The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-06 01:26:12

Çağdaş müsəlman Nahid-2018

Çağdaş müsəlman Nahid-2018

Nahid Məmmədov

ÇAĞDAŞ MÜSƏLMAN

MƏNƏVİYYAT NÜMUNƏSİ

Bakı-2018

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin DK-733d-09/15 saylı, 07 dekabr 2018-ci il

tarixli razılıq məktubuna əsasən nəşr edilmişdir

Nahid Məmmədov

ÇAĞDAŞ MÜSƏLMAN

MƏNƏVİYYAT NÜMUNƏSİ

“Qaçan da Səni çağırır, qovan da Səni
çağırır...” uşaqlıqda tez-tez eşitdiyim bu ifadənin
mahiyyətini illər keçdikdən sonra dərk etməyə
başladım. Allaha inanmadığını bildirən, lakin
ilk çətinlikdə ona sığınan çox insan gördüm.
Amma bu gün ən dəhşətli mənzərə ölənin də,
öldürənin də “Allahu-Əkbər” hayqırmasıdır. Bir
ümmətin keçdiyi tarixi faciəni, dəhşətin miqyasını
bu sözlərin söylənildiyi anlardan daha dəqiq
heç nə ifadə edə bilməz. Bu faciələrin davam
etməməsi üçün çıxış yolu Allahın buyurduğu
yoldan azmamaqdır. Çağdaş müsəlman hər
tərəfi bürümüş dəhşətlərə son vermək istəyirsə,
kənardan özünə baxmağı öyrənməlidir. O,
Allahın buyurduqlarını müasir dövrün harmonik
gerçəkliyi fonunda yaşamağı bacarmalıdır.
Əks təqdirdə faciələr, tələfatlar sonsuz olacaq,
müsəlmanın gələcəyi isə sual altında qalacaq...

QURAN AYNASINDA
MÜSƏLMAN

Bu gün Yer kürəsinin hər tərəfinə dağılmış
müsəlmanlar və İslam coğrafiyası tarixi sınaqdan
keçir. İslamafobiyanın və əsasən də müsəlman
qiyafəli canilərin sayəsində əzəmətli din
cılızlaşdırılmağa çalışılır. Onu qara və yaxud
qırmızı rəngə bürüyən bu zehniyyət əndazədən
çıxır.

Müsəlmanın öz simasına qayıtmasına, həqi-
qi dinin buyurduqları əsasında yaşamasına çox
böyük ehtiyac yaranıb. Bəs görəsən günümüzdə
müsəlman necə olmalıdır? Quran nurunda
müsəlman siması necə işıqlanır? Müasir
müsəlman Quran aynasından özünə baxdığı za-
man kimi görür?

Əlbəttə, tarixi və müasir müsəlman obrazı
fonunda bu suallara cavab vermək çətindir. Diqqət

4

etsək görərik ki, tarixdə din adından istifadə edərək
cinayət törədənlər də hər zaman özlərini həqiqi
müsəlman saymışlar. Bu gün də belədir.

Hər bir dinin, dünyagörüşün, ideologiyanın
özünə xas meyarları, etalon və nümunələri vardır.
Müsəlman üçün bu meyarlar Qurani-Kərimdə,
Peyğəmbərin həyatında, onun Əhli-beytinin
və səhabələrinin yaşayışında tərənnüm olunub.
Mübahisəsiz müsəlman başlıca xüsusiyyətlərini
müəyyənləşdirən Müqəddəs Kitabımız Qurani-
Kərimdir və bütün dövrlər üçün dəyişməzdir.
Çünki Quranda buyurulanlar həmişə keçərlidir
və “müsəlman” adını bu dinin mənsublarına
Allah özü vermişdir. Başqa sözlə, Quran ideal
sayıla biləcək insanın tam portretini çəkib və
nə qədər zaman keçməsindən asılı olmayaraq,
müsəlmanların bu modelə uyğun yaşamaları
tövsiyə edilib.

“Müsəlman” ərəb dilindən tərcümədə “Allaha
təslim olan” deməkdir. Müsəlman olmağın ilk

5

şərti Kəliməyi-şəhadət gətirməkdir: “Əşhədü
ənlə ilahə illallah və əşhədü ənnə Muhammədən
rəsulallah”. Müsəlmanlıq müəssisəsinin əlifbası
olan bu kəlmənin mənası “Mən şəhadət verirəm
ki, Allahdan başqa Allah yoxdur və Məhəmməd
onun elçisidir” - deməkdir. Bunu deyən kəs
müsəlmandır, yəni Allahın varlığını və ondan
başqa heç bir ilahi gücün olmadığını qəbul etmiş
sayılır.

“Müsəlman” o kəsdir ki, Allahın buyuruğuna
əsasən, gündəlik namazlarını qılır, oruc tutur,
zəkat verir, həyatını Allahın razı olacağı tərzdə
qurur, yaşayır və əsl müsəlman kimi də dünyasını
dəyişir. Lakin bu, çağdaş, mədəni və ləyaqətli
müsəlman modelinin yalnız bəzi meyarlarıdır.
Çağdaş müsəlman olmaq üçün təkcə ibadət etmək
kifayət deyil. Əlbəttə, Qurana görə, müsəlman
hər şeydən öncə sağlam və sarsılmaz imana sahib
olmalıdır (əl-Bəqərə 3-4). O, bu imanın təzahürü
kimi Allaha və Peyğəmbərinə (s) itaət etməli,

6

bütün ibadətlərini qüsursuz yerinə yetirməli (əl-
Bəqərə 3, ən-Nur 51, ət-Tövbə 71), haram və
günahlardan çəkinməlidir. Lakin bütün bunlarla
yanaşı, gözəl əxlaqlı müsəlman faydasız, boş
işlərlə məşğul olmamalı, namusunu qorumalı,
sözünün üstündə durmalı, əmanətə xəyanət
etməməlidir (əl-Mömin 1-11).

Qurana görə, çağdaş müsəlmanın əsas
xüsusiyyətlərindən biri də yaxşılığı tövsiyə edib,
insanları pislikdən uzaq tutmağa çalışmaqdır
(ət-Tövbə 71). O, Allaha verdiyi vədi yerinə
yetirməli, sövdələşməni pozmamalı, Allahın
buyurduğu haqlara əməl etməli, pisliyə yaxşılıqla
qarşılıq verməlidir (ər-Rad 20-22).

Eyni zamanda, Qurana görə, ləyaqətli
müsəlman bolluq və qıtlıq dövründə Allah
yolunda əliaçıq olmalı, əsəbilikdən uzaq durmalı,
insanları bağışlamağı bacarmalı, günah işlədikdə
dərhal tövbə etməli, bilə-bilə günah və xətaya yol
verməməlidir (Ali-İmran, 134-135).

7

Çağdaş, ləyaqətli müsəlman, həm də vüqarlı,
təvazökar olmalı, Allaha ürəkdən və səmimi
dua etməli, israfdan və xəsislikdən qaçmalı,
bunların ikisi arasında orta yol tutmalı, kimisə
öldürməməli, zinadan uzaq durmalı, Allahın
ayələrinə qarşı son dərəcə həssas olmalı və
yalançı şahidlik etməməlidir (əl-Furqan, 67-77).

Zamanla ayaqlaşmaq, elmin, texnikanın
inkişafından yararlanmaq, övladlarının, ümumiy-
yətlə, gənc nəslin təhsil almasına çalışmaq
çağdaş müsəlmanın əsas hədəfi olmalı, haqlı
mübarizədən heç vaxt çəkinməməlidir. Çünki
İslam qız və oğlan fərqi qoymadan müsəlmanların
təhsil almalarına çox böyük dəyər verir.

İslama görə başqaları müsəlmanın nə dilin-
dən, nə də əməlindən zərər görməlidir. Çünki
insan, Allahın yer üzündəki xəlifəsidir. Çağdaş
və mədəni müsəlman bütün müsəlmanlarla
qardaş olmalı, başqaları ilə xoş rəftar etməlidir.
Həmçinin, o, əxlaq və davranışları ilə cəmiyyətdə

8

örnək sayılmalı, səliqəli geyinməli, gözəl ailə
başçısı, xeyirxah ata, yardımsevər insan kimi
xarakterizə edilməlidir.

Özünü çağdaş, ləyaqətli müsəlman hesab
edən insan Vətəni, dövləti və yaşadığı cəmiyyət
qarşısında daşıdığı məsuliyyəti dərk etməli,
xalqının milli-mənəvi dəyərlərinə sadiq olmalı və
onları qorumağı bacarmalıdır. İslam peyğəmbəri
Həzrət Məhəmməddən (s) rəvayət olunan
hədislərdən birində buyurulur: “Səhər və ya
axşam Allah yolunda vətən üçün edilən yürüş,
dünyadan və dünyadakı şeylərin hamısından,
şübhəsiz, daha xeyirlidir”.

Göründüyü kimi, Peyğəmbərimiz bu hədisdə
Vətəni müdafiə etməyi, onun uğrunda vuruşmağı
hər şeydən üstün tutaraq, bunu ən xeyirli əməl
kimi dəyərləndirmişdir.

9

PEYĞƏMBƏR ƏXLAQI

“Mən, ancaq gözəl əxlaqı
tamamlamaq üçün göndərildim”

İnsan xüsusiyyətləri arasında səbir, qənaət,
comərdlik, təvazökarlıq, fədakarlıq, cəsarət
kimiləri vardır ki, hər bir insan onlara yiyələnmək,
onları öz həyatında tətbiq etmək istəyir. Çünki bu
kimi xüsusiyyətlər, insana sözün həqiqi mənasında
əsl “insan” olmaq keyfiyyəti qazandırır və bütün
bu keyfiyyətləri özündə birləşdirən sahəyə “əxlaq”
deyilir. Biz ayrı-ayrılıqda bu xüsusiyyətlərə sahib
olan insanlara tez-tez rast gəlirik və yaxud bu
keyfiyyətlərdən hansınısa özümüzdə tapa bilirik.
Lakin bütün bu keyfiyyətləri özündə cəmləşdirən
və ən gözəl əxlaq sahibi olan insanlara tarixdə çox
az rast gəlinir.

10

Tarixin nadir yetişdirdiyi və gözəl əxlaqı
bütünlükdə özündə cəmləşdirən ən nümunəvi
insan İslam Peyğəmbəri Həzrət Məhəmməd
Salavatullahdır. Peyğəmbər o qədər gözəl əxlaq
sahibi olmuşdur ki, Allah-Təala ona xitab edərək
buyurmuşdur: “Və həqiqətən, səni minnətsiz
(tükənmək bilməyən) mükafat gözləyir.
Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən”
(Qələm surəsi, 3-4)

Yenə Qurani-Kərimdə Peyğəmbərimiz haq-
qında: “Həqiqətən, Allahın Rəsulu Allaha,
qiyamət gününə ümid bəsləyənlər (Allahdan,
qiyamət günündən qorxanlar) və Allahı çox
zikr edənlər üçün gözəl örnəkdir” (əl-Əzhab
surəsi, 21) deyə, buyurularaq müsəlmanların
həyatın bütün sahələrində Onu nümunə almaqları
tövsiyə və əmr olunur. Möminlərin anası Həzrət
Aişədən Peyğəmbərin əxlaqı barədə soruşan
səhabələrə “Siz Quran oxuyursunuzmu? Onun
əxlaqı Quran əxlaqıdır” deyə, cavab vermişdir.

11

Peyğəmbərimizin əxlaqı bizim üçün ən gözəl
nümunə, onun yaşayışı, sözləri və hərəkətləri ən
mükəmməl modeldir.

Peyğəmbərimiz (s) də “Mən ancaq gözəl
əxlaqı tamamlamaq üçün göndərildim”-
demişdir. Allah Rəsulu Məhəmmədin (s) əxlaqı
Allahın təriflədiyi və Quranın öyrətdiyi gözəl
əxlaqdır. Onun əxlaqı ən gözəl əxlaq nümunəsi,
bütün gözəlliklərin cəmidir. Fani dünyaya vida
deməsindən yüzilliklər keçsə də onun əxlaqı
bizim üçün nümunədir. Yaşayış tərzi, oturuşu,
duruşu, baxışı, süfrədə yeməyi, danışmağı, bir
sözlə, bütün davranışları bizim üçün məktəbdir.
Əxlaqi cəhətdən Onun (s) kimi ola bilməyə
çalışan və bu niyyətlə az-çox şeylər qazana bilən
varsa, deməli o, xoşbəxtdir.

İslam əxlaqının qaynağı Qurani-Kərim
və Peyğəmbərimizin həyatı, Onun sözləridir.
Peyğəmbərimiz Həzrət Məhəmməd (s) hədisi-
şəriflərində gözəl əxlaq haqqında “gözəl əxlaq

12

elə İslamın özüdür”, - deyə buyurmuşdur.
Digər hədisi-şəriflərdə: “Möminlərin iman
baxımından ən mükəmməli əxlaqı ən gözəl
olanıdır”, “Tərəziyə qoyulan əməllər arasında
gözəl əxlaqdan daha ağır gələcək bir şey
yoxdur. İnsan gözəl əxlaqı sayəsində nafilə oruc
tutub, nafilə namaz qılan insanlar dərəcəsinə
yüksəlir” - deyə, buyurulmaqdadır.

İslamın zühuruna kimi bir sıra Qərb
filosofları əxlaq haqqında fikirlər irəli sürmüş,
əxlaq kodekslərini müəyyənləşdirmişlər. Lakin
Məhəmməd Peyğəmbərin (s) əxlaqı ümumilikdə
bu sahədə ən kamil nümunə olmuşdur. Cahilliyyə
dövrünün ərəbləri yüzillərlə davam edən etiqad
və adətlərinə o dərəcədə bağlanmışdılar ki,
onları bu vərdişlərdən əl çəkdirməyə heç bir
qüvvənin gücü çatmırdı. İslam dininin meydana
gəlməsinədək cahiliyyə ərəbləri vəhşilikdə və
zülm etməkdə o dərəcədə ifrata getmişdilər
ki, işkəncə və əziyyətləri gözlərini qırpmadan

13

edirdilər. Mərhəmət hisslərini tamamən itirmiş o
ərəblər öz doğma qız övladlarını diri-diri torpağa
basdırırdılar. Güclü zəifi əzir, qadınlar əşya kimi
alınıb satılır, içki su əvəzinə içilirdi. Etiqad etdikləri
mənasız əşyalara o dərəcədə bağlanmışdılar ki,
Həzrət Məhəmməd Peyğəmbərdən (s) başqa heç
bir qüvvə onları bu pis vərdişlərdən uzaqlaşdıra
bilməzdi. Peyğəmbərimiz (s) bir neçə il içərisində
Ərəbistan yarmadasında vəhşi, adətlərinə bağlı,
inadkar qövmləri pis əxlaq və vərdişlərindən xilas
edib, onları bütün millətlərə nümunə və mədəni
insanlar halına gətirib çıxardı.

Hicrətin I (miladi VII əsr) əsrindən etibarən
səhabələr dünyaya yayılaraq, bəşəriyyətə gerçək
mədəniyyəti, fəzilət və əxlaqi keyfiyyətləri
öyrətməyə başladılar. Allahın Peyğəmbərinin öyrət-
diyi əxlaqı keyfiyyətlərə malik olan milyonlarla
insan həm bu dünyanın, həm də axirətin xoşbəxtliyini
dada bildi və bu gözəl əxlaq sayəsində bir sıra
insanların da hidayət olunmasına vəsilə oldu.

14

Əsrlər ötdü, zaman öz axarı ilə bəşəriyyətin
nəsildən-nəsilə keçən dəyərlərinə də təsir etdi.
Amma dəyişilməyən dəyərlər içində mənəvi
dəyərlər hər zaman üstünlük təşkil etdi. O
dəyərlər ki, öz mənbəyini İlahidən, onun
Kitabından və Peyğəmbərindən almışdı. İnsani,
bəşəri dəyərlər əxlaq meyarlarında tərənnnüm
olundu. Amma nə Peyğəmbərin zamanında, nə də
müasir dövrümüzdə hər kəs bu əxlaqdan öz payını
almadı. O zaman cahil, nadan və bəsirətsiz qalıb,
əxlaqlanmayanlar elə indi də bundan məhrumdur.

15

ÇAĞDAŞ MÜSƏLMAN
VƏ ELM

Elm nədir? Din və elm bir-birinə zidd
sahələrdirmi? “Dini elmlər” anlayışı doğrudurmu?
Alim inanclı ola bilməzmi? Tez-tez eşitdiyimiz
bu suallara dəfələrlə də cavab axtarılıb.

Din mənəviyyat qaynağıdır. Qurani-Kərimdə
hər hansı elmi kəşflər axtarmaq və ya müasir
elmin əldə etdiyi nailiyyətlərin Müqəddəs Kitabda
on dörd əsr öncə yazıldığı bildirmək anlamsızdır.
Çünki bu yanaşma dinin və elmin mahiyyəti
ilə ziddir. Əgər elmdə əldə edilən nailiyyətlər
təbiətdə var olanların təcrübədən keçirilməsi ilə
əldə edilirsə, o təbiəti yaradanın Allah olduğunu
nəzərə alsaq, Quranda buna bənzər nələrinsə
yazılması təbiidir. Allah yaratdıqlarından
bəhs edir, insan isə öz mənafeyi naminə Onun

16

yaratdıqlarını müqayisələndirərək təcrübədən
keçirir, nə isə kəşf etmək iddiasına düşür.

Dinin bütün dövrlərdə mədəniyyətə təsi-
ri, hansısa formada ictimai-siyasi həyatda ro-
lu inkaredilməzdir. İslam dini də meydana
gəldiyi dövrdən etibarən mütərəqqi cəmiyyətin
qurulmasını hədəf seçmiş böyük coğrafiyanı
əhatə edən mədəni mühit formalaşdırmışdır.
Faydalı elmlə məşğul olmağı Allah yolunda cihad
və ibadət hesab edən müsəlman alimləri bunu
Qurani-Kərimin ayələri və İslam Peyğəmbərinin
hədisləri ilə sübuta yetirməyə çalışmışlar.

Müqəddəs Qurani-Kərimin Məhəmməd Pey-
ğəmbərə nazil olan ilk ayəsi məhz “Oxu!” əmri
olmuşdur. İslam ağıla çox böyük əhəmiyyət
verir, ona görə insanları mikro və makrokosmos
haqqında düşünməyə çağırır. Quranın 1300-ə
yaxın ayəsində təbiətdən, kainatdan və insandan
bəhs edilir. İslam dəlil olmadan heç bir iddianı
qəbul etmir. Düşüncədə, fikirdə asılılığı və

17

şüursuz təqlidi rədd edir. Elmə və alimlərə böyük
dəyər verən İslam oxumağı, öyrənməyi vacib
hesab edir.

Allah-Təala öz kəlamlarında dəfələrlə “heç
düşünmürsünüzmü”, “heç dərk etməzsinizmi?”,
“təfəkkür etmirsinizmi?” və bu mənalara gələn
ifadələrdən istifadə etmişdir.

İslam peyğəmbəri Həzrət Məhəmməd (s) bir
çox hədislərində elmin fəzilətinə toxunmuşdur.
Təkcə qeyd edilən hədislərə baxdıqda müsəlman
üçün elmin axtarışında olmaq, kamil elmlərə
yiyələnməyin nə dərəcədə vacibliyi bir daha
aydın görünür: “Kim elm axtarmaq yolu ilə getsə,
Allah onu Cənnətə aparar. Həqiqətən mələklər
qanadlarını elm əhlindən razılıq əlaməti olaraq
yerə sərərlər. Doğrudan da göy və yerdə olan hər
bir şey elm axtarışında olan kəsin günahlarının
bağışlanmasını istəyər, hətta dənizdə olan balıqlar
belə. Alimin abiddən üstünlüyü on dördüncü
gecədə ayın ulduzlardan üstünlüyü kimidir.

18

Həqiqətən alimlər peyğəmbərlərin varisləridirlər.
Çünki peyğəmbərlər dinar, dirhəm irs qoymurlar,
onların irsi elmdir. Kim ondan bəhrələnərsə,
çoxlu nəsib əldə etmiş olar.”

Həzrət Peyğəmbər bir hədisində buyurur:
“Elm axtarışında olmaq hər bir müsəlmana
vacibdir. Həqiqətən Allah elm axtaranları sevir”.
Lakin burda incə bir məqam var. Elm dediyimiz
zaman bütün bəşəriyyətə və kainata fayda verə
biləcək sahələr nəzərdə tutulmur. Təəssüf olsun
ki, bir çox kütləvi qırğın silahlarının, atmosferi
dağıtmaqda olan sənayenin inkişafını da elmin
ayağına yazmaq məcburiyyətindəyik. Bir
müsəlman üçün elm öyrənmək, şübhəsiz onu
bəşərin xilasına yönəltmək deməkdir. İnsan elmi
bu məqsədlər üçün öyrəndiyi zaman İslamın
buyurduğuna əməl etmiş olar. Bəşəriyyətə ziyan
verə biləcək hər hansı elmi kəşfin Allah qatında
da dəyəri yoxdur.

19

MƏSCİD ƏDƏBLƏRİ

Müsəlmanların ibadətlərini yerinə yetirmək
üçün hər gün toplaşdıqları yer məsciddir. Burada
namaz qılan müsəlmanlar cəmiyyətimizin
müxtəlif sosial təbəqələrinin nümayəndələridir.
Məscid Allahın evi, namaz isə Onun üçün edilən
ibadətdir. Odur ki, məsciddə əxlaq normalarına
və ədəb qaydalarına daha həssaslıqla riayət
etmək vacibdir. Cümə günləri qılınan camaat
namazları müsəlmanlar arasında bayram əhval-
ruhiyyəsi yaratmalıdır. Bu mühiti yarada bilmək,
Allahın rizasını qazanıb, müsəlmanlara gözəl
ovqat bəxş etmək istəyən hər kəs məscidə xoş
niyyətlə gəlməli və müəyyən ədəb qaydalarına
riayət etməlidir. Məscid ədəbinin birinci qaydası
dəstəmazdır. İslam Peyğəmbəri (s) buyurmuşdur:
“Evində düzgün şəkildə dəstəmaz alıb məscidə
gələn şəxs Allahı ziyarət etmiş hesab olunur.

20

Ziyarət olunanın üzərinə düşən haqq isə ziyarət
edənə yaxşılıq etməkdir”.

“Ey adəm oğulları! Hər ibadət vaxtı
(namaz qılarkən, məscidə gedərkən və ya
təvaf edərkən) gözəl libaslarınızı geyin,
yeyin-için, lakin israf etməyin, çünki (Allah)
israf edənləri sevməz!” (əl-Əraf, 31) ayəsinin
təfsirində müsəlmanlara məscidə gedərkən gözəl
geyinmək, ətirlənmək və dişlərini misvakla,
yaxud fırça ilə təmizləmək tövsiyə edilmişdir.
Lakin əfsuslar olsun ki, bu gün məscidlərimizdə
başqa mənzərə ilə rastlaşmaq mümkündür. Bəzi
müsəlmanlar bu ədəb qaydalarından kənara çıxan
libaslarla məscidə namaz qılmağa gəlirlər. Hər
birimiz namaz qılarkən bədənimizin naməhrəm
yerlərinin açılmasında, yaxud dar paltarların
törədə biləcəyi fəsadlarda diqqətli olmalıyıq.
Ayədəki gözəl geyimin mənası, eyni zamanda
müsəlmanın əqidəsinə yaraşan geyimdir.
Məhəmməd peyğəmbər (s) Cümə namazına gələn

21

hər kəsə gözəl geyinməyi buyuraraq demişdir:
“Kim Cümə günü gözəl tərzdə qüsl edib, ən gözəl
geyimini geyinsə, növbəti Cüməyədək günahları
bağışlanar”.

Məsciddə iqamə verilən zaman namaza
təmkinlə, tələsmədən getmək, ora girərkən və
çıxarkən dua etmək yerinə yetirməli olduğumuz
ədəb qaydalarındandır. Dinimizin bizə ən yaxın
məscidlərə getməyi və ibadətlərimizi orada
yerinə yetirməyi tövsiyə edir. Ona görə də bu
gün hər birimiz yaşadığımız və ya işlədiyimiz
yerlərə yaxın məscidlərdə ibadət etməyə
üstünlük verməliyik. Əks halda, bəzi məscidlərdə
basırıq yaranar, digərləri isə boş qalar. Bu isə
müsəlmanlara haram edilmişdir.

Məscidə sağ ayaqla daxil olaraq:
“Allahumməftəh li əbvabə rahmətikə” -
“Allahım! Öz mərhəmət qapılarını üzümə aç!”,
sol ayaqla çıxaraq: “Allahummə inni əsəlukə min
fadlikə” - “Allahım! Sənin lütfündən diləyirəm”

22

dualarını oxumaq müstəhəbdir. Allahın evinə
daxil olduqdan sonra görülən ilk iş iki rükət
“təhiyyə” – salam namazı qılmaqdır. Bu namazı
xütbə verərkən də qılmaq olar.

İslam alimlərinin rəylərinə görə, məsciddə
məsul imam-camaat namaz qıldırdıqdan sonra
başqa bir camaatın yenidən azan və iqamə verib,
namaz qıldırması məkruhdur.

Məscidin təmiz olmasına çalışmaq hər müsəl-
mana yaraşan və əməli vacib olan ədəb qaydasıdır.
Lakin bu gün məscidlərimizdə müsəlman
əxlaqına yaraşmayan hallarla da rastlaşırıq.
Məscidlərdə yemək yeyib, qalıqlarını oraya atan,
saqqalını darayıb məscidə tökən, namaz qılınan
yerlərə tüpürən, çirkli və pis qoxulu geyimlərlə
ibadətə gələnlər də vardır. Bunlar Allah qatında
bəyənilməyən əməllərdir. Səhabələrdən Səmura
ibn Cundəb rəvayət edir ki, “Peyğəmbər (s)
bizə yurdlarımızda məscidlər tikməyi və onları
təmiz saxlamağı əmr etmişdir”. Başqa rəvayətdə

23

bildirilir ki, Həzrət Məhəmməd (s) məscidi
təmiz saxlamaqla yanaşı, ətirləməyi də tövsiyə
etmişdir. İslam Peyğəmbəri (s) hədislərin birində
məscidə tüpürməyi günah hesab etmiş, belə hal
baş verdiyi zaman həmin yerin torpaqlanmasını
buyurmuşdur.

Namaza gələnlərin soğan və sarımsaq yeməsi
də bəyənilməyən əməllərdəndir. Allah Rəsulu
(s) bu haldan heç xoşlanmamış və buyurmuşdur:
“Kim soğan, (yaxud) sarımsaq, (yaxud da) kəvər
yesə, məscidimizə yaxınlaşmasın. Həqiqətən,
Adəm övladının əziyyət çəkdiyi şeydən mələklər
də əziyyət çəkir”.

Bu gün camaat namazlarında yol verilən
bir neçə hal vardır ki, əksəriyyətimizi narahat
edir və məscid ədəblərinə ziddir. Bunlardan biri
camaatın başının üzərindən adlayaraq, irəliyə
keçmək istəyidir. Lakin Peyğəmbər (s) demişdir:
“Cümə günü (məsciddə) camaatın başı üstündən
addama. Yoxsa Qiyamət günü Allah səni onlar

24

üçün körpü edər”. Məscidin ön sıraları dolduqda
arxa sıralarda namaz qılmaq Peyğəmbər (s)
sünnətinə uyğundur.

Məscidə gələn hər kəs bilməlidir ki, Allah
Rəsulu (s) məsciddə ucadan danışmağı qadağan
etmişdir: “Sizi bazarlarda olduğu kimi (məsciddə)
səs-küy salmaqdan çəkindirirəm”. Məsciddə
yalnız xütbə verən və dərs keçən müəllim hər
kəsin eşidə bilməsi üçün səsini yüksəldə bilər.

İslam Peyğəmbəri (s) məsciddə alver etməyə
də qadağa qoymuşdur. Peyğəmbər (s) demişdir:
“Məsciddə alver edən görsəniz, deyin: “Allah
sənin alverinə qazanc verməsin!”. Əfsuslar
olsun ki, bəziləri xütbə oxunarkən ticarət edir,
yaxud dünyəvi məsələlərdən danışır. Bəzi
məscidlərimizin ətrafı isə bazara bənzəyir.
Ticarətlə məşğul olmaq halaldır, lakin onun da
əxlaqı vardır. Unutmaq olmaz ki, məscid maddi
qazanc yox, mənəvi qazanc - ibadət yerimizdir.

Cümə namazları zamanı tez-tez rast gəl-

25

diyimiz hallardan biri də xütbə verilərkən
bəzilərinin ayaq üstə dayanmalarıdır. Bu əməl
də dinimizdə bəyənilmir və hədislərdə məsciddə
xütbə verilərkən oturmaq tövsiyə olunur. Xütbə
verilərkən qrup halında müxtəlif söhbətlər
etmək, dünyadan, siyasətdən danışmaq da
qiyamətin əlamətlərindəndir. Həzrət Məhəmməd
(s) demişdir: “Axır zamanda elə bir camaat
olacaq ki, məscidlərdə dövrə vurub oturacaqlar,
imamları da dünya olacaq (söhbətləri yalnız
dünya barədə olacaq)”. Diqqət edin ki, siz də o
camaatdan olmayasınız.

Hər müsəlman yuxarıda sadalananlardan
çəkinməlidir. Məscidlərə Allaha ibadət etmək
üçün gəldiyini unutmamalıdır. Müqəddəs
Kitabımızda buyurulduğu kimi Cümə günü
namaza çağırılarkən Allahı zikr etməyə tələsin və
alış-verişi buraxın ki, Uca Yaradanın vəd etdiyi
xeyirdən faydalanasınız.

26

HƏCC: ZİYARƏTDƏN
ƏVVƏL VƏ SONRA

Hər il həcc ibadətini yerinə yetirmək üçün
dünyanın müxtəlif ölkələrindən milyonlarla
insan Məkkəyə yola düşür. Dinimizin vacib
buyurduğu həcc ziyarəti Allah xatirinə edilən
ibadətdir. Bu barədə Qurani-Kərimdə buyurulur:
“…Onun yoluna (ərzaq, minik və sağlamlıq
baxımından) gücü çatan hər bir kəsin həccə
gedib o evi ziyarət etməsi insanların Allah
qarşısında borcudur. Kim bunu (bu borcu)
inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə,
Allah aləmlərə (heç kəsə) möhtac deyildir!”
(Ali-İmran, 97).

Hər il hacı namizədlər həcc zamanı vacib
olan əməlləri yerinə yetirməyə çalışır. Ziyarət
dövründə ehramda haram olan məqamlara

27

diqqət etməyə çalışır. Məsələn, bu ibadəti yerinə
yetirərkən tikişli paltar geyinmək, kişilərin başını,
qadınların üzünü örtməsi qadağandır. Saçları
daramaq, başı qırxdırmaq, dırnaqları kəsmək,
ətirlənmək, ov ovlamaq, həşəratları öldürmək,
nikaha daxil olmaq, cinsi əlaqə və başqasına
şəhvətlə toxunmaq ehramlı müsəlmana haramdır.

Burada diqqət edilməli ən vacib məqamlardan
biri də Məkkədə yaşıllıqları, ağacları qırmamaqdır.
Bəzən zəvvarlar bilərək və ya bilmədən ağacların
yarpaqlarını qıraraq, yeri təmizləyir, üzərində
otururlar. Amma böyük günah etdiklərini başa
düşmürlər.

Həcc həm maddi-mənəvi, həm də fiziki
ibadətdir. Ona görə də Allah bu ibadəti yalnız
maddi imkanı olanların yerinə yetirməsinin
vacibliyini buyurur. İmkanı olan müsəlman
ilk növbədə psixoloji cəhətdən özünü ziyarətə
hazırlamalıdır. Allahı düşünərək yola düşən
zəvvar, ziyarət zamanı rahatlıq və dəbdəbədən

28

daha çox, ibadəti düşünməlidir. Lakin bəzilərinin
həccə gedərkən başları nəqliyyatın rahatlığına,
mehmanxananın neçə ulduzlu olmasına, xidmətin
səviyyəsinə o qədər qarışır ki, vacib ibadətlər də
yaddan çıxır. Hətta elə olur ki, ibadətin ardıcıllığı
unudulur, həccin vacib rükünlərini icra etmək
əvəzinə, dükan və bazarları “ziyarət” edirlər.
Camaat simvolik hesab edilən şeytana xırda daşlar
atarkən, bəziləri ayaqqabılarını atır. Minada,
Müzdəlifədə və digər yerlərdə dini ehkamları
yerinə yetirməkdənsə, bir-birinə lətifələr danışır,
ədalı şəkil çəkdirirlər.

Təəssüf ki, bəziləri həccin əsl mahiyyətini dərk
etmir. Ziyarət zamanı əllərini göyə açıb Allahdan
bağışlanmaq diləmək, bütün müsəlmanlara dua
etmək əvəzinə, bu dünya ilə bağlı istəklər, sonsuz
arzular dilə gətirilir. Bu haqda Qurani-Kərimdə
buyurulur: “Həcc mərasimini tamamlayıb
qurtardıqda (keçmişdə) ata-babalarınızı yada
saldığınız kimi, ondan da artıq Allahı yad

29

edin! İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə
verəcəksənsə, elə bu dünyada ver!” - deyirlər.
Belə şəxslərin axirətdə heç bir payı yoxdur!”
(əl-Bəqərə, 200).

İmkanı olan hər müsəlmanın bir dəfə həccə
getməsi vacib, növbəti dəfələr isə müstəhəbdir
(bəyəniləndir). Bəziləri ticarət və başqa məqsədlərlə
hər il həccə gedirlər. Lakin unudurlar ki, həcdən
əvvəl müsəlmanın üzərinə düşən ictimai vəzifələr
vardır və bunları yerinə yetirmədən həccə getmək
(xüsusilə ikinci və daha sonrakı ziyarətlər zamanı)
İslam alimləri tərəfindən xoş qarşılanmamışdır.
Müasir dövrdə hər il həcc ziyarətinə xərclənən
vəsaitlə, yüzlərlə ac insanı doyurmaq, xəstəni
sağaltmaq, kasıblara, yetimlərə, qocalara əl
tutmaq olar və bu işlərin savabı ticarət məqsədi
ilə gedilən həcdən qat-qat çoxdur. Unutmayaq
ki, Peyğəmbərimiz (s) “Qonşusu ac ikən özü tox
yatan məndən deyil” - buyurmuşdur.

Ümumiyyətlə, bu kimi halları görəndə bəzi

30

zəvvarların İslamdan anlayışlarının olmadığı
təəssüratı yaranır. Çünki bircə dəfə Quran
oxusaydılar, bunları bilərdilər. Bilərdilər ki,
haram pulla, yaxud digər məqsədlərlə həccə
getməyin Allah dərgahında dəyəri yoxdur.

Bəzi hacı namizədləri həcc ziyarətinə
getməmişdən bir neçə gün öncə namaz qılmağı
öyrənməyə başlayır, geri qayıtdıqdan az sonra isə
Allahın vacib buyurduğu bu ibadəti unudur. Hətta
hacı namizədləri arasında kiminsə Məkkəyə
göndərdiyi, lakin dindən, imandan xəbərsiz
insanlara da az rast gəlinmir. Onlar əksər hallarda
heç kəlmeyi-şəhadəti də bilmirlər.

Təəssüf doğuran məqamlardan biri və ən
başlıcası cəmiyyətimizdə bəziləri üçün həccə
getməyin “hörmətli kişi”, “titullu adam” kimi
başa düşülməsidir. İçki içən və satan, zina edən,
İslama və müsəlmançılığa aidiyyəti olmayan bu
“hacılar” Qurani-Kərimin “Şübhəsiz ki, Allah
onların gizlində də, aşkarda da nə etdiklərini

31

bilir. Allah təkəbbür edənləri sevməz!” (ən-
Nəhl, 23) ayəsindən xəbərsizdirlər.

Unutmayaq ki, Uca Tanrı hər şeyi bilən və
eşidəndir. Qiyamət günü hər kəs etdiyi əməllərinə
görə cavab verməli olacaqdır. Odur ki, səmimi
ibadət etməyi, dinimizi olduğu kimi yaşamağı
bacarmalıyıq. Cəmiyyətin gözündən pərdə asmaq
üçün edilən ibadətin Allah qatında dəyəri yoxdur.

Ziyarət əsnasında imanları kamilləşən,
günahları bağışlananlar əməl dəftərlərini də
təmizləmiş olurlar. Oradan qayıdan həqiqi
müsəlman bu dəftərə ikinci dəfə günah
yazılmamasına çalışır. Onlar bu böyük
ziyarətdən sonra imanını qorumağı, əxlaqını və
mədəniyyətini kamilləşdirməyi, bir sözlə, həcc
ziyarətinə layiq davranmağı düşünürlər. Həcc
ibadətini yerinə yetirən müsəlman öz-özünə
hesabat verməklə nəfsinə və daim insanı haqq
yoldan azdırmağa çalışan şeytana qalib gəlmək
üçün mübarizə aparmalıdır.

32

Həccə gedən şəxs bütün əməllərində yalnız
Allaha ibadət etdiyini duymalıdır. Yalnız onun
bu dünyasını və axirətini işıqlandıracaq işlər
görməlidir. Qəlbi daim Allaha bağlı olmalıdır ki,
dünya və axirət xoşbəxtliyini qazansın. Ürəyində
Allah sevgisi və məhəbbəti daha da artmalı, iman
nuru qəlbində şölə yaratmalı, həmd və şükür əvvəl
qəlbindən keçməli, sonra dilindən düşməməlidir.
O, şükrünü əməlləri və itaəti ilə göstərməlidir.

Müsəlmanlara örnək göstərilən hacı var-
dövlətə, yemək-içməyə düşkünlükdən uzaq
durmalı, imanını kamilləşdirməklə yanaşı, dini
biliyini və elmini də artırmalıdır. O, həmişə səbirli
olmağa çalışmalıdır, səbr isə Allahın sevdiyi ən
gözəl sifətlərdəndir. Müqəddəs yerləri ziyarətdən
sonra daxilində yaranan ruhi və mənəvi təmizliyi
hiss edirsə, bunları başqaları ilə bölüşərkən
diqqətli olmalıdır. Əks halda riyakarlığa düçar olar.
Həcc mənəviyyatından qidalanan müsəlman geri
döndükdən sonra buradakı mühitdən, ətrafındakı

33

insanların dəyişməməsindən qəzəblənməməlidir.
Əksinə, özünü, dini və dünyəvi səhvlərini
düzəltməyə çalışmalı və başqalarına nümunə
olmağa çalışmalıdır.

Həcdən sonra müsəlman öz əməli ilə
qürrələnməməli, etdiyi ibadətləri gözündə
böyütməməlidir; əksinə, daim imanını artırmağa
çalışmalıdır. Təəssüf ki, bəziləri həcdən sonra
dəyişir, mahiyyətindən asılı olmayaraq bütün
əməlləri ilə qürrələnirlər. Sanki ən böyük ibadəti
həyata keçirməklə günahları bağışlanmışdır
və bundan sonra etdiklərinə görə günah
yazılmayacaqdır. Bu yanlış təsəvvür başqa
müsəlmanlara yuxarıdan-aşağı baxmaq kimi
mənfi düşüncə formalaşdırır.

Sadaladıqlarımız hər müsəlmanın əməl etməli
olduğu məqamlardır. Həcc ziyarətinə getmiş insan
isə İslam dininə görə, ibadətlərin son pilləsini
yerinə yetirən, dürüst, əxlaqı və imanı kamil
müsəlman hesab edilir (“turist səfəri”, ticarət və

34

digər məqsədlərlə ziyarətə gedənlər istisnadır).
Həsəd, paxıllıq, böhtan, qeybət kimi müsəlmana
yaraşmayan əməllərdən uzaq durmaq hacıların
ən çox diqqət etməli olduqları məqamlardandır.
Yalandan and içmək də bəyənilmir, Qurani-
Kərimdə bu hərəkətə münasibət qətidir: “Allah,
bilmədən (səhvən) içdiyiniz andlara görə sizi
cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi
şeylərə (yalandan və ya qəsdən içib yerinə
yetirmədiyiniz andlara, pis niyyətlərə) görə
sizi cəzalandıracaqdır. Allah bağışlayandır,
həlimdir!” (əl-Bəqərə, 225).

Həcc İslam dininin şərtlərinin sonuncusu
olsa da, müsəlmanın günahının axirətədək
bağışlanması, özünü başqalarından üstün
tutmaq üçün əsas götürülə bilməz. Həcdən sonra
məsuliyyətin birə-beş artdığını hər kəs bilməli,
müqəddəs ziyarəti həyata keçirənlər sonrakı
addımlarında daha diqqətli, saf və səmimi
olmalıdırlar.

35

AYRILMAYIN, İXTİLAF
TÖRƏTMƏYİN!

Yaşadığımız dövrdə müsəlmanların həmrəy-
liyini qoruyub saxlamaq vacib əməllərimizdəndir.
Dinimizin əsas qayələrindən olan vəhdət və
həmrəylik Müqəddəs Kitabımızda da tövsiyə
edilir. Lakin bu gün bəzi qüvvələr tərəfindən
himayə olunan məzhəb təəssübkeşliyi, təriqətçilik
kimi bölücü meyillər müsəlmanlar arasında fitnə
salmaqla onları qarşı-qarşıya qoyur. Bu cəhdlər
bir çox hallarda özlərini “əsl dindar” adlandıranlar
tərəfindən həyata keçirilir. Fitnəkarlar Qurani-
Kərimdən bəzi ayələri məqsədli şəkildə səhv
yozub, müsəlmanları çaşqınlığa salırlar.
Müqəddəs kitabımızda isə bu barədə buyurulur:
“(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil
edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın

36

əslini, əsasını təşkil edən) möhkəm (mənası
aydın, hökmü bəlli), digər qismi isə mütəşabih
(çətin anlaşılan, dəqiq mənası bilinməyən,
məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində
əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq
və istədikləri kimi məna vermək məqsədilə
mütəşabih ayələrə uyarlar (tabe olarlar).
Halbuki onların yozumunu (həqiqi mənasını)
Allahdan (yaxud Allahdan və elmdə qüvvətli
olanlardan) başqa heç kəs bilməz. Elmdə
qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik,
onların hamısı Rəbbimizin dərgahındandır”,
- deyərlər. Bunları ancaq ağıllı adamlar dərk
edərlər.” (Ali-İmran, 7).

Müsəlmanlar arasında qərəzli məqsədlə
ixtilaf və düşmənçilik yaradan şəxslər “Ali-
İmran” surəsinin 105-ci ayəsində ilahi əzaba
düçar olacaqları barədə xəbərdar edilir: “(Allah
tərəfindən) açıq-aydın dəlillər gəldikdən
sonra, bir-birindən ayrılan və ixtilaf törədən

37

şəxslər kimi olmayın! Onlar böyük bir əzaba
düçar olacaqlar”.

İslamın barışdırıcı və birləşdirici mövqeyi
dinimizin yayılmağa başladığı ilk gündən etibarən
geniş təbliğ olunmuşdur. Təsadüfi deyildir
ki, Peyğəmbərimiz (s) Məkkədən Mədinəyə
köçdükdən sonra həyata keçirdiyi tədbirlər
sırasında ən vacibi müsəlmanlar arasında qardaşlıq
əhdi bağlamaq idi. Mədinənin yerli əhalisi (ənsar)
ilə Məkkədən köçənlər (mühacirlər) arasında
mehribanlıq yaratmaq məqsədilə Allah Rəsulu
(s), hər tərəfdən bir nəfər seçərək onları qardaş
elan etmişdir. Məsələn, Peyğəmbərin (s) əmri
ilə Əbu Bəkr - Xaricə ibn Zuheyrlə, Ömər ibn
Xəttab - Ətəban ibn Maliklə, Osman ibn Əffan
- Əvs ibn Sabitlə qardaş olmuşlar. Rəsulullah (s)
isə özü ilə Əli ibn Əbu Talib arasında qardaşlıq
əhdi bağlamışdı (Sireyi-ibn Hişam, I cild, səh.
337-338).

İslam icmasının bütövlüyünü təmin etmək

38

məqsədilə atılan bu addımlar daha sonralar da
davam etdirilmiş, əksər hallarda qan qohumluğu
ilə nəticələnmişdir. Həzrət Məhəmməd (s) hər
zaman müsəlmanlara kindən uzaq olmağı və
insanlarla xoş münasibət bəsləməyi tövsiyə
etmişdir. Qurani-Kərimin “əl-Hucurat” surəsinin
10-cu ayəsində bu fikir daha aydın şəkildə ifadə
edilmişdir: “Həqiqətən, möminlər (dində)
qardaşdırlar. Buna görə də (aralarında bir
mübahisə düşsə) iki qardaşınızın arasını
düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki
günahlarınız bağışlanıb) rəhm olunasınız!”.

Müasir dövrümüzdə birlik və bərabərliyin
təmin edilməsi üçün müsəlmanlar əlindən
gələni etməlidir. Bu istiqamətdə Vətəndən
uzaqda yaşayan soydaşlarımız da fəal olmalıdır.
Bunun üçün fərqli vasitələrdən istifadə etmək
olar. Müxtəlif bayramlarda, əlamətdar günlərdə
bir araya toplaşıb xalqın mənafeyi üçün birlik
nümayiş etdirmək, önəmli qərarlar vermək,

39

düşmənlərimizin məkrli əməllərinin qarşısını
almaq üçün aktiv olmaq vacibdir. Məsələn,
31 dekabr təkcə yeni ilə keçid günü deyil, eyni
zamanda doğma Vətənimizin yeni möhtərəm
bayramlarından olan və vəhdətin, birliyin bütün
dünyada yaşayan azərbaycanlıların həmrəyliyi
günüdür. Bu bayramın əhəmiyyəti dinimizin
bizə buyurduğu kimi milli-dini birliyi nümayiş
etdirməkdir. Təbii ki, həmrəylik təkcə bu gündə
nümayiş olunmamalıdır. Birlik və bərabərlik
müsəlmanın yaşam tərzi, başqasına olan
münasibəti, fikirdə və əqidədə həmrəyliyidir. Bu
münasibət ətrafımızda olan hər kəsə şamildir.
Bunun əksi dinimizə ziddir: “O kəslər ki, Allahla
(Ona iman gətirmək və itaət etmək barəsində)
əhd bağladıqdan sonra onu pozur, Allahın
birləşdirilməsini buyurduğu şeyləri parçalayır
(möminlərlə dostluğu, qohum-əqrəba ilə
əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad
törədirlər. Məhz belələri (dünyada və axirətdə)

40

ziyana uğrayanlardır!” (əl-Bəqərə, 27)
Bu baxımdan, milli-dini tariximizin vəhdə-

tindən qaynaqlanan Azərbaycan həmrəyliyinin
dəyərini düzgün anlamaq və əməli olaraq
yaşamaq hər birimizin mənəvi borcudur.

41

BAŞQALARINI KÜFRDƏ
İTTİHAM ETMƏYİN!

Təəssüflər olsun ki, son zamanlar dindarlar
arasında bir-birini küfrdə ittiham halları
müşahidə edilir. Yaxşı tanımadığımız, ancaq
adını eşitdiyimiz insanlar barəsində xoşagəlməz
ifadələr işlətmək, dinimizə görə, yolverilməzdir.
Kimisə kafir adlandıran şəxs Allahın adından
danışmaqla öz üzərinə böyük məsuliyyət götürür.
Çünki İslam hər kəsin inancına hörmətlə yanaşır,
imanda məcburiyyətə yol vermir, bu və ya digər
əqidə üçün seçim sərbəstliyi tanıyır. Məhz bu
prinsip sayəsində dinimiz geniş coğrafi ərazidə
rəğbət qazanmış digər dinlərlə yanaşı, sülh
şəraitində yaşamasına imkan yaratmışdır.

Küfrdə ittiham etmək dini-elmi yanlışlıqdır
və müsəlman olan şəxs bu uçuruma

42

yuvarlanmamalıdır. Ona görə də bu məsələdə
hədsiz ehtiyatlı və diqqətli olmaq yaxşıdır.
Şəhadəti dilinə gətirən hər kəs barəsində xoş
niyyətli olmaq, əməllərinin dəyərləndirilməsini
isə Allaha həvalə etmək lazımdır. Əslində
bilmədən günaha yol vermiş müsəlmanı imkan
daxilində islah etmək, kafirlikdə və fasiqlikdə
günahlandırmaqdan daha doğrudur.

Müqəddəs Kitabımızda buyurulur: “Həqi-
qətən, möminlər (dində) qardaşdırlar. Buna
görə də (aralarında bir mübahisə düşsə) iki
qardaşınızın arasını düzəldin və Allahdan
qorxun ki, bəlkə, (əvvəlki günahlarınız
bağışlanıb) rəhm olunasınız!” (əl-Hücurat, 10).
Dostluq, qardaşlıq, birlik və bərabərliyin bərqərar
olmasında insanlıq borcunu yerinə yetirmək
dinimizin ana qayələrindəndir.

İslamın birlik və bərabərlik ruhu Azərbay-
canda hər zaman özünü göstərmişdir. Müxtəlif
millətlərin qarşılıqlı hörmət və mehriban şəraitdə

43

yaşaması həm də dinimizin təşviq etdiyi dəyərdir.
Çünki İslam dillərin və irqlərin fərqliliyini
zənginlik kimi dəyərləndirir. Dinimizdə bütün
müsəlmanlar “ümmət” şüuru içərisində birləşirlər.
Bu təfəkkür tərzi isə vəhdət və bütünlüyü meydana
gətirir. Peyğəmbər (s) buyurmuşdur: “Möminlər
qarşılıqlı sevgi, mərhəmət və dözümlülük
baxımından, orqanlarından biri ağrıdıqda digər
orqanlarının yuxusuz qalıb bu dərdli əzanın
ağrısını paylaşan canlı bədənə oxşayırlar”.

Müsəlmanı kafirlikdə ittiham etmək, sözün
əsl mənasında, cahilliyin bariz göstəricisidir.
Başqasını küfrdə günahlandırarkən deyilən sözün
nəticəsini də düşünmək lazımdır. Unutmamalıyıq
ki, Allah mühakimə günü öz bəndəsini Cəhənnəm
əzabından xilas etmək və onu bağışlamaq üçün
cüzi də olsa, səbəb axtaracaqdır. Məsələyə İslamın
bu prizmasından yanaşaraq kimisə Cəhənnəm
əzabında yanacağı ilə ittiham etməkdənsə, “Allah
bağışlayandır” deyib, səhvə yol verənləri doğru

44

yola istiqamətləndirmək lazımdır.
Başqalarını küfrdə ittiham etmək müsəl-

manlar arasında birliyin aradan qalxmasına,
ictimai asayişin pozulmasına yol açır. Günü-
müzdə dövlətimizin güclənməsi naminə
bu vəhdəti qorumaq isə hər vətəndaşın
üzərinə düşən vəzifədir. Odur ki, başqalarını
günahlandırmaqdansa, dini öhdəliklərimizi
yerinə yetirməli və Qurani-Kərimin “Hamılıqla
Allahın ipinə (dininə, Qurana) möhkəm
sarılın və (firqələrə bölünüb bir-birinizdən)
ayrılmayın!” (Ali-İmran, 103) prinsipinə riayət
etməliyik.

45

QƏSB VƏ QƏSD DEYİL,
QİSAS ƏMRİNƏ
MÜNTƏZİRİK!

Dünyada baş verən terror aktları, milyonlarla
insan həyatına son qoyan faciələr, müxtəlif
məqsədlərlə həyata keçirilən qətllər bəşəriyyətin
sakit və firavan həyat sürməsinə mane olmaqdadır
və bütün bunlar Allah qarşısında ən böyük
günahlardan hesab edilir. Tarix boyu irqi, dini,
milli və s. zəmində baş verən qanlı savaşlar,
terror aktları saysız-hesabsız günahsız insanların
həyatına son qoymaqdadır.

Qurani-Kərim insanları sülhə, əmin-
amanlığa, xeyirə və sevgiyə çağırır. Əlbəttə ki,
İslam əxlaqı terror mənbəyi ola bilməz, çünki
terrorizmi törədən problemlər məhz İslam dinində
öz ədalətli həllini tapır. Sevimli peyğəmbərimiz

46

Həzrət Məhəmməd (s) buyurur: “Qiyamət günü
insanlar arasında, barəsində ilk hökm veriləcək
şey - qan olacaqdır!”

Qurani-Kərimdə Allah, hətta pislik edən
şəxslərə belə yaxşılıqla cavab verməyi buyurur:
“Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin
kimsə!) Sən pisliyi yaxşılıqla dəf et! (Yəni,
qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə
comərdliklə, cəzaya bağışlamaqla cavab ver!)
Belə olduqda aranızda düşmənçilik olan şəxsi
sanki yaxın bir dost görərsən!” (“Fussilət”
surəsi, 34-cü ayə)

Qan tökmək, insanlar arasında müharibələr
və münaqişələr törətmək Allah-Təalanın
lənətlədiyi böyük günahdır. “Maidə” surəsinin
32-ci ayəsində oxuyuruq: “...hər kəs bir kimsəni
öldürməmiş (bununla da özündən qisas
alınmağa yer qoymamış) və yer üzündə fitnə-
fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün
insanları öldürmüş kimi olur. Hər kəs belə bir

47

kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün
insanları diriltmiş kimi olur”.

İnsan həyatının yüksək dəyəri və başqa
tərzdə düşünən insanlara qarşı hörmətlə yanaşma
Quranda yad edilir. Həzrət peyğəmbər var gücü
ilə günahsız, dinc insanların müdafiəsində
durmuşdur. Sevimli Peyğəmbərimiz buyurur:
“İnsanların ən dikbaşı, onu öldürmək niyyəti
olmayan günahsızı öldürən və ya onu vurmayanı
vurandır”.

Peyğəmbərimiz (s) heç vaxt özü müharibələrə
başlamamışdır, hər zaman ümmətini hücum
və təcavüzlərdən qorumaq, müdafiə olunmaq
məqsədilə savaşa girmişdir. Rəsulallah (s)
müdafiə olunmaq üçün müharibələrə girdikdə
buyurmuşdur ki, dinc əhaliyə və günahsız
insanlara, hətta, bitkilərə, bizi əhatə edən
təbiətə zərrə qədər də ziyan vurulmasın, evlər
dağıdılmasın, müqəddəs yerlərə, xristian kilsələri
və yəhudi sinaqoqlarına ehtiramla yanaşılsın.

48

Allaha olan iman və sevgi yalnız mərhəmət, sülh
və həyat tələb edir. Bir hədisdə peyğəmbərimiz
buyurur: “Ey insanlar! Əgər göylərin və yerin
əhli günahsız birinin öldürülməsində əlbir olsa,
hər an Allah onların hamısına saysız-hesabsız
əzab verər”.

İslam dini hər hansı bir topluma və ya millətə
qarşı bəslənən kin nəticəsində ədalətsizliyə yol
verməyi qadağan edir. Lakin tarixə nəzər saldıqda
görürük ki, müsəlmanların özləri dəfələrlə
ədalətsizliyə, zülmə və soyqırımına məruz
qalmışlar. İnsanlıqdan uzaq bu davranışlardan
biri 1918-ci ilin mart-aprel aylarında Bakıda,
Qubada, Şamaxıda, Lənkəranda, Qarabağda,
Zəngəzurda və digər bölgələrimizdə ermənilər
tərəfindən törədilmişdir. Bu dövrdə müsəlman
olduqları üçün minlərlə insan qətlə yetirilmiş,
məscidlər və mənəvi əhəmiyyət daşıyan başqa
binalar yandırılmışdır.

1918-ci ildə ölkəmizin müsəlman əhalisinə

49

qarşı törədilmiş qanlı hadisələrə o dövrdə Sovet
hakimiyyəti, eləcə də digər böyük dövlətlər
tərəfindən hüquqi qiymət verilsəydi, Qanlı 20
Yanvar hadisəsi törədilməz, Qaradağlı, Xocalı
qətliamları da baş verməzdi.

Biz kin-küdurət saxlayan millət deyilik. Biz
haqqın tərəfdarıyıq. Dinimiz də bizi sülhə, ədalətə
dəvət edir. Lakin unutmaq lazım deyil ki, İslam
ədalətin bərpası üçün mübarizəni vacib sayır.
Evimizdə oturduğumuz yerdə bizə təcavüz edib,
əzizlərimizi şəhid edənlərin qisas haqqını Uca
Yaradan Qurani-Kərimin Bəqərə surəsinin 178-
179-cu ayələri ilə bizə bildirir. Bizə qarşı həyata
keçirilən ədalətsizliklərlə mübarizə aparmaq
üçün kifayət qədər mənəvi və iqtisadi gücümüz
var. Bu gün Ali baş komandanın əmrinə müntəzir
şəkildə gözləyən igidlərimizin qəlbinə bu ruhiyyə
hakimdir.

50


Click to View FlipBook Version