The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Mənəvi dəyərlər və ətraf mühit (Əli Rzazadə)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2020-02-24 07:17:59

Mənəvi dəyərlər və ətraf mühit (Əli Rzazadə)

Mənəvi dəyərlər və ətraf mühit (Əli Rzazadə)

51

Azərbaycan ədəbiyyatı klassiklərinin
təbiət sevgisi və təbiətin qorunmasına

münasibəti

Qeyd etdiyimiz kimi mənəvi dəyərlər çoxşahəlidir. Buraya milli
musiqimizdən tutmuş, mədəniyyətimiz, qədim adət ənənələrimiz
və dini inancımız da daxildir. Nizamilər, Füzulilər, Nəsimilər, Xətailər
və onalar kimi nəyinki Azərbaycan coğrafiyasında, dünyanın bütün
ölkələrində adları çəkilən tanınmış şəxsiyyətlərimiz bizim mənəvi
dəyərlərimizin tərkibindədir. Ümumi olaraq azərbaycançılıq
ideologiyamız, tariximiz, ana dilimiz, mədəniyyət və incəsənətimiz,
folklorumuz və dini inancımız bizim mənəvi dəyərlərimizdən
hesab olunur.

İlk olaraq milli və mənəvi dəyərlərimizdən olan tarixi
şəxsiyyətlərimizin əsərlərində ətraf mühit və ekologiyaya aid
münasibətlərinə diqqət yetirməklə onların əsərlərindən bizə və
gələcək nəslə bu problemin həll olunması müstəvisində ötürdükləri
mesajları araşdırmağı məqsədəuyğun gördük.

Mətləbə keçid almazdan öncə, yerigəlmişkən qeyd etmək
lazımdır ki, xalıqımızın xoşbəxtliyi həm də onun bəşəriyyətə töh-
fə verdiyi müdrik şəxsiyyətlərinin beşiyi olmasıdır. Heç də bütün
xalqları qismətinə sözü, firki ilə dünyanı heyran qoyan dahilərin
yurdu olması yazılmamışdır.

Bəşəriyyətin Azərbaycan xalqı üçün verdiyi böyük hədiyyə,

52

dünya poeziyasının dühası Nizami Gəncəvinin əsərlərində insanın
ekoloji tərbiyəsi də əhəmiyyətli yerdə dayanır. Nizami Gəncəvi
şair olmaqla yanaşı, onun əsərlərindən müəyyən etmək olur ki,
o bir mütəxəssis olaraq da təbiət elmlərini mükəmməl bilən və
onun təbliği ilə məşğul olan bir alim olmuşdur. Azərbaycanın
görkəmli şərqşünas alimi professor Rüstəm Əliyev Nizaminin
Xəmsəsini tədqiq edərkən onun təbiətin mühafizəi kontekstin-
də vacib nöqtələrə toxunduğunu qeyd edir. O bu istiqamətdə
apardığı araşdırmaları təqdim edərək vurğulayır: “Şairin təliminə
görə təbiət vahid, bölünməz bir orqanizmdir. İnsanlar da təbiətin
bir hissəsidir. Təbiətin hər üzvü müəyyən bir vəzifə ifa edir. Təbiə-
tin bir üzvünün zədələnməsi onun bütün cisminə xələl gətirə bilər,
bunun nəticəsində də insanlar çox böyük təhlükəyə düçar olar.
Təbiətdə heç bir artıq üzv yoxdur, heyvanlar da insanlar kimi cana
malikdirlər, onlar yalnız şüur etibarilə bizdən aşağı pillədə duru-
rlar. Odur ki, insanlar heyvanları öz nəfslərinin əmrlərinə görə
məhv etməməlidirlər”

Nizami Gəncəvinin dahiliyi həm də bundan ibarətdir ki, o müa-
sir dövrdə baş verən ekoloji böhrana öz dövründə sanki proqnoz
verərək toxunur, problemin həlli yollarına işarə edir. Onun bu
müdrikliyi haqda filoloq alim N.Nəcəfov “Nizami və təbiətşünaslıq
məsələləri” adlı məqaləsində bu cəhətə diqqət çəkərək yazır:

“Nizaminin əsərlərində təbiətin mühafizəsi haqqındakı fikirlər
müasir ideyaları qabaqlamışdır. Onun kəlamlarının çoxu fövqəladə
dərəcədə mütərəqqidir, öz dövrü üçün gözlənilməzdir. Burada elə
problemlər əhatə olunmuşdur ki, bəşəriyyət həmin problemlər

53

üzərində xeyli gec, bir neçə əsr keçəndən sonra ciddiyyətlə düşün-
məyə başlamışdır”

Nizami Gəncəvi ilk poemasında təbiəti mühafizə probleminə
xüsusi yer ayırmış, əsərin məzmununu təşkil edən 20 söhbətdən
birini, yəni yeddinci söhbəti bu məsələyə həsr etmişdir.

Həmin söhbətin birinci hissəsi “İnsanın ülviyyəti”, ikinci hissəsi
isə “Firidunla ceyranın hekayəti” adlanır. Birinci hissədə şair insanı
“dünyanın əşrəfi”, “xeyirxahlıq bütü” adlandırır və ona müraciətlə
deyir:

Bu dünyanın hikməti çatmaz sona əzəldən,
Hər canlının canı şirindir ona əzəldən.
Üstünlükdə varlığın birincidir dünyada,
Hər canlı da sənintək bir incidir dünyada.
Qan bahası istəyən çoxdur deyə can alma,
Can verməyə qüdrətin yoxdur deyə can alma.

Diqqət edin, şair burada insana müraciət edərək heç bir can-
lını öldürmək, onu məhv etmək haqqına malik olmadığını bildirir.
Bununla yanaşı o canlıya “inci” sifəti verərək nə qədər qiymətli
olduğunu bir daha qeyd edir. Bunu da vurğulamaq lazımdır ki, şifa-
hi ədəbiyyatımıza, xalq dilində ən çox istifadə edilən: “bir canlıya
can verə bilmirsənsə, onu öldürmə” fikrini şair nəzmlə öz şerində
təsvir etmişdir.

Dahi-şair mütəfəkkirin təbiəti mühafizəyə dair dəyərli fikir və
ideyalarına sonrakı əsərlərinin demək olar ki, hamısında rast gəlir-

54

ik. Lakin bu baxımdan “Leyli və Məcnun”, ”Yeddi gözəl” poemaları
daha çox diqqəti cəlb edir.

Nümunə üçün “Leyli və Məcnun”dan bir neçə məqama nəzər
yetirək. Həmin poemada dahi şair təbiəti mühafizə məsələsinə
daha böyük diqqət

yetirmiş və xüsusi yer ayırmışdır. Bu cəhətdən poemadakı
“Məcnunun ahuları azad etməsi”, “Məcnunun ceyranı azad etmə-
si” və s. hekayələr fikrimizə parlaq misaldır. “Məcnunun ahuları
azad etməsi” hekayəsində şair göstərir ki, Məcnun səhrada yalqız
gəzərkən ovçu tərəfindən qurulmuş tələyə bir neçə ceyranın
düşdüyünü görür və onları azad etmək üçün ovçuya yalvarır:

Ahular başından götür tələni,
Onları azad et, sevindir məni.
Yazıq heyvanlara nə qəsdin vardır?
Onlar həyat üçün yaranmışlardır...
Necə qıyırsan ki, bir həmlədə sən
Iki-üç qan töküb nəfəs kəsəsən.
Qurd olsa bir adam zatında əgər,
Bu qurd o ceyranın qanını tökər.

Nə qədər sərt və tənqidi olsa da Nizami Gəncəvi bu beytində
belə heyvanlara nahaq yerə qıyanları zatı qurd deyərək adlandırır.
Onların qurd kişi vəhşi, insaniyyətdən kənar kimi təqdim edir.

Heç də təsqdüfi deyildir ki, böyük şair eşq, sevgi şairi kimi

55

tanınsa da biz onun qələmindən insan həyatının bütün sferaları-
na toxunduğunu müşahidə etməkdəyik. İnsanın insana sevgisi ilə
yanaşı, insanın ətraf mühitə sevgisi yer alır.

“Yeddi gözəl” poemasında N.Gəncəvinin təbiəti mühafizə kon-
sepsiyasının daha yüksək inkişaf səviyyəsinə rast gəlirik. Burada
ekologiyanın etik-estetik istiqamətindən qneseoloji-praqmatik
istiqamətinə keçid aydın görünür. Həmin poemanın “Bəhramın
ova çıxması və gurları dağlaması” hekayəsi bu baxımdan çox səci-
yyəvidir.

Bəhram ceyranları, cüyürləri ovlayan zaman, əvvala, onları
yaralamazdı, ya kəməndə salır, ya da “sadəcə əllə tutardı”. İkinci-
si isə, tutduğu ceyranların yaşına baxırdı: dörd yaşına çatmayanın
ovuna qıymayıb, açıb buraxardı:

Yıxsaydı yüz guru əgər yan-yana
Qıymazdı dörd yaşı qurtarmayana.
Onun bir beləcə adəti vardı:
Gənc gurun qanını haram sayardı.

Nizaminin qəhrəmanı Bəhramın heyvanlara qayğıkeş, diqqət-
cil münasıbətinin üçüncü səciyyəvi cəhəti, adəti budur ki, o,
kəməndə saldığı ceyranlara öz damğasını vurduqdan sonra onları
azadlığa buraxardı və bu damğanı görən ovçuların heç biri həmin
təbiət gözəllərini öldürməyə cürət etməzdi:

56

Hər tutduğu gura vurardı damğa,
“Sərdar ol,-deyərdi,-bütün ovlağa”.
Mindən birini kim tutsa əgər,
Şahın damğasını görərkən öpər.
Yaxşılıq keçərdi yadından ancaq,
Açardı bəndini, buraxardı sağ.

Göstərilən nümunələrdən aydın olur ki, dahi şair Bəhramın
timsalında öz dövrü üçün səciyyəvi olmayan yüksək ekoloji
mədəniyyət nümayiş etdirərək insanları təbiətə insani münasibət
bəsləməyə, təbii sərvətləri qorumağa və onların artırılması qayğısı-
na qalmağa çağırır və hətta həyəcan təbili çalır. Əlbəttə, Bəhramın
canlılara olan insani və qayğıkeş münasibəti dahi şairin poetik fan-
taziyasının məhsulu olan mütərəqqi ekoloji ideya idi. Bu ideya Ni-
zaminin yaşadığı dövrdən əsrlər sonra insanoğlunun əlində böyük
bir maarifləndirmə vəsaiti kimi ətraf mühitin mühafizəsinə təşviq
edən bir vasitəyə çevrilir. Dahi şair öz dövrünün deyil, yüzillər son-
ranın təbiətinin qayğısına qalır.

Nəticə olaraq bunu qeyd etmək lazımdır ki, mənəvi dəyərlərim-
izin bir hissəsi olan xalqımızın dünya şöhrətli klassikləri demək
olar ki, bütün əsərlərində insanları təbiəti sevmək və ona qayğıkeş
münasibət bəsləmək ruhunda tərbiyələndirməyə çalışmış, bu
məqsədlə heç zaman öz dəyərini itirməyən hikmət dolu misralar
yaratmışdır. Nizamişünas alimlər o cümlədən Bayram Apoyev onun
ekoloji tərbiyə ilə bağlı fikirlərini aşağıdakı kimi ümumiləşdirmişlər:

- təbiətin son əsəri, şərəfi, şanı olan insan öz varlığı ilə dünyada

57

“birinci”, ən üstün olsa da, hər bir canlı da insan qədər dəyərli “bir
incidir”;

- insan hər zaman öz ülviyyətini qorumalı, təbii gözəlliklərdən
yalnız zövq almalı, canlıları məhv olmaqdan xilas etməli,

- onlardan səmərəli istifadəyə çalışmalıdır; təbiət bütöv bir
orqanizmdir, burada hər bir üzvün, hər bir ünsürün, hər bir can-
lının öz yeri və əhəmiyyəti vardır;

- təbiətin korlanması son nəticədə insanın özünün məhvinə
səbəb olə bilər; “ağacı yıxanlar tez yıxılarlar” və s.

Azərbaycan xalqının ümumbəşəri mədəniyyətinə bəxş etdiyi
dahi şəxsiyyətlərindən biri də İmadəddin Nəsimidir. O, dünya şöhrət-
li söz ustalarından biridir. Öz şerlərdinə son dərəcə qiymətli incilər
meydana gətirərək bəşəriyyətin gələcək həyatına bütün sahələrdə
tövsiyələr miras qoymuşdur. Nəsiminin əsərlərində kifayət qədər
təbiətin tərənnümü yer tutmaqla yanaşı, o insan övladının təbiətin
qorunması, ona diqqətcil olmasına borclu olduğunu vurğulamışdır.
Nəsiminin qələmə aldığı bahariyyələrdə insan övladının təbiətin
qorunmasına son dərəcə diqqətli olması mesajlarına rast gəlmək-
dəyik. Mütəfəkkir şair bahariyyələrinin birində yazır:

Bahar oldu, gəl, ey dilbər, təmaşə qıl bu gülzarə,
Buraxdı qönçələr pərdə, bəşarət bülbüli-zarə.

Şair dilbərə təbiəti göstərərk onun gözəlliyindən faydalanmaqda
insanın da payı olduğuna işarə edir. Sanki, təbiətin gözəlliyinin
məşuqun gözəlliyindən daha üstün olduğunu demək istəyir.

58

Məşuqla birlikdə Tanrının yaratdığı təbiətin gözəlliyini seyr etmək
üçün seyranə çıxmağı təqdir edir.

Nəsimi şeriyyatını daha dolğun şəkildə anlamaq üçün ilk öncə
onun qəzəllərindəki irfani kəlmələri anlamq zərurəti doğur. Məhz
bundan sonra onun öz söz sənətkarlığından istifadə edərək hət-
ta sətiraltı hansı müxtəlif mövzulara toxunduğunu görə bilərik.
Aşağıdakı iki misranı Nəsiminin irfani söz sənətkarlığına misal
göstəməklə şairin istifadə etdiyi irfani sözlərə diqqət edək.

“Kim ki Zülfündən xəyalın bağladı könlündə ol,
Rahib dir oldu ondan özgə zinnar istəməz”

Yuxarıda qeyd olunan beytdə “zülf”, “könül”, “rahib”, “zinnar”
sözləri irfani anlam daşımaqdadır. Nəsimi bu qəzəldə də irfani söz
ustalığını məharətlə nümayiş etdirib.

Zülfün irfani mənası çox vaxt qəzəllərdə təbiətin gözəl nü-
munələrindən biri olan şəlaləyə bənzədilir. Burada şəlalədən məqsəd
səmadan insan üçün endirilmiş nemətlər nəzərdə tutulur. Bəzən
“qara zülf” gecəyə işarədir. Zülfün üzə tökülməsi gecənin gündüzə
çevirilməsi və ya günəşin bulud arxasında gizlənməsi mənasında
işlədilir. Bu ifadələr kin küdurət anlamı daşıyır ki, irfan aləmində bu
hisslərin təmiz həqiqətin aşkara çıxması, onun görünməsinin qa-
rşısını alır. Zülfün surətdən kənarlaşdırılması isə bu hisslərin aradan
qaldırılması ilə həqiqət günəşinin parlamasına səbəb olur. Həmdə
qara zülfə təşbih edilən kin və küdurət kimi xarakterin insan ruhun-
da yer alması Haqq Təalanın didarına, ona qovuşmağa mane ola bilir.

59
Yuxarıdakı qəzəldə şairin istifadə etdiyi könül sözündən məqsəd
insanın fizioloji qəlbi, ürəyi deyil. Könül irfan aləimində xariqüladə
əzəmətin genişlənməsidir. Zaman və məkana sığışmayan Haqq,
kamil insanın qəlbinə sığıa bilər. Bu zaman o irfan aləmində könülə
çevrilir. İnsanla təbiətin sintesini yarada bilmə fitri istedadına ma-
lik olan İmadəddin Nəsimi başqa bir beytində yazır:

Yerin yağmur həyatıdır, həyat uçmaq nəbatıdır,
Bahar anın sifatıdır ki, göstərir bu aləmdən.

Yağışın torpaq üçün əhəmiyyətindən bəhs edən şair, nəbatat
və bitkilər aləminə də toxunur. Təbiətin oyanışı fəsli olan Baha-
rı sevgilinin gül simasına bənzədir. Şairinin irfani fikirlərinə daha
dərin yanaşanda isə burada Yardandan məqsəd Haqq Taala old-
uğunu da istisna etmək olar. Baharın Tanrının siması olduğunu və
simasını aləmlərə bahar fəsli ilə göstərdiyinə işarə edir.

Cahan cənnəti-ədn oldu, çəmən səhnində hurilər,
Bəzənmiş hillədən bostan, gözü açılmış əşcarın.

Bahariyyələrində qeyd etdiyi bu beytdə də böyük mütəfəkkir
şair, İlahinin saleh insanlar üçün vəd etdiyi Cənnətin həmçinin
insan övladının yaşadığı dünyaya da aid olduğunu vurğulayır. O,
bahar fəslinin gözəlliyini Qurani-Kərimdə təsvir olunan Cənnətlə
müqayisə edir. Ədn cənnəti Qurani-Kərimdə haqqında geniş
məlumat verilən cənnətlərdəndir.

60

“Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məx-
luqatın ən xeyirlisidirlər. Onların mükafatı Rəbbləri yanında Ədn
cənnətləridir ki onların altlarından çaylar axar, orada onlar əbə-
di qalacaqlar, Allah onlardan razı olmuştur, onlar da Ondan razı
olmuşlardır. Bu Rəbbindən qorxanlar üçündür” (Bəyyinə surəsi, 8)

“Allah mömin kişilərə və mömin qadınlara (ağacları) altın-
dan çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn
bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha
böyükdür. Bu, böyük uğurdur” (Tövbə 72)

“Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övlad-
larının daxil olacaqları Ədn cənnətləri gözləyir” (Rəd surəsi, 23)

“Onlar (ağacları) altında çaylar axan Ədn cənnətlərinə daxil
olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri
belə mükafatlandırır!” (Nəhl surəsi, 31)

Yuxarıda qeyd etdiyimiz Qurani-Kərimdən hissələrdə də
göründüyü kimi Yaradan yalnız yaxşı insanlara vəd etdiyi təbiət
gözəllikləri ilə zəngin cənnətlə Nəsiminin dünya gözəlliklərinin
müqayisəsi olduqca diqqətəlayiqdir. O əşcarın (ağacların) çiçəkləri-
nin gözəlliyini beytlərində tərənnüm edərək, dünyanın cənnətə çe-
virilməsinin vacib olduğunu və burada insan faktorunun müstəsna
xidmətini bir daha göstərir.

Mənəvi və milli dəyərlərimiz olan klassiklərimizin ətraf mühi-
tinin qorunmasına verdikləri yaradıcılıq tövhələrini qeyd edərkən
dahi Şah İsmail Xətainini də unutmaq olmaz. Məlum olduğu kimi
dahi şair və tarixi siyasi xadim olan Şah İsmayıl Xətainin irihəcmli
əsəri “Dəhnamə” məhəbbət mövzusunda qələmə alınsa da, əsər

61
baharın gəlişini vəsf edən “Bahariyyə” fəsli ilə başlayır. Burada şair
lövhələrlə təbiətin şadlıq, gözəllik fəsli sayılan baharın möhtəşəm-
liyini tam çılpaqlığı ilə canladırmağa müvəffəq olmuşdur.

O, Bahariyyənin ilk beytində təbiət oyanışını belə vəsf edir:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.

Məlum olduğu kimi baharın gəlişi təbiətdə yeni ab-hava
yaradır, bütün canlıların yenidən canlanmasına səbəb olur. Qışın
soyuğundan, qarın boranın şaxtanın yaratdığı təlatümdən yenicə
xilas olub, yaşıl libasını geyinən təbiəti dahi şair belə təsvir edir:

Yer geydi qəbayi-xizrpuşan
Cümlə dilə gəldi ləbxamuşan.

Klassik dini-tarixi əsərlərə əsasən Xızr adlı peyğəmbər ölmə-
zlik simvolu olaraq əsrlərdir ki, yaşayır. Xızır Türk, İslam və şərq
inanclarında peyğəmbər olması ehtimal edilən insanlar sırasında
yer alır. Xızır obrazı insanların çətin anlarında onların yardımına
yetişən, fövqəladə xüsusiyyətlərə malik olan bir peyğəmbər olaraq
təsəvvür olunur. Misal olaraq Qurani-Kərimin Kəhf surəsinin 65-ci
ayəsində Musa peyğəmbərə Allah tərəfindən yol göstərən olaraq
göndərildiyi anladılan bir obraz kimi xatırlanır. Türk mifologiyasın-
da onun geyiminin yaşıl rəngdə olması da təsadüfi deyil. Onun
yaşıl geyimi təbiəti tərənnüm edir. O, təbiətdə olan canlılar arasın-

62

da böyük hörmətlə anılır, canlılarla onların öz dilində danışa bilmə
qabiliyyətinə malikdir.

Xətai baharın gəlişi ilə yerin sanki Xızırın ölümsüzlük geyimi-
ni geyinərək yenidən həyata başlamasını bədii təsvir vasitələrinin
bir növü olan məcazla çatdırmağa çalışır. İkinci sətrdə isə ləbxam-
uşanın, yəni susmuş ağızlarında dilə gəlməsinə işarə edir. İki mis-
ralıq yığcam bir beyt olmasına baxmayaraq şair geniş fikir yükünü
ifadə etməyi ustalıqla bacarmışdır.

Şah İsmayılın Bahariyyəsində bu qəbildən olan beytlərə çox
yerdə rast gəlirik. Digər bir misal kimi bunu göstərə bilərik:

Çinar əlini bu rəqsə açdı
Gül xırda zərin şabaşa saçdı.

Bu qısa lakin dərin alt mənaya malik beytdə şair təbiətin oyanışı
ilə yaşıl yarpaqlar açan çinar ağacını sevincdən qol götürüb rəqs
edən insana oxşadır. Bu mənanı beytin birinci misrasından anlaya
bilirik. İkinci misrada isə çinarın sevincdən qol açıb oynamasına
görə güllər və çiçəklərin çinarın xoşbəxtliyini şərik olaraq onun
başına öz yarpaqlarını şabaş səpdiyinə bənzədir. Məlum olduğu
kimi xalqımızın adət ənənələrində şabaş səpmək adəti yer almaq-
dadır. Hansı ki, Xətai beytində məhz bu adətə də toxunmuşdur.

Beləliklə Xətai Bəhariyyəni qələmə almaqla təbiətin oyanışını,
gözəlləşməsini və bununla insanların sevincini poetik ifadə et-
məklə insan və ətraf mühit faktorunu xüsusi diqqətdə saxlamağı
bacarmışdır.

63

Təbiət bayramı –Novruz mərasimində
təbiətin mühafizəsinə təşviq edən adətlər

Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu
göstərən özünəməxsus adət və ənənələrindən biri hər il baharın
gəlişi münasibəti ilə təntənəli şəkildə keçirilən Novruz bayramıdır.
Bəlkə də xalqımızın mənəvi dəyərləindən olan novruz bayramı
dünyada təbiətin oyanışının sevinclə keçirən yeganə bayramdır.
Belə ki, Novruz bayramı yazın gəlişini simvolizə edən, çox qədim
zamanlardan xalq arasında maraqlı, əyləncəli və ruhlandırıcı bir
ənənəyə çevrilən qədim xalq bayramıdır.

Bəzi tarixçi tədqiqatçıların fikrinə görə Azərbaycanda Novruzun
qeyd edilməsi on iki min min ildir ki, öz təmtərağı ilə qeyd olunur.
Qobustan qaya rəsmlərində əks olunan “Günəşi qarşılama” məra-
siminin arxaik ritual təsvirlərinə görə belə nəticəyə gəlmək istisna
edilmir.

Tədqiqatçılar bu bayramın məhz yaxın şərqin qədim zamanlar-
da əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini də
qeyd edirlər.

Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini (quru
və ya yağıntılı), məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə
görə Novruzun birinci gününü yaz, ikincini günün yay, üçüncünü
günün payız, dördüncü gününü isə qış sayırlar.

64

Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli həmin
yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu,
külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də
yayın, payızın və qışın necə olacağı təyin olunurdu. Novruzda
həyət-bacanı təmizləyər, paltar-palazı təmiz suya çəkər, ağacların
dibini belləyər, quru budaqlarını kəsib atar, bağların xəzəlini
yığıb yandırır, təzə paltar geyinər, qəmgin oturmazlar. Küsülülər
barışar, qohum-qardaşa qonaq gedərlər, söyüş söyməz, qeybət və
qarğış etməzlər.

Novruzun təbiəti tərənnüm etməsinin göstəricilərindən biri də
bayramın gəlişini öcədən qarşılayarkən çərşənbələrin keçirilmə-
sidir. Novruzdan öncə dörd çərşənbə onun gəlişinin təntənəsini
elan edir. Heç də təsadüfi deyildir ki, bu dörd çərşənbənin hər biri-
nin adı təbiət təbii resursların adı ilə bağlıdı və hər biri xaql arasın-
da əlamətdar gün kimi qeyd edilir.

İlk çərşənbə su çərşənbəsi adlanır. Məlumdur ki, canlıların
yaranmasında su ən dominant komponentdir. Qədim inanca görə
Tanrı varlığı yaradarkən ilk olaraq suyu yaratmışdır. Yaradılışın
ilkini su olduğuna görə bəzən su çərşənbəsinə “əvvəl çərşənbə”,
“əzəli çərşənbə” kimi də adlandırılaraq suyun ilk yaradılış olduğuna
işarədir. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə
başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-
üstə düşür

Milli adətlərimiz çərçivəsində Novruzun gəlişindən az öncə
qeyd olunan digər bir çərşənbənin adı odla balğlıdır. “Od çərşən-
bəsi” adı ilə tanınan bu çərşənbədən məqsəd təbiətin eləcə də

65

yaradılışın özəyində yer alan mühüm nəsnələrdən birinin də od
olduğuna işarədir. Od-işıq, güc qüvvət, günəş rəmzidir.

Digər bir çərşənbənin adı ilə yellə bağlıdır. Bu çərşənbəyə bəzi
yerlərdə “külək çərşənbəsi” də deyilir.

Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşən-
bədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığı-
na işarədir. “Torpaq” çərşənbəsi hesab olunan sonuncu çərşənbə
bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi olaraq
qeyd edilir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır
çərşənbə”, “Torpaq çərşənbəsi” adları ilə də tanınır.

Torpaq ünsürü insan yaradılışının əsasını təşkil edir. Torpaq
çərşənbəsində əkinçilər əkin-biçinə başlamalı olur. Yer şumlanır,
toxum səpilir. Beləliklə təbiət bayramı olan Novruzda suyun, yelin,
odun və torpağın

Novruz süfrəsi xalqmızın ən milli süfrəsi hesab edilir Novruz
bayramında süfəryə qoyulması şərt olan təbiətə diqqəti simvolizə
edən əlamətlərdən biri də insanların bayramdan bir müddət
öncədən qulluq edərək böyütdükləri səmənidir.

Ümumiyyətlə məlumdur ki, bitki və bitki örtüyünün çoxlaması
bir neçə mərhələdən ibarətdir. Bunlardan biri generativ digəri
isə vegetativdir. Generativ çoxalma bitkinin toxumları vasitəsilə
yəni gövdədən əmələ gəlməsinə deyilir. Bundan başqa bəzi
bitkilər qələmlər, yarpaqlar vasitəsilə arta, çoxala bililər ki, buna
da vegetativ çoxlama deyilir. Novruz bayramından öncə insanların
bəsləyərək cücərməsini təmin etdikləri səməni insanın yaşıl təbiə-
tin qorunmasına, onun qulluğunda durmasının vacibliyini əməli

66

mesaj kimi ətrafa təqdim edir. Bayrmda səməni, şam, rəngbərəng
yumurtalar və bu kimi digər aksessuarlardan istifadə insan psix-
ologiyasına müsbət təsir edir. Bu psixoloji təsirin başında dayanan
əsas amil insanlarda təbiətə, təbii resurslara sevginin yaranması-
na, təbiətin müqəddəs olduğuna inanmağı təşviq edir. Bəziləri
üçün bəsit kimi görnən bu adətlər novruz süfrəsinin yaz atribut-
ları ilə birlikdə əslində bütün dunyaya mənəvi dəyərlərimizin ətraf
mühitin qorunması və onun ekoloji böhrandan xilas etməyin lazım
olduğunu öz milli bayramında əks etdiməsi ilə tərənnüm etdirir.

67

Müasir Azərbaycanda ətraf mühitin
qorunması isiqamətində atılan addımlar

Çox sevindirici haldır ki, ölkəmiz totalitar imperiyanın
süqutundan və öz müstəqilliyinə qovuşandan sonra Ulu Öndərin
ikinci dəfə hakimiyyətə gəlişi mənəvi dəyərlərimizə sadiq qalmaqla
yanaşı, Azərbaycanda təbiətin qorunması və inkişaf etdirilməsi
sahəsində də ciddi işlər görüldü. Ulu Öndərin göstərişi ilə bütün
idarə və təşkilatlar ümumrespublika aksiyaları keçirdilər.

“Hər adama iki ağac əkmək”, “Ölkəni yaşıllıqlar diyarına çe-
virək” şuarları altında ümumyaşıllaşdırma hərəkatına start veril-
di. Heydər Əliyev Azərbaycan təbiətinə xüsusi önəm vermiş, şəxsi
nəzarəti ilə qanunlar, sərəncamlar, ekoloji qərarlar qəbul edilm-
işdir. Təbiətə qarşı istənilən zorakılıq, laqeyid münasibətləri öz
çıxışlarında sərt şəkildə tənqid edərək, ətraf mühitin qorunmasını
mənəvi və milli məsələlərdən hesab etmişdir. Onun təbiətin
mühafizəsi ilə bağlı fikirlərindən bunları oxuyuruq:

“Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdi-
yimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni
yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı
bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, bar-
maqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan
ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam
ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o,

68

öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı
qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə apar-
malısınız...”

Əldə etdiyimiz statistik məlumatlrdan göründüyü kimi o
dövrdə təkcə 5 il müddətində paytaxtın yaşıllaşdırılması sahəsində
xeyli işlər görüldü. 1970-ci ildə Bakı şəhərində adambaşına 6,5
kvadratmetr yaşıl sahə düşürdüsə, 1975-ci ildə bu göstərici 17,5
kvadratmetrə çatmışdır. Bunun isə Bakı sakinlərindən ötrü, onun
mikroiqlimin yaxşılaşdırmaq üçün son dərəcə böyük əhəmiyyəti
vardır.

Hələ Sovetlər dönəmində ölkəmizin inkişafına səylə çalışan
Heydər Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə ətraf mühitin
mühafizəsi və təbii rsursların səmərəli istifadəsi haqqnda 8 qanun,
32 qərar qəbul edilmişdir.

1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev
Azərbaycanda digər sahələrdə apardığı islahatlarla yanaşı ekolo-
ji problemlərin aradan qaldırılmasına da laqeyid yanaşmadı. O,
ölkədə mövcud olan ekoloji problemləri önə çəkərək bir sıra yeni
qanunvericilik aktlarına bir daha baxılaraq müzakiəyə çıxarmış və
qəbul edilmişdir. Müstəqil Azərbayanın ekoloji sahədə beynəlx-
alq konvensiyala qoşulmuş, ölkə ərazisində milli parklar, yeni
qoruqlar yaranmış, köhnə qoruqların ərazisində genişləndirmə
işləri aparılmışdır.

Təbiəti Mühafizə Komitəsinin bazasında Ekologiya və Təbii
Sərvətlər Nazirliyi yaradıldı və ümummilli lider Heydər Əliyevin
2001-ci il 18 sentyabr tarixli 583 nömrəli fərmanı ilə nazirliyin

69

əsasnaməsi təsdiq edildi. Ekologiya və Təbii Sərvətlər Nazirli-
yi yaradıldıqdan sonra təbii sərvətlərin mühafizəsi, onlardan
məqsədəuyğun, səmərəli istifadə edilməsi sahəsində böyük dönüş
yarandı.

Ulu öndər xalqımızın milli və mənəvi dəyəri olan təbiətimizin
qorunması haqda çıxışlarında dəfələrlə vurğulayır ki, ətraf mühit
insanların ümumi evidir. Ətraf mühitin qorunması hər bir insanın,
dinindən, irqindən fərqi olmayaraq borcudur. bu borc, insanın
xalqı, mənəviyyatı və Yaradan qarşısında öhdəsəinə götürdüyü
vəzifələrdəndir. Bu vəzifənin laqyiqincə öhdəsindən gəlmək üçün
ilk növbədə hər bir vətəndaş öz ailəsi çərçivəsidə övladlarına təbiə-
ti sevməyi, bununla yanaşı onun mühafizəsi hissini aşılamalıdır.
Unutmaq lazım deyil ki, vətəni sevmək onun malik olduğu təbiə-
tini; torpağını, suyunu, meşəsini, dağını, düzənliyini, səmasını
sevməkdən başlayır. Ətraf mühitə ziyan yetirən insanların gördük-
də, onların bu hərəkətinə laqeyid yanaşılmamlı, dərhal reaksiya
verilməli, onların maarifləndirmə yolu ilə bu işdən uzaqlaşmasına
kömək göstərmək lazımdır.

Bu gün Ümummilli ledirin siyasi kursunun layiqli davamçısı,
ölkə başçısı İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycanda
ətraf mühitin mühafsəzi və mövcud olan problemlərin həlli istiqa-
mətində müvafiq tədbirlərin həyata keçirilməsi, ekoloji vəziyyətin
müsbət istiqamətə inkişaf etdirilməsi ölkə strategiyasının əsas
tərkib hissəsidir.

Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi istiqa-
mətində həyata keçirilmiş tədbirlər istiqamətində Ekologiya və

70

Təbii sərvətlər naziliyinin statistik məlumatları bir daha milli və
mənəvi məsələ hesab olunan ətraf mühitin mühafizəsinə göstərdi-
yi xidmətlər aşkar şəkildə əks olunur.

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin
çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tək-
milləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək
məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji
mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq,
qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qi-
ymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq
təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkənin ekoloji siyasətinin
əsas istiqamətləridir.

“Bu istiqamətdə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü
ərazilərin miqyasının artırılması, biomüxtəlifliyin mühafizəsi, əra-
zilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər
dənizində dəniz ətrafı mühitin qorunması, iqlim dəyişikliklərinin
mənfi təsirlərinin azaldılması, hidrometeoroloji müşahidə sistem-
lərinin və monitorinq şəbəkəsinin modernləşdirilməsi, qanunveri-
ciliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, əhalinin ekoloji
şüur səviyyəsinin artırılması fəaliyyət istiqamətlərindən olmuşdur”

“Meşə ilə örtülü ərazilərin miqyasının artırılması istiqamətində
aparılmış meşəsalma və meşəbərpa tədbirləri nəticəsində meşə
ilə örtülü ərazilərin sahəsi hazırda ölkə ərazisinin 12 faizini təşkil
edir. Son 17 ildə 152,4 min ha meşəsalma və meşəbərpa tədbirləri
aparılmış, 96,445 milyon ağac əkilmişdir”

“Qeyri-meşə fondu torpaqlarında yaşıllaşdırma tədbirləri

71

çərçivəsində arid ərazilərlə səciyyələnən ərazilərdə ümumilik-
də 4438 hektar ərazidə 5386 min ağac əkilmişdir. Yaşıllaşdırma
layihələrinin davamlılığının təmin edilməsi üşün ərazilər damcılı
suvarma sistemləri ilə təmin olunmuşdur. Suvarmada alternativ
su mənbələrindən - duzsuzlaşdırılmış dəniz suyundan, həmçinin
tullantı sularından təkrar istifadə olunur. Bundan başqa, məhsul
verən ağaclara, o cümlədən zeytun və digər meyvə ağaclarının
əkilməsinə üstünlük verilir”

Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı
mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz
texnologiyaların tətbiqinə yer verilir. “Yaşıl iqtisadiyyata”
sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ
enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan
qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə
enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.

Eyni zamanda monitorinq sistemi təkmilləşdirilmiş, ətraf
mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırıl-
ması sahəsində yeni texnologiyaların tətbiqinə yer verilmiş, at-
mosfer havasının çirklənməsinin fasiləsiz monitorinqinin aparıl-
ması üçün avtomatik stansiyalar kompleksi qurulmuş, atmosfer
havasının vəziyyəti barədə məlumatların onlayn qaydada ictimai-
yyətə çatdırılması təmin edilmişdir.

Mövcud problemlərin həll edilməsi üçün Ekologiya və Tə-
bii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla, donor
ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət veril-
ir. Belə ki, BMT-nin İnkişaf, Ətraf Mühit, Sənayenin İnkişafı pro-

72

qramları, NATO, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq
və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı,
Asiya bankı, Ümumdünya Vəhşi Təbiət fondu və s. təşkilatlar-
la əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq sazişlər
əsasında inkişaf etmiş ölkələrlə iki tərəfli əməkdaşlıqlar qurulur.

Çapa imzalanmışdır: 09.06.2019
Kağız formatı: 60x90 1/16
Tiraj: 5000


Click to View FlipBook Version