The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Həmidə xanım sonuncu variant yoxlanmış-2018

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-07 01:31:21

Həmidə xanım sonuncu variant yoxlanmış-2018

Həmidə xanım sonuncu variant yoxlanmış-2018

cı nömrəsində dərc olunmuş həmin teleqramda deyilirdi: 50 min
müsəlman qaçqınının ağır maddi vəziyyəti bizi Kür və Araz çaylarını
köhnə “Gavur Arxı” kanalı vasitəsilə birləşdirərək Mil düzündə yarım
milyon desyatin torpağın suvarılması barədə məsələ qaldırmağa
məcbur etdi. Atamız Əhməd bəy Cavanşir hələ XIX əsrin 60-70-
ci illərində bu istiqamətdə bəzi işlər görmüşdür. Lakin bəzi fitnə-
fəsadlar nəticəsində bu işi yarımçıq qoymağa məcbur olmuşdur. Əziz
vətənimizə məhəbbət naminə biz də bu qədər vacib və təxirəsalınmaz
məsələnin tezliklə həllinə qoşuluruq. Bizdə atamızın bu məsələ ilə
bağlı çoxlu məktubları var. Onları məmnuniyyətlə plan və layihələr
ilə birlikdə hökümətin sərəncamına verməyə hazırıq. “Həmidə xanım
Cavanşir, Cəlil Məmmədquluzadə”.

Həmidə xanım 1939-cu ildə Azərbaycan Sovet Yazıçılar
İttifaqının üzvü seçilmişdir. Əsasən, bədii tərcümə sahəsində çalışmış,
C.Məmmədquluzadənin bir sıra hekayəsini, Mir Cəlalın “Dirilən adam”
romanını rus dilinə çevirmişdir. Azərbaycanda memar ədəbiyyatının
inkişafına dəyərli xidmət göstərmiş, atasının tərcümeyi halını,
C.Məmmədquluzadə və M.Ə.Sabir haqqında xatirələr yazmışdır.
C.Məmmədquluzadə ilə məktublaşmaları Həmidə xanımın həyat və
fəaliyyətinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Qarabağ
folklorunun toplanması və öyrənilməsi ilə də məşğul olmuşdur.

Cəlil Məmmədquluzadə vəfat edəndən sonra o dövrün bütün
tərəqqipərvər qüvvələri bu işdən məyus oldular. Onun haqqında
çoxsaylı xoş xatirələr yazdılar və bu yazıların içərisində belə bir
qayğılı fikir də var idi ki, heyif Həmidə xanım tək qaldı, köməksiz
qaldı. Bu fikirlər də ondan irəli gəlirdi ki, Mirzə Cəlilin vəfatına kimi
Həmidə xanım birinci ərini, qardaşını və atasını itirmişdi və çox haqsız
təzyiqlərə məruz qalmışdı.

51

Mirzə Cəlilin vəfatına həsr etdiyi “Dahiyi-millət” adlı şeirdə, ona
olan xalq sevgisini Şərif Bağırbəyov belə ifadə etmişdir.

Səd heyif ki, təkləndi Cavanşiri Həmidə,
Qadın deməzdim, mərddir o, paki-səidə
Övladının üstə yaşasın Sali-bəidə

Sayca belə şeirlər çox olsa da onlardan birini Molla Səttar
Fərzəliyevin 1913-cü ildə Həmidə xanıma həsr etdiyi şeiri aşağıda
veririk.

Cənab Məmmədquluzadəyə!
Həmişə salamat olmağınıza talib olub və izhar edirəm ki, o
şücaət və nəcabət sahibi olan xanıma bir şey tapmadım ki, payımələx
(çəyirtkə ayağı) kimi ki, murceyi-zəif (zəif qarışqa) payıməxmi-
Süleymanə gətirmişdi, aparam. İlla bu neçə kəlumatı rişteyi-nəzm
düzüb, hüzuruna pişnəhad elədim ki, öz şükrü-nemət sahibi olmağımı
bununla bildirim.

Ey edən xadimi-məhbusini azadə, Həmidə,
Həq səni eyləsin azadə iki dünyadə, Həmidə.

İltifat eylədin, ey kani-kərəm, məni-zadə,
Qoymadın zar düşüb həbsə qalam avadə,
Gördün avarə giriftar olam ər kəffarə,
Ar-namusi-müsəlman gedəcək badə, Həmidə.

Zənü mərdanəliyəm bəylərə etdin isbat,
Zənsifət bəyləri qoydun geridə, baxsın mat,

52

Zən ikən sən mərd oldun, olar oldu arvad.
Nökər olsun elə mərd sən kimi arvadə, Həmidə.

Əhlü-namus sən oldun ki, məni yad etdin,
Bu sınıq könlümü qəmgin eşidib şad etdin.
Bəylərin yıxdın evin, xanəsin bərbad etdin,
Sənə əbd olmaq üçün olmuşam amadə, Həmidə.

İltifat görüm, ey məhliqa, var olsun,
Düşmənin dəhridə hər qədr ki, var, xar olsun,
Qoy ulu tanrı özü sizlərə çox yar olsun,
Yarı-qəmxor sən oldun məni-naşadə, Həmidə.

Zən sənin kimi olarmış belə mərdanəsifət.
Utanırmı görən ol mərd ki, yoxdur qeyrət,
Məni həbs etməyə şad oldu hamı millət,
Sən idin aləmi-mənadə yetən dadə, Həmidə.

Ey müsəlman, hanı namusla məngu adın,
Keçmisən qeyrətindən qeyrət ilə, yox karın.
Qolu bağlamağa şad oldun o gün Səttarın
Leyk səbr etmədi biləcək bu işi sadə, Həmidə

Mərdlər zən kimi gizləndi məni-nalandan,
Üzüm əl cümlə rəfiqim nə ki vardır andan,
Bir Əbülfət bəy olub dərdə şərikim candan,
Bir əxlaqidə, ətvaridə əsmadə, Həmidə.

53

Əhli-Hindarçını mən əhli dəyanət gördüm,
O camaatda o gün yaxşıca halət gördüm,
Ağzı əyri əlili kani-şücaət gördüm,
Müxtəsər həbsidən etdi məni azadə, Həmidə.

Ay müsəlman, axıdım su aşağı, səni mən,
Yügürüb su yuxarı axtar eşidim gendən.
Bu qədər yastıpapaq, olmadınız biz zəncən
O da hansı zən ola, ləfzidə, mənada Həmidə.

Bir məsələni də qeyd etmək lazımdır ki, Həmidə xanımın
yazdığı məktublardan da aydın görünür ki, o, işinin həddindən artıq
çox olmasına və yaşadığı dövrdə mürəkkəb və ziddiyyətli ictimai-
siyasi proseslərin cərəyan etməsinə baxmayaraq, Qarabağda, Şuşada,
Ağdamda, Bərdədə, Tiflisdə, İranda və Bakı şəhərində heç vaxt ənənəvi
maarifçilik fəaliyyətindən əl çəkməmiş, bu şəhərlərdə Azərbaycanın
gələcək inkişafında, maarifçiliyin, qadın azadlığının və mədəni-
maarif işlərinin inkişafın çalışmışdır. Onun “Şərq qadını” jurnalının
redaksiyasına adlı yazısından bunu daha aydın görmək olur. Bu jurnal
1923-cü ilin noyabr ayında Bakıda nəşr olunmuşdur. Həmidə xanım
da jurnalın bir illik bayramını təbrik edərkən, həm də Azərbaycan
qadınının taleyi barədə öz düşüncələrini bölüşmüşdür: “Şərq qadını”
məcmuəsinin nəşrinin bir illik bayramını səmimi-qəlbdən təbrik edirəm.
Həmin bayram Şərq qadınları aləmində böyük bir yadigar, böyük bir
tarixdir. Bir vaxt vardı ki, məclislərdə Şərq qadını adını çəkənə dəli-
divanə deyirdilər. Çünki Şərq qadını ləfzini kişilər içində söyləmək
eyib iş sayılırdı. Onun üçün də biz elə günləri görən Şərq qadınları
intihasız fəxr edirik ki, qızlarımız meydana çıxıb özlərinə məxsus bir

54

qadın cəridəsi ilə öz varlıqlarını bildirmək istəyirlər. Və böylə də gərək
olaydı. Çün meydan açıq, hər bir şərait hazır. İndi dəxi o vaxt deyil ki,
şəriətin yumuruğu Şərq qadınının üstünü alıb deyə “yum gözlərini!”.
İndi dəxi keçdi o qaranlıq günlər ki, evlərin pəncərələrinə qara pərdələr
çəkilmişdi ki, dörd divar içindəki qadınlar gün üzü görməsinlər. Mən
ümidvaram ki, bayramını saxladığımız “Şərq qadını” məcmuəsinin
bayrağı altına aybaay və ilbəil o qədər Şərq qadını toplanacaq ki,
buradan qadın azadlığının şöləsi tək bir Bakıya yox, tək Azərbaycana
yox, bəlkə Şərqin çox-çox yavuq və uzaq ölkələrinə yayılacaqdır. Arzu
edirəm ki, “Şərq qadını” məcmuəsinin neçə-neçə belə il dövrlərini
görəydim və indiki kimi qəlbimin dərinində deyəydim: Yaşasın “Şərq
qadını” məcmuəsi! (Həmidə Məmmədquluzadə. “Şərq qadını” jurnalı,
1924, №10 s.36)

Bəllidir ki, Həmidə xanımda bu fikirlər birdən-birə yaranmamışdır.
Uzun illərin təcrübəsindən bu nəticəyə gəlmişdi ki, onun ömür- gün
yoldaşı “Şərq qadını” məsələsini özünün “köhnə dərdi” adlandıran
Mirzə Cəlil bu barədə yazırdı ki, “Bütün ömrümdə vurduğum qədəmin
çox hissəsi “Şərq qadını” məsələsi üstündə vurulub”.

55

Həmidə Məmmədquluzadənin pambıqçılarının
XIII qurultayındakı məruzəsinin mətni.

Məlumdur ki, Həmidə xanımın elmi-publisistik yazılarından
tədqiqatçılara bir neçəsi bəllidir. Məlum olanlardan biri də onun
1912-ci ildə Tiblis şəhərində keçirilmiş pambıqçıların on üçüncü
qurultayındakı çıxışının mətnidir. Qurultayda 500 nəfər nümayəndə
iştirak etmişdir. O, məruzədə təkcə pambıqçılıq məsələləri deyil,
Qarabağ bölgəsinin bir çox problemləri qurultayın rəyasət heyətinin
və iştirakçılarının nəzərinə çatdırılmışdır.

Həmin dövrün bəlası hesab olunan çəyirtkənin 1902-1912-ci
illərdə (1910-cu il müstəsna olmaqla) bütün bitkiçiliyi məhv etməsi
və bunun nəticəsində ölkədə aclığın yaranması, Mil düzünün suya
olan ehtiyatının az da olsa yaxşılaşdırılması, bu məqsədlə Arazdan su
arxı çəkmək, Qarqar çayının suyundan səmərəli istifadə etmək üçün
su tutarlarının yaradılması, pambıq alverçilərinin ifşa edilmələri, kənd
təsərrüfatının bütün sahələrini inkişaf etdirmək üçün bölgədə kiçik kredit
cəmiyyətinin yaradılması, əsrlərlə əkilməyən xam torpaqların əkin üçün
yararlı hala salınması və su ilə təchiz olunması, ibtidai təhsil verən kənd
təsərrüfatı məktəblərinin açılması, Ağcabədi, Ağdam, Bərdə və Yevlax
rayonlarını birləşdirən şose yolunun fayton və arabaların hərəkəti üçün
yararlı hala salınması, bu yolun üstündə olan su keçidlərində körpülərin
salınması, pambıq təmizləyən zavodların olmaması, poçt və teleqrafın
yoxluğu, əhaliyə tibii yardımın edilməməsi, feldşer və tibb bacısının
olmaması və uşaqların müxtəlif xəstəliklərdən kütləvi surətdə məhv
olmalarına dair çoxsaylı problemlər qoyulmuşdur.

56

Bu məruzənin mətnini professor A. Zamanovun tərcüməsində
olduğu kimi təqdim edirik: O, yazır ki, həmin qurultayın materialları
Tiflisdə Canişin dəftərxanasının mətbəəsində müəllifin göstərdiyi ildə
və “Pambıqçıların XIII qurultayı” adı altında çap olunmamış, “Trudı
syezda xlopkorobov v qor. Tiflise 1-6 noyabrya 1912 q.” adı altında
nəşr edilmişdir. Materialların birinci cildi və ikinci cildin birinci
hissəsi 1913-cü ildə, ikinci cildin ikinci hissəsi isə 1914-cü ildə çapdan
çıxmışdır. Həmidə xanımın həmin qurultaydakı məruzəsinin mətni
ikinci cildin ikinci hissəsinin 90-101-ci səhifələrində “Pambıqçılığın
ehtiyacları” sərlövhəsi ilə çap olunmuşdur. Çıxışın mətni belədir:

“Rayonumuzun pambıqçılarının əsas bəlası çəyirtkədir. 1902-ci
ildən 1912-ci ilə kimi ancaq bircə il – 1910-cu ildə çəyirtkə əkinlərimizə
zərər verməmişdir. Bütün qalan illərdə əkinçilərimizi, o cümlədən
pambıq sahələrimizi çəyirtkə ya qismən, ya da tamamilə tələf etmişdir.
Çəyirtkəni məhv etmək üçün adi vasitələrlə kifayətlənmək olmaz,
təxminən sahəsi 500 min hektardan ibarət olan Mil düzünü mümkün
qədər su ilə tez təmin etmək lazımdır. Əsrlər boyu çüt görməmiş
bu səhranın son dərəcə məhsuldar torpağı vardır. Eyni zamanda bu
səhra uzun qərinələrdən bəri çəyirtkə yuvasıdır, çünki çəyirtkə adətən
əkilməyən torpaqlarda törəyir.

Mil səhrasını suvarmaq üçün Arazdan kanal çəkmək və onu
həmin səhradakı Kavur arxı ilə birləşdirib Lənbəran kəndinədək
uzatmaq lazımdır. Yeri gəlmişkən xatırlatmaq istəyirəm ki, 1866-cı
ildə bu arxı mənim mərhum atam Əhmədbəy Cavanşir çəkdirmişdir.
Həmin arxın sayəsində o, gözəl əkin becərir, bol məhsul götürürdü.
O, müvafiq idarələrdən icazə alıb, həmin arxı öz xərci ilə Lənbəran
kəndinə kimi uzatmaq fikrində idi. Lakin yerli orqanlar buna razılıq
vermədilər. Atamın bu haqdakı yazışmaları indi də məndə qalır.

57

Bu arxın ətrafındakı torpaqlar xəzinəyə məxsusdur. Onlara su
çəkilərsə, ucsuz-bucaqsız pambıq sahələri yaranar və eyni zamanda
milyonlarla adamların zəhmətini zay edən çəyirtkənin də qarşısı
birdəfəlik alınar. Bizim mövcud pambıq sahələrimiz də su qıtlığı
keçirir.

Kəhrizlərin suyu çatmır və biz yazda Qarqar çayından gələn
kanalın suyundan istifadə edirik. İndi bizdən yuxarıda olan əhali,
xüsusən mülkədarlar geniş miqyasda pambıq əkməyə başlamışlar. İndi
onlar Qarqarın suyunu işlədib aşağılara buraxmırlar. Ağdam mirabına
(keçmişdə Şərq ölkələrində suvarma işlərinə nəzarət edən şəxs – Ə.N)
sərəncam vermək lazımdır ki, Qarqarın suyunu bütün arxlar arasında
bərabər bölüşdürülməsini qaydaya salsın.

Pambıq alverçiləri pambıqçılıq sahəsində az rol oynamırlar. Lakin
bəzən onlar öz xeyirləri üçün pambıqçılara keyfiyyətsiz toxum satırlar.
Həmçinin onlar pambığın məzənnəsini aşağı salırlar, istədikləri
qiyməti qoyurlar, rayonu öz aralarında nayihələrə bölüb, istədiklərini
edirlər. Beləliklə, pambıqçılıqdan zəhmətkeşlərdən çox alverçilər,
istismarçılar xeyir götürürlər.

Bu vəziyyətdən yaxa qurtarmaq üçün rayonlarda kiçik kredit
cəmiyyətləri yaratmaq lazımdır ki, pambıqçılar toxum almaq və
pambığı əkib becərmək üçün oradan borc pul götürə bilsinlər.
Rayonumuzda çoxlu susuz torpaqlar vardır. Həmin torpaqlarda
otarılan mal-qara naxırları və qoyun sürüləri pambıq əkinlərinə böyük
ziyan vurur. Onların sahiblərini cərimə etmək lazımdır ki, buna yol
verməsinlər.

Bizim tərəflərdə oğurluq və xüsusən də oğurluq pambıq alveri
də geniş yayılmışdır. Oğruları və oğurluq pambıq alverçilərini ciddi
cəzalandırmaq üçün tədbirlər görmək və beləliklə, buna son qoymaq

58

lazımdır. Pambıqçılığın mədəniyyətini artırmaq üçün ibtidai kənd
təsrrüfatı məktəbləri yaradılmalıdır. Bundan əlavə, nümunəvi pambıq
əkini sahələri düzəltmək, bura yaşlı kəndliləri cəlb edib işlətmək
lazımdır. Beləliklə, kəndlilər mədəni üsulla becərilən pambığın xeyrini
gözləri ilə görər və axırda özləri də bu üsulu tətbiq edərlər. Nəticədə
həm keyfiyyət, həm də kəmiyyət etibarilə pambıqçılıq yaxşılaşar.

İşlərimizə mane olan cəhətlərdən biri də nəinki kənd yollarının,
hətta şosse yollarının belə bərbad vəziyyətdə olmasıdır. Məlumdur ki,
əkinlərimiz suvarma sistemilə becərilir. Buna görə yollardan çoxlu
kiçik və ya böyük arxlar keçir.

Çox yerlərdə körpü yoxdur, olanları da bərbad haldadır. Buna
görə gediş-gəliş çətindir, fayton, araba sınır, adamlar bəzən saatlar
və günlərlə yolda qalıb işə gecikirlər. Pambıq təmizləyən zavodların
olmamasını da birinci növbədə bununla izah etmək lazımdır. Halbuki
bunlara ehtiyac vardır. Bizim rayonumuzdan iki böyük yol keçir-biri
Xonaşendən (Xan Uşen - Ə.N) Köçərli düşərgəsinədək 50 verst, o biri
də Ağdamdan Ağcabədiyədək 50 verstdir. Lakin çox təəsüf ki, onlar
hələ də ibtidai vəziyyətdədir. Əhali yaxşı yol həsrətilə yaşayır.

Bizim tərəflərdə əhaliyə tibbi yardım qətiyyən göstərilmir. Bizdə
və qonşu rayonlarda nə bir feldeşr, nə də həkim var. Əhali, xüsusən
uşaqlar yoluxucu xəstəliklərdən və qızdırmadan kütləvi surətdə məhv
olurlar. Buna görə savadlı fəhlələr və sahibkarlar bizim tərəflərə
gəlmək istəmirlər. Rayonumuzda poçt və teleqrafxana yoxdur. Poçta
işi düşənlər rayonumuzdan çox-çox uzaqda olan Ağdam rayonuna
getməli olurlar. Yevlax dəmiryol stansiyası ilə rayonumuzun arası isə
80-120 verstdir”.

Doğrudur, vaxtilə Həmidə xanım tərəfindən qaldırılmış bu
məsələlərin sovetlər dönəmində bəzilərini etmək mümkün olsa da, 106

59

ildir ki, keçən dövrdə bu işlər Qarabağ əhalisinin arzusu olaraq qaldı.
Lakin, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttini

uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin son 15 ildə həyata keçirtdiyi məqsədyönlü dövlət
siyasətinin nəticəsi olaraq, indi bölgənin siması tamamilə dəyişmiş,
kənd təsərrüfatının bütün sahələri inkişaf etmiş, bu sahənin maddi-
texniki bazası daha da möhkəmləndirilmiş, taxılçılıq, baramaçılıq,
pambıqçılıq və heyvandarlıq sahələrində böyük işlər görülmüşdür. İri
heyvandarlıq kompleksləri yaradılmış, qədim Qarabağ kanalı yenidən
qurulmuş, müasir tipli poçt, səhiyyə, tibb məntəqələri, mərkəzi rayon
xəstəxanaları, yüzlərlə məktəblər, aqrolizinqlər, iri heyvandarlıq
təsərrüfatları yaradılmış və müasir tələblərə cavab verən avtomobil və
dəmir yolu xətləri çəkilmiş, bütün yaşayış məntəqələrinə fasiləsiz qaz,
işıq və su verilməsi təmin olunmuşdur.

60

Əhməd bəy Cavanşirin
həyatı və ideyaları

Maarifçi-demokratik fikirli Həmidə xanımın dünyagörüşünün
formalaşmasında və gələcəkdə tanınmış bir xeyriyyəçi və ictimai xadim
kim yetişməsində onun ailə tərbiyəsinin, xüsusilə də atası-tarixçi, şair,
folklorşünas, hərbçi Əhmədbəy Cavanşirin bütün valideyinlər kimi
əməyi və zəhməti çox olduğundan onun həyatının bəzi məqamlarına
diqqət yetirməyin vacib olduğunu nəzərə alaraq, Əhmədbəy Cavanşirin
tərcümeyi-halına və fəaliyyətinin ən vacib illərinə diqqət yetirməyi
məqsədəuyğun hesab etdik. Əslində tədqiqatçıların qeyd etdiyi
kimi, Əhmədbəy Cavanşirin tam yazılmış tərcümeyi-halı yoxdur.
Mənbələrin verdiyi bəzi məlumatlara görə Əhməd bəy Cavanşir
ölümündən bir az əvvəl öz tərcümeyi-halını yazmış və qızı Həmidə
xanıma vermişdir. “Riyazül-aşiqin” kitabının müəllifı Məhəmmədağa
Müctəhidzadə Qarabağ şairlərinin şeirlərini və qısa tərcümeyi-hallarını
yazarkan Əhməd bəy haqqında çox az məlumat verir və onun şeirlər
məcmuəsindən ancaq bir beyt misal gətirir.

O bağda ki, bitirdi həmişə laləvi- gül,
Səbəb nə oldu belə xar-zar oldu könül.
Amma belə bir fikir də var ki, Müctəhidzadə Əhməd bəy haqqında
müfəssəl məlumat verə bilərdi, çünki o, həm Əhməd bəylə, həm də
onun savadlı qızı Həmidə xanımla şəxsən tanış idi. Məhəmməd bəyin
oğlu Cəfərqulu bəy Qarabağ xanlığı tarixində heç bir rol oynamamışdır.
O, özünün xüsusi kəndi olan Kəhrizlidə oturaraq, başqa bəylər kimi,
öz malikanəsini idarə edirdi. Cəfərqulu bəy öz əmisi Əsəd bəyin Zəhra

61

xanım adlı qızı ilə evlənmiş və bu izdivacdan 1828-ci il maıtın 2-də
Kəbirli mahalının Kəhrizli kəndində Əhməd bəy Cavanşir anadan
olmuşdur.

Əhməd bəy ilk təhsilini Kəhrizli kəndində almış və burada ancaq
ana dilini öyrənmişdi. Məlum olduğu kimi, Azərbaycanın Rusiya ilə
birləşdirilməsindən sonrakı ilk dövrlərdə maarif sistemində heç bir
dəyişiklik olmamışdı. Şəhərlərdə mədrəsə, kəndlərdə isə mollaxanalar
qalmaqda davam edirdi. Əhməd bəy 15 yaşına qədər mollaxanada
oxumuşdur.

1843-cü ildə qarabağlı Mehdiqulu xanın xahişinə görə, çar I Nikolay
Əhməd bəyi Peterburqa dəvət edərək onu dövlət hesabına Pavlov kadet
korpusuna qəbul edir. O vaxtlar Pavlov məktəbinə yalnız dvoryan
uşaqlarını qəbul edirdilər. İzdihamlı Peterburq mühitinə düşən Əhməd
bəy Cavanşir rus dilini öyrənməyə ciddi səy göstərir və məktublarından
göründüyü kimi, bu dili mükəmməl surətdə öyrənə bilir. 1848-ci ildə
Əhməd bəy Pavlov korpusunu bitirib, Qusar alayına xidmətə təyin
olunur və 1854-cü ilə qədər burda hərbi xidmətdə qalır. Məlum
olduğu kimi bu dövrdə, 1853-cü ildə Krım müharibəsi başlanmışdı.
Azərbaycanın geniş xalq kütlələrinin hüsn-rəğbəti Rusiyanın tərəfındə
idi. Cavanşirlər nəslindən olan Qasım bəy Zakirin oğlu Nəcəfqulu
bəy və qardaşı oğlu İskəndər bəy könüllü olaraq cəbhəyə getmişdilər.
Qafqaz cəbhəsində rus soldatları ilə çiyin-çiyinə 2000 nəfərə qədər
azərbaycanlı döyüşürdü. Əhməd bəyin olduğu Qusar alayı Sevastopol
altında vuruşurdu. Döyüş meydanında göstərdiyi igidliyə və qoçaqlığa
görə Əhməd bəy ordenlə təltif edilmiş və ona ştabs-rotmistr rütbəsi
verilmişdi. Lakin, Əhməd bəyə orduda uzun müddət xidmət etmək
nəsib olmamışdı. Çünki o, hələ 1850-ci ildə Əli bəy Sultanovla
iştirak etdiyi dueldə qolundan yaralanmış olduğu üçün 1854-cü ildə

62

tamamilə hərbi qulluqdan getməyə məcbur olmuşdu. Yeri gəlmişkən,
“Qarabağnamələr” də göstərilir ki, Əhməd bəylə duelə çıxmış Əlibəy
İbrahim Sultan oğlu Qarabağın köhnə bəy nəsillərindən idi. O, rus
ordusunda xidmət etmiş konret rütbəsilə hərbidən təxris olunaraq ata
mülkü olan Zəngəzur qəzasının Bəxtiyarlı kəndinə qayıtmışdır. Bu
hadisə də erməni fitnəkarlarının əli ilə təşkil olunmuşdur.

XIX əsrin 60-cı illərinin sonıında Əhməd bəy Qarabağın Vərəndə
mahalının murovu (keçmiş zamanlarda kənd yerlərində polis vəzifəsini
icra edən hökumət məmuru – Ə.N) vəzifəsinə təyin edilir, bu zaman
o, həm də əkin yerlərini sulamaq üçün Arazdan su çıxartınaq işi ilə
məşğul olurdu. Uzun əziyyətdən sonra Əhməd bəy 8 verst uzunluğunda
bir arx qazdırır və onu Mil düzündəki qədim Gavur arxı ilə birləşdirir.
Bu dövrdə Azərbaycanı Rusiya sənayesinin xammal mənbəyinə
çevirməyə çalışan çar hökuməti heç bir vəsait sərf etmədən yerlərdə
suvarma işlərini yaxşılaşdırmağa və beləliklə də, çoxlu xammal əldə
etməyə çalışırdı, Ona görə də Qafqaz canişinliyi idarəsi hələ XIX əsrin
60-cı illərinin axırlarında Mil düzündəki suvarma işlərini qaydaya
salmaq üçün bir neçə dəfə bu yerlərə xüsusi komissiyalar göndərmişdi.

Suvarma məsələsi ətrafında gedən məktublaşmalar göstərir
ki, Əhməd bəy su təsərrüfatı sahəsində böyük təcrübəyə malik idi.
Əhməd bəyin öz mülkündə qazdırdığı kəhrizlər də suvarma sahəsində
çalışan bir çox tədqiqatçıların nəzər-diqqətini cəlb etmişdi. 1883-cü
ildə Əhməd bəyin qonağı olmuş mühəndis Veys fon Veyssen-qof yazır
ki, Qarabağ mülkədarı Əhməd bəy Cavanşir uzun illər boyu apardığı
müşahidələrin nəticələri və qazandığı təcrübə ilə məni tanış edərək,
qazdırdığı kəhrizlərlə ətraflı surətdə tanış olmaq imkanını yaratmışdı.

XIX əsrin 70-ci illərində Əhməd bəy hakim sinif nümayəndələrindən
kimin həqiqətən bəy silkinə mənsub olduğunu müəyyən etmək

63

məqsədilə yaradılmış Şuşa bəy komissiyasının tərkibinə daxil olur.
Bu komissiyanın fəaliyyəti haqqında ətraflı surətdə danışmadan,
qeyd etmək lazımdır ki, bəy və ağaların əksəriyyəti vergi və
mükəlləfıyyətlərdən azad olmaq üçün saxta sənədlər (xan fərmanları,
təliqələr və s.) düzəldərək özlərinin bəy silkinə mənsub olduqlarını
sübut etməyə çalışırdılar.

Lakin Əhməd bəy bu saxtakarlığa qarş müqavimət göstərirdi
ki, bu da komissiya üzvlərinin narazılığına səbəb olurdu. Ona görə
də F.Köçərlinin qeyd etdiyi kimi, Əhməd bəyin düşmənləri onu
həbs etdirib, bir neçə vaxt həbsxanada saxlatdırdılar’. Əhməd bəy
Mülkücahan xanımla ailə qurmuş və bu izdivacdan Aslan bəy,
Məhəmməd bəy adlı oğlanları və Həmidə bəyim adlı qızı olmuşdur.
Aslan bəy uşaq ikən vəfat etmiş, Məhəmməd bəy isə Yevlaxda qatarın
altına atılaraq intihar etmişdir.

Əhməd bəy ömrünün son günlərini Kəhrizli kəndində keçirərək
tarix və ədəbiyyata aid kitabları mütaliə edir, müxtəlif əsərlər yazır və
tərcümə ilə məşğul olurdu. O, 1903-cü il yanvarın 9-da, 75 yaşında ikən
vəfat etmiş və öz vəsiyyətinə görə Kəhrizli kəndində dəfn edilmişdir.

Əhməd bəy nə tarixçi, nə də ədəbiyyatçı olmuşdu. Lakin,
Əhməd bəy A. Puşkini ( 1799-1837), M.Lermontovu ( 1814-1841),
V.Jukovskini ( 1783-1852) sevmiş, rus şairlərinin əsərlərini tərcümə
etmiş, tarixi əsərlər və hətta şeirlər yazmışdır. Kəhrizli kəndində
onun zəngin bir kitabxanası da olmuşdur. Əhməd bəy A.Puşkinin
“Balıqçı və balıq nağılı”nı, M.Lermontovun “Mtsıri”, “Bəhs”, “Üç
xurma ağacı”, “Terekin sovqatı”, “Hacı Abrek”, V.Jukovskiııin “Yay
axşamı”, “Yatmış şahzadə qız” və s. əsərlərini Azərbaycan dilinə
tərcümə etmişdir. Bunlardan başqa, Əhməd bəy “Kaвказ” və “Новые
обозрение” qəzetlərinə müxtəlif mövzularda məqalələr də yazmışdır.

64

Əhməd bəy həmçinin uşaqlar üçün nəşr olunmuş mənzum bir əsərin də
müəllifidir. O öləndən sonra həmin əsər “Asari-Əhməd bəy Cavanşir”
adlandırılmışdır.

Həmidə xanım yazır ki, Əhməd bəy ölümqabağı həmin əsərin
uşaqlar üçün nəşr edilməsini məndən xahiş etmişdi. Senzura həmin
kitabın nəşrinə icazə vermişdi. Lakin atamın pulu olmadığından
əsəri çap edə bilməmişdi. Mənə “Qeyrət” mətbəəsinin sahibi Mirzə
Cəlil Məmmədquluzadəyə müraciət etməyi məsləhət gördülər. Mən
əsərin əlyazmasını Mirzə Cəlilə verərək çap etməsini təklif etdim. O,
əsəri oxuyub bəyəndikdən sonra nəşrinə başladı. Tbilisidə “Qeyrət”
mətbəəsində çap olunan bu əsərin cildində Həmidə xanımın xahişi
ilə “Bu kitabın satılmasından əldə edilən gəlir mərhum Əhməd bəyin
adına olan müsəlman qız məktəblərinə məxsusdur” sözləri yazılmışdı.

“Asari-Əhməd bəy Cavanşir” şeriyyəti etibarı ilə müəllifı bir
şair kimi xarakterizə etməsə də bu kitabçada toplanmış “Sevdiməli”,
“Ay və gün», «Güc məndədir, güc məndə”, “Qazı namaz üstədir” və
başqa bu kimi doqquz mənzum hekayədə nəsihətamiz sözlərlə elatın
həyat və məişəti təsvir edilir. Əhməd bəyin başqa bir görkəmli əsəri
- 4 cilddən ibarət olan və bizə gəlib çatmayan “Türk zərb-misallar
məcmuəsi” adlı əsəri də olmuşdur.

Əhməd bəyin bütün əsərlərindən bizim üçün ən mühüm olanı
1883-cü ildə Şuşada yazdığı “Qarabağ xanlığının 1747-1805-ci illərdə
siyasi vəziyyətinə dair” adlı tarixi əsərdir. Bu əsər ilk dəfə 1884-cii
ildə Tiflisdə, sonra isə 1901-ci ildə Şuşada nəşr olunmuşdur. Müəllif
özü də etiraf edir ki, bu əsərin yazılmasında onun istifadə etdiyi əsas
mənbələr digər Qarabağnamə müəllifləri olmuş Mirzə Camalın, Mirzə
Adıgözəlin və Axund Mir Mehdinin yazıları, habelə müxtəlif tayfa və
qəbilələr haqqında rəvayətlər olmuşdur.

65

Nəticə

Həmidə xanımın maarifçilik və pedaqoji görüşlərini araşdırarkən
tarixi qaynaqlardan, müxtəlif insanların xatirələrindən və özünün
də Mirzə Cəlil haqqında yazdığı xatirələrindən məlum olur ki, onun
dünyagörüşü, elm, təlim, tərbiyə, təhsil, təhsilin məzmunu, milli-
mənəvi dəyərlərə münasibət, xalqını, vətənini, dövlətini sevmək, bu
yolda xidmət etmək tamamilə onun həyatını mənalandıran ideyalar
olmuşdur.

Məlumdur ki, XX yüzilliyin sonlarında nail olduğumuz
müstəqilliyimizin verdiyi imkanlar nəticəsində hər şeyə yeni bir
yanaşma tərzi, hər şeyi sovet ideologiyasından “təmizlənmiş”
halda öyrənmək və tədqiq etmək zərurəti yaratmışdır. Bu cəhətdən
Azərbaycanın tərəqqipərvər nümayəndələri sırasında Həmidə xanım
maarifçilik tarixmizin ən tanınmış simalarından, bütün şüurlu ömrünü
xalqına xidmətdə keçirtmiş, cəhalət və avamlıqdan xilas olmasına
çalışmış tanınmış simalardan biridir. Vaxtilə onun zəngin maarifçilik
fəaliyyəti, xeyriyyəçilik tədbirləri, təkcə Azərbaycanda deyil, həm
də yaxın və uzaq xarici dövlətlərdə geniş əks-səda doğurmuşdur.
Ona görə də əminik ki, onun öz xalqı qarşısındakı xidmətlərinin
sistemləşdirərək gələcək nəsillərə çatdırmaq, onların bu mənəvi
zənginlikdən bəhrələnmələrini təşkil etmək, gənc nəslin tərbiyəsinə
öz yaxşı təsirini göstərəcəkdir.

Həyatda Həmidə xanımı düşündürən məsələlər çox olmuşdur.
Lakin maarifçilik işi, hətta onun öz şəxsi həyatından da önəmli
olmuşdur. Azərbaycanda, xüsusilə də Qarabağda, tədris müəssisələrinin

66

açılması, hətta mollaxanların az olduğu bir ərazidə təhsil, elm, əlifba,
məktəb, müəllim, mədəniyyət, ailə tərbiyəsi, incəsənət məsələləri,
uşaqların kütləvi xəstəliklərdən qorunaraq məhv olmalarının qarşısını
alması, qızların təhsilə cəlb olunması, onların hüquqlarının qorunması
və bütün bunların fövqündə dayanan Vətən, yurd və Qarabağ
sevgisi olmuşdur. O, daim qadın hüquqsuzluğuna qarşı olmuş, milli
mədəniyyəti boğmağa çalışan qüvvələrlə davamlı mübarizə aparmışdır.
Özü zadəgan nəslindən olsa da, hər cür zülmə, istismara sinə gərmiş,
ədalətsizliyin barışmaz lideri olmuş, xalqının, zəhmətkeş kütlələrinin
qayğısına qalmış, onları sevmiş, sevinc və kədərlərinə şərik olmuş,
onları duymuş, tərbiyələndirməyə, birləşməyə, bir olmağa çağırmış,
qan düşmənlərini dəfələrlə barışdıraraq, vahid bir Vətən uğrunda
onları birliyə, əmin-amanlığa, sülhə və səbrə dəvət etmişdir. Bir sözlə
savadsız və arxasız insanlara dayaq durmuş, çar məmurlarının zülm və
qəddarlığına cəsarətlə, həm də dəfələrlə müqavimət göstərmiş, buna
görə də başı çox ağrılar çəkmişdir.

Bəllidir ki, Həmidə xanım təlim-tərbiyə işinə aid xüsusi bir əsər
yazmamışdır. Lakin, demək olar ki, atası Əhməd bəyi də, ikinci həyat
yoldaşı Mirzə Cəlili də daim düşündürən məslələr, eyni zamanda
Həmidəni də düşündürmüşdür. Əslində onun bütün xeyriyyəçilik
və maarifçilik fəaliyyəti ailədən ona irsi keçmiş dəyərlərdən biridir.
Sanki, Həmidə xanım birdəfəlik qəbul etmişdi ki, insanların tərəqqisi
üçün maarifləndirməni əvəz edən başqa bir qüvvə yoxdur. Ona görə
də məktəblərin açılması, onların yeni qaydada fəaliyyəti, təhsilin ana
dilində aparılmasını, mədəni inkişafı əngəlləyən bütün qüvvələrə qarşı
duraraq, yeni üsullu, müəllimi, dərsliyi və binası olan məktəblərin
açılmasını istəyir, real təhsilin təşkilini arzulamaqla kifayətlənmir, bu
məktəbləri yaratmağa çalışmışdır.

67

Həmidə xanımın arzuladığı və tərəfdarı olduğu bu üsuli-cədid
məktəblərinin bir üstün cəhəti də ondan ibarət idi ki, bu tip məktəblər
yerli əhalinin əhval-ruhiyyəsinə, məişətinə və psixologiyasına
uyğun idi, köhnə təlimdən fərqli olaraq, təzə açılan məktəblər əhali
tərəfindən sevilirdi və insanlar aydın görürdü ki, bu yeni məktəblər
daha mütərəqqi təlim və tərbiyə ocaqlarıdır.

Həmidə xanım Kəhrizlidə açdığı məktəbə Mirzə Cəlilin də
köməyindən istifadə edərək, uşaqlara oturacaq – partalar və yazı
lövhələri də hazırlamışdı. Bu da pedaqoji baxımdan uşaqların
sağlamlığına kömək edən bir iş idi. Ağızdan-ağıza keçərək günümüzə
qədər gələn xatirələrdən məlum olur ki, Həmidə xanımın açdığı
məktəbdə ciddi nizam-intizam olmuş, dərsdə düzgün oturmağı vacib
saymış, icazəsiz dərsdən qalmağın əleyhinə olmuş, onlara dərs deyən
müəllimlər təlimlə yanaşı, həm də uşaqlara ədəb qaydaları öyrətmiş,
səhv və nöqsanları düzəltmək təlimdə bir vərdiş halına salınmış,
yeni mövzuları öyrətməklə yanaşı təkrarlara da xüsusi yanaşılmışdır.
Həmidə xanım çalışmışdır ki, onun Kəhrizlidə açdığı məktəbdə
dərs deyən müəllimlər təkcə bilikləri ilə deyil, həm də mədəniyyəti,
nəzakətli davranışı, pedaqoji etikası, sadəliyi ilə də fərqlənsin və yerli
əhalinin rəğbətini qazansınlar.

Həmidə xanım atası tərəfindən əsası qoyulmuş şəxsi kitabxanası
vasitəsilə də uşaqların və yerli əhalinin savadsızlığının ləğvinə, onların
daha çox mütaliə etməsinə çalışmış, bunun üçün özü müntəzəm olaraq,
əsasən yaxın qonşulara və işçilərinə oxuduğu kitablar barədə vaxtaşırı
məlumatlar vermiş, Kəhrizlidə dərs deyən müəllimləri də bu işə cəlb
etmişdir. İlk vaxtlar doğulub boya-başa çatdığı Kəhrizli kəndinin
əhalisinin, bir qədər sonra Qarabağ əhalisinin inkişaf və tərəqqisini
arzulayan Həmidə xanım sonralar, xüsusən də Mirzə Cəlillə məslək

68

və ailə yoldaşı olduqdan sonra daha böyük amallarla Azərbaycanın,
doğma xalqının inkişafı yolunda bütün maddi, mənəvi və fiziki
imkanlarından daha geniş istifadə etmişdir.

Həmidə xanımın çətin, lakin bütün zamanlarda insanlara
örnək ola biləcək mənalı həyatı uzun illər insanları gələcəyə doğru
istiqamətləndirən bir nümunə olmuşdur. Müasir dövrümüzdə də,
xüsusən Qarabağ bölgəsində onun adı əhali arasında haqq və adalət
sözlərinin sinonimi kimi işlədilir. Yerli əhali həmişə onu əzizləmək
mənasında Həmdəm xanım – “kömək edən”, “yardım edən”, “dayaq
duran” kimi çağırmışdılar. Onun ideyaları bu gün də yaşayır və
insanlara doğru yol göstərməyi davam edir.

Xalqımız və dövlətimiz də onu unutmur. Kəhrizli kəndində
ev muzeyi açılmış, Fəxri xiyabanda dəfn olunmuş, Ağcabədidə və
respublikamızın müxtəlif yerlərində adına küçələr verilmiş, heykəli
qoyulmuş, Mirzə Cəlil haqqında xatirələri bir neçə dəfə nəşr edilmişdir.
Həmidə xanım mənşəcə zədagan nəslindən olsa da, bütün çətin anlarda
xalqının yanında olmuş, bütün həyatını doğma elinə-obasına, onun bu
günkü gələcəyinə həsr ermişdir.

Həmidə xanım Qarabağ xanlığının sonuncu xeyriyyəçi və
maarifpərvər xanım nümayəndəsi idi. Onun bu xeyirxah əməllərinin
təməl prinsipləri bu nəslin özündən əvvəlki xeyriyyəçi qadın
nümayəndələri Ağabəyim ağadan (1780-1832), Gövhər ağadan
(1790-1888), Xurşudbanu Natavandan (1832-1897) gəlirdi. Çünki,
bu xanımların hər biri ayrı-ayrılıqda Azərbaycanın mədəniyyət
tarixində, xüsusilə ədəbiyyat və xeyriyyəçilik işlərində görkəmli
yerlərdən birini tuturdu. Müasir dövrümüzdə də Həmidə və Cəlil
Məmmədquluzadələrin davamçıları-nəvə nəticələri dünyanın,
Almaniya, Fransa, Polşa, Türkiyə və İran dövlətlərində Ermənistan-

69

Azərbaycan və Dağlıq Qarabağ məsələsində Azərbaycan dövlətinin və
xalqımızın haqq işinin təbliğatçıları kimi fəal mübarizə aparırlar.

Azərbaycançılıq ideyası, Vətəni, milləti, dövləti sevmək və bu
milli sərvətləri qorumaqla bərabər, həm də onu inkişaf etdirmək, milli
məktəblər açmaq, milli kadrlar yetişdirmək, milli dərsliklər yazmaq və
milli sərvət olan ailə dəyərlərini daha da inkişaf etdirməklə bu ruhda
vətənpərvər və bəşəri dəyərlərə malik olan gənc nəsil tərbiyə etmək,
yəni azərbaycanlı gənc olaraq, müasir və milli düşüncəli, lakin eyni
zamanda dünya elminə və mədəniyyətinə inteqrasiya edən, gənclər
tərbiyə etməkdən ibarət olmuşdur.

Həmidə xanımın yaşadığı dövrdən xeyli vaxt keçmişdir. Hazırda
onun ata-baba yurdu olan Kəhrizli kəndi gündən-günə abadlaşaraq
Respublikamızın ən gözəl yaşayış məskənlərindən birinə çevrilmişdir.
Bir sözlə Həmidə xanımın özünə görmək qismət olmasa da, onun
doğulduğu Kəhrizli kəndi də, doğma VətəniAzərbaycan da,Azərbaycan
Respublikasının prezidenti, Ümummilli Lider Heydər Əliyev irsinin
siyasi davamçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində gündən-
günə inkişaf edərək gözəlləşməkdədir.

70

İstifadə edilmiş ədəbiyyat siyahısı

1. “Azərbaycan” qəzeti (1919, 6 iyul, № 40)

2. Axundov N. “Molla Nəsrəddin” jurnalının nəşri tarixi, biblioqrafiya

(-B., 1959. -257 s)

3. Aranlı Ş. “Cəlil Məmmədquluzadənin Ağcabədi ilə bağlılığı”

(“Ədalət” qəzeti. 30 iyun 2017. S. 3-4)

4. Aranlı Ş. “Həmidə xanım Cavanşir” (“Ədalət” qəzeti. 15 fevral 2018.

s.7)

5. “Azərbaycan Xalq Cümhuriyyəti: Ensklopediya” (II c-də, c. II, -B.,

Lider, 2005.s.188-190)

6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019 saylı 21

iyun 2002-ci il tarixli əmri. s.1

7. Bayramov B. “Karvan yolu” (Roman, c. II.,- B., Azərnəşr, 1993,

430s)

8. Bayramov B. “Karvan yolu” (Roman, II cilddə, cild I., -B., Yazıçı,

1986, 800s)

9. Çingizoğlu Ə. “Cavanşir eli: Sarıcalılar” (B., Mütərcim, 2015, s. 16-

150)

10. Çingizoğlu Ə. “Qarabağda maarif (1750-1950)” (-B., Zərdabi LTD,

2013, s. 143-144)

11. Əhmədov H. “XIX əsrdə Azərbaycan məktəbi” (-B., Maarif, 1985.

297 s)

12. Əjdər Fərzəli. “Həmidə xanımın dəyirmanı” (Publisistin qeydləri,

1990, s.35-37)

13. Həbibbəyli İ. ”Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” (-B.,

1997)

14. Həmidə xanım Cavanşir. “Xatirələrim” (tərcümə edən, Mehriban

Vəzir- B. Apastrof, 2012, 398 s)

71

15. “Həmidə xanımın ev müzeyinin eksponatlarının qeydiyyat kitabı”
(s.5)

16. Xəlilzadə F. “Bir-biri üçün doğulanlar” (Azərbaycan qəzeti 24
yanvar 2013)

17. “Qarabağnamələr” (I k-b.-B., Şərq-Qərb, 2006,- s. 167-214)
18. Məmmədquluzadə C. “Əsərləri” (IV c-ə, c. II. Felyetonlar və

məqalələr, -B., Öndər, 2004, 583 s)
19. Məmmədquluzadə C. “Əsərləri” (IV c-ə, c. I. Nəsr, dram əsərləri,

satirik şerləri, tərcümələri.- B., Öndər, 2004, 663 s)
20. Məmmədquluzadə C. “Əsərləri” (IV c-ə. C. III. Felyetonlar və

məqalələr, B. Öndər, 2004, 479 s)
21. Məmmədquluzadə C. “Əsərləri” (IV c-ə, c. IV. Memuarlar, məqalələr,

məktublar, -B., Öndər, 2004, 471 s)
22. Məmmədquluzadə C. “Məqalə və xatirələr” (-B., Elm,1967, s. 405)
23. Məmmədquluzadə Həmidə. “Mirzə Cəlil haqqında xatirələrim”

(tərcümə edən: A. Zamanov -B., Gənclik, 1981, 155 s)
24. Məmmədli Q. “Molla Nəsrəddin” (Səlnamə, -B., Gənclik,1984,

518s)
25. Mirzə Cəlil və Məmmədquluzadələr. “Məktublaşma” (Toplayanı və

tərtib edəni akademik İ. Həbibbəyli.-B., 2003, Çinar-Çar, 235s)
26. Müctəhidzadə M. “Riyazül-aşiqin” (- B.,Azərbaycan,1995. s.218)
27. Paşazadə Y. “Ağcabədinin işıqlı adamları” (B., Mütərcim, 2017- s.

3-23)
28. Seyidov Ə. “Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən” (-B.,

Maarif, 1987. s. 251-273)
29. “Şərq Qadını” (Jurnal,1924,№10, s.36)
30. Şuşinski F. “Şuşa” (-B., Gənclik, 1998, 426 s)
31. Tağıyev Ə. “Azərbaycanda məktəb tarixi”- (B., Maarif,1993, 113 s)

72

Mündəricat

Ön söz..................................................................................................4
Həmidə Məmmədquluzadənin həyatı və maarifçilik ideyaları............7
Həmidə Məmmədquluzadənin ev müzeyi haqqında məlumat...........39
Həmidə Məmmədquluzadənin pambıqçılarının XIII qurultayındakı
məruzəsinin mətni..............................................................................51
Əhməd bəy Cavanşirin həyatı və ideyaları...................................56
Nəticə..................................................................................................61
İstifadə edilmiş ədəbiyyat siyahısı....................................................66

Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000

“TUNA PRINTING & PUPLISHING COMPANY”


Click to View FlipBook Version