının artmasına səbəb olmuşdur. Keçmişdə təkrar ailələrdə
uşaqlar bir ana və iki ataya (bir ata və iki anaya) indikindən xeyli az
hallarda malik olurdu. Müvafiq olaraq, yalnız doğma valideynləri
olan övladlarla, onlardan başqa, həm də ögey ata və ya anaları olan
övladlar arasında qohumluq münasibətləri də mürəkkəbləşmişdir.

28

Nikah anlayışı və boşanma

Nikah - kişi ilə qadın arasında cəmiyyət tərəfindən təsdiqlənən
və onların bir-birinə və onların uşaqlarına nəzərən hüquq və
vəzifələrini tənzimləyən münasibətlər formasıdır. Hüquqi
baxımdan nikah - kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq
icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü,
bərabərhüquqlu ittifaqıdır. Ölkəmizdə yalnız vətəndaşlıq aktlarının
dövlət qeydiyyatı orqanlarında bağlanmış nikah etibarlı hesab
olunur. Əgər nikah ailənin əsası olmasaydı, o da dostluq kimi,
qanunvericiliyin predmeti olmazdı. Hal-hazırda nikahın
bağlanması Azərbaycan Respublikasının Ailə məcəlləsi ilə
tənzimlənir. Sosioloji baxımdan, nikah münasibətlərinin rəsmi
qeydiyyatının, onların hüquqi rəsmiləşdirilməsinin olub- olmaması
ailənin sosial institut kimi vəziyyətinin çox mühüm göstəricisidir.
Son onilliklər ərzində müşahidə olunan nikahın rəsmi
qeydiyyatından imtina edilməsi, birgə yaşamanın yayılması ailənin
dərinləşməkdə olan böhranına, ailə dəyərlərinin tənəzzülünə
şəhadət edir. Bütün bunların nəticəsi kimi cəmiyyətdə uğursuzluq
kəskinləşir, sosial davranışın deviant formaları artır. Məsələ heç də
yalnız onda deyil ki, dünyanın bir sıra ölkələrində (o cümlədən
Azərbaycanda da) nikahdankənar doğulmaların sayı və payı artır,
hərçənd bu, öz-özlüyündə, ilk növbədə «ana» ailələri adlanan
ailələrdən olan uşaqların natamam sosiallaşması ilə bağlı çoxsaylı
sosial problemlər yaradır. Nikah münasibətlərini qanuniləşdirmədən
birgə yaşamaq imkanının özü bir çox insanların şüurunda qanuni

29

nikahın və ailənin sosial təsisatlar kimi, birgə yaşamanın yeganə
normativ forması kimi dəyərini kiçildir. Nikahın bağlanması nikah
davranışının, yəni məqsədi nikaha ehtiyacın ödənməsi olan
davranışın, nikah tərəfdaşının seçilməsi ilə bağlı davranışın son
mərhələsidir. Nikah seçimi dedikdə, nəticə etibarilə mümkün
mülki nikah tərəfdaşlarının məcmusundan (onu bəzən nikah dairəsi
də adlandırırlar) bu və ya digər yolla hər bir konkret şəraitdə
yeganə olan tərəfdaşın seçilməsi nəzərdə tutulur ki, o da ər (arvad)
və ya birgə yaşanılacaq şəxs olur. Nikah seçimi prosesi tarixən
konkret prosesdir. O, cəmiyyətdə mövcud olan iqtisadi, sosial,
sosial-mədəni şəraitdən və digər şərtlərdən asılıdır. Nikah seçimi
prosesinin əsas xüsusiyyətləri onunla bağlıdır ki, müxtəlif
mədəniyyətlərdə və tarixi inkişafın müxtəlif mərhələlərində istər
mümkün seçim imkanı, istərsə də fərdi seçim azadlığının dərəcəsi
müxtəlifdir. Birinci münasibətdə, yəni nikah tərəfdaşının
seçimlərinin mümkün imkanının müəyyənləşdirilməsində bütün
mədəniyyətlər bir-birindən təkrar nikahlara yol verilib-verilməməsi
ilə fərqlənir. Əgər təkrar nikahlara, seriyalı monoqamiyaya yol
verilirsə, onda nikah tərəfdaşının seçimi zamanı aparılan məcmu
çox geniş olur və özündə həm nikahda olanları, həm də nikahda
olmayanları ehtiva edir. Burada mahiyyət ondan ibarətdir ki, bəzi
mədəniyyətlərdə kişi və qadının nikahda olub-olmamasından asılı
olmayaraq, nikah onlar üçün daim mümkün olur. Amerika
sosioloqu B. Farberin yazdığı kimi, hər bir insan, ən azı nəzəri
cəhətdən həmişə əks cinsdən olan şəxs üçün potensial ər və ya
arvaddır. Burada mühüm cəhət odur ki, nikahda olmaq insanın

30

daha sonrakı nikahları bağlamaq imkanını qətiyyən
məhdudlaşdırmır. Əksinə, təkrar nikahlara yol verilməyən
mədəniyyətlərdə, ənənəvi, sərt monoqamiya mədəniyyətlərində
(məsələn, islamda) mümkün seçim imkanı özündə artıq nikahda
olanları və hətta əvvəllər nikahda olmayanları ehtiva etmir. İnsan
bu mərhələyə qanunla müəyyən edilən kamilliyə çatdıqda daxil
olur. Boşanmanın səbəbləri barədə məsələ hələ də kifayət qədər
dolğun öyrənilməmişdir. Boşanmanı sosial fenomen kimi ailə
sosiologiyasının «boşanmanın sosiologiyası» adlanan bölməsi
öyrənir. Bu elmin predmeti boşanma hərəkətləridir. Bu mövzu
çərçivəsində boşanma hərəkətləri və boşanma amilləri barədə
məsələni qısa şəkildə nəzərdən keçirməklə kifayətlənəcəyik.
Boşanmanın səviyyəsini müəyyən edən mühüm amillərdən biri
ailə-nikah qanunvericiliyidir. Belə ki, XX əsrin əvvəllərində
Azərbaycanda boşanmalar, məlum olduğu kimi, çox nadir hadisə
idi. Məsələ heç də onda deyil ki, boşanma o zamankı əxlaq və
sosial normalara zidd idi. O zaman qüvvədə olan qanunvericilik
boşanmanın mümkünlüyünü kəskin şəkildə məhdudlaşdırırdı.
Boşanmaya ər-arvaddan birinin xahişi üzrə yalnız bir neçə
müstəsna səbəb olduqda icazə verilirdi: ərin və ya arvadın
zinakarlıq etdiyi və ya ərin (və ya arvadın) «nikahda cinsi əlaqəyə»
qabil olmaması sübuta yetirildiyi halda; ər-arvaddan birinin cinayət
məsuliyyətinə cəlb olunaraq ən azı üç il müddətinə azadlıqdan
məhrum edilməsi halında; ər-arvaddan birinin xəbərsiz itkin
düşmüş hesab edilməsi halında və s. Məlumdur ki, 1990-cı illərdə
Dağlıq Qarabağda erməni separatçılarının fəaliyyəti və

31

Ermənistanın respublikamıza təcavüzü ilə əlaqədar olaraq
boşanmanın kəskin sıçrayışı müşahidə olunmuşdu. 1965-ci ildə
39077, 1990-cı ilə isə 73119 nikah bağlanmış, boşanmaların sayı
isə müvafiq olaraq 3537, 14040 olmuş, başqa sözlə, bu müddətdə
boşanmaların sayı bağlanan nikahlara nisbətdə 2,1 dəfə artmışdır.
Adətən, normal şəraitdə belə proseslər baş vermir. Doğrudan da,
belə kəskin sıçrayışın səbəbi sözügedən təcavüzlə yanaşı, boşanma
haqqında qanunvericilikdə boşanma prosedurunu əhəmiyyətli
dərəcədə sadələşdirən dəyişikliklərin edilməsidir. Belə ki, 1960-cı
illərdəbusahədəqanunvericilikdəedilmişmüəyyəndəyişikliklərdən
sonra çoxdan bəri bir yerdə yaşayan və ola bilsin ki, hətta yeni,
lakin rəsmi surətdə qeydiyyatdan keçməmiş ailəsi olan yüz minlərlə
insan özlərinin faktiki boşanmalarını rəsmiləşdirdilər. Boşanma
amilləri arasında əsas yerlərdən birini demoqrafık və sosial-iqtisadi
determinantlar tutur. Belə ki, ər-arvadın yaşı mühüm rol oynayır.
Bu, demoqrafık dəyişən üç müxtəlif modifıkasiyada irəli çıxır:
nikah bağlama yaşı, boşanma anındakı yaş, arvadlar vəərlərin
yaşları arasındakı fərq. Birinciyə, yəni nikah bağlama yaşına
gəlincə, tədqiqatlar göstərir ki, bu dəyişəndən asılı olaraq
boşanmanın ehtimalı aşağıdakı kimi dəyişir: əvvəlcə o, çox cavan
yaşlarda bağlanan nikahlara xas olan yüksək səviyyədən aşağı
düşür, sonra isə yenidən ahıl yaşda bağlanan nikahlar üçün artır.
Boşanmanın ən az ehtimalı maksimum nikah yaşlarında bağlanan
nikahlarda müşahidə olunur. Boşanma anında yaş haqqında onu
demək olar ki, boşanma Azərbaycanda 35-39 yaş intervalında
maksimum həddə çatır. Təkcə 2005-ci ildə 1895 boşanmış ailələrin

32

1870-i və ya 21%-i 35-39 yaş hüdudundadır. Daha sonra isə
tədricən 50-55 yaşdan yuxarı yaşlarda ən aşağı səviyyələrə qədər
enir. Bu zaman maksimum boşanma ehtimalı yaşlı qadınlarda
kişilərə nisbətən daha aşağıdır. Ərlə arvadın yaşları arasındakı
böyük fərq boşanmanın ehtimalını artırır, bu zaman arvad ərdən
yaşca böyük olduqda bu ehtimal daha yüksək olur. Boşanma
tezliyinin müəyyənləşdirilməsində nikahın sıra nömrəsi də
müəyyən rol oynayır. Bu məsələ üzrə məlumatlar az olsa da,
aparılan tədqiqatlar təkrar nikahlar üçün daha yüksək boşanma
tezliyini göstərir. Bu meyl həm ölkəmizə aiddir, həm də xarici
ölkələrə dair materiallarda aşkar edilmişdir. Boşanmanın mühüm
amillərindən biri də boşanan ər-arvadın uşaqlarının sayıdır.
Demoqrafık statistikanın məlumatları göstərir ki, uşaq olmayan
ailələrdə boşanmanın ehtimalı bir və daha artıq uşağı olan ailələrlə
müqayisədə daha çoxdur. Beş il ərzində 2000-ci ildən 2005-ci
ilədək bütün tip ailələrdə bu artmışdırsa da, boşanma ən çox məhz
uşaqsız ailələrdə üstün meylə malik olmuşdur: müvafiq olaraq
63%; 18%; 19% və yaxud uşaqsız ailələrdə boşanmanın sayı 1
uşaqlıya nisbətən 3,5 dəfə, 2 uşaqlıya nisbətən isə 3,3 dəfə çoxdur.
Statistik məlumatların təhlili göstərir ki, boşanmanın mühüm
cəhətlərindən biri də qeydiyyatdan keçməmiş nikahlarla, yəni
birgə yaşamaqla bağlıdır. Daha dəqiq desək, onların «sınaq nikah»
adlanan növü ilə bağlıdır. Hərçənd belə birgə yaşamaların üzvləri
deyirlər ki, biz ona görə öz müasibətlərimizi qanun çərçivəsinə
salmırıq ki, özümüzü yoxlayaq və beləliklə də, nikahı daha da
möhkəmlədək. Amma reallıqda hər şey başqa cürdür. Bu cür birgə

33

sınaq yaşamalarından sonra bağlanan nikahlar daha az möhkəm
olur və normal dediyimiz nikahlara nisbətən daha sürətlə və tez-tez
dağılır. Nikaha qədər birgə yaşamanın nikahın möhkəmliyinə
mənfı təsirini izah edən səbəblər nikaha zəif meyllə yanaşı, həm də
«qeyri-qanuni» ər-arvadda özünün və öz tərəfdaşının düzgün
olmayan obrazının mövcudluğu ilə bağlıdır. Nikah bağlandıqdan
sonra isə onların «əsl» Məni üzə çıxa və tərəfdaşında əsl şok yarada
bilər. Bu isə, öz növbəsində, əvvəlki münasibətləri dağıda və
nəticədə boşanmaya gətirib çıxara bilər. İsveçdə 4966 qadın
arasında aparılan sorğu göstərmişdir ki, nikahların dağılması
əmsalı özünün gələcək həyat yoldaşı ilə nikah bağlamamışdan
qabaq birgə yaşayanların içərisində bunu etməyənlərlə müqayisədə
təqribən 80% yüksəkdir. Nikahın bağlanmasından əvvəl birgə
yaşayan, yaxud nikahın möhkəmliyinə inanmayan və ya nikaha bir
institut kimi prinsipial şəkildə qarşı çıxan şəxslər, görünür, çox
güclü xarici təsirin altında nikah bağlayıblarmış. Bundan başqa,
qanuni nikahın bağlanması labüd surətdə rolların dəyişməsi və
müvafıq surətdə tərəfdaşların qarşılıqlı münasibətlərinin dəyişməsi
ilə bağlıdır. Bunlar isə, çox ehtimal ki, onların mənfı reaksiyasına
səbəb olacaqdır. Məsələn, tərəfdaşların bərabərliyi təsəvvürlərinə
əsaslanan münasibətlər nikah bağlandıqdan sonra daha ənənəvi
stereotiplərə üz tuta bilər. Yaxud ər və arvad bu mövqedə ola
bilərlər ki, onların birgə yaşadıqları zaman məqbul olan
münasibətləri və davranış nümunələri nikahın ərlə arvad üzərinə
qoyduğu sosial və qanuni məhdudiyyətlər kontekstinə heç bir
vəchlə uyğun gəlmir. Nəhayət, hamı tərəfindən qəbul edilmiş

34

sosial normaların birgə yaşayış zamanı labüd olaraq pozulmasının
subyektiv qavrayışı da öz rolunu oynaya bilər. Bu normalar isə,
hələ ki, «pasportda ştampın» olmasını tələb edir. Birgə yaşayan
şəxslər o insanlardır ki, onlar bir yerdə yaşamağa başlayaraq,
könüllü surətdə sosial normaları pozurlar. Nikah bağladıqda,
nikahın uğursuz olması halında onlar nikahın saxlanması üçün heç
bir qeyri-ənənəvi nikah təcrübəsi olmayan şəxslərə nisbətən daha
az məsuliyyət hiss edə bilirlər. Ölkəmizdə bu məsələ üzrə belə
zəngin empirik material yoxdur. Lakin xarici ədqiqatçıların
çıxardığı nəticələr qismən bizə də tətbiq oluna bilər. O cümlədən
getdikcə daha çox yayılan «sınaq nikahları», mülki nikahlar
ehtimal ki, nikahların qeyri-stabilliyi və boşanmanın artması amili
kimi öz rolunu artıracaqdır. Madam ki, ölkəmiz, bir çox
demoqrafların rəyinə görə, müəyyən sürətlə ailəvi, demoqrafık və
iqtisadi dəyişikliklər üzrə Qərbin keçdiyi mərhələlərdən keçir,
onda yəqin ki, biz istisna təşkil etməyəcəyik. Belə görünür ki,
ictimai rəy müasir dövrdə boşanmanı şərtləndirən mühüm
amillərdən biri kimi çıxış edir. Xüsusi sosioloji tədqiqatların
nəticələri göstərir ki, nəinki cəmiyyətin boşanmaya qarşı
dözümlülüyü artır, həmçinin boşanmanın yolverilən olmasını
əsaslandıran səbəb və motivlərin strukturu da dəyişir. Yalnız
tamamilə konkret üzürlü səbəb olduqda boşanmanın yol verilən
olmasının qəbul edilməsi ilə yanaşı (ər-arvaddan birinin sonsuz
olması, subuta yetirilmiş xəyanət və s.), bəzi hallarda ər-arvad
arasında məhəbbətin, ünsiyyətin, qarşılıqlı anlaşmanın olmaması
halın-da da boşanma ehtimal artır. Tədqiqatlar göstərir ki, gənclərin

35

60-65%-i kəbin kəsdirənə qədər bir-birini sevərək evləndiklərini
etiraf etmişlər. Digərləri isə təsadüfən, sevmədən, müəyyən
məqsəd güdərək evləndiklərini bildirmişlər. Məhz buna görə də
bəzi nikahların müddəti 4-7 aya və yaxud 1 ilə qədər davam edir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, yuxarıda göstərilən
səbəblərlə yanaşı, aparılan araşdırmalara görə iqtisadi, sosial
vəziyyətin, mənzil şəraitinin qənaətbəxş olmaması, narkomanlıq,
sərxoşluq, cinayətkarlıq və deviant davranışın digər növləri müasir
Azərbaycan cəmiyyətində nikahın pozulmasını şərtləndirən əsas
səbəblər kimi çıxış edir. Boşanma ilə bağlı statistik materialların
təhlili göstərir ki, bu və ya digər səbəbdən nikah yaşına çatmış
gənclərin ölkəmizi tərk etməsi bu sahədəki problemləri artırır.
Belə ki, ilk növbədə bu proseslər nikahın qocalmasına, bir sıra
hallarda isə bəzi bölgələrdə qızların ailə qura bilməməsinə səbəb
olur. Yaşayış səviyyəsinin aşağı olması bəzi gənclərin vaxtında
ailə qurmamasına, müəyyən bir qisminin isə boşanmasına səbəb
olur. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin apardığı
uğurlu siyasi, iqtisadi, sosial islahatlar, insanların sosial vəziyyətinin
yaxşılaşdırılması üçün görülən tədbirlər, ünvanlı sosial yardım
proqramının icra olunması, nəhayət, gənclərin mənzil və sosial
şəraitinin yaxşılaşdırılması üçün güzəştli şərtlərlə «İpoteka»
proqramının həyata keçirilməsi, fikrimizcə, sözügedən problemlərin
aradan qaldırılmasına köməklik göstərəcəkdir.

36

Ailə nədir?

Ailənin funksiyaları bir tərəfdən ailə – cəmiyyət, digər tərəfdən
ailə – şəxsiyyət qarşılıqlı təsiri sistemini əks etdirir. Cəmiyyətin
sosial təsisat kimi ailəyə olan tələbləri təkamül nəticəsində dəyişir
və bunun müqabilində onun funksiyaları da fərqlənir. Müasir
ailənin yerinə yetirdiyi funksiyalar aşağıdakılardır:

1.Nəsil artırma;
2.Tərbiyəetmə;
3.Təsərrüfat – iqtisadi;
4.Rekreativ (qarşılıqlı kömək, sağlamlığın qorunması və s.);
5.Kommunikativ (əlaqə, ünsiyyət);
6.Tənzimləyici (ailədə ilkin sosial nəzarət);
7.Yaşlı nəslə qayğı.
Ailənin quruluşu dedikdə onun üzvləri arasında münasibətlərin
– mənəvi, əxlaqi, nüfuz, hakimiyyət və s. cəmi nəzərdə tutulur.
Ailələri 1.avtoritar və 2.demokratik quruluşlara bölürlər. Tabeçilik
münasibəti olan ailələr avtoritar, hər kəsin şəxsi rollarına görə
vəzifələrinin bölündüyü ailələr isə demokratik ailələrdir.
Ailələrin formaları dedikdə isə onların nikah tipləri başa
düşülür. Müasir cəmiyyətdə əsasən monoqam (ər – arvad arasında)
ailələrə təsadüf edilir. Bundan başqa poliqam ailələrə də rast gəlinir.
Hər bir ailənin daşıdığı rola görə münasibətləri dedikdə,
həmin ailə üzvlərinin bir-birinə qarşı norma və münasibətlərinin
məcmusu nəzərdə tutulur. Qadının uşaq tərbiyə etməklə, ev işləri ilə
məşğul olduğu, kişinin rəhbər olub, mülkiyyətin təkbaşına sahibi,

37

təminatçısı olduğu monoqam ailədə patriarxal ailə münasibətləri
dəyişir, demokratik ailə münasibətləri müasir həyat tərzinin əsasını
təşkil edir.

Ailə sosial təsisat kimi cəmiyyətin yaranması ilə eyni vaxta
meydana gəlmiş və onlar arasında münasibətlərə qəbilə – tayfa
adətləri nəzarət etmişdir.

Ailə əsasən aşağıdakı mərhələlərdən keçir:
1) İlk nikahın bağlanması – ailənin yaranması.
2) İlk uşağın dünyaya gəlməsi.
3) Axırıncı uşağın dünyaya gəlməsi.
4) Boş yuva – uşaqların böyüyüb yeni ailə qurması.
5) Ailənin mövcudluğunun sonu – ailə başçılarından birinin
vəfatı.
Ailə tərbiyəsi geniş imkanlara malikdir. O, ünsiyyət əmək və
şəxsi nümunə, davranışın qiymətləndirilməsi, mükafatlandırma və
cəzalandırma kimi təsir formalarından istifadə edir. Ailə ünsiyyəti
uşaqların intellektual qabiliyyətinin stimullaşdırılmasında
böyük rol oynayır. Sosioloji tədqiqat göstərir ki ailə tərbiyəsinin
səmərəliliyi onun tərkibindən (bütöv və ya yarımçıq olmasından),
mənəvi-psixoloji iqlimindən, sosial istiqamətindən, valideynlərin
şəxsi nümunəsi və nüfuzundan, onların ümumi və pedoqoji
mədəniyyətindən, uşaqlarla ünsiyyətin xarakterindən asılıdır.
Ailənin formalaşması və fəaliyyət göstərməsinə spesifik şərait
(yaşayış yeri, sosial-sinfi və milli mənsubiyyət, maddi vəziyyət,
ailə üzvlərinin təhsil, mədəni səviyyəsi, ailənin mənəvi və iqtisadi
əsası) təsir göstərir.

38

Ailə - milli-mənəvi dəyərlərimiz

Müxtəlif peşəli, geniş dünyagörüşlü insanların, həm də əsl ailə
həyatını təcəssüm etdirməsi bu gün də gənclərə nümunədir. Belə
insanların məşhur ailələrin üzvləri olması isə onların həyatlarının,
bir-birinə və övladlarına olan münasibətlərinin hər zaman bir
örnək kimi qəbul edilməsinə səbəb olur. Görkəmli Azərbaycan
yazıçısı Cəlil Məmmədquluzadə və həyat yoldaşı, Qafqazın
müsəlman qadınları xeyriyyə cəmiyyətinin təşkilatçısı Həmidə
xanım Cavanşir Məmmədquluzadə çətin zamanlarda bir-birlərinə
həmdəm olmuşlar. Ailəsinə böyük hörməti olan Həmidə xanım,
həm də mədəni, xeyirxah övladlar tərbiyə etmişdir. Mirzə Cəlil ən
yaxşı əsərlərini bu alicənab qadınla yaşadığı dövrdə yazmışdır. O,
Qarabağın Kəhrizli kəndində ilk qız məktəbi açdırmış, toxuculuq
emalatxanası yaratmışdı. Xalqımızın dahi bəstəkarı Üzeyir
Hacıbəyovla bir yerdə işləmiş, onunla yoldaşlıq etmiş ədəbiyyat
və incəsənət xadimləri yazır ki, o, məşqlərə tək gəlməzdi, həyat
yoldaşı Məleykə xanımı da özü ilə gətirərdi. Məleykə xanım onun
bütün yaradıcılığını izləyir, ərinin sevinci ilə yaşayırdı. Milli
sahibkar Hacı Zeynalabdın Tağıyev həyat yoldaşı Sona xanımla
birlikdə Azərbaycanda incəsənətin, mədəniyyətin inkişafına,
qızların təhsil almasına öz əvəzsiz töhfələrini vermişdilər. Bu
misallardan göründüyü kimi, hər bir dövrün özünəməxsus
nümunəvi ailə modelləri mövcud olmuşdur. Və bu modellər daha
böyük əhəmiyyətə o zaman malik olur ki, yaradılmış münasibətlər
sistemi bir neçə nəsil davam etsin. Azərbaycan xalqının sadiq oğlu,

39

Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir.
Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər
Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını
bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır.
O qeyd edirdi ki, “.... Gənc yaşlarımdan mənim həyatım dövlət
işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və
bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli,
müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin
rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o,
ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt
olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma
görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların
hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə,
sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Müasir dünyanın qlobal problemlərindən biri də sosial-mənəvi
mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə, istər şəxsiyyət,
istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan
ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydalarının
ötürücüsü rolunu oynayır. Bəzi alimlər təsdiq edir ki, müasir
əhalinin ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiyanın təsiri
altında birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin
bir çox sosioloji tədqiqatlar göstərir ki, əksinə, müasir insan üçün
ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri
çox artmışdır. Bəşəriyyətin diqqətində olan bu problemlə bağlı
müxtəlif müzakirələr aparılır, çağırışlar edilir. Elə bu il ərzində
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin birinci

40

Nazirlərin “İslam Əməkdaşlıq Təşkilatı dövlətlərində evlilik, ailə
institutu və bu dəyərlərin qorunması”, “İslam dünyasında sosial
siyasət və ailə: tələblər və ehtiyaclar” mövzusunda keçirilən
konfranslar bu məsələlərin dünya ölkələri üçün nə qədər aktual
olduğunu bir daha göstərdi.

Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-
ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır. Azərbaycan
xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri
sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət,
tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.
Ölkəyə başçılıq etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin,
səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına
həmişə qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev ailənin
cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: “Ailə dəyərləri,
ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların
müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. O, ailə
adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və
şəraiti yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana
rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı
ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir,
onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə
münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev
hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu
kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna,
əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə
düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını

41

etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini
və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə
və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də
inkişaf edə bilməz.

Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə
İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə,
inkişaf etməsinə zəmin yaradır. 90-cı illərdə Ulu Öndər Heydər
Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi,
qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan
mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və respublikamızda
müvafiq qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası
BƏT-in “Kişi və qadın işçilər ailə vəzifələri olan işçilər üçün
bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli, BMT-
nin “Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv
edilməsi haqqında”, “Uşaq Hüquqları haqqında”, “Ölkələrarası
övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq
haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının
minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının
qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili
tədbirlərə dair” və digər Konvensiyalara qoşulmuşdur. Dövlət
tərəfindən ratifikasiya edilmiş Konvensiyalara əsasən daxili
qanunvericilikdə mühüm islahatlar aparılmışdır. “Ailə kəndli
təsərrüfatı haqqında”, “Uşaq hüquqları haqqında”, “Əlilliyin
və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının
alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini

42

itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların
sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların
qidalanması haqqında”, “Uşaqların icbari dispanserizasiyası
haqqında”, BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı”
Konvensiyasının, onu tamamlayan “İnsan alverinin, xüsusən
qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması
və cəzalandırılması haqqında» və “Miqrantların quru, dəniz və
hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolların
təsdiq edilməsi barədə, “Ərdə olan qadının vətəndaşlığı haqqında”,
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının
həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Ahıllara sosial
xidmət haqqında”, “Nikahdan kənar doğulmuş uşaqların hüquqi
statusu haqqında”,”Uşaqlı ailələrin sosial müdafiəsi haqqında” və
digər Qanunlar qəbul edilmişdir.

Müstəqil dövlətimizin ali sənədinin- Konstitusiyanın müəllifi
olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin
vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir.
Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində
ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları
da təsbit olunmuşdur. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana
və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir.
Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də,
narahatlıq doğuran məsələlərdən biri olan, qan qohumluğunun
qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərir, tibb
işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr
aparırdı. O, 1995-ci ildə “Respublika Ailə-Sağlamlıq Mərkəzi”nin

43

açılışında çıxış edərkən qan qohumluğu evliliyi və onun fəsadları
barədə deyirdi: “.... bizim xalqımızın, millətimizin sağlamlığı
üçün, həm fiziki, həm zehni cəhətdən sağlamlığı üçün yaranan
problem qohumların bir-biri ilə ailə qurmasıdır. Təəssüf ki, bu,
bizim millətimizin, xalqımızın qədimlərdən qalmış ənənəsidir. Biz
ənənə və adətlərimizin çoxuna hörmət bəsləyirik, onları inkişaf
etdiririk və inkişaf etdirməliyik. Amma o adətlər, o ənənələr insan
üçün, cəmiyyət üçün zərərlidirsə biz onlardan xilas olmalıyıq,
imtina etməliyik. Bax, bu adət-ənənələrdən biri də keçmişdən bizə
miras qalmış, millətimizə xas olan adət-qohumların evlənməsi, ailə
qurmasıdır. Siz, tibb işçiləri və alimləri bunun həm ailələr üçün,
həm də ümumiyyətlə millətimizin gələcəyi üçün nə qədər zərərli
olduğunu bilirsiniz. Amma nədənsə, bu sahədə ciddi tədbirlər
görülmür. Belə bir adət-ənənələrin zərərli olduğu insanlara
çatdırılmır, izah edilmir, bu sahədə lazımi profilaktik işlər, yəni
izahat işləri aparılmır. Məhz bunların nəticəsində, - yəqin ki,
siz bu sahədə tədqiqatlar aparmısınız, bilirsiniz, - çox adamlar
anadangəlmə şikəst olur, yaxud əqli cəhətdən inkişaf etmir.
Belələri yaşasalar da, fiziki cəhətdən çatışmazlıq onları həmişə
incidir”. Bu bir həqiqətdir ki, sağlam ailə sağlam nəsil, sağlam
millət deməkdir. Bu baxımdan, Ulu Öndərin imzaladığı “Əhalinin
sağlamlığının qorunması haqqında” Qanunu xüsusilə qeyd etmək
lazımdır. Məhz bu xidmətin və qayğının nəticəsidir ki, ildən-ilə
ailələrin sayı çoxalaraq, hazırda iki milyonu ötmüşdür. Azərbaycan
ailəsi dünyada ən yaxşı ailə modeli kimi qiymətləndirilir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şərəflə davam

44

etdirən, artıq dünya siyasi xadimləri sırasında öz layiqli yerini
tutan Cənab Prezident İlham Əliyev tərəfindən bu sahədə islahatlar
aparılmışdır. Xüsusilə, ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin
reallaşdırılması üçün 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan
Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin
əsasında, Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə,
2006-cı ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdı.
Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının
müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır. Azərbaycan
Respublikasının “Gender (kişi və qadınların) bərabərliyinin
təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında”
Qanunları hüquqların bərabərliyi istiqamətində atılmış ən uğurlu
addımlardandır. Ailələrin sosial rifahını yüksəltmək, xüsusilə
qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün
Hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Qaçqın və
məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrə dövlət
başçımızın diqqəti sayəsində həmin ailələrin bir çox problemləri
artıq həll olunmuşdur. Burada əsas məqsəd belə həssas qruplardan
olan ailələrə sadəcə yardım göstərmək deyil, eyni zamanda, onları
sosial və iqtisadi həyatda iştiraka cəlb etməkdir.

Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən,
“Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf”, “Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata keçirilməsi”, “Azərbaycan gəncliyi”,
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı”

45

Dövlət Proqramları, Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli
Fəaliyyət Proqramı və digər Sərəncamlar hər bir vətəndaşımızın
hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq
hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar
yaradır. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar
üçün nikah yaşı 18-ə qaldırılmışdır. Azərbaycan Respublikası
Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil
olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən
edilmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”,
“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” və bir sıra
digər Dövlət Proqramları təsdiq edilmiş, eyni zamanda, tərəflərin
nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı
Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm
də gələcək nəsillərin sağlamlığına xidmət edir. Ölkəmizin bu
sahədə uğurlarının davam etdirilməsi üçün yeni qanunvericilik
aktlarının, milli fəaliyyət planlarının qəbul edilməsi vacibdir.
Qeyd edim ki, ölkə başçısının Sərəncamları ilə təsdiq edilən
Gələcəyə Baxış İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün
Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələrək, ailə institutunun
möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün
sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi,
uşaqların bütün sahələrdə hüquqlarının müdafiəsi üçün hədəflər
müəyyən edilmişdir. Onlardan ən vacibləri ailə institutunun
gücləndirilməsi, qadın və uşaq hüquq və imkanlarının artırılması,
reproduktiv sağlamlıq, məişət zorakılığı və s. göstərmək olar.

46

Qeyd etmək lazımdır ki, Аzərbаycаnın Respublikasının Birinci
vitse-prezidenti, Hеydər Əliyev Fondunun Prеzidеnti Mеhribаn
хаnım Əliyevа qаdınlаrın problеmlərinə, onlаrın ictimаi həyаtdа
аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşır. Məhz
“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun
qəbul olunmasında Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü
olmuşdur. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə
Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək,
genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək üçün
yaradılan Heydər Əliyev Fondu bu missiyanı şərəflə həyata keçirir.
Artıq 10 ildən çox fəaliyyət göstərən Heydər Əliyev Fondu təhsil,
səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial
və digər sahələrdə müxtəlif layihələri reallaşdıraraq yeni cəmiyyət
quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına
öz töhfəsini verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tikilən
xəstəxanalar, məktəblər, internat evləri qadınların və uşaqların
sağlamlığının müdafiəsinə, onların daha keyfiyyətli təhsil almasına
şərait yaratmışdır. Bir məsələni xüsusilə vurğulamaq lazımdır
ki, bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü və Fondun maliyyə dəstəyi ilə yalnız
Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində,
Müstəqil Dövlətlər Birliyi respublikalarında, müsəlman ölkələrində
bir sıra sosial, elm və mədəniyyət sahələrində layihələr həyata
keçirilir. Azərbaycan mədəniyyətinin, müsiqisinin, incəsənətinin,
ədəbiyyatının, tarixinin dünyada tanınmasında bu Fondun rolu
danılmazdır.

47

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım
Əliyevanın şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan
genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması,
hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması
istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət
təsir göstərir. Azərbaycanın ən ağrılı problemi olan Qarabağ
münaqişəsi, azərbaycanlılara qarşı törədilən genosid haqqında
məlumatların dünyaya yayılmasında və təbliğ olunmasında
Heydər Əliyev Fondunun və onun vitse- prezidenti Leyla xanım
Əliyevanın rolu çox böyükdür. Artıq neçə illərdir ki, Azərbaycan
həqiqətləri “Xocalıya Ədalət” kampaniyası çərçivəsində dünya
dövlətləri tərəfindən tanınır. Ulu Öndərin əziz xatirəsinə ehtiram
olaraq yaradılmış Fond onun arzu və ideyalarının yaşaması və
gerçəkləşməsində mühüm yer tutur.

Görkəmli ictimai - siyasi xadim Heydər Əliyev ailədaxili
münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab
edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə
çalışırdı. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan
qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab
edirdi. O deyirdi ki: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin,
müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.
Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və
rolu xüsusi əhəmiyyət daşıyır.Azərbaycan qadını yeni nəsli dünyaya
gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib
bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və
bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır.

48

Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox
gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi
bacarırlar. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və
xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni,
dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam
etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal
iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər.
Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-
siyasi xadimlər vardır.

Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi
onların müxtəlif dövlət vəzifələri tutmaları və ümumiyyətlə, aktiv
əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız
dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst
təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq
səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi
proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər.
Xüsusilə, savadlı, yüksək səviyyəsi və dünyagörüşü olan qadın
həm də sağlam cəmiyyət, gələcək deməkdir. Ulu Öndər hər
zaman qadınlarımızın, gənc qızlarımızın, xüsusilə də kəndlərdə
yaşayan qadınlarımızın təhsili, ictimai fəallığının yüksəldilməsi
məsələlərini nəzərdə saxlamışdır. Hələ 70-ci illərin ortalarında,
rəsmi iclaslarda çəkinmədən qızların təhsildən yayınması, erkən
nikah, qadına qarşı zorakılıq halları ilə bağlı problemləri qeyd
edirdi. Mən sizə Ümummilli Liderin bir neçə fikirlərini nümunə
çəkmək istərdim: “Təəssüf ki, bizdə azərbaycanlı qızların yuxarı
siniflərindən yayınması, tez nişanlanması, hədd-buluğa çatmayan

49

qızların ərə verilməsi faktları hələ də vardır”. “Bu gün böyük
kədər hissi ilə qeyd etmək lazımdır gəlir ki, respublikanın bəzi
rayon və kəndlərində qadına hörmətsizlik hallarına, geri qalmış
baxışların təzahürlərinə, köhnəlmiş patriarxal adətlərin icrasına
hələ də təsadüf edilir”. O, qadınların kəndin ictimai həyatında çox
az iştirak etdiyini bildirirdi. Buna səbəb isə onların peşə biliklərini
və mədəni səviyyələrini artırmaq üçün məktəb və kurslara az
cəlb olunmasını göstərirdi. Hakimiyyətinin bütün dövrlərində
qadınlarımızın, gənc qızlarımızın savadlı, bilikli olması üçün
mühüm addımlar atmışdır.

Ailənin bütövlüyünün qorunmasında Azərbaycan qadınının
özünəməxsus yeri vardır. Böyük mədəni irsə malik olanAzərbaycan
xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla
yanaşmışdır. Ümummilli Lider Heydər Əliyev ailədə ananın rolunu
yüksək qiymətləndirirdi: “.... Amma ən əziz amil odur ki, hər bir
insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur.
“Ana” sözü müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə də “Ana
Vətən” deyirik, torpağa da “Ana torpaq” deyirik. Anaya hörmət,
ana qarşısında borcunu yerinə yetirmək hər kəsin ən ali vəzifəsi
olmalıdır. Ana cəmiyyətimizə yararlı olan zəkalı, istedadlı insanlar
böyüdərək, onları vətənə bəxş edir. Ana ailənin dayağıdır. Hər bir
ailənin səadəti, əmin-amanlığı birinci növbədə ananın rolundan
və onun fəaliyyətindən asılıdır. Hər birimiz anaya borcluyuq və
hər bir qadın da ana olmaqla xoşbəxt olur. Müharibələrdə vuruşan
qəhrəman, cəsur Azərbaycan övladlarını boya-başa çatdıran bütün
analar, qadınlar cəmiyyətimizdə xüsusi yer tuturlar. Bir məsələni

50

xüsusilə qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər
Əliyevin ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə
bağlı sənədi imzalaması olmuşdur. Bu atəşkəs ana və bacıların
axan göz yaşlarını dayandırdı.


Click to View FlipBook Version