The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Goranboy rayonunun dini tarixi (Kamal Ələkbərbəyli)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2020-02-27 06:37:42

Goranboy rayonunun dini tarixi (Kamal Ələkbərbəyli)

Goranboy rayonunun dini tarixi (Kamal Ələkbərbəyli)

51

XANQƏRVƏND KƏND DİNİ İCMASI

Goranboy rayon Xanqərvənd kənd məscidi dini icması 2010-
cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan
keçmişdir. Dini icmanın 11 nəfər üzvü var. Dini icma üzvləri kəndin
ziyalı üzvlərindən ibarətdir. Hacı Rəsul milli-mənəvi dəyərlərin
təbliğində böyük işlər görmüşdür. Kənd ərazisində nüfuzlu insan kimi
tanınır.

52

6 sentyabr 2017-ci il Xanqərvənd kənd dini icması tərəfindən
həyata keçirilən layihə.

53

DƏLİMƏMMƏDLİ ŞƏHƏRİ

Dəliməmmədli şəhəri 1958-ci ildən
şəhərtipli qəsəbə olmuşdur. Kəndin adını
qədim türkdilli tayfa olan telle tayfası
ilə bağlayırlar. Telle tayfası Hun tayfa
birləşməsinə daxil olmuşdur. Tele (dəli,
dele) igid, cəngavər, qoçaq mənasını
verir. Dəliməmmədli kəndinin adı da
tele, dəli tayfasına mənsub Məmmədin
məskunlaşdığı yer, yurd, kənd mənasını verir. Kəndin adı XIX əsrə
aid tarixi ədəbiyyatda Dəli Məmmədlidir. Gəncə qəzasında maldar
həyat keçirən ellərdən biri olmuşdur. (Dəliməmmədlinin Zəncirlidə
yaylaq yerləri olmuşdur) Elin adındakı “Dəli” sözü onun başçısının
“igid”, “qoçaq” mənasında ləqəbidir.

Dəliməmmədli şəhər Əkbər Cümə məscidi.

Dəliməmmədli şəhər Əkbər Cümə məscidi.

54

“Əkbər Cümə” məscidi 2004-cü ildə iş adamı Hüseynov Rüfət
Əkbər oğlu tərəfindən inşa edilmişdir. Məscid 2010-cu ildən fəaliyyətə
başlamışdır. Məscid Goranboy rayonu Dəliməmmədli şəhərində
yerləşir.

DƏLİMƏMMƏDLİ ŞƏHƏR ƏKBƏR
CÜMƏ MƏSCİDİ DİNİ İCMASI

Dəliməmmədli şəhər Əkbər Cümə məscidi dini icması 2010-
cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan
keçmişdir. İcmanın 11 nəfər üzvü var. Dəliməmmədli şəhər
“Əkbər Cümə” məscidi dini icmasının sədri və məscidin axundu
Axundov Dəyanət Cabir oğludur. 2000-2005-ci illərdə Bakı İslam
Universitetinin Mingəçevir filialında təhsil almışdır.

NƏRİMANLI KƏNDİ

55

Nərimanlı kənd Xanım Ana məscidi.

Nərimanlı kəndində yerləşən Xanım Ana məscidi 2005-ci ildə
xeyriyyəçi kənd sakini Cəfərov Asif Cəmil oğlu tərəfindən inşa
edilmişdir. Məscid bir minarəlidir.

Xanım ana məscidi.

NƏRİMANLI KƏND DİNİ İCMASI

Nərimanlı kənd dini icması 2010-cu ildə Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. İcmanın 11 nəfər
üzvü var. Nərimanlı kənd “Xanımana” məscidi dini icmasının sədri
Məmmədov Nicat Mürşüd oğludur. 2014-cü ildə avtomobil qəzasında
dünyasını dəyişmişdir.

56

QARAMUSALI KƏNDİ

Kəndin adını türk tayfası olan
Peçeneqlərin Kəngərli tayfasına daxil
olan pirhəsənlilərin Musalı tirəsi
ilə bağlayırlar. Kəngərlilər əsasən
Naxçıvan və Qarabağ ərazisində
yaşayırlar. Digər mənbədə 1749-
cu ildə Musalı Qazax tayfasının bir
tirəsi kimi qeyd olunur. “Qara” sözü
isə qədim türk dilində “igid, cəsur,
qorxmaz” mənalarında işlənilmişdir. Qaramusalı – igid, qorxmaz
musalı tayfasına mənsub yurd, məskən mənasını verir.

Qaramusalı kənd İmam Hüseyn məscidi

57

2007-2009-cu illərdə Ukrayna Donetsk vilayəti Azərbaycan
Konqresinin Prezidenti Pirverdiyev Malik Zahid oğlu tərəfindən inşa
etdirilmişdir. Məscidin fasadı üzlük daşı olan kərpiclə işlənilmişdir.
Məscid kənd sakinləri tərəfindən ibadət yeri kimi istifadə olunur

NADİRKƏND KƏNDİ

Kənd əvvələr Qarğıcaq
adlanmışdır, bunu da kəndin
yerləşdiyiəraziiləbağlayırlar.Kənd
Kürəkçayın sağ sahilində qarğılıq
bir yerdə salınmışdır. Sonralar
kəndə həmin kəndin sakini, 416-cı
Taqanroq diviziyasının döyüşçüsü
“Qırmızı Ulduz”, I dərəcəli “Vətən
Müharibəsi” ordeni ilə təltif
edilmiş, mərhum Nadir Kərimovun şərəfinə Nadirkənd adı verilmişdir.
Kənddə tatlar, qaraçılar və İrəvandan gələnlər məskunlaşıblar.

Nadirkənd kənd məscidi.

XVIII əsrdə tikilmiş, lakin sonradan tamamilə uçurularaq yerində
yeni məscid inşa olunmuşdur. Gəncə şəhər sakini Əliyev Rasim Zahid
oğlu şəxsi vəsaiti hesabına 2007-ci ildə yeni məscidi inşa etdirmişdir.
Məscidin uzunluğu 12 m , eni isə 10 metrdir. Məscidi inşa etdirən
Əliyev Rasim Zahid oğlu 2011-ci ildə vəfat edib.

58

Nadirkənd kənd məscidi.

YƏHƏRÇİ QAZAXLAR KƏNDİ

Kəndin adını qədim türkdilli tayfa olan
qazaxlarla bağlayırlar. Qazax mahalından
XVIII əsrin II yarısında köçmüş ailələrin
“Yeqerçi” adlı yerdə məskunlaşması
nəticəsində yaranmışdır. Başqa bir fikrə
görə, bu toponimin birinci hissəsi qədim
türk dillərində “ev heyvanlarının yayda
saxlandığı yer” mənasındadır.

59

Yəhərçi Qazaxlar kənd məscidi.

Yəhərçi Qazaxlar kənd məscidi XIX əsrdə yerli əhalinin vəsaiti
hesabına inşa edilmişdir. Məscid hal-hazırda fəaliyyət göstərmir.
Məscidin sahəsi 96 m2-dir. Məscidin texniki vəziyyəti qənaətbəxşdir.

Yəhərçi Qazaxlar kənd məscidi

SAROV KƏNDİ

Mənşəcə Dumbulu tayfasından olan
Xoy xanı Cəfərqulu xan 1806-cı ildə özünə
mənsub tayfa ilə Azərbaycana gəlmiş
və Rus Çarı I Aleksandr Şəki xanlığının
idarəsini ona həvalə etmişdir.Cənubi
Azərbaycanın Sərab və Xoy mahallarında
yaşayan bu el şimala keçmiş, Şəki və

60

Gəncə bölgələrində məskunlaşmışlar. Sərabdan gəlmə ailələr indiki
Tərtər və Goranboy rayonlarında məskunlaşdığından orada iki Sarov
adında kənd yaranmışdır. Əvvəlcə Tərtər rayonundakı Sarov kəndi
yaranmışdır. Oraya XIX əsrin 20-ci illərində İrandan gəlmə ermənilər
yerləşdirildiyinə görə ora Erməni Sarov adlanırdı. Həmin Sarovdan
çıxmış Azərbaycanlılar isə Goranboy rayonundakı Sarov kəndini
salmışlar və ona görə 1954-cü ilədək Müsəlman Sarov adlanmışdır.
Rayonun tanınmış din xadimlərindən Molla Musanı göstərmək olar.

Sarov kənd məscidi.

XVIII əsrdə inşa edilmişdir. XX əsrin 30-cu illərinə qədər əvvəlki
quruluşunu saxlamışdır. 60-cı illərin sonuna qədər klub kimi istifadə
edilmişdir. Yeni klub istifadəyə verildiyi üçün, uçub dağılmışdır.
2018-ci ildə təmir bərpa işləri aparılmışdır.

Sarov kənd məscidi.

61

QAŞALTI QARAQOYUNLU KƏNDİ

Əvvələr kəndin adı Qaşaltıqaraqoyunlu
olmuş, əsası oğuz-türk tayfaları tərəfindən
qoyulmuşdur. Araşdırmaçıların qeydlərinə
görə alçaq silsilənin yuxarı hissəsini
birləşdirən zolağın qaş adlandığını, dağ
yamacları olmayan silsilə yalına dağ qaşı
deyildiyini göstərirlər. Qaşın alt hissəsində
yerləşdiyi üçün Qaşaltı Qaraqoyunlu
adlandırılmışdır. Kəndin adının ikinci tərəfi
qədim türkdilli tayfa olan Qaraqoyunlularla bağlıdır. Orta əsrlərdə
həmin tayfa birləşməsinin qolları bu ərazilərə köçürülmüşdür.

Qaşaltı Kurqanları.

Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kəndi ərazisində iki
eranın keçid dövrünə aid kurqanlar aşkara çıxarılmışdır. Kurqanlar
qədim qəbir üstü abidə olmaqla, torpaq, ağac və ya daşdan
düzəldilmişdir. Adətən yarımkürə formalı olmaqla süni surətdə
yaradılmış təpələrdir. Son Neolit və Enolit dövrünə aiddir. Müxtəlif
formada və böyüklükdə düzəldilən kurqanlarda qəbirlər sərdabə,
katakomba, daş, taxta qutu formasında olur. Əksər qəbirlərdə ölmüş
adamla bir yerdə onun atı, arvadı, qulları, əşyaları, qab-qacaq, yemək,
silah və bəzək əşyaları qoyulurudu.

62

Kurqan.
Qaşaltı kurqanları Azərbaycan Respublikası tarix İnstitutunun
baş elmi işçisi, tarix elmləri doktoru H.Cəfərov tərəfindən “ Borsunlu
kurqanı ” adı ilə tədqiq edilmiş, maddi-mədəniyyət nümunələri,
təsərrüfat, məişət, dulus, metal şüşə, numizmatika nümunələri
tapılmışdır. Qaşaltı kurqanlarının oxşarlarını qədim sak və türk
mənşəli xalqlarda təsadüf edilmişdir.

63

MOLLAVƏLƏDLİ KƏNDİ
( ŞƏFƏQ )

Kəndin yeni adı Şəfəqdir. Gəncə-
Qarabağ əyalətinin 1727-ci il tarixli
müfəssəl dəftərində Gəncə qəzasının
Şuturbasan nahiyəsində Mollavələdli
kəndinin olduğu göstərilir. 1804-cü
il Gəncəbasarın kameral təsvirində 6
ev olmaqla Mollavələdli kimi qeydə
alınmışdır.

Mollavələdli türbəsi.

Goranboy rayonu Şəfəq kənd qəbiristanlığının ərazisində
yerləşən, XII-XIII əsrlərə aid memarlıq abidəsidir. Kəsik dairə
formalı türbə qırmızı kərpic və çay daşından Arran memarlıq
üslubunda hörülmüşdür. Hündürlüyü 1.2 m, divarın eni 40 sm, giriş
qapısının hündürlüyü 0.5 metrdir. Eni 1 metr olan səkkiz guşədən
ibarətdir. Guşələr arasında kərpiclər 7 sm kənara çıxmışdır. Yarı uçuq
vəziyyətdədir. Arxeoloq A. Məmmədov tərəfindən tədqiq olunmuşdur.

64

RƏHİMLİ KƏNDİ

Kəndin adını qazax tayfa birliyinə
daxil olan qazaxrəhimlilərlə bağlayırlar.
Qıpçaq mənşəli etnik qrup olan qazaxlar
XI-XII əsrlərdə gürcü çarı II Georgi,
III Georgi tərəfindən Dəşti Qılçaqdan
Azərbaycana köçürülərək hərbi qüvvə kimi
istifadə olunmuşdur. Qazaxrəhimlilərin
mənbələrdə adı Salehlu eli kimi təqdim
olunur. Kəndin əsasının ümumilikdə XVIII əsrdə qoyulduğu ehtimal
edilir.

Mirzə Adıgözəlbəy ailəsinin türbələri.
(Rəhimli türbələri)

Goranboy rayonunda XVIII-XIX əsr memarlıq abidəsidir.
Türbələr kənd qəbiristanlığında yerləşir. Türbələr kompleksi dördü
böyük, ikisi kiçik olan 6 ədəd türbədən ibarətdir. Türbələr bir birindən
10 metr aralıqda yerləşmişdir. Dört böyük türbə bişmiş qırmızı
kərpicdən, iki kiçik türbə isə çay daşından tikilmişdir. Türbələrin üçü
səkkizbucaqlı, üçü isə dördbucaqlıdır.

Şimalda, bir qədər hündürdə yerləşən səkkizguşəli türbənin
sivrilənmiş kürə formasında gümbəzi vardır. Türbədə doqquz
məzarüstü daş vardır. Məzarlardan birincisi Mirzə Adıgözəlbəyin
böyük oğlu Hüseyn bəyindir, ikinci məzar Mirzə Adıgözəlbəyin
öz atasının adını verdiyi oğlu Haqverdi ağanın, üçüncü məzar

65

xanımı Fəxamə, dördüncü məzar Mirzə Adıgözəlbəyin, beşinci
məzar Haqverdi ağanın qızı Mehri xanımın, altıncı məzar Mirzə
Adıgözəlbəyin qızı Balaxanımın, yeddinci məzar MirzəAdıgözəlbəyin
ikinci qızı Sayəli xanımın, səkkizincisi Mirzə Adıgözəlbəyin nəvəsi
Əli oğlu Rüstəm ağanın, doqquzuncu isə Mirzə Adıgözəlbəyin nəvəsi
Püstə xanımındır. Türbə Mirzə Adıgözəlbəyin ölümü ilə bağlı 1848-ci
ildə inşa olunmuşdur.

Rəhimli türbələri.
İkinci türbənin inşasında kərpiclərdən istifadə olunmuşdur.
Türbədə 5 məzar var. İlk məzar Mirzə Adıgözəlbəyin nəvəsi Zivər
xanımın, ikincisi Mirzə Adıgözəlbəyin oğlu Məmo ağanın, üçüncü
məzarın kimə məxsus olması məlum deyil, dördüncü məzar Məmo
ağanın həyat yoldaşı Güllü xanıma, Mirzə Adıgözəlbəyin oğlu
Haqverdi ağanın həyat yoldaşı Xeyransa xanıma məxsusdur.

66

Rəhimli türbələri.
Qırmızı kərpiclə hörülmüş, üstü yarımşar formalı gümbəzlə
örtülmüş III türbənin giriş qapısı yerdən çox hündürdə yerləşir.
Üçüncü türbədə 2 qəbir vardır.I məzar Mirzə Adıgözəlbəyin yaxın
qohumu Mustafa ağanın, II məzar isə Mustafa ağanın həyat yoldaşı
Şamağa xanımındır.

Rəhimli türbələri.

67

Cənubda yerləşən böyük və çaydaşından hörülmüş bir kiçik türbə
nisbətən uçub dağılmışdır. Nisbətən şərqdə və hündürdə yerləşən
ikinci türbə səkkizguşəlidir. Uçub dağılmış bu türbə yaxınlığındakı
yaşayış yerindən tapılan maddi-mədəniyyət nümunələri onların XII-
XIII əsrlərə aid olduğunu göstərir. Türbələr t. E. D İsaq Cəfərzadə,
N. V. Minkeviç-Mustafayeva və S. K. Əhmədova tərəfindən tədqiq
edilmiş, məzarüstü yazılar t. E. D Sima Kərimzadə tərəfindən
oxunmuşdur.

68

GORANBOY RAYONUNDA AŞURA

Respublikamızın digər rayonlarında olduğu kimi, Goranboyda
da Aşura mərasimləri keçirilir. Mərasimin keçirildiyi ərazi hüquq-
mühafizə orqanlarının nəzarətində olur. İnsanların təhlükəsizliyi tam
təmin edilir. Son illərdə keçirilmiş Aşura mərasimlərində hər hansı
anlaşılmazlıq, mənfi hadisə qeydə alınmamışdır. Yerli sakinlər normal
şəkildə öz ibadətlərini və ziyarətlərini həyata keçirirlər.

Tovsal ocağı Balakürd kəndi.

69

Aşura günü rayonun Balakürd kənd qəbiristanlığında yerləşən
Tovsal ocağında həyata keçirilir. Rayon sakinləri ocağı ziyarət edirlər.
Aşura yığıncaqları rayonun digər kəndlərində də keçirilir.

Qızılhacılı kənd Cümə məscidi (Aşura mərasimi)
Qızılhacılı kənd sakinləri Qızılhacılı Cümə məscidində, Safıkürd
və Tatarlı kənd sakinləri Tatarlı kənd məscidində, Xanqərvənd
kənd sakinləri kənd qəbiristanlığında yerləşən Seyid Həşim ağa
ziyarətgahında toplaşırlar.

Safıkürd-Tatarlı kənd məscidində Aşura yığıncağı.

70

MİSKİN ABDAL OCAĞI

Miskin Abdal XV əsrin sonu XVI əsrin əvvələrində yaşamış,
təxminən 1470-75-ci illərdə Göyçə mahalının Sarıyaqublu kəndində
anadan olmuşdur. 1530-cu ildə vəfat etdiyi güman edilir. Səfəvilər
dövlətinin banisi Şah İsmail Xətainin dövründə dövlətin mədəniyyət
sahəsində rəhbər şəxsi olmuşdur. Ocaq uzun müddət Səfəvilər
tərəfindən ziyarət olunub. İrəvan xanlığının dövründə ocaq kimi
rəsmən tanınıb. Çar Rusiyasının dövründə də bu ocağa daima
diqqət göstərilmişdir. Ocaq əvvəllər, daha doğrusu 1988-ci ilə qədər
Sarıyaqublu kəndində yerləşirdi. Bədnam qonşularımız ermənilərin
düşmən münasibəti nəticəsində orada yaşayan azərbaycanlılar
Goranboya pənah gətirmişdir. Ocaq Qaradağlı kəndinə köçürülmüşdür.

Ocağın böyük övladı Hüseynov
Şakir Nəsib oğlunun bildirdiyinə
görə, Göyçə mahalının Sarıyaqublu
kəndində yerləşən müqqədəs
ziyarətgah 1996-cı ildə ermənilər
tərəfindən tamamilə məhv
edilmişdir. O cümlədən Hüseynov
Şakir Nəsib oğlu Azərbaycanda
çox az nəsillərdən biridir ki, 23-cü
nəslin nümayəndəsidir. Bu ocaqda
göstərilən Şəcərə cədvəlində də
qeyd olunur.
Qaradağlı kənd
Miskin Abdal ocağı

71

1988-ci ildə Ermənistandan köç zamanı Ocağı məxsus müqəddəs
kitablar, sənədlər, maddi-mədəniyyət nümunələrini qorunmuşdur.
Misal üçün Miskin Abdala məxsus yemək qabı çox dəyərli nümunədir.
O cümlədən rəsmi sənədləri də göstərmək olar.

Miskin Abdala məxsus yemək qabı.

72

VEYİSLİ KƏND SEYİD QASIM OCAĞI

Ocaq kənd sakinləri üçün daim ziyarət olunan yerlərdən biridir.
Keçmişdə Nağı baba İranın Şiraz əyalətindən qədim Azərbaycan
torpağı olan indiki, Ermənistanın Vedi rayonun Şirazi kəndinə
gəlmişdir. Və burada yurd salmışdır

Veyisli kənd Seyid Qasım ocağı.
III əsr orada məskən saldıqları müddətdə Ocaq ermənilər, kürdlər
tərəfindən də ziyarət olunmuş, qurbanlar kəsilmişdir. Təsadüfi deyildir
ki, indi də həmin ocaq orada qalmaqdadır və insanlar tərəfindən
ziyarət olunur. 1988-ci ildə Ermənistan Respublikasının düşmən
münasibəti nəticəsində qədim türk torpağı olan Göyçə mahalından
azərbaycanlıların köçü başlanmışdır. Ocağın özülündən götürüb
gətirilən torpaqla, Goranboyun Veyisli kəndində Seyid Qasım ocağı
inşa olunur.

73

Veyisli kənd Seyid Qasım ocağı

Veyisli kənd Seyid Qasım ocağı.
Ocaqda müxtəlif qiymətli materiallar, sənədlər, maddi-
mədəniyyət nümunələri vardır.

74

MƏNBƏLƏR

1. Heydər Əliyev siyasəti Tolerantlıq
2. İlham Əliyev-Azərbaycan tolerantlıq örnəyidir.
3. Goranboy Ensiklopedik toplusu
4. Goranboy orta əsrlərdə -Arif Məmmədov, Asəf Məhərrəmov.
5. Goranboy abidələri-Elmar Əliyev, Gündüz Hacıyev.
6. Goranboy 2010-cu il İnkişafın yeni mərhələsi.
7. Anar Əlizadə-Azərbaycanda Xristianlıq keçmişdən bu günə
8. Qafqazislam.com
9.Wikipedia. Org
10. Dqdk. Gov. Az
11. President. Az
12. Azerbaijan.com
13. Goranboy-ih. Gov. Az
14. Apa. Az
15. Azertag. Az

Çapa imzalanmışdır: 01.09.2019
Kağız formatı: 60x90 1/16
Tiraj: 5000


Click to View FlipBook Version