KAMAL ƏLƏKBƏRBƏYLİ
GORANBOY RAYONUNUN
DİNİ TARİXİ
BAKI-2019
Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin DK-483d-09/15 saylı, 13 sentyabr 2019-cu il tarixli
məktubu ilə nəşrinə razılıq verilmişdir.
KAMAL ƏLƏKBƏRBƏYLİ
GORANBOY RAYONUNUN DİNİ TARİXİ
Dizayner: Raman Dadaşov
3
ÖN SÖZ
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra
gənc kadrların imtahan vasitəsilə seçilərək müvafiq dövlət orqanlarına
təqdim edilməsi və bu sahədə şəffaflığın artırılması gələcək
perspektivdə Respublikada kadr siyasətinin yaxşılaşdırılmasına və
ölkənin xoş gələcəyinin sığortalanmasına hesablanmışdır. Bu sahədə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın və ya yeni adı ilə Dövlət İmtahan
Mərkəzinin rolu böyükdür.
Hörmətli sədr Mübariz QurbanlınınAzərbaycan Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər təyin edilməsindən sonra
dövlət-din münasibətlərində əsaslı irəliləyiş əldə olunmuşdur. Dövlət-
din münasibətlərində ölkə boyu aparılan işlər, dini maarifləndirici
tədbirlərin həyata keçirilməsi, dini icmalarla görüşlərin təşkili,
onların problemlərinin aradan qaldırılması Komitənin fəaliyyətində
öz əksini tapmışdır. Eyni zamanda cənab Sədrin bölgələrdə yeni iş
yerlərinin açılması və dövlət-din siyasətinin həyata keçirilməsinə
dəstəyin artırılması və bu məqsədlə gənc kadrların Komitəmizdə işə
qəbul edilməsi təqdirə layiq fəaliyyətlərdəndir.
02 avqust 2016-cı il tarixindən Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə, aparıcı-məsləhətçi
vəzifəsinə təyin edilmişəm. Müxtəlif araşdırmaların nəticəsi olaraq
qələmə aldığım bu kitabı qısa fəaliyyət dövrümün hesabatı kimi də
qəbul etmək olar.
Son on ildə rayon daxilində dini zəmində hər hansı
anlaşılmazlığın qeydə alınmaması məni “Goranboyun dini tarixi”
4
haqqında məlumatları araşdırmağa sövq etmişdir. Çünki istənilən
sabit vəziyyəti araşdırmaq və əsaslandırmaq lazımdır. Bu gələcək
perspektivdə bizi gözləyən təhdidlərin aradan qaldırılması üçün
gərəklidir. Rayonun dini tarixini araşdıran zaman maraqlı faktlarla
qarşılaşdım. Tarixi keçmişə nəzər yetirdikdə sabit dini durumun
səbəblərini ortaya çıxarmış olarıq.
Rayon kəndlərinin tarixi keçmişinə baxdıqda qədim türk
tayfalarının burada məskən saldığının şahidi oluruq. Rayon əhalisinin
soykökü qədim türk tayfaları ilə bağlıdır. Qədim türkdilli xəzər
tayfaları, peçeneqlər, hunlar, qaraqoyunlular və s. türk tayfalarını
sadalamaq olar. Misal üçün Zaqafqaziya toponimləri kitabında
Goranboy sözünün “gor” və “an” birləşmələrindən əmələ gələrək
“Odlar Yurdu”, “Atəşpərəstlər məkanı” və s. mənada işləndiyi qeyd
olunur. O cümlədən qədimdə mövcud olmuş Şətəl qalası buna misaldır.
Tədqiqatçıların bir qrupu bu adı bütpərəstlik dini ilə əlaqələndirir.
Eyni zamanda VII əsrdə ərəblərin Azərbaycana gəlişi ilə əlaqədar
İslam dini ölkənin hər yerində eyni vaxtda qəbul edilmədi. Görünür,
bu yerlərin əhalisi də bütpərəstlik dinindən imtina edə bilməmişdir və
ərəblər tərəfindən yerli əhalinin yaşadığı yer Şətəl adlandırılmışdır.
Yəni əraziyə Şətəl adı ərəblərin gəlişindən sonra verilmişdir.
Rayon ərazisinin qədim ipək yolunun və müxtəlif dinlərə
ibadət edən xalqların nümayəndələrinin keçid güzərgahı üzərində
yerləşməsi, xüsusilə rayon əhalisinin aborigen camaat olaraq qədim
türk tayfalarından ibarət olması rayon daxilində dini durumun sabit
olmasına gətirib çıxartmışdır. Misal üçün biz bu silsiləyə Qərb
zonasında Tovuz, Gədəbəy, Şəmkir rayonlarını da aid edə bilərik.
Ümumilikdə dini durumun sabitliyi ərazinin yerləşdiyi region, coğrafi
mövqeyi, qonşuluq, tarixi keçmiş ilə birbaşa bağlıdır.
Və sonda fürsətdən istifadə edərək, Azərbaycan Respublikası
5
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Mübariz
Qurbanlıya təşəkkür etmək istəyirəm. Sizin qayğı və dəstəyiniz
sayəsində bizə etibar edilmiş bölgədə öz fəaliyyətimizi davam
etdiririk. Bu kitabın ərsəyə gəlməsində Sizin rolunuz əvəzsizdir. Sizin
uzaqgörən fəaliyyətiniz nəticəsidir ki, dövlət-din münasibətlərinin
inkişafı naminə Dövlət Komitəsi daxilində bölgələrdə vakant yerlər
elan edilmiş və biz də bu işlərə cəlb olunmuşuq. Sizə təşəkkürümü
bildirirəm.
Hörmətlə,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı,
Kamal Qoşqar oğlu Ələkbərov.
6
AZƏRBAYCANDA DİN SİYASƏTİ
Din Allah tərəfindən insanları dünya və axirət səadətinə
qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana
dayanan inanc sistemi nəzərdə tutulur. Dinləri səmavi və qeyri-səmavi
olmaqla iki qrupa ayırırlar. Səmavi dinlər, adından bəlli olduğu kimi,
Allah tərəfindən mələklər vasitəsilə peyğəmbərlərə göndərilən vəhy
mənbəyidir. Bunlara haqq dinlər də deyilir. Bir sözlə, Xristianlıq,
Yəhudilik və İslam dini haqq dinləridir. İslam dininə görə ilk insan
Həzrət Adəm (ə) eyni zamanda ilk peyğəmbərdir. Həzrət Adəmdən (ə)
Həzrət İsaya (ə) qədər bütün peyğəmbərlər insanlara Allahın birliyini
və ona necə ibadət ediləcəyini təbliğ etmişlər. Mənbələrə görə, səmavi
dinlərdən Yəhudilik Həzrət Musa (ə), Xristianlıq isə Həzrət İsa (ə)
tərəfindən insanlara çatdırılmışdır. Son olaraq Allah-Təala bütün
insanları yenidən xəbərdar etmək üçün onlara Məhəmməd peyğəmbər
(s) vasitəsilə İslam dinini göndərmişdir.
Azərbaycanın coğrafi mövqeyi, əhalisinin etnik tərkibinin
zənginliyi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır.
Qədim İpək yolunun üzərində yerləşən və Şərqlə Qərb arasında körpü
rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin
qovuşduğu bir məkan olmuşdur. Belə bir şəraitin mövcud olmasında
Azərbaycanın tarixi inkişafı, coğrafi mövqeyi, əhalisinin tərkibi və s.
səbəblər böyük rol oynamışdır.
Ayrı-ayrı dövrlərdə bütpərəstlik, Zərdüştilik, Yəhudilik,
Xristianlıq və bir çox başqa dini inanclar ölkədə yayılaraq qarşılıqlı
şəkildə bir-birinə təsir göstərmişdir. Amma bu dinlər içərisində
İslam dini xalq tərəfindən daha çox qəbul edilmiş, ümumxalq dininə
7
çevrilmişdir. İslamdan öncə yayılmış dinlər içərisində Xristianlıq
yalnız Albaniya ərazilərində yayıla bilmişdir. Atəşpərəstlik isə daha
çox Atropatena ərazisində yayılmışdır. Sözsüz bu ərazinin yerləşdiyi
coğrafi, siyasi mövqedən irəli gələn məsələ idi. İslamın Azərbaycana
gəlişi ilə digər dinlər öz mövqelərini itirmiş, tədricən xalq arasında
onlara etiqad edənlərin sayı azalmışdır.
XIII əsr ərzində İslam Azərbaycanda tam olaraq öz mövqeyini
möhkəmləndirmişdir. Orta əsrlərdə Azərbaycan müxtəlif İslam
imperiyalarının işğalı altında olmuş, lakin xalqın dini inancına
heç bir təsir qeydə alınmamışdır. Azərbaycan torpaqlarının Çar
imperiyası tərəfindən işğalından sonra Çarlıq ölkədə hər hansı dini
zəmində münaqişədən yayınmaq üçün dini dəyərlərə müdaxiləyə yol
verməmişdir. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi
məktubda Zaqafqaziya müsəlmanlarının Dini İşlər İdarəsi barədə
əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin
heç biri bəyənilmədi.
1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı
ilə Xarici İşlər Nazirliyinin əməkdaşı N. Xanıkov “Məhəmmədi
ruhanilərin təşkili barədə əsasnamə” layihəsini hazırladı. Layihə
bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini
ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya
yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də
komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman
ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətə
münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız
şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək
rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar.
Nəhayət, 5 aprel 1872-ci ildə “Zaqafqaziya şiə və sünni
Məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə» Dövlət Şurasının
8
təqdimatı ilə Rusiya çarı tərəfindən təsdiq edilir və Şeyxülislamın
rəhbərlik etdiyi idarənin nəzdində şiə, Müftinin rəhbərlik etdiyi
idarənin nəzdində isə sünni ruhani idarələri təsis edildikləri 1872-ci il
5 aprel tarixindən 1917-ci ilin fevralına qədər fəaliyyət göstərmişdir.
Ağa Əlizadə
Azərbaycan Demokratik Cümhuriyyəti
yaranana qədər Cənubi Qafqaz
müsəlmanlarının dini işləri iki idarə - şiə və
sünni idarələri tərəfindən tənzimlənmişdir.
1918-ci il mayın 28-də Azərbaycan
Demokratik Cümhuriyyətinin elan
olunmasından sonra Azərbaycan hökumətinin
qarşısında belə bir məsələ dururdu: Tiflis şəhərində yerləşən Qafqaz
(Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsi Bakı şəhərinə köçürülməli
və 1917-ci ildə ləğv edilmiş şeyxülislamlıq vəzifəsi yenidən təsis
olunmalıdır. Beləliklə, 1918-ci ilin əvvəlində İdarə Bakıya köçürüldü
və axund Ağa Əlizadə ən yüksək ruhani rütbəsi olan şeyxülislamlığa
yeganə namizəd olaraq təyin edildi. Cümhuriyyət dövründə ruhani
idarə Məşixəti-İslamiyyə adlanırdı. Həmsədrləri Şeyxülislam axund
Ağa Əlizadə və Müfti Mustafa Əfəndizadə idi.
1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Fərəculla
Pişnamazzadə vəzifəsindən istefa verir. Cümhuriyyətin sosial təminat
və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə
Ağa Əlizadə təyin edilir. Bu dövrdə ölkədə İslamı rasionallaşdırmaq,
müasirləşdirmək meylləri də güclənmişdir.
20 aprel 1920-ci ildə Azərbaycan “Qırmızı Ordu” tərəfindən işğal
edildikdən sonra, ölkədə allahsızlıq təbliğ edilməyə başlanılmışdır.
Sovet işğalı dövründə müxtəlif dini təyinatlı, tarixi əhəmiyyət kəsb
9
edən məscidlər dağıdılmış, məhv edilmişdir. Lakin dünyada baş
verən hadisələr zəminində, yəni ikinci dünya savaşının başlanması ilə
əlaqədar Sovet hakimiyyəti ordu daxilində mənəvi ruh yüksəkliyini
qaldırmaq məqsədilə dinə qarşı öz radikal mövqeyini yumşaltmışdır.
Şeyxülislamlıq institutu yenidən təsis edilmişdir.
1991-ci il 18 oktyabrda Azərbaycan öz dövlət müstəqilliyini
yenidən bərpa etdikdən sonra ölkədə demokratik, dünyəvi, hüquqi
dövlət təsis edilmişdir. Dinlərarası dialoq, hörmət, anlaşma və
multikultural cəmiyyət formalaşdırılmışdır. Respublikamızda dini
icmalara qayğı gücləndirilmişdir.
Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc
yanaşı yaşamasının unikal nümunəsidir. Bu ənənənin kökləri tarixin
dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun (e.
ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş Yəhuda
krallığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə
sığınacaq tapmışlar. Tarixi mənbələrə əsasən, o vaxtlar Babildə 40
minə qədər əsir var idi. Eramızın birinci yüzilliyinin ortalarında
xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan
burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar.
İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha
da möhkəmlənmişdir. Müsəlman tolerantlığının əsasını Qurani-
Kərimin surə və ayələri təşkil edir: «Dində məcburiyyət yoxdur».
Tarixçilərin dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar
Yəhudilik, Xristianlıq və Zərdüştiliyin tərəfdarlarına qarşı ehtiram və
dözümlülük göstərmişlər.
O cümlədən qeyd etməliyik ki, din-dövlət siyasətinin həyata
keçirilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti
danılmazdır. Dözümlülük ənənələrinin qorunub saxlanılmasına
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz
10
böyük töhfəsini verir. Dini icmaların başçıları arasında tam anlaşma
və daha sıx əlaqələrin yaranması məqsədilə adı çəkilən idarənin
rəhbərliyi mütəmadi olaraq onların iştirakı ilə görüş və seminarlar
keçirir. Sonda onu qeyd etmək istəyirəm ki, Respublikamızda həyata
keçirilən siyasət, dinlərarası qarşılıqlı hörmət gələcəkdə ölkəmizdə
dini dözümlülük, qarşılıqlı hörmət, anlaşmanı gücləndirəcəkdir.
Ölkədə hər hansı dini ayrıseçkiliyə yol verilməyəcəkdir.
11
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN
DİN SİYASƏTİ
Ümummilli lider Heydər Əliyev Respublikada yenidən
hakimiyyətə qayıdanda ölkədə dini durum olduqca mürəkkəb və
ziddiyyətli idi. Bu cür çətin şəraitdən yalnız yüksək dövlətçilik
təcrübəsi olan bir şəxs baş çıxara, vəziyyəti düzgün qiymətləndirib
dönüş yarada bilərdi.
Yalnız Heydər Əliyev öz dərin biliyi, yüksək bacarığı, mətin
iradəsi, böyük idarəçilik təcrübəsi, düzgün və uzaqgörən siyasəti
sayəsində dövlət-din münasibətlərini inzibatçılığa yol vermədən,
məqbul beynəlxalq standartlara müvafiq şəkildə öz təbii məcrasına
qaytara bilər, dövlətin strateji xəttinə əsasən tənzim edə bilərdi.
İlk növbədə din-dövlət münasibətlərində yaranmış uçurum aradan
götürülməli, qarşılıqlı inam bərpa olunmalı, dövlətin antidin, ateist
siyasəti yeritməməsinə insanları inandırmalı, dinin həqiqətən də
12
milli-mənəvi dəyərlərdə yerini müəyyən etmək tələb olunurdu. Bu
asan və tezliklə həyata keçirilməsi mümkün olan iş deyildi.
Prezident məscidlərə gedir, dini bayram və mərasimlərdə iştirak
edir, dindarlarla görüşür, dövlətin strateji xəttini özü şəxsən izah
etməyə çalışırdı. Çıxışlarının birində bildirirdi ki, Azərbaycanın
strateji yolu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundan
keçir. Əlbəttə, dünyəvi dövlətçilik prinsipi dövlətin dindən ayrılığını
nəzərdə tutur. Lakin vətəndaş, bütövlükdə isə xalq və millət dindən
ayrı deyildir. 1-2 oktyabr 1998-ci ildə Bakıda keçirilən “Müasirlik
və dini-mənəvi dəyərlər” adlı beynəlxalq konfransda Heydər Əliyev
dünyəvi dövlətdə etiqad azadlığı prinsipini daha geniş açıqlayaraq
demişdir ki:
“Dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan
azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası (18,48-ci maddələr) din
və vicdan azadlığını təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin
olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi
dövlətdir. Ancaq biz dindən ayrı deyilik”.
13
Bütün bunları müdrik bir filosof kimi nəzərə alan Heydər Əliyev
5 sentyabr 1993-cü ildə Təzəpir məscidində Məhəmməd peyğəmbərin
(s) mövludu münasibətilə keçirilən mərasimdə çıxış edərək demişdir:
“Biz bir dövlət kimi... Azərbaycan Respublikasında, müstəqil
Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə
xidməti və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq”.
Ümummilli lider bütün sonrakı dövr ərzində bu vədinə əməl etmiş,
dinin, dini təsisatların və etiqadların müasir Azərbaycan cəmiyyətində
oynadıqları rola diqqətini azaltmamışdır. 8 aprel 1998-ci ildə Qurban
bayramı münasibətilə Mir Möhsün ağanın ziyarətgahında keçirilən
bir görüşdə qeyd etmişdir ki:
“İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi
dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir... Bizim
ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan
sonra da yaşayacaqdır”
Bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması
insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük
və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq
təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən
14
etiraf olunması ümummilli
lider Heydər Əliyevin dini
sahədə balanslaşdırılmış
siyasət yürütməsinin və
həmin siyasətin bu gün
davam etdirilməsinin
nəticəsidir.
Roma papası İoann II
Pavel 2003-cü ilin mayında Bakıda olarkən demişdi:
“Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir
ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir”.
Bu stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin
və möhkəm iradənin nəticəsidir. Bu milli adət-ənənələrə, mənəvi-dini
dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli
şəraitin təbii təzahürüdür.
Azərbaycan dindarları bu sözlərin boş vədlər olmadığının,
onların arxasında gerçək əməli iş durduğunun canlı şahidləri olmuşlar.
Heydər Əliyev Azərbaycanın bir sıra məscidlərinin, tarixi mədəniyyət
abidələrinin bərpasında yaxından iştirak etmişdir. Bakının ən böyük
15
məscidi olan Təzəpir məscidinin, qədim tarixə malik Bibiheybət
məscidinin, Mir Möhsün ağanın ziyarətgahının bərpası bilavasitə
onun himayəsi altında həyata keçirilmişdir.
Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri
ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, bugünkü mənada
beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz
Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Çıxışlarının
birində ümummilli lider bildirmişdir:
“Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda
müsəlmanlarla yanaşı başqa dinlərə mənsub olan vətəndaşlar da
yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan
bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə
dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq
azadlıq, hürriyyət imkanları verir”.
Azərbaycan ərazilərində yaşayan xalqların milli kimliklərinin
formalaşmasında dini dəyərlər xüsusi yerə malikdir. Bu dinlər
içərisində İslam dini xüsusilə vurğulanmalıdır. Azərbaycan çox
millətli və müxtəlif xalqların yaşamasına baxmayaraq İslam onları
ümumi ideologiya ətrafında birləşdirməyə qadir olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev bu barədə demişdir:
“Dünyada bir çox dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri
var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç
vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmiş, düşmənçilik
etməmiş, ədavət aparmamış və heç bir başqa xalqı dinimizə itaət
etməyə məcbur etməmişik. Hesab edirik ki, insanlar hansı dinə,
hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa
mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, dinlərin
kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar”.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
16
Komitəsi də Prezident Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli
fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci
maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması
və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə
riayət olunmasını təmin etmək məqsədilə yaradılmışdır.
17
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİ İLHAM ƏLİYEVİN
DİN SİYASƏTİ
Ulu Öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu bu
siyasət onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən
uğurla aparılır. Məhz Prezident İlham Əliyevin ölkəmizdəki tolerantlıq
ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində atdığı
addımlar Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə
çevirmişdir.
Son illər Azərbaycan və Şərq memarlığının nadir incilərindən
olan Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində
geniş tikinti və yenidənqurma işləri həyata keçirilərək dindarların
istifadəsinə verilmişdir. Görülən bu işlərin davamı olaraq, 2014-cü ilin
dekabr ayında özündə Azərbaycanın milli-dini ənənələrə sadiqliyini
əks etdirən əzəmətli Heydər məscidinin açılışı olmuşdur. Prezident
İlham Əliyevin tapşırıqlarına əsasən, yenidən təmir-bərpa işləri
aparılaraq dindarların istifadəsinə verilmiş Gəncədəki İmamzadə
kompleksini də göstərmək olar. Onu da qeyd etməliyik ki, ölkəmizdə
2 mindən artıq məscid mövcuddur. Təkcə son illər ərzində 140-
a yaxın məscid tikilmiş, 80 məscid əsaslı şəkildə bərpa edilmişdir.
Bütün bunlar bir daha göstərir ki, dövlət başçısının siyasətində
tarixi keçmişimizin unudulmaması, gələcək nəsillərin xalqımızın
gen yaddaşından süzülüb gələn milli-mənəvi dəyərlərə daha çox
bağlanması mühüm yer tutur.
Azərbaycanın tolerantlıq örnəyi olmasının nümunələrindən
18
biri də Prezident İlham Əliyevin müsəlmanlarla yanaşı, yəhudi
və xristian icmalarına hər il qeyd etdikləri dini bayramlarda təbrik
ünvanlamasıdır. Həmin təbriklərdən birində bildirilir: “Bu gün
dünyanın tolerantlıq örnəyinə çevrilən Azərbaycanda ayrı-ayrı din və
təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural
dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas
istiqamətlərindəndir. Xüsusilə vurğulamaq istərdim ki, vaxtilə sovet
rejimi tərəfindən etiqad və vicdan azadlığının qadağan edildiyi
ölkəmizdə indi bütün xalqların və dinlərin nümayəndələrinin rahat
şəkildə və mehriban ailə kimi yaşaması müstəqil Azərbaycanın ən
böyük sərvətlərindən biridir”.
2014-cü ildə Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi
Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun
yaradılması, multikulturalizm sahəsində ən optimal model seçilən
Azərbaycan nümunəsinin öyrənilməsi məqsədilə Avropa ölkələrində
“Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılması ölkə
başçımızın hər zaman müstəqil, şəffaf və dürüst siyasət tərəfdarı
olduğunu bir daha təsdiq edir.
19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar
2016-cı il tarixli Sərəncamla 2016-cı ilin Azərbaycan Respublikasında
“Multikulturalizm ili” elan edilməsi bir daha bu dəyərlərə sadiqliyinin
bariz sübutudur. Cənab Prezidentin imzaladığı Sərəncamda qeyd
edilirdi ki:
“TarixiİpəkyolundayerləşənAzərbaycanmüxtəlifsivilizasiyaların
qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik
mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların
nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və
dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə
multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir
dövrdə Respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq
prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci
Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə
qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural
mühitə olan münasibətinin real ifadəsidir”.
Ölkə başçısının 2017-ci ilin Azərbaycan Respublikasında “İslam
Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı dini dəyərlərə
20
nə qədər diqqət göstərdiyini bir daha nümayiş etdirdi. Sərəncamda
deyilirdi:
“Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas
mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və
eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm
rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan
İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin
yaratmışdır. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin
muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.
Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü
Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda
onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu
tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini
dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin
qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə
məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə
yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi
Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir.
Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının,
İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər
mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı
münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni
forumların təşkilatçısı kimi çıxış etmişdir.
Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına,
multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük
töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz
2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam
mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV
21
İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi
ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi
sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait
yaradır”.
Azərbaycan Respublikası Prezidentinin ölkədə dini marifləndirmə
və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi
ilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında 27 noyabr
2014-ci il tarixli Sərəncamı ölkə başçısının bu sahəyə nə qədər həssas
yanaşdığının bariz nümunəsidir.
Ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır.
Məhz Fondun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində,
Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza
məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və
Heydər məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində,
Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində
yenidənqurma və əsaslı təmir-bərpa işləri aparılmışdır.
Fondun gördüyü işlər təkcə ölkə daxilində deyil, onun
hüdudlarından kənarda da böyük əks-səda doğurur. Heydər Əliyev
Fondunun hər bir layihəsi xalqlar arasında humanizm, həmrəylik və
dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət göstərir.
“Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu istiqamətdə görülmüş
mütərəqqi işlərdəndir. Layihə çərçivəsində ölkədəki məscid, kilsə,
sinaqoqlarda təmir-bərpa işləri aparılmışdır. Bundan başqa, Bakıda
yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi,
Fransada bir sıra kilsələrin, müqəddəs Roma katakombalarının
bərpasında iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin
ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı
hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
22
GORANBOY
Goranboy Azərbaycan xalqının zəngin keçmişini yaşadan, milli-
mənəvi dəyərlərə sadiq qədim türk yurdlarından biridir. Goranboy
rayonu 2 şəhər, 6 qəsəbə və 79 kənddən ibarətdir. Goranboy rayonunun
ərazisi 1760 km2, əhalisi 108.792 nəfərdir. Goranboy rayonu ilk dəfə
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu
il tarixli qərarı ilə yaradılmışdır. Respublika İcraiyyə Komitəsinin
8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı
dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır. Azərbaycan
Respublikası Ali Sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə
eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz sayılmış, Şaumyan
(kənd) rayonu ləğv edilərək rayonun keçmiş adı özünə qaytarılmaqla
Goranboy rayonu yaradılmışdır
Yaşı beş min ilə qədər olan qədim daş və torpaq örtüklü kurqanlar,
bizim eradan əvvəl II əsrdən başlayaraq eramızın IV əsrinə qədər
mövcud olmuş kül qəbirlər, o cümlədən türbələr, pirlər, ziyarətgahlar
əsrlər boyu öz keçmişini saxlamış məscidlər Goranboyun dini keçmişi
barədə bizə dolğun məlumat verir. Bu ərazi xalqımızın irsi bəşər
mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan dini vəziyyətin və
tarixi dini abidələrinin öyrənilməsi, mühafizəsi və təbliği bizim əsas
vəzifələrimizdəndir.
Goranboy rayonun tarixi dini keçmişinə nəzər yetirdikdə, bu
ərazinin hələ ibtidai-icma quruluşunun dağılmasının son dövrlərində
urartuluların və skiflərin hücumuna məruz qalmışdır. Ərazi bütün ilk
orta əsrlər boyu Albanya və Aran ölkəsinin əsas torpaqlarından biri
olmuşdur. Müəyyən vaxtlarda Sasanilərin, Xəzər xaqanlığı, eləcə də
23
ərəb xilafəti tərəfindən tutulmuşdur.
Azərbaycan Respublikasının Elmlər Akademiyasının müxbir
üzvü, tarix elmləri doktoru M. Ə. İsmayılov qeyd edir ki, Goran
sözünə boy sonluğunun artırılması, həmin kök və şəkilçinin türk
mənşəli olduğunu sübut edir. Alim fikrini davam etdirərək Boy
sözünün qədim yazılı mənbələrdə qəbilə, tayfa adı ilə bağlı oba, kənd,
məhəllə mənasında işlədildiyi fikrini əsaslandırmağa çalışır. Alim
qeyd edir ki, rayon ərazisində yerləşən Goran, Goranlı, Goranboy
kəndləri ilə yanaşı, eyni köklü adlar mənfur düşmənimiz Ermənistan
Respublikasının keçmişdə Azərbaycanlılar yaşayan ərazilərində də
mövcud olmuşdur.
Qədim dövrün müəlliflərindən olan Strabonun verdiyi
məlumatda qədim Albaniyanın ərazisində 26 müxtəlif dilli tayfanın
yaşaması haqqında məlumat verilir. Onlardan biridə Gel, Ger tayfası
olmuşdur. Bəzi alimlər həmin tayfaların yaşadıqları ərazilərin bir
müddət sonra Gelan, Geran sonralar isə dilin qrammatik qaydalarına
uyğunlaşdırılaraq Goran kimi tələffüz olunduğunu göstərirlər. Yəni
Goran sözü tayfaların məskunlaşdığı ərazi deməkdir.
Eramızın başlanğıcından bugünümüzə qədər əsrlər boyu
Goranboy abidələri yaşadılmış, möhtəşəmliyini qorumuşdur. Coğrafi
cəhətdən tarixi Azərbaycan ərazisinin mərkəzində yerləşən Goranboy
abidələrinin arxeoloji mədəniyyət nümunələri subut edir ki, xalqımızın
tarixi çox qədimdir. Orta əsrlərdə ticarət yollarının üzərində yerləşən
Goranboy strateji mövqeyini möhkəmləndirmişdir. Uzaq şərqdən
gələn tacirlər öz ticarət məmulatlarını buradan keçməklə Avropaya
daşımışlar. Ticarət əlaqələrinin genişlənməsi şəhər qalalarının
meydana gəlməsinə şərait yaratmışdır. Bu şəhər qalalarından Şətəl
şəhər qalasını göstərmək olar. Bu şəhərin qalıqları Rəhimli kəndinin
cənub-şərq tərəfində yerləşir. Şəhər adının etimologiyası da onun
24
tarixinin araşdırılması üçün şübhəsiz az əhəmiyyət kəsb etmir. Bəzi
müəlliflərin fikrincə Şətəl şadlıq, xoş əhval-ruhiyyə yaradan, şirin,
xoş və s. mənasını daşıyır. Tədqiqatçıların başqa bir qrupu belə hesab
edirlər ki, bu ad bütpərəstlik dini ilə əlaqələndirilməlidir. Ərəblərin
Azərbaycana gəlişi ilə əlaqədar İslam dini ölkənin hər yerində eyni
vaxtda qəbul edilmədi. Görünür bu yerlərin əhalisi də bütbərəstlik
dinindən imtina edə bilməmişdir. Və Ərəblər tərəfindən yerli əhalinin
yaşadığı yer Şətəl adlandırılmışdır. Yəni əraziyə Şətəl adı ərəblərin
gəlişindən sonra verilmişdir. Şətəl bəzi mənbələrdə Şütur qalası deyə
qeyd edilir.
Goranboy dini tarixində Borsunlu, Səfıkürd, Qaşaltı Qaraqoyunlu,
Qarqucaq, Qasımbəyli kurqanları; Meşəli, Yuxarı Ağcakənd, Buzluq
(5-8 ci əsr), Erkec (6-8 əsr), Gülüstan (7-8 əsr), Qaraçinar (7-8
əsr), Börü (5-7 əsr) yaşayış məntəqələrində inşa olunmuş alban
məbədləri; Borsunlu (18-ci əsr), Borsunlu türbələri, Qızılhacılı (18-
ci əsr), Safıkürd məscidlərini göstərmək olar. Qeyd edimki, bədnam
qonşularımız olan ermənilər 1828-ci il Türkmənçay müqaviləsindən
sonra rayonun dağlıq ərazilərinə köçürüldükdən sonra tarixi Alban
məbədlərini özününküləşdirməyə cəhd etmişlər. Lakin bu cəhdləri
uğursuz olmuşdur.
Goranboy rayonunun ərazisində 11 məscid var ki, bunlardan 7-si
fəaliyyət göstərir. Rayon ərazisində hazırda dövlət qeydiyyatından
keçmiş 7 dini icma fəaliyyət göstərir. Goranboy rayonunda fəaliyyət
göstərən məscidlərin hər biri şiə məscididir. Ümumiyyətlə bölgə
əhalisi şiə məzhəbinə məxsusdur.
Goranboy rayonunda fəaliyyət göstərən məscidlər aşağıdakılardır.
- Goranboy şəhər Cümə məscidi
- Qızılhacılı qəsəbə Cümə məscidi
- Dəliməmmədli şəhər “Əkbər Cümə” məscidi
25
- Tatarlı kənd məscidi
- Xanqərvənd kənd məscidi
- Nərimanlı kənd “Xanım Ana” məscidi
- Borsunlu kənd məscidi
- Nadir kənd məscidi
- Qaramusalı kənd “İmam Hüseyn” məscidi
- Yəhərçi Qazaxlar kənd məscidi
- Sarov kənd məscidi
Goranboy rayonu ərazisindəki pirlər və ziyarətgahlar , məbədlər,
kurqanlar aşağıdaklardır.
- Veyisli kəndi Seyid Qasım ocağı
- Safikürd kəndində ağac
-Safıkürd kəndi Zənbil ocağı
- Balakürd kənd qəbirstanlığı Qoç heykəli
- Qaradağlı kəndi Miskin Abdal ocağı
- Balakürd kəndi Tovsal ziyarətgahı
- Xanqərvənd kənd Seyid Həşim ağa ziyarətgahı
- Borsunlu turbəsi
- Mollavələdli türbəsi
- Mirzə Adıgözəlbəy ailəsinin türbələri (Rəhimli)
- XuduBaba türbəsi
- Xarxaput Alban məbədi (Meşəli)
- QaşaltıQaraqoyunlu kurqanları.
- Borsunlu kurqanları
- Səfikürd kurqanları
Goranboy rayonu ərazisindəki qorunan dini abidələr
aşağıdakılardır.
- Qızılhacılı qəsəbə “Cümə” məscidi
- Borsunlu kənd məscidi
26
- Sarov kənd məscidi
- Yəhərçi Qazaxlar kənd məscidi
Ümumiyyətlə son dövrlər rayon daxilində milli-mənəvi dəyərlərin
möhkəmləndirilməsi üçün önəmli işlər həyata keçirilməkdədir.
Rayon İcra Hakimiyyəti tərəfindən tez-tez dini icmalarla görüşlərin
təşkil edilməsi, onların problemlərinin aradan qaldırılması məqsədilə
zəruri işlər aparılması, xüsusilə Rayon İcra Hakimiyyətinin başçısı
Məhərrəm Quliyevin qayğısı danılmazdır. RİH başçısı Məhərrəm
Quliyevin şəxsi nüfuzu, çevik və operativ idarəçilik qabiliyyəti,
dindarlar arasında xüsusi hörmətə sahib olması, rayon daxilində dini
durumun sabit olmasına şərait yaratmışdır. Məhərrəm müəllim daima
dindarların ibadətlərini normal həyata keçirmələri üçün bütün lazımı
işləri həyata keçirtmişdir.
27
TARİXİ ALBAN MƏBƏDLƏRİ
MƏŞƏLİ – XARXAPUT MƏBƏDİ XIII əsr
Bildiyimiz kimi Goranboy ərazisi tarixi Alban dövlətinin ərazisi
olmuşdur. Müxtəlif dövrlərdə bu ərazilərdə xristianlıq yayılmış, inkişaf
etmişdir. VII-VIII-ci əsrdə Ərəblərin Azərbaycana gəlişi ilə xəlifənin
göstərişi əsasında alban məbədlərinin fəaliyyəti dayandırılmış və
onlar erməni qriqorian kilsəsinə tabe edilmişdir. Albaniyanın qədim
tarixinə dair məbədlərdə saxlanılan əlyazmalar ermənilərin ixtiyarına
keçmişdir. Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb
torpaqlarımızı zaman-zaman işğal edən erməni şovinistləri, işğalçılıq
ənənələrinə haqq qazandırmaq, yeni təcavüzkarlıq planlarını
tarixi-nöqteyi nəzərdən əsaslandırmaq və ictimai fikri çaşdırmaq
məqsədilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün məbəd
və monastırları erməni abidələri elan edirlər. Son dövrlərdə aparılan
tarixi araşdırmalar o cümlədən 2003-cü ildə Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsində Azərbaycan Respublikasının Alban-Udi Xristian
dini icmasının dövlət qeydiyyatına alınması, Alban Kilsəsinin
yenidən bərpası, mənfur düşmənlərimizə tutarlı cavabdır.
“Xaput” qədim alban tayfalarından birinə mənsub olan addır.
Xarxaput (Meşəli) sözünün birinci hissəsindəki “Xar” sözü türk
mənşəli olub “bərbad”, “köhnə” xapt tayfalarına mənsub kənd
olduğunu ifadə edir. M. Vəliyev isə xaputlu və krızlı tayfalarının
ləzgilər və avarlara daha yaxın olduğunu göstərir. Həmçinin adın
Albaniyada mövcud olmuş xarx adlı qalanın adı ilə də eyni mənşəli
olması fikri irəli sürülür. Digər mənbələrdə bu adın qədim türkdilli
alban tayfalarından qarqarların bir qolu olduğu göstərilir.
28
Goranboy rayonunun Meşəli, Yuxarı Ağcakənd, Buzluq (5-8 ci
əsr), Erkec (6-8 əsr), Gülüstan (7-8 əsr), Qaraçinar (7-8 əsr), Börü
(5-7 əsr) yaşayış məntəqələrində inşa edilmiş alban məbədləri ərazidə
uzun illər albanların yaşadıqlarının təkzibolunmaz sübutudur. Bu
abidələr eramızın 1-ci əsrindən 17-18-ci əsrlərinə qədər olan böyük
bir dövrü əhatə edir. Azərbaycanın Qarabağ hissəsində 12-ci əsr
Xaçın feodal hökmranlığının yaranması ilə ərazidə məbəd tikintisinə
geniş meydan verilmişdir.
Alban tarixçisi Moisey
Kalankaytuklunun “Aqvan
tarixi” əsərində Qafqaz
Albaniyasında xristianlıq
dininin yayılması, müxtəlif
məbəd və kilsələrin tikilməsi
barədə qiymətli məlumatlar
var. Bu məbədlər sırasında
Meşəli (Xarxaput) məbədini
də göstərmək olar. Məbədin VII əsrədək tikildiyi, XII-XIII əsrlərdə
yenidən bərpa edildiyi müəyyən edilmişdir. Albaniya çarı Həsən
Cəlalın (1215-1261) dövründə Qansazar monastrı, Gülüstan və
Xarxaput məbədləri tikilmişdir.
29
Məbəddəki kitabələrdən birində onun tarixi bərpa olduğu dövrdən,
yəni 1230-cu ildən qeyd edilir. Kilsə qapısının üstündə alban hərfləri
vardır. Lakin 1984-cü ildə Ermənistandan gəlmiş C. Q. Karapetyan
tədqiqat adı ilə abidə üzərindəki işarələri dəyişdirərək onun tarixini
saxtalaşdırmağa cəhd etmişdir.
Q. Karapetyan məbəddə olarkən
abidənin üzərindəki alban hərfləri ilə
yazılmış daş lövhə üzərində əlavə işlər
aparıb, saxta erməni hərfləri artırmaqla
məbədi Koqeri kilsəsi adlandırıb. Ziya
Bünyadovun və digər görkəmli
tarixçilərimizin araşdırmaları zamanı
bu faktlar üzə çıxarılmış, erməni yalanı sübut edilmişdir.
Goranboy rayonunun Meşəli, Yuxarı Ağcakənd, Buzluq (5-8 ci
əsr), Erkec (6-8 əsr), Gülüstan (7-8 əsr), Qaraçinar (7-8 əsr), Börü
(5-7 əsr) yaşayış məntəqələrində inşa edilmiş alban məbədləri ərazidə
30
uzun illər albanların yaşamasının təkzibolunmaz sübutudur. Bu
abidələr eramızın I əsrindən XVII-XVIII əsrlərinə qədər olan böyük
bir dövrü əhatə edir. Azərbaycanın Qarabağ hissəsində XII əsr Xaçın
feodal hökmranlığının yaranması ilə ərazidə məbəd tikintisinə geniş
meydan verilmişdir.
Sonda təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bədnam
qonşularımız virtual aləmdə adları qeyd edilən məbədlərin tarixini
saxtalaşdırmağa cəhd edirlər.
31
RUS BORİSİ
Azərbaycanın etnik rəngarəngliyi özünü həm də bölgələrimizdəki
yer adlarında göstərir. Goranboy rayonunun Rus Borisi kəndi də belə
məkanlardan biridir. Kəndin girəcəyindəki hündür təpə üzərindəki
qəbiristanlıq, baş daşlarındakı anlaşılmaz yazılar və işarələr bu
yerlərin hələ çox qədim dövrlərdən insan məskəni olduğunu göstərir.
Boris Alban ölkəsinin Bərdə bölgəsində yer adıdır. Musa
Kalankatlunun (VII əsr) “Alban tarixi ” əsərində ermənicə yazılışda
Parsakan, XII əsr Alban tarixçisi Mxitar Qoşun “Alban salnaməsi”
əsərində Boris, 1447-ci il sənədində Baris formasındadır. 1727-ci ilə
aid türkcə mənbədə Gülüstan mahalında olan bu kəndin adı katibin
səhvi üzündən Norsus (Borisus adından təhrif) kimidir. 1808-ci il
sənədlərində kəndin adı Baris kimi qeyd edilmişdir. Bir mənbəyə
görə, bu kəndin əsası 1842–ci ildə, digərinə görə isə 1893-cü ildə
Rusiyadan köçürülən molokanlar tərəfindən qoyulub.
Molokanlar XVIII-əsrin 60-cı illərinin sonunda dövlət kəndliləri
arasında meydana gəlmiş, sonradan isə meşşan və tacir təbəqəsi
arasında yayılmışdır. Molokanlığın banisi Tambov quberniyasının
Borisoqlebsk qəzasının kəndlisi, peşəcə dərzi olan Semyon
Matveyev Ukleindir. Qeyd edək ki, tarixdə ilk dəfə Ukleinin dini
təliminə molokanlıq ( rus dilində “ süd ” mənasına gələn “ moloka ”
sözündən törəmişdir) adını verən Rus Provaslav Kilsəsinin Tambov
ruhani konsistoriyası olmuşdur. Ukleinin ardıcılları provaslav orucun
hökmlərini pozaraq süd içdiklərinə görə konsistoriya təriqətçiləri
belə adlandırılmışdır. Molokanların özləri isə bu kəliməyə başqa
məna vermişlər. Onlar Əhdi-Cədinin “ anadan təzə olmuş çağalar
32
kimi pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa
nail olasınız”, yəni İlahi Kəlama məhəbbət duyduqları, inancları
süd kimi pak olduqları üçün molokan adını almışlar. Molokanlarda
kilsə anlayışı yoxdur. Başqa xristian konfessiyalarından fərqli olaraq,
molokanlarda dini icma anlayışı hər hansı sakral məna daşımır və
sadəcə imanlıların yığıncağı deməkdir. İbadətləri çox sadədir. Onlar
öz ibadətlərini yığıncaq adlandırırlar. Molokanlar əsasən bazar günləri
bir yerə yığışır, Müqəddəs Kitabdan, xüsusən Zəburdan ayələri
əski rus tərzində aram səslə oxuyurlar. Bu rus təriqətinin ardıcılları
inanırlar ki, xeyir əməl işləməklə axirətdə xilas olmaq mümkündür.
Onlar Əhdi-Ətiqin hökmlərinə ciddi şəkildə riayət edərək donuz əti,
pulcuqsuz balıq yemir, siqaret çəkmir, alkoqollu içkilərdən istifadə
etmir, teatr, kino, televiziyaya mənfi münasibət bəsləyirlər.
XVIII əsrin sonu XIX əsrin başlanğıcında Rusiya çarlığında
təhkimçilik quruluşuna qarşı etirazlar baş qaldırmışdır. Xristian
dininin Molokan təriqətinə etiqad edən Molokonlar bu işdə xüsusilə
seçilirdi. Etnik slavyanlar Azərbaycana XIX əsrin 30-cu illərinin
33
əvvəlindən XX əsrin əvvələrinədək Rusiyadan və Ukraynadan ilk
vaxtlar məcburi köçürülmüşlər. Sonralar könüllü gəlmiş slavyandilli
əhali Azərbaycanın müxtəlif ərazilərində məskunlaşmışlar.
Məskunlaşdıqları yaşayış yerləri onların adları ilə adlandırılmışdır.
Qazax qəzasında 1842-ci ildə salınmış Borus kəndi, Goranboy
rayonu Rus Borisi kəndi, Xaçmaz rayonunun Borispol kəndi də
onlar tərəfindən salınmışdır. XIX əsrin sonlarında Yelizavetpol
quberniyasında 14, birinci dünya müharibəsinədək isə 42 rus kəndi
qeydə alınmışdır.
Vaxtilə 2 min sakini olan Rus Borisi kəndində hal-hazırda 600
nəfər yaşayır. Qeyd edək ki, kənddə 462 məcburi köçkün məskunlaşıb.
Yerli sakinlərdən 24 ailə, yaxud 74 sakin rus icmasının üzvüdür. Rus
icmasının mədəniyyət evi də fəaliyyət göstərir. Mədəniyyət evinin
direktoru Zahid Novruzovdur. Altı nəfər işçisi olan mədəniyyət evinin
əməkdaşlarından dördü rus icmasının üzvüdür.
Müasir Azərbaycanda molokanların dini həyatına gəlincə, ilk
öncə onu qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində
aşağıdakı molokan dini icmaları yenidən dövlət qeydiyyatına
alınmışdır.
1. Bakı şəhəri “ Molokan ruhani-xristian ” dini icması (2009-cu il)
2. Sumqayıt şəhəri “ Molokan ruhani-xristian ” dini icması
(2009-cu il)
3. Qobustan rayonu Xilmilli kəndi “ Molokan ruhani-xristian ”
dini icması (2010-cu il)
4. İsmayıllı rayonu İvanovka kəndi “ Molokan ruhani-xristian ”
dini icması (2015-ci il)
Göründüyü kimi Azərbaycan tarixinin çoxəsrlik dövründə bu
ərazilərdə yaşayan bütün millətlər şad-xürrəm yaşamış, dövlətçiliyə
daima sadiq olmuşlar. Millətlər arası barış, qarşılıqlı hörmət hökm
34
sürmüşdür.2005-ci ildə Respublikamızda yaşayan molokanlar üçün
xüsusən yadda qalan il olmuşdur. Həmin ilin yayında ölkəmizdəki
molokan icmaları, molokanların Azərbaycana köçürülməsinin iki yüz
illiyini təntənəli surətdə qeyd etmişlər.
35
SAFIKÜRD KƏNDİ (SAFYURD)
Safıkürd kəndi Goranboy rayonunun qədim yaşayış
məntəqələrindən biridir. Bu ərazidə tarixi araşdırmalar zamanı
müxtəlif dövrlərə aid olan kurqanlar, qəbir küplər tapılmışdır. 1756-
cı ildə Qazax-Borçalı bölgəsindən Qarabağa köçmüş tayfalardan
biri də Səfikürd idi. Bu tayfanın əsl adı “Sofiqurd”dur. Səfikürd
(əsli Sofiqurd) Sofi adlı şəxsə (el bəyinə) mənsub “Qurd ailələri”
mənasındadır. Lakin danışdıqda bu elin adı təhrifə uğrayaraq Səfikürd
formasına düşmüşdür. 1804-cü il sənədlərində 11 ev olmaqla Kertyu-
Safu kimi qeyd olunmuşdur. Ermənistanın Sisyan mahalında Səfiyurd
adlı kənd qeydə alınmışdır.
Kənd dini tarix
baxımından zəngindir. Kəndin
yaxınlığında qədim yaşayış
yeri və kurqanlar (eradan
əvvəl II minilliyin ikinci
yarısı – I minilliyin əvvəlləri).
Yaşayış yeri və kurqanlar
Safikürd kəndindən 15 km
şərqdə yerləşmişdir. Arxeoloji
qazıntılar zamanı 2 ha yaxın ərazini əhatə edən yaşayış yerindən saxsı
qablar – cəm, bərni, küpə, parça və s. tapılmışdır. Kurqanlar 10 ha
yaxın ərazini əhatə edir. Kənd ərazisində öz tarixi keçmişi ilə seçilən
Xudu Baba türbəsi, məscid və qonşu Tatarlı kəndində yerləşən məscid
bu ərazidə dini, milli-mənəvi dəyərlərə sadiqliyin təcəssümüdür.
36
Safikürd kənd məscidi
Safıkürd kəndinin mərkəzində yerləşən Safıkürd kənd məscidinin
tarixi XVIII əsrin ortalarına aid edilir. Məscid yerli ruhanilərdən olan,
axund Abdulla tərəfindən tikilmişdir.
Safıkürd-Tatarlı dini icmasının sədri Cəfərov Elnurun qeyd
etdiyi kimi, molla Abdullanın qardaşları və əmisi uşaqları bu işdə ona
maddi və mənəvi dəstək göstərmişlər. Məscid minarəsiz olmuşdur.
Üzü qibləyə doğru, qara çayın kənarında inşa edilmişdir. Məscid
uzun zaman yerli camaatın ibadət yeri olmuşdur. Ancaq Sovet
imperiyasının işğalı dövründə məscid ibadət yeri kimi deyil, anbar
kimi istifadə edilmişdir. 1937-ci illərdə kəndəki bütün ruhanilər ya
güllələnmiş ya da Sibirə sürgün edilmişdir. Hal-hazırda məscid kimi
fəaliyyət göstərmir.
Safıkürd kənd məscidi.
Kəndin ağsaqqalarından olan Abbasov Nəsif Qələndər oğlu
molla Salehin nəslindəndir. Nəsif kişinin dediyinə görə bu məscid
köhnə zamanlarda həm ibadət yeri həm də mədrəsə kimi fəaliyyət
göstərirmiş. Məscidin böyük bir kitabxanası olmuşdur. Lakin Sovet
37
Abbasov Nəsif Qələndər oğlu. dövründə kitabxana dağıdılmış,
məhv edilmişdir. Bu məscid ibtidai
mədrəsə rolunu oynayırmış. Nəsif
kişinin əmisi Molla Saleh və
molla Abdulla mədrəsə təhsili
aldıqdan sonra Mirzə Şəfi Vazehin
məktəbində ruhani təhsili alaraq
sonda Nəcəf şəhərində dini təhsili
başa vurmuşdular.
Safıkürd-Tatarlı kənd məscidi.
Tatarlı kənd məscidinin inşasına 2005-ci ildə yerli kənd sakini,
xeyriyyəçi Əliyeva Zinyət Əbdurrəhman qızının təşəbbüsü ilə
başlanılmış, 2006-cı ildə onun övladı, iş adamı Əliyev Oktay Cəlil
oğlunun vəsaiti hesabına tikinti başa çatdırılmışdır. Məscid iki
minarəlidir və şərq üslubunda inşa edilmişdir. Məscidin sahəsi 120
m2, tutumu 80-100 nəfərdir. Məscidin vəziyyəti qənaətbəxşdir.
38
Xudu Baba türbəsi.
Goranboy rayonunun Səfikürd kəndində yerləşən XVIII əsr
memarlıq abidəsidir. Səfikürd kənd qəbiristanlığında Arran memarlıq
üslübunda, yəni çay daşı ilə bişmiş kərpicin birlikdə naxış şəklində
işlədilməsi ilə hörülmüşdür. Divarın hündürlüyü 2.2 m, bişmiş kərpiclə
hörülmüş gümbəzin hündürlüyü 2 m, türbənin ümumi hündürlüyü 4.3
m-dir. Hər tərəfindən eni 95 sm, aralarındakı divar 23 sm olan üstü ürək
formalı üç guşə olmaqla 6 guşəsi, hər iki tərəfində kiçik pəncərələr (
50 x 35 sm ) vardır. Qapının hündürlüyü 1 m, eni 50 sm, divarın eni
40 sm, tikintidə istifadə olunmuş kərpiclərin ölçüsü 20x24x4 sm-dir.
Türbənin hörülməsində süd, yumurta, irəmə torpağının qarışığından,
içərisinin suvağında isə gəcdən istifadə olunmuşdur.
Safıkürd-Tatarlı dini icmasının sədri Cəfərov Elnurun dediyinə
əsasən Xudubaba türbəsi xalq tərəfindən sevilən türbələrdəndir.
Türbə iki hissədən ibarətdir. Birinci hissəsi torpağın altında qalmışdır.
Həmin o birinci hissədə Xudubaba və həyat yoldaşı dəfn edilmişdir.
Xudubaba türbəsi
39
İkinci hissədə isə Xudubabanın nəvəsi Hüseyn ibn İsmayıl dəfn
edilmişdir. Deyilənə görə Xudubaba iki dəfə ailə həyatı qurmuşdur.
Ona görə hal-hazırda Xudubaba soyadını daşıyan iki nəsil mövcuddur.
Onlara bəzən Xudular nəsli deyirlər.
Hüseyn ibn İsmayılın qəbri (Xudubaba türbəsi)
XVII-XVIII əsrdə Səfikürddə yaşamış Xudu pəhlavanın adı
ilə Xudubaba türbəsi adlandırılmışdır. Yerli sakinlərin dediklərinə
görə Goran çayının yaxınlığında indi də izi duran mağarada Xudu
pəhlavana pələng hücum etmiş, Xudu pəhlavan pələngi öldürmüşdür.
Tarix elmləri doktoru A. Məmmədov tərəfindən tədqiqat işləri
aparılmışdır.
Həmçinin Safıkürd kənd qəbirstanlığında tarixi hicri-qəməri
təqvimlə 138-ci ilə aid baş daşları mövcuddur. Orta əsrlərdə dəfn
edilən şəxslərin doğum tarixi baş daşlarına qeyd edilmədiyi üçün bu
tarix mərhumun ölüm tarixi hesab edilir. Baş daşında “ Əl sakini kürdi
safi ” qeyd olunur. Daşın hündürlüyü 2.5 metrdir. Qəbiristanlıqda 138,
139, 141-ci illərə aid baş daşları aşkar edilmişdir.
40
Safıkürd kənd qəbirstanlığında qədim baş daşları.
Safıkürd kənd Zənbil ocağı.
Səfıkürd kənd qəbiristanlığında yerləşən Zənbil ocağı 20 sentyabr
2006-cı ildə Babakişiyev Aşırlı Alış oğlu tərəfindən inşa etdirilmişdir.
Memarı Babakişiyev Nizami Alış oğludur. Kənd sakinlərinin dediyinə
görə Zənbil ocağını vaxtilə Nizami Gəncəvi və həyat yoldaşı tez-
tez ziyarət edərmiş. Sınanmış ocaqlardan hesab edilir. Burada seyid
nəslindən olan bir xanımın dəfn edildiyi bildirilir.
Zənbil ocağı
41
SAFIKÜRD -TATARLI DİNİ İCMASI
Goranboy rayon Safıkürd-Tatarlı dini icması 2010-cu ildə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir.
Dini icmanın üzvləri əsasən ziyalılardan ibarətdir. İcmanın 11 nəfər
üzvü var. İcma rayon əhəmiyyətli tədbirlərdə fəal olaraq çıxış edir.
Dini icmanın yerləşdiyi Tatarlı kənd məscidində hər il imkanlı kənd
sakinləri tərəfindən İftar süfrəsi açılır. Ümumilikdə kənddə dini
durum sabitdir.
13 iyun 2017-ci il İftar mərasimi (Tatarlı kənd məscidi)
42
Safıkürd və Tatarlı kənd məscidi dini icması
“Dini ekstremizmin qarşısının alınmasında islam həmrəyliyinin rolu”
layihəsi
43
Dini icmanın sədri Cəfərov Elnur Talış oğludur. Elnur Cəfərov
2002-2007-ci illərdə Bakı İslam Universitetində dini təhsil almışdır.
2006-cı ildə Həcc ziyarətində olmuşdur. 2006-cı ildən Goranboy
rayonu Safikürd və Tatarlı kənd məscidi dini icmasının sədridir.
BORSUNLU KƏNDİ
Borsunlu XIX əsrin ortalarına qədər Gəncə qəzasında böyük
ellərdən birinin adıdır. “Borsunlu” tayfa adının mənşəyi isə maraqlı
tarixə malikdir. İndiki Goranboy rayonunun ərazisi Albaniyanın
erkən orta əsrlərdə Boris adlı mahalı olmuşdur. Bu mahalda erkən
orta əsrlərdə hun tayfalarıın bir hissəsi yaşamışdır. Borsunlu “Boris
Hunlu”, yəni “Boris mahalında yaşayan hunlar” mənasındadır.
Əslində, Borsunlu coğrafi adı Azərbaycanda indiyədək hun etnonimini
saxlamış yeganə toponimdir. 1804-cü il Gəncəbasarın kameral
təsvirində 18 ev olmaqla Borsunlu kimi qeydə alınmışdır.
Borsunlu məscidi.
Goranboy rayonunun Borsunlu kəndində XVIII əsr memarlıq
abidəsidir. Borsunlu məscidini Hacı Həsənin maddi yardımı və kənd
əhalisinin köməkliyi ilə bişmiş kərpicdən tikilmişdir. Quruluşuna görə
Səfikürd məscidinə oxşayır. Fərq orasındadır ki, Borsunlu məscidi
bişmiş kərpicdən, Safikürd məscidi isə müxtəlif daş qırıntılarından
tikilmişdir.
44
Borsunlu kənd məscidi
BORSUNLU KƏND DİNİ İCMASI
Goranboy rayon Borsunlu kənd dini icmasının sədri Novruzov
Arzu İlqar oğludur. 2011-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsində qeydiyyatdan keçmişdir. Kənd əhalisi daim dini
dəyərlərə hörmətlə yanaşır. Dini icmanın 54 nəfər üzvü vardır. İcma
üzvləri daima kənd sakinləri arasında milli-mənəvi dəyərlərin təbliği
məqsədilə müxtəlif tədbirlər, yığıncaqlar həyata keçirirlər. Dini
bayramlar və Aşura zamanı kənd məscidində yığıncaqlar təşkil edilir.
GORANBOY ŞƏHƏR CÜMƏ MƏSCİDİ
“Cümə” məscidinin təməli 2006-cı ildə rayon ictimaiyyəti
tərəfindən qoyulub. Məscidin tikintisi rayon sakini Hacı Aftandil
tərəfindən aparılıb. Məscid 2014-cü ildən etibarən fəaliyyətə
45
başlamışdır. Şəhər Cümə məscidi Rayon İcra Hakimiyyətinin
diqqətindədir. Dindarların öz ibadətlərini normal qaydada həyata
keçirmələri üçün hər cür şərait yaradılmışdır.
Goranboy şəhər Cümə məscidi.
GORANBOY ŞƏHƏR DİNİ İCMASI
Goranboy şəhər dini icması 2010-ci ildə Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. Dini icmanın 11
nəfər üzvü vardır. Goranboy şəhər “Cümə” məscidi dini icmasının
sədri QMİ-nin Goranboy və Naftalan üzrə səlahiyyətli nümayəndəsi
Orucov Anar Oktay oğludur. 2004-2009-cu illərdə Bakı İslam
Universitetində təhsil almışdır. 2009-cu ildən etibarən Goranboy
rayonun axundu, 2014-cü ildən Şeyxin Goranboy və Naftalan üzrə
səlahiyyətli nümayəndəsidir.
46
QIZILHACILI QƏSƏBƏSİ
Kəndin adını mənşəcə oğuz tayfalarından olan Qaraqoyunlu
(Qaşaltıqaraqoyunlu) tayfa birləşməsi ilə bağlayırlar. Türkdilli tayfa
birləşməsi olan Qaraqoyunluların tərkibinə daxil olan tayfalardan
biridə Hacılı tayfası olmuşdur. Hacılı tayfası da digər qaraqoyunlu
tayfaları ilə bərabər qızılbaşların tərkibində gəlmişdir. Gürcü çarı II
İraklinin dövründə Qazax dairəsi Gürcüstanın tərkibinə daxil edilən
vaxt digər tayfalarla bərabər Hacılı tayfası da Qarabağ xanlığına (1789-
cu ildə) köçürülmüşdür. Digər hissəsi isə orada qalmışdır. Qızılhacılı
qəsəbəsinin əsasının da orta əsrlərdə Borçalı bölgəsində yaşamış
ellərdən biri olmuş həmin Qızılhacılı tayfası tərəfindən qoyulduğu
ehtimal edilir. İndidə Borçalı bölgəsində Bolnisi (Çörük Qəmərli)
və Marneuli (Sarvan) rayonlarında Qızılhacılı (Gürcücə yazılmış
Kizil-Acalo) adlı kəndlər vardır. Digər ehtimallara görə Qızılhacılı
qəsəbəsinin adı “Qızıl çıxarılan və yaxud qızıl pul kəsilən yer” kimi
açıqlanır, bəziləri isə Hacılı sözünü şəxsi ad ilə əlaqələndirirlər.
Müəyyən qrup tədqiqatçı isə
“ qızıl ” sözünü insanların
xoş xasiyyətliliyi, torpağın
bərəkətliliyi və qızılı rəngi ilə
əlaqələndirirlər.
Qızılhacılı məscidi Goran-
boy rayonunun Qızılhacılı
qəsəbəsində yerləşir. XVIII-
XIX əsr memarlıq abidəsidir.
Qızılhacılı qəsəbə məscidi qoşa
47
minarəlidir. Bəzi mənbələrdə məscidin XVIII əsrdə inşa edildiyi,
digərlərində isə 1861-ci ildə yerli əhalinin köməkliyi ilə Dağıstanlı usta
Məhəmməd tərəfindən tikildiyi göstərilir. (Bəzi mənbələrdə məscidin
inşa edildiyi tarix 1911-ci il göstərilmişir) Məscidin tikintisində yerli
şəraitdə gildən kürələrdə bişirilmiş kərpicdən istifadə olunmuşdur.
Mismar işlədilməmişdir. Məscidin həyətində çarhovuz və çayxana
olmuşdur. Minarələr 1937-ci illərdə uçurdulmuş, məsciddən bir
sıra məqsədlər üçün istifadə olunmuş, sonralar şəkil qalereyası
yerləşdirilmişdir. Sonralar məscidin divarları uçmağa başlamışdır.
Nəhayət, 1984–cü ildə məscid təmir edilmiş, son dövrlərdə isə
minarələri təmir olunmuşdur.
Qızılhacılı qəsəbə məscidi.
48
QIZILHACILI QƏSƏBƏ DİNİ İCMASI
Qızılhacılı qəsəbə dini icması 2011-ci ildə Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. Dini icmanın 54
nəfər üzvü var. Dini icma tərəfindən müxtəlif vaxtlarda rayon əra-
zisində dini maarifləndirici tədbirlər keçirilmişdir. Goranboy rayonu
Qızılhacılı qəsəbə məscidi dini icmasının sədri Məmmədov Müşviq
Eldar oğludur. O, 1981-1992-ci illərdə Goranboy rayon Eyvazlılar
kənd tam orta məktəbində dünyəvi, 1996-2000-ci illərdə isə Yevlax
şəhər mədrəsəsində dini təhsil almışdır. Müşfiq Məmmədov 1992-
1996-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, Qarabağ müharibəsində
iştirak etmişdir.
Qızılhacılı qəsəbə məscidi dini icmasında tədbir.
49
XANQƏRVƏND KƏNDİ
Goranboy rayonu Xanqərvənd kəndinin adı erkən orta əsrlərdə
Şimali Qafqazın şərqində və Volqa çayının aşağı axarında yaşamış
türkdilli tayfa olan xəzərlərlə bağlayırlar. Xəzərlərin tərkibinə
daxil olan türkdilli tayfalardan biri də Kəbirli idi. Kəbirli tayfası
Azərbaycana erkən orta əsrlərdə gəlmiş və Mil və Qarabağ zonasında
məskunlaşmışlar. Həmin ərazi Kəbirli mahalı adlanır. Qarabağ
xanlığının təşkilində Kəbirli tayfası
xüsusi rola malikdir. Qərvəndli
tayfası Kəbirli tayfa birləşməsinin
bir qolu idi. Digər tədqiqatçılar
isə kəndin adını Qarabağın
maldar ellərindən olmuş Qərvənd
tayfasının adı ilə bağlayırlar.
Mənbələrdə Xanqərvənd kəndinin
Qarabağ xanının köçərilərə verdiyi
ərazidə salındığı qeyd olunur.
Xanqərvənd kənd məscidi.
Xanqərvənd kənd məscidi 2007-ci ildə yerli sakinlər tərəfindən
inşa olunmuşdur. Məscid bir mərtəbəli, iki minarəlidir. Minarələrinin
günbəzinin üzərisi dəmir təbəqə ilə örtülmüşdür. Müasir tipli daxili
görnüşə malikdir. Bu ibadət ocağında eyni vaxtda 100 nəfər ibadət
edə bilər
50
Xanqərvənd kənd məscidi.
Seyid Həşim ağa ziyarətgahı.
Xanqərvənd kənd dini icmasının sədri Rəsul Həşimovun dediyi
kimi, Seyid Həşim ağa ziyarətgahı xalq tərəfindən daim ziyarət edilən
yerlərdən biridir. Aşura günlərində kənd camaatı tərəfindən ziyarət
olunur. Peyğəmbər övladı hesab edilir. Kənd camaatı sağlığında ziyarət
edib imdad diləyib. Çətinliyə düşən şəxslər Həşim babanı çağırırmış.
Seyid Həşim ağa ziyarətgahı.