The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Mənəvi dəyərlər və ətraf mühit (Əli Rzazadə)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2020-02-24 07:17:59

Mənəvi dəyərlər və ətraf mühit (Əli Rzazadə)

Mənəvi dəyərlər və ətraf mühit (Əli Rzazadə)

Əli Rzazadə

MƏNƏVİ DƏYƏRLƏR VƏ
ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ

Bakı 2019

Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir

Əli Rzazadə
MƏNƏVİ DƏYƏRLƏR VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ

Məsləhətçi: Vüsal İbrahimli (ekoloq-ekspert)
Redaktor: Gülnarə Sadiq
Korrektor: Nəcibə Əsədova

Mündəricat

Giriş................................................................................................4

İnsan və ətraf mühit.......................................................................6

Dini dəyərlərin problemə münasibəti və
ətraf mühitin qorunmasında rolu................................................14

Digər dini konfessiyaların mövzuya münasibəti...........................42

Azərbaycan ədəbiyyatının klassiklərinin
təbiət sevgisi və qorunmasına münasibəti..................................51

Təbiət bayramı –Novruz mərasimində təbiətin
mühafizəsinə təşviq edən qədim adətlər.....................................63

Müasir Azərbaycanda ətraf mühitin
qorunması isiqamətində atılan addımlar....................................67

4

“İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır,
ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir”
Heydər Əliyev

Giriş

Yaşadığımız dövrdə dünyada insan və təbiətin davamlı olma
ehtimalının təhlükə altında olması məsələsi daim artmaqdadır. Baş
alıb gedən ekoloji böhran bütün dünyanı ciddi narahat edir. Hansı
ki, yaranmış ekoloji böhran təkcə texnoloji inkişaf nəticəsində
deyil, eləcə də mənəvi böhran səbəbi ilə də meydana gəlir.

Əlbəttə ki, qlobal ekoloji böhran hansısa vahid səhv ucbatın-
dan baş vermir. Bu problem dərin mədəniyyət, insanların bir-bir-
inə münasibəti və cəmiyyətin təbiətlə münasibətinin bir növ ini-
kasıdır. Dövrümüzdə ekoloji böhranın meydana gəlmə səbəbi,
əslində müxtəlif cəmiyyətlərdə baş alıb gedən mənəvi böhrandan
qaynaqlanır.

Ətraf mühitin intizamsızlığı və nəticədə ekoböhranın yaran-
ması, cəmiyyətin mənəvi və mədəni böhranından qaynaqlanması
konkret bir faktdır. Ən başlıca səbəb isə həyatın, yaşayışın məqsə-
dinin dərin qavranılmaması və həyata laqeyid münasibətdir.

İnsan cəmiyyətinin hər tərəfli inkişafı onun ətraf mühit
və təbiətlə qarşılıqlı əlaqəsi olmadan təsəvvür belə edilməsi
mümkünsüzdür. İnsan faktorunun tələbatını təmin etmək üçün
təbiətin sərvətlərindən mütəmadi formada istifadəsi zəruridir.

5

Əsk təqdirdə insanın yaşaması, həyati davamiyyəti son tapacaq və
məhvə məhkum olacaq.

Təbiətdə baş verən təbii proseslərə yanlış müdaxilə etməkdə
olan insan, bəzən qanunauyğunluğu pozaraq bütün canlılar
üçün təhlükə yaratmaqla arzuolunmaz fəsadlara yol açır. Belə
fəsadlardan biri də ətraf mühitin çirklənməsi və bunun nəticəsində
təbii ehtiyatların tükənməsidir.

Unutmaq lazım deyil ki, insan ilk öncə “homo sa-piens” növünə
daxil olan varlıqdır. “Homo sa-piens” – yəni “ağıllı insan” faktorunu
yer üzərində yaşamqda olan digər bioloji növlərdən fərqi, onun ağı-
la, şüura malik olmasıdır. Baxmayaraq ki, insan digər bioloji növlər
kimi anatomik imkanlara malik bir varqlıdır, lakin, insanda olan
bu fizioloji imkanlar onun digər bioloji növlərdən fərqləndirərək,
onun xüsusi inkişafına, şəxsiyyətə çevrilməsinə xidmət edir.

İnsan təbiət etibarı ilə digər canlılar kimi bioloji olsa da
mahiyyət etibarı ilə sosialdır. O – özünü, varlığını, yaradılış
səbəbini, subyektiv və obyektiv aləmdə cərəyan edən prosesləri
dərk edir, mənfi və müsbətə doğru inkişafa qərar verə bilən
yeganə yaradılışdır...

6

İnsan və ətraf mühit

Mövzuya giriş etməzdən öncə insanın təbii resurslara olan
ehtiyacının səviyyəsinə müxtəsər formada toxunmağı məqsədə
uyğun hesab edirik. İnsan təbii resurslardan istifadə edən bir
yaradılışdır. Resurs dedikdə, öz ehtiyacını və arzularını təmin et-
mək üçün insanın təbii mühitdən əldə etdiyi hər bir şey nəzərdə
tutulur. Bununla yanaşı, təbii resurslar insanın maddi tələbatını
ödədiyi kimi, mənəvi ehtiyaclarını da təmin etməyə qadirdir.
Təbii resurslardan istifadə etdikdə o, müəyyən qədər insanın
mənəvi tələbatını da ödəyir. Məsələn, təbiətin gözəlliyi insanın
maddi tələbatını deyil, onun mənəvi tələbatını ödəyir, estetik
zövqünü oxşayır. Lakin onun əsas təyinatı və məqsədi insanın
maddi tələbatını ödəməkdir. Yəni insanın qidalanması, yaşayış
ehtiyaclarını ödəmək üçün intensiv şəkildə maddi nemətlər
yaratmaqdır.

Yəni təbii resurs dedikdə, o, təbii obyektlər və hadisələr olub,
insan da onlardan maddi nemət kimi istifadə edir. Bu isə bəşəri-
yyətin mövcudluğunu saxlamaqla yanaşı, həm də tədricən həyatın
keyfiyyətinin yüksəlməsini təmin edir.

İnsan tərəfindən istifadə edilən təbii resurslar olduqca müxtəlif
olub, onların təyinatı, mənşəyi, istifadə üsulları müxtəlifdir. Bu
isə onları müəyyən istiqamətdə sistemləşdirməyi tələb edir.
Mütəxəssislər təbii resursları təsnifatlaşdıraraq bir neçə yanaşma
təqdim edirlər. Onlar aşağıdakılardır:

7

Mənşəyinə görə təbii resurslar bioloji, mineral və energetik re-
surslara bölünür.

Bioloji resurslar – bura biosferin bütün canlı mühit əmələ
gətirən komponentləri daxildir – onlar insanların maddi və mənəvi
nemətlərinin mənbəyi sayılır. Bura mədəni bitkilər, ev heyvanları,
mənzərəli landşaftlar, mikroorqanizmlər, bitki resursları, heyvanat
aləmi resursları və s. aiddir. Genetik resurslar xüsusi əhəmiyyət
kəsb edir.

Mineral resurslar – bura litosferi təşkil edən istifadə üçün
yararlı bütün maddələr daxildir. Təsərrüfatda mineral xammal,
yaxud yanacaq kimi istifadə olunur.

Mineral ehtiyatlar yanacaq kimi (daş kömür, neft, qaz. qaynar
şistlər, torf, oduncaq, atom enerjisi) istifadə edilməklə yanaşı, bux-
ar və elektrik əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rol-
unu oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır.

Energetik resurslar – Günəş və kosmos, atom-energetikası,
yanacaq- energetikası, termal və digər enerji mənbələrinin məc-
musu energetik resurslar adlanır.

İstehsalatda istifadə olunmasına görə mütəxəssislər təbii
resursları aşağıdakı təsnifata ayırırlar:

- Torpaq fondu – Hər hansı bir ölkə, rayon, yaxud bütün dünya
ərazilərindəki torpaqlar öz təyinatına görə aşağıdakı qruplara daxil
olur: kənd təsərrüfatı, yaşayış məntəqələri, qeyri kənd təsərrüfatı
təyinatlı (sənaye, nəqliyyat, dağ-mədən və b.). Dünyanın torpaq
fondu – 13,4 milyard hektar təşkil edir.

- Bitki örtüyü fondu – Qurunun torpaq fondunun bir hissə-

8

si olub bura meşə fondu və otlaqlar daxildir. Bu ərazilərdə kənd
təsərrüfatı istehsalı və xüsusi mühafizə olunan obyektlər (qoruq
və b.) təşkil olunur və bunlar bioloji resursların bir hissəsi sayılır.

- Su resursları – Təsərrüfatda müxtəlif məqsədlər üçün istifadə
edilən yeraltı və yerüstü suların məcmusu (əsas mənbəyi çay
suları hesab edilən şirin su resursları xüsusi əhəmiyyət kəsb edir).

- Hidroenerji resursları – Çay suları və okeanın qabarma və
çəkilmə fəaliyyəti və s.

- Fauna resursları – Ekoloji tarazlığı pozmadan insan tərəfindən
istifadə olunan su, meşə və başqa yerlərdə məskunlaşan heyvan-
lar.

- Faydalı qazıntılar (filiz, qeyri-filiz, yanacaq-energetik) – Təsər-
rüfatda istifadə oluna bilən Yer qabığında mineralların təbii to-
planması. Toplanan faydalı qazıntılar, onların yataqlarını əmələ
gətirir, onların ehtiyatı sənaye əhəmiyyəti daşımalıdır.

İnsan tərəfindən istifadə edilmə vaxtına görə təbii resurslar
real və potensial resurslara bölünür. Real resurslara hazırda
insanların istehsalat prosesində istifadə etdiyi resurslar aiddir.
Bunlara misal olaraq ilk növbədə istifadə olunan torpaqlar,
müxtəlif bitkilər, ov balıqları, istehsal olunan neft, daş kömür, qaz,
elektrik enerjisi və s. daxildir. Məlum olduğu kimi, insanlar özünün
ilk inkişaf dövründə torpaq, bitki və heyvanat aləmindən primitiv
istifadə etmiş, sonralar isə insan texnika ilə silahlanaraq heyvan,
quş, balıq, ovlamış, meşələri qırmış, torpağı becərmiş, daha sonra
neft, daş kömür, qaz istehsal etmiş, yaxın zamanlarda isə atom
enerjisindən istifadə etməyə başlamışdır.

9

Potensial təbii resurslar isə müəyyən səbəblərdən insan
tərəfindən (əsasən texniki səbəbdən) ya istifadə edilmir, yax-
ud da kifayət dərəcədə istifadə olunmur. Bura günəş enerjisi
şüaları, dəniz qabarma-çəkilmələri, külək və b. aiddir. Bura insan
tərəfindən mənimsənilə bilməyən planetləri, səma cismlərini
məsələn, Ay peykini də aid etmək olar.

Təbii resurslar elementar və ya sadə, kompleks və mürəkkəb
resurslara ayrılır. Elementar resurslar tərkibinə görə yekcins (oksi-
gen, hidrogen, dəmir, külək enerjisi və s.), kompleks resurslar isə
bir neçə elementdən təşkil olunur, məsələn, atmosfer havası, tor-
paq, su, filiz, daş kömür və s.

Məlum olduğu kimi, insan öz təsərrüfat fəaliyyətində təbii
resurslara təsir göstərir. Bu səbəbdən onların çoxu azalır və son
nəticədə tamamilə tükənə bilər. Odur ki, təbii resursların uçotu
aparıldıqda və onlar təsərrüfat üçün əldə edildikdə onların ehti-
yatının tükənməsi anlayışından istifadə olunur. Buna görə təbii re-
sursların belə təsnifatı ekoloji təsnifat da adlanır.

Bütün təbii resurslar tükənmə dərəcəsinə görə iki qrupa
bölünür: tükənən və tükənməyən.

Tükənən təbii resurslar, yer qabığında və ya landşaft mühitin-
də əmələ gəlir, lakin onların həcmi və yaranma sürəti zamanın
geoloji şkalası ilə ölçülür. Bununla belə, insan tərəfindən onların
istifadəsinin həcmi təbii bərpası sürətini olduqca keçir. Bunun
nəticəsində bu təbii resursların tükənməsi qaçılmazdır.

Tükənən resursların qrupuna müxtəlif sürətlə və müxtəlif
həcmlə əmələ gələn resurslar daxildir. Bu baxımdan, tükənən

10

resurslar bərpa oluna bilməyən, bərpa olunan və nisbətən bərpa
oluna bilən növlərə ayrılır.

Təbiət insanın anasıdır. İnsan təkcə onun qoynunda rahatlıq
tapa, böyüyə və kamala çata bilər. Bu təbiəti tullantılardan qoru-
maq borcumuzdur. Əsasən yay aylarında insanlar təbiətin füsunk-
ar aləmindən zövq almaq üçün təbiətin qoynuna üz tuturlar. Çox
təəssüf olsun ki, insanlar meşədə istirahət etdikdən sonra istirahət
zamanı əmələ gələn məişət tullantılarını meşədə atıb gedirlər. İl
boyu meşələrə istirahət üçün nə qədər insanların gəldiyini nəzərə
alsaq, atılan məişət tullantılarının acınacaqlı fəsadlarını təsəvvür
etmək çətin olmaz.

Ekosistem üçün yad olan müxtəlif mənşəli tullantıların ətraf
mühitə zərərli təsirləri heç kəsdən gizlin deyil. Plastik qablar,
polietilen məmulatlar bitki və heyavanat aləmi üçün çox böyük
təhlükə yaradır. İstirahət yerlərində atılıb qalmış siqaret kötükləri-
nin tərkibindəki nikotin meşə döşənəyindəki mikroorqanizmləri
məhv edir. Çay və göllərə atılan siqaretlər balıqlar tərəfindən udu-
lur və beləliklə zəhərli maddələr qida zəncirinə daxil olur. Eko-
sistem üçün yad olan müxtəlif mənşəli tullantıların ətraf mühitə
zərərli təsiri böyükdür. Həmin balıqlarla qidalanan insanlar zəhərli
maddələrin təsiri nəticəsində sağlamlıqlarını itirirlər.

Qida zəncirində canlıların qidalanması zamanı bir orqanizm-
dən digərinə ötürülən zəhərli maddələrin qatılığı bəzən 10 dəfə
bəzən 100 dəfə artır (məsələn, ot-dovşan-canavar). Belə olduqda
insanlar ətraf mühiti tullantılarla çirkləndirməklə son nəticədə öz
sağlamlıqlarına da zərər yetirirlər.

11

Təbiətə axıdılan toksiki maddələr geri dönməyən dəyişikliklərə
səbəb ola bilər. Hər şeydən öncə sağlam ətraf mühit sağlam
həyatın əsasıdır. İnsanın öz sağlamlığı kimi meşədə yaşayan
hər bir canlının sağlamlığı mühit şəraitindən aslıdır. İnsan öz
sağlamlığının qayğısına qaldığı kimi meşə canlılarının da qayğısına
qalmalıdır. Meşəyə istirahətə gələn insanlar tullantıların ətraf
mühitə zərərli təsirini anlamalı və meşəni bu təsirdən qorumalıdır.
Hər dəfə meşəyə gəlişimizdə ətraf mühiti sağlam görmək istəy-
iriksə, istirahət zamanı əmələ gələn məişət tullantılarının toplanıb
daşınmasını təmin etməliyik. Bildiyimiz kimi polietilen paketlər və
plastik qablar yüz illər ərzində çürümür. Onlar tərkibindəki zərər-
li kimyəvi maddələr torpağı, suyu, havanı çirkləndirərək meşənin
normal həyatına mane olur. Əraziyə atılmış məişət tullantıları
bəzən heyvanların zəhərlənməsinə və məhv olmasına gətirib çıxa-
rır. Əraziyə atılmış konserv qabları və şüşə qırıntıları heyvaların
pəncələrini kəsib yaralayır, bəzi kiçik heyvanlar üçün isə tələ kimi
ola bilər.

Tullantıların necə toplanılmasının vacib olduğuna hər kəs qab-
aqcadan qərar verməlidir. Meşələrə, yaşıllıq ərazilərə heç bir tul-
lantıları və ya yad cisimləri atmaq olmaz. Əgər bütün tullantıları
aparmaq mümkün deyilsə asanlıqla çürüyüb torpağa qarışan
üzvi mənşəli tullantıları çala qazıb basdırmaq lazımdır. Meşə isti-
fadəçiləri meşənin və özlərinin təhlükəsizliyini təmin etmək üçün
rast gəldikləri tullantıları toplamaqla ətraf mühitə böyük fay-
da verə bilərlər. Hər kəs meşənin təmizliyinin qayğısına qalarsa
növbəti yürüş zamanı mənalı və sağlam istirahətdən zövq almaq

12

şansı əldə edə bilər. “Tullantısız həyat” prinsipinə əməl edərək
meşəni görmək istədiyiniz vəziyyətdə qoyub gedin və təmizliyə
riyaət edin. Təbiətə vurulan zərərlər son halda insan həyatına
neqativ təsir göstərir.

Meşələrdə baş vermiş yanğınlar əsasən insanların ehtiyatsız
davranması üzündən yaranır. Bu yanğınlar ətraf mühitə atılan
kağız məmulatları və şüşə qırıntıları hesabına baş verir. Belə ki,
güclü günəş şüası nəticəsində şüşə qırıntıları və kağız parçaları
hesabına öz özünə yanğın baş verə bilər. Ona görə də meşə isti-
fadəçiləri və turistlər istirahət zamanı ətrafa heç bir tullantını atıb
getməməlidir.

İnsanın biologiyası bu həqiqəti ortaya qoyur ki, insanı təbiətdən
və təbiəti də insandan ayrı təsəvvür etmək mümkünsüzdür.
Günümüzdəki ekoloji böhrandan gəldiyimiz nəticə bu faktı bir
daha təsdiqləməkdədir. İnsanla ətraf mühit arasında mövcud olan
bağın qoparılması, insanı həm özünə həm də aid olduğu ətraf
mühitə yadlaşdırır, nəticədə insanın yaşadığı və onun müxtəlif
təhlükələrdən qoruyan öz evinə düşmənlik bəsləməsinə, onu məhv
etməsinə gətirib çıxarmışdır. Nəticə etibarı ilə bu gün qarşı-qa-
rşıya qaldığımız beynəlxalq ekoloji böhranın təməl əsaslarında
insan izini görməmək mümkün deyil.

Unutmaq lazım deyil ki, təbiətdə insandan başqa ona zərər tox-
undura biləcək ikinci bir varlıq mövcud deyil. Ətraf mühiti çirklən-
dimək, təbiətdəki estetika və gözəlliyə müdaxilə edə bilmək heç
bir vaqlığın bacara biləcəyi iş deyil. Çünki, bütün bu işləri həyata
keçimək üçü mütləq müəyyən qədər ağıla və ağılın təsiri ilə qərar

13

vermək azadlığına malik olmaq şərtdir. Ki, belə bir ağıla sahib isə
ancaq insandır.

Bütün qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, insan fak-
torunun təbiətdə mövcud olan digər canlılardan fərqi, onun ağıla,
şüura və əsas etibarı ilə mənəvi dəyərlərə malik olmasıdır.

14

Dini dəyərlərin problemə münasibəti və
ətraf mühitin qorunmasında rolu:

İslam dininin münasibəti

Çağdaş dünyanın böyük probleminə çevirilərn ekologi-
ya böhranı məsələsinə dini dəyərlər konteksindən də baxmaq
vacibdir. Bizim milli-mənəvi dəyərlərimizin təməlində dayanan
əsas meyarlar dinimizdə də öz əksini tapıb. İslam dini dəyərləri
xalqımızın mənəvi varlığının ayrılmaz tərkib hissəsinə çevrilmiş,
həm ümumi islam mədəniyyəti, həm də xüsusi, spesifik Azərbaycan
mədəniyyəti əsrlər boyu azərbaycanlıların mənəvi inkişafına güclü
təsir edən amillərdən olmuşlar.

Növbəti mövzumuzda mənəvi dəyələrin, insanaların inancının
ana yasası olan müqəddəs yazıların, insan-təbiət münasibətinə
necə münasibət sərgiləməsinə toxunacağıq. Təbiətin insana mü-
nasibəti Yaradan tərəfindən necə nizamlanmışdırsa, insanın ona
münasibəti də eynidirmi və ya hansı səviyyədədir?!

Düşünürəm ki, özünü hansısa bir dinin təmsilçisi, nümayəndəsi
kimi qəbul edən bir insan İlahinin təbiət və ətraf mühitə verdiyi
dəyəri lazımınca anlamaq qabiliyyətində olacaqdır.

Mövzuya Qurani Kərimin məsələylə bağlı bir ayəsinə nəzər sal-
araq başlamaq arzusundayam:

“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar)

15

üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bə´zi
yerlərdə quraqlıq, qıtlıq olar, bə´zilərində zərərli yağışlar yağar,
zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla)
onlara etdiklərinin bir qismini (etdikləri bə´zi günahların cəzasını)
daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar. (Rum
41)”

Mənəvi dəyərlərin bir hissəsini özündə ehtiva edən dini
dəyərlər, həyat üçün yol göstərən bir amildir ki, ümumilikdə insan
varlığının formalaşımasına xidmət edir. Şübhəsiz ki, insan bir-bir-
ini tamamlayan varlıq dünyasının bir hissəsidir. Lakin o, təbiətin
digər ünsürlərindən fərqli olaraq öz xüsusiyyəti, özəlliyinə görə
fərqlənir. Uca Yaradan istəmişdir ki, insan yer üzünün varisi olsun.
Buna görə də o, varlığın bir hissəsi olmaqla yanaşı İlahi dəsturların
daşıyıcısı da sayılır.

İslam dini insanın yaşam tərzini tənzimləyən bütün sahələrə
toxunmuşdur. Onlaradan biri də ekologoya və ətraf mühitin qo-
runması məsələsidir. Əlbəttə ki, Qurani Kərimdə ekologiya və ətraf
mühitin qorunması ümumi şəkildə yer, torpaq, su, səma, təmzilik
və antisanitrariya mövzularına bir çox yerdə toxunulmuşdur. Və
bunların vasitəsilə dinin ətraf mühitin qorunması və mühafizəsinə
münasibəitini qəti şəkildə əldə etmək mümkündür.

Heç kimə sirr deyil ki, Qurani-Kərimin ilk nazil olan ayəsi “oxu”
deyə başlayır. Quran təfsirçilərinin qənaətinə görə Allah bu ayəyə
qədər heç bir yazı göndərmədiyi halda Həzrəti Məhəmməd-
dən nəyisə oxumağı tələb etmir. Buradakı ərəbcəsi “İQRA” olan,
“OXU” əmri, ilahi işarətlərə yönəlmişdir. Ondan təbiətin oxunması

16

tələb olunurdu. Təbiətə baxaraq bütün bunların İlahi tərəfindən
yaradılması haqda düşünməkdən söhbət gedirdi. Qurani Kərimin
digər yerlərində buna oxşar göstəriş və tövsiyələrə rast gəlirirk.
Yeri gəlmişkən qeyd edilməsi vacibdir ki, Qurani Kərimin hər bir
cümləsinin “ayət” adlanması təsadüfi deyildir. “Ayət” Quranın
orjinal dili olan ərəbcədə “işarə, nişanə, əlamət, ibrət, möcüzə”
anlamında tərcümə olunur. Burada həm də məqsəd Allahın yarat-
dığı, insanların əyani şəkildə gözləri ilə gördükləri təbiət, yaradılış
nişanələri, təbiətdə baş verən hadisələrdən ibrət anlamına gəlir.

Qurani Kərim ekoloji məsələyə ciddi münasibət sərgiləyərək
kamil insanın Allahın görmək istədiyi yaşadığı mühitin təmizliy-
ində ciddi olmasını tövsiyə etməkdədir. Yuxarıda qeyd etdiyimiz
ayədə ekoloji sferada baş verən pozuntuların səbəbkarı da məhz
insan övladı olduğunu xüsusi vurğulayaraq, insanın ətraf mühi-
tin mühafizəsində məsuliyyət daşıdığını xatırlatmaqdadır. İnsan
faktoru, mənəvi dəyərlərdə nə qədər mühüm və əhəmiyyətlidirsə,
onun yaşadığı ətraf mühitin, ekoloji sferanın qorunması da bir o
qədər həyati vacib bir məsələdir. Mənəvi dəyər, dini inanc istənilən
sefarada insanı sülhə, sağlamlığa səsləyirsə, bu sağlamlığın
başında ilk duran nəsnə də təmizlik, mənəvi və maddi paklıq yer
almalıdır. İslam peyğəmbəri Həzrəti Məhəmmədin ifadəsilə qeyd
etsək “təmizlik imanın yarısıdır” və “bacardığınız qədər təmizliyə
riayət edin. Allah dinini təmizlik üzərində qurmuşdur. Cənnətə də
ancaq təmiz olanlar girəcəkdir” (Camius-sağir 1/133) kimi təmizli-
yin bir müsəlman üçün nə dərəcə vacib olduğunun şahidi olurıq.

İslam peyğəmərinin təmizlik və dini terminalojiya ilə qeyd etsə

17

“təharət”in vacibliyinə ifadələrində bu qədər geniş yer verməsi
əlbəttə ki, təsadüfi deyildi. Bir insanın mənəvi yükünün artırııl-
ması və onun kamilliyə doğru inkişaf etməsində elm və bilikdən də
öndə dayanan amil məhz təmizlikdir. Məlumdur ki, Qurani Kərimin
ilk surəsi Ələq surəsinin ilk beş ayəsində “SƏNİ YARADAN RƏBBİ-
NİN ADI İLƏ OXU” əmri idisə, ikinci dəfəki vəhydə isə bu göstəriş
verilirdi:” Ey bürünüb örtünmüş (peyğəmbər), Qalx və (insanları)
xəbərdar et! Təkcə Rəbbini uca tut! GEYİMİNİ TƏMİZ SAXLA!
(Müddəssir 1-5) ardıcıllıqla ikinci vəhydə “geyimini təmiz saxla”
ifadəsi təmizlik məsləsəinin ciddiyyətinə sübutdlardandır.

Bununla yanaşı Bəqərə surəsi 22-ci ayədə “Şüphəsiz ki, Allah
çox tövbə edənləri və çox təmizlənənləri sevər” kimi müqəddəs
kitabda onlarla belə göstərişlərə rast gəlməkdəyik.

Yuxarıda qeyd etdiyimiz kimi, günümzdə qlobal antisanitariya
və ekoloji problemə diqqət etməmək mümkün deyil. Bu gün dün-
ya mətbuatı manşetlərinin ən çox başda insan olmaqla digər can-
lılar arasında yolxucu xəstəliklərin çoxalması, canlıların məhvi ilə
nəticələnən faciəli xəstəliklərin meydana gəlməsi bəzəyir. Uşaq
və yeniyetmələr arasında genetik xəstəliklər, əsasən də ekoloji
çirklənmənin təsirindən meydana gələn ağır xəstəliklər artmaq-
da davam edir – şəkərli diabet, xərçəng, dəmir defisitli anemiya,
allergiyalar, mineral çatışmazlığı, metobolik sindrom kimi adı
dünya insanın dilində əzbər olan bu xəstəliklərin əlacı demək olar
ki, ancaq vaxt uzatmaq, bacardıqca müxtəlif kimyəvi vasitələrə
ölümünü təxirə salmaqdan ibarətdir. Ekoloji balansın pozul-
ması təkcə insanın deyil, təbiətdə mövcud olan bütün canlıların

18

həyatını təhlükə altına qoymuşdur. Belə ki, Beynəlxalq Təbiətin və
Təbii Sərvətlərin Mühafizəsi Birliyinin “Qırmızı siyahısı”nda hazır-
da 25 min 800 növün adı yer alıdığı qeyd olunur. Bu kifayət qədər
böyük rəqəmdir. Yəni bu o deməkdir ki, insan faktorunun laqeyid
və məsuliyyətsiz münasibəti təbiətin məhvinə sürükləyən böyük
təhlükədir.

Həzrəti Muhəmməd sağlamlığı insan üçün böyük nemət ad-
landırır: “İki böyük nemət vardır ki, insanların əksəriyyəti onların
qiymətini lazımınca bilmədiyindən aldanmışlar. Onlardan biri
sağlamlıq digəri isə boş vaxtdır (Buxari, Riqaq1)

Başqa bir yedə isə buyurur: “İki nemət vardır ki, insanlar onun
qədrini zamanında bilsinlər. Onlardan biri sağlamlıq digəri isə
gənclikdir”

İnsanın yaşamaq arzusu normal, sağlam hər insanın içində
olan ən təməl təbii arzulardan biridir. O qədər təməldir ki, onun
üçün digər bir çox təbii istəyindən də çox rahat şəkildə imtina
edə bilər. İnsan bir çox şeydən təkcə yaşaması üçün, həyatda qa-
lması üçün imtina etməyə qadirdir. “Suda batan insanın saman
çöpündən yapışar” kimi primitiv bir misalı göstərə bilərik. Lakin
təəccüblüsü insanın öz və ətrafdakıların sağlamlığına diqqət et-
məməsi və bunun nəticəsində hər hansı bir xəstəliyə yoluxması
qəti şəkildə pislənmişdir.

Qurani Kərimin Bəqərə surəsində “Öz əlinizlə özünüzü
təhlükəyə atmayın” əmri bunun günah səviyyəsində ola biləcəyi
ehtimalını da ortaya qoyamaq imkanına malik ola bilər. Əlbəttə,
təmizlik və paklığın bu qədər mühüm yer tuttması təsadüfi dey-

19

ildi. Kainatda var olan bütün yaranmışlar insan üçün olduğuna
görə insanın sağlam olması əsas məsələdir. İnsan sağlam olmazsa,
kainatdakı yaradılışın heç bir əhəmiyyəti də olmayacaqdır. Məhz
buna görə də Qurani Kərim insan üçün halal və təmiz olan qida
məhsullarından istifadəni tövsiyə edir. Hətta məlum məsələdir ki
zərərli alıqşqanlıqlar, asılılıqların haram olması da insan sağlam-
lığına vurduğu zərərlə əlaqədardır. İnsan sağlmalığını təhdid edən
hər hansı vasitə olursa olsun, qəti şəkildə ondan uzaq durmaq
mənəvi dəyərlərin insana aşıladığı bir əmrdir. Məsələyə bir də
bu aspektdən baxsaq, insan sağlam həyat tərzi sürməzsə, Allah
qarşısında olan mənəvi borclarını ödəyə bilməz. Və insan bədəni
ona əmanət olaraq verildiyi üçün onu qorumağa borclu olaraq
qalır.

Quran təkcə insan övladına xitab etmir. O, eyni zamanda kain-
atın digər canlıları ilə danışır. O insanla yanaşı heyvanlarla, qarışqa
və arı ilə də müxatəb olur. Allah insanlarla danışdığı zaman günəşi
ayı, ulduzları şahid tutur, əncirə, Tur dağına, zeytuna and içir. Dini
mətnlərdəki bu faktların heç biri təsadüf üzündən yaranmamışdır.
İlahinin insandan əlavə digər yaradılmışlara, heyvanlara, bitkilərə
verdiyi dəyərlərdir.

Gün kimi aydınıdır ki, insanın sağlam yaşaması üçün ən vacib
olan sağlam və təmiz qidadır. Qurani Kərimdə insana tövsiyə edilən
qidalar haqda belə buyurulur:

“Qoy insan yediyinə diqqət yetirsin. Həqiqətən, yağışı bol-bol
Biz yağdırırıq. Sonra da yeri çat-çat yarıb, orada taxıl yetişdiririk.
(Habelə) üzüm və yonca, zeytun və xurma, sıx-sıx bağlar, meyvələr

20

və otlar da, (Bu nemətlər )sizin (istifadəniz) və mal-qaranızın
faydalanması üçündür.” (Əbəsə 24-32)

“Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdird-
ik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr
çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxım-
lar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və
bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi
və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda
iman gətirən adamlar üçün dəlillər vardır.” (Ənam 99)

“Talvar üzərində olan və talvarsız (öz gövdəsi üzərində duran)
bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-bir-
inə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar
verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını ver-
in, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.”
(Ənam 141)

“(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm
və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda an-
layan adamlar üçün dəlillər vardır.”(Nəhl 11)

“O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə
balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin
dənizi yara-yara üz­d­ üyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lüt-
fündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz
üçündür.” (Nəhl 14)

Qurani Kərrimin insanın qidalanması üçün adını çəkdiyi bu qida
məhsullarının hər birinin insan sağlamlığına faydalı olduğu bilin-
məkdədir. Çünki, insan, öz sağlamlığını qorumaqla mükəlləfdir.

21

“Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə
(minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yarat-
dıqlarımızın çoxundan xeyli üstün elədik.”(İsra 70)

“Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixti-
yarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün
ibrətlər vardır!”

(Casiyə 13;)
Və bunlar kimi neçə-neçə aylərdə təbiətin istifadə üçün tama-
milə insanın ixtiyarına verildiyinə dair ayələr oxuya bilirik. Lakin,
unutmaq olmaz ki, ixtiyara vermək o anlamda deyil ki, insan onun
qorunmasına laqeyid yanaşmalı, onu istədiyi kimi istifadə edərək
nəticədə məhv olmasına səbəb olmaldır. Unudulmamalıdır ki, bi-
zdən öncəkilər bu təbiəti bizə irs olaraq çatdrdıqları kimi bizim
də borcumuz onu bizdən sonrakılara yəni öz övladlarımıza çatdır-
maqdan ibarətdir.
Bizim mənəvi dəyərimiz bizə bunu əmr etməkdədir, insanın
təbiətin bir hissəsi olan torpaqdan yaradılmasını unutmamaq,
adı yer üzü olan yaşadığımız planetin qorunması ilahi ibadətlərin
savabı və vacibliyi nədirsə, o qədər əhəmiyyət yükünə malikdir.
Təəssüf ki, bəzi insanlar mənəvi borcun ancaq özünə məxsus olan
əraziyə, evə çəkilərək ibadət eməklə bitidiyini düşünür və bunun-
la da bu borcun bitdiyini zənn edir. Halbuki, bütün səmavi din-
lərdə ibadətin Allaha qulluq anlamına gəlməsi və bu qulluğun yer
üzünün cənnətə çevirməkdən ibarət olması kimi təqdim edilir. Axı
necə ola bilər ki, ona əmanət verilən yer üzünün mənəvi - mad-
di çevrəsinin qayğısına qala bilməyən insan, ölümündən sonra

22

əbədi cənnət tələbində olsun? Nə məntiqlə, nə də ki ədalətlə
bu mümkün olmayan bir işdir. İnsan o zaman ölümüdən sonra
cənnəti haqq edəcək ki, ölümündən əvvəl yaşadığı mühiti cənnətə
çevirib özündən sonra gələcək insan övladına miras qoya bilsin.

Allah lazımsız və israf istehlakı qınayır və insanın həmişə
qənaətlə istifadəni tövsiyə edir. Çünki qənaətlə istifadə, israf et-
məmək, həm nemətə, həm də neməti verənə ehtiram hesab
olunur. Əraf surəsinin 31 ci ayəsində “Yeyin, için, lakin israf etmə-
yin. Çünki, Allah israf edənləri sevməz” göstərişi bunun açıq aşkar
qınanıldığını göstərməkdədir.

“Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutula-
caqsınız”

(Təkasur 102)
Baxın, Uca Rəbbimiz verdiyi hər bir nemətin belə sorğusunu
insandan çəkəcəyi haqda xəbərdarlıq edir. Qida, istifadə etdiyi
əşylar, geyindiyi paltarlar, aldığı nəfəs, istifadə etdiyi vəya itirdiyi
zaman və s... nemətlərin hesabını mütləq verəcəkdir.
Məhəmməd peyğəmbərin ifadəsiylə “Yaradan gözəldir və o,
bütün yaradılmışları da gözəl yaratmışdır”. Bu yaradılmışlardan
ən üstünü isə insandır. İsra surəsinin 70 ci ayəsində “Biz, Adəm
oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə)
daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çox-
undan xeyli üstün elədik” deyə insanın Allah qatında əhəmiyyət-
li yerə malik olduğunu açıq aşkar vurğulamaqdadır. Lakin insan
ona verilən bu dəyər müqabilində öz-özünü dəyərləndirməyi də
bacarmalıdır. Özünə dəyər verməyən insan, zahirdə ona verilən

23

nemətlərdən istifadə etmiş kimi görünməsinə baxmayaraq, əsl
mənəvi dəyərini itirmiş olur və İlahinin qatında dəyərdən düşmüş
sayılır.

İnsan övladının özünə veridyi ilk dəyər şəxsi təmizliyindən
başlayır. İslam təlimlərinin təbiət və ətraf mühitə münasibəti-
ni araşdırdığımız zaman görürük ki, İslam insanın üzərinə ətraf
mühitlə əlaqəsi zəminidə üç yöndən istiqamət verir:

Ontoloji əlaqə: İslam tövhid dinindir. Yaradılmış olan hər bir
şey Allahın işarətlərindəndir. Var olan hər bir şey Allahın varlığının
bir dəlili, dini terminalogiya ilə desək, Allahın ayətlərindəndir.

İdarəçilik əlaqəsi: Quranın ifadəsiylə insan yer üzünün xəlifə-
si olaraq yaradılmışdır. Və o, Allahın qoyduğu qayda və qanunlar
əsasında yer üzündə idarəçilik missiyasını daşıyır.

Mənfəət əlaqəsi: Allah tərəfindən yaradılaraq insanın ətrafın-
da yer alanlar, onun istifadəsi və mənfəəti üçün yaradılmışdır. Lakin
bu nemətlərdən faydalanarkən insan iki şeyə diqqət etməldiir.
Nemət gördüyü bir şeyin halal ya da haram olmasını araşdırmalı,
ondan istifadə edərkən təbiətə nə dərəcədə zərər verə biləcəyini
düşünməlidir.

Yuxarıda qeyd etdiyimiz kimi, Həzrəti Məhəmməd insanın
öz şəxsi təmizliyinə və ətraf mühitin çirkinliklərdən qorunmasını
“Təmizlik imandadır” deyərək, öz zamanının və özündən sonra
bütün zamanların insanına ilahi tövsiyə olaraq çatdırmaqdadır.
“Sağlam bədəndə sağlam ruh olar” prinsipini əsas götürsək deyə
bilərik ki, İslam dininin özəlliklərindən biri də insan sağlamlığının
qorunmasına xüsusi diqqət göstərməsidir. Sağlamlığın

24

qorunmasını təmin etmək üçün dinimiz “haram, halal, məkruh
(bəyənilməyən) və s.. hökmləri ortaya qoyaraq müsəlmanın bun-
lara riayət etməsinə səbəb olur. Şübhəsiz ki, Qurani Kərimdə
haram olaraq təqdim edilən instənilən qida və ya hərəkət maddi
vəya mənəvi baxımdan ya insanın özü üçün, yada ətraf mühit,
cəmiyyət üçün zərərli olduğundandır. Bunun əksi olaraq dinin halal
kimi tanıtdığı istənilən bir vasitə mütləq ya insanın özünə ya da
cəmiyyətə, ətraf mühitə faydalı olduğundandır. Yəni, Allah başqa-
larının yaşayışına rahatlıq gətirən insanları sevir. Və digərlərinin
yaşayışını çətinləşdirən, onları narahat edən, o cümlədən, ətraf
mühitin çirklənməsi üçün hər hansı bir şəraitə qol qoyanlarıdan
isə üz çevirir.

İslam dininin görkəmli şəxsiyyətlərindən biri olan İmam Cəfər
Sadiq ətraf mühitin qorunmasını tövsiyə edən kəlamlarından bir-
ində belə deyir:

“Bu üç şey olmasa yaşayışın intizamı pozular: təmiz hava,
təmiz və bol su, sonuncusu isə münbit torpaq”

Bu böyük şəxsiyyətin qısa, lakin həyat dolu ifadəsindən məlum-
dur ki, həqiqətən hava və oksigen yaradılışın davamı üçün ən əsas
amildir. İnsan və digər canlıların planetimizdə bir dəqiqə belə sağ
qalamsının əsas səbəbi oksigendir ki, onun vasitəsilə nəfəs alır.
İndi təsəvvür edin, İlahinin bəşəriyyət üçün hədiyyə etdiyi havanı
siqaret və başqa hər hansı bir vasitələrlə korlamaq, öz sağlam-
lığı ilə yanaşı ətraf mühitə olduqca təhlükəli təsir etmək, özünü
müsəlman ya da hər hansı bir dinin nümayndəsi kimi hiss etmək nə
qədər utancvericidir. Bununla gözünün gördüyü və görə bilmədi-

25

yi insanların zəhərlə tənəffüs etməsinə səbəb olaraq böyük bir
yükün, insan haqqına girmək kimi bəlkə də böyük günaha addım
atmaq heç bir mənəvi dəyərə sığmayan işdir.

Səmadan yerə enən, insan və digər canlıların həyat mən-
bəyi olan su, insanların məsuliyyətsizlik və laqeydliyi səbəbilə
çirklənirsə, o, nəyinki həyat mənbəyi, hətta deyə bilərik ki,
təhlükəli və zərərverici bir vasitəyə çevrilir. Bu mənəvi cəhətdən
ilahi nemətə qarşı naşükürlük sayılır.

İnsanlar suyu çirkləndirməklə, eyni zamanda fauna və floranı
çirkləndimiş olurlar. Təkcə öz həyatlarına deyil, başqalarının da
həyatına təcavüz etmiş, onların da sağlamlığına əngəl olurlar.

Qeyd etdiyimiz kimi, bütün dinlərin inancına görə insan bütün
əməl və hərəkətləri üçün Uca Allaha hesab verəcəkdir. Bu baxım-
dan, insan ətraf mühitin, təbiətin imkanlarından istifadə etdikdə
diqqətli davranmalı, digər insanlara, hətta gələcək nəsillərə və
digər canlı və cansızların haqqına müdaxilə etməməlidir. Aşağıdakı
ayə qeyd etdiyimiz bu nüanslara işarə edir.

“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq
quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir
qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.” (Rum 41)

Məlumdur ki, canlıların həyatında hava və oksigendən son-
ra əsas yerdə su dayanır. Canlı orqanizmin çox hissəsini su təşkil
etməkdədir. Mütəxəssislərin ortaya qoyduqları fakta əsasən in-
san qidasız qırx gün və bir az çox yaşaya bildiyi halda, susuz isə
üç gündən artıq yaşamaq imkanına malik deyil. Planetdə suyun
çox olmasına rəğmən içmək üçün suyun azlıq təşkil etdiyini nəzərə

26

alaraq, insan övladının həm özü üçün həm də təbiətdəki digər can-
lıların yaşamasını təmin etmək üçün suya olduqca diqqətli olması,
onun qatqıya bulaşmaması üçün olduqca diqqətli olması lazımdır.

Ekoloqların araşdırmalarına görə insanın istehlak etdiyi sular,
içməli sular yer üzündə qeyri bərabər şəkildə paylaşılmışdır. Belə ki,
dünyanın 70% əhalisiyaşayan Avropa və Asiyada dünya çay sularının
yalnız 39%-i cəmləşir. Əksər məkanlarda içməli su qismində
çaylardan əldə edilən sular, dərin quyuların qazılması ilə yeraltı
sulardan içməli su kimi istifadəe dirlər. Lakin müasir texnologiya,
kənd təsərrüfatı və tikintinin təsirilə çayların və göllərin suları
sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalır. Təsəvvür
edin, yalnız sənaye hər il çaylara 160 km3 təmizlənməmiş və ya ki-
fayət dərəcədə təmizlənməmiş sular axıdır. Təmiz su əvəzinə tərkib-
ində kimyəvi maddələr, bakteriyalar olan sudan istifadə olunur və
bu kifayət qədər müxtəli xəstəliklərin yaranmasına səbəb olur.

Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə bütün xəstə-
liklərin 80%-i əhalinin çirkli su qəbul etməsinin nəticəsidir. Plan-
etin 2,5 mlrd. sakininin dizenteriya, hepatit, diareya və digər
xəstəliklərə tutulması məhz çirkli sulardan istifadə ilə bağlıdır.
Xəstəliklərin baş verməsi və yayılması suyun çirklənməsi xarakter-
indən və dərəcəsindən asılıdır.

Həzrət Muhəmməd suyun çiklənməyə məruz qalması haqda
belə deyir:

“Qoxu, dad və rəng xüsusiyyətlərindən birinin suyun dəy-
işməsindən başqa suya heç bir təsir ola bilməz” (İbn Macə,
Təharət: 76)

27

Həzrəti Məhəmmədin suyun insan həyatına olduqca vacib bir
amil olduğunu xüsusilə vurğulaması bir daha əsas verir ki, insan
içdiyi suya öz canını qoruduğu kimi həssas yanaşmalıdır. Lakin un-
utmaq olmaz ki, insan vaxtaşırı suya laqeyid yanaşsa da Yaradan
yenə də öz rəhmətini əsirgəmir. Suya qarışan artıq maddələr bəzi
bakteriyaların köməyilə minerallaşmağa uğrayaraq zərərsiz bir
hala çevrilir. Buna suyun “öz özünü təmizləmə hadisəsi” də deyilir.
Suyun axmasını buna misal olaraq göstərə bilərik.

Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlle-
dici rol oynayır, Yerin iqliminə təsir göstərir və onun ekoloji sistem-
inin balansını təmin edir.

Okeanda çirkləndirici maddələrin yayılmasının dəniz orqa-
nizmlərinə və insana təsirinin öyrənilməsi üzrə toplanmış çoxillik
məlumatlar göstərir ki, çirkləndiricilərin təbii ekosistemlərə təsi-
ri baxımından karbohidrogenlər, yəni xam neft, neft məhsulları,
həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər),
toksiki metallar və radioaktiv maddələr daha təhlükəli sayılır. Su
qaynaqlarının çirklənməsi atmosferin yuxarı qatlarında atomik
partlayışlardan meydana gələn radioaktiv maddələrdən başlayır.
Atmoseferin daha aşağı qatlarından olan su buxarı və yağış dam-
laları, atmosferin içinə müxtəlif yollarla gələn toz zərrələri qa-
rşılaşanda yer səthinə çirklənmiş halda tökülür. Yuxarıda qeyd
etdiyimiz kimi suyun öz özünü təmizləmək qabiliyyəti vardır, alin
qatqının həddindən çox olduğu təqdirdə, bəzən suyun axması və
buxarlanması belə onun tam şəkildə təmizlənməsinə nail ola bil-
mir.

28

Bir daha qeyd etmək yerinə düşər ki, insan həyatının
mühafizəsində ən önəmli yerlərdən biri də ətraf mühitin tullantılar-
dan təmizlənməsidir. Bu sahəyə olduqca ciddi yanaşılmalıdır.
İstənilən ərazidə tullantılara diqqətsiz olmaq müxtəlif həşəratların
yaranmasına, daha sonra müxtəlif xəstəliklərin meydana gəlməsinə
şərait yaradır. Həzrət Məhəmməd bu haqda buyurmuşdur: “Tul-
lantıları gecə vaxtı evlərinizdə saxlamayın və onu hələ gündüz
olarkən evdən xaric edin. Çünki, tullantı şeytanın məkanıdır”. Əl-
bəttə ki, burada şeytandan məqsəd şübhəsiz ki, həmin mikrob
daşıyıcısı olan həşəratlar nəzərdə tutulmuşdur. Hansı ki, insan
orqanizmində olduqca təhlükəli xəstəliklərin mənbəyi hesab edilir.

Deməli, bütün səmavi dinlərdə xüsusilə də İslam dinində in-
san bədəninin və onun sağlamlığının qorunması o qədər vacib
və əhəmiyyətlidir ki, müqəddəs kitablarda insanın özününü və
ətrafdakıların məhv olmasına gətirib çıxaran istənilən addım sərt
şəkildə tənqid olunur. Dində heç bir vəchlə icazə verilmir ki, kimsə
öz şəxsi imkanlarınan istifadə edərək cəmiyyətin sağlam yaşayış
tərzinin əleyhinə bir iş həyata keçirsin.

Ekologiyanın və insan ətraf mühitinin əsas amillərindən birini
də torpaq və yaşıllıq tutmaqdadır. Şübhəsiz ki, sağlam həyat tər-
zi dedikdə su, hava kimi yaşıllığın da müstəsna rolu vardır. Çünki,
yaşıllıq, meşə təsərrüfatı ekologiyanın vacib hissəsini təşkil edir.
Yaşıllıq mənəvi dünyamızda o qədər əhəmiyyətli bir sahədir ki,
burada Həzrəti Məhəmmədin olduqca vacib bir mesajını xatırla-
maq yerinə düşər. Həzrət Məhəmməd hədislərinin birində belə
buyurur:

29

“Əgər bir saat sonra qiyamətin qopacağını bilsəniz, əlinizdəki,
ağacı yerə basdırın”. (Əhməd bin Hənbəl, əl-Müsnəd III: 183)

Düşünürəm ki, mənəvi dəyərlərimizin insan sağlamlığının əsas
amillərindən biri olan ekologiyaya verdiyi dəyəri peyğəmbərin bu
ifadəsi qədər olduqca asan, qısa və lakonik ifadə edən olmamışdır.
Təsəvvür edək ki, bir saat sonra dünyanın sonunun yetişəcəyini
bildiyimiz halda əvvəlcədən əkmək üçün planlaşdırdığımız ağacı
yenə də yerə basdırırıq. Əslində burada Həzrəti Muhəmmədin
demək istədiyi və gələcək nəsillərə çatırdımaq arzusunda old-
uğu böyük mesaj, nə olursa olsun təbiyətin qorunmasına, onun
mühafizə edilməsinə diqqətin vacibliyindən bəhs edir. Burada
əkinçiliyin düzgün aparılmasını da unutmaq lazım deyil. Torpaq tək-
cə kor-koranə əkinçilik üçün deyil, torpaq düzgün şəkildə əkinçilik
üçündür. Çünki, əkinçilik insanın digər təsərrüfat fəaliyyəti növləri
ilə müqayisədə təbiətin dəyişdirilməsində ən böyük radikal vasitə
hesab olunur. Xam və dincə qoyulmuş torpaqların şumlanması,
səpin işləri, plantasiyaların salınması təbii biotopları kənd təsər-
rüfatı sahələri ilə əvəz edərək, torpağın üst horizontlarının fiziki-
kimyəvi strukturunu dərindən dəyişdirir, yabanı bitən floranın əsas
kütləsini məhv edir. Nəticədə təbii biotoplar kökündən dəyişilir,
onlara uyğun biosenozlar pozulur, bunun sayəsində biosenozların
üzvləri arasında təbii mənbə xəstəliklərinin törədicilərinin dövran
sistemi də pozulur.

Dünya insan həyatının yeganə məkandır ki, minlərlə həyat amili
əl-ələ verərək insanın yaşamasına səbəb olur. Bir orkestr təsəvvür
edin. Orada müxtəlif musiqi alətləri özlərinə məxsus yerdə qərar

30

tutaraq eyni anda musiqini ifadə edir və nəticədə böyük bir in-
cəsənət əsəri ortaya qoyur. Amma onlardan hansısa biri öz vəzi-
fəsini yerinə yetirməzsə, şübhəsiz ki, böyük incəsənət əsəri heç
vaxt öz mükəmməlliyini qoruyub saxlaya bilməyəcək. Eləcə də hər
bir xalqın özünəməxsus mənəvi dəyərləri olduğu kimi xalqımızın və
bizimlə bilikdə yaşayan digər xalqların da mənvəi dəyərləri vardır.
Xalqımızın mənəvi irsi min illərdir ki, insan təfəkkürü süzgəcindən
keçib saflaşa-saflaşa yol qət edir. Qədimliyi, mükəmmməlliyi,
şəffaflığı ilə hamının diqqət mərkəzində olan mənəvi dəyərlərimiz
dərindən öyrənilməyə layiqdir. Mənəvi dəyər dedikdə ümumi
bir anlayış əsas amil götürlsə də hər bir xalıqn özünə məxsus,
yalnız onun özünə aid mənəvi dəyərləri vardır. Buraya o xalqın
adət-ənənəsini aid etmək olar. Əsrlərdir nəsldən nəsilə axıb
günümüzə qədər gələn dəyərləri bizdən sonrakı nəsillərə ötürmək
üçün qoruyub saxlamalı, onu heç bir qatqısı olmadan gələcəyə
ötürməkdən də görəvliyik. Bu müqəddəs işi müvəffəqiyyətlə
həyata keçirməyi bacarmaq üçün isə ilk növbədə mənəvi dəyərlər
tərəfimizdən öyrənilməli, araşdırılmalı və mənimsənilməlidir.
Təbiət böyük bir həyat əsəridir ki, orada canlıların yaşaması üçün
İlahi tərəfindən təbiətin müxətlif ifaçıları bu harmoniyanı bərpa
etmək üçün birgə fəaliyyətdədirlər. Onlaran biri su, hava, səma,
torpaq, otlar, ağaclar, heyvanlar, ümumiyyətlə flora və faunaya aid
olan hər şey böyük bir əsəri ifa etməkdədirlər. Lakin onlardan biri
öz funksiyasını ititrəsə, əsər mükəmməlliyini qoruya bilməz, hətta
birinin naqisliyi digərlərini də məhvə sürükləməyə şərait yarada
bilər.

31

Uca Yaradan yemək, içmək və digər insanın rifah və asayişi-
ni təmin edən dünya nemətlərini halal şəkildə istifadə olunmasını
göstəriş vermiş və ümumi şəkildə onların məhv edilməsini qa-
dağan etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi bütün İlahi dinlərə
nəzər salsaq heç birində rast gələ bilmərik ki, insan öz mənəvi
dünyasını kamilləşdirmək üçün ətraf mühitə laqeyid yanaşmalı, öz
təmizliyindən tutmuş ətrafın təmizliyinə riayət etməməlidir. Bütün
mənəvi kamilliyi təbliğ edən cərəyanlarda ilk növbədə insanın özü-
özünə sağlam qulluğundan bəhs etməkdədir.

Burada maraqlı və diqqət çəkən bir nüansa fikrimizi təmərkü-
zləşdirək. Qurani Kərimin surələrinin adlarında fikir versək təbiət
və ətraf mühitin vacibliyini əks etdirən surələrə də rast gəlirik.
“Nur”, “Raad” (ildırım), “Şəms” (günəş), “Qəmər” (ay), “Leyl”
(gecə), “Nəhl” (arı), “Ənkəbut” (hörümçək) və s.. kimi təbiət nü-
munələrinin adlarının olması heç də təsadüfi deyildir. Təbiət had-
isələri və səma cismlərinin adlarına həsr edilimiş surələrlə bəlkə
də Uca Yaradan insan üçün bu amillərinin necə əhəmiyyətli old-
uğunu bir daha göstəmək istəyir, insan üçün təbiətin vacibliyini
açıq aşkar şəkildə nümayiş etdirir.

Təbiət elə bir formada yaradılmışdır ki, hamısı insanaın rifah
halını yüksəldilməs üçün bir-birini tənzimləyərək insana xidmət
etməkdədir. Lakin, təəssüf ki, təbiətdə başverən çatışmazlıqlar
insan övladının onun mühaifəzisi üçün ayrılmalı olan diqqətinin
əsirgəməsi ucbatından baş verir. İnsanın bu laqeyid davranışı təkcə
onun üçün yox, heç bir günahı olmayan digər canlıların, həşərat-
ların, quşların da məhvinə səbəb olur. İnsan, ekoloji böhran ad-

32

landırdığı ümumbəşəri təhlükə haqqında, hansı ki, bu böhranın
səbəbkarı və baiskarı da məhz özüdür ciddi şəkildə düşünməlidir.
Belə bir böhranın aradan qaldırılması üçün sadəcə bir az özünə, öz
ətrafına diqqətli olması kifayətdir. Əgər eyni anda milyonlarla in-
san öz ətrafının təmizliyinə diqqətli olsa, bir günün içində dünyada
baş verən istənilən ekoloji böhran aradan qalxımış olacaq. Proble-
min həlli bu qədər asan və sadədir.

Qurani-Kərim ətraf mühitin məhv olunmasını “təcavüz” olaraq
adlandırır və Allahın yaratdığına qarşı bəyənilməyən hərəkət
edəni İlahi rəhmətdən uzaq düşmüş hesab edir. Mənəvi cəhət-
dən inkişaf etmək istəyən bir insan anlamalıdır ki, müqəddəs ki-
tabın təbirilə insan Allahın yer üzündə xəlifəsidir və İlahi xəlifənin
bütün davranışı ona, yəni xəlifəyə əmanət edilən yeri, onun içində
olanları göz bəbəyi kimi qorumaqda məsuldur. Bunun əksi isə ona
həvalə edilən vəzifəyə xəyanətdan başqa bir şey deyil. Və xəlifə
təkcə ona deyil özündən sonrakə nəsilə bu İlahi əmanəti ötürmək-
də borcludur. Yenə də xüsusilə vurğulanmalıdır ki, bunun əksi olan
istənilən davranış İlahi əxlaqa qarşıdır və ziddir.

Burada yenə də müqəddəs ktab Qurani-Kərimə diqqət etmək
yerinə düşər. Allahın təbiət və ətraf mühiti diqqətdə saxlması
Qurani-Kərimdə qeyd edilən həzrət Nuh tufanında da öz əksini
tapır.

Allah Nuha göstəriş verir ki, Onun göstərişi ilə düzəltdiyi gəmiyə
təbiətdən hər bir heyvandan bir cüt götürsün və onların qayğısına
qalsın. Heyvanların da nəsli insan nəsli kimi qorunub saxlanılsın.

Yuxarıda qeyd etdiyimiz kimi insanın təbiətlə maddi bağlılığı ol-

33

ması ilə yanaşı mənəvi bağlılığı da vardır. Təbiətlə mənəvi bağlılığı
olan insan yaradana ibadət etmək üçün ilk su ilə yuyunur, təmi-
zlənir, yerə, torpağa baş əyir, yaradanın qarşısında səcdə etmək
üçün yerə alnını qoyur. İbadət vaxtını təyin etmək üçün səma had-
isələrinə diqqət edir. Bütün dini inanclara görə insan torpaqdan
yaranmış və sonunda da torpağa dönəcəkdir. İnsanın anası tor-
paqdır, torpaq insanın beşiyi və rahatlıq məkanıdır.

Qurani Kərimin Hud surəsi 61-ci ayəsində “O sizi torpaqdan
yaratdı və sizi orada sakin etdi” deyərək vurğulayır. Demir ki, yer
üzünü sizə hədiyyə etdi. Söhbət sakin etməkdən gedirsə, bura-
da müvvəqqəti yaşayış məkanı anlaşılır. Yəni müvəqqəti yaşayış
məkanını elə olduğu kimi sahibinə qaytarmaq, onun mühafizəsində
dayanmaq məskunun (orada yaşayanın) borcudur.

Burada xüsusilə vurğulamaq lazımdır ki, təbiətin mühafizəsi o
zaman təmin olunur ki, orada yaşayan insanın mədəniyyət və əx-
laq səviyyəsi yüksəkdə dayansın. Bu ifadəni daha geniş və aydın
şəkildə ifadə etmək üçün belə bir misal təqdim edək.

Bir ev təsəvvür edin ki, siz ora qonaq qismində getmisiniz. Ev
sahibinin mədəniyyət və əxlaq səviyyəsini müəyyən etməyiniz
onun savadlı, intelektuallğından daha çox evin səliqə sahmanı siz-
in diqqətinizi cəlb edəcək. Əlbəttə ki, evin və ev əşyalarının baha-
lı ya ucuz olması deyil, içərinin səliqəsi, təmizliyi əsas məsələdir.
Əgər siz qonaq olduğunuz evin hamam otağında, mətbəxində və
digər otaqlarında qeyri-təmizlik müşahidə etsəniz, artıq ev sahib-
inin hansı əxlaq və mədəniyyətə malik olması sizin üçün şübhə
doğurmayacaq.

34

Dünyanı da insan ailəsi üçün ev olaraq qəbul ediriksə, dünyada
baş verən hadisələr, ekoloji böhran, təbiətə hansı dərəcədə diqqə-
tin ayrılması insanın mənəvi dünyasından xəbər verməkdədir.

Digər bir cəhət budur ki, tarix boyu müxtəlif dinlər öz dini
aiyinlərini vasitəsilə bila vasitə ətraf mühitin qorunması istiqa-
məti üzərində qururlar. Buna misal olaraq bəzi dini inanclarda
“tərki dünyalıq” və qənaət anlayışı əsasən insanın təbiətdən və
ətraf mühitdən az da olsa az isifadəsinə xidmət etmişdir. Bura-
da bu növ ayinin qəbuledilən vəya edilməyən olmasına toxun-
mayacağıq. Hər çənd ki burada bir başa təbiətin qorunmasıyla
ilk baxışdan görünməsə da, müəyyən qədər məqsədin təbiətin
qorunmasına aparıb çıxardığı müşahidə olunur. Bundan əlavə
bir çox dinlərdə heyvanlara, ağaclara sevginin olması, onlara əzi-
yyətin verilməməsinə rast gəlinməkdədir. Bir çox dini inanclar
bu qənaətdədirlər ki, ekoloji böhran əslində mənəvi böhrandan
ibarətdir. Mənəvi dəyərlərin dünyəvi həyatla ayırılması bir başa
ətraf mühitin, təbiətin məhvinə gətirib çıxarır. Əxlaqi və mənəvi
dəyərləri anlayan, onu öz üzərində tətbiq etməyi bacaran insan
şübhəsiz ki, digər canlılara qarşı zorakı fəaliyyətdə ola bilməz
və mövcud ekoloji böhrandan xilas olmanın yolu insanların öz
mənəvi dəyərlərinə qayıdışı ilə mümkündür.

Bir daha xatırlatmaq yerinə düşər ki, insan yaradılışı iki hissənin
vəhdətindən meydana gəlmişdir. O maddi və mənəvi hissənin
birləşməsindən əmələ gəlmişdir. İnsanın əxlaqi fəaliyyəti onun
maddi tərəfindən deyil, mənəvi hissəsindən götürülür, maddi tərəf
isə bu kamandaya uyğun hərəkət edir. Digər bir ifadəylə desək in-

35

sanın yaxşı və ya pis hərəkəti onun daxili aləmindən ötürülən siqa-
nalla baş verə bilər.

Demək buradan belə nəticə əldə etmək olur ki, insanın
davranışı ilk növbədə onun özünütanıma səviyyəsinin yüksəlişi ilə
dəyişə bilir. Onun əxlaq və mədəni davranışından yuxarıda qyed
etdiyimiz kimi ətraf mühitə olduqca böyük təsiri vardır.

Təbiətin qorunması məsələsində ilkin addım insanın özünün
özü ilə mübarizəsidir. İnsan özünün varlıq səbəbi və məqsədini
tanıdıqca, Yaradanını daha yaxından tanımağa müyəssər olur. Bu-
rada Əli bin Əbu Talibin ifadə etdiyi mənalı və dəyərli bir kəlam
xatırlanır: “Özünü tanıyan Rəbini də tanımşdır”.

Diqqət etsəniz Əli bin Əbutalib bu ifadəsində Yaradanı “Rəbb”
kəlməsi ilə anır. Əlbəttə ki, bu da heç bir təsadüfü deyil. “Rəbb”
adı Allahın tərbiyə edən və bütün yaradılışın sahibi mənasını
verir. Bəlkə də Həzrət Əli bu kəlamda “Rəbb” adını istifadə et-
məklə özünü tanıyan insanın bütün mövcudatın pərvəriş edənini
tanımasını nəzərdə tutmaqla, burada həm də ətraf mühitin qo-
runmasına işarə etməkdədir. Yəni, varlığı yaradan onun pərvəriş
edən Allaha sadiqlik, onun yaratdığı fauna və floraya qayğıdan
keçir.

Məşhur fransız antropoloq alimi Qustav Le Bonun mənəvi
dəyərlərin ekologiya və ətraf mühitə diqqətini vurğulayaraq belə
yazırdı:

“İslam ölklərində insanların heyvanlara münasibəti bir daha
göstərir ki, mənəvi dəyərlər ətraf mühitin qorunmasının vacibliy-
ini əsas götürür. Xüsusən məscidlərin hündür tavanında qaranquş

36

yuvaları və minarələrin üzərində pərvaz edən göyərçin və digər
qanadlıların azad uçmaları məni təəccübləndirir”

Qurani-Kərimin canlılara münasibətdə həm də bu qənaət-
dədir ki, heyvanlar bəzi məsələlərdə daha anlaşıqlıdırlar. Hətta
bəzi məsələlərdə elə şeyləri anlayırlar ki, insanlar onu anlamaqda
acizdir. İsra surəsinin 44-cu ayəsinə diqqət edək:

“Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey
yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini an-
lamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır” (M. Məclisi,
Baharul Ənvar. Beyrut ç. Cild. 404)

Həmçinin İmam Sadiq ağacların kəsilməsini sərt şəkildə
qınamış və bu ifafədylə öz qınağını bildirmişdir:

“heç vaxt ağacları kəmsəyin. Ağacları kəsənlərə şiddətli əzab
vardır”

(Şeyx Hürr Amuli, Vəsailuşşiyə, cild 19, 1-3)
kimi sərt təpki göstərmişdir.
İslam dini təbiətin məhv edilməsi, ətraf mühitin qorunmaması
məsələsində heç bir üzrü qəbul etmir. Hətta bu üzr, düşmənlə
müharibə şaritində olsa belə qəbul olunmur. Məşur alman
tədqiqatçısı Peter Vohlleben ifadəsiylə desək "Ağaçların ağrını hiss
edə bildiyini, yaddaşları olduğunu və valideyin ağacların birlikdə
yaşadıqlarını bilsəydiniz, onları kəsici mişarlarla kəsib həyatlarını
alt-üst etməzdiniz”. Bəli, mənəvi dəyərləri araşdırdığımız zaman
ağacların da insan kimi canlıya aid olan xüsusiyyətlərə malik
olduğunu görə bilərik. Ağaclar da insan kimi ağrı hiss edə, acı
çəkmə qabiliyyətinə malikdirlər.

37

Burada bir tarixi məsələni diqqətə çatdıraq. Peyğəmbər Həzrə-
ti Məhəmməd apardığı özünümüdafiə döyüşlərində belə əsgərlərə
ilk tapşırıqı döyüş zamanı ətrafda olan ağacların kəsilməməsini,
otların ayaqlanım məv edilməməsini göstəiş verirdir. Hətta rə-
vayət olunur ki, ərəb döyüş taktikasına uyğun olaraq peyğəmbər
düşməni zərərsizləşdirmək məqsədilə ərtafa zəhər yayımlanmasını
da qəti şəkildə qadağan etmişdir.

(Vəsayil 46, 11)
Qurani-Kərimin bu ayəsinin verdiyi mesajı çox yaxşı şəkildə in-
cələmək və dəyərləndirmək lazımdır:
“...Allahın nemətini əldə etdikdən sonra onu dəyişdirənlərə Al-
lah şiddətli cəza verəcəkdir” (Bəqərə 211)
Əlbəttə ki neməti dəyişdirməkdən məqsəd, əldə olan təbii
imkanları düzgün dəyərləndiməyərək, onun təyinatından uzaq
düşməsinə səbəb olmaq, onun dəyişdirməkdir. Ayədəki “Allah
şiddətli cəza verəcəkdir” isə sizcə ilahi nemətlərin dəyişilməsinə,
nemətin azalmasına hətta məhv olmasına səbəbə olandan sonra
ekoloji böhran ola bilməzmi?
Həzrəti Məhəmmədin həyatına baxdığımız zaman onun ətraf
mühiti qorumaq xüsusunda çox diqqətli davrandığını görəcəyik.
O, təbiətn insanlar arasında ortaq istifadəsinə təşviq edir. ərazi-
nin əkin və biçimi, suyun mühafizəsi və heyvanlarla rəftar istiqa-
mətində tövsiyələr, onun ətraf mühitə verdiyi əhəmiyyəti göstərir.
Həzəri Muhəmməd insanın sağlam yaşamasının yalnız təmiz bir
ətraf mühitlə mümkün ola biləcəyini deyir. O, bu gün dövrümüzə
böyük probmelərdən biri olan ekoloji böhranın yaranmaması üçün

38

öz dövründə qabaqlayacaq tədbirlər məsləhət edir. Suyu, havanı,
torpağı təmiz saxlamaq, bitki və heyvanları qorumaq, ətrafı tul-
lantılardan xlas etmək və bir çox tədbirlərin həyata keçməsini
istəmişdir. Məkkə və Mədinəni “qoruq” elan etmiş və qoruq elan
edilmiş ərazilərin ağacların kəsilməsi, otların yolunması və hey-
vanların zərər verilməməsini qəti şəkildə qadağan etmişdir.

Şəxsən öz əlləriylər 500 xurma ağacının əkdiyi haqda da
rəvayətlər vardır. Hər hansı bir səbəbdən ağac kəsilirdisə, dərhal
onun yerində ağac əkməyi əmr edirdi.

Bundan əlavə Qurban bayramları zamanı kəsilən qurbanların
artıq hissələrini dərhal basıdırılması və kəsim yerlərinin təmizlən-
məsini əmr edirdi. Küçələrə tullantı tökülməsini qadağan edir,
yürəd düşən zibilin qaldırılaraq ətrafdan təmizlənməsini sədəqə
olaraq dəyərləndirmişdir.

Buxarinin hədis kitabında rast gəlirik: “Sizdən biriniz bir ağac
əkərsə, o ağac meyvə verib insanlar və heyvanlar onun mey-
vəsindən yeyirsə, onun savabı ağacı əkənə yazılır” (Buxari, mu-
zariə 1)

Ağac və bitkilərlə yanaşı quşlar və həşəratlara da diqqət
göstərən Həzrəti Məhəmməd insanlara çöl quşları, çöl heyvan-
larına da xüsusi qayğı göstərməyi tövsiyə edir. Nəsainin hədislər
kitabında, “Seyd” (ov) , bölümündə belə yazır:

“kim haqlı bir səbəb olmadanbir sərçəni öldürərsə, o canlı qi-
yamət günü allaha şikayət edər və “ Ey Rəbbim, filan adam məni
heç bir səbəb olmadan öldürdü” deyər.

Məslənin nə qədər əhəmiyyətli olduğu artıq göz önündədir.

39

Əbu Davudun, Cihad bölmünüdə (122) peyğəmbərin həyatına baş
vermiş bir dialoqu belə xatıladır:

“Bir nəfər bir heyvan balasını yuvasından götürərərk, xur-
cununa qoymuş və şəhərə gətirmişdi. Bunu görən peyğəmbər, bal-
aları dərhal anasına qaytarmaq üçün onu götürdüyü yerə apar-
masını əmr etdi”

Bunula yanaşı, insan məişətində işləyən heyvanlara dincəlmək
haqqının tanınmasını təmin edirdi. Yük daşıyan heyvanlar, əsasən
də döyüşə vəya hər hansı ticarət səfərinə gedən insanlara tapşırıdır
ki, vaxtaşırı istiadə etdikləri heyvanların dincəlmək üçün mən-
zil salsınlar, onlar vaxtında suvarsınlar. Onlara qarşı hər hansı bir
işgəncəni günah hesab edirdi.

Rəvayət olunur ki, bir pişiyi bağlayaraq ac və susuz ölməsinə
səbəb olan bir qadını cəhənnəmlə xəbərdarlıq edilmişdir. (Buxari,
Azan, 90)

Hər hansısa bir heyvanın bağlayaraq onu silahla vurmağı da
qadağan etmişdir.

Başqa bir əhvalatda deyilir:
Həzrəti Məhəmməd bir dəfə ənsardan olan bir şəxsin bağına
getdi. Orada bir dəvə vardı. Dəvə peyğəmbəri gördükdə inləməyə
başladı. Az sonra dəvənin gözlərindən yaş axmağa başladı. Pey-
ğəmbər ona yaxınlaşıb göz yaşlarını sildi. Dəvə sakitləşdikdə, pey-
ğəmbər ətrafdakılardan soruşdu: Bu dəvənin sahibi kimdi: o mənə
aiddir deyə cavab verdi. Peyğəmbər gəncə dedi: Allahln sənə mülk
olaraq verdiyi bu dəvəyə görə Allahdan qorxmursanmı? Dəvənin
halından görünür ki, sən onu çox işlədir, lakin ac saxlayırsan. Bu

40

dilsiz heyvanlar üçün Allahdan qorxun- dedi. (Əbu Davud, cihad 44)
Heyvanların, əsasən də qarışqaların yandırılaraq işgəncə ilə

öldürülməsini qadağan olunmuşdur. (Əbu Davud, Cihad, 112)
Peyğəmbərin sünnəsində nəsilərini davamını təmin etmək

üçün heyvan balalarıının qorunması istiqamətində tövsiyələr
verilir. Ev heyvanlarımın südü sağılarkən, heyvanın öz balasını
əmizdirməsi üçün südün tam sağılmaması, balası üçün də saxlanıl-
ması bildirilir.

Həzrəti Məhəmməd bu sözləri suyun vacibliyi ilə ilgili açıqlama-
lar verir:

“Lənətə səbəb olan üç şeydən çəkinin: su mənbələrinin yax-
ınlığına, yolu üstünə və insnaalrın istirahət etdikləri kölgəliklərə
ayaq yoluna çıxmayın” ( Müslim, Taharət, 68)

Digər bir yerdə isə buyurur:
“ümmətimin ən pisləri suyu istifadə edərəkən israf edənlərdir”
(İbn Macə Təharət 48)
Mənəvi dəylərin suya bu qərər əhəmiyyətli yanaşmasının
səbəbi suyun qida vasitəsi olması ilə yanaşı təmizlik vasitəsi olması
ilə əlaqədardır. Peyğəmbər:
“gücünüz çatdlığı hər bir şeyi təmiz saxlayın və təmizləyin. Çün-
ki Cənnətə ancaq təmiz olanlar girəcək”
deyərək İslamın təməlində təmizlik olduğunu və təmizlərin
cənnətə gedə biləcəyini bildirmişdir. Başqa bir yerdə isdə belə
buyurur:
“insanları əziyyət çəmkəsindən qorxmasaydım, onları hər
namazdan öncə dişlərini fırçalamağı əmr edərdim” (Buxari, Cümə-8)

41

deyərək ağız təmizliyinin nə qədər önəmli olduğunu mesaj
vermişdir.

Maddi təmizliklə yanaşı ən az maddi təmizlik qədər vacib olan
hətta maddi təmizliyin əsasını təşkil edən mənəvi, əxlaqi təmiz-
likdir. Əxlaqi dəyərlərin çirkli olan bir yerdə ətraf mühit də çirki
olur. Mənəviyyatı təmiz olan və qəlbi sevgi ilə dolu olan insan üçün
ətraf mühitin cənnət kimi olduğu şübhəsizdir.

Təbiət insanın əmrinə ram edilmiş bir əmanətdir. Təbiət ehti-
yaclarımızı təmin etmək üçün yaradılmış bir qaynaqdır, bizim və
bizdən sonrakılara əmanətdir.

Məskun olduğumuz dünya təkcə müsəlmanların vəya hansısa
din mənsublarının, hansısa xalqla və millətə aid deyildir. Bütün in-
sanların ortaq mənfəətlərini təmin etdiyi br məkan olaraq təyin
olunmuşdur.

“Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə
ibadət edin ki, bəlkə (Allahdan) qorxasınız. O, sizin üçün yer üzünü
döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün
(növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz
halda (heç kəsi) Allaha tay tutmayın

(Bəqərə 21-22)
ayəsində deyildiyi kimi yer üzü insanlıq üçündür və onda bütün
insanlığın payı vardır.

42

Digər dini konfessiyaların
mövzuya münasibəti

Azərbaycanda İslam dini ilə yanaşı ümumdünya böyük
dinlərdən hesab olunan xristian dini də, yəhudi dini də və eləcə də
digər dini konfessiyaların nümayəndələri əsrlər boyu yaşayıb və
indi də yaşamaqdadırlar. Azərbaycanda təkcə böyük dinlərin yox,
eləcə də onların müxtəlif qollarının cərəyanlarına mənsub olan in-
sanların da inanclarını yaşatmaq üçün geniş imkanlar var. Azərbay-
canda heç bir dini mənsub digər dini mənsubdan hüquqlarına görə
fərqlənmir. Tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələri
ölkəmizdə əmin-amanlıq şəraitində yaşayıb, cəmiyyətimizin bu
gün də tolerantlıq prinsiplərinə, multikultural ənənələrə sadiq
qalmaqda davam edirlər . Bu din mənsublarının da müsəlma-
nalar kimi Azərbaycanın tarixində, mənəvi dəyərlərində böyük və
əhəmiyyətli rolları vardır. Məhz ona görə də ölkədə olan digər dini
konfessiyaların dəyərləri, eləcə də bizim mənəvi dəyərlərimizin bir
hissəsi hesab oluna bilər.

Yuxarda qeyd etdiyimiz kimi bütün səmavi dinlər ətraf mühi-
tin, təbiətin insan üçün Yaradan tərəfindən əmanət olmasını təs-
diq və onun qorunub mühafizə olunmasını insanın mənəvi borcu
hesab edir. İslam dininin məsələyə münasibətini təqdim etdiyimiz
kimi İslamdan başqa digər dinlərin də ətraf mühitin qorunması və
ekoloji böhranın aradan qaldırılmasına münasibətinə toxunmağı

43

vacib bilirik. Qurani Kərimdən öncə nazil olan kitablardan biri
olan Tövrat təbiətin Allah tərəfindən yaradılmasını təsdiq
edərək “müqəddəs kitabın” ilk ayərələrində təbiətin yaranması
prossesinə ilə başlayır. Bununla yanaşı Məzmur 24-də yazılır: “Yer
və onun içində olanlar və dünya, onun üstünə yaşayanlar Allahın
mülkiyyətidir”. Tövrata görə Allah təbiəti insana həvalə edir, hətta
ondan istifadə etməyə icazə verir. İnsan yerin və onda olanların
(təbiəit) sahibi yox, ondan istifadə hüququna malikdir.

“Yadınızda olsun, yer Allaha məxsusdur və siz onu həmişəlik
sata bilməyəcəksiniz. Siz Allahın qonaqlarısınız. Və ancaq yerin
məhsullarından istifadə edə bilərsiniz” (Levilər 25:23)

Tövrata görə nə qədər ki, insan İlahi qayda qanunlara riayət
eləməyəcək dünya ekoloji böhrandan xilas ola bilməyəcək. Yox,
əgər ilahi göstərişlərə əməl olunacaqsa, təmiz hava, faydalı yağışlar,
münbit torpaq insan üçün olacaq. Əgər ilahi qaydalara riyatət ol-
unayacaqsa, zəlzələlər, quraqlıq və bəzən də sel, daşqın, tufan,
qıtlıq olacaq. Beləliklə, Tövrat insanla təbiət arasında sıx əlaqəni
bilavasitə vurğulayır, ekologoyanın qorunmasını ilahi göstəriş kimi
təqdim edir. (Solomon, Normon, p. 166.)

Məlumdur ki, yəhudi dinininə görə inanclı yəhudi, Şabat (Şən-
bə) günü bütün fiziki işlərdən əl çəkərək həmin günü ancaq isti-
rahət etməklə keçirir. İbranicə “lişbot” (iş tərk etmə) kəlməsindən
gələn bu söz əsasını Tövratdan almaqdadır. Tövrata görə insanın
əkib becərməsi üçün istfadə etdiyi torpağa münasibəti ondan is-
tifadə obyekti kimi olmaqdan daha çox ona qarşı sevgi, məhəb-
bət hissi də sərgiləməli, ədalətlə rəftar etməlidir. Onu istismar

44

etməməlidir. Həftənin bir günü ona toxunmamlıdıdır. “Allah yed-
dinci günü bərəkətli etdi və onu müqəddəs etdi. Şünki Allah həmin
günü (Şabat) bütün yaratma işlərindən əl götürdü”

Tövrat bu ayə ilə təbiətin mühafizəsini əsas amil kimi götürür
insanların təbiətə manasibətdə ədalətli rəftarını təbliğ edir, ondan
istismar etmək yox, düzgün və sevgi ilə istifadəni aşılayır.

“altı il tarlalarda əkinçilik edin, ağalardan üzüm yığın, məhsul-
larınızı toplayın. Lakin yeddinci il torpaqdan əl çəkin, onu Allaha
həvalə edin və heç nə əkməyin... çünki o il torpaq üçün istirahət
ilidir” Levilər 1-5

Bundan əlavə Tövrat “Bal Tashhit” mərasimi haqda da məlumat
verməkdədir. Belə ki, qədim ibrani dilində mənası “məhv etmə”
olan Bal Tashhit mərasiminində yaradılmış hər bir şeyin qorunması
əmr olunur. Bu qanuna əsasən insan üçün faydalı olan istənilən bir
şeyin məhv olunması qadağandır. Buna təbiətdə olan canlıların,
yaşıllıqlar da aiddir. (Rakover, Nahum, p. 93.)

Tövratda qeyd onunan ətraf mühitin qorunmasını özündə
ehtiva edən qanunların biri də “Za’ar ba’aliei hayyim” olaraq ad-
lanır. Bu qanun əsasən heyvanlara qarşı zorakı davranmağı qınayır,
heyvanların da sevgiyə diqqətə layiq olduğunu aşılayır. Hətta belə
qeyd edir ki, insnaclı insan öz işlərini bitirib başa çatdırmamış
gərək heyvanının qidasını versin.

Ağacların kəsilməsi və yaşıllıqların məhv edilməsi məsə-
ləsində Qurani-Kərimin kimi Tövrat da insanları bu işdən uzaq
durmağa çağırır. “bir şəhəri uzun müddət mühasirəyə aldığınız
zaman, o şəhərin meyvə ağaclarını qırmayın. Meyvələrindən ye-

45

yin, lakin ağacları məhv etməyin. Sizin düşməniniz ağaclar de-
yil” (Təsniyə: 19)

Bu ayənin təfsiri haqqında yazılan kitablarda “ağacları suvarın”
kimi ifadə də qeyd edilməkdədir. Yəhudi dinin qaydalarına görə
hər bir inanclı yəhudinin bir ağac əkməsi vacibdir. İlanut adlı ağac
və gül əkmə bayramı da var. İldə bir dəfə təbiətin oyanması üna-
sibətilə inanclılar İlanut bayramını təntənəli şəkildə qeyd edirlər.
Bundan əlavə doğulan hər bir körpənin adına ağac əkilir, mütə-
madi suvarılır və körpə böyüdükcə o ağacın qayğısına şəxsən özü
qalmalıdır. Körpə böyüyüb evlənmə yaşına çatdıqda o ağacın mey-
vələrində toplanır və onun toy məarsimində qonaqlara təqdim
edilirdi. (Levilər).

Yuxarıda qeyd etdiyimi kimi aydın məsələdir ki, ağacların kəsi-
mi təbiəti meşəsizliyə məruz qoyacaq. Halbuki təbiət deyəndə ilk
ağıla gələn yaşıl çöllər, sıx meşələrdir. Ağaclar kəsilirsə, buarada
artıq təbiətin mövcudluğundan söz gedə bilməz. Meşə bioseno-
zlarının kökündən dəyişməsi əlbət ki, ötürücü xəstəliklərin təbii
mənbələrinin taleyinə də təsir göstərməyə bilməz.

Meşəsizləşdirmə nəticəsində suyun təbii dövranı pozulur,
daşqınların, sellərin, su eroziyasının, tozlu tufanların, quraqlıq və
quru küləklərin dağıdıcı gücü artır, səhralaşma prosesi sürətlənir,
bununla da biosferin davamlığı aşağı düşür, ərazi isə insanın həyatı
üçün az yararlı olur.

Qırma və daşıma qaydalarına riayət etmədən meşələrin istis-
marı arzuedilməz nəticələrlə qurtarır. İlkin meşə biotipi müvəqqə-
ti və ya birdəfəlik sıradan çıxır. Qırıntıdan sonra meşə on illərdən

46

sonra bərpa olunur, adətən başqa tərkibli, əvvəlkindən az qiymətli
ağaclıqlarla əvəz olunur. Düzgün aparılmayan qırıntı və oduncağın
daşınması zamanı çox vaxt meşə torpağı dağıdılır, ağac, qabıq və
s. ilə çaylar zibillənir. Mikroiqlim, yem və qoruyucu funksiya şəraiti
kəskin dəyişdiyindən bu meşələrdə heyvan qruplaşmaları trans-
formasiyaya uğrayır.

Heyvanların növ tərkibi və say nisbəti dəyişir, meşə hey-
van növlərinin fon stabilliyi itirilir. Meşə qırıntısı, ağaclığın sey-
rəkləşməsi zamanı bozqır (step), meşə-bozqır və kolluq heyvan
növləri (sünbülqıran, dağ siçanı, boz dovşan, çöl siçanının bir neçə
növü) üçün yaşayış şəraiti yaxşılaşır, bu isə meşə zonasında onların
sayını və arealını genişləndirir.

Meşə massivlərinin məhv edilərək ərazinin şumlanması, orada
bataqlıq tipli tulyaremiyanın mənbələrinin sağlamlaşması halları
məlumdur. Buna Barabin ovalığının mərkəzi və cənub hissəsi misal
ola bilər.

Bununla belə, meşədən düzgün istifadə olunmaması bir sıra
yoluxucu xəstəliklərin təbii mənbələrinin transformasiyasına, hət-
ta onların aktivləşməsinə səbəb olur.

Meşənin qırılması ilə su rejimi dəyişir, səthi axım artır, bu isə
çox vaxt ərazinin bataqlaşmasına, ot örtüyünün dəyişməsinə
səbəb olur. Bununla əlaqədar faunanın tərkibinin dəyişməsi lepto-
spiroz xəstəliyinin epizootoloji vəziyyətini də dəyişdirir.

Meşə landşaftlarının dəyişilməsi gənə ensofaliti mənbələrinin
təkamülünə ciddi təsir göstərdi. Meşələrin yox edilməsi ilə əkinçili-
yin inkişafı, ağac kötüklərinin çıxarılması və taxıl səpini üçün əraz-

47

inin şumlanması təkamül prosesində yaranan gəmirici bioseno-
zları – meşə gənələri dağıdıldı, belə ki, əkinçilik rayonlarında iksod
gənələri əlverişli şərait tapmadığından məhv oldular. Nəticədə
gənə ensefalitinin başdan-başa arealı saxlanılan meşə qalıqları
hüdudunda ayrı-ayrı adacıqlara çevrildi.

Təsniyə fəslində məişət tullantılarının təbiətə tökülməsi qəti
şəkildə pislənir və bunu edən insan qınanılır. Bir neçə gün qalmış
suyun istehlakını da bəyənilməz hesab edir. Çünki mümkündür
qalmış su hər hansı bir həşərat tərəfindən çirklənsin və nəticədə
insan oraqnizminə mikrob daxil olsun.

Levilərdə oxuyuruq:
“insan geyiminin və bədən üzvlərini təmizliyi müqəddəsatdan-
dır. Libasın napaklığı dəlilik gətirər”
Ətrafdakıların narahat edən qoxu haqda belə deyir:
Ölmüş heyvanların leşinin atıldığı yer, insanların dəfn olunduğu
məzarlıqlar şəhərlərdən uzaqda olsun. Insanlar onların ətrafa
yayıla biləcək qoxusundan narahat olmasınlar.
Yəhudi dinində olduğu kimi xristiyanlıq da digər dinlər kimi
insan təbiətə münasibətinə xüsusi diqqət göstərmişdir. Hətta bir
neçə il bndan öncə Roma Papası dünya xristiyanlarına, insanlara
və xüsusilə də din adamlarına müraciət etdi. Papa bu müraciət-
də əgər insanlıq iqlim dəyişikliyi qarşısında qalsa və buna müqa-
vimət göstərməzsə, böyük təhlükəylə üzləşmək məcburiyyətin-
də qalacaqdır. O, ekoloji böhrana qarşı hamının diqqətli olmasını
xəbərdarlıq etdi. Papa, 190 səhifəlik bir müraciətdə ekoloji böhra-
na, dini və əxlaqi bir mövzu olaraq toxunur və “hər bir xalq təbiət-

48

dən öz ehtiyacı qədərinidə faydalanır, amma eyni zamanda təbiəti
qorumaq və onundan gələcək nəsillərə də saxlamaq vəzifəsində
olduğunu xüsusilə vurğulamışdır.

Xristina dini inancına görə İncilin ilk hissəsində insan təbiətin
qoruyucusu olaraq yaradılmışdır. Mətndə Adəm və Həvvanın cən-
nət bağlarında yaradılmasını bu fakta əsas kimi göstərilir. Insanın
ilk vəzifəsi bütün canlıların məsul şəxsi kimi tanıdılır.

İncildə yazılır: “Rəbb Allah bütün çöl heyvanlarını və göydə-
ki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına
gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər
heyvana hansı adı qoydusa, o cür də adlandı.

İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl
heyvanlarına ad verdi, amma insana münasib olan köməkçi
tapılmadı. (Yaradılış 2-ci fəsil 19, 20)

Təbiət insan ücün yaradılıb, insana isə onu qoruyan, mühafizə
etmək vəzifəsi verilib, onu istismar etmək insan üçün böyük
günahlardan hesab olunur. İncil “Öldürməyin! Yaşayın və artın"
şüarı ilə açıq aşkar insana təbiətin məhv etməməyə çağırır. Təbii
sərvətlərdən laızmınca istifadə edərək, yaşamasını və artaraq
çoxalmasını təqdirəlayiq hesab edir.

Ümumiyyətlə hər hansı həyat formasını məhv etmək İncilin
ruhu ilə ziddiyyət təşkil edir.

Artıq İncilin birinci hissəsində ekologi balansın pozulması haq-
da problemə toxunulur. “Özünün və ailənin qrnınının doymundan
daha artığı qədər məhsulu yığma...altı il torpağı becər, yeddinci il
isə onu rahat burax” deyə insan xəbərdarlıq edilir.

49

İlahi kitab olan İncilin mətnlərində insanın heyavanat aləmi
ilə münasibətinə də toxunulmaqdadır. İsa peyğəmbərin uşaqlıq
illərini əs edən mətnlərdə biz İsanı heyvanların əhatəsində görə
bilərik. Bununla peğəmbər öz davamçılarına heyvansevərliyi
təbliğatını aparır.

Beləliklə bunlara qeyd etməyə çalışdıq ki, ilahi dinlərin insan
fitrəti ilə harmoniya təşkil edir. İlahi dəstur və qaydalar insanın
sağlam yaşaması üçün ölçülüb biçilərək göndərilir. İnsan istər
mənəvi istərsə də maddi dünyanın Yaradan tərəfindən yaradıldığını
və ancaq ona məxsus olduğunu anlayırsa, o zaman bunu da an-
lamalıdır ki, ətraf mühit, ekologiya Allahın ona əmanətddir və bu
əmanət qorunub saxlanılmalıdır.

Daxilində yaşamaqda olduğumuz təbiət insan, fauna və flor-
asıyala birlikdə bir harmoniya təşkil edir. İnsan təkcə insanlığın
məsuliyyətini daşımır, o həmçinin ətrafında olan bütün canlıların,
həşərat və bitkilərin, nəfəs aldığı havanın, istifadə etdiyi suyun, bir
sözlə, gözü ilə gördüyü və görə bilmədiyi var olan hər bir şeyin
məsuliyyətini daşımaqdadır. Çünki, ətraf mühiti insansız, insanı da
ətraf mühiti təsəvvür etmək mümkün deyil.

Ətraf mühiti məhv olmuş insan, eyni məkanda yaşaya
bilməyəcək. Zəhərli havası olan bir ərazidən insanın uzaqlaşması
təbidir, o özünə məxsus hər bir şeyi tərk edib oranı tərk edəcə.
Onun yaşaması üçün təmiz nəfəs, təmiz su lazım olduğu üçün
onları əldə etmək üçün getmək məcburiyyətində qalacaq.

Əlbəttə bunu da unutmamalıyıq ki, insanın həddindən artıq
israf və lazımsı istehlakı ciddi problemlərin yaranmasına səbəb

50

olan amillərdəndir. İnsan üçün ətraf mühitin təqdim etdiyi
nemətlər şübhəsiz ki sonsuz deyildir və düzgün istifadə edilmədiyi
təqdirdə tükənməyə məhkumdur. Mənəvi əxlaqa malik olan insan
verilən nemətlərin təkcə onun istehlakı üçün deyil, özündən sonra
gələn insan nəslinin də payı olduğunu anlamalı, özündən sonra
gələn insan nəslinə, yəni öz övladlarına o payldan saxlamalıdır.
Ekoloji problemlərə səbəb olan bu yanlış davranışların əsasını
təşkil edən amillərdən biri kimi dini və axlaqi dəyər və normaları
kənara atıb, yalnız nəfsi istək və aruzların təmin edilməsinə yönə-
lik hərəkətlərin olduğunu mütəxəssilər istisna etmirlər.

Qeyd etiyimiz kimi ətraf mühitin çirklənməsi, ekoloji problem-
lrəin yaranmasının ilkin mərhələsi insan əxlaqının çirklənməsi,
mənəviyyatın pozulması ilə başlayır.


Click to View FlipBook Version