The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by Raman Dadashov, 2019-05-03 02:13:23

Azərbaycanda ailə dəyərləri-2018

Azərbaycanda ailə dəyərləri-2018

51

Ailə möhkəm təməl üzərində qurulmalıdır.

Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 17)
qeyd edilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi
himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə
etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə
dövlət nəzarət edir. Vətəndaşların digər hüquq və vəzifələri ilə
yanaşı onların nikah hüququ da Konstitusiyada öz əksini tapıbdır.
Konstitusiyamızın 34-cü maddəsində qeyd olunur ki, hər kəsin
qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ
vardır. Nikah könüllü razılıq əsasında bağlanır. Heç kəs zorla
evləndirilə (ərə verilə) bilməz. Eyni zamanda Konstitusiyamızda
vətəndaşların məsuliyyətini müəyyən edən məsələlər də öz əksini
tapmışdır. Bu konstitusion hüquqlardan və dövlət himayəsindən
düzgün qanuni istifadə etmədikdə öz ailə daxili məsələlərinə
məsuliyyətsiz yanaşma və ailənin möhkəm təməl üzərində
qurulmaması, yəni Konstitusiyamızda qeyd olunduğu kimi qanunla
nəzərdə tutulmuş yaşa çatmayanların, yəni yetkinlik yaşına – 17
yaşına çatmayanların, mənəvi, psixoloji, fizioloji durumu zəif
olan şəxslərin, məsuliyyət hissi zəif olanların, qarşılıqlı hörmət,
məhəbbət, sevgi hissləri zəif olanların, qarşılıqlı inamı, etibarı
itirmə dərəcəsinə çatanların və sairə səbəblər ailələrin, kiçik
dövlət olan ailənin dağılmasına, boşanma hallarının baş verməsinə
gətirib çıxaran əsas səbəblərdəndir. Yəni ilkin olaraq gənc oğlan
və qızların yetkinlik yaşlarına çatmamış erkən ailə qurmaları, eyni
zamanda ailə həyatına qədərki dövrdə hər iki fərdin psixoloji,

52

mənəvi, fizioloji cəhətdən hazırlıq prosesləri düzgün təşkil
olunmadıqda, məsuliyyət və özünüdərk prosesində yanlışlıq
ailənin pozulmasına gedən yolun başlanğıcıdır. Boşanma hallarının
digər səbəbləri eyni zamanda ailəlik dövründə, ailəyə hazırlıq
mərhələsində yol verilən qanunsuzluqlar üzərində formalaşır və
nəticədə ailənin dağılmasına gətirib çıxarır. Bunlara misal olaraq
qarşılıqlı etibarın, inamsızlığın, qısqanclığın, məsuliyyətsizliyin
baş verməsi, anlaşılmazlığın özünüdərkin zəifliyi nəticəsində ailə,
məişət zorakılığın baş verməsi, maddi və mənəvi, əxlaqi-psixoloji
durumunun zəif təşkil edilməsi, sərxoşluq, narkotiklərin qəbulu,
yerli-yersiz dedi-qodular, kənar müdaxilələr boşanmaya səbəb
olur. Elə şəxslər var ki, yaşı çatmır, ailə qurur və yaxud da Rusiyada
yaşayır, orada evlənib ailəsi, uşağı var. Sonradan gəlir rayonda toy
edir, evlənir, sonra da çıxıb gedir, illərlə ailəsinin yanına gəlmir.
Bu da boşanmaya səbəb olur. Xarakterlərinin uyğunsuzluğu,
sonsuzluq boşanmanın əsas səbəbləri sırasındadır.

Eyni zamanda dövlət səviyyəsində də bu sahədə işlər davam
edir. Sağlam və yetkin gənclərin yetişməsi üçün idmanın inkişafına,
gənclərin asudə vaxtlarının düzgün təşkil edilməsinə xüsusi diqqət
yetirilir. Gənc ailələrin güzəştli şərtlərlə evlərlə təmin edilməsi, tibbi
və sosial müdafiənin yüksəldilməsi, ölkə başçısı İlham Əliyevin
və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hər
bir vətəndaşa, ailəyə, uşağa hər tərəfli diqqəti və qayğısı əlbəttə
ki, ilk növbədə hər bir ailənin möhkəmləndirilməsinə, cəmiyyət
həyatında əsas rol oynayan ailənin daha da möhkəmləndirilməsinə
səbəb olur.

53

İlk məktəb

Ötən minilliklərdən bu günə kimi azərbaycanlı ailələri bəşər
sivilizasiyasının ayrılmaz hissəsi olaraq dünya mədəniyyəti
xəzinəsinə çox sanballı töhfələr vermiş, özünəməxsus zəngin
mədəni-mənəvi, milli irs yaratmışlar. İnsan üçün hər şey ailədə
başlayır. Dil açıb danışmaq da, ayaq tutub yerimək də, gülmək
də, ağlamaq da... Düşünürəm ki, körpənin qığıldaması, ilk dəfə
ana sözünü deməsi Vətənin mənafeyini müdafiə etməyin, ayaqda
dayanıb ilk addımlarını atması torpağımızı qorumağın, gülməsi
el-obanın sevincini, ağlaması isə kədərini bölüşməsinin ifadəsidir.
Kim bilir, bəlkə də, hər birimizin körpə ikən isti ana qucağında
olmaq istəyi daim Vətən qoynunda yaşamaq eşqidir. Anasız
qalmağın çığır-bağırtıları, bəlkə də, Vətənsiz qala bilməməyə bir
işarədir. Göründüyü kimi, həyata ilk qədəmlərimizi qoyduğumuz
andan ən ali həyat məktəbi olan ailənin verdiyi dərslərdə milli
dəyərlərimizin işartıları duyulmaqdadır. Və ömürboyu bizi
müşayiət etmək gücünə malikdir. Ailə mənəvi gözəllik, şirin
duyğulu isti bir ocaq olmaqla yanaşı, vətənpərvərlik, ağsaqqala,
ağbirçəyə hörmət, uşağa qayğı, qonaqpərvərlik, milli mətbəx və
geyimlər, adət-ənənələr, folklor, mənəviyyat kimi milli dəyərləri
bizə aşılayan əvəzolunmaz ilk məktəbdir.

54

Azərbaycan ailəsi Vətənin qorunması üçün
üzərinə düşən missiyanı layiqincə yerinə

yetirmişdir

Vətən hamımız üçün əzizdir, müqəddəsdir. Heç şübhəsiz
ki, tarixin insan üçün ən acı hökmü onu Vətəndən ayrı salması,
didərgin etməsidir. Elə xalqımıza məxsus bir sıra atalar sözləri,
bayatılar da bunu təcəssüm etdirir. “Vətənsiz olan kəfənsiz qalar”,
“Vətənə gəldim, imana gəldim” və yaxud:

Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.

“Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq
Kərəm” kimi folklor nümunələrindəki vətənpərvərlik cizgiləri
ulu babalarımız, soykökümüz üçün Vətənin, el-obanın nə qədər
önəm daşıdığından xəbər verir. Tariximizə nəzər salsaq, görərik ki,
Azərbaycan ailəsi hər zaman Vətənin qorunması, bütövlüyü üçün
öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirmişdir. Övladların
Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz
ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına
həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli
məsələ kimi baxmışdır. Şanlı tariximizin Cavanşir, Babək, Şah

55

İsmayıl Xətai, Koroğlu kimi əfsanəvi qəhrəmanları, Mirzə Fətəli
Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Hüseyn
Cavid, Bəhruz Kəngərli və onlarla ruhu Vətən eşqilə pərvazlanan
şair və yazıçıları, incəsənət və ictimai xadimləri Azərbaycan
ailəsinin boya-başa çatdırdığı, ərsəyə gətirdiyi Vətən övladlarıdır.
Bu gün də ailələr keçmişdən gələn ənənələri yaşatmalı, insanda
fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik amalı yaradan,
apardığı mübarizədə onda inamını gücləndirən vətənpərvərlik
hisslərini uşaqlara daim aşılamalıdır.

56

Böyüyünü tanımayan qibləsini də tanımaz

Ağsaqqal, ağbirçək evin bəzəyidir. Onlara hörmət dədə-
babalarımızdan bizə miras qalmış xəzinədir. Bu xəzinənin
qorunması isə bilavasitə ailələrimizdən asılıdır. Milli mentalitet
dediyimiz əxlaqımızın, həyat normamızın ana xətlərindən biri də
ailə üzvlərinin böyüyün, ağsaqqalın qarşısında öz vəzifəsini sonuna
qədər yerinə yetirməsidir. Əlbəttə, böyüyə göstərilən hörmət və
ehtiram, qayğı elə özümüzə verdiyimiz dəyərdir. Sevindirici haldır
ki, Azərbaycan ailəsində hələ qədim zamanlardan ağsaqqal, ahıl
insanlar ən hörmətli və müdrik adamlar hesab olunmuş, onlara
hörmətlə yanaşılmışdır. Ağsaqqal sözü, öyüd-nəsihəti ailədə, el-
obada keçərli olmuş, həmişə xeyir-dua kimi qəbul edilmişdir.
Oğul evləndirərkən, qız ərə verərkən onların məsləhətinə ehtiyac
duyulmuş, razılıqları alınmış, bütün məclislərdə yuxarı başda
əyləşərək öz tövsiyələrini vermişlər. Ailədə böyüklərin ayağına
qalxmaq, tapşırıqlarına dərhal əməl etmək milli dəyərlərimizin bir
hissəsi olmuşdur. Hətta el arasında belə məsəllər də yaranmışdır
ki, “böyük sözünə baxmayan baxımsız qalar”, “böyüyün üzünə ağ
olanı torpaq götürməz”.

Şair demişkən:
Sədaqət, dəyanət, düzlük, ədalət,
Etibar, kişilik, böyüyə hörmət,
Ulu babalardan qalmışdır bizə,
Gəlin bir də baxaq keçmişimizə.

57

Qonaqpərvərlik ailələrimizə xas olan dəyərli
keyfiyyətlərdəndir

Milli dəyərlərimizdən biri olan qonaqpərvərlik, qonaqla
bağlı ibrətamiz, yaşarlı adət və ənənələr əsrləri, qərinələri
keçərək azərbaycanlıları dünyanın qonaqpərvər xalqı kimi
şöhrətləndirmişdir. Ulu çağlardan xoş niyyətlə, təmiz qəlblə
yurdumuza pənah gətirənləri, dostu-tanışı, qonağı duz-çörəklə
qarşılamış, süfrəmizin başında onlara yer vermiş, çörəyimizi tən
bölmüşük.Sözsüzki,qonağınqarşılanması,onahörmətbəslənilməsi,
yola salınması kimi adətlərin qorunub saxlanılmasında ailənin rolu
böyükdür. Qonağın gəlişi bayram olar, yola salınması həyəcanlı,
kədərli. Gedənə uğur dilənər, arxasınca su atılar, yoluna azuqə
qoyular, hədiyyələr bağışlanar. Adət-ənənələrə görə “Qonaq Tanrı
adamıdır” və ya “Qonaq Tanrı amanında” deyib qapını döyənlərin
kim olması qətiyyən soruşulmur, ağsaqqallar, ağbirçəklər qonağın
ruzisi dalınca gələr, “qonaq evin gülüdür”, – deyirlər. Hətta
qonaq “Tanrı qonağıyam, qapınıza pənah gətirmişəm” deyəndə,
“Tanrıya da qurban olum, onun qonağına da” cavabını verərlər.
Leksikonumuzda “qonaq otağı” söz birləşməsinin işlədilməsi də
təsadüfdən yaranmayıb, xalqımızın qonaqpərvər olmasının bir
ifadəsidir. Belə ki, adət-ənənəyə görə evin təmtəraqlı otağı qonaq
üçün ayrılır, həmişə təmiz, səliqəli saxlanılır.

1300 ildən artıq tarixi özündə əks etdirən, milli varlığımızın
tarixi-ədəbi ensiklopediyası sayılan “Kitabi-Dədə Qorqud”
dastanında Azərbaycan oğuz ailələrinin yüksək əxlaqi meyarı

58

olan qonaqpərvərlik daha dolğun şəkildə üzə çıxır. Qonağa yaxşı,
mehriban münasibət, qonaqpərvərlik göstərilməsi ailənin əsas
xüsusiyyətlərindən biri olduğu göstərilir. Dastanda oğuz elinin
başçısı Bayandur xanın ildə bir dəfə böyük şadlıq məclisi qurub
qonaqlıq etməsi, el-obanı bir yerə toplaması qonaqpərvərlik
adətinin çalarlarının zənginliyini təcəssüm etdirir.

Babalarımızın həyat prinsiplərindən biri də qonaq kimi
qapıdan girən adamın, hətta düşmən olsa belə, qapıdan
çıxanadək əziz sayılması idi. Elə buna görə də yurdumuza hər
gəlib-gedən azərbaycanlıları sözünün üstündə duran, xeyirxah,
qonaqpərvər insanlar kimi təsvir etmişdir. Fransız səyyahı
Aleksandr Düma “Qafqaz səfəri” adlı əsərində azərbaycanlıların
qonaqpərvərliyindən bəhs edərək yazmışdır: “Bivaxt, gecənin bir
aləmində gəlməyimizə baxmayaraq, bizə hər cür qayğıkeşlik və
qonaqpərvərlik göstərildi”. XVII əsr türk səyyahı Övliya Çələbinin
verdiyi məlumata görə, Azərbaycanda qonaqları qarşılamaq
üçün mehmandar vəzifəsi olmuş və hətta keçmişdə səyyahların
gecələmələri məqsədilə dağlarda evlər tikilmişdir. Göründüyü
kimi, hələ qədim zamanlardan xalqımız qonağı dərin hörmət və
ehtiramla qarşılamış, layiqincə yola salmağı özünə borc bilmiş,
şərəf saymışdır.

59

Adət qanun deyil, amma
qanun qədər hökmü var

Adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının
nə qədər zəngin, tarixi kökə malik olmasından xəbər verir. Heç
şübhəsiz ki, adət-ənənələrimizin varislik yükünü ailələrimiz əsrlər
boyu daşımış və bu gün də daşımaqdadır. Xalqımızın toy, yas,
bayram adət-ənənələri sevincin carçısı, kədərin təsəllisi, insanda
əməksevərliyin, xeyirxahlığın yaradıcısı olmuşdur.

Azərbaycan xalqının adət-ənənələrindən biri olan toy mərasimi
başqa xalqların toy mərasimlərindən fərqliliyi, gözəlliyi ilə hər kəsi
heyran edir. Həyatımızda çox önəmli olan bu mərasim ömürboyu
xoş xatirələrlə yaddaşımızda qalır. Toylar ailənin ilk təməli,
mənəvi həyatımızın xoş əhval-ruhiyyələrlə dolu anıdır. Çünki
toylar əvvəldən axıra qədər bədii sözlərlə, musiqi və mahnılarla,
xalq rəqsləri və tamaşaları ilə müşayiət olunur. Qız bəyənmə,
xəbər göndərmə, kiçik elçilik ilk etapda həyata keçirilən adətlərdir.
İnanclara və adətə görə, elçiliyə gecə getməzlər və elçilərin qarşısına
qoyulan çay içilməz. Elçilikdə deyirlər: “Qız ağacı, qoz ağacı, hər
gələn bir daş atar”, “Qız yükü, duz yükü”. Qız atası elə birinci
elçilikdən razılığa gəlmir. “Qız qapısı, şah qapısı”. “Bir qızla, anası
ilə, yaxın qohum-əqrəba ilə məsləhətləşim, sonra qəti fikrimizi
sizə bildirərik”, – deyir. Böyük nişan, xonça gətirmə, bayramlıq,
danışığagəlmə, cehiz aparma, çörək bişirdi, paltarbiçdi, xınayaxdı,
kəbinkəsdirmə, qız toyu, gəlin aparma, oğlan toyu, qonaq çağırma
kimi adətlərimiz, xüsusi emosionallıqla deyilən nəğmələr, bəyi

60

və gəlini tərif edən mahnılar toylara bədii-estetik təravət gətirir.
Keçmişdə toyda gücün, əzəmətin, çevikliyin nümayiş etdirilməsi
də xüsusi yer tutmuşdur. Ər oğlanlar at çapıb, qılınc oynatmış, bir-
biri ilə qurşaq tutmuş, qızlar oğlanlarla birgə “Yallı” oynamışlar.
Bu ənənə qızlar və oğlanlar üçün seçmək imkanları yaratmışdır.
Çox zaman gənclər ailə quracağı şəxsə toylarda rast gəlmiş, toylar
növbəti toyların başlanğıcına çevrilmişdir.

İnsan cəmiyyəti sevinclə yanaşı, kədəri də yaşamağa
məhkumdur. Hər bir doğulanın ölüm anı da vardır. Bu dünyadan
gedən insanlar üçün yas mərasimlərindəki adət-ənənələr əsrlərdir,
ailələrdə qorunub saxlanılmışdır. Belə ki, insanın kədər hissini
ifadə edən yas nəğmələri, ağılar, bayatılar yaranmışdır. Bir sıra
dastanlarımızda da qədim yas mərasimlərinin adət-ənənələri
haqqında geniş məlumatlar vardır. Məsələn, “Qaraoğlu” dastanında
deyilir: “…İndi yeri, xan dədəmi hayla gəlsin. Mən ölürəm, qopuz
çalsın, ağı desin”. Dədəm gəldi, qopuz çaldı, ağı dedi. Qaraqoyun
Qaralını göz yaşıynan götürdülər, ağı deyib, son mənzilə ötürdülər”.

61

Mənəviyyat xalqın baş ucalığıdır

Ailə üzvlərinin qarşılıqlı məhəbbəti, bir-birini anlaması,
səmimiyyət, valideynlər və uşaqlar arasında qarşılıqlı ehtiram
və anlaşma, eləcə də ata-anaların öz oğul və qızlarının xoşbəxt
gələcəyi, uğurları naminə çalışmaları, uşaqların öz valideynlərinə
hörməti və onların nüfuzunu qorumaları mənəviyyatımızın
əsaslarını təşkil edir. Həmrəy olmaq, bir-birimizə yardım etmək,
sevincimizi paylaşıb çoxaltmaq, kədərimizi paylaşıb azaltmaq da
xalqımızın mənəviyyatına xas xüsusiyyətdir. Mənəvi aləmimizin
qorunmasında ulularımızın geyim tərzi, milli mətbəximiz, folklor
nümunələrimiz də mühüm rol oynamışdır. Çoxəsrlik tariximizə
nəzər salsaq, görərik ki, xalqımıza məxsus ideal geyim forması
olmuşdur. Rəng əlvanlığı, biçim tərzi və tikiş üslubunun fərqliliyi,
eləcə də tip və formaların müxtəlifliyi ilə seçilən ənənəvi
geyimlərimiz qadınlarımıza, kişilərimizə xüsusi gözəllik vermiş,
onlarda ismət, qeyrət, mərdlik görkəmi yaratmışdır.

Dünyanın ən qədim və zəngin mətbəxlərindən biri olan
milli mətbəximiz mənəvi aləmimizin gözəlliyinin, saflığının
təcəssümüdür. Çeşidliliyinin zənginliyi ilə digər xalqların
geyimindən, mətbəxindən fərqlənən bu milli xəzinələrimiz
diyarımıza gəlib-gedənləri heyran etmişdir.

Bu gün cəmiyyətimizdə hər kəsin istədiyi geyimi geymək,
həyat tərzini seçmək haqqı vardır. Bəşəriyyətin sürətli inkişaf
qatarından da geri qalmamaq həyati əhəmiyyətli məsələdir. Lakin
bu, xalqımızın əsrlər boyu qoruyub saxladığı milli dəyərləri itirmək

62

hesabına olmamalıdır.
Sevindirici haldır ki, xalqımızın ailə modelində mürəkkəb

ailə tipi üstünlük təşkil edir. Bunun isə üstün cəhəti odur ki,
ailədə uşaqlar təkcə valideynlərindən deyil, eyni zamanda baba
və nənələrindən tərbiyə alıb, onların əhatəsində böyüyürlər. Bu
da holavar, oxşama, layla, bayatı, qaravəlli, atalar sözü, məsəllər,
qoşma, tapmaca, nağıl, əfsanə, dastan kimi folklor nümunələrimizin
yeni nəslə ötürülməsinə imkan yaradır.

Azərbaycan ailəsində anaların, nənələrin beşik başında dediyi
laylalar uşaq ikən hər birimizin mənəviyyatının zənginləşməsinə
öz təsirini göstərib:

Layla beşiyim, layla,
Evim, eşiyim, layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Balam layla, a layla!
Gülüm layla, a layla!

... Bu da Azərbaycan ailəsini başqa xalqların ailələlərindən
fərqləndirən ən başlıca­məziyyətdir.

63

Yekun

Milli-mənəvi dəyərlər və müasirlik
Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini
göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin
hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və
onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə
də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli
dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük
olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də
xüsusi rolu var. Bu bir danılmaz faktdır ki, İslam dini bizim milli-
mənəvi dəyərlərimizin ən önəmli faktorlarından biri hesab edilir.
Azərbaycan xalqı 70 il kommunist rejimində ateist təbliğatın
aparıldığı bir şəraitdə yaşasa da, heç zaman öz dini dəyərlərini
unutmayıb, onları gizli də olsa yaşadıb. Əgər Sovetlərdən əvvəl
Azərbaycanda çoxlu sayda məscid, mədrəsə fəaliyyət göstərirdisə,
keçmiş SSRİ-nin dövründə ölkədə cəmi 17 vardı. Hazırda isə
Azərbaycanda 2054 məscid mövcuddur.

İslam dini-xalqımızın milli-mənəvi sərvəti
1993-cü ilin, iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan ümummilli lider Heydər Əliyev hər bir sahədə olduğu kimi,
dini ibadətgahlarımızın və abidələrimizin bərpası, onların yenidən
inşası istiqamətində də bir yenilik etdi. Məhz Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə qayıdışından sonra yüzlərlə ibadətgah inşa

64

olundu, bir çoxları yenidən bərpa edildi. Bir sözlə dini dəyərlərimiz
yenidən canlandı. Sovet rejimi tərəfindən dağıdılan Bibiheybət
məscidi və ziyarətgahı məhz Heydər Əliyevin tapşırığı əsasında
dövlət hesabına yenidən inşa olundu. Təsadüfi deyil ki, Heydər
Əliyev İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz
bir hissəsi kimi qəbul edir və bildirirdi ki, dinimiz xalqımızın
milli-mənəvi sərvətidir: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr
etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın
həyatında, yaşayışında, xalqımızın fəaliyyətində formalaşıbdır.
Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq
ola bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və
güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik
tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim
üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri
bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan
dəyərlərimizdir”.

Tolerantlıq ənənələri milli - mənəvi dəyərimiz
Bu bir reallıqdır ki, bu günAzərbaycanda təkcə İslam deyil, eyni
zamanda digər dinlərin nümayəndələri də bizimlə birgə, bərabər,
yaşayır, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini inanclarını
icra edirlər. Hətta qeyri-İslam dinindən olan insanlar üçün də
Azərbaycanda kifayət qədər ibadət yerləri. kilsələr, sinaqoqlar
inşa edilib. Bu gün Azərbaycanda 13 kilsə, 7 sinaqoq fəaliyyət
göstərir ki, bu da ölkəmizi dünyada tolerant ölkə kimi tanıdır. Elə
bu səbəbdən də Azərbaycandakı tolerantlıq ənənələrini də milli-

65

mənəvi dəyərimiz hesab etmək olar. Ona görə də tolerantlıq bizim
əsrlərdən gələn milli xüsusiyyətimiz sayılır. Bu gün Azərbaycanda
bir təriqətdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar.
Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir. Təkcə dində
deyil milli, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur.
Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da, Azərbaycanda
bir dənə də olsa bu cür hal müşahidə edilməyib. Hazırda
Azərbaycanda onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq
öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup
da öz növbəsində ümumi milli mənəvi dəyərlərin formalaşmasına
töhfə verir.

Dil milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi
Hər bir dövlətdə olduğu kimi Azərbaycanda da dil onun milli-
mənəvi dəyərlərinin tərkib hissəsi sayılır. Ona görə də Azərbaycan
dilinin inkişaf etdirilməsi, onun zənginləşdirilməsi hər zaman
dövlətimiz üçün prioritet olub. Azərbaycan dilini xalqın ən böyük
sərvəti hesab edən ümummilli lider Heydər Əliyev çıxışlarında
hər zaman vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin
çox mühüm şərtlərindən biri milli-ədəbi dil zəminində xüsusi
rəsmi dil üslubunun formalaşmasıdır. Bu zərurəti nəzərə alan
Heydər Əliyev 18 iyun, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” fərman imzaladı ki, sözügedən
sənəd həmin dövrdə bu istiqamətdə atılan vacib addımlardan biri
idi. 2001-ci il, avqust ayının 1-dən isə latın qrafikalı Azərbaycan
əlifbasına keçilməsinə qərar verildi. Ümummilli liderin

66

“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” 2001-ci il, 9 avqust tarixli fərmanı əsasında xalqımızın
əlamətdar bayramları sırasına daha biri əlavə olundu. Ölkəmizdə
Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi, onun qorunub
saxlanması da milli-mənəvi dəyərlərə xidmət etmək baxımından
mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycançılığın
əsas atributlarından biri milli dövlətçilik, digəri isə milli-mənəvi
dəyərlər hesab edilir. Bu mənada Heydər Əliyevin Azərbaycançılıq
ideyasının formalaşması, onun inkişaf etdirilməsi və milli-mənəvi
dəyərlərin bir hissəsinə çevrilməsində müstəsna xidmətləri olub.

Muğam xalqımızın genetik kodu
Bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin
qorunması və din-dövlət münasibətlərinin daha da yaxşılaşdırılması
istiqamətində ümummilli lider Heydər Əliyevin siyasətini,
ideyalarını davam etdirən Prezident İlham Əliyevin bu sahədə
atdığı addımlar, eləcə də İslam dininin inkişafı üçün reallaşdırdığı
tədbirlər müsəlman aləmində yüksək dəyərləndirilir. Məhz dövlət
başçısının bu sahəyə diqqətinin nəticəsidir ki, bu gün dövlətin
din siyasəti pozitiv dünyəvilik əsasında qurulub. Prezident
İlham Əliyevin qayğısının nəticisidir ki, son 10 il ərzində ölkədə
216 məsciddə inşa və əsaslı təmir, yenidənqurma işləri aparılıb.
Həmçinin dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı
bərpa olunub. Milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirən
Prezident İlham Əliyev qeyd edir: “Azərbaycan öz milli, dini
dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin

67

tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür
etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi
qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox
böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən
dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil
edir.

Milli-mənəvi dəyərlərin yaşadılması, onun təbliğ olunmasında
genişmiqyaslı fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da
ötən illər ərzində bu sahədə böyük uğurlara imza atıb. Fondun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni
abidələrin qorunması və bərpasını daim diqqət mərkəzində
saxlayır. Buna nümunə olaraq müsəlman aləminin ən müqəddəs
ibadətgahlarından olan Şamaxı Cümə məscidinin Prezident İlham
Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı
bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilməsini
göstərmək olar.

Birmənalı şəkildə qeyd etmək olar ki, muğam xalqımızın
incisi, onun genetik kodudur. Muğam nəsillərdən-nəsillərə keçərək
Azərbaycan xalqının qan yaddaşında qalıb, onun ürəyində əbədi
iz buraxıb. YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın yazdığı kimi: “Muğam bizim
qəlbimizin xüsusi məqamıdır”.

Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu
sənət gündən-günə nəinki yeni zirvələri fəth edir, həmçinin yeni
layihələrin yaranmasına təkan yaradır: muğam jurnalı, muğam

68

antologiyası, muğam ensiklopediyası. Və nəhayət, Muğam
Mərkəzi.

Milli mənəvi dəyərlərin qorunmasında məqsədyönlü fəaliyyət
Günümüzdə, Azərbaycan müasirləşən, Avropa və dünya
birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Düzdür,
müstəqillik qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə
qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son
dövrlər qloballaşmanın milli kimliyə təsiri cəmiyyətə daha çox yad
dəyərləri qəbul etdirmək cəhdi kimi qiymətləndirilir. Heç şübhəsiz
ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim
də ölkədən yan keçməyib. Müsbət hal isə ondan ibarətdir ki, artıq
cəmiyyətin özündə ona qarşı əks reaksiya başlayıb. Bütün halda
millət, xalq olaraq qloballaşma adı altında öz milli dəyərlərimizi
unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq
üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər
xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan
biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı,
xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər
zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə
zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə
aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən
vacib şərtlərdəndir. Deməli, milli mənəvi dəyərlərimiz yaşadıqca
milli kimliyimiz də mövcud olacaq. Bu dəyərlər dəyişdikdə
isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik. Ona görə də
gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətində

69

işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri
gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin
keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib
hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail
olunmalıdır. Müsbət dəyərləndirilməli məqam ondan ibarətdir ki,
bu gün dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli
və mənəvi dəyərlərin qorunması və yaşadılması istiqamətində daha
məqsədyönlü fəaliyyəti görə bilirik.

Görkəmli dövlət xadimi Heydər Əliyev milli dəyərlərimizin
öyrənilməsini, qorunub-saxlanılmasını, inkişaf etdirilməsini əsas
vəzifələrdən biri kimi irəli sürür və deyirdi ki, bunları qoruyub-
saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini
qorumaq əzmində olacaqdır. Çünki milli dövlətçilik və milli
dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Ulu Öndər deyirdi ki,
milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən
xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət
bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət
edirsə, digər tərəfdən də milli dəyərlərin qorunmasının və müstəqil
inkişafının təmin olunması məqsədi daşıyır.­

Heç bir dövlət başçısı, heç bir siyasi lider quruculuğu
və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın mühüm və əsas
istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl
elmi konsepsiyanın yaradılması, onun həyata keçirilməsi sahəsində
Ulu Öndər Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməmişdir.
Ziyalılarımızın milli tərəqqi prosesində rolunu azaltmadan qeyd
etməliyik ki, dahi rəhbər milli dəyərlər uğrunda mübarizənin

70

önündə həmişə özü gedir və milli ziyalılarımızı da bu istiqamətdəki
fəaliyyətə səfərbər edirdi. Ulu öndər hətta rəsmi sərəncamlarla,
xüsusi qərarlarla böyük milli-mədəni abidələrimizin fiziki və
mənəvi cəhətdən bərpasına, milli yaddaşın, milli köklərə qayıdışın
sürətləndirilməsinə istiqamət verirdi.

Ümummilli lider Heydər Əliyev milli dəyərlərimizi təkcə milli
varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu
prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu
xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə
sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: “Bizim
hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır.
Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın
inkişafının təmin olunması deməkdir”.

Milli dəyərlərimizə dərindən bələd olan ümummilli lider
xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində
onlara harada yaşamalarından asılı olmayaraq Azərbaycançılıq
ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi
yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir
Vətəni var – bu,Azərbaycandır.Azərbaycanlı hər yerdə yaşaya bilər,
ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır.
Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Ümummilli lider Heydər Əliyevin siyasi varisi kimi milli dəyərlərə
dövlət səviyyəsində diqqət və qayğı göstərir. Hər bir məsələdə ulu

71

öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin
qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə
bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir.
Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə
başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu
ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində
hər bir azərbaycanlının, hər şeydən əvvəl, öz xalqının dəyərlərinə
sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və
milli dəyərlərini qoruması önə çəkilir. “Gələcək nəsillərə maddi
sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli
mentalitet ərməğan edilməlidir” prinsipi əsas götürülür. Prezident
İlham Əliyevin milli ideologiyaya dair baxışları onun siyasi por­
tretinin əsas cizgilərini təcəssüm etdirir. Görülən bu işlər, sadəcə,
qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün
bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək
nəsillərə əmanət edilməsi, Azərbaycançılıq məfkurəsinin, milli
dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün
həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir. Bu
yolda Heydər Əliyev Fondunun milli dəyərlərimizin qorunması və
təbliğ edilməsi istiqamətindəki geniş fəaliyyətini xalqımız böyük
minnətdarlıqla qarşılayır.

MÜNDƏRİCAT

GİRİŞ..............................................................................................3
Ailə sosiologiyası...........................................................................6
Ailənin mahiyyəti.........................................................................17
Ailənin funksiyaları ....................................................................21
Ailə strukturlarının tipologiyası...................................................25
Nigah anlayışı və boşanma .........................................................28
Ailə nədir?...................................................................................36
Ailə milli-mənəvi dəyərlərimiz....................................................38
Ailə möhkəm təməl üzərində qurulmalıdır..................................51
İlk məktəb.....................................................................................53
Azərbaycan ailəsi Vətənin qorunması üçün üzərin
düşən missiyanı layiqincə yerinə yetirmişdir...............................54
Böyüyünü tanımayan qibləsini tanımaz.......................................56
Qonqapərvərlik ailələrimizə xas olan
dəyərli kefiyyətlərdəndir...............................................................57
Adət qanun deyil, amma qanun qədər hökmü var........................59
Mənəviyyat xalqın baş ucalığıdır................................................ 61
Yekun.......................................................................................... 63

Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version