The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-13 02:08:52

Zəvvarlıq və dini turizm-Aqsin

Zəvvarlıq və dini turizm-Aqsin

Aqşin Axundov

ZƏVVARLIQ VƏ DİNİ TURİZM:
OXŞARLIQ VƏ FƏRQLİLİK

BAKI-2018

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
DK-733d-09/15 saylı, 07 dekabr 2018-ci il tarixli razılıq məktubuna

əsasən nəşr edilmişdir

Aqşin Axundov

ZƏVVARLIQ VƏ DİNİ TURİZM:
OXŞARLIQ VƏ FƏRQLİLİK

3

GİRİŞ

Müasir dünyamızda turizm sektoru kifayət qədər sürətli
inkişaf tempinə malik, elastik quruluşlu və kifayət qədər inkişaf
etmiş sahələrdəndir. Vacib iqtisadi sahə kimi turizm ölkələrin
inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Bu baxımdan turizm
cəhətdən inkişaf etmiş ölkələr davamlı olaraq, turizm obyektlərini
artırmaqdadır.

Alternativ turizm sektoruna daxil edilən dini turizm də hazırda
ən çox üstünlük verilən və sürətlə böyüyən turizm növlərindəndir.

Turizm ilk dəfə müqəddəs yer səyahəti olaraq başlamışdır. İstər
İslam, istərsə də Vatikan arxivlərində bu mövzuda bir çox kitab
və Səyahətnamə vardır. Bu vəziyyət orta əsrlərdə İntibah dövrünə
qədər davam etmişdir. İntibah ilə birlikdə sənət və mədəniyyət
sahələri də insanları gəzintilərə çıxaran faktorların başındadır.

Yeni ideyalar əsri olan XIX yüzillikdə buxarlı gəmilər, qatarlar
turizmi sürətlə inkişaf etdirmişdir. Beynəlxalq sərgilərin açılması,
bir-birini izləyən döyüşlərdən sonra məlumatda adı keçən yerlərin
görülmək istənməsi, döyüşlərin verdiyi çətinlik və yorğunluqdan
sonra əyləncə ehtiyacı, bəzi ölkələrdə maddi ehtiyacların turizm
gəlirləri ilə ödənməsi sayəsində bu sektor daha da çiçəklənmişdir.

Bu gün yenidən turizmin başlanğıc nöqtəsinə doğru böyük bir
meyillilik hiss olunur. Əsrlər keçməsinə baxmayaraq hələ də istər
islam, istərsə də xristian dünyasında müqəddəs yerlərin ziyarəti
ön plana çıxır. Dünya Turizm Təşkilatının hər il hazırladığı

4

hesabatlara görə turizm yaşanan siyasi problemlər, iqtisadi
böhranlar, vətəndaş müharibələri, qlobal böhranlardan təsirlənmiş
olsa da, digər sektorlara görə qısa müddətli problem yaşayan
bir mövqedədir. Üstəlik dini turizmdə son illərdə gözlə görünən
artımın yaşandığı göz qabağındadır. Ölkələr turizmin əhəmiyyətli
cazibədarlıq qaynaqlarını və mirasını tanıdarkən, bu təqdimatın
içinə dini elementləri də almağa, hətta ön plana çıxarmağa
başlamışdır. Tanıtımlarda dini, müqəddəs məkanları, dini baxımdan
əhəmiyyətli mərkəzləri ön plana çıxardacaq ünsürlərə daha çox
üstünlük verilir. İstehlakçıların zehinlərindəki ölkə imici yeni bir
ünsürün əlavə olunması ilə zənginləşmiş, turizm məhsulunun alqı-
satqı prosesində dini mərkəzlərə doğru bir meyl formalaşmışdır.
Turizm sərmayəçiləri də bu tələbə cavab vermiş və beləliklə dünya
miqyasında inanc turizmində böyük artımlar meydana gəlmişdir.
Dini səyahətlər artıq daha şüurlu, bu işin mütəxəssisləri tərəfindən
edilən, az qala hər yaş qrupundan fərdin qatıldığı bir fəaliyyət
növünə çevrilmişdir.

Əsrimizin sonlarına doğru həm ilahi, həm də batil dinlərdə,
dini ibadətlər yerinə yetirilərkən yeni nəslin özü ilə gətirdiyi
texnologiyanın nemətlərindən ən başda nəqliyyat vasitəsi,
yerləşmə müəssisələri olmaq üzrə faydalanmağa başlanılmışdır. Bu
turizm elementlərinin ən əhəmiyyətli və ortaq xüsusiyyətlərindən
biri də odur ki, dini turizmə qatılan turist qrupları ümumiyyətlə,
daha çox üçüncü yaş turizmi olaraq adlandırılan 65 yaş və daha
yuxarı kəslərdən ibarət olduğu üçün bu ünsür onlar üçün imtina
edilməzdir. İqtisadi baxımdan istehsal, istehlak, investisiya,

5

xarici ödənişlər tarazlığı və milli gəlir kimi iqtisadi ölçüləri olan
bir fəaliyyətdir. Beynəlxalq valyuta hərəkətliliyini təmin edən
dini turizm vasitəsilə istehsal və istehlak artır, geniş məşğulluq
imkanları yaradılır. Bundan başqa dini turizm elm, mədəniyyət,
sənət, cəmiyyətlərin bir-birindən təsirlənməsi baxımından da
əhəmiyyət kəsb edir. İnancın turizmə təsirini günümüzdə Qüds,
Məkkə, Vatikan, Lourdes, Baranas və bir çox başqa mərkəzlərdə
açıq şəkildə görə bilərik. Bu məkanlara gələn turist qruplarının
sayı gündən günə artmaqdadır.

6

Turizm anlayışı

Tarix boyunca insanlar müxtəlif səbəblərə görə bir yerdən başqa
yerə səyahət etmə ehtiyacı duymuşlar. Bu səfərlər bəzi vaxtlarda
daha sıx baş verdiyi halda, bəzən səngimişdir. Xüsusilə sənaye
inqilabından sonra nəqliyyat sahəsində sürətli irəliləyişin əldə
edilməsi səyahətləri də artırmışdır. Beləliklə, turizmin inkişafına
və günümüzədək gəlib çatmasına güclü zəmin hazırlanmışdır.

Lakin turizm əsasən sosial-iqtisadi sahə kimi XIX əsrin
ortalarından inkişaf etməyə başlamışdır. Bu dövrə qədər isə turizm fərdi
gəzinti və səyahət xarakteri daşımış, insanlar qeydiyyata düşmədən
müxtəlif əraziləri, ölkələri gəzmişlər. Ümumiyyətlə, bir səyahətin
turizm kimi qiymətləndirilməsi üçün səyahət edənin yaşadığı yerdən
kənarda ən azı 24 saatdan çox zaman keçirməsi lazımdır. Belə səfəri
həyata keçirənlər isə “turist” adlandırılır. Bu kəlməni ilk işlədən
ingilis əntiqəçi Samuel Pegge (1733-1800) olmuşdur.

Turist anlayışı yerli və xarici olaraq sinifləndirilir. Xarici
ölkəyə səfər edən və orada 24 saatla 1 il müddəti arasında qalan şəxs
xarici turist hesab edilir. Qeyd edək ki, zövq və macəra, sağlamlıq,
iş, toplantılarda iştirak etmək üçün səyahət edənlər turist olaraq
qəbul edildiyi halda, bir yerə yaşamaq və maddi qazanc əldə etmək
məqsədilə gələn, eləcə də tranzit səyahətçilər və tələbələr turist
sayılmırlar. Yerli turist isə milliyyətindən asılı olmayaraq eyni ölkə
daxilində maddi qazanc güdməyərək səyahət edən və ən azı 24 saat
getdiyi yerdə qalan şəxsə deyilir.

7

Turizmdə gəlir qazanmaq məqsədi güdülmür. İnsanlar
turizm fəaliyyətinə yeni yerlər kəşf etmək, maraqlı sərgüzəştlər
yaşamaq, stress və yorğunluqdan uzaqlaşmaq kimi məqsədlərlə
bağlı qatılırlar. Lakin turizmin özü mahiyyətcə iqtisadi hadisədir.
Çünki turizm fəaliyyəti ilə məşğul olmaq üçün pul xərcləmək
lazımdır. Səyahət edənlərin maliyyə xərcləri, xidmət göstərənlərin
isə xidmət sektorunda olması turizmin iqtisadi xüsusiyyətini açıq-
aşkar ortaya çıxarır.

Fərdlər arasında ünsiyyət və münasibətlərin formalaşması,
fərqli mədəniyyətlərlə tanışlıq, yeni məkanların kəşfi turizmin
sosial tərəfini də ortaya qoyur.

Məqsədinə görə turizmin aşağıdakı növləri vardır;
1. Ekskursiya  - dərketmə məqsədi ilə həyata keçirilən
səyahətdir;
2. Müalicə məqsədli səfərlər  - turizmin digər növlərindən
xüsusilə fərqlənir. İlk növbədə bu olduqca fərdi səyahət növüdür.
Adından da göründüyü kimi sağlamlığın qayğısına qalmaq üçün edilir;
3. Elm və ya konqress turizmi -  müxtəlif konqreslərdə,
simpoziumlarda, yığıncaqlarda iştirak etmək məqsədi daşıyan
səyahətləri özündə birləşdirən turizmin bir növü;
4. İşgüzar turizm -  İşgüzar məqsədlə edilən səfərlərə
müasir turizm mübadiləsinin mühüm tərkib hissəsi kimi baxılır.
Bu cür səyahətlər ən perspektivli turizm növlərindən biri
hesab edilir. Çünki o, beynəlxalq əmək bölgüsünün obyektiv
qanunauyğunluqlarına əsaslanır;
5. Etnik və ya nostalji turizm -  beynəlxalq turizmdə

8

əhəmiyyətli yer tutan, qohumlarla görüşmək və ya valideynlərin
anadan olduqları ata-baba yurduna səyahət etməklə bağlı olan
turizm növüdür;

6. Macəra turizmi -  fiziki cəhətdən ağır, çox vaxt
isə həyat üçün təhlükəli olan anlayışdır. Belə turların təşkili
zamanı “macəralar kompleksi” çox vaxt öncədən, xüsusi olaraq
hazırlanmaqla yanaşı, eyni zamanda turistlərin təhlükəsizliyi üçün
bütün mümkün vasitə və imkanlardan istifadə edilir;

7. Kənd turizmi -  turistlərin kənd yerlərinə müvəqqəti
səfəridir;

8. Kəndli-fermer turizmi -  fəaliyyətdə olan fermaların
(ranço, plantasiya) turizm fəaliyyətininin ayrı-ayrı növlərindən
(yerləşdirmə, qidalanma, fermada işə cəlb edilmə) əlavə gəlir
götürmək məqsədi ilə özlərində turizm bölmələri yaratmasıdır;

9. Ekoturizm - təbiət turizminin xüsusi forması kimi, ətraf
mühitə qayğı ilə bağlı turizmdir;

10. Xüsusi məqsədli turizm -  ictimai tədbirlərdə iştirak
etmək üçün həyata keçirilən səyahətdir;

11. Məqsədli turizm  - müxtəlif kütləvi tədbirlərin təşkil
olunduğu səyahət növüdür;

12. Dini turizm - dini mərasimlərin, missiyaların, ibadətlərin
yerinə yetirilməsi məqsədi ilə həyata keçirilən səyahətdir;

13. Ritual turizm - həlak olan döyüşçülərin məzarını ziyarət
edilməsi məqsədi ilə həyata keçirilən səyahətdir;

14. Karvan turizmi -  təkərlər üzərində olan kiçik, mobil
evlərdə həyata keçirilən səyahət növüdür;

9

15. Su turizmi - çayda, kanallarda, göllərdə, dənizlərdə yaxta
və gəmilər vasitəsilə edilən səyahətdir;

16. İxtisaslaşmış turizm -  hər hansı yerin spesifik
xüsusiyyətini öyrənmək, fərdi təcrübəsini artırmaq, idman
normalarını yerinə yetirmək, fəal istirahət üçün edilən səyahətdir.
İxtisaslaşmış turlarda ərazinin təbii şəraitinin, eyni zamanda
səyahətçinin professional (peşə) və müxtəlif idman maraqları ilə
bağlı geniş diapazonlu məsələlərin öyrənilməsinə diqqət yetirilir.
Bu turizm çox zaman özfəaliyyət və ya idman turizmi adlandırılır.

1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının yığıncağında
“Turizm” sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti,
kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir.
BMT-nin 1963-cü ildə keçirilən Roma konfransında isə “turist”
anlayışına konkret tərif vermək cəhdi edilsə də, bu mümkün
olmamışdır.

Turizm bütün dünya miqyasında sosial-iqtisadi və kulturoloji
sahə kimi inkişaf etdiyinə görə onun haqqında müxtəlif elmi
ədəbiyyatlar meydana gəlmişdir. Bu istiqamətdə Azərbaycan
alimlərinin də müəyyən nailiyyətləri vardır. Bunlardan
S.T.Yeqanlının, E.M. Hacıyevin, B.Ə.Bilalovun və başqalarının
adlarını xüsusi olaraq qeyd etmək olar. B.Ə.Bilalov “turizm”
sözünün mənasını aşağıdakı formada izah etmişdir: “Turizm-
fransız sözü olmaqla mənası fiziki şəxslərin müvəqqəti olacağı
ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə
istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət
sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra

10

edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış
yerlərindən müvəqqəti getmələridir (səyahətləridir)”. Qeyd etmək
lazımdır ki, ədəbiyyatlarda kütləvi turizmin ilk təşkilatçısı ingilis
Tomas Kuk adlı şəxs hesab olunur. O, hələ 1841-ci ildə Lankasterdən
Dolnqboruqa qədər dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini
təşkil etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını
qoymuşdur. Kuk, həmçinin 1847-ci ildə səyahət və ekskursiyalar
cəmiyyəti yaratmış, bir qrup zəngin ingilis vətəndaşlarının Aralıq
dənizində səyahətini təşkil etmişdir. XIX əsrin sonunda yaradılmış
bu cəmiyyət 53 ölkədə fəaliyyət göstərən və 324 şöbəsi olan
möhtəşəm bir konsernə çevrilmişdir. Həmin konsernin 12 min
əməkdaşı olmuşdur.

Amerikalılar da ingilislərdən geridə qalmamış, turizmlə məşğul
olan “Amekso” adlı şirkət yaratmışlar. 1918-ci ildə bu şirkətin
firmaları bütün qitələri əhatə etmişdir. 1869-cu ildə Avropada
Beynəlxalq Mehmanxana İşçiləri Assosiasiyası yaradılmışdır.
Bu Assosiasiya 1921-ci ildə Beynəlxalq Mehmanxana İttifaqı ilə
birləşdirilmişdir. Təbii ki, bu ənənə get-gedə inkişaf edərək bütün
dünyaya yayılmışdır. Ayrı-ayrı ölkələrdə turizmin sosial-iqtisadi
kulturoloji əhəmiyyəti qiymətləndirilərək, onun uzunmüddətli
inkişaf proqramı işlənib hazırlanmışdır. Məsələn, Fransada
hələ 1960-cı illərdən turizmin inkişaf proqramı hazırlanmağa
başlanılmış, 1967-ci ildə isə dövlət iş adamlarını da bu proqramın
realizə olunmasına cəlb etmişdir. Bu məqsədlə bütün çimərliklər
texniki təchizatla təmin olunmuş, turistlərin istirahət və əyləncəsi
üçün hər cür şərait yaradılmışdır. Turistlərə xidmətin keyfiyyətinə

11

görə İspaniya da ön sıralardadır. İspaniyaya gələn turistlərin
tərkibində fransızlar, almanlar, hollandlar çoxluq təşkil edir.
İspanlar adı çəkilən xalqları özlərinin turizm bazarına cəlb edə
bilmək üçün güclü infrastruktur yaratmışlar. Hazırda İspaniyanın
paytaxtı Madrid Avropanın mədəniyyət, incəsənət və turizm
mərkəzlərindən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycanda da qeyri-neft sektorunun aparıcı
sahəsi kimi turizmin inkişafı qarşıda duran prioret məsələlərdəndir.

12

Dini turizm

Dini turizm hər hansı dini mərasimlərin, missiyaların,
ibadətlərin yerinə yetirilməsi məqsədi ilə həyata keçirilən
səyahət növüdür. Dini turizm dedikdə, ənənəvi mühitdən kənarda
olan müqəddəs dini məkanlara və mərkəzlərə gedən turistlərin
ehtiyaclarının ödənilməsi və xidmətlərin təklif edilməsi ilə bağlı
fəaliyyət növü başa düşülür. Hər bir xalq özünün dini abidələrini
və müqəddəs məkanlarını bərpa edərək qoruyub saxlamağı və
dünyaya tanıtmağı özünün mənəvi borcu hesab edir. Çünki milli
kimlik, həm də bu faktlarla bilavasitə bağlıdır. Belə ki, müqəddəs
dini ziyarətgahlara, tarix və mədəniyyət abidələrinə qayğıkeş
münasibət milli kimlik şüurunun parlaq təzahürüdür. Eyni zamanda
ziyarətgahlar insanların ibadət və dua etmələrinə imkan yaratmaqla
yanaşı, həm də insanların öz dini biliklərini ümumiləşdirməsinə,
dərinləşdirməsinə, öz xalqının tarixi və mədəniyyəti ilə təmasda
olmasına imkan verir.

İnanc təməlinə dayanan mədəniyyətlərarası ziddiyyətlərin
qarşısının alınmasında da dini turizm əhəmiyyətli missiya daşıyır.
Dünyanın fərqli bölgələrində yaşayan eyni din mənsubları müqəddəs
məkanlarda bir araya gələrək dini inanclarını paylaşmaqla yanaşı,
eyni dinə sahib olub-olmamasından asılı olmayaraq, yerli xalqla
sosial və mədəni əlaqəyə girirlər. Bu baxımdan dini turizm, həm də
mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi kimi sosial vəzifəni
icra etməkdədir. Məhz buna görə də dini turizm mövcud fərqliliklərə
tolerant, sevgi və hörmətlə baxılmasını təmin edən xüsusi vasitəçidir.

13

Dini turizm, turizmin ən çox istifadə edilən növlərindən
olmaqla, müasir turizm anlayışının əsasları sırasındadır. İnanc
məqsədilə səyahətlərin edilməsi tarixin bütün dövrlərində insanları
cəlb etmişdir. Adəm oğlu var olduğundan bəri yaradanı, yaradılış
səbəbini axtararaq, ətrafında baş verənləri anlamağa çalışaraq, qısa
və ya uzun müddətli səfərlər gerçəkləşdirmişdir. Tək tanrılı dinlərin
ortaya çıxması ilə bərabər din məqsədi ilə edilən səyahətlərin sayı
da artmağa başlamışdır.

Tarix boyu səyahətlərin inkişafında ziyarətçilərin böyük
rolu olmuşdur. Müxtəlif təriqətlərə mənsub olan zəvvarlar öz
dinlərini yaymaq, müqəddəs yerləri ziyarət və müdafiə etmək
məqsədi ilə müxtəlif vaxtlarda çətin və uzun müddətli səyahətlər
etmişlər. Buna misal olaraq, Orta əsrlərdəki “Xaç yürüşləri”ni
tarixin salnaməsinə düşmüş hadisələrdən biri kimi göstərmək olar.
Qeyd edək ki, Xristianlığın yayılması ilə əlaqədar missionerlik
fəaliyyətinin sürətlənməsi, müqəddəs yerləri ələ keçirmək üçün
başlayan “Xaç səfərləri” dini turizm anlayışının inkişafına birbaşa
təsir göstərmişdir. İnsanların dini vəzifələrini yerinə yetirmək ya
da inanclarına olan bağlılığı göstərmək məqsədilə etdikləri Həcc
səyahətləri də inanc turizmi çərçivəsində dəyərləndirilməlidir.

İqtisadi baxımdan dəyərləndirilərkən diqqət çəkən məqam
ondadır ki, dini məqsədlər naminə edilən səyahətlərdə insanlar
maddiyat baxımından rahat davranmaqla səfərə çəkilən xərclərə
xüsusi əhəmiyyət vermirlər. Bunun səbəbi dini səfərə gedənlərin
motivasiya xüsusiyyətlərinin digərlərindən fərqlənməsi ilə bağlıdır.
Bu səfərlərin dini ehkamların bir hissəsi olması və dini vəzifəni

14

həyata keçirməyə yönəlməsi insanların səfər xərclərinə xüsusi
diqqət yetirməməsini şərtləndirir. Eyni zamanda dini səfərlərin
ilboyu həyata keçirilə bilməsi də yerli turizm iqtisadiyyatına
davamlı gəlirin daxil olmasını təmin edir.

Dini turizm tarixən zəvvarlıq adını almış bir dini ənənə olmuşdur.
Bu dini ənənə inanclı insanların böyük kütlələrini əhatə etmiş və
orta əsrlərdən etibarən daha geniş şəkildə yayılmağa başlamışdır.
Coğrafi biliklərin və informasiya resurslarının məhdud olduğu
zamanlarda belə geniş yayılmış zəvvarlıq bəşəriyyət tarixinin
bütün dövrlərində öz əhəmiyyətini qorumuşdur. Demək olar ki,
bütün dinlərə mənsub insanlar tarixən zəvvarlıq səyahətlərində
iştirak etmişlər. Bu proses indiki zamanda da mütəşəkkil şəkildə
davam etdirilir. Ziyarət indiki dövrdə də dini turizmin əsasını
təşkil edir və onun fəaliyyətinin miqyası ildən-ilə genişlənir. Belə
ki, inanclı insanların geniş kütlələrini müasir dövrdə keçirilən
müxtəlif dini ayin və mərasimlər cəlb edir, nəticədə isə onlar
belə fəaliyyətlərin birbaşa iştirakçısına çevrilirlər. Müsəlmanların
Məkkəni, Kərbəlanı, Məşhədi, yaxud yəhudilərin və xristianların
müvafiq olaraq Qüdsü, Vatikanı ziyarət etmələri, dini bayramlar
zamanı çoxlu sayda müqəddəs yerlərə gedilməsi, ziyarətin bütün
dünyada kütləvi hal aldığının bariz göstəricisidir. Turizm şirkətləri
bir qayda olaraq, bu kateqoriyaya aid olan turistlərə ənənəvi
dini marşrutlar üzrə xidmətlər göstərirlər. Məsələn, dindarların
müqəddəs yerlərə daşınması və müqəddəs ziyarətgahlara yaxın
ərazidə yerləşdirilməsi, dini məkanlara ekskursiyaların təşkili və
s. belə xidmətlərə aiddir. Bir sıra hallarda turizm şirkətləri ayrı-

15

ayrı turistlərin arzusuna əsasən, dini yerlərə xüsusi marşrut da
hazırlayırlar. Hesablamalara görə, hər il 300 milyondan çox insan
dini səbəblərlə bağlı olaraq turist səyahətinə çıxır. Bu səyahətlər
nəticəsində əldə edilən turizm gəliri isə 18 milyard dollardan çoxdur.
Demək olar ki, hər dörd insandan biri səyahətləri zamanı dini
mərkəzlərə maraq göstərir. Bu rəqəmlər ilbəil daha da artmaqdadır.
Çünki insanlar arasında dini ziyarət zəminində müxtəlif müqəddəs
məkanlara turist kimi səfərə çıxmaq istəyənlərin də sayı kifayət
qədər çoxdur və bu say yüksələn xətt üzrə inkişaf edir. Belə
insanların əksəriyyəti isə əsasən inanclı insanlardır.

Ümumdünya Turizm Təşkilatının məlumatına görə,
beynəlxalq turizm hərəkatının 8-10 %-ə qədəri dini turizmin payına
düşür. Dini turizmdən ən çox gəlir əldə edən ölkələrə Səudiyyə
Ərəbistanı, Vatikan, İtaliya, Türkiyə, İran, Nepal, İsrail, Fransa
və başqa ölkələrdir. İlboyu ən çox ziyarət olunan ərazilər Nəcəf,
Kərbəla Məkkə, Mədinə, Kərbəla, Nəcəf, Yerusəlim, Məşhəd,
Qum, İstanbul şəhərləri, eləcə də Vatikan, Hindistan, Nepal, Çin
və Yaponiyada olan dini ziyarətgahlardır. www.travelandleisure.
com saytının 2016-cı ildə verdiyi məlumata görə.

Dünyada ən çox turist cəlb edən müqəddəs məkanlar
və orta nisbətlə illik ziyarətçi sayı

1. Meiji Məbədi (Şinto Məbədi) və Sensoji Məbədi (Digər adı
Asakusa Kannon olan Buddist məbədi, eyni zamanda Tokio
şəhərinin ən qədim məbədidir) – 30 milyondan çox;

2. Kaşi Vişvanat Məbədi (Varanasi, Hindistan) – 21.9 milyon;

16

3. Meksikada Müqəddəs Məryəm (Qvadalupe) Bazilikası (1999-
cu ildə ən çox ziyarət edilən Katolik Məbədi) – 20 milyon;

4. Tirupati Tirumala Devastanams Məbədi (Hindistan) - 18.25
milyon;

5. Notr-Dam Kafedral Kilsə (Fransa) - 13.65 milyon;
6. Müqəddəs Ürək Bazilikası (Fransa) - 10.5 milyon;
7. Naritasan Şinşoji Məbədi (Yaponiya) - 10 milyon;
8. Tsurugaoka Açimangu Məbədi (Yaponiya) - 10 milyon;
9. Kiyomizu-dera və ya Kinkaku-ji məbədi (Yaponiya) - 6-10

milyon;
10. İse Jingu Məbədi (Yaponiya) – 8.5 milyon;
11. Müqəddəs Peter Bazilikası (Vatikan) - 7 milyon;
12. Dazaifu Tenmangu Məbədi (Yaponiya) - 6.6 milyon;
13. Köln Kafedral Kilsəsi (Almaniya) - 6 milyon;
14. Lourdesli Müqəddəs Xanım Ziyarətgahı (Fransa) - 6 milyon;
15. Müqəddəs Ata Piy Məbədi (İtaliya) – 6 milyon;
16. Müqəddəs Mark Bazilikası (İtaliya) - 5.6 milyon;
17. Müqəddəs Assizli Fransisk Bazilikası (İtaliya) - 5.5 milyon;
18. Müqəddəs Patrik Kafedral Kilsəsi (ABŞ) - 5.5 milyon;
19. Ağlama Divarı (İsrail) - 5 milyon;
20. Türkiyədəki Sultan Əhməd Camisi (Göy Məscid) - 5 milyon;
21. Yaponiyada Ginkaku-ji (Gümüş Pavilion Məbədi) - 5 milyon;
22. Musaşi İçinomiya İkava Məbədi (Yaponiya) - 5 milyon;
23. Lotus Məbədi (Hindistan) – 4.5 milyon;
24. Sistin Şapeli Kilsəsi (Vatikan) – 4 milyon;
25. Müqəddəs Məzar Kilsəsi (İsrail) – 4 milyon;

17

26. İkutsuşima Məbədi (Yaponiya) – 3.4 milyon;
27. Po Lin Monastırı və Tian Tan Budda Heykəli (Honq-Konq,

Çin) – 3.2 milyon;
28. Aya Sofya (İstanbul, Türkiyə) – 2.9 milyon;
29. Əl-Haram Məscidi (Məkkə, Səudiyyə Ərəbistanı) – 2.9

milyon;
30. Sagrada Familia Bazilikası (Barselona, İspaniya) – 2.3 milyon.

Ümumiyyətlə dünya miqyasında ən çox ziyarətçi cəlb edən və
ziyarətçi sayının 700 min ilə 30 milyon arasında dəyişən 41 məkan
məlumdur ki, yuxarıda onlardan 30-u göstərilmişdir. Bu yerlərin
müqəddəsliyini daha açıq anlamaq üçün onların hər biri haqqında
qısa məlumat verək:

1. Meiji Məbədi. 102 il əvvəl imperator Meiji və onun
həyat yoldaşı Şokenin müqəddəs hesab edilən ruhlarına hörmət
əlaməti olaraq inşa edilən bu məbəd ətrafında 100 mindən çox
ağacı birləşdirir. Bölgə xalqı sintoizm və ya buddizm ya da hər
ikisinə inanmaqdadır. Dini və mədəni adət-ənənələr yapon xalqını
ildə ən azı bir və ya iki dəfə, xüsusən Yeni il ərəfəsində türbə və
məbədləri ziyarətə təşviq edir;

2. Kaşi Vişvanat Məbədi. Bildiyimiz kimi Qanq çayı
hinduizm dini mənsubları üçün ən müqəddəs məkanlardandır.
İki qızıl qülləsi olan bu məbəd Qanq çayının qərb hissəsindədir.
İnsanlar bu çayda yuyunaraq, yenidən dünyaya gəlmə ehtimalını
azaltdıqlarına inanırlar.

3. Məryəm Ana Bazilikası. Meksikanın Qvadalupe

18

şəhərində yerləşən bu bazilikanın inşası 1500-cü illərdə başlamış,
1709-cu ildə sona çatmışdır. İllik 20 milyon insanın ziyarət etdiyi
bazilikanın tutumu 50 min nəfərdir. İnsanlar buraya 1531-ci ildə
əksini tapan Həzrət Məryəmin görüntüsünü görmək üçün gəlirlər;

4. Tirupati Tirumala Devastanams Məbədi. Bərabərlik və
sevgi ideyalarına əsaslanan Vaişnavizm məzhəbinin 1200 il bundan
əvvəl burada meydana gəldiyi iddia edilir;

5. Notr-Dam Kafedral Kilsəsi. Kilsədə mələk heykəllərinin
olmadığı ən kiçik sahə belə tapmaq mümkün deyil. Təxminən 914
sm ölçüyə malik gül formalı pəncərəsi üzərində İncil hekayələrindən
rəsmlər çəkilmişdir. Günümüzdə bura həm gözəl sənət nümunəsi,
həm də ibadət yeri kimi istifadə edilir;

6. Müqəddəs Ürək Bazilikası. Qallar və Romalıların
Merkuri və Mars tanrılarına sığınmaq üçün gözəl bir mənzərəsi
olan bu təpəni seçdiyi güman edilir;

7. Naritsan Şinşoji Məbədi. 940-cı ildə inşa edilmiş bu
məbəd əlverişli yolların üzərində yerləşdiyi üçün ziyarətçilər
tərəfindən çox ziyarət edilir;

8. Tsurugaoka Açimangu Məbədi. Torii adı verilən
qapıların, gəzməli bağça və gilas ağacları ilə yaponlara xas üslubda
olan, eyni zamanda savaş tanrısına ev sahibliyi etdiyi düşünülən bu
məbəd XII yüzilliyə aid tarixi memarlıq nümunəsidir;

9. Kijomizu-dera və ya Kinkaku-ji Məbədi. UNESKO
siyahısına daxil edilən, keçmiş adı Kijomizu-dera olan bu məbəd
buddist dindarların xüsusi mərasimlə müqəddəs suyu içib hacı
olduqları yerdir. Kiyoto şəhərində yerləşən və XV əsrdə inşa edilən

19

Kinkaku-ji məbədinin ən üst iki qatı qızıldan olan yarpaqlarla
örtülmüşdür.

10. İse Jingu Məbədi. “Müqəddəs meşə” adı verilən
bölgədə yerləşən bu məkanda məbədin inşasından əvvəl ağaclara
sitayiş edildiyi deyilməkdədir;

11. Müqəddəs Peter Bazilikası. Dünyanın ən böyük
abidələri içərisində yer alan bu bazilika katoliklər üçün çox
müqəddəs məkandır. Onun inşasında intibah dövrünün ən məşhur
sənətkarlarından olan Rafael, Brunellesçi, Bernini və Mikelancelo
kimi məşhurlar şəxsən iştirak etmişlər;

12. Dazaifu Tenmangu Məbədi. Rəngarəng ərik ağacları
ilə əhatələnən və ətrafında 1500 illik ağacların da olduğu məbəddir;

13. Köln Kafedral Kilsəsi. 600 illik inşa prosesi nəticəsində
1880-ci ildə ərsəyə gəlmiş qotik üslublu memarlıq əsəridir;

14. Lourdesli müqəddəs xanım ziyarətgahı. Fransanın ən
çox ziyarət edilən məkanlarından biri kimi məşhurdur;

15. Müqəddəs Ata Piy Məbədi. Bir kahinin cansız
bədəninin sərgiləndiyi kilsədir;

16. Müqəddəs Mark Bazilikası. Bizans İmperatorluğunun
memarlıq tərzini nümayiş etdirən ən gözəl nümunələrdəndir.
“Xaç səfərləri” zamanı İstanbuldan və Bizans İmperatorluğundan
götürülmüş qızılı heykəllər və mozaikalar burada saxlanılır;

17. Müqəddəs Assizli Fransisk Bazilikası. İtaliya qotik
memarlıq üslubunda tikilən bazilika dövrünün görkəmli sənətkarları
olan Giotto, Cimabue, Pietro Lorenzetti və Simon Martininin də
əməyi sayəsində ərsəyə gəlmişdir. Görünüşünü itirməmiş 2 kahin

20

tabutu dindar insanları buranı ziyarət etməyə ilhamlandırır;
18. Müqəddəs Patrik Kafedralı. 1878-ci ildə açılan

Kafedralın yerləşdiyi ərazi dünyada ən bahalı mülklərin yerləşdiyi
bölgələrdəndir. Bu abidə Nyu Yorkun döyünən ürəyi hesab edilir;

19. “Ağlama Divarı”. Yəhudilər üçün ən müqəddəs
məkanlardandır. Divarın yerləşdiyi ərazidə qadın və kişilər üçün
ayrıca yerlər mövcuddur;

20. Sultan Əhməd Məscidi (Göy Məscid). 1616-cı ildə
inşa edilən məscidin divarlarında ağac, müxtəlif meyvə şəkilləri
təsvir edilmiş və hüsnxəttlə Quran ayələri işlənmişdir;

21. Ginkaku-ji (Gümüş Pavilion) Məbədi. XV əsrin
sonlarında inşa edilmiş məbəd hər hansı qiymətli metal ilə
üzlənməmişdir. Onun həyətində Ay işığında parlayan xırda və
iri daşlardan hazırlanmış şəkillər ziyarətçilərin marağını cəlb
etməkdədir;

22. Musaşi İçinomiya İkava Məbədi. Myogin adı verilən
tanrılara ithafən 2400 il bundan əvvəl inşa edilmişdir;

23. Lotus Məbədi. Məbədin içərisində illuziya obyektinin
yaratdığı inikas ziyarətçiləri heyrətə gətirir;

24. Sistin Şapeli Kilsəsi. Mikelancelonun 300-dən çox
fiqur istifadə edərək canlandırdığı məşhur Adəmin yaradılışı adlı
freska bu kilsədədir. Mikelancelodan başqa, Boticelli, Perugina,
Roselli kimi məşhur intibah dövrü rəssam və heykəltəraşlarının
əsərləri burada sərgilənir;

25. Müqəddəs Məzar Kilsəsi. Bu kilsə Xristian
dünyasının ən müqəddəs məkanı hesab edilir. İsa Məsihin çarmıxa

21

çəkilməsindən sonra onun səmaya yüksəldiyinə inanılan yerin
üzərində inşa edilməsi Xristian dünyasını cəlb etməkdədir;

26. İkutsuşima Məbədi. Məbədin əsası VI əsrdə
qoyulmuşdur;

27. Po Lin Monastrı və Tian Tan Budda Heykəli. Böyük
Budda heykəlinə çatmaq üçün 200-dən artıq pilləkən çıxmaq
lazımdır. Sağ əlini qaldıran heykəlin olduğu yer bənzərsiz
mənzərəyə sahibdir;

28. Aya Sofya. Şərqi Roma İmperatorluğunun İstanbul
şəhərində inşa etdiyi ən böyük kilsə olub, 537-ci ildə ibadətə
açılmışdır. Bizans mozaikaları ilə qapalı olan Aya Sofya 1453-
cü ildə minarə əlavə edilərək məscidə çevrilmişdir. 1935-ci ildə
Mustafa Kamal Atatürk tərəfindən muzey elan edilmişdir;

29. Əl-Həram Məscidi. Müsəlmanların ən müqəddəs
məkanıdır. Ətrafında təvaf edilən Kəbə, İslam inancına görə
müsəlmanların həyatları boyunca ən azı 1 dəfə ziyarət etməli
olduqları yerdir;

30. Sagrada Familia Bazilikası. Müasir memarlığın
tanınmış simalarından olan Antoni Qaudinin 1883-cü ildə tikinti
estafetini qəbul edən, lakin 1926-cı ildə onun tramvayın altında
qalması səbəbindən həlak olması ilə inşası yarımçıq qalan
memarlıq abidəsidir. Tikintisi hələ də davam etdiyindən xalq
arasında “bitməyən kilsə” kimi də tanınır.

PEW Araşdırma Mərkəzi tərəfindən 2015-ci aprel ayında
yayımlanan “Dünya dinlərinin gələcəyi” adlı tədqiqatda dünya

22

dinlərinin 2070-ci və 2100-cü illərdə sahib olacaqları mömin
insanlar barədə təxminini açıqlamışdır. Bu təxminlərə görə,
2050-ci ildən sonra dünyada müsəlman və xristianların sayı
bərabərləşəcək, hər ikisi 32%-lik paya sahib olacaqlar. Bu
tendensiyanın davamı olaraq, 2070-ci ildən sonra müsəlman
əhalinin sayı xristianları üstələyəcək və 2100-cü ilədək dünya
əhalisi içərisində müsəlmanların sayı 35%, xristianların sayı isə
34% olacaqdır. Bununla yanaşı, ən böyük iki din qrupunun dünya
əhalisi içərisində birlikdə ümumi payı 2010-cu ildə 55% olarkən,
2050-ci ildə 61%, 2100-cü ildə isə 69% olmaqla, ümumi dünya
əhalisinin 2/3 hissəsindən çoxunu təşkil edəcəyi proqnozlaşdırılır.

Bu araşdırmadan başqa sözügedən Mərkəzin 2013-cü il
hesablamalarına görə, dünya əhalisinin ümumi sayı 7 milyard 152
milyon 310 min nəfər olmuşdur. Həmin ildə 1.99 milyard olan
xristian əhalinin sayı 2014-cü ildə 1.32%-lik artım göstərərək, 2.01
milyarda yüksəlmişdir. 2013-cü ildə 2.04 milyard olan müsəlman
əhalinin sayı da 2014-cü ildə 1.84% artaraq, 2.08 milyarda
çatmışdır.

www.muslimpopulation.com saytı da 2016-cı ildə yaydığı
məlumatda dünyada xristian əhalinin heç də fərqli mənbələrdə
göstərildiyi kimi çox olmadığını, əksinə Hindistan, Çin, Nigeriya,
Tanzaniya, Efiopiya kimi bir sıra ölkələrdə müsəlman əhalinin
ümumi sayı ilə bağlı rəqəmlərin daha az göstərildiyini bildirərək,
belə artımla davam edəcəyi təqdirdə 2030-cu ildən dünya
miqyasında hər 3 nəfərdən 1-nin müsəlman olacağı qənaətinə
gəlmişdir. Bu proqnoz Avropa, Cənubi Amerika kimi bəzi

23

bölgələrdə yaşayan xristianların öz dini inanclarından uzaqlaşması
kontekstində müsəlmanların öz dinlərinə olan bağlılığının getdikcə
güclənməsinə söykənir.

Dini turizm adı ilə yerinə yetirilən səyahətlərdə milyonlarla
insan fərqli şəhərlərə və ölkələrə getməklə həmin yerlərə iqtisadi
baxımdan töhfə verməklə yanaşı, yerli xalqlarla sosial-mədəni
münasibət yaradırlar. Bu baxımdan da dini turizm dünyada ümumi
turizm sektorunun inkişafında, habelə sülh və qarşılıqlı anlaşma
mühitinin, sosiallaşmanın formalaşmasında əhəmiyyətli rol
oynayır.

Bütün sferalarda yeniliklərin yaşandığı müasir dünyamızda
insanlar mənəvi ehtiyaclarını ödəmək üçün xüsusən inkişaf
etmiş ölkələrdə dövlətin də dəstəyi ilə dini tədbirlər ətrafında
toplaşırlar. Bir çox bölgə və istiqamətlər tədqiq edildikdə dini
turizmin keçmişdən bugünədək təkmilləşdiyini açıq-aydın görmək
mümkündür. Bunun nəticəsi olaraq, müqəddəs yerlər yüz minlərlə
insana ev sahibliyi etməkdə və bu yerlərin ziyarəti kütləvi turizm
hərəkəti kimi özünü göstərməkdədir. Kütləvi hərəkət olmasının
səbəbləri dinlər baxımından müqəddəs məkanların və ibadət
üçün müqəddəs zamanların olması ilə əlaqədardır. Belə ki, İslam
dinində Qurban bayramı ərəfəsindən 2 gün öncə Məkkədə olmaq
gərəkdir. Xristianlıqda mövlud günlərində Qüdsə, 15 avqustda
Həzrət Məryəmin dünyasını dəyişdiyi gün Lourdesə gedilir.
Eləcə də Pasxa və bu gündən sonra keçən 50-ci gün Həcc yeri
və məkanı olaraq qəbul edilən yerlər istiqamətində ziyarətlərin
həyata keçirildiyi tarixlərdir. Yəhudilikdə isə “Ağlama Divarı”nın

24

qarşısında hər il 17 iyul tarixindən 19 avqustadək olan 23 gün
ərzində dualar edilməklə ibadətlə məşğul olunur.

Nəzərə almaq lazımdır ki, dini turizm mənəvi istirahətin
təşkili üçün turizm növləri arasında özünün spesifik xüsusiyyətləri
ilə digərlərindən fərqlənir. Ona görə ki, dindarların ibadətləri
və müxtəlif ehkamları vaxtında icra etmək istəkləri ilə əlaqədar
olaraq fərqli baxışlar mövcuddur. Bu zaman turizm təşkilatçısının
üzərinə böyük məsuliyyət düşür. Belə ki, müxtəlif dinlərdən olan
insan qruplarının öz etiqadlarına uyğun müqəddəs yerlərə getmək
arzuları və hər bir turizm səfərinin özünəməxsus konkret məqsədləri
vardır. Təşkilatçı onların bütün tələblərini bilən və yerinə yetirməyi
bacaran şəxs olmalıdır. Belə ki, tursitlərin bütün ehtiyaclarını
yerinə yetirmək üçün təşkilatçı müvafiq dini və onun ehkamlarını,
müqəddəs yerlərə ziyarətin infrastrukturu ilə bağlı tələbləri yaxşı
bilməlidir. Ziyarət səfəri zamanı bələdçi dindara lazım olan bütün
xidmət sahələrini təşkil etməli, hətta səfərin xarakterinə uyğun
geyimlər haqqında məlumatlara da malik olmalı, bu istiqamətdə
konkret işlər görməlidir. Müvafiq sahənin mütəxəssisləri, nəinki
turist gəzintilərinin praktik təşkilini bacarmalıdırlar, həm də onların
özlərinin dinlə bağlı dəqiq təsəvvürləri olmalı, gediləcək yerin
coğrafiyasını yaxşı bilməlidirlər. Bilməlidirlər ki, hansı səbəblər
insanları zəvvarlığa və ya dini yerlərə ekskursiyaya getməyə
vadar edir. Bütün bu faktorlar turistlərin tələbatını anlamaqda
mütəxəssislərə kömək edə bilər. Göstərilən məqsədləri bilmədən
turizm təşkilatçısı tərəfindən dini turizmlə bağlı səfərlərin təşkil
edilməsi qətiyyən məqsədəuyğun deyildir.

25

Qeyd edək ki, turizmin bu növü yalnız “dini turizm” anlayışı
ilə məhdudlaşmır. Belə ki, müqəddəs sayılan məkanlarda dini
ayinlərin icrası da turizm növlərindən biri kimi inanc və ya mənəvi
turizm adlanaraq, özündə məhz dini turizmi ehtiva edir.

Dini turizm dini ekskursiya turizmi və zəvvarlıq turizmi
olmaqla iki əsas istiqamətə ayrılır. Dini ekskursiya turizminin
iştirakçısı olan turistlər o ziyarətçilərdir ki, onlar dindar olmaya da
bilərlər. Onları əsasən məscidlərə, məbədlərə, kilsələrə, sərgilərə,
muzeylərə ekskursiyalar maraqlandırır. Bu zaman tuгistlər mədəni
və tarixi оbуеktlərlə tanış оlur, eyni zamanda dini mərkəzlərə bаş
çəkirlər.

Zəvvarlıq turizminin iştirakçısı olan turistlər isə zəvvarlardır.
Onlar üçün dini mərasimlərdə iştirak etmək zərurətdir. Belə demək
mümkündür ki, zəvvarlıq turizminin sosial-psixoloji bazası dini-
ekskursiya turizminin sosial-psixoloji bazasından daha dardır.
Yəni ekskursiyalar, sərgilərə, muzeylərə gəzintilər zəvvarlar
üçün ikinci dərəcəlidir və yaxud da bu onlar üçün ümumiyyətlə
maraqlı deyildir. Dini turizm səyahətləri zamanı tarix və
mədəniyyət abidələrinin tərkib hissələrindən olan dini abidələrə
ziyarət turistlər üçün böyük əhəmiyyətə malikdir. Dini abidələrin
yerləşdiyi ərazi, onun tarixi, əhalinin mənəvi tələbatında oynadığı
rol və istifadə üçün yararlılığı əsas götürülür. Onu da vurğulamaq
lazımdır ki, əhali dini abidələrdən əsasən müəyyən dini tədbirlər
və ya tarixi hadisələrlə bağlı olan əlamətdar günlərdə istifadə edir.
Dini abidələrdən istifadə aşağıdakı xüsusiyyətlərinə görə seçilir:
müxtəlif dini kitablarda qeyd olunan ibadətlərin yerinə yetirilməsi

26

üçün Məkkə, Mədinə, Kərbəla, Məşhəd, Yerusəlim və digər
şəhərlərdə mövcud olan dini abidələr. Əsas dini ziyarət yerləri
və din tarixində əhəmiyyətli yerlər olan abidələr – ziyarətgahlar,
məscidlər, kilsələr və s. tarixi memarlığı ilə seçilən gündəlik ibadət
yerləri – mədrəsə, məscid və s.

Dini turizm “təşkilati” və “qeyri-təşkilati” olmaqla iki formada
olur: Təşkilati forma odur ki, bu zaman qabaqcadan razılaşdırılmış
turlar və qiymətlər çərçivəsində müəyyən marşrutlar üzrə
səyahətlər təşkil edilir. Bu zaman zəvvarlar tam və ya qismən
olaraq xidmətlərdən istifadə edir, öz dini ayinlərini yerinə yetirirlər.
Qeyri-təşkilati forma isə odur ki, turlar zamanı zəvvarlar heç bir
vasitəçinin köməyi olmadan səyahətə çıxır və konkret proqram
olmadan öz marşrutlarını müəyyənləşdirirlər. Bu zaman belə
turlara bir sıra daxili və xarici amillərin təsiri də mümkündür.

Müasir dövrdə dini turizm dünya coğrafiyasında demək olar
ki, əhalinin məskunlaşdığı hər bir ərazini əhatə etməkdədir. Bir
məqama da diqqət yönəldək ki, əksər hallarda dini turizmlə halal
turizm eyniləşdirilir. Lakin onların turizmin müxtəlif növləri
olduğunu nəzərə almaq lazımdır. Belə ki, halal turizm sırf istirahət,
əyləncə istiqamətlidir. Belə turizm mərkəzlərində ilk növbədə
məscid olur, üstəlik qadınların istirahət etdiyi ərazi ilə kişilərin
istirahət etdiyi məkanlar da ayrı olur. Çünki halal turizm İslam
dininin tələblərinə uyğun restoran, hotel, iaşə və s. obyektlərin
qurulması sayəsində formalaşan bir sahədir. Halal turizmin
yaradılması ümumi turizm sektorunda səmərəli addımlardan biri
kimi dəyərləndirilir ki, bu da mövcud xidmət mədəniyyətinin daha

27

da təkmilləşdirilməsi prosesində turizm sənayeçilərini işgüzar
fəaliyyətə istiqamətləndirir.

Bu gün dünya üzrə turizm xərclərinin 10 faizini müsəlman
turistlər reallaşdırır. “Müsəlman Alış-veriş Turizmi İndeksi”nə
görə, 2016-cı ildə müsəlman turistlərin xərclədiyi vəsait 145
milyard dollardan çox olmuşdur. Halal turizm bəzi ərəb ölkələrində,
Malayziyada və Türkiyədə geniş yayılmışdır. Araşdırmalara
görə, müsəlmanlar istirahət və əyləncə üçün daha çox Dubay,
Kuala-Lumpur, İstanbul və Antalya şəhərlərini seçirlər. Dünyada
azı 350 halal otel var ki, bunlardan 160-ı Türkiyədə yerləşir.
Hesablamalara görə, bu gün müsəlman turistlərin sayı 108
milyondan çoxdur və 2020-ci ildə bu rəqəmin 150 milyondan çox
olacağı proqnozlaşdırılır. Dünya Turizm Təşkilatının məlumatına
görə, sonuncu qlobal böhran səbəbindən beynəlxalq turizmdə
ümumi azalma müşahidə olunsa da, dini məqsədlə həyata keçirilən
ziyarətlərdə bu hal baş verməmişdir. Bunun başlıca səbəbi isə
insanların bu cür ziyarətləri heç də bir istirahət olaraq deyil, vacib
bir əməl kimi qəbul etməsidir.

28

Dini turizmin əsas istiqaməti zəvvarlıqdır

Turizmin ən qədim növlərindən olan zəvvarlıq, insanların dini
inancları ilə bağlı olub, onlarda səyahətə motiv yaradır. Bu motiv
müxtəlif dini mənsubiyyətə aid insanları dini tələbatlarını ödəmək,
təskinlik tapmaq məqsədilə səyahət etməyə, müqəddəs yerləri
ziyarət etməyə sövq edir. Zəvvarlıq insanların mənəvi cəhətdən
təmizlənməsi, özlərinin ilahi dərgahına yaxınlaşması, xeyirxahlıq
kimi hisslərə yiyələnməsinə səbəb olur. Faktiki olaraq bütün
dünyəvi dinlərdə müqəddəs ziyarətgahlar kifayət qədərdir.

Zəvvarlıq adını almış dini ənənə inanclı insanların böyük
kütlələrini əhatə edib və orta əsrlərdə daha geniş yayılmağa
başlamışdır. Məhdud coğrafi biliklər və informasiya vasitələrinin
olduğu dövrdə belə geniş yayılmış zəvvarlıq bəşər tarixinin bütün
dövrlərində öz əhəmiyyətini qorumuşdur. Bütün dünyəvi dinlərə
mənsub insanlar tarixən zəvvarlıq səyahətlərində iştirak etmiş
və bu proses indi də mütəşəkkil şəkildə davam etdirilir. Belə ki,
müasir dövrdə keçirilən müxtəlif dini ayin və mərasimlər inanclı
insanların geniş kütlələrini cəlb edir.

Uzaq məsafələrə dini səfərlərin reallaşdırılmasının səbəbləri
müxtəlif ola bilər: mənəvi güc almaq, mövcud uğursuzluqdan
qurtarmaq, günahları yumaq, bədbəxt hadisələrdən qorunmaq,
xəstəliklərdən şəfa tapmaq və s. Bəzən isə dinin təməlləri bu tip
səyahətlərin gerçəkləşdirilməsini şərtləndirir. Məsələn, İslam
dini Həcc ziyarətini hər bir müsəlman üçün vacib hesab edir. Bir
sözlə, dini xarakterli səyahətlər insanların həyatında mühüm yer

29

tutduğundan onun inkişaf etdirilməsi xüsusi diqqət mərkəzində
olmalıdır.

Filoloqlar iddia edirlər ki, zəvvarlıq termini “Tanrının
çıxışı” bayramı münasibətilə Yerusəlimi ziyarət edən ilk xristian
ziyarətçilərin gətirdikləri palma ağacından götürülmüşdür. Belə
ki, İsa Məsihin Yerusəlimdə triumfal çıxışı zamanı dindarlar onun
yoluna palma budaqları sərmişlər.

Hələ qədim zamanlarda inanclı insanlar bu və ya digər tanrıya
məxsus enerjini əldə etmək məqsədilə müqəddəs yerləri ziyarət
etmişlər. Məsələn; Qədim Yunanıstanda ölkənin dörd bir yanından
Delfə gələrək, Tanrı vəhyini almaq məqsədilə məbəddə yaşamışlar.

Zəvvarlıq praktiki olaraq bütün dinlərə xas xüsusiyyətdir. Uzaq
Şərq, Mərkəzi Asiya, Yaxın Şərq, Qədim Yunanıstanın möhtəşəm
məbədləri, təbiət landşaftları hər zaman özünə minlərlə insanı cəlb
etmişdir. Yunan tarixçiləri Heredot, Pavsani, ədəbiyyatçı Lukain
böyük qədim kult mərkəzləri haqqında yazılar miras qoymuşlar.

Hazırkı dövrdə zəvvarlıq islam, xristianlıq, buddizm, induizm,
sikhizmdə vacib dini əməl və hərəkət kimi çıxış etməkdədir.
Zəvvarlıq mədəniyyəti rahib missionerlərin apardığı geniş təbliğat
fəaliyyəti sahəsində Buddizmdə inkişaf etməyə başlamışdır.
Buddistlər tanınmış monastırlara baş çəkməyə hər zaman meyilli
olmuşlar. Hər il on minlərlə insan Dalay Lamanın Hindistandakı
məbədini ziyarət edir. Bundan başqa yüzlərlə məbədin şəhəri hesab
edilən böyük dini mərkəz olan Varanasi də zəvvarların bu ölkədə
baş çəkdiyi məşhur şəhərlərdəndir. İnanca görə, məhz bu şəhərdə
Budda ilk müridlərini toplamışdır.

30

İnduizmin iki əsas qolu olan şivi və vnuşilərin də özlərinə xas
müqəddəs yerləri vardır.

İslam dininə gəldikdə qeyd etmək lazımdır ki, bu dində zəvvarlıq
hər müsəlman üçün məcburi, vacibat mahiyyəti daşıyır. Hərçənd
ki, müsəlmanlar dünyaya yayılmamışdan əvvəl zəvvarlıq tələbi hər
kəs üçün vacib hesab edilməmişdir. Dünyada müsəlman zəvvarların
ən çox ziyarət etdiyi şəhər, heç şübhəsiz Məkkə şəhəridir. İkinci
yeri Məhəmməd peyğəmbərin doğma şəhəri olan və məzarının
yerləşdiyi Mədinə şəhəri tutur. Qüds də müsəlman dünyası üçün
müqəddəs hesab edilən şəhərlər sırasındadır. Müsəlmanların tarixi
məscidləri Yerusəlim məbədinin yerləşdiyi ərazidə, yəni Məbədlər
Dağı hissəsində inşa edilişdir. Bunlar Qubbat əs-Səhra (VII əsr,
Ömərin məscidi) və əl-Əqsadır. Əl-Əqsa məscidi əhəmiyyətinə görə
Məkkə və Mədinədən sonra üçüncü, habelə Qüdsün ilk məscididir.
Səudiyyə Ərəbistanında müqəddəs yerlərdən (Mədinədə Həzrət
Peyğəmbərin qəbri və Məkkədə Kəbə) başqa ayrı-ayrı dini təriqət
nümayəndələrinin ziyarət etdiyi müqəddəs yerlər də mövcuddur.
Belə ki, müsəlman şiələr Peyğəmbərin nəvəsi imam Hüseynin
İraqın Kərbəla şəhərində qəbrini müntəzəm ziyarət edirlər. Qum,
Məşhəd (İran), Əfqanistanda Məzari Şərif, eləcə də İslam dininin
tanınmış simalarının Qafqazda, xüsusilə Şimali Qafqazdakı
məqbərələri ziyarət edilir.

Müasir elmdə müxtəlif parametr və əlamətlər üzrə zəvvarlığın
bir neçə növü sinifləndirilir: a. İştirakçıların sayına görə - fərdi,
ailəvi və qrup; b. Müddətinə görə - uzun və qısa; c. Mövsümə
görə - ilboyu və dini bayramlar ərəfəsində edilən; d. Ziyarət edilən

31

obyektlər baxımından – konfessional kult məkanları (məscid,
kilsə, sinaqoq, monastr və s.) və təbiətdəki inanc məkanları (dağ,
göl və s.); e. Müqəddəs obyektin coğrafi mövqeyinə görə - ölkənin
daxilində və xaricində; f. Əhəmiyyətinə görə - könüllü və vacib.

Hazırda dünyada mono və polikonfessional olmaqla, 13 böyük
zəvvarlıq regionu üzrə təsnifat aparılır:

- Avropa – Xristianlıq hökmüranlıq edir;
- Şimali Amerika – Xristianlıq dominantlıq edir və digər
çoxsaylı dinlərlə tamamlanır;
- Latın Amerikası – Yerli ənənəvi dinlərlə müqayisədə
Xristianlıq dominantlıq edir;
- Şimali Afrika – İslam dominantdır;
- Şərqi və Qərbi Afrika – İslam hökmranlıq edir, lakin
Xristianlığın ayrıca mərkəzləri və ənənəvi dinlərin yayıldığı
bölgələr də mövcuddur;
- Qərbi Asiya – İslam dominantlıq edir, bununla belə
xristianlıq və iudaizmin yayıldığı regionlar da vardır;
- Şərqi Asiya – Konfussiçilik və sintoizmlə müqayisədə
buddizm hakimdir, Xristianlıq və İslam mərkəzləri də mövcuddur;
- Mərkəzi Asiya – Buddizm dominantdır;
- Orta Asiya – İslam hakimdir;
- MDB ölkələri – Xristianlığın hakimliyi müstəvisində
İslam və buddizm bölgələri də vardır;
- Avstraliya və Okeaniya – Yerli dinlərlə müqayisədə
Xristianlıq hakimdir.

32

Zəvvarlıqda yeni ölkə və ya şəhərlə tanışlıq tamamilə dindarın
dini ehtiyaclarının ödənilməsinə hesablanmışdır. Yəni zəvvar
həmin ölkə və ya dini obyekt barədə yeni təsəvvürü özünün dini
dünyagörüşünü genişləndirmək üçün mənimsəyir. Lakin müasir
günümüzdə zəvvarlığın mahiyyətində müəyyən qədər yeniliklər
nəzərə çarpır. Belə ki, zəvvarlar hər hansı şəhər və ya ölkənin
dini abidələri ilə yanaşı, mədəniyyəti və qonaqpərvərliyi ilə də
yaxından tanış olurlar.

33

Dini abidələrdən turizm məqsədilə istifadə
imkanları

Dini abidələr tarixi-mədəniyyət abidələrinin ayrılmaz tərkib
hissəsidir. Bu abidələrdən əsasən əhalinin müəyyən dini tədbirlər və
ya tarixi hadisələrlə bağlı olan əlamətdar günlərdə istifadə olunur.
Dini abidələrin yerləşdiyi ərazi, onun tarixi, əhalinin mənəvi
təlabatında oynadığı rol və istifadə üçün yararlığı əsas götürülür.
Dini abidələrdən istifadə aşağıdakı xüsusiyyətlərinə görə seçilir:

- Müxtəlif dini kitablarda qeyd olunan ibadətlərin yerinə
yetirilməsi üçün mövcud olan dini abidələr;

- Əsas dini ziyarət yerləri və din tarixində əhəmiyyətli yeri
olan abidələr;

- Tarixi arxitekturası ilə seçilən gündəlik ibadət yerləri.
Xristianlıq abidələri, əsasən Avropada, Yaxın Şərqdə daha çox
yayılmışdır. Hesablamalara görə, Avropada Roma katolik kilsəsinə
xristian bayramlarında təxminən 500 minə yaxın ziyarətçi gəlir. İl
ərzində Roma katolik kilsəsini 11 milyon yaxın insan ziyarət edir.
Avropada digər xristianlıq məbədlərinə Parisdə Müqəddəs
Mariya kilsəsi və Lourdes kilsəsi daxildir ki, bunları da il ərzində
2 milyona yaxın zəvvar ziyarət edir. Digər kütləvi ziyarət yerlərinə
Türkiyədə Məryəm ana evi, Portuqaliyada Fatimə məbədi,
İspaniyada Monserat məbədi, Polşada müqəddəs Varşava kilsəsi
və s. daxildir. Yərusəlimdə üzərində İsa peyğəmbərin şəkili olan
müqəddəs Pyotr kilsəsi yerli xristian ərəblərin və digər Avropa
xalqlarının əsas ziyarət yeridir. Rusiyada Nijni-Novqorod,

34

Moskvada olan Pravoslav kilsəsi də dini turizm əhəmiyyətlidir.
Buddizmə aid olan ziyarət yerləri Çində, Tibetdə, Hindistanda,

Cənub-Şərqi Asiyada yayılmışdır. Bunlardan ən məşhurları IV-V
əsrləri əhatə edən – Nepalda yerləşən Dalay-Lama məbədidir.
Bu məbədi il ərzində 1 milyona yaxın buddist ziyarət edir. Tibet
yaylasında olan buddist məbədləri də əsas ziyarətgah yerlərindən
sayılır. Qanq çayının mənsəbinin yaxınlığında buddist məbədləri
qeyd olunan dini təriqətdə ən müqəddəs yerlərdən sayılır.

İordaniya və Suriyadakı sufi məbədləri də dini turizm
məqsədilə yerli əhalinin, bəzi ərəb ölkələrindən gələn müsəlman
turistlərin istifadə etdiyi dini abidələrdən sayılır.

Ümumiyyətlə, dini turizm abidələri dünyanın əksər ölkələrində
yayılmaqla beynəlxalq və yerli turizmdə geniş istifadə olunur. Dini
abidələrin turizm məqsədilə istifadəsi təkcə zəvvarlıq məqsədilə
deyil, tarixi memarlıq abidəsi kimi əhəmiyyət daşıyır. Bu
baxımdan dini abidələrin turizm məqsədilə istifadəsini aşağıdakı
kimi qruplaşdırmaq olar:

Dini ziyarətgah kimi istifadə olunması. Buraya gələn
insanların əsas məqsədi dini ziyarət olsa da, onlara müxtəlif
xidmətlər göstərilir ki, bu da turizm əhəmiyyəti kəsb edir. Belə
ki, ziyarətgaha gələn zəvvarlara yerləşmə, qidalanma, müxtəlif
dini tədbirlərdə iştirak kimi xidmətlər təklif edilir. Bununla
yanaşı, ziyarətgahların turizm məqsədilə istifadəsində nəqliyyat,
kommunikasiya, sosial-mədəni xidmətlər də göstərilir ki, bu da
ölkə üzrə ümumi turizm sektorunun inkişafına töhfə verir. Misal
üçün qeyd edək ki, Səudiyyə Ərəbistanında zəvvarlıq turizmi ilə

35

məşğul olan şirkətlərin qazanclarının 70 %-dən çoxu müxtəlif
xidmətlərin göstərilməsindən əldə edilir. Eləcə də dini turizmin
inkişafı kustar, ənənəvi sənətkarlıgın inkişafına təkan vermiş olur.
Səudiyyə Ərəbistanı, Suriya, İran, Türkiyə, İtaliya, Nepal, və
Hindistanda dini turizmlə bağlı ənənəvi sənətkarlıq inkişaf etmişdir.
Bu da kiçik yaşayış məntəqələrində əhalinin məşğulluğunun təmin
olunmasına, yerli istehsalın genişlənməsinə şərait yaradır.

Dini abidələrdən tarixi-memarlıq abidəsi kimi dərketmə
turizmində istifadə edilməsi. Bildiyimiz kimi dini abidələr öz
memarlıq üslubuna və arxitekturasına görə tarixi-memarlıq
abidələri siyahısına daxil edilir. Buna görə da dini abidələrin
dərketmə turlarında və səyahətlərdə istifadə olunması geniş
yayılmışdır. Aparılan araşdırmalar göstərir ki, dini memarlıq
nümunələrinin turist marşrutlarına salınması geniş yayılmışdır.
Məsələn, Romaya gələn turistlər katoliklərin məkanı olan binaları
və müqəddəs Pyotr kilsəsini ziyarət edirlər. Buraya gələn xarici
turistlərin marşrutlarına şəhərdəki ziyarətgahların demək olar ki,
hamısı daxil edlir. Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanında
Məkkə və Mədinə şəhərlərinin müqəddəs ziyarətgahlarına yalnız
mömin müsəlmanlar buraxılır. Hindistan, Çin və Nepalda olan
buddist məbədlərinə turistlərin gəlməsi üçün də əlverişli şərait
yaradılır. Yalnız dini ayinlər zamanı bu məbədlər turistlər üçün
bağlı elan olunur.

Dini abidələrin yerli turist marşrutlarında və ritual turlarda
istifadə olunması. Dini abidələrin beynəlxalq və yerli turist
marşrutlarına salınması əksər ölkələrdə yayılmışdır. Dini

36

abidələrdən turist marşrutlarında istifadə edilməsi turistlər üçün
nostalji hisslər yaradır. Bununla yanaşı, ziyarətgahların tarixi ilə
tanış olur, həmçinin din tarixində xüsusi rolu olan xüsusiyyətləri
barədə məlumat alır.

Ritual turlarda istifadə isə tarixi vətəninə gələn turistin dini
abidələrdən istifadə etməsini nəzərdə tutur. Rusiya vətəndaşı olan
azərbaycanlının Azərbaycana gələrək yerli ziyarətgahlara baş
çəkməsi buna əyani misal ola bilər.

37

Antropogen turizm ehtiyatları

Turizm ehtiyatları arasında antropogen turizm resursları
əhəmiyyətli rola malikdir. Bu turizm ehtiyatları daha çox maddi
və mənəvi növlərə bölünür. Maddi antropogen turizm ehtiyatlarına
tarixi-memarlıq, arxeoloji abidələr, müasir şəhərsalma nümunələri
və s. aid edilir. Mənəvi antropogen turizm ehtiyatlarına isə əsasən
bağlı olan abidələr aid edilir.

Ümumiyyətlə, bütün memarlıq nümunələri, qədimliyi ilə
seçilən tarixi – mədəni abidələr antropogen turizm ehtiyatlarına aid
edilir. Antropogen turizm ehtiyatları aşağıdakı qruplara bölünür:

Tarixi – memarlıq abidələri;
Arxitektur abidələri;
Mədəni irs nümunələri;
Müasir şəhərsalma və arxitektur abidələri;
Mədəniyyət müəssisələri və muzeylər;
Dini abidələr.
Tarixi-memarlıq abidələrinə qədimliyi ilə seçilən tikililər,
mühüm tarixi hadisəni özündə əks etdirən məntəqə və binalar
daxil edilir. Həmçinin xalqın inkişaf tarixində xüsusi yeri olan
şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə bağlı maddi nümunələr də bu
kateqoriyaya aiddir. Tarixi-mədəni abidələrin istifadə xüsusiyyətləri
iki qrupa ayrılır ki, bunlar da mövcud ehtiyatlardan ancaq səyahət
məqsədi ilə istifadə olunması, digəri isə elmi təcrübə əhəmiyyəti kəsb
etməsidir. Bununla yanaşı, tarixi-mədəni obyektlər xüsusiyyətlərinə
görə mənəvi və mədəni əhəmiyyət kəsb edir. Adından göründüyü

38

kimi mənəvi əhəmiyyəti turistlərin və ya ekskursiyada iştirak
edənlərin mənəvi-psixoloji tələbatlarının ödənilməsinə xidmət
edir. Mədəni əhəmiyyəti isə qeyd olunan abidələrin xalqın tarixi və
mədəniyyətindəki rolu ilə müəyyən edilir.

Arxeoloji abidələrə - qədim yaşayış məntəqələrinin qalıqları,
kurqanlar, qədim insanların yaşadığı mağaralar, müxtəlif antik
əşyaların cəmləndiyi ərazilər daxildir. Arxeoloji abidələr daha çox
elmi əhəmiyyət kəsb edir, turizm məqsədilə az istifadə olunur. Bu
abidələrin yayıldığı ərazilər etnoqrafik, elmi əhəmiyyət kəsb edən
ərazi kimi qorunur.

Mədəni irs nümunələri xalqın adət-ənənələrini özündə əks
etdirir. Bu irs nümunələrinə ənənəvi sənətkarlıq, milli bayram və
festivallar, milli kulinariya, folklor nümunələri və s. aid edilir.
Mədəni irs nümunələrindən daha çox beynəlxalq turizmdə istifadə
olunur.

Mədəni abidələrin və xalq yaradıcılığının turizmdə istifadəsi
onların ayrı–ayrı qrupları üzrə aparılır. Mədəni-mənəvi abidələrə
etnoqrafiya, xalq yaradıcılığı, suvenir istehsalı, milli mətbəx
nümunələri də daxil olduğuna görə onların turizm baxımından
birgə istifadəsi mümkündür.

Etnoqrafik abidələrə xalqların adət-ənənələri, milli bayramı və
dil xüsusiyyətlərinin müxtəlifliyi daxil edilir. Etnoqrafik abidələr
istifadə xüsusiyyətinə görə hər hansı xalqın və ya etnik qrupun
yayıldığı ərazilərdə, yaşayış məntəqələrində turizm və elmi
məqsədli səyahətlərin təşkili ilə bağlı olur.

Etnoqrafik abidələrin turizmdə rolu mövcud marşrutlarda

39

istifadə olunmasına, kütləvi turizm tədbirlərinin keçirilməsinə
şərait yaratmasıdır. Belə ki, xalqların milli adət-ənənələrinin,
bayramlarının, beynəlxalq və yerli festivalların keçirilməsi kütləvi
turistlərin cəlb olunmasına imkan verir. Azərbaycanda belə
etnoqrafik abidələr Xınalıq, Basqal, Lahıc, Şəki və Ordubadda
yayılmışdır. Həmçinin milli bayram olan Novruz bayramının
keçirilməsində bölgələr üzrə müxtəliflik etnoqrafik turizmin
inkişafına şərait yaradır. Misal üçün qeyd edək ki, Türkiyədə milli
irs nümunələri ilə bağlı olan 26-dan çox kütləvi tədbirlər hər il
keçirilir.

Xalq yaradıcılığının və suvenir istehsalının turizm ehtiyatları
kimi əsas əhəmiyyəti bölgələrdə və ya hər hansı bir dövlət daxilində
turizm hərəkatının ümumi imkanları ilə birbaşa bağlı olur. Yəni
xalq sənətkarlığının inkişafı birbaşa turistlərin cəlb olunmasına tam
şərait yaratmasa da ölkəyə gələn turistlərin suvenir nümunələrini
alması və hədiyyələr kimi təqdim olunması geniş yayılmışdır.

Bununla yanaşı, kənd turizminin inkişafında da xalq
sənətkarlığından istifadə olunması əksər ölkələrdə mövcuddur.
Ölkəmizdə xalq sənətkarlığı nümunələrindən dulusçuluq, ipəkçilik,
keramika, taxta üzərində oyma sənəti, xalçaçılıq, misgərlik və s.
geniş vüsət almışdır ki, bunlar da bölgəyə gələn turistlərin əsas
maraq dairəsinə daxildir.

Turizmin milli ehtiyatlarına daxil olan digər komponent milli
mətbəx nümunələridir. Turizmdə milli mətbəx nümunələrindən
istifadə olunması beynəlxalq miqyasda daha çox yayılmışdır.
Əsas turizm mərkəzləri və bölgələrində milli mətbəxi əks etdirən

40

nümunələr istirahətçiləri daha çox cəlb etmiş olur. Onu da qeyd
edək ki, turizm məhsulunda qidalanma ilə bağlı olan xidmətlər
turizm obyektinin yerləşməsi amilindən sonra ikinci yeri tutur.

Milli kulinariya turizm məhsulunun inkişafında və bazarda
məhsulların satılmasında mühüm vasitə olmaqla yanaşı, xalqlar
arasında mədəni əlaqələrin genişlənməsində və yerli istehsalın
artmasında əhəmiyyətli rol oynaya bilər. Milli kulinariya içki
- ərzaq, müxtəlif kulinariya nemətlərinin turizm məhsulu kimi
formalaşmasına və təbliğinə kömək edir.

Milli irs nümunələrindən turizm məqsədilə istifadənin
aşağıdakı istiqamətlərini qeyd etmək olar:

a. Milli irs nümunələrinin daha çox yayıldığı ərazidən
dərketmə turizmi məqsədilə istifadə edilməsi;

b. Milliirsnümunələrininyayıldığıyaşayışməntəqələrində
etnoqrafik muzeylərin təşkil olunması yolu ilə beynəlxalq turizmin
inkişaf etdirilməsi;

c. Yerli və turizm marşrutlarında milli irs nümunələrindən
istifadə olunması;

d. Milli irs nümunələrindən kənd turizmində yararlanmaq.
Turizm sənayesinin inkişafı kustar sənətkarlığın, milli
geyimlərin, suvenir istehsalının artmasına təkan vermiş olur.
Türkiyə, Kipr, Misir, Tunis və s. ölkələrdə kustar sənətkarlıq
və suvenir istehsalından əldə olunan gəlirlər yerli əhalinin
məşğulluğunun təmin olunmasında əhəmiyyətli rola malikdir.
Misal üçün qeyd edək ki, Türkiyədə suvenir istehsalının satışı 3,5
– 4 milyon ABŞ dolları gəlir gətirir.

41

Şəhərsalma və arxitektur abidələrinin antropogen turizm
ehtiyatı kimi təsnifatında dekorativlik, kompleks ansamblı təşkil
etməsi, tarixi–mədəni əhəmiyyəti və s. nəzərə alınır. Müasir
şəhərsalma nümunələrinə misal olaraq son illər tikilən möhtəşəm
obyektlərə Azadlıq heykəli, Eyfel qülləsi, Kolumbiya çayı
üzərində olan kaskad SES, Sidneydə opera teatrının binası, Sankt–
Peterburqdakı Ermitajın binası, Los–Anceles, Sankt–Peterburq,
Yaponiyadakı körpülər və s. böyük turizm əhəmiyyəti kəsb edir.

Antropogen turizm ehtiyatlarından istifadənin digər
istiqamətləri aşağıdakılardır:

• Estetik və dərketmə məqsədilə istifadə;
• Kütləvi ekskursiyalar zamanı istifadə;
• Vətənpərvərlik məqsədilə ekskursiyaların təşkili;
• Elmi – təcrübi əhəmiyyət daşıyan ekskursiyalar zamanı
istifadə;
• Xalqın tarixi ilə bağlı olan arxeoloji abidələrin və kurqanların
öyrənilməsi məqsədilə istifadə;
• Mədəniyyət və incəsənət abidəsi kimi turizmdə istifadə
olunması.
Ümumiyyətlə, bəzi komplekslər maddi və mənəvi obyektləri
özündə birləşdirməklə turizmdə müxtəlif məqsədlərlə istifadə
olunur. Geniş həcmli mədəni komplekslərə memarlıq nümunələri
ilə yanaşı, eyni zamanda xalqın sosial-mədəni mühiti, adət-
ənənələri, məişət və təsərrüfat fəaliyyəti də daxil edilir.
Mədəni komplekslər dəyərindən, davamlılığından və
həcmindən asılı olaraq turizm sənayesinə tələbatı formalaşdırmış

42

olur. Mədəni komplekslər turizm sistemlərinin normal fəaliyyətini
təmin etmək üçün insanların dünyagörüşünün artırılmasında,
biliklərinin zənginləşməsində rol oynamaqla yanaşı, mühitin
estetik sərvətlərini artırır, sağlamlıq və müalicə üçün əlverişli
şərait yaradır.

Tarixi memarlıq abidələrinin yayılma arealı müxtəlif tarixi
hadisələrlə bağlı olduğuna görə onlardan istifadənin əsas
göstəriciləri də antropogen ehtiyatlar kimi təsnif olunmasına imkan
verir. Tarixi arxitektur abidələrin yayılma arealına görə aşağıdakı
subregionlara ayrılır:

Aralıq dənizi hövzəsi, Şimali Afrika və Balkan ölkələri. Qeyd
olunan bölgədə tarixi arxitektur abidələrin yığcam yerləşməsinə,
beynəlxalq turizmdə daha çox istifadə olunmasına və zənginliyinə
görə fərqlənir. Bu zona İtaliya, İspaniya, Fransa, Yunanıstan və Misirdə
olan beynəlxalq əhəmiyyətli tarixi arxitektur abidələrdən ibarətdir.

Fransada tarixi arxitektur abidələr, əsasən Paris, Normandiya,
Nitsa, Kann turizm bölgələrindədir. Qeyd olunan turizm
mərkəzlərində 1700-dən çox tarixi memarlıq abidəsi vardır ki,
onların da əsas hissəsi beynəlxalq əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, Fransanın məşhur tarixi–memarlıq abidələri
aşağıdakılardır:

Parisin ürəyi sayılan – Site adası şəhərin qədim hissəsidir,
başqa sözlə desək bura açıq səma altında qədim abidələr muzeyidir.
Qədim Roma məbədinin yerində 1163 – cü ildə inşa edilən, orta əsr
memarlıq möcüzəsi sayılan – Müqəddəs Məryəm kilsəsi burada
yerləşir. 9 min nəfərlik tutumu olan bu kilsə, əsrlər boyu böyük

43

tarixi hadisələrin şahidi olmuşdur. Parisin Müqəddəs Məryəm
kilsəsini hər il 350 mindən çox turist ziyarət edir. Fransanın
görkəmli şəxsiyyətlərinin, o cümlədən Volterin, Russonun,
Hüqonun məzarları yerləşən möhtəşəm Panteon, naməlum əsgərin
məzarı önündə əbədi məşəl yanan Zəfər tağı, milli teatr – Qrand
Operanın binası, ədalət məhkəməsi sarayı, Müqəddəs Maqdalina
kilsəsi, Bonapart Napaleonun məzarı olan əlillər məbədi və bir çox
başqa tikililər Parisə təkrarolunmaz xüsusiyyət verir. Eyfel qulləsi
Parisin simvolu hesab edilir. İki min il yaşı olan və həmişəcavan
şəhərin mənzərəsini seyr etmək üçün hər il 3 milyona yaxın turist
hündürlüyü 300 metr olan bu qülləyə qalxır. Luvr 1973 – cü
ildən muzey kimi fəaliyyətə başlamışdır. Muzeydə kataloq üzrə
eksponantların sayı 4 milyona çatır. Parisdə 1300 – dən çox tarixi
memarlıq abidəsi vardır. Bu xüsusiyyətlərinə görə Paris dünyada
Roma, London, Sankt – Peterburq, Afina və s. şəhərlərlə eyni
sıradadır. Fransanın digər memarlıq abidələrinə Versal, Sen –
Jermen, Kompyen, Pambule, Fotenblo, Şantiyi kimi çoxsaylı tarixi
və memarlıq abidələrini göstərmək olar. Parisdən 18 km. cənub–
qərbdə yerləşən, XIV Lüdoviqin Versal sarayı fransız dünyəvi
memarlığının zirvəsidir. Bir çox tarixi olaylar Versal sarayı ilə
bağlıdır. 1793–cü il inqilabına qədərki dövrdə saray XIV, XV və
XVI Lüdoviqlərin iqamətgahı olmuşdur. Versal sarayına hər il
1,5 milyondan çox turist gəlir. Versaldan cənub–qərbdə, Parisdən
təqribən 50 km. aralıda böyük parkla əhatə olunmuş qədim kral
qəsrinin qorunub saxlandığı Rambuye geniş meşə massivində
yerləşir. Hazırda ölkə prezidentinin yay iqamətgahı Rambuyedədir.

44

Parisdən təqribən 75 km aralı, Şartr şəhərində, Er çayının
hündür sahilində yerləşən qotik üslubda tikilmiş yeganə abidə
Notr–Dam kilsəsidir (XIII əsr). Versal sarayı fransız dünyəvi
memarlığının zirvəsi olduğu kimi, Notr–Dam kilsəsi də fransız
dini memarlığının zirvəsidir. Erkən orta əsrlərdə tikilmiş ovçuluq
qəsri I Napoleonun dövrünədək, yüzillər ərzində dəfələrlə
yenidən qurulmuşdur. Parisdən 41 km. şimalda, Şantiyi meşə
massivində qorunub saxlanılan XVI əsrə aid qəsr hazırda zəngin
rəsm kolleksiyası olan muzey kimi fəaliyyət göstərir. Bu zonanın
tarixi memarlıq abidələri içərisində seçilən, XV Lüdoviqə məxsus
qəsrdə hazırda bir neçə muzey yaradılmışdır. Normandiyanın
çoxsaylı tarixi–memarlıq abidələrinə Notr–Dam, Sent–Uan, Sen–
Maklu, Sen–Vensen kilsələri xüsusilə seçilir. Fransanın keşməkeşli
tarixinin şahidi olan Lanje, Az–le–Rido, Şenonso, Ambuaz, Şomon,
Blua, Vilandri və Şamborun XV və XVI əsrlərə aid məşhur qəsrlər
ölkənin görkəmli tarixi abidələri hesab edilir.

İtaliya tarixi-arxitektur abidələrinin zənginliyi və qədim
şəhərsalma mədəniyyətini özündə əks etdirən saray, qəsr və
qalaların zənginliyinə görə Avropada birinci yeri tutur. Ölkədə
tarixi arxitektur abidələr Roma və Mərkəzi İtaliyada, Neapolda,
Florensiyada, Venesiyada cəmlənmişdir. Beynəlxalq əhəmiyyətli
10000–dən çox tarixi memarlıq abidəsi vardır. İtaliyada tarixi
memarlıq abidələrinin yaranma tarixi və istifadə xüsusiyyətlərinə
görə arxitektur abidələri Roma imperiyası dövründə mövcud
olan və XV–XVIII əsri əhatə edən memarlıq abidələrinə bölünür.
İtaliyanın əsas tarixi memarlıq abidələri aşağıdakılardır:

45

Paytaxt – Roma üç min illik tarixi olan qədim şəhərdir. Tibr
çayının üzərində salınmış körpülərin tarixi çox qədimdir. İlk körpü
e.ə.61–ci ildə tikilmişdir. Qədim dünyanın memarlıq abidələri
və intibah dövrünün misilsiz sənət nümunələri toplanmış ikinci
belə şəhər yoxdur. Roma bədii abidələrin monumentliyinə (latın
mənşəli sözdür, xatirə mənasını bildirir – heykəltaraşlıqda və
memarlıqda mühüm tarixi hadisələrin, görkəmli ictimai xadimlərin
və s. şərəfinə ucaldılan böyük ölçülü abidə) görə Avropanın birinci
şəhəridir. Onların arasında antik dövrün abidələri xüsusi yer tutur.
Artıq e.ə. IV əsrdə əhalisinin sayı 200 min nəfərə çatan şəhər
qədim dünyanın elmi, siyasi və mədəni mərkəzinə çevrilmişdir.
E.ə. 312–ci ildə Romadan 16 km. aralıda yerləşən mənbələrdən
şəhərə su çəkilmişdi. Romanın ən böyük amfiteatrı olan Flaviy
amfiteatrı (b.e–nın 80–ci ili) 50 min tamaşaçı üçün nəzərdə
tutulmuşdu. Burada qladiatorların (latın dilindən tərcümədə qılınc
mənasını bildirir – Qədim Romada amfiteatr səhnələrində bir–
biri və heyvanlarla silahlı döyüş üçün xüsusi təlim keçmiş qullar,
hərbi əsirlər, məhkum edilmiş cinayətkarlar və s. şəxslər) döyüşlər
və digər tamaşalar göstərilirdi. Müasir dövrə qədər daha yaxşı
qorunub saxlanılan, antik dövrün memarlıq abidələri arasında
qədim Roma Panteonunun (Romada bütün Allahlara həsr edilmiş
məbəd, Qədim Roma memarlığının görkəmli abidəsi təqribən
e.ə.125–ci ildə tikilmişdir) binasını göstərmək olar. Antik dövrün
memarlıq abidələri arasında Konstantin tacı, Karakalla qülləsi və
Müqəddəs Mələk qəsri xüsusilə seçilir.

Müasir Romanın görkəmini, əsasən XV–XVIII əsrlərin tarixi

46

memarlıq abidələri müəyyənləşdirir. Romanın mərkəzi sayılan
Venesiya meydanında II Viktor Emmanuilin (XIX əsr) möhtəşəm
abidəsi ucalır.

Roma Papasının iqamətgahı olan Vatikan şəhər–dövləti Roma
təpəliklərinin birində yerləşir. Vatikan muzeyi əsrlər boyu toplanmış
sərvətlərə görə Roma muzeyləri arasında birinci yeri tutur.

İntibah dövrünün nadir rəsm əsərləri və memarlıq abidələri
ilə zəngin olduğu üçün Florensiyanı haqlı olaraq muzey–şəhər
adlandırırlar. Leonardo Da Vinçi, Mikelancelo, Qaliley kimi
məşhur rəssam və alimlərin həyat və fəaliyyəti bu şəhərlə bağlı
olmuşdur. Santa–Mariya–del–Fiore kilsəsi (XIII – XV əsrlər), San–
Covanni baptist məbədi (XI–XIII əsrlər), Santa–Mariya Novella,
San–Lorenso, Mikelancelonun məzarı yerləşən Santa–Kroçe, San–
Markl muzey–monastrı, Podesta saray–muzey, Mediçi–Rikardo
və s. misilsiz memarlıq abidələridir. İtalyan memarlığının nadir
abidələrindən olan möhtəşəm, qotik üslubda ağ mərmərdən tikilmiş
Kafedral Kilsə (XIV–XIX əsrlər), həmçinin Santa–Mariya–della–
Qratsiya qəsrini (XV əsr) və s. qeyd etmək olar.

İtaliyanın qədim şəhərlərindən olan Genuya Liqur Rivyerasının
inzibati mərkəzidir. Şəhərin zəngin, yüksək bədii üslubda tikilmiş
abidələri arasında XVI–XVII əsrlərin mərmər sarayları, Dorian–
Tiran Palasso (İtaliya Renessası üçün xarakterik olan saray XV
əsrdə inşa edilmişdir), həmçinin Santa–Mariya–di–Karinyano
kilsəsi, San–Lorenso kilsəsi (XIX–XX əsr heykəlləri ilə zəngindir),
Liqur memarlıq və heykəltaraşlıq muzeyi, Xristofor Kolumbun evi
Genuyanın dəyərli sənət xəzinəsidir.

47

Venesiyanın tarixi mərkəzi Müqəddəs Mark meydanı,
Müqəddəs Mark kilsəsi Dojlar (respublika başçıları) Sarayı ilə
əhatə olunmuşdur. Dəbdəbəli dəniz sahili kurortu olan Lido da
Venesiya yaxınlığındadır.

Verona İtaliyanın ən qədim şəhərlərindəndir. Şəhərdə antik
mədəniyyətə, orta əsr və intibah dövrünə aid çoxsaylı abidələr qorunub
saxlanılmışdır. Şəhərin memarlıq abidələri arasında Romadakı
Kolizeydən sonra ikinci böyük amfiteatr olan Arena, Kastilvekko
qalası (XIV əsr, hazırda bədii muzey yerləşir), qotik üslubda tikilmiş
Santa–Anastasiya kilsəsi (XIII əsr, Pizanellonun nadir freskaları ilə
bəzədilmişdir) xüsusilə seçilirlər. Della–Skala sülaləsi hökmdarlarının
(XIV əsr) məqbərələri üzərindəki heykəllər də diqqəti cəlb edir.

İspaniyada tarixi memarlıq abidələri ölkənin əsas “turizm”
simasını əks etdirir. Madriddə V–XVIII əsr aid olan 100–dən çox
abidə vardır. Tarixi yalnız Roma və Parisdən geri qalır. Bununla
yanaşı Barselonada, Seviliyada, Valensiyada tarixi–memarlıq
abidələri və qədim şəhərsalma mədəniyyəti ilə zəngindir.
Hesablamalara görə, İspaniyaya gələn turistlərin 3 milyona
yaxını qeyd olunan abidələrdən turizm məqsədilə istifadə edir.
İspaniyanın məşhur tarixi–memarlıq abidələrinə Madriddə XVIII
əsrə aid Plasa–Mayor ansamblı, San– İsidro kilsəsi, Barselonada
Monstserrat monastrı (XI əsr), Sevilyada müxtəlif qədim dövürlərə
aid kilsələr, Əl-Qambra memarlıq kompleksini və s. qeyd etmək
olar. Bununla yanaşı, İspaniyada turistləri cəlb edən memarlıq
nümunələrinə Kordovada VII əsrə aid məşhur məscid, Valensiyada
qala divarları və sarayları qeyd etmək olar.

48

Yunanıstan tarixi mədəni abidələrin zənginliyinə və orjinallığına
görə İtaliyadan geridə qalsa da qədim mədəniyyət mərkəzi kimi
dünyanın məşhur 10 ölkəsi siyahısına daxildir. Ölkədə antik
dövrə aid 1200–dən çox abidə vardır ki, bu xüsusiyyətlərinə görə
dünyada öncül yerlərdən birini tutur. Tarixi arxitektur abidələrinə
aid antik mədəniyyət nümunələri Afina, Krit adası, Peloponnes
yarımadasında daha çox rast gəlinir. Burada antik abidələrdən e.ə.
II minilliyə aid olan tarixi memarlıq abidələri daha çox yayılmışdır.
Afinada yerləşən akropollar e.ə. III və II minilliyin qəsr və
qalalarından, teatr binalarından, Apollon məbədindən ibarətdir.
Burada Zevs məbədi (e.ə. II əsr) Makedoniya dövrünə aid saraylar
və qədim Ellada mədəniyyəti beynəlxalq əhəmiyyətli antropogen
ehtiyatlara aid edilir. MərkəziYunanıstanda olan Bizans dövrünə aid
məşhur tarixi–memarlıq abidələrinə nümunə olaraq, Krit adasında
Müqəddəs Dmitri, Sofiya qəsri, Mikkur mədəniyyəti beynəlxalq
əhəmiyyətə malik olan abidələrdən sayılır. Yunanıstanda Spartada
Olimpiya şəhəri və Peloponnes yarımadasındakı Roma dövrünə
aid abidələr e.ə.V və VII əsrə qədər təşəkkül tapmışdır. Beynəlxalq
turist marşrutlarında Yunanıstanın tarixi mədəni abidələrindən
geniş istifadə olunur.

Özbəkistanın tarixi mədəni abidələri Mərkəzi Asiyanın digər
ölkələrinə nisbətən qədimliyi və məşhurluğu ilə seçilir. Burada
tarixi mədəni abidələrdən Buxara, Səmərqənd, Kolkan, Xivəni qeyd
etmək olar. Səmərqənddə monqol və qədim türk imperiyalarından
qalan 2550 abidə mövcuddur. Bu abidələrin günümüzə qədər gəlib
çatanları orta əsrlərə aiddir. Bunlardan ən məşhurlarına Uluqbəy

49

məqbərəsi, Şahnizə dini memarlıq ansamblı, Teymur sarayı, XVII
əsrə aid olan qalalar, XVIII əsrə aid Teymurilər məqbərəsi və s.
daxildir.

Buxara şəhərinin əsası e.ə. II əsrdə qoyulmuşdur. Şəhərdə 140
memarlıq abidəsi vardır. Burada olan saraylar, qalalar, məscidlər
İslam dünyasında öz əhəmiyyətinə görə seçilir. Daşkənd, Xivədə
də memarlıq abidələri yığcam yerləşməsinə, qədimliyinə və
orjinallığına görə seçilir. Özbəkistanın məşhur tarixi memarlıq
abidələri UNESCO - nun milli irs nümunələri siyahısına daxildir.
Beynəlxalq və yerli əhəmiyyətli turist marşrutlarında istifadə
olunur. Ümumdünya Turizm Təşkilatı tərəfindən təklif olunan
Qərb–Şərq turizm marşrutunun, həmçinin UNESCO tərəfindən
dəstəklənən İpək Yolu turist marşrutunun əsas hissəsi Özbəkistanın
tarixi memarlıq abidələri ilə əlaqədardır.

Misirin tarixi memarlıq abidələri Qahirə, İskəndəriyyə
şəhərlərində daha çox yayılmışdır. Burada antik dövrə aid 20 dən
çox abidə vardır ki, onlardan 14-ü Giza şəhərindədir. Orta əsrlərə
aid abidələr ölkədə 100–dən çoxdur. Ən məşhur tarixi abidələrə
piramidalar, Rolos mayakı, Firon məbədləri, Sultan Həsən
məscidi, Pompey sütunu və s. aid etmək olar. Bununla yanaşı
Qahirədə muzeylər kompleksi, İskəndəriyyə kitabxanası, Qahirə
Universitetinin binası dünya əhəmiyyətli tarixi mədəni abidələr
siyahısına daxildir.

50

Azərbaycan zəvvarlarının üz tutduqları yerlər

Hər il Azərbaycandan yüzlərlə zəvvar xarici ölkələrdəki
ziyarətgahlara üz tutur, dini ayinləri icra etmək üçün müqəddəs
torpaqlara səfər edirlər. Bu ənənə min illər boyu formalaşmış,
insanların əqidəsinə, maraqlarına uyğun olaraq inkişaf etmişdir.
Azərbaycanlı zəvvarların böyük əksəriyyətini müsəlmanlar təşkil
edir ki, onlar da xarici ölkələrə dini səfərlərini əsasən İran, İraq və
Səudiyyə Ərəbistanına edirlər. Romaya, Vatikana və Yerusəlimə
gedənlər isə müvafiq olaraq az sayda xristian və yəhudilərdir.

Azərbaycanlı zəvvarların ziyarətləri arasında Həcc ziyarətinin
xüsusi çəkisi vardır. Çünki İslamın 5 əsas şərtindən biri də
bu ziyarətdə iştirak etməkdir ki, hər il milyonlarla müsəlman
müqəddəs Kəbəni ziyarət edərək “Hacı” titulunu alırlar. Bundan
başqa Məşhəd və Kərbəla ziyarətinə gedənlərin adının önünə də
müvafiq olaraq “Məşədi” və “Kərbəlayi” prefiksləri əlavə olunur.

Tarixən Azərbaycanda olmuş bu ənənə Sovet dövründə
müəyyən qədər dayansa da, post-sovet dövründə qeyri-rəsmi olaraq
bərpa edilmişdir. Qeyd etmək lazımdır ki, zəvvarlıq həvəsinə
düşən hər bir şəxs bu səyahəti dini adətlərə görə müəyyən zaman
müddətində müxtəlif amillər nəzərə alınmaqla həyata keçirməlidir.

Tarix boyu müsəlman xalqların həyatında böyük əhəmiyyət
daşımış Həcc ziyarəti eyni zamanda müsəlman ölkələri arasında
canlı əlaqənin yaradılmasına, ideyalar mübadiləsinə səbəb olmuş,
İslam sivilizasiyasının nailiyyətləri ilə yaxından tanışlıq imkanı
yaratmışdır. Həcc Allahın evini ziyarət etmək və orada göstəriş


Click to View FlipBook Version