The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Həmidə xanım sonuncu variant yoxlanmış-2018

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-07 01:31:21

Həmidə xanım sonuncu variant yoxlanmış-2018

Həmidə xanım sonuncu variant yoxlanmış-2018

Əlizadə Nəcəfov

Həmidə Məmmədquluzadənin
maarifçilik fəaliyyəti

2018

Əlizadə Nəcəfov
Həmidə Məmmədquluzadənin maarifçilik fəaliyyəti

Müəllif kitabın yazılmasında yaxından köməklik göstərdiyinə görə
Əliyeva Leyla Bəhmən qızına təşəkkür edir.

... Həmidə xanımın həyatı və çoxcəhətli fəaliyyətinə, XX əsrin
birinci yarısında görkəmli ədəbi şəxsiyyətlərlə, maarifçi ziyalılarla
münasibətlərinə aid xüsusi bir tədqiqat əsərinə ehtiyac vardır.

Akademik : İsa Həbibbəyli.

Ön söz

XIX əsr ictimai fikir tariximizin tanınmış qadın nümayəndələrindən
biri də Həmidə xanım Məmmədquluzadə Cavanşirdir. O, Qarabağda
hökmranlıq etmiş İbrahim xanın nəslindən olub, xanlığın əvvəlki
illərində yaşamış və mədəniyyət tariximizdə şairə və xeyriyyəçi kimi
daxil olmuş qan qohumları olan Ağabəyim Ağanın, Gövhərnisəbəyim
Ağanın və Xurşudbanu Natavanın yolunu davam etdirmişdir.

XIX əsrin ikinci yarısından başlayaraq xalqın Çar Rusiyasının
əsarətindən xilas olma yolunu yalnız əhalinin savadlanmasında görən
Azərbaycanın maarifpərvər qüvvəsinin yolunu davam etdirən Həmidə
xanımın atası Əhməd bəy Cavanşir də bu yolu tutmuş, dədə-baba kəndi
olan Kəhrizlidə o dövr üçün vacib olan bir neçə xeyriyyə işləri görmüş,
kəndin su təminatını qismən yaxşılaşdırmaq üçün kəhrizlər qazdırmış,
tarixi su arxları olan Gavur arxı və Xanqızı arxlarını bərpa etdirərək
həm öz təsərrüfatının, həm də qonşu kəndlərin əkin sahələrinin suya
olan ehtiyacını ödəmişdir. Atasının vəfatından sonra onun yolunu
davam etdirən Həmidə xanım, həm atasının yarımçıq qalmış ideyalarını
yerinə yetirmiş, həm də kəndin digər abadlıq quruculuq işlərini uğurla
icra etmişdir. O, kənddə su işlərini daim diqqətdə saxlamış, əhalinin
əkin-biçin sahələrinin su ilə təmin olunmasına çalışmışdır.

Həmidə xanım böyük yazıçı Mirzə Cəlillə ailə həyatı qurduqdan
sonra Kəhrizli kəndində məktəb açmış, Şuşada və öz kəndində
toxuculuq sexləri yaratmış və su dəyirmanı tikdirmişdir. Bir qədər
sonra Həmidə xanım daha geniş ictimai faydalı işlərlə məşğul olmuş,
əhalinin məişət şəraitinin və sağlamlığının qayğısına qalmış, kütləvi

4

yoluxucu xəstəliklərdən əziyyət çəkən əhalini, xüsusilə uşaqların hər il
peyvənd olunmasını təmin etmiş, özü də bu işlərin iştirakçısı olmuşdur.

Yüksək intllektə malik olan bir ziyalı kimi Həmidə xanım Qarabağ
bölgəsinin o zamankı bütün problemlərini 1912-ci ildə Tiflisdə
keçirilən Zaqafqaziya pambıqçılarının XIII qurultayında, Bakıda və
qəza mərkəzlərində aidiyyatı orqanların nəzərinə çatdırmışdır.

Həmidə xanım və Mirzə Cəlil cütlüyü 1918-1920-ci illərdə
Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsi nəticəsində əldə olunmuş
dövlət müstəqilliyimizin fəal iştirakçıları olmaqla öz maarifçilik
ənənələrini müntəzəm olaraq davam etdirmişdilər.

Həmidə xanımın maarifçilik fəaliyyətində əhalinin, xüsusilə də
qızların təhsilə cəlb olunması əsas yerlərdən birini tutmuş və sonralar
bu işlər Azərbaycan qadınının cəmiyyətdə öz mövqeyini tutması
istiqamətində öz inkişafının ən yüksək mərhələsinə çatmışdır.

Həmidə xanım erməni terrorçularının 1918-1920-çi illərdə
Azərbaycanın hər yerində törətdikləri kütləvi qırgınlara da biganə
qalmamış, Əsgəran qalasını öz atlı dəstəsi ilə silah gücünə yarıb
keçərək Şuşaya yardım aparmışdır.

Həmidə xanım maarifçilik fəaliyyətində Azərbaycan ədəbiyyatına
göstərdiyi diqqət və qayğı da diqqəti cəlb edir. Atası Əhməd bəyin
əsərini Tiflisdə nəşr etdirməsi, “Molla Nəsrəddin” jurnalının nəşrinə
və onun əməkdaşlarına etdiyi maddi və mənəvi yardımlar, böyük
demokrat Mirzə Cəlil və yazıçı Mir Cəlal Paşayevin əsərlərinin rus
dilinə tərcümə edərək çap etdirməsi də deyilənlərə bir nümunədir. Onun
Mirzə Cəlil və digər “Molla Nəsrəddinçi” şair və yazıçılar haqqında
yazdığı xatirələri müasir dövr Azərbaycan memuar ədəbiyyatının ən
qiymətli nümunələri hesab etmək olar.

Müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərə,

5

onların öyrənilməsinə və təbliğinə geniş yer verilmişdir. Gənclərimizin
milli-mənəvi ruhda tərbiyəsində, onlarda vətənpərvərlik hisslərinin
daha yaxşı aşılamasında Həmidə xanımın həyatı və fəaliyyəti nümunə
ola bilər.

Bu mənada hesab edirik ki, müasir dövrdə bizneslə məşğul olan
xanımlarımız Həmidə xanımın bir əsr bundan əvvəl Dövləti və xalqı
üçün etdiyi xeyriyyəçilik ənənələrindən bəhrələnə və nümunə götürə
bilsinlər. Çünki, Həmidə xanım çox zəngin keçmişi olan bir nəslin
şərəfli tarixini bu günümuzə və gələcəyə daşıyan çox mərd, mübariz
və heç bir çətinlik qarşısında əyilməyən Azərbaycan xanımı olmuşdur.

6

Həmidə Məmmədquluzadənin həyatı və
maarifçilik ideyaları

Azərbaycanın maarifçi qadınları içərisində özünəməxsus yer tutan
qadın ziyalılarımızdan biri də Qarabağ xanlarının zadəgan nəslinə
mənsub olan, Əhməd bəy Cavanşirin qızı Həmidə xanım (1873-1955)
Cavanşir Məmmədquluzadədir. Həmidə xanım Məmmədquluzadə
XVIII əsrin ikinci yarısında Qarabağda hökmranlıq etmiş İbrahim
xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşirin (1756-1797) nəvəsi
Əhməd bəy Cavanşirin (1828-1903) qızıdır. Həmidə xanım 1873-cü il
yanvarın 6-da Ağcabədi rayonunun Kəhrizli kəndində doğulmuşdur.
Uşaqlıq illərində heç bir rəsmi məktəbdə təhsil görməmiş, Azərbaycan
və rus dillərində oxuyub-yazmağı ailəsində atasından öyrənmişdir.
Sonralar Həmidə xanım şəxsi mütaliə vasitəsilə öz savadını artıraraq
zəmanəsinin ən qabaqcıl ziyalılarından biri olmuş, Azərbaycanın
ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmişdir. Atası Əhməd
bəy Cavanşir kimi Həmidə xanımın da tərcümeyi-halı vaxtilə ətraflı
yazılmamışdır.

Həmidə xanım 16 yaşı olarkən 1889-cu ildə İbrahimbəy
Davatdarova ərə gedir. Bu izdivacdan 1890-cı ildə onların qızı Mina
Davatdarova dünyaya gəlir. 1893-cü ildə İ. Davatdarov Brest-Litovskiyə
vəzifəyə göndərilir və Həmidə xanım da yaranmış vəziyyətlə bağlı
6 il burada yaşamalı olur. Bu illər Həmidə xanımın dünyagörüşünə
çox böyük təsir edir. O, əvvəllər kitablar vasitəsilə tanış olduğu rus
və Avropa mədəniyyəti ilə burada daha yaxından tanış olur. Kübar
məclislərində iştirak edir. Avropa və dünya mədəniyyətini özündə əks

7

etdirən ədəbiyyatla tanış olur. 1899-cu ildə əri İ. Davatdarov Türkiyə
ilə həmsərhəd olan Qars qalasına konsul göndərilir. Burada onların
Müzəffər adlı oğlu dünyaya gəlir. 1900-cu ildə Həmidə xanımın
qardaşı Məmmədbəy özünü Yevlaxda qatarın altına ataraq intihar edir.
Bu haqda müxtəlif versiyalar mövcud olsa da hələlik tarix bu sirri
gizli saxlayır. Bundan iki il sonra 1902-ci ildə İbrahimbəy Davatdarov
vəfat edir. Həmidə xanım bir müddət tək yaşasa da atası Əhmədbəy
onun arxasınca gedir, özünün də yaşa dolduğunu, təkliyini Həmidə
xanımın diqqətinə çatdırmaqla onu Kəhrizliyə gətirməyə razı sala
bilir. Həmidə xanım atasıyla Kəhrizliyə qayıdır, 2 il sonra Əhmədbəy
də dünyasını dəyişir. Qısa bir zamanda ərinin, qardaşının, atasının
bir-birinin ardınca rəhmətə getməsi Həmidə xanımı sarsıdır, lakin o
bir qədər sonra Kəhrizlidə yerli əhalinin köməyi ilə atasından qalma
mülkü idarə etməyə başlayır. Onun Kəhrizlidə başlayan maarifçilik
və xeyriyyəçilik fəaliyyəti sonralar böyük şəhərlərə də gedib çıxır,
mərkəzi şəhərlər olan Bakıya, Şuşaya, Tiflisə qədər yayılır.

Kəhrizli kəndinin sakinləri arasında uzun illərdir ki, Həmidə
xanımın xeyriyyəçilik və maarifçilik fəaliyyətindən ağızadan-ağıza
keçən maraqlı məlumatlar dolaşır. Onlardan biri də bundan ibarətdir
ki, xanım bütün bayramlardan əvvəl kənd əhalisinin bayramı yaxşı
keçirtmələri üçün onlara ərzaq, xüsusilə də taxıl məhsulları paylayar,
hətta belə əlamətdar günlərdə kəndin imkansız ailələrinin üzvlərinə
topla parça alıb təzə paltarlar da tikdirərmiş.

1920-ci ildə Azərbaycanda Sovet höküməti qurulduqdan sonra
Mirzə Cəlil ailəsini də götürüb İrana keçir və hesab edir ki, Həmidə
xanım bəy qızı olduğuna görə yeni quruluş onları incidəcək. Lakin
çox geçmir ki, onlar yenidən Qarabağa qayıdırlar. Mirzə Cəlilə 1921-
ci ildə iyun ayının 23-də 2574 saylı qəbzlə ipəkçiliklə məşğul olmaq

8

üçün ona icazə verilir. Çox geçmir ki, Həmidə xanımın adı repressiya
qurbanları siyahısına salınır. Mirzəı Cəlil çox böyük çətinliklə onun
adını bu siyahıdan çıxarda bilir. 1928-ci ildə Həmidə xanım Bakı Baş
milis idarəsinə çağrılır və ondan Qarabağdakı mülkləri barədə arayış
tələb olunur. Mirzə Cəlil çox çətinliklə bu məsələnin də qarşısını
alır. Həmidə xanım ərizə ilə Qarabağdakı bütün malikanəsindən
imtina edərək, yeni quruluşa-sovetlərə verilməsinə razılıq verir. Buna
baxmayaraq 1928-ci ildə Həmidə xanımı seçkilərdə də səsvermə
hüququndan məhrum edirlər. Mirzə Cəlil çox çətinliklə bu təxribatın
da qarşısını ala bilir. Zaman Mirzə Cəlilin sovet quruluşu haqqındakı
fikirlərinin doğruluğunu sübuta yetirdi. Sovetləşmə dövründə bəy qızı
olduğuna görə Həmidə xanımı dəfələrlə istintaqa cəlb etsələr də Mirzə
Cəlil bu terrorun qarşısını ala bilmişdi. Sonralar görəcəyik ki, Mirzə
Cəlil “Allahsızlar” cəmiyyətinə mənfi münasibət bəsləyir və hətta
mədəni surətdə səhhətini bəhanə edərək “Molla Nəsrəddin” jurnalına
rəhbərlikdən də imtina edir ki, təki yeni quruluş olan sovet rejiminin
onun ailəsi ilə işi olmasın. Belə işlərə görə də Həmidə xanımın həyatı
bu illər çox çətin və təlatümlü keçmişdir.

Sonrakı illər də bu ailəyə xoşbəxtlik gətirmir. Belə ki, 1923-cü
ildə Mina 33 yaşında olarkən şəxsi tapançası ilə özünü öldürür. 1932-
ci ildə Mirzə Cəlil dünyasını dəyişir. Mirzə Cəlilin vəfatından sonra
dövlət Həmidə xanıma 100 manat pensiya təyin edir. Mirzə Cəlildən
bir qədər sonra 1932-ci ildə Həmidə xanımın Mirzə Cəlildən olan oğlu
Midhət vərəm xəstəliyindən vəfat edir. 1937-ci ildə digər oğlu Müzəffər
Davatdarov həbs olunur. Səbəb də bu olur ki, o, bacısı Minaya tapança
bağışlamışdır və Mina da o tapança ilə özünə qəsd etmişdir. Mina
öləndən sonra bu tapança yenə də Müzəffərdə qalır və kimsə onda
tapança olmasını müvafiq orqana çatdırır. II Dünya müharibəsində

9

ikinci oğlu Ənvər itkin düşür və Həmidə xanım ömrünün sonuna kimi
bir də onunla görüşə bilmir.

İkinci dünya müharibəsi illərində, yəni 1942-ci ildə ailə vəziyyəti
ağır olduğuna görə Həmidə xanım Ağdama köçür. Ağdamda
onun adından ətrafa belə bir şayiə yayırlar kı, guya Həmidə xanım
danışırmış ki, almanlar yaxın vaxtlarda Rusiyanı, Azərbaycanı da
tutacaq, ölkədə sovetləşmədən əvvəlki bəy, xan dövrünə qayıdılacaq
və Həmidə xanım da öz ata mülkünə yiyə duracaq. Əslində bu yanlış
fikri Həmidə xanımı istəməyən insanlar bilərəkdən yaymışdılar. Bunu
eşidən yerli hakimiyyət nümayəndələri dərhal bu fikri siyasiləşdirərək
yenə də Həmidə xanıma diqqəti cəlb etməklə, onun adını yeni, sovetlər
quruluşunun əleyhinə olan bir təhrikçi kimi hallandırmağa başlayırlar.
Yerli siyasətçilərin və bu nəslə qarşı həmişə düşmən mövqeyində
olan bəzi şəxslərin yaranmış siyasi vəziyyətdən istifadə edərək
Həmidə xanımın simasında “düşmən obrazı” yaratmalarını başa düşən
Həmidə xanım dərhal Bakıya qayıtmış və bu söz-söhbət də Bakıda
bağlanmışdır.

Sonralar Həmidə xanım Azərbaycan Yazıçılar İttifaqına üzv
seçilir. Həmidə xanımın maddi durumu sovetlər dövründən, xüsusən də
Mirzə Cəlilin vəfatından sonra heç vaxt yaxşı olmamışdır. Bunu onun
1938-ci ildə Moskvadakı nəşriyyatlardan birinin direktoruna yazdığı
ərizə də sübut edir. Həmidə xanım həmin nəşriyyatda çap olunacaq
həyat yoldaşı Cəlil Məmmədquluzadənin müəllifi olduğu kitabların
müqabilində veriləcək qonorarın ona göndərilməsini xahiş edir.

Müharibədən sonrakı illərdə Həmidə xanımın vəziyyəti bir qədər
yaxşılaşır və Həmidə xanımın əməyi az da olsa qiymətləndirilir.
Müharibə illərində arxa cəbhədəki fəaliyyətinə görə o 1946-cı ildə
“Əmək igidliyinə görə” medalı ilə təltif olunur. Bərpa illərində Həmidə

10

xanım əsasən tərcüməçiliklə məşğul olmuşdur. O, yazıçı Mir Cəlalın
“Dirilən adam” romanını, həm də Azərbaycan folklor nümunələrini
rus dilinə tərcümə və nəşr etdirir.

Həmidə xanım haqqında Mirzə Cəlil tez-tez belə bir ifadə işlədirmiş
ki, “Həmidə tuman geyinmiş generaldır”. Onun igidliyi, qorxmazlığı
və vətənpərvərliyi haqqında bir nümunə demək bəs edər. 1920-ci ilin
martında ermənilər Qarabağda Əsgəran qalasını tutub Ağdam-Şuşa
yolunu bağlayanda Şuşada ermənilər tərəfindən qırğınlar törədiləndə,
Həmidə xanım Qarabağ bəylərindən, zadəganlardan və yerli əhalinin
igid oğullarından ibarət ətrafına 200 atlı toplayaraq Əsgəran qalasında
ermənilərlə döyüşmüş, yolu açaraq şuşalılara yardım aparmışdır.
Tarixi qaynaqlarda göstərilir ki, silah saxlamaq, yeri gələndə ondan
istifadə etmək Həmidə xanıma atası Əhməd bəydən keçmişdir.
Hətta Kəhrizlidə yaşayanda uşaq vaxtı bir neçə dəfə onların evlərinə
hücumlar olmuş, atası Əhmədbəyin düşmənləri ilə atışmasını uşaqlar
dəfələrlə canlı müşahidə etmişdilər.

Mövcud sənədlərdə göstərilir ki, Əhməd bəy vəfat ettikdən iki
il sonra, yəni, 1905-ci ildə Həmidə xanım atasının şeirlər kitabını
nəşr etdirmək üçün Tiflisə gedərkən orada tanınmış ədibimiz Cəlil
Məmmədquluzadə ilə tanış olur. İki ildən sonra aralarında xoş
münasibətlər yaranır və 1907-ci il iyunun 15-də onunla ailə qurur.
Fiologiya elmləri doktoru, professor A. Zamanov Həmidə xanımın
Mirzə Cəlil haqqında olan xatirələrinin ikinci nəşrinə yazdığı ön sözdə
deyilir. “ Həmidə xanım təbiəti etibarilə işgüzar, düşünən, özünü oda-
közə vuran, həmişə yeni bir iş görmək arzusu ilə çırpınan şəxs idi.
Əsrimizin əvvəllərində (XX əsr - Ə.N) biz onu Tiflisdə Azərbaycan
ziyalı qadınlarının apardığı mədəni-maarif işlərinin mərkəzində
görürük. Bu zaman o, qadın xeyriyyə cəmiyyətinin yorulmaz

11

təşkilatçılarından biri kimi fəaliyyət göstərir, böyük çətinliklər bahasına
tamaşalar, müsamirələr düzəldib vəsait toplayırdı. Bu vəsait o vaxt qız
məktəblərinə verilir, yoxsul qızların təhsili və digər ehtiyacları üçün
xərclənirdi.

Atası Əhməd bəy də, Həmidə xanım da Kəhrizlidə öz xərclərinə
qızlarla oğlanların bir məktəbdə təhsil ala biləcəyi o dövr üçün müasir
ola biləcək məktəb açmaq arzusunda idilər. Lakin müxtəlif səbəblərdən
bu xeyirxah işi bir neçə il təşkil edə bilməmişdilər. Deyilənlərə görə
atası Əhməd bəy bunu, yəni, yeni üsullu məktəb açmaq ideyasını ona
vəsiyyət etmişdir. O, bu arzusunu 1907-cu ildə Mirzə Cəlilin köməyi
ilə həyata keçirə bilmişdir. Bu məktəb Azərbaycanda sovet işğalına
qədər fəaliyyət göstərmişdir. Yeni açılmış məktəbdə Mirzə Cəlilin
təşəbbüsü ilə Əhməd bəyin kitablarından ibarət “Molla Nəsrəddin” adlı
kitabxana da yaradılmışdır. 1920-ci ildə Azərbaycan sovet əsgərləri
tərəfindən işğal olunanda “beş böyük şkafda” (təxminən 500 nüsxə
kitab) yerləşən bu kitablar müsadirə olunaraq Şuşaya aparılmışdır.
Mirzə Cəlil həmin kitabları qaytarmaq üçün 2 iyul 1921-ci ildə Xalq
Maarif Komissarı Dadaş Bünyadzadəyə məktubla müraciət edir.
Onun bu müraciəti əsasında 16 iyul 1921-ci il tarixdə tədbir görülmək
üçün Xalq Maarif Komissarı Dadaş Bünyadzadənin Şuşa Qəza Maarif
şöbəsinə göndərdiyi məktubda yazılır: «Şuşa qəzasının Kəhrizli
kəndində 1907-ci ildə Həmidə xanım tərəfindən yaradılmış xalq
məktəbinin nəzdində yerləşən, «Molla Nəsrəddin» adına kitabxana
keçən il müsadirə olunmuşdur. Deyilənə görə, hal-hazırda Şuşa
şəhərində yerləşir. Yuxarıda yazılanları və adı çəkilən kitabxananın
yaradıcısı Həmidə xanımın həyat yoldaşı Cəlil Məmmədquluzadənin
müraciətini nəzərə alaraq, xahiş olunur ki, kitabxananın qorunub
saxlanması və yerli Kəhrizli əhalisinə xidmət məqsədi ilə Kəhrizli

12

xalq məktəbinə köçürülməsi üçün müvafiq tədbir görəsiniz”. Təəssüf
ki, bu məktuba baxmayaraq həmin kitablar bir daha Kəhrizli kənd
məktəbinə qaytarılmamışdır.

Məlumdur ki, o vaxtlar əyalətlərdə əhaliyə tibb yardımı
yox dərəcəsində idi. Yoluxucu xəstəliklərin qarşısı vaxtında
alınmadığından onlar geniş yayılır, nəticədə insanlar arasında kütləvi
qırğınlar törəyirdi. Buna görə də Həmidə xanım yoluxucu xəstəliyə
qarşı peyvənd etməyi, həmçinin həmin xəstəliyə tutulanlara ilk yardım
göstərməyi öyrənib, hətta nəinki öz rəiyyətini, bütün kənd əhalisini
özü müalicə etmişdir. Qeyd edək ki, Həmidə xanım peyvənd etməyi
Tiflisə gedib tanınmış həkim B. N. Ağabəyovdan öyrənmişdir. Sonralar
qohumu və ailəvi dostları olan Şuşalı həkim Kərimbəy Mehmandarov
(1854-1929) Həmidə xanımı bu işə daha da həvəsləndirmiş, ona ayrı-
ayrı xəstəliklərin bəzilərini müalicə etməyi öyrətmiş və reseptlər yazıb
vermişdir. Kəhrizli kəndinin sakinləri yaşlı nəslin nümayəndələrindən
eşitdiklərinə görə danışırlar ki, Həmidə xanımın çoxlu müalicə
kitabları var idi. Onun hamısını oxuyurdu və evində kiçik apteki də var
idi. Həmidə xanımdan qalan kitabların arasında rusca “Sağlamlıq”
adlı bir kitab da vardır. Onun üzərində bu sözlər yazılmışdır: “Bütün
həyatı boyu kəndliləri müalicə edən Həmidə xanıma hədiyyə. “Molla
Nəsirəddin, Moskva, 29 oktyabr 1924-cü il”. Bu kitabı ona həyat
yoldaşı Mirzə Cəlil Moskva şəhərindən almışdır.

Müasir oxucuların nəzərinə çatdırırırq ki, Həmidə xanımın başladığı
təşəbbüslər heç də asanlıqla başa gəlmirdi. Elə hallar olmuşdur ki, onu
ictimai məclislərə buraxmamış, idarələrin qapısından qaytarmışlar.
Məsələn, 1907-ci ildə Qarabağda yaranmış aclığın qarşısını almaq
üçün yollar axtarmaq məqsədilə Bakıda xüsusi konfrans çağırılmışdı.
Qarabağda olan real vəziyyət haqqında konfransda Həmidə xanım

13

məruzə etməli idi. Lakin “biz müsəlman qadınını üzüaçıq görmək
istəmirik”-deyən qaragürühçuların tələbilə Həmidə xanım həmin
konfransa buraxılmamış, Bakıdan kor-peşman Qarabağa qayıtmalı
olmuşdu. Tanınmış ictimai-siyasi xadim, Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsinin və eyni zamanda Yeni Əlifba Komitəsinin sədri Səmədağa
Ağamalıoğlu (1867-1930) 1928-ci ildə çap olunmuş “Namus” adlı
kitabında həmin hadisəni xatırlayıb göstərir ki, əslində mürtəcelər
o zaman Həmidə xanımı üzüaçıq olduğu üçün yox, açıqfikirli
olduğu üçün konfransa buraxmamışdılar. Həmidə xanım xalqının
dərdini deməyə tribuna axtarırdı. Belə bir tribunanı o, Zaqafqaziya
pambıqçılarının 1912-ci ildə Tiflisdə keçirilmiş XIII qurultayında
tapa bilmişdi. Mətbuatın yazdığından məlum olur ki, azərbaycanlı
qadının belə bir geniş yığıncağın kürsüsündə çıxış etməsi ictimaiyyət
nümayəndələrinə çox güclü təsir etmişdi. Oradakı çıxışında bir çox
məsələlərə toxunan Həmidə xanım əkinçilik mədəniyyətinin artırmaq
üçün 20-dən artıq təklif, o cümlədən, ibtidai kənd təsərrüfatı məktəbləri
açmağı, nümunəvi əkin sahələri düzəltməyi, kəndə təsərrüfat maşınları
gətirməyi, kəndlərin arasında abad yolları çəkməyi təklif edir, rabitə
vasitələrinin və tibb yardımının yoxluğundan şikayətlənirdi.

Həmidə xanım XX əsr ictimai fikir tariximizə Azərbaycanın
qabaqcıl maarifpərvər qadınlarından biri kimi daxil olmuşdur. O
zamanlar bir məsələ Həmidə xanımı çox həyəcanlandırırdı. Tiflis
qızlar İnstitutunda müxtəlif millətlərdən olan qızlar tədris edilən
fənlərdən başqa, öz ana dillərini də öyrənirdilər. Lakin bu məsələlərdə
müsəlman qızları istisnalıq təşkil edirdilər, onların ana dili müəllimi
yox idi. Həmidə xanım bu barədə əvvəllər də İnstitut direktoruna
demiş, ondan “müəllim və ona vermək üçün pulumuz yoxdur” -
cavabını almışdı. Axırda o, direktora bildirir ki, müəllimin maaşını özü

14

verməyə hazırdır. Direktor müəllim təyin olunması üçün Şeyxülislam
Əbdüssəlam Axundzadəyə müraciət etməyi ona məsləhət görmüşdü.
Həmidə xanım da yaxın rəfiqəsi Sofya xanım Şahtaxtinskaya ilə
Şeyxin evinə getmişdir. Həmidə xanım ona təklifini bildirmiş və Şeyx
onun “nə üçün institutda bizim qızların ana dili müəllimi yoxdur
sualına cavab olaraq” demişdir ki, “yaşlı müəllim yoxdur, cavan
müəllimləri də ora göndərmək məsləhət deyil” və sonra Şeyx söz verir
ki, yararlı müəllim tapılana qədər gedib qızlara özü dərs deyəcəkdir.
Həmidə xanım da ona təşəkkür edərək geri qayıdır. Onun bu barədə
öz dövrünün çox tanınmış ziyalısı Məhəmməd Ağa Şahtaxtınskiyə də
müraciət etməsi barədə məlumatlar var.

Bunu da qeyd etmək lazımdır ki, Tiflis Qızlar İnstitutda ana dilini
tədris etdirməyi ilk dəfə Mirzə Cəlilə söyləmişdilər, lakin Mirzə Cəlil
vaxtı olmadığını bildirərək keçmiş “Şərqi-rus” qəzetinin redaktoru
olan Məhəmmədağa Şaxtaxlını (1846-1931) dərs demək üçün
məsləhət bilmişdi. Həmidə xanım da Heydər ağa Şahtaxtlı ilə birlikdə
Məhəmmədağanın evinə gedərək ondan dərs deməyə razılıq almış və
onu İnstitutun direktoru Papovanın yanına aparmışdı. Məhəmmədağa
Şaxtaxlının uzun müddət Parisdə yaşadığını və fransız dilini şox
gözəl bildiyini öyrənəndə Papova sevinir və ona 30 manat maaş təyin
edir. Razılaşmaya əsasən bu pulu, yəni təhsil xərclərini də bilavasitə
Həmidə xanım ödəməli olur.

XX əsrin əvvəllərində Həmidə xanım Qarabağda əhalini düşdüyü
ağır vəziyyətdən, xüsusilə aclıqdan çıxartmaq üçün tez-tez xeyriyyə
tədbirləri təşkil edir və başqa yerlərdən də kömək alırdı. Tiflis
xeyriyyə cəmiyyəti (həmin cəmiyyətin sədri Mustafa ağa Vəkilov,
katibi Mirzə Cəlil idi) Ağcabədi və qonşu bölgələrin məruz qaldığı
çıxılmaz vəziyyətdən xəbər tutduqda zərərçəkənlərə paylamaq üçün

15

poçtla Həmidə xanımın adına 600 manat pul göndərmişdi. Həmidə
xanım daha çox zərərçəkən kəndlərə gedib, hökumət məmurlarının və
kənd ağsaqqallarının iştirakı ilə hər nəfər başına 1 manat 50 qəpik
paylamışdı. Pulun paylanması haqqında rəsmi sənədlər tərtib etdikdən
sonra kəndə qayıtmış və ertəsi gün İnistitutu bitirən qızının arxasınca
Tiflisə yola düşmüşdü. Bu ərəfədə yoxsul ailələrə yardım üçün
məşhur messenat, Bakı milyonçusu H.Z.Tağıyev də onun adına min
manat göndərmişdi. Amma Həmidə xanım pulu almır və ona yazır ki,
təxirəsalınmaz işim olduğu üçün Tiflisə gedirəm, pulu alıb paylamağa
vaxtım yoxdur. Bu işin həkim Mehmandarova tapşırılmasını məsləhət
görürəm.

Köhnə dostları, mərhum Əhməd bəyin yoldaşı dramaturq Nəcəf
bəy Vəzirov, Şuşa xeyriyyə cəmiyyətinin rəhbərlərindən biri olan
doktor Kərimbəy Mehmandarov, müəllim Mirzə Ələkbər Axundov,
onun qardaşı doktor Axundovun həyat yoldaşı Səltənət xanım tez-
tez Həmidə xanımgilə gəlirdilər. Həmidə xanım Kərim bəy və Nəcəf
bəyin təşəbbüsü ilə qərara aldılar ki, həvəskar ziyalıların və tələbələrin
qüvvəsilə dərnək təşkil edib, tamaşalar, müsamirələr keçirsinlər
və bu tədbirlərdən yığılan pulu yoxsul tələbələrə paylasınlar. Yay
mövsümündə onlar bir neçə belə tamaşa və müsamirələr verdilər.
Yoxsul ailələrə paylanandan sonra onların gəlirindən qalan 1000
manat məbləği isə ali məktəblərdə oxumağa gedən yoxsul tələbələrin
arasında bölüşdürmüşdülər.

Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, xronoloji qaydada
izlədikdə məlum olur ki, Həmidə xanımın bütün xeyriyyəçilik
fəaliyyətinin əsas mahiyyəti əhalinin maarifləndirməyə
istiqamətləndirmiş, onlara az da olsa, maddi və mənəvi cəhətdən
dəstək durmaqdan ibarət olmuşdur.

16

Məlumdur ki, 1907-1908-ci illərin qış və yaz aylarında Həmidə
xanım artıq xeyriyyə cəmiyyətində işləyirdi. Əvvəllər bu cəmiyyət
çox kasıb idi, çünki ona rəğbət bəsləyənlərin sayı az idi. Həmidə
xanımgil vəsait almaq üçün keçirdikləri tədbirlərinin baş tutmasına
çox çətinliklə nail olurdular.

Həmidə xanımın öz kəndlərində və digər yerlərdə məktəb açmaq
arzusunun reallaşmasında Azərbaycan ədəbiyyatının görkəmli
simalarından biri olan Mirzə Cəlilin də əvəzsiz rolu olmuşdur. Çünki,
bu sahədə Mirzə Cəlilin böyük təcrübəsi var idi. Pedaqoji cəhətdən
kifayət qədər müəllimlik təcrübəsi olan Mirzə Cəlil bu məktəbin
tədris planını, dərs cədvəllərini və davamiyyət jurnallarını özü tərtib
etmişdir. Bu məktəbdən biri olan Kəhrizli kənd məktəbində 20 parta
var idi. Bu partaların və məktəb üçün yazı löhvəsinin hazırlanmasında
Mirzə Cəlilin də əməyi olmuşdur. Məktəbə kitablar, dərsliklər,
dəftərlər və bütün zəruri əşyalar qismən də olsa alınmışdı. Burada cəmi
20 oğlan və 10 qız toplaya bilmişdilər. Həmidə xanım öz hesabına
Gürcüstandan Xmaladze adlı bir müəllim də gətirmişdir. Türk dilini
Mirzə Şəfi Axundov, rus dilini isə Mariya Afanasyevna Jukova tədris
etmişdilər. Həmidə xanımgil dərsə gələn uşaqlara, xüsusilə yoxsul
şagirdlərə paltar və ayaqqabı pulu verirdilər. Sonra isə Qori Müəllimlər
Seminariyasını bitirmiş Salmanbəy Əlibəyovu məktəbə dərs deməyə
dəvət etdilər.

Bəhs olunan dövrdə Şuşada Nikolayın dövründən qalma ortabab
bir tikiş karxanası vardı. Mirzə Cəlil kənd camaatından az-az yun satın
alıb Həmidə xanıma göndərirdi. Bəzən də Həmidə xanım da Şuşada
bu yunu kasıb müsəlman qadınlarına paylayırdı. Həmidə xanım
maaşı qadınlara un şəklində ödəyirdi. Əvvəlcə 4 dəzgahı Həmidə
xanım öz eyvanında yerləşdirir, elə orada da işləməyə başlamışdılar.

17

Dəzgahlar artanda doktor Mehmandarovun təşəbbüsü ilə toxuculuq
emalatxanasını Şuşada Bazar Başı deyilən yerdə karvansarayın yanında
olan məscidin (Yuxarı Gövhər Ağa məscidi nəzərdə tutulur-Ə.N. )
ikinci mərtəbəsində yerləşdirilməsi üçün razılıq almışdı. Məscidin bu
mərtəbəsi dindar qadınlar üçün nəzərdə tutulduğundan qadınlar bu
təklfi əvvəlcə qəbul etmədilər, lakin müəyyən izahat işlərindən sonra
Həmidə xanım onları razı salmağa müvəffəq olmuşdur.

Həmidə xanım xatirələrində yazır ki, Mirzə Cəlillə belə qərara
gəldik ki, bağları elmi üsulla becərək. Elə bu ərəfədə bir nəfərin Tiflisdə
nəşr olunan “Vozrajdenije” qəzetində bir aqronom (David Qitayeviç
Saraşidze) işi axtardığı məlum oldu. Onu Kəhrizliyə dəvət etdik və 25
manat məvaciblə razılaşdı ki, bizim bağlara xidmət göstərsin.

Həmidə xanım David Qitayeviç Saraşidzeni belə qiymətləndirir
ki, o, çox savadlı və nəzakətli bir elm adamıydı. Təəccüb edirdim
ki, belə bir insan 25 manat məvaciblə necə razılaşaraq gəlib belə bir
ucqar yerdə işləyir. Sonralar məlum olur ki, müəllimlər Salmanbəy
Səfibəyov da, Xmaladze də, bağban David Sarasidze də həmin
vaxt bolşeviklər partiyasının Bakı təşkilatının tapşırığı ilə inqilabi
fəaliyyətlə məşğul olan və bolşeviklərə kömək edən inqilabçılar imiş
və mərkəzdən ucqarlara səpələnmək onlara bir bolşevik tapşırığı
kimi verilmiş, Tiflisdən çox uzaq olan Kəhrizli kəndi də lap yerinə
düşmüşdür. Həmidə xanımın mülkü qapalı bir yer idi, özü zadəgan
nəslindən idi, heç kim inanmazdı ki, onun işçiləri inqilabi fəaliyyətlə
məşğul olar və bura həmin şəxslərin əslində gizli inqilabi fəaliyyətləri
üçün çox əlverişli bir məkan olmuşdur.

Başqa şəhərlərdə olduğu kimi Şuşada da “Xeyriyyə Cəmiyyəti”
şəhərin iqtisadi inkişafında və mədəni həyatında müsbət rol oynayırdı.
Cəmiyyət şəhərin xeyir və şərində yaxından iştirak etməklə yeni

18

mədəni-maarif müəssisələrinin açılmasına, yoxsulların, xüsusilə,
kasıb tələbələrin maddi vəziyyətlərinin yaxşılaşmasına böyük
qayğı göstərirdi. Məsələn, 1919-cu ildə Novruz bayramı günlərində
cəmiyyət ehtiyacı olanlara 4050 metr arşın malı, 35 pud (1 pud =
16.4 kq) səbzə, 8,5 çay, 15 pud sabun, 35 pud buğda paylanmışdır.
Bundan əlavə hər bir kasıb ailəyə 20 manat pul verilmişdi. Birlikdə
2700 nəfərə cəmiyyət kömək əlini uzatmışdır. Bütün bu xeyirxah
tədbirləri Əhmədbəy Cavanşirin qızı Həmidə xanım Cavanşir və
həkim Kərimbəy Mehmandarov təşkil etmişdir.

Həmidə xanım Bakı, Tiflis, İrəvan kimi böyük şəhərlərlə yanaşı
Kəhrizli kəndinə qonşu olan rayonlarda və kəndlərdə, Hindarx,
Bərdə, Ağdam, Ağcabədi və Şuşada da çoxsaylı xeyriyyəçilik işləri
görmüşdür.

Həmidə xanımın Şuşadakı xeyriyyə işlərinin əhatəsi çox geniş
olmuşdur. Bunu da xüsusi vurğulamaq lazımdır ki, Həmidə xanımın
təhsili yox idi. O, dərsini atasından və dayəsindən almış və şəxsi
mütaliə ilə çox məşğul olmuşdu. Həmidə xanımın demokratik fikirli
şəxsiyyət və maarifpərvər bir xanım kimi formalaşmasında Qarabağ,
xüsusilə də Şuşa ədəbi-bədii və siyasi mühitinin xüsusi rolu olmuşdur.
Həmidə xanım atasının vasitəsilə Şuşada fəaliyyət göstərmiş “Məclisi-
üns” və “Məclisi-fəramuşan”ın bəzi üzvləri ilə çox yaxın olmuşdur.
Həmidə xanımın XIX əsrin sonları və XX əsrin ilk illərində Şuşada
və Tiflisdə təşkil olunan “Şərq Konsertləri”nin təşkilində, xeyriyyə
cəmiyyətlərinin işində, kitabxana və qiraətxanaların açılmasında, teatr
tamaşalarının təşkilində və formalaşmasında, əhaliyə ilk tibbi yardım
göstərmək, uşaqları peyvənd etmək kimi fəaliyyətləri də olmuşdur.

Həmidə xanımın xatirələrindən məlum olur ki, bəhs olunan dövrdə
Qarabağda “çiçək” xəstəliyi yayılır və insanlar bu xəstəlikdən tələf

19

olmağa başlayırlar. Bunun qarşısını almaq üçün Həmidə xanım Tiflisə
gedir. Tanınmış həkim B. N. Ağabəyovdan peyvənd etməyi öyrənir
və lazım olan dərmanlardan külli miqdarda alıb Kəhrizliyə qayıdır.
Bu xəstəlik nəticəsində, çoxlu uşaq və yeniyetmələr məhv olmuş,
çoxu gözdən kor olmuş və sifəti eybəcər hala düşmüş, çopurlanmış
uşaqlar var idi. Millət xainləri və Həmidə xanımı gözü götürməyənlər
o qayıdana kimi əhali arasında əks təbliğat aparmış, vaksin vurulan
kimi uşaqların öləcəyinə insanları inandıra bilmişdilər. Nadanlar və
onun düşmənləri belə bir şayiə yaydılar ki, guya Həmidə xanım yeni
bir xəstəlik gətirib insanları ona yoluxduracaq və s. Həmidə xanım
məşhur Şuşalı həkim Kərimbəy Mehmandarovun köməyi ilə bu işin
də öhdəsindən gəlir. Əhalini inandıra bilir və uşaqları vaksin edərək
ölümün pəncəsindən xilas edə bilir.

Həmidə xanım 1906-cı ildə Məhəmməd Şaxtaxtlını (“Şərqi-Rus”)
Qızlar İnstitunun direktoru Papovanın yanına aparır. Onları tanış edir.
Papova bu işdən çox sevinir, çünki M. Şaxtaxtlı uzun müddət Parisdə
yaşamış və çox geniş dünyagörüşünə və savada malik olan bir ziyalı
idi. Razılaşmaya görə Şaxtaxtlıya Həmidə xanım hər ay əmək haqqı
olaraq 30 manat maaş verməli olur.

Dəfələrlə yerli Qarabağ bəylərini və həta Həmidə xanımın öz
yaxın qohumlarını onun üstünə qaldırmağa nail olan nadan insanlar
çox olmuşdu. Hətta dəfələrlə onun əkin sahələrinə heyvan buraxaraq
onu məhv etmişdilər. Bu barədə Həmidə xanım yazırdı: “Biz evimizin
yanında Tehran üzüm növü tənəkəsi əkmişdik. Onları Pirimbəy
Pirimbəyovdan almışdım. Mən və Mirzə Cəlil buna sevinir və güman
edirdik ki, bir iki ildən sonra bizim tərəflərdə nadir tapılan üzüm
məhsulunu götürəcəyik. Gecənin birində qonşu bəylər çəpəri söküb
oraya mal-qara buraxmış və nəticədə üzüm bağı yerlə yeksan olmuşdur.

20

Ümumiyyətlə heç bir çəpər, heç bir maneə bu ikiayaqlı heyvanların
qarşısını ala bilmirdi. Yerli bəylərin xoşuna gəlməyən hərəkətlərdən
biri də Həmidə xanımın gətirdiyi məhsuldar üzüm və digər ağac
tinglərindən əkmək üçün kəndlilərə də verməsi səbəb olurdu.

Həmidə xanımın həyatını öyrəndikdə məlum olur ki, o, öz
dövründə çoxsaylı zərərli və nadan insanlarla tam bir ömür mücadilə
etmiş, sonda qalib gəlmiş möhtəşəm bir şəxsiyyətdir. Bu şəxsiyyətin
bütün xarakterik cizgilərini bədii dillə yazıçı Bayram Bayramov iki
cildlik “Karvan yolu” romanında tam təsvir etmişdir.

Müasir gənclik üçün Həmidə xanımın həyatı və mübarizəsi çox
böyük bir örnək ola bilər. Müasir təlim-tərbiyə sistemində şəxsi
nümunə mühüm əhəmiyyət kəsb edir. Və Azərbaycan pedaqoji fikir
tarixində böyük demokrat Mirzə Cəlillə yanaşı Həmidə xanımın da
özünəməxsus pedaqoji görüşlərindən gənc nəsil bəhrələnsə yaxşı olar.

Tarixin gedişi göstərdi ki, Mirzə Cəlil də, Həmidə xanım da
ailə quranda təkcə xoşbəxt gələcəyi olan bir ailənin təməlini deyil,
həm də milli-mənəvi dəyərlərə söykənən ümumxalq mənafeyinə bir
yerdə xidmət göstərmək üçün düşünülmüş şəkildə öz imkanlarını da
birləşdirməyə nail olmuş bir ailənin təməlini qoymuşdur.

Həmidə xanımın maarifçilik fəaliyyətindən danışarkən xüsusi
qeyd olunmalıdır ki, ona bu işlərdə, xüsusilə də, xeyriyyəçilik işlərində
Cəlil Məmmədquluzadənin və onun nəşr etdiyi “Molla Nəsrəddin”
jurnalının çox böyük təsiri olmuşdur. Hətta bəzi məsələlərin ideya
müəllifi Mirzə Cəlil olmuşdur. Bu işlərdə həm Mirzə Cəlilin, həm də
“Molla Nəsrəddinçilər”in ona yaxından kömək etməyi çox vacib bir iş
idi və bunu xüsusi qeyd etməliyik.

Həmidə xanımın maarifçilik həyatından bəhs edərkən onun
yaşadığı mühitin və ailə vəziyyətinin, həmçinin zadəganlar nəslinə

21

mənsub olduğunu ayrıca qeyd etmək lazımdır. Digər tərəfdən böyük
ədib Mirzə Cəlilin həyatı, onun nəşr etdirdiyi “Molla Nəsrəddin”
jurnalı və onunla əməkdaşlıq edən ziyalıların da maarifçilik işinə
xüsusi köməyi olmuşdur. Bundan başqa Mirzə Cəlilin özünün bu gün
də pedaqoji fikir tariximizdə mühüm yer tutan pedaqoji görüşləri,
əsərlərində qoyulmuş böyük didaktik ideyalar, oğlan və qızları, əsasən
də imkansız ailələrin uşaqlarını təhsilə cəlb etməsi, məktəb və tibb
məntəqələri açması, savadsızlıq və cəhalətə qarşı barışmaz mövqedə
olması, savadsızlığın ləğvi və s. Həmidə xanımın maarifçilik
fəaliyyətini daha da genişləndirmişdir.

Həmidə xanım həm də dərin ictimai siyasi köklərə malik rus
və Azərbaycan ədəbi nəşrləri ilə yaxından tanış olan bir ziyalı idi.
Sonralar O, atasının tərcüməçilik fəaliyyətini də davam etdirmişdir.
Əhməd bəy A. Puşkinin “Balıqçı və balıq nağılını”, M. Lermontovun
”Mtsıri”, ”Bəhs”, “Üç xurma ağacı”,”Terekin sovqatı”, “Hacı Abrek”,
V. Jukovskinin ”Yay axşamı”, “Yatmış şahzadə qız” və s. əsərlərini
Azərbaycan dilinə tərcümə etmişdir.”

İctimai fikir tariximizdə yeni bir mərhələ yaradan Mirzə Cəlil kimi
bir şəxslə 25 il ailəli olmaq da Həmidə xanımın maarifçilik ideyasının
inkişafına əvvəlcədən hədəfi bəlli olan bir istiqamət vermişdir. Çünki,
Mirzə Cəlil: - “Axı Molla Nəsrəddin, lal ol, çox işlərə əl aparma, çox
sirləri açma, pərdələri açma, çox çirkləri qurdalama ki, üfunəti dünya
və aləmə yayılsın” -desə də, əslində çox işlərə baş qoşmuş, çox çirkləri
açmış, əsasən insanların şərəf və ləyaqətin alçaldan mövcud köhnə
cəmiyyətin bütün eybəcərliklərin açıb xalqa göstərməyi qarşısına
məqsəd qoymuşdur. Məhz bu prosesin çoxu Həmidə xanımın gözləri
önündə baş vermiş, özü bu işlərin canlı iştirakçısı olmuş, Mirzə Cəlilin
bu işlərdə yaxın məsləkdaşına çevrilmişdir. Bir həqiqəti də xüsusi

22

qeyd etmək lazımdır ki, Mirzə Cəlilin bütün ictimai-siyasi və pedaqoji
görüşlərinə Həmidə xanımın da böyük təsiri olmuş, həm sağlığında,
həm də böyük ədibin vəfatından sonra onun əsərlərini qorunması,
toplanıb nəşr edilməsində Həmidə xanımın xüsusi əməyi olmuşdur.

Məlum olduğu kimi Mirzə Cəlil, Həmidə xanım və onların
övladları və digər Məmmədquluzadələrin bir-birinə yazdığı 278
məktub barədə elmi-tədqiqat məlumatları vardır. (Həbbbəyli İ. “Mirzə
Cəlil və Məmmədquluzadələr: Məktublaşma”. B, Çinar, 2003, s. 205).
Bu məktublardan 168-i Mirzə Cəlilə, 20-si Həmidə xanıma, qalan 90
məktub isə bu ailənin digər üzvləri Münəvvər, Midhət, Ənvər, Ələkbər
və müxtəlif şəxslər tərəfindən onlara göndərilmiş məktublardır. Bu
məktublardan Mirzə Cəlil və Həmidə xanım tərəfindən yazılanların
hər birində uşaqların təhsili, təlimi, tərbiyəsi, sağlamlığı, dərslik və
dərs vəsaitləri, bir sözlə məktəblə bağlı nə işləri varsa, bir ana, bir ata
qəlbinin səsi olmaqla yanaşı, həm də didaktik cəhətdən çox qiymətli
fikirlərdir. Bu məktublar insanın kifayət qədər yaxşı formalaşmasında
xüsusi yeri olan ailə tərbiyəsi, övlad-valideyn münasibətlərinin
güzgüsüdür. Bu məktublardan elə birini tapa bilməzsən ki, orada
Həmidə xanımın bir ana kimi, bir ziyalı tərbiyəçi nümayəndəsi kimi
qəlbinin çırpıntıları və səmimiliyi insanı heyrətə gətirməsin.

Məlumdur ki, Həmidə xanım Mirzə Cəlilin vəfatından sonra da
maarifçilik ideyalarının həyata keçirmək üçün daha 23 il də təkbaşına
mübarizə aparmışdır. Bu dövrdə o, əsasən fəaliyyətini Mirzə Cəlilin
əsərlərini toplayaraq nəşr olunmasına həsr etmişdir. Həmidə xanımın
bu sahədə gördüyü böyük işlərdən biri də onun Mirzə Cəlil haqqında
yazdığı “Xatirələrim” əsəridir. “Xatirələrim”i 1938-ci ildə tamamlayan
Həmidə xanım həmin vaxt, özündən asılı olmayan səbəblərdən, onun
nəşrinə nail ola bilməsə də, əsər bu gün də Mirzə Cəlilşünaslığın

23

öyrənilməsində çox dəyərli bir tədqiqat mənbəyidir. Həmidə xanım bu
əsəri rus dilində yazmışdır. Əsər ilk dəfə professor Abbas Zamanovun
tərcüməsilə 1967-ci ildə Azərbaycan dilində nəşr olunmuşdur.
Lakin professor Abbas Zamanov da əsəri tərcümə edərkən Həmidə
xanımın sovet rejiminin ideoloji təbliğatı ilə üst-üstə düşməyən bəzi
hissələri ixtisarla versə də kitabın çapı o dövr üçün bir ədəbi hadisəyə
çevrilmişdir. Yaxşı ki, 1981-ci ildə “Gənclik” nəşriyyatı bu əsəri təkrar
nəşr etmişdir.

Xatirələrin bu nəşri hazırlanarkən bəzi düzəlişlər edilmiş, müqəddimə
yenidən yazılmış, şərhlər və izahlar təkmilləşdirilmişdir. XXI əsrin
əvvəllərində isə bu əsər tanınmış yazıçı Mehriban Vəzir tərəfindən
tam tərcümə edilərək, geniş müqəddimə və izahlarla, nəfis şəkildə
“Xatirələrim” adı ilə 2012-ci ildə “Apastrof” nəşriyyatı tərəfindən çap
olunmuşdur. Əvvəlki nəşrlərdən fərqli olaraq bu nəşrdə Həmidə xanımın
ədəbi, bədii və siyasi fəaliyyəti daha ətraflı izah olunmuşdur.

Bəzi tərcümələrini və Mirzə Cəlil haqqındakı “Xatirələri” nəzərə
alaraq 1939-cu ildə Həmidə xanım Azərbaycan Sovet Yazıçılar
İttifaqına üzv qəbul olunur. Ailəli olduqları 25 il ərzində Həmidə xanım
çox ağır günlər yaşamış Mirzə Cəlilin daim sirdaşı və köməkçisi
olmuşdur. Mirzə Cəlilin vəfatından sonra Həmidə xanım 23 il ərzində
qalan ömrünü onun əsərlərinin rus dilinə tərcüməsi, nəşri, qorunması
və s. məsələlərinə sərf etmişdir. O, Cəlil Məmmədquluzadənin “Poçt
qutusu”, “Rus qızı” və “Yan tütəyi” əsərlərini və bir neçə Azərbaycanlı
yazıçıların əsərlərini də rus dilinə tərcümə edərək nəşrinə nail
olmuşdur. Həmidə xanım bu istiqamətdəki işlərini ömrünün sonuna
kimi uğurla davam etdirmişdir. Həyatının mənasını da bu xeyirxah
əməllərdə görmüşdür.

Professor A. Zamanovun Həmidə xanımla bağlı belə bir kövrək

24

xatirəsi vardır: Həmin xatirəni olduğu kimi oxuculara təqdim edirik.
A. Zamanov yazır ki, 1955-ci ilin yanvar ayı idi. O zaman mən
Universitetin (indiki BDU nəzərdə tutulur) filologiya fakultəsində
tələbə elmi cəmiyyətinin rəhbəri idim. C. Məmmədquluzadənin
vəfatının ildönümü günündə Həmidə xanımla tələbələrin görüşünü
təşkil etmək, xatirələrini dinləmək istəyirdik. Bu münasibətlə onun
evinə getməli oldum. Sən demə xəstə imiş. Artıq zəifləmiş və çox
arıqlamışdı. Vaxtilə gördüyüm əzəmətdən əsər belə qalmamışdır.
Lakin təfəkkürünü, məntiqini itirməmişdi. Sakit-sakit danışır, tez-tez
ərini xatırlayırdı. Deyirdi ki, Mirzə Cəlil “Anamın kitabı”nı yazıb
qurtaranda birinci dəfə mənə oxudu. Zəhrabəyimin faciəsi mənə elə
ağır təsir etdi ki, özümü ələ ala bilmədim, ağladım. Əsərin üzünü
köçürtdürüb özümdə yadigar saxladım. İndi də məndədir. Sağalan
kimi onu rus dilinə tərcümə edəcəyəm.

Müasir oxucular üçün çox maraqlı olar ki, Həmidə xanımı bu
maarifçilik fəaliyyətinə cəlb edən başlıca amillərin ideya mənbəyində
hansı milli-mənəvi dəyərlərin durduğunu bilsinlər. Şübhəsiz gendən
gələn əlamətlərlə yanaşı, mənsub olduğu ailə, yaşadığı mühit, aldığı
ailə tərbiyəsi və nəhayət 25 il bir ailədə yaşadığı Mirzə Cəlilin onun
dünyagörüşünə olan müsbət təsiri burada xüsusi qeyd olunmalıdır.

Mirzə Cəlilə ərə getdikdən sonra Həmidə xanımın xüsusilə
ictimai həyatda fəallaşması, onun maarifçilik fəaliyyətinin məhdud
xeyriyyəçilik çərçivəsindən çıxararaq daha çox və böyük sahələri
əhatə etməsi, şübhəsiz ki, birgə ailə həyatı dövründə həyat yoldaşından
keçmə milli və bəşəri təsirlərin nəticəsi idi. Çünki Azərbaycanın
ictimai fikir tarixində Mirzə Cəlil təkcə “Molla Nəsrəddin” jurnalının
təsisçisi və redaktoru kimi deyil, həm də böyük demokrat yazıçı və
görkəmli pedaqoq və jurnalist kimi də özünəməxsus yeri tutur.

25

O, Qori Müəllimlər Seminariyasını bitirəndən sonra ilk müəllimlik
etdiyi İrəvan şəhərində, Tiflisdə, Bakıda da daim maarifçilik, xalqın
azadlığı uğrunda digər “Molla Nəsrəddinçilər”lə bir yerdə, çox böyük
işlər görməyə müvəffəq olmuş, ana dilli məktəb açmaq, onları milli
kadrlarla təmin etmək və milli dildə dərsliklər nəşr etdirmək, qadın
azadlığı və təhsili, xürafat və cəhalətə qarşı mübarizəni bütün şüurlu
fəaliyyəti dövründə davam etdirmişdir. Ömrünün 25 ilini belə bir şəxsin
ailəsi olaraq onunla birgə yaşayan, nəinki öz övladlarını, hətta qohum və
dost-tanışların uşaqlarını da Qarabağın Kəhrizli və Hindarx kəndlərində,
açılmasına nail olduğu oğlan və qız məktəbləri, savad kursları təşkil
etməsində bəlkə də Mirzə Cəlilin hünəri, hörmət və nüfuzu hesabına
olmuşdur desək, heç də yanılmarıq. Bu illər ərzində Mirzə Cəlilin
əsərlərinin ilk oxucusu olan Həmidə xanım daim çalışmışdır ki, heç
olmasa, böyük ədibin diqqətini daim özünə cəlb edən məsələlərdə,
xüsusilə də xurafata, cəhalətə və maarifsizliyə qarşı mübarizə aparmaqla
Mirzə Cəlilin arzularının həyata keçməsinə az da olsa yardımçı olsun.

Həmidə xanım Mirzə Cəlilin xanımı olmaqdan başqa, həm də
onun əqidə və məslək yoldaşı idi. Əgər belə olmasaydı, o dövr üçün
kifayət qədər adlı-sanlı mülkədar qızı və Qarabağ xanlarının zadəgan
şəcərəsinin üzvü olan bu xanım, özündən razı bəyləri və bəyzadələri
qoyub, qara camaat arasında “kafir” və asi hesab edilən bir jurnal
redaktoruna ərə getməzdi. Araşdırmalar göstərir ki, Həmidə xanım
özü də bu məsələlərdə, qadın olmasına baxmayaraq, heç nədən ehtiyat
etməmiş, çəkinməmiş və öz xeyriyyəçilik işlərini müntəzəm olaraq
davam etdirmişdir.

Yeri gəlmişkən, elə bil bu nəslin tanınmış xanımlarının taleyində
sanki bir ənənəvi oxşarlıq var: Ağabəyim ağa, Gövhər ağa, X.B.
Natəvan və Həmidə xanım. Heç biri ilk evlilikdən yarımamış (əslində

26

onların hər biri birinci ərlərinə məcbur verilmişdilər), Gövhər ağadan
başlayaraq hər biri ikinci həyat yoldaşlarını sadə xalq içərisindən
seçmiş, əsas üstünlüyü onların ailəcənablıqlarına, elminə, təhsilə və
maarifə olan sevgisinə vermişdilər. Həm də onlarla birgə öz millətinə
və xalqına xidmət etmişdilər.

Təbiəti etibarilə ilə çox işgüzar olan Həmidə xanımın həyat və
fəaliyyətini izləyəndə görürük ki, XX əsrin əvvəllərində Tiflisdə
Azərbaycanlı ziyalı qadınların apardığı mədəni-maarif və digər
xeyriyyə işlərinin təşkilatçılarından və yardımçılarından biri olmuşdur.
O, burada olduğu vaxtlarda həm də tamaşalar, konsertlər və digər
müsamirələr düzəldərək vəsaitin toplanmasına və qız məktəblərinin
fəaliyyətinin davam etdirilməsinə, yoxsul qızların təhsil xərcinə, bəzən
də onlara cehizlik alınmasına sərf edirdi. Bu məqsədlə də o, Tiflisdə
Qızlar İnstitutunda təhsil alan azərbaycanlı qızlara ana dili müəllimi
təyin olunmasına nail olur və həmin müəllimin əmək haqqını da bir
müddət özü ödəmişdir.

Həmidə xanım və Mirzə Cəlilin pedaqoji fikirlərində ailə tərbiyəsi
xüsusiyertutur.Bumüqəddəsailədəboya-başaçatmışuşaqlarınhəyatları
buna canlı nümunədir. Mirzə Cəlilin qızı Münəvvər xanım (1897-
1965) Tiflisdə gimnaziyanı və Bakıda həkimlik kursunu bitirmişdir.
Azərbaycanın müxtəlif rayonlarında Naxçıvan şəhərində və Nehrəm
kəndində həkimlik və müəllimlik etmiş, ikinci çağırış keçmiş SSRİ Ali
Sovetinə (1946-1950) deputat seçilmişdir. Həmidə xanımın birinci əri
İbrahim Davatdarovdan olan oğlu Müzəffər Davatdarov (1900-1959)
ali təhsil almış və mühəndis kimi fəaliyyət göstərmişdir. Müzəffərin
bacısı- Həmidə xanımın birinci əri İbrahim bəy Davatdarovdan olan
qızı Mina (1898-1923) Tiflis Nücəba Qızlar İnstitutunu bitirmişdir.
Həmidə xanımın Mirzə Cəlildən olan oğlu Midhət Məmmədquluzadə

27

(1908-1932) Azərbaycan Politexnik İnstitutunun hidrotexniki tikinti
fakultəsini bitirmiş, Dövlət Plan Komitəsindən Mingəçevir su
elektrik stansiyasının layihəsini hazırlayan Komissiyanın elmi katibi
olmuşdur. Mirzə Cəlilin Həmidə xanımdan olan digər oğlu-Ənvər
Məmmədquluzadə (1911-1979) Azərbaycan Tibb Universitetini
bitirmişdir. Övladları ilə bərabər Həmidə xanımın və Mirzə Cəlilin
birlikdə tərbiyə etdikləri, təhsil verdikləri, işlə təmin etdikləri çoxsaylı
qohumların, yaxın dost-tanışlarının uşaqları da sonralar cəmiyyətdə
özlərinəməxsus yer tutaraq, hərtərəfli inkişaf etmiş şəxsiyyətlər
olmuşdular. Mirzə Cəlilin bacısı Səkinənin uşağları: Əbil (1881-1913),
Teymur (1907-1944), Pakizə (1912-1986) və Cəlal Kəngərlilər, Mirzə
Cəlilin ikinci dəfə ailə qurduğu Nazlı xanım Kəngərlinin oğlu Heydər
Kəngərli, Həmidə xanımın əmisi nəvəsi Allahyar Cavanşir, dostunun
oğlu Əziz Şərif (1895-1988) məhz bu ailənin Mirzə Cəlilin və Həmidə
xanımın yetirmələridir.

Göründüyü kimi Həmidə və Mirzə Cəlilin ailəsi bəhs olunan
dövrdə sıradan adi bir ailə olmayıb, həm də cəmiyyətimizdə nümunəvi
bir ailə kimi, ailə dəyərlərini qoruyub saxlayan möhtəşəm dəyər
mənbəyi kimi xatırlanır. Həmidə və Cəlil Məmmədquluzadələrin bir-
birinə, övladlarına, dostlarına, övladlarının valideyinlərinə yazdıqları
məktublar da bu qayğını özündə əks etdirir. Bu məktubların hər biri
pedaqoji fikir tariximiz üçün çox dəyərli sənəd olmaqla bərabər, həm
də, bir azərbaycanlı ailəsində milli-mənəvi dəyərlərə necə hörmətlə
yanaşıldığı, onun qayda-qanunlarına necə əməl olunduğunu bir daha
əyani surətdə nümayiş etdirir. Ona görə də bu böyük azərbaycan
ziyalılarından olan Həmidə və Cəlil Məmmədquluzadələrin ailə
həyatları, elmi və bədii yaradıcılıqları, bir-biri ilə məktublaşmaları
XX əsrdə Azərbaycan pedaqoji fikri tarixinin öyrənilməsinin əsas

28

mənbələrindən biri kimi öyrənilməyə və tədqiq edilməyə layiqdir. Bu
sətirləri yazarkən iştirakçısı olduğum bir xatirə də yadıma düşdü.

Azərbaycan Dovlət Universitetinin IV kursunda təhsil alirdım.
1978-ci ilin yay aylarını M, V. Lomonosov adına Moskva Dövlət
Universitetində Pedaqoji təcrübə keçirdik. Bu universitetin prorektoru
İ.Volkov məni, həmin vaxt orada işləyən Azərbaycanlı professor,
əməkdar elm xadimi Əziz Şəriflə tanış etdi. Bir neçə dəfə onunla
görüşdük. Elə bir görüşümüz olmadı ki, O, Azərbaycandan, Mirzə
Cəlildən, Mirzə Ələkbər Sabirdən, Molla Nəsrəddindən və Həmidə
xanımdan danışmasın. Bu da təbii idi. Əvvəla onlar bir birinin müasiri
və eyni zamanda yaxın dost olmuşdular. Həm də Əziz Şərifin doktorluq
işi Mirzə Cəlilin həyat və yaradıcılığından idi. Əziz Şərif bu ailənin
üzvlərindən biri kimi danışırdı. Hətta bir dəfə mənə dedi ki, Mirzə
Cəlilin qəhrəmanı Qurbanəlibəy mənim atamın prototipidir. Mirzə
Cəlil bütün yaradıcılığı boyu milli-mənəvi dəyərlərə həmişə geniş yer
verməklə bərabər, həm də, onun qorunması qayğısına qalmışdır. O,
hətta uşaqlara qoyduğu ara adlarına görə Həmidə xanımı üstüortülü
tənqid də etmişdir. Akademik İ. Həbibbəyli bu hadisəni “Mirzə Cəlil
və Məmmədquluzadələr” adlı əsərində (B. 2003, s. 235) belə təsvir edir.
“Çünki, ailədə Həmidə xanımın Müzəffəri-Muzya, Münəvvəri–Varya,
Midhəti-Edya, Ənvəri-Enya deyə çağırmasına M. Cəlil gülmüşdü.
Həmidə xanım bundan inciyəndə Mirzə Cəlil ona demişdi ki, Həmidə,
yazıçı gərək əvvəlcə öz evinin içindəki eyibləri yazıb tənqid eləsin”.

Əqidə və dünyagörüşü baxımından Mirzə Cəlillə Həmidə
xanım cütlüyünün pedaqoji düşüncələri bütün hallarda, əsasən üst-
üstə düşmüşdür. Həmidə xanım maarifçilik fəaliyyətində qadın
azadlığı, azyaşlı qızların məcbur ərə verilmələri, qadınların təhsilə cəlb
olunması və digər məsələlər geniş yer tutur. Hələ 1906-cı ildə Həmidə

29

xanım atası Əhməd bəy Cavanşirin Tiflisdə, “Qeyrət” mətbəəsində
kitab halında çap etdirdiyi “Asari-Əhməd bəy” kitabının satışından
gələn vəsaiti Azərbaycan qız məktəblərinin ehtiyacına sərf etmişdir.

Xüsusi qeyd olunmalıdır ki, Həmidə xanımın öz dövrü üçün
çox maraqlı və yeniliklərlə zəngin olan fikirlərinə böyük ədibimiz
Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalında həmişə geniş yer vermiş,
hətta bəzən onun bu mütərəqqi ideyalarından bəhrələnmişdir. Mirzə
Cəlil də bu fikri dəfələrlə vurğulayaraq, 1924-cü ildə “Şərq qadını”
jurnalının 10-cu sayında yazırdı: “Bütün ömrümdə vurduğum qələmin
çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub”. Mirzə Cəlilin
tədqiqatçılarından biri olan professor A. Zamanov bu haqda yazır
ki, bu həqiqətən belədir. “Molla Nəsrəddin” bütün nəşri boyu başqa
sahələrlə yanaşı, Azərbaycan qadınlarının azadlığı uğrunda mübarizə
aparmışdır. Həmidə xanıma dərin təsir bağışlayan və jurnalda çap
olunan belə məqalələr çox olmuşdur.

Əvvəldə qeyd etdiyimiz kimi Həmidə xanımın ümumi xeyriyyəçilik
fəaliyyəti içərisində qız uşaqlarının təhsilə cəlb olunması çox mühüm
yer tuturdu. Ona görə də biləndə ki, Tiflis Qızlar İnstitutunda təhsil
alan müsəlman qızların ana dili fənnindən müəllimləri yoxdur
və bu səbəbdən onlara ana dili tədris olunmur, dərhal Qafqazın o
zamankı sayca 5-ci Şeyxülislamı olmuş (1895-1907) Əbdüssəlam
Axundzadənin idarəsinə getmiş, onunla üzüaçıq-çadrasız söhbət
etmiş, vəziyyət barədə onu məlumatlandırmışdır.

Həmidə xanımla olan bu görüşdən sonra Şeyx həmin institutda
müsəlman qızlarına bir neçə ay şəriət və ana dili dərsləri demiş,
hətta onların 27 may 1907-ci il tarixdə buraxılış mərasimlərində
iştirak etmişdir. Bu məzunların içərisində Həmidə xanımın qızı Mina
(1898-1923) da olmuşdur. Şeyx İnstitutu fərqlənmə diplomu ilə

30

bitirən Minadan Həmidə xanımın tədbirə niyə gəlmədiyini soruşanda
ondan, “anam azarlamışdır” cavabını eşidir və ona irad tutaraq
“azarlamışdır” yox, “naxoşlamışdır” deməyi tövsiyyə edir. Bu söhbət
Mirzə Cəlilə çatan kimi O, “Molla Nəsrəddin” jurnalının 1907-ci il
tarixli 22-ci sayında “Qafqaz Şeyxülislamına iki dənə açıq məktub”
felyetonunu dərc etmişdir. Əhali arasında qadınların yad kişilərlə
üzüaçıq danışmalarını “xilafi-şəriət” hesab edən, özü də bu “xilafi-
şəriət” məsələdən çəkinməyən Şeyxi tənqid etmişdir. Felyetonun qısa
məzmunu belədir: “Cənab şeyx! Mən indiyədək fikirləşirdim ki, bəzi
dərs oxumuş müsəlman xanımları sizə görüşə gələndə siz onlar ilə
oturub söhbət eləyirsiniz və o xanımlar da üzləri açıq siz ilə oturub
adam kimi söhbət eləyirlər. Və bundan da əlavə, mən eşidərdim ki, siz
hərdənbir gedirsiniz qız məktəblərinə və orada oxuyan on beş, iyirmi
yaşında müsəlman qızları ilə görüşüb danışırsınız, hətta, düşəndə
onlara dərs də oxuyursunuz. Bunları mən eşitdim, amma inanmadım.
Ondan ötrü ki, müsəlman övrətinin özgə kişiyə üzüaçıq görsənməyi
“xilafi-şəriət”dir və belə olanda mən istəmirdim inanam ki, üzüaçıq
müsəlman övrəti ilə siz görüşürsünüz və danışırsınız. Amma mayın 27-
ci günü saat on birdə siz cənabınızı mən gördüm. Tiflisin “İnistitutu”
məktəbində. Orada dərs qurtaran qızlara şəhadətnamə paylayırdılar
və sizi də oraya dəvət etmişdilər. Siz orada on beş, iyirmi yaşında
müsəlman qızları ilə görüşdünüz və danışdınız. Nə danışdınız, nə
danışmadınız, onla işim yoxdur, amma söz burasındadır ki, danışdınız.
Cənab şeyx, mən sizdən təvəqqə edirəm ki, məni başa salasınız görək
həmin on beş, iyirmi yaşında müsəlman qızlarının üzüaçıq kişilər ilə
və habelə siz cənabınız ilə danışdıqları “xilafi-şəriət”dir ya yox”. ?

Göründüyü kimi burada Mirzə Cəlil faktik olaraq şeyxin Həmidə
xanımla görüşdə və onun qızı Minaya və digər tələbələrə dərs keçərkən

31

onların üzüaçıq olmalarına işarə etmiş və bununla da sözü ilə əməli
eyni olmayan şeyxi çoxsaylı suallar qarşısında aciz qalmağa məruz
qoymuşdur.

Mirzə Cəlilin həyatı, fəaliyyətini və yaradıcılığını araşdıranlar
arasında böyük əmək sərf etmiş və bu cəhətdən onun tədqiqatçıları
sırasında müstəsna yerlərdən birini tutan akademik İ. Həbibbəyli
Həmidə xanım barədə dediyi fikirləri belə yekunlaşdırmışdır.
““Məktublaşma” Mirzə Cəlilin tərcümeyi-halına bir çox məsələləri
əlavə edirsə, eyni zamanda Həmidə xanımın şəxsiyyətini və fəaliyyətini
də iri planda meydana çıxarır. Həm də məktublara istinad edib Həmidə
xanım Məmmədquluzadə haqqında dolğun bir portret-oçerk yazmaq
mümkündür. Və ümumiyyətlə Həmidə xanımın həyatı və çoxcəhətli
fəaliyyətinə, XX əsrin birinci yarısındakı görkəmli şəxsiyyətlərlə,
maarifçi ziyalılarla münasibətlərinə aid xüsusi bir tədqiqat əsərinə
ehtiyac vardır. Pedaqoji düşüncələrində Həmidə xanım birtərəfli
tərbiyə ilə razılaşmayaraq, əksinə, insanların zehni, əmək, əxlaqı,
həm də fiziki və estetik cəhətdən ahəngdar tərbiyə etməyi lazım bilirdi.

Onun pedaqoji görüşlərində xüsusi yer tutan məsələlərdən
biri də qızların oğlanlarla bərabər hüquqda, bir yerdə təhsil alması
məsələləri idi. Məktəblərin dünyəvi olmasını istəyirdi, təkcə dini
təhsili qəbul etmirdi. Hesab edirdi ki, dünyəvi təhsilin uşaqlara
öyrədilməsi daha vacibdir. Yeni milli məktəblərin açılmasını təbliğ
edirdi. Savadsız mollaları və mollaxanalardakı özbaşınalığı, uşaqların
mollalar tərəfindən hər cür istismarına qarşı çıxırdı (bu məsələ “Molla
Nəsrəddin” jurnalının 1907-ci il, 18-ci sayında “Qafqaz Xəbərləri” adı
ilə Mirzə Cəlil tərəfindən ətraflı və əsaslı şəkildə tənqid edilmişdir.
Müəllif mollaxanalardakı yararsız və zamanla uzlaşmayan köhnə
təlim üsullarını lağa qoyurdu.

32

Həmidə xanımı daim məşğul edən taleh yüklü bu fikirləri Mirzə
Cəlilin “Xeyirxahlıq”, “Təzə təlim kitabı”, “Səkkiz yüz molla”, “İranda
hürriyyət”, “Niyə mən dərsdən qaçırdım” kimi əsərlərində öz geniş
əksini tapmışdır. Həmidə xanım valideyinlərin öz övladlarını məktəbə
verməmələrini pisləyir, məktəblərin azlığından ciddi şikayətçi və
narazı idi.

O, “üsuli - cədid” məktəblərini təqdir edirdi. Çünki, köhnə
mollaxanalardan fərqli olaraq bu məktəblərdə dərsləri dünyəvi biliyə
malik olan nüfuzlu müəllimlər aparırdı. Bu məktəbin binası, işıqlı
sinif otaqları, skamyaları (stol, stul bitişik) yazı lövhəsi var idi.
Uşaqlar skamyalarda iki-iki otururlar, qızlar və oğlanlar bir yerdə
dərs keçirdilər, məktəbin və dərsin başlama vaxtı, tətil vaxtı bəlli
idi. Dərslər zənglə başlayıb, zənglə də başa çatırdı. Məktəbin tədris
planında şəriətlə yanaşı, dünyəvi elmlər, ana dili, rus dili, hesab,
təbiət və coğrafiya fənləri də keçirilirdi Bütün bunlar da yetişməkdə
olan yeni nəslin dünyagörüşünə müsbət təsir edirdi. Təlimin bu cür
təşkili pedaqogika elmində təlimin dərs-sinif sistemi adlanır. Didaktik
qaydalara, təlimdə əyaniyə üstünlük verilirdi. Təlimlə yanaşı tədris və
tərbiyə işlərinə də xüsusi üstünlüklər verilirdi.

Həmidə xanım uşaqların öyrədilən materiallları anlaması üçün
biliyin möhkəmləndirməsinə, təkrarlara, uşaqların qavrayışının,
mühakiməsinin və təfəkkürünün inkişafı və sağlamlığı qayğısına
qalırdı. Həmidə xanım ümumi təhsili sadəcə arzulamırdı, o həm də
bu arzularını həyata keçirtmək üçün, böyük əmək və vəsait sərf edir,
əməli iş görürdü. Bakı, Şuşa və Tiflisdə bu kimi işlərlə həm bilavasitə,
həm də şəxsən məşğul olmuşdur.

Həmidə xanımı da Mirzə Cəlili də daim düşündürən məsələlərdən
biri də doğma əlifbamızı və ana dilimizi qorumaq idi. Bu konteksdə

33

anadilli dərsliklərin yazılması, dərs vəsaitlərinin çap olunaraq
kütləvi şəkildə paylanması da Həmidə xanımın maarifçilik ideyaları
içərisində özünəməxsus bir yer tutur. Həmidə xanımın maarifçilik
ideyaları içərisində ən dəyərli və müqəddəs olan vətənpərvərlik
hisslərinin gənc nəslə praktik surətdə aşılanması xüsusi yerlərdən
birini tutur. Çünki, onun öz şəxsiyyəti də, mənsub olduğu zadəgan
nəslinin tarixi də bu cəhətdən çox gözəl bir nümunə idi. Həmidə xanım
qadın olmasına baxmayaraq həmişə üstündə silah gəzdirmişdi. Onun
Qarabağda erməni təcavüzkarlarına, Əsgəranda qaçaq-quldurlara və
yeri gələndə rus əsgərlərinə qarşı da silah işlətməsi, Hindarxda və
Qarabağın ayrı-ayrı guşələrində və Cənubi Azərbaycanda olarkən bir
neçə qan düşmənlərini barışdırması da göstərir ki, Həmidə xanımın
sözü çox hörmətli tutulmuş, insanlar ona inanmış, etibar etmiş,
qadın olsa da bilmışdilər ki, o, verdiyi sözə kişi kimi son dərəcə
sədaqətlidir. Şübhəsiz onun bu hərəkətlərini və qorxmazlığını əsas
tutan Mirzə Cəlil nahaq yerə onu “tumanlı general” adlandırmamışdır.
Həmidə xanımın Bakıya köçməsinin daxili və zahiri səbəbləri çox
olsa da, bunların içərisində iki məsələ onun üçün çox müqəddəs
olmuşdur. Mirzə Cəlilin böyük ideyalarını həyata keçirtməkdə ona
daha yaxından kömək etmək, mərkəzdə olmaq və özünün də dədə-
babadan, gendən gəlmə maarifçilik fəaliyyətini daha geniş miqyasda
davam etdirmək.

Məlumdur ki, Həmidə xanımın həyatının və maarifçilik
fəaliyyətinin 25 ili, özü də ən intensiv dövrü Mirzə Cəlilə, onların
birgəyaşayış illərinə təsadüf edir. Ona görə də araşdırmalarda bu iki
insan haqqında ayrı-ayrılıqda çoxsaylı tədqiqatlar yazılsa da, onları
daim düşündürən bu ortaq ideyalara bir qədər az yer verilmişdir. Hesab
edirik ki, bu milli təfəkkür nümayəndələrini bütün həyatları boyu

34

düşündürən məsələlərə - Azərbaycançılıq ideyalarının araşdırılmasına
da xüsusi diqqət yetirmək lazımdır.

Şərti olaraq onların arasında fərq bundadır ki, Mirzə Cəlil onu
düşündürən və narahat edən taleyüklü məsələləri və fikirləri öz
əsərlərində demək olar ki, ədəbi əsərlərin bütün janırları vasitəsilə
müntəzəm, davamlı, heç nədən və heç kimdən çəkinmədən məqalə,
felyeton, dram kimi yazmış, çap etdirmiş və gələcək nəsillərə
ötürülməsinə nail olmuşdur. Həmidə xanım isə müxtəlif səbəblərdən
öz ideyalarını yazıya ala bilməmiş, bəlkə də hesab etmişdir ki, o
bu məsələləri Mirzə Cəlil kimi daha dəqiq ifadə edə bilməz və ona
görə də, yalnız ona bu işlərdə maddi və mənəvi dəstək olmaqla
kifayətlənmişdir.

Bütövlükdə təlim, tərbiyə, təhsil, mədrəsələrdən fərqli olaraq,
yeni məktəblərin açılması, milli müəllim kadrlarının hazırlanması, ana
dilini qorumaq uğrunda mübarizə və bu dildə kitabların yazılması, din
pərdəsi altında xurafata, din və məzhəb ayrıseçkiliyinə qarşı mübarizə
aparmış, azyaşlı qızların vaxtsız ərə verilməsi hallarına barışmaz
mövqe nümayiş etdirmək, qadın azadlığı və qadın təhsili, savadsızlığın
kütləvi şəkildə ləğvi, gənclərin əqli, əxlaqi, fiziki, əmək və estetik
tərbiyəsinin təşkilində ailənin, məktəbin və ictimaiyyətin əlbir işin
zəruriliyini göz önünə gəlir. Bu fikirlər təkcə Həmidə xanımın deyil,
həm də, zamanında Mirzə Cəlili düşündürən təhsil qayğıları olmuşdur.
Mirzə Cəlilin müxtəlif əsərlərinə, “Moll Nəsrəddin” jurnalının
səhifələrinə, hekayə və felyetonlarına diqqətlə nəzər saldıqda bütün
bu ideyalarla müntəzəm qarşılaşırıq. “Mırt-mırt xanım” qızların
təhsili haqqında, “Övrət məsələsi” hamı üçün icbari təhsil məsələsini,
“Politika aləmində” əsərində mollaxanaların tənqidi, “Qafqaz
xəbərləri”, “Xeyirxahlıq”, “Təzə təlim kitabı”, “Səkkiz yüz molla”,

35

“İranda hürriyyət” yeni üsullu məktəblərə aid fikirləri, “Danabaş
kəndinin məktəbi” məktəblərin sayının az olması, “Kərbəlayi”,
“Qafqaz”, “Səhvlərimizi düzəldək”, “Niyə mən dərsdən qaçıram”,
“Cəfəngiyyat” dində xurafat məsələlərinin tənqidini, “Şeir bülbülləri”,
“Qəbirdən məktub” köhnə əlifbanın uşaqların öyrənə bilməməsini,
“Əlifba”, “Gələcək” ana dili məsələsini, “Tərcümeyi-halım”, “Dili
tutulub” bəzi ruhanilərin minlərlə insanı aldatmalarını, “Nəcasət”,
“Molla Nəsrəddində”, “Rəhbər” əsərlərində qadın hüquqsuzluğu və
qızların gələcək inkişaf yolunu bağlayanlara qarşı, “Xanımlar icması”,
“Yeni qızdan əski söz”, “Qərb və bizim qadınlar”, “Qız və nənə”, “İki
balış”, “Kişi gəlir”, “Xanın təsbehi”, “Oyunbazlar”, “Keçən günlər”,
“Bu işlərin çarəsi nədir”, “Ölülər”, “Bu nə qiyamətdir” əsərlərində də
qadın azadlığı, təhsili və tərbiyəsi və ailə qurmaq məsələləri mühüm
yer tutur.

Həm Mirzə Cəlilin, həm də Həmidə xanımın pedaqoji fikirlərinin
araşdırılmasından görünür ki, onlar əhalinin, xüsusilə yoxsulların
uşaqlarını, məktəbdən, təhsildən kənarda qalmasını özlərinə böyük
dərd hesab edir, qızların az da olsa müəyyən real dünyagörüşünə sahib
olmaları onları daim düşündürürdü. Bu məsələlərin geniş izahını da
Mirzə Cəlil “Bu işlərin çarəsi nədir” adlı məqaləsində belə şərh edir:
“lazımdır çalışmaq, çalışmaq, çalışmaq. Uşağını qoy dərsə dilləri
oxusun, elmlərdən, fənlərdən xəbərdar olsun, sənəti, ticarəti öyrənsin”
(Seyidov Ə. Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən. Bakı,
Maarif, 1987. s.265).

Həmidə xanımın pedaqoji ideyaları içərisində ailə tərbiyəsi xüsusi
yer tutur. Çünki, onun özünün də təlim tərbiyəsində və təhsilində ailə
məktəbinin rolu çox böyük olmuşdur və Həmidə xanımın mütərəqqi
ideyaları Qarabağın bu ailəsində - Əhməd bəy Cavanşirin ailəsində

36

formalaşmışdır. Həmidə xanım xüsusi bir məktəb bitirməmişdir.
Mirzə Cəlilin “Ailə tərbiyəsi” adlı məqaləsində bu məsələ o dövr üçün
bütün əlamətləri ilə səciyyələndirilmişdir. Burada həmçinin, Kəhrizli
kəndinə yaxın bir məsafədə yerləşən qədim “Hindarx” kəndində olan
müəllimlərin güzaranlarını və həyat şərtlərinin çox ağır olmasından
da bəhs olunur ki, bu da Qarabağ bölgəsində yaşayan müəllimlərin
ümumi problemləri idi.

Həmidə xanımın maarifçilik ideyaları içərisində müəllimə, onun
şəxsiyyətinə, səmimiyyət və dostluğuna, kollektivdəki mövqeyinə
geniş yer verilmişdir. Çünki, o, tərbiyənin gücünə inanır və gələcək
nəslin tərbiyəsinə dövlətin və cəmiyyətin işi kimi baxırdı. Şübhəsiz
ki, Həmidə xanımın dünyagörüşünün formalaşmasında, maarifçilik
ideyalarının daha da genişlənməsində, azərbaycançılıq ideyalarının
daha təkmil formalaşmasında, savadsızlığın ləğvində, qadın və qızların
azadlığı, təhsilə cəlb olunmaları və hüquqlarının qorunmasında, yeni
tipli ana dilli məktəblərin açılmasında və əlifba islahatı məsələsində
şübhəsiz böyük demokrat Mirzə Cəlilin həm özündən, həm də onun
çox çətin bir şəraitdə ədəbiyyatımızın müxtəlif janrlarında yazdığı
çoxsaylı əsərlərindən sonsuz olaraq bəhrələnmişdir. Müəllim və
onun həyatı, xüsusilə Azərbaycan ziyalılarının iqtisadi durumu Mirzə
Cəlilin simasında Həmidə xanıma daha aydın və tanış idi.

Həmidə xanım Mirzə Cəlilin vəfatından sonrakı illərdə isə onun
əsərlərinin qorunması, nəşri təbliği və digər məsələlərlə məşğul
olmaqla yanaşı həm də, onun əsərlərinin təbliğatçılarından ən fəalı
olmuşdur. Çünki, Mirzə Cəlil əsərlərinin böyük əksəriyyətini Həmidə
xanımla birlikdə yaşadığı illərdə yazmış və onun ilk oxucusu da
həyat yoldaşı Həmidə xanım olmuşdur. Bu mənada Həmidə xanım
həm Mirzə Cəlilin Azərbaycan ədəbiyyatına və pedaqoji fikir tarixinə

37

gətirdiyi mütərəqqi ideyaları müdafiə, təbliğ və təşviq etməklə yanaşı,
həm də onun silahdaşı- əqidə dostu və yoldaşı olaraq, öz maarifçilik
ideyalarını da davam etdirmişdir. O, həm də Mirzə Cəlil və “Molla
Nəsrəddin” jurnalı vasitəsilə bir elin, bir bölgənin təmsilçiliyindən
çıxaraq inkişaf etmiş, daha geniş mənada Azərbaycanın tanınmış
ictimai-siyasi simalarından birinə çevrilmişdir.

Həmidə xanımın genişmiqyaslı xeyriyyəçilik və maarifçilik
işlərində şübhəsiz, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri
olan Ü. Hacıbəylinin, M.Ə. Sabirin, Ə. Qəmküsarın, M. S. Ordubadinin,
Ə. Nəzminin, Ə. Əzimzadənin, C. Cabbarlının, Ö. F. Nemanzadənin
və digər “Molla Nəsrəddinçilər”in də xüsusi rolu olmuşdur. “Molla
Nəsrəddin” jurnalı vasitəsilə, nəinki bütün Azərbaycanda, hətta İranda,
Vladiqafqazda, Dağıstanda, Gürcüstanda, Rusiyada Mirzə Cəlil və
Həmidə Məmmədquluzadələrin çoxsaylı əqidə və məslək dostları var
idi və onlarla daim əlaqə saxlanılırdı.

Sovetlər dövründə Həmidə xanım Azərbaycanda çox hörmət
və nüfuz sahibi olmuş, hətta ona AKP MK-nın I katibi M. Bağırov
tərəfindən M. İbrahimov vasitəsilə Mirzə Cəlil haqqında xatirələrini
yazmaq göstərişi verilmişdir. Həmidə xanım Azərbaycan Sovet
yazıçılar İttifaqına üzv seçilmiş, ona təqaüd təsis edilərək “diqqətdə”
saxlanılmışdır.

Məlumdur ki, ustad Mirzə Cəlilin əsərləri həm öz sağlığında,
həm də vəfatından sonra ayrı-ayrı kitablar və cildlər şəklində, həm də
janrlarına görə dəfələrlə Azərbaycan, rus və başqa xalqların dillərində
nəşr olunmuşdur. Sonuncu nəşrləri içərisində 1982-1985-ci illərdə çap
olunmuş əsərlərinin 6 cildliyi və 2004-cü ildə latın əlifbası ilə akademik
İsa Həbibbəylinin tərtibatında olan nəşri çox mükəmməl bir nəşrdir və
bu nəşr Azərbaycan kitab mədəniyyətinin inkişafına da bir tövhədir.

38

Həmidə xanımın maarifçilik fəaliyyətini araşdırarkən belə bir
maraqlı fikir də yarandı ki, Mirzə Cəlilin nə qədər çap olmuş əsərləri
var və janrından asılı olmayaraq, onların təxminən neçəsi məhz Mirzə
Cəlil Həmidə xanımla ailə qurandan sonrakı illərdə yazılmışdır. Məlum
olmuşdur ki, müxtəlif janrlarda onun qələmindən çıxmış təxminən
1200-ə yaxın əsərin üçdə iki hissəsi Mirzə Cəlillə Həmidə xanımın
evliliyindən sonrakı illərə aiddir və bu əsərlərin əsasən ilk oxucusu
da məhz Həmidə xanım Cavanşir olmuşdur. Bu da geniş mütaliə
mədəniyyəti və hərtərəfli dünyagörüşü demək idi. Çünki, Mirzə Cəlil
və onun yaradıcılığı özlüyündə böyük məktəb idi. Həmidə xanım həm
gözləri önündə yazılmış bu əsərlərin ilk oxucusu, ondan ilk bəhrələnən
və həm də cəmiyyətdə, insanlar arasında ilk təbliğ edən şəxs olmuşdur.
Bir sözlə Həmidə xanım digər xeyriyyəçilik işləri ilə bərabər, Mirzə
Cəlilin sağlığında və onun vəfatından sonrakı illərdə də Azərbaycan
ədəbiyyatının bu böyük simasının ədəbi-bədii ideyalarını təbliğ etmiş,
əsərlərini rus dilinə tərcümə etmiş və onların bir neçə dildə nəşrinə nail
olmaqla bu mənəvi borcunu da çox böyük əzmkarlıqla yerinə yetirmişdir.
Bu da bəllidir ki, Həmidə xanımın maarifçilik və xeyriyyəçilik
fəaliyyətində Mirzə Cəlilin təsiri və zəhməti çox boyük olmuşdur.

Həmidə xanım bir həyat və məslək yoldaşı kimi, Mirzə Cəlili
daim hörmətli tutmuş, onun sağlamlığı qayğısına qalmış, daha çox
və rahat yaşaması üçün bütün imkanlarından istifadə etmiş, onun
yaradıcılıq mühitini, həyat tərzini qoruyub saxlayaraq qayğı göstərə
bilmiş, dostlarını, qonaqlarını, “Molla Nəsrəddinçilər”i, bir sözlə
Mirzə Cəlilin məslək və əqidə dostlarını, onun müasirələrini həmişə
gülərüzlə qarşılamış, qayğı göstərmiş, əsərlərinin nəşrinə maddi yardım
etmiş, nəticədə onların yaradıcılıq imkanlarını davam etdirmələrinə də
müəyyən mənada maddi və mənəvi cəhətdən himayədarlıq etmişdir.

39

Böyük şairimiz M.Ə. Sabir də xəstə olduğu dövrlərdə Tiflis
şəhərində Həmidə xanımın ona olan qayğısını belə ifadə etmişdir:

Nə qədər gəz əcəl püstəm xəmidə
Qəşəm dərdusi-xud rənci-Həmidə.
(Əgər əcəl belimi bükməsə, Həmidənin xəcalətindən çıxaram- M.
Ə. Sabir)
Mirzə Ələkbər Sabir 27 iyun 1911-ci ildə Abbas Səhhətə yazdığı
məktubda da bu məsələyə toxunaraq Mirzə Cəlilə və Həmidə xanıma
öz təşəkkürünü belə bildirir. “Doğrusu Mirzə Cəlilin və Həmidə xanım
cənablarının həddən artıq iltifatlarından xəcalət çəkdim”.
Həmidə xanımın M. Ə. Sabirə xəstə olduğu dövrlərdə göstərdiyi
qayğı Üzeyir Hacıbəyovun fikirlərində xüsusilə təsirlidir: Dahi
bəstəkar yazırdı ki, qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi
şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad
oldu ki, şairin səhhəti üçün milyonçu kişilərə rəğmən öz varından
keçərək böyük bir əhəmiyyət göstərdi. Çar Rusiyasının, Azərbaycan
Xalq Cumhuriyyətinin və sovet hökümətinin vətəndaşı kimi Həmidə
xanımın həyatı keşməkeşli olmuşdur. Amma düşdüyü çətinliklərin
heç biri nə Həmidə xanımın iradəsini qırmış, nə də onun həyat
eşqini söndürə bilmişdir. Həmidə xanım bütün ömrü boyu çalışmış,
ətrafındakı insanlar üçün faydalı işlər görmüş, zəhmətə qatlaşmış,
xeyirxah işlər görmüşdür. O, maarifpərvər, fikriaçıq, xeyriyyəçi qadın
olmuşdur. 1955-ci il fevralın 6-da Həmidə xanım vəfat etdi. O, fəxri
xiyabanda – ömür gün yoldaşı Cəlil Məmmədquluzadənin qəbrinin
yanında dəfn edilmişdir.

40

Həmidə Məmmədquluzadənin ev muzeyi
haqqında məlumat

Mirzə Cəlilin də, Həmidə xanımın da nəinki ədəbi bədii irsləri
qorunmuş, eləcə də onların yaşadığı binalarda baralyefləri vurulmuş,
ev muzeyləri açılmışdır. Ağcabədi Rayon İcra Hakimiyyətinin 29
may 2002-ci il tarixli 1/135 saylı məktubuna əsasən Azərbaycan
Respublikasının Mədəniyyət Naziri Polad Bülbüloğlu Ağcabədi
Rayon İcra Hakimiyyətinin müraciətini nəzərə alaraq görkəmli
maarifpərvər Həmidə Məmmədquluzadənin ictimai əsaslarla ev-
muzeyinin yaradılması məqsədilə 21 iyun 2002-ci il tarixdə 219 saylı
əmr imzalamışdır. Altı bənddən ibarət olan bu əmrdə göstərilir ki, az
bir zamanda bu ev-muzeyi Ağcabədi tarix-diyarşünaslıq muzeyinin
filialına çevrilsin. Həmin əmrin mətni aşağıdakı kimidir:

41

Azərbaycan Respublikasının Mədəniyyət Naziri

Əmr №219

Bakı şəhəri 21.06.2002-ci il

Ağcabədi Rayon İcra Hakimiyyətinin müraciətini nəzərə alaraq
görkəmli maarifpərvər Həmidə Məmmədquluzadənin ictimai əsaslarla
ev-muzeyinin yaradılması məqsədilə

Ə m r e d i r ə m:
1. Nəzərə alınsın ki, Həmidə Məmmədquluzadənin ev-muzeyinin
yaradılması məqsədilə Ağcabədi rayonunun Kəhrizli kəndində
müvafiq bina ayrılmışdır.
2. Həmidə Məmmədquluzadənin ev-muzeyinin müvafiq qaydada
təşkili Ağcabədi rayon mədəniyyət şöbəsinə (R.Quliyev) və tarix-
diyarşünaslıq muzeyinə (E.Adıgözəlova) tapşırılsın.
3. Muzey üçün nəzərdə tutulmuş binada təmir-bərpa işlərinin
aparılması Ağcabədi Rayon İcra Hakimiyyətindən xahiş edilsin.
4. Muzeyin yaradılmasına əməli və metodiki kömək göstərilməsi
Muzey İşi üzrə Respublika Elmi-Metodiki Mərkəzinə (S.Məsimov) və
Cəlil Məmmədquluzadənin ev-muzeyinə (P.Mahmudova) həvalə olunsun.
5. Mədəni-maarif baş idarəsi (A.Bayramov) İqtisadiyyat
idarəsi (D.İbrahimova) ilə birlikdə Həmidə Məmmədquluzadənin
ev-muzeyinin gələcəkdə dövlət müəssisəsinə - Ağcabədi tarix-
diyarşünaslıq muzeyinin filialına çevrilməsi barədə təklif hazırlasın.
6. Əmrin icrasına nəzarət nazir müavini S.Məmmədəliyevaya
tapşırılsın.

42

Əsas: Ağcabədi Rayon İcra Hakimiyyətinin 29 may 2002-ci il
tarixli 1/135 saylı məktubu.
Azərbaycan Respublikasının Mədəniyyət Naziri: Polad Bülbüloğlu.

Muzey bir neçə il ictimai əsaslarla işlədikdən sonra Ağcabədi tarix
–diyarşünaslıq muzeyinin filialı kimi fəaliyyətə başlamışdır. Belə ki,
Azərbaycanın ziyalı qadını, bütün Qafqazda tanınmış xeyriyyəçi kimi
məhşur olan Həmidə xanım Məmmədquluzadənin ev- muzeyi 2005-ci
ilin yanvar ayının 1-də anadan olduğu və boya - başa çatdığı Ağcabədi
rayonunun Kəhrizli kəndində, öz ata evində təşkil olunmuşdur.

Muzeyin ümumi sahəsi 360 m2-dir. Ekspozisiya sərgi sahəsi 120
m2-dir. Cəlil Məmmədquluzadə ilə ailə həyatı quran Həmidə xanım
Mirzə Cəlillə XX əsrin 20-ci illərinə kimi bu evdə yaşamışdır. 2005-

43

ci ildən fəaliyyət göstərən muzeyin 4 ekspozisiya salonu vardır. Bu
otaqlardan biri Həmidə xanımın iş otağı, 2-ci və 3-cü salon qonaq
otağı, 4-cü salon isə yemək otağıdır. Otaqların qarşısı dəhlizdən
ibarətdir. Birinci salonda Həmidə xanımın həyat və fəaliyyətini əks
etdirən foto şəkillər, plakatlar, ev əşyaları, əlyazmalar, ikinci salonda ev
əşyaları, Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri, üçüncü salonda
ev əşyaları, plakat, Həmidə xanımın əl işləri, xatirə albomu nümayış
etdirilir. 2006- cı ildə muzeydə Azərbaycan mətbuat tarixində, milli
mədəniyyətin inkişafında, maarifçiliyin yayılması, cəhalətin aradan
qaldırılmasında tarixi rol oynayaraq bir çox görkəmli ədəbi simaların
geniş tanınmasında ədəbi məktəbə çevrilmiş “Molla Nəsrəddin”
jurnalının 100 illik yubleyi keçirilmişdir. Həmidə xanımın doğum
günü hər il qeyd edilir. Muzeyə Respublikanın əksər bölgələrindən
ekskursiyaya gəlirlər. Hazırda muzeydə 200-dən çox eksponat
nümayiş etdirilir.

Həmidə xanımın ev muzeyindəki eksponatların 12-si Həmidə
xanımın şəxsi əşyalarıdır: Xonça üstü, tikmə, dovğa qabı, yağ qabı,
kömür ütüsü, çıraq, qıfıl, bayatı, dəvətnamə, Mirzə Cəlilə aid olan bəzi
əşyalar, kömür peçi, divar saatı və s.

Muzeyin həyətyanı torpaq sahəsi 3 ha-dır. Həyətdə yaşı 100 ildən
artıq olan 3 ədəd xan çinar ağacı, 100-ə qədər gül-çiçək kolu, 200-ə
yaxın meyvə ağacı, o cümlədən bir neçə növ tut, alma, armud, şaftalı,
alça, qarağat, əzgil, nar, heyva, gilanar, gilas, fındıq və yemişan
ağacları vardır. Muzeyin qarşısında daşdan yonulmuş, yaşı bilinməyən
qoç heykəli var.

Fəaliyyətə başlayandan Həmidə xanım Məmmədquluzadənin
ev- muzeyində beş işçi çalışır. Muzeyin direktoru Quliyeva Zeynəb
Valis qızıdır. O, ali təhsilli bacarıqlı muzey işçisidir. Muzeydə

44

milli-bayramlar, anım və xatirə günlərinə həsr olunmuş çoxsaylı
tədbirlər keçirilir. Bu muzey milli-mənəvi dəyərlərimizin təbliğ və
təşviqində, gənclərin vətənpərvərlik tərbiyəsində və digər məsələlərdə
yeniyetmələr və gənclər arasında yadda qalan tədbirlər həyata
keçirtməklə yanaşı, kitab müzakirələri, oxucu konfransları, sual-cavab
axşamları, disputlar təşkil edir və burada tədrisə kömək edən filmlər
də nümayiş etdirilir.

Kəhrizli kəndinin adamları ata-babalarının dediklərinə əsaslanaraq
danışırlar ki, Həmidə xanımın şəxsi keyfiyyətləti də, əxlaqi sifətləri də,
çox fərqli imiş, onun özünə məxsus didaktik görüşləri olmuş, adamları,
uşaqları, həyatı, milli-mənəvi dəyətləri sonsuz bir bir məhəbbətlə
sevmişdir. Təlimdən əvvəl tərbiyəyə böyük önəm vermiş, nəsihət,
öyüd və digər əxlaqi fikirlərə didaktik baxımdan yanaşmışdır. Deyirmiş
ki, xeyir bir iş görərkən çətinliklərə üstün gəlmək üçün adam bütün
qüvvəsini toplamağı bacarmalıdır. O, insanlara bəslədiyi məhəbbət

45

hisslərini tərbiyə və inkişafa kömək edən keyfiyyətlərdən biri sayırmış.
Dostluqda sədaqətli olmağı, dosta verdiyi sözə əməl etməyi, dostluğu
qorumağı həmişə təqdir etmiş və özü də bu prinsipə şəxsən sadiq
qalmışdır. Həmidə xanım dəfələrlə naəlac qalan dostlarına daim əl
tutmuş, təmənnasız yardımlar etmiş, onların haqqını daim gözləmişdir.

O, yalançı və qorxaq adamlara qarşı çox barışmaz olmaqla,
övladlarına və əhatəsində olanlara tövsiyə edirmiş ki, yalançı və rəzil
insanlardan kənar olun, yalançıdan adama dost olmaz. Şükranlığı,
həyatda səbirli olmağı, halal ruzi dalınca getməyi, valideyinlərin
haqqını uca tutmağı, ata və ananı qorumağı, pis əməllərdən uzaq
olmağı, səxavətli olmağı, həyatda elm dalınca getməyi, ədəb, ərkan
qazanmağı hər bir insan üçün əxlaqi keyfiyyətlər hesab etmişdir.

Həmidə xanım deyirmiş ki, elm öyrənmək hər bir insanın bəzəyidir,
insan gərək dilini, gözünü və özünü pis əməllərdən qorusun, dilinə
yiyəlik etsin. O insanlara fitnəkarlıqdan və onu törədənlərdən kənar
olmağı, xeyirli işdən əl çəkməməyi, əməklə məşğul olmağı tövsiyə
etmiş, özü də bu sahədə hamıya canlı nümunə olmuşdur.

46

Kəhrizli kəndinin müdrik adamları deyirlər ki, ata-babalarımızdan
eşitmişik ki, Həmidə xanımın müsbət keyfiyyətləri çox idi, amma
bunların hamısından üstün o idi ki, xanım deyirmiş ki, elm öyrənin,
elmə söykənin, onunla dostluq edin, ağlınızı möhkəm edin, ağzınızı
pis sözdən qoruyun və s. Ayrı-ayrılıqda götürəndə onu düşündürən
bu məsələlər təlim və tərbiyənin tərkib hissələri olub, hər bir insanın
həyatında xüsusi önəm daşıyan pedaqoji üsul və vasitələrdir.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti dövründə
yeni təşkil olunmuş məktəblərə kömək edən xeyriyyəçilərdən Hacı
Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov,
Şəmsi Əsədullayev kimi messenatlarla yanaşı, Həmidə xanım
Məmmədquluzadə də onlara öz kömək əlini uzatmış, müxtəlif xeyriyyə
yardımları etmişdir.

Sovet hakimiyyəti illərində (1920-1990) Kəhrizli kəndi də
sıradan aqrar təsərrüfata malik olan kəndlərdən biri olmuşdur. Kolxoz
quruculuğu dövründə kənd əhalisi əsasən heyvandarlıq, pambıqçılıq
və taxılçılıqla, qismən də bostan və bağçılıqla da məşğul olmuşdur.
Kənddə bir neçə su artezianları vurulmuş, elektrik enerjisi, yol
çəkilmiş, klub, kitabxana və məktəb açılmışdır. Lakin, XXI əsrdə bu
kəndin inkişafı dövlət müstəqilliyimizlə sıx bağlı olmuş, bütün kənddə
yenidən abadlıq-quruculuq işləri aparılmış, torpaq kəndlilərə verilmiş,
çoxsaylı artezianlar vurulmuş və ilk dəfə kəndə təbii qaz çəkilmişdir.

Kəhrizli kəndinin müasir inkişafından danışarkən Ağcabədi Rayon
İcra Hakimiyyəti Başçısının Kəhrizli kənd İnzibati Ərazi dairəsi üzrə
nümayəndəsi Ayaz Qədimov bildirir ki, son on ildə Kəhrizli kəndində
aparılan abadlıq quruculuq işləri heç vaxt indiki kimi yüksək səviyyədə
olmamışdır.

Əvvəla Əhməd bəyin əsasını qoyduğu bu kənd artıq eyni adlı iki

47

kənddən ibarətdir. Kəhrizli kəndi - Böyük Kəhrizli və Bala Kəhrizli
kəndlərini əhatə edir. Ərazisi 2341 hektar, əsasən pambıqçılıq,
heyvandarlıq, baramaçılıq və taxılçılıqla yanaşı digər bitkilər:
yonca, qarğıdalı, şəkər çuğunduru, tərəvəz bitkiləri və s. əkilir. Son
illərdə baramaçılığın inkişafı istiqamətində 3000 ədəd Çin Xalq
Respublikasından gətirilmiş və 2000 ədəd yerli tut tingi əkilmişdir.

Kəhrizli kəndinin mərkəzindən keçən yol bir neçə kəndi rayon
mərkəzi ilə birləşdirir. Həmin yola 2014-cü ildə asfalt çəkilmişdir.
Bununla bərabər Böyük və Bala Kəhrizli kəndlərini birləşdirən 23
km asfalt yolu vardır. Kəhrizli kəndinin cənub çıxışında Qar-qar çayı
üzərindəki böyük körpü əsaslı təmir edilmişdir.

Kəhrizli kəndində öz axarı ilə çıxan 2 ədəd içməli suyu olan
artezian quyusu vardır. Son 10 il ərzində təsərrüfatların suvarılması
üçün 10 ədəd artezian quyusu qazılıb istifadəyə verilmiş və 2 ədəd
subartezian quyusunun qazılması üçün layihə-smeta sənədləri
hazırlanmışdır. 2015-ci ildə Böyük Kəhrizli kəndində, 2016-cı ildə
isə Bala Kəhrizli kəndində qazlaşdırma işləri tam başa çatdırılmışdır.
Ümumilikdə 460 abonent təbii qazdan istifadə edir. Elektrikləşdirmə
işləri 1961-ci ildə görülən işlərdir. Son illərdə bu sahədə də müəyyən
təmir işlərinin aparılmasına başlanılmışdır.

Kəhrizli kəndində Həmidə xanım Cavanşirin yaşayış evi hazırda
onun ev muzeyi kimi fəaliyyət göstərir. Muzeyin həyətində o dövrdən
qalan 2 ədəd xan çinarı tarixi abidə kimi qorunub saxlanılmaqdadır.
Həmidə xanımın büstü 2000-ci ildə Kəhrizli kənd İnzibati Ərazi
Dairəsi üzrə nümayəndəliyin binası qarşısında qoyulmuş və 2009-cu
ildə təmir edilərək yenilənmişdir.

Son 10 il ərzində yol kənarlarında 1500 ədəd həmişəyaşıl ağac,
digər bəzək ağac və gül kolları əkilmişdir. Qeyri Hökumət Təşkilatları

48

və Kəhrizli bələdiyyəsinin iş birliyi sayəsində Böyük Kəhrizli
kəndində tibb məntəqəsinin binası tikilib istifadəyə verilmişdir. 2014-
cü ildə Kəhrizli kəndində Kəhrizli kənd İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəliyin binası əsaslı təmir edilmiş, 15 ədəd ticarət və digər
xidmət obyektləri əhali tərəfindən tikilib istifadəyə verilmişdir. 2008-
ci ildə Elektron ATS və 2013-cü ildə Sudan İstifadə Birliyinin binası
tikilərək istifadəyə verilmişdir. Kənd əhalisindən Qarabağ müharibəsi
dövründə 8 nəfər şəhid olmuşdur. Kənddə 2 nəfər müharibə əlili və 30
nəfər müharibə veteranı vardır.

Kəhrizli kəndinin əhalisinin xarakterik əlamətlərindən biri də
onların qonaqpərvər və sülhsevərliyidir. Hazırda Kəhrizli kəndində 1
xalq yaradıcılıq evi, 1 muzey, 1 uşaq musiqi məktəbi, 1 kitabxana, 1
tibb məntəqəsi, 1 həkim məntəqəsi, 1 poşt məntəqəsi, 1 elektron ATS
fəaliyyət göstərir.

Kəhrizli kəndinin ağsaqqallardan Nəsirov Mürşüd Curu oğlu və
Quliyev İsmixan Aslan oğlunun dediklərinə görə, Həmidə xanım o
dövrdə bəy qızı olmasına baxmayaraq, xeyirxah əməllərinə görə
yadda qalmışdır. Belə ki, o, kənd ərazisinin torpaqlarını digər bəyliklər
tərəfindən tutulmasına imkan verməmişdir. Kəhriz quyularını
mütəmadi təmir etdirmiş, təsərrüfat və otlaq sahələrinin suvarılmasına
şərait yaratmışdır. O dövrdə kəndlilərdən alınan vergilər Kəhrizli
kəndində qismən yüngülləşdirilmiş, bəzi imkansız ailələrdən heç bir
vergi alınmamışdır.

Həmidə xanım tərəfindən tikilmiş su ilə işləyən un dəyirmanı
o dövrdə təkcə Kəhrizli kəndinin əhalisinə deyil, ətraf kəndlərin
də əhalisinə xidmət etmişdir. Sovetlər dönəmində belə tarixi
tikililər qorunmadığından 1980-cı illərdə dəyirman sökülərək məhv
edilmişdir. Dəyirmanın arxa həyətində 1 ədəd xan çinarı abidə kimi

49

günümüzə qədər qorunub saxlanılmışdır. Ağsaqqalların dediyinə görə
Həmidə xanım öz dövründə Tiflis şəhərindən dəvət etdiyi həkimlərin
vasitəsilə bu kənddə “vəba” və “taun” xəstələrinə qarşı peyvəndləmə
işləri aparmışdır. Kəhrizli kəndinin XIX əsrin əvvəllərində tanınmış
adamlardan Əhməd Bəy Cavanşir nəslindən olan Zülfüqar İsgəndərov
(Həmidə xanımın əmisi nəvəsi) Cavanşiri, sonrakı illərdə isə kənd
sakinləri Məmmədov Əlif, Nəsirov Şirin, Quliyev Talış, Əliyev Misir
və başqalarını göstərmək olar. Müasir dövrün tanınmışlarına gəldikdə
isə 1994-cü ildən 2001-ci ilə qədər olan dövrdə Ağcabədi RİH başçısı
işləmiş Həsənov Şamil Əlif oğlunun adını çəkmək olar.

Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaranmış mürəkkəb
vəziyyətlə əlaqədar olaraq Cəlil Məmmədquluzadə 1918-20-ci illərdə,
əsasən, Qarabağda, ömür-gün yoldaşı Həmidə xanımın malikanəsi
olan Kəhrizli kəndində yaşamışdır. Azərbaycan Xalq Cumhuriyyəti
dövründə müstəqil dövlət quruculuğunda bilavasitə iştirak etməsə
də, özünün arzularının yerinə yetdiyini hesab etmiş, hətta erməni
silahlılarına qarşı Əsgəran uğrunda döyüşlərdə iştirak etmişdir.
AXC-nin nəaliyyətlərinə sevinən Mirzə Cəlil və Həmidə xanım
1919-cu il iyunun 18-də Ağdamdan Azərbaycan Xalq Cümhuriyyəti
hökümətinin sədri Nəsib bəy Yusifbəyliyə parlamentin üzvləri-
Məhəmməd Əmin Rəsulzadəyə və Əhməd bəy Pepinova teleqram
göndərərək, Ermənistanda Azərbaycanlılara qarşı aparılan soyqırım
siyasəti nəticəsində ev-eşiklərindən didərgin düşüb, Qarabağ general
Qubernatorluğu ərazisinə pənah gətirmiş 50 minə yaxın soydaşımızı
Mil düzünün yarım miliyon desiyatinlik torpaqlarında yerləşdirmək,
15 mindən yuxarı əmək qabiliyyətli qaçqını işlə təmin etmək barədə
Əmək və Əkinçilik Nazirliyinin qaldırdığı məsələyə qoşulduqlarını
bildirmişdilər. “Azərbaycan” qəzetinin 1919-cu il 6 iyul tarixli 140-

50


Click to View FlipBook Version