The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-12-18 00:24:25

Dağlıq Qarabağın tarixi

Dağlıq Qarabağın tarixi

əsas sənətkarlıq və ticarət mərkəzi kimi nəinki Qafqazda,
Yaxın Şərq ölkələrində məşhur idi. Getdikcə daha da
gözəlləşən Şuşa Qafqazın dəbbəbəli şəhərlərindən
sayılırdı. Qarabağ tacirlərinin səsi, sorağı müxtəlif
ölkələrin iri və mədəni şəhərlərindən gəlirdi. Zənginliyinə
və ticarət əlaqəsinə görə Şuşa İrəvan, Tiflis, Gəncə, Bakı,
Şamaxı, Naxçıvan kimi inkişaf etmiş şəhərlərlə bir sırada
dayanırdı. Şuşadan kimlər keçməyib-dost da, düşmən də,
səyyah da, musiqişünas da, etnoqraf da ... Hər kəs öz
qəlbinin gözü ilə bu şəhərə göz yetirib, qiymət verib. Rus
şairi Sergey Yesenin onun gözəlliyini, insanların musiqiyə
bağlılığını belə dilə gətirib: “Əgər oxumursansa, deməli,
şuşalı deyilsən”. Musiqi və poeziya beşiyi adlanan bu
qeyri-adi şəhərdə Azərbaycanın çox məşhur mədəniyyət
xadimləri yaşayıb yaradıblar-Cabbar Qaryağdıoğlu,
Məşədi İsi, Hacı Hüsü, Keçəçi Məmməd, İslam
Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Rəşid
Behbudov... XVIII əsrdə Şuşa şəhərində Vaqif kimi bir
şeir tacidarı olub. Burada Qasım bəy Zakir yaşayıb
yaradıb. Xan qızı Natəvanın şeir məclisləri dillər əzbərinə
çevrilib. Şərqin ilk dramaturgiyasının bünövrəsi
Azərbaycanda qoyulub, eləcə də milli operanın beşiyi də

- 151 -

Azərbaycandır. İlk professional orkestr də bizim vətəndə
dünyaya səs salıb. Həm böyüklər, həm də uşaqlar üçün ilk
balet də ölkəmizdə yaranıb. Maraqlıdır ki, bu ölməz sənət
abidələrinin bünövrəsini qoyanlar məhz Şuşa ilə bağlı
olublar. Bu dilbər diyardan pərvazlanan şəxsiyyətlərdir.
Şərqin, türk dünyasının ən görkəmli memarlarından biri
olan Səfi xan Qarabaği Şuşanın yetirməsidir. Mir Möhsün
Nəvvab türk dünyasında musiqi nəzəriyyəçisi, rəssam və
şair kimi tanınıb. Azərbaycan dramaturgiyasında ilk faciə
əsərinin müəllifi Nəcəf bəy Vəzirov da bu torpaqda
doğulub. Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir
Çəmənzəminli, Süleyman Sani Axundov kimi nəhəng
sənətkarlar Şuşanın havasını udub, suyunu içib, onun
gözəlliyindən güc və yaratmaq qabiliyyəti alıblar. Üzeyir
Hacıbəyli, Soltan Hacıbəyli, Zülfüqar Hacıbəyli, Niyazi,
Fikrət Əmirov, Süleyman Ələsgərov, Əşrəf Abbasov kimi
incəsənət xadimlərinin vətənidir Şuşa. Şuşanı yalnız şeir,
muğam, mahnı beşiyi kimi tanımaq çox azdır. Şuşanın ab-
havası, iqlimi, tamam bambaşqadır. Vaxtı ilə onun adını
dünyanın ən məşhur sağlamlıq məkanları ilə bir sırada
çəkərdilər. Şuşa dağlarının gözəlliyi, gül-çiçəyinin ətri,
quşlarının nəğməsi, bulaqlarının zümzüməsi, şəlalələrinin

- 152 -

şırıltısı o qədər qeyri-adidir ki, onu olduğu kimi yaratmaq
çox çətindir. Firidun bəy Köçərli yazırdı: “Şuşanın ab-
havası saf və salamat olmağa görə yaylaq mənziləsindədir.
Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının
bərəkətindən burada çox zürəfa, üdəba və şüəra vücuda
gəlib”. Loğman şəhəri idi Şuşa. Dərmansız, iynəsiz
insanları müalicə edirdi, həyata qaytarırdı. Sovetlər
dövründə dəva-dərman təsir etməyən xəstələrə deyərdilər
ki: “Get bir neçə gün Şuşada qal. Qoy Qarabağın havası
səni sağaltsın”. Neçə-neçə yaşlı insandan bu etirafı
eşitmişik: “İndiyə kimi Şuşanın hesabına yaşayıram”.
Şuşa Azərbaycanın mənəviyyat salnaməsidir. Bu aynada
yadlar tapdağında saralan Şuşamızın tarixində adları həkk
edilən neçə-neçə etnoqrafın, arxeoloqun, musiqişünasın,
nəqqaşın, xəttatın, rəssamın, memarın pəjmürdə ruhlarını
görürük. Onlar ana yurdlarının taleyindən narahatdırlar.
Qarabağ tarixində böyük hörmət və məhəbbətlə anılan,
yaradıcılığı ilə Azərbaycan şeirinə xüsusi təravət gətirən
Xan qızı Natəvanaın dillər əzbəri olan şeiri yada düşür:

Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı,

Nə də bu aləm ara dil müqəyyədi qəm olaydı.

- 153 -

Nə hiç atəşinə odlanib yanaydı dilim,

Nə eşq içrə könül böylə şad-xürrəm olaydı.

Nə sərv qəddin olaydı, nə həsrətilə gözüm nur,

Nə rüzgar fəraqində qamətim xəm olaydı.

...Nə bəhr, nə ümman, nə büylə güz yaşı cari,

Nə gül üzündə, İlahi, bu növü şəbnəm olaydı.

...Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,

Nə Natəvanın, İlahi, həvas dərhəm olaydı.

Bu misraların XVIII əsrdə yazılmağına baxmayaraq sanki
indiki günlər üçün deyilib. Şuşanın dərdindən, narahat
ruhların hüznündən xəbər verir. Bu yerdə Şahmar
Əkbərzadənin bir misrası varlığımızdan od kimi keçir:
“Çatladı Vaqifin goru Şuşada”. Ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə 1982-ci ilin qışında Şuşada-Cıdır
düzündə unudulmaz şairimizin məqbərəsinin açılışı oldu.
Amma heç kəsin ağlına gəlməzdi ki, on ildən sonra bu
dilbər guşələrdə bayquşlar ulayacaq. Faşist ermənilər

- 154 -

şuşalıları öz dədə-baba ocaqlarından didərgin salacaqlar.
22 ildir ki, içimiz oyulur.
Baxır həsrət-həsrət əsir məzarlar,
Orda Vaqif qalıb, Xan qızı qalıb.
Hayla dəliləri Koroğlu kimi,
Pənah xan nərənə tamarzı qalıb.
Yağı tapdağına çevrilən Şuşanın sinəmizə çəkdiyi dərdin
şırımları çox dərin və böyükdür. Bakıda Vurğunun ruhu
narahat, Şuşada Vaqifin məzarı yandı, Üzeyirin, Bülbülün,
Xan qızının heykəlləri güllələndi. Dolama yolları bizsiz
qalan, sinəsində yağılar gəzən Şuşa əli yaylıqlı Natəvan
olub övladlarını çağırır. Şuşa qızı çağırır. Şuşa bizi
çağırır...

- 155 -

Şuşasız şuşalıların “Şuşa”sı

“Koroğlu” metrostansiyasından mindiyimiz 214 saylı
avtobus Ramana qəsəbəsinin axırında son dayanacağında
dayanır.

Bura “Yeni Şuşa” dır. Rəsmi olaraq “Ramana 450”
adlansa da 2007-ci ildə Zaqulba sanatoriyasında
müvvəqqəti məskunlaşmış şuşalıları bu əraziyə
köçürdükləri üçün əhali buranı şərti olaraq “Yeni Şuşa”
adlandırır. Yeni Şuşada cəmi 450 ev var. Bir–birinin eyni
olan, üstü həbsxana qapısı kimi nömrəli evlər. Şəhərcikdə
avtobusdan enib, yolu piyada irəliləyirik. Tozlu, asvalt
küçədə qarşımıza velosiped sürən doqquz yaşlı Eldəniz
çıxır. Ondan “Şuşadansanmı?” soruşuram, “Bəli” deyir,
“Buramı ya oramı ?” Qəribə səslənən sualıma uşaq da
çaşıb qalır. Sonra digər uşaqlar da ətrafımıza toplaşırlar.
“Şuşa haqqında nə bilirsiniz?” sualımızın cavabı isə səthi
olur. Deyirlər, min dəfə eşitməkdənsə bir dəfə görmək
lazımdır. Onlar isə milyon dəfə eşidib, bircə dəfə Şuşa üzü
görməyənlərdir.

- 156 -

–Salam, sənin adın nədir ?
– Fidan
– Şuşa haqqında sənə nə danışıblar, necə bilirsən ?
– Danışıblar ki, gözəl yerlərdir Şuşa. Meşələri olub
çoxlu, bulaqları, dağları, Topxana meşəsi olub. İndi oranı
yandırıblar.
– Sən ora getmək istəyirsən ?
– Bəli.
– Sənin üçün nə maraqlıdır orada ?
– Oranın dağları maraqlıdır.
Uşaqların ümidləri gələcəyədir, böyüyəndə polis ya da
hərbiçi olmağı arzulayırlar. Deyirlər ki, bəlkə onda nəisə
dəyişdirə bildilər.

– Əsgər olub, Qarabağımıza dönmək istəyirəm
– Polis
– Əsgər olmaq istəyirəm
– Polis olmaq…
– Mən də polis olmaq…
– Mən əsgər olub, gedib Şuşamızı erməninin əlindən
almaq istəyirəm.

- 157 -

– Mən də polis olmaq istəyirəm.
– Mən də polis olmaq istəyirəm.
Ağsaqqal, ağbirçəklər isə ümumiyyətlə bura Şuşa deyə
bilmirlər. Buranı rəsmi qeydiyyat adıyla “Ramana 450”
məcburi köçkün düşərgəsi adlandırırlar.

– Burada o vaxt elə-belə dedilər Şuşa qəsəbəsi, amma
Şuşa qəsəbəsi ola bilməz. Şuşanı ikinci bir yerdə salmaq
olmaz. Bir Şuşalı kimi mən heç vaxt razı ola bilmərəm ki,
Şuşanı burda salaq. Burda iki milyon dənə də bizə belə ev
tiksələr Şuşanın bir dənə elə – belə alaçığının yerini verə
bilməz. Müzəffər dayı deyir ki, bu şəhərcikdə orta məktəb,
musiqi məktəbi, kitabxana, ambulator xəstəxana,
mədəniyyət evi, kafe, mağazalar var.
– Yeganə bu qəsəbədir ki, bunun bütün şəraiti var. Lakin
bunların heç biri burada yaşayan, içi mən qarışıqlı, yəni,
mən belə hesab edirəm ki, heç kəsin ürəyincə deyil ona
görə ki, Şuşa lazımdır bizə. Biz Şuşasız günlərimizi gün
saymırıq, yaşamımızı, yaşam saymırıq.
Müzəffər dayıdan ayrılıb “Şuşa”- nın küçələrini gəzməyə
başlayırıq. Elə sakinlər var ki, özlərinəməxsus rayon abu-
havasını, vərdiş etdikləri həyatı burada da yaratmağa cəhd

- 158 -

edir. Bəzi həyətlərdən toyuq-cücə, mal-qara səsi eşidilsə
də, bəzi həyətlər şəhər həyatına demək olar ki, tam
uyğunlaşıb. Gəldiyimiz tozlu yollarla bizi gətirən eyni
avtobusa minərək geri qayıdırıq. Yola salanlar da elə bizi
qarşılayan Şuşanı heç vaxt görməyən “Şuşa”lı uşaqlar
olur.

Hazırladılar: Nuranə Rəhimova, Əjdər Hüseynov

Ağdərəlilər indi haradadırlar?

Ağdərə rayonu Şuşanı çıxmaqla Dağlıq Qarabağda ən

çox azərbaycanlı yaşayan rayon idi. İşğala qədər

Ağdərənin 14 kəndində(Sırxavənd, Bəşirlər, Qaraşlar, Qa

ralar, Baş Güneypəyə, Orta Güney pəyə,

Xatınbəyli, Manikli,Tellibinə, Narınclar, Çərəktar, İmarət

- Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz

qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb.

Keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı (Mardakert)

rayonun mərkəzi olmuşdur.

XIX əsrdə burada məskunlaşdırılmış ermənilər rayonun
və qəsəbənin adını 1923-cu ildən Crabert, 1930-cu ildən
isə Mardakert kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən

- 159 -

rayonun ərazisi Tərtər rayonuna birləşdirilmiş, qəsəbə isə
keçmiş adı ilə – Ağdərə adlandırılmışdır. Ağdərə
şəhəri 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar
Vilayətinin tərkibində olan Ağdərə rayonuna tabe
edilmişdir. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə
şəhər statusu alıb. Ağdərə şəhəri Dağlıq Qarabağdakı bir
çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında
erməni hərbçilərinin nəzarəti altına keçir. 1992-ci
ildə Azərbaycan ordusunun hücumu nəticəsində iyulun 4-
də Ağdərə şəhəri erməni işğalçılarından azad edilir. 1 il
boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə
aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə
Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ
cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət
Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək
Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu
bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma
qoşuldular. Bundan məharətlə istifadə edən Ermənistan
ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal
edir. Qarabağ müharibəsinin başlanğıcında Ermənistan
silahli qüvvələri Dağlıq Qrabağın digər rayonları ilə
bərabər Ağdərəni də işğal etdi. Azərbaycan ordusunun

- 160 -

hücumu nəticəsində 1992-ci ildə Ağdərə rayonu ərazisinin
bir hissəsi Ermənistanın işğalından azad edildi. Lakin
1993-cü ildə başlanan 4 iyun Gəncə qiyamı zamanı
Ermənistan silahlı qüvvələri 7 iyul 1993-cü ildə Ağdərə
şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etdi.
Hal-hazırda keçmiş Ağdərə rayonunun bir neçə kəndi
Azərbaycan Respublikasının nəzarətində olsa da, Ağdərə
şəhəri də daxil olmaqla ərazilərinin çox hissəsi Ermənistan
silahlı qüvvələrinin nəzarəti altındadır. Ağdərə rayonu
ləğv edildikdən sonra Tərtər rayonu inzibati ərazisinə
daxil edilən Talış, Seysulan və Madaqiz
kəndləri Azərbaycan Ordusu tərəfindən 2017-ci il aprel
döyüşləri zamanı işğaldan azad olundu. Millət vəkili Aqil
Abbasın bu mövzu ilə bağlı narahatlığının əsası var.

Aqil Abbas,yazıçı, millət vəkili: "Mən
ağdamlı, tərtərli, kəlbəcərli olmaq istəmirəm"

Ağdərə Dağlıq Qarabağın ərazicə ən böyük rayonudur,
əhalisinə görə isə Xankəndindən sonra ikincidi. Müharibə
başlayanda 45 minə yaxın əhalisi vardı. Rayon Ağdam-
Kəlbəcər və Tərtər-Kəlbəcər yolunun kəsişməsində
yerləşir. Çox strateji bir nöqtədir. Qarabağ hadisələri

- 161 -

başlayandan bu rayon həm daşnakların, həm də
Ermənistandan göndərilən saqqallıların və muzdlu
terrorçuların qərargahı idi. Bir məsələni xüsusi qeyd
eləmək istəyirəm. Dağlıq Qarabağda əhalinin statistikası
heç vaxt dəqiq aparılmayıb. 155 min göstərilirdi əhalinin

sayı, onun da 60 mindən artığı azərbaycanlılar idi. Hələ
Sovetlər dönəmində də erməni bicliyi işləyirdi. Dağlıq
Qarabağdakı ermənilərin sayını artırmaq üçün həm
İrəvanda qeydiyyatda olurdular, həm Xankəndində, həm
Bakıda qeydiyyatdaydılar, həm də Xankəndində və ya
olsun Əsgəranda və sairə. Dağlıq Qarabağda ermənilərin
sayının çox olduğunu göstərmək üçün. Ermənilərin ən
kompakt yaşadığı şəhər Xankəndi idi. Xankəndinin
Kərkicahan deyilən bir qəsəbəsi vardı, orda da

- 162 -

azərbaycanlılar kompakt yaşayırdı. Qəsəbənin 3 minə
yaxın əhalisi vardı, bir də şəhərdə azərbaycanlıların
yaşadığı iyirmiyə yaxın məhəllə. Və təbii ki, Xankəndinin
əhalisinin əksəriyyəti ermənilər idi.Xankəndi niyə
erməniləşmişdi? Tarixə bir balaca gərdiş edək. XIX əsrin
əvvəllərində Rusiya Şimali Azərbaycanı işğal edəndə
rusların hərbi bazalarının biri də Xankəndində yerləşirdi.
Sözgəlişi. Sonra da oldu 366-cı polk, ermənilərlə birlikdə
Xocalı soyqırımını törətdi və Qarabağın digər rayonlarını
işğal elədi. Yəqin hələ də elə ordadı. Ruslar orda ilk hərbi
bazalarını yaradanda təbii ki, heç bir azərbaycanlı nə
onların donuzunu otarmadı, nə çəkməçilik elədi, nə
dülgərlik, nə dəlləklik. Nə atlarını qaşovladılar, nə də
dəvələrinin filan yerini yağlamadılar və sair və ilaxır.
Nəticədə Qarabağda mövcud olan beş erməni kəndindən
erməniləri yığdılar Xankəndinə, ruslara nökərçilik eləmək
üçün və hələ də həmin nökərçiliyi eləyirlər. Yəni
Xankəndinin erməniləşməsinin səbəbi bu idi.
Ulu Öndərin çox müdrik bir siyasəti nəticəsində
(ermənilər bunu çox gec anladı, tez anlasalar nə fərq edərdi
Heydər Əliyevin qarşısında) Xankəndi sürətlə
azərbaycanlaşdı. Orda Pedaqoji İnstitut açdı və o institutda

- 163 -

oxuyanların da yarıdan çoxu Qarabağdan və ətraf
rayonlardan gələnlər idi. Təxminən 100-dən çox
azərbaycanlı professor, müəllim və işçi çalışırdı bu
institutda və ailələri də köçmüşdü Xankəndinə. Yazını
hazırlayarkən həmin illərdə institutun prorektoru olmuş
görkəmli şair Ənvər Əhmədlə əlaqə saxlayıb bir rəqəmi
dəqiqləşdirdim. Azərbaycanlı tələbələrin sayı da 1200
nəfərdən artıq olub. Faiz nisbətində 60-40 ermənilərin
xeyrinə idi. Bunların dalınca gedən valideynləri, sevənləri.
Ermənilər bir də ayılıb gördü ki, Xankəndində ermənicə
danışan yoxdu, ermənilər də azərbaycanca danışır.
Ulu Öndər Xankəndini azərbaycanlaşdırmaq üçün daha
bir addım atdı. Sənaye müəssisələri açdı Xankəndində, işçi
tapılmadı, məcbur oldular yaxın kəndlərdəki
azərbaycanlıları ora işə qəbul etsinlər.
Bir statistikanı da qeyd eləmək istəyirəm. Qarabağ
müharibəsi başlayana qədər bölgədəki rayonların
əhalisinin sayı belə idi:
Martuni – 18 min, Əsgəran – 20 min, Şuşa – 20 min…
… XX əsrin əvvəllərində Şuşada 70 mindən artıq əhali
yaşayırdı. 1905, 1914-18-ci illər müharibələrindən sonra
və bir də 20-ci ildə sovet hakimiyyəti qurulanda Şuşa

- 164 -

əhalisi pərən-pərən salındı. Şuşa Qarabağın mərkəzi, belə
desək, xanlığın paytaxtı olduğu üçün xan nəsilləri və bütün
bəylərin nəsilləri Şuşada yaşayırdı. Sovet hökuməti nəinki
bəyləri güllələyirdi, qohumlarını güllələyirdi, hətta yeddi
arxa dönənlərini də, qulluqçularını da güllələyirdi. Ona
görə də həmin nəsillər Şuşanı tərk etməli oldular, əsasən
Bakıya, Gəncəyə və bəziləri də Rusiyaya qaçdılar ki, bəlkə
izlərini, tozlarını tapmayalar…
… Hadrut – 12 min, Xankəndi – 45 min. Xocalı onda
rayon deyildi, əhalisi 10 minə yaxın idi.
Qayıdaq Ağdərəyə. Xankəndindən sonra erməni rayonu
sayılan Ağdərə əhalisinin 30-35 faizi azərbaycanlılarıydı.
Məhz elə ona görə də Dağlıq Qarabağda ikinci vəzifələrdə
azərbaycanlılar işlədiyi kimi, Ağdərədə də ikinci
vəzifələrdə azərbaycanlılar çalışırdı. Bu statistikanı niyə
yazıram, aydınlaşdıracam.
AXCP hakimiyyəti dövrü Ağdərə erməni işğalçılarından
azad edildi. Daşnakların, separatçıların yuvaları
darmadağın oldu. Həmin döyüşlərdə mən Tərtərdəydim və
elə səhərisi günü də Ağdərədə. Əlimdə avtomat
vuruşmurdum, vuruşan oğlanlara ruh verirdim. Həmin
döyüşün iştirakçıları dururlar (şəhid olanlara Allah rəhmət

- 165 -

etsin), budur türkün ürəyi, budur türkün kişiliyi, qeyrəti,
insanlığı, bizim döyüşçülər istəsəydi Ağdərədən bir inni-
cinni də salamat çıxa bilməzdi. Amma silahsız insanlara əl
qaldırmağı qeyrətlərinə sığışdırmadılar. Yol açdılar, dinc
əhali çıxdı. Həm Ağdam-Kəlbəcər, həm də Kəlbəcər-
Tərtər yolu açıldı. Və Kəlbəcərə ilk gedənlərin biri də
tanınmış jurnalist Hidayət Elvüsal oldu. Mən isə qayıtdım
Ağdama. Hidayət Elvüsalla da köynəyimizi dəyişdik.
Dedim, qardaş, mənim köynəyim dualıdı. Bəli, Ağdərə
azad oldu və AXCP hakimiyyəti bundan sonra çox böyük
bir səhvə yol verdi. Elə böyük səhv ki, o səhvi hələ bu gün
də düzəltmirik. Rayonu ləğv elədilər və Ağdam, Tərtər,
Kəlbəcər arasında pay-pürüş elədilər. Ötən seçkilərdə
hörmətli Arif Rəhimzadə parlamentdə bu məsələni
qaldırdı, mən də böyük bir dəstək verdim, hətta dedim ki,
qardaşlar, mən ağdamlı, tərtərli, kəlbəcərli olmaq
istəmirəm, mən ağdərəli olmaq istəyirəm. Söhbət məndən
getmir ha, söhbət ağdərəlidən gedir, onların dilindən
dedim. İndi təkcə 6 min ağdərəli sənəddə ağdamlı kimi
gedir. O cümlədən bir o qədər ağdərəli tərtərli, bir o qədər
ağdərəli də Kəlbəcər sakini sayılır. Təbii ki, söhbət
Ağdərənin azərbaycanlı əhalisindən gedir. Onu da qeyd

- 166 -

edim ki, ağdərəlilər dəfələrlə rayonlarının bərpa olunması
ilə bağlı müxtəlif ünvanlara müraciətlər ediblər,
«ağdamlı» ağdərəlilərin bir müraciəti də mənim arxivimdə
olmalıdır, tapa bilsəm dərc edərəm.

…O gün sosial şəbəkələrdə bir şəkil paylaşılıb. Talış

zirvəsi götürüləndən sonra kəndin giriş lövhəsinə belə
yazılıb:
Ağdərə rayonunun Talış kəndi.
Və dərhal elə bizim ağzıgöyçəklər bu şəkli paylaşıb
utanmadan onu lağ yerinə çeviriblər ki, Ağdərə rayonu
var? Ermənilər də bundan istifadə edir. Bəs oranı azad
edən əsgərlərimiz ora nə yazaydılar? Mardakert
rayonunun Talış kəndi? Bu kənd Dağlıq Qarabağın
ərazisidi və həmin ləğv edilmiş Ağdərə rayonunun
kəndidi, pay-pürüşdə deyəsən Goranboya düşüb.
Ağdərənin beş kəndi, ən böyük kəndi olan Mərgüşəvan da
başda olmaqla, Mərgüşəvanın indiki adı Şəhriyardı, işğal
altında deyil...
…Həmin beş kənd (Mərgüşəvan qəsəbə idi, amma dilimiz
öyrəşib kənd deyirik, guya qəsəbə deyəndə göydən alma
töküləcək) Sərdar Həmidovun şəxsi şücaəti, tərtərlilərin və

- 167 -

Azərbaycanın müxtəlif rayonlarından Tərtərə köməyə
gələn könüllülərin qeyrəti və cəsarəti nəticəsində yenidən
Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi.
Dəhşətik ey, Tərtəri erməni işğalından qoruyan Sərdar
Həmidovun ölümündən bir həftə keçmiş evinə oğrular
girdi…
… İndi Seysulanın da, Talış kəndinin də nəzarəti bizim
əlimizə keçib. Deməli, Ağdərənin 7 kəndi bizim
nəzarətimiz altındadı.
Mən hələ keçən seçkilərdə Parlamentdə bu məsələyə
toxunarkən bildirdim ki, AXCP-nin bu böyük səhvi
düzəldilməlidir. Ağdərə rayonu yenidən bərpa
olunmalıdır. Elə Şəhriyar kəndində də Ağdərə rayonunu
formalaşdırmaq mümkündü. Şəhriyar Ağdərənin ikinci ən
böyük kəndi idi. Sadəcə olaraq, vəsait lazımdı, vəssalam.
Həm qəsəbənin təmirinə, həm də bərpa olunacaq rayonun
fəaliyyətinə. Və Ağdərənin əhalisi də Xocalı və
Xocavəndin əhalisindən çoxdu. Və əslində Xankəndi
şəhərinin də icra orqanları bərpa olunmalıdı. Xankəndində
də 15 mindən çox azərbaycanlı yaşayırdı, şəhərin əhalisi
də əvvəl qeyd etdiyim kimi 45 min idi. İndi deyəsən

- 168 -

Xankəndinin də əhalisinin yarısı Ağdamın üstündə gedir,
yarısı da Şuşanın.
Bu xəmir hələ ki, su aparır. Müxtəlif versiyalar irəli
sürülür: «5», «5+2», Dağlıq Qarabağın statusu və bu status
məsələsində də referendum. Əgər referendum olarsa,
avtomatik olaraq 18 min ağdərəli bayırda qalır, nə bilim
nə qədər də Xankəndindən olanlar. Çox təəssüf ki, məndə
bunun dəqiq rəqəmi yoxdu.
Məsələ bu. Ağdərə rayonu bərpa olunmalıdır, ən
vacibi. Xankəndinə sonra da baxmaq olar.
Yəqin ki, parlamentin növbəti iclasında hörmətli Arif
müəllimlə də məsləhətləşib bu məsələni gündəmə
gətirəcəyik.
Və yəqin ki, gec də olsa parlament AXCP-nin səhvini
düzəldəcək.

Xocalı dərdi…

Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il
tarixli, 279-XII nömrəli Qanununa əsasən DQMV ləğv
edilərək Xocalı şəhəri və Əsgəran rayonlarının bazası
əsasında Xocalı rayonu yaradılmışdır. Xocalı rayonu

- 169 -

şimalda Ağdam, şimal-şəqdə indi artıq ləğv olunmuş
Ağdərə rayonu, şərqdə Kəlbəcər və Laçın rayonları,
cənubda Şuşa, cənub-qərbdə isə Xocavənd rayonu ilə
həmsərhəddir. Xocalı şəhəri Xankəndindən 10 km cənub-
şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının
arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran
səbəblərdən biri də Dağlıq Qarabağ bölgəsinin yeganə
hava limanının məhz burada yerləşməsi idi.
Hazırda Xocalıdan keçən Əsgəran-Xankəndi yolu və
Xocalıda yerləşən hava limanı Ermənistan silahlı
qüvvələrinin işğalı altındadır. 1992-ci il fevralın 26-da
Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı
şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi
birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3
minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4
aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin
xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.
Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər
müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.
106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə
tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130
nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə

- 170 -

1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin
taleyi indi də məlum deyil.

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq
istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə
yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə
mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama
Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti
gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı
aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51
qadın, o cümlədən 13 uşaq) məhkəmə - tibbi
ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı
müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə
yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,
10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-
müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması
faktını da qeydə almışdır.Xocalı soyqırımının epizodları

- 171 -

insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni
hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın
bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə
ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı
sakini Səriyyə Talıbova danışırdı ki, "4 mesxeti türkü və 3
azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər.
Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar".
Savaşdan öncə 7 min əhalisi olan Xocal qəsəbəsinin
sakinləri Azərbaycanın müxtəlif yerlərində qaçqın həyatı
yaşamaqdadırlar. Qisas alınacaq günü gözləyirlər Doğma
evlərinə dönəcəkləri günü gözləyirlər.

- 172 -

Xocalı. Olduğu kimi…

(Tomas de Vaalın “Qara Bağ” kitabından)…

1 yanvar 1992-ci ildən başlayaraq, ermənilər
Stepanakertin hüdudlarından kənara hərbi hücuma
keçməyə başladılar. Onlar şəhərin ətrafındakı
Azərbaycan kəndlərini zəbt edərək, orada qalan yüzlərlə
azərbaycanlını qovdular. İndi də onların əsas hədəfi
Stepanakertdən şimal-şərqə doğru doqquz kilometr
aralıda yerləşən və regionda yeganə hava limanı olan
Xocalı şəhəri idi. Bir vaxtlar Xocalıda kütləvi şəkildə
azərbaycanlı köçkünlər yerləşdirilmişdir. 1991-ci ildə
əhalinin sayı 6300 nəfər idi. 1991-ci il oktyabr ayında
ermənilən Xocalı ilə Ağdamı birləşdirən yolu bağladılar
və şəhərə artıq ancaq vertolyotla gedib çıxmaq mümkün
idi: Ağdamdan qısa uçuş, sonra da spiral üzrə eniş.
Yanvarda amerikalı reportyor Tomas Qolts bu dəhşətli
uçuşu həyata keçirərkən, onun gözlərinin qarşısında
soyuq və mühafizəsiz qalan bir şəhər canlandı.
“Xocalıda telefonlar işləmirdi, ümumiyyətlə heç nə
işləmirdi: nə elektrik enerjisi, nə isitmə, nə də su

- 173 -

xəttindən gələn su varıydı, – Qolts yazırdı. Ətraf dünya
ilə yeganə əlaqə vasitəsi vertolyotlar idi və hər bir reys
də təhlükəli idi. Xocalıdan vertolyotla son uçuşun
həyata keçirildiyi 1992-ci il 13 fevrala qədər oradan orta
hesabla hardasa 300-dən az adam təxliyə etdilər.
Şəhərdə isə hələ 3000 adam qalırdı. Xocalının
müdafiəsini hava limanı OMON-unun komandiri Alif
Hacıyev və 160 yüngün silahlanmış yığma qoşun
döyüşçüləri təmin edirdi. Sakinlər təşviş içində
ermənilərin hücumunu gözləyirdilər. Hücum fevralın
25-dən 26-na keçən gecə başlandı. Bu gün çox güman
ki, dörd il ondan əvvəl Sumqayıtda törədilən erməni
qırğınına görə seçilmişdir. Ermənilərə hərbi dəstəyi
Sovet Ordusunun 366-cı alayının zirehli texnikası
göstərirdi. Onlar Xocalını üç tərəfdən əhatə etdilər,
bundan sonra erməni əsgərləri şəhərə daxil olaraq,
müdafiəçilərin müqavimətini qırdılar. Xocalının ancaq
bir çıxışı açıq qalırdı. Deyirlər ki, Hacıyev dinc sakinləri
Ağdama qaçmağa razı salmağa çalışdı və müdafiə üçün
onları düz şəhərə qədər müşayiət edəcək OMON
dəstələri qoşmağa söz verdi. Gecə çoxlu sayda adam
dizə qədər çatan qarın üstü ilə meşənin içindən keçərək,

- 174 -

Qarqar çayının vadisinə doğru düşməyə başladı. Səhər
tezdən Xocalı sakinləri az sayda OMON-çuların
müşayiəti ilə erməni Naxiçevanik kəndi yaxınlığında
düzənliyə çıxdılar. Burada onları düz düzənliyin
üstündəki dağın döşündə gizlənən erməni əsgərləri güllə
atəşinə tutdular. Milislər cavab atəşi açdı, amma güclər
heç də bərabər deyildi və onların hamısını öldürdülər.
Dəhşətli qırğın yerinə qaçqanlar hələ də axıb gəlirdi.
Keçmiş Xocalı sakini Hicran Ələkbərova “Hyuman
rayts uotç hüquq müdafiəsi təşkilatının nümayəndəsinə
bunları danışdı: “Biz Naxiçevanikə səhər saat doqquza
yaxın gəlib çıxdıq. Ordakı düzənlikdə çoxlu sayda cəsəd
varıydı. Yəqin ki, hardasa yüzə yaxın adamın cəsədi.
Mən onları saymağa çalışmırdım. Düzənlikdə məni
yaraladılar. Alif Hacəyevi güllə ilə vurdular və mən ona
kömək etməyə çalışdım. Güllə qarnıma dəydi. Mən
onların hardan atəş açdığını görürdüm. Bu düzənlikdə
çoxlu sayda cəsəd gördüm. Onlar elə təzəcə

- 175 -

öldürülmüşdü–dərilərinin rəngi heç dəyişməmişdi. Bura
bir neçə gün sonra gəlib çıxan jurnalistlər və
müstəntiqlər dəhşətli qanlı qırğın səhnəsinin şahidi
oldular. Hər yanda, donmuş torpağın üstündə
parçalanmış cəsədlər uzanmışdı. Londonun “Tayms
qəzetindən olan Anatol Liven yazır ki, “onların
bəzilərinin, o cümlədən də balaca bir qızın üzərində
dəhşətli yaralar varıydı. Onun ancaq sifəti salamat
qalmışdı. Azərbaycanlı prokuror Yusif Ağayev güllənin
giriş yerinin ətrafında barıt izləri aşkar etdi, bundan da

belə bir nəticə çıxardı ki, qurbanların çoxuna yaxından
atəş açılmışdı: “Onları çox yaxın məsafədən vurublar.
Biz hadisələrin baş verdiyi əraziyə gəldik. Mən bir
mütəxəssis kimi dərhal hər şeyi anladım. Güllə yarası

- 176 -

alanlardn başqa, onlarla insan meşələrdə soyuqdan və
donmadan öldü. Xocalının mindən çox sakini, onlarla
birlikdə də Orta Asiyadan qaçan onlara məshəti türkü
əsir götürüldü. Xocalı və onun ətrafında qətlə yetirilən
azərbaycanlıların müxtəlif sayı göstərilir. Yəqin ki,
həqiqətə ən yaxın olan rəqəm Azərbaycan parlamenti
tərəfindən həyata keçirilən rəsmi istintaq zamanı əldə
olunan rəqəmdir. Bu məlumatlara görə, həlak olanların
sayı 485 nəfərdir. Hətta nəzərə alsaq ki, burada ancaq
atışma zamanı qətlə yetirilən deyil, həm də
donvurmadan ölənlər də hesablanıb, bu böyük rəqəm
Dağlıq Qarabağ müharibəsinin bütün tarixi boyu olan
itkilər haqqında məlumatı kölgədə qoyur.
Azərbaycanlıların açdığı cavab atəşi zəif idi və heç bir
vəchlə açıq düzənlikdə yüzlərlə köməksiz dinc
sakinlərin, o cümlədən də uşaqların soyuqqanlıqla qətlə
yetirilməsinə bəraət qazandıra bilməz. Yavaş-yavaş
Xocalıdakı qətliam haqqında xəbərlər ictimaiyyətə də
gəlib çatdı. Əvvəlcə bir çoxları buna inanmaq
istəmirdilər, çünki o vaxta qədər münaqişəni
işıqlandıran dünya kütləvi informasiya vasitələri
erməniləri əsasən təcavüzkar kimi deyil, münaqişənin

- 177 -

qurbanları kimi qələmə verirdi. Azərbaycanın keçmiş
prezidenti Ayaz Mütəllibov tərəfindən özünə bəraət
üçün verilən müsahibə kömək etmədi. Şəhərin
müdafiəsiz qalmasında öz günahını azaltmağa çalışan
Mütəllibov Xocalıdakı qırğına görə bütün məsuliyyəti
Xalq Cəəbhəsi rəhbərliyinin boynuna qoydu. Onun
müsahibəsinə Ermənistanda dəfələrlə istinad edilib.

Bununla belə ermənilər Xocalını tərk edən zaman çoxlu
sayda dinc azərbaycanlı əhalisinin qətlə yetirildiyini
artıq inkar etmirlər. Bəziləri güya ki, özbaşına hərəkət
edən erməni yığma qoşunlarının əsgərlərini ittiham
edirlər. Erməli polisinin əməkdaşı, mayor Valeri

- 178 -

Babayan hesab edir ki, həmin hadisələrin əsas motivi
şəxsi qisas almaq istəyi idi. O, amerikalı jurnalist Pol
Kuinn-Djadja bildirdi ki, Xocalıya hücumda iştirak
edənlərin əksəriyyəti “əslən Sumqayıtlı və başqa bu
kimi yerlərdən olublar. Erməni sərkərdəsi Serj
Sarkisyandan Xocalının alınması haqqında danışmağı
xahiş edəndə, o ehtiyatla cavab verdi: “Biz bu haqda
ucadan danışmamağa çalışırıq. Qurbanların sayı
məsələsinə gəlincə, onun sözlərinə görə, “çox şeylər
şişirdilib, həm də qaçan azərbaycanlılar da silahlı
müqavimət göstəriblər. Amma baş verən hadisələrlə
bağlı Sarkisyan daha dürüst və daha qəddarcasına
danışdı: “Amma mən hesab edirəm ki, burada əsas
məsələ başqa idi. Xocalıya qədər azərbaycanlılar
düşünürdülər ki, bizimlə oyun oynamaq olar, onlar
fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra
bilməz. Bu stereotipi sındıra bildik. Bax, baş verən bu
oldu. Həm də nəzərə almaq lazımdır ki, ordakı
oğlanların arasında Bakı və Sumqayıtdan qaçanlar
varıydı. Sarkisyanın qiyməti Qarabağ müharibəsinin ən
qəddar qırğınına başqa bucaqdan baxmağa vadar edir.

- 179 -

İstisna deyil ki, bu kütləvi qırğınlar qismən də olsa
qəsdən qorxutma istəyindən baş verib.

Əsgəran Azərbaycan Respublikasının Xocalı rayonunun

inzibati ərazi vahidində şəhərdir. Qarqarçayın sahilindədir. Bu
şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin tikdirdiyi
Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan
yerdə tikilib. Yerin adı isə qədim mənbələrdən məlum olan əski
(köhnə, qədim) və Aran (Arran toponimi) komponentlərindən
ibarət olub, “Köhnə Aran, qədim Aran” mənalarını özündə
daşıyır. “Alban tarixi” əsərində bu yerinadı Mets Aran (Böyük
Aran) kimi göstərilib. Əsgəran şəhəriErmənistan tərəfindən
Xocalı rayonuişğaledilərkən (fevral 1992) zəbt edilib, hazırda
Ermənistanın işğalı altındadır. Qeyde dəkki, 1979-cu ildə təşkil

- 180 -

edilən Əskəran rayonun 52 yaşayış məntəqəsindən ibarət olub.
Azərbaycanın qədim torpağıdır. Burada yerləşən Qarabağ xanı
Pənahəli xan tərəfindən tikilmiş Əskəran qalası ozaman üçün
müdafiə təyinatlı olub. Qədim türk toponimi olan Əskəran
“əskiAran”, “köhnə Arran” sözündən götürülüb. Qarabağda
erməni separatçı hərəkatı başlayandan sonra Azərbaycan
hakimiyyəti 1988-ci iildə yeni rayon mərkəzi olan Xocalını
təşkil edib. 1990-cı ildə Əskəran yeni təşkil edilmiş Xocalı
rayonunun inzibati ərazisinə daxil edilib. Azərbaycan
Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli
Qanununa əsasən DQMV ləğv edilərək keçmiş Martuni
(Xocavənd) və Hadrut rayonlarının bazası əsasında Xocavənd
rayonu yaradılmışdır.

- 181 -

Xocavənd

Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik
Xocavənd rayonu şimalda Ağdam, Ağcabədi, şərqdə
Füzuli, cənubda Cəbrayıl, cənub-qərbdə Qubadlı,

Laçın rayonları, qərbdə Şuşa, şimal-qərbdə isə Xankəndi
şəhərləri və Xocalı rayonları ilə həmsərhəddir. 41725
əhalidən 10.648-nin azərbaycanlı olduğunu ermənilərin
özləri təsdiq edirdilər. Halbuku Azərbaycanın müxtəlif
yerlərində müvəqqəti məskunlaşan xocavəndlilərin sayı
15 mindən artıqdır. Üzümü və yaşıl mərməri ilə məşhur
olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq,

- 182 -

üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərəvəzçi-
likdir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem
çuğunduru və bostan-tərəvəz bitkiləri yetişdirilirdi. Rayon
ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba
Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var. Bu
bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim
yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına,
möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa
edilmiş türbələrə, daş-qoç heykəllərə- ümumiyyətlə, nadir
mədəniyyət nümunələrinə tez-tez rast gəlirik. Xocavənd
ərazisində çoxlu sayda dünya və Respublika əhəmiyyətli
tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar
Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-
ənələrini göstərən abidələrdir. Azərbaycanın sosial, siyasi,
iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol
oynayan Xocavəndin hər daşı, hər qayası, hər mağarası
tarixin əsl canlı şahididir. 1988-ci ilin fevralından
başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145
şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır)
vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu
işğal olunmuşdur. Xocavənd rayonunun azərbaycanlılar
yaşayan kəndlərinin işğal tarixləri: Tuğ kəndi 30.10.1991,

- 183 -

Salakətin kəndi 30.10.1991, Xocavənd kəndi 19.11.1991,
Axullu kəndi 09.01.1992, Qaradağlı kəndi 17.02.1992,
Muğanlı kəndi 02.10.1992, Əmirallar kəndi 02.10.1992,
Kuropatkin kəndi 02.10.1992, Günəşli kəndi 23.07.1993,
Xətai kəndi 20.08.1993.

Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxın-
lığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx
mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası,
Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş»
qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar
üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi
ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd
kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar
kəndində «Alban» məbədi (1241-ci il), Tuğ kəndindəki
«Qırmızı» məbəd adlı X əsrə aid tarixi memarlıq və
incəsənət abidələri və s. var. Erməni təcavüzü nəticəsində
rayonun dağıntıya məruz qalmış mədəni və dini
abidələrinə nümunə olaraq Tuğ kəndinin 5
kilometrliyindəki V əsrə aid Alban kilsəsi, I-V əsrlərə aid
Alban qəbiristanlıqları, Salakətin kəndi ərazi-sindəki
Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi

- 184 -

ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin
ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban
qəbiristanlıqları, Əmirallar kəndi yaxınlığındakı (keçmiş
Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kən-
dində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi əra-
zisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq
abidələrini göstərmək olar.

Qaradağlı faciəsi

1992-ci il fevralın 17-də Ermənistan silahlı
qüvvələri Xocavənd rayonunda azərbaycanlıların yaşadığı
Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə
erməni qüvvələrinin hücumlarına məruz qalmışdı. Bu
soyqırımı ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10
sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən
bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104
kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri
əsir götürülüb. Onlardan 80 nəfəri qətlə yetirilib.
Ümumilikdə Qaradağlı soyqırımında kənd 117 övladını
itirib, onlarla insan girov götürülüb. Ermənilər ölənləri
silos quyularına doldublar, girovlara dəhşətli işgəncələr
veriblər. Girovların əksəriyyəti geri alınsa da, çoxunun
taleyi hələ də məlum deyil. Öldürülənlərdən 10-u qadın,

- 185 -

8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42
ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal
nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik
orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər
obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini
məcburi köçkün olaraq müxtəlif yerlərdə
yaşamaqdadırlar.

“Gözümüzü açıb özümüzü 7 erməni kəndinin
əhatəsində görmüşdük”

Xocavəndli məmurun kənd xatirələrindən

İnsan doğulub, boya-başa çatdığı, havasını-suyunu
udduğu doğma torpaqlarından ayrı yaşaya bilər. Amma
ana yurdun düşmən tapdağındadırsa, vətən nisgilini
dindirmək üçün böyüdüyün torpağa ayaq basa
bilmirsənsə, bu ən böyük dərddir. İnsanı qocaldır, belini
bükür bu dərd... Allah heç kimi vətənsiz qoymasın...
Modern.az-ın “Mənim kəndim” layihəsinin növbəti
qonağı da illərdir, vətən həsrəti ilə yaşayan Xocavəndin
Axullu kənd sakini, rayon icra başçısının köməkçisi Şaiq

- 186 -

Aslanovdur. Ermənilərlə əhatələnmiş azərbaycanlı
kəndi...

- 1971-ci ildə Axullu kəndində, ziyalı ailəsində anadan
olmuşam. 5 oğlan, 2 qız idik ailədə. Hər kəs kimi adi kənd
uşaqları idik. Atam müəllim idi. Bizim təhsil almağımıza
xüsusi diqqət edirdi. Kənddə uşaqların da böyüklərin də -
hər kəsin öz öhdəsinə düşən vəzifələr var idi. Uşaqlar
valideynlərinə bağda kömək edərdilər, təsərrüfat işlərində
əl tutardılar, mal-qoyun nobatına gedərdilər. Amma ən
böyük məsuliyyət heç nəyə baxmayaraq dərsə getmək,
təhsil almaq idi. Bizim atamız müəllim olduğuna görə
işimiz xüsusilə çətin idi. Çünki məktəbdə nə olurdusa,
atama xəbər verirdilər. Axullu qədim tarixi olan,
Azərbaycanın mədəni zənginliyini özündə daşıyan
abidələri ilə seçilmiş kənd olub. Orada yaşayan sakinlərin
demək olar ki, hamısı azərbaycanlı idi. Amma sovet
dövründə Axullu kəndi elə də ürəkaçan səviyyədə inkişaf
edə bilməmişdi. Çünki 7 erməni kəndinin əhatəsində
yerləşirdik. Axulluda hər hansı bir infrastrukturun
yaradılması 1988-ci ilədək mümkün olmayıb. Bizə nə yol,
nə də su çəkildi. Ermənilər kəndin elə yerində donuz

- 187 -

firması qurmuşdular ki, həmin yerdən bizi içməli su ilə
təmin edən çay başlayırdı. Həmin heyvanlar suyu
çirkləndirirdi.Aydındır ki, düşmənlərimiz qəsdən
edirdilər, azərbaycanlı ailələri sudan istifadə edə
bilməsinlər. Belə əməllərlə, kəndimizi hissə-hissə, ev-ev
işğal etdilər. Tank və ya ağır silahla yox, hiylələrlə, qurma
əməllərlə, yavaş-yavaş torpaqlarımızı əlimizdən aldılar.

“Ermənilərə Azərbaycan dili məcburən tədris
olunurdu”

Biz orta məktəbdə çox yaxşı oxuyurduq. Hamı ali
məktəbə daxil olmağa can atırdı. Amma ali məktəbi bitirib
kənddə ən yaxşı halda müəllim ola bilərdin. O zaman da
məktəbdə kadr sıxlığı yaranırdı. Kəndimizdəki məktəb
beynəlmiləl idi. Ətrafda olan 3 erməni kəndinin uşaqları
da burada təhsil alırdılar. Təbii ki, bizə dərslər Azərbaycan
dilində, onlara erməni dilində tədris olunurdu. Ermənilərə
Azərbaycan dili də məcbur keçilirdi və onlar bizim dili çox
yaxşı bilirdilər. Lakin azərbaycanlılara erməni dili tədris
olunmurdu, biz rus dili keçirdik. Rus dili müəlliməmiz
kəndimizin sakini deyildi, Füzulidən gələn əslən erməni
qadın idi. Maraqlısı budur ki, o, erməni olmağına

- 188 -

baxmayaraq, azərbaycanlı uşaqlarla dil tapa bilirdi,
ermənilərlə yox. Kənd həyatının ağır olmasına rəğmən
uşaqlar arasında dərs uğrunda rəqabət var idi. Xüsusilə,
erməni uşaqlarla azərbaycanlılar arasında dərs uğrunda
rəqabət olurdu. Ermənilərin uşağı da, böyüyü də bizə
“turk” deyirdi. Məktəbdən başlayaraq, bizimlə düşmən
münasibəti saxlayırdılar. Əgər onların ərazisinə getdinsə,
ya səni meşədə tək gördülərsə, mütləq hücum edib, dava-
dalaş salırdılar. Futbol oyununu da erməni - azərbaycanlı
kimi qruplaşıb oynayırdıq. Gözümüzü açandan ilk
problemimiz ermənilərlə bir yerdə yaşamağımız idi.

“Qışda məktəbdən evə gələndə həmişə döyülərdik”

İndiki uşaqlar soyuğu, qarı-qışı xoşlamırlar.
Amma biz elə deyildik. Qışda kəndimizə güclü qar
yağardı. Səhər ilk kim işə və ya məktəbə gedərdisə, birinci
cığırı o açırdı. Hamı, müəllimlər, şagirdlər eyni cığırla
məktəbə gedərdilər. Qar gecədən donardı. Qoz ağacları
olan meşədən keçib çayı adlamalı idik. Çox zaman yol buz
olduğundan çantamızın üzərində oturub, yoxuş aşağı
sürüşə-sürüşə məktəbə gedərdik. Bəzən də sürüşmək üçün

- 189 -

taxtadan “kirşə” düzəldirdik. Hər dəfə evə gələndə üst-
başımız palçıq içində, islanmış vəziyyətdə çatardıq deyə,
anamız çubuqla qarşılayırdı. Tək biz yox, elə qonşu uşaqlar
da döyülürdülər. Amma şalvarımızın köynəyimizin islanan
hissələri evə çatana qədər donurdu deyə, çubuqların təsiri
olmurdu. Evə neçədə gəlib çatmağımızdan aslı olmayaraq,
sabahın dərsini hazır etməli idik. Yoxsa növbəti gün üçün
olan güzəştlərdən məhrum olardıq. Dərənin kənarında
futbol meydançamız var idi. Top tez-tez suya düşdüyünə
görə uyğun yer olmasa da, 4-5 saat dayanmadan hava
qaralanadək oynayırdıq. Lap kiçik yaşlarımızda “barbi”
deyilən oyuncağın başı bizə top üçün böyük tapıntı idi.
Aprel ayında kəndin hər tərəfini tülpan dediyimiz lalələr
bürüyərdi. Yasəmən ağacları gül açanadək qızların əlləri
tülpanlarla dolu olardı. Apreldən iyunadək kənd cənnətə
dönürdü. Ağacların, güllərin çiçək açması növbələşərdi və
bir neçə ay bütün meşə al-əlvan olurdu.

- 190 -

“Ən sevdiyimiz bayram ilaxır çərşənbə idi”

Novruzun başlaması ilə artıq yazın gəlişini hiss
edirdik. Ən sevdiyimiz bayramlardan biri ilaxır çərşənbə
idi. Xüsusi hazırlaşırdıq. Hər kəsin parçadan, otdan,
samandan hazırladığı yanan şarı olardı, sonradan bildik ki,
ona “lopa” deyirlər. Biz lopanı daha çox par-parçadan
deyil, keçədən hazırlayırdıq. Çərşənbəyə bir neçə gün
qalmış onu neftin içərisində saxlayardıq ki, yananda uzun
müddət qalsın. Bayram günü onu yandırıb ən hündürə
atmaq uğrunda yarışırdıq. Həmin lopalar gecənin
yarısınadək sönməzdi. Papaq atmağa xüsusi həvəslə
gedərdik. Bütün qapılar bayram günü açıq olurdu. Camaat
həyətdə olan ev heyvanlarını xüsusilə, itləri tövləyə salardı
ki, papaq atan uşaqlara xəsarət yetirməsin. Yumurta
döyüşdürmək də ayrı bir aləm idi. Bir ay əvvəldən artıq
yumurtalarımızı döyüşdürməyə başlayardıq. Mərc də
qoyurduq, kimin yumurtası sınsa, qalib tərəfə öz
yumurtasını versin. Bu bizim üçün ən gözəl qazanc idi. Ən
pis hal o olurdu ki, hamıya uduzasan, əlin boş qala. Elə
olanda toyuq hininin qapısını kəsdirərdik. Yenicə

- 191 -

yumurtlayan toyuğu qovub, bişməmiş yumurta ilə olsa
belə, oyuna davam edərdik.

“Kəndimizə polis ayağı dəyməzdi”

Kənddə az-çox toy mərasimlərində mübahisə
düşərdi. Gənclər mübahisə edərdilərsə, ağsaqqalların bir
kəliməsi ilə dava yekunlaşardı. Mən sonralar
araşdırmışdım. Bizim kənddə həbsxanaya düşən, məhkum
həyatı yaşayan da olmayıbmış. Ağsaqallar öz aralarında
məsələni həll edirdi. Hətta kənddə ailəsi dağılan cütlük də
olmazdı. Böyüklər mübahisələri boşanma həddinə
çatmağa qoymazdılar. Ola bilər, bir kəndi bir nəsil təmsil
etsin. Bizdə isə 4-5 nəsil vardı. Söz yox, onlar da qız
verməklə qız almaqla bir-biri ilə qohum olurdular. Toy
mərasimlərində hər kəs öz işini bilirdi. Hamının vəzifəsi
var idi, buna görə də heç kimi nəyəsə buyurmurdular.
Kənd camaatı hər işi yoluna qoyduğuna görə, ev sahibi
toyda bir növ iştirakçıya çevrilirdi. Toydan bir gün əvvəl
keçirilən mərasimə indi ciyər axşamı deyirlər. Bu bizim
kənddə düz 3 gün davam edirdi. İki çadır qurulardı, biri
yemək içmək üçün, digəri rəqs etmək üçün. Yemək

- 192 -

çadırında yalnız ailə başçıları və ya ailəni təmsil edən gənc
oğlanlar oturardı. Uşaqlar, yeniyetmələr isə həmin çadıra
girməzdilər. Bəylə gəlin də yemək çadırına daxil
olmurdular. Toylarımızda içki olurdu, amma hamısı
həyətlərimizdə hazırlanan, kənd camaatının özünün mer-
meyvədən hazırladığı kompot, üzümdən çəkilmiş çaxır,
tutdan hazırlanan araq idi.

“30-cu illərdən sonra evlər çay daşlarından tikilirdi”
- Elə o zamanlardan kənd evləri ikimərtəbəli, müəyyən
qədər geniş tikilirdi. İnsanlar özləri öz evlərini inşa etməyə
çalışardılar. 30-cu illərə qədər çiy kərpicdən evlər tikilsə
də, bu vaxtdan artıq çay daşından ev tikirdilər. 70-ci illərdə
kənddə 1-2 bişmiş kərpicdən ev qalmışdı. Sanki bir-birinə

- 193 -

inad kənd əhalisinin əksəriyyəti evlərini iki mərtəbəyə
ucaldırdı. Evin qarşısı da mütləq aynabənd olmalı idi.
Evlərdə qaz olmadığından odun sobası yanardı. Mətbəxdə
yeməyi də odun sobasında bişirərdilər. Kənd əhalisi dar
çərçivələrdə olsa belə, insanlar şərait qurmağa çalışırdılar.
1960-cı illərdən televizor bir-iki evdə var idi. Hamı
televizoru olan qonşunun evinə yığışıb maraqla
“Neftçi”nin oyunlarına baxırdı. Gənclər futbol sevincini
hay-küylə qarşılayanda ağsaqqallar əsəbləşərdi ki, səs
etməyin ayıbdır.

“Hind kinosu ən sevimli əyləncə idi”

Kəndimizdə kino nümayişi üçün iki klub fəaliyyət
göstərirdi. Biri erməni məhəlləsində, digəri isə
Azərbaycan məhəlləsində idi. Amma hər ikisində işləyən
kinomexanik azərbaycanlı idi. Filmlərə adətən, orda
baxırdıq. Yaz-yay aylarında filmlər açıq havada
göstərilirdi. Ödəniş kimi də 20-30 qəpik pul verib, göy
rəngli bilet alırdıq. Həmin filmlər insanlara ülvi, pak
hisləri aşılayırdı, aqressiya yox idi. Oğlan və ya qızlar
filmlərdə öz ideallarını görürdülər. Bəzən oğlanların

- 194 -

sevdiyi qıza yanaşmasında hind filmləri böyük rol
oynayırdı. Şünki biz məktəbli ya da gənc olarkən
xoşlandığımız qıza birbaşa yaxınlaşa bilmirdik. Ən
cəsarətlimiz məktub yazardı, etibarlı şəxslə qıza
göndərərdi. Hüseyn Arifin şeiri də var, “Mən də qaçardım
dərsdən, Sən dərsə gəlməyəndə”. Doğurdan da, hər
məktəblinin həyatında sevgi hissləri, ilk məhəbbət olur.

“Azərbaycanlı qızlar erməni kişiləri ilə ailə
qurmazdılar”

Sizə bir söz deyim. Azərbaycan qadınlarını,
qızlarını alqışlamaq lazımdır. Bizim qızlarımız erməni
kişiləri ilə ailə həyatı qurmaqdan qəti imtina edirdilər.
Nadir hallarda Qarabağın hansısa bucağında erməniyə ərə
gedən azərbaycanlı qadına rast gələrdin. Bizim
kəndimizdə isə ümumiyyətlə belə hal yaşanmamışdı.
Amma erməni qızları ilə azərbaycanlı oğlanların sevgi
macəraları kifayət qədər olub. Onlar da uzun müddət sevgi
macərası yaşayıb, sonda evlənməzdilər. Yalnız bir nəfər
kəndlimiz erməni qızı almışdı. İki oğlu, bir qızı dünyaya
gəldi. Erməni-Azərbaycan münaqişəsi başladıqdan
sonra övladları ona görə problem yaşamasın deyə, həmin

- 195 -

qadın da Rusiyaya bacısının yanına üz tutdu. Anaları
erməni olan həmin uşaqlar Azərbaycana bağlı idilər.
Ailədə necə tərbiyə görmüşdülərsə, kəndimizin
müdafiəsində bizimlə birlikdə ermənilərə qarşı
döyüşürdülər.
Aysel Aslan, Əzizə Zeynal Modern.az. 31.05.2019 Qeyd.

Şaiq bəyin dediyi adət- ənənlər doğma yurddan kənarda
da davam etdirilirmi? Bu sualı qaçqın düşərgələrində

- 196 -

çoxlarına verdik.”Əlbəttə!-dedilər Dağlıq Qarabağ
azərbaycanlılarının özünəməxsus həyat tərzi, başqa
yerlərin adətlərindən seçilən gələnəkləri var. Onlar
unudulmur, imkan daxilində yaşadılmağa çalışılır. Amma
bunları Vətəndə yaşatmaq bu yerin insanlarının ən böyük
arzusudur. Bu isə bir xocavəndli şagirdin öz əlləri ilə
yazdığı müraciətdir. O əsgərimizdən bu torpaqları
xilas etməyi gözləyir.

Düşünməyə dəyər…

Dağlıq Qarabağ və ətrafındakı işğal ərazilərimizə
daha sonrakı illərdə köçürülənləri əlavə etsək bu rəqəm 35
mindir. 1994-cü ildən bəri ermənilər atəşkəsin əldə
olunması və hərbi əməliyyatların dayandırılmasından
sonra işğal etdiyi Azərbaycan ərazilərində-Dağlıq
Qarabağda və ona bitişik ətraf rayonlarda demoqrafik
strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata
keçirməyə başlayıb. Bu məqsədlə işğal altındakı ərazilərdə
ermənilərin qanunsuz məskunlaşdırılması həyata keçirilib
və proses indi də davam etməkdədir. Müxtəlif
mənbələrdən, o cümlədən Ermənistan mənbələrindən və

- 197 -

ATƏT missiyasının hesabatlarından təsdiqlənən
məlumatlara görə ötən əsrin 90-cı illərinin ortalarından
başlayaraq 2012-ci ilə qədər Dağlıq Qarabağa və işğal
altındakı digər ərazilərə 25-27 min erməni köçürülüb. Bu
köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki
erməni diasporu tərəfindən dəstəklənib və
maliyyələşdirilib. Nəzərə alsaq ki, sonrakı illərdə
Suriyadan və digər yerlərdən məcburi köçkün olanlar da
buraya yerləşdirilib, bu say 5-10 min arasında artmışdır.
Azərbaycanın işğal olunmuş ərazilərində bu gün
qanunsuz yaşayan 35 min əhali vardır. İşğal altındakı
ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi
Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-
cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə
aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə
Protokollara ziddir. Ermənicə yayınlanan TV və
Radiolarda, mətbuat orqanlarında bu məskunlaşmanın
planlı şəkildə aparılmasının şahidi oluruq.1998-ci ilə
qədər təkcə Laçın rayonu ərazisində məskunlaşdırılan
ermənilərin sayı 15 mindən çox olub. Ermənistan
hökuməti Dağlıq Qarabağda və işğal altında olan digər
Azərbaycan ərazilərində məskunlaşan erməni ailələrinə

- 198 -

birdəfəlik maddi yardım göstərib, onları mal-qara ilə
təmin edib. Ermənistan büdcəsindən işğal altındakı
ərazilərdə aparılan məskunlaşmanı dəstəkləmək üçün hər
il xüsusi maliyyə ayrılıb. Xankəndindəki ermənilərin
adına “Dağlıq Qarabağ Respublikası” dedikləri separatçı
qurum işğal olunmuş hər bir Azərbaycan rayonunda
erməni əhalinin məskunlaşması ilə bağlı xüsusi plan tutub
və bununla bağlı qərar, sərəncam verib. Ermənilərin bu
ərazilərdə qanunsuz məskunlaşma planları həyata
keçirməkdədirlər. Ayrı-ayrı vaxtlarda ermənilər bu
ərazilərdə qanunsuz məskunlaşma ilə əlaqədar qərarlar
vermişlər. Nümunə kimi “Artsaxın azad olunmuş
ərazilərinə əhali yerləşdirmə ilə bağlı “Artsax
Respublikası hökumətinin” qərarı və yaxud“ DQR
ərazisində yenidən yerləşmiş ailələrə ayrılmış güzəştlər
haqqında”,“DQR Hökumətinin” 2003-cü il 15 aprel
tarixli qərarlarını göstərmək olar. Bundan əvvəl də belə
qanunsuz qərarlar qəbul edilmişdir. Dağlıq Qarabağ
azərbaycanlıları öz doğma yurdlarından kənarda belə
artmışlar. Ermənilər haqqında bunu demək olmaz. Dövlət
Statistika Komitəsinin rəsmi hesabatına görə,
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin

- 199 -

əhalisinin sayı 2016-cı ilin əvvəlinə rayonlar üzrə belə
olub: Xankəndi şəhəri-55,6 min nəfər, Xocavənd rayonu-
43,2 min nəfər, Şuşa rayonu-32,8 min nəfər, Xocalı
rayonu-27,8 min nəfər. İşğal edilmiş digər rayonlara
gəlincə, bir hissəsi Azərbaycanın nəzarətində olan
Ağdamın əhalisinin sayı 2016-cı ilin əvvəlinə 194,8 min
nəfər, Füzulinin əhalisinin sayı 127,6 min nəfər göstərilib.
Dövlət Statistika Komitəsi qeyd edir ki, bu ilin əvvəlinə
Kəlbəcərin əhalisi 89,8 min nəfər, Cəbrayılın əhalisi 77,8
min nəfər, Laçının əhalisi 75,1 min nəfər, Zəngilanın
əhalisi 43,4 min nəfər, Qubadlının əhalisi 39,6 min nəfər
olub. Erməni mənbələrinin iddiasına görə, Azərbaycanın
işğal olunmuş ərazilərində 146,6 min nəfər yaşayır. Dağlıq
Qarabağ bölgəsinin mərkəzi şəhəri Xankəndinin əhalisi
54,1 min nəfər verilir. Xocavənd rayonunun hüdudları
daxilində 37,2 min, keçmiş Ağdərə rayonu zonasında 20,2
min, Xocalı rayonu ərazisində 17,9 min, Şuşa rayonunda
5,5 min nəfərin yaşadığı bildirilir. Dağlıq Qarabağın
ətrafındakı rayonlardan Kəlbəcərdə 3 min, Laçın, Qubadlı
və Zəngilanda üst-üstə 8,7 min nəfərin yaşadığı qeyd
olunur. Dağlıq Qarabağdakı işğalçı rejim bölgəni və onun
ətrafındakı torpaqları 1 şəhərə (Stepanakert) və 7 rayona

- 200 -


Click to View FlipBook Version