The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

DİNİ RADİKALİZMİN PSİXOLOJİ ASPEKTLƏRİ

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-11-28 01:41:39

DİNİ RADİKALİZMİN PSİXOLOJİ ASPEKTLƏRİ

DİNİ RADİKALİZMİN PSİXOLOJİ ASPEKTLƏRİ

Əli Həziyev

DİNİ RADİKALİZMİN
PSİXOLOJİ ASPEKTLƏRİ

Bakı 2018

Kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun
maliyyə vəsaiti hesabına çap olunmuşdur.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
DK-733d-09/15 saylı, 07 dekabr 2018-ci il tarixli razılıq məktubuna

əsasən nəşr edilmişdir

Əli Həziyev

DİNİ RADİKALİZMİN PSİXOLOJİ ASPEKTLƏRİ

3

Giriş

Hazırda müasir dünyada sabitlik və təhlükəsizliyə təhdid olan
terrorizm kabusu təəsüflər olsun ki, dövrümüzü səciyyələndirən ən
narahatedici amillərdən birinə çevrilmişdir. Əslində terrorizm yeni
fenomen olmasa da ABŞ-da baş vermiş 11 sentyabr hadisələri bu
problemi bəşəriyyətin müzakirə müstəvisinə çıxarmışdır. Daha sonra
qlobal miqyasda törədilmiş terror aktları – Bali, London, Madrid, Yeni
Zelandiya, Şri-Lanka olayları terrorizmin bəşər cəmiyyəti üçün ciddi
bir bəla olduğunu qabarıq şəkildə üzə çıxardı və hanısısa bir ölkənin
bundan sığortalanmadığını əyani formada göstərmiş oldu. Artıq Avropa
İttifaqı ölkələri, xüsusilə də Almaniya getdikcə genişlənən terrorrorizm
təhlükəsi ilə özünün dövlət sərhədləri daxilində üzləşməli olmuşdur.
Məsələn, Norveçdə 77 nəfər dinc insanın öldürülməsi ilə nəticələnmiş
Anders Breyvik1 qətliamı, həmçinin 2019-cu ilin mart ayında radikal, sağçı
və irqçi (ağ millətçi) olan Brenton Tarrant adlı şəxsin Yeni Zelandiyanın
Kraystçörç şəhərində iki məscidə hücum edərək 51 nəfəri güllələyərək
öldürməsi, həmin ilin avqust ayında Norveçin Oslo şəhərində yerləşən
Filip Manshaus2 adlı şəxsin məscidə hücum edərək dindarları qətl etməyə
cəhd etməsi (qarşısı alınmışdır) və s. bir daha terrorizm təhlükəsinə
qarşı vahid bir cəbhədə mübarizə aparmağın zəruriliyini ortalığa çıxardı.

1 Terror günü A.Breyvik müəllifi olduğu 1518 səhifəlik “2083: Avropanın müstəqilliyi haqqında”
adlı bəyannaməsini video müraciətlə elan etmişdir. Burada o, Avropanın islamlaşmasını tənqid
edərək, öz terror əməllərini əsaslandırmağa çalışır. Ümumi ideya bundan ibarətdir ki, Aropa yalnız
avropalıların olmalı, miqrantlar qovulmalıdır. O, ifrat sağçı, radikal xristian təəssübkeşi olmaqla
yanaşı özünü bütpərəstlik dini olan Odinizim dininin mənsubu da sayır, İslam dini, multikultur-
alzim prinsiplərinə düşmən münasibət bəsləyirdi. 2012-ci ildə törətdiyi cinayətə görə 21 illik müddətə (Nor-
veçdə maksimum müddət) azadlıqdan məhrum edilmişdir.

2 F.Manshaus, A.Breyvik və B.Tarrantın terror əməllərindən ilham aldığını bildirmişdir.

4

Azərbaycan da etnik radikalizm zəminində baş qaldırmış
terrordan hər zaman əziyyət çəkmiş, bu gün də çəkməkdədir. Son iki
əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda
məqsədyönlü şəkildə həyata keçirilən terror, etnik təmizləmə,
soyqırım siyasəti ölkə tarixinin faciələrlə müşayiət olunan çox ağrılı
mərhələlərini təşkil etmişdir. Bu etnik radikalizmdən doğan siyasətin
əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından çıxarmaqla
əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük
ermənistan” dövləti yaratmaq olmuşdur.

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ
bölgəsinin dağlıq hissəsinə İran və Türkiyədən çoxlu sayda erməni
əhalisinin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə
artırılması, XX əsrin əvvəllərindən başlayaraq onların Azərbaycana
qarşı əsassız ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur. Bu
cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki,
təkcə ötən əsrdə azərbaycanlılar dörd dəfə (1905-1907, 1918- 1920,
1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən
etnik təmizləməyə və deportasiyaya məruz qalmışdır. XX əsrin 80-ci
illərinin ikinci yarısında SSRİ-nin hakim dairələri tərəfindən himayə
edilən və mono-etnik dövlət yaratmağa nail olan Ermənistanın
Azərbaycana qarşı açıq-aşkar təcavüzü nəticəsində dinc sakinlər
qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və
yandırılmışdır. XX əsrin sonunda (1992-ci il 25-26 fevral) ermənilərin
Xocalıda törətdikləri soyqırım isə bütün insanlığa qarşı yonəldilmiş
ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. 1988-1993-cu illərdə
Ermənistan silahlı quvvələri Azərbaycanın Dağlıq Qarabağ bolgəsi
ilə yanaşı, ətraf 7 rayonu (Lacın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl,

Qubadlı və Zəngilan) da işğal etdilər. Eyni zamanda, Ermənistanda
yaşayan 250 min nəfər və bütün işğal edilmiş ərazilərdə yaşayan
azərbaycanlılar azərbaycanlı olduqlarına görə öz doğma yurdlarından
zorla qovulmuş, ermənilər tərəfındən etnik təmizləməyə məruz
qalmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox
insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycanın
20 %-dən çox ərazisi işğal edilmişdir.

Ermənilərin azərbaycanlılara qarşı zaman-zaman torətdikləri
soyqırım ilə əlaqədar Ümummilli lider Heydər Əliyevin 1998-ci il
martın 26-da imzaladığı Fərmanla 31 mart — Azərbaycanlıların
Soyqırımı Günü kimi elan edilmişdir.

Erməni terror təşkilatları haqqında qısa məlumat
Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan
erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Erməni
millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə “Armenakan”,
1887-ci ildə Cenevrədə “Hncaq”, 1890-cı ildə isə Tiflisdə
“Daşnaksutyun” partiyalarını yaratdılar.
Bundan sonra ermənilərin “Böyük Ermənistan» yaratmaq iddiaları
yeni mərhələyə qədəm qoydu. Erməni terror təşkilatları bu planı həyata
keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini
proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar.
1885-ci ildə Marseldə yaradılan və erməni terror təşkilatlarının
birincilərindən olan “Armenakan” partiyası İran və Çar Rusiyasında
yaşayan ermənilərlə geniş əməkdaşlıq edərək Türkiyənin Van, Muş,
Bitlis, Trabzon bölgələrində, eləcə də İstanbulda silahlı toqquşmalar
və terror aktları törətmişdir.

6

“Hncaq” partiyasımn isə əsas məqsədi Türkiyənin Anadolu
bölgəsini, “Rus” və “İran» Ermənistam adlandırdıqları əraziləri
birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
Partiyanın proqramının 4-cü bəndində gostərilirdi ki, “qarşıya
qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və
dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir ”.

1890-cı ildə - Tiflisdə yaradılan və erməni millətçilərinin ən
aparıcı təşkilatı hesab edilən “Daşnaksutyun” - erməni federativ
inqilab partiyasının əsas qayəsi Azərbaycanın Qarabağ, Naxçıvan
və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan”
dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən
“Daşnaksutyun» türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə
qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksutyun ”
partiyası «türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldur, sözündən
dönənləri, erməni xainlərini öldür, intiqam al! ” əmrini vermişdir.

XX əsrdə “Daşnaksutyun ” partiyası tərəfındən yaradılan bir
sıra terror qrupları movcuddur ki, bu erməni terror təşkilatlarının
fəaliyyəti keçən əsrin 70-80-ci illərində daha da genişlənmişdir:
1972-ci ildə - ASALA-nın yaradılmasından əvvəl, Vyanada
“Daşnaksutyun” partiyasının qurultayı zamanı yaradılmış “Erməni
soyqırımı ədalət komandosları”nın məqsədi erməni əsilli gənc
Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və
azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etmək olmuşdur.

1973-cü ildə yaradılan “Erməni “soyqırımının” intiqamçıları”
qrupu 1980-1982-ci illər ərzində Avstriya, Danimarka və
Portuqaliyada türk diplomatlarını qətlə yetirmiş, eləcə də
daşnakların məxfı terror qrupu DRO və onun DRO-8, DRO-88,

7

DRO-888, DRO-8888 kimi bölmələrinin hal-hazırda bu istiqamətdə
geniş fəaliyyəti davam edir.

1975-ci ildə Livanda yaradılan “Ermənistanın azadlığı uğrunda
gizlı erməni ordusu” (ASALA) adlı təşkilatın üzvləri həmin dövrdən
başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları
törətmişlər ki, nəticədə günahsız insanlar erməni terrrorizminin
qurbanı olmuşlar. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə
Suriyada yerləşən ASALA terror təşkilatının məqsədi Türkiyənin Şərqi
Anadolu bölgəsi, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq
Qarabağ əraziləri üzərində “Böyuk Ermənistan” qurmaqdır. Yarandığı
vaxtdan təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı
terror aktları həyata keçirir. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk
səfirinin ölümünə görə məsuliyyəti oz üzərinə götürmuş A.Akopyan
“Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdir:
“Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşltq etməyən
ermənilərdir”. Bununla yanaşı, 1980-ci ilin aprelində Livanda ASALA
birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş
və bu niyyətlərini rəsmiləşdirmişlər. Beyrut şəhərində 1993-cü il
avqustun 28-də açıqlanan bəyanatında ASALA “pantürkist neft
borusu” (Bakı-Tbilisi-Ceyhan nəzərdə tutulur) adlandırdığı layihənin
həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.

1987-ci il - Xankəndi, Azərbaycan. Erməni lobbisinin maliyyə
dəstəyi və iştirakı ilə “Dağlıq Qarabağın İnqilabi İdarə Komitəsi»
— “KRUNK” ( Комитет Революционного Управления Нагорного
Карабаха) yaradılmışdır. “KRUNK”-un sıralarında Yaxın Şərqdən olan
xarici muzdlular da döyüşürlər. Təşkilatın ideoloji işlərinə Ermənistanın
sabiq prezidenti Robert Köçəryan rəhbərlik edirdi. Hazırda təşkilat

8

dünyanın müxtəlif ölkələrində Dağlıq Qarabağ munaqişəsinin tarixi
və qondarma “erməni soyqırımı”na aid materialların yayılması ilə
məşğul olan “Erməni mədəniyyət mərkəzi” kimi fəaliyyət göstərir.

1991-ci il - “Azadlıq pələngləri” ( “Freedom Tigers”) təşkilatı
yaradılmışdır. Təşkilatın uzvləri Qarabağda gedən döyüşlərdə iştirak
etmiş, dinc əhaliyə qarşı cinayətlər törətmişlər.

1997-ci il - Paris, Fransa. “Erməni Muqavimət Təşkilatı ”
(“Armenian Resistance Organization”) təsis olunmuşdur. Təşkilat oz
fəaliyyətində sosialist ideologiyasını rəhbər tutmuşdur.

2001-ci ilin fevralında - ASALA tərəfındən yaradılmış “Geqaron”
terror təşkilatının məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində
türk mənşəli siyasi lider, diplomatlara qarşı terror aktlarının
keçirilməsidir.

Erməni terrorçularının törətdiyi cinayətlərin bir hissəsinin qısa
xronikası:

“Daşnaksutyun” partiyasının keçirdiyi terror aksiyası “Nemezis”
əməliyyatı adlanır. 1919-cu ilin oktyabrında «Daşnaksutyun” partiyası
İrəvanda keçirdiyi IX qurultayda “Nemezis” intiqamçı terror hərəka-
tına başlamaq haqqında qərar vermişdir. Armen Qaronun rəhbərlik
etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər
dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə
fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları
siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə
Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları “Daşnaksutyun”
partiyasının “Nemezis ” terror hərəkatının hədəfınə çevrilmişdilər.

19 iyun 1920-ci il - Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər
naziri Fətəli xan Xoyski Tiflis şəhərində erməni terrorçusu Aram
Yerkanyan tərəfındən qətlə yetirilmişdir.

9

İyul, 1920-ci il - Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin
sədri Həsən bəy Ağayev Tiflis şəhərində ermənilər tərəfindən qətlə
yetirilmişdir.

1920-ci il - Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının
sədri Nəsib bəy Yusifbəyli Tiflis şəhərində ermənilər tərəfindən qətlə
yetirilmişdir.

15 mart 1921-ci il - Osmanlı imperiyasının Daxili işlər naziri Tələt
paşa Berlində qətlə yetirilmişdir.

19 iyul 1921-ci il - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili
işlər naziri Behbud xan Cavanşir Türkiyənin İstanbul şəhərində
“Daşnaksutyun ” partiyasının üzvü Misak Torlakyan tərəfindən qətlə
yetirilmişdir.

25 iyul 1922-ci il - Osmanlı imperiyasının keçmiş hərbi dəniz
quvvələri naziri, Osmanlı ordusunun Suriyadakı 4-cü ordusunun baş
komandanı Camal paşa və onun muavini erməni terrorçuları Tiflis
şəhərində Petros Ter-Poqosyan və Artaşes Gevorkyan tərəfındən
qətlə yetirilmişdir və s.

XX əsrin sonlarında da dövlət terrorizmi və soyqırım siyasəti
yeridən Ermənistan Respublikası tərəfindən 1988-1994-cü illərdə
ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yuk
qatarlarında, Bakı metropolitenində, hava nəqliyyatında, sərnişin
daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət
obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər
həlak olmuş, 1705 nəfər yaralanmışdır.

Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar
təcavüzkarlığına göz yumdu və təcavüzkarın qarşısının alınması
üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü illərdə münaqişəni

10

nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan
müzakirələr zamanı və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884
saylı qətnamələri qəbul edilərkən Şuranın daimi üzvü olan böyük
dövlətlər Ermənistannın təcavüzkar dövlət kimi tanınmasına razılıq
verməyərək münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs
və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər. Ermənistan
tərəfi BMT TŞ-nin münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə məhəl
qoymadı. ATƏT-nin Minsk qrupunun bu illərdəki fəaliyyətinə nəzər
salsaq, demək olar ki, onun BMT Təhlükəsizlik Şurasının məlum
qətnamələrini yerinə yetirmək üçün hazırladığı “Təxirəsalınmaz
tədbirlər cədvəli” heç bir təsir gücünə malik olmamışdır.3

Qeyd edək ki, erməni terrorundan fərqli olaraq 11 sentyabr terror
aktından sonra ABŞ NATO ilə birgə terrorizm təhlükəsinin aradan
qaldırılması məqsədilə qlobal anti-terror müharibəsinə qoşuldu.
Nəticədə başda Üsamə bin Laden (2011-ci il) olmaqla əl-Qaidə terror
təşkilatının nüfuzlu liderləri məhv edilmiş, təşkilati infrastrukturu
dağıdılmış, terror qruplarını dəstəkləyən ölkələrə qarşı güclü iqtisadi və
maliyyə sanksiyaları tətbiq edilmişdir. Təhlükəsizliyin gücləndirilməsi,
gələcək hücumların qarşısının alınması məqsədilə qanunvericiliklərdə
də müvafiq dəyişikliklər edilmişdir.

Lakin bütün bunlara baxmayaraq hələ də çox arzulanan təhlükəsiz
dünyaya sahib ola bilməmişik. Terror təşkilatlarının liderlərinin
zərərsizləşdirilməsi və ya həbs olunması ilə təhlükə bitmir, çünki
onların yerinə yeniləri gəlir. Müəyyən mənada terror dalğasının
azalmaq əvəzinə daha da gücləndiyini də söyləmək olar. Yaxın Şərqdə
baş verən olaylar, xüsusən İraq və Suriyadakı terror hadisələri bunun

3  Elçin Əhmədov. Ermənistanın Azərbaycana təcavüzü. Təhlilli xronika. Bakı – 2012. s 11-12,
395, 575-579.

11

əyani göstəricisidir. “Mifik hidro”4 kimi başı kəsilmişlərin yerində neçə-
neçə başlar peyda olduğu kimi, terror təşkilatları da məhv edilmiş hər
terrorçunun yerinə yenilərini yetişdirirlər. Zaman keçdikcə anlayırıq ki,
ölüm və ya həbs çətin ki, terrorizmə son qoyar. 2012-ci il ABŞ Prezident
seçkisində  Respublikaçılar partiyasının  əsas namizədlərindən olmuş
Mit Romninin aşağıdakı fikirləri bu baxımdan örnək ola bilər:“Biz bu
problemdən çıxış yolumuzu məhv etməkdə axtara bilmərik”. Çıxış
yolu məhv etmək deyildirsə, bəs nədir? Bir çoxları hesab edir ki, hal-
hazırda real problem radikalizmin qarşısını almaq və ya onu aradan
qaldırmaqdır.

Bu nüans terrorun zəiflədilməsi və aradan qaldırılmasında fərqli
yanaşmanın zəruriliyini ortaya qoyur. Bu baxımdan ilk növbədə insanları
ekstremizm və zorakılığa doğru sürükləyən və bunu ən uyğun fəaliyyət
istiqaməti kimi onlara qəbul etdirən prosesin mahiyyətini dərk etməliyik.
Bunu dərk edərək biz gələcək radikalizm qurbanlarının qarşısını ala
bilər və ya artıq radikal baxışlara malik insanların deradikallaşmasının5
da əlverişli metodunu müəyyən edə bilərik. Təqdim edəcəyimiz yazının
məqsədi radikallaşmanın, eləcə də radikallaşmanın zorakılığa keçidinin
nəzəri-empirik və psixoloji təhlilini verməkdir.

Qeyd edim ki, təqdim edəcəyimiz araşdırma predmeti dini
radikalizm olsa da, mövzunun mahiyyətinin tam açılması üçün
müxtəlif zəminli (milli, siyasi və s.) radikalizm formalarına da diqqət
yetirilmişdir.

4  Yunan mifologiyasında izah edilən çoxbaşlı bir məxluqun - Arqolis antik şəhərində, Lerna ba-
taqlıqlarında yaşayan çoxbaşlı bir ilanabənzər bədheybətin adıdır. Hidranın öldürülməsinin çox
çətin olmasının səbəbi kəsilən hər bir başının əvəzinə əlavə ikisinin əmələ gəlməsi idi.

5  Deradikallaşma ifrat və zorakı dini, siyasi ideologiya tərəfdarlarının daha mötədil və
qeyri-zorakı baxışlara malik olması məqsədilə görülən preventiv (önləyici) əks-terrorçuluq
tədbirləridir. “Deradicalization Definition und Bedeutung Collins Wörterbuch” www.collinsdictio-
nary.com (in German). Retrieved 23 May 2017.

12

Radikalizm ifrat öhdəlik kimi

Radikalizm prosesi insanın hər hansı dinə, əqidəyə iman
gətirdikdən sonra zəruri sosial normaların pozulmasında iştirak
etməsi kimi xarakterizə edilə bilər (misal: mülki şəxslərin öldürülməsi).
Radikallaşma əsasən, radikallaşmış fərdin öz məqsədinə digər
hədəf və vəzifələrinin ziddinə olsa belə, son dərəcə bağlılığı kimi
də başa düşülə bilər. Bu model 3 mühüm komponenti ehtiva edir:
1. stimullaşdırıcı – motivasiya komponenti insanın ardıcıl yönəldiyi
məqsədi müəyyənləşdirir; 2. Mədəni komponent - qrup ideologiyası
mühüm rol oynayır və zorakılığı məqsədə çatmaqda əlverişli bir
metod kimi müəyyənləşdirir. 3. Qrupun dinamikliyini müəyyən edən
sosial komponentdir ki, onun vasitəsilə də fərd qrup ideologiyasına
qoşulur.

Başqa sözlə, radikal üsul öz əsas məqsədinə çatmaq üçün digər maraq
və niyyətlərin üstündən xətt çəkərək, onları dağıtmağa köklənib. İntiharçı
buna bariz nümunədir: o, öz həyatını itirmək bahasına üzərində gəzdirdiyi
bomba ilə özünü partladaraq bir çox insanı məhv etməklə məqsədinə
çatır. Yəni o, yaşadığı müddətdə əldə edə biləcəyi məqsədlərinin puç
olması hesabına yalnız bir əsas hədəfinə (“şəhid” olmaq) çata bilir.
İnsanın başqa niyyətlərinə zərbə vuran yeganə məqsədə son dərəcə
bağlılığının olması Şri-Lankada “Tamil Elamın azadlıq pələngləri” (TEAP)6

6  Tamil Elamın Azadlıq Pələngləri Şri-Lankanın ən təhlükəli terror təşkilatı olmuşdur. Təşkilat
1976-cı ildə ölkədə əksəriyyət təşkil edən sinqal cəmiyyətinin diskriminasiya siyasətinin gü-
clənməsinə etiraz əlaməti olaraq yaranmışdır. Təşkilatın əsas məqsədi müstəqil Tamil dövlətinin
yaradılması idi. Təşkilatın lideri Velupillayi Prabxakaran, ideoloqu isə Balasinqam idilər. 1983-cü
ildən Tamil Elamın Azadlıq Pələngləri hökumətə qarşı partizan müharibəsi başlamışdır.
Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı tərəfindən beynəlxalq terrorçu təşkilatlar siyahısına
daxildir. Təşkilat 2009-cu ilin 19 may tarixində ABŞ, Hindistan və Şri-Lanka tərəfindən təşkil
olunan birgə hərbi əməliyyat zamanı məğlub edilmişdir. Hazırda fəaliyyət göstərmir.

13

adlı hərbi-siyasi təşkilatın intihar heyəti üzvlərindən birinin bəyanatında
da öz əksini tapmışdır: “Bura ailə və şəxsi münasibətlərin unudulduğu,
sevginin olmadığı yerdir… bu, ehtiras və sədaqətin qrupa, onun
rəhbərlərinə, qrup naminə həyatlarını qurban vermişlərə yönəlməsi
deməkdir… Sonra mən elə bir mərhələyə çatdım ki, artıq mənim nə
özümə sevgim, nə də həyatımın bir dəyəri qalmışdı. Mən digər bir
insanı öldürmək üçün özümü tamamilə qurban verməyə, hətta özümü
məhv etməyə belə hazır idim”.

Tədqiqatçılar radikal vasitələri dəstəkləməyi elə öhdəlik və
ya həyata keçirmə kimi qəbul edir. Çünki alternativ məqsəd və
maraqların qarşısının alınması və ya dağıdılması prosesi hər hansı bir
şəxsin sonda əsas radikal məqsədin yerinə yetirilməsi ilə nəticələnir.
Deməli, müəyyən məqsədə doğru öhdəlik hissi gücləndikcə alternativ
məqsədlərin qarşısının alınması dinamikasının da müvafiq olaraq
artdığını görməliyik ki, bu da sağlamlıq və təhlükəsizlik kimi zəruri
insani keyfiyyətlərə etinasız yanaşmağa gətirib çıxara bilir.

Motivasiya: Əhəmiyyətli olmağa doğru meyil

Motivasiya faktoru fərdin radikallaşmasının məqsəd və ya
səbəbləri ilə bağlıdır. Bizim göstərəcəyimiz radikallaşma və
deradikallaşma modeli, insanları zorakı ekstremizmə sövq edə bilən,
şəxsinin əhəmiyyətli olmasına doğru can atmanın əsas hərəkətverici
qüvvə olması prinsipinə əsaslanır.

Qeyd etməliyik ki, biz diqqəti terror təşkilatlarının məqsədlərinə
deyil, terrorçu fərdləri müxtəlif zorakı ekstremistlərin cərgələrinə

14

qoşulmağa təşviq edən məqamlar üzərində cəmləmişik. Təşkilatların
məqsədlərini müəyyənləşdirmək nisbətən asandır. Onlar dini,
etnik, siyasi və ya bunların hamısını özündə cəmləşdirən formalarda
xarakterizə olunurlar. Məsələn, İraq və Suriyada olduğu kimi insanların
doğma yurdlarından zorla qovulması və həmin dövlətlərdə bir qism
ərazini işğal etmiş İŞİD-in (qondarma “İraq Şam İslam dövləti”) terror
fəaliyyəti və s. buna əyani nümunədir.

Eyni zamanda, fərdi terroru stimullaşdıran kifayət qədər səbəblər
vardır ki, buna misal olaraq həqarət, ədalətsizlik, qisas hissi, sosial
bərabərsizlik, ailələrin maddi gəlirləri, liderə itaətkarlıq və nəhayətdə
cənnətə daxil olmaq kimi nüansları göstərə bilərik.

Bu fərdi motivlərin üzdə olan cəhətləri tamamilə fərqli olsa da,
fikrimizcə, onlardan bir çoxunun səbəbləri eyni mücərrəd və ya başlıca
stimullaşdırıcı qüvvələr tərəfindən hərəkətə gətirilir. Biz bunu mənaya
- əhəmiyyətli olmağa doğru meyil etmə kimi qiymətləndiririk. Bu
axtarış insanın materiyaya, maddiyata olan fundamental tələbatının
göstəricisidir: kimsə olmaq, ətrafdakıların gözündə hörmətli olmaq, nə
isə əldə etmək, dəyər hissini və ya özünə hörmət hissini qazanmaq və s.

Qeyd edilən motivlərdən hər biri məna axtarışında xüsusi bir
nümunə kimi qəbul edilə bilər. Bu motivlərdə müəyyən məna
dəyişikliklərinə nəzər salaq. Məsələn, şərəf və sosial status, dəyər
qazanma, hörmət və ya lazımlılıq kimi mənaları ifadə edən sadəcə
fərqli sözlərdir. İntiqam bir kəsin ehtimal edilən iftiraçıya və ya alçaltma
mənbəyinə qarşı özünün əhəmiyyətlilik hissinin bərpası uğrunda
həyata keçirdiyi cavab reaksiyasıdır. Liderə itaət digər tərəfdən fərdin
onun üçün mütləq hakimiyyət göstəricisi olan kimsəyə özünü həsr
etməsi kimi qəbul edilir ki, lider də onu əhəmiyyətli olma hissi ilə

15

mükafatlandıra bilər. Bu hal TEAP təşkilatının (bax: burada səh.4) “ali”
intiharçı dəstəsinin üzvlərinin düşüncələrində öz əksini tapmışdır.
Belə ki, “seçilmişlər” intihardan əvvəl tez-tez qrupun lideri Velupillai
Prabhakara ilə birlikdə nahar etmə şərəfini qazanırdıar.

Digər motivasiya vasitələri kimi əhəmiyyətli olmağı qazanma
motivasiyasının da dominant rolu hər zaman keçərıi olmayıb, yalnız
aktivləşdirildikdən sonra davranışa təsir edir. Əhəmiyyətli olma
axtarışı nəzəriyyəsi sözügedən aktivləşmə üçün 3 şərt müəyyən
edir: Birinci əhəmiyyətli olmanın itirilməsidir ki, bu zaman fərd
müəyyən alçalma, təhqir və utandırılma nəticəsində özünü
dəyərsiz hiss edir. Əgər bu alçalma şəxsi zəmində baş verirsə, fərdi
identikliyin əhəmiyyətinin itirilməsi kimi göstərilə bilər. Bunun üçün
istənilən şəxsi müvəffəqiyyətsizlik və ya mühüm ictimai normanın
pozulması kifayətdir. Ami Pedahzurun (ABŞ Ostin Universitetinin
tədqiqatçısı) fərdlərin intiharçı partladanlar dəstəsinə qoşulmasını
onların icmada ləkələnməsi (məsələn, sonsuzluq, immunçatışmazlığı
virusunun aşkarlanması və ya boşanma və s.) ilə əlaqələndirməsi,
fərdi uğursuzluğun radikal davranışı necə oyada biləcəyinin bariz
sübutlarındandır. Alçaltma bu və ya digər qrupun mənsubu kimi baş
verdikdə isə bu, əhəmiyyətli olmanın itirilməsinin ictimai identikliyi
kimi təsbit edilir. Həmin şəraitdə məxsusi olaraq bu və ya digər fərd
hücuma məruz qalmır, hücumlar fərdin mənsubu olduğu qrupa qarşı
yönəlir. Qrup identikliyinin insanın şəxsi hissləri baxımdan vacibliyini
nəzərə alsaq, bu hərəkətlər fərddə dərin motivasiya təsirinə malikdir.
Bu tip itki daim geniş hörmətsizliklərlə, xüsusən də miqrant həyatı
yaşadıqları ölkələrin yerli əhalisi tərəfindən azğın “İslamofobiya”ya
məruz qalan müsəlman mühacirlərdə hiss edilə bilər.

16

Radikallaşma Kontrfinallıq7 kimi

Radikallaşma radikal davranışın dəstəklənməsi və ya qəbul
olunması istiqamətində bir hərəkət deməkdir ki, bu da radikal
davranış necə müəyyən olunur sualını doğurur. Artan bir yanaşma
olaraq radikal kimi səciyyələndirə biləcəyimiz davranışları nəzərdən
keçirək: şübhəsiz ki, ağıla ilk gələn anlayış terrorizmdir. Lakin bu,
digər adi davranışlar misal üçün toksikomaniya, ağır cinayət, qida
pozuntusu, özünü inkar etmə, intihar və s. kimi baş verir. Onların
ortaq cəhəti ümumi normalara və problemlərə zidd olmalarındadır:
Belə ki, müəyyən bir məqsədə qulluq etmək bir çox insanlar üçün
vacib olan digər məqsədləri təhlükə altına salır. Buna görə də bəziləri
bu davranışları kontrfinal hesab edə bilərlər: İntiharçı-terrorçu inana
bilər ki, onun hərəkətləri nəcib bir məqsədə qulluq edir, halbuki onlar
yaşama instinkti və sağ qalmağı tələb edən bir çox bəşəri məqsədlərə
qarşı çıxış edirlər.

Radikallaşmanın kontrfinallıq baxışının iki fərziyyəsi vardır.
Bunlardan biri radikallaşmanın dərəcələri, digəri isə radikallaşma
hökmlərinin subyektivliyi ilə əlaqəlidir. Bunlara ardıcıllıqla baxaq.

Radikallaşmanın dərəcələri
Əsas məqsədə bağlılıqla digər məqsədlərə bağlılıq arasında
uyğunsuzluq – disharmoniya nə qədər böyükdürsə, radikalizmin

7  (İngilis: Counterfinality) Müəyyən bir məqsəd naminə digər məqsədləri təhlükə altına salma
(https://www.researchgate.net/publication/280938482)

17

dərəcəsi də bir o qədər yüksək olur. Bu təsvir terrorçuluqda iştirak
modelinin piramidası ilə uyğunluq təşkil edir. Bu piramidanın əsasını
terrorçuluğun passiv tərəfdarları təşkil edir. Həmin fərdlər ümumi
işə passiv şəkildə dəstək verdiklərinə görə, terror təşkilatının
məqsədlərinin həyata keçirilməsi naminə digər məqsədlərinə etinasız
yanaşmır, onlardan imtina etmirlər.

Bir fərd piramidanın üst səviyyəsinə yaxınlaşdıqca radikallaşma
dərəcəsi də artır və o, getdikcə özünün alternativ qayğılarını tək
məqsədə bir o qədər çox tabe etdirir. Passiv ardıcıllardan yuxarıda
fəaliyyət göstərən şəxslər qrupu təbəqəsi kifayət qədər aktivdir,
təşkilatda qeyri-döyüş və ya inzibati işləri (ofis işçiləri, aşbaz və
ya kompüter eksperti) həyata keçirirlər. Daha sonrakı yerlərdə
döyüşməyə hazır olanlar və nəhayətdə son məqsəd uğrunda öz
həyatlarını qurban verməyə hazır olan intiharçılar qrupu qərarlaşır.
Bunun nəticəsi olaraq əhalinin hamısı eyni obyektiv şəraitin subyekti
olsa da, tək hədəf uğrunda digər məqsədlərini qurban verənlərin
sayı getdikcə azaldığından, yuxarıda qeyd edilən hər mərhələdəki
iştirakçıların sayı da mütənasib olaraq azalır.

Artan bağlılıq alternativ qayğıların seçilmiş məqsədə qurban
edilməsindən başqa, başqalarının radikal davranışın şahidi olması
nəticəsində daha da güclü bağlılıqla nəticələnir. Terrorçu təşkilatlar
assimmetrik konflikt vəziyyətində olduqlarından döyüş meydanında
öz siyasi məqsədlərinə çata bilmək üçün müvafiq resurslara malik
deyillər. Əvəzində onlar həm insanlarda qorxu və dəhşət hissi
oyadacaqlarına inanır, həm də tələblərinin yerinə yetirilməyəcəyi
təqdirdə mülki əhalinin təhlükəsizlikdə olmayacağı fikrini rəqiblərinə
təlqin etməyə çalışırlar. Bəzi ekspertlərə görə, bu baxımdan intiharçı

18

partladanlar daha “effektivdir”lər. Çünki onlar bir ideya uğrunda
həyatlarından belə keçməyə hazır olduqlarını göstərməklə işə
daha sıx bağlı olduqlarını və onların qarşısının alınmasının qeyri-
mümkünlüyü fikrini ətrafa təlqin edirlər. Bu faktla yanaşı intiharçı
hücumlar digər terror aktarından daha öldürücü, daha çox tələfata
səbəb olduğundan, terror qruplaşmaları arasında bu metoda daha
artıq üstünlük verilir.

Radikallaşma dərəcələri aşağıdakı sxemdə verilmişdir:

ƏSAS MƏQSƏD MƏQSƏD
MƏQSƏD C D

VASİTƏ
A

Şəkil 1 A. Məqsədlər daha az radikallaşmış fərdlər üçün
konfiquryasiya deməkdir. Əsas məqsəd və alternativ məqsədlər
analoji məqsədlərdir (müsbət cəhət = yardım, mənfi cəhət =
kontrfinallıq).

Şəkil 1 B. Məqsəd daha çox radikallaşmış fərdlər üçün
konfiquryasiya deməkdir. Məqsədlərə sadiqliyə görə alternativ
məqsədlər qiymətləndirilir (məqsəd qalın xətlə təqdim olunur).

ƏSAS MƏQSƏD 19
MƏQSƏD C
MƏQSƏD
D

VASİTƏ
A

Şəkil 1 (A və B) radikalizmin kontrfinallıq modelini sxematik təsvir
edir, habelə radikallaşma dərəcələri anlayışını əks etdirir. Xüsusilə,
“əsas məqsədə” qulluq edən “Vasitə A” kontrfinaldır, yəni ümumi
qəbul olunmuş “C və D məqsədlərini” sarsıdır. 1A sxemində təsvir
olunan daha az radikallaşmış fərd üçün, bu sonuncu məqsədlər əsas
məqsədə nisbətən daha böyükdür ki, bu da sözügedən şəxsin onu
qiymətləndirməsini və ya ondan imtina etməsini şübhə altına salır.
Buna baxmayaraq 1B sxemində əsas məqsəd daha dominantdır və
alternativ məqsədlər dəyərsizləşir (adi xətlə göstərilib) ki, bu da əsas
və alternativ məqsədlər arasında natarazlıq və radikallaşmanın daha
yüksək dərəcəsini təklif edir.

Müşahidəçinin gözü: Radikalizmin qəbul olunmasının subyektivliyi
barəsində

Radikalizmin kontrfinallıq təsviri verilən davranışın radikal olub-
olmaması ilə razılaşmağın nə üçün çətin olduğunu da izah edir:

20

Davranışın radikal kimi müəyyən olunması onu nəzərdə tutur ki, insan
radikallaşmış fərd tərəfindən qurban verilən məqsədlərə (misal üçün
insan həyatının aliliyini müşahidə edərək) son dərəcə əhəmiyyət
verir və kontrfinal vasitələrin qəbul olunmasından imtina edir.

Radikallaşmış fərd çətin ki, bu anlayışı paylaşa bilər və ya öz
irrasionallığını və ya ifrat davranışını qəbul edər. Yad qrup üzvlərinin
öldürülməsi onun səbəbinin əhəmiyyəti işığında ədalətli görünə bilər,
lakin bu çətin ki, qrup üzvlərinə qurban kimi görünsün. Əlavə olaraq,
yad qrup üzvlərinin dehumanizasiyası və delegitimizasiyası onu nəzərdə
tutur ki, onları öldürmək əslində insanlara tətbiq olunan qətl qadağasının
pozulması deyildir. Bu qismən “bir adamı terror edənin digər adamın
azadlığı üçün döyüşçü” olması və qismən də kiminsə radikalizminin
(ekstremizminin) “seyr edən insanın gözündə” olması səbəbidir.

Terrorçuların Motivasiyası Şəxsi əhəmiyyət kəsbetmə axtarışı kimi

Bəs o zaman radikalların sadiq olduqları “əsas məqsəd” nədən
ibarətdir? Terrorçu məqsədlərin bir çoxu ədəbiyyatda (şərəf, intiqam,
din, liderə sadiqlik, sonrakı həyatda üstünlüklər, hətta feminizm) əks
olunmuşdur. Bütün bunlar xüsusi vəziyyətlərin etibarlı təsviri ola
bilər. Lakin onların əsasında daha ümumi motivləşdirici qüvvənin
dayandığı görünür ki, biz onu əhəmiyyətli olma axtarışı adlandırmışıq.
Əhəmiyyətli olma axtarışı əhəmiyyətə, vacibliyə malik olma, hörmət
qazanma kimi fundamental arzulardandır. Psixologiya nəzəriyyəçiləri
artıq bu qənaətə gəliblər ki, bu axtarış hörmətin zəruriliyi, nailiyyət,
səlahiyyət, nəzarət və s. kimi müxtəlif anlayışa malik universal insan
motivasiyasıdır.

21

Bu perspektivdən, terrorizm ədəbiyyatında qeyd olunan
fərqli xüsusi motivasiyalar əhəmiyyətli olma axtarışının xüsusi
vəziyyətləridir. Misal üçün feminizmi götürək. Terrorizm kontekstində
feminizm qadının əhəmiyyətini təsdiq etmək üçün motivasiyaya
istinad edir ki, onlar kişilər qədər ləyaqətlidir, işlərinə sadiq və buna
görə qurban verməyə hazırdırlar və əhəmiyyətə malikdirlər.

Alternativ olaraq, çox zaman terrorizm motivasiyası kimi
qeyd olunan liderə sadiqlik nümunəsinə nəzər salaq. ETAP-nin
əsir götürülmüş üzvlərini sorğu-sual etmək tapşırığı ilə Şri Lanka
tədqiqatçıları, qruplaşmanın intiharçı partladıcılarının “elit” komanda
üzvləri və digər saxlanılmış üzvləri ilə danışıqlar zamanı aydın
olmuşdur ki, çox zaman “kadrların” canını fəda etməsinin motivasiya
mənbəyi qrup liderinin - Vilyupilayu Prabaxaranın sevgisi olmuşdur.

Yekun nümunə kimi, özünə və ya öz qrupuna ziyan vuranlara
qarşılıq olaraq cavab vermə arzusunu, intiqamı götürək. Başqasının
qəsdən vurduğu ziyan nəticəsində maddi itki ilə yanaşı, həm də bu
və ya digər şəxsin həyatına arzuolunmaz müdaxilə baş verir ki, bu
yersiz müdaxilə də onu zəiflədir, özünə və digərlərinə hörmət hissini
azaldır, nəticə etibarilə əhəmiyyətlilik hissini də azaldır. İntiqam isə
oyun sahəsini bərabərləşdirir və qüvvələr nisbətini bərpa etməklə
özünü aşağılamış düşmənə alçaldıcı zərbə endirir və bununla şəxs
öz itirilmiş əhəmiyyətini geri qaytarmış olur. Beləliklə, terrorizmdə
iştiraka əsaslanan motivasiyanın fərqliliyi əsas motivə - şəxsi
əhəmiyyət kəsbetmə axtarışına səbəb olur.

22

Radikallaşma prosesi

Radikallaşma prosesi zaman keçdikcə dəyişir. Ümumi desək, o,
üç tərkib hissənin olmasını tələb edir: (1) əhəmiyyət məqsədinin
yaranması, yəni əhəmiyyətli olma axtarışının aktivləşməsi,
(2) terrorizmin/zorakılığın müvafiq əhəmiyyət vasitələri kimi
müəyyənləşdirilməsi, (3) əhəmiyyətli olma məqsədlərinə sadiqlik
və bu məqsədlərin dominantlığına səbəb olan digər motivasiyaedici
tapşırıqlardan uzaqlaşma və terrorizmə uyğun olmayan alternativ
məqsədlərin nisbi dəyərsizləşdirilməsi. Aşağıda bunun tərkib
hissələrini kifayət qədər təfsilatı ilə təhlil etməyə çalışacağıq.

Əhəmiyyətli olma axtarışının başlanması

Əhəmiyyətli olma məqsədi hərəkətə başlamaq üçün
aktivləşdirilməlidir. Biz heç də həmişə əhəmiyyətli olmanı axtarmırıq;
bəzən komfort həyat, rifah və ya sağlamlıq ilə bağlı alternativ
məşğuliyyətlərə öz enerjimizi sərf edirik. Əhəmiyyətli olma axtarışının
aktivləşdirilməsi üç əsas yoldan biri ilə baş verə bilər: (1) əhəmiyyət
kəsbetmənin itirilməsi və ya məhrumiyyətin psixoloji məhv olması
ucbatından alçalma vasitəsilə; (2) yayınmanın psixoloji bərpasına
uyğun proqnozlaşdırılan (və ya risk altında olan) əhəmiyyətli olma
itkisi ilə və (3) stimulun psixoloji yaradılmasına uyğun əhəmiyyətli
olmanın qazanılması imkanı ilə.

23

Əhəmiyyətli olmanın itirilməsi

Fərdi əsaslı. Fərdi və ya qrup şəklində təhqirə görə və ziddiyyətlə
bağlı və ya əlaqəsiz problemlərə görə əhəmiyyətli olmanın itirilməsi
baş verə bilər. Münaqişə ilə əlaqəli olmayan fərdi təhqir olunmanı bəzi
qadınların timsalında təsvir etmək olar. Belə ki, onlar öz həyatlarında
bəzi qanlı yaralardan (sonsuzluq, boşanma və ya nikahdan kənar
münasibətlərə görə) əziyyət çəkdikdən sonra könüllü olaraq intihar
missiyalarına qoşulurlar; eləcə də İİV (İnsanda İmmunçatışmazlığı
Virusu) diaqnozu qoyulan gənclərin terror törətməsi barədə faktlar
da mövcuddur. Bütün bu insanlar ağır zərbə almış və əhəmiyyətli
olmanın itirilməsindən əziyyət çəkirlər. Bu zərərin aradan qaldırılması
yolunu, cəmiyyətə müəyyən fayda verdiklərini zənn edərək,
könüllü olaraq intihar etməyə motivasiya olunmaqla, öz həyatlarını
qurban verməklə görmüş olurlar. 2013-cü ilin aprel ayında Boston
Marafonunda terror hücumu törədilməsində şübhəli bilinən Çoxar
və Tamerlan Çarnayev qardaşlarını götürək. Tamerlan cəmiyyətə zəif
assimilyasiya olunmuşdur; onun valideynləri və öz ailəsi boşanma
mərhələsində idilər; işsiz idi və həyat yoldaşının gəliri ilə dolanırdı;
kollecdən kənarlaşdırılmışdı (bəlkə də boks karyerasını davam
etdirmək üçün). Belə güman etmək düzgün olardı ki, Tamerlan bu
şəraitlərdə mühüm əhəmiyyətli olmanın itirilməsi ilə üzləşib və
bu səbəbdən də o, şöhrət arzusundan məhrum olub (misal üçün
boks üzrə olimpiya çempionu ola bilərdi) ki, həmin arzunun da
reallaşmasının onun qəbul etdiyi ifrat radikal ideologiyaya uyğun
olaraq qəhrəman və ya qurban olmaqla mümkün olacağı görünürdü.

Çox vaxt fərdi alçalma bəzi xarici qruplarla zorakı münaqişənin

24

birbaşa yekunu olaraq baş verir və düşmən tərəfindən həyata
keçirilmiş şəxsi itkilər nəticəsində yarana bilər.

Fərdi əhəmiyyətli olmanın itirilməsi həmin vəziyyətdə üstünlük
təşkil edən ümumi, iqtisadi, sosial və siyasi şərtlərin (daxili qarşıdurma,
qeyri-sabitlik, etibarsızlıq və hökumətin rifahı təmin edə bilməməsi və
s.) nəticəsi ola bilər. Bu şərait anomiya8 vəziyyətini, yəni hökumətin
öz vətəndaşlarına məqsədlərinə nail olmaq üçün lazımi şəraiti yarada
bilməməsi hissini doğura bilər. Bu, həmçinin, köməksizlik və şəxsi
alçalma hissinin yaranmasına, terror hərəkətlərinin axtarışına da
səbəb ola bilər.

Sosial əsaslı. Çox zaman əhəmiyyətli olmanın itirilməsi
təcrübəsi digərlərinin hörmət etmədiyi sosial eynilik ilə əlaqəli olur.
Kiminsə qrupunun alçaldılması və onun müqəddəs dəyərlərinin
tapdalanması qrupun bütün üzvlərinin əhəmiyyətli olmanın
itirilməsi hissini yaşamasına səbəb ola bilər (məsələn, Fransanın
“Şarl Hebdo” nəşrində Məhəmməd peyğəmbərin karikaturasının
dərci, Qurani-Kərimin təhqir edilməsi və s. müsəlmanlar üçün təhqir
kimi qəbul edilir); Əl-Qaidə və onun qanadlarının terrorçu üzvləri
tərəfindən bundan tez-tez ustalıqla istifadə olunur. Əl-Qaidənin ən
bəlağətli kommunikatorlarından biri, Yəhya Əl Libinin (2012-ci ildə
öldürülmüşdür) aşağıdakı sitatına baxaq:

“Bu gün Əlcəzairdəki ədalətsiz hakim rejimin qurduğu
cəhənnəmdən Allahın izni ilə azad olma ümidiniz cihaddır; hakimiyyət
gəncləriniz və uşaqlarınızı, ən pis halda qadınlarınızı belə həbsxanaya
doldurmuş, öz ordusu, polis və kəşfiyyatçıları vasitəsilə sizə zülm

8  Fransız sosioloq və filosofu David Emil Dürkheymə (1858-1917) görə, anomiya cəmiyyətin
əvvəllər ənənəvi ictimai qaydanı dəstəkləyən hakim dəyərlər və normalar sisteminin dezinteqra-
siyası, ayrılma və parçalanması, yeni formalaşmış və dövlət tərəfindən qəbul edilmiş ideallar ilə
uzlaşmadığı vəziyyətidir.

25

etmək, sizi cəzalandırmaq üçün bütün qapıları açır. Buna görə də
cəhdlərinizi səfərbər edin, enerjinizi onlar üçün saxlayın... və bilin ki,
onların qələbəsi sizin qələbənizdir...Onların xilası sizin xilasınızdır” .

Əhəmiyyətliliyin itirilməsi hissindən yayınmaq

Əhəmiyyətli olmanın itirilməsinin sadəcə bir təhlükəsi onun
qarşısının alınması üçün nəzərdə tutulmuş hərəkətləri stimullaşdıra
bilər. Bariz bir nümunə kimi II Dünya Müharibəsinin Yapon
intiharçı terrorçusunun fəaliyyətini göstərə bilərik. Həmin şəxslərin
sevdiklərinə yazdıqları məktublar göstərir ki, onlar ölmək istəmir,
intihar missiyaları üçün heç axirətdə mükafatlandırılmalarını da
gözləmirlər. Lakin onlar missiyadan imtina edərlərsə, özləri və ailələri
üçün bu, dözülməz utanc bir hərəkət rəzalət olardı. Görünür məhz
bu əhəmiyyətli olmanın itirilməsindən qaçmaq onları ölümə sövq
etmişdir.

26

Əhəmiyyətli olmanın qazanılması imkanı

Çox vaxt, zorakılıq və terrorizm görünür insana vacib əhəmiyyətli
olmanı qazanmaq, tarixdə müəyyən yerə sahib olmaq və öz qrupunun
gözündə qəhrəman və ya şəhid statusunu qazanmaq imkanını verir.
Bununla bağlı E.Sprinzak (2001) yazırdı: “Məhəmməd Atta, Ben Laden,
Rəmzi Yusuf, Ayman Zavahiri və digərləri kimi “meqalomanyakal9
hiper terrorçular” terror cəmiyyətində “həyatdan daha çox” statusa
malikdirlər”. E.Sprinzaka görə, bu insanlar terrorizmə, əsasən ona
görə cəlb olunmuşlar ki, onlar terrorda bu hərəkətlərinə görə mükafat
kimi çox böyük əhəmiyyətli olmanın qazanılması imkanını görmüşlər.
Əhəmiyyətli olmanın qazanılması imkanına başqa bir nümunəni psixiatr
Cerald Postun (2006) intiharçı partladıcılardan “sümükdə yetişdirilmə”
adlandırdığı konsepsiyanı göstərmək olar; bu konsepsiya bəzi qruplara
uşaq bağçalarında, yay düşərgələrində uşaqlara belə bir təsəvvürün
təlqininə aiddir ki, onlar hamısı şəhid olmağa çalışmalıdırlar və bu,
onlara çox böyük şöhrət və əhəmiyyətli olma bəxş edəcək.

İdeologiya

Yalnız əsas məqsədin aktivləşdirilməsi hərəkət üçün kifayət
deyildir. Bundan başqa, məqsədə nail olmaq üçün vasitələri müəyyən
etmək lazımdır. Səciyyəvi olaraq, bu vasitələr əhəmiyyətli olmanın
əldə edilməsi üçün nələr etmək lazım olduğunu insanlara öyrədən

9  Meqalomaniya və ya böyüklük maniyası psixi xəstəliyinə tutulmuş şəxslər. Bu pozuntuya
mübtəla olanlar öz güclərini, sərvətlərini, siyasi, ictimai və yaxud iqtisadi nüfuzlarını həddindən
artıq, gerçəkliyə uyğun olmayan səviyyədə qiymətləndirirlər.

27

terrorizmə haqq qazandıran ideologiya ilə təklif olunur. İdeologiya
qrup üzvlərinin qoşulduğu kollektiv inanc sistemidir. Qrup təhlükədə
(real və ya potensial) olduqda ideologiya qrupun müdafiəsini şöhrət
və dərin hörmətin bəxş etdiyi önəmli tapşırıq kimi müəyyən edir.
Qrupun davamlı mövcudluğu və rifahı müvafiq olaraq qrup üzvləri
üçün ən müqəddəs dəyərlər arasındadır. Fərdlərin bütün mümkün
vasitələrlə bu dəyərləri qoruması onların ən əsas vəzifəsidir ki, bu da
qrup tərəfindən daim hörmət və ehtiram ilə mükafatalandırılır.

İdeologiya radikallaşmaya uyğundur, çünki o, radikal fəaliyyəti
(zorakılıq və terrorizm) şəxsi əhəmiyyətliliyin qazanılması məqsədi
üçün seçim vasitələri kimi müəyyən edir. Bu vasitələrin funksiyası onu
göstərir ki, formasından - etnik-milli, sosialist və ya dini olmasından
asılı olmayaraq terrorizmi dəstəkləyən bütün ideologiyalar üçün
təlqin əsas yeri tutur.

İdeologiyanın mənası varmı?

Bəzən alimlər ideologiyanın terrorizmdəki rolunu motivasiyaedici
bir amil kimi müzakirə mövzusuna çevirirlər. Bununla bağlı
Mark Saqemanın (2004) fikri belədir ki, “Qlobal sələfi cihadının
yaranmasında ideologiyadan daha çox sosial əlaqələr mühüm rol
oynayır”. Lakin hazırda ideologiya və əlaqələr arasında qarşılıqlı
olaraq ziddiyyət mövcud deyildir. Həqiqətən də, hər ikisi çox böyük
əhəmiyyətə malik hadisədir. Belə ki, məhz sosial əlaqələr bu və ya
digər formada insanları ideologiya ilə bağlayır: İdeologiya ümumilikdə
adətən sosial şəbəkə üzvlərinin qoşulduğu müştərək bir reallıq
yaradır. Bu şəbəkə ideoloji vakuumda fəaliyyət göstərməyib, terror

28

hadisələri zamanı yekun nəticədə zorakılığa haqq qazandıran ümumi
bir dünyagörüşü ilə əlaqəlidir.

İfadə etdiyi narahatlığa baxmayaraq, M.Saqemanın ideologiyanın
əhəmiyyətindən çox məlumatlı olduğu hiss olunur. Onun fikrincə:
“İslam radikalizminə sadiqliyin qorunub saxlanmasında ideologiya
mühüm rol oynayır”. Bundan başqa, o belə təminatın baş verdiyi
zaman prosesini də işləyib hazırlamışdır: “keçmiş bioqrafik təcrübələr
yeni dövrün inancına uyğun şərh edilməklə, onun üstünlüyünün
aydın sübutu təmin edilmiş olur. Bu davam etməkdə olan prosesdə
yeni ideologiya ilə uyğunlaşmaq üçün yeni tədbirlər görülür. Sosial
dəstək və interpretasiya da bu prosesə yardım edir”.

İdeoloji əqidələrin əhəmiyyəti M.Saqemanın (2008) “Lidersiz
Cihad” əsərində də nəzərdən keçirilmişdir. Beləliklə, radikallaşma
prosesinin təsvirində, müəllif məyus və insanlardan soyumuş
müsəlmanların digər müsəlmanların toplandığı bəzi məscidlərdə
yoldaşlıq ruhunu və sosial dəstəyi necə əldə etdiklərini təsvir
etmişdir. Məhz təhsilin ifrat, radikal mahiyyət daşıdığı məscidlərdə
radikallaşma baş verə bilir. Xüsusilə, imamın söhbətləri nəticəsində
meydana çıxan ifrat dini ideyalar ətrafında bir dostluq qrupu yarana
bilər. Çünki radikal dəyərlər cəmiyyətdə əksər müsəlmanlar ilə
bərabər addımlaya bilər, ətrafında radikalizmi birləşdirən dostlar
qrupu bütövlükdə get-gedə cəmiyyətdən daha çox təcrid oluna bilər.
Beləliklə, qrup daxilində mütəmadi qarşılıqlı əlaqələrin intensivliyi və
fərdin əvvəlki əlaqələri ilə bağların getdikcə qırılması, onlar arasındakı
məsafələrin daim artması, qrup üzvlərinin dəyərlərini dəyişdirmiş
olur. Beləliklə, dünyəvi insandan daha çox dindara çevrilir, maddi
mükafatlardan mənəvi mükafatları dəyərləndirməyə meyillənirlər.

29

Terrorizmə haqq qazandıran ideologiyanın elementləri

Bir qayda olaraq, terrorizmə haqq qazandıran ideologiya üç vacib
tərkib hissədən ibarətdir: bu və ya digər qrupun (dini, milli, etnik və s.)
əziyyət çəkdiyi güman edilən incikliyin (ədalətsizlik, xəsarət) olması;
yaranan şikayətə görə təxmini olaraq cavabdeh olan bir günahkarın
olması (məs.: Amerika Birləşmiş Ştatları, İsrail, xristianlar, əhli-
səliblər, yəhudilər), ədalətsizlik, xüsusilə də qrup tərəfindən hörmət
və təşəkkür ilə yaradılan utanclığın aradan qaldırılması ilə bağlı özünü
doğruldan və effektiv (nəticə etibarilə əhəmiyyət yaradan) mənəvi bir
metodun olmasıdır. Terrorizmi dəstəkləyən “ideologiya” ondan daha
mürəkkəb olmamalıdır. Buna baxmayaraq, bu cür əminlik sxeminin
dəstəklənməsi vacibdir. Çünki hətta digərləri terrorçuların hərəkətləri
ilə razılaşmasa da, onu irrasional və yolverilməz hesab etsə belə, bu
hərəkətlərin (bütün insani hərəkətlər kimi) tamaşanı oynayanın özü
üçün müəyyən mənası və səbəbi vardır.

Terrorizmin mənəvi bəraəti

Terrorçu ideologiyasının əsas problemi bir çox dünya
mədəniyyətləri və dinlər üçün ortaq əxlaqi dəyər - ölümə, məsumlara
qarşı zorakılığa qadağanın qoyulması ilə bağlı hökmdür: Qurani-
Kərimdə günahsız bir insanı öldürmək barədə deyilir: “Allahın haram
buyurduğu cana haqsız yerə qəsd etməyin...” (İsra, 33); “Buna görə
də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni
öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə,
o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə

30

(ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur...” (Əl-Maidə
surəsi, 32)

İncildə, öldürməmək əbədi həyatı qazanmaq üçün vacib olan
əxlaqi keyfiyyətlərdən biri kimi təqdim olunur:

“İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun
qarşısında diz çökərək soruşdu: “Ey yaxşı Müəllim, mən nə etməliyəm
ki, əbədi həyatı irs olaraq alım?” İsa ona dedi: “Mənə niyə yaxşı
deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. Onun əmrlərini bilirsən:
“Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Kimisə
aldatma. Ata-anana hörmət et”. (Mark 10:17-19).

Tövratda da adam öldürmək, günahsız bir insan haqqında
ölüm hökmü çıxarmaq qəti şəkildə qadağan olunur və bu əməli
edənlərə bəraət verilməyəcəyi barədə xəbərdarlıq olunur: “Adam
öldürməyəcəksən”. (Misirdən çıxış, 20:13; Qanunun təkrarı, 5:17)

Zəburda Davud oğlu Süleymanın məsəllərində deyilir: “Oğlum,
səni yoldan çıxarmağa çalışan günahkarlara təslim olma. Belə deyə
bilərlər: «Bizimlə gəl, adam öldürmək üçün pusquda duraq, zövq
üçün günahsızları tələyə salaq”. (Süleymanın məsəlləri, 1:10-11)

Beləliklə, aydın görünür ki, Müqəddəs Kitablar dinindən,
irqindən, millətindən asılı olmayaraq, insan həyatının Allah yanında
dəyərli olduğunu öyrədir.

Bunun müqabilində mənəvi, dini əsaslar üzrə xaosa bəraət
qazandıran terror ideologiyaları işlənib hazırlanır. Bir qayda olaraq,
bu məqsədlə semantika və ritorikadan istifadə olunur. Semantik
yanaşma, zorakılığa məruz qalan qurbanların statusunu qeyri-legitim
edən, çox zaman onların insani xüsusiyyətlərini belə inkar edən, heç
bir diqqətəlayiq olmayan mənfur varlıqlar – mətbəx böcəyi, siçovul,

31

donuz və ya meymun kimi təsvir edən dili özündə ehtiva edir.
Ritorik yanaşma istər konkret məqsədlərə münasibətdə zorakılığın

zəruriliyini, istərsə də konkret şəraitlərdə zorakılığa yol verilməsini
əhatə edən zəminlərin yaradılmasını nəzərdə tutur. Zorakılığın
zəruriliyi qarşı tərəfin vurduğu ziyana görə məsuliyyətin (öz qrupu
üçün) qəti müəyyən edilməsi və məqsədin öz mahiyyətindən irəli
gəlir. Belə fərziyyələr qaçılmaz olan şər qüvvədən müstəsna qorunma
üsulu kimi onun etməli olduğunu - düşmənin məhv edilməsini təsvir
edir.

İcazə imkanı belə bir arqumentə əsaslanır ki, müharibə zamanı
döyüşçülərin öldürülməsi qanunidir, döyüşçülər ilə mülki əhali
arasındakı fərq isə yolverilməzdir. Çünki mülki şəxs potensial
döyüşçüdür (onlar hərbi xidmətə cəlb oluna və ya çağrıla bilər,
beləliklə də, mahiyyət etibarilə əsgər ola bilərlər); bundan başqa,
mülki vətəndaşlara öz hökumətlərinin hərəkətlərinə görə məsuliyyət
daşıyacaqları deyilir ki, bu mənada da onlar bitərəf və ya günahsız
deyillər. Ona görə də onlar qanuni olaraq hücum hədəflərindəndirlər.
Terrorizmin həm semantik, həm də ritorik əsaslandırılmasının
məqsədi onu mənəvi cəhətdən ədalətli və nəcib iş kimi təqdim etmək
və icraçılarına da böyük önəm verməkdir.

Effektivliyə əsaslanan bəraətlər

Şəxsi əhəmiyyət və öz qrup üzvlərinin heyranlıq hissini qazanmağı
əsaslandırmaqdan ötrü, onların hər birinin fəaliyyəti üçün bərabər
imkanlar olmalıdır. Tam uğursuzluq yalnız vəziyyəti çətinləşdirə və
alçalma hissini dərinləşdirə bilər. Müvafiq olaraq, terror təbliğatçıları

32

adətən öz auditoriyalarına möhtəşəm uğur tarixçələrini göstərmişlər
ki, bu da zorakı mübarizənin effektivliyini və qarşı tərəfin məhvinin
qaçılmazlığını izah edirdi. XIX əsrin sonlarında Rusiya anarxiyaçıları
tərəfindən əsası qoyulmuş və 1970-1980-ci illərin solçu terrorçuları
tərəfindən təkrarlanan məşhur tarixçə ondan ibarətdir ki, terrorizm
dövlətin gücsüzlüyünü göstərir və onu həddən artıq, mənəvi cəhətdən
qəbul olunmaz tədbirlərə sövq edir ki, bu da onun riyakarlığını ifşa
edir və inqilaba zəmin hazırlamış olur.

Eyni məntiq Avropada və Cənubi Amerikada şəhər döyüşçüləri
tərəfindən qəbul olunmuş Karls Marigellanın “Şəhər partizanları
üçün kiçik dərslik” adlı əsərinin əsasını təşkil edir. Nəticə etibarilə,
terrorizmi əsaslandıran ideologiya bu və ya digər qrupun rəqiblərinə
qarşı zorakılığı dəstəkləyən və onu effektiv, cəmiyyətə böyük töhfə
kimi təsvir edən vacib bir inanc sistemini yaradır. Bu mənada
ideologiya terrorizm və zorakılığın başqalarının gözündə dərin
bir hörmət qazandığı, birinin hərəkətləri ilə əldə olunmuş sosial
əhəmiyyət hissini formalaşdıran inanc sistemi kimi nəzərdə tutulur.

Terrorizmi dəstəkləyən ideologiyalar ümumi dəyərlər sistemlərinə
qarşı

Terrorizmi əsaslandıran ideologiya ilə insanların qoşula biləcəyi
ümumi dəyərlər sisteminin fərqini bilmək vacibdir. Bu iki anlayış bir-
biri ilə əlaqəsiz ola bilər. Hətta əgər mədəni dəyərlər sistemi qəribə,
üzücü və s. mənəvi prinsiplərin tərəfdarlarına qarşı nifrətli olsa belə,
terrorizmə dəstək yanlış hesab olunmalıdır. Misal üçün, Taliban Quranın
hərfi və ekstremist şərhinə əsaslanaraq Qərb insanlarının iyrənc hesab

33

etdikləri dünyagörüşlərini dəstəkləyə bilər. Məsələn, qadınlara təhsilin
qadağan edilməsi, şəri qaydaların pozulmasına görə fiziki cəzalandırma
(ər-arvad sədaqətsizliyinə görə daşa basma, oğurluğa görə əlin
kəsilməsi) və digər qeyri-demokratik fəaliyyətləri buna aid edə bilərik.
Lakin bu ziddiyyətlərdən heç biri terroru dəstəkləyən ideologiyanın
təməl daşlarını təşkil edən şikayət, günah və s. elementləri nəzərdə
tutmur. Qərb siyasətçiləri demokratiyanın Qərb modelini bütün
dünyada təbliğ etmək və ya mədəni relyativizm 10mövqeyindən çıxış
edərək xarici cəmiyyətlərin mənəvi-əxlaqi sistemlərinə təsir göstərmək
cəhdlərindən yayınmaq dilemması qarşısındadırlar.

Lakin sözügedən dilemmanın hər-hansı birbaşa və ya aydın
anlamda deradikalizm və terrorizm ilə mübarizə məsələləri ilə heç
bir əlaqəsi yoxdur.

Sosialyönümlü ideologiyalar

Bizim yazımız onu nəzərdə tutur ki, müəyyən əhəmiyyətli
olmanın əldə edilməsi naminə edilən cəhdlər zamanı insan özünü
qurbanverməni, din yolunda əzabları və zorakılığı dəstəkləyə bilər

10  Mədəni relyativizmə görə, bu və ya digər insanın, xalqın inancı, dəyəri və onların həyat tərzi
başqalarının meyarları ilə deyil, həmin insan və ya toplumun öz mədəni meyarları ilə ölçülərək
başa düşülməlidir. Başqa sözlə, mədəniyyətin bu və ya digər elementi konkret zaman, məkan və
şərait daxilində məna kəsb edir. Bu şəraitdən kənarda mədəniyyətin elementləri təhrif oluna bilər.
Məsələn, qərblilərin nəzərində hindlilərin inəyi kəsməyi və ətini yeməyi qadağan etməsi (xüsusilə,
Hindistanda çoxlarının aclıqdan korluq çəkdiyini nəzərə alsaq) absurd görünür. Qərblilərin bu cür
münasibəti inəyin hindlilər üçün dini mənasını nəinki inkar edir, hətta inəyə göstərilən ehtiramın
hind həyatının digər asperktləri və maddi mənfəətlə bağlı funksional inteqrasiyasını heçə endirir.
Əslində, “canlı inək ya öküz” hindlinin həyatına daha çox xeyir verir: insanın yemədiyi qidalarla
qidalanır. Öküz, xışı çəkir, yeri şumlayır, meşədən odun daşıyır, və s. İnək sud, süzmə, qatıq,
pendir və s. verir. Mal peyini – qübrə və yanacaq üçün əlverişlidir. Deməli, hind sosial kontekstin-
də “inəyin müqəddəsliyi” xüsusi məna kəsb etdiyi halda, qərbli üçün – sadəcə “absurddur”.
Bu istiqamətin əsası amerikalı antropoloq Frans Boas tərəfindən qoyulub.

34

ki, qoşulduğu ideologiyasına müvafiq olaraq əhəmiyyətli olmanı
qazansın. Aydındır ki, heç də bütün ideologiyalar zorakılığı təbliğ
etmir. Həqiqətən ideologiyalar pozitiv və sosialyönümlü olub, təsdiq
edir ki, əhəmiyyətli olmanı qazanmaq üçün mərhəmətli, tolerant və
anlayışlı olmaq lazımdır.

Beləliklə, zorakılığa yönəltmək doğru çıxış yolu axtarışı deyil.
İdeologiya insanları xeyirxah və təmənnasız hərəkətlər etməyə
həvəsləndirə bilər. Terrorun idarə olunma nəzəriyyəsi əsasında
görülən işlər göstərir ki, bir insanın ölümü qabarıqlaşdıqda (Dağınıq
skleroz (DS) manipulyasiyası11) ölüm və yoxluğu göstərən fundamental
boşluğa təhdid yaranır, insanların müsbət dəyərlərə yiyələnməsi
onların zorakı antisosial hərəkətlərdən daha çox sosialyönümlü
olması ehtimalını artırır.

Bu mövzu ilə bağlı aparılan ilk təcrübədə iştirakçılar digərlərindən
fərqliliyin azaldığına, dözümlülük dəyərinin DS manipulyasiyanın
təsirini aradan qaldırdığına inandıqlarını təsdiq edirlər.

Son zamanlar, Rotşild, Abdollahi və Pişçinski Xristian amerikalının
nümunəsində aşkar etmişlər ki, fundamentalizmin yüksək səviyyəsi
adətən hərbi qüvvələrin böyük dəstəyi ilə əlaqələndirildiyinə
baxmayaraq, İsa peyğəmbərin moizələrinin (misal üçün “Yaxınını
özün kimi sev” kimi kəlamlarda ifadə olunan) təsiri, habelə DS
manipulyasiyası fundamentalistləri öz zorakı fəaliyyətlərini xristian-
fundamentalistlərin dəstək səviyyəsi ilə bərabərləşdirməyə
istiqamətləndirirdi.

11  Dağınıq skleroz (lat. sclerosis disseminata) — sinir sisteminin iltiha-
bi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının
zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında
əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır. 

35

Eynilə, bəzi İslam dövlətlərində müsəlmanlar üçün ölümün
xatırladılması adətən Qərbə qarşı daha aqressiv münasibətin
formalaşmasına səbəb olurdu. Buna baxmayaraq, onların Qurandan
olan rəhmli ayələrlə tamamlanması (“Allah yolunda xərcləyin. Öz
əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq
(ehsan) edənləri sevir” (Əl-Bəqərə surəsi, 2) kimi ) DS-ə cavab
yönəldirdi və Amerika Birləşmiş Ştatları ilə münasibətdə ədavətin
azalmasına səbəb olurdu.

Başqa sözlə desək, əhəmiyyətli olmağa cəhd olunan zaman,
sosialyönümlü və ya antisosial hərəkətlərin həyata keçirilməsi
əhəmiyyət vasitələrini müəyyən edən ideologiyadan asılı olmalıdır.
Beləliklə, terrorizmə bəraət qazandıran ideologiyadan, əhəmiyyətli
olma üçün alternativ yolları müəyyən edən ideologiyaya keçidin
edilməsi zorakılığın aradan qaldırılması üçün vacib görünür.

36

Radikallaşmanın kontrfinallıq nəzəriyyəsi

Şəkil 2. Radikallaşmanın əhəmiyyətli olma axtarışı modeli

QRUP / SOSİAL SƏVİYYƏ

SİYASİ VƏ / VƏ YA İQTİSADİ SABİTSİZLİK = QRUP SƏVİYYƏLİ RADİKALLAŞMA
ANOMİYA

Ayrı-seçkilik FƏRDİ SƏVİYYƏLİ RADİKALLAŞMANIN DƏRƏCƏSİ
İşğal
Təhqir Passiv Aktiv İştirak Özünü
Dəstək dəstək qurban

FAKTİKİ FAKTİKİ SOSİAL VACİB AXTARIŞ ZORAKILIQ
FƏRDİ ƏHƏMİYYƏT BƏRPANIN VASİTƏLƏRİ VASİTƏ KİMİ
İTKİSİ / RİSKİ MƏQSƏDİ
ƏHƏMİYYƏT (MÜQƏDDƏS AS MEANS
İTKİSİ/RİSKİ DƏYƏRLƏRİ

TAPDAMAQLA)

Stiqma ALTERNATIV
Uğursuzluq MƏQSƏDLƏR/
DƏYƏRLƏR- məs.
İtki öldürmə qadağası -
Təhqir QADAĞALAR

İDEOLOJİ ÜSLUB

Münaqişə Münaqişə İbadət yerləri Dini tədris mərkəzləri İnternet Ailə Dostlar İş yoldaşları
ilə əlaqəsi ilə əlaqəsi
olmayan
olan

Fərdi səviyyə Sosial şəbəkələr

Radikallaşma və onun təyinediciləri sxematik olaraq şəkil 2-də
təsvir olunmuşdur. Bu şəklin sol hissəsində fərdi dəyər – əhəmiyyətli
olmanın itirilməsi və stiqma (rüsvayçılıq hissi), şəxsi uğursuzluq
ilə yanaşı mümkün mənbələri (məs., sevdiklərinizin, əmlakın və ya
mövqeyin) və şəxsiyyətin alçaldılmasını (məs., təhqir və ya işgəncə
ilə) habelə siyasi, iqtisadi və sosial anomiyanı təsvir edir ki, bu zaman
insan öz məqsədlərinin ardınca getməsi üçün metod çatışmazlığı
hiss edir, bu da əhəmiyyətli olmanın azalmasına səbəb olur. Hazırkı
nəzəriyyəyə müvafiq olaraq, insanın dəyərləri itirməsi dəyərlərinin

37

bərpa olunması məqsədini yaradır və kollektiv ayrı-seçkilik (məs.
İslamafobiya), xarici işğal və kollektiv təhqir (məs., dini ikonalara
qarşı hörmətsizlik, müqəddəslərin təhqir edilməsi -Məhəmməd
peyğəmbərin Danimarkanın “Jilands-Posten”  qəzetindəki
karikaturalarında olduğu kimi) ilə yaranan sosial əhəmiyyətli olmanın
itirilməsi ilə bağlı ideoloji hekayənin iki mənbəyindən biridir. Şəklin
mərkəzi hissəsində göstərildiyi kimi, mənşə etibarilə fərdi və ya
sosial olmasından asılı olmayaraq əhəmiyyətli olmanın itirilməsi
əhəmiyyətli olmanın qazanılması və ya bərpası vasitələri ilə bağlıdır
ki, qrupdaxili ziddiyyət olan zaman qrupun düşmənlərinə qarşı zorakı
mübarizə (və mümkün terrorizm) kimi müəyyən oluna bilər. Şəklin
alt hissəsi sosial əhəmiyyətli olmanın itirilməsi barəsində anlayışı
mənimsəyən ideologiyanın təsirini təqdim edir (məs., hər hansı bir
qrupa qarşı cinayətkar tərəfindən törədilən zərər baxımından tarixi
hadisələri çərçivəyə salmaqla və təxmin edilən şikayətə cavab olaraq
təmin edilən bir metod kimi cinayətkara qarşı zorakılığı müəyyən
etməklə).

Prinsip etibarilə əhəmiyyətli olmanın bərpa olunması məqsədi
kifayət qədər geniş həcmə malikdirsə, alternativ məqsədlərin,
dəyərlərin və ya maraqların sıxışdırılmasına və ya dəyərdən
salınmasına səbəb olur (misal üçün qadağanın, insan hüquqları üzrə
maraqların məhvi və s.). Öz növbəsində bu alternativ maraqların
yaddaşdan silinmə dərəcəsi şəklin yuxarı sağ hissəsində təsvir
olunan radikallaşmanın dərəcəsini müəyyən edir. Alternativ olaraq,
radikallaşmanın zəif dərəcəsi alternativ maraqların nisbi olaraq aktiv
qaldığı və insanın hətta əhəmiyyətli olmasının bərpası məqsədilə
passiv maraqlansa belə öz məqsədinin üstündə təkid etdiyi vəziyyəti

38

təqdim edir. Radikallaşmanın fərdi dərəcəsi şəklin mərkəzi hissəsində
göstərilən alternativ maraqların müvafiq qaydada itməsi və sonuncu
məqsədə qarşı artmaqda olan sadiqliyi proporsional şəkildə
çoxaltmaq üçün nəzərdə tutulur.

39

Radikallaşmaya aparan yollar

Yuxarıdakı yazımızda qeyd olunduğu kimi, fərdi radikallaşma
ilə bağlı modelimiz üç əsas tərkib hissədən ibarətdir: hər hansı bir
şəxsin fəaliyyət məqsədini müəyyən edən motivasiya elementi (şəxsi
əhəmiyyətli olmanın axtarışı); bu məqsəd üçün vasitələri müəyyən
edən inam sistemi olan ideologiya (yəni əhəmiyyətli olmanın
qazanılması yolu); və insan ideologiya ilə təmasda olan zaman vasitə
kimi xidmət göstərən sosial proses (şəbəkənin qurulması, qrup
dinamikası).

Radikallaşmaya aparan yol dəyər vasitələrinin axtarışı və ya
bu vasitələrə diqqət yetirilməsini motivasiya edən əhəmiyyətli
olmanın axtarışı ilə başlanır. Bunlar hər hansı bir qrupun kollektiv
ideologiyasında aşkar olunur ki, bu da eyni zamanda düzəlişə ehtiyacı
olan qrupun əhəmiyyətliliyinin itirilməsini və ya şikayətini müəyyən
edir. Əgər belə bir ideologiya zorakılığı və terrorizmi əhəmiyyətli
olma üçün ədalətli vasitələr kimi göstərirsə, insanlar terrorizmi və
zorakılığı dəstəkləyə bilər.

İnsanlar terrorizmə aparan müxtəlif yollarla, fərqli zaman
kəsiklərində qarşılaşa bilərlər. Bəzi hallarda, terrorizmi dəstəkələyən
ideologiya şəxsin dünyanı qavrama təbiətində nəzərəçarpan ola
bilər və şəxsi dəyərin itirilməsi onun qəbul edilməsinə təkan olar
ki, bu da (əvvəldə müzakirə olunduğu kimi) hər hansı qrupun
potensial düşməninə qarşı ziddiyətləri ilə əlaqələndirilə bilər. Digər
tərəfdən, əvvəlcə sosial təmas qurulur və sonra hər hansı bir şəxs
müəyyən yanlış sosial şəbəkəyə qoşulduqda bu və ya digər qrup

40

üzvlərinin paylaşdığı fikirlərə, habelə onların zorakılığa təşviq edən
ideologiyalarının təsiri altına düşür.

Digər bir vəziyyətdə isə, insan fərqli kommunikasiya vasitələri ilə
terrorizmə əsaslanan ideologiyanı müdafiə edə bilər (məs., internetdə
sosial şəbəkələrdə ünsiyyət və ya xarizmatik dindarlar tərəfindən
edilən söhbətlər vasitəsilə). Bu nöqteyi-nəzərdən hadisələrin xüsusi
ardıcıllığı və ya zorakılığa gedən xüsusi yol insanın radikallaşma
dərəcəsi və ya onun işə bağlılıq gücünə uyğun deyildir. Sonuncu
insan tərəfindən hiss olunan əhəmiyyətli olmanın dərəcəsindən,
insanın məqsədinə tam nail olması üçün hazırlığından və zorakı və ya
qeyri-zorakı vasitələrlə həmin məqsəd üçün dərk olunan faydalardan
asılıdır12.

Beləliklə, nəzəri mülahizələr təsdiq edir ki, bir dəfə yaranan
əhəmiyyətli olma axtarışı insanların diqqətini kollektiv ideologiyaya
yönəldir ki, bu da onlara əhəmiyyətli olmanı necə qazanmalı
olduqlarını deyir. Hiss olunan dəyərlərin itirilməsi insanları öz
qruplarına yönəlməyə və ya dəyərlərin bərpa olunması yolunun
axtarışında “kollektiv tədbirlər”in həyata keçirilməsinə sövq edir.
Qrup üzvü kimi aydın təyinat müəyyən hüquqlar verir. Bununla
yanaşı, qrup üzvlüyü tələb oluna da bilər və qrup naminə əhəmiyyətli
qurbanlar tələb edə də bilər.

Xüsusilə də, qrupun ümumi reallığı – onun əsas inamları –

12  İnsanın təklif olunan məqsədlərə ideoloji olaraq nail olub-olmaması və nə qədər tez nail
olması vəziyyətə uyğun və fərdi müxtəliflik amillərinə sahib olmasından asılıdır. Vəziyyətə uyğun
amillər arasında, radikal ideyaları müdafiə edən təxribatçının xarizmasını, bu ideyaların təlqin
etdiyi konsensus (əlaqəli) dərəcəsini, imtina və təhqirlərə qarşı mədəni həssaslıq, kollektivlik (yəni
qrupun üzləşdiyi dəyər itkisinə qarşı həssaslıq) və s. nəzərə alına bilər. İdeoloji baxımdan müəyyən
olunmuş məqsədlərə sadiqliyin göstərilməsi ilə bağlı fərdi amillər arasında, şüur bağlantısı, asılılıq,
uyğunluq, imtina hissi, aqqressivlik ehtiyacları nəzərə alına bilər.

41

təxribatçıların əli ilə qrupun üzləşdiyi inciklikləri xüsusi vurğulayan
zaman, çox vaxt nəzərdə tutulan ədalətsizliyin aradan qaldırılması
yolu kimi düşmənə qarşı hücumlardan qorunma ilə əlaqəli olur;
düşmənə alçaldıcı zərbə endirir, beləliklə də “oyun meydançasında
statuslar bərabərləşir” və qrupun əziyyət çəkdiyi əhəmiyyətli olmanın
itkisi ləkəsini aradan qaldırır. Son zamanların müxtəlif tədqiqatları
əhəmiyyətli olmanın axtarışı nəzəriyyəsinin fərqli aspektlərini
araşdırır. Onlar aşağıda qısa təsvir olunur.

42

Dəyər axtarışı nəzəriyyəsi üçün empirik dəlil

Həyat uğursuzluqları və kollektivizm

Tədqiqatçılara görə, dəyər itkisi (şəxsi uğursuzluğa görə)
qrupa, onun norma və dəyərlərinə bağlılığı artırır. Merilend START
mərkəzi (Terrorizmin Öyrənilməsi və Terrorizmə cavab üzrə Milli
Mərkəz) tərəfindən həyata keçirilən 12 Ərəb ölkəsinin, Pakistanın
və İndoneziyanın internet araşdırmasının nəticələrinə görə, həyatda
uğursuzluğa daha çox uğramış, əhəmiyyətli olmanın itirilməsindən
əziyyət çəkən iştirakçılar fərdilikdən daha çox kollektivin üzvləri kimi
(millət və ya din) özünüdərketməyə daha çox meyilli olurlar. Bu o
demək deyildir ki, din-millilik və uğursuzluq ümumilikdə əlaqəlidirlər
və ya milli-dini fərdlər ümumilikdə həyatda uğursuzluqla üzləşənlərdir.
Əksinə, həyatının yolunda getmədiyi hiss olunan və buna görə də
əhəmiyyətsiz olduğunu düşünən insanlar müəyyən dəyər, məna vəd
edən və digər insanların tərəfdarı olduğu ideologiyaya qoşulurlar
(milli, sosial və ya dini ideologiya olmasından asılı olmayaraq).
Nəzarətin bərpa olunmasının dolayı yolu kimi insanların şəxsi nəzarət
hisslərini Allaha yönəltmək istəyi ilə bağlı dəlillər Aron C. Kay (ABŞ,
Dyuk Universiteti), Steven Şepherd (Kanada, Vaterloo Universiteti),
Kreyq V. Blatz (Kanada, Makyuan Universiteti), Suk Ninq Çua
(Kanada, Makgil Universiteti) və Adam D. Qalinski (ABŞ, Şimal-Qərb
Universiteti) kimi tədqiqatçılar tərəfindən irəli sürülmüşdür.

“Şəxsi əhəmiyyətin aşağı salınması kollektivizmə yönəlməyə
səbəb olur” kimi fikirlərə uyğun dəlillər eyni zamanda Merilend

43

Universitetinin laboratoriyalarında müxtəlif eksperimental
tədqiqatlarda əldə olunmuşdur. Bir eksperimentdə iştirakçılar öz
şəxsi uğursuzluqlarını və ya onların şəxsi uğur təcrübələrini təsvir
edən bir esse yazmışlar. Nəticə etibarilə, onların milli kimliyi amerikalı
kimi qiymətləndirildi. Gözlənildiyi kimi, uğursuzluğu olan iştirakçılar
özlərinin amerikan mənsubluğunu göstərməklə, şəxsi əhəmiyyətli
olma hissi alçaldılmış kollektiv anlayışına uyğun uğur şəraitində olan
iştirakçılara nisbətən daha güclü mənsubluq əldə etdilər.

Digər eksperimentdə, iştirakçılara tapşırıq (uzaq assosiasiyalar)
üzrə işləri ilə bağlı müsbət (uğur) və ya mənfi (uğursuzluq) reaksiyası
göstərildi və şkala ilə müstəqil özünüdərketmə qabiliyyətləri
qiymətləndirildi. Proqnozlaşdırıldığı kimi mənfi əks-əlaqə şəraitindəki
iştirakçıların müsbət əks-əlaqə şəraitindəki iştirakçılara nisbətən
daha çox müstəqil özünüdərkə sahib olduqları müəyyən edildi.

Növbəti tədqiqatda, iştirakçılar həyatlarında şəxsi mühüm
məqsədə nail olduqları və ya məqsədlərinə nail olmaq üçün
üzləşdikləri uğursuzluqlar barəsində yazıblar. Əvvəlki eksperimentdə
olduğu kimi, sonra iştirakçılar müstəqil (fərdi maraqların qrupdan
üstünlüyü) və asılılıq (qrup maraqlarının fərdə nəzərən üstün
tutulması) üzrə özünə hesabat əməliyyatlarını icra etdilər. Əvvəlki
nəticələrə uyğun olaraq, uğur qazananlara nisbətdə uğursuzluq əldə
etmiş iştirakçılar qarşılıqlı asılılıq şkalası üzrə yüksək, müstəqillik
şkalası üzrə daha aşağı nəticə əldə etdilər.

Uğursuzluqdan sonra aparılan daha bir araşdırma zamanı
iştirakçıların tək, yoxsa qrup daxilində işləməyə üstünlük verdikləri
öyrənilmişdir. Bu proqnozu yoxlamaq üçün, iştirakçılar əvvəlcə
kompüterdə video oyuna cəlb olunmuşlar. Onlara bildirildi ki, bu

44

tapşırıq üzrə onların işi öz bacarıq və gələcək həyat uğurlarının
etibarlı bir proqnozçusu olmaları üçün nümayiş edilmişdir. Video
oyun elə qurulmuşdu ki, iştirakçılar təsadüfi yolla ya uğurlu, ya
uğursuz seçilirdilər. Nəticə etibarı ilə, iştirakçılara bildirildi ki, onlar
mükafat (şokolad) qazanma şansını yaradan digər bir tapşırığa cəlb
olunacaqlar. Onlara bildirildi ki, bu tapşırıq üzrə həm tək, həm də
qrup daxilində işləmək seçimləri vardır. Uğur qazanmış iştirakçılar
uğursuzluq əldə etmiş iştirakçılardan daha çox tək işləməyə üstünlük
verənlər idi. Bundan başqa görünür, uğursuzluq yalnız insanların
müstəqil düşünmə formasından qarşılıqlı asılılıqlı düşüncə tərzinə
keçməsinə təsir etmir, eyni zamanda kollektiv fəaliyyətə cəlb
olunması cəhdlərini də yaradır.

Kollektiv səlahiyyətlər və Qurban verməyə hazır olma

Səlahiyyət
Bir insanın özündən daha geniş olan sosial qrupun üzvü kimi
özünün mənsubluğu həyat uğursuzluqlarına qarşı bufer effektinə
malik ola bilər və şəxsi səlahiyyət və əhəmiyyətli olma hissini artıra
bilər. Belə bir anlayışı dəstəkləmək vacibdir ki, kollektivdə eyniliyin
aktivləşdirilməsi və ya tanınması insanın ölüm qorxusunu azaldır. Bu
da terrorun idarə olunması nəzəriyyələrinə, habelə Ernest Beker və
Jan Jak Russo kimi nəzəriyyəçilərə görə, mövcud olmama – nəticə
etibarı ilə əhəmiyyətli olmama barəsində narahatlıq yarada bilər!
Buna uyğun tədqiqatda iştirakçılar ya birinci şəxsdə olan əvəzlikləri
(yəni mən, məni/mənə, mənim), ya da kollektiv əvəzlikləri (yəni biz,
bizi/bizə, bizim) dairəyə alırdılar. Əvvəlki tədqiqatda, bu manipulyasiya

45

müvafiq qaydada iştirakçılara kollektiv istiqamətlərə qarşı effektiv
olaraq təlqin olundu. Hüquq və imkanların genişləndirilməsi
hipotezinə uyğun olaraq, aşkar edilmişdir ki, kollektiv test olunan
iştirakçılar ölüm qorxusu şkalasında daha aşağı göstərici əldə ediblər.

Başqa bir tədqiqatda iştirakçıların kollektiv testə qarşı
fərdi yoxlanması funksiyası kimi ölümə münasibətlərinin
aydın qiymətləndirilməsi üçün “coystik” (idarəetmə dəstəyi)
metodologiyasından istifadə etdilər. Tədqiqat aparılan zaman
müəyyən edildi ki, coystikin özünə tərəf dartılması sürəti insanın
verilən stimula yanaşma tendensiyasına mütənasibdir və coystiki
özündən kənarlaşdırma sürəti insanların yayınma tendensiyasına
proporsionaldır. Həmçinin kollektiv yoxlanma zamanı (fərdi
yoxlanma ilə müqayisədə) iştirakçılar coystiki daha surətlə özlərinə
tərəf dartdıqları və ölümlə bağlı sözlərə cavab olaraq özlərindən
kənarlaşdırmaları daha ciddi yanaşmanı və ya ölümdən daha
az yayınma vəziyyətini göstərir ki, bu da səlahiyyət effekti kimi
proqnozlaşdırılır. Fərdi identikliyə qarşı kollektiv identikliyin
fərqli manipulyasiyasından istifadə olunan zaman, xüsusilə də
iştirakçılardan onların oxşarlarının ailələrinə və dostlarına qarşı necə
davrandıqlarını (onlar qarşılıqlı və ya kollektiv istiqaməti tuturlar) və
ya onları ailələrindən və dostlarından necə fərqləndirirlər (onlar fərdi
istiqamət tuturlar) sualını verən zaman eyni nəticələr əldə olunur.

İştirakçılar bir hərbçi barəsində hekayə oxuyurlar. Müstəqil
şərait yaradılmış iştirakçıları hərbçi şəxsin mükafat və prestiji, asılılıq
şəraitində olanları isə onun qrupa sadiqliyi maraqlandırmışdır.
Digər bir yoxlama vəziyyətində isə iştirakçılara hər hansısa oxu
materialları verilmədi. Aşkar olundu ki, müstəqil və nəzarət altında

46

olan şəraitlərdə iştirakçılar çox fərqlənməsələr də, asılı şəraitdə (və
bu mənada kollektiv düşünən) olan iştirakçılar daha az ölüm qorxusu
nümayiş etdirirlər (Templer, 1970).

Qurban
Aktiv kollektivdə eyni vəziyyətə malik olmaq yalnız səlahiyyət
hissinə və zəif ölüm qorxusuna deyil, eyni zamanda qrup adından
qurbanlar vermək və riskləri öhdəliyinə almaq üçün daha çox
hazırlığa səbəb olur. Edvard Orehek və həmkarları tərəfindən
aparılan tədqiqatda, fərdiyyətçilik deyil, topluma sədaqət dəyərləri
öyrədilən iştirakçılar yad olan insanlara yox, qrup üzvlərinə görə öz
həyatlarını qurban verməyə hazır olduqlarını bildirdilər (hipotetik
ssenaridə digərlərini xilas etmək üçün özlərini tramvayın altına
atıblar).
Bu nəticələrə uyğun dəlillər başqa bir tədqiqatda isə müəyyən
edilmişdir ki, öz qrupları ilə daha çox qaynayıb-qarışan insanlar
özlərini qrup üçün daha çox qurban (tramvay ssenarisində) vermək
arzusunda olmuşlar və qrupa görə mübarizə aparmaq ideyasını daha
çox dəstəkləyirdilər, qrupun işinə görə daha çox pul xərcləyirdilər və
qrupun adından iş görməyə daha çox cəhd edirdilər.
Qrupun adından mübarizə aparmağa və qurban verməyə
hazırlıq fərdin əvvəldən bu mübarizəyə dəstək verəcəyini nəzərdə
tutur. Merilendin START mərkəzi tərəfindən 12 ərəb ölkəsində,
İndoneziyada və Pakistanda aparılan internet araşdırmalarında və
Misir, Mərakeş, İndoneziya və Pakistanda üz-üzə tədqiqatlar zamanı,
aşkar olunmuşdur ki, fərdiliyə meyilli insanlarla müqayisədə,
kollektivə meyilli insanlar, başqa sözlə özünü qrupla eyniləşdirənlər

47

(öz dinlərinin və ya xalqlarının üzvləri kimi) bu və ya digər ölkənin
mülki şəxslərinin öldürülməsini daha çox dəstəkləməyə meyilli idilər.

Əhəmiyyətli olmanın itirilməsi və Zorakılığa dəstək

Əgər şəxsi dəyərin itirilməsi kollektiv dəyişikliyə səbəb olursa
– necə ki, qrupdaxili ziddiyyət şəraitlərində insanları qrupun
düşmənlərinə qarşı mübarizə aparmağa sövq edir, yəni dəyərin
itirilməsinin əziyyəti mübarizə aparmaq tendensiyasını artırır.
Tədqiqatçıların əldə etdikləri bir çox nəticələr bu ideyanı dəstəkləyir.

Şri-Lankada TEAP terror təşkilatının saxlanılmış keçmiş üzvləri ilə
aparılmış ən son tədqiqatda aşağıdakı nəticələr müəyyən olundu: Son
bir neçə həftədə onların hiss etdikləri qəzəb və utanma dərəcələri,
son zamanlarda hiss etdikləri əhəmiyyətli olmamaq dərəcəsi, zorakılıq
hərəkətlərinə cəlb olunmaları və Sinqal üstünlüyünə qarşı zorakı
mübarizəni dəstəkləmələri ilə sıx surətdə bağlı idi. Həmin nəticələr
təsdiq edir ki, əhəmiyyətli olmanın itirilməsi müəyyən şəraitlərdə
qrupun adından zorakılığın dəstəklənməsini təbliğ edir.

Əhəmiyyətli olmanın itirilməsi müxtəlif şərtlərdə baş verə bilər.
Şəxsi əhəmiyyət hissinin itirilməsinin baş verə biləcəyi şərtlərdən
biri odur ki, xüsusilə mühafizəkar cəmiyyətlərdə subay gənc kişilərə
xas olan hal, qadağan olunmuş mövzularda “haram” fikirlərlə
əylənmədir. Əgər bu ehtimal doğrudursa, həmin xəyalların oyanması
əhəmiyyətli olma hissini özlərində bərpa etməkdən ötrü onların qrup
üçün özlərini qurban verməyə və “şəhid” olmağa hazır olmalarını
stimullaşdıra bilər. Tədqiqatçılar bu ideyanı eksperimental olaraq
sınamaqla araşdırma aparmışlar. Məsələn, eksperimentlərdən

48

birindən əldə edilmiş qənaət ondan ibarətdir ki, dindar iştirakçıların
cinsi təhriklərlə qarşılaşması (məsələn açıq-saçıq geyimli qadınlarla
bağlı reklam) onlarda qadağan edilmiş fikirlərin oyanmasına və
nəticədə cinsi günah hissinin də (məsələn, zina) yaranmasına səbəb
olur.

Tədqiqatçılar tərəfindən əvvəlcə müvafiq şkala ilə daxili və zahiri
dini mənsubiyyət qiymətləndirildi. Daha sonra iştirakçılar şəhvət
və ya adi maraq oyadıcı amillərə baxdılar və mütəxəssislər onların
cinsi istəklə əlaqəli günahlarını Donald Moşer tərəfindən hazırlanmış
“Cinsi günahların siyahısı” 13əsasında qiymətləndirdilər. Eyni zamanda
onların hər hansı sosial hadisə (qeyri-müəyyən) üçün “şəhidliyi”
dəstəkləmələri, habelə “Müvafiq situasiyada mən mühüm bir məsələ
üçün öz həyatımı qurban verərdim” və “Çox mühüm məsələ üçün
bütün şəxsi sərvətimdən imtina edərdim” kimi maddələr üzrə də
qiymətləndirilmə aparıldı.

Əslində cinsi təhriklərlə qarşılaşan dindar iştirakçılarda cinsi
həyat tərzi ilə bağlı qabarıq günah hissi daha çox qeydə alındı.
Daha maraqlısı isə odur ki, onlar eyni zamanda müəyyən məsələ
uğrunda özlərini qurban verməyə hazır olduqlarını da daha çox
hiss etdirmişdilər. Nəhayət, qeyd edilən nəzəriyyəyə uyğun olaraq
cinsi təhrik şəraitində, daxili dindarlıq ilə özünü qurban verməyə
hazırlıq arasında seksual günah hissi vasitəsilə qarşılıqlı əlaqə olduğu
müəyyən edilmişdir.

13  1979-cu ildə Donald L Moşer tərəfindən seksual miflərin cinsi günah hissinə və seksual aktivliyin
səviyyəsinə təsiri ilə bağlı anonim 87 kişi və 88 qadın kollec tələbəsi arasında aparılmış tədqiqatın nəticəsi.
(Mosher, Donald L. (1 August 1979). “Sex guilt and sex myths in college men and women”. The Journal of Sex
Research. 15 (3): 224–234).

49

Deradikallaşma: mötədilliyə qayıdış

Dünyanın bir çox nöqtələrində genişlənən radikallaşma dalğası
və dünyanın təhlükəsizliyini və sabitliyini riskə atan aydın və cari
təhlükələr əziyyətli, habelə sıxıcı olan qlobal əksradikallaşma və
deradikallaşmanı əvəz edir. Deradikallaşma prosesi və radikallaşma
ilə deradikallaşma arasında qarşılıqlı münasibət ilə bağlı çox sayda
əsaslı suallar yaranır.

Radikallaşma deradikallaşmaya qarşı

Deradikallaşma barədə müzakirələr çox zaman onun
radikallaşmaya olan münasibətini nəzərdə tutur. O, radikallaşmanın
əksidirmi, yaxud belə deyilsə, bu iki anlayışı necə fərqləndirə bilərik?
Hazırki perspektivdən, cavablar radikallaşma ilə deradikallaşmanı
müqayisə edən zaman qəbul olunan analizin səviyyəsindən asılıdır.
Mücərrəd səviyyədə, adıçəkilən anlayışlar həqiqətən də bir-birinin
güzgüdəki əksidir və deradikallaşmaya kömək edən proseslər
radikallaşmaya yardım edən proseslərin də əksidir. Bu proseslərin
bir çoxu vacib olduğu üçün, onlardan bəzilərini radikallaşmanı və
eyni zamanda deradikallaşmanı nəzərə aldığından onların təhlili
aralarındakı fərqi anlamağa da kömək edəcək. Bəzi nümunələrə
baxaq.

Yuxarıda müzakirə olunduğu kimi, radikallaşma (1) ideoloji
baxımdan təklif olunan əsas məqsədə (məs., torpağın işğaldan azad
olunması, xəlifənin qaytarılması) və əldə etmə vasitəsi kimi zorakılığa,
alternativ məqsədlərə və dəyərlərə yüksək sadiqliyi əks etdirir. Onun

50

əksinə deradikallaşma isə (1) sonuncu maraqların bərpasını və (2)
bu məqsədin tövsiyə olunan vasitələrinə (zorakılıq və terrozim) və
ya əsas - ideoloji məqsədə sadiqliyin azalmasını təqdim edir. Misal
üçün, kimsə öz liderlərinin və yoldaşlarının hərəkətlərindən inciyə
bilər və xidmət etdiyi təşkilatın fəaliyyətinin həqiqətən də ideoloji
məqsədlərə qulluq etdiyindən şübhələnməyə başlaya bilər.

Zorakılıq vasitələrindən imtina

Zorakılıq vasitələrinə qarşı sadiqliyin azalması bir qrup tədqiqatçının
Cənubi Filippində Əbu Səyyaf Qrupunda (ƏSQ) keçmiş baş leytenant
olan indi isə hökumət orqanları ilə əməkdaşlıq edən deradikallaşmış
şəxs olan Nur adlı şəxslə danışıqları zamanı aşkar olundu. Nurun
fikrincə, o, qrup tərəfindən bir qayda olaraq günahsız vətəndaşların
girov götürülməsi üçün oğurlanmasından narazı idi ki, bu məyusluq,
habelə ailəsi və peşəkar fəaliyyəti üçün darıxması nəhayət onun ƏSQ-
dən qaçmasına səbəb oldu. Başqa sözlə, ƏSQ-nin fəaliyyəti artıq şəxsi
əhəmiyyət üçün həyati vacib vasitə kimi görünmürdü, çünki əvəzində
ailə həyatı və peşəkar karyera məqsədlərinin əhəmiyyəti əsarət və
etinasızlıq illərindən sonra əsas yeri tutdu.

Bununla yanaşı İspaniyanın Rey Xuan Karlos Universitetinin Siyasi
elmlər və təhlükəsizlik tədqiqatları üzrə professoru Fernando Reynares
tərəfindən müsahibə alınan (2011) “Baskların vətəni və azadlıq”
(BVA)14,təşkilatının keçmiş üzvünün aşağıdakı bəyanatına nəzər yetirin:

14  BVA- “Baskların vətəni və azadlıq” (bask dilində: Euskadi Ta Askatasuna – ETA) — İs-
paniyanın şimalında və Fransanın cənub-qərbində yerləşən Basklar ölkəsi bölgəsinin müstəqilliyi
uğrunda silahlı mübarizə aparan bask radikal-solçu, milliyyətçi və separatçı təşkilatının adıdır.
Qeyd edək ki, İspaniya və Fransa, həmçinin Avropa İttifaqı və ABŞ tərəfindən terror təşkilatı kimi
tanınmış BVA 20 oktyabr 2011-ci ildə hərbi mübarizəni dayandırdığını bəyan etmişdir (https://
az.wikipedia.org/wiki/BVA).


Click to View FlipBook Version