The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-12-18 00:24:25

Dağlıq Qarabağın tarixi

Dağlıq Qarabağın tarixi

danışıqlarından daha çox, vətənpərvərlik hissi, mübarizə
əzmi qələbə ruhu lazımdır. Ana vətən, sinəsi dağlı
Qarabağ bizi intiqama çağırır. Qarabağımız dardadır, bizi
səsləyir, bizi gözləyir, bizdən kömək diləyir. Bu torpaq
yad əlləri, yad dilləri qəbul edə bilmir. Bu torpaq indi
doğma dildən çıxan bircə “vətən” kəlməsinə həsrətdir. Biz
də bu ulu torpağın həsrətindəyik. Biz bu torpağı düşmən
tapdağı altında qoya bilmərik. Bizim hər birimizin ən
böyük arzusu qələbə, işğal olunmuş torpaqlarımızın,
Qarabağımızın geri qaytarılması və azad olunmasıdır.
Mən inanıram ki həmin şad günü həsrətlə gözləyən, qələbə
sevinci yaşamaq istəyən arzularımız gerçəkləşərək
Qarabağ həsrətimizə son qoyulacaq. Düşmən,
Azərbaycana məqsədli şəkildə vurduğu bu ziyanın əvəzini
mütləq alacaq. Qarabağ torpağı düşmən tapdağı altında
qalmayacaq! Bu nida hər bir azərbaycanlının qəlbinin
sədasıdır. Hazırda münaqişənin sülh yolu ilə
nizamlanması üçün danışıqlar aparılır. Bu danışıqlarda
ABŞ, Rusiya və Fransa kimi iri dövlətlər və nüfuzlu
beynəlxalq təşkilatlar iştirak edir. Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə ermənilərin
zorla zəbt etdikləri torpaqları qeyd-şərtsiz qaytarılması

- 51 -

barəsində 4 qətnamə qəbul etmişdir. Azərbaycan dövləti
torpağımızda yenidən müharibə başlamasını, qan
tökülməsini istəmir, çalışır ki sülh danışıqları nəticə
versin. Danışıqlarda Azərbaycanın nümayiş etdirdiyi
mövqe haqq-ədalət mövqeyidir: Biz heç bir ölkəyə qarşı
ərazi iddiası irəli sürmürük, eyni zamanda öz
torpaqlarımızın bir qarışını da düşmən tapdağı altında
qalmasına imkan verməyəcəyik.
Lakin ermənilər hər vəchlə sülh danışıqlarını yubatmağa
çalışır, BMT-nin çıxardığı qətnamələri yerinə
yetirməkdən yayınırlar. Ermənilərin tutduqları belə qeyri-
ciddi mövqeyin sonu yoxdur. Sülh danışıqları baş
tutmayacağı təqdirdə xalqımız bir nəfər kimi ayağa qalxıb
torpaqlarımızı mənfur düşməndən azad etməyə
hazırdır.İndi bizim düşməni torpaqlarımızdan vurub
atmağa qadir olan ordumuz da güclənir. Dövlət
büdcəsindən ordunun ehtiyyacları üçün ayrılan vəsaitin
həcmi ildən-ilə artır ki, bu da Azərbaycanın silahlı
qüvvələrinin maddi-texniki təminatının daha da
möhkəmlənməsi, beynəlxalq miqyasda Azərbaycanın
haqq mövqeyinin dəstəklənməsi, insanlarda düşmənə
nifrətin artması, yekdil əhval-ruhiyyənin artması onu

- 52 -

deməyə əsas verir ki, Qarabağ torpağı düşmən əsarətindən
azad ediləcək. Ordumuzun, xalqımızın düşmən üzərinə
zəfər yürüşünə çıxacağı, üçrəngli bayrağımızı Qarabağ
torpağına sancacağı günə az qalıb. O gün mütləq gələcək!
Biz bu günün şagirdi, sabahın müstəqil dövlət
qurucularıyıq. Ürəkdən inanırıq ki çox tezliklə
torpaqlarımız yağı əsarətindən azad ediləcək, düşmən
üzərində qələbə qazanacağıq. Bu qələbədə isə biz də
iştirak edəcəyik. Biz vətənə borcumuzu bu gün oxmaqla,
sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla,
iqtisadiyyatın və mədəni-siyasi həyatın müxtəlif
sahələrində çalışmaqla verəcəyik. Bu, bizim şərəfli işimiz,
vətəndaşlıq borcumuzdur. Vətən bizə güvənir və bizdən
hünərlər gözləyir.

Mən vətənim Azərbaycanın vüqarı, şərəfi naminə
canımdan da qanımdan da keçməyə hazıram. Mənim
ürəyim vətənə sonsuz məhəbbətlə doludur. Biz Qarabağ
müharibəsinin canlı şahidləri kimi azadlıq uğrunda
mübarizədə həlak olmuş şəhidlərin xatirəsini daim yad
etməliyik.

Vətəni sevməyən insan olmaz,
Olsa da o şəxsdə vicdan olmaz!

- 53 -

Bu duyğular yaşadıqca Vətənə olan sevgi bir qətrə belə
azalmayacaq.

Xankəndi azərbaycanlılarının acı taleyi

Bəli min illər boyu bu torpaqların sahibi olan
millətimiz öz doğma yurdlarını tərk etmək məcburiyyətində
qalmışlar. 1 milyon nəfərə yaxın azərbaycanlı qaçqın həyatı
yaşamaqdadır. Onların içərisində Xankəndi xüsusi yer
tuturdu.

Adından da göründüyü kimi bura Xanın kəndidir. Şuşa
yaxınlığında xanın hərdən gedib gəldiyi bir gözəl
məkanlardan idi və buranın salınmasının məqsədi burada
istirahət edilməsi idi. Arxiv sənədlərinə görə şəhər XVIII
əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan

- 54 -

dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının-
xanların istirahəti üçün yaşayış məskəni kimi salınır.
Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün
məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10
kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman
onun xanlığın digər vacib şəhər və
kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana
və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki,
yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində
də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər
yeni yaşayış məskənində ancaq xan ailəsi və onun
yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi
tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını
alır. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə (14 may
1805) Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın
arvadı Pəricahan bəyimə bağışlanmışdı. Xankəndiyə
1828-ci ildən sonra İrandan köçürülən və rus hərbi
bazalarında onlara qulluq edəcək erməni ailələrini
yerləşdirildi. Çar çinovniklərinə digər bölgələrdə olmasa
da, Xankəndində etnik proporsiyanı müəyyən qədər
pozmaq mümkün oldu. 1813-ci ildə Xankəndində heç bir
erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada

- 55 -

80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi
var idi. Rusiyanın Qarabağı işğalından dərhal sonra orada
çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və
kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri
yaşayış məskənini "qərargah" adlandırsalar da, 1847-ci il
çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə yaşayış
məskəni-Xankəndi adı ilə düşür. Çar işğalından sonra
böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan
köçürülən ermənilər yerləşdirilir, etibar doğurduqlarına
görə çar ordusunun hərbi hissələrində və dövlət
idarələrində işlə təmin edilirdilər. 1900-cu ildə
Xankəndində artıq 3 min əhali yaşayırdı. 1920-ci illərdə
Dağlıq Qarabağı Ermənistana birləşdirməyə nail ola
bilməyən ermənilər bundan heç vaxt vaz keçmədilər.
1920-30-cu illərdə istədiklərinə nail ola bilməyən
ermənilər 1941-1945-ci illər müharibəsindən sonra
yenidən fəallaşdılar. 1945-ci ilin noyabrında Ermənistan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi
katibi Qr. Harutyunov İosif Stalinə müraciət edərək
Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin
Qarabağ vilayəti adı altında Ermənistan SSR-in tərkibinə
daxil edilməsi haqqında məsələ qaldırdı. Həmin

- 56 -

müraciətin mətnini Ümumittifaq Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsi katibi G.M.Malenkov 1945-i
il 28 noyabrda Azərbaycan Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsinın birinci katibi M.Bağırova
göndərdi. Malenkov Ermənistan Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsinin qaldırdığı məsələyə öz
rəyini bildirməsini ona təklif etdi. Bağırov bununla
əlaqədar 1945-i il dekabrın 10-da cavabını Moskvaya
bildirdi. Bağırov cavabında yazırdı: "Tam məxvidir.

Malenkov yoldaşa.

Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın
katibi Arutinov yoldaşın Dağlıq Qarabağ Muxtar
Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi
haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab
olaraq məlumat verirəm:

Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim
zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı Pənah xan
tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan
Qarabağ xanlığının tərkibində olmuşdur.

- 57 -

1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir.
Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi
Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və
Qubadlı qəzalarının tərkibində olmuşdur.

1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və
daşnakların Ermənistanda ağalığı dövründə musavat
hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad)
şəhəri olan general-qubernatorluq təşkil edilmişdir.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın
təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab
Komitəsi tərəfindən həyata keçirilirdi.

1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı
dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi
məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə
ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız
azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və
Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya
orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə

- 58 -

mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq
Qarabağ Muxtar Vilayəti yaradıldı.

Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən
heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda
da bitişik deyildir. Azərbaycanda Sovet hakimiyyəti
illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və
mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu
inkişafın ən parlaq nümunələrindən biri-DQMV-ın hazırki
mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və
dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və
mədəni şəhərlərindən birinə çevrilməsidir. Azərbayan
SSR-nin bütün ali təhsil məktəbləri və texnikumları
tələbələrinin 20,5%-ni, əksəriyyəti Dağlıq Qarabağ
Muxtar Vilayətindən olan ermənilər təşkil edir.
Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri-
Azərbaycan K(b)P MK-nın katibləri, müavinləri, xalq
komissarları, xalq komissarları müavinləri və s. arasında
Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir. Bununla
belə biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan
SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq
Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına

- 59 -

baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı
Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı
deyilik. Şuşa şəhəri bina edildiyi gündən Qarabağın
inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də
Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran
işğalçıları ilə apardığı mübarizədə müstəsna rol
oynamışdır. Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya
xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz
Şuşada öldürülmüşdür.

Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu
şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və
digər bu kimi görkəmli siyasət və mədəniyyət
xadimlərinin adları onunla bağlıdır. Eyni zamanda,
ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik
ki, DQMV-ın Ermənistan SSR-in tərkibinə daxil edilməsi
məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbayan
Respublikasına bitişik olan və əsasən azərbaycanlıların
yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının
Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də
baxılmalıdır. Bu rayonların mədəni və iqtisadi cəhətdən
son dərəcədə geridə qalmasını nəzərə almaqla, bunların

- 60 -

Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və
ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan
yaradardı.

ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən əlavə
aşağıdakı məsələlərə baxılmasını xahiş edirik: Gürcüstanlı
yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax
rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi
məsələsini qoyurlar. Göstərilən rayonlarda əhalinin
ümumi sayı 79.000 nəfər olduğu halda cəmi 9.000 gürcü-
inqiloyun yaşamasına baxmayaraq biz bu məsələyə
baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir
zamanda, Gürcüstan SSR-in demək olar yalnız
azərbayanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-ə
bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin
tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Və
nəhayət biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir
hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və
hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və
Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR
tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş
edirik. Bu rayonların əhalisi əsasən azərbayanlılardan

- 61 -

ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin
yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir.
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması
üçün tərkibinə marağı olan hər bir respublikadan
nümayəndələr daxil edilməklə ÜİK(b)P MK
komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.
Azərbaycan K(b)P MK katibi M.C.Bağırov
10 dekabr 1945-ci il
№ 330, Bakı şəhəri ".

Ermənilər bununla da Dağlıq Qarabağ ilə bağlı
separatçılıq fəaliyyətindən əl çəkmədilər. 1960-cı illərdə
SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə
yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq

- 62 -

Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min
nəfərin "imzaladığı" petisiya Moskvaya təqdim edilmiş,
bunun əsasında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi katibliyi Ermənistan və Azərbaycana
bu barədə məsələ hazırlamağı tapşırmışdı. Erməni
separatçıları belə hesab edirlər ki, buna Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov
mane olmuşdur. 1969-cu ildə Heydər Əliyevin Azərbayan
rəhbərliyinə gəlməsi ilə onun cəsarətli və qətiyyətli
mövqeyi sayəsində ermənilərin separatçılıq təşəbbüsləri
və bu niyyətlə Mərkəzdə göstərdikləri "fəaliyyət" uzun
müddət heç bir nəticə vermədi. SSRİ-nin 1977-ci il
Konstitusiyasının qəbulu zamanı da ermənilər eyni inadla
bu problemi ortaya atmağa çalışdılar. Lakin bu dəfə də heç
nəyə nail ola bilmədilər. H.Əliyevin qətiyyəti sayəsində
onun Azərbaycana rəhbərliyi (1969-1982) və SSRİ
rəhbərlərindən biri olduğu dövrdə (1982-1987) erməni
separatçılarının niyyətlərinin canlanmasına yol verilmədi.

- 63 -

Generalın qətiyyəti… 1967-ci il, Xankəndi
şəhəri…

1967-ci ilin əvvəllərindən başlayaraq Dağlıq
Qarabağda, xüsusilə də Xankəndi şəhərində erməni
millətçilərinin torpaq iddialı məkrli niyyətləri daha
qabarıq şəkildə özünü büruzə verirdi. Bölgədə yaşayan
ermənilər havadarlarının planlarına uyğun olaraq milli
ədavəti qızışdırır, planlarının həyata keçməsi üçün ən
çirkin əməllərə belə əl atırdılar. Yay aylarında baş verən
olaylar pik nöqtəsinə çatmışdı, nəzarət itirilmiş, hadisələr
öz axarından çıxmışdı. Əslində 80-ci illərin sonunda
Xankəndində cərəyan edən hadisələr 1967-ci ildə baş
verməli idi. Ancaq o zaman Azərbaycan SSR Dövlət
Təhlükəsizliyi Komitəsinin sədri general Heydər Əliyevin

- 64 -

çevikliyi, baş verən hadisələri düzgün qiymətləndirməyi
və erməni millətçilərinin planlarını alt-üst etməyi
hadisələrin qarşısını aldı. Heydər Əliyev sözün əsl
mənasında erməni daşnakları üçün keçilməz maneəyə
çevrildi. 1967-ci ilin iyul ayında Dağlıq Qarabağda,
Xankəndində nə baş verirdi? Məhz, həmin il erməni
millətçiləri növbəti dəfə, artıq açıq müstəvidə öz işğalçılıq
siyasətlərini həyata keçirməliydilər. Belə ki, “Böyük
Ermənistan” planının ilk mərhələsi Dağlıq Qarabağı,
xüsusilə də Xankəndini azərbaycanlılardan təmizləmək
idi. Həmin ərəfədə ermənilərin özləri tərəfindən bir neçə
ermənini qətlə yetirməsi bölgədə milli ədavətin
qızışdırılmasına xidmət edirdi. Əvvəlcədən
planlaşdırıldığına görə bu cinayət hadisələrinin üstü
açılmırdı. Əgər həmin ərəfədə ətraf rayonlarda bir erməni
qətlə yetirilirdisə və qəsdən bu cinayətin üstü açılmırdısa,
təbii ki, hadisələrdən xəbərsiz olan ermənilər tərəfindən
qatilin birmənalı şəkildə azərbaycanlı olması düşünülürdü
və belə qəbul olunurdu. Son nəticədə ermənilər də baş
verən hadisələrə cavab olaraq Xankəndində yaşayan
azərbaycanlılara mənəvi və fiziki təzyiqi artırırdılar. 1967-
ci ildə daha çox səs-küyə səbəb olan və Xankəndində

- 65 -

gərginliyi son haddə çatdıran hadisə isə Xocavənd
rayonunda baş verir. Rayonun Qaradağlı kəndində
azərbaycanlıların və ermənilərin birgə təhsil aldıqları orta
məktəbdə bir erməni uşağı yoxa çıxır. Səhərisi gün
vəhşicəsinə qətlə yetirilmiş uşağın meyiti yol kənarından
tapılır. Bu hadisədən bir neçə gün sonra heç bir əsas
olmadan həmin məktəbin direktoru Ərşad Məmmədovu və
daha iki azərbaycanlı müəllimi həbs edirlər. Vilayət
prokurorluğu işi Ali Məhkəməyə göndərir. Ali Məhkəmə
isə işə Xankəndində baxılması üşün qərar verir.
Azərbaycan SSR Ali Məhkəməsinin üzvlərindən birinin
sədarəti altında məhkəmə prosesi başlanır. Həmin ərəfədə
baş verən hadisələrin canlı şahidi olan azərbaycanlılardan
biri, o dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət
Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində işləmiş
Əfrail Hüseynovun xatirələrində qan qoxulu həmin
günlərdə vəziyyətin nə qədər gərgin olduğu açıqca hiss
olunur: “Qarabağın bütün erməni icması işini-gücünü
buraxıb məhkəmə salonlarına doluşur, küçələrdə
səsgücləndiricilərlə məhkəmənin gedişini izləyirdilər.
İrəvandan və Ermənistanın digər rayonlarından da
avtobuslarla Stepanakertə çoxlu ermənilər gətirilmişdi.

- 66 -

Onlar həyasızcasına araqızışdırmaqla, təxribatla məşğul
olurdular. Axır ki, məhkəmə prosesi başa çatdı. Hökmün
verilmə vaxtı yetişdi. Lakin ermənilər işlərini elə qurdular
ki, hökmün oxunacağı zaman Bakıda mühüm bir
müşavirənin keçirildiyi vaxta təsadüf etdi. Belə ki,
hökmün oxunmasından bir gün qabaq vilayətin bütün
məsul işçiləri Bakıya müşavirəyə çağrıldılar.
Stepanakertdə yerli rəhbərlərdən yalnız DTK-nın şöbə
rəisi Markarov qalmışdı. Belə bir gərgin vaxtda erməni
qaraguruhunun təzyiqi altında məhkəmə Ərşad
Məmmədova ölüm hökmü oxumağa məcbur qaldı.
Hökmün oxunuşundan sonra hakimlər tez-tələsik
maşınlarına minib şəhəri tərk etdilər. Ərşad Məmmədovu
və digər iki azərbaycanlını dustaqlar üçün nəzərdə
tutulmuş xüsusi maşına mindirdilər. Minlərlə erməni
vəhşisinin “Ərşada ölüm!” çığırtıları altında əvvəl onları
yerli həbsxanaya aparmaq istəsələr də, sonra fikirlərini
dəyişib şəhərin yuxarı hissəsində yerləşdirilmiş, indi adı
bütün azərbaycanlılara yaxşı tanış olan 366-cı alayın
düşərgəsinə gətirdilər. Azğınlaşmış ermənilər maşının
qabağını düşərgənin darvazasının qarşısında kəsdilər.
Hərbçilərin gözü önündə ermənilər dustaq maşınını

- 67 -

“Kalaşnikov”, “Makarov” tipli odlu silahlardan atəşə
tutdular, sonra dəmir linglə maşının qapısını sındıraraq
yaralarından yağış kimi qan süzən dustaqları yerə
düşürtdülər. Onları vəhşicəsinə öldürdülər. Bu azmış kimi
Ərşad Məmmədovu yaxınlıqda yaşayan qoca erməni
Aleksanın həyətinə sürüdülər. Cəsədin qollarını çarmıxa
açdılar, ayaqlarını şaquli vəziyyətə gətirdilər. Tonqal
qurdular, qoca erməni benzin gətirdi. Üstünə Ərşad
Məmmədovun cəsədi sərilmiş tonqala od vurub
yandırdılar. Bütün bu qeyri-adi vəhşi mərasim bir xeyli
çəkdi. O vaxt Bakıdan, mərkəzi idarədən Xankəndinə
ezamiyyətə gəlmiş milliyətcə rus olan Banserev də bu
hadisələrin şahidi idi. O cümlədən Markarov da baş verən
olayların seyrçisi idi”. Göründüyü kimi, Xankəndində
vəhşiləşmiş ermənilərin azğınlıqları son həddə çatır.
Azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən sonra
(məhz, hadisələrdən sonra) Markarov baş verənlər
haqqında Bakıya məlumat verir. Qısa bir müddət ərzində
Şuşa və Xankəndi ağır texnikalar və canlı qüvvələrlə
mühasirəyə alınır. Gediş-gəlişin qarşısı alınır. Hadisə
yerinə başqa yaşayış məntəqələrindən gəlmək istəyənlər
buraxılmır. Sonralar o da məlum olur ki, mühasirə

- 68 -

məsələsi də ermənilərin əvvəlcədən düşünülmüş planı
olub. Təbii ki, hadisələrdən xəbər tutan Ağdam camaatı
erməniləri cavabsız qoymayacaqdı, qisas almaq üşün
Xankəndinə üz tutacaqdılar. Ermənilər bunu nəzərə
almışdılar. Yaranmış gərgin vəziyyətin ciddiliyi nəzərə
alınaraq səhərisi gün MK-nın birinci katibi Vəli Axundov,
Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Ali Sovetin sədri
Məmməd İsgəndərov Dağlıq Qarabağa gəlirlər. Şuşada
fövqəladə qərərgah yaradılır. Bundan əlavə Moskvadan və
Bakıdan xüsusi istintaq qrupları da hadisə ilə bağlı işə
başlayırlar. Həmin ərəfədə Azərbaycan SSR Dövlət
Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər
Əliyev də Xankəndinə gəlir. Dağlıq Qarabağa ezam
olunanların əksəriyyəti Şuşada otursalar da Heydər Əliyev
real təhlükələrə baxmayaraq, Xankəndində, DTK-nın
şöbəsində əyləşir. Onun üzərinə olduqca mürəkkəb və
çətin bir iş düşür. Erməni millətçilərinin böyük
hiyləgərliklə qurduqları oyunları, cinayət əməllərini ifşa
etmək, günahsız azərbaycanlıların qatillərinin layiqincə
cəzalandırılmasına nail olmaq, ən başlıcası isə
Xankəndində azğınlaşmış ermənilərin qarşısında
azərbaycanlıların şərəfini qorumaq. Təcrübəli çekist, DTK

- 69 -

kimi çətin bir orqanda tutduğu vəzifələrdən asılı
olmayaraq hər zaman millətinin, xalqının tərəqqisinə
xidmət edən Heydər Əliyev Xankəndində baş vermiş
cinayət hadisəsi ilə yaradılmış əməliyyat qrupuna
rəhbərlik edərkən yaxşı bilirdi ki, söhbət adi bir cinayətin
açılmasından deyil, xalqının, azərbaycanlıların şərəfindən
gedir. Heydər Əliyev onu da yaxşı bilirdi ki, türk qanına
susamış millətçi cinayətkarlar layiqli cəzalarını
almazlarsa, qətl hadisələrini törədənlər və onların
havadarları məsuliyyətə cəlb olunmazsa hadisələr daha
ağır nəticələrə səbəb olacaq. Təbii ki, Heydər Əliyev onu
da bilirdi ki, Xankəndində baş verən hadisələr Dağlıq
Qarabağın Ermənistana birləşdirmək planının başlanğıc
həlqəsi idi.

DTK zabiti Əfrail Hüseynovun xatirələrində Heydər
Əliyev şəxsiyyətinin möhtəşəmliyinin, bütün varlığı ilə
millətinə, xalqına bağlılığının bir daha şahidi oluruq:

“Respublika DTK-nın Bakıdan gəlmiş xüsusi əməliyyat
qrupunda yeganə azərbaycanlı, qrupun rəhbəri Heydər
Əliyev idi. Qrupun işə başladığı günün ertəsi səhər saat 7
radələrində general-mayor Heydər Əliyev əməliyyat

- 70 -

müşavirəsi keçirdi. Müşavirədə bütün ətraf rayonların
DTK zabitləri iştirak edirdilər. Qrup rəhbərinin lakonik,
məntiqli və təmkinli çıxışını çətinliklə sezilən bir
narahatlıq müşayiət edirdi. Bu narahatlığı o anda yalnız
azərbaycanlı duya bilərdi. Mən onu gözəl başa düşürdüm.
1967-ci il Milli münaqişə zəminində qətl hadisəsi. DTK-
nın sədri kimi ciddi və məsul bir vəzifə… Damarlarında
axan türk qanı… Amma Heydər Əliyevin həmin günlərdə
özünü necə təmkinli aparması, erməni və rus zabitləri ilə
apardığı ciddi və dərin müzakirələr inanın ki, canlı bir
həyat məktəbi idi. Əməliyyatçılara müvafiq tapşırıqlar
verən qrup rəhbəri bunların dərhal icra olunması üçün
tədbirlər görülməsini əmr etdi. Növbəti əməliyyat
müşavirəsinin vaxtı dəqiqləşdirildi və qrup üzvlərindən
ayrılarkən Heydər Əliyev nəzərlərini bir anlıq mənim
üzərimdə saxladı. Bu ani baxış mənə çox mətləbləri
anlatdı. Anladım ki, son dərəcə ehtiyatlı, diqqətli olmalı,
sayıqlığı əldən verməməli, hər addımımı yüz ölçüb bir
biçməliyəm. Qrup rəhbərinin tapşırığı ilə aparılan
araşdırmalar ona arayış şəklində növbəti müşavirədə
təqdim edilməli idi. Gün ərzində kabinetimdə oturub qətl
hadisəsinin təfsilatı, o cümlədən digər hallarla bağlı

- 71 -

məndə olan əməliyyat məlumatlarının arayışını
hazırlayırdım. İş yükünün ağırlığına və vaxtın
məhdudluğuna görə general mənə ikinci müşavirədə
iştirak etməməyə icazə verdi. Müşavirə işə başlamışdı.
Təxminən bir saatdan sonra iş otağımın qapısı açıldı.
Heydər Əliyev içəri daxil oldu. Cəld ayağa qalxdım. İşarə
etdi ki, əyləşim. Görünür rəsmiyyət məqamı deyilmiş.
General fikirli və çox qayğılı görünürdü. Vəziyyəti başa
düşdüm. Yırtıcı canavarların, vəhşi qatillərin və onların
havadarlarının arasında tək qalmışdıq. Mən onda Heydər
Əliyevə DTK-nın sədri, hörmətli generalımız kimi yox,
namuslu bir azərbaycanlı, əsl vətəndaş, günahsız
insanların qanının yerdə qalması ilə barışmaq istəməyən
bir insan kimi ümid bəsləyirdim…” Həmin ağır günlərdə
bütün azərbaycanlılar ədalətin bərqərar olması üçün
Heydər Əliyevə ümid bəsləyirdilər. Heydər Əliyev isə bu
ümidləri doğruldur. Onun peşəkarlığı, gərgin əməyi
nəticəsində qısa müddət ərzində Xankəndi olaylarının
səbəbləri açılır, cinayəti törədənlər, təşkil edənlər layiqli
cəzalarını alır, 39 nəfər erməni canisi həbs edilir. Sübuta
yetirilir ki, milli ədavəti yaratmaq üçün erməni
məktəblisini vəhşicəsinə qətlə yetirən də Edik

- 72 -

Baqdasaryan olub. Daha sonra o da məlum olur ki,
Xankəndi olaylarının arxasında Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi məsələsi durur. Bu bir
həqiqətdir ki, o zaman general Heydər Əliyev DTK sədri
kimi Xankəndinə getməsəydi, o qanlı cinayətin üstü ört-
basdır ediləcəkdi. Məhz, Heydər Əliyevin qətiyyəti
sayəsində erməni millətçilərinin çirkin əməlləri ali-üst
oldu. Ermənilər özləri də bir məsələni yaxşı dərk edirlər
ki, nə qədər Heydər Əliyev var, onların planlarının hayata
keçməsi mümkün olmayacaq. Tarix də bunu sübut etdi ki,
Ermənistan Qarabağa qarşı təcavüz planlarını Heydər
Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdıqdan sonra həyata
kecirməyə başladılar.
İlham Cəmiloğlu
http://karabakh.tv/generalin-q%C9%99tiyy%C9%99ti-1967-
ci-il-xank%C9%99ndi-s%C9%99h%C9%99ri

- 73 -

Xankəndi digər Azərbaycan şəhərlərindən
cavan olması ilə fərqlənir.

Arxiv sənədlərinə görə şəhər XVIII əsrin
axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən
biri olan Qarabağ xanlığı başçılarının-xanların ailələri
üçün istirahət düşərgəsi kimi salınıbİlk illər istirahət
düşərgəsi ancaq xan ailəsi və onun yaxınları yaşadığından
el arasında "Xanın kəndi" kimi tanınırdı. Lakin sonralar bu
ərazi Xankəndi kimi adlanmağa başladı. Qarabağ xanlığı
Rusiyaya birləşdiriləndən sonra (14 may 1805) Xankəndi
axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan
bəyimə bağışlanmışdı. Rusiyanın işğalına qədər, Qarabağ
xanlığının (1813-cü il Gülüstan müqaviləsinə qədər)
Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı
əyanların yaşadığı kiçik yaşayış məskəni kimi
formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün
bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir
etdi.Rus işğalından dərhal sonra orada çar ordusunun
Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları
yerləşdirildi. Məhz ona görə də bu ərazi 1847-ci il çar
Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə

- 74 -

yazıldı. Xankəndi hərbi hissə üçün çox əlverişli idi. Çünki
buradan Şuşanı və ətrafdakı xeyli Azərbaycan
məskənlərini nəzarətdə saxlamaq mümkün idi. Çar
Rusiyası Xankəndinə İrandan rus hərbi bazalarında qulluq
edəcək erməni ailələrinin köçürülməsinə başladı. 1813-ci ilə
qədər Xankəndində heç bir erməni və rus ailəsi yaşamadığı
halda, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin
yaşayırdı. Çar Rusiyasının işğalından sonra böyüyən Xankəndi
şəhərinə bir qayda olaraq müntəzəm şəkildə İrandan köçürülən
ermənilər yerləşdirilir, onlar çar ordusunun hərbi hissələrində
və dövlət idarələrində işlə təmin edilirdilər.

Azərbaycanın Sovet İmperiyası tərəfindən işğalından
sonra təşkil olunan əhalinin siyahıya alınmasının

- 75 -

nəticələrinə əsasən 1921-ci ildə Xankəndi qəsəbəsində 85
təsərrüfatda 398 azərbaycanlı 226 təsərrüfatda 981 erməni
yaşayırdı. Kremlin təkidi və təziqi ilə Azərbaycanın bu
ərazisi 7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayəti adlı bir
qurumun təşkil edilməsi barədə qərar qəbul etdi. 1978-ci
ilə qədər Vilayət mərkəzi kimi fəaliyyət göstərən
Xankəndi 1978-ci ildə şəhər statusu alaraq ərazisi
Əsgəranın tərkibinə verilərək, rayon mərkəzi Əsgəran
qəsəbəsi adlandırıldı
Xankəndi eyni zamanda Dağlıq Qarabağın təhsil və

mədəniyyət mərkəzidir. 1920-ci illərdə burada kənd
təsərrüfatı texnikomu, 1932-ci ildə tibb məktəbi, 1969-cu
ildə Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitunun
Xankəndi filalı açılmış, 1973-cü ildə müstəqil ali məktəbə
çevrilmişdir. 1993-cü ildən isə Ermənistanın Kirovakan

- 76 -

Pedaqoji və İrəvan Memarlıq İnstitutlarının filialları
fəaliyyət göstərirdi. 2000-ci ildə tələbə çatışmamazlığı
üzündən bu üç İnstitut birləşdirilərək Qarabağ
Arxeologiya Universiteti yaradıldır. Hal-hazırda bu
Universitetdə 4700 tələbənin oxuduğu iddia edilir. 1924-
cü ildə kitabxana, 1932-ci ildə dram teatrı, 1959-cu ildə
mahnı və rəqs ansamblı, 1970-ci ildə 30 min eksponatı
olan Xankəndi Tarix Diyarşunaslıq muzeyi yaradılmışdı.
Xankəndində 279,7 min nüsxə kitab fondu olan 3
kitabxana fəaliyyət göstərir. Xanlıq dövrü tikilmiş yaşayış
evləri təmir edilərək turistlərə icarəyə verilir.6 may 2007-
ci ildə Xankəndində erməni kilsəsi inşa edildi. Xankəndi-
1991-ci il dekabrın 27-dən 28-nə keçən gecə Ermənistan
Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Faiq İsmayılov

- 77 -

Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin
etnik tərkibi (əhali siyahıyaalmaları üzrə; min

nəfərlə)

1939 1959 1970 1979

Etnik tərkib

mütləq % mütləq % mütləq % mütləq %

Bütün əhali 150,8 100 130,4 100 150,3 100 162,2 100

ermənilər 132,8 88,1 110,1 84,4 121,1 80,5 123,1 75,9

azərbaycanlılar 14,1 9,4 18,0 13,8 27,2 18,1 37,3 23,0

ruslar 3,2 2,1 1,8 1,4 1,3 0,9 1,3 0,8

SSRİ-nin dağılması ərəfəsində keçirilən 1989-cu il
əhali siyahıyaalması dövrün təsirinə məruz qalsa da,
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin
siyahıyaalmanın materialları əsasında Dağlıq Qarabağ
Muxtar Vilayətinin etnik xəritəsini çap etdirmişdir. Həmin
xəritədən aydın olduğu kimi 1989-cu il sovet əhali
siyahıyaalmasının yekunlarına görə Dağlıq Qarabağ
Muxtar Vilayətinin 187,8 min nəfərlik əhalisinin 145,4
mini (77%) erməni, 40,3 mini (21,5%) azərbaycanlı
olmuşdur. Göründüyü kimi, 1939-1979-cu il əhali
siyahıya almalarına görə Dağlıq Qarabağ Muxtar Vilayəti

- 78 -

əhalisi içərisində azərbaycanlıların sayı müəyyən dərəcədə
artmışdır. İndi Dağlıq Qarabağı tərk etmiş
azərbaycanlıların sayı 50 mindən yuxarı göstərilir. Amma
Xankəndindən olan insanlar bu rəqəmin 70 minə yaxın
olduğunu bildirirlər.

“Qarabağ məsələsində Azərbaycan
yalnız öz gücünə güvənməlidir”.

Millət vəkili Flora Qasımova

Adətən yubileylərdə, ad günlərində insanın qəlbini
xoş duyğular bürüyür, xüsusən də dəyər verdiklərin sənə
diqqət ayırıb yada salanda... Şəxsi ad günü olmasa da, bu
günlər bizim üçün mühüm olan bir yubiley ərəfəsindəyik.
Bizi qucağında böyüdən torpağın adının daşıyıcısı və
bizim qucağımızda min bir əziyyətlə böyüdüb boya-başa
çatdırdığımız “QARABAĞ”ın 25 yaşı tamam olur.
Kövrək, nisgilli, eyni zamanda qürurverici xatirələrim
çözələnib gedir. “Qarabağ”a gah 25 yaşlı döyüşkən ruhlu
cəngavər kimi baxıram, gah da yaşı bilinməyən qocaman
dərd dəyirmanı kimi... - Taleyinə nələri görmək, nələrdən

- 79 -

danışmaq yazılıbmış ay “Qarabağ”? Belə önəmli gündə
qəmli notlar üzərində köklənmək istəməsəm də,
“Qarabağın” yaddaşına iz salan qəhrəmanlarını, qeyrətli
Vətən övladlarını xatırlamamaq mümkün deyil. Elə
insanlar var ki, onlarla görüşüb bir-iki dəqiqə
dərdləşməyin özü böyük təsəlli, dinclikdir. Qəzetimizin
yubileyi ərəfəsində Milli Məclisin deputatı Flora xanım
Qasımovanı görmək istədim. Çünki Flora xanım bizim
üçün deputatlığından əvvəl bir zamanlar şücaəti ilə
qəzetimizin səhifələrini bəzəyən Azərbaycanın Milli
Qəhrəmanı, mərhum Şirin Mirzəyevin yadigarı–həyat
yoldaşıdır. Flora xanım bizim üçün həm də ona görə
əzizdir ki, o, zamanın bütün dönəmlərində səmimiliyini,
sadəliyini, xeyirxahlığını qoruyub saxlamış, nəslinin –
kökünün tərbiyəsindən qopmamış insandır...

- 80 -

- Flora xanım, quş qanadlı illər “Qarabağ”ı 25 yaşa
çatdırdı, amma həsrətimizə neçə yaş vermək olar, deyə
bilmirəm. Hərdən mənə elə gəlir ki, biz çox-çox qocaman
dərd ünvanıyıq...

- Yaxşı bilirəm ki, siz hər səhər evdən çıxıb “Qarabağ”a
gedirəm söyləyəndə hansı əzabları çəkirsiniz. Kaş ki, bir
gün hamılıqla Qarabağa gedirik! – deyə bilərdik. Sizin
redaksiyada çalışan zərif cinsin nümayəndələrinin
gözlərindəki kədərin əridiyini, sifətinin güldüyünü
görəydik. Vaxtilə “Qarabağ”ın ilk aylarında olduğu kimi,
Qarabağlı günlər yaşayaydıq. Acılar olsun ki, yandırılan
kəndlərimizin, səhərlərimizin batan harayı kimi bizim də
səsimiz eşidilməz oldu. Gözümüz görə-görə, ürəyimiz
əzilə-əzilə Qarabağımız əlimizdən alındı. Bizi candan-
qandan ayırdılar. Hansı qarabağlı istəməz ki, dünyanın
bəxtəvər çağında olduğu kimi, yenidən öz doğulduğu
yerə-Şuşasına, Xankəndinə, Ağdamına, Füzulisinə,
Zəngilanına, Qubadlısına, Cəbrayılına, Kəlbəcərinə,
Laçınına getməyə, elini, obasını görməyə? Qarış-qarış
gəzdiyim dilbər guşələrdən ötrü ürəyimin başı göynəyir.

- 81 -

Dərələrdən, dağlardan aşaraqdoğma Xankəndimə getmək
istəyirəm. Dağlar dumanlı, yollar isə bağlıdır...

- Flora xanım, sizcə, bu yolların açılışı daha çox kimlərdən
asılıdır: 20 ildə o başa-bu başa Ermənistanla Azərbaycan
arasında yol ölçən ATƏT-in Minsk Qrupundanmı?

- Adlarını saydıqlarınızın heç birinin Qarabağın alınması
üçün faydası yoxdur. Azərbaycan bütün yüksək
məqamlara öz gücü ilə nail olduğu kimi, Qarabağ
məsələsini də yalnız öz gücünün, siyasətinin hesabına həll
edə bilər. Doğrusu, son illərin uğurlarını ölkəmizin dünya
arenasında nüfuzunu, iqtisadi sosial-mədəni inkişafını
nəzərə alaraq inanıram ki, xalqımız mütləq əzəli
torpaqlarının sahibi olacaq. Bu gün Azərbaycanda
möhtəşəm idman yarışları – “Bakı-2015” I Avropa
Oyunları gedir. Dünyanın 50-dən artıq ölkəsindən həm
idmançılar, həm də digər mütəxəssislər, jurnalistlər gəlib.
Açılış mərasimində bir sıra yüksək səviyyəli dövlət
başçılarının və dövlət rəsmilərinin təşrif buyurması da
ölkəmizin böyük nüfuz sahibi olmağının göstəricisidir.
Bundan əvvəl də artıq dünya dövlətləri Azərbaycanın

- 82 -

qazından, neftindən, iqtisadi gücündən, mədəniyyətindən,
qonaqpərvərliyindən məlumatlı idilər. Allah ölkəmizə çox
böyük sərvətlər qismət edib. Amma bu sərvətlərlə bərabər,
bizə erməni adlı bədxah, paxıl qonşu da qismət edib. Neçə
illərdir Qarabağın yeraltı-yerüstü sərvətləri düşmənlərimiz
tərəfindən talanır. Kəlbəcərin qızıl yataqlarından, mineral
sularından, Ağdərənin, eləcə də Qarabağın işğalda qalan
ərazilərində 72 adda qiymətli elementdən ermənilər
atalarının malı kimi bol-bol bəhrələnir, dünya satışına
çıxarırlar.

Bu gün tərəqqiyə, inkişafa can atan Azərbaycanda
hərtərəfli abadlıq-quruculuq işləri gedir. Biz müəyyən
tədbirlərlə bağlı tez-tez ölkəmizin müxtəlif bölgələrində
oluruq. Şəmkirə gedəndə yolboyu səliqə ilə düzülmüş taxıl
zəmilərini, rayonun yaraşıqlı görkəmini gördükcə həm
qürurlandım, həm də özümdən asılı olmayaraq qeyri-adi
gözümdən yaş axdı. Düşündüm ki, ötən bu illərdə
Qarabağın o münbit torpaqlarında nələr yaratmaq olardı?!
İşğalda olmasaydı, dövlətimiz bütün yeniliklərə o ərazidən
başlayardı...

- 83 -

Vaxt gələcək bütün qaranlıq məqamlar açılacaq. Qarabağ
savaşında xalq məğlub olmadı. Bacarıqsız, səriştəsiz
rəhbərlər məğlub oldu. Bu müharibədə ölkəmizə
milyardlarla ziyan dəyib. Kim ödəyəcək onu: acından ölən
Ermənistanmı? Mən Xankəndi ərazisindən deputat
seçilmişəm. Xankəndlilər 40-a yaxın rayona səpələnib.
Onların hamısını axtarmaqproblemləri ilə tanış olmaq
asan olmur...

- Flora xanım, üzünüzə demək olmasın, Xankəndi camaatı
sizdən çox razılıq edir, növbəti seçkilər zamanı yenidən
Sizi görmək istəyirlər... Açığını deyək ki, əməli işiniz var
ortada. Sizin təşəbbüsünüzlə tikilən N.Gəncəvi adına 4
saylı Xankəndi orta məktəbində olmuşam. həqiqətən
müasir standartlara tam cavab verən bir təhsil ocağıdır.

- Ondan əvvəl Xankəndinin əvvəlki indeksi ilə rabitə
şöbəsi, Xankəndi.az saytı açdırmışıq. Xankəndililərə
dəstək məqsədilə qeyri-hökumət təşkilatı yaratmışıq. Yeri
gəlmişkən, həmin təşkilatın dəstəyi ilə “Xankəndi” adlı
sənədli film çəkilib. Xankəndinin həqiqətlərini özündə
dolğun əks etdirən filmdə erməniləri ifşa edən dəqiq

- 84 -

faktlar var. Filmin xarici dilə tərcümə edilməsini və
yayımlanmasını da nəzərdə tutmuşuq. Sağlıq olsun,
planlarımız çoxdur...

- Allah sizə cansağlığı versin, siz savaşların içində
bərkiyən ürəyi təpərli, qeyrətli bir xanım olmaqla bərabər,
biimçün həm də bir qəhrəmanın yadigarısınız.

- Çox sağ ol Zəkurə, əsl mən sizə çox sağ olun deyirəm ki,
bütün maddi-mənəvi çətinliklərə baxmayaraq indiyə qədər
“Qarabağ” qəzetini yaşada bilmisiniz. Sanıram ki, bu
qəzet Qarabağın özü olmasa da, həqiqətləri danışan dilidir,
sözüdür! Və o sözün işığında yurd yerlərimiz,
qəhrəmanlarımız, təəssüf ki, həm də satqınlarımız olduqca
aydın görünür. Mən sizin əməkdaşların əksəriyyətini elə
döyüşçü hesab edirəm. Başda Çingiz müəllim olmaqla sən
də, rəhmətlik Sarvan da, Kərim də hamınız əsgər
şinelindən keçmiş jurnalistlərsiniz.- Həmişə olduğu kimi,
səmimi söhbət üçün təşəkkür edirəm, Flora xanım!
Qarabağda görüşmək arzusu ilə...

Zəkurə QÜDRƏTQIZI, "Qarabağ" qəzeti(№ 11-611), 1
İyul 2015

- 85 -

Suşanın dağları …
Başı dumanlı…
Şuşa təkcə şuşalılar üçün yox, bütün
azərbaycanlılar üçün, vətənini, millətini sevən
hərbir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz
bir torpaqdır, əziz bir qaladır, əzizbir abidədir.

HEYDƏR ƏLİYEV

Əsrarəngiz Şuşa şəhərinin binasının əsasını qarabağlı
Pənah xan Cavanşir qoymuşdur. Pənah xan 1750-ci ildə
Qarabağın ən səfalı guşəsində üç tərəfdən sıldırım

- 86 -

qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın
bünövrəsini qoyur. Pənah xan Təbriz, Ərdəbil və başqa
şəhərlərdən məşhur ustalar (bənnalar) gətirtdirdi və
hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir.
Qalanın “İrəvan” və “Gəncə” adlı iki möhkəm qapısı var
idi. Pənah xan Qarabağın Seyidli, Çuxur məhəllə, Köçərli,
Saatlı, Merdinli, Qurdlar, Culfalar və başqa kəndlərindən
əhalinin bir hissəsini qalaya topladı. Yerli əhali yeni
salınmış şəhəri Pənah хanın şərəfinə «Pənahabad»
adlandırır. Şiş uclu dağlar əhatəsində yerləşən Pənahabad
əvvəllər «Şişə», sonralar isə Şuşa adlandırılmağa başlandı.
Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar
(1757), Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar
(1795) onu ala bilməmişdilər. Sovet hakimiyyəti dövründə
Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə
məruz qalmışdı. 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq
Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi
müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü ildə
dəyişdirilərək Vilayətin mərkəzi Xankəndi seçildi.
Ermənilər Azərbaycana qarşı hazırladıqları planları
Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa
düşüb bu qərarın həyata keçirilməsinə nail olmuşdular.

- 87 -

1923-cü ildə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinə
daxil edildi. Bununla da Şuşa 170 ildən artıq yerinə
yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan
məhrum edildi.

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə
əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan,
nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da
Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur
idi.Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu
gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa
dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün
üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül
qonub və oradaca donub qalıb. Turşsu yaylaqları, Səkili
bulağı, İsa bulağı. Şəmilin bulağı, əfsanəvi “Cıdır düzü”
yerli camaatın və oraya təşrif buyuran qonaqların ən
sevimli yeri idi.

Vaxtilə müstəqil Heydər Əliyevin abidələr şəhəri
adlandırdığı Şuşada 350 hektarlıq qoruq zonasında 300
tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda
bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-
ü respublika və dünya miqyaslı abidələrə aid idi. Şuşada
milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından

- 88 -

fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən
zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu
abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir
ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qəd-qamətli
minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən
xəbər verir. Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli,
Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli,
Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı,
Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə
məhəllə. Hər məhəllədə hamam, məcid, bulaq vardı.
İşğaldan qabaq Şuşada Dövlət Dram Teatrı, Dövlət
Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir
Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə
muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı,
Dövlət Rəsm Qalеrеyası, 4 texnikum, 2 institut filialı, orta
və orta ixtisas musiqi məktəbləri, кitabхanalar fəaliyyət
göstərirdi.1992-ci ilin may ayının 8-də Şuşa rayonu
erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşanın
işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş,
552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın
düşmüş, 300 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət
adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200

- 89 -

yerlik internat və s. dağıdılmışdır.. Uzun əsrlər boyu
Dağlıq Qarabağın mərkəzi olan Şuşada demokrafik durum
belə idi.

Azərbaycanlılar % Ermənilər % Digər % Cəmi

1886 11,595 43.3 15,188 56.7 23 0.1 26,806

1897 10,778 41.6 14,420 55.7 683 2.6 25,581

1904 11,083 43.2 14,495 56.5 25,656

1916 19,121 43.6 23,396 53.3 1,352 3.1 43.869

1926 4,900 96.4 9.300 1.8 111 2.2 5,104

1939 3,701 68.2 1,476 27.2 247 4.5 5,424

- 90 -

1959 4,453 72.8 1,428 23.3 236 3.9 6,117
1970 6,974
1979 9,216 80.2 1,540 17.7 179 2.1 8,693
1989 14,738
2005 85.5 1,409 13.1 159 1.5 10,784
2009
2015 98 15,039

3,105 100 3,105

3,900 100 3,900

4,446 100 4,446

1923 –cü ildən sonra burada yaradılan muxtar vilayətin
demokrafik durumunu dəyişdirmək üçün ermənilər
müxtəlif planlar qurdular. 1924-cü il noyabrın 26-da
Azərbaycan, erməni və rus dillərində mətbuatda dərc

- 91 -

edilən “DQMV haqqında Əsasnamə”də göstərilirdi ki,
Şuşa qəzasından Şuşa, Xankəndi və 115 kənd, Cavanşir
qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd,
Qubadlı qəzasından isə Qaladərəsi DQMV-yə verilir.
Muxtariyyətin yaradılması haqqında qəbul edilən dekretdə
vilayət mərkəzinin Xankəndi olması göstərilirdi. Ancaq az
sonra, 1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ vilayət
partiya komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilib
Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.
Bununla da Qarabağda Azərbaycanın tarixi yerlərinin,
mahal, rayon və kənd adlarının dəyişdirilməsinin təməli
qoyuldu. 1923-cü ildə Şuşanın Xankəndi, Xocalı,
Kərkicahan, Ulubab, Pircamal, Cəmilli, Aranzəmi,
Ballıca, Dəmirçilər, Sığnağ, Qarabulaq, Muxtarkənd,
Dağdağan, Şuşakənd, Daşbaşı kimi onlarla kəndi alınıb
Xankəndiyə (Stepanakert) verildi, sonralar isə həmin
torpaqlar hesabına Əsgəran rayonu yaradıldı. Stepanakert
(Xankəndi) və Əsgəran rayonları bütünlüklə Şuşa
qəzasının, əvvəllər Karyagin (Füzuli) rayonunun bir kəndi
hesab edilən Hadrut rayonu isə Füzuli rayonunun ərazisi
hesabına yaradılıb. Dağlıq Qarabağ Muxtar Vilayəti
yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış

- 92 -

məskənləri inzibati baxımdan rayon-nahiyə-kənd pillələri
əsasında bölünmüşdü: Dizaq rayonu, Vərəndə rayonu,
Şuşa rayonu, Xaçın rayonu, Ceraberd rayonu. Daha sonra
Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati-ərazi
bölgüsündə yeni dəyişiklik baş verdi. 1930-cu ilin
avqustunda Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisi yenə
də 5 rayona bölündü: Ceraberd, Martuni, Stepanakert,
Dizaq, Şuşa.Bu bölgüdə Vərəndə rayonunun ərazisi Mar-
tuni rayonu, Xaçın rayonunun ərazisi Stepanakert rayonu,
Ceraberd rayonunun ərazisi Mardakert rayonu, Dizaq
rayonunun ərazisi isə Hadrut rayonu adlandırıldı. SSRİ-
nin süqutunadək olan dövrdə Dağlıq Qarabağ Muxtar
Vilayətinin inzibati-ərazi bölgüsü belə qaldı və 5 rayondan
ibarət oldu: Şuşa, Mardakert, Martuni, Hadrut, Əsgəran.
Beləcə bir erməni planı nəticəsində Şuşa bölgənin mərkəzi
statusundan çıxarıldı və Xankəndi kəndinə ermənilər
gətirilib yerləşdirildi. İşğaladək rayonda İttifaq
əhəmiyyətli sanatoriya-kurort kompleksi fəaliyyət
göstərmişdir. Rayonun iqtisadiyyatında heyvandarlıq əsas
yer tutmuşdur. İşğaldan əvvəl rayonda Azərbaycan
Pedaqoji institutunun, Azərbaycan Neft Kimya
institutunun Şuşa filialları, 24 ümumtəhsil məktəbi, 6

- 93 -

məktəbdənkənar tədris müəssisəsi, tibb məktəbi, 8 uşaq
musiqi və incəsənət məktəbi, mədəni-maarif texnikumu,
musiqi texnikumu, kənd təsərrüfatı texnikumu, texniki
peşə məktəbi, meşə sağlamlıq məktəbi, mədəniyyət evi,
kinoteatr, 5 muzey, rəsm qalereyası, klub, kitabxana,
mərkəzi rayon xəstəxanası, 11 feldşer-mama məntəqəsi,
sanitariya və epidemiologiya stansiyası, uşaq sanatoriyası,
təcili yardım stansiyası, şəhər poliklinikası, stomatoloji
poliklinika fəaliyyət göstərmişdir. İşğaldan əvvəl rayonda
dövlət tərəfindən qorunan 248 tarixi abidə mövcud olub.

Aşağı Gövhərağa məscidi

Qarabağın sonuncu xanı İbrahim xanın qızı
Gövhərağa (əsl adı Gövhərnisə) həm də öz dövrünün
məşhur xeyriyyəçilərindən olmuşdur. Onun vəsaiti
hesabına tikilən Aşağı Gövhərağa məscidi Şuşa şəhərində
1874-1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği
tərəfindən inşa edilmişdir. Məscid Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust
tarixli 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz
tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.
1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı

- 94 -

Gövhərağa məscidinin binası və minarələri zirehli
texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnibdir.

- 95 -

Bülbülün ev-muzeyi

SSRİ Xalq artisti Bülbülün 1992-ci ilə qədər Şuşada
yerləşən ev-muzeyi onun Bakı şəhərindəki memorial
muzeyinin filialı idi. Ev-muzey kiçik həyət, iki otaq və
eyvandan ibarətdir. Bülbülün yaradıcılıq, elmi-tədqiqat,
pedaqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli
sənədlər burada nümayiş olunurdu. Muzeyin fasadında
Bülbülün heykəltəraş Xanlar Əhmədov tərəfindən

bürüncdən hazırlanmış, uşaqlıq illərinin portretini əks
etdirən memorial lövhə vurulmuşdur. Ermənistan Silahlı

- 96 -

Qüvvələrinin Şuşa şəhərini işğal etməsi nəticəsində
muzeyin 6 mindən artıq eksponatı məhv edilmiş və
aparılması mümkün olanlar isə Ermənistana daşınmışdır.
Bülbülün erməni vəhşiləri tərəfindən güllələnmiş heykəli
hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində
yerləşdirilib.

Hacı Quluların mülkü

Hacı Qulunun Xoca Mərcanlı məhəlləsindəki imarəti
1851-ci ildə tikilmişdir. Milli üslubda tikilmiş üçmərtəbəli
sarayda 46 otaq və 2 böyük zal var idi. 1865-ci ildə Şuşada
olmuş rus rəssamı V.V.Vereşşaginin əsərində bu zallardan

- 97 -

biri təsvir olunub. 1992-ci ildə Şuşa şəhərinin ermənilər
tərəfindən işğalı zamanı Hacı Quluların mülkü top atəşinə
tutularaq divarları dağıdılmışdır.

Xurşudbanu Natəvanın evi

Görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvana
məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII-
XIX əsrlərə aid tarixi yaşayış binalarından biri hesab
olunurdu. Hazırda bu ev yarıuçuq vəziyyətdədir.

- 98 -

Mamayı məscidi

XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı
məscidin memarı Kərbalayı Səfixan Qarabaği
olmuşdur.Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam
örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə
azançı üçün “güldəstə” quraşdırılmışdır. Mamayı məscidi
sovet hakimiyyəti illərində poeziya evi kimi fəaliyyət
göstərmişdir. Məscid iki mərtəbəlidir.

- 99 -

Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksi

Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-
məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və
E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə
başlanılmışdır. Kompleksin açılışı 1982-ci ilin yanvar
ayında olmuşdur. Kompleks Şuşa şəhərinin görkəmli yeri
olan Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı
üstündə inşa edilmişdir. Burada M.P.Vaqifin Şuşa həyatını
əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da
sərgilənirdi. Kompleksin açılışında Azərbaycan KP MK-

- 100 -


Click to View FlipBook Version